Hələ o dövrdə SSRİ-nin başqa bölgələrindən enerji aslılığımızı aradan qaldırmaq məqsədilə yeni elektirik stansiyalarının tikilməsi və istifadəyə verilməsi barədə xüsusi proqram hazırlanmışdı. Qısa bir vaxt ərzində hər birinin gücü 300 MVt olan 8 blokdan ibarət Azərbaycan Dövlət Rayon Elektrik stansiyası (AzDRES), gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası və Naxçıvanda Araz çayı üzərində “Araz” SES inşa edildi.
Ölkədə istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli 500 kilovoltluq xətlərin uzunluğu 700 km-ə, 330 kilovoltluq xətlərin uzunluğu 1025 km-ə, 220 kilovoltluq xətlərin uzunluğu 1210 km-ə çatdırılmışdı.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə 1993-cü ildə yenidən Azərbaycanın rəhbəri seçiləndən sonra ölkəmizdə energetika sənayesində quruculuq işləri davam etdirilməyə başladı. Tikintisi yarımçıq qalmış gücü 112,5 MVt-lıq Yenikənd SES-nın inşası başa çatdırıldı.
Gücü 400 MVt olan “Şimal” DRES-in yeni müasir enerji bloku 2002-ci ilin sonunda istifadəyə verilmişdir. Blok ildə 3 milyard kVt.s elektrik enerjisi istehsal etməklə bərabər, hər il 360 min ton yanacağa qənaət etməyə imkan verdi. Uzunluğu 90 km olan yüksək təzyiqli “Qaradağ- Şimal DRES” magistral qaz kəməri bu layihə çərçivəsində çəkilmişdir. Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında Azərbaycan ən qabaqcıl ölkələrdən biridir ki, hər adambaşına 2,5 min kVt.s elektrik enerjisi istehlak olunur. Göstərilən rəqəmlərə baxsaq ölkəmizdə elektrik enerjisinin kifayət qədər istehsal və istehlak olunduğunu görərik.
Məhz elektrik enerjisinin istehsal güclərinin artım dinamikası 2006-cı ildə respubilkada son on beş ildə elektrik enerjisi istehsalının ən yüksək səviyyəsi – 23,8 milyard kVt.saatı təmin etdi.
2008-ci ildə sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir Elektrik stansiyasının istifadəyə verilməsi ilə yanaşı, eyni tipli gücü 780 MVt olan “Cənab” ES-in quraşdırılma işləri 2012-ci ildə tamamlanmışdır. Son illərdə Azərbaycan energetika sisteminin generasiya gücü 30%-ə qədər yeniləşmişdir.
Azərbaycan Respubilkasının Prezdenti cənab İlham Əliyevin qayğısı nəticəsində özünün elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu ölkələrə elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir.
Respublikamızın, eləcə də regionun ən iri enerji istehsalçısı olan “Azərenerji” ASC paylayıcı şəbəkələrin sayına və elektrik verilişi xətlərinin uzunluğuna görə lider mövqedə yer tutur. Hazırda cəmiyyətin tərkibinə gərginliyi 500, 330,220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya: “ Mingəçevir ” , “Varvara”, “ Şəmkir” , “ Yenikənd”, “Fizuli” , “İsmayıllı-1”, “Arpa çay-1”, “Arpa çay-2” , “Araz” SES-ləri Azərbaycan İES, Şirvan İES, Şimal İES, Naxçıvan İES, Bakı İEM və s. İES-ləri və “Cənub”, “Astara” “Naxçıvan”, “Səngəlçal”, “Şahdağ” , “Sumqayıt”, “Xaçmaz” ES-ləri daxildir. Hazırda “Azərenerji” ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu ( gərginliyi 35,10,6 və 0,4 kilovolt olan paylayıcı xətlər daxil olmaqla ) 100000 km-dən artıqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hal-hazırda elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait dövlət və özəl elektrik stansiyalarının birgı və sərbəst fəaliyətinə imkan verir. Hal-hazırda “Muğan”, “Şəki” SES-ləri və “Azərsun” İES müstəqil fəaliyyət göstərir.
Sənayenin, ümumiyyətlə, hər bir sahənin inkişaf etdirilməsi üçün başlıca amillərdən biridə yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Hal- hazırda Azərbaycanda təhsil yüksək səviyyədədir. Keçən əsrin sonlarında təhsilin xeyli zəifləməsinin nəticəsidir ki, Azərbaycanda kadr çatışmamazlığı hiss olunur.
Azərbaycanda olan texniki universitetlərdə energetikaya geniş yer ayrılır. Azərbaycanda Texniki Universitetində sənayecə inkişaf etmiş ölkələrinin təhsil sistemi tətbiq edilmiş və onlarla geniş əlaqələr yaradılmışdır. Koreya, Almaniya və bir çox başqa Avropa dövlətləri ilə genişmiqyaslı əlaqələrin qurulması nəticəsində dünya səviyyəsində kadrlar hazırlanır. Koreyanın təhsil sistemi, Almaniyanın TEMPUS proqramının məhz Azərbaycan Texniki Universitetində tətbiq olunması aydın nümunədir. Bütün bunlar AzTU-nun rektoru, professor Havar Məmmədovun böyük səyi nəticəsində gerçəkləşmişdir. Cənab Havar Məmmədovun Azərbaycan Texniki Universitetinə rektorluq etməyə başladığı dövrdən dərslərin daha yüksək səviyyədə keçirilməsi aydın şəkildə göz qabağındadır. Xüsusilə də, energetikaya verilən üstünlüyü vurğulamaq lazımdır. Elektrotexnika və energetika fakültəsinin dekanı cənab Mahir Bəşirov dərslərə ciddi nəzarət edir, yüksəksəviyyəli kadrların yetişməsi üçün geniş imkanlar yaradır və bunun üçün əlindən gələni əsirgəmir. Məhz sadaladığımız bu cür işlərin nəticəsində Azərbaycanda energetika sənayesi böyük inkişaf yolundan sürətlə irəli addımlayır.
Murad RZAYEV,
Azərbaycan Texniki Universitetinin
Elektrotexnika və energetika fakültəsinin
I kurs, 234 a1 qrup tələbəsi.