Görkəmli dilçi alim,
Borçalı elinin fəxri,
professor Mədəd Çobanovun
anadan olmasının
70 illik Yubileyi münasibətilə
Ulu Mehralının nəvəsisən sən,
Dilçilik elminin bir səsisən sən,
Darbazın çağlayan bircəsisən sən,
Mayan müqəddəsdi, safdı əzəldən,
Soyadın möhkəmdi, bil ki, təməldən.
Aldın ilhamını Darbaz dağından,
İçdin gövhər gələn hər bulağından,
Məst oldun Bolusun güllü bağından,
«Gedi» laylasını çaldı hər səhər,
Yarandı qəlbində yeni kəşflər.
Bəslədin dinini dinlər içində,
Yaşadın, yaratdın kinlər içində.
Seçildin milyonlar, minlər içində.
Atmadın söykökü, atmadın nəsli,
Yaratdın yeni bir dilçilik fəsli.
Çoxunu kor etdi şanın-şöhrətin,
Çoxuna dərd oldu sənin qüdrətin,
Hücumlar önündə dayandın mətin.
Arxanda dağ oldu dostun, yoldaşın
Artdı gündən-günə ürək təlaşın.
Vətəndə «vətənsiz» yaşadın fəqət,
Elmin yollarında çəkdin əziyyət,
Yaratdın qəlbində bir yeni taqət,
Qarşında bir yeni yollar açıldı,
Tanrıdan bəxtinə şəfəq saçıldı.
Sıxdı ürəyini vətən havası,
Sənə ağır gəldi, dostlar «davası»,
Unuda bilmədik belə mirası,
Çünki yarınana Vətən, Vətəndi,
Onu hər unudan daim itəndi.
Çoxdu ziyalısı Darbaz elinin,
Zərbəsi çox oldu «doğma» yelinin,
Bizə dost deyənin fəndi-felinin,
Əlindən qurtarmaq çətindi vallah,
Bu işdən yan keçən mətindi vallah.
Oldu qurultayı ziyalıların,
Çoxuna dərd oldu sənin şüarın,
Qorxutdu «dostları» o şax vüqarın,
Alqışlar ucaldı göyə o günü,
Sən tərk eyləyəndə böyük kürsünü.
...Çox alim yetirdin bu 70 ildə,
Sənə borcludur neçə nəsil də,
Gəzdi yazdıqların ağızda, dildə.
Ad-sanın bürüdü Borçalımızı,
Ucaltdı göylərə şən halımızı.
Sən qədəm qoyanda Azərbaycana,
Açdı qucağını doğma bir ana,
Atıldın elə bil, yeni cahana,
Oldun bir rəhbəri hərbi məktəbin,
Məramın saf idi, aydın mətləbin.
Hər mehman olanda qoca Tiflisə,
Elə bil itirdin burda nə isə,
Qaynadı nifrətin alçağa, pisə,
Çünki həqiqətin simvolusan sən.
Haqqın, ədalətin haqq qolusan, sən.
Səni unudarmı Bolus torpağın,
Yazılıb hər yanda könül varağın,
Harada olsa da sənin sorağın,
Yenə də qəlbində Darbaz elidir.
Qışa yad olubdu, o yaz elidir.
Mübarək ad günün alim qardaşım,
Səninlə dünyadır, torpağım - daşım.
Səyavuş Uyğunam ağ saçlı başım.
Qoy olsun, yolunda sadağa verim,
Qəlbimi sənin tək çırağa verim.
Səyavuş Uyğun,
Şair publisist. Borçalı, 2007
BORÇALIDAN UÇAN QARTAL
“Qartal yuvasından qartal uçar!..”
Calal Bərgüşad.
Görkəmli dilçi alim,
professor Mədəd Çobanovun 75 illiyi münasibətilə
Qartallar yurdudur Borçalı yurdu,
Dayanmaz önündə bir böyük ordu,
Adın ucalardan, ucada durdu,
Səmtin zirvəyədir bil, Mədəd qağa.
Başın ağarsa da coşqundur ürək,
Mənalı taleyi biz qoşa sürək,
Həmişə biz sizi növcavan görək,
Ömrünə gəlsə də il, Mədəd qağa.
Qartal yuvasından qartallar uçar,
Sizin tək alimi sevinclər qucar,
Qəm-kədər yox olar, uzağa qaçar,
Sizi qucaqlayar əl, Mədəd qağa.
Borçalı yaşayar sazın telində,
Ucalar nəğməsi dağlar selində,
Gələndə hər zaman Darvaz elində,
Bəzəsin ömrünü gül, Mədəd qağa.
Neçə yazıların artdı-qalandı,
Şərəfin xeyriyə yolu salandı,
Ən böyük əsərin Müşfiq balandı,
Söyləyir bu sözü el, Mədəd qağa.
Bu gün yetmiş beşi salırıq yola,
Üzümüz yüzədir qalmayaq dala,
Alqışlar söylənir siz tək oğula,
Qocalıq sözünü sil, Mədəd qağa.
Səyavuş Uyğundu burda dayağın,
Türkün dünyasından gəlsin sorağın,
Bir alim oğlusan ana torpağın,
Yaşa hər bir zaman, gül, Mədəd qağa.
Səyavuş UYĞUN
24 avqust 2012-ci il.
AZƏRBAYCAN ALİMİ
Görkəmli türkoloq, tanınmış dilçi-alim,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru,
professor Mədəd Çobanova həsr edirəm.
Susma çeşmə tək çağla,
Könlünü yüzə bağla,
Yüz iyirmini haqla,
Azərbaycan alimi.
Məktəbə gedən gündən,
Xalqı üçün oxuyub,
Dilçilik sahəsində,
Dastanları toxuyub.
Dilçiliyə yenilik,
Gətirən alimimiz,
Vətənpərvər fenomen,
Əqidəsi saf təmiz.
Xalqa bağlı ürəyi,
Döyünür sinəsində,
Elmə uğur gətirib,
Dilçilik sahəsində.
Xalqa uğur gətirən,
Hər bir işin vurğunu,
Elmin fədaisidir,
Doğma dilin vurğunu.
Elminlə Avropaya,
Yaya-yaya səsini,
Çətinliklə qazanıb,
Alim dərəcəsini.
Darvazdan Nyu-Yorka tək,
Açıb elmin yolunu,
Ölkələr alqışlayıb,
Sənintək el oğlunu.
Allah-Təala səs verib,
Çətin anda səsinə,
Biliyinlə qalxmısan,
Alimlik zirvəsinə.
Əlli il dil uğrunda,
Tədqiqatlar aparan,
Ağlıyla, kamalıyla,
Günəş kimi parlayan.
Səkkizyüzdəndə artıq,
Elmi məqaləsi var,
Yüzlərlə dərsliyi,
Hər ölkədə səsi var.
Azəri-Türk dilinə,
Yeniliyi gətirib,
O, neçə ardıcılı,
Arzusuna yetirib.
Darvazdan Nyu-Yorkadək,
Elmə geniş yol açıb,
Azəri-Türkoloq tək,
Dost ellərə nur saçıb.
Neçə ölkə tanıyır,
Azərbaycan alimi,
Öz dilinə bağlayıb,
Sevə-sevə aləmi.
Əlli il yaza-yaza,
Dilimizi qoruyub,
Dildə saxtakarlığı,
Gətirənə son qoyub.
Bütün dillərdən gözəl,
Türkün dilini sayan,
Dilin qədimliyini,
Bütün dünyaya yayan.
Dilin dərinliyi ilə,
Xalqa xeyir gətirən,
Dilin şirinliyini,
Nəsillərə yetirən.
Elmiylə qabaqlayıb,
Neçə-neçə illəri,
Xalqlara sevdiribdir,
O müxtəlif dilləri.
Hər xalqın öz dilini,
Özgələrə sevdirib,
Kənardan gələnləri,
Dilimizdə dindirib.
Yüzdə min qat sevdirib,
Xalqa doğma dilini,
Dilimizi unudan,
Hər Azəri dilini.
Dil xalqın mənsubiyyət,
Xalqın bütöv varlığı,
Varı, yoxu, dövləti,
Elin bəxtiyarlığı.
Dil hər xalqın namusu,
Dil hər xalqın qeyrəti,
Keçmişi, gələcəyi,
Uğurlu səadəti.
Dilimizi qoruyan,
Xalqın xilaskarıdır,
Millətin fenomeni,
Dilin ilk açarıdır.
Azəri-Türk dilinin,
İlkin kəşfiyyatçısı,
Əlli ildir aparıb,
Doğru kəşfiyyatını.
Ömrünü, taleyini,
Dilçiliyə bağlayan,
İlləri saya-saya,
Çətinliyi haqlayan.
Bu elin fenomeni,
Bu elmin fədasi,
Vətənpərvər, ağsaqqal,
Ətrafa yığıb bizi.
Doğma Azərbaycanın,
Ən dəyərli alimi,
Mədəd öz zəkasıyla,
Heyran qoyub aləmi.
Dilin inkişafında,
Millətə diqqətini,
Qəti əsirgəməyib,
Xalqa məhəbbətini.
Azəri-Türk millətin,
Dilin xilaskarıdır,
Sevimli Peyğəmbərin,
Dinin xilaskarıdır.
Dil millətin varlığı,
Hər xalqın əqidəsi,
Dil deyilmi dünyada,
Xoşbəxt edən hər kəsi.
Ömrün əlli ilini,
Dilçiliyə bəxş edib,
Dilin qədimliyini,
Dastanlara nəxş edib.
Bu dünyanın qədimi,
Azəri dili sayıb,
Dilin şirinliyini,
Neçə ölkəyə yayıb.
Dünyanın hər yerində,
Bu dilin şöhrəti var.
Bu gün dünya xalqların,
Dilinə diqqəti var.
Bu gün dilçi alimin,
Yüzlərlə yetirməsi,
Dünyanın hər yerindən,
Gəlir Mədədin səsi.
Alim xalqı qoruyan,
Dilimizi yaşadan,
O elin müqəddəsi,
Xalqı üçün yaşayan.
Alim göz bəbəyi tək,
Dilini qoruyandır,
Dilə saxtakarlığı,
Yazana son qoyandır.
Doğma dilə bağlıdır,
Hər kəsin ömrün yolu,
Alimdir dilimizin,
Sınmış qanadı, qolu.
Dilə məhəbbətini,
Uşaqlıqdan bəsləyib,
Xalqı doğma dilini,
Qorumağa səsləyib.
Neçə-neçə dilçinin,
Örnəyi olub Mədəd,
Yüzlərlə tələbənin,
Köməyi olub Mədəd.
Türk dilin xilaskarı,
Millətin fenomeni,
Alim yaratdığıyla,
Məftun eləyib məni.
Dilin bünövrəsini,
Mədəd yenidən qoyub,
Azərbaycan dilini,
Əzizləyib, qoruyub.
Doqquz yüzdən yuxarı,
Elmi məqaləsi var,
Alimlər sırasında,
Öz möhtəbər səsi var.
Əsərləri dünyanın,
Hər yerində oxunur,
Savadsız alimlərin,
Ürəyinə toxunur.
Elmiylə başa vurub,
Ömrünün hər ilini,
Dünyaya tanıtdırıb,
Azəri-türk dilini.
Yazdığı hər əsəri,
Elmin qızıl açarı,
Məsləhəti çəkəndir,
Xalqı yüz yola sarı.
Alimin hər söhbəti,
Haqqın bünövrəsidir,
Mədədə təkcə xalqın,
Məhəbbəti bəsidir.
Milyonlarla şagirdin,
Dilində əzbər olan,
Varlığı, əqidəsi,
Mərhəmətdən yoğrulan.
Neçə yetim-yesiri,
O ərsəyə yetirib,
Neçə evə, ocağa,
Xoşbəxtlik gətirib.
Həmişə uzun ömür,
Diləyib xalqı ona,
Neçə yetirməsini,
Yetirib arzusuna.
Hər ölkədə hörməti,
Hər ürəkdə yeri var,
Xalqa xeyir gətirən,
Nurlu əməlləri var.
Bu şöhrətli alimin,
Var beş dənə övladı,
Həm ata, həm babadır,
Üç nəvə qol-qanadı.
Hər bəladan qorusun,
Allah hər balasını,
Xeyirxah Müşfiq kimi,
Yaxşılıq dünyasını.
Bahar kimi gül açsın,
Hər övladın istəyi,
Allah olsun hərənin,
Hər bir yerdə köməyi.
Oğlu da Ata kimi,
Yaxşılıqçün doğulub,
Varlığı, əqidəsi,
Mərhəmətdən yoğrulub.
Dörd qızının dördü də,
Kasıbların dayağı,
Hərə bir namus tacı,
Hər evin bir çırağı.
Darvazın çeşməsi tək,
Soyası şəffaf, büllur,
Mədəd kimi alimin,
Qədrini dünya bilir.
Oğlu da atası tək,
Xalqa can yandırandır,
Çətin gündə kasıbın,
Arxasında durandır.
Görən deyir nur yağır,
Alimin çöhrəsindən.
Kimlər çörək kəsməyib,
Alimin süfrəsində.
Daha da uzun etsin,
Allah ömür yolunu,
Hər bəladan qorusun,
Dörd qızı, bir oğlunu.
Allah xoşbəxt eyləsin,
Onun üç nəvəsini,
Bir gündə qucağına,
Alsın nəticəsini.
Əyilməsin heç zaman,
Alimin zirvə başı,
Mədədin sağlığında,
Qeyd olunsun yüz yaşı.
Bəsləyir Azərbaycan,
Sonsuz məhəbbət ona.
Can sağlıq arzulayır,
Şair Şərafət ona.
Şərafət Dağıstanlı,
Azərbaycan Yazıçılar İttifaqının və Dünya Azərbaycanlıları Konqresinin fəal üzvü, YAP-ın üzvü, "Qızıl Qələm" mükafatı və saysız-hesabsız fəxri diplomların laureatı. 1965-ci ildən bəri Xan Şuşinski, Əbülfət Əliyev, Arif Babayev, Mənsum İbrahimov kimi korifeylərin dillər əzbəri olan və bu gün də sevilən “Yaralama”, Qarabağ haqqında olan təsnif kimi oxunan “Olmur” və s. kimi saysız-hesabsız mahnıların müəllifi, 73 yaşlı nəğməkar şairə, Bakı-2012-ci il.
050 430-04-73
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.