(1957)
Tahirə Tapdıq qızı Aslanova -
1957-ci ildə Goranboy rayonunun Qaşaltı kəndində anadan olub.
Atası Tapdıq Aslan oğlu Yusifov 1923-cu ilda Goranboy rayonunun Qaşalti kəndində anadan olmuş, uzun müddət Goranboy rayonunun müxtəlif kolxozlarında sədr vəzifəsində çalışmış, 1981-ci ildə vəfat etmişdir. Anası Həbibə Paşa qızı Əhmədova 1923-cü ildə Goranboy rayonunun Quşaltı kəndinda anadan olmuş və 2007-ci ildə vəfat etmişdir. Allah hər ikisinə rəhmət eləsin.)
Tahirə Tapdıq qızı 1964-cü ildə Qaşaltı kənddəki 8 illik məktəbin birinci sinifinə daxil olmuş, 1973-ci ildə oranı müvəffəqiyyətlə bitirmiş və təhsilini Naftalan şəhərindəki İ.Nəsimi adina 1 nömrəli tam orta məktəbində davam etdirmişdir. 1974-ci ildə tam orta məktəbi müvəffəqiyyətlə bitirmiş və Naftalan Saratoriya Birliyində Tibbi sənədlər üzrə statistik vəzifəsində əmək fəaliyətinə başlamışdır.
1978-1984-cü illərdə Azarbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Kitabxanaçılıq fakultəsində qiyabi ali təhsil almış, kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmişdir.
1990-ci ildən əmək fəaliyyətini Naftalan şəhərindəki N.Gəncəvi Kitabxanasında davam etdirmiş, əvvəlcə kitabxanaçı, 1992-ci ildən isə baş kitabxanaçı işləmişdir. 2007-ci ildə Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsində məsləhətçi, 2011-ci ildə isə həmin şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildən yenidən məsləhətçi vəzifəsində çalışmışdır.
Hazırda dövlət qulluğuna görə təqaüd alır.
Eyni zamanda Naftalan Tarix-Diyarşünaslıq muzeyində muzey baxıcısı işləyir.
YAP-in üzvüdür.
Ailəlidir.
Hayat yoldaşı Əhməd Əhmədov təqaüdçüdür.
İki övladı var:
Qızı Əhmədova Şəhla Əhməd qızı - Azərbaycan Tibb Universitetini bitirib, həkim işləyir.
Oğlu Əhmədov Nicat Əhmədoğlu - Azarbaycan Neft Akademiyasını bitirib, mühəndis işləyir.
Tahirə xanım hələ gənc yaşlarından həm də bədii yaradıcılıqla da məşqul olur.
O, daima "Naftalan” qəzeti ilə daim əməkdaşlıq etmişdir.
Hətta müxtəlif vaxtlarda müxbir, məsul katib vəzifələrində də çalışaraq ədəbi fəaliyyətini davam etdirmişdir.
Yaradıcılığı bir neçə ədəbi-bədii məcmuələrdə, müxtılif mətbuat orqanlarında, xeyli sayda qəzet va jurnallarda öz əksini tapmışdır.
Hazırda Azərbaycan Jurnalistlər Birliyinin və bir neçə ədəbi-bədii məclisin üzvüdür.
Eyni zamanda “Şərqin səsi” qəzetinin redaktor müavinidir.
"Abdulla Şaiq", "Zirvə", “Qızıl qələm” və “İlin vətənpərvər şairi” mükafatları laureatıdır.
Heydər Əliyev fondunun mükafatına da layiq görülüb.
4 kitab müəllifidir.
“Məhəbbət bir dənizdir" və “Sənli dünyam" adlı şeirlər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb.
"Yarımçıq ömrün əbədiyyəti" adlı üçüncü kitabında böyük şairimiz Mikayıl Müşfiqin 110 illiyi münasibətilə nəzmlə yazılmış "Mikayii Müşfiq" dram əsəri öz əksini tapmışdır.
Tahirə Tapdıq həm də istedadlı tərcüməçi kimi tanınır. O, Vladimir Vsotskinin "Ya kuplet dopoyu" şeirlər kitabının ana dilimə tərcümə edib.
Hazırda daha iki kitab üzərində işləyir.
"Naftalan əfsanəsi" poeması və yeni şeirlərindən ibarət kitab üzərində işləyir.
Hər iki kitabı ilin sonunadək hazır etmək arzusundadır.
Tahirə xanımın bir neçə şeirinə müsiqilər bəstələnib.
O cümlədən, "Qayıt sevgilinin yanına qayıt" və "Naftalan" şeirlərinə gənc bəstəkar Elnur Baxış tərəfindən bəstələnmiş mahnı Respublikamızın sevimli Xalq artisti Gülyaz Məmmədova ifa edir.
Özünün bəstələdiyi "Məryəm", Azərbaycan", "Sevgilim" mahnılarını Cənubi Azərbaycanda yaşayan tanınmış müğənni Mojtaba Ağhaarəzayi, "Qayıt ay sevgilim" mahısını Rusiyanın Əməkdar artisti Solomon Lazerev, "O gözlərdən qorxuram mən" mahnısını isə Türkiyədə təhsil almış Rəna İbrahimova tərəfindən ifa olunur.
Biz də Tahirə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Göylər CƏBRAYIL,
AJB-nin üzvü,
"Şərqin səsi" qəzetinin
şöbə müdiri,
"Qızıl qələm"
mükafatı laureatı
turan.info.az
AZƏRBAYCAN BAYRAĞI
Səadət günəşidi, ulduzu var, ayı var,
Manim doğma elimin sənə sevgi payi var,
Ucsuz bir məmləkətin böyük ümid yer var
Sənsən eşqi, ilhamı, azadlığın fərağı -
Azərbaycan bayrağı!
Yerin, göyün rəhni var sənin ucalığında,
Bir məhvərin qəlbi var odunda, ocağında,
Bir hünər dastanı var sənin vüqarlığında
Al-əlvan görüşünlə düşmənlərə göz dağı -
Azərbaycan bayrağı!
Vətənin nəfəsilə dalğalanır önümdə,
Kölgəsilə sevinir, od nəfəsli elim də,
Qeyrətli oğulların polad biləklərində
Möhkəm dayanacaqdır, sınmaz onun budağı -
Azərbaycan bayrağı!
Mənim qürur mənbəyim, səcdəgahım, imanım,
Yerim, göyüm, hayatım, and yerim, qibləgahım,
Neçə-neçə illərdir həsrətinlə yaşadım,
Sən ey, Qorqud elinin əldə yanan çırağı -
Azərbaycan bayrağı!
Can dedim, can eşitdim - Azərbaycan deyəndə,
Atəşinə, külünə həmişə can deyəndə,
Səngərdə əsgərlər də “Canım qurban!” – deyəndə
Açıldı vətənimin böyük ana qucağı -
Azərbaycan bayrağı!
Dostları sevindirib, düşmənlərə ox olan,
Vüqanı, əzəməti göylər boyda ucalan,
Qərinələr dolaşıb ömrü bir əsir olan
İşıqlı gələcəyin, əbədiyyət qonağı -
Azərbaycan bayrağı!
SƏNİN OLARDIM
Sən boran olsaydın, mən qar olardım,
Yağardım saçına, könlünə sənin,
Əzizim mən sənə bir yar olardım,
Ömrumü verərdim, ömrünə sənin.
Sən ada olsaydin, dəniz olardım,
Çirpilardim hər gün, sahillərinə,
Əbədi, bir ömür sənlə qalardım,
Lələmlə gələrdim, qum çöllərinə.
Sən günəş olsaydın, bulud olardım,
Tez gəlib qucardim boynunu sənin,
Leysan yağışimla bir anda dolub,
Alardım atəşi, odunu sənin.
Sən gündüz olsaydin, gecə olardım,
Səni aparardım, sakitliyimə,
O bəyaz gecəmə qonaq edərdim,
Səni qərq edərdim, öpüşlərimə.
Sən ulduz olsaydın, mən ay olardım,
Sənə bir mayak tək çıraq olardım,
Həmişə, bir yerdə, verib əl-ələ,
Könlünü oxşardim, gülüşlərinlə.
Sən səma olsaydın, mən yer olardım,
Sən məni sevərdin, şəfaqətinlə,
Qollarımı açıb qucaqlayardim
Ülvi məhəbbətlə, şəfaqətinlə.
Sən zirvə olsaydın,mən dağ olardım,
Sevgilim, mən sənə dayağ olardım,
Göylərdə saxlayıb hər vaxt əlimi,
Tutardım qolumda, lap sona kimi.
Sən yağış olsaydın, sevgilim yenə,
Yagardin üzümə,gözümə mənim,
Sevgi yağışında, islanaraq mən,
Deyərdim durma yağ, sözümə mənim.
Sən bahar olsaydın, günəş olardim,
Oxşardım müjdəmlə, xətrini sənin,
Tez dönüb oxuyan gözəl bülbülə,
Gələrək alardım, ətrini sənin.
ATAMIN, ANAMIN MƏZARI ÜSTƏ
DÜŞÜNCƏLƏRİM
Daş lövhə üstündə şəkli yonulmuş,
Birisi atamdır, birisi anam.
Sanki zirvələrdə yuvalar qurmuş
Bu iki məzarın qarşısındayam.
Şirin xatirələr keçdi önümdən,
Məzarlar dil açır, soruşur məndən:
"Necəsən, gül balam, necəsən, qızım?
Sənsən dünya boyda böyük varlığım”.
Hər tərəf sükuta büründü indi,
İnləyən bir neyin avazıyam mən,
Məzarla üz-üzə dayanmışam mən.
Atamın, anamın ruhu sevindi.
Xəyallar içində qəlbim döyündü,
Məzarlar elə bil bir abidədir.
Məzarın içində yatan əzizlər,
Bir şirin yuxu tək ürəyimdədir.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.