İbtidai təhsilini Qayabaşı kəndində alıb, orta təhsilini Göyçə mahalının Qoşabulaq kəndində bitirib.
Dərslərindən əla qiymətlər alan Əlyar, saza, sözə bağlı olub.
Hələ kiçik yaşlarından şeirlər yazmağı sevib.
1979-cu ildə Bakı şəhərində Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna qəbul olunub.
1980-1982-ci illərdə Kazan şəhərində hərbi xidmətdə olub.
1987-ci ildə ali məktəbi müvəffəqiyətlə bitirib, inşaatçı kimi işə başlayıb.
1994-cü ildən Rusiyanın Orenburq vilayətinə köçüb, orda yaşayır.
Ailəlidir, 1 övladı, 2 nəvəsi var.
Gözəl, mənalı, vətən həsrətli, sevgi dolu şeirlər yazır.
Biz də Əlyar Orucoğluna uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Rahilə QARALOVA,
turan.info.az
Azərbaycan
Cəbrayıl, Qubadlı, Aģdam, Zəngilan
Bunlar öz tarixi torpaqlarımdı,
Şuşa şah damarım, Xankəndi canım,
Xocalı tarixdə qan yaddaşımdı.
Laçınla, Kəlbəcər qolum, qanadım,
Fizuli Tərtəri necə unudum.
Təbriz qan qardaşım, Borçalı yarım
Dərbənd damarımda .axan qanımdı.
Göyçə qibləgahım, Məkkəm, Mədinəm
Zəngəzur sinəmdə yarama məlhəm,
İrəvan amalım, məslək, əqidəm
Hamısı bir bütöv AZƏRBAYCANDIR.
ATALAR
Ana müqəddəsdir, ana əzizdir
Analar başına tacdır atalar.
Dost, düşmən gõzündə qeyrət qalası
Namus keşikçisi, ərdi atalar.
Evdəə anaların çörək təknəsi
Yolunu gözləyir hər an körpəsi
Qoy əskik olmasın heç vaxt tikəsi
Ruzi bərəkətdir, vardır atalar.
Ovladdır atanın şanı, şöhrəti
Bu yolda yorulmaz heç zaman qəti
Heç övlad çəkməsin ata həsrəti
Balalar dalında daģdı atalar.
Eşitsin sözümü hər oģlan, hər qız
Ata nəsiyyəti olmur faydasız
Atalar dünyadan gedəndə vaxtsız
Əliyarın qəlbində yaşar atalar.
Dünyanın
De niyə qəmlisən ey qafil insan,
Bilmirdin vəfası yoxdu dünyanın
Salma ürəyinə kədəri, qəmi
Peşiman olacaq özü dünyanın.
Dərdi dərd çəkənə verir xudaya
Dərdlini dərdsizlər çətin anlaya
Nə deyim mən indi sən zavallıya
Çəkmə qəm yükünü sən bu dünyanın.
Günlərin nə qədər ötsə də çətin
Dik saxla başını əymə qàmətin
Əlində saxla sən məzə şərbətin
Hərdən nəşəsini dad by dünyanın.
Həyatın yolları eniş, yoxuşdu
Bir üzündə bahar, birində qışdı
Yaşa sən ömrünü bax necə xoşdu
Onsuz da axırı yoxdu dünyanın.
Umma sən etibar çiy süd əməndən,
Xətası çıxacaq bir gün əlindən
Peşiman olsa da öz əməlindən
Hər cürə dəlisi var bu dünyanın.
Əliyaram sinəmdə yanır ürəyim,
Qəm yüküdür sinəmdəki atəşim
Mən kimə söyləyim, kimə nə deyim,
Çəkirəm daģını tək bu dünyanın.
KƏNDİMİN
Nə bir səs-soraq var, nə gəlib, gedən
Görəsən necədir halı kəndimin?
Düşmən tapdaģında tari- mar oldu
Qalıbmı daş üstə daşı kəndimin?
Min illik bir tarix oda qalandı,
Bir mahal yerindən- yurdundan oldu
Gøyçə viran oldu, kəndlər daģıldı
Qovuşdu tarixə adı kəndimin.
Unutmaq olmayır daģı, aranı
Hacı Xıdır oģlu İsgəndər hanı
Qoymuşdu o kəndin təməl daşını
Olmuşdu mahalda bəyi kəndimin.
Çox ellər dolaşdım, çox yerlər ģəzdim
Hər eldə, obada duz- çörək kəsdim
Mən onu heç nəyə dəyişəmmədim,
Getməyir aģzımdan dadı kəndimin .
Əliyar neçə dözsün belə bir dərdə
Vətən yad əllərdə öźü qürbətdə
Bu dərdə dözəmməz vallah heç bəndə
Çəkilmir sinəmdən daģı kəndimin!...
Gecələr
Bir yandan qəriblik, bir yandan həsrət
Rahatlıq vermir ki mənə gecələr
Ömrün payızıdır, yoxsa qışıdır
Üşüdür, qoymur ki yatım gecələr.
Yadımdan çıxmayır bizim o daģlar,
Ürəyim sızıldar, qəlbim qan aģlar
Sinəmə çəkilib gör necə daģlar
Yandırır sinəmi, yaxįr gecələr.
Əliyaram həm qərib, həm də didərgin
Çəkilmir sinəmdən qüssə, kədər, kin
Sevgilim qarıdır dünənki gəlin
Keşik çəkir mənə, yatmır gecələr.
BU QIZ
Sevincimə sevinc qatıb yaradan,
Yenə pay almışam ulu tanrįdan
Hətta o şirindi şəkərdan, baldan
Aģzımın ləzzəti, tamıdı bu qįz.
Məsum baxışında həyat qaynayır,
Hələ çox körpədir dinib danışmır,
Bu qoca dünyanın fərqinə varmır
Öz uşaq ömrünü yaşayır bu qız.
Sonalı göllərdə sonamdı mənim,
Ayım, ulduzumdu, həm də günəşim,
Qışın ortasında baharım mənim
Baharda açılan çiçəkdi bu qız.
Bu mənim qismətim, mənim payımdı,
Mənə həyat verən suyum, havamdı,
Balamın balası Ayan balamdı,
Hürüdü, Pəridi, Mələkdi bu qız.
Nə mən vəfasızam, nə sən günahkar
Vəvasızam, deyib qınama məni
Nə mən vəfasızam, nə sən günahkar.
Hər kəsin öz bəxti, öz qisməti var
Nə mən vəfasızam, nə sən günahkar.
Məhəbbət dediyin o bir fəlsəfə,
Kimi düz anlayır, kimi tərsinə
Yazan taleyini yazsa tərsinə
Nə mən vəfasızam, nə sən günahkar.
Hər şeyin fərqinə varma dərindən,
Məhəbbət umma sən bir talesizdən.
Nə inci, nə də küs öz taleyindən
Nə mən vəfasızam, nə sən günahkar.
Əliyaram, qürbətdə qolları baģlı,
Vətən həsrətilə sinəci daģlı,
Çıxıb yaddaşımdan məhəbbət naģlı
Nə mən vəfasızam, nə sən günahkar.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.