"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..." ROLAND TOPÇİŞVİLİ
1949-cu ildə Tbilisi yaxınlığındakı Diğom kəndində anadan olmuşdur.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Tarix və Etnoqrafiya İnstitutunun Qafqaz etnologiyası şöbəsinin müdiridir.
TDU-də pedaqoji fəaliyyət göstərir.
Etnoloqdur, 180-dən artıq elmi əsərin müəllifidir.
Tarix elmləri doktoru, professordur.
«Gürcüstanın dağlıq yerlərində etnotarixi proseslər» dissertasiya mövzusunu 1993-cü il aprelin 27-də müdafiə edib.
Gelati Elmlər Akademiyasının üzvüdür.


Bu yazıda müsəlmanlıq üzərində geniş dayanmalı olacağıq. Gürcüstanın taleyinə elə yazıldı ki, onun əsas işğalçıları müsəlmanlar idi və təbiidir ki, təcavüzkar həmişə Gürcüstanda qədəmlərini möhkəmləndirməyə və öz ideologiyasının əsasını - İslamı gürcü camaatı arasında tədbiq etməyə və yaymağa cəhd göstərirdi. Eyni zamanda müsəlmanların işğalları həm də Gürcüstanda onların məskunlaşmasına da səbəb olurdu. Bir neçə müsəlman ərəb Gürcüstanda ərəblilik zamanı göründü. Türklərin təcavüzünə uyğun olaraq onların məskunlaşması da baş verirdi. Farsların (iranlıların) təcavüzü vaxtilə atəşpərəstlərin, sonra müsəlmanların məskunlaşmasına səbəb olurdu.
Gürcüstanın paytaxtı Tiflisdə demək olar ki, müsəlman əhali həmişə olub.
Başqa yerdə Qurucu Davidin müsəlmanlara qarşı mərhəmətliliyi barəsində söhbət aparmışıq. Bir çox müsəlmanın (tatar ellərinin) Kvemo Kartli və Kaxetə köçürülməsinə şah Abbasın hücumları səbəb olub. O cümlədən, Gürcüstanda yaşayan müsəlman türkmən tayfaları demək olar ki, həmişə gürcü dövlətinin fəal üzvləri idilər. Onlar gürcülər kimi ölkəni ona hücum edən düşmənlərdən müdafiə edirdilər. Kvemo Kartlidə - Borçalıda yaşayan türkmənlər Gürcüstan çarının sədaqətli təhkimçi kəndliləri idilər. Teymuarz Baqrationinin onlar barəsində belə bir məlumatı vardır: «Bu vaxtlar (1775-ci ildə-R.T) borçalılar da tərpəndilər və İrəvanın yuxarısında Qarasuda məskunlaşdılar. Bu zaman çar İrakli qoşunu cəm edərək İrəvana gəldi və onları çıxardıb elə Borçalıya da məskunlaşdırdı. (Baqrationi, 1983, səh. 50) Elə həmin tarixçi Xudu Borçalı«Bütün Gürcüstanın gözəl və igid şəxsiyyəti kimi» xatırlayır. (Baqrationi,1983, səh 53).
Xudu Borçalı və digər borçalılar («bizimkilərdən olan digərləri») dəfələrlə ləzgilərə qarşı mübarizədə fərqləniblər. Təəssüflər olsun ki, bir neçə gürcü Gürcüstanda işğalçıların zorakılıq siyasəti nəticəsində müsəlmanlığı qəbul edib. Gürcülərin müsəlman qrupları türklər tərəfindən işğal olunan və aneksiya edilən bütün Cənub-qərbi Gürcüstanda beləcə görünməyə başladılar. Bu günkü Gürcüstan ərazisində o acarlara, samsxelilərə və cavaxlılara aiddir. Şərqi Kaxetin əhalisi də müsəlmanlaşdı, bu gün ki, ingiloylar adlandırdıqlarımız. Xristianlıqdan gürcülərin aralaşdırılması ilə gürcülərin düşmənləri gürcülərin birliyiyni zəiflətməyə cəhd edirdilər ki, buna da qismən nail olurdular. «xristianlıqdan üz döndərən», daha doğrusu, xristianlığı güzəştə gedən gürcü isə camaatın başa düşdüyü kimi artıq gürcü deyildi, çünki Gürcüstanda miliyyət və din faktiki olaraq eyniləşdirilmişdi. Bu yol ilə bir neçə müsəlmanlaşdırılmış gürcü digər etnosların: farsların, türklərin, azərbaycanlıların, ərəblərin) tərkibinə daxil oldu.
Samsxe-Cavaxetin gürcü müsəlmanlarının böyük qrupu Sovet hakimiyyətinin bərqərar olunmasından sonra müsəlman olduqlarına görə türk və azərbaycan millətlərinə aid etdilər. Onlardan çoxunun gürcü şüuru, gürcü dili, gürcü soyadları və onlar tərəfindən qorunub saxlanılan gürcü təsərrüfat və məişət ənənələri ilə hesablaşmadılar.

Milliyət və din o qədər eyniləşdirilmişdi ki, gürcü kişisi qeyri-pravoslav gürcünün gürcü adlandırılmasını təsəvvürünə gətirə bilmirdi.
Müsəlman gürcü onun üçün bütün hallarda «tatar» idi. Təkrar edirik, «xristianlıqdan dönmə və müsəlmanlığı qəbul edəndən sonra müsəlman olan gürcü hər halda öz etnik simasını, öz gürcülüyünü qoruyub saxlayırdı, o, özünü türk olaraq qəbul etmirdi.
O həmişə bilirdi ki, qeyri-türkdür, yerli («yerli») idi. Lakin gürcülük onda xristianlıq hallarını büruzə verdiyindən gürcülüyünü deyə bilmirdi.
Müsəlmanlara gürcülüyü etiraf etməkdə yalnız bir şey - yeni din mane olurdu.
Samsxe-Cavaxetin gürcü əhalisi arasında müsəlman gürcülərinin məzhəb qrupları nə zaman yarandı?
XVI əsrin sonlarında türklər tərəfindən işğal olunan Cənub-qərbi Gürcüstan tamamilə xristianlaşdı.
Bunu türklər tərəfindən 1595-ci ildə tərtib olunan ona daxil edilən ailə başçılarınını adlarının demək olar ki, gürcü-xristian olduğu «Gürcüstan vilayətinin böyük dəftəri» təstiq edir.

Cənub-qərbi Gürcüstanın dini mənzərəsini Vaxuşti Baqrationi yaxşı təsvir edib: «kişilər və qadınlar gürcülərə bənzəyir, onların çox hissəsi asta, şirin söhbət edirlər, boy- buxunlu, urəkli, cəsarətli, gözəldirlər, biliyi, sənəti sevəndirlər, lakin müsəlmanlığın arxasınca getmirlər, indi etiqata görə 1626-ci ilədək gürcü icması tamamilə xristian idilər. Gürcülər ilə birlikdə Kartli katolikosunun zəvvarı idilər. İndi onların irəlildə olanları müsəlman idilər, kəndlilər isə xristian. Klarceti kəndləri daha çox müsəlman idilər, halbuki, xristianlar da var idi, onların rəhbəri isə yox idi» (Baqrationi, 1973, səh. 660). Başqa yerdə Samsxe kəndliləri barəsində Vaxuşti yazır: «Kəndlilər böyük ehtiyaca görə müsəlmanlığı qəbul edirdilər (səh.669).
Cavaxlılara gəldikdə, Vaxuşti yazır: «Kəndlilər xristian olub, lakin onların nə yepiskopu, nə də keşişi olub(səh.672). Kola kəndi barəsində yazır: «Orada kəndlilərin əksəriyyəti müsəlmandır, İspirdə də samsxelilər kimi onlar müsəlman idi, lakin gürcü dilində danışırlar, əxlaqına görə osmanlıdırlar»(çəh.686).Tortotomi kəndində isə indi onların hamısı tamamilə müsəlmandırlar, danışıqda gürcü dilində deyil, türk dlində danışırlar» (səh.687)
S onralar hadisələr elə inkişaf etdi ki, Cənub-qərbi Gürcüstan əhalisinin böyük əksəriyyəti XVIII əsr müddətində müsəlmanlığı qəbul etdi və onların bir hissəsi öz ana dilini də itirdi.
Müsəlmanlaşdırma XIX əsrdə də davam edirdi. Cənub-qərbi Gürcüstanın bəzi kəndlərində XIX əsrin başlanğıcında müsəlmanlaşdırma-türkləşdirmə prosesi barəsində N.Marr da işarə edib. Gürcüstanın tarixi əyalətinin- Şərqi Kaxetin (Sainqilonun) müsəlman gürcüləri barəsində də bir neçə söz demək istəyirik.
1886-cı ilin ailə siyahısına görə Zaqatala okruqunun (diyarınının) cəmi dörd kəndində pravoslav xristianlığına etiqad edən gürcülər sakinləşmişdilər. Qalan gürcü kəndlərinin əhalisi isə gürcü müsəlmanları idilər. Qeydə alanlar xristianları milliyyət qrafasında «gürcü», müsəlman gürcüləri isə inqilo yazıblar. Halbuki, dəftərlərdə inqilo gürcülüyünü göstərən gürcü ana dili də qeyd olunub. Təxminən belə dini(və etnik) durum Gürcüstanda onun Rusiyanın müstəmləkəsi olan vaxtlar var idi. XIX əsrdə etnik-dini durum daha da ala-bəzək oldu. Pravoslav rusların mühacirəti intensiv oldu. Elə bu zaman monofizit ermənilərin sayı artdı. Eləcə də erməni-katolik dini əhalisi artdı. Ermənilərin Samsxe-Cavaxetə ilk böyük partiyası 1828-ci ildən sonra gəldi.
Mühacir ermənilərin sayı 30 mindən artıq idi. Erməni-qriqoryanların çox sayı Gürcüstana XIX əsrin 80-ci illərində və Birinci Dünya Müharibəsi zamanı koçürülüb. Elə Cavaxetə çarizm rus sektantlarını da köçürdü. Onların ilk miqrasiya dalğası 1841-ci ildə baş verdi. Cavaxetinin səkkiz duxabor kəndinə 1941-1845-ci illərdə 4 097 nəfər sektant köçürülüb. Sektantlardan başqa Gürcüstana XIX əsr boyu pravoslav ruslar da köçürülürdülər. Gürcüstanda xidmət edən rusların çox sayı yaşamaq üçün daimi olaraq burada qalırdılar. Onlar arasında hərbi xidməti başa vuranlar da var idi. XIX əsrin ikinci yarısında Gürcüstanda rus sektantların və pravoslavların artıq 32 kəndi mövcud idi. 1830-cu illərdə Gürcüstana (Zalqa düzənliyinə) türkiyədən qaçqın yunan pravoslavları köçürüldülər. Halbuki, Türkiyənin Gümüşxana əyalətindən yunanların mühacirəti XVIII əsrin sonlarında da baş verdi. 1830-cu illərdə 50-ə qədər yunan ailəsi Cavaxetin Axalkalak rayonuna köçürülüb ki, burada da onlar oralı erməni etnik-dil mühitində erməniləşiblər ( Lomsadze, 1975, səh.337), sözsüz ki, onların pravoslav dinindən monofizitliyə keçməsi yolu ilə. Sözügedən vaxtlar pravoslav yunan dilli yunanların 100-ə qədər ailəsi Samsxenin Şavtsğali (Qarasu) vadisinin köhnədən kənd olmuş yerlərində məskunlaşıblar ki, sonradan da onlar Sixiscvari kəndində qərar tutublar.(Lomsadze,1975, səh.335). 1886-cı ildə Gürcüstanda ( Tiflis və Kutais quberniyalarında) 28 774 nəfər pravoslav yunan yaşayırdı. Diqqətə layiq haldır ki, Zalqaya mühacir olunmuş yunanların əksəriyyəti üçün ana dili yunan dili olmayıb. Onlar türk dilinin Anadolu dialektində danışırdılar. İbadət isə yunan dilində icra olunurdu. XIX əsrdə Gürcüstanda lüteranlar (almanlar) görünməyə başlayır. 1886-cı ildə ailə siyahısına görə Gürcüstanda 5 836 nəfər lüteran alman yaşayırdı. Onların ilk qrupu (9 181 nəfər) Tiflisə 1817-ci il sentiyabrın 21-də gələrək Sarticala yaxınlığında məskunlaşıblar. 1818-ci ildə Tiflisə alman lüteranların mühüm hissəsi gəlib. Elmi əsərlərdən məlumdur ki, 1819-cü ilin sonunda Gürcüstanda altı alman koloniyası var idi ki, onlar da protestantlığın lüteran təriqətinə qulluq edirdilər. 1884-cü ildə onlar Suxum yaxınlığında iki koloniya yaradıblar (Mancqaladze, 1975, Sonğulaşvili,1995). Gürcüstana köçürülən bütün dinlərin nümayəndələriTiflisdə cəmləşmişdilər. 1876-cı ildə pravoslavlar Tiflis əhalisinin yarılan çoxunu təşkil edirdilər. Gürcülər və ruslar ilə (müvafiq olaraq 22, 2 min və 19,6 min) onlara pravoslavlığı qəbul edən yunanlar (400 nəfər), osetinlər (300 nəfər), eləcə də ermənilər (100 nəfər), assuriyalılar (100 nəfər), almanlar (44 nəfər), polyaklar (926 nəfər), yəhudilər (22 nəfər), tatarlar (9 nəfər), farslar (4 nəfər) daxil idi. 1825-ci ildə Tiflisdə 18 pravoslav kilsəsi olub ki, onların da on ikisi gürcü, dördü rus və ikisi yunan kilsəsi idi.

M.Mediçin verdiyi məlumata görə, 1817-ci ildə Tiflisdə erməni-qriqoryan etiqadına qulluq edənlərin on kilsəsi var idi. XIX əsrin başlanğıcında müsəlmanlığa qulluq edənlər çox olmayıb. 1825-ci ildə Tiflisdə 300 nəfər müsəlman hesablanırdı ki, onların da əksəriyyəti şiələr idi. XIX əsrdə Tiflisdə müsəlmanların şiə və eləcə də sünni məscidləri olub. 1876-cı ildə Tiflisdə 4,3 min nəfər müsəlman yaşayırdı ki, onların da 3,7 min nəfəri şiə idi. 1897-ci ildə tiflisli müsəlmanların sayı 7,4 minə çatdı. Bütün XIX əsr boyu Tiflisin katolik əhalisi artırdı. 1825-ci ildə qeydə alınan 400 nəfər katolik 1897-ci ildə 7 min nəfərdən artıq oldu. Etnik baxımdan tiflisli katoliklərin tərkibi bir növ ala-bəzək idi. Ona daxil idilər: gürcülər, ermənilər, polyaklar, fransızlar, assuriyalılar və ruslar. Tiflisin Roma-katolik kilsəsinin möminləri arasında gürcülərdən 1883-cü ildə Tumanişivililər, Andronikaşvililər, Bakradzelər, Saakaşvililər, Zubalaşvililər, Cimşeraşvililər və sair qeydə alınıblar. Bu soylardan katolik gürcülər-Saakaşvililər, Zubalaşvililər, Andronikaşvililər- Qorinin 1842-ci ilin kamera siyahıya alınması dəftərində də qeydə alınıb (G ürc. Mərkəzi Dövlət Tarix Arxivi , 254-1-1939). Tiflisdə rus malakanları da sakinləşmişdilər. 1893-cü ildə Tiflisdə 1,2 min malakan yaşayırdı. Tiflisin alman koloniyasında lüteran kilsəsi var idi. Onun da möminlərinin sayı XIX əsrin sonlarında 83 mindən artıq idi. Etno mədəni və dil baxımından Tiflis yəhudi əhalisi bir cür olublar. Gürcü yəhudiləri ilə birgə Tiflisdə «Avropa yəhudiləri» adlanan yəhudilər də yaşayırdılar. Tiflisdə eləcə də Kürdüstandan mühacirət olunmuş yəhudilərin kiçik bir qrupu da yaşayırdı. Onlar yeni assuriya dilində danışırdılar. 1886-cı ildə yəhudi dininə qulluq edənlərin sayı Tiflisdə 1, 6 min nəfər hesablanırdı ki, onların da sayı 10 ildən sonra 3,4 minə qədər artdı. XIX əsrdə Tiflisdə dörd sinaqoqa var idi. müvafiq olaraq bütün etiqad nümayəndələrinin Tiflisdə ayrıca qəbiristanlığı mövcud idi. Pravoslavların müqəddəs Pyotr və Pavel qəbiristanlıqları ilə birlikdə erməni-qriqoryan( Xocevank) qəbiristanlığı, müsəlmanların və yaxud tatarların qəbiristanlığı, katoliklərin qəbiristanlığı, yəhudilərin qəbiristanlığı da mövcud idi. Lüteranların da ayrıca qəbiristanlığı var idi. 1886-cı ildə Tiflis quberniyasında 495 808, Kutais quberniyasında 799 743 nəfər pravoslav yaşayırdı. Əgər onları cəmləşdirsək bütün Gürcüstan miqyasında pravoslavalar 1295 451 nəfər idi. Monofizitlərin ümumi miqdarı 1886-cı ildə Gürcüstanda 187 348 nəfəri (Tiflis quberniyasında - 179 773 nəfəri, Kutais quberniyasında 7575 nəfəri) təşkil edirdi. 1886-cı ilin ailə siyahısında katolik və Roma-katolik məzhəb nümayəndələri ayrı-ayrılıqda siyahıya alınıb. Həri iki quberinyada erməni-katolik etiqatına qulluq edənlər isə birlikdə 4554 nəfər olaraq hesablanırdı. Eləcə də məzhəblərə uyğun olaraq müsəlmanlar da ayrı-ayrı ayrılıqda siyahıya alınimışdı. Gürcüstan ərazisində sunnilər şiələrdən artıq idilər. Tiflis quberniyasında sunnilərin sayı 30 524 nəfəri, şiələrin sayı 19 504 nəfəri təşkil edirdi. Kutais quberniyasında sunnilərin sayı 96 930 nəfər idi və onlar əsasən Batum və Artvin okruqlarında yaşayırdılar. Şiələrin miqdarı Kutais quberniyasında 1 314 nəfər ilə müəyyən olunurdu. Cəm olaraq bir yerdə götürəndə 98 244 nəfər idi.

Tiflis quberniyasında yaşayan şiələrin çox böyük hissəsi Borçalı qəzasının payına düşürdü. Ümumiyyətlə, 1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı. Rus sektantlarından malakanlar və duxoborlar Tiflis quberinyasında yaşayırdılar.
Malakanlar əsasən Borçalı, Tiflis və eləcə də Siğnağ qəzasında, duxoborlar isə əsasən Cavaxetdə, Axalkalak qəzasında cəmləşmişdilər. Müəyyən miqdarda onlar Borçalı qəzasında da yaşayırdılar (663 nəfər). 1886-cı ildə malakanlar 4 812 nəfər,duxoborlar isə 7263 nəfər olaraq siyahıya alınmışdılar. Kutais quberniyasına gəldikdə burada malakanların 33 nəfəri Batum okruqunda yaşayırdı. Lüteranların ümumi miqdarı Gürcüstanda 1886-cı ildə 6186 nəfər idi.
O cümlədən, Tiflis quberniyasında 5 072 nəfər, Kutais quberniyasında isə 1 141 nəfər lüteran yaşayırdı.
Tiflis quberniyasında onlar əsasən Tiflis qəzasında, eləcə də Borçalı qəzasında məskunlaşmışdılar. Kutais quberniyasında lüteranlar Suxum okruqunda qeydə alınırdılar.
1886-cı ildə Tiflisdə 96 baptist yaşayırdı. Qərbi Gürcüstana gəldikdə, burada baptistlər qeydə alınmamışdı. Tiflis quberniyasında 1886-cı ildə 122 nəfər subotnik sakinləşmişdi. Yəhudilərin ümumi miqdarı 13 268 nəfəri təşkil edirdi(Tiflis quberniyasında 6186 nəfəri, Kutais quberinyasında 7082 nəfəri). 1886-cı ildə Tiflis quberniyasında əhalinin 61,35 % pravoslav idi. Şərqi Gürcüstanda (Kutais quberniyasında) bu göstərici 86,61% təşkil edirdi. Tiflis quberniyasında monofizitlərin faiz miqdarı 22,25 % idi. Kutais quberniyasında erməni-qriqoryan etiqadına qulluq edənlər 0,83% təşkil edirdi.
Erməni katorlik dininə qulluq edən əhalinin sayı Şərqi Gürcüstanjda 2 %, Qərbi Gürcüstanda 0,97 % idi.
Roma- katolik dininə qulluq edənlər: Tiflis quberinyasında 0,46%, Kutais quberinyasında 0,07.
Lüteranlar barəsində də eyni şeyi demək mümkündür(müvafiq olaraq 0,63% və 0,12%). Tiflis quberniyasında sünnilər bütün əhalinin 8,43 %-ni təşkil edirdi, şiələr isə 2,41 %-ni. Kutaisi quberniyasında bu göstərici müvafiq olaraq 10,5%-ə və 0,13 %-ə bərabər idi. Yəhudilərə gəldikdə, onlar Kutais quberniyasında 0,76, Tiflis quberniyasında, 94 faiz idilər.
Tarixi Gürcüstanda dini-məzhəb mənzərəsi ümumi xətlərdə bu cür idi. XX əsrdə mövcud durum yenə də dəyişdi və onu ayrıca olaraq öyrənmək lazımdır. Halbuki, tam mənzərəni yaratmaq çətindir. Çünki Sovet hakimiyyəti məzhəb baxımından statistik göstəriciləri həyata keçirmirdi. Yalnız ümumi olaraq deməliyik ki, XX əsrin 40-cı illərində Gürcüstandan Sovet hökumətinin türk kimi qeydə aldığı gürcü müsəlmanları sürgün ediliblər. Elə bu dövrdə gürcü monofizitlərin daha çox hissəsi pravoslavlıqlarına qayıtdı. Erməni-katolik kilsəsinə yazılmış gürcü katolikləri Roma-katolik kilsəsinin möminləri oldular.
Məqalədə XIX əsrin ortalarında Çeçenistan-İnquşiyadan Pankisi dərəsinə köçürülən kistlər barədə bir şey demədik. Onlar köçürülən kimi pravoslav olaraq suya çəkildilər ki, bunu da onların gürcü suffiksli soyadları şərtləndirib. Sovet hakimiyyətinin qurulmasından sonra Pankisli kistlər müsəlmanqlıqlarına qayıtdılar.
Bu əsəri onu da qeyd etməklə qurtarmaq istəyirəm ki, tarixən Gürcüstanda yaşayan qeyri-gürcülər və müxtəlif məzhəblərin nümayəndələri tam azadlıqdan istifadə edirlər.
Fransız səyyahı Jan Şarden yazırdı: Gürcüstanda «öz adətlərinə və öz etiqatına görə yaşamağa, onun barəsində mühakimə etməyə və onu qorumağa haqqın vardır»( Şarden, 1975, səh.297-298). Digər avropalı Quldentşted elə həmin şeyi təstiq edirdi: «İdaretmə və ruhaniyyət tamamilə yunan kilsəsinə məxsus olmayan ermənilərin, katoliklərin, müsəlmanların və yəhudi əhalisinin dininə qarşı dini təmkinliliyini ifadə edir, onları təqib etmirlər» (Quldenştedt,1962, səh. 209).
Belə ki, etnik və dini əlaqələr tarixi Gürcüstanda çağdaş qərb əlaqələri səviyyəsində idi.

Gürcü dilinldən tərcümə edəni: Mirzə MƏMMƏDOĞLU


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR

QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstan, Siyasət
Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolus
Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis, Tarix
Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər  ...

Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər ...

Tiflis, Diaspora
Borçalı azərbaycanlıları

Borçalı azərbaycanlıları

"Şərqin səsi", Borçalı
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Noyabrın 27-də Gürcüstanda matəm günü elan ediləcək və dövlət bayraqları aş ...

Noyabrın 27-də Gürcüstanda matəm günü elan ediləcək və dövlət bayraqları aş ...

Gürcüstan, Batum, Nekroloqlar
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

"Borçalı" Cəmiyyəti
DUMANİS BƏLƏDİYYƏSİ

DUMANİS BƏLƏDİYYƏSİ

Başkeçid, Tarix, "Borçalı" Cəmiyyəti
GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASININ İLK ALİ QANUNVERİCİ ORQANI: GÜRCÜSTAN  ...

GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASININ İLK ALİ QANUNVERİCİ ORQANI: GÜRCÜSTAN ...

Ədəbi əlaqələr, Tiflis, Tarix
Müşfiq ÇOBANLI:  Borçalı — qədim türk yurdu

Müşfiq ÇOBANLI: Borçalı — qədim türk yurdu

Borçalı, Arxiv
Rəy yazın: