Qafqaz folkloru ilə Lermontovun maraqlanmasını və ona məftun olmasını onun populyar romantik dastan mətninin nağıl kimi nəql olunduğu «Aşıq Qərib» əsərində asanca hiss etmək olar.
Lermontov «Aşıq Qərib»i 1837-ci ildə Tiflis yaxınlığında hərbi hissədə olarkən yazmışdır.
Əsər Lermontovun ölümündən sonra, 1846-cı ildə «Вчера и сегодня» ədəbi almanaxında dərc olunmuşdur. Nağılda mənbə barəsində nə məlumat var, nə də Lermontovu bu folklor abidəsi ilə tanış edən şəxsin kimliyi açıqlanır. «Aşıq Qərib»in başlığından sonra «türk nağılı» (Турецкая сказка») şərhi verilmişdir. Bu məqam, demək olar ki, açıqca süjetin türk mənşəli olmasını göstərirdi və uzun müddət tədqiqatçılar arasında şübhə doğurmurdu. Lakin Lermontovun arxivi ilə tanışlıqdan sonra «Aşıq Qərib»in əlyazmasında onun türk mənşəli olması barəsində nə bir başlığın, nə də bir qeydin olması aşkar olunmadı. Müəyyən edildi ki, başlığı, eləcə də qeydi mətndə mövcud Şərq gerçəkliklərinə və türk ifadələrinə uyğun olaraq mətnin tərtibi və türk kimi hesab edilməsi jurnalın redaktoru Soloquba məxsusudur (1). Belə bir məqam müəyyən maraq döğurmuş və tədqiqatçıların diqqətini bu əsərin yaranma mənbəyinin axtarılmasına yönəltmişdir.
«Aşıq Qərib» Şərqdə kifayət qədər yayılmış dastandır. O, poetik ifadənin yüksək səviyyədə ustalıqla açıqlanması ilə, qəhrəmanların nəcib simaları ilə, güclü və ilahi sevgini əks etdirməklə dinləyicinin diqqətini xüsusilə özünə cəlb edir. Cəlbedici süjetlərlə və nəsr mətninə əlavə edilmiş incə lirizm ilə dolu olan şeir-mahnıların sayəsində bu dastan aşıqların ifaçılıq repertuarında sevimli əsərlər kimi özünə məxsus yer tutur. Məhz elə bu xalq özanları-aşıqları vasitəsi ilə o, yayılaraq populyar folklor abidələrindən birinə çevrilmişdir. Bu dastanın versiyalarına Orta Asiya folklorunda: türkmən, özbək, qarakalpak, eləcə də Qafqaz şifahi xalq ədəbiyyatında: Azərbaycan, gürcü, erməni, kalmık və kabarda arasında rast gəlinir. Dastan eləcə də Türkiyə və Bolqarıstanın türk əhalisi arasında da yayılmışdır. Təbii ki, tədqiqatçıların diqqəti hər şeydən öncə, türk versiyası üzərində dayanmışdır. Lakin bu dastanın türk versiyaları mürəkkəb süjetli geniş əsərlərdir, hər bir epizodun müstəqil hadisə kimi inkişaf etdiyi fərqli mətni əhatə edir. Dastanın nəzm hissəsi nəsr hissəsini demək olar ki, kölgədə qoyduğundan o, Lermontovun nağıl mənbəyinə çevrilə bilməzdi.
Geniş süjet gərgahı bütün Orta Asiya versiyasını xarakterizə edir. Baş qəhrəmanların roman sərgüzəştlərinə paralel olaraq digər roman epizodları da tapılır ki, bu da əksər hallarda əsas süjet xəttinin yüklənməsinə səbəb olur. Bütün versiyalarda dini elementlərə bolluca rast gəlinir. Məhz elə bunlara görə, bütün Orta Asiya versiyaları açıqca Lermontov mətnindən uzaqlaşmışdır.
Oxşarlıqların müəyyən edilməsi nəticəsində 1864-cü ildə Lermontov nağılının Atajukin tərəfindən kabarda dilinə tərcümə olunandan sonra, şübhəsiz, yaradılması mümkün olan, kabarda şifahi xalq ədəbiyyatına təsir göstərən və eyni süjetlər ilə bənzəri olan variantlarının əmələ gəldiyi kabarda versiyası da istisna olundu (2).
Nağılda Qərb gerçəklikləri və Azərbaycan sözləri («ana», «Rəşid», «salamməleykim», «görərsiniz» feil forması yalnız Azərbaycan dialektini xarakterizə edir (3). Bu günə kimi Azərbaycan dilində mövcud variantdan heç biri süjet olaraq Lermontovun nağılına uyğun gəlmir. Lermontovun «Aşıq Qərib»inin mətni yalnız gürcü variantları ilə olan oxşarlıqları əks etdirir. Vaxtilə İ. Andronikov(4), və S. Yaqubova(5) bu halı qeyd etmişdir. Doğrudan da, Ş. Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun folklor arxivində və Batumi Elmi-Təhqiqat Folklor Fondunda mühafizə olunan bir neçə gürcü variantı məhz elə dastanın Lermontovun nağılında verilən hissəsini əhatə edir və onda Şahsənəmə vurulana kimi aşığın həyatı əks olunduğundan bütün Azərbaycan mətni üçün xarakterik və vacib olan geniş giriş buraxılmışdır.
Eyni zamanda gürcü variantları qismən Mahmudbəyov tərəfindən 1892-ci illə yazılmış Azərbaycan mətninə uyğun gəlir. Gürcü variantlarının qeyri-gürcülüyünün əmələ gəlməsi aydındır. Bütün hər şey bu əsərləri aşıqlardan eşidən müsəlman gürcüləri tərəfindən yazılmışdır. Bu gürcü nağılçıları əsərin nəsr hissəsini gürcü dilində bizə çatdırırlar, aralarında olan şeyir parçalarını-mahnıları isə tərcümə etməmişlər. Ərazi fərqlərinə baxmayaraq, Mesxetidə yazıldığı kimi, Acarıstanda aşkar olunmuş mətnlər süjet olaraq bir-birlərindən az fərqlənir və göründüyü kimi, bir ümumi mənbədən təşəkkül tapmışdır.
Lermontovun nağılına uyğun olaraq, eləcə də gürcü variantlarında olduğu kimi əhvalat Tiflisdə baş verir. Hər iki qəhraman Aşıq Qərib də qəhrəman qadın Şahsənəm (Lermontovda Mahul-Mehri) Tiflis sakinləridir. Lermontovun mətni dastan variantlarının oxşar süjet ardıcıllığına riyaət edir.
1. Sevgililər tərəfindən əhdi-peyman bağlanması. Belə ki, yeddi il ayrılıqdan sonra Qərib geri qayıdır. Əks təqdirdə Şahsənəmə (Mahul-Mehriyə) başqasına ərə getmək hüququ verilir.
2. Qəribin anasının narahatlığı və ağlamaqdan gözlərinin kor olması.
3. Şahsənəm (Maqul- Mehri) tərəfindən vaxt ötdükdən sorpa Qəribi axtarması.
4. Uzaq ölkədən Qəribin möcüzə yaradan atlının yardımı ilə qayıtması.
5. Qəribin Şahsənəmin ( Mahul-Mehrinin) toy günü gəlməsi və onun toyuna aşıq kimi getməsi.
6. Oğlunun qayıtmasından sonra Qəribin anasının müalicə olunması.
7. Sevgililərin bir-birinə qovuşmasıi və xoşbəxt sonluq.
Lakin süjetin bu cür quruluşu az-çox dastanın bütün variantını xarakterizə edir. Odur ki, onlar arasında fərqlər barəsində epizodlarda təsvir olunmuş hadisələr və vəziyyətlər vasitəsi ilə mühakimə yürütmək mümkündür.
Qeyd edildiyi kimi, Lermontovun mətni Aşıq Qəribin gürcü variantları kimi qəhrəmanların Tiflis sakinləri olmasını göstərir. Axalsixe rayonunun Tatanisi kəndində 1930-cu ildə Aslan Bliadzedən yazıya alınmış mətnə uyğun olaraq «Qərib adlı məşhur aşıq şahzadə qadına - Şahsənəmə vurulur. Nişanlanır. Lakin onun qismətində olmur. Qadına deyir ki, yeddi il mənə möhlət ver, gedim pul qazanım, gəlib sonra evlənərik. Şahzadə Şahsənəm ona deyir ki, məgər, mənim azmı pulum vardır? Ondan ötrü bir yana getmə, pulu mən verərəm.
Aşıq cavab verir: «Sənin pulun mənə lazım deyil. Qorxuram ki, başıma qaxalar».
Lermontovun nağılında da belədir. Varlı Mahul-Mehri Aşıq Qəribə deyir: «Проси мою руку у отца моего... и отец мой сыграет нашу свадьбу на свои деньги и градит меня столько, что нам двоем достанет»,-Хорошо,- отвечал он,- ...но кто знает, что после ты не будешь меня упрекать в том, что я ничего не имел и тебе всем объязан» (6)
Belə ki, kasıb Aşıq Qərib arvad pulu ilə yaşamağı özünə ar bilir və buna görə də pul qazanmaq üçün yeddi illiyinə yad ölkəyə işləməyə gedir.
Bütün başqa versiyalarda Qəribə pul başlıq üçün lazım gəlir. Odur ki, gürcü variantı yeganədir ki, burada Qəribin getməsi başlıq ilə əlaqədar deyildir. Aydındır ki, gürcü mühitinə düşən mətndən başlıq ilə arvad almaq adəti yad olaraq atılacaqdı. Bu baxımdan güman edilir ki, Lermontovun nağılının əmələ gəldiyi «Aşıq Qərib»in arvad almasının başlıqla əlaqədar olmamasının mövcud olduğu naməlum variantı da bu cür sosioloji mühitdə cərəyan etməlidir.
Aşıq Qəribinin axtarılması epizodu da eynidir. Gürcü mətnində oxuyuruq: «Yeddi il tamam oldu, bircə gün qaldı, lakin aşıq öz sevgilisinin yanına gəlmir. Qadının valideynləri Qəribin gəlməsinə şübhə edirlər və onu başqasına vermək niyyətinə düşürlər. Şahvələd adlı birisini tapıb ona nişanlayırlar. Şahsənəm görür ki, işlər pis gedir, belə bir vasitəyə əl atır. Qəribdən hədiyyə aldığı qızıl nimçəni götürüb çarvadara verərək tapşırır: Get, Hələb şəhərinə, hamını dəvət et, qızıl nimçəni şərabla doldur. Kim bu nimçəyə sahib çıxsa, deməli o, aşıq olacaqdır. Mənim halımı ona söylə, həm də ona de ki, tez gəlsin, yoxsa, məni ərə verirlər». Lermontovda çarvadar (sarvan) karvan ilə alverə gedən tacir ilə əvəz olunmuşdur : : привызает она купца к себе и дает ему золотое блюдо. «Возьми ты это блюдо.-говорит она,- и в какой бы ты город ни приехал, выставь это блюдо в своей лавке и объяви везде, что тот, кто признается моему блюду хозяином и докажет это, получит его»(7).
Lermontovun nağılında gürcü variantında təsvir olunan vəziyyət, demək olar ki, təkrar olunmuşdur. Qərib tərəfindən bağışlanılmış hədiyyə qızıl nimçə ilə axtarmaq epizodu digər iki Azərbaycan variantında da vardır, lakin orada qızıl nimçə bir varianta üzükdür, o biri variantda isə məktubdur.
Qəribin Tiflisə gəlməsi epizodunda da vəziyyət eyni şəkildə cərəyan edir. Sürətlə gəldiyinə görə yolda atı ölür. Bu zaman Xıdır İlyas onun yanında peyda olur. Nağılçının nəql etdiyinə görə elə həmin müqəddəs Georgi onu atın tərkinə otuzdurur, bir göz qırpımında Qərib Ərzurumda olur, ikinci göz qırpımında Qarsda, üsüncü göz qırpımında isə Kocorda və Tiflisdə olur. Lermontovun nağılında da yad atlı Qəribə yardım göstərir: «тогда он убедился в душе, что его покровитель был не кто иной, как Хадерилиаз (св. Георгий)»(8).
Lermontovun Xıdır İlyas kimi yazdığı Xıdır İlyas və yaxud Həzrət Əli heç bir variantda Müqəddəs Georgi kimi eyniləşdirilməmişdir. Lermontovda yad atlı ağ ata minmişdir. (ağ at isə müqəddəs Georginin atributu kimi məlumdur.) Məhdudaşdırma da eynidir: Ərzurum-Qars-Tiflis. Belə ki, bunlar başqa versiyalarda fərqli olaraq göstərilmişdir.
Bu variantı kabarda variantı kimi, Lermontovun nağılının təsiri ilə işlənməsini düşünməyimiz olmazdımı, bu halda süjet və epizotik oxşarlıqlar qanuna uyğun olardı və odur ki, Lermontovun nağılının mənbəyini aramaq məsələsi də həll olunardı. Lakin bu heç də belə deyildir. Süjet eyniliyinə və epizod oxşarlığına baxmayaraq gürcü variantında qəhramanların adları fərqlidir.Gürcü mətnində qadının adı Şahsənəmdirsə, Lermontovda Mahul-Mehridir. Bu baxımdan S. Yaqubovanın fikirləri də maraqlıdır ki, Mahul –Mehri Mahu –Mehridən yaranmış ola bilər ki, bu da ən gözəl, ən yaraşıqlı mənasını verir və elə bu təşbehlə də o adlandırılmışdır. Bu halda Şahsənəmin Mahu-Mehri təşbehi olmalı idi. Süjetin şifahi nəqli prosesində, güman edildiyinə görə, Mahu-Mehri təşbehi itmiş və yalnız qəhrəman qadının həqiqi adı Şahsənəm qalmışdır. Göründüyü kimi, Lermontov bu təşbehə diqqət yetirmiş və qəhrəman qadının adı kimi istifadə etmişdir.
Aşıq Qəribin bizim əlimizdə Lermontovun mətni ilə daha çox oxşarlıqların aşkarlandığı digər variantlar da vardır. Bu, Şuaxevi rayonunun Papoşvilebi kəndində 90 yaşlı Esma Putkaradzedən yazıya alınan, Batumi Elmi Təhqiqat İnstitutunun Folklor Arxivində mühafizə olunan mətndir (9).
Axalsixe (Aslan Bliadzenin) mətnindən fərqli olaraq acar variantında türk şeir-mahnılarına rast gəlinmir ki, bununla da dastanın janr xüsusiyyəti pozulmuşdur. Bu mətn öz kompoziyiası ilə Lermontovun əsəri kimi nağılı təşkil edir. Şübhəsiz, acar mətni lap başdan dastan formasında ola bilərdi, lakin türk şeyir-mahnılar nağılçı tərəfindən vaxt keçdikcə unudulmuş və dastan nağıl şəklinə düşmüşdür. Acar variantında lermontovun nağılının bənzəri olan çox epizodlara rast gəlirik. Mətnə uyğun olaraq Tiflisə gələn: « Aşıq Qərib ata mindi, yalmanına yataraq atı bərk çapdı «düzə» ( düzənliyə) çıxdı, At çatladı. Nə edə bilərdi, orda oturub ağladı. Ona bir atlı yaxınlaşıb dedi:
Ey yolçu, niyə ağlayırsan?
- Atım öldü və ona görə də ağlayıram ( Şahsənəm ərə gedir və at da öldü, ağlamazmı?!) Atlı ona dedi ki, mən gedəcəyəm, sən də arxamca gəl. Heybəsini götürdü və yəhərin qaşından asdı. Necə gedirsən, Nə etsin, çata bilmirdi. Geridə qaldı. Atlı onu gözləyib dedi:
Hara gedirsən?
- Qarsa gedirəm, dedi. ( hara getdiyini demədi, xətir etdi) Otur mənim tərkimə,-dedi. O da oturdu və atlı dedi ki, gözlərini yum, umdu, açanda gördü ki, artıq Qarsdadır. Atdan düşmək istəyəndə atlı dedi ki, hara gedirsən?
Çəkindi, lakin dedi ki, Ərzuruma gedirəm dedi. Ata mindi, gözlərini yumdu, bir
«soluxa» (göz qırpımında) atdan düşdü, çonqurunu və heybəsini götürdü. Atlı ona dedi ki, hara kimi gedirsən?- Tiflisə getməliyəm,- dedi. Yenə ata mindi. Gözlərini yümdü, asan kimi gördü ki, Tiflisdədir».
Lermontovda bu hissə acar mətninin dəqiq oxşarıdır: « ступай за мной», - сказал грозно всадник. «Как я могу за тобой следовать,- отвечал Ашик,- - твой конь летит, как ветер, а я отягощен сумою». – Правда: повесь же суму свою на седло мое и следуй». Отстал Ашик-Кериб, как ни старался бежать. « Что ты отстаешь?- спросил всадник. « Как же я могу следовать за тобою, твой конь быстрее мысли, а я уж измучен». – «Правда, садись же сзади на коня моегои говори всю правду, куда тебе надо ехадь», - хоть бы в Арзрум поспет нонче»,- отвечал Ашик. « Закрой же глаза» ; он закрыл. «Теперь открой». Смотрит Ашик: перед ним белеют стены и блещут минареты Арзурума. « Виноват, Ага,- сказал Ашик,- - я ошибся... мне надо Карс»,- « закрой же опять глаза- теперь открой». Ашик себе не верит- то, что это Карс. Он упал на калени и сказал: « мне по-настояшему надо в Тифлис». «Экой ты неверный,- сказал сердито всадник,- но нечего делать, прощаю тебе: закрой же глаза. Тепер открой»,- - прибавил он по прошествии минуты. Ашик вскрикнул от радости: они были у ворот Тифлиса» (10).
Acar variantına uyğun olaraq «Aşıq Qərib atdan düşəndə atlı dedi ki, atın ayağı altından bir ovuc torpaq götür cibinə tök. Sənin «anan» kordur. Bunu onun gözünə çəkən kimi sağalacaqdır. O, torpağı götürüb qalxanda atlı və at yox oldular. Anladı ki, ona kömək edən Həzrət Əli imiş».
Lermontovda oxuyuruq: « Наклонись,- сказал тот, улыбнувшись,- и возьми из-под копыта коня комок земли и положи себе за пазуху: и тогда, если не будут верить имтине слов твоих, то вели к себе привести слепую, котороя семь лет уже в этом положении, помажь ей глаза и она увидит». Ашик взял кусок земли из-под крпыта белого коня, но только он поднял голову, всадник и конь исчезли; тогда он убидился в душе, что его покровитель был не кто иной, как Хадерилиаз» (св. Георгий) (11).
Acar mətninə uyğun olaraq « Şahsənəmi zorla Xurşid bəyə verirlər. Qırx gündür ki, «düyün» edilir. Şahsənəm ona getmir. Bir əlində «ağı» tutmuş, o biri əlində isə xəncər. Belə ki, onu çox narahat etsələr ya ağını içəcək, ya da xəncərlə özünü öldürəcəkdir».
Lermontovda oxuyuruq: « а Магуль-Мегери... держала в одной руке чашу с ядом, а в другой- острый кинжал: она поклялась умереть прежде, чем опустить голову на ложе Куршуд-бека» (12).
Aşıq Qərib tərəfindən anasının müalicə olunması epizodunda da dəqiq oxşarlıq vardır. Acar mətnində: « Sən Aşıq Qərib deyilsən,- dedilər,- o, belə tez gəlməzdi.
O da dedi ki, Həzrət Əli mənə kömək etdi, onun atı ilə gəldim. Uçdum da gəldim. Səhər Qarsa gəldim, günorta Ərzuruma, axşamüstü isə Tiflisə. İnanmadılar.
Əgər inanmırsınızsa, torpaq gətirmişəm. Bir kimsə «koru» gətirin, baxaq, görək. Onun anasını gətirdilər. Torpağı onun gözlərinə çəkdi. Qoca arvadın gözünə işıq gəldi».
Lermontovda: Ты лжёшь; как можно из Халафа приехать сяда в три дни?(сиъ).
- Утренный намаз творил я в Арзиньнской долине, в полуденный намаз в городе Карсе, а вечерний намаз в Тифлизе. Аллах дал мне крылья и я прилетел... в доказазательство истины- отвечал Ашик...- лучше всего приведите мне слепуя, которая бы семь лет уж не видала свету божьего и я возвращу ей зрение. «сестра Ашик-Кериба, стоявшая у двери и услышав такую речь, побежала к матери... и взяв ее под руку, привела старуху на пир свадебный... тогда Ашик взял комок земли из-за пазухи, развёл её водой и намазал матери глаза... и мать его прозрела»(13).
Eyni epizodlardan başqa, acar variantı onunla da maraqlıdır ki, Lermontovun nağılındakı kimi, aşıq Qəribin rəqibini yayılmış Şahvələd əvəzinə Qurşum bəy ( Lermontovda Xurşid bəy) kimi göstərir. Lakin, göründüyü kimi, Lermontov bu dastanın başa variantını da dinləyibmiş. Andronikovun göstərdiyi kimi, Lermontovun arxivində saxlanılan «Aşıq Qərib»in əlyazmasında şair Xurşid bəyin yanında Şahvələdi də yazmışdır, lakin silib yenidən Xurşid bəyi saxlamışdır.
Konkret olaraq Lermontova nəql edənin, onu Qafqaz folklorunun zəngin xəzinəsi ilə tanış edənin kimliyi haqqında mühakimə yürütmək çətindir. Bu barədə nə yazılı məlumat var, nə də onun müasirlərinin xatirələri. Göründüyü kimi, Lermontov bu dastanı sonra yenidən işləmək, bu mövzuda yeni əsəri yaratmaq niyyətində imiş. Onun arxivində saxlanılan bu nağılın sonradan işləməsinin izi görünmür. Göründüyü kimi, o, yalnız düzgün dəqiqliyi ilə yazılan dastanın mətnini təşkil edir, halbuki dastanı xarakterizə edən kompozisiya quruluşundan – nəsr təhkiyyəsinə paralel olaraq qəhrəmanların dialoq və hisslərinin şeyir-mahnıları ilə verilməsindən məhrumdur. Lakin nağılın elə öz mətnindən müəyyən olunur ki, Lermontov Şərq folklorunun özünəməxsus xüsusiyyətlərinə malik olan bu mürəkkəb janra yaxşı bələd idi. Nağıla uyğun olaraq Aşıq Qərib üzüm bağında yuxuya getmişdi. Bu zaman Mahul-Mehri öz rəfiqələri ilə oradan keçirdi. И одна из них, увидев спящего Ашика, отстала и подошла к нему: « Что ты спишь под виноградником- запела она, - Магул-Мегери слышала её песню и стала её бранить»(14).
Məlumdur ki, burada dastanı xarakterizə edən, tərcüməsi də Lermontova çatdırılan şeyir-mahnılar olardı.
Odur ki, nağıl mətninin bütün mövcud versiya ilə müqayisə edilməsi onun dastanın gürcü variantları ilə şübhə doğurmayan yaxınlığını təstiq edir. Şübhə yoxdur ki, o, dastanın Gürcüstanda yayılmış və bu gün də müsəlman gürcüləri arasında təstiq olunmuş versiyasından əmələ gəlmişdir.
İstifadə olunan ədəbiyyat:
1. И. Андроников, Лермонтов, 1951, с. 221.
2. С. Андреев-Кривич, Лермонтов, Вопросы творчества и биографии, 1954, с.106.
3. И. Андроников, Лермонтов, 1968, с. 252.
4. И. Андроников, Лермонтов, 1951, с. 221.
5. С. Якубова, Азербайджанское народное сказание «Ашыг-Гариб», 1963, с.177.
6. М. Лермонтов, 1969,с. 185.
7. М. Лермонтов, 1969,с. 188.
8. Elə orada, səh. 187.
9. Elə orada, səh. 188.
10. Elə orada, səh. 189.
11. Elə orada, səh. 190-191.
12. Elə orada, səh. 190-191.
Gürcü dilindən tərcümə edəni:
Mirzə Məmmədoğlu
1. M. Lermontov. Seyidabad bağları (Özünün çəkdiyi rəsm)
2. M. Lermontov. Qədim Tiflis, Metex qalası (Özünün çəkdiyi rəsm)
3. M. Lermontov.