Bu, necə tərcümə, bu, nə əş'ardır? Böylə tərcüməyə hacətmi vardır?..

Bu, necə  tərcümə, bu, nə əş'ardır? Böylə tərcüməyə hacətmi vardır?.. və yaxud M.Y.Lermontovun 189 yaşlı "Dilənçi"sinin yeni - dördüncü tərcüməsi...

Görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun
(1814 - 1841) "Нищий" (Dilənçi) adlı
maraqlı bir şeiri vardır.
1830-cu ildə - şair 16 yaşında olanda yazdığı
şeirlərindən biridir.

Şeirin yazılması haqqında müxtəlif rəvayətlər, açıqlamalar, incələmələr olsa da, onlardan danışmaq fikrimiz yoxdur.
Məqsədimiz diqqəti tərcümə məsələlərinə yönəltməkdir.
Müzakirə açmaq fikrimiz də yoxdur. Yox, əgər buna ehtiyac olsa, fikirlərinizi eşitməyə hazırıq.

Fikir mübadiəsi aparmaq sizlərin mənəvi haqqınızdır.

"Dilənçi" şeiri cəmi 3 bənddir, abab kimi qafiyələnib,rus şeir texnikasının ənənələrinə uyğun şəkildə işlənilib.


Mövzu kilsənin qabağında dilənçilik edən bir bədbəxtin həyatının bir neçə dəqiiqəsini işıqlandırır.

Dilənçi adamın ürəyini ağrıdan bir görkəmdə,bir haldadır.Onun istəyi bir tikə, bir loxma çörəkdir. Əli dilənməkdən uzalı qalıb. O, insan bildiyi adamlara əl açır.Lakin bu bir tikə çörəyi də bu müqəddəs yerdə-kilsənin qapısı önündə ona çox görürlər. Onun - bu kor baxışlı dilənçinin qabına nadir hallarda qəpik-quruş atırlar.
Kor dilənci kar deyil. O, qəpiyin səsini tanıyır.

Bir dəfə bir nadan onun qabına istehza ilə pul əvəzinə bir qara daş parçası atır.
Bu məqam 16 yaşlı gələcək şairin diqqətini cəlb edir.
16 yaşında məhəbbət oxu daşa dəyən Mişa bu təhqiramiz hadısəyə dözə bilmir.
O, rus dilinin rus poeziyası üçün geniş imkanlar açan dilində öz düşüncələrini qələmə alır.


Нищий

У врат обители святой
Стоял просящий подаянья
Бедняк иссохший, чуть живой
От глада, жажды и страданья.

Куска лишь хлеба он просил,
И взор являл живую муку,
И кто-то камень положил
В его протянутую руку.

Так я молил твоей любви
С слезами горькими, с тоскою;
Так чувства лучшие мои
Обмануты навек тобою!
(1830)

Bu şeir dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib və kitablara düşüb.
Bir sıra tərcümələri ilə ədəbiyyat tariximizdə özünə yer tutan şair-tərcüməçi Eyvaz Borçalı
Mixail Yuryeviç Lermontovun "Dilənçi"sini oxuculara belə çatdırıb:

Müqəddəs bir kilsə önündə biri
Sədəqə umurdu gəlib-gedəndən.
Bir sümük qalmışdı, yazıq, bir dəri,
Aclığın, əzabın, dərdin içində.

Onun diləndiyi - bir tikə çörək,
Yalvaran gözləri bir məşəqqətdi.
Kim isə ötəndə rişxənd edərək,
Uzalı əlinə daş qoydu getdi.

Beləcə yalvarıb sevdim dəruni,
Acı göz yaşların yandı həsrətdən.
Könlümün ən acı istəklərini,
Beləcə aldatdın əbədilik sən....

(Bax: Dünya ədəbiyyatı kitabxanası, 33-cü cild // Bakı, “Yazıçı”, 1989;
M.Y.Lermontov. Seçilmiş əsərləri.Öndər nəşriyyatı. Bakı, 2005 .cəh.19.
Tərcüməçi: Eyvaz Borçalı)


Mənə elə gəlir ki, tərcümə alınmayıb. 16 yaşlı gəncin hiss və həyəcanları oxucunu təsirləndirmir.
Azərbaycan dilində tərcümə, hər nəsnədən əvvəl, dilin axıcılığı və incəliyi ilə diqqəti cəlb etməlidir.
Əlbəttə, bu fikir doğrudur ki, hər bir tərcümə orijinalla müqayisədə nöqsanlı görünür.
Lakin nöqsanın faizinin az olması naminə bəzi klassik tərcümələrdə olduğu kimi,
tərcüməçi yaradıcılıq nümunəsi də göstərməli, Azərbaycan dilinin gözəlliyini oxucuya hiss etdirməlidir.

Həmin bu şeiri daha sonralar isə İsaxan İsaxanlı belə tərcümə etmişdir:

Dayanıb kilsənin çıxacağında
Sədəqə toplayır qoca dilənçi.
Taqəti qalmayıb xəstə canında
İndicə yıxılıb öləcək sanki.

Heykəl tək dayanıb səhərdən bəri,
Dəyməyib bir içim su da dilinə.
Yanından ötəndə zalımın biri
Qara daş parçası qoydu əlinə.

Yadındamı bir vaxt durub qarşında,
Diz çökdüm, yalvardım dilənçi kimi.
Anlaya bilmədin, nə üçün onda,
Ömürlük məhv etdin sən hisslərimi.

(Bax: “Bizim lider” qəzeti, 18 iyul 2009-cu il. № 09)

2014-cü ildə həmin şeiri Nəsir Əhmədli isə belə tərcümə edib:

Monastr yanında durmuşdu tində
Yeməksiz, içməksiz quru bir bədən.
Bu müqəddəs yerdə, əzab içində
Sədəqə umurdu gəlib-gedəndən.

Bir parça çörəkçün gözündə kədər
Yazıq əl açırdı ona, gah buna.
Bir də gördüm, yoldan keçən bir nəfər
Yastı bir daş qoydu onun ovcuna.

Səndən sevgi umdum beləcə mən də,
Ağladım, yalvardım, “açdım ovcumu”.
“Daşla” əvəzlədin “çörəyi” sən də,
Ömürlük məhv etdin ən saf duyğumu.

(Bax: "26 yaşlı şairdən 26 şeir" (M.Lermontovun 200 illik yubileyi münasibətilə, Nəsir Əhmədlinin tərcüməsində, "Mütərcim", 2014, səh.18-19).

Eyvaz Borçalı kimi qabil bir tərcüməçidən və tanınmış alimlər İsaxan İsaxanlıdan və Nəsir Əhmədlidən sonra
bu şeiri tərcümə etmək çətin və naqolay görünsə də, mənfəətdən xali olmadığı üçün
mən də "Dilənçi"ni dilləndirdim:


Bir kilsənin önündə
Dilənirdi dilənçi.
Ölü kimi diriydi,
Dəhşətliydi çöhrəsi.

İstəyi loxma çörək...
Çoxdan dəymr dilinə.
Kimsə ona gülərək ,
Daş uzatdı əlinə.

Eh...Sənə rəğbətimi
Mən göstərə bilmədim.
Mən sənə diqqətimi
Heç yönəldə bilmədim...


Nazim NƏSRƏDDİNOV
Bakı. 20.02.2019.

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSEN ...

EYVAZ BORÇALI YARADICILIĞI: POEZİYASI (KİÇİK VƏ BÖYÜK NƏZM FORMALARI), SSEN ...

Humanitar elmlər, Elmi Məqalələr, Bədii Tərcümə, Borçalı

"Mərkəzi Banka gedin..."

Azərbaycan, İqtisadiyyat, Sosial
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Dirili Qurbani

Dirili Qurbani "Dirili Qurbani Məclisi"nə "Gələcək!..

Elanlar
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Yusif Dirili: Dirili Qurbaninin şeirləri A.Bartkutaşvilinin tərcüməsində

Yusif Dirili: Dirili Qurbaninin şeirləri A.Bartkutaşvilinin tərcüməsində

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi əlaqələr
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Şirazi və onun Gülşən-i Raz Tərcüməsi

Yeni nəşrlər, Turan
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

RUHUN ŞAD OLSUN, VİLAYƏT RÜSTƏMZADƏ!..

UNUTSAQ, UNUDULARIQ!...., Elanlar
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Milli Tərcümə Forumu keçirilib

Milli Tərcümə Forumu keçirilib

Bədii Tərcümə, QHT
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Dağlara söykənən şair - AĞASƏFA

Dağlara söykənən şair - AĞASƏFA

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
ELNURƏ AĞAZADƏ:   ÖLÜMƏ GEDƏN YOL (Hekayə)

ELNURƏ AĞAZADƏ: ÖLÜMƏ GEDƏN YOL (Hekayə)

Nəsr, Müsabiqə
Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: