İstanbulda görüşüydü, Bu birliyə yürüşüydü. Türklüyə dönüşüydü. Sənə yar olsun Allahım. Türk oğlu, türk Seyfullahım. Babam qərib, anam qərib. Həp boylandım qərib- qərib. Qovlamaqdan oldum həlik. Ayrılıq oldu günahım. Türk oğlu, türk Seyfullahım. Din içində din bəslədim, Dil içində dil bəslədim.