SEVGİLƏRİN ƏN GÖZƏLİ...

SEVGİLƏRİN  ƏN GÖZƏLİ... Bakıda növbəti tədbirə dəvətim vardı. “Yurd həsrəti” li Qərbi yazarlarımızın, ziyalıların torpaqlarından deportasiya olunmasının, köçkünlüklərinin 30 illiyik ağrı-acını bölüşəcəkdik. Mən Vətənimin bu bölgəsində olmamışam. Coğrafiyası, təbiəti, gözəllikləri barədə kitablardan oxyub heyran olanda məktəbli idim. Aşıq Alının, Dədə Ələsgərin qoşmalarında, gəraylılarında süsləyirdim duyğularımı... Saz havalarına yandırıb yaxırdım gözəlliyə, şeirə vurğun könlümü. Ulu Göyçənin havasına uçunurdum, Göyçə gölünün sularında arayıb-darayırdım qulac-qulac hörüklərimi yuxularımda... Eldar İsmayılın bulaq suyu kimi dum-duru şeirləri, sözlərinə yazılmış nəğmələriylə salamlayırdım doğan günəşi, gecələr göylərdə bədirlənən ayı, parlayan ulduzları... Gəncliyin öz şövqü var! Sevə-sevə yaratdığın xəyali obrazlarına hər zaman sadiq qalırsan. Ruhuna hopan yurd, torpaq sevgisi, Vətən məhəbbəti həmişə səninlə olur, anbaan artır, çoxalır! Qazandığın belə mənəvi saflığı sonradan elə bilirəm ki, heç nə korlaya, zay edə bilmir...

Qərbi Azərbaycan mənşəli yazarlarımıza, söz, sənət adamlarımıza doğmalıq mənə bir qədər də sevimli Şairimiz, Respublikanın Əməkdar Jurnalisti, dəyərli yaradıcılığı ilə BöyükTürk adını qazanmış Eldar İsmayıldan keçib. Hər dəfə Ustadla görüşlərimizdə elindən-obasından ayrı düşən, yurd həsrəti ilə için-için qovrulan, həsrətini, acılarını misralarına, yazılarına hopduran bölgə yazarlarının adlarını sadalayır, mənə onları oxumağı tövsiyə edir, ədəbiyyat verir. Şairi ovuda, kiridə bilmədiyi dərdi, qəmi dilləndirir... Yurd itirən, ev-eşiyi talan edilib viran qalan, doğmalarının, ulularının qəbirlərindən ayrı düşən şairin dilinə dözməkmi olar?! İşimi əvvəlcədən bilirdim, bu tədbirə qatılanda...
Tədbirin təşkilatçıları dəyərli jurnalistlərimiz Mürvət YusifovAşıq Alı irsinin tədqiqatçısı Qabil Zimistanoğlu idi. Tədbirə yetişib ziyalı xanım, Azərbaycan Yazıçılar Birliyinin üzvü Təranə Musayeva ilə taksidən düşəndə hava qaralmaq üzrə idi. Bakıda mənim üçün darıxmağın adı və dadı Təranəyə çatana qədərdir. Qubamın təravətini, yurd-yuvamın şirinliyini daşıyır mənim üçün küləklər şəhərində... Tədbirin əhəmiyyətini, vacibliyini nəzərə alaraq birgə iştirak etməyi qərara almışdıq.
Iri zalda görüşmələr, hal-əhvallaşmalar işıqlar sönüb Azərbaycanın işğal olunmuş rayonlarına həsr olunmuş, tarixi sənədlərə və faktlara əsaslanan video-rolik işə düşənə kimi davam etdi. Torpaq uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Söz alan çıxışçılar Rus imperiyasının dəstəyi ilə illərdir davamlı işğalçılıq siyasəti yeridən ermənilərin “Türksüz Ermənistan” yaratmaq ideyasına sadiqliklərindən, bu məqsədlə törətdikləri vəhşiliklərdən, qanlı qətllərdən, faciələrdən, tikililəri, abidələri, qədim yer-yurd adlarını dəyişdirərək erməniləşdirməkdən, xarabazarlığa çevrilən qəbristanlıqlarından söz açdılar. El ağsaqqallarının, dəyərli elm adamlarımızın, ziyalılarımızın faktlara istinad edilən çıxışları, dəlil və sübutlar danılmaz, təkzib edilməz idi. Tədbir davam edirdi. El-oba həsrəti ilə alışıb yanan soydaşlarımızı həyəcansız, kövrəlmədən dinləmək olmurdu. Bu yazı ilə mənim məqsədim həm də həmvətənlilərimin, yurdundan, yuvasından didərgin düşmüş qələm dostlarımızın seçilən torpaq yanğısı, soy-köklərinə bağlılığı, nə zamansa yeganə sahibləri olduqları el-obalarına qayıdacaqlarına inam, əminlik idi. Və bu istəkləri reallaşana kimi hər il dekabrın 5-ni Qərbi Azərbaycanlıların torpaqlarından deportasiya olunmasının anım günü kimi qeyd edilməsi, bütün dünya ictimaiyyətinə yayımlanması, 310 min torpağından didərgin düşmüş əhalinin səsini dünyaya yaymaq üçün Depotasiya Mərkəzinin yaradılması, İrəvanın yenidən Azərbaycana qaytarılması tələbi ilə aidiyyatlı qurumlara müraciət edilməsi fikirlərini irəli sürdülər. Tədqiqatçı Sabutay Hacıyevin Rusiya Federasiyasının Dövlət arxivindən Aşıq Ələsgərin doğum tarixi ilə bağlı əldə elədiyi sənəd nümayiş elətdirildi. Onun saxtalaşdırılaraq 1852-ci ildə deyil, 1821-ci ildə dünyaya gəldiyi sübut olunurdu. Həmçinin qeyd olundu ki, başqa ustadlar Ağ Aşığın, Aşıq Alının və digərlərinin tarixi ilə yayımlanan saxtalaşdırılmalara son qoyulacaqdır.

Zala daxil olandan gözlərim, baxışlarım qonmaq üçün daha yaxın bir doğmalıq axtarırdı... Hər zaman elinin dərdi ilə birgə olan, mübariz ruhlu, inamlı çıxışları ilə ürəklərə ilham, ruh verən Ustadı – Eldar İsmayılı gəzirdim... Diqqətli, alicənab ziyalımız Mürvət Yusifov Eldar müəllimin səhhəti ilə bağlı tədbirə qatıla bilməyəcəyini, canlı bağlantı ilə çıxış edəcəyini söylədi. Nəhayət, gözlədiyimiz an yetişdi. BöyükTürkün həmişə olduğu kimi gümrah, inamlı səsini, çıxışını tədbir iştirakçıları nəfəs dərmədən dinlədilər. Hamını salamlayan Ustad:

- Bu gün qədim Azərbaycan torpaqlarına, İrəvana Suriyadan, İrandan, Türkiyədən, Livandan gələn, köçürülən erməniər sahib çıxıblar, işğalçı məqsədlərinə nail olmaq üçün hər cür saxtalaşdırmaya, vəhşiliklərə əl atırlar. Arxalı köpəklərin yurd yerlərimizdən qovulması, iç üzlərinin bütün dünyaya tanıdılması üçün birləşməli, mübarizə aparmalıyıq! Heç bir azərbaycanlı məkanından asılı olmayaraq bu işdən kənarda qalmamalıdır. Biz əlimizdə olan bütün vasitələrdən istifadə etməli - təbliğatı, tədqiqatı gücləndirməli, tarixi fatları bütün dünyaya yaymalıyıq! – söylədi, BöyükTürk. O artıq səbr kasası daşan xalqını qisasa hazır olmağa çağırırdı:

Pəmbəyin ağzında dili yanıbdı,
Göyçənin göy gözlü gölü yanıbdı,
Vedinin qolları qanadlanıbdı,
Hazır ol qisasa, hazır ol, xalqım!
Gədiklər boranlı, yollar tufanlı,
Qoca Kəlbəcərin başı dumanlı.
Şuşanın, Laçının yarası qanlı,
Hazır ol qisasa, hazır ol, xalqım!
Çağır Təbriz qalxsın, Mərənd oyansın,
Hər mahal, hər oba, hər kənd oyansın.
Borçalı yerisin, Dərbənd oyansın,
Hazır ol qisasa, hazır ol, xalqım!
Səs sal, Ərzurumdan sən Xoya kimi,
Birləş yumruq kimi, sal qaya kimi.
Çalxan coşa gəlmiş bir dərya kimi,
Hazır ol qisasa, hazır ol, xalqım!

Çıxışları Vətənə, torpağa həsr olunmuş mahnılar, aşıq və saz havaları, məktəblilərin bir-birindən fərqli çıxışları müşayət edirdi.

Mən Binnət Əsgərovu ustad şairimiz Ramiz Qusarçaylı ilə Bakıda keçirilən görüşlərin birində görüb tanımışam. Şairin “Azərbaycan bayrağı” seirini oxuyub təsirlənən Binnət müəllim özünə, onunla görüşərsə bu seiri yazan kişinin bığından öpəcəyinə söz veribmiş... Bu arzusunu Ramiz Qusarçaylı ilə görüşdə, səhnədə sürəkli alqışlar altında yerinə yetirən Binnət müəllimə şairin özü də mane ola bilməmişdi..) O vaxtdan rəğbətimdə və virtual aləmdə dostluğumda olan əziz oxucunun Qərbi Azərbaycanlı olduğunu bilirdim. Ara-sıra səhifəsində paylaşdığı seirlərini də oxumuşdum. Amma, sinəsinin bu qədər dolu, odlu-alovlu, Vətən, yurd sevgisinin bu qədər güclü olduğunu gözlərimlə görməmişdim. Tədbirdə sevincək görüşdük. Uca boylu, iti, qaynar baxışlı bu insanın istiqanlılığını görən, tanıyan kimsə unutmaz!..

Çıxışına məğrur bir tərzdə, özündən öncə çıxış edənləri, kövrələrək seir oxuyanları bir qədər də məzəmmət edirmiş kimi ərklə başladı. “Bəsdir ağladıq, sızladıq! Düşmənlə düşmən kimi davranmaq, qisas almaq haqqında düşünməliyik! Mübariz ruhlu nəğmələrə, Cəngiyə kökləyin çıxışlarınızı, dostlar!”. Çıxışına dinləyənlərin damarlarında qanını coşduran bir musiqinin müşayəti ilə başladı, Binnət Əsgərov:

Binnət, düşmənə qaldı sənin torpağın, daşın,
Didərgin adı altda ilbəil artdı yaşın,
Gözü yolda can verdi neçə-neçə soydaşın,
Cavabsız qalacaqsa o yaşanan qan-qada,
Demək ölən günündü, nə gəzirsən dünyada?!

Qisasla qaynayırdı Vətən Oğlunun alıcı baxışları, qabaran sinəsindən püskürən yurd həsrəti, qisas hissi sığmırdı səsinə, daş divarları dəlib keçirdi...

İnləyir yad əlində Göyçən, Zəngibasarın,
Ocağın viran qalıb, sökülübdür hasarın,
Axı səni gözləyir məğrur Vedibasarın,
O boyda yurd yerini verəsi olsan yada,
Demək ölən günündü, nə gəzirsən dünyada?!

Iddihamı dərin idi, amansız idi, Binnət Əsgərin:

Mürvət Qədimoğlunun Qarabağdı ünvanı,
Tarix necə unudar Vaqifi, Pənah xanı?
Axı orda tökülüb neçə igidin qanı,
O igidlərin qanı gedəsi olsa bada
Demək ölən günündü, nə gəzirsən dünyada?!

Gözlərimiz dolmuşdu...
Özümüzü tox tutmaq, kövrəlmək istəməsək də göz yaşlarımızı saxlaya bilmirdik.
Sevgilərin ən gözəli yaşanırdı ürəklərdə – Vətən,Torpaq sevgisi!..


Sevinc MƏMMƏDOVA,
AJB-nin, AYB-in üzvü,
turan.info.az-ın xüsusi müxbiri



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELDAR KİMİ YAŞADIM...

ELDAR KİMİ YAŞADIM...

Regionlar, Qərbi Azərbaycan
QOY AĞZINDA DİLƏ DÖNÜM...

QOY AĞZINDA DİLƏ DÖNÜM...

Regionlar, Ədəbi tənqid, Qərbi Azərbaycan
BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

Regionlar, Köşə yazılar
ŞİMAL BÖLGƏMİZDƏN...

ŞİMAL BÖLGƏMİZDƏN...

Regionlar
İradə GÜLFİR (1958):  VƏTƏN HAQQINDA RÜBAİLƏR...

İradə GÜLFİR (1958): VƏTƏN HAQQINDA RÜBAİLƏR...

RÜBAİLƏR
YURD HƏSRƏTLİ MÜƏLLİM

YURD HƏSRƏTLİ MÜƏLLİM

Məktəblər
SƏMİMİ  POEZİYA... GÖYÇƏNİN QİSASI QALIR...

SƏMİMİ POEZİYA... GÖYÇƏNİN QİSASI QALIR...

Qərbi Azərbaycan
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU
QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Qərbi Azərbaycan
BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

Regionlar
Əjdər HÜMMƏT: Bir Cənubun harayında...

Əjdər HÜMMƏT: Bir Cənubun harayında...

Müsabiqə
Eldar İsmayıl: MƏNDƏN ÖTRÜ ERMƏNİSTAN YOXDU, YOX...

Eldar İsmayıl: MƏNDƏN ÖTRÜ ERMƏNİSTAN YOXDU, YOX...

Qərbi Azərbaycan, Köşə yazılar
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Aşıq Pəri məclisinin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU

Aşıq Pəri məclisinin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU

Folklor, Ədəbi tənqid
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  -

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Milli Məclis, Publisistika
SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR

SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR

Folklor, Borçalı
Rəy yazın: