Yeni təhsil proqramları və fizika

Yeni təhsil proqramları və fizika
Əlvan Mustafayev
Qusar rayon Balaqusar kənd tam
orta məktəbinin fizika müəllimi
====================

Kurikulum - yəni yeni təhsil proqramları, dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda
tətbiq olunur.

Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Azərbaycanda kurikulum haqqında formalaşmış fikir belədir:
“Kurikulum təlim prosesilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə şərait yaradan konseptual sənəddir”. Əsas etibarilə kurikulumlarda təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi məsələləri əhatə olunur. Təhsil proqramıdır. Kurikulum (corrikulum) latın sözü olub, lüğəti mənası “elm”, “yol”, “istiqamət” deməkdir. İlk fənn kurikulumları 1918-ciildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanın pedoqoji terminologiyasına 90-cı illərin axırında daxil olmuşdur. Azərbaycan Respublikasında ümumtəhsil pilləsinin Dövlət standartları və proqramları “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hazırlanmışdır. Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında baqlanmış ilk kredit sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarıxdə “Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar proqramı” təsdiq olunmuşdur. Təhsil sahəsində islahat proqramı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir. Təhsil islahatı aşağıdakı mərhələlərdə aparılır:
I mərhələ 1999-2003 öyrədici innovatıv
II mərhələ 2004-2007 hazırlıq
III mərhələ 2008- bu günədək tətbiqetmə.
Azərbaycan Respublikasında təhsilin yeniləşməsini zəruri edən amillər aşağıdakılardır:
- Cəmiyyətdə gedən ictimai dəyişikliklər. Yeni ictimai münasibətlərin yaranması.
- Cəmiyyətdə gedən iqdisadi dəyişikliklər. Planlı iqtisadiyyatına keçid.
- Qloballaşma. Yəni dünya təhsil sisteminə inteqrasiya və unifikasiya (uyğunlaşma).
- İnformasiya əsrinin tələbləri.
- Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması.
- Mövcud ümumtəhsil proqramların müasir tələblərə cavab verməməsi.
Müasir təhsil rəqabətli olmalı, bazar iqtisadiyyatına uyğun kadrlar hazırlanmalıdır. 21-ci əsrin birinci 10 illiyində bəşəriyyət bir sıra ekoloji, iqdisadi və bunlarla əlaqədar olan siyasi və sosial problemlərin kəskinləşməsi ilə üzləşib. Yaranmış vəziyyət davamlı inkişafın təhsildə rolunun artmasını, bu istiqamətdə təhsilin müxtəlif pillələrində şagirdlərdə müvafiq bilik və bacarıqların formalaşdırılmasını tələb edir. Azərbaycan respublikasında bu istiqamətdə ardıcıl siyasət aparrılır. Fənn kurikiulumları cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasına imkan yaradan, cəmiyyətin tələblərinə cavab verən mühüm təhsil sənədi kimi nəticəyönümlü, şəxsiyyətyönümlü və inteqrativ xarakter daşıyır.
Ümumtəhsil məktəblərində fizika fənninin kurikulumu fizika təliminin məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən, cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla hər bir şagirdin imkan və maraqlarına yönəlmiş sənəddir. Bu sənəd fənnin əhəmiyyətini, məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini məzmun xətləri və onların əsaslandırılmasını, məzmun xətləri üzrə standartları, fəaliyyət xətlərini, təhsil pillələri üzrə ümumi təlim nəticələrini, hər bir sinif üzrə məzmun standartlarını əhatə edir. Orada təlim strategiyaları və qiymətləndirmə məsələləri öz əksini tapır. Fizika elmi- texnoloji təkamülün əsasıdır. Orta ümumtəhsil məktəblərində fizikanın tədrisi şəxsiyyətin formalaşmasında müstəsna rol oynamaqla yanaşı həm də zehni inkişafın bir vasitəsidir. Fizikanın öyrənilməsi şagirdlərin məntiqi təfəkkürünü formalaşdırma, mühakimə və dərketmə qabiliyyətini yüksəltmək, nitqini inkişaf etdirmək üçün güclü vasitədir. Fizika şagirdlərə çoxlu şəxsi keyfiyyətlər, yeni elmi dünyagörüşü, bilik, bacarıq, vərdiş, qabiliyyət, adət, iradə, əməksevərlik və s. kimi keyfiyyətləri formalaşdırır. Bu baxımdan müasir fizika dərsi necə qurulmalıdır?
Müasir elmin, texnikanın, sənayenin, pedoqoji elmin nəaliyyətlərini və qabaqcıl təcrübəni, İKT-ni özündə əks etdirən dərs müasir dərs hesab olunur.
Fizika təlimin məzmunu aşağıdakı kimi müəyyən olunmuşdur:
- Ümumitəlim nəticələri.
- Məzmun xətləri
- Fəaliyyət xətləri
- Məzmun xətləri üzrə təlim nətcələri
Məzmun xətti fənn üzrə ümumitəlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmununu sistemləşdirmək və təsnif etmək məqsədi daşıyır.
Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir:
- Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
- Maddə və sahə, qarşılıqlı təsir və əlaqəli sistemlər
- Ekspremental fizika və müasir həyat
Fizika fənni üzrə məzmun standartlarını reallaşdırmaq üçün aşağıdakı fəaliyyət xətlərindən istifadə olunur:
Mühakimə yürütmə və əsaslandırma; problemin həlli; ünsiyyət; müşahidə; təcrübələrin aparılması; tətbiqetmə; məsələ və çalışma həlli; müzakirə.
Fəal təlim proqramlarında fənndaxili və fənlərarası inteqrasiya xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə inteqrasiya dedikdə təlim prosesində şagirdlərin təfəkküründə ətraf aləmin tam və vahid obrazını formalaşdırmaq üçün təlimin məzmun komponentlərinin struktur əlaqələr əsasında sistemləşdirilməsi başa düşülür. Fənndaxili inteqrasiya – hər bir fənn üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur. Bu növ inteqrasiya tədris materialının ayrı-ayrı tədris vahidlərində cəmləşdirməklə fənnin məzmun strukturunu müəyyən edir. Fənlərarası inteqrasiya – bir neçə fənnin əhatə etdiyi ortaq anlayış, bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini nəzərdə tutur. Fizika fənninin bir çox fənnlərlə inteqrasiyası mümkündür. Burada bir fənnin əldə etdiyi nəticələrdən o biri fənlərdə istifadə olunur.
Fizika fənnin tədrisi prosesinin normal keçirilməsi standartlardan irəli gələn təlim nəticələrinin əldə olunmasına, standartların təlim prosesində reallaşmasına nail olmaq üçün hər bir müəllim təlim strategiyasını düzgün müəyyən etməlidir. Strategiya dedikdə təlimin təşkilinə verilən əsas tələblər, təlim üçün düzgün müəyyənləşmiş forma və üsullar seçilməsi, təlim prosesinin planlaşdırılması, fənn üçün dövlət tərəfindən müəyyən olunmuş standartların şərhi əsas yer tutur.
Yeni təhsil proqramları əsasında tədris prosesini həyata keçirmək üçün öyrəniləcək mövzuya aid problem qoyaraq motivasiya yaradılır. Motivasiya təhrik etmə, sövq, həvəs yaratmaq deməkdir. Yəni şagirdlərin təlimə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını ortaya qoymağa şərait yaratmaqdır. Tədqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar nümayiş elətdirilir. Təqdimatların təqdimetmə işi fizika kabinetində mövcud xüsusi təqdimat lövhəsi vasitəsilə həyata keçirilir. Təqdimat lövhəsi şagirdlərdə fənnə həvəs oyadır, tədqiqat sualı ətrafında düşündürür, təfəkkürü inkişaf etdirir, yeni biliklərə yiyələndirir, ixtiraçılıq, kəşf etmək, fərziyələr irəli sürmək və onları praktikaya tətbiq etmək bacarıqları, metod və üsulları aşılayır. Tədqiqat sualının cavablandırılması prosesində “Elimi idrak metodu” əsas rol oynayır. “Elmi idrak” metodunda eksperiment əsas götürülür. Tədqiqat ondan başlayır və ondan da qurtarır. Müasir inkişafetdirici dərslər bütünlüklə şagirdin idraki fəaliyyəti əsasında qurulur. Dərsdə yeni tədris materiallarının dərinləşdirilməsi və təkrarı şagirdlərin şəxsi fəaliyyəti prosesilə baş verir. Onu qurarkən aşağıdakı struktura müəyyən edilir: Tələbat – Motiv – Məqsəd və vəzifələr – Təsir – Əməliyyatlar - Nəticə - Nəticələrin təsviri – Refleksiya.
Müəllimin vəzifəsi : Dərsdə bütün bu struktur komponentlərini düşünmək və təşkil etməkdir. Bu işin təşkili və hayata keçirilməsində həmkarlarıma uğur və müvvəffəqiyyətlər diləyirəm.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bir daha

Bir daha "Kurikulum" haqqında

Məktəblər, "Elm və Təhsil"
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Təlim məqsədlərinin taksanomiyası"

Elmi Məqalələr
TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

TƏQDİRƏLAYİQ DƏRSLİK KOMPLEKTİ

Məktəblər, Qaraçöp
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
Azərbaycan “Təhsil” Cəmiyyəti

Azərbaycan “Təhsil” Cəmiyyəti

"Təhsil" EİM
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Soltan Hüseynoğlu:

Soltan Hüseynoğlu: "Ənənə ilə yenilik qovuşanda"

Elmi Məqalələr, ADPU
Dərslik əzbərlənmək üçün deyil...

Dərslik əzbərlənmək üçün deyil...

ADPU

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu - ƏVVƏLİ

Rəsmi Xəbərlər, Təhsil, Nazirlik
AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keç ...

AzTU
Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil, Nazirlik
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Təhsil, Sosial, Köşə yazılar
Leyla Quliyeva:

Leyla Quliyeva: "Öyrənənin Qiymətləndirilməsi"

Elmi Məqalələr, Turan
Soltan Hüseynoğlu:

Soltan Hüseynoğlu: "Təlimdə yeni texnologiyaların tətbiqi"

Elmi Məqalələr, ADPU
Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək dey ...

Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək dey ...

Köşə yazılar
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər
“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

“STEM Azərbaycanda 2018” Müəllim Konfransı keçirilib

Sumqayıt, Məktəblər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Rəy yazın: