Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Birliyi son günlər cəbhədəki vəziyyət və Azərbaycanın hərbi uğurlarının və əməliyyatların tam obyektiv və operativ şəkildə gürcü mediasında işıqlandırılması üçün bir qrup azərbaycanlı gənclərdən ibarət xüsusi birə dəstə yaradıb ki, həmin gənclər Azərbaycan Müdafiə Nazirliyinin rəsmi xəbərlərini tərcümə edərək gürcü KİV-lərə ötürür. "Əsas məqsədimiz, gürcü və xarici mediaya bu hadisələr haqqında dolğun və düzgün xəbərlərin operativ şəkildə çatdırılmasıdır, bunun üçün də gürcü, rus, ingilis dilli gənclərimizi bu işə cəlb edərək maksimum şəkildə çalışırıq bu xəbərləri KİV-lərdə və sosial mediada paylaşaq" - dedi AMM Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva. O, həmçinin bildirdi ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər cəbhədəki son hadisələri yüksək ruh və həyəcanla izləyir və ordumuz,ölkəmiz və millətimizlə qürür duyur. "Bizimlə birlikdə gürcü xalqı da bu hadisələrdə Azərbaycanın ədalətli mövgeyini dəstəkləyərək nəhayət ki, işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması xəbərini səbirsizliklə gözləyir, xatırladım ki, Gürcüstan da işğalçılıqdan əziyyət çəkir və bizi ən yaxşı anlayan xalqlardan biridir." - dedi N.Əliyeva.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.