Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

 Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədovun (Yurdoğlu) yeni məqaləsi qardaş Türkiyədə dərc olunub. İstanbulda fəaliyyət göstərən İraq türkmənlərinə məxsus Kərkük Vakfının “Kardaşlık” (kültür-sənət-ədəbiyyat və folklor) jurnalının sonuncu, 72-ci sayında gənc alimin “Naxçıvan və Kərkük bayatılarında variantlılıq məsələləri” adlı araşdırma məqaləsi də oxuculara təqdim olunub.

Məqalədə tədqiqatçı türk xalqlarının ilkin folklor janrlarından biri olan bayatıların Naxçıvanda və Kərkükdə yayılan nümunələrinə nəzərə salır və onların variatlılıq məsələlərinin öyrənilməsindən bəhs edir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən turan.info.az-a bildiriblər ki, məqalədə qədim türk yurdu Naxçıvanda folklor ekspedisiyalarından söz açılır. Diqqətə çatdırılır ki, folklor ekspedisiyaları zamanı muxtar respublika ərazilərində ayrı-ayrı insanlardan xeyli yeni bayatılar toplanılıb, sistemləşdirilib, çap olunub. Və həmin bayatıların bir çoxu Kərkük xoyratları ilə istər mövzu, istər məzmun, istərsə də janrın poetik sttrukturu baxımından yaxınlıq təşkil edir. Məqalədə Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad, Şahbuz, Kəngərli və digər rayonlarından toplanılan bayatılarla İraq türkmənləri arasında yayılmış Kərkük bayatılarından nümunələr verilir. Göstərilir ki, Naxçıvan və Kərkük bayatılarının variantlılığında əsasən dialekt və ləhcə fərqləri, regionallıq, ən əsası isə uzun əsrlər budan əvvəllərə gedib çıxan tarixilik xüsusi rol oynayır. Eyni zamanda hər iki bölgədə tarix boyu yaşanmış ictimai-siyasi hadisələr bayatılarda da variantlılığa gətirib çıxaran amillərdən biri kimi xarakterizə edilir.

Məqalədə Kərkük və Naxçıvan bayatılarını sistemli, ardıcıl və mövzular üzrə quruplaşdıraraq variantlılıq prinsipləri baxımından araşdırılmasına böyük ehtiyac olduğu nəzərə çatdırılır.

Üç dildə (türk, ingilis, ərəb) işıq üzü görən jurnalda gənc alimin məqaləsi Türkiyə türkçəsində oxuculara təqdim olunub.

Müşfiq BORÇALI,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
Misir mətbuatında azərbaycanlı alimin məqaləsi dərc olunub

Misir mətbuatında azərbaycanlı alimin məqaləsi dərc olunub

Diaspora
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Naxçıvan
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

Naxçıvan, Elm
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Naxçıvan
Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Naxçıvan, Təbriklər
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Naxçıvan
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
turan.info.az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK E ...

turan.info.az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK E ...

Naxçıvan, Təbriklər
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
Rəy yazın: