Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib AMEA Naxçıvan Bölməsində “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açaraq əlamətdar tarixi gün-17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün yaranmasından ətraflı danışıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən turan.info.az-a bildirillib ki, kademik İsmayıl Hacıyev, Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırdığını xüsusi olaraq qeyd edib. Diqqətə çatdırılıb ki, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Daha sonra müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. Bundan əlavə 8 iyun 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun imzalanmış, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 17 noyabr 2007-ci ildə Bayraq Meydanının yaradılması, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam verib.
Tədbirdə o da qeyd olunub ki, müstəqil Azərbaycanın hər bir guşəsində olduğu kimi, Naxçıvanda da dövlət atributlarına münasibət yüksək səviyyədədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 22 avqust 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Dövlət Bayrağı meydanı bu gün şəhərimizin füsünkar guşələrindən birinə çevrilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda geniş məruzəsi dinlənilib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən Dövlət Bayrağımızın, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğunu vurğulayıblar. Qeyd ediblər ki, millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzi olan Bayrağımız gənclərimizə əmanətdi. Böyüməkdə olan gənc nəsil inanırıq ki, bu əmanəti də gözbəbəkləri kimi qoruyacaqlar.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM!

BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM!

Köşə yazılar

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
Dövlət rəmzləri

Dövlət rəmzləri

Azərbaycan, Prezident, Milli Məclis
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
Müstəqillik yollarında: Liderlik missiyası

Müstəqillik yollarında: Liderlik missiyası

Naxçıvan
Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Naxçıvan
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

Naxçıvan, Elm
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq ...

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq ...

Rəsmi Xəbərlər
Rəy yazın: