22 aprel 2015-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Hümanitar və İctimai Elmlər bölməsi tərəfindən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetinin də qatılımı ilə birgə videokonfrans keçirilmışdir.
Həmin videokonfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin layihəsi əsasında 2014-cü ildə 2005-ci ildəki eyni adlı kitabı əsasında təkrar nəşr olunan, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri namizədi Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının (rus dilində) müzakirəsi - təqdimat mərasimi baş tutdu.
“AqRa” EİDİB-in Əjdər Fərzəlinin həmin kitabının təkrar rus dilində
400 nüsxədə nəşrində məqsəd Azərbaycan ərazisinin ilkin yaşayış və ilkin mədəniyyət mərkəzi olduğunu, dünya sivilizasiyalarının inkişafına təkan olduğunu bir daha geniş ictimaiyyətə çatdırmaqdır. Belə ki, müəllifin bu elmi araşdırmalarını əks etdirən kitabın əhəmiyyəti dəqiq tarixi mənbələri açdığı və onlara əsaslandığı, dünyada mövcud olan ilkin əlifbanın Azərbaycan Respublikasının Naxçıvan bölgəsində, Ordubad rayonunun Gəmiqaya daglarındakı yazılar və piktoqramlar üzərindən aşkar etməsi və onunla əlaqədar olaraq tədqiqatlar apararaq Qobustanda, İçərişəhərdə, Mingəçevirdə, Gəncədə, Kəlbəcərdə, Hacıqabulda, Nüvədidə, Pirallahı adasında, Şamaxıda, Təbrizdə, Əhərdə və s. yerlərdə, Azərbaycan xalçalarında və digər mədəniyyət abidələrində Gəmiqaya yazı və piktoqramlarının izlərini aşkar etməsidir. Bir sözlə müəllif bu əsəri ilə dünya əlifbalarının Gəmiqaya üzərində olan ilkin əlifba əsasında yarandığını, bütün əlifbaların ondan törəmə olduğunu elmi əsaslarla sübuta yetirmişdir.
Kitabın ilk nəşrinin elmi məsləhətçılərindən biri və hazırkı nəşrinin ön söz müəllifi AMEA-nın vitse-prezidenti, millət vəkili, Akademik İsa Həbibbəylidir.
Müzakirədə çıxış etdilər:
AMEA-nın vitse prezidenti, Millət vəkili, Akademik İsa Həbibbəyli;
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova;
ADPU-nin filologiya fakultəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov;
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının tarix üzrə eksperti, tarix elmləri doktoru, professor Abbas Seyidov;
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Dil, Ədəbiyyat, İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev (Amanoglu);
AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Qara Məşədiyev;
AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov;
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Dil, Ədəbiyyat, İncəsənət İnstitutunun direktor müavini, filologiya elmləri namizədi, dosent Firudin Rzayev;
Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev;
M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, filologiya elmləri doktoru, professor
Kərim Tahirov;
müstəqil araşdırıcı Razim Əliyev;
BDU-nin iqtisadi və sosial cografiya kafedrasının müdiri, cografiya elmləri doktoru, professor Tapdıq Həsənov;
BDU-nin professoru, tarix elmləri doktoru Bayram Allahverdiyev;
Əjdər Fərzəlinin qızı
Könül Fərzəliyeva;
“AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri, tədbirin həmtəşkilatçısı
Mirələkbər Seyidov.
Elmi ictimaiyyəti, ziyalılarımızı,vətəndaşlarımızı
bu taleyüklü məsələlərlə tanış olmaga və onlara münasibət bildirməyə dəvət edirik.
“AqRa” EİDİB.