Salidə ŞƏRİFOVA: "LƏZZƏTİ – SÖHBƏTİ" (II Hissə)

Salidə ŞƏRİFOVA: "LƏZZƏTİ – SÖHBƏTİ" (II Hissə) (HEKAYƏ)

IV


Kərim dostları ilə dəniz kənarına gəlməyinə peşman olmuşdu. Etibarın bu dəstənin içində olması onu pəjmürdə edirdi. Dilinə içki dəyən kimi, gic-gic danışmağa başlayacaqdı. Kərim Etibarın xasiyyətinə əla bələd idi. Fikirli-fikirli dənizin köpüklənən dalğalarına tamaşa edirdi. Aqil əlini Kərimin çiyninə vurub dedi:
– Dost, bayaqdan çağırırıq eşitmirsən. Dur, səni gözləyirik, süfrə arxasına keçirik.
Kərim cəld ayağa durub dil-ağız etməyə başladı:
– Eşitməmişəm. Sənə də əziyyət verdim.
Aqil çiyinlərini çəkib dedi:
– Bu olmadı ki, getdik, yeməklər soyuyur.
Kərim masaya yaxınlaşanda artıq Etibar sağlıq deyirdi. Kərimi görüb soruşdu:
– Filosof, dənizin sahilində fikrə getmişdin, yoxsa dənizin ləpələrinin səsindən səsimizi eşitmirdin?
Kərim masanın arxasına keçib əyləşdi. Eti-barın ona dikilən baxışlarına baxıb dedi:
– Etibar, üzürlü hesab elə, bir az ağır eşit-məyim var. Qulaqlarım yaxşı eşitmir. Karlığım var, qocalıq əlamətidir, qocalırıq...
Dostlarının qəhqəhəsi Kərimin dodaqları-nın qaçmasına səbəb oldu. Etibar əlindəki rum-kanı başına çəkib, ağzını marçıldadaraq dedi:
– Qardaş qocalığı boynuna alma... Kim ki, qocalığı boynuna aldı, qocalıq minir həmin ada-mın boynuna, hər iki ayaqlarını da sallayır aşağı... Qocalığı boynuna alırsansa da bizi o sıraya qatma....
Səlim əlindəki kabab şişini Kərimə uzada-raq dedi:
– Ona fikir vermə. Al bu kababı, gör necə ləzzətlidir.
Məcid əlindəki qədəhi başına çəkərək dedi:
– Etibar, məclisdə bu gün şeir deyəcəksən.
Kərim dərindən nəfəs çəkib düşündü “baş-landı”. Etibar artıq içkinin təsirindən məst ol-muşdu. Məcidə göz vuraraq dedi:
– Şeir deyəndə yadımıza Sabir düşür. Sabir deyəndə yadımıza nə düşür?
Hamının susduğunu görüb Kərimdən so-ruşdu:
– Kərim, Sabir deyəndə yadımıza nə dü-şür?
Kərimin də susduğunu görüb başını bula-dı. Sonra dedi:
– Sabir deyəndə yadımıza “Millət necə ta-rac olur olsun, nə işim var” şeiri düşür.
Masa arxasında əyləşmiş dostlarını süzərək soruşdu:
– Düz deyiləm?
Sonra əlini qaldırıb dedi:
– Amma. Bir nüans var.
Məcid Etibarı coşdurmaq üçün dedi:
– Nə nüansı? De. Biz də bilək. Heç xəbəri-miz yoxdur bizim...
Etibar özündən razı halda dedi:
– Xəbəriniz var, bu şeir Sabirin deyil.
Aqil təəccüblə soruşdu:
– Bəs kimindir? Şeiri kimin ayağına ya-zaq…
Etibar əlini yelləyib dedi:
– Zarafatın yeri deyil, dost.
Sonra Kərimə üzünü tutub dedi:
– Kərim, bəlkə sən deyəsən.
Kərim ona zillənən baxışların altında əzilir-di. Etibarı yerində otuzdurmaq üçün dedi:
– Təzə xəbər deyil ki… Ədəbiyyatşünaslıq-da bu mövzu ətrafında mübahisələr hələ də da-vam edir.
Etibar əlini yelləyərək dedi:
– Yox qardaş, yox… Səninlə tamamilə razı deyiləm, ha.. Azərbaycan ədəbiyyatşünaslığı qırx ildir bu şeirin kimə məxsus olduğunu sübut edib. Sübuta məhəl qoyulmayaraq, bu şeir hələ də Sabirin adına yazılır.
Məcid maraqla soruşdu:
– Bəs bu şeir kimindir? Necə olub ki, başqa birisi yazıb, Sabirin adına çıxılıb?
Etibar Məcidə fikir verməyib Kərimdən so-ruşdu:
– Kərim, Molla Nəsrəddin redaktorları o şeir haqqında nələr demişdi?
Kərim mübahisəyə son qoymaq üçün dil-ləndi:
– Qoy çörəyimizi rahat yeyək. Dilotu yemi-sən?
Etibar özündən razı halda dedi:
– Yox canım, dilotunun bura nə dəxli... İndi isə başlayırıq əsas mətləbə. Mirzə Cəlil “Sabir haqqında xatiratım” məqaləsində özü yazmışdır ki, “lazım bilirəm iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və hər “Hop-hopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə istinad verir, Sabirin ol-duğunu mən inkar edirəm: əvvələ o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin əl xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şeir özü necə ki, şeir ustaları mülahizə edə bilər, – bir qə-dər zəifdir və bəhər surət Sabirə yapışmır. Bura-da Sabir şivəsi və Sabir ruhu görünmür. Mənim haman nəzəriyyəmin əksini bircə şeirin dəsti-xətti təsdiq edə bilər, əgər bir kəsdə varsa, zühu-ra çıxmağı arzu olunur.”. Mirzə Cəlil həmin mə-qalədə Sabirin “Molla Nəsrəddin” jurnalında səkkizinci nömrədə çap edildiyini qeyd etmişdir. Halbuki “Millət necə tarac...” şeiri jurnalın 4-cü nömrəsində nəşr edilmişdi.
Kərim narazı-narazı başını bulayaraq dedi:
– Etibar, biz adicə şeir istədik... Sənsə...
Etibar sərt və kobud şəkildə Kərimə cavab verdi:
– Nə mən? Neynirəm? Yalan deyirəm? Ni-yə ağzımdan vurursan? Bir şey dəyişdirmək olurmu?
Aqil Etibara baxıb soruşdu:
– Cəlil Məmmədquluzadənin bu fikirləri-nin həqiqət olduğu haradan bəllidir?
Etibar Aqili tərs-tərs süzərək dedi:
– Nə bisavadsan... Bayaqdan deyirəm ki, Mirzə Cəlil belə deyib, soruşursan ki, onun fikir-lərinin həqiqət olduğu haradan bəllidir?
Ona diqqətlə baxan yoldaşlarını süzüb de-di:
– Əvvələ, Mirzə Cəlil o jurnalın redaktoru olmuşdu, redaktor kimi də jurnalda çap edilən materialları özü qəbul, redaktə və çap edirdi. Onun “Xatirat” əsəri yadınızda deyilmi? Həm də ki, Sabiri bir dost kimi sevən bu insan niyə yalan söyləməli idi? Bilirik ki, Molla Nəsrəddin jurna¬lının iki redaktoru var idi. Birincisi Mirzə Cəlil, ikincisi isə Ömər Faiq Nemanzadə. Məhz Ömər Faiq bəy də bu şeirin Sabirə məxsus olduğunu inkar etmişdi, əziz dostlar. Hətta Sabirin şagirdi olmuş professor Əziz Şərif də şeirin Sabirə məx¬sus olmadığını yazmışdır. İndi nə düşmüsünüz üstümə? Xüsusi ilə də Kərim, sən?
Kərim başını bulayıb dedi:
– Etibar, Sabirin yaxın dostu olmuş Abbas Səhhətin tərtib etmiş olduğu bu “Hophopnamə” 1912-ci ildə, Sabirin vəfatından düz bir il sonra çap edilir. Abbas Səhhətin də kitaba yazdığı ön sözdə adını hallandırdığın o şeirlə bağlı qeydi var. Abbas Səhhət qeyd etmişdir ki, “Həmin məcmuənin 4-cü nömrəsindən başlayaraq “Mil-lət necə tarac olur...” mətlələli şeirə ən əvvəl həc-vi-məlih yazıb “Hophop” imzası qoyulur”.
Etibar əlini havada yelləyərək dedi:
– Kərim? “Millət necə tarac olur...” şeiri ilə bağlı mübahisələr Abbas Səhhətin bu səhvi uc-batından başlamışdır. Şeir də “Hophop” imzası ilə yox, imzasız çap edilmişdi.
Kazım gülümsəyib dedi:
– Dostlar yeməkləri soyutdunuz. Yemək də soyuyanda nə ləzzəti? Mətləbdən də çox uzaq¬laşdıq ha... Hə... Qeyd etmək istərdim ki, “Hop¬hopnamə”yə səhvən başqa şairlərin şeirləri düş¬məsi faktı məlumdur. Məsələn, Qəmküsarın “Millətin halı pərişan ola” şeiri də “Hophopna-mə”nin 1962-ci il nəşrinə salınmışdı. Səhv etmi-rəmsə... Amma jurnalda o şeir Qəmküsarın im-zası ilə çap edilmişdi. Sonra Əli Nəzminin də bir şeiri səhvən “Hophopnamə”yə salınmışdı. Tarix¬də hər şey olur...
Etibar başını bulayaraq dedi:
– Sizlər məni anlamaq istəmirsiniz. Bəllidir ki, Abbas Səhhət Sabirin ən yaxın dostlarından olub. Yaxın dost kimi Sabirə Mirzə Cəlildən də, Ömər Faiqdən də yaxşı bələd olmalı idi. Ancaq söhbət Molla Nəsrəddin jurnalında çap olunmuş bədii nümunədən gedirsə, onda redaktorların fi-kirləri əsas götürülməsi mütləqdir. Başqa söz ola bilməz.
Kərim tər basmış alnını yaylığı ilə silərək dedi:
– Etibar, sənin dediklərin bu məclisin söh-bəti deyil. Gəlmişik, istirahət edək, dincələk...
Etibar əli ilə dayan işarəsi göstərərək dedi:
– Bax burada saxla. Bəyəm sizə daş daşıtdı-rıram. Söhbət edirik də...
Kazım fikirli-fikirli dedi:
– Kərim, mən bilən ədəbiyyatşünas alimi-miz Cəfər Xəndan bu şeirin Sabirin şeiri sayırdı. Səbəbi də lap aydın göstərirdi ki, bu şeirin ruhu və üslubu Sabirin digər şeirlərinin ruhu və üslu-bu ilə eyniyyət təşkil edir.
Etibar başını bulayaraq dedi:
– Kazım, yox. Səninlə razı deyiləm. Molla-nəsrəddinçilər eyni estetik xətti davam etdirdik-lərinə görə onların ruhları və üslubları çox yaxın idi.
Kazım narazı-narazı cavab verdi:
– Mənimlə niyə razı deyilsən? Mən demi-şəm? Deyirəm ki, ədəbiyyatşünas alimimiz Cəfər Xəndan deyib, deyir...
Etibar Kazımın ağzından vuraraq dedi:
– Yaxşı, yaxşı... Bilin, Mirzə “Molla Nəsrəd¬din” jurnalının komplektlərini Azərbaycan Ədə¬biyyatı Muzeyinə bağışlayıb. Bu komplektin əhəmiyyəti odur ki, Mirzə Cəlil hər məqalənin altında onun müəllifinin adını yazıb. “Millət ne¬cə tarac…” şeirinin altına isə heç kəsin adını yaz¬mayıb, sadəcə öz imzasını qoyub.
Aqil təəccüblə soruşdu:
– Niyə?
Etibar dönüb Aqilə tərs-tərs baxdı. Sonra narazı-narazı dilləndi:
– Nə niyə? Müəllifi özü olmuşdu ona görə. Mirzə Cəlilin ürəyinə girmişdim ki, biləm niyə. Mən nə bilim niyə? Sabirə olan hörmətindən də ola bilərdi ki, şeirin əsl müəllifini gizlətsin.
Kərim masanın arxasından ayağa duraraq dedi:
– Sənin fikirlərinə hörmətlə yanaşıram. Amma bu söhbətlər heç nəyi dəyişmir. Məsələn, o günü internet səhifələrində bu şeirin Sabirə aid olmaması haqqında fikirlər məni lap özümdən çıxartdı. Əlbəttə haqq yerini tapmalıdır. Faktlar əsasında... Təbii ki, boş sözlərlə yox. Həm də ki, artıq faktla təsdiq ediləndə polemikaya çıxart¬mağın nə mənası. Yoxsa, bir dəli quyuya daş at¬dı, min ağıllı çıxarda bilmədi. Sənin dediklərinə bir əlavəm var, Etibar. Həm Mirzə Cəlilin, həm Sabirin müasiri olmuş yazıçı Seyid Hüseyn şei¬rin məhz Sabirə aid olduğunu vurğulamışdır. Sənin dediyin fikrin əleyhinə olan yazıçı, Sabirin vəfatından iyirmi beş il sonra, yəni, 1936-cı ildə qələmə aldığı “Hophopnamənin nəşri”ndə yaz-mışdı ki, “son zamanlarda belə bir düşüncə hasil olmuşdur ki, vaxtilə “Molla Nəsrəddin” məcmu¬əsinin dördüncü nömrəsində nəşr olunan ““Mil¬lət necə tarac olur-olsun, nə işim var, Düşmənlə¬rə möhtac olur-olsun, nə işim var” – şeiri Sabirin deyilmiş. Sabirin guya birinci şeiri məcmuənin 6 və yaxud 7-ci nömrəsində çıxmışdı. Məncə bu iddianın əsası yoxdur. Çünki bu şeir Sabirin öz əli ilə məcmuədən kəsilmiş, başqa əsərləri ilə bir yerdə yaşıl kağızlı papkaya qoyulmuşdu.
Etibar çiyinlərini çəkib dedi:
– Tamam. Tutalım sənin dediyin kimidir. Seyid Hüseyn yaşıl kağızlı papkanı görübmü? Özü də niyə ayaq üstə durursan? Otur.
Kərim əli ilə ağzının yanlarını silərək dedi:
– Etibar, dostum, Seyid Hüseyn o papkanı görübmüş. Yazıçının özü bu barədə yazıb ki, Sa-birin özü “üzü yaşıl kağız bir papkanı mənim qarşıma qoydu. Mən papkanı açdım. Burada qə-zet və məcmuələrdən kəsilmiş şeirlər ilə bərabər karandaş və çernil ilə yazılmış əl yazıları da var-dı. Bu əl yazılarının bir qismi məktəb dəftərində, bir qismi də sadəcə kağız parçalarında yazılmış-dı. Sabir papkaya özünün Beşinci il inqilabından əvvəlki əsərlərinin də bir qismini toplamışdı.”
Kərim masanın arxasında əyləşib özünə mineral su süzüb stəkanı başına çəkib dedi:
– Dünya varmış…
Sonra üzünü Etibara tutub dedi:
– Etibar, Abdulla Şaiq də şeirin müəllifi ki-mi Sabiri göstərir. Özün də bilirsən ki, Şaiq Sabi-rin müasiri olub. Şaiq 1956-cı ildə “İki dost” adlı xatirəsində yazmışdır ki, “şeir böyük məharətlə yazılmışdı. Ancaq bu gözəl satiranın müəllifini tanıya bilmədim. Şeirin altında “Hophop” imza-sı qoyulmuşdu. Bir gün müəllimlərdən “Hop-hop” kimdir?” – deyə soruşdum. Sabirin ən ya-xın dostu, müəllim Mahmudbəy Məhmudbəyli gülümsəyərək: “Sənin dostun Sabirdir” – dedi”.
Etibar gülümsəyib dedi:
– Dost, yenə səhv edirsən. O faktı mən də bilirəm. Özü də dəqiq bilirəm ki, şeir “Molla Nəsrəddin” jurnalının 1906-ci il 28 apreldə çap-dan çıxmış 4-cü sayında Cəlil Məmmədquluza-dənin “Niyə məni döyürsünüz?” felyetonunun altında imzasız getmişdir.
Dostlarına baxıb özündən razı halda dedi:
– Səhv etmirəm. Dəqiq deyirəm.
Aqil gülümsəyib dedi:
– Dost, şeir istəmirik. Sən canın, qoy rahat yeməyimizi yeyək. Nahara gəlmişdik, şam edəsi olduq. Ailəmiz var. Evə gedəsiyik. Gəldik ki, dərdimizi, azarımızı danışaq. Nə olub sənə, anla¬madım.
Kərim Etibarın alındığını görüb dilləndi:
– Dost, hamı haqlıdır. Hamı da özünü haqlı bilir. Bilməsə idilər, fikir yürütməzdilər. Bizim bayaqdan saf-çürük etdiyimiz problemin ciddi elmi araşdırmaya ehtiyacı var. Ona görə ürəyinə salma. Bizim üçün xoş idi. Yoxsa bu qədər vaxtı səninlə mübahisə etməzdik dostum. İndi icazə ver, rahat bir tikə yeyək, dərd-sərimizi öyrənək.
Etibar əlini yuxarı qaldıraraq dedi:
– Mən təslim.
Sonra qarşısındakı stəkanı Kazıma uzadıb dedi:
– Süz görüm. Bir qəşəng sağlıq deyim.
Söz Etibarın ağzından çıxmışdı ki, dostlar-dan qəhqəhə qopdu...
V
Fikrət Kərimin fikirli-fikirli sahildə gəzdiyi¬ni görüb ona yaxınlaşdı. Əlini Kərimin çiyninə vuraraq soruşdu:
– Dost, belə soyuq havada neynirsən?
Kərim dostunu bağrına basıb dedi:
– Bir az gəzişirdim. Fikrimi dağıtmaq istə-yirdim.
Fikrət Kərimin üzünə baxıb narazı-narazı başını bulayaraq yenə soruşdu:
– Evdə bir hadisə baş verib?
Kərim başın yelləyib dedi:
– Narahat olma, evdə sakitçilikdi.
Fikrət qımışaraq dedi:
– Evdə sakitçilikdirsə, o zaman ədəbiyyat-da fırtınadır.
Kərim diqqətlə Fikrətə baxıb soruşdu:
– Sən haradan bildin?
Fikrət Kərimin qoluna girib dedi:
– Bilmirəm e... Sadəcə xasiyyətinə bələdəm. Özü də dondum, gedək o kafedə oturaq. Qəşəng pürrəngi çay içək. Nə deyirsən?
Kərim başı ilə razı olduğunu bildirib kafe-yə tərəf addımladı. Kafeyə daxil olub ətrafa bax-dılar. Həmişə oturmağa yer olmayan kafe bom-boş idi. Fikrətlə Kərim gödəkcələrini asılqandan asıb pəncərənin qarşısında yerləşən masanın arxasında əyləşdilər. Buradan dənizin mənzərəsi aydın görünürdü. Kafeyə müştəri gəldiyini gö-rən oğlan tələsik onlara yaxınlaşıb soruşdu:
– Nə buyurardınız?
Fikrət Kərimin fikirli olduğunu görüb özü cavab verməli oldu:
– Çay gətir. O dadlı pitinizdən varmı?
Oğlan gülə-gülə cavab verdi:
– Bişir. Bir on-on beş dəqiqəyə hazır olar.
Fikrət razı halda dedi:
– Əla. Piti də hazır olanda hərəmizə bir qab gətir.
Oğlan “oldu” deyib getdi. Hələ də Kərimin pəncərədən dənizi seyr etməsinə baxıb dedi:
– Dost. Tək deyilsən.
Kərim başını döndərib Fikrətə baxdı. Də-rindən nəfəs alıb dedi:
– Bazar günümüz də belə başladı.
Fikrət özündən razı halda dedi:
– Pis başlayıb bəyəm? Sən dərdini de. Nə olub? Harada yenə nə oxumusan?
Kərim fikirli-fikirli Fikrətə baxıb soruşdu:
– Heç nə. Sən nə əcəb buralardasan?
Fikrət havada əlini yelləyərək dedi:
– Dostumla görüşməliyəm. Yeznəsi bağ evini satır. Onu göstərəcək. Bir bağ evi almaq is-təyirəm, yaydan yaya gəlim dincəlim. Şəhərdəki ev iki balaca otaqdan ibarətdir. Xruşovkalar necə olacaq. Üç də oğul. Düşündüm bir balaca bağ evi alım. Heç olmasa yaydan yaya bir balaca geniş¬lik olsun. Qocalanda da qalaram. Nə düşünür¬sən? Qiymətini dedi. Baha deyil. Üç otaq, bir mətbəx, bir balaca şüşəbəndi, üç sot da həyətya¬nı torpaq sahəsi var. Gedim baxım. Allah məslə¬hət bilsə alım. İndi gəlməlidir. Burada görüşmə¬yi sözləşmişik.
Kərim onlara xidmət göstərən ofisiantı Fik-rətə göstərib soruşdu:
– Sifarişi sən verdin? Nə vaxt?
Fikrət gülümsəyib cavab verdi:
– Sən fikrə dalanda.
Kərim çaydan bir-iki qurtum içib soruşmaq istəyirdi ki, Fikrət ayağa qalxıb dedi:
– Gəldi.
Ziyalı görkəmində bir kişi onların masasına yaxınlaşdı. Fikrət əl uzadıb görüşdü. Sonra Kəri¬mə salam verdi. Fikrət əli ilə gələn kişiyə yer göstərib dedi:
– Əyləş. Kərim, tanış olun. Vəli Mahmud fi¬loloqdur, professordur.
Sonra Vəliyə baxıb dedi:
– Dostumuzu tanımırsan? Kərim də filoloq¬dur.
Vəli gülümsəyib dedi:
– Təəssüf ki, tanımıram. Tanış olmağıma şadam.
Fikrət onlara baxan ofisianta çay gətirməyi işarə edib dedi:
– Vəli çay içək, piti sifariş vermişəm. Onu da yeyək. Sonra gedək evə baxaq. İnşallah alınsa sabah da alqı-satqı edərik.
Ofisiant çayı gətirəndə Fikrət dilləndi:
– Pitini üç qab edərsən. Qonağımız gəldi.
Ofisiant “baş üstə” deyib masadan uzaqlaş¬dı. Vəli çaydan bir-iki qurtum içib Kərimdən so¬ruşdu:
– Ədəbiyyatın hansı sahəsi ilə məşğul olur-sunuz?
Kərim də çayından bir-iki qurtum içib hə-vəssiz cavab verdi:
– Əsas tədqiqat sahəm XIX əsr Azərbaycan ədəbiyyatı dövrüdür.
Vəli əlini stola çırpıb dedi:
– Ola bilməz... O dövrdə nə var ki, o dövrü tədqiq edirsən?
Kərim təəccüblə Vəlini süzüb soruşdu:
– Sizi tam anlamadım...
Vəli başını bulayaraq dedi:
– Heç ... Sadəcə XIX əsr Azərbaycan ədə-biyyatının çox mənasız bir dövrü, aqoniya döv-rüdür.
Fikrət heç nə anlamadığından soruşdu:
– Nə dövrüdür? Aqoniya nə deməkdir?
Kərim diqqətlə Fikrətə baxdı, sonra dedi:
– Aqoniya can vermə, can çəkişmə demək-dir. Fikrət, dostun da deyir ki, XIX əsr Azərbay-can ədəbiyyatı can verir.
Vəli Kərimin rişxəndlə danışığını görüb de¬di:
– Bu əsrdə böyük şairlərimiz olmayıb. Kimi tədqiq edəcəyik, Kərim müəllim?
Kərim əvvəl Fikrətə tərs-tərs baxdı, sonra da Vəlidən istehzayla soruşdu:
– XIX əsrdə bəs nə olub ey millətimin ziya-lısı, nə olub?
Vəli barmaqlarını masanın üzərində döyəc-ləyərək dedi:
– XIX əsr ədəbiyyatı haqqında deyilmiş bə-lağətli fikirləri bir qədər şişirdilmiş hesab edi-rəm. XIX əsrdə Azərbaycan ədəbiyyatı tarixində mükəmməl, fərqli bir dövr olduğunu qəbul et-mirəm. Çünki...
Kərim Vəlinin cümləsini bitirməyə imkan verməyib dedi:
– Sənin qəbul edib-etməməyinlə deyil ki, XIX əsr ədəbiyyatımız var və danılmazdır. Qə-bul etməməyinin səbəbi nədir?
Vəli qalstukunu əli ilə yoxlayıb dedi:
– Əvvəla XIX əsr Azərbaycan ədəbiyyatın-da təmsil olunan şairlərinin əksəriyyəti əski, İran ədəbiyyatının ənənələrini davam etdirirdilər. Bu səbəbdən də mənasız idilər. Kim idi Mirzə Şəfi Vazeh? Mirzə xəttatlıqla məşğul olan dərvişanə bir həyat keçirən sufi şair idi. Kərim müəllim, millət dəmir yolu çəkir, Qafqaza poçt, mətbuat gəlir, universitetlər açılır, teatr gəlir, bu kişi də oturub öz guşəsində divan şeiri yazır.
Kərim qəhqəhə çəkib güldü:
– Səninlə hər şey aydındır... Xəttatlıq zəma-nəsinin prestijli peşələrindən biri idi. XIX əsrdə hamı xəttat ola bilməzdi. İstəsələr belə... Yaxşı şeir yazmaq nə vaxtdan əskiklik hesab edilir? Mirzə Şəfi Vazeh öz şeirləri ilə ədəbiyyatda sö-zünü deyib. Min sənin kimisi gəlsin, heç nə edə bilməyəcək. Nizami demişkən, günəşi palçıqla suvamaq olmaz.
Vəli pərtliyindən qıpqırmızı qızarmışdı. Fikrətin ona baxdığını görüb Kərimə dedi:
– Məgər bilmirsən ki, Avropada məşhurla-şan şeirlər Vazehin şeirləri olmayıb. Avropada məşhurlaşan şeirlər Bodenştedtin Vazehin şeirlə¬ri əsasında yazdığı ekzotik şeirlərdi. XIX əsrdə Avropa ədəbiyyatı və ədəbi-fəlsəfi fikrində Şər¬qə maraq var idi. Bu maraq dalğasında Boden¬ştedtin şeirləri məşhurlaşdı, dəbə mindi. Bu da Bodenştedtin əməyidir. Başqa dil və poetik strukturdan Avropanın mental, estetik təfəkkü¬rünə tərcümə olunan şeirlərin aşağı keyfiyyətini hamımız bilirik. Bodenştedt ola bilsin ki, motiv¬ləri, mövzuları götürüb, amma onu Nitşeyə qə¬dər alman təfəkkürü necə qəbul olunurdusa, o ruhda da təqdim etmişdi. Avropada çap olunan Vazeh deyildi, onun surroqatı Bodenştedt idi. Bunu vazehşünaslar, alman ədəbiyyatı ilə məş¬ğul olan mütəxəssislər yaxşı bilirlər. Bu səbəblə¬rə görə də nə Vazehi, nə də ki, Abbasqulu Ağa Bakıxanovu metodoloji baxımdan maarifçiliyin daşıyıcısı saymaq düzgün deyil. Səhvdir. Yerli-dibli səhvdir...
Kərim Vəlinin dediklərinə cavab verə bil-məyib susurdu. Dərindən nəfəs dərib dedi:
– Tərcümə edilən əsər artıq tərcüməçinin hesab edilməlidir? Sən də Vazehin şeirlərini Bo-denştendtə aid edirsənsə, daha sözüm yoxdur. Amma sənə bir sualım var?
Vəli özündən razı halda stula yayxanıb de-di:
– Buyur.
Kərim əli ilə ağzının kənarlarını silib dedi:
– Sən alman dilini bilirsən?
Vəli Kərimə təəccüblə baxıb cavab verdi:
– Yox. Bunun söhbətə nə dəxli?
Kərim qaşlarını çatıb dedi:
– Bayaqdan Vazehin şeirlərini Bodenştedtə hədiyyə etmişdin. Dili bilmirsənsə, Bodenştedt kimi tipi nə tərifləyirsən? Doğru deyirsən, Va-zeh, Abbasqulu Ağa Bakıxanov səhvdir. Sənin dediklərini qələmə almaq lazımdır. Metodoloji baxımdan maarifçiliyin daşıyıcısı sənin sürdü-yün ideyalar olmalıdır.
Kərim susdu. Vəliyə, sonra da Fikrətə bax-dı. Onların dikilən mənasız baxışlarına baxaraq dedi:
– Bodenştedtin, səhv etmirəmsə, 1848 və ya 50-ci illərdə Berlində işıq üzü görən “Tausend und ein Tag im Orient” trilogiyasının üçüncü cildində Vazehin divanında tatar yəni azərbay-can dilini öyrənməsini təfsilatı ilə qələmə alır. Vazehin ona dil öyrədərkən bədahətən söylədiyi şeirləri qələmə alır. Sonra da ki, hamımıza mə-lum olan tərcüməni edir. Yəni Vazehin şeirlərini almancaya çevirir. Şeirlərin üzərində də redaktə işi aparır. Bir ziyalı kimi bilməlisən ki, bədii əsəri, istəyir nəzm nümunəsi olsun, istəyir nəsr, fərqi yoxdur, tərcümə hərfi olmamalıdır. Məsə-lən, “Koroğlu” dastanını rus dilinə çevirən tərcü¬məçi hərfi tərcümə etmişdir. Soruşa bilərsiniz ki, necə? Yadımda olanı deyirəm... Koroğluda belə bir məqam var. Dastanda yazılır ki, Koroğlu meydanda qoç kimi dayanmışdır. Rus dilinə tər¬cümə edən də yazır ki, “Koroqlı stoyal kak ba¬ran”. Rus dilində gərək tərcümə ediləydi “kak bık”, yəni “öküz”. “Koroqlı stoyal kak bık” ol¬malıydı, daha “kak baran” yox. Ona görə də tər¬cüməçi redaktə etməyə borcludur. Sinxron tərcü¬mə ilə, xüsusi ilə nəzm əsəri kamil ola bilməz. O baxımdan Bodenştedt də Vazehin şeirlərini hərfi tərcümə etməmişdir. Vazeh üzərində “Müdrikli¬yin açarı” (Schlüssel zur Weisheit) yazılmış dəf¬təri Bodenştedtə hədiyyə etmişdir. Dəftərdə, “Müdrükliyin açarı” adlandırılan şeirlər toplu¬sunun ön sözündə Vazeh yazmışdır ki, ona oy¬uncaq kimi görünən şeirlərini kağıza köçürüb.
Vəli Kərimin sözünü yarım kəsərək dedi:
– Sən dediklərin, Vazehə haqq qazandır-mır. Vazeh...
Kərim Vəlinin sözünü tamamlamağa qoy-mayaraq hirslə dedi:
– Vazehin mənim ya da sənin fikirlərinə eh¬tiyacı yoxdur. O, öz sözünü demiş sənətkardır. Bodenştedtin özü Vazehə Gəncə müdriki, Qafqa¬zın məşhur şairi deyərək qiymət vermişdir. Bo¬denştedt yazmışdır ki, “Gəncə müdrikinin bay¬ram və şənliklərdə oxuduğu şeirlərin əksəriyyəti gürcülərin və tatarların, yəni biz azərbaycanlıla¬rın dillər əzbəri idi, heç özü də fərqinə varmırdı ki, onları yazıya köçürsün. Şərq adətinə görə hər qəzəlin sonunda şair öz adını verməsəydi əksər hallarda bilmək olmazdı ki, bu şeirlər onundur ya yox...”.
Kərim bir az fikirləşib dedi:
– Dərd burasıdır ki, sənin kimi azərbaycan-lı Vazehi gözdən salmağa can atır. Amma...
Vəli qaşlarını çatıb dedi:
– Məgər bilmirsən ki, Bodenştedtin arxivin-də “Müdrikliyin açarı” adlı dəftər yoxdur. Hətta deyirlər ki, bu dəftər yerli-dibli olmayıb. Boden-ştedtin uydurması olub.
Fikrət Vəliylə Kərimə baxıb dedi:
– Bəlkə dəftəri məhv ediblər. Olmur elə şeylər? İsgəndərin Avestanı yandırtması tarixi faktdır. Özü də bəlkə Vazehin əlyazmasını elə Bodenştedtin özü məhv edib. Vazehin şeirlərini adına çıxanda, sübutu niyə saxlamalıydı? Əlyaz-manı itirib ki, heç kim öz adıyla nəşr etdirdiyi şeirlərin Vazehin şeirləri olduğunu bilməsin.
Kərim Fikrətlə razı olduğunu başı ilə bildi-rib dedi:
– Bəlkə də, haqlısan. Ağlabatan fikirdir. Va¬zeh şeirlərinin Bodenştedtə məxsus olduğunu sübut etsinlər deyə dəftəri məhv edə bilərdilər.
Sonra Vəliyə baxıb dedi:
– Vəli, İsa Kehabi adlı iranlı Hafiz nəğmələ¬rinin F.Bodenştedt tərəfindən almanlaşdırılması mövzusunda dissertasiya yazıb. Daha doğrusu, 1967-ci ildə Kölndə almanca “Friedrich Boden¬stedts Verdeutschung der Hafisischen Lieder” adlı dissertasiya müdafiə edib. Bu iranlı da sənin kimi Vazehi şair kimi tanımır, xəttat olduğunu qeyd edir. Kehabi Bodenştedtin tərcümə edərək “Mirzə Şəfi nəğmələri” adında çap etdirdiyi şeir¬lərin çoxunun isə müəllifi kimi Vazehi deyil, Ha¬fizi göstərir.
Vəli qarşısında buğlanan pitiyə baxıb dedi:
– Kərim, məni başa düşmək istəmirsən.
Fikrət bayaqdan sakitcə qulaq asırdı. Vəliyə baxıb soruşdu:
– Vəli, görürəm ki, XIX əsri çox güclü bilir-sən. Bəs Axundovla Vazehin əlaqələrinə necə ba¬xırsan? Vazeh Axundovun müəllimi olub?
Vəli başını aşağı salıb susan Kərimə baxıb dedi:
– Fikrət, müəllim olmaq bizə imkan vermir ki, onu ədəbiyyat tarixində saxlayaq. Ağ Şəm-səddin Fateh Sultan Məhmətin müəllimi olub, amma fatehli Sultan Məhmət oldu, yəni müəlli-minə fatehlik statusu verilmədi. Aristotel İsgən-dərin müəllimi olub və qaniçən bir fateh yetişdi-rib. Gördüyümüz kimi, birinin o birinə dəxli yoxdur. Axundovun yetişməsində Vazehin ro-lundan çox, bir çox səbəblər olmuşdur. Tiflis ədəbi mühiti, rus dili, Qafqaz canişinliyi, Tiflis-dəki rus teatrı Axundova böyük təsir göstərmiş-di. Qasım bəy Zakiri, Həsən bəy Zərdabini çıx-maq şərti ilə Axundovun bütün dostları erməni-lər, gürcülər olub.
Kərim başını bulayıb dedi:
– Axundovun da üstündən xətt çəkək?
Fikrət Vəlinin cavab verməsinə imkan ver-məyib dedi:
– Bəs Bakıxanovla Axundovun münasibət-ləri necə?
Vəli masanın üzərindən mineral suyu götü¬rüb stəkanına süzdü. Stəkandan bir az mineral su içib Fikrətə baxdı:
– Bu sual haradan çıxdı? Axundovun Bakı-xanovla əlaqələri sual altındadır. Arxiv material-ları tam açılmayıb. Bakıxanovun məktubları çap olunmayıb. Şəxsən mən bilmirəm, onların ara-sında nə kimi münasibət olub. Özü də Bakıxa-nov kim olub, ey? Bakıxanova şair deyirik. Mənə mənbə göstərin ki, Bakıxanovu müasirləri qiy¬mətləndirsin. Bakıxanovu siz dediyiniz kimi Axundov tanıyırdı. Seyid Əzim, Zakir də Bakı-xanovu tanıyırdılar. Heç biri də Bakıxanov haq-qında şair kimi danışmayıb. “Əkinçi” qəzetində Bakıxanovun şairliyindən bir cümlə də yazılma-yıb.
Kərim narazı-narazı dilləndi:
– Əgər sən dediyin şəxsiyyətlər Bakıxanova şair desəydilər o, şair hesab edilməli idi? Sənin yazıçı, şair anlayışına münasibətin çox fərqlidir. Müasir dövrdə kimin sözü keçərlidir? Gedim ona özüm haqqında bir məqalə yazdırtdırım və nəşr etdirim. Əlli-yüz ildən sonra o qəzeti, jurna¬lı arxivdən ələ keçirsinlər. İddia etsinlər ki, XXI əsrdə güclü şair yaşamışdı. Amma təəssüf ki, əli¬mizdə yaradıcılığından heç nə dövrümüzə gəlib çatmayıb. Onun haqqında filan adam belə fikir söyləyib. Vəli, danışdığını qulağın eşidir?
Vəli əlini yelləyib dedi:
– Boş ver. Bakıxanov Qubada bağ evində özü üçün qəzəl yazıb. Onu ictimai əhəmiyyətli bədii nümunə hesab etməliyik, hörmətli Kərim müəllim? Bakıxanov farsca mənzumələr, şeirlər yazmış Azərbaycan tarixinin maraqlı bir perso-najıdır, amma şair deyil. Bakıxanovun kiməsə tə¬siri yoxdur, məktəb yaratmayıb. Bakıxanovun dövründə bədii yaradıcılığı ilə bağlı bir dənə məqalə yoxdur. Şair olsaydı, mütləq yazardılar.
Kərim başını bulayıb narazı-narazı dilləndi:
– Səninlə mübahisə etməyə dəyməz. İşində ol. Türklər demişkən, kolay gəlsin.
Fikrət gülümsəyib dedi:
– Kolaydısa başına gəlsin, ay Kərim. Niyə inciyirsən, ay qardaş… Söhbətdi edirik də… Elə bil mənim danışıqlarımla ədəbiyyat dəyişəcək…
Kərim yenə narazı-narazı dilləndi:
– Heç nə dəyişməyəcək. Amma, milçək bir şey deyil, ürək bulandırır, ay Fikrət.
Fikrət Kərimə baxıb dedi:
– Kərim, tutalım ki, haqlısan. Doğrudur, Bakıxanov tarixlə, astronomiya ilə maraqlanmış, çox geniş biliyə malik insan olub. Bakıxanov Ba-kıda və ya Qubada şeir yazırmış. Onun yazdıq-larının ədəbiyyata necə dəxli ola bilər? Bu gündə bizdə sufi şairlər var ki, traktat yazırlar. İnsanlar var qəzəl yazırlar, ya meyxana deyirlər. Ümumi proseslərlə maraqlanmayan bu insanların yaz¬dıqlarını ədəbi tarixə soxmaq lazımdır?
Kərim başını bulayıb dedi:
– Demişəm, səninlə mübahisə etməyə dəy-məz, ay Fikrət. Anlamırsan, ya da anlamaq istə-mirsən. Layiqli olanlar zamanın süzgəcindən ke-çəcəklər. Layiqlilər öz yerlərini tapacaqlar. Çox yazanlar gəlib bu dünyaya, amma hamı dünya tarixində adını sala bilməyiblər? Zaman özü se-çəcək. Sən, mən yox…
Vəli suyu axıracan içib dedi:
– Ay Kərim, mən demirəm … Hətta XIX əsr Azərbaycan ədəbiyyatı ilə məşğul olan xarici mütəxəssislər də deyirlər ki, bu dövr təzədən ya¬zılmalıdır.
Kərim soyumaqda olan pitini qabağına çə-kib dedi:
– Xarici mütəxəssislərin bizim XIX əsrlə nə işləri var? Vəli, bunu heç anlamadım… Onlar kimdir ki, bizə məsləhət görürlər ki, bu dövrü tə¬zədən yazaq.
Vəli də pitisini qabağına çəkib dedi:
– Kərim müəllim, onlar həqiqətən də haqlı-dılar. Bu fikirdəyik ki, XVIII əsrdən sonra müt-ləq yüksəliş gəlməli idi. Nizamidən, yaxud Fü-zulidən çoxmu qabağa getmişik? XVIII əsr Azər-baycan ədəbiyyatında baş verən etnik, estetik tə-bəddülatların XIX əsrdə arxası gəlmədi. Çünki İran ədəbi kanonlarının daşıyıcıları həmin etnik-estetik kanonların, şifahi xalq ədəbiyyatından, elat ədəbiyyatdan, Vaqifin qoşmalarından gəlmə təfəkkür sistemini yaxına buraxmadı. Bax ona görə Qasım Bəy Zakir böyük şair ola bilmədi.
Kərim əlindəki çörəyi masanın üzərinə qo-yub Vəliyə baxdı. Sonra dedi:
– Zakirin böyük şair ola bilməməyinin sə-bəbini bilməmiş olmazsan. De, biz də bilək.
Vəli boynunu sağa-sola döndərib dedi:
– Zakir bilmirdi ki, Füzuli ənənələrini da-vam etdirsin, yoxsa Vaqif ənənələri ilə getsin. Gözəl atalar sözü var, iki tərəfə baxan çaş olar.
Kərim istehzayla dedi:
– Sənin təfəkkürünə heyran qaldım. Halal olsun, sənin kimi alimə.
Fikrət ağzında tikəni udub dedi:
– Vaqif haqqında çox əla dedin. Vaqif həyat və yaradıcılığı ilə XVIII əsrdə hadisədir. Sizə bu baxımdan, haqq verirəm. Həmin əsrdə Vaqif ki¬mi parlaq şair yox idi. Vəli, hətta Axundov Fü¬zuli haqqında məqaləsində yazmışdır ki, Füzuli şair deyil, amma Vaqif şairdir.
Vəli ağzındakı yeməyi çeynəyərək dedi:
– Fikrət, amma Axundov Zakiri Vaqifdən də üstün tutmuşdur.
Kərim Vəliylə Fikrətin danışığına fikir ver-mək istəməyib yeməyini yemək istədi. Başını aşağı salıb iştahla yeməyində idi. Fikrətin isə mövzuya marağı artdığından yeməyə fikir ver-məyib söhbət etmək istəyirdi. Ona görə maraq içində soruşdu:
– Ay Vəli, bəs XIX əsrdə Vaqif ənənəsinə nə səbəbə müraciət edilmədi?
Yeməyini bir az yeyəndən sonra, hələ də ona baxan Fikrətə cavab vermək məcburiyyətin-də qaldığından dedi:
– Bir çox səbəblər var. Başlıcası çox güclü İran diskursu və onun daşıyıcıları Tiflisdə, Gən-cədə önəmli rola malik idilər.
Fikrət ağzındakı tikəni tələsik çeynəyib ud-du və sonra soruşdu:
– O dediyin İran diskursunun nümayəndə-ləri kimlər idi?
Vəli də ağzındakı tikəni udaraq cavab ver-di:
– Əcəb ləzzətlidir. Bu pitinin başqa dadı var.
Sonra əsəbindən qapqara qaralmış Kərimə baxıb dedi:
– Ay qardaş, kimlər olmalıydı ki? İran dis-kursunun daşıyıcıları Bakıxanov, Seyid Əzim Şirvani idi. Şirvan zonasının özü ədəbiyyat tari-xində ayrıca bir ədəbi vadidir. Seyid Əzim haq-qında bir şey deyim. “Əkinçi” qəzeti çap olunan¬da Seyid Əzim bilmədi nə yazsın. Düz bir il heç nə yazmadı.
Fikrət maraqla soruşdu:
– Niyə? “Əkinçi”nin çap olunmasının Seyid Əzimə niyə mənfi təsir göstərməliydi ki?
Kərim dərindən nəfəs dərib dedi:
– Fikrət evə baxmağa getməyəcəkdin?
Fikrət başını döndərib Kərimə baxdı. Sonra cavab verdi:
– Ev qaçır ki? Mən burada, evi göstərən şəxs burada. Tələsik bir iş var. Qoy rahat nahar edək. Vəlinin maraqlı söhbətlərinə qulaq as. Ge-dib evə baxarıq da. Sən də bizimlə gedərsən. Ev barəsində məsləhət verərsən. Mənim o işdən o qədər başım çıxmır.
Kərim başını bulayıb dedi:
– Onu görürəm. Doğrudan da başın heç nə-dən çıxmır.
Vəli gülümsəyib dedi:
– Evi də göstərəcəm. Darıxmayın. Qiymə-tində razılaşarıq. Fikrət, sənin sualının cavabı budur ki, “Əkinçi” qəzetinin meydanda görün-məsi, klassik ənənənin daşıyıcılarını bir qədər çaşbaş saldı. Vaqifin dahiliyi onda idi ki, onun şeir ənənəsi xalq təfəkkürünə, elat yaddaşına köklənmişdi. Vaqifin əlyazmaları məhv olmuş-du. Ancaq onun şeirlərini tədqiqatçılar xalqın di-lindən topladılar. Vaqif yeganə etnik, estetik janr dahisidir ki, onun şeirlərini başqa xalqlar da öz əlifbası ilə yaddaşa köçürüblər. Hətta onun şeir¬lərini erməni əlifbası ilə də yazıya köçürmüşdü¬lər. Bilirsinizmi dostlar, folklor təfəkkürü etnik özünüdərklə sıx bağlıdır. Sizin dediyiniz Bakıxa¬nov, Vazeh, Seyid Əzim etnik özünüdərkə bağlı şairlər olmamışdılar.
Hamı susmuşdu. Araya düşən ölü sükutu Kərim pozdu. Onlardan bir az aralı dayanıb diq-qətlə qulaq asan ofisiantı əli ilə çağırdı. Ofisiant cəld ona yaxınlaşdı. Kərim ofisianta baxıb gü-lümsədi:
– Ay bala, məktəbə getmirsən?
Ofisiant suçlu insanlar kimi boynun büküb dedi:
– Bu gün istirahət günüdür. Atama kömək edirəm.
Kərim yenə gülümsəyib dedi:
– Adın nədir? Səni necə çağıraq? Adını de-yirsən, yoxsa ofisiant deyə müraciət edək.
Ofisiantın qarabuğdayı sifəti işıqlandı. Gü-lümsəyib dedi:
– Yaqub deyə bilərsiniz.
Kərim oğlanı başdan-ayağa süzüb dedi:
– Yaxşı Yaqub. Süfrəni yığışdır. Pürrəngi çay gətir. Yanında da limonu, mürəbbəsi. Əncir mürəbbəsi olsa lap əla olar.
Yaqub baş üstə deyib uzaqlaşdı. Yaqubun uzaqlaşdığını görən Vəli dilləndi:
– Bu yazıq uşaqların ədəbiyyat dərslikləri-nə kimləri salmırlar... Bakıxanov, Seyid Əzim və daha nə bilim kimlər…Onların haqqı çatırmı ədəbiyyat tarixinə düşməyə? Cavab verin. Cavab verə bilmirsiniz. Ədəbiyyat ənənəmiz qırıq-qırıq gəlir, yəni əsrdən əsrə adlamalar olmur. Ədəbiy¬yat bir əsrdə yaranır, çiçəklənir və ölür. XX əsrdə də sovet ədəbiyyatı yarandı, çiçəkləndi, tənəzzül elədi və XX əsr dövrü qapandı. Gördük ki, Azər¬baycan ədəbiyyatında dialektik keçid yoxdur. Bu millətin ədəbi natamamlığından irəli gəlir. Bu millət bu günə qədər ədəbi coğrafi sərhədlərini müəyyənləşdirə bilmir. Xorasan türkməni Hə¬sənoğlunu da ədəbiyyat tarixinə salır, Kayseridə ölmüş Qazi Bürhanəddini də, Kərbəlada yaşamış Füzulini də. Amma keçən əsrin 30-cu illərində buradan köçüb getmiş, Özbəkistanda yaşamış Maqsud Şeyxzadəni ədəbiyyat tarixinə salmır. Niyə?
Kərim Yaqubun onun qarşısına qoyduğu çaya baxaraq dedi:
– Bu dəqiqə dünyanın hər tərəfində yaşa-yan soydaşlarımız var. Onlardan bir qismi bədii yaradıcılıqla məşğuldurlar. Onların içərisindən olan seçilmişləri dərsliklərə sala bilmərik? Nə var ki, Azərbaycanda yaşamırlar? Uzağa getmə-yək, Şəhriyarı götürək. deyək ki, Təbrizdə yaşa-yıb. Əsəri ilə məktəblilər tanış olmamalıdırlar? Tutalım, xaricdə yaşayan həmvətənlimizdən biri ədəbiyyat üzrə Nobel mükafatı aldı. Onun yara-dıcılığını dəyərləndirməyəcəyik?
Vəli çaydan içib dedi:
– Özünüz görürsüz ki, necə böyük ziddiy-yətlər var? Ədəbiyyatımızda yaddaş problemi var, ədəbi dil yaddaşı, janr sistemi yaddaşı kimi problemlər var. Ədəbiyyatda yaddaş güclü olsa idi Vaqifin dilini XX əsrə gətirib çıxarardı. Rusi-yada Puşkinin dilini bu gün də oxuyurlar. Brod-skidə XVIII əsr rus şairi Derjavindən nə qədər si-tatlar, onunla səsləşmələr var. Millətdə yaddaş güclü olmayanda həmin yaddaş boşluğunu mif-lərlə doldurur. Azərbaycan ədəbiyyatı miflərlə doludur; Nizami mifi, Füzuli mifi...
Kərim əlini qaldırıb dedi:
– Burada saxla. Necə yəni, Nizami mifi, Fü-zuli mifi? Rusiyada Puşkinin dilini bu gün də oxuyurlar. Derjavindən sitatlar gətiriləndə, səs-ləşmələr olanda mif olmur. Biz Nizamini, Füzu-lini oxuyanda mif olur? Danışanda bir fikirləş. Yekə kişisən, ağlını başına yığ.
Vəli Kərimə baxıb dedi:
– Kərim, yeganə xalq olaraq, klassikləri cəm şəklində işlədirik. Nizamilər, Füzulilər deyi¬rik. Heç eşitmisən ki, ruslar Puşkinlər, Dostoyev¬skilər desin. İngilislərin Bayronlar dediyini eşit¬misən? Yadda saxlamalıyıq ki, şair, yazıçı çox unikaldır. Bizdə isə kütlə təfəkkürü şairlərimizin də sayını çoxaltmaqdadır. Biz miflərlə milli ono¬mastik sistemimizi yaradırıq. Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir adında nə qədər uşaqlar var. Millətin etnik özünüdərki olmayanda o mi¬fik adlarla öz onomastik boşluğunu doldurur.
Kərim əlini əlinə çırpıb dedi:
– Daha ağını çıxartdın… Adqoymanın bu-nunla nə əlaqəsi? Ağızdolusu ruslar, ingilislər dediklərin uşaqlarına Aleksandr, Qavril, Corc adlarını haradan alıb qoyurlar? Məntiqli danış. Görürəm ki, zəkalısan, savadlısan. Deyəsən, çox kitab oxuyursan. Özü də həddindən artıq çox.
Vəli Kərimin istehzasını başa düşməyib ca-vab verdi:
– İşim-gücüm oxumaqdı da… Azərbaycan ədəbiyyatında əvvəlki əsrlərdə olmayan kom-munikativ sistem XIX əsrdə yarandı. Seyid Əzim Şirvandan Şuşaya Natəvana məktublar yazdı. Axundovla da Zakir məktublaşırdı. Yəni bu ədiblər arasında kommunikasiya yarandı. Bu ba¬xımdan, ədəbiyyat kommunikasiya sisteminə dönməyə başladı. Kommunikasiya da şairlərin yaradıcılığına ciddi təsir göstərdi. Məncə, Zaki-rin yaradıcılığında kommunikasiya güclü rol oy¬nadı.
Kərim Yaqubu yanına çağırdı. Yaqub ya-xınlaşanda dedi:
– Oğlum hesabı gətir.
Yaqub tez hesabı dedi. Kərim pulu Yaquba uzadıb dedi:
– Üstü qalsın, oldumu Yaqub.
Özü isə ayağa durub dedi:
– Mən gedim. Bir az qalsam əlimdən xəta çıxar.
Fikrətə əlini uzadıb dedi:
– Mən gedim. Sənə də uğurlar.
Vəli ayağa qalxıb Kərimə əlini uzadıb dedi:
– Tanış olmağımıza çox şad oldum.
Kərim Vəliyə baxıb başını yellədi. Bir söz deməyib kafenin qapısına tərəf getdi. Vəli göydə qalmış əlini ovaraq Fikrətə dedi:
– Nə qəribə adamdır? Sənin dostlarının ha-mısı belə qəribədir?
Fikrət qapıdan çıxan Kərimin ardınca baxıb dedi:
– Niyə qəribə adamdır? Canlara dəyən in-sandır. Təəssüf ki, elələri aramızda azdır.
Kafedən uzaqlaşan Kərimin dalınca baxıb ayağa durdu. Üzünü Vəliyə tutub dedi:
– Gedək, evi göstər. Yolçu yolda gərəkdir.
VI
Kərim Sadığın ona yaxınlaşdığını görüb dedi:
– Haralarda itib batmısan? Aya-günə dön-müsən?
Sadıq çiyinlərini çəkərək incik-incik dedi:
– Olmadı ki... Qoy bir salamlaşaq da...
Kərim dostunu bağrına basıb dedi:
– Daha niyə inciyirsən? Hər vaxtın xeyir... Səni xoş gördük.
Sadıq dostuna baxıb dilləndi:
– Yaxşı görək. Neynirsən buralarda?
Kərim gülümsəyib dedi:
– Yadından çıxıb deyəsən? Mən iş yerində-yəm.
Sadıq əlini Kərimin çiyninə vurub dedi:
– Bilirəm... Soruşuram ki, bəs təkbaşına bu-ralarda neynirsən?
Kərim dostuna sataşıb dedi:
– Təkbaşına sözünü çox işlət. Mən də işimi bilim. Sənə nə cavab verəcəyimi bilim də.
Sadıq Kərimə baxıb dedi:
– Kərim, dostum, mən də sənin yanına gəl-mişdim. Adili tanıyırsan. Mənimlə mübahisə edirdi. Deyir ki, guya haradasa oxuyub ki, Mə-həmməd Hadi yazıb ki, “məni dəfələrlə sərxoş halda yaxalayıb polis idarəsinə almışdılar”. Sən bu haqda bir şey bilirsən? Bilirəm ki, Məhəm-məd Hadinin eniş-yoxuşlu ədəbi fəaliyyəti, zid-diyyətlərlə keçmiş həyat yolu olub. Amma...
Kərim dostunun sözünü bitirməyə imkan verməyib təəccüblə soruşdu:
– Şaiqin “Xatirələrim” kitabını oxumusan?
Sadıq günah iş tutmuş adamlar kimi başını bulayaraq “yox” dedi. Kərim gülümsədi. Sonra dostuna dedi:
– Sadıq, Abdulla Şaiqlə Hadi bir gün küçə-də yan-yana gedirlərmiş. Birdən-birə Hadi du-rur. Özünü başdan-ayağa nəzərdən keçirdikdən sonra, Şaiqdən soruşur:
– Şaiq, üstümdə lüzumsuz nə var?
Şaiq sualın mənasını anlamayır, bu səbəb-dən də susur. Hadi isə təkrar soruşur:
– Diqqətlə bax, lüzumsuz heç bir şey gör-mürsənmi?
Şaiq Hadini diqqətlə süzdükdən sonra “yox” deyir.
Hadi hirslənərək Şaiqə tərs-tərs baxıb de-yir:
– Siz də həyatın gedişatına o qədər bağlan-mısınız ki, gözləriniz lüzumlunu lüzumsuzdan seçə bilmir.
Sonra əli ilə jiletini çəkib deyir:
– Bu mənim nəyimə lazımdır?
Şaiq məsələni anlayır. Hadinin kimdənsə borc almaq adəti yox idi. Heç kəsdən borc al-mazmış. Şaiq Hadiyə pul təklif edir, Hadi isə im¬tina edir. Onda Şaiq onu evinə qonaq dəvət edib deyir ki:
– Hadi, gedək, bir yerdə yeyək.
Hadi kədərlə başını bulayıb Şaiqin təklifini rədd edib deyir:
– Yox, qardaşım, bu gün öz səmalarımda uçaraq, günəşimin ziyalarını örtən buludları par¬çalayıb dağıtmaq istəyirəm, xudahafiz.
Kərim dərindən nəfəs dərib dedi:
– Bu əhvalat Şaiqin “Xatirələrim”də əksini tapıb. Belə bir insana talenin etmədiyi qalmadı da, indi onun haqqında elə söz-söhbəti mətbuata gətirmək, ya da bu barədə mübahisə etmək heç kimə yaraşmaz. Amma çifayda…
Sadıq Kərimi dinlədikdən sonra dedi:
– Hadi gərək 1910-cu ildə Türkiyəyə get-məyəydi. Hadi azadlıq, inqilab arxasıyla getdi, dörd ildən sonra ac, səfil şəkildə Vətənə döndü.
Kərim çiyinlərini çəkib dedi:
– Bəlkə də haqlısan Sadıq. Yadından çı-xartma ki, biz onların yerinə nəyin düz, nəyin səhv olduğunu deyə bilmərik. Zaman insanın səhv və ya düz olduğunu göstərir. Hadinin ac, səfil bir şəkildə Vətənə dönməsi onun həyatının səhvi idimi? Bunu necə deyə bilərik. Onu qınaya bilmərik. Haqqımız çatmır… Hadini başa düş¬mək üçün Hadi həyatını yaşamaq lazımdır, onun doğru olub olmadığını məhz onda bilərik. Bəlkə də o səfil həyatı ilə həyatı başqa cür başa düşürdü. Bizi kimi qalstuklu insanlara başqa cür baxırdı. Nə isə… Hadinin yaradıcılığı isə dərya¬dır. Onu başa düşənləri barmaqla saymaq olar.
Sadıq Kərimə diqqətlə qulaq asırdı. Dostu-nun susduğunu görüb dedi:
– Tamamilə haqlısan, dost.
Kərim Sadığa baxıb əlavə etdi:
– Amma içki insanın evini yıxır. İçkiyə alu-də olmaq artıq sənin məhvə doğru addımlaman-dır.
Sadıq dərindən nəfəs dərib dedi:
– Amma Hadinin bir şair kimi səfil həyat yaşaması mənə təsir edir.
Kərim başı ilə dostuyla razı olduğunu bil-dirib dedi:
– Elə məni də… Hadi haqqında Şaiqin “Xa-tirələrim”də başqa bir hadisə yadıma düşdü. Qulaq as. Şaiq yazır ki, bir gün küçəylə gedirmiş. Birdən üstü-başı çirkli, alt köynəyinin yaxası qapqara və yırtıq, halı pərişan, çəkməsi yırtıq ol¬duğundan ayaqları dışarıda qalan bir kişi Şaiqin əlindən tutur. Şaiq Hadini tanımır. Tanılacaq halda olmadığından, təbii ki, Şaiq Hadini tanı¬mır. Onda Hadi titrək səslə soruşur:
– Şaiq, məni tanımadın?
Şaiq Hadinin səsindən, gözlərinin rəngin-dən tanıyır. Hadini qucaqlayıb soruşur:
– Aman, Hadi, bu nə haldır?
Hadi gözləri yaşlı cavab verir:
– Qardaşım, heç sorma.
Şaiq Hadiylə evinə gəlir. Paltarlarını tama-milə dəyişdirtdirib hamama aparır. Evə qayıdan¬da isə Hadi Türkiyədə keçirdiyi həyatı, daha doğrusu faciəsini danışır: “İstanbula çatdıqdan sonra ilk əvvəl “Tənin” qəzetində şərq dilləri mütərcimi sifəti ilə çalışır, arabir “Mahtab”, “Hi¬lal” kimi qəzet və məcmuələrdə şeirlərimi nəşr etdirirdim. Təbiətimi bilirsən, mənim və ya baş¬qasının azadlığına toxunulduğu zaman əsəblə¬rim yerindən oyanır, səbir edə bilmirəm. Mən buradan çar istibdadından çıxıb geniş nəfəs al¬maq, azad həyat keçirmək ümidi ilə ora getmiş¬dim. Fəqət orada həmin istibdadı bir az da artıq¬lığı ilə görüncə səbrim tükəndi. Ruhumdakı sı¬xıntı və kədərləri unutmaq üçün çarəsiz yenə da¬ha şiddətli sürətdə içməyə başladım. Neyləyim? Qadın azadlığına dair yazdıqlarım xoşlarına gəl-mədi, xalq azadlığına dair yazdım, yenə darıldı-lar. İttihadçılar hər yazıçıdan ancaq mədhiyyə gözləyirdilər. Şübhəsiz, mən onu bacarmazdım. Mən mədhiyyə üçün deyil, aləmi alt-üst edib in-qilab yaratmaq üçün doğuldum. İstibdad xəfiy-yələrinin mərkəzi olan İstanbul həyatı məni bo-ğurdu. Dəfələrlə məni sərxoş halda yaxalayıb polis idarəsinə almışdılar. Bir dəfə “Siz istibdad mikroblarısınız” – deyə qayim-məqamı təhqir et¬dim. O, məni İstanbula qayıtmamaq şərtilə yu-nan şəhəri Salonikə sürgün etdi. Pul yox, tanış yox... Salonikdə qadınların bazarlıqlarını evləri-nə daşıyıb aldığım pul ilə ölüm-zülm yaşayır-dım. Zalım yunanlar bunu da mənə çox gördü-lər. Bir gün məni Türkiyə xəfiyyəsi adı ilə yaxa-layıb polis idarəsinə aldılar. Mən xəfiyyə olma-yıb Qafqaz şairi olduğumu onlara inandıra bil-mədim. Bir neçə gün həbsdə qaldıqdan sonra gə¬miyə mindirib İstanbula göndərdilər.
Yolda yunan bəhriyyələri məni dənizə at-maq istədilər. Bir keşiş zor-güc məni onların əlindən qopardı. Gəmi İstanbul körpüsünə yan aldı. Yaramaz mal kimi İstanbul da məni qəbul etmədi. Çox yalvardıqdan sonra məni Batuma gedən bir gəmiyə mindirib yola saldılar. Batum-da sahilə çıxdım və bir dostumun köməyilə Bakı¬ya gəldim. Eh, qardaşım, mənim həyatım baş¬dan-başa bir faciədir”.
Sadıq təəccüblə Kərimə baxıb dedi:
– Halal olsun, sözbəsöz yadındadır. Yəni, bir qeyrətli oğlumuz çıxıb ona kömək etmədimi? Kərim, fikir vermisən, insanlar qəriblikdə bir-bi¬rinə kömək etmək istəmirlər. Şəxsən mənim ba¬şıma gəlib e… Moskvada olarkən, orada Yazıçı¬lar İttifaqının filialı var. Rus dostlarım dedilər ki, yazı-pozu işiylə məşğul olursan. Yazıçılar İttifa¬qına üzv ol. Növbə məsələsi var axı. Onda təklif etdilər ki, Azərbaycan Yazıçılar ittifaqının üzvü ol, sonra səni Rusiya Yazıçılar İttifaqına üzv edə¬rik. Müraciət etdik Azərbaycan Yazıçılar İttifaqı¬nın Rusiya filialına. Nə isə… Min bəhanə gətirdi¬lər, başını buraxdım. Rusiya Yazıçılar İttifaqının üzvü oldum. Rus həmkarlarım məəttəl qalmışdı¬lar. Dedilər ki, bizim sənin kimi ziyalımız olsay¬dı, arxasında dayanardıq. Bunlar nə fikirləşirlər? Guya bilmirik ki, onların necə qabiliyyətsiz, ədə¬biyyatdan xəbərləri olmayan, ədəbiyyatdan uzaq üzvləri var. Bu nə deməkdir? Cavab verə bilmə¬dim, dost. Susdum. Bu da qərib ölkədə sənin, həm mənim ziyalı həmvətənlərimiz. Yazıq Hadı neyləyəydi? İmkanın var səni tanıyırlar. Yoxdur¬sa, sənə arxa durmaq istəmirlər. İnsanı da yandı¬rıb tökən odur da? Neçə ziyalı tanıyıram, deyib¬lər ki, cəmiyyətdə tutduğumuz mövqeyə öz gü-cümüzlə qazanmışıq, indi bu üzdə olan dırnaq-arası vətən oğullarına pullarımızı niyə yedizdi-rək? Bax beləcə yadlaşma baş verir. İnsanlar bir-birlərindən uzaqlaşırlar, xüsusilə də qərib ölkədə həmvətənlərimiz…
Kərim Sadığı dinləyib dedi:
– Başa düşürəm. Hadiyə də qərib ölkədə hayan olan həmyerlimiz olsaydı, yəqin belə alın-mazdı. Nə isə… Hadinin içkiyə münasibətini de¬yim sənə… Şaiq yazır ki, onu evimdə rahatlayır, kabinetini Hadiyə verir. Şaiq çalışır ki, Hadi içki¬dən uzaqlaşsın. Bir neçə dəfə də işarə edir ki, “araq ya şəraba meyliniz var isə, yemək ilə bir az içmək pis deyil.” Onda Hadi qəbul etməyir və deyir ki, “Allah bəlasını versin, fəlakətlərimin başlıca səbəbi o deyilmidir?”
Bir həftə Şaiqin evində qalır. Sonra tanış bir həkiminin yardımı ilə tutulmuş olduğu alkoqo-lizm xəstəliyindən sağalmaq üçün xəstəxanaya göndərilir. Xəstəxanadan çıxandan sonra Şaiq zarafatla soruşur:
– Bizim evdə sənə heç bir mane olmadığı halda bəyənməyib qaçdın.
Hadi onda başını bulayıb deyir:
– Yox, qardaşım, sənin evində özümü çox azad hiss edirdim. Heç bir mane də yox idi. Fə-qət sənə mane olurdum.
Şaiq israr etsə də, Hadi onlara getmir. Sa-dıq gülümsəyib deyir:
– Alkoqolizmdən tam sağalmır, deyəsən?
Kərim çiyinlərini çəkib deyir:
– Bilmirəm. Yəqin…
Sadıq qol saatına baxıb dedi:
– Başım söhbətə qarışdı. Tələsirəm. Gələ-cəm yanına, rahat söhbət edərik.
Kərimə əlini uzadıb sağollaşdı. Kərim dos-tunun arxasınca qışqırdı:
– Yolu yaddan çıxartma…
VII
Səlim əlindəki kitabçanı masasının üzərinə qoyub dedi:
– 37 xalqımıza qənim kəsildi. Nə qədər gü-nahsız insan qırılar? Bu qədər də olmaz... Kim-dən xoşları gəlmir, vətən xaini adı ilə damğala-dıqları adamın adının yanında adlarını hallandı-rıb deyirdilər, xoş gəldin. Əhməd Cavad həbs olunur, bir neçə aydan sonra güllələnir. Həyat yoldaşı Şükriyyə xanım və uşaqları Qazaxıstana sürgün edilirlər. Hüseyn Cavid Sibirə sürgünə göndərilir. Mikayıl Müşfiq həbs edilib güllələnir. Bu sıra birdir, ikidir, saymaqla qurtarmaz ki, qurtaran da deyil ...
Cahangir gülümsəyib dedi:
– Nə olub Səlim? Kərim kimi nədən narazı¬san?
Sonra ona baxan Kərimə baxıb göz vurdu. Kərim başını bulamaqla kifayətlənib cavab ver-mədi. Səlim isə Cahangirə dedi:
– Nə olacaq? Mikayıl Müşfiq haqqında yazı hazırlamaq istəyirəm. O dövrün dövrü mətbuat-larını da izləmək istədim. 1937-ci ilin iyununda Yazıçılar İttifaqının rəhbərləri olmuş Şamilov sədrlikdən, Vurğun isə katiblikdən azad edilir.
Cavanşir çiyinlərini çəkib dedi:
– Onların Mikayıl Müşfiqlə nə əlaqələri?
Səlim əllərini ovaraq dedi:
– Yazıqları Müşfiqdən ötəri işdən çıxarıb-lar.
Səlimin yanında əyləşən İlqar dilləndi:
– İşdən çıxartmaq istəyiblər. Bəhanələri Mi-kayıl Müşfiq olub. Başa düşmədin, Cahangir?
Səlim İlqara baxıb dedi:
– 1937-ci ildə çıxan “Kommunist” qəzetin-də yazırlar, daha doğrusu özünü tənqidçi adlan-dıran birisi yazır ki, “necə ola bilər ki, Ə. Cava-dın, H. Cavidin yuvasından çıxmış... Müşfiq İtti-faqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tri¬bunasına çevirmişdir. Necə ola bilmişdir ki, Müşfiq kimi xain düşmən Sovet Yazıçıları İttifaqı rəhbərləri S. Şamilov və S. Vurğunun qanadı al¬tında son günədək öz kontrrevolyusion pozucu işlərini yerinə yetirməyə imkan tapmışdır. Ədə¬biyyatda xalq düşmənlərinin bütün qalıqları axı¬radək ifşa olunmalı, böyük sosializm quruluşu¬muza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməli¬dir”.
Cahangir əllərini əllərinə vuraraq dedi:
– Pravo... Halal olsun o dırnaqarası tənqid-çiyə. Yaxşı fikirləşibmiş.
Kərim Cahangirə narazılığını bildirdi:
– İmkan ver sözünü bitirsin. Nə olub?
Cahangir gülümsəyib Kərimdən soruşdu:
– Bəyənəmədin, qardaş?
Səlim söhbətin uzanmasını istəməyib dedi:
– Xalq düşmənlərinin bütün qalıqları adla-nan, kontrrevolyusion pozucu işlərini yerinə ye-tirən Müşfiq siyasi baxımdan necə də güclü imiş. Müşfiq özü bədxahların onu tənqid etmələrin¬dən təngə gəlibmiş. Həyat yoldaşı olmuş Dilbə¬rin kitabında oxumuşdum ki, Müşfiqə “sən xırda burjua şairisən” sözü çox yer edibmiş. Bu sözün Müşfiqə toxunmasının səbəbləri var idi. Müşfiqə görə, hətta gənclərin təsəvvüründə burjua zəh¬mətdən qaçan, insanlıqdan kənar, xalqını, cəmiy¬yətini, vətənini sevməyən adamlardır. Müşfiq isə özünü o cür adamların sırasında görmür.
Cahangir yenə də susmayıb dilləndi:
– O dırnaqarası tənqidçinin xidmətləri sa-yəsində biz Müşfiqi böyük sosializm quruluşuna qarşı azğıncasına kin və ədavət bəsləyən müsa¬vatçı və trotski quduzu kimi tanıdıq da...
İlqar Cahangirə baxıb dedi:
– Cahangir, repressiya dövrü qurbanları deyəndə ağla gələn ilk adlardan biri kimin adı olur? Təbii ki, ilk ağla gələnlərdən biri Mikayıl Müşfiq olur.
Kərim İlqarın fikirlərini təsdiqləyib dedi:
– O illərdə əsasən hökuməti tənqid edən, onu tərifləməkdən boyun qaçıran insanlar rep-ressiyaya qurbanı olublar.
İlqar Kərimdən soruşdu:
– Kərim. Səninlə razıyam. Müşfiqin yaradı-cılığının ilk dövrlərini nəzərdən keçirəndə Sovet hakimiyyətinə, sosializmə qəlbən bağlı olan, onu sevə-sevə təbliğ edən şeirlərinə rast gəlinir. Ya¬dımda qalanları deyirəm. Məsələn, “Neft-İliç buxtası”, “Posyolka”, “İşçi qız” şeirləri, “Bəyaz çöllər” və “Buruqlar arasında” poemalarını gös-tərmək olar. Müşfiqin həvəslə Mingəçevir Su-Elektrik Stansiyasında layihə-quraşdırma işləri ilə tanış olması və “Mingəçevir həsrəti” əsərini yazmağa başlaması onun sosializm quruculuğu-na necə rəğbət bəslədiyinin göstəricisidir. Müş-fiqdən bir bənd şeir deyim, siz dinləyin:
Nə bir həsrətim var, nə bir qəmim var.
Dostlarım bilir ki, nə aləmim var!
Lenin dünyasına ithaf etməyə
Bir şair ürəyim, bir qələmim var!
Şeirini bitirən İlqar sözünə davam etdi:
– Özü də Müşfiq ərəb əlifbasının latın əlif-bası ilə əvəz olunması haqda şeir yazıb. Hansı səbəbdən Müşfiq də repressiya qurbanı oldu?
Cahangir Kərimə cavab verməyə imkan verməyib dilləndi:
– İlqar, Səlim demədi ki, kimdən xoşları gəlmir, vətən xaini adı ilə damğaladıqları ada-mın adının yanında adlarını hallandırıb deyirdi-lər, xoş gəldin. Mikayıl Müşfiq də belə böhtanın qurbanı oldu. Sosializm quruculuğunun hər nai-liyyətinə ürəkdən sevinən, dövrünü, zəmanəsini sonsuz ilhamla tərənnüm edən şairə böhtan at-anların yalnız bir məqsədi ola bilərdi. İstedadı boğmaq, onlara əngəl olan istedadı susdurmaq. Bu idi alçaqların məqsədi, başqa nə ola bilərdi?
Sonra avazla Müşfiqdən şeir söylədi:
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!...
Sən Müşfiqin yanında, qalginən sənə qur¬ban,
İstəsən bu canımı, alginən sənə qurban.

Cahangir udqunub dedi:
– Bunu yazan şairdən də sosializm qurucu-luğunu mədh edən şeir istəyərlər heç…
İlqar Cahangirdən soruşdu:
– Bu şeirin yaranma tarixçəsini bilirsən?
Cahangir gülümsəyib özündən razı halda stuluna yayxanıb dedi:
– Ayıb sözdür e... Dilbər Axundzadənin “Müşfiqli günlərim” kitabında yazılmış olmalı-dır. Mənə elə gəlir... Dilbər Gəncəyə gedəcəyini Müşfiqə deyir. Müşfiq kədərlənir. Onda Dilbər şairi ovundurmaq üçün deyir ki, istəyirsən, get-məyim, daha bundan ötrü niyə narahat olursan? Müşfiq də Dilbərə sizlərə söylədiyim şeirlə ca-vab verir. Şeirin yaranma tarixçəsi belədir. Ki-tabdan yadımda qalan məqamı da danışım. Sə-məd Vurğunla Müşfiq Gəncəyə gəlirlər. Səməd Vurğun orada Dilbərə deyir:
– Dilbər bacı, bizim bu dağlara gəlməyimi-zin bir səbəbi var. O da Müşfiqin aşıq Kərəmə dönməyidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedərdi, bu isə utandığından məni özü ilə gətirib. Siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Gördüm bu gedişlə o, Kərəmi ötüb Məcnun olacaq, dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə təskinlik tapa ürəyin. Müşfiq elə bil sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü yola”.
İlqar Cahangirin susduğunu görüb dedi:
– Müşfiqin əksər kitabları 37-də tamamilə məhv edilmişdi. Onlar necə oldu? Elə itib batdı?
Kərim kədərli baxışlarla İlqarı süzüb dedi:
– Təəssüf ki, hə. Yadımdadır ki, hətta 56-cı ildə Müşfiqin “Seçilmiş əsərləri” üçün bəzi şeir-ləri şair Mehdi Hüseynin yoldaşı Fatma xanımın dilindən yazılıb nəşriyyata təqdim olunmuşdur.
İlqar yoldaşlarına baxıb dedi:
– Sizə bir əhvalat danışım. Müşfiq Marşa-kın “Huşsuza bax huşsuza” əsərini ana dilimizə tərcümə edəndə deyir ki, şair lap mənim obrazımı yaradıb ki! Çünki, Müşfiqin həyatda yaddaşı zəif imiş. Deyilənə görə, hətta belə bir hadisə olub ki, guya Müşfiq papağını itirir. Əşyasını itirən insan neyləyər? İtirdiyini axtarar. Müşfiq də papağını tapmaq üçün aləmi axtarır. Baxıb görür ki, papaq qoltuğundadır.

Otağı qəhqəhələr başına götürdü. Kərim gülən dostlarına baxaraq dedi:

– Gülürsünüz? Əlinizdən daha nə gəlir ki? Həyatda nikbin qalmağı bacarmaq lazımdır. Müşfiqin dediyi kimi,
Mənim bu dəryada bir sandalım var,
Hələ bədr olmamış bir hilalım var.


Kərimin dediyi misradan sonra otağa dərin səssizlik çökdü…

turan.info.az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: