
Bu günlərdə, AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və Turan.İnfo.Az saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildən Prezident təqaüdçüsü, həmçinin, "Abulla Şaiq", "Həsənbəy Zərdabi", "Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə", "Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm", "Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi", "Kamil sənətkar" və s. mükafatların laureatı olan
MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) - anadan olmasının 55 və Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi münasibətilə daha bir fəxri mükafata layiq görülüb.
O, Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi naminə göstərdiyi böyük xidmətlərə görə, qardaş Türkiyə Cumhuriyyətinin Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub.

Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, tanınmış şair, AYB-nin üzvü və Prezident təqaüdçüsü İlqar Türkoğlu təqdim edib.
O, öz adından, eləcə də, Türkiyənin Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbərliyi adından Müşfiq Borçalını anadan olmasının 55, Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi, həmçinin, qardaş Türkiyənin "MUSTAFA KEMAL ATATÜRK" Qızılı medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, elmi axtarışlarında, ədəbi-bədii yaradıcılığında, həmçinin, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Bu dəyərli təltifə, yüksək səviyyədə təqdimata və xoş arzulara görə çox hörmətli İlqar Türkoğluna, həmçinin Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbərliyinə öz minnətdarığını və dərin təşəkkürünü bildirən yubilyar - Müşfiq Borçalı sonda öz fikrini belə tamamlayıb:
"Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi bu gün böyük əhəmiyyət kəsb edir, bu yolda şərəflə xidmət etmək isə mənim üçün böyük fəxrdir və olduqca qürurvericidir!..”

REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
bacarıqlı qələm dostumuz
çox hörmətli
Müşfiq müəllimi bir daha
anadan olmasının 55,
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi, həmçinin
Qardaş Türkiyə Cümhuriyyətinin
"MUSTAFA KEMAL ATATÜRK"
Qızılı medalı ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,
eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin,
jurnalistlik və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Böyük hörmət və ehtiramla,
“Ziya” və "Turan"
İnformasiya Mərkəzlərinin,
ZiM.Az, Ziya.İnfo.Az və
Turan.İnfo.Az saytlarının
Redaksiya Heyəti və
Yaradıcı kollektivi

.