Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Ermənilərin Gürcüstana hücumları - (I hissə)
Qulaver Klarci

Biz gürcülər çox əzab görmüş millətik. Əsrlər boyu dövrün sərt üzü, talesizlik çox zaman bizi yerlə yeksan etmişdir.
Hazırda da çox ağır bir vəziyyətdəyik. Bu təhlükədən sovuşmaq üçün qonşular ilə normal əlaqələrin olması arzu olunur.
Bunu İlya Çavçavadze, Akaki Sereteli və onların məsləkdaşları yaxşı dərk edirdi.
Lakin ermənilərin müəyyən dairələrinin antigürcü hərəkətlərini ifşa etməyi özlərinə borc hesab edirdilər.


İlya və Akakinin vəfatından sonra kənar qüvvələrin, əsasən, Rusiya imperiyasının köməyi ilə ermənilər Gürcüstanda Kvemo Kartlinin cənub hissəsini, Loru-Taşiri, gürcülərin keçmişdə müdafiəsində dərya qədər qan tökdüyü əsil gürcü torpaqlarını Gürcüstandan qopartmışlar.
Eləcə də ermənilər gürcü ruhunu da özlərinə hopdurmağa nail oldular.
Şota Rustavelinin doğma yurdunda, Cavaxetdə demək olar ki, gürcülərin adını yox etdilər, erməni əhalisi bu gün burada əhalinin 98 faizini təşkil edir.
Biz gürcülər əllərimizi sinəmizə çarpaz halda qoyaraq Gürcüstandan Cavaxeti, Abxaziya və Samaçablo kimi nə vaxt qoparacaqlarlarını gözləyirik. Gürcüstanın mənafeyi üçün, milli dəyər üçün məgər fərqi varmı bu, bu gün baş verəcək, yaxud 10 ildən, 20 ildən sonra?

Məşhür erməni tarixçisi və publisisti Arakel Babaxanyan (O, əsərlərini Leo təxəllüsü ilə çap etdirmişdir) 1919-cu ildə Tiflisdə erməni dilində «Sərhəd mübahisəsi - Loru, Axalkalak, Qarabağ» adlı kitab nəşr etdirmişdir. Axalkalak deyəndə onların öz qəzası, eləcə də bütün Cavaxet nəzərdə tutulur. Ümumiyyətlə , ermənilər Loru-Taşiri, Cavaxet və Qarabağı bir müstəvidə qoyurdular və indi də qoyurlar. Gürcüstana qarşı onların iddiaları heç də bununla bitmir. Ermənilərin Gürcüstanın hesabına Qara dənizə çıxış yolu əldə etmək çoxdankı arzusudur. Bütün bunlara nail olmaq üçün onlar Gürcüstanın daha da zəifləməsini, süquta yetməsini istəyirlər. Buna görə Abxaziyada ermənilər də ruslar, absualar ilə və başqaları ilə çiyin-çiyinə gürcülərə qarşı fədakarlıqla mübarizə aparmış və aparmaqdadırlar.
* *
*
Ermənilərin Gürcüstana hücumu iki əsr bundan əvvəl başladı və bu günə kimi də bəzən gizli, bəzən də aşkar şəkildə davam etdirilir.
XIX əsrə qədər nəqliyyat vasitələrinin inkişaf etməməsinə və ya başqa səbəblərə görə bu və ya digər ölkənin coğrafi şəraitinə daha böyük əhəmiyyət verilirdi. Bu baxımdan Qafqazda Gürcüstan fərqlənirdi. Bundan başqa Gürcüstan Qara dəniz sahili ölkədir. Gürcüstan, ələlxüsus da Şərqi Gürcüstan Qafqazın təbii mərkəzini təşkil edir. Məhz elə gürcülərin paytaxt şəhəri Msxeta və Tbilisi Qafqazın ortasında yerləşir.
Qafqaz, Güney Qafqaz, məlum olduğu kimi, Şərq və Qərb arasında bərzəx təşkil edir. Eyni zamanda Şərq və Qərb, Asiya və Avropa imperiyaları, xalqları min illər ərzində bir-biri ilə müharibələr aparırdılar və Qafqaz da cəbhələrdən, döyüş meydanlarından birinə çevrilmişdi. Qafqaz xalqlarına bu dəhşətli haldan, tufandan özlərini qorumaq üçün birləşmək lazım idi. Müxtəlif xalqların birləşməsi bu gün də ən çətin problemdir və uzaq keçmişdə daha çətin idi.
Qafqazın birləşdirilməsinə Gürcüstan da, Ermənistan da iddia edirdilər. Onlar arasında Şimali Qafqaz xalqlarından tərəfindən çox dəstək alanlar uğur qazanırdı.
Şimali Qafqazda çoxlu müxtəlif mübariz xalq, tayfa yaşayırdı. Onlar başqaları ilə də, bir-biriləri ilə də döyüşürdülər. Gürcüstan Şimali Qafqaz ilə bilavasitə həmsərhəd idi, Ermənistan isə həmsərhəd deyildi. Şimali Qafqaz xalqları iqtisadi baxımdan Gürcüstanın aran yerlərindən asılı idi. Eyni zamanda Gürcüstan Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələrinə qoşula bilərdi. Bütün bunlara görə, Gürcüstan Ermənistana nisbətən Şimali Qafqazda nüfuz qazanmağa asanca nail olurdu. Buna görə də Ermənistan rəhbərləri, dünyəvi və ya kilsə dairələri lap başdan nəticə çıxartdılar ki, Qafqazda birinciliyi qazanmaq üçün qondarma «Böyük Ermənistan»ın bütün Gürcüstanı olmasa da, hər halda cənub-qərb hissəsini zəbt etməsi və gürcüləri erməniləşdirməsi vacibdir

* * *

Məşhur qədim yunan alimi Strabon nəql edir ki, bizim eradan əvvəl II əsrin əvvəllərindən ermənilərin çarları , onların qoşunları Gürcüstandan Tao, Sper, Basianı Ərzrumla bərabər, Kala-Ərdəhan və Kvemo Kartlinin bir hissəsini qopartmışlar. Bü diyarların gürcülərinə erməni dilini mənimsətmiş, zəbt olunmuş gürcü diyarlarında erməni dili dövlət dili elan edilmişdir.
Qeyd etmək lazımdır ki, Strabonun təsvir etdiyi dövrdə Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra yaranmış Selevki dövlətləri bir-birilə müharibələr aparırdı. Romalılar qalib gəldi. Həmin vaxtlar erməni çarları Roma düşərgəsində idi və bunun sayəsində də gürcü torpaqlarını zəbt edə bildilər.
Ermənilər çar Parnavaz tərəfindən yaradılmış güclü gürcü dövlətini sıxışdırdılar, demək olar ki, dağıtdılar. Bü gürcü çarlığı öz ətrafında gürcülərin ta qədimdən məskunlaşdığı diyarları, guşələri birləşdirirdi. Milli gürcü şüuru da o dövrlər kifayət qədər güclü görünür. Gürcülər daha böyük işğalçılara baş əymədi və aydındır ki, itirilmiş torpaqları geri qaytarmaq üçün ermənilərə qarşı barışmaz mübarizə aparırdılar.
Strabon xüsusilə qeyd edirdi ki, Ermənistan, Armeniya ona qədər balaca ölkə idi. Məhz elə bizim eradan əvvəl II əsrin əvvəllərində çar Artaşes və Zarehin zamanında genişləndi. Bundan sonra «Böyük Ermənistan» deyimi də əmələ gəlir. Ən əvvəl bu termin ilə Ermənistanın ikinci hissəsindən- Kiçik Ermənistandan fərqləndirmək üçün Ermənistanın bir hissəsini , nisbətən böyük hissəsini qeyd edirdilər. Sonralar, ermənilərdə bütün Qafqazın birləşdirilməsi , işğalı, erməni imperiyasının yaradılması iddiaları yarandığından «Böyük Ermənistan» terminində çox hallarda imperiya fikri də əks olunurdu.
İşğal sözünü xatırladığımızdan, güman ki, Gürcüstan tərəfindən Qafqazın birləşdirilməsində də işğal mənasını nəzərdə tutmalıyıq. Lakin məsələ burasındadır ki, Qafqazın böyük hissəsinin, sadalanan səbəblərə görə , lap elə başdan bir mərkəzin ətrafına toplaşmaq ənənəsi nəzərə çarpırdı. Güclü Gürcüstanın , Msxetanın, Tiflisin ətrafında Qafqazın Ermənistanın və onun paytaxtının ətrafında birləşməsinə nisbətən yenə də coğrafi məkana görə , daha təbii proses idi. Əsasən məhz elə bu onu şərtləndirdi ki, «Böyük Ermənistan» faktiki yarana bilmədi, Böyük Gürcüstan isə həqiqətən 120 il ərzində, XII əsrin başlanğıcından monqolların və xarəzmlilərin hücumuna qədər hər halda mövcud idi.

Həmin erməni çarı Böyük Tiqranın hakimiyyəti yalnız 20 il davam etdi. Bundan sonra Ermənistan zəiflədi, süquta uğradı. Tiqranın çarlığı dövründə nə erməni yazısı , nə yazı, mövcud idi. Bunsuz isə böyük milli dövlət qurmaq mümkün deyildi. Böyük Gürcüstana gəldikdə isə, onun mövcudluğu , «Pələng dərisi geymiş pəhləvan»ın yaradılması ilə də bərqərar oldu . Bu əsər gürcü dövlətçiliyinin pis-yaxşı XIX əsrə qədər gətirilib çıxarılmasında çox böyük rol oynadı. Erməni dövlətçiliyi Ermənistanda XI əsrdə süquta yetdi və XX əsrədək , yepiskopların dövrünə qədər onun bərpası mümkün olmadı. Doğrudur, Ermənistandan kənar Kilikiyada knyazlıq yarada bildilər ki, bunu da XIV əsrin sonlarında çarlığa çevirdilər, lakin 1375-ci ildə o da süquta uğradı.

***

1200 il ərzində ermənilər gürcü diyarlarını işğal etməyə bunun əksinə nisbətən daha çox nail olurdular.
Gürcülər həmin dövrlərdə daha çox özlərini müdafiə edirdilər. Bunun səbəi nə idi? Bunun bir çox səbəbi var idi.
Gürcüstanın bir dövlət kimi birləşməsi cəhdi ta qədimdən təstiq olunur, lakin bu sahədə böyük nailiyyət yalnız X əsrin sonunda David Kuropalat və III Baqratın çarlığı dövründə qazanılmışdır. Daha qədim dövlərdən söhbət açmasaq da, çar Parnavaz, Parsman Kveli, Vaxtanq Qorqasali və başqaları da Gürcüstanı birləşdirməyə çalışırdılar. Lakin bir qayda olaraq Şərqi və Qərbi Gürcüstan X əsrin sonuna kimi ayrı-ayrı dövlətlər şəklində mövcud idi. Bunun başlıca səbəbi o idi ki, işğalçılar hər bir vəchlə Qara dənizin Gürcüstan sahillərində hökmranlıq etməyə çalışırdılar və Gürcüstanın birləşməsinə, maneçiliklər törədir, əngəllər qoyurdular. Əgər Gürcüstan vahid, güclü olacaqdısa, qonşu imperiyalara Qara dənizin Cürcüstan sahillərinə qədəm basması da çətinləşərdi.
Ermənistan dəniz, dəniz sahili dövlət olmadığından onun birləşməsi üçün nisbətən az maniələr, əngəllər törənirdi. Büna görə də qondarma «Böyük Ermənistan» ayrı-ayrılıqda Şərqi və Qərbi Gürcüstana nisbətən doğrudan da artıq ərazini əhatə edirdi və İberiya çarlığına tez-tez hücumlar edirdi , öz gücü ilə və eləcə də İranın köməyi ilə də onu zəbt etməyə çalışırdı. Bu baxımdan Ermənistan və İberiya arasında mübahisəyə çevrilmiş gürcü diyarları əsrlər boyu əldən ələ keçirdi. Ermənistan onu zəbt etməyə nail olurdu, lakin İberiya fədakvrlıqla vuruşaraq öz torpaqlarını geri qaytarırdı. I əsrdə İberiya çarı IParsman Ermənistana da hücum etmişdir. Doğrudur, o vaxtlar, Parsmanın tərəfini Roma tuturdu, lakin Ermənistanın da müttəfiqi İran idi (o dövrlər Parfiya adlanırdı). Ümumiyyətlə, Ermənistan_Gürcüstan qarşıdurmasına çox hallarda böyük-böyük dövlətlər, imperiyalar qarışırdı. I Parsman Ermənistanda öz qardaşı Mitrateni və onun oğlu Radamisti (Roma salnaməçisi Tatsitus onu belə adlandırır, həqiqətdə isə güman ki, Radam və ya bunun bənzəri nəsə adlanıb) çar təyin edə bildi, halbuki, bu cür vəziyyət çox uzun çəkməmişdir.

Rusiya Qafqazda görünənə kimi, Ermənistana və Gürcüstana müxtəlif imperiyalar əsasən, şimaldan deyil, cənubdan hücum edirdilər. Belə imperiyalardan biri çox vaxt İran idi. O əvvəlcə Qafqaz Albaniyasını və Ermənistanı işğal etməli və sonra Gürcüstana soxulmalı idi. Bu o demək deyildi ki, o qədim dövrlərdə Gürcüstanın durumu Ermənistanın durumundan yaxşı idi. Deyildiyi kimi, Gürcüstanın birləşməsi baş tutmurdu.Belə bir şəraitdə gürcülər üçün Şimali Qafqazdan yerli icmaların və başqaların , Şimali Qafqaza kənardan soxulan xalqların Gürcüstana soxulmasının və hücumların qarşısını almaq çətin idi.
İran Qafqazda hökmranlıq etmək məqsədilə Ermənistanı istinad nöqtəsi seçdi. Ermənistanın hakim dairələri ilə sövdələşmələrə nail oldu. Bu barədə elə erməni salnaməçimlərinin özü yazır. Məs: V-VI əsrlərdə erməni tarixçisi Lazar Parpetsi belə nəql edir: «İranın şahənşahı Ermənistanın başçılarına məktub göndərdi: Əlverişli və bizim üçün sevimli ölkə olduğunuzdan biz istəyirik ki, bizim ədalətli və doğru dinimizi öyrənəsiniz və qəbul edəsiniz…Bizim dinimizi bizi kimi qəbul etdiyiniz vaxt İberiya və Albaniya bizim və sizin məramınızdan o yana getməyə ərk edə bilməyəcəklər». Doğrudur, ermənilər iranlıların dinini , məzdəkiliyi qəbul etmədilər( bəz istisna hallardan başqa), lakin İran ilə barışmaq və bunun nəticəsində İberiyanın Ermənistanın təsiri altına salınmasına hər halda xristianlığa qədər, eləcə də xristianlığı qəbul edəndən sonra da çalışırdılar.
***
Erməni kilsəsinin rəhbərləri, din xadimləri Ermənistanın xristianlığı qəbul edənə qədər Ermənistanın dünyəvi hakimiyyətinə nisbətən daha çox canfəşanlıq göstərirdilər. IV əsrin ikinci yarısında qondarma «Böyük Ermənistan»ın çarlığı zəiflədi, 428-ci ildə isə İran «Böyük Ermənistan»da çarlığı ləğv etdi. Bundan sonra ermənilərin və Ermənistanın həyatında erməni kilsəsinin rolu həddindən artıq artdı. Ali dünyəvi hakimiyyətinin mövcud olmadığı bir vaxtda erməni kilsəsi erməni xalqının əsas aparıcı qüvvəsinə çevrildi. İberiyaya gəldikdə isə, burda çarlıq hakimiyyəti ermənilərə nisbətən bir əsr gec olaraq iranlıların istək və arzusu ilə ləğv olundu. Eyni zamanda İberiyada V əsrin ikinci yarısında Vaxtanq Qorqasali kimi böyük çar hökmranlıq edirdi.
İranın iqtidarları əmin oldular ki, nə gürcüləri, nə də erməniləri məzdəkiləşdirə bilməzdilər. Odur ki, iranlılar gürcülərdən və ermənilərdən xristianlığın Bizans imperiyasında yayılmış xristian təmayyülünə zidd çıxan qolunu, diofizitliyi ( sonrakı termin ilə desək-pravoslavlığı) qəbul etməyi tələb etdilər. İran və Bizans bir-biri ilə, o cümlədən Zaqafqaziyada arası kəsilməyən müharibələr aparırdı, İrana Ermənistanın, Gürcüstanın və Albaniyanın etiqad, din baxımından Bizansa qarşı çıxması əl verirdi.
Məlumdur ki, müxtəlif xristian təriqətləri bir-birilə qeyzli mübarizə aparırdılar.
Erməni kilsəsi İranın məramına baş əydi və monofizitliyi (sonrakı termin ilə qriqoryanlığı) qəbul etdi. Monofizitlik də xristianlıqdır və bu etiqad erməniləri farslaşmadan, eyni zamanda bizanslılaşmadan da mühafizə edirdi. Bizanslılara gəldikdə isə onlar iranlıların farslaşdırmasına nisbətən gürcülər ilə erməniləri bizanslılaşdırmaq üçün heç də az fədakarlıq göstərmirdilər.
Gürcü kilsəsi qəddar İranın məramına baş əymədi və diofizitliyi seçdi. Gürcü-erməni kilsələri arasında parçalanma VII əsrin əvvəllərində gürcülərin katolikosu Kirioni olanda baş verdi. Gürcülər ilə ermənilər arasında qarşıdurma, düşmənçilik ermənilər gürcü torpaqlarını, diyarlarını zəbt edən, gürcülər bu torpaqları qaytarmaq uğrunda fədakarlıqla mübarizə apardığı bir vaxtlarda baş verdi. Gürcü-erməni kilsələri arasındakı parçalanmanı da bu qarşıdurmanın, düşmənçiliyin davamı kimi hesab etmək olar. Bunun başqa səbəbləri də var. Məsələ burasındadır ki, Bizans Qərbi Gürcüstanın kilsəsini IV əsrə kimi öz təsiri altında saxladı. Lixsiketin əsas hissəsində ibadət, dua IX-X əsrlərədək yunan dilində keçirilirdi.
Gürcü vətənoğulları ta qədimdən vətənin bütövləşməsinə çalışırdılar. Gürcü kilsəsinin idealı da bu idi, Şərqi və Qərbi Gürcüstan müxtəlif xristian təriqətlərinə bölünürdü, ölkəmizin birləşdirilməsi olduqca çətinləşmişdi.
Böyük gürcü alimi , xadimi Yektvime Tağaeişvili deyirdi: « Kirioni olmasa idi, biz həqiqətən erməniləşəcəkdik. O, milli baxımından böyük iş görmüşdür. Göründüyü kimi, çox ağıllı, zəkalı mohkəm bir kişi imiş. Biz ona abidə qoymalıyıq». Doğrudan da bir nəfər gürcüləri erməniləşmədən qoruya, xilas edə bilməzdi, lakin ermənilərin, erməni kilsəsinin bu cür niyyətinin olması faktdır. Onlar ona görə bu niyyətdə idilər ki, real olaraq böyük Ermənistan yarana idi. Qafqaz Gürcüstan deyil, Erməistan bayrağı altında birləşə idi, Qafqazın mərkəzi Tbilisi olmalı idi, Gürcüstanın deyil Ermənistanın paytaxtı kimi.
Ermənilər Qafqaz miqyasında özlərininn rəqib hesab etdiyi gürcüləri sıxışdırmaq üçün belə bir ideologiya yaratdılar ki, guya gürcülər tamhüquqlu xalq deyildir, onlar, guya ermənilərin yiyəsidir, bütün Qafqaza necə olursa yiyəlik edəcəklər. Belə bir mövqe baxımından bir çox erməni əfsanəsi yarandı ki, bunları da ermənilər öz ölkələrindən çıxarılandan və bir çox ölkələrə dağılandan sonra ( lap əvvəllər XI əsrdən başlamış) başqa ölkələrdə də yaydılar. O cümlədən ermənilər tərəfindən Gürcüstanda xristianlığın yayılması, erməni Mesrop-Maştots tərəfindən gürcü əlifbasının yaradılması, Baqrationilərin, elə Şota Rustavelinin özünün erməni mənşəli olması barəsində və sair əfsanələr bu qəbildəndir.
Xarici ölkələrdə erməni əfsanələrinin yayılmasının sübutu kimi Mixeil Sirielinin «Xronika»sından məlumatı misal gətirmək olar: «Ermənilər özlərinin qədim çarı Arşak barəsində nəql edirlər ki, o, Suriya, Yerusəlim, Fələstin, Assuriya və Babilistanı ələ keçirdi və sonra şərqə doğru üz tutdu, İtaliyanı taladı və Romada qərar tutdu. Arşak iberlərin «adasını» (İspaniya nəzərdə tutulur) alt-üst etdi və oradakı sakinləri ermənilərin əlaltısına çevirmək üçün şimal dağlarına gətirdi. Onlar hazırda iberlər (gürcülər nəzərdə tutulur) adlanan xalqlardır. Gürcülər «ermənilərin itaətində, eyni dində olmasına üsyan qaldırmışdır». Erməni alimləri də xüsusi ilə qeyd edirdilər ki, gürcülər ermənilərin sayəsində guya bir çox şeyə nail olandan sonra ermənilərdən ayrılmışlar.
İranın köməyi ilə, onunla sövdələşmə nəticəsində erməni kilsəsi gürcülərin, gürcü kilsəsinin tabeliyinə keçməyə çalışırdı. Bunu elə erməni yazıçıları da təstiq edir, gizlətmirlər, onların əsərlərindən bu açıq-aşkar görünür. Məsələn, erməni salnaməçisi Sebeosun verdiyi məlumata görə, VII əsrin 10-cu illərində İran imperiyasından asılı olan ölkələrin kilsə nümayəndələrinin qondarma «Fars məclisində» Şah Xosrov (İran şahı II Xosrov –M.M.) əmr verdi ki, onun hakimiyyəti altında olan hər bir xristian erməni dinini qəbul etsin». Bu əmrə uyğun olaraq gürcü kilsəsi də , gürcülər də ermənilərin dinini, etiqadını qəbul etməlidirlər.
VII əsrin 30-cu illərindən Şərq ölkələrində və Zaqafqaziyada da farsları ərəblər əvəz etdilər. Ərəb işğalçıları üçün də Bizans imperiyası ilə ara verməyən müharibələrdə bizanslıların eyni dindən hesab etdiyi gürcülərə , diofizitlərə nisbətən monofizit ermənilər daha məqbul idi. Sözsüz ki, farslar ilə, ərəblər ilə ermənilərin də dartışmaları olurdu, lakin onlar ilə , xüsusən erməni kilsəsi ilə barışmağı gürcülərə, gürcü kilsəsinə nisbətən daha mümkün hesab edirdilər.
Ərəb işğalçıları monofizit ermənilərə nisbətən gürcülərə daha çox etimad göstərirdilər, ərəblərin hökmranlığının zəiflədiyi vaxtlar da Gürcüstan və Ermənistan müxtəlif vəziyyətdə idi. Ərəb hökmranlığı Zaqafqaziyada və başqa yerlərdə də IX əsrin 60-cı illərindən zəifləməyə başlayır.
IX əsrin sonlarında Ermənistanda qondarma «Böyük Ermənistan»ın yaradılması planları canlanmağa başladı. Bu plana görə bütün Qafqaz, o cümlədən Gürcüstan, ölkəmizin qərb, eləcə də şərq və cənub hissələri Ermənistana daxil edilməli idi. Gürcü kilsəsi də erməni kilsəsinə tabe olmalı idi. Bü cür ideyalara IX-X əsrlərin məşhur salnaməçisi, Ermənistanın katolikosu Ovanes Drasxanakertsin «Ermənistan tarixi»ndə və başqa erməni əsərlərində də rast gəlirik.
Vahid Ermənistan doğrudan da parçalanmış Gürüstanın , gürcü çar- iqtidarlarının daxili işlərinə qarışa bildi və bunun nəticəsində də IX əsrin sonunda Kvemo Kartlini zəbt etdi. Bundan sonra 1065-ci ilədək Kvemo Kartlidə ayrıca çarlıq yarandı .
Məlumdur ki, gürcülər Kvemo Kartlini , Samşvildeni güzəştə gedə bilməzdilər. Doğrudan da 1065-ci ildə erməni çarı Samşvildedən təqib olundu. Bundan sonra Kvemo Kartlinin cənub hissəsi, Loru-Taşiri türk-səlcuqları XII əsrin əvvəllərində alana kimi bir müddət erməni çarının əlində qaldı. 1118-ci ildə Qurucu Davidin qoşunları Loru-Taşirdən türk-səlcüqları qovdu və bu diyar yenə də Gürcüstana qaytarıldı.
***
Erməni alimi H.Bartikyanın dediklərinə görə, «Aydın görünür ki, X əsrin ortalarında erməni köçəri, bir yerdə qərar tutmayan xalq idi». O belə düşünür ki, bu, ermənilər üçün təbii, özünə bağlı xarakter deyildir, onu gərək ki, sonralar mənimsəmişdir. İstər elə olsun, istər belə, faktdır ki, X-XI əsrlərdə çoxlu erməni öz yurd-yuvasından çıxaraq yad ellərə üz tutdu. Təkcə Vaspurakan erməni çarlığının süqutu zamanı (1021-ci il ) təxminən 70-80 min erməni Bizansa üz tutdu. XI əsrdə böyük miqdarda erməni Gürcüstanda da məskunlaşdı.
Belə bir sual ortaya çıxır: Əgər Gürcüstan çarı XI əsrdə ermənilərə qarşı, ermənilərin çarı Kvemo Kartli uğrunda mübarizə aparırdısa IV Baqrat erməniləri Gürcüstana niyə köçürürdü? Axı, o bilmirdimi ki, ermənilərin həmişə Gürcüstanı ələ keçirmək, gürcüləri erməniləşdirmək, ölkəmizi erməniləşdirmək niyyəti var idi. Məsələ burasındadır ki, IV Baqrat başqaları ilə deyil, Kvemo Kartlinin erməni çarı ilə mübarizə aparırdı. Başqa erməni çarları həmin vaxtlar heç də mövcud deyildi və ya da ölüm ayağında idilər.
X-XI əsrlərdə parçalanmış Ermənistanı Bizans imperiyası zəbt etmək istəyirdi və bu ölkənin böyük hissəsini də zəbt edə bildi. Bu Gürcüstan üçün qorxulu idi. Bizans imperiyası Gürcüstanı da zəbt etmək istəyirdi və ölkəmizlə müharibələr aparırdı da.
1045-ci ildə bizanslılar belə qərara gəldilər ki,Anisi -Şirak çarlığını (Ermənistan Şirakı ilə Gürcüstan Şirakını bir-birilə qarışdırmamalı) qəti olaraq işğal etmək qərarına gəldilər. IV Baqrat Anisi özünə tərəfdarlar tapa bildi. bu şəhəri və onun torpaqlarını ermənilərin müəyyən dairələri Gürcüstan çarına verdilər. Bu işdə IV Baqratın anası erməni çarının qızı çariça Məryəm böyük rol oynadı. Bü zaman Gürcüstanda belə bir qayda var idi ki, Gürcüstan çarlarının uşaqları yad ölkələrin çar-hökmdarlarının övladları ilə evlənməli idi.
Bizans Gürcüstanda vətəndaş müharibəsini qızışdırmağa nail oldu. O cümlədən gürcü əyanı Liparit Bağvaşini ələ aldı və belə bir şəraitdə düşmən IV Baqratın qoşununu Ermənistanın paytaxtı Anisidən çıxarda bildi. Lakin Gürcüstan gələcəkdə Ermənistan ilə mübarizəni davam etdirməli idi. Bizim ölkə üçün Ermənistanda bizanslıların, eləcə də türk-səlcuqların qəti hökmranlığı qəbul edilməz idi. Belə bir vəziyyətdə Gürcüstan çarları, o cümlədən IV Baqrat ermənilərin, lap əvvəllər onların müttəfiqi olan ermənilərin Gürcüstana köçürülməsinə rədd cavabı verə bilməzdilər.
***
Türk-səlcuqların hücumları, Böyük türkçülük, doğrudur, Gürcüstana da çox ziyan vurdu, lakin Ermənistanı yerlə yeksan etdi. Gürcülər, ölkəmizin qoşunu Qurucu Davidə qədər də türk-səlcuqların qoşunlarının hücumlarını dəf edə bilirdilər, ermənilər ilə bunu edə bilmədilər. Erməni dövlətçiliyi Ermənistanda XI əsrdə demək olar ki, məhv oldu. Ermənilərin çox hissəsi də , lap əvvəllər yuxarı təbəqələr başqa ölkələrə üz tutmuşdu. Belə bir şəraitdə Ermənisttanın mübarizə qabililiyyətliyi, yad ellilərə qarşı müharibədə erməni diyarlarının səfərbərliliyi barəsində söz açmaq da artıq şeydir.
Qurucu Davidin başçılığı ilə türk-səlcuqlar ilə mübarizədə gürcü xalqının uğurları ermənilərdə də ümid hissəri oyatdı. Gürcü qoşunu, o cümlədən ermənilərin paytaxtı Anisini türk-səlcuqlardan azad etdi. Anisinin iqtidar dairələrinin özləri Qurucu Daviddən xahiş etdilər. Qurucu David türk-səlcuqları bütün Zaqafqaziyadan təmizləməyi qarşısına məqsəd qoydu.Belə ki, səlcuqlar Ermənistan və Albaniyada meydan suladığından Gürcüstana da rahatlıq yox idi. Ermənistandan və Albaniyadan hər bir an türk-səlcuqların qoşunlarının Gürcüstana hücumu gözlənilirdi.Buna görə də Qurucu David gürcü qoşunlarının Anisi tutmaq və Ermənistan diyarlarını təmizləmək barəsində ermənilərin xahişini yerə sala bilməzdi.
Demək olar ki, Ermənistan XII əsrin sonları və XIII əsrin əvvəllərində Gürcüstanın sayəsində qamətini düzəltdi. Gürcü dövltinin sərhədləri daxilinə qatılmış Ermənistan şenəldi, erməni yenədə artdı, çoxaldı, lakin ermənilər və gürcülər arasında qarşıdurma bu bu dövrdə də aradan qaldırılmadı. Bunun başlıca səbəbi bunlardır:X əsrə qədər elə görünürdü ki, X əsrin sonlarınadək öz ölkələrini vahid bir dövlət şəklində birləşdirə bilməyən gürcülərə nisbətən ermənilər Qavqazda böyük dövlət yaratmağa imkanları çatardı. Lakin bunun əksi baş Verdi: Gürcüstan gücləndi və öz bayrağı alğvndv bütün qafqazı da birləşdirdi, Ermənistanda isə erməni dövlətçiliyi yox oldu, aradan götürüldü. Ermənilərin çoxusu belə bir vəziyyətlə barışa bilmədilər və yenə də Qafqazda birinciliyi qazanmağı və bu məqsədlə gürcüləri erməniləşdirməyi arzulayırdılar.
Ermənilər düşünürdülər və indii də çoxları düşünürlər ki, Gürcüstan Ermənistana nisbətən yadelli düşmənlərdən daha yaxşı mühafizə olunmuşdu və buna görə də XI əsrdə gürcü dövlətçiliyi qorunub saxlanıldı və XII əsrdə gücləndi. Yuxarıda da deyildi ki, bu nöqteyi-nəzər düzgün deyildir. Gürcülərin, Gürcüstanın düşməni , hücumları hər bir tərəfdən heç vaxt əksik olmayıb. Nəhayət, cənubdan da, başqalarını deməsək də, ermənilərin hücumları tez-tez idi.Gürcü dövlətçiliüi ona görə xilas oldu ki, gürcülər nə X əsrdə, və sonrakı əsrlərdə koçəri xalq hesab edilmirdi, çox nadir hallarda öz vətənlərini tərk edirdilər( Bu günkü gürcülər barəsində təəssüf ki, bu daha deyilmir). X-XI əsrlərdə ermənilər yaşamaq üçün başqa ölkələrə gedəndə , gürcülər arasında, Gürcüstanda «qaynar gürcü ruhu» aydınca hiss olunurdu ki, bu da gürcü millətinə dövlətçiliyi qoruyub saxlamağa və Qafqazın birləşdirilməsinə imkanlar yaratdı.
Ermənilər özlərini Ermənistana nisbətən Gürcüstanda asan qoruya biləcəyini düşündüyündən Gürcüstanı, gürcüləri erməniləşdirmək istəyirdilər. Gürcüstan bizim olanda orda özümüzü yaxşı qoruya bilərik və oradan Ermənistanı da hifz edə bilərik. Gürcüstan tarixinin qızıl dövründə də ermənilərin bir hissəsinin bu cür məqsədi var idi. Bunu başqa cür düşünmək çətindir, məsələn, məşhur ermən yazarı və xadimi Mxitar Qoş XII əsrdə Lorunun erməni çarlığının bərpasını tələb edirdi. Bu çarlığı X əsrdə , deyildiyi kimi, Kvemo Kartlidə ermənilər yaratdı. Birincisi, gürcülər Kvemo Kartlinin , o cümlədən onun cənub hissəsinin , Loru- Taşirin ermənilər tərəfindən zəbt olunması ilə barışa bilməzdilər. İkincisi, birləşmiş Gürcüstanda xırda-xırda çar-knyazlıqların mövcudluğu üçün yer qalmırdı, belə bir vəziyyətdə də Gürcüstanın, gürcülərin güclənməsi mümkün deyildi.
XII-XIII əsrlərdə erməni əsərlərində , bədnam «Müqavilə kitabı»na görə öz vaxtında guya, romalılar ilə ermənilərin dünyəvi və ruhani hakimiyyətləri arasında saziş imzalanmışdır ki, buna da uyğun olaraq romalılar qərbi guya özlərinə götürmüşlər, şərq ölkələrini , o cümlədən Gürcüstanı da sahiblik etmək üçün ermənilərə vermişlər.
XIII əsrin erməni xadimi Vartapet yazır: « Mesrop onlara (gürcülərə-Q.K.) əlifbanı verdi və elə Mesropun özü Vardziya xaçını suya çəkdi». Sən demə, işə bax ki, gürcülərin ən böyük möcüzələrindən olan Varziya ermənilərin sayəsində yaranmışdır. Bü gün erməni qələm əhli belə bir əfsanələri tez-tez təkrar edəndə bəzən zarafat xasiyyətinə düşək və deyək- ermənilərə məhəl versək, onu da deyərlər ki, Satavliyaya dinozavrlar Ermənistandan gəlmişdir. Lakin bu heç də zarafat işi deyildir. XII-XIII əsrlərdə də və sonralar da , bu gün də ermənilərin müəyyən dairələri öz həmvətənlərinin və xaricilərin də beyninə yeridirlər ki, gürcülər tamhüquqlu xalq deyildir, heç bir şeyə qadir deyildir, Gürcüstanda nə vaxtsa bir şey edilmişdirsə və ya edilirsə, ermənilərin, ermənilərdən dönmələrin xidmətidir. Hazırda da bu əhval-ruhiyyə ilə Ermənistan tarixini V-VI sinif şagirdlərinə də öyrədirlər.
Rusiya hakimiyyəti Gürcüstanda gürcülərin əleyhinə ermənilərdən özlərinə istinad nöqtəsi yaratdı. Ölkəmizdə erməni əhalisi həddindən artıq çoxaldı. XIX əsrdə ermənilər Gürcüstana soxuldular. 1812-ci il Kaxeti üsyanı zamanı Rusiya hakimiyyətinə Gürcüstanın erməni əhalisi gürcülərin üsyanını yatırdmaq üçün böyük işlər görmüşlər. Buna görə də Rusiya imperatoru I Aleksandr Gürcüstanda yaşayan ermənilərə minnətdarlıq fərmanı göndərmişdir. Belə ki, o, bu erməniləri gürcülərin «itaətsizliyini» cilovlamaq işində Rusiyanın bürcü hesab edirdi.
Tezliklə bu fərmandan sonra ermənilərə real mükafat da verildi. 1828- 1829-cu illər Rusiya -Türkiyə müharibəsindən sonra , 1830-cu ildən Samsxe-Cavaxetidə ruslar çox miqdarda erməniləri köçürdü, lakin bu torpaqdan qaçqın düşmüş gürcülərin geri qaytarılmasına isə rədd cavabı verildi. II İrakli Rusiyanı Gürcüstana ona görə gətirdi ki, Gürcüstan çarlığı Rusiyanın yardımı ilə türklər tərəfindən işğal edilmiş Samsxe- Cavaxeti, çox əzablar görmüş Mesxeti, Tao-Klarceti və digər qədim gürcü diyarlarının qaytarılmasına ümidlər bəsləyirdi. Lakin Rusiya gürcü torpaqlarını işğal etmək istəyi olmasına baxmayaraq xristian gürcülərini istəmirdi, onların ruslaşdırılmasına cəhd göstərirdi və illah da ki, müsəlman gürcülərə «rəhm göstərmirdi». Rusiya hakimiyyəti üçün bunun nəticəsində gürcü milləti gücləndiyindən müsəlman gürcülərin xristianlaşması,onların milli, gürcü şüuru da məqbul deyildi.
Bu gün ermənilər danışır və yazırlar ki, Cavaxeti guya həmişə erməni diyarı olub, gürcülərin onunla əlaqəsi olmayıb. Məlumdur ki, bu cür hərəkətlər gürcü xalqının təhqir edilməsidir. Cavaxetinin əsrlər boyu türklər tərəfindən işğal olunmasına baxmayaraq, bu diyar XVIII əsrin sonuna kimi gürcü simasını qoruyub saxlamışdır.
II əsrin İberiya padşahlarının Cavax xüsusi adı da qədim Cavaxetinin Kartli ilə sıx və üzvi əlaqələrindən xəbər verir, Armazın yazılarında ( əcnəbi dillərdə olan yazılarda Cavax Zevax kimi verilmişdir) təstiq olunmuşdur.Gürcü rəvayətinə görə, Cavaxetinin mifik tayfa başçısı Cavaxos gürcülərin mifik əcdadı, Kartlosun nəvəsi, Msxetosun oğlu idi. Odur ki, Cavaxetinin bütün tarixini nəql etmək mümkün deyildir, lakin bəzi şeyləri demək lazımdır.
Cavaxetidə belə bir deyim yayılmışdı: «Cavaxeti səksən dəfə dağıdılıb, doxsan dəfə tikilib». Ermənilər öz vətənlərini qoruya bilməyib başqa ölkələrə səpələndilər. Və düşmən tərəfindən ara vermədən viran edilmiş Cavaxetinin 90 dəfə canlandırılması üçün özlərini öldürmürdülər. Xarabaya qoyulmuş, yaralanmış Cavaxetinin yaralarına gürcülər əsrlər boyu əlac edirdilər. Bu diyara ermənilərin kütləvi şəkildə köçürülməsi ilə bir daha «tikilməklə» Cavaxeti quruldu, lakin başqa cür, tərsinə. Gürcülərin cinsi-ciləyi demək olar ki, silindi və onun xarabalıqları üzərində başqası bərqərar oldu»( A. Froneli).
Rusiya hökuməti və onun erməni dəmkeşləri Samsxe-Cavaxetidə təkcə müsəlman gürcüləri deyil, xristian gürcüləri də sıxışdırırdılar. Samsxenin xristian gürcüləri arasında belə bir ifadə yayılmışdı «Bir general olub və o da camaata deyib: tez olun, buradan rədd olun! Əgər qoşun gəlsə arxadan, vay sizin gününüzə. Birinizi də sağ buraxmayacaqlar. Elə ki, onlar bunu eşitdilər. Qorxudan quyularda, mağaralarda gizləndilər. Qoşunun gəlməsi xəbərini eşidənə kimi, qoşunun gəlib getməsinə kimi həmin general erməniləri Ərzurumdan bu tərəflərə köçürdü. .. Elə ki, biz üzərə çıxdıq, ermənilər bütün torpaqları tutmuşdu, bizə bu pis torpaq qalmışdı».
Cavaxeti ilə əlaqədar gürcü xadimi, Zəkəriyyə Qulisaşviliyə XIX əsrdə Bocorma dağında 80 yaşlı, ləqəbi Cimiya olan saqarecolu kəndlidən, eşitdiyi rəvayət diqqəti cəlb edir. Cimiya məşhur müğənni olub. Eyni zamanda, o, II İraklinin ölümündən sonra iranlılara qarşı müharibədə iştirak etmişdir.Rəvayət belədir : «Bu yüksəklikdən görünən o yerlərdə Gürcüstan çarı Qorqasali yaşamışdır. Bu oyulmuş dağları ki, görürük, onun sarayı olub, xarabalıqları indi də görünür...
Bir dəfə Qorqasali gürcü qoşunu ilə Hindistana qənimət əldə etmək üçün getməli idi. Arvadını isə bu oyulmuş dağdakı sarayda yerləşdirdi. Bu çökəklikdə-vadidə sən demə, Cavaxet- kotançı yaşayırdı. O, sən demə, halal bir insan imiş, əkin-səpinlə məşğul olurmuş, məhsulu da aşıb daşırmış. Çarın arvadı əkin zamanı hərdən bir yuxarıdan seyr edirmiş, namuslu qadın deyilmiş və odur ki, bu halal kotançını yoldan çıxardır( xalq rəvayətlərində ünlü çarların arvadlarının xəyanət etməsi halları çoxdur- Q. K.)...Çar da Hindistandan gələndə sarayda kotançını gördü... Çar onu öldürmədi, Cavaxetiyə tərəfə təqib etdi. Kartl- Kaxetinin də məhsulunu da sən demə, kotançı özü ilə aparıb.Və bir müddət bizdə heç nə əmələ gəlmirdi, yetişmirdi, Cavaxetidə isə məhsul aşıb daşırdı . Nəhayət, Cavaxetiyə kotançının yanına adam göndərirlər ki, geri qayıtsın. Lakin o geri qayıtmayır, bir neçə ovuc arpa- buğda toxumu göndərir. Bu toxumu səpən kimi , həmin ildən Kart-Kaxetidə məhsul bollaşdı, lakin Cavaxeti hər halda bu gün də hər iki diyardan üstündür». Bu rəvayətə görə də Cavaxetinin qanı Gürcüstanın qanındandır, canı canından»
***
Gürcüstan əsrlər boyu döyüş meydanına çevrilmişdi. XIII əsrdən gürcülərin sayı tədricən azalırdı. Buna baxmayaraq gürcü vətənoğulları Qafqazın birləşdirilməsi ideyasına olan ümidini yenə də itirmirdilər və Gürcüstanda sığınacaq tapmış ermənilərə müvafiq işlər də axtarırdılar. Azsaylı gürcülər yadelli işğalçılara qarşı ara verməyən mübarizəyə qoşulduğundan onları geniş şəkildə işə, o cümlədən ticarətə cəlb edirdilər. Belə ki, işə də silahlanmış halda gedirdilər, tədricən gürcülərin psixikası elə formalaşdı ki, alver , ticarət peşəsi gürcülər arasında hörmət edilən peşə sayılmırdı. Gürcü döyüşçü olmağa, cəngavərliyə üstünlük verirdi.
Rusiya hakimiyyəti üçün gürcü millətinin güclənməsi qeyri-məqbul olduğundan , ona da cəhd göstərdi ki, gürcülür kasıbçılığa düçar olaydı. Buna görə də Gürcüstanın bütün ticarətini əcnəbilərin, o cümlədən ermənilərin əlinə saldı. Rusiya məmurlarının Gürcüstanda necə mərifətli olmaları məlumdur. Alverləri də özləri kimi idi. Erməni tacirləri də özlərini namussuz, mərifətsiz, gürcü camaatını aldadan , dərisini soyan şəxs kimi özlərini göstərdilər. Bunun hesabına erməni tacirləri Gürcüstanda, o cümlədən Tiflisdə, bahalı evlər də tikdilər. Bu gün də ermənilərin müəyyən dairələri bu binalara görə minnət qoyurlar. Bu da ki, biabırçılıqdır! Öz aramızdır, bu binaların çoxu zəlzələ zamanı dağılmışdır.
1881-ci ildə Tiflisdə, imperiya tarixşünaslarının 5-ci qurultayında məşhur peterburqlu şərqşünas professor D. Xvolson öz çıxışında demişdir: « Mən xoşbəxtəm ki, Ermənistanın paytaxtı Tiflisdəyəm». Akaki Sereteli və digər gürcü xadimləri iclasda iştirak etmiş və öz qulaqları ilə bu sözləri eşitmişlər. Sözsüz ki, onlar dəhşətli dərəcədə narahat oldular. Xvolsonun sözləri təsadüfi boş yerə deyilməmişdi. Ermənilərin müəyyən dairələri bütün dünyada ah-vay edirdilər ki, Gürcüstan, Tiflis həmişə Ermənistanın tərkib hissəsi olub və öz «qanuni» sahibinə qaytarılmalıdır. Beləcə Xvolsonu da ilhamlandırmışlar.
Belə bir vəziyyətdə İlya Çavçavadze «Erməni alimləri və daşların fəryadı»(qısaca olaraq bu əsəri «Daşların fəryadı»adlandırdılar) əsərini yazmağa məcbur oldu ki, burada da ermənilərin müəyyən dairələrinin antigürcü, Gürcüstanda gürcü millətinin həyati mənafelərini ayaqlar altına salınmasına yönəldilmiş hərəkətlərini ciddi şəkildə müzakirə etdi. İlya bu ermənilərə qarşı yazırdı: «Az varımız idi, çox varımız idi, sizi ağuşumuza aldıq, sığınacaq verdik, qardaşlıq etdik və öz evimizdə bizə düşmən kəsilməyin”.
Akaki Seretelinin məktublarının birində deyilir: « Ermənilərin tiflisli xadimi Qriqol Artsruninin sözlərinə görə Tiflis şəhəri bu gün ermənilərindir! Doğrudur, Gürcüstandadır, qədim gürcülərin taxt-tac şəhəri olub, lakin tarixi həqiqətin öz gücü vardır, onu inkar edirsən və Tiflis hər halda yenə ermənilərindir deyirsən! Hökm sahibi Artsruni erməni hara arşın aparıb, oranı «Hayastan» bilib. Paytaxtımızı, vətənimizi onlar qopardanda Akaki belə bir nəticəyə gəldi: «Nəsə maddi mənfəətə malik olsalar, əminəm ki, ermənilər bizim gürcü dilini də ələ keçirərlər». Ermənilər tərəfindən gürcü kilsələrinin yiyələnilməsi ilə əlaqədar Akaki deyirdi: «Gürcü məbədlərində David-Tamarın adlarını silib onun yerinə Arşak-Marşaklar yazmışlar».
İlya və Akakinin kiçik müasli, Revaz Qabaşvili də qeyd edirdi: «Ermənilər Gürcüstanın paytaxtında gürcülərin bütün şeylərinə açıq-aşkar düşmənçilik münasibətləri göstərirdi». «Soruşmaq nə lazımdır, həmin vaxtlar bütün rus və erməni təkcə Gürcüstanın müstəqilliyinə deyil, onun varlığının əleyhinə də çıxırdı».
Elə oldu ki, Rusiya hakimiyyəti XIX əsrin sonunda, bir neçə il ərzində ermənilərə də acıqlandı. Bu barədə yuxarıda adı çəkilən Arakel Babaxanyan (Leo) 1925-ci ildə Tiflisdə nəşr olunan «Keçmişdən» adlı öz kitabında yazır: «1896-cı ildə Qavqazın canişini təyin olunan knyaz Qolitsin Qavqazın ruslaşdırılmasının sürətləndirilməsini qarşısına məqsəd qoydu. Buna görə də ona qaşı çıxmaq üçün kifayət qədər milli dəyərlərini əldə edən millətlərə qarşı nifrət edirdi. Lkin əlalxüsus Qoitsinin nifrətinin şübhəsiz xəstəlik halına düşdüyü erməniləri hədəfə aldı... Tədricən iş o yerə də çatdı ki, ermənilərin yer üzündə yaşamasına yol verilməməsini hesab edirdi. Onları məhv etmək və yalnız onlardan birini antropologiya muzeyi üçün saxlamaq-budur, çarizmin bu kobud və məkrli ağalıq idealı.
Bu yolu tutan Qolitsin Qafqazın paytaxtı Tiflisdə erməniləri təqib edən mətbuatın yaradılmasını ən başlıca iş hesab etdi. Ona kimi ermənilərin təqib olunması vəzifəsini Peterburq və Moskvanın ticarət mənafelərini müdafiə edən mətbuat yerinə yetirirdi. İndi də ona Tiflis rəsmisi, Qolitsinin redaktorluğunu etibar etdiyi kifayət qədər bacarıqsız, sonralar tamamilə boş çanaq şair olan Veliçkonun «Kafkaz» qəzeti əlavə olundu. O, böyük ürək ağrısı ilə xeyirxah iş üçün arzu olunan cəsarətlə, barışmaz olaraq, qızğın şəkildə ermənilərə, ümumtyyətlə ermənilərin hər bir şeyinə mübarizə aparmağa başladı...Elə ki, o, getdikcə ədəbsiz, küçə təhqir-söyüşlərə keçəndə, bütün xalqa zərbə vuranda, biz, erməni puplisistləri Ezop sayağı ifadələrdə nəsə demək imkanını axtarmağa məcbur olduq....
Qafqazın birləşdirilməsi yolunda Gürcüstanın qarşısında bir sıra maniələr çıxırdı, lakin bu baxımdan uğurlar da çox böyük idi. Buna sübut olaraq erməni materiallarını misal gətirmək olar... Bəzi erməni , göründüyü kimi, Qafqazın birləməsinə tərəfdar idi, halbuki, Gürcüstanın, gürcü millətinin başçılığı ilə. XII-XIII əsrlərdə bu ermənilər başqa çıxış yolu görə bilmirdilər. Belə ki, məsələn, erməni alimi Tiratsu Erevantsi 1336-cı ildə Krımda yazırdı: Gürcüstandan, Xor-Virap və Ecmiasinin (Eçmiazin-Q.K) qonşuluğunda olan gözəl İrəvan şəhərindən gəldim». Belə ki, Tiratsu Erevantsi öz doğma şəhəri İrəvanı XIV əsrdə də Gürcüstanın bir hissəsi kimi hesab edir. Məlumdur ki, buna görə də biz gürcülər ermənilərin çox hissəsi ilə bəhs etməməliyik və İrəvanı gürcülərin şəhəri kimi bəyan etməməliyik.
Gürcü siyasi xadimi, Georgi Lasxişvili öz «Memuarlar»ında yazır: «Həbs vaqonununa daha iki dustaq gətirdilər, onlardan biri həmin an diqqəti cəlb etdi: hündür, gözəl, gövdəli, bizim sayağı geyinib-gecinmiş qocanı imeretli knyaz kimi qəbul etdik, soldatlar onu bizim yanımızda yerləşdirdilər. Aydın oldu ki, bu boy-buxunlu qoca kabardin idi. Mən Şimali Qavqazdan olan adamı ilk dəfə görürdüm və onunla bir həvəskar kimi söhbət etdim. Rus dilində əla danışırdı, demək olar ki, aksentsiz və istər belə olsun, istər elə, hər halda savadsız idi.
Sonra bizim kimliyimizi soruşdu, elə ki, bizim gürcü olduğumuzu bildi, məmnun olduğunu bildirdi. Xeyli vaxt davam edən sükutdan sonra dərindən koks ötürüb dilləndi:
Qafqazın günəşi batanda, bütün bizim ölkə də o zaman məhv oldu. Mən elə fikirləşdim ki, görünür, Şamili nəzərdə tutur və buna görə də onun barəsində soruşdum.
-Yox, cavan oğlan, - cavab verərək dedi, - Mən Şamil haqqında demədim.
Qafqazın günəşi Gürcüstan idi. Gürcüstan özünü məhv etdi, Qafqazı da özü ilə apardı».
Kabardinli qoca Gürcüstan və Qafqazın məhvi ilə şübhəsiz çar İrakli tərəfindən rusların Qafqazın mərkəzinə, Gürcüstana ( bu barədə sonralar) gətirilməsini nəzərdə tuturdu. Qafqazın günəşinin, Gürcüstanın batması, bir çox səbəblərə görə, elə XIII əsrdəncə başladı. Əsas məsələlərdən biri də o idi ki, ermənilərin çox hissəsi Gürcüstanın Qafqazın günəşi kimi hesab edilməsi ilə heç bir zaman barışmamışdır. Onlar Gürcüstanı Ermənistan və ya erməniləşdirilmiş, ermənininkiləşdirilmiş Gürcüstan kimi görmək istəyirdilər. Yoxsa da, Qavqazın günəşi batmasaydı, Qavqaz bu gün daha yaxşı olardı, öz məişətini də qoruyub saxlaya bilərdi.

***
DAVAMI BURADA: http://turan.info.az/bdii-trcm/2480-ermnilrin-grcstana-hcumlar-ii-hiss.html



"GEORGİAN TİMES" («Corgian Tayms») qəzeti,

26.06-02.07.2003,
03.07-10.07.2003,
10.07-17.07.2003,
17.07-24.07.2003,
24.07-31.07.2003,
07.08-14.08.2003,
14.08-21.08.2003,
21.08-28.08.2003.


Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU,
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Bədii Tərcümə, Tiflis
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ  ERMƏNİLƏRİN ROLU

Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ ERMƏNİLƏRİN ROLU

Bədii Tərcümə, Tiflis
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstan, Siyasət
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ  ...

Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ ...

Tarix
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Borçalı azərbaycanlıları

Borçalı azərbaycanlıları

"Şərqin səsi", Borçalı
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Türkoba

Türkoba

Gürcüstan, Tarix
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
Cemal STEPNADZE:   XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN  ARASINDA SİYASİ ƏLAQƏL ...

Cemal STEPNADZE: XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA SİYASİ ƏLAQƏL ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Rəy yazın: