«ASLAN QAYASI» POEMASI: DÜNƏN VƏ BU GÜN

«ASLAN QAYASI» POEMASI: DÜNƏN VƏ BU GÜN
Səməd Vurğun - 110


Səməd Vurğun 1937-ci ildə mətbuatda belə yazmışdı: «Son zamanlar mən «Azərbaycan» adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır». Şair bu epopeyanın 30 poemadan ibarət olacağını bildirirdi.
Şairin şəxsi arxivində qırmızı cildli bir albom vardır. Albomun titul vərəqəsində yazılmışdır: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun. Bakı». Əlyazmadan görünür ki, şair otuz poemanın hamısını yazmamış və buna görə də «Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə dərc etdirməmişdir. Bu poemalardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunmuş¬ dur.
Səməd Vurğun həmin epopeyaya daxil etdiyi «Aslan qayası» poemasını ilk dəfə «İnqilab və mədəniyyət» jurnalında (1938, №4-5) çap etdirmişdir.
«Aslan qayası» poemasında təsvir olunan hadisələ¬ rin konkret tarixi məlumdur. Bu, Azərbaycanın çar Rusiyasına birləşdirilməsi, o cümlədən Bakı şəhərinin rus qoşunları tərəfindən işğal olunması tarixidir.
«Aslan qayası» ədəbi tənqidin diqqətini o qədər də çəkməmişdir. Şairin tədqiqatçılarından bəziləri bu əsərin adını xatırlatmaqla kifayətlənmiş, bəziləri onu çox qısa şə¬ kildə təhlil etmişlər. Əsasən isə şairin «mübahisəli əsəri» kimi təqdim olunmuşdur. Tədqiqatçılardan C.Abdullayev və P.Əfəndiyev öz araşdırmalarının mövzusuna uyqun olaraq «Aslan qayası»nda folklorla bağlı məsələlərə to¬ 51 xunmuş, C.Quliyev əsərə cəmi 2-3 çümlə ayırmış, H.Babayev isə poemanın adını belə çəkməmişdir. Maraqlıdır ki, hələ 1947-ci ildə «Aslan qayası»nı «Səməd Vurğun poemalarının ən gözəli, ən mükəmməli» hesab edən, «əs¬ ərin mövzusunu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən işğal olunması təşkil edir» yazan O.Həsənov 1956-cı ildə nəşr olunmuş monoqrafiyasında poema haqqında heç bir söz deməmişdir.
Mərhum şair-tədqiqatçı Atif Zeynallı «Aslan qayası»nın tədqiqi ilə bağlı bu boşluğu doldurmağa çalışaraq ilk dəfə onu obyektiv təhlil etməyə səy göstərmişdir. Onun «Səməd Vurğun sənəti» (Bakı, «Elm», 1990) kitabından aşağıdakı parçanı olduğu kimi burada veririk: «...1948ci ildə SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının növbəti iclasında S.Vurğunun rus dilində buraxılmış kitabının müzakirəsi zamanı tənqidçi P. Q. Skosıryev «Aslan qayası»nı tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır. Heç şübhəsiz ki, poemada Azərbaycanın Rusiyanın tərkibinə daxil olması dövrünün hadisələri qələmə alındığı üçün burada çar Rusiyasına qarşı, onun işğalçılıq siyasətinə qarşı mübarizə motivləri vardı. Bu motivlər bədxah, vulqar-sosiologizm təsəvvürlərindən ayrılmamış ayrı-ayrı tənqidçi və ədəbiyyatşünaslara xoş gəlmirdi. Onlar böyük beynəlmiləlçi olan S.Vurğunun şair mövqeyini şübhə altına almaq istəyirdilər. P.Q.Skosıryev S.Vurğunu nəzərdə tutaraq deyirdi: «Millətçilik qalıqları elə adamların kitablarına daxil olur ki, onlar özlərini bu qalıqlara qarşı mübariz sayırlar».
Beləliklə, «Aslan qayası»na 1948-ci ildə Moskvada, SSRİ Yazıçılar İttifaqında göstərilən bu münasibət əsərə Azərbaycan ədəbiyyatşünaslarının da (əlbət¬tə, hamısının yox!) münasibətini müəyyənləşdirmişdir.
Göründüyü kimi, bundan sonra ədəbiyyatşünasları¬ mız bu əsər barədə çox ehtiyatla danışmış, yaxud heç danışmamağı üstün tutmuşlar. Görəsən, hamının çox ehtiyatla davrandığı 1938-ci ildə çap olunmuş bu poemanın 1948-ci ildə hansı cəhəti tənqidçini narahat etmişdir? Əsər on ildən sonra niyə belə hücuma məruz qalmışdır? Görəsən, zərərli olan nə imiş?
Poemanın məzmununu xatırlayaq: 1806-cı ilin fevral ayıdır. Keneral Sisyanovun başçılığı ilə çar Rusiyasının qoşunları Bakı şəhərini mühasirəyə almışdır. Tələb aydındır: Bakının açarı generala təqdim olunmalı, şəhər əhalisi rus təəbəliyini qəbul etməlidir. Xalqın qeyrətli oğlu Aslan (o, bir qədər əvvəl müsabiqədə qalib gələrək Bakı xanının qızı Mahniyarla evlənmişdi) şəhərin açarını generala təqdim etməyi öz üzərinə götürür və həmin mərasimdə onu xəncərlə vurub öldürür. Rus qoşunu geri çəkilir... Lakin yadellilərin ikinci hücumunun qarşısını almaq mümkün olmur. Aslan düşmənin əlinə keçməmək üçün sevgilisi Mahniyarla birlikdə Xəzər dənizinə atılır...
Göründüyü kimi, əsər Azərbaycanın Rusiyaya birləş¬ dirilməsinin ilk illərindən bəhs edir və şair folklor motivləri ilə tarixi faktları əlaqələndirmişdir. Tənqidçini razı salmayan isə məlum şeydir: Bakının yadellilər tərəfindən işğalının və işğalçı çar generalının qətlə yetirilməsinin qələmə alınması.
Qeyd etmək lazımdır ki, «Aslan qayası» bu gün də rus dilinə tərcümə olunmamışdır. Bəs Skosıryev nəyə istinad etmişdir? Əlbəttə, S.Vurğunun «qələm dostlarının» məlumatına.
Şair burada Rusiyanı təmsil edən iki surət yaratmış¬ dır. Bunlardan biri general Sisyanov, digəri sıravi rus əsgəridir.
Sisyanov tarixi şəxsiyyətdir. Qafqazı, o cümlədən Azərbaycanı işğal etmiş rus qoşunlarının komandanı olmuşdur. 1806-cı ildə Bakı şəhərində qətlə yetirilmişdir. Şair onun simasında çarın müstəmləkəçilik siyasətini həyata keçirən, Azərbaycana yuxarıdan, məhz qarətçi gözü ilə baxan, özündən razı və əlbəttə ki, işğalçı bir general obrazı yaratmışdır. O, Hüseynqulu xana belə bir ultimatum göndərir:

Bakının hakimi Hüseynqulu xan
Səhər, yuxusundan ayılan zaman
Bütün dövlətini, bütün varını,
Şəhər qalasının öz açarını
Knyaz Sisyanova təslim verməli!
Yoxsa, ordumuzun dağıdan əli
Sizin də ölkəni yandıraçaqdır,
Yerdə padşahların dediyi haqdır.

Göründüyü kimi, bu ultimatum rus çarının işğalçılıq siyasətini aşkar əks etdirir. Çarın planında təkcə Bakı deyil, bütün Azərbaycan, bütün Qafqaz «böyük Rusiya»ya tabe olmalıdır. Əks halda başqa ölkələr kimi, Azərbaycan da odlara qalanacaqdır.
Çar bütün bu talanları, qarətləri özünün «sədaqətli, yaxın nökəri», «döşü medallı» general Sisyanov vasitəsilə həyata keçirir. General öz ordularını Qafqaza yönəltmiş, bu yerlərin işğalı planını hazırlamışdır. «At üstündə qılınc vuran» generalı bütün Qafqazda tanıyırlar, çar da məhz ona arxalanır.
Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür:
Dərdini söyləyir ötən dillərə:

«Mən niyə gəlmişəm bu yad ellərə?»

O, evdən çıxanda anbar başalmışdı. Mülkədar onu da talamış, bütün taxıl vergiyə getmişdi.
Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə olunmuşdur. Neçə-neçə günahsız insanın qətlə yetirilməsi, nahaq qanların axı¬ dılması, anaların göz yaşları-şahidi olduğu bütün bu ədalətsizliklər əsgəri qəti qərara gəlməyə məcbur edir:

Yox!.. Düz atmayacaq əlim gülləni...
Qarı son nəfəsdə gözləyir məni.

Əlləri nahaq qanlara batmış general bu əsgərin də qətlinə fərman verir... S.Vurğun poemada Aslan obrazını sevərək yaratmışdır. Aslan xalq içərisindən çıxmışdır. O öz xalqana bağlıdır, xalq da onu sevir və inanır. Knyaz Sisyanovun qoşunları Bakını mühasirəyə alanda camaat üzünü Aslana tutur:

Tez çağırın Aslanı,
Yığsın eli, obanı...

Aslan öz Vətəninin azadlığını hər şeydən üstün tutur. Elə buna görə də şəhərin açarını Sisyanova təqdim edərkən xəncəri onun köksünə sancır:

Al!-deyir-payını, soruşma nədir
Çara «qullarından» ilk hədiyyədir...

Şair isə öz qəhrəmanının şücaətini belə səciyyələndirir:

Alqış tarixdəki o şanlı günə!

Bu misralar Azərbaycanın öz müstəqilliyini asanlıqla vermədiyinə, bu yolda qanlar töküldüyünə işarədir.
Qeyd etdiyimiz kimi, S.Vurğun «Aslan qayası» poemasını da «Azərbaycan» epopeyasına daxil etmişdir. Əlyazmada «Aslan qayası»nın son hissəsi diqqəti cəlb edir. Bu hissəni şair özü qeyd etməsə də, poemanın epiloqu hesab etmək olar. S.Vurğun həmin parçanı çap etdirməmiş, kitablarına da daxil etməmişdir. Şairin yeddi cildlik «Əsərləri»nin III cildinin «İzahlar və şərhlər» bölməsində poemanın əvvəllər çap olunmamış on iki bəndi verilmiş, altı bənd isə yenə «işıq üzü» görməmişdir.
Poemanın haqqında danışdığımız hissəsində Bakı şəhəri çar ordusu tərəfindən işğal olunduqdan sonra, yəni Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirildikdən sonra burada baş verən məhrumiyyətlər, talanlar, yadellilərin soyğunçuluğu... oxucuya çatdırılır. «Cüt başlı qartalın bayrağı» yurdumuzun üstündə titrəyəndən sonra Azərbaycan kəndlisinin xırmanı boşaldı, aşığın sazı ağladı, ipəyimiz, neftimiz Rusiyaya daşındı, din-şəriət yad qanunlara baş əydi...

Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə...
Bağlandı qapılar, söndü ocaqlar,
Qarılar, qoçalar yalvardı göyə...
O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı.
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı.

Son misralarda Azərbaycanın öz müstəqilliyini itirdiyi, Rusiyanın əsarəti altına düşdüyü göstərilmişdir. Şair bu parçada Azərbaycan Rusiyanın müstəmləkəsinə çevriləndən sonra ədəbiyyatımızın və dilimizin təzyiqlərə məruz qaldığını, dilimizə xalqımızın mənəviyyatı ilə uyuşmayan sözlərin gəldiyini, ölkənin sərvətlərinin daşındığını ürək ağrısı ilə qələmə almışdır:

Yüz il biz ayrıldıq ana dilindən
Məktəbin adına dedik «uşkola»...
Yüz il Füzuliyə həsrət qalaraq
Doğma anamıza söylədik «mama».
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq gözümüzdən qan dama-dama.
...Axdı Rusiyaya neft kəmərləri
Daşıdı onları ilk dəmir yolu..
Tarixə hökm edən o gündən bəri
Çalışdı yadlara Azərin oğlu.
O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə «fahişə» sözü...
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü.

Qeyd edək ki, Səməd Vurğunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş beş cildlik «Seçilmiş əsərləri»nin üçüncü cildində poema yuxarıda verilmiş parçadakı son dörd misra istisna olunmaqla bütövlükdə oxuculara təqdim edilmişdir.

«Aslan qayası» poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınmışdır. Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın yaratdığı əfsanələrə böyük məhəbbət duyulur.

«ASLAN QAYASI» POEMASI: DÜNƏN VƏ BU GÜN Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilmişdir. Yurdun üstünü qara buludlar alanda hamı xan sarayının qarşısına toplaşır, şəhərin müdafiəsi üçün yollar arayır, hamı bir nəfər kimi yurdun müdafiəsinə hazırlaşır:

Sel olsa da qanımız
Qurban olsun canımız
Bu sünbüllü çöllərə,
Bu mehriban ellərə.

Beləliklə, «Aslan qayası» bu günümüzlə səsləşən sənət nümunəsi kimi diqqəti cəlb edir.

Adilxan BAYRAMOV,
filologiya elmləri doktoru,
tənqidçi, ədəbiyyatşünas,
sənətşünas, publisist, tərcüməçi


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” EPOPEYASI, YAXUD  “QIRMIZI ÜZLÜ ALBOM”UN TARIXÇ ...

SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” EPOPEYASI, YAXUD “QIRMIZI ÜZLÜ ALBOM”UN TARIXÇ ...

"Zirvə", Ədəbi tənqid
Yeni kitab:

Yeni kitab: "Kaş ki sevəydin məni"

Borçalı, "Region-Press"
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında ...

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında ...

BDU, Başkeçid, Knyaz Aslan, Turan
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
ADİLXAN BAYRAMOVUN 70 YAŞINA

ADİLXAN BAYRAMOVUN 70 YAŞINA

Humanitar elmlər, Mədəniyyət, Borçalı, Təbriklər
20 Yanvar faciəsi poemalarımızda

20 Yanvar faciəsi poemalarımızda

"Mən Şirvanın səsiyəm", Humanitar elmlər, Elmi Məqalələr
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Aslan Bayramovun yeni uğuru:

Aslan Bayramovun yeni uğuru: "Azərbaycan onomastikası"

Elm, Sumqayıt
Həmyerlimiz Aslan Nəbiyevin daha bir uğuru

Həmyerlimiz Aslan Nəbiyevin daha bir uğuru

Bolus, Təbriklər
“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

Humanitar elmlər
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!

Sumqayıt, Ədəbi tənqid
ASLAN MANSUROV  (1919-1991)

ASLAN MANSUROV (1919-1991)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
Yorulmaz tədqiqatçı alim NƏRİMAN SEYİDƏLİYEV

Yorulmaz tədqiqatçı alim NƏRİMAN SEYİDƏLİYEV

Humanitar elmlər
Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Yeni nəşrlər, Humanitar elmlər
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Başkeçid, Müşfiq Borçalı
Rəy yazın: