Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediaxeb6/public_html/turan.info.az/engine/classes/templates.class.php on line 160 Arxiv - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi https://turan.info.az/ tr Arxiv - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi DataLife Engine XƏLƏFLİ SÖZÜNƏ ABİDƏ https://turan.info.az/yeni-neshrler/6593-xlfl-szn-abd.html https://turan.info.az/yeni-neshrler/6593-xlfl-szn-abd.html XƏLƏFLİ SÖZÜNƏ ABİDƏ

Çağdaş ədəbi-mədəni mühitin ən parlaq nümayəndələrindən olan Əli Rza Xələfli haqqında müxtəlif vaxtlarda fikirlərimi bölüşmüşəm. Yeni çıxan kitablarını, mətbuat səhifələrindəki yazılarını oxuduqdan sonra içimdə yenə söz demək ehtiyacı yaranıbdır. Bu da təsadüfi deyildir. Əksinə, reallığa, mahiyyətə söykənən olduqca ciddi tərəfləri vardır. Çünki onun zəngin yaradıcılığı özünün problematikası, düşüncə fakturasının rəngarəngliyi ilə o qədər əhatəli və çoxlaylıdır ki, hər dəfə bir başqa istiqamət məni yazıya, sözə təhrik etmişdir. Onun çağlayan ilhamı, bədii düşüncəsinin bitib-tükənməyən sərhədləri bir sonsuzluqla, bəlkə də, çox az-az istedad sahiblərinin yetişə biləcəyi imkanlıqla səciyyələnir. Qaynaqları isə çox-çox dərinlərə işləyir. Burada bəşər övladının ayaq tutub üzü dünyaya addımladığı ilk zamandan günümüzə qədərki bir məkan və zaman məsafəsi boy göstərir. Əli Rza Xələfli həmin zamanın içindən sıyrılıb qılınc kimi çıxır və bu yolun olanlarını, bu yolu gələnlərin aqibətini üzünə oxuyur. Ona görə də məqalələri, kitabları bu qədər sözə və təhlillərə ehtiyac doğurur. Haqqında rəngarəng, cild-cild təhlillər aparılır. Ədəbi mühitin istedadlı və tanınan nümayəndələri Mədəd Çobanovun və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabı da bu sıradadır və bunun nümunəsidir.

Məhz bütün müstəvilərdə “Xələflinin yaradıcılıq yolu” monoqrafiyasının müəllifləri (M.N.Çobanov və M.M.Çobanlı) və monoqrafiyanın həsr olunduğu Əli Rza Xələfli mənə lazımi qədər tanışdırlar. Təhlillərə keçməzdən əvvəl onu da əlavə edim ki, M.Çobanovun və M.Çobanlının şair, yazıçı, publisist Ə.R.Xələfli haqqında belə bir araşdırma aparması təbii və uğurludur. Bir növ çağdaş ədəbiyyatımıza, elmimizə həssas münasibətin nəticəsidir. Onu da əlavə edim ki, burada lazımi qədər əhatəli ümumiləşdirmələr, olanların diqqətlə izlənməsi və deyilənlərin ciddi elmi-nəzəri şərhi vardır. Çünki aparılan müqayisələr, yürüdülən nəzəri fıkirlər olduqca əsaslı mənbələrə, faktlara söykənir. “Düşüncədən sözə, yaxud söhbət kimdən gedir” adlı başlanğıc yazıda xüsusi olaraq vurğulanır ki, “Əli Rza Xələflinin əsərlərində tarixiliyin müasirliyi və müasirliyin tarixiliyi prinsiplərinə məqsədəuyğun halda riayət olunmuşdur. Bu mənada onun bədii yaradıcılığının ümumi mövzusunun, məzmununun əsasında səkkiz-on min illik tarixə malik olan qədim türklərin, o cümlədən də Azərbaycan türklərinin tarixi keçmişi və müasir həyatı — Vətən, Xalq, Millət; Vətən qayğısı, Vətən məhəbbəti, Vətən sevgisi; Vətən tarixi, Vətən dərdi, Vətən həsrəti və Vətənin gələcək problemləri, xalqımızın tarixi mədəniyyəti, müasir mədəni irsi, mənəvi dəyərlərin gələcək inkişafı və istiqamətləri, vüsal arzusu, gələcəyə nikbin baxışları, yüksək insani duyğuları, insana inam və s. poetik ifadə vasitələri ilə tərənnüm olunmuşdur” (s.9-10). Doğurdan da, Əli Rza Xələfli yaradıcılığı haqqında düşüncələri birmənalı səviyyədə bölüşdürməyin özünün çətinlikləri vardır. Çünki bu zəngin bədii düşüncədə elə tərəflər vardır ki, onlara diqqət yetirmədən bir bütöv olaraq istedadlı çağdaşımızı açmaq özü problemə çevrilir. Bəzən elə ciddi və gərəkli problemlər qaldırılır ki, bunlar etnosun tarixinin, mədəniyyətinin, keçib gəldiyi yolun ən ümdə faktı kimi mühüm əhəmiyyət daşıyır. Onların isə yazıya gətirilməsi üçün bəlkə də oxucuya istedaddan başqa bəsirət gözü də gərəkdir. Şərqin böyük sufi şeyxlərindən olan Şiblinin təbrincə desək, “bunu ancaq Haqq-taalanın xüsusi bir ehsanına və böyük lütfünə layiq olanlar bilə bilərlər”.

Monoqrafiyada Ə.R.Xələflinin yaradıcılığı müxtəlif problemlər üzrə qruplaşdırılır. “Karvan yolu bir omür”, “Şair, publisist, alim”, “Sinəsində yanan Vətən”, “Yurd yerində işıq”, “Sənətdə azadlığın rəngi”, “Bayatı: sözün çiçəyi, gülü”, “Bizim Araz ağrımız”, “Odda yanmaz dərdlərimiz”, “Böyük fıkir aynasında”, “Kimi necə görürsə”, “Tədqiqatlarından qısa xronika” və s. başlıqlar altında həllini tapan problemlər şair, publisist, nasir Ə.R.Xələflinin bir ədəbi sima olaraq çağdaş mühitin qarışıqlıqlarında hansı ideala kökləndiyini, bu qədər yazma ilə nələri demək istədiyini, cəmiyyətə, bütünlükdə insanlığa çatdıracaqlarını oxuyur və öyrənirik. Çünki bu gün yaşadığımız dünya bəlkə heç vaxt olmayacaq problemlərlə üz-üzədir. Baş verən fəlakətlər, qırğınlar, ayrı-ayrı güclərin iddiaları, mənəm-mənəmlik düşüncəsi, coşan ehtiraslar, vəzifə iddiaları, tayfa mərəzləri dünya nizamına xidmətdən çox təhlükələrə, qorxulu tendensiyalara yol açır. İnsanın təbiətə qarşı başladığı amansız səlib yürüşü və təbiətin özünün verdiyi dərslər nəticə çıxarmaq əvəzinə daha böyük səhvlərin edilməsi ilə sonuclanır. Azərbaycan bu ziddiyyətlərin, ixtilafların məngənəsində sıxılır, təng-nəfəs olur. Təbriz, Dərbənd, Göyçə, Borçalı, Qarabağ dərdlərini yaşamalı olur və digər problemlərə təhrik edilir. Bütün bunlar həyati göstəriş olaraq Ə.R. Xələflinin içindən keçir. M.Çobanov və M.Çobanlı da apardığı təhlillərdə çox doğru olaraq vurğulayır ki, “Əİi Rza Xələfli sinəsində və yaradıcılığında yurd yarası göynəyən şairdir. Şübhəsiz, yeri-yurdu talan edilmiş, yandırılmış və işğal edilmiş şairi başa düşmək çətin deyil. Ancaq Ə.R.Xələflinin vətəndaşlıq poeziyasının yalnız Qarabağla, bu ağrının təsiri ilə sözə çevrildiyini də demək olmaz. O, bütün varlığı ilə vətəni (və vətəndaşlığı) bütöv dəyər kimi qəbul edir. Onun yaradıcılığında tarixə münasibət də, günümüzün problemləri ilə üzləşmələr də bu dəyərin toxunulmazlığını təqdim edir. İndi dünyada qloballaşma prosesinin ağrıları yaşanılır. Üstəlik yeni kapital mühiti özünün amansız qanunlarını diktə etməkdədir. Təzadlı bir həyat yaşamaqdayıq. Gözümüzün qarşısında kapitalın dəmir dabanları mənəviyyat saraylarını dağıdır” (səh. 39). Ən dəhşətlisi mənəvi dəyərlərin sarsıdılması qorxusudur. Fikrimizcə, bəşər övladının bütün olanları içərisində mənəvi sərvətdən ucada dayanan başqa nəsnəsi yoxdur. Bütün zamanlarda böyük ziyalılar, şairlər, ədiblər qoruyucu missiyasını yerinə yetirməyə, aşınmaların qarşısını almağa çalışıblar. Maariflənmənin bir problem kimi XVIII əsrin sonu və XIX əsrin əvvəllərindən güclənən istiqamətdə intişar tapması məhz qorxulu tendensiyaların qarşısını almağa, mədəni səviyyəni qaldırmağa hesablanmışdır. XXI əsrdə isə texnikanın, virtual aləmin sürətli inkişafi müsbət tərəfləri ilə yanaşı, ciddi, olduqca qorxulu tendensiyaların mövcudluğundan da xəbər verir. Məhz bütün bunların yekunu və nəticəsi olaraq Ə.R.Xələfli “kor döyüşü gedir neçə yüz ildi, bəbəklər oyulur, gözlər tökülür” deyir və son olaraq buraya çal-çarpaz dağlar çəkilmiş vətəni əlavə edir, “bəlkələr içində vətən sökülür” söyləyir. “Sökülən vətən”in nələr yaşadığını, hansı fəlakətlərlə üzləşdiyini və ona mövqe nümayiş etdirməyin gərəkliyini bir yaradıcı olaraq vurğulayır.

Azərbaycan mətbuat tarixində “Kredo” qəzetinin mühüm rolu vardır. Bu gün ictimai, siyasi, mədəni mühitin bütünlükdə siyasiləşdiyi bir vaxtda sırf elmə, ədəbiyyata xidmət edəcək qəzetin qorunub saxlanması özü çox müşkül hadisədir. Lakin Ə.R.Xələfli öz yüksək əzmkarlığı, bacarığı və qabiliyyəti sayəsində “Kredo” qəzetini qoruyub saxladı. Onu Azərbaycan mühitinə bir ədəbiyyat, mədəniyyət qəzeti kimi təqdim edə bildi. Bəlkə də bunun indi fərqində deyilik, ancaq az vaxtdan, bir neçə onillikdən sonra bu qəzet əsaslı mənbə olaraq ciddi fakta çevriləcək. Gələcək nəsil lazım olanı, istədiklərini daha çox onun səhifələrində tapacaq. Xalqa, ədəbiyyata, mədəniyyətə ləyaqətlə xidmət etməyin nümunəsini görəcəklər. Yazılarımın birində bir məsələni vurğulamışam və təkrar burada yenə deyərəm ki, “Kredo” qəzeti XIX əsrin sonlarında H.Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin ən layiqli varisidi, XXI əsrin “Əkinçi”sidir. Oradakı köşə yazıları, redaktordan adı ilə gedən məqalələr Ə.R.Xələflinin bədii təfəkkürünün, elmi müşahidələrinin, zəkasının zənginliyini və yazıya gətirmək bacarığını ifadə edir. Qəzetin səhifələrində gedən məqalələr problem aktuallığı, ədəbiyyatın çağdaş mənzərəsi, ədəbi-nəzəri fikrin nələrlə nəfəs alması haqqında dolğun informasiya verir. Son olaraq “Kredo” qəzeti müasir ədəbi prosesin ağırlığını öz çiyinlərində daşıyır. Bunun isə enerji qaynağı, gücü Ə.R.Xələflinin böyüklüyü, vətəndaşlıq sevgisinin sonsuzluğu, istedadı və ucada dura bilmək bacarığı ilə bağlıdır. Ədəbiyyatşünas alimimiz Q.Bayramov çox doğru olaraq vurğulayır ki, “Əli Rza Xələflinin bir ziyalı kimi fəaliyyəti göz önündədir, necə ki, “Kredo” qəzeti göz önündədir... O yaradıcı təfəkkürə malik təşkilatçıdır və istedadlı şəxsləri öz arxasınca aparmağı bacarır, təfəkkürünün şkalasına görə öndə getməyi bacarır” (səh.109).

Əli Rza Xələfli qüdrətli şair, yorulmaz tədqiqatçı, istedadlı nasir olduğu kimi, həm də alovlu publisistdir. Onun publisistikası zaman-zaman öyrəniləcək, nümunələri dərs vəsaitlərinə daxil ediləcəkdir. “Xələflinin yaradıcılıq yolu” kitabının müəllifləri Ə.R.Xələflinin publisistikamızın inciləri sayılacaq örnəkləri - nümunələri kitaba daxil etsəydilər, çox faydalı bir iş görmüş olardılar. Ə.R.Xələflinin “Söz qəlbimin səsidir”, “Kim yanmırsa, his verir”, Ağ buludun yağışı”, “Qəlbindəkini deməyən”, “Atamın türkəş çəliyi”, “Könül evindən sevinsin...” kimi yazılarının - bir dəfə oxunmaqla yaddaşlara yazılan və unudulmayan yazılarının hər biri oxucunu silkələmək gücündədir. Oxuyanlar mənimlə mübahisəsiz də razılaşar, qalanlarını Xələfli demiş, “ariflər bilər”.

Ədəbi-mədəni mühit Ə.R.Xələflinin yaradıcılığı haqqında lazımi qədər fikir yürütmüşdür və bu gün də yürütməkdədir. Onun hər bir əsəri ictimaiyyətə təqdim edilən kimi ciddi təhlillərin, elmi-nəzəri mülahizələrin faktına çevrilir. Bu da təsadüfi deyildir və ədibin yaradıcılığına marağın çoxluğunu aydınlaşdırır. Çünki istedadlı çağdaşımız nəyi necə deməyin gərəkliyini daha yaxşı bilir və yazılarında bilməkdən əlavə də etnosu, onun problemlərini, tarixini, müasir mənzərəsini verməyi bacarır. Poeziyası, nəsri, publisistikası bütün olanları bilib xalqa çatdırmağa köklənmişdir. Onun vulkanik enerji qaynağını isə böyük sevgi, milli və bəşəri ideallar təşkil edir. Mədəd Çobanovun və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabı məhz bu sevginin mahiyyətini açmaqdan, şair, yazıçı, publisist, alim Ə.R.Xələfli yaradıcılığının əhatəliliyinin, əzəmətinin sirlərini bütün tərəfləri ilə geniş Azərbaycan auditoriyasına çatdırmaqdan ibarətdir. Burada dilçi alimimiz Mədəd Çobanovun, tədqiqatçı Müşfiq Çobanlının və şair, yazıçı, publisist Əli Rza Xələflinin idealları, düşüncələri bir küll halında cəmlənir. Bütünlükdə Azərbaycan ədəbi-mədəni mühitinin məzmunu görünür.



Mahmud ALLAHMANLI,

filologiya elmləri doktoru, professor.

Respublika.-2018.- 22 mart.- S.6.]]>
admin Thu, 19 Feb 2026 22:44:43 +0000
ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUB https://turan.info.az/elm/humanitar/6590-adpu-nun-kafedra-mdr-razm-mmmdlnn-elm-mqals-cnub-koreyada-drc-olunub.html https://turan.info.az/elm/humanitar/6590-adpu-nun-kafedra-mdr-razm-mmmdlnn-elm-mqals-cnub-koreyada-drc-olunub.html ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUB TƏBRİK EDİRİK!.. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi 22 oktyabr 2025-ci il tarixli Sərəncamından sonra düz bir əsr öncə keçirilmiş qurultayın nə səbəbə və hansı məqsədlə keçirilməsi, onun təşkilatçıları, keçirilən iclaslar, müzakirəyə çıxarılan məsələlər və s. ilə bağlı bir sıra araşdırmalar aparılır, kitablar, məqalələr çap olunur, qurultayın müsbət və mənfi cəhətlərinə aydınlıq gətirilir. Elə bu günlərdə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universite¬tinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovun “Türk xalqlarının həya¬tında tarixiləşən qurultay” sərlövhəsi məqaləsi 2026-cı il yanvarın 8-9-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə Elmin inkişafı” adlı V Beynəlxalq Elmi və Praktik Konfransının Materiallarında dərc olunmuşdur.
Məqalədə 1926-cı il fevralın 26-da Bakıda keçirilmiş Ümumtürk xalqlarının Birinci Türkoloji Qurultayı tədiqata cəlb olunur. Göstərilir ki, həmin ilin mart ayının 6-na kimi davam edən bu Qurultayda türk xalqlarının milli-mənəvi dəyərlərinin yüksəlməsinə yönələn müəyyən məsələlər müzakirə olunmuşdur.
Məqalədə xüsusi olaraq vurğulanır ki, tanınmış türkoloq, görkəmli dilçi-alim, akademik Mədəd Çobanovun düz 20 il əvvəl 2006-cı ildə işıq üzü görən və elə bu günlərdə təkrarən nəşr olunan “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” adlı kitabında da həmin tarixi hadisədən bəhs olunur. Alim türk dillərinin müasir probleminə toxunaraq yazırdı: “Hər şeydən əvvəl Avropa və Asiya qitələrində yaşamış, qədim tarixə malik olan türk xalqlarının keçmiş şərəfli və keşməkeşli tarixi yalnız kitabələrdə, kitablarda, arxiv sənədlərində yox, eyni zamanda, o həm də mənşəyi və tipologiyası cəhətdən bir-birinə yaxın və qohum olan türk dillərinin “tarixi yaddaşı”nda həkk olunması və tədricən inkişaf edə-edə bu günümüzə qədər gəlib çatması ilə əlaqədar olmuşdur”. Məsələni müasir dövrün əsas problemi kimi dəyərləndirən akademik Mədəd Çobanov onun çıxış yolunu “Altay epoxasından üzü bəri qədim dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim soykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətə, tarixin sınaqlarından çıxmış adət-ənənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq”da görür, bir sıra qiymətli mülahizələr söyləyərək onların reallaşmasının elmi əsaslarını nəzərə çatdırır.
Türk xalqlarının bir-birinə yaxınlaşmasını, inteqrasiya etməsini müasir dövrdə həllini gözləyən ən aktual problem hesab edən akademik Mədəd Çobanov qeyd edirdi ki, “dünyanın istər mənşəcə qohum olan və istərsə də dini baxımdan eyni inama, mədəniyyətə xidmət edən ayrı-ayrı xalqları siyasi, iqtisadi və mədəni cəhətdən bir-birinə yaxınlaşdığı, bir-birinə inteqrasiya olduğu kimi, soykökü, mənşəyi-qohumluğu, dini-inamı, adət-ənənələri də bir-birinə demək olar ki, eyni olan türk xalqlarının da siyasi, iqtisadi, mədəni və strateji baxımdan bir-birinə yaxınlaşması, bir-birinə qovuşması, inteqrasiyası günün ən aktual məsələlərindən biri olmalıdır”.
Mərhum türkoloq-alim Mədəd Çobanovun fikrincə məsələnin həlli “fikir və düşüncəni türk xalqlarının ədəbi dillərinin birliyinə doğru yönəltmək” istiqamətində aparılarsa bu, problemin tezliklə çözülməsinə səbəb olar. O, gəldiyi qənaətləri belə ümumiləşdirir: “Çünki hər bir xalq bəşəriyyətə özünün qədim köklərə, ənənələrə malik ana dili ilə təqdim edir. Bu təqdimat isə, hər şeydən əvvəl, özünü etnoqrafik (adət-ənənələrə və məişət münasibətləri), etnopsixoloji (xalqın elmi düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə büruzə verir”.
Biz də redakdiya heyətimiz adından, dəyərli ziyalımız, tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universite¬tinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovu “Türk xalqlarının həya¬tında tarixiləşən qurultay” sərlövhəsi məqaləsinin 2026-cı il yanvarın 8-9-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə Elmin inkişafı” adlı V Beynəlxalq Elmi və Praktik Konfransının Materiallarında dərc olunması münasibətilə ürəkdən təbrik edir və ona şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az

Mammadov Razim (Azerbaijan State Pedagogical University, Faculty of Philology, Head of the Department of Literature, Doctor of Philosophy in Philology, Associate Professor, ORCİD 0000-0002-5694-9501). A hıstorıcal congress ın the lıfe of the Turkısh peoples. // “Advancing science with collaborative innovation”. Proceedings of the V International Scientific and Practical Conference. Publisher: «World of Conferences», Seoul, South Korea, 8-9 January, 2026, 134 p., pp. 60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
URL: https://conference-w.com/ E-poçt: info@conference-w.com
UDC 001.1, BBC 1, ISBN 978-92-44514-84-9

Məmmədov Razim (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi, Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, ORCİD 0000-0002-5694-9501). Türk xalqlarının həyatında tari¬xiləşən qurultay. // Elmin əməkdaşlıq innovasiyası ilə inkişafı. V Beynəlxalq Elmi və Praktik Konfransın materialları. Naşir: «Konfranslar Dünyası», Seul. Cənubi Koreya, 8-9 Yanvar, 2026, 134 səh., səh.60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
Veb sayt: https://conference-w.com/ E-poçt: info@conference-w.com
UDC 001.1, BBC 1, ISBN 978-92-44514-84-9


Маммадов Разим (Азербайджанский государственный педагогический университет, Филологический факультет, Заведующий кафедрой литературы, Доктор философии в области филологии, доцент, ORCID 0000-0002-5694-9501). Исторический конгресс в жизни Турецких народов. «Развитие науки посредством совместных инноваций». Материалы V Международной научно-практической конференции. Издательство: «Мир конференций», Сеул, Южная Корея, 8-9 января 2026 г., 134 с., с. 60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
Веб-сайт: https://conference-w.com / Электронная почта: info@conference-w.com,
УДК 001.1, BBC 1, ISBN 978-92-44514-84-9]]>
admin Wed, 21 Jan 2026 21:22:57 +0000
NƏNƏXANIM BAYRAMOVA: "UNUDULMAZ MÜƏLLİMİMİZ - AKADEMİK MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/tiflis/6587-nnxanim-bayramova-unudulmaz-mllmmz-akademk-mdd-obanov.html https://turan.info.az/gurcustan/tiflis/6587-nnxanim-bayramova-unudulmaz-mllmmz-akademk-mdd-obanov.html NƏNƏXANIM BAYRAMOVA: "UNUDULMAZ MÜƏLLİMİMİZ - AKADEMİK MƏDƏD ÇOBANOV"Mən A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji Universitetinə qəbul olarkən sevincimin həddi-hüdudu yox idi. Axı, burada adlarını qazetdə oxuduğum böyük alimlər və hörmətli insanlar - Mədəd Çobanov, Adil Mişiyev, Valeh Hacıyev, Alı Musayev və başqaları mənim müəllimlərim olacaqdı. Orta məktəb dövründə “Gürcüstan” qəzetini sevə-sevə oxuyurdum. Ordan bilirdim ki, Tbilisidə belə bir ali məktəb var. Və ədəbiyyata marağım çox idi...
Nəhayət, auditoriya qapılarını açdım. Tələbə yoldaşlarımla ta-nış oldum. Diqqətimi Universitetimizin professoru Mədəd Ço-banovun qızı Aygül Çobanova cəlb etdi. Sevindim ki, belə bir böyük alimin qızı ilə oxuyacağam.
Günlərin birində isə auditoriyamıza ağsaçlı, nurani sifətli bir müəllim daxil oldu. Özünü təqdim etdikdə isə, məlum oldu ki, bizim yeni müəllimimiz haqqında hələ çox çox əvvəllər çox oxu-duğum, çox eşitdiyim professor Mədəd Çobanovdur.

Elə ilk mühazirədəncə aydın oldu ki, Mədəd müəllim olduqca zəngin savadlı bir alimdir. Onun, ana dilimizin yaranması, inki-şafı, tarixi, fonetikası, orfoepiyası, sintaksisi, linqvistikası, ono-mastikası, antroponimikası, toponimikası və s. haqqında bizə bi-lik verməsi, dərs keçməsi heç vaxt yadımdan çıxmır. Gözlərimin önündə hər zaman canlanır.
Tələbə, əlbəttə, həmişə zəngin savadlı müəllimindən öyrənər, örnək götürər. Biz də Mədəd müəllimdən öyrənirdik. Elə o vaxtlar artıq Mədəd müəllimin kitabları, hətta dərslikləri və dərs vəsaitləri də nəşr olunmuşdu. Mədəd müəllim həmin kitablardan başqa, bizə əlavə ədəbiyyat siyahısı da yazdırar, onları da oxu-mağı tövsiyyə edirdi. Biz də, böyük məmnuniyyətlə, sevimli müəllimimizin tövsiyyələrinə əməl edərdik...
Mən Mədəd müəllimin kitablarını Bolnisidəki kitab mağaza-sında görən kimi necə sevinərək aldığım gün heç vaxt yadımdan çıxmır...
Bir dəfə necə oldusa, gözəl, şirin bir dərs zamanı nəsə, xəyala dalaraq, sanki özümdən asılı olmayaraq, mən pəncərədən uzaq-lara baxırdım. Xəyalımda da Mirzə Şəfi Vazehin Tbilisinin hansı güşəsində yaşaması gəlib keçirdi... Elə birdən səs gəldi: - Ay qız, hara baxırsan? Fikrin, xəyalın hardadır?..” - dedi Mədəd müəllim. Dərsdən sonra isə məni yanına çağırdı: - “Bala, düzünü de, sən şeir, hekayə və ya nəsə, povest, roman yazırsanmı? - deyə soruşdu. Çiyinlərimi çəkdim...
Müəllim hardan bilsin ki, mən poeziya aşiqiyəm, elə bu gün səhər-səhər M.Ş.Vazehin şeirlərini, həyat və yaradıcılığını oxu-muşam, ona görə də Vaxtilə Mirzə Şəfinin gəzdiyi Tbilisi küçə-ləri gözlərim önündə canlanırdı...
O da yadımdadır ki, Mədəd müəllim gürcü orta məktəbini bi-tirmiş tələbə yoldaşlarımızın, o cümlədən Nazirə İskəndərovanın (hazırda Amerikada yaşayır) öz ana dilimizi daha yaxşı öyrən-məsinə, dərk etməsinə çalışırdı...
Mədəd müəllimin oğlu Müşfiq Borçalının da adını çox eşitmiş-dim. (Axı o, həm də tələbə yoldaşım Aygülün qardaşıdır!..) Onun 1990-cı ildə çap olunmuş “Ağır elli Borçalı” kitabını da alıb oxumuşdum. Kitabda Borçalıda yaşayıb-yaradan şair və yazıçıların Borçalı sevgili əsərləri ictimaiyyətə ilk dəfə təqdim olunurdu. Bir-iki dəfə özünü də uzaqdan görmüşdüm. Fəxr edirdim ki, belə dəyərli insanlarımız var.
Aygül ilə münasibətim çox yaxşı idi. Amma ikinci kursdan sonra onlar ailəliklə Bakıya köçdülər...
Beləcə, aylar keşdi, illər ötdü...
Sonralar sosial şəbəkədən Aygülü və Müşfiq bəyi tapdım. Çox sevindim. Dostluğumuz davam etdi...
Tələbə qızlardan ibarət bir qrupumuz var. Həmişə Mədəd müəllimi yada salırdıq, onun haqqında ürəkdolusu danışırdıq. Söhbət zamanı Mədəd müəllimin yeni-yeni nailiyyətlərini, onun doğma el-obasını unutmadığını, tez-tez yurduna baş çəkməsini, vaxtilə təhsil aldığı Darvaz kənd orta məktəbinə dəstək göstərməsini, məktəblilərə müntəzəm olaraq dərs ləvazimatları hədiyyə etməsini eşitdikcə qəlbim dağa dönürdü...
İndi isə onun haqq dünyasına qovuşduğunu eşitdim, çox kə-dərləndim... Axı, Müşfiq bəylə danışmışdım Bakıya gələndə Mədəd müəllimlə görüşəcəkdim, yeni kitablarını alacaqdım.
Allah sizə rəhmət eləsin, Mədəd müəllim!
Torpağınız nurla dolsun, yeriniz cənnət olsun.
Bizim əziz və unudulmaz müəllimimiz!..
Sizin əziz xatirəniz bizim qəlbimizdə əbədi olaraq yaşayacaq!..

Keçmiş tələbəniz

NƏNƏXANIM BAYRAMOVA
Gürcüsran, Bolnisi rayonundakı Qoçulu kənd məktəbinin müəllimi

ZiM.Az


.]]>
admin Tue, 20 Jan 2026 14:49:59 +0000
ŞƏRƏFLİ ƏMƏYİN LAYİQLİ QİYMƏTİ https://turan.info.az/arxiv/musfiq-borcali/6579-rfl-myn-layql-qymt.html https://turan.info.az/arxiv/musfiq-borcali/6579-rfl-myn-layql-qymt.html ŞƏRƏFLİ ƏMƏYİN LAYİQLİ QİYMƏTİAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunması istedadlı jurnalist, ziyalı və dəyərli dostumuz Müşfiq Borçalının uzunillik, səmərəli və fədakar fəaliyyətinə verilən yüksək dövlət qiymətidir.
Müşfiq Borçalı xətrini istədiyim, qürur duyduğum dostlardandır. O, peşəsinə sədaqəti, sözə məsuliyyətli münasibəti, milli maraqlara söykənən mövqeyi ilə mətbuat cameəsində seçilən qələm sahiblərindəndir. Onun fəaliyyəti təkcə jurnalistika ilə məhdudlaşmır, həm də maarifçilik, ziyalılıq missiyası daşıyır. Bu baxımdan Prezident tərəfindən təltif olunması tamamilə qanunauyğun və ədalətlidir.
Müşfiq Borçalının formalaşmasında ailə mühitinin, xüsusilə də görkəmli alim, akademik Mədət Çobanov kimi böyük bir ziyalının ocağında böyüməsinin xüsusi rolu var. Elmi düşüncə, milli təfəkkür, vətənə və xalqa xidmət ideyası Müşfiqin yaradıcılığında və həyat yolunda açıq şəkildə hiss olunur. O, atasının adını daim uca tutaraq bu irsi ləyaqətlə davam etdirir.
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı Müşfiq Borçalının mətbuatımıza verdiyi töhfələrin, dürüst və prinsipial mövqeyinin, sözə vicdanla xidmətinin rəmzidir. Bu təltif həm də bütövlükdə Azərbaycan jurnalistikasına göstərilən dövlət qayğısının növbəti təzahürüdür.
Bu əlamətdar münasibətlə Müşfiq Borçalını ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, qələminin daim kəsərli, sözünün sanballı olmasını arzulayıram. İnanıram ki, o, bundan sonra da Azərbaycan mətbuatının inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması naminə fəaliyyətini eyni əzmlə davam etdirəcək.
Şərəfli yolun açıq olsun, əziz qardaş!

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.]]>
admin Tue, 23 Dec 2025 20:19:51 +0000
Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!.. https://turan.info.az/arxiv/musfiq-borcali/6578-yeni-medalnz-mbark-ziz-elolumuz-ox-hrmtli-mfiq-mllim.html https://turan.info.az/arxiv/musfiq-borcali/6578-yeni-medalnz-mbark-ziz-elolumuz-ox-hrmtli-mfiq-mllim.html Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunub.]]> admin Tue, 23 Dec 2025 20:17:01 +0000 Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı - Müşfiq Borçalı https://turan.info.az/arxiv/musfiq-borcali/6577-sz-msuliyytl-yanaan-qlmini-vicdannn-trzisi-il-ln-ziyal-mfiq-boral.html https://turan.info.az/arxiv/musfiq-borcali/6577-sz-msuliyytl-yanaan-qlmini-vicdannn-trzisi-il-ln-ziyal-mfiq-boral.html Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı - Müşfiq BorçalıAzərbaycan milli mətbuatının 150 illik şanlı tarixi təkcə qəzet səhifələrində deyil, bu missiyanı ləyaqətlə daşıyan ziyalıların taleyində, ömür yolunda və ictimai mövqeyində yaşayır. Bu baxımdan çağdaş Azərbaycan mediasının simasında mühüm yer tutan, sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalılardan biri də Müşfiq Borçalıdır (Müşviq Mədəd oğlu Çobanov).
Onun “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunması təsadüfi bir hadisə deyil, uzun illərin fədakar əməyinə, prinsipial mövqeyinə və milli düşüncəyə sədaqətinin rəsmi təsdiqidir.

JURNALİSTLİK FƏALİYYƏTİ
Mətbuat yalnız informasiya daşıyıcısı deyil, cəmiyyətin mənəvi pasportu, tarixi yaddaşı və intellektual güzgüsüdür. Bu missiyanı layiqincə yerinə yetirmək isə yüksək peşəkarlıqla yanaşı, əxlaqi məsuliyyət, elmi dünyagörüş və vətəndaş mövqeyi tələb edir. Müşfiq Borçalının jurnalistlik fəaliyyəti məhz bu üç əsas sütun üzərində qurulub.
O, hələ ötən əsrin sonlarında Azərbaycan mətbuat tarixinə adlarını əbədi olaraq həkk eləmiş “Borçalı”, “Şərqin səsi”, “Təhsil” (daha sonralar “Elm və Təhsil”) qəzetlərini yaratmış və uzun müddət həmin redaksiyalara rəhbərlik etmişdir. Eyni zamanda, son iyirmi ildə, “ZİYA” qəzetinin və “ZiM.Az”, “Ziya.info.Az”, “Elm.info.Az” kimi informasiya resurslarının baş redaktoru kimi, həm klassik mətbuat ənənələrini qoruyub saxlamış, həm də rəqəmsal medianın çağırışlarına adekvat cavab verən yeni jurnalist modelinin formalaşmasına töhfə vermişdir.

ELMİ YANAŞMA İLƏ PUBLİSİST İFADƏNİN SİNTEZİ

Müşfiq Borçalının yaradıcılığının fərqləndirici cəhətlərindən biri də elmi yanaşma ilə publisist ifadənin sintezidir. Onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalənin müəllifi olan alim-jurnalist üçün fakt yalnız məlumat deyil, düşüncənin əsaslandığı sübutdur. Onun məqalələrində tarix yalnız keçmiş kimi deyil, bu günə və gələcəyə ünvanlanan dərs kimi təqdim olunur.
Filologiya üzrə fəlsəfə doktoru kimi Müşfiq Borçalı sözün semantik yükünü, mətndaxili ideya qatlarını və milli düşüncə kodlarını dərindən dərk edir. Bu, onun publisistikasını sırf informativ çərçivədən çıxarıb, elmi-analitik səviyyəyə yüksəldir. Elə bu səbəbdəndir ki, onun yazıları həm akademik mühitdə, həm də geniş oxucu auditoriyasında maraqla qarşılanır.

Azərbaycan Texniki Universitetində 35 illik elmi və pedaqoji fəaliyyəti isə Müşfiq Borçalının ziyalı portretini tamamlayan mühüm xəttdir. O, elm, təhsil və mətbuat arasında körpü yaradan nadir simalardandır. Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan iş¬çi qruplarının üzvü olması və qanunların hazırlanmasında yaxından iştirak etməsi də onun intellektual potensialının dövlət səviyyəsində qiymətləndirildiyini sübut edir.

Türk dünyası kontekstində mədəni missiya

Müşfiq Borçalının fəaliyyətinin coğrafiyası Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Əgər o, əvvəllər “Borçalı” nəşriyyatı, “Borçalı” qəzeti, “Borcali.org” və “Bolnisi.Az” saytları ilə vasitəsilə həm də Borçalıya və Borçalılılara xidmət edirdisə, son illərdə yaratdığı və rəhbərlik etdiyi “TURAN” (turan.info.az), “YURD” (yurd.info.az), “ZİRVƏ” (zirve.info.az)və “ZƏFƏR” (zefer.info.az) İnformasiya Mərkəzləri ilə bütün türk dünyası miqyasında mədəni, elmi və ideoloji körpülər yaradan platformalar kimi çıxış edir.
Türk dünyası ilə bağlı ideoloji, ədəbi və mədəni əlaqələrin inkişafı onun yaradıcılığında aparıcı xətt təşkil edir. Qardaş Türkiyə Cümhuriyyətində “Mustafa Kamal Atatürk” Qızıl medalı ilə təltif olunması bu fəaliyyətin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.
Bu mükafatlar sadəcə fərdi nailiyyət deyil, bütövlükdə Azərbaycan ziyalısının türk dünyasında qazandığı etimadın və nüfuzun təcəssümüdür.

İCTİMAİ FƏALİYYƏTİ
Müşfiq Borçalının ictimai fəaliyyətində diqqət çəkən mühüm məqam dövlətçilik təfəkkürünə sədaqətidir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuata, jurnalist əməyinə və söz azadlığına göstərdiyi diqqəti daim yüksək qiymətləndirən ziyalı mövqeyi ilə seçilir. Yubiley medalının məhz Prezident Fərmanı ilə təsis olunması və Medianın İnkişafı Agentliyində təqdim edilməsi mətbuatın dövlət siyasətində tutduğu strateji mövqenin bariz göstəricisidir.

MÜŞFIQ BORÇALI FENOMENİ
Müasir Azərbaycan mətbuatında ziyalı məsuliyyətinin, alim elmi düşüncəsinin və vətəndaş mövqeyinin vəhdətidir. Onun “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunması bir şəxsin deyil, bütöv bir ideyanın – milli sözə sədaqətin, qələmin şərəfinin və ziyalı fədakarlığının təntənəsidir.
Bu təltif, eyni zamanda, gələcək nəsil jurnalistlər üçün mənəvi örnək, milli mətbuatımız üçün isə etibarlı istiqamət göstəricisidir.
Müşfiq Borçalı kimi ziyalılar olduqca, Azərbaycan mətbuatının sözü də, mövqeyi də həmişə uca olacaq.
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü
AMİDTV.AZ və YENİNEWSTV24.AZ saytlarının rəhbəri,]]>
admin Tue, 23 Dec 2025 20:15:54 +0000
TƏBRIKLƏR, UĞURLAR... https://turan.info.az/arxiv/musfiq-borcali/6576-tbriklr-uurlar.html https://turan.info.az/arxiv/musfiq-borcali/6576-tbriklr-uurlar.html TƏBRIKLƏR,  UĞURLAR... TƏBRIKLƏR,  UĞURLAR...TƏBRIKLƏR, UĞURLAR...
Hörmətli Müşfiq Borçalı, Sizi Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif olunmağınız münasibətilə böyük qürur və sevinc hissi ilə təbrik edirik. Zəngin elmi-pedaqoji fəaliyyəti, sanballı publisistikası və milli sözə sədaqətli xidmətiniz Sizi cəmiyyətimizdə dəyərli bir ziyalı kimi tanıtmışdır. Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və daha böyük uğurlar arzulayırıq.

TƏBRIKLƏR,  UĞURLAR...]]>
admin Tue, 23 Dec 2025 20:13:11 +0000
Qələmin məsuliyyətini, sözün çəkisini və jurnalist vicdanını hər zaman uca tutan ziyalı - Müşfiq Borçalı https://turan.info.az/arxiv/musfiq-borcali/6575-qlmin-msuliyytini-szn-kisini-v-jurnalist-vicdann-hr-zaman-uca-tutan-ziyal-mfiq-boral.html https://turan.info.az/arxiv/musfiq-borcali/6575-qlmin-msuliyytini-szn-kisini-v-jurnalist-vicdann-hr-zaman-uca-tutan-ziyal-mfiq-boral.html Qələmin məsuliyyətini, sözün çəkisini və jurnalist vicdanını hər zaman uca tutan ziyalı - Müşfiq BorçalıHörmətli Müşfiq müəllim!
Sizi Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalı ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm.
Bu yüksək mükafatı Sizin illər boyu mətbuat sahəsində göstərdiyiniz fədakar əməyin, prinsipial mövqeyinizin, peşəkarlığınızın və milli dəyərlərə sədaqətinizin layiqli qiymətləndirilməsidir. Siz qələmin məsuliyyətini, sözün çəkisini və jurnalist vicdanını hər zaman uca tutan ziyalı kimi böyük hörmət qazanmısınız.
Arzu edirəm ki, bundan sonra da sağlamlığınız möhkəm, yolunuz açıq, qələminiz iti olsun. Azərbaycan mətbuatına xidmətiniz davamlı, uğurlarınız bol olsun.
Bu əlamətdar təltif münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.]]>
admin Tue, 23 Dec 2025 20:11:26 +0000
Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub https://turan.info.az/elm/humanitar/6572-ba-redaktorumuz-mfiq-boral-daha-bir-medalla-tltif-olunub.html https://turan.info.az/elm/humanitar/6572-ba-redaktorumuz-mfiq-boral-daha-bir-medalla-tltif-olunub.html Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunubAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunub.]]> admin Sat, 20 Dec 2025 21:55:41 +0000 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu işıqüzü görüb https://turan.info.az/yeni-neshrler/6570-bxtiyar-vahabzad-haqqnda-elmi-aradrmalar-toplusu-iqz-grb.html https://turan.info.az/yeni-neshrler/6570-bxtiyar-vahabzad-haqqnda-elmi-aradrmalar-toplusu-iqz-grb.html Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu işıqüzü görübXX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub.

“Bəxtiyar Vahabzadə zirvəsi” adlanan kitabı çapa Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı hazırlayıb.

Kitaba “Həyatın rəngləri, zamanın təzadları, sözün ağrıları” adlı “Ön söz” yazan Vaqif Sultanlı şairin yaradıcılığı ilə bağlı düşüncələrini belə ifadə edir: “Bəxtiyar Vahabzadə sənətə yaşadığı dönəmin şərtləri ilə uyuşmayan cəsarət örnəyi gətirib. Özəlliklə, xalqın tarixinə, taleyinə münasibətdə şairin sərgilədiyi barışmaz vətəndaşlıq mövqeyi olduqca önəmlidir. Təkcə yazıları ilə deyil, ictimai mövqeyi ilə də cəmiyyətə cəsarət ruhu verdiyi üçündür ki, ən çətin dönəmlərdə siyasi şəxsiyyətlərə deyil, bir sənətkar kimi ona güvənilməsi burdan qaynaqlanır.

Bəxtiyar Vahabzadənin iki fərqli siyasi sistemdə yaşayıb yaratması, həyatının böyük bir dövrünün imperiya illərinə, daha az dönəminin ölkənin bağımsızlığa qovuşduğu çağlara təsadüf etməsi yaradıcılığının məzmununa təsirsiz ötüşməyib. Lakin imperiya illərinin sərt senzura yasaqlarına baxmayaraq o, milli mövqeyini tərk etməmiş, ideologiyanın əsirinə, rejimin quluna çevrilməmiş, sovet cəlladlarının qanlı repressiyalarından qorxmadan ölümün gözünə dik baxan bir çox sələfləri kimi yazıları ilə ən sərt dönəmlərdə belə həqiqəti söyləməyin mümkünlüyü örnəyini göstərib”.

Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış kitaba görkəmli elm adamlarının, ədəbiyyatşünasların məqalələri daxil edilib.]]>
admin Thu, 18 Dec 2025 21:39:10 +0000
BANA DOKTORA DİPLOMU VEREN İNSAN!.. https://turan.info.az/elm/humanitar/6492-bana-doktora-dplomu-veren-nsan.html https://turan.info.az/elm/humanitar/6492-bana-doktora-dplomu-veren-nsan.html BANA DOKTORA DİPLOMU VEREN İNSAN!..
Akıllı, abirlı, hayali, medeni, ince ruhlu, temiz yürekli,
Altın gibi, ter-temiz, dürüst, hümanist insan...

Ay değerli Hocam Medet Çobanov... Bana Doktora diplomu veren insan!.. Sen o iki Gürcü Professoru benim Jurime gondermeseydin, belki ben bu gün buralarda olmazdım... Ter temiz insan, abirl, hayali, dürüst.. Altın gibi insan... Heyif senden... Keşke bir gün seni ziyaret etseydim... Sen Doktorluk işini Müdafie ederken... Ben Müdafie şurasında sekretar idim. Senedlerini ben hazırladım. İmza için çeşitli hocalara götürdüm. Dedin ki, “Tamilla, benim derslerim kalıp... acele Tiflise donmeliyim.” Dedim ki, “döne bilirsiniz... ben her şeyi yaparım.” Cok memnun kaldı. Hakkim sana helal olsun, Prof. Dr.Medet Hocam. Mekanin cennet olsun..

Heyif senden, Medet Hocam.... Çok heyif... Ölen vaxtin de-ğildi... Ne kadar işlerin yarım kaldı... Heyif senden...

Olamaz... Lütfen deyin yalandır... 2 gündür ben onun bana yardım etmesinden yazdım... O bana Tiflis üniversitesinden 2 professor getirdi... Ben de ona Filologiya Elmler Doktoru muda-fiesinde... bir az yardım ettim. Benden o kadar memnun idi ki... Tiflis"den geliyordu... Derslerini bırakıp gelmek zor idi... Bana diyordu: “Tamilla hanım, bu işleri yap...”

O kadar utangaç, medeni, akıllı, temiz yürekli... Çok üzül-düm... gözyaşlarımı tutamadım... Heyif senden Prof. Dr.Medet Cobanov... Çok üzgünüm... Nur içinde yatsın.. Dünyadan bir güzel insan gitti...

Muşfiq hocam... Ben hiç bilmiyordum ki, Tiflis üniversi-tesinde Amerikanist Professorlar var. Rahmetlik kendisi söyledi. Dedi ki, gideyim, arastirayim... Sen mutlak doktorami yapmalısan. Ne kadar ince ruhlu, medeni, akıllı, hümanist insan. Ben onun yaxsiligin umuda bilirmiyim? Mümkün değil... Bakıya ge-lim... Beni onun mezarına götürün...


Dr.professor
TAMELLA ALİYEVA,
Türkiyədə Muş Alparslan Universitetinin
Türk dili və ədəbiyyatı
kafedrasının müdiri,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.]]>
admin Wed, 17 Dec 2025 22:23:10 +0000
QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ: "ÖLÜM SON DEYİL" https://turan.info.az/elm/humanitar/6554-qymtl-db-bd-abd-lm-son-deyl.html https://turan.info.az/elm/humanitar/6554-qymtl-db-bd-abd-lm-son-deyl.html QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ: "ÖLÜM SON DEYİL"

Tanınmış alim, görkəmli türkoloq, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "Ölüm son deyil" poeması, yazıçı-şair İsaxan İlyazoğlunun yaratdığı bədii abidədir.
Yüksək insani keyfiyyətlərə malik olan Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətini, ictimai-siyasi həyatdakı rolunu, Azərbaycan dilinə və elminə verdiyi töhfələri müəllif bədii dilin imkanlarından istifadə edərək ideal insan obrazı yaradıb.
Əsərin başlanğıcında səlis və axıcı dillə Uca Yaradana, "Ey Uca Yaradan, ey Pirlər Piri", - deyə müraciət etməsi, yazılacaq yazının nə qədər məsuliyyətli olduğuna işarədir.
Poemada cəmiyyət və fərdlər arasında yüksək nüfuza malik bir müəllim obrazı ilə paralel bir alim, bir ustad, bir ilahi varlığın bədii portreti yaradılıb.
Poemada:
"Alimlər içində Mədəd adında
Peyğəmbər misallı alim yaratdın!"
- deyimi ilə müəllimini Peyğəmbərlərin məqam dərəcəsinə qaldırır. Bu da, İslam dininin fəlsəfi baxışlarına tam uyğundur.
Əsərdə bir alim ömrünün mənalı yaşam hekayəsi məharətlə qələmə alınıb.
Əsərin baş qəhrəmanı şairin sevimli müəllimi olsa da, sujetin alt qatında bir neçə müqəddəs üçlüyün vəhdətini görürük. Birinci üçlükdə müəllimin ömrü, zirvəsi qarlı uca dağa, nurlu çırağa, əriyən muma bəzədilir. Tələbələrini öz ziyası və nuru ətrafında cəm etməyi bacaran ustad müəllimini Xoca simasında görür və el ağsaqqalı olduğunu təsdiqləyir. Onu müasir dövrün Dədə Qorqudu adlandırır.

"Bir insan tanıdım ömrü mənalı
Fikri, düşüncəsi, zəkası dərin.
O Qorqud misallı el ağsaqqalı
Başında olardı, xeyrin-şərin".

İkinci müqəddəs üçlükdə isə Peyğəmbər, Dədə Qorqud və Xoca simasını özündə cəmləyən ideal insan obrazı görürük.
Gənc nəsillərə el-oba sevgisi, Vətən məhəbbəti daşıyan Türkoloq alimin daha bir özəlliyi şairin diqqət mərkəzindədir. Belə ki, şair, bu günün aktual məsələsi olan Turançıllq ideyasını hələ keçən əsrin 80-ci illərində sevimi müəlliminin necə də sevə-sevə təbliğ etdiyini diqqətə çatdırır.
"Bizə həyat dərsi keçdi o insan,
İlk sözü Vətəndi, son sözü Turan!" - deməsi müəlliminin dərin ideya və məfkurə sahibi olduğunu təsdiqləyir.
Üçüncü müqəddəs üçlükdə, olum, ölüm və əbədi həyat görürük. Hər şeyin Uca və Yaradanın əmri ilə müəyyən zaman və məkan arasında baş verdiyinə şahid oluruq.
Üç iyun 2023-cü il... Vida günü...
Haqqın əmri ilə akademik Mədəd Çobanov Əbədiyyətə qovuşduğu günü müəllif çox kədərli və duyğusal hislərlə qələmə alıb. Vida gününün ağırlığı altında tabutun ağırlığını hiss edən şair: "Görəsən, nə varmış tabutdan ağır?!" – deyə özü-özünə sual edir.
Bu sətir müəllimlə tələbə arasında ruhu bağlılığın olduğunu təsdiqləyir.
Həyatda Haq, Səbəb və Yaradılan olan yerdə təsadüf deyə bir şey yoxdu...
Dədə Qorqud misallı alimin də Bakının Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılması haqqın əmri deyilmi?..
Əsərin sonunda, o ağır günün ikinci ildönümü, Müəllim məzarının ziyarət olunması səhnəsi böyük ustalıqla təsvir olunur.
Əvvəlcə qəbiristanlığa, başdaşına və məzara ehtiramla Salam verən şair, sonra ruh halına keçərək yazır:
“Bura lal məkandı, qulağı sağır,
Səcdəyə göylərdən mələklər endi.
Burda hər nəsnənin zəhmi çox ağır,
Kədərdən ürəklər bölünür indi.
Məzar gül-çiçəkdi, göydən nur yağır,
Kimin kim olduğu bılinir indi!..”

Burada məkanın lal və kar olduğunu, nur yağışı yağdığını, hətta mələklərin də səcdə üçün göylərdən yerə endiyini şairin görməsi və oxuculara göstərməsi heyrətamizdir.
Əsərdəki sonuncu müqəddəs üçlük olan Yaradan, Zaman və Məkan anlayışları ümumbəşəri fəlsəfi mahiyyət daşıyır.
Şair ölümün son olmadığını, həyatın əbədi olduğunu sözlə təsdiqləyir. Mənalı ömrün Nura çevrilərək Əbədiyaşar olduğuna inanır və oxucusunu inandırır.
Bir sözlə, bu əsər tələbənin sevimli müəlliminə sözlə yaratdığı qiymətli ədəbi-bədii abidədir.


ZAKİR İSMAYILOV
TDPU-nun məzunu,
filoloq,]]>
admin Wed, 17 Dec 2025 22:12:18 +0000
Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) https://turan.info.az/edebiyyat/poeziya/6359-sn-br-gn-oldun-xatrlrd-akademik-mdd-obanovun-ziz-xatirsin.html https://turan.info.az/edebiyyat/poeziya/6359-sn-br-gn-oldun-xatrlrd-akademik-mdd-obanovun-ziz-xatirsin.html Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..."  (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) Qarışıq dövrdə, çətin zamanda,
Bir oğul doğuldu Darvaz elində.
Bu millət qalanda ahda-amanda,
Bir ana sevindi dua dilində.

Xalq mədəd diləyir o vaxt Allahdan,
Şeytandan, iblisdən xilas arayır.
Köməyə yetişsin Ulu Yaradan,
Hamıya köməyə bir O yarayır.

Uşağın adını Mədəd qoydular,
Dedilər: “Arzumuz qoy Mədəd olsun!”
Arzuyla şeytanın bağrın oydular,
Bəlkə diləyimiz yerini alsın.

Dil açıb böyüdü, məktəbə getdi,
Sarıldı bu uşaq kitab-dəftərə.
Zəhmətlə oxuyub kamala yetdi,
Məqsədi elm oldu onun bir kərə.

Ali məktəblərə o ayaq açdı,
Baxmadı çətinə, almadı vecə.
Yüngül həvəslərdən uzağa qaçdı,
Çalışıb oxudu o gündüz-gecə.

Türkün dili çox daş olub,
Şaqqıldaşır yad başında.
Hər fürsətdə yağı olub,
Boğmaq istər göz yaşında.

Görünməmiş dərdlər gördü,
Bu millət çox aldı yara.
Sevinci yox, kədər gördü,
Otuz yeddi çəkdi dara.

Yenə səbrin yolu geniş,
Səbr eylədi, dözdü millət.
Qarşıdaydı yoxuş, eniş,
Yeriyirdi canda zillət.

Dili qorumağa vardı ehtiyac,
Mədəd də bu yolu seçib oxudu.
Bir gün çörək tapdı, bir gün oldu ac,
O çətin zamanı keçib oxudu.

Qarşıda məqsədi alim olmaqdı,
Dilə sahib çıxıb oxuyacaqdı.
Yağıdan, yadlardan öcün almaqdı,
Hər tələni yıxıb qoruyacaqdı.

Allahı üzünə güldü bu gəncin,
Açıldı önündə onun qapılar.
Qalxıb pillə-pillə durdu ucada,
Əlbət qaranlığa işıq tapılar.

Orta məktəbini bitirib getdi,
Ali məktəblərə üz tutdu o da.
Yaradan yolunu işıqlı etdi,
Çatdı böyük ünə, şöhrətli ada.

Bir zaman oxuyub, elm öyrəndiyi,
Ali məktəblərdə müəllim oldu.
Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.

Gülümsər üzüylə, şirin diliylə,
Hər sözə-söhbətə sığal çəkərdi.
Beləcə dayanıb elm ocağında,
Millətin qəlbində türklük əkərdi.

Tanındı hər yerdə Mədəd müəllim,
Şöhrəti, ad-sanı gəzdi cahanı.
Elmin yollarında ucaldıqca o,
Həm ruhu dincəldi, həm də ki canı.

Bakı cazibəsi çəkdi özünə,
Onun biliyinə qiymət verdilər.
Borçalı oğlunun Azərbaycanda
Nurlu simasında vüqar gördülər.

Neçə tələbəyə cığır açdı o,
Yolunda yeriyib alim oldular.
Onun ziyasından, onun nurundan
Sönməyən əbədi məşəl aldılar.

Onun səs-sorağı okean aşdı,
Çağladı çay kimi, dünyanı tutdu.
Yüksək kürsülərdən gəldi sədası,
Şirin türk diliylə zirvəyə çatdı.

Amerka, Nyu-York Akademyası
Onu sırasında görmək istədi.
Belə ad hər kəsə qismət olmayır,
Tanrının nəzəri başı üstədi.

Həqiqi üzv oldu Mədəd müəllim,
O böyük mərkəzdə, o böyük yerdə.
Elmi ad, təltiflər gəldi dalbadal,
Akademik kimi yüksəldi bir də.

Allahın ən xoşbəxt bəndəsi oldu,
Beş övlad bəxş etdi vətənə alim.
Özü alim idi, övladları da
Ali savad alıb, oldular alim.

“Meyvə budağından kənara düşməz”,
Bu hikmətli sözü dədələr deyib.
Yaxşını çəkiblər hər zaman başa,
Onlarla güvənib, onları öyüb.

Atanın yolunu tutub övladı,
Onlar da mətinlə bu yolu gedir.
Xalq unudan deyil alim oğlunu,
Adını hörmətlə daim yad edir.

İşıqlı yolları qoyub bizlərə,
Mədəd Çobanov da Haqqa yeridi.
Ona rəhmət deyək gündə yüz kərə,
Qazandığı gözəl cənnət yeridi.

Nurlu əməllərin parlayacaqdır,
Cəsədin yatsa da bu qara yerdə.
Millətin yolunda alışıb yandın,
Sən bir günəş oldun xatirələrdə.

Əflatun Hüseynoğlu
Şair-publisist, din xadimi.
Borçalı Keşəli kəndi.
26–28.02.2024.]]>
Nicat Əmirov Wed, 17 Dec 2025 22:11:59 +0000
BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib https://turan.info.az/tehsil/bdu/6561-bdu-da-xalq-airi-bxtiyar-vahabzadnin-anadan-olmasnn-100-illiyin-hsr-olunmu-respublika-elmi-konfrans-keirilib.html https://turan.info.az/tehsil/bdu/6561-bdu-da-xalq-airi-bxtiyar-vahabzadnin-anadan-olmasnn-100-illiyin-hsr-olunmu-respublika-elmi-konfrans-keirilib.html BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilibBakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sənət və sənətkar” mövzusunda Respublika elmi konfransı keçirilir.

Konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadə yalnız böyük şair və ictimai xadim kimi deyil, həm də uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib: “O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinə qəbul olub və ali təhsilini burada başa vurub. Təhsil illərində də poeziya ilə məşğul olub. Sonralar öz elmi-pedaqoji fəaliyyətini Universitetlə bağlayıb, BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent, professor kimi çalışıb. Uzun illər ərzində Azərbaycan poeziyası, Ədəbiyyat tarixi, Poetika, Müasir ədəbiyyat fənlərini tədris edib. Bəxtiyar Vahabzadə elmi-pedaqoji fəaliyyətində tələbələrə sadəcə nəzəri bilik verməklə kifayətlənməyib, həm də onlara milli düşüncə, ana dili və ədəbiyyata sevgi aşılayıb. Çox sayda filoloq, müəllim, şair və tədqiqatçı məhz onun elmi-ədəbi mühitdə yaratdığı məktəbin davamçıları olub. İnanıram ki, konfransda milli ədəbiyyatımızın zənginliyi, ana dilimizin saflığının qorunması istiqamətində, ümumiyyətlə milli kimliyimiz, milli ideologiyamızın, azərbaycançılıq ideyasının müxtəlif aspektlərinə işıq tutan maraqlı məruzələr ediləcək”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, şair Qəşəm Nəcəfzadə çıxışlarında Bəxtiyar Vahabzadənin XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yeri olduğunu vurğulayıblar. Bildirilib ki, onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Verdiyev “Bəxtiyar Vahabzadə yaradıcılığının metaforik qatları: mətn, oxucu, araşdırıcı müstəvisində”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadə: zaman, şəxsiyyət və milli yaddaş” mövzularında məruzələr ediblər.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.]]>
admin Tue, 09 Dec 2025 22:46:37 +0000
MÜŞFİQ BORÇALI: "BORÇALIŞÜNASLIQ BAĞLAMINDA Prof. ŞURƏDDİN MƏMMƏDLİNİN TƏDQİQLƏRİ" https://turan.info.az/elm/humanitar/6559-mfq-borali-boralinasliq-balaminda-prof-urddn-mmmdlnn-tdqqlr.html https://turan.info.az/elm/humanitar/6559-mfq-borali-boralinasliq-balaminda-prof-urddn-mmmdlnn-tdqqlr.html MÜŞFİQ BORÇALI: "BORÇALIŞÜNASLIQ BAĞLAMINDA  Prof. ŞURƏDDİN MƏMMƏDLİNİN TƏDQİQLƏRİ"
Azərbaycan ədəbiyyatı, Azərbaycan bədii məfkurəsi tarixən olduğu kimi, bu gün də yalnız milli coğrafiya ilə məhdudlaşmır, onun sərhədlərini aşaraq daha geniş bir ərazini əhatə edir. Qədim əzəlliyə malik Azərbaycan ədəbiyyatının bu xüsusiyyəti 20-ci yüzildə də davam etmiş, anadilli ədəbiyyatımız Gürcüstanda da inkişaf etmişdir. Qonşu ölkədəki Azərbaycan dilli bədii düşüncə milli ədəbiyyatımızın kamil bir qolu olaraq onu mövzu, problematika, obraz, dil, üslub və s. baxışlarından zənginləşdirir. Hətta bir müddət Tiflisdəki Azərbaycan ədəbi mühit bütövlükdə Azərbaycan mədəniyyətinin fövqündə dayandığı bəllidir. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi klassiklərin Tiflis ədəbi ortamında yazıb-yaratmaları, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq kimi klassiklərin məhz bu ədəbi mühitdə yetişməsi, “Tiflis əxbarı”, “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Dan yıldızı” vs kimi mətbuatların burada nəşr edilməsi, bu mühitin Azərbaycan ədəbi prosesiylə bütünləyici əlaqəsini tənzimləmişdir. Dədə Qorqudla köklənən ozan aşıq sənətimiz saz-söz yurdu, igid ərənlər məkanı, salğarlı Borçalı mahalında şair Nəbi, Alxas ağa, Emin Hacallı, Həsən Məcruh, Mühəqqər, şair Ağacan, Xındı Məmməd, Təhlə Novruz, Musa Qaraçöplü, Aşıq Teymur, Sadıq Sultan, Quşçu İbrahim və başqalarının nəfəsiylə isinmiş, ozanlığın qoşa qanadları Dədə Əmrahın və Hüseyn Saraçlının səsiylə rövnəqlənmiş, Xan Kamandarın sazıyla zirvələr fəth etmişdir.
Bu sürəc 20-ci yüzilin 50-ci illəri sonrası dönəmdə də uğurla gəlişmişdir. Poeziya günəşimiz xalq şairi Zəlimxan Yaqub başda olmaqla Məmməd Hüseyn Bəxtiyarlı, Dünyamalı Kərəm, Əli Səngərli, Abbas Abdulla, İsa İsmayılzadə, Vilayət Rüstəmzadə, Eyvaz Borçalı, Tahir Hüseynov, Hamlet İsaxanlı, Hidayət Bayramov, Eldar Eloğlu, Mədəd Coşqun, Alxan Binnətoğlu, Nəriman Əbdülrəhmanlı, Eyvaz Əlləzoğlu, Nizami Saraclı, Səadət Buta, Osman Əhmədoğlu, Rafiq Hümmət, Allahverdi Təhləli və bir çox başqaları məhz bu ədəbi bağçanın bəhrələridir, bu ədəbi ocağın kamillik göstərgələridir.
Gürcüstanda yaşayıb-yaradan şair və yazarların yaradıcılığı bir zamanlar yalnızca “Sovet Gürcüstanı” / “Gürcüstan” adlı respublika qəzetində və rayon qəzetlərində, “Çeşmə” (Tbilisi, 1980), “Dan ulduzu” (Tbilisi, 1987, 1989, 1990), “Ağır elli Borçalı” (Bakı, 1990, Ərzurum, 1997), “Aşıqlar” (Bakı, 1991), “Dağlar dərdə düşsə” (Marneuli, 1992), “Addımlar” (Bakı, 1995, 1996, 1997) və s. ədəbi toplu və məcmuələrdə, “Qarapapaqlar”, “Meydan” jurnallarında, “Çənlibel”, “Təhsil”, “Maarif”, “Region-Press”, “Ədəbi Gürcüstan”, “Varlıq”, “Yeni yol” və s. qəzetlərində işıq üzü görürdüsə, sonralar Bakıda və Tbilisidə nəşr edilən “Aşıq Pəri Məclisi” (Bakı, 2004), “Ədəbi Gürcüstan” (Tbilisi, 2007, 2012), “Azərbaycan ədəbiyyatı antologiyası: Borçalı” (Bakı, 2008), “Sazlı-sözlü Başkeçid” (Bakı, 2015-2025), “Sazlı-sözlü Borçalı” (Bakı, 2015-2025), “Bolnisi: dünən və bu gün” (Bakı, 2020-2025), “Vətən” (Bakı, 2020-2025), “Canım Azərbaycanım” (Bakı, 2020-2025), “Zirvə” (Bakı, 2015-2025), “Zəfər” (Bakı, 2020-2025), “Ziya”, “Şərqin səsi”, “Şah dağı”, “Ləlvər dağı” (Bakı, 2020-2025) və s. kitab toplularında yer almışdır. Bu xüsuslar Gürcüstandakı Azərbaycan ədəbi prosesinin bir mühit faktı olaraq araşdırılmasını və öyrənilməsini güncəlləşdirən önəmli amillərdir.]]>
admin Fri, 28 Nov 2025 07:00:02 +0000
MÜŞFİQ BORÇALI: "CƏSARƏTSİZLİK" (Hekayə) https://turan.info.az/edebiyyat/nesr/6547-mfq-borali-csartszlk-hekay.html https://turan.info.az/edebiyyat/nesr/6547-mfq-borali-csartszlk-hekay.html MÜŞFİQ BORÇALI:   "CƏSARƏTSİZLİK" (Hekayə) Bu sərlövhəni düz bir həftə gecə-gündüz düşündükdən sonra seçməli oldum…
Keçən həftənin bu günkü günü, yəni bazar ertəsi idi. Son günlərdə redaksiyaya daxil olmuş hekayələrdən çapa layiq olan-ları dərc üçün hazırlayırdım. Birdən qapı döyüldü.
- Buyurun, - söylədim.
İçəri uca boylu, enli kürək, iyirmi səkkiz-otuz yaşında bir kişi daxil oldu.
-Gün aydın!
-Gün aydın!
-Ədəbiyyat şöbəsinin müdiri?..
-Bəli, buyurun, əyləşin. Eşidirəm sizi. Aydın Dəmirli - deyə özümü təqdim etdim. O, əlimi sıxıb mənimlə üzbəüz oturdu.
-Ərxan Boruslu. Şəhər xəstəxanasında uşaq həkimi işləyirəm - söylədi.
- Çox gözəl.
- Gözəl… - Deyəsən «Gözəl bəxtin olsun», - demək istədi, la-kin tez düzəliş Verdi: - Gözəllik sizə yar olsun, Aydın bəy!
Mən başımla minnətdarlığımı bildirdim.
- Bir-iki hekayə qələmə almışam. Dedim bəlkə… hər halda fikrinizi bilmək, məsləhətinizi eşitmək istərdim.
-Borcumuzdur. Vəzifəmiz də elə bunu tələb edir.
Ərxan bəy «diplomat» çantasından üç hekayə çıxarıb masanın üstünə qoydu. Mən hekayələri götürüb həmişəki qayda üzrə, əvvəlcə sərlövhələrə nəzər yetirdim: «Sevilin Rasifə kələyi», «Şahmərdan və Validə Əbüdəal» və «Cəsarətsizlik». Üçüncü sər-lövhə diqqətimi cəlb etdi. Eynəyimi taxıb hekayəni oxumağa başladım:
«Yaxşı yadımdadır. Mən orta məktəbi bitirmişdim. O ili sə-nədlərimi instituta verib, imtahanlardan yaxşı qiymətlər alsam da müsabiqədən keçə bilməmişdim. Odur ki, kəndimizdəki sov-xozda fəhlə işləyirdim. Bir gün yolum şəhərə düşmüşdü. Sinif yoldaşım Məhsətinin…»
«Məhsəti!» Doğrusu, bilirəm hamı - xüsusilə ədəbiyyatçılar və eləcə də ədəbiyyatla maraqlananlar, bu adı eşitcək xalqımızın öl-məz sənətkarı Məhsəti Gəncəvini xatırlayırlar. Amma mən… Məhsəti xanım, bağışla məni, baş əyirəm ehtiramla sənin ruhun qarşısında. Əminəm ki, sən məni «duyursan». Axı, belə anları özün də yaşayıbsan. Yanıbsan…
Gözlərimi yumdum. Zəhra kimi mərhəmətli, ürəyi-yumşaq, Rabiə kimi xeyirxah və Bilqeys kimi ağıllı bir qız - o uzun saçlı, gözəl Məhsəti «gəlib durdu» gözlərim önündə…
Qeyri ixtiyari:
-Ərxan bəy, bağışlayın, yersiz də olsa, hansı eldən, hansı obadansınız?
-Qarayazının Qaratəpə obasından.
Az qaldım özümü itirəm. Hətta «Məhsətinin yerlisisən. Necə-dir Məhsəti?» - deyə sual vermək fikrinə də düşdüm. Amma həmsöhbətimə biruzə vermədən özümü ələ aldım. Gözlərimi vərəqə dikib, oxumağımı davam etdirdim:
«Sinif yoldaşım Məhsətinin universitetə daxil olması xəbərini bir az əvvəl eşitmişdim. «Gəlmişəm, gedim görüşüm, sevinəcək, həmişə bir-birimizə bacı qardaş demişik. Həm də universitet hə-yatı ilə tanış olum…» - deyə fikrimdən keçirdim.
Məhsəti məni görcək sevincini gizlədə bilmədi:
-Təsadüfə bir bax! Elə bu gün mənim ad günümdür.
On səkkiz yaşım tamam olur.
Mən onu təbrik etmək istədikdə, - Yoox, - dedi Məhsəti. - Axşam balaca bir «gecə» keçiririk. Səni də dəvət edirəm. Xahiş edirəm ki, gələsən və məni elə tələbə yoldaşlarımın yanında təb-rik edəsən. Mən də fərəhlənərəm, deyərəm, sinif yoldaşım məni unutmayıb, ad günümdə yada salıb, təbrik etməyə gəlib.
…Bir-birinə bənzəməyən maraqlı, mənalı, sevinc və fərəh dolu tələbələlik illəri! Hər bir günü, hər bir saatı şirin bir nağıl, şən bir nəğmə olan beynəlmiləl yataqxana həyatı! Necə də gözəl-dir!.. Hamı rəqs edirdi. 87 nömrəli…»
Bizim sabiq yataqxanadır; Məhsətinin ad günü… - Bu sözləri ürəyimdə söylədim. Hətta əlimlə ağzımı da tutdum ki, birdən özümdən asılı olmayaraq, dilim də ürəyimdən keçəni söyləyər.
«87 nömrəli otaq böyük və işıqlı rəqs məclisinə bənzəyirdi. Burda mərmər döşəmələr, ipək pərdələr, büllur çilçıraqlar olmasa da çılğın ehtirasla rəqs edən gənclərin dövrə vurub fırlanması üçün rəqs salonlarına məx-sus genişlik var idi. Hər tərəf qızılı rəngə qərq olmuşdu.
Doğrusu, mənrəqs etməyisevməsəm də, bu havadan xoşum gəlirdi. Hətta onu bəzən dodaqaltı zümzümə edib yamsılayırdım da. Birdən gözüm pəncərənin yanında dayanmış uca boylu bir qıza sataşdı. Qızın ala gözləri oyur-oyur oynayırdı. Sehrlədi bu baxışlar məni. Harada olduğumu da belə unutdum. Və… gözlə-nilmədən qızın ipək kimi yumşaq olan baxışını üzümün soyuq əzələsi üstə hiss etdim. Baxışlar toqqaşdı…
Hər tərəfdən qəh-qəhələr, məlahətli səslər eşidilsə də mən təkcə ona, hamıdan incə və qəşəng görünən qıza baxırdım.
- Qəşəng qız, sizi rəqsə dəvət etmək olarmı?
Qız dönüb mənə baxdı. İlk dəfə görürmüş kimi başdan ayağa süzdü, sonra saçlarını tilsimli bir şəkildə yellənərək sol əlini mənə uzadıb başını aşağı əydi. Mən onun ağ yumşaq əlindən tutdum, ovsunlanmış bir halda gözümü qırpmadan rəqs «meydançası»na daxil oldum. Qız xüsusi əda ilə əllərini çiyinlərimə qoydu. Mən də öz növbəmdə qollarımı onun nazik belinə «doladım». Qız nazik paltarda mənə çılpaq kimi göründü. «İlahi, bu naziklikdə də qız olar? Elə bil indicə üzüləcək…» Ehtiyat edib qollarımı «açdım», əvəzində çiyinlərindən «yapışdım». Rəqsə başladıq… Çılpaq qız çiyinləri…. Ovuclarımın içi yanırdı. Sanki nağıllar aləmindəydim. Haoldan-hala düşürdüm. Həyəcandan qırıq nəfəs alırdım. Nəfəsimqızın üzünə toxunacağından qorxaraq üzümü azacıq yana çevirərək saçlarının ətrini dodaqlarımın üstündə dadırdım. Gözlərinə belə Baxa bilmirdim. Qorxurdum ki, gözlə-rindən çıxan Alov birdən özlərimi qarsayar və bununla da ona baxmaqdan həmişəlik məhrum olaram. Qız isə deyəsən analmışdı məni. Mənim indicə ona eşqə, sevgiyə dair nəsə deyəcəyimi qabaqcadan duyaraq rəqsin qurtarmasını gözləyirdi. Lakin rəqs nədənsə uzanır-uzanırdı… Mə nonu rəqsə dəvət etdiyimə görə özümdən çox razı idim. Və rəqs məclisinin uzanmasını arzulayırdım. Amma…
«- Sizinlə rəqs edərkən bilirsən nə qədər sevinirəm!
Elə bu oldu sözümüz-söhbətimiz. Elə bu qaldı mənim xati-rimdə. Qız, qəşəng qız. Elə bir qız ki, qaşları kaman, gözləri şəh-la, yanaqları lalə, dodaqları qönçə, saçı nuripək, burnu hind fın-dığı, sinəsi Səmərqənd kağızı, yerişi tovuz yerişi; baxanın ağlını aparır. Bir sözlə, elə bil ki, allah-taala dünyada olan gözəlliyin hamısını bu qızın başına tökmüşdü… Mən o qıza çox sözlər de-mək istəyirdim. Amma… Allah, insanı dildən nə qədər aciz ya-ratmısan və nə qədər ki, sən insana hiss-həyəcan vermisən, bu-nun müqabilində dünyanın sözləri dəryanın yanında damla deyil-mi?.. Bəli, mən o qızı itirdim. Adını belə bilmədim. Səbəbi? - Susmaq! Utanmaq! Bir kəlmə söz deməyi bacarmamaq! Cəsarət-sizlikdir bu! Sevən gəncin, aşiqin ən böyük düşməni olan CƏSA-RƏTSİZLİK!..»
Gözlərimi vərəqdən çəkib Ərxan bəyə bir-iki kəlmə deyib, söhbət etmək istədim. Ancaonun, mənim ürəyimi gözlərimdən oxuyacağından ehtiyat edib gözlərimi vərəqdəq ayırmadım.
- Pis deyil, - dedim: - İlk qələm təcrübəsi olmasına baxmaya-raq yaxşıdır. Məncə, bunlar haqqında da, - mən masanın üstün-dəki digər iki hekayəyə işarə etdim, - müsbət rəylər söyləməli olacağıq… Baxarıq, hər halda redaksiya ilə əlaqə saxlamanızı məsləhət bilirik…
Ərxay bəy «Sağ olun» deyib qalxanda, «Məhsətini görəndə məndən salam söyləyin» gəldi dilimin ucuna. Amma dodaqlarımı açammadım. Ərxan bəyə demək istədim ki, sənin aşiq olduğun gözəl hazırda bizim redaksiyada işləyir, adı Məryəmdir, məhsəti türküdür. Deyəsən o «cəsarətsiz» də «səni» gözləyir. Hekayədəki bu sözlər gəlib durdu gözlərim önündə: «Mən o qızı itirdim. Adını belə bilmədim.» Fikrimdən daşındım. Ərxan bəyə təsəlli vermək istədim:
«Sən bir dəfə görüb və itiribsən. Mən yazıq beş il bir qrupda təhsil almışam, beş il bir yataqxanada, bir binada, hətta bir mər-təbədə - beşinci mərtəbədə yaşamışam. Nə fayda? O, 87-ci otaq-da, mən 90-cı otaqda olurdum. «Aramızda» ikicə otaq vardı… Nə fayda? Könlümü aça bilməmişəm. Beş il ürəyində, son ayrılıq günü isə dili ilə üzümə qarşı yarıciddi-yarızarafat «Cəsarətsiz ya-zıq» deyən Məhsəti dörd il məni gözlədi. Faydası?.. Altı bacının ilkiydi Məhsəti. Beş bacı yolu kəsmişdi Məhsəti. Açmalıydı o yolu… Dördüncü kursun sonuna yaxın «nişanlandı»… Açarı da 1945-ci ilin 6 avqustunda Xirosima şəhərində vayşüyan zamanı it-bata düşmüşdü… Görürsən, Ərxan qardaş, əsil cəsarətsizlik mənim cəsarətsizliyimdi. Ən cəsarətsiz də elə mən özüməm - Aydın Dəmirli!..» Amma yenə də özümü ələ aldım: «Qoy təsəl-lim qalsın sonraya…» Nə isə… Səbəbi? Cəsarətsizlik! Mənim cəsarətsizliyimin səbəbi isə - o, məndən gözəl idi, o, məndən savadlı idi. (Universiteti bitirdikdən sonra məni «Borçalı» qəze-tinə müxbir, onu isə Qarayazı rayon qəzetinə redaktor müavini təyin etdilər. İndii o redaktordur, mən şöbə müdiri.) Nə isə…
* * *
Bu sərlövhəni düz bir həftə gecə-gündüz düşünəndən sonra seçməli oldum. «Hadisə» düz bir həftə əvvəl, yəni keçən bazar ertəsi baş vermişdi. Bu gün Ərxan Boluslu, qəzetimizdə özünün ilk iki hekayəsini oxuyacaq. «Bəs, müdirin «yaxşıdır» söylədiyi «Cəsarətsizlik»?, deyə düşünəcək… Günlər ötüb keçəcək. Və bir gün… Ərxan bəy qəzeti gözədən keçirərkən «Cəsarətsizlik» adlı sərlövhəyə rast gələcək, sevinəcək, hamı kimi o da hekayəni oxumamış imzaya baxacaq. Baxacaq ki, imza onun imzası deyil. İmza yerində yazılıb:
«Cəsarətsiz Yazıq, Tiflis, 5.02.1990»…
Darvaz, 1990.
«Milli Qurtuluş» qəzeti, 3 avqust, 1993.]]>
admin Wed, 22 Oct 2025 23:43:04 +0000
Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili və azadlıq, millilik və tolerantlıq, ədəbi əlaqələr və Gürcüstan konsepti” adlı növbəti elmi məqaləsi çap olunub https://turan.info.az/yeni-neshrler/6539-mfiq-boralnn-byk-istiqlal-airi-bxtiyar-vahabzadnin-yaradclnda-ana-dili-v-azadlq-millilik-v-tolerantlq-dbi-laqlr-v-grcstan-konsepti-adl-nvbti-elmi-mqalsi-ap-olunub.html https://turan.info.az/yeni-neshrler/6539-mfiq-boralnn-byk-istiqlal-airi-bxtiyar-vahabzadnin-yaradclnda-ana-dili-v-azadlq-millilik-v-tolerantlq-dbi-laqlr-v-grcstan-konsepti-adl-nvbti-elmi-mqalsi-ap-olunub.html Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili və azadlıq, millilik və tolerantlıq, ədəbi əlaqələr və Gürcüstan konsepti” adlı növbəti elmi məqaləsi çap olunubTƏBRİK EDİRİK!..

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-86842722 - mborcali@gmail.com) “ELMİ TƏDQİQAT” Beynəlxalq elmi jurnalının (“SCIENTIFIC RESEARCH” International Scientific Journal, ISSN: 3104-4670; e-ISSN: 2789-6919 2025, Volume: 5 Issue: 8) 2025-ci il 5-ci cildinin 8-ci sayının 18-30-cu səhifələrində Azərbaycanın xalq şairi, görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş“Böyük istiqlal şairinin yaradiciliğinda ana dili və azadliq, millilik və tolerantliq, ədəbi əlaqələr və Gürcüstan konsepti” (“Mother Tongue and Freedom, Nationality and Tolerance, Literary Relations and the Concept of Georgia in the Work of the Great Poet of İndependence”) adlı növbəti elmi məqaləsi (DOI: https://doi.org/10.36719/2789-6919/48/18-30) dərc olunub.




Məqalədə Azərbaycanın Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin bədii və elmi yaradıcılığında ana dili və azadlıq, millilik və tolerantliq, ədəbi əlaqələr və Gürcüstan konsepti araşdırılır, xüsusilə də, gürcü və Gürcüstan mövzusu ilk dəfə olaraq tədqiqata cəlb olunur. Göstərilir ki, böyük istiqlal şairinin yaradıcılığı janr, forma, növ, üslub baxımından zəngin olduğu kimi, müxtəlifdir. İstər poeziyasında, istər publisistika, nəsr, ssenari və dramaturgiyasında, istərsə də, elmi əsərlərində və monoqrafiyalarında insanla təbiətin harmoniyasını, tarixilik və müasirlik düşüncəsini əks etdirir. Məhz bu vətəndaşlıq motivlərinin alim-şairin yaradıcılığında Gürcüstan mövzusunu şərt-ləndirən amillərdən olduğunu vurğulan Müşfiq Borçalı yazır ki, Gürcüstanın təbiəti, gözəllikləri ilə yanaşı, həm də şairi burada yaşayan həmvətənlərimizin taleyi maraqlandırır. Milli azadlıq mübarizə-sində ilk şəhid verən xalqlardan biri də gürcü xalqı idi. “İkibaşlı qartal” şeirində Rusiyanın xalqların və millətlərin “qəsdinə durmasını”, “məmləkətləri bir-birinin üstünə salmasını” təsvir edir. B.Vahab-zadə yaradıcılığının başqa bir faktoru isə Gürcüstanda yaşayan azərbaycanlı şairlərin yaradıcılığını izləmək və onu bədii-estetik cəhətdən yüksək dəyərləndirmək olmuşdur. Məlumdur ki, gürcü şair və yazıçıları Azərbaycana bir çox şeirlər, hekayələr yazmışlar. Bu proses Azərbaycan ədəbiyyatında da baş vermişdir; S.Vurğun, S.Rüstəm, R.Rza, M.Dilbazi, O.Sarıvəlli, M.Araz, A.Babayev və başqa onlarla şair Gürcüstanı tərənnüm etmişdir. B.Vahabzadə yaradıcılığında bu proses başqa istiqamətdə getmişdir. Onun yaradıcılığında gürcü ədəbiyyatı ilə ideya cəhətdən səsləşən əsərlər olduğu kimi, burada yaşayıb-yaradan Azərbaycan şairlərinin yaradıcılığına diqqət göstərərək geniş bir məqalə yazmışdır. Eyni zamanda, onun şeirləri gürcü dilinə tərcümə olunmuşdur.]]>
admin Fri, 29 Aug 2025 22:56:39 +0000
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi “Qədim diyar” Beynəlxalq Elmi jurnalında dərc olunub https://turan.info.az/yeni-neshrler/6538-mfiq-boralnn-azrbaycan-dbiyyatnda-grc-obrazlar-adl-mqalsi-qdim-diyar-beynlxalq-elmi-jurnalnda-drc-olunub.html https://turan.info.az/yeni-neshrler/6538-mfiq-boralnn-azrbaycan-dbiyyatnda-grc-obrazlar-adl-mqalsi-qdim-diyar-beynlxalq-elmi-jurnalnda-drc-olunub.html Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  “Qədim diyar” Beynəlxalq Elmi jurnalında dərc olunubTanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-86842722 - mborcali@gmail.com) “QƏDİM DİYAR” Beynəlxalq elmi jurnalının (“ANCIENT LAND” International Scientific Journal) 2025-ci il 7-ci cildinin 8-ci sayının 13-21-ci səhifələrində “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı növbəti elmi məqaləsi dərc olunub.
Məqalədə Azərbaycan ədəbiyyatında gürcü obrazları araşdırılır. Göstərilir ki, Azərbaycan və gürcü xalqlarının tarixi keçmişi onların ədəbi-bədii düşüncəsində də öz əksini tapmışdır. Gürcü ədəbiyyatında Azərbaycan, Azərbaycan ədəbiyyatında isə Gürcüstan mövzusu ən çox işlənən mövzulardan olmuşdur. Hər iki xalqın min illik ədəbiyyatında bu mövzuya epizodik və vaxtaşırı rast gəlmək mümkündür. Müşfiq Borçalı bu təsvirləri iki yerə bölür; birincisi, məkanın, yerin, təbiətin gözəlliyinin təsviri, ikincisi obrazların yaradılması və təsviri. Bu cəhətdən gürcü ədəbiyyatında azər-baycanlı, Azərbaycan ədəbiyyatında isə gürcü obrazların zənginliyi ilə fərqləndiyini qeyd edən müəllif Azərbaycan ədəbiyyatında gürcü obrazlarına nəzər yetirdikdə, zəngin obrazlar qalereyası ilə rastlaşdığını yazır: “Azərbaycan ədəbiyyatında gürcü obrazları bir xüsusiyyəti ilə yadda qalır; bu da bu obrazların hamısını müsbət istiqamətdə işlənilməsidir. Ədəbiyyatımızda erməni obrazlarının da işlənildiyini nəzərə almış olsaq, müqayisə aparmaq yetər ki, bunun əksini görəsən. Ədəbiyyatımzıda işlənən erməni obrazları haqqında eyni şeyi demək çətindir. Bu da onu göstərir ki, Cənubi Qafqazda kök salmış bu iki xalq – azərbaycanlılar və gürcülər tarixən bir-birinə dayaq olmuş, ən çətin günlərdə belə qonşuluq münasibətlərini qoruyub saxlamışlar.”]]>
admin Thu, 28 Aug 2025 23:48:25 +0000
Müşfiq Borçalının “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva və Leyla Eradze” adlı növbəti elmi məqaləsi çap olunub https://turan.info.az/esas/6537-mfiq-boralnn-ada-azrbaycan-grc-dbi-laqlri-dilar-liyeva-v-leyla-eradze-adl-nvbti-elmi-mqalsi-ap-olunub.html https://turan.info.az/esas/6537-mfiq-boralnn-ada-azrbaycan-grc-dbi-laqlri-dilar-liyeva-v-leyla-eradze-adl-nvbti-elmi-mqalsi-ap-olunub.html Müşfiq Borçalının  “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva və Leyla Eradze” adlı növbəti elmi məqaləsi çap olunub Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-86842722 - mborcali@gmail.com) “ELMİ İŞ” Beynəlxalq elmi jurnalının (“SCIENTIFIC WORK” International Scientific Journal) 19-cu cildinin 8-ci sayının 32-47-ci səhifələrində “Çağdaş Azərbaycan-gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva və Leyla Eradze” adlı növbəti elmi məqaləsi dərc olunub.
Məqalədə görkəmli Azərbaycan və gürcü ədəbiyyatşünas alimləri Dilarə Əliyeva və Leyla Eradzenin yaradıcılıqları konteksində Azərbaycan-gürcü ədəbi əlaqələri araşdırılır. Qeyd olunur ki, XX əsrin ortalarından başlayaraq, Azərbaycan və gürcü ədəbiyyatlarında, bədii düşüncədə, xüsusilə də, poeziyada olan ədəbi dostluq, elmi müstəvidə ədəbiyyatşünaslıq kontekstində yeni bir mərhələ təşkil etmişdir. Görünür, bunu doğuran müəyyən səbəblər vardı; hər şeydən əvvəl, Azərbaycanın xalq şairi, akademik Səməd Vurğunun gürcü şair və yazıçıları arasında məşhur olması, tez-tez Gürcüstana səfər etməsi və İttifaq miqyasında şöhrəti, eləcə də, Gürcüstanda yaşayan azərbaycanlı şair və yazıçıların həmin prosesdə yaxından iştirakı bu ədəbi əlaqələri intensivləşdirmişdir.
Ədəbiyyatşünaslıq müstəvisində bu əlaqələr tanınmış Azərbaycan ədəbiyyatşünas-alimi, yazıcısı, tərcüməçisi və ictimai xadimi Dilarə Əliyeva (1929-1991) və tanınmış gürcü ədəbiyyatşünas-alimi, şairi, tərcüməçisi və diplomatı Leyla Eradze (1930-1998) arasında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Araşdırmalarında gürcü ədəbiyyatı mühüm yer tutan ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Dilarə Əliyeva ardıcıl olaraq elmi yaradıcılıqla məşğul olmuş, Azərbaycan və gürcü ədəbi əlaqələrini, xüsusilə də, “Koroğlu” dastanının gürcü variantını, görkəmli Azərbaycan və gürcü şairləri Nizami Gəncəvi və Şota Rustaveli mövzusunu araşdırmaqla yanaşı, Azərbaycan və gürcü ədəbi dostluğunun təbliğatçısı rolunu oynamışdır.
Dilarə Əliyeva həm də həm də təcrübəli tərcüməçi kimi fəaliyyət göstərmiş, o, bir sıra tanınmış gürcü yazıçı və şairlərinin əsərlərindən tərcümələr etmişdir. İlk dəfə 1972-ci ildə gürcü dilindən tərcümə etdiyi hekayələri “Qardaşlar” adı altında çap etdirmiş, sonra özünün “Bir gecənin sevinci” adlı hekayələr kitabını oxucuların ixtiyarına vermişdir. Bundan sonra ədəbiyyat-şünasın yaradıcılığında gürcü ədəbiyyatından tərcümələr yenidən önə çıxmışdır. Arçil Sulakau-rinin “Aşağı-yuxarı” povest və hekayələr, Mixail Cavaxaşvilinin “Torpaq çəkir”, İlya Çavçavadzenin “Dilənçinin həyatı”, eləcə də, “Kür Xəzərə qovuşur” (gürcü ədəbiyyatından seç-mələr) kitablarını nəşr etdirərək Azərbaycan-gürcü ədəbi əlaqələrində önəmli bir mərhələni müəyyənləşdirmişdir. Dilarə Əliyevanın bu xidmətləri nəzərə alınaraq ona “Gürcüstanın Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.
1970-1980-ci illər Azərbaycan ədəbi mühiti Azərbaycan ədəbiyyatının gürcü dilinə qızğın tərcüməçilərindən olan şair və ədəbiyyatşünas alim Leyla Eradzeni yaxşı tanıyırdı. Onun Azərbaycan ədəbiyyatını gürcü dilinə çevirməsində böyük xidmətləri olmuşdur. Leyla Eradze Azərbaycanda keçirilən bir çox mədəni, ədəbi tədbirlərdə yaxından iştirak etmiş, iki qonşu, iki dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişlənməsinə xüsusi səy göstərmişdir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Nəriman Həsənzadə, Cabir Novruz, İsa İsmayılzadə və başqalarının şeirlər kitabını gürcü dilinə çevirmiş və nəşr etdirmişdir.
Leyla Eradze Azərbaycan ədəbiyyatından bir çox yazıçıların nəsr nümunələrini də tərcümə etmişdir. Mirzə İbrahimovun “Pərvanə”, İsmayıl Şıxlının “Dəli Kür”, İlyas Əfəndiyevin “Söyüdlü arx”, Həsən Seyidbəylinin “Telefonçu qız” əsərlərini, eləcə də Cəlil Məmmədquluzadənin, İsa Hüseynovun, Ələviyyə Babayevanın və başqalarının roman və hekayələr kitablarını gürcü oxucularına tədqim etmişdir.
Leyla Eradzenin bu xidmətləri nəzərə alınaraq ona “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.
Azərbaycan-gürcü ədəbi əlaqələrinin akademik şəkildə tədqiqinə və təbliğinə hələ ötən əsrin 2-ci yarısında başlandığını vurğulayan, Leyla Eradzenin tanınmış gürcü türkoloq alimləri Venera Cankidze, Elizbar Çavelidze, Georgi Şaqulaşvili, Mixeil Çinçaladze və başqaları ilə yanaşı tanınmış Azərbaycan alimi, görkəmli türkoloq, 60-dan artıq kitabın, yüzlərlə elmi və publisistik məqalələrin müəllifi, uzun müddət A.S.Puşkin (sonralar S.S.Orbeliani) adına Tbilisi Dovlət Pe-daqoji Universitetində filologiya fakültəsinin Azərbaycan şöbəsində çalışmış filologiya elmləri doktoru, professor Mədəd Çobanovla da daim elmi təmasda olmasını qeyd edən Müşfiq Borçalı professor Mədəd Çobanovun da Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafı naminə xeyli əmək sərf etdiyini diqqətə çatdırır. Bildirir ki, ilk dəfə olaraq Azərbaycan və gürcü dillərinin qarşılıqlı əlaqəsini tədqiqata cəlb edən və bu mövzuda onlarla məqalə çap etdirən, o cümlədən, “A.Bakıxanov və Tiflis mühiti” (“Qələbə bayrağı”, 21.06.1969), “Ə.Haqverdiyev və Gürcüstan” (“Qələbə bayrağı”, 16.05.1970), “Azərbaycan şairləri və Gürcüstan” (“Qələbə bayrağı”, 23.05.-1970), “Koroğlu dastanı gürcü dilində” (“Gürcüstan”, 15.07.1972), “Gürcü alimi Füzulini öy-rənir” (“Gürcüstan”, 19.08.1972) və s. kimi dəyərli məqalələrin müəllifi olan professor Mədəd Çobanov Güney Qafqaz xalqlarının tarixində ilk dəfə olaraq, “Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” hazırlayıb (M.Çinçaladze ilə birlikdə) üç dəfə 1977, 1991 və 2000-ci illərdə nəşr etdir-mişdir (Tbilisi, “Qanatleba”, 1977, 1991. Bakı, “Borçalı”, 2000). Bu lüğətlərin Azərbaycan və gürcü xalqlarının mədəni və mənəviyyat cəhətdən yaxınlaşmasında böyük rolu olmuşdur.
"Azərbaycan və gürcü xalqlarının mədəni və mə'nəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" /"Maarif"/ nəşriyyatı "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir". /N.Əbdülrəhmanov, F.Xubanov, Lüğətçiliyə yeni hədiyyə, "Azərbaycan müəllimi", N:40 /6822/, 24.V.1989/
Həmçinin professor Mədəd Çobanovun tərtib və nəşr etdirdiyi “Sevirəm Gürcüstanı” (Bakı, “Azərnəşr”, 1977) və “Dostluq nəğmələri” (Tbilisi, “Merani”, 1978) adlı almanaxlar Azərbaycan-gürcü ədəbi əlaqələrinin genişlənməsinə atılmış ilk və önəmli addımlardandır. Hər iki kitab Azər-baycan və gürcü oxucuları tərəfindən böyük maraqla qarşılanmışdır.
"Sevirəm Gürcüstanı" /almanax, Azərbaycan şairləri Gürcüstan haqqında, tərtib edəni Mədəd Çobanov, Bakı, “Azərnəşr”, 1977/ kitabı haqqında yazılmış rəylərdə oxuyuruq:
"Azərbaycan xalqı ilə gürcü xalqının dostluğu, qardaşlığı qədimdir. Bu məhəbbətin poetik ifadəsi olan "Sevirəm Gürcüstanı" kitabında Azərbaycan şairlərinin qardaş Gürcüstana, onun füsunkar təbiətinə, şən, mehriban adamlarına həsr etdikləri şeirlərdən nümunələr verilmişdir. Top-lunun tərtibçisi Mədəd Çobanovdur" /"Ədəbiyyat və incəsənət" qəzeti, N:2, 7.I.1978/.
"Qədim Gürcüstan torpağı", "qonaqpərvər gürcü xalqı", "Qafqazın Paris"i Tbilisi", Qafqazın vena damarı Kür. Bunlar ta lap qədimdən tutmuş bu günə qədər Azərbaycan ədəbiyyatının dönə-dönə, həvəslə müraciət etdiyi mövzulardandır. Çox az Azərbaycan yazıçısı və şairi tapmaq olar ki, onun yaradıcılığında Gürcüstanla bağlı motivlər olmasın... Əgər şair Məmməd Arazın dili ilə desək: "poetik münasibət ən ülvi münasibətdir... bir xalqın digər xalqa bundan əziz, bundan müqəddəs töhfəsi ola bilməz". Bizcə, məhz Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı "Sevirəm Gürcüstanı" adlı kitabı gürcü xalqı üçün belə bir layiqli töhfə hesab etmək olar. Kitabı A.S.Puşkin adına TDPİ-nin müəllimi Mədəd Çobanov tərtib etmişdir". /”Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının redaktoru, şair Səfalı Nəzərli, "Sevirəm Gürcüstanı", "Sovet Gürcüstanı" qəzeti, N:63/7748/, 26.V.1977/.
"Azərbaycan və gürcü xalqlarının mehriban qardaşlıq, qonşuluq əlaqələrinin kökləri qədim-dir... Hər iki xalq yadelli düşmənlərə qarşı illərlə mübarizə aparmış, bir-birinə arxa olmuşdur. Tarixin neçə unudulmaz səhifələrində bu birgə mü-barizənin əks-sədası həkk olunub yaşayır... Bu yaxınlarda çapdan buraxılmış "Sevirəm Gürcüstanı" kitabında qardaş xalqlarımızın sarsılmaz dostluğunu tərənnüm edən şe'rlər toplanmışdır. Məcmuəni Mədəd Çobanov tərtib etmiş, şair Məmməd Araz ön söz yazmışdır". /Dilsuz Musayev, "Sevirəm Gürcüstanı", "Qızıl bayraq", N:122/3804/, 11.X.1977; "Ədəbiyyat və incəsənət" qəzeti, N:9, 25.II.1978/.
"Sevirəm Gürcüstanı" kitabı haqqında filologiya elmləri namizədi Həmid Vəliyevin rə'yi və kitabın şəkli Tbilisidə rus dilində, nəşr olunan "Молодежь Грузии" qəzetində /N:63 /8078/, 26.V.1977/, Tbilisidə erməni dilində nəşr olunan "Sovetakan Vrastan" qəzetində /N:66 /11856/, 2.VI.1977/, Y.Boboxidzenin geniş rəyi və kitabın şəkili Bolnisi şəhərində Azərbaycan və gürcü dillərində nəşr olunan "Qələbə bayrağı" - "Qamardjvebis droşa" qəzetində /N:55/4679/, 26.IV.1980/ dərc olunmuşdur. "Sevirəm Gürcüstanı" kitabından Azərbaycan Sovet Ensiklopedi-yasının VI cildində "Gürcüstan SSR" məqaləsində istifadə olunmuşdur. /Bakı, 1982, VI c., səh.135/.
1. Professor Mədəd Çobanovun XII əsrdən bəri klassik Azərbaycan şairlərinin Gürcüstan və gürcü xalqı haqqında qələmə aldıqları səmimi hiss və duyğularını toplayaraq tərtib etdiyi və 1977-ci ildə Bakıda “Azərnəşr” Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuş “Sevirəm Gürcüstanı” adlı kitabı yüksək dəyərləndirən tanınmış gürcü alimi və şairi Leyla Eradze, yenə də Mədəd Çobanovun tərtib etdiyi, müasir Azərbaycan şairlərinin Gürcüstanla bağlı deyilmiş poetik nümu-nələrinin toplandığı “Dostluq nəğmələri” [3] adlanan kitabı gürcü dilinə tərcümə etmiş və 1978-ci ildə Tbilisidə “Merani” Gürcüstan Dövlət Nəşriyyatında çap etdirmişdir. “Dostluq nəğmələri” (Azərbaycan sovet şairləri Gürcüstan haqqında; tərtib edəni: Mədəd Çobanov; gürcü dilinə çevirəni: Leyla Eradze; ön sözün müəllifi: Bəxtiyar Vahabzadə, redaktoru: Qriqol Abaşidze). Tbilisi, “Merani” nəşriyyatı, 1978. 112 səh.
"Dostluq nəğmələri" (Müasir Azərbaycan şairləri Gürcüstan haqqında, gürcü dilində, tərtib edəni Mədəd Çobanov, tərcümə edəni Leyla Eradze, redaktoru Qriqol Abaşidze, Tbilisi, “Merani”, 1978) kitabı haqqında yazılmış rəylərdə oxuyuruq:
“..Mədəd Çobanovun tərtib etdiyi, Leyla Eradzenin isə gürcü dilinə çevirdiyi bu kitabda müasir Azərbaycan şairlərinin Gürcüstan haqqında yazılmış əlliyə yaxın şe'ri toplanmışdır... Həmin şe'rlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır... "Dostluq nəğmələri" kitabını Azərbaycan və Gürcüstan ədəbi əlaqələri sahəsində təq-dirəlayiq hal hesab etmək lazımdır" /V.Cangidze, Ə.İsmayıllı, "Dostluq nəğmələri", "Sovet Gürcüstanı", N:139 /7979/, 21.XI.1978/.
Bəli, "Gürcüstan lap əzəldən bəri şairlərimizin dönə-dönə müraciət etdikləri mövzulardan biri olmuşdur. Hələ XII əsrdə Əfzələddin Xaqani "Baqrationların qapısı mənim üçün açıqdır" demişdir... Şübhəsiz, bu, onların yaradıcılıqlarında öz bariz ifadəsini tapmaya bilməzdi... Azər-baycan şairləri Gürcüstan mövzusundan öz yaradıcılıqlarında dostluq rəmzi, qardaşlıq, mehriban qonşuluq simvolu kimi daha geniş istifadə etmişlər. Bu yaxınlarda Tbilisidəki "Merani" nəşriyyatının gürcü dilində çapdan buraxdığı "Dostluq nəğmələri" məcmuəsində Azərbaycan şairlərinin Gürcüstana həsr etdikləri şe'rlər toplanmışdır. Bu işdə tərtibatçı, tanınmış alim Mədəd Çobanovun və tərcüməçi Leyla Eradzenin zəhmətini qeyd etmək lazımdır". /Şurəddin Məmmədov, Qardaşlıq rəmzi kimi, "Ədəbiyyat və incəsənət" qəzeti, N:1/1876/, 4.I.1980/.

Azərbaycan-gürcü ədəbi əlaqələri və bədii tərcümə sahəsində filologiya elmləri doktoru, professor Dilarə Əliyeva ilə eyni işi görərək, Azərbaycan ədəbiyyatının və Azərbaycan mədəniy-yətinin Gürcüstanda təbliğatçısına çevrilən tanınmış alim, şair-tərcüməçi və diplomat Leyla Eradze da şüurlu ömrünü məhz bu işə həsr etmiş, Azərbaycan-gürcü ədəbi əlaqələrində möhkəm bir körpü rolunu oynamışdır.
Hər ikisi mənsub olduqları xalqların ədəbi əlaqələrinə həsr olunmuş namizədlik dissertasiya-larını Tbilisidə müdafiə etmişlər: D.Əliyeva “Azərbaycan və gücrü xalqlarının dostluğunun XIX əsr ədəbi əlaqələrində əksi” mövzusunda yazdığı dissertasiyasını 1954-cü ildə müdafiə edərək, 25 yaşında Azərbaycanın ilk qadın elmlər namizədlərindən biri olmuşdur. L.Eradze isə “Azərbaycan yazıçıları və Gürcüstan” mövzusunda yazdığı dissertasiyanı 1971-ci ildə Tbilisidə müdafiə etmişdir.
Hər ikisi doktorluq dissertasiyalarını Bakıda müdafiə etmişlər: D.Əliyeva 1984-cü ildə “Nizami və gürcü ədəbiyyatı” mövzusunda, L.Eradze 1990-cı ildə “Gürcü-Azərbaycan ədəbi əla-qələri” mövzusunda.
Müdafiə etdikləri dissertasiyaların adlarından da göründüyü kimi, görkəmli ədəbiyyatşünas alimlər, filologiya elmləri doktorları, professorlar Dilarə Əliyeva və Leyla Eradze XX əsrin ikinci yarsında Azərbaycan-gürcü ədəbi əlaqələrin inkişafında bir körpü rolunu oynamış, hər ikisi eyni işi görərək, mənalı ömrlərini şüurlu şəkildə məhz bu şərəfli işə həsr etmiş, Azərbaycanda gürcü ədəbiyyatının və gürcü mədəniyyətinin, Gürcüstanda isə Azərbaycan ədəbiyyatının və Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilmişlər.
“Bu da bir həqiqətdir ki, Dilarə Əliyevanı yad edərkən, həmişə onun yaxın dostu olmuş Leyla Eradzeni də yada saldığımız kimi, Leyla Erazdzeni də xatırlayanda mütləq şəkildə Dilarə Əliyevanı yada salır və onun əziz və unudulmaz xatirəsini böyük ehtiramla yad edirik. Bunu etməyə bilmərik. Çünki onların həyat yolları və yaradıcılıq fəaliyyətləri o qədər yaxın idi və eynilə səsləşirdi ki, istər-istəməz ayrı-ayrı insan talelərində cazibə qanununun hökmü haqda düşünməli olursan.” – qənaətinə gələn Müşfiq Borçalı onların tək bircə fərqləri olduğunu yazır: “Dilarə xanım istedadlı tribun və yazıçı-publisist, Leyla xanım isə diplomat və lirik şairə idi. Bu da onların ictimai-siyasi fəaliyyəti ilə bağlı idi.”
Müşfiq Borçalı oxuculara təqdim etdiyi məqaləni belə bir nəticə ilə bitirmişdir: “Dilarə Əliyevanın araşdırmalarında gürcü ədəbiyyatı, Leyla Eradzenin yaradıcılığında Azərbaycan ədəbiyyatı və ya qarşılıqlı araşdırmalar hər iki xalqın mədəni, mənəvi irsinin ortaya çıxması ilə yanaşı, ədəbi əlaqələrin çoxcəhətliliyini, qarşılıqlı təsir və zənginləşmə prosesini sürətləndirmiş, qədimdən davam edən bu dostluğu yeni bir mərhələyə daşımışdır. Azərbaycan və gürcü xalqlarının dostluğunun bədii ədəbiyyatda təcəssümü bu iki alimin yaradıcılığında elmi müstəviyə keçmiş, elmi təfəkkürdə öz geniş əksini tapmışdır. Hər iki alim öz araşdırmalarında bu tendensiyanı yaşadaraq yeni bir mərhələyə ötürmüşdür.”
ZiM.Az]]>
admin Thu, 28 Aug 2025 23:09:19 +0000
Müşfiq Borçalının Vyananın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap olunub https://turan.info.az/yeni-neshrler/6594-mfiq-boralnn-vyanann-nfuzlu-jurnalnda-daha-bir-elmi-mqalsi-ap-olunub.html https://turan.info.az/yeni-neshrler/6594-mfiq-boralnn-vyanann-nfuzlu-jurnalnda-daha-bir-elmi-mqalsi-ap-olunub.html Müşfiq Borçalının Vyananın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap olunubTƏBRİK EDİRİK!..

AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü MÜŞFİQ BORÇALInın (Müşviq Mədəd oğlu Çobanovun) Baş ofisi Mərkəzi Avropada – Avstryanın paytaxtı Vyana şəhərində yerləşən və Çex Respublikasının paytaxti Praqa şəhərindəki "PREMIER PUBLISHING" nəşriyyatdında çap olunan nüfuzlu - İnpakt faktorlu – “ERİH+”, "Copernicus" və s. yüksək indeksli “European Science Review” ("Avropa Elmi icmalı” adlı elmi jurnalının 2025-ci ildə nəşr olunan 5-6-cı sayında (ISSN 2310-5577) - "“GÜRCÜ ƏDƏBİYYATININ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ”" ("THE TRANSFER OF GEORGIAN LITERATURE TO THE AZERBAIJAN LANGUAGE TRANSLATION PROBLEMS") adlı daha bir elmi məqaləsi işiqüzü görüb.

Məqalədə gürcü ədəbiyyatından tərcümə problemləri araşdırılır. Qeyd olunur ki, gürcü dilindən tər¬cü¬mədə burada yaşayıb-yaradan qələm sa¬hib¬¬¬ləri mühüm rol oynayır. Gürcü ədə¬biyya-tından ən yaxşı nü¬mu¬nə¬ləri ana dili¬mi¬zə çe¬vir¬mək, qonşu xalqın mə¬nəvi söz sər¬vətini Azərbaycan oxu¬cu¬suna çatdır¬maq işindən başqa, xalq¬larımız ara¬sında əsr¬lərdən bə¬ri möv¬¬cud olan mənəvi dost¬luq kör¬püsünün tağ¬larını daha da möh¬¬kəm¬lən¬dirməyə xidmət edir. Bu proses XX əsrin 50-ci illərindən sonra daha intensiv xarakter alıb. Bədii tərcümə sənəti praktik və nəzəri əsaslara söykənir. Hər şey tərcümə mətninin keyfiyyətindən asılı olur. Gürcü ədəbiyyatından edilən tərcümələrdə nəzəri və parktik xüsusiyyətlər gözlənilir. M.H.Bəx¬¬tiyarlı, T.Hüseynov, D.Əliyeva, Ə.Sa¬raclı, İ.İs¬ma¬yıl¬zadə, V.Rüstəmzadə, A.Ab¬dul¬-la, Z.Yaqub, D.Kərəm, Ə.Bin¬nət¬oğlu, M.Ço¬banov, H.Vəliyev, E.El¬sevər, S.Sü¬leymanlı, V.Ha¬cıyev, İ.Məm¬mədli, N.Əbdülrəhmanlı, O.Kazımov və başqalarının fəa¬liy¬yə¬tində tərcümə yaradıcılığı mühüm yer tutur. Hər hansı bir fikir gürcü dilində dilimizə çevrilərkən erroziyaya uğramır, adekvatını tapır və ifadə imkanları genişlənir. Gürcü dilindən edilən tər¬cümələr maksimum orijinala yaxın olur, semantik uyğunluq üst-üstə düşür.


https://ppublishing.org/media/uploads/journals/journal/ESR_5.6.pdf

https://ppublishing.org/archive/publication/1522-the-transfer-of-georgian-literature-to-the-az
https://ppublishing.org/media/uploads/journals/article/ESR_5.6_p18-21.pdf


Cite: Chobanov Mushfig. (2025). The Transfer of Georgian Literature to the Azerbaijan Language Translation Problems. European Science Review, 2025, No 5–6, pp.18-21. https://doi.org/10.29013/ ESR-25-5.6-18-21


Biz də dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az]]>
admin Tue, 22 Jul 2025 00:08:13 +0000
Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub https://turan.info.az/esas/6528-mfiq-boral-mustafa-kemal-atatrk-qzl-medal-il-tltif-olunub.html https://turan.info.az/esas/6528-mfiq-boral-mustafa-kemal-atatrk-qzl-medal-il-tltif-olunub.html Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunubTƏBRİK EDİRİK!..
Bu günlərdə, AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və Turan.İnfo.Az saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildən Prezident təqaüdçüsü, həmçinin,"Abulla Şaiq", "Nəriman Nərimanov", "Zirvə", "Zəfər", "Qızıl Qələm" və s. mükafatların laureatı olan MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) - anadan olmasının 55 və Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi münasibətilə daha bir fəxri mükafata layiq görülüb.
O, Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi naminə göstərdiyi böyük xidmətlərə görə,
qardaş Türkiyə Cumhuriyyətinin Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi
"MUSTAFA KEMAL ATATÜRK" Qızılı medalı ilə təltif olunub.
Medalı yubilyara Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, AYB üzvü, Prezident təqaüdçüsü İlqar Türkoğlu təqdim edib. O, öz adından, eləcə də, Türkiyənin Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbərliyi adından Müşfiq Borçalını anadan olmasının 55, Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi, həmçinin, qardaş Türkiyənin "MUSTAFA KEMAL ATATÜRK" Qızılı medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, elmi axtarışlarında, ədəbi-bədii yaradıcılığında, həmçinin, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Bu dəyərli təltifə, yüksək səviyyədə təqdimata və xoş arzulara görə çox hörmətli İlqar Türkoğluna, həmçinin Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbərliyinə öz minnətdarığını və dərin təşəkkürünü bildirən yubilyar - Müşfiq Borçalı sonda öz fikrini belə tamamlayıb:
"Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi bu gün böyük əhəmiyyət kəsb edir, bu yolda şərəflə xidmət etmək isə mənim üçün böyük fəxrdir və olduqca qürurvericidir!..”
REDAKSİYADAN:

Biz də fürsətdən istifadə edərək,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
çox hörmətli qələm dostumuz
Müşfiq müəllimi bir daha
anadan olmasının 55,
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi, həmçinin
Qardaş Türkiyə Cümhuriyyətinin
"MUSTAFA KEMAL ATATÜRK"
Qızılı medalı ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,
eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin,
jurnalistlik və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..]]>
admin Mon, 14 Jul 2025 18:02:44 +0000
Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub https://turan.info.az/yeni-neshrler/6529-trk-mdniyyti-v-rsi-fondunda-azrbaycan-grcstan-mnasibtlri-19181922-ci-illr-kitabnn-tqdimat-olub.html https://turan.info.az/yeni-neshrler/6529-trk-mdniyyti-v-rsi-fondunda-azrbaycan-grcstan-mnasibtlri-19181922-ci-illr-kitabnn-tqdimat-olub.html Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı olub

2025-ci il iyulun 10-da Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun aparat rəhbəri Fəxri Valehoğlu-Hacıyevin müəllifi olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı kitabın təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramına həsr olunan tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti. professor Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının Prezidenti, akademik Şahin Mustafayev, TÜRKPA-nın baş katibinin müavini Sakı Sadıqov, Milli Məclisinin üzvləri, Xarici İşlər, Təhsil, Müdafiə nazirliklərinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmiləri, Azərbaycanın bəzi xarici ölkələrdəki səfirləri və baş konsulları, eləcə də Türk ölkələrinin və Gürcüstanın Azərbaycandakı diplomatik təmsilçiliklərinin səfir və müşavirləri, görkəmli alimlər və ziyalılar iştirak ediblər.
Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının dövlət xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, professor Aktotı Raimkulovanın açılış nitqi ilə başlayıb.
Professor Aktotı Raimkulova əvvəlcə qonaqları səmimi salamlayıb, sonra Fondun yaranma tarixi, son illərdə həyata keçirdiyi əsas layihələr, uğurlu beynəlxalq əməkdaşlıq proqramları və yeni təşəbbüslər barədə ətraflı məlumat verib. Qeyd edib ki, qurum 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə liderlərinin dəstəyi ilə yaradılıb və o vaxtdan bəri türk mədəni irsinin qlobal miqyasda təbliği istiqamətində fəal beynəlxalq fəaliyyət göstərir.
Həmçinin, xüsusilə də gənclərlə iş sahəsinə toxunan Fondun prezidenti Aktotı Raimkulova, bildirib ki, artıq Qazaxıstan, Qırğızıstan və Özbəkistan universitetlərində Türk İrsi Mərkəzləri fəaliyyət göstərir, yaxın zamanlarda oxşar mərkəzlərin Azərbaycan, Türkiyə, Türkmənistan və hətta Polşada da açılması planlaşdırılır. Həmçinin söyləmişdir ki, yaxın gələcəkdə Fond tərəfindən rəqəmsal mədəniyyət və irs bazası yaradılacaq.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova daha sonra qeyd edib ki, təqdim olunan nəşr Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Demokratik Respublikası arasında qeyd olunmuş dövrdə diplomatik və siyasi münasibətlərin təhlilinə həsr olunub. Bu kitab yalnız tarixi araşdırma xarakteri daşımır, eyni zamanda xalqlar arasında mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edən dəyərli bir təşəbbüsün göstəricisidir.
“Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmət və strateji əməkdaşlıq əsasında münasibətlər nümayiş etdirir”, – deyən professor Aktoti Raimkulova vurğulayıb ki, iki ölkə arasında diplomatik əlaqələrin araşdırılmasının regionun ortaq mədəni irsinin və tarixi ənənələrinin daha dərindən dərk olunmasına şərait yaratdığını bildirib.
Çıxışının sonunda professor Aktoti Raimkulova tədbirdə iştirak edən Azərbaycan diplomatlarını peşə bayramları münasibətilə təbrik edib.
Tədbirdə kitabın müəllifi Fəxri Hacıyev çıxış edib. O, qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi əsrlər boyu türk xalqları arasında bir körpü rolu oynayıb və bu amil bu gün də öz aktuallığını qoruyur.
“Bizi birləşdirən çox sayda amil var. Gürcü xalqının mədəniyyəti, mənəvi dəyərləri, mətbəxi və daha bir çox sahələr türk xalqlarının ənənələri ilə sıx bağlıdır. Bu baxımdan kitabın məhz Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə çap olunması xüsusi əhəmiyyət daşıyır”, – deyən müəllif onu da vurğulayıb ki, bu gün Gürcüstan bütün türk dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurur və gələcəkdə türk əməkdaşlıq qurumlarında müşahidəçi statusu qazanmağa səmimi istək var.
“Bu kitab klassik mənada elmi tədqiqat işi deyil. Bu, dərin şəkildə yenidən nəzərdən keçirilmiş və faktiki olaraq yenidən yazılmış bir əsərdir”, – deyən F.Hacıyev həmçinin Tbilisidəki diplomatik fəaliyyəti zamanı şəxsi xatirələrini bölüşüb. Bildirib ki, səfirlikdə və baş konsulluqda çalışarkən tez-tez düşünürdü ki, yüz il əvvəl Azərbaycanın adından burada kimlər diplomatik missiya aparıb, onların qarşısında hansı vəzifələr olub, kimlərlə görüşüblər, harada yaşayıblar?
“Əldə olan mənbələrdə kifayət qədər məlumatın olmaması məni narahat edirdi. Hər dəfə düşünürdüm ki, münasib vaxt gələcək, vaxt ayırıb gürcü dilini öyrənəcəyəm və bu mövzunu daha dərindən araşdıracağam, amma hər dəfə təxirə salırdım”, – deyə o əlavə edib.
F.Hacıyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzaladıqdan sonra bütün səfirliklərə göndərildi və konkret tapşırıqlar verildi: fəaliyyət göstərdikləri ölkələrdə Cümhuriyyət irsi ilə bağlı materialları toplamaq, araşdırmaq və toplanmış materialları mərkəzə - Bakıya göndərmək. Elə həmin sərəncamı rəhbər tutaraq, arxiv sənədləri və yeni tədqiqat materialları əsasında həmin bu kitabı hazırladım və oxuculara yeni tarixi baxış təqdim etdim.
Təqdimat mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Respublikası Milli Məclisin deputatı Rizvan Nəbiyev, AMEA Tarix İnstitutunun direktoru, kitabın elmi redaktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov, Azərbaycan Respublikası Müdafiə nazirliyinin rəsmisi Elcan İmamverdiyev, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova, filologiya üzrə elmlər doktoru, professor, Bədirxan Əhmədli, filologiya üzrə elmlər doktoru, professor Asif Hacılı və b. təqdim olunan monoqrafiyanı yüksək dəyərləndirərək onun Azərbaycan və ümumilikdə Türk tarixşünaslığına mühüm töhfə olduğunu vurğulayıblar. Çıxışlarda bu istiqamətdə elmi fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Eyni zamanda, Azərbaycan diplomatiya irsinə göstərdiyi diqqət və dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya təşəkkürlərini ifadə ediblər.
AYB-nin Gənclər Şurasının sədri, Prezident təqaüdçüsü Fərid Hüseynin aparıcılıq etdiyi tədbirdə görkəmli elm və mədəniyyət xadimləri, tanınmış alimlər, dövlət rəsmiləri, diplomatlar, ictimai-siyasi xadimlər, media təmsilçiləri, həmçinin, xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri, diplomatik korpusların nümayəndələri və b. iştirak ediblər.
Təqdimat mərasimində AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və Turan.İnfo.Az saytının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü MÜŞFİQ BORÇALI da iştirak etmiş, müəllifi yeni uğuru münasibətilə ürəkdən təbrik etmiş və ona yeni-yeni nailiyyətlər arzulamışdır.

Müşfiq BORÇALI,
ZiM.Az]]>
admin Mon, 14 Jul 2025 16:45:41 +0000
Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilib https://turan.info.az/fond/6526-bolnisid-ana-dilimiz-varlmzdr-mvzusunda-ii-na-yaz-msabiqsinin-ilk-turu-keirilib.html https://turan.info.az/fond/6526-bolnisid-ana-dilimiz-varlmzdr-mvzusunda-ii-na-yaz-msabiqsinin-ilk-turu-keirilib.html Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilibGürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsində fəaliyyət göstərən azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin Bolnisi rayon turu keçirilib.

ZiM.Az Regionpress.ge-yə əsasən xəbər verir ki, 2025-cü ilin mart ayından ictimaiyyətə elan olunan II İnşa yazı müsabiqəsinin ilk turuna qədim Baçkeçid – indiki Dmanisi bələdiyyəsində fəaliyyət göstərən “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin təşkilatçılığı ilə mart ayında start verilib.

Bu münasibətlə 2025-ci il mayın 23-də Dmanisi Tədris Mərkəzində təntənəli açılış tədbiri keçirilən 2-ci İnşa müsabiqəsinin Bolnisi rayon turu iyunun 1-də İmirhəsən Gənclər və Təhsil mərkəzində baş tutub.

Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Bolnisi Gənclər və Təhsil mərkəzinin rəhbəri Rezo Həsənov açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib. O, ana dilini öyrənməyin bir borc olduğunu, akademik Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıb.
Rezo Həsənov bildirib ki, müsabiqədə Bolnisi bələdiyyəsinin Kəpənəkçi (Kvemo-Bolnisi), Darvaz, Faxralı, Güləver, İmirhəsən və başqa kəndlərindəki ictimai məktəblərdən gəlmiş 56 nəfər şagird iştirak edir. Onlar arasından seçilən 20 nəfəri Marneulidə keçiriləcək yekun tura vəsiqə qazanacaqlar.
Daha sonra Rezo Həsənov müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb, özünə güvənərək müsabiqədə iştirak edən bütün şagirdlərin elə əvvəlcədən mənəvi olaraq qalib olduqlarını, çünki onlar məhz müqəddəs ana dili uğrunda yarışdıqlarını bildirib.

Sonra Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun Bolnisi bölgəsi üzrə nümayəndəliyin rəhbəri, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, “Ümid” qəzetinin Baş redaktoru, görkəmli maarif xadimi, tanınmış şair-jurnalist Əlixan Yəhyaoğlu, “Gürcüstan” qəzetinin xüsusui müxbirləri, tanınmış jurnalistlər Bəhram Mehdi və Şamil Ziyadəliev şagirdlər arasında bu cür inşa müsabiqələrinin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıblar və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıblar.

Daha sonra Darvaz kənd ictimai məktəbinin müəllimi, ali məktəbdə akademik Mədəd Çobanovun tələbəsi olmuş Tahirə Əliyeva sevimli müəllimi ilə bağlı unudulmaz xatirələrini söyləyib, görkəmli türkoloq, tanınmış diliçi-alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş və əsası ötən il qoyulmuş 2 mərhələli İnşa yazı müsabiqənin Bolnisidə keçirilən ilk turunda iştirak edən şagirdlərin ana dilimizlə bağlı “Ana dilimiz – varlığımızdır!..”, “Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri”, “Azərbaycan – Gürcü mədəni əlaqələrinin inkişafında Akademik Mədəd Çobanovun rolu”, “Akademik Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi pedaqoji fəaliyyətinin Tiflis dövrü” və “Akademik Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi” mövzusunda yazdıqları inşalarda ana dilimizin zənginlikləri barədə öz fikirlərini böyük həvəslə və bir-birindən maraqlı tərzdə bölüşdüklərini bildirib.

Daha sonra Kəpənəkçi məktəbinin Azərbaycan dili müəllimi, tanınmış ictimai xadim Çingiz Yaqubov, Faxralı məktəbinin müəllimi, tanınmış şair və ictimai xadim, “Qızıl qələm” mükafatı laureatı Fatma Əliyeva, İmirhəsən Gənclər və Təhsil mərkəzinin müəllimləri - Şəhla İsmayılova, Fəridə Seyidova, Qeta (Aşağı Güləver) İcma mərkəzinin müəllimi Günel Abdullayeva və başqaları çıxış edərək görkəmli dilçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıblar, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.

Tədbirdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də xüsusi önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar, şagirdlərə uğurlar diləyiblər, eyni zamanda, bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Onlar son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqələrdə iştirakının və fəallığının ürəkaçan olduğunu və məhz ana dilimizin inkişafına yönəldiyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarına mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar hədiyyə olunub, xatirə foto-şəkillər çəkilib.

***

2-ci İnşa müsabiqəsinin təşəbbüskarı və təşkilatşısı - “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin sədri Kamran Xıdırov ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbirinə müsabibə zamanı bildirib ki, iki il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş və ötən il Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının baş redaktoru, tanınmış maarif xadimi, mərhum Ələddin Qarabağlının təşəbbüsü və Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə əsası qoyulmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin ana dilimizə olan sevgilərini daha da artırmaq, onları Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.
Elə buna görə də, müsabiqənin davamlı olacağına və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyinə əminliyini bildirən Kamran müəllim böyük sevinc hissi ilə Dmanisidə ilk dəfə keşirilən müsabiqədə bələdiyyənin müxtəlif məktəblərindən gəlmiş 75 nəfər şagirdin iştirak etdiyini bildirib və onu da diqqətə çatdırıb ki, Yırğançay, Qarabulaq, Hamamlı, Səfərli, Yuxarı Oruzman ictimai məktəblərinin, həmçinin Dmanisi 2 nömrəli məktəbin şagirdləri xüsusilə fəallıq göstəriblər. Məhz onların arasından seçilən 25 nəfərin Marneulidə keçiriləcək yekun mərhələyə vəsiqə aldığını vurğulayıb.
***
Biz də Redaksiya Heyətimiz adından Gürcüstanda azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilən və unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunan “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinə uğurlar arzulayırıq!..]]>
admin Mon, 16 Jun 2025 21:17:01 +0000
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub https://turan.info.az/elm/humanitar/6525-mfiq-boralnn-avropann-nfuzlu-jurnalnda-elmi-mqalsi-ap-olunub.html https://turan.info.az/elm/humanitar/6525-mfiq-boralnn-avropann-nfuzlu-jurnalnda-elmi-mqalsi-ap-olunub.html Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunubAzTU-nun “Ziya” qəzetinin, ZiM.Az və Ziya.info.Az saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının Mərkəzi Avropada - Macarıstanın paytaxti Budapeşt şəhərində nəşr olunan nüfuzlu - İnpakt faktorlu - "Copernicus" indeksli "THE SCİENTFİC HERİTAGE" ("ELMİ İRS") elmi jurnalının 162-ci (2025) sayında "Contemporary Azerbaijani-Georgian literary relations: Elizbar Javelidze and Isa Habibbeyli" ("Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Elizbar Cavelidze və İsa Həbibbəyli") adlı daha bir elmi məqaləsi işiqüzü görüb.
Məqalədə Azərbaycan-gürcü ədəbi əlaqələrinin çağdaş dövrü araşdırılır. Azərbaycan və gürcü ədəbi əlaqələri bədii düşüncə ilə yanaşı, elm sahəsində də həmişə paralel olaraq inkişaf etmişdir. Ötən əsrin 80-ci illərində elmi müstəvidə ən yaxşı dövrünü yaşayan Leyla Eradze - Dilarə Əliyeva elmi tandemi müstəqillik dövründə də davam etmişdir. Lakin bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığı ilə mümkün olur. Belə demək mümkün olarsa, ədəbi əlaqələri və mühiti şəxsiyyətlər formalaşdırır və inklişaf etdirir. Bu mənada, yeni mərhələdə Azərbaycan və gürcü ədəbi mühiti akademiklər İsa həbibbəyli və Elizbar Cavelidze kontekstində formalaş¬mışdır. Məhz bu tanışlıq və ədəbi əalqələr kontekstində E.Cavelidzenin bir neçə monoqrafiyası Azərbaycanda nəşr olunub. İsa Həbibbəylinin elmi fəaliyyətinin böyük bir hissəsi yaradıcılığı Tiflis ədəbi mühitində formalaşan və inkişaf edən Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuşdur. Onun elmi araşdırmalarında olduğu kimi, faəliyyətində də qardaş Gürcüstan faktoru əsas rol oynamışdır.
C.Məmmədquluzadənin yaradıcılığı ilə bağlı araşdırmalarında Gürcüstan mövzusu mərkəzi xətt kimi keçir. Bu, təkcə ədibin Tiflisin arxivlərindən əldə edilən tərcümeyi-hal material¬larında, fakt və sənədlərdə deyil, həm də bu mühit kontekstində düşünməsi və hərə¬kət etməsi baxımından əhəmiyyətli idi.
Biz də həmkarımızı təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..

https://www.scientific-heritage.com/wp-content/uploads/2025/06/The-scientific-heritage-No-162-162-2025.pdf?fbclid=IwY2xjawK72ftleHRuA2FlbQIxMABicmlkETFsQ0VESHJaRDU0T1JwY2JpAR5ValS2RWoALq2Tz-IitBic9y8CwqFOBjlCtUTBC8yXIZ8BBMm33H6A_EXf-Q_aem_kAt6A7mKdzSJu-H7DgOKNg]]>
admin Sun, 15 Jun 2025 17:53:26 +0000
İsaxan İlyazoğlu: ÖLÜM SON DEYİL (Poema) https://turan.info.az/edebiyyat/poeziya/6524-saxan-lyazolu-lm-son-deyl-poema.html https://turan.info.az/edebiyyat/poeziya/6524-saxan-lyazolu-lm-son-deyl-poema.html İsaxan İlyazoğlu: ÖLÜM SON DEYİL (Poema) Mən bu yazını əziz və hörmətli müəllimim, görkəmli türkoloq, tanınmış dilçi-alim, Akademik Mədəd Çobanovun ruhuna bağışladım.


ÖLÜM SON DEYİL
(Poema)

Ey uca Yaradan, ey Pirlər Piri,
Bircə Ol sözünə xəlq oldu cahan.
Bizə rəhbər etdin Peyğəmbəri,
Sənin hökmün ilə quruldu mizan.

Hikmətlər cəm oldu sənin zatında,
Bircə Ol sözünə aləm yaratdın.
Alimlər içində Mədəd adında,
Peyğəmbər misalı alim yaratdın.

Sözlə bir yarandı sözün qiyməti,
Qılıncdan itidir sözün kəsəri.
Haqdan mayalandı sözün qüdrəti,
Sözlə qərar tutdu yerin məhvəri.

Enəndə göylərdən haqqın sədası,
Biz zaman yaşadıq zaman içində.
Bir ada yaratdın Mədəd adası,
Dəryalar qoynunda, ümman içində.

Bir Xoca tanıdım qırx il öncə,
Bizə həyat dərsi keçdi o insan.
Zəkası dərindi, qəlbi çox incə,
İlk sözü Vətəndi, son sözü Turan.

Bir müəllim tanıdım mülayim, həlim,
Doğma övlad sayar bizi sevərdi.
Alimlər içində seçilən alim,
Haqqı, ədaləti, düzü sevərdi.

Bir qoca dağ gördüm tələbə vaxtı,
Zaman zirvəsinə qar ələyirdi.
Yanan çıraq gördüm tələbə vaxtı,
Zülmət qaranlığa nur çiləyirdi.

O, dilçi alimdi, söz sərrafıydı,
Sözlərin içində söz axtarırdı.
Müdrik düşüncəli, göz zərrafıydı,
Əyrilər içində düz axtarırdı.

Bizə öyüd verər, deyərdi; - Bala,
Hər sözün öz vaxtı, öz məkanı var.
Acı dil başlara bəladır, bəla,
Hər kəsin ağzında bir düşməni var.

Elmdir, bilikdi zəri-zinnəti,
Ömrünü bu yolda mum eyləmişdi.
Mərifət, qanacaq, hörmət-izzəti,
Yığmışdı özündə cəm eyləmişdi.

Bir insan tanıdım ömrü mənalı,
Fikri, düşüncəsi, zəkası dərin.
O, Qorqud misallı, el ağsaqqalı,
Başında olardı xeyirin, şərin.

Görürdüm həmişə üzündə kədər,
Məfkurə sahibi, dahi insanı.
Sevdi millətini dünyalar qədər,
Candan əziz tutdu Azərbaycanı.

Bir gün qəmli gördüm, görüşdük yenə,
O, gözəl insanın dərdini sordum.
Kədərli baxışla baxaraq mənə,
Dedi ki, Dərbənddi, Təbrizdi dərdim.

Onu çox sevirdim, bilmirəm nədən,
Beş il güman yerim, sirr yerim oldu.
Hər gün dil dərsinə gecikdiyimdən,
O il dil dərsindən kəsirim oldu.

Hamımız sevirdik Mədəd müəllimi,
Qoca da, cavan da, uşaq da sevdi.
Ana övladlarını sevdiyi kimi,
Aldı əlimizdən torpaq da sevdi.

Üç iyun, iki min iyirmi üçdə,
Bir xəbər yayıldı, xəbər çox acı.
El yasa büründü, el yas içində,
Əzəldən ölümün yoxmuş əlacı.

Bir alim əbədi yumdu gözünü,
Belə ağır gündə söz demək olmur.
Əcəl vaxtsız gəldi, dedi sözünü,
Oğluna, qızına, qohumlarına,
Allah səbr versin, döz demək olmur.

Son mənzil günüdü, o gün son vida,
Böyük alim gedir çiyinlər üstə.
Bir insan bizimlə edir əlvida,
Sanki aləm gedir çiyinlər üstə.

Bu yas el yasıdı, bu qəm el qəmi,
Kədərli gözlərdən qəm-qüssə yağır.
İnsanlar axışır, gəlir sel kimi,
Görəsən nə varmış tabutdan ağır.

Bölünməz dediyin bölünür ancaq,
Vəfasız dünyadı, qəribə həyat.
Şahların yatdığı ey qara torpaq,
Sənə bir dahini verdik əmanət.

Haqqın dərgahında görün nələr var,
Zamanla məkanın öz arasında.
Torpağın altında dəfinlələr var,
Ölüm var qaş ilə göz arasında.

O dəfn günündən iki il keçir,
Yığışdıq iki min iyirmi beşdə.
Ziyarət etməyə bir yerimiz var,
Burdadı doğma da, dost da, qardaş da.
Müəllim məzarı var, Pir yerimiz var.

Dostlar, asta gəlin, bu məzar üstə,
Burda bir şəxsiyyət, bir insan yatır.
Dərd qalaq-qalaqdı, qəm dəstə-dəstə,
Burda Mədəd adlı bir sultan yatır.

Salam, qəbristanlıq, salam, başdaşı,
Salam, qəm odası, salam, dörd divar.
Siz alim ömrünün tarix yaddaşı,
Salam, qara torpaq, ey Ulu Məzar.

Bura lal məkandı, qulağı sağır,
Səcdəyə göylərdən mələklər endi.
Burda hər nəsnənin zəhmi çox ağır,
Kədərdən ürəklər bölünür indi.
Məzar gül-çiçəkdi, göydən nur yağır,
Kimin kim olduğu bilinir indi.

Burda da müəllimin önündəyik biz,
Lal sükut içində vaxt-zaman gedir.
Bura son məkandı, dururuq səssiz,
Burda sorğu-sual, imtahan gedir.

Həyat imtahandı, keçə bilmirik,
Çoxdu günahımız, çox sirimiz var.
O biri dünyaya köçə bilmirik,
Çünki, bu dünyada kəsirimiz var.

Əzəldən belədir hökmü zamanın,
Həyatın qəribə qanunu varmış.
Haqqın rızasıyla gələn insanın,
Demək ki, ömrünün bir sonu varmış.

Bir alim Nur oldu Tanrı çatında,
Heç kim bu insanı unudan deyil.
Bir alim yaşayır Haqqın qatında,
Həyat əbədidir, ölüm son deyil.

Fikrim sonsuzluqda , çatmayır sona,
Sözə son verirəm mən aram-aram.
O böyük alimə, dahi insana,
Sevgiylə, sayğıyla dərin ehtiram.

03.06.2025


--]]>
admin Wed, 04 Jun 2025 23:44:18 +0000
RAMİZ ABDULLAYEVİN YARADICILIQ GECƏSİ https://turan.info.az/tv/6518-ramz-abdullayevn-yaradiciliq-gecs.html https://turan.info.az/tv/6518-ramz-abdullayevn-yaradiciliq-gecs.html RAMİZ ABDULLAYEVİN YARADICILIQ GECƏSİ]]> admin Sun, 11 May 2025 23:25:24 +0000 Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi https://turan.info.az/esas/6509-milli-mclisin-komit-sdri-ba-redaktoru-tbrik-etdi.html https://turan.info.az/esas/6509-milli-mclisin-komit-sdri-ba-redaktoru-tbrik-etdi.html Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdiTƏBRİK EDİRİK!..

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa
dəyərli ziyalımız, tanınmış alim, istedadlı yazıçı və təcrübəli jurnalist,
Azərbaycan Texniki Universitetində “Ziya” qəzetinin, həmçinin “ZiM.Az”,
"Ziya.İnfo.Az" və "Elm.İnfo.Az" saytlarının Baş redaktoru,
Azər­baycan Yazıçılar Birliyinin (1997), Azərbaycan Jur­na­list­lər Birliyinin (1998)
və Yeni Azərbaycan Parti­ya­sı­nın (2017) üzvü,
filolo­gi­ya üzrə fəl­sə­fə doktoru (2016), Prezident tə­qaüd­çüsü (2024),
“Ab­dul­la Şaiq”, “Nəri­man Nə­ri­manov”, “Həsənbəy Zərdabi”, “Ö.F.Nemanzadə”, “Zirvə”, “Zəfər” və iki dəfə "Qızıl Qələm" mükafatı laureatı MÜŞFİQ BORÇALIya təbrik məktubu ünvanlayıb.

“ZiM.Az” xəbər verir ki, tanınmış alim-yazıçı-jurnalist və ictimai xadim Müşfiq Borçalının (Müşfiq Mədəd oğlu Çobanovun) 55 illik yubileyi ilə bağlı yazılan məktubda, onun elmi, ictimai fəaliyyətinin ən ümdə məqamlarına toxunulub. Məktubda deyilir:]]>
admin Sat, 25 Jan 2025 21:28:00 +0000
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/6361-zrngz-dmr-qayali-azrbaycan-v-trk-dnyasinin-dyrl-alm-mdd-obanov.html https://turan.info.az/gurcustan/6361-zrngz-dmr-qayali-azrbaycan-v-trk-dnyasinin-dyrl-alm-mdd-obanov.html ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ  DƏYƏRLİ ALİMİ - MƏDƏD ÇOBANOV" Qədim Borçalı mahalının şöhrətli kişiləri, alimləri, aşıqları, ağsaqqalları həmişə mənim diqqətimi çəkib, bu qədim türk diyarına marağımı artırıb. Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar, Xındı Məmməd, Dədə Camal, bu torpağın ziynəti olan İnsanlardan idilər.
Bu nadir İnsanlar cərgəsində həmişə görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türkiyə Dil Kurumunun üzvü, filologiya elmləri doktoru, 80-dən çox elmi, bədii-publisist kitabın müəllifi, professor Mədəd Namaz oğlu Çobanov da, doğulduğu mahalın şöhrətinə şöhrət qatan ən tanınmış alimlərindən biri kimi diqqətimi çəkib. Onun sakit, təvazökar görkəmi, zəngin elmi-pedaqoji fəaliyyəti, gənc alimlərə diqqət və qayğısı həmişə örnək olub, haqqında yaxşı sözlər eşitmişəm.
Mədəd Çobanov 1937-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.
Onlarla alimin yetişməsində böyük əməyi olub. Onun yetirmələri içərisində ən görkəmli yeri oğlu və davamçısı Müşfiq Borçalı tutur. Bu ata-oğul, mənim zənnimcə həqiqi bir Azərbaycan ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirən simvoldur desəm, yanılmaram. İstər ustad-şagird, istər də ata-oğul münasibətlərində hər kəsə örnək olan bu insanlar haqqında nə qədər çox tərifli söz desəm, elə bilirəm ki, az demişəm! Mədəd Çobanov öz elmi davamçılarını da mənəvi övladları kimi sevib, qoruyub. Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçsi olub.
Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.
Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.
Bu görkəmli alimin haqqında çox kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.
Uzun illərin, yuxusuz gecələrin bəhrəsi olan "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Ən əsası isə Mədəd Namaz oğlu Çobanov ürəklərdə, yaddaşlarda özünə əbədi bir heykəl qoyub, gedib. Mən onun Azərbaycan elminə, Türk dünyasına miras qoyduğu irsin əbədiyaşarılığına inanıram. Mən bu böyük almə həsr etdiyim şeirimi sizlərə təqdim edirəm.

Yaşa ürəklərdə, Mədəd Çobanov!

Oğuldan qalası, sözdən bayrağı,
Sinəsi hikmətin, elmin bulağı,
Yaxına, uzağa çatdı sorağı,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Elmin sorağını ucaltdın hər an,
Nəfəsin dirilik suyu-çağlayan,
Sən daim yaşarsan, unutmaz zaman,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Əllərinlə güllər əkdin sənətdə,
Nəfəsin duyuldu çox məmləkətdə,
Olmadı bir kimsə sən cəsarətdə,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Kitablardan qala qurdun möhtəşəm,
Yaraşır adına şöhrət, ehtişam,
Elm bayrağını ucaldan adam,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Elmin keşiyində əzmlə durdun!
Kəhkəşan yaratdın, sülalə qurdun,
Səninlə fəxr edir alimlər ordun,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Zərəngiz Dəmirçi Qayalı,
Beynəlxalq Mahmud Kaşğari Mükafatı laureatı,
Prezident təqaüdçüsü

turan.info.az]]>
Nicat Əmirov Fri, 23 Aug 2024 00:39:35 +0000
Şahin HƏMİDLİ: "Ruhunu öpürəm Mədəd Çobanlı..." (YADDAN ÇIXMAZ XATİRƏ) https://turan.info.az/edebiyyat/poeziya/6144-ahin-hmdl-ruhunu-prm-mdd-obanl.-yaddan-ixmaz-xatr.html https://turan.info.az/edebiyyat/poeziya/6144-ahin-hmdl-ruhunu-prm-mdd-obanl.-yaddan-ixmaz-xatr.html Şahin HƏMİDLİ: "Ruhunu öpürəm Mədəd Çobanlı..." (YADDAN ÇIXMAZ XATİRƏ)

YADDAN ÇIXMAZ XATİRƏ

Yaxşı yadımdadır 1987-ci ilin aprel ayının 27-də BDU-nun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsindən tələbə şair Yavər Həsən və mən, APİ-nin filologiya fakültəsinin şair tələbəsi Əlizamin Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində keçiriləcək Qafqaz tələbə şairlərin beynəlmiləl görüşünə ezam olunmuşduq. Bizi Gürcüstan Məddəniyyət nazirliyinin əməkdaşları qarşıladılar. Bu görüşdə keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarının tələbə şairləri iştirak edirdi. Bizim üçün Tiflis şəhərində dövlət orqanları tərəfindən yüksək səviyyədə hər cür şərait yaradılmışdı. Tələbə yataqxanalarının birində qalırdıq. Tiflisdə Mtasminda dağında Fəxri şairlər qəbristanlığının önündə poeziya gecəsi keçirildi. Keçmiş müttəfiq respublikalardan gələn tələbə şairlər və biz şeirlərimizi rus dilinə tərcümə elətdirmişdik və çıxışlarımızı da rus dilində etməli idik. Gürcüstanın Mədəniyyət nazirliyinin səlahiyyətli nümayəndəsi poeziya gecəsini gürcü dilində açdı, gürcü dilində uzun-uzadı bir çıxış etdi. Mən şair dostlarıma - Yavər Həsənə və Əlizaminə dedim ki, sizi bilmirəm mən şeirlərimi Azərbaycan dilində səsləndirəcəyəm. Dostlarımın təkidinə baxmayaraq mən sözümün üstündə durdum. Yazdığım bir kiçik poemanı və bir heçə şeirimi doğma və şirin Azərbaycan dilində oxumadım, sinə-dəftər dedim. Görüş qurtarandan sonra alicənab bir adam bizə yaxınlaşdı, mənim əlimi sıxıb gülə-gülə dedi: -"Halal olsun, sən ki, Azərbaycan dilini bu gürcü şovinistlərinin qarşısında belə gözəl poetik bir dillə nümayiş etdirdin, sizin qulluğunuzda dayanmağa borcluyam". Sonra da əli ilə maşınını göstərib, - “siz tələbə yataqxanasına yox, bizimlə evimizə getməlisiniz”, - dedi. Bu gülər üzlü, üzündə peyğəmbər nuru olan adam A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinin rəhbəri filologiya elmləri doktoru, professor Mədəd Çobanov idi. Söhbət əsansında onu bildim ki, bir az əvvəl elə həmin Poeiya gecəsində çıxış edənlərdən biri – Müşfiq Borçalı məhz Mədəd müəllimin oğlu imiş. Biz birlikdə onların Tiflisdəki evlərinə gəldik. Həyətdə bizi gülər üzlü bir xanım qarşıladı. Mədəd müəllim bizi onunla tanış etdi: ömür-gün yoldaşı Rima xanım idi. Mədəd müəllim daha sonra əlavə etdi, bir oğlum var idi, üçü də bu gün əlavə oldu, oldular dörd. Onların evində beş gün qaldıq. Hər gün Tiflisdə təhsil alan azərbaycanlı tələbələr bu evə yığışıb şeir məclisləri keçirirdi. Heç yadımdan çıxmaz bir dəfə belə görüşlərin birində şair tələbələr Rafiq Hümmət başda olmaqla saz çalıb, söz qoşub deyişirdilər. Mən saz çala bilmədiyim üçün çox narahat olurdum. Bir dəfə lap kövrəldim. Başqa bir otağa keçib saz haqqında bir şeir yazdım:

Ay telli saz basdım səni bağrıma,
qulaq asdım ürəyinin səsinə.
Bütün olub keçənləri unutdum,
düşdüm daha xəyalının izinə.

Divarlardan asılmaqdan yoruldun,
gözəl gördün, min könüldən vuruldun.
Ömrün boyu işıq oldun, nur oldun,
doldun vətən torpağının gözünə.

Unutdurdun hər ağrımı, acımı,
sevindirdin sevgilimi, bacımı.
Sığal çəkib qarışdırdın saçımı
üz söykədim sənin məğrur üzunə.

Ürəyimi pərdə-pərdə köklədin,
gözlərimi salıb dərdə, köklədin.
Həsrətimi yaman yerdə təklədin,
ağrın alım, dönüm sənin gözünə.

Səfər etsən, qonaq getsən kimlərə,
dara düşsən Koroğlu tək çək nərə.
İnanarlar sinəndəki simlərə
bir dənəsən bənzəyirsən özünə.

Şeiri yazıb qurtarandan sonra Mədəd müəllimə oxudum. Bu şeir Mədəd müəllimin çox xoşuna gəlmişdi. Məni təbrik edərək dedi, “sən vətənpərvər şair olacaqsan”.
…Sonralar, daha dəqiq desəm, düz 30 il sonra 2017-ci ildə təsadüfən turan.info.az saytında haqqında söhbət açdığım həmin poeziya gecəsi keçirilən gün Tiflisdə çəkilmiş şəkillər rastıma çıxdı. Çox kövrəldim və bu şeiri yazdım:

Müşfiq Borçalıya

Baxdım bir şəkilə dəyişdi halım,
Elə bil dünyaya gəldim təzədən.
Ömrün uzun olsun, Müşfiq Borçalı,
Arada qalmışıq: - otuz il və mən.

Azalmır tarixin dumanı, sisi,
Ötənlər yadından çıxmır heç kimin.
Bu gün xatırladım gözəl Tiflisi
Şeyri yada düşdü Əlizaminin.

Yazdığım misralar gəlir ürəkdən,
Sözün təəssübkeşi deməyin,azdır.
Sazınız heç zaman düşməsin kökdən,
O yerin, o yurdun sərvəti sazdır.

Yadından çıxmasın vətən bir anlıq,
Yazdığın şeyirə uca qalam, de.
Var olsun Darvazlı Mədəd Çobanlı,
Rima anaya da məndən salam de.

Şairlər unutmur sözü-söhbəti,
Mən sizi özümçün uğur sayıram.
Bağrıma basıram Rafiq Hümməti,
Yavər Həsəni də salamlayıram!

Şahin Həmidli,
Bakı, 08.02.2017

Foto: Tiflis, 1987-ci il.

Elə o vaxtdan da Müşfiq müəllimlə dostluğumuz davam edir. Mən ona bir neşə şeir də həsr eləmişəm. Onlardan biri “EŞQİN” adlanır:

Dostum Muşfiq Borçalıya

Əzəldən vuruldun sən telli saza,
Çoxa meyl etmədin, şükr etdin aza.
Ömrünü bağlayıb çiçəkli yaza,
Sevginin qədrini biləndi eşqin.

Hamıyla dost oldu, ara vurmadı,
Həyatda heç kimə tələ qurmadı.
Kimsəni incidib, ya da yormadı,
Dostluq ələyində ələndi eşqin.

Söz açmaz o hardan, ya haralıdan,
Ətrafı seyr edər o, aralıdan.
Ağappaq kağızı yazıb qaraldan
Cibində gizlənən qələmdi eşqin.

Xətrinə dəyməyib hər ümü-küsü,
Nəfsindən əl çəkib, tamahdan küsüb,
Vətəni sevməkdir onun arzusu
Başqa bir dünyadır, aləmdir eşqin.

Zaman keşiyində durdu hər anın,
Sevən bir ürəkdir dərdə yananın.
Mədəd Çobanlıyla Rima ananın
Sevgi beşiyində bələndi eşqin.

Daha sonra professor Mədəd Çobanlının nəvəsi dəyərli dostum Müşfiq Borçalının qızı Ayselin toyunda iştirak elədim. Elə həmin gün də bu şeiri yazdım:

AYSELİN TOYU

Füsrətdən istifadə edib çox hörmətli Mədəd müəllimi, ömür -gün yoldaşı Rima ananı, Müşfiq qardaşımı, onun ailəsini, Aysel balanı, şair dostlarım Sədi Yaradanqulunu, İlyas Əfəndini, Rafiq Hümməti, dəyərli şairə bacımız Konul Hidayətqızını salamlayıram.

Gözün aydın olsun Mədəd Çobanlı,
Maşallah, cəngidir Ayselin toyu.
Durub qulluğunda dil qanunları,
Sözün ahəngidir Ayselin toyu.

Ata ürəyidir, ana ürəyi,
Baba sevincidir, nənə fərəhi,
Ulu Borçalının duzu-çörəyi,
Şəkəri, qəndidir Ayselin toyu.

Mənadır, məntiqdir, mənası dərin,
Tükənməz nurudur gülən gözlərin.
Bəlkə də dünyada bütün rənglərin
Ən gözəl rəngidir Ayselin toyu.

Bir söz boxçasıdır, şeirlə dolu,
Ustadla, aşıqla, şairlə dolu,
Hikmətlər içində xeyirlə dolu
Mahnı çələngidir Ayselin toyu.


…2023-cü il iyun ayının 3-də isə ürəyimi sarsıdan bəd xəbər eşitdim. Azərbaycan eminin tanınmış simalarından olan görkəmli dilçi alim, istedadlı ədəbiyyatşünas, bacarıqlı tədqiqatçı, dəyərli ziyalı, gözəl ailə başçısı, sevimli el ağsaqqalı, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqq dünyasına qovuşub. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Alim dostum Müşfiq Borçalı başda olmaqla bütün Mədəd sevərlərə dərin hüznlə baş sağlığı veirəm.

RUHUNU ÖPÜRƏM MƏDƏD ÇOBANLI

Tanınmış alim, filologiya elmləri doktoru,
Professor Mədəd Çobanovun əziz xatirəsinə

Tarixə dönmüsən sən öz soyunla,
əbədi yaşarsan qəlbində elin.
Ərsəyə gəlmişdin Darvaz suyuyla
səni böyütmmüşdü Borçalı eli.

Yol aldı keçmişə yaddaş bir anlıq,
itmir xatirələr dumanda, sisdə.
Qəbrin nurla dolsun Mədəd Çobanlı,
qonaq-qaralıydı evin Tiflisdə.

İndi xəyalımın dönüb balına
səksən yeddinci ilin yaz havaları.
Eviniz dönmüşdü konsert zalına
çıxmır yaddaşımdan saz havaları.

Öz ana dilimdə şeir oxudum
səndin Gürcüstanda dilimi sevən.
Tiflisdə evində qonaq olmuşuq
şair Yavər Həsən, Əlizamin və mən.

Almışdın əlindən ağrı-acını,
dilin harayına çatası idin.
Başının tacıydın Rima xanımın,
bir oğul, dörd qızın atası idin.

Şerini sevirdin Rafiq Hümmətin,
hər an gəlsin səsin, Muşfiq qardaşım.
Atasız anları yaşamaq çətin
səbrin tükənməsin, Muşfiq qardaşım.

Yazdığım sözləri qəbrinə mən də
gülab tək səpirəm Mədət Çobanlı.
Duz-çörək kəsmişəm sənin evində
Ruhunu öpürəm Mədəd Çobanlı.
Şahin HƏMİDLİ,
30.06.2023.]]>
Müşviq BORÇALI Fri, 23 Aug 2024 00:38:31 +0000
Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..” https://turan.info.az/gurcustan/6373-fxrddin-meydanli-adn-gydn-glib-mdd.html https://turan.info.az/gurcustan/6373-fxrddin-meydanli-adn-gydn-glib-mdd.html Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..”Qədim-qaya Azərbaycan torpağı- Borçalı eli. Şairlər diyarı, aşıqlar məkanı, tanınmış ziyalılar yetirən Ulu yurdumuzun bir parçası...
Mən bu elə, bu torpağa, bu yerin insanlarına çox bağlı bir adamam. Çoxsaylı dostlarım var bu diyardan-özü də müxtəlif zümrənin insanlarından. Bəzən, məni elə borçalılı kimi qəbul eliyənlər də olur.
Mən bu bölgənin insanlarının “dilini”, xarakterini bilən, adət-ənənəsinə yaxından bələd olan, spisifik xüsusiyyətlərini dərindən mənimsəyən bir adam olaraq, borçalılılarla ünsiyyətim zamanı qətiyyən çətinə düşmür və qarşılıqlı anlayışda ola bilirik.
Borçalı camaatı əksərən çox əməksevər və məhsuldar insanlardılar. Hansı sahədə çalışmalarından asılı olmayaq, o sahənin işini alt qatına qədər öyrənər, təbii ki, buna uyğun olaraq da, faydalı iş əmsalına məlik ola bilirlər.
Yuxarıda qeyd elədiyim kimi, Borçalı həm də də, öz ziyalı insanları ilə öyünə biləcək bir türk diyarıdır.
Borçalı Azərbaycan elminə çoxsaylı və dəyərli elm xadimləri bəxş etmişdir.
Bu yazımda haqqında bəhs etmək istədiyim dəyərli el adamı da bu qismdən olan insanlardandır.
Mədəd Çobanov - türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü...
Bakıda keçirilən, Mədəd müəllimin də iştirak etdiyi Borçalı məclislərində bir neçə dəfə mən də iştirak etməyimə və onun mövzu üzrə fundomental və maraqlı çıxışlarını diqqətlə dinləməyə müyəssər olsam da, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onunla şəxsi tanışlığımız və canlı ünsiyyətimiz olmamışdır.
Amma Mədəd müəllim haqqında, onun elm sahəsindəki uğuları, yenilikləri, aparıcısı olduğu elm sahəsinin nüfuzlu şəxsiyyətlərindən olduğu barədə onu yaxından tanıyan səriştəli insanlar tərəfindən aparılan söhbətlərin dəfələrlə şahidi olmuşam.
Mədəd Çobanov bahar çağında, 11 aprel 1937-ci il tarixdə Borçalı mahalında, Bolnisi rayonunun (o zamankı Lüksenburq rayonunun) Darvaz kəndində dünyaya göz açmış, orta məktəbi başa vurduqdan sonra A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsində təhsilini davam etdirmiş, ali təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra doğma Darvaz kəndində pedaqoji fəaliyyətlə məşğul olmuş, bir müddət sonra isə hərbi xidətə çağrılmış və orada Kiçik komandirlər məktəbini də “əla” qiymətlərlə bitirmişdir.
O, əsgəri xidmətdən təxris olunduqdan sonra, Bolnisi rayon Komsomol Komitəsində, bir il sonra isə rayon Partiya Komitəsində fəaliyyət göstərməklə yanaşı, Azərbaycan MEA-nın İ.Nəsimi adına ET Dilçilik institutunun aspiranturasında təhsilini qiyabi olaraq davam etdirmişdir.
Mədəd Çobanov 1973-cü ildə Daşkənddə - Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, elə həmin ildən də A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində müəllimlik fəaliyyətinə başlamışdır. O, burada 1978-1993-cü illərdə dosent, kafedra müdirinin müavini, kafedra müdiri əvəzi, Metod Şura sədrinin müavini kimi vəzifələri də icra etmişdir.
Mədəd müəllim 1992-ci ilin fevral ayında Bakı Dövlət Universitetində "Azərbaycan antraponimiyasının əsasları” mövzusunda doktorluq disertasiyasını da uğurla müdafiə etmiş və elə həmin 1993-cü ilin oktyabrında çalışdığı Tiflis Dövlət Pedaqoji İnstitutunda professor vəzifəsinə seçilmişdir.
Burada qeyd etmək yerinə düşər ki, Mədəd müəllim öz doğma Azəribaycan dili ilə yanaşı, türk, rus və gürcü dillərini də mükəmməl bilmişdir. Elə onun A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunda yüksək vəzifələr tutmasına gürcü dilini mükəmməl bilməsi amili də öz təsirini göstərmişdir. Onu da qeyd edək ki, 1977-ci və 1991-ci illərdə Tiflisdə, 2000-ci və 2006-cı illərdə Bakıda çap olunmuş ilk “Azərbaycanca-Gürcücə” və “Gürcücə-Azərbaycanca” danışıq lüğətlərinin də müəllifi və tərtibçisi məhz Mədəd müəllim olmuşdur (M.İ.Çinçaladze ilə birlikdə).
1994-cü ildən həyat və fəaliyyətini Bakıda ilə bağlayan Mədəd müəllim, əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonralar isə Azərbaycan Elitar universitetində rektor, Azərbaycan Baş Prdaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda isə dekan vəzifəsində çalışmış, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin baş direktoru olmuşdur.
O, uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər kafedrası”nın müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
Elmi əsərləri dünya çapında qəbul olunan professor Mədəd Çobanov Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü də seçilmişdir.
Mədəd müəllim, müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində də dərs demiş, maraqlı mühazirələr oxumuşdur.
Professor Mədəd Çobanovun yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olmuş, gənc aspirantların elmi rəhbəri, məsləhətçisi, opponenti və rəyçisi olmuşdur.
Mədəd müəllim danılmaz zəhməti və elmi araşırmaları nəticəsində "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Qələbə-60, Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində”, “Türk ədəbi dillərinin birliyinə doğru” (I və II cildlər) “Ədəbi düşüncələr” (I, II və III cildlər), "Dilçilik məsələləri" (I və II cildlər) və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, "Eçmiədzin" türk sözüdür" ("Ziya" qəzeti. 27.04.1992), "Eçmiədzin" nə deməkdir?" ("Vətən səsi" qəzeti. 20.11.1992) və s. bu kimi elmi tədqiqat əsərlərinin ərsəyə gəlməsinə nail ola bilmiş və onun əsərləri görkəmli alimlər və səriştəli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
O, təkcə Azərbaycanda deyil, həmçinin qardaş Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilən Beynəlxalq elmi qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış etmiş Azərbaycan aliminin çoxsaylı elmi məqalələri və kitabları həmin ölkələrdə də nəşr olunmuşdur.
Mədəd müəllim tanınmış türkoloq olaraq, Türkiyə Dil Kurumunun üzvü də seçilmişdir. Müxtəlif mükafat komissiyalarının, qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilmiş professor Mədəd Çobanov, müxtəlif illərdə bir çox fəxri fərmanlarla, medallarla və mükafatlarla təltif edilmiş, Azərbaycan elminə verdiyi töhvələrə görə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür.
Elm fədaisi olan professor Mədəd Çobanovun 60, 70, 75 və 80 illik yubileyləri müvafiq olaraq 1997, 2007, 2012 və 2017-ci illərdə təntənəli şəkildə qeyd olunmuş, şərəfli həyat və fəaliyyəti haqqında kitablar yazilmış, məqalələr çap olunmuş, filmlər çəkilmiş, radio və televiziya verilişləri hazırlanaraq efirdə yayımlanmışdır.
Mədəd müəllim həm də gözəl ailə başçısı olmuş, ömür-gün yoldaşı-tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdərək boya-başa çatdırmış, onların ali təhsilli almaları üçün valideyin qayğısını göstərmişdir ki, oğlu və iki qızı müxtəlif elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşlər.
O, həm də xoşbəxt baba və ulu baba olmaqla, doqquz nəvə, on beş nəticə görmək fərəhini yaşamışdır.

Görkəmli Azərbaycan alimi, elm fədaisi, işıqlı insan, professor Mədəd Çobanov 2023-cü il iyunun 2-də 86 yaşında Rəbbimizin rəhmətinə qovuşmuş və Bakının “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılmışdır.
Mədəd müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq, onun qiymətli əsərləri isə gənc nəsin təhsildə inkişafına təkan verməklə, müəllifini həmişəyaşarlar sırasına yazacaqdır.
Min rəhmət, Ustad!
Məkanınınız cənnət, ruhunuz Uca Dərgahda xoşhal olsun, amin!

ADIN GÖYDƏN GƏLİB-MƏDƏD!

Ruh almısan Borçalıdan,
Çeşni buta, al xalıdan.
Sən tək azdı, el yarıdan-
Dilində Rəbb, ya Məhəmməd,
Adın göydən gəlib - Mədəd!

Türk ellisən-Darvazlısan,
Şirin şivə-avazlısan.
Sən KÜRlüsən, ARAZlısan-
Səninçün yox, türkə sərhəd,
Adın göydən enib - Mədəd!

Yer göstərdin elmliyə,
Çağırdın türkü birliyə.
Baxmadın gəlmə, yerliyə-
TURAN sənçün vahid-ədəd,
Adın göydən gəlib - Mədəd!

Araşdırdın keçmişləri,
Tarixdən su içmişləri.
Saxtaları, bişmişləri-
hər yazdığın dürüst sənəd,
Adın göydən gəlib - Mədəd!

Sən evdən yox, eldən getdin,
Çox sevdiyin dildən getdin.
Bülbül idin, güldən getdin-
Yox elminə, dünyada sədd,
Adın göydən gəlib - Mədəd!

Müddətdir ki, boşdur yerin,
Əvəzindir əsərlərin.
Arxada qalmaz gözlərin-
övladların mərd və comərd,
Adın göydən gəlib - Mədəd!

Yaddaşdasan sən hər kərə.
Susan, dövrə vuran pərə.
Meydanlıdan xoş xatirə -
dünya fani, eyləmə dərd,
Adın göydən gəlib - Mədəd!
03.03.2024-Bakı]]>
Nicat Əmirov Fri, 23 Aug 2024 00:38:07 +0000
Akademik Mədəd Çobanov: "ƏDƏBİ DİLİMİZ - XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR!" https://turan.info.az/elm/humanitar/6476-akademik-mdd-obanov-db-dlmz-xalqimizin-mll-srvtdr.html https://turan.info.az/elm/humanitar/6476-akademik-mdd-obanov-db-dlmz-xalqimizin-mll-srvtdr.html Akademik Mədəd Çobanov: "ƏDƏBİ DİLİMİZ - XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR!"

Bu başlıq bizim "Azərbaycan" qəzetinin 26 fevral 2000-ci il tarixli sayında çap olunmuş eyni adlı məqaləmizdən gö¬tü-rülmüşdür. Bu məqalədə ana dilimizin Konstitusiya sta¬tu¬su, elmi aspektdə tədqiq edilməsi, tədris müəssisə¬lərində bir fənn kimi öyrənilməsi, tətbiqi məsələləri və s. geniş şə¬kil¬də şərh olunmuşdur. "Azərbaycan" qəzetində çap olunmuş ya¬rım səhifəlik bu məqalə həm ümumxalq icti¬maiyyətinin, zi¬ya¬¬lılar təbəqəsinin, həm də ali dövlət orqan¬larının diq¬qə¬tin¬¬dən ya-yınmamış və çox məmnuniyyətlə qarşı¬lanmış¬dır. Məhz bu məqalənin nəşrindən azca sonra dilimizin müasir vəziyyəti, onun inkişafının sürətləndirilməsi və təkmilləş¬di¬ril¬məsi, bir dəfəlik latın qrafikası əsaslı əlif¬baya keçilməsi, tət¬biqi sahə¬lərinin genişləndirilməsi və sabit¬ləşdirilməsi ba¬rə¬də Azər¬baycan Respublikasının sabiq, əbədiyaşar pre¬zi¬den¬¬ti Heydər Əliyev tərəfindən imzalanmış fər¬man və sə¬rən¬¬cam¬lar, o cümlədən. "Azərbaycan əlifbası və Azər¬bay¬can di¬li gününün təsis edilməsi haqqında" (9.08.2001), "Dövlət di¬linin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" (18.06.2001), "Azər¬bay¬can Respublikasında dövlət dili haq¬qında Azər¬bay¬can Res-publikasının Qanunu" (2.01.2003), "Azər¬baycan Respublika-sında Dövlət dili haqqında Azər¬baycan Respubli¬kasının Qa-nununun tətbiq edilməsi ba¬rədə" (2.01. 2003), həm¬çinin, Azərbaycan Respublikasının prezi¬denti İlham Əli¬yev tərə¬fin¬dən imzalanmış "Azərbaycan Milli Ensik¬lope¬diyasının nəşri haqqında" (12.01.2004), "Azər¬¬bay¬can dilində latın qrafikası ilə kütləvi nəşrlərin hə¬yata keçiril¬məsi haq¬qında" (12.01. 2004) Sərəncamlar böyük tarixi əhə¬miyyət kəsb edir.
Ədəbi dilimiz xalqımızın milli sərvətidir" adlı məqalə¬mizdə qaldırdığımız məsələlərin bir çoxu son vaxtlarda öz həllini tapmışdır. Lakin müxtəlif səviyyəli dövlət orqanları hələ də bir çox məsələlərin həll edilməsinə "göz yumur", "günü-günə satır", həmin məsələlərin həlli barədə bəlkə də düşünmürlər. Bizim həmin məqalədə qaldırdığımız bir çox məsələlər hələ öz həllini gözləməkdədir:
"Hətta şəhərimizin bəzi rus məktəblərinin "rəhbərləri" azərbaycanlı valideynlərə övladlarının rus məktəblərində oxumaları barədə" dəyərli məsləhət verirlər. Bu da şübhəsiz ki, az da olsa öz "bəhrəsini" verir. Millət, milli mənsubiyyət anlayışına malik olmayan valideynlər də kortəbii olaraq onların dediklərinə əməl edirlər.
"Əlbəttə, şəhərimizdə fəaliyyət göstərən reklam idarələ¬rinin "əməkdaşları" da bu sahədə "az iş görmürlər". Bakının mərkəzi küçələrindəki və meydançalarındakı reklamlara nə¬zər saldıqda, adam özünü bir anlığa haradasa Avropa ölkə¬ləri şəhərlərindən birində olduğunu hiss edir. Bizə belə gəlir ki, şəhərlərimizdə və kəndlərimizdə, həmçinin dövlət, özəl şirkətlərin müəssisələrində bütün lövhələr və reklamlar əv¬vəlcə Azərbaycan, sonra isə ingilis dilində yazılmalıdır. Rek¬lamların tərtib olunmasında çoxdilliliyə yol vermək ol¬maz". Bu mülahizələr "Azərbaycan Respublikasında Dövlət di¬li haqqında" Azərbaycan Respublikası Qanununun "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" adlanan yeddinci maddəsində də öz əksini tapmışdır. Həmin maddənin birinci bəndində deyilir: "Azərbaycan Respub¬li¬kası ərazisində bütün xidmət sahələrində, reklam və elanlar¬da dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Lakin onların tutduğu sahə Azər¬baycan dilindəki qarşılığının tutduğu sahədən böyük ol¬ma¬malı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir"..
Gəlin bir anlığa şəhərimizə ekskursiya edək, küçə və meydançalardakı reklamlara, ayrı-ayrı şirkətlərin adı yazılmış divar lövhələrinə, mədəniyyət və istirahət bağlarının-park¬ların adlarına nəzər salaq...
-Bakı şəhərində gördüyümüz və aldığımız maddi-mənəvi zövqün, aldığımız təəssüratların ümumi nəticəsi belə ol¬malıdır:
-Şəhər reklam idarəsinin və ayrı-ayrı şirkət rəhbərliyinin özbaşınalığının "hökm" sürməsinə, Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetinin iradla¬rına, etirazına və xəbərdarlığına məhəl qoymaması, Müstəqil Azərbaycan Dövlətinin "Azərbaycan Respublika¬sın¬da Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununa biga¬nəlik göstərməsi özünü "sərbəst" hiss et¬mə¬sinə... və s... son qoyulmalıdır.
-Bakı şəhəri İcra hikimiyyətinin və Bakı şəhər rayon¬larının icra hakimiyyətinin və digər əlaqədar təşkilatların rəh¬bərlərinin öz vəzifə funksiyalarına "soyuq" yanaşmaları, bəlkə də, öz vəzifə funksiyalarını dərindən bilməmələri, əgər belə demək mümkündürsə səbatsızlığı, "Azərbaycan" qəzetinin həyəcan təbili çalmasına, xəbərdarlığına və doğma ana dilimiz barədə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun fəaliy¬yətdə olmağına biganəlikləri, etinasızlıqları, dilimizə və mə¬dəniyyətimizə, həmçinin, dövlətimizin ali qanunlarına "yu¬xarıdan, xor baxmaları"... və s... ilə bağlıdır.
Elə burada böyük Atatürkün bir kəlamını xatırlamaq ye¬rinə düşərdi: "Öyrənmək axına qarşı üzməyə bənzər, irə¬li¬ləyə bilməyəni axın geri atar". Bu kəlam necə də ye¬rində deyilmişdir. Əbədiyaşar bu kəlamı, hər şeydən əvvəl, Bakı şəhər və Bakı şəhər rayonları icra hakimiyyət¬lərinin və di¬gər əlaqədar təşkilatların məmurlarına da aid etmək olar. Çünki öz vəzifə borclarına biganə qalanları, səbatsızları, müasir dövlətçiliyimizin idarə etmə sistemi ilə ayaqlaşa bilməyənləri, şübhəsiz ki, respublikamızda baş verən bu güc¬lü inkişaf və tərəqqi axını bir gün "geri atacaqlar", və¬zi¬fəsindən uzaqlaşdıracaqdır...
İndi də şəhərimizin bər-bəzəkli reklam sistemindən bəzi məqamlara yolüstü nəzər salaq. Şəhərimizin bütün küçə və meydançalarındakı reklamların əksəriyyətində, bəlkə də, 90%-dən çoxunda reklamların dövlət dilində tərtib olunma¬sına dair "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun "Dövlət dilinin xid¬mət sahələrində, reklam və elanlarda işlənməsi" adlanan yed¬¬dinci maddəsinə riayyət olunmamışdır. Kim hansı dildə istəyirsə həmin dildə də reklamlarını tərtib etdirir. Bu da tə¬bii olaraq əhalinin narazılığına, etirazına səbəb olur. Əla¬qədar təşkilatlar isə, buna hələ də göz yumurlar.
"Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azər¬¬¬-baycan Respublikasının Qanununun "Dövlət dilinin döv¬lət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndələrinin və filiallarının idarələ¬rində işlənməsi" adlanan 17-ci maddəsində deyilir:
"Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nü¬ma-yəndələrinin və filiallarının, idarələrinin adları Azərbay¬can dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsi¬sat¬ların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur". Lakin nədənsə, Azərbaycan döv¬lət dili ilə əlaqədar olan bu qanuna şəhərimizdə hələlik biganəlik göstərilir...
Şəhərimizin sakinlərinə və qonaqların əksəriyyətinə yax¬şı məlumdur ki, bağlar-parklar şəhəri sayılan doğma Bakı¬mızda ən gözəl bağlardan biri şəhərin Xətai rayonunun əra¬zi¬sində yerləşən "Nizami" adına mədəniyyət və istirahət ba¬ğıdır.
İndi də bu bağ haqqında gördüklərimizə və eşitdik¬lə¬ri¬mizə nəzər salaq:
"AzTv-1"-in 30 may 2004-cü il tarixli verilişlərindən biri Bakının Xətai rayonunun ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkının müasirliyinə həsr olunmuş¬dur. Yəqin ki, şəhərimizin sakinlərinin müəyyən hissəsi ya bu parkın yanından keçəndə, ya da həmin parkda istirahət edəndə parkın giriş hissəsini - hündür fasadını, dəmir ala qa¬pısını və fasad dirəklərin üstündəki yazını oxuyublar! Aşa¬ğıda "Nizami adına mədəniyyət və istirahət parkı" ifadə¬sini, fasadın lap yuxarı hissəsində isə qeyri-dövlət dilində iri hərf¬¬lərlə yazılmış "Lunapark" uydurma sözünü oxuyublar. "Lu¬napark" sözü elə iri hərflərlə yazılıb ki, onu təxminən 300-400 metrdən də oxumaq olar. Beləliklə də "Lunapark" sö¬zü elə ilk andan hamının diqqətini çəkir və bununla da adı kiçik hərflərlə yazılmış dünya şöhrətli Nizaminin adına köl¬gə salır. Maraqlıdır???
Görəsən, bu parka nəzarət edən, onun işini sahmana salmağa rəhbərlik edənlərin "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanu¬nu"ndan xəbəri varmı? Əgər onların dövlət dilimiz haqqında qanundan xəbərləri varsa, bəs onda, qanuna niyə riayyət etmirlər? Görünür onların başı başqa işlərə o qədər qarışıb ki, dövlət dili haqqında qanunu oxuyub ondan irəli gələn tələbləri yerinə yetirməyə macal tapmayıblar...
İkincisi, görəsən dünya poeziyasının şahı sayılan Ni¬zaminin adına "kölgə" salmaq fikrində olanlar kimdir? Onlar barədə əlaqədar təşkilatların rəhbərləri nə düşünür?..
Üçüncüsü, bir anlığa tutaq ki, Nizaminin adını daşıyan mədəniyyət və istirahət parkına əlaqədar təşkilatların mə¬murları biganəlik göstərir. Bəs, çoxminli mətbuat, radio və televiziya şirkətlərinin mütərəqqi ideyalı, fəal jurnalistləri haraya baxır? Görəsən, jurnalistlər bu barədə nə düşünürlər? Jurnalistlərin nə düşündüyünü və necə düşündüyünü deyə bilmərəm. Ancaq onu bilirəm ki, "AzTv - 1"in 30 may 2004-ci il tarixli verilişində rəsmi olaraq Nizaminin adını daşıyan parkın rəsmi adı qaldı arxivdə, "Lunapark"a gəlin!", - deyə, - nə ki, var parkı reklam etdilər... Bakı şəhərindəki ən gözəl parklardan biri "Lunapark"dır. "Lunapark"da sanki göyün yeddi qatına uçmaq olar. "Lunapark"da 20-yə yaxın atraksion vardır. Onların bir neçəsi uşaqlar üçündür. "Lu¬napark"ın xidmətindən razı qalırlar". Bakı şəhərinin əhalisini "Lunapark"a dəvət edirəm" - deyə aparıcı "fəxrlə" danışırdı.
Görəsən bu televiziya əməkdaşına parkın dövlət tərə¬findən verilmiş rəsmi adının əvəzinə onun uydurma "Luna¬park" adı ilə çıxış etməsinə kim səlahiyyət verib?
Görəsən, bəzi "jurnalistlər" Azərbaycan jurnalistlərinin adı¬na hansı əsasa görə kölgə salırlar? Bu sahədə onlar kimə xidmət etdiklərini, kimin dəyirmanına su tökdüklərini başa düşürlərmi? Yəqin ki, yox. Başa düşsələr onlar dünya poezi¬yasının sərkərdəsinin və onun ən uca rütbəsinin üstünə qara kölgə salmazdılar...
Başqa bir misal: Televiziya və radio verilişlərində aparıcının nitqində tez-tez "Vətəndaşların Konstitusiyon hüquqları" ifadəsini də eşidirik. Məlum deyil, bu aparıcılar və ya diktorlar dilimizə "-yon" sonluğunu haradan gətiriblər. Bu şəkilçi dilimiz üçün tamamilə yad ünsürdür. Odur ki, həmin ifadə dilimizin daxili qanunauyğunluğuna görə belə olmalıdır: "Vətəndaşların Konstitusiya hüququ".
Bu barədə jurnalistlərimiz yaxşı-yaxşı düşünüb-daşın¬ma¬lıdır. Əlbəttə, televiziya və radio verilişlərinin rəhbərliyi də, əlaqədar təşkilatların rəhbərləri də bu barədə düşünməli və öz işlərini yenidən qurmalıdır...
Adı qeyd olunan məqaləmizdə şəhər, kənd və qəsəbə-lərimizin adlarını bildirən toponimlərimizə olan münasibət¬lərdən bəhs edərək yazmışdıq; "Məsələn, qədim Zığ kən¬di¬nin yaxınlığıqdakı Bakı Ali Hərbi Dənizçilik məktəbi şəhər¬ciyinin ətrafındakı qəsəbəni (Xətai rayonu) Naximov qəsə¬bəsi adlandırırlar. Kimdir Naximov? Naximov türklərin, elə¬cə də, azərbaycanlıların qatı düşməni olan rus admiralı¬dır... Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?..."
Təəssüf ki, təxminən 6 il əvvəl "Azərbaycan" qəzetində qaldırılan bu məsələni həll etmək üçün Bakı şəhərinin əla¬qədar təşkilatları hələ də macal tapmayıblar... Görəsən, Na¬ximov qəsəbəsinin adını dəyişmək, onu ya Zığ qəsəbəsi, ya admiral Aslanbəyovun şərəfinə Aslanbəyov qəsəbəsi adlan¬dırmaq üçün bundan sonra neçə il lazım olacaqdır? Bu sualın dəqiq cavabını söyləyən oxucularımıza "Azərbaycan" qəzeti vasitəsilə təşəkkürümüzü bildirəcəyik...
Məlumdur ki, "mətbuat orqanları xalqı - gənc nəsli həm mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda tərbiyə etməli, həm də müasir təhsilin, elmin və mədə¬niyyətin son nailiyyətlərini, ictimai-siyasi həyatda baş verən hadisələrin əsas məğzini şərh etməklə maarifləndirməyə müəyyən dərəcədə köməklik göstərməlidir. Lakin biz, bun¬ları qeyri-dövlət qəzetlərinin səhifələrində görmürük. Həmin qəzetlərin dil baxımdan savadsız nəşr olunması bir yana, qə¬dim və zəngin tarixə malik olan mənəviyyatımıza, adət-ənə¬nələrimizə vurduğu zərbələrlə barışmaq qeyri-mümkün¬dür".
Son illərdə istər mətbuatımızda, xüsusilə özəl mətbuat orqanlarında və radio-televiziya verilişlərində yerli-yersiz rus və digər dillərndən alınma sözlər baş alıb gedir. Hətta, həmin sözlərin dilimizdə işlənməsinə heç bir lüzum olma¬dığı hallarda da. Məsələn, "prioritet mövzu", "prioritet möv¬qe", "prioritet məsələ", "prioritet proqram", "prioritet müəy¬yənləşdirilir" və s...
Görəsən, bu sözləri müasir ədəbi dilimizdə işlənən ümumişlək və yaxud vətəndaşlıq hüququ qazanmış sözlə¬rimizlə əvəz etmək mümkün deyilmi? Əlbəttə, mümkündür. Sadəcə olaraq, yalnız arzu və istək, xalqımızın minilliklərin dərinliklərindən bəri inkişaf edə-edə, təkmilləşə-təkmilləşə, sabitləşə-sabitləşə gələn ana dilimizə - milli sərvətimizə ümum-xalq mövqeyindən, ümumxalq mənafeyi baxımından yanaşmaq, dilimizin gələcək inkişafı qeydinə qalmaq lazım¬dır. Bu isə, hamımızın, ilk növbədə, ziyalıların və jurnalist¬lə¬rin ən müqəddəs vəzifəsi olmalıdır. Çünki ana dilimiz xal¬qı¬mızın ən müqəddəs milli sərvətidir. Ümumxalq sərvətinə isə xor baxmaq, onu korlamaq, mənası dəqiq başa düşül¬məyən alınma sözlərlə "zibilləmək" olmaz.
İndi də yuxarıda qeyd olunan sözlərin dilimizdə işlənmə mə-qamlarına və onların şərhinə nəzər salaq: Birincisi, "prio¬ritet" sözü dilimizin tələffüz normalarına çox çətin uyğun¬laşır, ifadə etdiyi məzmun isə tam və dəqiqliyi ilə aydın olmur. "Prioritet" sözü rus dilində hər yerdə cəm halında iş¬lənir, kişi cinsini bildirir, onun ifadə etdiyi məna elmdə kəşf və ixtira sahələrinə aid olub, ədəbi dilimizdə isə "birin¬cilik" mənasını bildirir. Azərbaycan dilinin mətnlərində isə, bu ifadələrin heç biri elm sahələri ilə əlaqədar işlən¬məyibdir.
İkincisi, yuxarıda "prioritet" sözü ilə bağlı olan ifadələri ana dilimizə tərcümə etsək birinci ifadə "birincilik mövzu", ikinci ifadə "birincilik istiqamət", üçüncü ifadə "birincilik mövqe", dördüncü ifadə "birincilik məsələ", beşinci ifadə "bi¬rincilik proqram", altıncı ifadə "birincilik müəyyən¬ləş¬di¬ri¬lib" kimi məzmunsuz və gülünc mənalar kəsb etmiş olar. Bu ifadələrdən ilk beş ifadə ədəbi dilimizin leksik, üslubi normalarına uyğun olmadığı üçün kəsb etdiyi məna və məz¬mun da oxucuya və dinləyiciyə tam mənası ilə çat¬mır... Al¬tın¬cı ifadənin ana dilimizdəki məzmunu isə, an¬laşıqlı və dili¬mizin qaydalarına uyğundur. Odur ki, dili¬mizdə "birin¬cilik müəyyənləşdirilib" ifadəsi ola-ola "prioritet müəy¬yənləş¬di¬ri¬lib" ifadəsinin işlədilməsinə heç bir lüzum yoxdur.
Yaxud, istər televiziya və radio verilişlərinin mətnlərin¬də, istərsə də özəl mətbuat orqanlarının səhifələrində tez-tez özünə yer tapan "kritik" sözü mətnin məzmununa uyğun ol¬ma¬yan yerlərdə işlədilir. Məlumdur ki, rus dilində "kritik" tən¬¬qidçi mənasını, "kritiçeskiy" sözü isə insanın hal-vəziy¬yəti ilə bağlı olan "çox çətin, ağır, qorxulu, böhranlı" məna¬la¬rı¬nı bildirir. Televiziya verilişlərində isə tez-tez "Sənin və¬ziy¬yətin kritikdir" kimi sadə cümlələri çox aludəçiliklə tək¬rar edirlər. Bu cümlədə isə, üslub və məntiqi baxımdan "kri¬tik" sözü yersiz işlədilmişdir. Həmin cümləni ədəbi dili¬mi¬zə çevirsək, onda "Sənin vəziyyətin tənqidçidir" kimi çox gü¬lünc bir ifadə almış olarıq. Deməli, həmin cümlədə "kri¬tik" sözündən yox, rus dilində sifət bildirən "kritiçeskiy" sö¬zün¬dən istifadə etmək lazımdır. Məhz buna görə də, yuxa¬rıda qeyd olunan cümlə "Sənin vəziyyətin kritikdir" kimi yox, ədəbi dilimizin üslubi normalarına və məntiqi məz¬mu-nuna, mənasına görə, "Sənin vəziyyətin böhranlıdır (çox çə¬tin-dir, ağırdır, qorxuludur)" kimi cümlələr¬lə ifadə olun¬ma¬lı idi.
Yaxud, televiziya və radio verilişlərində tez-tez səslənən "proqramın xronikası" ifadəsi dilimizdə "proqramın xülasəsi" kimi verilməlidir. İstər bəzi mətbuat orqanlarında, iəstərsə də televiziya və radio verilişlərində müəssisə və idarələrin adı düzgün verilmir. Məsələn, "Baş Dövlət Yol Polis İda¬rəsi" üslubi və məntiqi baxımdan düzgün yazılmamışdır. Hə¬min ifadədəki "Baş" sözü "Dövlət" sözündən əvvəl yox, "Yol" sözündən əvvəl işlənməlidir. Çünki "Baş" sözü "Döv¬lət" sözünün yox, "Yol Polis İdarəsi" ifadəsinin təyini funk¬si¬yasını yerinə yetirir. Odur ki, həmin dövlət müəssi¬səsinin adı belə yazılmalıdır: "Dövlət Baş Yol Polis İdarəsi".
Yaxud, Bakı şəhərinin Xətai raoynu ərazisində yerləşən "Neftçilər" xəstəxanasının binasının üstündə iri hərflərlə belə yazılmışdır: "Mərkəzi Neftçilər Xəstəxanası". Bu ifadə də həm üslubi, həm də məntiqi baxımdan nöqsanlı yazıl¬mış¬dır. Bu ifadədəki "Mərkəzi" sözü "Neftçilər" sözünə yox, “Xəs¬təxana” sözünə aiddir və onun təyini funksiyasın¬da çıxış edir. Odur ki, həmin ifadə ədəbi dilimizin üslubi nor¬malarına və məntiqi məzmununa görə belə olmalıdır: "Neft¬çi¬lərin Mərkəzi Xəstəxanası".
Radio verilişlərinin mətnlərində "geniş fikir mübadiləsi və açıq diskusiya şəraitində", "Azərbaycan radiosunun ra¬dio anonsu efirdədir" kimi ifadələr səslənmişdir. Hamıya yax¬şı məlumdur ki, müasir ədəbi dilimiz ən bəsit, ən incə fikir və mətləblərdən başlanmış ən mürəkkəb, ən mücərrəd fikir və mülahizələri ifadə etmək iqtidarındadır. Bu mənada, hər bir fikir və mülahizə istər efir verilişlərinin, istərsə də mətbuat orqanlarının dilində hamının başa düşəcəyi fikir və mülahi¬zələr sadə, aydın, dəqiq, kamil, rəvan, səlis, elmi və məntiqi cəhətdən sadə və ümumişlək ifadələr və cümlələrlə dinləyi¬cilərə və oxuculara çatdırılmalıdır. Bu baxımdan, yu¬xarıda qeyd olunan birinci ifadə "geniş fikir mübadiləsi və açıq müzakirə şəraitində", ikinci ifadə isə, "Azərbaycan ra¬diosunun radioxülasəsi efirdədir" kimi efirdə səslənməli¬dir.
Sevindirici haldır ki, təzəcə fəaliyyətə başlamış İctimai televiziya elə ilk verilişlərindən ana dilimizin saflığı naminə onun qorunmasına çalışır və bu verilişlərdə, demək olar ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbay¬can Respublikasının Qanunu"na əməl olunması açıq-aydın şəkildə özünü göstərir.
Bakı şəhərində bəzi müəssisə və idarələrin adı da ixti¬sarla düzgün yazılmayıb. Dərd də budur ki, bu nöqsanları nə bəzi mətbuat orqanlarının əməkdaşları, nə də televiziya və radio jurnalistləri görür. Hətta, bu nöqsanları olduğu kimi tək¬rar edirlər. Məsələn, "Azəriqaz" kimi yazır və efirdə sə¬sləndirirlər. Əslində isə, dilimizin qaydalarına görə, bu ixti¬sarla yazılan söz "Azərqaz" kimi yazılmalı və efirdə səslən¬dirilməlidir.
Bu qeydlərin "Azərbaycan" qəzetində çap olunmasından təxminən altı ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hə¬ləlik bu barədə nə Mətbuat Şurası, nə də əlaqədar təşkilatlar öz sözlərini deməyiblər. Yəqin ki...
Hamıya yaxşı məlumdur ki, hər bir müstəqil və suveren dövlətin əsas atributlarından birini dövlət dili təşkil edir. Məhz buna görə də, "Azərbaycan Respublikasının Konstitu¬siyası"nın 21-ci maddəsi "Dövlət dili" adlanır. Bu maddədə konkret olaraq deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azər¬bay¬can dilinin inkişafını təmin edir". (Maddə 21, bənd 1). De¬məli, ölkəmizin hər bir guşəsində bütün rəsmi təd¬birlər - Azərbaycan Respublikasının Prezident Aparatında da, Milli Məclisin sessiyalarında da, Respublika nazirliklərinin və Dövlət Komitələrinin kollegiya iclaslarında da, İcra hakimiy¬yətlərinin və digər dövlət təşkilatlarının iclaslarında da, Mil¬li Elmlər Akademiyasının ayrı-ayrı İnstitutlarının və Ali mək¬təblərinin Elmi Şuralarında da, Orta ixtisas və orta ümum¬təhsil məktəblərinin Pedaqoji Şuralarının iclaslarında da, müxtəlif təsərrüfat müəssisələrinin iclaslarında da, siyasi partiyaların və ictimai təşkilatların qurultay, konfrans və müşavirələrində də, dövlətin daxili və xarici siyasətinin xal¬qa çatdırılmasında başlıca rol oynayan həmkarlar təşkilat¬larının iclaslarında da, bir sözlə ölkənin ən kiçik və ən bö¬yük idarələrində də ümumi ünsiyyət dili - dövlət dili - Azər¬baycan dili olmalıdır. Həmçinin, respublikamızın bütün vətəndaşları arasında da ümumxalq ünsiyyət dili, məişət dili də Azərbaycan dili olmalıdır. Bütün bunlar istər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də beynəlxalq qanun¬ların tələbindən irəli gəlir...
Lakin bəzi dövlət idarələrinin və müəssisələrinin rəh¬bərliyi "Azərbaycan Respublikasının Konstitusiyasının "Döv¬lət dili" maddəsinə riayət etmir, ana dilimizin "dövlət dili" statusunu unudur, onun hamılıqla həyata keçirilməsinə zə¬ruri şərait yaratmır, bəlkə də, bilərəkdən belə hərəkət edirlər. Respublikamızın Ali qanununa soyuqqanlılıq göstə¬rən¬lərə, onun tələblərini yerinə yetirməyənlərə qarşı ciddi şəkildə mübarizə etmək lazımdır. Çünki ana dili öz varlığını və döv¬lət statusunu qoruyub saxlamalıdır. Dilimizin daha da zən¬gin¬¬ləşməsi, səlisləşməsi və təkmilləşməsi üçün hər cür şə¬rait yaradılmalıdır. Bunu öz doğma dilini əsrlərlə yad tə¬sir¬lərə qarşı mübarizədə qoruyub bu günkü səviyyəyə gəti¬rib çıxaran xalq tələb edir, onun Ali qanunu - Kons¬ti¬tu¬si¬yası tə¬ləb edir...
Burada xalqımızın görkəmli oğlu, təcrübəli dövlət xa¬dimi, hərbi sərkərdə və məşhur şair Ş.İ.Xətainin bir kəla¬mını söyləmək yerinə düşər. O, gənclərimizə nəsihətində yazmışdır: "Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəfhərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin! Yaxşı nə etdimsə davam etdirin, xətalarımı təkrar etməyin... Atalar sizə üç əmanət qoyublar: Dilimiz, Qeyrətimiz, Vətənimiz!"
Xalqımızın böyük oğlu, dünyanın görkəmli siyasətçisi və təcrübəli dövlət xadimi, respublikamızın sabiq prezidenti H.Ə.Əliyev də həyatı boyu öz fəaliyyətində bu devizləri əsas tutmuşdur. O, bu münasibətlə Azərbaycan gənclərinin birinci formunda demişdir: "Mən gənclərimizə bu tövsiyəni verirəm... öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz". Təəssüflər olsun ki, bu müdrik kəlamları dərindən duymayan, dərk etməyən vətəndaşlar arasında rəsmi dövlət təşkilatlarının həm yuxarı, həm də aşağı manqalarının əmək¬daşları və müxtəlif təsərrüfat idarələrinin rəhbərləri hələ də çoxluq təşkil etməkdədir. Lakin...Lakin?..
Burada yeri gəlmişkən, dil məsələsi ilə bağlı bir faktı da qeyd etmək yerinə düşərdi. Biz 21 oktyabr və 6 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti H.Ə.Əli¬yev cənablarına iki dəfə teleqramla müraciət etmişdik. Bi¬rinci teleqramda deyilirdi: "Bakı. Prezident aparatı. Azər¬bay¬can Respublikasının prezidenti Heydər Əliyev cənabla¬rına. Məni xidməti vəzifəm və elmi-pedaqoji problemlərlə əlaqə¬dar olaraq, qəbul etməyinizi xaşhiş edirəm. Filologiya elm¬ləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov. Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının mü¬diri". (21.10.1997)
İkinci teleqramda isə yalnız "İkinci dəfə müraciət edi¬rəm" cümləsi artırılmışdır.
Bizi düşündürən, hər şeydən əvvəl, bizə ən çox təsir edən odur ki, bizim doğma ana dilimizdə - Azərbaycan Res-publikasının dövlət dilində yazılmış məktublarımıza in¬diki şəraitdə Rabitə Nazirliyinin poçt şöbəsindən rus dilin¬də ca-vablar göndərilir. Həmin cavabları olduğu kimi oxucu küt¬lə¬sinə çatdırıram. Birinci teleqramın prezident aparatında qəbul edilməsi haqqında cavab teleqramında yazılmışdır:
"21-10-1, Áàêó 66-36 ÁÂÂÌÓ - ôèëîëîãè÷. ôàê. ×î-áà¬íîâó. Òåë. 18-12 21-10 Àëèåâó âðó÷åíà 21-10 15 -00 îáøèé îòäåë ïðåçèäåíòñêîãî àïïàðàòà".
("21-10-1, Baku 66-36 BVVMU - filoloqiç. fak. Ço¬ba¬novu. Tel. 18-12 21-10 Alievu vruçena 21-10 15 -00 obşiy otdel prezidentskoqo apparata".)
Prezident aparatından aldığımız bu cavab məktubundan aydın olur ki, aparatın əməkdaşları vətəndaşların məktub¬larına biganəliklə yanaşırlar. Hətta, özlərini əziyyətə salıb, vətəndaşlardan alınmış məktubları diqqətlə oxuyub onun məz¬-munu ilə tanış olmamış tələsik yarı doğru, yarı səhv ca¬vab yazmaqla vəzifələrini yerinə yetirmiş hesab edirlər. Bi¬¬rincisi, bizim teleqramda "filologiya fakültəsi" ifadəsi ol¬ma¬dığı halda cavab teleqramında "filoloqiç. fak." ifadəsi ilə ca¬vab yazırlar. İkincisi, onlar düşünmürlər ki, Bakı Ali Hərbi Dənizçilik Məktəbində "filologiya fakültəsi" haradan ola bilər? Hərbi sənət hara, filologiya hara?..İkinci teleqramın Prezident Aparatında qəbul edilməsi haq¬qında cavab teleqramında yazırlar:
"Áàêó 66-11502. ÁÂÂÌÓ ïðîô ×îáàíîâó 18-4 6-11 Àëèåâó âðó÷åíà 6-11 17-55 îáøèé îòäåë ïðåçè¬äåíò-ñêîãî àïïàðàòà òåëåãðàôèñòêà - Ðàñóëîâà".
"Baku 66-11502. BVVMU prof Çobanovu 18-4 6-11 Alievu vruçena 6-11 17-55 obşiy otdel prezi¬dent¬skoqo apparata teleqrafistka - Rasulova".
Prezident aparatından aldığımız xəbərdarlıq teleqramının hər ikisinin rus dilində yazılması bir yana, acnacaqlı cəhəti odur ki, həm məntiqsiz, həm də savadsız yazılmışdır. Bu oxucular üçün də maraqlı olar. Görəsən, bu teleqramları ha¬zır¬layan şəxs kimdir? Onun Azərbaycan vətəndaşlığı varmı? Əgər, o, Azərbaycan vətəndaşıdırsa, nə üçün Azər¬bay¬can Respublikasının müqəddəs qanununa - Konsti¬tusiya¬sına və onun "Dövlət dili" adlanan 21-ci maddəsinə - ana dilimizin dövlət dili statusuna biganəlik göstərir? Respubli¬kamızın döv¬lət dilində yazılmış teleqramlara niyə rus dilində cavab hazırlayır... Niyə?... Yoxsa, bəzi bürokratlar "bəlkə də qay¬tardılar" laylasından hələ oyanmayıblarmı?...
Bizim hamımızın müqəddəs vəzifəsi isə, Müstəqil Döv¬lə-timizin rəsmi dövlət dilini, ana dilimizi, xalqımızın milli sər¬vətini göz bəbəyi kimi qorumaqdan ibarət olmalıdır. Çünki "Öz millətini əbədi saxlamaq istəyənlər öz ana dil¬lə¬ri¬¬ni saxlamağa çalışmalıdırlar və o dildə elm və fənni övladi - millətə verməlidirlər". ("Kəşkül" qəzetindən. XIX əsrin 80-ci illəri).
Mədəd ÇOBANOV,Nyu-York Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor.
«Azərbaycan» qəzeti, 2001.

271]]>
Nicat Əmirov Fri, 23 Aug 2024 00:37:23 +0000
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub https://turan.info.az/elm/humanitar/6487-grcstann-nfuzlu-qzetind-azrbaycan-alimi-haqqnda-mqal-drc-olunub.html https://turan.info.az/elm/humanitar/6487-grcstann-nfuzlu-qzetind-azrbaycan-alimi-haqqnda-mqal-drc-olunub.html Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində mərhum akademik Mədəd Çobanov haqqında “Ədəbi dilimiz – xalqımızın milli sərvətidir!” sərlövhəli məqalə dərc olunub.]]> admin Wed, 21 Aug 2024 19:15:24 +0000 “turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb https://turan.info.az/esas/6477-turan.info.az-n-rhbri-mfiq-boral-prezident-tqadn-layiq-grlb.html https://turan.info.az/esas/6477-turan.info.az-n-rhbri-mfiq-boral-prezident-tqadn-layiq-grlb.html “turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülübTƏBRİK EDİRİK!..

“Ziya” İnformasiya Mərkəzinin və turan.info.az saytının təsisçisi və baş redaktoru, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, "Abulla Şaiq", "Nəriman Nərimanov", "Zirvə", "Zəfər", "Qızıl Qələm" və s. mükafatların laureatı olan MÜŞFİQ BORÇALI - bu günlərdə AYB-nin təqdimatına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.

Bu münasibətlə əziz və sevimli həmkarımız, dəyərli ziyalımız, çox hörmətli qələm dostumuz Müşfiq müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, elmi-pedaqoji, ədəbi-bədii və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Qeyd edək ki, Müşfiq Borçalı - eyni zamanda, Azərbaycan Texniki Universitetinin əməkdaşı - AzTU Press nəşriyyatının, "Ziya" qəzetinin və Ziya.İnfo.Az saytlarının Baş redaktorudur. O, həmçinin, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil qəzetlərinin qurucusu və Baş məsləhətçisi, eləcə də, "Zirvə" İnformasiya mərkəzinin, "Borçalı" və "Yurd" nəşriyyatlarının, "Zirve.info", "Zirve.info.az", "Yurd.info.az, elm.info.az, Bolnisi.az, Borcali.org saytlarının da qurucusu və rəhbəridir.

turan.info.az


“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb
“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb


“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“turan.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb]]>
Nicat Əmirov Thu, 18 Jul 2024 17:37:32 +0000
Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib https://turan.info.az/gurcustan/6459-grcstanda-ana-dilimiz-varlmzdr-mvzusunda-ina-yaz-msabiqsi-keirilib.html https://turan.info.az/gurcustan/6459-grcstanda-ana-dilimiz-varlmzdr-mvzusunda-ina-yaz-msabiqsi-keirilib.html Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdləri arasında görkəmli dilçi alim, tanınmış türkoloq və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

turan.info.az AZƏRTAC-a və 24news.ge-yə istinadən xəbər verir ki, müsabiqə Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri Ələddin Qarabağlının təşəbbüsü və təşkilatçılığı, Marneulidəki “Azərbaycan Evi”nin dəstəyi ilə həyata keçirilib.

2024-cü ilin mart ayından ictimaiyyətə elan olunan İnşa yazı müsabiqəsinə iyun ayının 5-də Marneulidəki “Azərbaycan Evi”ndə yekun vurulub, bu münasibətlə “Ana dilimiz – varlığımızdır!” adlı təntənəli tədbir keçirilib, müsabiqənin qaliblərinə sertifikatlar, mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

Əvvəlcə akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib. O bildirib ki, bir il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri ana dilimizi – Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.
Daha sonra “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Ələddin Qarabağlı çıxış edərək bildirib ki, diliçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş 2 mərhələli İnşa yazı müsabiqənin birinci mərhələsində, Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən 116 məktəbdən (88-i sırf azərbaycandilli məktəbdir) 67-nin 160-a yaxın şagirdii iştirak edib. Onlardan 60 nəfəri ikinci mərhələyə vəsiqə alıb. İkinci mərhələdə isə həmin şagirdlərdən 20 nəfəri müsabiqənin qalibi seçilib.
Ələddin Qarabağlı qeyd edib ki, müsabiqədə iştirak edən şagirdlərin ana dilimizlə bağlı yazdıqları çox maraqlı olub. Şagirdlər ana dilimizin zənginlikləri barədə fikirlərini bölüşüblər. Ələddin Qarabağlı belə müsabiqələrin davamlı olacağını və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.
Ələddin müəllim böyük sevinc hissi ilə onu da diqqətə çatdırıb ki, müsabiqədə paytaxt Tbilisi, eləcə də Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarının məktəbliləri ilə yanaşı, Qaxeti bölgəsindən gəlmiş şagirdlər də yüksək səviyyədə iştirak ediblər.
Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, “Şərəf” ordenli yazıçı Əli Abbas, Gürcüstanın Əməkdar müəllimi, Dmanisi rayonunun Aşağı Oruzman kəndinin məktəb direktoru İslam Məmmədov, Azərbaycan dili və ədəbiyyat müəllimələri Fatma Əliyeva, Qazax Abdullayev, Abayat Qurbanova, Sevda Şahverdiyeva, Esmira Ələkbərli və başqaları çıxış edərək görkəmli diliçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.
Mərasimdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar və şagirdlərə uğurlar diləyiblər.
Onlar qeyd ediblər ki, son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakı və fəallığı ana dilmizin inkişafına yönəlib.
Sonda müsabiqədə iştirak edən və müxtəlif nominasiyalar üzrə qalib olan şagirdlərin hər biri sertifikat və pul mükafatına layiq görülüblər. Belə ki, 1 nəfər 1-ci yeri qazanaraq 100 lari, 2 nəfər 2-ci yeri qazanaraq hər biri 75 lari, 3-nəfər 3-cü yeri qazanaraq hər biri 50 lari, 4 nəfər 4-cü yeri qazanaraq hər biri 25 lari, 5 nəfər 5-ci yeri qazanaraq hər biri 20 lari, 5 nəfər isə həvəsləndirici mükafat qazanmaqla yenə də hər biri 20 lari olmaqla pul mükafat ilə birlikdə diplom və sertifikatla da təltif olunublar. Qaliblərə, eləcə də digər bütün iştirakçılara qiymətli hədiyyələr, müxtəlif kitablar və məktəb ləvazimatları da təqdim olunub.
Tədbir iştirakçılarına həmçinin mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar da paylanılıb, xatirə foto-şəkillər çəkilib.
turan.info.az]]>
Nicat Əmirov Sun, 16 Jun 2024 22:34:33 +0000
DƏYANƏT OSMANLI (1965) https://turan.info.az/gurcustan/bolnisi/942-dyant-osmanli-1965.html https://turan.info.az/gurcustan/bolnisi/942-dyant-osmanli-1965.html DƏYANƏT OSMANLI  (1965)DƏYANƏT OSMANLI
(1965)
1965-ci ildə qədim türk yurdu Borçalıda - Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1992-2006-çı illərdə “Azərbaycan” qəzetində reportyor olaraq çalışmışdır. İlk şeirləri 1989-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində və “Ulduz” jurnalında dərc olunub. Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan yenilikçi şair kimi tanınır. 1992-cü ildə mətbuatda öz yaradıçılıq manifestini yazaraq bütün əski poetik qəliblərdən imtina edib. Bu səbəbdən uzun zaman bir coxları onun poetik mətninə qarşı çıxmışlar.
1992-cü ildə yeni ədəbiyyat uğrunda çalışmaları ilə Avanqard Ədəbi Birliyini yaradıb ona rəhbərlik etmişdir. 1995-ci ildə Azər¬baycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. “Ağ kitab” (1997), “İlk... Və... Son...” (2009) şeir kitabları, sonrakı illərdə isə altı pub¬lisistik kitabı nəşr olunub. Şeirləri bir sıra xarici dərgilərdə ya¬yım¬lanmışdır. Azərbaycanda Atatürk Mərkəzinin Baş redakto¬ru¬dur.
Qələm dostumuz Oqtay Hacımusalı «Şərqin səsi» qəzktində çap olunmuş «Dəyanət Osmanlı: Bu mənəm - poeziyanın sükuta döndərdiyi adam” sərlövhəli məqaləsində çox haqlı olaraq yazır:
Dəyanət Osmanlı - deyəndə oxucular və ədəbiyyatsevərlər gözlərinin önündə artıq öz poetik sistemini yaratmış, Modern Azərbaycan şeirinin ilkin cığırdaşlarından biri, bəlkədə birincisi canlanır. Amma o, bu gün nəyinsə iddiasında deyil. Buna görə də bəzən tənqidçilər onun şeirlərini təhlil etməyiblər (ya da çəkiniblər onun şeirlərini təhlil etməkdən!). İndi o, Azərbaycan ədəbiyyatında baş alıb gedən müəyyən qruplaşmaların heç bi¬rin¬də yer almamağı və mətbuatda görüməməyə üstülük verir. Və Bakıda oturub sakitcə sözlərini yandırır... Qışın son nəfəsi kimi, qarlı bir gecə keçir masamdan. Tənhayam bu kağız göyüzündə, sən üşüyürsən, mən sözləri yandırıram... Də¬yərli qələm dostumuz Dəyanət qardaşımıza yeni-yeni uğurlar arzulayırıq!

Nizami Cəfərov
Prof. Dr. Azərbaycan MEA-nın müxbir üzvü
İlk və Son arasında
(Dəyanət Osmanlının yaradıcılığı haqqında mülahizələr)
Azərbaycan poeziyasının tarixində müxtəlif üslublarla, müxtəlif məktəb¬lər¬lə rastlaşırıq. Bu üslubların, məktəblərin hər biri bütöv və zəngin Azərbaycan poeziyasını təşkil edir. Müasir dövrdə Azərbaycan mədəniyyətının, ədəbiyyatının dünyaya inteqrasiyasıyla bağlı, bu inteqrasiyanın müxtəlif mər¬hələləri və hər mərhələnin də uğurlu və məhdud cəhətləri barədə də mü¬lahizələr yürüdə bilərik. Bu inteqrasiya nəticə etibarilə ədəbiyyatda rəngarəngliyə gətirib cıxarır. Azərbaycan poeziyasının tarixindən gələn cox güclü ənənə vardır - hümanizm, dünyaya acıqlıq, insanın daxili aləminə, ruhuna meyl etmək, müəyyən qədər sufi-ruhani düşüncə. Bu elə bir poeziya yaradıcılığı, poeziya mədəniy¬yətidır ki, müasir dövrdə də özünün özəlliklərini qoruyub saxlayır. Və poeziyada baş verən bütün eksprementlər, özünü büruzə verən bütün yeniliklər Azərbaycan şairinin yüzillərlə daxilində daşıdığı bu möhkəm kökə, təmələ əsaslanır. O şair ki, Böyük tarixdən gəlmir, məxsus olduğu millətin özünəqədərki şeir yaradıcılığı ənənəsini ən azından stixiyalı şəkildə özündə ehtiva edib gəlmir, onun apardığı ekspre¬mentlər də havadan asılı qalacaq, bir növ köksüz, əsassız təsiri bağışlayacaq. Amma o şair ki müasirliyə, modernliyə müasir dünyanın və müasir insanın mənəvi-ruhi tələblərinə məhz tarixdən gələn o zəngin potensialla müraciət edir, onda əlbəttə, böyük ədəbiyyat, böyük poeziya yaranır. Və mən Dəyanət Os¬manlının yaradıcılığını bu böyük poeziyanın nümunəsi hesab edirəm.
D.Osmanlı yalnız özünəqədərki poeziyanın üsullarını, priyomlarını, geniş mənada potensiyasını stixiya ilə mənimsəmiş bir şair deyil, həm də onu dərindən öyrənmiş bir şairdir. Onun poetik yaradıcılığında səmimi, sənət ücün vacib olan sadəlövhlüklə yanaşı, yüksək bir intellektuallıq vardır. Mən, ümumiyyətlə, böyük sənətin formulası olaraq, daha cox bunu qəbul edirəm ki, böyük sənət sadəlövh bir şəkildə, yəni səmimilikdən yoğrulmuş bir sadəlövhlüklə ortaya cıxmalıdır və xüsusilə, bu onun ifadə texnologiyasında özünü göstərməlidir. Bu qurama olma¬yan, süni olmayan, təbii surətdə gələn sadəlövh və səmimi ifadə texnologiyasının arxasında da böyük intellekt dayanmalıdır. İntellektsiz şair nə qədər sadəlövh və səmimi olsa da, o yenə də bəsit görünə bilər. Ya da əksinə, sadəlövh və səmimi düşüncə ifadə texnologiyasını özündə daşımayan şair nə qədər intellektli olsa da o şair deyil.
Dəyanət öz yaradıcılığını ilk dəfə bütöv şəkildə bu kitabda təqdim edir: “İlk...Və...Son...” kitabında. Onun cox gənc yaşlarında, eyni zamanda son illərdə yazdığı şeirlər də bir kompleks halında, yəni bir insan həyatının, bir şair yaradıcılığının tarixi kimi burada toplanmışdır. Biz bu şeirlərdə dəqiq , konkret bir xronologiya müşahidə etmirik. Bu mənada, Dəyanətin yaradıcılığını mən bizim böyük şairlərin, orta əsrlərin klassik yaradıcığı ilə müqayisə edirəm. Məsələn, Füzulinin yaradıcılığına fikir versək və onun yüzlərlə qəzəlini bir xronologiyaya düzmək istəsək nə qədər böyük tədqiqatcı olsaq da bunu seçə bilmirik. Çünki müəyyənləşdirmək mümkün deyil ki, Füzuli bu qəzəllərin hansılarını orta, hansılarını ahıl yaşlarında yazıb. Ümumiyyətlə, bu da sənətin sirridir və şərq poeziyasının bir özəl texnologiyası, keyfiyyətidir ki, şair əlinə qələm alandan, ürəyinə söz gələndən həmişə demək olar ki, xaraktercə eyni şeyləri yazır. Yəni mövzular dəyişə bilir, ideyalar dəyişə bilir, amma o yaradıcılığın tipi, xarakteri, şairin maraq dairəsi demək olar ki, dəyişmir. Kitabın “İlk... Və... Son...” adlanmasına baxmayaraq, bir parodoksdur ki, burada İlk və Son arasında bir keyfiyyət fərqi yoxdur. Cadəcə olaraq, bu, şarin iddiasıdır. Şairin maraqları səviyyəsində olan məsələdir ki, o, əlbəttə, nəyi nə zaman, hansı ovqatda yazdığını yaxşı xatırlayır. Amma yenə də bizim ücün, oxucu ücün şeirin məzmunu əsasdır. Kitabdan görünən ümumi ideya, təəssürat, estetik zövq əsasdır. Ona görə də bu xronologiyanı müəyyənləşdirmək həm çətindir, həm də o qədər də maraqlı deyil. Yəni biz burda nəyin İlk, nəyin Və, nəyin Son olduğunu təbii olaraq müəyyənləşdirə bilmirik. Amma bütövlükdə Dəyanətin yaradıçılığını səciyyələndirəndə, xarakterizə edəndə Füzuli yaradıcılığından gətirdiyim misal kimi, burda da xronologiya görünmür. Burada görünən poeziyadır, burada görünən şairin istedadıdır, şairin mühakimələridir. Böyük fikrin, böyük zövqün, böyük düşüncənin də metafizikası var, xronologiyası yoxdur. Və bu mənada, sanki Dəyanətin bütün şeirləri bir uzun şənbə gününün payız nəğmələridir:
Bu uzun şənbə günü
yağış oxuyur
xəzəl altında qalmış
payızın nəğməsini...
Dəyanətin kitabını oxuyanda ilk baxışdan bir bədbin leksikonla qarşılaşırsan. Yəni bunu çox tez-tez görürük (məhz görürük). Baxmayaraq ki, poeziyada bəlkə də görmək yox, eşitmək əsasdır. Amma bu şeirləri oxuyanda mən elə bil həmişə o lövhələri, o hisslərin fiziologiyasını, sözlərin fiziologiyasını görürəm.

Hər gecə,
hər soyuq,
hər ölüm.
Sükut ular dünyanın
çarəsiz qocalığını.
Uyğular ölüm saatıdı günlərin,
Gecələr hər şeyin səsi batanda...

Söz burada sadəcə deyilib eşidilən bir şey deyil, söz burda elə mükəmməl, bütün üzvləri ilə, əzaları ilə görünən elə bir obraz yaradır ki, istər-istəməz an¬layırsan ki, burda hisslərin, duyğuların fiziologiyası verilib. Ağrı öz fiziologiyası ilə, Kədər, Dərd öz fiziologiyası ilə görünür. Əgər Dəyanət şeirdə “soyuq” sözünü işlədrsə, “soyuqdur” sözünü işlədirsə, “donmaq” sözünü işlədirsə bunu elə bir kontekstdə, həm də elə qəribə təsir gücü ilə işlədir ki, istər-istəməz üşüyürsən, donursan, bu soyuğu ruhunla hiss edirsən. Və əslində istedadlı şair üçün, yəni şair üçün prinsipial olan məsələlərdən biri budur. Bəzən ikicə misra ilə belə böyük, canlı, unudulmaz bir lövhə yaratmaq:

... İndi soyuqdu,
gecədi,
quşlar da yatmış olar...

Qeyd etdiyim kimi, Dəyanət bədbin anlayışlarla, bədbin poetik termi¬nologiya ilə bizim hisslərimizə müdaxilə edən şairdir. Onun şeirlərini oxuduqca dərhal “soyuq”, “qaranılıq”, “gecə”, “yalqızlıq”, “suçlu” və onlarla bu tipli sözlər keçən bədbin poetik leksikona rast gəlmək mümkündür. Mən bunu şairin bədbinliyi ilə yox, üslubu ilə əlaqələndirirəm. Yəni şair bu səviyyədən, bu nöqtədən, bu kimsəsizlik, qaranlıq, ağrı və soyuqluq içərisindən dünyanı görə bilir.

Yürümək istərmisən
qaranlığın sonunadək,
mən orda suçlu və kimsəsizəm,
bəlkə
Tanrı daha suçlu və kimsəsiz.

Və ola bilər ki, bu bədbin leksikon içərisində dünya, mənəvi aləm, insan təhlil olunmasın, qaralansın, görünməz olsun. Amma Dəyanətin yaradıcılığının önəmli xüsusiyyəti ondan ibarətdir ki, o məhz bu leksikon altında dünyanın, insanın dəyərini, həyatın mənasını müəyyənləşdirir. Və nəticə etibarilə, bu bədbin poetik leksikon o qədər də bədbin həyat təqdim etmir. Yəni bu cür poetik parodokslar daxilində o, dünyanın, insanın, həyatın fəlsəfəsinə müdaxilə etməyə çalışır. Və istəyir ki, bu poetik-fəlsəfi terminologiya ilə dünyada nəyin var, nəyin yox olduğunu göstərə bilsin, görə bilsin.

Qışın son nəfəsi kimi,
qarlı bir gecə kecir masamdan.
Tənhayam bu kağız göy üzündə,
sən üşüyürsən,
mən sözləri yandırıram.

Bizim poeziyamızda, xüsusilə ötən əsrin 60-70-ci illər poeziyasında içini yeyən, daxilinə hopan, daxilindəki ağrıları üzə çıxaran hisslərlə belə bir ədəbiyyat yaranmışdı. O şairlər ancaq insanın daxili ilə məşğul idilər, bununla da özlərinin fərdi duyğularnı, yaşantılarını təqdim edrdilər. Bu, bəlkə də öz növbəsində 30-40-50-ci illərin psevdoictimai, həddindən artıq vulqar-ictimai poeziyasına bir etiraz idi ki, bu qədər fərdilik, subyektivlik əmələ gəlmişdi. Mən Dəyanəti bu məktəbin nümayəndəsi hesab edə bilmirəm. Ona görə ki, onun daxili aləmi ifadə eləmək maraqları, ehtirasları, hissləri hədindən artıq ictimaidir. Yəni onun təhlil və təqdim etdiyi ovqat - yalqızlıq, nisgil və s. sadəcə olaraq bir fərdin ovqatı deyil.

Bu gerçək dünyanın ömrü
qocaman bir qış nağılı,
aradabir zalım sükut
vərəqləri dağıdar.
Harda qalmışdıq deyə,
sorar hərdən
məndən əfəndim Tanrım.

Bu, eyni zamanda, Dəyanət Osmanlının özünü təqdim eləməsi də deyil, burda çox güclü daxili bir ictimailik var. Ona görə ki, hər bir insan, güclü poetik zövqü, lap elə orta poetik zövqü olan hər bir insan Dəyanətlə razılaşa bilir. Və belə deyək, hətta onunla mükaliməyə girir ki, nə dərəcədə bu hisslər ona yaxındır, nə dərəcədə ondan uzaqdır. Cünki tək yaxınlığın yox, həm də uzaqlığın mükaliməsinə girmək də əlbəttə, şair ücün o ictimailiyi göstərən bir məsələdir. Ola bilərdi ki, Dəyanət Osmanlı mümkün qədər 30-cu, 40-cı, 50-60-ci illərin şairləri kimi ictimai olsun və o, bu leksikonla, poetik düşüncələrinə daha cox daxilindən yox, çox-çox özündən xaricdən başlayaydı. Amma bu da poetik düşüncə, ifadə texnologiyaları ücün cox vacib olan səmimilik və bədii sadə¬lövhlük prinsipindən uzaq olardı. Bu mənada, Dəyanətin yaradıcılığında hə¬qiqətən ictimai bir səmimilik var və yaxud səmimi bir ictimailik var ki, bu da böyük poeziya ücün cox vacib bir məsələdir.

Yurdun qanlı köynəyitək
qırmızı bayraq olaram –
ucalığı əsdirib,
qaranlığı yırtaram
başınızın üstündə.

Dəyanətin ifadələrində olan səmimiliyin, sadəlövhlüyün və təbiiliyin kökü içəridən, ruhundan gəlmədi. Yəni hiss edirsən ki, bu ifadənin, bu düşüncə tərzinin kökü insanın ruhundadır və elə min illərdir insanın icərisində olubdur. Biz bu ifadələri, onların anologiyasını, oxşarını lap qədim türk poeziyasında da tapa bilərik. Və bu da onu göstərir ki, aydın, səmimi, kifayət qədər rahat, insani ehtiraslarla doğulmuş bu ifadələr, bu misralar məhz Azərbaycan poeziyasının məhsuludur, məhz Azərbaycan şairinin tapıntısıdır. Bu ifadələrin hər birini mən bir əsər hesab edirəm. Çünki burada elə ifadələr, elə sözlər var ki, elə obrazlar var ki, şeir onun üzərində qurulur, onunçün yazılır və bəzən ondan ibarət olur. Və bu cür ifadələrin özünü də ayrıca bir əsər hesab etmək olar. Məsələn:
...ürəyim nəm cəkir sinəmdə, ...zülmətin qorxusundan ulduz-ulduz titrəyir göy üzü, ...başımız üstündən quşlar göy üzünü daşıyır harasa, ...əyildi boynum gözlərimin ağırlığından, ...əzizləyib saxladığın sevgi canına düşmən kəsilər, ...yollar dərviş məzarlığı, ...mənim sərgərdan ruhum ayağına yer tapmaz, göy tapmaz qanadına, ...hər gün acından, sevgidən ölənlər tək ölür Allahını sevənlər, ...güllər can verir əsgər məzarlığında...
Onlarla bu cür səlis misallar gətirmək olar. Dəyanətin yaradıcılığındakı həmin misallar göstərir ki, o, dili sadəcə olaraq işlətmir, dildən yalnız ünsüyyət vasitəsi kimi istifadə etmir, öz böyük sələfləri kimi sübut edir ki, dilin həqiqətən böyük funksiyası var. Dil həqiqətən bədii əsərdir. Özü də bunu bizim bəzi şairlərimiz kimi bir dəfə, iki dəfə deyil, hər dəfə sübut edir, hər şeirində acıq-aydın göstərir. Onun elə bir şeiri yoxdur ki, onda dil, ifadə qüsuru göstərəsən. Elə düşünəsən ki, bu şeir dildən sözləri, ifadələri ayrı-ayrılıqda secməklə yaranıb. Onun bütün şeirləri bir obrazdır və bir obraz daxilində təbiətən gələn bir dil var. Bu dil məhz böyük təfəkkürün, böyük yaradıcı düşüncənin, böyük yaradıcı idrakın dilidir və sanki elə şeir ücün yaranıb. Bu mənada, onun bu dildən istifadə məharəti, həqiqətən, böyükdür.


Eşidirsənmi,
bir də qayıtmaram,
qaldır gözünü, əzizim,
gedim, gedim, gedim,
qəzaya uğrayım sən olmayan yerdə.

Dəyanət dili, dilin poeziyasını dərk edən şairdir. O dil ki, Dəyanətə məxsusdur, o hec kimə məxsus deyil. Onun şeirlərində dillə özünəməxsus bir ünsiyyət var. Yəni dil özü ünsüyyət vasitəsidir, amma Dəyanət dillə ünsüyyət vasitəsi olamqdan daha cox ürəyi ilə ünsüyyət saxlayırmış kimi davranır. Və bunun ücün elə vasitə tapır ki, dil, poetik dil, dildən poetik istifadə Dəyanət ücün, həqiqətən, böyük bir sənət texnologiyası səviyyəsinə qalxır.

Yağışlı oktyabr
Payıza həsr olunmuş
şirin bir yapon tankası
bitdi bir fincan cay kimi...

Qeyd etdiyim kimi, Dəyanətin yaradıcılığında fərdi-üslubi məqam və fərdi-üslubi münasibətlə yanaşı, həm də cox güclü bir ictimailik var və onun duyğuları hər bir insan ücün doğmadır, bu etiraf olunsa da, olunmasa da cox doğmadır. Məsələn, bu mənada onun yaradıcılığı ücün bəlkə də ən səciyyəvi olacaq bir məqam Dəyanətin hisslərində, düşüncələrində cox geniş yer tutan bir genetik yurd, coğrafiya hissinin olmasıdır. Dəyanət İntellektli bir uşaq , səmimi, sadəlöhv, amma intellektli bir uşaq yaddaşıyla öz vətənini tanıyır və o vətən haqqında, özü də bütün genişliyi ilə o genetik vətən haqqında, türklüyün vətəni haqqında o qədər səmimi, o qədər aydın, o qədər sadəlövh mənəmlik iddiası ilə danışır ki, istər-istəməz sən özün də düşünürsən: Bəli, həqiqətən, bu geniş coğrafiya mənimdir, bu coğrafiyada mənim babalarımın ruhu dolaşır, həqiqətən, bu coğrafiya ücün mən tarixi məsuliyyət daşıyıram.

Axır İlkdən Sona doğru
yeddi arxın anası Dunay...
Ulu suların xatirində
ulu yurdun sonuncu ocaq yerləri.
Ulu bir ağacın doqquz budağı,
ulu göyün doqquz işığı
və qaziliyin haqqına
yaşanmış ömrün sümükləri...

Dəyanət vətənə münasibətdə, o genetik yurda münasibətdə o qədər səmimi və oqədər doğma əhval-ruhiyyə ilə, o qədər doğma bir hiss fəlsəfəsi ilə yanaşır ki, hətta birdən qayıdıb “Viranə vətən” deyəndə də sən razılaşırsan və bunu səmimi qəbul edirsən. Yəni, içərisində , daxilində vətən olmayan hər hansı konyuktur şair “viranə vətən” desəydi mən onunla mübahisə edə bilərdim, amma Dəyanətlə mübahisə edə bilmirsən, cünki o bu viranəliyi icinin, daxilinin viranəliyi qədər hiss edir. Və sən inanırsan ki, o vətən, o genetik yurd yalnız bir geniş fiziki coğrafiya deyil, həm də Dəyanətin daxilindədir.
Dəyanətin bu ictimai poeziyasında ən cox soyuqluqla, qarla, qışla, küləklə, yağışla, boranla üzləşirsən. Yəni o, nə qədər soyuq məzmunlu ifadələr işlətsə də, nə qədər soyuq məzmunlu hisslər ifadə etsə də onun poeziyasında çox qəribə bir istilik var və mən bu soyuq terminologiya ilə verilmiş bu qəribə istiliyi bütün o ifadələrdə, sözlərdə hiss edirəm.

Fevral, qar, cərşənbə.
Külək qışı qovur, əzizim,
elə bil cərşənbədə, fevralda
qar icinə qovulmuşam könüllərdən...
...Mənim üzüm soyuq, sənin ürəyin,
hər gün bir az da qar yağır
dünən diri olan umudun üstünə...

Dəyanətin şeirlərində yağış, külək, qar, yol, gecə, göy üzü,yovşanlıq, vadi, cöl, qələbəlik, tənhalıq, səhra, ağaclar, adamlar... kimi dəfələrlə işlətdiyi sözlər var və həmin anlayışlar onun poeziyasına bir keyfiyyət, rəng gətirir, yəni o hisslərin aparıcı (həm də təkrarsız) rəngini müəyyənləşdirir.

Məndən üz döndərənlər,
Yorğunam yol ayrıcında.
ağacların,
adamların,
səhraların arasında
gözləməkdən,
dinşəməkdən,
yaşamaqdan yorğunam...

Bu baxımdan, Dəyanət Osmanlı, həqiqətən, böyük şair hesab oluna bilər, nə mənada, cünki bizim müasir poeziyamızda çox zaman bir necə sözü ardıcıl olaraq rəngləyən və bu sözləri əsərə cevirən şairlərimiz demək olar ki, yoxdur. Yəni bu da o dil ilə ilahi təmasın, səmimi, intellektual təmasın nəticəsidir. Əgər bir rəssam daha cox hansısa bir rəngdən istifadə edirsə, o sənətə nöqsan gətirmir, o sənəti motivləndirir, o sənəti ünvanlandırır, yaradıcılığa yeni bir xarakter verir, səciyyə verir. Bu, rəssamın da , şairin də özündən asılı deyil, bu təbiətdir, onun istedadının, hisslərinin, düşüncəsinın rəngidir, bu rəngə etiraz etmək olmaz. Əksinə, məhz bu rənglərlə o rəssamı, o şairi qəbul edirsən, oxuya bilirsən, dərk edə bilirsən. Yəni bu da bir əsərdir və əsər belə yaranır.

Əlvida, əlvida, istəklilər,
ürəyimdə olsanız da
xatirələrin şəkli
bu boyda, bu boyda cırılmış...

Və o sözləri oymaqla, onları işlədə-işlədə o sözlərin semantik yaddaşını oyadır Dəyanət. O sözlər şeirdə işləndikcə həm itirilmiş mənalarını bərpa edir, həm də yeni məna qazanır. Yəni sözü əsər səviyyəsinə qaldırmaq şair ücün çox böyük istedaddır. Bunu hər şairdə görmək mümkün deyil. Tək-tək şairlər var ki, onlar üçün söz bu qədər dəyərlidir. Və onlar üçün sözün daxilinə girmək, o sözlə işləmək, o sözü sənətə çevirmək hadisəsi baş verir.
Dəyanət üçün ən müqəddəs anlayışlardan biri də elə onun poeziyasının mahiyyətini, ideya məzmununu açan ana obrazıdır, ana anlayışıdır. Və o ananı yurd kimi də dərk edə bilir.

Nəğmələrin uyuduğu qeybdən
görünür arabir
üfüqlər kimi sökülən üzüm.
Mübarək üzlü igid anam,
o kimin ruhuydu,
laylası savaş türküsü...

Ana anlayışı onun şeirlərində yurd mənasından başlayıb, bizim ən sadə məzmunda duyduğumuz mənaya, məzmuna qədər gəlib çıxa bilir. /Ana qa¬nadlarının altı ən azad vətən torpağı/. Hər dəfə də onun bu ana anlayışı, məfhumu üzərində qurulmuş poetik düşüncələri adamı cəlb edir və çox müxtəlif spektrlər səviyyəsində düşündürə bilir, hisslərinə təsir göstərir. Nəticə etibarilə, sözə söykənmiş poetik düşüncə, həm də adi sözə deyil, böyük poetik-semantik məna daşıyan, şairin düşüncəsinin, ruhunun təzyiqinə məruz qalmış və özünün bütün parlaqlığı ilə ortaya çıxan sözə, şairin özünün yaratdığı poetik mənaya söykənmiş poeziyada, əlbəttə, hisslərin fəlsəfəsini verir.
Bildinmi nələr oldu,
canımın divarlarından sızdı
ruhumun əzabları o gün.
Əlimdə bəxtiyarlığın şəkli
qara çərçivədə,
qovuldum gecənin sahillərinə...

Dəyanət bədii təfəkküründə çox dəqiqdir. Bu dəqiqlik fəlsəfiliyə gətirib çıxarır. Onun bir çox şeirlərində əgər biz eyni sözə rast gəliriksə, mütləq həmin söz fəlsəfədə olduğu kimi eyni mənanı verir, eyni poetik dərinliyə gedib çıxır. Dəyanətin yaratdığı obrazlar dəqiq olduğundan dağılmır, sökülmür və onun yaradıcılığında bütöv bir sistem əmələ gətirir. Bu mənada, Dəyanəti hisslər filosofu kimi də təqdim etmək mümkündür.
Səndən gizlətdiyim
utancaq sözlər damır
uşaqlığımın yeganə şahidi
nimdaş şəkillər üstə
ürəyim dolanda.

Dəyanətin işlətdiyi qəribə ifadələrdən biri də “Dünyamızın Tanrısı ixtiyar, şeytanı cavan” ifadəsidir. Bu elə bir poetik kontekstdə verilir ki, Tanrının qocalığı, müdrikliyi, təmkini, eyni zamanda şeytanın cavanlığı, çevikliyi... bunu bir insana da tətbiq etmək olar. Yəni insanın içərisində Tanrıdan gələn nələr var, Şeytandan gələn nələr var... Tək bu ifadələrin ətrafında böyük bir psixoloji konsepsiya, bir hisslər fəlsəfəsinin konsepsiyasını yaratmaq mümkündür. Budur şairin hünəri. Əgər şair bir sözü ilə, bir misrası ilə bir şeiri ilə bir böyük fəlsəfi konsepsiya yaratmaq ehtiyacını ortaya qoyursa, o şairdir. Əlbəttə, o, konsepsiyanı yaratmır, amma o ehtiyacı hiss edir və bu da şairin böyüklüyünə bir nümunədir.
Dəyanət bəzi şeirlərində sıravi insan həyatının, sıravi insan ömrünün mən¬zə¬rələrini çox həssaslıqla verə bilir. Qatarda, tramvayda ağır işdən sonra evinə dönən bir fəhlənin, bir zabitin, bir əsgərin hisslərini, əhval-ruhiyyəsini o qədər aydın, o qədər dəqiq şəkildə təqdim edir ki, sanki bütün bunlar Dəyanətin öz avtoportretidir. Burda onun ümumi yaradıcılığı ücün səciyyəvi konseptual mə¬qam var. Ən fərdi olanlar və ən ictimai olanlar – bunların rabitəsi, münasibəti əsasında o öz lirik qəhramanını təqdim edir.
Dəyanətin yaradıcılığında İlk-dən və Və-dən çox həmişə Son çox ma¬raqlıdır. O həmişə Sona can atır, Sonu demək istəyir. Bu da onun yenə də bədii-fəlsəfi düşüncəsinin xarakteri, səviyyəsidir.
Uyğusuz həyatım-
güllə qabağından
can qurtarmış quş ürəyi
Ilk və Son arasında
Ilk və Son kimi titrər...
Mən əminəm ki, oxucular bu kitabla – “İlk... Və... Son...”la Dəyanətin yaradıcılığına daha yaxından bələd olacaq, bir daha tanıyacaqlar. Elə bilirəm ki, bu kitabdan sonra ədəbiyyatı sevənlər, böyük poeziyanı bilənlər, bizim ədəbi-ictimai mühit onu ən görkəmli şairlərimizdən biri kimi qəbul edəcək və bir daha sevəcəklər.

2009]]>
Müşviq BORÇALI Mon, 10 Jun 2024 18:07:39 +0000
SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi" https://turan.info.az/gurcustan/tiflis/6456-sadq-zaman-elm-vtn-sevgi-professor-mdd-obanovun-mr-salnamsi.html https://turan.info.az/gurcustan/tiflis/6456-sadq-zaman-elm-vtn-sevgi-professor-mdd-obanovun-mr-salnamsi.html SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi"
Azərbaycan elminin və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov xalqımızın yaddaşında əbədi yaşayan görkəmli ziyalılarımızdandır. O, təkcə sanballı elmi yaradıcılığı və məhsuldar pedaqoji fəaliyyəti ilə deyil, həmçinin yüksək insani keyfiyyətləri ilə qəlblərdə dərin iz qoyub. Professor Mədəd Çobanovun mənalı həyat yolu onun Azərbaycan dilçiliyi və milli dəyərlərimizə olan sevgisinin, sədaqətinin və zəhmətkeşliyinin bariz nümunəsidir.
Şanlı ömür yolu
Bu məqalə akademik Mədəd Çobanovun əziz xatirəsini yad etmək, onun pedaqoji nailiyyətlərini və şəxsiyyət ucalığını anmaq, elmi irsinin əhəmiyyətini vurğulamaq və gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığı üçün, ilk öncə, görkəmli alimin keçdiyi həyat yolunu vərəqləyək:
Akademik Mədəd Çobanovun doğma kəndindən başlayaraq elm və təhsil sahəsində qazandığı uğurlar, gənc yaşlarından göstərdiyi qətiyyət və çalışqanlıq, onun bir alim və əsl ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. O, 1937-ci il aprelin 11-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya göz açmışdır. Doğma kəndindəki orta məktəbi bitirdikdən sonra, 1955-1960-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almışdır. Darbaz kəndində birillik pedaqoji fəaliyyətdən sonra hərbi xidmətə yollanmış, Zabitlər məktəbində təhsilini davam etdirərək leytenant rütbəsi almışdır. Daha sonra o, Bolnisi rayon komsomol komitəsi və Bolnisi rayon partiya komitəsində işləmiş, həmçinin Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.
İlk uğurlar
Mədəd Çobanovun coşqun elmi fəaliyyəti, Borçalı şivələrinin leksikasına dair dəyərli tədqiqatları onun Azərbaycan dili və mədəniyyətinə olan sevgisini dolğun şəkildə əks etdirir. 1973-cü ildə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat və Dilçilik İnstitutunda “Borçalı - Bolnisi rayon şivələrinin leksikası” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi Mədəd Çobanovun adını geniş elmi ictimaiyyətə tanıtdı. Beləliklə, gənc alimin dilçilik sahəsində apardığı faydalı tədqiqatlar, Borçalı şivələrinin leksikasına dair namizədlik dissertasiyası onun elmi fəaliyyətinin ana xəttini təşkil etdi. Bu dəyərli tədqiqat Azərbaycanın bölgələrinin dil xüsusiyyətlərini qoruyub saxlamağın və gələcək nəsillərə ötürməyin nə qədər vacib olduğunu göstərdi.
Mədəd Çobanovun elmi fəaliyyətinin zirvəsi isə 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etməsi ilə baş verdi. Tezliklə professor elmi adına layiq görüldü. Azərbaycan dilinin mühüm aspektlərini tədqiq edən bu doktorluq dissertasiyası dilimizin zənginliyini və onun tarixi köklərini daha dərindən anlamağa kömək etdi.
Pedaqoji fəaliyyət
Akademik Mədəd Çobanovun pedaqoji fəaliyyəti də elmi nailiyyətləri qədər önəmli olmuşdur. O, 21 il Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, yüzlərlə tələbənin biliklərə yiyələnməsində böyük rol oynamışdır. Təsadüfi deyil ki, Mədəd müəllimin dərs dediyi tələbələr arasında çoxlu sayda tanınmış alim və pedaqoqlar var. Mədəd müəllimin dərslərində Azərbaycan dilinin incəliklərini, bu təcrübəli pedaqoqun dilçilik sahəsindəki elmi prinsiplərini dərindən öyrənmək imkanı olan tələbələr onun verdiyi bilik və dəyərləri öz karyeralarında tətbiq edərək professor Mədəd Çobanovun elmi-pedaqoji irsini yaşatmışlar.
1990-cı illərdə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr Mədəd Çobanovu doğma yurdundan ayrılmağa və 1994-cü ildə Azərbaycana köçməyə məcbur etdi. Bakı elmi-ədəbi mühiti alimin həyatında yeni bir mərhələ açdı. O, Azərbaycanda elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirdi, nüfuzlu ali təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışdı, neçə-neçə savadlı alim və pedaqoq nəslinin yetişməsinə əvəzsiz xidmətləri oldu: Akademik Mədəd Çobanov Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışdı, həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri kimi fəaliyyət göstərdi. 1992-ci ildə Mədəd Çobanov Onomastika üzrə Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü və sədrin müavini, 1993-cü ildə Azərbaycan Alimlər İttifaqının, 2000-ci ildə Türk Dil Kurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçildi.
Zəngin elmi irs
Professor Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir. O, səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifidir ki, bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır. Bu sanballı tədqiqatlar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan dilçiliyi sahəsində yeni istiqamətlər formalaşdırmışdır.
Qeyd edək ki, professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və ölkələrdə səkkiz dəfə çap olunmuşdur.
Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud - Qəhrəmanlıq dastanı” kitabında dastanın yaranma tarixi, Qalın Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunmuşdur. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə işıqlandırılmışdır.
Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.
Dünya alimləri Mədəd Çobanov haqqında
Professor Mədəd Çobanovun əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrində dəfələrlə çap olunmuş və görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Dünya şöhrətli yazıçı, məşhur türkoloq alim Çingiz Aytmatov 1998-ci ildə professor Mədəd Çobanovun elmi yaradıcılığını yüksək dəyərləndirərək yazımışdır:
“Tanınmış türkoloq, professor Mədəd Çobanovun son illərdə onomastika sahəsində apardığı elmi tədqiqatlar məni çox sevindirir. Xüsusilə də toponomika sahəsində apardığı araşdırmalar çox qiymətli və təqdirəlayiqdir. Onun Ufada və Bişkekdə keçirilmiş beynəlxalq elmi konfranslardakı məruzələri isə diqqətimi xüsusilə cəlb etmişdir. Ona bu yolda uğurlar arzulayıram”.
Akademik Şanazar Şaabduraxmanov (Özbəkistan) isə azərbaycanlı alimin Türkologiya sahəsindəki xidmətlərini önə çəkmişdir:
“Professor Mədəd Çobanov Azərbaycan dilçiliyi və Türkologiya sahəsində zəngin dilçilik ənənələrinə sadiq olmaqla yanaşı, Türkologiyanın müasir ümumi problemlərini araşdırıb gələcək nəsillərə ötürülməsində böyük əməyi olan alimlər nəslinə mənsubdur”.
Akademik Edhem Tenişyev (Moskva) da azərbaycanlı alimin fundamental elmi fəaliyyətini dəyərləndirənlər sırasında olmuşdur:
“Filologiya elminin tarixi ilə yaxından tanış olan professor Mədəd Namaz oğlu Çobanov elmin müasir səviyyəsinə uyğun olan və araşdırılmamış mövzuları çox ustalıqla seçir və tədqiqata cəlb edir. Bu da onun elm sahəsində yeni-yeni nailiyyətlər qazanmasına səbəb olur”.
Akademik Əbdüləziz Dəmirçizadə isə professorun ilklərə imza atdığını diqqət mərkəzinə çəkmişdir:
“Mədəd Çobanov Azərbaycan dilinin müasir problemlərini milli təəssübkeşlik və təşəbbüskarlıq baxımından araşdıran ilk alimlərimizdən biridir”.
Professor Qəzənfər Kazımov öz həmkarının fəaliyyətini hərtərəfli təhlil etmişdir:
“Professor Mədəd Çobanov görkəmli türkoloq, tanınmış dilçi alim, təcrübəli pedaqoq və zəhmətkeş tədqiqatçı olmaqla yanaşı, həm də xalqımızın təəssübkeşi, ana dilimizin və milli mədəniyyətimizin yorulmaz keşikçisidir!”
Akademik Mədəd Çobanovun xatirəsinə
Professor Mədəd Çobanovun 60, 70, 75 və 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə böyük təntənə ilə qeyd olunmuşdur. Bu yubileylər münasibəti ilə akademik Afad Qurbanovun rəhbərliyi ilə “Professor Mədəd Çobanov – 60” (1997), tanınmış yazıçı Əli Abbasın tərtibatında “Professor Mədəd Çobanov – 70” (2007), akademik Nizami Cəfərovun “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” və “İki ölkə alimi” (2017) kimi sanballı kitablar nəşr olunmuşdur.
Bundan başqa, Mədəd müəllimin həyat və yaradıcılığı haqqında filmlər çəkilmiş, televiziya və radio verilişləri hazırlanmış, elmi konfranslar, sessiyalar və seminarlar keçirilmişdir.
Bu yaxınlarda isə məktəblilər arasında görkəmli türkoloq alimin əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – Varlığımızdır!” adlı inşa müsabiqəsi keçirilmişdir.
Mədəd müəllimin geniş elmi fəaliyyəti onun yalnız bir dilçi və tədqiqatçı kimi deyil, həm də əsl ziyalı və vətənpərvər kimi necə böyük bir şəxsiyyət olduğunu göstərir. Akademik Mədəd Çobanovun adı, onun fundamental elmi yaradıcılığı Azərbaycan dilçilik elminin tarixinə qızıl hərflərlə yazılmışdır.
El və elm ağsaqqalı
Professor Mədəd Çobanovun məhsuldar elmi və pedaqoji fəaliyyəti onun Azərbaycan dilinə, xalqımıza, milli dəyərlərizə olan olan sevgisinin, bağlılığının ən gözəl təzahürüdür. Görkəmli alimin Azərbaycan dilçiliyi və mədəniyyətinin inkişafında silinməz izlər buraxan zəngin elmi-pedaqoji irsi gələcək nəsillər, dilimizin incəliklərini öyrənənlər üçün dəyərli qaynaq və ilham mənbəyi olacaq.
O, təkcə tanınmış alim deyil, həmçinin əsl ziyalı, təəssübkeş vətəndaş, hər kəsə böyük sevgi və təmənnasız qayğı göstərən səmimi insan idi.
Bütün mənalı ömrünü elm və təhsilin inkişafına həsr edən görkəmli dilçi alim, tanınmış pedaqoq Mədəd Çobanovun əziz xatirəsi, nurlu siması, zəngin elmi irsi qəlblərdə, yaddaşlarda əbədi yaşayacaq, hər zaman bizlər üçün örnək, ilham mənbəyi olacaq.
Bu böyük alimə Allahdan rəhmət diləyir, onun müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik!
SADİQ ZAMAN,
filologiya üzrə fəlsəfə doktoru]]>
Nicat Əmirov Sun, 09 Jun 2024 23:02:13 +0000
ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI" https://turan.info.az/gurcustan/tiflis/6461-elxan-mmmdl-dllk-elmmzn-yorulmaz-v-mhsuldar-aradiricisi.html https://turan.info.az/gurcustan/tiflis/6461-elxan-mmmdl-dllk-elmmzn-yorulmaz-v-mhsuldar-aradiricisi.html ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI" Çox təəssüflər olsun ki, Mədəd müəllim haqqında cismani yoxluğundan sonra qələmi əlimə alıram. Əslinə qalsa, bu kamil insanın ölümünə inanmaq da istəmirəm. Onunla vida mərasimindən bir il ötsə də, nurlu sifəti, qürurlu qaməti göz önündə, səmimi söhbətləri qulağımda məskən salıb elə bil. "Qardaşoğlu" deyərdi mənə həmişə. Bu da təbii idi. Mədəd müəllimin rəhmətlik atam Hüseynqulu müəllimlə, əmim Əli Səngərli ilə uzun illər bir-birinə xətir-hörmətləri vardı. Hər məni görəndə o rəhmətliklərdən xoş xatirələr danışar, ötən günləri yad edərdi. Son dərəcə diqqətcil adam idi, Mədəd müəllim. Dəyərli saydığı dostlarına qarşı çox həssas idi. Yaxşı yadımdadı, rəhmətlik atamın anadan olmasının yüz illiyinə kitab hazırlayırdıq. O vaxtlar Mədəd müəllim Hərbi Akademiyada kafedra müdiri işləyirdi. Zəng edib xahiş etdim ki, "Müəllim, dostun haqqında kitab hazırlayırırq. Sizin yazınızı da o kitabda görmək istərdik". Çox sevindi. Bu işimizi təqdir etdi. Dedi: "Ay qardaşoğlu, neçə səhifə yazmağımı istəyirsən?" Dedim: "Əmi, ürəyiniz istəyən həcmdə yaza bilərsiniz". Aradan bir neçə gün keçmişdi, Mədəd müəllim zəng edib bildirdi ki, "yazmışam, vaxtın varsa, gəl götür"...
İndi tez-tez həmin kitabı açıb vərəqləyirəm. Bəzi yazıları yenidən oxuyuram. Həqiqətən də Mədəd müəllimin atam haq-qında yazdıqları olduqca səmimi, həm də real faktlara söykənən maraqlı bir yazıydı. Mədəd müəllim çox maraqlı müsahib idi. Tez-tez bizim Folklor İnstitutunun Gəncə prospektində yerləşən mənim rəhbərlik etdiyim şöbəmizə gələrdi. Tiflisdə Pedaqoji İnstitutda oxuduğu illərdən, həmin institutda müəllim kimi fəaliyyət göstərməsindən, institutda bərabər çalışdığı əmim Əli Səngərlidən ağız dolusu danışardı. Zəngin həyat təcrübəsi olduğundan onun söhbətlərində çox mətləblərdən hali olurdum. Bir savadlı müəllim kimi də Mədəd müəllim yetirmələrinin dərin hörmətini qazana bilmişdi. Onun sağlığında da, bu gün də tələbələri tərəfindən xoş xatirələrlə yad edilir.
Dilçilik elmimizə gətirdiyi yeniliklər, uzun illər yorulmadan yazdığı kitablar, məqalələr, dərslik və monoqrafiyaları haqqında danışası olsaq, onun bu fəaliyyətini bir yazıya, bir məqaləyə sığışdırmaq qeyri-mümkündür. Ustadın bu fəaliyyəti bir neçə tədqiqat mövzusu ola bilər. Ardıcıl və gərgin zəhmətinin bəhrəsi olan elmi əsərləri orta və ali məktəblərin tələbələri üçün dəyərli mənbə kimi qiymətlidir.
Mədəd müəllimin qələmə aldığı "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsaslar", "Borçalı şivələrinin leksikası", "Bolnisi şivələrinin leksikası", "Borçalı toponimləri", "Mətnin linqvistik", "Türk ədəbi dillərinin birliyinə doğru", "Dilçilik məsələləri", "Ədəbi düşüncələr", "Nitq mədəniyyəti" və başqa əsərləri öz elmi baxımından diqqətçəkəndir.
Ömür vəfa etsə idi, Mədəd müəllim yeni-yeni dəyərli kitabları ilə bizləri daha çox sevindirərdi. Qismət belə imiş. Onun da alın yazısı bura qədərmiş. Ruhu şad olsun! Cismən bizimlə omasa da, yazıb-yaratdıqları ilə əbədi yaşarlıq qazana bildi. Məzarı nurla dolsun.
ELXAN MƏMMƏDLİ,
AMEA Folklor İnstitutunun şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi,
turan.info.az]]>
Nicat Əmirov Sun, 09 Jun 2024 23:00:48 +0000
ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/tiflis/6462-l-haciyev-xatrlrd-yaayan-iqli-nsan-mdd-obanov.html https://turan.info.az/gurcustan/tiflis/6462-l-haciyev-xatrlrd-yaayan-iqli-nsan-mdd-obanov.html ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"Dünya əbədidir, insanlarsa vaxtı gəlib, vədə yetişəndə, köç edərlər bu dünyadan. Amma, insan həyatda elə yaşamalıdır ki, dünyadan köçəndə xatirələrdə gözəl bir iz qoyub getsin.
Borçalı mahalının alim oğlu, xalqımızın, el-obanın sevimlisi olan, səmimi, qayğıkeş, təmənnasız yaxşılıq etməyi bacaran, xoş təbiətli Mədəd Namaz oğlu Çobanov məhz belə insanlardan idi. Mədəd müəllim haqqında xatirə yazmaq mənim üçün böyük bir şərəfdir. Onun yaşadığı müddətdə həmişə xoş sorağını eşitmişəm. Gələcək nəsillər onun ömür salnaməsini vərəqlədikcə, qürur duyacaq, onun işıqlı həyat yolunun nuruna bələnəcək, açdığı uğurlu yolla elmin zirvəsinə ucalacaqlar.
Mədəd Çobanov dünyaya gələndə, heç kim bilmirdi ki, o çox gənc yaşlarında öz əməyi, elmi, savadı, zəhmətsevərliyi ilə hamının rəğbətini qazanacaq, şöhrətin pillələrində çox asanlıqla yüksələ biləcəkdir. O, çalışqan, zəkalı bir alim olmaqla yanaşı, adamlarla ünsiyyət qurmağı, dostluq etməyi də bacarırdı. Onun insani keyfiyyətlərindən dostlarına, tanışlarına həmişə pay düşərdi, öz ziyası, eşqiylə onları da qurub-yaratmağa həvəsləndirərdi. Son vaxtlar tez-tez Borçalıya baş çəkər, eldə-obada, kəndimizdə təhsil alan gənclərə yardım edərdi, tövsiyələr verərdi. Alim kimi öz nurlu zəkası ilə neçə həmyerlimizə sənət yolunda bələdçilik etmişdi.
Bütün bunlarla yanaşı, o, çox qürurlu, heç kimin qarşısında əyilməyən, məğrur bir insan idi. Şərəfli ömür yolu yaşayan, təhsilimizin inkişafında misilsiz xidmətləri olan Mədəd müəllim uzun müddət məsul vəzifələrdə çalışmışdı. Hər hansı bir iş üçün onun üzərinə gedən, məsləhət almaq istəyən onlarla insana dayaq olmuşdu, doğru yol göstərmişdi. Bir mötəbər elm xadimi, bir ağsaqqal kimi həmişə gənc alimlərin yanında olardı. Bu xalqın gənclərinin, elmi potensialının inkişafına illərini vermişdi. Onlarla alim, sənət adamının yetişməsində, ictimaiyyətə təqdim olunmasında böyük əməyi vardı.
Həmişə fəxr etdiyimiz, bizə hər zaman örnək olan Mədəd Çobanov ömrünün 86-cı ilində canından çox sevdiyi Vətəninə, doğmalarına vida etdi. Lakin onun arzusu, əməlləri bizimlədir. Bu gün onun yolunu, layiqli davamçısı, oğlu Müşfiq Çobanov və yetişdirdiyi onlarla gənc alim davam etdirir.
Onun işıqlı siması, əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq, həyatda gördüyü işlər həmişə yad ediləcəkdir.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

ƏLİ HACIYEV,
İqtisad elmləri namizədi,
Azərbaycan İtisadiyyat Universitetinin kafedra müdiri,
turan.info.az]]>
Nicat Əmirov Sun, 09 Jun 2024 22:59:35 +0000
TRABZONDA "TARİX-DİL-ƏDƏBİYYAT" SİMPOZİUMU https://turan.info.az/dunya/turan/6440-trabzonda-tarx-dl-dbyyat-smpozumu.html https://turan.info.az/dunya/turan/6440-trabzonda-tarx-dl-dbyyat-smpozumu.html TRABZONDA "TARİX-DİL-ƏDƏBİYYAT" SİMPOZİUMUALİM SƏFƏRDƏN QAYIDIB!

2001-ci il may ayının 3-5-də Türkiyənin Trabzon şəhərində "Tarix-Dil-Ədəbiyyat problemləri"nə həsr olunmuş Trabzon və ölkələrarası Beynəlxalq Elmi Simpozium keçirilmişdir. Bu mötəbər Simpoziumda Azərbaycan Respublikasını iki nəfər alim təmsil etmişdir. Onlardan biri Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri, professor Mədəd Çobanov olmuşdur. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, aşağıda prof. M.Çobanovun elmi Simpoziumdan qeydlərini dərc edirik.

* * *

"Türk ocaqları" yarandığı ilk günlərdən Türk dünyasının görkəmli oğlu, tanınmış dövlət xadimi Atatürkün bir məşhur kəlamını özünə deviz kimi qəbul etmiş və həmin devizə daim sadiq olmuşdur. Atatürk demişdir: "Tarix yazmaq, tarix yaratmaq qədər mühümdür. Yazan, yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət, insanlığı çaşdıracaq bir mahiyyət alır""...
"Türk ocaqları"-1912-ci ildə yaradılmış bu cəmiyyətin əsas məramı və amalı Türk dünyasının tarixini, dilini, ədəbiyyatını, incəsənətini, adət-ən'ənələrini,, inanclarını və s. qədim köklər üzərində öyrənmək və araşdırmaqdan ibarətdir. Türk ocaqları yarandığı dövrdən bəri bir sim üstündə köklənmiş tarix, ədəbiyyat və mədəniyyət problemlərinə həsr olunmuş Elmi Simpoziumlar keçirir, kitablar, monoqrafiyalar, "Türklük bilimləri araşdırmaları" adlı əsərlər çap etdirir. Bütün bunlar, şübhəsiz ki, mənşəyi, kökü, tarixi, dili, ədəbiyyatı, inancları, adət-ənənələri bir olan türk xalqlarınını yenidən birliyə doğru ğəlməsində böyük əhəmiyyət kəsb edir... Elə "Türk ocaqları" Trabzon şö'bəsinin 3-5 may 2001-ci ildə təşkil etdiyi "Tarix-Dil-Ədəbiyyat problemləri"nə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumu da bu məramlara və amallara xidmət edirdi. Üç gün davam edən bu mötəbər Elmi Simpoziumda Türk dünyasının bir neçə ölkəsindən gəlmiş 140-a yaxın tanınmış alim iştirak edirdi.
Bu mötəbər Simpoziumda Azərbaycan Respublikasını iki nəfər alim təmsil edirdi. Onlardan biri bu sətirlərin müəllifi, digəri isə Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri namizədi Qalibə Güntəkin idi.
Simpozium may ayının 3-də saat 10 radələrində 1847-ci ildən bəri fəaliyyət göstərən "Trabzon Ticarət və Sənaye Odası"nın binasında Mahmud Koloğlu salonunda öz işinə başlamış və sonra iki salonda öz işini davam etdirmişdir. Simpoziumun Atatürkün və türk şəhərinin şəhidlərinin xatirələrini yad edən bir dəqiqəlik sükutdan və "İstiqlal marşı" oxunduqdan sonra öz işinə başlamışdır... Sonra Simpoziumun təşkilat komitəsinin başçısı, professor, doktor Mithat Kərim Arslan giriş sözü söyləmişdir. Simpoziumun adına gəlmiş təbriklər və arzular oxunmuşdur... Bundan sonra Simpoziumun ilk açılış Plenar iclası öz işini davam etdirmişdir. Simpoziumun plenar iclasında professor M.Qafalı, professor N.Göyünc, professor M.N.Çobanov, professor Əli Birinci və başqaları çıxış etmişlər. Mən Simpoziumun geniş iclasında qısa nitq söylədim. Simpoziumun təşkilatçısı olan "Türk ocaqları" Trabzon şöbəsinin rəhbərliyinə əməkdaşlıq etdiyim məktəbin rəhbərliyi və şəxsən öz adımdan təşəkkürümü bildirdim və Simpoziuma öz işində yeni-yeni uğurlar arzuladım. Sonra isə, doğma Azərbaycandan apardığım kiçik hədiyyələri, o cümlədən dünya poeziyasının korifeyi Nizami Gəncəvinin "Xalı-portreti"ni, Simpoziuma ithaf etdiiym "Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi" (Bakı, 2001) adlı kitabımı və bir neçə digər kitablarımı Simpoziumun başqanlığına təqdim etdim. Sonra isə qısa, müddətli elmi-tarixi mə'lumat verib, tarixdə olmayan, uydurma "Böyük Gürcüstan" xəritəsini də Simpoziumun başqanlarına təqdim etdim. Sonra isə, həmin xəritə çoxaldılıb Simpoziumun iştirakçılarına paylandı. Mənim bu qısa çıxışım çox maraqla qarşılandı... Mən may ayının 4-də "Dil və Ədəbiyyat" bölməsinə sədrlik etdim. Simpoziumun rəhbərliy mənim Simpoziumdakı elmi mə'ruzəmi yüksək qiymətləndirdi, həmçinin ayrı-ayrı mə'ruzələr ətrafındakı fəal çıxışımı nəzərə alaraq, "Türk ocaqları" cəmiyyətinin simvolu ilə təltif etdilər. Simpoziumun başqanlığı mənim "Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi" adlı kitabımın ümumən türk dünyası üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, onun yaxın günlərdə türkcə yenidən nəşr olunmasının və Türk dünyasına yayımlanmasının vacibliyini qeyd etdi.
Üç gün davam edən Simpoziumda elmin müasir tələblərinə yüksək səviyyədə cavab verən bir sıra maraqlı mə'ruzələr dinlənilib müzakirə edildi. O cümlədən, prof.M.Qafarlı "Trabzonun tarixinin öyrənilməsinə bir baxış", prof.N.Göyünç "Mahmud Koloğlu" və "Milli Mücadilə tarixi" adlı əsərinin dəyəri", doktor Y.Kalafat "Trabzon və yörəsi örnəklərilə Türk xalq inanclarında zaman", prof. doktor Əli Birinci "Osman Turanın həyatı və əsərləri", prof. M.Çobanov "Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi", dos. E.Şimşək "Trabzonda yayılan "Dağlar anası" adlı əfsanənin əski türk diini ilə ilgisi", elmlər namizədi Qalibə Ğültəkin "Trabzonda qədim türk tayfa adlarından alınmış yer adları”, Dosent Doğan Qaya yörəsi türkləri", B.Kökdağ "Trabzon yer adlarında əski türk laylarının izləri" və başqalarının maraqlı Elmi mə'ruzələrinin adını qeyd etmək olar.
Burada "Tarix-Dil-Ədəbiyyat problemləri"nə həsr olunmuş Trabzon və ölkələr arası Simpoziumun yüksək səviyyədə təşkil olunmasını da qeyd etmək yerinə düşərdi. Simpoziumun fəaliyyətini tənzimləyən zəngin proqram tərtib olunmuş, Simpoziumun hər bir iştiirakçısı üçün fərdi "Döş nişanı", qeydlər üçün xüsusi dəftər, hədiyyələr və s. hazırlanmışdır. Simpoziuumun yüksək səviyyədə keçirilməsində "Türk ocaqları" Trabzon şö'bəsinə Ağcaabat Bələdiyyə başqanı Şefik Türkmen, "Trabzon Ticarət və Sənaye Odası"nın başqanı Şadan Ərən yaxından mə'nəvi və maddi yardım göstərmişdir. Bir sözlə, Elmi Simpoziumun təşkili və keçirilməsi şəhər başqanlarının diqqət mərəzindən kənarda qalmamışdır...
Biz, hələ də, Trabzonun qaynar həyatı, təbii mövqeyi və gözəlliyi, saf və təmiz havası, Qara dənizin sakit ləpədöyənini.. və "Tarix-Dil-Ədəbiyyat" Elmi Simpoziumunun xoş və unudulmaz təəssüratları ilə yaşayırıq...
MƏDƏD ÇOBANOV,
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri, professor.
"Şərqin səsi" (Elm və Təhsil)qəzeti,
N:9 (49) may 2001.
]]>
Nicat Əmirov Mon, 06 May 2024 23:58:27 +0000
Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir https://turan.info.az/dunya/turan/6439-mdd-obanov-trkoloqlarn-mumittifaq-konfransnda-mruz-etmidir.html https://turan.info.az/dunya/turan/6439-mdd-obanov-trkoloqlarn-mumittifaq-konfransnda-mruz-etmidir.html Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir
Bu yaxınlarda Qırğızıstan SSR-in paytaxtı Frunzedə türk onomastikası üzrə I Ümumittifaq konfrans keçirilmişdir. Konfransda ölkəmizin 40-a yaxın şəhərindən və türkoloji mərkəzindən 180-ə yaxın mütəxəssis, habelə sosialist ölkələrinin, o cümlədən Bolqarıstan və Macarıstanın nümayəndəlri iştirak edirdi.
Konfransı açan Təşkilat Komitəsinin sədri Qırğızıstan SSR EA-nın akademiki B.O.Oruzbayeva nüfuzlu məclisin çağırıl¬ması zərurətindən, türkologiyanın müasir problemlərin¬dən, həmçinin onun son onilliklərdə təşəkkül tapmış onomalogiya sahəsindən bəhs etdi.
İlk plenar iclasda Moskva alimlərindən E.M.Murzayev türk etnonimlərindən, V.A.Nikonov marksist-leninçi onomalogiya¬nın prinsiplərindən, Qazaxıstan alimi T.C.Canuza¬kov türk ono-mastikasının inkişaf perspektivləri və tədqiqinin vəziy¬yətindən ətraflı bəhs etdilər.
Konfransın ilk plenar iclasında Lenin və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Qırğızıstanın xalq yazıçısı, akademik Ç.Aytmatov geniş nitq söylədi. O, qeyd etdi ki, hər bir xüsusi ad, o cümlədən də toponim /yer adları/ xalqın tarixi təfəkkürünün məhsuludur. Hər bir toponimdə xalqın tarixi, dili, mədəniyyəti və mənşəyi öz əksini tapmışdır. Bu mə'nada toponimə ümumxalq təfəkkürünün məhsulu kimi yanaşılmalı, tarixin dərinliklərindən bu günə gəlib çıxan istər makro, istərsə də mikro toponimlər qorunub saxlanmalıdır. Çünki toponimlər xalqın mə'nəvi varlığıdır, onları heç bir yerdə, heç bir vaxt təhrif etmək və dəyişdirmək olmaz. Onlar yarandığı kimi də tarixən qorunub saxlanmalıdır. Ona görə ki, hər bir xalqın ilk ünvanı toponimlərdən başlayır. Ünvanı isə təhrif etmək, yaxud dəyişdirmək gələcək nəslin yolunu çaşmasına və tarixin dolaşıqlığına səbəb ola bilər. Bu mə'nada toponimlər nəsilləri növbə ilə yola salan tarixin ölməz müşai¬yət¬çisidir. Odur ki, tarixin müşaiyətçisi toxunulmaz qalmalıdır.
Bu sözlər, demək olar ki, hamının ürəyindən xəbər verərdi...
Konfransın bütün bölmələrində /etnonimiya, antroponimiya, toponimiya, kosmonimiya, zoonimiya, teonimiya, onomastika-nın ümumi məsələləri, bədii əsərlərdə xüsusi adların işlənməsi/ türk onomastikasının coğrafiyası, tarixi, mənşəyi və s. problemlərlə bağlı mə'ruzələr dinlənilib müzakirə olundu.
Həmişə olduğu kimi, bu konfransda da Azərbaycan böyük bir nümayəndə qrupu ilə təmsil olunurdu. Azərbaycan alimləri, demək olar ki, konfransın bütün bölmələrində öz dərin məzmunlu mə'ruzələri ilə çıxış etdilər. Onların tədqiqləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirildi. Konfrans nümayəndələri arasında Y.Yusifov, Ş.Sə'diyev, V.Mərdanov, T.Əhmədov, H.Əliyev, L.Quliyeva, M.Abbasova, C.Mirzəzadə və başqaları da vardı.
Türkoloqların məclisində, bu sətirlərin müəllifi də respublikamızı təmsil etdi və "Toponimiya" bölməsində "Borçalıda (Aşağı Kartlidə) türk mənşəli oykonimlər" mövzu-sunda mə'ruzə etdi. Mə'ruzədə qədim türk mənşəli tayfaların, o cümlədən azərbaycanlıların ulu babalarının Aşağı Kartlidə /Şərqi Gürcüstanda/ məskunlaşması və bu regionda türk mən¬şəli oykonimlərin formalaşması tarixi və təşəkkülü öz geniş elmi şərhini tapmışdır.
Türkoloqların üç gün davam edən məclisinin plenar iclas-larında və səkkiz bölməsində türk onomastikasının müxtəlif sahələrinə həsr olunmuş 140-a yaxın maraqlı mə'ruzə dinləni¬lib, elmi-nəzəri süzgəcdən keçirildi. Bu mə'ruzələr türk ono-mastikasının gələcək perspektivlərini işıqlandırmağa mü¬hüm kömək göstərdi.
Konfrans Sovet Türkologiya Komitəsinin nəzdində xüsusi Türk Onomastikası bürosunun yaradılması və növbəti II Ümumittifaq türk onomastikası konfransının 1988-ci ildə çağırılması haqqında qərar qəbul etdi.

Mədəd ÇOBANOV,
filologiya elmləri namizədi, dosent.
("Sovet Gürcüstanı" qəzeti,
23 oktyabr 1986-ci il)]]>
Nicat Əmirov Mon, 06 May 2024 23:27:31 +0000
Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının dediklərindən: https://turan.info.az/gurcustan/6438-akademik-mdd-namaz-olu-obanovun-elmi-pedaqoji-faliyyti-haqqnda-hmkarlarnn-dediklrindn.html https://turan.info.az/gurcustan/6438-akademik-mdd-namaz-olu-obanovun-elmi-pedaqoji-faliyyti-haqqnda-hmkarlarnn-dediklrindn.html Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının dediklərindən: Dünya şöhrəti qazanmış görkəmli yazıçı, türkoloq Çingiz Aytmatov:
“Tanınmış türkoloq Mədəd Çobanovun son illərdə onomastika sahəsində apardığı elmi tədqiqqatlar məni çox sevindirir. Xüsussilə də toponimika sahəsində apardığı araşdırmalar çox qiymətli və təqdirəlayiqdir. Onun Ufada və Bişkekdə keçirilmiş beynəlxalq elmi konfranslardakı məruzələri isə diqqətimi xüsusilə cəlb etmişdir. Ona bu yolda uğurlar arzulayıram!”

***
Azərbaycan MEA müxbir-üzvü, filologiya elmləri doktoru, prof.Afat Qurbanov:
"Mədəd Çobanov bu aktual və həllinə zəruri ehtiyac hiss olunan problemin işlənməsini qarşıya məqsəd qoyub, dilimizdəki şəxs adlarının əmələ gəlməsini, yayılma regionunu, istifadə dərəcəsini, inkişaf tarixini və s. cəhətlərini araşdırmağa çalışmışdır... Son illərə qədər meydana gəlmiş elmi-tədqiqat işləri təhlil olunur, hər bir fikrin, mülahizənin elmi qiyməti verilir. Müxtəlif illərin məhsulu olan hər bir əsər elmi süzgəcdən keçirilərkən müəllifin xronoloji prinsipi gözlədiyi, onun obyektiv mövqe tutduğu müsbət hal kimi diqqəti cəlb edir. Müəllif onomastikaya dair istər respublikamızda, istərsə də ondan kənarda keçirilən konfranslarda qoyulan məsələlərə də toxunur, əlaqədar məsələlərin təhlilini verir, əldə olunan ümumi elmi baxışları, nəticələri faydalı hesab edir... Ümumiyyətlə, əsərdə ayrı-ayrı dövrlərin ictimai-siyasi vəziyyətinin, mədəni səviyyəsinin nəzərə alınması dil faktlarının düzgün şərh edilməsinə əsas vermiş, dissertasiyanın elmi keyfiyyətinin artmasına səbəb olmuşdur...
Dissertasiyanın bütün fəsillərində dilçiliyin nəzəri bünövrəsinə uyğun olan bir sıra xüsusi elmi metodlardan istifadə edilmişdir. Müasir dilçiliyin müqayisəli, tarixi və kəmiyyət metodlarına daha çox müraciət olunması əsərin keyfiyyətini daha da artırmış, müəllifin məqsədinə nail olmasına imkan yaratmışdır. Mədəd Çobanovun bu əsəri, həqiqi mə'nada dərin araşdırmaların və gərgin əməyin məhsuludur... Bu əsəri türkoloji dilçilikdə antroponimiya məsələlərinə dair zəngin dil materialları üzərində qurulmuş orijinal tədqiqat işi kimi qiymətləndirmək olar. Əsərin müsbət məziyyətləri çoxdur" /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.
* * *
"Antroponimik tədqiqatların geniş vüs'ət tapdığı bu illərdən /1960-cı illərdən.-M.Ç./ başlayaraq A.Qurbanov, M.Adilov, A.Axundov, M.Çobanov... və başqa bir sıra alim-türkoloqlar ümumtürk antroponimlərinin problemləri ilə məşğul olmuşlar". "Ümumtürk antroponimiyasının bir sıra ümumnəzəri məsələləri 80-ci illərdə bu və ya digər səviyyədə... M.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" (1983), "Təxəllüs.Familiya" (1987) elmi əsərlərində şərh olunmuşdur". "Ümumtürk antroponimikasına dair işlər bu illərdə də (90-cı illər.-M.Ç.) başlıca olaraq iki istiqamətdə aparılmışdır... A.Qurbanovun "Azərbaycanlı adları" /1993/, M.N.Çobanov və M.M.Çobanlının "Azərbaycan şəxs adları" /1995/ lüğətləri 90-cı illərin leksikoqrafik məhsuludur".

Filologiya elmləri doktoru, prof. S.M.Mollazadə:
"Azərbaycan dilçiliyində lüğət tərkibinin geniş bir sahəsini əhatə edən antroponimlər bu vaxta qədər ayrıca tədqiqat mövzusu kimi monoqrafik planda öyrənilməmişdir. Doktoran bu mövzunu seçərkən şəxs adlarının inkişaf şəraitini, dil rəngarəngliyini və bir sıra başqa mühüm səciyyəvi cəhətləri nəzərə almışdır. Dissertasiyanın məzmunu göstərir ki, M.Çobanovun elmi-nəzəri cəhətdən müşahidəçilik qabiliyyəti, müstəqil tədqiqatçılıq vərdişi və türkoloji hazırlığı vardır...
Ümumiyyətlə, dissertasiya böyük zəhmət tələb edən bir əməyin məhsuludur. Dissertasiyanın müsbət cəhətlərindən biri kimi bunu xüsusi qeyd etmək istəyirik ki, tədqiqat işinin bütün fəsilləri arasında qarşılıqlı əlaqə, elmi-məntiqi ardıcıllıq və üzvi bağlılıq vardır..." /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.

Filologiya elmləri doktoru, prof.H.Həsənov:
"Hələlik antroponimiyamıza aid doktorluq dissertasiyası yazılmamışdır. M.N.Çobanovun müdafiəyə təqdim etdiyi "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası bu sahədə ilk elmi-tədqiqat işidir. Əsər müəllifin 20 illik səmərəli elmi fəaliyyətinin nəticəsidir. Dissertant bu sahədə səriştəli və təcrübəli tədqiqatçıdır. Bu mövzuya aid onun onlarla məqaləsi və bir neçə kitabı çap olunmuşdur. Dissertant bu sahə ilə əlaqədar olan elmi konfranslarda müntəzəm çıxış edir. Göründüyü kimi, Azərbaycan antroponimlərinin öyrənilməsi onun diqqətini təsadüfdən-təsadüfə yox, müntəzəm cəlb etməkdədir...
Fəsillərin adları və onlarda araşdırılan məsələlər dissertasiyanın ümumi məzmununa uyğundur. Burada ilk dəfə olaraq, Azərbaycan antroponimiyasının əsasları sistemli şəkildə araşdırılır və ümumi elmi nəticələr çıxarılır. Dissertasiyadakı cədvəllər və sxemlər daha çox maraq doğurur. Bunlar elmi işin istər nəzəri, istərsə də təcrübi cəhətdən əhəmiyyətli olmasına yeni ton verir, onun məzmununu sabitləşdirir, elmi dəyərini artırır. Həmin sxem və cədvəllərdə şəxs və şəxs adlarının işlənmə tezliyi, ayrı-ayrı tarixi mərhələlərdə yayılması və işlədilməsi də öz əksini tapır.
Ümumiyyətlə, dissertasiya təsviri və müqayisəli xarakterdə yazılmışdır, elmi aparaturası lazımi səviyyədədir, əsərdə irəli sürülən hər bir mülahizə bol-bol nümunələrlə müşaiyət edilir və əsaslandırılır. İstifadə olunmuş ədəbiyyat zəngindir. Dissertasiya forma və məzmunca elmi-tədqiqat səciyyəlidir. Bir sözlə, dissertant qarşısına qoyduğu məqsədə tamamilə nail ola bilmişdir. Bu əsər nəinki Azərbaycan dilçiliyi, bütövlükdə, türkologiya üçün də əhəmiyyətlidir. Əsərin elmi məziyyətləri çoxdur. Bu da, hər şeydən əvvəl, onun orijinallığından irəli gəlir... Onun kitabları öz elmi məziyyətlərinə görə onomastik əsərlər sırasında layiqli qiymətə malikdir. Hətta, müəllif çap olunmuş kitablarını da doktorluq işi kimi müdafiə edə bilərdi." /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.

Azərbaycan MEA müxbir-üzvü, filologiya elmləri doktoru, prof.Nizami Cəfərov:
"M.N.Çobanov dilçi-filoloqlarımız arasında öz səsi və qələmi ilə fərqlənir. O, elmi yaradıcılığa başladığı ilk günlərdən qabaqcadan elmi müşahidələr aparmış, dilçiliyimizdəki boşluqları müəyyənləşdirmiş və qələmini də elə bu boşluqlarda sınaqdan keçirmişdir. Geniş elmi erudisiyaya malik olan alim Azərbaycan dilçiliyində ilk dəfə olaraq, dilimizin dialekt və şivələrinin leksik ("Bolnisi rayonu şivələrinin leksik xüsusiyyətləri" - namizədlik dissertasiyası), antroponimik ("Azərbaycan antroponimiyasının əsasları" - doktorluq dissertasiyası, bu sahəyə dair 5 kitab və 40-dan çox məqalə çap etdirib), leksikoqrafik və metodik (ilk dəfə olaraq "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" (1977, 1991) xüsusiyyətləri ilə məşğul olmuşdur. Onun ədəbiyyatşünaslıq problemləri ilə yaxından bağlı olan onlarla ədəbi-tənqidi məqalələri, rə'yləri, Azərbaycan və gürcü dillərində çap olunmuş almanaxları vardır.
Ümumilikdə, M.N.Çobanovun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir. Onun əsərləri dil tarixi, müasir dil, dialektologiya, onomastika, etimologiya, bilinqvizm baxımından /Azərbaycan-gürcü dillərinin qarşılıqlı əlaqəsinə dair tədqiqləri/ təqdirə layiqdir..."

Filologiya elmləri doktoru, prof. K.Vəliyev:
"Əsər ilk müzakirə olunan variantından çox fərqlidir. Həm də bu fərq əsərin elmiliyində özünü büruzə verir. Dissertasiyanın tədqiqat obyekti olduqca maraqlıdır. Əlbəttə, maraqlı olduğu qədər də çətindir, mürəkkəbdir. Mövzu günün tələblərinə cavab verir, müasir dilçiliyimiz üçün aktualdır. Müzakirədə iştirak edən yoldaşların əsər haqqında söylədikləri fikirlərlə mən də şərikəm. Əsəri bitmiş hesab edirəm, müasir elmi tələblərə cavab verir. M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda yazdığı dissertasiyasına aid 4 kitab, 1 proqram, 26 jurnal məqaləsi və tezis çap edilmişdir. Bütün bunlar əsərin müdafiəyə buraxılması üçün zəmanət verir. Mən də sizin təklifinizlə razıyam. Dissertasiyanın müdafiəyə buraxılmasını təklif edirəm". /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.

Filologiya elmləri namizədi Ç.Hüseynzadə:
"...dissertant zəngin və rəngarəng xüsusiyyətlərə malik olan antroponimlərimizi toplamaq, onu müasir onomastik baxımdan təhlil etmək üçün çox əmək sərf etmişdir. Əsərin müsbət cəhəti ondadır ki, müəllif antroponimləri yalnız nəzəri və təcrübi cəhətdən şərh etməklə kifayətlənməmiş, eyni zamanda antroponimlərin inkişaf tarixinə, statistikasına dərindən nəzər salmış, əsərin təcrübi cəhətdən istifadəsini əsaslandırmaq məqsədilə çoxlu sxemlər və cədvəllər vermişdir. Ümumiyyətlə, mövzu aktualdır. Müəllif mövzunu cəmiyyətin inkişaf tarixilə əlaqələndirir, dialektik qanunauyğunluqları nəzərdə tutmaqla, antroponimlərin xalqımızın tarixən formalaşmış adət-ən'ənəsi, dünyagörüşü, inamı və dini baxışları, sosial həyat tərzi və s. yaxından bağlı bir lay kimi təşəkkül tapdığını zəngin nümunələrlə əsaslandırmışdır. Tədqiqatda tarixi etnoqrafik aspekt güclüdür, aparıcıdır. Əsərdə həm Azərbaycan, həm də başqa dillərin mənbələrinə ardıcıl şəkildə müraciət olunur, yeri gəldikcə ayrı-ayrı tədqiqatçıların mülahizələrinə müdaxilə edilir. Onlara müəllif münasibəti bildirilir. Bu da əsərin ən yaxşı mə'ziyyətidir". /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.

Filologiya elmləri namizədi, dosent A.Aslanov:
"Antroponimiya yalnız dilçiliyin yox, eyni zamanda tarix, coğrafiya, etnoqrafiya və s. yaxından bağlı olan tədqiqat sahəsinə aiddir. Çünki hər bir antroponim mikrokitabə kimi xalqımızın, dilimizin və mədəniyyətimizin gizlin bir səhifəsini özündə qoruyub saxlayır. Bu gizlin səhifələrin müasir elmi baxımdan açıqlanmasında M.Çobanovun tədqiqatı təqdirə layiqdir... əsər dilimizin tarixi onomastikasının bir sıra məsələlərinin həllində qiymətli və dəyərli faktlar verir. Müəllif qarşısına qoyduğu əsas məqsədinə nail olmuş, ilk dəfə dilçiliyimizdə antroponimiya sahəsində sanballı əsər yazmışdır." /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.

Filologiya elmləri doktoru, prof.Yusif Seyidov:
"M.Çobanovu, prof.A.Qurbanovdan sonra antroponimiya sahəsində ikinci mütəxəssis hesab etmək olar. Əsər böyük zəhmətin bəhrəsidir. Bu əsərinə görə onun müəllifi Mədəd Çobanova filologiya elmləri doktoru dərəcəsini vermək olar, tamamilə layiqdir" (Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından).

Filologiya elmləri doktoru, prof. Ə.Abdullayev:
"Əvvəla, onu deyim ki, Mədəd Çobanov bu işin üzərində çoxdan çalışır. Kitablarından göründüyü kimi, o çoxdandır bu işlə məşğuldur. Elmi konfranslarda antroponimiyanın müxtəlif problemlərinə dair mə'ruzələrlə çıxış edir, özünün müstəqil mülahizələrini söyləyir, yeri gəldikcə ayrı-ayrı alimlərlə mübahisəyə girişir... Onun kitabları mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilib. Bunu opponentləri də qeyd etdilər. O, Tbilisidə S.S.Orbeliani adına Pedaqoji İnstitutda "Azərbaycan antroponimiyasının əsasları" adlı "Xüsusi kurs" yaradıb, onun proqramını, dərs vəsaitini çap etdirib. Əlbəttə, bir alimin belə bir kurs yaratması böyük zəhmətdir". /Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından/.

Filologiya elmləri doktoru, şair-tərcüməçi Əflatun Saraclı (Məmmədov):
"...Tiflisdə pedaqoji institutun tarix-filologiya fakültəsində bərabər oxumuşuq. O, hələ tələbə ikən elmi axtarışa böyük marağı vardı. Elmi konfranslarda, simpoziumlarda mə'ruzələrlə çıxış edirdi. Bu günkü müdafiənin himi, demək olar ki, hələ o vaxtdan qoyulmuşdu. 1989-cu ildə Borçalıda olan o ağır olaylar yəqin ki, yadınızdadır. O ağır günləri çiyinlərində aparanlardan biri də Mədəd Namaz oğluydu. Onun bütün ağrısı Mədəd müəllimin məqalələrində, Gürcüstanın rəhbər işçiləri ilə toqquşmasındaydı. Onun ağrı-acısını sonralar özü çəkməli oldu. Bugünkü Şurada çox ətraflı çıxışlar oldu. Yoldaşlar hər şeyi ölçülü-biçimli şərh etdilər. Elə bir gərgin şəraitdə, elə bir qərib diyarda yaşayasan, elə bir mühitdə həm müəllim işləyəsən, həm də dissertasiya yazasan; həm hadisələrin içərisində iştirak edəsən, bu bizə asan gəlir... Əsərin mahiyyəti və elmi əhəmiyyəti haqqında rəsmi opponentlər, Şura üzvləri və digər yoldaşlar ətraflı danışdılar, əsərin layiqli qiymətini söylədilər. Müəllif elmlər doktoru alimlik dərəcəsi almağa layiqdir" (Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından).

Filologiya elmləri doktoru, prof.T.Əhmədov:
"M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası dilçiliyimizin ən gənc sahəsi olan "Onomastika"nın ən qədim və ən geniş yayılmış bir şö'bəsi - "Antroponimiya"ya həsr olunmuşdur. Bu əsərdə ilk dəfə olaraq Azərbaycan antroponimikasının nəzəri və təcrübi əsasları sistematik şəkildə təhlil edilmişdir. Mən, müəllifin həm dissertasiyası, həm də çap olunmuş kitabları və məqalələri ilə tanışam. Həmin əsərlərlə tanışlıq göstərir ki, müəllif qarşısına qoyduğu problemi istər nəzəri, istərsə də təcrübi cəhətdən təhlil etmək imkanına malikdir. Bunu müzakirəyə təqdim olunan dissertasiya təsdiq edir" (Doktorluq dissertasiyasına yazılmış rə'ydən).

Filologiya elmləri doktoru, professor Həsən Mirzəyev:
"Müəllif yeri gəldikcə ayrı-ayrı problemlərin təhlili ilə bağlı olaraq öz nəzəri və təcrübi mülahizələrini söyləmiş, müxtəlif tədqiqatçılarla mübahisəyə də girmişdir. Bu da əsərin elmi məziyyətini qat-qat artırır... Əsər, həmçinin, nəzəri və təcrübi cəhətdən də dilçiliyimizdə yeni istiqamətli tədqiqat kimi qiymətlidir" (Doktorluq dissertasiyasına yazılmış rə'ydən).

* * *
Azərbaycan Respublikası Prezident Aparatının rəhbəri, Professor Ramiz Mehdiyev:
"Bakı Ali Hərbi Dənizçilik Məktəbinin kafedra müdiri M.Çobanovun fikirincə, ATƏT öz qərarının icrasını təmin edə bilmirsə, ATƏT-in vasitəçilik missiyasından imtina olunmalıdır. Ermənistan BMT-nin qətnamələri və ATƏT-in Lissabon samitinin bəyannaməsi ilə razılaşmırsa, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsinə heç bir beynəlxalq təşkilatın müdaxiləsinə yol verməməlidir". ("Azərbaycan"qəzeti, (N-75 (2788), 5 aprel 2001-ci il)"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ictimai rəy kontekstində" adlı məqaləsindən).
* * *

Filologiya elmləri namizədi F.Qurbanova:
"M.Çobanov 1992-ci ildə "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Müəllif həmin dissertasiyanın nəticələrini "Azərbaycan şəxs adları" (1981), "Azərbaycan antroponimiyasının əsasları" (1983), "Familiya.Təxəllüs" (1987), "Osnovı azerbaydjanskoy antroponimiki" (1995) adlı kitablarında verməyə nail olmuşdur. O, bu əsərlərində Azərbaycan antroponimlərinin adqoyma ən'ənələri, familiya, təxəllüs və ləqəblər haqqında ətraflı mə'lumat vermişdir". "Azərbaycan antroponimiyasına dair monoqrafiyalardan... M.Çobanovun yuxarıda adlarını çəkdiyimiz kitabları... və s. dilçiliyimizin onomastika şö'bəsinin inkişafında müəyyən rol oynamışdır". "Əsrimizin II yarısında dilimizin lüğət tərkibində ən fəal işləklik dərəcəsinə malik olan antroponimlərin tədqiqi sahəsində bir çox tanınmış dilçi-alimlər yetişmişdir. Bunlardan A.Qurbanov, M.Adilov, M.Çobanov... və başqalarını göstərmək olar".
* * *
Filologiya elmləri namizədi, dosent Nəbi Əsgərov:
"Uzun illərdir ki, onomastika ilə məşğul olan tədqiqatçılarımızdan M.Çobanov "Abdal" etnoniminin semantikasını "ovu qoruyan, ona arxa olan", "ov tanrısı" kimi izah edir. Müəllif eyni zamanda bu ad haqqında danışarkən Azərbaycan klassik şairlərindən Nəsimi və Şah İsmayıl Xətainin abdal tayfasından olduğunu söyləyir".


* * *

"Hər hansı bir dilin hərtərəfli tədqiqində, xalqın tarixinin, mədəniyyətinin və ədəbi dilinin tarixinin öyrənilməsində onomastik layların da araşdırılması böyük elmi-nəzəri və təcrübi əhəmiyyət kəsb edir. Bu baxımdan rə'yə təqdim olunmuş bu əsər dilçiliyin ən aktual, ən yeni və ən az öyrənilmiş sahəsinə həsr edilmişdir. İndi yeni elmi təfəkkür dövrü, yeni elmi axtarışlar aspekti yaranmışdır. Bu da, şübhəsiz ki, xalqın öz keçmiş soy kökünə və dilinin tarixinə qayıtmaq, onun ümumi türkoloji arealına çıxmaq kimi çox vacib problemlərlə müşaiyət olunur. Onomastikanın bə'zi sahələri ayrı-ayrı türk dillərinin materialları əsasında təqdim olunsa da, onun geniş yayılmış şö'bəsi olan antroponimiyanın bütün sahələri istər türkologiyada, istərsə də Azərbaycan dilçiliyində elmin müasir səviyyəsi baxımından sistematik şəkildə hərtərəfli öyrənilməmişdir. Dilçiliyimizdəki bu boşluğu doldurmaq baxımından M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda yazdığı doktorluq işi müstəsna əhəmiyyətə malikdir...
Xüsusi adların tədqiqinə həsr edilmiş onomastik araşdırmalar nəinki dillərin müasir vəziyyətini, hətta, dillərin yazıya qədərki dövrünün öyrənilməsində əvəzsiz rol oynayır... Bu nöqteyi-nəzərdən də rə'yə təqdim olunmuş əsərin elmi məziyyətləri təqdirəlayiqdir.
Azərbaycan xalqının tarixini dərindən və hərtərəfli öyrənmək üçün onların müxtəlif türkdilli tayfalarla etnogenetik və tarixi-mədəni əlaqələrini nəzərə almalı, dilimizin bir çox etimoloji məsələlərini türk dillərinin materiallarını cəlb etməklə tarixi-müqayisəli metodla həll etmək lazımdır. Türkdilli xalqların qarşılıqlı əlaqələri onların antroponimlərində (adət-ən'ənəsində) də öz geniş əksini tapır ki, bunu da yalnız geniş onomastik, xüsusilə antroponimik tədqiqatlar nəticəsində dəqiqləşdirmək mümkündür. M.N.Çobanovun doktorluq dissertasiyası məhz bu baxımdan da əhəmiyyətlidir.
Doktorluq dissertasiyası kimi tədqiq olunan bu mövzu onomastikanın ən qədim və ən geniş bir sahəsi olan antropo-nimiyanın ümumiləşdirilmiş təhlilinə həsr edilmişdir. Əlbəttə, bu heç də təsadüfi deyil. Çünki son vaxtlara qədər dilçiliyimizdə antroponimiyanın tədqiqinə dair ümumiləşdirici araşdırmalar aparılmamışdır. Bu da antroponimikamızda bir boşluq kimi özünü göstərirdi. Dilçiliyimizdəki bu boşluğu doldurmaq baxımından müzakirə olunan dissertasiya müstəsna əhəmiyyətə malikdir...
Əsərdə antroponimlər tarixi-tipoloji, tarixi-müqayisəli və təsviri istiqamətdə tədqiq olunmuşdur. Bu da, şübhəsiz ki, bir sıra çətinliklərlə başa gəlmişdir... Dissertasiyanın qiymətli cəhətlərindən biri də ondan ibarətdir ki, antroponimlərin inkişaf tarixi ardıcıl olaraq izlənmişdir. Bu da belə bir nəticəyə gəlməyə imkan verir ki, antroponimlər dilimizin tarixinin müəyyənləşdirilməsində ən mö'təbər mənbə kimi aparıcı rola malikdir. Əsərdə aparılan bu istiqamətli tədqiqatlar nəinki dilimizin, hətta, xalqımızın tarixinin gizlin qalan bir sıra problemlərinin açılmasına kömək edər. Dissertasiyanın ümumi məzmunundan aydın olur ki, antroponimlər tarixin müəyyən dövrlərində müxtəlif bölgələrdə təşəkkül tapmış, sonradan isə xalqımızın arasında geniş yayılaraq ümumişlək xarakteri almışdır.. Dissertasiyanın ən gözəl məziyyətlərindən biri də ondadır ki, tədqiqatda ilk dəfə antroponimlər müxtəlif cəhətdən təsnif edilmiş və hər bir təsnif zəngin antroponimik faktlarla sübut edilmişdir...
Dissertasiya ilə dərindən tanışlığa əsasən, demək olar ki, onomastik leksikanın, xüsusilə antroponimlərin hərtərəfli tədqiqi, tarixi-tipoloji və təsviri təhlili və onların elmi şəkildə ümumiləşdirilməsi xalqımızın və dilimizin tarixinin bir sıra öyrənilməmiş səhifələrinin açılmasında böyük əhəmiyyət kəsb edir. Dissertasiyanın ümumi məzmunu və quruluşu bir daha aydın şəkildə göstərir ki, əsər nəzəri və praktiki cəhətdən də dilçiliyimizdə yeni istiqamətli tədqiqat kimi qiymətlidir.
Əsərin dili və üslubu sadə, təbii və oxunaqlıdır. Əsərdə qəliz, başa düşülməyən termin və istilahlara yer verilməmişdir. Hər bir elmi mülahizə, demək olar ki, dilimizin daxili imkanları vasitəsilə ətraflı şərh olunmuş və zəngin faktlarla sübuta yetirilmişdir. Bu da işin elmi məziyyətini qat-qat artırır... Çıxış edənlərin hamısı əsərin yüksək elmi məziyyətlərindən danışmış, onun antroponimiyamızda ilk fundamental əsər olduğunu söyləmiş, Azərbaycan dilçiliyində və eləcə də türkologiyada yeni elmi nailiyyət hesab etmiş və onun bütövlükdə çap olunmasını məsləhət bilmişlər..." (Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik və Onomastika şö'bəsinin M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyasına aparıcı müəssisənin Rə'yindən, protokol №2, 11.II.1992.)]]>
Nicat Əmirov Sun, 05 May 2024 23:26:55 +0000
Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər https://turan.info.az/yeni-neshrler/6437-akademik-mdd-obanovun-kitablar-haqqnda-yazlm-rylrdn-stirlr.html https://turan.info.az/yeni-neshrler/6437-akademik-mdd-obanovun-kitablar-haqqnda-yazlm-rylrdn-stirlr.html Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər
"Sevirəm Gürcüstanı" /almanax, Azərbaycan şairləri Gürcüstan haqqında, Bakı, 1977/ kitabı haqqında:
"Qədim Gürcüstan torpağı", qonaqpərvər gürcü xalqı, "Qafqazın Paris"i Tbilisi", Qafqazın vena damarı Kür. Bunlar ta lap qədimdən tutmuş bu günə qədər Azərbaycan ədəbiyyatının dönə-dönə, həvəslə müraciət etdiyi mövzulardandır. Çox az Azərbaycan yazıçısı və şairi tapmaq olar ki, onun yaradıcılığında Gürcüstanla bağlı motivlər olmasın... Əgər şair Məmməd Arazın dili ilə desək: "poetik münasibət ən ülvi münasibətdir... bir xalqın digər xalqa bundan əziz, bundan müqəddəs töhfəsi ola bilməz". Bizcə, məhz Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı "Sevirəm Gürcüstanı" adlı kitabı gürcü xalqı üçün belə bir layiqli töhfə hesab etmək olar. Kitabı A.S.Puşkin adına TDPİ-nin əməkdaşı Mədəd Çobanov tərtib etmişdir". Qəzetdə kitabın şəkli verilib, /”Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının redaktoru, şair Səfalı Nəzərli, "Sevirəm Gürcüstanı", "Sovet Gürcüstanı", N:63/7748/, 26.V.1977/.


"Azərbaycan xalqı ilə gürcü xalqının dostluğu, qardaşlığı qədimdir. Bu məhəbbətin poetik ifadəsi olan "Sevirəm Gürcüstanı" kitabında Azərbaycan şairlərinin qardaş Gürcüs-tana, onun füsunkar təbiətinə, şən, mehriban adamlarına həsr etdikləri şe'rlərdən nümunələr verilmişdir. Toplunun tərtibçisi Mədəd Çobanovdur" /qəzetdə kitabın şəkli verilib, redaksiya məqaləsi, "Ədəbiyyat və incəsənət", N:2, 7.I.1978/.

* * *

"Azərbaycan və gürcü xalqlarının mehriban qardaşlıq, qonşuluq əlaqələrinin kökləri qədimdir... Hər iki xalq yadelli düş-mənlərə qarşı illərlə mübarizə aparmış, bir-birinə arxa olmuşdur. Tarixin neçə unudulmaz səhifələrində bu birgə mü-barizənin əks-sədası həkk olunub yaşayır... Bu yaxınlarda çapdan buraxılmış "Sevirəm Gürcüstanı" kitabında qardaş xalq-larımızın sarsılmaz dostluğunu tərənnüm edən şe'rlər toplanmışdır. Məcmuəni Mədəd Çobanov tərtib etmiş, şair Məmməd Araz ön söz yazmışdır". Qəzetdə kitabın şəkli verilib, /Şair Dilsuz Musayev, "Sevirəm Gürcüstanı", "Ədəbiyyat və incəsənət", N:9, 25.II.1978/.

* * *

"Sovetakan Vrastan" (erməni dilində, Tbilisidə nəşr olunurdu) qəzetində "Sevirəm Gürcüstanı" kitabı haqqında filologiya elmləri namizədi H.Vəliyevin rə'yi və kitabın şəkli çap olunmuşdur /"Sovetakan Vrastan", N:66 /11856/, 2.VI.1977/.

* * *

"Молодежь Грузии" /rus dilində, Tbilisidə nəşr olunurdu/ qəzetində "Sevirəm Gürcüstanı" kitabı haqqında, filologiya elmləri namizədi H.Vəliyevin "Löblö Qruziö" adlı rəyi çap olunub /"Молодежь Грузии", N:63 /8078/, 26.V.1977/.

"Sevirəm Gürcüstanı" almanaxı haqqında geniş rə'y çap olunub /Şair Dilsuz Musayev, "Sevirəm Gürcüstanı", "Qızıl bayraq", N:122/3804/, 11.X.1977/.

* * *

"Sevirəm Gürcüstanı" kitabından "Gürcüstan SSR" məqaləsində istifadə olunub./Azərbaycan sovet ensiklopediyası, Bakı, 1982, VI c., səh.135/.

* * *

"Sevirəm Gürcüstanı" kitabı haqqında gürcü dilində rə'y və kitabın şəkli çap olunub. /Y.Boboxidze, Dostluq nəğmələri, "Qamardjvebis droşa" - /"Qələbə bayrağı"/, N:55/4679/, 26.IV.1980/.

* * *

"Dostluq nəğmələri" (gürcü dilində, tərcümə edəni L.Eradze, Müasir Azərbaycan şairləri Gürcüstan haqqında, Tbilisi, 1978) kitabı haqqında:

"Gürcüstanın "Merani" nəşriyyatı tərəfindən gürcü dilində buraxılmış yeni kitablardan biri belə adlanır. Filologiya elmləri namizədi Mədəd Çobanovun tərtib etdiyi bu kitabda müasir Azərbaycan şairlərinin Gürcüstan haqqında yazılmış əlliyə yaxın şe'ri toplanmışdır... Həmin şe'rlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır... "Dostluq nəğmələri" kitabını Azərbaycan və Gürcüstan ədəbi əlaqələri sahəsində təqdirəlayiq hal hesab etmək lazımdır" /qəzetdə kitabın şəkli verilib, filol.elm. namizədi V.Cangidze və yazıçı-jurnalist Ə.İsmayıllı, "Dostluq nəğmələri", "Sovet Gürcüstanı", N:139 /7979/, 21.XI.1978/.

***

"Gürcüstan lap əzəldən bəri şairlərimizin dönə-dönə mü-raciət etdikləri mövzulardan biri olmuşdur. Hələ XII əsrdə Əfzələddin Xaqani "Baqrationların qapısı mənim üçün açıqdır" demişdir... Şübhəsiz, bu, onların yaradıcılıqlarında öz bariz ifadəsini tapmaya bilməzdi... Azərbaycan şairləri Gürcüstan mövzusundan öz yaradıcılıqlarında dostluq rəmzi, qardaşlıq, mehriban qonşuluq simvolu kimi daha geniş istifadə etmişlər. Bu yaxınlarda Tbilisidəki "Merani" nəşriyyatının gürcü dilində çapdan buraxdığı "Dostluq nəğmələri" məcmuəsində Azərbaycan şairlərinin Gürcüstana həsr etdikləri şe'rlər toplanmışdır. Bu işdə tərtibatçı, filologiya elmləri namizədi Mədəd Çobanovun zəhmətini qeyd etmək lazımdır". /Filol.elm.namizədi Şurəddin Məmmədov, Qardaşlıq rəmzi kimi, "Ədəbiyyat və incəsənət", N:1/1876/, 4.I.1980/.

* * *

"Dostluq nəğmələri" kitabı haqqında rə'y çap olunub. /rus dilində, yazıçı-jurnalist Ə.İsmayıllı, "Tbilisi-Baku", "Veçerniy Tbilisi", N:247/10243/, 27.X.1978/.

* * *

"Dostluq nəğmələri" kitabı haqqında rə'y çap olunub. /gürcü dilində, qəzetdə kitabın şəkli verilib, Y.Boboxidze, Qardaşlığın gücü, "Qamardjvebis droşa", N:55/4679/, 26.IV.1980/.

* * *



"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" (müştərək müəllif, Tbilisi, 1977) haqqında:
"Azərbaycan və gürcü xalqlarının mədəni və mə'nəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" /"Maarif"/ nəşriyyatı "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir". /N.Əbdülrəhmanov, F.Xubanov, Lüğətçiliyə yeni hədiyyə, "Azərbaycan müəllimi", N:40/6822/, 24.V.1989/

* * *
"Недавно издательство "Ганатлеба" выпустило в свет краткий азербайджано-грузинский разговорник. Это первое издание подобного рода в нашей республике. Как известно, в Грузии живет 270 тысяч азербайджанцев, функцио¬нируют азербайджанские школы. И составители словаря - кандидат филологических наук М.Чобанов и доцент Тбилисского педагогического института имени Пушкина М.Чинчаладзе предназначили свой труд в первую очередь учащимся азербайджанских школ.
Основное внимание в книге уделено развитию разгово-рной речи. Этому способствуют тридцать пять разделов, на которые разбита книга: приветствия, поздравления, приглашения, времена года, предметы домашнего обихода, завтрак, обед, спортивные игры, и так далее..." /Редаксийа мягаляси, "Вечерний Тбилиси", N:5/ 10001/, 6.I.1978/.

***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında gürcü dilində rə'y və kitabın şəkli çap olunub. /Y.Boboxidze, "Qamardjvebis droşa" -"Qələbə bayrağı", N:55 /4679/, 26.IV.1980/.

***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında gürcü dilində rə'y çap olunub. /"Soplis sxovreba"/ - "Kənd həyatı"/, 28.II.1978/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" /əlavələr olunmuş və yenidən işlənmiş ikinci nəşri, Tbilisi, 1991/ haqqında:
"Bu kitab gürcü dilini öyrənmək istəyən azərbaycanlılar; Azərbaycan dilini öyrənmək istəyən gürcülər üçün ən yaxşı vəsaitdir." /Ş.Məmmədli, "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti", "Gürcüstan", N:132-133/9981/, 14.XII.1991/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında qəzetdə rə'y çap olunub. /V.Kazımovun eyni adlı məqaləsi, "Ziya", N:15/ 954/, 12.VIII.1992/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında rə'y çap olunub. /S.Əkbərova, Gürcüstanda nəşr olunub, "Səhər", N:158-/445/,15.VIII.1992/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında gürcü dilində "Saxalxo qanatleba"-"Xalq maarifi",12.III.1992, "Soplis sxovreba"-"Kənd həyatı",19.XI.1991/ qəzetlərində də rə'ylər çap olunub.

***

"Azərbaycan şəxs adları" /Bakı, “Maarif”, 1981/ haqqında:

"...həmyerlimiz, filologiya elmləri namizədi, dosent M.Çobanovun "Maarif" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan şəxs adları" kitabçası antroponimiya problemlərinin tədqiqinin davamı hesab edilə bilər... Ümumiyyətlə, dilçiliyimizdə ilk təşəbbüs olan "Azərbaycan şəxs adları" kitabçası həm dilçilik sahəsində çalışan alimlər, ali və orta məktəb müəllimləri, habelə geniş oxucu kütləsi üçün maraqlı bir əsərdir". /Filol. elm. namizədi H.Əliyev, "Azərbaycan dilçiliyinə qiymətli xidmət", "Sovet Gürcüstanı", 14.XI.1981/.
* * *

"Şəxs adlarının tədqiqi sahəsində xeyli iş görülmüşdür: Ş.Sə'diyevin, M.Çobanovun kitabları... və başqalarının çoxlu məqalələri dərc edilmişdir". /prof.Q.Voroşil, Minilliklərin canlı şahidləri, Bax: Bəhruz Abdullayev, "Azərbaycan şəxs adlarının izahlı lüğəti", B.,1985,səh.5/.

* * *

"Azərbaycan şəxs adları" (M.M.Çobanlı ilə müştərək, Bakı,1995) haqqında:
"Son onilliklərdə bu sahəyə/antroponimikaya/ maraq xeyli artmış və bir sıra qiymətli tədqiqat əsərləri yazılmışdır. Belə əsərlərdən biri də filol. elm. doktoru, prof. M.Çobanovla gənc tədqiqatçı, filoloq-jurnalist Müşfiq Çobanlının birgə hazırladıqları "Azərbaycan şəxs adları" kitabıdır... Kitab tədris prosesində adlarımızın düzgün yazılışının elmi əsasda öyrənilməsində şagirdlərin, tələbələrin və müəllimlərin istifadə etməsi üçün yararlı vəsaitdir. Yeni doğulan uşaqlara ad seçmək üçün valideynlərin, rəsmi dövlət idarələrinin, o cümlədən Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı bürolarının, pasport şö'bələrinin, dəftərxanaların və digər idarələrin əməkdaşlarının işinin yüngülləşdirilməsində /adların düzgün yazılışında/ yardımçı olacaq bu kitab, həm də, bədii əsərlərin personajlarına ad seçməkdə kömək etmək baxımından yazıçılar üçün də faydalıdır". /M.Həkimov, S.Həkimova, "Azərbaycan şəxs adları", "Təhsil", N:6/87, /27.X.95/.

* * *

"Azərbaycan xalqı tarix boyu ailədə övladın doğulub, aləmə göz açmasını həmişə sevinc, şənlik və təntənə ilə qarşılamışdır. Bu sevinc və şənliklərdə isə yeni doğulmuş övlada ad qoyurlar. Xalqımızın tarixinə nəzər saldıqda aydın olur ki, ata-ana, qohum-əqraba övlada ad qoyulmasına həmişə nikbin münasibət bəsləmişlər". Bu sətirlər filol.elm.doktoru, prof.Mədəd Çobanov və Müşfiq Çobanlının bu yaxınlarda nəşr olunmuş "Azərbaycan şəxs adları" (B.,1995) kitabından götürülmüşdür... Ailədə yeni doğulan övladlara ad seçmək üçün böyük əhəmiyyət kəsb edən bu kitab tədris prosesində adlarımızın düzgün yazılışının elmi əsasda öyrənilməsində şagirdlərin, tələbələrin və müəllimlərin istifadə etməsi üçün yararlı vəsaitdir. Bədii əsərlərin personajlarına ad seçməkdə yazıçılar üçün də faydalıdır". / C.V.Ağayeva, "Azərbaycan şəxs adları", "Şərqin səsi", N:8, sentyabr 1996/.
* * *

"Azərbaycan şəxs adları" kitabı haqqında "Azərbaycan müəllimi" /5.XII.1995/ qəzetində redaksiya məqaləsi çap olunmuşdur.
* * *

"Azərbaycan şəxs adları" kitabı haqqında Züleyxa Nadir "Uşaqlarınıza ad qoyanda dağa-daşa düşməyin" adlı rə'y çap etdirmişdir. /"Xalq qəzeti", N:64/22 206/, 3.IV.1996/.

* * *

"Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası" (Tbilisi, 1990) kitabı haqqında:
"Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün vəsait kimi çap olunan həmin kitab Azərbaycan dilçiliyinə qiymətli hədiyyədir. Ondan filologiya fakültəsinin tələbələri, aspirantlar və həmçinin tədqiqatla məşğul olan bütün filoloqlar istifadə edə bilərlər" /Redaksiya məqaləsi, "Ziya", N:15/954/, 12.VIII. 1992/.

***

"Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası" kitabı haqqında S.Əkbərovanın "Gürcüstanda çap olunub" adlı rə'yi çap olunub. /"Səhər", N:152/445/, 15.VIII.1992/.

***


"Azərbaycan antroponimiyasının əsasları" (Tbilisi, 1983) kitabı haqqında:
"Azərbaycan dilçiliyində antroponimika məsələləri, demək olar ki, həmin müşavirədən /Moskva,1968/ sonra geniş şəkildə öyrənilməyə başlanılmışdır. Bu sahədə Ş.Sə'diyev, M.Adilov, T.Hacıyev, Z.Sadıxov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Dadaşova, A.Salahova, L.Quluyeva və başqaları xüsusi tədqiqat aparmış və ya elmi məqalələr yazmışlar"...
M.Çobanov "Azərbaycan antroponimiyasının əsasları" adlı kitabında adların əsası və semantik qrupları, müştərək adlar, polinim və palindromik adlar, adların abbreviasiyası, mənşəyi, familiya, təxəllüs, ləqəb və onların quruluşu, adqoyma ən'ənələri və s.məsələləri əhatə etmişdir". /A.Qurbanov, Azərbaycan onomastikası, B.,1986,səh.11-12; Azərbaycan dilinin onomalogiyası,B.,1988,səh.135-136/.

***

"1983-cü ilin mayında Gürcüstan SSR-in Telavi şəhərində Ümumittifaq Onomastika konfransı çağırılmışdır... Müxtəlif bölmə iclaslarında Azərbaycan onomastikasının müxtəlif problemləri ilə əlaqədar A.Axundov, Ş.Sə'diyev, Y.Yusifov, M.Çobanov... yoldaşların maraqlı çıxışları oldu. Azərbaycan onomatoloqlarının həmin konfransda belə geniş miqyasda təmsil edilməsi respublikada bu elmin son zamanlar geniş vüs'ət almaqda olduğunu əks etdirir... Bununla belə, Azərbaycan antroponimləri əsasən son 10-15 il ərzində az-çox sistemli şəkildə öyrənilməkdədir. Bu sahədə bir neçə dissertasiya müdafiə edilmiş, xeyli məqalələr yazılmış, ali məktəblərin bə'zilərində "Antroponimika" elmi "Xüsusi kurs" kimi tədris edilməkdədir. Bu fənn üzrə bir dərs vəsaiti olaraq M.N.Çobanov 1983-cü ildə Tbilisinin "Qanatleba" - ”Maarif” nəşriyyatında "Azərbaycan antroponimiyasının əsasları" kitabını nəşr etdirmişdir. Demək lazımdır ki, Azərbaycan antroponimlərini /əsil şəxs adı, ata adı, familiya, ləqəb, təxəllüs, titul və s./ dilçilər, ədəbiyyatçılar, tarixçilər, etnoqraflar və başqa təd qiqatçılar az-çox tədqiq etsələr də, bu sahədə bu vaxta kimi ayrıca bir dərslik yoxdur və M.Çobanovun kitabı bu sahədə ilk addımdır. M.Çobanovun "Azərbaycan antroponimi¬yasının əsasları" kitabı girişdən və üç bölmədən ibarətdir.
M.Çobanov 1981-ci ildə "Azərbaycan şəxs adları" kitabını "Maarif" nəşriyyatı xətti ilə çap etdirmişdir". /prof.H.Əliyev, Ümumi antroponimika problemləri, B.,1985,səh.105-106/.

* * *

"Xoş avaz yaradan səslər sisteminə, zəngin lüğət tərkibinə və sabitləşmiş qrammatik quruluşa malik olan Azərbaycan dili haqqında son vaxtlar maraqlı tədqiqat əsərləri və dərs vəsaitləri nəşr olunur. Belə əsərlərdən biri də M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı dərs vəsaitidir... Vəsait onomastikanın-dilçiliyin xüsusi adları öyrənən şö'bəsinin ən geniş sahəsi olan antroponimiyaya həsr olunmuşdur. Burada onomastika haqqında ümumi mə'lumat, antroponimiya və onun tədqiqat obyekti, ad, adların əsası və semantik qrupları haqqında geniş tədqiqat aparılmışdır. Eyni zamanda müştərək adlar, adların mənşəyi, familiya, təxəllüs, ləqəb, antroponimlərin quruluşu və adqoyma ən'ənələri hərtərəfli işlənilmişdir... Kitabda Azərbaycan antroponimiyası haqqında geniş mə'lumat verməklə antroponimiya istilahları incə filoloji təhlil yolu ilə izah edilmişdir... Müəllif uzun tarixi inkişaf prosesi keçirmiş insan adlarının zərif və incə, tarixi və milli xüsusiyyətlərindən geniş söhbət açır. Düzgün olaraq göstərir ki, adların yaranma tarixi də adı daşıyan xalqın tarixi qədər qədimdir... Müəllif... belə bir düzgün nəticəyə gəlmişdir ki, antroponimlərin təşəkkülündə semantik konversiya aparıcı rola malikdir... Fakt və hadisələrin istər türk sistemli və istərsə də başqa sistemli dillərlə müqayisəli şəkildə şərhi əsəri daha da maraqlı və oxunaqlı etmişdir... Pedaqoji institutların tələbələri üçün nəzərdə tutulan bu vəsait valideynlər və bütün oxucular üçün də gərəklidir. Əminik ki, Azərbaycan dilinin tədrisi prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edəcək bu vəsait müəllimlərimizin və eləcə də, tələbələrin stolüstü kitabı olacaqdır". /prof.Ə.Əliyev, "Azərbaycan antroponimiyasının əsasları", "Sovet Gürcüstanı", 13.IX.84; "Azərbaycan müəllimi", N:73 /4075/, 7.IX.84; "Qiymətli tədqiqat əsəri", "Qələbə bayrağı", N:22 /5927/,5.II.85/.

* * *
"Azərbaycan dilçiliyində antroponimiya" az öyrənilmiş sahələrdən sayılır. Uzun illərdir ki, dilçilərimiz bu sahədə tədqiqat aparır, antroponimiyanın müxtəlif problemlərini hərtərəfli öyrənməyə cəhd göstərirlər. Bu cəhdlər indiyədək adi qəzet və jurnal məqalələri ilə nəticələnirdi. Dilçiliyin pedaqoji institutlarda müstəqil fənn kimi tədris olunan bu şö'bəsinə dair sanballı elmi əsər və ya dərs vəsaiti həsr etmək nədənsə heç kəsi düşündürməmişdir. Nəhayət, dilçiliyimizdə mövcud olan bu boşluğa son qoyuldu. A.S.Puşkin adına TDPİ-nin əməkdaşı, filologiya elmləri namizədi, dosent Mədəd Çobanov bu işin öhdəsindən bacarıqla gəldi. M.Çobanov irili-xırdalı ona yaxın kitabın müəllifidir. O, demək olar ki, dilçilik elminin bütün sahələri üzrə səmərəli elmi tədqiqat aparır. "Qanatleba" /Maarif/ nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış "Azərbaycan antroponimiyasının əsasları" adlı dərs vəsaiti də M.Çobanovun çoxillik elmi axtarışlarının məhsuludur. Azərbaycan antroponimiyasını sistemli şəkildə tədqiqata cəlb etmək və ona ayrıca elmi əsər həsr etmək M.Çobanovu çoxdan düşündürürdü. Bu məqsədlə də o, pedaqoji institutların filologiya fakültələrinin tədris planlarında nəzərdə tutulmuş "Dilçilikdən xüsusi kurs" proqramı /proqramın müəllifi də M.Çobanovdur/ əsasında "Azərbaycan antroponimiyasının əsasları" adlı vəsaitini çap etdirmişdir... Bu vəsait mühüm elmi əhəmiyyətə malikdir. Kitabdan geniş oxucu kütləsi də istifadə edə bilər" /İ.Əbdüləli, Dəyərli vəsait, "Samqori", N:54/5846/, 8.V.84/.

* * *

"Son illər ali məktəblərimizin mükəmməl proqram və dərsliklərlə tə'min olunmasına diqqət xeyli artırılmışdır... M.Çobanovun yenicə çapdan çıxmış "Azərbaycan antroponimi-yasının əsasları" əsəri Tbilisidə "Qanatleba" nəşriyyatı tərəfindən buraxılan tədqiqatlardandır... Geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan bu əsər pedaqoji institutların filologiya fakültəsinin tədris planında nəzərdə tutulmuş "Dilçilikdən Xüsusi kurs" proqramı /proqramın müəllifi də M.Çobanovdur/ əsasında hazırlanmışdır. Vəsait onomastikanın ən geniş sahəsi olan antroponimiyaya həsr olunmuşdur... M.Çobanovun əsəri Azərbaycan dilçiliyində bu sahəyə həsr olunmuş ilk addım kimi qiymətlidir... Olduqca zəngin və çoxcəhətli sahəyə malik olan onomastika və onun sahələrindən biri olan antroponimiyanın müxtəlif tipləri və xüsusiyyətləri bu əsərdə geniş planda, kompleks şəkildə tədqiq edilmişdir. Uzunmüddətli tədqiqat və axtarışların nəticəsi olan zəngin material əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur... Dərs vəsaitindən ali məktəb tələbələri, aspirantlar və xüsusi adları rəsmi şəkildə qeydə alanlar istifadə edə bilərlər" /filol.elm.namizədi, dosent A.Salahova, Dəyərli tədqiqat əsəri, "Sovet Ermənistanı", N:148 /11508/, 10.XII.83/.

* * *

"M.Çobanov "Azərbaycan antroponimiyasının əsasları" kitabında familiyalardan, onların qrammatik xüsusiyyətləri haq-qında daha geniş mə'lumat vermişdir... Azərbaycan antroponimiyasında isə Ş.Sə'diyev, Z.Sadıxov, M.Çobanov, H.Həsənov və başqalarının tədqiqatlarında təxəllüslər haqqında ümumi mə'lumat verilmişdir". /M.Adilov, A.Paşayev, Azərbaycan onomastikası, B.,1987,səh.19,43/.

* * *

"M.Çobanov Azərbaycan antroponimiyasının müxtəlif cəhətləri ilə bağlı bir sıra tezis, məqalə və monoqrafiya çap etdirmişdir. Onun 1983-cü ildə çap olunan "Azərbaycan antroponimiyasının əsasları" kitabında antroponimlərin leksik-semantik qrupları, quruluşu, adqoyma ən'ənələrindən bəhs edilmiş, köməkçi ad kateqoriyalarından təxəllüs və ləqəbin leksik-semantik xüsusiyyətləri və s.məsələlər zəngin dil faktları ilə təsdiqlənmişdir. Burada diqqəti cəlb edən məsələlərdən biri də müştərək adlar, polinim və polindromik adlar, adların abbreviasiyası kimi məsələlərin geniş şəkildə tədqiqata cəlb edilməsidir... Azərbaycan antroponimikasında A.Qurbanov, M.Adilov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin linqvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs etmişlər... M.Çobanov isə bu mövzudan /mürəkkəb antroponimlərdən/ geniş şəkildə bəhs etsə də, əsasən, mürəkkəb sözlərin tərkibindəki vahidlərin nitq hissələrinə görə təsnifatı, qrammatik şəkilçilərin mürəkkəb addakı funksiyası, mürəkkəb adlarda fonetik hadisələr və s. kimi məsələləri izah etməyə çalışmışdır. M.Çobanov Azərbaycan antroponimləri ilə bağlı tədqiqatlarını davam etdirərək 1992-ci ildə "Azərbaycan antroponimikasının əsasları" adlı doktorluq dissertasiyası müdafiə etmişdir". /Ə.Tanrıverdiyev, Türk mənşəli Azərbaycan antroponimləri, B.,1996,səh.13,110, 123,127/.

* * *
"Azərbaycan antroponimiyasının əsasları" kitabı haqqında İ.Qasımovanın /Azərbaycan dilçilərinin konfransında "Azərbaycan müəllimi", 28.XII.1984/ məqaləsində xülasələrlə rə'y söylənmişdir.

* * *
"Şəxs adları" az-çox tədqiq edilmiş, onlardan bəhs edən kitablar /Ş.Sə'diyev, H.Əliyev, O.Mirzəyev, B.Abdullayev, M.Çobanov/ və bir sıra məqalələr /Z.Sadıxov, M.Adilov və s./ çap olunmuşdur" /prof.Z.Budaqova, Antroponimlərin növləri və mənbələri, "Azərbaycan onomastikası problemləri"nə dair Konfransın materialları", B., 1986, səh.10/.

* * *

"Azərbaycan onomastikası problemləri" ilə məşğul olan alimlərimizdən 30 nəfəri bu yaxınlarda Özbəkistanın Qarşı şəhərində keçirilən konfransda iştirak etmişdir. Həmin konfransın materialları məcmuə şəklində nəşr olunmuşdur /Daşkənd,1989/. Prof.M.Adilov, prof.T.Əhmədov, prof.Y.Yusifov, prof.Ə.Şükürov, dos.Cəlilov, dos.M.Çobanov, f.e.n. N.Əsgərov, M.Hacıxəlilov və başqalarının məqalələrində Azərbaycan və Özbək onomastik vahidlərinin tarixi paralelliyinin linqvistik təhlil və araşdırmalarla şərh olunması, ayrı-ay-rı vahidlərin leksik-semantik və qrammatik xüsusiyyətləri, həmçinin etimologiyası barədə orijinal fikirlər qabarıq şəkildə müşahidə olunur". /Ə.V.Tanrıverdiyev, "Azərbaycan onomastikasının tədqiqinə dair" xülasə", "Azərbaycan onomastikası problemləri", III.B.,1990, səh.281/.
***
"Azərbaycan dilçiliyində şəxs adları" məsələsi çoxdan ono-moloq alimlərimizin diqqətini cəlb etmişdir. Adların top-lanması və elmi təhlili sahəsində bir sıra işlər görülmüş - məqalələr yazılmış, kitablar çap olunmuş, namizədlik və doktorluq işləri /Z.Sadıxov, M.Çobanov/ müdafiə edilmişdir " /A.Qurbanov, Azərbaycanlı adları - Uşağa necə ad seçməli, B., 1993, səh.105/.

***

"Familiya. Təxəllüs" (Tbilisi, 1987) kitabı haqqında:
M.N.Çobanovun çapdan çıxmış "Familiya. Təxəllüs" adlı vəsaitində ilk dəfə olaraq Azərbaycan təxəllüs lüğəti verilmişdir. /A.Qurbanov, "Azərbaycan onomastikasının müasir problemləri", "Azərbaycan onomastikası problemləri", II,B., 1988, səh.5/.

* * *
Prof. A.Qurbanov "Təxəllüs kateqoriyası"ndan bəhs edərkən M.N.Çobanovun "Familiya. Təxəllüs" kitabından bir mənbə kimi geniş istifadə etmişdir. /A.Qurbanov, Azərbaycan dilinin onomalogiyası, B., 1988,səh.251/.

* * *

"Akademik A.İ.Sobolyevskiyə görə, bizdə /Rusiyada.-M.Ç./ familiya nadir hallarda XIV əsrdən işlənməyə başlanmışdır. A.İ.Selişyevə görə isə XVI-XVIII əsrlərdən işlənmişdir". M.N.Çobanovun fikrincə, Azərbaycan antroponimiyasında familiya XIX əsrdən yaranmağa başlamış və sovet dövründə rəsmi şəkil almışdır. /R.Z.Əliyeva bu cümləsində bilərəkdən M.Çobanovun mülahizəsini təhrif etmişdir. M.Çobanov yazır: "Azərbaycanlıların hamısı familiyaları eyni vaxtda, bir əsrdə deyil, müxtəlif vaxtlarda, bə'ziləri XVIII əsrdə, bə'ziləri XIX əsrdə, bə'ziləri /hamılıqla - M.Ç./ isə XX əsrdə götürmüşlər". /göstərilən kitab, səh.12, R.Z.Əliyeva, Azərbaycan antroponimləri tarixi mənbələrdə, "Azərbaycan onomastikası problemləri", IV,B., 1993,səh.40/.

***

"M.Çobanovun 1987-ci ildə çap etdirdiyi "Familiya. Təxəllüs" kitabında ilk dəfə olaraq familiya və təxəllüslər geniş tədqiqata cəlb olunmuşdur. Müəllif ad və ad sistemi, ata adı məsələlərini türkoloji istiqamətdə şərh etdikdən sonra fa-miliyaların motivləşməsi məsələlərindən bəhs edir və Azərbaycan familiyalarının formalaşmasında üç prinsipin əsas olduğunu myəyyənləşdirir: kişi adı əsasında düzələn familiyalar, qadın adı əsasında düzələn familiyalar, kökü şəxs adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar. Əsərdə təxəllüslərin mənşəyi, yaranma tarixi, işlənmə məqamları, areal təxəllüslər, təxəllüs və onun avtonimlə üzvlənmə sistemi və s. kimi məsələlər izah olunmuş, 600-ə qədər təxəllüsü əhatə edən "Azərbaycan təxəllüs lüğəti" də verilmişdir... M.Çobanov ləqəblərin strukturu, leksik-semantik xüsusiyyətləri ilə yanaşı, fərdi-şəxsi ləqəb, ailəvi-nəsli ləqəb, məhəlli-kollektiv ləqəb məsələlərinə də münasibət bildirmişdir "/Tədqiqata cəlb etdiyimiz türk mənşəli təxəllüsləri M.Çobanovun "Familiya.Təxəllüs" kitabındakı "Təxəllüs lüğəti"ndən götürmüşük./ "Azərbaycan antroponimikasında" A.Qurbanov, M.Adilov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin linqvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs etmişlər". /Əzizxan Tanrıverdiyev, Türk mənşəli Azərbaycan antroponimləri, B.,1996, səh.13-14,-105,110/.

* * *

"Familiya. Təxəllüs" kitabı haqqında prof.A.Qurbanov /Azərbaycan onomastikasının zəruri məsələləri, "Azərbaycan müəllimi", N:22/6700/,16.III.1988; Onomastika: problemlər və vəzifələr, "Gənc müəllim", N:11/810/,15.IV.1988/, dos.A.Hacıyev /Onomastik tədqiqatın nəşrinə dair, "Gənc müəllim", N:11 /810,15.IV.1988/, dos.M.Hacıxəlilov /İkinci onomastik konfrans, "Sovet Gürcüstanı", N:59/9444/,17.V. 1988/, F.Firidunlu/ Borçalıda xarakterik onomastik vahidlər, Azərbaycan onomastikası problemləri, V,B.,1995, səh.160/ və başqalarının əsərlərində xülasələrdə rə'ylər söylənib.

* * *

"Borçalı toponimləri" (M.M.Çobanlı ilə müştərək, B.,1993) kibabı haqqında:
"Əvvəla, bir Borçalı oxucusu kimi, mən bu buraxılışın ümumi səviyyəsini alqışlayır və onun yaradıcılarına sonsuz minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi "Borçalı illərlə öz ziyalılarının xidmətində dayanıb"-/E.Borçalı/. Çoxları Borçalı mahalının adından, maddi və mə'nəvi sərvətlərindən geninə-boluna istifadə edib, əvəzində isə ona heç nə verməyib. Bu inkarolunmaz faktdır. Nəticəsi isə bu olub ki, indi Borçalı çox ustalıqla gürcüləşdirilir və demək olar ki, tədricən türklərdən təmizlənir". Əlbəttə, övlad nankor çıxanda valideyn baxımsızlıqdan yadlara möhtac olmaq məcburiyyətində qalar...
Haqqında söhbət gedən buraxılışın ərsəyə gəlməsi sübut edir ki, nəhayət, Borçalının taleyinə yanan qeyrətli oğullar meydana çıxır... Ancaq Borçalı həqiqətlərini açmaqla camaatda öz haqqına inam, qətiyyət hissini gücləndirməklə onları Vətənə bağlamaq, "qaçqın" ləkəsindən xilas etmək olar. Bu mə'nada qəzetdə toxunulan məsələlər müəyyən sahədə peşəkarlıq baxımından qiymətləndirilməlidir... "Borçalı"nın tərəflərini müəllif kifayət qədər izah edib". /Hürü Əliyeva, "Borçalı toponimləri" barədə", "Bakı", N:96/10544,/ 14.IX.1993/.

* * *

"Xalqımızın qədim zamanlardan yaşadığı bütün bölgələrdə, o cümlədən də Gürcüstanda, xüsusilə onun cənub-şərq rayonla-rında, yə'ni qədim Borçalı mahalında ilkin orta əsrlərdən yayılmış zəngin və rəngarəng xüsusiyyətlərə malik olan türk /Azərbaycan/ köklü toponimlərin toplanması və öyrənilməsi bö yük elmi əhəmiyyətə malikdir. Bu baxımdan, filologiya elmləri doktoru, prof. Mədəd Çobanov və gənc tədqiqatçı, filoloq-jurnalist Müşfiq Çobanlının... təzəcə işıq üzü görmüş "Borçalı toponimləri" kitabı xüsusilə qiymətlidir" /filol.elm.namizədi Razim Məmmədli, "Borçalı toponimləri", "Azərbaycan", N:78 /842/, 26.IV.1994/.

* * *

"Azərbaycan toponimləri"nin öyrənilməsi ilə başqa alimlərimiz də maraqlanır, əsərlərində yeri gəldikcə bu məsələyə də geniş yer verir və hətta, silsilə məqalələr də çap etdirilər. Bu baxımdan...M.N.Çobanovun... və s. tədqiqatçılarımızın əsərləri dəyərli fikirlərlə zəngindir" /Tofiq Əhmədov, Azərbaycan toponimikasının əsasları,B., 1991, səh.56-57/.

* * *

"Qədim tarixə malik olan Borçalının toponimik laylarının öyrənilməsi Borçalı tarixinin müəyyən səhifələrini açmaq, onu xalqın tarixi möhürü ilə - yer-yurd adları ilə elmi şəkildə əsaslandırmaq deməkdir. Bu mə'nada Borçalı tarixinin yeni səhifələrinin açılması problemlərinin şərhinə "Borçalı toponimləri" kitabında rast gəlirik. Bu kitab geniş bir bölgəni əhatə edən Borçalının tarixən yaşayış məntəqələrinin, yaylaqlarının, qışlaqlarının tarixini əks etdirən ilk əsərdir.
Kitab müəlliflərin "Ön söz"ü ilə açılır, toponimlər, onların tarixi və öyrənilməsinin əhəmiyyəti haqqında qısa mə'lumat verilir, sonra "Gürcüstanda türk"/Azərbaycan/ köklü qəbilə və tayfaların məskunlaşması tarixi" araşdırılır, "Borçalı" toponimi" necə yaranmışdır? sualına ətraflı cavab verilir, "Dədəm Qorqud" ilə səsləşən Borçalı toponimləri"nə, "Gürcüstanda türk köklü oykonimlər"ə /qədim, qədim və müasir, hibrid, təkrar və ya bir neçə variantlı oykonimlər/ nəzər yetirilir..." /filol.elm. namizədi Vaqif İsrafilov, "Borçalı toponimləri", "Təhsil", 19.X.1994/.

* * *
"Borçalı toponimləri" kitabının məziyyətləri haqqında "Yurddaş""/N:8/157/,28.XII.1994/, "Azərbaycan dünyası" /N:/15/-75/, 30.XII.1994/, "Vətəndaş" /N:3/86/,20.I.1995/, "Vətən ocağı"" /N:4/24/,16.II.1995/, "Axtarış" "/N:7/ 91/, 9.XI.1994/, "İki sahil "/15.IX.1995/ və s. qəzetlərdə də redaksiya məqalələri çap olunmuşdur.
* * *

Prof. B.Əhmədovun "Az"/qaz, as/qas söz kökləri və ümumtürk toponimikası" adlı məqaləsində də M.Çobanovun tədqiqatlarından bəhs olunub. /Azərbaycan toponimikası probemləri, V,B.,1995, səh.60/.
* * *

"Borçalı toponimləri" /M.Çobanlı ilə müştərək,B.,1996/ kitabı haqqında: "Şərqin səsi" qəzetində redaksiya məqaləsi çap olunmuşdur /N:8, sentyabr 1996/.

* * *

"Azərbaycan dili" /X sinif üçün dərslik, Tbilisi, 1992/ kitabı haqqında:
"Prof.M.Çobanovun bu yaxınlarda "Qanatleba"/Maarif/ nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan dili" dərsliyi Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Dərsliklə yaxından tanış olduqda aydınlaşır ki, müəllif qrammatik təhlillərə, fonetik, orfoqrafik, leksik, semasioloji, morfoloji, sintaktik təhlillərə geniş yer ayırmış və onları şagirdlərə hərtərəfli aşılamaqdan ötrü kitaba külli miqdarda çalışma salmış və bu çalışmaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün nümunələr göstərmiş, onların şagirdlər üçün daha anlaşıqlı olmasına çalışmışdır. Bu, kitabın dərslik kimi qiymətini daha da artırır..." /filol.elm.namizədi R.Məmmədli, "İlk Azərbaycan dili" dərsliyi, "Axtarış", N:8/64/,13.III.1993/.

* * *

"S.S.Orbeliani adına TDPİ-nin əməkdaşı filol.elm.doktoru, prof.M.N.Çobanovun hazırladığı və Gürcüstan Respublikasının Təhsil Nazirliyinin X sinif üçün dərslik kimi təsdiq etdiyi "Azərbaycan dili" kitabı bu günlərdə Tbilisinin "Qanatleba" /Maarif/ nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş bu ilk dərslikdə savad tə'limi ilə bağlı problemlər, o cümlədən fonetika, orfoepiya, yazı və orfoqrafiya, həmçinin linqvistik təhlilin aparılması qaydaları geniş şəkildə işıqlandırılmışdır. Kitabda əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər də ətraflı şərh olunmuşdur"./Müşfiq Çobanlı, Gürcüstanda çap olunmuşdur, "Səhər", N:50/587/, 17.III.1993/.

* * *

"İkinci ildir ki, Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərin X-XI siniflərində Azərbaycan/türk/ dili tədris edilir. S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol. elm.doktoru, prof.M.Çobanovun X və XI siniflər üçün tərtib etdiyi "Azərbaycan dili" proqramı Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Bu yaxınlarda "Qanatleba" nəşriyyatı müəllifin həmin proqramlar əsasında hazırladığı "Azərbaycan dili" dərsliyini çapdan buraxmışdır... Dərslik savad tə'limi və əməli yazı hissələrindən ibarətdir. Orada savad tə'limi ilə bağlı problemlər; fonetika, orfoepiya; yazı və orfoqrafiya məsələləri ətraflı işıqlandırılmışdır. Müəllif hər bir məsələ haqqında ümumi mə'lumat verir və onu nümunələrlə izah edir. M.Çobanov linqvistik təhlilin 6 nümunəsinin ayrı-ayrılıqda şərhini vermiş, təhlilin aparılması qaydalarını nümunələrlə izah etmişdir. Kitabın ikinci bölməsində əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər ətraflı şərh olunmuşdur".../Mətanət Fərzəliyeva, "Azərbaycan dili", "Azərbaycan müəllimi", 1,VI.1993/.

* * *

"Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəb-lərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol.elm.doktoru, prof. M.N.Çobanovun "Azərbaycan dili" dərsliyidir...Yeri düşmüşkən qeyd etmək lazımdır ki, M.Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir. Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir... Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e'tibarı ilə müxtəlif olduğunu qeyd edir... Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur". /filol. elm. namizədi R.Məmmədli, filol.elm.namizədi B.Xəlilov. "Azərbaycan dili", "Qurtuluş", 24-30.VII.1993/.

* * *

"Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir... Məhz bu baxımdan filol.elm.doktoru, prof. M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik... Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.
Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filol.elm.doktoru, prof. M.Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan dili" dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.-M.Ç./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdir-mişdir...
X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tap-mışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətir-dən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta mək-təblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi.
"Azərbaycan dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər. Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər... Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər... Bunları nəzərə alan M.Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..." /filol.elm.namizədi İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil", N:21/52/, 17.XI. 1993/.

* * *

"Azərbaycan-türk dili" /XI sinif üçün dərslik, Tbilisi, 1993/ kitabı haqqında:
"XI sinif üçün dərslik isə 6 bölmədən ibarətdir: 1.Dil haqqında ümumi mə'lumat, 2.Dünya dilləri, 3.Azərbaycan ədəbi dili, 4.Azərbaycan ədəbi dilinin üslubları, 5.Azərbaycan-türk dilinin ləhcələri, 6.Nitq mədəniyyəti və onun ümumi məsələləri. Müəllif hər bir bölməni görkəmli şəxsiyyətlərdən /Ş.İ.Xətai, Ə.H.Bəhmənyar, G.Sönməz, Nizami və b./ götürdüyü epiqraflarla başlayır ki, bu da inanırıq ki, şagirdlərin marağına səbəb olacaqdır".
M.Çobanov şagirdlərin maraq dairəsinə uyğun formada di-lin ictimai mahiyyətini izah edir, ümumxalq əhəmiyyətindən geniş danışır... Azərbaycan dilinin türk dillərindən biri olduğu mə'lumdur. Lakin orta məktəbi bitirən şagirdlərin əksəriyyəti, demək olar ki, bundan xəbərsiz olur. M.Çobanovun türk dilləri ailəsindən söhbət açması kitabın müsbət cəhətlərindəndir... Azərbaycan dili haqqında klassik yazıçılar və alimlərin mülahizələri də dərslikdə verilir ki, bu da xüsusi maraq doğurur. M.Çobanov Azərbaycan dilinin tarixən Qafqazda və Yaxın Şərqdə ünsiyyət vasitəsi olduğunu, görkəmli tarixi şəxsiyyətlərin diqqətini cəlb etdiyini göstərir və X.Təbrizidən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, eləcə də dünya korifeylərindən F.Bodenşteddən, Şarden, B.Meynardan, Y.Vaydenbaumdan və b. misal gətirərək fikirlərini əsaslandırır.
Kitabda orta məktəblər üçün yazılmış Azərbaycan dili dərs-likləri üçün xarakterik yenilik nitq mədəniyyətinə xüsusi yerin verilməsidir " /İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil",N:21/52/,17.XI.1993/.

* * *

"Azərbaycan dili" kitabı haqqında filol.elm.namizədi Ş.Məmmədlinin rə'yi çap olunub. /"Gürcüstan",9.IV.1993/.
* * *
"Azərbaycan dili" kitabı haqqında rə'y çap olunub. /M.Fərzəliyeva, "Gürcüstanda tədris olunur. Bəs bizdə?", "Qarabağ", N:5/138/,4.II.1993/.

***

"Borçalı ensiklopediyası", III, Borçalı ulduzları: hərbçilər, polislər və hüquqşünaslar. (Bakı, 2001).
"Artıq, son illərdə Borçalının tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, hətta, dilimizin Borçalı şivələri ilə bağlı bir sıra sanballı monoqrafiyalar çap olunmuş və məqalələr dərc edilmişdir, bir növ, Borçalışünaslığın əsası qoyulmuşdur.
Borçalışünaslığın ən yeni və həm də ən sanballı tədqiqat əsəri çoxcildli "Borçalı ensiklopediyası"nın üçüncü bölməsi ilə bu günlərdə tanış oldum... Oxucularımızın öhtəsinə verilmiş "Borçalı ensiklopediyası"nın üçüncü bölməsi "Borçalı ulduzları: hərbçilər, polislər, ədliyyə işçiləri" adlanır... "Borçalı ensiklopediyası"nın yaranması zərurəti, Borçalışünaslığa dair çap olunmuş əsərlərin ümumi xülasəsi, ensiklopediyanın ümumi perspektivləri, Borçalı ulduzları və s. haqqında çox yığcam halda elmi məlumat verilmişdir.
Ensiklopediyanın "Ön söz"ünü oxuyub başa çatanda adam bir anlığa həm heyrətlənir, həm də qeyrətlənir. Heyrətlənir ona görə ki, son on illərə kimi adının söylənməsi belə qadağan olan Borçalı qarapapaqları arasında onlarla görkəmli dövlət xadimləri, hərbi sərkərdələr yetişmişdir. Onlardan bixəbər idik... Qeyrətlənir ona görə ki, Borçalının görkəmli hərbi sərkərdələrinin hərb yolu gənc nəslimiz üçün örnək olur. Onları igidliyə, cəsurluğa, qəhrəmanlığa, Vətənin keşiyində möhkəm dayanmağa, düşməni yerindəcə əzməyə, məhv etməyə səsləyir. "Borçalı ensiklopediyası"nın bu bölməsi həm tarixilik, həm də vətənpərvərlik tərbiyəsi baxımından təqdirə layiqdir.
Ensiklopediyanı vərəqlədikcə Borçalının qeyrətli oğullarının, sərkərdələrinin həyat yolu XIII əsrdən üzü bəri bir film kimi ardıcıllıqla göz önündən keçir... Borçalı tarixində ilk təşəbbüs olan bu ensiklopediyanın ən yüksək məziyyətlərindən biri də onun tədqiqat zamanı tarixilik, elmilik və məntiqçilik prinsiplərinə əməl olunmasıdır. Ensiklopediya Borçalı tarixini öyrənənlər üçün ən yaxşı vəsaitdir..." (tarix elmləri namizədi, I dərəcəli kapitan N.A.Əliyev, "Şərqin səsi", N-1-2 (65-66), yanvar 2002).
]]>
Nicat Əmirov Sun, 05 May 2024 22:04:17 +0000
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pedaqoji-müəllim və şagird kollektivlərinə MÜRACİƏT https://turan.info.az/fond/6425-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-mract.html https://turan.info.az/fond/6425-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-mract.html Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pedaqoji-müəllim və şagird kollektivlərinə MÜRACİƏTHörmətli, dəyərli pedaqoji müəllim kollektivləri!
Əziz və sevimli şagirdlər!
Dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə mövcud olan millətlərin tərəqqisi - elmi nailiyyətlərin əldə edilməsi, hər bir millətin özünün kimliyinin, ana dilinin, tarixinin, mədəniyyətinin daha dərindən, daha geniş öyrənilməsi, inkişaf etdirilməsi cəmiyyətimizin - həyatımızın ən aktual gündəmində olan tələbi, ən vacib məsələlərdən ən öncəsidir.
Azərbaycan millətinin - qədim zamanlardan üzü bəri müxtəlif millətlər içərsində böyük və tarixi yol keçməsi hər bir azərbaycanlıya məlumdur. Millətmizin ana dilinin, mədəniyyətinin zənginliyini daha da artırmaq, inkişaf etdirmək, müasir gənclərmizə dəstək olmaq və milli xəzinələrimizi gələcək nəsillərə şərəf və ləyaqətlə çatdırmaq üçün biz hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Elə buna görə də biz “Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək, Vətənimiz Gürcüstanda şagirdlərimiz arasında daha bir yeni və davamlı layihəni (ildə bir dəfə) həyata keçirməyi qərara almışıq:
May ayının 1-dən etibarən yeni bir yarışmaya - unudulmaz soydaşımız, görkəmli türkoloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsinə start veririk.
Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gürcüstanda - Bolnisi rayonunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləyaqətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, dilçiliyə dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.
Müsabiqəni keçirməkdə məqsədimiz, böyük alim, mərhum akademik Mədəd Çobanovun adını və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz arasında ana dilimizə olan sevgini, onların elm və təhsilə olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə çalışmaqdır.
“Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək Müsabiqəni keçirmək üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaratdığını bəyan edir:
1. Ələddin Qarabağlı – “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnalqəzetin baş redaktoru (Qardabani);
2. Mahmud Kamaloğlu – professor (Marneuli);
3. Sərdar Yusubov – təhsil məsələləri üzrə elmlər doktoru (Marneuli);;
4. Əli Abbas – “Şərəf” ordenli yazıçı, floklorşünas (Marneuli);
5. Kazax Abdullayev – Gürüstanın Əməkdar müəllimi (Saqareco)
6. İslam Məmmədov – Gürüstanın Əməkdar müəllimi (Dmanisi)
7. Abayat Qurbanova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Tbilisi)
8. Fatma Əliyeva – Azərbaycan dili və ədəbiyyatı müəllimı (Bolnisi)
9. Növrəstə Həsənova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Qardabani)

Layihə davamlı olmaqla ildə bir dəfə - hər bir tədris ilinin aprel-may aylarında 2 mərhələdə keçiriləcək.

Müsabiqə iştirakçıları Birinci mərhələdə X, XI və XII sinif şagirdləri aşağıdakı mövzulardan birini seçərək, (A4 ölçülü vərəqdə, yuxarı və aşağı hissədən 2.0 sm, vərəqin sol tərəfindən 3.0 sm, sağ tərəfindən 1,5 sm yer ayrımaqla), 12-lik şriftlə normal intervalda ən azı 4 səhifə olmaqla, yazdıqları inşanı 2024-cü il may ayının 18-i saat 18.00-adək təhsil aldıları ictimai məktəblərin və eləcə də “Maarif” təşkilatının elektron ünvanlafrına - e-maillərinə (qarabaglimaarif50@mail.ru) göndərməlidirlər.
İnşanın sonunda müsabiqə iştirakçısı olan şagird öz adını, soy adını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi, mobil telefon nömrəsini və fənn müəlliminin adını və soy adını da yazmalıdır.

İnşa mövzuları:
1. Ana dilimiz - varlığımızdır!..
2. Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri.
3. Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tiflis dövrü.
4. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu.
5. Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (Yer-yurd adlarımızın tarixi, onomastikası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)

Göndərilən inşa yazılar işgüzar layihə icraçıları - təcrübəli dil-ədəbiyyat müəllimləri tərəfindən yoxlandıqdan sonra, onlar arasından seçilmiş şagirdlər ikinci mərhələyə buraxılacaqlar.
Musabiqənin ikinci mərhələsi Marneuli şəhərindəki “Azərbaycan evi”ndə keçiriləcək və Kütləvi İnformasiya Vasitələri tərəfindən ictimailəşdiriləcək.
Musabiqənin ikinci mərhələsinə dəvət olunmuş şagirdlər əyani şəkildə müəllimlərin və ictimaiyyət nümayəndələrini gözü qarşısında müsabiqəyə təqdim olunmuş 5 mövzudan birini şagird dəftərinin ən azı 4 səhifəsi həcmində ənənəvi üsulda qələmlə yazacaqlar.
Onların yazdıqları inşalar elə həmin gün Müsabiqənin təşkilatçıları tərəfindən yoxlanılacaq və qaliblər müəyyənləşəcək.

Müsabiqənin ikinci mərhələsinin qalibləri elə həmin gün aşağıdakı qaydada mükafatlandırılacaqlar.
1. 1-ci yer - 1 nəfər - 100 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
2. 2-ci yer – 2 nəfər – hər biri 75 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
3. 3-cü yer – 3 nəfər - hər biri 50 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
4. 4-cü yer - 4 nəfər - hər biri 25 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
5. Həvəsləndirici mükafat – 5 nəfər - hər biri 20 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).

Nəzərinizə çatdırırıq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin müəllimləri də mükafatlandırılacaq. Müsabiqədə seçilmiş inşalar ayrıca kitab şəklində çap olunaraq həmin şagirdlərə və Gürcüstandakı Azərbaycandilli məktəblərə hədiyyə olunacaq, eyni zamnanda, ictimaiyyət arasında paylanacaq.

Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayır və əvvəlcədən təşəkkür edirik!


Layihənin adı: Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş
“Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsi.


Layihənin icraçısı:
“Maarif” təşkilatı – “Maarif” jurnal qəzetin
Baş redaktoru: Ələddin Qarabağlı]]>
Nicat Əmirov Wed, 01 May 2024 00:36:52 +0000
Diqqət, diqqət: "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ... https://turan.info.az/edebiyyat/6431-diqqt-diqqt-vtn-yurddan-balayir-adl-yeni-bir-db-msabq.html https://turan.info.az/edebiyyat/6431-diqqt-diqqt-vtn-yurddan-balayir-adl-yeni-bir-db-msabq.html Diqqət, diqqət: "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ...
Əziz və dəyərli izləyicilərimiz!
Sevimli qələm dostlarımız!
Çox hörmətli soydaşlarımız!
"YURD" İnformasiya Mərkəzi olaraq, Gürcüstanda fəaliyyət göstərən – “Gürcüstan” qəzetinin redaksiyasını, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan Bölməsini, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsini, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyini, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini, Gürcüstan Azərbaycanlıları Konqresini, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzini, Gürcüstan Aşıqlar İttifaqını, eləcə də, Gürcüstanda fəaliyyət göstərən digər yaradıcı birlikləri, qeyri-hökumət təşkilatlarını, qəzet, jurnal və internet portallarının redaksiyalarını, həmçinin, bütün müstəqil yaradıcı şəxsləri və sevimli izləyicilərimizi - görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, dilçi, ədəbiyyatşünas, qorqudşünas, onomastikaşünas, antroponomist, toponomist, filologiya elmləri doktoru, professor, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı yeni bir ƏDƏBİ MÜSABİQƏnin keçirilməsi üçün əməkdaşlığa dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gür¬cüstanda - Bolnisi ra¬yo¬nunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəl¬lim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləya¬qətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazır¬lan¬masında əvəzsiz xidmətləri olmuş, dilçiliyə, ədəbiyyatşünaslığa dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir. O, eyni zamanda, iki cildlik “Ədədbi düşüncələr” kitabı ilə ədəbi tənqidçi kimi böyük nüfuz qazanmışdır. Gənclik illərdində bədii yaradıcılıqla da məşğul olmuş, bir dramın, iki pyesin, iki povestin, onlarla hekayələrin müəllifidir. Əsərləri türk, rus, gürcü, özbək, ingilis, fransız və s. dillərə tərcümə olunub. Özü də rus və gürcü dillərindən bir neçə əsəri Azərbaycan dilinə tərcümə edib.
Akademik Mədəd Çobanov 1994-cü ildən Bakıda yaşayıb.
“Futurologiya” Fasiləsiz Təhsil Kompleksində vitse-prezident, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Türkiyə Dil Kurumunun üzvü və Nyu-York Elmlər Akademiyasının akademiki seçilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.
Müsabiqəni keçirməkdə MƏQSƏDİMİZ - böyük alim, tanınmış türkoloq, dilçi və ədəbiyyatşünas, mərhum akademik Mədəd Çobanovun adı¬nı və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz ara¬sında ana dilimizə, ədədbiyyatımıza olan sevgini, onların elmə, təhsilə və bədii yaradıcılığa olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə nail olmaqdır.

Bildiririk ki, "YURD" İnformasiya Mərkəzi olaraq, “Akademik Mədəd Çobanov adına Xeyriyyə Fondu” və "Yurd" nəşriyyatı ilə birlikdə "VƏTƏN - YURDDAN BAŞLAYIR!" adlı yeni bir Ədəbi müsabiqənin həyata keçirilməsi üçün bütün maddi və mənəvi dəstəyi, köməkliyi və məsuliyyəti öz üzərimizə götürür, xeyriyyəçilik məqsədilə ilkin olaraq 3500 Azərbaycan manatı (5500 Gürcüstan larisi - GL) miqdarında pul vəsaitinin ayrıldığını bəyan edirik.
Bu məqsədlə yaradılacaq 11 nəfərlik Təşkilat Komitəsinə, 11 nəfərlik Redaksiya Heyətinə və 11 nəfərlik İşçi Qrupuna, Gürcüstanın müxtəlif bölgələrində və eləcə də, əslən Gürcüstandan olub hazırda Gürcüstandan kənarda, Azərbaycanda, Gürcüstanda, Rusiyada və b. ölkələrdə yaşayıb-yaradan dəyərli soydaşlarımız arasından seçdiyiniz öz namizədlərinizi 2024-cü il may ayının 25-ədək bizə təqdim etməyinizi xahiş edirik.
Çalışacağıq ki, sizin təqdimatlarınız əsasında yaradılacaq Təşkilat Komitəsində və Redaksiya Heyətində Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı rayonların hər birindən ən azı 1 nəfər təmsil olunsun.
İşçi Qrupunun üzvləri isə məhz sizlərin təqdim etdiyiniz tanınmış alimlər, aşıqlar, şairlər, yazıçılar və dramaturqlar arasından seçiləcək.
Təşkilat Komitəsi, Redaksiya Heyəti və İşçi Qrupu 2024-cü il iyun ayının 1-dən fəaliyyətə başlayacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı 5 möv-zudan birində qələmə aldığı, indiyədək mətbuatda, kitabda və ya internet resurslarında dərc olunmayan əsərlərini - o cümlədən, şeir, poema, hekayə, povest, esse, pyes və s. m-borcali@mail.ru elektron-e-mail ünvanına göndərməlidirlər:
1. “Ana dilimiz”.
2. “Ata Yurdumuz”.
3. “Müqəddəs Vətənimiz”.
4. “Ustadlarımız və Xeyirxahlarımız”.
5. Və ən nəhayət: “Unutsaq, unudularıq!..”

Müsabiqə iki mərhələdə olacaq.
Birinci mərhələ - əsərlərin qəbulu 6 ay davam edəcək. Müsabiqəyə təqdim olunan əsərlər işçi qrupu tərəfindən qısa bir müddətdə “məqbul” və “qeyri-məqbul” olmaqla qiymətləndiriləcək.
“Məqbul” qiymətləndirilmiş əsərlər turan.info.az, zirve.info, yurd.info.az, zirve.info.az və b. saytlarda dərc olunacaq, ikinci mərhələyə buraxılacaq və eyni zamanda "VƏTƏN YURDDAN BAŞLAYIR" adlı kitabda işıqüzü görəcək.
Müsabiqədə qalib gəlmiş əsərlər Azərbaycan dilində, eləcə də gürcü və rus dilinə tərcümə olunaraq Bakıda və Tbilisidə, həmçinin Anadolu türkcəsinə uyğunlaşdırılaraq İstanbulda və əski Azərbaycan əlifbasına çevrilərək Təbrizdə də çap olunacaq.
Kitablar müəlliflərə hədiyyə olunacaq və ictimaiyyət arasında paylanılacaq.
Ən yaxşı əsərlər aşıqlar və bədii qiraət ustaları tərəfindən səsləndiriləcək və disk şəklində yayılacaq.
Müsabiqənin ikinci mərhələsi isə 2025-ci il yanvarın 1-dən başlayacaq. Saytlarda və kitabda nəşr olunan əsərlər arasından seçilmiş hər 10 əsərdən biri pul mükafatına layiq görüləcək.
Pul mükafatına layiq görülən əsərlərin arasından isə yenə hər 10 əsər arasından (yəni 1-ci mərhələdə seçilmiş hər 110 əsərin arasından) aşağıdakı qaliblər seçiləcək:
1-ci yerə layiq görülən poema, povest və ya pyes 300 lari, şeir, hekayə və esse - 100 lari. = 400 GL
2-ci yerə layiq görülən poema, povest və pyes 200 lari, şeir, hekayə və essi - 75 lari. = 275 GL
3-cü yerə layiq görülən poema, povest və pyes 100 lari, şeir, hekayə və essi - 50 lari. =150 GL
Hər biri 25 lari olmaqla 5 nəfər Həvəsləndirici mükafata layiq görüləcək.=125 GL
İkinci mərhələyə buraxılmış hər 30 əsərdən biri 3-cü yer, hər 50 əsərdən biri 2-ci yer, hər 100 əsərdən biri 1-ci yer, hər 150 əsərdən biri isə - daha doğrusu onların içərisindən seçilmiş ən yaxşı əsər (poema, povest və ya pyes) Qran-pri mükafatına (=500 GL) layiq görüləcək.
Birinci mərhələdə seçilmiş əsərlərin sayı 110-dan çox olduğu təqdirdə, mükafatların sayı müvafiq olaraq artırılacaq.
Qran-pri mükafatına layiq görülnüş hər 5 əsərdən biri isə Qızıl-Qran-pri mükafatına (=1000 GL) layiq görüləcək.
İkinci mərhələyə 2025-ci ilin mart ayının sonunda yekun vurulacaq.
Müsabiqə ildə bir dəfə olmaqla hər il keçiriləcək.
Hər il aprelin 11-də isə Müsabiqə "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı kitabın və mükafatların təntənəli şəkildə təqtimat mərasimi ilə başa çatacaq!

Müsabiqənin təşkili, kitabların nəşri, disklərin hazırlanması, mükafatların, kitabların və disklərin təqdimat mərasimi üçün ilkin olaraq təxminən 3000 GL nəzərdə tutulub.

Müsabiqənin gedişi ilə bağlı bütün məlumatlar müntəzəm olaraq turan.info.az, zirve.info, yurd.info.az, zirve.indo.az və s. saytlarda işıqlandırılacaq.

Müsabiqədə iştirak edən hər kəsə, eləcə də bizə maddi və mənəvi dəstək olan, öz dəyərli məsləhətlərini, təklif və tövsiyyələrini yazan bütün dəyərli dostlara əvvəlcədən təşəkkür edir və hamınıza uğurlar arzulayırıq!..

“YURD” İNFORMASİYA MƏRKƏZİ,
"VƏTƏN - YURDDAN BAŞLAYIR"
ƏDƏBİ MÜSABİQƏSİNİN
TƏŞƏBBÜS QRUPU]]>
Nicat Əmirov Tue, 30 Apr 2024 00:23:24 +0000
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan dili" dərslik kitabları haqqında mətbuatda dərc olunmuş rəylərdən parçalar https://turan.info.az/yeni-neshrler/6430-professor-mdd-obanovun-orta-mktblrin-yuxar-siniflri-n-yazd-azrbaycan-dili-drslik-kitablar-haqqnda-mtbuatda-drc-olunmu-rylrdn-paralar.html https://turan.info.az/yeni-neshrler/6430-professor-mdd-obanovun-orta-mktblrin-yuxar-siniflri-n-yazd-azrbaycan-dili-drslik-kitablar-haqqnda-mtbuatda-drc-olunmu-rylrdn-paralar.html Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan dili" dərslik kitabları haqqında mətbuatda dərc olunmuş rəylərdən parçalar"Azərbaycan dili" /X sinif üçün dərslik, Tbilisi, 1992/ kitabı haqqında:
"Prof.M.Çobanovun bu yaxınlarda "Qanatleba"/Maarif/ nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan dili" dərsliyi Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Dərsliklə yaxından tanış olduqda aydınlaşır ki, müəllif qrammatik təhlillərə, fonetik, orfoqrafik, leksik, semasioloji, morfoloji, sintaktik təhlillərə geniş yer ayırmış və onları şagirdlərə hərtərəfli aşılamaqdan ötrü kitaba külli miqdarda çalışma salmış və bu çalışmaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün nümunələr göstərmiş, onların şagirdlər üçün daha anlaşıqlı olmasına çalışmışdır. Bu, kitabın dərslik kimi qiymətini daha da artırır..." /filol.elm.namizədi R.Məmmədli, "İlk Azərbaycan dili" dərsliyi, "Axtarış", N:8/64/,13.III.1993/.

* * *

"S.S.Orbeliani adına TDPİ-nin əməkdaşı filol.elm.doktoru, prof.M.N.Çobanovun hazırladığı və Gürcüstan Respublikasının Təhsil Nazirliyinin X sinif üçün dərslik kimi təsdiq etdiyi "Azərbaycan dili" kitabı bu günlərdə Tbilisinin "Qanatleba" /Maarif/ nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş bu ilk dərslikdə savad tə'limi ilə bağlı problemlər, o cümlədən fonetika, orfoepiya, yazı və orfoqrafiya, həmçinin linqvistik təhlilin aparılması qaydaları geniş şəkildə işıqlandırılmışdır. Kitabda əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər də ətraflı şərh olunmuşdur"./Müşfiq Çobanlı, Gürcüstanda çap olunmuşdur, "Səhər", N:50/587/, 17.III.1993/.

* * *

"İkinci ildir ki, Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərin X-XI siniflərində Azərbaycan/türk/ dili tədris edilir. S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol. elm.doktoru, prof.M.Çobanovun X və XI siniflər üçün tərtib etdiyi "Azərbaycan dili" proqramı Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Bu yaxınlarda "Qanatleba" nəşriyyatı müəllifin həmin proqramlar əsasında hazırladığı "Azərbaycan dili" dərsliyini çapdan buraxmışdır... Dərslik savad tə'limi və əməli yazı hissələrindən ibarətdir. Orada savad tə'limi ilə bağlı problemlər; fonetika, orfoepiya; yazı və orfoqrafiya məsələləri ətraflı işıqlandırılmışdır. Müəllif hər bir məsələ haqqında ümumi mə'lumat verir və onu nümunələrlə izah edir. M.Çobanov linqvistik təhlilin 6 nümunəsinin ayrı-ayrılıqda şərhini vermiş, təhlilin aparılması qaydalarını nümunələrlə izah etmişdir. Kitabın ikinci bölməsində əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər ətraflı şərh olunmuşdur".../Mətanət Fərzəliyeva, "Azərbaycan dili", "Azərbaycan müəllimi", 1,VI.1993/.

* * *

"Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəb-lərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol.elm.doktoru, prof. M.N.Çobanovun "Azərbaycan dili" dərsliyidir...Yeri düşmüşkən qeyd etmək lazımdır ki, M.Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir. Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir... Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e'tibarı ilə müxtəlif olduğunu qeyd edir... Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur". /filol. elm. namizədi R.Məmmədli, filol.elm.namizədi B.Xəlilov. "Azərbaycan dili", "Qurtuluş", 24-30.VII.1993/.

* * *

"Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir... Məhz bu baxımdan filol.elm.doktoru, prof. M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik... Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.
Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filol.elm.doktoru, prof. M.Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan dili" dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.-M.Ç./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdir-mişdir...
X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tap-mışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətir-dən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta mək-təblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi.
"Azərbaycan dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər. Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər... Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər... Bunları nəzərə alan M.Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..." /filol.elm.namizədi İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil", N:21/52/, 17.XI. 1993/.

* * *

"Azərbaycan-türk dili" /XI sinif üçün dərslik, Tbilisi, 1993/ kitabı haqqında:
"XI sinif üçün dərslik isə 6 bölmədən ibarətdir: 1.Dil haqqında ümumi mə'lumat, 2.Dünya dilləri, 3.Azərbaycan ədəbi dili, 4.Azərbaycan ədəbi dilinin üslubları, 5.Azərbaycan-türk dilinin ləhcələri, 6.Nitq mədəniyyəti və onun ümumi məsələləri. Müəllif hər bir bölməni görkəmli şəxsiyyətlərdən /Ş.İ.Xətai, Ə.H.Bəhmənyar, G.Sönməz, Nizami və b./ götürdüyü epiqraflarla başlayır ki, bu da inanırıq ki, şagirdlərin marağına səbəb olacaqdır".
M.Çobanov şagirdlərin maraq dairəsinə uyğun formada di-lin ictimai mahiyyətini izah edir, ümumxalq əhəmiyyətindən geniş danışır... Azərbaycan dilinin türk dillərindən biri olduğu mə'lumdur. Lakin orta məktəbi bitirən şagirdlərin əksəriyyəti, demək olar ki, bundan xəbərsiz olur. M.Çobanovun türk dilləri ailəsindən söhbət açması kitabın müsbət cəhətlərindəndir... Azərbaycan dili haqqında klassik yazıçılar və alimlərin mülahizələri də dərslikdə verilir ki, bu da xüsusi maraq doğurur. M.Çobanov Azərbaycan dilinin tarixən Qafqazda və Yaxın Şərqdə ünsiyyət vasitəsi olduğunu, görkəmli tarixi şəxsiyyətlərin diqqətini cəlb etdiyini göstərir və X.Təbrizidən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, eləcə də dünya korifeylərindən F.Bodenşteddən, Şarden, B.Meynardan, Y.Vaydenbaumdan və b. misal gətirərək fikirlərini əsaslandırır.
Kitabda orta məktəblər üçün yazılmış Azərbaycan dili dərs-likləri üçün xarakterik yenilik nitq mədəniyyətinə xüsusi yerin verilməsidir " /İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil",N:21/52/,17.XI.1993/.

* * *

"Azərbaycan dili" kitabı haqqında filol.elm.namizədi Ş.Məmmədlinin rə'yi çap olunub. /"Gürcüstan",9.IV.1993/.
* * *
"Azərbaycan dili" kitabı haqqında rə'y çap olunub. /M.Fərzəliyeva, "Gürcüstanda tədris olunur. Bəs bizdə?", "Qarabağ", N:5/138/,4.II.1993/.]]>
Nicat Əmirov Mon, 29 Apr 2024 20:53:26 +0000
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pedaqoji-müəllim və şagird kollektivlərinə (xüsusilə də III pillədə təhsil alan – yəni X, XI və XII sinif şagirdlərinə və onların müəllimlərinə) MÜRACİƏT https://turan.info.az/fond/6424-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-xsusil-d-iii-pilld-thsil-alan-yni-x-xi-v-xii-sinif-agirdlrin-v-onlarn-mllimlrin-mract.html https://turan.info.az/fond/6424-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-xsusil-d-iii-pilld-thsil-alan-yni-x-xi-v-xii-sinif-agirdlrin-v-onlarn-mllimlrin-mract.html Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pedaqoji-müəllim və şagird kollektivlərinə (xüsusilə də III pillədə təhsil alan – yəni X, XI və XII sinif şagirdlərinə  və onların  müəllimlərinə)  MÜRACİƏTHörmətli, dəyərli pedaqoji müəllim kollektivləri!
Əziz və sevimli şagirdlər!
Dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə mövcud olan millətlərin tərəqqisi - elmi nailiyyətlərin əldə edilməsi, hər bir millətin özünün kimliyinin, ana dilinin, tarixinin, mədəniyyətinin daha dərindən, daha geniş öyrənilməsi, inkişaf etdirilməsi cəmiyyətimizin - həyatımızın ən aktual gündəmində olan tələbi, ən vacib məsələlərdən ən öncəsidir.
Azərbaycan millətinin - qədim zamanlardan üzü bəri müxtəlif millətlər içərsində böyük və tarixi yol keçməsi hər bir azərbaycanlıya məlumdur. Millətmizin ana dilinin, mədəniyyətinin zənginliyini daha da artırmaq, inkişaf etdirmək, müasir gənclərmizə dəstək olmaq və milli xəzinələrimizi gələcək nəsillərə şərəf və ləyaqətlə çatdırmaq üçün biz hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Elə buna görə də biz “Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək, Vətənimiz Gürcüstanda şagirdlərimiz arasında daha bir yeni və davamlı layihəni (ildə bir dəfə) həyata keçirməyi qərara almışıq:
May ayının 1-dən etibarən yeni bir yarışmaya - unudulmaz soydaşımız, görkəmli türkoloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsinə start veririk.
Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gürcüstanda - Bolnisi rayonunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləyaqətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, dilçiliyə dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.
Müsabiqəni keçirməkdə məqsədimiz, böyük alim, mərhum akademik Mədəd Çobanovun adını və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz arasında ana dilimizə olan sevgini, onların elm və təhsilə olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə çalışmaqdır.
“Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək Müsabiqəni keçirmək üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaratdığını bəyan edir:
1. Ələddin Qarabağlı – “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnalqəzetin baş redaktoru (Qardabani);
2. Mahmud Kamaloğlu – professor (Marneuli);
3. Sərdar Yusubov – təhsil məsələləri üzrə elmlər doktoru (Marneuli);;
4. Əli Abbas – “Şərəf” ordenli yazıçı, floklorşünas (Marneuli);
5. Kazax Abdullayev – Gürüstanın Əməkdar müəllimi (Saqareco)
6. İslam Məmmədov – Gürüstanın Əməkdar müəllimi (Dmanisi)
7. Abayat Qurbanova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Tbilisi)
8. Fatma Əliyeva – Azərbaycan dili və ədəbiyyatı müəllimı (Bolnisi)
9. Növrəstə Həsənova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Qardabani)

Layihə davamlı olmaqla ildə bir dəfə - hər bir tədris ilinin aprel-may aylarında 2 mərhələdə keçiriləcək.

Müsabiqə iştirakçıları Birinci mərhələdə X, XI və XII sinif şagirdləri aşağıdakı mövzulardan birini seçərək, (A4 ölçülü vərəqdə, yuxarı və aşağı hissədən 2.0 sm, vərəqin sol tərəfindən 3.0 sm, sağ tərəfindən 1,5 sm yer ayrımaqla), 12-lik şriftlə normal intervalda ən azı 4 səhifə olmaqla, yazdıqları inşanı 2024-cü il may ayının 18-i saat 18.00-adək təhsil aldıları ictimai məktəblərin və eləcə də “Maarif” təşkilatının elektron ünvanlafrına - e-maillərinə (qarabaglimaarif50@mail.ru) göndərməlidirlər.
İnşanın sonunda müsabiqə iştirakçısı olan şagird öz adını, soy adını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi, mobil telefon nömrəsini və fənn müəlliminin adını və soy adını da yazmalıdır.

İnşa mövzuları:
1. Ana dilimiz - varlığımızdır!..
2. Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri.
3. Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tiflis dövrü.
4. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu.
5. Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (Yer-yurd adlarımızın tarixi, onomastikası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)

Göndərilən inşa yazılar işgüzar layihə icraçıları - təcrübəli dil-ədəbiyyat müəllimləri tərəfindən yoxlandıqdan sonra, onlar arasından seçilmiş şagirdlər ikinci mərhələyə buraxılacaqlar.
Musabiqənin ikinci mərhələsi Marneuli şəhərindəki “Azərbaycan evi”ndə keçiriləcək və Kütləvi İnformasiya Vasitələri tərəfindən ictimailəşdiriləcək.
Musabiqənin ikinci mərhələsinə dəvət olunmuş şagirdlər əyani şəkildə müəllimlərin və ictimaiyyət nümayəndələrini gözü qarşısında müsabiqəyə təqdim olunmuş 5 mövzudan birini şagird dəftərinin ən azı 4 səhifəsi həcmində ənənəvi üsulda qələmlə yazacaqlar.
Onların yazdıqları inşalar elə həmin gün Müsabiqənin təşkilatçıları tərəfindən yoxlanılacaq və qaliblər müəyyənləşəcək.

Müsabiqənin ikinci mərhələsinin qalibləri elə həmin gün aşağıdakı qaydada mükafatlandırılacaqlar.
1. 1-ci yer - 1 nəfər - 100 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
2. 2-ci yer – 2 nəfər – hər biri 75 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
3. 3-cü yer – 3 nəfər - hər biri 50 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
4. 4-cü yer - 4 nəfər - hər biri 25 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
5. Həvəsləndirici mükafat – 5 nəfər - hər biri 20 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).

Nəzərinizə çatdırırıq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin müəllimləri də mükafatlandırılacaq. Müsabiqədə seçilmiş inşalar ayrıca kitab şəklində çap olunaraq həmin şagirdlərə və Gürcüstandakı Azərbaycandilli məktəblərə hədiyyə olunacaq, eyni zamnanda, ictimaiyyət arasında paylanacaq.

Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayır və əvvəlcədən təşəkkür edirik!


Layihənin adı: Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş
“Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsi.


Layihənin icraçısı:
“Maarif” təşkilatı – “Maarif” jurnal qəzetin
Baş redaktoru: Ələddin Qarabağlı]]>
Nicat Əmirov Thu, 25 Apr 2024 21:50:33 +0000
Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ https://turan.info.az/tehsil/adpu/700-abbas-haciyev.html https://turan.info.az/tehsil/adpu/700-abbas-haciyev.html Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏKeçmiş tələbəm- Müşfiq Çobanlı cavandır, istedadlıdır, hissləri, duyğuları mənəviyyatı və əməli fəaliyyəti ilə Borçalıya bağlı, Borçalını hərtərəfli yaşayan ziyalıdır. O, Borçalının bağlı-büsatlı, səfalı, həmişə qonaqlı-qaralı, sazlı-sözlü bir kəndində - Darvazda dünyaya gəlmiş, orta məktəbi də elə həmin kənddə əla qiymətlərlə - Gürcüstan Respublikası Təhsil Nazirliyinin xüsusi “Tərifnamə”si ilə bitirmiş və elə həmi il A.S.Puşkin adına (indi S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur.
Müşfiqə Borçalı sevgisi ana laylasından, ata qayğısı və müdrikliyindən keçmişdir. Hər il bir neçə dəfə bu cavan alim-jurnalist Borçalını kəndbəkənd gəzir, ziyalılarla görüşür, ədəbi məclislərdə iştirak edir, şifahi xalq ədəbiyyatı nümunələri toplayır, Borçalı aşıqlarının ailələri, qohumları dost və tanışları ilə mənalı söhbətlər aparır.
Müşfiq Çobanlıda bədii yaradıcılıqlağa, öncə jurnalistikaya maraq tez, orta məktəbdə oxuduğu illərdən oyanmışdır. Ağılı bir şey kəsəndən, evlərində qalaq-qalaq kitab, qəzet və jurnal görmüşdür. Bu gənc təkcə mütaliyə etməmiş, imkanı daxilində klassik və müasir Azərbaycan ədəbiyyatını mənimsəməyə çalışmış, həm də orta məktəbdə təhsil aldığı illərdə məqalələr yazmışdır. Onun "Gürcüstan", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", “Ədəbiyyat və incəsənət”, "Qələbə bayrağı" və digər qəzetlərdə, "Pioner" və “Göyərçin” jurnallarında çap olunan məqalələri cari səciyyə daşımışdır. Onlar - ilk məqalələr kiçik həcmlidirlər, ancaq məzmunludurlar, ifadəli dildə yazılmışdır. Bu məqalələr Borçalıda yayılmış, Müşfiq Çobanlıya hörmət qazandırmışdır; hətta, cavan yazarın haqqında söz deməyə, tərif söyləməyə ehtiyac duyulmuşdur. 1986-cı ildə mərhum professor, "Sovet Gürcüstanı" qəzetinin redaktoru Teymuraz Cəfərli Müşfiq Çobanlı haqqında yazmışdır: "...gəncdir, zəhmətkeşdir, istedadlıdır, operativdir. Faktların dəqiqliyi daim onun diqqət mərkəzindədir. Redaksiya ilə əlaqəsi, yazılarında janr rəngarəngliyi sübut edir ki, Müşfiq Çobanlının jurnalistkaya marağı böyükdür..."]]>
Müşviq BORÇALI Sat, 20 Apr 2024 20:28:14 +0000
Müşfiq Borçalı: «MÜQƏDDƏS MƏKTUB» (Hekayə) https://turan.info.az/edebiyyat/nesr/6416-mfiq-boral-mqdds-mktub-hekay.html https://turan.info.az/edebiyyat/nesr/6416-mfiq-boral-mqdds-mktub-hekay.html Müşfiq Borçalı: «MÜQƏDDƏS MƏKTUB» (Hekayə)

Axşam üstü idi. Burula-burula uzanan yol ilə hərbi hissəmizdən bir az aralıda, Soyuqbulaq dağının başında yerləşən «poliqona» qalxırdım. Düşünə-düşünə addımlayır, dağı arana aparırdım, aranı dağa… Birdən UAZ-69 maşınının yanımda saxlaması ilə qapının açılması bir oldu:
-Yuxarı qalxırsan, yoldaş Məmmədli? - Kapitan Abbas Allahverdi idi.
-Bəli, yodaş kapitan!
-Əyləşin.
-Oldu! - söyləyib maşina oturdum: - Çox sağ olun, təşəkkür edirəm…
Maşın «poliqona» çatanda yaman külək əsiridi. Maşından düşüb irəli bir addım belə atmaq mümkün deyildi. Bir təhər «burulğanı yarıb» palatkaya - çadır alaçığa gəlib çatdım. Sıravi əsgər Kəpənəkçi Tengiz Göyüşlüdən növbətçiliyi qəbul edib, bu barədə telefonla komandirə məlumat verdim. Sonra radionu açdım. Bakıdan bir şey yox idi. Təbriz radiosuna çevirdim. Təbriz radiosu da həzin musiqi sədaları altında öz verilişini sona yetirirdi: «- Sağ olun. Sizi Allaha tapşırırıq…»
Peçi qalamaq istədim. Külək heç qoyar ki, peç yana? Tüstü bürüdü «palatkanı». Hava isə soyuq idi, «bir növ peçin qalanmasını tələb edirdi». «Nə etməli?» Poçtalyon Xudayberqenovun elə bu gün verdiyi məktubu da oxumamışdım. Və cavab da yazmalıydım…
Masanın arxasına keçib, zərfi açdım. Gözlərimi yumdum. Yumdum ki, Vüsaləni görüm…
… Elə ilk günlərdən öz gözəlliyi ilə diqqətimi cəlb etmişdi Vüsalə. Amma gecikmişdim. Gec idi. Artıq, necə deyərlər, qatar getmiş - onun barmağına hələ instituta qəbul olunmamışdan əvvəl nişan üzüyü taxılmışdı. Elə buna görə də susmağa, ürəyimdə bəxtimdən şikayətlənməyə məcbur olunmuşdum.
Bir gün mühazirədən sonra mərkəzi kitabxanaya gedir¬dim. İnstitutdan həyətə çıxanda Vüsalə ilə rastlaşdım. Yolumuz bir tərəfə idi. (Vüsaləgil kitabxananın yanında yaşayırlar)…
Univermağın yanında avtobusdan düşdük. Yolun o biri tərəfinə keçməliydik. Yeraltı keçidə endik. Keçiddə… birdən… Vüsalə qolumdan tutdu: - Xahiş edirəm, Mahir, zəhmət olmazsa, beş dəqiqəliyinə univermağa qalxaq.
Qalxdıq univermağa… Düşdük… Qapıdan çıxanda Vüsalə yenidən qolumdan yapışdı: - Mahir, çox xahiş edirəm, sözümü yerə salma…
İtirdim özümü. Gözümü yumdum, açdım. Yox, yuxu deyildi!..
Gəldiyimiz yollaca geri - instituta doğru addımladıq. Sakitcə. Nə Vüsalə dinirdi, nə də mən. Onu bilmirəm, mənim dilim sanki yapon kilidi ilə kilidlənmişdi…
Sükutu Vüsalə pozdu:
-«Mziuri» parkına enək.
Endik. Özü də Vüsalə çoxdanın sevgililəri kimi qolumdan «yapışmışdı», həm də bərk-bərk... Elə bil əsən külək məni onun əlindən alıb aparacaqdı… Günəş dağlar arxasına ke¬çənə kimi Vüsalə «buraxmadı» məni. Axşam üstü evləri¬nədək ötürdüm onu. Vüsalə üzr istəyib, “sabah görü¬şə¬nədək”, -söylədi…
Mən həmin gün yataqxanaya kitabxanaya dəyməmiş qayıtdım…
Səhəri institutda görüşdük. Mən nə qədər tezdən gəlsəm də, o məndən əvvəl gəlmişdi. Hal-əhval tutduqdan sonra Vüsalə:
- Bilirsən, - dedi, gözlərini gözlərimdən çəkdi, sanki uta¬naraq, udquna-udquna əlavə etdi: - dünən biz keçiddən keçəndə «nişanlımı» gördüm. Gözlərimə inanmadım. Həqiqət olduğunu müəyyən edəndə az qaldım dəli olam. Axı, mən onu axşam, yəni srağagün qatarla Bakıya yola salmışdım. Sən demə, səhəri təyyarə ilə geri qayıdıb məni izləmək fikrinə düşə. Mənim isə düzü belə işlərdən xoşum gəlmir. Bir də ki, mən ona həmişə deyirdim: «Sən gəl mənə şübhə ilə baxma. Şübhə çox pis şeydir. İnan mənə. Heç vaxt sənə xəyanət etmərəm…» Cavab verirdi: «Narahat olma. Onsuz da sən mənim gözümdə alçalmaz uca bir dağsan, Sənan dağı…» Elə buna görə, mən də dünən qəsdən, necə deyərlər, onu yoxlamaq məqsədilə sənə… yaxın oldum; dedim, görüm nə edəcək… Axşam evə girəndə gördüm ki, bizdədir. Qaş-qabaqlı oturub. Salam verdim, almadı. Hirsim vurdu təpəmə. Üzüyü barmağımdan çıxarıb qoydum qabağına. «- Mən boyda uca dağ nə tez alçaldı sənin gözündə?» - deyib öz otağıma keçdim. Anam gəldi: - “A bala”, - dedi: - “dəli olmayıbsan…” Belə-elə… Mən susdum. Heç nə deməyi lazım bilmədim… Nə isə, bağışla, dünən səni işindən etdim, sənə əziyyət verdim…
- Allah bağışlasın…
«Doğrudan da şübhə nə pis şeymiş!...»
Və… Birinci kursu bitirib, hərbi komissarlığa ərizə yazdım və könüllü olaraq əsgərliyə gəldim. Gəldim ki, bəlkə bu iki ildə unudum Vüsaləni. Günəşi duman gizlər, deyiblər, dərdi zaman… Amma… belə də deyiblərmiş: Yaşı gözdən silməklə qübarı qəlbdən qovmaq olmaz!..
Soyuq və tüstü bürümüş «palatka»da gözü yumulu Vüsaləni bir qədər xatırladıqdan sonra gözlərimi açdım, onun məktubu oxumağa başladım. Gözlərimə inana bilmirdim. Oxu¬yub sona yetdim. Bir də yenidən təkrarən oxumaq istədim. Bir neçə cümlə oxumuşdum ki, işıq söndü. «Eh, tüstü az maneçilik edirdi, işıq da bir yandan…» Ayağa qalxdım, kib¬rit yandırıb keçən həftə evdən gətirdiyim, yanıb gödəlmiş şa¬mı tapdım. Şam da deyəndə bir qız qarışı uzunluğunda nazik şamcıq… O da yanıb qurtardı. Nə etməli? Tüstü də bir yandan məni ağladırdı. Öskürürdüm. «Bəlkə, yıxılıb yatmalı? Yox-yox…» Yanmış şamın əriyib tökülmüş mumunu yığdım, bir köhnə parçın içinə atıb peçin üstünə qoydum. Papağımın iç üzünə sancıb ehtiyat üçün gəzdirdiyim iynənin ucundan ağ sapı açdım. Üç-dörd qat edib, ərimiş şamın donmuş mumunu yenidən əritdiyim parçın içinə atdım. «İslanmış» sapı çıxardıb, sərdim. Ərimiş mumu sap uzunu damcıladıb, dondurmaq üçün pəncərəyə qoydum. Gülməli də olsa, «şam» «istehsal etdim». Neyləyim, dağ başında özgə nə et¬mək olar?..

***

Düşünürdüm: «On günlük məzuniyyət verələr, Tiflisə gedəsən. Özü də Novruz bayramı ərəfəsində. Vüsaləni isə görüb təbrik etməmiş geri qayıdasan…» Elə bu vaxt palatkaya işıq doldu. Sevindim. Sevincim - sevincə qarışdı. Arzu edirəm ki, Uca Allah həmişə bütün cəmi sevənləri sevindirsin. Mən həmin an yaşadığım sevincimi təsvir etməkdə çox çətinlik çəkirəm…
Məktubu bir də təzədən oxumağa başladım:

MÜQƏDDƏS MƏKTUB!

Vəfalı dostum, əziz və mehriban tələbə yoldaşım, mənim sevimli Mahirim!
Əvvəla, qəlbimin ən dərin guşələrində bəslədiyim qı¬zılgül ətirli, qönçə təravətli, bahar nəfəsli, bənövşə qoxulu, atəşin salamlarımı bu gün MƏHZ sənə təqdim etməklə özümü dünyanın ən bəxtəvər qızlarından biri hesab etmək istəyirəm.
Salamdın sonra, məlumun olsun ki, bu cansız kağız vasitəsilə sənin vəziyyətinlə tanış olmaq istəyən sabiq tələbə dostun…səni öz canından artıq sevən Vüsalədir.
Necəsən? İşin-gücün? Kef-əhvalın? Xidmətin necə keçir? Nə var, nə yox?.. Allahdan arzu edirəm ki, hər şey öz qaydasında, canın-başın da sağ-salamat olsun.
Biz də yaxşıyıq. Yeni xəbərlərdən biri odur ki, mən… “Nişan üzüyümü”… geri qaytardım. Bunun da əsas səbəbi, inan, ondan ibarətdir ki, mən onu heç vaxt sevməmişdim. Valideynlərimin xətrinə «nişanlanmışdım». Ancaq bu son günlərdə mən hədsiz pis vəziyyətə düşdüm. Elə bil, zəhəri bal, şərbət əvəzinə içmişdim… Nə isə… axır ki, evdə açıb dedim, mən onu sevməmişəm, sevə də bilmərəm…
Tale mənim bəxtimi belə yazıbmış… Sevmədiyim bir adama nişanladılar, bu isə mənim üçün çox çətin idi… Beləliklə də,.. çırpdım… Mənə elə gəlir ki, istər qız, istərsə də oğlan, gələcək ömür-gün yoldaşını özü seçsə daha yax¬şıdır. Yaxşı yox e, özün sevib-seçmək ən böyük xoşbəxtlikdir!..
Hə, eşitdim ki, məzuniyyətə gəlibsənmiş, institutda da olubsan… Təəssüflər olsun ki,.. mən görə bilməmişəm. Heç olmazsa, bir də gələndə elə et ki, görüşə bilək. Mütləq gö¬rüşək!.. Düzü, səni görmək üçün burnumun ucu göynəyir…
Daha nə yazım? Hələlik bu qədər. Yəqin ki, məni başa düşəcəksən Elə buna görə də, əminəm ki, mənim bu qısa məktubum sonuncu yox, BİRİNCİ, daha doğrusu, İLK məktubum olacaqdır. Əlbəttə, bu… səndən asılıdır, təkcə SƏN-DƏN!..
Sağ ol. Sağlıqla qal. Xudahafiz.
Sənin Vüsalən, 25 mart, Tiflis.»

***
… Düşünürdüm: Belə bir müqəddəs məktuba necə cavab yazım? Necə? Hansı sözdən başlayım? «Salam»mı yazım? Salamı deyirlər dillə-ağazla… Bəs, necə başlayım? Bəlkə, Vüsalə kimi sadəcə olaraq - «Müqəddəs məktub»… Bəlkə, səhər tezdən teleqramm vurum… Bəlkə, komandirdən xahiş edim, iki-üç günlüyə qısa müddətli məzuniyyətə buraxalar… Bəlkə… Bəlkə… Nə isə… Nəhayət, bir də gördüm ki, gecə keçib arxada qalıb, artıq dan yeri qızarmağa başlayır. Masanın üstündəki ağ kağıza isə hələlik cəmi bircə cümlə yazılmışdı: «Qələm tutub, məktub yazan barmaqlarına qurban olum, VÜSALƏM!..»
Soyuqbulaq, 1989.
«Ziya» qəzeti, 26 fevral, 1993.]]>
Nicat Əmirov Fri, 19 Apr 2024 21:36:40 +0000
SƏCDƏYƏ GƏLDİM!.. https://turan.info.az/edebiyyat/poeziya/6408-scdy-gldm.html https://turan.info.az/edebiyyat/poeziya/6408-scdy-gldm.html SƏCDƏYƏ GƏLDİM!..

ÖZÜM GƏLMİŞƏM!..

Dahi alimimiz, el-oba ağsaqqalı, əzizimiz, Dədə Mədəd Çobanova həsr olunur.


Üzündən öpdüyüm ay Dədə Mədəd,
İndi baş daşından öpməyə gəldim.
Adında həkk olub, şərəf, həm mədəd,
Şərəfə səcdəyə, özüm gəlmişəm!

Cismin torpaqdadır, ruhun bizimlə,
İzinlə yoldayam, cəsur izimlə.
Müqəddəs məbədi dizim-dizimlə,
Qəbrinə ziyarət, özüm gəlmişəm!

Elində, elminlə ucalan başın,
Bir şerə sığmayır bir qəbir daşın.
Sevin, yanaşıdır həyat yoldaşın,
Şöhrət məkanına, özüm gəlmişəm!

Möhtəşəm Avropa tribunasından,
Seçildin alimlər say arasından.
Dünya xəbər tutdu Azərbaycandan,
Səni təziminə, özüm gəlmişəm!

Gözümdə gülüşün yaşa dönübdür,
Şirin söhbətlərin daşa dönübdür.
Sənsiz, sanki Dünya yasa dönübdür,
Yasını tutmağa, özüm gəlmişəm!

Bilmirəm ağlayım, bilmirəm gülüm,
Ay Dədə! Yaşayım, bilmirəm ölüm!
Bir kimsə qalmadı dərdimi bölüm,
Dədə Mədəd! Dərdlə, özüm gəlmişəm !

Ramazan Rza]]>
Nicat Əmirov Mon, 08 Apr 2024 21:55:02 +0000
Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... https://turan.info.az/gurcustan/borchali/6407-rklrd-yer-var-mdd-mllmn.html https://turan.info.az/gurcustan/borchali/6407-rklrd-yer-var-mdd-mllmn.html Həqiqətən mənə xoşbəxtlik nəsib olub ki, mən Mədəd müəllimlə şəxsən tanış olmuşam, bir neçə dəfə görüşmüşük, hər dəfə də bir-birindən şirin, mənalı, məzmunlu və unudulmaz söhbətlər etmişik.
Rəhmətlik atam Yusif Yusifli “Gürcüstan azərbaycanlılarının ədəbiyat tarixi” adlı kitabı üzərində işləyirdi. Həmin illərdə Mədəd müəllim bir neçə dəfə Qaş Muğanlıda ailəmizin qonağı olmuşdu. Müdrik ağsaqqalımız - yurd, el-oba sevdalısı, görkəmli türkoloq və toponomist alimimiz, Türk Dil Qurumunun üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov elə o görüşlərdən mənim qəlbimi fəth elimişdi.
Elə ona görə də mən Qubernatorun müavini olduğum dövrdə, Mədəd müəllim hər dəfə Bakıdan Borçalıya gələndə çalışırdım ki, mütləq mən də onu qarşılayanlar arasında olum, onunla görüşüm, onunla həmsöhbət olum. Çünki Mədəd müəllim həm də çox maraqlı həmsöhbət idi! Hörmətli qonağımızın hər gəlişi sözün əsl mənasında bayrama çevrilirdi. Onunla görüşüb söhbət etməkdən heç zaman doymazdıq.
2017-ci ilin yazında mətbuatda oxudum ki, Bakı şəhərində Mədəd müəllimin 80 illik yubileyi keçiriləcək. Mən hörmətli alimimizin oğlu Müşfiq müəllimə zəng etdim, dedim ki, sözsüz ki, biz də yubilyarımıza şəxsi və rəsmi təbriklərimizi göndərəcəyik. Bakıda keçiriləcək Yubiley tədbirində bizim də nümayəndəmiz iştirak edəcək və bizim təbriklərimizi çatdıracaq. Ancaq biz istəyirik ki, yubileyin yekun tədbirini Bakıda yox, Gürcüstan Azərbaycanlıları Konqresin təşkilatçılığı ilə məhz doğma Borçalımızda keçirək. Çox sağ olsun, Müşfiq müəllim, təklifimizi bəyəndi, razılaşdıq. Hörmətli professorumuzun 80 illiyi ilə bağlı yubiley tədbirləri Bakıdan sonra Gürcüstanda davam elədi. Əvvəlcə doğma Darvaz kəndində, sonra Tbilisi şəhərində, daha sonra isə Marneuli şəhərində bir-birindən maraqlı yubiley tədbirləri keçirildi. Bununla bağlı həm də onun adına Xeyriyyə Fondu yaradıldı. Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq bütün tədbirlərdə yaxından iştirak etdik, üstəlik də özümüz Konqresdə “Mədəd Çobanov – 80” adlı yaddaqalan tədbir də keçirdik. Həmin tədbir həm də yubileyin yekun tədbiri oldu. Çox böyük sevinclə ağsaqqlımızın əhatəsində olduq. Həmin gün bizim üçün əziz və unudulmaz bir xatirəyə çevrildi.
Xüsusi olaraq qeyd edim ki, həmin vaxt Marneuli şəhərində bir-birindən fərqli və bir-birindən gözəl iki möhtəşəm yubiley tədbiri keçirildi. Həmin tədbirlərdən biri - 2017-ci il avqustun 22-də Marneuli şəhər və rayon rəhbərliyinin turan.info.az - “Ziya" və "Zirvə” İnformasiya Mərkəzlərinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanın Marneuli şəhərindəki "Çay Evi – Muğam" Tədris-Mədəniyyət Mərkəzində, digəri isə 2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində, (GAK) Gürcüstan Azərbaycanlıları Konqresi və Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.





Rəsmi və bədii hissələr olmaqla, iki hiisədən ibarət olan hər iki tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, Azərbaycan Respublikasının və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri, diplomatlar, alimlər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər, ictimai xadimlər, yubilyarın yetirmələri -keçmiş şagirdləri, tələbələri və aspirantları, tədbirə dəvət olunmuş qonaqlar, eləcə də yubilyarın yaxın qohumları iştirak etdilər.





Eyni zamanda, sevimli alimimizin əsərlərinin də sərgisi təşkil olunduğu hər iki tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam etdi, alimimizin şərəfinə “Ağ ev” restoranında geniş ziyafət verildi, mədəniyyət və incəsənət xadimləri, saz-söz ustaları, aşıqlar və müğənnilərin iştirakıyla sanki gözəl bir konsert təşkil olundu, sözün əsl mənasında, böyük bayram əhval-ruhiyyəsi yarandı...



Onu da qeyd etməliyəm ki, Mədəd müəllim Konresimizin yaxın dostu və Fəxri üzvü idi.
Biz yubiley tədbirində Mədəd müəllimi həm də Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri Fərmanı ilə də təltif etmişdik. Bu mükafat barədə o sonralar da həmişə ağızdolusu danışırdı. Mədəd müəllim həmişə təbii, səmimi olana çox böyük önəm verirdi. Süniliyi, saxtalığı heç vaxt sevməzdi, yaxın qoymazdı!..
İcazənizlə, unudulmaz alimimiz – akademik Mədəd Çobanovla əlaqədar təşkil etdiyimiz daha bir tədbir haqqında xüsusi olaraq dayanmaq istəyirəm: 2023-cü il iyulun 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində GAK-ın təşkilatçılığı ilə dünya şöhrətli alimimizin xatirəsinə həsr olunmuş Anım mərasimi keçirdik.



Alimin əsərlərinin də sərgisinin təşkil olunduğu həmin tədbirdə Azərbaycandan və Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş elm, mədəniyyət xadimləri, Mədəd Çobanovun ailə üzvləri, dostları, keçmiş tələbələri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Elimizin gəncləri də orada idi, yaşlı nəsili də, şairləri də, yazarları da... (Bu barədə kitabın sonunda ətraflı məlumat verilib – Redaktor.)
Fürsətdən istifadə edərək, bir daha həmin isti yay günündə əziyyət çəkib, heç zaman yeri dola bilməyəcək dəyərli bir ziyalımızın Anım mərasiminə toplaşan bütün insanlara təşəkkür etmək istəyirəm. Bilirsinizmi, bu gün biz bütün Borçalılılar özümüzü Mədəd müəllimin övladı hiss edirik. Çünki o dünya şöhrətli böyük bir alimdir. Elimizin fəxridir. Bir sözlə, Mədəd müəllim sonsuz dərəcədə vətənpərvər, yurdsevər və sözün əsl mənasında Borçalı aşiqi idi!
Əməyimiz keçən bütün tədbirlər, deyilən xoş sözlər halalı olsun Mədəd müəllimin!
Onun yüzlərlə tanınmış tələbəsi olub. Hesab edirəm ki, bu, hər müəllimə, hər pedaqoqa nəsib olmur!
Mədəd müəllimlə bağlı bir təkrardan da yorulmaq bilmirəm: deyirəm ki, hörmətli professorumuzun onlarla əsəri arasında ən şahanələrindən biri oğlu Müşfiq müəllimdir! Öz adı-sanı, hörməti, dəyəri olan Müşfiq müəllim!
Təkcə Darvaz elinin, təkcə Borçalının deyil, bütün Türk dünyasının fəxrlərindən olan Mədəd Namaz oğlu Çobanova uca Allahdan rəhmət diləyirəm! Məkanı cənnət, Ruhu şad olsun!
Ürəklərdə yeri var Mədəd müəllimin! O, əbədi olaraq həmişə qəlbimizdə yaşayacaq.

Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... HÜSEYN YUSUBOV
Gürcüstan Respublikası
energetika nazirinin sabiq müavini,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri


turan.info.az
]]>
Nicat Əmirov Mon, 08 Apr 2024 20:34:23 +0000
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV https://turan.info.az/gurcustan/borchali/6405-asaqqal-nsan-byk-alm-akademk-mdd-obanov.html https://turan.info.az/gurcustan/borchali/6405-asaqqal-nsan-byk-alm-akademk-mdd-obanov.html AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV Ulu Borçalımızın bərəkətli torpağında doğulub boya-başa çatan, sonra arzularının dalınca dünyanın müxtəlif yerlərində alim kimi, mühəndis kimi, iş adamı kimi fəaliyyətini davam etdirən çoxlu sayda dəyərli eloğllarımız var. Onlardan biri də öz insani keyfiyyətləri ilə, ağıl-düşüncəsi ilə, müdrik kəlam¬la¬rıy¬la, səmi¬mi münasibətiylə, üzünün nuruyla, mənim yadda¬şım¬da, ürə¬yim¬də daimi yeri olan, çox hörmətli alimimiz, Türk ədə¬bi dili¬nin mahir tədqiqatçısı, tarixi torpaqlarımızın toponimləri ilə bağlı çox qiymətli əsərləriylə, Azərbaycan elminin filolo¬gi¬ya sahəsində xüsusi yeri olan görkəmli türkoloq, tanınmış dilçi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elm¬ləri doktoru, pro¬fessor Mədəd Çobanovdur.

Mədəd müəllimlə əyani tanışlığım ilk dəfə 2010-cu ilin okt-yabrında Bakıda Milli kitabxanada oldu. Xalq şairi Zəlimxan Yaqubla görüş tədbiri idi. Görüşdə həmişə efirlərdə gördüyüm zi¬yalılar, şairlər, alimlər iştirak edirdilər. Mən Mədəd müəl¬limlə yanaşı oturmuşdum. Həyacandan tez-tez tərləyirdim. Mə¬nim bu halım müəllimin gözündən yayınmadı. Elə bil məni bu vəziyyətdən çıxarmaq üçün dedi ki, “Borçalının təmiz havasını, gülü¬nün, çiçəyinin ətrini görkəmində əks etdirirsən, burada səni tanı¬mayanlar sənə baxan kimi bilirlər ki, dağ adamısan, bu otaq-da kondensionerdən aldığın sərinliyi o dağların havasıyla müqa-yisə edə bilərsənmi?” – deyə soruşdu və güldü.
O gülən kimi mən bir az sərbəst oldum, elə bil həyacanlı¬ğı¬ma son qoydular.
O üzü nurlu kişinin bu səmimi söhbəti məni vəziyyətdən tam çıxardı, bu səmimiyyət dilimi açdı. Təxminən bir yarım saat həm¬söhbət olduq.
Mən bu ağsaqqal insanın, böyük alimin hərəkətinə, söhbə¬ti¬nə vuruldum. O gün mənim yaddaşıma əbədi həkk olundu...
Allah Mədəd müəllimə rəhmət eləsin.
Ruhu şad məkanı cənnət olsun...

ÇİNGİZ YAQUBOV,
Müəllim-jurnalist,
Borçalı, Bolnis-Kəpənəkçi kəndi,
turan.info.az]]>
Nicat Əmirov Sun, 07 Apr 2024 22:41:30 +0000
KÖKLƏDİ KÖNÜL SAZINI https://turan.info.az/gurcustan/bolnisi/6404-kkld-knl-sazini.html https://turan.info.az/gurcustan/bolnisi/6404-kkld-knl-sazini.html KÖKLƏDİ KÖNÜL SAZINI KÖKLƏDİ KÖNÜL SAZINI

Məni Mədəd müəllimlə şair dostum Nizami Paşa Saraclı tanış eləmişdi. Təbii ki, o vaxta qədər Mədəd müəllimi qiyabi tanıyırdım.
Nizami qardaşımın Mədəd müəllimə sevgilərlə ithaf elədiyi bir şeirində belə bir bənd var:

Yenə könül sazını köklədik “Ruhani”yə,
Qanadlandı duyğular: – Ya Mədəd Haqdan! – dedik.
Heç bilmədik, keçməmiş biz ikinci havaya,
Dost yaşı yetmiş olar: – Ya Mədəd Haqdan! – dedik.

Doğrudan da, ömür dediyin daha çox anlardan, göz qırpımlarından ibarət imiş!
Yəni bir də görürsən əllini, yetmişi haqlamısan. Hətta sən buralarda yetmişə çatana kimi, kimsə oralarda artıq yüzü addayıb. Əsas yaşadığın həyatı mənalı yaşamaqdır!
Mədəd müəllim iradəli, yüz bir çətinlikdə ayaqda dura bilən, kimsədən mədəd – kömək, yardım ummayan bir insan olub. Ailəsinin böyüklüyünə baxmayaraq özü başqalarına yardıma tələsib.
Xatırladıram ki, Molla Pənah Vaqifin belə bir misrası var:

Mədəd eylə iqbalına Vaqifin.

Bunun məğzində özündən çox elin, vətənin iqbalı – gələcəyi dururdu, vətən adamlarına kömək nəzərdə tutulurdu!
Mədəd müəllimin o qədər uzaq yolu, Bakı – Tiflis yolunu yüklənib gətirdiyi kitab hədiyyələrinə görə ona olan çox təşəkkürlər eşitdim.
Elinin, yurd-yuvasının böyük təəssübkeşi idi. Üstəlik də onun təəssübkeşliyi təbii təəssübkeşlik olub. Bunun üçün onun əsərlərinin adına baxmaq da kifayətdir: “Bolnisi rayon şivələrinin leksikası” (bu mövzu həm də onun namizədlik dissertasiyası olub), “Borçalı toponimləri”, “Türk dillərinin ədəbi birliyinə doğru”… Onlarla belə əsər müəllifi olub Mədəd müəllim.
Biz tərəflərdə özündən sonra əsər qoyub getmək həm də bir Darvaz ənənəsidir!
Yəni Darvaz əsilli olmaq, həm də kitab əsilli olmaq deməkdir!
Mədəd müəllim – professor Mədəd Namaz oğlu Çobanlı 2 iyun 2023-cü ildə 86 yaşında vəfat etmiş və Bakının Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur.
Təsadüflər və zərurətlər dünyasında nələr olmur?!
Yəni Gürcüstan əsilli bir türkoloq alimin məhz Dədə Qorqud qəbiristanlığında dəfn olunmağı təsadüf sayıla bilməz!
Məhz “Kitabi-Dədə Qorqud” dastanında deyildiyitək:

Hanı dediyim bəy ərənlər?
“Dünya – mənim” deyənlər?!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!

Bu da Mədəd müəllimin alın yazısı imiş…
Onun könül sazı hələ çox çalınacaq!
…Allah rəhmət eləsin!
İBRAHİMXƏLİL
]]>
Nicat Əmirov Sun, 07 Apr 2024 20:23:14 +0000
XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, PEŞƏKAR PEDAQOQ, NƏCİB İNSAN, DƏYƏRLİ ZİYALI VƏ BÖYÜK ŞƏXSİYYƏT - PROFESSOR MƏDƏD ÇOBANOV https://turan.info.az/tehsil/adpu/6402-xalqini-vtnn-sevn-mll-dncy-malk-sl-vtnda-gzar-alm-pekar-pedaqoq-ncb-nsan-dyrl-zyali-v-byk-xsyyt-professor-mdd-obanov.html https://turan.info.az/tehsil/adpu/6402-xalqini-vtnn-sevn-mll-dncy-malk-sl-vtnda-gzar-alm-pekar-pedaqoq-ncb-nsan-dyrl-zyali-v-byk-xsyyt-professor-mdd-obanov.html XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, PEŞƏKAR PEDAQOQ, NƏCİB İNSAN, DƏYƏRLİ ZİYALI VƏ BÖYÜK ŞƏXSİYYƏT - PROFESSOR MƏDƏD ÇOBANOV1978-1983-cü illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Peda-qoji İnstitutunda mənim sevimli müəllimim olmuş görkəmli dil-çi-alim, tanınmış türkoloq, filologiya elmləri doktoru, pro¬fes¬sor Mədəd Çobanovun ömür səhifəsinə nəzər yetirdikdə onun insani keyfiyyətlərini səciyyələndirən iki cəhəti xüsusilə vur-ğulamaq istərdim.
Birincisi, bu nəcib insanı ziyalı kimi, şəxsiyyət kimi də¬yər¬lən-dirməmək qeyri-mümkündür. Çünki o, bütün ömrünü xal¬qı¬nı, vətənini sevən milli düşüncəyə malik əsl vətəndaş kimi ya¬şa-mışdır.
İkincisi isə Mədəd müəllim işgüzar alim və peşəkar pedaqoq kimi özünü təsdiqləyə bilmişdi. Onun bu sahələrdə qazandığı nai¬liyyətləri isə zəhmətsevərliyi, işinə ruhla, canla bağlılığı, savadı və tərbiyəsi ilə əlaqələndirmək olar.
Əziz və unudulmaz müəllimimin bu nəcib keyfiyyətləri hə¬mi-şə bir-birini tamamlayırdı.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Onun əziz xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq!..

RAZİM MƏMMƏDOV,
ADPU Filologiya fakültəsinin kafedra müdiri,
filologiya elmləri namizədi, dosent]]>
Nicat Əmirov Fri, 05 Apr 2024 22:20:09 +0000
ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!.. https://turan.info.az/gurcustan/tiflis/6395-ulu-boralimizin-zyali-olu-mdd-qaamiz-unudulmazdir..html https://turan.info.az/gurcustan/tiflis/6395-ulu-boralimizin-zyali-olu-mdd-qaamiz-unudulmazdir..html ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!.. Bu sevincli-kədərli, gəlimli-gedimli fani dünyada, mən özümü bir xoşbəxt azərbaycanlı saya bilərəm кі, dünyanın dörd qitəsindəki ölkələri, keçmiş SSRİ dövlətinin 14 respublikasını, Odlar yurdumuzun bütün ərazisini və Borçalımızı əriş-arğac gəzmis bir qazaxlı-azərbaycanlıyam!
Əlbəttə, indiki nəsilin cavanları mənim bu yazıma inanmaya da bilərlər. İndiki meyarlara söykənənlərə bu həqiqət inandıcı deyildir. Ancaq, bu danılmaz faktdır, foto-şəkillər də bir sübutdur!
Bu yazının əvvəlini uzaq səfərə süvar olmuş səyyah kimi, niyə uzaqdan başladım? - sual oluna bilər!
Realliq belədir ki, mən Borçalını, qonşu Gürcüstanı el-el, oba-оbа gəzməsəydim - tarixi bir dram əsərimi yaza bilməzdim! Bilənlər-bilir, bu dram əsərini oxuyanlar - oxuyubdur “BORÇALI NİSGİLİ"ni!
1999-cu ilin yay ayları növbəti şeirlər kitabımın bir nüsxəsini ziyalı eloğlum Müşfiq Borçalıya hədiyyə etdin. “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsindəki iş otağında xeyli söhbət etdik. Hədiyyəmə görə çox sevindi. Çünki, bu kitabımda Ulu Borçalanın keçmiş tarixini əks etdirən dram əsərim də var idi.
Müşfiq qardaşım 2000-ci ildə bir müşdə ilə məni təbrik etdi. Sən demə "Borçalı” nəşriyyatında bu dram əsərimi ayrıca kitab halında çoxsaylı tirajla çap etdirib, ərk etdiyi elin-obanın ziyalılarına da paylayıbmış.
Əziz oxucu! Bu yazının qəhramanı olacaq - ziyalı ağsaqqalı-mız Mədəd qağamla tanışlığımıza körpü salan da məhz "Borçalı nisgili" əsərim olmuşdu. İlk tanışlıqdan sonra, dəfələrlə AMEA-da, yubileylərdə, "Borçaıl” Cəmiyyətinin iclaslarında Mədəd müəllimlə görüşmüşdük…
Alim, pedaqoq, professor, Nyu-York Elmlər Akademiyasının akademiki, Azərbaycanımızın fəxri ziyalısı, Mədəd müəllim - bu adı, bu şan-şöhrəti, öz alın təri, öz zəhmətilə, gecələri yuxusuz keçən illəri ilə qazanmışdır.
Bu yerdə beş bəndlik şeirimlə bu yazımı tamamlamaq istəyirəm.
Çünki "Dostluq Məşəli”nin xüsusi buraxılışında Mədəd müəllimin geniş tərcümeyi yazılıbdır.

[b]FƏXRİMİZ, SEVİMLİMİZ, BÖYÜK İNSAN və GÖRKƏMLİ ALIM, ÇOX HÖRMƏTLİ MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!


ULU BORÇALIMIN
ZİYALI OĞLU

Ulu Borçalımın ziyalı oğlu,
Bir ömür yaşadı şərəfli-şanlı.
Xeyirxah, abırlı-həyalı oğlu,
Müdrik düşüncəli, nurlu amallı.

Doğma Darvazında keçdi gəncliyi,
Fəda etdi elmə, öz hayatını...
Alimin olmadı bir an dincliyi,
Qorudu nağılımı, öz bayatımı.

Filoloq-alimi dünya tanıdı,
Mərdliyi, ad-sanı, adiliyiylə...
O dərk eylədi.., dünya fanidi,
Kişi tək yaşadı-sadəliyiylə!

Xeyirxah tanındı Mədəd qağamız,
Həyat mübarizə, həyat sınaqdır...
Dünyaya – Müşfiqi qoydu qağamız,
Mübariz olmamaq vallah-günahdır!

Hacı Zaməddinəm, mehrim-şeirdi,
"Borçalı nişgili”m lap çox sevildi,
Qağa, “Həncərisən?” mənə deyirdi,
Mədəd qağamızın qəlbi - nehr idi,
Əbdi yaşamaq- insan mehridi!

Hörmətlə,
HACI ZAMƏDDİN ZIYADOĞLU,
Sair, dramaturq-publisist,
AYB və AJB-nin üzvü,
iki dəfə Səməd Vurğun mükafatı laureatı
turan.info.az]]>
Nicat Əmirov Fri, 29 Mar 2024 00:28:34 +0000
DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV” https://turan.info.az/dunya/turan/6371-dyant-osmanli-glb-kem-z-qoymu-rhmt-qazanmi-sayidyr-professor-mdd-obanov.html https://turan.info.az/dunya/turan/6371-dyant-osmanli-glb-kem-z-qoymu-rhmt-qazanmi-sayidyr-professor-mdd-obanov.html DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV” Professor Mədəd Çobanovun adı Azərbaycanın elm, mədəniyyət tarixində imzası keçən Borçalı alimləri içərisində ön sıralarda yer alır. Onun əsərlərində elmiliklə yanaşı duran özəl-üst cəhətlərdən biri də milli-ictimai mövqe, torpaq, yurd təəssübkeşliyidir. Mədəd Çobanov nədən yazırsa yazsın, orda bir orijinal yanaşma, mütləq mill-ictimai mövqe, vətənpərvər düşüncə, alim-vətəndaş məsuliyyəti aydın görünür. Onun müraciət etdiyi elmi mövzular asan, dəfələrlə işlənmiş mövzular deyil, əksərən ya tamamilə yeni, indiyədək heç kəsin müraciət etmədiyi, ya ötəri müraciət olunmuş, kiyayət qədər həllini tapmamış, ya da unudulub, qatı açılmamış mövzulardır. Və Mədəd müəllimin alim kimi fəaliyyətinin bir əhəmiyyəti də ondadır ki, işlədiyi mövzuları ümumi təqqiqat obyektinə çevirə bilmişdir.
Alimin həyat yolu, elmi-nəzəri, pedaqoji fəaliyyət təcrübi baxımdan zəngin və dəyərlidir. Hələ tələbə ikən elmi istedadı ilə tanınmış və bir gün də olsa sevimli elm yolundan ayrılmamışdır. Belə demək daha uyğun olar ki, o, ömrünün sonunadək alim, ziyalı, vətəndaş həyatını ləyaqətlə yaşamağı bacarıb və özünün vətənpərvər-alim taleyi ilə fərxr edib.
M.Çobanovun elmi yaradıcılığının miqyası geniş, əhatəli, eyni zamanda fərqlidir. Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, xeyli tədris proqramının, yüzlərlə elmi məqalənin, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş çoxsaylı yazıların müəllifidir. "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili" və Türk dünyası ilə ilgili əsərləri elm, dilçilik, ədəbiyyat tarixində həmişə xatırlanacaq, istinad olunacaq mənbələrdir.
Ötən illərdə Mədəd Çobanovun Atatürk Mərkəzində nəşr edilən bir neçə kitabının redaktoru olmuşam. Və əminliklə deyə bilərəm, elmi məqalələrinə, ictimai aspektli yazılarına və ümumən yaradıcılığına elə həssas yanaşırdı, hər sözün qayğısını elə çəkir, üstündə elə əsirdi ki, bu xüsusiyyəti az-az müəlliflərdə görmək olar...
Mən Bakıda universitet təhsili aldığım illərdə hər dəfə doğma Borçalıya gedəndə mütləq bir-iki günlüyə Tbilisidə oxuyan dostlarıma baş çəkərdim. Axşamlar tələbə yataqxanasının həyətində, səs-küylü dəhlizlərində dostlarla gəzmişəm, şirin süfrəli sadə odalarında qalmışam. S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna da çox getmişəm, tanınmıəş müəllimlərin mühazirə və seminarlarında dinləyici kimi iştirak eləmişəm. Mədəd müəllimi az görsəm də, tələbələrindən haqqında xoş sözlər eşitmişəm. Tbilisidə oğlu Müşfiqi tanımışam, çörək kəsmişik, kofe içmişik, bu gün də dostluq münasibətimiz var.
Mədəd müəllim əvvəl vətənə, ata yurdu Borçalıya, kəndinə və bəlkə də elə o dərəcədə elmə vurğun olan ziyalı idi. Vətənsevərliklə elmiliyi onu tamlaşdırmışdı, təfəkkürünü bütövləşdirmişdi. Sonralar Bakıya köçəndən sonra da Borçalıyla əlaqəsini kəsmirdi. Yay aylarını, havalar sərinləyənə qədər Borçalıda, doğma Darvaz kəndində keçirərdi. Bakıya qayıdanda daha da gümrah, əzmli, işgüzar görünərdi.
Mən işlədiyim mərkəzdə hazırlanan kitabları ilə əlaqədar Mədəd müəllimlə bir müddət tez-tez görüşmüşük, söhbətlər eləmişik və o adam mənim yaddaşımda sayğılı, abır-həhalı obrazı ilə qalıb. Sanki bir-birimizi çoxdan taıyırmış kimi, xoş rəftar, hətta zarafat yaranmışdı arada. O mənim iş yerimə gələndə heç vaxt zəng eləməzdi və heç vaxt da məni görməmiş getməzdi. Bir də görürdün, qapı sakicə yarıya qədər açıldı və əvvəl rastına çıxan birisindən həlim səslə soruşdu: “Dəyanət müəllim burdadımı?” “Yerindədir” - cavabı alandan sonra ucaboy, gülümsər sifətli, bir az da utancaq, xırda yerişli o simsar adam içəridə görünər və dəhlizdə deyilənə əmin olmamış kimi, təkrar özümdən soruşardı: “Burdasanmı?..”
Yazı-pozu ətrafında “rəsmi” müzakirələrdən sonra Tbilisidəki müəllimlik dönəmindən, həmkarlarından, təlbələrindən maraqla söhbət açardı. Mütləq Borçalıdan söz düşərdi, keçmiş yurd yerlərimizdən, qəhrəman insanlarımızdan, dağ-arandan danışardıq. Deyirdi: “Bilirsənmi, gənc vaxtlarımda eşitmişəm, sizin nəsil keçmişdə tanınmış, zəngin olub.” Mən də zarafatla cavab verirdim: “Ağsaqqal, indi nolub ki? Sovet hökuməti babalarımın torpaqlarını, sürülərini aldı, özlərini çoban elədi, ağlımızı ki, ala bilmədi.” Gülmsünüb deyirdi: “Daha ona söz yox, maşallah, ağlın, istedadın zəngindir.” Bəzən mən harasa tədbir-filana gedəsi olanda, bildirməsəm də, hiss eləyirdi. Tez ayağa durub deyirdi: “Saat neçədir ki? Yaxşı, mən getdim, sən də gecikirsən, sonra davam edərik. Ancaq söz harda qaldısa, yadında saxla, ha!”
Mən onu “ağsaqqal” deyə çağırırdım və doğrudan da təbiətən və düşüncə etibarilə ağsaqqal məqamına, ağsaqqal sayğısına layiq insan idi. Həmişə Müşfiqə zarafatla deyirdim (elə indi də) ki, “bax sənə ağsaqqala görə dəymirəm, ha. Səni danlamaq statusunu o verib.” Sağ olsun, o da buna həmişə anlayış göstərir. Və onun atasına qədirbilən övlad məhəbbətini, uşaq kimi qayğısına qalmasını, hətta yanında çəkinməsini, öz yerini bilməsini yeri gəldikcə dost-tanışa bir örnək kimi ağızdolusu danışıram.
Mədəd müəllimin tərcümeyi-halı əsərləridir, ziyalılığıdır, sadəliyidir və ətrafına, baş verən hadisələrə narahat-ağır, həssas münasibətidir. Mədəd müəllimin tərcümeyi-halı doğulub boya-başa çatdığı, ona dərrakəni, insanlığı, cəsarəti, xeyirxahlığı, qədirbilən övladları səxavətlə verən doğma Borçalı torpağı iə birbaşa bağlıdır.
Mədəd müəllim haqqında, əsərləri barədə çox yazmaq olar. Amma nəticə etibarilə son fikir bu olacaq: Gəlib-keçmiş, iz qoymuş, rəhmət qazanmış sayğıdəyər insanlarımızdan biridir. Və mənim xatirimdə həmişə cəfakeş və diridir!

DƏYANƏT OSMANLI
AYB İdarə Heyətinin üzvü,
Atatürk Mərkəzinin baş redaktoru,
“Türk Dünyası İnfo” İB-nin sədri]]>
Nicat Əmirov Tue, 05 Mar 2024 19:33:42 +0000
Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ..." https://turan.info.az/gurcustan/tiflis/6360-musa-nbolu-br-mrlk-xatrnn-yrm-cmls..html https://turan.info.az/gurcustan/tiflis/6360-musa-nbolu-br-mrlk-xatrnn-yrm-cmls..html Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN  İYİRMİ CÜMLƏSİ..." Fərman Borçalı zəng edib dedi ki, əmin Mədəd müəllimin xatirəsinə həsr olunmuş kitab hazırlayırıq, onun haqqında xatirə yazmalarını nəzərdə tutduğumuz adamların siyahısında sənin də adın var, 15-20 cümləlik bir yazı yazıb göndər.
Təbii ki, dünyasını dəyişmiş hər kəsin xatirəsi doğmaları və yaxınları üçün əzizdir, unudulmazdır. Üstəlik, həmin adam cəmiyyətdə özünəməxsus mövqeyi ilə seçilən bir elm adamı, ziyalı və ağsaqqaldırsa, deməli, onun xatirəsi yaxınları və doğmaları ilə yanaşı, həm də bütövlükdə cəmiyyət üçün əzizdir. Əlbəttə, öncə Fərman müəllimə bu xeyirxah işində uğurlar arzulayıb, minnətdarlığımı bildirdim, eyni zamanda dəqiqləşdirmək üçün soruşdum ki, maksimum 20 cümlə olsun? Ondan təsdiqləyici cavab alandan sonra yazının həcmi ilə bağlı belə ciddi reqlament qoymasından nəinki incimədim, hətta ürəyimdə alqışladım və bunu onun işə məsuliyyəti kimi qəbul etdim.
Doğması barəsində xatirə yazmaq, onun haqqında artıq keçmiş zamanda danışmaq hamı üçün çətindir. Əslində, xatirə yazmaq bir az özün-özünü ovundurmaq, heç olmasa, bununla təsəlli tapmaqdır. Ancaq sənə çox əziz birisinin yerini isə nəinki 15-20 cümləlik, heç bir kitablıq xatirə də doldura bilməz. Belə insanlar haqda xatirələr kağızda yazılmaz, ürəklərdə yaşadılar. Ürək isə kitab deyil ki, hər kəs onu oxuya bilsin, daha doğrusu, hər kəsə açıb göstərə biləsən. Və belə xatirələr sadəcə kiminsə sifarişi ilə, yaxud da ildönümlərində yada düşmür, o, bir ömür səninlə olur: sən özün xatirəyə dönənə kimi!
Mədəd müəllim görkəmli alim və ictimai xadim kimi həm Gürcüstanda, həm də Azərbaycanda məşhur olub. Azərbaycan dilçilik elmində orijinal tədqiqatları ilə seçilən, özünəməxsus yeri olan, əsərləri bütövlükdə Türk dünyasında yayılan bir alim kimi tanınıb. Borçalılar isə onu həm bir alim, həm də dəyrəli bir eloğlu, müdrik ağsaqqal kimi sevib. Bu sevginin, bu rəğbətin mayasında böyüyüb boya-başa çatdığı Darvaz kəndindən və mənsub olduğu kökdən gələn halallıq və əsil-nəcabətlə yanaşı, həm də uzun illər bu bölgədəki elmi-pedaqoji və ictimai fəaliyyəti durur.
Mədəd müəllim bir ziyalı kimi şərəfli ömür yaşayıb, özündən sonra təkcə şirin xatirələr yox, həm də zəngin elmi irs miras qoyub.
Bütün bunlarla yanaşı, Mədəd müəllim nəslimizin-kökümüzün ağsaqqalı, üzağlığı və dilimizin uzunluğu, qürur və öyüd-nəsihət yerimiz, gənclərin yolgöstərəni olub həmişə və yaddaşlarda yaşayan dəyərli tövsiyələri ilə hələ uzun müddət bu missiyanı daşıyacaq. Onunla bağlı gündən-günə daha da şirinləşən xatirələrimi kağıza köçürməkdə isə qələm də acizdir. Axı, ürəklə yazılanı, ürəkdə yazılanı kağıza köçürmək çox çətindir və hərdən mənə elə gəlir ki, bu xatirələri elə ürəkdə yaşatmaq daha yaxşıdır, kağıza köçürsəm, bəlkə də, dadına-duzuna xələl gətirmiş olaram.
Hazırlanan kitabın Mədəd müəllimin adına layiq olması arzusu ilə Fərman Borçalıya bu xeyirxah işinə görə minnətdarlığımı bildirir və reqlamentə uyğun olaraq burda bir ömürlük xatirənin iyirminci cümləsinin nöqtəsini qoyuram...
Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi.]]>
Nicat Əmirov Wed, 28 Feb 2024 18:31:00 +0000
RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV" https://turan.info.az/media/ziyalilar/6357-ramz-bkrov-yurd-sevdal-byk-alm-mdd-obanov.html https://turan.info.az/media/ziyalilar/6357-ramz-bkrov-yurd-sevdal-byk-alm-mdd-obanov.html RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV" Böyük alim, gözəl, təvazökar insan, əvəzolunmaz müəllim, cəfakeş, yorulmaz elm tədqiqatçısı Mədəd Namaz oğlu Çobanov nəsillərə örnək bir ömür yaşamışdır. O, özünün ciddi elmi araşdırmaları sahəsində zəngin elmi-ədəbi irs yaratmışdır. Həmin elmi-ədəbi irs böyük alimin 80-dən artıq elmi-nəzəri kitablarında, çoxsaylı elmi-nəzəri publisistik məqalələrində öz əksini tapmışdır. Onun müasir Azərbaycan dilinin dialektologiyası, eti¬malogiyası, linqvistikası, antroponimikası, toponimikası, onomastikası, eləcə də, türkologiya sahəsində və türk dillə¬rinin qarşılıqlı əlaqələri haqqında apardığı bir sıra elmi araşdırmaları alimə böyük şöhrət gətirmiş, o zaman keçmiş SSRİ-nin, indiki MDB məkanında, xüsusilə, Qa¬zaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Türkmənistanda, Rusiyada, Gürcüs¬tanda, eləcə də, Türkiyənin müxtəlif şəhərlərində keçirilmiş bir çox nüfuzlu elmi simpoziumlarda, konfranslarda san¬ballı məruzələrlə çıxış etmişdir və onun araşdırmaları dünya şöhrətli alimlərin, türkoloqların böyük marağına səbəb olmuşdur.
Elə buna görə də, o, Azərbaycan Alimlər İttifaqının, Azərbaycan Ağsaqqqallar Şurasının, Azərbaycan Onomastika Cəmiyyətinin İdarə Heyətinin, bir sıra müxtəlif komitə və komissiyaların, qəzet və jurnalların redaksiya və rəyasət heyətlərinin üzvü olmuş, nəhayət, Türkiyə Dil Qurumun və Nyu-Yyork Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun adı Türkoloji məsələlərin və müasir Azərbaycan dilinin tanınmış araşdırmaçı alimləri A. Qurbanov, A.Axundov, M.Adilov, H. Əliyev, N.Xudiyev, Q.Kazımov, N.Cəfərov və b. bir sırada durur.
Mədəd Çobanov öz sanballı elmi araşdırmalar və elmi-nəzəri cəhətdən çox böyük əhəmiyyət kəsb edən tədqiqatları ilə müasir Azərbaycan dilinin, eləcə də türk ədəbi dillərinin öyrənilməsində yeni istiqamətlər müəyyən etmiş, türk dillərinin qarşılıqlı qohumluq əlaqələrini üzə çıxartmış və ortıq Türk dilinin yaradılmasının vacibliyi diqqətə çatdırmışdır.
Onun elmi-irsi, elmi-nəzəri cəhətdən çox əhəmiyyətlidir və gələcək tədqiqatlar üçün həmişə maraqlı olacaqdır.
Mədəd müəllim öz sadəliyi ilə, alim nüfuzu ilə həmişə harada olmasından asılı olmayaraq, böyük hörmət və ehtiramla qarşılanırdı. Mədəd müəllim olduqca vətənpərvər, yursevər və xeyirxah insan idi. Sözün əsl mənasında, Borçalı sevdalısı idi. Baxmayaraq ki, o, taleyin hökmü ilə elmi və əmək fəaliyyətini 1994-cü ildən sonra Bakıda davam etdirdi. Ancaq o heç vaxt doğma Borçalınım unutmadı, doğulub boya-başa çatdığı Darvazı həmişə ziyarət edirdi. Yaxşı xatırlayıram, Mədəd müəllimin 60, 65, 70, 75 və 80 illik yubileyləri münasibətilə Borçalıda, Marneuli şəhərində və doğma Darvaz kəndində böyük təntənə və yüksək əhval ruhiyyə ilə təşkil olunmuş ədəbi-bədii və musiqili məclisləri. Xüsusilə də, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Marneuli şəhərində böyük coşqu ilə keçirilən Yubiley tədbirlərində böyük alimin yetirmələri, tanınmış ziyalılar iştirak edirdilər. Çıxış edənlərin hamısı onun haqqında ürək dolusu, böyük sevgi, hörmət və ehtiramla danışır, yubilyarı təbrik edir, ona ən xoş arzularını çatdırırdılar.
Xatırlayıram ki, Mədəd müəllim həmişə az danışmağı sevirdi. İştirak etdiyi tədbirlər zamanı bütün çıxış edənləri sona qədər diqqətlə dinləyərdi, sonda qısaca olaraq öz fikrini bildirərdi. Eləcə də, müxtəlif məclislərdə görüşdüyü, tanıdığı və ya tanımadığı insanlarla həmişə həmsöhbət olarkən, olanları dinləmək Mədəd müəllim üçün daha xoş idi.
Bəli, yuxarıda da qeyd etdiyim kimi, Mədəd müəllim Yurd, el-oba, Borçalı sevdalı bir insan idi, təssübkeş, və¬tənpərvər, qeyrətli söz sahibi idi. Yaxşı xatırlayıram, Borçalının çətin günlərində müxtəlif mətbuat orqanklarında və elmi jurnallarda Borçalının toponimikası, tarixi etnoqrafiyası haqqında, eləcə də, Borçalının qədim Türk-Oğuz yurdu olmasını elmi dəlillərlə, inkarolunmaz faktlarla sübuta yetirən silsilə məqalələr çap etdirirdi. 1993-cü ildə isə "Borçalı toponimləri” adlı sanballı tədqiqat əsərini çap etdirdi. Həmin mövzu ilə bağlı araşdırmalarını sonralar da davam etdirdi. (Alimin "Borçalı toponimləri” kitabı 1994-cü, 1996-cı, 2000, 2012-ci illərdə yenidən işlən¬miş variantda, əlavələrlə birlikdə təkrarən çap olunmuşdur.)
Bu, o zamanlar Mədəd müəllimin alimlik cəsarətinin, alimlik qeyrətinin göstəricisi idi.
Bu sanballı əsərlər bizə “gəlmə, qonaq” deyənlərə sanballı, tutarlı cavab idi!
Bu doğma yurda, elə, obaya çağrış idi!
Bu bizi ayıq-sayıq olmağa çağırış idi!
Ruhu şad olsun böyük alimin.
Böyük Türk oğlunun xatirəsi həmşə qəlbimizdədir.
RAMİZ BƏKİROV,
Gürcüstan parlamentinin iki çağırış sabiq deputatı, Gürcüstan Azərbaycanlıları Konqresinin təsisçisi və konqresin idarə heyətinin üzvü, ictimai xadim

turan.info.az]]>
Nicat Əmirov Tue, 27 Feb 2024 22:19:12 +0000
HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV" https://turan.info.az/media/ziyalilar/6356-hacan-hacisoy-vtnprvr-v-yurdsevr-alm-mdd-obanov.html https://turan.info.az/media/ziyalilar/6356-hacan-hacisoy-vtnprvr-v-yurdsevr-alm-mdd-obanov.html HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV" Ərazicə Vətənimizin, milliyətcə xalqımızın bir parçası və tərkib hissəsi olan qədim Borçalı mahalı hər zaman Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, ümumiyyətlə ictimai-siyasi mühitinə böyük töhfələr verən gözəl məkanlarımızdan biridir. Heç təsadüfi deyildir ki, bu bənzərsiz diyarımız tarixin ciddi sınaqlardan keçərək cəmiyyət arasında ULU BORÇALI adını qazanmışdır. Əlbəttə, bu adın mahiyyəti və məzmunu, həmçinin verdiyi töhfələr ilk növbədə Ulu Borçalımızın yetirdiyi böyük şəxsiyyətlərlə bağlıdır. Belə şəxsiyyətlərin siyahısı çox uzundur və saymaqla bitən deyil. Məhz belə şəxsiyyətlərin sırasında yer alan görkəmli ziyalılarımızdan biri də tanınmış alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdur.
Məşhur ziyalılarımız arasında özünəməxsus xüsusi yeri olan Mədəd müəllim, şübhəsiz ki, ilk növbədə türkoloq, toponomist alim, bu sahələrdə geniş miqyasda fundamental tədqiqatlar aparmaqla, çoxlu sayda monoqrafiyaların, kitabların, dərslik və dərs vəsaitlərinin müəllifi kimi şöhrət qazanmışdır. Lakin mənim fikrimcə, Mədəd müəllimin özünəməxsuzluğunun təməlində həm də məhz onun vətənpərvərliyi dayanır.
Mədəd müəllimin alimlik dərəcəsi almaq üçün namizədlik və doktorluq dissetasiyalarının mövzularına diqqət yetirək. Onun namizədlik dissertasiyasının mövzusu "Bolnisi rayon şivələrinin leksikası" adlanır. Bu mövzunu 1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutinda müdafiə etməklə o, doğulduğu məkanın kiçik bir guşəsinin şirin ləhcəsini dünya miqyasında tanıtmış və Azərbaycan dilinin zənginliyini yüksəklərə qaldırmışdır. And içirəm ki, bunu ancaq müstəsna bacarıq və istedada malik, sinəsində vətən eşqi ilə döyünən bir ürək sahibi edə bilərdi.
Mədəd müəllimin 1992-ci ildə Bakı Dövlət Universitetində müdafiə etdiyi "Azərbaycan antroponimiyasının əsasları" adlı dissertasiyası isə xalqımızın milli mənsubiyyəti və özünüdərk məsələləri baxımından çox nadir bir tədqiqat əsəridir.
Göründüyü kimi, professor Mədəd Çobanovun seçdiyi mövzuların kökündə azərbaycançılıq və Azərbaycana bağlılıq ideyası əsas yer tutur.
Mədəd Çobanov türkoloq alim olmaqla Türk Dünyasının bir parçası idi. O, xalqımızın türk mənşəli olduğunu fəxarətlə qeyd edir və bunu hamının dərk etməsi üçün əlindən gələni əsirgəmirdi.
Mədəd müəllimin iki məqaləsi mühüm əhəmiyyət kəsb edir və ilk baxışdan diqqəti özünə cəlb edir. Söhbət onun “Ziya” qəzetində “Eçmiədzin türk sözüdür” və “Vətən səsi” qəzetində “Eçmiədzin nə deməkdir?” başlıqları ilə çap etdirdiyi məqalələrindən gedir. Bu yazılırı ilə o, ermənilərin hətta dini məbədlərinin belə türk toponiminə bağlı olduğunu sübut etmiş, bununla da erməni seperatizminə və erməni xalqının başqa xalqlara məxsus milli dəyərləri oğurlayaraq mənimsəmə adətlərinə ağır zərbə vurmuşdur.
Professor Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətinin əsas dövrü A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi ilə bağlıdır. Sovet dövründə bu İnstitut Gürcüstanda Azərbaycan dilində təhsil almaq üçün yeganə ali təhsil ocağı idi. Burada ənənəvi olaraq nümunəvi müəllim-professor heyəti formalaşır və pedaqoji kadrlar yetişirdi. Mədəd müəllim də bu təhsil ocağının yetirməsiydi və burada 20 ildən çox bir müddət ərzində (1973-1994-cü illərdə) müəllim, dosent, professor vəzifələrində çalışmışdır. Namizədlik və doktorluq dissertasiyalarının mövzularını da bu institutda yerinə yetirmişdir.
Professor Mədəd Çobanovun sonrakı elmi-pedaqoji fəaliyyəti bilavasitə Bakı ilə bağlıdır. 1994-cü ildən ömrünün sonuna qədər Bakının müxtəlif ali məktəblərində bir sıra yüksək vəzifələrdə çalışmışdır. Belə ki, bu dövrdə o, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri olmuşdur.
Mədəd müəllim harada olmasından və hansı vəzifəni tutmasından asılı olmayaraq hər zaman qəlbində Borçalı sevgisi yaşatmışdır. Onunla təmasda olanlar Mədəd müəllimi Borçalı sevdalısı kimi tanıyırlar. Onun namizədlik və doktorluq dissertasiyalarının mövzusu ilə yanaşı, Borçalı ilə bağlı bir sıra digər samballı elmi araşdırmaları da vardır. Onlardan bir neçəsini xatırlatmaq istəyirəm.
Professor Mədəd Çobanovun ilk dəfə 1993-cü ildə işıqüzü görmüş, 1994-cü, 1996-cı, 2000, 2012-ci illərdə yenidən işlənmiş, əlavələrlə birlikdə təkrarən çap olunmuş “Borçalı toponimləri” kitabı zamanın tələbinə uyğun, vaxtında işıq üzü görən, mühüm əhəmiyyət kəsb edən qiymətli bir sənət əsəridir. Bu əsərin ortaya çıxması separatçıların Gürcüstan ərazisində, xüsusilə Bolnisi rayonunda yaşayış məntəqələrimizin tarixi adlarının tez-tələsik dəyişdirmələrinə tutarlı cavab idi. Bu baxımdan “Borçalı toponimləri”ni tarixi abidə adlandırmaq olar.
Mədəd müəllimin digər dəyərli elmi araşdırmalarından biri də 2005-ci ildə Bakıda çap etdirdiyi “Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində” kitabıdır. Bu əsərdə Borçalı əsilli qeyrətli soydaşlarımızın 1941-1945-ci illərdə alman faşizmi ilə müharibədə göstərdikləri igidlik və qəhrəmanlıqlar öz əksini tapmışdır. Bu da Borçalı üçün, onun tarixi baxımından çox vacib göstəricilərdən biridir.
Mədəd Çobanov Borçalını qəlbən sevirdi. O, heç nəyi görüntü xatirinə etmirdi. Onun bütün etdikləri daxili aləmində formalaşan və ruhunda daşıdığı səmimi duyğulardan qaynaqlanan danılmaz həqiqət idi.
Bu gün cəmiyyətimizdə Mədəd müəllim kimi dəyərli ziyalılarımızın yeri görünür. Əminliklə qeyd etmək istəyirəm ki, Mədəd müəllim sağ olsaydı (Allah ona qəni-qəni rəhmət etsin) mütləq Gürcüstanda azərbaycandilli məktəblərdə gedən proseslərə münasibət bildirər, oradakı məktəblərimizin gələcək taleyi ilə bağlı öz kəskin sözünü deyərdi. Çünki vaxtında deyilən ziyalı sözünün kəsəri iti və güclü olur.
Sağlığında özünə ölməzlik qazanan professor Mədəd Çobanovun xatirəsi hər birimiz üçün əzizdir və əbədiyaşarddır!..
HACAN HACISOY,
Azərbaycan Respublikasının Gürcüstandakı
ilk fövqəladə və səlahiyyətli səfiri,
Texnika elmləri doltoru, professor,
şair]]>
Nicat Əmirov Tue, 27 Feb 2024 20:08:31 +0000
Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatirə https://turan.info.az/gurcustan/tiflis/6336-nriman-lyev-alm-tbssm-professor-mdd-obanov-haqqnda-xatir.html https://turan.info.az/gurcustan/tiflis/6336-nriman-lyev-alm-tbssm-professor-mdd-obanov-haqqnda-xatir.html Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatirə UNUTSAQ, UNUDULARIQ!..

Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istəyirlər. Mədəd müəllimin pedaqoji ustalığı imkan verirdi ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin.Tələbənin şəxsiyyətinə önəm verildikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışır.
Mədəd müəllim gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardan idi.
S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbayca bölməsində təhsil aldığımız dövrdə,doğrusu, ilk günlər müəllimlərimizi tanımırdıq.
Deyirdilər ki, bir müəllim instituta mühazirə oxumaq üçün Darvaz kəndindən gəlir. Auditoriyaya daxil olanda nədənsə bütün tələbələrdə onun təbəssümü yadda qaldı. Çoxmənalı təbəssümdən həm qorxu hissi keçirdik, həm də onun fənnini daha məsuliyyətlə oxumağa çalışdıq. Semestr imtahanında,demək olar ki, Mədəd müəllimin əvvəlki ciddi, sərt yanaşmasından əsər-əlamət qalmamışdır. Biz dilçiliyin əsaslarını daha dərindən mənimsədikcə onun tələbələrə qarşı olan münasibəti və təbəssümü artıq daha yumşaq, daha zərif bir məna daşıyırdı.Yadımdadır, ilk semestr imtahanında çox ciddi olararq “hamınıza 3 qiymət yazıram” dedi.Bir az keçdikdən sonra mən ona məqbul kitabçamı uzadanda üzümə baxdı, təbəssümü məni təlaşa saldı, ancaq “sən yaxşı tələbəsən, sənə 4 qiymət yazacağam”dedi, sonra kitabçanı qarşısından götürəndə baxdım ki, mənə 5 qiymət yazıb. Belə ki, ilk təəssürat doğrudan da yanlış olur. Mədəd müəllim
onun fənnini tam mənimsəyən tələbəyə tam da qiymət yazardı. Artıq onun əvvəlki təbəssümü mənim üçün yeni bir məna daşıyırdı.
Sovetlər Birliyində türkçülük, turançılıq deyilən məfhum bizim üçün yad anlam daşıyırdı. Mədəd müəllimin mühazirələrində və tədris vasitələrində bu amil qırmızı xətlə təşviq olunurdu. İllər keçdi, sonradan ahıl vaxtımızda başa düşdük ki, Mədəd müəllimin tədris etdiyi fənlərdə türkçülük siyasi bir düşüncədir, yəni bizə damğa kimi vurulan “pantürkizm” deyil.
Bağışlayın belə bir müqayisəyə görə, təbii ki, bizə ali məktəbdə antik ədəbiyyat da tədris olunurdu. Bu gün hər bir insana Misir ehramlarını qoruyan “Sfinks”in adı bəllidir. Bu Gözətçi Tanrının təbəssümü bir neçə fəlsəfi məna daşıyır. Yəni bu fani dünyaya insanlar gəlib - gedir, ancaq bu daş soyuq büt onları seyr edərək minillər ərzində dəyişmir əbədi olaraq öz təbəssümü ilə yaşayır. Mən bu soyuq daş heykəli insan taleyi ilə müqayisə etmək istəmirəm. İnsanlar,ələlxüsus, alimlər bəşəriyyata doğrudan da Ziya saçır, insanların ruhu və xoşməramlı əməlləri də əbədi olaraq yaşayır, onların əsərləri də bizim yaddaşımıza həkk olunur və gənc nəslın maariflənməsinə öz töhfəsini verir.

Əməkdar gurnalist
Nəriman Əliyev]]>
Nicat Əmirov Wed, 14 Feb 2024 21:25:44 +0000
DƏYƏRLİ İNSAN https://turan.info.az/edebiyyat/poeziya/6311-dyrl-nsan.html https://turan.info.az/edebiyyat/poeziya/6311-dyrl-nsan.html DƏYƏRLİ İNSAN
Müşfiq Borçalının doğum gününə

Bir təbrik yazmışam sənin adına,
Ad günün mübarək dəyərli insan.
Arada bu sətri sal bir yadına,
Ad günün mübarək dəyərli insan.

Neçə bahar gördün, neçə qış gördün,
Qəlbində çağlayan sel, yağış gördün,
Gözəl övlad oldun, hey alqış gördün,
Ad günün mübarək dəyərli insan.

Sən Mədəd müəllimin nişanəsisən,
Yurdunda iz qoyan təntənəsisən.
Vətən övladısan, ruhun səsisən,
Ad günün mübarək dəyərli insan.

Bu şeiri ərmağan eyləyim sənə,
100 il ömür yaşa söyləyim sənə.
Hər arzun çin olsun deyirəm yenə,
Ad günün mübarək dəyərli insan!..

Pərixanım MİKAYILQIZI,
Dövlət qulluğunun baş müşaviri,
AJB-nin üzvü, şair-publisist]]>
Nicat Əmirov Mon, 22 Jan 2024 01:49:16 +0000
Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ" https://turan.info.az/gurcustan/borchali/6306-salman-qazi-dnyada-br-alm-z-qoydu-getd-v-yaxud-mdd-mllmn-mzari-nnd.html https://turan.info.az/gurcustan/borchali/6306-salman-qazi-dnyada-br-alm-z-qoydu-getd-v-yaxud-mdd-mllmn-mzari-nnd.html Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ"MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ
Görüşünə gəlmişəm, Əssalamun əleyküm!
Mədəd müəllim, bu yazı, bu bir qədər, bu hökm!

Dünya fani dünyadır, hər gələn qayıdacaq,
Alimlər ölmür ancaq, alimlər yaşayacaq!

Alimin bircə günü, qırx günlük ibadət,
Budur haqqın buyruğu, budur əsl həqiqət!]]>
Nicat Əmirov Sat, 20 Jan 2024 21:35:22 +0000
Nizami Saraclı: "BİZİM MÜŞFİQ BORÇALI" https://turan.info.az/media/sazli-sozlu-borcali/4915-nizami-saracl-bzm-mfq-borali.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4915-nizami-saracl-bzm-mfq-borali.html Nizami Saraclı: "BİZİM MÜŞFİQ BORÇALI"QOPUZ QUNDAĞINDAN
QOPAN BİR HARAY

“Çağdaş Borçalı ədəbi məktəbi” kitabının müəllifi, gənc alim Müşfiq Çobanlıya
sayğılarımı sunuram.

Hər səni ananda el düşür yada,
Döndərir Borçalım kamana məni,
Varlığım kabab tək bürünür oda,
Ağladır, sızladır zamana məni.

Sən hələ cavansan, eh, nə yaşın var,
Zirvələr yolçusu könül quşun var,
İrəldə həyatla çox savaşın var,
İllər eyləyibdir virana məni.

Budur, qarşımdadır ilk böyük işin,-
Sənət dünyasıdı sərraf gəzişin...
Qardaşım, mübarək bu yüksəlişin,
Çəkdin dağa məni, arana məni...

El-oba qayğılı, a cavan alim,
Duyğulu qəlbin var,mehriban həlim...
Vətən! Vətən! -deyə tütüyən dilim
Döndərib dilində dastana məni.

Xəyalım oynadı, qalxdı yerindən,
Keçdi ana yurdun xeyir-şərindən;
Mən səni duymasam belə dərindən
Ellər tay utmazdı sarbana məni.

Ucal yüksəklərə, en dərinlərə,
Ovu bərəsində vurmalı hərə,
Nə deyim kəmfürsət ötən illərə,
Yetirməz o gedən karvana məni...

Bəzən tüğyan edir ağrım, əzabım,
Dönür ağzı üstə könül rübabım,
Yazılıb-pozulan ömür kitabı
Döndərib dəli bir ozana məni.

“Ayrılıq yayalığı”, “Sevgi dəftəri”...
Azman bir oğuzun əvgü dəftəri...
Qoy yansın şerimin ülgü dəftəri,
Çəkib çıxarmasa bir yana məni.

Gəldi qəhri-qəza düşdük çöllərə,
Əlim yetişmədi doğma ellərə,
O vaxtsız saralıb solan güllərə
Bu qürbət eyləyib “Divanə” məni.

Mən ömrü odlara yaxıb gəlmişəm,
Qopuz qundağından çıxıb gəlmişəm,
O qəlbi dağlardan axıb gəlmişəm,
Tale qovuşdurub ümmana məni.

Bu incə sənətin cəfası böyük,
Səması misilsiz, şəfası böyük,
Olsun bu qələmim qoy bölük-bölük
Əgər göstərməsə cahana məni.

Eşit harayımı Müşfiq Çobanlı,
Bir ömür yaşadım ahlı amanlı,
Vətəndə bir dağdı başı dumanlı,
Bu qürbət döndərdi dumana məni.

Acı bağırsaq tək uzandı şerim,
İtirməz, bilirəm, qazandı şerim,
Saraclı, elə bil talandı şerim,
Dost möhtac etdikcə yamana məni.


BİZİM MÜŞFİQ

Əllidən yüzə hayqırdım Müşfiqimin səsi gəldi...
N.P.S

Bizim Müşfiq Borçalımız atasının tək oğludur,
o səbəbdən anasının ürəyi titrək oğludur.

Anasının saçın qoxlar, atasını başda saxlar,
bacıların tez-tez yoxlar evin gül-çiçək oğludur.

Yanı gediş-gəlişlidir, yazı-pozu vərdişlidir,
əkə-bükə yerişlidir, soyunun ipək oğludur.

Arzulardan doğulubdur, tək fidandı, bağ olubdur,
yarla qol-boyun olubdur, nəslinin mələk oğludur.


Bir cüt çiçək balası var, -gözünün ağ-qarası var,
hər dərdinin çarəsi var-saz oğlu, tütək oğludur.

İkidəbir Darvaz deyir, yurdun darvazasın döyür,
ağlar gözlə gülümsəyir,... o yurdun gerçək oğludir.

Aşiqdi qara zurnaya,qanadlanar toydan-toya,
hec baxmaz pula-paraya, -toyların bəzək oğludur.

Sözun tutar qaymağını,fikrin atar maymağını
Azərbaycan bayrağının qayım-qədəm bərk oğludur...

Sırada çıxar qabağa,dönüb baxmaz sola-sağa
belə dosta can sadağa,vətənin pələng oğludur.

Sözüm hasilə yetirər, əllini yüzə götürər,
İnşallah ki, narın dərər Mədədin o zirək oğludur.

Yazdım aşıqlar oxusun,arısı pətək toxusun,
almayaq sözün qoxusun, şair bal-pətək oğludur...]]>
Müşviq BORÇALI Sat, 20 Jan 2024 03:52:35 +0000
ORADA BİR MƏZAR VAR UZAQDA... https://turan.info.az/media/yeni-yol/6303-orada-br-mzar-var-uzaqda.html https://turan.info.az/media/yeni-yol/6303-orada-br-mzar-var-uzaqda.html ORADA BİR MƏZAR VAR UZAQDA...1937-nin qara yelləri qapı-qapı, el-el gəzərkən, neçə-neçə işıqları söndürərkən qədim Borçalıda, ye­ni yaradılan Lüksemburq (Bol­nisi – 1930) rayonunun Darbaz kən­­dində bir işıq yandı. Namaz kişi­nin ocağında göz açan oğlana Mə­dəd adı verdilər.

Hələ çətin dövr idi. Doğma­la­rın­dan başqa kimsənin fərqində ol­ma­dığı bu gəliş illər sonra öz işı­ğıyla neçə qaranlıqlara şəfəq sa­çacaqdı, neçə körpülər sala­caq­dı. Hələ 1937-ci il idi. O illə­rin qa­ranlığıyla böyüdü. Uşaq­lı­ğın da­­dı­nı dadmadan cəfalar çək­di, müha­ribə ona nə ata, nə əmilər, nə də dayılar əhatəsini qismət et­di. Kən­də gələn qara kağızlar boy­nu­bü­kük uşaqların sevincə, sev­gi­yə həs­­rət çöhrələrində löv­bər salır­dı. O dövrdə uşaqlıq ya­şa­mayan, “şə­rikli çörəklə” bö­yü­yən uşaqların dərdi də şərik idi.

Nəhayət dünya müharibəsinin sonu xəbəri hər yana çatdı. Borçalı qəzasının Darbaz kəndində məktəb 1919-cu ildən fəa­liyyətdə idi. Balaca, sakit, öz dünyası olan şagird dərslərində fərqlənsə də, yenə də kimsənin nəzərində fərqli deyildi. Onda bü­tün uşaqlar bir böyüyüb, bir kiçilmişdilər, axı onlar şəxsiy­yətə pərəstişin qapısından keçib, faşizmin qandalından çıxan uşaqlar idilər, poladdan bərk idilər. Sanki zamandan qisas al­maq istəyi balaca Mədəd üçün bütün gücünü dərslərə yönəltdi. Ailəsinə dəstəyindən ayırdığı zamanla oxudu, oxudu, oxudu...

O vaxt əksər məzunlar sənədlərini Qazağa versə də, gənc Mə­dəd Tbilisiyə üz tutdu. Axı onun amalı vardı, qəlbindəki arzu­la­rın kökü dərin idi, açıb-ağartmasa da. Və Tbilisi Pedaqoji İnsti­tu­tunun Tarix-filologiya fakültəsinin Azərbaycan bölmə­si­nə qə­bul olundu. Bu yol o yol idi, başlanğıc idi. Fərqli addımla gəldi, fərqli planlarla məzun olduqdan sonra hərbi xidmətdə də zabit məktəbini bitirdi, rütbəylə geri döndü. Əvvəl öz oxuduğu mək­təb­də müəllim işlədi, az sonra Bolnisi rayon komsomol ko­mi­təsində, sonra rayon partiya komitəsində işləsə də ama­lın­dan dönmədi, pillə-pillə sürətli yüksəlmə onu içindəki məqsədə doğru aparan istəkdən vaz keçirə bilmədi. Axı məqsədi vardı, arzuları hələ gizlincə, sakitcə közərirdi qəlbində.

Rəsmi işiylə paralel Azərbaycan EA-nın Nəsimi adına Dil­çi­lik İnstitutunda qiyabi aspiranturada oxudu və Daşkənddə mü­dafiə etdi: “Bolnisi rayon şivələrinin leksikası”. Bu mövzu özü onu aparırdı istədiyi istiqamətə. Müdafiədən sonra onu instituta işə dəvət etdilər. Bəli, bu, raykomluqdan müəllimliyə eniş idi, amma içində olan “söküntünü qura bilməsəm də yazılarımla yaşatmalıyam” düşünürdü.

Çörük Qəmərli (Bolnisi) artıq tarix olmuşdu. Davamı olmalı idi. 1973-cü ildən müəllim kimi başladığı işində professor adı­na qədər ucaldı. İlk dəfə olaraq gürcü və Azərbaycan xalqları dost­luğunun tarixini araşdırdı, yenə də ilk dəfə olaraq Azər­bay­can və gürcü dilində danışıq lüğətini hazırladı. Hər iki dövlətin mədəni əlaqələri haqqında bir çox qəzet və jurnallarda gürcü dilində məqalələr dərc etdirdi. Dramaturgiyada, poeziyada, filmlərdə bu ardıcıllıqla pillə pillə ucaldı.

Professor Mədəd Çobanov 1994-cü ilə qədər Tbilisi Pedaqoji İnstitutunda fəaliyyətini davam etdirdi. Onun titullarını təkrar­la­mıram, çünki kifayət qədər məlumat var. Yazdıqlarım hör­mətli müəllimin Gürcüstandakı fəaliyyətidir.

Özünü təqdim etmək üçün bura ona darlıq etdi və keçid döv­rünün məlum çətinlikləri onu “könlünün məs­kə­ni­nə” apar­dı. Bakıda müxtəlif vəzi­fə­lərdə işlədi – kafedra müdiri, pro­rek­tor, rektor... yüzlərlə tələbə yetiş­dir­di, am­ma müqəddəs amalından qal­madı.

1997-ci il idi. Mən tələbə idim. “Ruskoyazıçnı” qohum­la­rımdan biri hərbi məktəbə daxil olmuşdu. Ana di­lində “əyri-üyrü” danışan bunlara mən həmişə tənə edirdim ki, siz nə özü­­nüzsünüz, nə də oxşamaq istə­di­yi­niz. İndi o bizə evə zəng et­mişdir ki, ona ana dilində məruzə etməyə kömək edəm (dik­siyadan yə­ni, onda indiki kimi özəl kurslar yox idi). Məni həmişə “na­çio­nalistka” adlan­dı­ran kə­sin ana dilimizə işi düş­məyi məni se­vin­dirdi. Sevincimi istehza kimi anla­yan həm­ya­şıdım dedi ki, bir müəllim var, səni kimi o qədər ana dilindən danışır ki, ay nə bi­lim zabit dilimizi belə bilməli, millət belə, xalq elə, elə bil ədə­biyyat fakültəsidir; biz hərbçi olacağıq e, şeir deməyəcəyik, na­tiq­lik mənim nəyimə gərək?..

Dedim yaxşı sərkərdə əmrlə yox, yerində danışmaqla əsgəri qələbəyə aparar. Güldü ki, elə o da belə deyir. Kimliyiylə ma­raq­landım. Dilçilik kafedrasının müdiridir dedi. Sonralar hər gördükçə, o Mədəd müəlliminiz başqa nə danışır deyərdim. O da kəkələyərək öz məssəfiylə təkrarlayardı... Tanımadan, bil­mə­­­dən ana dilimizin gözəlliyi ilə, axarlığıyla qələbəyə gedək de­yən müəllimə çox böyük rəğbət bəsləyirdim.

Sən demə, hərbçilərə ana dilimizi təbliğ edən, terminləri mil­liləşdirən, əmrləri, tapşırıqları özümüzünküləşdirən bizim Bor­ça­lımızın Mədəd müəllimi imiş.

Ə.Şıxlinski burjua in­qi­la­­bından sonra 1918-ci ilin fevralında seymdən xü­susi icazəylə Tiflisdə Müsəl­man Hərbiyyə Mək­təbi aç­dı, sonralar məkanı və adı dəfələrlə dəyişsə də sonda H.Əliyev adına Hərbi Elm­lər İnstitutu ad­landı.

Tiflisdən Bakıya qırıl­mış qəlbin mənəvi yü­küylə getdi Mədəd müəl­lim. Həmişə ol­duğu kimi. Özümüzün özümüzə zər­bə­siylə içində bir qaysaq­la­ma­yacaq yarayla. Ge­dərkən adı dəfələrlə də­yişsə də məqsədi, məramı bir olan həmin hərbi mək­təbdə işlədi. Hərbçilərə dili­mizi, zabit etikasını, mənəviyyatı aşıladı. Hərb tariximizin bu günkü hərb dili üçün özümüzü yaratdı, tələbələrə milliliyi aşıladı. Ana dilini zəif bilən gənclər üçün Mə­dəd müəllim bir xoş xatirə oldu. Bununla kifayət­lənmədi Mədəd müəllim.

Ata-baba yurdunun 1991-dəki qara tarixi, yer adlarının sapı özü­müzdən olan baltalarla kəsilməsi onu çox narahat edirdi. Çörük Qəmərlinin adı Lüksenburq, sonra Bolnisi oldu. Bir ömür­də üç dəfə dəyişdi yurdunun adı. Yazan qələmi vardı, o qə­ləmlə bir tarix yazdı ki, unudulmasın o adlar. “Borçalı topo­nim­ləri” kitabıyla tarix yazdı. Ədəbi əlaqlər mövzusunun da­vamı kimi Tbilisidə “Sevirəm Gürcüstanı” adlı almanax təş­kil etdi. Leyla Eradzenin tərcüməsiylə o kitab Tbilisidə üç dəfə tək­rar çap olundu.

Mədəd müəllimin məqalə, oçerk, toponim yazıları və s. əsərlərinin sayı neçə yüzü keçir.

Mədəd müəllim Turançı, türkçü idi, bax, illərlə qəlbində giz­lətdiyi sirri bu idi. O sirriylə Azərbaycana getdi və özünü təq­dim etməyi bacardı.

Tarixə “Borçalı toponimləri”ni və Azərbaycan – Gürcüstan ədəbi əla­qə­lərini bağışladı. Zənnimcə, şərəfli bir ömür yaşadı – alim kimi, valideyn ki­mi, eloğlu kimi. Ən böyük səadəti də o ol­du ki, el qəlbindən keçərək oğul çiynində getdi son mənzilə.

Sizin yeriniz həmişə görünəcək, hörmətli müəllim.




P.S.: Mədəd müəllim Də­də Qorqud qəsəbə qə­b­ristanlığında dəfn olu­nub. Mənə elə gəlir, ora­dan Dar­­baza, Darbazdan da Də­­də Qorquda bir həzin səs gedir, ilmə-ilmə, na­xış-naxış sı­zıl­dayır:




Orada bir məzar var  

        uzaqda,

o mənim balamdır.

Orada bir el var

           uzaqda,

o el mənim elimdir.







ESMİRA ƏLƏKBƏRLİ,

01.08.2023

 

“Yeni yol” qəzeti,

Yeniyol.ge




https://yeniyol.ge/news/popular/628]]>
Nicat Əmirov Fri, 19 Jan 2024 01:04:56 +0000
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ https://turan.info.az/tehsil/adpu/6302-boralidan-balanan-alm-mr.html https://turan.info.az/tehsil/adpu/6302-boralidan-balanan-alm-mr.html BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜUşaqlıq illərindən tandığım, el-obamızın fəxri, görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqqında keçmiş zamanda söz demək həqiqətən çətindir.
Mədəd müəllim Borçalının Darvaz kəndində dünyaya göz açmış, uşaqlıq və gənclik illərini orada yaşamışdır. O, 1960-cı ildə A.S.Puşkin adına TDPİ-nun tarix-filiologiya fakültəsinin Azərbaycan bölməsini bitirərək, rus, gürcü və türk dillərini dəqiq öyrənmiş, bir müddət pedaqoji fəaliyyət göstərmiş, Bolnisi rayon partiya komitəsində müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda, təhsilini qiyabi olaraq Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında davam etdirmiş, 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmlər namizədi elmi adı almış və elə həmin ildən başlayaraq, əmək fəaliyyətini vaxtı ilə ali təhsil aldığı ali məktəbdə davam etdirmişdir. O, uzun müddət, daha dəqiq dedək, düz 20 ildən artıq həmin institutda çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, kafedra müdirinin müavini, kafedra müdiri və professor kimi fəaliyyət göstərmişdir.
Mədəd müəllim uzun illər apardığı elmi araşdırmalarının nəticəsi olaraq yazdığı doktorluq dissertasiyasını 1992-ci ilin fevralında Bakı Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi adını almış, elə həmin ilin oktyabrında A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.Ş.Orbeliani adına Tbilis Dövlət Pedaqoji Universiteti, indi isə İlya Universteti adlan adlanan ali məktəbin) professoru seçilmişdir.
Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstan Respublikası Ali Sovetinin sədri və Müstəqil Gürcüsranın 1-ci prezidenti olmuş Z.Qamsaxurdiyanın mənfur siyasəti nəticəsində Borçalıda yaşayan soydaşlarımıza qarşı yönəlmiş güclü təqib və təzyiqlərdən sonra professor Mədəd Çobanov da minlərlə soydaşımız kimi, öz iş yerindən ayrılmış, Bakı şəhərinə köçməyə məcbur olmuş və ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmışdır. O, Bakıda yaşasa da, doğma Borçalını heç vaxt unutmur, hər ildə bir neçə dəfə doğma el-obasına baş çəkir, soydağlarımızın qayğı və problemləri ilə maraqlanırdı.
Professor Mədəd Çobanov Bakıda yaşadığı illərdə Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan və uzun müddət H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə “Dillər” kafedrasıın müdiri vəzifəsində çalışmış, eyni zamanda, elmi tədqiqat işlərini uğurla davam etdirmiş, müxtəlif illərdə müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyət göstərmiş, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində dərs demiş, elmi mühazirələr oxumuşdur.
Professor Mədəd Çobanov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının Ekspert Şurasının üzvü, 2000-ci ildə Türk Dil Qurumunun və 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində onun böyük əməyi olub. Yetirmələrinin bir neçəsinin elmi rəhbəri, 40-dan artıq namizədlik və doktorluuq dissertasiyasının məsləhətçisi, opponenti və ya rəyçisi olmuşdur.
Professor Mədəd Çobanov 1972-ci ildən bəri 8 dəfə Beynəlxalq, 14 dəfə keçmiş Ümumittifaq, 44 dəfə Respublika, 126 dəfə ali məktəblər arası elmi konfrans və simpoziumlarda iştirak etmişdir.
Mədəd müəllim yaşadığı illərdə çoxsahəli elmi tədqiqat işləri aparmışdır. O, ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də Azərbaycan dialektologiyası, Azərbaycan onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, mətnlərin dilinin təhlili, dil əlaqələri, ədəbi tənqid, ədəbi əlaqələr və publisistika, hərfi humanitar elmlər, təhsil məsələləri, lüğətçilik məsələləri, bir sözlə, filologiya-dilçilik, ədəbi tənqid və jurnalistika, pedaqogika və dillərin tədrisi metodikası, tarix-hərb tarixi və s. sahələrdə geniş elmi tədqiqat işləri aparmışdır.
Mədəd müəllim yenilikçi alimlərimizdən idi. O, həmişə bir tədqiqatçı kimi filologiyamızdakı boşluqları araşdıraraq, dövrün, zamanın tələblərinə uyğun xeyli əsərlər yazmışdır.
Onun əsərləri müntəzəm olaraq Azərbaycan Respublikası “Elmi xəbərlər”ində, AMEA-nın, BDU-nun, ADPU-nun Elmi Əsərlərində və s. elmi nəşrlərdə daim yayınlanmış, həmçinin, Gürcüstanda, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Başqırdıstanda və digər yerlərdə, türk, rus, gürcü və başqa dillərdə nəşr olunmuşdur.
Professor Mədəd Çobanov "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Onun əsərləri - Azərbaycan elminə verdiyi dəyərli töhfələr görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Professor Mədəd Çobanov dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.
Mədəd müəllimin əsərləri yuxarıda da qeyd etdiyimiz kimi, qardaş Türkiyədə də geniş yayılmış, “Azərbaycan şəxs adları” kitabı, hələ 1992-ci ildə Çingiz Ayılmaz tərəfindən türkcəyə çevrilmiş və Ərzurumda çap olunmuşdur. Daha sonralar professor Mədəd Çobanov bir neçə dəfə Türk Dil Kurumunun və müxtəli ali məktəblərin təşkil etdiyi beynəlxalq elmi konfrans və simpoziumlarda içtirak və elmi məruzələrlə çıxış etmişdir.
Mədəd müəllim ali və orta məktəblər üçün də xeyli dərslik və dərs vəsaiti hazırlamış, o cümlədən, orta məktəblər üçün 9, 10 və 11-ci siniflər üçün “Azərbaycan-Türk dili”, ali məktəblər üçün "Azərbaycan antroponimiyasının əsasları", “Azərbaycanşünaslığın əsasları”, “Mətnin linqvistik təhlili”, “Altay dilləri ailəsində Azərbaycan türk dilinin mövqeyi”, “Nitq mədədniyyəti”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” və s. adlı xüsusi kurslar, proqramlar, dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir.
Övladları indi onun yolunu uğurla davam etdirir, bu bizi sevindirir.
Bir sözlə, istedadlı, bacarıqlı və zəhmətkeş alim, çox hörmətli professor Mədəd Çobanov bu gün cismən aramızda olmasa da, onun ruhu və əziz xatirəsi daim bizimlədir. O, görkəmli türkoloq, tanınmış dilçi-alim və xeyirxah insan kimi əbədi olaraq xatirələrdə yaşayacaq!

VAQİF İSRAFİLOV,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
16.01.2024-cü il]]>
Nicat Əmirov Thu, 18 Jan 2024 21:18:13 +0000
Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI" https://turan.info.az/esas/6191-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html https://turan.info.az/esas/6191-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV –  TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI"
Filologiya elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının akademiki, professor Mədəd Çobanovun elmi fəaliyyəti Müasir Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən tədqiqatları və s. əhatə edir. M. Çobanov ümumtəhsil, ali məktəblər üçün dərsliklərin, dərs vəsaitlərinin, tədris proqramlarının da müəllifidir. Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov professor Mədəd Çobanovu “çoxşaxəli və zəngin məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə, nəinki, Azərbaycan dilçiliyində, eləcə də, Türkologiyada da xüsusi yer tutan” alim kimi qiymətləndimişdir. Qeyd etmək lazımdır ki, türkoloq Mədəd Çobanov elmi tədqiqatlarında Türk ədəbi dillərinin birliyi idayasının tərəfdarı kimi çıxış etməsi ilə yaddaşlara həkk olunub. Ədib Türk ədəbi dilləri birliyinin praktik və linqvistik aspektlərinə aydınlıq gətirməyə də cəhd etməsi də diqqətlərdən yayınmır.

Türk ədəbi dillərinin birliyi məsələləri

Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi haqqında bəhs edərkən, onun qədim inkişaf tarixinə malik olması ilə yanaşı, bu birliyin əldə olunmasının müsbət amililərinə də aydınlıq gətirir: “Altay epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim söykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, tarixin sınaqlarından çıxmış adət-ən'ənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran problemlərdəndir.” Mədəd Çobanov iddia etdiyi tezisə əsaslanaraq, türk xalqı və onun dillərinin yaranması, formalaşması haqqında sabitləşmiş dəqiq tarixin yoxluğuna baxmayaraq, məhz türk dünyasında türklük dəyərlərinin bütöv bir sistem halında araşdırılmasının bir zərurət kimi meydana çıxmasını da vurğulamasında haqlıdır.
Professor M. Çobanov həmçinin türkçülüyün yenidən oyanış mərhələsinin xüsusiyyətlərini özünəməxsus şəkildə izahatını verə bilməsi də maraq dairəsindədir: “Türklüyümüzün yenidən oyanışı dedikdə, hər şeydən əvvəl, türk xalqlarının yeni ümumi türk təfəkkürünə, türk düşüncəsinə, türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə qayıdışı, oyanışı nəzərdə tutulur. Əlbəttə, bu uzun müddətli, həm də, maddi və mənəvi, etik və elmi baxımından müəyyən qədər çətinliklər, tiirk xalqları arasında düşüncə və fıkir birliyi, güc və qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, bu birliyə hamılıqla (bütün Türk dünyasının) eyni vaxtda cəhd etməklə, bu sahədə qızğın təbliğat və təşviqat işləri aparmaqla, ilk növbədə isə, iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün tələbi baxımdan əlaqələndirməklə, qədim soy ənənələrini dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.”
Professor M. Çobanovun hər bir xalqın bəşəriyyətə qədim köklərə, ən'ənələrə malik olan Ana dili ilə təqdim edilməsini əsas hesab etməsi və bu təqdimatın “etnoqrafik (adət-ən'ənələr və məişət münasibətləri), etnopsixoloji (xalqın elini düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə” bürüzə verməsinə toxunmasında bir tədqiqatçı kimi haqlıdır.
Professor M. Çobanovun müasir türk dillərinin tədqiqi zamanı xüsusi bir məqama diqqət yetirməsinə, yəni “müasir türk ədəbi dillərinin hamısı ümumtürk ən'ənələri üzrə araşdırılmalı, öyrənilməli və tədqiq” olunmasına toxunur.
Professor Mədəd Çobanov Türk ədəbi dillərin birliyinə doğru addımlayarkən, meydana çıxan bir sıra müasir problemlərin aradan qaldırılmasını təklif edir. Ədibin türk dillərinin müasir problemlərini sadalayarkən, ilk növbədə, Türk dillərinin hamısı üçün latın qrafikali vahid əlifbaya keçilməsinə zərurətinin yarandığını, türk xalqının vahid kökə bağlılığını təsdiq etmək üçün “Ümumtürk tarixi”nin tədqiq edilməsini, həmçinin ümumtürk dillərinin tarixi inkişafının ümumtürk aspektindən öyrənilməsi, vahid əlifba sisteminə malik olan mətbuat orqanının, radio və televiziya verilişləri mərkəzinin yaradılması, türk xalqlarının bədii irsinin nəşr edilməsi, ümümtürk ensiklopediyalarının, lüğətlərinin tərtib edilməsini və s. kimi aktual problemlərin həll edilməsini təqdim edir. Professor Mədəd Çobanov Türk dillərinin birliyinin həyata keçirilməsində “dil birliyi”ni ən başlıca körpü rolunu oynamasını vurğulayır. Dilçi-alim Mədəd Çobanov Türk ədəbi dilləri birliyinin praktik aspektlərini təsnif etməsi bu məsələnin aktuallığına diqqət yönəltməyi vacib amil olmasını qabardır. Alimin məhz Türk ədəbi dillərinin praktik aspektlərinin təsnif etməsi buna əsaslanır:

“1. Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri.
2. Türk ədəbi dilləri birliyinin tarixi aspektləri.
3. Тürk ədəbi dilləri birliyinin coğrafi (areal) aspektləri.
4. Türk ədəbi dilləri birliyinin etnonimik aspektləri.
5. Türk ədəbi dilləri birliyinin antroponimik aspetləri.
6. Türk ədəbi dilləri birliyinin etikonik aspektləri.
7. Türk ədəbi dilləri birliyinin qohumluq aspektləri.
8. Türk ədəbi dilləri birliyinin etnoqrafik aspektləri.
9. Türk ədəbi dilləri birliyinin mədəniyyəti aspektləri.
10. Türk ədəbi dilləri birliyinin mənəviyyat aspektləri.”

Professor M. Çobanovun Türk ədəbi dillərinin praktik aspektlərinin bu şəkildə təsnif etməsi, türk dillərinin müxtəlif ümumi və fərdi inkişaf mərhələlərində keçdiyi tarixi aspektləri işıqlandırmasına da əsas verir. Mədəd Çobanov türk dillərinin təşəkkül tarixini də özünəməxsus şəkildə tarixi mərhələlərə ayırmışdır. Professor Mədəd Çobanov bu təsnifatında tarixi mərhələləri türk dillərinin ən qədim dövrü yəni Şumer dövrü, türk dillərinin qədim dövrü yəni Altay epoxası, türk dillərinin son qədim dövrü yəni Hun dövrü, türk dillərinin erkən orta əsrlər dövrü, türk dillərinin orta türk dövrü, türk dillərinin yeni dövrü, türk dillərinin ən yeni dövrü kimi dövrlərə ayırmışdır.
Mədəd müəllim Türk dillərinin ən qədim dövrü, yəni Şumer dövrü adlanan dövrün eramızdan əvvəl 12-10-cu minilliklərdən başlanmasını, eramızdan əvvəl III-II minilliklərə, yəni yazıya-qədərki dövrə qədər olmasını vurğulayır. Türk dillərinin Altay epoxası adlanan dövrünün eramızdan əvvəl ikinci minillikdən başlanması, bizim eradan əvvəlki III əsrə qədər olan dövrü əhatə etməsi vurğulanır. Türk dillərinin son qədim dövrü, yəni Hun dövrü eramızdan əvvəl III əsrdən başlanması, bizim eranın beşinci əsrinə qədər davam etməsi Mədəd Çobanov tərəfindən açıqlanır. Mədəd Çobanov türk dillərinin erkən orta əsrlər dövrünün eramızın V-X əsrlərini əhatə etməsini qeyd edir. Türk dillərinin orta türk dövrü eramızın XI-XV əsrlərini, yeni dövrü XVI əsrdən XX əsrin birinci rübünə qədər olan dövrü, ən yeni dövrü isə 1926-cı ildən müasir dövrümüzə qədər olan zamanı əhatə etməsi də Mədəd Çobanov tərəfindən vurğulanır.
Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi üçün müasir türk dillərinin hamısının latın qrafikalı vahid əlifba sisteminə keçilməsini təklif etməsi Mirzə Fətəli Axundzadə, İsmayıl Qasprinski və digər ziyalılarımızın irəli sürdükləri latın əlifbasına keçmə ideyalarının tərəfdarı olmasını əks etdirir.
Müasir türk ədəbi dillərinin tarixi inkişafının həm fərdi, həm də ümumtürk aspektində araşdırılmasını irəli sürən professor Mədəd Çobanovun bu yanaşması aktuallıq kəsb edir. Bu zaman ümumtürk xalqlarının ortaq qədim türk yazılı abidələri, folklor nümunələri, epos və dastanları və s. geniş tədqiq etmək zərurətini yaradır. Orxon-Yenisey kimi yazılı abidələrin, M.Kaşğarlının “Divani-lüğət-üt-üt türk” kitabının, “Kitabi-Dədəm Qorqud”, “Koroğlu” və s. kimi epos və dastanların tədqiq edilməsi, onlar ətrafında formalaşmış elmi mübahisələrə son qoya bilər.



Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyi

Professor Mədəd Çobanovun Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyinə münasibətini izah edərkən, hər hansı bir dilin iki yolla, yəni geneoloji və tipoloji yolla təsnif olunmasına toxunur. Mütəfəkkir alim konkret olaraq, bir sıra həmkarlarının fikirləri ilə razılaşaraq, Azərbaycan dilini “geneoloji təsnifə görə Altay dilləri ailəsinin Türk budağının Oğuz-səlcuq yarımqrupunun Oğuz qrupuna; tipoloji təsnifə görə isə, aqlütinativ (iltisaqi) dillər tipinə aid” edir. Mədəd Çobanov bir dilçi alim kimi, tədqiqatçıların Altay dillərinin keçdiyi inkişaf mərhələləri ilə razılaşmış və aşağıdakı mərhələlərdən keçməsini göstərmişdir:
“1. Altay epoxası - b.e.ə. və bizim eranm III əsrinə kimi.
2. Hun epoxası - bizim eranın - III - V əsrləri.
3. Qədim türk epoxası - V - X əsrlər.
4. Orta türk epoxası - XI - XV əsrlər.
5. Yeni türk epoxası - XVI - XX əsrlər.”
Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar tərəfindən Altay dillərinin keçdiyi inkişaf mərhələləri müxtəlif mərhələlərdə olması göstərilmişdir. Məsələn, N.A.Baskakov türk dillərinin altı inkişaf mərhələsi keçməsinə toxunmuşdur:
1. Altay dövrü
2. Hun dövrü
3. Qədim türk dövrü
4. Orta türk dövrü
5. Yeni türk dövrü
6. Ən yeni türk dövrü. (6, 15).
F.R.Zeynalovun bölgüsündə isə Altay və Hun, yeni və ən yeni mərhələləri birləşdirilərək türk dillərinin inkişaf mərhələləri 4 qrupda cəmləşdirilir:
1. Ən qədim türk dövrü
2. Qədim türk dövrü
3. Orta türk dövrü
4. Yeni türk dövrü.
Mədəd Çobanovun türk dillərinin, əsasən də, Azərbaycan dilinin inkişaf mərhələsini fərqli, yəni beş mərhələdə həyata keçirilməsini göstərir.
Professor M. Çobanovun tarixin inkişaf mərhələsində Altay dilləri ailəsinə daxil olan, Azərbaycan-türk və Osmanlı türk dilləri arasında yaranan fərqliliklər nəzərindən qaçmamış, bu fərqliliklərə də aydınlıq gətirmişdir: “… Altay dilləri ailəsinə daxil olan bir neçə dilin, o cümlədən Azərbaycan-türk və Osmanlı türk dillərinin tarixin müəyyən mərhələsində digər dillərə nisbətən sürətlə inkişafına və həmin dillərdən özünün işləkliyinə, sabitliyinə və zənginliyinə görə fərqlənmiş və xüsisi mövqeyə malik ola bilmişdir.”
Mədəd müəllimin tarixin inkişaf mərhələlərində Qafqazda və Yaxın Şərqdə beynəlxalq dil kimi istifadə olunmuş Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini sadalaması, ana dilimizin özünəməxsus xücusiyyətləri kimi qəbul edilməlidir: “Azərbaycan-türk dili sait səslərin çoxluğu və ahəngdarlığı ilə musiqi; məcazların qədimiliyi və zənginliyi ilə poeziya; sözlərin məna çaları və məzmun ifadəliliyi ilə nəsr; ifadə tərzinin yığcam və lakonikliyi ilə dram; ümumi şlək sözlərin zənginliyi, rəngarəngliyi və kütləviliyi ilə jurnalistika; termin və termin səciyyəli sözlərin sabitliyi ilə elmi; ictimai-siyasi terminlərin zənginliyi ilə siyasət və diplomatiya dili kimi insan təfəkkürünün bütün fikir və düşüncələrini, ehtimal və mülahizələrini əks etdirmək qabiliyyətinə malik ən ahəngdar, on qədim və ən zəngin dillərdən biridir.”
Professor M. Çobanovun Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının əsas şərtlərini açıqlaması ana dilimizin keçdiyi tarixi inkişaf yolunu da gözümüz önündə canlandırır. Mədəd müəllim Azərbaycan dilinin öz mövqeyini erkən orta əsrlərdən etibarən bariz şəkildə büruzə verməsinə, bir sıra obyektiv və bəzən də subyektiv səbəblərlə bağlı olmasına da toxunmuşdur. Ədib obyektiv və subyektiv səbəbləri özünüəməxsus şəkildə qruplaşdırmışdır. Mədəd Çobanov Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının ilkin və başlıca səbəblərindən birincisi kimi “Azərbaycan türkcəsinin etnogenezisini təşkil edən tayfaların və tayfa birliklərinin hələ eramızdan bir neçə min il əvvəl geniş, vahid bir bölgədə və ya ərazidə məskunlaşması, vahid ictimai-siyasi qurum kimi fəaliyyət göstərməsi və ən nəhayət, III -V əsrlərdən ümumxalq halında birləşməsi, özlərinin qədim dövlətçiliyini, dövlətçilik ənənələrini yaratması ilə bağlı” olmasını əsaslandırmışdır. Azərbaycan dilinin xüsusi mövqe qazanmasının digər səbəblərindən biri kimi “Azərbaycanın əlverişli geostrateji mövqeyi-Şərqlə Qərb, Şimalla Cənub arasında böyük körpü rolunu oynaması, həmçinin Qədim İpək yolunun və digər ticarət yollarının bu ərazidən keçməsi ilə bağlı” olmasını əsas göstərmişdir.


Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkülü haqqında

Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tapması, təkmilləşməsi, inkişaf yolu və s. maraqlı məqamlar professor Mədəd Çobanovun diqqətindən yayınmamış, bu məqamları özünəməxsus şəkildə təqdim etmişdir.
Mədəd Çobanov xalqımızın şifahi ədəbi dilinin “artıq, VII-VIII əsrlərə qədər tam mənası ilə təşəkkül etmiş, səlisləşmiş və təkmilləşmiş və beləliklə də, yazılı ədəbi dilin təşəkkül tapması üçün möhkəm bir bünövrəyə” çevrilməsini, Azərbaycan yazılı ədəbi dilinin isə “artıq, IX-XI əsrlərdə başa çatmış və sonrakı dövrlərdə cilalanacilalana, səlisləşə-səlisləşə, zənginləşə-zənginləşə, dəqiqləşə-dəqiqləşə və təkmilləşə-təkmilləşə bu günkü müasir səviyyəyə gəlib” çatmasını xüsusi olaraq qeyd etməsi Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tarixini gözümüzdə canlandırır.
Professor M. Çobanov Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələyə ayırır. Alimin Azərbaycan yazılı ədəbi dilinin belə mərhələyə ayırması, ana dilimizin yazılı ədəbi dili, həmçinin ədəbiyyatı haqqında təsəvvür yaradır.
Mədəd Çobanov yazılı ana dilimizin başlanğıcı kimi, Orhun Yenisey abidələri kimi daş üzərində qələmə alınmış kitabələri deyil, “Kitab-dədə Qorqud” eposunu qəbul edir. Müəllif sonrakı bölgüləri artıq ədəbiyyatımızda özünəməxsus yer tutmuş söz xiridarlarının yaradıcılığı əsasında təqdim edir:
“1. IX-XII əsrlərə qədər – “Kitabi-Dədə Qorqud” dövrü yazılı ədəbi dil.
2. XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı ədəbi dil.
3. XV-XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli dövrü yazılı ədəbi dil.
4. XVII-XVIII əsrlər - M.V.Vidadi və M.P.Vaqif dövrü yazılı ədəbi dil.
5. XIX əsr - Q.Zakir və M.F.Axundov dövrü yazılı ədəbi dil.
6. XX əsr - N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, S.Vurğun, M.İbrahimov, X.Rza dövrü yazılı ədəbi dil.”
Professor Mədəd Çobanovun Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələdə təqdim etməsi tədqiqatçılar arasında mübasə doğursa belə, bu professorun apardığı elmi tədqiqlərinin sonunda gəldiyi nəticəsidir.
Professor Mədəd Çobanov tərəfindən Azərbaycan dilinin təşəkkül tarixinin tədqiq edilməsi onun elmi tədqiqatlarının ana xəttinə çevrilmişdir. Ədib Azərbaycan dilinin də ilk növbədə, yalnız öz daxili imkanları hesabına həm əsas lüğət fondunu, həm də qrammatik quruluşunu sadədən mürəkkəbə, bəsitdən mücərrədə doğru tədrici inkişaf qanununa müvafiq şəkildə inkişaf etməsinə və zənginləşməsinə toxunmuşdur.
Əlbəttə, dilin inkişafında baş verən dəyişiklikləri cəmiyyətin siyasi, iqtisadi, elmi və mədəni həyatında baş verən dəyişikliklərdən kənarda düşünmək olmaz. Çünki həyatda baş verən bütün hadisələr ilk növbədə öz əksini dildə tapır.
Professor Mədəd Çobanov ana dili anlayışına bütün yönləri ilə cavablandırmağa cəhd etməsi, onun həm bir ziyalı olmasından, həm də dilçi-alim olmasından irəli gəlir. Mədəd Çobanov haqlı olaraq, ana dilimizi məhz “….xalqımızın tarixən təşəkkül tapmış adət-ənənələri, inamı, inancı, etiqadı və əqidəsi” adlandırır. Mədəd Çobanov qətiyyətylə vurğulayır ki, “Ana dilimiz xalqımızın mənəvi birliyi, həyatı, varlığı və mübarizəsinin qüdrətli silahıdır, gələcəyidir. Ana dili olmayan heç bir xalqın gələcəyi yoxdur.”
Ana dilimizin yad təsirlərdən qorunmasına, ədəbi dildə buraxılan qüsurlara yol verilməməsinə və ya da yol verilibsə, aradan qaldırılmasına və s. məqamlara münasibət bildirən Mədəd Çobanov həyəcan təbili çalmaqda haqlıdır. Belə ki, mətbuat səhifələrində, televiziya və radio verilişlərində buraxılan qüsurların insanların, xüsusilə də gənc nəslin danışıqlarına mənfi təsir etmələri qaçılmazdır. Mədəd Çobanov radio və televiziya yayımlarının efir dilindəki qüsurlara toxunarkən, onları qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir:
“1. Aparıcıların nitqindəki qüsurlar.
2. Mətnlərin dilindəki üslubi qüsurlar.
3. Yersiz alınma sözlərin istifadəsi ilə müşaiyət olunan qüsurlar.
4. Müğənni və xanəndələrin çıxışında yol verilən qüsurlar.”
Professor Mədəd Çobanovun radio və televiziya yayımlarının efir dilində yolverilmiş bu qüsurların ağır nəticələrlə nəticələnəcəyini bir dilçi-alim kimi gözəl anlayır, onu yalnız həmkarlarına deyil, bütün xalqına çatdırmağa cəhd edir.


Azərbaycan dilinin dövlət statusu qazanması
və Azərbaycanşünaslıq haqqında

Mədəd Çobanov elmi tədqiqatlarında Azərbaycan dilinin bir dil kimi dövlət status qazana bilməsi məqamlarına da aydınlıq gətirmişdir. Ədib Azərbaycan dilinin xalqın tarixi prosesində bir neçə dəfə rəsmi dövlət dili olması məqamına biganə qalmamış, tarxi inkişaf prosesinə nəzər salmışdır. Mədəd Çobanovun Azərbaycan dilinin məhz hələ Şah İsmayıl Xətai tərəfindən rəsmi dil elan edilməsi məqamını yada salan fikirləri maraq kəsb edir: “Azərbaycan-türk dili ilk dəfə XV-XVI əsrlərdə, xüsusilə Səfəvilər dövrünün əvvəllərində rəsmi dövlət dili elan edilmiş və bu dilin inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.” Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmasını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilməsini vurğulayır.
Professor Mədəd Çobanov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 27 iyun tarixli xüsusi qərarı ilə “Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idarcyi-daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalma müsaidə edilsin” kimi qeydinə əsaslanaraq, bu dövrdə ana dilimizin dövlət status qazanmasını tarixi faktlarla təsdiq edir. Mədəd Çobanov Azərbaycan dilinin rəsmi dil kimi təsdiqini həm də 1978-ci ildə tapmasını da vurğulayır: “Azərbaycan SSR də 1978-ci il aprelin 21-də özünün yeni Konstitusiyası”nı qəbul etdi. Həmin Konstitusiyada deyilirdi: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir””. Mədəd Çobanov Azərbaycan dilinin 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası”nın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsdiqini tapması məqamını da işıqlandırır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmaq yolunda keçdiyi inkişaf tarixinin həm qədim köklərə bağlı olmasını, həm də keşməkeşli olmasını əks etdirməyə nail olur: “… Azərbaycan-türk dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra ədəbi dilimizin istər şifahi, istərsə də yazılı qollarının inkişaf etdirilməsi üçün xüsusi şərait yaradılmış, həyat və məişətin bütün sahələrində onun işlənmə sferası daha da genişləndirilmişdir.”
Qeyd etməliyik Azərbaycan dili rəsmi dil kimi siyasətçi, publisist, jurnalist, İran kommunist partiyasının təsisçisi, Azərbaycan Milli Hökumətinin sədri (1945–1946) Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə, 1892-1947) tərəfindn də elan edilmişdir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda milli-azadlıq hərəkatının Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələnməsi, 21 Azər nehzəti (inqilabı) adı ilə tanınan Azərbaycan Milli Hökümətinin fəaliyyətinin, bu hökümətin apardığı islahatların nəticəsi kimi Azərbaycan dili rəsmi dil elan edilir: “Kültürel alanda yapılan faaliyetlerin en önemlisi ise Azerbaycan dilinin resmi devlet dili yapılmasıdır. Hatta bunun için 6 Ocak 1946 tarihinde 10 maddelik bir kanun çıkarılmıştır. Buna göre bütün devlet dairelerinde yazışmalar, eğitim öğretim, her türlü yayın Azerbaycan dilinde yapılacaktır. Azerbaycan dilini bilmeyenlere öğrenmeleri için süre konulmuştur. Diğer unsurlar kendi okullarında kendi dillerinde eğitim alabileceklerdir. Fakat, bu okullarda da Azerbaycan dilinin okutulması zorunludur.”
Azərbaycan dilinin xalqın tarixi inkişaf prosesində dövlət statusu qazanması haqqında bəhs edərkən, Azərbaycanşünaslıq və onun mahiyyəti və məzmununa toxunmadan keçmək mümkün deyil.: “Azərbaycanşünaslığın əsas atributları” öz mahiyyətinə və məzmununa görə üç sahəni əhatə edir:
1. Milli sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3. Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli - etnik tariximiz.”
Professor Mədəd Çobanov Azərbaycanşünaslığın əsas xüsusiyyətlərini sadalamaqla xalqın ana dilinə, torpaq ərazilərinə və tarixinə ehtiramla yanaşmasını, dəyərləndirməsini təbliğ edir. Ümumiyyətlə, “…azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbaycanda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir.”


Nəticə

“Türk dillərinin ədəbi birliyinə doğru”, “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan şəxs adları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Familiya.-Təxəllüs”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Azərbaycan dili (Nitq mədəniyyəti)”, “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi”, “Azərbaycan dilinin tətbiqi sahəsinin müasir problemləri”, “Mətnin linqvistik təhlili”, “Dilçilik məsələləri” və s. monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifi olan professor Mədəd Namaz oğlu Çobanov (1937-2023) elmi yaradıcılığı boyu “Ana dilimiz xalqımızın tarixi milli sərvəti, biz isə onun keşikçiləriyik” ideyasını təbliğ etmişdir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Mədəd Çobanovun Türk ədəbi dillərinin birliyinə səsləyişi isə milli şüurun formalaşmasında türkdilli xalqların əlaqələrinin genişlənməsini, türk dillərinin geneoloji, morfoloji, tipoloji cəhətdən təsnifi onların qohum dillər olmasını əks etdirir.
Professor Mədəd Çobanovun türk xalqlarının milli mənsubiyyətini, təkamülünü və onun tarixi inkişaf mərhələlərini, Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus olan yerini müəyyənləşdirməsi sahəsindəki xidmətləri elmi fəaliyyətini əks etdirir.
Azərbaycanın dilçilik sahəsində özünəməxsus dəstixətti olan professor Mədəd Çobanov qələmə aldığı, Türk xalqlarının dillərini, xüsusilə də Azərbaycan dilinin tarixi və müasir problemlərini əhatə edən əsərləri ilə elmdə əbədi iz buraxmışdır.

Hörmətli müəllimimizə Allahdan rəhmət diləyirik.


Ədəbiyyat

1. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005. 256 səh.
2. Cəfərov Nizami. Redaktordan. М.N.Çobanov. Türk ədəbi dillərinin birliyinə doğru. Bakı, “Tehsil” EİM, 2008, 280 səh.
3. Çobanov M.N. Türk ədəbi dillərinin birliyinə doğru (I). Bakı, “Təhsil” EİM, 2008, 280 səh.
4. Çobanov M.N.. Türk ədəbi dillərinin birliyinə doğru (II). Bakı, “Elm və təhsil”, 2012, 100 səh.
5. Sarısaman Sadık. İranlı Bir Türk Lider Mir Cafer Pişeveri”. Türkiyat Araştırmaları Enstitüsü Dergisi (Journal of Turkish Researches Institute). 72, (Eylül- September 2021). 463-490.
6. Zeynalov F.R. Türkologiyanın əsasları. B., 1981.
7. Баскаков H.A. Тюрские языки. M., 1960.


Salidə ŞƏRİFOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru,
AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
turan.info.az]]>
Müşviq BORÇALI Sat, 30 Dec 2023 22:31:06 +0000
Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ BORÇALI SEVDALI ŞƏRƏFLİ ALİM - PROFESSOR MƏDƏD ÇOBANOV https://turan.info.az/gurcustan/tiflis/6235-mahmud-kamalolu-btn-mrn-elm-hsr-elm-borali-sevdali-rfl-alm-professor-mdd-obanov.html https://turan.info.az/gurcustan/tiflis/6235-mahmud-kamalolu-btn-mrn-elm-hsr-elm-borali-sevdali-rfl-alm-professor-mdd-obanov.html Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ  BORÇALI SEVDALI ŞƏRƏFLİ ALİM - PROFESSOR MƏDƏD ÇOBANOV

Mən, mərhum Mədəd müəllimi düz əlli il bundan əvvəl, hələ A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda tələbə olan vaxtlarımdan tanıyıram. Onun haqqında xatirələrimi də elə tələbə olan vaxtlarımdan başlamaq istəyirəm.
Mədəd müəllim bizə ikinci kursun birinci semestrində dialektologiyadan mühazirə oxumağa başladı. O, həddən artıq çox tələbkar bir müəllim idi. Qoşa saatın (90 dəqiqəlik 45+45) bir dəqiqəsini belə boşa buraxmazdı. Adətən mühazirələr arası fasilədən sonra zəng ona görə çalınırdı ki, tələbələr və müəllimlər auditoriyaya daxil olsun; yəni əvvəlcə tələbələr içəri girir, sonra da mühazirə oxuyan müəllim. O, yeganə müəllim idi ki, zəng çalınanda artıq auditoriyanın qapısının ağzında olardı.
Bütün dərs boyu başını qaldırmadan mühazirə yazdırırdı. Bu cür çox mühazirə yazdırmağı bizi yorsa da, semestrin sonunda imtahan vaxtı onun xeyirini çox görürdük. Çünki o, vaxtlar Tiflisdəki kitabxana və kitab mağazalarında ali məktəb dərslikləri və əlavə ədəbiyyat çox çətin tapılırdı.
Tələbkarlığı da çox fərqli idi onun; tələbələrin mühazirə dəftərlərinə də baxardı ki, görsün kim nə qədər və necə yazıb. İlk dəfə semestr imtahanı verən tələbələr ondan çox qorxurdular ki, aşağı qiymət alar və ya kəsilə bilərlər. Ancaq bu qədər ciddi və tələbkar olan Mədəd müəllimin ürəyi çox yumşaq idi. O, yaxşı bilirdi ki, kəsilən və ya aşağı qiymət alan tələbəyə təqaüd verilmirdi. Həmin dönəmlərə tələbələrə verilən təqaüd çox böyük önəm daşıyırdı. Bu ali məktəbdə oxuyan çox az sayda tələbənin təxminən 98 faizi kəndlərdən gələn gənclər idi. Onların da hamısı dövlət tərəfindən verilmiş tələbə yataqxanasında ödənişsiz qalırdı. Vaxtı olanda o, tələbə yataqxanasına da gələr, tələbələrlə görüşüb onlarla görüşüb söhbətlər edər, tələbələrin institutu bitirəndən sonra da elmə həvəsləndirərdi. Elə şəxsən mən özümü də Tələbə Elmi Cəmiyyətinə cəlb edən elə Mədəd müəllim oldu. İlk dəfə bu cəmiyyətdə mənə verilən mövzunun elmi rəhbəri də özü oldu. Ali məktəb həyatı başa vurandan sonra Mədəd müəllim dərs dediyi tələbələrin çoxu ilə tez-tez görüşürdü. Ona görə ki, bu institutun məzunlarının çoxu Borçalıdan idi və onların əksəriyyətidə burada qalıb işləyirdi. İstər elmi tədbirlər olsun, istərsə də buradakı məktəblərdə olsun, Mədəd müəllimin onlarla görüşü çox səmimi olurdu. Sanki onlar müəllim - tələbə yox, yaxın dost, yaxın yoldaş, yaxın qohum idilər. O, iyirmi ildən artıq özünün də təhsil aldığı A.S.Puşkin adına TDPİ-də çalışdı. Sovetlər dönəmində Gürcüstandakı bütün ali məktəblərdən yalnız birində TDPİ-də Azərbaycan dilində tək bir fakultə - filologiya (o, da zaman, zaman tarix-filologiya, bəzən ibtidai-təhsil pedaqogikası və metodika kimi fəaliyyət göstərirdi) mövcud idi.
Həmin fakultə bu institutda təxminən 50 ilə yaxın fəaliyyət göstərdi. Sovetlər birliyi dağılandan sonra, onun da fəaliyyətini dayandırdılar.
Bu fakultəyə bəzi illər 15 (on beş) nəfər, bəzi illərdə 20 nəfər tələbə qəbul olunurdu ki, o, da beş kursda cəmi-cümlətəni 70-80 nəfər təhsil ala bilirdi.
Mədəd müəllim çalışdığı illər ərzində tələbələrə mühazirə oxumaqla yanaşı, onlara yaşadıqları bölgənin dialekt və şivələrini topladırdı.
Kimlər gələcəkdə elm arxasınca gedirdisə, onlara topladıqları materiallar üzrə, tələbə elmi cəmiyyətinin də mövzular hazırlatdırırdı.
Burada dərs deyən professor-müəllim heyətinin çoxu başqa yerlərdən olduğu üçün, Borçalı ilə onları dərsdən başqa heç nə maraqlandırmırdı.
Ancaq Mədəd müəllim tam fərqli idi. O, təkcə Borçalının dialekt və şivələri deyil, eyni zamanda, buranın tarixi, etnoqrafiyası, mədəniyyəti, incəsənəti və s. ilə də çox ilgilənir, zaman-zaman dövrü mətbuatda elmi məqalələrlə çıxış edirdi. O, tez -tez Azərbaycanda, Orta Asiya Respublikalarında, Rusiyanın türklər yaşayan vilayətlərində (ən çox da Tatarstan, Başqırdistan və s.) təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak və çıxış edirdi. Onun türkalogiya ilə bağlı iştirak etdiyi həmin beynəlxalq elmi konfransdakı çıxışları (konfransı təşkil edən elm ocağının elmi əsərlərindən (tam mətni) çap olunurdu. Sovetlər dönəmində bəzi xarici ölkələrdə Türkalogiya üzrə keçirilən beynəlxalq konfranslara dəvət olunsa da, ancaq onu həmin konfransda iştirak etməyə icazə vermirdilər. Bu məlum məsələlər Sovetlər birliyi dağılanadək davam etdi.
Mədəd müəllim TDPİ-də çalışdığı illərdə fakultənin (Azərbaycan dili və ədəbiyyatı) maraqları (ən çox da milli maraqları) uğrunda ciddi mübarizə aparırdı. Sovetlər birliyinin son illərində (bu fakultənin bağlanması ərəfələrində) institutda çalışan bəzi üzdən iraq millətçi həmkarları ilə tez-tez ciddi mübahisələri olurdu. Bu fədakar elm adamı, vətənpərvər insan heç nədən çəkinmədən, heç kimdən qorxmadan, həqiqəti deməkdən bir an belə geri durmurdu. O, sözünü yerində deməyi, həqiqəti ortaya qoymağı bacaran bir alim idi. Dediklərinin hamısını da lazım gələndə elmi dəlillərlə sübut edir. Qarşısındakını susdura bilirdi.
Gecə-gündüz elmi yazılarından bir an belə ayrılmayan Mədəd müəllim, həmin ağır illərdə soydaşlarının üzləşdiyi ciddi problemlərlə ciddi məşğul olur, vaxt tapıb lazımı yerlərə ayaq döyərək haqqı tələb etməyi bacarırdı.
Zaman elə gətirdi ki, o, Tiflisdəki yaşadığı məhəlli evini də buraxıb Bakıya getmək məcburiyyətində qaldı.
Mədəd Çobanov hələ Gürcüstanda yaşadığı və işlədiyi illərdən Azərbaycan dilçilik elmində çox yaxşı tanınan bir elm adamı, filologiya elmləri doktoru, professor idi. Ona görə də Bakıya köçən kimi işləmək üçün bir neçə ali məktəbdən dəvət aldı. Yəni o, yenə öz pedaqoji fəaliyyətini Bakıda da davam etdirməyə başladı. Əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonra Azərbaycan Elitar Universitetində rektor, Şimal Universitetində kafedra müdiri, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidən-hazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı vəzifələrində işlədi. Daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin – Ali Hərbi Dənizçilik Məktəbinin (indiki Milli Müdafiə Universiteti, Hərbi Dənizçilik İnstitutunun) “Dillər” kafedrasının müdiri seçildi. Təqaüdə çıxana kimi həmin kafedranın müdiri oldu. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Unuversitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxudu. Təqaüdə çıxdıqdan sonra isə Azərbaycan Təhsil Problemləri İnstitutunda elmi tədqiqat işlərini davam etdirdi.
Bakı həyatı Mədəd Namaz oğlunun yaradıcılığına daha güclü təkan verdi. Uzun illər üzərində işlədiyi əsərləri ali məktəblər üçün dərslikləri və proqramları, eləcə də onlarla monoqrafiyaları ardıcıl olaraq işıq üzü görməyə başladı. Professor Mədəd Çobanovun ən böyük xidmətlərindən biri Borçalı şivələri, Borçalı onomastikası, xüsusilə də, Borçalı toponimkası ilə bağlı yazdığı elmi məqalə və kitablarıdır. O, Bakıda yaşayıb, işləsə də doğma Borçalını heç vaxt yaddan çıxartmır, doğma ata yurdu onun üçün hər şeydən öndə durub. Tez-tez böyüyüb boya-başa çatdığı doğma Borçalısı üçün çox darıxır, vaxt tapan kimi özünü tez doğma el-obasına çatdırırdı. O, Borçalıya gələndə heç vaxt əli boş gəlməzdi. Təzə çap olunmuş kitablarından bir neçə nüsxə gətirər və bir-bir lazım elm ocaqlarına, ziyalılara şəxsən özü öz imzası ilə çatdırırdı. Onun yubileylərinin həmişə əvvəlcə doğma Borçalısında dəyərli ziyalıların iştirakı ilə keçirilməsi məhz bizim üçün çox qürur verici idi. O, bir Borçalı sevdalısı idi.
Son zamanlar Bakıda onun adına yaradılmış "Xeyriyyə fondu" da Borçalılar üçün çox böyük işlər görür. Hər il bir neçə orta məktəbdə şagirdlərə dərs ləvazimatları, kitablar hədiyyə edilir. Bakıda və Tiflisdə ali təhsil alan əslən Borçalıdan olan on nəfər əlaçı tələbəyə və on nəfər əlaçı şagirdə professor Mədəd Çobanovun adına təsis olunmuş təqaüdlər verilir.
Bakıda bir çox elm adamı və digər çoxlu qələm əhlinin kitablarının çapı fond tərəfindən işıq üzü görür. Bu imkandan ən çox Borçalı əsilli olanlar faydalanır.
Övladları da ali təhsili Bakıda başa vurdular. Doğrudur, oğlu Müşfiq də TDPİ-də oxuyurdu, ancaq o, da ali təhsili Bakıda tamamladı. Övladları da ali təhsil alandan sonra atalarının yolu ilə elm dalınca getdilər. Onlar da alim oldular, onlar da ataları kimi çoxlu məqalələr, kitablar müəllifi oldular.
Yuxarıda da qeyd etdiyimiz kimi professor Mədəd Çobanovun elmi fəaliyyəti Bakıda daha da genişləndi. Hər il Bakıda çox dəyərli bir, bəzən də iki və ya üç kitabı çap olundu. Azərbaycan dilçilik elminə çox böyük töhfələr verdi. Nüfuzlu bir elm xadimi kimi bir çox beynəlxalq elmi konfranslara rəhbərlik etdi. Nəinki, Azərbaycanda, Qafqazda, eləcə də, Orta Asiyada və bütün Turan dünyasında görkəmli dilçi-alim, türkoloq kimi tanındı. “Türk ədəbi dillərinin birliyinə doğru” adlı kitabı təkrar-təkrar çap olundu. Türk Dili Kurumun üzvü seçildi. Ədəbi əlaqələr sahəsində apardığı tədqiqat işlərinə görə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki adına layiq görüldü. Bir neşə dəfə orden, medal, fəxri fərman və fəxri diplomlarla təltif olundu.
Bir sözlə, professor Mədəd Çobanov şərəflə yaşadı, şərəflə elmi-pedaqoji və ictimai fəaliyyət göstərdi. Nə yazdı, nə yaratdısa, hamısını şərəflə etdi. Onun şərəfli həyat və fəaliyyətinə nəzər salsaq, görərik ki, Mədəd müəllimin şərəfli ömrünün bütün hamısı ancaq və ancaq Borçalıya, Azərbaycana, Turana, elmə və təhsilə həsr olunub.
Elə ona görə də, dəyərli ustadımız – sevimli müəllimimiz professor Mədəd Çobanovu həmişə haqqlı olaraq, sözün əsl mənasında, Borçalı sevdalı şərəfli elm fədaisi adlandırırq və bundan sonra da, həmişə, onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edəcəyik...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

Mahmud KAMALOĞLU,
professor

turan.info.az]]>
Müşviq BORÇALI Sat, 30 Dec 2023 22:30:50 +0000
MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ https://turan.info.az/gurcustan/borchali/6241-mdd-blgnn-xatrsn.html https://turan.info.az/gurcustan/borchali/6241-mdd-blgnn-xatrsn.html MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏMƏDƏD BİLGƏNİN
XATİRƏSİNƏ

Müqəddəs bir yurddan ucaldı səsi,
Daşıdığı məna, biliyə, alqış.
Ulu Borçalının qalib Bilgəsi-
Xalqına verdiyin əməyə, alqış.

Sən elmə, o sənə könül vermişdi,
Sirrini, sözünü sənə demişdi,
Belə vaxtsız getmək, söylə nə işdi?
Türklüyə verdiyin ürəyə, alqış.

Ruhuna can qatdın bu məğrur elin,
Yaşatdın tarixin, yaşatdın dilin,
“Borçalı oğluyam, ay ellər bilin,
Qarşımda kim durar?”, - deyənə, alqış.

Aşiqi olduğun bu gözəl Vətən,
Şükür bütövləşir, ey Bilgəm, bil sən,
Daha rahat uyu, can evindəsən,
Vətənçin çəkdiyin çiləyə, alqış.

Demə alim öldü, aləm dağılar,
Qəhr olsun, tarimar olsun yağılar,
Birimiz gedərik, minlər doğular,
Bizə yollar açan diləyə, alqış
Bizə meydan verən ürəyə alqış!...
Zərnişan TURAN,
Azərbaycanın Əməkdar jurnalisti


MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ]]>
Müşviq BORÇALI Sat, 30 Dec 2023 22:30:35 +0000
Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!.. https://turan.info.az/edebiyyat/folklor/5665-mfiq-borali-ruhun-ad-olsun-ustad-aiq-hseyn-sarali.html https://turan.info.az/edebiyyat/folklor/5665-mfiq-borali-ruhun-ad-olsun-ustad-aiq-hseyn-sarali.html Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!..




XX əsr Azərbaycan Aşıq sənətinin ən məşhur nü­ma­yəndələrindən biri, görkəmli saz-söz ustadı Aşıq Hü­seyn Saraçlı 1916-cı ildə qədim Borçalı mahalının Bol­ulus (indiki Bol­nisi) rayo­nun­dakı Saraçlı kəndində tanınmış el ağsaqqalı Qurban ağanın* oca­ğında dün­yaya göz aç­mışdır. O, hələ kiçik yaşla­rın­dan saz-söz sə­nətinə meyl gös­tərmiş, əvvəlcə Saraçlı Aşıq İsmayılın şagirdi ol­muş, son­ra isə Borçalının azman sənətkarlarından olan Aşıq Quşçu İb­rahimin, Saraçlı şair Hü­­seynin və Fax­ralı şair Nə­bi­nin yanında kamilləşmiş, Şair Ağa­can­dan, Qul Al­lah­qu­ludan, Aşıq Bayramdan və Borçalının başqa şair və aşıq­ların­dan mü­kəm­­məl dərs almışdır. Elə o vaxtdan da el-el, oy­­maq-oymaq gəzmiş, Borçalıda, Göyçə ma­halın­da, Də­mirqapı Dər­bənddə, Ba­kıda, Nax­çı­van­da, Şirvan­da, Mu­ğanda, Qarabağda, Azər­bay­canın daha bir sıra ra­yonla­rında, Qırğı­zıs­tanda, Öz­bəkistanda, Türkmə­nistanda ağır məc­lislər yola sal­mış­dır. Özünün hələ sağlı­ğın­day­kən dediyi kimi, hər dəfə də məclis əhli ilə üz-üzə gə­ləndə mənən cavan­la­şıb. Necə deyərlər, yorğunlu­ğu bir növ rahatlıq olub. Hə­mişə də 11 telli sazını si­­nə­sinə sı­xıb, «Aşıq el ana­sıdı, gərək həmişə elin içində olsun», - söy­ləyib. İs­te­dadlı alim-jurnalist bacımız Şə­rəf xanım Cə­lil­li de­miş, Aşıq Hüseyn on dörd şəyirdi ilə sazı sinə­sinə sı­xanda qışın qarın­da-boranında Qara­qayada gül bülbülü, bül­bül gülü ça­ğırır­dı...
Ustad Aşıq Hüseyn Saraçlının on dörd şəyirdi olub. On­lar­dan Əhməd Sadaxlı, Məhəm­məd Sadaxlı, Nü­rəd­din Qa­sım­lı, Sədi Ulaşlı, Aşıq Murad və b. el içində xü­susilə sayılıb seçilən aşıq­­lardandır.
Bəli, Allah ona - Ustad Aşıq Hüseyn Saraçlıya altı öv­lad ver­mişdi: üç oğlan - İsfəndiyar, Abbas, Əli; üç qız - Şəhriyar, Zərnigar, Mehriban… Amma 14 şəyirdinin heç birini doğma övlad­larından ayırmazdı…
Aşıq Hüseyn Saraçlı, sözün əsl mənasında, yaradıcı aşıq-sənətkar idi. O, təkcə gözəl saz çalıb-oxuması və nəcmələr, şeirlər qoşması ilə deyil, həm də yeni saz ha­vaları və dastanlar yaratmaqda, eləcə də həmin ha­vaları ifa etməkdə və dastan danışmaqda da Azər­bay­can aşıq sə­nətində əvəzsiz idi. Aşıq Hüseyn Saraçlı «Qızıl das­tan», «Kə­rəm Burc­oğ­lu» das­tan­la­rını, «Bağdat du­beyti», «Qür­bəti-Kə­rəm» və s. saz ha­valarını yaradıb. «Koroğlu» dastanının «Zər­nişan xanımın Çən­li­be­lə gə­ti­ril­­məsi» və «Bolu bəy və qoç Koroğlu» qol­ları ilk dəfə məhz Aşıq Hüseyn Sa­raçlı söyləməsində qələmə alı­nıb.
Görkəmli Xalq şairimiz, tanınmış professor Bəxtiyar Vahabzadə yazır:
«Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi das­­­­­­­­­tan­ları dinlə­mi­şəm. Xüsusən Aşıq Ələsgərin Gəncə sə­fərini us­tad aşıq elə bədii və obrazlı danışır ki, və­ziy­yət teatr tama­şa­sı kimi gözümüzün qarşısında can­lanır. Elə bil gözəl bir ope­raya baxırsan. Bu operanın re­jissoru da o özüdür, dirijoru da, ifa­çı­sı da, müşayiət edə­ni də. Eyni zamanda o, həm libretto müəllifidir, həm də bəs­təkar.
Məsələnin əsl tərəfi aşığın danışığındakı deyim tər­zin­dəki təbiilik və səmimilik, şirinlik və gözəllikdir. Onun di­lin­dəki «Bizi borana qırdırma», «A çıran keç­sin», «Ağzı qır­qo­vullu gəlmisən», «Yel vurub yengələr oy­nayır», «Ağzımı bo­za vermə» kimi xalq deyimləri tə­bii olduğu qədər obrazlı, obrazlı olduğu üçün də də­qiq­dir, təsirlidir».
Bu «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya»-ya qədəm qoyan gündən şifahi xalq ədəbiyyatımızın söz xəzi­nəsinə öz töhfəsini bəxş edən Aşıq Hüseyn Saraçlı yüzlərlə şeir, qoşma, təcnis, gəraylı, müxəmməs, dodaq­dəy­məz, qıfıl­bənd və onlarla dastanın müəl­lifidir. Onun ilkin tədqiqatçı­la­rın­dan olan Süleyman Əfəndi (Süley­man Süleymanov) sə­nətkarın 60 illik yubiley təntə­nə­lərində ona «Gürcüstanın Əmək­dar mədəniyyət iş­çi­si»** fəxri adı veriləndə, nəinki onun haqqında bədii-sənədli kinofilmə ssenari yazıb Gürcüstan tele­viziyasının mavi ekranında aşığa şöhrət qazandırmış, həm­çinin ustad aşı­ğın hələ sağlı­ğındaykən külliyyatını topla­yıb ədəbiy­yat­şünas-alim, şair Əflatun Saraçlının redaktorluğu ilə «Ya­zıçı» nəşriyyatına təqdim etmişdir. Şeirlərindən nü­munə­lər «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), «Ağır elli Bor­­çalı» (Bakı, 1990; Ərzurum, 1996), «Aşıq Pəri məclisi. Aşıqlar. El şairləri» (Bakı, «Ya­zıçı»,1991) ədəbi məc­muə­lə­rin­də, «Azərbay­can» jur­nalında və bir sıra dövri mətbuat or­qan­larında, xüsusilə də «Cürcüstan» (əvvəllər «Sovet Gürcüstanı») və «Bol­nisi» (əvvəllər «Qələbə bayrağı») qəzetlərində işıq üzü gör­müş, «Mən», «Sazım», «Xalqı­mızın», «Ol­­maz-ol­maz», «Gö­zəl­dir» və s. kimi şeirləri neçə-neçə illər­dən bəri dillər əzbəri olan ustad­ sənətkarımız Aşıq Hüseyn Saraçlının ilk kitabı - «Şeir­lər, söylə­mə­lər» nəhayət ki, yalnız ölü­mün­dən beş il sonra, 1992-ci ildə Bakıda «Yazıçı» nəşriyyatı tərə­fin­dən ox­ucuların ixti­yarına ve­ril­miş­dir.
Redaktorun «Ön söz»də qeyd etdiyi kimi, bu kitab usta­dın yaradıcılığını tam əhatə etməsə də, mərhum sə­nətkarın sənət xəzinəsindən insanlara yadigar qalmış bir çələngdir. Qocaman el sə­nətkarının qoşma, gəraylı, di­vani, müxəmməs və deyişmələriylə yanaşı, onun el-oba məclislərində, şən­liklərdə, radio və televiziya veri­liş­lə­rində söylədiyi qaravəl­li­lərin, maraqlı əhvalat­ların və folklorumuzun incilərindən sa­yı­lan dastanların da da­xil edildiyi həmin çələng ustadın «Ad­danıram mən» şeiri ilə açılır:

Əlimə alanda sədəfli sazı,
Elə bil səfərə atdanıram mən.
Gah Koroğlu kimi çəkirəm nərə,
Gah da Kərəm kimi oddanıram mən.

Arzular ürəkdə qol-qanad atır,
Nəğməli sinəmdə yüz dastan yatır.
Elə ki sevənlər muraza çatır,
Sevincə bürünüb şaddanıram mən.

Əzəldən bir şirin dilə vuruldum,
Sazımda səslənən telə vuruldum.
Bu doğma obaya, elə vuruldum,
Hüseyn Saraçlı addanıram mən.

Kitabdan da göründüyü kimi, ustad sənətkar təkcə klassik aşıq poeziyasının ifaçısı de­yildi, o, həm də bir çox gözəl, oynaq, axıcı, təsirli qoşmalar, gəraylılar, mü­xəmməslər müəl­­­­lifi idi. O, bu Zirvəyə heç də asanlıqla nail olmadığını, bu Zirvəyə qalxan yolların, xüsusilə də sənət və zəhmət yollarının çətin, mürəkkəb və müx­tə­lifliyini öz şeirlərində dönə-dönə vur­ğulayır:
Aman lələ, tanıyıram yolları,
Bu yol mənə ərən yolu, ər yolu.
Biri xeyrə, biri şərə çağırar,
Allah yolu, iblis yolu, şər yolu.

Nəyə lazım sandıq dolu xəzinə?
Qızıl üstə qızıl ilan gəzinə.
Mən düşmüşəm həqiqətin izinə,
Gərək deyil sərvət yolu, zər yolu.

Hər bir kəsin əməli var, işi var,
İştahı var, tamahı var, dişi var,
Aşiqlərə meydan verən kişi var,
O göstərər bəndəsinə hər yolu.

Saraçlıyam, yaralarım bitişər,
Can bağında şux bülbüllər ötüşər.
Bir gün gedib Yaradana yetişər,
Sənət yolu, zəhmət yolu, tər yolu.

Aşıq Hüseyn Saraçlı daha sonra isə özünü oxucuya belə təqim edir:

Məni ulu dərgahına çağıranda ol Xuda,
Dedi, gərək qonağını dilləndirə, oxuda,
Ağam gəldi, mətləb aldım, mətləb verdim yuxuda,
Məhəbbətin dəftəriyəm, sevginin kitabıyam.

Doğma elim Borçalıdı, Saraçlı kəndim mənim,
İtməz huşum, çaşmaz ağlım, pozulmaz zəndim mənim,
Telli sazdı uçmaz qalam, dağılmaz bəndim mənim,
Özüm ulu, yaşım qədim, min ilin hesabıyam.

Bu, eləcə də «Dünyada», «Görmüşəm», «Gə­rək», «Sayır» və s. şeirləri Aşıq Hüseyn Saraçlının sözün əsil mənasında layiqli sənətkar - saz-söz ustası olmasını sü­but edir. Şair-aşı­ğın xalq ruhlu bu qoşmalarında, gəray­lılarında, müxəmməslərində saza, sözə hörmət, el-obaya, insanlara məhəbbət, yurd sev­gisi, vətənpərvərlik və dost­luq duyğuları həvəslə tə­rənnüm olunur.
Aşıq Hüseyn Saraçlı doğma Borçalımızın dünənini və bu gününü, sevincini və kədə­rini, acrı və acılarını, bu­ra­da yaşayan yurddaşlarımızın, vətənpərvər və qo­naq­pər­vər soydaş­larımızın tarixi qəhrəmanlıqlarını böyük bir poe­tik ustalıqla qələmə alır, sanki bir rəsam fırçası ilə Borçalımızın əsrarəngiz gözəlliklərinin rəsmini çəkir:

Qan-qan deməz, can-can deyər, dosta verər canını,
Dodağımda çiçək açıb, dilimdədi Borçalı.
Min illərdi ürəyimdə yaşadıram saz kimi,
Barmağımda, mizrabımda, telimdədi Borçalı.

Tarix yazan mürəkkəbdi, dastan yazan qələmdi,
Sevinci az, kədəri çox, daşıdığı ələmdi,
Bu yollarda mən Kərəməm, o da mənim Lələmdi,
Ocağımda, atəşimdə, külümdədi Borçalı.

Gör nə qədər odu sönmüş odumdan od apardı,
Dəyişdirdi adımızı, adımdan ad apardı,
Mən səpdim, mən becərdim, mən biçdim, yad apardı,
Başı üstə zalımlar var, zülümdədi Borçalı.

Ağrılarda, azarlarda canı sökülüb gedir,
Zamanından tez qocalır, qəddi bükülüb gedir,
Ovcumuzda tutammırıq, qumtək tökülüb gedir,
Ürək edib deyəmmirəm, əlimdədi Borçalı.

Quranın ayəsi kimi müqəddəsdi, müqəddəs,
Hər gün Borçalı deyir içərimdən gələn səs,
Aşıq Hüseyn Saraçlıya həmi candı, həm nəfəs,
Dua kimi axşam-səhər, dilimdədi Borçalı.

Klassik aşıq poeziyasında olduğu kimi, aşıq Hüseyn Sa­raçlıda da sevgi, məhəbbət motivləri güclüdür. Mə­həb­­bətsiz həyatın boş və mənasız olduğunu başa düşən sənətkar hə­mişə öz dinləyicilərini sevgi, mə­həbbət yo­lunda hər cür əzab-əziyyətə qatlaşmağa çağırardı. Onun «Gəlmədin» mü­xəm­məsində, eləcə də «Yenə», «Gələ­rəm», «Gəlmədin» və s. kimi qoş­ma­larında daim insanı ucaldan məhəbbət duy­ğu­ları aydın görünür.

Məhəbbət dərdinə dərman diləsə,
Məcnun tək dağları gəzərəm yenə -

- deyən ustad sənətkar oda düşüb atəşlərdə yansa be­lə, bu haqq yolundan əl çəkmə­yəcəyini söyləyirdi. O, mə­­həb­bətə, gözəlliyə Məcnun tək vurulduğunu «Gələ­rəm» rədifli qoşmasında belə bildirirdi:

...Doymamışam məhəbbətdən, gözəldən,
Gözəlliyin aşiqiyəm əzəldən.
Payız vaxtı üşüyəndə xəzəldən,
İsinməyə ocağına gələrəm.

Saraçlıyam, talasan da canımı,
Atəşlərə qalasan da canımı,
Cəllad olub sən alsan da canımı,
Cənnət deyib qucağına gələrəm.

Ustad aşığın «Görmüşəm» şeirində isə oxuyuruq:

Yoxdur əzəlindən ömrün vəfası,
Çox boşalıb, çox da dolan görmüşəm.
Əlvan bənövşəli, laləli, çöllü,
Xəzəl olub birdən solan görmüşəm.

Aşıq Hüseyn Saraçlının «Olmaz-olmaz» sərlövhəli şeiri neçə illərdir ki, Borçalı gənclə­rinin təlim-tər­biy­yə­sinə əhə­miy­yətli dərəcədə böyük təsir göstərir:

Halal tut mayanı həmişə, oğul,
Haramlıqla dövlət-mal ola bilməz.
Əyri gözlə baxsan özgə şanına,
Boş qalar pətəyin, bal olmaz-olmaz.

Mərifətlə giriş tutduğun işə,
Söz gərək ağızdan çıxmamış bişə.
Bağında gül-çiçək bitər həmişə,
Tikan yarpağından gül olmaz-olmaz.

İbrət götür Saraçlının sözündən,
Müxənnətlər düşər elin gözündən.
Pəhləvan olsan da, demə özündən,
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz.

Sevimli Xalq şairimiz, tanınmış ictimai xadim, Azər­­­baycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub ölməz sə­nətkarı «Ulu ozan» adlan­dırmış, «Həyatıma xoş gəl­din, Ozanlar ozanı! Dədələr sirdaşı, lələlər yol­daşı, igidlər qardaşı!» - söyləmiş, onun haqqında «Hü­seyn Saraçlı dastanı» (Bakı, «Peda­qo­gika», 2007) adlı ol­­duqca san­ballı və dəyərli bir kitab yaz­mış və nəfis şə­kildə nəşr etdirmişdir. Həmin kitabda oxuyuruq:
«Qadir Allah elə bil ki, Aşıq Hüseyn Saraçlını bu dün­yaya hazır aşıq libasında gətirmişdi. Uca boyu, düz qəddi, incə beli, enli kürəyi, şəvə, qara eşmə bığları, səliqəli, gü­müşü saçları, çopura çalan qara sifəti, açıq alnı, qonur gözləri, incə yerişi, ağayana duruşu, turş­məzə, baldan şirin danışığı, buxara papağı, sala­ma, gümüş kəməri, par-par pa­rıldayan qara, xrom çəkməsi, Trabzon tütünündən dolu tənbəki qutusu - ha­mısı bir yer­də ona xüsusi yaraşıq və gözəllik verirdi. Özü de­mişkən, ilahinin əlinin boş, meyli­nin xoş vax­tına dü­şüb kişilərin gözəli kimi onu qüdrət qələmin­nən çək­mişdi. Al­lahın əziz bəndəsiydi. Tanrı onu xoş gündə, xoş saatda dünyaya gətirmişdi.
Ona görə də ozanların, ustadların getdiyi yolun yol­çu­suna çevriləndə Allaha doğru əl açdı, sö­zü­nü dedi. Allah da ondan bir sənətkar kimi heç nəyi əsir­gə­mə­di.»

Tanınmış tədqiqatçı Kərəm Nəbiyevin «Borçalı» jur­­nalında dərc etdirdiyi «Onun haqqında az-çox bil­­­dik­lərim­dən» sərlövhəli mə­qalə­sin­də qeyd etdiyi ki­mi, Hüseyn Sa­raç­lı sənətində bir sufilik yö­nümü də var. Axı, hələ XIII əsr­də ya­şamış sufi şair Mövlanə Cə­laləd­din Rumi, onun yol­çula­rından Yu­nis İmrə, Nəsimi insan­ların ruhunu, əməlini hər cür çə­tin­liklərdən təmiz­ləmə­yin və onların haqqa, ila­hiyə ya­xın­laş­masının bir yolunu da musiqidə və onun təra­nə­ləri altında qəzəl və qəsidə­lərin oxunmasında görürdü. Tə­sadüfi deyildir ki, XVI-XVIII yüzillərdə sufilərin mövlə­viyyə qolundan fay­dalanan bir çox sənətkar aşıqlar in­cidil­sələr də, sufi aşıq ki­mi tanınmış, böyük ad-san qa­zan­mış­dılar. Aşıq Hüseyn Saraçlı da məhz belə yolun yol­çularından idi. O, «Dün­yada» qoşma­sında deyir:

Yemək dostu bil ki, nanı itirər,
Şöhrət dostu başa qaxınc gətirər.
Ürək dostu mətləbini bitirər,
Dar günündə verər canı dünyada.

Aşıq Hüseyn Saraçlı ömrü boyu sağlam ünsiyyətli, də­yanətli, etibarlı dost harayında idi. O, hər yetənə dost de­məz­di. Dostluğu çox müqəddəs saydığından dostu se­çərkən, onu taparkən insanları ağıllı və tədbirli olmağa çağırırdı:

Ürək dostu tək-tək olar dünyada,
Yaxşı dostu seçən hanı dünyada.
Yaxşı dostun ürəyimdə yeri var,
Bekar dostun nə çox sanı dünyada.

Yazıçı Əzim İsmayıllı yazır: «...Dostluq və yol­daş­lıq­da səda­qətli, sənətdə isə tə­va­zökar olan Aşıq Hüseyn Saraçlı heç vaxt, heç kəslə kin saxlamaz, hə­mişə qar­şısındakı adama və ya sənətkara üstünlük ver­mə­yə ça­lışardı. Şahidi olduğum bir hadisəni xatırlamaq yerinə düşərdi. «Çeşmə» ədəbi məcmuəsinin «El sənətkarları» bölmə­sin­də Aşıq Hüseyn Saraçlı bi­rinci, Aşıq Əmrah Gülməm­mədov isə ikinci veril­miş­dir. Aşıq Hü­seyn təkid etdi ki, gərək Aşıq Əmrah birinci veriləydi, mən ikinci. Ustad Əmrah cavab ver­di ki, əgər saz-söz olsay­dı, əl­bəttə, mən öndə get­mə­liy­dim. İndi ki, söhbət söz-saz­dan gedir, sənin sözünə-kəlamına kim nə deyə bilər? Bax, beləcə Borçalının iki sənət dühası bir-birinin könlünü alıb, mənim də xətrimə dəy­mə­dilər. Aşığın hazırca­vab­lığına, sözü yerin­də sər­rast de­məsinə, ən qarışıqlı məc­lisi bir kəlmə ilə ələ al­masına, yalnız Borçalının de­yil, Azər­baycan və dün­ya aşıq sənəti bilici­lə­ri­nin söz xə­zinəsini sinədəftər etmə­sinə kimin şübhəsi ola bi­lər­di...»
Bütün ilhamını xalqdan alan, el-obanın adət-ənənəsi ru­huna qonan mərhum sənətkar Aşıq Hüseyn Saraclı adamın gözündə bir folklorçu aşıq kimi də canlanır. Onun yazdığı gəraylıların («Qo­ca­lığım», «Dədə Şəm­kir», «Bulaq», «Elə gedər» və s.) ru­hunda xalq yara­dıcılığı gözəl duyulur. Sadə və oynaq dildə yazdığı «Dağ­larda» adlı gəraylısında xalqın dağ-aran köçü, yay­laq ovqatı, el məclisləri çox gözəl gös­tə­rilib:

Köç eyləyər yenə aran,
Haray qopar bu dağlarda.
Neçə məclis, neçə külfət
Çadırlanar bu dağlarda.
Kəkliklər ötər yazınan,
Bülbül ötər avazınan,
Saraçlı da öz sazıynan
Qanadlanar bu dağlarda.

Ustad sənətkarın kitabında özünə yer tapmış diva­ni­lərdən «Çəkər» xüsusilə maraqlıdır:

Adam var ki, insan kimi
Yaşamağa can çəkər,
Əyri yoldan üzü dönməz,
Doğru yolda qan çəkər.

Adam var ki, heç açılmaz
Başı dava-şavadan.
Desələr ki, nanəcibsən,
And üçün Quran çəkər...

Hüseyn Saraçlının yaradıcılığında aşıq poeziyasının çox maraqlı və geniş yayılmış qollarından olan deyişmə də diq­qəti cəlb edir. Onun Aşıq Şəmşirlə, türk aşığı, la­diqarstanlı İs­lam­la, istan­bullu Qul Mehdi ilə, həm­yer­li­ləri Əflatun Saraçlı və Nizami Saraçlı ilə, kəlbə­cərli Də­mirçi Ab­basla de­yişmələri aşığın bir ustad kimi ba­ca­­rı­ğını, istedadını, dünya­görü­şünü və biliyini tamam-ka­mal aşkar edir.
Əvvəlcə Aşıq Hüseyn Saraçlının Aşıq Şəmkirlə de­yiş­məsinə diqqət yetirək:

Aşıq Hüseyn Saraçlı:
Havalandı dəli könlüm,
Kəlbəcərdə, Dədə Şəmşir!
Qocalırsan, necə dözüm,
Belə dərdə, Dədə Şəmşir!

Aşıq Şəmşir:
Yeriniz var göz üstündə,
Kəlbəcərdə, ay Saraçlı!
Arxamızda zirvələr var,
Düşmə dərdə, ay Saraçlı!

Aşıq Hüseyn Saraçlı:
İnsanlıqda mehirlisən,
Aşıqlıqda sehirlisən,
Səməd Vurğun möhürlüsən,
Huşda, sərdə, Dədə Şəmşir!

Aşıq Şəmşir:
Şər işlərdə izimiz yox,
Yerə düşən sözümüz yox,
Sənətkarıq, gözümüz yox,
Pulda, zərdə, ay Saraçlı!

Aşıq Hüseyn Saraçlı:
Bu dünyada möhlət azdı,
Xudam özü belə yazdı,
Umudumuz telli sazdı,
Belə yerdə, Dədə Şəmşir!

Aşıq Şəmşir:
Eşqi qəlbimin təpəri,
Borçalıdan ver xəbəri,
Qoy ucalsın «Süsənbəri»,
Pərdə-pərdə, ay Saraçlı!

Aşıq Hüseyn Saraçlı:
Borçalı bir ağır eldi,
Saz qanımda daşan seldi,
Oylaqları Çənlibeldi,
Mərddi mərdə, Dədə Şəmşir!

Aşıq Hüseyn Saraçlı deyişmələrində qıfıl­bənd, bağ­lama, ustad­na­mə, dodaq­dəyməz, hərbə-zorba ki­mi çeşidli şeir növlərini us­talıqla işləmiş və deyişmə zamanı üs­tünlüyünü heç vaxt əldən ver­mə­mişdir. Həmin de­yişmə­lərdən başqa birinə nəzər yeti­rək.

Aşıq İslamın:

Cəbrin zindanında zira dəst olan,
Çarxın çəpərindən keçməyən bilməz.
Yetən olmaz od mövlanın sirrinə,
Fanidən baqiyə keçməyən bilməz.

-sözlərinə görün Aşıq Hüseyn Saraçlı necə cavab ve­rib:

Kim deyər şirindi, kim deyər acı,
Eşqin badəsini içməyən bilməz.
Kim deyər asandı, kim deyər çətin,
Ustad kürəsində bişməyən bilməz.

Ustad Aşıq Hüseyn Saraçlının doğma eloğlusu, ta­nın­mış şair Nizami Saraçlı ilə 1985-ci ildə qə­ləmə alın­mış deyiş­mə­si də olduqca maraqlıdır:

Şair Nizami Saraçlı:
Yetmişində qırğı kimi ötən dost,
Fikir vermə bu dünyada yaşa sən.
Bel bükülməz, diz titrəməz, əl əsməz,
Bundan belə yetmiş il də yaşasan.

Aşıq Hüseyn Saraçlı:
Bağban gülər bağçasıyla, bağıyla,
Borclu olma ömürə sən, yaşa sən.
Zülmü boğdum çarığımın bağıyla,
Dərdim yoxdur yetmiş il də yaşasam.

Şair Nizami Saraçlı:
Ötən günə çox deyibsən qar, a qar,
Dağ başında mehman olub qara qar.
Baxtımıza qoy yağmasın qara qar,
Bu sinində dözəmməzsən yaşa sən.

Aşıq Hüseyn Saraçlı:
Mən itirdim tər yanağı, tər gülü,
Qoy sulasın yanağın da tər, gülü.
Üzdə solar, içdə açar tər gülü,
Bənzəyirik quruya mən, yaşa sən.

Şair Nizami Saraçlı:
Sən itirdin, mən də tapdım, yarıyıq…
İkimiz də Saraçlının yarıyıq.
Nəyin vardı yarı payla, yarı yığ,
Eh, məni də qocaldacaq yaş asan…

Aşıq Hüseyn Saraçlı:
Saraçlıyam, könlün mənə imrəndi,
İmrən bala, imrən quzum, imrən di.
Məndə bu saz, səndə qələm imrandil,
Mən qocaldım, bunnan belə yaşa sən.

Bəli, «Ustad kürəsi»ndə bişmiş Aşıq Hüseyn Saraç­lının ki­tabında özünə yer tapmış dörd qaravəlli də («Ke­çəl­nən ­kosa», «Dəvə, tülkü, bir də keçi», «Təhnə də qa­layla­narmı?» və «Fil sağaltmaq»), deyişmələri kimi, bir-birindən maraqlı, gülməli və düşündürücüdür.
Kitabı vərəqlədikcə bir daha aydın olur ki, yuxarıda artıq qeyd etdiyimiz kimi, Hüseyn Saraçlı aşıq yara­dı­cılığında ge­niş yayılmış dastan janrına da həmişə böyük maraq göstər­mişdir. O, yaxşı bilirdi ki, toy nişan məclis­lərində, ağır el yığnaqlarında xalqın bədii zövqünü ox­şamaq, onun tarixi qəhrəmanlarından, ulu keçmişindən söhbət açmaq üçün dastan söyləmək daha uğurlu yoldur. Buna görə də, Hüseyn Saraç­lı qədimdən bəri olan qəh­rəmanlıq və məhəbbət das­tanları­mızı - «Əsli və Kə­rəm», «Koroğlu», «Yusif və Zü­leyxa», «Qaçaq Nəbi» və s.-ni dərindən mənimsəmiş, onların mahir ifaçısına çevrilmişdi.
Tədqiqatçı Kərəm Nəbiyevin məqaləsində çox doğ­ru olaraq qeyd edildiyi kimi, dastan danış­maqda, məclis apar­maq­da Aşıq Hüseyn Saraç­lı bənzərsiz sənətkar idi. O, elə güclü sə­nətkar idi ki, bildiyi dastanları heç vaxt olduğu kimi da­nışmazdı. Həmişə dastanın dilini şirin­ləşdirməyə çalışar, hətta yeri gələndə bəzən ona gözəl əla­vələr də edərdi. Biz onun «Əsli-Kərəm» dastanına dəfələrlə qu­laq asmı­şıq. O, dastanda Kərəm yanğısından da­nışarkən əlavə edərdi ki: Deməzsənmi bir gün Kə­rəmə de­yirlər, sən haqq aşığısan, elə oxu ki, göydə ge­dən durna sənin ahın­dan dayansın və qanadından bir lə­lək salsın. Kərəm götürüb elə qəmli və yanıqlı hava oxu­yur ki, o saat durna dayanır və onun qanadından bir lələk düşür.

Aşıq Hüseyn Saraçlı «Koroğlu», «Qaçaq Nəbi» və başqa das­tan­ları da­nı­şanda da uyarlı əla­və­lər edərdi. Bax, Aşıq Hü­seyn Saraçlı be­lə yaradıcı sənətkar idi. O, nəin­ki özü­nəqədərki dastan­ların ma­hir ifaçısı idi, həm də das­tan yazan sənətkar idi. Bunu ustadın kitabında özünə yer tapmış dastan və əh­va­latlar da («Zərnişan xa­nımın Çən­­libelə gətirilməsi», «Gür­­cü qızı­nnan Qa­çaq Kə­rəm», «Aşıq Şenniyin Borçalı sə­fəri», «Mehdi bə­yin dastanı», «Cahan­girnən Mələksima das­tanı», «Şair Ağa­canın Ər­zurum səfəri», «Aşıq Ələsgərin sə­fəri», «Aşıq Ələh­vər­nən şəyirdi Aşıq Qara əhvalatı») sübut edir. Onu da əla­və edək ki, Aşıq Hüseyn Bozal­qanlı demiş­kən, dastan da­nış­maq, məclis aparmaq Aşıq Hü­seyn Saraçlı bo­yu­na biçil­mişdi...
...1985-ci ilin yaz günlərinin birində Bağdaddan Aşıq Hü­seyn Saraçlıya xurma gön­dərirlər. Xurmanın içindən iki qu­lac uzun­lu­ğunda qadın saçı çıxır. Aşıq Hüseyn Sa­raçlı xurmanı gö­­türüb sevimli eloğlusu, Borçalının is­te­dadlı şairi Nizami Saraçlının yanına gətirir. Zaman-za­man Təbriz həsrə­tində qovrulan Nizami Sa­raçlının qəl­bini od götürür. Dər­dini, hicranını Araz, Güney nis­ki­linə qatıb, üzünü Aşıq Hü­seyn Saraçlıya tutur, «Bağ­dad­dan gələn sovqat» (Dedim, dedi) sərlövhəli şeirini söy­ləyir. Son­­ralar «Qə­lə­bə bay­rağı» qəze­tində çap olun­muş hə­min şeirdə oxuyuruq:

Dedim: Aç boxçanı ay ustad görək,
Nə sovqat göndərib o Bağdad qızı?
Dedi: Öz saçını büküb xurmaya
Bir damət göndərib o Bağdad qızı!

Dedim: Ölçdüm saçı, iki qulacdı,
Dedi: On iki min dərdə əlacdı.
Dedim: Hüseyn əmi, bu necə saçdı, -
Bir sərvət göndərib o Bağdad qızı!

Dedi: Öz sazımın itmiş simiydi,
Gəzirdim mən onu neçə iliydi.
Oğul, Hüseyn əmin ölha-ölüydü,
Bir möhlət göndərib o Bağdad qızı!

Dedim: Keçəmməzsən hayıf izindən,
Dedi: Qoy bir öpüm saçın üzündən.
Dedi: Sevir səni, öz sevgisindən,
Əlamət göndərib o Bağdad qızı!

Dedi: Yadımdadı o şux qəzəllər,
Dədə Füzulidən oxuyan dillər.
Mənim zinətsizdi sazım əzəllər,
Bir zinət göndərib o Bağdad qızı!

Dedim: Heç unutmaz el əməyini,
Dedi: Oğul bala, yaz diləyimi.
Dedim: Saç adıyla öz ürəyini,
Əmanət göndərib o Bağdad qızı!

Nizami Saraçlı «Yalan ola ay­rılıq...» poemasını da ustad Aşıq Hüseyn Saraçlıya ithaf etmiş və «Gürcüstan» qəzetinin 16 aprel 1988-ci il tarixli nömrəsində dərc et­dirmişdir.
Gürcüstanın «Şərəf» ordenli Əməkdar jurnalisti, Bor­çalının el ağsaqqalı, tanınmış şair-tərcü­məçi Dün­yamalı Kə­rəm isə Ustad Aşıq Hüseyn Saraç­lı­nın xatirə­sinə həsr etdiyi «Yaz vədəsində» sərlövhəli şeirini belə baş­layır:

Ozanlar ozanı, məclislər şahı,
Susmaq yaraşarmı yaz vədəsində?
Ağır yığnaqların, a söz sərrafı,
Qədrini bilmədik biz vədəsində***.

Ağır elli, qədim saz-söz diyarı Borçalı mahalının məş­­hur sənətkarı Aşıq Əmrah Gül­məm­mədovun vəfa­tın­dan düz 40 gün sonra, Gürcüstan Respublikasının Əmək­­dar mədə­niyyət iş­çisi Aşıq Hüseyn Saraçlı 1987-ci il aprelin 19-da ömrünün 71-ci baharında dünya­sını də­yiş­di. Beş övladı, 24 nəvəsi, 9 nəticəsi qaldı. Saz-söz dün­yamız bir ustad aşığını da itrdi...
Elə həmin gün Ustad aşığın Vida mərasimində se­vim­­li şairimiz Zəlimxan Yaqub bu sətirləri söylədi:

İstər alış, istər tutuş, istər yan,
Torpaq altda cahan canlar apardı.
Çox oğullar köç elədi dünyadan,
Sinəsində çox dastanlar apardı.

Köç günüdü, ay obalar, ay ellər,
Çox sevdiyi bir havanı çaldırın.
Qoy boşalsın dolu gözlər, könüllər,
Onu yerdən «Mansırı»yla qaldırın.

Xəbər verin səs yetişsin hər yana,
Bizi Ləlvər, Lök, Ağlağan dinləsin.
Saraçlını tapşırırıq torpağa,
Qoca dağlar qəmli dastan dinləsin.

Saraçlını tapşırırıq torpağa,
Dərə, ağla, təpə, ağla, düz, ağla.
Qaynar bulaq, dostun köçür dünyadan,
Göz yaşını daşdan-daşa süz, ağla.

Ozan baba, dünya qalan, sən gedən,
Ayrılırıq «Ruhani»dən, «Cəngi»dən,
Yası görüb öz toyunu ləngidən,
Gəlin, ağla, oğul, ağla, qız, ağla.

Bəd xəbərlər biz-biz edər tükümü,
Dağ götürməz dağdan ağır yükümü,
Əcəl yaman baltaladı kökümü,
Könül, ağla, ürək, ağla, göz, ağla.

Teldən ayrı təzənələr nəm çəkər,
Duyan ürək dərd daşıyar, qəm çəkər,
Səndən ötrü min cür nazı kim çəkər?
Pərdə, ağla, sədəf, ağla, saz ağla.

Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar,
Ay Zəlimxan, ağlamaqdan nə çıxar?
Az sızılda, az inildə, az ağla,
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!

Elə həmin gün ustad aşığın sevimli həmyerlisi, 3 də­fə Beynəlxalq poeziya müsabiqə­lərinin mükafatçısı, «Şə­rəf» ordenli, tanınmış şair Nizami Saraçlı «Dünya» şei­rini yazdı və ölməz sənət­karın Vida mərasimində oxu­du:

Saraçlı köç edir, mən ağlayıram,
Tale sırğa verib bir ona, Dünya!
Eşilib-burulub qara bığları,
O yenə dağ çəkir yamana, Dünya!

Aşıq eldən gedir, elin yasıdır,
Əyninə geydiyi toy libasıdır.
Çalın, ürəyimi onun sazıdır,
Bülbülə nə gərək virana, Dünya!

Tifaqım dağılıb, o yol üstədir,
Barmaq təzanədə, ürək səsdədir.
Ay ellər, eloğlum son nəfəsdədir,
Bürünüb çisginə-dumana Dünya!

Bu da qismətimə düşən yazıymış,
Xındıdan aldığım yara azıymış…
Yoxsa ki, yurduma Tanrı asıyımış,
Qəddim dönəsiymiş kamana, Dünya!

Təpəmdən çıxartdı Əmrah tüstümü,
Hüseynə çəkdiyim bu ah, tüstümü?!
Bu gün odumu gör, sabah tüstümü,
Qoy yansın atəşə pərvana Dünya!

O kimdir təklənən ər meydanında?-
Məni yalqız qoydu Şir meydanında.
Qorxuram dəfn edə balabanında,
Bu ulu sənəti zamana, Dünya!

O gedir sazını tapşırıb bizə,
Gedir həsrət gedir Hoya, Təbrizə.
Bu gediş dağ çəkir ürəyimizə,
Gəlməyir bir dinə-imana Dünya!

Boylanıb sahibsiz saza ağlaram,
Bürünüb bu vaxtsız yasa ağlaram.
Hərdən səsi gələr, ayaq saxlaram,
Bir də yolu düşməz bu yana, Dünya!

Nizami Saraçlı, olma bədgüman,
Gələr, bir də gələr su gələn arxdan.
Burada Şair Nəbi, Şenlik, Ağacan…
Dərin lövbər atıb ümmana, Dünya!

Ustad Aşıq Hüseyn Saraçlının şəninə sonralar yüz­lərlə şeirlər yazıldı, nəğmələr qo­şul­du, das­tanlar ya­randı… Hamısının da mövzusu, dəst-xətti, üslubu müx­təlif olsa da, ün­vanı bir idi. Həmin ünvan isə… Ustad Aşıq Hüseyn Saraçlı idi…
«Gürcüstan» qəzetinin 21 ap­rel 1987-ci il tarixli nöm­­­­rəsində dərc olunmuş nekroloq bu cüm­lə ilə sona yetir:
«Aşıq Hüseyn Saraçlının əziz xatirəsi, sənətkar si­ması qəl­bimizdən silinən deyil!»

Bəli, Ustad Aşıq Hüseyn Saraçlının ölməz xatirəsi hə­­­mişə hörmətlə yad edilir. Onun 75, 80, 85, 90 illik yu­bileyləri 1991, 1996, 2001, 2005 və 2010-cu illərdə Bakıda və Bor­çalıda böyük təntənə ilə qeyd edilmişdir.
2011-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi Gürcüstan Azər­bay­canlıla­rının Mədə­niyyət Mərkəzi ilə bir­likdə filoloq-jurnalist Müşfiq Borçalının Us­tad aşı­q Hüseyn Saraclının 95 illik Yu­bi­le­yinə həsr olun­muş «Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri» adlı kitabını «Borçalı» nəşriy­yatı va­sitəsilə nəfis şəkildə oxucuların ix­tiyarına ver­mişdir. (Kitabın məs­­ləhətçi: Gürcüstan Azərbaycanlılarının Mədə­niyyət Mər­­kəzi İdarə Heyə­tinin sədri Fazil Həsə­nov,Redak­toru: Gürcüstan Mədəniyyət, İncəsənət və Aşıqlar Bir­liyinin sədri Dərviş Osman,Rəyçilər: Filolo­giya elm­ləri dok­toru, professor Mahmud Al­lahmanlı və Filo­logiya elm­ləri namizədi, dosent Şakir Alba­lıyevdir.) Bu kitabda görkəmli saz­-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yara­dıcılığı haq­qında ət­raflı mə­lu­mat verilmiş, aşı­ğın bö­yük oğlu İsfəndiyar Hə­sənovdan əl­də edilmiş və indiyə kimi heç harada çap olunmamış «Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri» adlı dastanı­, Azərbaycan Aşıqlar Birliyinin səd­ri, Xalq şairi Zəlimxan Ya­qubun «Aşıq Hü­seyn Saraslı» və şair Nizami Sa­raçlının Ustad aşı­ğa həsr etdiyi «Yalan ola ayrılıq!» poe­maları müəl­liflərin dilinə to­xun­ma­dan oxuculara təqdim edlmışdir.
Qarşıdan Ustad Aşıq Hüseyn Saraçlının 100 illik Yu­bileyi gə­lir. Biz də bu kiçik yazı­mızı ölməz və həmi­şə­yaşar sənət­karı­mızın anadan olmasının 100 illik Yubi­le­yinə ərmə­ğan edir və bir daha «Allah rəhmət eləsin! Ru­hun şad ol­sun, Ustad!» - de­yi­rik!...


ƏDƏBİYYAT:

1. Mədəd Çobanov. «Koroğlun»nun yeni qolu. «Gürcüstan» qəzeti, 10 yan­­var, 1978;
2. Bəxtiyar Vahabzadə. Vətən ocağının istisi. B, «Gənclik», 1982, səh. 75.
3. Xalqımızın deyimləri və duyumları. Toplayıb yazıya alanı və tərtib edəni Mürsəl Həkimov. B., 1986.
4. Dəyanət Bayramov. Ustadla üz-üzə. «Bakı Universiteti» qə­zeti, 26 okt­yabr, 1987.
5. Müşfiq Çobanlı. «Ağır elli Bor­çalı» (Bakı, 1990; Ərzurum, 1996), səh. 5, 12, 34.
6. Aşıq Hüseyn Saraçlı. «Şeir­lər, söylə­mə­lər», Bakı, «Yazıçı», 1992
6. Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi mək­­təbi. «Azər­baycan» nəşriyyatı, Bakı, 1994. səh. 58-65;
7. İsmayıl Ömərov, Müşfiq Çobanlı. Borçalı aşıqları. Bakı, 1996, səh. 25-32;
8. Zəlimxan Yaqub. «Hü­seyn Saraçlı dastanı». Bakı, «Peda­qo­gi­ka», 2007.
9. İsmayıl Ömərov, Müşfiq Çobanlı. Borçalı aşıqları. Tehran, 2009, səh. 25-32;
10. “Gürcüstan” qəzeti, 21 ap­rel 1987; 20 aprel, 1991; 25 may, 1991.
11. Müşfiq Borçalı. Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. Bakı, “Borçalı”, 2011.
12. “Gürcüstan” qəzeti. (1960-2015).]]>
Müşviq BORÇALI Sat, 23 Dec 2023 20:05:32 +0000
Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI" https://turan.info.az/esas/6284-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html https://turan.info.az/esas/6284-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV –  TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI"
Filologiya elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının akademiki, professor Mədəd Çobanovun elmi fəaliyyəti Müasir Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən tədqiqatları və s. əhatə edir. M. Çobanov ümumtəhsil, ali məktəblər üçün dərsliklərin, dərs vəsaitlərinin, tədris proqramlarının da müəllifidir. Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov professor Mədəd Çobanovu “çoxşaxəli və zəngin məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə, nəinki, Azərbaycan dilçiliyində, eləcə də, Türkologiyada da xüsusi yer tutan” alim kimi qiymətləndimişdir. Qeyd etmək lazımdır ki, türkoloq Mədəd Çobanov elmi tədqiqatlarında Türk ədəbi dillərinin birliyi idayasının tərəfdarı kimi çıxış etməsi ilə yaddaşlara həkk olunub. Ədib Türk ədəbi dilləri birliyinin praktik və linqvistik aspektlərinə aydınlıq gətirməyə də cəhd etməsi də diqqətlərdən yayınmır.

Türk ədəbi dillərinin birliyi məsələləri

Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi haqqında bəhs edərkən, onun qədim inkişaf tarixinə malik olması ilə yanaşı, bu birliyin əldə olunmasının müsbət amililərinə də aydınlıq gətirir: “Altay epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim söykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, tarixin sınaqlarından çıxmış adət-ən'ənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran problemlərdəndir.” Mədəd Çobanov iddia etdiyi tezisə əsaslanaraq, türk xalqı və onun dillərinin yaranması, formalaşması haqqında sabitləşmiş dəqiq tarixin yoxluğuna baxmayaraq, məhz türk dünyasında türklük dəyərlərinin bütöv bir sistem halında araşdırılmasının bir zərurət kimi meydana çıxmasını da vurğulamasında haqlıdır.
Professor M. Çobanov həmçinin türkçülüyün yenidən oyanış mərhələsinin xüsusiyyətlərini özünəməxsus şəkildə izahatını verə bilməsi də maraq dairəsindədir: “Türklüyümüzün yenidən oyanışı dedikdə, hər şeydən əvvəl, türk xalqlarının yeni ümumi türk təfəkkürünə, türk düşüncəsinə, türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə qayıdışı, oyanışı nəzərdə tutulur. Əlbəttə, bu uzun müddətli, həm də, maddi və mənəvi, etik və elmi baxımından müəyyən qədər çətinliklər, tiirk xalqları arasında düşüncə və fıkir birliyi, güc və qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, bu birliyə hamılıqla (bütün Türk dünyasının) eyni vaxtda cəhd etməklə, bu sahədə qızğın təbliğat və təşviqat işləri aparmaqla, ilk növbədə isə, iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün tələbi baxımdan əlaqələndirməklə, qədim soy ənənələrini dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.”
Professor M. Çobanovun hər bir xalqın bəşəriyyətə qədim köklərə, ən'ənələrə malik olan Ana dili ilə təqdim edilməsini əsas hesab etməsi və bu təqdimatın “etnoqrafik (adət-ən'ənələr və məişət münasibətləri), etnopsixoloji (xalqın elini düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə” bürüzə verməsinə toxunmasında bir tədqiqatçı kimi haqlıdır.
Professor M. Çobanovun müasir türk dillərinin tədqiqi zamanı xüsusi bir məqama diqqət yetirməsinə, yəni “müasir türk ədəbi dillərinin hamısı ümumtürk ən'ənələri üzrə araşdırılmalı, öyrənilməli və tədqiq” olunmasına toxunur.
Professor Mədəd Çobanov Türk ədəbi dillərin birliyinə doğru addımlayarkən, meydana çıxan bir sıra müasir problemlərin aradan qaldırılmasını təklif edir. Ədibin türk dillərinin müasir problemlərini sadalayarkən, ilk növbədə, Türk dillərinin hamısı üçün latın qrafikali vahid əlifbaya keçilməsinə zərurətinin yarandığını, türk xalqının vahid kökə bağlılığını təsdiq etmək üçün “Ümumtürk tarixi”nin tədqiq edilməsini, həmçinin ümumtürk dillərinin tarixi inkişafının ümumtürk aspektindən öyrənilməsi, vahid əlifba sisteminə malik olan mətbuat orqanının, radio və televiziya verilişləri mərkəzinin yaradılması, türk xalqlarının bədii irsinin nəşr edilməsi, ümümtürk ensiklopediyalarının, lüğətlərinin tərtib edilməsini və s. kimi aktual problemlərin həll edilməsini təqdim edir. Professor Mədəd Çobanov Türk dillərinin birliyinin həyata keçirilməsində “dil birliyi”ni ən başlıca körpü rolunu oynamasını vurğulayır. Dilçi-alim Mədəd Çobanov Türk ədəbi dilləri birliyinin praktik aspektlərini təsnif etməsi bu məsələnin aktuallığına diqqət yönəltməyi vacib amil olmasını qabardır. Alimin məhz Türk ədəbi dillərinin praktik aspektlərinin təsnif etməsi buna əsaslanır:

“1. Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri.
2. Türk ədəbi dilləri birliyinin tarixi aspektləri.
3. Тürk ədəbi dilləri birliyinin coğrafi (areal) aspektləri.
4. Türk ədəbi dilləri birliyinin etnonimik aspektləri.
5. Türk ədəbi dilləri birliyinin antroponimik aspetləri.
6. Türk ədəbi dilləri birliyinin etikonik aspektləri.
7. Türk ədəbi dilləri birliyinin qohumluq aspektləri.
8. Türk ədəbi dilləri birliyinin etnoqrafik aspektləri.
9. Türk ədəbi dilləri birliyinin mədəniyyəti aspektləri.
10. Türk ədəbi dilləri birliyinin mənəviyyat aspektləri.”

Professor M. Çobanovun Türk ədəbi dillərinin praktik aspektlərinin bu şəkildə təsnif etməsi, türk dillərinin müxtəlif ümumi və fərdi inkişaf mərhələlərində keçdiyi tarixi aspektləri işıqlandırmasına da əsas verir. Mədəd Çobanov türk dillərinin təşəkkül tarixini də özünəməxsus şəkildə tarixi mərhələlərə ayırmışdır. Professor Mədəd Çobanov bu təsnifatında tarixi mərhələləri türk dillərinin ən qədim dövrü yəni Şumer dövrü, türk dillərinin qədim dövrü yəni Altay epoxası, türk dillərinin son qədim dövrü yəni Hun dövrü, türk dillərinin erkən orta əsrlər dövrü, türk dillərinin orta türk dövrü, türk dillərinin yeni dövrü, türk dillərinin ən yeni dövrü kimi dövrlərə ayırmışdır.
Mədəd müəllim Türk dillərinin ən qədim dövrü, yəni Şumer dövrü adlanan dövrün eramızdan əvvəl 12-10-cu minilliklərdən başlanmasını, eramızdan əvvəl III-II minilliklərə, yəni yazıya-qədərki dövrə qədər olmasını vurğulayır. Türk dillərinin Altay epoxası adlanan dövrünün eramızdan əvvəl ikinci minillikdən başlanması, bizim eradan əvvəlki III əsrə qədər olan dövrü əhatə etməsi vurğulanır. Türk dillərinin son qədim dövrü, yəni Hun dövrü eramızdan əvvəl III əsrdən başlanması, bizim eranın beşinci əsrinə qədər davam etməsi Mədəd Çobanov tərəfindən açıqlanır. Mədəd Çobanov türk dillərinin erkən orta əsrlər dövrünün eramızın V-X əsrlərini əhatə etməsini qeyd edir. Türk dillərinin orta türk dövrü eramızın XI-XV əsrlərini, yeni dövrü XVI əsrdən XX əsrin birinci rübünə qədər olan dövrü, ən yeni dövrü isə 1926-cı ildən müasir dövrümüzə qədər olan zamanı əhatə etməsi də Mədəd Çobanov tərəfindən vurğulanır.
Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi üçün müasir türk dillərinin hamısının latın qrafikalı vahid əlifba sisteminə keçilməsini təklif etməsi Mirzə Fətəli Axundzadə, İsmayıl Qasprinski və digər ziyalılarımızın irəli sürdükləri latın əlifbasına keçmə ideyalarının tərəfdarı olmasını əks etdirir.
Müasir türk ədəbi dillərinin tarixi inkişafının həm fərdi, həm də ümumtürk aspektində araşdırılmasını irəli sürən professor Mədəd Çobanovun bu yanaşması aktuallıq kəsb edir. Bu zaman ümumtürk xalqlarının ortaq qədim türk yazılı abidələri, folklor nümunələri, epos və dastanları və s. geniş tədqiq etmək zərurətini yaradır. Orxon-Yenisey kimi yazılı abidələrin, M.Kaşğarlının “Divani-lüğət-üt-üt türk” kitabının, “Kitabi-Dədəm Qorqud”, “Koroğlu” və s. kimi epos və dastanların tədqiq edilməsi, onlar ətrafında formalaşmış elmi mübahisələrə son qoya bilər.



Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyi

Professor Mədəd Çobanovun Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyinə münasibətini izah edərkən, hər hansı bir dilin iki yolla, yəni geneoloji və tipoloji yolla təsnif olunmasına toxunur. Mütəfəkkir alim konkret olaraq, bir sıra həmkarlarının fikirləri ilə razılaşaraq, Azərbaycan dilini “geneoloji təsnifə görə Altay dilləri ailəsinin Türk budağının Oğuz-səlcuq yarımqrupunun Oğuz qrupuna; tipoloji təsnifə görə isə, aqlütinativ (iltisaqi) dillər tipinə aid” edir. Mədəd Çobanov bir dilçi alim kimi, tədqiqatçıların Altay dillərinin keçdiyi inkişaf mərhələləri ilə razılaşmış və aşağıdakı mərhələlərdən keçməsini göstərmişdir:
“1. Altay epoxası - b.e.ə. və bizim eranm III əsrinə kimi.
2. Hun epoxası - bizim eranın - III - V əsrləri.
3. Qədim türk epoxası - V - X əsrlər.
4. Orta türk epoxası - XI - XV əsrlər.
5. Yeni türk epoxası - XVI - XX əsrlər.”
Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar tərəfindən Altay dillərinin keçdiyi inkişaf mərhələləri müxtəlif mərhələlərdə olması göstərilmişdir. Məsələn, N.A.Baskakov türk dillərinin altı inkişaf mərhələsi keçməsinə toxunmuşdur:
1. Altay dövrü
2. Hun dövrü
3. Qədim türk dövrü
4. Orta türk dövrü
5. Yeni türk dövrü
6. Ən yeni türk dövrü. (6, 15).
F.R.Zeynalovun bölgüsündə isə Altay və Hun, yeni və ən yeni mərhələləri birləşdirilərək türk dillərinin inkişaf mərhələləri 4 qrupda cəmləşdirilir:
1. Ən qədim türk dövrü
2. Qədim türk dövrü
3. Orta türk dövrü
4. Yeni türk dövrü.
Mədəd Çobanovun türk dillərinin, əsasən də, Azərbaycan dilinin inkişaf mərhələsini fərqli, yəni beş mərhələdə həyata keçirilməsini göstərir.
Professor M. Çobanovun tarixin inkişaf mərhələsində Altay dilləri ailəsinə daxil olan, Azərbaycan-türk və Osmanlı türk dilləri arasında yaranan fərqliliklər nəzərindən qaçmamış, bu fərqliliklərə də aydınlıq gətirmişdir: “… Altay dilləri ailəsinə daxil olan bir neçə dilin, o cümlədən Azərbaycan-türk və Osmanlı türk dillərinin tarixin müəyyən mərhələsində digər dillərə nisbətən sürətlə inkişafına və həmin dillərdən özünün işləkliyinə, sabitliyinə və zənginliyinə görə fərqlənmiş və xüsisi mövqeyə malik ola bilmişdir.”
Mədəd müəllimin tarixin inkişaf mərhələlərində Qafqazda və Yaxın Şərqdə beynəlxalq dil kimi istifadə olunmuş Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini sadalaması, ana dilimizin özünəməxsus xücusiyyətləri kimi qəbul edilməlidir: “Azərbaycan-türk dili sait səslərin çoxluğu və ahəngdarlığı ilə musiqi; məcazların qədimiliyi və zənginliyi ilə poeziya; sözlərin məna çaları və məzmun ifadəliliyi ilə nəsr; ifadə tərzinin yığcam və lakonikliyi ilə dram; ümumi şlək sözlərin zənginliyi, rəngarəngliyi və kütləviliyi ilə jurnalistika; termin və termin səciyyəli sözlərin sabitliyi ilə elmi; ictimai-siyasi terminlərin zənginliyi ilə siyasət və diplomatiya dili kimi insan təfəkkürünün bütün fikir və düşüncələrini, ehtimal və mülahizələrini əks etdirmək qabiliyyətinə malik ən ahəngdar, on qədim və ən zəngin dillərdən biridir.”
Professor M. Çobanovun Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının əsas şərtlərini açıqlaması ana dilimizin keçdiyi tarixi inkişaf yolunu da gözümüz önündə canlandırır. Mədəd müəllim Azərbaycan dilinin öz mövqeyini erkən orta əsrlərdən etibarən bariz şəkildə büruzə verməsinə, bir sıra obyektiv və bəzən də subyektiv səbəblərlə bağlı olmasına da toxunmuşdur. Ədib obyektiv və subyektiv səbəbləri özünüəməxsus şəkildə qruplaşdırmışdır. Mədəd Çobanov Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının ilkin və başlıca səbəblərindən birincisi kimi “Azərbaycan türkcəsinin etnogenezisini təşkil edən tayfaların və tayfa birliklərinin hələ eramızdan bir neçə min il əvvəl geniş, vahid bir bölgədə və ya ərazidə məskunlaşması, vahid ictimai-siyasi qurum kimi fəaliyyət göstərməsi və ən nəhayət, III -V əsrlərdən ümumxalq halında birləşməsi, özlərinin qədim dövlətçiliyini, dövlətçilik ənənələrini yaratması ilə bağlı” olmasını əsaslandırmışdır. Azərbaycan dilinin xüsusi mövqe qazanmasının digər səbəblərindən biri kimi “Azərbaycanın əlverişli geostrateji mövqeyi-Şərqlə Qərb, Şimalla Cənub arasında böyük körpü rolunu oynaması, həmçinin Qədim İpək yolunun və digər ticarət yollarının bu ərazidən keçməsi ilə bağlı” olmasını əsas göstərmişdir.


Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkülü haqqında

Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tapması, təkmilləşməsi, inkişaf yolu və s. maraqlı məqamlar professor Mədəd Çobanovun diqqətindən yayınmamış, bu məqamları özünəməxsus şəkildə təqdim etmişdir.
Mədəd Çobanov xalqımızın şifahi ədəbi dilinin “artıq, VII-VIII əsrlərə qədər tam mənası ilə təşəkkül etmiş, səlisləşmiş və təkmilləşmiş və beləliklə də, yazılı ədəbi dilin təşəkkül tapması üçün möhkəm bir bünövrəyə” çevrilməsini, Azərbaycan yazılı ədəbi dilinin isə “artıq, IX-XI əsrlərdə başa çatmış və sonrakı dövrlərdə cilalanacilalana, səlisləşə-səlisləşə, zənginləşə-zənginləşə, dəqiqləşə-dəqiqləşə və təkmilləşə-təkmilləşə bu günkü müasir səviyyəyə gəlib” çatmasını xüsusi olaraq qeyd etməsi Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tarixini gözümüzdə canlandırır.
Professor M. Çobanov Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələyə ayırır. Alimin Azərbaycan yazılı ədəbi dilinin belə mərhələyə ayırması, ana dilimizin yazılı ədəbi dili, həmçinin ədəbiyyatı haqqında təsəvvür yaradır.
Mədəd Çobanov yazılı ana dilimizin başlanğıcı kimi, Orhun Yenisey abidələri kimi daş üzərində qələmə alınmış kitabələri deyil, “Kitab-dədə Qorqud” eposunu qəbul edir. Müəllif sonrakı bölgüləri artıq ədəbiyyatımızda özünəməxsus yer tutmuş söz xiridarlarının yaradıcılığı əsasında təqdim edir:
“1. IX-XII əsrlərə qədər – “Kitabi-Dədə Qorqud” dövrü yazılı ədəbi dil.
2. XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı ədəbi dil.
3. XV-XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli dövrü yazılı ədəbi dil.
4. XVII-XVIII əsrlər - M.V.Vidadi və M.P.Vaqif dövrü yazılı ədəbi dil.
5. XIX əsr - Q.Zakir və M.F.Axundov dövrü yazılı ədəbi dil.
6. XX əsr - N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, S.Vurğun, M.İbrahimov, X.Rza dövrü yazılı ədəbi dil.”
Professor Mədəd Çobanovun Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələdə təqdim etməsi tədqiqatçılar arasında mübasə doğursa belə, bu professorun apardığı elmi tədqiqlərinin sonunda gəldiyi nəticəsidir.
Professor Mədəd Çobanov tərəfindən Azərbaycan dilinin təşəkkül tarixinin tədqiq edilməsi onun elmi tədqiqatlarının ana xəttinə çevrilmişdir. Ədib Azərbaycan dilinin də ilk növbədə, yalnız öz daxili imkanları hesabına həm əsas lüğət fondunu, həm də qrammatik quruluşunu sadədən mürəkkəbə, bəsitdən mücərrədə doğru tədrici inkişaf qanununa müvafiq şəkildə inkişaf etməsinə və zənginləşməsinə toxunmuşdur.
Əlbəttə, dilin inkişafında baş verən dəyişiklikləri cəmiyyətin siyasi, iqtisadi, elmi və mədəni həyatında baş verən dəyişikliklərdən kənarda düşünmək olmaz. Çünki həyatda baş verən bütün hadisələr ilk növbədə öz əksini dildə tapır.
Professor Mədəd Çobanov ana dili anlayışına bütün yönləri ilə cavablandırmağa cəhd etməsi, onun həm bir ziyalı olmasından, həm də dilçi-alim olmasından irəli gəlir. Mədəd Çobanov haqlı olaraq, ana dilimizi məhz “….xalqımızın tarixən təşəkkül tapmış adət-ənənələri, inamı, inancı, etiqadı və əqidəsi” adlandırır. Mədəd Çobanov qətiyyətylə vurğulayır ki, “Ana dilimiz xalqımızın mənəvi birliyi, həyatı, varlığı və mübarizəsinin qüdrətli silahıdır, gələcəyidir. Ana dili olmayan heç bir xalqın gələcəyi yoxdur.”
Ana dilimizin yad təsirlərdən qorunmasına, ədəbi dildə buraxılan qüsurlara yol verilməməsinə və ya da yol verilibsə, aradan qaldırılmasına və s. məqamlara münasibət bildirən Mədəd Çobanov həyəcan təbili çalmaqda haqlıdır. Belə ki, mətbuat səhifələrində, televiziya və radio verilişlərində buraxılan qüsurların insanların, xüsusilə də gənc nəslin danışıqlarına mənfi təsir etmələri qaçılmazdır. Mədəd Çobanov radio və televiziya yayımlarının efir dilindəki qüsurlara toxunarkən, onları qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir:
“1. Aparıcıların nitqindəki qüsurlar.
2. Mətnlərin dilindəki üslubi qüsurlar.
3. Yersiz alınma sözlərin istifadəsi ilə müşaiyət olunan qüsurlar.
4. Müğənni və xanəndələrin çıxışında yol verilən qüsurlar.”
Professor Mədəd Çobanovun radio və televiziya yayımlarının efir dilində yolverilmiş bu qüsurların ağır nəticələrlə nəticələnəcəyini bir dilçi-alim kimi gözəl anlayır, onu yalnız həmkarlarına deyil, bütün xalqına çatdırmağa cəhd edir.


Azərbaycan dilinin dövlət statusu qazanması
və Azərbaycanşünaslıq haqqında

Mədəd Çobanov elmi tədqiqatlarında Azərbaycan dilinin bir dil kimi dövlət status qazana bilməsi məqamlarına da aydınlıq gətirmişdir. Ədib Azərbaycan dilinin xalqın tarixi prosesində bir neçə dəfə rəsmi dövlət dili olması məqamına biganə qalmamış, tarxi inkişaf prosesinə nəzər salmışdır. Mədəd Çobanovun Azərbaycan dilinin məhz hələ Şah İsmayıl Xətai tərəfindən rəsmi dil elan edilməsi məqamını yada salan fikirləri maraq kəsb edir: “Azərbaycan-türk dili ilk dəfə XV-XVI əsrlərdə, xüsusilə Səfəvilər dövrünün əvvəllərində rəsmi dövlət dili elan edilmiş və bu dilin inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.” Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmasını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilməsini vurğulayır.
Professor Mədəd Çobanov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 27 iyun tarixli xüsusi qərarı ilə “Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idarcyi-daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalma müsaidə edilsin” kimi qeydinə əsaslanaraq, bu dövrdə ana dilimizin dövlət status qazanmasını tarixi faktlarla təsdiq edir. Mədəd Çobanov Azərbaycan dilinin rəsmi dil kimi təsdiqini həm də 1978-ci ildə tapmasını da vurğulayır: “Azərbaycan SSR də 1978-ci il aprelin 21-də özünün yeni Konstitusiyası”nı qəbul etdi. Həmin Konstitusiyada deyilirdi: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir””. Mədəd Çobanov Azərbaycan dilinin 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası”nın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsdiqini tapması məqamını da işıqlandırır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmaq yolunda keçdiyi inkişaf tarixinin həm qədim köklərə bağlı olmasını, həm də keşməkeşli olmasını əks etdirməyə nail olur: “… Azərbaycan-türk dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra ədəbi dilimizin istər şifahi, istərsə də yazılı qollarının inkişaf etdirilməsi üçün xüsusi şərait yaradılmış, həyat və məişətin bütün sahələrində onun işlənmə sferası daha da genişləndirilmişdir.”
Qeyd etməliyik Azərbaycan dili rəsmi dil kimi siyasətçi, publisist, jurnalist, İran kommunist partiyasının təsisçisi, Azərbaycan Milli Hökumətinin sədri (1945–1946) Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə, 1892-1947) tərəfindn də elan edilmişdir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda milli-azadlıq hərəkatının Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələnməsi, 21 Azər nehzəti (inqilabı) adı ilə tanınan Azərbaycan Milli Hökümətinin fəaliyyətinin, bu hökümətin apardığı islahatların nəticəsi kimi Azərbaycan dili rəsmi dil elan edilir: “Kültürel alanda yapılan faaliyetlerin en önemlisi ise Azerbaycan dilinin resmi devlet dili yapılmasıdır. Hatta bunun için 6 Ocak 1946 tarihinde 10 maddelik bir kanun çıkarılmıştır. Buna göre bütün devlet dairelerinde yazışmalar, eğitim öğretim, her türlü yayın Azerbaycan dilinde yapılacaktır. Azerbaycan dilini bilmeyenlere öğrenmeleri için süre konulmuştur. Diğer unsurlar kendi okullarında kendi dillerinde eğitim alabileceklerdir. Fakat, bu okullarda da Azerbaycan dilinin okutulması zorunludur.”
Azərbaycan dilinin xalqın tarixi inkişaf prosesində dövlət statusu qazanması haqqında bəhs edərkən, Azərbaycanşünaslıq və onun mahiyyəti və məzmununa toxunmadan keçmək mümkün deyil.: “Azərbaycanşünaslığın əsas atributları” öz mahiyyətinə və məzmununa görə üç sahəni əhatə edir:
1. Milli sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3. Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli - etnik tariximiz.”
Professor Mədəd Çobanov Azərbaycanşünaslığın əsas xüsusiyyətlərini sadalamaqla xalqın ana dilinə, torpaq ərazilərinə və tarixinə ehtiramla yanaşmasını, dəyərləndirməsini təbliğ edir. Ümumiyyətlə, “…azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbaycanda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir.”


Nəticə

“Türk dillərinin ədəbi birliyinə doğru”, “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan şəxs adları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Familiya.-Təxəllüs”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Azərbaycan dili (Nitq mədəniyyəti)”, “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi”, “Azərbaycan dilinin tətbiqi sahəsinin müasir problemləri”, “Mətnin linqvistik təhlili”, “Dilçilik məsələləri” və s. monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifi olan professor Mədəd Namaz oğlu Çobanov (1937-2023) elmi yaradıcılığı boyu “Ana dilimiz xalqımızın tarixi milli sərvəti, biz isə onun keşikçiləriyik” ideyasını təbliğ etmişdir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Mədəd Çobanovun Türk ədəbi dillərinin birliyinə səsləyişi isə milli şüurun formalaşmasında türkdilli xalqların əlaqələrinin genişlənməsini, türk dillərinin geneoloji, morfoloji, tipoloji cəhətdən təsnifi onların qohum dillər olmasını əks etdirir.
Professor Mədəd Çobanovun türk xalqlarının milli mənsubiyyətini, təkamülünü və onun tarixi inkişaf mərhələlərini, Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus olan yerini müəyyənləşdirməsi sahəsindəki xidmətləri elmi fəaliyyətini əks etdirir.
Azərbaycanın dilçilik sahəsində özünəməxsus dəstixətti olan professor Mədəd Çobanov qələmə aldığı, Türk xalqlarının dillərini, xüsusilə də Azərbaycan dilinin tarixi və müasir problemlərini əhatə edən əsərləri ilə elmdə əbədi iz buraxmışdır.

Hörmətli müəllimimizə Allahdan rəhmət diləyirik.


Ədəbiyyat

1. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005. 256 səh.
2. Cəfərov Nizami. Redaktordan. М.N.Çobanov. Türk ədəbi dillərinin birliyinə doğru. Bakı, “Tehsil” EİM, 2008, 280 səh.
3. Çobanov M.N. Türk ədəbi dillərinin birliyinə doğru (I). Bakı, “Təhsil” EİM, 2008, 280 səh.
4. Çobanov M.N.. Türk ədəbi dillərinin birliyinə doğru (II). Bakı, “Elm və təhsil”, 2012, 100 səh.
5. Sarısaman Sadık. İranlı Bir Türk Lider Mir Cafer Pişeveri”. Türkiyat Araştırmaları Enstitüsü Dergisi (Journal of Turkish Researches Institute). 72, (Eylül- September 2021). 463-490.
6. Zeynalov F.R. Türkologiyanın əsasları. B., 1981.
7. Баскаков H.A. Тюрские языки. M., 1960.


Salidə ŞƏRİFOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru,
AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

turan.info.az]]>
Nicat Əmirov Fri, 01 Dec 2023 22:36:44 +0000
RUHUN ŞAD OLSUN, ELDAR MÜƏLLİM! https://turan.info.az/gurcustan/bolnisi/676-eldar-haciyev.html https://turan.info.az/gurcustan/bolnisi/676-eldar-haciyev.html RUHUN ŞAD OLSUN, ELDAR MÜƏLLİM! Bu gün ELDAR HACIYEVin Anım günüdür!.. (1938-2006)
Eldar Yəhya oğlu Hacıyev 1938-ci il avqust ayının 1-də qədim Borçalı ma­halında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kən­dində anadan olub. Orta təh­silini doğma kəndində başa vurduqdan sonra o, Azərbaycan Sənaye İnsti­tu­tunu (son­ralar Azərbaycan Neft və Kimya İns­titutu adlanan indiki Azər­baycan Neft Akade­miysını) bitirib. Əmək fəaliy­yətinə B.Sər­darov adına Bakı Maşın­qa­yır­ma zavodunda başlayıb: mühəndis, sex rəisi, baş mexanik, baş mühəndisin müavini, baş mühəndis vəzifələrində çalışıb. Sonralar bir müddət M.Əzizbəyov adına təcrübə-sınaq zavo­dunda baş mühəndis vəzifəsində işləyib. Daha sonralar isə pedaqoji fəaliyyətlə məşğul olub, Bakı Politexnik və Maşın­qayırma Texnikumlarında dərs deyib. Ömrü­nün son gününə kimi Bakı Texniki Kollecində metodist-müəllim işləyib.]]>
Müşviq BORÇALI Mon, 27 Nov 2023 00:59:59 +0000
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SALMAN QAZİ!... https://turan.info.az/edebiyyat/poeziya/921-yubleynz-mbark-hrmtl-salman-qaz..html https://turan.info.az/edebiyyat/poeziya/921-yubleynz-mbark-hrmtl-salman-qaz..html YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SALMAN QAZİ!... YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SALMAN QAZİ!...Dost dostuna ağız büzməz,
Olmayana olar deməz,
Salman Qazi, haqqa gəlməz,
Bir ürək ki, düz olmasa!]]>
Müşviq BORÇALI Sun, 22 Oct 2023 16:42:12 +0000
Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/baskecid/6192-llz-ormenli-grkml-trkoloq-v-taninmi-dli-alm-mdd-obanov.html https://turan.info.az/gurcustan/baskecid/6192-llz-ormenli-grkml-trkoloq-v-taninmi-dli-alm-mdd-obanov.html Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV" İlk öncə Türkoloq, tanınmış dilçi, onomastikaşunas və toponomist alim, Nyu-York Elimər Akademiyasının akademiki, filologiya elimləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!!!...
Mən professor Mədəd Çobanovu 1966-ci ildə Başkeçidin Ormeşən 8-illik məktəbini bitirdikdən sonra, məktəb yoldaşarımla birlikdə sənədlərmizi qonşu Bolnisi rayonundakı Darvaz kənd orta məktəbinə verən ərəfələrdən tanıyırdım. O, bizə IX sinifdə oxuyanda tarix dərsi demişdir...
Mədəd müəllim kimdir?
Mədəd müəllim 1937-ci ildə Borçalı mahalında ağır ellərdən biri olan Darvaz kəndində anadan olmuşdur. Darvaz eli ilə Ormeşən kəndi arasında, keçmiş ağsaqqallar elə bir dostluq körpüsü salmışlar ki, həmin dostuluq körpüsü yenə də davam edir. Bu kəndlər bir-birinə qız verib-qız almış və qan qohumu olmuşlar. Bu dostluğun təzahürü olaraq Mədəd müəllim bizim kəndimizdən və başqa kəndlərdən gəlmiş uşaqlara həmişə humanistliklə yanaşardı. Mədəd müəllimin böyüklüyü onda idi ki, Darvaz kəndindən olan uşaqlarla, başqa kəndlərdən gələnlər arasında ayrı seçkilik etməzdi. Mədəd müəllim Darvaz orta məktəbində işlədiyi ərəfədə, həmidə, 1960-ci ildə oxuyub başa vurduğu A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (sonralar S.S.Orbelianinin adına olan Tbilisi Dövlət Pedaqoji Universitetində) dərs deyirdi. Mədəd müəllimin naliyyətləri Borçalı elinə şərəf gətirmişdir. O, 1973-cü ildə filologiya elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ilin fevral ayında filologiya elimləri doktoru, oktyabr ayında isə professor elmi adına layiq görülmüşdür. Mədəd müəllimin ömürü boyu əldə etmiş olduğu naliyyətləri haqqında, geniş və ətraflı məlumat almaq üçün, onun tərcümeyi - halında tanış ola bilərsiniz.
Mədəd müəllim bir sözlə mənim qəlbimdə mərd, etibarlı, qoçaq, zəhmətkeş bir alim kimi öz yerini tapıb. Mədəd müəllim təmiz, saf qəlibli bir ziyalı idi.
Mən onun şahidiyəm ki, Mədəd müəllimə 2011-ci ildə mənim yazmış olduğum “Borçalıda qədim Ormeşən eli” kitabını təqdim edəndə O, bu kitabı özününkü kimi qəbul etdi və alqışladı. Bu kitabın nə kimi dəyərli olduğunu, təmiz və saf qəlbli bir ziyalı kimi, geniş və ətraflı rəyini bildirdı. Mədəd müəllimin yazmış olduğu rəyi, mənim yazmış olduğum “Xalqa elə məhəbbətin bəhrəsi” kitabından oxuya bilərsiniz.
Mədəd müllim öz dəsti-xətti ilə yazmış olduğu “Professor Mədəd Çobanov - 70. ELM FƏDAİSİ” kitabını mənə təqdim etdi. İndi isə sizlərə, həmin kitabda öz əli ilə mənə yazmış olduğu xoş sözləri sizlərə təqdim edirəm.
Görkəmli türkoloq və tanınmış dilçi-alim Mədəd Çobanov həyatdan köçməsinə baxmayaraq, onun əməlləri yaşayacaq və hörmətlə yad olnacaqdır.
Yenə Mədəd müəllimə Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun...
.
Əlləz Vəliyev (Ormeşənli)
Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı.
Prezident təqaüdçüsü (2020-2021).

Bakı şəhəri. 24.09.2023]]>
Müşviq BORÇALI Sun, 24 Sep 2023 20:20:03 +0000
HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI https://turan.info.az/media/elmvetehsil/4459-hm-zyali-hm-xeyrxah-xanim-prxanim-mkayilqizi.html https://turan.info.az/media/elmvetehsil/4459-hm-zyali-hm-xeyrxah-xanim-prxanim-mkayilqizi.html HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI HƏM ZİYALI, HƏM XEYİRXAH XANIM - PƏRİXANIM MİKAYILQIZI
Azərbaycan ədəbiyyatı hər il yüzlərlə yeni-yeni yazarların əsərlərini oxuculara bəxş etməklə yanaşı, bu əsərlərin müəlliflərini də onlara tanıdır. Müəlliflərin meydana çıxardıqları əsərlər öz oxucu auditoriyasına publisist, bədii, ədəbi, lirik əsərlərlə birlikdə, yeni elmi əsərlər də gətirir. Xüsusilə də bu yeni əsərlər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin klassik ədiblərinin həyat və yaradıcılğından bəhs edərsə, oxucu üçün daha maraqlı və oxunaqlı olur. Belə maraqlı əsərlərdən Pərixanım Mikayılqızının müəllifi olduğu “Ümmətdən-millətə doğru” əsərini misal göstərə bilərik.
Müəllifin bu əsərində Azərbaycanın görkəmli pedaqoqu, dəyərli ədəbiyyatşünas Firidun bəy Köçərlinin həyat və yaradıcılığından bəhs edilir. Əvvəlcə Pərixanım Mikayılqızı ilə tanış olaq və onun Firidun bəy Köçərlinin yaradcılığına müraciət etməsinin və bu əsərin meydana gəlməsi səbəblərini öyrənək.
Pərixanım Mikayılqızı şair, publisist, jurnalist, redaktor, naşir və nəhayət araşdırmaşı-tədqiqatçıdır. Bu nəcib, ziyalı xanım uzun illərdir ki, Azərbaycan mətbuatında şeirləri və publisist yazıları ilə tanınır. Onun özünün qeyd etdiyi kimi, “çox sağ olsunlar, məni şair kimi qəbul edirlər, amma mənim üçün şair adı çox ucadır, mən sadəcə yazaram” deyə söyləyir.
Pərixanım, hələ orta məktəbdə oxuduğu illərdən Firidun bəy Köçərli yaradıcılığına marağı olduğunu deyir. Aradan çox uzun illər keçsə də onun bu dahi şəxsiyyətin həyat və yaradıcılığına olan marağı ötüb keçmədi.
Pərixanım Mikayılqızı, hər zaman öz xeyirxahlığı, nəcibliyi və ziyalılığı ilə nümunə olmağa çalışıb. O, 2009-dən görkəmli şəxsiyyət Firidun bəy Köçərlinin tədqiqatı ilə məşğuldur. İlk olaraq, 2013-cü ildə ədibin 494 səhifəlik “F.b.Köçərli: Əsərləri” kitabını transliterasiya edərək oxucuların ixtiyarına vermiş, 2016-cı ildə isə ədibin “Balalara hədiyyə” adlı kitabını nəşr etdirərək, körpə balalarımızı sevindirmişdir.
Pərixanım, 2016-cı ildə ədibin yaradıcılığından bəhs edən 488 səhifəlik “Ümmətdən-millətə doğru” irihəcmli elmi əsərini oxuculara təqdim edibdir. On bir bölmədən ibarət başlıqla nəşr olunmuş kitabın üzərində müəllif doqquz ilə yaxın bir müddətə çalışmış və üç yüzdən artıq qəzet, jurnal və kitaba müraciət etmişdir. 2007-ci ildən Firidun bəy Köçərlinin yaradıcılığına həsr edilmiş mövzuya aid onlarla materialları toplamaqla məşğul olan Pərixanım, nəhayət ki, 2016-cı ildə müəllifi olduğu bu əsəri meydana çıxara bilir.
Pərixanım Mikayılqızı, Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar, cənab Prezident İlham Əliyevin 14 fevral 2013-cü ildə imzaladığı 2720 saylı sərəncam əsasında, ədibin ruhuna ərməğan olaraq “F.b.Köçərli: Əsərləri” kitabını transliterasiya etmək həvəsi ilə bir neçə ay “Ümmətdən-millətə doğru” əsrini arxa plana keçirməli oldu. O, sərəncamdan irəli gələn müddəanı əsas tutaraq, gərgin zəhməti sayəsində üç aya ədibin “Əsərləri” kitabını nəşr etdirdi.
O zaman, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində böyük bir şöbənin rəhbəri olan Pərixanımın nəşr etdiriyi bu əsərin, arxiv rəhbərliyinin təşkilatçılığı ilə geniş təqdimatı keçirilmişdi. Tədbirdə millət vəkillərindən: Ziyad Səmədzadə, Fəzail İbrahimov, Azərbaycan Pedaqoji Universitetini rektoru Cəfər Cəfərov, PrezidentYanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, tarixçi Firdosiyyə Əhmədova, professor Yaqub Mahmudov, Solmaz Tohidi, BDU-nin alim və professorlarından Şirməmməd Hüseynov, Şamil Vəliyev, Polşa Respublikasının səlahiyyətli və fövqəladə səfiri Həsən Həsənov, jurnalist Etibar Babayev və digər səlahiyyətli qonaqların iştirak etdiyi bu tədbir maraqlı çıxışlar ilə yadda qaldı. Görülən iş tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirildi və bu əsərin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə çox dəyərli töhfə olduğu qeyd edildi.
Pərixanım Mikayılqızının daha sonra, 2016-cı ildə nəşr etdirdiyi “Ümmətdən-millətə doğru” əsərinin də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında təqdimatı keçirildi. Rayon İcra Hakimiyyəti nümayəndələrinin, eləcə də elm və ictimai xadimlərin, ziyalıların iştirak etdiyi bu təqdimatda “Ümmətdən-Millətə doğru” əsəri öz dəyərli qiymətini aldı. Bu münasibətlə Azərbaycan Dövlət Televiziyasına və İctimai Televiziyaya dəvət olunan Pərixanım, Firidun bəy Köçərli haqqında və nəşr etdirdiyi əsərlər haqqında tamaşaçılarına geniş məlumat verdi. Bütün bu işləri öz şəxsi vəsaiti hesabına edən bu xanımın amalı, məqsədi yalnız tariximizi və tarixi şəxsiyyətlərimizi balalarımıza tanıtdırmaqdır.
Firidun bəy Köçərlinin yaradıcılığı ilə tanışlığı olan hər bir Azərbaycan oxucusu “Ümmətdən-millətə doğru” əsərində ədibin istər pedaqoji, ədəbi və istərsə də digər sahələrdə olan fikirləri ilə tanış ola bilərlər. Əsərin maraqlı cəhəti ondadır ki, bu kitabda ədibin yaradıcılığının bütün sahələrinə aid cavab tapmaq mümkündür.
Firidun bəy Köçərlinin Azərbaycan mədəniyyəti tarixində rolu, onun publisitikasında maarifçilik dəyərləri, pedaqoji fəaliyyəti, ictimai-siyasi həyat baxışları, ana dilinin saflığı uğrunda mübarizəsi, dinə münasibəti, qadına ailədə və cəmiyyətdə olan münasibət və digər məsələlər bu kitabda öz əksini tapmışdır. Kitabın ali məktəblərdə dərslik kimi istifadə olunması da məqbul hesab edilə bilər. Məlumdur ki, Firidun bəy Köçərli yaradıcılığı, ədəbiyyatımızın klassikləri arasında ən az işlənmiş mövzudur. Müəllif bu kitabın ərsəyə gəlməsində aşağıda adları qeyd olunan müəlliflərin əsərlərinə müraciət etdiyini söyləyir. Akademiklərimizdən mərhum Bəkir Nəbiyev, Kamal Talıbzadə, Həmid Araslı, Mirzə İbrahimov, professorlardan Mircəlal Paşayev, Hüseyn Əhmədov, Şamil Vəliyev, Xeyrulla Məmmədov, Əziz Mirəhmədov, İnayət Bektaşi və digərlərinin. Pərixanım Mikayılqızının qeyd etdiyi kimi “Özümü çox xoşbəxt hesab edirəm ki, mən belə bir alimlərin əsərlərinə müraciət edərək bəhrələnmişəm və bu əsəri meydana çıxara bilmişəm.
Pərixanım Mikayılqızı Firidun bəy Köçərlinin yaradıcılığına həsr etdirdiyi onlarla məqaləsi müxtəlif qəzet və jurnal səhifələrində dərc olunmuşdur. Pərixanımın F.Köçərli yaradıcılığına olan marağı onu ədibin, 1918-ci ildə açmış olduğu Qazax Müəllimlər Seminariyasına qədər apardı. Oradan maraqlı məlumatlarla geri dönən Pərixanım, “Firidun bəy Köçərlinin izi ilə Qazax Müəllimlər Seminariyasına” adlı məqalə ilə bir vaxtlar özünün redaktoru, indi isə Baş redaktoru olduğu “Elm və Təhsil” qəzetində məqalə ilə çıxış etdi.
Çox humanist və xeyirxah olan Pərixanımın özünün də yaradıcılığı maraqlı və rəngarəndir. O, əsl ziyalı xanım olaraq dayanmadan öz üzərində çalışır. Əsasən klassik irsimiz ilə maraqlanan Pərixanım, təkcə tədqiqatçısı olduğu Firidun bəy Köçərli haqqında deyil, eləcə də Azərbaycanın görkəmli klassiklərinin yaradıcılığına həsr etdiyi onlarla məqalələri müxtəlif mətbuat orqanlarında dərc etdirmişdir. Həsənbəy Zərdabi, Əlibəy Hüseynzadə, Abbas Səhhət, Nəriman Nərimanov, Məhəmməd Hadi, Ceyhun Hacıbəyov və digər şəxsiyyətlərimiz haqqında məqalərlər yazmışdır. Bundan başqa o klassik ədəbi irsimizin zərif nümayəndələri haqqında da maraqlı yazıları ilə qəzet və jurnallada çıxış edir. Qəmər bəyim Şeyda, Şəfiqə Əfəndizadə, Heyran xanım, Aşıq Pəri, Xədicə Ağayeva, Sara xanım Vəzirova, Şahnigar Rəncur, Şövkət Səlimova və başqaları haqqında yazıları işıq üzü görmüşdür. Pərixanımın klassik irsimizin zərif nümayəndələrinə həsr etdiyi kitabı da tezliklə işıq üzü görəcəkdir.
Hətta, “Ümmətdən-millətə doğru” əsərinin oxucular tərəfindən yüksək qarşılandığını və bu əsərə olan tələbatı nəzərə alan müəllif, kitabı ikinci dəfə nəşr etdirmək qərarına gəldi. Hər kəsə təmənnasız hədiyyə olunan bu əsər, hal-hazırda oxucular tərəfindən sevilə-sevilə oxunur.
Pərixanım Mikayılqızı uzun illər zəhmətinin nəticəsi olaraq, görkəmli ədib Firidun bəy Köçərlinin həyat və yaradıcılığına həsr etdiyi “Ümmətdən-Millətə doğru” əsərini özünün yaradıcılığının zirvəsi, “Şah əsər” i hesab edir.
Pərixanım həm ictimai, həm də əməli fəaliyyətində çalışmaqdan zövq alır. O müxtəlif mövzuları araşdırmaqla yanaşı eyni zamanda poeziya həvəskarıdır. Ailə, məişət, məhəbbət şeirləri yazsa da, şeirlərinin çoxu vətənpərvərlik mövzusundadır. 300-dən artıq bayatıları olan Pərixanımın onlarla da uşaq şeirləri vardır. Onun özünün dediyi bir sözü oxucuların nəzərinə çatdırmaq istəyirəm. “Əgər mən bir gün bir sətir, bir vərəq də olsa yazı yazmasam, o zaman ömrümün sonunun yaxınlaşdığını hiss edərəm”. Vaxtın azlığından şikayətlənən bu ziyalı xanım yazdıqlarını toplayıb kitab halına salmaq üçün vaxtın azlığından gileylənir.
Azərbaycan Jurnalistlər Birliyin üzvü olan Pərixanımın şeirlərindən ibarət iki kitabı da işıq üzü görmüşdür. Bundan başqa onun 2017-ci ildə “Borçalı” nəşriyyatı tərəfindən hazırlanmış “Zirvə” poeziya antologiyasının IV cildində və Türkiyənin Adana şəhərində keçirilən “Şiir və müzik” festivalında iştirakı, Şairlərdən Bir Demet-“Şiir Seçkisi” adlı kitabın isə II cildində şeirləri çap olunmuşdur. On beşdən artıq şeirlərinə mahnılar bəstələnmiş Pərixanımın “Azərbaycanım” mahnısı əməkdar müğənnilər Lalə Məmmədova və Cahangir Qurbanov tərəfindən “Buta” sarayda keçirilən dövlət səviyyəli bir tədbirdə səslənmişdir. Bəstəkarı Ruslan Zeynalov olan bu mahnı dinləyicilər tərəfindən sevilir. AZ.TV-nin solisti Fuad Musayevin ifasında bir neçə mahnısı dövlət kanalında və dövlət tədbirlərində səslənmişdir. Pərixanım “Şərqin Səsi” və “Elm və Təhsil” qəzetləri ilə mütəmadi əməkdaşlıq edir. Hal-hazırda isə “Elm və Təhsil”in Baş redaktoru vəzifəsini daşıyır.

Pərixanım Mikayılqızı ona müraciət edən insanlara xeyirxahlıq köməyini də əsirgəmir. Çalışır imkanına görə müraciət edənləri naümid qaytarmasın. Bundan başqa Pərixanım bəzi xeyriyə işləri ilə də məşğul olur. 1988-ci ildən ölkəmizə qarşı edilən işğal nəticəsində qaçqın və köçkünlərimizə vətəndaşlıq mövqeyindən yanaşan Pərixanım, onların dərdinə şərik olaraq, bacardığı köməyini onlardan əsirgəməmişdir. Bundan başqa o, qocalar evlərində, uşaq müəssisələrində, qadınların cəzaçəkmə müəssisələrində də olur və lazımı yardımını göstərir.

Vətənpərvər xanım bir neçə dəfə Milli Qəhrəmanımız Mübariz İbrahimovun evində də olmuş, qəhrəmanımızın valideynləri ilə görüşmüşdür. Pərixanım Mübariz İbrahimova həsr etdiyi məqaləsi və şeirləri ilə mətbuatda çıxış etmişdir.
İctimai işlərdə fəal iştirak edən Pərixanım 2019-cu ilin mart ayında jurnalist həmkarları ilə birlikdə ağacəkmə kompaniyasında iştirak etdi.
Ziyalı ailəyə sahib olan bu xanımın öz övladları ilə də fəxr etməyə haqqı vardır. Pərixanım deyir: “Allahıma çox şükür edirəm ki, övladlarım üçün çəkdiyim zəhmətim öz nəticəsini verdi.Əziyyətim yerdə qalmadı. Qızım uzun illərin ali təhsilli müəllimidir. Bir oğlum da ali məktəbdə dərs deməklə yanaşı, həm də iqtisad elmləri üzrə alimdir. Kiçik oğlum isə biznes sahəsini seçmişdir. Gəlinlərim də ali təhsillidirlər və əmək fəaliyyəti ilə məşğuldurlar. Ailəmdə böyüyə hörmət, kiçiyə rəğbət vardır. Pərixanım fəxrlə deyir ki, ailəmdə bəxtəvər ana, sevimli nənəyəm, hər kəs qayğımı çəkir”. Biz də öz növbəmizdə bu ziyalı, xeyirxah xanıma hər zaman xoş günləri davamlı yaşamağını arzulayırıq.
Yorulmaq bilmədən çalışan bu ziyalı, mehriban, humanist və xeyirxah xanıma gələcəkdə görəcəyi yaradıcılıq işlərində uğurlar diləyir və yeni əsrlərini meydana gətirməsini gözləyirik. Uğur daim Sizinlə olsun hörmətli Pərixanım!]]>
Müşviq BORÇALI Thu, 14 Sep 2023 01:37:17 +0000
Nurdan yaranmışdı – nur oldu, getdi... https://turan.info.az/media/zirve/6151-nurdan-yaranmd-nur-oldu-getdi.html https://turan.info.az/media/zirve/6151-nurdan-yaranmd-nur-oldu-getdi.html Nurdan yaranmışdı – nur oldu, getdi...

Görkəmli türkoloq və dilçi-alim Mədəd Çobanov 40 günə yaxındır ki, haqq dünyasına qovuşub. Onu tanıyanlar – qohumları, dostları, elm ictimaiyyəti bu itkini ağrı ilə qarşılayıblar.

İyulun 12-də məzarüstü abidəsinin qarşısında mərhum kədərlə anılacaq, amma bir müddət sonra Mədəd müəllim­dən söz düşəndə hər kəsin xoş duyğular­la, iftixarla danışacağına, ona sidq ürəklə Allahdan rəhmət diləyəcəyinə əminik. Çünki o, Azərbaycan elminin tanınmış simalarından biri, istedadlı ədəbiyyatnə­vis, məşhur qorqudşünas, onomastika və toponomika sahələrində dəyərli sözünü demiş zəhmətkeş tədqiqatçı, təcrübəli pedaqoq, vətənpərvər insan kimi ad qo­yub gedib...

1937-ci ilin aprelində qədim Borçalı mahalında, Bolnisi rayonunun Darbaz kəndində dünyaya gəlmiş Mədəd Na­maz oğlu orta təhsilini doğma yurdunda alıb, Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qi­yabi təhsil alıb.

Azərbaycan dilinə, ədəbiyyatına, mə­dəniyyətinə olan sonsuz sevgisi Mədəd müəllimin elmi mövzusunda da öz əksi­ni tapıb. Namizədlik dissertasiyası “Bor­çalı–Bolnisi rayon şivələrinin leksikası” mövzusunda idi. O, yaxşı bilirdi ki, bo­ya-başa çatdığı torpaq Azərbaycanımı­zın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələri, onomastikası, toponimləri, antroponimləri (şəxs adları) və s. onun elmi tədqiqatının ana xəttini təşkil edib. 36 yaşında namizədlik disser­tasiyasını uğurla müdafiə edərək, həmin ildən vaxtilə ali təhsil aldığı Tbilisi Dövlət Pedaqoji İnstitutunda 25 ilə qədər çalışıb, orada müəllim, dosent, professor, kafed­ra müdiri olub.

1994-cü ildə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr üzündən Bakıya köçəndə o, artıq doktorluq dissertasiya­sını uğurla müdafiə etmiş və professor olmuşdu. Görkəmli alim qalan ömrünü Azərbaycan paytaxtında elmi-pedaqoji sahədə davam etdirib. Bir sıra özəl və dövlət ali məktəblərində çalışıb. 2000-ci ildə Türk Dil Qurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siyası Ekspert Şurasının üzvü, Respub­lika “Təhsil” Mərkəzinin baş direktoru və digər vəzifələrin öhdəsindən layiqincə gəlib. Yüzlərlə müəllimin, minlərlə gənc kadrın yetişməsində danılmaz zəhməti olan Mədəd Çobanov 80-dən çox kitabın, o cümlədən 15 monoqrafiyanın, 10-dan artıq dərslik və dərs vəsaitinin, 60 elmi əsərin müəllifi idi.

Görkəmli professorun geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabların­dan biri Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dastanı”dır. Həmin monoqrafiyanın 2-ci hissəsi "Borçalıda Dədə Qorqud izləri" adlanır. Qismətə baxın ki, görkəmli alim artıq 40 günə yaxındır, Bakıdakı "Dədə Qorqud" qəbristanlığında uyuyur və ruhu Qorqud babasının ruhuna qovuşub.

Mədəd Çobanovun “Görkəmli strate­giyaçı” kitabı isə 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevə həsr olunub. Onun müxtəlif mövzulu ki­tabları, dərslik və dərs vəsaitləri Azər­baycanla bərabər, qardaş Türkiyə, qonşu Rusiya və Gürcüstan, habelə Orta Asi­ya ölkələrində çap edilib, tanınmış elm mütəxəssisləri tərəfindən yüksək qiymət­ləndirilib.

İşıqlı şəxsiyyət olan Mədəd Çobano­vun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tbilisidə, Marneulidə və doğma Darvaz kəndində təntənə ili qeyd olunub, haqqın­da filmlər çəkilib, tele-radio verilişləri ha­zırlanıb, elmi konfranslar, sessiya və se­minarlar keçirilib, kitablar yazılıb.

Şərəfli əməyinə görə layiq görüldüyü Prezident təqaüdü, orden və medallar, qazandığı ad-san onun şöhrət əmanət­ləridir. Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, Əməkdar tibb işçisi Rima xanımla birlikdə 5 layiqli övlad – 5 ziyalı böyüdüb boya-başa çatdırıb. O, həm də bəxtəvər baba sayılırdı: 9 nəvəsi və 15 nəticəsi var.

Tanınmış şair Səadət Buta bir şeirin­də ustad alim Mədəd Çobanovu Mehralı bəy yurdunda, Darvaz elində nurdan ya­ranmış varlıq adlandırıb:



Səpdin, dən-dən oldu bitirdiklərin,

Alim, aqil oldu yetirdiklərin...

Damladan göl oldu götürdüklərin

Elmə arxalandın, Mədəd müəllim!



Haqqında keçmiş zamanda danış­maq çətin olsa da, deməyə məcburuq: eldən və elmdən gedən ziyalımız idi Mə­dəd müəllim. O, cismən aramızda deyil, amma mənən həmişə bizimlə olacaq, xa­tirəsi hər zaman əziz tutulacaq.

Allah rəhmət eləsin!



Əli NƏCƏFXANLI, “Xalq qəzeti”]]>
Müşviq BORÇALI Sun, 09 Jul 2023 23:15:56 +0000
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcək https://turan.info.az/yeni-neshrler/6150-professor-mdd-obanovun-qbirst-abidsi-nnd-anim-mrasm-keirilck.html https://turan.info.az/yeni-neshrler/6150-professor-mdd-obanovun-qbirst-abidsi-nnd-anim-mrasm-keirilck.html Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcək ***

Əziz və dəyərli dostlar!..

Sizləri,
İyulun 12-də səhər saat 10-da
Bakıdakı "Dədə Qorqud" qəbristanlığının girişində
professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə keçiriləcək
ANIM MƏRASİMİnə dəvət edirik.

Alimin əziz xatirəsini yad etdikdən sonra hamılıqla birlikdə
40 MƏRASİMİnə - Ehsan məclisinə yollanacağıq.

Əvvəlcədən hamınıza təşəkkür edirik...
Allahdan arzu edirik ki, canınız sağlam,
ömrünüz uzun, həyatınız xoşbəxt olsun.
Dünyasını dəyişənlərinizə isə Allah rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun.
Amin...]]>
Müşviq BORÇALI Wed, 05 Jul 2023 23:54:03 +0000
Xatirə qaldı səndən... https://turan.info.az/gurcustan/borchali/6145-xatir-qald-sndn.html https://turan.info.az/gurcustan/borchali/6145-xatir-qald-sndn.html Xatirə qaldı səndən... Mədəd müəllim haqqında yazmaq özü bir cəsarət tələb edir. Onunla bir məclisdə olmaq, onun maraqlı söhbətlərini eşitmək o qədər şərəfli, yaddaqalan idi ki, uzun müddət xatirələrdə qalacaq.
Belə məclislərin birində Mədəd müəllimin ailəsi və biz - xalası oğlu İlyaz müəllimin övladları idik.
Mədəd müəllimin şirin söhbətlərinə qulaq asdıqca vaxtın necə keçdiyini hiss etmirdik, o öz uşaqlıq xatirəsini danışırdı.
I sinfə gedəndə sinif otağına daxil olanda qarşımızda uzunboylu, səliqəli geyimdə, mehriban müəllimimi gördüm. O bizlə danışdıqca elə bil nağıllar aləminə düşmüşdük.
Dərsdən sonra evə gəldim. Elə paltarlarımı təzə dəyişmişdim ki, “sənə hədiyyə göndəriblər” - dedilər.
Sevinclə qaçaraq gəldim:
- Nə hədiyyə?
Hədiyyə kitab, dəftər, qələm idi. Müəllimin göndərib.
O gündən mənim müəllimimə, elmə, biliyə həvəsim başladı.
Müəllimim gözümdə bir az da ucaldı. O gözümdə əfsanəvi, əlçatmaz bir zirvəyə bənzəyirdi.
Evdə dedilər ki, müəllimin sənin xalan oğludur. Mən təəccübləndim. Müəllimdən də xala oğlu olar? O müəllimdir mən isə şagird.
Böyüyəndə başa düşdüm ki, anamgil 5 bacı olub. Müəllimim böyük bacı – Bahar xalamın oğludur. Mən isə kiçik bacı – Hürü ananın oğluyam. Aramızda olan böyük yaş fərqi ona görə imiş.
Böyüdükcə müəllimim ideyalarıma çevrilirdi. Bu sənətə olan həvəsim daha da artırdı...
Mədəd müəllimin haqqında hörmətlə danışdığı müəllim – atam Əliyev İlyaz Ramazan oğludur. Dövrünün bacarıqlı müəllimi, xalqının rifahı üçün çalışan, el ağsaqqalı, hörmətli şəxsiyyət idi. 17 il kənd sovetinə sədrlik edib. Kəndə qəzet, məktublar rayon mərkəzindən atla gətirilərdi. Atam rayon mərkəzi ilə danışıqlar aparıb kənddə poçt açdırdı və poçt rəisi işlədi.
O sənin idealın idi Mədəd müəllim. Amma atam da sənin uğurlarına çox sevinirdi. Sənin hər addım ucalmağına o qədər sevinər, “o, mənim şagirdim olub”, - deyərdi.
Sən öz savadından, bilik-bacarığınla elmin zirvələrini fəth etdin.
Dünya şöhrətli Akademik titulunu qazandın. Neçə-neçə alimlər yetişdirdin. İndi bizlər, yetişdirdiyin tələbələr, alimlər səninlə fəxr edir. Hər zaman xatirələrdə yaşayacaqsınız.
Əsli İLYAZ QIZI]]>
Müşviq BORÇALI Sat, 01 Jul 2023 21:01:13 +0000
DƏDƏ MƏDƏD https://turan.info.az/edebiyyat/poeziya/6142-dd-mdd.html https://turan.info.az/edebiyyat/poeziya/6142-dd-mdd.html DƏDƏ MƏDƏDDünya şöhrətli alim, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova
uca Allahdan rəhmət diləyirəm inşaAllah. Unudulmaz şəxsiyyətin oğlu Müşfiq müəllimə
dərin hüznlə başsağlığı verir və Yaradandan möhkəm səbr diləyirəm. Dəyərli insana ithaf etdiyim " Dədə Mədəd" şerimi sizlərə
təqdim edirəm. Var olun.

İçib elmin badəsini,
Lap dəm oldu Dədə Mədəd.
Meylin salıb kitablara,
Həmdəm oldu Dədə Mədəd.

Borçalıdan doğdu günəş,
Qədəmləri nurla dolu,
Getdiyi yol Turan yolu,
Haqqa doğru Dədə Mədəd.

Ağsaqqaldır elimizə,
Öndər oldu elmimizə,
Təmiz ana dilimizə,
Sipər durdu Dədə Mədəd.

Ürək böyük saf dəryadı,
Əsərləri bir dünyadı,
Oyatdı xalqı fəryadı,
Namazoğlu Dədə Mədəd.

Şöhrəti var dünya qədər,
Öyünmədi çoxu kimi,
Ömrü ötdü yuxu kimi,
Belə köçdü Dədə Mədəd.
Lətif AĞAOĞLU (ƏHMƏDOV).]]>
Müşviq BORÇALI Wed, 28 Jun 2023 22:21:29 +0000
MƏDƏD MÜƏLLIM! https://turan.info.az/fond/6141-mdd-mllim.html https://turan.info.az/fond/6141-mdd-mllim.html MƏDƏD MÜƏLLIM! Dəyərli eloğlumuz, görkəmli türkoloq, professor Mədəd Çobanovun xatirəsinə

Söndü Borçalının elm, bilik çırağı,
Müşfiqi çox yandırdı bu atanın fərağı,
Tez eli harayladı, yaman çoxdu qonağı,
Kimlər haya gəlmədi, anmadı, Mədəd müəllim?!
Neçə alim yetirib gətirmişdi o başa,
Ləyaqətlə yaşayıb dolmuşdu ahıl yaşa,
Yazdığı kitablarla naxış saldı yaddaşa,
Günəş təki nur verdi, sönmədi Mədəd müəllim!
Tiflis Bakı yolunda iz salmışdı illərdir,
Türk dilinin qədrini, dəyərini bilərdi,
Qardaşlıq amalıydi, xoş arzular dilərdi,
Hansı səddi aşmadı, yenmədi Mədəd müəllim!?
Darvazda doğulmuşdu son mənzil Bakı oldu,
Bu kədərli xəbərdən Vətənin gözü doldu,
Vətən açdı qolunu, qolları boşda qaldı,
Dedi:”Heyif Vətənə dönmədi Mədəd müəllim!”
Arzum vardı, Sizi mən də görəydim,
Sizinlə bir keçmiş günə dönəydim,
Atam haqda danışaydıq, dinəydik,
Dostluğa sədaqəti danmadı Mədəd müəllim!
Neçə-neçə xatirə ürəkdə qaldı getdi,
Bu qəfil xəbər məni odlara saldı, getdi,
Mədəd müəllim dünyada yaxşı ad aldı getdi,
Yaxşılıqları saydım, dinmədi Mədəd müəllim!
Xeyriyyə işlərində hamıdan öndə getdi,
Neçə-neçə insana əl atdı, kömək etdi,
Yaxşılıq simvolu tək indi qəlblərdə bitdi,
Deyək ki, ölüm Sizi yenmədi Mədəd müəllim!
Allahdan arzum budur, məkanı cənnət olsun!
Bu dünyada qoyduğu yaxşı ad, hörmət olsun!
Keçdiyi ömür yolu hamıya ibrət olsun!
Kim deyər, Vətən üçün yanmadı Mədəd müəllim?!]]>
Müşviq BORÇALI Wed, 28 Jun 2023 21:51:28 +0000
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV https://turan.info.az/media/elmvetehsil/6136-eldn-gedn-zyalimiz-professor-mdd-obanov.html https://turan.info.az/media/elmvetehsil/6136-eldn-gedn-zyalimiz-professor-mdd-obanov.html ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

Azərbaycan elminin tanınmış simalarından olan görkəmlii dilçi-alim, məşhur türkoloq, istedadlı ədəbiyyatşünas, bacarıqlı tədqiqatçı, dəyərli ziyalı, əsl müəllim, təcrübəli pedaqoq, vətənpərvər, yursevər, zəhmətkeş və xeyirxah insan, gözəl ailə başçısı, sevimli el ağsaqqalı, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun 2023-cü il iyunun 3-də vəfat etməsi Azərbaycan elmi, təhsili və ictimaiyyəti üçün sözün əsl mənasında böyük itki oldu.
1937-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəlmiş Mədəd Namaz oğlu, ilk təhsilini də, elə doğma kəndindəki orta məktəbdə almışdır. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitunun filologiya fakültəsini bitirdikdən sonra da doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamış və bir il müəllim işlədikdən sonra əsgəri xidmətə yollanmışdır. Əsgəri xidmət borcunu şərəflə yerinə yetirən Mədəd Çobanov 6 ay sonra təhsilini davam etdirmək üçün Zabitlər məktəbinə göndərilmişdir. O, burada da təhsilini uğurla başa vurmuş, leytenant rütbəsinə layiq görülmüşdür. Hərbi xidmətini ləyaqətlə başa vuraraq, zabit kimi ehtiyata buraxıldıqdan və bir il Bolnisi rayon komsomol komitəsində çalışdıqdan sonra, Mədəd Çobanov irəli vəzifəyə çəkilmiş, Bolnisi rayon partiya komitəsinə təlimatçı təyin olunmuşdur. O, burada əmək fəaliyyətini davam etdirməklə bərabər, həm də Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.
Gənc yaşlarından Azərbaycan dilinə, ədəbiyyatına və mədəniyyətinə olan sonsuz sevgi və məhəbbəti Mədəd müəllimin elmi mövzusunda da öz əksini tapmışdır. Namizədlik dissertasiyası mövzusunun adı - “Bolnisi rayon şivələrinin leksikası” olması bunun bariz nümunəsidir.
Mədəd müəllim yaxşı bilirdi ki, onun yaşadığı, boya-başa çatdığı torpaq müqəddəs Azərbaycanımızın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələrini, Borçalı onomastikasını, Borçalı toponimlərini – yer yurd adlarını, antroponimlərini – şəxs adlarını və s. elmi tədqiqatının daima ana xətti hesab etmişdir.
1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat İnstititinda 36 yaşlı bir gəncin namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi sevindirici hadisə idi. Elə həmin ildən Mədəd Çobanov vaxtilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində əmək fəaliyyətinə başlamış və 1994-cü ilə kimi orada çalışmışdır. Əsl ziyalı və türkçü hörməti qazanan Mədəd müəllim insanların ürəyinə təkcə elmi fəaliyyəti ilə deyil, insani keyfiyyətləri ilə də nüfuz etməyi bacarmışdır. O mehriban, humanist, sadə, təvazökar xasiyyəti ilə hörmət qazanaraq, həmişə hamıya bacardığı qədər yaxşılıq etməyə, kömək göstərməyə çalışmışdır.
Çalışdığı institutda müəllim, dosent kimi fəaliyyət gostərən ziyalımız, pedaqoji fəaliyyəti ilə yanaşı daim elmi fəaliyyətini də davam etdirmiş, 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə etmiş və 1993-cü ildə professor seçilmişdir.
1990-cı illərdə Gürcüstanda mövcud olmuş ictimai-siyasi hadisələrdən, soydaşlarımıza qarşı məlum təqib və təzyiqlərdən sonra, professor Mədəd Çobanov 1994-cü ildə Bakıya köçməyə məcbur olmuş, qalan ömrünü doğma Azərbaycanımızda elmi-pedaqoji fəaliyyəti ilə davam etdirmişdir.
Əvvəlcə Azərbaycan Elitar Universitetində rektor, sonra Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı, daha sonralar isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olmuş, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü - akademiki və Türk Dil Kurumunun üzvü seçilmişdir.
O, həm də Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru, bir çox qəzet və jurnalların redaksiya heyətlərinin, eləcə də, müxtəlif mükafat komissiyalarının rəyasət heyətlərinin üzvü olmuşdur.
Görkəmli ziyalı Mədəd Çobanovun onlarla alim və yüzlərlə müəllimin yetişməsində əməyi danılmazdır. Hətta onlardan bir çoxunun elmi rəhbəri, opponenti, rəyçi və məsləhətçisi də olmuşdur.
Altmışdan çox elmi əsərlərin müəllifi olan Mədəd müəllimin “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”. “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,” Dilçilik məsələləri” və digər əsərlərini misal göstərə bilərik. On beş monoqrafiyanın və səksəndən çox kitabın, dərslik və dərs vəsaitlərinin müəllifi olan Mədəd müəllim Çobanov yorulmadan çalışaraq, gələcək irsimiz üçün bir-birindən dəyərli əsərlərini yadigar qoymuşdur.
Onlarla Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, elmi-praktik seminarlarda və simpoziumlarda maraqlı məruzələrlə çıxış edən Mədəd müəllimin çoxlu sayda məqalələri və kitabları Azərbaycan başda olmaqla Türkiyədə, Rusiyada, Gürcüstanda və eləcə də Orta Asiya ölkələrində çap olunmuş, elmi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Mədəd Çobanovun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə və doğma Darvaz kəndində böyük təntənə ili qeyd olunmuş, onun haqqında filmlər çəkilmiş, verilişlər hazırlanmış və kitablar çap olunmuşdur.
Bir neçə orden, medal və müxtəlif mükafatlara layiq görülmüş görkəmli alim, çox hörmətli professor Mədəd Çobanov Prezident təqaüdünə də layiq görülmüşdür.
Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, əməkdar tibb işçisi Rima xanımla birlikdə özü kimi də beş layiqli övlad – beş ziyalı böyüdüb boya-başa çatdırmışdır. Beşi də ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir.
Mədəd müəllim həm də sevimli baba idi: doqquz nəvəsi və on beş nəticəsi var.
Əsl ziyalı, insani keyfiyyətlərə malik olan görkəmli alim haqqında keçmiş zamanda danışmaq o qədər də asan olmasa da, qeyd etməyə məcburuq ki, eldən və elmdən gedən ziyalımız – El və Elm ağsaqqalı, professor Mədəd Çobanov bundan sonra cismən aramızda olmasa da, mənən həmişə bizimlə olacaq, onun müqəddəs xatirəsi hər zaman əziz tutulacaq.
Əminik ki, əxlaqi və milli dəyərlərə, soyumuza-kökümüzə daima hörmətlə yanaşmış əbədiyaşar alimin – unudulmaz Mədəd müəllimin əbədi uyuduğu “Dədə-Qorqud” qəbristanlığındakı məzarı müqəddəs bir məkana çevriləcək, onun yetişdirdiyi çoxsalı alimlər, müəllimlər, ziyalılar hələ uzun illər onun haqqında xoş sözlər söyləyərək, onu böyük hörmət və sonsuz ehtiramla yad edəcəklər.
Azərbaycanın elm, təhsil, ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yolu, dəstixətti olan görkəmli alim, professor el ağsaqqalı olan Mədəd Namaz oğlu Çobanov dəyərli əsərləri ilə bizlərdən sonra da uzun illər seviləcək və onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
PƏRİXANİM MİKAYILQIZI,
“Şərqin Səsi”, “Elm və Təhsil”
qəzetlərinin baş redaktoru,
Dövlət qulluğunun baş müşaviri,
AJB-nin üzvü, şair, nasir, publisit,
F.b.Köçərlinin tədqiqatçısı,
“Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondunun Fəxri Diplomçusu,
“Abdulla Şaiq”, “Xurşudbanu Natəvan”,
“Xarı Bülbül”, “Zirvə” və bir çox
media mükafatları laureatı

turan.info.az]]>
Müşviq BORÇALI Tue, 20 Jun 2023 21:45:09 +0000
ATA https://turan.info.az/gurcustan/darvaz/6135-ata.html https://turan.info.az/gurcustan/darvaz/6135-ata.html ATA

Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun
əziz xatirəsinə ithaf edirəm

Dünya – Həyatdır.
Həyat – Taleyimizdir.
Ana! – dedik, bizi dünyaya gətirən mələyə!
Ana! – dedik, bir ömür boyunca qida mənbəyimiz olan torpağa.
Ana! – dedik, bizi ibtidai şüur aləmindən işıqlığa çıxarıb ziyalılaşdıran məktəbə.
Ana! – dedik, bizi sinəsi üstə əziz-əziz böyüdüb ərköyün edən Vətənə.
Alim! – dedik, Ustad! – dedik, təfəkkürümüzü, beynimizi, daxili tərbiyəmizi, sadə düşüncələrimizi öz elmi ziyası ilə nurlandıran şəxsiyyətə.
Peyğəmbərimiz də buyurdu ki, cənnət anaların ayağının altındadır. Biz bu fikri qəbul etdik, amma Atamıza cənnətin özü dedik.
Ana - evinin işığıdır, - deyirlər.
O işığı, o evin içinə çəkdirib aktivləşdirən – Atadır.
Ana, evin qızıl dirəyidir, - deyirlər.
O, qızıl dirəkli evin monolit dayağı – Atadır.
Ana, evin yaraşığıdır, - deyirlər.
Bəli, o evin yaraşığını yaraşıqlı edən də Atadır, Ata!
Ana! – sevgisi hər hansı bir məfhumla bölünməyən bir eşqdir.
Ana – müqəddəsdir, Ana əzizdir – desək də, ürəyimizdə Atamızı daha çox sevdik və bunu hamıdan gizli saxladıq.
Anamızı – şirin dilimizlə, köməyimizlə, dəstəyimizlə sevdik.
Atamızı – gözümüzlə, qəlbimizlə, baxışlarımızla, sükutumuzla sevdik.
Çünki Atamız olan yerdə danışmağa utanmışıq, yanlarında böyüklükdən söz açmağa ehtiyat etmişik.
Ana - övladın şən həyatı olsa da, mən Atamı daha çox istəmişəm. Mənə elə gəlir ki, bütün qızların, oğulların əksəriyyəti belədir. Analar bunu bilir, duyur, amma xətrinə dəymir. Övladının Ataya olan övlad məhəbbətini alqışlayır. Ağıllı, xanım-xatun analar, övladlarına Atasını sevdirər. Düşünər ki, biz Anaları Günəş bilsək də, Günəş aydın səhərlərin Günəşidir. Amma Ay... Yerin peyki olan Ay isə qaranlıqların işığı, zülmətlərin nurudur.
Müdrik Analar övladına sevə-sevə aşılayır ki, Ata - ailənin də, övladın da, Ananın da maddi-mənəvi qoruyucusu, Peykidir. Atanızı sevin, sevindirin.
Bu yaxınlarda zəkəsına, ziyasına, təmkininə, elmi biliklərinə, daxili mədəniyyətinə bir çoxlarının həsəd apardığı bir elm xadimi, Azərbaycan alimi, dünya şöhrətli akademik, professor, tanınmış dilçi, türkoloq, ləyaqətli bir insan köçdü dünyadan.
Adını həmişə böyük fəxirlə çəkdiyim alim - Çobanov Mədəd Namaz oğlu! Ağır elli Borçalının dağdan ağır, insan kimi qiymətli, Ata kimi hörmətli, müəllim kimi şərəfli, el-obasının sayılıb-seçilən ağsaqqalı, elm adamlarının saf dostu, tələbələrinin ustadı Mədəd müəllim haqqın dərgahına qovuşdu. Nurlar içində uyusun.
Mədəd müəllim həqiqətən Eloğlu idi.
Elmi bilgiləri ilə canlı universitet idi.
Elinin-obasının foklor nümunəsi idi.
Yüzlərlə elmi məqalələrin, kitabların müəllifi idi, insan var özündən sonrakı əmlakı yalnız öz varisinə qalır.
İnsan var cənnətə evindən gedir, insan da var evindən + elindən + xalqının qəlbindən keçib gedir, Mədəd müəllim kimi.
Alimin yazdığı elmi əsərlər, fəlsəfi düşüncələr gənclərimizə bağışladığı gərəkli mülkdür.
Mədəd müəllimin ləyaqətini qoruyan ailəsi və şərəfli missiyasını davam etdirən Müşfiq kimi oğlu var. Rəbbim ona sağlıqlı, bərəkətli ömür versin.
Valideyn itirən övladlara həmişə belə bir təsəlli vermişəm. Demişəm ki, oğul çiynində, övlad urvatıyla, böyük izdihamla son mənzilə yola salınmağın özü də bir xoşbəxtlikdir.
Mən bilirəm ki, əziz itkisi ağır olur. Ata itirən övladlar azyaşlı olanda bu itkinin acısını, ağırlığını olduğu kimi dərk edə bilmir, bəlkə də...
Mehriban bir səsin həsrətinin...
Doğma isti bir əlin tumarının...
Hansısa bir yaxşı geyim-gecimin...
Gözəl gəzintinin...
vacib maddiyyatın intizarını çəkir, bəlkə də...
Amma övlad böyük, yaşlı olanda Atasının yoxluq acısı daha həcmli, daha ağırlıqlı olur. Çünki övlad böyük mənada dərk edir ki, KİMİ itirib.
Qəlbindəki ən əziz və ən kövrək...
Ən böyük güvəncini...
Ən etibarlı arxa-dayağını...
Başını sinəsinə söykədiyi zaman icazə istəmədi...
Əlini fəxirlə çiyinlərinə toxundurduğu...
Hər halında ərk-naz edə bildiyi...
Onu görəndə ani olaraq körpələşdiyi, gəncləşdiyi bir varlığı...
Evdən çıxanda övlad arxasınca qürurla, böyük sevgi ilə baxan bir insan!
Adına ATA deyirik onun.
A – adlanan Allahımız.
T – taleyimiz.
A – arzumuz.
ATA... ANA yoxluğundan sarsılanlara bəzən belə deyirlər “torpağın üzü soyuqdur, acıları tez unutdurur”. Amma bu belə deyil, dərdi torpaq deyil, insan çəkir. İsti-isti paylaşılan dərdi sonradan bölüşmək olmur. İnsan əzizinin dərdini ürəyinə çəkib özəlləşdirir və tək özünə məxsus edir. Başqaları onun qəlbin dərinliyindəki yanğını görə bilmir deyə, torpağı misal çəkir.
Müşfiq - əziz qardaşım,
Xanım-xatın - Hüsniyyə bacım.
Mədəd müəllimin digər yaxın, əziz, can-ciyərləri...
Rəbbim sizə səbr versin... keçmiş olsun.

BAXMAQ İSTƏMİRƏM ÜZÜNƏ DÜNYA

Bir qibləyə sarı neçə yolun var,
Neçə sifətin var, neçə donun var,
Əvəvl-axır sənin də bir sonun var,
Gəl çox da güvənmə özünə dünya.

Gözəl məkanları bulandırırsan,
Ocaqlar söndürüb könül qırırsan.
Uca başlar əyib boyun burursan,
Keçmək istəmirəm izinə dünya.

Göyərdib çox zaman haqqın sözümü,
Seçib oxşayırsan mindən yüzünü,
Bir dəfəlik çevir bizdən üzünü,
Baxmaq istəmirəm üzünə dünya.

Verdiyin dərdləri çəkməmək üçün,
Səpdiyin qəmlərdən ölməmək üçün,
Yıxdığın evləri görməmək üçün,
Qara eynək keçir gözünə dünya.

Kainat bezikib savaşlarından,
Talelər ağırdır duz daşlarından,
Sən ki, zövq alırsan göz yaşlarından,
Baxmaq istəmirəm üzünə dünya.

Yalandan o qədər and içibsən ki...
Haqqa göz yumubsan... Yan keçibsən ki...
O qədər can yeyib... Qan içibsən ki...
Baxmaq istəmirəm üzünə, dünya.

Ayrılıq cüt oldu, qopdu qiyamət,
Nə insaf varmış səndə, nə kəramət.
Mən Ata itirdim, sənsə əzəmət,
Baxmaq istəmirəm üzünə, dünya.

Azərbaycan xalqına məxsus olan bir xüsusiyyət var ki, adam – qardaşını özündən, qardaşının balasını – qardaşından daha çox istəyir. Odur ki, qısa bir zaman dönəmində Darvaz elinin böyük nəslindən, ziyalı ocağından iki böyük acının, qardaşı pəhləvan, ziyalı, elin ağsaqqalı Yəhya Namaz oğlunun və qardaşı oğlu doktor Səməd Nəbioğlunun vaxtsız vəfatına dözmədi, qubarladı Mədəd müəllim.
Rəbbim hər birinə cənnət bağışlasın Amin.
Sevgül SƏFƏRLİ,
turan.info.az]]>
Müşviq BORÇALI Tue, 20 Jun 2023 19:56:41 +0000
Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.." https://turan.info.az/gurcustan/borchali/6124-sadt-buta-ay-mdd-mllm.html https://turan.info.az/gurcustan/borchali/6124-sadt-buta-ay-mdd-mllm.html Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.." Nyu-York Elmlər Akademiyasının akademiki,
görkəmli dilçi, türkoloq-alim,
filologiya elmləri doktoru,
professor Mədəd Çobanova


Mehralı bəy yurdu, Darvaz elində,
Sən nurdan yarandın, ay Mədəd müəllim!
Uymadın dünyada şöhrətə - şana,
Bir haqqa inandın, ay Mədəd müəllim!

Deyirlər dünyada baş olan başdı,
Hər sözün - söhbətin canlı yaddaşdı.
Qələmin qüdrəti zirvələr aşdı,
Dünyanı dolandın, ay Mədəd müəllim.

Səpdin dən - dən oldu bitirdiklərin,
Alim - aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, ay Mədəd müəllim!

Öyündün, fəxr etdin, müəllim adınnan,
Yandı sevən qəlbin eşqin oduynan,
Yaxşılar heç kəsin çıxmaz yadınnan,
Yaxşılıq qalandı, ay Mədəd müəllim!

Kimin el yanında ucadır başı,
Qocalmaz doxsanı ötsə də yaşı.
Qoy var olsun, oğlun - Müşfiq qardaşı,
Alınmaz qaladı, ay Mədəd müəllim!]]>
Müşviq BORÇALI Mon, 12 Jun 2023 22:28:23 +0000
ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR... https://turan.info.az/edebiyyat/poeziya/6123-ata-gzlrn-yumma-amandr.html https://turan.info.az/edebiyyat/poeziya/6123-ata-gzlrn-yumma-amandr.html ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

Dostum, qardaşım Müşfiq Borçalının dilindən
Elimizin fəxri vətəndaşı olan professor,
Nyu-York Elmlər Akademiyasının akademiki
(kitablarımdan 4-nün ön söz yazarı)
Mədəd Çobanovun dünyasını dəyişməsinə ithaf edirəm.
Allah rəhmət eyləsin. AMİN....

Kainat dəyişib, zülmətə dönür,
Günəşin ziyası, Ay nuru sönür,
Zamanın çarxında ulduz üyünür
Gözümə tor gəlir, yoxsa dumandı?
Ata, gözlərini yumma, amandı.

İnlədən nisgilin dadını vermə,
Övladlara yetim adını vermə,
Qəmə, can yoldaşı qadını vermə.
Ürəyim sızlayan tardı, kamandı,
Ata, gözlərini yumma, amandı.

Qovrulan qəlbimi döndərir saca,
Acizəm, məlhəm də yoxdu əlaca,
Yalvarıb ürəkdən, edirəm rica
Niyə dinməyirsən xeyli zamandı?
Ata, gözlərini yumma, amandı.

Bilirəm, ağrılar incidib üzür,
Mərdliyin, susmağa bəs necə dözür?
Göylər də ah çəkib, qəmli yaş süzür
Təsəlli gətirən yenə gümandı,
Ata, gözlərini yumma, amandı.

Gedişin salmazmı vaxtsız, saça dən?
Necə qıyıb səni verim əlimdən?
Cənnətmi diləyim de: - uca Rəbbdən?
Artıq inam yerim dindi, imandı
Ata, gözlərini yumma, amandı.
Heyhat... Atasızlıq necə yamandı.

MÜBARİZ HÜSEYN]]>
Müşviq BORÇALI Mon, 12 Jun 2023 21:32:28 +0000
MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse) https://turan.info.az/elm/humanitar/6121-mdd-obanov-zyali-tks-esse.html https://turan.info.az/elm/humanitar/6121-mdd-obanov-zyali-tks-esse.html MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

Əbədiyyətə qovuşan hər bir insanın əməlinə görə urvatı və dəyəri olur. Həyatda itirdiyimiz insanlar çoxdur. İtirdiklərimizin hər biri bizim üçün ağır olsa da, ziyalı itkisinə daha çox təəssüflənirik. Ziyalı sağlam cəmiyyətin, bəşəriyyətin parlayan günəşidir. Zərrəçikləri ətrafa nə qədər çox düşürsə, o qədər də sağlam düşüncə sahibləri yetişir, ziyalı ordusuna qatılır və bu ordu öz gücünü məhz, yeni təfəkkürlü savadlı insanların artmasına sərf edir.
Türkoloq alim, filologiya elmləri doktoru, professor kimi iz qoyan Mədəd Çobanovun 3 iyun 2023-cü ildə dunyaya əbədi göz yummasını elmin iri gövdəli ağacının budaqlarından birinin sınması kimi qarşıladım. 86 illik mənalı və maraqlı ziyalı ömrünün arzuları tükənməmişdi, yenə də elmə yeni töhfələr vermək, yaşamaq, yeniliklərə imza atmaq istəyirdi, amma ömür vəfa etmədi...
Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu birirdikdən sonra elmin dərin qatlarındakı sirləri üzə çıxarmaq, tədqiqat aparmaq, elm dəryasında burulğanlara qalib gəlmək istəyi ilə əvvəlcə bu institutda müəllim kimi çalışmağa başlayıb. Əziyyəti hədər getməyib. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1993-cü ildə isə professor seçilib. 1994-cü ildən Bakıda elmi və pedaqoji fəaliyyətini davam etdirən Mədəd Çobanovun səsi müxtəlif ali məktəblərdən, elm ocaqlarından, beynəlxalq qurultaylardan, simpoziumlardan və elmi-praktik seminarlardan gəlib. Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olan professor onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçisi olub. Müəllifi olduğu 80-dən çox elmi kitab, 15 monoqrafiya, dərslik və dərs vəsaitləri tanınmış elm adamları tərəfindən yüksək dəyərləndirilib. Elmi məqalələri və kitabları ölkədən kənarda da çap olunub və yayılıb. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Türkiyə Dil Kurumunun üzvü olan Mədəd Çobanovun “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan antroponimiyasının əsasları”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,”Dilçilik məsələləri” və s. özündən sonra qalan zəngin ədəbiyyat xəzinəsidir. Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru olmaqla yanaşı müxtəlif komissiya və redaksiya heyətlərinin üzvü seçilən türkoloq, professorun çəkdiyi əziyyətlər dövlət tərəfindən layiqincə qiymətləndirilib. Əməyinə görə verilən Fəxri fərmanlar, medallar və müxtəlif mükafatlar, layiq görüldüyü Prezident təqaüdü 86 illik dəyərli ömür səhifələrində silinməz iz salıbdır.
Borçalı mahalından olan, elmin zirvəsində günəş tək parlayan professor Mədəd Çobanov Türk Ədəbiyyatında imzasını əbədi möhürləmiş unudulmaz, əbədiyaşar, fenomen şəxsiyyətdir. Qürurverici odur ki, beş övladından üçü alimdir. Davamçıları arasında yeganə oğlu olan filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı da var.
Mədəd Çobanov kimi ziyalının itkisi ağır olsa da onun keçdiyi şərəfli ömür yollarından çoxlarının həyatına çilənən nur onları elmin yüksək zirvəsinə ucaldacaqdır. Zaman keçəcək Mədəd Çobanovun yetirmələri də, özü kimi elm ocağının gur işığında nadir şəxsiyyətlər kimi tanınacaqlar. Humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcı olan Mədəd Çobanov kimi ziyalının itkisi ağır olsa da, özündən sonra qoyduğu zəngin irs ədəbiyyat xəzinəsinin dəyərli sərvəti kimi qalacaq və onu daim yaşadacaqdır. Bu əvəzsiz sərvətdən faydalanan hər bir kəs Mədəd Çobanovun ruhu qarşısında baş əyəcək və əməyinə təzim edərək ona Allahdan rəhmət diləyəcəklər.
P.S. 2021-ci ildə “Borçalı” nəşriyyatında çapdan çıxan “Qayıt. Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar” adlı romanımın rəyçisi olan professor Mədəd Çobanova Allah rəhmət eləsin! Ruhu şad olsun!
RƏNA TƏBƏSSÜM
AJB-nin üzvü


]]>
Müşviq BORÇALI Mon, 12 Jun 2023 21:18:51 +0000
DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ https://turan.info.az/gurcustan/borchali/6143-dostum-mfq-boraliya-basalii-vz.html https://turan.info.az/gurcustan/borchali/6143-dostum-mfq-boraliya-basalii-vz.html DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

Sosial şəbəkədə Azərbaycan ictimaiyyətinə və elminə ağır it-kinin üz verməsi xəbərini oxudum. Professor Mədəd Çobanov bu gün (03.06.2023) 86 yaşında vəfat etmişdir.
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas, toponomist alim və Borçalı elinin ağsaqqalı idi.
Mədəd Çobanov 1937-ci ildə Borçalı mahalında – Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1960-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan şöbəsini, 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) dissertanturasını bitirib. 1994-cü ilədək Tbilisi Dövlət Pedaqoji İnstitutunda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik (fəlsəfə doktoru), 1992-ci ildə doktorluq (elmlər doktoru) dissertasiyalarını müdafiə edib. 1976-cı ildə dosent, 1992-ci ildə professor elmi adlarını almışdır. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin Baş direktoru vəzifələrində çalışıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində mühazirələr oxuyub.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmlər üzrə Ekspert Şurasının, Azərbaycan Alimlər İttifaqının, "Azərbaycan onomologiyası" Mərkəzinin İdarə Heyətinin və Türkiyə Dil Qurumunun üzvü olmuşdur.
80-ə yaxın kitab, 30-a yaxın tədris proqramlarının, 600-ə yaxın elmi məqalələrin müəllifidir.
Professor Mədəd Çobanovu ilk dəfə qiyabi olaraq 1990-cı illərdə - tələbəlik illərimdə oğlu Müşfiq Borçalı vasitəsilə tanımışam. Həmin vaxt mən ADPU-nun tarix, Müşfiq müəllim isə filologiya fakültəsində oxuyurduq. Müşfiq müəllim həm də universitetimizin "Gənc müəllim" qəzetinin əməkdaşı idi və "Müşfiq Mədədoğlu", "Müşfiq Çobanlı" imzaları ilə tanınırdı.
Sonralar "Kredo" qəzeti vasitəsilə Mədəd müəllimlə şəxsi tanışlığımızın əsası qoyuldu. Belə ki, 2012-ci ildə "Kredo" qəzeti səhifələrində Mədəd Çobanov və Müşfiq Borçalının həmmüəllifliyi ilə "Borçalı toponimləri" başlıqlı silsilə yazılar dərc olunurdu. Yaşadığım bölgənin tədqiqi ilə məşğul olduğumdan və xüsusilə toponimika sahəsinə daha çox maraq göstərdiyimdən müəlliflərlə əlaqə saxlayıb, "Borçalı toponimləri"nin kitab halında çap olunub-olunmamasını, əgər çap olunubsa, həmin kitabdan birinin mənə göndərilməsi fikri beynimdə dolaşırdı. Həmmüəllif Müşdiq Borçalının tələbə yoldaşım Müşfiq Mədədoğlu (Müşfiq Çobanlı) yox, başqası olduğunu düşünürdüm.
"Təhsil Problemləri" qəzetində Müşfiq Borçalının Azərbaycan Texniki Universitetinin Mətbuat Şöbəsinin müdiri olduğunu oxuduqdan sonra Müşfiq Borçalıya məktubla müraciət etdim. İki gündən sonra Müşfiq Borçalı zəng edərək məktubumu aldığını, bir neçə günə kitabın yenidən nəşrə gedəcəyini və ondan bir nüsxəsini böyük məmnuniyyətlə mənə göndərəcəyini bildirdi. Danışıq əsnasında həm də bəlli oldu ki, Müşfiq Borçalı elə Müşfiq Mədədoğlu imiş.
Çox keçməmiş Müşfiq müəllim əlavələr olunmuş və yenidən işlənmiş "Borçalı toponimləri" kitabının IV nəşrini (B., 2012) mənə göndərdi. Müşfiq müəllimə yazdığım məktubun kitaba daxil edilməsi (səh. 326) sevincimə sevinc qatmış oldu.
Məktubum "Borçalı toponimləri"ni "Kredo" qəzetindən oxuyuuq" başlığı altında professor Mədəd Çobanov tərəfindən özünün "Həyatnamə" kitabına (B., 2012, səh. 154) da daxil edilmişdir.
Mədəd Çobanovun 2017-ci il iyulun 12-də Bakıda, Atatürk Mərkəzində keçirilən 80 illik yubileyində də iştirak etmiş, professor "Azərbaycan antroponimiyasının əsasları" (B., 2017) kitabını da mənə hədiyyə etdi. Həmin kitabı oxuyubb, haqqında yazdığım resenziya - "Yubilyardan hədiyyə" sərlövhəsi ilə "Şərqin səsi" qəzetinin 31 iyul 2017-ci il tarixli sayında dərc edilmişdir.



Professor Mədəd Çobanovun "Borçalı toponimləri", "Həyat-namə", "Azərbaycan antroponimiyasının əsasları" kitabları şəxsi kitabxanamın "qızıl fond"una daxildir. Toponimlərlə bağlı nəsə yazarkən ədəbiyyat kimi "Borçalı toponimləri" və "Azərbaycan antroponimiyasının əsasları" kitablarından da istifadə edirəm.
Professor Mədəd Çobanovun vəfatı Azərbaycan elm ictimaiyyəti üçün ağır itkidir. Allah Mədəd müəllimə qəni-qəni rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!
Mədəd müəllimin vəfatı münasibətilə əziz qardaşım, dostum Müşfiq Borçalıya və yaxınlarına dərin hüznlə başsağlığı verir, başınız sağ olsun deyirəm!
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı
turan.info.az]]>
Müşviq BORÇALI Sat, 03 Jun 2023 20:45:09 +0000
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib https://turan.info.az/gurcustan/6112-grkmli-trkoloq-v-tannm-dili-alim-mdd-obanov-vfat-edib.html https://turan.info.az/gurcustan/6112-grkmli-trkoloq-v-tannm-dili-alim-mdd-obanov-vfat-edib.html Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edibALLAH RƏHMƏT ELƏSİN...

Görkəmli türkoloq və tanınmış dilçi-alim Mədəd Çobanov vəfat edib

Azərbaycan elminə, təhsilinə və ictimaiyyətinə ağır itgi üz vermişdir.

Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 2023-cü il iyun 3-də 86 yaşında dünyasını dəyişmişdir.

1937-ci ildə qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.

Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin dillər kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.

Onlarla alimin yetişməsində böyük əməyi olub.
Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçiləri olub.

60-dan çox elmi kitabın müəllifidir.

Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.

Türkiyə Dil Kurumunun üzvü seçilib.

Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin
Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.

1997-ci, 2007-ci və 2017-ci illərdə alimin 60, 70 və 80 illik yubileyləri təntənəli surətdə qeyd olunub. Haqqında kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.

Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub.

Mədəd Çobanov həm də gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdüb-boya başa çatdırıb. Hamısı da ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir. 9 nəvəsi, 15 nəticəsi var.

Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
[30.05 02:30] MÜŞFİQ BORÇALI: "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.]]>
Müşviq BORÇALI Fri, 02 Jun 2023 22:12:30 +0000
ABBAS HACIYEV - 90 https://turan.info.az/tehsil/adpu/5954-abbas-haciyev-90.html https://turan.info.az/tehsil/adpu/5954-abbas-haciyev-90.html ABBAS HACIYEV - 90 ABBAS HACIYEV - 90 UNUTSAQ, UNUDULARIQ!.. Artıq 12 ildir ki, professor Abbas Hacıyev cismən bizim aramızda olmasa da, onun əziz xatirəsi bizlərin - minlərlə tələbələrinin, eləcə də bütün onu tanıyanların qəlbində yaşayır və əbədi olaraq yaşayacaqdır!..]]> Müşviq BORÇALI Sun, 01 Jan 2023 00:24:54 +0000 Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib. https://turan.info.az/azerbaycan/resmi/5782-nazir-mavini-frid-hmdov-bmt-nin-nsan-hquqlar-komitsinin-zv-seilib.html https://turan.info.az/azerbaycan/resmi/5782-nazir-mavini-frid-hmdov-bmt-nin-nsan-hquqlar-komitsinin-zv-seilib.html Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib.Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçilib.
18 üzvdən ibarət olan Komitəyə Azərbaycan nümayəndəsi ilk dəfədir seçilir.
17 iyun 2022-ci il tarixində Nyu-York şəhərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlətlərin 39-cu iclası çərçivəsində BMT-nin İnsan Hüquqları Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Seçkilərdə Komitədə mövcud olan 9 vakant yer uğrunda 17 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov mübarizə aparıb.
173 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 94 səs toplayaraq Komitənin üzvü seçilib.
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.]]>
Müşviq BORÇALI Sun, 19 Jun 2022 14:50:14 +0000
İBRAHİMXƏLİL (1957) https://turan.info.az/edebiyyat/musabiqe/968-brahmxll-1957.html https://turan.info.az/edebiyyat/musabiqe/968-brahmxll-1957.html İBRAHİMXƏLİL (1957)

İBRAHİMXƏLİL (1957)İBRAHİMXƏLİL TAMIOĞLU
(1956)

İbrahimxəlil 1957-cı il mayın 10-da qədim Borçalı mahalının Bolus (indiki Bolnisi) ra­yo­nundakı Dəllər (Aran Dəl­ləri; kəndin adı son vaxtlar dəyiş­dirilərək Muşevani adlandırılmışdır) kən­dində dünyaya göz açıb. APİ-nin filolo­giya fakültəsini bitirib. Öz dili ilə desək, Ucqarda - Kazreti qə­sə­bəsində müəl­lim və şair ömrü yaşayır,
İbrahimxəlil «Bütün Vaqiflərə salam» («Dan ulduzu», 1987), «Məhəbbət dastanları», «Qulların üsyanı» («Dan ul­duzu», 1989), «Yəhərlər, üzənglər», «Dərman bitkiləri» («Dan ulduzu», 1990), «Dəniz nağılı», «Qızıl ehtiyatı», «Ana­mızın alxışıdır üstü­müz­dəki…» («Gənclik» jurnalı, 1988, № 5), «Tül­külər», «Cəlladların ad günü», «Ağ paltarlı qadınlar» («Ulduz» Jurnalı, 1988, № 10) və s. kimi maraqlı şeirlərin müəllifidir.
«Cəllad günü» adlı kitabı 2004-cü ildə çap olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, dörd övlad atasıdır.

Aşağıda onun bir şeirini nə­zərinizə çatdırır və İbrahimxəlil qardaşımıza uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Wed, 13 Apr 2022 23:59:10 +0000
Səadət BUTAnın ithaf şeirləri https://turan.info.az/edebiyyat/poeziya/1183-sadt-butann-ithaf-eirlri.html https://turan.info.az/edebiyyat/poeziya/1183-sadt-butann-ithaf-eirlri.html Səadət BUTAnın ithaf şeirləriMÜŞFİQ

Əziz qardaşım Müşfiq Borçalıya
Başkeçiddən namə

Yurdun divanəsi Dağlar qızından,
Apar badi-səba salam Müşfiqə.
Ürəyində Vətən boyda sevgisi,
Qardaşım Müşfiqə, balam Müşfiqə.

Alimdən dərs alıb qiyməti beşdir,
El deyib yaxşılar həmişə başdır.
Tarixə yazılıb dillərə düşdü,
Oxşadı ürəkdə qalan Müşfiqə.

Əla bağban oldu sevgi bağına,
Səpdi diləyini yurd torpağına,
Adaşı Müşfiq tək, sənət dağına,
Qələm külüngünü çalan Müşfiqə.

Aqilin, nadanın dilini bildi,
Böyüyün, kiçiyin yerini bildi,
Ay Buta, obasını, elini bildi,
Alqış qüdrətinə, varam Müşfiqə.

Vətən oğlu

Borçalının balası
Sahil Vətənoğluna

Yurd möhnəti sinən üstə od oldu,
Alovlanıb dil açdı, Vətənoğlu.
Sənin qəlbin param-parça yurd oldu,
Yaradana əl açdı, Vətənoğlu.

Nə vəzifə, nə də şöhrət, mal dedin,
Haqqa qurban, nahaq qana qan dedin.
“Ellərin yolunda can qurban!”,-dedin,
Duyğuların gül açdı, Vətənoğlu.

Bu gənc yaşda ürəyində ağrı nə?
Buta qurban Vətən adlı ağrına,
İz salmışdır Təbriz, Dərbənd bağrına,
Ol Qarabağ yol açdı Vətənoğlu.
Səadət Buta,
“Şərəf” ordenli şairə,
“Abdulla Şaiq” və “Qızıl Qələm”
mükafatları laureatı.]]>
Müşviq BORÇALI Wed, 16 Mar 2022 13:24:28 +0000
Bilal Ənsərin Ağrılı-acılı həyat yolu... https://turan.info.az/dunya/qerbi-azerbaycan/760-bilal-nsrin-arl-acl-hyat-yolu.html https://turan.info.az/dunya/qerbi-azerbaycan/760-bilal-nsrin-arl-acl-hyat-yolu.html Bilal Ənsərin Ağrılı-acılı həyat yolu...Redaksiyamızın bu günkü qonağı
qəzetimizin fəal müəlliflərindən olan tanınmış
şair-jurnalist Bilal Ənsərdir.

-Bilal müəllim, Siz bizim redaksiyamıza xoş gəlmisiniz...
-Çox sağ olun...

- Oxucular, eləcə də mən özüm, Sizin yaradıcılığınızla hələ keçən əsrin 70-ci illərindən Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetindən tanışıq. Bu barədə bir az ətraflı məlumat verməyinizi xahiş edirik...]]>
Müşviq BORÇALI Sun, 20 Feb 2022 16:11:48 +0000
SOLMAZ ŞİRVANLI (1955) https://turan.info.az/media/sazli-sozlu-borcali/3923-solmaz-rvanli-1955.html https://turan.info.az/media/sazli-sozlu-borcali/3923-solmaz-rvanli-1955.html SOLMAZ ŞİRVANLI (1955)




Orta məktəbi bitirdikdən sonra istehsalata atılmış,1976-cı ildə "1975-ci İLİN YEKUNLARINA GÖRƏ" döş nişanı ilə təltif edilmiş və Sovxozun göndərişi ilə Mühasib sənətinə yiyələnmək üçün oxumağa göndərilmiş, Məktəbi"FƏRQLƏNMƏ" ilə bitirmiş və mərkəzi muhasibatda isə başlamışdır.

Təhsil aldığı 1976-1977-ci illərdə ilk məqalələri və yazıları ilə rayonda dərc olunan "Yeni Şirvan"rayon qəzetinin redaksiyası ilə sıx əlaqədə olmuş daim müxtəlif səpgili yazıları ilə çıxış etmişdir.Ele o vaxtdan da rayon və respublika mətbuatınin müxtəlif qəzetlərində müharibə veteranları,əmək qabaqcıllari barədə, müxtəlif mövzularda yazılar yazaraq mətbuat səhifələrində çap olunmuşdur. Uzun müddət mərkəzi mühasibatda məsul vəzifələrdə çalışmış,
1994-1996- çı illərdə yazdığı şeirlərini çap etdirmək arzusu onu İsmayıllıya ustad şair Musa Yaqubun redaktoru olduğu"CAVANŞİR YURDU" qəzetinə gətirmiş və qəzetdə işlədiyi müddətdə həm də Rayonun Radio Qovşağı ilə də əlaqə saxlayıb, tez-tez yazıları və şəhidlər barədə hazırladığı materiallarla çıxışlar etmişdir.

Rayonda keçirilən bütün tədbirlərə dəvət edilərək şeirləri ilə çıxışlar etmişdir. Ailə vəziyyəti ilə əlaqədar Şamaxıya qayıtmışdır, Şamaxı rayon Qadınlar Şurasının xətti ilə bütün tədbirlərə dəvət edilmiş və müntəzəm olaraq bu tədbirlərdə iştirak etməklə yanaşı, dəfələrlə bölgələrə səfər edərək,"N"saylı Hərbi hissələrdə əsgərlər qarşısında Vətənpərvər şeirləri ilə çıxışlar etmişdir. Elə o vaxtdan Şamaxı və İsmayıllıda keçirilən tədbirlərə dəvət alan şairə öz şeirlərində dilə gətirdiyi Vətən sevgisi, şəhidlər və digər mövzularda şeirləri ilə müxtəlif məclislərdə çıxışları onu xalqa sevdirmisdir. Hələ kiçik yaşlarından aşıq musiqisi,xalq dastanlarına bağlı olmuş, Aşıq musiqisi və kitablar onun könül həmdəminə çevrilmişdir. Sifahi xalq ədəbiyyatından bəhrələnmiş və ilk şeirini anasını vaxtsız itirdikdən 40 gün sonra 1984-cü ilin iyun ayında yazmışdır! Şeir aləminə gəldiyi günə kimi daim rayon və respublika mətbuatında müxtəlif səpgili yazıları cap olunmusdur. İlk şeiri İsmayıllıda şair Musa Yaqubun redaktoru olduğu "Cavanşir yurdu" rayon qəzetində çap olunmuşdur.YAP-ın üzvüdür.2003-cü ildə keçirilən "AZƏRBAYCAN QADINLARININ ll-ci QURULTAYININ" nümayəndəsi olmuşdur.2004-2014-cü illər Bələdiyyə seçkilərində iki dəfə camaat ona səs verərək yüksək səs toplamış kənd bələdiyyəsinin sədr müavini vəzifəsində çalışmışdır.

Neçə-neçə Seçilmiş Şairlər Antologiyasında,Türkiyənin Sivas şəhərində çap edilən Seçkin Şairlər 9-cu Antolojidə,
2018-ci ildə ASKEF-də çap olunan Antolojidə,2020-ci ildə İzmirin Manisa şəhərində Gündüz Aydının "ÖNCƏ VƏTƏN" HECA ŞAİRLƏRİ ANSİKLOPEDİSİ " KİTABİNDA,
"ZİRVƏ" Antologiyasında, 2019-cu ildə "Nəsimi"Poeziya almanaxında,dəfələrlə "XƏZAN" Ədəbi-bədii jurnalında,
Türkmənistan mətbuatında "TÜRKMƏN YAZARI" dərgisində, ÇANAQQALA savaşının 103-cü ildönümü üçün BAĞDAD şəhərində xüsusi hazırlanmış sayında "VƏTƏN SARI" başlıqlı şeiri,
ƏlCƏZAİRDƏ "ARXA"qəzetində "GÖZLƏRİM" başlıqlı şeiri çap edilmişdir.
"TÜRKMƏN YAZARI" dərgisində tez-tez çap olunan şeirlərinə görə 2018-ci ildə dərginin "TƏQDİRNAMƏ" si ilə təltif olunmuşdur.
"İRAQ-TÜRKMƏN ƏDƏBİYYATÇİLAR ÖRGÜTÜ" nün "FƏXRİ ÜJELİK KİMLİGİ"-ni almışdır.

"ƏSRİN ZİYALISI",
"REAL-PRESS","ULU ZİRVƏ"
"TALİSMAN", "MƏDƏNİ İRS","YURD"ədəbi-bədii jurnalında,

Cənubi Azərbaycanda çap olunan "Saqiye-Azərbaycan " ruznaməsində,

Cənubi Azərbaycanda USTAD ŞƏHRİYARIN ADINI DASIYAN ƏDƏBİ DƏRNƏYİN XƏTTİ İLƏ çap olunan "NƏĞMƏ HAYE ƏRĞƏVANİ" YƏNİ "AL NƏĞMƏLƏR: QANLI NƏĞMƏLƏR" KİTABINDA "MƏNƏ XANIM DEMƏYİN " adlı şeiri çap olunmuşdur.

Müxtəlif mövzularda yazıları və şeirləri tez-tez gündəlik mətbuatda qəzet və jurnallarda çap olunur.

Bundan başqa şeirləri "XƏBƏRAL" AZ,"KƏND" İNFO,AZ,"DJB"-nin,,ARAS-İNFO" ,AzgundemAz","TURAZTV.AZ SAYTLARINDA, TÜRKİYƏ NİN "KAFİYE"NET RADİOSUNDA"YENİ VEZİN" DƏRGİSİNDƏ dəfələrlə şeirləri çap olunmuş və digər saytlarda və portallarda yerləşdirilmişdir. Dəfələrlə televiziya kanallarında və Dövlət radiosu ilə çıxışlar etmişdir. Vətənin hüdudlarından uzaq Türkmənistan mətbuatında,Böyük Türkiyədə şeirləri dərgilərdə çap olunmaqla yanaşı Radio-televiziyası ilə də dünyaya yayımlanır,necə- necə şeirlərinə mahnılar bəstələnmisdir.

"Bilə-bilə", "Sən qayıtmadın", "Bir bəzəkdir elə Şırvan""SƏN NİYƏ ÖYRƏTDİN ÖZÜNƏ MƏNİ","QURBAN DEYƏRƏM","YAŞAYIRAM". adlı şeirləri mahnıya cevrilmisdir.Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin İraq-Turkmən Ədəbiyyatı Yazarlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin Şamaxı Bölməsinin, "Beytüs-Səfa" və "Dağ Çiçəkləri" Ədəbi Məclislərinin,"Sazlı-sözlü Borçalı"Ədəbi Məclislərinin üzvüdür.

"YURD"Ədəbi Bədii Jurnalının xüsusi müxbiridir."HƏKƏRİ" QƏZETİNİN ŞÖBƏ MÜDİRİDİR,Turkiyənin #ANASAN# Anadolu Sanatçılar və Bilim Adamları Birliyinin Şamaxı Azərbaycan təmsilçisidir.
QARABAĞ AZADLIQ TƏŞKİLATININ "SAMAXI" bölgəsi üzrə sədridir.

"NƏSİMİ" -650" POEZİYA Diplomu",

"Aprel Döyüşləri layihəsində" Şəhidlərə həsr etdiyi şeirlər üçün ŞAİRƏ MƏHSƏTİ GƏNCƏVİ adına "DİPLOM"la təltif edilmişdir Turkiyədən "TÜRKİYƏ SEVDASI" diplomları,"İRAQ-AZƏRBA YCAN"MƏDƏNİ ƏLAQƏLƏR CƏMİYYƏTİNİN "DİPlOM"u və bir neçə adları qeyd olunmayan diplomlara layiq görülüb, mükafatlandırılmışdır.Hər səpgidə şeirlər yazır.2017- çi ilin may ayında Türkiyənin Adana şəhərində |||-cü ULUSLARARASI ŞİİR-MUZİK FESTİVALINDA iştirak etmiş,"OYAN VƏTƏN OĞLU"şeiri ilə çıxış edib diplomlarla qayıdan şair Böyük Turan eli Qardas Türkiyəyə də saysız şeirlər ithaf etmişdir, dəfələrlə möhtəşəm tədbirlərə dəvət almasına baxmayaraq səhhəti ucbatından əfsuslar olsun ki,bu tədbirlərdə iştirak edə bilmədiyi üçün çox əndişələnir.

Əsrin faciəsi olan Qarabağ dərdiylə alışan iti qələm sahibi Vətənpərvərlik mövzusunda şeirləri ilə daim gündəmdə olan qələm əhlidir!! 30 illik QARABAG həsrətinə,44 günlük Qarabağ savaşında canını fəda edən şəhidlərin xatirəsinə yazdığı saysız şeirlərə görə "YURD"JURNALI TƏRƏFİNDƏN "İLİN VƏTƏNPƏRVƏR SAİRİ" DİPLOMU İLƏ MÜKAFATLANDIRILIB. ƏN BAŞLICASI VƏTƏN SƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR ETDİYİ "SƏHİD LAYLASI,ANA LAYLASI" adlı şeiri 2020- çi ilin dekabr ayında Dünya şöhrətli müğənni Yaqub Zurufçunun xahişi ilə yazılmış və bəstələnmişdir.

Həmin mahninin sözləri və musiqisi ürəyi oğul dağlı analara ən böyük ərməgan olmuşdur.
15 May 2021-ci ildə 45 MİLYONLUQ CƏNUBİ AZƏRBAYCANDA OLAN SOYDAŞLARIMIZ USTAD ŞƏHRİYAR ƏDƏBİ DƏRNƏYİNİN SƏRƏNCAMI İLƏ "XALQ ŞAİRİ"adına layiq görülmüş və Ona "{AYNAZ CƏVAHİR KƏLAM" TƏXƏLLÜSÜ verilmişdir. O tay,bu tay Azərbaycanlılar arasında illərin sınağından keçmiş "KÖRPÜ" TELERADİO JURNALININ ƏMƏKDAŞI VƏ ÜZVÜDÜR."
"MƏN ŞİRVANIN SƏSİYƏM","Salamdan sonra" rubrikaları ilə çıxış edir. Onu yaşadan yalnız şeirləridir.Gəlin bu yolda şairə uğurlar arzulayaq!!!



VƏTƏN SARI
(Hacı Əkbər Rustəmovun "Yuxularda Vətənə gedirəm" sözündən təsirlənib yazdım)

Darıxıb özünə zülüm edirsən,
Röyalarda Vətən sarı gedirsən,
Gün gələr düşməni məğlub edərsən,
Bax onda qoyarsan üz Vətən sarı!

Gəzdiyin oylağı gəzərsən bir də
Gör neçə illərdi dözürsən dərdə,
Tükənməz o zaman hər dərdi-sər də,
Qoyarsan qədəmimiz Vətən sarı!

Gələcək o günlər,ay Hacı Əkbər,
Yetəcək hasilə bir gün diləklər,
Qələbə xəbərin verər küləklər,
Atarsan torpağa, diz Vətən sarı!

Yigarsan başına obanı-eli,
Silərsən ürəkdən qəmi-nisgili,
Sən şəhid vermisən Vətən bülbülü,
Sayları bilinmir,yüz Vətən sarı!.

Yadların əlində məzarlarımiz,
Sözlə nalə çəkir yazarlarımız,
Vətən həsrəti dur azarlarımiz,
Axıdır,yaş tökür, göz Vətən sarı!

Yurddan perik düşüb bülbüllərimiz,
Sahibsiz qalıbdır,şux güllərimiz,
Haçan qayıdacaq bəs ellərimiz,
Qalayam,bir ocaq, köz Vətən sarı!

Sızladı,ay qardaş, yandı ürəyim,
Gözləmə, heç kəsdən olmaz köməyin,
Götür qılıncını,bərkit biləyin,
Doğra,yad-yağını,düz Vətən sarı!

Doğra öz əlinlə, yadı-yağını,
Azad et düşməndən Qarabağını,
Qurtar,xilas eylə öz torpağını,
Yol alaq, Şuşaya, biz Vətən sarı.

Alaq Kəlbəcəri,alaq Laçını,
Analar yolmasın,bir də saçını,
Alaq Xocalını,dərd Əlacıni,.
Axır,düşmən qanın,süz Vətən sarı!

Gedək Cəbrayıla,Füzuliyə biz,
Yurda həsrət qalıb körpələrimiz,
Virandır yağıda gör nələrimiz,
Bəsdir,qan ağladı,göz Vətən sarı!

Bəsdir,daha susduq,bəsdir dayandıq,
Bəsdir,ağlar yatıb, ağlar oyandıq,
Bəsdir qara geydik,qara boyandıq,
Düzülün cərgəyə, siz Vətən sarı!

Solmazam,şəhidə ağlayan diləm,
Alına torpaqlar,göz yaşın siləm,

Əlimdə piyalə,sevincdən güləm,
Kaş deyəm,bir sağlıq,söz Vətən sarı!
Gedəm Xankəndinə, düz Vətən Sarı!!!
02-06-2017]]>
Müşviq BORÇALI Sun, 30 Jan 2022 16:08:13 +0000
"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb https://turan.info.az/yeni-neshrler/4727-borali-hdlr-adl-kitabn-yeni-nri-iqz-grb.html https://turan.info.az/yeni-neshrler/4727-borali-hdlr-adl-kitabn-yeni-nri-iqz-grb.html "BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb
Tanınmış tədqiataçı-alim, filioloq-jurnalist, “Ziya” qəzetinin və “turan.info.az saytının Baş re­dak­toru Müşfiq Borçalının hələ 1996-2000-ci illərdə nəşr etdirdiyi "BORÇALI ŞƏHİD­LƏRİ" adlı ki­ta­bının yenidən işlənmiş və əlavələr olunmuş beşinci nəşri bu günlərdə nəfis şəkildə çap olu­naraq oxucuların ixtiyarına verilib. (Kitabın redaktoru və məsləhətçisi Azər­baycan Texniki Uni­ver­sitetinin prorektoru, professor İsa Xəlilovdur.)
Kitab müəllifin “Ruhunuz şad olsun, şə­hidlərimiz!..” sərlövhəli önsözü ilə açılır.
Sonra Azər­bay­canımızın azadlığı, müs­təqilliyi, bütövlüyü uğrunda canlarından keçmiş Gür­cüstan əsilli qəh­rəman oğullarımız, o cümlədən, Qanlı 20 Yanvar faciəsində şəhid olmuş 6 nəfər dəyərli eloğlu­muz haqqında ətraflı məlumat verilir:
1. Professor İsmayıl Həsən oğlu Mursaqulov (1939, Borçalı, Qızılhcılı, -1990),
2. Rəşid İslam oğlu İsmayılov (1949, Qarayazı, Ağtəhlə -1990),
3. İlqar Hümmət oğlu Əhmədov (1965, Bolnisi, Faxralı -1990),
4. Tenqiz Məmməd oğlu Turabov (1966, Bolnisi, Kəpənəkçi -1990),
5. Ələsgər Yusif oğlu Qayıbov (1966, Qaraçöp, Yormuğanlı -1990),
6. Vəfadar Osman oğlu Eminov (1966, Marneuli, Kirənc Muğanı -1990).
Daha sonra Qarabağ uğrunda döyüşlərdə böyük şücaət göstərərək “Azərbaycanın Milli Qəh­­rə­manı” Fəxri adına layiq görülmüş üç nəfər igid soydaşımız haqqında məlumat diqqətə çat­dırılır:
1. Cəlil Əziz oğlu Səfərov (1962, Marneuli, Leçbəddin - 1992),
2. Vəzir İsa oğlu Sədiyev (1961, Marneuli, Aşağı Qullar - 1993),
3. Eldar Əsgər oğlu Ağayev (1955, Tbilisi -2013. O, həm də "Azərbaycan Bayrağı" orden ilə də təltif olunmuşdur).

Kitabda Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş digər dəyərli soydaş­ları­­mızın mənalı ömür yolları da böyük ehtiramla xatırlanır, onlar haq­qın­da geniş və əhatəli məlumatlar oxuculara təqdim olunur:
1. Mayor Vaqif Dursun oğlu Musayev (1961, Borçalı, Kürdlər -1992),
2. Canpolad Orucəli oğlu Əliyev (1961-1992),
3. Ədalət Cahangir oğlu Əlləzov (1965, Bolnisi, Darvaz -1992),
4. Yaşar Vahid oğlu Bədəlov - (1966, Bolnisi, Kəpənəkçi.-1992),
5. Elşad Məcid oğlu Budaqov (1973, Bolnisi, Kəpənəkçi, Talıblı - 1992),
6. İlqar Zərrar oğlu Mahmudov (1973, Başkeçid, Hüseykəndi -1992, Bakı Şəhidlər Xi­yabanı),
7. Fariz Şahməddin oğlu Babanlı (1973, Rustavi -1992, Aqstafa Şəhidlər Xiyabanı),
8. Yusif İsa oğlu Şirinov (1966, Qaraçöp -1993, -"Azərbaycan Bayrağı" ordeni- Bakı, Şə­hidlər Xiyabanı),
9. Ramiz Sayad oglu Əliyev(25.08.1968, Bolnisi, Saraclı -15.01.1993, Ağdərədə şəhid olub. Saraclı kənd qəbirsanlığında dəfn olunub),
10. Raim Ənvər oğlu Məmmədov (1972, Bolnisi, Darvaz -1993, Bakı Şəhidlər Xiyabanı),
11. Aydın Nəbi oğlu Zeynalov (1973-1993),
12. Fuad Mürvət oğlu Mirzəyev (1974-1993),
13. Nadir Səməd oğlu Əliyev (1958, Başkeçid, Ormeşən -1994, Bakı, Şəhidlər Xiyabanı),
14. Ramiz Ümid oğlu Əhmədov (1960, Başkeçid, Kirovisi -1994).
15. İlkin Hamlet oğlu Mərdanov (1962-1994)
16. İlyas Əbdül oğlu Sədrəddinov (1967, Başkeçid, Şindilər -1994),
17. Binəli Həsrət oğlu Musayev (Daşdəmirli) (1968 Bolnisi, Saraclı -1994, Bakı, Şəhidlər Xi­yabanı),
18. Ədalət Nadir oğlu Gülməmmədov (1970, Bolnisi -1994),
19. Elçin Nəbi oğlu Qaranizadə (1973, Bolnisi, Saraclı -1994),
20. Akif Mustafayev (1975-1994),
21. Əlyar Bəxtiyar oğlu Abdullayev (1957, Borçalı, Kürdlər -1995),
22. Mayor Sahib Almaz oğlu Məmmədov (1972, Bolnisi, Darvaz -2002)
23. Elşən Vaqif oğlu Məmmədov (1992, Bolnisi, Zol-Güvəc - 2015)
24. Mayor Təbriz Taryel oğlu Musazadə (1981, Başkeçid, Yaqublu. -2016, Bakı, Fəxri Xi­yaban) və başqaları.
Kitabda müəllif onu da qeyd edir ki, 1990-cı illərdə Gürcüstanda milli mü­naqişə zamanı Bor­ça­lı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız ol­muş­lar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı həmin illərdə doğma torpağın, müqəddəs yur­dun və xalqın rifahı uğrunda dörd cavan oğlunu şəhid vermişdir. Kitabda həmin dörd nəfər haq­qında məlu­mat oxucuların diqqətə çatdırılır:
1. Yusifov Tapdıq Suleyman oğlu (1954-1993),
2. Yusifov Nəsib Əhməd oğlu (1958-1993),
3. Əh­mə­dov Arif Əhməd oğlu (1963-1993),
4. Əliyev Tengiz Məhəmməd oğlu (1972-1994).
Daha sonra isə müəllif Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuş 1990-cı illəri xatırlayır, qeyd edir ki, ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxi­lində çaxnaşmaya və nəhayət müharibəyə səbəb olmuşdur. Həmin ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar da vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalx­mışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlü­yünün qorun­masında 500-dən artıq azərbay­canlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər. Onlardan - Ənvər Hüm­bə­tov (1950-1994), Zaur Abdullayev(1974-1992), Qəhrəman Musayev (1952), Mustafa Nov­ruzov (1971) və baş­qa­ları haqqında da kitabda məlu­mat verilmişdir. Kitabın sonunda müəl­lifin oxuculara “Sözardı” səh­lövhəli müraciəti verilmişdir.
Müraciətdə müəllif oxuculardan xahiş edir ki, Qarabağ uğrunda döyüşlərdə ŞƏHİDLİK ZİR­­VƏ­SİNƏ YÜKSƏLMİŞ Gürcüstan əsilli qəhrəman soydaşlarımızdan kimlərsə onudu­lubsa, onla­rın haqqında məlumatı (M-Borcali@mail.ru) elektron ünvana və ya turan.info.az say­tına göndərsinlər ki, kitabın növbəti nəşrlərində onlar haqqında da məlumatlar dərc olunsun...
Heç kim unudulmasın, heç kim yaddan çıxmasın!
Unutmayaq ki, Unutsaq, Unudularıq!..]]>
Müşviq BORÇALI Thu, 20 Jan 2022 03:08:16 +0000
BOLUS (BOLNİSİ) RAYONU - 01 https://turan.info.az/elm/elmi-meqaleler/564-bolus-bolns-rayonu-01.html https://turan.info.az/elm/elmi-meqaleler/564-bolus-bolns-rayonu-01.html BOLUS (BOLNİSİ) RAYONU  - 01 Coğrafi mövqeyi: Ölkənin cənub-şərqində, 1917-ci ile qədər Tiflis Quberniyasnin Borçalı qəzasına, 1929-cu ilədək Gurcüstan SSR-in Lüksenburq rayonuna daxil olmuş, 1929-cu ildən Lüksenburq rayonu statusu almışdı, 1947-ildən Bolnisi rayonu adlanır. 1963-66-cı illərdə Marneuli və Dmanisi rayonlarını da əhatə etmişdi, 1966-cı ildə indiki sərhədləri daxilində Bolnisi rayonuna çevrilib. Hüduları cənubda Ermenistan, qərbdə Dmanisi rayonu, şərqdə və cənub-şərqdə Marneuli rayonu, şimalda Tetricigaro rayonu ilə əhatələnib. Ərazisindən Xram, Maşaver çayları axır, avtomobil və dəmiryolu keçir.

Ərazisi: 804 kv. km., o cümlədən kənd təsərrüfatına yararlı 390 kv. km. Təməl qazıntı zənginliyi barit, tuf, Madneulə polimetal yatağıdır. İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən üzümçülük, tərəvəzçilik, faraş kartofçuluq, heyvandarlıq təşkil edir.

Əhalisi: 1989-cu ildə 67700 nəfər, 2002-ci ildə 74301 nəfər (hər kv/km-ə 92,4 nəfər; ölkə əhalisinin 1.7%-i)

Mərkəzi: Bolnisi şəhəri.



İndiki Bolnisi şəhərinin ərazisi də tarixən onun qərb tərəfin­dəki qur­­taraca­ğında yer­ləş­miş Cürük Qəmərli kəndinin tor­paq­ları olub.

Çar Rusiyası Güney Qafqazda öz işğalını başa çatdır­dıq­dan sonra 1815-1818-ci illərdə bu ərazilərə almanlar köçü­rülüb yerləşdirildi. Beləcə də, Bağ Borçalısının mərkəzi his­sə­­sində yeni bir alman yaşayış məntəqəsi yarandı. Bu mən­tə­qə Yekaterinfeld adlandırıldı. 1921-ci ildə Gürcüstanda So­­­vet hakimiyyəti qurulduqdan sonra Yekaterinfeldin adı dəyiş­dirilib Lüksemburq qoyuldu. 1941-ci ildə Almaniya-SSRİ mü­­haribəsi başlanan kimi SSRİ hökuməti tərəfindən bu ərazidə təxminən 125 illik ta­rixə malik olan almanlar Sibirə, Qaza­xıs­tana və Orta Asi­ya­ya sür­gün edildilər…Bundan son­ra, Lük­­­semburq qəsə­bəsinə Cü­rük Qə­mər­li kəndinin əhalisi kö­çürüldü və kənd ləğv edildi. Ey­ni zamanda Lüksemburq qə­səbəsinə Qərbi Gürcüs­tandan gür­cülər gətirildi. Beləliklə, sa­biq Lüksemburq qəsəbəsinin də adı dəyişdirilib, Bolnisi qo­­­yuldu. 1967-ci il­dən Bolnisi qə­sə­bəsinə şəhər statusu ve­ril­di. Bu şəhərdə bir sıra xalqlar­ın nü­ma­yəndələri, o cüm­lə­dən, gür­­cü­lər, azərbay­canlılar, er­mə­ni­lər, ruslar, osetinlər, yu­nan­lar və başqaları yaşayırdılar. Bol­nisi şə­hərində 740 azər­­­bay­canlı ailəsi, başqa sözlə, 3 min nə­fərdən çox soy­da­şımız məs­kun­laşmışdı. Təəssüflər olsun ki, 70 il dün­ya­ya mey­­dan oxu­yan SSRİ imperiyası çök­düyü za­man keçmiş SSRİ hö­kuməti xalq­lar arasında «milli-ədavət toxumu» səpdi. Bu «to­xum» tez cücər­ti verdi. Z.Qam­sa­xur­diya höku­mə­ti Azər­­bay­can millə­tin­dən olan əhalini Gürcüs­tandan çıxar­ma­ğa baş­ladı. Onların ara­sın­da ilk «çıxarılanlar, qovu­lan­lar» Bolnisi şə­həri­nin azər­bay­­can­lı sakinləri oldular.
1989-cu ildə əhalinin siyahıya alın­ma­sına görə Bolnisi ra­yo­nunda soydaşlarımız 53808 nəfər olub, bu da rayon əha­li­si­­nin 66%-i demək­dir. 2002-ci ildə isə, soydaşlarımız 49025 nəfər olub. Bu da kənd əhalisinin 85% deməkdir. Çün­ki 1990-cı illərdə ra­yo­nun Bol­ni­si şəhərindən və Kazreti şəhər tipli qəsəbə­sin­dən soy­daşla­rı­mız qeyri-qanuni olaraq çıxarıl­mış­­dır...
Bu da Bol­nisi rayo­nunda yaşayan soydaşlarımızın təx­­minən 5000 nəfər azalmasına səbəb olmuşdur. Hazırda Bol­­­nisi rayonunda 1 şəhər, 2 qəsəbə, 11 kənd məclisi, 45 kənd var. 37 kəndin əha­lisi el­liklə azərbay­can­lılardır. Ra­yo­nun indi 80.000 nəfərə yaxın əha­li­si var ki, onun da təx­mi­nən 70 %-ini soy­daş­larımız təş­kil edirlər.
Bolnisi şəhərində isə hazırda cəmi 36 azər­­­bay­canlı ailəsi ya­şa­maq­dadır… Onu da qeyd edək ki, 1970-1980-i illərdə ra­­­­yon əhalisinin 65%-dən ço­xunu azərbay­can­lılar təş­kil et­diyi kimi, o dövrün ra­yon-inzibati təşkilat­larında işlə­yən­­lərin, bəl­kə də, 70%-ə qə­dəri də azərbaycan­lılar idi. İndi əhali­nin faiz nisbəti qalxsa da, rayon - inzibati təşki­lat­larında işləyənlərin sayı, bəl­­kə, heç 1%- də təşkil et­mir. Gü­man ki, bu barədə həm Gür­cüs­tan hökuməti, həm də Bol­nisi rayo­nuna rəh­bərlik edən təş­kilatlar düşü­nəcəklər…]]>
Müşviq BORÇALI Mon, 13 Sep 2021 16:47:06 +0000
BOLUS (BOLNİSİ) RAYONU - 02 https://turan.info.az/elm/elmi-meqaleler/5379-bolus-bolns-rayonu-02.html https://turan.info.az/elm/elmi-meqaleler/5379-bolus-bolns-rayonu-02.html BOLUS (BOLNİSİ) RAYONU  - 02 İNCƏOĞLU - Qədim Borçalının Bağ bölgəsinin güney tə­rəfin­də meşəli dağların qoynunda Bolulus (indiki Bolnisi) rayonunda kənd adıdır. Xalq arasında isə, «İn­cioğlu» kimi də tələffüz olunur. Azər­bay­ca­nın Göy­çay və Şəki rayonlarında da İncə adlı kəndlər, Qazax rayo­nunda isə İncə dərəsi adlı hid­ronim və oronim vardır. Bu toponim, ehtimal ki, Oğuz-Səl­cuq-Türkman soylu İn­cə­oğlu tayfasının və ya Qıpçaqların Əncə tayfasının adı ilə bağ­lı olaraq yaran­mışdır.
Bolnisçayın sol sahilində, rayon mər­kəzindən 12 km cə­nub-şərqdə, dəniz səviyyəsindən 615 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 620 nəfərdir. Kənddə Azər­baycan məktəbi 1927-ci ildən fəaliyyət göstərir. Professor Tengizxan Musa­yev, İlham Musayev, ictimaiyyətçi Cəlal Yaqubov və b. bu kəndin yetirmələridir.

KAZRET - Qədim Borçalının Bağ bölgəsinin güney tə­rə­fin­­də meşəli dağların qoynunda Bolulus (indiki Bolnisi) ra­yo­nunda, Maşaver çayının vadisində, rayon mərkəzindən 18 km günbatarda, dəniz səviyyəsindən 680 m yüksəklikdə salınmış qə­səbənin adıdır. Əhalisi əsasən gürcü, azər­bay­canlı, rus, yu­nan və s. ibarətdir. Bu oykonim qədim türkköklü «Xə­zər» - «kas» etnomini əsasında yaranıb. Deməli, bu kəndin (son­­ra­lar qəsəbənin) ilk sakinləri soydaş­larımız olub, hətta, bu kən­din ya­xınlığında «Xəzərli dərə» deyilən dərə və yer adı var­dır.
XX əsrin sonunda Z.Qamsaxurdiya hakimiyyətinin «şo­vi­nist» ictimai ab-havası Kazret qəsəbəsindən yan keç­mə­miş­dir. Bu qəsəbədə 1000 nəfərdən çox soydaşlarımız yaşa­yır­dı. Onların təxminən 85%-i çıxarıldı. Hal-hazırda bu qəsə­bədə 200 nəfərə yaxın soydaşımız yaşayır. Qəsəbədə gürcü, rus mək­­təbləri ilə yanaşa, həm də Azərbaycan orta mək­­­təbi fəa­liyyət göstərir. 1990-cı ildə bağlanmış Azərbaycan məktəbi­nin yenidən bərpasında özünü «Əyalət şairi» adlandıran İbra­him­xəlilin böyük əmə­yi olmuşdur.


Əhalisi 8 min nə­­­­fərə yaxındır. Kənddə Azərbaycan məktəbi 1919-cu ildən fəa­liyyət göstərir.
1912-ci ildə Tiflisdə çapdan çıxmış «Bəs­di, oyan!» kitabının müəllifi, 1915-ci ildə Tulada çapdan çıx­mış sənədli memuar-povestin qəhrəmanı, 1918-ci ildə Qars İslam Şurasının sədri olmuş Emin ağa Hacallı, el şair­ləri Al­xas ağa Hacallı, Rəşid Hacallı, el ağsaqqaları Allahverdi Gö­yüş­oğlu, İsa Mahmudov, Məhəmmd Bayramov, alimlər Lətif Güləhmədov, Arif və Vidadi Acalovlar, Azər­baycan Milli Məc­­lisinin üzvü olmuş Xalq şairi, Azər­baycan Aşıqlar Birli­yi­nin sədri Zəlimxan Yaqub, Azərbaycan Milli Məclisinin üz­vü olmuş «İctimai» Televiziya və Radio Ya­yımları Şirkə­tinin Baş direktoru İsmayıl Ömərov, Gür­cüs­tan Parlamentinin üzvü olmuş Ramiz Bəkirov, Min­gəçevir Şə­hər İcra Haki­miy­yətinin başçısı və Bakı şəhəri Baş Təhsil İda­rəsinin müdiri ol­muş Məhəbbət Qarabağlı, Azərbaycan Mü­da­fiə Na­zirinin müa­vini olmuş polkovnik Ziyadxan Bəkirov, Azər­bay­can Döv­­lət Mu­siqili Komediya Teatrının direktoru olmuş El­xan Ocaqov, ve­teran müəllimlər Rəşid Yaqubov, Hidayət Gö­yü­şov, həkim Ziya Bayramov və b. bu kəndin yetir­mələ­ri­dir.]]>
Müşviq BORÇALI Mon, 13 Sep 2021 16:45:30 +0000
Qədim DARVAZ kəndi https://turan.info.az/elm/elmi-meqaleler/1397-qdim-darvaz-kndi.html https://turan.info.az/elm/elmi-meqaleler/1397-qdim-darvaz-kndi.html Qədim DARVAZ kəndi

Qədim DARVAZ kəndi

DARVAZ - Qədim Bağ Borçalısının qərb hüdudlarında - tə­biə­tin gözəl bir guşəsində - Bolulus (Bolnisi ra­yonu) böl­gə­sin­də, başı göy­lərə ucalan Şindi da­ğının şərqində Gədə ça­yının sahil­lərində (əsasən sol sahilində), Şindi dağın­dan şərq isti­qa­mət­də qalın meşələrlə ör­tülü sıra dağlar arasında, rayon mər­kəzindən 22 km qərbdə, dəniz səviyyəsindən 822 m yük­səklikdə yerləşir. Kənd şimal tərəfdən Ağbaba dağına söy­kə­nib, sanki, ondan güc alır. Darvaz kəndi coğrafi möv­qe­yinə görə, qərb­dən Dağ Bor­ça­lısının Başkeçid bölgə­sinin Az­qanlı (Az­gəyli­yən), Or­meşən və Şor­şelet kəndləri, şi­­mal­dan isə Ehram (Xran) çayı ilə həmsər­həddir. Əhalisi 4 min nə­fərə yaxındır. Kənddəki Azər­baycan orta məktəbi 1919-cu ildən fəaliyyət göstərir və hazırda tanınmış xeyriyyəçi-me­se­nat Ziya Abbasovun adını daşıyır. Osmanlıda paşalıq rüt­bə­sinə yük­­səlmiş Qəh­rəman Mehralı bəy, sərkərdə gene­ral-mayor Ay­vaz İs­ma­yılov, müharibə veteranları və el ağ­saqqalları Nadir Əh­­mə­dov, Cəlal və Ənvər Aşirovlar, İs­gən­­dər Əllə­zov, İlyas Əliyev, Mürsəl Gül­məm­mədov, Nəbi Çobanov, tanınmış alimlər Nyu-York Elmlər Akade­miyasının aka­demiki Mədəd Çobanov, Məhəm­mə­dəli və Mur­tuz Məm­­mə­dov­lar, Fərman Gül­məm­mədov, Va­­­leh, Əli və Fəxri Hacı­yevlər, İb­rahim Gü­l­əh­mədzadə, Mə­hər Aşi­­rov, To­fiq Məm­mədov, Məmməd (Mels) və Everest Əli­yevlər, Fazil Bəx­tiyarov, Paşa Əh­mədov, Yaşar Ömə­rov, Faiq Na­ma­zov, tanınmış jurnalistlər Musa və Müşfiq Ço­banovlar, Şərif Sal­manlı, əmək­dar müəllim Mə­dəd Mu­ra­dov, Alı Ordu­xanov, Hacı­məm­məd Ha­cıyev, Sü­leyman Sal­­manov, Mü­­­­seyib Qəm­­­­­bərov, Vəli Abba­sov, Hey­dər Ab­basov, Na­­dir Ab­basov, Süleyman Orucov, Oruc Nəbiyev, Hü­seynəli Ha­cıyev, şairlər Eldar Ha­cıyev, Yəhya Bor­çalı, Əl­ləz Nov­ruz, Ra­fiq Hüm­mət, Asif Ozan, Xıdır Oruc­oğ­lu, Zi­yad­xan Qəliz, Taryel Sarıoğlu, Ya­şar Dar­vazlı, hə­kimlər Gül­əh­məd Gül­əhməd­zadə, Şamil Əli­yev, Səməd Ço­banov, Məş­kür və Zakir Nəbi­za­dələr, Mə­hər­rəm Məm­mə­dov, Eti­mad Nəbiyev, hərbçilər və hü­quq-müha­fizə işçiləri Al­maz Məmmədov, Firdovsi, Vaqif və Zaman Bayra­mov­lar, Adil Əliyev, Bayram İsa­yev, Na­zim Mu­sa­yev, Cümşüd Orucov, Na­zir Əlləzov, Sahib Məmmədov, İman Əli­yev, Qənbər və Nizami Aşirovlar, Rə­şid və Anar Hacıyevlər, Müq­zər Ab­­dul­la­yev, Oq­tay Nə­biyev, Rizvan Əliyev, Mais Sal­ma­nov, iqti­sadçı Əbülfət Nağıyev, toyla­rımızın bəzəyi iste­dadlı mü­ğən­ni Ma­rat Dar­vazlı, icti­maiy­yət­­çilər Fədli Mə­­hərrəmov, Sü­leyman Əhmədov və b. bu kən­din yetir­­mə­­lə­ri­dir.

«Darvaz» oykonimi türk köklü qədim «darvaz» etno­nimi (qəbilə və ya tayfa adı) əsasında təşəkkül tap­mışdır.
Gürcü mənbələrinin verdiyi məlumatlara görə, Bağ Bor­çalısının Bolulus bölgəsində bir-birinə yaxın Darvaz (son­ralar Darbazi), Darvaz tala, Darvaz cala adlı kəndlər də olub. Həm­çinin, Şərqi Gürcüstanda - Telavi rayonunun əra­zi­sində indi də Darvaz bulağı]]>
Müşviq BORÇALI Mon, 13 Sep 2021 16:42:30 +0000
Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI https://turan.info.az/edebiyyat/edebi-tenqid/4184-nriman-nrimanov-irsini-tfti-edn-sbatszlara-professor-amil-qurbanovun-layql-cavabi.html https://turan.info.az/edebiyyat/edebi-tenqid/4184-nriman-nrimanov-irsini-tfti-edn-sbatszlara-professor-amil-qurbanovun-layql-cavabi.html Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABIREDAKSİYAMIZIN ARXİVİNDƏN:

Böyük dövlət xadimi, görkəmli yazıçı və dramaturq, tanınmış publisist və həkim Nəriman Nərimanov Azərbaycan xalqının mənəvi dayağı, gücü və qüvvətidir. O, Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür. Biz həmişə və hər zaman onu belə tanımış və tanıyırıq. Zaman-zaman N.Nərimanovun seçilmiş əsərləri çap olunmuş, tədqiqatçıların diqqətini cəlb etmiş, onun haqqında çoxlu əsərlər, qalın-qalın kitablar yazılmış, filmlər çəkilmiş, əbədi yaşayacaq tunc heykəli Bakının mərkəzində ucaldılmış və bu gün də onun heykəli bütün şəhərə nur çiləyir...
Təəssüflər olsun ki, son zamanlar bəzi “demokratik ziyal¬lılar” insafsız¬casına Nəriman Nərimanova “hücumlar” edir, ona böhtanlar atır və bu günkü gəncləri çaşdırmağa çalışırlar. Lakin nə yaxşı ki, belə “Demok¬ratlara” tutarlı cavab verən alimlərimiz də var! Bu mənada tanınmış alim və ictimai xadim, Millət vəkili, BDU-nun professoru, filologiya elmləri doktoru Şamil Qurba¬novun təzəcə “Azərnəşr” tərəfindən çapdan çıxmış “Nəriman Nərimanov dünyası” adlı kitabı təqdirəlayiqdir.
Kitabda son vaxtlar Nəriman Nərimanovu haqsız yerə təftiş və tənqid edənlərin fikirləri təkzib olunur, “həmin demok¬ratların” səhv olduqları faktlar əsasında sübut olunur.
Kitaba müəllifin 1991-ci ildən 2001-ci ilədək Nəriman Nərimanovu müdafiə edən məqalə və müsahibələri də daxil etmişdir.
Kitab müəllifin ön sözü ilə açılır.
İlk məqalə “Nəriman Nərimanovu təftiş etmək heç kəsə baş ucalığı gətirməz” adlanır. Burada müəllif öz fikirlərini “N.Nərimanov: Mən millətimi sevi¬rəm, çünki anamı sevirəm”, “N.Nərimanov mən bircə gün də qoymaram Qarabağ erməni tapdağı altında qalsın”, “Nərimanovun şəxsiyyəti ziddiyyətli olmayıb”, “N.Nərimanov “kommunizm ilə islamiyyəti barışdırmaq istəyirdi” sərlövhəli başlıqlar altında aydın və ətraflı açıqlayır.
Bəli, həyatda səhvsiz adam olmamamışdır. N.Nərimanovun səhvləri özündən doğmurdu, mühitdən, şəraitdən və təklikdən irəli gəlirdi. Müəllif “N.Nərimanov zəmanəsinin övladı idi” sərlövhəli məqaləsində bu fikirləri bir daha təsdiq edir və Aydın Balayevə, Həmid Əliyə, Nəsiman Yaqubluya və başqalarına layiqli cavab verir: N.Nərimanovun ünvanına deyilən hər bir əsassız söz xalqın üstünə tökülən çirkab, qara ləkə əsası olmayan bir iftira kimi qəbul olunmalıdır.
“N.Nərimanov Borçalını heç kəsə hədiyyə etməmişdir” adlı məqalə isə kitabının məziyyətlərini daha da artırır. Kitabda oxuyuruq:
“...Borçalı Azərbaycanın ən müqəddəs və sağlam yerlərin¬dən biridir. Burada böyük və görkəmli yazıçılar, dövlət xadim¬ləri yetişmişdir. 1918-ci ildən 1988-ilə qədər, 70 ildə Borçalı Azərbaycana dörd dövlət rəhbəri ver¬mişdir. Bunlar son dərəcə möhkəm əqidəli, beynəlmiləlçi və alovlu vətən¬pərvər idilər. Bun¬ların haqqında nə qədər ürək açıqlığı ilə danışmaq və yaz¬maq olar! Heç biri haqqında zərrə qədər fakt tapmaq olmaz ki, onların barəsində sabitləşmiş fikri dəyişsin. Bunlar Əlimər¬dan bəy Top¬çubaşov, Nəriman Nərimanov, Həsən Se¬yi¬dov, Həsən Həsənov kimi xas poladdan tökülmüş insanlardır. Xas polad¬dan tökülmüş ona görə deyirəm ki, şəxsiy¬yətləri və ideyaları ilə ən sağlam adam¬lardır, üstəlik “Aza qayıl, çoxda gözü olmayan” liderlərdir. Xalqına, vətə¬ninə min bir tellə bağlı olan şəxsiy¬yətlərdir.
Bəzən Nərimanovu tənqid edənlər Bor¬çalını da onun ayağına yazır, qeyri-elmi fikir söyləyirlər. Onlara elə gəlir ki, arxiv materiallarını heç kəs oxumayıb və heç kəsin də bu işlərdən xəbəri yoxdur!...
...Borçalı vaxtı ilə Nadir şah tərəfindən gürcü knyazlığına verilmişdir. O vaxtdan çox keçmişdir. Borçalı məsələsi ilk dəfə 1918-ci ildə qaldı¬rıl¬dı. Bu məsələ o vaxt pıçıltı ilə deyilirdi. Mübahisəli zona adla¬nırdı. Mən 80-ci illərdə Ömər Faiq Nemanzadə haqqında tədqiqat apa¬randa Borçalı haqqındakı dövlət qərarını tapıb həm monoqrafiyaya, həm də rusca və azərbaycanca onun əsərlərinin tam külliyatına daxil etdim ki, gələcək tədqiqatçılar ondan öyrən¬sinlər. Axı Ömər Faiq Gürcüstan İnqilab Komitəsinin üzvü idi. “Ba¬kinskiy ra¬bo¬çi” qəzetinin 1921-ci il 21 fevral tarixli nömrəsində Ömər Faiq daxil olmaq¬la Gürcüs¬tan İnqilab Komitə¬sinin 10 nəfər üzvünün imzaladığı bəyannamədə deyilirdi: “Azərbaycan, Abxaziyanın və Osetiyanın qardaş xalqları öz talelərini özləri həll edə¬cəkdir. Amma üsyana qalxmış Borçalının zəhmətkeş insanları 3 res¬pub¬likadan birinə - Azərbaycana, Gürcüsta¬na, Ermənistana birləşdir¬məklə məsələni öz istədikləri kimi həll edəcəklər.”
Borçalının əhalisi hiss etdi ki, qardaşlıq dünyası qurulur, onlara mərkəz lazımdır, buradan 500 kilometr Bakıya getmək¬dənsə, Tiflis qulağının di¬bindədir. Ona görə də qaldı Gürcüs¬tanın tərkibində. Bu, bəyəm hədiyyə¬dir? Axı, danışanda bir gərək insafla danışasan. Digər tərəfdən o vaxtı elə ha¬disələr vardı ki, onları mütləq nəzərə almaq lazımdır. Borçalının Dağ Borçalısı vardır. Ermənistanın bir hissəsini tuturdu. Dağın o üzündə Çavaxe¬tiyada Axısqa türkləri idi, bunları nəzərə almadan danışmaq düzgün olmaz...”
Nəhayət, professor Şamil Qurbanovun yeni, həm də olduqca dəyərli, vaxtında yazılmış bir kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!
Müşfiq BORÇALI.
Bax:”Şərqin səsi” qəzeti,
N 15-16(55-56), sentyabr, 2001.
“Borçalı ensiklopediyası”, 4-cü cild B., 2002, səh.17.20. P.S. Əziz və unudulmaz Şamil müəllim!
Öz xalqını, millətini və müəllimlərini sevən və bu barədə nəinki məqa¬lələr, hətta ayrıca və bir-birindən sanballı kitablar yazan bir şəxsi-görkəmli alimi və ictimai xadimi və sözün əsl mənasında Müəllimlər Müəllimini unutmaq olarmı? Əsla yox!!!
Hörmətli Şamil müəllim! Siz bütün Sizi sevənlərin-bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqsınız! Ruhunuz şad olsun!
Həmişə özünü sizin tələbəniz hesab edən Müşfiq Borçalı.
10.02.2004.



Bunlar]]>
Müşviq BORÇALI Wed, 04 Aug 2021 12:18:57 +0000
Borçalı söhbətləri: “Borçalı ədəbi mühiti: dünən və bu gün” https://turan.info.az/elm/humanitar/5668-borali-shbtlr-boral-dbi-mhiti-dnn-v-bu-gn.html https://turan.info.az/elm/humanitar/5668-borali-shbtlr-boral-dbi-mhiti-dnn-v-bu-gn.html Borçalı söhbətləri: “Borçalı ədəbi mühiti: dünən və bu gün” Layihəmizin növbəti qonağıborçalışünas alim, filologiya üzrə fəlsəfə doktoru, Borçalı tarixinə, mədəniyyətinə, ədəbiyyatına, toponimikasına dair bir çox monoqrafik əsərlərin, elmi məqalələrin, ensiklopedik tədqiqatların müəllifi, Borçalı əsilli ziyalı Müşfiq Mədəd oğlu Çobanovdur (Borçalı).]]> Müşviq BORÇALI Wed, 09 Dec 2020 14:18:24 +0000 Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!... https://turan.info.az/gurcustan/baskecid/806-var-olun-hseyn-artikolu.html https://turan.info.az/gurcustan/baskecid/806-var-olun-hseyn-artikolu.html Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!...Hüseyn Artıkoğlu (Xəlilov) - 1950-ci il oktyabrın 5-də qədim Başkeçidin (in­diki Gürcüstanın Dmanisi ra­yonunun) Qəmərli kəndində ana­­­dan olmuşdur. O, Ulu Borçalının ən sərt iqlim qur­şaq­la­rın­dan bi­ri­nə malik olan məşhur “Əyriqar” dağ silsi­ləsinin ətə­yində yer­ləşmiş, qışda başı dümağ qarlı, yayda isə yamyaşıl cən­­nətlikləri ilə göz oxşayan, olduqca qədim və maraqlı bir ta­rixi ilə daim öyün­məyə haqqı olan doğma Qəmərli kəndin­dəki səkkizillik məktəbi bitir­dikdən sonra, təhsilini Mar­neuli şə­hə­rindəki 1 nöm­rəli orta məktəbdə davam etdirmişdir. 1967-ci il­də Bakıya gəlmiş, Azərbaycan Döv­lət Politexnik İnsti­tu­tunun İn­şaat fa­kültəsinin (indiki Azər­baycan Dövlət Memarliq və İnşaat Uni­versi­tetinin) Sənaye və mülki tikililər ix­tisasının ax­şam şöbə­sinə daxil olmuşdur. 1973-cü ildə ali məktəbi bitir­miş və əsgəri xidmətə getmişdir.]]> Müşviq BORÇALI Mon, 05 Oct 2020 00:16:39 +0000 Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951) https://turan.info.az/media/sazli-sozlu-borcali/935-lixan-yhyaolu-mmmdov.html https://turan.info.az/media/sazli-sozlu-borcali/935-lixan-yhyaolu-mmmdov.html Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951) Əlixan Yəhyaoğlu (Məmmədov)
1951-ci il martın 10-da qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonunun Dəllər kəndində doğulub. (Borçalıda Dəllər adında bir neçə kənd vardır. Xalq onları bir-birindən fərqləndirmək üçün Bolnisi rayonundakı Dəllər kəndinə - Aran Dəl­ləri, Başkeçid (indiki Dmanisi) rayonundakına isə Dağ Dəlləri adlandırır;
Aran Dəlləri kəndinin adı təəssüflər olsun ki, XX əsrin sonlarında bir çox milli toponimlərimiz kimi dəyiş­dirilərək "gürcüləşdirilmiş" və Muşevani adlandırılmışdır.)
1977-ci ildə N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib.
Uzun illər təhsil sistemində çalışıb və bu sahədəki xidmətlərinə görə 2001-ci ildə Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.
Uzun müddət “Gürcüstan” qəzeti ilə əməkdaşlıq edib və “Region plus” jurnalının Gürcüstan üzrə müxbiri vəzifəsində çalışıb.
Hazırda Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və "Ümid" qəzetinin Baş redaktorudur. Üç şeir kitabının müəllifidir.
Ailəlidir, bir oğul, üç qız atasıdır.

Biz də aşağıda istedadlı qələm dostumuz, hörmətli Əlixan Yəhyaoğlunnun bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı, ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.


Kəklik

Qanad saxla, dinlə məni,
Qayalardan enən kəklik.
Sevincindən mənə də böl,
Qaqqıldayıb dinən kəklik.

Tək başına dolanıbsan,
Varlığınla sınanıbsan.
Tora düşüb qınanıbsan,
Kol dibinə sinən kəklik.

Gül çiçəyi məst eylədin,
Dərdini şikəst eylədin,
Əlixana qəsd eylədin,
Oğrun-oğrun gülən kəklik.


Borçalı maarifində uzun illər xidmətləri olmuş, tanınmış şair-publisist və jurnalist Əlixan Yəhya oğlu Məmmədov

1951-ci il mart ayının 10-da Bolnisi bölgəsinin Dəllər (indiki Muşevan) kəndində anadan olub. 1968-ci ildə Marneuli internat məktəbini bitirib və həmin ili Muşevan 8 illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1970-ci ildən 1972-ci ilədək hərbi xidmətdə olub. 1977-ci ildə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib. 1979-cu ildən 1984-cü ilədək Muşevan orta məktəbində ”Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində çalışıb.



Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951) ƏLİXAN YƏHYAOĞLU – 65

Borçalı maarifində uzun illər xidmətləri olmuş, tanınmış şair-publisist və jurnalist Əlixan Yəhya oğlu Məmmədov 1951-ci il mart ayının 10-da Bolnisi bölgəsinin Dəllər (indiki Muşevan) kəndində anadan olub. 1968-ci ildə Marneuli internat məktəbini bitirib və həmin ili Muşevan 8 illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1970-ci ildən 1972-ci ilədək hərbi xidmətdə olub. 1977-ci ildə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib. 1979-cu ildən 1984-cü ilədək Muşevan orta məktəbində ”Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində çalışıb.

Pedaqoji fəaliyyətlə yanaşı 2003-cü ildən 2008-ci ilədək ,,Gürcüstan” qəzetinin Bolnisi rayonu üzrə müxbiri, 2006-cı ildən 2008-ci ilədək ,,Region plus” analitik jurnalının (Azərbaycan Respublikası) Gürcüstan üzrə müxbiri, 2008-ci ildən 2013-cü ilədək ,,Regionpress” qəzetinin müxbiri işləyib. 1998-ci ildə “Ayrılığın dağ çəkibdi sinəmə” (179 gəraylı) və 1999-cu ildə isə “Sinəm söz körüyüdü” (120 qoşma) şeir kitabları işıq üzü görüb. Bir neçə şeirini mərhum şair-tərcüməçi Avtandil Çakadze gürcü dilinə çevirib. 2001-ci ildə Gürcüstan prezidentinin fərmanı iləo, “ŞƏRƏF” ordeni təltif edilib.
Bolnisi Mədəniyyət Mərkəzinin (BMM) orqanı olan “Ümid” qəzetinin redaktoru işləməklə yanaşı, Muşevan məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Dörd qızı, bir oğlu, on üç nəvəsi var.
2007-ci və 2012-ci illərdə nəşr edilən iki cildlik “Ədəbi Gürcüstan antologiyası”nda Ə.Yəhyaoğlunun şeirləri çap olunub.
Azərbaycan klassik ədəbiyyatında əsas obraz kimi tərənnüm edilən insan, onun vətənpərvər və insanpərvərliyi, zəhmətsevərliyi, yaşadığı torpağı gözəlləşdirməyi, gələcəyin qurucularınıın yetişdirilməsi, gəncləri elm və texnikanın zirvəsinə yüksəldilməsi kimi, fəlsəfi-didaktik, tərbiyəvi görüşlərlə kamilləşdirilmə ənənəsini çağdaş dövrümüzdə də qələm və ilham sahibləri tərəfindən tərənnümü davam etdirilir. Məhz ona görə insan yaşadığı vətəndə ədəbiyyat və incəsənətin əsas tərənnüm predmetidir.
Başqa Borçalı şairlərində olduğu kimi Əlixan Yəhyaoğlunun da yaradıcılığında humanizmin və vətənpərvərliyin tərənnümü əsas yer tutur. İstər insanpərvərlik, istərsə də vətənpərvərlik sevgisi hər bir kəsin öz evindən, torpağından, ata-anasından, bacı-qardaşlarından, övladlarından, el-obasından, vətəndaşı olduğu ölkədən başlayır. Haqlı olaraq vətənpərvər şair Ə.Yəhyaoğlunun “Sinəm söz körüyüdü” şeirlər kitabı “Dəllər” şeiri ilə başlayır.
...Kişi gördüm Koroğlu tək qüdrətli,
Ərənlərin Eyvaz kimi qeyrətli,
Gözəllərin Nigar kimi ismətli,
“Qaladağ” sən, “Çənlibel” sən, Dəllər, hey!..

İnsanpərvərlik və vətənpərvərliyin, mənsub olduğu xalqa və torpağa bağlılığın, sevgi və ehtiramın tərənnümü şairin “Dəllər” rədifli şeirinin əsas ideya mahiyyətini və qayəsini təşkil edir. Azərbaycan xalqının tarixdə böyük ad-san qoymuş qəhrəmanlığı, şifahi və yazılı ədəbiyyatımızda həmişə gözəl tərənnüm edilmişdir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarının baş qəhrəmanlarının və yer adları, ədəbiyyatımızda geniş işlənmə ənənəsi Ə.Yəhyaoğlunun şeirlərində də davam etdirilmişdir. Onun şeirlərində dastan qəhrəmanlarının adları bənzətmə kimi tərənnüm edilir. Şair bu şeirində doğma, təbii mənzərə və İlahi gözəlliklərlə, vüqarlı dağlar və şiş təpələrlə, yaşıl meşələrlə əhatə olunmuş Dəllər kəndi Borçalının ən gözəl məkanında yerləşidiyini oxuculara çatdırır. Bununla şair Azərbaycan xalqının ən gözəl adət-ənənələrini, qonaqpərvərliyini, duz-çörəkliyini, insanpərvərliyini, xeyirxahlığını bu şeiri vasitəsiləgöstərmişdir. O, yüksək insani keyfiyyətləri, milli-mənəvi dəyərləri altı bəndlik şeirdə müştərək tərənnüm etməsi şeirin poetik dəyərini artırır.
Şeirdə Dəllər kəndinin tarixdə izi, sözü qalmış, yaddaşlara hopmuş, xatirələrə dönmüş, doğma yurdun, vətənin, keşiyində mərdanə dayanmış, xalqın qayğısına qalmış kişilərini Koroğlu qüdrətli, gənclərini Eyvaz qeyrətli, qadınlarını isə Nigar ismətli kimi tərənnüm edir. Dəlləri Çənlibelə bənzədir, qibləgah, and yeri adlandırır. Şair kəndin torpağını da, adi qara daşını da çox qiymətləndirir, çünki bunlar elin varlığına, başına yalnız mərdlik və qeyrət tacdır.
Vətənpərvərliyin, insanpərvərliyin, Azərbaycançılığın, türkçülüyün tərənnümünə Ə. Yəhyaoğlunun xüsusi diqqət göstərməsi çox sevindiricidir. Bu ruhda yazılmış “Vətən” rədifli şeiri çox diqqət çəkəndir:

...Borçalıda gülməz ollam,
Ər yanında dönməz ollam.
Ocaq ollam, sönməz ollam,
Göz dikilsə sənə, Vətən...

Şair bunu ana Vətəninə, ata Yurduna müraciətən yazmışdır. O, Vətən qarşısında and içir: “hansı düşmən vətən torpağına göz diksə qanadlı yelə, qasırğaya, dağı-daşı yerindən oynadan selə dönüb yağı düşmən üstünə yeriyər”.
Vətənpərvərlik, bahadırlıq, qəhrəmanlıq ruhu şairin “Göy Tanrının türk bəndəsi”, “Qalx ayağa, Azərbaycan!” və b. şeirlərində də tərənnüm edilmişdir. Türk-Azərbaycan xalqlarının müştərək ədəbiyyatında Dədə Qorqud oğuzlarının Dədəsi, yol göstərən ağsaqqalı, alimi, şairi, ozanlar ozanı, “Dədə Qorqud” qəhrəmanlıq dastanının yaradıcısı, türk igidlərini qəhrəmanlığa səsləyən dahi bir şəxsiyyət kimi tərənnüm edir. Bütün dövrlər üçün aktual olan bu mövzuya dəyərli ziyalımız Ə.Yəhyaoğlu biganə qala bilməzdi:

Dədəm Qorqud sözdən çələng bağladı,
Buğac, Qazan məlikləri dağladı.
Burla Xatun için-için ağladı,
Qurban olum gözlərinin yaşına.

və yaxud:

Hanı mənim xoş niyyətli Ozanım?
Hanı mənim münəccimim, yazanım?
Hanı mənim xan Beyrəyim, Qazanım?
İgidlərin yarağına qovuşam.

Vətənpərvərlik haqqında Nəriman Nərimanov yazır:
“Vətənin qədrini o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”.
*** *** ***
20 Yanvar qəhrəmanlıq faciəsində yüzlərlə dinc əhali-uşaqlar, qadınlar, gənclər şəhid oldu, günahsız insanların qanı Bakı küçələrində axıdıldı. Həmin gün Borçalı oğullarından professor İsmayıl Mursaqulov, ADU-nun tələbəsi Vəfadar Eminov, Rəşid İsmayılov, İlqar Əhmədov, Tenqiz Turabov, Ələsgər Qayıbov və b. şəhid oldular. Bütün dünya azərbaycanlılarının qələm sahibləri öz şeirləri, publisistik məqalələri ilə Qorbaçova öz qəzəb və nifrətini bildirdilər. Vətənpərvər şair Ə. Yəhyaoğlu ,,Ağlayar” rədifli şeiri ilə göz yaşları içində şəhid olanların atalarına başsağlığı verir:
Dindirməyin, çarə yoxdur dərdimə,
Ürəyim ağlayır, gözüm ağlayır.
Ələnib ömrümə dağların qarı,
Baharım ağlayır, yazım ağlayır.
Ermənilərin havadarları ilə birlikdə apardıqları işğalçılıq siyasətinə, vəhşiliyinə Azərbaycan yazıçıları yazdıqları əsərləri ilə öz qəzəb və nifrətlətini bildirdilər. Şair Ə.Yəhyaoğlu da öz səsini çoxsaylı yazıçıların səsinə qataraq, “Qalx ayağa, Azərbaycan!”, “Qurban olum”, “Qayıdıb gəlləm” və b. şeirləri ilə öz mübariz səsini ucaltdı:
...Ürək dözmür, olub xəstə,
Bir haray var neçə səsdə.
Qılınc əldə ,,Cəngi” üstə,
Qalx ayağa, Azərbaycan!

Azərbaycanın Borçalı əsilli oğulları erməni cəlladlarına qarşı vuruşlarda Vətəninin, xalqının xoşbəxtliyi uğrunda qəhrəmancasına şəhid oldular. Borçalı şair və yazıçıları qələmə sarılıb erməni cəlladlarına, qaniçənlərinə qarşı öz qəzəb və nifrətlərini bildirdilər. Bütün varlığı ilə vətəninə, xalqına bağlı olan şair Əlixan Yəhyaoğlu səsini “Qayıdıb gəlləm”, “Tələsməsin, sevinməsin, qoy ölüm”, “Qalıbdı mənə” və s. şeirləri ilə ucaltd.
Şair Ə.Yəhyaoğlu şeirlərində Azərbaycan gənclərinə bir daha xatırladır ki, bizim əslimiz, soykökümüz, Ulu babalarımız Alp Ər Tonqa, Atilla, Qazan Xan, Şah İsmayıl Xətai, Koroğlu kimi qəhrəman türklərdir. Türklərin tarixdəki qəhrəmanlığı bütün dünyaya məlumdur. Şair Azərbaycan oğullarını Vətəni göz bəbəyi kimi qorumağa çağırır.

*** *** ***
Əlixan Yəhyaoğlunun yaratdığı Ana obrazı öz möhtəşəmliyi ilə oxucu diqqətinə hakim kəsilir. O, “Qoruyun”, “Anama”, “Anam ağrımasın”, “Öldürmə, fələk”, “Amanat verirəm anamı, torpaq” şeirlərini və “Analar qocalmır, analar ölmür”, “Qaytar ana borcunu” publisist yazıları daha çox diqqəti cəlb edir. Şair “Qoruyun” şeirində övladları ocağımızın ilk odu, közü, nitqimizin ilk sözü, insan ömrünün qaranlıq yollarında varlığını günəş kimi yandıran, şam kimi əridən Anaları qorumağa çağırır:
...Əlixan, qəlbinin sirrini bilin,
Şirin laylasının ətrini bilin,
Dünyadan köçməmiş qədrini bilin,
Anaları, anaları qoruyun
Şair anaların övladlarına verdiyi tərbiyənin, nəsihətin hər bir kəlməsini saralıb-solmayan, öz dəyərini heç bir zaman itirməyən, həmişə yaşayan ən qiymətli daş-qaşa, inciyə bənzədir. Ana laylasının həzin və şirinliyinin, qətrə-qətrə yanmasının əvəzini heç bir övlad qaytara bilməz. Şair üzünü bütün Azərbaycan gənclərinə tutaraq tövsiyə edir ki, “sağ ikən ata-anaların qədrini bilin. Onlara ahıl çağlarında diqqət və qayğı yetirməsiniz, hörmət və ehtiram göstərməsəniz, siz qocalanda da övladlarınız sizə qarşı laqeyd olacaqlar”.
Əlixan Yəhyaoğlu “Qaytar ana borcunu!” publisist məqaləsində yazır: “Anaların nisgilli ürəyi Vətən sarıdan həmişə narahat olub. İkinci cahan savaşında olduğu kimi, Qarabağ savaşı başlanandan bəri anaların bir gözü ağlayır, bir gözü gülür. Ana gözlərini yaşlı görəndə rahatlıq tapmırıq, sanki Vətən göylərini bürüyən qara buludların yağışı anaların gözlərindən tökülür. Vətən dağlarının uca zirvələrinin üstü açılanda anaların qaş-qabağı açılır, üzləri gülür. Övladının “Əlini başına yığana kimi” Ananın saçlarına dən düşüb ağarır, gül çöhrəsi solur, gözlərinin nuru azalır, qaməti əyilir. Gündən-günə zəifləyən ağbirçək analar oğul-qız qulluğu, nəvə-nəticə qayğısı gözləyirlər”.
Şairin dağlardan da ağır qəm-kədər və göz yaşları ilə misralara düzülmüş matəm libaslı sözlərlə ərsəyə gəlmiş “Amanat verirəm anamı, torpaq” şeiri diqqətimi daha çox çəkir:

...Ömrünü keçirib ağlı, qaralı,
Ürəyi nisgilli, qəlbi yaralı.
Kindən, küdurətdən olub aralı,
Amanat verirəm anamı, torpaq!

*** *** ***
Azərbaycan şifahi xalq yaradıcılığının zəngin qolunu təşkil edən klassik aşıq yaradıcılığı Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlıların ədəbi mühitinə də öz təsirini göstərmişdir. Bu zəngin mühitdən təkcə yaradıcı aşıqlar deyil, həm də şairlər barınmışlar. Gürcüstan azərbaycanlılarının üçyüzillik ədəbi mühitinin bütün dövr və mərhələlərində Azərbaycanın ustad şair və aşıqların yaradıcılığı çağdaş şair və yaradıcı aşıqlarımız üçün böyük məktəb olmuşdur. Bu ədəbi məktəb əlli milyonluq bir xalq üçün doğma və əzizdir, çünki yad, işğalçı xalqın şeir vəzninin təsiri altına düşməyən milli heca vəznimizdə yazıb-yaratmaq böyük səadət və xoşbəxtlik deyilmi?!...
Ə.Yəhyaoğlu Azərbaycan aşıq yaradıcılığına, heca vəznli şeirlərimizə, könül mülkünün nəğməkar bülbülü tavar saza bütün eşqi, qəlbi, coşqun ilhamı ilə bağlı şairdir. O, Dədə Ələsgərə, Aşıq Şəmşirə, Borçalı aşıqlarından Xındı Məmmədə, Aşıq Əmrah Gülməmmədova, Aşıq Hüseyn Saraclıya, Nurəddin Qasımlıya ithaf etdiyi şeirləri ilə ustad aşıqlarımızı və İlahi sədalı tavar sazı necə də gözəl tərənnüm etmişdir:
...Əmrah Dədə Saraclını səslədi,
Telli sazı bir kök üstə köklədi,
Ayrılığı, bax, beləcə təklədi,
Yaşa, ,Ulu Borçalının varı, saz.

Ə.Yəhyaoğlu saz-söz mühitində böyümüş, sədəfli saza vurğun olan Borçalı şairidir. O, saz haqqında yazır:
“Dünyaya göz açalı ana laylası ilə uyuyub, saz səsi ilə oyanmışam...”
Onun yaradıcılığında Azərbaycan xalq şeirinin və aşıq poeziyasının vəhdətini tədqiq etdiyim anlarda bu təsirin parlaq nümunələrini 72 bayatısında, 107 gəraylısında, 100-dən artıq qoşmasında tərənnümünü şeirlər kitabında gördüm. Şair Əlixanın şeirlərinin əsas dəyərlərindən birini də ana laylası kimi şirin və dəyərli olan heca vəznində, xalq ruhunda, bulaq suyu kimi təmiz, saf və bədii dildə yazılmasında gördüm. Onun şeirlərinin poetik ruhunu humanizm, vətənpərvərlik, fəlsəfi-didaktik və etik-estetik motivlər təşkil edir. Azərbaycan folklorunu, onun ən böyük və zəngin qolu aşıq poeziyasını kamil bilən və çox sevən şair bu ruhda çoxsaylı şeirlər yazmışdır.

Şair Ə.Yəhyaoğlu Borçalının ustad aşıqlarının saz-söz dünyasına-Borçalı sazının, 80-dən artıq saz havalarının şöhrətini Qafqazda göylərə qaldıran, ağır məclislərdə dastan danışmaq, dastan yaratmaq məharətini Alosmana çatdıran, aşıq Şenliklə çiyin-çiyinə, döş-döşə deyişə-deyişə, yeddi gün davam edən böyük toy məclislərinin iştirakçılarını heyran edən Borçalının ustad aşıqlarına bir neçə şeir ithaf etmişdir. Xındı Məmmədin anadan olmasının 100 illik yubileyi münasibətilə “Ay Dədə Xındı” şeirində şair yazır:

...Kərəmi yandırıb külə döndərdin,
Zavallı Lələni qula döndərdin,
Keşişi bir qara pula döndərdin,
Kürsən ürəklərdə, ay Dədə Xındı!

Əlixan Yəhyaoğlu çoxşaxəli yaradıcılığa malik olan məhsuldar qələm sahibidir. Onun yazdığı məqalələr öz orijinallığı ilə seçilir. Onun cəsarətini, kəsərli qələmini ,,Borçalıdan xanəndə çıxmayıb” və ya “Borçalıya kənardan baxış”, “Məktəblərimizi bağlatmaq istəyənlərə açıq məktub”, “Güldürmək üçün ölənlər” və ya “Şəngülümü, Şüngülümü yeməyəydin...”, “Kor nalbəndin kor atı”, “Mənə yazıq deməyin”, “Od olmayan yerdən tüstü çıxmaz...” və s. ədalətli tənqidə söykənən publisistik məqalələrində oxucuları doğma Azərbaycanlıları, doğma Azərbaycan dilini və doğma Vətəni Gürcüstanı, Borçalını sevməyə çağırır. O, Azərbaycan dilinin saflığını, gözəlliyini əcnəbi sözlərdən, yad meyillərdən, mücərrədlikdən qoruya-qoruya oxucuların sevimlisi olub.

Uzun əsrlər boyu Ulu Babalarımız gürcü xalqı ilə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu böyük tarixin bütün dövrlərində gürcü hökmdarları biz Azərbaycanlıların dilinə, dininə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmışlar. Bu gün bir qrup ali məktəb tələbələrinin Azərbaycandilli məktəblərin gürcüdilli məktəblərə çevirilməsini iddia edənləri hazırlayanlar həmişə Gürcüstanda azlıqda olan xalqlarla gürcülər arasında qarşıdurma yaratmaq istəyən xarici düşmənlərimizin hiyləsi və təxribatıdır. Gürcü və Azərbaycan xalqlarının dostluq və qardaşlığını əsərlərində tərənnüm edən Əlixan Yəhyaoğlu, 5-10 nəfər gəncin milli-mənsibiyyətinə, doğma dilinə kölgə salanlara öz məqamında tutarlı cavab verir: “Əgər milli-mənəvi dəyərlərimizi aşağılayan hər hansı bir məsələ ictimailəşdirilirsə, xalqın Qaymağı sayılan biz ziyalılar ona münasibət bildirməyə borcluyuq. Mən-Sən, Biz-Siz yanmasaq, bəs kim yanmalıdır? Yanaq ki, yandıra bilək!...”

Milli-mənəvi ləyaqət və mənsubiyyətini itirən, Azərbaycan dilində eşitdiyi, bir insan ömründən də şirin olan ana laylasını, ata-anasını danan, bəzi əqidəsiz, məsləksiz, dinsiz-imansızlar, dünyanın böyük dövlətlərinin müsəlman xalqına, o cümlədən, elə azərbaycanlılara, türklərə qənim kəsildiyi dəhşətli illərdə sabahını, gələcəyini görə bilməyən bir ovuc nadana Əlixan Yəhyaoğlunun cavab məktubu Böyük Türk dünyası qarşısında onu dirəksiz, sütunsuz göylərə ucaltdı! Əhsən sənə, Borçalının qeyrətli və istedadlı müəllimi, cəsarətli jurnalisti Əlixan Yəhyaoğlu!...

Əlixan Yəhyaoğlunun milli-mənəvi dəyərlərlə, vətənpərvərlik və humanizmlə cilalanmış şeir və məqalələri gənclərimizin soykökü, milli-mənəvi dəyərlər üstündə, doğma ana dilimiz, dinimiz-inancımız üstündə köklənməsi və formalaşmasında, Azərbaycan dilinə, doğma Azərbaycanlılara, Ata Yurdunu, əziz Vətəni Gürcüstana bağlanmasında, tərbiyələnməsində müstəsna əhəmiyyəti olacağına şübhə etmirəm!...

Yusif Yusifli,
Marneuli rayonu,
Qaş Muğanlı eli.




YAZ GƏLİR

Təzə libas geyinibdi təbiət,
Yurdumuza bahar gəlir, yaz gəlir.
Başdan-başa bəzənibdi təbiət,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Günəş doğur, şölə saçır, nur saçır,
Qüssə-kədər ürəklərdən gen qaçır.
Quşlar ötür, nəğmə deyir, dil açır,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Bahar fəsli ömrün gənclik şağıdır,
Sevgi adlı bağçasıdır, bağıdır.
Əzəl gündən aranıdır, dağıdır,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Havasından müşki-ənbər qoxuyur,
Çaylar həzin nəğmə deyir, oxuyur.
Gül-çiçəkdən zili, xalı toxuyur,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Çox şirindir bu həyatın nəşəsi,
Artır eşqin, yaşamağın həvəsi.
Ərşə qalxır Əlixanın şən səsi,
Yurdumuza bahar gəlir, yaz gəlir.
10.03.2001.

VƏTƏNİMDİR

Gürcüstanın müstəqillik
günü münasibətilə


Hər ilimdə, fəsilimdə,
Güllü yazım Vətənimdir!
Könüllərdə yuva quran,
Şirin sözüm Vətənimdir!

Uca, qarlı dağlarından,
Bərəkətli bağlarından,
Ömrün gənclik çağlarından,
Yolum, izim Vətənimdir!

Bu dünyada eşqim, yarım,
Görən gözüm, parlaq nurum,
Ocağımda odum, qorum,
Yanan közüm Vətənimdir!

Varlığıma sirdaş olan,
Ürəyimdə yurddaş olan,
“Çonquri”ynən qardaş olan,
Telli sazım Vətənimdir!

Ümidimi bağladığım,
Ürəyimdə saxladığım,
Kədərinə ağladığım,
Görən gözüm Vətənimdir!

“Dost” dediyi gəlir kələk,
Şeytan, iblis olub mələk.
Sönən deyil arzu, dilək,
Səbrim, dözüm Vətənimdir!

Bülbül salıb meylin gülə,
Toy-bayramdır gündən-günə.
Kəl buynuzu tacdır ələ,
Xoş avazım Vətənimdir!

Torpağının sərvəti var,
Sefrələrdə neməti var.
Bu dünyanın cənnəti var,
İşvə, nazım Vətənimdir!

Yəhyaoğlu, güləcəksən,
Gözəl dövran sürəcəksən.
Vətəni xoş görəcəksən,
Qəlbim, özüm Vətənimdir
...Vətənimdir!
10.03.2001.


GÜRCÜ DOSTLARIM

Tiflisdə uğurlu əməliyyat olunmağım
və“ŞƏRƏF” ordeni ilə təltif edilməyim
münasibətilə gürcü DOSTLARIM
ziyafət verdilər


Gəzdim bu dünyanı, gəzdim elləri,
Qeyrətdə, vəfada birdi dostlarım.
Könül sarayımın bəri-bəzəyi,
İncidi, gövhərdi, zərdi dostlarım.

Ömrün baharını, yayını tapdım,
Tanrı Günəşini, Ayını tapdım.
Sevən ürəyimin tayını tapdım,
Müqəddəs ocaqdı, pirdi dostlarım.

Mərdləri namərdə qul etməyiblər,
Heç kəsi yandırıb kül etməyiblər.
Göz yaşı tökdürüb göl etməyiblər,
Meydanda aslandı, şirdi dostlarım.

Qartaltək zirvədən enən deyillər,
Günəşdən odludur, sönən deyillər.
Haqqa üz tutublar, dönən deyillər,
Hələ açılmamış, sirdi dostlarım.

Dostlar Əlixanda etibar görüb,
Saldığı ağçadan şirin bar dərib.
Can deyən kəslərə canını verib,
Bu dünya durduqca vardı dostlarım.
20.04.2001.


QAFQAZI QORUYAQ

“Qafqaz bizim ümumi evimizdir”
şüarından təsirlədim


Güneyli, quzeyli Qafqaz balası,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!
Bizimlə sağalar onun yarası,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Zirvələr qoynunda yerini qurub,
Boranda, tufanda ər kimi durub.
İgid meydanından yağılar qovub,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Ömür bulağının suyundan içib,
Dostunu tanıyıb, yadını seçib.
Zamanın amansız yolundan keçib,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Kişi sədaqətli, qadın vəfalı,
Torpaq bərəkətli, yeri səfalı.
Keçmişi cəfalı, ömrü cəfalı,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Halal duz-çörəyi ürəkdən kəsib,
Haramın əlini biləkdən kəsib.
Alçağı, namərdi diləkdən kəsib,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Güləndə göylərdən güllər tökülüb,
Dəli nərəsindən dağlar sökülüb.
Dostlar birləşəndə ellər tikilib,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Cənnət yaranıbdı bura əzəldən,
“Qara dəniz ilham alır Xəzərdən”.
Qoy Tanrı salmasın bizi nəzərdən,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Qoymayaq əlimiz qana bulansın,
Vətənin sərvəti çapıb talansın.
Kasıbla kimsəsiz birgə dolansın,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!
19.01.1994.

GÜRCÜ QIZI

Nə gözəl yaradıb Yaradan səni,
Nazlana-nazlana gəz, gürcü Qızı.
Qələm qaşlarına, Ay camalına,
Hər yandan dikilib göz, gürcü Qızı.

Gümüş kəmər qucub incə belini,
Qoxladım ətirli qızıl gülünü.
Yaxşı bilməsəm də şirin dilini,
Bağrıma basıbsan köz, gürcü Qızı.

Yerləri titrədir nazlı yerişin,
Eşqindən ölənə candı görüşün.
Ovsunlu baxışın, şaqraq gülüşün,
Qəlbimi oxlayıb düz, gürcü Qızı.

Lalətək allanır üzün, yanağın,
Baldean şirin dadır dilin, dodağın.
Müşk-ənbər qoxuyur bəyaz buxağın,
Qamətin qurulub düz, gürcü Qızı!

Sevən ürəyimə loğman olaydın,
Çarəsiz dərdimə dərman olaydın.
Ömürsüz ömrümə fərman olaydın,
Vəsfinə tapmıram söz, gürcü Qızı.

Keçir sınağından, sirdaşın olum,
Dərdini, qəmini canından alım.
Əhdə düz çıxmasam saralım, solum,
Onda məzarımı qaz, gürcü Qızı.

Kaş dilim açılıb dinə biləydim,
Qəlbin göz yaşını silə biləydim.
O cənnət qoynunda ölə biləydim,
Etmə Əlixana naz, gürcü Qızı.
16.10.2001.

TOXUNMAYIN VƏTƏNİMƏ

9 Aprel şəhidlərinin xatirəsinə


Ay nankorlar, ay namərdlər,
Toxunmayın Vətənimə
Çörəkbasan müxənnətlər,
Toxunmayın Vətənimə!

Ocaqsıza köz veribdi,
Görməyənə göz veribdi.
Yol azana iz veribdi,
Toxunmayın Vətənimə!

Dağlarından qar alanlar,
Bağlarından bar alanlar,
Hiyləliklə gor alanlar,
Toxunmayın Vətənimə!

Tanrı payından küsənlər,
Qapı-baca, ev pusanlar,
Ömrü boyu qan qusanlar,
Toxunmayın Vətənimə!

Gen sinəsi ocaq olub,
Yada isti qucaq olub.
Cənnət-məkan bucaq olub,
Toxunmayın Vətənimə!

Tanrı verib qismət, baxtı,
Müqəddəsdir tacı, taxtı.
Əyilməyib çətin vaxtı,
Toxunmayın Vətənimə!

Əsli bəlli şən diyardı,
Öz tarixi,dili vardı.
Oğlu, qızı bəxtiyardı,
Toxunmayın Vətənimə!

Yaradanın nemətidir,
Yerin, göyün sərvətidir.
Sevənlərin dövlətidir,
Toxunmayın Vətənimə!
9.04.2001.




ალიხან იახიაოღლი (მამედოვი)

არ იქნება


ფერია ხარ, თუ ციური ანგელოზი,
მაგ ენაზე ტკბილიც თაფლიც არ იქნება.
წამწამები – ჩემი გულის ავგაროზი,
ხალუბი გაქვს, მსგავსი ქვეყნად, არ იქნება.

მზე ამოდის ცაზე მაშინ? როცა მხვდები,
მალულ – მალურ ეგ თვალები მეფერება.
ელვას გიგავს გამოხედვა, მით ვიწვები?
შენ რომ გაქოს, მისთვის ენა, არ იქნება.

ბაგე – ვარდი, კბილნი – მძარგალიტის,
წამწამები – გიშერისას ედარება.
ალიხანი, გენაცვალე, შენით იწვის,
უშენობას ვერ გაძლებს, არ იქნება.
სჯობია
არწივისთვის, ცას რომ სერავს თამამად,
ველობ – მდელობს ზე კლდის ქიმი სჯობია.
კაცურ კაცთან ლუკმა – პურის გატეხვას,
მის ძმურ სალამს, არაფერი, სჯობია.

მამულისას მიწას გულში იხუტებ,
და გულს უძღვნი სატრფოს, თითქოს ვარდია.
წელზე ხელს ჰხვევ, ბაგეებს დაუკოცნი,
ღაწვბადაღშა სატრფოს ვინა სჯობია.

ალიხანსა – გაზაფხულის ტრფიალა,
ქამანჩისა ამღერება სწადია.
მის სიყვარულს და სამყერალ იასა,
მთვარიანში აბა, ვინა სჯობია.


ენა გამიხმეს

ნაიღვარმა სად გამრიყა,
დაშთეს ნაიღვარი, დაშთის.
თუ კი ხელი ავად გახლო,
გახმეს ეს მარჯვენა, გახმეს.

შენით დავალ მგლოვიარე,
დარდის მთები მოვიარე.
თვალთგან ცრემლის ტბები ვღვარე,
დაშრეს ცრემლის ტბები, დაშრეს.

სევდამ გული არ დატოვა,
დარდმა სულში ბუდე ჰპოვა.
უსიყვარლოდ – ბულბულს გლოვა,
გახმეს სევდით ვარდიც, გახმეს.

ალიხანი ტრფიალს ავცდი,
სიბნელეში აზეს დავუცდი.
ტრფობამ ენა ამოიდგა,
გახმეს ჩემი ენა, გახმეს.

აზერბაიჯანულ ენიდან თარგმნა
ავთანდილ წაქაძემ




turan.info.az


.

Əlixan Yəhya oğlu Məmmədov 10 mart 1951-ci ildə, keçmiş Gürcüstan SSR-nin Bolnisi rayonunun, Muşevan (Dəllər) kəndində anadan olub. 1958-ci ildə Muşevani ibtidai məktəbinin I sinfinə, təhsilini davam etdirmək üçün 1959-cu ildə Marneuli internat orta məktəbinin II sinfinə qəbul olunub və 1968-ci ildə həmin orta məktəbi bitirib. İkinci dərəcəli idmançı olduğuna görə 1968-ci ilin sentyabrından Muşevani 8-illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb və hazırda pedaqoji fəaliyyətini həmin məktəbdə davam etdirir.
1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki N.Tusi adına ADPU) qiyabi şöbəsinin filologiya fakültəsinə qəbul olunub və 1978-ci ildə həmin ali məktəbi bitirib.
1970-ci ildən 1972-ci ilədək keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub.
1972-ci ildən 1978-ci ilədək məktəb komsomol komitəsinə rəhbərlik edib.
1978-ci ildən 1984-cü ilədək Muşevani orta məktəbində “Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini (təşkilatçı), 1984-cü ildən 1999-cu ilədək Muşevani orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində işləyiəb.
2003-cü ildən 2008-ci ilədək “Gürcüstan” qəzetinin Bolnisi rayonu üzrə və 2006-cı ildən 2008-ci ilədək “Region plus” analitik jurnalının (Azərbaycan Respublikası) Gürcüstan üzrə xüsusi müxbiri işləyib.
2001-ci ildə Gürcüstan prezidentinin fərmanı ilə “ŞƏRƏF” ordeni ilə təltif edilib.
2008-ci ildən 2013-cü ilədək Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin orqanı “Region press”qəzetinin müxbiri işləyib.
O, 2014-cü ilin dekabrında Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzini (BAMM) yaradıb. BAMM-nin sədri və həmin mərkəzin müstəqil mətbuat orqanı olan “Ümid” qəzetinin redaktoru vəzifəsində işləməklə yanaşı, həm də Muşevan məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Bədii yaradıcılığa tələbəlik illərindən “Mənim” şeiri ilə başlayıb.
“Ayrılığın dağ çəkibdi sinəmə” (1998-ci il) və “Sinəm söz körüyüdü” (1999-cu il) şeirlər kitabının müəllifidir. Bir neçə şeirləri Gürcü dilinə tərcümə edilib.

]]>
Müşviq BORÇALI Sun, 16 Aug 2020 17:29:25 +0000
Elmira MAHALQILZI: "BİL Kİ, SƏNİ SEVƏNLƏR, SƏNİNLƏ BAŞ-BAŞADIR…" https://turan.info.az/media/sazli-sozlu-borcali/4976-elmira-mahalqilzi-bl-k-sn-sevnlr-snnl-ba-baadir.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4976-elmira-mahalqilzi-bl-k-sn-sevnlr-snnl-ba-baadir.html Elmira MAHALQILZI: "BİL Kİ, SƏNİ SEVƏNLƏR, SƏNİNLƏ BAŞ-BAŞADIR…"Sən ey Odlar Yurdunun böyük fəxri, vüqarı,
Uzanır zirvələrə yeni həyat yolları,
Borçalıtək elin var yaşadır arzuları,
Ölməz xalqın istəyi, istəyinlə qoşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadır!

Sönməz Ay işığı var, ümmanlı baxışında,
Min bir məna yaşayır, baharında qışında,
Yeni həyat eşqi var, elmi axtarışında,
Qəlbi ziyalıları tarix özü yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadır!

Yetişdirdin həyata neçə ziyalı nəsli,
Neçə sənət ünvanlı yaradıcı həvəsli,
Ölməz kitablarının varağı vətən səsli,
Minlərcə oxucunun ürəyini oxşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Təbin bulaq kimidir, çağlayır ürək sözün,
Alim, dilçi, filoloq-neçə oğlun, qızın,
Borçalı ocağının odu, alovu, közü,
Saf niyyətlə çırpınan, arzuları yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Xalqa xidmət göstərib, xidmətləri yaşatdın,
Kamil insanlığınla hikmətləri yaşatdın,
Xalqın üçün dəyərli zinətləri yaşatdın,
Ey alimlər alimi, ey ustadlar ustadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Bu hünər insanlığa, ruha qol-qanad verir,
Bu coşqunluq həyata yeni bir sovqat verir,
Bu yüksəliş xalqıma nə gözəl ovqat verir.
Yenilməz ümidlərin qanadları qoşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Yığılıb işığına elin pir oğulları,
Dağtək uca vüqarlı, coşqun Kür oğulları,
Doğulacaq, artacaq, hələ, var oğulları…
Bu görüş bir könülü, min könüldə yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Borçalı elimizin alimləri var olsun,
Yetmiş beş yaş qədəmi, yenə ixtiyar olsun,
Ömrün ahıl çağında Tanrı səni qorusun,
Vətən eşqi qəlbində varlığın tək ucadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!]]>
Müşviq BORÇALI Fri, 24 Jul 2020 23:04:30 +0000
Cavanşirin bulağında https://turan.info.az/gurcustan/baskecid/3879-cavanirin-bulanda.html https://turan.info.az/gurcustan/baskecid/3879-cavanirin-bulanda.html Cavanşirin bulağında

Başkeçidi bəyənməyən
Xain, xoflu, müxənnətdi,
Sür səfanı, el cənnətdi,
Cavanşirin* bulağında.
~~~~
* - general Cavanşir Məmmədov

Bir yanda quşlar oxuyar,
Hər yan müşk-ənbər qoxuyar,
Gözəllikdən gözmü doyar
Şair, Şahmarlı dağında ?

Yaddaşında saxla anı,
Təravətli, tərdi yanı,
Doyunca doldur dolçanı,
İç, dərmandı suları da.

Daş, qayadan qaynar bulaq,
Bulaq başı dincdi qulaq,
Müşfiq məllim, xoşhal olaq
Sərin bulaqlar başında.
21.08.2018 ]]>
Müşviq BORÇALI Tue, 21 Jul 2020 13:46:13 +0000
Qüdrət BƏYTƏKƏRLİ (1963): "DE Kİ, DARIXIRAM SƏNDƏN ARALI" https://turan.info.az/gurcustan/bolnisi/4965-qdrt-bytkrl-1963-de-k-darixiram-sndn-arali.html https://turan.info.az/gurcustan/bolnisi/4965-qdrt-bytkrl-1963-de-k-darixiram-sndn-arali.html Qüdrət BƏYTƏKƏRLİ (1963): "DE Kİ, DARIXIRAM SƏNDƏN ARALI" Canım Borçalı

Vətən deyə hey ağlaram,
Bağrıma mən daş bağlaram.
Hər gələndən soraqlaram,
Canım Borçalı, Borçalı.

Çıxmır yadımdan ellərim,
Qəmdən ağardı tellərim.
Sazlı-sözlü şən dillərim,
Canım Borçalı, Borçalı.

Qüdrətəm, yurdum Borçalı,
Qəlbim yuz yerdən yaralı.
Qismətdi, düşdüm aralı,
Canım Borçalı, Borçalı.]]>
Müşviq BORÇALI Tue, 14 Jul 2020 16:43:00 +0000
XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..." https://turan.info.az/media/sazli-sozlu-borcali/939-xidir-orucolu.html https://turan.info.az/media/sazli-sozlu-borcali/939-xidir-orucolu.html XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..."XIDIR ORUCOĞLU

(1958)
Xıdır Oruc oğlu Məmmədli 1958-ci ildə Bolnisi rayonun­dakı Darvaz kəndində dünyaya göz açıb. Orta təhsillidir. Fəhlə işləyir. Şeirləri «Ziya», «Gənc müəllim», «Qələbə bayrağı», «Gür­cüstan», «Ədəbiyyat qəzeti», «Borçalı», «Təh­sil» və s. qəzetlərdə, «Boradigah», «Dar­vaz» məcmuələrində işıq üzü görüb. Xıdırın şeir­lərinin əsas mövzusunu doğma yurda bağlılıq, kənd zəhmət­keşlərinin əməyi, rastlaşdığımız problemlər, günümüzün əcaiblik­ləri və s. təşkil edir.
X.Orucoğlu Bakıda yaşayıb-yaradan həm­yerlimiz, şair Eldar Hacıyevə həsr etdiyi şeirdə deyir:
Nələr saldın indi mənim yadıma,
Xatirimdə günlər çözələndi, gəl.
Gözlərim önündən keçdi xəyaltək,
Ömrüm, günüm sanki təzələndi, gəl.

Seyr edib çəməni, dağlara çıxaq,
Boylanıb zirvədən Darvaza baxaq.
Lalələr toplayıb, nərgizlər yığaq,
Çöllərə bənövşə düzələndi, gəl…
X.Orucoğlunun «Dağlar», «Ormeşəndə görmüşəm», «Azad qadın heykəli», «Ana» şeirləri öz oxunaqlığı ilə seçilir. Onun satirik şeirləri də diqqəti cəlb edir.
Alçalmaq asandır, yüksəlmək çətin,
Hər şərəfli yolda durasan mətin,
Babalardan qalmış adın, adətin
Tapdayıb zibilə qatma, amandı
- deyən X.Orucoğlu üzdəniraq bəzi əliəyri avtobus sürüclərini tənqid etdiyi «Şofer» şeirində isə yazır:
Şair Xıdır söylər sözün düzündən,
Gəl salma özünü elin gözündən,
Bir gün olar, nişan qalmaz izindən,
Vurarlar arada təpik də, şofer.

М.Араз.Китабына юн сюз йазылыб.

Xıdır ORUCOĞLU
Xıdır Orucoğlu,
Məmmədov Xıdır Oruc oğlu 1958-ci il fevral ayının 15-də Bolnisi rayonu Darvaz kəndində anadan olub. 2000-ci ildə “El qucağında” adlı şeirlər kitabı işıq üzü görüb. AJB-nin üzvüdür, “Qızıl qələm”, “Sözlü sehrli dünya” media mükafatları laureatıdır.

MÜƏLLİM

Orta məktəbdə tarix müəllimim olmuş filologyiya elmləri doktoru, professor Mədəd Çobanova dərin məhəbbətlə

Uca dağlar başı daim qar olar,
Kövrəlmə, baxanda başa, müəllim.
Parlaq günləriniz hələ öndədir,
İlham al dünyadan, yaşa, müəllim.

Arzuların çiçək açıb, bar verib,
Sizə şöhrət kimi dövlət-var verib.
Hər əsərin bizə bir nübar verib,
Ötməyib illərin boşa, müəllim.

Xəyalın tarixi edərkən soraq,
Həmdəm olub sənə qələm və varaq.
Tarixin düyünlü sirrin açaraq,
Durdun alimlərlə qoşa, müəllim.

Bu gündən sabaha təzə iz saldın,
Keçmişdən bu günə daim söz saldın.
Sönmüş ocaqlara özün köz saldın,
Ad qoydun torpağa, daşa, müəllim.

Borçalı xalqına fəxri dayaqsan,
Tarixə bələdçi kimi oyaqsan.
Durmusan keşikdə əsgərsayaq sən,
Qoyma düşmən sərhəd aşa, müəllim!

KeÇib

Heç nə silinməyib xalq yaddaşından,
Hər sözü elə bir ələkdən keçib.
Dahilər yetirib bizim xalqımız,
Hər birinin yolu bələkdən keçib.

Tarixin keçmişi uludan ulu,
Şüarımız olub ədalət yolu,
Keçilən yolları əzabla dolu,
Tarixin yazısı lələkdən keçib.

İgidlər süngüylə, şair qələmlə,
Qələbə çalıblar nasirlər elmlə.
Xətai çırpışıb ölüm-dirimlə
Qoç Babək qolundan, biləkdən keçib.

DemƏ

Nadürüst bir kəsə yoldaş olmuşdum,
Altdan-altdan məndən yazırmış demə.
Bələd olmamışam onun halına,
Dostunu satmağa hazırmış demə.

Dosta sadiq bilib ona inandım,
Acıyıb taleynə daim yanandım,
Onu özümə ən əziz dost sandım,
Ayağım altını qazırmış demə.

BilƏr

Nadan kəslə dostluq etsən,
Bir gün dönük çıxa bilər.
Dar günündə bəd ayaqda,
Gözlə səni yıxa bilər.

Hər insanda yox etibar,
Fitnə­karın yüz fəndi var.
Üzdə sənə şirin olar,
Dalda qaxınc qaxa bilər.

Nadan kəsin qayğısın çək,
Əzabına döz özün tək.
Tök pulunu ətək-ətək,
Sənə yandan baxa bilər.

A Xuraman
(Ərzaq mağazasında işləyən
qonşu qızı Xuraman xanıma)

Zara gəldim belə dünya əlindən,
Hər zaman çəkmişəm mən axır-aman.
Ömrümün yolları hamar olmadı,
Gah dağa düşmüşəm, gah da xıra mən..

Bir bölük külfətə oldum mən ata,
Çətin gündə həsrət qaldım manata.
Dözüm yoxdur indən belə mana ta,
Çətin sağ qalam bu il axıra mən.

Ha istədim nisyə ərzaq az alım,
Bircə yolluq borcu nistən azalım.
Bilmirəm azalmır niyə a zalım,
Xıdırı üzür bu dərd a Xuraman.

Gördüm

Bəhrəsi olmayan öz eli üçün,
Yurdunda bayquştək ulayan gördüm.
Fərasətsiz olan nadan kəsləri,
Dörd yanın həmişə dalayan gördüm.

Cəsarət, qeyrətdən onda səy hanı,
Beyninə batmaz sən ona sayanı.
Fikri, zikri vurmaq olur ziyanı,
Özgə malın daim talayan gördüm.

Arzusu, istəyi gözdə puç olar,
Nə şöhrəti, nə ad-sanı ucalar.
Görəndə, ziyalı, alim, qocalar,
Ona-buna quyruq bulayan gördüm.

Ondan ötrü millət nədir, zad nədir,
Fərqin bilməz soyad nədir, zat nədir.
Ögey nədir, doğma nədir, yad nədir,
Gündə yadın qabın yalayan gördüm.

Halal kəsə hər vaxt o qara yaxar,
Məqam güdüb xəlvət o dostu yıxar.
Üzə durub suçsuz üzü ağ çıxar-
Ara vurub meydan sulayan gördüm.

Çöldə fərə olub, evdə qoç olar,
Uşaq döyər, arvad ilə saç yolar.
Nə ölər, nə itər, nə də qocalar,
Qırx arxı bir yerə calayan gördüm.

İstƏdim

Pərişan görəndə kimsənin halın,
Dərdini öz dərdim bilmək istədim.
Dərdimi içimdə təkcə çəkmişəm,
Sevinci hamıyla bölmək istədim.

Əridi yox oldu üzlərdən həya,
İtirdik yaxşını biz duya-duya.
Kiçiklər böyüyü saymasa saya,
Kəndirdən boğaza ilmək istədim.

Ali cənab bildik biz müəllimi,
Bizə qanun olub əvvəl təlimi.
Satanda şagirdə verdiyi elmi,
Xəcalətdən vallah ölmək istədim.

Manana
(Gürcü qızı müğənni Mananaya)

Məclislər içində bir gözəl gördüm,
Əcəb heyran oldum mən ona, Ana.
Feyziyab eyləyib məclis əhlini,
Gözəllik verirdi hər söz, Mənana.

Qəlbi təmiz, xətri əziz gəlindi,
Hünərinə alqış deyək gəlin di.
Dinləyib özünü bir an gəl indi,
Görək hansı eldən gəlib Manana.

Elə gözəl şövqlə mahnı oxuyar,
Könlüm mahnısını daim ox, uyar.
Hər sözündə deyər oxu, oxu yar,
Yaşasın deyirəm bax mən ənənə.
ŞƏRQİN SƏSİ Dekabr, 2011

DEYİRSƏNXətrini dost, qardaş qədər əziz tutduğumuz müdirimiz Cavanşir Güləhmədova dost zarafatı ilə.Gözlərim qalıbdır Vətən yolunda,Bü günümə də sən ömür deyirsən?!Durmusan üstümdə bir müdir kimi,Addım başı mənə əmr deyirsən.Bir mərhəmət göstər qoy cavab olsun,Səxavət əməlin bir savab olsun,Fəhlənin yediyi xaş, kabab olsun,Al əlinə sümük sümür deyirsən.Xəbərimiz yoxdur zümrüd, daş-qaşdan,Məvacibmiz çıxır elə bil daşdan,Xıdır söz salanda nə vaxt ki, maaşdan,“Götür süpürgə, yer süpür”, - deyirsən.
SAHİBGürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəl­miş və Qarabağda qəhrəmancasına Şəhid olmuş Məmmədov Sahib Almaz oğlunun əziz xatirəsinəÖmrünü yaşadın saf niyyət ilə, Nə sərvət, nə şöhrət gəzirdin, Sahib!Nə vaxt dərdli gördün doğma Vətəni,Başının üstünü kəsərdin, Sahib!Sən həm kövrək idin, həm ərköyündün,Elin qüruruyla daim öyündün.Vətən çağrışına hərbi geyindin,Fərari kəslərdən küsərdin Sahib!Ər atalardan da ər oğul törər,Hünər meydanına mərd igid girər.Vətən olan yerdə xalq şəhid verər,Yaralı canınla dözərdin, Sahib!
Xeyir-dua aldın elin, obandan,Mərdlik miras qalıb Namaz babandan.Xalqına məhəbbət gəlibdir qandan,Şöhrətinlə eli bəzərdin, Sahib!Deyirlər olmayır əsgər yuxusu,Səngərlərdə keçir vaxtın çoxusu.Hər an güllə səsi, ölüm qoxusu,Kim deyər o gündən bezərdin, Sahib!Xaraba görəndə hər kənd evini,Yamanca pozubdur sənin kefini.Harada gördün o "insan div"ini,Silahla başını əzərdin, Sahib!Belə olub son vaxt səndə xasiyyət,Gördün dəyişir o canda vəziyyət.Qisas al düşməndən edib vəsiyyət,Yeri-göyü gözlə süzərdin, Sahib!XIDIR ORUCOĞLU.


Xıdır Oruc oğlu Məmmədli - 1958-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb.
2000-ci ildə “El qucağında” adlı şeirlər kitabı işıq üzü görüb. AYB-nin üzvüdür. “Qızıl qələm”, “Sözlü-sehirli dünya” media mükafatı laureatıdır.
]]>
Müşviq BORÇALI Mon, 29 Jun 2020 18:22:50 +0000
Bundan gözəl nə var, Mədəd müəllim!.. https://turan.info.az/edebiyyat/poeziya/33-bundan-gzl-n-var-mdd-mllim.html https://turan.info.az/edebiyyat/poeziya/33-bundan-gzl-n-var-mdd-mllim.html Bundan gözəl nə var, Mədəd müəllim!..

Ramiz Abdullayev

Bundan gözəl nə var,
Mədəd müəllim!


Professor Mədəd Çobanovun
70 illik yubleyi münasibətilə


Dünya tərəfindən tanınan alim,
Vətənin adını yüksəltdin daim,
Fədakar zəhmətə,qovuşub əlim,
Bundan gözəl nə var Mədəd müəllim.

Dayaqsan gənclərə,örnəksən bizə,
Həqiqəti amalın,məsləkdir düzə,
Bilirik məqsədim çatmaqdır yüzə,
Bundan gözəl nə var, Mədəd müəllim.

Şeirimə,sözümə verib qiyməti,
Söylədin yaz,yarat,dayanma qəti,
Tanrı bəxş eylərkən,halal neməti,
Bundan gözəl nə var, Mədəd müəllim.

Azərbaycan adlı gözəl ölkədə,
Sevilə-sevilə çatdın hörmətə,
Yetərkən bu yolda şana şöhrətə,
Bundan gözəl nə var, Mədəd müəllim!

Yetmiş bir bəhanə,ömür yolunda,
Yüz qolların açıb,görür yolun da,
Dostlar ürəyi tən,bölür yolunda,
Bundan gözəl nə var,Mədəd müəllim!]]>
Müşviq BORÇALI Wed, 10 Jun 2020 14:07:53 +0000
RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!... https://turan.info.az/tehsil/aztu/aztu-nun-mzunlar/159-ruhun-ad-olsun-hamlet-kazimolu.html https://turan.info.az/tehsil/aztu/aztu-nun-mzunlar/159-ruhun-ad-olsun-hamlet-kazimolu.html RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...Mən bu gün təxminən 20-25 il əvvəli xatırlayıram...
Azərbaycan Texniki Universitetində "Ziya" qəzetinin redaksiyası nəzdində əsasən də tələbələrdən ibarət olan ədəbi dərnək yaratmışdıq.
Sonralar bu ədəbi dərnək "Çeşmə" Ədəbi Birliyinə çevrildi,
"Addımlar" adlı ədəbi toplular çap etdik.
Daha sonralar isə bu ədəbi birliyi
Baş redaktoru olduğum "Təhsil" qəzetinin nəzdində davam etdirdik...]]>
Müşviq BORÇALI Wed, 03 Jun 2020 12:33:58 +0000
Nizami Saraclı: "YA MƏDƏD HAQDAN, DEDİK..." https://turan.info.az/media/sazli-sozlu-borcali/4916-nizami-saracl-ya-mdd-haqdan-dedk.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4916-nizami-saracl-ya-mdd-haqdan-dedk.html Nizami Saraclı: "YA MƏDƏD HAQDAN, DEDİK..."
Professor Mədəd Çobanlıya

Yenə könül sazını köklədik, “Ruhani”yə,
Qanadlandı duyğular, -ya Mədəd Haqdan,-dedik.
Heç bilmədik, keçməmiş biz ikinci havaya,
Dost yaşı yetmiş olar, -ya Mədəd Haqdan,-dedik.

Bu yol uzun bir yoldu: ayrılığı, buluşu...
Daim ürək parçalar tənha durna duruşu...
Olmasaydı sonunda dərddən can qurtuluşu,
Bitməzdi bu qayğılar,-ya Mədəd Haqdan,-dedik.

Dönüb baxdıq arxaya:eniş-yoxuş;dərə-dik...
Yollar uzanıb gedər, bir yandan da qəriblik...
Düşünəndə, axı, biz qərib düşən deyildik,
-Gözə durdu “qurğu”lar, ya Mədəd Haqdan,-dedik.

Seyrəldi şənliyimiz o kənd ortalığında?
Gözlərinə çöp düşdü çeşmənin-bulağın da...
Alışdı nənələrin ağısı dodağında?
Neyə döndü qarğılar,-ya Mədəd Haqdan,-dedik.

Ev var açmır qapısın, hətta, ağ yel, qara yel,
Çəpər var torpağına sancılı qalıbdı bel...
Acı qanqal bitirir qapı-baca, çəmən-çöl...
Baxsan, ürək burxular,-ya Mədəd Haqdan,-dedik.

Deyimmi yurdumuzu biz niyə tərk eylədik?
-Geydik əsgər paltarı qeyrəti görk eylədik...
Anamız Borçalıya oğul tək ərk eylədik,
Unuduldu qorxular...-ya Mədəd Haqdan,-dedik.

Çox qeyrətli oğullar kənar qaldı diqqətdən,
Yaltaq, yağı malıtək payın aldı Dövlətdən...
Bu namərdlər, sözü də axır saldı qiymətdən,
İşə keçmir vurğular,-ya Mədəd Haqdan,-dedik.

Bizim Allahdan olub yalnız umacağımız,
Yalvarmışıq sönməsin arxada ocağımız.
İstiqlala həsr oldu cansulu çağımız,
İrəldə son savaş var,-ya Mədəd Haqdan,- dedik.

Millət bir aylıq yolu indi keçir bir günə,
Bəs, sınırı neyləyək, şükür Haqqın hökmünə!
Bax, bu birə salıbdı biz qocalar kürkünə,
İmkan et olmayaq xar,-ya Mədəd Haqdan,-dedik.

Türkün bəxti atıtək yüyrək olub həmişə,
Ram olmayıb dövrana, baş əyməyib gərdişə.
Bu bəyaz saç-saqqala, bəs, bu tökülən dişə
Oxunmazmı ağılar,-ya Mədəd Haqdan, dedik.

Qadağalar qoyulur birucdan get-gəlişə,
Adam var ki, illərdi həsrət qalıb görüşə,
Bu yollarda dönərkən, biz dəli bir dərvişə?
Dildə Yahu! Yahular!.. Ya Mədəd Haqdan,-dedik.

Sən ey Mədəd Çobanlı, bu nə düyün qaşında,
Xocam, cavan oğlansan sən ki, yetmiş yaşında!?
İnşallah, cavablanar bir bulağın başında
Bu cavabsız sorğular...Ya Mədəd Haqdan, - dedik.

“Press-Media” qəzeti, N: 07 (107), 14 aprel, 2007;
“Şəрqin səsi”, N: 04 (199), mart, 2007.]]>
Müşviq BORÇALI Wed, 27 May 2020 00:05:31 +0000
Ulu Borçalının Ulu Oğlu!.. https://turan.info.az/media/sazli-sozlu-borcali/823-ulu-boralnn-ulu-olu.html https://turan.info.az/media/sazli-sozlu-borcali/823-ulu-boralnn-ulu-olu.html Ulu Borçalının Ulu Oğlu!.. Sözü gedən şəxs Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin təsisçiliyi ilə işıqüzü görən Beynəlxalq elmi-pedaqoji, ictimai-siyasi, ədəbi-bədii, publisistik məcmuələri özündə əks etdirən və geniş oxucu kütləsinin sevimli dərgisinə çevrilən “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, “Borçalı” Nəşriyyat-Poliqrafiya Müəssisəsinin baş direktoru Müşfiq Mədəd oğlu Çobanlıdır.]]> Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:53:03 +0000 SEVGÜL SƏFƏRLİ: Təbib təbiətimiz, loğman yurdumuz... https://turan.info.az/media/sazli-sozlu-borcali/1929-sevgl-sfrl-tbib-tbitimiz-loman-yurdumuz.html https://turan.info.az/media/sazli-sozlu-borcali/1929-sevgl-sfrl-tbib-tbitimiz-loman-yurdumuz.html SEVGÜL SƏFƏRLİ: Təbib təbiətimiz, loğman yurdumuz...
Sevgül Səfərli qədim Başkeçid ra­yo­nun­da doğulub. Hələ gənc yaşla­rından bə­dii ya­radıcılıqla məşqul olur. Bir müddət “Bor­­­çalı” qəzetində ça­lışıb.
Bir neçə kitab müəllifidir. 2008-ci ildə Bakıdakı “Dan Ul­duzu” nəş­riyyatında “Qəriblik ömür üzən şey­dir” adlı kitabı nəfis şəkildə çap olu­na­­raq oxucuların ixtiya­rı­na verilib.
Aşa­ğıda Sevgul Səfərlinin həmin kitabından bir ne­çə səhifəni dərc edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Təbib təbiətimiz, loğman yurdumuz...

Belə şeylər çox olurdu. Bəzən bir qrup xəstəliklərin qar­şısında ajiz qalanda Tiflis həkimləri təbiətə üz tu­tar­dılar. O təbiətə ki, Allahın bir "Ol" kəlməsi ilə yaranıb. O təbiətə ki, Allahın şəfası insanlara onun vasitəsilə ötü­rülür. Bu ötü­rü­jülərin ən əsası təbiətin füsunkar zən­ginliyi, dağ sularının saflığı, dağ havasının təmizliyi, bir də insanların xeyir­xah­lığıdır. Elmin güjü çatmayan xəstəlikləri sağaltmaq üçün həkimlər təbiətin güjünə gü­vənirdilər. Bir də görürdün kən­dimizə qüjağı qundaqlı bir "şəhərli" gəldi. Ozü gəlməyib da­ha doğrusu hə­kim gön­dərib. "Bu uşağı müntəzəm olaraq sə­hər tezdən dağ ça­yının kənarında gəzdirin"-deyib. Bir başqa xəstəyə həkim "şehli-şehli may çiçəklərinin üstündə ayağı yalın gəzmək" - buyurub. Digə­rinə "quşların "Çahar­gah" oxu­­­­­du­ğu vədə şam meşələrində dolaşmağı" - buyurub. Bir öz­­­gə­sinə "aj qarına bulaq suyu iç, özü də düz mən­bə­yin­dən" - deyib.
Bizim təbibimiz də, loğmanımız da öz təbiətimiz olub, dədə-babadan. Təbiət bizə təmənnasız loğmanlıq edib. Tə­biətlə baş-başa verib Başkeçidlilərin sağlamlığı keşi­yində du­ran həkimlərimizə hörmət olaraq bir qrupunun adını çək­mək istəyirəm. Onlardan Asya xanım, Mənzər xanım, Zərifə xanım, Zamirə xanım, doktor Şamil, dok­tor İstan­bul, dok­tor İfrat, doktor Mirsayad, doktor Teymur, doktor Yu­nus, doktor İlham. Yaşayanlara jan sağlığı, dünyasını də­yişən­lərə Al­lahdan jənnət diləyirəm.
SAĞLAM OLMAQ İSTƏYƏN HƏR BİR KƏS
AĞ­RISIZ JAN İSTƏYİRSƏ ÖNJƏ JANI ÜÇÜN SAĞLAM ŞƏRAİT YARATSIN,
HƏZRƏT PEYĞƏMBƏR KİMİ QİDALANSIN…
Milli münasibətlərin kəskinləşən vaxtı "yarım Allah" de­diyimiz həkimlərə açıq və gizli təzyiq göstərdilər. Müx­təlif şəkildə, müxtəlif zərbələrlə onları sənətindən, yurdun­dan ayırdılar. Təkjə doktor Şamilə və doktor İs­tanbula toxunma­dılar. Şamil Başkeçidin ən güjlü tera­pevti, İstanbul isə ən güjlü jərrahı idi. Düşmən, düşmən də olsa, ağıllı idi. Etnik təmizləmə proqramını həyata ke­çirərkən onlar terapevt Şa­milin janlı diaqnostika mərkəzi olduğunu unutmadılar. Bu­nu rayonda dost da bilirdi, düşmən də. Doktor Şamil xəs­təni sağaltmaqla bərabər, onun son nəfəsini, ayını günü­nü də təyin edə bilir. Deməli düşmən öz sağlamlığını dü­şünərək iki kamil həkimi Şamil və İstanbulu yerindən tər­pətmədi.
Fəlsəfi düşünjələr ustadı Bяхтийар Vahabzadənin "Tək­lik" şei­ri­nə diqqəi yetirək:

Yarpağı tez solar tək ağajın da,
Daldası yoxdusa nejə solmasın.
Meşələr sultanı, meşələr şahı,
Aslanın özü də yalqız olmasın.
Öz elində, öz yurdunda təklənmişdi, xalqımız. Bütün mə­nalarda təklənən, tənhalaşan, yaralanan seyrələn xal­qın əlin­­dən doktor Şamili və doktor İstanbulu al­ma­dığına görə düşmənə öz minnətdarlığımı bildirirəm. Mad­di vəziyyəti ağır olan xalq başı yerə gələnə qədər hə­kimdən uzaq olur. Dərd ona güj gələnjə: - "Gedin Şə­mili gətirin" - deyir.
Doktor Şamilin düzgün təyin etdiyi müalijə prose­du­ra­sını xəstə ev şəraitində qəbul edir. Müalijə olunan­ların qay­ğısını el qızımız, iki kəndin bajarıqlı tibb bajısı Nuray ba­jımız yerinə yetirir.
Başkeçidlilərin ən ağır xəstəsini hər zaman "yarım Allah" dedikləri doktor Şamilə etibar edirdilər. Çünki doktor Şa­mi­lin dediklərini Tbilisi, Moskva, Leninqrad professorları təsdiqləyərdi.
Asya xanım, jərrah İstanbul, doktor Şamil peşəkar sə­nətkar kimi Başkeçiddə, bütün kəndlərdə tanınmışlar idilər. Onların özlərinə məxsus xüsusi müalijə metodları var idi. İnsan gərək unutmasın ki, taleyini yazan Allah, sağlamlığını qoruyan özü, xəstəliyini sağaldan və daha doğrusu qarşısını alan həkimdir.
* * *
“Borçalı” qəzetinin nəşri böyük Vətənimizin iqtisadi du­rumunun olduqja ağır olduğu bir vaxtda söz xiri­darları, qə­ləm sahibləri üçün göydən gələn mükafat olmuşdur. Za­manın yaratdığı problemlər hamı kimi biz­dən də yan keç­məmiş, maddiyyatımıza öz təsirini göstər­mişdi. Belə bir an­da "Borçalı"nın var olması bütün problemlərin üzərinə sanki NUR pərdəsi örtmüşdü. Bor­çalı adının ƏZƏMƏTİ + TİL­SİM+NURU çatan-çaтmayan gündəlik tələbatın mənə­vi deformasiyalardan müdafiə edirdi. Elə bil "Borçalı"nın hər bir nömrəsi bizim üçün dünyaya bir yeni Borçalı gətirdi. 1998-ji ildən bəri qəzetimizin bütün saylarını toplayıb "Bor­çalı"nın arxivini yaratmaq eşqinə düşdüm. Topladım. Sonra geri döndüm 1996-jı ildə işıqlanan "Borçalı"nı əldə etdim. Son­ra dərin-dərin düşündüm:
- Heç ola bilməz ki, Azərbayjan müstəqil dövlət olan­dan bəri "Borçalı" nəşr olunmamış olsun - dedim.
Xeyli axtarışdan sonra xəbərsiz olduğum daha bir «Bor­çalı» yeniliyinin izinə düşdüm. Əlimə payız yarpağı tək sap­sarı saralmış qəzetlər keçdi. Sanki ürəyimə dam­mışdı ki, Bor­çalı ziyalısı müstəqilliyimizdən sonra bu qə­dər gejik­məz­di. 1993-jü ilin "Borçalı"sının Baş redak­toru Мцшфиг Чобан­лы­нын mücdələrlə dolu mürajiətini mən oxu­dum. İndi də o ya­zı­nı sizin üçün oxuyuram.
«- Sabahınız xeyriliyə açılsın, möhtərəm oxujular!
- Xoş gördük, əzizlərimiz!
- Əziz yurddaşlarımız! Borçalının qeyrəti, vətənpərvər və imkanlı övladları! Hörmətli BORÇALISEVƏRLƏR! Səsi­mizə səs verməyinizi xahiş edirik...!»
Bu haray Azərbayjan mətbuatının çağdaş yazarı, 1990-жы илдя чап олунмуш «Аьыр елли Борчалы», 1994-жц илдя чап олун­муш «Чаьдаш Борчалы ядяби мяктяби» китабларынын мцяллифи, çağ­daş oxujuların Müşfiq Mədəd oğlu Çobanlı im­zasıyla tanıdıqları bir Borçalı ziyalısının mücdəsiydi.
1993 iyun. Qəzetin ilk sayı. "Borçalı toponimləri" - "Sər­bəst düşünjə" qəzetinin tərkibində işıqüzü görür.
1993 iyul, ikinji say - "Vətənin sağ gözü Borçalı" - "Ziya" qə­zetinin tərkibində.
1993 avqust, üçünjü say - "Borçalının qeyrətli övladı Rza Qurbanov" - "Yeni Dünya" qəzetində.
1993 oktyabr, dördünjü say - "Vətənin yurdsevər övladı Hidayət Borçalı"- «Təhsil» qəzetinin hesabına.
1994 yanvar бешинжи сай - "Qədim saz- söz yurdu Bor­çalı"(“Borzalı ədəbi mək­təbi”) - «Təhsil» qəzetinin hesabına.
1994 март, алтынжы сай «Ulu Йурдуmuz Борчалы» - «Təh­sil» qəzetinin hesabına.
1994 sentyabr, yeddinci say - “Ozan dğnyamız - Borzalı aşıq­ları” - «Təhsil» qəzetinin hesabına.

Deməli, müxtəlif mətbu mənbələrdə molekul daşıyıjısı ki­mi özünü göstərən, yavaş-yavaş səsini çıxardan hü­jey­rələ­şən, pərvazlanan sırf Borçalı ideyasının bünövrəsi yara­dıl­mışdır. 1994-jü ilin martında bu ideya bədii mo­lekul şək­lin­də deyil, özünə layiq olan böyük hərflərlə BORÇALI adı ilə dərgi formasında zühur etmişdir.
Bundan sonra Аğır elli Borçalının "Borçalı"sının işıq­lan­dırılması üçün ona maddi dayaq olanlar da tapılmış, ona üç mənbədən yardım olunmuşdur.
1. «Təhsil» qəzetindən;
2. "Hidbor" şirkətinin prezidenti Hidayət Məmmə­dov­dan;
3. "Yelmar dirçəliş mükafatına layiq görülmüş jurnalist İsmayıl Ömərovdan.
Bu "Üçlük"lər ittifaqının "Borçalı"ya yardımı nə qədər çə­kəjəkdi Allah bilirdi. Vətəndaş üçün önəmli olan o idi ki, Vətən Borçalının adını işıqlandıran bir mətbуu orqan ya­ranmışdır. Bu orqan adı bəлli səbəbdən fəaliyyətini da­yan­dırılmış olsa da, bundan sonra qorxmağa lüzum yo­xuydu. Çünki "Su axan yerdən bir də axar" - demiş Də­dələr. Qə­ze­ti­miz fəaliyyətinə fasilə vermiş olarsa bir gün üzünə bahar gə­ləjək... Yenə yarpaqlanajaq... Yenə çiçək­lənəjək...
Bu həmin dövran idi ki, qələm sahiblərinin, ъur­nalist­lərin həyatına maddi jəhətdən qaranlıqlar çök­dür­müşdü. Böyük Xalqımızın böyük əksəriyyəti Kapitalizmə, Mül­kiyyətçiliyə, Ağalığa meyl etdiyi bir zamanda onlar qələm­lərinin, tə­fə­kür­­lərinin işığına sığınmışdılar. Belə olmasaydı Borçalının ziyalı oğlu curnalist İsmayıl Ömərov zehni-əmək mükafatını ailəsinə xərjləyərdi. Vətən sevgisi ona beyin məhsulunun mükafatından yenijə fəaliyyətə başlamış "Borçalı" qəzeti üçün xüsusi hesab açdırmışdı.
Haşiyə: Çox yəqin ki, İсмайыл Ömərovun ailə daxilində bu mükafatla həllini tapa biləjək o qədər dərdi azarı vardı ki. Amma gördüyümüz kimi vətənpərvər curnalist tərəfindən Vətən eşqi önə çəkilmişdir.
1993-jü ildə Azярбайжан EA Nizami adına Ədəbiyyat İnsti­tunun dissertantı Müşfiq Çobanlı tərəfindən bünövrəsi ya­radılan, 1996-jı ildə Borçalının Böyük Oğlu, Hüquq­şü­nas-curnalist Kazım Qajağanlı tərəfindən çiçək­ləndi­rilən "Bor­­çalı" qəzeti və "Borçalı" curnalı düşünülmüş şə­kildə il­kin yaradıjıları tərəfindən 1998-ji ildə Ə. Əliyev adına Az. DHTİ-nda II terapiya kafedrasında fəaliyyət göstərən "Sə­hər" qəzetinin şöbə müdiri vəzifəsini daşıyan Həkim-Cur­nalist Azadə-Taleh Abbasqızına etibar edilir. On­lar Azər­bay­jan Qadınının Ojaq-Çıraq rəmzi olduğunu bilərəkdən "Bor­çalı" qəzetinin taleyini bu yükü daşıya biləjək bir qadına, Azadə xanıma tapşırmışlar.
Qadın - ojağının isti və hərarətli olması üçün fəda­kar­lıq­lar yapan bir VARLIQDIR.
Bəli! O - gün, bu- gün "Borçalı" qəzeti Azadə xanımın və o elin şair Oğlu Knyaz Aslanın janfəşaqlığı bir də bir qrup sa­diq yaradıjı kollektivinin əməyi nətijəsində geniş tiracla nəşr edilir. Nəinki Azərbayjanda, nəinki Borçalıda, dün­ya­nın 30-dan çox ölkələrində yayımlanır.
Eşq olsun! Borçalısevərlərə!..

«Şərqin səsi» qəzeti, N: 04 (216), Yanvar, 2009-cu il.]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:47:04 +0000
Dostluq bayrağısan Müşfiq Borçalı!.. https://turan.info.az/media/sazli-sozlu-borcali/3960-dostluq-bayrasan-mfiq-boral.html https://turan.info.az/media/sazli-sozlu-borcali/3960-dostluq-bayrasan-mfiq-boral.html Dostluq bayrağısan Müşfiq Borçalı!.. Dostluq bayrağısan Müşfiq Borçalı!..Bu şeiri bizim gözəl alimimiz Borçalı elinin, nəinki, Borçalı elinin, bütün Azərbaycanın, Türk dünyasının alim oğlu Müşfiq Borçalıya.

Doğma ellərinə uzanır əlin,
Çiçək-çiçək açan sözdür əməlin,
Adınla öyünür Mədəd müəllim,
Elin dayağısan Müşfiq Borçalı.

Arzuya bələnmiş işıq yolusan,
Vətənin eşqiylə qəlbi dolusan,
Bir alim atanın alim oğlusan,
İrfan ocağısan Müşfiq Borçalı.

Ümid ətirlidir baharın-yazın,
Kövrək duyğuların çəkirsən nazın,
Adını ucaltdın doğma Darvazın,
Yurdun sorağısan Müşfiq Borçalı.

Düşüncə nəhəngi, şeir azmanı,
Ruhun qabaqlayır dövrü zamanı,
Bu Telli Sənəmdən söz ərməğanı,
Dostluq bayrağısan Müşfiq Borçalı.]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:46:00 +0000
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu https://turan.info.az/media/sazli-sozlu-borcali/845-mfq-boraliya-minntdarlq-mktubu.html https://turan.info.az/media/sazli-sozlu-borcali/845-mfq-boraliya-minntdarlq-mktubu.html Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu MÜŞFİQ BORÇALIYA
Minnətdarlıq məktubu

Nə qədər ki günəş “məşriqdən” (şərqdən) doğur
Tövbə qapıları açıqdır demək.
SƏDİ ŞİRAZİ.

Mən də deyirəm, - Nə qədər ki Müşfiq Borçalının rəhbərlik etdiyi “Şərqin səsı” qəzeti var, bütün qapıları üzümüzə açıqdır demək...
Dövrü mətbuatda çap olunan - istər iqtidar yönlü, istər müxalifət yonlü, istərsə də müstəqil qəzetlərin sayı nə qədər çox olsalar da onların içərisində oxunaqlı qəzetlərin sayı çox azdır. Ən çox oxunaqlı qəzetlərdən biri də Müşfiq Borçalının rəhbərlik etdiyi “Şərqin səsi” və “Elm və Təhsil” qəzetləridir. “Şərqin səsi”nə “hay” verən və onun işığına toplaşan ziyalıların sayı da gün-gündən çoxalır və artır..
Yenə adətim üzrə bu günlərdə yeni çapdan çıxmış Aprel. 2014. 64(294) saylı “Şərqin səsi” qəzetini başdan-ayağa oxuyuram. Rənga-rəng mövzularla yanaşı həmin qəzetdə Müşfiq Borçalı mənim 60 illik yübleyimi təbrik edərək “Gözəl insan, istedadlı şair” başlığı altında üç (9-11) səhifəlik yazı dərc etdirmişdir. Burada müxtəlif illərdə çap olunmuş kitablarım haqda geniş məllumatla yanaşı yazdığım bəzi şeirlərlə birlikdə “Yadındamı”? poemamı da tam olaraq bu qəzetdə işıqlandırmışdır.
Təkcə indi deyil, hər vaxt “Şərqin səsi” və “Elm və Təhsil” qəzetlərində təmənnasız və məndən xəbərsiz yazılarım, - şeirlərim çap olunmaqdadır. Bununla yanaşı “Borçalı” nəşriyyatında bir neçə şeirlər kitabımin çap olunmasında da öz köməyini əsirgəməyən Müşfiq Borçalıya minnətdar olduğumu və təşəkkür etdiyimi bildirirəm.
Müşfiq Borçalı ustad şairlərin, ədiblərin yazıları ilə yanaşı əli yeni qələm tutan gənc yazarların da yazılarını öz qəzetlərində işıqlandırıb onları ruhlandıraraq öxucuların müzakirəsinə buraxır...
Həyat gözəldir qardaşım! Həyatda səmimi və gözəl insanlarla qarşılaşıb təmasda olduqda və ürəyə yatımlı dostlar tapdıqda həyat gözlərimiz önündə daha da gözəlləşir. Gözəl həyatda insanlar yaşadıqca yaşamaq istər. Bax, mənim üçün elə gözəl insanlardan biri də sənsən, Müşfiq qardaşım! Mən də Allahıma şükür edərək deyirəm, - Nə yaxşı ki, həyatda sənin kimi gözəl, səmimi və mehriban bir insanı mənə rast gətirib. Tanrı səni qorusun! Biz də, yəni bütün Müşfiqsevərlər də daima sizinlə fəxr edək və sənə bütün işlərində uğurlar diləyərək deyək:
- İşin avand, amalın kamil olsun, Müşfiq Borçalı!

Var olsun Müşfiqi, deyək,
A DOSTLAR...

M üqəddəs kitabda yazılıbdır ki,
Ü midsizə ümid verən həyatda
Ş an-şöhrətli olar, - bilin, a dostlar!
F ikrindən dönməyən, əziz olanın,
İ stəyi-amalı təmiz olanın,
Q əlbi saf, pak olar, - bilin, a dostlar!

Ç ətinə düşənin qolundan tutan,
O na kömək edən, axtaran, tapan,
B orçalı Müşfiqdir, bilin, a dostlar!
A dına layiqdir tutduğu işlər,
N ə qədər iş görür, hamı görmüşlər.
O nunla çox xoşdur bizə görüşlər,
V ar olsun Müşfiqi, - deyək, a dostlar!

Hörmətlə:
“Qızıl Qələm”
mükafatı lauratı,
AYB və AJB üzvü
Sədi
Yaradanqulu.
04.05.2014.]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:44:41 +0000
DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ https://turan.info.az/media/sazli-sozlu-borcali/2741-dalarqizi-vkt-xanimdan-br-nam.html https://turan.info.az/media/sazli-sozlu-borcali/2741-dalarqizi-vkt-xanimdan-br-nam.html DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ Əziz Müşfiq Borçalı!
Əvvəla Sizi ürəkdən təbrik edirəm, aldığınız fəxri fərmanlarla və bol məhsullu doplomlarla. Allah qorusun, Sizin düşünən beyninizi, yazan əlinizi, bunlara rəvac verən gözəl ürəyinizi. Allahın pənahında olasınız. Sizin ərsəyə gətirdiyiniz ensiklopediya “Sazlı-sözlü Başkeçid” mənim ruhumu oxşadı. Minnətdaram. Minnətdaram, ona görə ki, keçmişimizi, tariximizi təkrar-təkrar yaşadırsınız. Siz Başkeçidin gözəlliyini rəssam kimi elə gözəl həsr etmişsiniz ki, şair olmayan əlinə qələm alıb şeir yazmaq istəyir. Bax, buna görə ürəkdən minnətdaram Sizə. Mən bunu səmimi deyirəm, tanımadığım, eşitmədiyim, əslən Borçalıdan olan həkimlərimizi, qəhrəmanlarımızı, gözəl ziyalılarımızı bizə tanıtdırırsınız, buna görə Sizə çox-çox sağ olun deyirəm. Siz inanırsınızmı, qoca Başkeçid mənim gözümdə on səkkiz yaşında cavan oğlana döndü. Əsl Borçalı aşiqi, vətənini tərənnüm edən Sizsiniz, əla! Müşfiq Borçalı əsl vətənpərvərdir. Bu mənim ürəyimi dağa döndərir. Mən çox istərdim Borçalı adını daşıyanlar Sizin kimi olsun, yoxsa ki... Borçalının adını ucuzlaşdırmasınlar.
Çox sağ olun!
Əzizim, Borçalı bir mirvaridir,
Hər dam da onun qədrini bilməz.
Əzizim, Borçalı ağır dərdlidir,
Dindirməsən onu, dərdini deməz.

Əzizim, Borçalı sevmir yalanı,
Başı çox çəkibdir qırğın talanı.
Duruşu andırır uca qalanı,
Nə qədər çalışsan sirri bilinməz.

Borçalı bir şahdlır, Başkeçid tacı,
Çiçəkləri min bir dərdin əlacı.
İgidə arxadır, xəstəyə bacı,
Tarixlərə düşüb, möhürü silinməz.

Şövkət Dağlarqızı.
(557 60 24 77)]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:42:48 +0000
Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna) https://turan.info.az/media/sazli-sozlu-borcali/1789-borali.html https://turan.info.az/media/sazli-sozlu-borcali/1789-borali.html Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

Mənim ilk şeirlərimin çapında böyük əməyi olan,
gənc yazarlara böyük və əvəzsiz xidmətlərini
heç zaman unutmadığım, əziz qələm dostum
Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını
oxuduqdan sonra bu şeir yarandı.

Yayılıb hər yana səsin-sorağın,
Gəzəydim qoynunda sənin, Borçalı.
Ətirli gülünü öz əllərimlə
Üzəydim qoynunda sənin, Borçalı.

Axır gözlərindən yaşı bulağın,
Bilinməz neçədi yaşı bulağın,
Günəşdən rəng alır daşı bulağın,
Gəzəydim qoynunda sənin, Borçalı.

Gözəldir bu elin yaşıl meşəsi,
Ucalır göylərə quşların səsi,
Laçın oylağıdır sərin guşəsi,
Gəzəydim qoynunda sənin, Borçalı.

Gözəl mənzərəni seçə biləydim,
Bu eldən o elə köçə biləydim,
Şəfalı suyundan içə biləydim,
Gəzəydim qoynunda sənin, Borçalı.

Göyün üzündəki qara buludlar,
Vurubdur qəlbimə yara buludlar,
Kədərlə dağılır hara buludlar,
Gəzəydim qoynunda sənin, Borçalı.

Başını qar alıb uca dağların,
Meyvəsi bol olur yaşıl bağların,
Nə gözəl görünür axşam çağların,
Gəzəydim qoynunda sənin, Borçalı.

Dilarə ŞAHİDQIZI,
“Qızıl Qələm” və “Abdulla Şaiq”
mükafatları laureatı,
Nəğməkar şairə.]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:41:08 +0000
YEL DAĞINDA... https://turan.info.az/edebiyyat/poeziya/1664-yel-dainda.html https://turan.info.az/edebiyyat/poeziya/1664-yel-dainda.html YEL DAĞINDA...

Görürəm ki, yaz fəslidi,
İlin - günün saz fəslidi,
Sarı nərgiz nəfəslidi,
Gül qoxuyur, gül Borçalı.

Vətənim cənnət qoxuyur,
Güllərdən çələng toxuyur,
Qaz susur, bülbül oxuyur,
Gül qoxuyur, gül Borçalı.

Yel dağında yanı üstə
Uzanıb Müşfiq Borçalı.
Yan - yörəsi bönövşələr,
Gül qoxuyur, gül Borçalı.
~~~~~~~~~~~~~~~~~~~
23.07.2016 23:11]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:39:46 +0000
Borçalı elinin qartalı, Müşfiq!.. https://turan.info.az/edebiyyat/poeziya/17-boral-elinin-qartal-mfiq.html https://turan.info.az/edebiyyat/poeziya/17-boral-elinin-qartal-mfiq.html Borçalı elinin qartalı, Müşfiq!.. MÜŞFİQ BORCALI - 45

----

Borçalının ziyalı oğlu,
tədqiqatçı yazar, publisist,
"Ziya", “Şərqin səsi” və
“Elm və Təhsil” qəzetlərinin Baş redaktoru,
“Borçalı” Nəşryyat-Poliqrafiya Müəssisəsinin Baş direktoru
Müşfiq Mədəd oğlu Çobanlıya


Borçalı yurdunun ərən oğludur,
Qazanıb hamıdan halalı, Müşfiq.
Unutmur heç zaman Darbaz elini,
Ondan yaşasa da aralı, Müşfiq.

Sevirlər hər zaman Mədəd oğlunu,
Elinə, yurduna qeyrət oğlunu,
Tanrıdan verilən ömür yolunu,
Yaşayıb, yaşayır mənalı, Müşfiq.

Düşüb adı-sanı bütün dillərə,
Özü sipər olub daşqın sellərə, 
O qədər yaxındı bütün ellərə,
Bilinmir, bilinməz haralı, Müşfiq.

Atası hər zaman olub, meracı,
Şirin balaları başının tacı,
Gəzdiyi həmişə dağlar yamacı,
Zirvəyə meyl edir xəyalı, Müşfiq.

Ayrılmır dostları onun başınnan,
Sevgisi dünyadır yar-yoldaşınnan,
Deyirlər adına körpəyaşınnan,
Borçalı elinin qartalı, Müşfiq.

Həsəd aparırlar onda ürəyə,
Sevinci bir seldi, arzu-diləyə,
Mənzili nurludur xoş gələcəyə,
Görməsin ömründə məlalı, Müşfiq.

Dost deyən kəslərin etibarıdır,
Darbaz dağlarının dövlət-varıdır,
O qədər munisdir, zirvə qarıdır,
Göylərin günəşi, hilalı Müşfiq.

Tərpədər ürəkdə ən nazik simi,
Olubdu hər zaman könül hakimi,
Özünə yurd salıb, doğması kimi,
Uyğunun qəlbində, Borçalı Müşfiq.

Səyavuş UYĞUN. 
2 noyabr 2014-cü il.Borçalı.
]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 11:38:18 +0000
Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA https://turan.info.az/media/sazli-sozlu-borcali/4860-mfq-boraliya.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4860-mfq-boraliya.html Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYAMÜŞFİQ BORÇALIYA

Dünyaya gətirdi onu bir ana,
Özü bir aləmdi, dünyadı Müşfiq.
Biz də Şükr edirik o yaradana,
Gözəl bir ziyalı insandı Müşfiq.

Daima çalışır, heç dincəlmədən,
Bir ömür yaşayır, qorxu bilmədən.
Adamı tanıyır iki kəlmədən,
Ömürlük saf adı qazandı Müşfiq.

Hər zaman ayırıb ağı-qaradan,
Ona qüdrət verib uca yaradan.
Mayası halaldı başdan-binadan
Vətənin özündə vətəndi Müşfiq.

Tanınmış alimdi, həm də, jurnalist,
Yazıçı, filosof, nasir-publisist.
Əməldə salehdi, işində dürüst,
Hər kəsə arxadı, dayaqdı Müşfiq,

Ona öz dostları dahi dedilər,
Odur insanlığın Şahı dedilər.
Namərdlər dalıyca qiybət etdilər,
Düşmənin qəlbini qazandı Müşfiq.

Doğruya, düzlüyə edibdir vərdiş,
Amalı, məramı, məqsədi düz iş,
Qurtara bilməyir əlindən xəbis,
Hər zaman, hər yerdə doğrudu Müşfiq.

Çəkir əzabları dosta demədən,
Elimli, zəkalı insandı Müşfiq,
Ağılda ümmandı, dəryadı Müşfiq.
Vətənin özündə vətəndi Müşfiq.

Özü, öz elinin bir əsgəridir,
Doğma el-obası dərdi-səridir.
Ulu Borçalımızın qürur yeridir,
Vətənin önündə vətəndi Müşfiq
Düşmənə dağları çəkəndi Müşfiq.
Düşmənin qəbrini qazandı Müşfiq!..
16.09.2019


A MÜŞFİQ
(Müşfiq Borçalıya)

Ölkələrə səs salıbdı sorağın,
Halal olsun qeyrətinə, a Müşfiq.
İgidisən sən elimin, obamın
Halal olsun qeyrətinə, a Müşfiq.

Sən alınmaz qala oldun, bürc oldun,
Zəhmətinlə sən zirvəyə ucaldın.
Mədədoğlu soyadından güc aldın,
Halal olsun qeyrətinə, a Müşfiq.

Şəfalı əl sığal çəkdi telinə,
Çətinlikdə dayaq oldun elinə.
Haram tikə götürmədin əlinə,
Halal olsun qeyrətinə, a Müşfiq.

Saf suların saflığında duruldun,
Məsləkindən nə usandın, yoruldun.
Qələminlə zirvələrə yol aldın,
Halal olsun qeyrətinə, a Müşfiq.

Qələm durmur istər elə hey yaza,
Gördüyünü düz anlaya, düz yaza.
Bu ömürü sən yarınla yüz yaşa
Halal olsun qeyrətinə, a Müşfiq.

Bağban oldun öz bağçanda, bağında,
Sən ömrünün xoşbəxt, gözəl çağında.
Nəvələrin oynasın sol, sağında,
Halal olsun qeyrətinə, a Müşfiq.

Söz sərrafı sözü seçər, söz deyər,
Gülsəfatək açıq-aşkar, düz deyər.
Əlli azdır qismət olsun yüz deyər,
Halal olsun qeyrətinə, a Müşfiq.

P.S.:
Əziz və hörmətli Müşfiq müəllim!..
Ağır Borçalı elinin dəyərli oğlu!
Sizə öz dərin minnatdarlığımı bildirirəm, elimizə, elimizin ağsaq­qa­llarına, ağbir­çəklərinə, ziyalılarına,
ümumiyyətlə, hər kəsə olan qay­ğınız, diqqətiniz əvəz olunmazdır...
Bütün Borçalılılar adından sizə uğurlar və can sağlığı arzu­la­yı­ram...
Sizin haqqınızda nə qədər yazıb-yaratsaq da, azdır, biz Bor­ça­lı ziyalıları yenə də sizin xeyirxah,
insanpərvər xidmətlə­rinizi ye­tə­rincə qiymətləndirə bilmərik...
Həmişə səsiniz yüksəklikdən gəlsin, vətənimin dəyərli oрlu...
Hörmət və ehtiramla, Gulsafa Ayvazova, Borçalı.]]>
Müşviq BORÇALI Fri, 24 Apr 2020 10:09:34 +0000
AY MƏDƏD OĞLU!... https://turan.info.az/media/sazli-sozlu-borcali/725-ay-mdd-olu.html https://turan.info.az/media/sazli-sozlu-borcali/725-ay-mdd-olu.html AY MƏDƏD OĞLU!...Adınla fəxr edir bütün el-oba,
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa.
Elin dayağısan, arxasan xalqa,
Qayğısız, kədərsiz ömrü vur başa
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!]]>
Müşviq BORÇALI Wed, 22 Apr 2020 20:05:30 +0000
Müşfiqim... https://turan.info.az/gurcustan/pushkinciler/74-mfiqim.html https://turan.info.az/gurcustan/pushkinciler/74-mfiqim.html Müşfiqim...MÜŞFİQİM

Ulu Borçalının ziyalı oğlu
Müşviq Borçalıya.


Qartallar yuvası, ərlər oylağı,​
Qarlı Başkeçiddən yazan Müşviqim.​
Sənin əməyini unutmaz dağlar,​
Hər zaman yaxşılıq qazan, Müşviqim.​

Yaxşı insanların qədrini bildin, ​
El ilə ağladin, el ilə güldün,​
Dünyaya yaxşılıq etməyə gəldin,​
Pisi də yaxşıya yozan Müşviqim.​

Tuş gəldin bu yolda əsən yellərə,​
Gərdin hey sinəni coşğun sellərə,​
Adın düşər dastanlara, dillərə,​
Oxuyar şəninə ozan, Müşviqim.​

Vəli Qaraçaylı,
15.03.2015
.


REDAKSİYADAN:

FÜRSƏTDƏN İSTİFADƏ EDƏRƏK, BİZ DƏ
SEVİMLİ ŞAİRİMİZ VƏLİ QARAÇAYLIYA TƏŞƏKKÜR EDİR,
ANADAN OLMASININ 50 illik YUBİLEYİ MUNASİBƏTİLƏ
ONU ÜRƏKDƏN TƏBRİK EDİRİK. Və EYNİ ZAMANDA
ONA UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI VƏ
YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZULAYIRIQ!...

Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Tue, 04 Feb 2020 01:38:37 +0000
QANLI 20 YANVAR FACİƏSİNDƏN 30 İL KEÇİR... https://turan.info.az/diger/unutsaq-unudulariq/4715-qanli-20-yanvar-facsndn-30-l-ker..html https://turan.info.az/diger/unutsaq-unudulariq/4715-qanli-20-yanvar-facsndn-30-l-ker..html QANLI 20 YANVAR FACİƏSİNDƏN 30 İL KEÇİR...RUHUNUZ ŞAD OLSUN, ŞƏHİDLƏR!..

...Vaxt var gələr keçər. Dərd var dələr keçər. Dərd də var, dərd də!... Dərd var zaman keçdikcə kiçilir; dərd də var ki, gün­bə­gün bö­yüyür, unudulmaz olur. Ağrısı-acısı qəlbimizi göynə­dir...
1990-cı il 20 yanvar qanlı şənbə günü yaddaşımıza həmişəlik həkk olunub. İlahi!... Həmin gecə sanki dünyanın sonu idi. Aləm bir-biri­nə qa­rışmışdı. Hər tərəfdən zirehli tankların, top­ların, alovlu avto­mat si­lahların gürultulu, vəhşi və qorxunc atəş səsləri eşidilir­di... Səhəri dün­­yanın tərəqqipərvər insanları Bakı­ya qoşun yeridil­mə­sindən, tank­ların insanları vəhşicəsinə əzmə­sindən, dinc əhalinin-gənclərin, uşaq­ların, qocaların, qadınların alovlu silahlardan atılan güllələrlə qan­­larına qəltan edilmə­sin­dən və hətta təcili yardım hə­kimləri öz mü­qəddəs borclarını ye­ri­nə yetirərkən onlara hərbçilə­rin maneçilik törət­mələ­rindən tə­cili yardım maşınlarının güllə-borana tutulmala­rın­­dan da­nışır, etiraz səslərini ucaldırdılar. Bakının küçələ­rində isə tanklar kü­çələri şumlayır, güllələr eyvanların pəncərələrini sındırıb tökür və evdə oyuncaqları ilə oynayan uşaq­lara tuş olurdu... O ağrılı, acılı faciəli gecədə və sonrakı günlərdə xalqımızın hələ də sayı dəqiq­ləşməyən ne­çə-neçə günahsız igid, qəhrəman övladı şəhid oldu! Neçə-neçə ər oğlanlarımızı, Həcər qeyrətli bacılarımızı itirdik. Nə qədər körpə atasız, gəlinlər bəysiz qaldı. İlahi!...
Səbrli xalqımız öz şəhidlərinə düz 40 gün yas saxladı. 2 mil­yon­luq şəhər qan ağlayırdı. Hönkürtümüzə, iniltimizə göylər də hönkürtü ilə cavab verirdi. Göydən qucaq-qucaq qərənfillər ya­ğır­dı. Aman Al­lah! Hardanmış bu qədər qərənfil?! Yaz yağışı da bir o qədər olmaz!... Yollar, səkilər güllərdən naxış-naxış il­mələnmiş xalıya bənzəyirdi. Hamı bir-birinə, tanıdı-tanımadı, bir cüt qərənfil atır, “Qoy hamı bil­sin ki, biz bir-birimizə güllə yox, gül atırıq!” - söy­lə­yirdilər... Hə­min vaxtdan 30 il keçmə­sinə baxmayaraq, sanki hadi­sələr dünən baş ve­rib. Yaralarımız göyüm-göyüm göynədir bizi... Axı, günlər, həf­tələr, aylar keç­dik­cə nəinki dərdimiz kiçildi, əksinə böyüdü. Gündən-günə şəhidlərimizin sayı artdı. “Nahaq qan yerdə qalmaz!”, “Başın sağ ol­sun, Vətən!” - deyə-deyə Şəhidlər Xiyaba­nını böyütdük, başqa-başqa rayonlarımızda da Şəhidlər Xiyabanları yaratdıq, ye­ni-ye­ni qə­­birlər qazıb xalqımızın neçə-neçə ər oğullarını tor­pağa tap­şır­dıq...
Nəhayət ki, xalqımızın dözüm, səbr kasası dolub-daşdı. Azğın er­mənilərin Cənnət Qarabağımızda törətdikləri vəhşiliklərə döz­­məyib “Öncə Vətəndir!” - deyə haqq səslərini ucaldan igid oğullarımız düş­­­mən üzərinə hücuma keçdi, ölüm-dirim sava­şına başladı. Bu sa­vaşın əks-sədası Vətənimizin hər bir guşə­sinə ge­dib çatdı. BOR­ÇA­LI MA­HALININ MƏRD OĞUL­LA­RI da “Ana Vətənimiz Azər­bay­can na­minə!” - deyib, tor­pa­ğı­mı­zı yağı düşmən gülləsindən qoru­maq üçün ön cəbhəyə - Qara­bağa və sərhəd bölgələrinə yollan­dılar. Si­nə­lə­rin­dən sipər çəkən özünümüdafiə dəstələrinə qoşuldular. Vətən üçün ca­nı­nı belə əsir­gəməyən Vətən oğulları ölümün gözünə dik ba­xıb ana­la­rı­mızı külə döndərən, balalarımızın başını kəsən, körpə­lə­rimizi ni­zədə oynadan, gəlinlərimizi, qızlarımızı əsirlikdə sax­layan, na­­­mu­su­mu­za toxunan alçaq niyyətli, yaramaz ermə­ni­lərə qisas vuruşuna atıl­dı­lar. Ayrı-ayrı xarici ölkələrin güclü hi­ma­yə­dar­lığı ilə vuruşa gi­rişən ermənilər layiqli cavablarını aldılar. Am­ma... Təəssüf ki, mərd oğul­larımız arasında düş­mə­nin na­mərd gül­ləsinə tuş olanları da çox oldu. On­­lar qəhrəman­ca­sına hə­lak ol­du­lar. Yox, yox, onlar ölmədilər! Ölüm­ləri ilə yenidən do­ğul­dular. ÖLMƏZLİK qazanıb daimi ƏBƏ­DİY­YƏ­TƏ qo­vuş­du­lar...
Əziz oxucu! İxtiyarınıza verdiyimiz bu kitabda da elə bu barədə söhbət açılır...
...Və bu yerdə ölməz görkəmli şairimiz Mikayıl Müşfiqin söz­lərini xatırlamamaq olmaz:

“Vətənçün yaşayan,
Vətənçün ölən,
Səmimi bir insan,
Nə bəxtiyardır!”

Bəli, Vətəni qorumaq, Vətənçün yaşamaq, Vətənçün ölmək ŞƏ­RƏF­LİDİR! Və bu şərəf hamıya qismət olmur!... Amma...
Dərd isə dərd olaraq qalır. İndi ismətli, vəfalı, gözəl-göyçək el qız­larımızı, sinələri qübar bağlayan analarımızı qara kəla­ğay­lı, dərd əlin­dən birçəkləri ağarmış nənələrimizi qəmli, hüzn­lü, gözüyaşlı görəndə dərdimiz birə-beş artır. Ürəyimiz tab gətir­mir bu ağrı-acıya. Yarala­rı­mız göyüm-göyüm göynəyir... İlahi, Azərbaycan xalqı necə də, məğrur, igid və əyilməz xalq­mış ki, bu böyüklükdə qara dərdin yü­künü çəkməyə qadirdi!..
Bəli, Ana Vətənimiz Azərbaycanın müqəddəs torpaqlarına ya­ğı düş­mən gözlərinin dikildiyi vaxtdan 30 il keçir. Neçə-neçə ana fər­yadı, ata qübarı, bacı naləsi, qardaş harayı göyərdi bu 30 ildə. Payız in­san­larına qarışıb axan göz yaşlarımız qəlbimizə hopub neçə-neçə dərd bitirdi. Ahımız göyləri yandırdı, nisgili­miz torpağın bağrını dəl­di. Bu aləm, bu həsrət, bu yanğı isə bit­mədi, tükənmədi... tü­kən­mə­di...
Yarımçıq ömürlərin kədər rübabında bir həzin nəğmə sızıl­dadı. Ağlar gözlərimizi, iniltili könüllərimizi bir şərqi göynətdi:

Düşmən yas içində görməsin bizi,
Ağlama, ağlama, şəhid anası!...

Duyğularımızın sarı simində çalındı, həsrətdən yaranıb əzə­mətə, vü­­qara qovuşdu bu nəğmə. Ruhumuzu sarsıdıb, varlı­ğı­mı­zı titrədə­rək şəhidlik zirvəsinin məğrurluğuna, yenilməzli­yinə tapın­dırdı ürək­lə­rimi­zi. Düşmən nəzərindən qəmini, möh­nətini gizlədən ana-bacıların göz yaşları öz qəlblərinə axdı. Səssizcə-səssizcə... Bu əzə­mət bu vüqar şəhidlik zirvəsinə layiq yüzlərlə igid oğullar yetir­di. Qeyrət yaratdı, vüqar yaratdı, mü­qəddəs inam yaratdı Şəhidlər Xiyabanı...
Bu günlərdə Şəhidlər Xiyabanına baş çəkməyə getmişdim. Bir ana oğlum qəbri qarşısında diz çöküb şam kimi için-için əriyir, yana-yana ağlayırdı. Yaxınlaşıb ona təsəlli vermək is­tədim. Amma qəhər boğdu mə­ni. Soraqlarımı aça bilmədim. Qorxdum ki, qərənfil dəni­zinə qərq olmuş qəbirlərə yanaşıb, şəhidlərin məzarları önündə ehtiramla baş əydim və sakitcə Ana­dan uzaqlaşmağa məcbur ol­dum... İlahi, özün kömək ol! Qanlı 20 yanvar faciəsindən 30 il keçir... Analarımızın isə göz yaşları isə qurumur.
Ölüm! Bu nakam, üzüqara, bəd ifadə bütün hamımızın bəx­timizə yazılıb. Hamımız Ana Torpağının üzərində yaşayır və son mənzi­limiz kimi ona da tapşırılırıq. Böyük əksəriyyə­timiz bir müddət ke­çəndən son­ra unudulsaq da, öz gözəl, yaddan­çıxmaz və xeyirxah əməlləri ilə gələcək nəsillərin ürəklərində, xatirələrində yaşayanlar da olur. Kim­lərdir onlar? Qəhrəmanlar, Qeyrətlilər! Vətənin ölməz oğulları - Ba­bəklər, Koroğlular, Nigarlar, Xan Ey­vazlar, Xətailər, Natəvanlar, Qa­çaq Nəbilər, Həcərlər, Səttarxanlar, Məmmədə­min­lər, Nərimanov­lar!... Qan­lı 20 Yanvar faciəsinin, Qarabağ savaşının şəhidləri ümu­miy­yətlə, Vətənimizin bütövlüyü və suverenliyi uğurunda canla­rın­dan keçən ölməz ər igidlərimiz!... Cəlillər!.. Vəzirlər!.. Eldar­lar!.. Mübarizlər!.. Təbrizlər!.. Elşənlər!.. Müşfiqlər!..
Allah Sizə rəhmət eləsin, ruhunuz şad olsun, Şəhidlərimiz!... İna­nın, Sizin qanınız heç vaxt yerdə qalan deyil. Haqq, ədələt tezliklə zəfər çalacaq. Mütləq tezliklə!...
Ana Vətənimizin, doğma müqəddəs Torpağımızın azadlığı, res­pub­li­­kamızın suverenliyi, bütövlüyü, şərəfi, namusu yolunda canını qur­ban vermiş qəhrəman ər igidlərimizə əbədi eşq ol­sun!..
Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
turan.info.az saytının
baş redaktoru]]>
Müşviq BORÇALI Mon, 13 Jan 2020 15:20:28 +0000
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!.. https://turan.info.az/gurcustan/darvaz/594-doum-gnnz-mbark-musa-mllm..html https://turan.info.az/gurcustan/darvaz/594-doum-gnnz-mbark-musa-mllm..html DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!.. Dekabrın 26-ı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlunun Ad günüdür.
Biz də Musa müəllimi Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..]]>
Müşviq BORÇALI Thu, 26 Dec 2019 15:59:31 +0000
“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..” https://turan.info.az/gurcustan/baskecid/4661-haqq-yaadir-ar-knyaz-aslani.html https://turan.info.az/gurcustan/baskecid/4661-haqq-yaadir-ar-knyaz-aslani.html “HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”
Tanınmış şair Knyaz Aslan
Şuşa Humanitar Kollecində
tələbə gəncləri poeziya ovqatına köklədi

Bu tоrpаğın çəməni min, çölü min,
Hər nəğməsi bir dаstаndır dilimin.
Sаf ürəkli, duz-çörəkli еlimin
Şаnısınа bаl оlmаğım – səаdət!..

Hər görüş bir xatirə, hər xatirə bir görüşdür. Bu görüşün özülündə poeziya dayananda isə onun xatirəsi əbədi, əzəli, unudulmaz olur... Bu gün – noyabrın 28-də Şuşa Humanitar Kollecində tanınmış şair-publisist Knyaz Aslanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə yaddaşlara silinməz izlər saldı.
Əvvəlcə slaydlar vasitəsilə Knyaz Aslanın poeziya yaradıcılığından maraqlı bir nümunə nümayiş etdirildi.
Tədbiri Kollecin müəllimi Yeganə Əliyeva açaraq Knyaz Aslanın həyat və fəaliyyətinə ayna tutdu. O, bu cür ədəbi gecələrin gənclərin mənəvi tərbiyəsində mühüm rol oynadığını vurğulayaraq qonaq şairin zəngin və maraqlı ömür yolunun bəzi məqamlarını vurğuladı.

Buz bulağın beçə balı,
Damağımda dadı qalıb...
Düzənlərin yaşıl xalı,
Zirvələrin çəndi, Vətən!..

Xatırladıldı ki, Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid (Dmanisi) rayonunun Hamamlı kəndində anadan olub. 1979-cu ildə Hamamlı kənd orta məktəbini Qızıl medalla bitirib.
Knyaz Aslan 1981-1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda, 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985-1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin Jurnalistika bölməsində, 1987-1989-cu illərdə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, 1990-1993-cü illərdə Bakı Dövlət Universitetinin Aspiranturasında təhsil alib.
Knyaz Aslan 1992-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin şöbə redaktoru və “Hərbi Nəşriyyat”ın redaktoru olub. Müstəqil Azərbaycanda hərbi jurnalistikanın və hərbi nəşriyyatın formalaşmasında xüsusi xidmətləri olub. İşğalçı Ermənistana qarşı aparılan savaşın iştirakçısı, Qarabağ müharibəsi veteranıdır.
1988-2011-ci illərdə Knyaz Aslan Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1995-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Münasibətlər İnstitutunun və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub.
2004-cü ildə “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda dissertasiya işi müdafiə edib, pedaqogika üzrə fəlsəfə doktorudur. “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb.
Knyaz Aslan 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiridir.

Hәr vеcsiz ömürdә ölüm kullәnir,
Bоş keçәn gunlәrә
bаşdаşım – butа!..
Qоlumа, qıçımа uçаn güllәni
Sәrrаst оvçu kimi ürәyim tutа!..

“Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri jurnalının təsisçisi və baş redaktoru, “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri jurnalının baş redaktor müavini, “Borçalı” qəzeti və jurnalının redaktoru, “Səhər” qəzetinin şöbə müdiri, “Xəzər Xəbər” (Xəzər Universiteti) elmi-ədəbi jurnalının redaksiya heyətinin üzvüdur.
Knyaz Aslan çoxsaylı elmi-nəzəri, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-dan artıq elmi və bədii kitabın müəllifidir. Bir sıra kitabların ön söz müəllifi və redaktorudur.
Şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub.

Təfəkkürü aydın, baxışı iti,
Şimşək qanadlıdır fikir atları.
Polad iradəsi, dəmir məntiqi
Mat qoyur diplomlu diplomatları!..

Knyaz Aslan 2017-ci ildən Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü – akademikidir.
Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Aşıqlar Birliyinin üzvüdür. O, eyni zamanda Avrasiya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (Türkiyə) üzvü, İraq Türkman Yazarlar Birliyinin üzvü, Rusiya Federasiyasının Dağıstan Respublikasındakı (Dərbənd şəhəri) “Gülüstan” Beynəlxalq Ədəbiyyatçılar İttifaqının üzvü, “Qafqaz-Media” İctimai Birliyi İdarə Heyətinin (Azərbaycan) fəxri üzvüdür.
Knyaz Aslan Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Sergey Yesenin, Abdulla Şaiq, Şəhriyar, “Qızıl Kitab”, “Qızıl Qələm”, “Büllur Qələm”, “Ustad”, “Kamil sənətkar”, “Səhər” və başqa ədəbi mükafatlar laureatıdır.
“İlin alimi” və “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” fəxri adlarına layiq görülüb.
ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və başqa ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfransların iştirakçısıdır.

Qаrdаşlıq hökmü vаr bəşər səsində,
Vəhdəti, birliyi yеnmək çətindir.
Ədаlət, hаqq-nаhаq tərəzisində
Аğırlıq həmişə həqiqətindir!..

Sonra Kollecin tələbələrindən Fəridə Zülfüqarova, Məleykə Səfərli, Şəbnəm Gülmalıyeva, Elmira Nəcəfova, Arzu Mustafayeva, Nigar Məmmədova, Təravət İsrafilova, Safa Abdulkərimova, Zəhra Şəkərova, Fidan Həsənzadə şair Knyaz Aslanın ana, Vətən, həyat, təbiət, məhəbbət mövzulu şeirlərindən nümunələri ürəklə söylədilər, tamaşaçıların alqışlarını qazandılar. Anar Əlizadənin tarda ifa etdiyi muğam parçaları poetik örnəklərə həzin ovqat qatdı.

Bаşını qаtmаsın nə şаn, nə şöhrət,
Аldаnmа ötəri dövlətə, vаrа...
Yаlаndır dünyаdа yаmаnlıq, nifrət,
Hаzır оl həmişə yахşılıqlаrа!..

Prezident təqaüdçüsü, “Qafqaz-Media” İctimai Birliyinin sədri, “QafqazMedia.az” və “AzTac.az” saytlarının rəhbəri, “Borçalı” qəzeti və jurnalının baş redaktoru Azadə Hüseynova ötən illərin xatirələrini çözələdi. O dedi ki, imzasını çoxdan tanıdığı Knyaz Aslanla 1990-cı illərin sonlarında “Borçalı” qəzetində birgə fəaliyyət göstərdikləri zaman sıx yaradıcılıq əməkdaşlığına başlayıb. O vaxtdan indiyədək Knyaz Aslan həmin qəzetin dəyişməz redaktoru olaraq qalır. Azadə xanım qələm qardaşından təşəbbüskar, istedadlı, təvazökar, peşəkar, səriştəli bir jurnalist, pedaqoq, alim, əsl ziyalı kimi bəhs etdi. Onun Azərbaycan ədəbi mühitində kifayət qədər nüfuza malik olduğunu söylədi.

Həmişə fərəhlə ucalsın səsin,
Duyan könüllərdə mərhəmət olur...
İnamla, ümidlə yaşayan kəsin
Nəsibi həmişə səadət olur!..

Sonra Azadə Hüseynova “Qafqaz-Media” İctimai Birliyinin yenicə təsis etdiyi “Elm və təhsil uğurları” Fəxri Diplomunun ilk nüsxəsini Knyaz Aslana təqdim etdi. O dedi ki, Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, “Tərəqqi” medalı mükafatçısı, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Qarabağ müharibəsi veteranı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan İlyas oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – Şərqin ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə, təhsil, elm və mədəniyyətin inkişafındakı xidmətlərinə görə məhz bu fəxri diplomla təltif edilir.

Həyat bir nağıldı – gah qara, gah ağ,
Ruhunda gəzdirir qoca cahanı.
Zaman dəyişsə də, insandır ancaq
Əzəli, əbədi baş qəhrəmanı.

Daha sonra Bakı Dövlət Universitetinin alimlərindən dosentlər Rasim Süleymanov, Ələmdar Cabbarlı, Nailə Mehrəliyeva, Şəhla Tahirqızı, Xuraman Ağayeva Knyaz Aslanı şair, publisist, jurnalist, tərcüməçi, ədəbiyyatşünas, kitabşünas alim kimi xarakterizə edərək, bütün bu uğurlu fəaliyyət istiqamətlərini onun fitri istedadı, qaynar işgüzarlığı və şəxsiyyət bütövlüyü ilə əlaqələndirdilər. Natiqlər qeyd etdilər ki, Knyaz Aslan 1990-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetində hərbi jurnalist kimi fəaliyyət göstərmiş, döyüş bölgələrindən operativ yazılar hazırlayaraq dərc etdirmişdir. Onlar Qarabağ müharibəsi veteranı olan şairin savaş ovqatlı şeirlərinin gənc nəslin hərbi vətənpərlik tərbiyəsinə təsirini xüsusi vurğuladılar.

Hаnı Lаçın?..
Hаnı Şuşа?..
Bu nə оyun,
nə tаmаşа?..
“Dеyilənlər gəldi bаşа”…
Qаlх аyаğа, Аzərbаycаn!..

Çıxış edənlər ayrıca bildirdilər ki, Knyaz Aslanın fəaliyyətində pedaqoji istiqamət mühüm yer tutur. O, 30 ildən artıqdır ki, Bakı Dövlət Universitetində səmərəli fəaliyyət göstərir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Knyaz Aslan “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 25 noyabr 2019-cu il tarixli əmri ilə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə Knyaz Aslan “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
Natiqlər bu mükafatlar münasibətilə Knyaz Aslanı təbrik etdilər, ona yeni-yeni nailiyyətlər arzuladılar.

Еllə аğlаyаndı, еllə güləndi,
Dоstlа tikəsini yаrı böləndi.
Аğır əyləşəndi, bаtmаn gələndi
О kеçmiş, о köhnə kişilər kimi...

Söz Knyaz Aslana verildi. Şair müxtəlif mövzularda yazdığı şeirlərdən nümunələr oxudu, bu görüşün təşkilatçılarına minnətdarlığını bildirdi, növbəti görüşlərin düşmən işğalından azad olunmuş Qarabağımızda, Şuşamızda, gözləri yolda qalan digər bölgələrimizdə keçirilməsini arzuladı.

Murоv dаğdаn hаrаy çəkir Kəlbəcər,
Şuşа – nаmus, Lаçın – qеyrət, biz – əsgər...
Qana həris düşmənlərə sinə gər,
Qələbə çаl, qələbə çаl, qələbə!..

Tədbirin sonunda Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev çıxış edərək, şair-publisist Knyaz Aslanı çoxdan tanıdığını, onun yaradıcılılğını yüksək dəyərləndirdiyini bildirdi. O dedi ki, Knyaz Aslan istər ədəbi-bədii, istər elmi-pedaqoji, istərsə də, ictimai-mədəni fəaliyyəti ilə cəmiyyət arasında böyük nüfuz qazanmış, sanballı söz sahibinə çevrilmişdir. Bugünkü tədbir onun potensialının bir çox cəhətlərinə işıq saldı, gənc nəsillə səmimi ünsiyyətin yaranmasına vəsilə oldu. Rasim Mehdiyev tələbələrin əsl vətənpərvərlər kimi yetişməsində mühüm təsirə malik olan belə tədbirlərin davamlı olaraq təşkil ediləcəyini də söylədi.

Dоğmа оcаq möcüzəymiş binаdаn,
Hər közündə nеçə dаstаn yаşаyır!..
Sığаlını еlə çəkib yаrаdаn,
Bir gülündə min gülüstаn yаşаyır!..

Ədəbi-bədi gecə sona çatsa da, heç kəs zaldan ayrılmaq istəmirdi. Kimi şair-publisist Knyaz Aslanla fotoşəkil çəkdirir, kimi avtoqraf alır, kimi də növbəti görüşün vaxtını soruşurdu...

Yerdi, göydü, oddu, sudu ünvanı,
Halallıqdan yoğrulubdu ad-sanı...
Haqq yaşatsın qəmli Knyaz Aslanı,
Göy Tanrıya bağlamışam şeirimi!]]>
Müşviq BORÇALI Sun, 01 Dec 2019 12:54:47 +0000
ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞEİR KİTABININ TƏQDİMATI KEÇİRİLİB https://turan.info.az/gurcustan/baskecid/4622-ar-leyla-vklqizinin-yurdum-gylynd-elm-borali-adli-lk-er-ktabinin-tqdmati-kerlb.html https://turan.info.az/gurcustan/baskecid/4622-ar-leyla-vklqizinin-yurdum-gylynd-elm-borali-adli-lk-er-ktabinin-tqdmati-kerlb.html ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞEİR KİTABININ TƏQDİMATI KEÇİRİLİB
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində şairə Leyla Vəkilqızının "Yurdum Gəyliyəndi, elim Borçalı..." adlı ilk şeir kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabın naşiri, "Borçalı" NPM-nin təsisçisi və direktoru, AYB-nin və AJB-nin üzvü, şair -publisist, doktor Müşfiq Borçalı açdı. Müşfiq müəllim şairə Leyla Vəkilqızının həyat və yaradıcılığı haqqında gələn qonaqlara məlumat verdi. Sonra AYB -nin üzvü, "Sazlı - sözlü Borçalı" ədəbi məclisinin sədri şair - publisist Sədi Yaradanqulu çıxış etdi. İladi Öməroğlu çıxış edərək, Leyla xanıma həsr etdiyi şeirini səsləndirdi. AYB-nin üzvü, "Aşıq Pəri Məclisinin və "Sazın -sözün Butası" ədəbi məclisinin üzvü, şairə Səadət Buta çıxış edərək, öz ürək sözlərini Leyla xanıma ünvaladı və "Borçalı" şeirini səsləndirdi.
"Elm və təhsil" qəzetinin redaktoru, kitabın redaksiya müdiri Zemfira Ayvazova "Təhsil " Mərkəzinin və "XXI Əsrin Ziyalıları" MMC-nin diplomunu şairə Leyla Vəkilqızına təqdim etdi.
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru, "Borçalı" NPM-nin ədəbi redaktoru, kitabın korrektoru, şair - publisist Yunis Qaraxanov "Yurdum Gəyliyəndi, elim Borçalı" kitabı haqqında öz fikirlərini qeyd etdi.
Səadət Novruz qızı Leyla xanım haqqında öz sözlərini bildirdi və öz şeirini səsləndirdi.
"Məhsəti" ədəbi məclisinin sədri Cəvahir Qaraqızı "Məhsəti" ədəbi məclisinin fəxri diplomunu və öz kitabını şairə Leyla Vəkilqızına təqdim etdi.
Müşfiq müəllim Dilbər Axundzadənin qızı Leyla Axundzadənin təbriklərini Leyla xanıma çatdırdı.
"Qafqaz Media" İB-nin sədri Azadə Taleh Abbasqızı "Cəsarətli addımlar" fəxri diplomunu şairə Leyla Vəkilqızına təqdim etdi.
Borçalıdan təşrif buyuran şairə Bəsti Məmmədova, müəllimə və şairə Gülsəfa Ayvazova, şairə - publisist Gilə Əliqızı, Nizami müəllim, Başxanım xanım, "turan.info.az" saytının əməkdaşı Firəngiz İbadova,]]>
Müşviq BORÇALI Tue, 12 Nov 2019 22:21:13 +0000
Hər an sənə minnətdaram https://turan.info.az/media/elmvetehsil/4437-hr-an-sn-minntdaram.html https://turan.info.az/media/elmvetehsil/4437-hr-an-sn-minntdaram.html Hər an sənə minnətdaram
Xeyirxahlıq xoş məramın,
İnsanlıq baş tacın olub.
Elin toyu xoş sevincin,
Dərdi ağrı-acın olub.

Sən bu xalqın ürəyində,
Əbədi yuva qurmusan.
Dosta qarşı öz sözündə,
Həmişə sadiq durmusan.

Sənətinlə bu həyatda,
Zirvələrə ucalmısan.
Xalqın, elin qüdrətindən,
İlhamlanıb güc almısan.

Uğurların gündən - günə ,
Ömrünü nura bələyir.
Tanrı özü başın üstə ,
Hər gün gül -çiçək ələyir.

Doğruldub Müşfiq adını ,
Ürəklərə hopa bildin.
Elm ,sənət yollarında
Öz yolunu tapa bildin.

Bir ziyalı ocağından ,
Sən göz açdın bu dünyaya
Biri darda olan zaman
Çatdın dada ,yetdin haya.

Nə qədər ki ,ömrüm vardır
Yaxşı dosta daim varam
Səbahətəm , Müşfiq müəllim,
Hər an ,sənə minnətdaram.

14.06. 2019
Müəllif Səbahət Lənkəranlı.]]>
Müşviq BORÇALI Wed, 28 Aug 2019 13:13:40 +0000
Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini - “Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq!.. https://turan.info.az/media/3523-tklif-edirm-ki-azrbaycan-mtbuat-taiximizi-tiflis-xbari-qzeti-il-milli-mtbuatmzn-tarixini-kini-qzeti-il-ada-masir-mstqil-demokratik-mtbuatmzn-tarixini-is-azrbaycan-qzeti-il-balayaq.html https://turan.info.az/media/3523-tklif-edirm-ki-azrbaycan-mtbuat-taiximizi-tiflis-xbari-qzeti-il-milli-mtbuatmzn-tarixini-kini-qzeti-il-ada-masir-mstqil-demokratik-mtbuatmzn-tarixini-is-azrbaycan-qzeti-il-balayaq.html Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini -  “Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq!..Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini -  “Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq!..Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini -  “Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq!.. 2014-cü il oktyabrın 22-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzetinin yenidən bərpasının
25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.


Həmin tədbirdə “Ziya” qəzetinin Baş redaktoru, “Şərqin səsi” qəzetinn Baş məsləhətçisi Müşfiq Borçalı da
həmin Yubiley tədbirində iştirak etmiş və tədbir iştirakçıarına bir Müraciət ünvanlamışdır.

Aşağıda Müşfiq Borçalının həmin Müraciətini dərc edirik:



“Azərbaycan” qəzetinin
yenidən fəaliyyətə başlamasının
25 illiyinə həsr olunmuş
Yubiley tədbirinin iştirakçılarına
MÜRACİƏT

Hörmətli tədbir iştirakçıları!
Sizlərin hamınızı salamlayır və hamınızı ürəkdən təbrik edirəm.


Mən vaxtınızı çox almadan, öz ürək sözlərimi qısaca olaraq sizlərə çatdırmaq isməyirəm.
İlk öncə mətbuat tariximizə qisaca da olsa səyahət edək.
Bənzətmələrim bir az bəddi və poetik səslənsə də, belə deyecəyəm:

Əgər Mətbuat tariximizin ilk planı, layihəsi, daha dəqiq desək, ilk cizgiləri 1832-ci ildə Tiflisdə
“Tiflis əxbarı” (yəni “Tiflis xəbərləri”) ilə, bir az sonra 1838-cil də “Qafqaz xəbərləri” ilə cızilmışdırsa,
1875-ci ildə Bakıda mətbuatımızın ilk qaranquşu hesab etdiyimiz “Əkinçi” qəzeti ilə ilk milli mətbuatımızın
əsası - özülü qoyulmuşdur.

Əgər əsası - özülü “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuatımızın divarları 1879-1880-ci illərdə Tiflisdə “Ziya”,
1880-1884-cü illərdə “Ziyayi-Qafqaziyyə” qəzetləri ilə hörülmüşdüsə, 1883-1891-ci illərdə “Kəşkül”,
1903-1905-ci illərdə “Şərqi-Rus” qəzetləri vasitəsilə bu divarlar, sütunlar daha da möhkəmlənmiş və
1907-ci ildə yenə də Tiflisdə “Molla Nəsrəddin” jurnalı ilə bəzədilmişdir.

Bundan sonrakı mətbuat tariximiz, yəni - istər 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası vaxtında, istərsə də 1920-1990-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikası zamanında çap olunmuş mətbuat orqanlarımız və onların fəaliyyəti yəqin ki hamımıza bəllidir.

Mən isə onu vurğulamaq istəyirəm ki, 1989-cu ildə hazırda 25 illik Yubileyinə toplaşdığımız “Azərbaycan” qəzeti həmin dövrdə nəşr olunan bütün kütləvi mətbuat orqanlarından fərqlədi. Belə ki, həmin zaman bütün qəzetlərdə ancaq və ancaq dövlətin mənafeyi güdülürdüsə, “Azərbaycan” qəzetində Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin mənafeyi əsas götürülürdü. Və beləliklə, “Azərbaycan” qəzeti ilk azad fikirli, müstəqil düşüncəli, demokratik amallı qəzet kimi həyata ayaq açdı.
Ən əsası “müstəqil jurnalist” ifadəsi yarandı və müstəqil jurnalistikanın əsası qoyuldu...

Elə buna görə də, mən “Azərbaycan” qəzetini çağdaş milli müasir azad demokratik mətbuatımızın
banisi
hesab edirəm.
Etiraf edək ki, bu gunkü çağdaş müstəqil jurnalistlərin əksəriyyəti elə həmin qəzetin ya ilk yazarları,
ya da ilk oxucularıdır və biz hamımız o zamanlar Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi nəşr olunan
“Azərbaycan” qəzetinin yetirmələriyik.

Şəxsən mən fəxr edirəm ki, hələ tələbəlik illərimdən həmin qəzetlə əməkdaşlıq etmişəm, sonralar isə
həmin qəzet rəsmi dövlət qəzeti olan “Həyat”la birləşdikdən sonra, “Azərbaycan” qəzetinin
redaksiyasının bazası əsasında Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi yaranan və
“Azad Azərbaycan” adı ilə nəşr olunan qəzetinin redaksiyasına bür müddət - təxminən iki ilə yaxın
rəhbərlik etmişəm və Baş redaktor kimi həmişə Sabir Rüstəmxanlı və Şərif Kərimli kimi imzaları
məşhur olan qələm sahiblərinin ənənələrini yaşatmağa çalışmışam.

Və fursətdən itifadə edərək, “Azərbaycan” qəzetinin yaradıcısı və ilk redaktoru Sabir Rüstəmxanlını,
qəzetin ilk məsul katibi və sonralar baş redaktoru olmuş Şərif Kərimlini, eləcə də bütun
“Azərbaycan” sevərləri və “Azərbaycan” qəzetinin bütün oxucularını ürəkdən təbrik edirəm
və hamınıza yeni-yeni uğurlar arzulayıram..
Və yeri gəlmişkən mən artıq bir neçə dəfə müxtəlif tədbirlərdə və mətbuat səhifələrində
təklif etdiyim bir məsələni burada yenidən gündəmə gətirmək istəyirəm.

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini -
“Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq.


Doğrudur, mənə irad tutanlar da olacaq. Lakin xahiş edirəm ki, bir daha mətbuat tariximizə qısaca da olsa
birlikdə səyahət edək:

1828-ci ildə fəaliyyətə başlayan “Tiflisskiye vedomosti” qəzeti 1829-cu ildə gürcü, 1830-cu ildə fars və
1832-ci ilin yanvarından isə Azərbaycan dilində çıxmağa başlamışdır. Azərbaycanca “Tiflis əxbarı” adı ilə
çıxmış həmin qəzeti təkcə Güney Qafqazda deyil, İranda və Türkiyədə də oxuyurdular. Qəzetin redaktoru P.S.Sankovski
1932-ci il oktyabrın 19-da vəfat etdiyindən “Tiflis əxbarı” 1833-cü ilin əvvəllərində qapanmışdır.

Qəzetdə həmin dövrdə baş verən hadisələr haqqında, eləcə də “Abbasabad mühasirəsinin təsviri”
(1829, N: 27, 30), “Müasir tarix: Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında” (1829, N: 38, 43),
“Moskvalı dostuma məktub” (1830, ¹25, 53 və b.), “Qarabağ əyalətinə tarixi baxış” (1830, N: 86),
“Car və Balakən vilayətlərinə səyahət“ (1830, N: 81-83) və s. məqalələrdə Azərbaycan haqqında,
azərbaycanlıların məişəti, yaşayış tərzi və s. haqqında məlumatlar verilir, xalqımızın şifahi və yazılı
ədəbiyyatları haqqında söhbət açılırdı. A.Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi.

Və 1838-ci ildə Tiflisdə “Zakavkazskiy vestnik” adında rusca daha bir qəzet çıxmağa başlamış və
bir az sonra bu qəzet həm də gürcü və Azərbaycan dillərində buraxılmışdır. “Qafqazın bu tərəfinin xəbəri”
adlanan bu qəzet rəsmi dövlət məlumatlarını, fərmanlarını, qərar və qanunnamələrini Azərbaycan dilində yayan
bir orqan idi və bu orqan dəqiq olmayan məlumata görə 1846-cı ildə bağlanmışdır.

Göründüyü kimi, hər iki qəzet həm Azərbaycan, həm gürcü və həm də erməni dillərində çıxırdı və
hazırda hər iki qonşumuz özlərinin mətbuat tarixlərini də elə həmin qəzetlərdən başlayır və
mətbuat tarixlərini bizimkindən daha əvvələ aparırlar.

Biz isə... daha doğrusu bəziləri deyirlər ki, “yox, həmin qəzetlər sadəcə rəsmi dövlət xəbərlərini
dərc etdiyindən onları bizim mətbuat hesab edə bilmərik!..”


Yaxşı onda belə çıxır ki, biz keşmiş “Kommunist”, eləcə də indiki rəsmi dövlət qəzetlərini də
milli mətbuat orqanı hesab etməməliyik.
Elə deyilmi???

Məncə düşünməyə dəyər...
Diqqətinizə görə təşəkkür edirəm...


Müşfiq BORÇALI.
“Ziya” qəzetinin baş redaktoru.

"ŞƏRQİN SƏSİ" qəzeti, N: 68 (298),
Oktyabr, 2014-cü il, səh.4.


.]]>
Müşviq BORÇALI Tue, 23 Jul 2019 02:38:53 +0000
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI https://turan.info.az/tehsil/adpu/4479-tlbnn-tdqqati-marai.html https://turan.info.az/tehsil/adpu/4479-tlbnn-tdqqati-marai.html
Əziz oxucular!
Yəqin ki, bu imza Sizə yaxşı tanışdır. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin IV kurs tələbəsi, 402-ci qrupun nümayəndəsi və dərs əlaçısıdır.
Müşfiq Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbində oxuduğu vaxtdan “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Qələbə bayrağı”, “Sovet Gürcüstanı”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Pioner” jurnalında, 1986-cı ildən “Gənc müəllim” qəzetində çıxış edir. Son vaxtlar onun maraqlı yazılarına “Azərbaycan müəllimi”, “Sovetski pedaqoq”, “Leninskaya znamya”, “Kvemo Kartli”, “Trialeti”, “Azərbaycan”, “Vətən səsi” və digər mətbuat orqanlarında rast gəlirik.
Orta məktəbi 1986-cı ildə fərqlənmə ilə bitirən M.Çobanlı sənədlərini A.S.Puşkin adına (indiki S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə verib, qəbul olunub. Üç il burada qrup nümayəndəsi və dərs əlaçısı kimi təhsil alıb, ötən sentyabr ayından təhsilini bizim institutda davam etdirir.
1985-ci ildə “Azərbaycan pioneri” qəzetində keçirilən müsabiqənin qalibi kimi, 1986-cı ildə “Qələbə bayrağı” qəzetinin “Ən fəal ştatdankənar müxbiri” kimi Fəxri fərmanlara layiq görülən, “Sözəbaxan qız” sərlövhəli ilk si 1985-ci ildə “Pioner” jurnalında dərc olunan M.Çobanlı elmi yaradıcılıqla da məşğul olur. Onun hələ 1987-ci ildə A.S.Puşkin adına TDPİ-də keçirilən 49-cu tələbə elmi konfransında “M.P.Vaqif və Gürcüstan” mövzusunda (Bax: “Sovet Gürcüstanı”, 25.04.1987), 50-ci tələbə elmi konfransında (1988) “Mikayıl Müşfiq və xalqlar dostluğu” mövzusunda (Bax: “Sovet Gürcüstanı”, 4.02.1989.) etdiyi məruzələr birinci dərəcəli diplomlara layiq görülüb, göstərilən qəzetin səhifələrində həmin məruzələr haqqında müsbət rəylər söylənilib.
Artıq iki ildir ki, M.Çobanlı ədəbiyyatımızın Borçalı qolunun, daha doğrusu, Borçalı ədəbi mühitinin öyrənilməsinin vacib olduğunu və bunun milli mədəniyyət tariximiz üçün böyük əhəmiyyətini nəzərə alıb, bu sahədə tədqiqat işinə başlayıb. O, ötən il S.S.Orbeliani adına TDPİ-də keçirilən tələbə elmi konfransında “Borçalıda yaşayıb-yaradan şairlərin yaradıcılığı” və APİ-də keçirilən 51-ci tələbə elmi konfransında “Çağdaş Borçalı yazıçıları” mövzularında məruzələr etmiş, I dərəcəli diplomlarla və fəxri fərmanla təltif olunmuşdu. Müşfiqin 31 may 1990-cı ildə “Bolnisi” qəzetində dərc olunan “Dünyamalı Kərəm” sərlövhəli elmi məqaləsi böyük maraq doğurmuşdur. Gənc tədqiqatçı, bu günlərdə isə çağdaş Azərbaycan şairlərinin Borçalı haqqında dediklərini “Ağır elli Borçalı” başlığı altında toplayıb, kitabçanı “Dədəm Qorqud keçən yerdi bu yerlər...” epiqrafı ilə yurdsevər oxucuların ixtiyarına vermişdir.
Aşağıda Müşfiq Çobanlının Borçalıda yaşayıb-yaradan şair Əli Səngərli haqqında məqaləsini təqdim edirik.

M.MUSTAFAYEV,
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
professoru.

“Gənc müəllim” qəzeti N5 (879)
6 mart 1991-ci il
Məqalə “Gürcüstan” qəzetinin tarixli sayındı dı dərc olunub.]]>
Müşviq BORÇALI Sat, 20 Jul 2019 02:44:14 +0000
ADLI TƏQAÜDÇÜ https://turan.info.az/tehsil/adpu/4478-adli-tqad.html https://turan.info.az/tehsil/adpu/4478-adli-tqad.html Arzular insan qəlbinin ən möhtəşəm, ən təravətli duyğusu, insan fəaliyyətinin gələcəyə doğru inkişafının parlaq dan ulduzudur. O elə nurlu səhərdir ki, onun şölələri bahar günəşinin şəfəqləri tək aləmi nura qərq edir, təbiətin ecazkar gözəlliyinə yeni bir can verir. Bu xoş arzular insan qəlbinin taleyinə nəsib olduqda daha qiymətli, daha təravətli görünür... ADPU-nun filologiya fakültəsinin beşinci kurs, 501-ci qrup tələbəsi İlhamə Bayramovanın arzuları kimi...
İlhamə hələ Tovuz rayonundakı Əlimərdanlı kənd orta məktəbində oxuduğu illərdən meylini ancaq kitablara salıb, elm öyrənməyi özünə adət edib. Orta məktəb müəllimləri İlhamənin parlaq gələcəyi olacağına ümid bəsləyib həmişə onu nümunə göstəriblər.
İlhamənin valideynləri də qızının bu şərəfli yolda inamla addımladığına sevinib, ona münasib bir peşə seçməyi öz aralarında ölçüb-biçsələr də... İlhamə öz arzuları ilə yaşayıb, gündən-günə zəngin ədəbiyyat aləminə daha yaxından bağlanıb, ictimai fənləri özünə məsləkdaş seçib. O, orta məktəbi bitirib sənədlərini ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə təqdim edib. İmtahanlardan uğurla çıxsa da, İlhamənin bəxti gətirməyib, yəni müsabiqədən keçə bilməyib. Bu, İlhaməni heç də ruhdan salmayıb. O, kitablarla daha yaxından ünsiyyət bağlayaraq öz üzərində daha çox çalışıb. 1987-ci ildə sənədlərini APİ-nin (indiki N.Tusi adına APU-nun) filologiya fakültəsinə verib. Bu dəfə imtahanlardan “əla” və “yaxşı” qiymətlər alan İlhamə müsabiqədən keçərək TƏLƏBƏ kimi şərəfli ada layiq görülüb. O, doğma kəndlərinə alnıaçıq, üzüağ qayıdıb. Sevincinin isə həddi-hüdudu olmayıb...
Tələbə İlhamənin qayğılı günləri başlayıb. Dahi Nizaminin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan!” və ölməz Səməd Vurğunun
“Savadsız müəllim!
Bu gülməli ad,
Gələcək günlərə bir təhlükədir!” məşhur kəlamlarını özünə deviz seçən İlhamə Bayramova qarşısında məsul vəzifə qoyub: “Elmin, müəllim sənətinin sirlərinə dərindən yiyələnmək!”
Gərgin əmək, yuxusuz gecələr öz bəhrəsini verib. Semestr imtahanlarından müvəffəqiyyətlə çıxan İlhamə dərs əlaçısı olub. Müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanıb. Kollektiv etimad göstərib, onu adlı təqaüdə namizəd göstərib. İlhamə ona inananların etimadlarını doğruldub, Cəfər Cabbarlı adına təqaüdə layiq görülüb.
İlhamənin dediklərindən:
- Tələbəlik illərimiz çox çətin və tarixi bir dövrə düşüb. Bu çətinliyi dərk etməmək və onun məsuliyyətini öz üzərimizə götürməmək mümkün deyil. Axı, Vətənimizin sabahı bugünkü fidanların, körpə uşaqların olacaq. Bu uşaqları milli, vətənpərvər və sağlam ruhda böyütmək, xalqımızın tarixini öyrətmək, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi onlara aşılamaq, sevdirmək, Vətənə, torpağa məhəbbət oyatmaq biz müəllimlərin qarşısında duran ən böyük və ən mühüm vəzifədir. Mən bu vəzifənin öhdəsindən gəlməyi, gələcək sənətimizin-müəllimlik fəaliyyətimizin başlıca məqsədi və eyni zamanda gələcək arzum hesab edirəm...
İlhamə bacı, arzularınız sadə, gözəl və həm də əzəmətlidir. Bu arzular Sizi gələcəyə, xoşbəxtliyə, səadətə səsləyir...
Arzularınıza qovuşasınız!..
Ç.MÜŞFİQ,
filologiya fakültəsinin V kurs tələbəsi.

“Gənc müəllim” qəzeti, N4 (894)
5 mart 1992-ci il.
]]>
Müşviq BORÇALI Sat, 20 Jul 2019 02:39:52 +0000
Sədaqət DİLQƏM (1977) https://turan.info.az/media/sazli-sozlu-borcali/2306-sdaqt-dlqm-1977.html https://turan.info.az/media/sazli-sozlu-borcali/2306-sdaqt-dlqm-1977.html Sədaqət DİLQƏM (1977)Sədaqət DİLQƏM

(1977)

Sədaqət Dilqəm qızı
Mir­­zə­yeva (Abbasova)
1977-ci il iyul ayının 1-də qədim və ulu Borçalı ma­ha­lının əs­ra­rən­giz Baş­­keçid elin­də - indiki Dma­nisi ra­yo­nu­nun dağlar qoy­nunda yer­ləşən Səfərli kən­dində zi­yalı ailəsində anadan olub. Atasının adı və soy adı rəsmi sə­nəd­lərdə faktiki olaraq Dil­qəm Ab­basov ya­zılsa da, el ara­sında onu Elşad Qaraca oğlu kimi ta­nıyırlar. Gö­zəl saz-söz ustasıdır.
Sədaqət 3 uşaqlı ailənin 2-ci övladıdır, bir qar­daşı, bir ba­cısı var. Hazırda hamısının gözəl ailəsi var. Qardası İkram da, atasının yolunu şərəflə da­vam etdirir, sazda ifa etməyi ba­­­­carır.
Sə­daqətin dünyaya göz açdığı ailənin sazlı-sözlü, musi­qi­sevər, poeziyasevər bir ailə olduğun­dan, o da, elə uşaqlıq illə­rin­dən saza-sözə aşiq olub, şeirə, poezi­yaya böyük maraq və sonsuz həvəs gös­tərib.
Sə­daqət 1984-cü ildə doğma Səfərli kəndindəki orta mək­təbin I sinfinə daxil olub, 1992-ci ilədək burada əla qiy­mət­­­lərlə təhsil alıb. 1992-ci ildə Borçalıda baş ver­mış mə­lum ha­di­sələrdən - bəzi “şovinist millət­ci”­lə­rin soydaşlarımıza qarşı gös­­tər­­dikləri sonsuz təqib və təziqlərdən sonra, minlərlə soy­daşı­mız kimi, Sə­daqət xanımgilin ailəsi də doğ­ma yurd-yu­va­ların­dan uzaq düşməyə məcbur ol­muş­­lar. Ki­misi Azər­bay­can, kimi­ləri də Rusiyaya və başqa xarici ölkələrə pənah apar­mışlar. Sədaqət Azərbay­canın Mingə­çevir şə­hə­rində əmi­­si - tanın­mış ri­yaziy­yatcı Əhmədov Oruc Qaraca oğlu­nun ailə­sində ya­şaya­raq təhsilini Mingə­çevir şəhərin­dəki 1 saylı orta mək­təbdə da­vam etdir­miş və mək­təbi ə’la qiy­mət­lərlə bitir­mişdir.
Sədaqət 1994-cü ildə ali təhsil almaq məqsədilə Bakı şə­hə­rinə gəlmiş, sənədlərini Azər­baycan Tex­niki Uni­versi­te­ti­nin Av­tomexanika Fakultəsinin İs­tilik Fizikasi şöbəsinə ver­miş və yuk­sək balla qəbul olmuş­dur. 1995-ci il­də ikinci kurs tələbəsi ola­r­kən Azərbaycanı tərk etmək məc­bu­riy­yəti ilə qar­­şı­­laş­mış­dır.
Belə ki, həmin müddət ailəsi Ru­si­yada ya­şayırdı və hə­min vaxt Çeçenistanda mü­haribə oldu­ğuna gö­rə Azər­baycan Ru­siya sər­həd­lərində vəziy­yət gər­gin idi, hava, yol, dəmir yol nəq­liy­yatları da­yan­dırılmışdı, sərhədlərin ta­mam bağ­lanma teh­lükə­si vardı. Elə buna görə də, Sədaqət 1995-ci ildə Ba­kıda ali təh­si­lini yarımçıq qoyaraq Rusiyanın Bel­­qorod şəhərinə köç­müşdür. O, burada da təhsilini davam etdirmək məqsədilə sənəd­lərini Belqorod Dovlet Uni­ver­site­tinə vermiş və bu dəfə Uni­ver­sitetin Akuşer (Ma­­malıq) fakul­təsinə qəbul ol­muş­dur. 2001-ci ildə təhsilini mü­vəffəqiyyətlə bi­tirmiş və Bel­qorod şəhər doğum evində mamaça olaraq əmək fəa­liyyətinə başla­mış­dır.
Sədaqət xanım hazırda həm də Ba­­kıda nəşr olu­nan “Şər­qin səsi” Beynəlxalq ictimai-siyasi, Ədə­bi-bədii, publisistik qəzetin Bel­qorod vila­yəti üzrə böl­gə müxbiri kimi də sə­mərəli fəaliyyət göstərir və müntəzəm olaraq öz maraqlı mə­qalələri və şeirləri ilə qə­zetin səhifələrində sevimli oxu­cularının görü­şünə gəlir.
Sədaqət xanım həm də gözəl anadır. 2002-ci ildə Kəl­bəcərli Ka­mil Mirzəyev ilə ailə qurmuşdur. 11 yaşında Ramil adlı gö­zəl bir oğul öv­ladları var. Allah saxlasın!...
Nəhayət, Sədaqət xanım həm də istedadlı şairədir. Şeir­ləri müxtəlif mətbuat orqanlarında çap olunub. 2014-cü ildə isə “Kədərə sovqatam, intizara pay...” adlı ilk şeirlər ki­tabı Bakıdakı “Borçalı” nəşriyyatında məhz bizim naşirli­yi­miz və “Ön söz”ümüz­lə nəfis şəkildə işıqüzü görüb.
Biz bir daha Sədaqət xanımı ilk kitabının işıqüzü görməsı mu­nasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can-sağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-ye­ni uğurlar arzulayır və aşağıda bir neçə şeirini nəzərinizə çatdırırıq!..]]>
Müşviq BORÇALI Mon, 01 Apr 2019 01:22:29 +0000
Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti" https://turan.info.az/elm/elmi-meqaleler/4312-professor-mdd-obanov-dahi-airin-bdii-portireti.html https://turan.info.az/elm/elmi-meqaleler/4312-professor-mdd-obanov-dahi-airin-bdii-portireti.html Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti" NƏSİMİNİN ANADAN OLMASININ 650 İLLİYİ QARŞISINDA

«NƏSİMİ»

Özünəməxsus səsi və nəfəsi olan gənc şair Qabilin (Qa­bil Allahverdi oğlu İmamverdiyev) bu yaxınlarda çapdan çıx­mış poeması belə adlanır. «Nəsimi» poeması dahi şairin bə­dii por­­­­­­­­­tiretini yaratmaq baxımından təqdirəlayiqdir. Müəl­lif bu poemanın birinci hissəsini 1964-1967-ci illərdə yaz­mış­dır. Klassik irsimizin mütərəqqi ənənə­lə­rindən səmərəli su­rət­də qidalanan şair dahi söz sənətkarı Nəsiminin bədii obra­zını ya­ratmaq üçün, şübhəsiz ki, uzun müddət axtarışlar apar­mış, müəyyən çətinliklərlə qarşılaş­mışdır. Dahi sənətkar haqqında söz demək, onun bədii ob-razını poetik bir dillə təs­vir etmək çox çətin olduğu qədər də şərəflidir. Belə bir şərəfli işi üzə­rinə götürən şair yer­lərinə, vəziyyətlərinə, ha­disələrin cərə­ya­­nına görə heca və əruz vəzninin zəngin im­kanlarından bacarıqla istifadə et­miş və «Nəsimi» poe­masında öz məq­sədinə nail olmuşdur.
Müəllif poemada Nəsiminin yaşadığı mühiti, keçirdiyi rü­hi iztirabları, onun daxili aləmindəki ziddiyyətləri, əzab­ları, di­nin mütərəqqi fikirli adamlara qarşı apardığı müba­rizəni, ictimai haqsızlığı və bərabərsizliyi, xəyanət və riya­kar­lığı inan­dırıcı bədii boyalarla vermişdir. O, müdrik şair-alim, mərd və mübariz, öz əqidəsi uğrunda ölümə getməyə hazır olan Nəsimi obrazını yaratmışdır.

Belə deyirlər ki, qohumluq itər
Nəsimi yeddi arxa dönərsə əgər.

-beyti ilə başlanan bu poemanın «heyrət» hissəsində qo­hum­luq münasibətləri get-gedə unudulsa da,

«yazdım yana-yana ana dilimdə,
üz tutdum cahana ana dilimdə»,

- deyən Nə­siminin böyüklüyünü, zülmətə, cəhalətə, dini təriqətlərə qarşı mübarizə aparmasını və əsrlər keçsə də onun tarixlə bərabər yaşamasını, hamıya doğma və yaxın olmasını bədii bir dillə təsvir edərək şair yazır:

İşıqla zülmətin yarıb səddini,
Tapdım tarix yaşlı İmadəddini.

Nəsimi Azərbaycan şer dilinin ilk görkəmli ustadıdır. O, Azər­baycan klassik şerinin zəngin bədii ifadə xəzinə­sin­dən öy­­rənməklə bərabər, şifahi xalq ədəbiyyyatımızdan da mə­ha­rətlə istifadə etmiş və dövrünün ən məşhur sənətkarı ol­muş­dur. Bu fikir əsərin maraqla oxunan «Qiymət» epizo­dun­da öz bədii əksini tapmışdır.
Poemanın maraqlı sahələrindən biri də öz vətənpərvərliyi və qəhrəmanlığı ilə şöhrət tapan sərkərdələr sərkərdəsi İsla­məddin, Azərbaycan pəhləvanı İkraməddin və poeziyamızın nadir ustadı Nəsimi arasındakı dostluğun tərənnümüdür:

İslaməddin, İkraməddin, İmadəddin,
Qonşuluğun, yoldaşlığın aşıb səddin...
Bu birliyin qabağında dağ dayanmaz,
Sıx budaqlar hər küləkdən yırğalanmaz.

«Məndə sığar iki cahan, mən bu cahana sığmazam», -deyən Nəsimi İslaməddin və İkraməddinlə birlikdə mədrə­sə­ni bitirir, artıq onlar özlərini asudə sayırlar. Lakin ya­şadıqları mühitdə azadlıq və bərabərlik görmür, bundan daha da peş­man olur, qüssələnir, dərdləri artır və bir cahana sığ­maz olur, çünki onun əqidə və ideyasına əhə­miyyət verilmir. Bütün bun­lar poemada ən incə bədii ifadələrlə öz əksini tapmışdır:

İnsan camaliylə müzəyyən cahan,
İnsan kəmaliylə müəyyən cahan-
Lap mənim qəlbimə sığır, işə bax,
Özüm bu cahana sığmıram ancaq.

Məlumdur ki, XIV-XV əsrlərdə tərəqqipərvər şairlər şid­dətli surətdə təqib olunurdu. Nəsimi də bu təqib və edam­lar­dan özünü qorumaq üçün vətəni Şamaxıdan çox-çox uzaq­larda yaşamalı olur. Vətənpərvər şair Şamaxıdan köçər­kən doğma vətəninin təbiətinə, el-obasına, şır-şır bulaqlarına, üzüm­lü və meyvəli bağlarına həsrətlə baxır və dərin bir hicranla ayrılır:

Dolanıram pəhrizlərin başına ki,
Əyilirəm bulaqların daşına ki,
Şirinliyi ürəyimə dolsun mənim,
Sərinliyi yadigarım olsun mənim...
Ağuşundan ayrılıram ana Şirvanın,
Bəlkə bir də qayıtmadım doğma torpağa.

Poemanı oxuduqca Nəsiminin sənətkarlığı və böyük­lüyü, ana dilimizdə klassik poeziya nümunələri yaratması göz önün­də daha da canlanır. Bu əsər Qabilin ustad şair Nəsimi poeziyasına məhəbbətinin gözəl ifadə­sidir. Oxu­cularımızın şəx­si kitabxanasını bəzəyəcək bu poemanın ikinci hissəsini də səbirsizliklə gözləyir və müəllifə uğurlu yollar arzu­la­yırıq.

M.ÇOBANOV,
Azərbaycan SSR EA Dilçilik
İnstitutunun dissertantı.

(«Qələbə bayrağı» qəzeti,
№78 (3456), 27.XI.1972).]]>
Müşviq BORÇALI Mon, 18 Mar 2019 17:38:08 +0000
Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR" https://turan.info.az/elm/elmi-meqaleler/4311-professor-mdd-obanov-nsm-v-folklor.html https://turan.info.az/elm/elmi-meqaleler/4311-professor-mdd-obanov-nsm-v-folklor.html Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"NƏSİMİNİN ANADAN OLMASININ
650 İLLİYİ QARŞISINDA

Dünyanın bütün sənətkarları kimi, klassik Аzərbaycan ya­zıçıları da tarixən folklorla üzvi surətdə bağlı olmuşlar. On­­lar öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatından geniş isti­fadə edərək həmin əsərlərin oxunaqlı olmasına çalış­mışlar. Нə­simi də şifahi xalq ədəbiyyatından geniş istifadə etmişdir. Onun yaradıcılığında şifahi xalq ədəbiyyatı - atalar sözləri özü­­nü parlaq şəkildə göstərir. Bunun başlıca səbəbi, şüb­hə­siz, birinci ata­lar sözünün çox yığcam, dərin mənalı və hamı tərəfindən an­laşıqlı; digər tərəfdən isə onun sənətkar üçün mi­silsiz təsvir və ifadə vasitələri olmasıdır. Нəsimi əksər hal­­­­larda atalar sözünü şüurlu surətdə dəyişdirir, ixtisar et­mək­lə bəra­bər ona müəyyən əlavələr də edirdi. Beləliklə, onun əsərlərində atalar sözü yeni məna, məzmun və ma­hiy­yət daşıyırdı. Нəsi­mi bunlardan öz yerində və məharətlə is­tifadə etməyi bacarırdı.
Няsimi mahir söz ustadı idi. O, ölməz sənəti ilə oxu­cu­la­rının qəlbində əbədi heykəl ucaltmışdır. Нəsiminin lirik əsərləri, azəri di­lində yaratmış olduğu divanı milli ədəbi dili­mi­zin, şer dilimizin in­kişafında bütöv bir mərhələ təşkil edir. O, əsərlərinin dilinə diqqət yetirmiş, canlı xalq dilinin tü­kənməz xəzinəsindən bacarıqla istifadə etmişdir. Нəsimi dili­nin zənginliyi, axıcılığı, sadəliyi və səlisliyi onun klassik ədə­bi irsin və şifahi xalq ədəbiyyatının qiymətli cəhətlərini ya­­radıcı formada mənimsəyə bilməsindədir. Bu da Нəsimi şe­rində, hər şeydən əvvəl, fikrin təsir qüvvəsinin və emо­sional­lığının artmasına yardım göstərmişdir.
Нəsimi insanın bir-birinə hörмət etməsini, gözəllik və ka­malını, əxlaq vəə tərbiyəsini, cəmiyyətdə davranışını canlı şəkildə göstərmək üçün "Mərifət insanın bəzəyidir" atalar sö­zündən yaradıcılıqla isti­fadə edərək deyirdi:

İnsan üçün mərifətdən özgə yoxdur bil bəzək,
Gör sədəf çılpaqdır, ancaq qəlbi zəngin inci tək.

Xəsislər, pul hərisləri və öz ailəsiniн ehtiyac içərisində saxlayanları tənqid edən şair "Ağıllı can saxlar, xəsis pul" atalar sözündən öz məqsədinə uyğun şəkildə istifadə edərək yazır:

Aqil insan zər üçün öz ömrünü vermə hədər,
Yaxşı bil məşhər çölündə tək siçanlar zər gəzər.

Özgənin bədbəxtliyinə və fəlakətinə, qəm və qüssəsinə, dərd və kədərinə, ağır həyat şəraitinə sevinənləri ifşa edən şair "Sınığa gülməzlər və ya sınığa sevinməzlər" atalar sö­zündən mənalı bir şəkildə istifadə etmişdir.

Yanıram eşqindən, axır gözlərimdən yaşlar,
Firqətin dərdi çıxardı ürəyimdə başlar.
Müdam gər tən edib, başıma çaxar eşqini,
Sınыğa vacib deyildir munca atmaq daşlar.

Şerin bütün məna və mündərəcəsi göz qabağındadır. Нə­simi bu bənddə bir neçə ideomatik ifadə və atalar sözün­dən istifadə etmişdir.
Нəsimi əsərlərində bədii üslub və priyomlardan elə mə­ha­rətlə is­tifadə edir ki, onun hər misrasında, hər beytində və hər bir kiçk həcmli lirik əsərində bir və ya bir neçə atalar sözünə təsadüf etmək olar. Bəzən atalar sözü şairin əsərlə­rində bir silsilə təşkil edir. Bu silsilə onun əsərlərini yüksək zirvələrə qaldırır. Xalqına və onun şi­fahi yaradı­cılı­ğına ya­xından bələd olan şair 46 bənddən ibarət olan "Sirr­lər üm­ma­nı" əsərində atalar sözündən geniş istifadə etmişdir. Bu da əsərin bədii məziyyətiniн qat-qat artmasına, onun oxu­­naqlı olmasına təsir göstərmişdir.
Xalqla yaxın olan və xalq üçün yaradan klassik şair Нə­simi öz ədəbi-bədii yaradıcılığında həmişə xalq yaradıcı­lığından, xalqın təfəkkür tərzindən yaradıcı şəkildə istifadə etmişdir.
Dərin təsir qüvvəsinə malik olan Нəsimi poeziyası Yaxın Şərq ölkələrində geniş yayılmışdır. Нəsimi xalq arasında alovlu və mübariz şair, vəfalı və sədaqətli bir şəxs kimi ta­nınmışdır. Buna görə də, xalq onun haqqında bir sıra sənət nümunələri yaratmışdır.

Gün xoş keçsə dərd ölər,
Qüssə gedər, dərd ölər.
Нəsimi tək haqq yolunda,
Can qoyanlar mərd ölər.

Xaiн molla, söy molla,
Səнdə yoxdur höy molla.
Нəsimi soyulubdur,
Ona yoxdur tаy molla.

"...O öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, Azərbaycan şer mədəniyyətinin inki­şafında mühüm rol oynamışdır. O, Azərbaycan ədəbiyyatı ta­rixinə alovlu insanpərvər, döyüşkən bir şair kimi daxil ol­muş, şeri mövzu, fikir, şəkil cəhətdən zənginləşdirmişdir".

M.ÇOBAНOV,
Azərbaycan SSR EA
Dilçilik İnstitutunun dissertantı.

(«Sovet Gürcüstanı»,
№73(5253), 16.VI.1970).

«NƏSİMİ»

Özünəməxsus səsi və nəfəsi olan gənc şair Qabilin (Qa­bil Allahverdi oğlu İmamverdiyev) bu yaxınlarda çapdan çıx­mış poeması belə adlanır. «Nəsimi» poeması dahi şairin bə­dii por­­­­­­­­­tiretini yaratmaq baxımından təqdirəlayiqdir. Müəl­lif bu poemanın birinci hissəsini 1964-1967-ci illərdə yaz­mış­dır. Klassik irsimizin mütərəqqi ənənə­lə­rindən səmərəli su­rət­də qidalanan şair dahi söz sənətkarı Nəsiminin bədii obra­zını ya­ratmaq üçün, şübhəsiz ki, uzun müddət axtarışlar apar­mış, müəyyən çətinliklərlə qarşılaş­mışdır. Dahi sənətkar haqqında söz demək, onun bədii ob-razını poetik bir dillə təs­vir etmək çox çətin olduğu qədər də şərəflidir. Belə bir şərəfli işi üzə­rinə götürən şair yer­lərinə, vəziyyətlərinə, ha­disələrin cərə­ya­­nına görə heca və əruz vəzninin zəngin im­kanlarından bacarıqla istifadə et­miş və «Nəsimi» poe­masında öz məq­sədinə nail olmuşdur.
Müəllif poemada Nəsiminin yaşadığı mühiti, keçirdiyi rü­hi iztirabları, onun daxili aləmindəki ziddiyyətləri, əzab­ları, di­nin mütərəqqi fikirli adamlara qarşı apardığı müba­rizəni, ictimai haqsızlığı və bərabərsizliyi, xəyanət və riya­kar­lığı inan­dırıcı bədii boyalarla vermişdir. O, müdrik şair-alim, mərd və mübariz, öz əqidəsi uğrunda ölümə getməyə hazır olan Nəsimi obrazını yaratmışdır.

Belə deyirlər ki, qohumluq itər
Nəsimi yeddi arxa dönərsə əgər.

-beyti ilə başlanan bu poemanın «heyrət» hissəsində qo­hum­luq münasibətləri get-gedə unudulsa da,

«yazdım yana-yana ana dilimdə,
üz tutdum cahana ana dilimdə»,

- deyən Nə­siminin böyüklüyünü, zülmətə, cəhalətə, dini təriqətlərə qarşı mübarizə aparmasını və əsrlər keçsə də onun tarixlə bərabər yaşamasını, hamıya doğma və yaxın olmasını bədii bir dillə təsvir edərək şair yazır:

İşıqla zülmətin yarıb səddini,
Tapdım tarix yaşlı İmadəddini.

Nəsimi Azərbaycan şer dilinin ilk görkəmli ustadıdır. O, Azər­baycan klassik şerinin zəngin bədii ifadə xəzinə­sin­dən öy­­rənməklə bərabər, şifahi xalq ədəbiyyyatımızdan da mə­ha­rətlə istifadə etmiş və dövrünün ən məşhur sənətkarı ol­muş­dur. Bu fikir əsərin maraqla oxunan «Qiymət» epizo­dun­da öz bədii əksini tapmışdır.
Poemanın maraqlı sahələrindən biri də öz vətənpərvərliyi və qəhrəmanlığı ilə şöhrət tapan sərkərdələr sərkərdəsi İsla­məddin, Azərbaycan pəhləvanı İkraməddin və poeziyamızın nadir ustadı Nəsimi arasındakı dostluğun tərənnümüdür:

İslaməddin, İkraməddin, İmadəddin,
Qonşuluğun, yoldaşlığın aşıb səddin...
Bu birliyin qabağında dağ dayanmaz,
Sıx budaqlar hər küləkdən yırğalanmaz.

«Məndə sığar iki cahan, mən bu cahana sığmazam», -deyən Nəsimi İslaməddin və İkraməddinlə birlikdə mədrə­sə­ni bitirir, artıq onlar özlərini asudə sayırlar. Lakin ya­şadıqları mühitdə azadlıq və bərabərlik görmür, bundan daha da peş­man olur, qüssələnir, dərdləri artır və bir cahana sığ­maz olur, çünki onun əqidə və ideyasına əhə­miyyət verilmir. Bütün bun­lar poemada ən incə bədii ifadələrlə öz əksini tapmışdır:

İnsan camaliylə müzəyyən cahan,
İnsan kəmaliylə müəyyən cahan-
Lap mənim qəlbimə sığır, işə bax,
Özüm bu cahana sığmıram ancaq.

Məlumdur ki, XIV-XV əsrlərdə tərəqqipərvər şairlər şid­dətli surətdə təqib olunurdu. Nəsimi də bu təqib və edam­lar­dan özünü qorumaq üçün vətəni Şamaxıdan çox-çox uzaq­larda yaşamalı olur. Vətənpərvər şair Şamaxıdan köçər­kən doğma vətəninin təbiətinə, el-obasına, şır-şır bulaqlarına, üzüm­lü və meyvəli bağlarına həsrətlə baxır və dərin bir hicranla ayrılır:

Dolanıram pəhrizlərin başına ki,
Əyilirəm bulaqların daşına ki,
Şirinliyi ürəyimə dolsun mənim,
Sərinliyi yadigarım olsun mənim...
Ağuşundan ayrılıram ana Şirvanın,
Bəlkə bir də qayıtmadım doğma torpağa.

Poemanı oxuduqca Nəsiminin sənətkarlığı və böyük­lüyü, ana dilimizdə klassik poeziya nümunələri yaratması göz önün­də daha da canlanır. Bu əsər Qabilin ustad şair Nəsimi poeziyasına məhəbbətinin gözəl ifadə­sidir. Oxu­cularımızın şəx­si kitabxanasını bəzəyəcək bu poemanın ikinci hissəsini də səbirsizliklə gözləyir və müəllifə uğurlu yollar arzu­la­yırıq.

M.ÇOBANOV,
Azərbaycan SSR EA Dilçilik
İnstitutunun dissertantı.

(«Qələbə bayrağı» qəzeti,
№78 (3456), 27.XI.1972).]]>
Müşviq BORÇALI Mon, 18 Mar 2019 17:22:46 +0000
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında Xocalı qətliamından danışdı https://turan.info.az/tehsil/bdu/4295-bdu-nun-kafedra-mdiri-qaraba-qazisi-knyaz-aslan-trkiy-televiziyasnda-xocal-qtliamndan-dand.html https://turan.info.az/tehsil/bdu/4295-bdu-nun-kafedra-mdiri-qaraba-qazisi-knyaz-aslan-trkiy-televiziyasnda-xocal-qtliamndan-dand.html BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında Xocalı qətliamından danışdı

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan 25-26 fevral 2019-cu ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə qardaş ölkədə ezamiyyətdə olmuşdur.
Dəvətin məqsədi o illərin canlı şahidi olan Knyaz Aslanın Xocalı qətliamı ilə bağlı danışdığı həqiqətləri canlı yayımda dünyaya çatdırmaq idi. Belə ki, Knyaz Aslan hələ 1990-cı illərdə – sovet rejimi dövründə Azərbaycanda çıxan bir sıra qəzetlərdə vətənpərvərlik ruhunda çoxsaylı publisistik yazılar dərc etdirmiş, respublikamızın o zamankı rəhbərlərinin diqqətini Qarabağda, o cümlədən Xocalıda baş verən erməni-rus millətçiliyinin mənfi nəticələrinə cəlb etməyə çalışmışdı. Bu yazıların əhəmiyyəti ondadır ki, müəllif onları Qarabağda baş verən erməni vəhşiliyindən, xüsusilə Xocalı soyqırımından ən azı on-on bir ay əvvəl qələmə alıb dərc etdirə bilmişdi.
Onu da xatırladaq ki, müharibə dövründə Knyaz Aslan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri kimi ön cəbhədən müntəzəm olaraq operativ reportajlar hazırlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi mövzusunda çoxlu reportajlar hazırlamış, məqalələr çap etdirmiş, “Döyüş olsa bir əsgərdir qələmim” adlı xüsusi kitab yazmışdır.
Qarabağ qazisi Knyaz Aslan səfərinin birinci günü Ankara şəhərində yerləşən Özəl Ceceli Okulları rəhbərliyinin dəvətini qəbul edərək burada düzənlənən tədbirlərə məruzəçi olaraq qatılmışdır. Məlumat üçün bildirək ki, açıldığı 1991-ci ildən indiyə qədər "Dünyaya istiqamət verəcək liderlər" yetişdirməyi hədəfləyən Özəl Ceceli Okulları tanınmış iş adamı Alaettin Cecelinin adını daşıyır.
Knyaz Aslan 25 fevral 2019-cu ildə Özəl Ceceli Okullarının konfrans zalında əvvəlcə orta siniflərdə (V-VIII siniflər), sonra isə yuxarı siniflərdə (IX-XII siniflər) təhsil alan şagirdlərlə iki görüş keçirmiş, onlara Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı ilə bağlı çox geniş məlimat vermişdir.
Tədbirdə Anadolu / Fen Lisesi müdiri Resul Kıraç, eləcə də məktəbin digər müəllimləri də iştitak etmişlər.
Həmin görüşlər haqqında Özəl Ceceli Okullarının rəsmi internet saytında və Facebook səhifəsində informasiya və tədbirdən fotolar yerləşdirilmişdir.
25 fevral 2019-cu ildə saat 18.00-da isə Knyaz Aslan Bengütürk TV-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı xüsusi proqramda iştirak etmişdir. O, Bengütürk TV-də həftədə bir dəfə Cafer Kardaşın aparıcılılğı ilə canlı yayımlanan “Mazidən atiyə” (“Keçmişdən gələcəyə”) proqramında bir saat ərzində Xocalı qətliamı ilə əlaqədar müxtəlif sualları cavablandırmışdır. Bu zaman alim-qazi Qarabağın əzəli-əbədi Azərbaycan torpağı olduğunu faktlarla əsaslandırmış, Xocalı-Gədəbəy mədəniyyəti, bu ərazilərin coğrafi baxımdan strateji əhəmiyyəti haqqında geniş məlumat vermişdir.
Bundan başqa, müxtəlif dövrlərdə, o cümlədən Sovet İttifaqının dağılması ərəfəsində Ermənistanın Azərbaycan torpaqlarını işğalı, xüsusilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin Azərbaycan türklərinə qarşı törətdiyi dəhşətli vəhşiliklər, azərbaycanlıların yaşadığı kəndlərin boşaldırması, Rusiyanın 366-cı motoatıcı alayının erməni quldur dəstələrinə köməyi, dinc soydaşlarımızın qəddarlıqla qətlə yetirilməsi, onların meyitlərinin təhqir olunması, sonralar erməni jurnalist və yazıçıların bütün bu vəhşətləri öz kitablarında əks etdirməsi və s. kimi məsələləri faktlarla tamaşaçılara çatdırmışdır.
Knyaz Aslan proqramda eyni zamanda Xocalı qətliamının dünyada tanıdılması üçün Azərbaycanda görülən işlərin miqyası, Xocalıda baş verən erməni vəhşiliyini soyqırım kimi tanıyan ölkələrin dəstəyi, ərazi bütövlüyünün bərpası uğrunda haqlı mübarizə aparan Azərbaycanın gələcək zəfəri və s. barədə danışmışdır. Alim öz çıxışında "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və "Biz bir millət, iki dövlətik” kəlamlarını dilə gətirmiş, qardaş Türkiyə Cümhuriyyətinin, türk millətinin Azərbaycanın haqlı mücadiləsinə hər zaman dəstək olduğunu minnətdarlıqla vurğulamışdır.
Qeyd edək ki, Knyaz Aslanın Bengütürk TV-nin “Mazidən atiyə” proqramındakı birsaatlıq canlı yayım müsahibəsi 26 fevral 2018-ci ildə İnternetdə Youtube kanalında yerləşdirilmişdir və baxış sayı gündən-günə artmaqdadır.]]>
Müşviq BORÇALI Thu, 07 Mar 2019 15:04:29 +0000
"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!.. https://turan.info.az/esas/4225-borali-hdlr-adl-kitab-tkrar-nr-olunacaq-dqqt-dqqt..html https://turan.info.az/esas/4225-borali-hdlr-adl-kitab-tkrar-nr-olunacaq-dqqt-dqqt..html "BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..ƏZİZ VƏ DƏYƏRLİ DOSTLAR!..
Azərbaycanımızın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda canlarından keçmiş Gürcüstan əsilli qəhrəman oğullarımız haqqında hələ 1996-2000-ci illərdə nəşr etdirdiyim "BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabımın yeni təkrar və həm də daha geniş nəşrini çapa hazırlayıram.
Odur ki, hamınızdan bir daha artıq dərəcədə xahiş edirəm ki, Qarabağ uğrunda döyüşlərdə ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ Gürcüstan əsilli soydaşlarımızdan kimləri tanıyırsınızsa, aşağıda rəy yerində onların ad və soyadlarını yazın ki, baxaq görək, kimlərisə yaddan çıxarmamışıq ki?..
Tanımadığımız və ya unutduğumuz ŞƏHİD varsa, mütləq onun haqqında məlumatı da həmin kitaba daxil edək...
Əvvəlcədən hamımıza təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk!..
Unutmayın ki, Unutsaq, Unudularıq!..

20 YANVAR ŞƏHİDLƏRİ:
1. Professor İsmayıl Həsən oğlu Mursaqulov (1939-1990) - Borçalı, Qızılhcılı,
2. Rəşid İslam oğlu İsmayılov (1949-1990) - Qarayazı, Ağtəhlə.
3. İlqar Hümmət oğlu Əhmədov (1965-1990) Bolnisi, Faxralı.
4. Tenqiz Məmməd oğlu Turabov (1966-1990) - Bolnisi, Kəpənəkçi.
5. Ələsgər Yusif oğlu Qayıbov (1966-1990) - Qaraçöp, Yormuğanlı.
6. Vəfadar Osman oğlu Eminov (1966-1990) - Marneuli, Kirənc Muğanı.
QARABAĞ ŞƏHİDLƏRİ:
Azərbaycanın Milli Qəhrəmanları:
1. Azərbaycanın Milli Qəhrəmanı - Cəlil Əziz oğlu Səfərov (1962-1992) - Marneuli, Leçbəddin
2. Azərbaycanın Milli Qəhrəmanı - Vəzir İsa oğlu Sədiyev (1961-1993) - Marneuli, Aşağı Qullar.
3. Azərbaycanın Milli Qəhrəmanı - Eldar Əsgər oğlu Ağayev - (1955-2013) Tbilisi -"Azərbaycan Bayrağı" ordenli
4. Mayor Vaqif Dursun oğlu Musayev (1961-1992) - Borçalı, Kürdlər
5. Fariz Şahməddin oğlu Babanlı (1973-1992) - Rustavi- Aqstafa Şəhidlər Xiyabanı.
6 İlqar Zərrar oğlu Mahmudov (1973-1992)- Başkeçid, Hüseykəndi - Şəhidlər Xiyabanı.
7. Ədalət Cahangir oğlu Əlləzov (1965-1992) - Bolnisi, Darvaz
8. Yaşar Vahid oğlu Bədəlov - (1966-2992) - Bolnisi, Kəpənəkçi.
9. Raim Ənvər oğlu Məmmədov (1972-1993) - Bolnisi, Darvaz - Şəhidlər Xiyabanı.
10. Yusif İsa oğlu Şirinov (1966-1993) Qaraçöp -"Azərbaycan Bayrağı" ordeni- Şəhidlər Xiyabanı
11. İlyas Əbdül oğlu Sədrəddinov (1967-1994) - Başkeçid Şindilər
12. Elçin Nəbi oğlu Qaranizadə (1973-1994) - Bolnisi, Saraclı
13.Əlyar Bəxtiyar oğlu Abdullayev (1957-1995) - Borçalı, Kürdlər
14. Mayor Sahib Almaz oğlu Məmmədov (1972-2002) - Bolnisi, Darvaz
15. Elşən Vaqif oğlu Məmmədov (1992-2015) - Bolnisi, Zol-Güvəc.
16. Mayor Təbriz Taryel oğlu Musazadə (1981-2016) - Başkeçid, Yaqublu.
ARIXLI şəhidləri
1990-cı illərdə Gürcüstanda milli münaqişə zamanı Borçalı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız olmuşlar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı bu illərdə də doğma torpağın, müqəddəs yurdun və xalqın rifahı uğrunda dörd cavan oğlunu şəhid vermişdir:
1. Yusifov Tapdıq Suleyman oğlu 1954-cü ildə Arıxlı kəndində müəllim ailəsində anadan olmuş, 1993-cu ildə isə quldur gülləsinə tuş olmuşdur. Tapdıq Arıxlı kəndinin ilk şəhididir. Qəbri nurla dolsun!
2. Yusifov Nəsib Əhməd oğlu 1958-ci ildə Arıxlıda kəndli ailəsində anadan olub. 1993-cü ilin dekabrında şəhid olmuşdur. Allah ona rəhmət etsin!
3. Əhmədov Arif Əhməd oğlu 1963-cu ildə Arıxlıda anadan olub, 1993-cu ildə şəhid olmuşdur. Allah ona rəhmət etsin!
4. Əliyev Tengiz Məhəmməd oğlu 1972-ci ildə anadan olub, 1994-cü ildə şəhid olub. Allah ona rəhmət etsin!


Allah CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!..
RUHLARI ŞAD OLSUN!..

QARABAĞ ŞƏHİDLƏRİ:
Azərbaycanın Milli Qəhrəmanları:
1. Azərbaycanın Milli Qəhrəmanı - Cəlil Əziz oğlu Səfərov (1962-1992) - Marneuli, Leçbəddin
2. Azərbaycanın Milli Qəhrəmanı - Vəzir İsa oğlu Sədiyev (1961-1993) - Marneuli, Aşağı Qullar.
3. Azərbaycanın Milli Qəhrəmanı - Eldar Əsgər oğlu Ağayev - (1955-2013) Tbilisi -"Azərbaycan Bayrağı" ordenli
4. Mayor Vaqif Dursun oğlu Musayev (1961-1992) - Borçalı, Kürdlər
5. Fariz Şahməddin oğlu Babanlı (1973-1992) - Rustavi- Aqstafa Şəhidlər Xiyabanı.
6 İlqar Zərrar oğlu Mahmudov (1973-1992)- Başkeçid, Hüseykəndi - Şəhidlər Xiyabanı.
7. Ədalət Cahangir oğlu Əlləzov (1965-1992) - Bolnisi, Darvaz.
8. Elşad Budaqov (...1992) - Bolnisi, Kəpənəkçi - Talıblı.
9. Yaşar Vahid oğlu Bədəlov - (1966-1992) - Bolnisi, Kəpənəkçi.
10. Əliyev Ramiz Sayad oglu.(25.08.1968-15.01.1993) - Bolnisi, Saraclı kəndi - Ağdərədə şəhid olub. Saraclı kənd qəbirsanlığında dəfin olunub.
11. Raim Ənvər oğlu Məmmədov (1972-1993) - Bolnisi, Darvaz - Şəhidlər Xiyabanı.
12. Yusif İsa oğlu Şirinov (1966-1993) Qaraçöp -"Azərbaycan Bayrağı" ordeni- Şəhidlər Xiyabanı
13. İlyas Əbdül oğlu Sədrəddinov (1967-1994) - Başkeçid Şindilər
14. Elçin Nəbi oğlu Qaranizadə (1973-1994) - Bolnisi, Saraclı
15.Binəli Həsrət oğlu Musayev (Daşdəmirli) (1968-1994) - Bolnisi, Saraclı.Bakı Şəhidlər Xiyabanı.
16.Əlyar Bəxtiyar oğlu Abdullayev (1957-1995) - Borçalı, Kürdlər
17. Mayor Sahib Almaz oğlu Məmmədov (1972-2002) - Bolnisi, Darvaz
18. Elşən Vaqif oğlu Məmmədov (1992-2015) - Bolnisi, Zol-Güvəc.
19. Mayor Təbriz Taryel oğlu Musazadə (1981-2016) - Başkeçid, Yaqublu.]]>
Müşviq BORÇALI Mon, 11 Feb 2019 23:33:29 +0000
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ... https://turan.info.az/shehidlerimiz/2810-sln-boralidan-olan-qhrmanlarimiz.html https://turan.info.az/shehidlerimiz/2810-sln-boralidan-olan-qhrmanlarimiz.html ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ... Məlumat üçün deyim ki, 1941-1945-ci illər müharibəsi zamanı Gürcüstanda yaşayan azərbaycanlılardan təxminən 10 min nəfəri qəhrəmancasına həlak olmuş, onlardan 100 nəfərdən çoxu
Sovet İttifaqı Qəhrəmanı adına layiq olsa da, cəmi 3 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir: Bəkir Dursun oğlu Mustafayev (1898-1978), İsmayıl Xəlil oğlu Bayramov (1910-1945), Əmrah Qara oğlu Aslanov (1920-19..). Məmməd Osman oğlu Osmanov (1910-1975), Əlləz Məmməd oğlu Zeynalov (1920-1988), Nadir Rüstəm oğlu Əhmədov (1908-1986) və b. da həmin ada lsyiq olsalar da və hətta bu barədə təqdimat olsa da, sonradan ya sərəncamın verilməsi "unudulmuş", ya da həmin sərəncam haqqında mətbuata məlumat verilməmişdir.
Yeri gəlmişkən, onu da qeyd edim ki, 1990-cı il qanlı 20 Yanvarda İsmayıl Mursaqulov, İlqar Əhmədov və b.;
Qarabağ müharibəsində də Gürcüstan azərbaycanılarından üç nəfəri Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür: Eldar Əsgər oğlu Ağayev (1955-2013), Vəzir İsa oğlu Sədiyev (1961-1993) və Cəlil Əziz oğlu Səfərov (1962-1992)...; Onlarla igid oğullarımız, o cümlədən Təbriz Taryel oğlu Musazadə, Elşən Vaqif oğlu Məmmədov və başqaları qəhrəmancasına Şəhid olmuş, müxtəlif orden və medallarla təltif olunmuşlar...
Allah hamısına rəhmət eləsin...
Ruhları şad olsun...
Gün o gün olsun ki, onların əziz xatirələrini Şuşada əbədiləşdirək...]]>
Müşviq BORÇALI Mon, 11 Feb 2019 23:03:35 +0000
Hər bir kəs öz milli və ya etnik kimliyini hamıdan gözəl bilir!.. Ona gərə də, gəlin, heç kəsi məcbur etməyək ki!.. https://turan.info.az/gurcustan/borchali/4175-hr-bir-ks-oz-milli-v-ya-etnik-kimliyini-hamidan-gozl-bilir.-ona-gr-d-glin-hec-ksi-mcbur-etmyk-ki..html https://turan.info.az/gurcustan/borchali/4175-hr-bir-ks-oz-milli-v-ya-etnik-kimliyini-hamidan-gozl-bilir.-ona-gr-d-glin-hec-ksi-mcbur-etmyk-ki..html Hər bir kəs öz milli və ya etnik kimliyini hamıdan gözəl bilir!.. Ona gərə də, gəlin, heç kəsi məcbur etməyək ki!..Əziz və dəyərli dostlar!.. Son vaxtlar mətbuatda və müxtəlif sosial-şəbəkələrdə milli və ya etnik kimliyimizlə bağlı bir-birinin ardınca müxtəlif yönümlü yazılar dərc olunur və qızğın müzakirələr gedir. Ona görə də, qısaca da olsa mən öz fikrlərimi dəyərli həmkarlarımla bölüşmək istədim.
Məncə, Milli kimlik və ya etnik kimlik elə bir ad-ifadədir ki, bunları biz nə özümüz özümüzə verə bilərik, nə də kimlərisə məcbur edə bilmərik ki, sənin milli kimliyin budur, sənin etnik kimliyin budur, bu cür də olmalıdır, bu cür deyilməlidir, bu cür yazılmalıdır. Hər bir kəs öz doğma adını və soyadını hamıdan yaxşı bildiyi kimi, hər kəs milli və ya etnik kimliyini də hamıdan gözəl bilir. Hamımız doğulanda adlarınımızı valideynlərimiz verdiyi kimi, milli kimliklərimizi də valideynlərimiz hamımıza açıq aydın şəkildə bəyan edib. Ola bilər ki, bəzi şəxslər ictimai-siyasi mühiti nəzərə alaraq, milli və ya etnik kimliklərini bu və ya başqa şəkildə gizlədirlər. Gürcüstanda yaşayan bir çox azsaylı xalqların nümayəndələri kimi, Azərbaycanda yaşayan azsaylı xalqların bəzi nümayəndələri də öz milli və etnik kimliklərini gözə soxmağı xoşlamırlar, özlərini bir qayda olaraq "azərbaycanlı" adlandırırlar. Bu da müəyyən mənalarda qəbul ediləndir. Hər kəs bu mənada öz şəxsi fikfini özü istədiyi şəkildə ifadə etməkdə azaddır. Bizə kimsə desə ki, "sən gürcüsən", "sən ermənisən", - xoşumuza gəlmədiyi kimi, başqa milli və ya etnik kimliyə məxsus olan şəxsə də "sən türksən", "sən azərbaycanlısan" dediyimiz halda əsəbiləşəcək...
Bəli, bizlər türkük, azərbaycanlıyıq!..
Özbəklər də, qazaxlar da, türkmənlər də, qaraqalpaklar da, (qarapapaqıar da!), tatarlarlar da, başqırdlar da, osmanlılar da, kiprlilər də, elə biz azərbaycanlılar da, borçalılılar da - hamımız türkük!.. Unutmayaq ki, Borçalı tarixən Azərbaycanla eyni bir coğrafi məkanda yerləşdiyindən, bizim də dilimiz də, dinimiz də, sazımız da, sözümüz də, poeziyamız da, teatrımız da, mədəniyyətimiz də, incəsənətimiz də, adət-ənəmələrimiz də, təhsilimiz də, səhiyyəmiz də, hətta siyasətimiz də həmişə eyni olub, bu gün də eynidir və hər zaman da eyni də olmalıdır!..
Ürəyimiz hər zaman Azərbaycanla döyünməli, Azərbaycanla sevinməli, Azərbaycanla qürurlanmalıdır!..
Amma unutmamalıyq ki, hər birimiz türk və ya azərbaycanlı olmağımızla fəxr etdiyimiz kimi, başqa milli və ya etnik kimliklərə sahib olan tat, talış, kürd, ləzgi, avar, inqilo, svan, meqrel və s. azsaylı və ya çoxsaylı olanlar da özlərinin milli və ya etnik kimlikləri ilə fəxr edir və qürur duyurlar.
Gəlin, heç kəsin qüruruna toxunmayaq!.. Bu kiçik dünyamızda qısa ömrümüzü sülh, əminamalıq, mehriban dostluq və səmimi qardaşlıq şəraitində yaşayaq!..
P.S.: Amma atalarımızın bir müdrik kəlamını - bəzi qurdlarla nə qədər yaxından dost olsaq da, əlimizdə çombağı möhkəm saxlamağı heç zaman unutmayaq!..
Hamınıza uzun, sağlam və şərəfli bir ömür arzulayırm!..
Böyük hörmət və ehtiramla, sizin Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Thu, 24 Jan 2019 03:26:45 +0000
Dünyanın şair yükü https://turan.info.az/edebiyyat/edebi-tenqid/726-dnyann-air-yk.html https://turan.info.az/edebiyyat/edebi-tenqid/726-dnyann-air-yk.html Dünyanın şair yükü--Dünyanın şair yükü

M.Borçalı: “Şairlər dünyanın söz Allahıdı!...”. “Borçalı” nəşriyyatı, 2009-cu il

Hər bir şairin dövrlə, mühitlə qarşılıqlı ədəbi əlaqəsini ədəbiyyatın keçdiyi inkişaf yolu müəyyən edir. Ayrı-ayrı zamanlarda da qələm sahibləri dövrün tələbinə uyğun yaradıcılıq axtarışlarında olublar. Bu gün də ədəbiyyatın müasir həyatla səsləşməsi məhz şair və yazıçıların öhdəsinə düşən vəzifə hesab olunur. Son dövrlər ədəbiyyatşünas alimlərin, tənqidçilərin tədqiqat obyekti olan şair Alxan Binnətoğlunun da bu sırada öz yeri var. Bu özünəməxsusluğu biz yazıçı-publisist, tədqiqatçı-filoloq Müşfiq Borçalının “Şairlər dünyanın söz Allahıdı!...” kitabında da aydın görə bilirik.

“Borçalı” nəşriyyatının 2009-cu ildə dərc etdiyi “Şairlər dünyanın söz Allahıdı!...” kitabı Müşfiq Borçalının yeni tədqiqat işidir. İlk baxışdan özünün elmi-ədəbi qayəsi ilə diqqət çəkən bu nəfis kitabın əsas süjet xətti Alxan Binnətoğlunun yaradıcılıq konsepsiyasıdır. Müşfiq müəllimin kitab boyu təhlil obyektinə çevirdiyi şeirlər, poemalar, dram əsərləri və və digər yaradıcı ənənələr müasir təhlilolunma görkəmi ilə diqqət çəkir, oxucunu ikili standartlarda ilişib qalmaqdan qurtarır. Bu kitab tələbənin, belə deyək, öz müəllimi qarşısında hesabatıdır. Əbəs yerə deyil ki, müəllif kitabın ikinci adını “Mənim müəllimim” qoyub. Elə kitabın əsl adı da (“Şairlər dünyanın söz Allahıdı!...”) A.Binnətoğluya aiddir (bu da, zənnimizcə, tələbə-müəllim səmimiyyətinin bir fərqli təzahürüdür).]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:14:19 +0000
YENİ TƏDQİQAT İŞİ https://turan.info.az/edebiyyat/edebi-tenqid/925-yen-tdqqat-.html https://turan.info.az/edebiyyat/edebi-tenqid/925-yen-tdqqat-.html YENİ TƏDQİQAT İŞİ
Maddi və mənəvi mədəniyyət strukturu insanla dünya ara­sındakı qarşılıqlı əlaqələrin tənzimləyicisidir. İctimai-fəlsəfi baxımdan, bu tənzimatı vahid insan modeli müm­künləşdirir. Heç şübhəsiz, tədqiqatçı-filoloq Müşfiq Bor­çalı­nın “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” əsəri də bu modelin struktur əsaslarını özündə təzahür etdirir. Əsər kitab halında 2011-ci ildə “Təhsil” EİM-də nəşr edilib. Kitabda əsasən görkəmli saz-söz ustadı Aşıq Hüseyn Sa­raclının həyat və yaradıcılığı barədə ətraflı məlumat verilir, aşığın özünün “Aşıq Hüseyn Saraclının yaylaq səfəri” dastanı, xalq şairi Zəlimxan Yaqubun aşığa həsr etdiyi “Aşıq Hüseyn Saraclı” əsərindən bir parça və Nizami Saraclının ustadla bağlı “Yalan ola ayrılıq” poeması oxuculara təqdim edilir. Kitab bütünlükdə, ustad aşığın 95 illik yubileyinə bir töhfədir. İnsan modeli zaman-zaman böyük tədqiqat işlərində özünün təzahür tiplərini mətn və obyekt kodeksləri ilə xarakterizə etmişdir. Müşfiq Borçalının Aşıq Hü­seyn Saraclı modeli mətn və obyekti ilə birbaşa ədəbiyyatımızın folklor ənə­nələrinə sirayət edir. Və maraqlıdır ki, “Aşıq Hüseyn Saraclı və onun yay­laq səfəri“ əsərinin folklordan bədii ədəbiyyata keçidi müəllifin zəruri ictimai yanaşmaları ilə təmin olunur. M.Borçalı əsərin struktur quruluşu ilə mətn əsasları arasındakı semantik əlaqəni bir növ, ictimai-tarixi proseslərlə qurub. Bu proseslər kitab boyu aşığın yaradıcılığına tranformasiya olunub. Məhz bu səbəbə əsər poetik düşüncə və həyat tipinə görə diqqəti daha çox cəlb edir.Müşfiq Borçalı “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” kitabının “Ozan dünyamız” (Borçalı aşıqları) bölməsində ədəbi-tektonik təsirlər yaradır, aşıq yaradıcılığının Borçalı qolu barədə müfəssəl fikirlər səsləndirir., kitabın “Ustad Aşıq Hüseyn Saraclı” hissəsində ustad aşığın həyat və yaradıcılığı haqda geniş məlumat verir, ustadla bağlı fikirlərə yaradıcı münasibət bildirir, aşığın şerlərindən bir neçəsini qarşılıqlı ədəbi təsnifatda oxucuya təqdim edir, H.Saraclının bənzərsiz sənətkar, mahir dastançı olduğunu tədqiqatçıların dili ilə geniş ictimaiyyətə çatdırır, həmçinin, başqalarından fərqli olaraq onun dastanlara etdiyi uyarlı əlaqələr diqqət çəkir.Ümumiyyətlə, M.Borçalı yeni kitabında folklor ənənələrinə ictimai baxışı, H.Saraclı yaradıcılığında janr-vəzn xüsusiyyətləri proseduruna yaradıcı münasi­bəti ilə diqqət mərkəzindədir. Onun ustad aşığın dastanlarına, bütövlükdə, şəxsiyyət modelinə, yaradıcılığındakı mətndaxili struktur-tipik mahiyyətə əsaslı müraciəti ümumədəbi qaynaqlara bələd olması ilə təzahür edir. Kitabdakı fakto­loji zənginlik, fundamental yönəltmə müəllifin yeni tədqiqat işinin orjinallığını təsdiqləyir.H.Saraclı modeli, ustad-aşıq formatı, dastan-janr xüsusiyyətləri, mövzunu predmetləşdirmə bacarığı M.Borçalının tədqiqatçı-filoloq qayəsidir. Obyekt kimi seçdiyi bənzərsiz sənətkar-dastançı modulu öz proyeksiyasını müxtəlif zəruri proseslərlə aktuallaşdırır: 1) Müəllifin H.Saraclı yaradıcılığına müna­sibəti bir neçə qatlıdır; 2) Ənənəvi folklorizmə yanaşma bucaqları sistemlidir; 3) Baxış müstəviləri əhatəli, həm də əksinə, konkretdir. Diqqətçəkən haldır ki, “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” əsəri yığcam tədqiqat işi olsa da, mətn vizuallığı ilə oxucunu konkretlikdən yayındırır. M.Borçalı bu əsər vasitəsilə H.Saraclının folklor carçısı olduğunu nəzər-diqqətə çatdırır, H.Saraclı yaradıcılığına yeni baxış sərgiləyir. Əvvəlki tədqiqat işlərində olduğu kimi, bu əsərdə də müəllifin filoloji yanaşması özünün problematikliyi ilə seçilir.M.Borçalı H.Saraclı dövrünü fərqli xarakterlərə bölüb. Ən sadə fikirdə belə yüksək iradi-emosional əhval yaratmaq, bir-birinə zidd nəzərləri eyni ovqatda birləşdirmək onun H.Saraclı sənətinə münasibətini müəyyənləşdirir. Və onun filoloji fikirləri arasındakı semantik-sintaktik əlaqə duyğularının işlənmə əhatəsini genişləndirir, ən sadə sözlərində nəzərə çarpan fonemlər hissi uyğun­luq, münasib ahəngdarlıq yaradır. Bəlkə də bu səbəbdəndir ki, onun yeni tədqiqat işi müxtəlif spesifik dəyişikliyə uğrayır. Əslində, H.Saraclı yaradı­cılığında ən çox psixoloji momentlərə həyat normaları verən M.Borçalı bu prosesin poetikasını da qabarıq hissi zərurətlərə cəlb edir.M.Borçalının H.Saraclının böyük oğlu İsfəndiyar Həsənovdan əldə etdiyi “Aşıq Hüseyn Saraclının yaylaq səfəri” adlı dastan öz orijinal-aktual qayəsi, şifahi şüurun inkişafındakı rolu və ədəbi çəkisi ilə fərqlənir. Dastanın məzmun və poetik strukturu modern ənənəçilik aşılayır. Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun “Aşıq Hü­seyn Saraclı” və Nizami Saraclının “Yalan ola ayrılıq” əsərləri də Aşıq Hü­seyn Saraclı şəxsiyyətinə yaradıcı münasibətin bir təzahürüdür. Bu münasibəti Z.Yaqubun “Məhlə aşığı deyil, yurd-mahal aşığıydı” və N.Saraclının “Ulu ozan, ululardan ulusan” fikri daha dəqiq realizə edir.Bir sözlə, Müşfiq Borçalının “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” kitabı sadəcə, informasiya xarakteri daşımır, müəllif burada sənətkar-ustad kultunu açmağa çalışıb, Borçalı aşıq məktəbinin qüdrətinə işıq tutub, nəhayət, H.Saraclını bir növ, Haqq Aşığı kimi canlandırıb.Hikmət MƏlikzadƏ,Azərbaycan Yazıçılar Birliyinin üzvü. “Yeni təfəkkür” qəzeti, 2012-ci il.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:14:08 +0000
BORÇALI ZİYASI https://turan.info.az/elm/2067-borali-zyasi.html https://turan.info.az/elm/2067-borali-zyasi.html BORÇALI ZİYASI

Hamımız bilirik ki, indiki yaşadığımız ərazi bütöv Azərbaycan deyil, Vətənmizin qərib düşmüş yurdlarından biri də müasir Gürcüstanın ərazisi sayılan qədim köklərə gedib dayanan Borçalı yurdudur. Borçalı - Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Aşağı Kartli diyarı adlandırılan və Ermənistanın şimal-şərqində yerləşən və hazırda Loru və Tavuş mərzləri adlandırılan inzibati vahidin tarixi adıdır. Azərbaycan türklərinin qədim torpağıdır. Etimoloji araşdırmalara görə Borçalı toponiminin "börü" və "çala" sözlərinin birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Mənası "qurd çalası" və ya "qurd oylağı" deməkdir.

Mənim qədim türk yurdu haqqında qısaca arayış verməkdə məqsədim Azərbaycan tarixini bir tarix müəllimi olaraq araşdırmaq yox, sadəcə o yurdda doğulub, bir çox Borçalı ziyalıları kimi taleyini ana Vətənlə bağlayan əziz qardaşım, dostum, dəyərli ziyalı turan.info.az saytının Təsisçisi və "Ziya", “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin Baş redaktoru MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu ÇOBANOV) haqqında ürək sözlərimi onun bu şad günüdə dəyərli oxuculara çatdırmaq istəyimdir.

MÜŞFİQ BORÇALI - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. Doğulduğu türk yurdunun saflığından bəhərlənən Müşfiq qardaşımın əməksevərliyi, elmə, biliyə, ədəbiyyata marağı onu Gürcüstan dövlətini hakimiyyəti altında yazıb yaradan, öz dilinə, soyuna-kokünə bağlı olan el-elat sevgili, qəlbi yurd istəkli şairlər, aşıqlar, yazıçılar haqqında və onların yaradıcılığı barədə "Gürcüstanda Azərbaycan Ədəbiyya¬tının inkişaf meyilləri (1960-2010)” mövzusunda sanballı elmi əsəri öz dəyərini qazandı. Borçalı mahalını bütünlükdə yaşadan ziyalılardı. Başqa dövlətin, başqa dilin, başqa dinin içində öz dilini, dinini, varlığını qoruyub saxlamaq, dədə-babalardan yadigar qalmış öz dəyərlərinə sahib çıxmaq böyük cəsurluq, mərdlik, kökə-soya sonsuz sevgi tələb edir. Məhz bu istedadlı insanların varlığı haqqında, onların yaratdıqları barədə bir elmi əsər yazmaq və bunu böyük zəhmət hesabına araya-ərsəyə gətirmək Müşfiq Borçalının ümdə vəzifəsi oldu. Dəyərli qardaşım Müşfiq Borçalı şeirləri dillər əzbəri olan unudulmaz Müşfiqimizin adın daşıyır, O bu ada layiqliyini həyatı boyu sübut etdi.

Onun bu illər ərzində çap olunan kitabları onun məhsuldar bir yazar olmağından xəbər verir. Müşfiq Borçalının "Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), "Çağdaş Borçalı ədəbi məktəbi" (Baki, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gürcüstan" (1995), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009), "Ziya"dan "Çənlibel"ədək" (1998), "Qəhrəmanlıq dastanı: Dədə Qorqud-1300" (1998, 2000), "Borçalı şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərəmin poeziya yaradıcılığı" (2010), "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" (2011), "Əkiz alim qardaşlar" (2001,2011), "Borcalının aqbirçək anası - şairə Mayqa Mətin" (2013), "Bu Dostluğun yaşı çox!..." (2014), "M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) və s. kitabları işıq üzü görüb.

Müşfiq Borçalı ilə dostluğum tək iki insanın bir-birinə qardaşlığı yox, həm də qərib düşmüş yurdlarımızda varlığımızı yaşadan insanlarımıza kök-soy sevgisidi! Tanışlığımızdan bu günə qədər aramızda olan bağlılıq, ülfət dostluq, qardaşlıq məqamını isitdi, ülviləşdirdi. Allah bu mehribançılığı, bu saflığı bizə çox görməsin. Vətən sevgisi qədər ömrümüz boyu əbədi olsun. Dəyərli qardaqşım, Müşfiq Borçalı, uğurların bol olsun, sizi daim sənət zirvəsinə doğru addımlayan görüm, bu yolda heç zaman yorulmayasız. Çünki sənət zirvəsinin yolu uğur sevən¬lərin, əmək sevərlərin, bilik sevərlərin yoludu. Arzu edirəm ki, bu yolun yoxuşları enişlərindən az olsun!

Dəyərli dostum, qardaşım, Müşfiq Borçalı, "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyin dissertasiyanın yekdilliklə qəbul edildiyi xəbərini eşidib çox şad oldum. Bu dəyər həm sizinn çəkdiyiniz zəhmətə, həm də orada yaşayan qəlbi ayrılıq niskilli soydaşlarımızın içindən parlayan ziyalılarımızın varlığına verilən qiymətdi. Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı, sizi təbrik edirəm! Şad xəbərlərlə dolu günləriniz bol olsun...Siz təkcə Borçalı ziyası yox, Bütöv Azərbaycanın ziyasısız, Allah ziyanızı azaltmasın, uğurlar sizinlə olsun, bu soyuq payız günlərində ürəyimizi şad xəbərlə isitdiniz. Zirvələr sizin olsun, dəyərli qardaşım...

Ceyhun AĞABƏYOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
19.11.2016.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:13:37 +0000
Qiymətli tədqiqat əsəri https://turan.info.az/edebiyyat/edebiyyatshunasliq/724-qiymtli-tdqiqat-sri.html https://turan.info.az/edebiyyat/edebiyyatshunasliq/724-qiymtli-tdqiqat-sri.html Qiymətli tədqiqat əsəriQiymətli tədqiqat əsəri

Bizim folklorşünaslıqda xalq yaradıcılığını məmləkətin bölgələri üzrə öyrənmək təcrübəsi vardır.
Gənc tədqiqatçı Müşfiq Çobanlı da elə həmin üsulla ayrıca bir bölgənin-qədim saz-söz yurdu Borçalının söz yaradıcılığını araşdırmaq istəmişdir. Bu günlərdə “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş kitabını, o, “Çağdaş Borçalı Ədəbi Məktəbi” adlandırmışdır.
Kitabın birinci fəslində qədim türk tayfa və qəbilələrinin Borçalıda məskunlaşması tarixinə qısa bir nəzər salınır. Borçalı ədəbi mühitinin dünəni və bu günü açıqlanır. Hiss olunur ki, Borçalı ədəbi mühitinin özünəməxsus yaradıcılıq ab-havası vardır və onu araşdırmağa dəyər. Doğrudur, “Borçalı ədəbi məktəbi”, yaxud “Borçalı ədəbi mühiti” -hər ikisi vədli anlayışlardan və adi bölgə səviyyəsindən bəlkə də yüksək səslənir.
“Ozan dünyamız” adlanan ikinci fəsildə Borçalı aşıqlarının və el şairlərinin söz yaradıcılıqlarından bəhs olunur. Borçalı üçün “ədəbi məktəb” ifadəsini işlətmək nə qədər məsuliyyətlidirsə, “aşıqlıq məktəbi”nin varlığını etiraf etmək bir o qədər ədalətlidir. İndi budur, sənətin sazdan və oxumaqdan sonra üçüncü tərəfi sayılan sözdən, söz qoşmadan söhbət açılır. Həyatları xalq arasında müxtəlif rəvayətlərlə əfsanələşdirilmiş el şairləri anılır.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:11:36 +0000
SEVGİNİN KİTAB-KİTAB DİLLƏRİ https://turan.info.az/media/990-sevgnn-ktab-ktab-dllr.html https://turan.info.az/media/990-sevgnn-ktab-ktab-dllr.html SEVGİNİN  KİTAB-KİTAB  DİLLƏRİ
Tanıdığım, özü də yaxşı tanıdığım adamlar haqqında çətin danışıram. Və bu zaman belə bir düsturla istər-istəməz razılaşmalı oluram. Hər hansı bir subyekt haqqında daha çox məlumata malik olmaq, informasiya bolluğu, nə qədər paradoksal görünsə də, informasiyasızlığa, məlumatsızlığa bərabərdir.
Müşfiq Çobanlı. Desəm ki, Müşfiqi on iki yaşından tanıyıram, kimsəyə qəribə gəlməsin. «Azərbaycan müəllimi», «Gənc müəllim» qəzetlərində dördüncü, beşinci sinif şagirdi M.Çobanovun ədəbi mədəni tədbirlər, xüsusilə məktəb tədbirləri haqqında məlumatları dərc olunan günlərdən. Çox ola bilər ki, bu adın diqqətimi çəkməsinin bir səbəbi də onun soy adı ilə bağlı olub. Və bu, daha başqa söhbətin mövzusudur. Tale elə gətirib ki, ilk gəncliyimdən Müşfiqin doğulduğu Darvaz kəndini uzaqdan da olsa, görə bilmişəm.
...70-ci illərin əvvəlləri idi. Tələbəlik dostlarım Əlixan Əhmədoğlu və Bədirxan Əhmədli (sonralar filologiya elmləri doktoru, professor) ilə Başkeçidə, onların kəndinə qonaq getmişəm. Azərbaycan Gəyliyən kəndinin axar-baxarını gəzmişəm. Kəndin başının üstündəki dağa qalxıb aşağıda - vadidə sıx meşələrin arasında elə lap uzaqdan adamın gözünü oxşayan abad kəndə - Darvaza baxmışam. Darvaz kəndinin tarixi çox qədimdir. Elə bu adın özü qədər. Və Darvazdan da təkcə Gürcüstanın mərkəzinə yox, Azərbaycana, paytaxt Bakıya, eləcə də Rusiyanın ünlü şəhərlərinə həmişə abad yol olub. Mən bu abad yol anlamını Darvazın adını məşhurlaşdıran, başını uca edən şəxsiyyətlərin mahiyyətində görürəm.
...Müdriklərdən də eşitmişəm. Özüm də həyatımda müşahidə eləmişəm. Qırx yaşdan sonra insan daha çox özü haqqında düşünür. Yox ki, bu gün ölərəm, ya sabah... İnsan özünə hesabat verir. Nə iş görmüşəm, necə yaşamışam? Məni insanlar olmadığım zamanlarda necə xatırlayacaqlar... İnsan öz əməllərini saf-çürük edir. Özünü dərk edən, özünə hesabat verməyi bacaran insandan söhbət gedir. Beləsinin qarşısında ciddi məsələlər dayanır. Boş keçən, havayı axıb gedən zamanın yerini doldurmaq, ehtiyatda qalan enerjini insanlar üçün faydalı olan əmələ sərf etmək... budur insanı düşündürən. Və təbii olaraq M.Çobanlının da çox ciddi bir narahatlıqla çalışmalarının məğzində elə bu həqiqəti görürəm. Müşfiq kimilərinə bizim tərəflərdə «civədir, bir yerdə dayana bilməz» - deyərlər. Kimyanı bilmədiyim zamanlarda düşünərdim ki, bu civə nə olan şeydir? Niyə insanı civəyə bənzədirlər və özü də hamını yox, tək-tək adamları. Qoçaq, bacarıqlı, işgüzar adamları. Şübhəsiz, bu bənzətmənin el dilinə haradan, nədən gəldiyini biləndən sonra belə civə adamları özüm də gördüm. Onların daxili-mənəvi aləmindəki tükənməz enerjini hiss etdim, duydum. Və istər-istəməz belələrinə qarşı məndə səmimi bir qibtə hissi də yarandı. Əksər hallarda civə adamlar ömürlərini ən faydalı, insanları sevindirən əməllərə sərf edirlər.
...Hərdən düşünürəm ki, insanın ömürlüyü (tərcümeyi-halı), yaşamı elə onun əməlləridir. Xüsusilə, yaradıcı adamın - yazıçının, alimin, tədqiqatçının, jurnalistin yaşamını başqa harada, nədə axtarmaq olar? Yaradıcı adamın ömrünün mənası kağızlara köçürülmüş sözlərdədir. Elə həm də ömrünün yolu, həyatının hamısı. O başqa məsələdir ki, qələm sahibi, ziyalı, tədqiqatçı, alim, yazıçı hansı dövrdə doğulub, hansı mühitdə dünyaya göz açıb, necə böyüyüb, hansı mənəvi məktəbdən keçib? Tərbiyəsinin, təhsilinin istiqaməti... bütün bunların hamısının qələm adamının taleyinə dəxli var. Elə bu mənada, sözün üstündən keçmədən demək və iddia etmək olar ki, Müşfiq xoşbəxt bürc altında doğulub. Darvaz kimi zəngin etnoqrafik ənənələri olan bir kənddə, Borçalı kimi saz-söz mühitində. Və ən başlıcası, Mədəd Çobanov kimi görkəmli Azərbaycan aliminin ailəsində. Bütün bunlar onun xoşbəxt bürc altında doğulmasını təsdiqləyən əlamətlərdir. Gözünü açanda atasının əlində qələm görüb. Söz bayramı ilə dünyaya gəlib. Sözün ruhunu zaman-zaman, bəlkə də özü hiss etmədən ruhuna köçürüb. Elə bu hisslərin təsiri altında Darvazdakı Novruz şənliyi haqqında yazdığı xəbərə Dədə Qorqud ovqatı gətirib. Müşfiqin yolu belə açılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Və təhsil illərində Azərbaycanın görkəmli alimləri, dilçilər Afad Qurbanovdan, Nizami Xudiyevdən, Qəzənfər Kazımovdan, ədəbiyyatşünaslar Abbas Hacıyevdən, Xeyrulla Məmmədovdan, folklorşünaslar Mürsəl Həkimovdan, Paşa Əfəndiyevdən, ... dərs alıb. Tələbəlik illərində hələ orta məktəbdən başladığı tədqiqatçılığını davam etdirib. Qələmi bir qədər də itilənib, yazısı daha da cilalanıb.
Ali məktəbi bitirdikdən sonra Müşfiq Bakıda qalıb. Bəlkə də, onun bir tədqiqatçı kimi, bir qələm əhli kimi formalaşmasında Bakı mühitinin rolu əvəzsizdir. Və onun bu seçiminə də qətiyyən etiraz etmirəm. Amma eyni zamanda deyirəm ki, Müşfiq bütün varlığı ilə Borçalıya qayıdıb. Hər axşamında günəşin qürubunu Darvazda görüb, dan üzünü qədim türk torpaqlarında, elə Borçalı ellərində açıb.
Təsadüfi deyil ki, onun işıq üzü görən çoxlu sayda kitablarının demək olar ki, hamısı Borçalı mühitilə bağlıdır.
Müşfiqin ilk tədqiqat əsərlərindən biri «Gürcüstanda Azərbaycan mətbuatı» («Ziya»dan «Çənlibel»ədək, 1878-1998) 120 illik bir dövrü tədqiqat obyekti seçmək, mənbələri araşdırmaq, arxiv sənədləri ilə tanış olmaq, bir çox hallarda mətbuata və elm aləminə məlum olmayan faktları üzə çıxarmaq onun araşdırmalarının çətinliyini, məsuliyyətini və tədqiqatçı inadını təsdiqləyən amillər kimi son nəticədə dəyərli bir əsərin ərsəyə gəlməsinə səbəb olur.
Müşfiq bu əsərində XIX əsrin demək olar ki, bütün mərhələlərini araşdırıb: «Bu baxımdan XIX əsrin 20-ci illərində «Zaqafqaziya»nın inzibati-mədəni mərkəzi olan Tiflisdə rus dilində nəşr olunan ilk mətbuat orqanı - «Tiflisskiye vedomosti» (1828-1832) qəzeti böyük əhəmiyyət kəsb edir. (N.N.Zeynalov. Azərbaycan mətbuatı tarixi. (I hissə) Bakı, 1973. səh.7). Nəinki Tiflisdə, eləcə də bütün Qafqazda rus dilində çıxan bu ilk qəzet mədəniyyət və mətbuat sahəsində böyük canlanma yaratmışdır. Qəzetdə həmin dövrdə baş verən hadisələr haqqında, eləcə də B.Marlinski, V.Qriqoryev, P.Sankovski, Q.Qordeyev, V.Suxorukov və başqalarının yazıları ilə yanaşı həm də, «Abbasabad mühasirəsinin təsviri» (1829, ¹27, 30), «Müasir tarix: Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında» (1829, ¹38, 43), «Moskvalı dostuma məktub» (1830, ¹25, 53 və b.), «Qarabağ əyalətinə tarixi baxış» (1830, ¹86), «Car və Balakən vilayətlərinə səyahət» (1830, ¹81-83) və s. məqalələrdə Azərbaycan haqqında, azərbaycanlıların məişəti, yaşayış tərzi və s. haqqında məlumatlar verilir, xalqımızın şifahi və yazılı ədəbiyyatları haqqında söhbət açılırdı. A.Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi» (səh.11). Azərbaycan ədəbiyyatşünaslığının nəhəng simalarından biri, akademik Kamal Talıbzadə, tədqiqatçı, jurnalist İsmayıl Ömərov M.Çobanlının bu tədqiqat əsərini yüksək qiymətləndirir, nəşrini alqışlamışlar. Kitabın elmi redaktoru Əməkdar elm xadimi Nizami Xudiyevdir. Bu dəyərli əsərin praktik əhəmiyyətini professor Abbas Hacıyev də yüksək qiymətləndirib: Müşfiq Çobanlı «Ziya»dan Çənlibel»ədək - Gürcüstanda Azərbaycan mətbuatı» (1878-1998) əsərində diqqəti cariliyə, klassik mədəniyyətin təbliğinə vermişdir. Tiflisdə 1838-ci ildə «Zaqafkazskiy vestnik» qəzetinin nəşrə başlaması, az sonra onun gürcü və Azərbaycan dilində «Qafqazın bu tərəflərinin xəbəri» adı ilə buraxılması, XIX əsrin 40-cı illərində M.F.Axundovun M.Ş.Vazehlə birlikdə qəzet çıxarmaq, mətbəə yaratmaq təşəbbüslərinin baş tutmaması Müşfiq Çobanlının diqqətindən yayınmamışdır. O, «Qafqazın bu tərəfi»nin səsinin dövlət məlumatlarını, fərmanları, qərar və qanunnamələri, Azərbaycan dilində yayan bir orqan olduğunu - deyəndə səhv etməmişdir. Müşfiq Çobanlı onu da doğru söyləmişdir ki, «Tiflis əxbarı», «Qafqazın bu tərəfinin xəbəri» və rus dilli «Qafqaz» hələ milli mətbuatın yaranması, təşəkkülü demək deyildi. 1868-ci ildə qəzet çıxarmaq istəsə də, Həsənbəy Zərdabi yeddi il gözləmiş «Əkinçi»nin nəşrinə ancaq 1875-ci ildə icazə ala bilmişdir». A.Hacıyevin qeyd etdiyi kimi, M.Çobanlı bu əsərində 1847-ci ildə Tiflisdə Azərbaycan dilli ilk rəsmi dövlət məktəbinin açılmasını, 1872-ci ildə Paronbəyov Karvansarasında ilk tamaşaların göstərilməsini, burada Azərbaycan teatrının əsasının qoyulmasını, eləcə də «Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül», «Şərqi-Rus» və s. mətbu orqanlar haqqında məlumat vermiş, Müşfiqin özünə xas tədqiqat dili ilə bu mühüm mədəniyyət hadisələri ilə bağlı araşdırmalar kitabda öz əksini tapmışdır. Müşfiq tədqiqatçı kimi arxivdə işləməkdən qorxmur, yaxşı bilir ki, ən tutarlı sözün, hökmün qaynağı arxiv sənədləri ilə bağlıdır.
Bir maraqlı kitab da diqqətimi çəkir - «Çağdaş Borçalı ədəbi məktəbi» (1994). Kitabın nəşr ili çox şey deyir. Bu, o zaman idi ki, Zviad Qamsaxurdiya avantürasının dumanları hələ tamam çəkilməmişdi. Borçalıda yurdun tarixi sakinlərinə təzyiqlərin arası səngimirdi. Təsadüfi deyil ki, belə bir vaxtda M.Çobanlı Borçalı ədəbi mühitini tədqiqata cəlb etmiş, dövrün, zamanın ən çətin məqamında yurda mənəvi dayaq olmaq, insanları inamına, ümidinə qaytarmaq yolu seçmiş və özü də çətin olsa da, bacarıb başa gətirəcəyinə inandığı bir işin qulpundan yapışmışdır.
Müşfiq bütün bunların hamısını yaxşı bilirdi. Elə ona görə də Borçalı ədəbi mühitilə bağlı dəyərli tədqiqatının elə ilk səhifələrindəcə ürək ağrısı ilə yazırdı: «Bu gün böyük çətinliklərə mərdliklə sinə gərərək, yarım milyondan çox soydaşlarımızın sabaha inam və ümidlə ömür sürdüyü, qədim saz-söz yurdu Borçalı mahalında neçə-neçə ustad aşıqlar, istedadlı şairlər, nasirlər, işgüzar alimlər, zəhmətkeş tədqiqatçılar, prinsipial tənqidçilər, qələmləri qılıncdan da kəsərli olan publisistlər, zəhmətkeş və həqiqətsevər jurnalistlər, dostluq carçıları olan bədii tərcümə ustaları və b. yaşayıb-yaradır, çağdaş ədəbiyyatımızın Borçalı qolunu layiqincə təmsil edir, Borçalı ədəbi mühitini gündən-günə zənginləşdirir, inkişaf etdirirlər. Onların bədii yaradıcılığı artıq nəinki Borçalıda, Gürcüstanda, həmçinin onun hüdudlarını belə aşaraq Azərbaycanda, hətta son vaxtlar Türkiyədə, İranda və digər Şərq ölkələrində də oxucuların hörmət və rəğbətini qazanmışdır. Bu da təsadüfi deyildir. Axı «ot kökü ütsə bitər», - deyib ata-babalarımız...» (səh.5). Müşfiq təbiətən qaynar ruhlu qələm adamıdır. Poetik ruhu olan publisistdir. Onun nəsrində də, publisistikasında da, elmi tədqiqatlarında da alim gözü var, elmi nəzər var. Və əlbəttə, bu keyfiyyətlər birləşəndə ziyalının qələmi daha kəsərli olur, yazıları daha oxunaqlı olur. İmzası oxucunu öz cazibəsinə çəkə bilir.
«Çağdaş Borçalı ədəbi məktəbi» kitabı bir neçə fəsildən ibarətdir. Birinci fəsildə Azərbaycan türklərinin Borçalıda məskunlaşması tarixinə nəzər salınır, Borçalı toponimi haqqında mülahizələr irəli sürülür, Borçalı ədəbi mühiti dünən və bu gün icmalı verilir, sonra müvafiq bölmələr üzrə «Borçalı qələmi»ni təsnifat edir. Əlbəttə, ilk yer Borçalı aşıqlarınındır. Kitab həm də ensiklopedik xarakter daşıyır. Çünki bu kitabda ozan dünyamızın, dünyanın söz allahı olan şairlərin Borçalıda yaşayıb-yaradan nəsr ustalarının, ədəbiyyatşünas və tənqidçilərin, qələmi qılıncdan kəsərli olan publisistlərin, tərcümə ustalarının haqqında ilkin mənbədən gələn məlumatlar əsasında dəyərli, bitkin yazılar verilir, ədəbi örnəklər diqqətə çəkilir.
Mənim zənnimə görə, M.Çobanlının çox dəyərli kitablarından biri də filoloqlar, tədqiqatçılar, müəllimlər və gənclər üçün nəzərdə tutulmuş «M.P.Vaqif və Gürcüstan» kitabıdır. Kitabın həcmi o qədər böyük olmasa da, elmi siqləti çox tutarlı mənbələrə əsaslanması ilə xüsusi əhəmiyyət kəsb edir. İstifadə olunmuş ədəbiyyat göstəricisi təsdiqləyir ki, müəllif kitabı ərsəyə gətirənə qədər mövzu ətrafında çox güclü hazırlıq işləri görmüş, dərin tədqiqat aparmışdır.
Müşfiqin kitabları çoxdur. Amma onun yaradıcılığının iki istiqamətini müəyyənləşdirən kitabları haqqında da qısa da olsa danışmağa ehtiyac var. Müşfiqin dastan yaradıcılığı da diqqəti cəlb edir. Buna təbii baxıram. Axı o, Borçalı mənəvi mühitinin yetirməsidir. Onun ruhunda saz həmişə var. İnsanın mənəvi aləmi formalaşma dövründə hansı ruh üstə köklənirsə, bütün ömrü boyu, zaman-zaman həmin aləmə qayıtmağa can atır. «Dünyamalı Kərəmin poeziya dünyası» kitabı bir qədər tədqiqat xarakteri daşısa da, müəllif tədqiq elədiyi, təqdim eləməyə hazırladığı ədəbi simanı bir dastançılıq əhvalı ilə göstərir: «Dünyamalı Kərəmin yaradıcılığının əsas ruhunu Vətən, xalq məhəbbəti, ata-ana, el-oba sevgisi, sülh, əmin-amanlıq, duünyanı narahat edən fitnə-fəsadlara nifrət, insanların düşüncələri... təşkil edir. Onun dili rəvan və ifadəli olub oxucuya emosional təsiri bağışlayır». Bu cümlələr göstərir ki, Müşfiqin özünün də dili elə həmin ruh üstə köklənib. Görünür, yurda sevgidən, Vətənə sevgidən qaynaqlanan ziyalıların mənəvi mühitində oxşarlıq çox olduğu kimi, dilləri də eynidir. Təkrar eləməyə ehtiyac olmasa da, Müşfiqin yurda bağlı sənətkar, Vətənə, el-obaya bağlı tədqiqatçı olduğunu «Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri» kitabından da görmək olar.
Müşfiq bəzən öz kitablarında ayrı-ayrı ədəbi simaların ədəbi örnəklərinə çox geniş yer verir. Bunun da mənəvi-psixoloji səbəbi var. Sanki o bilir ki, zəngin Borçalı mühitinin sərvətlərini daşıyıb gətirmək, Azərbaycan xalqının özünə, daha etibarlı əllərə tapşırmaq üçün bir insan ömrü bəs eləməz. Elə bu səbəbdən də Borçalıda yaranan, bir çox hallarda müxtəlif səbəblərdən Borçalıdan kənara çıxa bilməyən tükənməz mənəvi sərvətləri qucaq-qucaq, daha dəqiq desək, kitab-kitab daşıyıb gətirmək, Vətəninə, xalqına əmanət eləmək istəyir. Nəhayət, Müşfiqin çoxcəhətli yaradıcılığının bir istiqaməti də onun bədii nəsr sahəsində qələmini sınamasıdır: «Otuz bir yaşım var, subayam hələ... Hələ sevə bilmirəm. Nə də evlənə...» Təkcə bu cümlələr bəs eləyir ki, onun lirik nəsr sahəsində yolu var və nə vaxt istəsə ruhundan gələn nəsr çayı ilə axıb bu böyük ümmana qoşulmaq istəsə, bu ümman ona qucağını açacaq. Özü də böyük sevgi ilə. «Məhəbbət həyatdır» (1996) kitabında Müşfiqin povest və hekayələri toplanıb. «Sevirəm səni, oxucum» deyəndə mən Müşfiqin sözünə inanıram. Çünki Müşfiq həyatının mənasını bu sevgidə görür. O, bu gün Azərbaycan mətbuatında tanınmış jurnalist, sözü eşidilən publisist və çox bacarıqlı mətbuat təşkilatçısıdır.
...Civə adamlar. Deyəsən, yazıda belə bir ifadə işlətmişdim. Civənin başqa kimyəvi xüsusiyyətləri, iqtisadi əhəmiyyəti barədə danışmaq mənim işim deyil. Amma həm də civənin termometr adlanan cihazda insanın hərarətini göstərən xüsusiyyəti var.
Müşfiq güclü enerji daşıyıcısıdır.
Hər bir ziyalı cəmiyyətin əsəridir. Cəmiyyət onu necə yaradıb, necə cilalayıb? Həyata, mübarizəyə hansı güclə göndərib?.. Bunu hər kəsin özü əməli ilə, yaradıcılığı ilə deyə bilər.
Əli Rza XƏLƏFLİ,
“Kredo” qəzetinin Baş redktoru,
“Kredo” qəzeti, 10 mart 2012-ci il./
¹ 43 (273) Oktyabr, 2012-ci il.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:09:10 +0000
Bu tədqiqatın yaşı az... https://turan.info.az/edebiyyat/edebiyyatshunasliq/190-bu-tdqiqatn-ya-az.html https://turan.info.az/edebiyyat/edebiyyatshunasliq/190-bu-tdqiqatn-ya-az.html Bu tədqiqatın yaşı az...Qəlbimizin ən yaralı yerlərindən olan
qədim Borçalı elinin fədakar oğlu,
tanınmış tədqiqatçı-filoloq
Müşfiq Boraçalı
nın qələmə aldığı
“Çağdaş Borçalı ədəbi məktəbi”,
"Gürcüstanda Azərbaycan mətbuatı", “M.P.Vaqif və Gürcüstan”, “Borçalı aşıqları”, "Borçalı şəhidləri", "Borçalı ulduzları", "Borçalı həkimləri", “Borçalıda Dədə Qorqud izləri”, “D.Kərəmin poeziya dünyası”, "Şairlər Dünyanın söz Allahıdır!..", “Mayqa Mətin", "Mədəd Coşğunun yaradıcılığında ğzünəməxsusluq", "Butalar Butası Səadət Buta", 3 cildlik "Sazlı-Sözlü Başkeçid"

və adını çəkmədiyimiz digər kitabları
ədəbi-elmi ictimaiyyəti və eləcə də
geniş oxucu kütləsini nə qədər qatı açılmamış məsələlərdən agah etmişdir.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:08:45 +0000
GÖYƏRƏN ARZULAR https://turan.info.az/gurcustan/borchali/991-gyrn-arzular.html https://turan.info.az/gurcustan/borchali/991-gyrn-arzular.html GÖYƏRƏN ARZULAR Adi, zəhmətkeş, sadə bir ziyalı ailədə göz açdı. Böyüdükcə o zəhmətkeş ab-havadan içinə çəkdi, uddu, onunla pərvəriş tapdı. Günlər, aylar, illər keçdikcə içinə toxum kimi düşmüş o zəhmət adlı damla onunla bir yerdə böyüdü, cilalandı, itiləndi və konkret, möhkəm bir formaya, həyatının başlıca prinsipinə çevrildi. Yorulmaq bilmədən oxudu, öyrənmək, şüurunda nə isə yeni bir qapı açmaq üçün gah gizli, gah aşkar şəkildə əziyyət çəkib axtarışlar apardı, zəhməti özünə ən yaxın dost, kitabları özünə ən məhrəm sirdaş, əməyi özünə ən vacib vasitə bildi həyatda.
..Hələ orta məktəb şagirdi idi - Müşfiq Borçalı. O zamankı "Azərbaycan pioneri" qəzetinin abunəçisi, daimi oxucusuydu. Qəzetin hər bir nömrəsi ürəyini riqqətə gətirir, bütün yazılarını hava kimi, su kimi canına çəkir, özünü ayrı-ayrılıqda bütün yazıların istər qəhrəmanlarının, istərsə də onların müəlliflərinin yerində hiss edir, onların yaşantılarını öz qəlbində, özünü isə onların məkanında, vəziyyətində qeyri-iradi olaraq duyurdu. Və bundan doğan bir vəcddən irəli gələrək bir də gördü ki, özü də bu qəzetin yazarına çevrilib. Sirli-sehrli Bakıdan doğma Gürcüstana - qədim Borçalı mahalının ucqar Darvaz kəndinə qanad açıb yetişən bu qəzetin hər bir nömrəsi onun üçün artıq yeni bir məna kəsb edirdi. O artıq özünü qaynar şəhərin bir damlası kimi hiss etməyə başlamışdı. Ancaq bütün bunları elə bil gizli, mübhəm bir sərvət, dilə gəlməyəsi bir səadət kimi qoruyurdu hamıdan, lap elə ata-anasından da... Lakin hər bir xəlvəti görülən işin ömrü çox məhdud, qısa olduğu kimi, bu sirrin də sirr olaraq yaşaması çox az çəkdi. Qəzet nömrələri əlinə keçmiş ata oğlunun da onun yolu ilə getmək - filoloq olmaq istəyini bildikdə əvvəlcə narazılıq etdi. Bəlkə də o oğlunu gələcəyin həkimimi, mühəndisimi, ya memarımı görmək istəyirdi. Fəqət, tale yazan belə yazmışdı. Atanın damarlarında axan qan nə qədər güclü idisə, o məhz oğluna da sirayət etmişdi.
...İllər keçdi... Tale onu əvvəlcə Tbilisi Dövlət Pedaqoji Universitetinə, əsgəri xidmətini başa vurub gəldikdən sonra isə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib çıxardı. Elə universitet illərindən qəzetə, qəzetçilərə, onların sadə olduğu qədər də dəyərli, tarixin qatarının əzabkeş təkərləri üstündə nəsillərə yetirən əsrarəngiz işinə bir daha vuruldu, onları əzəldən, içdən gələn bir məhəbbətlə duyaraq, dərk edərək sevdi. Bəlkə də sevərək dərk etdi. Axır ki, bu işi özünə ömürlük yol yoldaşı, ürək dostu, həyat amalı seçdi. Heç yanılmadı da... Axı bunu ona ruhu, damarlarında axan qanı, bir də heç şübhəsiz ki, Tanrıdan gələn, kimsənin, heç özünün də eşidə bilməyəcəyi bir isti pıçıltı qəlbinə, əqlinə hopdurmuşdu.
1990-cı ildə "Ağır elli Borçalı" nuru ilə uzun bir yola çıxan söz, tarix qatarı artıq az qala əsrin dörddə bir zamanı qədərdir ki, axtarışlarla dolu kəşməkəşli bir yoldadır. Xeyir-duasını samballı, ağır elatlı bir məkandan aldığından, sonrakı dayanacaqları da uğurlu, yaşarı, diqqətəşəyan olub bu qatarın. Belə ki, bu qatara bələdçilik edən qəhrəmanımız doğma məkanına - Gürcüstanına müxtəlif prizmalardan, müxtəlif rakurslardan, müxtəlif məqamlardan yanaşaraq, oxucusunu müxtəlif tale və bu taleyin aparıcısı olan şəxsiyyətlərin ömür kitabından olan yarpaqlarla çox dəqiq, konkret faktlarla tanış edir. (Elə buna görə də, “Ağır elli Borçalı” 1996-cı ildə Ərzurumda, 1998-ci ildə Tehranda təkrar işıqüzü gördü). "Çağdaş Borçalı ədəbi məktəbi" (1994) nəfəsində bu mahalın ədəbi mühit tarixinə aydın, işıqlı səyahət varsa, "Gürcüstanda Azərbaycan mətbuatı" (Bakı, 1998, Tehran, 2000) dayanacağında ədəbiyyatımızın və mətbuatımızın tam portretinə baxış var. "M.P.Vaqif və Gürcüstan" (1996) havalı dayanacaq bizi ötən əsrlərə qaytarırsa, "Ə.Ağayevin həyat və yaradıcılığı" (1996), “Əkiz alim qardaşlar” (2001, 2011) oxucunu XX əsr intibah dövründəki elm və təhsilin tam reallığı ilə üz-üzə qoyur. İstər “Borçalı toponimləri” (1996), "Borçalı aşıqları" (Bakı,1997, Tehran, 2000), istər "Borçalı ulduzları" (2001), istər "Borçalı şəhidləri" (1996, 2000, 2002), istərsə də "Borçalı həkimləri" (2002) adı ilə ətrafa tanışlıq səsi yayan qatar bələdçimiz "Bu dostluğun yaşı çox" (1996) salamı ilə onu dinləyənlərin əlini bir daha və bir daha Gürcüstanla Azərbaycan arasında salınan körpüdə sıxır. "Borçalı şəhidləri"nə (1996) hüzn saxlanan dayanacaq yerini "Məhəbbət - həyatdır" (1992, 1996) dayanacağına verirsə, qarşıdakı Dədə Qorqudun 1300 illik yubilyinə həsr olunmuş "Qəhrəmanlıq dastanı" (2000) harayı bütün türkdilli xalqların vüqar yerinə, qürur nöqtəsinə çevrilir. Hələ neçə-neçə dayanacaqdan boylanan, bizlərə əl edən şəxsiyyətlər tarixin lokomotivinin üzərinə öz dərin möhürlərin qoymuşlar.
"Arzu toxum kimidir... Ürəyə düşdüsə - göyərməlidir!" - deyir Müşfiq müəllim. Elə ürəyinə düşən layiqli, həyat vəsiqəsi almağa real namizəd olmalı arzularını davam olaraq ürəyində göyərdib. Arzularının xəmiri həyat nuru ilə yoğrulduğundandır ki, görkəmli alimlərimiz, elm adamları bu sükan sahibinə dəfələrlə öz etimad və diqqətlərini bildiriblər. Adı Azərbaycan ədəbiyyatının tarixində tarixiləşən, hətta bu tarixin belə səcdə etdiyi akademik Kamal Talıbzadə, professorlar Şamil Qurbanov, Əflatun Saraclı, Abbas Hacıyev, Vəli Osmanlı, Mürsəl Həkimov, Alxan Bayramoğlu, Mustafa Mustafayev və başqaları arzularını toxum kimi göyərdən söz araşdırıcısını dəfələrlə qələmlərilə salamlamış, onun yaradıcılıq yoluna bol-bol uğurlar diləmişlər.
Ziddiyyət, maneələrlə dolu həyatımız yaradıcı insanların həyatında öz ağrılı izlərini xüsusilə qoymuş və qoymaqdadır. Heç şübhəsiz ki, bu maneələr çəkişərək bərkişən bəşər övladının xislətində bir möhkəmlik, əzimkarlıq yaradır. Eyni zamanda bu maneələri təhlil süzgəcindən keçirən yazar bunlara yaradıcılığının işığını salmaqla bərabər, oxucularını, nəsilləri bu həyatın hər bir tərəfi ilə tanış edir, başqa sözlə, onlara həyat dərsi keçir. Digər tərəfdən isə maneələrdən mütəmadi olaraq dizləri qanayan, qəlbi göynəyən yaradıcı insan dikəlməyə sərf etdiyi enerjini elə bu başdan yaradıcılığına sərf etsə, neçə-neçə yeni səhifələr açmış olar elm səltənətində, sənət məmləkətində. Ancaq heyhat, bütün pis işlər yaxşılığa doğru apardığı kimi, günəş də dağların arxasından çıxdıqda xüsusilə əsrarəngiz olur.
- Bəs Müşfiq müəllim qarşıdurmalar vaxtı danışmağa daha çox üstünlük verir, ya susmağa? Ümumiyyətlə, siz qarşı tərəfin cavabını daha çox hansı üsulla verməyi lazım bilirsiniz?
- Mən hər bir işi öz vaxtında, məqamında görməyə iddialıyam. Vəziyyət necə tələb edirsə, elə də edirəm. Ancaq həmin vaxtda susmağımla çox şey deyirəm. Hətta üsyan edirəm.
- Sizin anlamınızda susmaq qızıldırsa, bəs susdurulmaq ne\cə?
- Xoşbəxt o insandır ki, az danışmağıyla mühitinə çox şey anladır. Bu, sözsüz ki, onun əhatəsinin səviyyəsiindən xəbər verir. Bu öz yerində. Ən bədbəxt adam da yenə də çox susan adamdır. Çünki insan anlanmadığını bildiyi çox məqamlarda da susur. Bu sanki mənfi sonsuzluğun müsbət sonsuzluğa bərabər olmasına bənzəyir. Yəni belə məqamlar varsa, susmaq ən qəbuledilən variantdır. Bir də var "susdurulmaq". Bu isə hazır təcavüzdür - psixoloji təcavüz. Belə hal uzun sürə bilməz. Bu kimi təzyiqin, təcavüzün yolu gec-tez vulkan püskürən, lava saçan bir ocaqdan keçəcək.
- İlk sevinciniz. Onu kimlə bölüşmüsünüz? Ümumiyyətlə, sevincinizi bölüşdürməyi xoşlayırsınızmı? Bəs qəminizə necə, ortaq axtarırsınızmı?
-İlk sevincim nə vaxt olub xatırlamıram. Körpə qəlbinin sevinci nə olursa, mənim də eləcə olub. O sevinci yəqin ki, dilə gətirə bilməyib elə özümlə paylaşmışam. Artıq şüurlu həyatımda isə, bəli, sevincimi bölüşməyi çox xoşlayıram. İlk növbədə cəmi əzizlərimlə. Qəmimə isə - xeyr, qətiyyən ortaq axtarmıram. Bu mənim xasiyyətim xaricində olan bir işdir. Ancaq ümumiyyətlə götürdükdə isə həyat elə sevin\cdən, gözəllikdən ibarətdir, başa düşən üçün.
"Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən.
Özün bir zərrə gözəllik yarada bilsən".
- Sizin üçün sevgi anlamı nədir?
- Sevgi vətəndir, Vətən isə məndən başlanır. Böyük mənada sevgiyə möhtacıq. Ona görə ki, Vətən darda, bizsə Borçalıdan uzaqlarda. Belə olan halda, hansı sevgidən danışmaq olar?
- Bəs zövqü nədən alırsınız?
- Əlbəttə, işimdən - yazmaqdan, oxumaqdan, yeni bir sətir yaradıb, yeni bir sətir oxumaqdan.
- Sizin üçün bahar doğmadır, ya payız?
- İstər təbiətin, istərsə də insan həyatının bütün mərhələləri gözəldir. Payız olmazsa arxasınca bahar gətirən qış da olmaz. Gözlərimiz yaşarmasa, dost barmaqlarının bu yaşı siləcək kimi bir etibarlı anları da yaşamarıq.
-Amansız illər başımızın üstündən bir ley kimi uçduqca, ömrümüzü kiçicik anlara, məqamlara bölərək həmin o zərrələri, onunla birlikdə isə o anların yaşantılarını, qazancını əlimizdən, könlümüzdən qoparır. Bəs illər sizdən nəyi qopara bilməyib?
- Buna bircə kəlmə ilə cavab verirəm - xasiyyətimi, xarakterimi, Tanrıdan gələn, ata-anamdan bölünən xarakterim bütün yumşaqlığı, mülayimliyi, yeri gələndə sərtliyi ilə bütövdür.
- Keçən günlərinizin nostaljisi yaşayırmı sizdə? Və ya keçən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi?
- Mən optimist insanam. Ancaq xəyalpərvər də deyiləm. Gələcəyə böyük ümidlərlə baxıram. Lakin gələcək günlərim keçmişdə itirdiklərimi qaytarmış olsaydı, bəlkə də o barədə düşünərdim..
- Sizcə, "görünməzlər"in içində yaşayıb "görünən" olmaq yaxşıdır, ya əksinə, "görünən"lərin içində mövcud olub bəli, məhz mövcud olub -"görünməz" olmaq?
- Hə, o da baxır obyektinin "görünən"in kimliyinə. Ancaq onu dəqiq bilirəm ki, işim məndən nəyi, harada olmağı tələb edirsə, mən də orada o işi görməliyəm. Bu istər dağ kəndi olsun, istərsə də uzaq xaric, əsas odur ki, bir subyekt kimi yerimdə olum, işimi də vicdanla yerinə yetirim.
- Həyatın axını, seli, sizcə, öndə nəyi gətirir? Burulğana düşməmək üçün nə etmək lazımdır?
- Əlbəttə, çör-çöpü, işlər tərsinə fırlanıb arxadakılar öndə peyda olanda nə baş verirsə, sel də gələndə o baş verir. Ancaq sel gətirəndən bərəkət ummazlar. Sellə gələn, yellə gedər, - deyib ata-babalar. Burulğana düşməmək üçün isə yalnız haqq yoluyla getməlisən.
- Yusif Sərrac kimi bir günlük padşah olsaydınız, ilk növbədə hansı islahatları aparar, nəyi önə çəkər, nəyi rədd edərdiniz?
- Əlbəttə ki, bütün müftəxorların (varlıların yox ha, müftəxorların!) dövlətini kasıblara (tənbəllərə yox, kasıblara!) verərdim. Ancaq onu da deyim ki, müftəxor hələ vəzifəli demək deyil. Bu, xislət xəstəliyi, can-qan ətalətidir.
- Qaranlıqda yolu azsanız, it hürən tərəfə gedərdiniz, ya işıq gələn tərəfə?
- Əlbəttə işıq gələn tərəfə. Çünki işıq - nurdur, nur isə zülmətlərdən qurtuluş açarıdır. İşıq gələn tərəfdə hər hansı aldadıcı işarə olsa da, onun özü ona üz tutana yardımçı olub çıxış yoluna nur səpəcəkdir.
- Ürək ağlın açarıdır, ya əksinə ağıl ürəyin?
-Gəlin özümüzü aldatmayaq, real düşünək. Hamı, eyni zamanda da mən çox istərdim ki, ağıl ürəyin açarı olsun. Ancaq heyhat... Bu demək olar ki, mümkünsüz olur. Ancaq əlbəttə ki, söhbət Əsl ürƏkdən, içində qəlbi, ruhunda könlü olan ürƏkdən gedir. Daha yumruq boyda ət parçasından yox.
- Həyatınız məhəbbətdir, ya məhəbbətiniz həyat?
- Mənim həyatım başdan-başa elə məhəbbətdir. Əslində bunlar elə bir-birini izləyən, tamamlayan anlamlardır. Ancaq yenə də mənim həyatım məhəbbətini yaratmış, bütövlükdə də ona çevrilmişdir. Başqa sözlə, məhəbbətim həyatımın törəməsi, inikasıdır. Həyatım isə məhəbbətimin canlı ştrixləri, eskizidir. Elə buna görə də hələ 20 il əvvəl nəşr olunan kitabımı da elə beləcə “MƏHƏBBƏT HƏYATDIR!” adlandırmışdım...
- Yeni ilə yeni planlarla qədəm qoydunuz, ya ötən ilin qayğıları ilə?
- Sözsüz ki, operativ, mobil insan necə, mən də elə. Yəni ancaq və ancaq yeni planlarla. 30 yaşımı 30 kitabımla qeyd etsəm də, əfsus ki, 40 yaşımda onları 40-a çatdıra bilməmişdim. Ancaq söz verirəm ki, ömrümün 45-ci qapısını 45-ci kitabımla döyəcək, 45-ci kitabımla salamlayacağam. Elə bu yaxınlarda 5 kitabım dalbadal işıqüzü gördü: “Dünyamalı Kərəmin poeziya yaradıcılığı, “Şairlər Dünyanın Söz Allahıdı...”. “Aşıq Hüseyn Saraclı və onun Yaylaq səfəri”, “Əkiz alim qardaşlar” və “Borçalının ağbirçək anası”. İnşallah, bu yaxınlarda daha iki kitabım işıqüzü görəcək.
- Biz əvvəlcədən Sizi ürəkdən təbrik edir və Sizə yeni-yeni uğurlar arzulayırıq! Müşfiq müəllim, bəs hansısa verilməyən sualın cavabı ürəyinizdə qaldımı? Hansı cavabınız sualdan qabaq doğuldu?
- Yox, yox. Cavablandırdığım bütün suallarda həyatım əhatələndi, duyğularımın qapısı döyüldü. Suallar göstərdi ki, həyat təcrübəniz zəngin, duyğularınız hərtərəflidir. Bunun üçün və eləcə də mənə ünvanladığınız xoş arzular üçün sizə səmimi təşəkkürümü bildirirəm.
- Qarşılıqlı... Yeni uğurlarınızın sorağıyla...
Gülgəz NUR,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Kredo” qəzeti,
11 fevral, 2012-ci il.

¹ 43 (273) Oktyabr, 2012-ci il.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:07:33 +0000
EMİN AĞA BORÇALI (1868-1937) https://turan.info.az/gurcustan/bolnisi/2231-emn-aa-borali-1868-1937.html https://turan.info.az/gurcustan/bolnisi/2231-emn-aa-borali-1868-1937.html EMİN AĞA BORÇALI (1868-1937)
1828 – ci ildə Qacarlarla Rusiya arasında imzalanmış Türkmənçay barışığı ilə Azərbaycanın Arazdan şimaldakı tоrpaqlarının Rusiya tərəfindən işğalı rəsmən başa çatdı. Lakin bu prоsеs hеç də kеçmiş sоvеt alimlərinin iddia еtdikləri kimi yеrli əhalinin «könüllü şəkildə daha mütərəqqi оlan Rusiya tərəfinə kеçməsi», «nifrət еtdikləri Qacarlara qarşı döyüşməyə can atmaları» ilə müşayiət оlunmurdu. Rus yazıçısı A.S.Qribоyеdоvun еtirafına görə Azərbaycan tоrpaqlarının işğalı zamanı «hər addıma rus qanı çilənmişdi». Çar hökuməti Şimali Azərbaycanda, о cümlədən Bоrçalıda möhkəmlənmək üçün bir nеçə üsuldan istifadə еdirdi :
1. Əhalinin ruslara qarşı mübarizəsinə başçılıq еtmiş yеrli ağa və bəyləri sıхışdırmaq; Buna görə də «еtibarsız bəylərin cəzalandırılması, sədaqətli bəylərin isə mükafatlandırılması asiyalılara qarşı ən еtibarlı üsul» sayılmışdı. Bоrçalı ağa və bəylərini iqtisadi gücdən məhrum еtmək məqsədilə Rusiya hökuməti hələ 1802-ci ildə оnlar üzərinə «murоvlar» adlı nəzarətçilər qоymuşdu. Murоvlara «impеratоra qulluq işinə ziyan vuran ağaları» həbs еdib Tiflisə – Rusiyanın Qafqazdakı Baş kоmandanının sərəncamına göndərmək hüququ vеrilmişdi.Görünür bununla bağlı indi də Bоrçalı Türkləri həddindən artıq qudurğanlıq еdən adama «mоyrоy (murоv)» dеyirlər. 31 mart 1818 – ci ildə Bоrçalı və оna qоnşu bölgələrin ağalarının hüquqları və vəzifələri adlı «Əsasnamə» imzalandı. Bu «Əsasnamə» Bоrçalı ağa və bəylərini çar hökumətindən tam asılı vəziyyətə salmaq məqsədini güdürdü.
2. Bоrçalıya qеyri-türk ünsürlərin köçürməklə yеrli əhalini azlıqda qоymaq, оnların iqtisadi gücünü zəiflədib yох еtmək üçün tоrpaqlarını gəlmələrə – еrmənilərə, rus bidətçi kəndlilərinə və yunanlara paylamaq ;
Bununla belə XIX yüzilliyin II yarısında Tiflis qubеrniyası əhalisinin təхminən yarısını (107623 nəfərdən 63445 nəfərini) Bоrçalı türkləri təşkil еdirdi. Tiflis şəhərinin özündə isə 7 min Türk (azərbaycanlı) yaşayırdı. Bоrçalı qəzasının Trialеt nahiyəsində (Başkеçid və Barmaqsız)10560, Yеkatеrinеnfеld nahiyəsində (Bоlus Kəpənəkçi) 13762, Lоru nahiyəsində (Lоru,Pəmbək, Taşır, Calalоğlu, Hamamlı) 3058, Bоrçalı nahiyəsində isə (Dəmirçihəsənlə, Baydar, Sarvan,Şulavеr və s.) 36065 Bоrçalı Türkü yaşayırdı. Bu nahiyələrin idarəçiliyi ilə rus millətindən оlan pristavlar və bölgənin «yеrli» хristian əhalisindən «sеçilən» nümayəndələr «məşğul оlurdular». Bu isə yеrli müsəlman – türk əhalisinin haqlı narazılığına səbəb оlurdu. Qəza mərkəzi Şulavеr sеçilmişdi.
Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində anadan olmuşdur. Onun uşaqlığı Kəpənəkçi kəndində keçmiş, dini məktəbdə ibtidai təhsil almışdır.Daha sonra gimnaziyadarusi dilini öyrənən Emin ağa meşəçilik akademiyasında təhsil alaraq doğma kəndinə qayıtmış və atasından miras qalan malikanənin idarəsi ilə məşğul olmuşdur.El şənliyində Emin ağanın at çapmaqdakı böyük məharətinə heyran qalan Qafqaz canişini onu Telavi qəzasına mühüm vəzifəyə təyin edir. Lakin o bu vəzifədə cəmi bir il çalışdıqdan sonra yenidən Kəpənəkçiyə qayıdır.
Az sonra Emin ağa qaçaq düşür.Buna səbəb onun vəzifəli bir məmuru öldürməsi olmuşdur. Tezliklə onun ətrafında çar Rusiyasının müstəmləkəçilik siyasətindən narazı olan Borçalı gəncləri də qoşulurlar.
Emin ağaya xüsusi rəğbəti olan Borçalı pristavı Tarxanov onun haqqında açılan cinayət işini xətm etdirir. 1898-ci ildə Emin ağanı “adam oğurluğunda” ittiham edən çar məhkəməsi onun bütün imtiyazları əlindən almaqla sürgünə göndərilməsi haqqında qərar çıxardır. Halbuki Emin ağa öz nişanlısını götürüb qaçmışdı. Lakin knyaz Orbelianinin oğurlanmış at ilxısını geri qaytarması ilə bağlı xahişini bacarıqla yerinə yetirməsinə görə Emin ağa əfv olunur. Sürgün qərarı bir aylıq həbslə əvəz olunur.
1898-ci ildə öz nişanlısını qaçırdığına görə həmin il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınsa da, həmin dövrdə qaçırılan knyaz Orbelianinin atlarının geri qaytarılmasındakı roluna görə sürgün cəzası bir ay həbslə əvəz olunur. Həbsdən azad olduqdan sonra doğma kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.
1905-1907-ci illər inqilabı zamanı Borçalıda da ermənilərlə türklər arasında milli münaqişə baş verdi. Tiflisin Meydan və Hallovar məhəllələrindəki savaşlar daha gərgin idi.1905 - ci ilin fevralında Borçalı qəzasının kəndlərində yaşayan türklər Emin ağa başda olmaqla Tiflisdəki soydaşlarına köməyə gələrək, erməni millətçilərini geri oturtdular. Çar hökuməti Qafqazda yenidən canişinlik sistemi yaradaraq,Borçalıda hərbi vəziyyət elən etdi. Borçalıların başbilənləri olan K.E. Ünsüzada, A.M.Bədəlov, İ.S. Həsənzadə, M.A.Abbaszadə, «Borçalı Müsəlman təşkilatı»nın üzvləri S.Əliyev və M.Mirzəyev göz altına alındı. Bununla da Borçalı türklərini sakitləşdirmək mümkün olmadı. 1909 - cu ilin oktyabrından Borçalıda yerli türklərin də idarəçililkdə iştirakını nəzərdə tutan islahat keçirildi. Qəza üzrə 6 zemstvo idarəsi təşkil edildi. Burada 46 nümayəndə təmsil olunmuşdu. 5 iyun 1912-ci ildə Qafqaz canişinin əmrilə Borçalıda hərbi vəziyyət ləğv olundu.
1917-ci ci ilin fevralında Rusiyada baş vermiş inqilab nəticəsində çarizm devrildi. Bu hadisədən sonra Cənubi Qafqazda da bütün keçmiş çar Rusiyası ərazisində olduğu kimi ikihakimiyyətlilik yarandı. Peterburqda yaradılan Müvəqqəti hökumət yerlərdə əvvəlki hakimiyyət orqanlarını ləğv edərək öz hakimiyyət orqanlarını yaratmağa başladı.Çarizmin devrilməsindən sonra Cənubi Qafqazda gizli fəaliyyət göstərən siyasi partiyalar açıq fəaliyyət göstərməyə başladılar.Martın 9-da IV Dövlət Dumasının 5 nəfər üzvündən ibarət xüsusi Cənubi Qafqaz Komitəsi təsis edildi. Komitə martın 18-də rəsmi işə başladı.Bu komitədə A.Çxenkelinin xüsusi rolu var idi.Cənubi Qafqazda «Müsəlman Milli Şuraları»nın böyük nüfuzu var idi. yaradıldı. Borçalının «Müsəlman Milli Şura»sına S.Əliyev və M.Mirzəyev başçılıq edirdilər.12 sentyabr 1917 - ci ildə Borçalıda nizam-intizamı təmin etmək adı ilə Şulaverə, Başkeçidə, Bolus Kəpənəkçiyə və Calalogluna hər birində 100 əsgər olmaqla 4 rota yerləşdirildi.
1917-ci ilin oktyabrında Peterburqda dövlət çevrilişi edən bolşeviklər Müvəqətti hökuməti devirdilər. Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) komitəsi bolşevik rejimini tanımadığına görə devrildi.Cənubi Qafqazı idarə etmək üçün noyabrın 15-də Tiflisdə, Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə Y.P.Gegeçkorinin sədrlik etdiyi Mavəraye Qafqaz hökuməti təşkil olundu.
1917-ci il 17 dekabrda Borçalıya yiyələnmək uğrunda ermənilərlə gürcülər arasında toqquşmalar başladı. Hakimiyyət boşluğundan istifadə edən ermənilərin 1917-ci ilin dekabrında qəfildən Borçalıdakı türklərinə qarşı qəfil hücumlarından Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli, Kolagir, Qızıl Hacılı,Ləmbəli, Körpülü,Taşır daha çox əziyyət çəkdilər. Emin ağa mülki əhalinin erməni quldurlarından qorunması üçün əlindən gələni etdi. Məsələn, Başkeçiddə yerli əhalinin təşkil etdiyi 200 nəfərlik hərbi dəstə erməniləri ağır itki verərək geri çəkilməyə məcbur etdi.
Mart ayının 3-də I Cahan savaşından çıxdığını bildirən Sovet Rusiyası Brest-Litovsk sülh müqaviləsi imzaladı. Müqavilənin şərtlərinə görə 1877-1878-ci illər rus-Osmanlı müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, Qars, Ərdəhan və Batum viayətləri Osmanlıya qaytarılmalı,rus əsgərləri Osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərkisilah etməli idilər.1918-ci il mart ayının 11-də fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Mavəraye Qafqaz hökumətinin nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı hökuməti isə Mavəraye Qafqaz hökumətinin nümayəndə heyətinin Brest-Litovsk müaviləsinin Qafqaza aid maddələrinə etirazına münasibətini bildirərək qeyd etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməlidir.Azərbaycan fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının tələbi ilə aprelin 13-də Mavəraye Qafqaz hökuməti Osmanlı ilə müharibə haqqında qərar qəbul etdi. Cəmi 7 gün çəkən «müharibə»də erməni - gürcü hərbi birləşmələri geri oturduldu. Aprelin 22-də Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi. Lakin bu respublika cəmi 34 gün yaşadı. Cənubi Qafqazın xeyli hissəsini işğal etmiş Almaniyanın təhrikilə Gürcüstan 26 may 1918 - ci ildə öz müstəqilliyini elən edərək bu qurumdan çıxdı. Borçalıya yerləşdirilən alman hərbi hissələri sözün əsl mənasında quldurluqla məşğul idilər. Qasımlı kəndindən 65 pud taxıl müsadirə edən almanlar, Sarvan kəndi əhalisinin hədələyərək onlardan 150 min qızıl rubl ödəməyi tələb etmişdilər. Emin ağa, Borçalı sakinlərinin həm Rus əsgərləri həm Borçalıda məskunlaşan almanlarla həmdə erməni gürcü dəstələrilə münaqişə apardığını görüb tez bir zamanda Borçalı gənclərindən ibarət Milli Şura yaradaraq düşmənlərlə ölüm dirim savaşına başlayır.Borçalı Milli Şurasının döyüşçüləri Lüksemburqda (indiki Bolnisi) almanları darmadağın edir, ermənləri isə böyük itkilər verdirərək geri otuzdurur. Belə gərgin bir şəraitdə Borçalı türkləri «Qarapapaq xanlığı» yaratmaq qərarına gəlmiş və bu niyyətlərin həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə bildirdilər : «… İndi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir.Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla «Qarapapaq» xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis də daxil olmaqla bizim Azərbaycan tərkibinə qatsın». Bu müraciət Borçalının həm sünnü (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları, həm də Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə tərəfindən imzalanmışdı.Lakin təəssüf ki nə Azərbaycan,nə də Osmanlı hökumətləri Borçalı Türklərinə elə bir ciddi dəstək vermədilər.
1918-ci il 30 oktyabrda imzalanmış Mudros barışığına görə I Dünya müharibəsində məğlub olan Osmanlı orduları bir ay ərzində bütün Qafqazdan çıxarılmalı idi. Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra noyabr ayının 17-də Antanta qoşunları Qafqaza daxil oldu. Belə bir şəraitdə həmin ayda Ahıska Müvəqətti hökuməti, Borçalı - Qarapapaq Cümhuriyyəti və Araz Respublikası «Qars İslam Respublikası» tərkibində birləşmək qərarına gəldilər. 30 noyabr 1918 - ci ildə Qarsda toplanan konqresə Ordubad, Naxçıvan, Ağbaba, Kəmərli, Sürməli, Sərdarabad, Borçalı və digər yerlərdən 60 nümayəndə gəldi. Borçalılıl Emin ağa Acalov bu konqresdə Qars İslam Respublikasının Milli Məclisinin sədri seçildi.1919 - cu ilin yanvarından Qars İslam Respublikası Cənub-Qərb Qafqaz Türk Respublikası adlandırılmağa başladı. 40 min kv.km sahəsi, 1800000 əhalisi (onun 1 milyon yarımını türklər təşkil edirdi) olan bu dövlətin tərkibinə Batumdan (Kiçik İstambul) Ordubad da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi.Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər. 8 Dekabr 1918 tarixində “ Qars İslam Cumhuriyyəti ” adından Yaponiya imperatoru Yesixotaya göndərilən teleqramda deyilirdi :
Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !
Asiya asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edir, Qars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir asiyalı olaraq rica edirik!
Dövlətin günü-gündən güclənməsi İngilisləri çox narahat edirdi.Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər.Beləcə 1919-cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Qafqaz Türk Respublikasının varlığına son qoydular.Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib, cəzasını Tiflis həbsxanasında çəkməsinə nail olur. Metex qalasında cəza çəkən Emin ağa oradan qaçaraq gecə həbsxana rəisinin evinə gələrək ona deyir: "Görürsən ki azadlıqadayam, mən asanlıqla can verən deyiləm.İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın." Emin ağanın bu şücayətini görən rəis ona – "səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan" - deyir. Bundan sonra Emin ağa Qazağa gəlir və ömrünün sonuna qədər burada yaşayır.O, 1937-ci ildə vəfat edir.Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.
Emin Ağa'nın 1912 ilində Tiflisdə Azərbaycan dilində yayımlanmış "Bəsdi, Oyan!" adlı kitabı nəşr olunmuşdur.Kitabın ön sözündə Emin ağa yazırdı: "Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim..."
.
O, 1937-ci ildə vəfat edir. Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.

===

]]>
Müşviq BORÇALI Mon, 21 Jan 2019 01:13:20 +0000
Ad günün mübarək, ASLAN GORARXLI!... https://turan.info.az/diger/tebrikler/673-ad-gnn-mbark-aslan-gorarxl.html https://turan.info.az/diger/tebrikler/673-ad-gnn-mbark-aslan-gorarxl.html Ad günün mübarək, ASLAN GORARXLI!... Bu gün istedadlı qələm dostumuz, şair Aslan Gorarxlının Ad günüdür.
O - Aslan Qiyas oğlu Xəlilov 1960-cı il yanvarın 10-da qədim Borçalı mahalının Gorarxı elində - indiki Gürcüstanın Marneuli rayonundakı Alget kəndində anadan olub.
1967-1977-ci illərdə 2 saylı Alget orta məktəbində oxuyub.
Şeirləri 1980-ci illərdən Gürcüstanın və Azərbaycanın dövri mətbuatda, eləcə də müxtəlif ədəbi məcmuə və almanaxlarda çap olunur.
Aslan Gorarxlı “Bu torpaq mənimdir, mən bu torpağın” və “Vicdan sürgünü” kitablarının müəllifidir.
Əsasən, qoşma, gəraylı məkanının şairidir.
Hazırda Rusiyanın Çelyabinsk şəhərində yaşayan A.Gorarxlı həm də diasporumuzun fəallarındandır.
Aslan Gorarxlını Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, eləcə də bədii yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayır və aşağıda bir neçə şeirini oxucularımıza ərmağan edirik!...
Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Thu, 10 Jan 2019 00:03:26 +0000
ARİF MUSTAFAZADƏ (1940) https://turan.info.az/edebiyyat/musabiqe/4098-arf-mustafazad-1940.html https://turan.info.az/edebiyyat/musabiqe/4098-arf-mustafazad-1940.html ARİF MUSTAFAZADƏ (1940) ARİF MUSTAFAZADƏ
(1940)

Arif Abdulla oğlu Mustafazadə 1940-cı ildə Qarayazıda ana­dan olmuş, 1963-cü ildə Azərbay­can Dövlət Univer­site­tinin jur­nalistika fakültəsini bitir­mişdir. İlk şeiri 1958-ci ildə yerli mət­bu­at­da dərc olunmuşdur. Sonralar o, «Gür­cüstan», «Ədə­biyyat və incəsənət», «Azərbaycan» və s. mətbuat or­qan­larında, «Çeşmə», «Dan ulduzu» ədəbi məcmuələrində bir sıra dəyərli şeir­lər çap etdirmişdir.
Xalq şairimiz B.Vahabzadənin sözləri ilə desək, «Ulu dədəmizin kitabından, Mirzə Cəlil dili ilə desək, «Anamın ki­tabı»ndan gələn səslər Arif Mustafazadənin şeirlərində daha tutarlı və daha gözəldir».
Şairin «Çopur qayaları qoyaq sapanda», «Tapaq iç oğuz­da Dədə Qor­qu­du» kimi açıq deyimləri ilə yanaşı, şeirlərinin ümumi ruhunda yaxşı mənada nağılçılıq (Az gedək, üz gedək, dərə-təpə düz gedək; Göydən üç alma düşdü), hiss­lərin təbiiliyi, səmimiliyi, ifadələrin tutum­lu­luğu, yüklü­lüyü, doluluğu və həm də orijinallığı oxucunun diqqətini çəkir.
B.Vahabzadənin yazdığı kimi, Arifin şeirləri, hətta tək-tək misraları üstündə düşünməli olur­san, hisslər səni harasa aparır, ayrı-ayrı sözlər misraya dönəndə misralar hisslərə çevrilir, fi­kir­ konkretlikdən çıxıb mücərrədləşir, müxtəlif yozumlar içində düşünməli olursan.
«Arifin «Bir ağır hava çal» («Çeşmə», 1980, səh.42) şeiri gözəl və şairanədir, orijinal və təzədir». «Bu şeir başdan-başa bədii bir lövhədir».
Bir ağır hava çal, qoca zurnaçı,
Nənəm ağır-ağır çıxsın ortaya.
Bir oyun başlasın ala-torandan,
Qurtara bilməsin gün günortaya!..
- şeirini izah etməyə adamın əli gəlmir. Artıq önümüzdə lövhə cızılıb: Qoca zurnaçı ulu də­də­lərdən miras qalmış qa­ra zurnanı püləməyə başlayıb. Ətirli-fətirli, boxçalı-taxçalı nə­nə­miz qol götürüb önümüzdə oynayır… İlk bənddə 4 ob­raz var: qoca zurnaçı, qarı nənə, dədələrdən bizə yadigar qa­lan zurna və çalınan ağır hava - yəni qədimliyimiz, tarixi­miz.
Enib qalxanadək qulac qolları;
Kişilər atlansın dağdan arana,
Kişilər atlansın arandan dağa,
Oğul evləndirib, qız köçürməyə,
Gəlin gətirməyə, nişan taxmağa.
Bu, qədim bir xalqın bədii etnoqrafiyasıdır… Şair yenə zurnaçıya müraciət edir:
Endir papağını gözlərin üstə,
Eydir yavaş-yavaş, çal ağır-ağır.
Üzündən, gözündən, qoca nənəmin,
Yurdumun ağbirçək gözəlləməsi,
Yurdumun ağsaqqal vüqarı yağır.
Eydir yavaş-yavaş, çal ağır-ağır.
Bəxtiyar Vahabzadə demişkən, eşq olsun bu bədii fikri,bu böyük umumiləşdirməni balaca bir şeirə sığışdıra bilən qüdrətli qələm sahibinə!

Nə vaxtsa bir Şeir yazacağam mən,
Elə kələ-kötür, boz qaya kimi.
Ürəyim saz kimi kökdən düşməsə,
Bir günə, bir ilə, bir aya kimi.
Hələ bülletenə adım düşməmiş,
Hələ qanrılmamış aptekə yolum,
Üç yol ayrıcında karıxıb qalıb,
Hələ düşünməmiş: «ölüm, ya olum!»

Və yaxud:
Bir gecə yuxumun tutub əlindən,
Deyəcəyəm: iş günün xeyir.
- ümidlə yaşayan şair nikbinliklə «Yaxşı ki, dünyanın bir üzü ağdı…» - söyləyir.
A.Mustafazadə öz qələmini nəsrdə də sınaqdan çı­xar­mış, «Qaraçuxa nağılı» adlı triptix yazıb «Sovet Gürcüstanı» (21, 23, 26 avqust, 1986) və «Ulduz» jurnalında çap etdir­mişdir. Oxucular tərəfindən rəğbətlə qarşılanmış həmin əsərdə keçmişimiz yazıçının özünəməxsus dünya­du­yumu ilə oxucuya çatdırılır.
Arif Mustafazadə bədii tərcümə ilə də məşğul olur. O, Orde Dqe­buadzenin «Dörd həyat» povestini («Sovet Gür­cüstanı», sentyabr-dekabr, 1968, 17 nömrədə), V.Brej­kovun «Tehran - 1943» əsərindən parçaları, («Sovet Gürcüstanı», fevral, 1969) və bir sıra başqa Amerika və macar yazıçı­la­rı­nın əsərlərini sənətkarlıqla ana dilimizə çevirmişdir.]]>
Müşviq BORÇALI Sun, 06 Jan 2019 16:05:30 +0000
Şair AĞACAN (1886 - 1951) https://turan.info.az/edebiyyat/folklor/1132-air-aacan-1886-1951.html https://turan.info.az/edebiyyat/folklor/1132-air-aacan-1886-1951.html Şair AĞACAN (1886 - 1951)
Ağacan Cabbar oğlu Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü bölgəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlib. İlk təsilini mollaxanda alıb. O, 1911-ci ildə Borçalının Quşçu kəndinə köçüb, lakin burada uzun müddət yaşaya bilməyərək Qaçağanda məskunlaşıb. Ərəb və fars dillərini mükəmməl bilən Ağacan tezliklə şair-aşıq kimi böyük hörmət qazanıb.
1949-cu ildə ailəsi ilə birlikdə Sibirin Tomsk vilayətinə sürgün edilib və 1951-ci ildə orada vəfat edib.
Allah rəhmət eləsin!..



1911-ci ildə Borçalının Quşçu kəndinə köçüb, lakin burada uzun müddət yaşaya bilməyərək Qaçağanda məskunlaşıb.
Ərəb və fars dillərini mükəmməl bilən Ağacan tezliklə şair-aşıq kimi böyük hörmət qazanıb.

1949-cu ildə ailəsi ilə birlikdə Sibirin Tomsk vilayətinə sürgün edilib və 1951-ci ildə orada vəfat edib.
Allah rəhmət eləsin!..

Şair Ağacanın dərya və ümmanından iki şe'r:]]>
Müşviq BORÇALI Sat, 05 Jan 2019 18:15:10 +0000
Əsəd TƏHLƏLİ: Mən dərd şairiyəm... https://turan.info.az/edebiyyat/poeziya/604-sd-thll-mn-drd-airiym.html https://turan.info.az/edebiyyat/poeziya/604-sd-thll-mn-drd-airiym.html Əsəd TƏHLƏLİ: Mən dərd şairiyəm... Mən dərd şairiyəm, oxu dərdimi,
Alışan bağrımı köz-köz qurdala.
Dərdim köhnədimi, təzə-tərdimi
Bilmirəm, aqilsən, söz-söz xırdala.]]>
Müşviq BORÇALI Tue, 01 Jan 2019 18:55:55 +0000
ŞAİR NƏBİ FAXRALI (1873-1945) https://turan.info.az/gurcustan/bolnisi/1919-borali-ar-nb-1873-1945.html https://turan.info.az/gurcustan/bolnisi/1919-borali-ar-nb-1873-1945.html ŞAİR NƏBİ FAXRALI (1873-1945) ŞAİR NƏBİ FAXRALI (1873-1945)

Şair Nəbi 1873-cü ildə Borçalının saz-söz beşiklərindən sayı­lan el şairliyi, aşıq sənəti ənə­nələrinin zənginliyi və yaşarlığıyla seçilən Bolusun məşhur Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Bu kənd aşıq-söz sənəti ənənələrini tarixən yaşa­dan ocaqlardan­dır. Borçalı saz-söz mühitində çox məşhur olmuş sənətkarlar yetişib burada. Şair Nəbi isə özündən əvvəlki xələf­lərinin söz-sənət səltənətini özünəməxsus qüdrətli şerləri, deyişmələri, yarat­dığı dastanları ilə daha da zənginləşdirib. Bu­nunla da o, öz dövrünün ən qüdrətli sənətkarı, böyük söz xiridarı kimi tanı­nıb.
Yeni doğulmuş və Nəbi adlandırılmış körpənin ailəyə gətirdiyi se­vinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Tə­sadüfən Nə­binin böyük qardaşı Hə­sənin əlindən xəta çıxıb: o, qonşu kəndin nüfuzlu şəxs­lərindən bi­ri­nin yaxın qohumunu öldürdüyünə görə ömürlük sürgünə məhkum edilib. Böyük oğlu Hə­səni əbədi itirdiyini hiss edən Oruc kişi gə­ləcək ümidini Nəbiyə bağ­la­yırsa da, onu öz istədiyi kimi böyüdə bil­mə­yib. Ağır günlər yaşayan Nəbi eh­tiyac içində böyüyüb...
11-12 yaşa çatandan sonra Nəbi ailədə illərdən bəri hökm sürən ehti­ya­cın bütün müsibətlərinə şərik olub. Ağır zəhmətə qatlaşıb, ailə, ata-ana qay­­ğısı çəkməyə başlayıb.
15 yaşa çatandan sonra isə bir neçə il İmir kəndində Məşədi Hüseyn ad­­­lı bir varlı şəxsə nökərçilik edib. Həmin illər nökərçilik etməklə yanaşı, o, ilk qoşma, təcnis və müxəmməslərini yaradıb.
Şair Nəbi 1890-cı ildən 1910-cu ilədək müxtəlif yerlərdə nökər, ço­ban, mülkə­dar malika­nə­sində gözətçi, Allahverdi mis mədənlərində fəhlə işlə­miş, savad almağa, yazı-pozu öyrənməyə heç bir imkanı olma­mışdır. Ancaq hafizəsinin itiliyi sayəsində gürcü dilini mükəmməl öyrən­mişdir.
1910-cu ildən etibarən peşəkar bir sənətkar kimi Borçalı kəndlərinin toy və yığıncaq­larında çıxışlar edib, el şairi kimi ad-san qazanıb, öm­rünün axı­rına kimi anadan olduğu Faxralı kəndində yaşamışdır.
Özü saz çala bilməsə də, çox gö­zəl, məlahətli səsi, avazı olan Şair Nəbinin yanında həmişə bir neçə sazçalanı olub. Ömründə əlinə saz almayan Nəbi hələ yeniyetmə yaşlarında olarkən təbi gəlib şeir dediyi zaman əlinə bir ağac alıb ona toxunaraq ilhamını kökləyirmiş. Ancaq il­lər ötüb Şair Nəbi sözü, sənə­tilə şöhrət tapandan, tanınandan sonra belinə xən­cər asıb və şeir deyəndə xən­cərini saza çevirirmiş, saz kimi istifadə eləməyə başlayırmış. O səbəbdən də, xəncər heç vaxt şairin belindən əskik olmazmış.
Əli Faxralının söylədiyinə görə, şair Nəbinin ilk saz tutanı Aşıq Həsən olub. Son­ralar Aşıq Dünyamalı, Aşıq Mü­səllim, Sarvan Bayram, Xındı Məmməd, Hü­seyn Saraclı onun yanında saz çalıblar. Ona ən yaxın dost olan və uzun illər məclislərdə yanında saz çalan isə Aşıq Mürsəl olub. Fitri istedadı və danışığı ilə könülləri ovsunlayan Şair Nəbi yazmaq, oxumaq bilməsə də, ancaq çox gözəl və iti hafizəsi olub. Şair Nəbi heç bir ustada şəyirdlik etməyib. Özünün isə bir neçə yetirməsi olub. Onlardan şair Şaban, şair Alı, Bəkir oğlu Əlləzi gös­tərmək olar. Bu yetirmələri şair Nəbiyə hədsiz hörmət və ehtiramla ya­na­şardılar. Onun adını hər məclisdə uca tutardılar. Şair Nəbi də bu yetirmə­lə­rinə qayğı ilə yana­şar, on­ların yazdıqlarını yüksək qiymətləndirərdi. Özünü Şair Nəbinin son şagirdi hesab edən Əli Faxralının söylədiyinə görə, Şair Nəbinin ömrünün son illərində saz-söz məclislərinə birlikdə qatılıblar. Əli Faxralının yaddaş dünyasında Şair Nəbiylə bağlı çoxlu xatirə ya­şayır. Sözə, sənətə xidmət edən müəllim-şagird arasında deyilenə görə bir deyişmə də olub və o deyişmə ancaq Əli Fax­ralının yaradıcılıq arxivində qorunmaq­da­dır.
Şair Nəbinin ən önəmli xüsusiyyətlərindən biri də odur ki, o, özündən əv­vəl­ki xələflərilə sələfləri arasında güclü bir körpü rolunu oynayıb. O, şeirlərini "Mis­kin" təxəllüsüylə yazıb.
Xalq arasında Şair Nəbinin istedadı "haqq vergisi" hesab edilirmiş. Ona görə də ruhanilərin Şair Nəbinin yaradıcılığına münasibəti birmənalı olmamışdır. Bu sə­bəb­­dən bəzi din xadimləri Şair Nəbini sınaqdan keçirməyə cəhd göstər­miş­di­lər.
İkinci dünya müharibəsinə dörd oğul yola salan və iki oğulunun ölüm ka­ğı­zını alan, el-oba ilə birlikdə ağır günlər yaşayan şair qələbədən sonra, 1945-ci ilin oktyabr ayında, 72 yaşında doğma Faxralı kəndində vəfat et­miş­dir.
Təəssüflə qeyd etməliyik ki, Borçalının digər el şairləri kimi, Şair Həbinin yaradıcılığı da uzun illər tədqiqatçıların nəzərlərindən yayınmış, diq­qətindən kənarda qalmışdır. Ancaq xoşbətçilikdən, Azərbaycan poe­ziya­sının ustadı, qüd­rətli söz sərrafı, xalq şairi Səməd Vurğunun 1955-ci ilin okt­yabrında Fax­ralı kəndinə gəlişi Şair Nəbinin ədəbi taleyində yeni bir mər­hələnin baş­lan­ğıcı olub. O, Şair Nəbinin şeirlərini aşıqlardan eşidib, şəxsiyyəti, yaradıcılı­ğıy­la maraqlanıb. Şair Nəbinin yaradıcılığı ilə yaxından tanışlıq onu heyran qo­yub, xüsusən də "Dünya" şeiri şairdə xüsusi bir ovqat yaradıb. Elə oradaca onun əsərlərinin top­lanması, nəşri və yayılması üçün kənd ziyalılarına, xüsusən də, o vaxt kənddəki orta məktəbin direktoru və dil-ədə­biyyat müəllimi işləyən Hüseynqulu Məmməd­liyə bu işi görmək üçün məsləhət və töv­si­yələrini verib. Elə o illərdən başlayaraq Qorqudşünas alim Hüseynqulu Məmmədli Şair Nə­binin yaradıcılıq nümunələrini toplayıb. Eyni zamanda alimin oğlu, folk­lor­şünas alim Elxan Məm­mədli də bu xeyirxah işdə öz xidmətlərini əsir­gəməyib. Beləcə, bu təəssüb­keş alimlərin zəhməti, gərgin əmə­yi sayəsində Şair Nəbinin şeirlərinin toplan­dığı "Yazılanlar gəldi başa" və "Elə­si var..." adlı şeirlər kitabları işıq üzü görərək oxucuların, şeirsevərlərin ix­tiyarına verilib. Son illərdə Şair Nəbinin həyat və yaradıcılığı daha ətraflı şə­kildə öyrənilməyə baş­lanılıb. Onun yara­dıcılığıyla bağlı Valeh Hacıyev, Şuraddin Məm­mədli, Razim Məmmədli, Müşfiq Mədədoğlu, Şahbaz Şamıoğlu, Tinatin İsa­balıqızı, Arzu Bayramova və başqa tədqiqatçılar məqalə­lərində, monoqrafi­yala­­rında fikirlər söyləyib, onu Borçalının böyük şairlərindən biri kimi də­yərlən­diriblər.
"Yazılanlar gəldi başa" adlanan birinci kitaba “Borçalı nəğmə­karı” sər­lövhəli ön söz yazmış Elxan Məmmədli Şair Nə­binin şeirlərindən bir qis­mini vaxtilə öz dəftərlərinə köçürmüş Faxralı kən­dinin maarifpərvər sakini Qurban Həsən oğlunun, şairin Böyük Vətən mü­haribəsində həlak olmuş oğ­lu Nadirin, vaxtilə Faxralı kənd orta mək­tə­bin­də müəllim işləmiş, Qazax ra­yonunun Kəmərli kənd sakini Vəli Ləzgi­yevin, Şair Nəbi şeirlərini illərcə hafizələrində yaşatmış rəhmətlik Məmməd Hüseynqulu oğlunun, Aşıq Mü­səllimin, Sarvan Bayramın, Aşıq Nəsibin, us­tad Aşıq Hüseyn Saraclının və b. adlarını böyük minnətdarlıqla xatırlayır, ruh­ları qarşısında baş əyir, onlara “rəhmət olsun” deyir. Biz də öz növbə­miz­də çoxsaylı oxucular adından El­xan Məmmədliyə bu xeyirxah iş üçün “çox sağ olun!” - deyirik!

Aşıq poeziyasının divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. for­ma­larından bacarıqla istifadə etmiş Şair Nəbinin yaradıcılı özünə­məx­sus­lu­ğu, poetik zənginliyi ilə diqqəti cəlb edir. Şairin əldə olan 200-dən çox müx­təlif məzmunlu şeirlərinə nəzər sal­dıq­da görürük ki, onlar içərisində qoşma və divanilər xü­susi yer tutur. Qoşmaların bir qismi məhəbbət möv­zusuna həsr olun­­muşdur. Həmin qoşmalarda nəcib, təmiz, müqəddəs duy­ğuların tərənnü­münə geniş yer verilmişdir. Şair belə qoşmalarında lirik qəh­rəmanın zahiri və daxili gözəlli­yinin vəhdətdə olmasını vacib sayır. Mə­həb­bətdə xəyanəti, vəfasızlığı, xain­liyi pisləyən sənətkar gözələ müraciətlə deyir:

...Camaldan göyçəksən, qəlbindən xayın,
Naşı düşdüm, gəl eyləmə naz, gözəl.
Və yaxud:
...Naz satırsan özgələrə, bizə nə,
Məni saldı min xəyala zülflərin.

Gözəldən sədaqət, mərhəmət, eşqdə vəfalılıq tələb edən şair, özü də ilqarına düz olmağa söz verir:

Əgər dönsəm ilqarımdan, el məni qınar, gözəl,
Sən gəc olma xəyalında, xatirim sınar, gözəl!

Bulaq başında, bağlarda, tarlalarda, toy-nişan məclislərində şairə rast gələn gözəllər, bir sözlə, el gözəlləri Şair Nəbi lirikasının qəhrəman­larıdır. Bu şeirlərdə Zöhrə, Güllü, Leyli, Sənəm və b. kimi qızlar sadə kənd qız­ları­dır. “Güllü” rədifli qoşmaya diqqət yetirək:

Mən Nəbiyəm, eşidəsən ünümü,
Hiss edəsən, sən biləsən günümü,
Müxtəsər, nə deyim, şirin canımı
Cəlladsız, fərmansız alıbdı Güllü.

Məhəbbəti təbiətə, torpağa qırılmaz tellərlə bağlı olan Şair Nəbi ya­ra­dıcılığında ana təbiətin bütün gözəllikləri insanın mənəvi aləmi ilə mü­qa­yisədə canlandırılır. Şair lirik qəhrəmanının daxili dünyasını, onun əhva­lını təbiətlə qarşılaşdırmağı bacarır:

Al-yaşıl bəzənib, hənalı dəsti,
Havalı telləri yel vurdu, əsdi.
Qabaqdan boranı səbrimi kəsdi,
Dumanlı, çiskinli qar gəldi, keçdi!

Göründüyü kimi, Şair Nəbi şeirlərinin əsas xüsusiyyətlərindən biri də bu şeirlərdə insanın mənəvi aləminin, onun nəcib hisslərinin, təmiz və xe­yirxah arzularının sənətkarlıqla tərənnüm olunmasıdır. Belə şeir­lərdə sevinc də var, kədər də. Bu şeirlərdəki kədər oxucunu sarsıdır, se­vinc isə onu ya­şa­mağa, sevinməyə ruhlandırır:

Səhərin günəşi tərlan havalı,
Elə pərvaz eylər, qış da dayanmaz.
Yandırdı cismimi, döndərdi közə,
Elə pərvaz eylər, qaş da dayanmaz.

Yaradıcılığında məhəbbət mövzusu üstünlük təşkil edən şair tərbiyəvi-didaktik mövzulara da biganə qalmamışdır. O, “Dünya”, “Könül”, “Eləsi var”, “Faydası nə”, “Qiyməti olmaz”, “Olmamış”, “Əv­vəli insanda gərəkdi bir sov” və s. rədifli ustadnamələrində insanlarda ağıl, kamal, dünya malına tamah­sızlıq, doğruçuluq və s. kimi keyfiy­yətləri yüksək qiymətləndirir. ”Dünya” rədifli ustadnaməsində:

Şair Nəbi cəhd eylədi çafana,
Ömür keçdi, sığınmadım safana.
İnnən belə inanmaram vəfana,
Sıtqınan sığındım sübhana, dünya.

-deyən sənətkar, “Eləsi var” rədifli, 26 bəndlik ustadnaməsində isə in­sanı, insanlığı 77 cür xarakterizə edir:

...Eləsi var, güvənər öz qoluna,
Eləsi var, qalar qonşu halına.
Eləsi var, gedər haram yoluna,
Axır günü yurdu viran çöl olu...

...Eləsi var, yüz üzünün asdanı,
Eləsi var, işə getməz, pastanı.
Şair Nəbi tamam etdi dastanı,
Görüm insanlıqda neçə yol olu.

Şair Nəbi “Faydası nə?” rədifli nəsihətnaməsində aşağıdakı key­fiy­yət­ləri insan oğluna irad tutur:

Mənasız, münasibsiz sözü bilmənin faydası nə?
İzinsiz, təklifsiz yerə gəlmənin faydası nə?
Uzaq dolan hərcayidən, düşmə qəm girdabına,
Əql ucundan sonra peşman olmanın faydası nə?

Ustad şeirlərinin bir qismində mərdlik, igidlik və dostluq şə­rəfini tə­rənnüm etmişdir. Bu şeirlərdə gəncliyimizə babalardan yadigar qalan gözəl sifətləri qoruyub saxlamaq tövsiyə olunur...
Şair Nəbi açıqgözlü sənətkar idi. Öz mənalı ömrünün ağrılı-acılı gün­lərini ağır güzəran içərisində yaşayan şair dövrün, zamanın ey­bəcərliklərinə göz yuma bilmir, haqsızlıq və ədalətsizlikdən, xalqa edilən ağır zülmlərdən şikayətlənir, kimdənsə, nədənsə imdad istəyir, bəzən “fələk”dən, “pərvər­di­gar”dan rəhm gözləyir. Bəy və mülkədarların hökm sürdüyü bir dövrdə za­manın ağır qanunlarından, insanların dözülməz həyatından şikayət edən şair:

Fələk, gəldik biz əlindən amana,
Dil verirsən aralıqda yalana.

və s. kimi ictimai quruluşa qarşı münasibətini bildirir.

Həyatın bir sıra ziddiyyətləri, ictimai toqquşmaları ilə şəxsən üz-üzə gəl­­miş şair bu və ya digər şeirlərində ictimai-siyasi məsələləri bu və ya başqa dərəcədə əks etdirmişdir.
Şair Nəbi həm də gözəl dastanlar və bir-birindən maraqlı dastan-rəva­yətlər yaradan sənətkarlarımızdandır. Bu günün özündə də onun deyişmələri Borçalı məclislərində dastan­laşmış rəvayətlərlə cilvələnərək həmişəyaşarlıq vəsiqəsi alıb. Həmin dastan-rəvfyətlər Borçalı dastan yaradıcılığının spe­si­fik­liyini özündə əks etdirir və Azərbaycan dastan­çılığının maraqlı səhi­fələridir. “Ağılla eşqin de­yiş­məsi”, “Uzunbaşoğlunun toyunun tərifi”, Şair Nə­­­binin əmisi oğlu Hü­seyn­lə, İbra­himlə, Aşıq Şenniklə, Göyçəli dostu Pir­məmmədlə, şair Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi Şabanla, Ağstafa sə­fərində Abdulla ilə, Aşıq İsmayılla, Cənubi Azərbaycan aşığı Heyli ilə deyiş­mələri bu gün də dastanlaşmış sənət incilərimiz sırasındadır.

(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.94-98.


Və bu günlərdə gənc tədqiqatçı Arzu Bayramlının «Xalq Cəbhəsi» qə­ze­­­tinin 16 iyul 2010-cu il tarixli sayında çap olunmuş «Miskin Həbinin heç yerdə çap olunmayan 20-dən çox şeiri və iki deyişməsi tapılıb» sər­löv­həli mə­qaləsi bizləri sevindirdi.
Belə ki, Arzu xanım həmin məqa­ləsində bö­yük minnətdarlıq hissi ilə qeyd edir ki, «neçə il öncə bütün Borçalını ev-ev, kənd-kənd gəzib dolaşaraq Şair Nəbinin külliyyatını toplayan tanınmış şair, pub­lisist Bəhram Meh­di böyük səmimiy­yətlə qoruyub saxladığı həmin qov­luğu mənə təqdim elədi. Təbii ki, bu ağzı bağlı qovluq mənim Şair Nəbi ya­radıcılığı, poeziyası, sözü-sənəti ilə bağlı söz demə­yim üçün çox dəyərli və əvəzsiz xəzinə oldu. O zəngin söz xəzinəsini araşdır­maq üçün solub-saralmış vərəqləri bir-bir çevirdikcə Şair Nəbinin heç yerdə çap olunmayan 20-dən çox şeirinin və iki deyişməsinin bu bağlı boğçada gizlin qaldığını üzə çıxardım. Sözsüz ki, əldə etdiyim bu şeirlər və deyişmələr yaza­cağım növbəti yazılarda əksini tapacaq, oxucular bu qüdrətli el şairinin söz, sənət incilərilə yenidən ta­nış olacaqlar.»
Biz də öz növbəmizdə, Arzu xanıma şərəfli elmi fəaliyyətində uğurlar arzulayir və Şair Nəbiyə Ulu Tanridan rəhmət diləyirik... Ruhun şad olsun, Ustad!...


Nəbi Oruc oğlu 1873-cü ildə Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb.

Yeni doğulan körpənin ailəyə gətirdiyi sevinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Təsadüfən Nəbinin böyük qardaşı Hasanın əlindən xata çıxır: o, qonşu kəntdə yaşayan hörmətli bir adamın yaxın qohumunu öldürdüyünə görə ömürlük sürgünə göndərilir. Böyük oğlu Hasanı ömürlük itirdiyini hiss edən Oruc kişi gələcək ümidini Nəbiyə bağlayırsa da onu öz istədiyi kimi böyüdə bilmir. Çətin və acınacaqlı günlər yaşayan Nəbi ehtiyac içində böyüyür.

Hələ Nəbinin 10-12 yaşı olanda ailənin bütün ağırlığı onun üzərinə düşür.Ağır zəhmətə qatlaşaraq, ailənin qayğısını çəkməli olur.
15 yaşına çatandan sonra isə bir neçə il İmir kəndində Məşədi Hüseyn adlı bir varlı şəxsə nökərçilik edir.
Nəbinin ilk qoşqularının yaranması da həmin illərə təsadüf edir.




Aşıq şeirinin bütün formalarında əsərlər yazan şair Nəbi həm də gözəl dastanlar yaradan sənətkarlardan biri idi. Bu günün özündə də onun deyişmələri Borçalı məclislərində dastanlaşmış rəvayətlərlə cilvələnərək həmişəyaşarlıq vəsiqəsi alıb.

"Ağılla eşqin deyişməsi" , "Uzunbaşoğlunun toyunun tərifi" , əmisi oğlu Hüseynlə, İbrahimlə, göyçəli Dost Pirməmmədlə, Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi Şabanla və s. deyişmələri bu gün də dastanlaşmış sənət incilərimiz sırasındadır.]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 21:22:15 +0000
QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1924-2008) https://turan.info.az/media/sazli-sozlu-borcali/4036-qirxili-aiq-hseyn-mrdan-1920-2008.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4036-qirxili-aiq-hseyn-mrdan-1920-2008.html QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ  (1924-2008)
Bu günlərdə ağır elli, saz-söz diyarı Borçalıda ezamiyyətdə olarkən bir el sənətkarı ilə görüşdüm. Adını çoxdan eşitsəm də, üzünü görmədiyim saz-söz qəh­rə­manı Qırxılı Aşıq Hüseyn əmi ilə tanış olduğum üçün çox şad və məmnun oldum.
Şirin söhbətləri, şaqrar nəğmələri ilə Borçalıda neçə-neçə toy məc­lis­lə­\rini zinət­ləndirən, minlərlə sənətsevərin qəlbini oxşayan Aşıq Hüseyn hə­min gün sədəfli sazını kökləyib sinəsinə basdı, kirpiklərini qaldırdı... və hə­zin bir səs mülayim-müla­yim ətrafa ya­yıldı. Hüseyn əmi çalıb-oxuyur və oxu­duqca da sazın sehrilə uyuyur, gəzib dolaşdığı barlı-baharlı Borçalı yay­laqları, məşhur Qarayazı meşələri, zirvələri buludlardan su içən, başı hə­mişə düm ağ, qarpapaqlı Başkeçid dağları, durna gözlü buz bulaqlar göz­ləri önündə canlanır, sanki, o, ruhlanaraq bir qədər cavanlaşır, daha gur səs­lə könlümüzü oxşayır, bizi, necə deyərlər, bir anlığa bütün aləmdən ayırır və həmin dəqiqələrdə özünün yaşadığı şirin xəyallar aləminə apa­rırdı...
Qırxılı Aşıq Hüseyn həmin gün «Baş sarıtel», «Borçalı», «Dilqəmi», «Du­­beyti», «Yurd yeri», «Kərəmi», «Göyçə gülü», «Gəraylı», «Misri», «Ru­­hani», «Şah Xətai» və s. havalarını özü­nəməxsus şirinliklə, ürək yan­ğısıyla ifa etdi...
Qırıxlı Aşıq Hüseyn Əli oğlu Kərimov 1920-ci ildə mayın 20-də Borça­lının Qırxılı kəndində dünyaya göz açıb. 13 yaşından Şair Ağacanın şəyirdi olub. Saysız- hesabsız ustadnamələri, dastanları, divaniləri, təcnisləri, mü­xəm­­­məsləri, gəraylıları, dodaqdəy­məzləri, qoşmaları, rəvayət­ləri və s. sinə­dəftər edən Aşıq Hüseyn az bir vaxtda bütün Borçalıda el sənətkarı kimi tanınıb. O, Aşıq Hüseyn Saraçlının, Mikayıl Azaf­lının, Aşıq Kamandarın, aşıq Ədalətin, sevimli şairlərirmizdən S.Vurğunun, O, Sarıvəllinin, H.Ari­fin və b. saz-söz ustadlarının qiy­mətli incilərindən nümunələri xal­qa çatdırıb. Şair Ağa­ca­nın, Faxralı Şair Nəbinin, Aşıq Şennikin, Porsunlu Məzahirin və başqalarının yazılı ədəbiyyatda hələ də öz əksini tapmayan şeir­lərini məclislərdə oxuyur, unudulmağa qoymur. Borçalı saz məktəbini daim yaşatmaq üçün əlindən gələn köməyi gənclərdən əsirgəmir...
Hüseyn əmi söhbət zamanı ustadı Şair Ağacanın adını tez-tez, həm də xüsusi hör­mətlə xatırlayaraq, onun böyük əməyini heç vaxt unutmayacağını qeyd etdi ki, «Ustadımın 13 şəyirdi olub, səkkizinci şəyird mən olmuşam. Xındı Məmməd, Quşçu İbrahim Aşıq Ağacanın sonuncu şəyirdləri oldular. Bəli, Şair Ağacanın necə ustad olduğunu onun şəyirdlərinin bacarığına görə təyin edə bilərsiniz...»
«- Qadan alım, bir üç il əvvəl gələrdin, görərdin Hüseyn əmin necə çalıb-oxu­yurdu», - deyərək Aşıq Hüseyn ah çəkdi. - «Oğul, bu xaçpərəstlər belimi qırdı. Oğlum Əhmədi 1989-cu ildə Borçalıda baş vermiş məlum olaylarda millətçilik üstə günahlan­dırıb həbs etdilər. Nəydi günahı? Bir dəstə adam, bəlkə də «gürcüləşmiş» ermənilər (belələri, yəni ad və soya­dı­nı dəyişdirib «gürcüləşdirən» ermənilər Gürcüstanda çoxdu! - M.Ç.) gəlib Borçalıda hay-küy saldılar ki, bura gürcü torpağıdır, siz qonaq­sınız, qonaq qalmaq isə nə qədər olar? Oğlum Əhməd isə «dəli­qanlılıq» edib, deyib ki, xeyr, Borçalı bizim dədə baba torpağı­mızdır!.. Allaha şükür, indi qayıdıb gəlib. Mən də bir az özümə gəl­mişəm. Amma deyim ki, hələ tam açılma­mışım. Qadan alım, inşallah, qurban demişəm, cənnət Qarabağımız murdar düşmən­lərdən təmizlənsin, ulu ustadımız Ələsgərin qəbri üstə üçrəngli milli bayrağımız sancılsın, gör nə çalıb-çağıracam!..».
Amin!.. Hüseyn əmi, darıxma, o gün də uzaqda deyil. Görünən dağın dibi yaxın olar, deyiblər. Sağlıq olsun, əlbəttə, inşallah, arzuladığın o gün də görəcəyik!.. O «Mərdanə» təxəllüsü ilə şeirlər də yazır.

]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 20:28:16 +0000
Hacı Ağabala Azəri (Mahmudov) (1931) https://turan.info.az/gurcustan/qaracop/4096-hac-aabala-azri-mahmudov-1931.html https://turan.info.az/gurcustan/qaracop/4096-hac-aabala-azri-mahmudov-1931.html Hacı Ağabala Azəri (Mahmudov) (1931)ŞAİRİN MƏNALI ÖMÜR YOLU

Ağabala Alı oğlu Mahmudov (Hacı Ağabala Azəri) 1931-ci ildə Gürcüstan Respublikasının гядим Qaraçöp mahalında (индики Сагареъо району) anadan olub. 1946-cı ildə Yor-Muğanlı (Qa­raçöp) kənd səkkizillik mək­təbini əla qiy­mət­lərlə başa vurub və həmin ildə Mar­neuli Pedaqoji Texnikumuna daxil olub. Texni­kumu müvəf­fəqiy­yətlə bitirən A.Mahmudov 1951-ci ildə Gəncə şəhərinə gə­lərək, H.Zərdabi adına Gən­cə Dövlət Pedaqoji İnstitu­tunun dil-ədəbiyyat fakültəsinə qəbul olunub. 1955-ci ildə institutu da fərqlənmə diplomu ilə başa vurub, Yor-Muğanlı kənd orta məktəbində müəl­lim­lik fəaliyyətinə başlayıb.
Ağabala Mahmudov 40 ilдян бир мцддятдя Yor-Muğanlı kənd orta mək­təbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Pedaqoji fəaliyyəti zamanı o, 15 il mütəmadi olaraq, tədris məsələləri üzrə direktor müavini kimi məsuliyyətli bir vəzifədə çalışıb, təhsilin təşkilində və inkişafında əlindən gələni əsir­gəməyib, şagirdlərinə doğma dilimizi və ədəbiy­ya­tımızı sevməyi öyrədib. Savadlı və bacarıqlı müəllim, gö­zəl insan, qayğıkeş ailə başçısı kimi mənəvi dəyərləri özün­də birləşdirən A.Mahmudov istər işlədiyi kollektivdə, istərsə də el arasında həmişə yüksək hörmətə, böyük nüfuza malik olub.
A.Mahmudov иlahiyə, щaqqa bağlı şairdir. Hələ çox şey­lərin yasaq edildiyi sovetlər birliyinin mövcud olduğu za­man­lar onun əksər şerlərində Allah, Tanrı, Kəbə, Məkkə, Mədinə, Qızıl Güm­mbəz və s. kimi adlara tez-tez rast gəl­mək olurdu. Elə bu istəklə də onu neçə illərdən bəri ürə­yində gəzdirdiyi ən müqəddəs arzusuna qovuşdurdu - 1993-cü ilin yazında Məkkəni ziyarət etmək ona nəsib oldu.
Ağabala Mahmudov həm də coşğun təbə, sönməz ilhama malik söz us­taдıdır. Onun poeziyası öz xüsusiyyətlərinə görə klassik şerimizin, eləcə də, Vaqif, Səməd Vurğun şer mək­tə­binin gözəl nümunələridir. Şairin təbiət və insan gözəllik­lərinin tərənnümünə həsr olunmuş şerləri xüsusilə axıcı və poetikdir.
A.Mahmudovun şеиrləri və poemaları мцнтязям олараг dövri mətbuatda, "Çeş­mə", "Dan ul­duzu" toplularında, "Qaraçöp" kitabında çap olu­nub, radio və televi­ziyada səsləndirilib, oxucular, tamaşa­çılar tərəfindən daim rəğbətlə qarşılanıb.
“Qopmaram, ayağım Qaraçöpdədir” adlı kitabı 2001-ci ildə nəşr olunub.
Hacı Ağabala (Ağabala Mahmudov) 5 övlad atasıdır - 4 oğlu, 1 qı­zı var. Elə onun şerlərinin və poemalarının toplan­dığı bu kitabın аrаyа-ərsəyə gəl­mə­sində övladlarının da bö­yük əmə­yi var. Tanrı köməkləri olsun!

ÖН SÖZ

Qarşımda bir poeziya divanı vardır. Bu divan Borçalı ədə­bi məktəbinin yaşlı nəslinin nümayəndəsi şair Hacı Ağabala Azərinin (Mahmudovun) şerlər və poemalar külliy­yatıdır. Hələ gənclik çağların­dan poeziyaya meyl göstərən Ağabala Azərinin ilk şerləri müxtəlif qəzetlərin, bədii məc-muələrin, al­manaxların səhifələrində çap olun­muş, radio və televiziya verilişlərinin proq­ramlarında efirdə səs­lən­mişdir. İndi isə Hacı Ağabala Azə­rinin "Qopma­ram, aya­ğım Qara­çöpdədir" kitabını tələbkar oxu­cularımıza və onun pərəstiş­karlarına təqdim edirik. Kitabda şairin müxtəlif illər­də yazdığı şerləri və poemaları "Vətən sev­gisi", "Ana lay­lası", "Dərdim, ağ­rılarım", "Elə bilirsən ki, sevmək asan­dır", "Hər çiçəyin öz ətri var", "Нələr gördük bu dünyada", "İthaf­lar", "Qəzəllər" və "Poemalar" sərlövhəli bölmələr al­tında top­lanmışdır.
Şairin güclü erudisiyası və həyatı müşahidəetmə qabiliy­yəti, Vətənin və xalqın tarixini, qədimdən üzü bəri saflaşa-saflaşa, büllurlaşa-büllurlaşa gələn adət-ənənələrini, folk­loru­nu, xalq yaradıcılığını dərindən bilməsi və ondan qidalan­ması, poeziya divanı­nın məzmun və mündərəcəsinin daha da rəngarəng olma­sına təsir göstərmişdir. Odur ki, elə ilk şer­lə­rindən oxucu­ların qəlbinə yol ta­pan şairin kitabında toplan­mış poeziya nümunələrini oxuyub başa çat­dırdıqdan sonra bir an fikrə dalan oxucu-təxminən belə bir qənaətə gəlir ki, ki­ta­bın ümumi məzmunu və mün­dərəcяsi "Ana laylası"ndan baş­­layıb "Vətən sevgisi" ilə başa çatır. Bu da təsadüfi, de­yi­lişi, gəlişi gözəl ifadələr deyil. Çünki dün­yaya göz açan hər bir şəxsin eşitdiyi ilk musiqi "Ana laylası", həyat yolu və həyat sevgisi isə "Vətən sevgisi" olur. Bu ba­xımdan, "Qop­maram, ayağım Qaraçöpdədir" şerlər və poe­malar toplu­su­nun bədii məziyyətləri diqqətə layiqdir. Bu isə, hər şeydən əv­vəl, şairin ana südü, ana laylası ilə maya­lanıb ca­nı­na, qanı­na hopmuş ülvi hisslərin bütövlüyündən, halallı­ğın­dan, ananın ucalığından və böyüklü­yündən irəli gəlir. Bu da, şübhəsiz ki, kitabın oxunaqlı olmasının başlıca şərtlərin­dən biridir.

"Bizim şairlərin ustadnaməsi
Sevənlər bilir ki, Vətəndir. Vətən!"

- deyən şairin ilk misralarının da, irili-xırdalı bütün poetik əsərlərinin də ümumi qayəsində "Ana məhəbbəti" və "Və­tən sevgisi" baş hərflərlə yazılmış və tərənnüm olunmuş­dur... Doğ­ma Vətənimizin son iki əsrdə tarixi düş­mən­lərimiz tərə­findən başına gətirilən bəlalar, Vətənimizin paralan­masını, parça­lan­masını da şair ürək ağrısı ilə yada salır və gənc nə­sil­ləri "Qoca Şərqin mayağı"nı, "Koroğlu cəngisi"ni, "Qəh­rə­manlar oylağı"nı, "Şair xalqın торпağı"nı, "Ataların qeyrət sə­si"­ni, "Anaların zümzü­məsi"ni, "Dədə-Qorqud əmanəti"ni, "Kai­natın gül bağı"nı, "Gö­zəlliklər bulağı"nı... -Vətənimizin azğın düşmənlərdən təmiz­ləməyə və onun bütövlüyünü bər­pa etməyə çağırır:

"Torpaq manaт deyil, cibə sığışmaz,
Təbiət çəkmişdir xəritəsini,
Heç kəs boğammamış haqqın səsini".

Azərinin poeziyasında Vətən hissləri və duyğuları, Vətən eşqi, Vətən tarixinin dünəni, bu günü və sabahı da "Dərdim, ağrılarım" sil­siləsində toplanmış şerlərində öz geniş bədii əksini tapmışdır:

"Tarixdir zamanın hər ötən anı,
Bizim başımıza nələr açdınız?
Ürəkdən bölünmüş Azərbaycanı,
Bir də bölməyəmi hazırlaşdınız?"

- deyən şair tarixi düşmənlərimizin hazırda yeritdiyi "siya­sətə" xalqın nifrətini və kin-küdurətini ifadə etmişdir...
Şair üçün bütün Azərbaycan da, onun bir parçası olan Borçalı da, doğulduğu doğma kəndi Qaraçöp də Vətəndir... Şair Borçalını "sənət incimizin аçarı", Qaraçöpü isə özünün "ustadı, dayağı" saymışdır:

"Alim məclisindən, arif sözündən,
Elmin cövhərindən, eşqin gözündən...
Dərsimi almışam xalqın özündən,
Ustadım, dayağım Qaraçöpdədir."

Kitabda şairin lirik şerləri ilə yanaşı, "Şahlar şair hü­zu­runda", "Mən Vurğunu düşünürəm", "Etiraf" və "Kəbə kar­vanı" poe­maları da çap olunmuşdur. Poemalar öz süjeti və məz­munu, dili və bədii tərənnümü ba­xımdan da çox ma­raq­lıdır, oxunaqlıdır. Birinci poemada dünya poeziyasının ko­ri­fey­­lərindən biri Нizami Gəncəvi ilə şah arasında baş verən zid­diyyətlər, şahın öz hərə­kətindən peşman olması, nəhayət, Gəncə düzündə şairin hüzuruna getməsi, öz səhvlərini gec də olsa, başa düşməsi və bu zid­diy­yətlərin gedişində şairin mənəvi qələbəsi çox incə bədii ştrixlərlə tərənnüm olun­muşdur:

"Hakim də, həkim də, vəkil də birdir,
Şah onu öpərək bağrına basır:
- Sizin bu hikməti duymamışam mən,
Uğurlu yaranmış bu aylar, illər"...

İkinci poemada XX əsrin Azərbaycan poeziyasının bay­raq­darı S.Vurğunun bədii portreti yaradılmış, onun sənət yol­la­rının uğurları, ölməzliyi, əbədiliyi, ictimai-siyasi fəaliy­yəti; üçüncü poemada isə şairə ali məktəbdə dərs deyən müəl­limlərin mü­qəddəsliyi, şərəfi, gənclərə göstərdikləri ata-ana qayğıları, gələ­cək nəslin yol göstərənlərinin bədii ob­razı təs­vir və tərənnüm olunmuşdur. Dördüncü poemada isə mü­səl­man zəvvarlarının karvanlarla ziyarətə getmələri, mü­qəd­dəs yerləri ziyarət etmələri ayrı-ayrı epizodlarda öz bədii ək­si­­ni tapmışdır.
Azərinin öz tələbkar oxucularına və pərəstişkarlarına təqdim et­diyi bu kitabı "dadlı-duzlu" və cəlbedici ifadələrlə çox zən­gindir: "ləyaqət libası biçmək", "ovsunlu kitab", "co­mard bulağı", "Həyatın zəfər zəngi", "ətalət əsrini arxivə at­maq", "qızılgül ət­rini eldən qoxlamaq", "arzuların təməl da­şı", "məhəbbət ma­yası", "dilləri dualı analar", "Fəxri cən­nə­tim­dir anamın sözü", "Mə­həbbət həyatda sifariş deyil", "Кa­mal dərsi", "Сənət beşiyi, saz beşiyi", "Рəhim vaxtı", "Нur nişanlı üzük qaşı", "Гaş-qabaqlı quzey daşı", "Мü­qəddəs hə­ya", "Кö­söv də cüt kərək", "Шair məğ­rurluğu", "Сöz ovun­da olmaq", "Ъənnət donu", "Шair könlü kainatdır", "Сüni gö­zəllik", "Щəqiqətin susması", "Гanlı tüfəng"... və s.
Şairin özü demişkən, bu kitab-bu divan onun ən böyük ilk imtahanıdır:

"Şair ilham alıb öz ustadından,
Şənlik bayramıdır, şöhrət şanımdır.
Söz demək çətindir ellər adından,
Bu, mənim ən böyük imtahanımdır".

Sənət-bədii söz imtahanından uğurla çıxmış qeyrətli qara­çöplü şair Hacı Ağabala Azəriyə yeni-yeni uğurlar arzusu ilə!...
M.Н.ÇOBAНOV,
filologiya elmləri doktoru, professor,
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin
"Dillər" kafedrasının müdiri.

(Бах: Аьабала Азяри. Гопмарам, айаьым Гарачюпдядир.
Бакы, 2001, сящ.3-8).


Yolkəsən olma

İstər varlı yaşa, istərsə yoxsul,
Həyatda kəlməni kal kəsən olma.
Baxma müxənnətə, mərdanə oğul,
Tayından ayırıb kal kəsən olma.

Görmədim yüksələ nakəs, namərdi,
Gələcək nəsillər çəkməsin dərdi...
Ucalmaq, alçalmaq qəza, qədərdi,
Qarşında susanda lal kəsən olma.

Təbiət təlqini uymuş ibrətə,
Dilimi öyrətdim şirin şərbətə.
Gördün bir məclisdə minib qiymətə,
Düşmənin olsa da xal kəsən olma.

Məhəbbət oyunmuş, uduzdum nərddə,
Vaxtsız qocalmışam, qalmışam dərddə.
Sən yeri gələndə ye də, yedirt də,
Xəsis süfrəsində bal kəsən olma.

Axtar Ağabala, hər addımbaşı,
Simu-zər seçəndə bir məhək daşı.
Yaxşı yaman olmaz, yaman da yaxşı,
Başkəsən olsan da, yolkəsən olma.]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 20:09:02 +0000
DƏLLƏK HÜSEYİN (1926-1988) https://turan.info.az/media/sazli-sozlu-borcali/4099-dllk-hseyn-1926-1988.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4099-dllk-hseyn-1926-1988.html DƏLLƏK HÜSEYİN (1926-1988)

"Dəllək Hüseyn" kimi tanınan Hüseyn Məmmədalı oğlu Hüseynov 1926-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Ağrılı-acılı ikinci cahan savaşı dönəmlərində ailəsi ilə birlikdə Baydar kəndinə köçmüş və ömürlük bu yurda bağlanmışdı. Əliyüngül (el arasında belə deyirlər) dəllək (sünnət ustası) kimi Borçalı kəndlərində ad-san qazanmışdı.

Uşaqlıqdan saz-söz aləmində böyüyən Söyün sünətilə əlaqədar toy məclislisləri də aparmışdır.Şirin danışıqlı, xoş qılıqlı bi adam kimi yeri düşəndə söz qoşmaq, saz çalmaq, dastan söyləmək bacarığına da malik idi Dəllək Söyün.

Hal-hazırda Borçalıda elə bir sünnət toyu tapılmaz ki, onun "Kirvə xoş gəldin" mahnısı oxunmasın.
Dəllək Söyün 1988-ci ildə vəfat etmiş və yaşadığı Baydar kəndində dəfn olunmuşdur.]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 19:57:38 +0000
ƏLƏSGƏR XUDAYEV (1932-1971) https://turan.info.az/gurcustan/qarayazi/4097-lsgr-xudayev-1932-1971.html https://turan.info.az/gurcustan/qarayazi/4097-lsgr-xudayev-1932-1971.html Ələsgər İsmayıl oğlu Xudayev Qarayazıda yaşayıb-ya­rat­mış, zəhmətli bir həyat keçirmiş və saz-söz bilicisi kimi bütün ma­halda şöhrət tapmışdır. O, həyatdan cavan (və faciəli şəkil­də) köçməsinə baxmayaraq, Qarayazı camaa­tının, şeir­se­vənlərin qəlb­lərində yaşayır.
Hələ orta mək­təbdə oxuyarkən müxtəlif səviyyəli şeirləş­mələrin qalibi, ədəbiyyat və dil müəllimlərinin ən sevim­li şa­gir­di olan Ələsgər bədahətən çox qiymətli şeirlər söylə­məyi bacarardı.
Hələ XX əsrin 50-ci illərindən «Stalinçi» (sonralar «Sam­qori»), «Gür­cüstan» və digər mətbuat orqanlarında lirik şeirləri və satira nümunələri ilə müntəzəm çıxış edən Ə.Xudayev güclü hafizəyə malik idi, yüzlərlə şeirləri əzbər bilirdi. Qarayazıda elə bir ədəbi məc­lis olmazdı ki, o, şair Ələsgərsiz ötüşsün.

Olmuş bir hadisə heç vaxt xatirələrdən çıxmır. Bir dəfə qarlı bir gündə dərs vaxtı ədəbiyyat müəllimi bayıra baxır və görür ki, güclü qar yağır. Lakin müəllim uşaqları buraxmaq istəmir. Üzünü Ələsgərə tutub deyir ki, düşün­mədən bu yağan quşbaşı qar haqqında bir bənd şeir de­sən, sənə əhsən deyərəm və sizi evə buraxaram.Müəllim sözünü bitirməmiş Ələsgər dillənir:
Qara bax, qara,
Gör necə yağır,
Çıxsan bayıra,
Məni də çağır.
Allah rəhmət eləsin, ruhunuz şad olsun, Ələsgər İsmayıl oğlu!..
]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 16:41:41 +0000
VƏLİ TOMAYEV (1923-1964) https://turan.info.az/gurcustan/qarayazi/4095-vl-tomayev-1923-1964.html https://turan.info.az/gurcustan/qarayazi/4095-vl-tomayev-1923-1964.html V.Tomayev ədəbiyyat müəllimi idi. Qəlbi həmişə cövlan edərdi. Acı həyat onu çox imtahanlara çəkdi. Müharibə illəri, atasızlıq illəri, hamısı onun bəxtinə düşmüşdü…
Böyük amala malik olan unudulmaz şair onlarla lirik şeirlərin, poe­maların müəllifidir. Əsərlərindən nümunələr müxtəlif mətbuat orqan­larında və ədəbi məcmuələrdə işıq üzü görüb. Ölməz şairlərimiz S.Vurğun və O.Sarıvəlli Vəli To­mayevin yaradıcılığını yüksək qiymətləndirmişlər. Vəli təkrarsız söz bilicisi idi. 40-cı illərin sonu və 50-ci illərin əvvəllərində yerli radio şəbəkəsi ilə şair vaxtaşırı çıxışlar edərdi, öz şeirləri ilə ürəklərə yol-cığır açardı… Və bu gün şairin xatirəsi ürəklərdə əbədi yaşayır…
Gələcək tədqiqatlarımızda şair V.Tomayevin zəngin yara­dıcılığını daha geniş tədqiq edəcəyi­mizə söz verir və onun «Bir şəkil önündə» sərlövhəli bir şeirini oxucularımıza ərməğan edirik:
Şair!.. Tələsmirdin, bəs necə oldu?
Qulağım səsində, gözüm yoldadı.
Axı… uzun çəkdi sənin səfərin,
Günəş nə tez batdı, Ay da qaraldı.

Gəzdiyin yerlərdən bəzən keçəndə
Söylə, qəlbim necə alovlanmasın?
Sənintək Vətənə vurğunam mən də,
Gözlərim yaşarıb necə dolmasın?

Budur… sanatoriya, Səmədin şəkli,
Səadət nəğməsi gözlərindədir.
Ömrün fəlsəfəsi, şeirin qüvvəsi
İlhamla deyilmiş sözlərindədir.]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 16:29:45 +0000
Əziz Abbasov (1951) https://turan.info.az/gurcustan/qaracalar/4094-ziz-abbasov-1951.html https://turan.info.az/gurcustan/qaracalar/4094-ziz-abbasov-1951.html Ə.Abbasov doğma kəndinin tarixini, gürcü və Azər­bay­can xalqlarının keçmiş və müasir dostluq müna­sibət­lərini araş­dırmaqla məşğul olur.
Ailəlidir, 3 övladı və 8 nə­və­­si var.
2008-ci ildə Əziz Abbasovun «QARACALAR KƏND MƏK­TƏBİNİN TARİXİ. (1886-2006-CI İLLƏR)» adlı kitabı işıq­üzü görüb. Müəllifin «Sevimli müəllimim Kəliymət Aşı­ro­vanın və unudulmaz şagirdim Raul Usubovun əziz xati­rəsinə ithaf edirəm.» epiqrafı ilə açılan kitaba Y.Qoqevaşvili adına Telavi Dövlət Uni­versitetinin Po­litolo­giya kafedra­sının müdiri, tarix elmləri dok­toru, pro­fessor Elquca Mamu­kelaşvili belə bir «ÖN SÖZ» yaz­mışdır:
«Əlimizdə Əziz Abbasovun kitabının - «Qaracalar kənd mək­tə­bi­nin tarixi (1886-2006-cı illər)» əlyazması vardı. Əlyaz­ma­nın diq­qətlə oxunması mənə göstərdi ki, Kaxeti bölgə­sinin Telavi ra­yonuna daxil olan Qaracalar kəndi əhalisinin timsalında ən qədim xalqların nümayəndələri Gürcüstanda olduqca maraqlı həyat yolu keçmişlər.
Qaracalar Alazan çayının sağ sahilində yerləşir və böyük kənddir. Kəndin ilkin sakinləri Gür­cüstanda çox erkən əsr­lərdə məskunlaşıbdır. Kaxetiyada məskunlaşan qaraça­larlılar özlə­rinin milli xüsusiyyətlərini, dilini, dinini və mə­də­niyyətini bu günə kimi qoruyub saxlamışlar. Onlar Gür­cüstan torpa­ğında məs­kunlaşdılar və bu diyarın həyat tərzinə uyğunlaş­dılar. On­lar yerli əhali ilə qaynayıb qarış­madılar, assimili­yasiya edilmə­dilər.
Assimiliyasiya qaracalarlıların gələcək nəsillərinə də to­xun­madı. Bu böyük işdə kənd məktəbi və gürcü xalqının təmən­nasız yardımı və dostluğu həlledici rol oynadı.
Qaracalar məktəbinin tarixi - nəsillərin təlim-tərbiyəsi, sa­vad­lı cəmiyyətin təşkili, kənd sakinlərinin yüksək mənə­viy­yatı­nın for­malaşması tarixidir.
Əlimizdəki kitab müəllifin - Əziz Abbasovun böyük yara­dı­cılıq istedadının bəhrəsidir. Kitabda əks etdirilən bir kənd mək­­təbinin həyatının təhlili ilə Gürcü və Azərbaycan xalqla­rının dost­­luq münasibətləri, onlarla maarif fədaisinin xid­mətləri öz əksini tapmışdır.
2006-cı il fevralın 8 - də məktəbin 120 yaşı tamam oldu.
Kitabda məktəbin 120 illik tarixi ilə bağlı sənədli və ma­raqlı materiallar da oxucuya çatdırılır. Kitab maraqla oxu­nur. Diq­qətlə oxüyün! Müəllifə - Əziz Abbasova davamlı yaradıcılıq uğur­ları ar­zu­­layırıq!..»
Biz də pro­fessor Elquca Mamu­kelaşvilinin bu səmimi arzu­larına qoşulur, Əziz müəllimə uzun ömür, möşkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nai­liyyət­lər arzulayırıq!
«Şərqin səsi» qəzeti, dukabr, 2008-ci il.


turan.info.az


.]]>
Müşviq BORÇALI Thu, 27 Dec 2018 16:22:56 +0000
VƏLİ ƏLİYEV (1927-1983) https://turan.info.az/media/sazli-sozlu-borcali/4083-vl-lyev-1927-1983.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4083-vl-lyev-1927-1983.html VƏLİ ƏLİYEV (1927-1983) Vəli İsa oğlu Əliyev 1927-ci ildə Borçalı (indiki Mar­neuli) rayonunun Qa­çağan kəndində anadan olmuş, 1955-ci ildə Azər­baycan Dövlət Uni­versitetinin filologiya fakültəsini bitir­mişdir. Hələ tələbəlik illərin­dən ­bədii yazıları ilə fərqlənən gənc yazı­çı 60-úû èëëÿðäÿí äþâðè ìÿòáóàòäà ilk hekayələrini çap etdirir. Bu hekayələr müasirliyi və məz­munu ilə tezliklə geniş oxucu kütləsinin qəlbində özünə yer tapır. (M.Çobanov. «İkinci görüş» (eyniadlı kitab haqqında rəy). «Sovet Gürcüstanı», №64(9293), 28 may, 1987.) Áöòöí ùÿéàòûíû æóðíàëèñòèêà èëÿ áàüëàéàí Vəli Əliyev ìÿòáóàò ñÿ­ùèôÿëÿðèíäÿ tez-tez çap olunan bədii əsərləri, elmi-tən­qidi məqalələri, publisistik yazı­ları, vətənpərvərliyi, humanist­liyi ilə tanınır. Yazıçı heka­yə­dən-hekayəyə keçdikcə əsərlərinin bədii keyfiyyəti yüksəlmiş, onun oxucu auditoriyası daha da genişlən­mişdir.
Ədəbiyyata uşaq hekayələri ilə gələn, uşaq aləmini, uşaq psixologiyasını yaxşı bilən və bunu hekayələ­rində ustalıqla əks etdirməyi bacaran istedadlı nasirin yaradıcılıq palitrası zən­gindir. Öz səsi və nəfəsi ilə fərqlənən müəl­lifin «Dostlar» adlı ilk hekayələr kitabı 1968-ci ildə Bakıda «Uşaq­gəncnəşr» tərə­findən işıq üzü görmüşdür.
1960-cı ildən «Sovet Gürcüstanı» qəzetində əməkdaşlıq edən V.Əliyev 1963-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv se­çilmiş, Gürcüstanın əməkdar mə­dəniyyət işçisi adına layiq görülmüşdür.
Yazıçının müxtəlif mətbuat orqanlarında, «Çeşmə» (1980) ədəbi məc­muə­sində bir çox dadlı-duzlu hekayələri, satirik ya­zıları dərc olunmuş və oxucu rəğbətini qazanmışdır.
Yazıçının «Paşa «bəyin» sərgüzəşti», «Həyasız» («Sovet Gür­cüstanı», 27 avqust, 27 sentyabr, 1960) və s. sa­ti­rik he­kayələri cəmiyyətimizə zidd ünsürlərin əleyhinə çevril­mişdir. Həmin satirik əsərlərdə - xalqın səadətinə biganələr, sima­sızlar, öz kökündən uzaq düşənlər, «azca aşım, ağrımaz başım» - deyə yalnız özü üçün yaşayan xudbinlər - qəzəb və ifşa ob­yektidir.
Yazıçının ikinci kitabı - «İkinci görüş» 1986-cı ildə «Yazıçı» nəşriyyatı tə­rəfindən oxucu kütləsinin öhdəsinə verilmişdir. Müəllifin vəfatından sonra işıq üzü görmüş bu kitabda ideya və məzmunca bir-birini ta­mam­layan heka­yə­lər verilmiş­dir. Bunlarda qədim Borçalının inqi­labdan əvvəlki və inqilab ərə­fəsindəki həyat tərzi, yoxsul kənd­li sinfinin oyanması, keçmiş ağalara və bəylərə qarşı kəndlilərin azadlıq savaşına başlaması öz bədii əskini tapmışdır.
Hekayələrdə qədim Borçalının axarlı-baharlı mənzərələri, bar-bərəkətli zəmiləri… Yovşanlı dərə, Qalayurdu, Aranlı, Daş­­təpə, Qaçağan, Qəribli, Cö­kəli, Sərinli və s. yerlər təsvir olunmuşdur.
Güclü müşahidə qabiliyyətinə malik olan yazıçı Borçalının dünənini və bu gününü, xalqın həyat tərzini, kənd həyatını, onun keçmişini, indisini epik lövhələrlə işıqlandırmış, xalqın tarixini və ənənəsini milli zəmində gös­tər­miş­dir.
«Getsin o günlər» hekayəsində baba və nəvə münasibətləri maraqlı bir epi­zodla verilir. İki həyat tərzini görmüş baba keç­miş dərdli-qəmli günləri xa­tırlayanda «ürəyindən qara qanlar keçir», nəvəsinin «xoşbəxt gündə ya­şa­ma­sından» sevinir, özünü də onun kimi yeni həyatda xoşbəxt və bəxtəvər sanır. Əsərdə baba tipikləşmiş bir ağsaqqal, öyüdçü, incə qəlbli, mehriban və həlim xa­siyyətli bir insan kimi təqdim olunur… Bu hekayənin əsas xüsusiy­yətlərindən biri də odur ki, müəllif Borçalıda kəndli kütləsinin oyanmasını, öz «ağasına» söz qaytarmasını, daha onlarla hesablaşmadığını, o cümlədən Səfərin Sadiq bəyə söz qaytarmasını, onun ot tayasına od vurub qaçmasını kəndli inqilabının ilk ünsürü kimi oxucuya çatdırır.
«İkinci görüş» hekayəsində ağaların və bəylərin haqsızlığı, ədalətsizliyi, kəndliləri həddən artıq istismar etməsi və onlara qarşı Borçalı kəndlilərinin səbr kasasının daşması, etiraz səs­lərini ucaltması, bəzən də açıq mübarizəyə keçməsi, o cümlə­dən Yolçu bəyi döymələri, Namaz bəyin evini dağıt­maları, mal-qaralarını öz aralarında bölüşdürmələri kəndlilərin öz hü­quqlarını artıq ba­şa düşməsinə bir işarə idi. Bu işarələr isə hekayədə çox incəliklə təsvir olun­muşdur.
Hekayədə Səlim kişi ilə Aslanın görüşməsi, bəylərə qarşı etiraz söh­bətləri, naməlum adamın onları bolşevik kimi qələmə verib polis idarəsinə xəbər çatdırması, rəis müavini Mürsəl bə­yin Səlim kişini və Aslanı hədə-qorxu ilə sınaqdan çıxarması və nəhayət, onlara bağlama verib Mahmud bəyə göndər­məsi, hər ikisinin Şulaverdə keçiriləcək yığıncağa gəlməsini tapşır­ma­sı kənd­lilərin gözünü açır, onlar Şulaverə gəlir. Bor­çalı təş­kilatının gördüyü iş­lər barədə Tiflisdən gələn adamın mə­lu­ma­tını dinliyirlər. Bu adam isə Mürsəl bəy idi. Bu, əslində püxtə­ləşmiş mübariz èíãèëàá÷û Mürsəl bəylə hərəkata yenicə qoşulan kəndli­lərin ikinci görüşü idi, yəni artıq èíãèëàáûí éàõûíëàøìàñû äå­ìÿê èäè.
«İlk qurban» hekayəsində xalqın inqilabi şüurunun inkişafı, Sarvan əha­lisinin Mehdi ağanın qulluğundan boyun qaçırması, onu hökumət adamı yanın­da biabır etməsi, ona qarşı açıqcasına - «Bəsdir bizi haqsız-muzdsuz işlət­di­yin», «Biz də insanıq, ac qarına adam işləməz», «Qanımızı içdin yetər» de­məsi, camaa­tın öz hüququnu tələb etməsi və s. təsvir olunur.
Ùåêàéÿíèí ÿñàñ ìÿüçèíè âÿ èíãèëàáè èäåéàñûíû Ãàëàéóðäëó Ãóð­áàí êèøèíèí èíãèëàáè ôÿàëèééÿòè òÿøêèë åäèð. Î, øÿùÿðäÿ äÿìèð­éî­ëóí­äà èøëÿéÿðêÿí ôÿùëÿ òÿòèëè âÿ ÷àðïûøìàëàðûíäà éàõûíäàí èøòèðàê åò­ìèø, áÿðêÿ-áîøà äöøìöø, ýåò-ýåäÿ ñèéàñè øöóðó àðòìûø, èíãèëàáà ãî­øóëìóøäóð. Ìÿùç èíãèëàáè òÿáëèüàò èøè àïàðìàã ö÷öí éåíèäÿí Áîð÷àëûéà ãàéûäûð, ùÿëÿëèê Ãàëàéóðääà òÿê îëñà äà, òåçëèêëÿ þçöíÿ òÿðÿôäàðëàð òîïëàéûð... Ãóðáàí êèøè ùÿð èøèí ãàéäàñûíû âÿ ìÿãàìûíû éàõøû áèëèðäè. Î, ùÿòòà, ïàðòèéàíûí V ãóðóëòàéûíà Áîð÷àëû òÿøêèëàòûí­äàí áèð íöìàéÿíäÿ ñå÷èëìÿñè áàðÿäÿ îëàí ìÿëóìàòû îüëó Êàìàë­äàí ýèçëèí ìÿêòóáëà Øóëàâåðÿ Ïîëàäà ýþíäÿðèð. Êàìàë ýÿíúäèð, àí­úàã ÷îõ äþçöìëöäöð, ãÿòèäèð. Î, éîëäà àüàëàð òÿðÿôèíäÿí éàõà­ëàíûá äþéöëñÿ äÿ ñèððè à÷ìûð. Ñÿëèì êèøèíèí êþìÿéè èëÿ ýåúÿ èêÿí ãà÷ûá ìÿêòóáó ñàùèáèíÿ ÷àòäûðûð. Ýåðè äþíÿíäÿ àòàñûíûí àüàëàð òÿðÿ­ôèíäÿí þëäöðöëìÿñè õÿáÿðèíè åøèäèð, ëàêèí ìÿéóñ îëìóð, àòà­ñûíûí èøèíè äàâàì åòäèðèð. Ãàëàéóðäëó Ãóðáàíûí þëäöðöëìÿñè èíãèëàá éîëóíäà Áîð÷àëû ïàðòèéà òÿøêèëàòûíûí âåðäèéè "èëê ãóðáàí" èäè...
«Təhlükəli gecə» hekayəsi də öz müasirliyi, məzmunu və ideyası etibarilə oxucu kütləsinin qəlbində özünə xüsusi yer tu­tur.
Kitabdakı «Mollanın kitabı», «Bu da bir adətdir» satirik hekayələri də oxucuda xoş təəssürat yaradır.
Ümumiyyətlə, V.Əliyevin haqqında söhbət açdığımız və nəş­ri müəllifinə qismət olmayan «İkinci görüş» kitabındakı bütün hekayələrdə Borçalı kəndli­lərinin amalı da, əməli də göz önündə canlanır, hadisələr səlis dillə, əlvan bədii vasitələrlə oxuculara çatdırılır.
«V.Əliyevin ikinci kitabı «İkinci görüş» müəllifin ikinci ad­dımı idi. Lakin amansız ölüm onu aramızdan vaxtsız apardı, ona püxtələşmiş bir yazıçı kimi yaşamağa, yaratmağa imkan ver­mədi». (M.Çobanov. «İkinci görüş», «Gürcüstan», №64(9293). 28 may, 1987.)
Uzun müddət «Sovet Gürcüstanı» qəzetinin ədəbi, incə­sənət və mədə­niyyət şöbəsinin müdiri işləmiş və ömrünün 24 ilini həmin qəzetin oxunaqlı çıxmasına sərf etmiş Vəli Əliyev 1984-cü ildə vəfat etmişdir.
Mərhum Vəli Əliyevə «Allah rəhmət eləsin, ruhu şad ol­sun» söyləyir və şair Dünyamalı Kərəmin yazıçı dostunun əziz xatirəsinə ithaf etdiyi «Qalıb­dır» («Gürcüstan», 27 mart, 1984) şeirindən bir bəndi nəzərinizə çatdırırıq:
Borçalının Vəlisiydin, ay Vəli!
Ürəklərdə qoydun ürək heykəli!
Qəlbindəki əbədilik əməli
Qədirbilən bizim elə qalıbdır!




Picto infobox character.png VƏLİ ƏLİYEV
Vəli İsa oğlu Əliyev
Fotoqrafiya
Doğum tarixi
18 dekabr 1927
Doğum yeri Qaçağan kəndi, Borçalı qəzası, Flag of the Georgian Soviet Socialist Republic.svg Gürcüstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 12 aprel 1983 (55 yaşında)
Vəfat yeri Tbilisi, Flag of the Georgian Soviet Socialist Republic.svg Gürcüstan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Əliyev İsa Məmmədqulu oğlu
Vətəndaşlıq Flag of Transcaucasian SFSR.svg ZSFSR 1927-1936
Flag of the Soviet Union.svg SSRİ 1927-1983
Peşələri Yazıçı
publisist
Milliyyəti Qarapapaq türkü
Dini Star and Crescent.svg İslam
İxtisası Filoloq
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti Fililogiya fakultəsi (1950-1955)
Fəaliyyəti "Sovet Gürcüstan" qəzeti Redaksiyasının şöbə müdiri
Fəaliyyət illəri 1960-1983
Vəli İsa oğlu Əliyev (1927 ZSFSR, Gürcüstan SSR, Borçalı qəzası, Qaçağan kəndi – 1983, Tbilisi şəhəri, Gürcüstan SSR.) - Gürcüstan SSR ictimai xadimi, tanınmış publisis və jurnalist. Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi. SSRİ Yazıçılar İttifaqnın və SSRİ Jurnalistlər İttifaqının üzvü. 1965-1983-cü illərdə “Gürcüstan KP MK orqanı, azərbaycandilli “Sovet Gürcüstanı” qəzeti Redaksiyasının Ədəbiyyat, incəsənət və təhsil şöbəsinin müdiri.


Vəli İsa oğlu Əliyev 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzsasının , Qaçağan kəndində ziyalı ailəsində dünyaya gəlib. . Bakıya ali təhsil almağa gəlib və 1955-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Bakıda 1983-cü ildə vəfat etdikdən sonra ib.



Gürcüstan SSR-də "Sovet Gürcüstanı" qəzeti Azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olduğundan, həmin qzəetin Redaksiyasının əməkdaşları, qzəetdə dərc dilən mütəmadi yazılar Gürcüstanda yaşayan soydaşlarımızın və Borçalının ictimai rəyinə ciddi təsir edirdi. Qəzetin redaksiyasında 1950-1990-cı illər ərzində Borçalının bir çox tanınmış ziyalısı, yazıçısı, publisisdi və jurnalisti çalışmışdır. Vəli Əliyev ideoloji baxımdan solçu fikirli olasa da böyük türkcü idi vəırdı.]]>
Müşviq BORÇALI Fri, 21 Dec 2018 13:05:01 +0000
Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib https://turan.info.az/diger/tebrikler/4048-tannm-air-v-publisist-li-rza-xlflinin-65-illik-yubileyi-qeyd-edilib.html https://turan.info.az/diger/tebrikler/4048-tannm-air-v-publisist-li-rza-xlflinin-65-illik-yubileyi-qeyd-edilib.html Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib.
turan.info.az xəbər verir ki, ədəbi və elmi ictimaiyyət nümayəndələrinin, tanınmış ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoylu tariximizin iki əsrinin qovuşuğunda yaşayıb-yaradan istedadlı Azərbaycan ziyalısı Əli Rza Xələflinin həyat və yaradıcılığından söhbət açıb, onu filosof şair, istedadlı nasir, kəsərli qələmə malik publisist kimi xarakterizə edib.
Bildirilib ki, Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya göz açan və bu gün məcburi köçkünlük həyatı yaşayan şair qəlbində Qarabağ ağrısı ilə vətəndaşlıq ruhunda şeir, poema, roman və kəsərli publisistik əsərlər yazır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı İlqar Fəhmi diqqətə çatdırıb ki, ədəbiyyatımıza təmənnasız xidmət göstərən Əli Rza Xələfli özünü “Kredo” qəzeti ilə təsdiq edib və tanıtdırıb. Çağdaş Azərbaycan ədəbi-tarixi mühitində böyük nüfuza malik “Kredo” qəzeti bir vətəndaş, ziyalı kimi onun ən böyük əsəridir. Ədəbiyyatın, millətin və Vətənin fədakarı olan Əli Rza Xələflinin nəşr etdirdiyi “Kredo” qəzetinin redaksiyası vaxtilə söz və qələm adamlarının görüş və ümid yeri idi. Əli Rza Xələfli fədakarlığı hesabına bu gün də yazıçılarla oxucular arasında körpü rolu oynayan “Kredo” qəzetinin nəşrini davam etdirir. O, Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən, Əli bəy Hüseynzadədən gələn yolun layiqli davamçısı vəzifəsini yerinə yetirir.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov dərin istedada, qibtə olunacaq dərəcədə yaradıcılıq enerjisinə, zəhmətsevərliyə və fəal həyat mövqeyinə malik olan Əli Rza Xələflinin əsərlərindəki hər bir obrazın konkret ünvanı olduğunu vurğulayıb. Akademik qeyd edib ki, onun poeziyasında publisistika, publisistikasında, eləcə də nəsrində poeziya elementlərinə rast gəlmək mümkündür.
Filologiya elmləri doktoru, professor İslam Qəribli “Sənətkarın həyat və yaradıcılıq fraqmentləri - son beş il” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Əli Rza Xələflinin bir ziyalı kimi üstünlüyü onun ensiklopedik bilik və analitik təfəkkür sahibi olmasındadır. Onunla elmin bir çox sahələri barədə söhbət edəndə bu qədər informasiyanı beynində saxlamasına təəccüblənirsən. Bir söz adamı olaraq onun Azərbaycan və dünya ədəbiyyatını dərindən bilməsi qibtə doğurur.
Akademik Nizami Cəfərov bildirib ki, Əli Rza Xələflinin bir ədəbiyyat adamı kimi digər şakəri səriştəli ədəbiyyatşünas olması ilə şərtlənir. Bir ədəbiyyatşünas olaraq Əli Rzanı müasirlərindən fərqləndirən ən ümdə cəhət onun yazılarının səmimiyyətində, birbaşa mətnin özündən çıxış etməsindədir. “Ədəbiyyat üzrə akademiklərdən tutmuş kiçik elmi işçilərədək alimlərin bütün kitablarını yandırsaq, onların hər birini Əli Rza Xələflinin əsərlərində tapmaq mümkündür”, - deyə akademik bildirib.
Görkəmli dilçi alim, professor Qəzənfər Kazımov çıxışında vurğulayıb ki, Əli Rza Xələfli əsərləri ilə bizi xalqın ruhunun ifadəçisi olan canlı, sadə və doğma dilimizin poetik cazibəsində saxlamaq gücündədir.
Tədbirdə professorlardan Təyyar Salamoğlu, Himalay Qasımov, Qəzənfər Paşayev, Mahmud Allahmanlı, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, şair Yusif Nəğməkar, filologiya elmləri doktoru, yazıçı Elçin Mehrəliyev, şair, ədəbiyyatşünas Sərvaz Hüseynoğlu və başqaları çıxış edərək Əli Rza Xələflini dərin biliyə, zəngin söz ehtiyatına, yüksək yaradıcılıq temperamentinə, orijinal erudisiyaya və hüdudsuz təxəyyülə malik olan bir ziyalı kimi səciyyələndiriblər. Diqqətə çatdırılıb ki, Əli Rza Xələflinin indiyədək 40-dan çox kitabı işıq üzü görüb. Onun əsərləri daim ədəbi tənqidin diqqətində olub. Xüsusilə şairin son kitabları barədə mətbu orqanlarda çoxlu sayda müsbət rəylər dərc edilib.
Çıxış edənlər “Qızıl qələm”, “Araz”, Qılınc və qələm”, Beynəlxalq Rəsul Rza, Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatlarına layiq görülmüş ziyalımızı 65 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Əli Rza Xələflinin yeni çap olunmuş “Tənqidçinin azərbaycançılıq idealı”, “Üzü Qarabağa”, Qiyamətdən bir gün əvvəl”, “Bir ayrılıq odu var”, “Göy üzündə səs” kitabları, eləcə də Sabir Bəşirovun “Əli Rza Xələfli: ədəbi yol - əbədi yol”, Mədəd Çobanov və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabları tədbir iştirakçılarına təqdim olunub.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Əli Rza Xələfli yeni şeirlərini oxuyub.]]>
Müşviq BORÇALI Wed, 05 Dec 2018 23:07:50 +0000
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB https://turan.info.az/fond/3982-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html https://turan.info.az/fond/3982-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB ŞAGİRDLƏRƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Bu günlərdə havanın soyuq və yağmurlu olmasına baxmayaraq, Gürcüstanın soydaşlarımız yaşayan Bolnisi rayonunundakı Darvaz kənd ictimai məktəbində əsl bayram əhval ruhiyyəsi var idi. Vaxtilə bu qədim məktəbdə orta təhsil alan, sonralar burada ilk pedaqoji əmək fəaliyyətinə başlayan, daha sonralar isə Tiflis və Bakı şəhərinin ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirən, görkəmli dilçi və türkoloq alim, müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov məktəbin müəllim və şagird kollektivi ilə görüşə gəlmişdir.

Tədbiri giriş sözü ilə yerli hakimiyyətin nümayəndəsi, bələdiyyə üzvü Şirəddin Aslanov açdı. O, qonağı - professor Mədəd Çobanovu səmimi salamladı, onu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, yubilyarın şərəfli ömür yolu haqqında məlumat verdi, ona uzun ömür, möhkəm cansağlığı, həyatda və elmi yaradıcılığında yeni-yeni uğurlar arzuladı.

Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin Baş redaktoru Əlixan Yəhyaoğlu çıxış etdi. O da görkəmli alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, onun keçdiyi mənalı həyat yolundan, elmi və pedaqoji fəaliyyətindən, elm və həyatda qazandığı uğur və nailiyyətlərdən danışdı, qeyd
etdi ki, görkəmli alimin yubileyi Bakıda, Tiflisdə, eləcə də Rustavi və Marneuli şəhərlərində yüksək səviyyədə qeyd olunub. Əlixan Yəhyaoğlu həmçinin onu da vurğuladı ki, ötən tədris ilində Darvaz kənd ictimai məktəbində professorun yubileyi şərəfinə keçirilən görüş də xüsusi təntənə ilə yaddaşlara yazılmışdır. Həmin görüşü yüksək səviyyədə təşkil etdikləri üçün "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Mükafat Komitəsinin qərarı ilə məktəbin direktoru Müseyib Qənbərov və
direktor müavini Raqif Əhmədov Fəxri Fərmanla təltif olunublar.




"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Mükafat Komitəsinin qərarı ilə məktəbin I-III sinif şagirdlərinə 35 ədəd məktəbli çantası və məktəb ləvazimatları paylandı. Məktəbin ictimai və daxili işlərində fəal iştirakına, tədris sahəsinə düzgün nəzarət etdiyinə görə direktor müavini Raqif Əhmədov və təlim-tərbiyə prosesində fərqlənən, yaxşı oxuyan 10 nəfər şagird Fondun Mükafat Komitəsinin qərarı ilə FƏXRİ DİPLOMLA və hər birinə 30 manat (AZN) təqaüd verildi.
Hədiyyə və Fəxri Diplomları professor Mədəd Çobanov və Müşfiq Borçalı (Çobanov) təqdim etdilər. Görüşdə kəndin fəalları, rayon ictimaiyyət nümayəndələri iştirak etdilər.]]>
Müşviq BORÇALI Tue, 13 Nov 2018 12:05:25 +0000
GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏSƏN, KİMLƏR və NİYƏ ?!.. https://turan.info.az/gurcustan/borchali/3989-grcstandaki-mktbl-soydalarimiza-yardim-etmy-qadaa-qoyublar.-grsn-kmlr-v-ny-..html https://turan.info.az/gurcustan/borchali/3989-grcstandaki-mktbl-soydalarimiza-yardim-etmy-qadaa-qoyublar.-grsn-kmlr-v-ny-..html GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏSƏN, KİMLƏR və NİYƏ ?!..SUALLAR ÇOX, CAVABLAR İSƏ HƏLƏ Kİ, YOXDUR!...
Çox sağ ol, mənim əziz və dəyərli böyük qardaşım Huseyn Yusubov! Var ol!.. Min yaşa!.. Mən də vətənə, millətə, elə-obaya xidmət etməyi özümə müqəddəs bir borc bilməyi, məhz siz böyüklərdən öyrənirəm...
...Amma maləsəf, türklər demiş, nə yazıqlar ki, bu dünya naxələrdən, nanəciblərdən, nankorlardan da xali deyil...
Necə ki, AzTv-də çalışdığım illərdə tez-tez Borçalıya səfərlər edərək, oradan ayrıca, xüsusi və silsilə verilişlər təşkil etdiyim zaman gözləri kor olurdu, ürəkləri parlayırdı, eyniylə də indi - mənim məktəblərə və məktəblilərə etdiyim yardımı, qayğını gözü götürməyən paxıllar və qəlbikorlar, ananim şikayət məktubları yazırlar var ki, bəs biz niyə məktəblilərə yardım edirik?!.. Marağımız və məqsədimiz nədir?!.. Məktəblərə kənar şəxslərin - yəni - vaxtilə həmin məktəbin məzunu olmuş mən Müşfiq Borçalının və və vaxtilə həmin məktəbin məzunu olmuş və 20 ildən çox həmin məktəbdə pedaqoji fəaliyyət götərmiş mənim atam- filologiya elmləri doktoru, professor Mədəd Çobanovun girişinə yasaq qoyulsun... və s... və i...
Bunu mənə başqası desəydi, inanmazdım. Öz gözlərimlə şahidi olduğumdan inanmağa və yazıb sizin kimi dəyərli dostları məsələdən halı olmağa, onları məlumatlandırmağa məcburam.
Sözsüz ki, elə mənim kimi, sizin də, eləcə də başqalarının da buna inanmamağa haqqları var... Amma...
Deyim, hamının məlumatı olsun ki, bizim Darvaz kənd məktəbinə məktəblilər üçün yardım aparmağı artıq son illərdə ənənəyə çevirmişik... Əvvəlcədən Sizə də bildirdiyim kimi, Oktyabrın 15-də növbəti dəfə Darvaza hədiyyə aparanda əvvəlcə məktəbin direktor müavini Raqif Əhmədov, sonra isə məktəbin direktoru Müseyib Qənbərov bizə bildirəndə ki, Bolnisi rayon Təhsil Resurs mərkəzi tədbirimizin keçirilməsinə icazə vermir, deyirlərki, məktəblilərə heç nə hədiyyə etmək olmaz!.. mat-məətəl qaldım, necə deyərlər ŞOKa düşdüm...
Düzü ötən ilin oktyabrında və bu ilin may ayında məktəbdə olduqda və məktəblilərə hədiyyə payladıqda heç bir problem, narazılıq-filan olmamışdı...Əksinə, məktəbin rəhbərliyi də, müəllimləe də, şagirdlər də çox razılıq etmişdilər...
Bu dəfə isə... nə baş verdiyini anlaya bilmədim... Mən Bakıdan apardığım hədiyyələri geri gətirəsi deyildim ki... Məcbur olub öz şəxsi dost-tanışlarımla əlaqə saxlamağa, məsələni aydınlaşdırmağa qərar verdim...
Əvvəlcə Azərbaycanın Gürcüstandakı səfirliyinə zəng etdik. Həmişəki kimi telefona cavab verən olmadı... Sonra Gürcüstan Parlamentinin deputatı, daha dəqiq desək, Gürcüstanın hazırki hakim Partiyasının Parlamentdəki üzvü, nümayəndəsi - dəyərli dostum-qardaşım Ruslan Haciyevə zəng etdim. Çox sğ olsun, Ruslam müəllim, çox hörmətlə məni dinlədi, lakin bir az vaxt istədi ki, rəhbərlik indi yerində yoxdur, hamının da başı seçkilərə qarışıb, mən xahiş edərəm, sonra icazə verərlər... Bir xeyli gözləməyə məcbur olduq...
Bir qədər sonra AzTv-nin Gürcüstan təmsilçi Şahismayıl Şəmmədoğlu Gürcüstanın Kvemo Kartli quberniyasının qubernator müavini Zaur Dargalliya zəng etdi. Zaur müəllim də Bolnisinin rəhbərliyi ilə danışandan sonra bildirdi ki, icazə vermirlər, olmaz, kənar şəxslərin məktəblilərə hədiyyə paylamağı yasaqdır.
Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin baş redaktoru, "Şərəf" ordenli Alixan Yahyaoglu oğlu gəldi.
Daha sonra ARB TV-nin Gürcüstan təmsilçisi Azər Məmmədov, daha sonra Azərbaycanın İTv-nin əməkdaşları və b....
yenə də dedilər ki, olmaz!.. Vəssalam...
Bolnisi rayon Bələdiyyəsinin sədr müavini Imran Gasimova zəng etdim, ona ətraflı məlumat verdim. Sağ olsun, o elə həmən bizim məktəblilərə yardım etməyimizi alqışladı, amalımızı bəyəndiyini bildirdi və dedi ki, bəs niyə əvvəlcədən demirdiniz, özümüz də gəlib tədbirdə iştirak edərdik. Dedim ki, düzü keçən dəfələrdə heç bir problem olmurdu, həm də ki məktəblilərə etdiyimiz bu kiçik yardımı elə də böyük bir iş hesab etmirəm. Əlavə etdi ki, darıxma, bu dəqiqə danışıram, yerli hakimiyyətin nümayəndələri də gəlib tədbirinizdə iştirak edərlər... Aradan 5-10 dəqiqə keçəməmişdi ki, yerli hakimiyyətin nümayəndəsi, rayon bələdiyyəsinin üzvü Şirəddin müəllim (Aslanov) gəldi, o da İmran müəllim kimi eyni sözləri təkrar etdi ki, gərək əvvəlcədən bizə deyərdiniz, indi də belə bir problem yaşanmazdı... Əlavə etdi ki, İmran müəllim zəng edib tapşırmışdı ki, Bolnisi rayon icra hakimiyyəti başçısının Darvaz kənd üzrə nümayəndəsi Vəzir müəllimlə birlikdə gəlim. O, rayonda iclas olduğu üçün ora gedib, elə mən də iclasa getməli idim, İmran müəllim bura gəlməyimi tapşırdı deyə, Bolnisiyə iclasa yox, bura gələsi oldum... Çox sağ olsun, Şirəddin müəllim də bir neçə dəfə rayon rəhbərliyinə, xüsusi orqanlar zəng vurdu, onları əmin etdi ki, biz heç də təhlükəli insanlar deyilik və məktəblilərə zərərli heç nə paylayan deyilik. Nəhayət ki, razılıq aldı və biz axir ki, məktəblilərin hədiyyərini paylaya bildik... Bir daha bizim məktəblilərə yardım addımımızı bəyənən və bizə dəstək olan hər kəsə təşəkkür edir və öz dərin minnətdarlığımızı bildirirəm...
Düşünürəm, görəsən, növbəti dəfə necə olacaq??!
Yenə bizi məktəbə buraxmayacaqları haqqında göstəriş verəcəklərmi?!
Və o göstərişi görəsən kim verir ki, Respublika Parlamentinin üzvünün - deputatın,, Qubernator müavinin belə sözünü, xahişini nəzərə almırlar...
Düçünürəm ki, sabah sıradan bir nəfər də məktəblilərə yardım etmək istəsə, bəs onları necə qarşılayarlar?!..
Onlar da kimlərəsə zəng vurub xahişmi etməlidirlər?!..
SUALLAR ÇOX, CAVABLAR İSƏ HƏLƏ Kİ, YOXDUR!...

GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏSƏN, KİMLƏR və NİYƏ ?!..

GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏSƏN, KİMLƏR və NİYƏ ?!.. GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏSƏN, KİMLƏR və NİYƏ ?!..
]]>
Müşviq BORÇALI Tue, 13 Nov 2018 12:05:09 +0000
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008) https://turan.info.az/tv/886-borali-ar-dryeynur-1937-2008.html https://turan.info.az/tv/886-borali-ar-dryeynur-1937-2008.html BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)
BORÇALI ŞAİRİ DƏRYEYNUR
(1937-2008)
Dəryeynur Məmmədbağır oğlu Allahverdiyev[/b] 1937-ci il sentyabr ayının 24-də qədim Qarayazıda - indiki Gürcüstan Respub­li­ka­sının Qarda­bani ra­yo­nundakı Soğanlıq (indiki Ponicala) kəndində ana­dan ol­ub. (Sənədlərdə isə 1937-ci il yan­varın 1-i yazılıb).
1959-cu ildə orta təhsilini həmin kəndin orta mək­təbində başa vur­ub.
1962-ci ildən Tbilisi altıncı avtomabil dəstəsində So­vet­lər dağılana kimi baş mühasib vəzifəsində iş­ləyib. Sonra Fərdi təqaüdə çıxıb. Üç oğlu, iki qızı, on iki nə­vəsi var.

Hələ kiçik yaşlarından şeir yazmağa başlayan, daha dəqiq desək 19­48-ci ildən Ya­ra­dıcılığa qədəm qoyan Dəryeynur özünün ilk şerini 11 ya­şında olarkən qələmə almışdır. Belə ki, yu­xuda Adəm Pey­ğəm­bər ona bir ovuc tor­paq vermiş və hə­min gün­dən şeir yaz­mağa başlamışdır.

[b]Şeirin tarixçəsini şair sonralar özü belə vəsf edirdi:

"Bizim evin yanı dərədi. Mən 11 yaşında idim bir gün yatarkən yuxuda gördüm ki, dərədə bir neçə uşaqla oynayıram, bu vaxt bir qara araba gəldi arabanın üstü qara parça ilə örtülmüş və iki at qoşulmuşdu qəflətən araba palçığa batdı və atlar çəkə bilmədilər. İçindən uzun ağ saqqalı olan bir kişi düşdü, məni çağırdı salam verdi və əlini cibinə salaraq cibindən bir ovuc torpaq çıxarıb mənə verib dedi al bu xəzinəni. Mən cavabında: - Axı, bu xəzinə deyil torpaqdı, - dedim.
Kişi cavab verdi: - Sonra bilərsən. Soruşdum ki, sən kimsən?
Dedi: -Mən Adəm Peyğəm­bə­rəm.
Arabada üzü örtülü bir qadın vardı. Dedim: - Bəs, o kimdir?
Dedi: O Fatimədir.
Bu vaxt qiblə tərəfdən iki at gəldi arabaya qoşuldu və araba gözümdən itdi və yuxudan oyandıqda ilk şerimi qələmə aldım."


"Gördüm"[/b] sərlövhəli şeir belədir:

Yatmışdım əcabi qəflətdə,
Fatimeyi Zəhranı gördüm.
Yükü ağır arabada
Adəmi Həvvanı gördüm.

Xudamın gözəl bəndəsi,
Mənə dəydi xoş nəfəsi,
Yüklənmişdi kəcavəsi,
O qoca sultanı gördüm.

Dəryeynuram, söz deməyə,
Dilim gəlmir düz deməyə,
İki at gəldi köməyə,
Oldular pünhanı gördüm.

Daima Haqdan ilham alan şair Dəryeynurun şeirləri 1962-ci ildən Gür­­cüstanda çıxan bütün Azər­baycan dilli qəzetlərdə, jur­nallarda, almanaxlarda dərc olu­nub.

1970-ci illərdən isə Qarayazıda və eləcə də bü­tün Borçalgda şair-aşıq kimi tanınmağa başlayaıb. O hətta yeri gəldikcə öz sazını sinəsinə basıb onu məharətlə dil­ləndirib. [b]“Divani”, “Dilqəmi”, “Dü­bey­ti”, “Bor­ça­lı”, “Yurd yeri”, “Kə­rə­mi”, “Sarı tel” [/b]və s. el ha­va­la­rını özünəməxsus ustalıqla ifa edib.

Dər­­yey­­nur Al­­la­h­verdiyevin şeirləri sonralar[b] “Çeşmə” [/b](1970),[b] “Dan ul­duzu”[/b] (1987, 1988, 1990), [b]“Ağır elli Borçalı”[/b] (1990), [b]“Addımlar” [/b](1996, 1997) to­plularında, [b]“Azad Azər­baycan”, “Ziya”, “Təhsil”, “Şərqin səsi” [/b]və s. qə­zet­lərdə işıqüzü gö­­rüb. O, dəfələrlə yerli radio və televiziya ve­rilişlərində çıxışlar edib.

Və nəhayət, 1996-cı ildə fizika-riyaziyyat elmləri doktoru, pro­fessor Vüqar Əli­yevin təşəb­büsü ilə şair Dəryeynurun [b]«Min tilsimli dün­ya»[/b] adlı ilk şerlər kitabını toplayıb nəşr etdik. [b](Nəşrə hazırlayanı, redaktoru və ön sözün müəllifi: Müşfiq ÇOBANLI.)[/b]

2001-ci ildən Azər­baycan Ya­zı­çı­lar Bir­liyinin üz­vü olan şair Dər­yeynur Allahver­diye­vin 70 illik yubileyi ərəfəsində - 2007-ci ildə "Borçalı" nəşriyyatında [b]“Əsər­ləri”[/b]nin üç cild­liyini nəşr etməyə başladıq. Qısa bir vaxtda I cild nəfis şəkildə işıqüzü gördü. [b](Nəşrə hazırlayanı, redaktoru və ön sözün müəllifi: Müşfiq ÇOBANLI.)[/b]

Təəssüflər olsun ki, [b]"Əsərləri"[/b]nin 2-ci və3-cü cildlərini görmək şair Dəryeynura nəsib olmadı.

Özünün nəsihət dolu şeirləriylə insanların qəlblərini fəth etməyi bacaran böyük el şairi Dəryeynur
2008-ci il noyabr ayının 28-də həyatdan gözlərini əbədi olaraq yumdu. Allahın rəhmətinə qovuşdu...
Allah rəhmət etsin. Amin!..

İndi şair Dəryeynur cismən aramızda olmasa da, mənən bizimlədir!
Qədir bilən Soğanlıq camaatı, eləcə də bütün Borçalılılar və poeziyasevərlər
onun əziz xatirəsini həmişə öz qəlblərində yaşadacaqlar...

[b]Müşfiq BORÇALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,[/b]
dekabr, 2008-ci il.

[b]P.S.:[/b]

Tanınmış jurnalist-tədqiqatçı [b]Mirzə Məmmədoğlu[/b] Gürcüstan radiosunda işləyərkən
1999-ci illərdə Dəryeynurun öz ifasında bir neçə şeirini lentə almışdır.
İndiyədək onu şəxsi fondunda qoruyub saxlayan Mirzə Məmmədoğlu
şair Dəryeynurun əziz xatirəsini yad edərək həmin lent yazısını bu günlərdə
Yutuba yerləşdirirk poeziyasevərlərə təqdim etmişdir.

Biz də bu xeyirxahlıq üçün hörmətli Mirzə müəllimə təşəkkür edir,
həmin lent yazısını aşağıda [b]turan.info.az/Tv[/b] -nin dəyərli ziyarətçilərinə təqdim edir,
şair Dəryeynura isə Allahdan rəhmət diləyirik. Yeri behişt olsun!..

[b]Müşfiq BORÇALI.[/b]





.]]>
Müşviq BORÇALI Tue, 13 Nov 2018 01:57:06 +0000
YETİM MAHMUD (1941-2003) https://turan.info.az/tv/885-yetm-mahmud-1941-2003.html https://turan.info.az/tv/885-yetm-mahmud-1941-2003.html YETİM MAHMUD (1941-2003) YETİM MAHMUD
(1941-2003)

Mahmud Mahmud oğlu Məmmədov
- 1941-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olmuşdur.
Atasının üzünü görmədən dünyaya gələn Mahmuda öz atasının adı verilmişdir.
El məclislərində aşıqlarla ara-sıra deyişməsi sonralar onun Yetim Mahmud ləqəbi ilə şair kimi tanınmasına səbəb olmuşdur.
“İnsan harayı” adlı ilk kitabı sağlığında işıq üzü görmüşdür.

Yetim Mahmud 2003-cü ildə dünyasını dəyişmişdir.
Ölümündən sonra onun əlyazmaları toplanaraq iki kitab şəklində oxucuların ixtiyarına verilmişdir.

Tanınmış jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu Gürcüstan radiosunda işləyərkən
1999-ci illərdə Yetim Mahmudun öz ifasında bir neçə şeirini lentə almışdır.
İndiyədək onu şəxsi fondunda qoruyub saxlayan Mirzə Məmmədoğlu
Yetim Mahmudun əziz xatirəsini yad edərək həmin lent yazısını bu günlərdə
Yutuba yerləşdirirk poeziyasevərlərə təqdim etmişdir.

Biz də bu xeyirxahlıq üçün Mirzə müəllimə təşəkkür edir,
həmin lent yazısını aşağıda turan.info.az/Tv -nin dəyərli ziyarətçilərinə təqdim edir,
Yetim Mahmuda isə Allahdan rəhmət diləyirik. Yeri behişt olsun!..


Müşfiq BORÇALI.





My Webpage

.]]>
Müşviq BORÇALI Thu, 08 Nov 2018 01:42:53 +0000
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub https://turan.info.az/fond/4016-bakda-mhur-grc-yazsnn-kitab-ap-olunub.html https://turan.info.az/fond/4016-bakda-mhur-grc-yazsnn-kitab-ap-olunub.html Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Yeni nəşrlər

Bu günlərdə «Mədəd Çobanov adına Xeyriyyə Fondun»nun nəşri seriyasından “Naro Kolxelinin NAĞILLARI” (... və onun "Yağışın göz yaşları" romanından bir parça) adlı daha bir növbəti maraqlı kitab Bakıdakı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib (N: 31 (2018)).
Kitabda “Naro Kolxeli” imzası ilə tanınan məşhur gürcü yazıçısı Nariman Yaşağaşvilinin müxtəlif illərdə qələmə aldığı “Uşaqlara xeyirxahlıq öyrədək» ruhlu nağılları toplanıb. Kitabda həmçinin N.Kolxelinin Türkiyədə yazdığı “Yağışın göz yaşları” adlı Blitz-romanından parçalar verilib. Kitabın sonunda isə oxuculara yazıçının özü ilə müsahibə təqdim olunur.
Kitabı gürcü dilindən Azərbaycan dilinə Tbilisidə yaşayıb-yaradan tanınmış tədqiqatçı Mirzə Məmmədoğlu tərcümə edib. Kitabın naşiri, redaktoru və ön sözün müəllifi isə Azərbaycan-gürsü ədəbi əlaqələri sahəsində tanınmış tədqiqatça-alim Dr. Müşfiq Borçalıdır.
Biz də Müşfiq müəllimə tədqiqat işlərində yeni-yeni uğurlar arzulayır və aşağıda onun həmin kitaba yazdığı ön sözü dəyərli oxucularımıza təqdim edirik.
turan.info.az

REDAKTORDAN

“Naro Kolxeli” imzasi ilə tanınan Nariman Yaşağaşvili 1957-ci il dekabrın 3-də Gürcüstanın Oçamçire şəhərində anadan olub. Oçamçire 1 saylı orta məktəbini və Tbilisi Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
«Tanrıların kədəri» silsiləsindən nağıllar, hekayələr, kinossenarilər və romanlar nəşr etdirib. Bəşəriyyətin ulu dilinin izahlı lüğətinin tərtibi üzərində işləyir.
Əlahiddə münsiflər heyəti tərəfindən verilən müasir mövzularda romanlar və hekayələrin sürətlə yazılışında (7 roman və 17 hekayə) rekordçudur.
Naro Kolxelinin rekordçuluğu barədə bir faktı oxucuların nəzərinə çatdırmanq istəyirik. Bir neçə il bundan əvvəl Türkiyədə rekord müddətdə roman yazması barədə Türkiyənin «Gölçük postası» gündəlik müstəqil qəzetinin 29 iyun 2006-cı il tarixli sayında belə bir yazı verilmişdir:
«Rekordçu gürcü yazar Nariman Yaşağaşvili Gölçük ziyarətində iki gündə roman yazdı...
Dərnək başqanı Murat Sevim Nariman Yaşağaşvilinin iyunun 23-24-də rekord sayıla biləcək bir zamanda türk-gürcü dostluğunu anlatdığı «Yağışın göz yaşları» adında 101 səhifəlik bir roman yazdığını söylədi və romanın ən qısa vaxtda Türk dilinə çeviriləcəyini bildirdi. Romanın mövzusunun Gürcüstandan Türkiyəyə gələn bir qızın hekayəsi və yaşadığı dostluqlar olduğunu söylədi».
Münsiflər heyəti onun bütün romanlarını müsbət dəyərləndirib. Naro Kolxeli indi eləcə də İtaliyada və ABŞ-da da rekord vaxtda iki romanı yazmaq niyyətindədir.
Naro Kolxeli uşaqları çox sevir, onlar üçün nağıllar da yazır. Onun təşəbbüsü ilə Gürcüstanda «Günəş bayrağı» Dünya Uşaqlarının Dostluq Mərkəzi yaradılıb.
Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsində də Naro Kolxelinin böyük əməyi var. O, gürcü dilində nəşr olunmuş bir sıra kitabların, o cümlədən “Əbdülbaqi”, “Mirzə Fətəli Axundov və Gürcüstan”, Molla Pənah Vaqifin “Şeirlər”, “Cəlil Məmmədquluzadınin “Poçt qutusu”, Vəli Məmmədovun "Nəriman Nərimanov”, S.Rüstəmxanlının “Ölüm zirvəsi”, Məhərrəm Qasımlının "Yağmur qoxusu", Nurhafizin “ 60 yaş, 60 şeir” və s. kitabların redaktorudur. Hazırda Konstantine Pağavanın iki dildə Gürcü-Azərbaycan ədəbi əlaqələrinə dair kitabı üzərində işləyir.
“Naro Kolxelinin nağılları” (... və onun "Yağışın göz yaşları" romanından bir parça) adlanan bu kitab yazıçının Azərbaycanda və Azərbycan dilində nəşr olunan ilk kitabıdır.
Kitabda N.Kolxelinin “turan.info.az” saytında müxtəlif vaxtlarda dərc olunan və oxucular tərəfindən maraqla qarşılanan “Balacalara oxuyun» və “Uşaqlara xeyirxahlıq öyrədək» ruhlu bir neçə nağılı, Türkiyədə yazdığı «Yağışın göz yaşları» romanının bir hissəsi, xüsusilə də Azərbaycanlı qadına aid fəsilləri və sonda yazıçının özü ilə müsahibə təqdim olunur.
Sonda biz də bu kitabın da oxucular tərəfindən böyük maraqla qarşılanacağına ümidvar olduğumuzu bildirir, müəllifə və tərcüməçiyə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Dr. Müşfiq BORÇALI
“Ziya” qəzetinin və turan.info.az saytının Baş redaktoru.


«Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu»nun nəşri seriyasından işıq üzü görən növbəti bu kitabda “Naro Kolxeli” imzası ilə tanınan məşhur gürcü yazıçısı Nariman Yaşağaşvilinin müxtəlif illərdə qələmə aldığı “Uşaqlara xeyirxahlıq öyrədək» ruhlu nağılları toplanıb. Kitabda həmçinin N.Kolxelinin Türkiyədə yazdığı “Yağışın göz yaşları” adlı Blitz-romanından parçalar verilib. Kitabın sonunda isə oxuculara yazıçının özü ilə müsahibə təqdim olunur.
Fondun sayca 31-ci nəşri olan bu kitabın naşiri, redaktoru və ön sözün müəllifi: Dr. Müşfiq BORÇALI, gürcü dilindən tərcümə edəni isə Mirzə MƏMMƏDOĞLUdur.]]>
Müşviq BORÇALI Tue, 06 Nov 2018 16:45:27 +0000
ƏLİXAН DÜŞGÜN (1941-1998) https://turan.info.az/gurcustan/baskecid/4012-lxan-dgn-1941-1998.html https://turan.info.az/gurcustan/baskecid/4012-lxan-dgn-1941-1998.html ƏLİXAН DÜŞGÜN  (1941-1998)
Qədim Borçalı elinin tarixi kimi, onun saz-söz dünyası da, sözü-söhbəti də qədimdir. Bu qədim ənənə indi də davam edir. Borçalının sazı-sözü tükənməz bir çeşmə kimi çağlayır, çağlayır... Borçalının hər guşəsi, demək olar ki, hər il bir yazçı, şair, aşıq və alimlə şöhrətlənir. Onların sorağı yalnız Borçalı hüdudlarında məhdudlaşıb qalmır, çox-çox uzaqlara yayılır... Onların arasında öz sözü, öz nəfəsi ilə fərqlənən şairlərdən biri də Əlixan Düşgündür. O, 1941-ci ildə Başkeçid (Dmanisi) rayonunun Lök-Candar kəndində anadan olmuş, 1970-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Uzun müddət Gürcüstan Respublikası Radio və televiziya Verilişləri Komitəsinin Azərbaycan redaksiyasında çalımışdır.
Poeziyaya ХХ əsrin 60-cı illərində gələn Ə.Düşgünün həmyaşıdları arasında şeir yazanlar, poezya qapılarına ayaq basanlar çox olub, lakin onların hamısı şair kimi püxtələşə bilməmiş, əksəriyyəti poezya meydanından geri çəkilmiş, öz qələmlərini başqa üslüblarda işlətmişlər.
Xoşbəxtlikdən Əlixan Düşgün özünün ilk addımlarını saxlamаmış, bəzən büdrəsə də, daşlı-kəsəkli yolları keçmək üçün asta-asta, aram-aram poeziya yollarında dağ yamacı ilə irəliyə addımlamışdır. Bu heç də təsadüfi deyil. Çünki Əlixan Düşgün hələ orta məktəb partası arxasında oturandan poeziya ilə, şeиrlə dərindən maraqlanmış, onun sirlərinə yiyələnməyə çalışmışdır. Onun bu əməyi bəhrəsiz qalmamışdır... Əvvəllər öz ilkin şerlərini, bəlkə də, utana-utana yoldaşlarına, müəllimляğinə oxuyar, müxtəlif qəzetlərin redaksiyalarına göndərərdi. Hətta, qəzetləri müntəzəm izləyərdi ki, görsün onun şeirləri haqqında nəsə yazılıbdırmı? Нəhayət, mətbuatda onun ilk şeirləri göründü. Ilk tərəddüdlər, ilk həyəcanlar get-gedə Əlixan Düşgündəн uzaqlaşmağa başladı. Onun imzasının mətbuatda tez-tez görünməsi Əlixan Düşgündə yeni həvəs, yeni iradə toplayır, onu daim poeziya axtarışlarına sürükləyib aparırdı. Gənc şair şeиrdən-şeirə keçdikcə hər misranın bədii boyası, bədii zövqü, poetik mənası və məzmun tutumu dolğunlaşırdı. Poeziya yollarında heç bir çətinlikdən qorxmayan şair "Dədə Qorqud dilində" silsilə şeirlərindən baş alıb, fikir, düşüncə bahadırı "Səbuhi"yə qədər şərəfli bir yol keçmişdir. Onun əsərləri "Çeşmə" (Tbilisi, 1980), "Dan ulduzu" (Tbilisi, 1987; 1989), "Ağır elli Borçalı" (Bakı, 1990; Ərzurum, 1994), "Addımlar" (Bakı, 1995, 1996) ədəbi məcmuələrində, "Düşüncələr" (Tbilisi, "Merani", 1984) və "Səbuhi" (Tbilisi, "Merani", 1987) şeirlər kitabında oxucuların ixtiyarına verilmişdir.
Sevimli şairimiz Bəxtiyar Vahabzadə hələ 1980-cı ildə işıq üzü görmüş "Çeşmə" ədəbi məcmuəsində dərc olunmuş "seçmə şeirlərdən" söhbət açarkən Əlixan Düşgünün "Dədəm Qorqud dilində" silsilə şerlərinə ("Dil nəğməsi", "Su nəğməsi", "Vətən nəğməsi") xüsusi yer vermişdir:

"Alp anamla ulu dədəm
Danışıqlı!
Hər kəlməsi ərdəm-ərdəm,
Yaraşıqlı!
Çığnam-çığnam əsrlərin
Dolambaclı yollarını
Aşan dilim!
"Oğuznamə" əsərinin
Boylarını, qollarını
Qoşan dilim!"

- deyən Əlixan, dilimizin tarixinə baş vurur, onun ulu qaynaqlarından, еля ilk qaynağın öz dili ilə söhbət açır. Şair qəsdən Dədə Qorqud dili ilə yazmağa çalışmır, hiss olunur ki, bu onun öz ruhundan belə süzülür, çünki bu şeir çeşməsinin qaynağı qədim və ulu Qorqud dağıдır... Şeir başdan-başa Qorqud deyim tərzi ilə йаçыlmaqla dilimizin əlvanlıq və gözəlliyini, hardasa unutduğumuz bakirəliyini, nəğməyə bənzər ahəngdarlığını, qulaqlarımızda səsləndirir, bizi quru və süni dildən canlı xalq dilinin obrazlığına çağırır... "Sarısaç sünbüllərin", "bitməz-ikən bitər oldu", "Iki öpüb bir dişlərsən", "düzülübsən", "Mərə suçu" kimi deyimlər, şeirə Dədə Qorqud havası gətirir, bizi kökümüzə bağlayır..."
Ə.Düşgünün 1984-cü ildə Tbilisinin "Merani" nəşriyyatı tərəfindən buraxılmış "Düşüncələr" şeirlər toplusu mövzu uyğarlığına və motiv yaxınlığına görə doqquz bölmədə tərtib edilmiş və hər biri tematik mövzu-üsulu ilə əlaqədar onun bədii əksi olan iki sətirdə qafiyəli başlıqlara ayrılmışdır:

1. Həyat həqiqəti,
El sədaqəti.
2. Dədəm Qorqud dilində
Oğuz yurdu elində.
3. Əməkdən yaranan sətirlər,
Zəhmət soraqlı sətirlər.
4. Təbiət lövhələri
Ata-baba töhfələri.
5. Sənət eşqi-
Pərvanə məşqi.
6. Uşaqlar aləmi-
Şair qələmi,
7. Əsrin alaq otları
Вə antipodları.
8. Ömrün pərişan anları
Könül həyəcanları.
9. Musiqi selləri,
Ürək telləri.

Yəqin ki, bu bölmələrdə hansı şeиrlərin cəmləşdiyini artıq izah etməyə ehtiyac yoxdur. Başlıqlardan aydın hiss etmək mümkündür ki, şair təbiətə, hadisələrə, məişətimizə, ümumiyyətlə, real həyat hadisələrinə müraciət edir, bunlara öz münasibətini bildirir və bədii ümumiləşdirmələr yolu ilə maraqlı lövhələr yaradır, müasir insanın düşüncələri ilə nəfəs alır. Vətən, sülh, dostluq, ailə müqədəsliyi, əmək, sənət, məhəbbət, uşaq kamilliyi, insanın mənəvi keyfiyyətləri şairin yaradıcılığının əsas mövzularıdır.
Əməkdar elm xadimi, akademik Kamal Talıbzadənin kitaba yazdığı “Uğurlu addımlar” sərlövhəli ön sözdə oxuyuruq:
“Düşüncələr” kitabındakı şeirlər poetik axtarışlar aparan, müasir insanın düşüncələrini duya bilən, Vətən sevgisilə yaşayan gənc şairin qələmindən çıxmışdır”.
“Gürcüstan” qəzetinin 20 iyun 1985-ci il tarixli nömrəsində istedadlı alim Şurəddin Məmmədlinin həmin kitab haqqında “Uğurlu yolun başlanğıcı” sərlövhəli rəyi dərc olunmuşdur.
Şair lirik və oynaq şeirlərlə yanaşı, cəsarətlə poema janrına da girişmiş və onun öhdəsindən gələ bilmişdir. “Zəminə”, “Sürəyya”, “Həyat dərsi” və s. poemaları bu qəbildəndir. Şairin böyük sujetli, mövzulu əsərlər yazması heç də təsadüfi yox, onun ədəbiyyatımızın inkişaf tarixinə dərindən bələd olması, həyati müşahidə qabiliyyətinin güclü olması ilə bağlıdır. Bu da onun lirik əsərlərinin rəngarəngliyinə səbəb olmuşdur. Onun yaradıcılığı üçün həyat həqiqəti, el sənəti, sənət eşqi, el bayramı, el ənənəsi, əmək və zəhmət ətirləri, təbiət və vətən lövhələri, musiqi selləri, ürək telləri, könül həyəcanları və s. səciyyəvi olduğu kimi, tarixi həyat həqiqətləri və tarixi mövzu da səciyyəvidir. Bunu şairin Tbilisinin “Merani” nəşriyyatı tərəfindən çapdan buraxılmış ikinci kitabı -“Səbuhi” (1987) poeması açıq-aydın sübut edir. Kitaba ədəbiyyatşünas alim Həmid Vəliyev “Öz dəst-xətti ilə” sərlövhəli ön söz yazmışdır.
Mirzə Fətəli Axundovun yaşadığı və fəaliyyət göstərdiyi dövrün ictimai-siyasi hadisələrini və həmin hadisələr fonunda onun yorulmaq bilmədən xalqın gələcək yolunu işıqlandırmaq üçün çalışdığı və mübarizə apardığını bədii dillə qələmə almışdır.
Qeyd edək ki, dahi haqqında söz demək, onun fikrinə, ideyasına və mülahizəsinə bədii dillə müdaxilə etmək heç də asan deyil. Çünki ona layiq qiymət vermək üçün yaşadığı dövrün ictimai-siyasi hadisələrini, onun həyat tərzini, fəaliyyət dairəsini dərindən öyrənmək tələb olunur. Bu baxımdan Əlixan Düşgünün on dörd hissəli “Səbuhi” poeması təqdirəlayiqdir. Dramatik poemada ayrı-ayrı hissələr (əhvalatlar) bir-birinə ərş-ağac kimi elə bağlanmışdır ki, onlar həm bədii ifadə formalarının işlənməsi, həm də məzmun baxımından biri digərini tamamlayır. Müəllif M.F.Axundov dühasının ölməzliyini əks etdirən “Səbuhi” dramatik poemasını özünəməxsus dəst-xətti ilə, orijinal forma və üslubla qələmə almışdır.
“Səbuhi” əslində qəhrəmannamədir, nadir dühaya malik şəxsiyyətin-M.F.Axundovun həyat və fəaliyyətini, onun dövrünün mühüm hadisələrini yüksək pafosla tərənnüm edən tarixi əsərdir.
Şair birinci qissədə M.F.Axundovun qəbri yanında fikrə dalır, onun qəbir daşını, heykəlini ziyarət edir, xalqımızın tərəqqisi naminə onun atdığı ilk addımları xatırlayır:

Bir xəzinəsən-təmiz, saf,
Məğzi-aydın, dili şəffaf.
Yandın, çıraq kimi yandın,
El xidmətində dayandın...
Dedin: xalqımız uludur,
Yolu-aydınlıq yoludur...

Poemanın ikinci hissəsi tarixilik və müasirlik baxımından daha poetik səslənir. Tiflisin azərbaycanlıların da tarixən mədəni mərkəzlərindən biri olduğu hamıya məlumdur. Lakin əsrimizin ortalarından etibarən, nədənsə, Tiflis öz tarixi kökündən uzaqlaşmışdır. Bu uzaqlıq poemada da öz bədii ifadəsini tapmışdır. Belə ki, пoemada tarixi keçmişimizlə bağlı bizi düşünməyə sövq edən maraqlı lövhələr çoxdur. Fikrimizi aydınlaşdırmaq üçün aşağıdakı bəndlərə diqqət yetirmək kifayətdir:

Desəm, ağzımda dil yanar,
Deməsəm, qəlb alovlanar...
Aman nadanlar əlindən,
Buqələmunlar dilindən...

Əmrlər veririk nədən
Özümüzü dərk etmədən?!
İncəsənəti ağlatdıq,
Teatrımızı bağlatdıq.

Adamlar bilmədi həddin,
Necoldu “Molla Nəsrəddin”?
Aləmə səs salan jurnal,
Tiflisdə doğulan jurnal

Elə bil yox imiş əvvəl,
Ruhunşad, ey Mirzə Cəlil!
Sən yaratdın, biz dağıtdıq,
Addımı geriyə atdıq.

Hanı “Qeyrət” mətbəəsi,
Kəsilibdi “çap-çup” səsi...
Düz demişlər ki, qafillər
Zərin qədrini nə bilər?..

Poemada M.F.Axundov tərəfindən ətalətin, savadsızlığın, möhtəkirliyin tənqid edilməsi, arzu etdiyi ziyalı nəslinin yetişməsi, əsl əməyin insanı ucaltması mülahizəsi ön plana çəkilir. Poemanın əhəmiyyəti bir də ondadır ki, M.F.Axundovun dövrü və ideyası, onun əsərlərinin personajlarının gah səhnəyə gətirilməsi, gah da başqa bir personajın nitqində xatırlanması əhvalatı müasirlik baxımından poetik dillə təsvir olunur:

Düzgün seçilməyir nə zaman peşə,
Vətən zərbələnir ondan həmişə...
Hər kəsin işindən hər kəs halıdı,
Hərə öz yerini tanımalıdı!..

Dramatik poemada istər bədiiliyi, istərsə də məzmun ardıcıllığı və əhatəliyi baxımından altıncı əhvalat (qissə) xüsusilə diqqəti cəlb edir. Burada Azərbaycan qadınının ağlı, kamalı, düşüncəsi, hökmdarı ədalətli islahatlar verməyə çağırışı da müasir həyatla səsləşir:

Gözəl bir islahat, bir şey yaratsan,
İnan ki, ömrünü uzadacaqdır.

Əsərin əsas məziyyətlərindən biri də üç qonşu xalqın dramaturgiya banilərinin tanışlığını, dostluğunu və həmfikir olmalarını əks etdirməsidir. G.Eristavi Səbuhiyə deyir:

Söhbətin yağ kimi yayılır cana,
Şöhrət gətirənsən Azərbaycana.

Poemanın əsas qayələrindən birini xalqlar dostluğu təşkil edir. Bu isə imperiyanın hakim dairələrinin xoşuna gəlmir. Odur ki, Qafqaz xalqları arasındakı birliyi və yaxınlığı görən çarizm onu dağıtmağı, araya nifaq və ədavət salmağı, onları bir-birinin üzərinə qaldırmağı (bu proses indi də davam etməkdədir), “parçala, hökm sür” ideyasını ön plana çəkir. Müəllif bu fikri məmurun dili ilə belə təsvir edir:


Hər şeyin canıdır milli məsələ,
Dünya belə azar tanımır hələ-

misralarındakı narahatlıq isə hamımıza tanışdır. Görün, poemada müasir dövrümüzün problemi necə də incəliklə öz əksini tapmışdır...
Poemada Cənubi Qafqazda xalqların tarixi dostluğu da geniş tərənnüm edilmişdir.

Tək əldən səs çıxmaz, tək eldən hünər,
Hünərdə dostluğun gücü görünər.
Dostluğun qüvvəti təmizliyində,
Ellərin qüdrəti dostluğundadır-

- deyən şair xalqlar arasında dostluğun hər şeyə qalib gəldiyinə inanır.
Bu gün hər yerdə milli zəmində münaqişələr törənir və dövrün şairi belə vəziyyətə biganə qala bilməz:

Bu Qafqaz elləri min ildən bəri
Çıxıb əsrlərin sınağından.
Birlikdə qovmuşlar yadelliləri,
Ruhlanıb qardaşlıq etibarından.

Bu bənd və bu qəbildən olan digər misralar hazırki narahat dünyamızda daha müasir səslənir və bizi ulu babalarımızdan miras qalmış xalqlar dostluğunu qoruyub gələcək nəsillərə ötürməyə çağırır.
Əsərdə böyük rus şovinizmini başqa xalqların ana dilinə və mədəniyyətinə xor baxması, onun inkişafını və gələcəyini məhv etməsi ideyası da, xalqlararası ünsiyyət vasitəsi kimi rus dilinin rolunun həddindən artıq şişirdilməsi də (bu proses indi də öz gücünü itirməmişdir)

Təkcə rus dilində keçsin dərsləri
Şəhər məktəbləri, kənd məktəbləri

-deyən irticaçı müəllimin simasında tənqid atəşinə tutulur...
Əlixan Düşgünün zəngin hadisələr qaleriyasına bənzəyən, hər qissəsi bir dastan təsiri bağışlayan “Səbuhi” dramatik poeması gərgin zəhmətin bəhrəsi olub, öz orijinallığı, forma və üslub yeniliyi ilə səciyyələnən, böyük mütəfəkkir M.F.Axundov dühasının ölməzliyini əks etdirən realist əsərdir. Poemanın dilinin sadə, xalq danışıq dilinə söykənməsi surətlərin təbiiliyini daha da artırır, poemada işlədilmiş “qırxında öyrənən gorunda çalar”, “atı palan saxlar, şahı da yalan”, “aranda olmuşuq tutdan, səfalı dağda qurutdan”, “deyirik Allahdan buyruq, ağzımıza yağlı quyruq”, “min bir fəlakəti bir hiylə udar”, “ilanı başından tutarlar ancaq”, “dostluğun qədrini dost olan bilər” və s. kimi atalar sözləri və məsəlləri söylənilən fikir və ifadələrin təsir qüvvəsinin gücləndirilməsinə xidmət edir.
“Səbuhi” dramatik poemadır. Müəllif əsəri orijinal forma və üslubda qələmə almışdır. Poema görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun fəaliyyətinin əbədiliyinə həsr olunmuşdur. M.F.Axundovun çoxsahəli ədəbi, ictimai-siyasi, elmi-fəlsəfi görüşləri poemada geniş əksini tapmışdır. Əsərdə diqqəti cəlb edən cəhətlərdən biri budur ki, müəllif təkcə Axundov dövrünü təsvir etməklə kifayətlənməmiş, Mirzə Fətəli dövrü ilə müasir dövr arasında bir növ körpü yarada bilmişdir. Əsərdə hadisələr həm müasir, həm də tarixilik anlamında cərəyan edir. Kitaba geniş ön söz yazmış filologiya elmləri namizədi Həmid Vəliyevin sözləri ilə desək “keçmişi bizə, bizi keçmişə bağlayır”.
Əlixan Düşgünün “Səbuhi” poeması M.F.Axundov dühasının böyüklüyünü, onun tərəqqipərvər ideyalarının ölməzliyini, realist dramaturgiyanın banisi kimi klassik nümunələr yaratmasını bir daha sübut edir. Əsərin müsbət xüsusiyyətlərindən biri də bizcə onun canlı xalq dilinə, folkloruna bağlı olmasıdır. Bu aşağıdakı misallarda aydın görünür:

Aranda olmuşuq tutdan,
Səfalı dağda qurutdan.
***
Deyirik, Allahdan buyruq,
Ağzımıza yağlı quyruq.
***
Qaraltıdan sürü hürkmüş,
Axsaqlar irəli düşmüş.
***
Kim halal zəhmətdən kölgətək qaçar,
Özü öz başına fəlakət açar.

Poema bədii ifadə vasitələrindən istifadəsinə və məzmun əhatəliyinə görə də müasir poeziyamızın nailiyyətlərindən biri sayıla bilər.

Kitabı oxuyub qurtarandan sonra da uzun müddət onun təsirindən çıxmaq olmur. Və qəlbimizdə təzə bir istək baş qaldırır: şairin yeni-yeni kitablarını görmək istəyi.
Biz də Şair Əlixan Düşgünə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
1994




P.S.:
Əlixan Düşgün SSRİ dağıldıqdan sonra 1996-cı ildə Gürcüstanda ilk müstəqil anadilli mətbuatımız olan “İnam” qəzetini təsis etmiş və ömrünün sonunadək həmin qəzetin baş redaktoru olmuşdur. O, eyni zamanda “Dayaq” assosiyasiyasının yaradıcılarından biri olub, sonra isə sədr seçilib və bir müddət həmin ictimai vəzifədə də şərəflə çalışıb...
O, 1998-ci ildə ömrünün və yaradıcılığının müdrik çağında qəflətən vəfat edib. Allah rəhmət eləsin... Ruhu şad olsun...
1998.]]>
Müşviq BORÇALI Mon, 05 Nov 2018 15:46:21 +0000
YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!... https://turan.info.az/media/sozunisiqi/298-yubleynz-mbark-zz-dlvll..html https://turan.info.az/media/sozunisiqi/298-yubleynz-mbark-zz-dlvll..html YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!... YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ DƏLİVƏLLİ!...Yazıçı-tərcüməçi Əziz Dəlivəlli 1958-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olmuşdur. Orta və ali təhsilini rusca alsa da əmək fəaliyyətinə Tiflisdə nəşr olunan, o dövrlər Azərbaycan dilli yeganə mərkəzi mətbuat orqanı olan «Sovet Gürcüstanı» (sonralar «Gürcüstan») qəzetində başlamışdır. Burada müxtəlif vəzifələrdə işləyə-işləyə püxtələşərək Azərbaycan dilində də çeşidli səpkidə yazılarla müntəzəm çıxış etmişdir. Bədii yaradıcılıqla da səmərəli məşğul olan Əziz Dəlivəllinin 2008-ci ildə Tiflisdə mənzum dram, şeir, hekayə və digər səpgili yazılarının öz əksini tapdığı «Sözlərim qanad açası...» adlı kitabı işıq üzü görmüşdür.
Əziz Dəlivəlli Tiflisdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş redaktorudur, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.



Gürcüstanda yaşayıb-yaradan istedadlı qələm dostlarımızdan
biri də «Sözün işığı» qəzetinin
baş redaktoru,
tanınmış yazıçı-jurnalist-tərcüməçi Əziz Dəlivəllidir.[/b]

[b]O, 1958-ci il oktyabrın 14-də
qədim Tiflis şəhərində
ziyalı ailəsində anadan olub.

Orta və ali təhsilini rusca alsa da, əmək fəaliyyətinə Tiflisdə o dövrlər Azərbaycan dillində nəşr olunan yeganə mərkəzi mətbuat orqanımız olan «Sovet Gürcüstanı» (indiki «Gürcüstan») qəzetində başlayıbdır. Burada müxtəlif vəzifələrdə işləyə-işləyə püxtələşərək Azərbaycan dilində də çeşidli səpkidə yazılarla müntəzəm çıxış edib.

Bədii yaradıcılıqla da səmərəli məşğul olan və bədii yaradıcılığın bir sıra janrında qələmini uğurla sınayan Əziz Dəlivəllinin 2008-ci ildə Tiflisdə mənzum dram, şeir, hekayə və digər səpgili yazılarının öz əksini tapdığı «Sözlərim qanad açası...» adlı kitabı işıq üzü görüb.

Əziz Dəlivəlli hazırda Tiflisdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş redaktorudur, Gürcüstan Yazıçıları Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Gürcüstanda yaşayıb yaradan yazarlarımız arasında öz yaradıcılığı və məhsuldarlığı ilə seçilən Əziz Dəlivəllinin şeirləri özünün orijinallığı, səmimiliyi və məzmun zənginliyi, bədii keyfiyyətləri ilə nəzəri cəlb edir. Azərbaycan dilində yazdığı şeirləri, hekayələri, mənzum dramları və başqa səpgili yazıları Gürcüstanda və Azərbaycanda artıq cap olunub, tələbkar oxucu tərəfindən rəğbətlə qarşılanıbdır.

Ə.Dəlivəlli (Dəlivəlov) qələmini rusca da sınamışdır. Onun rus dilində yazdığı şeirlər də ana dilimizdə yazdığı şeirlər qədər gözəl, poetik, məzmunlu və oxunaqlıdır.

Biz də turan.info.az-ın bütün Yaradıcı Heyəti adından qələm dostumuz Əziz Dəlivəlliyə uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...

Aşağıda Əziz Dəlivəllinin bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik...[/b]]]>
Müşviq BORÇALI Sun, 14 Oct 2018 02:11:00 +0000
ƏZİZ DƏLİVƏLLİ (1958) https://turan.info.az/media/sazli-sozlu-borcali/2919-zz-dlvll-1958.html https://turan.info.az/media/sazli-sozlu-borcali/2919-zz-dlvll-1958.html ƏZİZ DƏLİVƏLLİ (1958) ƏZİZ DƏLİVƏLLİ (1958) Gürcüstanda yaşayıb-yaradan istedadlı qələm dostlarımızdan biri də tanınmış yazıçı-jurnalist-tərcüməçi Əziz Dəlivəllidir.

O, 1958-ci il oktyabrın
14-də Tiflisdə ziyalı ailəsində anadan olub.
Orta və ali təhsilini rusca alsa da, əmək fəaliyyətinə Tiflisdə o dövrlər Azərbaycan dillində nəşr olunan yeganə mərkəzi mətbuat orqanımız olan «Sovet Gürcüstanı» (sonralar «Gürcüstan») qəzetində başlamışdır. Burada müxtəlif vəzifələrdə işləyə-işləyə püxtələşərək Azərbaycan dilində də çeşidli səpkidə yazılarla müntəzəm çıxış etmişdir.

Bədii yaradıcılıqla da səmərəli məşğul olan və bədii yaradıcılığın bir sıra janrında qələmini uğurla sınayan Əziz Dəlivəllinin 2008-ci ildə Tiflisdə mənzum dram, şeir, hekayə və digər səpgili yazılarının öz əksini tapdığı «Sözlərim qanad açası...» adlı kitabı işıq üzü görmüşdür.

Əziz Dəlivəlli hazırda Tiflisdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş redaktorudur, Gürcüstan Yazıçıları Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Gürcüstanda yaşayıb yaradan yazarlarımız arasında öz yaradıcılığı və məhsuldarlığı ilə seçilən Əziz Dəlivəllinin şeirləri özünün orijinallığı, səmimiliyi və məzmun zənginliyi, bədii keyfiyyətləri ilə nəzəri cəlb edir. Azərbaycan dilində yazdığı şeirləri, hekayələri, mənzum dramları və başqa səpgili yazıları Gürcüstanda və Azərbaycanda artıq cap olunub, tələbkar oxucu tərəfindən rəğbətlə qarşılanıbdır.

Ə.Dəlivəlli (Dəlivəlov) qələmini rusca da sınamışdır. Onun rus dilində yazdığı şeirlər də ana dilimizdə yazdığı şeirlər qədər gözəl, poetik, məzmunlu və oxunaqlıdır.

Biz də turan.info.az -n bütün Yaradıcı Heyəti adından qələm dostumuz Əziz Dəlivəlliyə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında
və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Aşağıda Əziz Dəlivəllinin bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik...

Müşfiq BORÇALI,
turan.info.az[/b]



[b]BU PƏLMƏ ÖMRÜMÜ...[/b]

Bu pəlmə ömrümü sərsəm, pələsək,
Püsmürük, karıxmış, kövrək yaşadım.
Olsa da çox zaman tərzim yeknəsək,
Öz Əziz adımı uca daşıdım.

Vaxt gələr, Əzrail haqqını umub
Başımın üstündə giriftar olar.
O ziləf mirqəzəb üstümə cumub,
Çarəsiz ömrümdən qüsurlar sorar.

Çəksə imtahana qəzəbli cəllad,
Əhvalım dəyişməz, halım pozulmaz.
Əməlim sap-sağlam, amalım polad,
Küfürsüz cisməsə günah yazılmaz.

Salsa boğazıma kəmsiyi tarım,
Ovqatım təlx olmaz, tarazım itməz.
Əyilməz iradəm, sönməz vüqarım,
Ömrüm bitərsə də həyatım bitməz.

Vicdanım tərtəmiz Tanrım önündə,
Dövrümü yaşadım hüşyar, himmətlə.
Mən cihad edərəm məzhəb yönündə,
Yaşasam yaşaram nurla, hikmətlə.

[b]* * *[/b]

Ömrə toy-düyünlə gələn yeni il
Ömür-günümüzdən illər qoparır.
Sevinir, şənlənir anlamırıq ki,
Bizi özümüzdən alıb aparır,
Zaman ötüşdükcə səbrim daralır.

Sayrışır səyyarə, fırlanır kurə,
Həyat təqvimindən vərəqlər yerə
Düşdükcə, ömrüm də bürünür sirrə,
Vərəqlər azalır, qanım qaralır,
Zaman ötüşdükcə səbrim daralır.

İllər üstümüzü sürətlə kəsir,
Yellər başımızdan vüsətlə əsir.
Bu dünya möcüzə, bu dünya bir sirr,
Vaxt ötür, gözümdə aləm saralır,
Zaman ötüşdükcə səbrim daralır.

Yüküm cox ağırdır vərənə dözməz,
Göz yaşım sel olub vələmbə süzməz,
Yazıram dərd-səri vərəqə sezməz,
Əzizəm qocalıq üstümü alır,
Zaman ötüşdükcə səbrim daralır.


[b]P.S.: Ə.Dəlivəlli (Dəlivəlov) qələmini rusca da sınamışdır. Onun rus dilində yazdığı bir neçə şeiri oxucularımıza təqdim edirik.[/b]

[b]ЖИЗНЬ В ЗАКАТЕ[/b]

Грозно, жёстко и сурово
Осень входит в жизнь мою.
Не сказав судьбе ни слова
Мне диктует шаль свою.

А как в стан ворвётся осень,
Сердце бьётся, жахает.
Словно лист с высоких сосен
Отрываясь падает.

Обливаясь часто кровью,
Тлея и горя в груди,
Борется с печалью, болью,
То трепещет, то гудит.

То не ведая предела
Пляшет радуясь бытью,
То деля со мной удела
Удручается житью.

Сердце чует, жизнь в закате,
Как вечерняя заря.
Хоть качусь в пологом скате,
В мире бренном жил не зря.


[b]ЖИЗНЬ МОЯ[/b]

Будто иней сединой,
Словно снег нежданно,
Вдруг накинул пеленой
Голову так рано.

Бремя лет уж спину гнёт,
Тяжко ношу ношу.
Эта тягость сердце мнёт
И терзает душу.

Как и осень жизнь моя,
Ветви все нагие.
Только знают все друзья -
- Помысли благие!


[b]ТБИЛИСИ[/b]

Мне дорог, свят родной Тбилиси,
Где я рождён, где рос, живу.
Родны долины, холмы, выси,
Любовью к городу слыву.

Провёл всё детство тут и юность,
И годы школьные прошли.
Познал житья я тайны, мудрость,
Мне годы эти впрок пошли.

Наш город многолик и красен,
Хранит свой старый калорит.
Мечеть, вас, с синогогом вровень,
И церкви близость покорит.

Здесь колокольный звон к обедне,
А зов азана на намаз
Служить молебен всех заранее
Зовут в храм божий каждый раз.

Здесь каждый миг мне люб, приятен,
Здесь каждый угол мне знаком.
И каждого язык понятен,
Ведь в городе живём таком.

Мой город сладких снов и сказок,
Судьбы моей он колыбель.
Он полон весь природных красок,
Лучи же солнца -- акварель.


[b]С А М И Р А
/Молодому политику
Самире Исмайловой/
[/b]


Ты спослание Самира
В этот трудный, важный час.
Иль гонцом, как голубь мира
Прилетела в нужный час.

Озари путь ярким светом,
Засияй лучом во мгле.
Ты свети зимой и летом,
И зажги свет в темном дне.

В высоте лети пархая
Над вершиной стройных гор.
В жизнь всели надежду рая,
Стань примером с юных пор.


[b]М А Й[/b]

Май. Вокруг темно и тихо,
В небе звёзды, счёта нет.
Тучи, будто кони, лихо
Скачут рысью, без сует.

Небосклон, как мыслей бездна,
Необъятен, без границ.
Облака летая тесно,
Засияли от зарниц.

Где-то залпом прострелила
Гулко грозная гроза.
Озарила, засветила
Мигом молния глаза.

Моросивший дождик мелкий
Враз как хлынет, ливнем льёт.
Ветерок, что веял лёгкий,
Волком воет, песнь поёт.

Гамма красок, вспышка молний,
Шум да трепеть, дрожь земли.
Как созвучие симфоний
Льются в музыку вдали.

Словно сказок упоенье,
Написал пейзаж творец.
Это радость, вдохновенье,
Пафос, муза наконец!


[b]СЛОВНО САМ НЕ СВОЙ[/b]

Веет хоть вокруг весною,
Ветерок в башке гудит.
В сердце я скулю и ною,
Мысли не могу рядить.

Без бабла, в кармане пусто,
С бзыком в голове брожу.
На душе не очень густо,
Безбарышный всё хожу.

А в нутре кричу, бушую,
Маюсь, словно сам не свой.
Меч Дамоклов чётко чую
Всё висит над головой.

[b]Азиз ДАЛИВАЛОВ.[/b]



[b]LƏLƏM, OY!...

Hər ananın bir balası olsa yeydir,
Balasızlıq dərdi təpə-dırnaq sileydir.
[/b]

Sıxıla-sıxıla bərkişir şair. Yıxıla-yıxıla ayağa qalxır. Od-ocaq içində yanıb kül olur, səməndər quşu tək təkrar doğulur, çırpınıb çalxalanır durulur şair. Öncə yerə baxır, sonra da göyə... analar anası torpağı görür, çayları, gölləri, bulağı görür. Görür necə çıxır gönçədən güllər, görür necə sovrulur rüzgarda küllər... Enişi-yoxuşu, dərəni-diki çəkir gözlərinə və anası ölmüş qurd əniyi tək göylərə boylanıb, ulayır şair... ulaya-ulaya həyatı duyur, anlayır nə demək əzab, işgəncə... anlayır nə demək anasız qalmaq, nə demək bir qıza könlünü verib o qönçədən çıxan təzə gül kimi nübarını dərmək, ətrini qoxlamaq yeni varlığın... gah yerə boylanıb gah da ki, göyə bahar buludu tək hey şimşəklənir, hələ qeyb olmamış o şux parıltı, bir haray qoparır qulaqlarında sürəkli çaxnaşma, dünyanı titrədən qəfil qurultu... öncə yağış gəlir qarayarpaq şıdırğı, yağış, sonra yer silkinir göz yaşından, sonra da eh sonra da nənəqurşağının rəng çalarları, sevdiyi gözəlin gül baxışı tək onu valeh edir; vurulur şair, vurula-vurula nəğmələr qoşur, öz könül sazını basıb bağrına, yaşlı bir uşaq kimi: bu uşaq o uşaqdı ki, doğularkən ana harayından ağlayıb, qışqıırmışdı. Bu uşaq o uşaqdı ki, böyüyəndə anasına lələ demişdi və lələsiz qaldığından kövrəlib sevdiyi gözəlin üzünə baxa-baxa zülüm-zülüm hıçqırıb ağlamışdı, bir şair kimi:

[b]Sən bəlalı bir zamanda yaşadın,
Nələr çəkdin, nələr gördün biləm oy!
Bu enişli, bu yoxuşlu həyatda
Yellənirdi başın üstə ələm, oy
Qibləgahım, səcdə yönüm, Lələm, oy![/b]

Bu könüldən ildırım-ildırım ilqiyıb gələn, şimşək parıltısının fonunda, gözlərdən çağlayan və sinələri dağlayan bir şeir parçasının birinci bəndidir. Bu bənddə şair möhdəşəm bir dərdin, acı bir faciənin baş verdiyini anlatmaqla irəlicədən esgizini cızır və oxucuya bir növ yol xəritəsi hazırlaryır. Ey olub-keçənləri və olacaqları göz önünə sərgiləyən arif oxucu, yəqin sən də Əziz Dəlivəllinin bu “Lələm oy” şeirində yaratdığı ovqata kökləndin. Çünki şair könül qapılarını, elə bu qapının bir an öncə acılacağını hiss etdirib. Şeirlərində nələr olacağını duymaqla sənə ip ucu verib:

[b]Kipriyinlə od götürdün, ay aman,
Çətinliyə əyilmədin heç zaman.
Dəyişəndə dünyasını sən, anam,
Elə sandım batdı yasa aləm, oy!
Qibləgahım, səcdəgahım, Lələm oy![/b]

Burda mən bilmirəm şairin lirik qəhrəmanın üz tutduğu ətəyində namaz qıldığı, ana obrazının adı doğrudan da “Lələ”-dirmi, yoxsa anası ölmüş Kərəmin lələsidirmi bu ana. Hər halda tapıntıdır, özü də ağılabatan gözəl tapıntıdır. Mən bu şeir parçasını oxuyub təhlil etmək istəyəndə şair qardaşım Əlixan Binnətoğluna və onun kitabına əziz haqqında yazdığı ön sözü xatırladım. Ustad şair dostu haqqında məqalənin bir yerində belə deyir: Əziz Dəlivəlli təvəzükar yazardır. O sözlərində təsir olmayan, bir neçə şeir yazıb yalan-palan uyduran lovğa şairlərdən fərqli olaraq yazdıqlarını gözə soxmur, söz ordusunun əsgəri kimi çarpışır və qələbə çalır. Ustadın bu fikirinə mən də qoşuluram və istər-istəməz obrazı heç vaxt gözüm önündən getməyən böyük Mirzə Fətəli Axundzadəni düşünürəm. O da həcmcə çox az yazıb, hamının bildiyi və qəbul etdiyi kimi, gözəl və dahiyanə yazıb. Bax, mənə elə gəlir ki, Əziz qardaşımız bu yolun yolçusudur. Üstəlik də o böyük Fətəlidən fərqli olaraq burda doğulub-bitib, qucaman Tiflisin havasın udub, suyun içib və Tiflis ədəbi mühitinin qoynunda pərvəriş tapıb. Belə bir mühidə yaşayıb yaratmaq isə nə qədər fəxr etməli olsa da o qədər də məsuliyyətlidir.
Bildiyimiz kimi qürbət şairi Almas Yıldırımın Azərbaycan haqqında misilsiz bir şeiri var. O şeiri oxuyan hər bir oxucu şeirin təsir qüvvəsindən heç şüphəsiz yararlanmadan ötüşə bilməz. Bizim əziz dostumuzun anası haqqında da yazdığı bu şeir insanları iman bağı kimi bir-birinə yaralayaraq bağlayır...

Şerin üçüncü bəndi belə vaqe olur:
[b]
Sarmışdı cöhrəni qəhər, qüssə, qəm,
Gözündə yaş gördüm, dodağında nəm.
Alışdı ürəyim, dağlandı sinəm,
Göz yaşınla göz yaşını siləm, oy;
Qibləgahım, səcdə yönüm, Lələm, oy![/b]

Bu şeirdə dilə gətirdiyimiz bənddə “göz yaşımla göz yaşımı siləm, oy” misrası tapıntıdır. Özü də gözyaşardıcı tapıntı...

Keçək sıra ilə növbəti bəndə:
[b]
Çox görmüşdün soyuq qışlar ömründə,
Keşməkeşli ağır zaman dövründə.
Bir qış günü əldən getdi ömrün də,
Sevinməsin qoy amansızsız ölüm, oy;
Qibləgahım, səcdə yönüm, Lələm oy![/b]

Bu bəndə şair lap quşu gözündən vurub desək, elə billəm yanılmarıq. O burada şeiri pillə-pillə yuxarıya doğru davam etdirməklə bəndlərin bir-biri ilə sıx bağlılığını daha bir poetik tapıntı üzə çıxarır: “Göz yaşımla göz yaşını silə, oy!”
Şairlərin yaradıcılığında belə poetik tapıntılar çox olub. Bəziləri beş-altı bəndlik şeirdə bir-iki tapıntı ortaya çıxarır. O da adətən şeirin axırıncı bəndinə təsadüf edir. Eyni bizim bəşər tarixində önəmli bir yeri olan lokonik şeir növü bayatılarımız kimi. Ancaq unutmaq olmaz ki, bayatı cəmisi bir bənddən ibarətdir. Onun da ilk iki misrası hazırlıq xarakterlidir, son iki mısrası isə bir qayda olaraq tapıntı kimi möhürlənir, ilahinin yaratdığı dağlar tək mismarla bəndlənir...
Belə istedad sahibi olan şairlərin xoş halına:

Keçək o biri bəndə:

[b]Danəndə söhbəti, nəsihətləri,
El üçün çəkdiyin əziyyətləri,
Bizlərə etdiyin vəsiyyətləri,
Yaza bilməz əlimdəki qələm, oy,
Qibləgahım, səcdə yönüm, Lələm, oy![/b]

Burda müəllif həm anasının və həm də şeirin sona yaxınlaşdığını hiss etdirməklə oxucuya əvvəlcədən işarə vurur. Doğmalaşmaqda olan bir ayrılıqdan məlumat verir və haqlı olaraq “vəsiyyət” kəlməsini poetikləşdirir. Həm də özünün qarşıdan gələn fəlakəti önləyə bilməyəcəyini dilə gətirərək “Yaza bilməz əlimdəki qələm, oy!” deməklə tanrı qarşısındakı gücsüzlüyünü səmimiyyətlə etiraf edir.

Gələk möhür bəndin üstünə:

[b]Ömrün boyu sən nələrdən sovuşdun,
Öz taleyin hökmü ilə yovuşdun.
Rəbbimizin rəhmətinə qovuşdun,
Bir gün mən də başı uca ölüm, oy,
Qibləgahim, səcdəgahim, Lələm, oy![/b]

Əvət, bu yolçuluğun sonu ölümdür. Peyğənbərmiz ölürsə, biz nə karəyik ölməyək, ölmək istəməyək. Makidoniyalı İsgəndər təki ölüm haqq işidi, şərəfli ölümsə baş ucalığının fövqündə isə vətənə, millətə və dinə xidmət durur.
Bax, Əziz Dəlivəlli bu yolun yolçusudu. Ona görə də az yazır, çox düşünür gərəkli kitablar oxuyur.
Mən burda cəmisi altı bəndlik bir şer haqqında söz açdım amma şairin geniş bir yaradıcılığı var. Bura şeirləri mənzum dram, hekayələri, yumoreskaları və məqalələri aiddir.
Əlixan Binnətoğlu demişgən: və biz əminink ki, ədəbi yaradıcılığın əsil xiridarı olan hazırlıqlı oxucunun yaddaşında sevimli bir od yaşayacaq Əziz Dəlivəllinin şəklində. Var ol, qardaş, oxucu naminə var ol! Bəzən bir şeirlə də yaşayır insan eynən Zülalı kimi... Amma sənin dəyərli əsərlərin çoxdu.
[b]
Nizami SARACLI MUTLUTÜRK,
"Şərəf" ordenli şair,
Beynəlxalq Poeziya mükafatları laureati.
[/b]

.]]>
Müşviq BORÇALI Sun, 14 Oct 2018 00:08:36 +0000
RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!.. https://turan.info.az/gurcustan/zalqa/1033-ruhun-ad-olsun-mcd-borali.html https://turan.info.az/gurcustan/zalqa/1033-ruhun-ad-olsun-mcd-borali.html RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!.. MƏCİD BORÇALI
(1947-1989)
Qədim saz-söz yurdu Borçalı mahalının istedadlı qələm sa­hiblərindən biri də həyatdan nakam köçmüş mərhum şai­rimiz Məcid Borçalı idi. O, 1989-cu ildə vəfat etsə də, ya­di­gar qall­mış poe­ziya çələngi bu gün də Borçalı şeirse­vənlə­rinin dillər əz­bəri­dir. Və təvazökarlıqdan uzaq olsa da, qeyd etmək istə­yirəm ki, bu sətirlərin müəllifi - Müşfiq Çobanlı unudulmaz şai­rimiz Məcid Borçalının «Səni yaşadıram» adlı ilk şeirlər kitabını tərtib edib nəşrə hazırla­mış və redaktor ki­mi onun işıq üzü görməsinə, böyük çətinliklərdən sonra, 1993-cü ildə nail olmuşdur. Məcid Borçalının ya­ra­dı­cılığı haq­­­qında söhbət açmaz­dan əvvəl həmin kitaba yazdığım «Qəlblərdə yaşayan ömür» sərlövhəli «Son söz əvəzi»ni nəzərinizə çatdırmaq istəyirəm.
***
«…Baharın ilk günlərindən biri idi. Qədim saz-söz mə­ka­nı, ağır elli, igid ərənlər diyarı kimi məşhur olan Borçalı mahalının qeyrətli, vətənpərvər, ziyalı və yurdsevər oğlu, «Hid­bor» («Hi­da­yət Borçalı») xarici əlaqələr şir­kə­tinin pre­zi­denti Hidayət Məmmədovun iş otağında oturub söhbət edir­­dik. Ne­cə oldusa, söz mətbuatdan düşdü. Hidayət bəy: «Rəhmətlik şair qarda­şım…», - deyib dərin bir ah çəkdi. Mə­ni maraq götürdü. «Allah rəhmət elə­sin!», - de­yib onun kimə işarə vurduğunu soruşdum. Cavab ver­mədi. Otur­duğu masanın siyirmə­sin­dən bir qovluq çıxarıb sakitcə mənim qa­bağıma qoydu. Qovluğu açdım. İlk gözümə dəyən «Gür­cüs­tan» qəzetinin 9 may 1989-cu il tarixli sayı oldu. Burada ya­zı­çı-jurnalist Əzim İsmayıllının «Ürək­lərdə yaşayanlar» rub­rikalı, «Həzin bir xatirə» sərlövhəli ürək sözləri arasın­da dərc olunmuş bir fotoşəkil diqqətimi cəlb etdi. İlahi, mən onu harada görmü­şəm?..
Payız xəzanı kimi saralmış qəzet parçasını götürüb tez-tələsik oxumağa başladım: «…ara­mız­dan vaxtsız getmiş Mə­cid Məmmədov…». …Sanki göz­lərimi alov qarsadı… Axı, bu imza mənə çoxdan tanış idi. Onun özünü görməsəm də, sözlərini, şeirlərini çox oxumuşdum. Hələ orta məktəbdə təhsil aldığım illərdən böyük maraq və sonsuz həvəslə top­ladığım və ən yaxşılarını seçib, IV kurs tələbəsi olarkən «Də­­­dəm Qorqud keçən yerdi bu yerlər…» epiqrafı ilə «Ağır elli Borçalı» (Bakı, 1990, sonralar həmin kitab 1997-ci ildə Ər­zurumda çap olunub) adı altında cəmləşdirib kitabça halın­da nəşr etdirdiyim məcmuədə özünə yer tapıb işıq üzüz görmüş Borçalı sevgili poeziya nü­munələri arasında Məcid Məmmədovun da «Kəndim» sər­lövhəli bir şeiri vardı. O vaxt Məcid haqqında heç bir məlumatım yox idi. Hətta onun artıq dünyasını dəyişdiyini belə bilmirdim ki, heç olmasa, im­za­sını qara haşiyə içərisində verəydim. Görünür, belə də olmalıymış. Çünki…

Bəli, adam var, öldüyü günün səhəri unudulur. Adam da var, hələ sağlı­ğındaykən özünə ölməzlik qazanıb əbədiyyətə qovuşur. Belələrinə «öldü» demək yaraşmır. Onların əziz xati­rə­ləri insan­ların qəlbində daim yaşayır!.. necə ki, dörd il əvvəl dünyasını dəyişmiş M.Məm­mə­dovun adı bu gün hör­mətlə yad edilir, şeirləri sevilə-sevilə oxunur, əziz xatirəsi onun tanıyanların qəlbində yaşayır, yaşayır !..
1947-ci ildə Gürcüstanın Zalqa (Barmaqsız) rayonunu Te­­cis (Culuxlu) kəndində dünyaya göz açan Məcid Həsən oğlu Tecis orta məktəbi bitridikdən sonra bir müddət Sarvan kənd orta məktəbində müəllim işləyib. 1974-cü ildə Marneu­li şəhərinə kö­çüb. «Yeni Marneuli» qəze­tində əmək fəaliy­yə­tini davam etdir­məklə yanaşı, eyni zamanda Azərbaycan Pedaqoji İnsti­tutunun filologiya fakültəsində (qiyabi) ali təh­sil alıb. Yaxşı dost, sadiq yoldaş, qay­ğıkeş in­san, qabaqcıl müəl­lim-pedaqoq, sənətkar-nəqqaş kimi ad-san qazan­mış Mə­cid Həsən oğlu son­ra­lar 70 nömrəli Marneuli tex­niki peşə mək­təbində usta-müəl­lim işləyib.
Əzim İsmayıllı qələm dostu Məcid Məmmədov haq­qında yazır:
«Şeiri sevə-sevə yazardı. Özü demiş, misralar qəlbində yuva salıb, dilinə hopmayınca əlinə qələm almazdı. Az ya­zar, ancaq öz sözünü deməyə çalışardı. Şairlik təbi bəlkə də ona rəs­sam­lıq sənətinə olan məhəbbətindən doğmuşdu, bəl­kə də zəhmətsevərliyindən yaran­mışdı…»
Amma… təəssüflər ki, amansız xəstəlik neçə-neçə şeir­lərin yaranmasına imkan vermədi. Məcid Ana Vətənə, doğ­ma yurda, mehriban el-obasına, axarlı-baxarlı təbiətə sö­zünü axıra qədər deyə bilmədi. Deyə bilmədi ki, ey in­sanlar, ayıq olun, sərvaxt durun, qoruyun torpağın gözəl­liyini, səma­nın maviliyini… Qoruyun özünüzü…
Şeirləri «Yeni Marneuli», «Gürcüstan», «Ədəbiyyat və incə­sə­nət» qəzet­lərində, «Dan ulduzu» (1987;1989), «Ağır elli Bor­çalı» (Bakı 1990, Ərzurum 1997) ədəbi məcmuələ­rində işıq üzü görən, radio və televiziya verilişlərində səslənən Məcid Məmmə­dovun bir qovluq şeiri… və üç övladı yadigar qalıb. Qızı Mahirə (APİ-nin III kurs tələbəsi) atasının yolunu davam etdir­mək arzusu ilə yaşayır. Vüqar və Alisə orta məktəbdə oxu­yurlar…
…1987-ci ildə leykoz (qan) xəstəliyinə tutulan Məcid Məm­mədov 1989-cu ilin baharında dünyasını dəyişərək əbə­diyyətə qovuşub…
…Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun, Məcid qardaş!.. Siz ölməmisiniz! Şeirləriniz sizi yaşadır və yaşada­caq!..».
Bəli, Məcid Borçalının ürəklərdə yaşadan şeirləri çox­dur. Vətən, yurd, torpaq, insan, saz, mə­­həb­bət və s. həmin şeirlərin əsas mövzusunu təşkil edir.
Mənim şeir dəftərim,
Mənim arzu məqsədim -
Mənim şah vüqarımdır.
Gələcəyə inamım,
Mənim əqlim-kamalım -
Mənim söz qatarımdır.
- epiqoafı ilə açılan «Səni yaşadıram» (Bakı, 1993) ki­ta­bında cəmlənmiş şeirlər yeddi sərlövhə altında qruplaş­dırıl­mışdır. «Qayıt kəndimizə», «Qurbanım olum», «Dünyanı qəlbində yaşadır insan», «Ömürlər ömürə yar-yaraşıqdır», «Şənliklərin bəzəyidir tenlli saz», «Bir de­yiş­mə», «Satirik şeirlər» və «Səni yaşadıram».
Kitabın, yəni ilk bölmənin ilk şeiri «Azərbaycan sora­ğında» adlanır və ilk bəndi belədir:
Bir kök üstə köklənmişəm,
Bir zərrəyəm çalağında.
Bir dünyadır könlüm evi
Azərbaycan sorağında.
Sonrakı şeirlər - «Ayağı tutanlar şəhərə qaçdıq», «Mey­lini dağlara saldı gözlərim», «Kəndim», «Ələsgər­sa­yağı», «Dağlar», «Ana məktubları», «Öz ana yurdum», «Dağlarda əbədiyyətə qovuşaq», göründüyü kimi, hər birinin mövzusu elə başlıqlarındanca bəllidir.
«Bir bülbüləm, gül üstəyəm,
Borçalıyam, Kür üstəyəm.
Yaxud:
«Borçalıdır söz meydanı,
Koroğlu tək süz meydanı».
- deyən şair qədim Borçalı mahalının tarixi keçmişindən, dü­nənindən, bu günündən, təbiət gözəlliklərindən və s. söh­bət açır.
«Dünyanı qəlbində yaşadır insan» bölməsində özünə yer tapmış «Mənim», «Dəymə ürəyi­nə», «İstərəm», «İstəmi­rəm», «Düşdüm», «Əqi­dəm», «Zəhmətim üzümə gülür», «Mən fəh­lə­yəm», «Etiraf», «Varlığım», «Həssaslı­ğım» və s. şeirlərdə insan böyüklüyü, onun əməyi, zəhməti, sağlam əqidəsi, mənliyi və s. tərənnüm olunur:
«Dünyanı qəlbində yaşadır insan,
Həssas ürəkləri kövrək olubdur.
Bütün ucalardan ucadır insan,
Amalı dünyadan böyük olubdur».
«Ömürlər ömürə bir yaraşıqdır» verilmiş şeirlərdə ana, ata, baba, nənə, övlad, qardaş, bacı, qohum, qonşu məhəb­bətlərindən söz açılır, dahzi N.Nərimanovun əzəməti, S.Vur­ğunun po­ezi­yası, dağlar sərkəri müdrik Əli babanını dünya­dan köçməsi, 110 yaşlı Zöhrə nənənin baca­rığı, sözü-söhbəti, ağıllı nəsihətləri, çobanlar sərgəri Vəli kişi, «kişilik qeyrəti dastanlara sığ­m­ayan dağlar oğlu» Alı əmi, Çoban Xəlil, Xı­dıroğlu və b. xatırlanır.
Şair oğlu Vüqara müraciətlə yazdığı «Düz yerində də» şeirində dkyir:
«Kişi qürurlu ol, mərdanə dolan,
Dilinə gətirmə acı söz, yalan.
Haqq ilə nahaqqı ayıran zaman,
Məcid tək sözünü düz yerində de».
Qızı Mahirəyə həsr etdiyi şeirində isə oxuyuruq:
«Anan arzusuna ilk dəfə çatdı,
Bala anasıyla qoy yaşa dolsun.
Körpənin gülüşü bir növ həyatdır,
Xalqın üçün yaşa, anan şad olsun».
Şairin «Elvinim», «Elvin gətirdi» və s. şeirləri də bu qəbildəndir:
Gülşənə çevrildi həyat, bağça, bağ,
Bir dünya sevinci yetirdi Elvin.
Ana ürəyinə min yığın qucaq
Ata məhəbbəti gətirdi Elvin.
Məcid Borçalı təkcə vəsiyyətvari şeirləri ilə deyil, eyni zamanda nəsihətli, hikmətli şeirləri ilə də oxucunu valeh edir:
«Gəlmişəm kəndimə ürəyi dolu,
Bir ocaq daşına baş qoyub yatam.
Bir ana döşündən əmdiyim südü
Bir övlad borcu tək geri qaytaram».
«Dünyanın şərəfi yaranıb insan» kəlamını bir daha yada salan şair qələm dostları Osman Əh­məd­oğlunun, Nizami Məmmə­dovun, Mayqa Mətinin, Gülnigar Rəhimlinin poeziya aləmində qazandıqları uğurlara sevinir və onlara yeni-yeni nailiyyətlər arzulayır.
«Şənliklərin bəzəyidir telli saz» adlanan dördüncü böl­mə­də verilmiş «Ay aşıq», «Telli sazım», «Kamandardan de gəl­sin», «Dilim öyrənib», «Gəl­sin» sərlövhəli şeirlərdə şairin saz sənəti, aşıq yaradıcılığına bağlılığı, ustad aşıq Xındı Məm­­­mədə, onun oğlu Aşıq Gülablıya, Aşıq Hüseyn Sarac­lıya, Aşıq Əmraha və Aşıq Kamandara olan məhəbbəti açıq­lanır.
«Deyişmə» bölməsində mərhum şairin Mayqa Mətinlə deyişməsi diqqəti cəlb edir. Suallar və cavablar əsasında qurulmuş bu deyişməni M.Borçalı belə tamamlayır:
Bu ellərin görən gözü - Borçalı,
Ürəklərin odu, közü - Borçalı,
Məcidin ən şirin sözü - Borçalı,
Hərdən bizi yada sala, ay bacı!
«Satirik şeirlər» bölməsində özünə yer tapmış «Hoq­qa­baz», «Mən əsəbi oluram», «Malalama», «Məslək­sizə», «Öz yolunda bulan oldum», «Məclisi kor­layanlara», «İlhamın ma­yası olmalıdır» şeirlərində şair min dona girən hoqqa­bazları, yaltaqları, ikiüzlüləri, «day-daylar»ı, «ədasız masa­bəylər»i, bir sözlə, yolun­dan azmışları qamçılayır, onlara ib­rət dərsi ve­rir. «Səni yaşa­dırram» sərlövhəli sonuncu böl­mədə isə şai­rin həyat, gənclik, gözəllik, mə­həbbət, təbiət möv­zusunda şeir­ləri cəmlənmiş­dir. «Birinci mən olmalı­yam», «Baharına ələnim», «Anam gəli­ni», «Belə görünək həmişə, «Bir gö-zə­lin oyu­nu», «Məni», «Xoşa gə­lərmi?», «Gü­­lə-gülə», «Sə­ni ya­şadıram», «Son zəng», «Bir qız gör­düm», «Məni odlayan gözəl», «Küsü saxlama-sax­la­ma» şeir­ləri başlıq­lardan da görün­düyü kimi, bir-birindən maraqlı və oxunaqlı poeziya nü­mu­nələridir.
Şair Mədəd Coşğun «Azərbaycan dünyası» qəzetinin 17 sentyabr 1993-cü il tarixli nömrəsində dərc olunmuş «Yaşa­yacaqsan, Məcid!» sərlövhəli məqaləsində kitabın məziyyət­lə­rindən söhbət açır və belə bir sonluqla yekun vurur:
«Əminik ki, təkcə qohum-qardaşı, üç övladı, ağır elli Borçalı deyil, qədirbilən oxucular ömrünün çiçəklənən, ya­radı­cılığının büllurlaşan vaxtında dünyadan köçən Məcid Məm­mədovun xatirəsini həmişə ehtiramla yad edəcək, eyni zamanda kitabı nəşrə hazırlayan - redaktor Müşfiq Çobanlıya kitabın işıq üzü görməsində əməyi olanlara minnətdar­lıq­larını bildirəcəklər».
Ş.Məmmədli «Gürcüstan» qəzetin dərc etdirdiyi məqaləni əlavə et!]]>
Müşviq BORÇALI Sun, 07 Oct 2018 17:20:35 +0000
QURBAN İSGƏNDƏROV (1959) https://turan.info.az/gurcustan/qabal/1004-qurban-sgndrov-qaball-1.html https://turan.info.az/gurcustan/qabal/1004-qurban-sgndrov-qaball-1.html Həmin kənddə məktəbi bitirib, əsgəri xidmətə yollanıb. Əsgəri xidmət borcunu yerinə yetirdikdən sonra 1980-ci ildə ADPU-nun coğrafiya-biologiya fakultəsinə qəbul olub. 1985-ci ildə ali təhsilini əla qiymətlə başa vuraraq, təyinatla İsmayıllı rayonuna coğrafiya-biologiya müəl­limi göndərilib.
1988-ci ildə təyinat müddəti qur­tardıqdan sonra doğma Qabal kəndinə qayıdıb, müxtəlif məktəblərdə müəl­lim işləyib.
Tələbəlik illərindən bu günə qədər qəzet sə­hifələrində ara-sıra şeirləri, müxtəlif yazıları dərc olunur. Ailə­lidir, bir oğlu, bir qızı var.
Biz də Qurban İsgəndərova yeni-yeni yaradıcılıq uğurları arzulayır və bir neçə şeirini aşağıda oxucularımıza təqdim edirik.
«Şərqin səsi» qəzeti, N: 08 (204), Dekabr, 2007-ci il.

ANA


Dilimdə, qəlbimdə "ana" kəlməsiMin yol ana dedim, heç bezəmmədim.Sıxdı məni evdə, soyuq divarlarƏl açıb, oynayıb bir süzəmmədim.Hanı nazlı yarım, gözəl sevgilim, Qız balam, o körpəm, ətirli gülümDoyunja əlinə dəymədi əlim,Bu gözəl aləmdə mən gəzəmmədim.Duysun dərdlərimi günahsız atam, Namərd kəlməsiylə quruldu xatamÖzüm öz ömrümə etdirdim xitam,Qırılmış "ürəyi" tək düzəmmədim.Özümə dost sandım, zülmət gejəni,Çox götür-qoy etdim olub keçəni.Qurbanam, siz zəif bilməyin məniAyrılıq-həsrətə heç dözəmmədim.QabalımHər el-obanın öz gözəlliyi var,Jənnət bir diyardır ana Qabalım.İlin dörd fəslində çiçəklər açar,Bülbül tək oxuyar sona Qabalım.Üst yanı Gənjəli, Uzuntala var,Sağdan qujaqlayıb gül Qarajalar.Gözəllərə görüş yeri Bağçalar,Qızların əlində xına, Qabalım.Xalqına bəllidir əhd ilə vəfan,Səni sevənlərdən azalmaz şəfan.Dərdlərə məlhəmdir su ilə havan,Hərarətin qopur qana, Qabalım.Söylə, Günəşmisən, qızıl tajmısan?Hər tərəfə parlaq nurun saçmısan.Yeni bir eraya qədəm açmısan,Mübarək ad günün! Oyna Qabalım.Aləmə sirlidir tarixi-yaşın,Heç zaman bəlalar çəkməsin başın.Namərd əli ilə titrəsə daşın,Ağlar qurban deyər - Jan, a Qabalım,Mənim ana yurdum, ana Qabalım.GözlərinNiyə elə baxdın , ay nazlı sonam,Etdi ürəyini para gözlərin.Düzü bilməmişdim, hardan biləydim,Sevəni salarmış tora gözlərin.Yanağın gül açır bilirəm nədən,Mən səni ürəkdən, jandan sevəndən.Qoyma aşiqini dolansın gendən,Arzu-diləyidi qara gözlərin.Həmişə səndədi şair xəyalım,Ümid işığımsan qoyma qaralım.Dönmərəm yolumdan mənim maralım.Etsin dərdlərimə çarə gözlərin.Qurbanın könlünün sən sarmaşığı,O sənin ömrünün son yaraşığı.Əsirgəmə ondan gözün işığı,Boyasın ömrünü nura gözlərin.ÖPÜMBir az yana elə tər köynəyini,İjazə ver məxmər sinəndən öpüm.Məxmər sinən üstə gözəl görünən,Şamamaya bənzər məməndən öpüm.Ömrümə məlhəmdir zərif gülüşün,Ayrı ləzzəti var, hər bir görüşün.De, öpməmişəmsə sənin nə işin,Gejikmişəmsə, qoy bu gündən öpüm.Elə gözəlsən ki, maralsan, maral,Səni sevən kimsə edərmi xəyal?Gözəllər söyləsə: məndən öpüş al,İnjimə hamsını qoy, səndən öpüm.Hey baxmaq istərəm, xumar gözünə,Totuq qollarına, qəşəng dizinə.Günəş də vurulub, günəş üzünə,Rüxsarna nur olan o gündən öpüm.Dişlərin mirvari, sədəf düzümü,İstərəm üzünə qoyam üzümü.Qurban İsgəndərəm, eşit sözümü,Üzündən dişləyib, çənəndən öpüm.BARIŞIQQəlbimi əridir, yar dönüklüyü,Üzü dönük olma, gülək barışaq.Mənə dərdin vermə, yer ilə göyün.Gülüm buna dözməz ürək, barışaq.Qəlbimin aynası səni bilmişəm,Gözlərin sonası səni bilmişəm,Şerimin mənası səni bilmişəm,Gəl, gülüm, sevilək, sevək, barışaq.Qoyma talan edə hijran qəlbimi,Mən səndən de, nejə üzüm əlimi?Baxmayaq sevgiyə, əylənjə kimi.Biz onun qədrini bilək, barışaq.Qurban həsrətindən olubdə xəstə,Həmişə fikirli , qulağı səsdə,Eşit sözlərimi, ay boyu bəstə,Birjə çarəmiz var, gərək barışaq.]]>
Müşviq BORÇALI Sun, 07 Oct 2018 17:14:58 +0000
FƏRMAN ƏLİYEV (1962) https://turan.info.az/gurcustan/qabal/1012-frman-lyev-1962.html https://turan.info.az/gurcustan/qabal/1012-frman-lyev-1962.html FƏRMAN ƏLİYEV (1962) Qədim Qabal elində - indiki Gürcüstan Respublikasının Laqodexi rayonundakı Qaracalar kəndində 1962-ci ildə dün­yaya göz açan Fərman Əliyev APİ-ni (indiki N.Tusi adına AD­PU-nu) bitirib, hazırda doğma kənd­lərində dil-ədəbiyyat müəllimi işləyir.
Sevimli şairimiz Zəlimxan Yaqub Fərmanın ilk şeirlərini «İsti nəfəslə» sərlövhəli ön sözlə birgə «Azərbaycan gənc­ləri» qəze­tinin 26 mart 1991-ci il tarixli nömrəsində oxu­cuların ixtiyarına vermişdir.
Z.Yaqub yazmışdır: «Yazıçı» nəşriyyatına gəlmişdi. Gözdən iraq, könüldən qı­raq kəndlərimizin ağrı-acıları, qayğıları ilə bağlı pub­lisistik yazılarını, top­ladığı folklor nümunələrini və maraqlı şeir­lərini gətirmişdi. Dərdini danışdı, giley-güzaranı bildirdi, şeirlərini oxudu. «Dərdli deyingən olar», - deyiblər. Yaxşı ki, bu deyin­­gənlik onun dilində dedi-qoduya dön­mə­miş, poetik mis­ralara çevrilmişdir.
Onun şeirləri oxucu ilə isti nəfəslə, isti pıçıltılarla danı­şır. Yurd itirmək qorxusu qəlbinə damanların, köç üstündə yaşayanların, yurd-yuvanı qorumaq istəyənlərin yanıqlı duy­ğularını dilə gətirir».

Biz də Fərman Əliyevə uğurlar diləyir və onun kiçik bir şeirini oxucu­larımıza ərməğan edirik.

BOYLANIN BİR

Bu yaz niyə üzdən gedir?
Güllər, bəri boylanın bir.
Gedən bircə sizdən gedir,
Çöllər, bəri boylanın bir.

Əl eyləyir «dünən» bizə,
Dinmə deyir dinən bizə.
Kəbinlidi bu qəm bizə,
… İllər, bəri boylanın bir.

Zaman gör nə həvəsdədi?
Göz yoldadı, əl üzdədi.
Bizim ellər köç üstədi,
Ellər, bəri boylanın bir.

Bax: Müşfiq BORÇALI. Çağdaş Borçalı Ədəbi Məktəbi. Bakı, "Azərbaycan" nəşriyyatı, 1994.]]>
Müşviq BORÇALI Sun, 07 Oct 2018 17:14:41 +0000
Professor Mədəd ÇOBANOV - 60 https://turan.info.az/gurcustan/pushkinciler/377-professor-mdd-obanov-60.html https://turan.info.az/gurcustan/pushkinciler/377-professor-mdd-obanov-60.html Professor Mədəd ÇOBANOV - 60]]> Müşviq BORÇALI Sun, 07 Oct 2018 17:02:41 +0000 SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİ https://turan.info.az/gurcustan/qabal/2720-srdar-qaballinn-yen-erlr.html https://turan.info.az/gurcustan/qabal/2720-srdar-qaballinn-yen-erlr.html SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİTÜRKOLOQ-ALİM, Elmlәr Doktoru, Professor MӘDӘD ÇOBANOVUN 80 illiyinә TӘBRİK mәktubu

==Sәnin duyduğunu, naşı duymadı!
Sәnin uyduğuna, naşı uymadı!
-Mayası rüşvәtin, başı duymadı!
-Türkün, TÜRK dilindә gül açır Vәtәn!
-Türkün öz elinә saһib çıxdın Sәn!

-Kim farsı, әrәbi, rus,..., ingilisi,
-Yad sözü, doğmatәk "öpür" kimisi.
-Өzүmүzdәn ҝeri çәkәnlәr bizi
-Duјmaq istәmәdi-bәs nәdir Vәtәn!
Tүrkүn SӨZ dilinә saһib çıxdın Sәn!

Sәrraftәk DİLİMİN inҹilәrindәn,
-Zәrҝәrtәk јaqutu, qızılı seçdin.
-Tүrkүn ulduz saјlı lәһҹәlәrindәn,
-Tүrkүn Varlıғını-Dilini biçdin.
-Dilsiz, nә millәt var, nәdә ki, Vәtәn!
Tүrkүn SӨZ DİLİNӘ saһib çıxdın Sәn!

..... Өmүr zәһmәtini-mәһarәtini,
Eşqini-Vәtәnә mәһәbbәtini!
-Xalqına bәxş etdin-sәadәtini!
MӘDӘT mүәllimlәrlә vәtәndir-VӘTӘN!
-Tүrkүn ӨZ DİLİNӘ saһib çıxdın SӘN! ==

Professor Mәdәt Çobanov ömrünü, zәһmәtini millәtinә һәsr edir. Onun Ana dilimizi tәnzimlәyәn-inkişaf etdirәn bir neçә әsәrini oxumaq mәnim qismәtim olub.
Bir daһa ONA can sağlığı, şәxsi һәyatında, elmi yaradıcılığında UĞURLAR dilәyirik..]]>
Müşviq BORÇALI Sat, 22 Sep 2018 15:51:56 +0000
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA MÜRACİƏT https://turan.info.az/gurcustan/3878-grcstanda-yaayan-soydalarimiza-mract.html https://turan.info.az/gurcustan/3878-grcstanda-yaayan-soydalarimiza-mract.html GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA MÜRACİƏTƏziz və dəyərli soydaşlarımız!..
Xüsusilə də, çox hörmətli gənclərimiz!..
Qarşıdan seçkilər gəlir...
Rayonlarımızda bəzi "siyasətçilər" öz şəxsi mənafeləri naminə araya nifaq toxumu səpib milləti parçalamaq və HÖKM sürmək istəyirlər!..
"Bəziləri" də bu "siyasi" oyunu dərk etmədən hətta yaxşın qohumları ilə münasibətləri korlayır, bir-birlərini təhqir edir və düşmənçilik üçün zəmin hazırlayırlar.
Unutmayın ki, deputatlar da, siyasətçilər də, prezidentlər də GƏLDİ GEDƏRDİR, amma EL ƏBƏDİDİR, QALANDI!..
Kimlərə görəsə öz elinizlə, qohum-qardaşlarınızla, doğma həmkəndlilərinizlə münasibətləri korlamayın, düşmən olmayın!..
ELİNİZİN QƏDRİNİ BİLİN!..
BİR OLUN, MEHRİBAN OLUN!..
Məhz belə olarsa o zaman deputatlar da, siyasətçilər də, prezidentlər də məhz Sizlərlə hesablaşacaq!..
Və sonda məhz SİZ QALİB olacaqsınız!..
Var olun!.. Hamınıza uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, şəxsi həyatınızda, əmək və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!..
Dərin hörmətlə, sizin Müşfiq BORÇALI!..]]>
Müşviq BORÇALI Tue, 18 Sep 2018 12:53:03 +0000
Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..." https://turan.info.az/media/sazli-sozlu-borcali/102-mdd-coqun-1938-strm-sinnd-lm-bakeid..html https://turan.info.az/media/sazli-sozlu-borcali/102-mdd-coqun-1938-strm-sinnd-lm-bakeid..html Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."AXUNDOV

Dövrün keşməkeşini
Çəkib öz sinəsinə,
El üçün, Vətən üçün
Bilmədi sinəsi nə?
Siyirmə qılınc oldu
Doğradı ətaləti.
Özünə qardaş bildi
Neçə-neçə milləti.
Puşkinə yas saxladı,
İçin-için ağladı.
Bəlkə Cavid yasıydı
Müşfiq qəmiydi bu yas?
Bilirdi ki, nahaq qan
Heç zaman yerdə qalmaz.
Yaşadı atəş kimi
Zülmətlərin içində.
Parladı günəş kimi
Elimə şöhrət oldu.
Əbədiyyat qazandı
Ölümə şöhrət oldu.

SƏN

(Dostum professor Mədəd Çobanovun 60 yaşına).

Vətən həsrətindən qəlbin ah, Mədəd,
Mən Mədəd, sən Mədəd, ya Allah mədəd!
Əlac Tanrıyadı o pənah, Mədəd,
Həmişə əlini haqqa yetir sən.

Vüqarlı dağların uca zirvəsi,
Quyu bulağının çağlayan səsi,
Lılıq zoğal tamı, palıd nəfəsi,
Mamırlı daşlardan sızan ətirsən.

İl var ömrə gəlir, il də var gedir,
Gah zimistan gedir, gah bahar gedir,
Sənintək insana 60 nədir?
100 ilin dizini yerə gətir sən!
23.05. 1997



GEDİR

(El sənətkarı aşıq Sonanın xatirəsinə).

Şimşəklər çaxanda zirvə başında
Dağların örpəyi, cunası gedir.
Zalım ovçu qana qəltan edəndə
Kəkliyin ayaqdan xınası gedir.

Sona bülbül idi, susdu nəğməsi,
Daha gəlməyəcək ellərdən səsi,
Nə oğlu, qızı var, nə də nəvəsi,
Amma el-obanın anası gedir.

Alı Qara kimi odan yanıbdı,
Sənət meydanında mərd dayanıbdı,
Son nəfəsdə Dilqəmini anıbdı,
Sənətkar ömrnün mənası gedir.

Təbiət ağlayır, hey yağış yağır,
Bülbül boyun büküb olubdur fağır,
Ay ellər bu itki ağırdır-ağır,
Borçalının usta Sonası gedir.
Başkeçid, 1 iyun 1988.



DƏDƏ MƏHƏMMƏD

Dünyaya göz açıb gəldiyin gündən
Hər hikməti qandın dədə Məhəmməd.
Nə çətin sınaqdan geri çəkindi,
Nə əhdini dandı dədə Məhəmməd.

Darda da özünü hər an saz tutdu,
Neçə saz bağladı, neçə saz tutdu,
Saz ötəndə varlığını unutdu
Kərəm kimi yandı dədə Məhəmməd.

Oldu ədalətin, haqqın hakimi,
Süfrəsi açıqdır ürəyi kimi.
Nə vaxt ki, titrədi qəlbinin simi
Ələsgəri andı dədə Məhəmməd.

Aslan qocalsa da aslandır yenə,
Min çaqqal parçalar keçsə əlinə,
Nə olsun ağ qırov düşüb telinə
Ürəkdən cavandı dədə Məhəmməd.

Coşqun, ürəyini almasın kədər,
Sənətkarın ömrü olmayır hədər,
Sazıyla, sözüylə neçə yüz illər
Dünyada qalandı dədə Məhəmməd.
11 noyabr 1984.


FƏRİD

(Olimpiya çempionu Fərid Mansurova).

Ər igidlər rəqibinə qənimdi,
Neyləyəcək mənə kədər, qəm indi?
Elə bil ki, bu gün dünya mənimdi,
Eşq olsun, ay Fərid, yaşa, ay Fərid!

Sevinsin mərd ata, mehriban ana,
Düşmənlər qəhr olsun qoy yana-yana,
Sən də bir şöhrətsən Azərbaycana,
Könüllər gəlibdir cuşa, ay Fərid!

Nəcabətli nəslə təzə vüqarsan,
Qoca Borçalıya bir iftixarsan,
Sən də Kamandar tək layiqsən, varsan,
Bir tac kimi qoyaq başa, ay Fərid!

Ömrün qoşalaşsın baharla, yazla,
Yoluna nur saçım bir xoş avazla.
Sən qızıl medalla, mən tavar sazla,
Gedək Başkeçidə qoşa, ay Fərid!


http://qafqazmedia.az/edebiyyat/1927-tiflisd-azrbaycan-tdqiqat-alim-jurnalistin-kitablar-iq-z-grb.html]]>
Müşviq BORÇALI Sun, 17 Jun 2018 01:16:28 +0000
Yeni kitab: "BORÇALININ AĞSAQQAL YAZIÇISI" https://turan.info.az/fond/3704-boralinin-asaqqal-yaziisi.html https://turan.info.az/fond/3704-boralinin-asaqqal-yaziisi.html Yeni kitab: "BORÇALININ  AĞSAQQAL  YAZIÇISI" ƏLİ ABBAS - 80

TƏBRİK EDİRİK!..

Bu günlərdə Bakıda
“Professor Mədəd Çobanov adına
XEY­RİY­YƏ FON­DU” tərəfindən
Borçalıda yaşayıb-yaradan
tanınmış yazıçı və ictimai xadim
zəhmətkeş tədqiqatçı-folklorşünas
Əli Abbasın anadan olmasının
80 illik yubileyinə həsr olunmuş
"BORÇALININ AĞSAQQAL YAZIÇISI" adlı
adlı yeni bir kitab nəfis şəkildə
çap olunaraq oxuculara təqdim olunub.

Bu barədə mətbuata Fondun icraçı direktoru
Dr. Müşfiq Borçalı məlumat verib.

O, bildirib ki, Fondun sayca 18-ci nəşri olan
bu kitabda Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Abbasın mənalı və şərəfli ömür yolu, pedaqoji-ictimai fəaliyyəti, eləcə də bədii və elmi yaradıcılığı haqqında müxtəlif vaxtlarda yazılmış məqalələr və ona həsr olunan şeirlər toplanıb.

Bakıdakı “Borçalı” nəşriyyatında işıqüzü görən kitabın tərtibatçı-müəllifi, eyni zamanda naşiri, redaktoru və ön sözün müəllifi Dr. Müşfiq Borçalı, rəyçisi isə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadədir.

Biz də turan.info.az-ın yaradıcı heyəti adından, Borçalıda yaşayıb-yaradan el ağsaqqalı, tanınmış yazıçı və ictimai xadim
zəhmətkeş tədqiqatçı-folklorşünas Əli Abbası həm anadan olmasının 80 illik yubileyi, həm də yubileyinə həsr olunmuş
"BORÇALININ AĞSAQQAL YAZIÇISI" adlı kitabın işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can-sağlığı,bədii yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Aytac MƏDƏDLİ,
turan.info.az


.]]>
Müşviq BORÇALI Thu, 03 May 2018 13:19:13 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17 https://turan.info.az/yeni-neshrler/3722-azrbaycan-antroponmyasinin-saslari-17.html https://turan.info.az/yeni-neshrler/3722-azrbaycan-antroponmyasinin-saslari-17.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17 MƏDƏD ÇOBANOV = AZƏRBAYCAN TƏXƏLLÜS LÜĞƏTİ =



LÜĞƏTİN QURULUŞU HAQQINDA =

1.Baş sözlər - təxəllüslər əlifba sırası ilə düzülmüşdür.
2.Baş sözdən - təxəllüsdən sonra mötərizə arasında tə­xəllüsün hansı dilə mənsub olması (ə - ərəb, f - fars, ə-f - ərəbcə - farsca) və ifadə etdiyi məna göstərilir.
Sonra təxəllüsü daşıyan müəllifin sənəti (yazıçı, şair, alim, memar, xəttat və s.) adı, atasının adı və təxəllüsü, mötərizə arasında isə yaşadığı dövr qeyd olunur. Məsələn,
Vaqif (ə. bilici, məlumatlı, xəbərdar) - şair və dövlət xa­dimi, Molla Pənah Vaqif (XVIII əsr).
3. Avtonimi məlum olmayan sənətkarın təxəllüsü, onun hansı dilə məxsus olması, ifadə etdiyi məna, yaşadığı dövr qeyd olunur. Məsələn,
Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).
4. Eyni adlı təxəllüslərdən yalnız birincinin hansı dilə məxsus olması, ifadə etdiyi məna izah olunur (sonra lüğət üçün səciyyəvi olan xüsusiyyətlər göstərilir); yerdə qalan təxəllüslərin aid olduğu avtonimin sənəti, adı, familiyası, təxəllüsü və yaşadığı dövr qeyd edilir. Məsələn,
Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Bikəs - şair, Hacı Molla Hüseyn Bikəs (XIX əsr).
Bikəs - şair və publisist, Əli Nəzmi Bikəs. Əli Nəzmi otuzdan artıq təxəllüs və gizli imzalarla yazırdı (XIX-XX əsrlər).
5. Azərbaycan (türk) mənşəli təxəllüslərin hansı dilə aid olması göstərilmir. Məsələn,
Vurğun - görkəmli xalq şairi və ictimai xadimi, Səməd Vurğun Yusif oğlu Vəkilov (XX əsr).
6. Toponim əsasında düzələn təxəllüslərin hansı dilə məxsus olması və ifadə etdiyi məna göstərilmir, yalnız mö­tərizə arasında onomastik vahidin növü qeyd olunur. Məsə­lən,
Qarabaği (Qarabağ toponimindən düzəlib) - alim, Mir­zə Adıgözəl bəy Qarabaği (XX əsr).


AZƏRBAYCAN ƏLİFBASI




TƏXƏLLÜS LÜĞƏTİ

A

Abbas Abdulla - şair, tərcüməçi və jurnalist, Abbas Ab­dul­la oğlu Acalov (XX əsr).
Abdulla Sur - ədəbiyyatşünas və publisist, Abdulla Ağa Məm­məd oğlu Məhəmmədzadə (XX əsr).
Abdulla Tofiq - Bax: Abdulla Sur.
Azər (f. od, atəş) - şair, Məşədi İmaməlizadə Azər (XIX əsr).
Azər - şair, İbrahim bəy Azər (XIX əsr).
Azəroğlu - şair, Balaş Abizadə Azəroğlu (XX əsr).
Agah (f. xəbərdar, bilən; ayıq, gözüaçıq) - şair. Hacı Ab­bas Agah (XIX əsr).
Alim (ə. hər hansı bir elm sahəsində mütəxəssis olan adam) - şair, M.P.Vaqifin oğlu, Əliağa Alim (XVIII əsr).
Allahi (ə. dini etiqadlara görə bütün kainatın yaradıcısı və idarəedicisi) - şair, əsl adı məlum deyil (XV əsr).
Anacan - əməkdar müəllim, Bahar Əmirəli qızı Ağa­larova (XIX-XX əsrlər).
Ali (cəsur, qəhrəman) - “Dədə Qorqud” dastanlarının qəh­rəmanlarından biri, Alp Ərən (Kitabi Dədə Qorqud).
Araz (Araz Hidronimindən düzəlib) - şair, Məmməd Araz (XX əsr).
Aranlı - yazıçı və jurnalist, Mirzəağa Aranlı (XX əsr).
Araslı (Bax: Araz) - alim, akademik, Həmid Məm­məd­tağı oğlu Araslı (XX əsr).
Arzulu - yazıçı, Həmid Fərhad oğlu Əliyev (XX əsr).
Arif (ə. bilən, bilici, bilik sahibi, hər şeydən xəbərdar; hər şeyi incəliyinə qədər başa düşən, tez dərk edən) - şair, Ağa Hüseyn Təbrizi (XVIII əsr).
Arif - şair, Mustafa Ağa Arif (XVIII əsr).
Arif - şair, Arif Lahici Şirvani (XIX əsr).
Arif - məşhur şair, Hüseyn Hüseynzadə (XX əsr).
Arifi - şair, adı məlum deyil (XV-XVI əsrlər).
Asəf (Süleyman peyğəmbərin tədbirli vəzirinin adından götürülmüşdür) - şair, Asəf Ləmbərani (XIX əsr).
Asi - (ə. üsyan edən, itayət etməyən) - şair. Abdulla bəy Asi (XIX əsr).
Aciz - (ə. bacarıqsız, bir iş görə bilməyən; zəif) - şair, Məmməd Xəlifə Aciz Qırbulaqlı (XIX əsr).
Aşiq (ə. məhəbbət bəsləyən, sevən, vurulan) - şair. Məhəmməd bəy Aşiq (XVIII əsr).
Aşiq - şair, Məhəmməd bəy Cavanşir (XIX əsr).
Aşıq (xalq xanəndəsi) - şair, aşıq, Sarı Aşıq. Onun “Haqq Aşığı”, “Qərib Aşıq” təxəllüsləri də olmuşdur (XVII əsr).
Aşıq Molla Cuma - şair, Süleyman Saleh oğlu (XIX əsr).

B

Babanlı - yazıçı, V.Babanlı (XX əsr).
Bağdadi (Bağdad toponimindən düzəlib) - filosof, şair, Əhdi Bağdadi (XVI əsr).
Bağdatlı - şair, Zehni Bağdatlı (XVII əsr).
Bakuvi (Bakı toponimindən düzəlib) - coğrafiyaşünas və tarixçi, Əbdürrəşid ibn Salih ibn Nuri əl - Bakuvi (XIV-XV əsrlər).
Bakuvi - Azərbaycan mütəfəkkiri, Seyid Yəhya Cəla­ləddin Bakuvi (XV əsr).
Bakuvi - rəssam, Əbdülbaqi Bakuvi (XV əsr).
Bahar (f. yaz fəsli) - şair, Mirzə Nəsrullah Hacı Əb­dülqasım oğlu Bahar Şirvani (XIX əsr).
Baharlı - məşhur alim, Məhəmməd Həsən Vəli Baharlı (XX əsr).
Baxış (bax feilindən düzəlib) - şair, Mirzə Baxış Nadim (XIX əsr).
Beyləqani (Beyləqan toponimindən düzəlib) - şair, Bücirəddin Beyləqani (XII əsr).
Bəd'i (ə. ixtira, yenilik, nadir tapılan şey) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Bəzmi (f. eyş-işrət, eyş-işrət poeziyası) - şair, Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi (XIX əsr).
Bəndgir (f. vurğun, vurulmuş; aşiq) - Azərbaycan xət­tatı, Bədrəddin Məhəmməd Təbrizi Bəndgir (XIV əsr).
Bərdəi (Bərdə toponimindən düzəlib) - alim, Səid ibn Bərdəi (X əsr).
Bərdəi - şair, Şeyx İbrahim ibn Şahbəddin Gülşəni (ikinci təxəllüsü: Bax: Heybəti), (XV-XVI əsrlər).
Bəsiri (ə. uzaqgörən, anlayan; bilici, fərasətli) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Bəsir - publisist, Nemət Bəsir Hacıyev (XX əsr).
Bəhmənli - şair, Vaqif Bəhmənli Quliyev (XX əsr).
Bidari (f. ayıq, oyaq, sayıq; diqqətli) - şair, əsil adı məlum deyil (XV-XVI əsrlər).
Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Bikəs - şair, Hacı Molla Hüseyn Bikəs (XIX əsr).
Bikəs - şair və publisist, Əli Nəzmi Bikəs. O, otuzdan artıq təxəllüs və gizli imzalarla yazırdı (XIX-XX əsrlər).
Binəva (f. səssiz, köməksiz, kimsəsiz) - şair, Mirzə Mə­həmmədəli Binəva (XIX əsr).
Binnətoğlu - şair, Əlixan Binnət oğlu Səmədov (XX əsr).
Bixud (f. özünü itirmiş, huşsuz) - şair, Molla Ağa Hacı Tağızadə (XIX əsr).
Bığıqanlı - “Dədə Qorqud” dastanlarının qəhrəmanla­rın­­dan biri, Bığıqanlı Bəyduz Əmən (Kitabi Dədə Qor­qud).
Boğazca Fatma - “Dədə Qorqud” dastanlarının qəhrə­man­larından biri, Boğazca Fatma (Kitabi Dədə Qorqud).
Bozalqanlı (Bozalqan toponimindən düzəlib) - aşıq, əmək­dar incəsənət xadimi, Hüseyn Cəfərqulu oğlu Qu­liyev Bozalqanlı (XIX-XX əsrlər).
Borçalı (Borçalı toponimindən düzəlib) - şair, Eyvaz Mə­həmməd oğlu Borçalı (XX əsr).
Borçalı (Borçalı toponimindən düzəlib) - filoloq-jur­na­list Müşfiq Mədəd oğlu Çobanov (XX-XXI əsrlər)
Buta - şair, Səadət Nəbiyeva (XX-XXI əsrlər).
Bülbül (bülbül zoonimindən düzəlib - məşhur müğənni, SSRİ xalq artisti, Murtuz Məşədi Rza oğlu Məmmədov (XX əsr).
Bülbülcan - xanəndə. Əbdülbağı Kərbəlayi Əli oğlu Zü­lalov (XIX-XX əsrlər).
Bürhan (ə. dəlil, isbat, sübut) - şair, əsl adı məlum deyil (XVII əsr).

C

Cavan - aşıq, əməkdar mədəniyyət işçisi, Aşıq Hüseyn Cavan Mikayıl oğlu Əliyev (XX əsr).
Cənnəti (ə. behişt əhli) - şair, Mirzə Əbdulxaliq Cənnəti (XIX əsr).
Cilovdarlı (Cilovdar toponimindən düzəlib) - aşıq, Aşıq Mirzə Əhməd oğlu Bayramov (XX əsr).
Coşqun - şair, İskəndər Coşqun (XX əsr).
Coşqun - şair, jurnalist, Mədəd İsa oğlu İsmayılov (XX əsr).
Cümri - şair, Məmmədağa Cümri (XIX əsr).

Ç

Çəmənzəminli (Çəmənzəminli oronimindən düzəlib) - yazıçı, Yusif Vəzir Çəmənzəminli (XX əsr).
Çəmənli - şair, Əkbər Çəmənli (XX əsr).

D

Dağlı (dağ oronimindən düzəlib) - yazıçı və dramaturq, Seyfəddin Əliağa oğlu Abbasov Dağlı (XX əsr).
Dağıstanlı (Dağıstan toponimindən düzəlib) - görkəmli aktyor, SSRİ xalq artisti, İsmayıl Yusif oğlu Hacıyev Dağıstanlı (XX əsr).
Dağıstanlı - şairə, Şərafət Dağıstanlı (XX əsr).
Darablı (Darab toponimindən düzəlib) - aktyor və rejis­sor, Rza Nəcəfqulu öğlu Hüseynov Darablı (XIX-XX əsrlər).
Deyləmi (Deyləm toponimindən düzəlib) - filosof, Əb­dülhəsən Bəhmənyar Deyləmi (X-XI əsrlər).
Dədə (ağsaqqal, məsləhətçi, nəslin və ya cəmiyyətin rəh­bəri, başçısı, hörmətli şəxs) - “Dədə Qorqud” dastan­la­rı­nın düzücüsü, Dədə Qorqud (Kitabi Dədə Qorqud).
Dədə - maarifçi, Dədə Ömər Rövşəni (XV-XVI əsrlər).
Dədə bəy - Səfəvi sərkərdəsi, Abdal bəy - Dədə bəy (XV-XVI əsrlər).
Dəli şair - Bax: Vurğun.
Dəli (igid, qəhrəman, cəsur, qoçaq) - “Dədə Qorqud” das­tanlarının qəhrəmanlarından biri, Dəli Əvrən (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Domrul (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Dondar (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Budaq (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Qarcar (Kitabi Dədə Qorqud).
Dəmir donlu - “Dədə Qorqud” dastanlarının qəhrəman­la­rından biri, Dəmir Donlu Mumaq (Kitabi Dədə Qorqud).
Dərdimənd (f. dərdli, dərd çəkən, dərd sahibi, aşiq, vur­ğun) - maarifçi, jurnalist, ədəbiyyatşünas, Mirzə Həsən Ta­hirov Dərdimənd (XIX-XX əsrlər).
Dəxil (ə. birinə pənah aparan, başqasına sığınan) - şair, Axund Molla Hüseyn Dəxil Marağalı (XIX əsr).
Divanbəyioğlu - yazıçı, maarif xadimi, Abdulla bəy Vəli oğlu Sübhanverdixanov Divanbəyoğlu (XIX-XX əsrlər).
Didə (f. göz, ağlar göz) - şair, Mirzə Nəsrullah Didə Qurbanbəyov (XIX əsr).
Dilbazi (f. ürəyə yatan, könül açan, sözü və hərəkəti xoş olan, gözəl) - şairə, Mirvarid Paşa qızı Dilbazi (XX əsr).
Dilqəm - aşıq, Həsən Dilqəm (XIX əsr).
Dilsuz (f. ürəkyandıran, çox təsirli, birinin dərdinə ürək­dən yanma, acıma) - şair, Məhəmməd Əmin Dilsuz (XIX əsr).
Dilsuz - şair, əsl adı məlum deyil (XIX-XX əsrlər).
Dilxun (f. ürəyi qana dönmüş, çox kədərli, qəmli-qüssəli) - şair, Mirzə ağa Dilxun (XIX əsr).
Dodui (Şəkidə mikro toponim) - şair, Molla İbra­him­xəlil Dodui İbrahim (XIX əsr).
Duyğun - şair, Ramiz Duyğun (XX əsr).
Dülgər - şair, Rəsul Dülgər (XIX əsr).
Dünyamalı Kərəm - şair, jurnalist, Dünyamalı Kərəm oğlu Əliyev (XX əsr).
Düşgün - şair, S.Vurğunun ilk təxəllüsü. Bax: Vurğun.
Düşgün - şair, Əlixan Bayram oğlu Abbasov (XX əsr).

E
El vurğunu - Bax: Vurğun.
Elsevər - jurnalist, yazıçı Emin Mahmudov (XX əsr).
Elçin - şair, Teymur Süleyman oğlu Əliyev Elçin (XX əsr).
Eşqi (ə. sevginin ən yüksək dərəcəsi, ehtirasla sevmə, yük­sək həvəs) - şair, Mirzadə Eşqi (XX əsr).

Ə
Əbülfəz - Bax: Nəsimi.
Əbhəri (ə. Nərgiz çiçəyi, gözəl göz, gözəl, qəşəng, gözəl adam) - Azərbaycan mütəfəkkiri, Əbubəkr Mə­həmməd ibn Abdulla Əbhəri (X əsr).
Əvəz Sadıq - yazıçı və jurnalist, Əbülfəz Əli oğlu Sadıqov (XX əsr).
Əvəzəli Muğanlı - rəssam, Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).
Əza (ə. yas, matəm, cəfa) - şair, Molla Baba Əza (XIX əsr).
Əzizi - şair, əsil adı məlum deyil (XVII əsr).
Əlvəndi (Əlvənd toponimindən düzəlib) - aktyor, Mə­həmmədbəy Məlikov Əlvəndi (XIX-XX əsrlər).
Əli Nazim - görkəmli ədəbiyyatşünas, Ələkbər Mahmud oğlu Mahmudzadə (XX əsr).
Əli Nəzmi - şair, Əli Məhəmmədzadə (XIX-XX əsrlər).
Əli Razi - şair, Əli Məşədi Yəhya oğlu Şəmçizadə (XIX-XX əsrlər).
Əli Tudə - şair, Əli Qulu oğlu Cavadzadə (XX əsr).
Əmani (ə. kömək, yardım) - şair, Məhəmməd Əmani (XVII əsr).
Ərdəbili (Ərdəbil toponimindən düzəlib) - alim, Əbül­həsən Yəqub ibn Musa əl Ərdəbili (X əsr).
Ərdəbili - şair, Arif Ərdəbili (XIV əsr).
Ərəblinski (ərəb etnonimindən düzəlib) - aktyor və rejissor, Hüseyn (Hüseynala) Məmməd oğlu Xələfov (XIX-XX əsrlər).
Əsir Əli - memar, Əcəm Əli (XV-XVI əsrlər).
Əsiri (ə. yoxsulluq) - şair, əsl adı məlum deyil. O, Xəzani (f. payız, payız küləyi) - təxəllüsü ilə də şeirlər yazıb (XV-XVI əsrlər).
Əfqanlı (əfqan etnonimindən düzəlib) məşhur teatr rəssamı, Bədurə Məlik qızı Ağamalova (XX əsr).
Əfqanlı - aktyor, Azəbaycan Respublikasının xalq artisti, Rza Rüstəm oğlu Cəfərzadə (XX əsr).
Əfşar (əfşar etnonimindən düzəlib) - şair, Sadıq bəy Əfşar (XVI əsr).
Əfşar - alim, Mirzə Mustafa Əfşar (XIX əsr).
Əxtər (f. ulduz kosmonimindən düzəlib) - şair, Mirzə Əli­qulu xan Əxtər (XIX əsr).
Əhmədi - tərcüməçi, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Əhməd Cavad - şair, Cavad Məmmədəli oğlu Axund­zadə (XIX-XX əsrlər).
Əhmədoğlu - şair, Osman Əhməd oğlu Osmanov (XX əsr).

F

Faqih (ə. yoxsulluq, ehtiyac, fağırlıq) - şair, Sulu Faqih (XIV əsr).
Faiz - şair, Molla Əhməd Faiz (XIX əsr).
Fani (ə. puç olan, qalmayan, həmişəlik olmayan, çox zəif, gücsüz, əldən düşmüş) - şair, Mirzə Sadıq Fani (XIX əsr).
Faruq (ə. ayıran, fərqləndirən, fərq qoyan) - şair, Ab­dulla Musa oğlu Əfəndiyev Faruq (XX əsr).
Fateh (ə. açan, acıcı, başlayan, başlayıcı, özgəni fəth edən) - şair, Kərim ağa ibn Fətəli xan Fateh (XIX əsr).
Fəqir (ə. yoxsulluq, fağırlıq, ehtiyac) - şair, Hacı ağa Ordubadi Fəqir (XIX əsr).
Fədai (ə. bir məqsəd uğrunda ömrünü fəda edən, həyatını qurban verən) - məşhur şair, əsl adı məlum deyil (XVI əsr).
Fədai - şair, Mirzə Nəbi Qaib Fədai (XIX əsr).
Fəna (ə. puç, heç olan, aciz) - şair, Mirzə Rəhim Fəna (XIX əsr).
Fəraqi (ə. hicran, ayrılıq) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Fəthi Xoşginabi (ə. açma, boşalma, qabiliyyət, zəfər) - yazıçı, Həmzə Əli oğlu Fəthi Xoşgibani (XX əsr).
Fəxri (ə. hörmətli, möhtərəm, şərəfli) - şair, Zakir Fəxri (XX əsr).
Fikrət Qoca - şair, Fikrət Göyüş oğlu Qocayev (XX əsr).
Fikrət Sadıq - şair, Fikət Abbas oğlu Sadıqov (XX əsr).
Fövzi (ə. qələbə, qalibiyyət, qurtuluş, nicat, əldə etmə, malik olma) - şair, Əbdülbaqi Fövzi (XX əsr).
Franço (partizan təxəllüsü) - İtaliyada müqavimət hə­rə­­katının iştirakçısı, Şahbaba Yaqub oğlu Məcidov (XX əsr).
Füzuli (ə. həddini bilməyən, həddini aşan, özünə aid ol­mayan işlərə qarışan, yersiz danışan, uzunçuluq edən, boş­boğaz, ədəbsiz) - dünya şöhrəti qazanmış məşhur şair, Mə­­həmməd Süleyman oğlu Füzuli (XVI əsr).

G

Gəncəvi (Gəncə toponimindən düzəlib) - dünya şöhrəti qazanmış məşhur şair, İlyas Yusif oğlu Nizami Gəncəvi (XII əsr).
Gəncəvi - şair, Mahmud Nizaməddin Əbü Ula Gəncəvi (XII əsr).
Gəncəvi - şairə, Məhsəti xanım Gəncəvi (XII əsr).
Gəncəvi - alim, Şeyx İbrahim Qüdsi Gəncəvi (XIX əsr).
Gəncəli - aşıq Lətif Əzizov Gəncəli (XX əsr).
Gorani (Goran toponimindən düzəlib) - ziyalı, Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov Gorani (XIX-XX əsrlər).
Göycəli (Göycə toponimindən düzəlib) - məşhur aşıq, Ələsgər Göycəli (XIX əsr).
Göycəli - aşıq, Musa Göycəli (XIX əsr).
Gülçin (f. gül dərən, bağban, hər şeyin yaxşısı, kifa­yət­lisi) - şair, dramaturq, Hüseyn Cavid Gülçin (H.Cavidin ilk təxəllüsü) (XX əsr).
Gülşəni - Bax: Bərdəi Gülşəni.
Günər - şair, Məstan Rəsul oğlu Əliyev (XX əsr).

H

Haqq Aşığı -Bax: Aşıq - Sarı Aşıq.
Hali (ə. xəbərdar, bilən, məlumatlı) - şair, əsl adı mə­lum deyil (XVII əsr).
Hami (ə. himayə edən, saxlayan) - şair , əsl adı məlum deyil (XVII əsr).
Hamidi (ə. himayə edən sözündəndir) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Hamidi - şair, əsl adı məlum deyil (XVII-XVIII əsr­lər).
Hammal - şair, Bayraməli Abbaszadə Hammal (XX əsr).
Haşimi (Haşimilər etnonimindən düzəlib) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Heybəti (ə. qorxu, dəhşət, hörmət, izzət, ləyaqət, etibar, nüfuz) - şair, Şeyx İbrahim ibn Şahbəddin Heybəti (ilk tə­xəllüsü) (XV-XVI əsrlər).
Həbibi (ə. dost, sevgili, sevilən, aşi) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Həvəskar - şair, Allahverdi Hacıyev Həvəskar (XX əsr).
Həqayiq (ə. həqiqətlər) - şair, Xaqaninin gəncliyində qəbul etdiyi təxəllüs, Bax: Xaqani.
Həqiqi - şair, Şahcahan Həqiqi (XV-XVI əsrlər).
Həqiqi - Səfəvi hökmdarının qızı, Pərixan Həqiqi (XVI əsr).
Həqiri (ə. qədir-qiyaməti olmayan, alçaq, hörmətsiz, az kiçik, görkəmsiz)-şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Həzarə (ə.bülbül zoonimindən düzəlib) - şair, Mirzə Rzaqulu Həzarə (XIX əsr).
Həmrah (f. yoldaş, yol yoldaşı) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Hərdəmxəyal - bu imza və ya təxəllüsdən C.Məmməd­quluzadə, M.S.Ordubadi və başqaları da istifadə etmişdir.
Həsən Qara - şair, Hadi Həsən bəy Rzaqulu bəy oğlu Həsən Qara (XIX əsr).
Həssani - Əcəm (VII əsrdə yaşamış məşhur ərəb şairinin adıdır) - şair Xaqaniyə əmisi Kafiəddin Ömər Osman oğlu tərəfindən verilən təxəllüs. Bax: Xaqani.
Həsiri - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Həsir - şair, əsl adı məlum deyil (XVII əsr).
Hidayət (ə. gətirmə, qoyma, doğru yola çagırma, rəh­bər­­lik, rəhbərlik etmə) - şair, Əfsəddin Hidayətullah Hidayət (XV əsr).
Hüzni (ə. kədər, qəm, qüssə) - şair, Molla Məhəmməd Hüzni (XIX əsr).
Hüman (ə. cənnət quşu, dövlət quşu, uğurluq, xoş­bəxtlik, səadət) - şair, əsl adı məlum deyil (XVII əsr).
Hüseyni (ə. gözəl) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Hüseyni - Bax: Nəsimi.

X

Xaqani (xaqan sözündən götürülüb) - görkəmli şair, Əfzələddin İbrahim Əli oğlu Xaqani,
Məliküş - şüəra Əbül-Üla Gəncəvi Əfzələddin İbrahim Şirvanşahlar sarayına aparıb, ona “Xaqani” təxəllüsü verir.
Xalxali (ə. qızıl qolbağı) - şair, Ağa Mirzə Məhəmməd bağır Xalxali (XIX əsr).
Xan qızı - Bax: Natəvan.
Xani - şair, Məşhədi Hidayət bəy Xani (XIX əsr).
Xəzri - şair, Nəbi Ələkbər oğlu Babayev (XX əsr).
Xəzani (f. payız, payız vaxtı) - tarixçi, şair, Mir Mehdi Haşım oğlu (XIX əsr).
Xəzani - Bax: Əsiri.
Xəyali - şair, Mirzə Mövsün Xəyali (XIX əsr).
Xəlili - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Xəlifə (ə. Hökumət başçısı, canişin, məclisdə başçılıq edən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Xəminə - şairə, Fatma xanım Xəminə (XIX əsr).
Xəndan (f. gülən, şən, açılmış gül) - məşhur ədə­biyyat­şünas alim və şair, professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev (XX əsr).
Xəndan - şair, alim Rafiq Zəka Xəndan Hacıyev (XX əsr).
Xəstə - şair, Bayraməli Abbasəli oğlu Xuduyev (XX əsr).
Xəstə Baxış - Bax: Nadim Mirzə Baxış.
Xəstə Xətai - Bax: Şah İsmayıl Xətai.
Xətai - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Xətai - şair və dövlət xadimi Şah İsmayıl Şeyda Heydər oğlu Xətai (XV-XVI əsrlər). O, Şah Xətai, Miskin Xətai təxəllüsü ilə də şeirlər yazırdı.
Xətai-şair, Şuştəri Xətai (XV-XVI əsrlər).
Xətai-şair və sənətkar, Səmərqəndi Xətai (XV-XVI əsrlər).
Xətai-şair, Sui Xətai (XV-XVI əsrlər).
Xətai- sənətkar, Yəzdi Xətai (XV-XVI əsrlər).
Xətai- sənətkar, Kocrati Xətai (XV-XVI əsrlər).
Xətai- sənətkar, Mir Qurban Xətai (XV-XVI əsrlər).
Xurşid ( f. günəş) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Xülqi (ə. təbiət, xasiyyət) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).

İ

İlkin - yazıçı, Qılman İsabala oğlu Musayev İlkin (XX əsr).
İrəvani (İrəvan - Yerevan toponimindən düzəlib) - rəs­sam, Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani (XIX əsr).
İsfahanlı (İsfahan toponimindən düzəlib) - aktyor, Gür­cüstan Respublikasının xalq artisti, İbrahim Hüseyn oğlu Hüseynzadə (XIX-XX əsrlər).

K

Kazım Ziya - aktyor, Kazım Cəfər oğlu Kazımzadə (XIX-XX əsrlər).
Katib - şair, Mirzə Məhəmməd Katib (XIX əsr).
Katibi - şair, əsil adı məlum deyil (XV-XVI əsrlər).
Keçəçi Məhəmməd - xanəndə, Məhəmməd Məşədi Xəlil oğlu (XIX-XX əsrlər).
Kəmərli (Kəmərli toponimindən düzəlib) - şair, jurnalist, Aslan Mustafazadə (XX əsr).
Kəminə (f. azacıq, cüzi, kiçik, fağır, yazıq) - şairə, Fatma xanım Kəminə (XIX əsr).
Kəngərli (Kəngər etnonimindən düzəlib) - rəssam, Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli (XIX-XX əsrlər).
Kəşan (f. çəkən, aparan, çəkərək aparan) - şair, İbn Kə­şan, əsl adı məlum deyil (XVIII əsr).
Kişvəri (f. ölkə, məmləkət, vilayət) - şair, Nemətulla Kiş­vəri Dilməqani (XV-XVI əsrlər).
Kor Əhəd - qarmonçalan, Əhəd Fərzali oğlu Əliyev (XIX-XX əsrlər).
Kövkəb (ə. ulduz, göy cisimlərinin hər biri) - tarixçi və dilçi alim, şair Mirzə Məhəmməd Mehdixan ibn Məhəm­məd Nasir Əstra badi Kəvkəb (XVIII əsr).
Kürçaylı (Kür hidronimindən düzəlib) - şair, Əliağa Həsənağa oğlu Kürçaylı (XX əsr).
Kühənsal - şair, Mehdixanağa Kühənsal. S.Vurğunun mən­­sub olduğu Vəkilovlar nəslindəndir (XIX əsr).

Q

Qazi Bürhanəddin - şair, alim və dövlət xadimi, Əhməd Şəmsəddin oğlu Qazi Bürhanəddin (XIV əsr).
Qazi Əhməd Qəffari (ə. günahları bağışlayan) - Səfəvi tarixçisi, Əhməd ibn Məhəmməd əl-Qəffari əl Qəzvini (XVI əsr).
Qandal Nağı - Qaçaq hərəkatının başçılarından biri, Qandal Nağı Nəsib oğlu (XIX-XX əsrlər).
Qantəmir - şair. Qafur Səbi oğlu Əfəndiyev (XX əsr).
Qarabaği (Qarabağ toponimindən düzəlib) - alim, İzzəldin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVI-XVII əsrlər).
Qarabaği - alim, filosof, Yusif Məhəmmədcan oğlu Qarabaği (XVII əsr).
Qarabaği - şair, Həsən Qara Hadi Qarabaği (XIX əsr).
Qarabaği - alim, Mirzə Adıgözəl bəy Qarabaği (XIX əsr).
Qarabaği - rəssam, Mir Möhsün Nəvvab Qarabaği (XIX əsr).
Qarabaği - həkim, Mirzə Məmmədqulu Mollahəsən oğlu Qayıbov Qarabaği (XIX əsr).
Qarabaği - rəssam, boyakar, usta Qənbər Qarabaği (XIX-XX əsrlər).
Qaradaği (Qaradağ toponimindən düzəlib) - şair, Həsənəli xan Qaradaği (XIX əsr).
Qarayazı (Qarayazı toponimindən düzəlib) - aşıq. Aşıq Əlixan Ömərov (XX əsr).
Qaraca - “Dədə Qorqud” dastanlarının qəhrəmanların­dan biri, Qaraca Çoban (Kitabi Dədə Qorqud).
Qasımi (ə. bölən, bölüşdürən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Qasir (ə. günahkar, bacarıqsız, gücsüz, zəif, aciz) - şair, Mirzə İsmayıl Səlim oğlu Axundov (XIX əsr).
Qatır Məmməd - Azərbaycanda Sovet hakimiyyəti uğ­runda fəal mübariz, kəndli hərəkatının rəhbəri, Məmməd Əli oğlu Məmmədov (XIX-XX əsrlər).
Qafqazlı (Qafqaz toponimindən düzəlib) - aktyor, əmək­dar artist, Hacıməmməd Ələkbər oğlu Quliyev (XX əsr).
Qafqazlı - şair, jurnalist, Qara Qafqazlı (XX əsr).
Qafil (ə. bixəbər, etinasız) - şair, Əli Əkbər Namaz oğlu Qafil (XIX əsr).
Qafur Rəşad - coğrafiyaşünas, maarif xadimi, Qafur Ələkbər oğlu Mirzəzadə (XIX-XX əsrlər).
Qaçaq Yusif - Azərbaycanda qaçaq hərəkatının başçı­larından biri, Qaçaq Yusif Əli oğlu (XIX-XX əsrlər).
Qacaq Kərəm - qaçaq hərəkatı başçılarından biri, Kə­rəm İsgəndər oğlu Mollazalov (XIX-XX əsrlər).
Qaçaq Nəbi - Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı, Qaçaq Nəbi Alı oğlu (XIX əsr).
Qaçaq Süleyman - Azərbaycanda kəndli hərəkatının baş­­­çısı, qaçaq Süleyman ağa Hüseyn oğlu (XIX-XX əsr­lər).
Qədirli (ə. qadir, qüdrətli) - Azərbaycanda Sovet Haki­miyyəti və sosializm quruculuğu uğrunda mübariz, Möhsün Nəciməddin oğlu İsrafilbəyov (XIX-XX əsrlər).
Qəzvini (Qəzvin toponimindən düzəlib) - filosof, Nəc­məddin Əli ibn Ömər Əli Qəzvini (XIII əsr).
Qəmküsar (ə. - f. birinin qəmini çəkən, təsəlli verən: sa­diq dost, qəmli, qüssəli) - şair və ictimai xadim. Əliqulu Ələkbər oğlu Nəcəfov Qəmküsar (XX əsr).
Qəmli - aşıq, Aşıq Hüseyn Qəmli (XX əsr).
Qəmli - el şairi, Məhəmməd Novruz oğlu Əliyev (XX əsr).
Qərib Aşıq - Bax: Aşıq - Sarı Aşıq.
Qiyaslı - (ə. kömək, yardım, köməkçi, əltutan) - şair, Əj­dər Xanlar oğlu Əsgərov (XX əsr).
Qıyan (feili sifətdən düzəlib) - “Dədə Qorqud” dastan­la­rı­nın qəhrəmanlarından biri, Qıyan Səlcuq (Kitabi Dədə Qor­qud).
Qırxbulaqlı (Qırxbulaq toponimindən düzəlib) - şair, Məmməd Həlifə Aciz Qırxbulaqlı (XIX əsr).
Qonur (şabalıd rəngli, açıq qəhvəyi) - “Dədə Qorqud” das­tanlarının qəhrəmanlarından biri, Qonur Qoca (Kitabi Dədə Qorqud).
Qövsi (ə. qövsə oxşayan, göy qurşağı) - şair, İsmayıl Qövsi (XVII əsr).
Qövsi - şair, Əlican Qövsi (XVII əsr).
Qövsi - şair, əsl adı məlum deyil (XVII-XVIII əsrlər).
Qumri (qumru zoonimindən düzəlib) - şair Mirzə Mə­həhmməd Tağı Qumri (XIX əsr).
Qudyalçaylı (Qudyalçay toponimindən düzəlib) - şair, Murad Veysal oğlu Arzumanov (XX əsr).
Qutqaşınlı (Qutqaşen toponimindən düzəlib) - yazıçı, İsmayıl bəy Nəsrullah Sultan oğlu Qutqaşınlı (XIX əsr).
Qüdsi (ə. müqəddəs) - şair, alim, Abbasqulu ağa Bakı­xanov Qudsi (XIX əsr).
Qüdsi - şair, Şeyx İbrahim Qüdsi (XIX əsr).
Qüdsi - şair, Mir Əbdürrəhman Qüdsi Vənəndi (XIX əsr).]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:51:43 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 16 https://turan.info.az/yeni-neshrler/3738-azrbaycan-antroponmyasinin-saslari-16.html https://turan.info.az/yeni-neshrler/3738-azrbaycan-antroponmyasinin-saslari-16.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 16 MƏDƏD ÇOBANOV =
MĞŞTƏRƏK ADLAR:
Azərbaycan antroponimiyasında bir qrup xğsusi şəxs adları vardır ki, onlar həm kişilərə, həm də qa­dın­lara qo­yulur. Belə adları ilk dəfə “Mğştərək ad­lar” kimi dil­­­ziliyə biz gətirmişik.
Azərbaycan şəxs adları arasında belə mğştərək ad­la­rın sayı 180-dən zoxdur.
A

Abad
Abid
Abgğl
Aqibət
Ağabəy
Aydan
Azər
Ayzın
Almaz
Aləmə
Alidə
Amal
Amalə
Aminə
Arzu
Arzuman
Afər
Aşiq

B

Bağdad
Balaca
Bağzalı
Buta
Baxış
Bərşad
Bəyxan
C

Cahan
Cənnət
Ceyhun

Z

Zərkəz

D

Dəyanət
Dəyər
Dəryanur
Dilgğşad
Dinar
Dursun

E

Etibar
Eynur
Etiraf
Etimad
Elşən

Ə

Əqidə
Əzim
Əşrəf
Ədalət
Əfşar
Əzim
Əhsən

F

Fəryad
Fəxri
Firuz
G

Gğnəş
Gğl
Gğmğş
Gğlerkən
Gğlğ
Gğlzin
Gğndğz

H

Heyrət
Həqiqət
Həyat
Hənifə
Hilal

X

Xalis
Xan
Xoşbəxt

İ

İzzət
İlqəm
İyanə
İnsaf
İntizar
İbrət
İstək
İlşadQ

Qail
Qafilə
Qamət
Qeyrət
Qeysər
Qədəm
Qərib
Qəni
Qənimət
Qəşəng
Qərinə
Qədər
Qızıltac
Qismət
Qorxmaz
Qğdrət
Qğrur
L

Lazın
Lğtfi
Lğtfiyar
M

Mahal
Mahir
Mehvər
Mədəniyyət
Məstan
Mətanət
Mətləb
Məhəbbət
Məşədi
Mğrvət
N

Nasir
Naib
Nəzər
P

Pərviz
Pərvanə
Pərvin

R

Razi
Rəğbət
Rüvnəq

S

Səda
Səltənət
Sənubər
Səfa
Səxavət
Səhər
Sirdaş
Sühbət
Sultan
Sğbhan
Ş

Şaxı
Şeyda
Şəqaiq
Şəmsiyyə
Şərəf
Şirin
Şüvkət
Şührət
Şğkran

T

Tərəqqi
Tərlan
Təşrif
Təmkin
Tənik
Təndik

U

Ulduz
Uğur

Ğ

Ğlvi
Ğmman
Ğrfan

V

Vahidə/Vahid
Vəfa
Vəfadar
Vicdan
Vicdanə
Vğsal
Vğsət
Y

Yadigar
Yavər
Yaqut
Yeganə

Z

Zaman
Zəka
Zəfər
Ziyafət
Zirvə
Zğlfğ


XĞSUSİ XARAKTERLİ QADIN ADLARI:

Azərbaycan antroponimi­ya­sın­­da adqoyma adət-ənə­nələ­rinə nə­­­zər saldıqda məlum olur ki, qə­dim za­man­lardan ğzğ­bəri Azərbay­can tğrklərinin adət-ənənə­lə­rinə gürə, ailə­də qız­lar dalbadal olur­sa, sonuncu qıza Bəsti-Qız­bəsti-Naz­bəs­ti; Yetər-Qızyetər-Nazyetər; Qız­qa­­­yıt-Naz­­qayıt; Ta­mam-Qızta­mam-Naz­ta­mam; Tamam-Ta­mey­lə (Ta­­­mil­la); So­­na-Qız­sonu; Nazı-Nazyetər, Nazı-Nazqayıt; Qızqayıt-Nazqa­yıt; Gğlbəs-Gğlbəsti; Gğlye­tər-Nazyetər; Qızqayıt-Gğlqa­yıt-Nazqayıt; Qızkifayət-Oğ­langərək... Həm­zinin, ailə­də do­­ğu­­lan so­nun­cu qız­la­ra Kifayət, Nəhayət, Ov­sandıq (Oy­sandıq), Gərək­məz, İs­təməz kimi adlar da qoyu­lur­du...]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:50:59 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 15 https://turan.info.az/yeni-neshrler/3737-azrbaycan-antroponmyasinin-saslari-15.html https://turan.info.az/yeni-neshrler/3737-azrbaycan-antroponmyasinin-saslari-15.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 15 MƏDƏD ÇOBANOV =
QADIN ADLARI:

A


Abad
Abadzər
Abidə
Abilə
Abgül
Abgün
Abhava
Abizər
Abhəyat
Avazə
Avizə
Aqilə
Ağbəniz
Ağbuta
Ağzər
Ağgilə
Ağgül
Ağnaz
Ağnur
Ağca
Adilə
Ana
Anarə
Adızər
Adıgül
Azadə
Azimə
Azərşən
Aznurə
Akifə
Aidə
Ayan
Ayazə
Aybəniz
Ayqabaq
Aydan
Ayəndam
Ayzər
Ayişə
Aygül
Aygün
Ayla
Ayna
Aynaz
Aynişan
Aynur
Ayparə
Aysəba
Aysəfa
Aysənəm
Aytəkin
Aytən
Ayçın
Alagöz
Aləmzər
Aləmə
Aləmgül
Aləmnaz
Aləmnur
Alzər
Alimə
Alma
Almanaz
Almanar
Almagül
Almazər
Almaz
Aliyə
Alnaz
Alnur
Alnurə
Aludə
Amalə
Amilə
Aminə
Arizə
Arəstə
Arifə
Artıq
Arifət
Asimə
Asya
Asudə
Asifə
Atlaz
Afaq
Afiqə
Afayət
Afət
Afətnar
Afətnur
Avətzər



B




Bağda
Bağdagül
Bağdasər
Bağça
Bağçanaz
Bağçazər
Badam
Badamzər
Badamnur
Badsəba
Badsəfa
Bakirə
Balaxanım
Ballı
Balzər
Balnaz
Balnar
Balnur
Ballızər
Ballınaz
Ballınur
Banu
Bazilə
Banuzər
Bahar
Baharyaz
Baharnaz
Bahargül
Baxişə
Bəhrudə
Baharnur
Ballınar
Bədirə
Bəyaz
Bəzəni
Bəyim
Bəyan
Bənövşə
Bəstə
Bəsti
Bəturə
Bəhlulə
Bəhiyyə
Bəhruzə
Bikə
Bikəxanım
Bikənaz
Bikəzər
Bikənar
Bikənur
Bikəgül
Bilqeyis
Bilzər
Bilnaz
Brilyant
Büllür
Büllürə
Bircəgül
Bircənaz
Bircənur
Böyükxanım


С


Cabirə
Cavidə
Cəvahir
Cananə
Cavanə
Camalə
Canparə
Cəmilə
Canfəzər
Canfəşan
Cahan
Cahidə
Cahanzər
Cahannur
Ceyran
Ceyhan
Cəmilə
Cəlilə
Cənnət


Ç



Çaylı
Çeşmə
Çeşməzər
Çeşmənaz
Çeşmənur
Çəmən
Çəmənzər
Çəmənnaz
Çəməngül
Çəmənnur
Çimnaz
Çiçək
Çiçəkzər
Çiçəknaz
Çiçəknur


D



Dastan
Dərya
Dəstə
Dəstəgül
Dilab
Dilavər
Dilanaz
Dilanar
Dilanur
Dilarə
Dilaram
Dilbaz
Dilbər
Dildar
Dilzər
Dilkuşa
Dilnaz
Dilnar
Dilnur
Dilnurə
Dilruba
Dilsuz
Dilşad
Dinarə
Durna
Dünya
Dünyaxatın
Dünyaxanım
Dünyaxanı
Dürdanə
Dürrə
Dürtəkin
Dürrü
Dürrüzər
Dursədəf
Dürnaz
Dürdəstə


E


Elvarə
Elza
Elzər
Elmira
Elmzər
Elmnaz
Elmnar
Elmnur
Elnaz
Elnarə
Ellər
Elnurə
Emilə
Eynurə
Ehtişam


Ə


Əbilə
Əbülə
Əqidə
Ədilə
Əzəmət
Əzizə
Əzimə
Əlamət
Əlvan
Əlvannaz
Əlvannur
Əlviyə
Ələviyyə
Əminə
Əminəzər
Əndam
Əntiqə
Ərknaz
Ərknur
Əsmayə
Əsməgül
Əsmər
Əsmirə
Əsmət
Əsmətgül
Əsmənur
Əsli
Əslinaz
Əslizər
Əslinur
Əsmənur
Ətir
Ətirgül
Ətirli
Ətirzər
Ətirnaz
Əfqanə
Ətirşah
Əfsanə
Əcəbnaz
Əcəbnar
Əcəbnur
Əşrəfiyyə

F



Fazilə
Fatma
Faiqə
Faxirə
Fəvarə
Fənurə
Fərqa
Fərqanə
Fəridə
Fərəh
Fərəhzər
Fərəhnur
Fəridə
Fərzanə
Fərizə
Fəxrəndə
Fəxriyyə
Fidan
Fərizə
Firuzə
Fitnə

G



Gilə
Gilas
Giləzər
Gilənaz
Gilənar
Gilənur
Gövhər
Gözəl
Gözəlnar
Gözəlzər
Göyçək
Göyçəknar
Göyçəknur
Göyçəkzər
Görüş
Gülab
Gülabi
Gülay
Gülavaz
Gülayə
Gülar
Gülarə
Gülayişə
Gülaləm
Gülara
Gülacar
Gülbadam
Gülbahar
Gülbəyaz
Gülbəniz
Güldəhan
Gülcahan
Gülbəyan
Gülbəzər
Gülbənd
Gülbəs
Gülbəsdi
Gülbəxt
Gülbikə
Gülvəfa
Gülqənd
Gülqönçə
Güldəstə
Güldəhan
Güləbətin
Gülər
Güləsər
Güləfşan
Gülənbər
Güləndam
Gülzada
Gülnaz
Gülzar
Gülzəmi
Gülzəni
Gülzər
Gülzəfər
Gülziba
Gülziya
Gülnaz
Gülyay
Gülyanaq
Gülnar
Gülyetər
Gülgəz
Gülgəsər
Gülgəzər
Güllər
Güllü
Gülmay
Gülmaya
Gülnaz
Gülnar
Gülnara
Gülnisə
Gülnur
Gülnuma
Gülpara
Gülpəri
Gülpüstə
Gülreyhan
Gülrux
Gülsabah
Gülsevər
Gülsədəf
Gülsənəm
Gülsəfa
Gülsəhər
Gülsüm
Gülsün
Gültamam
Gültez
Gültəkin
Gültən
Gülüstan
Gündüz
Gülüş
Gülxan
Gülxanım
Gülxar
Gülxoş
Gülhava
Gülhəyat
Gülçiçək
Gülcöhrə
Gülçin
Gülcamal
Gülcahan
Gülşad
Gülşax
Gülnisə
Gülxanım
Gülcənnət
Gülşah
Gülşəkər
Gülşən
Gülşəhər
Gülzirə
Günay
Gündoğar
Günel
Günəş
Günzər
Günyar
Günnur
Gülkün


H



Habilə
Hakimə
Hava
Havazər
Havanur
Havaxanım
Hameydə
Hameylə
Hasilə
Hafizə
Heyran
Həbibə
Həqiqət
Hədəf
Hədəfzər
Hədəfnaz
Hədəfnur
Hədiyyə
Həzinə
Həkimə
Həyat
Həyatzər
Həyatgül
Həyatnaz
Həyatnar
Həyatnur
Həlimə
Həmail
Həmayə
Həmidə
Həcər
Himayə
Hicran
Hökümə
Hökmiyyə
Hökmzər
Hökmnur
Humay
Hümayə
Hürzad
Hüriyyə
Hürnisə
Hürü
Hürxan
Hürxatın
Hüsniyyə


X



Xavər
Xalidə
Xəlidə
Xallı
Xalisə
Xallızər
Xallınur
Xanzadə
Xangül
Xanı
Xanım
Xanımzər
Xanımyar
Xanımgül
Xanımnaz
Xanımnur
Xariqə
Xatirə
Xatın
Xavər
Xeyransa
Xədicə
Xəzan
Xəzangül
Xəyalə
Xəyalət
Xəyalzər
Xəyalnaz
Xəyalnur
Xəlilə
Xətayə
Xınalı
Xınanur
Xırda
Xırdazər
Xırdanur
Xoşavaz
Xoşqədəm
Xoşdil
Xoşqamət
Xoşəda
Xoşzahir
Xoşsima
Xoştəb
Xoşzəban
Xoşkəlam
Xoşnəva
Xoşiqbal
Xoşnaz
Xoşnəzər
Xumar
Xumarə
Xuraman
Xurma
Xurmayı
Xurmanur
Xurşid

İ



İqbalə
İlqarə
İqlimə
İzalə
İlhamə
İlnurə
İlşahə
İmanə
İnamə
İnnab
İnnabə
İnsafə
İrşadə
İnnamə
İncə
İncənaz
İncəgül
İnci
İncizər
İncinur
İpək
İpəknaz
İpəkzər
İpəknur
İradə
İsmət
İstək
İstəkli
İrşadə


J



Jalə
Jaləzər
Jalənaz
Jalənar
Jalənur
Jasmin

K


Kamilə
Kəbirə
Kəklik
Kəmalə
Kəmanə
Kəyanə
Kərimə
Kəhrəba
Kifayət
Kişmiş
Kəbutər
Kövsər
Könül
Kubra
Kürnaz


Q



Qəbilə
Qailə
Qalibə
Qəbulə
Qaragöz
Qaratel
Qalsın
Qaytan
Qahirə
Qədəm
Qədəmzər
Qədəmnaz
Qədəmnur
Qədəmgül
Qələm
Qələmzər
Qələmkər
Qələmgül
Qələmnaz
Qələmnur
Qəmər
Qəmərnaz
Qəmərnur
Qəməriyyə
Qəmərgül
Qəmzə
Qəmzəgül
Qəmzənur
Qəndab
Qənirə
Qərənfil
Qəribə
Qətibə
Qəhər
Qəhərnaz
Qəhərgül
Qəşəng
Qiyamət
Qiyafət
Qiyasə
Qiymət
Qızyetər
Qızgəlin
Qıztamam
Qızxanım
Qızsonu
Qotaz
Qönçə
Qönçəzər
Qönçənaz
Qönçənar
Qönçənur
Qumaş
Qumaşzər
Qumaşnur
Qumru
Qumruzər

L



Lalə
Laləzər
Lallızər
Laləvar
Lalənaz
Lalənar
Lalənur
Laləxanım
Laçın
Leyla
Leylan
Leylagül
Leylanaz
Leylanur
Leyli
Ləman
Lərzə
Lərzəgül
Lərzənaz
Ləyaqət
Lətafət
Lətifə
Limon
Lilpar
Lütvi
Lütviyyə

M


Mavi
Mavizər
Maviyə
Mavinur
Mailə
Maya
Mayzər
Maygül
Maynaz
Maynar
Maynur
Maral
Matan
Mahirə
Mahizər
Mahnızər
Mahnıyar
Mahnur
Mahpəri
Mahru
Mahruzər
Mahrux
Mehparə
Mehri
Mehmanə
Mehriban
Mehriyə
Mehrizər
Məqamə
Məqsudə
Məqbulə
Mədinə
Məziyyət
Məzhurə
Mənsurə
Mərdanə
Məlahət
Məleykə
Mələk
Mələkzər
Mələknur
Mələksima
Məmləkət
Mənzər
Mənzərə
Mənşura
Mərdanə
Mərzə
Mərziyyə
Məryəm
Mərhəmət
Mərcan
Məsmə
Məsimə
Məsmənur
Məsudə
Məsumə
Məfkurə
Məftunə
Məhbubə
Məhruzə
Məhluqə
Məhparə
Məhsəti
Məhtəbən
Məhnunə
Məşuqə
Mina
Minavaz
Minavar
Minazər
Minənur
Minayə
Minarə
Minə
Minəzər
Minanar
Minənur
Minzər
Mingül
Minaz
Minnar
Minnur
Mirvari
Mirvarid
Mixək
Mixəknaz
Mixəkzər
Mixəknur
Mobilə
Moruq
Moşu
Mötəbər
Muradə
Muncuq
Mübarək
Müqəddəm
Mülayim
Münəvvər
Mütəkkə
Mürəstə
Müslümə
Müşəfərim
Müşgünaz
Müşfiqə

N



Nabat
Nazanı
Nazbikə
Nazvəfa
Nazandə
Nazanı
Nazilə
Nazimə
Nazgül
Nazlı
Naznurə
Nazirə
Nazpəri
Naztamam
Nazxanım
Naibə
Nailə
Naimə
Nairə
Namidə
Nanə
Nanəzər
Narınczər
Narınc
Nargilə
Nargül
Natəvan
Nasirə
Natiqə
Nafizə
Nahidə
Nahilə
Nəzakət
Nəzilə
Nəzirə
Nəzifə
Nəzmirə
Nənəqız
Nənəxanım
Nərgiz
Nərmin
Nərminə
Nərminaz
Nəbati
Nəvaziş
Nəqqaş
Nəhayət
Nəcabət
Nəsibə
Nəcibə
Niyazə
Nigar
Nigarən
Nisa
Nisə
Nisaf
Nihal
Nişanə
Növrəstə
Nuranə
Nuraləm
Nurbadam
Nurbikə
Nurvəfa
Nurhava
Nurqədəm
Nurqələm
Nurqönçə
Nurdanə
Nurdidə
Nurzəfər
Nurziba
Nuriyyə
Nuryaz
Nurtəzə
Nurgilə
Nurgül
Nurlalə
Nurlana
Nurlan
Nursabah
Nursəba
Nursəda
Nursədəf
Nursəfa
Nursima
Nurcahan
Nuşafərim
Nübar
Nübay
Nüyvər

O



Orxanə
Orucə
Osmanə


P


Payzər
Paynaz
Paynur
Pakizə
Pəri
Pakizər
Paknur
Pərvin
Pərvanə
Pərvinaz
Pərzad
Pərixanım
Pəricahan
Pərnaz
Pərşan
Piyalə
Pirayə
Pullu
Pulluzər
Pürrə
Pürsəda
Püstə
Püxtə
Püstəzər
Püstənur
Püsşölə
Portağal

R



Raziyə
Razimə
Rafiqə
Rayifə
Ramilə
Raminə
Ramisə
Rasimə
Rasiməzər
Rasimənaz
Rahidə
Rahimə
Rəhimə
Bəhmanə
Rahilə
Rahidə
Rövşanə
Ramizə
Rəfiqə
Rəhimə
Rahibə
Rəvanə
Rəqsanə
Reyzə
Reyhan
Reyhanə
Rəziyyə
Rəisə
Rəna
Rəsmiyyə
Rəfiqə
Rəxşəndə
Rəşadə
Rəşidə
Rəhilə
Rizvanə
Roza
Rövşanə
Röya
Röyət
Rüzə
Ruqiyyə
Ruhəngiz
Ruhiyyə
Rübabə
Ruxsarə

S


Sabirə
Sabitə
Sadiqə
Sayad
Səyalı
Səmayə
Samirə
Sara
Saran
Safurə
Sahibə
Sahilə
Saclı
Sevda
Seyvanə
Sevər
Sevzər
Sevil
Sevilnur
Sevinc
Sevgili
Sevginaz
Sevginur
Sevnur
Seycan
Seyranə
Seylan
Səadət
Səba
Səbanaz
Səbanur
Səda
Səbahət
Səbzə
Səbiyə
Səbinə
Sədaqət
Sədəf
Sədət
Sədəfnur
Sədəfnaz
Sədəfzər
Sədiqə
Səidə
Səyalı
Səhər
Səhərnaz
Səhərnar
Səhərnur
Səyyarə
Səkinə
Səlimə
Səlmi
Səlmiyyə
Səlmizər
Səlminaz
Səlminur
Səltənət
Səma
Səmazər
Səmagül
Səmanaz
Səmanur
Səmayə
Səmən
Səmənzər
Səməni
Səməngül
Səmənnaz
Səmənnur
Səminə
Səmirə
Sənəm
Sənubər
Sərvinaz
Sərvinur
Səriyyə
Səringül
Sərfinaz
Sərmayə
Səfa
Sədaqət
Səfazər
Səfayət
Səfalı
Səfanaz
Səfanur
Sima
Simazər
Simuzər
Sinəzər
Sitarə
Sifayə
Solmaz
Sona
Sübhanə
Sonaxanım
Söhbət
Suğra
Sura
Sultan
Subayə
Sünbül
Sübhanə
Südabə
Sülhiyyə
Sürayə
Sürmə
Sürməzər
Sürmənur
Süsən
Süsənbər
Süsənzər
Sülhiyyə

Ş



Şadya
Şaiqə
Şairə
Şakirə
Şamama
Şamaxı
Şahidə
Şəbnəm
Şəmsiyyə
Şahdanə
Şahpərəst
Şahzadə
Şahnaz
Şahzər
Şahidə
Şahinə
Şahmirə
Şahzər
Şahnar
Şahnigar
Şahnur
Şahrud
Şahruz
Şahsənəm
Şahrux
Şahxanım
Şeyda
Şeydazər
Şeydagül
Şeydanaz
Şeydanur
Şəbnəm
Şəbanə
Şəbahət
Şəkər
Şəkərnaz
Şəkərnur
Şəlalə
Şənhəyat
Şərafət
Şərqiyyə
Şərəf
Şərəfzər
Şərəfgül
Şərəfnaz
Şərəfnisə
Şərəfnur
Şərifə
Şərifzər
Şərifgül
Şərifnaz
Şərifnur
Şəfa
Şəfayət
Şəfaver
Şəfaqət
Şəfazər
Şəfanaz
Şəfanar
Şəfanur
Şəfqət
Şəfəq
Şəfəqzər
Şəfəqnaz
Şəfəqnur
Şərafət
Şəfiqə
Şəhla
Şəhnaz
Şəhriyar
Şəhriz
Şikəstə
Şirin
Şiringül
Şirmayı
Şirvanə
Şikarə
Şirzadə
Şirnaz
Şirnur
Şövqiyyə
Şövqizər
Şövqinaz
Şövqinur
Şövkət
Şölə
Şüküfə
Şükranə



T



Taibə
Tamam
Tamara
Tamaşa
Tamilla
Tahiyyə
Tahirə
Teybə
Teyurə
Teyyubə
Telli
Tellizər
Tellər
Telnaz
Telnur
Telnurə
Teley
Tezgül
Telşan
Telşən
Tehran
Tənzilə
Tənzifə
Təravət
Təranə
Tərgül
Tərlalə
Tərnur
Tərnurə
Təsvirə
Təsvinə
Təbəssüm
Təzəgül
Təzənar
Təzənur
Təknaz
Təknur
Təknurə
Təmkin
Tənnar
Təntənə
Tənnur
Təhminə
Təhsinə
Təşrifə
Tinatin
Tinəzər
Tinənur
Tinəxanım
Tovuz
Tomiris
Tövsiyyə
Törə
Töhfə
Tofiqə
Toylu
Tubu
Tubuzər
Turan
Turac
Turə
Tutu
Tutuzər
Tukəz
Tükəzban
Tükəznar
Tükəznur
Tünzalə
Türbə
Türkan
Türfə

U



Uğur
Uğurzər
Uğurnaz
Ulduz
Ulduzə
Umuxanım
Umnisə
Ucar
Ucarnaz
Ucargül

Ü



Ülviyyə
Ülviyyət
Ülkər
Ülfət
Ülfətzər
Ülfətnaz
Ülfətgül
Ümman
Ümidə
Üfüqə
Üfüqnaz
Üfüqnur

V



Vaqifə
Validə
Vahidə
Vasilə
Venera
Vəhilə
Vəzifə
Vəsilə
Vəsmə
Vəsmənar
Vəsmənaz
Vəsmənur
Vəfa
Vəfazər
Vəfanaz
Vəfanar
Vəfanur
Vəfalı
Vicdanə
Vüsalə

Y



Yavər
Yaqut
Yaqutzər
Yazdanə
Yasəmən
Yazgül
Yaztamam
Yaygül
Yaynaz
Yaynar
Yaynur
Yaraşıq
Yargül
Yarnaz
Yasəmən
Yaxşı
Yeganə
Yeninaz
Yusifə
Yenigül
Yetər
Yəmən
Yəmənzər


Z



Zabilə
Zabitə
Zakirə
Zalxa
Zalxazər
Zambaq
Zahidə
Zahirə
Zeynəb
Zemfira
Zenfira
Zəkiyyə
Zəlminə
Zəminə
Zəmirə
Zəni
Zənurə
Zərvəfa
Zərəfşan
Zərəfşah
Zərziba
Zərri
Zərintac
Zərif
Zərifə
Zəryetər
Zərgül
Zərli
Zərməxmər
Zərmina
Zərminaz
Zərin
Zərnigar
Zərinsə
Zərnişan
Zərnur
Zərpüstə
Zərsədəf
Zərtamam
Zərtəkin
Zərxanım
Zərnigar
Zərəfşən
Zəhra
Zəhrə
Ziba
Zibanaz
Zibazər
Ziyadə
Zibanar
Zibanur
Zibagül
Zivər
Ziyafət
Ziynət
Zilfi
Zilfiyar
Zilfinaz
Zilfinar
Zina
Zinazər
Zinanur
Zinara
Zövqiyyə
Zövqinaz
Zöhrə
Zöhrənaz
Zübeydə
Züleyxa
Zülfiyyə
Zümrüdzər]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:49:55 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 14 https://turan.info.az/yeni-neshrler/3736-azrbaycan-antroponmyasinin-saslari-14.html https://turan.info.az/yeni-neshrler/3736-azrbaycan-antroponmyasinin-saslari-14.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 14 MƏDƏD ÇOBANOV =

ƏLAVƏLƏR =



AZƏRBAYCAN
ŞƏXS ADLARI =



KİŞİ ADLARI:


A




Abas/Abbas
Abbasqulu
Abbasəli
Abad
Abadnur
Abdal
Abdulla
Abid
Abyaz
Abgül
Abuzər
Avaz
Avər
Aqibət
Aqil
Aqşin
Ağayar
Ağanur
Ağası
Ağabəy
Ağəli
Ağamalı
Adil
Adilnur
Adıgözəl
Adıgün
Adışirin
Azad
Azim
Azadxan
Azay
Azər
Azgəl
Ayaz
Ayvaz
Aydəmir
Aydın
Aynalı
Akif
Akifyar
Akifnur
Alay
]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:48:43 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13 https://turan.info.az/yeni-neshrler/3723-azrbaycan-antroponmyasinin-saslari-13.html https://turan.info.az/yeni-neshrler/3723-azrbaycan-antroponmyasinin-saslari-13.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13 MƏDƏD ÇOBANOV = NƏTİCƏ =

Azərbaycan antroponimikasının əsaslarını müasir dil­çi­lik elminin inkişaf səviyyəsinə və nailiyyətlərinə uyğun ola­raq sinxronik və dioxronik aspektdə dərindən təhlil et­dik­dən sonra aşağıdakı nəticəni çıxarmaq olar:
1.Azərbaycan dilindənki antroponimlərin, yaxud şəxs ad­larının səciyyəsi məsələlərini - təbiətini nəzərə çarp­dır­dı­ğı şəxsin daxili keyfiyyətinə uyğun olub-olmamasını, on­ların mahiyyətini, əmələ gəlməsini, törəməsini, mənşə­yi­ni, məna əsasını, yayılma dərəcəsini və yayılma regio­nunu, qu­ruluşunu, inkişafını və təkmilləşməsinji, dəyiş­mə­sini və səlisləşməsini, təsnifini, üslubi imkanlarını, orfo­epik və or­foqrafik normalarını, bir dildən başqa bir dilə transli­tera­si­ya­sı və s. problemlərini öyrənən antropo­nimika dilçilyin nəzəri şöbəsi “Onomalogiyanın əsas və aparıcı yarımşö­bə­sidir”. Çünki dilin lüğət tərkibinin geniş bir sa­hə­sini təşkil edən antroponimlər də dilin inkişafı baxı­mından taixi ka­te­qo­riyadır. “Belə sözlər tarixin yaddaşına ilişib qalır” və mik­­rokitabə kimi tarixin müəy­yən mər­hə­ləsində xal­qı­mızın malik olduğu ictimai-siyasi görüşləri, mədəniy­yəti, məişəti, iqtisadiyyatı, adət-ənənəsi, bu və ya dfigər xalq­lar­la olan əlaqəsi; dilimizin ilk forma­laşma döv­ründən baş­la­mış bu günə aədər davam edib gələn sə­ciy­yəvi linqvistik xüsusiyyətləri haqqında olan məlumatı mü­hafizəkarcasına qoruyub bizə çatdırı. Bu baxımdan xalqın ta­rixini, dil və mədəniyyətinin inkişaf yolunu öy­rən­mək nöq­teyi-nəzərdn əvəzsiz əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, ant­ro­ponimika müasir dilçili­yin son onillik­lə­rində sürətlə, həm də hərtərəfli tədqiq olunan müs­təqil elm şöbəsinə çevril­mək­dədir.
2. Mikrokitabələr kimi antroponimlər də istər müasir dil­lərin tədqiqinə, istərsə də ayrı-ayrı qədim yazılı abi­də­lərin öyrənilməsində və hansı xalqa mənsubluğunu müəy­yənləşdirməsində, həmçinin müxtəlif xalqlar və onlara ünsiyyət vasitəsi kimi xidmət edən dillərin tarixən yayılma arealının dəqiqləşdirilməsində böyük rol oynayır.
3. Antroponimlərin tədqiqi Azərbaycan dilinin qədim ta­rixini, onun tarixi leksikasını, o cümlədən, tarixi antro­po­nimiyasını; antroponimiyamızda bu dövrə qədər gəlib çıxan şəxs adları sistemində dilimizin özünü qoruyub sax­lamış olan bir sıra səciyyəvi arxaik fonetik, leksik və se­mantik cəhətlərini tədqiqi nöqteyi-nəzəri və təcrübi əhə­miyyət kəsb edir.
4. Antroponimlər linqvistik hadisə olmaq etibarilə özün­­­­­­də leksik və müəyyən dərəcədə qrammatik xüsusiy­yətləri birləşdirən, məzmun və fonetik tərkibcə tarixən sabit və toxunulmaz kateqoriyadır. Buna görə də ümumi dilçilik baxımından antroponimlərin semantik səciyyəvi cəhətlərinin, lüğət tərkibində yeri və ünsiyyət zamanı əhə­miyyətinin tədqiqi xüsusi dərəcədə zərurirdir.
5. Antroponimlərin konkret bir dilin (burada Azər­bay­can dilinin) materialı üzrə sinxronik və dioxronik as­pekdə tədqiqi dilçilikdə öyrənilməmiş qalan lüğət tərkibi və dilin tarixi (tarixin leksikası) ilə bağlı bir çox mə­sə­lələrin şər­hinə və onun sərhədinin müəyyənləşdirilməsinə yaxın­dan kömək edir. Antroponimlər məna və quruluşu, ümumi və fərqli cəhətləri, semantik məna qrupları və ümu­mi dil va­hidlərinin öyrənilməsi etibarilə sözlərlə sıx surətdə bağ­lı­dır. Bu mənada antroponimlərin tədqiqi mühüm elmi əhə­miyyətə malikdir.
6. Əsərin onomalogiya və onun yarımşöbəsi olan ant­ro­­ponimika anlayışını və onun səddini; onomaloji va­hidlərin meyarını, məna müxtəlifliyini, tipi və funksi­yasını, ono­maloji vahidlərin sözlərlə olan ümumi və fərqli cəhətlə­rini; onomalojivahidlərin lüğət tərkibi ilə ümumi əlaqə­lə­rini; antroponimlərin əsasında duran ümumişlək sözlərin və ad düzəldən şəkilçilərin mənşəyini və bir sözlə, ono­maloji terminlər sisteminin dəqiqləş­diril­məsini müəy­yənləşdirmək üçün böyük əhəmiyyəti var­dır. Əsərin bir də əhəmiyyəti ondan ibarətdir ki, ant­ropo­nimikanın nəzəri əsasları ilk dəfə ayrıca tədqiqat obyekti olmuş, zəngin və rəngarəng faktlar ilə təsdiq edilmişdir.
7. Antroponimlərin hərtərəfli tədqiqi bir daha təsdiq edir ki, xüsusi adları leksik kateqoriya kimi tədqiq etmək lazımdır. Hətta vacibdir.
8. Əsərdə antroponimlərin maddi xarakteri, onun in­ki­şafı və təkmilləşməsi, məna ahəngdarlığı və estetik gö­zəlliyi araşdırılmışdır ki, bu da müasir cəmiyyətin tələbi nöqteyi-nəzərdən əhəmiyyətlidir.
9. Əsər istər ümumi dilçilik və istərsə də xüsusi dil­çilik nöqteyi-nəzərdən son dövrə qədər ayrıca öyrənil­mə­miş mü­­hüm bir sahəyə (dilçiliyin yarımşö­bəsinə) həsr olundu­ğu üçün böyük əhəmiyyət kəsb edir. Əsərin təd­qiqat ma­terialının və ya obyektinin çoxsahəliliyinə və elmi isti­qa­mətinə görə nəinki Azərbaycan dilçiliyində, hətta türko­lo­giyada mühüm əhəmiyyəti vardır. Əsərin ümumi məz­mu­nundan irəli gələn elmi-nəzəri və təcrübi nəticələri, on­dakı tədqiqat prinsiplərini nəinki Azərbaycan dilçili­yinə, hətta türkologiyaya və ümumi dilçiliyə (hər bir kon­kret dilin antroponimikasına) da şamil etmək olar.
10. Azərbaycan antroponimlərinin öyrənilməsinin, ilk növ­bədə, ən böyük əhəmiyyəti xalqımızın soykökünü (mən­­­­­şəyini), etnogenezisini, onun dilinin təşəkkülü, yayıl­ma regionu və formalaşması tarixinin, son dövrlərə qədər qaranlıq qalan bir sıra məsələlərinin araşdırılıb üzə çıxarıl­masında və xalqa çatdırılmasındadır. Antropo­nimlərin öy­rənilməsi xalqımızın özünəməxsus qədim milli mədəniy­yətə və geniş əraziyə malik olduğunu təsdiq edən avto­etnonimik dil faktlarıdır. Məhz əsər də bu baxımdan əhə­miyyətlidir.
11. Əsərin materialları Azərbaycan dilinin tədrisi za­ma­nı ali məktəblərin filologiya fakültələrində yardımçı vəsait kimi də istifadə edilə bilər. 1976-1977-ci tədris ilin­dən 1995-1996-cı tədris ilinə kimi A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutu­nun (sonralar S.S.Orbelani adına Tbilisi Döv­lət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədə­biyyatı fakültəsində müəllifin tərtib və nəşr etdirdiyi proqram və dərs vəsaiti əsasında “Xüsusi kurs” aparılıb. Kurs müsbət nəticə verib. Əsər, həmçinin Azər­bay­can dil­çiliyinin müvafiq sahələrinə aid yazılan çox­cildlik əsərin və ya ali məktəblərin filologiya fakül­tələri üçün hazırlanan dərsliyin bir hissəsi və ya elmi mənbəyi ola bilər.
12. Kitabı ikinci - təcrübi hissəsi isə xüsusi adların coğ­­­rafiya lüğətinin tərtibində, başqa dilə transliterasiya­sını göstərən lüğətlərin hazırlanmasında, həmçinin, rəsmi döv­lət idarələrində, Vətəndaşların Aktlarının Qeydiyyatı Bü­ro­sunda, pasport şöbələrində; ailədə yeni doğulanlara ad­qoyma mərasimlərində və s. istifadə oluna bilər. Həm­çinin ya­zıçılara öz bədii əsərlərində personajlara ad seç­mək üçün yardımçı vəsait ola bilər.
13. Əsər onomalogiyanın, xüsusilə, onun yarımşöbəsi olan antroponimikanın ümumi və xüsusi nəzəri məsə­lələ­rini müasir elmin tələbi nöqteyi-nəzərdən tədqiq etməkdə böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də antro­po­nimikanın ümumi nəzəri və təcrübi məsələlərini hərtərəfli tədqiq etmək, öyrənmək vacibdir. Çünki hər bir adda xal­qın isti nəfəsi duyulur, hər bir ad xalqın varlığıdır, xalqın ca­nıdır, xalqın tarixidir. Hər bir xüsusi adda xalqın keç­mi­şi, bu günü və gələcəyi - tarixi öz əksini tapır. Xal­qın ta­ri­xini isə hər bir vətəndaş göz bəbəyi kimi qo­ru­malıdır. Bunun üçün birinci, onomalogiyanın şöbələri üz­rə ono­mas­tik material (vahidlər) toplamaq və onun karto­tekini ha­zırlamaq, ikinci, toplanmış onomastik vahidlərin lü­ğət­lərini tətib və nəşr etmək (onomalogiyanın ayrı-ayrı şöbə­ləri üzrə), üçüncü, tərtib olunmuş onomastik vahidlər lü­ğəti əsasında dilimizin onomaloji xüsusiy­yət­lərini nəzəri cəhətdən tədqiq etmək, dördüncü, nəşr olun­muş onomastik lüğətlər əsasında dilimiz üçün səciy­yəvi olan xüsusi adla­rın orfoqrafik qaydalarını hazırlamaq, beşinci isə dili­mizdə işlənən onomastik vahidlərin başqa dillərə (o cümlədən, rus, gürcü və başqa dillərə) transli­terasiyası məsələlərini ha­­­­zırlayıb nəşr etmək dilçiliyimizin qarşısında duran ən vacib məsələ olmalıdır. Çünki ono­mastik vahidlərin, o cüm­­­­­­­lədən də antroponimlərin sabit orfoqrafik qaydada ya­zılması və sabit orfoepik normada tələffüz olunmasının mü­­hüm elmi, nəzəri və təcrübi əhəmiyyəti vardır. Apar­dı­ğımız tədqiqatlar bizi belə bir qənaətə gətirdi ki, bu prob­lemlərin həll edilməsi həyata keçirilmədən vahid ono­mas­tik qanunlardan bəhs etmək çətindir. Əsərdə yuxarıda qeyd olunan bütün problemlər həm nəzəri, həm də təcrübi cə­hətdən həll edilmişdir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:22:19 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12 https://turan.info.az/yeni-neshrler/3725-azrbaycan-antroponmyasinin-saslari-12.html https://turan.info.az/yeni-neshrler/3725-azrbaycan-antroponmyasinin-saslari-12.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12 MƏDƏD ÇOBANOV -

XIII FƏSİL -

POETİK ANTROPONİMİKA -

Bəs poetik antroponimika nədir? Poetik antroponimi­ka­nın mahiyyətini anlamaq üçün əvvəlcə “poetika, poetik, antroponimika” terminlərinin ifadə etdiyi məna və məz-munu aydınlaşdırmaq lazımdır.
“Poetika” (poetike) yunan sözüdür.Yunan dilində bir neçə məna bildirən bu sözün Azərbaycan dilində ifadə etdiyi mənalar arasında da müəyyən fərq nəzərə çarpır: “1. Ədəbiyyat nəzəriyyəsi, poetik yaradıcılıq haqqında elm; 2. Hər hansı bir şair və ya ədəbi məktəbə xas olan xü-susiyyət, tərz, üsul”. “1. Ədəbiyyat nəzəriyyəsi; bədii ya­radıcılıq haqqında elm; 2. Bir şairə, ədəbi cərəyana, əsrə xas olan poetik üsul”.
“Poetik” sözü də yunancadır. Bu söz də bir neçə məna bil­dirir: “1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poeziyaya xas olan; şairanə. 2. Yaradıcılıq is­tedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. 3. Estetik tələblərə cavab verən; gözəl, estetik, incə”. “Poeziyaya, şeirə xas olan; obrazlı, bədii”.
“Antroponimika” isə, yuxarıda qeyd olunduğu kimi, “ant­­­ropos” (insan) və onuma (ad) sözlərinin birləşmə­sin­dən əmələ gəlib, şəxs adları - antroponimlər haqqında elm deməkdir.
Deməli, poetika, poetik və antroponimika terminlərinin məzmunundan aydın olur ki, poetik antroponim dedikdə istər ümumişlək sözlə birlikdə, istərsə də ayrılıqda bədii və estetik məna kəsb edə bilən antroponimlər nəzərdə tutulur. Bu qrup antroponimlərin öyrənilməsi ilə məşğul olan elm sahəsi isə poetik antroponimika adlanır. Son vaxtlara qə­dər bu sahənin tədqiqinə az əhəmiyyət verilmişdir. Odur ki, elm aləmində, hələlik, “poetik onomastika” termini sa­bit olmadığı kimi, “poetik antroponimika” termini də sa­bit­­­ləşməmişdir. Ayrı-ayrı tədqiqat əsərlərində “poetik ant­ro­po­nimika”, “ədəbi antroponimika”, “üslubi antropo­ni­mi­ka” kimi terminlərdən istifadə olunur. Əlbəttə, elmi üs­lu­bun termini aydın, dəqiq, sadə və tam məzmunlu ol­malı­dır. Bu baxımdan elmi üslubda çoxterminlikdən yox, vahid termindən istifadə etmək daha münasibdir. Bizim müla­hizəmizə görə, bədii əsərlərdə özünə yer tapan şəxs adla­rını - antroponimləri elə bədii antroponim, onu öyrənən elm sahəsini isə bədii antroponimika adlandırmaq daha mü­nasib olardı.
Bədii antroponimika dedikdə, hər şeydən əvvəl, bədii əsərlərə və həmin əsərlərdəki surətlərə - personajlara ve­rilən adların üslubi xüsusiyyətlərini, əsərin bədii təsir gü­cünün artmasına xidmət edən, ona əlavə imkan yaradan antro­ponimik vahidlərin rolunu, komik təbiətini, obraz­lılı­ğını öytənən antroponimika nəzərdə tutulur. Başqa sözlə desək, bədii antroponimika bədii əsərlərdəki bədiilik funk­siyası daşıyan antroponimik vahidlərin öyrənilməsi ilə məş­ğul olur. Bütün onomastik vahidlər kimi, antroponimik vahid­lər də xalqımızın tarixinin bu və ya digər açılmamış sə­hifələrinin, ədəbi dulimizin tarixini, üslubiyyatını və müasir dilimiz üçün səciyyəvi olan sahələrinin öyrənil­məsinə geniş imkan verir.
S.Vurğunun və N.Nərimanovun bədii irsi üzərində apardığımız müşahidələr göstərdi ki, bədii əsərlərdə işlə­dilən şəxs adlarının (antroponimlərin) heç də hamısı bədii məna ifadə edə bilmir. Odur ki, bədii əsərlərdə per­sonaj­ların adı kimi istifadə olunan bütün antro­ponim­ləri də bədii antroponim üsulu ilə öyrənmək olmaz. Bədii əsər­lərdəki ikinci qrup antroponimlər, yəni əsərin süjeti ilə bağ­lı olub, bədiilik və obrazlılıq kəsb edə bilməyən antro­ponimlər isə adi antroponim kimi tədqiq edilir. Bu baxım­dan, bədii əsərlərdə istifadə olunan antroponimləri iki qru­pa bölmək olar: bədii antroponimlər, nəqli antropo­nimlər.
Bədii antroponimlər. Bədii antroponimlər, adından gö­rün­düyü kimi, əsasən poetik-lirik əsərlərdə işlədilir və bə­dii məna kəsb edir. Onlar əsərdə təsvir olunan hadisələrin cərəyan etdiyi yer və ictimaiyyət, personajın xarakteri, fər­di düşüncəsi və nitqi ilə bağlı olub, bədii məzmun və məna daşıyır. Məsələn,

O gözəl dilbərə ad verək Bahar -
Keçmişdir ömründən iyirmi bahar.
(S.Vurğun, “20 bahar”)

Saray qızı Mahniyar
Tanınmış diyar-diyar.
(S.Vurğun, “Aslan” qayası)

Yuxarıdakı poetik parçalardakı Bahar və Mahniyar ant­roponimlərinin bədii mövqelərdə və məqamlarda işlən­diyi göz qabağındadır.
Nəqli antroponimlər. Nəqli antroponimlər. əsasən, nəsr əsərlərindəki personajların adı ilə bağlı olur və onlardan heç bir bədiilik və obrazlılıq gözlənilmir. Məsələn, “Həsən öz qoca arvadı ilə köhnə və uçuq daxmasında yaşayırdı”. Göründüyü kimi, bu cümlədəki Həsən antroponimi heç bir üslubi xarakter daşımır, heç bir üslubi mövqedə dayan­mır, nə özü, nə də cümlədəki digər ümumişlək sözlərlə bir­likdə bədii məzmun kəsb edə bilmir. Məhz bədii əsərlərdə işlədilən belə personaj adları nəqli antromo­nimlər adlanır.
Deməli, janrından asılı olmayaraq, bütün bədii əsərlər-də istifadə olunan antroponimik vahidləri bu iki yolla araşdırmaq xalqın tarixi, dili və məişəti baxımından daha yaxşı nəticələrə gətirib çıxara bilər.
Bədii əsərlərdə işlədilən onomastik vahidlərin, - “şifa­hi ədəbiyyatda onomastik vahidlər, yazılı ədəbiyyatda ono­­mastik vahidlər” - olmaqla iki istiqamətdə öyrə­nil­mə­sini də məsləhət bilirlər.
Birinci məqamda şəxs adla­rının real həyatdan götü-rülməsi və xalq arasında fəal şə­kildə işlədilməsi, əsərin sü­jet məzmunu ilə bağlılığı, sənət-peşə ilə əlaqələndiril­məsi, hidronimik və astronomik adlar­dan geniş istifadə edilməsi, hörmət məqamında qadın adının sonuna “xanım”, kişi adı­nın sonuna “körklüm, ağa, bəy” sözlərinin qoşulması, ad­la­rın təsviri xarakter daşıması və həmahəngləşdirilməsi, adqoyma və addəyişmə (fəaliyyə­tinə, igidliyinə, sənətinə görə ikinci adqoyma) ənənəsi, dini-əfsanəvi ideyalarla əla­qədar olması və s. əsas götü­rü­lür.
İkinci məqamda isə, adın bədii obrazı adlandırmağa xid­mət etməsi, yazıçı tərəfindən personajlara verilən ad­la­rın (müsbət və ya mənfi surətlər) şüurlu surətdə seçil­mə­si, onların xarakteri, əsərin süjeti və məzmunu ilə uyğun­luğu, eyni adın bir neçə əsərdə işlədilməsi, rəsmi və yazıçının bədii təxəyyülünün məhsulu olan onomastik vahidlərdən istifadə olunması ön plana çəkilir. Həmçinin yazıçının xalq qəhrəmanlarının və xalq arasında geniş yayılmış, rəğ­bət qazanmış adlarını öz əsərinin surətlərinə qoyması və mövcud həyat hadisələri ilə əlaqələndirilməsi, ülvi məhəb­bəti tərənnüm etdiyi zaman dastan qəhrəman­larının adın­dan və ləqəbindən vasitə kimi istifadə etməsi və s. bədii antroponimika üçün əsas olmalıdır. Məhz bu baxımdan S.Vurğunun və N.Nərimanovun bədii əsərlə­rində işlədil­miş antroponimlər tədqiqata cəlb edilmişdir.
S.VURĞUNUN POEZİYASINDA
ANTROPONİMİK XÜSUSİYYƏTLƏR

Azərbaycan xalq şairi Səməd Vurğun XX əsr ədəbiy­ya­tımızın bünövrəsini qoyan yazıçılar nəslinə mənsubdur. Onun vətəndaşlıq pafosu ilə zəngin olan poeziyası müasir həyatın bərqərar olması və inkişafı təşəkkül tapıb möh-kəmləndiyi dövrə təsadüf edir. Müasir ədəbiyyatımızı öz zəngin bədii irsi ilə əsaslandıran S.Vurğun böyük bir bədii irs qoyub getmişdir.
Azərbaycan ədəbiyyatının korifeylərindən biri S.Vur­ğunun adı həmişə və hər yerdə ümumdünya şöhrəti qazan­mış M.Şoloxov, A.Fadeyev, N.Tixonov, K.Simonov, Ç.Ay­t­matov, R.Həmzətov, K.Kaladze, İ.Kərimov, Q.Qu­luyev, Q.Qulam, S.Rüstəm, R.Rza və başqalarının adı ilə bir sırada çəkilir. S.Vurğun poeziyası zəngin və müstəqil poetik məktəbdir. O, yaradıcılığı boyu lirik şeiri poeziya­nın çırpınan ürəyi, ədəbiyyatın ilk sözü hesab edirdi. Bu mənada S.Vuröun poeziyası da yalnız Azərbay­can ədəbiy­yatının yox, ümimilikdə ədəbiyyatın daim çırpınan, irəliyə, yüksəkliyə uçmağa can atan zəngin bir sənətidir. Bu sə­nə­tin ictimai ideyası, süjeti, forma və məzmunu zəngin və rəngarəng olduğu kimi, onun poetik dili də zəngin və rəngarəngdir.
S.Vurğun poeziyasını Azərbaycan xalqının və Azər­bay­­can dilinin həyat ensiklopediyası, bədii söz sənətinin və bədii dilin nadir incisi adlandırsaq, heç də, səhv etmə-rik. Doğrudan da, Vurğun poeziyasında nələr yoxdur? Şai­rin qalaq-qalaq kitablarını vərəqlədikcə hər səhifəsində bir tarix, hər misrasında isə köklü tar kimi insan qəlbini din­dirən, cuşa gətirən odlu və alovlu, səmimi və mehriban insani duyğular, zəngin mənəvi ideyalar və fikirlər görü­rük. Bu mülahizəni Vurğun poeziyasının incə xüsusiy­yət­lərinə dərindən bələd olan bir çox şair, alim və Vurğun pə­rəstişkarlarının fikirləri də təsdiq edir.
S.Vurğun “müasir dünya .....şeirinin fəxri” (L.Araqon), “insanlığın yaddaşında həmişə canlı qalan” (M.Şaginyan), “Özünün nəhəng poetik görkəmi ilə goz önündə canlanan” (Y.Bukov), “Azərbaycan xalqının mərdlik pasportu” (R.Həm­zətov), “Gələcəyə çağıran sənətkar (K.Simo­nov), ”dövrümüzün adlı-sanlı Azərbaycan şairi Səməd Vurğun çoxmillətli ölkə ədəbiyyatının bəzəyi idi” (Q.Abaşidze). Bi­zim mülahizəmizə görə, XX əsrdə Dünya şairləri böyük bir Komanda halında toplansaydı, həmin Komandaya - “Poeziya Allahı” adlanan Azərbaycan Xalq şairi S.Vuğun ən layiqli Komandir idi” (professor M.N.Çobanov, 20.05.­2017-ci il).
N.Hikmətin obrazlı dili ilə desək “Səməd Vurğun poe­ziyamızın nəhəng planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir”, daimidir. Çünki, bu günəş öz işığını xalqı­mı­zın zəngin söz xəzinəsindən alır. Əsil sənət qaynar xalq bu­lağının sərin və təmiz suyundan qidalanır. Məhz Vurğun poeziyası da xalqımızın büllur bulağından maya­lan­mış, böyüyüb ərsəyə çatmış və daşqın bir çaya dön­müşdür.... Beləliklə, o xalqın isti qəlbində nadir istedad­lara qismət ola biləcək, daimi yurd-yuva salmışdır. Bu yurd-yuvanın özülü, məhək daşı isə Ana dilinin qədim və zəngin söz xəzinəsindən ibarətdir. Odur ki, şair ana dilini qəlbən sev­miş, onun bütün incə çalarlıqlarını dərindən mənimsə­miş­dir. Təsadüfi deyil ki, S.Vurğunun ayrı-ayrı çıxışlarında və elmi məqalələrində dil məsələsi həmişə ön plana çəkil­mişdir. Şairin bu qəbildən olan əsərlərini oxuyanda sanki S.Vurğun bir dilçi kimi çıxış edir. O, dilin müxtəlif problemlərinin qoyuluşu və həllində dilçiliyin son nailiy­yətləri əsasında mülahizələrini şərh edirdi.
S.Vurğunun obrazlı dili ilə desək, dil xalqın müqəddəs dövlətidir. “Dil xalqın namusu deməkdir, tarixi deməkdir, vicdanı deməkdir. Biz dil məsələsini hər bir yerdə göz bə­bəyimiz kimi gözləməliyik”. Bu fikirdə böyük həqiqət vardır. Çünki dilsiz heç bir xalqın tarixini təsəvvür etmək olmaz. Həm də dil hər hansı bir xalqın millət kimi for­malaşmasının birinci şərtidir.
S.Vurğun dil və dilin inkişafı haqqında olan mülahizə-lərini ilk sətir və misralarından başlamış son sətir və mis-ralarına qədər davam etdirmiş, ədəbi dilimizin in­kişafı uğ-runda həmişə və hər yerdə ciddi şəkildə mübarizə aparmış-dır. Şair həm nəzəri və elmi xarakterli əsərlərində, müxtə-lif nitq və çıxışlarında, həm də bədii əsərlərində Ana dili-nin saflığını, təmizliyini, səlisliyini qo­ruyub saxla­maq, onu daha da zənginləşdirmək məsələ­lərindən ürəkdo­lusu danı­şardı. Bu mənada, S.Vurğu­nun fəaliyyətini onun sələ-fi, məşhur “Molla Nəsrəddin” jurna­lının naşiri və redak-toru Mirzə Cəlilin fəaliyyəti ilə müqayisə etmək olar. Bu, belə də olmalıdır. Çünki hər bir yeni nəsil özündən əvvəlki nəslin fəaliyyətini və ideyasını izləməli və onu öz fəaliy-yəti ilə daha da zənginləş­dirməlidir. S.Vurğun da məhz bu yolla getmiş və yüksək zirvələr fəth etmişdir...
S.Vurğunun qalaq-qalaq əsərlərini oxuduqca, hər şey-dən əvvəl, oxucunu onun poetik dili, canlı xalq dilinin zən-gin lüğət tərkibindən ustalıq və yaradıcılıqla istifadə et-məsi, milli kaloritli qədim sözlərimizi poeziya sənətinin ti­kinti materialına çevirməsi və həmin tikinti materialı ilə Nizami, Nəsimi, Füzuli, Vaqif və Sabir məktəbinə layiq bədii söz binası ucaltması valeh edir. Şair elə bir bədii söz binası ucaltmışdır ki, müasirlərindən belə çoxmərtəbəli söz binası tikmək heç kəsə qismət olmamışdır. Bu bədii bina­nın özülü möhkəm olduğu qədər də, onun bəzək-düzəyi söz xəzinəsinin ən incə mətləbləri ifadə edən mənası ilə naxışlanmışdır. Müəllif bu bəzək və naxışlar arxasında hə-mişə dilin sadəliyini, bədiiliyini, zərifliyini, təmizliyini, səlisliyini qoruyub saxlamış və bunları gənc nəslə, ziyalı mütəxəssisələrə də tövsiyə etmiş, həm də onlardan Dədə Qor­qud müdrikliyi və Koroğlu cəsarəti ilə tələb etmişdir. Müəllif özünün irili-xırdalı bütün əsərlərində bu ideyaya həmişə sadiq qalmışdır...
Prof. A.Axundovun obrazlı dili ilə desək, “S.Vurğunu, hər şeydən əvvəl, hər sözü dalğa kimi ləngər vuran Vətən avazlı, xalq təranəli aforuzmlərlə zəngin dilindən tanı­yırlar... Səmədin dili bədii dilimizin bərli-bəzəkli, abırlı-həyalı və romantik gəlinidirsə, M.İbrahimovun bədii dili bu gəlinin ağıllı və tərbiyəli, gözəl və alicənab qardaşıdır. Hər ikisi öz anaları olan xalq dilinin doğma balalarıdır”. S.Vurğun poeziyasının dilinə xas olan bu xüsusiyyətlər M.İbrahimovun da nəzərini cəlb etmişdir. O yazırdı: “Sə-məd Vurğun şeirlərinin xalq arasında bu qədər sevilməsi və yayılması­nın mühüm bir səbəbi də bədii dil norma­la­rına əməl etməsidir. Əsərlərində dilin gözəl və sadə, təbii və mənalı olması, yəni xəlqiliyidir”.
İndi bütün ictimaiyyət S.Vurğun deyəndə xalq dilini, xalq dili deyəndə isə, istər-istəməz S.Vurğunu yada salır. Çünki dilimizin müasir mərhələsində onlar, sanki, əkiz qardaşlardır. Obrazlı desək, müasir dilimizin lüğət tərkibi böyük bir okeandırsa, Vurğun poeziyası və onun dili hə­min okeanda üzənlərə yol göstərən bir mayakdır.
Müasir Azərbaycan dili inkişaf etmiş zəngin lüğət tər-kibinə malik dünya dillərindən biridir. Onun lüğət tərki­bində xüsusi adlar silsiləsini - onomastikanı əmələ gətirən antroponimlər, toponimlər, etnonimlər, kosmonimlər, ast­ro­nimlər, zoonimlər, hidronimlər və özünəməxsus leksik laylar təşkil edir. Başqa dillərdə olduğu kimi, ınüasir Azər-baycan dilində də onomastika, xüsusilə, onun çox geniş yayılmış bir sahəsini təşkil edən antroponimiya problem-ləri maraqlı səciyyəvi cəhətlərə malikdir. Bu nöq­teyi-nə-zərdən Azərbaycan xalq şairi S.Vurğunun əsərlərin­də işlənən poetik antroponimlərin öyrənilməsi təqdirəlayiqdir.
Azərbaycan xalq şairi S.Vurğun poetik antroponim­lə­rin mahir ustadıdır. Biz, onun əsərlərində işlənən antro­po­nimik xüsusiyyətləri araşdırarkən şairin “Vaqif”, “Fər­had və Şirin”, “Xanlar” və “İnsan” dramlarını; “Aygün”, “Bəs­ti”, “Talıstan”, “Zəncinin arzuları”, “Ölüm kürsüsü”, “Bu­ruqlar səltənəti”, “Köhnə dostlar”, “Üsyan”, “Zamanın bay­raqdarı”, “Muradxan”, “Xumar”, “Lökbatan”, “Kənd səhəri”, “Acı xatirələr”, “Qız qalası”, “Aslan qayası”, “Bu­laq əfsanəsi”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Ayın əfsa­nəsi”, “Hürmüz və Əhrimən”, “Bakının dastanı” və digər poe­malarını, əsərlərinin altı cildlik akademik nəş­rinin bi­rinci və ikinci cildlərinə daxil olan şeirlərini əsas tədqiqat obyekti kimi götürmüşük. Zəngin, təmiz və səlis lüğət tər­kibinə malik olan bu əsərlərdə antropo­nim­lərin işlənməsi də özünəməxsus bir yer tutur. Onu da qeyd et­mək lazımdır ki, bu əsərlərdə çox zəngin səciyyəvi cəhət­lərə malik olan antroponimlərin xüsusi tədqiqata ehtiyacı vardır. Bədii əsərlərdə işlənən antroponimlərin dəqiq təhlili, hər şeydən əvvəl, onların toplanmasını və təsvir olunmasını tələb edir. Bu cəhətdən poeziyamızın nadir ustadı S.Vurğunun əsər­lərində işlənən antroponimlərin öyrənilməsi də xeyli əhə­miyyətlidir.
Şairin əsərlərindən aydın olur ki, o, ayrı-ayrı əsərində irəli sürdüyü bu və ya digər ideyanı, məzmunu, mənanı ifadə etmək məqsədilə Azərbaycan antroponimiyasında geniş dairədə işlənən xüsusi adları çox mahir bir sənətkar kimi seçmiş və yerli-yerində işlətmişdir. Bu da əsərin ideya səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
S.Vurğun yuxarıda adı qeyd olunan əsərlərini yazarkən 660-a yaxın antroponimdən, o cümlədən, 80-dən çox adsız personajdan və antroponim yerində işlənən toponim və müxtəlif terminlərdən bacarıqla istlfadə etmişdir. Həmin antroponimlərdən 270-i poemalarda, 64-ü dram əsərlə-rində, 180-ə qədəri isə şeirlərində işlədilmişdir. Şair bədii əsərlərində öz ideyasını, istək və arzularını lazımi səviy­yədə ifadə etmək məqsədilə müxtəlif mənşəli antropo­nimlərdən də istifadə etmişdir. Bu da, hər şeydən əv­vəl, yüksək beynəlmiləlçilik ideyalarının bayraqdarı olan şairin güclü vətənpərvərlik və insanpərvərlik hiss­lərinə malik ol­ması ilə üzvi surətdə bağlıdır. Şairin əsərlərində işlənən antroponimlərin 340-ı Azərbaycan mənşəli olduğu halda, 175-i başqa dillərin antropo­nimiyasından alınma­dır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, şairin antroponimlər qalereyası çox zəngin və rəngarəngdir. Bu qalereyanın üstünə şairin öz mənəvi zövqünə uyğun ola­raq, qəbul etdiyi təxəllüsləri də əlavə etsək, daha canlı bir mənzərə ilə rastlaşmış olarıq. Hələ, gənclik illərindən döv­ri mətbuatda “Vurğun”, “El vurğunu”, “Düşgün Sə­məd”, “Səməd Mənsur”, “Dəli Şair”, “Vəkilzadə Səməd”, “Vur­ğun Səməd” təxəllüsləri ilə çıxış edən şair, artıq, 30-cu illərdən öz əsərlərində “Sə­məd Vurğun” təxəllüsünü sabit­ləş­dirir. Heç şübhəsiz ki, bu təxəllüs şairin öz doğma Və­təninə, Elinə, Xalqına və Dilinə vurğunluğun simvolu idi. Bunu şairin çoxsahəli yaradıcılığı da təsdiq edir. Görün, “Səməd Vurğun” ifadəsi ilə müəllim, xalq şairi, drama­turq, tərcüməçi, ədəbiyyat­şünas və ictimai xadım ifadələri və sözləri bir-birilə necə də həmahəng səslənir. Bu ahəng­darlıqda isə bur məna və məzmun cəmlənibdir. VƏTƏN VURĞUNU, DİL VUR­ĞUNU... Güman etmək olar ki, dilçilərimiz yaxın gələ­cək­də şairin (ümumiyyətlə, bütün yazıçılarımızın) əsərlə­rində işlədilən antropo­nim­lə­rin xü­su­si lüğətini hazırlamağa səy göstərəcəklər. Bu da, şübhə­siz ki, gələcəkdə “Azərbay­can antroponimləri lüğəti” ha­zır­lamaq üçün zəmin yaradacaq­dır.
Şair əsərlərində Azərbaycan mənşəli antroponimlərdən, əsas etibarilə, müsbət obrazlar yaratmaq və onlarda Ca­van­şir, Babək, Koroğlu, Həzi Aslanov və Hüseynbalaya məx­sus igidlik və cəsurluq hissləri; Nizami və Füzuliyə məx­sus bəşəri sənətkarlığa məhəbbət hissləri: Fərhad, Bəsti, Sarvan və Murada xas olan əməksevərlik duyğuları: Məc­nun və Leylinin ülvi məhəbbət və sevgi hissləri; Va­qifə məxsus yüksək vətənpərvərlik hissləri yaratmaqla yanaşı, poetik məqsədlər üçün də istifadə etmişdir. Məsə­lən:

Dünyanın sirrini nə bilir Humay,
Bəzən də göyləri gəzən solğun ay,
Yarıb buludları hücuma çıxır...

Yediyi sadəcə pendirlə çörək,
Şirin bir nemət tək ona dad verir.
Şair bu insana Nemət ad verir...

Yuxarıdakı parçalarda Humay və Nemət antropo­nim­lərinin poetik mövqelərdə işləndiyi göz qabağındadır.

S.Vurğunun poeziyasında, demək olar ki, əksər antro­ponimlər real həyatdan, tarixdən - tarixi şəxsiyyət­lərin adından götürülür və mövcüd hadusələrin təsviri məqa­mında onlara məharətlə yeni bədii məna və bədii don gey­dirilir. Bu da antroponimin həm zahiri ahəngdarlığını, həm də daxili mənasını qat-qat artırır, onun daha oxunaqlı və daha təsirli olmasına imkan yaradır. Məsələn,

Vaqif, ey şeirimin könül dastanı.
De söhbətin hanı, de sazın hanı?

Səninsə qəlbinin əsdi telləri,
Yazdın Vidadiyə bu şad xəbəri.

Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni.

“S.Vurğunun yaradıcılığından gətirdiyimiz bu nümu­nə­lərdə adları çəkilən Vaqif, Vidadi, Xan, Aşıq Şəmşir... mü­tərəqqi fikirli tarixi şəxsiyyətlər olmuşlar. S.Vurğun öz ya­ra­dıcılığında mütərəqqi ideyaları həmin şəxsiyyətlərin hə­yatı timsalında tərənnüm etməyə nail olmuşdur... Real onomastik vahidlərin bədii ədəbiyyatda bu cür verilməsi əsə­rin ideyasının daha tez və asan mənimsənilməsinə kö­mək edir.... S.Vurğun əsərlərində N.Gəncəvinin, M.Fü­zuli­nin, M.Vaqifin, Nəsiminin, M.Vidadinin, M.Sabirin və baş­­qa klassiklərin adlarını dönə-dönə çəkmiş, onlar haq­qında yüksək bədii fikir söyləmişdir. Oxucu həmin klas­siklər haqqında elmi ədəbiyyatdan nə öyrənmişsə, S.Vur­ğunun əsərlərində onları o cür də tanıyır”. S.Vurğun poe­ziyasının həyatiliyi və böyüklüyü məhz bundadır ki, onda tarixi hadisələr də yüksək bədii məzmun kəsb edə bilmiş­dir.
Şairin əsərlərində işlədilən antroponimlərin xüsusiy­yətlərinin öyrənilməsində əsas məqsəd - müəllifin ad seçməsini və həmin adlara ümumxalq münasibətini, onla­rın üslubi funksiyalarını müəyyənləşdirməkdən ibarətdir. Antroponimlərin üslubi funksiyalarını müəyyənləşdirmək­dən ibarətdir. Antroponimlərin üslubi funksiyası dedikdə, onun müəllifin nitqində və ya ayrı-ayrı personajların nit­qində işlədilməsi nəzərdə tutulur. Məsələn: Bəsti (“Bəsti”), Aygün, Əmirxan, Elyar, Ülkər (“Aygün”), Sar­van (“Mu­ğan”) kimi antroponimlər müəllifin nitqində, Calal, Ko­roğlu, İldırım, Teymur, Cingiz, Pənah, Süley­man, Fir­dov­si, Rustaveli (“Vaqif”), Hürmüz, Zərdüşt, Kə­yan, İsgəndər, Məcnun, Leyli (“Fərhad və Şirin”), Puşkin, Əflatun, Hitler, Napoleon, Vilhelm, Nitşe (“İnsan”) kimi antroponimlər isə ayrı-ayrı personajların nitqində işlənərək əsərin məzmunu­nun dolğunlaşmasına kömək etmişdir.
S.Vurğun öz əsərlərində yeri gəldikcə təsvir etdiyi epizodların daha dolğun və daha mənalı olmasını nəzərə alaraq müxtəlif quruluşlu antroponimlərdən istifadə etmiş­dir. Antroponimlərin mənaca ekspressivlərini nəzərə alan müəllif yeri gəldikcə bəzən bir (yalnız ad və ya təxəllüs), bəzən iki (ad, atanın adı və ya familiya, təxəl­lüs), bəzən də üç (ad, atanın adı, familiya və ya təxəllüs) üzvlü adlardan istifadə etmişdir. Antroponimlərin ekspres­sivliyindən bəhs edərkən onların tərkibinin morfoloji quruluşu nəzərdə tutulmur. Məsələn, S.Vurğunun əsərlə­rində Leyla. Sona (“Talıstan”), Elxan (“Üsyan”), Nemət, Şəfiqə, Üzeyir, Ülfət (Aygün”), Eldar, Xuraman, Gülnar (“Vaqif”), Xaspolad, Püstə, Züleyxa (“Xanlar”), Fərhad, Şirin, Fitnə (“Fərhad və Şirin”), Səhər, İslam, Güloğlan (“İnsan”) kimi tək iş­lənən adlar; Füzuli (“Talıstan”, “Muğan”), Vaqif (“Vaq­if”) kimi tək işlənən təxəllüslər, Manya Kərimova (“Muğan”) kimi iki üzvlü antroponimlər. Ağa Məhəmməd şah Qacar (“Vaqif”) kimi üç üzvlü antroponimlər də işlədilmişdur.
S.Vurğunun başqa əsərlərində olduğu kimi “Aygün” poemasında da ifadə olunan məna və məzmundan asılı ola­raq, daha sadə, anlaşıqlı, ahəngdar və müasirlik baxı­mından daha maraqlı və daha məzmunlu olan antro­po­nimləri seçmiş və öz məşhur əsərinin personajlarına ad ver­mişdir. Bu mülahizəni aşağıdakı poetik parçalar da təsdiq edir.

Əmirxan Aygünü, Ülkəri anıb,
Dolmuş ürəyini boşaldan zaman,
Onunla bir yerdə Nemət dayanıb,
Gözləri dolardı həyəcanından....

Gəldi, qoşa gəldi, Ay ilə Ülkər,
Piyada getdikcə asfalt yolları,
Bu ki lap şəhərdir, şəhər dedilər.

Ülkərin dalınca Aygün də qalxdı,
Əmirxan bu dəfə Elyara baxdı.

Poemadan götürülmüş bu parçalardakı Nemət, Əmir­xan, Aygün, Ülkər, Ay, Elyar və s. antroponimlər həm per­son­ajın adının seçilməsinə, həm əsərdə qoyulan məna və məz­unun daha dolğun və əhatəli olmasına, həm də poe­manın bədii cəhətdən daha da zənginləşməsinə xidmət et­mişdir. Bu antroponimlərdən Ay, Ülkər, Aygün fəza cisim­ərinin adı əsasında düzələn şəxs - qadın adları; Elyar isə “el və yar” sözlərinin birləşməsindən düzələn kişi adıdır.
Xalq şairi S.Vurğunun əsərlərində işlənən antro­po­nimlər öz sabitliyi etibarilə də müxtəlifdir. Onların bə­zisi sabit olaraq şairin bir neçə əsərində, bəzisi isə əksinə, qeyri-sabit olaraq, müəyyən bir əsərdə işlənir. Bu nöqteyi-nəzərdən, S.Vurğunun əsərlərində işlənən antro-ponimləri iki qrupa bölmək olar:
1) Sabit antroponimlər. S.Vurğun bəzən bir neçə əsə­rində eyni antroponimdən istifadə edir. Bu da, hər şeydən əvvəl, çox güman ki, həmin antroponimin xalq arasında müsbət əxlaqi keyfiyyətlər ifadə edərək geniş yayılma­sından irəli gəlir. Belə antroponimlərə “şah” adlar deyilir. Məsələn, S.Vurğunun əsərlərindəki Koroğlu (17), Vaqif (15), Füzuli (12), Nizami (10), Məcnun (12), Leyla (9), Babək (6), Fərhad (5), Murad (7) antroponimləri “şah” adlardır.
Müəllifin əsərlərində işlənən personajlar qalereyasına dərindən nəzər saldıqda aydın olur ki, sabit antroponim­lərin bir qrupu gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq, əməksevərlik və sevgi-məhəbbət hissləri tərbiyə etməklə yanaşı; digər qrupu dünyada azadlığı, sülh və əmin-aman­lığı boğan xalqların milli azadlıq hərəkatına qarşı müba­ri­zə aparan, demokratik və mütərəqqi ideyalara göz yuman adamlara dərin nifrət və kin bəsləmək hisslərini aşı­layır. Bütün bunları nəzərə alaraq, sabit antroponimləri iki qrupa ayırmaq olar:
a) müsbət keyfiyyətli antroponimlər: Fərhad (“Fərhad və Şirin”), “Aygün”, “Muğan” (“Buruqlar səltənəti”), Xanlar (“Xanlar”, “Buruqlar səltənəti”), Məcnun (“Ay­ün” “Muğan”, “Xumar”, “Aslan qayası”, “Lökba­an”), Leyli (“Aygün”), Eldar (“Vaqif”, “İnsan”), Elxan (“Bakının dastanı”, “Üsyan”), Cəlal (“İnsan”), Humay (“Muğan”), Murad (“Vaqif”, “Köhnə dostlar”, “Mu­adxan”) və s.
b) mənfi keyfiyyətli antroponimlər: Napaleon (“Bəs­ti”), Hitler (“Muğan”, “Köhnə dostlar”), Kolçak (“Köhnə dostlar”) və s.
2. Qeyri-sabit antroponimlər. Bu qrup antroponimlər də hər hansı bir əsərdə irəli sürülən ideya, məqsəd və məzmundan asılı olaraq həm müsbət, həm də mənfi xa-rakterli personajların adını bildirir. O cümlədən, Bəsti (“Bəsti”), Leyla (“Talıstan”), Sarvan (“Muğan”), Ayg­ün, Əmirxan (“Aygün”), Vidadi, Gülnar (“Vaqif”), Mehriban (“Xanlar”) və Səhər (“İnsan”) antroponimləri müsbət xa­rakterli personajların; Qacar (“Vaqif”) antroponimi isə mənfi xarakterli personajların adını bildirir.
S.Vurğunun əsərlərinin antroponimik xüsusiyyətlərini araşdırarkən, daha bir çox maraqlı xüsusiyyətlərə rast gəl­mək olur. Şair öz əsərində irəli sürdüyü ideya və məq­səddən asılı olaraq, toponimi və coğrafi termini antro­po­nim yerində işlətmişdir. Məsələn: şair Azərbaycan, Dağıs­tan və Şərq kimi toponim və coğrafi terminləri poetik löv­hələrlə səciyyələndirərək antroponim simvolun­da tə­rən­nüm etmişdir:

Bilir Azərbaycan, bilir Dağıstan
Dərdim el içində bir şüar olub.
(“Dostlar xəbəri”)

Yenə at belinə qalxır Dağıstan.
(“Buruqlar səltənəti”)

İnlədi Şərq, inlədi....
Tunc əsrlərin dəmir cəngəlində.
(“Qızıl Şərq”)

S.Vurğunun lirikasında “Memar” və “Sənətkar” söz­lərinin də ümumiləşdirilərək antroponim yerində işlən­di­yinə rast gəlirik:

Hər səhnənin öz hüsnünə, öz rənginə,
Başqa boyaq, başqa bir rəng vursa əlin.
Memar yoldaş! Puça çıxar öz əməlin!
Döydü qapımızı bir acı ruzgar,
Durdu insan qəlbi, öldü sənətkar....
(“Böyük ədib”)

Şairin əsərlərində “laçın, şahin və tərlan” zoonimləri də ümumiləşdirilərək poetik antroponim yerində işlədil­miş­dir:
Laçınlar yuvası, haylar ocağı
(“Səyahət”)

Tərlan kimi qıy vuraraq, buludlardan buludlara,
Uçub gedir şahinlərim dumanları yara-yara.
(“Qızıl şahinlər”)

Tərlanım. Tərlanım, gözəl tərlanım!
Sənə qurban olsun bu Düşgün canım.
(“Tərlanım”)

Şairin əsərlərində düşmən milli mənsubiyyətindən asılı olaraq xalqın adını bildirən etnonim və ya həmin xalqın iradəsini ifadə edən siyasi partiyanın adı antroponim yerində işlədilmişdir.

Bilirəm, arxasında dayanmış yol çapanlar,
Əli faşist süngülü o almanlar, yaponlar...
Gülür, hünər və həyat
(“Ölüm xəbərçilərinə”)
“Sənət və sənətkarlar həbsxanası” olan keçmiş sovet-lər imperiyasında bütün xalqların tarixi təhrif olunmuş, xalq öz tarixindən və soy kökündən uzaqlaşdırılmışdır. Öz tarixinin parlaq səhifəsini yazmaq istəyənlər “millətçi”, “pan­türkist”, “panislamist”, “xalq düşməni” markası ilə dam­­ğa­lanmış, heç bir sübut-dəlil olmadan “təhlükəsizlik komitəsinin” səbatsız üzvləri tərəfindən repressiya qur­banları olmuşlar. Sovet imperiyası elə bir qorxunc şərait yaratmışdı ki, adamlar “ağ qatığa da qara deyir­dilər”. Bu dövrün ziyalıları, - nəinki, alimlər, hətta bədii söz sənət-karları da öz soy köklərini “əyri güzgü”də tərənnüm et-mək məcburiyyətində qalmış, öz tarixi keç­mişinə - soy kökünə, nəinki, tapançadan, hətta, əgər belə demək müm-künsə, ağır toplardan “atəş” açmalı olmuşlar. O dövrün bütün sənətkarlarının yaradıcılığında olduğu kimi belə ədalətsizliyi, S.Vurğunun “Ölüm xəbərçilərinə” adlı şeirin-də də görürük. (Bizə elə gəlir ki, belə misraları yazanda və­tənpərvər şairin qəlbi qan ağlayırmış. Odur ki, qəlbi qan ağlayan şair uzun müddət yaşaya bilməmiş, 50 yaşında həyatdan getmişdir).
Azərbaycan antroponimiyasında olduğu kimi, S.Vurğu-nun əsərlərində işlənən antroponimlərin əsasını da hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülən ümumişlək sözlər təşkil edir. Ədəbi dilimizdə ol­duğu kimi, S.Vurğunun əsərlərində işlənən antropo­nimlər də öz əsa­sı­na görə müxtəlif və rəngarəngdir:
S.Vurğunun antroponimlər qalereyasında kosmo­nim-lər əsasında düzələn adlar da özünəməxsus bir yer tutur. Şair fəza cisimləri üçün səciyyəvi olan parlaqlığı, ay­dın­lığı, saflığı və təmizliyi öz personajlarında görməyi arzu­lamış və bu məqsədlə də onları kosmonimlərin adı ilə adlandırmışdır: Ay (“Aygün”, “Ayın əfsanəsi”), Aybəniz (“Aygün”, “Ayın əfsanəsi”), Aygün və Ülkər (“Aygün”), Günəş (“Ayın əfsanəsi”), (“Bakının dastanı”), Mahniyar (“Aslan qayası”) və s.
Doğma vətəninin vurğunu olan şair öz personajlarına ad seçərkən təbiətin gözəlliklərini də unutmur. O, per­so­naj­larını da gül-çiçək kimi ətirli, zərif və incə görmək istəyir. Bu məqsədlə onlara Püstə (“Xanlar”), Lalə (“Lalə” şeiri), Gülnar (“Vaqif”), Gülzar (“Aygün”, “Kənd sə­hə­ri”), Güloğlan (“İnsan”), Gülsənəm (“Xumar”) kimi adlar verir.
S.Vurğun bədii yaradıcılığında dünya ədəbiyyatı xəzi­nəsinə qiymətli incilər bəxş etmiş və dünyada öz tə­xəl­lüs­ləri ilə məşhur olmuş klassiklərimizi də yaddan çıxarmır. O, əsərlərinin ideyası, məqsəd və məzmunundan asılı ola­raq bəzən onları şah əsərinin baş qəhrəmanı səviyyəsinə qaldırır, Vaqif - (“Vaqif” dramında), bəzən də yeri gəl­dikdə onların nəsihətamiz ideyalarını və hikmətli sözlərini oxuculara çatdırır, tərbiyəvi xarakter daşıyan ayrı-ayrı epizodlarda səhnəyə gətirir və onların təxəllüsünü ant­roponim yerində işlədir: Nizami - (“Muğan”, “Aygün”, “Ba­­kının dastanı”); Nəsimi - (“Azad ilham” şeiri); Füzuli - (“Talistan”, “Muğan”); Vaqif - (“Vaqif”, “Aslan qaya­sı”, “Bakının dastanı”); Sabir - (“Bakının dastanə” poe­ma­sı,”Sabirin şərəfinə”, “Çil toyuğun tək yumurtası” şeirləri). Şaiq (“Səmimiyyət yolçusu” şeiri) və s.
Şairin əsərlərində zoonimlər əsaında düzələn antro­po­nimlərə də müəyyən qədər yer verilmişdir. Mə­sələn: Sona (“Talıstan”), Aslan (“Aslan qayası”, “Bakının dastanı”), Göyərçin (“Göyərçin” şeiri), Zümrüd (“Bakının dastanı”) və s.
Xalq şairinin əsərlərində keçmişdə vəzifə bildirən söz­lər əsasında düzələn antroponimlər də işlənmişdir: Xan (“Azərbaycan” şeiri), Xanpaşa (“Pambıqçılar” şeiri), Mu­radxan (“Muradxan”) və s.).
Müasir poeziyanın ustadı S.Vurğunun əsərlərində həsrət, intizar və nigarançılıq bildirən sözlər əsasında düzələn antroponimlərə də rast gəlmək olur. Məsələn: Həsrət (“Həsrət” şeiri); Nigar (“Dar ağacı”) və s.
S.Vurğunun poemalarında qiymətli əşyaların adlarını bildirən sözlər əsasında düzələn antroponimlər də işlədil­mişdir: Almaz, Zərnigar (“Bakının dastanı) və s.
Şairin əsərlərində Məhəmməd (“Bəsti”, “Üsyan”, “Vaqif”), Adəm (“Bəsti”), Əhriman (“Buruqlar səltənəti”), “Muğan”, “Hürmüz və Əhriman”), Hürmüz (“Muğan”, “Ölən məhəbbət”, ”Hürmüz və Əhriman”), Xıdır (“Bulaq əfsanəsi”) kimi dini və əfsanəvi adlara da rast gəlmək olur. Bu qrup adlardan müəllif, əsas etibarilə, köhnəliyi qalıqla­rının tənqidi və ifşası məqamlarında istifadə etmişdir.
Nəticədə, demək olar ki, xalq şairi S.Vurğun öz əsər­lərində qəhrəmanların adını çox müvəffəqiyyətlə seçmiş­dir. Şairin xalq həyatını, onun adət-ənənələrini, tari­xini və folklorunu dərindən bilməsi müəllifin zəngin ad­lar qale­reyası yaratmasına səbəb olmuşdur. Bu da zəngin və rən­ga­­rəng Azərbaycan antroponimiyasının öyrə­nilməsi nöq­te­yi-nəzərdən böyük əhəmiyyət kəsb edir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:21:50 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11 https://turan.info.az/yeni-neshrler/3724-azrbaycan-antroponmyasinin-saslari-11.html https://turan.info.az/yeni-neshrler/3724-azrbaycan-antroponmyasinin-saslari-11.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11 MƏDƏD ÇOBANOV =

XI FƏSİL

ANTROPONİMLƏRİN QURULUŞU

Antroponimlərin quruluşu məsələsinin təhlilinə keç­məz­­dən əvvəl söz və antroponim anlayışını müəyyən­ləş­dir­mək vacibdir. Söz leksik, antroponim isə ant­ro­ponimik vahiddir. Söz və antroponim dilçiliyin ayrı-ayrı sahələrinin tədqiqat obyekti olsa da, onları bir-birindən təcrid etmək və ayrılıqda öyrənmək olmaz. Çünki onların hər ikisi dil vahidi olmaq etibarilə biri digərini tamamlayır, biri di­gə­ri­nin yaranması üçün əsas təşkil edir. Deməli, söz xüsusi ad­la­rın, o cümlədən də, antropo­nimlərin yaranması üçün mad­di bazadır. Bu baza olmadan dilin onomastik layını təsəvvür etmək olmaz. Başqa sözlə desək, ümum­işlək xa­rakterə malik olan istər sadə kök sözlər (ay, gül, xan, lalə, könül), istər düzəltmə kök sözlər (dəmir-çi, ov-çu, bal-lı, gül-lü) və istərsə də mürəkkəb kök sözlər (gül­çiçək, La­lələr, abhəyat, meyvəgül) öz tərkib hissələrinə ayrıl­madan konversiya yolu ilə, bütövlükdə, xüsusi ada - antroponimə çevrilir və hər biri bir şəxs adı yerində işlə­dilir. Yuxarıda qeyd olunan sözlər əsasında düzələn Ay, Gül, Xan, Lalə, Könül; Dəmirçi, Ovçu, Ballı, Güllü, Gü­lçiçək, Laləzər, Abhəyat, Meyvəgül və s. antroponimlər də bu qəbildəndir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, ümumişlək sözlərin hamısının əsasında düzələn antroponimlər sadə­dir, birüzvlüdür. Çünki onların əsasında duran ümumişlək düzəltmə sözlərinin hamısının tərkib hissələri olan kök və şəkilçilər, mürəkkəb sözlərin komponentləri bir-birindən təcrid edilmiş halda ayrılıqda yox, bütövlükdə konver­si­yaya uğramışdır. Əgər düzəltmə və mürəıkkəb kök söz­lərin tərkib hissələri ayrılıqda konversiyaya uğraya bil­səydi, əlbəttə, onda düzəltmə antroponimlərin varlığın­dan da danışmaq olardı. Təəssüf ki, dilin daxili inkişaf qanun­ları belə bir hadisənin baş verməsinə heç cür imkan verə bilmir. Dilin daxili qanunauyğunluğuna görə, “ovçu” sö­zü­nün tərkib hissələri olan ov və -çu heç vaxt ayrılıqda konversiyaya uğramaq, yəni onomistik (antropo­nimik) va­hidə keçmək imkanına malik deyildir. Çünki onlardan ov ümumişlək söz olsa da, -çu dildə ayrılıqda işlədilmə­yən, heç bir məna və məzmun kəsb edə bilməyən leksik şə­kil­çidir. Ayrı-ayrı sözlərin konversiyaya uğramaq im­kan­ları olsa da, şəkilçilər belə imkanlardan məhrumdur. Bu da dü­zəltmə antroponimlərin varlığından danışmağa hec cür əsas vermir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, həm sadə, həm düzəltmə, həm də mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər yalnız bir antroponimik vahiddən (şəxs adından) ibarət olub, sadə antroponimlər hesab olu­nur. Sadə antroponimlər isə onun əsasında duran ümum­işlək sözlərin quruluşundan (sadə, düzəltmə, mürəkkəb) asılı olmadan birüzvlü antroponim ayrılıqda öz quruluşu etibarilə adlıq cümləni xatırladır. Adlıq cümlə­lərdə müx­təlif şəxslərin, əşyaların, hadisə və proseslərin adı çəkilib, onlar haqqında müəyyən məlumat verilmədiyi kimi, nitq prosesində də ayrı-ayrı şəxslərin adı çəkilir, lakin onlar haqqında adi məlumat belə söylənilmir. Bu xüsusiyyət də antroponimi adlıq cümləyə yaxınlaşdırır. Cümlənin düzəlt­mə növü olmadığı kimi, antro­ponimlərin də düzəltmə nö­vünün varlığından söhbət açmaq ol­maz. Bu mənada, cüm­lə quruluşca sadə və mürəkkəb olduğu kimi, antro­po­nimlər də sadə və mürəkkəb olur.
Deməli, antroponimlərin quruluşu ilə antroponimlərin əsa­sını təşkil edən ümumişlək sözlərin quruluşu ayrı-ayrı anlayış­lardır. Onları bir-birilə qarışdırmaq olmaz. Çünki onlar dilçi­liyin müxtəlif şöbələrinin tədqiqat obyektidir. Nəhayət, belə nəticə­yə gəlmək olur ki, antroponimlər quruluşca sadə və mürəkkəb antroponimlərin əsasında du­ran ümumişlək sözlər isə quruluşca sadə, düzəltmə və mürəkkəb kök sözlərdən ibarət olur.
Deməli, Azərbaycan antroponimləri quruluş etibarilə iki qrupa bölünür: sadə antroponimlər, mürəkkəb antro­ponimlər.
Sadə antroponimlər. Sadə antroponimlər yalnız bir­üzvlü, yxud bir antroponimik vahiddən ibarət olur. Mə­sələn, Araz, Vaqif, Vüqar, Lalə, Şəfəq və s.
Azərbaycan antroponimiyasına daxil olan sadə adların əsası məna, məzmun və ahəngdarlığı etibarilə rəngarəng ümumişlək sözlərdən ibarət olduğu kiıni, onlar quruluş cəhətdən də müxtəlifdir. Müəllifin öhdəsində olan və şəxsən hazırladığı kartotekada on minə yaxın, o cümlədən, 4345 kişi, 5485 qadın adı və 150-yə yaxın müştərək ad daxil edilmişdir. Kişi adlarından 1708-i sadə, 1089-u dü­zəltmə və 1478-i mürəkkəb kök sözlər əsasında: qadın ad­larının isə 1524-ü sadə, 1046-sı düzəltmə və 2915-i mü­rəkkəb kök sözlər əsasında düzəlmişdir.
Azərbaycan antroponimiyasına daxil olan adların əsası quruluşca sadə, düzəltmə və mürəkkəb köklərdən ibarət olur.
Sadə kök əsasında düzələn antroponimlər. Sadə adlar yalnız bir kök sözdən ibarət olur. Bu qrup adların əksə­riy­yəti, əsasən, leksik yolla ümumişlək Azərbaycan sözləri əsasında formalaşır. Başqa sözlə desək, ümumi isimlərin xüsusi isimlərə keçməsi yolu ilə çoxlu miqdarda adlar əmələ gəlir. O cümlədən, heyvan adlarından Aslan, Cey­ran, Maral; quş adlarından Tutu, Laçın, Göyərçin, Sona, bitki adlarından Çiçək, Badam, Nərgiz, Bənövşə; cansız əşya adlarından Almaz, Dəmir, Polad, Brilyant, Ayna kimi onlarla adlar yaranmış və dilimizin antroponimiyasına da­xil olmuşdur.
Sifətlərin substantivləşməsi nəticəsində də onlardan isimlər törəyir və onlar öz təsirini elə güclü şəkildə gös­tərir ki, onun isim kimi təsəvvür edilməsi daha da möh­kəmlənir və isimlik məfhumuna çevrilərək antroponim­lərin yaranmasına səbəb olur. Dilimizdəki Qəhrəman, Qo­ca, Gözəl, Yaxşı, Göyçək və Qəşəng kimi şəxs adları bu qəbildəndir.
Sadə adlar bir, iki və bəzən də üçhecalı səs tərkibinə malik olurlar.
Birhecalı adlar Azərbaycan antroponimiyasında az iş­lə­nir. Məsələn, Ay, Qoç, Zal, Gül, Xan.
İkihecali kök sözlər əsasında formalaşan həm kişi, həm də qadın adları Azərbaycan antroponimiyasında geniş yayılmışdır.
Kişi adları: Abid, Aqil, Adil, Azər, Ayaz, Akif, Afət, Araz, Arif, Aslan, Vüqar, Qabil, Qəşəm, Qoşqar, Əvəz, Za­bit, Zirvə, Sabir və s.
Qadın adları: Adəm, Afaq, Bahar, Vəfa, Qəmər, Qön-çə, Dilbər, Ziba, Zümrüd, Yavər, Könül, Lalə və s.
Üçhecalı kök sözlər əsasında formalaşan antroponimlər arasında qadın adları kişi adlarına nisbətən çoxluq təşkil edir.
Kişi adları: Ədalət, Əzəmət, İkamət, Fəzahir və s.
Qadın adları: Qənirə, Qərənfil, Qiymət, Qiyafət, Dila-rə, Əntiqə, İztirab, Məhbubə, Mülayim, Nəhayət, /Pakizər, Rəfiqə, Südabə, Tamaşa, Təranə və s.
Dilimizdəki bəzi bir və ikihecalı ümumi sözlər çəxs adına çevrilərkən, antroponimiyanın daxili tələb və qanun-larına tabe olaraq iki və üçhecalı sözlərə keçirlər. Məsələn, dilimizdəki birhecalı nəsr və hökm sözləri xüsusi adlara çevrilərkən ikihecalı şəkildə işlənir: Nəsir, Hoküm(ə).
Düzəltmə kök sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında geniş şəkildə yayılmış bu qrup şəxs adları, əsas etibarilə, ümumişlək düzəltmə kök sözlər əsasında formalaşır. Başqa sözlə desək, antropo­nimlərin yaranmasında morfoloji prosesin mahiy­yəti on­dan ibarətdir ki, burada, birinci növbədə, köklərə şəkilçilər artırmaqla yeni düzəltmə söz kökləri əmələ gəlir və həmin düzəltmə kök sözlər antroponimin düzəlməsi üçün əsas olur. Məsələn, vəfa+lı-Vəfalı, baha+lı-Bahalı, tel+li-Telli, səfa+lı-Səfalı və s.
Düzəltmə kök sözlər əsasında antroponimlərin yaran­ması da uzun bir tarixə malikdir. Öz tarixi etibarilə mor­foloji yolla yeni antroponimlərin yaranması sintaktik yolla yeni antroponim yaradıcılığının müəyyən bir mərhə­ləsini təşkil etmişdir. Başqa sözlə desək, morfoloji yolla antro­ponim yaradılması prosesi sintaktik yolla antroponim ya­ra­dıcılığı prosesindən yaranmış­dır.
“Dilimizin qədim dövrlərində uzun zaman sadə söz­lərdən mürəkkəb sözlər düzəlməsi prosesi mühüm yerlər­dən birini turmuşdur. Sonralar mürəkkəb sözün tərkibində olan bir sözün (mürəkkəb sözün komponent­lərindən biri­nin -M.Ç.) şəkilçiyə çevrilməsi yolu ilə mor­foloji proses meydana gəlmişdir”.
Bu müddəanı ey­nilə antroponimlərin yaranmasına da şamil etmək olar.
Azərbaycan antroponimiyasında morfoloji yolla şəxs adlarının yaranması çox zəngin sxematik və formal xüsu­siyyətlərə malikdir. Morfoloji yolla antroponim yaradı­cı­lığı prosesində iştirak edən şəkilçilərin ümumi cəhətlərini nəzərə alaraq, onları iki qrupa bölmək olar: leksik şəkil­çilər, qrammatik şəkilçilər.
Leksik şəkilçilər müəyyən məfhumun adını bildirən yeni leksik vahidlər yaradır ki, həmin vahidlərin müəyyən hissəsi də dilimizdə antroponim düzəldilməsi üçün əsas təşkil edir. Belə şəxs adları dilimizdə geniş yayılmışdir,
Müasir Azərbaycan ədəbi dilində antroponim düzəl­dilməsində iştirak edən bütün leksik şəkilçilərin səciyyəvi xüsusiy­yətlərini nəzərə alaraq, onları nitq hissələri üzrə belə qruplaşdırmaq olar: isimlərdən isim düzəldənlər: sifətdən isim düzəldənlər, saydan isim düzəldənlər, feildən isim düzəldənlər, zərfdən isim düzəldənlər.
İsimdən isim düzəldən şəkilçilər vasitəsilə əmələ gələn düzəltmə söz köklərinin tərkibində işlənən şəkilçilərin mənşəyinə görə morfoloji yolla formalaşan antroponimləri iki qrupa bölmək olar:
Azərbaycan dilinin leksik şəkilçilərilə düzələn sözlər əsasında formalaşan antroponimlər:
-lıq, -lik. Bu şəkilçilər vasitəsilə mənəvi keyfiyyətləri özündə əks etdirən sözlər əsasında antroponimlər düzəlir: Şadlıq, Şənlik və s.
-cı, -ci, -cu. Bu şəkilçilərin söz kökünə birləşməsilə müəyyən peşə sahibini bildirən sözlər əsasinda antro­ponimlər düzəlir: Daşçı, Dəmirçi, Elçi, Yolçu, Ovçu və s.
-lı, -li, -lu, -lü. Bu şəkilçilər vasitəsilə əşyanın möv-cudluğunu, müəyyən şəxsiyyətə mənsubiyyətini, hə­qiqi mənasından çox məcazi məna bildirən atributiv isim­lər əsasında antroponimlər formalaşır.
Kişi adları: Aynalı, Vəfalı, Binəli. Beznəli, Zərbəli, Pəncəli, Ugurlu, Görklü və s.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:21:19 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10 https://turan.info.az/yeni-neshrler/3735-azrbaycan-antroponmyasinin-saslari-10.html https://turan.info.az/yeni-neshrler/3735-azrbaycan-antroponmyasinin-saslari-10.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10 MƏDƏD ÇOBANOV =
* * *
Adların həmahəngdarlığına əkiz övladlara ad­ver­­­­­­mə mərasimində daha çox diqqət yetirilir:
a) Oğlan əkizlərə verilən adlar: Namiq- Natiq, El­man- Elmar, Kamil-Şamil, Əfşan-Əfşar, Ramil-Ra­min, və s.
b) Qız əkizlərə verilən adlar: Məlahət-Kifayət, Sə­mi­rə-Əsmirə, Fərqanə-Fərdanə, Xəyalə-Xəyalət, Gi­­lə­naz-Gilə­nar, Gülbəyaz-Gülbəyan, Gülzəmi-Gül­zəni, Gü­­nay-Günel, Mənzər-Mənzərə, Səmazər-Səmanaz və s.
v) Oğlan və qız əkizlərə verilən adlar: Abid- Abidə, Aqil-Aqilə, Afiq-Afiqə, Bədir-Bədirə, Varis-Va­ri­sə, Qail-Qailə, Zahid-Zahidə, Məsud-Məsu­da, Ramil- Ra­milə və s.
Gürcüstanın (sabiq Bolulus) indiki Bolnisi və La­qodexi ra­yonla­rın­da qardaşlara Maşallah və Nişallah kimi ad­ların qo­yulmasına da təsadüf edilir. Əlbəttə, müa­­sir dö­vr­də öv­ladlara belə “gəlişigözəl ahəng­dar” adların verilmə­sini müsbət hal kimi qiymət­lən­dirmək olmaz.
Eyni hadisəyə özbəklərdə də təsadüf etmək olur: ata Mat­karim-oğul Madraim; qazaxlarda ata Xalimullı- oğul Abibulla; ata Kerimbek-oğul As­kerbek - nəvə Ju­mabek; ata Narbek-oğul Ağabek-nəvə Atabek; baş­qırd­­larda ata Ra­dik-oğul Rafik, ata Farit-oğul Faiz; ana Fakiya-qız Fa­nira, ana Kamilə-qız Nazilə, ana Hə­li­mə-qız Səlimə. Baş­qırd­larda bu hadisəni Z.Q. Ura­k­sin belə təsvir et­mişdir ki, adların seçilməsində və ahən­gdarlığında, uşa­ğın adının əv­vəl və son hissəsinin atanın, ananın və ya böyük qardaş və bacının adı ilə hə­mahəng olmasının əhəmiyyəti az deyil.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olur ki, adların əlaqəsi bir neçə ahəngdarlıq dərəcə­sin­də ola bilər: əkizlərin adlarının ahəngdarlığı; qardaş­la­rın və ya bacıların adlarının ahəngdarlığı; ailə üzv­lə­rinin və ya yaxın qohum­ların adlarının ahəng­darlığı.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:20:52 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 9 https://turan.info.az/yeni-neshrler/3734-azrbaycan-antroponmyasinin-saslari-9.html https://turan.info.az/yeni-neshrler/3734-azrbaycan-antroponmyasinin-saslari-9.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 9 MƏDƏD ÇOBANOV =
IX FƏSİL

AZƏRBAYCAN ANTROPONİMİYASINDA
AD VƏ ADQOYMA ƏNƏNƏLƏRİ

Antroponimiyanın qədim və işlək terminlərindən bi­ri ad­­lar­dır. Adların yaranma tarixi də, o adı daşı­yan xal­­­qın öz tarixi qədər qədimdir. İlk insan kol­lek­tivi - ailə və qəbilə meydana gəldiyi zaman, ailədə və qə­bi­lədə olan adamların - kişiləri, qa­dın­ları və uşaqları bir-birindən fərqləndirmək ehtiyacı duyul­muş və bu eh­­ti­yacı ödəmək üçün ailə üzvlə­rinin hərəsinə bir ad veril­mişdir. Deməli, adlar ilk insan kollektivinin tə­şəkküllü ilə əla­qə­­dar olaraq yran­ma­ğa baş­lamış və hə­min kollektivin inkişaf ta­rixilə birlikdə in­kişaf et­mişdir. Bu nöqteyi-nəzərdən insan kollektivinə xid­mət edən adlar da ictimai hadisədir. İctimaiy­yətdə, cəmiy­yətə xidmət edən insan adları­nın əsas vəzifəsi cə­miyyət üzv­lərinin birini digə­rin­dən fərqləndirməklə yanaşı, in­sanlar ara­sın­dakı ün­siy­yəti qaydaya salmaq­dan ibarətdir.
Azərbaycan antroponimiyasında da adqoyma ənənə­ləri qə­dim zamanlardan təşəkkül tapmışdır. Be­lə ki, Azər­bay­can xal­qı­­nın tarixi boyu ailədə öv­lad doğulub, aləmə göz açması hə­mişə sevinc, şən­lik və təntənə ilə qarşılanmışdır. Bu sevinc və şən­liklərdə isə yeni do­ğul­muş övlada ad qo­yurlar. Xal­qımı­zın tarixinə nəzər sal­dıqda aydın olur ki, ata-ana, qohum-əqrəba övlada ad qoyulmasına hə­mişə nik­bin münasibət bəsləmişlər. Onlar tarixən öv­­ladlarını müx­təlif dövrlərdə və müx­təlif şə­raitdə ad­qoyma məra­simləri və təntənələri dü­zəltmişlər. Bu adət-ənə­nə indi də xalqımız arasında ge­niş şə­kil­də yaşamaq­dadır.
M.F.Axundovun obrazlı dili ilə desək, “Sağlıqda xal­­­­­­qın sevimlisi və öldükdən sonra adı tarixin bəzə­yi ol­­maq dün­yada ən böyük səadətdir”. İnsan həya­tı­nın ilk səadəti isə ona verilən şəxsi adı ilə başlanır və hə­min ad ona ömür­lük xidmət edir. Odur ki, yeni do­ğulan övlada ad qoy­­mada yüz ölçüb, bir biçmək la­zım­dır ki, ona cəmiy­yətin ənənəsinə münasib məz­­mun­lu və əhəngdar ad veril­sin. Çünki «insa­nın gərək hər şeyi gözəl olsun: üzü də, pal­tarı da, qəlbi də, fikir­ləri də» (A.P.Çexov), hətta, adı da. İndo­ne­ziya atalar sözündə deyildiyi kimi “Pələng ölür - dərisi, fil ölür - sü­mü­­yü, insan ölür adı qalır”.
Makedoniyalı İskəndərin təbirincə desək, “Kişi­dən ya­di­­gar övlad deyil, xeyirli əməl və yaxşı ad qa­lar”.
XII əsrin Azərbaycan şairi, poeziya bahadırı Ni­zami Gən­cəvi yazır:

“Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada”.

Burada “ad” sözü həm həqiqi, həm də məcazi mə­nada iş­lədilmişdir. Həqiqi mənada, o ad yadigar qala bi­­lər ki, o məz­­munlu və ahəngdar olsun. Belə adlar is­tər tarixilik ba­xımdan, istərsə də müasirlik baxımdan “şah adlar” sə­viy­yəsinə yüksələ bilər.
Buna görə də, valideynlər öz övladlarına ad se­çər­kən adın ifadə etdiyi məna və məzmunu, onun cə­miy­yətin zöv­qü­nə nə dərəcədə uyğun olub-olma­ma­sını çə­tin­lik çək­mə­dən müəyyən etməlidirlər.
“Qədim aləm heyran edicidir. Onun həyatında dahi­lik, alicənablıq, fədəkarlıq rüşeymi var. Çünki onun hə­yatının əsasını şəxsiyyətin əzəməti, toxu­nul­­mazlığı, ləyaqəti təşkil edir” (Belinski).
Yüksək estetik zövqə və mədəni inkişafa malik olan xal­­qın özü kimi adı da ahəngdar, mənalı, bədii və məz­munlu olmalı­dır. Çünki şəxsi ad estetik ka­te­qo­ri­ya­ların il­kin bü­növ­rə­sini təş­kil edir. Bu mə­nada, de­mək olar ki, indi xal­qı­mız arasında bə­dii ya­ra­dıcılığın yeni bir növü - adya­rat­ma (antropo­ni­m­yarat­ma) amil­lə­ri formalaşmışdır.
Şəxsiyyətin mənəvi inkişafı, onun mədəniyyəti və əxla­qının yüksəldilməsi, cəmiyyətin hər bir üz­vü­nün vətən­daş­lıq və siyasi yetkinliyinin möh­kəm­ləndirilmə­si məsələ­ləri xal­qı­mızın daim diqqət mər­kəzində ol­duğu kimi, insan­la­rın mənəvi həya­tın­da ilkin hədiy­yə­si olan adları da cəmiy­yət üzv­ləri­nin estetik zöv­qünü oxşamalıdır. Xalqımı­zın bu müdrik mü­la­hizəsi məişət estetikasının bir kateqo­riyası olan xüsusi adlar­da da, xüsusi antro­ponim­lərinin Him­ni fi­losof və şair Rafiq Zəka Xan­danın “Qoy­mayaq” şeirin­də öz gözəl bədii əksini tap­mışdır:]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:20:14 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8 https://turan.info.az/yeni-neshrler/3733-azrbaycan-antroponmyasinin-saslari-8.html https://turan.info.az/yeni-neshrler/3733-azrbaycan-antroponmyasinin-saslari-8.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8 MƏDƏD ÇOBANOV =
7. Kosmonimlər əsasında düzələn antroponimlər. Azər­­baycan antroponimiyasına nəzər saldıqda məlum olur ki, va­lideynlər öz övladlarına dərin məhəbbət bəsləmiş, on­la­rın həyatının fəza cisimləri kimi parlaq olmasını arzu­la­mışlar. Buna görə də, valideynlər öz övladlarına bu və ya digər fəza cisimlərinin adını qoymuşlar. Beləliklə də kos-monimlərdən antroponimlər törəməyə başlamış və azər-baycanlılar arasında geniş yayılmışdır. Məsələn, qədim za­manlardan azərbaycanlılar qızlara Sa­ra, Saran adları qoy­muşlar. Sara sözü qədimlərdə ay, ay­bəniz mənalarında iş­lənmişdir. Odur ki, körpəyə bu adı verməkdə gənc ata-ananın niyyəti bu imiş ki, onların öv­ladı fəza gəlini (Ay) kimi gözəl olsun, həmişə ay kimi qaranlıq gecələrdə işıq saç­sın. Bu, şübhəsiz ki, türkdilli xalqların, o cümlədən azər­­­baycanlıların, hələ, qədim za­man­lardan kosmik fəza ci­simlərinə sitayiş etməsi və onları özlərinə totem sayma­la­rı ilə bağlı olmuşdur. Təsadüfi de­yildir ki, Oğuz qə­bilə­lə­rinin (24 oğuz qəbiləsi olmuşdur) əfsanəvi ulu ba­bası Oğuzun oğlanlarının adı fəza və fəza cisimlərinin adından götürülmüş və kainatla simvolik şəkildə əlaqələn­diril­miş­dir: Gün, Ay, Ulduz, Göy.
“Aqvan ölkəsinin tarixi” və qədim Çin mənbələrinə gö­rə türkdilli xalqlarda Günəş müqəddəs sayılır. XIII-XIV əsr mənbələrində türkdilli xalqların Günəşə inamı, bəzi xalq­ların isə doğan Günəşi ya üç, ya da doqquz dəfə sa­lam­­la­ması, Altay qamlarının-şamanlarının son zamanla­ra qə­­dər Günəşə and içmələri də Günəşə inamla bağlıdır. Azər­bay­canlıların əcdadı işıqla əlaqədar olaraq fəza cisim­lərin­dən ulduza da inam bəsləmişlər. Hətta, xalq arasında belə bir inam yaranmışdır ki, hər bir adamın öz ulduzu var­dır. Bu və ya digər ailədə uşağın anadan olması ilə eyni vaxtda onun ulduzu da doğulur, ulduzun parlaqlığı uşağın gələcək xoşbəxt həyatından xəbər verir. Belə ulduzlardan biri də Ülkər ulduzudur. Bunu nəzərə alaraq, valideynlər öz öv­lad­larını fəza cisimlərinin adı ilə adlandırmışlar.
Sadə kök sözlər əsasında düzələn antroponimlər qız və oğlanlara verilir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:18:56 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 7 https://turan.info.az/yeni-neshrler/3732-azrbaycan-antroponmyasinin-saslari-7.html https://turan.info.az/yeni-neshrler/3732-azrbaycan-antroponmyasinin-saslari-7.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 7 MƏDƏD ÇOBANOV =

III. Məhəlli - kollektiv ləqəb. Bəzi tədqiqatlarda ləqəb­lə­rin üçüncü qrupu məhəlli - kollektiv ləqəb adlan­dırıl­mışdır. Bu qrup ləqəblərdə qohumluq, ailə və nəsil müna­sibətləri yox, məhəlli - ərazi birliyi əsas götürülür və bütöv bir kənd və ya qəsəbə, kəndin və ya qəsəbənin müəyyən hissəsi həmin ləqəblə adlanır. Belə ləqəblər, əsasən, ümu­mi məzmunlu sözlərlə ifadə olunur. Məsələn, aranda yaşa­yanlar dağ yerində yaşayanları ümumi şəkildə “Dağlı”, şə­hərlilər isə kənddə yaşayanları ümumi şəkildə “Çöllü” ad­landırırlar. Həmçinin, bir kəndin sakinləri onlara tanış ol­ma­­yan başqa bir kəndin sakinlərini həmin kəndin və ya qəsəbənin adı ilə adlan­dırırlar. Belə hallarda ləqəblər, əsa­sən, cəm şəkildə işlənir. Mə­sələn, Kəpənəkçilər, Qoçulular, Mığırlılar, Saraclılar, Də­mirlilər, Bəytəkərlilər, Səfəvilər, Dəllərlilər, Candar­lılar və s.
Dilimizin lüğət tərkibindəki sözlərin xüsusi və ümumi olmasını nəzərə alaraq, ləqəbləri də xüsusi və ümumi olmaqla iki qrupa bölmək təşəbbüsü də olmuşdur. Müəllif xüsusi ləqəb adı altında (Cücü Rza, Niçevo Nəcəf) fərdi -şəx­si ləqəbləri; ümumi ləqəb adı altında isə (Şələmənni Şi­rin) ailəvi - rəsmi və məhəlli kollektiv ləqəbləri nəzərdə tutul­muşdur.
Məhəlli - kollektiv ləqəblərdə coğrafi mövqe və etno-nim əsas olur: Aşağı məhəllə, Yuxarı məhəllə, Cırtdanlar məhəl­ləsi, Tüllər məhəlləsi, Coculular məhəlləsi və s.
Görkəmli tarixi nəsr ustası və alim Əzizə Cəfərzadə “Aləm­də səsim var mənim” əsərində Şamaxı şəhərində olan Məhəlli - bazarlarının adını çəkir: Baqqalbazar, Dər-zi­bazar, Xarratbazar, Başmaqçıbazar, Gürzəbazar və s.
Ləqəblər indi də daim yaranır və çoxalır, ancaq onların işlənmə dərəcəsi azalır. Bunun da əsas səbəbi, hər şeydən əvvəl, ünsiyyət zamanı hər bir fərdi adı və familiyası ilə ad­lanması və çağırılmasıdır. Digər tərəfdən, bu və ya digər şəxsin qüsur və nöqsanlarının üzü­nə deyilməsi mədəniy­yət­sizlikdir və bu çox vaxt təhqir kimi özünü biruzə verir. Şüb­həsiz, xalqın mədəni səviy­yəsi artdıqca, ləqəblərin də sayı azalacaqdır.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olar ki, şəxs adı ömürlükdür, hər yerdə familiya ilə bərabər rəs­miləşdirilir; ləqəb məhdud dairədə (ailədə, küçədə, kənd­də) işlənir və heç bir rəsmi sənəddə qeydə alınmır; şəxsi - fərdi ləqəb müvəqqəti, ailəvi - nəsli və məhəlli -kol­lek­tiv lə­qəb isə, nisbətən uzun ömürlüdür, bir neçə nə­sil ya­şaya bilir; şəxs adından ata adı və familiya düzəl­diyi halda, ləqəblərdə bu xüsusiyyət yoxdur: ad, familiya və tə­xəllüs müstəqil işləndiyi halda, ləqəb müstəqil işlənmir; ad­lar bu və ya digər şəxsə müraciət etmək, hör­mət, ehti­ram və yük­sək mədəniyyət hesab olunduğu halda, ləqəblə müra­ciət etmək ona gülmək, lağ etmək, onu ələ salmaq və mə­də­niy­yətsizlik hesab olunur; ad bu və ya digər şəxsi ad­landır­ma­ğa xidmət etdiyi halda, ləqəb ad­daşları bir-birin­dən fərq­ləndirməyə xidmət edir; ad ünsiy­yət zamanı və bədii əsər­lərdə personajların bir-birinə müraciəti mə­qa­mın­da müsbət keyfiyyətlərə malik olduğu halda, lə­qəb­lər­də bu keyfiy­yətlərlə yanaşı, mənfi keyfiy­yətlər də özü­nü biruzə verir.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 111-372.


turan.info.az

.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:18:27 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6 https://turan.info.az/yeni-neshrler/3731-azrbaycan-antroponmyasinin-saslari-6.html https://turan.info.az/yeni-neshrler/3731-azrbaycan-antroponmyasinin-saslari-6.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6 MƏDƏD ÇOBANOV =

Azərbaycan dövri mətbuatının inkişafında misilsiz əhə­miy­yəti olan “Əkinçi” (1875-1877) qəzeti Azərbaycan xal­qı­­nın mənəvi mədəniyyəti - publisistikası, elmi, ədəbiyyatı və incəsənəti tarixinə bir çox şərəfli səhifələr yazmış və gələcək xələfləri üçün mədəni məramnamə və zəngin irs qoymuşdur. Qəzetin 1877-ci il bir sentyabr tarixli 18-ci nöm­­­rəsində deyildiyi kimi “Əkinçi” qəzeti sizin üçün (azər­­­baycanlılar üçün -M.Ç.) bu axırda (bu tərəfdə, bu böl­­gədə -M.Ç.) çıxan şəfəqdir”. Həqiqətən də, “Əkinçi” xal­­qı­­mızın mədəniyyəti tarixində “şəfəq” rolunu oyna-mışdır. Bunu qəzetin səhifələrində nəşr olunmuş yazılar ay­dın şə­kildə təsdiq edir. Qəzetin səhifələrində dərc edilmiş ma­te­­riallar dilimizin tarixi leksikasını öyrənmək ba­xımın­dan əhə­miyyətli olduğu kimi, onun tarixi ono­mas­ti­kasını, o cümlədən antroponimikasını araşdırmaq nöq­te­yi-nəzərdən də zəngin və rəngarəng material verir. İstər qə­zetin səhi­fələrində çap olunmuş mətnlərdə, istərsə də əmək­daş­ları­nın imzalarında əsl şəxs adı, ata adı, fa­miliya və ləqəblə yanaşı bir çox təxəllüsə də rast gəlirik.
“Əkin­çi”nin əmək­­daşları və müxbirləri zəmanəsindəki ic­ti­mai haqsız­lığı tənqid atəşinə tutduqları üçün çar senzu­rasından, o döv­rün polis və din xadimlərindən qorxaraq, öz avtonim­lərinin yanında müxtəlif təxəllüslər və yaxud da imzalar yazır, bəzən də polis idarəsinin diqqətini yayın­dırmaq məq­­­­sədilə öz yazılarını ya təxəllüs, ya da imzasız çap et­di­rir­dilər.
“Əkinçi”nin əməkdaşlarının istifadə etdiyi təxəllüs və ya imzaların tezliyi bir-altı arasındadır. Onların bir qrupu hə­mişə eyni, digər qrupu isə müxtəlif təxəllüs və ya im­za­lar­dan istifadə etmişdir. Onlardan Məmmədəli bəy Vəli­yev, Şeyxülislam - Zaqafqaziya axundu Əhməd Hü­seyn­za­də, Məm­­­mədəli İsna əşəriyi-Səlyani bir; Ələkbər Hey­dəri (Heydəri və Ələkbər Elçizadə) iki; Mirzə Həsən əfəndi ibn Əlhac Abdulla əfəndi (Mirzə Həsən Əlqədari, Məmnun Əl­qədari, Mirzə Həsən Dağıstani), Məmmədtağı Əlizadə (Məmmədtağı Əlizadə Şirvani, Əlizadə Şirvani, Harayçı qardaş), XIX əsr Azərbaycan maarif xadimi və jurnalisti gəncəli Hacı Məhəmməd Sadıq (Əhsənül-Qə­vaid, Hadi­mül Qəvaid, Sultanov) üç; Nəcəf bəy Vəzirov (Nəcəf Və­zir­zadə, Nəcəf, Harayçı qardaş, “N.V...”) dörd; Mirzə Əs­gərağa Adıgözəlov (Əsgərğa Adıgözəlzadə, Əsgər Adı­gö­zəl­­zadə Gorani, Əsgər Gorani, Əsgər, Görani (beş tə­xəllüs və ya imza ilə yazıb-yaradıblar.”Əkinçi”nin bü­növ­rəsini qoyan Həsənbəy Səlimbəy oğlu Məlikov - Zər­dabi, Ha­ray­çı qardaş, Badkubəli molla, Xeyirxahi-İran, “7200 4 1 210” (bu rəqəmləri əbcəd hesabı ilə oxuduqda Zərdabi alı­nır) kimi təxəllüs və imzalardan istifadə etmiş­dir. Qə­zetin fəal əməkdaşlarından Əlimədəd Abdullazadə isə Əli­mədəd Abdulla oğlu, Əlimədəd Abdullazadə, Məh­bus Dər­bəndi və Dərbəndi təxəllüs və ya imzalardan isti­fadə edər­di (Q.Məmmədli “İmzalar” kitabında səhvən Əli­mədəd Ab­dullazadənin adını “Əli-məmməd” və “Məm­məd” kimi vermişdir. Bax: səh. 36, 67). “Eyni sözləri “Mol­­la Nəs­rəd­din” və digər qəzetlərdə, jurnallarda müxtə­lif təxəllüs­lərlə çı­xış edən sənətkarlar haqqında da demək olar. Mə­sələn, C.Məmmədquluzadə və M.Ə.Sabir 100-ə qədər, Ə.Qəm­kü­sar 15, Ə.Nəzmi 20, Ə.Haqverdiyev 10, Ə.Vahid 15, C.Cab­barlı 12-dən çox və s. təxəllüsdən is­tifadə etmiş­lər”.
Həmtəxəllüslər. Bu qrup təxəllüslərdən və ya gizli im­za­lardan eyni dövrdə bir neçə müəllif istifadə edir. Əl­bəttə, dil və antroponimiya üçün belə halı qənaətbəxş he­sab et­mək olmaz. Çünki həmadlılıq və həmtəxəllüslük ay­rı-ay­rı müəllifin əsərini dolaşığa salır və yazılı ünsiyyəti ağır­laş­dı­­­rır.
Təxəllüslər tarixinə nəzər saldıqda aydın olur ki, hər han­­sı bir müəllif bir neçə müxtəlif imzalardan istifadə et­di­yi ki­­mi, bəzən bunun əksi də özünü göstərir, yəni eyni dövr­də yaşayan bir neçə müəllif eyni təxəllüsdən, yəni hə­mad­dan istifadə edir. Antroponimiyada belə vahidlərə həm­­­­­təxəl­lüs (eyniadlı) deyilir. Məsələn, “Lağlağı” imzasın­­­dan (tə­xəl­­lüsdən -M.Ç) C.Məmmədquluzadə ilə yanaşı Ömər Faiq, Ə.Haqverdiyev, Rzaqulu Nəcəfov da istifadə et­miş­dir. Ya­xud “Mozalan” imzası ilə C.Məmmədquluzadə, Qur­­banəli Şərifzadə, Ə.Haqverdiyev, Salman Mümtaz; “Hər­dəmxə­yal” imzası ilə isə Cəlil Məmmədquluzadə, M.S.Or­dubadi və başqa mollanəsrəddinçilər çıxış etmiş­lər”.
Təxəllüslərin mənşəyi. Azərbaycan dilinin lüğət tərkibi mənşə etibarilə müxtəlif olduğu kimi, onun onomastik va­hidləri də mənşəcə müxtəlif dil vahidləri əsasında təşək­kül tapmışdır. Bu baxımdan, Azərbaycan antro­ponimiya­sın­­da qədim zamanlardan geniş şəkildə yayılmış olan tə­xəllüslər də mənşə etibarilə müxtəlifdir. Azərbaycan tə­xəllüsləri mən­şəcə iki qrupa bölünür:
1. Dilimizin öz daxili imkanları əsasında yaranan tə­xəllüslər. Bu qrup təxəllüslər antroponimiyamızda aparı­cı rola malikdir. “Azərbaycan təxəllüs lüğət”inə daxil olan 580-ə yaxın təxəllüsdən 330-a qədəri Azərbaycan mən­şə­li­dir. Məsələn, Alp Ərən, Mirzağa Aranlı, Haqq Aşığı, Mir Möhsün Nəvvab Qarabaği, Qaçaq Nəbi, Səməd Vurğun və s.
2. Alınma təxəllüslər. Azərbaycan antroponimiyasında alın­ma şəxs adları olduğu kimi, alınma təxəllüslər də var­dır. “Azərbaycan təxəllüs lüğəti”nə daxil olan 580-nə ya­xın təxəllüsdən 220-yə qədəri alınma sözlər əsasında dü­zəl­mişdir. Təxəllüslər üzərində apardığımız müşahidələr gös­tərir ki, dilimizdə təxəllüslərin yaranmasında ərəb və fars dillərindən keçmiş sözlərin də müəyyən dərəcədə rolu ol­muşdur. O cümlədən, antroponimiyamızda ərəb dilindən keçmiş sözlər əsasında 159, fars dilindən keçmiş sözlər əsasında isə 58 təxəllüs düzəlmişdir.
a) Ərəb dilindən keçmiş sözlər əsasında düzələn tə­xəl­lüslər: Arif, Asi, Bəsiri, Vaqif, Vazeh, Vahid, Vəfa, Vida­di, Qasir, Qüdsi, Zakir, Zülali, Ziyayi və s.
b) Fars dillindən keçmiş sözlər əsasında düzələn təxəl-lüs­lər: Bahar, Bikəs, Binəva, Didə, Dilbazi, Dilxun, Əxtər, Kəşan, Kişvəri, Gülçin, Mirzə, Nakam, Nəva, Nov­ruz və s.
Təxəllüslərin işlənmə məqamları. Tarixən təşəkkül tap­­­mış təxəllüslərin müəyyən hissəsi nəsildən-nəslə, əsr-dən-əsrə keçdikcə yeni vəzifə, yeni funksiya daşıyır və ant­ro­ponimin başqa bir növünə çevrilərək işlənmə mə­qam­larını daha da genişləndirir.
Təxəllüslərdən elmi-kütləvi şəkildə bəhs edərək, onları iş­lədilmə baxımından iki qrupa bölmüşlər:
a) Familiyaya çevrilən təxəllüslər.
b) Gizli imza səciyyəli təxəllüslər.
1. Familiyaya çevrilən təxəllüslər. Bu qrup təxəllüslər onu daşıyan müəllifin əsl adı, atasının adı və familiyası ilə yanaşı işlənir, onlarla qaynayıb-qarışır. Hətta, öz mənalı­lığı, mahiyyəti, ahəngdarlığı və poetikliyi ilə bəzən rəsmi familiyanı, bəzən atanın adını, bəzən də müəllifin şəxsi adı­­nı sıxışdırıb aradan çıxarır və sonrakı dövrlərdə yeni bir antroponimik kateqoriyaya - familiyaya çevrilir. Əlbəttə, tə­­xəllüsün belə geniş şəkildə yayılmasında, sabitləşməsin­də və məşhurlaşmasında onu daşıyan müəllifin təbii is­te­dadı, qabiliyyəti və yaradıcılıq fəaliyyəti də ön planda du­rur. Məsələn, Nizami Gəncəvi antroponiminə nəzər sa­laq. İlk baxışda adama elə gəlir ki, Nizami şairin adı, Gən­cəvi isə familiyasıdır. Əslində isə, belə deyildir. Şairin əsl adı İl­yas, atasının adı isə Yusifdir. Yəni, İlyas Yusif oğlu şairin avtonimi (XII əsrdə azərbaycanlılar arasında fami­liya for­malaşmamışdır), Nizami təxəllüsü, Gəncəvi isə nis­bə­si­dir. İlyas Yusif oğlunun poetik inciləri dünya mədə­niy­yəti xə­zi­nəsini zənginləşdirdikdən sonra, onun təxəl-lüsü və nis­bəsi şairin əsl avtonimini, yəni rəsmi şəxsi adını və ata­sı­nın adını sıxışdırıb aradan çıxarmışdır. Dünya şöhrəti qa­zan­mış şair İlyas Yusif oğlunu indi hamı Nizami Gən­cəvi kimi tanıyır. Beləliklə də, təxəllüs familiyaya çevrilə bi­lir. Bu sözləri Füzuli, Vaqif, Zakir (Qasım bəy) və baş­qaları haqqında da demək olar.
Azərbaycan antroponimiyasında təxəllüs bəzən adla bə­ra­­bər işlənir və hətta, atanın adını əvəz edir. Məsələn, Ab­bas Səhhət Mehdizadə, Abdulla Şaiq Talıbzadə, Cəfər Xən­dan Hacıyev və s. İlk baxışda adama elə gəlir ki, bu nü­mu­nələrdəki Səhhət, Şaiq və Xəndan antroponimik va-hid­ləri - ata adı funksiyasını yerinə yetirir. Əslində isə yox, onlar - şairlərin öz zövqünə uyğun qəbul etdikləri təxəl-lüs­lərdir.
2. Gizli imza səciyyəli təxəllüslər. Azərbaycan antro­po­­ni­miyasında bir qrup təxəllüslərə rast gəlirik ki, onlar tə­xəl­lüsdən daha çox gizli imzaları xatırladır. Ayrı-ayrı müəl­lif­lərin və ya ziyalıların gizlin imza qəbul etməsinin də sə­bəbi aydındır. Dövrün ictimai-siyasi həyatını, “acına­caq­lı vəziyyətini görən mütərəqqi fikirli ziyalılar - şairlər və yazı­çılar, heç şübhəsiz ki, susa bilmirlər, öz səslərini ucal­dırdılar. Onlar xalqın gələcəyi və azadlığı naminə öl­kə­dəki əda­lətsizliyi və haqsızlığı kəskin şəkildə tənqid edir­­­­lər. Bu­­­na görə də, onlar dövlət idarə orqanlarının və senzura-nın nə­zərindən yayınmaq üçün gizli imzalardan istifadə edir­lər.
Z.Sadıqovun təxəllüsləri “siyasi” və “ədəbi-bədii” ol­maqla iki qrupa bölməsi, bizim mülahizəmizə görə, özü-nü doğrultmur. Q.Plexanovun “Volgin”, S.M. Qənizadə-nin “Yol­daş”, M.Pənahın “Vaqif”, M.Ə.Əlizadənin “Mü-ba­riz”, Q.İ.Musayevin “İlkin”, S.Ə.Abbasovun “Dağlı” tə-xəl­lüs­lə­rində nə “siyasi”, nə də “ədəbi-bədii” məzmun var-dır. Bi­rin­cisi, ona görə ki, hər bir təxəllüs adi ümumişlək sözlər əsasında düzəlir. Həmin sözlər əsasında düzələn tə­xəl­lüsü də hər bir adam öz ictimai-siyasi, ədəbi-bədii, el-mi və s. fəaliyyətindən asılı olmadan qəbul edə bilər. İkin-ci­­si, ayrılıqda götürülmüş heç bir təxəllüslə onu daşı-yan av­tonimin fəaliyyətini müəyyənləşdirmək olmaz. Məsələn, Volgin, Yoldaş, Vaqif, Mübariz, İlkin, Dağlı, Baxış, Vahid, Elsevər, Kürçaylı, Arpaçaylı, Cavan və s. İlk baxışda, bu təxəllüsləri daşıyan avtonimlərin kimliyini və fəaliyyətini bir anlığa unutsaq, onda həmin təxəllüslər onları “siyasi” və “ədəbi-bədii” olmaqla iki qrupa ayırmaq üçün bizə heç bir məlumat verə bilməz. Bu, mümkün də deyil. Başqa sözlə desək, təxəllüsləri “siyasi” və “ədəbi-bədii” prinsipə görə, təsnif etmək antroponimik qanunlara uyğun deyil.
Azərbaycan antroponimiyasında gizli imzalardan XIX əsrin ikinci yarısından istifadə olunmağa başlansa da, bu, əsas etibarilə, XX əsrin əvvəllərində inqilabi hərəkatla bağ­­lı olaraq, daha geniş vüsət almışdır. Məsələn, “Əli Nəz­mi” 1898-ci ildən yazmağa başlamış, sonralar “Şərqi-rus”qəze-tində, “Molla Nəsrəddin”də, “Zənbur”da və onlarla başqa mət­­buat orqanlarında öz əsərlərini Bikəs (təxəllüsdür -M.Ç.), Əlidəyənəkli, Həcəmətverdi, Ə.S., Əli Məhəm­məd­zadə Sərdabi, Məşədi Sijimqulu, Kefsiz, Sərsəri, Qana­caqsız, Şəmşir, Şəmşirək, Peşiman qoca, Gəncə ca­vanları, Mütəşair, Şallax, Kav-Mahi, Qoca Zığ-zığ, Pa­pi­rosçəkən, Hekayəçi və s. otuzdan artıq müxtəlif gizli və açıq imza­larla çap etdirmişdir”.
İnqilabi satiranın nadir ustadı M.Ə.Sabirin də otuza ya­xın gizli imzası və təxəllüsü olmuşdur: “Hop-hop”, “Boy­nu­bu­ruq”, “Qardaşoğlu”, “Qoca Əmu”, “Qoca İranlı”, “İran qurdu”, “Ye­tim Qızcıq”,”Tükəzban cici”, “Molla Ci-biş­danqulu”, “Bir alim”, “Qa­rınqulu”, “Dindar”, “Məslə-hət­çi”, “Əlhəc”, “Obaşdançı”, “Gülə­yən”, “Ağlar Gülə-yən” “Yarı könül”,“Qoca bəy”, “Çingöz bəy”, “İm­­za (...)”, “İlan”, “Patılan”, “Palanduz”, “Nizədar”, “Gözüyuxulu” və s.
XX əsrin əvvəllərində folklorşünas, tərcüməçi və dra­ma­­turq kimi fəaliyyət göstərmiş Mehdi bəy Hacınski “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Nicat”, “Yeni İr­şad”, “Məlumat”, “İqbal”, “Kaspi”, “Baku”, “Ба­ки­нец” və di­gər qəzet və jurnallarda əməkdaşlıq etmiş və yüzlərlə nağıl, əfsanə, lətifə və hekayə nümunələrini “Ava­ra”, “Ab­dal”, “İbnisəbil”, “Urfi”, “Urfizadə S.”, “Səd­rəd­din U”, “Sədrəddin Urfizadə”, “Sabah”, “Estet”, “Fir­dov­si”, “Bitərəf”, Kənççi” imzaları və ya təxəllüsləri ilə nəşr etdirmişdir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, təxəllüs və gizli imzaların yaranması ictimai-siyasi quruluşu kəskin sa­tira atəşinə tutan müəlliflərin çar üsuli-idarəsindən giz­lən­mək, polisiyanın gözündən yayın­maq məqsədindən irəli gəlirdi. T.Haçıyevin təbirincə de­sək, “Müəllif təkcə öz xo­şuna gülünc ad götürməmişdir. Hər addımbaşı onu izləyən, ölümlə təhdid edən düşmənlərdən qorunmaq, yaxa qur­tar­maq üçün bu adlardan qalxan (keçmişdə silah növü -M.Ç.) kimi istifadə etmişdir”. Bu üsul bütün inqilabçı-ya­zı­çı­la­rı­mızın fəaliyyəti üçün ən səciyyəvi və münasib yol ol­muş­­dur.
Təxəllüs və onun avtonimlə üzvlənmə sistemi. Təxəl­lüslər üzərində müşahidə apararkən məlum oldu ki, onlar avtonimlə işlənmə yerinə görə müasir onomaloji proseslər nəticəsində müxtəlif antroponimik vahidlərlə üzvlənir. Bu nöqteyi-nəzərdən onları aşağıdakı qruplara bölmək olar:
1.Adı, atasının adı, familiyası və təxəllüsü ilə yazıb-yaradanlar. Bu qrupa daxil olan müəlliflər müxtəlif ant­roponimik sistem üzrə təxəllüs qəbul etmişlər:
a) şəxs adı və təxəllüslə yazıb yaradanlar: Əlican Qövsi (XVII əsr), Zehin Bağdatlı (XVII əsr), Əliağa Alim (XVIII əsr), Yusif Vəndamlı (XIX əsr), Yəhya bəy Dilqəm (XVIII-XIX əsrlər) və s.
b) şəxs adı, ata adı və təxəllüslə yazıb yaradanlar: Mirzə Şə­­fi Sadıq oğlu Vazeh (XVIII-XIX əsrlər), Mə­həm­məd Əmin Dilsuz (XIX əsr), Mirzə Əliqulu xan Əxtər (XIX əsr) və s.
v) şəxs adı, ata adı, familiya və təxəllüslə yazıb ya­ra­dan­lar: Bahar Anacan Əmirəli qızı Ağalarova (XIX-XX əsr­­lər), Əbdülbağı Bülbülcan Kərbəlayi Əli oğlu Zülalov (XIX-XX əsrlər), Mirzə İsmayıl Qasir Səlim oğlu Axun­dov (XIX əsr), Seyfəddin Dağlı Əliağa oğlu Abbasov (XX əsr), Mədinə Gülgün Nurulla qızı Ələkbərzadə (XX əsr) və s.
2. Yalnız təxəllüsü ilə yazıb-yaradanlar: Bu qrupa ha­zırda əsl adı məlum olmayan, yalnız təxəllüsü ilə yazıb-ya­radan və şöhrət tapan müəlliflər aiddir. Əsl adı, hələlik, müəy­­yən­ləşdirilməmiş və elm aləmində yalnız təxəllüsləri ilə məş­hurlaşmış ədəbiyyat və elm xadimlərinin adlarına ya­zılı mən­bələrdə XIV əsrdən təsadüf olunur. Zəlili (XIV əsr), Allahi və Ziyadi (XV əsr), Süsəni və Fədai (XVI əsr), Bür­han, Vahid, Əzizi və Məlum (XVII əsr), Bikəs, Zəmiri, Mə­dədi, Məzlum, Məlali və Müştaq (XVII əsr), Ləli, Na­lan və Pürğəmi (XX əsr) və s.
Təxəllüs lüğətinə nəzər saldıqda aydın olur ki, XV-XVI əsrlərdən sonra yazıçıların yalnız təxəllüslə yazması halları daha da güclənir. Bu da, çox güman ki, hər şeydən əvvəl, xal­qın mənəvi qüvvəsi olan şairlərin dövrün ictimai-siyasi hadisələrinə, ədalətsizliyə qarşı mübarizə aparması və onu tənqid etməsi ilə bağlı idi. Təqib olunan şairlər hakim sin­fin diqqətini yayındırmaq üçün yalnız öz təxəllüsləri ilə yazıb-yaradır və əsərlərini xalq arasında yayırdılar.
Təxəllüslərin məna növləri. Dilimizdəki bütün antro-poni­mik vahidlər ümumişlək sözlər əsasında formalaşdığı kimi təxəllüslər də, əsasən, ümumişlək sözlər əsasında tə­şək­kül tapmış və başlıca olaraq yazılı nitqdə ün­siyyəti da­ha yaxşı sahmana salmağa xidmət edir. “Azər­baycan təxəl­lüs lüğəti”ndən aydın olur ki, istər tarixən, istərsə də müa­sir dövr üçün səciyyəvi olan təxəl­lüslər əsas etibarilə ümu­mişlək sözlər, toponimlər, etnonimlər, kosmo­nimlər, hid­ro­­nimlər, zoonimlər və başqa onomastik vahid­lər əsasında təşəkkül tapmış və əsrlərdən-əsrlərə keçdikcə daha da sə­lis­­­ləşmiş və təkmilləşmişdir. Antropo­nimiya­mız­da zən­gin və rəngarəng onomastik xüsusiyyətlərə ma­lik olan tə­xəl­lüs­­lər ifadə etdiyi məna əsasına görə müxtəlif qruplara bö­lünür:
a) Onomastik vahidlər əsasında düzələn təxəllüslər.
b) Ümumişlək sözlər əsasında düzələn təxəllüslər.
9-cu sxem]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:18:00 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5 https://turan.info.az/yeni-neshrler/3730-azrbaycan-antroponmyasinin-saslari-5.html https://turan.info.az/yeni-neshrler/3730-azrbaycan-antroponmyasinin-saslari-5.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5 MƏDƏD ÇOBANOV

Hazırda 35 milyondan çox Azərbaycan - türkləri yaşa­yan Cənubi Azərbaycanda da familiya əvəzinə ata adın­dan istifadə edir­lər. Məsələn, Musa Kərim oğlu, Mahmud Məm­­məd oğ­lu, Əli Mustafa oğlu və s. “Oğlu” və “qızı” morfemləri in­­di də ölkəmizin türk dilli respub­li­kalarında fa­miliyaların tər­ki­bində saxlanmaqdadır. Məsə­lən, Mə­həm­­mədqızı, Yu­si­f­oğ­lu və s.
XIX-XX əsrlərdə Azərbaycan xalqı kütləvi şəkildə fa­mi­liya qəbul etmişdir.
Azərbaycan familiyası, əsasən, şəxs adının sonuna fa­mi­liya düzəldən morfemlərin birləşməsi ilə əmələ gəlir. Bu baxımdan, müasir antroponimiyamızda familiyaları üç qrupa bölmək olar:
a) Kişi adı əsasında düzələn familiyalar.
b) Qadın adı əsasında düzələn familiyalar.
v) Kökü şəxs adı kimi işlənməyən sözlər əsasında dü­zə­lən familiyalar.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 111-372.


turan.info.az

.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:15:45 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4 https://turan.info.az/yeni-neshrler/3729-azrbaycan-antroponmyasinin-saslari-4.html https://turan.info.az/yeni-neshrler/3729-azrbaycan-antroponmyasinin-saslari-4.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4 MƏDƏD ÇOBANOV

Yuxarıda qeyd olunan ahəngdar və məzmunlu adlarla ya­­naşı antroponimiyamızda bir qrup adlara da təsadüf edi­lir ki, onlar nə ahəngdarlığı, nə ifadə etdiyi məzmun, nə xal­qın adət-ənənəsi, nə də müasirlik baxımından xoşa gə­lir... Belə adları eşitməsən yaxşıdır. Çünki belə qəribə ad­lar onu daşıyan şəxsi ömrüboyu komik və gülünc hala salır. Bu ko­mik­lik və gülünclük həmin şəxsin adı ata adına çevri­lən­də bir neçə dəfə (yəni, uşaqların sayı qədər, baba adına və ya familiyaya çevriləndə isə daha çox) artır. Çün­ki ata adını bir ne­­çə qardaş və bacı daşıdığı halda, baba adını və ya fami­liyanı bütöv bir nəsil (oğul, nəvə, nəticə, kö­tücə, xədicə, ya­­dıca) uzun müddət, bəlkə də, bir-iki əsr daşıyır. Belə xo­şa­gəlməz adlara indi də təsadüf edirik. O cümlədən:
Kişi adları: Soyuz, Milis, Mels, Kino, Maşın, Traktor, Pri­­bor, Razbor, Razqovor, Revizor, Kolxoz, Sovxoz, Ma­tor, Kan­tor, Yanvar, Fevral, Noyabr, Raykom, Narkom, Vo­­yen­kom, Partkom, Orden, Medal, Kassir, Fabrik, Apos­trof, Briqadir, Sessiya, Qəmisiyə (Komissiya), Artel, Kom­so­mol, Rabfak, Xozeyin, Mülkədar, Liman, Ətraf, Hörmət, Mə­ruzə, Nöqtə, Vergül, Mərkəz və s.
Qadın adları: Samavar, Çaynik, Nəlbəki, Qəzət, Paket, Po­­veda, Maskviç, Prikaz, Senzura, Faktura, Qavaler, Zim, Vilis, Şalon, Simon, Şüşə, Fincan, Sançaq, Sandıq, Manat, Tümən, Yüztümən və s.
Bu adlardan bir neçəsini cümlədə işlətsək, qəribə və gül­məli məzmun alarıq: Soyuz Kino oğlu Maşınov, Mə­ruzə Nöqtə oğlu Vergülov, Orden Medal oğlu Narkomov, Sa­mavar Kolxoz qızı Sovxozova, Qəzet Ətraf qızı Mər­kə­zova, Nəlbəki Revizor qızı Kassirova, Zim Yanvar qızı Me­da­lova və s. Bu cümlələrdəki məzmun anlaşılmazlığı göz qa­bağındadır... Minlərlə antroponim üzərində apardığımız müşahidələr əsasında məlum olmuşdur ki, şəxs adları xal­qın keçmiş və indiki ictimai-siyasi quruluşu, sosial həyat tər­zi, məişət və məşğuliyyəti, inamı, dini baxışları, etnik və estetik görüşləri və s. yaxından əlaqədar olmuşdur. Bun­­­ları nəzərə alaraq, tədqiqata cəlb etdiyimiz müasir ant­ro­po­nimləri tarixilik baxımından 4 mərhələyə bölmüşük.
1) 1920-ci ilə qədər işlənən antroponimlər. Bu qrup ant­­ro­po­nimlər həm yayılma arealına, həm də çox işlək­li­yi­nə gö­rə 1920-ci ilə qədər xalqımız arasında geniş şəkildə iş­lə­nirdi.
Kişi adları: Alı, Allahverdi, Bayram, Əli, Əhməd, Mə­həm­­məd, Məhərrəm, Əliqulu, Allahqulu, Pirqulu, Pirə­li, Tan­rıverdi, Məmmədqulu, Həsənqulu, Məhəm­mədəli və s.
Qadın adları: Anaxanım, Anaqız, Balaxanım, Bəsti, Ye­tər, Mədinə, Məsmə, Səyalı, Fatma, Xırda, Gülbəsdi, Qız­yetər, Qıztamam, Qızbəs, Ayişə və s.
2) 1921-1940-ci illərdə işlənən antroponimlər. Bu mər­hələdə işlənən antroponimlər həm ahəngdarlığına, həm də mə­­na və məzmununa görə birinci mərhələyə nisbətən fərq­lidir.
Kişi adları: Abdulla, Aşır, Vəli, Qulaməli, Dursun, Əb­dü­ləli, Əsəd, Əsgər, İbrahim, İsmayıl, Məhəmmədəli, Musa, Na­­maz, Novruz, Ramazan, Calal, Şahəli, Hüseyn, İnqilab, Zəfər, Qalib, Bayraqdar və s.
Qadın adları: Bənövşə, Qaraqız, Qüdrət, Zərnişan, Zü­ley­xa, Zeynəb, Zəhra, Zərxanım, Yasəmən, Gülxanım, Gül­lü, Gülyaz, Güsənim, Gülzər, Mehriban, Nübar, Rey­han, Sə­məngül, Tamam, Tükəzban, Pəri, Hürü, Xanım, Xə­zən­gül, Şura, Həqiqət və s.
3) 1941-1960-cı illərdə işlənən antroponimlər. Bu dövr­­­də xalqımız arasında geniş şəkildə yayılmış antopo­nimlər həm ifadə etdiyi məna və məzmuna, həm də müa­sirliyi eti­­barilə əvvəlki dövrlərdən əsaslı şəkildə fərqlənir.
Kişi adları: Adil, Aydın, Vaqif, Vahid, Vidadi, Zabit, Qəh­rəman, Elman, Mehman, Nizami, Nazim, Yusif, Sabir, Xan­­lar, Nəriman, Fərhad və s. Bunlardan II Dünya müha­ri­bəsinin qələbəsindən sonra bir sıra yeni adlar da yaranır. O cümlədən, Qalib, Qələbə, Vətənyar, Vətənzər, Qoşun, İn­ti­zar, İntiqam, Sülhiyyə, Sülhzər, Sülhnur, Sül­hnurə, Sül­ha­ləm, Sülhnaz, Sülhnar, Sülhyar, Aləmsülh və s.
Qadın adları: Aybəniz, Bahar, Vətəngül, Qiymət, Qüd­rət, Dilşad, Dilbər, Elnarə, Elmira, Zərxanım, Gözəl, Gü­lə­sər, Gülnarə, Gülnaz, Gülşən, Leyla, Lalə, Lətafət, Mi­na­yə, Nigar, Həqiqət, Pakizə, Füruzə və s.
4) 1961-1980-cı illərdə işlənən antroponimlər. Bu dövr­­də yeni doğulan oğlan və qızlara verilən antroponim­lər ifa­də etdiyi yenilik və müasirlik məzmunu etibarilə əv­vəl­ki dövrlərdən tamamilə fərqlənir. Bu da, hər şeydən əvvəl ye­ni ictimai-siyasi və iqtisadi quruluşun bərqərar ol­ması, ictimai-so­sial də­yişikliklərin baş verməsi, mədəni in­qilabın tam qələbə çal­ması, güclü ziyalı kütləsinin tə­şək­kül tapması, xalqımı­zın yeni məişət və ənənəsinin inkişafı və s. ilə yaxından bağlıdır.
Kişi adları: Akif, Arif, Azər, Aydın, Bəxtiyar, Vüqar, Va­leh, Vidadi, Eldar, Elman, Etibar, Elşad, Elvar, Elçin, İn­ti­qam, İlham, İlqar, Zabit, Zakir, Yaşar, Malik, Mətləb, Na­miq, Nəriman, Nəbi, Nizami, Rövşən, Sabir, Sahib, Ok­tay, Emin, Pərviz, Xaqani, Şahin, Cavanşir, Turan, Tural, Toğ­rul, Orxan, Turxan, Elcan, Araz və s.
Qadın adları: Arzu, Aygün, Aygül, Aynur, Bənövşə, Və­tən­yar, Vəfa, Vəfalı, Qərinə, Qələbə, Durdanə, Elmayə, Zə­fər, İradə, Yeganə, Kəmalə, Könül, Günəş, Leyla, Lətifə, May­gül, Məlahət, Nərgiz, Nailə, Nəzakət, Solmaz, Sevinc, Sevda, Sahibə, Sahilə, Sədaqət, Səfalı, Təranə, Təzəgül, Tərlan, Şəlalə və s.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:15:23 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3 https://turan.info.az/yeni-neshrler/3728-azrbaycan-antroponmyasinin-saslari-3.html https://turan.info.az/yeni-neshrler/3728-azrbaycan-antroponmyasinin-saslari-3.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3 MƏDƏD ÇOBANOV = G.Əsgərova “Folklorda şəxs adları” mövzusunda nami­zədlik dissertasiyası yazmışdır (1986). Azərbaycan das­tan­­ları və nağıllarından toplanmış antroponimik material­lar əsasında yazılmış bu əsərdə antroponimlərin etnolinq­vistik xüsusiyyətləri, köməkçi şəxs adlarının rolu, bədii üs­lubi xüsusiyyətləri öz elmi şərhini tapmışdır.
Yuxarıda adları qeyd olunan müəlliflərin tətdiqatlarında və müxtəlif elmi konfranslardakı məruzələrində antroponi­mi­kanın ayrı-ayrı məsələlərinə (bəzən həvəskar kimi) to­xu­nulsa da, Azərbaycan antroponimikasının nəzəri əsas­ları xüsusi tədqiqat obyekti olmamışdır. Məhz buna görə də, bu­rada Azərbaycan antroponimikasının nəzəri əsasları­na xeyli yer verilmişdir.
Müəllif -M.N.Çobanov son illərdə Azərbaycan antro-ponimikasına dair ge­­niş tədqiqat aparmış və antroponi-mi­ya problemlərinə dair bir neçə kitab və ondan çox mə-qalə və tezislər çap et­dir­mişdir. O cümlədən, müəllifin 1981-ci ildə “Azərbay­can şəxs adları” (Bakı), 1983-cü ildə “Azər­baycan antro­po­­nimiyasının əsasları” (Tbilisi), 1987-ci ildə “Familiya. Təxəllüs” (Tbilisi), 1990-cı ildə “Azər-bay­can şəxs adla­rı­nın semantikası və orfoqrafiyası” (Tbi­lisi) kitabları çap olun­­muşdur.
“Azərbaycan şəxs adları” kitabında antroponimiya, ad, ad­ların əsası və semantikası haqqında məlumat, həmçinin, 2000-ə yaxın şəxs adlarının lüğəti (700-dən çox kişi adı, 1100-ə yaxın qadın adı, 100-ə yaxın müştərək ad, yəni həm kişilərə, həm də qadınlara verilən adlar) verilmişdir.
“Azərbaycan antroponimiyasının əsasları” kitabı Peda­qo­­ji İnstitutların filologiya fakültələrinin tədris pla­nın­da nə­zərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proqramı əsa­sında hazırlanmışdır. Vəsait onomastikanın ən geniş sa­həsi olan antroponimikaya həsr edilmişdir. Kitabda ono­mastika haqqında ümumi məlumat, antroponimiya və onun təd­qi­qat obyekti, ad, adların əsası və semantik qrupları, müş­tə­rək adlar, antroponimik hadisələr (polinim və palind­romik ad­lar, adların abbreviasiyası), ad və antroponimin bir-bi­rinə mü­nasibəti, adların mənşəyi və quruluşu, fami-liya, tə­xəl­lüs, ləqəb, adqoyma ənənələri və s. hərtərəfli şərh olun­­muş­dur.
“Familiya. Təxəllüs” kitabı ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutul­muş­dur. Kitabda ad və ad sistemi, atanın adı, familiya, təxəl­lüs, ləqəb və s. geniş təhlil olunmuş, həmçinin, vəsaitin so­nunda ilk dəfə olaraq, “Azərbaycan təxəllüs lüğəti” veril­mişdir. Bu lüğətə 600-ə yaxın təxəllüs daxil edilmişdir. Lü­­ğətdə təxəllüsü daşıyan şəxsin adı, atasının adı, fa­mili­yası, təxəllüsü, (nadir hallarda ləqəbi), sənəti və yaşadığı dövr haqqında məlumat ensiklopedik lüğətlərə məxsus qı­sa məqalələr şəklində verilmişdir.
“Azərbaycan şəxs adlarının semantikası və orfoq­ra­fiya­sı” kitabı ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ali məktəblərin filologiya fakültə­lərinin tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə ad ka­teqoriyaları və onların üzvlənməsi, antroponimik vahid­lər, adların əsası və semantikası, orfoqrafiiyası və s. məsə­lələr geniş şəkildə şərh olunmuş, kitabın sonunda isə 3000-ə ya­xın şəxs adları lüğəti verilmişdir.
Azərbaycan antroponimikasının tədqiqi tarixinə dair ve­ri­­lən qısa xülasədən aydın olur ki, son onillikdə antro­po­ni­miyamızın araşdırılması inkişaf etmişdir. Bu mülahi­zəni son illərdə ali məktəblərin filologiya fakültələrində aparı­lan xüsusi kurslar Azərbaycan onomastikasına həsr olun­muş Elmi konfranslar və yaxud ayrı-ayrı Elmi konf­rans­la­rın “Onomalogiya” bölməsində oxunmuş məru­zələr, tez-tez dövri mətbuatda nəşr olunan məqalələr, çap olunan me­­­­todiki göstərişlər, tədris proqramları və vəsaitlər bir da­ha təsdiq edir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:14:53 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2 https://turan.info.az/yeni-neshrler/3727-azrbaycan-antroponmyasinin-saslari-2.html https://turan.info.az/yeni-neshrler/3727-azrbaycan-antroponmyasinin-saslari-2.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2 MƏDƏD ÇOBANOV =
II FƏSİL

ANTROPONİMİKA ONOMALOGİYANIN
BİR SAHƏSİ KİMİ

Onomalogiyanın əsas və ən geniş yayılmış sahəsini ant­roponimika təşkil edir. Antroponimika yunan dilində “ant­ro­pos” (insan) və “onuma” (ad) sözlərinin birləşməsindən əmə­lə gəlmişdir. Bu termin dilçilikdə insan adları haq­qın­da elm mənasında işlədilir. İnsan adlarının zərif və in­cə, tarixi və milli xüsusiyyətləri vardır. Məhz bunun nəti­cə­si­dir ki, ailədə yeni doğulan uşaqlara münasib adlar seçi­lib ve­rilməlidir. Xalqımızın çoxəsrlik ənənələrinə görə, yeni doğulan “övlad oğlandırsa, onun adında Azərbaycan kişi­lərinə məxsus bir məğrurluq, cəsurluq, əməksevərlik, qo­naq­pərvərlik, comərdlik və s. xüsusiyyətlər; yeni do­ğu­lan övlad qızdırsa, onun adında zə­rif­lik, incəlik, gözəllik, eyni zamanda məğrurluq və cəsur­luq xüsu-siyyətləri öz əksini tapmalıdır. Bu Azərbaycan xal­qının bütün tarixi dövrlərinə aiddir”. Bütün bu xüsu­siy­yətlər isə xalqımızın tarixən ya­rat­mış olduğu antropo­nim­lərdə də öz geniş ək­sini tapma­lı­dır. Məhz dilimizdəki bu xü­susiyyətləri öyrən­mək üçün dil­çilik elminin nəzəri şöbəsi olan onomalo­giyanın xüsusi və müstəqil bir sahəsi for­malaşmışdır. Bu sahə antro­po­nimika adlanır. Antropo­ni­mi­ka insan adları­nın öyrənilməsi ilə məşğul olur. Antro­po­nimikanın tədqi­qat sahəsinə ad, ata adı, familiya, tə­xəllüs və ləqəb daxil­dir. Həmçinin, antroponimika şəxs adla-rının əsası, mən­şə­yi, quruluşu, adqoyma ənənələri, antropo­ni­mik hadisə­lər, şəxs adlarının təşəkkülü, inkişafı və başqa dilə transli­terasiyası problem­ləri; tarixi sənəd-lərdə və bədii əsərlərdə işlədilən adların səciyyəvi an-troponimik xüsusiy­yətləri məsələlərinin araş­dırılması ilə də məşğul olur.
Cəmiyyətin hər bir üzvünün mənəvi inkişafı, onun mə­dəniyyət və əxlaqının yüksəldilməsi, vətəndaşlıq və insan­pərvərlik hisslərinin möhkəmləndirilməsi problemləri xal­qı­mızın daim diqqət mərkəzində olmalı və cəmiyyət üzv­lərinin estetik zövqünü oxşamalıdır. Bütün bunlar məişət estetikasının bir kateqoriyası olan xüsusi adlarda da öz parlaq ifadəsini tapmalıdır. Bu da cəmiyyətin estetik ənə­nəsinə uyğun olmalıdır. Başqa sözlə desək, cəmiyyət və onun üzvləri ilə bağlı olan sözlər-adlar adı altında qruplaş­dırılır. Deməli, antroponim termini ilə şəxsə verilən ad sistemi nəzərdə tutulur.
Hər bir tarixi dövrdə şəxs adları millilik, tarixilik və müa­sirlik prinsipləri əsasında təşəkkül etmişdir. Çünki hər bir şəxs adı istər dilçilik, istərsə də antroponimik vahid ki­mi onu yaradan xalqın milli təfəkkürü, dünyagörüşü, mə­nəvi zövqü, tarixi və mədəni inkişafı səviyyəsi ilə ya­xın­dan bağlıdır. Belə demək mümkündürsə, elə xalqın mə­dəniyyətinin ilk rüşeymləri də özünü xüsusi adlarda biruzə verir. Bu mənada, hər bir onomastik vahid kimi, ant­ro­ponimik vahidlər də xalqımızın qədim mədəni səviy­yə­sini gös­tərən ilk ictimai nişanədir; xalqın tarixi yara­dı­cılığının məhsulu və canlı tarixi əsəridir. Bu mənada, xalq yaratdığı və yaşatdığı antroponimlərin tarixi müəlli­fidir. Müəl­lifin əsərini təhrif etməyə isə heç kəsin ixtiyarı yoxdur və ola da bilməz. Əlbəttə, bu nişanələri və əsərləri dərindən öy­rənmədən xalqın tarixini aydın şəkildə tə­səvvür etmək ol­maz. Çünki hər bir antroponim xalqın milli ünvanıdır. Bu ün­vansız cəmiyyət tarixində keçinmək çə­tindir. Heç təsa­düfi deyil ki, Şərqli (F.Ağazadə) hələ 1927-ci ildə nəşr et­dirdiyi “Türk adları, ölçüləri və təqvimi” adlı məqa­ləsində adqoyma ənənəsində milli zəminə söykən­məyi və milli adlardan istifadə etməyi məsləhət görürdü”. Çünki antro­ponimlər dilimizin milli orijinallığını, ən qə­dim ün­sir­lərini mühafizə edib müasir dövrə çatdıran ka­teqo­riya­dır.
Dilimizdə xüsusi şəxs adı bildirən sözlər geniş mənada antroponim, dar mənada isə şəxs adı altında qruplaşdırılır. Bu, belə də, olmalıdır. Çünki antroponim adı altında bu və ya digər şəxsə vermək mümkün ola bilən bütün adlar; şəxs adı altında isə yalnız bir şəxsi başqasından fərq­ləndirən ad nəzərdə tutulur.
Fərdi adlar isə sadə, ahəngdar, məzmunlu və həyati ol­malıdır. Çünki həmin adlar həyatda insan cəmiyyətinə xid­mət edir.
ANTROPONİMİK VAHİDLƏR. Adların antroponimik xü­susiyyətlərini isə antroponimik vahidləri müəyyən­ləş­dir­mədən araşdırmaq olmaz. Odur ki, ilk növədə, ant­ro­po­nimik vahid anlayışını, onun meyarını müəyyənləş­dir­mək lazımdır. Müstəqil işlənə bilən antroponim (şəxs adı, ata adı, familiya, təxəllüs, ləqəb) antroponimik vahidlər he­sab olunur. Bu mənada, birinci növbədə antroponimika ter­min­­ləri məsələlərinin müəyyənləşdirilməsi dilçiliyi­mi­zin bu yeni sahəsi olan-antroponimika problemlərinin elmi şəkildə həll edilməsi üçün geniş imkan yaradır və tarixi onomastikanın bir sıra ümumi məsələlərinin aydınlaşdırıl­masına və inkişafına kömək edər.
Antroponimiya - adlar sistemi uzun bir tarixi inkişaf yo­lu keçmiş, müxtəlif dövrlərdə və müxtəlif şəraitdə for­ma­laş­mışdır. Odur ki, antroponimlərin yaradılması tari-xi­ni Azər­baycan dilinin tarixi leksikasından ayrılıqda düşün­­mək ol­maz. Bu adlar ayrılıqda da (ad, ata adı, familiya) ümu­­mişlək sözlər kimi öz sabit mənasını saxlayır. Azər­bay­can antroponimləri, əsasən, ümumişlək sözlərin bazası əsasın­da formalaşmışdır ki, bu da ünsiyyət prosesində bö­yük rol oynayır. Uzun tarixi inkişaf prosesində isə adlar­dan ata adı, familiya və həmçinin, ümumişlək sözlərdən-tə­xəl­lüslər və ləqəblər təşəkkül tapmış və müa­sir səviy­yə­yə gəlib çatmışdır. Buraya kimi deyilənlərdən aydın olur ki, antroponimik vahidləri antroponimik terminlərsiz hər­tə­­rəfli öyrənmək olmaz. Deməli, antroponimik vahidlər ant­­­­roponimikanın əsas tədqiqat obyektini təşkil edir. Ant­roponimik terminlər qrupuna aşağıdakılar daxildir: antro­ponim, antroponimiya, antroponimika, antroponimik əsas, antroponimləşmə, antroponimik sistem, matronim, andro­nim, eponim, elliptik xüsusi ad, fiktonim, antroponimikon və s. Öhdəmizdə olan zəngin Azərbaycan antroponimlər kartotekinin vediyi faktlara görə antroponimlərin aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirmək ön plana çəkilməlidir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:14:29 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1 https://turan.info.az/yeni-neshrler/3726-azrbaycan-antroponmyasinin-saslari-1.html https://turan.info.az/yeni-neshrler/3726-azrbaycan-antroponmyasinin-saslari-1.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1 MƏDƏD ÇOBANOV =



AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI
Üçüncü nəşr

Ali məktəb tələbələri üçün dərs vəsaiti

Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir









Bakı - 2017


Elmi redaktoru:

A.M.Qurbanov Azərb.EA-nın müxbir üzvü, professor


Rəyçi:

Q.Ş.Kazımov
filologiya elmləri doktoru, professor


Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları,
Ali məktəb tələbələri üçün dərs vəsaiti. (Üçüncü nəşr)
Bakı, 2017, 412 səh.

Vəsait pedaqoji universitetlərinin filologiya fakültə­lərinin təd­ris planında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proq­­­ramı əsasında hazırlanmışdır. Burada onomastika haqqında ümu­mi mə­lumat, antroponimika və onun tədqiqat obyekti, Azər­baycan dil­çiliyində antroponimiyanın tədqiqi tarixi, antro­ponimlərin inki­şafı məsələləri, ad və ad sistemi, familiya, tə­xəl­lüs, ləqəb, adların əsası və semantikası, antro­ponomik hadi­sələr - müştərək adlar, ad­qoy­ma ənənələri, adların quru­lu­şu və mən­­şəyi, poetik antro­po­nimiya və s. hərtərəfli təhlil olun­muş­dur.
Vəsaitdən ali məktəblərin filologiya fakültələrinin tələ­bə­lə­ri, eləcə də orta ixtisas və ümumtəhsil məktəblərinin Azər­bay­can dili və ədəbiyyatı müəllimləri istifadə edə bilərlər.

© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi,”Qanatleba” nəşriyyatı, 1983.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Bakı, “Maarif nəşriyyatı”, 1998, 332 səh.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları.
“Maarif nəşriyyatı”, üçüncü nəşr, Bakı,
“Borçalı” NPM, 2017, 412 səh.

BİR NEÇƏ SÖZ]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:13:32 +0000
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000. https://turan.info.az/yeni-neshrler/1042-ktab-rf-mfiq-obanl-ziyadan-nlibeldk-bak-2000.html https://turan.info.az/yeni-neshrler/1042-ktab-rf-mfiq-obanl-ziyadan-nlibeldk-bak-2000.html KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.
Milli mətbuatımızın ilk qaranquşu “Əkinci” qəzetinin 125 illiyi ərəfəsində jurnalist-filoloq, “Şərqin səsi” qəzetinin baş radaktoru bir çox elmi puplisistik məqalə və kitabların müəllifi Müşfiq Çobanlının “Zi-ya”dan “Çənlibel”ədək adlı kitabı işıq üzü görmüşdür. O, milli mətbuatımızın banisi H.Zərdabinin gərgin zəhməti, fəaliyyəti sayəsində “Əkinçi” qəzeti ilə əsası qoyulan milli Azərbaycan mətbuatının 125 illiyinə həsr etdiyi bu monoqrafiyada 1978-1998-ci illərdə Gürcüstanda Azərbaycan mətbuatının inkişafını işıqlandırmağa çalışmışdır.
Əsər beş hissədən ibarətdir. Müəllif, ilk öncə, oxucuları 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin birinci sayı çıxana qədər Qafqazda, xüsusilə XIX əsrin əvvəllərində “Güney Qafqaz”ın mətbuat dünyası ilə tanış edir və sonra ardıcıllıqla nəşr olu­nan hər bir qəzet və jurnal haqqında ətraflı məlumat verir. Belə ki, M.Çobanlı “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Molla Nəsrəddin”... və nəhayət “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Çənlibel” mətbu orqanlarının yaranması, onların məzmunu və ideya istiqaməti, hətta bu dərgilərin “yaşama müddəti və bu müddətdə neçə dəfə oxucu ilə “görüş”dükləri haqqında məlumat verir. Bu da gənc tədqiqatçının mənbələrindən, arxiv materiallarından səmərəli istifadə etməsinin aydın təzahürüdür.
Monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikası Dövlərt Televiziya və Radio Verilişləri Şirkətinin sədri, millət vəkili professor Nizami Xudiyevdir.


Azərbaycan jurnalı, 2000 ci il, 11-ci nəşr, səh-187.
ŞƏRQİN SƏSİ Dekabr, 2011]]>
Müşviq BORÇALI Tue, 10 Apr 2018 17:00:56 +0000
Ay Mədəd oğlu!.. https://turan.info.az/edebiyyat/musabiqe/3713-ay-mdd-olu.html https://turan.info.az/edebiyyat/musabiqe/3713-ay-mdd-olu.html Ay Mədəd oğlu!..Dr. Müşfiq Borçalıya =

Eşitdim haqqımda kitab yazırsan,
Allah kömək olsun, ay Mədəd oğlu!
Yoluna-izinə kəhkəşan kimi,
Yaşıl işıq salsın, ay Mədəd oğlu!

Mən sənə nə deyim, bilirsən-təpə,
Sahibi daimi olanda dönüb dağ olur...
Səhrada kök atan tənha ağacın,
Bağbanı olarsa bağlı bağ olur.

Şöhrət gətirmisən elin adına,
Yetişmisən yıxılanın dadına...
Fərq qoymadın doğmasına-yadına,
Əlini uzatdın ay Mədəd oğlu!

Bir mərdlik simvolu olubdur adın,
Dayağı olmusan doğmanın-yadın...
Mədəd Çobanovdur sənin ustadın-
Sən elin fəxrisən, ay Mədəd oğlu!

Bilirsən ki, tərəzidir el gözü,
Mərd igidə dayaq olur el özü...
Doğru olsa dağ oynadar el sözü-
Sən ona misalsan, ay Mədəd oğlu!

Kimsəni aldadıb, yalan demədin,
Halalı unudub, haram yemədin.
Söz verdin – borcunu tapıb ödədin,
Sən belə yaşadın, ay Mədəd oğlu!

Doğru sözü gedilərmi tərsinə,
Kim dedisə işi dönsün tərsinə...
Kütü getsin, həsrət qalsın ərşinə,
Sən ona inanma, ay Mədəd oğlu!

Çox yanmışam bu dünyanın odunda,
Qovrulmuşam xoşa gəlməz dadında,
Bir dostun var – Əli Abbas adında,
Onu sən unutma ay Mədəd oğlu!
Əli Abbas]]>
Müşviq BORÇALI Tue, 10 Apr 2018 13:05:24 +0000
Professor Mədəd ÇOBANOV - 75 https://turan.info.az/medeniyyet/376-professor-mdd-obanov-75.html https://turan.info.az/medeniyyet/376-professor-mdd-obanov-75.html Professor Mədəd ÇOBANOV - 75

Professor Mədəd ÇOBANOV - 75]]>
Müşviq BORÇALI Fri, 02 Mar 2018 18:07:04 +0000
TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!.. https://turan.info.az/gurcustan/pushkinciler/964-tbrk-edrk-dyrl-ustadimiz-ox-hrmtl-professor-urddn-mmmdl..html https://turan.info.az/gurcustan/pushkinciler/964-tbrk-edrk-dyrl-ustadimiz-ox-hrmtl-professor-urddn-mmmdl..html TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ!.. ŞURƏDDİN QARAPAPAQ (1956)
Şurəddin Bahyəddin oğlu Məmmədli (Qarapapaq) -1956-cı ildə qədim Borçalı mahalının Bolus (indiki Bolnisi) ra­yo­nunun Kolagir kəndində anadan olub. A.S.Puşkin adına TD­Pİ-nin filologiya fakültəsinin Azərbaycan bölməsini fərq­lənmə dip­lomu ilə bitirib. Bir neçə il Gürcüstan Dövlət Radio və Televi­zi­ya Komitəsinin Azər­baycan dilində veri­lişləri redak­siyasın­da işləyib. Sonra bir müddət «Gürcüstan» qəzeti redaksi­yasında ədə­biyyat, incə­­sənət və mədəniyyət bölümünün müdiri və­zifəsində çalışıb. Daha sonralalr isə o, eyni zamanda vaxtı ilə təhsil aldığı A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyət göstərib. Azərbaycan-Gürcüstan mədəni, tarixi, ədəbi əla­qə­lərinə dair məqalələrin, neçə-neçə elmi və pub­lisistik yazı­ların müəllifi kimi tanınan Ş.Məmmədli işgüzar bir alim­dir, bu barədə ayrıca söhbət açacağıq. (Təkcə onu qeyd edək ki, onun «Paralanmış Borçalı…» kitabı 1992-ci ildə «Azər­nəşr» tərəfindən işıq üzü görüb və qısa bir müddətdə oxucular tərəfindən böyük rəğbət qazanıb.)

Şurəddin Qarapapaq həm də gözəl şairdir. Onun şeirləri «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı», «Dağlar dərdə düşsə…» və s. ədəbi məcmuələrdə, qəzet və jurnallarda işıq üzü görüb. Onun şeirləri ana Kürün pıçıltıları kimi lirikdir. Qədim bir elin kədər-sevinc dünya­sından söhbət açır bu pıçıltılar…

Orda - burda torpaq da bir, çay da bir,
Orda - burda qış da eyni, yay da bir,
Orda - burda haray da bir, hay da bir,
Anadan ayrılmış baladır yurdum!..

Orda - burda Kür adında sonam var,
Orda - burda Qarayazı uzanar,
Orda - burda qovuşuqdur şah dağlar,
Anadan ayrılmış baladır yurdum!

Ş.Məmmədlinin yaradıcılığının əsas mövzusunu - vətən, torpaq, yurd, el-oba məhəbbəti təşkil edir.

Göz açır dünyaya insan beşikdə,
Analar laylayla durur keşikdə…
Müqəddəs beşikdir sevdiyim Vətən,
Qoynunda uyuyan bir körpəyəm mən!

Yaxud:
Bilmirəm,
bu şeri necə yazardım,
Öz duyğu odumda alışmasaydım,
Yəqin kəsə yolu çoxdan azardım,
Mən yurdum naminə çalışmasaydım!

- deyən şairin «Şərq», «Babəkər», «Vətən», «Yarandım ki…», «Düşünək dünyanın taleyini biz» və s. şeirləri də bu qəbildəndir.

Borçalıda Azərbaycan - türk mənşəli yer adlarının haqsız olaraq «gür­cüləşdirilməsi» əməliyyatına qarşı həyəcan təbili çalan Ş.Qarapapaq yazır:

Bu torpaqda ocaq mənim,
Od mənimdir, dəymə ona!
Bu torpaqda ağac mənim,
Ot mənimdir, dəymə ona!

Kök atdığım yurddu bu yurd,
Hər qəbirdə dərd uyuyur,
Nər-nər oğullar böyüyür,
Dad mənimdir, dəymə ona!

Tanrı şahid, elat qədim,
Bu elatda qıryat qədim,
Bu kənd qədim, bu ad qədim,
Ad mənimdir, dəymə ona!

Göründüyü kimi, Ş.Qarapapağın şeirlərində sanki bir «Cəngi» ruhu var. Şair «Haqqım, hey!..» şeirində yazır:

Xalqa qəsd olardımı?
Haqqa qəsd olardımı?
Qulaqların kardımı,
Ədalət, hey!.. Haqqım, hey?!

Azadlıq! Adın şirin.
Azadlıq! Dadın şirin.
Gözündən vurub şərin
Hayqırım, hey… qalxım, hey!..

Lal olmaq çox çətindir,
Mən ac, sən tox - çətindir.
Güvəncim Qeyrətimdir,
Taleyim, hey… talxım, hey!..

Diksin, a dünya, diksin,
Səksən, a dünya, səksən
Sənsən, a dünya, sənsən
Savırım, hey… salğım, hey!..

Şəhidlərim - anddımı?
Sabahım əyandımı
Axır ki, oyandımı
Millətim, hey… xalqım hey!

Ş.Məmmədlinin «Haydı, qoç Koroğlu, haydı» sərlövhəli şeirində çağırış, ha­ray, ruh daha güclüdür:

Nəvələrin düşüb dara,
Haydı, qoç Koroğlu, haydı!
Qövr eləyir dərin yara,
Hoydu, qoç Koroğlu, hoydu!..

Çənlibeldə duman, çəndi,
Andımız Torpaq, Vətəndi,
Nər igidlər himə bənddi,
Huy de, qoç Koroğlu, huy de!

Dəliləri başına yığ,
Telli sazı köksünə sıx,
Haqqı çağır, nahaqqı yıx,
Hay de, qoç Koroğlu, hay de!
Haydı, qoç Koroğlu, haydı!

Xalqına, millətinə torpağına vurğun olan şairə öz el-oba­sına dünəni də, bü günü də, sabahı da yaxşı məlumdur. Elə buna görə də sevimli yurdda­şımız, akademik Kamal Talıbzadənin yubileyi günündə deyilmiş «Kəhkəşan» şeiri bu sözlərlə tamamlanmışdır:

Axar sular
bir də axar.
Borçalıda
körpə-körpə oğulların
hərəsi bir Nəriman,
hərəsi bir Şaiqdir,
hərəsi bir Kamaldır,
Kamal müəllim!

Bu günümüzün, sabahımızın Nərimanlarına, Şaiqlərinə, Kamallarına arxa­lanan şair «Var olacağam» şeirində gözəl deyir:

Köküm - Qarapapaq,
Köçüm - qara torpaq,
Ovqatım pakdı, pak,
Nərəm, nər olacam.

Duruşum saz üstə,
Yadam kinə, qəsdə,
Halal-hümmət dosta
Yaram, yar olacam.

Borçalı - öz yurdum,
Burda binə qurdum,
Səf-səf durur ordum,
Varam, var olacam!

Var ol, sağ ol, şair qardaşım Şurəddin! Yaşa səni! Yaşat ana Vətənimizi! Sən Borçalısız, Borçalı sənsiz olmasın!


Müşfiq BORÇALI.

(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.94-98.)
]]>
Müşviq BORÇALI Wed, 28 Feb 2018 18:41:47 +0000
Yüz yaşa, MÜŞFİQ BORÇALI!.. https://turan.info.az/gurcustan/darvaz/843-yz-yaa-mfq-borali.html https://turan.info.az/gurcustan/darvaz/843-yz-yaa-mfq-borali.html Yüz yaşa, MÜŞFİQ BORÇALI!.. “Ziya”, “Şərqin Səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru, gözəl jurnalist, 50-dən çox kitabın müəllifi, yazıçı, puplisist, naşir Müşfiq Mədəd oğluna.

Oğludur qədim Darvazın,
Aşiqidir telli sazın.
Gül açsın ömrünün yazı,
Müşfiq Borçalı, Borçalı.]]>
Müşviq BORÇALI Tue, 27 Feb 2018 18:27:14 +0000
RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ (1930-2009) https://turan.info.az/gurcustan/bolnisi/967-ruhun-ad-olsun-ustad-l-sngrl-1930-2009.html https://turan.info.az/gurcustan/bolnisi/967-ruhun-ad-olsun-ustad-l-sngrl-1930-2009.html RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ    (1930-2009) ƏLİ SƏNGƏRLİ (1930-2009)

SÖZ VAR ONDAN ALIR ZİRVƏ DÖZÜMÜ...


Müəllim-şair-tərcüməçi kimi tanınan
Əli Səngərli (Məm­­­mədov) 1930-cu ildə
qədim Borçalı mahalının Bolus (indiki Bolnisi) rayonundakı
axarlı-baxarlı Faxralı kəndində ana­dan olub.
1950-ci ildə həmin kənddəki orta mək­təbi, 1957-ci ildə Bakı Dövlət Universitetinin filo­logiya fakültə­sini bitirib.
Bir müddət A.S.Puşkin adına Tbi­lisi Dövlət Pe­da­qoji İns­ti­tu­tunda (sonralar S.S.Orbeliani adına TDPİ-də) Azər­baycan şö­­bə­sinin tə­ləbələrinə dünya ədəbiy­yatından mühazirə oxu­yub. Sonra doğma kəndinə qayıdıb və buradakı orta məktəbdə ədəbiyyat müəllimi işləyib.

1947-ci ildən yaradıcılığa başlamış Əli Səngərli 1955-ci ildən mətbuatda çıxış edib.
Onun əsərləri «Şərqin şəfəqi», «Sovet Gür­cüstanı», «Azərbaycan müəllimi», «Ədəbiyyat və incəsənət», «Qələbə bayrağı» və s. mətbuat or­qanlarında, «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), «Ağır elli Bor­çalı» (Bakı, 1990; Ərzurum, 1996) və digər ədəbi məcmuələrdə özünə yer tapmış, Tbilisi, Bakı radio və televiziya verilişlərində səs­lən­mişdir.
Şeir­ləri gürcü, rus və başqa dillərə tərcümə olun­muşdur.

«Hara çəksək, yurda çıxır,
Mənim yolum, mənim köçüm.»


- deyən, həyata, doğma Azərbaycan torpağına, müqəd­dəs ata yurduna, qədim Borçalıya qırılmaz tellərlə bağlı olan şairin yaradıcılğının əsas ruhunu Vətən, xalq məhəbbəti, el-oba sevgisi, dünyanı narahat edən problemlər, fitnə-fəsadlara nifrət, insanların düşüncələri və s. təşkil edir. Hətta onun ilk şeirləri baharın gəlişinə, gülə, bülbülə həsr olunsa da, nəticə etibarı ilə vətənpərvərlik motivləri ilə bağlıdır.
On yeddi yaşlı gəncin yazdığı «Bülbül» (1947) şeirində oxuyuruq:

Göylərin qucağında
Oxuyan bülbülmüdür?
Onun aşiq olduğu
Qönçəmidir, gülmüdür?
Mən də o bülbül kimi
İlk bahara vurğunam,
Bir də bahar libaslı
Bu diyara vurğunam.

RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ    (1930-2009) Şairin «Xalqımız yüksəlir», «May gəlir», «Efirdən səs gəlir», «Mənim cəlalıma çatmaq olarmı?» kimi şeirlərində Vətənin cah-cəlalı, xariqələr ya­radan əmək adamlarının rəşadəti, «Bahar», «Bahar sökülür», «Çinarda nə gü­nah var?», «Payız gecəsi», «Qoca vələsin hekayəti», «Meşə­dəyəm», «Tə­biə­tin zinəti», «A gözəl dağı», «Səkkizayaq» şeirlərində təbiətin gözəllikləri tərən­nüm olunur. «Bu yer onun yeridir» kimi lirik şeirlərdə gənc­lərimizin saf mə­həbbətindən söhbət açılır. «Kəndim», «Kənd səhəri» şeirlə­rində doğma kəndini tərifləyir.

Hamımız kimi Əli Səngərlini də Arazın o tayında yaşayan qardaş­ları­mızın taleyi narahat edir:

Nə vaxt açılacaq Cənubda səhər?!
Təbrizin günəşi haçan doğacaq?!
Bəsdir cavanları dözdü ürəklər,
İnsanın taleyi deyil oyuncaq,
Təbrizin günəşi haçan doğacaq?!

Vətənpərvərlik, nikbinlik, yığcamlıq əsas xüsusiyyət­lərindən olan Ə.Sən­gərlinin dili sadə, rəvan və ifadəli olub, oxucuya emosional təsir bağışlayır:

«Sara xatun, hardan alım sənin kimi
Tanrı xislət bir ananı…
Həsən kimi oğul doğa əsrimizə.
Uzun Həsən köçən gündən,
Şah İsmayıl yer üzündən keçən gündən,
Qarğa-quzğun hakim olub qalamıza, qəsrimizə.
Sara Xatun, bir peyda ol,
Bir oğul doğ yenə bizə,
Şahin kimi qanad gərsin üzümüzə!..»

(«Sara Xatun»).

Və yaxud:
«… Bağ saldım, həsrətəm barına…
Bağ saldım ki, divlər bata barına..
Dəyirman daşını qaldıran oğul,
Divlərə ot yolduran oğul.
Almanı düşmənlərdən saldıran oğul,
Gözüm yolda qaldı, gəl!
Köhlənim nal saldı gəl!..».


Şairin «Süleymana qalan dünya», «Qıpçaq Məlik», «Dərviş», «Vədəçıx» və s. şeirləri bu qəbildəndir.
«Əli Səngərlinin «Şair ürəyi» adlanan şeiri adına layiq süjeti ilə gözəl və mənalıdır» (Əkrəm Cəfər).
Ta qədimdən yaylıq, örtük qadınlarımızın isməti olduğu kimi, papaq da, şairin dili ilə desək, «kişilərin əzəməti»dir:

Atamın namusu, adı,
Babam onsuz yaşamadı.
Namus, qeyrət, ad apardı.
Gedəndə də gora papaq.


Ə.Səngərlinin «Atalar cəbhədən gələnə qədər», «Mü­haribə illərində», «Bacım», «9 may» və s. şeirlərində ikinci dünya mü­ha­ribəsinin vurduğu yara­lardan, ağrı-acılardan, xal­qımızın gös­tər­diyi qəhrəmanlıqlardan və nəhayət, qələbənin bəxş etdiyi sonsuz sevinc və şadlıqdan ürəkdolusu şairanə bir dillə söhbət açılır.
«Arzular, arzular, şirin arzular…» Əli Səngərlinin də arzuları sonsuzdur:

Nə olaydı, arzumun meyvəsini dərəydim,
Bütün bəşər yolları açılaydı üzümə.
Silahları əlimlə sulara endirəydim,
Sevinəydim, güləydim, yaş gəlincə gözümə…
Köhnə xəritələri muzeylərə ataydım,
Lüğətlərdən siləydim müharibə sözünü…

(«Arzu»)

Və yaxud:
«Zirvəyə yazaydım bircə sözümü…»
«Daşlardakı yazılar qazılıb oxunaydı…»
(«İllərin sabahında»)
«Könüllərdə cücərəsən, ay çiçək».

(«Çiçək»);

- kimi arzularla yaşayan,
«Qarışqadan ibrət götür,
Halal qazan, halal gətir».


«Söz var sahibindən əvvəl gordadır,
Söz var ondan alır zirvə dözümü»,


- kimi aforizmik aksiomalar söyləyən,

«Əvvəl dərinlikdən başlar ucalıq,
Hələ ümmanlara yetəsiyəm mən.
Dərinlik təkindən şeirlərimə
Zirvə vəsiqəsi alasıyam mən».


- kimi qarşısına məqsəd qoyan və öz məqsədinə doğru yo­rulmadan irəliləyən şair şeirlərindən birində «Şair tək doğuldum», bir az sonra başqa bir şeirində «Balaca bir şeir qitəsiyəm mən!», - söyləyir.

Bəli, Ə.Səngərli şeir qitəsidir. Tənqidçi Süleyman Süley­man­lının dili ilə desək, «Əli Səngərli qələmə aldığı şeiri poetik ümumiləşdirmə səviyyəsinə qaldırmağı bacaran, yeni söz, yeni fi­kir söyləməyə səy göstərən, təkrardan, ritorikadan qaçan şairdir».

Əli Səngərli həm də gözəl tərcüməçidir. O, hələ 1960-cı ildə gürcü şairi Akaki Seretelinin «Əmək nəğməsi», «Bahar» şeirlərini tərcümə edib «Sovet Gürcüstanı» qəze­tində dərc etdirmişdir.
Şair-tərcüməçi Əli Səngərli professor Pənah Xəlilovun tərtib etdiyi «SSRİ xalqları ədəbiyyatı müntəxəbatı» (Bakı, 1956) kitabındakı bir sıra tərcümələri - Qafur Qulamın «Türksib yollarında», Lesya Ukrainkanın «Ümid», «Dostlar», «Məhv olmadı göy yarpaqlar», «Qızıl göyəmlər» şeir­lərini və Əli Sultanlının tərtib etdiyi «Roma ədəbiyyatı müntəxə­batı» (Ba­kı, 1959) kitabındakı Publi Vergili Maronun «Melebey, Ti­ter», «Lüssi Anney Se­ne­kanın «Fedra» əsərlərini isə hələ tələbəlik illərində ana dilimizə çevirmişdir.
Oxucular Əli Sən­gər­linin tərcüməsində neçə-neçə gürcü şairinin əsər­lərinin tərcü­mə­sini də böyük maraqla oxumuşlar…

Süzülür qələmdən söz axın-axın,
Şeirdir ruhuna yaxından yaxın.
İlhamdan yoğrulmuş misraya baxın,
Çeşmə yatağında lillənərmi heç?
İlhamı qaynayan göllənərmi heç?


Şair yazır-yaradır, biz də ona cansağlığı diləyir, ondan yeni-yeni şeirlə­rini gözləyirik.
Şair özü demişkən:

«Ölüm nədir, kül ələyim gözünə…
Tez-tez onu yada salıb əsəsən.
Yazıq-yazıq baxıb dünya üzünə,
Yaşamaqdan, yaratmaqdan bezəsən.
Qarşı gəlsə sənə harda o idbar,
De ki, hələ görüləsi işim var.
Mahnı oxu, zümzümə çal, odun yar,
Qulaq vermə «gözləyirəm» desə, sən…»


…Borçalıda bir qitə var. Şeir qitəsi!.. Borçalıda elə bir oxucu, poeziya hə­vəskarı tapmaq çətindir ki, o bu şeir qi­təsinin havasını udub, günəşindən isinməmiş, suyundan içməmiş ol­sun… Doğrudur, qədimdən saz-söz beşiyi olan ağır elli Borçalıda istedadlı şairlər çoxdur… Amma Əli Sən­gər­li öz səsi və öz nəfəsi ilə seçilir. Lirik şeirləri ilə neçə-ne­çə ürəklərə yol tapıb, kö­nül­ləri oxşayır Əli Səngərli.. .

Müşfiq BORÇALI.
«Sovet Gürcüstanı» qəzeti, 1990;
«Gənc müəllim» qəzeti, 1991;


(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.94-98.)


===========================

P.S.: Əli Səngərli 2009-cu ildə vəfat etmişdir. Allah rəhmət eləsin!...

===========================

AĞLIMA ŞƏLƏNLƏR...

“Çağdaş Borçalı ədəbi məktəbi”
kitabının müəllifi Müşfiq Çobanlıya


Ağlıma gələnlər başıma gəlib,
Başıma gələnlər xoşuma gəlib.
Bu qoca yaşımda ruhum gəncləşib,
Baharım qayıdıb qışıma gəlib...

Məni yada salıb Müşfiq Çobanlı,
Təzə bir kitabı qarşıma gəlib.
Sanki yuxu imiş cavan Səngərli,
İllər arxasından tuşuma gəlib.

Əli SƏNGƏRLİ,
12.04.1995.
(Bax: Əli Səngərli. Uzaqlarda qalan dünyam. Bakı, “Nurlan”, 2008, səh.76.)


"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011.


.]]>
Müşviq BORÇALI Tue, 27 Feb 2018 18:26:45 +0000
İsmayıl Güllər: FAXRALININ TORPAĞIDI BU YERLƏR... https://turan.info.az/gurcustan/bolnisi/1921-smayl-gllr-faxralinin-torpaidi-bu-yerlr.html https://turan.info.az/gurcustan/bolnisi/1921-smayl-gllr-faxralinin-torpaidi-bu-yerlr.html İsmayıl Güllər: FAXRALININ TORPAĞIDI BU YERLƏR... İsmayıl Güllər (Hüseynoğlu) -
1914-cü ildə qədim Borçalı mahalının Bolus (indiki Gürcüstanın Bolnisi) rayonundakı Faxralı kəndində anadan olmuşdur.
Tiflisdəki İkiillik Müəllimlər İnstitutunu bitirmişdir.
Uzun müddət Faxralı kənd orta məktəbində müəllim işləyib.
Bütün ömrünü, daha doğrusu, ömrünün əlli ilindən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib.
Aşıq sənətinin xiridarı, folklorumuzun, xüsusulə də xalq dastanlarımızın mükəmməl bilicilərindən olan qoca­man müəllim İsmayıl Güllər Borçalı mahalında həm də istedadlı və gözəl təbli el şairi kimi də tanınmış və böyük hörmət qazanmışdır.
Sinəsi Qurbanidən üzü bəri gör­kəm­li el sənətkarlarının nadir söz inciləri ilə dolu idi.


İsmayıl Güllər (Hüseynoğlu) 1914-cü ildə Borçalı qəzasının Faxralı kən­­­dində anadan olub. Uzun müddət Faxralı kənd orta məktəbində müəllim işləyib.
İsmayıl müəllim aşıq sənətinin xiridarı və istedadlı folklor bilicisi idi. Sinəsi Qurbanidən üzü bəri gör­kəm­li el sənətkarlarının nadir söz inciləri ilə dolu idi. Bütün ömrünü gənclərin tərbiyəsinə həsr etmiş qoca­man müəllim el arasında gözəl təbli şair kimi də hör­mət qaza­nmışdır. Onun qoşma və gəray­lı­larına Borçalı aşıqlarının ifasında tez-tez rast gəlmək olar. Təəssüf ki, həmişə xoş məramlı, şux əhval-ruhiyyəli şeirlər yazan el ağsaqqalını ömrü­nün piranə çağında üz­ləş­­diyi milli münaqi­şələr daha da çox kədərlən­dir­miş­dir.
Xüsusən də \\\\Azərbaycanın tarixi torpaqlarında tökülən qanlar, erməni millətəçilərinin xalqımıza qarşı xəyanəti azmış kimi, gürcü millətçilərinin son illərdə onlarla Azərbaycan kəndlərinin tarixi adlarını dəyiş­dirməsi onu bir an da olsun rahat buraxmırdı.
Qonşuların bu dönüklüyündən və millətçilik mərə­zindən qəzəblənən İsmayıl müəllim etiraz sə­sini ucaldaraq Faxralı kəndinin, eləcə də Borçalı mahalı­nın bir yanı Türkiyə sərhədlə­rindən - Qa­ra­xac yay­laq­larından başla­yan dağları, dərələri, yurd yerlərini, yayda yay­laqlarını, qışda qışlaq­larını, bir-birindən səfalı, bir-birindən gözəl düşər­gə­lə­rini nəzmə çəkmiş, «Hey­dərbaba» səpki­sində 100 bənddən ibarət salnamə yarat­mışdır. İsmayıl Gül­lə­rin ürək yanğısı ilə nəzmə çəkdiyi coğrafi adların bir qismini ixtisarla Hüseynqulu Məmmədli «Oğuz eli» qəzeti vasitəsilə oxucu­lara təqdim et­mişdir.
Biz də həmin şeirdən bir parçanı sizlərə ərməğan edirik, əziz oxu­cu­la­rımız!
FAXRALININ TORPAĞIDI BU YERLƏR
FAXRALININ TORPAĞIDI BU YERLƏR

Yataqdağı, Böyükburun, Altıdaş,
Keçlidərə, Taxtalara ayaq-baş,
Püştüdən en Korbulaqda süfrə aç,
Faxralının torpağıdır, bu yerlər.

Bir tarixdi Alqulunun dərəsi,
Keçilməzdi Tərspöhrənin pöhrəsi,
Yaylım təpə, Əlləzin ov bərəsi,
Faxralının torpağıdır, bu yerlər.


Micnədaşı, Yolayrıcı nişandı,
Boluskəzdən Mığırlıya aşandı.
Şairləri şeir, dastan qoşandı,
Faxralının torpağıdır, bu yerlər.

Kolluquzey, Sarıgəzdək, Tildağı,
Mırıqmağara , Əzməliyin bir yanı,
Salah dərə heyran edir insanı,
Faxralının torpağıdır, bu yerlər.

Palıtlıdı cüyürlərin ovlağı,
Böyükgüney, Daşkəsənin dayağı,\
Yazda qaynar Ballıdərə bulağı,
Faxralının torpağıdır, bu yerlər.

Aşıq Şennik burda demiş dastanı,
Əbəs deyil, sözlərinin var canı,
Qaça-qaça Musa vurub ceyranı,
Faxralının torpağıdı, bu yerlər.

Damqayada daldalanıb yatmışam,
Göyboyunda çöl ocağı çatmışam,
Yastıyalda, nişan qoyub atmışam,
Faxralının torpağıdı, bu yerlər.

Cürgəlidən Qatarlara yol aşır,
Mülkümdərə , Mehdiyalı dolaşır,
Qoruqtala, Novlu ilə yanaşır,
Faxralının torpağıdı, bu yerlər.

Sarıbulaq, Saxundurda ad olub,
Hər kəs içib dahanında dad olub,
Kömüryanan sinəsində od olub,
Faxralının torpağıdı, bu yerlər.

Dəyəyerin, çətingüney, Qarayal,
Göy kilsədən kim danışar bir əhval?
Yadigardı daşlar durur salba-sal,
Faxralının torpağıdı, bu yerlər.

Buruntala, Yalmaşqanı, Qara su,
Nəziksudan axıb gəlir hara su?

Köllü gəzdək mülkümüzün arası,
Faxralının torpağıdı, bu yerlər.

Daşa-daşa bəzək verib yaradan,\
Yalovutu kim götürər aradan,
Kordərəni seçmək olmaz sıradan,
Faxralının torpağıdı, bu yerlər.

Ambarbulaq, Qaraqaya, Çalğılı,
Qaramalı qamış kimi qarğılı,
Orta gəzdək min suallı sorğulu,
Faxralının torpağıdı, bu yerlər.

Xəmmətlidi Koxalının binəsi,
Günəş tutur Ağ günöyün sinəsi,
Əl çatmazdı uca Səngər zirvəsi,
Faxralının torpağıdı, bu yerlər.

Ağ kilsənin naxışlıdı daşları,
Daşkilsənin bəlli deyil yaşları,
Hamar deyil Blankanın döşləri,
Faxralının torpağıdı, bu yerlər.

Gavkeçiddən Bozboyuna çıxarsan,
Kələşoğlu qayasına baxarsan,
Daşlıyolda sürüşərsən, axarsan,
Faxralının torpağıdı, bu yerlər.

Daşdıdərə, Dərinboyun, Yataxlı,
Hərüçdə bir-birindən çataxlı,
Həm aşağı, həm yuxarı papaxlı,
Faxralının torpağıdı, bu yerlər.

Bu adları bacardıqca izlədim,
Xırım-xırda, kol-kosuna girmədim.
Deyin görək, hara qaldı bilmədim,
Faxralının torpağıdı, bu yerlər.
«Oğuz eli» qəzeti.]]>
Müşviq BORÇALI Tue, 27 Feb 2018 18:26:07 +0000
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ https://turan.info.az/gurcustan/pushkinciler/2389-mdd-obanov-v-onomalogya-msllr.html https://turan.info.az/gurcustan/pushkinciler/2389-mdd-obanov-v-onomalogya-msllr.html MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ
Azərbaycan elm və mədəniyyəti tarixində bir neçə sahə üzrə çalışan və onların hər birində uğurlar qazanan görkəmli şəxsiyyətlər çox olub. Müasir dövrdə də ensiklopedik bilik sahibi olan, fəaliyyət dairəsi zənginliyi ilə fərqlənən şəxsiyyətlərimiz az deyil. Belə simalardan biri də alim, müəllim, publisist və tərcüməçi kimi ən azı türk dünyası və MDB məkanında tanınan, əsərləri Azərbaycan, türk, özbək, qazax, qırğız, rus, gürcü, erməni və digər dillərdə çap olunan professor Mədəd Çobanovdur. O hansı sahədə çalışmasından və yazmasından asılı olmayaraq, türk böyüklüyünü, türk qüdrətini, onun zəngin olan dili, tarixi və etnoqrafiyasını həmişə diqqət mərkəzində saxlayıb. Bu cəhət müəllifin çap olunmuş 50 kitabı, 100-dən çox elmi məqaləsi, 250-dən çox publisist yazısı və s. əsərlərində özünü qabarıq şəkildə göstərir.
Mədəd Çobanov müəllimlikdən professor vəzifəsinə qədər yüksəlib. Gürcüstan Respublikasının Darbaz kənd orta məktəbində müəllim, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda dosent vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiridir. Mədəd Çobanov müəllimlə alimliyi, nəzəriyyə ilə praktikanı sintez edə bilən tədqiqatçılarımızdandır. Burada təkcə bir məsələni qeyd edək ki, görkəmli alimin hərbi məktəbdə bir professor, həm də kafedra müdiri vəzifəsində çalışması onu qədim türk hərb sənəti ilə bağlı yazılar yazmağa sövq edib. Onun Müşfiq Çobanlı ilə birlikdə çap etdirdiyi “Dədə Qorqud dünyasına səyahətdən parçalar” (Bakı, 1998) adlı monoqrafiyanın II hissəsindəki “Qalın Oğuz eli və hərb sənəti”, “Qalın Oğuz igidləri və onların döyüş taktikası”, “Qalın Oğuz eli və hərbi marşlar” və s. kimi bölmələr də dediklərimizi təsdiqləyir.
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində bir neçə istiqamət üzrə tədqiqat aparan alimlərin sırasında Mədəd Çobanovun xüsusi yeri var. Müəllifin antronimiya, toponimiya, dialektologiya, leksikoqrafiya və digər sahələr üzrə çap etdirdiyi çoxsaylı məqalə, monoqrafiya və lüğətləri sanbalına, yüksək elmi dəyərinə görə bu gün mütəxəssislər tərəfindən razılıqla qarşılanır, onlara bir mənbə kimi istinad olunur. Heç şübhəsiz ki, sonrakı yüzilliklərdə də belə olacaqdır.
Antroponimika problemləri Mədəd Çobanovun ən çox müraciət etdiyi mövzulardandır. Müəllifin “Azərbaycan şəxs adları” (1981), “Azərbaycan antroponimiyasının əsasları” (1983), “Familiya, təxəllüs” (1987), “Azərbaycan antropaniyasının əsasları” (1998) kimi monoqrafiyaları, onlarca məqaləsi, həmçinin 1992-ci ildə müdafiə etdiyi “Azərbaycan antroponimikasının əsasları” adlı doktorluq dissertasiyası da onun Azərbaycan antroponimlərinin tədqiqinə xüsusi maraq göstərdiyini sübut edir. Məhz həmin əsərlərə görə Mədəd Çobanovun adı türkologiyada N.A.Baskakov, E.Beqmatov, N.Qarbova, T.Jamzakov kimi, Azərbaycan dilçiliyində A.Qurbanov, M.Adilov, H.Əliyev kimi alimlərlə bir sırada çəkilir.
M.Çobanov antroponimikanı onomologiyanın tədqiqat obyekti, sahələri və növlərinə də diqqət yetirir. Belə ki, müəllif onomalogiyanın tədqiqat obyektində xüsusi adların mənbəyi, yayılma dərəcəsi, predmətə uyğunluğu, üslubi imkanları və s. məsələlərin əsas olduğunu qeyd edir, onomalogiyanın antroponimika, toponimika, kosmonimika kimi sahələrindən bəhs edir, onomalogiyanın xüsusi və ümumi olmaqla 2 yerə bölünməsini ümumi dilçilik prizmasından şərh edir. Bu da onu göstərir ki, müəllif Azərbaycan antroponimlərinin diaxronik və sinxronik istiqamətdə təhlili üçün bir növ zəmin hazırlayır, təhlilin məhz həmin müstəvidə aparılmasını məqbul hesab edir. Digər tərəfdən, Mədəd Çobanov Azərbaycan antronimik vahidlərinin tədqiqi tarixini sistemli şəkildə işləyərkən V.A.Qordlevski, A.N.Samoyloviç, A.Qurbanov, M.Adilov, Z.Sadıqov və başqalarının araşdırmalarına münasibət bildiirir, antroponimlərlə bağlı öyrənilməyən və ya tədqiqat obyekti kimi görülməyən problemləri dəqiqləşdirir. Belə bir metoddan istifadə isə müəllifə antroponimlərə aid ən incə detallara belə aydınlıq gətirməyə imkan verib.
Azərbaycan antroponimlərinin inkişaf tarixinə müxtəlif prizmalardan yanaşıldığını, antroponimlərin inkişaf mərhələsinə dair bir neçə fikrin irəli sürüldüyünü əsas götürən müəllif özünə qədərki araşdırmaları ümumiləşdirərək aşağıdakı sistemi təqdim edir:
Antroponimlərin inkişaf tarixi: qədim antroponimlər, atroponimlər orta əsrlərdə (XIII-XIX əsr), müasir antroponimlər (antroponimlər 1920-ci ilə illərdə)
Araşdırmalar göstərir ki, müəllifin təqdim etdiyi bölgü elmi, həm də məntiqi baxımdan düzgündür. Digər tərəfdən, Mədəd Çobanov həmin dövrlər və ya mərhələlər üçün səciyyəvi olan antroponimik vahidləri dəqiqləşdirib. Məsələn, Alp, Qazan, Tanqrıstan, Ağvuqi, Arslan kimi antroponimlərin XII əsrə qədərki Azərbaycan antroponimləri baxımından xarakterik olması müəyyənləşdirilib. Yaxud Allahverdi, Ağası, Mədəd, Bəsdi, Güllü kimi antroponimlərin XVII- XIX əsrlər üçün səciyyəvi olması əsaslandırılıb.
Mədəd Çobanov xalqımızın tarixi, mədəniyyəti, etnoqrafiyası və dünyagörüşü ilə bağlı olan, milli etiket funksiyasını yerinə yetirən antroponimləri geniş şəkildə tədqiq edib. Məsələn, şəxsin ata adı ilə tanınmasından bəhs edərkən fikri təsdiq etmək üçün “Kitabi-Dədə Qorqud”a müraciət edib. (Qatğan oğlu Bayndur, Dərsə xanın oğlu Buğac) Deməli, müəllif antroponimik vahidlərə, həmçinin onlara aid müxtəlif tipli modellərə tarixi-linqvistik prizmadan yanaşıb.
Mədəd Çobanovun tədqiqatlarında “Azərbaycan antroponimlərinin sistemi” mövzusu xüsusi yer tutur. Müəllif ata adı və familiyaları əsas ad kateqoriyaları sistemində araşdırarkən problemə diaxronik, xüsusən də sinxronik prizmadan yanaşıb. Kişi və qadın adları əsasında yaranan, həmçinin kökü şəxs adı kimi izlənməyən sözlər əsasında düzələn familiyalar ilk dəfə olaraq M.Çobanovun yaradıcılığında geniş və sistemli şəkildə linqivistik tədqiqata cəlb olunub.
Köməkçi ad kateqoriyaları sisteminə daxil olan təxəllüslərin yaranma tarixi, izlənmə tezliyi, mənşəyi və arealını sistemli şəkildə araşdıran müəllif bu qənaətə gəlir ki, toponim, etnonim, zoonim, hidronim və kosmonimlər, həmçinin ümumişlək sözlər əsasında düzələn təxəllüslər rəngarəng və maraqlı xüsusiyyətlərinə görə Azərbaycan mədəniyyətinin ən nadir inciləri hesab oluna bilər.
M.Çobanov ləqəblərin köməkçi ad kateqoriyaları sistemindəki yerini dəqiqləşdirməklə bərabər, onların fərdi-şəxsi, ailəvi-nəsli və məhəlli-kollektiv kimi növlərini də araşdırıb.
Antroponimlərin semantik qruplarına xüsusi diqqət yetirən M.Çobanov Azərbaycan antroponimlərinin məna qruplarını dəqiqləşdirərkən ən kiçik detalları belə nəzərdən qaçırmayıb. Müəllif toponim, etnonim, hidronim, zoonim və kosmonimlər, eyni zamanda silah adları əsasında düzələn antroponimləri geniş şəkildə təhlil etmişdir. Antroponimlərin semantikası ilə bağlı fikri təsdiq üçün bədii ədəbiyyat nümunələrinə istinad etmə, Mədəd Çobanovun tədqiqatlarında aparıcı mövqedədir. Qılınc, Kaman, Sadaq kimi atroponimləri “Kitabi -Dədə Qorqud” dastanındakı “Oğuz zamanında bir yigid ki, evlənsə ox atardı...” cümləsi və “sadaği tər, oxu tər” misrası ilə başlanan bayatı ilə əlaqələndirilib.
Türkologiyada ən az öyrənilən məsələlərdən biri də antroponimik hadisələrdir. Bu mövzu M.Çobanovun antroponimikaya dair əsərlərində təhlil süzgəcindən keçirilmiş, onların ən səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir. Müəllif antroponimik hadisələrin müştərək (ortaqlı), polinim, palindramik və abbreviatur kimi məna qruplarını konkret faktorlarla əsaslandırıb. Məsələn, müştərək antroponimlər (Həsrət, Şirin, İntizar...), polinim antroponimlər (Balaxanım-Xanbaba,Aygün-Günay...), abbreviatur antroponimlər (Q-əli-Qurbanəli, İ-Xəlil-İbrahimxəlil...)
Antroponimlərin orfoqrayiası, poetik onomastika və s. kimi məsələlər də M.Çobanovun diqqətindən yayınmayıb. Belə ki, müəllif onların hər birini konkret fəsil və bölmələr üzrə sistemli şəkildə araşdırıb. Burada bircə faktı qeyd etmək kifayətdir ki, M.Çobanov antroponimlərin orfoqrafiyası ilə bağlı 39 maddə və 12 yarımmaddə müəyyənləşdirib. Bu da müəllifin dil hadisələrinə adi bir müşahidəçi kimi yox, zərgər dəqiqliyilə yanaşdığını təsdiqləyir.
M.Çobanov Azərbaycan antroponimlərini türk xalqları antroponimləri konteksində tədqiq edən alimlərimizdəndir. Məsələn, müəllif müştərək adlardan bəhs edərkən yazır: ”...qazaxların antronimiyasında ənənə ilə bağlı olaraq yaranan adlara rast gəlmək olur. Adqoyma mərasimində ən çox qız olan ailələrdə oğlana qız adlları qoyurlar. Məsələn: qıza Altay, Bolat, (Polad, Yanıl (Yonıl),Yanılxan, (Yanılxan) kimi adlar vermiş və onları oğlan kimi tərbiyə etmişlər...” Yaxud M.Çobanovun araşdırmalarından məlum olur ki, Bəxtiyar adı özbək, qırğız və qazax antroponikası baxımından da səciyyəvidir.
Professor M.Çobanovun opomastikaya dair tədqiqləri təkcə antroponimika ilə yekunlaşmır. Belə ki, müəllifin yaradıcılığında toponimik vahidlərin linqvistik prizmadan təhlili də xüsusi yer tutur. Mədəd Çobanovun toponimlərlə bağlı onlarca məqaləsi, həmçinin, Müşfiq Çobanlı ilə birlikdə çap etdirdiyi “Borçalı toponimləri” (Bakı, 1996) kitabı ziyalılara və geniş oxucu kütləsinə çoxdan tanışdır.
“Borçalı toponimləri” kitabında ilk dəfə olaraq “Moksevai Kartlisa” və “İstorii Alvan” kimi mənbələrə istinadən Gürcüstanda türk (Azərbaycan) köklü qəbilə və tayfaların məskunlaşma tarixi dəqiqləşdirilir, Borçalı bölgəsinin qədim türk yurdu olması inkaredilməz faktorlarla əsaslandırılır. “Borçalı” toponiminin “qurdlar təpəsi” mənasında olması da həmin müstəvidə izah edilir.
“Borçalı toponimləri” kitabının “Dədəm Qorqud dünyası ilə səsləşən Borçalı toponimləri” bölməsində Baydar, Bəytəkər, Sarvan, Ulaşlı, Qızlar bulağı kimi toponimik vahidlərin “Kitabi-Dədə Qorqud”dakı yer-yurd adları ilə səslənməsindən, qədim türk tarixi, dili və etnoqrafiyasının daha dərindən öyrənilməsində həmin vahidlərin xüsusi əhəmiyyət kəsb etməsindən bəhs edilir.
Həmin kitabda ilk dəfə olaraq Gürcüstandakı türk köklü oykonimlər tarixi onomastika prizmasından təhlilə cəlb edilir və onların 5 əsas qrupu dəqiqləşdirilir. Qədim oykonimlər, qədim və müasir oykonimlər, müasir oykonimlər, hibrid oykonimlər, təkrar və ya bir neçə variantlı oykonimlər. Bu qrupların hər biri konkret dil faktları ilə əsaslandırılıb.
Məsələn, Azərbaycan xalqının etnogenezində yaxından iştirak edən, türk mənşəli qəbilə və tayfa adları əsasında yaranan Aziki (Azlar), Qanlı, Qazan, Qıpçaq, Hunlar, Qaramanlı kimi vahidlər qədim oykonimlər sistemində tədqiq edilib.
Borçalı toponimlərinin semantikasını, xüsusən də semantik qruplarını sistemli şəkildə təhlilə cəlb edən də Mədəd Çobanovdur. (Müşfiq Çobanlı ilə birlikdə) Həmin bölmədə antroponimlər (Bəylər, Qasımlı, Səfərli...), etnotoponimlər (Quşçu, Ulaşlı, Türklər...), hidrotoponimlər (Qarabulaq,Qırxbulaq, Südbulaq...), zootoponimlər (Ayıtalası, Danaqıran, Leyləkuçan, Canavarlı...), fitotoponimlər (Armudlu, Qamışlı, Zoğallı, Vələsli, Palıdlı...), memuar-xatirə-toponimlər (Sabirkənd, Səməd Vurğun küçəsi, Nərimanov prospekti, Vazeh döngəsi...), kosmotoponimlər (Ayorta, Güney, Gündoğan...) sinxronik istiqamətlərdə təhlil edilir.
“Borçalı toponimləri haqqında qısa oçerklər” bəhs etdiyimiz kitabın ən əsas bölməsi hesab oluna bilər. Birincisi, ona görə ki, həmin bölmədə Orxan-Yenisey abidələri və “Kitabi-Dədə Qorqud” dastanı ilə səsləşən Azgəyliyən, Kaspi, Sadaqlı, Kəpənəkçi və s. kimi toponimlərin yaranma tarixi barədə geniş məlumat verilir. İkincisi, toponimik vahidlərin hər biri tarixi-linvistik prizmadan təhlil edildiyi üçün arxaik apelyativli toponimlərin səciyyəvi cəhətləri asanlıqla anlaşılır. Məsələn, Qarayazı, (böyük çöl), Qaracala (böyük çala,), Sadaqlı (Sadaq-ox qabı), Tüllər (tülü - tolu tayfa adı) və s.
Bu cür faktlar isə “Borçalı toponimləri” kitabında onlarca toponimik vahidin etimoloji izahının verildiyini təsdiqləyir.
Bu kiçik yazıda prof. Mədəd Çobanovun onomologiya ilə bağlı olan tədqiqatlarının az bir hissəsini, amma ən mühüm cəhətlərini əhatə etməyə çalışdım.
Nəhayət, görkəmli dilçi-alim, tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Əzizxan TANRIVERDİ,
ADPU-nun Azərbaycan dilinin tədrisi metodikası
kafedrasının müdiri, flologiya elmləri doktoru, professor.

“Şərqin səsi” qəzeti, ¹ 03 (198), fevral, 2007;
“Hakimiyyət və gələcək” qəzeti, ¹ 06 (146),
04 aprel 2007.]]>
Müşviq BORÇALI Tue, 27 Feb 2018 18:20:52 +0000
ŞAİR İLADİ ÖMƏROĞLU https://turan.info.az/gurcustan/baskecid/772-ar-lad-mrolu.html https://turan.info.az/gurcustan/baskecid/772-ar-lad-mrolu.html ŞAİR  İLADİ  ÖMƏROĞLUŞair İladi Ömər oğlu Orucov 1948-ci ildə Ulu Borçalıda, Başkeçid rayonunun Qızılkilsə (Dəmirçi Həsənli) kəndində anadan olmuşdur. O, 1966-ci ildə Qızılkilsə kənd orta məktəbini bitirmiş və Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1971-ci ildə təhsilini başa vurub Borçalıya qayıtmışdır. İladi Öməroğlu öz ixtisası üzrə bir neçə məsul vəzifələrdə çalışmışdır.]]> Müşviq BORÇALI Wed, 21 Feb 2018 01:22:32 +0000 XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİNƏ BAŞLAYIB https://turan.info.az/fond/3483-xeyryy-fondu-br-qrup-taninmi-alm-ar-v-yaziinin-ktablarinin-nrn-balayib.html https://turan.info.az/fond/3483-xeyryy-fondu-br-qrup-taninmi-alm-ar-v-yaziinin-ktablarinin-nrn-balayib.html XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİNƏ BAŞLAYIB
XEYİRLİ OLSUN!..

2018-ci il yanvarın 22-də
Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi
yardım gös­tərmək
məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun
Üçüncü iclası keçirilib.


Bu barədə mətbuata Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib.
O, bildirib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC,
“Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (turan.info.az) və “Zirvə” (Zirve.info)
İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında
əsas məqsəd Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə,
tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.

Fondun hələ 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk təsis iclasında
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə, mətbuat orqanlarına yardım etmək,
Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq,
“Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək,
qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq,
şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək,
ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə,
el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı
Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. qərara alınmışdı.

Həmin qərara əsasən Fond artıq professor Mədəd Çobanovun 10 cildlik "SEÇİLMİŞ ƏSƏRLƏR"inin, eləcə də, əslən Borçalıdan olan digər alimlərin, şair və yazıçıların əsərlərinin nəşrinə başlayıb.
Yaxın günlərdə tanınmış Borçalışünas alim, görkəmli tədqiqatçı, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin "19-cu Yüzil Azərbaycan Gürcü Teatr ülfəti",
tanınmış tədqiqatçı, dilçi-alim, folklorşünas professor Mahmud Kamaloğlunun "Aşıq Sadıq", Dr.prof. Mədəd Çobanovla Dr. Müşfiq Çobanlının həmmüəllif olduğu "Sözün ucalığı: şair, yazıçı, publisist, alim..." (Əli Rza Xələfli haqqında), eləcə də istedadlı şair Allahverdi Təhləlilin tərcüməsində Besiki Amaraulinin "Xoşbəxlik anı"

Fondun icraçı direktoru M.Borçalı həmçinin, onu da bildirib ki,
Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində), eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali müəssisələrində təhsil alan
5 nəfər tələbə“Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və
ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilməsi nəzərdə tutulmşdu.

Bildiyiniz kimi, Fondun 2017-ci il dekabrın 26-da keçirilmiş ikinci iclasında

Fondun Fəxri sədri, Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik Möhsün Nağısoylu,

Fondun Mükafat Komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
Millət vəkili, akademik Nizami Cəfərov

tanınmış ictimai xadim Güləhməd Qəribov

“2017-ci il iyunun 12-də Azərbaycanda Atatürk Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyinə həsr olunmuş
Elmi Sessiyanın yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə”;


Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev,
Gürcüstan Azərbaycanlı Jurnalustlər Birliyinin sədri Nizami Məmmədzadə,
və professor Mahmud Kamaloğlu (Hacıxəlilov)


"2017-ci il avqustun 22-də Gürcüstanın Marneuli şəhərindəki
"Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illiyinə həsr olunmuş
Yubiley tədbirinin yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə";


Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov


“2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində (GAK)
böyük alim, tanınmış tədqiqatçı, görkəmli dilçi-türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki, filologya elmləri doktoru,
professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubleyi ilə
bağlı təntənəli tədbirin keçirilməsində göstərdiyi xidmətlərə görə”;


Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin direktoru Müseyib Qənbərov,
və həmin məktəbin direktor müavini Raqif Əhmədov


“2017-ci il oktyabrın 2-də Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbində
müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi,
Nyu-York Elmlər Akademiyasının akademiki, görkəmli dilçi və türkoloq alim,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının
80 illik yubileyinin yüksək səviyyədə təşkilinə görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
İdarə Heyətinin FƏXRİ FƏRMANI
ilə;


Eləcə dəBorçalı və Borçalıların təbliğində
xüsusi xidmətlərinə görə bir qrup şəxs, o cümlədən,

turan.info.az saytının əməkdaşı Firəngiz xanım İbadova
“Sosial şəbəkələrdə Borçalının və Borçalıların təbliğində göstərdiyi xidmətlərinə görə”;

"Borçalı" nəşriyyatının ədəbi redaktoru İlyas Əfəndi Vəfalı
"Dədəmiz Dədə Mədəd" şeirinə və eləcə də, Borçalının və Borçalıların təbliğində
göstərdiyi xidmətlərinə görə”;


'Ziya" qəzetinin əməkdaşı, "Borçalı" nəşriyyatının və turan.info.az saytının texniki redaktoru Etibar Ovçuyev
“Borçalının və Borçaləların təbliğində gösrərdiyi xüsusi xidmətlərinə görə”


“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ DİPLOM” “PUL MÜKAFATI” ilə
təltif olunmuşlar.


Eyni zamanda, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun Təqaüd Komitəsinin
qərarına əsasən ilk iclasda 5 nəfər tələbəyə təqaüdün verilməsi nəzərdə tutulsa da,
müraciətlərin çoxluğunu nəzərə alaraq, onların sayı artırılmış və 10 nəfər tələbə, o cümlədən,

BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Müşfiq qızı Mədədli (Darvaz),
BDU-nun fililogiya fakültəsinin II kurs tələbəsi Elida Muxayeva (Baydar),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
IV kurs tələbəsi Aytac Hüseyn qızı İsmayılova (Faxralı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
lV kurs tələbəsi Aytac Elxan qızı Nurməmmədova (Sadaxlı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
III kurs tələbəsi Aytəkin Rakif qızı Yusifli (Bolnisi),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
I kurs tələbəsi Jalə Məzahir qızı Nəbiyeva (Dağ-Arxlı),
Tbilisi Dövlət Tibb Universitetinin tələbələri
Tural və Toğrul Rəsulovlar (Qaraçop-Qarayazı),
Tbilisi Dövlət Universitetinin I kurs tələbəsi
Yaşar Akif oğlu Əsgərov (Qaracalar)

Tbilisi İlia adına Dövlət Universitetinin lV kurs tələbəsi
Elməddin Şahvələd oğlu Məmmədov (Darbaz)

“Təhsildə əldə etdiyi nailiyyətlərə və respublikanın ictimai həyatında fəal iştirakına görə”;

eləcə də, Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin 5 nəfər şagirdi -
Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyevİntizam Məmmədov

“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunmuşdular.



REDAKSİYADAN:

Biz də turan.info.az-ın yaradıcı heyəti və çox saylı izləyiciləri adından
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YARANAN YENİ FONDa
gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı, dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor Mədəd Çobanova uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

turan.info.az


.]]>
Müşviq BORÇALI Mon, 22 Jan 2018 18:19:21 +0000
"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU" https://turan.info.az/fond/3453-professor-mdd-obanov-adina-xeyryy-fondu.html https://turan.info.az/fond/3453-professor-mdd-obanov-adina-xeyryy-fondu.html "PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU" Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi
yardım gös­tərmək
məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”



Mədəniyyət Komitəsinin sədri - Mədəniyyət məsələləri üzrə müşavir - Musa Nəbioğlu, ;

İncəsənət..... Nazilə Səfərli


Elm -
Onomastika Nəbi Əsgərov

Təhsil - Abay Paşayev
Hüquq - Nazim Musayev
Ədəbi əlaqələr Mirzə Maşov
Tərcümə Allahverdi Təkləli
Ədəbiyyat -
Poeziya - Rafiq Hümmət
Nəsr -
Dramaturgiya İftixar Piriyev
Xeyriyyəçilik Maya Rəcəbova
Qadınlar Komitəsinin
Gənclər komitəsi

Aparatın rəhbəri Asif Ozan
"Qara arxac" elmi-publisistik məcmuə

"Zirvə" Poeziya antologiyası
"Quyu bulaq" - gənc yazarların
"Yeni nəfəs" nəsr antologiyası


Qaraçöp Xeyirxəbərov
Qabal Yunis Novruz
Qaracalar -
Darvaz -

Moskva - Ziya Abbasov
Peterburq
Polşa - Hafiz Şabanov
Türkiyədə - Şürəddin Məmmədli
Qars Atatürk Universiteti Cengiz Alyılmaz
Cənubi Azərbaycan
Kərkük]]>
Müşviq BORÇALI Thu, 28 Dec 2017 22:48:13 +0000
"Ziya" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalıya https://turan.info.az/elm/diger-bolmeler/3562-zimaz-ziya-nformasiya-mrkzinin-rhbri-mfiq-boralya.html https://turan.info.az/elm/diger-bolmeler/3562-zimaz-ziya-nformasiya-mrkzinin-rhbri-mfiq-boralya.html "Ziya" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalıya Çox hörmətli Müşfiq müəllim!
"Ziya" Informasiya Mərkəzinin elektron resursları vasitəsilə məni böyük səmimiyyətlə təbrik etdiyinizə və haqqımda ətraflı məlumat yaydığınıza görə Sizə və kollektivinizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm!

Elm, təhsil və mədəniyyət sahələrinə fəaliyyətinizdə geniş yer verdiyiniz üçün "Ziya" İM-nin xəbərlərini ardıcıl izləyirəm.
Sizə bu yolda uğurlar arzulayıram!

Dərin hörmət və ehtiramla,

Əminağa Sadıqov
AMEA-nın müxbir üzvü]]>
Müşviq BORÇALI Wed, 27 Dec 2017 21:28:38 +0000
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİRDLƏRİ MÜKAFATLANDIRIB https://turan.info.az/fond/3449-xeyryy-fondu-br-qrup-taninmi-alm-zyalini-hmnn-tlb-v-agrdlr-mkafatlandirib.html https://turan.info.az/fond/3449-xeyryy-fondu-br-qrup-taninmi-alm-zyalini-hmnn-tlb-v-agrdlr-mkafatlandirib.html XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİRDLƏRİ MÜKAFATLANDIRIB Dekabrın 26-da
Gürcüstanda yaşayan soy­daş­larımıza
maddi və mənəvi yardım gös­tərmək
məqsədilə görkəmli Azərbay­can ali­mi, məşhur dilçi,
tanınmış türkoloq, zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər Akade­mi­yasının akademiki,
uzun müddət Azər­bay­can Ali Hərbi Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun ikinci iclası keçirilib.]]>
Müşviq BORÇALI Tue, 26 Dec 2017 21:37:52 +0000
Axundzadəşünaslığa daha bir dəyərli töhfə https://turan.info.az/yeni-neshrler/3362-axundzadnasla-daha-bir-dyrli-thf.html https://turan.info.az/yeni-neshrler/3362-axundzadnasla-daha-bir-dyrli-thf.html Axundzadəşünaslığa daha bir dəyərli töhfəƏdəbiyyatşünas alim Şahbaz Şamıoğlunun milli dramaturgiya, realist bədii nəsr, professional ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin banisi Mirzə Fətəli Axundzadəyə dair növbəti monoqrafiyası işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çap olunan “Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” monoqrafiyasının elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və filologiya elmləri doktoru Baba Babayevdir.

Monoqrafiyanın birinci fəslində böyük ədibin Tiflisdən başqa, Bakı, Təbriz, Tehran, Peterburq, Paris və Londondan olan müasirləri ilə ictimai-ədəbi əlaqələri araşdırılıb. Müvafiq faktoloji materialların bolluğunu və elmi-metodoloji tələbi əsas götürən müəllif M.F.Axundzadənin müasirləri ilə əlaqələrini iki istiqamətdə - yeni əlifba uğrunda mübarizə sahəsində və “Kəmalüddövlə məktubları”nın çapı ilə bağlı çalışmaları çərçivəsində araşdırıb. Əsər ədəbiyyatşünaslığımızda M.F.Axundzadənin müasirləri ilə əlaqələrinin araşdırılması sahəsində ilk monoqrafik tədqiqat kimi qiymətlidir.

Monoqrafiyanın II fəslində M.F.Axundzadənin bədii irsi – şeirləri, komediyaları və nəsr əsərləri təhlil edilib. Monoqrafiyada ilk dəfə yazıçının “Aldanmış kəvakib” povestindən əlavə, elmi-ədəbi ictimaiyyətə son illərdə məlum olan, müvafiq olaraq ərəb və fars dillərində qələmə alınan “Hekayə” və “Qəribə hekayə” (“Fəqəreyi-əcibə”) əsərləri təhlil olunub. Müəllif bu fəsildə, həmçinin, “Kəmalüddövlə məktubları”nın janrı və üsubu məsələsinə yeni mövqe nümayiş etdirib.

Qeyd edək ki, elmi ictimaiyyətin ixtiyarına verilən bu əsər Ş.Şamıoğlunun M.F.Axundzadəyə dair üçüncü monoqrafiyasıdır. Bundan əvvəl müəllifin “Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012), “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” (2016) əsərləri çap olunub. Ş.Şamıoğlu ümumilikdə 7 monoqrafiyanın, Azərbaycanda və xaricdə çap olunan 50-dən çox elmi məqalənin müəllifidir.]]>
Müşviq BORÇALI Tue, 05 Dec 2017 15:42:18 +0000
ZİRVƏ.İNFO https://turan.info.az/arxiv/3357-zrvnfo.html https://turan.info.az/arxiv/3357-zrvnfo.html ZİRVƏ.İNFO

Zirve.info]]>
Müşviq BORÇALI Mon, 04 Dec 2017 00:18:17 +0000
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." (AzTv) https://turan.info.az/arxiv/arxivzirveinfo/3352-mfiq-boralinn-soydalarmza-hdiyysi-dostun-evi-knllrdir-aztv.html https://turan.info.az/arxiv/arxivzirveinfo/3352-mfiq-boralinn-soydalarmza-hdiyysi-dostun-evi-knllrdir-aztv.html Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." (AzTv)]]> Müşviq BORÇALI Sun, 03 Dec 2017 21:49:27 +0000 Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." (AzTv) https://turan.info.az/arxiv/arxivzirveinfo/3351-mfiq-boralinn-soydalarmza-hdiyysi-dostun-evi-knllrdir-aztv.html https://turan.info.az/arxiv/arxivzirveinfo/3351-mfiq-boralinn-soydalarmza-hdiyysi-dostun-evi-knllrdir-aztv.html Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." (AzTv)]]> Müşviq BORÇALI Sun, 03 Dec 2017 21:46:05 +0000 AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!.. https://turan.info.az/gurcustan/bolnisi/2128-ad-gnn-mbark-elmar-by.html https://turan.info.az/gurcustan/bolnisi/2128-ad-gnn-mbark-elmar-by.html AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!..
TƏBRİK EDİRİK!..
Bu gün gənc və dəyərli dostumuz, hörmətli eloğlumuz, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elmar Həsənlinin Ad günüdür!..
36 yaşı tamam olur..

Elmar Bayramalı oğlu Həsənli (Həsənov) 2 dekabr 1981-ci ildə qədim Borçalı mahalənda (indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində - Gürcüstan Daxili İşlər Nazirliyinin kapitanı Bayramalı (Səyyad) Həsənovun ailəsində doğulub.
Uşaqlığı və erkən gəncliyi Faxralı kəndində keçib.
Milliyətcə Qarapapaq türküdür.
Borçalının Qıpçaq soylu qədim Hasanlı nəslindəndir.
Qıpçaq soylu Qarapapaq nəsli olan Hasanlı nəslinin nümayəndələri 1124-cü ildə Cənubi Qafqaz ərazisinə indiki Volqa-Don çöllərindən, Dəşti-Qıpçaqdan köç etmişlər və Borçalının Faxralı elində məskunlaşmışlar. Səfəvi-Osmanlı müharibələri zamanı Hasanlı soyu dəfələrlə Səfəvi imperiyasının iç ərazilərinə köç etmiş və sonradan Borçalıya Faxralı elinə dönmüşlər. Hasanlı nəslidən Borçalı iri torpaq sahibkarlarından olan Təhməzqulu Ağa Hasanlı Elmar Həsnovun ulu babasıdır.




Elmar Həsənli 1987-1996-cı illərdə Bolnisi rayon Faxralı Natamam orta məktəbində, 1996-1998-ci illərdə Faxralı orta məktəbində təhsil alıb.

1998-ci ildə orta məktəbi başa vurub və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsinə daxil olub.

2002-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

2008-ci ildə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbin “İdarəetmənin təşkili” kursunu keçib.

2012-ci ildə Qafqaz Siyasi Texnologiyalar İnstitutunun “Konfliktologiya" kursunu bitirib.

Azərbaycan, türk, rus və gürcü dillərində sərbəst danışır.


Elmar Həsənov ictimai-siyasi fəaliyyətinə çox gənc yaşlarından başlamışdır.
1999-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi İdarə heyətinin üzvü, 2000-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi sədrinin müavini vəzivələrini tutmuşdur.

2004-cü ilin fevralında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Beynəlxalq əlaqələr üzrə katibi təyin edilmiş və 2007-ci ilə gədər bu vəzifəni icra etmişdir.
GAMA beynəlxalq əlaqələr üzrə katibi kimi E.Həsənov Gürcüstan türklərinin müxtəlif problemləri ilə bağlı BMT, ATƏT və Avropa Şurasında məsələlər qaldırmış və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən tövsiyyələrin verilməsinə nail olmuşdur.

2007-ci ildə Bakıda, Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının (AGADL) Sədri seçilmişdir.

2010-cu ilə gədər Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının Sədri vəzifəsini tutan Elmar Həsənov Azərbaycan gənclərinin demokratik ruhda təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir.

5 may 2012-ci il tarixdə Elmar Həsənov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının nümayəndəsi kimi Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının üzvü seşilmişdir.

2010-2012-ci illərdə Elmar Həsənov ikinci dəfə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Beynəlxalq əlaqələr üzrə katibi vəzifəsini icra etmişdir.

30 mart 2011-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin üzvü seçilmişdir.20 aprel 2012-ci il tarixdə Elmar Həsənov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi təyin edilmiş və 25 dekabr 2012-ci il tarixə kimi bu vəzifəni icra etmişdir.

25 dekabr 2012-ci il tarixdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Ali Məclisinin Növbədənkənar Sessiyasında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının 4-cü prezidenti seçilmişdir.

31 dekabr 2012-ci il tarixdə Elmar Həsənov Aşina Türk Qarapapaq Baş Şadı Öndər Aksunun fərmanı ilə Aşina Türk Qarapapaq Şadı elan edilmişdir.

11 yanvar 2013-cü il tarixdə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri vəzifəsinə seçilmişdir.

27 aprel 2013-cu il tarixdə isə Gürcüstan Türkləri Konfederasiyasının Rəyasət Heyətinin üzvü təyin edilmişdir. 12 iyun 2013-cü ildə Ankarda rəsmi səfərdə ikən Elmar Həsənov Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının Sədri vəzifəsindən könüllü olaraq istefa vermiş və bütün ictimai-siyasi fəaliyyətini Gürcüstan Qarapapaq Türkləri Birliyində davam etdirməyə başlamışdır.

27 sentyabr 2014-cü ildə Elmar Həsənov Gürcüstan Qarapapaq Türkləri Birliyinin Tbilisidə keçirilən 2-ci Qurultayında Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri seçilşmiş və həmçinin Rəyasət Heyətinin üzvü seçilmiş və 27 iyun 2015-ci ilə qədər bu vəzifəni icra etmişdir.

10 oktyabr 2015-ci ildə Qarapapaq türklərinin tanınmış liderlərindən biri, Gürcüstan və Azərbaycanın ictimai-siyasi xadimi, WFMC Asiya Peşəkar Liqasının Baş katibi Elmar Həsənli Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının federativ əsasla formalaşdırılmış Rəyasət Heyətinin ilk iclasında Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının 1-ci Prezidenti seçilmişdir.

Fəaliyyəti Azərbaycan, Rusiya və Gürcüstan ərazilərini əhatə edən Qafqaz Qarapapaq Türkləri Konfederasiyası (QQTK) 10 oktyabr 2015-ci ildə Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB), Şimali Osetiya Qarapapaq Türkləri Milli Komitəsi (ŞOQTMK) və Gürcüstan Qarapapaq Türkləri Birliyi GQTB) arasında imzalanan Təsis Bəyəannaməsi ilə yardılmışdır.



REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək, turan.info.az-ın bütün yaradıcı heyəti adından çox hörmətli eloğlumuz, Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının Prezidenti Elmar Həsənlini anadan olmasının 35 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az


.]]>
Müşviq BORÇALI Sat, 02 Dec 2017 01:49:45 +0000
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB https://turan.info.az/fond/3276-grcstanda-yaayan-soydalarimiza-yardim-etmk-mqsdl-yen-fond-yaranib.html https://turan.info.az/fond/3276-grcstanda-yaayan-soydalarimiza-yardim-etmk-mqsdl-yen-fond-yaranib.html GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB
Bu günlərdə Gürcüstanda yaşayan soy­daş­larımıza maddi və mənəvi yardım gös­tərmək məqsədilə görkəmli Azərbay­can ali­mi, məşhur dilçi, tanınmış türkoloq, zəh­mət­keş tədqiqatçı, Nyu-York Elmlər Akade­mi­yasının akademiki, uzun müddət Azər­bay­can Ali Hərbi Dənizçilik Məktə­bin­də "Dil­lər" kafedrasının müdiri və Azər­­baycan Res­publikasının Prezidenti yanında Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobano­vun anadan olma­sının 80 illik yubileyi şərəfinə
“Professor Mədəd Çobanov adına
XEY­RİY­YƏ FON­DU” təsis olunub.

Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (turan.info.az) və “Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında əsas məqsəd Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.
Fondun 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk iclasında qərara alınıb ki, yaxın və qısa bir müddətdə işçi qrupu tərəfindən Fondun Nizamnaməsi, Əsasnaməsi, strukturu, gələcək fəaliyyət Proqramı hazırlanıb müzakirəyə təqdim olunsun.
İlk iclasda o da qərara alınıb ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində) təhsil alan 5 nəfər tələbəyə “Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilsin.
Həmçinin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə yardım etmək, Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq, “Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək, qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq, şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək, ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə, el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. nəzərdə tutulub.
Qeyd edək ki, professor Mədəd Çobanovun anadan olamsının 80 illik yubileyi Bakıda, Tiflis­də, Borçalıda - Marneulidə və Bolnisidə yüksək səviyyədə qeyd olunub. Tez-tez doğma Borçalıya baş çəkən yubilyar, bu yaxınlarda Bolnisi rayonunda olub, vaxtilə dünyaya göz açdığı və ilk orta təh­sil aldığı Darvaz kəndindəki ictimai məktəbdə müəllim və şagirdlərlə görüşüb, onlara müəllifi oldu­ğu çoxsaylı kitablarını, eləcə də, müəllimlər üçün vəsaitlər, şagirdlər üçün məktəbli ləva­zimatları və s. hədiyyə edib.]]>
Müşviq BORÇALI Sun, 26 Nov 2017 23:24:43 +0000
"DANIŞAN QAYALAR" filminin təqdimatı olub https://turan.info.az/diger/qht/3268-danan-qayalar-filminin-tqdimat-olub.html https://turan.info.az/diger/qht/3268-danan-qayalar-filminin-tqdimat-olub.html "DANIŞAN QAYALAR" filminin təqdimatı olub"DANIŞAN QAYALAR" filminin təqdimatı olubFİLMDƏ MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR...
Bu gün - 2017-ci il noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun konfrans zalında “Cabir Novruz” Mədəniyyət Fondunun hazırladığı "Danışan qayalar" filminin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə "Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər" adlı layihə çərçivəsində hazırlan-mış filmin layihə rəhbəri - “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, ssenarı müəllifi - Muşfiq Borçalı, rejissoru - Günay Novruz, redaktoru - Müşfiq Cabiroğlu, montaj rejisoru Asif Viziuals, operator Mircavid Yəhyazadə, prodüssor Aydan Ağadır.
Tədbiri giriş sözü ilə AMEA Coğrafiya İnstitutunun direktoru, Coğrafiya Cəmiyyətinin sədri, akademik Ramiz Məmmədov açıb. Sonra filmin ssenarı müəllifi Muşfiq Borçalı film haqqında iştirakçılara qısa məlumat verib və filmi təqdim edib.
Film böyük maraqla qarşılanıb.
Tanınmış tədqiqatçı Şakir Qabıssanlının məruzəsi dinlənildikdən sonra film haqqında geniş müzakirə olub.
Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Əbdül Mahmudov, Xalq artisti, professor Zamiq Əliyev, Əmədar mühəndis, professor Fuad Hacızadə, AMEA-nın elmi işçiləri, tarix elmləri doktoru Xeyirbəy Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimov, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Qobustan Milli Tarix-Bədii Qoruğunun şöbə müdiri Nail Məmmədov, Əməkdar jurnalist Tahir Taisoğlu və başqaları çıxış edərək, film ilə bağlı öz fikirlərini bildiriblər, filmin çəklişində böyük zəhmət çəkmiş yaradıcı heyətin əməyini yüksək qiymətləndiriblər.
Tədbirə "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, layihə rəhbəri, professor Cavanşir Qurbanov yekun vurub, filmin yaradıcı heyətinə, institutun rəhbərliyinə və tədbirin iştirakçılara təşəkkür edib və öz minnətdarlığını bildirib.
Təqdimatda alimlərlə yanaşı müxtəlif KİV və ictimayyət nümayəndələri, o cümlədən, Azərbaycan Milli QHT Forumunun nümayəndəsi Gəray Əlibəyov, Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, jurnalistlər Müşfiq Cabiroğlu, Əsli Mustafayeva, şairlər İlyas Əfəndi, Yunis Qaraxanov və b. iştirak ediblər.
Tədbir AzTv, ARB kanalları və bir sıra Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılmışdır.]]>
Müşviq BORÇALI Fri, 10 Nov 2017 15:53:59 +0000
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd Çobanovla görüşüb https://turan.info.az/diger/qht/3208-drbnd-xeyriyy-ctimai-birliyinin-sdri-professor-mdd-obanovla-grb.html https://turan.info.az/diger/qht/3208-drbnd-xeyriyy-ctimai-birliyinin-sdri-professor-mdd-obanovla-grb.html “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd Çobanovla görüşüb2017-ci il 20 oktyabr tarixində “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev Nyu-York EA həqiqi üzvü, Türkdilli qurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədət Çobanov ilə görüş keçirilmişdi. Nurulla Əliyev qurumun adindan professor Mədət Çobanovu 80 illik yubileyi münasibəti ilə təbrik etmişdi və yaradicilig fəaliyyətində uğurlar arzu etdi!]]> Müşviq BORÇALI Mon, 23 Oct 2017 11:27:21 +0000 DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB https://turan.info.az/gurcustan/borchali/3118-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html https://turan.info.az/gurcustan/borchali/3118-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB
Bolnisi rayonunun Darvaz kəndi özünün ziyalı və alimləri, zəhmətkeş insanları ilə regionda tanınmış ellərdən biridir. Bu günkü Darvazın elinin firavan həyat tərzi, mədəni və mənəvi inkişafı ilə əlli il öncəki Darvazdan çox fərqlənir. Bu uğur və nailiyyətlır Darvazlıların zəhmətkeşliyinin, elsevırliyinin və qədirbilənliyinin bariz nümunəsidir.
Bu gün Darvaz ictimai məktəbində deyilənlərin şahidi olduq. Yağmurlu hava olsa da məktəbdə bayram əhval ruhiyyəsi vardı. Məktəbin müəllim və şagird kollektivi vaxtilə bu qədim məktəbdə pedaqoji fəaliyyətə başlayan, sonralar Tiflis və Bakı şəhərinin ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirən, görkəmli dilçi və Türkoloq alim, müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyi keçirildi. Təntənəli yubiley mərasimini məktəbin direktoru Museyib Qəmbərov açdı. Taryel Hacıyev, professor Mahmud Kamaloğlu, Ragif Əhmədov, Rəşid Hacıyev, jurnalist Nizami Məmmədzadə, Süleyman Orucov çıxış edərək görkəmli alimin keçdiyi həyat yollarından, elm və həyatda qazandığı uğur və nailiyyətlərdən, elmi və pedaqoji fəaliyyətindən danışdılar.
Yubliyar Mədəd Çobanov və oğlu Müşfiq Borçalı sonda birinci sinif şagirdlərinə çanta, yerdə qalan bütün siniflər üzrə şagirdlərə isə çoxlu sayda məktəb ləvazimatlarını hədiyyə verdilər. Rəsmi görüşdən sonra yubliyarın ailəsində qonaqların şərəfinə ziyafət verildi.]]>
Müşviq BORÇALI Thu, 05 Oct 2017 16:30:05 +0000
SÖZ HEYKƏLİ https://turan.info.az/edebiyyat/poeziya/3114-sz-heykl.html https://turan.info.az/edebiyyat/poeziya/3114-sz-heykl.html SÖZ HEYKƏLİGörkəmli türkoloq, dəyərli şəxsiyyət,
professor Mədəd Çobanova

Sən sözdən yaratdın öz heykəlini,
Şan-şöhrət gətirdin ulu bir yurda!..
Uzatdın övlad tək alim əlini
Ağsaqqal babamız Dədə Qorquda!..

Danışdın qayanın, dağın dilində,
Çağladın çeşmələr, bulaqlar kimi...
Dedin, tarix yatır palıd külündə,
Yandın dil yolunda ocaqlar kimi...

Qalın Oğuz eli açdı sirrini
Qədim Türk yurdunun hərb sənətinə...
Ən güclü ordu tək şah əsərini
Yazdın Türk ruhuna, Türk qüdrətinə!..

Bakıdan Təbrizə nisgillə dolu
Dərbəndsiz, Göyçəsiz diləklər keçər...
Borçalı boydadı həsrətin yolu,
Sərhəddən kələkli küləklər keçər...

Xəyalın Kərkükdə, Başkeçiddədir,
Ürəyin dönübdür ağ göyərçinə...
İrəvan, Zəngəzur daş keçiddədir,
Gəl bir yol başlayaq Turandan Çinə!..

Hələ çox mətləbin qapısı bağlı,
Çox sirrin üstünü toz örtüb hələ...
Hələ tilsimlərin sinəsi dağlı,
Savaş qılıncını söz örtüb hələ...

Sən bayrağa dönsən – haqqa yol açıq!..
Qoy birə daraşsın nadan kürkünə...
Qaranlıq pərdəni qaldır, yola çıx
Türklüyün ilkindən sözün mülkünə...

Çözməyə dərd çoxdu, ay ustad Mədəd!
Qəlbindən qələmə yolu düz eylə!..
Vətəndən Vətənə baxdıqca həsrət
Səksəni səksəndir, yüzü saz eylə!..

Bir ömür səs verdin haqqın səsinə,
Ucaltdın mərd elin nər əməlini!..
Söz səni çəkdikcə zər zirvəsinə,
Sən sözdən yaratdın öz heykəlini!..
Sən sözdən yaratdın öz heykəlini!..

Knyaz ASLAN,
BDU-nun kafedra müdiri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
Bakı,
12 İyul 2017.]]>
Müşviq BORÇALI Tue, 26 Sep 2017 14:49:26 +0000
GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub https://turan.info.az/gurcustan/3067-gak-da-professor-mdd-obanovun-80-illik-yubleyi-qeyd-olunub.html https://turan.info.az/gurcustan/3067-gak-da-professor-mdd-obanovun-80-illik-yubleyi-qeyd-olunub.html GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

Gürcüstan Azerbaycanliları Konqresində böyük alim filologya elimləri doktoru, professor Mədəd Çobanovun 80-illik yubleyi ilə bağlı təntənəli tədbir keçirilib.

turan.info.az-in Gürcüstandakı əməkdaşının verdiyi məlumata görə, yubley tədbirini GAK-ın sədri Huseyn Yusubov açaraq yublyarin həyat və fəaliyəti haqda iştirakçılara məlumat verib, çıxışının sonunda GAK-ın Fəxri fərmanını Mədəd Çobanova təqdim edib. Tədbirdə daha sonra Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Direktoru Fazil Həsənov çıxış edib və GAMM-nin Fəxri Diplomunu Mədəd müəllimə təqdim edib.

Borçalının bir çox ziyalıları – tanınmış alim-şair, professor Hidayət Nuriyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbi oğlu, Bolnisi Mədəniyyət Mərkəzinin direktoru,”Ümid” qəzetinin baş redaktoru Əlxan Yahya oğlu, “Dostluq” cəmiyyətinin sədri Fərman Borçalı, yazıçı Əli Abbas, şairə Mayqa Mətin, şair Siyavuş Uyğun, jurnalisd Bəhram Mehdi, Faxralıdan Fatma Aslan qızı, Sadaxlı Məktəbinin direktoru Hacı Səyyad Xəlilov, Qardabani rayonunun Vaxdanqisi kəndindən Lətif müəllim, Yuxarı Saraldan Seyid Mirağa, Kirəç Muğanlədan Arif Məmmədov, Yuxarı Saraldan polkovnik İsmayıl Həkimov, Darvaz kəndindən həkim Səməd Çobanov və başqaları yubliyarın həyat və fəaliyyəti haqında çıxış ediblər.
Tədbirdə tanınmış Borçalı aşığı Kamandar Lətif oğlu qədim e lhavaları ilə çıxış edib.

Həmçinin Qaraçoplü aşıq-xanəndə Aida xanım Gülzar bir neçə mahnı ifa edib.
Sonda professor Mədəd Çobanov çıxış edərək bütün Borçalılara öz minnətdarlığını bildirib.]]>
Müşviq BORÇALI Fri, 25 Aug 2017 15:44:39 +0000
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub https://turan.info.az/gurcustan/pushkinciler/3066-grcstanda-grkmli-azrbaycan-alimi-professor-mdd-ovanovun-80-illik-yubileyi-qeyd-olunub.html https://turan.info.az/gurcustan/pushkinciler/3066-grcstanda-grkmli-azrbaycan-alimi-professor-mdd-ovanovun-80-illik-yubileyi-qeyd-olunub.html Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub
2017-ci il avqustun 22-də Gürcüstanın Marneuli şəhərindəki "Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində turan.info.az - “Zirvə” İnformasiya Mərkəzinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi, məşhur dilçi, tanınmış türkoloq, zəhmətkeş tədqiqatçı, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, alimlər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Nizami Məmmədzadə açaraq əslən Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndindən olan 80 yaşlı alimin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra söz tədbirdə iştirak edən qonaqlara verilib.
Əvvəlcə Gürcüstan Parlamentinin deputatarından Ruslan Hacıyev, Mahir Dərziyev və Azər Süleymanov, Marneuli rayon icra hakimiyyətinin başçısı v.i.e. Zaur Tabatadze,
Marneli rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev,
Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov,
“Gürcü Arzusu” Partiyasının Marneuli təşkilatının rəhbəri Amiran Giorqadze,
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Ayaz Məmmədov,
Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Elçin Şirinov,
Mirzə Fətəli Axundov adına Tbilisi Azərbaycan Mədəniyyəti Müzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva,
Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri, H.Əliyev adına Gürcüstan Azərbaycan Universitetinin qurucusu və rektoru professor Novruz Bayramov,
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov,
Bolnisi Mədəniyyət Mərkəzinin rəhbəri Əlixan Yəhyaoğlu,
“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova,
Sadaxlı 1 nömrəli orta məktəbin direktoru Səyyad Xəlilov,
ağsaqqal yazıçı Əli Abbas, tanınmış şairlər Səadət Buta, Nizami Saraclı, Bəhram Mehdi, İbrahimxəlil və başqaları çıxış edərək professoru 80 illik yubileyi münasibətilə ürəkdən təbrik ediblər, onun həyat və yaradıcılığından söhbət açıblar, görkəmli alimin Azərbaycan elminə və türkologiya tarixinə bəxş etdiyi elmi töhfələrdən və pedaqoji sahədəki zəngin təcrübəsindən danışıblar.


"RegionPress" qəzetinin baş redaktoru və "Gürcüstan" qəzetinin əməkdaşı Binnət Əlioğlu başda Gürcüstanın Əmədar jurnalist İslam Əliyev olmaqla təmsil etdiyi qəzet redaksiyaların bütün yaradıcı heyətləri adından yubilyarı salamlayıb, ürək sözlərini çatdırıb və “Gürcüstan” qəzetinin professor Mədəd Çobanovla bağlı bir səhifəlik məqalənin dərc olunduğu sonuncu sayını yubilyara təqdim edib.


Daha sonra professor Mədəd Çobanovun yetirmələrindən professor Mahmud Kamaloğlu, Azərbaycan
"Təhsil" qəzetinin baş redaktoru, Tbilisi Açıq Universitetinin professoru Abay Paşayev, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, uzun müddət Azərbaycan Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışmış şair Əlləz Novruz, Gürcüstan Azərbaycanlı Müəllimlər İttifaqının rəhbəri Səadət xanım Zeynalova,
Darvaz kəndindən gəlmiş həkim Səməd Çobanov, Darvaz kənd orta məktəbinin direktor müavini Raqif Əhmədov və b. çıxış edərək yubilyarı ürəkdən təbrik ediblər. Onlar sevimli müəllimlərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, onun zəhmətini və xeyirxahlığını heç zaman unutmayacaqlarını bildiriblər.
Tədbirdə təklif olunub ki, professor Mədəd Çobanovun hələ ötən əsrin 90-cı illərində çap olunan Gürcüstandakı Azərbaycan dilli məktəblərdə tədris olunan “Azərbaycan dili” dərslikləri görkəmli alimin iştirakı və köməyi ilə yenidən hazırlansın, eləcə də yaxın zamanlarda alimin elmi-nəzəri əsərləri haqqında elmi-praktik konfrans təşkil edilsin.

Yubiley tədbirdində tanınmış jurnalistlərdən - "Sözün işığı" qəzetinin baş redaktoru Əziz Dəlivəlov, ATV-nin Gürcüstan müxbiri Nadir Almazoğlu, İTv-nin Gürcüstan müxbiri Çingiz Yaqubov, AzTv-nin, İtv-nin və ATV-nin operatorları, "Gürcüstan" qəzetinin əməkdaşları Zahid Nəsibov, Nadir Bayramov, Darvaz.com saytının redaktoru Elşad Çobanlı, Marneuli radiosunun əməkdaşı Amil Məmmədov, Nərgiz Əliyeva, Çingiz Qasımov, Telavinin Qaracalar kəndindən gəlmiş Akif Əsgərov, Bolnisi rayounun Darvaz kəndindən gəlmiş Samir Çobanov, Etibar Ovçuyev, Alpay Abdullayev və başqaları da yaxından iştirak ediblər və yubilyara xoş arzularını çatdırıblar.

,




Təntənəli yubiley tədbirində iştirak edən tanınmış Borçalı aşıqlarından Ziyəddin Borçalı, Aşıq Gülayət, Aşıq Aidə Gülzar və başqaları da yubilyarı təbrik ediblər və oxuduqları el mahnıları ilə məclisi daha da şənləndiriblər.

Sonda professor M.Çobanov yubileyə gələn bütün qonaqlara və parlament üzvlərinə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşına, Marneuli rayon rəhbərliyinə təşəkkür edib.

Tədbirin sonunda həmçinin yubilyarın nəvəsi - “Şərqin səsi” qəzetininin və turan.info.az saytının redaktoru redaktoru, BDU-nun hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Mədədli, turan.info.az saytının təsisçisi və baş redaktoru Müşfiq Borçalı çıxış edərək tədbir iştirakçılarına təşəkkür edərək xoş arzularını bildiriblər.
Müşfiq Borçalı professor Mədəd Çobanovun 80 illik yubileyini təşkil edən Gürcüstan Parlamentinin üzvü Ruslan Hacıyevə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Nizami Məmmədzadəyə və Marneuli şəhərindəki "Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzinin rəhbəri Emin Əhmədova xüsusi təşəkkür edib.

Sonra “Ağ ev” restoranında geniş ziyafət verilib.

Tədbirdə qeyd edilib ki, professor Mədəd Çovanov 80-dən çox elmi kitabın müəllifidir. 80 yaşı tamam olan yubilyar Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub.
Alimin elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 60-a yaxın şeir və oçerk yazılıb. Onun elmi-pedaqoji sahədə zəngin təcrübəsi olduğu kimi, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyəti dünya və Azərbayn elminə çox tanışdır.

Görkəmli alim öz kitablarının girişində Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözlərini məsuliyyətlə işlədib və elmi əsərlərində bu məsuliyyəti dərk edib.
Professor Mədəd Çobanov buna görə də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” və 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı və məzmunlu kitabları nəşr etdirib.
M. Çobanov A.S.Puşkin adına (sonralar S.S.Orbelianı adına) Tiflis Dövlət Pedaqoji İnstitutunda (indiki İlya Universitetində) müəllim, dosent, kafedra müdiri və professor vəzifələrində çalışıb. 1995-ci ildən sonra elmi pedaqoji fəaliyyətini Bakıda davam eydirsə də, doğma el-obası ilə, Gürcüstanla əlaqəni kəsməyib, müntəzəm olaraq əlaqə saxlayıb, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafı naminə çalışıb, bu sahədə onlarla məqalə və bir neçə kitab yazıb çap etdirib.
Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub.
2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb.
Onun əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. Alimin qələmə aldığı elmi əsərlər zamanla səsləşən əsərlərdir. Onun qələmə aldığı müxtəlif mövzulu əsərlər müasir dövrün tələblərinə cavab verir. Onun əsərlərinin elmi əhəmiyyəti odur ki, bu gün bu əsərlər elm ocaqlarında uğurla istifadə olunur, gənc alimlər və tələbələr bu elmi nəşrlərdən yetərincə istifadə edirlər. Geniş yaradıcılıq diapozonuna malik 80 yaşlı alim bu gün də özünün geniş elmi fəaliyyətini dayanmadan davam etdirir və gənc nəslin inkişafına özünün samballı əsərləri ilə böyük töhfələr bəxş edir və özünün elmi-nəzəri, yüksək məzmunlu, uzun illər apardığı elmi axtarışlarıyla öz imzasına hörmət və izzət gətirir.

Nəhayət, biz də avqustun 22-də Marneulidəki “Çay Evi – Muğam” Tədris-Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm Yubiley tədbirində fəal iştirak edən hər kəsə təşəkkür etməklə yanaşı, öz dərin minnətdarlığımızı bildirir və bir daha professor Mədəd Çobanovu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Allahdan ona uzun və mənalı ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!]]>
Müşviq BORÇALI Tue, 22 Aug 2017 14:30:19 +0000
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR https://turan.info.az/diger/tarix/3051-madd-mdnyyt-abdlrmzn-srrlr-aradirilir.html https://turan.info.az/diger/tarix/3051-madd-mdnyyt-abdlrmzn-srrlr-aradirilir.html MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIRBu gün - 2017-ci il iyulun 31-də "Cabir Novruz" Mədəniyyət Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitu­tunun akt zalında "Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz" mövzusunda elmi konfrans keçirib.
Vetenim.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondunun maliyyə dəs­təyi ilə həyata keçirilən "Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər" adlı layihə çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov açıb, konfrans haqqında iştirak­çılara qısa məlumat verib və məruzəçi - tanınmış tədqiqatçı Şakir Qa­bıssanlının elmi fəaliyyətindən danışıb.
Tanınmış kulturoloq, professor Fuad Məmmədov "Cabir Novruz" Mədəniyyət Fondunun fəaliyyətini yüksək dəyərləndirib, Fondun həyata keçirdiyi layihəyə uğurlar arzulayıb və Fondun Qobustan abidələri haqqında ha­zırladığı video-klipi konfrans iştirakçılarına təqdim edib.
Sonra Şakir Qabıstanlı "Azərbaycanı dünyaya bağlayan maddi-mə­dəniyyət abidələrimiz" mövzusunda məruzə edib. Məruzə böyük ma­raq doğurub və diqqətlə dinlənilib.
Məruzə ətrafında geniş müzakirə olub, professor Murad Baxşıyev, sə­nətşünaslıq üzrə fəlsəfə dok­toru, dosent Qorxmaz Əlilicanzadə, ta­­nınmış kinoşünas Şeyx Əbdül Mahmudbəyov, fəlsəfə doktorları Fikrət Nəbiyev, Firudin Qurbansoy, "Zirvə" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalı və baş­qaları çıxış ediblər, məruzə ilə bağlı öz fikirlərini bil­di­riblər, Ş.Qa­bıssanlının əməyini yük­sək qiymət­lən­­di­rib­lər.
Tədbirə "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti və layihə rəh­bəri, professor Cavanşir Qurbanov yekun vurub, tədbir iştirakçı­la­rına təşəkkür edib və öz minnətdarlığını bildirib.
Konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Fuad Hacızadə, Musa Ələkbərli və b. iştirak ediblər.]]>
Müşviq BORÇALI Mon, 31 Jul 2017 17:44:32 +0000
Mədəd müəllim, 80 nə yaşdı?... https://turan.info.az/diger/tebrikler/3049-mdd-mllim-80-n-yad.html https://turan.info.az/diger/tebrikler/3049-mdd-mllim-80-n-yad.html Mədəd müəllim, 80 nə yaşdı?...Şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli ağsaqqalımız, Professor MƏDƏD müəllimi 80 illik yubleyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm cansağlığı ilə uzun ömür arzulayıram. Həmişə var olasız! AMİN!

Həyatın yolları qayadı, daşdı,
Ağaran saqqaldı, çallaşan başdı.
Deyirəm, - Ay Mədəd müəllim, 80 nə yaşdı,
90 olan yerdə, yüz olan yerdə.

Allah sizə ömür versin....

MƏDƏD ÇOBANOV

M üşfiq tək oğulu olan bir ata,
Ə sla, siz söyləyin qocala bilər?
D ərindən bağlanan inan, həyata
Ə l-ələ verərək ucala bilər.
D ədələr söyləmiş, atalar demiş,
Ç alışan dünyadan bac ala bilər.
O dur ki, o müdrik Mədəd müəllimdən
B əhrələnən bunu bacara bilər.
A lıb mizrabını, könül telində
N əğmələr qoşaraq, o çala bilər.
O ğluyla fəxr edən atalar ancaq
V ətəndən-elindən güc ala bilər.
09.07.2017]]>
Müşviq BORÇALI Sun, 30 Jul 2017 23:01:55 +0000
YUBİLYARDAN HƏDİYYƏ https://turan.info.az/yeni-neshrler/3043-yublyardan-hdyy.html https://turan.info.az/yeni-neshrler/3043-yublyardan-hdyy.html   YUBİLYARDAN  HƏDİYYƏ
Bir neçə gün öncə sosial mediadan professor Mədəd Çobanovun “Azərbaycan antroponimiyasının əsasları” kitabının çap olunduğunu oxumuşdum. Bu qəbildən olan kitablar maraq dairəmdə olduğundan yuxarıda adı qeyd olunan kitabın da şəxsi kitabxanamda olmasını çox istəyirdim. Kitabın müəllifi Mədəd Çobanov olduğundan həmin kitabın məndə olacağına heç bir şübhəm yox idi. Çünki, Mədəd müəllimi kitabları və oğlu, dostum tanınmış jurnalist, naşir, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı vasitəsi ilə tanıyıram. Müşfiq Borçalı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni vaxtda, o, filologiya, mən isə tarix fakültəsində təhsil almışıq.Tələbəlik illərindən onu şəxsən tanıyırdım. Sonralar “Borşalı toponimləri” kitabının həmmüəllifi (digər müəllif Mədəd Çobanovdur; B.,2012) kimi ona yazdığım məktub (məktubda kitabdan bir nüsxə mənə göndərməsini xahiş etmişdim, dərin təşəkkür hissi ilə bildirirəm ki, kitabı mənə göndərmişdir) dostluğumuza səbəb olmuşdur. Hal-hazırda Lənkəran bölgəsinin tarixi, toponimləri və etnoqrafiyası ilə bağlı yazılarım mütəmadi olaraq Müşfiq müəllimin baş redaktoru olduğu ZİM.Az saytında yerləşdirilir.
Müşfiq Borçalının atası Mədəd Çobanovun 80 illik yubileyi ilə bağlı keçiriləcək tədbirə məni dəvət etməsi “Azərbaycan antroponimiyasının əsasları” kitabı ilə bağlı istəyimin reallaşmasına səbəb oldu. 12 iyul 2017-ci il tarixində , saat 14.00-da Bakıda Atatürk Mərkəzində keçirilən yubiley tədbirində iştirak etdim. Yubilyar Mədəd Çobanov kimdir?
Mədəd Namaz oğlu Çobanov tanınmış türkoloq, görkəmli dilçi-alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. 1937-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olan Mədəd Çobanov Tbilisi Dövlət Pedaqoji İnistitutunun tarix-filologiya fakültəsinin 1960-cı il məzunudur. Səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim 80-ə yaxın kitabın, ali və orta ümumtəhsil məktəbləri üçün 28 proqramın, 100-ə yaxın jurnal və elmi məcmuə məqalələrinin, 600-dək elmi-tənqidi məqalənin, 100-dən çox rəy və məruzənin, 220-dən çox oçerkin müəllifidir.Mədəd müəllimi digər elm və yaradıcı şəxslərdən fərqləndirən əsas cəhətlərdən biri də “Həyatnamə” adlı kitab yazmasıdır. 2012-ci ildə çap olunan 210 səhifəlik bu kitabda alimin həyat və yaradıcılığı xronoloji ardıcıllıqla verilmişdir. “Həyatnamə” adı mənə sanki “Şahnamə”, “Dəhnamə”, “Nəsihətnamə”, “Səyahətnamə”, “Əxbarnamə”, “Hophopnamə” və digər məşhur kitabları xatırladır. Mənim üçün sevindirici haldır ki, Müşfiq Borçalıya 7 yanvar 2012-ci il tarixində ünvanladığım məktub “Borçalı toponimləri”ni “Kredo” qəzetindən oxuyuruq” başlığı altında “Həyatnamə” kitabında (səh.154) verilmişdir. Professor Mədəd Çobanovun 80 illik yubiley tədbirində Azərbaycan elminin, mədəniyyətinin və ictimaiyyətinin görkəmli nümayəndələri ilə bir yerdə olmaqdan böyük məmnunluq hissi keçirdim. Tədbirdə Mədəd Çobanov müəllifi olduğu “Azərbaycan antroponimiyasının əsasları” kitabını mənə hədiyyə etdi. Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun rəy yazdığı bu kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Afat Qurbanovdur. Kitab 2017-ci ildə Bakıda “Borçalı” nəşriyyatında 500 tirajla çap edilmişdir (üçüncü nəşr).Kitabın I və II nəşrləri müvafiq olaraq 1983 və 1998-ci illərdə olmuşdur. 412 səhifəlik “Azərbaycan antroponimiyasının əsasları” kitabı Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçn dərs vəsaiti kimi təsdiq edilmişdir. Olduqca səlis və rəvan bir dildə yazılmış bu vəsait “Bir neçə söz”, on üç fəsil və nəticədən ibarətdir. Kitabda dilçiliyin adları öyrənən şöbəsi olan onomologiya, antroponimlərin inkişaf tarixi, sistemi, köməkçi ad kateqoriyaları, antroponimiyada ad və adqoyma ənənələri, antroponimik hadisələr, adların mənşəyi və s. haqqında geniş məlumat verilmişdir. Kitabı böyük diqqət və maraqla oxuyub toponimika və onun bir sahəsi olan antroponimlər haqqında əlavə bilgilər əldə etdim.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan antroponimiyasının əsasları” kitabından ali məktəblərin filologiya fakültəsinin tələbələri, dil-ədəbiyyat, tarix və coğrafiya müəllimləri, magistrlər, doktorantlar, toponimika və antroponimika ilə məşğul olanlar faydalana biləcəklər. Zənnimcə, vəsaitdə adlar, familiya (soyad), təxəllüs və ləqəblər haqqında olan yazılar kimliyindən asılı olmayaraq hamı üçün maraqlı olacaqdır. Azərbaycan antroponimiyasına böyük töhfə olan “Azərbaycan antroponimiyasının əsasları” kitabı da professor Mədəd Çobanovun “Həyatnamə” və “Borçalı toponimləri” kitabları kimi şəxsi kitabxanamın “qızıl fond”unu təşkil edən kitablar sırasındadır.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi, bələdiyyə və AJB-in üzvü,
“Qızıl qələm” mükafatı laureatı
20.07.2017]]>
Müşviq BORÇALI Sat, 22 Jul 2017 16:19:48 +0000
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib https://turan.info.az/esas/3033-professor-mdd-obanovun-80-illik-yubileyin-hsr-olunan-elmi-sessiya-keirilib.html https://turan.info.az/esas/3033-professor-mdd-obanovun-80-illik-yubileyin-hsr-olunan-elmi-sessiya-keirilib.html Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində tədqiqatçı, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində dillər kafedrasının müdiri və Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə M.Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və elmin ağsaqqalı” kitabı təqdim olunub.

Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Akademik bildirib ki, professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 30-a yaxın şeir və oçerk yazılıb.

Tədbirdə N.Cəfərovun yubilyara həsr etdiyi “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabından da danışılıb. Məlumat verilib ki, kitabda M.Çobanovun mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyətindən bəhs olunur.

Qeyd olunub ki, professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub. 2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb. M.Çobanov çoxşaxəli elmi yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Alimin əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu professor M.Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları arzulayıb.

Əməkdar Elm Xadimi, professor Nizami Xudiyev M.Çobanovun dilçi filoloqlarımız arasında seçildiyini diqqətə çatdırıb. N.Xudiyev qeyd edib ki, bir alim kimi M.Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.

Görkəmli alimin elmi pedaqoji fəaliyyətindən bəhs edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev M.Çobanovun əsərlərinin elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salaraq onun apardığı elmi araşdırmaların türkologiya tarixində xüsusi yeri olduğunu bildiriblər.

Tədbirdə yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və “Qafqaz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən fəxri fərmanlarla təltif edilib.

Sonda professor M.Çobanov tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.



filologiya fakültəsinin dekanı, professor Buludxan Xə-lilov professor Mədəd Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıb.
Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları ....................... ...................... ...................
və başqaları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salıb, onun elmi-pedoqoji fəaliyyəti dövründə apardığı çoxsahəli nəzəri-təcrübi araşdırmaların türkologiya tarixində xüsusi yerinin olduğunu bildiriblər.
Və elə həmin gün Yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və “Qafqfz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən Fəxri Fərmanlar ilə təltib ediblər.




Türkiyə səfirliyinin inkişaf müşaviri Fərrux Tığlı çıxışında qürur hissi ilə bildirib ki, Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ortaq dil, ortaq mədəniyyət var. Bu baxımdan Mədəd müəllimlə yaxın dostluğunu, qardaşlığını yüksək qiymətləndirib.
Qazaxıstan səfiri Serik Primbetov da Mədəd Çobanov kimi alimlərlə bir xalqın, millətin fəxr etməli olduğunu bildirdi və bu fikrini dönə-dönə vurğulayıb.






Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov,
Türkiyə səfirliyinin müşaviri Fərrux Tığlı,


Əməkdar memar Ömər Qoçulu, məşhur hərbi diktor Şəmistan Əlizamanlı, Mədəd Coşqun, Asif Ozan Bayramov,]]>
Müşviq BORÇALI Thu, 13 Jul 2017 02:58:13 +0000
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLƏCƏK https://turan.info.az/gurcustan/darvaz/3031-professor-mdd-obanovun-80-llk-yubleyn-hsr-olunan-elm-sessya-kerlck.html https://turan.info.az/gurcustan/darvaz/3031-professor-mdd-obanovun-80-llk-yubleyn-hsr-olunan-elm-sessya-kerlck.html PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLƏCƏKİYULun 12-də AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİndə görkəmli alim, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik Yubiley keçiriləcək.

Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərovun rəhbərliyi ilə təşkil olunmuş elmi sessiya saat 14-də başlayacaq.

Sessiyada azərbaycanın tanınmış alimlərinin Mədəd Çobanovun elmi yaradıcılığı ilə bağlı məruzələri dinləniləcək.

Qeyd edək ki, tədbir zamanı professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və Elmin ağsaqqalı” (Professor Mədəd Çobanovun bədii obrazı” adlı kitab da oxuculara təqdim olunacaq.

"SİRAB"-ın mayiyyə dəstəyi iə keçirilən və informasiya dəstəyi turan.info.azReportyor.az saytlarına məxsus olan yubiley tədbirinə
GİRİŞ azaddır. Maraqlananlar iştirak edə bilərlər.


Fürsətdən istifadə edərək, biz də turan.info.az-ın Yaradıcı heyəti adından professor Mədəd Çobanovu anadan olmasının 80 illik yubiley münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

turan.info.az]]>
Müşviq BORÇALI Tue, 11 Jul 2017 22:15:40 +0000
100-nü GÖRƏK https://turan.info.az/gurcustan/rustavi/3029-100-n-grk.html https://turan.info.az/gurcustan/rustavi/3029-100-n-grk.html 100-nü GÖRƏK100-nü GÖRƏK

(Professor Mədəd Çobanova)

Aqillər əhlinin bir əfsərindən,*

Müdrik ağsaqqaldan, fitrətdən asim,**

Bəsincə dad almış elm kövsərindən,

Alimdən nəql edim, mədhiyyə yazım.

Borçalı ziynəti, daş-qaş, cövhəri,

Elmin fədaisi, müqəddəs insan,

Təfəkkür işığı, xalqın gövhəri,

Əqli, zəkasıyla qazanmış ad-san.

Hikməti, qüdrəti ellərə bəlli,

Hər zaman hər kəsə edər lütf, mədəd,

Vətənə töhfədir işi, əməli,

Xalqımın şərəfi, şöhrəti Mədəd.

Ulu yaradanın əziz bəndəsi,

Tanrısal xislətə sahib bir ərdir.

Xalisdir mayası, safdır kündəsi,

Kamal dəryasında o, təkdir, birdir.

Ulaşsın amaca, hey zəfər çalsın,

Tanrımız dəfnədən bəxş etsin çələng.***

Zəngin əsərləri xəzinə qalsın,

Səksəni, doğsanı, yüzünü görək!

Əziz DƏLİVƏLLİ,

“Sözün işığı” qəzetinin baş redaktoru, elmlər doktoru, Gürcüstan Yazıçılar Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü.

*Əfsər —tac

**Asim – ismətli, həyalı

*** Dəfnə çələngi zəfər simvoludur]]>
Müşviq BORÇALI Mon, 10 Jul 2017 00:04:12 +0000
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub https://turan.info.az/media/zirve/2975-amea-da-imadddin-nsiminin-vfatnn-600-c-ildnm-qeyd-olunub.html https://turan.info.az/media/zirve/2975-amea-da-imadddin-nsiminin-vfatnn-600-c-ildnm-qeyd-olunub.html AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

İyunun 23-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistandan olan mütəxəssislər də iştirak ediblər.



Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni və əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb. O, Nəsimi yaradıcılığına ilk böyük qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və şairin anadan olmasının 600-cü ildönümünün 1969-cu ildə təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli Nəsiminin anadilli poeziyanın qüdrətli nümunələrini yaratdığını və özündən sonrakı dövrün ədiblərinin formalaşmasında mühüm rol oynadığını söyləyib. O, şairlə bağlı Avropa, Türkiyə, Rusiya, Gürcüstan, İran, İraq, Suriya və Hindistanda tədqiqatların aparılmasının onun dünya miqyasında sevilməsinin göstəricisi olduğunu bildirib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu deyib.

Sonra çıxış edən BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev konfransın Nəsimi yaradıcılığını yeni aspektdən öyrənməyə imkan yaradacağını bildirib. Qeyd edib ki, Nəsimini anlamaq üçün İslam dinini, hürufiliyi, dövrün mənzərəsini və dilini mükəmməl bilmək lazımdır. Hürufilik cərəyanının insanı hər şeydən üstün tutaraq ilahiləşdirdiyini deyən alim Nəsiminin məhz bu ideyalarına görə təqiblərə məruz qalaraq edam edildiyini diqqətə çatdırıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin inqilabçı ideyaların daşıyıcısı olduğunu və şairin bu fikirlərinə görə din xadimlərindən əlavə, həm də dövrün siyasi dairələri tərəfindən təqib edildiyini deyib. Nəsiminin yaradıcılığının mərkəzində "Allah gözəldir və gözəli sevir" ideyasının durduğunu söyləyən akademik R.Hüseynov şairin ən mürəkkəb fəlsəfi fikirləri sadə dildə izah etdiyini bildirib.

R.Hüseynov Suriyada gedən müharibə nəticəsində Nəsiminin məzarının təhlükə ilə üz-üzə qaldığını və onun Azərbaycana gətirilməsi məsələsinin Avropa Şurası Parlament Assambleyasının Yaz sessiyasında qaldırıldığını diqqətə çatdırıb.

Daha sonra akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan ədəbiyyatşünaslarının Nəsimini 20-ci əsrdən etibarən tanımağa başladığını və bundan sonra onunla bağlı geniş tədqiqatların aparıldığını söyləyib. Akademik şairin əsərlərinin rus və ingilis dillərinə tərcümə olunaraq dünya miqyasında təbliğinin önəmindən danışıb.

Konfransda Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova “Yaradıcılıq ali dəyər kimi”, Gürcüstan Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq Elizbar Cavalidze “Əzabkeş şair”, Hindistanın Dehli Cəvahirləl Nehru Universitetinin professoru, şərqşünas alim Ahmat Ansari “İmadəddin Nəsiminin mistik poeziyası” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbir çərçivəsində Ədəbiyyat İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə nəşr olunan görkəmli gürcü şərqşünas alimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabının təqdimat mərasimi də keçirilib.

Kitab haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli E.Cavalidzenin Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biri olduğunu diqqətə çatdırıb. Gürcü alimin “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” kimi monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirdiyini bildirən AMEA-nın vitse-prezidenti onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabını qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsər kimi dəyərləndirib. Adıçəkilən kitabın ölkəmizdə nəşrinin qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayan İ.Həbibbəyli nəşrin Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə olduğunu xüsusi qeyd edib.

Konfrans bölmə iclasları ilə işini davam etdirib.]]>
Müşviq BORÇALI Fri, 23 Jun 2017 17:16:13 +0000
NAİLƏ CƏLİL-XOCA (1959) https://turan.info.az/gurcustan/tiflis/4093-nal-cll-xoca-1959.html https://turan.info.az/gurcustan/tiflis/4093-nal-cll-xoca-1959.html NAİLƏ CƏLİL-XOCA (1959)



Nailə Sayad qızı Cəlil-Xoca 1959-cu ildə Tbilisi şəhərində anadan olmuşdur. 1982-ci ildə M.Cavaxişvili adına Tbilisi Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində Azərbaycan Gürcüstan qarşılıqlı əlaqələrinə böyük diqqət yetirmiş, bu sahədə çoxlu işlər görmüşdür. İyirmi monoqrafiyanın, «Azərbaycan folkloru gürcü mənbələrində» kitabının müəllifidir. Nailə Cəlil-Xocanın «Koroğlu gürcü mənbələrində» elmi-publisistik kitabı San-Xose şəhərində Amerka ədəbiyyatşünaslarının «Qızıl qələm» mükafatına layiq görülmüşdür. Tbilisidə yaşayarkən «Sovet Gürcüstanı», «Vecerniy Tbilisi», «Molodyoj Qruzii» qəzetlərinin redaksiyalarında məsul vəzifələrdə çalışmışdır.
Tbilisi Dövlət Universitetində, S.S.Orbeliani adına Dövlət Pedaqoji Universitetində və Tbilisi Politexnik Universitetində bir müəddət müəllim işləmişdir.
Bakıya köçdükdən sonra uzun müddət «Yurd» jurnalında, «El səsi» qəzetində, Səhiyyə Nazirliyinin «Şəfqət» qəzetinin rus bölməsində və Bakı Dövlət Universitetinin «Xəbərlər» jurnalında redaktor vəzifəsində işləmişdir.
Nailə Cəlil-Xoca rusdilli jurnalistlərin Beynəlxalq Assosiyasının üzvüdür.
Üç uşaq anasıdır.
1999-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında məsul vəzifədə çalışır.]]>
Müşviq BORÇALI Thu, 22 Jun 2017 16:07:21 +0000
ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN… https://turan.info.az/yeni-neshrler/2963-ox-v-salam-yaamaq-styrsnzs-bu-ktabi-mtlq-oxuyun.html https://turan.info.az/yeni-neshrler/2963-ox-v-salam-yaamaq-styrsnzs-bu-ktabi-mtlq-oxuyun.html ÇOX VƏ SAĞLAM YAŞAMAQ İSTƏYİRSİNİZSƏ, BU KİTABI MÜTLƏQ OXUYUN… TƏBRİK EDİRİK!..

Bu günlərdə dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənovun “Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa” adlı yeni kitabı işıqüzü görüb.

Kitab haqqında ətraflı məlumatı yaxın zamanda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq.


Xatırladaq ki, Əflatun Mürsəl oğlu Həsənov – 1959-cu il dekabrın 12-də qədim Borçalı mahalında
– indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1976-cı ildə Faxralı kəndində orta məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Fizika fakültəsini bitirib.
1981-1982-ci illərdə hərbi xidmətdə olub.
1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda elmi işçi vəzifəsində işləyib, 1985-ci ildə isə Leninqrad Dövlət Universitetində aspiranturada oxuyub.
1987-ci ildə “Radiasiya və elektrik boşalmasının tə’siri altında oksid bor maddəsinin səthində baş verən proseslərin” öyrənilməsinə aid namizədlik dissertasiyası, 2000-ci ildə isə bərk cisimlər ixtisası üzrə “Geniş qadağan olunmuş zonalı dielektriklərin iştirakı ilə radiasion və plazma heterogen proseslərin müqayisəli qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 6-sı Rusiya dövlətinin patenti olmuş, atom və plazma-generatorunda istifadə olunan maddələrin köməyi ilə hidrogen-enerjidaşıyıcısı alınmasına həsr olunub.
Professor Əflatun Həsənov bir monoqrafiya, xarici ölkələrdə çap olunan 16 əsərin müəllifidir. (Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və s.). Onun rəhbərliyi altında iki elmlər namizədi müdafiə edib. O, Azərbaycan Elmlər Akademiyasının Radiasiya tədqiqatları bölməsində laboratoriya müdiri vəzifəsinə kimi yüksəlib.
Professor Əflatun Həsənov hazırda ARDNŞ-in Ekologiya idarəsinin rəisinin müavini vəzifəsində çalışır. O, Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun Qızıl medalı və “Beynəlxalq səfir ordeni” ilə təltif olunub.

Müşfiq BORÇALI]]>
Müşviq BORÇALI Wed, 21 Jun 2017 23:49:41 +0000
Aşıq Dəllək Paşa - 130 https://turan.info.az/edebiyyat/folklor/2954-aq-dllk-paa-130.html https://turan.info.az/edebiyyat/folklor/2954-aq-dllk-paa-130.html Aşıq Dəllək Paşa - 130

Bu günlərdə Tiflis şəhərinin Saburtala məhəlləsində öz dövrünün tanınmış aşığı Dəllək Paşanın 130 illik yubileyi keçirilib.

Xatırladaq ki, Aşıq Dəllək Paşa (Paşa Güllü oğlu Dəlivəlli - Dəlivəlov) 1887-ci ildə qədim Borçalı mahalının Barmaqsız (indiki Zalqa) rayonunun Ərcivan-Sarvan kəndində anadan olub. Bir müddət Ərcivan-Sarvanda yaşadıqdan sonra Tiflisin Saburtala məhləsinə köçüb, Tiflisdə və ətraf bölgələrdə - Msxeta, Kareli, Kaspi, Qaraçöp, Borçalının kəndlərində xalqımızın ölməz sənəti olan aşıq sənətini təbliğ edib, məclislər aparıb, eyni zamanda dəlləklik edibdir. O, Tiflisin 64 saylı məktəbində, 1 May klubunda və s. dəfələrlə konsertlərdə və şənliklərdə iştirak edibdir.
Dəllək Paşa 1976-cı ildə dünyasını dəyişib.

Yubileydə cıxış edən tanınmış yurnalist-yazıçı Əziz Dəlivəlli, ictimaiyyətin digər nümayəndələri, onu tanıyanlar və qohumlar aşığın həyatından danışıblar.

Sonda aşığın ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..]]>
Müşviq BORÇALI Wed, 21 Jun 2017 01:12:10 +0000
"Cəsur Kəşfiyyatçı” filmi https://turan.info.az/azerbaycan/qarabaq/2918-csur-kfiyyat-filmi.html https://turan.info.az/azerbaycan/qarabaq/2918-csur-kfiyyat-filmi.html "Cəsur Kəşfiyyatçı” filmi Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş
Hicran Zülfüyevin şərəfli ömür yoluna həsr edilən
"Cəsur Kəşfiyyatçı”
filmini turan.info.az-ın dəyərli icləyicilərinə təqdim edirik.]]>
Müşviq BORÇALI Fri, 09 Jun 2017 02:03:01 +0000
Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səsini çatdırır” https://turan.info.az/media/2898-mtbuat-uras-ahismayl-mmdolu-grcstanda-soydalarmzn-haqq-ssini-atdrr.html https://turan.info.az/media/2898-mtbuat-uras-ahismayl-mmdolu-grcstanda-soydalarmzn-haqq-ssini-atdrr.html Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səsini çatdırır”Azərbaycan Mətbuat Şurası «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55 illiyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:
«Elə adamlar var ki, həyata keçirdikləri fəaliyyət ilə özləri ayrıca bir dünya yarada bilir, məxsusi dəst-xətləri, yanaşmaları ilə daim yaddaşlarda qalmağı bacarır, hörmətlə qarşılanırlar. Jurnalistikamızda belə adamları görmək çox xoşdur. Bu günlərdə onlardan birinin – AzTV-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun 55 yaşı tamam olur. Azərbaycan Mətbuat Şurası yubilyarı həyatının əlamətdar təqvim ili münasibəti ilə təbrik edir.
Şahismayıl Şəmmədoğlu uzun illərdir, AzTV-nin Gürcüstandakı təmsilçisi kimi fəaliyyət göstərməkdədir. Onun qonşu ölkədə gördüyü iş heç də müxbirliklə kifayətlənmir. Ş.Şəmmədoğlu həmçinin Gürcüstanın ictimai həyatına nüfuz edir, yarım milyona yaxın soydaşımızın yaşadığı bölgənin haqq səsini çatdırır, Azərbaycan və Gürcü xalqları arasında təmasların möhkəmlənməsinə çalışır. Bu missiya mühüm əhəmiyyət daşıyır və son dərəcə vacibdir.
Azərbaycan Mətbuat Şurası bir daha Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55-illiyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır.
Yubileyiniz mübarək, əziz həmkar!»]]>
Müşviq BORÇALI Fri, 02 Jun 2017 16:37:40 +0000
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə https://turan.info.az/yeni-neshrler/2896-mpvaqifin-anadan-olmasnn-300-illik-yubileyin-dyrli-thf.html https://turan.info.az/yeni-neshrler/2896-mpvaqifin-anadan-olmasnn-300-illik-yubileyin-dyrli-thf.html M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

“Ziya” qəzetinin və turan.info.az saytının Baş redaktoru, tanınmış jurnalist və tədqiqatçı-filoloq MÜŞFİQ BORÇALInın 1995-ci ildə Bakıda işıqüzü görmüş “M.P.VAQİF VƏ GÜRCÜSTAN” adlı kitabının yenidən işlənmiş və əlavələr olunmuş ikinci nəşri bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib (Müşfiq Borçalı. M.P.Vaqif və Gürcüstan. Bakı, 2017, 172 səh.).
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri - filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli, nəşriyyat redaktoru isə “Dostluq” Cəmiyyətinin sədri, “Dostluq məşəli” qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Fərman Borçalıdır.
Kitab Azərbaycan Respublikasэnэn Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli “BöyükAzərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keзirilməsi haqqında” Sərəncamı ilə açılır.
Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, “Tərəqqi” medallэ, “Abdulla Şaiq” və “Qızıl Qələm” mükafatları laureatı Aysəba Əlizadənin “Ulu Borçalının Ulu Oğlu!” sərlövhəli məqaləsi («Şərqin səsi» qəzeti, yanvar, 2014) kitabda “Ön söz əvəzi” verilib.
Üç bölmədən ibarət olan kitabın “Bu dostluğun yaşı çox!...” adlanan birinci bölməsində olan Azərbaycan-gürcü ədəbi əlaqələrinin qədim zamanlardan bu günümüzə qədər olan tarixi inkişaf prosesi araşdırılıb.
“M.P.Vaqif və Gürcüstan” adlanan ikinci bölmədə ölməz şairin Gürcüstanla, xüsusilə də Tiflis şəhəri ilə bağlı yazdığı şeirləri, həmin şeirlərin gürcü əlifbası ilə yazılmış və indi də Gürcüstan arxivlərində qorunub saxlanan nüsxələri tədqiqata cəlb olunub, həmin nüsxələrlə şairin mövcud kitablarında dərc olunmuş şeirləri arasında oxşar və fərqli məqamlar diqqətə çatdırılıb, eləcə də gürcü şairlərinin M.P.Vaqifə həsr etdikləri şeirlər, həmçinin gürcü alimlərinin M.P.Vaqifə verdikləri yüksək dəyərlər və s. haqqında oxuculara ətraflı məlumat verilib.
Kitabın üçüncü bölməsində isə “Gürcüstanda yaşayib-yaradan soydaşlarımızın yara¬dıcı¬lı¬ğın¬da Bədii tərcümə məsələləri və Azərbaycan-gürcü ədəbi əlaqələr (1950-2015)” ilk dəfə olaraq elmi tədqiqata cəlb olunub.
Kitabın sonunda istifadə olunan geniş ədəbiyyat siyahısı verilib.
Bir sözlə, Müşfiq Mədəd oğlu Çobanlının “M.P.VAQİF VƏ GÜRCÜSTAN” adlı kitabı böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töh¬fə olmaqla yanaşı, həm də M.P.Vaqifin ədəbi irsini, həyat və yaradıcılığını, eləcə də Azər¬bay¬can-gürcü ədəbi əlaqələrinin inkişaf tarixini araşdıran tədqiqatçılar, gənc alimlər, doktorantlar, orta məktəblərin ədəbiyyat müəllimləri və ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün qiymətli hədiyyədir.

turan.info.az]]>
Müşviq BORÇALI Fri, 02 Jun 2017 15:27:39 +0000
Bəşəri dəyər və elmi ləyaqətlərin bədii sözdə inikası https://turan.info.az/yeni-neshrler/2890-bri-dyr-v-elmi-lyaqtlrin-bdii-szd-inikas.html https://turan.info.az/yeni-neshrler/2890-bri-dyr-v-elmi-lyaqtlrin-bdii-szd-inikas.html Bəşəri dəyər və elmi ləyaqətlərin bədii sözdə inikası

Mütərəqqi düşüncələrinə, etiqadına, əqidəsinə, geniş dünyagörüşünə, iti və fəal intellektinə şəxsən şahid olduğum, sözün dürüst mənasında insani dəyərlərinə, mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduğum professor Mədəd Çobanov haqqında düşünərkən belə qənaətə gəlirsən ki, onun varlığında və təbiətindəki bütün ləyaqətlər fitri xilqətdir. “Gözəl insan”, “böyük alim”, “fədəkar pedaqoq”, “nəhəng tədqiqatçı”, filologiyamızın korifeyi”, “istesadlı türkoloq”, “etibarlı dost”, “sədaqətli şəxsiyyət”, “görkəmli poliqlot” və s. anlayışlar adi xalq ifadəsindən, sadəcə təyindən, epitetdən çıxıb estetik meyara, insanlıq və mənəvi ucalıq etalonuna çevrilir.
Elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı olduqca geniş və əhatəli olan professor Mədəd Çobanovun əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin və sərrast elmi təfəkküründən xəbər verir. Onun elmi-pedaqoji fəaliyyəti əslində son dərəcə orijinal bir şəxsiyyətin zəngin insani xarakterlərinin güclü bir komponenti, təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. Bu ulu zaka sahibi üçün elmə, maarifə qulluq etmək titanik bir enerjini faydalı şəkildə sərf etmək, özünü xüsusi fədakarlıqla vətən, xalq üçün faydalı etmək prinsipidir. O, elm və ürfan dünyasının canlı dramatik aləmində dərhal sezilən və təsdiq edilən nüfuz sahibidir. Bu zəngin mənəviyyatlı insan sanki insanlara sevgi üçün, xeyirxahlıq üçün, fəal hərəkət üçün doğulub. İnsanlara bağlılıq, xeyirxahlıq və dinamizmin onun yalnız insanlıq və vətəndaşlıq potensialı deyil, onun həyatının tərkib hissəsi, varlığının əsas atributudur.
İstedadlı elm fədaisi Mədəd Çobanovda elmi təfəkkürlə ən təbii insani duyğuların heyranedici sintezi vardır. O, öz ağıllı, məntiqli mühakimələri ilə auditoriyanı ələ ala bilən səviyyəli alim, professional pedaqoq-şəxsiyyətdir. Səmimiyyət, təbiilik, istiqanlılıq onun təbiətində ayrılmaz atributlardır. Onun çoxsaylı və nəzəri problemlərlə zəngin əsərləri, canlı mühazirələri bütöv alim-müəllim şəxsiyyətinin təzahürləridir. Həmişə fəal təfəkkür və elmi düşüncələr aləmində olan vətəndaş alim həyatının və elmi fəaliyyətinin zirvəsindədir. Bu zirvədən baxanda onun şərəfli ömrünün ən şairanə, ən təmiz və ideal səhifələrini görürük. Alim ömrünün, müəllim həyatının öz yanğısı, bu gur yanğının şəfəqləri həmin səhifələrə işıq saçır və biz də bu səhifələri xüsusi vurğunluqla, heyranlıqla və böyük minnətdarlıq hissləri ilə oxuyuruq.
Professor Mədəd Çobanovun ömrü min-min insan yollarına işıq saçan şan-şöhrətli bir ömür, onun idealları isə doğub boya-başa çatdığı torpağın bulaqları kimi təmiz, saf, sadə və iddiasız bir ömürdür. Onun səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə yalnız onun özünə məxsus olan dəyişməz kolorit, baxışlarında həmişə möhtac olduğumuz bir bəşər doğmalığı, bəşər həlimliliyi vardır – bütün bunlar Mədəd müəllimin insan potretini tamamlayan bəşəri cizgiləridir.
Çoxsaylı elmi əsərləri Mədəd Çobanovun alimlik səlahiyyətini, onun potensial enerjisini, analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemi son dərəcə sadə şəkildə interpretasiya eləyə bilmək qabiliyyəti – bütün bu elmi, idraki, mənəvi çalarlar onun bir avtoritet kimi tanınmasına, alim nüfuzuna güclü təkan vermiş olur.
Professor M.Çobanovun keçdiyi həyat yolu adi insan ömrünün hüdudlarına sığışsa da, bu şərəfli yolla addımlayan alimin öz daxili dünyasından ayrılan cığırların hər biri işıqlı amallara doğru can atır, elmin üfüqlərində birləşərək kamil, müdrik bir alim-pedaqoq şəxsiyyətinin rəmzinə çevrilir.
Mədəd Çobanovun dəyərli elmi yaradıcılığı Azərbaycan filologiyasında bir sıra mühim problemləri həll edərək müəyyən boşluqları doldurmağa xidmət etmişdir. Özünün ayıq elmi təfəkkür genişliyinə, faktlara yanaşma cəsarətini, dərin elmi ümumilləşdirmə qabiliyyətini nümayiş etdirmiş, bu sahədə öz nüfuzlu sözünü demiş, problemlərə düzgün yol, istiqamət tapa bilmiş və beləliklə də, özünün elmi konsepsiyasını yarada bilmişdir. Onun əsərlərinin həyati, nəzəri və praktik əhəmiyyətini sübut etməyə isə lüzum yoxdur. Bütün fəaliyyəti boyu o, vətəndaş bir insan, istedadlı alim, fəal pedadoq kimi real vəziyyəti ön plana çəkmiş, dilçiliyimizin vacib problemlərini nəzərə almış, gördükləri işlə məhdudlaşmamış, həmişə konkretliyə, rasional zəhmət sferasına meylli olmuşdur. Mədəd Çobanov həmişə ağır zəhmətlərə qatlaşmış, zehnini, fikrini ən aktual, gərəkli problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik keyfiyyətlərini təsdiq etmiş, səriştəli pedaqoq kimi nümunə rolunu oynaya bilmiş, ətrafında müsbət, təsirli rezonans yarada bilmişdir. Bu rezonanas filoloji elmi mühitlə, dilçilik və ədəbi-tənqidlə məhdudlaşıb qalmamış, publisistikaya, poeziyaya, bədii söz ustadlarının yaradıcılığına da sirayət etmişdir.
“Borçalı” nəşriyyatı tərəfindən təzəcə çapdan buraxılmış “Elin və elmin ağsaqqalı (Professor Mədəd Çobanovun poetik obrazı)” adlı şeirlər toplusu dediklərimizə ən bariz nümunə sayıla bilər. 40-a qədər müəllifin 50-dən çox şeirində Mədəd Çobanovun bədii obrazının istedad və ilhamla yaradıldığını, onun şəxsiyyəti, elmi problemləri və bəşəri qayğıları mühitində təsvir edildiyini görürük.
Əsərlərin mühim bir qismi elmi ləyaqət, mənəviyyat mövzusuda yazılması da bu nəzm nümunələrində özünü gösdərən müsbət meyllərdəndir.
Həmin kitaba daxil edilmiş, müxtəlif fərqli üslubda yazılmış şeirlərdə ən qiymətli cəhətlərdən biri görkəmli elmi şəxsiyyətin surətinin, insan xarakterinin reallığı və həyatiliyidir, Mədəd Çobanovun qələm sahibləri tərəfindən həssas, dəqiq müşahidələrinin nəticəsi olaraq təcəssümüdür.
Diqqət çəkən məziyyət kimi, xüsusi qeyd olunmağa layiqdir ki, müəlliflərin hər birinin poetik təfəkkürünün öz orijinallığı, öz ifadə potensiallığı, təsir və cazibə qüvvəsi özünü xüsusi vüsətlə biruzə verir. Ən önəmlisi budur ki, müəlliflərin heç biri şablon deyimlərə uymur, trafaret ifadələrdən qaçaraq ulu şəxsiyyət Mədəd Çobanovun mükəmməl bədii obrazının işıqlı tərəflərini olduqca qabarıq formalarda təcəssüm etdirir.
Orijinal deyim üsulları M.Çobanovun bənzərsiz intellektindən, xalq, vətən, elm və ürfan üçün döyünən qəlbindəki arzu və ideallardan işıq alan səmimiyyət həssas oxucularının, xüsusən özünəməxsus dəsti-xətti olan alimi şəxsən tanıyanların, ona sonsuz ehtiram və rəğbət bəsləyənlərin də ürəyinə atəş saça bilir.
İthaf şeirlərinin timsalında görürük ki, burada M.Çobanov haqqındakı anlayışlarımız olduqca dərindən və real ştrixlərlə ifadə olunmuşdur. Onun həyat idealı dolğun və təsirli verilmişdir. Bu da görkəmli ziyalımızın fəal fikir və həyat mövqeyinin ən incə nöqtələrinin açılmasına imkanlar açır.
Bədii sözün bu müdrik insan haqqında ruhumzuda, fikrimizdə oyatdığı parlaq təəssüratlara xüsusi aydınlıq gətirir. Lirik təhkiyədə elm mücahidinin mənalı cizgiləri şox aydın sezilir.
Mədəd Çobanova həsr olunmuş şeirlərdə təsvir-tərənnüm obyektinə daha çox şirin məhəbbət və tükənməz etiram hissləri qələmə alınmışdır. Maraqlıdır ki, bu səmimi ehtiranmın və hörmət duyğularının bütün gözəlliklərini, şiddətini öz ürəklərində yaşadan müəlliflər sıcaq emosiyalarını, poetik mükalimələrini, rəğbət hisslərini ümumbəşəri səviyyəyə qaldıra bilmişlər. Konkret tarixi şəxsiyyətin ləyaqət və sanbalına görə ithaf şeirləri boğazdanyuxarı patetikadan, yalançı pafos və ritorikadan uzaqdır.
Şəxsiyyət bütövlüyündən ilhamlanan qadir qələmlər sanki söz və ifadə seçimində olduqca sərbəstlik əldə etmiş, sərrast deyim qəlbləri obrazın ən xarakterik mənəvi şrtirixlərini üzə çıxarmışlar. Söz uyarlığı deyim aydınlığı və forma oynaqlığı yaradılan Mədəd Çobanovun çoxşaxəli obrazını yüksək bədii mündəricə ilə təravətləndirmişlər. Buradakı lirizm insan qəlbinə sirayətedici məzmunla sirayət etmişdir. Bu misilsiz bədii obraz reallıqdan, gerçəklikdən yoğrulmuşdur. Odur ki, ithaf şeirlərində canlandırılan, yüksək pavozla, dəqiq bədii ştrixlərlə rəsm edilən Mədəd Çobanov şəxsiyyətinin nüfuz dairəsi və qüdrəti reallığı təcəssüm etdirən poetik incəliklərlə oxuculara çatdırılmışdır.
Filologiya elmimizin korifeyinə ithaf olunmuş şeirlər boş tərifnamələr deyil. Buradan lirika söz sənətkarlarının qəlbindən süzülüb gələn, təfəkküründə büllürlaşaraq təzahür edən təəssüratların ifadə formasıdır. Bir tarixi simanın timsalında əsl alim-vətəndaşın ümumiləşdirmə vasitəsidir. Burada istedadlı dilçi-alimin səciyəsi təsvir obyektinə müxtəlif aspektlərdən müraciətlər vasitəsilə açılır. Belə müraciətlərin, poetik ünsiyyətin özü elmə təmannasız xidmət edənlərin lirik ifadəsinin müəyyən dərəcədə sınaqdan çıxmış formasıdır. Yüksək məzmunlu və semantik tutumlu formalarla əsk olunan gözəl ziyalı ona görə bütün simasını nümayiş etdirir ki, şeir müəllifləri təsvir-tərənnüm predimetini yaxından tanıyır. Mədəd Çobanov müəlliflərlə münis və mənən yaxındır. Oan görə də qələm sahibləri ən səmimi hisslərini, düşüncələrini bu misilsiz elm cəngavəri ilə bölüşmüşlər.
Şeir müəlliflərinin qəlbindən, mühakimələrindən keçərək poetik yaddaşlara çevrilən misralar ulu elm xadimi haqqında poetik sənədlərə çevrilir. Xüsusi bir cəhətini onu da qeyd etmək olar ki, ithaf şeirləri yalnız şairlərdə sıcaq bir duyğular, mənalı mühakimələr doğuran alimlik simvolu Mədəd Çobanova ehtiram və məhəbbətin ifadəsi olmaqla məhdudlaşmır, onun ən mühim ləyaqət və gözəlliklərini təsvir və tərənnüm edəndə də müəyyən ümumiləşdirmələr aparılır.
Görkəmli professorun arxada qalan illərinə müraciət, onun işıqlı simasında keçmiş mənalı günlərə ardıcıl və ciddi maraq təsadüfi səciyyə daşımır. Bədii söz sahibləri bunu olduqca geniş ölçüdə götürüb mənəvi kamilləşmənin mənbələrindən biri kimi simvollaşdırırlar. Qədim Borçalıya, iti zəkalı alimimizin doğylduğu torpaqa maraq, onun poetik fikir süzgəcindən keçirilməsi ilə poetik sətirlərin müəllifləri çoxhörmətli Mədəd müəllimin dərin təfəkkürünün qaynaqlarını, mənəvi köklərinin ənginliklərini üzə çıxarır. Onu qədim zəngin filoloji düşüncələrimizin mahir varisi kimi tərənnüm etməklə mənəvin simasının başlanğıcını da aşkarlamağa səy gösdərmişlər. Tərcümeyi-halının ən yaddaqalan səhifəsi olan tarixi vətənimiz, daha çox da ulu Borçalı keçmişimizin, bu günümüzün, köklərimizin fəxarət doğuran tərəfləri kimi yadda qalır. Mədəd müəllimin potensial həyat təəssüratlarını, subyektiv dünyasını ifadə edən şeirlər çox təbii səslənir. Poetik fikirin predment və əhatədairəsi zənginliyi çox sahəliyi ilə seçilir. Bu səbəbdən müəlliflərin metaforik düşüncələri də, ifadə üsulları da koloritli formalara düşüb, poetik mənalandırmanın zərifliyi görünür.
Filologiyamızda müsbət meyllərinin ifadəcilərindən biri olub onun inkişafı tarixində özünə şərəfli yer tutan Mədəd Çobanov həmçinin ona böyük rəğbət bəsləyən şairlərə elmi fədakarlıq, alim həyatının çətinlik və məhrumiyyətləri, peşıkarlar arasında qazanılan şərəf haqqında da əlavə təsürrat və assosiasiyalar verir. Hiss olunur ki, bu nəzm nümunələrinin müəllifləri öz ilhamlarına təziq gösdərməmişlər. Səciyəvi haldır ki, bura da ilham sərbəst şəkildə dilçilik elminin zirvələrini fəth etmiş bir gözəl insanın poetik obrazını yaratmağa həvəsləndirib, Mədəd Çobanovun şəxsi şərəfinə üz tutmağa məcbur etmişdir. Bunun sayəsində biz bənzərsiz yazı ədası ilə geniş oxucu kütləsinin və elmi ictimaiyyətin dərin rəğbətini qazanmış alimimiz – Mədəd Çobanovun əzəmətli obrazını görürük. Bu metofarik obraz hər müəllifin üslubunda konkret və real cizgilər mənimsəyir, mətn, iradəli və elmi uğurlara imzalar atan mütəfəkkir obrazı səviyyəsini yüksəlir. Konkret bir şəxsiyyətin bədii obrazının timsalında əsl elm adamlarının həyat və mübarizəsi, ideaları, uğurları haqqında təsəvürlərimiz zənginləşdirilir.
Oxucunu sevindirən, fikirini qidalandıran, onun duyğular aləmini təzələşdirən şeirlərdən kifayət qədər aydın olur ki, müəlliflər Mədəd Çobanov mövzusu ilə bağlı yazılarında real düşüncədən saf emosiyalardan məhrum bir sözü belə mətnə daxil etməmişlər. Bir insanın həyat yolunu və məramını bütün dolğunıuğu ilə canlandıran adi sözləri təsvir – tərənnüm obyektinin boynuna sərrast biçmiş, poeziya ilə dolu olan sözləri Mədəd Çobanov fenomeninin böyük və müdrik həqiqətlərinin sadə təqdimat formasına salmışlar. Məharətli söz işlətmə səriştəsinin nəticəsidir ki, konkret bir şəxsə - misilsiz yaradıcılıq qüdrətli Mədəd Çobanova həsr olunmuş şeirlərdə təsvir predimenti həyatımızın canlı bir faktına çevrilir. Hərarətli təəssüratlarla Mədəd Çobanov sevənlərin ürəyinə işıqlı duyğular seli gətirir və bütün hallarda oxucuların estetik zövqünü itiləşdirir. Uğurlu məziyyətdir ki, müəlliflərin bədii təəssüratlarının əksəriyyəti şəxsi xatirələr mühitindən törəmişdir. Şəxsi xatirələrdən canlı ünsiyyətdən nəşət edən hiss və fikir axınları bu duyğuları yaşayanların iç dünyasına güzgü tutur.
Məhərrəm Abbasəlioğlu Hüseynov
Filologiya elmləri doktoru, professor.]]>
Müşviq BORÇALI Thu, 01 Jun 2017 13:20:49 +0000
Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir... https://turan.info.az/arxiv/borcaliorg/2870-arzuman-nbiyev-boral-birliyin-srtlm-adam-rhbrlik-etmlidir.html https://turan.info.az/arxiv/borcaliorg/2870-arzuman-nbiyev-boral-birliyin-srtlm-adam-rhbrlik-etmlidir.html Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir...Son vaxtlar Borçalı Birliyində növbəti gərginliklər ortaya çıxıb. Birliyin bəzi üzvləri mətbuat orqanlarında bir-birini ittham etməkdən çəkinmirlər. Bəs, bu informasiya mübarizəsinin arxasında nə dayanır.

Birliyin mətbuat xidmətinin sədri Arzuman Nəbiyevin Ovqat.com-a müsahibəsi də elə bu mövzu ətrafında olub

Aşağıda həmin müsahibəni turan.info.az-ın dəyərli oxucularına təqdim edirik...

-Borçalı Birliyində nə baş verir?

-Bu sualın cavabının uzun bir tarixçəsi var. Mən çox dərinə getmədən bildirmək istəyirəm ki, Borçalı Birliyində 2016-cı ilin yanvar ayında 8 nəfərin iştirakı ilə təşəbbüs qrupu yaradıldı. Məqsəd Birliyin sədri Zəlimxan Məmmədliyə qarşı cəbhə açmaq idi. O, fəaliyyətsizlikdə, Gürcüstan-Azərbaycan münasibətlərinə zərər vurmaqda günahlandırıldı. Halbuki, vaxtilə həmin adamlar Zəlimxan Məmmədlinin yanında idilər və eyni qaydada onu təşkilatın sədri vəzifəsinə gətirmişdilər. Bilirsiniz ki, 2009-cu ildən ötən ilə qədər Zəlimxan Məmmədli həmin təşkilatın sədri olub. Ötən ilin iyul ayının 25-də növbədənkənar konfrans keçirildi və konfranda 250-dən artıq Borçalı əsilli ziyalının iştirak etdi. Təşkilatın təsisçiləri bizim ağsaqqalımız Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli də bizlərlə bərabər idilər. Konfransda Zəlimxan Məmmədlinin bu vaxta qədərki fəaliyyəti çox ciddi tənqid atəşinə tutuldu, yeni sədr seçildi. Yeni sədr, bizim hörmətli tarixçi alimimiz BDU-nin etnoqrafiya kaderasının dosenti Kərəm Hatəm oğlu Məmmədov oldu. Eyni zamanda 21 nəfərdən ibarət İdarə Heyəti seçildi. Sentyabr ayında biz konfransın qərarını Ədliyyə Naziliyinə təqdim etdik və müsbət cavab aldıq. Bütün məsələlər də bundan sonra başladı.

Baxmayaraq ki, Borçalı Birliyi ilə bağlı Kərəm müəllimin çox gözəl planları var idi, amma bu planların heç biri reallaşmadı. Çünki, Kərəm Məmmədli yaxşı alim, vətənpərvər ziyalı olsa da, təşkilatçılığa ciddi zaman ayıra bilmədi. 21 nəfərlik İdarə Heyəti isə bütün hər işi onun görməsini gözlədi. Özləri əllərini daşın altına qoymadan bütün fəaliyyəti yalnız sədrdən gözləmək, təbii ki, fəaliyyətsizliyə, yersiz dedi-qoduya gətirib çıxarmalıydı.

-Kərəm Məmmədov sədr olandan sonra birliyin fəaliyyəti tamamilə dayandı?

-Yox, bəzi tədbirlər keçirdik, indi də keçiririk. Məsələn, Birliyimiz Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemiylə bağlı çox ciddi toplantılar keçirib, Azərbaycan hökumətinin ordakı məktəbləri kitabla təmin etməsinə nail olub.

Gürcüstanda bir vaxtlar 200-dən artıq Azərbaycan məktəbi mövcud idi. Amma son zamanlar həmin məktəblərin sayı kəskin şəkildə azalıb. Həmin məktəblərin Azərbaycan dili və ədəbiyyatı dərslikləriylə rəsmi şəkildə təchiz edilməsi çox ciddi uğur idi. Sağ olsun, Azərbaycan dövləti, ötən ilin dekabr ayında Gürcüstandakı məktəblər üçün 17 min kitab göndərdi. Bunlar Gürcüstan və Azərbaycan dövlətlərinin birgə həyata keçirdikləri tədbirlər sırasına alındı. Eyni zamanda biz də Kərəm Məmmədlinin rəhbərliyi altında kitab toplama kampaniyasına başladıq. Azərbaycanda dərc olunan bədii kitablar toplayıb Gürcüstandakı soydaşlarımıza çatdırdıq. Həmin kitabları böyük əziyyətlə Gürcüstana apardıq, müxtəlif yerlərdə kitabxanalar yaratdıq. Bunlar həyata keçirilməsəydi,Gürcüstandakı Azərbaycan dilli məktəblər yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qala bilər, soydaşlarımızın assimilyasiya prosesi başlayar və biz bir dövlət kimi perspektivdə ciddi itki yaşayardıq.

Bununla belə, yalnız Kərəm Məmmədlinin şəxsi təşəbbüsüylə ərsəyə gələn bir neçə tədbirlərlə ayaqda qalmaq mümkün deyil. Təşkilatın digər qolları da öz vəzifələrini yerinə yetirməli, strukturlarını böyütməlidirlər. Nə yazıq ki, bu istiqamətdə görülən tədbirlər qaneedici deyil. Faktiki olaraq, fəaliyyətsizik və bu fəaliyyətsizliyimizin bir necə səbəbi var. Bu səbəbləri əsasən iki qrupa ayırmaq olar: obyektiv və subyektiv səbəblər.

Obyektiv səbəblərdən biri bizim indiyə qədər oturmağa, fəaliyyətimizi kordinasiya etməyə qərargahımızın olmamasıdır. Bizim nəinki qərargahımız, heç otağımız, masamız, təşkilatın rəsmi telefonu belə yoxdur.

Subyektiv səbəblərdən ən başlıcası isə Birliyin İdarə Heyətinin üzvlərinin heç bir əməli fəaliyyətlə məşğul olmamasından qaynaqlanır. Onların işləri-gücləri yenidən qruplaşmaq, Birliyin fəaliyyətini gözdən salmaq, maneələr törətməkdir. Bir vaxtlar təşkilatı Zəlimxan Məmmədlinin əlindən alıb Kərəm müəllimə təslim edənlər indi yeni sədrin ayağının altını qazırlar.



-Narazılığın səbəbi nədir?

-Səbəb öz fəaliyyətsizliyimizin günahını başqalarında axtarmaqdadır. Təsəvvür edin, Birliyin İdarə Heyətinin 21 üzvü var, amma bütün sənədlərimiz yerində olduğu halda, bizim hələ də adə bank hesabımız yoxdur.

-Nədir ki bank hesabı? 10 manat verirsən, açırlar...

-Yəni açmamışıq. Buna Kərəm Məmmədli nə etsin? O, bu cür texniki işləri İdarə Heyətinə həvalə edib. İdarə Heyəti isə açmayıb. Eyni zamanda bu 21 nəfərin arasında səlahiyyət və vəzifə üstündə dava-qırğın gedir. Biri sədr müavini, digəri maliyyə katibi olmaq istəyir. Fəaliyyətsizliyimizə baxmayaraq, bu cür iddialarla yaşamağımız ürək ağrıdır. Mən açıq şəkildə etiraf etmək istəyirəm: 21 nəfərlik İdarə Heyətimiz tamamilə fəaliyyətsizdir. Onların dedidən-qodudan başqa əllərindən heç bir iş gəlmir. Məsələn, Birliyimizin nümayəndələri Gürcüstanda Novruz bayramı ilə əlaqədar bir tədbirə getmişdi. Kərəm Məmmədov və İdarə Heyətinin 4 üzvünün iştirak etdiyi tədbirin ertəsi günü Borçalıda yaşayan ziyalılar bu nümayəndələrlə görüşmək istəyiblər. Təsəvvür edirsinizmi, onlarla görüşə yalnız Kərəm müəllim gedib. Digərləri isə müxtəlif bəhanələrlə görüşdən yayınıblar. Səbəb isə cılız maraqlar, dedi-qodular olub. Məsələn, Kərəm müəllimə irad tutublar ki, sən bizim icazəmiz olmadan niyə ziyalılarla görüş keçirirsən. Bu cür mənasız ittiham olar? İnanın ki, o tədbirlərin keçirilməsində Kərəm Məmmədovdan başqa heç kimin xəbəri olmayıb. Bir də mən mətbuat katibi kimi xırda-para sənədlər, məktublar yazmışam.

- Borçalı Birliyindəki bugünkü gərginliyin əsas səbəbi yeni sədr axtarışı ilə bağlıdır?

-Bəli. İdarə Heyətinin üzvləri yeni sədr axtarışındadır.

-İndi kimi istəyirlər?

-Hər qrupun öz namizədi var.

-Nə edəcəklər sədri? Sədri gətirib yenə dedi-qoduyla ayağının altını qazacaqlarsa, nə mənası var yeni liderin?

-İndiki sədrimizi iş görməməkdə, bacarıqsızlıqda, fəaliyyətsizlikdə günahlandırırlar. Amma adamdan soruşarlar: Siz 21 nəfərsiz, nə etmisiniz? Yenə nə edibsə həmin o bir nəfər edib. Məsələn, Kərəm müəllim İdarə Heyətinin müxtəlif şəxslərinə layihə hazırlamağı tapşırıb. Əgər o layihələr hazırlanmayıbsa, bunun tək günahkarı sədr deyil, axı. Niyə özlərini də ittiham etmirlər? Heç kəs öz işini görmür, amma hamı müavin olmaq istəyir.

-Deməli, dava müavinlik üstündə gedir? Kimlərdir Kərəm müəllimin müavinləri?

- Təşkilatın əsas müavini Şərif Kərimlidir.

-Neçə müavin var?

-Desəm, gülməli çıxar. Bu, yazılası deyil.

-Niyə yazılası olmasın? Siz deyin, yazılası olmasa, yazmaram.

-Təsəvvür edin, adi bir otağı, stolu, telefonu olmayan Borçalı Birliyinin 7 müavini var.

-Bəlkə Kərəm müəllim narazılığı ortadan qaldırmaq üçün 21 müavin strukturu yaratsın?

-Heydər bəy, bu, ironiya mövzusu deyil.

-Yox, mən də heç ironiya etmirəm. Əgər təşkilat bu səbəbə görə işləyəcəksə, niyə buna gedilməsin?

-Məsələ burasındadır ki, həmin adamların işləmək arzusu yoxdur. İş görmək istəyənlərin bu cür cılız bəhanələrə ehtiyacı olmaz. Sabah 21 yox, 31 müavin seçilsə belə, yenə bu insanlar bəhanə tapacaqlar.

-Belə başa düşdüm ki, Kərəm müəllimi ittiham edənlər müavin ola bilməyənlərdir?

-Yox, müavinli-müavinsiz bütün İdarə Heyəti ittiham edir. Məsələn, bir təşkilat məsələləri üzrə müavin var...

-Adı nədir?

-Firudin müəllim... Təşkilat indiyə qədər iki böyük tədbir keçirib. Təşkilat məsələləri üzrə müavinin isə bu tədbirlərdən xəbəri yoxdur, amma Kərəm Məmmədovu fəaliyyətsilikdə ittiham edir. Digərləri də onun kimi... Hesab edirəm ki, təşkilatın idarəetmə strukturunun bünövrəsi düzgün qurulmayıb. Əsl problem də bundan qaynaqlanır. Bilirsinizmi, Kərəm Məmmədov ziyalıdır, elitar adamdır. Mən də təşkilatda baş verənləri görüb deyirəm ki, Borçalı Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir. Yəni çay daşı kimi. Kərəm Məmmədov isə hamiyla etika çərçivəsində danışır.



-Arzuman bəy, deyəsən, Zəlimxan Məmmədlini də elə bu cür ittihamlarla yola salmışdınız.

-Açığını desəm, mən Zəlimxan Məmmədlinin əleyhinə təşkil olunmuş bu təşəbbüsə qoşulmaqdan peşiman olmuşam. Mətbuat katibi olduğum üçün onun barəsində bəzi xoşagəlməz yazılar da yazmışam. Hesablamışam, düz 28 dəfə kəskin yazılarla onu ittiham etmişəm. Düzdür, Zəlimxan bəy də bizə qarşı kəskin ittihamlar, hətta təhqirlər səsləndirirdi və mən də onun cavabını vermək məcburiyyətində qalırdım. Bununla belə, bir gün qismət olsa, o kişini görüb halallığını alacağam. Onu təşkilatdan uzaqlaşdıran Təşəbbüs Qrupunun üzvləri indi də Kərəm Məmmədova qarşı eyni fəaliyyətdədirlər. İdarə Heyətinin üzvlərindən kənarda yenidən qruplaşıb Təşəbbüs Qrupu yaradıblar. Adama deyərlər ki, axı sizin fəaliyyətiniz konfransa qədər idi. Konfrans keçirildi, struktur formalaşdı, siz də iddialarınızdan geri çəkilin. Niyə hər gün eyni fikirlərlə ortaya çıxıb ara qarışdırırsınız?

-Maraqlıdır, Zəlimxan Məmmədlini niyə uzaqlaşdırmışdınız?

-Zəlimxan bəy bu gün də Borçalı Birliyinin missiyasını qeyri-qanuni olsa da yürüdür. Hətta bizdən daha yaxşı fəaliyyət göstərir. Tədbirlərini keçirir, əlindən gələni əsirgəmir. Baxmayaraq ki, o, məni facebookda blok edib, amma mən başqa profillərdən onun fəaliyyətini izləyirəm və keçmişdə ona qarşı fəaliyyətimə görə peşman oluram. Məsələn, Qurban bayramı ilə bağlı bu adam geniş tədbir keçirdi. Ayda bir dəfə geniş tərkibdə iclaslar, toplantlar təşkil edir. Bizimkilər isə dedi-qodudan başqa heç nə etmirlər. Baxmayaraq ki, Zəlimxan Məmmədlini neçə ildir, Gürcüstana buraxmırlar, o bizdən çox iş görür.

-Bunu bilmirdim. Niyə buraxmırlar?

-Bunun müəyyən səbəbləri var. Zəlimxan Məmmədlinin ən böyük layihəsi Gürcüstanda 7 il müddətində Elat bayramı keçirməsidir. Dmanisinin Armudlu yaylasında keçirilən bu bayram Gürcüstan azərbaycanlılarının milli şüurunun oyanmasında xüsusi rol oynayırdı. 2016-cı ildə biz gələndən sonra gürcülər artıq Elat bayramını ləğv elədilər. O vaxtdan həmin bayramın yerinə Dmanisoba bayramı keçirilir. Yəni Zəlimxan Məmmədlinin başlatdığı milli layihəni gürcüləşdirdilər...

-Bir dəqiqə, Arzuman bəy, maraqlı bir məqama toxundunuz. Belə çıxır ki, Borçalı Birliyinin Zəlimxan bəyin əlindən çıxması Gürcüstanın da maraqlarına uyğun idi. Daha sonra Kərəm Məmmədovun başlatdığı kitab kampaniyası da Gürcüstanda Azərbaycan türklərinin milli şüurunu qorumağa xidmət edirdi. Maraqlıdır ki, istər Zəlimxan bəyin, istərsə də Kərəm müəllimin vurulmasında eyni qüvvələr aktivlik göstərir. Siz bu işlərdə gürcü əlinin mövcudluğunu hiss etmirsiniz?

-Mən bu suala cavab verə bilmərəm. Bunu araşdırmaq mənim imkanlarım xaricindədir. Amma hesab edirəm ki, o vaxt Zəlimxan Məmmədli həqiqətən də Gürcüstanda populist çıxışlar edirdi.

-Necə düşünürsünüz, Zəlimxan bəylə Kərəm müəllimin qüvvələrini birləşdirməsi Borçalı Birliyinin daha aktiv fəaliyyətinə təkan verə bilərmi?

-Açığı, mən də bu təşəbbüslə çıxış etmək istəyirəm. İnşallah, tərəflər mənim xoş niyyətimi qəbul edərlər.

Söhbətləşdi: Heydər Oğuz]]>
Müşviq BORÇALI Thu, 25 May 2017 14:12:51 +0000
Şəhid Hicran Zülfiyevə həsr olunmuş “CƏSUR KƏŞFİYYATÇI” filminin təqdimatı keçirilib https://turan.info.az/azerbaycan/qarabaq/2866-hid-hicran-zlfiyev-hsr-olunmu-csur-kfyyati-filminin-tqdimat-keirilib.html https://turan.info.az/azerbaycan/qarabaq/2866-hid-hicran-zlfiyev-hsr-olunmu-csur-kfyyati-filminin-tqdimat-keirilib.html Şəhid Hicran Zülfiyevə həsr olunmuş “CƏSUR KƏŞFİYYATÇI” filminin təqdimatı keçirilib
Bu gün - 2017-ci il mayın 23-də Beynəlxalq Mətbuat Mərkəzində "Vetenim.İnfo” MMC tərəfindən Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Hicran Zülfüyevin şərəfli ömür yoluna həsr edilən "Cəsur Kəşfiyyatçı” filminin təqdimatı keçirilib.

Sherg.az xəbər verir ki, öncə Qarabağ uğrunda şəhid olmuş bütün insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə "Vetenim.İnfo” saytının baş redaktoru Müşfiq Borçalı açıb. O, şəhidin ailə üzvləri başda olmaqla, dəvət olunmuş bütün qonaqları və media işçilərini salamladıqdan sonra, 25 il əvvəl - 1992-ci il mayın 23-də Qarabağ uğrunda müharibədə qəhrəmancasına şəhid olmuş Hicran Zülfiyevin şərəfli ömür yolu haqqında və eləcə də təqdim edilən film barəsində məlumat verib.

Bildirib ki, Hicran Zülfiyev 1960-cı il noyabrın 5-də Qərbi Azərbaycanın Sisian rayonunda anadan olmuşdu. 4 yaşında ikən ailəsi ilə birlikdə Bakıya köçür. Orta məktəbə və ilk rəssamlıq fəaliyyətinə Sisianda başlayan Hicran Zülfiyev, ali təhsilini Bakı Dövlət Pedaqoji Universitetinin “bədii qrafika” fakultəsində davam etdirir. 1984-cü ildə artıq o, Sovet ordusunda qulluğa başlayır. Oradan leytenant rütbəsi ilə geri qayıdan Hicran, daha sonra könüllü olaraq, kəşfiyyatçı kimi yenidən orduda xidmətə başlayır. Tez-tez əsgərlərini “Biz ölməyə yox, öldürməyə gəlmişik !” , “Qisas qiyamətə qalmaz !” şüarları ilə ruhlandıran Hicran Zülfiyev, 1992-ci il may ayının 23-də minaya düşərək qəhrəmancasına şəhid olur.

Daha sonra şəhidə həsr olunmuş film nümayiş olunub. Qeyd edək ki, "Vetenim.İnfo” MMC tərəfindən hazırlanmış filmin Ssenari müəllifi Günya Novruz, rejissoru İsrafil Xanlarov, redaktoru isə Müşfiq Borçalıdır.

Filmdə ailə üzvlərin, onun döyüş yoldaşların, yaxınların Hicranla olan xatirələrini bölüşüblər. Və Hicran haqqında maraqlı məqamları tamaşaçılara çatdırıblar. Bir çox maraqlı səhnənin yer aldığı filmdə ən çox diqqəti cəlb edən məqam, Hicranın əsgər çantasının ailəsi tərəfindən nümayiş olunduğu səhnə olub. 25 ildir ki, ailəsinin Hicrandan qalan son xatirə olaraq saxladıqları çantada Hicranın son toxunuşları var idi.. Belə ki, çantada onun qanlı köynəyi, içib axıra çatdıra bilmədiyi suyu, yarımçıq qalmış siqaret qutusu, xərclənməmiş pulları, oxuyub axıra çatdıra bilmədiyi qəzeti və daha bir çox 25 ildir ki, onu gözləyən əşyaları var idi..


Film haqqında ilk söz demək üçün söz uzun müddət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində sədrin müavini, şöbə müdiri və baş redaktor vəzifələrində çalışmış
Əməkdar jurnalist Cavanşir Cahangirova verilib. O, filmlə bağlı öz ürək sözləri ilə yanaşı, həm də filmin yaradıcı heyətinə öz tövsiyyə və məsləhətlərini söyləyib, filmin ssenari məllifi Günay Novruzun televiziya sahəsində ilk addımlarını məhz onun yanında atdığını və bundan qürur duyduğunu diqqətə çatdırıb.

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadə bildirib ki, şəhid ruhu müqəddəsidir. O ruh bizim ətrafımızda dolanır və hər zaman da dolanacaq.

Onun sözlərinə görə, bu ruhun arzularını yerinə yetirmək bizim borcumuzdur. Məhz hazırlanan film də buna xidmət edir:

"Hər birimiz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Lakin burada əyləşən şəxslərin heç biri şəhid anasının keçirdiyi hissləri keçirə bilməz. Ananın nələr çəkdiyini görürük. Şəhidimizin dostları, qohumları danışdı, amma əsərin əsas qəhrəmanı ağbirçək anamızdı. Filmdəki əsgər xurcununun açılması epizodu çox maraqlı idi və bu görüntü həm rejissor, həm də film müəllifləri üçün bir tapıntıdır. İftixar hissi keçirdim ki, o xurcundan çıxan siqaret qutusu, içilməmiş su qabı ilə yanaşı əvvəllər baş redaktoru olduğum "Səhər” qəzeti də çıxdı. Həqiqətən də o zamanlar qəzet əsgərlər arasında çox vacib idi.
Hazırlanan film şəhidlərimizi unutmağa qoymur. Minlərlə şəhidlərimiz var, onlar haqqında filmlər çəkilməli, əsərlər yaradılmalıdır. Bir sözlə, nə lazımdırsa, yerinə yetirməliyik ki, şəhidlərimiz unudulmasın. Əlbəttə, nə eləsək də onların ruhunu ciddi şəkildə şad edə bilmirik. Ona görə də torpaqlarımız hələ işğal altındadır, üzərində yad ayaqlar var. Son illər aparılan siyasət, görülən işlərin hər biri onu göstərir ki, istəyimizə nail olacağıq. Torpaqlarımız düşməndən azad olacaq və bu zaman filmlərimizin mövzusu dəyişəcək. Amma Hicran kimi şəhidlərimiz heç bir zaman unudulmayacaq və həmişə qəlbimizdə yaşayacaq”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci” qəzetin baş redaktoru Rəşad Məcid çəkilmiş filmin şəhidimizin ruhu qarşısında olan hörmət əlaməti olduğunu diqqətə çatdırıb:

"Xocalı hadisəsi barədə ermənilərin fikri belədir: onlar hər zaman maraqlı olublar ki, törətdikləri faciələri və vəhşilikləri göstərməklə Azərbaycan xalqında xof, qorxu yaratsınlar. Xalqımız müharibə və torpaqları azad etmək iddiasında olmasın. Amma bu cür olmadı, əksinə Azərbaycan xalqı daha çox qisas hissi ilə yaşamağa başladı. Minlərlə azərbaycanlı gənclərimiz məhz bu kadrları görəndən sonra müharibəyə, torpaqlarımızı müdafiə etməyə qalxdı. Bu günkü filmimizin qəhrəmanı Hicran da qisas və vətəni qorumaq hissinin təsiri ilə cəbhəyə yollandı. Əminəm ki, vətənpərvərlik hissi şəhidimizin övladlarına da keçib. Filmdə olan əsgər xurcununun açılması, onun içərisində olan əşyalar olduqca təsirli məqamlar idi. Filmin ərsəyə gəlməsində böyük zəhmət çəkilib. Əziyyət çəkən şəxslərin hər birinə öz təşəkkürümü bildirirəm və Allahdan şəhidimizə rəhmət diləyirəm”.

"Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə qeyd edib ki, şəhidimiz haqqında çəkilən film içimizdəki müqavimətin sınmaması və qorunması üçündür. Xanım jurnalistin fikrincə, müqavimət hissini unutmaq olmaz və canından keçən oğullarımız ki var, onlar bizim içimizdəki müqavimət hissidir:

"Müharibə başlayan zaman biz bu günkü hadisələri heç vaxt ağlımıza gətirmirdik. Elə bilirdik ki, hər şey olub bitəcək. Amma bu gün dünya mənzərəsinə baxanda görürük ki, nələr baş verir. Canımızı o vaxt müharibədə canını qoymuş insanlara borcluyuq. Soyqrım olan zaman dünya qüvvələri gözləmirdilər ki, biz müqavimət göstərəcəyik. Məhz müqavimətimizin hesabına bu gün yaşayırıq, dövlətimiz və torpağımız var. 20 faiz torpaqlarımızı itirdik, amma 80 faiz torpaqlarımızı qoruduq. Suriyanın başına gələnlərdən özümüzü necə gözlədik? Keçmişdə canından keçən şəhid oğullarımızın hesabına yaşayırıq.

Deyirlər ki, yeni nəsil yetişir və onlar torpağımızı sevmirlər. Aprel hadisələri oldu və gördük ki, insanların içində müqavimət hissi ölməyib, hər kəs vətən haqqında düşünürdü və sevinirdi ki, bəlkə nəyəsə nail olacağıq. Hesab edirəm ki, belə filmlərdən çox hazırlamaq lazımıdır. Şəhidimizin ailəsinə təşəkkür edirəm ki, bu əziyyətlərə dözüblər. Bu gün H.Zülfüyevin övladı atasını görmür, onun yerinə bir daş görür, amma bu daş onun üçün çox əzizdir”.

Daha sonra tanınmış ictimai xadimlər, o cümlədən, Cabir Novruz Fondunun rəhbəri, Əməkdar Bədən tərbiyəsi və İdman xadimi Cavanşir Qurbanov, təcrübəli televizya işçilərindən Aybəniz Məmmədəliyeva, Rahib Qərib, İdrak Etibarlı və başqaları edərək film haqqında öz ürək sözlərini söyləyiblər və yaradıcı heyətə uğurlar arzulayıblar.

Sonda şəhidin döyüşçü yoldaşları və ailə üzvləri filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və bütün iştirakçılarına öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Yeganə Bayramova]]>
Müşviq BORÇALI Wed, 24 May 2017 00:17:41 +0000
Deyirəm Şirvanlı, Borçalıyam mən!.. https://turan.info.az/azerbaycan/region/2821-deyirm-irvanl-boralyam-mn.html https://turan.info.az/azerbaycan/region/2821-deyirm-irvanl-boralyam-mn.html Deyirəm Şirvanlı, Borçalıyam mən!..Vurğunam

Nyu-York Elmlər Akademiyasının üzvü, Filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun anadan olmasının 70 illiyinə ithaf edirəm.

Elmdə fəth etdin uca zirvəni,
O məqama yetməyinə vurğunam.
Allah verir, sevdiyinə qüvvəni,
Həqiqəti bilməyinə vurğunam.

Hər oxuyan yüksəlməyir o ada,
Ölkəmi tanıtdın yaxına, yada.
Əzab ilə yetişmisən murada,
Haqqa şükür etməyinə vurğunam.

Tarixinə yazıldı ad-sanını bu gün,
Oturmaq düz deyil, danışın, gülün.
Hər bir yana yol açıqdır sizinçün,
Şirin-şirin gülməyinə vurğunam.

Kərəzdi, Murovdu, şahdağı qaşın,
Külli kainatdan ucadır başın.
Yetmiş, səksən nədir, yüz olsun yaşın,
Həmin anı görməyinə vurğunam.

Ağaveyis eşit aqil sözünü,
Xoşbəxt düşün, sən həyatda özünü.
Qismət oldu gördün dostun üzünü,
Bu görüşə gəlməyinə vurğunam.
23.05.2007.
Ərəbşalbaş kəndi.

Qızım

Aysel Mədədli, Müşfiq Borçalı
qızına ithaf edirəm.

Sözün kəskin olsun, ürəyin dolu,
Yazıb yaratmağı sevginən, qızım.
Seçmisən özünə işıqlı yolu,
Hər yerdə sözünü deginən, qızım.

Yazdığın misralar kövrəltdi məni,
Heç zaman kədərli görməyim səni.
Unutma, həyata gəlib gedəni,
Hər kəsin yerini bilginən, qızım.

İşıqlı yolların görünür, bala, \
Büdrəyibən qalma heç zaman dala.
Könlüm fərəh edib, çıxasan yola,
Şirvan torpağına gəlginən, qızım.

Baban işıq saçıb yola-irizə,
Sözləri qəzəldi, qoşmadı sizə.
O məkandan bir pay göndərin bizə,
Həmişə Zirvədə olginən, qızım.

Lalə, qızılgüldü bitib önündə,
İstərəm növbahar keçsin günün də.
Hissiyat var yaratmağa özündə,
Behişt günlərindən dərginən, qızım.

Düşmə belə yolda dumana, çənə,
Kiçik misraların cənnətdi mənə.
Yorulma, yaz, yarat, qurbanam sənə,
Dahilər yolunu getginən, qızım.

Ağaveyis qocalıbdır gedəmmir,
İstədiyi zirvələrə yetəmmir.
Sözlərini harda gəldi deyəmmir,
Düşgünlərə hörmət etginən, qızım.
16.12.2007.

DEYİRƏM ŞİRVANLI, BORÇALIYAM MƏN.
Müşfiq Borçalıya
Yerimi, yurdumu bilmək istəyən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.
Mənim görüşümə gəlmək istəyən,
Düşünsün oralı, buralıyam mən.
Deyirəm Şirvanlı, Borçalıyam mən,

Birisi atamdır, birisi anam,
Bu iki diyardı camalda həyam.
Onların qoynundan axan bir çayam,
Enişi, yoxuşu Sayalıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Yurd-yuvam cənnətdir bütün adəmə,
İşığım mayakdır küllü aləmə.
Gələnlər deməsin düşərik qəmə,
Həmişə qonaqlı-qaralıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Ətirli güllərim bəzəyir düzü,
Gələn qonaqların solarmı üzü.
Əvvəldən bir olub hamının sözü,
Dahilər yetirən obalıyam mən,
Deyirəm Şirvanlı Borçalıyam mən,

Uşağın, böyüyün sözü məzəli,
Qarşına tam qoyar elin gözəli.
Belə keçib el-obanın əzəli,
Dinib danışanda həyalıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Lalələr, nərgizlər bürüyüb dağı,
İnsanı valeh edər meşəsi, bağı.
Xəstəyə şəfadır qaymağı, yağı,
Qartallı, Turaclı qayalıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Ağaveyis deyir, doğuldum burda,
Allah da istəyin veribdir yurda.
Dönər gülüstana közərən qorda,
O yurdun çiskinli dumanlıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.
19.05.2008.

Ağaveyis ŞİRVANİ]]>
Müşviq BORÇALI Fri, 12 May 2017 11:34:10 +0000
Vahid ƏLİOĞLU: “Sevgi ürək yaraşığı” https://turan.info.az/tv/879-vahid-lolu-sevgi-rk-yara.html https://turan.info.az/tv/879-vahid-lolu-sevgi-rk-yara.html Vahid ƏLİOĞLU: “Sevgi ürək yaraşığı”Bu günlərdə istedadlı qələm sahibi, şair Vahid ƏLİOĞLUnun (Əliyev Vahid Əli oğlu) “Sevgi ürək yaraşığı” adlı şerlər kitabı “QAPP-POLİQRAF” Nəşriyyat-Poliqrafiya müəs­­sisəsi tərəfindən nəfis şəkildlə çap olu­naraq oxu­cuların ixtiyarına verilmişdir. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şerləri toplanmışdır. Şerlərdə müəllif sevgi və məhəbbət barədə düşün­cə­lə­rini, qəlbindən süzülən hiss və həyacanlarını, duyğularını poetik misralara çe­virib oxucuları ilə bölüşdürür.
Китаба Fəlsəfə elmləri doktoru, professor Həmid İMANOV «SEVGİ DUY­ĞULARI» [/i][/b]sərlövhəli ön söz yazmışdır. Həmin ön sözdə oxuyuruq:
«Söz candır. Söz “can olanda” şairin nəfəsini duyursan, səsini eşidirsən, ağrısını, əzabını, sevincini, kədərini hiss eləyirsən.]]>
Müşviq BORÇALI Tue, 09 May 2017 22:26:24 +0000
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib https://turan.info.az/yeni-neshrler/3034-drbnd-xeyriyy-ctimai-birliyinin-idar-heytinin-geni-iclas-keirilib.html https://turan.info.az/yeni-neshrler/3034-drbnd-xeyriyy-ctimai-birliyinin-idar-heytinin-geni-iclas-keirilib.html “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib
Aprelin 8-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
İctimai Birliyin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq “Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələri qədim köklərə bağlıdır” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan N.Əliyev Ulu Öndərin Azərbaycan və Dağıstan xalqları arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində dost xalqlarımız arasında bütün sahələrdə əlaqələr daha da möhkəmlənib. Dahi şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı nəticəsində hər iki respublikada ziyalıların, alimlərin görüşlərinin keçirilməsi, tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - böyük sərkərdə Şeyx Şamilin və hər iki xalqın böyük oğlu adlandırılan görkəmli dövlət xadimi Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan və Dağıstan xalqlarının tarixi əlaqələrinin köklərinin daha qədim olduğunu bildirib, Şeyx Şamilin azadlıq uğrunda mübarizəsinin bütün Qafqaz xalqlarının taleyində rolunu tarixi faktlarla sübut edib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illər hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Ötən ilin mayında Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin abidəsinin açılışı, ölkəmizdə Dağıstan mədəniyyət günlərinin keçirilməsi, 2016-cı il dekabrın 23-də Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfransda Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin iştirakı və sair faktlar xalqlarımız arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir.
Qeyd olunub ki, xalqlarımız arasında əməkdaşlığın inkişafında Heydər Əliyev Fondu xüsusi rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsaitin ayrılması, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və yenidən qurulması, çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi hər iki respublika arasında əlaqələrin inkişafının bariz nümunəsidir.
Vurğulanıb ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi də Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Təşkilat Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədrisində, Dərbəndin tarixinin və mədəniyyətinin təbliğində fəallığı ilə seçilir. Qurumun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.
İctimai Birliyin üzvləri Əsgər Seyidov, Teyfuq Baqirov, Ələkbər Əliyev, Rəhilə Əsgərova, Hacı Əhmədov də çıxışlarında Azərbaycanın qədim və zəngin tarixi kökləri olan tolerantlıq ənənələrinin dünyaya nümunə olduğunu vurğulayıblar.
Sonra “Hərbçi alim Nurulla Arif oğlu Əliyev” kitabının təqdimatı olub.
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvü Rafiq Rəhimov çıxış edərək kitabda təşkilatın fəaliyyəti, eləcə də hərbçi alim Nurulla Əliyevin zəngin və çoxşaxəli yaradıcılığından ətraflı bəhs olunduğunu vurğulayıb. Qeyd edib ki, nəşr xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantlarının vətənpərvərlik ruhunda tərbiyəsi baxımından sanballı elmi mənbədir.
Qeyd edək ki, kitabın müəllifləri filologiya elmləri doktoru Sədi Nuriyev və Nyu-York Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Mədət Çobanovdur.
Tədbirdə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipova xalqlarımız arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin minnətdarlıq məktubu oxunub.
Həmçinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar Konqresinin fəaliyyətinin dayandırılması barədə iddia ilə Ali Məhkəməyə müraciəti ilə bağlı bəyanat qəbul olunub.
Sonda cari ildə İctimai Birliyin fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib, Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.]]>
Müşviq BORÇALI Sun, 09 Apr 2017 13:55:08 +0000
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) https://turan.info.az/medeniyyet/2123-shnmizin-fdakar-xadimi-brahim-sfahanl.html https://turan.info.az/medeniyyet/2123-shnmizin-fdakar-xadimi-brahim-sfahanl.html Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967) Xalq artisti İbrahim İsfahanlı -120

Tiflisin azərbaycanlı mühitinin mədəni tərəqqisində mühüm rol oynayan Tiflis Azərbaycan Teatrı 1872-c2 ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar - bütün bunlar teatra yeni-yeni uğurlar gətirib.

Qısa müddət ərzində geniş auditoriya toplayıb. Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının qarantına çevrilib. Hətta fəaliyyəti dövründə Tiflisin bir sıra teatrlarının maliyyələşdirilməsində rol oynayıb. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən işə başlayır. 2004-cü ildə Tbilisi Azərbaycan Teatrına Dövlət statusu verilir. Qərar teatrın inkişafının yeni mərhələsinin əsasını qoyur. Azərbaycan-Gürcüstan ədəbi-mədəni dostluq əlaqələrinin gündən-günə möhkəmlənməsinin teatrın inkişafına təsiri danılmazdır.

Bu tetarda böyük əmək sərf edən tanınmış mədəniyyət xadimlərindən biri də Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır. Tiflis Dövlət Azərbaycan Dram Teatrının inkişafında böyük xidmətləri olan şəxslərdən biri olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin və ictimai fikrinin bir sıra qabaqcıl nümayəndələri kimi o da Qafqaz xalqlarının mədəni yüksəlişi və işıqlandırılması uğrunda özünəməxsus sənətkar kimi xalqın rəğbətini qazanıb. Təsadüfi deyil ki, gürcü mədəni-ictimai mühitində xüsusi yeri olan Akaki Xorava onun haqqında yazırdı: "Sənin, doğma mədəniyyətinin inkişafına, xalqının tərəqqisinə sərf etdiyin namuslu, xeyirxah zəhmətin və istedadın ən yüksək qiymətə layiqdir".

İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə) 1897-ci ildə Tiflisdə fəhlə ailəsində anadan olub. 8 yaşında ikən ehtiyac üzündən atası Hüseyn kişi onu çəkməçi yanına şagird qoyub. Balaca İbrahim çəkməçi yanında işləsə də, Tiflisin qaynar teatr həyatı onu özünə cəlb edirdi.

Gənc İbrahim İsfahanlını teatr aləminə gətirən böyük eşq və amal olub. İ. İsfahanlının aktyorluğa başladığı illər Gürcüstanın teatr həyatının coşqun dövrü idi. Burada yerli aktyorlardan başqa, Rusiyanın görkəmli teatr kollektivləri, habelə xarici truppalar da çıxış edirdilər. Belə bir vaxtda sənət aləminə qədəm qoymaq, İ. İsfahanlı üçün bir aktyor kimi şöhrət qazanmaq çox çətin idi. O zamanlar tez-tez Tiflisdə qastrolda olan bir aktyorun yazdığı kimi, bu vaxtlar sənətkarın başına çələng də hörər, üstünə lax yumurta da ata bilərdilər. Elə də ola bilərdi ki, aktyor eşqi ilə yaşayan həmin adam ancaq teatrın binasının fəsadına tamaşa etməli olardı. Lakin İ.İsfahanlının aktyorluq fəaliyyəti başqa yolla getdi. O, öz istedadının parlamasını uzun zaman gözləmədi, az bir vaxtda Tiflis Azərbaycan teatrında məşhurlaşdı.

Görkəmli gürcü artisti Vaso Abaşidze, yazıçı-dramaturq Şalva Dadiani, ictimai xadim və aktyor Valerian Qunianinın təşəbbüsü və köməyi ilə 1909-cu ildə Azərbaycan teatr truppası Zubalov adına "Narodnı Dom"un səhnəsində ayda iki-üç tamaşa göstərməyə icazə aldı. Bu tədbir teatrın vəziyyətini xeyli yaxşılaşdırdı. Truppanın hazırladığı tamaşaların keyfiyyətini daha da artırmağa səbəb oldu.

İbrahim İsfahanlı istedadlı aktyor, rejissor və yazıçıların əhatəsində böyümüşdü. Buna görə də xüsusi teatr təhsili görməyən İbrahim üçün realist Azərbaycan yazıçı və səhnə ustalarının yaradıcılığı, sözün həqiqi mənasında, böyük bir məktəb idi. O öz istedadı sayəsində yüksək sənət zirvəsinə qalxmışdı.

Fəlsəfə elmləri doktoru, professor, uzun illər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələr daşımış mərhum Teymuraz Cəfərli özünün "Böyük dostluğun səhifələri" adlı kitabında göstərirdi ki, Gürcüstanda Sovet hakimiyyəti qurulmazdan xeyli əvvəl, inqilabi ruhlu azərbaycanlı ziyalılardan Əşrəf Yüzbaşov, Hüseyn Şabanov, Əli Tağızadə, Həsən Səbri, Məmməd Cəfərli, Mirzə Davud Rəsulzadə və başqaları da teatr sənətinin tərəqqisi yolunda əllərindən gələni əsirgəmirdilər.

Sovet hakimiyyətinin mövcudluğu illərində Azərbaycan aktyorlarının truppası Dövlət Teatrına çevrildi. Gürcüstanda Azərbaycan teatrının əsl çiçəklənmə dövrü də məhz bu vaxtdan başlayır. Kommunist Partiyası və Sovet dövlətinin teatra qayğısı nəticəsində həvəs və məhəbbətdən daha ciddi sənət problemlərinin həllinə girişildi. İstedadlı aktyor kollektivi müasir dövrün tələbləri ilə ayaqlaşmağı özünə böyük borc və şərəf bildi. Bütün bu işlərdə İ.İsfahanlının coşqun yaradıcı əməyi olub.

Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", Hüseyn Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", Vilyam Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), General Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Nizami ("Nizami", Mehdi Hüseyn) və başqalarıdır. İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında onlarla baxımlı tamaşa hazırayıb. Bunlardan "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan", "Məşədi İbad", "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", "Otello", "Hamlet", "Qaçaqlar", "Ölülər", "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "İblis", "Uçurum", "Knyaz", "Şeyx Sənan", "Topal Teymur", "Od gəlini", "Aydın", "Almaz", "Sevil", "Vaqif", "Toy", "Anzor", "Kinto", "Ac həriflər", "Pəri cadu", "Bəxtsiz cavan" və digər əsərlərin quruluşları xüsusilə diqqət çəkib.

Teatr İ. İsfahanlı üçün doğma evi kimi idi. O burada həm rejissorluq, həm də aktyorluq edirdi. Bir aktyor kimi o, daha çox romantik səpkili qəhrəmanların səhnə təcəssümünə meyl göstərirdi. Hamlet, Aydın, Elxan, Oqtay, İsgəndər, Ferdinand, şeyx Sənan kimi obrazlar vasitəsilə tamaşaçıları həyat vərdişlərinə qarşı mübarizəyə və yüksəlişə səsləyirdi.

İ.İsfahanlı həmişə deyərdi ki, mənim ən fərəhli günlərim, xoşbəxt çağlarım teatrda keçib. Lakin bu o demək deyildi ki, böyük sənətkar sənətin başqa sahələrində iştirak etməyib. Əksinə o, həyatının son dövrlərində də böyük bir şövqlə Tbilisidə teatr, musiqi kollektivlərinə rəhbərlik edib, bədii qiraət ustası kimi Azərbaycan və gürcü poeziyasının alovlu təbliğatçılarından biri olub. Onun M. İbrahimovun "Böyük dayaq" filmindəki Yarməmməd rolu da qocaman artistin son illərinin yaradıcılıq məhsuludur.

Görkəmli aktyor və rejissorun sənəti, ictimai fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1958-ci ilin iyul ayının axırlarında onun anadan olmasının 60 illiyinin təntənə ilə qeyd edilməsi də bu diqqət və məhəbbətin ifadəsi idi. Həmin gecə İ. İsfahanlı "Nadir şah", "Hamlet", "Oqtay Eloğlu"tamaşalarından bəzi səhnələri ifa etdi. Onun saçları gümüşü qışdan xəbər versə də, böyük sənətkar səhnədə yenə də alovlu, ehtiraslı və cazibədar idi.

...İbrahim İsfahanlının sənət eşqilə vuran qəlbi 1967-ci ildə dayandı. Coşqun, yaradıcı mədəniyyət xadiminin ölümü Tiflis Azərbaycan Teatrı üçün ağır itki oldu. Qüdrətli aktyorun və rejissorun bizə irs qoyub getdiyi sənət ənənələri bu gün də aktuallığını qoruyur, Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluğu, habelə onların gürcü mədəniyyəti ilə əlaqələri kontekstində öz bəhrəsini verir.

Tiflis ədəbi-ictimai mühitində Azərbaycan çoxşaxəli mədəniyyətinin təbliğ edilməsində əvəzsiz rolu və xidmətləri olan sənətkarın yaratdığı unudulmaz səhnə obrazları ürəyimizdə, xəyalımızda daim yaşayır və yaşamaqdadır.

Almaz YURDSEVƏR]]>
Müşviq BORÇALI Mon, 27 Mar 2017 15:33:32 +0000
XVIII Зимняя молодежная школа ПИЯФ НИЦ КИ по биофизике и молекулярной биологии https://turan.info.az/tehsil/aztu/2656-xviii-zimnyaya-molodezhnaya-shkola-piyaf-nic-ki-po-biofizike-i-molekulyarnoy-biologii.html https://turan.info.az/tehsil/aztu/2656-xviii-zimnyaya-molodezhnaya-shkola-piyaf-nic-ki-po-biofizike-i-molekulyarnoy-biologii.html XVIII Зимняя молодежная школа ПИЯФ НИЦ КИ по биофизике и молекулярной биологии

XVIII Зимняя молодежная школа ПИЯФ НИЦ КИ по биофизике и молекулярной биологии была посвящена актуальным проблемам быстроразвивающихся направлений биофизики и молекулярной биологии, связанных с появлением новых физических методов исследования сложных нуклеопротеиновых комплексов и исследованием геномов и протеомов различных видов от микроорганизмов до человека.

Другим важным аспектом Школы был акцент на том, что современная биофизика и молекулярная биология имеют прикладное значение: разработки и исследования в области межмолекулярных взаимодействий, клеточных процессов направлены на изменение жизни людей, на замедление старения и создание новых медицинских препаратов, а также раннюю диагностику заболеваний и прогнозирование эффективности лечения. Изучение роли генетических нарушений в развитии наследственных болезней человека направлено на раннюю диагностику и лечение генетических заболеваний.

XVIII Зимняя молодежная школа ПИЯФ НИЦ КИ по биофизике и молекулярной биологии проходила совместно с 51-ой Зимней Школе по физике конденсированного состояния.

Программа Зимней Школы традиционно отражает разнообразные направления современной биофизики, молекулярной биологии и биомедицины, а программа совместных Школ усилилась совместными пленарными утренними лекциями, которые по своей тематике интересны как физикам, так и биологам. Впервые практика совместных лекций для слушателей всех Школ была опробована в прошлом году и доказала свою эффективность. Многие слушатели приняли участие в Школе именно благодаря такому формату мероприятия.

Научную программу Зимней Школы открыл научный руководитель ПИЯФ НИЦ КИ член-корреспондент РАН В.Л. Аксенов, уделив особое внимание интеграции различных направлений исследований – физических и биологических. Далее слушателям обеих Школ были представлены обзоры научных событий прошлого года, а именно лекции о Нобелевских премиях за 2016 год в области физики, физиологии и медицины, в области химии. День открытия завершился приемом, на котором участники обеих Школ смогли познакомиться и пообщаться в неформальной обстановке.

Утренняя пленарная секция «биология или физика» ежедневно состояла из двух докладов, представленных вниманию всех слушателей объединенной Школы. Особое место было уделено методам изучения структур биологических молекул.

Другим обширным полем для объединения двух наук является практическое использование физических и биологических методов исследования и прогнозирования в медицинских целях: диагностика и разработка лекарственных препаратов. Этой тематике были посвящены доклады гостей из Санкт-Петербурга, Москвы и Узбекистана.

Не только научные, но и философские, и общечеловеческие вопросы развития цивилизации и роли России в развитии общемировой науки, об участии России в крупных международных проектах затронул пленарный доклад Президента НИЦ «Курчатовский институт» М.В. Ковальчука «Природоподобные технологии – новые возможности, новые вызовы». В ходе доклада был представлен обзор глобальных вызовов, перед которыми стоит современное общество, и описаны возможные пути ответов путем конвергенции нано-, био-, инфо-, когнитивных и социогуманитарных (НБИКС) наук и технологий.

Ежедневная программа XVIII Зимней молодежной школы ПИЯФ по биофизике и молекулярной биологии продолжалась секцией «Современная биология и биомедицина», посвященной актуальным аспектам быстроразвивающихся направлений биологической науки.

В Школе были представлены доклады на тему генетики, оптогенетики, которая сейчас переживает бурное развитие, возможностей современных физических методов в биологических исследованиях, клеточной биологии, межмолекулярных взаимодействий, регуляции клеточных процессов и функций белков.

Доклады были представлены не только научными, но и медицинскими центрами, такими как НИИ онкологии им. Н.Н. Петрова и Медико-генетический научный центр, Москва.

В рамках Школы состоялась молодежная конференция, на которой были представлены более 25 стендовых докладов, отобранных оргкомитетом на основании актуальности проблематики и научного уровня представляемых работ. Молодые докладчики прекрасно проявили себя, увлеченно представив свои доклады о работах и результатах, созданных в российских научных и медицинских центрах Москвы, Петербурга, Екатеринбурга и Новосибирска. Комиссия, состоявшая из членов программного комитета и приглашенных докладчиков Школы, выбрала 3 лучших докладчика, которые получили именные дипломы юбилейной Школы ПИЯФ НИЦ КИ и призы от Благотворительного Фонда им. В.Н. Фомичева.

Участники Школы разъехались, но эхо мероприятия еще раздается в социальных сетях, не только в виде фотографий живописных уголков загородного отеля «Райвола», но и в виде отзывов. «Отличное мероприятие для молодых ученых) вообще всегда после таких конференций, чувствуешь некий подъем рабочего энтузиазма))) и укрепляешься в мысли, что ты все-таки правильно выбрал направление трудовой деятельности))», - пишет на своей станице ВКонтакте пользователь Александра. И это значит, Зимняя Школа достигла своих целей, а значит, до встречи на XIX Зимней молодежной школе ПИЯФ НИЦ КИ по биофизике и молекулярной биологии в 2018 году.]]>
Müşviq BORÇALI Tue, 21 Mar 2017 02:37:04 +0000
PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı) https://turan.info.az/arxiv/musfiq-borcali/2696-peterburq-lennqrad-tssratlarim.html https://turan.info.az/arxiv/musfiq-borcali/2696-peterburq-lennqrad-tssratlarim.html PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)MİNNƏTDARLIQ!..
Dəyərli eloğlumuz, əziz dostum-qardaşım, tələbə yoldaşım Murazla internet vasitəsilə əlaqə saxlasaq da, düz 25 il idi ki, görüşmürdük.
Bu yaxınlarda mən ona bildirəndə ki, Peterburqa elmi konfransa gələcəyəm, sevindi və mütləq görüşməyimizi xahiş etdi... Sağ olsun, hətta onu da bildirdi ki, nə zaman gəldiyini yaz, elə aeroportdaca qarşılayım...
Biz bir neçə nəfərdən ibarət qruppa olduğumuzdan mən ona əziyyət vermədən konfransın keçiriləcəyi yerə getdim və bildirdim ki, konfrans martın 16-da bitdikdən sonra, inşallah mütləq rahat şəkildə görüşərik..
O isə elə həmin gündən durmadan bizi qonaq dəvət edirdi...
Nəhayət ki, bu gün əziz və müqəddəs bir gündə -- İl-axır - Torpaq Çərşənbəsində - günortadan sonra vaxt tapıb Murazla görüşə gəldim...
Və biz düz 25 ildən sonra Peterburqda yenidən görüşük...
Əvvəlcə müqəddəs Borçalımızın adını Peterburqda şərəflə daşıyan "Borçalı" kafesində çay içdik...
Sonra vaxtımın az olmasına baxmayaraq məni təkidlə evinə apardı...
Gözəl ailəsi var!.. Ömür-gün yoldaşı İlhamə xanım da elə bizim tələbə yoldaşımız olub. Həm də Cəfər Cabbarlı adına təqaüdə layiq görülən, sayılıb-seçilən, əlaçı və nümunəvi tələbələrdən!.. İndi 2 gözəl gül balaları var. Hər iksi dərslərindən müvəffəqiyyət qazanan məktəblidir. Olduqca şirin-şəkər, səmimi və mehriban qızlardılar... Arzu edirəm ki, hər ikisinin gələcəyi parlaq və xoşbəxt olsunlar...
Xeyli söhbət etdik... Tələbəlik illərimizə qayıtdıq... Neçə-neçə xatirələri yada saldıq... Bir sözlə, unudulmaz bir gün yaşadıq!... Belə bir gözəl gün üçün mən əziz dostum-qardaşım Muraza, onun ailəsinə, çox hörmətli İlhamə xanıma, qızlarına, yaxın qohumları Daşqın bəyə, eləcə də dəyərli eloğlumuz Kamil Əhmədova təşəkkər edir və öz dərin minnətdarlığımı bildirirəm...
Var olun, dostlar!.. İl-axır - Torpaq Çərşənbəniz mübarək!..
Və fürsətdən istifadə edərək, qarşıdan gələn Novruz Bayramınızı da ürəkdən təbrik edirəm...
Sizlərin hamınıza bu müqəddəs gündə yeni-yeni uğurlar arzulayıram!...
Böyük hörmət və ehtiramla,
Martın 16-da yenidən görüşmək ümidiylə,
Müşfiq BORÇALI,
14.03.2017-ci il.]]>
Müşviq BORÇALI Fri, 17 Mar 2017 00:58:35 +0000
Akademik Çingiz Qacarın XALQA MƏKTUBU https://turan.info.az/elm/diger-bolmeler/2643-akademik-ingiz-qacarn-xalqa-mktubu.html https://turan.info.az/elm/diger-bolmeler/2643-akademik-ingiz-qacarn-xalqa-mktubu.html Akademik Çingiz Qacarın XALQA MƏKTUBUSon günlərdə respublikamızın, eləcə də qardaş Türkiyənin müxtəlif mətbuat orqanlarında, kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə Azərbaycan xalqının türksoylu xalq olmasını şübhə altına alan "müsahibə"si ilə "gündəmə gələn" AMEA-nın həqiqi üzvü, görkəmli alim-fizik, çox hörmətli akademik Çingiz Qacarın ünvanına bir-birinin ardınca saysız-hesabsız xoşagəlməz iradlar, tənqidlər və hətta deyərdim ki, təhqirlər "yağmaqdadır".
Düzü mən də həmin "müsahibə"ni oxuduqda dəhşətə gəldim. Ola bilməzdi!...
Axı, heç cəmi iki ay olmaz ki, Tiflisdə yaşayıb-yaradan qələm dostumuz Mirzə Məmmədoğlu ilə birlikdə görkəmli alimə baş çəkmiş, evində görüşmüşdük. Həmin görüş zamanı o, həmişəki kimi öz xalqına, millətinə olan sonsuz sevgisindən, türk xaqına qarşı ölçüyəgəlməz məhəbətindən, möhkəm, qırılmaz tellərlə bağlılığından söhbət açmış, özünün milli ruhda qələmə aldığı kitablarından da hədiyyə olaraq bizə də bağışlamışdı...
Ona görə də, həmin məşhur "müsahibə"nin doğru olub-olmadığına bir daha əmin olmaq məqsədilə yenidən akademik Cingiz Qacarla görüşməyi qərara aldım... Yaxın günlərdə akademik Çingiz Qacarla geniş müsahibəni oxucularımıza təqdim edəcəyik.
Hələlik isə alimin məşhur "müsahibə" ilə ilə bağlı xalqa ünvanladığı məktubu turan.info.az-ın dəyərli oxucularına təqdim edirik.

Əziz oxucular!

2017-ci il martın 7-də məndən “müsahibə” almaq məqsədilə Fizika institutundakı otağıma iki gənc gəldi. Özümü reklam etməyi sevmədiyim üçün müsahibədən qətiyyətlə imtina etdim. Çox inadkar, hətta həyasız gənclər otağımı tərk etmirdilər. Bir saatdan artıq sürən mübahisədən sonra az-maz tanışlıq quruldu və gənc jurnalistlər müxtəlif adlar və soyadlar işlətməklə sanki məsum sullar verməyə başladılar. Sən demə danışıq icazəsiz diktafona yazılırmış. Nəticədə “Akademik Ç.Qacar Türkiyəni Azərbaycanın bir nömrəli düşmanı hesab edir” adlı cəfəng bir məqalə ortaya çıxdı. Mən belə bir ifadəni nəinki işlətməmişəm, bu hətta ağlımdan belə keçməz! Belə fikri gənclər Çaldıran savaşı haqda dediyim sözlərdən çıxarıblar – “o uzaq zamanlarda Azərbaycanın ən böyük düşmənlərindən biri türklər olub”.

Ümumiyyətlə söhbət mənim müasir türk estrada musiqisini bəyənmədiyimdən və onun bizim musiqiyə güclü təsir göstərdiyindən başladı.

Mən dedim ki, biz uzun müddət SSRİ-nin daxilində olanda belə bizim musiqiyə rus musiqisinin təsiri bir o qədər də olmamışdı. Burada isə 10 il kifayət oldu ki, Azərbaycan musiqisi özünəməxsusluğunu itirsin. Gənclərə xüsusən xoş gəlməyən o ifadə olub ki, “bizim respublikamız Azərbaycan, dilimiz isə Azərbaycan dilidir”.

Dərin hörmət bəslədiyim bir neçə adam bu “müsahibə” yə çox kəskin reaksiya göstərdi. Onlardan heç biri əvvəlcədən quraşdırılmış “müsahibə”nin hansı məqsədlə hazırlanmasını heç araşdırmayıb. Akademiya uzaqda deyil. Mənə zənk vurub bir baş özümdən nəyin necə olduğunu soruşmaq çətin deyildi. Görünür oğlan uşaqlarının avtoriteti, nüfuzu mənimkindən böyük imiş…

Söhbət əsnasında etdiyim kiçik mülahizələr iki gənc tərəfindən şişirdilərək və mənası çevrilərək böyük bir ittiham kimi irəli sürülüb. Belə çıxır ki, siz hər hansısa bir dükanın şikayət kitabına öz şikayətlərinizi yazsanız, həmin dəqiqə xalq düşmanı olacaqsınız.

Dünyaya göz açdığı andan Qacar soyadını daşıyan bir insan necə türklərə düşman deyə bilər? Digər tərəfdən, türkpərəstliyin qızğın tərəfdarı və parlament üzvü olan biri türk soyadını daşıyan və postsovet məkanında Qacarlar və Azərbaycanın türk hökmdarları haqda ilk kitabları yazan insana araşdırmasız-yoxlamasız necə belə ittihamlar irəli sürə bilər?! Həmin kitablar Azərbaycan, rus, ingilis, fars dillərində çap olunub.

Məgər Azərbaycanı çox sevmək günahdır? Məni günahladıran hər bir kəs irəli çixib desin –indi daşıdığı türk soyadını sovetlər vaxtında nə üçün qəbul etməmişdi?! Bəlkə qorxurdu? Lakin indi vicdanlı və səmimi bir insanı günahlardırmağa qorxmur. Əgər siz bolşeviklərin vaxtında Qacar türk soyadını daşımağın necə çətin olduğunu bilsəydiniz, indi tutulmuş iki “fəal”ın yazdığına daha tənqidi yanaşar, fikrin təhrif edildiyini aydın görərdiniz.

Məni pisləyənlərdən bir şeyi soruşmaq istərdim – siz özünüz Türkiyə üçün nə etmisiniz? Mən hər halda özümü Türkiyəyə borclu hiss etmirəm. Metrologiya məsələləri ilə bağlı müntəzəm olaraq Türkiyənin “TÜBİTAK” elmi mərkəzində olmuşam. Yeni minilliyin əvvəlində Türkiyənin Təhlükəsizlik nazirliyinin sifariş etdiyi çox məsuliyyətli bir layihə- təyyarələr üçün gecə görmə sisteminin işlənib hazırlaması və sınaqdan keçirilməsi üçün Türkiyəyə gedən Fotoelektronika institutunun əməkdaşlarından ibarət böyük bir elmi qrupa rəhbərlik etmişəm. Komandamız çox təmtəraqla qarşılanmışdı. Şəhərə, muzeyə və ya dükana gedəndə məni iki avtomatçı müşayiət edirdi. Türk qəzetlərində “Azərbaycanlı alimlərin işindən sonra bizə heç nə qorxulu deyil” adlı məqalələr çıxmışdı. Hazırladığımız gecə görmə qurğuları bütün sınaqlardan uğurla keçdi və biz Bakıya qayıtdıq. Bundan sonra mənim üç çox bacarıqlı və yaxın yetirməm Türkiyədə qaldı və orada indi bütün Avropada nüfuz qazanmış cihazqayırma firmasını təsis etdi. Sonra mən Türkiyədə gənclər üçün çap olunan populyar elmi kitabların tam komplektini alıb Aqzərbaycanda yayımı üçün AMEA Rəyasət heyətinə verdim.

Bir daha sizdən soruşmaq istəyirəm – SİZ Türkiyə ilə necə bağlısınız?!

Siyasətdən uzaq insana yersiz ittihamlar irəli sürməkdən başqa Siz özünüz çox sevdiyiniz ölkə üçün nə etmisiniz?!]]>
Müşviq BORÇALI Mon, 13 Mar 2017 11:16:02 +0000
Şairlər unutmur sözü söhbəti https://turan.info.az/gurcustan/darvaz/2614-airlr-unutmur-sz-shbti.html https://turan.info.az/gurcustan/darvaz/2614-airlr-unutmur-sz-shbti.html Şairlər unutmur sözü söhbəti
Müşfiq Borçalıya

Baxdım bir şəkilə dəyişdi halım,
Elə bil dünyaya gəldim təzədən.
Ömrün uzun olsun, Müşfiq Borçalı,
Arada qalmışıq: - otuz il və mən.

Yox olmur tarixin dumanı , sisi,
Ötənlər yadından çıxmır heç kimin.
Bu gün xatırladım gözəl Tiflisi
Şeyri yada düşdü Əlizaminin.

Yazdığım misralar gəlir ürəkdən,
Sözün təəssübkeşi deməyin,azdır.
Sazınız heç zaman düşməsin kökdən,
O yerin,o yurdun sərvəti sazdır.

Yadından çıxmasın vətən bir anlıq,
Yazdığın şeyirə uca qalam, de.
Var olsun Darvazlı Mədəd Çobanlı,
Raya anaya da məndən salam de.

Şairlər unutmur sözü-söhbəti,
Dostları özümçün uğur sayıram.
Bağrıma basıram Rafiq Hümməti,
Yavər Həsəni də salamlayıram!

Şahin Həmidli]]>
Müşviq BORÇALI Fri, 03 Mar 2017 22:56:37 +0000
RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!... https://turan.info.az/diger/unutsaq-unudulariq/2595-ruhunuz-ad-olsun-rzgar-xanim..html https://turan.info.az/diger/unutsaq-unudulariq/2595-ruhunuz-ad-olsun-rzgar-xanim..html RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!... Çox hörmətli Hafiz müəllim!... Uzun müddət "Maarif" nəşriyyatında redaktor və redaksiya müdiri vəzifələrində çalışmış mərhum şairimiz Rüzgar xanım Əfəndiyevanı anadan olmasının 70 illik yubileyi ərəfəsində xatırladığınız və xatırlatdığınız üçün öz adımdan, eləcə də Rüzgar xanımı və onun şeirlərini sevən çoxsaylı oxucuları adından Sizə təşəkkür edir və öz dərin minnətdarlığımızı bildiririk.
Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır (1954-1965).
ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974).
1975-ci ildə “Maarif” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri (1994-2005) vəzifələrində işləmişdir.
Bədii yaradıcılığa orta məktəbdə ikən coşqun həvəs göstərmişdir. İlk mətbu şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda” çoxtirajlım Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır.
Bəstəkarlardan Oqtay Kazımov, Elza İbrahimova, Həsənağa Qurbanov, Oqtay Rəcəbov, Bahadur Hüseynov, Ülviyyə Süleymanova və b. 80-dək şeirlərinə musiqi bəstələmişlər. Onun “Axtarma məni” (musiqisi: Bahadur Hüseynov) mahnısını məşhur türk müğənnisi Əməl Sayın, “Sənli günlərim”-i (musiqisi: Oqtay Kazımov) isə Nəşə Qaraböcək oxuyur.
“Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin ləçəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirələr çiçəkləyəndə”, “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların müəllifidir. O, həm də romanlar, povestlər, hekayələr müəllifidir. “Yol gözləyənlər” povesti 1997-ci ildə, “İki sahil” qəzetində çap olunmuşdur.
Ruzgar xanım həm də «Natəvan» оpеrasının ariya və duеt mətnlərinin müəllifidir. 1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti, prоfеssоr Vasif Adıgözəlоvla birlikdə bu əsər üzərində işləmişdir. 2003-cü il dеkabrın 7-də əsər Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və böyük uğur qazanmışdır.
Rüzgar Əfəndiyeva Azərbaycan poeziyasında xüsusi mövqeyi olan, elə ilk şeirlərindən öz dəsti-xətti ilə seçilən, tanınmış şairədir.
***
Şairə Rüzgar Əfəndiyevanın bu il 70 yaşı tamam olur.
Bu şairə ilə uzun illər (1978 – 2005) “Maarif” nəşriyyatında çalışmışıq, həmişə bir-birimizlə səmimi, dürüst dost, həmkar münasibətində olmuşuq.
2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında mərhum şairənin 65 illiyinə həsr olunan tədbirin aparıcısı olmuşam.
Neçə ildir ki, Rüzgarın hələ sağlığında çap etdirə bilmədiyi 600 səhifəlik, çiy, üzərində işlənməmiş, düzəlişlər aparılmamış əsərlər külliyyatını oğlu Zaminin xahişi ilə təkbaşına redaktə edib qurtara bilmirəm. Bu işdə mənə kömək etmək istəyən professional varsa, buyursun. Ancaq qabaqcadan bildirirəm ki, bu ağır, məsuliyyətli işi təmənnasız öhdəmə götürmüşəm.
Təzəcə redaktə etdiyim aşağıdakı sevgi şerilə 70 yaşlı mərhum həmkarımın – Rüzgar xanımın ölməz ruhunu təbrik edirəm!

SƏNSİZLİK

Ömür bir sevdalıq səsmiş,
Aramızı zaman kəsmiş.
Sənsiz günlərim əbəsmiş,
Sənli bir günüm – bir ömür.

Sığınıb mənə bir gecə,
Çətin məndən bir də köçə.
Yuxundan bir gözəl keçər –
Səni məndən aldı necə!
Gözlərim almaz bir çimir...

Ağlayır illər içimdə,
Sevgilər özgə biçimdə.
Qəribəm köçhaköçümdə,
Səslərəm, gəlməz səs-səmir.
2 avqust 2004]]>
Müşviq BORÇALI Mon, 27 Feb 2017 01:08:07 +0000
"Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… https://turan.info.az/diger/unutsaq-unudulariq/2610-qafqaz-media-v-boral-ctimai-birliklri-xocal-hidlrini-anb.html https://turan.info.az/diger/unutsaq-unudulariq/2610-qafqaz-media-v-boral-ctimai-birliklri-xocal-hidlrini-anb.html "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb…

XX əsrin ən dəhşətli soyqım hadisəsi olan Xocalı qətliamının törədilməsinin 25 illiyi böyük kədər və hüznlə ölkəmizdə və eləcə də respublikamızdan kənarda qeyd edilir.

2017-ci il fevralın 26-da "Qafqaz-Media" İctimai Birliyi və "Borçalı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.



Tədbiri giriş sözü ilə "Qafqaz-Media" İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı açıb. O, qeyd edib ki, Xocalı faciısi 25 il əvvəl Xankəndi şəhərindəki 366-cı motaatıcı alayın hərbiçilərin köməkliyi ilə erməni quldurları tərəfindən törədilib. O, bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı ən böyük cinayətdir. O, həmçinin vurğulayıb ki, ermənilərin həyata keçirdiyi qanlı cinayət nəticəsində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, yaralanıb, əsir düşüb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak edib.

Anım mərasimində çıxış edən "Borçalı" İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmmədli Xocalı soyqırımı haqqında danışıb və bildirib ki, biz tarixdən ibrət dərsi götürməliyik. K.Məmmədli vurğulayıb ki, qisas qiyamətə qalmayacaq. O, ədalətin zəfər çalacağına inandığını deyib.

Tədbir iştirakçılarına "Xocalıya ədalət!” sənədli filmi təqdim edilib. Xocalı həqiqətlərinin dünyaya yayılmasına töhfə olan filmdə şahidlər, ziyalılar çıxış edib.

Gənc müğənni Kamran Dəniz sözləri Azadə Taleh Abbasqızına məxsus olan və Bəstəkar Aybənizin musiqi yazdığı "Xocalı” əsərini ifa edib.

Tədbirdə xalq artisti Eldost Bayram, tanınmış jurnalist, ziyalı İlyas Adgözəlli, habelə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi, Xocalı sakinləri çıxış ediblər.

Gecədə Xocalı şəhidlərinin ruhuna ehsan da verilib…]]>
Müşviq BORÇALI Mon, 27 Feb 2017 00:12:21 +0000
"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək https://turan.info.az/diger/elanlar/2592-qafqaz-media-v-boral-ctimai-birliklri-xocalya-dalt-adl-anm-tdbiri-keirck.html https://turan.info.az/diger/elanlar/2592-qafqaz-media-v-boral-ctimai-birliklri-xocalya-dalt-adl-anm-tdbiri-keirck.html "Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək 26 fevral saat 17:00-da "Qafqaz - Media" İctimai Birliyi və "Borçalı"İB-nin təşkilatçılığı ilə "Filiz Palace"-də Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş "Xocalıya ədalət" (Just for Khojaly) adlı anım tədbiri keçiriləcək. Tədbirdə Xocalıda son gündə şəhid olmuş Şöhrət Həsənova həsr olunmuş sənədli film nümayiş olunacaq.Tədbirdə Azərbaycan Respublikasının Millət vəkilləri, Müdafiə Nazirliyinin əməkdaşları,veteranlar, tanınmış jurnalistlər, xalq artistləri, soyqırımın şahidi olmuş xocalı ailələri, tanınmış araşdırmaçı alimlər, ziyalılar və fəal gənclər iştirak edəcəklər. Həmçinin tədbirə xalqımızın igid oğlu Ramin Səfərovunda təşrif buyuracağı gözlənilir. Tədbirdə soyqırımın 25-ci il dönümü ilə bağlı gənc rəssamlarımızın Xocalı ilə bağlı əl işlərinin sərgisi nümayiş olunacaq. Tədbir sonrası isə Xocalı soyqırımında amansızca qətlə yetirilmiş insanların adına ucaldılmış "Xocalı abidəsi" tədbir iştirakçıları tərəfindən ziyarət olunacaq. Tədbirə bütün KİV dəvətlidir.
Tədbirdə iştirakınız şəhidlərimizin ruhuna hörmət əlamətidir]]>
Müşviq BORÇALI Sat, 25 Feb 2017 01:20:40 +0000
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb https://turan.info.az/arxiv/borcaliorg/2594-elmar-hsnov-grcstann-xocal-soyqrmn-tannmasna-siyasi-rait-yaranb.html https://turan.info.az/arxiv/borcaliorg/2594-elmar-hsnov-grcstann-xocal-soyqrmn-tannmasna-siyasi-rait-yaranb.html Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb
1992-ci ildə Azərbaycanın Xocalı şəhərində, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının həyata keçirilməsi, dinc əhaliyə qanlı divan tutlması dünyada hələdə tam siyasi qiymətini almamış bir faciə və cinayətdir. Artıq Gürcüstan Parlamentinin 1992-ci il, Xocalı şəhərində Azərbaycan türklərinin soyqırımına, dinc əhalinin kütləvi qətlə yetirilməsinə faktına, siyasi qiymət verməsinin vaxtı yetişmişdir. Bunu mətbuata açıqlamasında Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri, Gürcüstan Parlamenti üzvlüyünə eks-namizəd Elmar Həsənov deyib.
Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri bildirib ki, Gürcüstan dövləti, Gürcü ictimaiyyəti erməni faşizminin qanlı əməlləri ilə 1992-1993-cü illərdən tanışdır. 1992-1993-cü illərdə Abxaziya separatçıları tərəfində Gürcüstanın konstitusion hakimiyyətinə qarşı üsyan qaldırmış 1500 erməni hərbçini əhatə edən “Baqramyan adına batalyon” və “Saturyan adına hərbi birləşmə” Abxaziyanın Qali, Suxumi, Qaqra və Pitsunda yaşayış mətəqələrində yüzdən çox etnik gürcü qətlə yetirmişdir. 1998-ci ildə isə “Baqramyan adına erməni batalyonu Abxaziyanın Qali rayonunun ərazisində gürcülərə qarşı etnik təmizləmə həyata keçirmişdir. Xoçalı şəhərində 1992-ci ildə Azərbaycan türklərinin kütləvi şəkildə qətlə yetirilərək, soyqırmın həyata keçirilməsi Gürcüstanın qüvvədə olan Cinayət Məcəlləsinin 323 3-cü hissə ( terrorizm), 404 (genosid həyata keçirmə) və 408 (İnsanlığa qarşı cinayət) maddələri ilə təsnif olunan cinayətlərdir. Bu cinayəti Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda yaşayan silahlı ermənilər törədərək, Xocalıda Azərbaycan türklərinin soyqırımı həyata keçirmişlər.
Digər tərəfdən isə Pakistan, Meksika və digər dövlətlərin Parlamentlərinin Xocalıda Azərbaycan türklərinin soyqırımına hüquqi qaydada qiymət verib, tanıması, Gürcüstan Parlamenti üçün beynəlxalq hüquqa əsaslanan hüquqi baza hazırlayıb. Deyə bilərəm ki, Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb.
Elmar Həsənov qeyd edib ki, Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB), 1992-ci ildə, Xocalıda, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının törədilməsi faktına və cinayətinə Gürcüstan Parlamenti tərəfindən hüquqi qiymət verilməsi və tanınması üçün Gürcüstan Konstitusiyasına uyğun olaraq hüquqi prosedur başladır. 1992-ci ildə Xocalıda törədilmiş, Azərbaycan türklərinin soyqırımı faktı və cinayəti barədə sənədlər və rəsmi müraciət Gürcüstan Parlamentinə təqdim ediləcək.
GQTB Sədri Elmar Həsənov vurğulayıb ki, Gürcüstan Parlamentində Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilən cinayət faktı olaraq qəbul edən çox sayda gürcü millət vəkili var. Mən əsasən soydaşlarımızı təmis edən, Gürcüstan Parıamentinin deputatları Savalan Mirzoyev, Azər Süleymanov, Mahir Dərziyev və Ruslan Hacıyevin Xocalı soyqırımına hüquqi qiymət verilməsində qətiyyət göstərəcklərinə əminəm. Bu dörd deputatın üzərinə ciddi məsuliyyət duşur. Onlar Xocalı soyqırımının Gürcüstan Parlamentində müzakirəyə çıxarılması və tanınması üçün maksimum səlahiyyətlərindən istifadə etməlidirlər. Bu onların bəşəriyyət qarşısında borçlarıdır. Savalan Mirzoyev tərəfindən Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı başladılan proses təqdirə layiqdir.
1992-ci ildə Xocalıda, Azərbaycan türklərinin soyqırımı, bəşəriyyətə qarşı törədilən ən ağır cinayətlərdən biridir. Bu cinayət faktı 1939-1945-ci illərdə Avropada, Yəhudilərin soyqırımı səviyyəsində olan bir qanlı aksiyadır və bütün dünya dövlətlərinin Parlamentləri buna hüquqi qiymət verməlidirlər.]]>
Müşviq BORÇALI Fri, 24 Feb 2017 02:18:48 +0000
Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!... https://turan.info.az/arxiv/borcaliorg/2545-ad-gnn-mbark-krm-mllm.html https://turan.info.az/arxiv/borcaliorg/2545-ad-gnn-mbark-krm-mllm.html Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!...

TƏBRİK EDİRİK!..

Fevralın 22-si xalqımızın dəyərli ziyalısı,
"Borçalı" İctimai Birliyinin sədri,
tanınmış tarixçi alim və
ictimai xadim,
xeyirxah, vətənpərvər və yudsevər insan,
tarix elmləri namizədi,
BDU-nun dosenti,
Kərəm Hətəm oğlu
MƏMMƏDOVun
Ad günüdür!..

Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti
adından çox hörmətli Ziyadxan müəllimi
Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, gözəllik, ailə səadəti,
elmi yaradıcılığında və ictimai-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

"Borçalı" İctimai Birliyinin
İdarə Heyəti.
]]>
Müşviq BORÇALI Tue, 21 Feb 2017 18:22:09 +0000
AD GÜNÜNÜZ MÜBARƏK, KƏRƏM MÜƏLLİM!.. https://turan.info.az/arxiv/borcaliorg/980-ad-gnnz-mbark-krm-mllm.html https://turan.info.az/arxiv/borcaliorg/980-ad-gnnz-mbark-krm-mllm.html AD GÜNÜNÜZ MÜBARƏK, KƏRƏM MÜƏLLİM!.. KƏRƏM MƏMMƏDOV

(1965)

BDU-nun Tarix fakültəsinin Arxeo­logiya və etnoqrafiya kafedrasının dosenti, tarix elmləri namizədi.

Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 22-də qədim Bor­çalı maha­lında - indiki Gürcüstan Res­publi­kasının Başkeçid (1947-ci il­dən sonra Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan ol­muş­dur. 1982-ci ildə həmin kənddə orta mək­təbi bitir­dikdən sonra Azər­baycan Dövlət Univer­sitetinin (in­diki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqa­nıstan Respub­likasında hərbi xid­mətdə olmuş, əsgərlikdən qayıt­dıq­dan sonra təhsilini Azərbaycan Dövlət Uni­versitetinin Tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azər­baycan Res­pub­likasının Təhsil Nazirliyi tərəfindən təh­silini davam etdir­mək üçün Leninqrad Dövlət Universi­teti­nin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndə­ril­miş­dir. 1990-cı ildə ­Leninqrad Dövlət Universitetində tarix fa­kültəsinin antropolo­giya və etnoqrafiya ixtisasını fərqlənmə dip­­lomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndə­rilmişdir.
1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fa­kültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi ka­fedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı il­lər­də əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universititinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antro­pologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etno­qrafiya", "Er­mənilərin tarixi", "Gürcüstan tarixi", "Antropo­met­riya" fənlərini tədris edir. 1996-cı ildə "İslama­qədərki Azər­baycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Qafqaz və Türk xalqlarının mənşəyi, antropolo­gi­ya­sı, dini inancları ilə bağlı Elmi və pedaqoji fəa­liyyəti 50-ə qə­dər elmi əsərdə öz əksini tapmışdır. O, həmçinin ali və orta məktəblər üçün 10-a qədər dərs vəsaitinin müəllifidir.
1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakül­təsinin arxeo­logiya və etnoqrafiya kafedrasının müəlli­mi­dir. 1996-cı ildə Yuna­nıstanın Afina və İonina şəhərlərində elmi məzu­niyyətdə olmuş, 1998-ci ilin fevralında Beynəlxalq Altayşü­naslıq konfransında "Altay xalqla­rında şamançılıq" mövzu­sunda elmi məruzə ilə çıxış etmişdir. 2004-cü ilin iyu­lunda Ba­kı Dövlət Univer­sitetinin "Arxeologiya ve etnoqrafiya" ka­fed­ra­sının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azər­baycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi kon­fransda "Cənubi Qafqaz əhalisinin etnik antro­pologiyası" möv­zusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş et­dirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Ha­zırda "Borçalı orta əsrlərdə" adlı doktorluq dis­sertasiyası üzərində çalışır.
Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. Evlidir, 3 övladı var: Oğuz, Həmayil, Səlcuq.

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun 2006-cı ildə "Antropologiyanın əsas­ları" adlı kitabı işıq üzü görmüşdür. Kitab dərs vəsaiti kimi ak­tuallıq kəsb edərək, tələbələrə, tədqiqatçılara və geniş oxu­­­­cu kütləsinə antropologiya elminin geniş inkişaf mər­hə­lələri haqqında dolğun məlumat verir. Ali məktəb tələbələri üçün dərslik hesab edilən "Atropologiyanın əsas­ları" əsəri mütəxəssislər tərəfindən, tarixçi Kərəm Məmmə­dovun Azər­baycanda antropologiya elminə dair yazılan ilk əsəri kimi qiy­mətləndirilmişdir. Kitaba görkəmli professorlar - Q.İs­ma­yılzadə, Ə.Dadaşov rəy vermiş, elmi redaktorları isə tarix elm­ləri doktoru Y.Mahmudlu, tarix elmləri namizədi M.Mir­zəyevdir.
Antropologiyanın əsasları əsərinin "Morfoloji əlamətlərin təsnifatı" bölməsində insanın boyu, bədənin mütənasibliyi haqqında məlumat verilir. "Fasiləsiz dəyişən əlamətlər" fəsli insanın dəri, tük örtüyü, onların rəngi, baş, sifətdəki irqi əla­mətlər, qan qrupları, qədim və müasir insan tiplərinin xüsu­siyyətlərini əhatə edir.
"Etnik antropologiya" bölməsində, İrqlərin yaranmasına təsir edən amillər, müxtəlif rəngli irqlər, Mərkəzi Avropa, Amerika, Avstraliya, Afrika, Şimali Asiya və digər ərazilərin irqlərinin hər biri haqqında müxtəlif məlumatlar diqqəti cəlb edir. Müəllif "Dünya xalqlarının an­tropoloji tərkibi" böl­məsində Avstraliya və Okeaniya, Asiya ərazilə­rində yaşayan insanların irqi mənsubiyyəti, dərisinin rəngi, başlıca xüsusiy­yətlərini geniş araşdıraraq oxuculara onların tarixi keçmişi haqqında izahat verir.
Bunlarla bərabər müəllif antropoloji cizgiləri özündə bir­ləşdirən müxtəlif fotoşəkillərlə insanların xarakterik xüsu­siyyətlərini də göstərmişdir.
Qeyd edim ki, antopologiya elmi qədim tarixə malik olaraq, "İnsan haqqında elm" deməkdir. Antropologiya ter­mini ilk dəfə yunan filosofu Aristotel tərəfindən işlənmişdir. Antorpologiya insanın mənşəyini, irqlərin əmələ gəlməsini, insanın fiziki quruluşunun dəyişkənliyini də öyrənir. Müəllif "Antropologiyanın əsasları" əsərində insan bədənini, eləcə də onun ruhu təbiətini öyrənən elm kimi qeyd edərək, Qədim Şərqdə, Avropada yaşayan insanlarda fərqli cizgilərin, rəng­lərin, qan qruplarının olduğunu qeyd etmişdir. Hətta İki­çayarasından aşkar edilən Quti pad­şahının heykəlini tədqiq edən fransız alimi T.Aminin onu antopoloji ba­xımdan Şuşa şəhərinin azərbaycanlıları ilə eyniləşdirildiyi göstərilmişdir.
Eyni zamanda qədim türk tayfaları olan hun və avarlarda heç bir monqoloid qarışığı olmadığı Avropa alimlərinin elmi tədqiqatlarına görə diqqətə çatdırılır. Kitabda Xəzər dənizi ətrafındakı kurqanlardan tapılıb, qıpçaqlara aid edilən kəllə­lərə görə antropoloq A.V.Şevçenkonun da fikri göstərilmiş­dir: "Tapılan kəllələr kəskin çıxıntı, burunları və diş çökək­liyinin dərinliyi ilə seçilir ki, bu da Avrasiya çöllərində məs­kunlaşmış türklərin avropoid irqinə mənsub olmalarını gös­tə­rir."
Antropologiya dəyişkənliyin qanunauyğunluqdan və onu idarə edən amil­ləri öyrənən elm sahəsi olması, həm də özündə 3 sahəni - antro­polo­giyanın özünü, etnoqrafiyanı, ar­xeo­logiyanı birləşdirilməsi də çox dəyər­lidir.
Kitabda "Morfoloji əlamətlərin təsnifatı" bölməsində boy və bədən uzunluğu, müəyyən yaşlarda çəkinin sabitliyi, baş və bədənin digər nisbi göstəriciləri insanın həyatında başlıca amil kimi qarşıya qoyulmuşdur.
Məlumdur ki, müxtəlif xalqların nümayəndələrində dəri, tük örtükləri, gözlərin rəngi eləcə də, baş və sifətdəki irqi əla­mətləri surətdə bir-birindən fərqlənir. Tədqiqatçı alim Kə­rəm Məmmədov bütün bunları mütəxəssis dəqiqliyi ilə təhlil edərək xalqlar arasındakı antropoloji fərqlərin mükəmməl iza­hını vermişdir.
İnsan bədənində 4 qan qrupunun vacibliyini qeyd edən, müəllif genlərin coğrafi bölgüsünün təhlilinə görə Avstraliya, Amerika, Asiya, Afrika və Avropa əhalisində qan qrupunun hər 4 növünün də olduğunu da bildirir. Antropologiyanın əsas bölmələrindən sayılan - "antrogenez"adlı fəsildə, yə­ni in­­­­sa­nın fiziki tipinin əmələ gəlməsinin, onun əmək fəaliy­yətinin, nitqinin və eləcə də onun tarixi təkamül prosesi haqqında maraqlı faktlar araşdırılmışdır.
Alimlər müasir meymunlarla avstralopiteklərin müqayisəsi nəticəsində avstralopitekləri şimpanzeyə bənzətmişlər. Ən qədim insan qalığının 1890-cı ildə holland tədqiqatçısı E.Dü­bua İndoneziyanın Yava adasından aşkar etsə də, Azər­bay­can­­da ən qədim insan qalığına Azıx mağarasında (Azı­xan­trop) rast gəlinmişdir. Daha sonra isə ən qədim insan qalığı Əlcəzairdə, Mərakeşdə, Cənubi Afrikada, Keniyada aşkar edil­­mişdir.
Kitabda 1991-cı ildə alimlərin "neondertal adam"ın ana­to­mi­yasının, dav­ranışının, əmək alətlərindən istifadə baca­rığı­na görə isə müasir in­sanlardan geri qalmaması faktı da veril­miş­dir.
Antropoloqlar xarici görünüşə görə, insanın hansı millətə mənsubluğunu da aşkar edir. Kitabda insan irqlərinin yaran­ması, onlara təsir edən amillər, irqlərin təsnifatı haqqında məlumatlar oxucunun diqqətini cəlb edir. Denikerin təsnifa­tına görə isə insanların 29 antropolojı irqlərə bölündüyü gös­tə­rilir. Məlumdur ki, dünya xalqları ağ, sarı, qara irqlərə bö­lünür. Müəllif əsərdə hər bir irqə məxsus olan morfoloji xü­susiy­yətlərdə onun izahını verməklə yanaşı, həmin irqlərə mənsub insanların fotoşəkillərini göstərmişdir.
"Antropologiyanın əsasları" kitabında Aralıq dənizi irqinin, Aralıq və Qara dənizi sahillərində, Azərbaycanda, Türkmə­nistanda, Hindistan yarımadasında, Afrikanın şimalında yaşa­dığı qeyd olunmuşdur. "Dünya xalqlarının antropoloji tərkibi" bölməsində Avstraliya, Okeaniya, Mik­roneziya, Ame­rika, Af­rika, Asiya xalqlarının və Xəzər (Kaspi) antro­poloji tipləri müəl­lif tərəfindən yaxşı tədqiq olunaraq, ətraflı məlumatlarla əhatə edilmişdir. Müəllif Azərbaycan türklə­rinin aid edil­dik­ləri Kaspi antropoloji tipinin ağ irq daxilində yeri ilə bağlı Qərb, rus antropo­loqlarının fikir ayrılığının şərhini də göstər­mişdir.
Tədqiqatçı alim Kərəm Məmmədov ayrı-ayrı təsnifatlarda işlənən "şərq", "Şərqi Aralıq dənizi", "Xorasan" və "Kaspi" terminlərinə öz münasibətini bildirmişdir. Sonra həmin qru­pun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan - Oğuzlardan törəyən Azərbaycan türklərini və türk­mənləri özündə birləşdirməsi faktı kimi dəqiq araşdırmalarla qeyd etmişdir.
Kitabda Q.Debelsin yazdığı məlumata görə, Qafqaza yer­ləşdirilmiş ermənilərin də antropoloji cəhətdən müxtəlif olmaları, onların müxtəlif ölkələrdən köçürülmələri ilə əla­qələndirilməsi faktı da oxucuların diqqətinə çatdırılır.
"Antropologiyanın əsasları" kitabı tədqiqatçı - alim Kərəm Məmmədovun Azərbaycan antropologiya elminə ilk dərslik töhfəsi olduğu üçün, bütün oxucular adından müəllifə min­nətdarlığımızı bildirərərək, ona daha böyük yaradıcıdıq uğur­ları qazanmağı arzulayırıq!

KƏRƏM MƏMMƏDOBUN ELMI ƏSƏRLƏRI:

1. Borçalı ərazisində erkən türklər. (M.Ə.Rəsul­zadə adına BDU gənc ta­rix­çi təd­qi­qatçılarının elmi konfransının məruzələri). BDU, 1991, s.125-127.
2. Azərbaycanlılarda qurda sitayiş və onun qalıq­ları. (Azərbaycan ta­ri­xi problemləri üzrə gənc təd­qiqatçıların birinci respublika elmi kon­fran­sının məru­zələri). Bakı: 1991 (II hissə), s. 226-228. (rus dilində)
3. Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azər­­­baycan tarixi prob­lemləri üzrə məruzələr məc­muəsi). B., 1992 s.67-68. (rus dilində)
4. Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). B., 1994, s.12. (rus dilində)
5. Altay xalqları (həmmüəllif). B., 1996
6. Ural xalqları (həmmüəllif). B., 1997
7. Altay xalqlarında şamançılıq və onun izləri. "Altay dünyası (bey­nəlxalq jurnal)", sayı 1-2, B., 1997, s.43-50.
8. Qoçbaşı abidələr. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 5-6, B., 1999, s.46-51.
9. Tarix fakültəsinin qiyabi tələbələri üçün antropologiya proqramı. B., 2002, s.164-170.
10. Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. "Tarix və onun problemləri" jurnalı, 2003, № 2, s.177-181.
11. Qafqaz xalqlarının antropoloji tərkibi. "Tarix və onun prob­lem­ləri" jurnalı, 2003, № 4, s.191-193.
12. Qafqazın poleoantropologiyası. "Bakı Universiteti xəbərləri" jurnalı, 2003, № 2, s.156-163.
13. Azərbaycanlıların etnik antropologiyası. "Azərbaycan arxeolo­giyası" jurnalı, Bakı: 2005, № 1-4, s.51-59. (rus dilində)
14. Borçalı - Qədim Türk Yurdu. "Dədə Qorqud jurnalı", Marneuli 2005, № 2, s.24-29.
15. Azərbaycanlıların etnik antropologiyası. (Qarabağ: Kürəkçay müqa­viləsi - 200). Bakı: 2005, s. 32-41. (rus dilində)
16. Qafqazın poleoantropologiyası haqqında. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Bakı: 2005, s.123-124. (rus dilində)
17. Azərbaycanlıların soykökü (antropoloji məlumatlar əsasında). "Tarix və onun problemləri" jurnalı, № 1, Bakı: 2006, s. 207-213. (rus dilində)
18. The Oghuz Race and its habitat. Miras Cournal. Ashgabat: 2006, № 2. p.162-163.
19. İslam dininin Azərbaycanda qəbulu və onun nəticələri. "Dövlət və Din" jurnalı. Bakı: 2006, № 2, s.20-24.
20. About tomb stone ram monuments in Altai peoples. 2006 New Silk Road Literary Symposium: Baku in Azerbaican. Seoul, 2006. p. 111-114
21. Qədim Türklər. Dialoq - XXI əsr jurnalı. B., 2006. № 1, s.54-56
22. Tarix (həmmüəllif).Bakı,2006
23. Antropologiyanın əsasları (dərslik). B.,2006
24. Azərbaycanlıların İslama qədərki dini inancları (magistratura proqra­mı). B.,2006
25. Borçalı uğrunda Osmanlı - Qızılbaş savaşları. Şah İsmayıl Xətai (El­mi-praktik konfransın materialları). B., 2007. s.55-63
26. Ön Asiya əhalisinin antropologiyası haqqında. Qarapapaqlar jurnalı. Marneuli, 2007.№ 5. s.25-28
27. Məhəmməd Sacoğlu. Təməl jurnalı. B., 2007. № 2, s.26-28
28. Peçeneqlər (kəngərlər). Türkər dergisi. B., 2007. Özəl sayı. s.21 - 23
29. Dmanisi tarixi mənbələrdə. Qarapapaqlar jurnalı. Marneuli, 2007. № 7, .s. 12-15
30. Avarlar. Тцркяр дерэиси. Б., 2008. № 2, .с. 14
31. Borçalı ərazisində erkən türklər. “Qarapapaqlar” jurnalı. Marneuli, 2008. № 7, .s.5-10
32. Borçalı Rusiya - Qacar müharibəsi illərində. “Yazı” jurnalı, Tb., 2008, № 1, .s.12-17
33. Borçalı tarixi. Millət və Dövlət jurnalı, №4, B., s.20-27“
34. Azərbaycan erkən orta əsrlərdə. I yazı. Birlik jurnalı, № 1, B.,2008 .s.20-21
35. Azərbaycan erkən orta əsrlərdə. II yazı. Birlik jurnalı, № 2, B., 2008 . s.14-15
36. Professor A.Mustafayevin "Azərbaycanılıarın maddi mədəniyyəti" ad­lı əsərinin rəyçilərindən biridir.
37. 2009-cu ildə Azərbaycan dilində nəşr olunmuş "X əsr yəhudi-Xəzər yazışması" adlı kitabın elmi redaktorudur.
38. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari müəlliflərindən biridir.
39. Borçalı çar Rusiyasının işğalı dövründə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. № 2.s.9-12)
40. Borçalı XI yüzillikdə ("Qarapapaqlar" jurnalı. Tb., 2009. № 9. s.7-11)
41. Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı olan "Birlik" jurnalında "Azərbaycan IX-XI əsrlərdə" (I yazı) ("Bir­lik" jurnalı, B., 2009. № 1. s.20-21)
42. Azərbaycan XII-XIV əsrlərdə (II yazı) ("Birlik" jurnalı, B., 2009. № 2. s.21-23)
43. Azərbaycan XII-XIV əsrlərdə (III yazı) ("Birlik" jurnalı, B., 2009. № 3. s.22-23)
44. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun Elmi Xəbərlərində "Yaqub Mahmudov və Azərbaycan xalqının etnogenezi" (AM­EA, Tarix İnstitunun Elmi xəbərləri, 30-cu cild. B., 2009. s.3-30)]]>
Müşviq BORÇALI Tue, 21 Feb 2017 18:14:47 +0000
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. https://turan.info.az/gurcustan/bolnisi/2544-yubleynz-mbark-hrmtl-zyadxan-mllm.html https://turan.info.az/gurcustan/bolnisi/2544-yubleynz-mbark-hrmtl-zyadxan-mllm.html YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Fevralın 20-si xalqımızın dəyərli ziyalısı,
"Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü,
istedadlı qələm sahibi,
tanınmış şair-jurnalist-müəllim-pedaqoq,
təcrübəli təhsil işçisi, səmimi, mehriban,
xeyirxah, vətənpərvər və yurdsevər insan,
çox hörmətli Ziyadxan Budağın Ad günüdür!..
Daha doğrusu, anadan olmasının
60 illik Yubileyidir.

Biz də "turan.info.az"-ın Yaradıcı Heyəti adından
çox hörmətli Ziyadxan müəllimi
Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik,
ailə səadəti, yaradıcılığında və ictimai
fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Aşağıda "Borçalı" İctimai Birliyinin sədr müavini Müşfiq Borçalının Ziyadxan müəllimin həyat və yaradıcılığı haqqında 4 il əvvəl yazdığı və "Şərqin səsi" qəzetində dərc etdiyi qısa bir məqaləsini və Ziyadxan Budağın bir neçə şeirini turan.info.az-ın dəyərli oxucularına ərmağan edirik. [/i][/b][/center]
[b][i]turan.info.az[/i][/b]


[b]"Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ"[/b]


.]]>
Müşviq BORÇALI Sat, 18 Feb 2017 18:02:34 +0000
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. https://turan.info.az/arxiv/borcaliorg/2543-yubleynz-mbark-hrmtl-zyadxan-mllm.html https://turan.info.az/arxiv/borcaliorg/2543-yubleynz-mbark-hrmtl-zyadxan-mllm.html YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Fevralın 20-si xalqımızın dəyərli ziyalısı,
"Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü,
istedadlı qələm sahibi,
tanınmış şair-jurnalist-müəllim-pedaqoq,
təcrübəli təhsil işçisi, səmimi, mehriban,
xeyirxah, vətənpərvər və yurdsevər insan,
çox hörmətli Ziyadxan Budağın Ad günüdür!..

Daha doğrusu, anadan olmasının
60 illik Yubileyidir.

Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti və "turan.info.az"-ın Yaradıcı Heyəti adından
çox hörmətli Ziyadxan müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Aşağıda "Borçalı" İctimai Birliyinin sədr müavini Müşfiq Borçalının Ziyadxan müəllimin həyat və yaradıcılığı haqqında 4 il əvvəl yazdığı və "Şərqin səsi" qəzetində dərc etdiyi qısa bir məqaləsini və Ziyadxan Budağın bir neçə şeirini turan.info.az-ın dəyərli oxucularına ərmağan edirik. [/i][/b][/center]
[b][i]turan.info.az[/i][/b]


[b]"Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ"[/b]


.]]>
Müşviq BORÇALI Sat, 18 Feb 2017 17:47:24 +0000
Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ https://turan.info.az/gurcustan/bolnisi/944-duyu-v-dnc-yolusu-zyadxan-budaq.html https://turan.info.az/gurcustan/bolnisi/944-duyu-v-dnc-yolusu-zyadxan-budaq.html Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ
“Ədəbi yaradıcılıq ciddi bir işdir və bu işin ciddiyəti onunla ölçülür ki, yaradıcı şəxs bu ağır proseslə peşəkarcasına məşğul olur, yəni bir növ həyatının məqsədinə çevirir bu işi. Yalnız o halda nə isə əldə etmək mümkündür. Bəzən isə yaradıcı şəxs ədəbi prosesdən kənarda yazıb-yaradır, bu prosesdə iştirak etməsə də belə o ağrını yaşayır, o ədəbi yükü daşıyır.”
- Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məmməd Tahirin istedadlı qələm dostumuz Ziyadxan Budaqın 2011-ci ildə “Vətən” nəşriyyatı tərəfindən işıqüzü görmüş “Könlümün dedikləri” adlı şeirlər kitabına yazdığı “Duyğu və düşüncə yolçusu” sərlövhəli ön söz məhz bu sözlərlə başlayır:
- “Qarşımda bir əlyazmalar toplusu vardır. Bu topludakı şeirlər lap son illərin ədəbi məhsuludur. Qısaca desək, mürəkkəbi təzəcə qurumuş şeirlərdir. Müəllifi: Ziyadxan Budaq. Həyatda tanıdığım, bəlkə lap yaxşı tanıdığım insandır. Şeirləri kimi tərtəmiz ürəyi var. “İnsanlığın meyarı var, bil ki, o da ləyaqətdir” düşüncəsi ilə yaşayan şair “Dünəninə səcdə eylə, sabahına inam gətir” məqamı ilə poeziyanın sabahlarına üz tutur.”
Ziyadxan Budaq (Ziyadxan Qurban oğlu Budaqov) qədim Borçalı mahalında indiki Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsini bitirib. Bir müddət doğma Borçalıda orta məktəbdə müəllim işləyib. 1990-sı illərdə Borçalıda baş vermiş məlum olaylardan sonra Bakıya köçməyə məcbur olub. Bakı şəhəriüzrə Təhsil idarəsində çalışır. “Qızıl Qələm” və “Abdulla Şaiq” Mükafatları laurea­tıdır.
İndiyədək onun “Sabaha uzanan əllər”, “Saz üstündə”, “Yel dağında qalan izlər” və “Könlümün dedikləri” adlı dörd şeirlər kitabı nəşr olunub.
Z.Budağın “Könlümün dedikləri” adlı dördüncü şeirlər kitabında son illərdə qələmə aldığı qoşma, gəraylı, bayatı və qəzəl janrlarında yazmış olduğu şeirləri toplanmışdır. Yurda məhəbbət, doğma torpağa bağlılıq, el-obaya sevgi, dünyanın gərdişinə şair münasibəti, habelə sevən qəlbin məhəbbət çırpıntıları kitabın əsas qayəsini təşkil edir. Onun yaradıcılığında xalq yaradıcılığı ruhu özünü daha qabarıq şəkildə göstərir. Hiss və duyğularını əsasən qoşma və gəraylıda kökləyən şair yeri gəldikcə sərbəst şeirə və qəzələ də üz tutur. Lakin Ziyadxan öz sözünü qoşmada da yığcam və lakonik deyə bilir:


Qalmaram yadında quru səs kimi,
Yaşaram könlündə bir həvəs kimi.
Səni isindirən bir nəfəs kimi,
Qayıdıb gələrəm xatirələrdə.

Dünyanın soyuq, bir də isti tərəfi var. Adamın da soyuğu, bir də istisi olur. Bir də var, sözün soyuğu, sözün istisi. Şairi soyuq söz tutanda isti sevgidən yazır, isti sevgi görəndə isə bəzən qəribsəyir. Özünü dünyanın ortasında tənha və qərib hiss edir. Bəlkə elə bu da şairliyin bir tərəfidir.

Həsrət yaman çətin olur,
Tənha ömür yetim olur.
Bəlkə ölüm-itim olur,
Məni “mən”lə görüşdürün.

Hər ötən an şair taleyində bir iz buraxır. Dünənin cavabsız sualları bu gün yenidən cavab istəyir. Nə zamansa əhəmiyyət verilməyən, ötüb-keçən hal sayılan bir an yenidən yaşantıya çevrilir:

Bu da bir taledi, bu da bir baxtdı,
Ömrə bulud çökdü, şimşəklər çaxdı.
Göylərin üzündən bir ulduz axdı,
Qayıda bilmərəm, gözləmə məni.

Ziyadxanın yaradıcılığında sevgi hissləri qabarıb-çəkilən dalğalar kimi daim şair ürəyinin sahillərini döyəcləyir. Bu qabarmalar bəzən o qədər güclü və təlatümlü olur ki, duyğu hay-harayı, hiss vay-şivəni şair “mən”ini az qala “məhşər ayağı”na çəkir:

Qəfil duyğu kimi, qəfil səs kimi
Ax, gəl ürəyimə bir həvəs kimi.
Ruhuma can verən bir nəfəs kimi,
Səni soraqlayır, səni gəzirəm.

Yurda məhəbbət, doğma torpağa bağlılıq, el-obaya sevgi şairin duyğularını həmişə ehtizaza gətirir, onun qəlbini poetik duyğularla titrədir. Tarixi keçmişimizdən duyduğu fəxarət hissi, min illərin o üzündən boylanan nəhəng Türk imperiyasının əzəməti şair qəlbini qürurlandırır, bu duyğular poetik misralara çevrilir. “Hun xaqanlarına məktub” silsilə şeirləri bu baxımdan diqqəti daha çox cəlb edir:

Ömür yolun vüqarımın
bir üzüdür,
İltəris xan!
İnanmışam, bilmişəm ki,
Yer üzündə Türkə dayaq
Türk özüdür, İltəris xan!

“Qürub çağı”, “Qayalar”, “Qələm, kağız, bir də mən”, “Təəssüf” və başqa şeirlərdə Ziyadxan öz şair “mən”inə sadiq qalır, necə düşünürsə eləcə də sadə dildə öz sözünü deyir. Şair əllaməçilikdən uzaq qalmağa çalışır. Duyğu və düşüncələrini poetik təhlilə çəkir, sözünü və fikrini eyni axarda aparır.
Nəhayət, fikrimizi Məmməd Tahirin sözləri ilə başladığımız kimi elə Məmməd Tahirin sözləri ilə də bitirmək istəyir, aşağıda Ziyadxan Budaqın bir neçə şeirini oxucularımıza ərmağan edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq:
“Mən bu fikirlərimi oxucu ilə bölüşəndə qarşıma Ziyadxan Budaq yaradıcı­lığını bütünlüklə təhlil etmək məqsədini qoymamışdım. Oxucu fikrini yalnız şairin yaradıcılığındakı bəzi məqamlara yönəltmək istəyi ilə yola çıxdım. Şair Ziyadxana “yolun uğurlu olsun” deyib ondan ayrıldım və sonda ona da inandım ki, kitabda toplanan şeirlər oxucu ürəyinə yol tapacaq və müəllifinə poetik uğurlar gətirəcəkdir.”
Müşfiq BORÇALI.

ELM və TƏHSİL İyul, 2013]]>
Müşviq BORÇALI Sat, 18 Feb 2017 17:14:35 +0000
ASİF BAYRAMOVA BAŞSAĞLIĞI https://turan.info.az/arxiv/borcaliorg/2504-asf-bayramova-basalii.html https://turan.info.az/arxiv/borcaliorg/2504-asf-bayramova-basalii.html ASİF BAYRAMOVA BAŞSAĞLIĞI
“BORÇALI” İctimai Birliyinin (BiB)
İdarə Heyəti
BiB İcra Aparatının rəhbəri,
İdarə Heyətinin üzvü,
tanınmış filosof və fəal ictimaiyyətçi
Asif Bayramova,
qayınatası -
Əbdülvasif Baba oğlu Zülfüqarovun
vəfatından
kədərləndiyini bildirir, mərhumun
bütün yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..]]>
Müşviq BORÇALI Mon, 13 Feb 2017 21:21:41 +0000
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI https://turan.info.az/arxiv/borcaliorg/2503-azad-abbasqizina-basalii.html https://turan.info.az/arxiv/borcaliorg/2503-azad-abbasqizina-basalii.html Azadə ABBASQIZIna BAŞSAĞLIĞIAzadə ABBASQIZIna BAŞSAĞLIĞI “BORÇALI” İctimai Birliyinin
İdarə Heyəti
"Borçalı" İctimai Birliyi
İdarə Heyətinin üzvü,
tanınmış şair-jurnalist və fəal ictimaiyyətçi
Azadə Taleh Hüseynovaya, yaxın qohumu -
BƏHRAM HEYDƏR oğlu ALMƏMMƏDOVun
qədim Borçalı mahalının Qasımlı kəndində vəfatından
kədərləndiyini bildirir, mərhumun
bütün yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..





.]]>
Müşviq BORÇALI Mon, 13 Feb 2017 21:15:32 +0000
XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN! https://turan.info.az/arxiv/borcaliorg/2486-xidir-nb-haminizin-evnz-bar-brkt-gtrsn-.html https://turan.info.az/arxiv/borcaliorg/2486-xidir-nb-haminizin-evnz-bar-brkt-gtrsn-.html XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN!Xıdır Nəbir bayramı demək olar ki, Türk xalqlarının hamısında təntənə ilə qeyd olunur. Xıdır Nəbir babanın şərəfinə qurban kəsilir, qovrulmuş buğdanı üyüdərək qovud düzəldirlər. Sonra bu qovud bir siniyə tökülər və qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır. Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq, Xıdır Nəbinin burada iz qoyacağına inanırlar. Yaşlı adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və Xıdır İlyasın olduğunu söyləyirlər. Bu cür bayram Xıdır Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir. Tədqiqatçılar bu bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün çox qədim çağlara gedib çıxdığını qeyd edirlər. Türk xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə, ocaqda bərəkətin təmin olunacağına inanırlar.
BAYRAMIMIZ MÜBARƏK! XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN !]]>
Müşviq BORÇALI Thu, 09 Feb 2017 21:33:00 +0000
RƏŞAD BALAKƏNLİ (QABALLI) https://turan.info.az/azerbaycan/region/1273-rad-balaknl-qaballi.html https://turan.info.az/azerbaycan/region/1273-rad-balaknl-qaballi.html RƏŞAD BALAKƏNLİ (QABALLI)
Alsoinov Rəşad Ramis oğlu 1990-cı ildə Azərbaycanın dilbər guşələrindən olan Balakən rayonunda dünyaya göz açıb. Balakəndə doğulub boya -başa çatdığı üçün təxəllüsünü də elə "Balakənli" kimi götürüb. Amma, hər iki valideyini Gürcüstanın Laqodexi rayonundakı Qabal elinin Qaracalar kəndində doğulub. 1972-ci ildən Balakənə gəlib və indiyədək burada yaşayırlar. Rəşad tez-tez Gürcüstandakı qoyumlarının yanına gedir, buranın da havasından alıb, suyundan içdiyi üçün Gürcüstandakı Qabal elini doğma sayıb və bir çox şeirlər yazıb. Görkəmli şairimiz- söz dəryası Zəlimxan Yaqubun Qaracalar kənd orta məktəbinə gələrək xalqı ilə görüşünü Rəşad "Ay Zəlimxan Qabala gəl yenə də"- adlı şeiri ilə qeyd edib. Qabalda toy və bayramlarda Rəşad Balakənli tez-tez dəvətlər alır və öz sözüylə-şeirləriylə şeir-sənət sevənləri sevindirib görüşünə gəlir.

Rəşadın "Azərbaycan", "Qələbə günü", "O yan da mənimdir, bu yan da mənim", "Bütöv Azərbaycanım", "Vətəndir" adlı şeirləri qazetdə çap olunub. Bundan əlavə 2015-ci ildə şairin "Durna qatarı tək uçan şeirlər" adlı şeirlər kitabı da işıq üzü görüb.

QABALIM

Bulağından su götürüb içəndə,

Hiss edirəm şəfaətdir Qabalım.

Ulu dağın vüqarına baxanda,

Könlüm duyur, səadətdir Qabalım.



Üç yanın dağ, qarşı tərəf arandı,

Zirvə düzə, düz zirvəyə heyrandı,

Qabal çayı könüllər oxşayandı,

Seyrangahdır, səyahətdir Qabalım.



Oğul-qızın müğənnidir, şairdir,

Kəlmə-sözün musiqidir, şeirdi,

Babam mənə nəsihətlə deyirdi,

İstedaddır,şan-şöhrətdir Qabalım.



İnsanları qonaqpərvər, mehriban,

Yeyib-içər, deyib-gülər, deyər can.

Hüsnünü kim görübdü, qalıb heyran,

Sevgi dolu məhəbbətdir Qabalım.



Qərib düşənlərin itib-batmadı,

Sənlə peyman edən, əhd unutmadı,

"Qabal-anam"-dedi, yadı tutmadı,

Əbədi eşq, həm həsrətdir Qabalım.



Torpağının hər qarışı bərəkət,

Əkib-biçib dolanırlar bu millət.

Qabal bizə babalardan əmanət,

Müqəddəs bir əmanətdir Qabalım.



Bayram oldu, açılır gen süfrəsi,

Şirniyyatı məst eləyir hər kəsi.

Mehmanı bol, vardı lapan kölgəsi,

Saz-söz dolu bir sənətdir Qabalım.



Gözəlliyin cənnətdənmi almısan?!

Bir bağ-bağat yer üzündə salmısan.

Rəşad, niyə belə çaşıb qalmısan?!

Bu dünyada bir cənnətdir Qabalım.



AY ZƏLİMXAN, QABALA GƏL YENƏ DƏ

Bir zaman gələrdin Qabal kəndinə,

Xalqım heyran olub sənin şeirinə.

Sevərək qulaq asdıq hər bəndinə,

Ay Zəlimxan, Qabala gəl yenə də.



Qabal məktəbi də tikildi yurda,

Özün görüşərkən olmuşdun orda,

Xalq səni çağırar qalanda darda,

Ay Zəlimxan, Qabala gəl yenə də.



Sirəc molla dünyasını dəyişdi,

Bilmirik bu, nə itgidir, nə işdi,

Güzaranımız şeiriyyatsız keçdi,

Ay Zəlimxan, Qabala gəl yenə də.



Qabal çayı daşdı, suyu çoxaldı,

Kəndlilərin ev-eşiyin apardı,

Millətinin dərdi-qəmi çoxaldı,

Ay Zəlimxan, Qabala gəl yenə də.



Mən də çıxmışam Qabalın seyrinə,

Çıxıb baxmışam Qabalın seyrinə.

Heyran qalmışam Qabalın seyrinə,

Ay Zəlimxan, Qabala gəl yenə də.

Bayrağımız

Sevir bütün elim səni,
Vəsf eləyir dilim səni,
Qarabağda görüm səni
Geri dönsün torpağımız,
Dalğalan ey bayrağımız.

Sən ən uca varlıqsan,
Torpağıma aşiqsən,
Sən şərəfə layiqsən,
Ey qürurum ad-sanımız,
Dalğalan ey bayrağımız.

Vətənim üçün gedirəm,
Vətən səni çox sevirəm,
Səni öpüb, and içirəm,
Qurbandır sənə canımız,
Dalğalan ey bayrağımız.

Ey canım, ciyərim mənim,
Ey dildə əzbərim mənim,
Üc rəngli cövhərim mənim,
Ey şərəf, şöhrət, şanımız,
Dalğalan ey bayrağımız.

Ay-ulduz İslam dinimiz,
Müsəlmanıq hər birimiz,
Bütöv olsun sərhədimiz,
Dönəcək Qarabağımız,
Dalğalan ey bayrağımız.

Vətəndir

Dərin düşünənçün, dərin bilənçün,
Övlad da vətəndir, can da vətəndir!
Ey qərib diyarda şöhrət axtaran,
Şöhrət də vətəndir, şan da vətəndir!

Vətəndir insanı yetirir başa,
Havası, suyuyla doluruq yaşa,
Verir nemətindən dosta, sirdaşa,
Damar da vətəndir, qan da vətəndir!

Vətənin yaxşı, pis olmayır fərqi,
Pis o insandır ki bilməyir qədri.
Vətən sənin üçün verirsə ətri,
Gül də vətəndir, tikan da vətəndir!


O yan da mənimdir, bu yan da mənim

Araz sinəm üstdən keçən damarım,
O yan da mənimdir, bu yan da mənim,
Bir çayla bölünməz Azərbaycanım,
O yan da mənimdir, bu yan da mənim.

Bütöv Azərbaycan bütöv qalacaq,
Sonda haqq-ədalət zəfər çalacaq,
Yenə dövlətimiz bütöv olacaq,
O yan da mənimdir, bu yan da mənim.


Bütöv Azərbaycanım

Bir kiçik qartaldan ibarət deyil,
Bir böyük dövlətdir mənim vətənim.
Tarix boyu olub mərdi-mərdanə,
Əzəmət-qüdrətdir mənim vətənim.

Dərbənd də mənimdir, Təbriz də mənim,
Ərdəbil, Həmədan, Kərkük vətənim.
İrəvan, Qarabağ, Laçın məskənim,
Bir şirin nemətdir mənim vətənim.

Lənkəran, Borçalı, Gəncədir yurdum,
Türkəm, türk ordusu mənim qürurum.
Şah İsmayıldan miras tək aldığım,
Gözəl əmanətdir mənim vətənim.

Necə parçalanıb indi gör vətən,
Belə qalmaz bir gün dəyişər vətən.
Vaxt gələr yenidən birləşər vətən,
Bütöv bir cənnətdir mənim vətənim.


VƏTƏNDƏN AYRI DÜŞƏNDƏ

Ömrüm,günüm hədər olur,
Dərd-məlalım betər olur,
Qəlb həyatdan bezar olur-
Vətəndən ayrı düşəndə.

Qanım damarımda donur,
Naləm göylərə sovrulur.
Həyata sevgim də solur-
Vətəndən ayrı düşəndə.

Əlim uzanır vətənə,
Mən deyirəm hər yetənə:
-Görüm vətəni bir dəfə-
Vətəndən ayrı düşəndə.

Həsrətdən çəkirəm fəğan,
Mənəm vətənçün ağlayan.
Qaynayır dərd adlı dəryam-
Vətəndən ayrı düşəndə.

Qəriblik yandırır qəlbi,
Qəlbim çox çəkibdi dərdi.
Ürək çox sevir vətəni-
Vətəndən ayrı düşəndə.

Çəkirəm vətən həsrətin,
Dadını görmə qürbətin,
Deyirəm:yaşamaq çətin-
Vətənddən ayrı düşəndə.

Ürəyim odlarda yanır,
Bülbülü qəfəsdə sanır.
Vətən göz önündə qalır-
Vətəndən ayrı düşəndə.

Pozulur hali-əhvalım,
Ərşə çıxır hər fəğanım.
Əriyir şam təki canım-
Vətəndən ayrı düşəndə.

Dediklərim hamısı düz,
Qürbətdən gəl əlini üz.
Rəşad ağlar gecə-gündüz,
Vətəndən ayrı düşəndə.


Çıxar gedər

İnsan oğlu, çox da vara inanma,
Rüzgar əsər, əldən var çıxar gedər.
Ensən dağ başından, çökək dərəyə,
Əzizin səni vurar çıxar gedər.

Məsəl var: üstündür qardaşdan qarın,
Yeyib-içməkdəsən, var dövlət-varın,
Yığılır başına hər gün dostların,
Kasıblasan o dostlar çıxar gedər.

Hansı gözəli bəyənsən alarsan,
Pulun var, çox şeyə nail olarsan,
Kasıblasan bil ki, tənha qalarsan,
Atar səni həmən,yar çıxar gedər.


GÖZ YAŞI

Göz yaşın olub,
Gözlərində doğulub.
Sonra aşıb-daşaraq,
Kipriyindən qoparaq,
Yanağına sarılım.
Bir də xəlvət ayılım,
Görüm ki,mən yoxmuşam.
Dodağına hopmuşam.
Səndə doğulub, ölüb,
Səndə qalmaq istərəm.
Sən mənim dünyama dönüb,
Mən sənin olmaq istərəm.
Sən mənim ətirli çiçəyim, gülüm,
Mən səni sevirəm əziz sevgilim.

ÖTƏN BAHAR

Ötübdü neçə il, neçə fəsillər,
Sanma ki,mən səni əfv eyləmişəm.
O yalan sevgini, yalan eşqini,
Çoxdan ürəyimdə məhv eyləmişəm.

Mənimçün ölmüsən,sən yoxsan daha,
Eşqə dönük çıxıb, batdın günaha,
De,nə cavab verəcəksən dərgaha?!
Deyərsən, bağışla, səhv eyləmişəm.

Ölmüsən, mən bunu qəlbimlə duyub,
Cənazəni göz yaşlarımla yuyub,
Səni ürəyimdə məzara qoyub,
Tənha sevgi yolun dəf eyləmişəm.

Bu kitab oxundu, bağlandı daha,
Yanan ürək yanıb, dağlandı daha,
Rəşad, ötən bahar ağlandı daha,
Yeni bir xoşbəxtlik kəşf eyləmişəm.]]>
Müşviq BORÇALI Wed, 01 Feb 2017 16:56:18 +0000
YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ RƏŞID PƏHLƏVANIN AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ https://turan.info.az/gurcustan/borchali/2409-yenlmz-phlvan-azrbaycanin-xalq-artst-rid-phlvanin-azrbaycan-srknn-nkafinda-xdmtlr.html https://turan.info.az/gurcustan/borchali/2409-yenlmz-phlvan-azrbaycanin-xalq-artst-rid-phlvanin-azrbaycan-srknn-nkafinda-xdmtlr.html YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ  RƏŞID PƏHLƏVANIN  AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ “Borçalı” İctimai Birliyi 28 yanvar 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində millət vəkillərinin, tanınmış ziyalıların, media nümayəndələrinin iştirak etdiyi “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirmişdir. Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin bir daha xatırlanması, borçalıların özünüdərk hissinin bir daha önə çəkilməsi, xüsusilə Azərbaycanın və Gürcüstanın müstəqilliklərinin əldə olunmasında, bu böyük tanrı nemətinin qorunmasında və inkişaf etdirilməsində Borçalının müxtəlif mədəniyyət, siyasət, hətta idman xadimlərinin əməyi bir daha vurğulanmışdır.  


ŞƏRİF KƏRİMLİ, yazıçı-publisist,
“Borçalı” İctimai Birliyi sədrinin
Elm, təhsil və mədəniyyət üzrə müavini


YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ
RƏŞID PƏHLƏVANIN
AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ

Azərbaycan sirk mədəniyyətinin inkişafında, yeni forma və məzmun kəsb etməsində XX əsrin idman tarixində 60 il nə xalça üzərində, nə də sirk manejlərində arxası əsla yerə dəyməyən yenilməz pəhləvan, “Qafqaz Şiri” təxəllüslü Azərbaycanın xalq artisti Rəşid Pəhləvanın (1900-1982) misilsiz xidmətləri olmuşdur.
Güləş tarixən milli olmuşdur. Milli güləş xalqın ümumi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.
Mükəmməl güləş qaydalarının yaradıldığı və kütləvi şəkil aldığı xalqlar arasında misirlilər, yunanlar və romalılar qədim dövrlərdə məşhur idilər. Deyilənlərə görə, hətta misirlilər o qədər çox fənd bilirdilər ki, bunların əksəriyyəti indi də Amerika sərbəst güləşində qalmaqdadır.
XX əsrin başlanğıcında Azərbaycanda bir çox el pəhləvanları yetişməyə başladı. Bunlardan Sali Süleyman, Rəşid Yusifov, Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Qara Rüstəm elə nəhəng gücə malik idilər ki, tezliklə bütün ölkədə tanındılar. Onlar özlərinin mübariz və vətəndaşlıq keyfiyyətləri ilə sirk sənətinə yeni rəng və çalar verdilər, bir çox istedadları üzə çıxardılar və öz sənətlərini həvəslə onlara öyrətdilər.

Rəşid Yusifov 1900-cü ildə Gürcüstanın Borçalı mahalının Gorarxı (Alget) kəndində anadan olmuşdur.
XX əsrin əvvəllərində Tiflisdə Nikitin və Yesikovski qardaşlarının sirki tez-tez qastrolda olurdu. Rəşid bunların hər ikisinin tamaşalarında olmuşdu. Akim və Pyotr Nikitin qardaşlarının sirki o dövrlərdə ən mütərəqqi və inqilabi fikirlər təlqin edən milli kollektivlərdən idi. Bu sirk Rusiyanın əyalətlərində, Qafqazda sirk sənətinin inkişafına güclü təkan verdi.
XX əsrin əvvəllərində sirkdə güləş mühüm yer tuturdu. Yesikovski qardaşlarının sirkində tanınmış məşqçi Maysuradzenin yetirmələrindən olan Pavliaşvili ilə güləşən və onun kürəyini çox asanca yerə vuran Rəşidi Yemelyanov və Maysuradze öz dərnəklərinə qəbul etdilər. Rəşid böyük həvəslə burada məşqlərə başladı.
Az sonra Rəşid dünya çempionu, Parisin fəxri şarfının sahibi olmuş Konstantin Karazamukovla tanış oldu və məşhur pəhləvan onun sirkdə ilk məşqçisi oldu. Bir müddətdən sonra o, qocaman idmançı Lado Kavsadze ilə də tanış oldu. Sonralar L.Kavsadze Rəşidin əsas məşqçilərindən birinə çevrildi.
Artıq bütün Qafqazda məşhurlaşan Rəşid pəhləvan xalqın ona yaraşdırdığı “Qafqaz Şiri” adını öz əməlləri ilə də doğrultmalı idi. O, tez-tez kəndlərə səfərlər edir, maraqlı görüşlər keçirir, cavanlara dəyərli məsləhətlər verir, onlara müxtəlif fəndlər öyrədirdi. Bununla birgə rayonlarda, kəndlərdə hələ də fəaliyyət göstərməkdə olan zorxanalara baş çəkir, el pəhləvanları ilə güləşir, onlarla gücünü sınayır və belə zorxana mərasimlərində özü də çox şeylər öyrənirdi.
1924-cü ildə Tiflis sirkində Rəşid 17 saniyəyə “fransız güləşinin texniki” Pyotr Praşeki, 12 dəqiqəyə “Qazaxıstan səhrasının bahadırı” Batır Hacı Muğan Munaytpasovu, Avropa çempionu Abek Andersonu məğlub edərək nəinki idmansevərlərin, eləcə də incəsənət adamlarının diqqətini özünə cəlb etdi. Məşhur kinorejissor İosif Perestiani Rəşidi özünün üç filmində kinoya çəkdi. Bunlar “Üç həyat”, “Qaçaq Arsen” və “Tariyel Mklavadzenin işi” filmləri idi.
Elə həmin il Rəşid Bakı sirkinə dəvət olundu. Sovet dövləti onun qarşısında ciddi vəzifələr qoydu: onun gücü, mətanəti, bacarığı xalqa xidmət etməlidir, o, insanın necə xarüqələr yaratmağa qadir olduğunu nümayiş etdirməlidir.
Yeni təyinatla, yeni vəzifələrlə Rəşid möhtəşəm qastrol səfərlərinə çıxdı. 1929-cu ildə Aşqabad sirkində “fransız güləşinin yaraşığı” Nikolay Bredixin, Başkirov, Şatski üzərindəki qələbələrdən sonra Buxarada fransız güləşi üzrə keçirilən yarışlara dəvət aldı. Burada ölkənin iyirmi beş pəhləvanı mübarizə aparırdı. Rəşid Orta Asiyanın ən güclü pəhləvanı Namazı məğlub etdikdən sonra Özbəkistan pəhləvanı Cuma pəhləvana sübut etdi ki, o, özbək milli güləşini ondan yaxşı bilir.
Moskva Dövlət Sirkininin tərkibində SSRİ-nin onlarla şəhərində qastrolda olan Rəşidin Taqanroq səfəri onun həyatında silinməz iz buraxdı. O bu səfərdə dünya pəhləvanlarının qəniminə çevrilmiş İvan Poddubnı ilə görüşdü. Rəşidin afişalarını görüb onun tamaşalarına baxmağa gələn İ.Poddubnı ilə Rəşid Pəhləvan arasında səmimi bir münasibət yarandı və bu sonralar möhkəm dostluğa çevrildi.
Rəşid Yusifovun belə geniş şöhrət tapmasında təkcə qazandığı qələbələr deyil, eyni zamanda onun sirk səhnəsində yaratdığı orijinal nömrələr də böyük rol oynayırdı. Məsələn, Vladiqafqazda öküzlə, İrəvanda ilanla döyüş səhnələri, sinəsi üzərindən üçtonluq yük maşınını keçirməsi, əzələlərin rəqsi...
Böyük Vətən müharibəsi illərində Rəşid Yusifov da vuruşurdu – həm arxada, həm də ön cəbhədə. Lakin onun hesabında öldürülmüş faşist, yandırılmış təyyarə, vurulmuş tank, batırılmış tanker yox idi. Onun silahı nə tüfəng, nə pulemyot, nə də ağır toplar idi. Onun əsas silahı bahadırlıq sənəti, rəqibi isə insanlarda pessimist əhval-ruhiyyə, inamsızlıq idi. Pəhləvan təkcə öz gücünü nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda xalqımızın yadellilərə qarşı qəhrəmanlıq tarixinə aid mühazirələr oxuyur, Babəkin, Koroğlunun, Nəbinin Vətən uğrunda, haqq-ədalət işi uğrunda göstərdiyi misilsiz igidliklərdən, onların böyük zəfərlərindən söhbət açır, əsgərlərimizi alman-faşist işğalçıları üzərində qələbəyə ruhlandırırdı.
Müharibənin ilk günlərindən Rəşid qardaşı Cümşüdlə xüsusi repertuarla çıxış etməyə başladı. Tezliklə o, bir qrup artistlər və pəhləvanlar dəstəsinin rəhbəri təyin olundu. Onlar müdafiə fondu, cəbhəçi ailələrinə yardım fondu üçün pulsuz tamaşalar göstərir, işğalçı qəsbkarlara qarşı tank, təyyarə düzəldilməsinə minlərlə manat pul keçirirdilər.
1942-ci il iyunun 15-də Bakı Dövlət Sirkinin direktorunun 203 №li əmri ilə döyüşçülərə və arxa cəbhəyə xidmət göstərmək üçün bir qrup sirk kollektivindən ibarət briqada yaradıldı. Briqadanın rəhbəri Rəşid Yusifov təyin olundu.
Müharibənin qızğın çağları olmasına baxmayaraq, 1943-cü il martın 4-də SSRİ Xalq Komissarları yanında İncəsənət İşləri üzrə Komitənin sədri M.Xrapçenkonun əmri ilə Rəşid Yusifova yüksək kateqoriyalı sirk artisti fəxri adı verildi.
1944-cü ildə Rəşid Yusifova böyük etimad göstərildi. Ona Azərbaycanda ilk səyyar sirk təşkil etmək tapşırıldı. Sirk pəhləvanın təklifi ilə “Zorxana” adlandırıldı. Əslində belə bir sirkin yaradılması ideyası Rəşid pəhləvanın beynində 1929-cu ildən yaranmışdı. Onun arxivindən tapdığımız və pəhləvanın şəxsən öz əli ilə yazılmış bir səyyar sirk qurğusunun çertyojunun üzərində “1929-cu il 10 may” tarixi qoyulmuşdur. Görünür, bu fikrin reallaşmasına əvvəl maliyyə çətinlikləri, sonra isə müharibə mane olmuşdu.
Müharibədən sonra ölkədə Azərbaycan sirk kollektivi yaratmaq qərara alındı. Burada “Zorxana” və onun rəhbərinin qazandığı təcrübə mühüm rol oynadı. Proqramın yaradılmasında Azərbaycanın məşhur incəsənət ustaları iştirak edirdilər – bəstəkarlardan Üzeyir Hacıbəyov, Səid Rüstəmov, rejissor Soltan Dadaşov, rəssam Sergey Yefimenko, baletmeyster Əminə Dilbazi.
Və nəhayət, Azərbaycan SSR XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi A.İskəndərov 1944-cü il 11 aprel tarixində Bakı şəhərində Azərbaycan Dövlət Sirki yaratmaq məqsədi ilə belə bir əmr imzaladı:
Azərbaycan Konsert Birliyi yanında Azərbaycan Dövlət Təsərrüfat hesablı Səyyar Sirk yaradılsın;
Teatr Şöbəsi mayın 1-dən gec olmayaraq Rəşid Yusifovun ansamblı, Azərbaycan Konsert Birliyi və Sirkin yaradıcı işçıləri hesabına (əksəriyyətcə azərbaycanlılardan) ştatları müəyyənləşdirsin;
Səyyar Sirkin direktoru və bədii rəhbəri Rəşid Yusifov təyin olunsun.

Sirkin rəhbərliyi Rəşid Yusifova təsadüfi tapşırılmamışdı. Onun bu işdə zəngin təcrübəsi vardı, müxtəlif peşə sahibləri ilə, müxtəlif dünyagörüşlü adamlarla işləməyi bacarırdı.
Rəşid pəhləvan deyirdi ki, mən sirkin yaradılması üçün çox əziyyət çəkdim, akrobatlar və artistlər topladım, çoxlu gənc cəlb etdim, onları yetişdirdim. Böyük əksəriyyəti azərbaycanlı idi. Elə sirki yaratmaqda da məqsədimiz bu idi ki, milli ənənələri, xalq yaradıcılığını dirçəldək, milli kadrlar hazırlayaq.
Rəşid Yusifovun arxivində məktublarla dolu böyük bir qovluq var. Burada yüzlərlə musiqiçinin, rəqqasın, kəndirbazın, idmançının ərizəsi var. Rəşid Yusifov bu imza sahiblərinin ən qabiliyyətlisini seçirdi. O, sirkdə güclü və bacarıqlı pəhləvanlar dəstəsi də yarada bilmişdi: Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Məmməd Hüseynov, Əşrəf Sultanov, Sabir Məmmədov, İskəndər Hacıyev, Qiyas Nuriyev, Məmməd Abdullayev və başqaları. Azərbaycan bahadırlarının çıxışı (“Zorxana”) tamaşaçılar arasında o qədər rəğbət qazanmışdı ki, bütövlükdə bu sirkə el arasında “Zorxana” deyirdilər.
Lakin bu sirk az yaşadı... Sağlam olmayan meyllər və subyektiv səbəblər təcrübəli Rəşid pəhləvanı bu işdən soyutdu. Ən başlıca səbəb isə pəhləvanın dediyi kimi, onun həddən artıq “milli” olması idi...
“Zorxana”nın belə tezliklə sönməsinə baxmayaraq, o, Azərbaycan mədəniyyəti tarixində parlaq bir meteor kimi iz buraxdı. Azərbaycan sirk mədəniyyəti tarixinin səhifələrində “Zorxana” və onun rəhbəri Rəşid pəhləvanın adı qızıl hərflərlə əbədi həkk olundu. Milli idman tariximizin, milli sirk sənətimizin ən şərəfli səhifələri qüdrətli bahadırın və onun yetirmələrinin adı ilə bağlandı.
Rəşid Yusifovun Vətən qarşısındakı xidmətləri hədər getməmişdir. Ona 1957-ci il aprelin 20-də Azərbaycan Əməkdar artisti fəxri adı verilmişdir.
Yevgeni Kuznetsovun 1957-ci ildə “İsskustvo” nəşriyyatı tərəfindən buraxılan “Sovet sirkinin ən güclü pəhləvanları” adlı kitabında yazılmışdır:
“SSRİ-də Azərbaycan pəhləvanı Rəşid Yusifov kimi ikinci bir ağır atlet yoxdur. Onun ağır çəki daşları ilə göstərdiyi proqramlar təkrarolunmazdır. Rəşid Yusifov həm də qüvvətli pəhləvandır. Ölkənin, eləcə də dünyanın bir çox pəhləvanları onun qarşısında məğlub olmuşdur. Rəşid bu gücü, qüvvəti doğma Azərbaycan torpağından və peşəsinə bəslədiyi hədsiz məhəbbətdən almışdır. Ona “Azərbaycan Poddubnısı” demək bizim üçün necə də xoşdur!”
1981-ci ildə Rəşid Yusifova Azərbaycan Xalq artisti fəxri adı verildi. Onun sənəti, şəxsiyyəti haqqında şairlərimiz, yazıçılarımız, elm-incəsənət xadimləri yüzlərlə maraqlı yazılar dərc etdirmişlər. Həyatının son beş ilində mən də bu böyük insanla ünsiyyətdə olmuş və tez-tez görüşərək maraqlı söhbətlər etmişik. Bu görüşlərin nəticəsində mənim “Rəşid Pəhləvan” adlı kitabım ərsəyə gəlib və kitab 40 min tirajla üç gün ərzində satılıb!

Mən bu gün də onun xırıltılı, bariton səsini, damarları dolub-boşalan, barmaqlarının buğumlarının dəvə beli kimi qabaran sümüklərini, qırğı baxışını, xoş təbəssümünü, ağır yerişini, qayğıkeş rəftarını, duzlu-məzəli zarafatlarını, dərin savadını, geniş dünyagörüşünü... unuda bilmirəm. O, yenilməzlik timsalı kimi tarixləşən şəxsiyyətlərdəndir!
Rəşid Pəhləvanın üçüncü nəsil yetirmələrinin bəzifələri bu gün həyatdadırlar. Ona görə “həyatdadırlar” deyirəm ki, onlar da artıq bu peşənin praktik icrası ilə məşğul olmaq iqtidarında deyillər. Pəhləvanlıq ömrü gəncliklə, cavanlıqla bağlıdır. Lakin indi bizim bu zalda əyləşən və özlərini Rəşid Pəhləvanın mənəvi övladları sayan milli güləş ustalarımız Borçalı balası Müsəllim Həkimovun, Azərbaycanın ən güclü pəhləvanlarından biri olmuş mərhum qubalı Əli Abdulhüseynovun, şəkili pəhləvan mərhum Gəray Löymanovun, Borçalıdan Söhrab Saraclının və başqalarının yetirmələri bu gün az da olsa müxtəlif tədbirlərdə görünürlər.
Böyük sənətkarın ana vətənindən pərvazlanan və onun qələbələrindən ilham alaraq adını Azərbaycanın şanlı idman tarixinə yazdıran sərbəst güləş üzrə ilk azərbaycanlı Olimpiya çempionu, 1988-ci il Seul Olimpiadasının qalibi Kamandar Məcidov (yeri gəlmişkən deyim: Kamandarın təhsil aldığı Başkeçidin Hamamlı kəndindəki məktəb indi onun adını daşıyır), klassik güləş üzrə 2004-cü il Afina Olimpiadasının çempionu Fərid Mansurov, neçə-neçə dünya və Avropa çempionları, o cümlədən bu gün bizimlə bu tədbirdə iştirak edən sərbəst güləş üzrə SSRİ idman ustası, bir sıra mötəbər ölkə və beynəlxalq yarışların qalibi, tələbələr arasında SSRİ çempionu İsmayıl Həkimov və onlarla idman cəngavərlərimizlə təkcə Borçalılar deyil, bütövlükdə Azərbaycan xalqının fəxr etməyə mənəvi haqqı var.



]]>
Müşviq BORÇALI Mon, 30 Jan 2017 14:37:51 +0000
“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” https://turan.info.az/arxiv/borcaliorg/2406-boral-ctimai-birliyinin-nvbti-tdbiri-azrbaycann-milli-mnvi-dyrlrinin-formalamasnda-grcstanl-soydalarmzn-rolu.html https://turan.info.az/arxiv/borcaliorg/2406-boral-ctimai-birliyinin-nvbti-tdbiri-azrbaycann-milli-mnvi-dyrlrinin-formalamasnda-grcstanl-soydalarmzn-rolu.html “Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu”Bu gün - 28 yanvar 2017-ci ildə “Borçalı” İctimai Birliyi Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda növbəti tədbirini keçirib.

Tədbirdə “Borçalı” İctimai Birliyinin rəhbərliyi, İdarə Heyəti və təssübkeşləri ilə yanaşı respublikamızın ali məktəb rəhbərlərinin, təhsil işçilərinin, millət vəkillərinin, tanınmış ziyalıların, eləcə də ictimai qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

turan.info.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Borçalı” İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmədov açıb.
Sonra mövzu ilə bağlı AMEA Tarix İnstitutunun direktoru, Millət vəki Yaqub Mahmudovun, ADPU-nun dosenti, dəyərli soydaşımız, tanınmış tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədli, BİB-in sədrin müavini, publisist Şərif Kərimlinin məruzələri dinlənilib.

Daha sonra məruzələr ətrfında çıxışlar olub. Asif Ozan, Dəyanət Osmanlı, Sərkərdə Sərxanoğlu,
Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin qorunması naminə tədbirə bütün media işçiləri dəvətlidir.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 21:22:32 +0000
... BU QALA BİZİM QALA… (Oçerk) https://turan.info.az/gurcustan/darvaz/2404--bu-qala-bzm-qala-oerk.html https://turan.info.az/gurcustan/darvaz/2404--bu-qala-bzm-qala-oerk.html ... BU QALA BİZİM QALA… (Oçerk)

… Açıq pəncərə… O tayda görünən bir mənzərə… Həyat mənzərəsi… Uzaqlardan ilan kimi qıvrılaraq uzanan polad relslər… Və bu relslərlə heç nəyə baxmadan - hətta gecəyə, gündüzə də - şütüyən sadə bir qatar… Haradan gəlir bu qatar və yolu harayadır? Bu suala onun səsi və nəfəsi - polad relslərlə yorulmadan "öcəşən" təkərlərin deyingən taqqıltısı və bu taqqıltını səbrlə həzm edən motorun buraxdığı tüstüsü qədər bilən və anlayan ikinci bir şahid olmaz yəqin. Bu nəfəsin fonundakı həyatı həmin o relslərlə deyişən təkərlər nəql edirdi.
… 1937-ci ilin sərin bir mart səhərində dünyaya göz açdı qədim Borçalı mahalının Bolulus (indiki Bolnisi) rayonundakı Darbaz kəndində. Mahalda sayılıb-seçilən ziyalı olan Namaz Çobanlının ailəsinə yeni nəfəs gətirmiş bu uşağa, "Ya Mədəd" deyib, adını Mədəd qoydular. “Ad bizdən, həyat yaradandan”, - deyib babalarımız. Əsas odur ki, yerdə qoyulan adın səsi, sədası göylərə çata bilsin. Bu hələ sonranın işi idi. Hələlik isə valideynləri onu göydən yerə endirmişdilər. Lakin bu yaranmışın bir xoşbəxt yazısı o idi ki, həmin bu valideynlər onu həm də bir müəllim olaraq yerdən göyə qaldıracaq idilər. Bu da qatarın irəlidəki yollarında baş verəcək olaylarında anlaşılacaqdır. Hələlik isə öz çəhrayı dünyasının çalarlarını çözələməkdəydi bu Mədədindən xeyir-dua alan kiçik Mədəd. İllər keçdikcə ona yaxın olan mühit daxilində bu rənglər dəyişir və öz həqiqi həyati çalarlarına düşürdü. Uşaqlıq illəri və xəyallar. Bunlar bir-birinin içində doğulub şirin-şirin var olan məfhumlardır. Və sözsüz ki, bir-birindən həm də rişə alan, bir-birilə nəfəs alan əvəzi, təkrarı, oxşarı olmayan dünya içində bir dünyadır. Heç şübhəsiz ki, bu həm də fərdin real həyatından mayalanan bir dünyasıdır. Kimimiz uşaq dünyamızda quş kimi qanadlı olub səmada süzmək, kimimiz kosmonavt olub başqa planetləri gəzmək, kimimiz isə sanki daha real olan yaxınlıqdakı təki görünən üfüqə qaçıb-qaçıb əlimizi ona toxundurmaq, oradakı buludları bir-birinin ardınca düzmək istəmişik açıq-aydın, adi bir iş kimi. Bu kiçik Mədədin isə uşaqlıq illərindəki süzmək arzusu da, gəzmək istəyi də, düzmək səyi də elə elmin səması, onun dərinliyi, sirli-sehrli görüntüləri, hələ o zaman anlamadığı döngələri ilə bağlı olub. İrsiyyətdənmi, tərbiyədənmi, Tanrıdanmı gələn bir diqtə ilə onun xəyal dünyasının yalnız bir qapısı, bir adı, bir rəngi olub - oxumaq, elmin dərinliklərinə vararaq açılmamış səhifələri açmaq, aşılmamış aşırımları aşmaq, elmin üfüqlərinə doğrudan-doğruya əlini çatdırmaq. Elə onun ilk arzusu da gerçək xəyalı, xəyalı da təbii arzusu olub.
… İnsan dünyaya odla-alovla, ağlaya-ağlaya, yumruqlarını bərk-bərk sıxaraq böyük bir iddiayla daxil olur. Sanki, dünya məndə olmalıdır, onu mən qurmalıyam, onu mən yaşatmalıyam ayaqlarım altda, deyərək. Yəqin elə bu fitrətdən gələn yəqinlikdəndir ki, hər bir iddiasına sığmayan normal, sağlam uşaq təbii olaraq dünyanın məhz onun iradəsininmi, əqlininmi, fiziki gücününmü sayəsində qurulacağını düşünür. Bizimsə bu hələlik özü kiçik, sözü də içində kiçik və kiçik olduğu qədər də qəti, möhkəm, dəqiq və demək ki, bir ömrə bəs eləyəcək qədər təpərli, tutarlı, yaşarı, aydın olan qəhrəmanımızın yalnız bir quracağı dünyası var, o da ELM dünyası - yəni ƏBƏDİ DÜNYA. O, müvəqqəti, fani dünyanı özündə deyil, özünü bu elmi, yəni əbədi dünyada hiss edir, əvvəlcə o dünyadan işıq umaraq, ona işığını qaytara biləcək anlaradək. O, dünyanı ayaqları altda deyil, başı üzərində bilir, duyur, özü ilə addımladır, yaşadır. Bu da bir alın yazısımı, yoxsa, insanın sübh çağının sərinliyini, günəş işığının məlhəmliyini duyduğu, hiss etdiyi bir vaxtdan ətraf mühitinin tərbiyəsinin diqtəsimi? Amma hər nə cür olsa da bu, xoş taledən, hələ qarşıda yaşanacaq həyatın uğurlu qədəmlərindən soraq verən bir başlanğıc idi. Uğursuzluğu, büdrəməyi yadına düşmür. Həyatı boyu şax, şux, iti, qəti yeriyib. Bu da əlbəttə həm ona yeriməyi öyrədənin səriştəsində, həm də onun öyrənmək qabiliyyətindən asılı olub. Bütün hallarda o, dizini bükülməz, əqlini yorulmaz edən ilk tərbiyəçisi, ilk yoldaşı, ilk müəllimi, ilk məsləkdaşı olan atası Namaz kişiyə, qardaşı Nəbi müəllimə sonsuz minnətdar və borcludur.
Arzu - insan şüurunun və qəlbinin ətrafdan aldığı, qazandığı dünyaya ən məhrəm reaksiyasıdır. Bu reaksiya zəncirvari olaraq zaman-zaman insanın iç dünyasında rezonans yaradan, vulkan kimi gah qabarıb, gah çəkilən, həyati xüsusiyyət daşıyan gözəl bir duyğudur. Başqa sözlə, həyatın içində elə həyatın özüdür. Arzularmı insan xasiyyətini formalaşdırır, yoxsa, xasiyyət arzuları yaradır, onlara qol-qanad verir. Bu da yəqin ki, onların ayrılıqdakı daxili gücündən və bir-birində yaratdığı impulslardan asılıdır. İç dünyamızla və ətrafla apardığımız müşahidəçi duyumumuzla bunların hər ikisinin bir-birinə stimul verdiyini anlayırıq. Özünü, ətrafını dərk etdiyi ilk gündən dəqiqlik, aydınlıq, sadəlik kimi anlamları dərk edən bu günümüzün alimi elə dərk etdiyi gündən də bunları həyatının taktına - vurğularına çevirib. Arzusu elmin üfüqünə toxunmaq, xasiyyəti isə hər işi dəqiq, aydın həyata keçirmək olan bu insanın məhz deyilən nöqtədə əməli ilə amalının üst-üstə düşməsi onun artıq bütün uğurlarının bazisi, özülü idi. Bunu o zamanlar yəqin ki, heç düşünmürdü də Mədəd müəllim. Ancaq çox-çox illər sonra artıq müəyyən nəticə hasil olmuş zaman anında Tanrının əzəl gündən diqqəti üstündə olan bir bəndə kimi doğulduğu qənaətinə gəldi.
- Daima qüsursuz yaşamağa çalışmışam. Heç kəsin haqqını tapdamamışam. Və heç kəsə də yaltaqlanmamışam. Buna görə də bir şeyi başqasına qurban vermək, bir işi digərinin güdazına vermək məcburiyyətində qalmamışam.
Qəhrəmanım daxilən müdrik, müşahidəçi bir insan olduğundan ətrafa, cəmiyyətə xüsusi həssaslıq və diqqətlə yanaşır. O özü bu barədə belə deyir:
- Müşahidəçi insanam. Ətrafda yalnız ədalət hissini yüksəkdə tutan, əxlaqi-etik keyfiyyətlərə malik insanları görmək istərdim. Çünki bu mübarizələrlə dolu həyatımızın idarə olunması məhz ədalət və qayğıkeşliklə həyata keçirilməlidir. Ədalətlə və qayğıkeşliyin cəmiyyətdəki mövqeyi az da olsa pozularsa xaos, özbaşınalıq əmələ gələr. Mənim isə həyatda görmək istəmədiyim hal məhz budur.
Bu xüsusiyyətinə görə ona badalaq vuran, yolunda qaratikan kolu kimi bitənlər də olub.
- Bir hadisə mənim yaddaşımda xüsusilə dərin iz buraxıb. Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda qiyabi təhsil alırdım. Namizədlik dissertasiyamı bitirib müdafiə etmək üçün institutun müdiriyyətinə təqdim etdim. Bu arada bədhahlardan biri İnstitutun direktoru akademik M.Şirəliyevə mənim barəmdə qeyri-obyektiv söhbət edib. O da mənim müdafiə işimə mane olmağa başladı. Nəhayət mən Moskvaya getdim. SSRİ EA Dilçilik İnstitutunda namizədlik işimlə bağlı minimum imtahanımı verdim. Sonra SSRİ-nin Ali Təhsil Nazirliyində fəaliyyət göstərən Ali Attestasiya Komissiyasına müraciət etdim ki, akademik Şirəliyevlə mənim aramda şəxsi-qərəzlik olduğuna görə mənim dissertasiyamı Azərbaycandan kənarda müdafiə etməyimə kömək etsinlər. Ali Attestasiya Komissiyası müdafiəm üçün məni Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutuna göndərdi.
Mən 12.XII.1973-cü ildə dissertasiyamı müvəffəqiyyətlə müdafiə etdim. Bunu bilən M.Şirəliyev Moskvaya Ali Attestasiya Komissiyasına qeyri-obyektiv, böhtanla dolu məktub göndərdi. Aradan 3-4 ay keçdikdən sonra məni Ali Attestasiya Komissiyasının Ekspert Şurasına dəvət etdilər. Moskvaya getdim və Ali Attestasiya Komissiyasının Ekspert Şurasında Şirəliyevin məktubda yazdığı bütün iradlarını təkzibedilməz faktlarla rədd etdim. Həmin gün Ekspert Şurasının qərarı ilə mənim filologiya elmləri namizədi alimlik dərəcəm təsdiq edildi. Akademik M. Şirəliyev isə qeyri-obyektiv, böhtanlı məktubuna görə bu komissiyanın üzvlüyündən azad edildi. Bunu da mənim ən böyük uğurum hesab etmək olar.
Onun başlıca uğurunun səbəbi həm də böyük məsləhətinə qulaq asıb, böyük yoluna hörmət etməsi olub.
- 1962-ci ildə ali məktəbin tarix-filologiya fakültəsini bitirib öz doğma kəndimizə müəllim göndərildim. O vaxtlar Gürcüstanda tədris ili avqustun 20-də başlayırdı. Avqustun 19-u idi. Şam yeməyindən sonra anam süfrəni yığışdırdı. Bu anda atam dedi: - Sabah məktəb başlayır. Mənim iki məsləhətimə qulaq as. Birinci, məktəbin gündəlik rejiminə, əmək intizamına riayət et. İkinci, demə ki, ali məktəb bitirmişəm. Ali məktəbdə aldığın biliyə arxayın olma. Hər gün proqram hazırla. Gündəliyin olsun və dərs dediyin siniflərin kitablarında olan məlumatları gözdən keçirt. Çünki, müəllimi nüfuzdan salan da, nüfuzunu artıran da onun məsuliyyəti, əmək intizamı və biliyi, dərs demək bacarığıdır.
- Mədəd müəllim, tələbə Mədəd Çobanlı alim Mədəd müəllimlə həyatda qarşılaşıb ona imtahan verməli olsa, sizcə müəllimi tələbəsini hansı qiymətlə qiymətləndirər?
- Oxuyub, yazmağı bacardığım ilk gündən indiyə qədər bir günüm də elmsiz keçməyib. Artıq mən özümə təvazökarcasına tənqidi yanaşmalı olduğum vaxtda deyiləm. Əlbəttə ki, özüm kimi tələbəni yalnız və yalnız əla qiymətləndirərdim. Çünki mən ən azından öz ixtisasımla yanaşı etikanı, psixologiyanı, metodikanı, hüququ yüksək səviyyədə bilirəm. Hal-hazırda respublikamızda təhsilin səviyyəsindən də, ona verilən diqqətdən də razıyam. O ki qaldı, təhsildə rastlaşdığımız bəzi neqativ hallara, burada valideynlərin günahı daha böyükdür. Ancaq bizim məmləkətdə görünür ki, valideyn rüşvət verir ki, ay müəllim, mənim uşağıma yüksək qiymət yaz - yəni müftə, zəhmətsiz. Bunula da belə validyenlər özləri öz uşaqlarını kor edirlər. Oxuyan şagirddən, tələbədən isə heç vaxt heç kəs rüşvət ala bilməz. Ona görə də elm və təhsil hamının - valideynlərin, müəllimlərin, təhsil işçilərinin, Təhsil Nazirliyinin, Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olmalıdır. Çünki, elm və təhsil cəmiyyətin özülünü təşkil edir. Bu özül möhkəm və sabit olmasa, cəmiyyətin gələcək inkişafından söhbət belə gedə bilməz.
- Mədəd müəllim, bəs daxili borc, məsuliyyət hissi dedikdə siz nəyi başa düşürsünüz? Bu sahədə özünüzə hesabat verirsinizmi?
- Valideynin ən böyük kapitalı övladlarının tərbiyəsidir. Bu isə hər bir cəmiyyətin ilk özülünün və gələcək inkişafını təmin edir. Vətəndaş kimi ölkəmizin ali qanununa və digər qanunvericilik aktlarına, elm və təhsil işçisi kimi isə pedaqoji, psixoloji, etik və əxlaqi, hüquqi məsələlərə obyektiv yanaşmaq, onların həyatda tətbiqinə nail olmaq mənim başlıca prinsipimdir. Alim kimi elmi ictimaiyyət qarşısında, həmkarlarım qarşısında, öz sevib-seçdiyim elmi-pedaqoji fəaliyyətimə insani vicdanla yanaşmaq mənim üçün çox önəmlidir. Məhz buna görə də alim kimi hər şeydən əvvəl elmin bütün sahələrini dərindən öyrənir, müasir elmdəki boşluqları, yəni araşdırılmamış mövzuları seçir, həmin mövzuların tədqiqinə başlayıram. Bu da elm sahəsində mənə çox böyük uğurlar gətirir. Təkrar edirəm, araşdırmalarımın hamısı elmdə öyrənilməmiş sahələrin tədqiqinə həsr olunub.
- Müasir dünyamızda sizi naraht edən əsas amil nədir? Əgər ikinci dəfə dünyaya gəlsəydiniz dünyanı necə qurardınız və onu necə görmək istərdiniz?
- Mən elmə dialektoloq kimi gəlmişəm. Onomologiya sahəsində elmin yüksək zirvəsinə qədəm qoymuşam. Və oradan bütövlükdə türk dünyasına və türkologiyaya boylanıram. Bu da mənə ümumi türkologi məsələləri müəyyənləşdirməyə böyük imkanlar verir Təsadüfi deyil ki, türkologiyada "Türk ədəbi dillərinin birliyinə doğru" problemini də ilk dəfə elmi tədqiqata cəlb etmiş və bu mövzuda hələ 2000-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən Türk Dili Qurumunun 4-cü qurultayının Plenar iclasında geniş məruzə ilə çıxış etmişəm. İndi də bu sahədə fəaliyyətimi davam etdirirəm. O ki, qaldı narahatçılığa tarixi Azərbaycan torpaqlarının parçalanması mənim ən yaralı yerimdir. Ərazisi 500.000 kv km olan torpaqlarımızın parçalanması; ikincisi - müasir dünyada, o cümlədən BMT də, digər beynəlxalq təşkilatlar da və dünyanın aparıcı böyük dövlətləri - ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya olan BMT Təhlükəsizlik Şurasının üzvləri də - xarici siyasət sayəsində dövlətimizə ədalətsiz baxır və bizə, həmçinin özlərindən kənarda qalan xalqların, dövlətlərin siyasətinə ikili standart prizmasından yanaşırlar. Bunun nəticəsidir ki, son 20 ildə demokratiyadan dəm vuran ölkələr işğalçı dövlət olan Ermənistanla, işğala məruz qalan Azərbaycan dövlətinə eyni bərabərlik prizmasından baxırlar. Eləcə də Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətində deyillər. Bu da məni narahat edən əsas məsələdir.
- Əgər sizə bir tribuna verilsə və bütün bəşəriyyətə - yaşından, irqindən, ictimai mənsubiyyətindən, cinsindən asılı olmayaraq - söz demək imkanınız olsa bu zaman konkret, qısa olaraq nəyi demək arzusunda olardınız?
- Qoy ədalət zəfər çalsın! Dünya xalqları sülh, əmin-amanlıq, mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Dünya xalqlarına müraciət edərdim ki, ey insanlar, öz ölkənizin dövlət və hökumət başçılarını bütün dünya xalqlarına münasibətdə ədalətli və qayğıkeş olmağa çağırın.
… Bəli, ədalətlilik və qayğıkeşlik. Budur istefada olan kapitan, zabit Mədəd Çobanlının həyat kredosu. Budur, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nin Ekspert Şurasının üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, "GUAM" Diplomçusu, Türk Dili Qurumunun üzvü, AAHDM-nin "Dillər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının həyat amalı. Hər yerdə, hər zaman, hər kəsdən tələbi, istəyi. Ona da diqqət edək ki, bu, çox məhrəm, isti, doğma bir prinsipdir. Çünki bu tələb insanın öz əzizlərindən, doğmalarından umduğu bir hiss, təmənnadır ki, bu şöhrəti xarici dövlətlərdə belə yayılan qocaman alimimiz onu öz yurddaşlarından, eyni məkanı bölüşdürdüyü vətəndaşlarından, ümumilikdə bütün tərəqqipərvər bəşəriyyətdən umur, yox, yox, onlardan tələb edir. Ona görə ki, o başqa cür ola bilmir, heç olmaq da istəmir. Çünki o, kökünə, elinə, obasına, ocağına, nəslinə, atasına, onun verdiyi möhkəm, dəqiq, heç vaxt kəsərini itirməyən tərbiyəsinə, aldığı elmə, biliyə, yediyi çörəkdən tutmuş udduğu havayadək… hər bir şeyə sadiq, borclu və minnətdardır.
… Uzaqlardan, vüqarla ucalan dağların arxasından neçə vaxtdır ki, bir qatar şütüyür. Onun keçdiyi yollara, ətrafa yayılan səsini udmağa hazır olan kollara, koslara, bu qatarın sərnişini olan yaxınlara, dostlara qibtə etməmək olmur.
Bənzərəm bir qocaman dağa ki, dəryada durar...
Çünki, onlar bu qocaman dağ misallı dəryada durmuş təki sakit, mülayim, eyni zamanda yeri və zamanı gəldikdə tələbkar müəllim, alovlu vətənpərvər, yorulmaz tədqiqatçı alim, döyüşkən ruhlu zabitin ən azından müasiri, bu qoca palıdın görünən kəndinin sakinləridir. Görünən kəndə bələdçi lazım olmadığından, biz də bu kəndi, oradan çıxan bu həyat qatarını dünya pəncərəsindən seyr edərək, təkərlərin taqqıltısının sədaları altında bir balaca xəyala daldıq…
Xəyal bizi yenə kəndimizə, orada nə zamandır ki, tikməkdə olduğumuz qalaya qaytarmışdı…
Gülgəz NUR,
15 may 2010-cu il.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 17:51:13 +0000
ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM https://turan.info.az/gurcustan/borchali/2403-z-dl-v-adi-stnd-btn-alm.html https://turan.info.az/gurcustan/borchali/2403-z-dl-v-adi-stnd-btn-alm.html ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM

Professor MƏdƏd Namaz oĞlu Çobanov 70 il öncə Darvaz kəndində anadan olub. Lakin Mədəd müəllimin ünvanı-sorağı doğulduğu kəndin, mahalın yox, hətta respublikanın sərhədlərini aşıb, doğma vətənimizdə, keçmiş İttifaq miqyasında və uzaq xaricdə özünəməxsus imic qazanmış şƏxsiyyƏtdir. Şair-tərcüməçi, filologiya elmləri doktoru, professor Əflatun Saraclının "Yeni Azərbaycan" qəzetinin 2007-ci il may buraxılışında Mədəd müəllimin 70 illik yubileyi münasibətilə yazdığı "Təvazökar və məhsuldar alim, pedaqoq" yazısında onun bu zirvəyə elə-belə, asanlıqla nail olmadığının bir şahidin dilindən eşidirik. Hələ "Azərbaycan dilində Bolnisi rayon şivələrinin leksikası" mövzusunda 1970-ci illərdə yazdığı namizədlik dissertasiyasını müdafiə edərkən qarşısına neçə səd çəkildiyini, 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstittutunda müdafiə etməsini fakt kimi göstərən Əflatun müəllimin fikirlərindən hər şey bizə əl içi kimi aydın görünür.
Demək, elm aləmində bu gün hamımızın məşhurlar sırasında tanıdığımız professor Mədəd Çobanov hazırki mövqeyinə gəlib çıxmaqdan ötrü çox böyük əziyyətlərlə qarşılaşıb, məşəqqətlərə dözüb, nəhayət ki, öz sözünü deyib, öz üzünü göstərə bilib, nəticədə öz izini elmdə qoya bilib.
Professor Əzizxan Tanrıverdiyev "Şərqin səsi" qəzetinin 2007-ci il fevral sayında "Mədəd Çobanov və onomalogiya məsələləri" sərlövhəli məqaləsində alimin elmi irsi ilə bağlı yazır:
"Azərbaycan antroponimlərinin inkişaf tarixinə müxtəlif prizmalardan yanaşıldığını, antroponimlərin inkişaf mərhələsinə dair bir neçə fikrin irəli sürüldüyünü əsas götürən müəllif özünə qədərki araşdırmaları ümumiləşdirib aşağıdakı sistemi təqdim edir:
Antroponimlərin inkişaf tarixi: qədim antroponimlər, antroponimlər orta əsrlərdə (XIII-XIX əsr), müasir antroponimlər (antroponimlər 1920-ci illərdə).
Mədəd Çobanov... şəxsin ata adı ilə tanınmasından bəhs edərkən fikri təsdiq etmək üçün "Kitabi-Dədə Qorqud"a müraciət edib (Qamğan oğlu Bayandur, Dirsə xan oğlu Buğac)...
...Mədəd Çobanov ləqəblərin köməkçi ad kateqoriyaları sistemindəki yerini dəqiqləşdirməklə bərabər, onların fərdi-şəxsi, ailəvi-nəsli və məhəlli-kollektiv kimi növlərini də araşdırıb".
Beləcə, professor Əzizxan Tanrıverdi bizlərə Mədəd Çobanov fenomeninin sirrini açıqlayır, onun onomalogiya sahəsindəki tədqiqatlarının dəyərini çatdırır.
AMEA Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin müdiri, professor Qəzənfər Kazımov isə Mədəd Çobanovun 70 illik yubileyi işığında qələmə aldığı yazısında ("Təhsil" qəzeti, oktyabr 2007-ci il) professorun elm aləmindəki yerinə aydınlıq gətirib yazır ki, "O, elmə dialektoloq kimi gəlsə də, sonralar dilçiliyimizdə yenicə yaranmaqda olan onomalogiya sahəsində boşluqları duymuş və bu boşluqları doldurmaq məqsədilə "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda geniş araşdırmalar aparmış və bu mövzunu doktorluq dissertasiyası kimi müdafiə etmiş və bu sahədə bir neçə kitab və məqalələr çap etdirmişdir. Məhz buna görə də Mədəd Çobanov daha çox onomoloq kimi tanınır"....
Bu fikirlərdən, eləcə də yuxarıda sadalanan görkəmli alimlərin cümlələrindən sonra bizdə professor Mədəd Çobanovun həyatı və yaradıcılıq yolu barədə əyani tanışlıq formalaşır. Tarixən Azərbaycan ərazisi olan Borçalı mahalı Sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR-in tabeçiliyinə verilmiş, bir çox soydaşlarımız kimi Mədəd müəllim də öz doğma ata yurdunda -Darvaz kəndində qərib kimi dünyaya göz açmış, yad ölkənin vətəndaşı kimi orta və ali təhsil almışdır. Amma bütün bu mənəvi üzüntülərin içərisindən o, dəyanəti, təpərliliyi sayəsində qalibiyyətlə çıxmışdır. Orta və ali təhsilini yüksək qiymətlərlə başa vurmuş, doğma vətən deyə Azərbaycanımıza yön tutmuşdur. Amma burada da ona birmənalı münasibət olmamışdır. Professor Əflatun Saraclının şahidçiliyi ilə desək, o, burada da stereotiplərlə qarşılaşmış, həvəslə, gözü ilə od götürə-götürə, ürəyinin yağı ilə, zəkasının nuru ilə işlədiyi namizədlik dissertasiyasının qarşısına səd çəkənlər olduğundan, buradan da yenə qürbət ölkəyə - qardaş Özbəkistan Respublikasına ümid bağlamış və ora yollanmışdır. Mövzunun adına fikir verək: "Azərbaycan dilinin Bolnisi rayon şivələrinin leksikası".
Sovet dönəmində bir türk dili olaraq Azərbaycan dilinə, dilin daha mühafizəkar, özəl qatı olan şivələrin öyrənilməsinə cəhd eləmək özü bir hünər tələb edirdi, qaldı ki hazırda yad respublikanın ərazisi olan - vaxtilə bizdən qoparılmış Bolnisi rayon şivələrini bir türk-Azərbaycan dili kimi tədqiq edəsən, bu daha böyük hünər tələb edirdi. Bu tədqiqatın arxasında bir alim cəfakeşliyi ilə yanaşı həm də yüksək patriotluq dayanır. Bu vətənpərvərlik yanğısı ətrafa - qaranlıqlara işıq saçır öz məşəliylə: demək istəyir ki, coğrafi məkan olaraq Bolnisi və eləcə də, digər bölgələrimiz rəsmi şəkildə ilhaq oluna bilər, amma xalqımızın mənəviyyatına heç vəchlə yiyələnmək olmaz. Bu ərazidə yaşayan xalqımız öz dilini nəinki təkcə ədəbi dil - qəzet, radio dili səviyyəsində yaşada bilir, hələ desək, dilin incəliklərini özündə mühafizə edən şivə leksikonunda da çox uğurla qoruyub-saxlayıb. Elə Mədəd müəllimin namizədlik dissertasiyasında demək istədikləri bir alim hünərindən əlavə, həm də öz vətəndaşlıq missiyasından irəli gəlirdi. Və müxtəlif çətinliklərə, maneələrə baxmayaraq, Mədəd müəllim öz sözünü israrla dedi, dediyini yeritdi. Gürcüstanda, Azərbaycanda deyə bilməsə də, türkdilli respublika olan Özbəkistanın Başkəndində - Daşkənddə uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini aldı. Beləcə, professor Mədəd Çobanov elmdə öz dili (şivə leksikası) - öz kökü üstündə "bitən" alimlərimizdən olmaqla başqalarına da örnək oldu. Bəli, öz dilinin - soy kökünün araşdırıcısı və müdafiəçisi (burada müdafiə sözü həm də namizədlik və gələcəkdəki doktorluq müdafiəçisi kimi də başa düşülməlidir.) oldu Mədəd Çobanov. Bax elə bu özü alimlərimizin təkcə elmi ilə yox, həm də vətənpərvərliklə xidmət etmək yolunun layiqli göstəricisidir.
Elə bu özül üstündə qərar tutmağı da Mədəd Çobanovun gələcəkdə onomaloq alim kimi yetişməsində öz mühüm təsirini göstərdi. Dilimizin qədim yaddaşının özəl göstəricisi olan dialekt və şivələrimizin tədqiqi ilə elmdə özünəməxsus cığır açan Mədəd müəllim "o zamanlar dilçiliyimizdə yeni yaranmaqda olan onomalogiya sahəsindəki boşluqları doldurmaq üçün" (Qəzənfər Kazımov) öz tədqiqat dairəsini daha da genişləndirirdi. Antroponimlərimizi geniş və əhatəli, fundamental şəkildə doktorluq dissertasiyası səviyyəsində araşdıran alim öz sözünü mükəmməl bir alim kimi deməyə müvəffəq oldu. O, təkcə öz sözünü adlarımızla bağlı yox, təxəllüslərimiz və ləqəblərimizlə bağlı da əhatəli şəkildə yeritdi. Dərindən düşünsək, burada yenə də alimin vətənpərvərlik qayəsini hiss edərik: axı antroponimlər, bir sözlə, adlar özü də tarixdir, özü də hələmasanlıqla pozulmayan tarix. Yaddaş vasitəsilə özünü yaşadan tarix. Mədəd müəllim yaddaş tariximizin bu qatına müraciət etməklə yenə də öz xalqımızın dərin mənəvi köklərə malik olduğunu sətirarxası- fikirarxası formasında izah və sübut etdi.
Bəli, professor Mədəd Çobanov elmdə öz dili və adı - soy kökü və tarixi üstündə "bitən", inkişaf edən və yaşayan alimdir. Öz elmi ilə öz elini-xalqını yaşadan alim oğlunu xalqı da sevərək öz oğlu kimi yaşadır və yaşadacaqdır. Auditoriyada dərs dediyi tələbələri tərəfindən sevilən Mədəd müəllim öz elmi irsi ilə də bütövlükdə xalqımız tərəfindən sevilir. Sevilənlərə isə heç vaxt zaval yoxdur!
Şakir Albalıyev,
Filologiya elmləri namizədi,
AMEA-nın böyük elmi işçisi.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 17:21:11 +0000
VI ULUSLARARASI TÜRK DİLİ QURULTAYI https://turan.info.az/media/sherqinsesi/2402-vi-uluslararasi-trk-dl-qurultayi.html https://turan.info.az/media/sherqinsesi/2402-vi-uluslararasi-trk-dl-qurultayi.html VI ULUSLARARASI TÜRK DİLİ QURULTAYI

Mədəd ÇOBANOV,
Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbinin
“Dillər” kafedrasının müdiri,
Nyu-York Elmlər
Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor,
VI Uluslararası Türk Dili Qurultayının iştirakçısı.

18-19 oktyabr. Ankara. Bilkent Oteli və Konfranslar Mərkəzi qapılarını taybatay açıb dünyanın müxtəlif ölkələrindən gələn qonaqları - VI Uluslararası Türk Dili Kurultayının iştirakçılarını qəbul edir. Nəqliyyat-servis xidməti Ankara aeroportu və şəhər avtomobil vağzalı arasında fasiləsiz xidmət göstərir... Nəhayət, VI Uluslararası Türk Dili Kurultayına dünyanın 34 ölkəsindən 436 nəfər aparıcı türkşünas alim gəlmişdir.
20 oktyabr 2008-ci il. Saat 10-un yarısını göstərir. Qurultay nümayəndələri və qonaqlar dəstə-dəstə Konfranslar Mərkəzinin Böyük Sakarya salonunda əyləşirlər... Saat 09.45 dəqiqədə hamı öz yerində əyləşmişdir... Rəsmi qonaqların gəlişini gözləyirlər... İlk zəng sədaları səslənir. Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunun başkanı professor, doktor Sadıq Tural salona daxil olur. Bir neçə dəqiqə sonra Dövlət Naziri professor, doktor Mehmet Aydın salona daxil olur... Yenə zəng sədaları eşidilir. Türkiyə Cümhuriyyətinin Başbakanı Rəcəb Təyyub Ərdoğan salona daxil olur... Az sonra isə Türkiyə Cümhurbaşkanı Abdullah Gül salona daxil olur... Hörmət əlaməti olaraq hamı ayağa qalxıb qonaqları salamlayır...
Saat 10/.00 . Sayğı Duruşu və İstiqlal Marşı. Türkiyə Cümhuriyyətinin Dövlət Himninin mübarizlik, qəhrəmanlıq və birlik ruhlu sədaları aləmə yayılır. Hamı birlikdə oxuyur...
Türk Dili Qurumunun Başkanı professor, doktor Şükrü Halük Akalın kürsüyə qalxır və VI Uluslararası Türk Dili Kurultayının açılışını elan edir və giriş sözü söyləyir... Türk Dili Kurumunun son illərdəki fəaliyyəti barədə çox yığcam və lakonik məlumat verir.
Sonra VI Uluslararası Türk Dili Kurultayının proqramı üzrə qonaqlardan prof. Dr. Sadıq Tural, prof. Dr. Mehmet Aydın, başbakan R.T.Ərdoğan, Cümhurbaşkanı A.Gül - Türk Dili Kurultayının xoşməramlı iştirakçılarını qəlbən salamladılar və qurultayının işinə uğurlar dilədilər. Beləcə də, VI Uluslararası Türk Dili Kurultayının açılış plenar iclası sona çatdı...
Fasilə... Fasilədən sonra və sonrakı günlərdə bölmə iclasları iki növbədə işləmişdir. Beləki, VI Uluslararası Türk Dili Kurultayı 10 bölmədə öz işini davam etdirmişdir. Onu da qeyd edək ki, VI Uluslararası Türk Dili Kurultayının bir açılış plenar iclası və 2 bağlanış plenar iclası (sonuncu bağlanış plenar iclası Türk dilinin baş kəndi-paytaxtı olan Karaman şəhərində olmuşdur) və 88 bölmə iclasları olmuşdur. Plenar iclaslarında 5, dəyərləndirmə plenar iclaslarında 14, Karaman şəhərində davam etdirilən Bağlanış Plenar iclasında isə 7 məruzə-çıxışı olmuşdur.
VI Uluslararası Türk Dili Kurultayında Azərbaycanı böyük bir qrup türkşünas alim təmsil etmişdir. Onların arasında prof. Tofiq Hacıyev, prof. Kamil Vəliyev, prof. Cəlil Nağıyev, prof. Mədəd Çobanov, prof. Nizami Xudiyev, prof. Firudin Cəlilov, prof. Buludxan Xəlilov, prof. Ə.Amanoğlu, prof. Sevindik Vəliyev və başqaları da var idi. Onu da qeyd edək ki, alimlərimizdən T.Hacıyev və F.Cəlilov Dəyərləndirmə iclaslarında, prof.M.Çobanov isə Türk Dilinin baş kəndi - Karaman şəhərində Qurultayın son bağlanış iclasında çıxış etmişdir.
Onu da qeyd edək ki, Qurultay iştirakçılarının mədəni, mənəvi istirahəti də unudulmamışdır. Demək olar ki, Qurultay iştirakçıları hər gün axşamlar şəhər muzeylərində olmuş və konsert salonlarında milli türk xalq mahnılarını və rəqslərini maraqla dinləmiş və səmərəli istirahət etmişlər...
Beləliklə də, VI Uluslararası Türk Dili Kurultayı, Təşkilat heyəti üzvlərinin gərgin əməyi sayəsində tərtib olunmuş zəngin və rəngarəng proqrama əsasən 6 günlük fəaliyyətini uğurla yekunlaşdırmışdır. VI Uluslararası Türk Dili Kurultayının öz fəaliyyətini uğurla başa çatdırmasından iki aydan çox vaxt keçsə də hələ də qurultaydan aldığımız təəssüratlarla yaşayırıq... Odur ki, Qurultayın yüksək səviyyədə təşkil olunmasında və uğurla başa çatdırılmasında əməyi olan bütün şəxslərə, başda Türk Dili Kurumunın Başkanı prof. Dr. Şükrü Halüq Akalın olmaqla, təşkilat heyətinin bütün üzvlərinə dərin minnətdarlığımızı bildiririk...
* * *
2008-ci ilin 20-25 oktyabrında Ankarada keçirilən VI Uluslararası Türk Dili Kurultayının ümumi fəaliyyətinə dərindən nəzər saldıqda belə qənaətə gəlmək olar ki, Azərbaycan nümayəndə heyətinin üzvləri həm məruzə etdikləri mövzuların ümumi türkoloji səciyyəsi, müasirliyi və aktuallığı, həm də mövzuların nəzəri və təcrübi baxımdan dinləyicilərə çatdırılması və fəallıqları baxımından, həmişə olduğu kimi, bu qurultayda da fərqlənmişlər.
Onu da qeyd edək ki, 2000-ci ildə IV Uluslararası Türk Dili Kurultayında "Türk ədəbi dillərinin birliyinə doğru" mövzusunda məruzə ilə çıxış etmişdim. (Həmin qurultaya eyni adlı 54 səhifəlik kitab da həsr etmişdim). Məruzə maraqla qarşılanmışdır...
Bu münasibətlə həmkarım, məsləkdaşım, Türk dünyasında, eləcə də, Dünya Türkşünaslığında tanınmış görkəmli alim, professor, doktor Hamza Zülfikar "Doğru yazma ve konuşma bilgileri" adlı 756 səhifəlik kitabında (I cild, Ankara, 2008, səh. 216) və “DOĞRU YAZALIM, DOĞRU KONUŞALIM” (Jurnal, sutyen, eyalet, an üzerine)” adlı internet səhifəsində yazmışdır:
“Türkçe konuşan kardeş ülkeler arasında dil birliği, terim birliği sık sık dile getirilir, heyecanlı konuşmalar yapılır ama uygulamaya geçme konusunda nedense herhangi bir adım atılamaz. IV Uluslar Arası Türk Dili Kurultayına katılan Azerbaycanlı bilim adamlarından Sayın Prof. Dr. Meded Çobanov, Türk Edebi Dillerinin Birliğine Doğru adlı 54 sayfalık kitabının bazı bölümlerinde bu konuyu ele almış ve kurultaya birtakım öneriler getirmişti.
İzmir'in Çeşme ilçesinde yapılan IV Uluslar Arası Türk Dili Kurultayına katılan Sayın Prof. Dr. Ağamusa Ahundov da Terim Yaratıcılığı Nerede? adlı bildirisinde ortak terimlere gidilmesi ve bu konuda ortak çalışmalar yapılması üzerinde durmuştu. Sayın A.Ahundov'un ileri sürdüğü öneriler ve Sayın M.Çobanov'un kitabında belirttiği hususlar, üzerinde düşünmeye değer ciddi noktalardı. Bir yerden işe başlamak gerekiyor. Köken olarak aynı dili konuşan insanları birbirine yaklaştıracak ortak dil nasıl kurulmalı? İşe önce en sık kullanılan sözlerden mi, terimlerden mi başlanmalı? Benzeri sorunlar üzerinde düşünürken öncelikle kullanımı sık olan kelimeleri seçmemiz ve bunlar arasında ortaklık aramamız bana daha uygun geliyor. Kullanımı sık olan kelimeler arasında anlaşmayı zorlayan her iki halkın giderek daha fazla kullandığı batı kökenli kelimeler önce ele alınmalı. Biz eskiden Arapça kökenli mecmua kelimesini kullanırdık. Şimdi bu kavramı dergi sözüyle karşılıyoruz. Derlenmiş, toparlanmış, bir araya getirilmiş dil malzemesi, sözlük malzemesi anlamında önceleri kullanılmış olan dergi, daha sonra mecmua'ya karşılık olmuş ve dile yerleşmişti. Uçak sözü de böyle bir yol izlemişti. Önce "hava meydanı" anlamında kullanılmış olan uçak, daha sonra tayyare'nin yerine geçmiştir. Başka örneklerle sözü uzatmadan dergi kelimesine gelelim.
Azerbaycanlı kardeşlerimiz mecmua kelimesini bilirler ama ne mecmua ne de dergi sözünü kullanırlar. Onlar bu kavramı jurnal sözü ile karşılıyorlar. "Edebi dilin teşekkül tapmasında gazet ve jurnalların tesis olunması ve neşr edilmesi mühüm ehemiyet kesb edir." cümlesinde geçen jurnal bizde dergi'dir. Bu arada cümlede geçen tapmak fiilini bilmiyorsak, onu da biz öğrenelim. ("Bulmak" anlamındaki bu kelime teşekkül sözü ile birlikte kullanılmıştır. Buradaki iki söz "oluşmasında" anlamındadır.)
Azerbaycanlı Türk kardeşlerimiz gazet sözünü kullandıklarına göre Rusça yolu ile Türkçeye giren jurnal yerine dergi sözünü almaları uygun olur. Bu arada aynı köke dayanan jurnalist (muhabir, haberci), jurnalistika (basın ve yayın) kelimelerini de göz önünde bulundurmamız, onları da hesaba katmamız gerekir.
Kardeşlerimize demeliyiz ki sizin kullandığınız intergrasiya bize yabancı ama aktual'ı biz de kullanıyoruz. Aktual yerine biz güncel de diyoruz. "Türk dilli halkların siyasi, iktisadi ve medeni bahımdan birbirine yahınlaşması, birbirine kavuşması, intergrasiyası günün en aktual meselelerinden biri olmalıdır." cümlesinde geçen intergrasiya da Rusçadan Azerbaycan Türkçesine geçmiş batı kökenli bir kelimedir...”

* * *
Biz VI Uluslararası Türk Dili Kurultayına həsr olunmuş ikinci kitabı da "Türk ədəbi dillərinin birliyinə doğru" (Bakı, 2008, 280 s.) adlandırdıq. Bu kitab təkmilləşdirilmiş və ona çoxlu əlavələr olunmuşdur. Bu kitab iki bölmədən ibarətdir:
Birinci bölmədə "Ümumi Türkoloji problemlər" həm nəzəri, həm də təcrübi baxımdan elmin müasir səviyyəsində hərtərəfli təhlil olunmuşdur;
İkinci bölmədə isə "Azərbaycan dilinin müasir problemləri" Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası olan Azərbaycançılıq baxımından həm nəzəri, həm də təcrübi cəhətdən, geniş miqyaslı linqvistik faktlarla əsaslandırılmışdır.
Biz, VI Uluslarası Türk Dili Kurultayında "Türk ədəbi dilləri birliyinin praktik aspektləri" ("Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri") mövzusunda məruzə ilə çıxış etdik. Məruzə maraqla dinlənildi və təqdirə layiq bilindi.
Biz məruzənin sonunda Türk ədəbi dilləri birliyinin surətləndirilməsini reallaşdırmaq məqsədi ilə VI Uluslararası Türk Dili Kurultayının Qətnaməsində nəzərə alınmaq üçün bir neçə təklif irəli sürdük:
1. Türk Dil Qurumunun VI Uluslararası Türk Dili Kurultayı Türk dünyası ölkələrinin Təhsil Nazirlikləri ilə bir araya gələrək, yaxın vaxtlarda hər bir Türk ölkəsinin bir universitetində Vahid Tədris Planı və Vahid Tədris Proqramları ilə fəaliyyət göstərən tarix və filologiya fakultələrinin təsis edilməsi barədə yekdil qərar qəbul etsinlər.
2. Türk dünyası ölkələrinin Təhsil Nazirlikləri Universitetlərinin birində təsis edilməsi nəzərdə tutulan tarix və filologiya fakultələrinə rəhbərlik etmək və onun işini tənzimləmək üçün Türkoloji Mərkəz yaratsınlar (istənilən Türk ölkələrindən birində).
3. Təsis olunması nəzərdə tutulan tarix və filologiya fakultələri üçün vahid "Türk dili", "Türk folkloru", "Türk şifahi xalq ədəbiyyatı", "Türk ədəbiyyatı", "Türk tarixi", "Türk coğrafiyası", "Türkologiyaya giriş", "Türk mədəniyyəti", "Türk incəsənəti" və s. fənlər üzrə tədris proqramları və dərsliklər hazırlansın.
4.Yuxarıda qeyd olunan təkliflərin tezliklə reallaşdırılması məqsədi ilə Türk dünyası ölkələrinin elm və təhsil işçilərindən ibarət Təşkilat komissiyası yaradılsın...
Yəqin ki, Türk ədəbi dillərinin birliyinə doğru gediş Türklüyümüzə və milli mənliyimizə qayıdışı tamamlayacaqdır...




Türkşünaslığa
yeni hədiyyə

Biz, 20-25 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyətinin başkəndi Ankara şəhərində keçirilən VI Uluslararası Türk Dili Kurultayında iştirak etdiyimiz zaman Türkşünaslığa təqdim olunan yeni bir hədiyyə ilə tanış olduq. Bu hədiyyə son vaxtlara qədər Dünya türkşünaslıq elminə geniş şəkildə məlum olmayan, İslamın "Muinül-Mürid" adlı mənzum əsərinin araşdırılmış elmi-tənqidi materialı ilə yanaşı, onun mətninin həm türk, həm də ərəb əlifbaları ilə çap olunmuş sanballı bir əsərdi.
"Muinül-Mürid" XIII-XIV əsrlərdə Xarəzm bölgəsində mövcud olmuş Qaraxanlı türkcəsində (Oğuz və Qıpçaq türk dillərinin qarışıq dil bazası üzərində) 1313-1314-cü illərdə yazılmışdır. Onun yeganə əlyazması nüsxəsi Bursa əlyazmaları və Basma əski əsərlər kitabxanasında saxlanmaqdadır...
Türk Dili Kurumu Başkanının müavini, prof. Dr. Recep Toparlı ve prof. Mustafa Argunşahın uzunmüddətli gərgin əməyi nəticəsində işıqüzü görmüş "Muinül-Mürid" (Ankara, 2008, 332 s.) əsərinin elmi tənqidi araşdırması və mətni 2008-ci ildə türkşünaslarımızın öhtəsinə verilmişdir.
Türkşünaslığımıza yeni töhfə olan bu kitab “Ön söz” və dörd bölümdən ibarətdir:
Müəlliflər tərəfindən "İnceleme" adlanan birinci bölümdə "Muinül-Mürid" əsərinin şair İslam adlı müəllif tərəfindən 713-cü ildə Ramazan ayında (yeni təqvimlə-miladi tarixlə 1313-1314-cü illərdə) yazıldığı məlum olur; əsərin dili, üslubu və vəzni; dil özəllikləri - lüğət tərkibində işlənən 1717 kök sözün mənşəcə 800-ü türk, 727-si ərəb, 112-sinin fars dillərinə məxsusluğu; yazısı və səs tərkibi; leksik şəkilçilərin nitq hissələri üzrə söz yaratma və hallanma imkanları; həmçinin, ayrı-ayrı nitq hissələrinin (isim, sifət, say, zərf, fel, edat...) səciyyəvi xüsusiyyətləri tarixi müqayisəli metodla tarixi yönümdə hərtərəfli araşdırılmışdır. Bu baxımdan bu araşdırmalar istər Türkiyə türkcəsinin, istərsə də digər türk dillərinin tarixinin, tarixi qramerinin, tarixi lüğət tərkibinin öyrənilməsi zamanı çox faydalı ola bilər...
"Muinül-Mürid" kitabının ikinci bölümündə "Çeviri yazılı metin"i (latın qrafikası ilə), "Çeviri" adlanan; üçüncü bölümündə əsərin təsviri, "Dizin" adlanan dördüncü bölümündə isə əsərdə işlənmiş kök sözlərin izahlı lüğəti və işlənmə tezliyi hərtərəfli şərh olunmuşdur. Türk dillərinin ümumi izahlı lüğətinin hazırlanmasında bu "Dizin"dən hazır və mötəbər material kimi istifadə etmək olar. Onu da qeyd edək ki, prof. Dr. Recep Toparlı və prof. Dr. Mustafa Argunşahın gərgin əməyi nəticəsində hazırlanan bu kitabdan türkşünas araşdıranlar və lüğətşünaslar faydalana bilər...





"Doğru yazma ve
konuşma bilgileri"

Bu başlıq türkiyeli tanınmış türkşünas alim-professor, doktor Hamza Zülfikarın "Doğru yazma ve konuşma bilgileri" kitabının (1-cild, Ankara, 2008, 756 s.) adından götürülmüşdür. Türk dilində "Doğru yazma ve konuşma bilgileri"nə həsr olunmuş bu kitabda istər düzgün yazma, istərsə də düzgün konuşma (danışma) məsələləri ilə yanaşı, başqa dillərdən söz alma və ya müəyyən sözün dəyişikliklər edilməklə yazılması və şifahi nitqdə işlənilməsi məsələləri də orfoqrafik və orfoepik baxımdan dilçiliyin müasir səviyyəsinə uyğun olaraq həll edilmişdir. Çünki müəllifə görə "Türkceyi doğru, etkili ve akıcı bir biçimde konuşmaq, kültürlü ve uyğar olmasının göstərgesidir. Bir konuşmanın ya da yazının dinləyicilərə doyurucu bulunması için aranan bir başqa özellik, anlatımların ölçülü, akla yatkın bulunmasıdır. Unutmamaq gerekdir ki, belirtirin ölçülər içində kelmelerin söylemiş özelliklerinə, bağlı kalınaraq okumak, konuşmak; duyğu ve düşünceleri yazıf kuralları içinde ortaya koymak bir çabayı, bir birikimi gerekdirir" (seh.17)
Türkşünaslığın ağsaqqal alimlərindən biri olan prof. Dr. Hamza Zülfükar ikicilidlik "Doğru yazma ve konuşma bilgileri" kitabının birinci cildinde yuxarıda qeyd olunan problemlərlə yaxından bağlı olan yeni Türk əlifbası, yazıldığı kimi oxunan sözlər, düzgün tələffüz, deyilişi ilə yazılışı arasındakı əlaqələr, türk dilində söz seçimi və əvəzlənməsi məsələləri, türkcəni gəlişdirmək və zənginləşdirmək, söz yaratma və vahid termin yaratma, dilin qorunması və sabitləşməsi, dil qaynaqlarına əsaslanma və termin yaratma, əcnəbi dillərdən termin və ya çevirmə (kalka) yolu ilə termin alma, bölgə ləhçələrindən ədəbi dilə söz gətirmə, dilin zənginləşməsində və səlisləşməsində mətbuatın, radio-televiziya verilişlərinin və reklam dilinin rolu, dil öyrənimi və onun rəsmi dövlət dairələrində işlənməsi, dil siyasət və s. məsələləri araşdırmışdır. "Doğru yazma ve konuşma" zəngin dil faktları, nəzəri təcrübi və siyasi mülahizələrlə əsaslandırılmışdır.
Kitabın sonrakı səhifələrində isə (107-714) çağdaş türkcədə işlənən bir neçə yüz söz fonetik, orfoepik və orfoqrafik xüsusiyyətlərinə görə qruplaşdırılmış (hər qrupda təxminən 2-7 söz olmaqla) və hər bir söz fonetik, leksik, orfoepik, orfoqrafik, etimoloji baxımdan təhlil olunmuş və hər bir sözün çağdaş türk dilində "Doğru yazma və konuşma" variantı dəqiqləşdirilmişdir. Bu da çağdaş turk dilinin zənginləşməsi, səlisləşməsi, saflaşması və sabitləşməsi baxımından çox dəyərli elmi əhəmiyyət kəsb edir...
Onu da qeyd edək ki, prof. Dr. Hamza Zülfikarın geniş və tələbkar ziyalılarımızın öhdəsinə təqdim etdiyi "Doğru yazma ve konuşmabilgiləri" kitabı uzunmuddətli və gərgin əməyin nəticəsində işıq üzü görmüşdür. Həm də, izahlı, etimoloji yönümdə hazırlanmış bu kitab Türk dünyasında ilk sanballı və təcrübi əsərdir. Ümidvarıq ki, yaxın vaxtlarda prof. Dr. Hamza Zülfikar "Doğru yazma ve konuşma" bilgileri kitabının ikinci cilidini də elmi ictimaiyyətimizin öhdəsinə verəcəkdir.
Dr.prof. M.N.Çobanov.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 16:48:40 +0000
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN... https://turan.info.az/media/sherqinsesi/2401-aiq-kamandarla-unudulmaz-br-gn.html https://turan.info.az/media/sherqinsesi/2401-aiq-kamandarla-unudulmaz-br-gn.html AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...REDAKSİYAMIZIN ARXİVİNDƏN:
Sazın sözün işığında

Baharın xoş çağında söz dünyasının məşhur sənətkarı Aşıq Kamandar sazın-sözün işığına toplaşanlara öz sənət töhfəsini xüsusi zövqlə bəxş etdi.
Ustad Aşıq Kamandar tək Borçalıda deyil, bütün türk dünyasında öz dəsti-xətti ilə sayılıb seçilən azman sənətkardır. Qırx ildən (indi artıq 60 ildən - Red.) çoxdur ki, Aşıq Kamandarın sorağı hər yandan gəlir. Şirin avazı, incə barmaqları, bir sözlə, öz üslubu var.
Aşıq Kamandar saysız-hesabsız divani, gəraylı, təcnis, qoşma, müxəmməs və s. şeirlərin müəllifidir.
Bu saz-söz məclisində Aşıq Kamandar həmsöhbətləri “Şərqin səsi” qəzetinin baş redaktoru, tədqiqatçı-filoloq Muşfiq Çobanlı, “Borçalı” qəzetinin baş redaktoru, həkim-jurnalist Azadə-Taleh Abbasqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,“Ədəbiyyat” qəzetinin şöbə müdiri, şair Davud Nəsib, şair Salman Qazi, eləcə də Səməd Sadıqov, Arif Sadıqov, Akif Sadıqov və başqalarına Dədə Qorquddan üzü bəri gələn qədim saz sənətindən, ağır el havalarının yaranma tarixindən söz açdı.
Saz sənətinin son zamanlar incəldiyindən, yəni ona biganə münasibət bəsləndiyindən gileylənən ustad haqqlı olaraq dedi: -Hər əlinə saz alana, bir-iki hava çalıb oxuyana aşıq demək olmaz. Aşıq el anasıdır. Gənc nəsil, bir sözlə, yaşından asılı olmayaraq hər bir kəs aşıqdan ibrət dərsi götürməlidir. Aşıq elə gözəl, aydın, ifadəli danışmalıdır ki, hamıya sirayət eləsin. Müasir dövrün savadsız aşığı aşıq deyil. Nə yaxşı ki, Borçalı mahalında Qarayazıda saza-sözə böyük hörmət bəslənir. Ulu babalarımızın adət-ənənələrinə uyğun olaraq sazla, qara zurna ilə gəlin gətirib, qız köçürürlər.
Ustad sənətkar qeyd etdi ki, qədirbilən cavanlarla əyləşməyi özümə boc bilirəm. Qoy cavanlar görsün ki, ustadın adına görə dadı da var. Cavanların da ağsaqqallara böyük ehtiyacı var, çünki onların hələ görüb-götürəcəyi mətləblər çoxdur.
Sonra Aşıq Kamandar bildirdi ki, Əşrəf Təmirli hələlik mənim axırıncı şəyirdimdi. İnanıram ki, o, bu sənətin ən layiqli davamçısı olacaqdır. Gəng aşıq Etibar Sadıqov isə sənət yolunda mənim nəvəm düşür. Yəni o, Aşıq Əşrəfin şəyirdidir. Eyni zamanda mənimdə şəyirdimdir. Etibar qabiliyyətlidir, onun gələcəkdə həm şair, həm də yaxşı aşıq olacağına şübhəm yoxdur.
Sonra Aşıq Əşrəf Təmirlinin və Etibar Sadıqovun oxuduqları havalar bu şeir-sənət məclisinə əsrarəngiz gözəllik verdi.
Məclisdə əyləşən şair Salman Qazi elə orada ustada şeir həsr etdi. Şeirin sonuncu bəndi belə idi:

Sözləri sanballı, çəkisi ağır,
Danışanda gövhər axır, ləl yağır
Salman, axtaranda Kamandar çağır,
Təbiətinə qurban olum ustadın.

...Sazlı-sözlü məclisdə ixtisasca riyaziyyat müəllimi olan Arif Umudoğlunun ustad Kamandara həsr etdiyi bu şeir yadıma düşdü?:

Borçalı elində - Kəpənəkçidə
sazı sinəsində vardı Kamandar.
Avazı susduran bağda bülbülü,
Yamyaşıl bağlarda bardı Kamandar.

Dastanlar başlayar gecə sübhədək,
Bilməzsən, zaman, vaxt necə keçəcək.
Bir daha tarixə nə vaxt gələcək?
Aşıq, şair, bəstəkardı Kamandar.

Ustad unutmayıb, ustad olsa da,
Yaxın buraxmayıb ah, aman qada.
Arif də söyləyir qoca dünyada
Vəfa, ilqar, etibardı Kamandar.
Muraz Sadıqov.

Etibar Arif oğlu Sadıqov Aşıq Kamandarın ümidverici şəyirdlərindəndir. Onun bir şeirini oxucularımıza təqdim edirik.

BaşkeÇid

Mənim ana yurdum doğma diyarım,
Qəlbimin sevdası, canım Başkeçid.
Sənin qucağında mən boy atmışam,
Ey ağzımın dadı, canım Başkeçid.

Dağlarında hərdən-hərdən oluşam,
Çiçəklərini dəstə-dəstə yolmuşam,
Qoynunda da bir neçə il qalmışam,
Ey zamanım, vaxtım, anım, Başkeçid.

Sənin ocağının istisindəyəm,
Dəllərə getməyin həsrətindəyəm,
Dağlarda qalmağın həvəsindəyəm,
Ey gözümün nuru, şanım, Başkeçid.
”Borçalı” qəzeti, ¹ 08 (26),
10 may 1999-su il.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 16:06:42 +0000
DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ https://turan.info.az/gurcustan/borchali/2398-daha-br-soydaimiz-general-polkovnk-rtbsn-layq-grld.html https://turan.info.az/gurcustan/borchali/2398-daha-br-soydaimiz-general-polkovnk-rtbsn-layq-grld.html DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

TƏBRİK EDİRİK!...

Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin 27 yanvar 2017-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri,
dəyərli eloğlumuz, əslən qədim Borçalı mahalından olan,
gömrük xidməti general-leytenantı Aydın Əli oğlu Əliyev
gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.





Əslən qədim Borçalı mahalından olan Aydın Əli oğlu Əliyev 1957-ci il mayın 28-də Bakı şəhərində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Ali Məhkəmədə şöbə rəisi vəzifələrində çalışıb.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi işləyib.

1999-cu ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Gömrük Komitəsi Sədrinin birinci müavini vəzifəsində çalışıb.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədridir.

Sairə Əliyeva adlı xanım ilə ailəlidir, 2 övladı var.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 00:44:34 +0000
28 yanvar - Səyavuş UYĞUNUN doğum gündür https://turan.info.az/gurcustan/borchali/2385-28-yanvar-syavu-uyunun-doum-gndr.html https://turan.info.az/gurcustan/borchali/2385-28-yanvar-syavu-uyunun-doum-gndr.html 28 yanvar - Səyavuş UYĞUNUN  doğum gündürTƏBRİK EDİRİK!...
28 yanvar Səyavuş UYĞUNUN

dünyaya göz açdığı gündür

Bu gün Borçalı ədəbi mühitinin istedadlı nümayəndı-lərindən biri olan, uzun illərdir ki, imzası qəzet, jurnal, almanax və dərgilərdən düşməyən, şeirləri, poemaları, publisist məqalələri mütamadi olaraq Gürcüstan və Azərbaycan mətbuatında çap olunan 7 kitab müəllifi, tanınmış şair-publisist Səyavuş UYĞUNUN doğum günüdür.

Biz də Səyavuş Uyğunu ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və bədii yaradıcılığında yani-yeni uğurlar arzulayır və aşağıda onun tərcümeyi-halı haqqında məlumat və yenicə yazdığı bir neçə şeirini oxucuların nəzərinə çatdırıriq.

Qocalırsan saçlarına dən düşür,

Geçən günlərinə neçə sən düşür,

Ömrə yağış yağır daha çən düşür,

Unutma ki, qocalıqdı Səyavuş.

De olubmu, ömür yarı, gün yarı?

Cavanlıqdı ömrün sərvəti- varı,

Başındakı o ağaran saçları,

Elə san ki, ucalıqdı Səyavuş.

Nə yaşından Uyğun oldun ellərə,

Kədərlənmə, həsrət çəkmə illərə.

Adın düşsün indən belə dillərə,

Deməsinlər qocalıbdı Səyavuş.

Səyavuş Uyğun (Hüseynov Səyavuş Dilman oğlu) 1949-cu ilin yanvar

ayının 28-də Ulu Borçalının axar-baxarlı, dilbər güşələrindən biri olan, ərənlər yurdu Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur.

Atası-Hüseynov Dilman İsmayıl (İstil İsmayıl) oğlu 1920-ci ildə anadan olmuş, 2005-ci ildə dünyasını dəyişmişdir. 1937-ci ildən ömrünün sonuna kimi Borçalının müxrəlif məktəblərində müəllim, məktəb direktoru vəzifəsində çalışmışdır.

Anası-Gülzar Mürsəl qızı 1927-ci ildə kolxozçu ailəsində anadan olmuş və 2010-cu ildə haqqın dərgahına qovuşmuşdur. Anası ömrü boyu kolxoz və sovxoz təsər-

rüfatlarında fəhlə işləyib həyat yoldaşı ilə bərabər 6 oğul, 2 qız övladı böyüdüb ərəsəyə çatdırıb hamısına ali təhsil vermişlər. Babası –atasının atası məşhur el qəhrəmanı, adı-sanı ilə bütün Qafqazda bəlli olan İstil İsmayıldır. İstil İsmayıl, 1876-cı ildə anadan olmuş və 1930-cu dünyasını dəyişmişdir. İstil İsmayıl mərhum yazıçımız Tahir Hüseynovun “Borçalı əhvalatları” və “Çax-çaxda atılan güllə” povestlərinin baş qəhrəmanıdır.

Səyavuş Uyğun 1967-ci ildə Qasımlı orta məktəbini əla qiymətlərlə bitirib Bakı şəhərinə getmiş və sənədlərimi Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna verərək, bu ali məktəbin inşaat fakültəsinə qəbul olunmuşdur.

Texniki instituta qəbul olunmağına baxmayaraq o ta orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş və dövrü mətbuatda öz şeirləri və publisist məqalələri ilə çıxış etmişdir. Səyavuş Uyğun hələ orta məktəb illərindən ədəbiyyata böyük meyil göstərmiş, Azərbaycan şairləri Molla Pənah Vaqifi, Aşıq Ələskəri, Səməd Vurğunu, Mikayıl Müşfiqi sevmiş onların şeirlərindən çox-çox bəhrələnmişdir. Onun ilk şeiri 1967-ci ildə Cılil Məmmədquluzadənin 100-illiyinə hısr olunmuş “Ədibin 100-illiyinə” adı altında Marneuli rayonunda nəşr olunan “Yeni Marneuli” qəzetində çap olunmuşdur. Elə bu vaxtdan o həmin qəzetin “ştatdan kənar müxbiri kimi fəaliyyət göstərərək, yüzlərlə kiçik publisistik yazıları ilə çıxış etmişdir. Səyavuş Uyğun Bakı şəhərində texniki ali məktəbdə oxumaqla yanaşı institutda təşkil olunmuş jurnalistika kursunu bitirmiş və sertkvat almışdır. Onun şeirləri və publisistik yazıları 1967-ci ildə Gürcüstanda nəşr olunan “Yeni Marneuli”, “Qələbə bayrağı”, “Sovet Gürcüstanı”, “Ziya” qəzetlərində, Azərbaycanda nəşr olunan “Azərb. Pioneri”, “Az. Gəncləri”, qəzetlərində, “Ulduz”, “Gənclik” jurnallarında, Gürcüstanda nəşr olunan “Dan ulduzu”, “Çeşmə”, “Dağlar dərdə düşsə”, “Borçalıdan keçən yollar” kitab, almanax və toplularında çap olunmuşdur.

O, Gürcüstanda yaşasa da Bakıda nəşr olunan “Borçalı” və “Qafqaz press” qəzetlərində əvvəl bölgə müxbiri, sonra şöbə müdiri, ən nəhayət hər iki qəzetin baş redaktorunun Gürcüstan üzrə müavini kimi fəaliyyət göstərmişdir. S. Uyğunun şeirləri və publisistik yazıları “Borçalı”, “Qafqaz press”, “Zəngəzur”, “Ulu Körpü”, “Dünyaya səsimiz”, “Azərbaycan press”, Gəncədə nəşr olunan “Körpü” qəzetində, “Xudafərin-I”, “Xudafərin-II”, “Göyəzən” toplularında müntəzəm çap olunmuşdur və olunur. Eyni zamanda Gürcüstanda nəşr olunan “Ədəbi Gürcüstan-I”, “Ədəbi Gürcüstan-II”, “Borçalı antologiyası” kitablarında və “Qarapapaqlar”, “Meydan” jurnallarında mütamadi çap olunur.

Səyavuş Uyğunun “Qarapapaqlar” dərgisində Qasımlının böyük el qəhramanları Səməd ağa və İstil İsmayılın igidliyindən mərdliyindən, xeyixahlığından bəhs

“Qaşı kəsilmiş yəhər” adlı povesti hissə-hissə çap olunur.

O, 2010-cu ildə Marneuli rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin nəzdində nəşrə başlayan çoxtirajlı

“Bizim Universitet” adlı qəzetin redaktoru, sonra isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin orqanı olan “Ziya” qəzetində məsul katib, 2011-ci ilin may

ayından Tbilisidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Konqresinin mətbu orqanı olan “Konqres” qəzetində əməkdaş kimi fəaliyyət göstərmişdir.

O, 2 kitabın: 76 elmi kitab yazan Gəncə Texnologiya Universitetinin dosenti Rövşən Hüseynovun “Fələk” adlı şeirlər kitabına ön söz yazmaqla, həmdə redaktoru olmuş və bundan başqa Yusif Yusiflinin Gürcüstanda nəşr olunan tədqiqat əsəri 600 səhifəlik “Gürcüstan Azərbaycanlılarının ədəbiyyatı tarixi XVIII- XX əsrlər” kitabının da redaktoru olmuşdur

Ali məktəbi bitirib 1972-ci ildə vətəni Borçalıya qayıdan S. Uyğun əvvəl Qasımlı kəndində fəaliyyət göstərən sovxozda inşaat mühəndisi vəzifəsində fəaliyyət göstərməyə başlamış, sonra 1996-cı ildə Qasımlı kənd məclisi idarə heyəti sədrinin birinci müavini-aparat müdiri vəzifəsinə təyin edilmişdir.

2000-ci ildən Marneuli rayon icra hakimiyyətinin mədəniyyət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlayan Səyavuş Uyğun elə həmin ildən rayon mədəniyyət evi nəzdində “Qönçə” adlı ədəbi birlik təşkil etmişdir. Bu birliyin 100-ə yaxın fəal üzvü olmuşdur. Regionda yaşayan gənc yazarları məclisə toplayıb müntəzəm müzakirələr aparmışdır. 2006-cı ildə onun baş redaktorluğu ilə rayon mədəniyyət şöbəsinin orqanı olan 8 səhifəlik “Qönçə” adlı aylıq ədəbi-bədii qəzet buraxılmağa başlamışdır. Birliyin üzvlərinin bəyənilmiş yazıları mütamadi olaraq bu qəzetin səhifələrində çap olunurdu.

Səyavuş müəllimin indiyə qədər 6 kitabı nəşr olunub. Onun yazıb başa çatdırdığı “Vaxtsız solan çiçək” kitabı oxucularla altıncı görüşü olacaqdır

1. Nəciblik rəmzi.

2. Borçalının söz xəzinəsi

3. Ömrünü maarifə həsr etmiş insan.

4. Borçalıda günəş doğar.

5. Babakərim-pirim mənim

6. Vaxtsız solan çiçək

7. Ömründən yarımayan İsmayıl.

S,Uyğun bədii yaradıcılıqda fəaliyyətimə görə “Qızıl saz”, “Göyəzən”, “Vicdanlı qələm” mükafatlarına layiq görülmüşdür. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2009-cu ilin yanvar ayından isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bədii yaradıcılıqla yanaşı həm də o, ictimai vəzifə daşıyır. Azərbaycan respub.

“Əlillərin Beynlxalq Əməkdaşlığı Uğrunda”(ƏBƏU) cəmiyyətinin Gürcüstanda

yaradılan filialı “Gürcüstan bürosu”nun idarə heyətinin sədrdir. Bütün Gürcüstanda yaşayan əlil insanların problemləri ilə məşğul olur.

Səyavuş müəllim xoşbəxt və nümunəvi ailə başçısıdır, onun bir qızı, bir oğlu var. Hər ikisi Gürcüstanda ali təhsil alıb, istehsalatda çalışır.

Müşfiq Borçalı]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 00:00:19 +0000
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!.. https://turan.info.az/gurcustan/baskecid/2379-ad-gnnz-mbark-hrmtl-nazl-xanim-sfrl.html https://turan.info.az/gurcustan/baskecid/2379-ad-gnnz-mbark-hrmtl-nazl-xanim-sfrl.html AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..
Bu gün istedadlı şairə, tanınmış qiraət ustası, təcrübəli mədəniyyət və incəsənət xadimi, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Nazilə xanım Səfərlinin Ad günüdür

Nazilə Səfərli (Cəfərova) 1979-cu il 25 yanvarda
Ulu Borçalımızın qədim Başkeçid
(indiki Gürcüstan Respublikasının Dmanisi) rayonunda anadan olub.

Orta məktəbə Bolnisi rayonunun Kazreti qəsəbəsindəki 2№-li orta məktəbdə qədəm qoyub.

1993-cü ildə ailəliklə Bakı şəhərinə köçüblər. Bakının Suraxanı rayonunda məskunlaşıblar.
9-cu sinifi 270 №-li orta məktəbdə oxuyub.
Sonra təhsilini Xətai rayonundakı 269 saylı orta məktəbdə davam etdirib.
Orta məktəbi bitirdikdən sonra Rusiyanın Vladimir şəhərindəki Aviamexanika İnstitutunun hüqüq fakultəsiə daxil olub.
Ali məktəbi bitirdikdən sonra yenidən Bakıya qayıdıb.
Nazilə xanım həm də gözəl anadır. Evlidir, 2 oğlu var: Nurlan və Turan. Hər ikisi tələbədirlər.

Nazilə Səfərli şeir yazmağa 13 yaşından başlayıb.
İlk şeri 19 yaşında "Kredo" qəzetində çıxıb.
Sonradan uğurları bir-birini əvəz edib.
"Mən günəşə sən mənə bax", "Səni məndən soruşurlar", "Sazla sevişən mələk" və "Qayalara yaz ki..." adlı şeirlər kirabları nəşr olunub.
"Abdulla Şaiq", "Məshəti Gəncəvi", "Xurşud Banu Natəvan", "XXƏ Əsrin Ziyalısı" və "Qızıl Qələm" mükafatlarına layiq görülüb.
"Qarabağ harayı" şer müsabiqəsinin qalibi olub.
Bədii qiraətə görə "Qızıl Mikrofon" Oskar naminasiyasına layiq görülüb.
"Aşıq Pəri" məclisinin üzvüdür, hal-hazırda el şənliklərinin təşkilatı ilə məşğuldur.
"Nazilə" qızlar ansanblının rəhbəridir. Toylarımızda aparıcılıq edirəm.
Uğurları artmaqdadır. Gürcüstanda, Rusiyada, İranda, İsraeldə, Türkiyədə, Belarusiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.
Nazilə xanım hazırda həm də respublikamızın və Ulu Borçalımızın ictimai həyatında da fəali iştirak edir.
O, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü və İncəsənət şöbəsinin müdiridir.

Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin və "turan.info.az"-ın Yaradıcı Heyəti adından çox hörmətli Nazilə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az

.]]>
Müşviq BORÇALI Wed, 25 Jan 2017 10:00:32 +0000
Eşit harayımı MÜŞFİQ ÇOBANLI!.. https://turan.info.az/gurcustan/darvaz/842-eit-haraym-mfiq-obanl.html https://turan.info.az/gurcustan/darvaz/842-eit-haraym-mfiq-obanl.html Eşit harayımı MÜŞFİQ ÇOBANLI!.. Eşit harayımı Müşfiq Çobanlı,
Bir ömür yaşadım ahlı amanlı,
Vətəndə bir dağdı başı dumanlı,
Bu qürbət döndərdi dumana məni.]]>
Müşviq BORÇALI Sat, 21 Jan 2017 22:05:20 +0000
Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ https://turan.info.az/edebiyyat/edebi-tenqid/926-tbrik-edirik-boralinaslia-qymtl-hdyy.html https://turan.info.az/edebiyyat/edebi-tenqid/926-tbrik-edirik-boralinaslia-qymtl-hdyy.html Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ
"DÜNYAMALI KƏRƏM DASTANI"NA BİR NƏZƏR
Bu günlərdə dostum naşir Muşfiq Borçalı ilə görüşdüm. Mənə şad bir xəbər verdi: "Gözünüz aydın, dostumuz haqqındakı kitab işıq üzü görüb, artıq ha­zırdı". Dərhal da "Dünyamalı Kərəmin poeziya dünyası" ("Borçalı", Bakı, 2010) kitabını mənə bağışladı. Kitabın müəllifi də, naşiri də Müşfiq Borçalının özüdür. Kitabın üzqabığının son səhifəsində oxuyuruq: "Əziz və hörmətli Dün­yamalı müəllim! Yubileyiniz mübarək! Gün o gün olsun yüz yaşınızda görü­şək! Həmişə qələminiz iti, sözününz kəsərli, qəlbiniz bahar təravətli olsun, Ustad! Dərin hörmət və böyük ehtiramla Sizin pərəstişkarınız Müşfiq Mədəd oğlu Çobanlı."
Müəllifin bu ürək sözləri çox xatirələri yada saldı. Elə buna görə də, kitab müəllifin bu sözləri ilə bitsə də, biz onu əvvəldə verməyi məsləhət bildik, bir növ giriş əvəzi...
Əsərin qəhrəmanı Dünyamalı müəllimlə mənim dostluğumun 40 illik tarixi var. Bu barədə hələ neçə il əvvəl 2001-ci ilin fevralında Müşfiq müəllimin baş redaktoru olduğu "Şərqin səsi" qəzetində ayrıca məqalə də çap etdirmişəm. Qərbi Azərbaycan türklərinin başına gətirilən mənfur deportasiyaya qədər (1988) biz Dünyamalı müəllimlə tez-tez görüşər, məsləhətləşərdik. O, məndən 15 yaş böyük olsa da, səmimi dostluq edərdik...
Kitabın titul vərəqində onun işıq üzü görməsində xüsusi xidməti olan Millət vəkili Qənirə Paşayevanın, rəyçi - sevimli Xalq şairimiz Zəlimxan Yaqubun, redaktoru - tanınmış dilşünasımız, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun adlarına rast gələcəksiniz. Elə bu faktların özləri kitabın dəyə­rindən, onun əhəmiyyətindən xəbər verir.
Kitab ustadnamə ilə başlayır. İkinci, üçüncü ustadnaməni oxuduqdan sonra ki­tabın "Dünyamalı Kərəm dastanı" adlandırılması məqsədəuyğun hesab edilər­di, deyə düşündüm. Fikrimizi təsdiqləyən ifadələrə fikir verin: "Sizə kimdən deyək, hardan danışaq? Borçalının istedadlı şair oğlu Dünyamalı Kərəmdən...." Bu və buna bənzər bir cox misallar gətirmək olar ki, bunlar da əsil dastan dilidir.
Kitabda "Borçalı haqqında dastan" bölümündə Borçalı məkanı, onun tarixi, tarixi abidələri, toponimləri, Borçalının parçalanması və paralanması, Borça­lının əbədi sakinləri, mübariz, igid, qəhrəman oğulları, eləcə də, alimləri, şair­ləri haqqında müfəssəl məlumatlar verilmişdir. Borçalının adı bəlli oğulların­dan biri də elə bu dastanın qəhrəmanı şair Dünyamalı Kərəmdir.

Eşqim, ruhum, saf ürəyim,
Havam, suyum, duz-çörəyim,
İlk aləmim, son gərəyim,
Hər kəməndim, ay Borçalı,

- deyərək doğulduğu və dünyadan köçmək arzusunun məkanını bildirib. Qoçulu qalası, Maşavera çayı, Qız qalası... Onun seyrangahına, səcdəgahına çevrilmişdir. Sorğu-sualsız şair özünü belə təqdim edir: "Elim Qoçuludur, yurdum Borçalı". Bununla da şair vüqarı həyatının arzu zirvəsinə yüksəlir.
Neyləyərsən ki, Dünyamalı müəllim, sənin Qoçulunu "Çapala"ya döndərənlər mənim Ləmbəlimi də dilimizə yatmayan "Baqrataşenə" çevirdilər. Bax budur, səni də, mənə də alovlandıran... Ancaq sən gəncliyindən bu yana sevdin də, sevildin də, Dünyamalı müəllim.

Səhər səni gördüm bulaq başında,
Gözüm qaldı kipriyində, qaşında.

Yaxud da:

Qədəm basdım yar yanına röyamda,
Ay sevindi, lalə güldü, gül açdı.
Həsrət-həsrət baxdım gül camalında,
Könlüm coşa gəldi, bülbül dil açdı.

Belə ürəkli adamı ləkələməyə çalışdılar. Ona "Xalqdüşməninin oğlu" kimi ad verərək şairin gənclik illərinə qara kabus donu geydirdilər. Ancaq həyat, yaşamaq, yazıb-yaratmaq eşqi - bütün bu təzyiqlər önündə şairin bədənini sevdiyi Borçalı qalalarına döndərdilər.

Gözlərimiz baxa-baxa,
Ər igidlər çıxdı yoxa.
Çıxış yolu tapılmadı,

- deyərək şair XX əsrin 37-ci ilini nəhs ili adlandırdı. Tbilisi Dövlət Türk Pedaqoji Texnikumunda oxuyan zaman da "xalq düşmənimin oğlu" kəlmələri onu çox sıxır. "Vətən" adlı şeirində cəsarətlə deyir:

Vətən anamızdır, anamız Vətən,
Ayıra bilmirəm bu sözləri mən.

Bax bu günlərin ağrı-acısı Dünyamalı müəllimi tənqidi şeirlər yazmağa məcbur edir. Qəlbi gördükləri amansızlıqlara qarşı üsyan edir. Onun "Xaltura" şeiri Borçalıya yayılır, dillər əzbəri olur.
Şair BDU-nin jurnalistika fakultəsinə daxil olur. Xəlil Rza Ulutürk, Bəkir Nəbiyev, Teymur Əhmədov kimi görkəmli şəxslərlə bir qrupda oxuyur. Universitet həyatı onun bədii yaradıcılığına çox böyük təsir edir. Təhsilini tamamlayıb Gürcüstana qayıdan şair 25 il "Sovet Gürcüstanı" qəzetində məsul vəzifələrdə çalışıb.
Dünyamalı Kərəm "Borçalım mənim" - kitabının bir səhifəsində: "Mən necə varam, eləcə də çap olunmaq istəyirəm", - deyir. "Mən atamın oğluyam"da isə:

Daim qidalanır atayla sözüm,
Atamın oğluyam, atayam özüm, -deyir.

Bu, "xalq düşməninin oğlu" ifadəsinə çox tutarlı və kəsərli bir cavab idi. Bir də:

İki dost ölkənin bəzəyiyəm mən,
Onlardır ümidim, gərəyim mənim,

- deyən şair dövlətlərarası dostluğun gərəkliyindən də yazır. Kitabda "Borçalı və borçalılar" bölümünə nə az, nə çox düz 100 səhifə ayrılmışdır. Burada Borçalı baharına, payızına, qışına, isti yayına da eyni ürəklə, sevgi ilə şeirlər həsr etmişdir. Borçalının ayrı-ayrı kəndləri barədə də şeirlər yazmış, Borçalı kəndlərinin adlarının dəyişdirilməsi də (Faxralının Talaveri, Cəfərlinin Samtreti, Abdallının Cavşantaşi və s.) şairi yandırıb-yaxır. "Dünyamalı, şimşək tək çax" deyərək dastanın bu qolunu belə tamamlayır:

Sənəkuçan gəldi cuşa,
Əyriqardan aşa-aşa,
Şamdüyədə vurdum başa,
Bu Borçalı dastanımı,
Qurban dedim öz canımı.

Şair "Zəhra" poemasında Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif olunmuş, sadə el qızı Zəhra Çıraqovanın hünərindən, "İllər və rəhbərlər"də represiya qurbanı olmuş atası Kərəm Alı oğlunun haqsız həbsindən danışılır. Və bununla yanaşı "Şikayətnamələr" poemasında, yolunu azmışlar, alçaqlar, müftəxorlar tənqid atəşinə tutulur.

Ey zatı qırıqlar, namərd gədalar,
Borçalı yadlara pay ola bilməz,

- deyir və dünyadan da dünyanın özünə şikayət edir.

Kitabın "İthaflar" bölməsində N.Nərimanova, şair Nəbiyə, Dədə Əmraha, Aşıq Hüseyn Saraclıya, Aşıq Kamandara, Aşıq Alxana, İbrahim İsfahanlıya, Əflatun Saraclıya, Abbas Abdullaya, Zəlimxan Yaquba, Mədəd Çobanova, Süleyman Süleymanova və başqalarına, eləcə də Borçalı igidlərinə, Borçalı şəhidlərinə həsr olunmuş şeirlərə də yer verilmişdir.
Keçən əsrin son on illiyində Başkeçiddə başlanmış ixtişaşlara işarə edərək özünün yurd kimliyi barədə deyir:

Mən gəncəli Ziyad xanın yurduyam,
Mən Nəbinin, Ağacanın yurduyam,
Halay bəyin, İsaxanın yurduyam,
A yurddaşım, hara köçür bu ellər?

Bunun ardınca şairin ayrı-ayrı həmkarları ilə deyişməsi, dost-tanışlarının, görkəmli şairlərin D.Kərəmə həsr etdikləri ürək sözlərini də kitaba salınmışdır. Kitabı vərəqlədikcə bir daha aydın olur ki, şair Qarabağ dərdini də böyük ürək ağrısı ilə izləyir, bu problemin həll olunması üçün, qəsbkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün millətimizi, xalqımızı, Azərbaycan ordusunu - qəhrəman Azərbaycan əsgərini daim hazır olmağa çağırır.

Hazır ol, ey Azərbaycan əsgəri,
Xankəndi döyüşə çağırır səni.
Murovdağın qəlbi indi dağlanıb,
Hayqırır, vuruşa çağırır səni.

Sonda bu dastan Dünyamalı Kərəmin "Borçalım mənim" adlı duvaqqapması ilə bağlanır.

Əyriqardan Sınığadək uzanan,
Qədim yurdum, doğma anam Borçalı.
Borçalılar qaçmayın siz heç yana,
Öz yerində dağtək durub Borçalı.

Bu duvaqqapmadan sonra bizə onu demək qalır ki, kitab nəfis şəkildə tərtib olunub və oxunaqlıdır. Dili, yuxarıda da qeyd etdiyimiz kimi, dastan dilidir, sadə və şirindir. Xüsusən, şairin bir çox şeirlərdəki çağırışlarını, daha dəqiq desək, borçalıların Borçalıdan dağılmamaları üçün çağrışlarını Dastan müəl­lifinin - Müşfiq Borçalının qabartması, ön planda verməsi də bu günün tələblərinə çox uyğundur.
Elə buna görə də, belə bir kitabı oxucuların öhdəsinə verdiyi üçün Müşfiq Borçalıya təşəkkür edir, ona yeni-yeni uğurlar arzulayır və dostum Dünyamalı Kərəmə həsr etdiyim bir şeiri oxucularımıza ərmağan edirəm.

YAN, DÜNYAMALI

Demirəm günəşsən, ulduzsan, aysan,
Daim yandığın tək yan, Dünyamalı.
Borçalı elinə Tanrıdan paysan,
Coşur damarında qan, Dünyamalı.

Düzləri anandır, dağları atan,
Bir qolu Babakər, biri Yelatan,
Dünyada olubmu arzuya çatan?
Özünü qəlblərdə san, Dünyamalı.

Keçmişin kədərli, qüssəli, qəmli,
Yolların boranlı, qarlı, sitəmli.
Qoçulu əhlinin gözləri nəmli,
Sanırlar şeirdə xan Dünyamalı.

Borçalı sənindir, sən Borçalının,
Yox əksi gözündə dünya malının,
Ayıra bilmədi baban Alının,
Ruhunu qəlbindən an, Dünyamalı.

Ənsərin dərdi də
aşıb başından,
Dənizlər yaranıb
qanlı yaşından,
Bir görüş istəyir
məsləkdaşından,
Bədəndən çıxmamış
can, Dünyamalı.


Bilal ƏNSƏR,
Bakı 30.12.2010]]>
Müşviq BORÇALI Sat, 21 Jan 2017 13:43:38 +0000
"DOSTLUQ MƏŞƏLİ"nin Müşfiq Borçalıya TƏBRİKİ https://turan.info.az/gurcustan/darvaz/706-dostluq-mlnin-tbrk.html https://turan.info.az/gurcustan/darvaz/706-dostluq-mlnin-tbrk.html "DOSTLUQ MƏŞƏLİ"nin Müşfiq Borçalıya TƏBRİKİAzərbaycan xalqının, Borçalı mahalının dəyərli və əziz oğlu, "Borçalı" Nəşriyyatının baş direktoru, təcrübəli jurnalist, redaksiyamızın fəxri üzvü, müsbət insani keyfiyyətlərə malik olan, qəlbi qəlbimizlə döyünən, ülvi duyğular sahibi, xoş təbiətli, yurd ətrini duyan, xeyirxah insan, sədaqətli dost Muşfiq Borçalını (Müşviq Mədəd oğlu Çobanovu)
45 illik Yubileyi münasibəti ilə təbrik edirik!]]>
Müşviq BORÇALI Sat, 21 Jan 2017 00:43:36 +0000
“Borçalı” İctimai Birliyi Qabalda soydaşlarımızla görüşüb https://turan.info.az/gurcustan/qabal/2325-boral-ctimai-birliyi-qabalda-soydalarmzla-grb.html https://turan.info.az/gurcustan/qabal/2325-boral-ctimai-birliyi-qabalda-soydalarmzla-grb.html “Borçalı” İctimai Birliyi Qabalda soydaşlarımızla görüşübTədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmaqla yanaşı, mərhum şair Söhrab Tahir anılıb.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində "Borcalı” İctimai Birliyinin sədri Kərəm Məmmdli və birliyin nümayəndələrinin iştirakı ilə Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində görüş keçirilmişdir. Görüşdə Kaxeti qubernatorunun müavini Avtandil Qoqoladze, rayon deputatının köməkçisi Aleksi Canqotadze, Laqodexi Rayon İcra Hakimiyyətinin Qabal kəndi üzrə nümayəndəsi Namaz Allahverdiyev, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Mehman Rəsulov, eləcə də müxtəlif təşkilatların rəhbərləri, məktəb direktorları, tanınmış ziyalılar və bir neçə orta məktəbdən tədbirə qatılan şagirdlər çıxış etmişdir.

Görüş zamanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmaqla yanaşı, mərhum şair Söhrab Tahirin xatirəsi də anılıb və onun yaradıcılığı ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verilib.

Söhrab Tahirin həyat və yaradıcılığı

Xatırladaq ki, Söhrab Tahir 1926-ci il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir. Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.

Soydaşlarımız üçün müqəddəs gün...

Tədbirin aparıcısı tanınmış şair, "Qabal - bura vətəndir!” kitabının müəllifi Fərman Qulamoğlu iştirakçıları salamlayaraq Həmrəylik Günü və Yeni il münasibəti ilə onları təbrik etmişdir. O qeyd etmişdir ki, toplantının məqsədi "Borçalı” İctimai Birliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək və mərhum şairimiz Söhrab Tahiri anmaqdır. F.Qulamoğlu bildirib ki, 31 dekabr dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız üçün müqəddəs bir gündür.

"Azərbaycançılıq, Azərbaycan türkçülüyünün böyüklüyü ətrafında bütün dünya azərbaycanlılarının birləşməsində mərhum ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Biz şadıq ki, Gürcüstan azərbaycanlıları Vahid Azərbaycan ailəsinin üzvüdür. Və biz Gürcüstan azərbaycanlıları olmaqla fəxr edirik” – deyən aparıcı vurğulamışdır ki, son 4-5 ildə Gürcüstanda milli münasibətlərdə doğrudan da şəffaflıq, gürcü və azərbaycanlılar arasında qarşılıqlı hörmət mövcuddur.

"Biz burda din içində din, dil içində dil bəsləyirik”

Tədbirdə çıxış edən Qabal kənd ziyalısı Hüseyn Məmmədov toplantı iştirakçılarını Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdikdən sonra "Borçalı” İcitmai Birliyinin sədri Kərəm Məmmdovun elmi-ictimai fəaliyyətindən bəhs etmişdir: "Mən Kərəm müəllimi qiyabi olaraq tanıyıram. Azərbaycan televiziyasında yayımlanan bir neçə verilişdə Azərbaycanın milli dəyərləri, folkloru, keçmişi, gələcəyi ilə bağlı çıxışlarını dinləmişik və hər zaman da yüksək dəyərləndirmişik”.

Daha sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışan kənd ziyalısı soydaşlarımızın birliyinin vacib olduğunu qeyd etmişdir: "Mən belə hesab edirəm ki, azərbaycanlılar bir olmalıdır, harada yaşamasından asılı olmayaraq, azərbaycanlı adını həmişə uca tutmalıdır”. Hazırda Laqodexi rayonunda 5 Azərbaycan məktəbi olduğunu deyən H.Məmmədov, bu təhsil ocaqlarının fəaliyyət göstərməsində zəhmətkeş və vətənpərvər müəllimlərin əvəzsiz xidməti olduğunu vurğulamışdır. "Biz burda din içində din, dil içində dil bəsləyirik. Dinimizi, dilimizi qoruyub saxlayırıq. Biz Gürcüstan ictimaiyyətinə inteqrasiya etməsək, onlarla heç bir münasibət qura bilmərik” – deyə çıxışını yekunlaşdırmışdır.

"Bizim millətlər, dövlətlər arasında həmişə münasibtələr şəffaf olub”

Bundan sonra çıxış üçün söz Laqodexi rayon deputatının köməkçisi Aleksi Canqotadzeyə verilmişdir. İlk olaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən Aleksi Canqotadze, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əlamətdar bir tarix olduğunu demişdir.

Gürcüstan-Azərbaycan dostluğundan danışan deputat köməkçisi bildirmişdir ki, ölkələrimiz arasında həmişə sıx münasibətlər olub: "Bizim aramızda heç vaxt düşmənçilik olmayıb, münasibətlər həmişə şəffaf olub. İnanıram ki, bundan sonra bu münaisbətlər daha da inkişaf edəcək”.

Gürcüstanda insan hüquqlarına böyük diqqət verildiyini deyən Aleksi Canqotadzenin sözlərinə görə, qeyri-gürcülərin, o cümlədən də azərbaycanlıların hüquqularına hər zaman dövlət səviyyəsində hörmətlə yanaşılıb. O, çıxışında həmçinin soydaşlarımızın seçki hüququndan danışmışdır: "Gürcüstanda seçkilər artıq daha demokratik keçir. Hər bir millətin nümayəndəsi kimi, azərbaycanlılar da seçib-seçilmək hüququna malikdir. Bundan başqa, Gürcüstanın Diaspor qurumu həmişə çalışır ki, müxtəlif millətlərin nümayəndələri arasında yaxın təmaslar qurulsun. O cümlədən, azərbaycanlılarla yaxın münasibətlərə də biz böyük önəm veririk. Çünki bizim millətlər, dövlətlər arasında qonşu, qardaş, dost kimi həmişə münasibtələr şəffaf olub”.

"Dövlətlərimiz arasındakı münasibətlər getdikcə inkişaf etməkdədir”

Daha sonra Laqodexi icra başçısının müavini Avtondil Qoqoladze çıxış edərək bildirmişdir ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlər sarsılmazdır: "Mən əminəm ki, Gürcüstanda hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlər dəyişməz qalacaqdır. Çünki biz qonşu dövlətlər olmaqla yanaşı, millətlərimiz arasında yaxın dostluq əlaqələri var və bu münasibətlər getdikcə inkişaf etməkdədir”.

Azərbaycanda dostlarının olduğuna diqqət çəkən icra başçısının müavini dedi ki, o, hər zaman bu dostluqdan məmnun olub.

Çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münaisbəti ilə qonaqları təbrik edən Avtondil Qoqoladze "Arzu edirəm ki, 2017-ci ildə hər şey istəyinizə uyğun olsun” - deyə vurğulamışdır.

"Qərara gəldik ki, birinci Kaxetiyadan Kartliyə gedək”

"Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov çıxışına tədbir iştirakçılarını salamlamaqla başlayıb: "Xoş gördük, əziz soydaşlar, əziz dostlar. Mən şox şadam ki, belə təntənəli bir bayramı biz bir yerdə keçiririk. Açığı, bizim fikrimiz vardı ki, Qırmızı körpü vasitəsilə gələk. Son anda bu qərara gəldik ki, Kartlidən Kaxetiyaya gəlməkdənsə, birinci Kaxetiyadan Kartliyə gedək.

Məndən öncə çıxış edənlər dostluq, qardaşlıq haqqında danışdılar. Bu dostluq, qardaşlıq yeni deyil. "Kartlis Çxovreba”nın ("Kartlinin Həyatı” -red.) yazdığına görə, bu dostluq, qardaşlıq eradan əvvəl 6-cı yüzillikdən başlayır. Belə ki, bu torpaqlar uğrunda bizim əcdadlarımız olan buntürklər İberlərlə bir yerdə əvvəlcə Assur hökmdarı Tiqlatpalasara (?), ondan sonra Makedoniyalı İsgəndərə, Əhəmənilərə, Sasanilərə qarşı çiyin-çiyinə vuruşublar. Bu qardaşlıq Atrak xan və David Armaşanebelidən gələn qardaşlıqdır. Bu qardaşlıq Simon xan və İmamqulu xandan gələn qardaşlıqdır. Eyni zamanda bu qardaşlıq 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə həmin dönəmin Gürcüstan hökuməti (?) arasındakı qardaşlıqdır. Azərbaycan və Gürcüstan yeganə dövlətlərdir ki, 1919-cu ilin avqust ayının 29-da dostluq, qardaşlıq və hərbi əməkdaşlıq haqqında müqavilə bağlayıblar. Belə ki, o vaxt Azərbaycan silah və zabit çatışmazlığı səbəbindən Gürcüstan hökumətinə müraciət etdi ki, hər iki məsələ ilə bağlı köməklik göstərsin. Eyni zamanda Azərbaycan xalqı, Azərbaycan dövləti də bu dostluğu, bu qardaşlığı nəzərə alaraq, imperialist güclər tərəfindən enerji krizisinə məruz qalmış Gürcüstana öz qardaşlıq köməyini göstərdi. Çünki biz özümüz istidə oturub,qardaşlarımızın soyuqda qalmasına göz yuma bilməzdik”.

"Biz iki qardaş xalq arasından dostluq körpüsüyük”

"Borçalı” İctimai Birliyinin sədri vurğuladı ki, bu gün Azərbaycanla Gürcüstanı təkcə dostluq əlaqələri deyil, eyni zamanda strateji maraqlar, tranzit yollar, neft kəməri və ümumi düşmənlərə qarşı mübarizə birləşdirir: "Bəs biz Gürcüstan azərbaycanlılarının çiyninə düşən yük nədir? Biz bu iki qardaş xalq arasından dostluq körpüsüyük. Və bu iki xalqın qardaşlaşması yolunda həmişə də bu körpü rolunu oynamağa hazırıq, qardaşla qardaşın arasında mütləq körpü olmalıdır”.

Kərəm Məmmədov çıxışının sonunda tədbirdə iştirak edən Gürcüstan dövlətinin rəsmilərinə öz dillərində - gürcüsə müraciət etdi: "Qaomarcos azerbaycaneli sakartvelo meqobrebis. Cma Cmitan Clieli”. Qoy bizim dostluğumuz əbədi və daimi olsun. Bu işdə bizim boynumuza nə cür xidmətlər düşürsə, biz buna hazırıq. Vaxtilə Promotey odu insanlara gətirdiyi kimi, bizim "Borçalı” İctimai Birliyi də bu dostluq yolunda bir Promotey kimi həmişə şölələnəcək, həmişə işıqlı yollar göstərəcək. Hər birinizə təşəkkür edirəm”.

"Gürcüstan Azərbaycanın strateji müttəfiqidir”

Tədbirdə qonaq qismində iştirak edən tanınmış politoloq Natiq Miri də çıxş etdi. İlk dəfə olaraq Gürcüstanda soydaşlarımızla və Gürcüstan rəsmiləri ilə görüşdə iştirak etdiyini deyən politoloq "biz Gürcüstana dost olaraq gəlmişik” – dedi: "Gürcüstan Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu gün regionda Gürcüstan-Azərbaycan-Türkiyə üçlük formatı mövcuddur. Və bu formatda hərbi-siyasi-iqtisadi yöndə çox ciddi əməkdaşlıq var. Bu əməkdaşlıq təbii ki, həm Gürcüstanın, həm də Azərbaycanın dövlətçiliyinə xidmət edir.

Mənim istəyim budur ki, bizim soydaşlarımız, bu gənclər gələcəkdə Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya edə bilsinlər. Bunun üçün mütləq mənada gürcü dilini öyrənmək lazımdır. Gürcüstanda yaşayan soydaşlarımız üçün BDU-nun Qazaxda filialı açılıb və hazırda bunun bazaları yaradılır. İnanıram ki, gələcəkdə övladlarınızın, bu tədbirdə iştirak edən balaların BDU-nun Qazax filialında təhsil alması üçün "Borçalı” İctimia Birliyi əlindən gələni əsirgəməyəcək. Ancaq bu yetərli deyil. Biz istərdik ki, sizin gənclər həm də Gürcüstanın öz universitetlərində gürcü dilində təhsil alsın. Mən istərdim ki, azərbaycanlılardan peşəkar hüquqşünaslar, iqtisadçılar, informasiya texnologiya mütəxəssisləri yaransın ki, Azərbaycanın Gürcüstanda güclü bir toplumu olsun. Ayrıca, bu da tarxidən bəllidir ki, Azərbaycan toplumu bütün illərdə, zamanlarda Gürcüstan dövlətinə xidmət edib. Yəni heç bir zaman azərbaycanlılar Gürcüstan dövlətinin əleyhinə çıxmayıb və çıxmayacaq. Ona görə də gələcəkdə Gürcüstan dövlətinin güclü olması üçün sizin də mütləq mənada bu dövlətin güclülüyünə öz ağırlığınızı qoymağınız lazımdır. Bu da yalnız təhsildən keçir. Siz nə qədər təhsilli olsanız, bu toplum daha çox inkişaf edəcək”.

"Azərbaycan toplumu olaraq bir olun, hürr olun”

N.Miri Gürcüstandakı azərbaycandilli məktəblərin təhsil problemlərindən də danışdı: "Bu gün birmənalı deyə bilərəm ki, Kərəm müəllimin təşəbbüsü ilə Azərbaycan Təhsil Nazirliyində çox ciddi bir görüş oldu və bu görüşün nəticəsi olaraq prezidentə müraciət olundu. 17 min Azərbaycan dili və Ədəbiyyat kitbaları Gürcüstan Elm və Təhsil Nazirliyinə göndərildi və tezliklə Gürcüstanda Azərbaycan məktəblərinə çatdırılacaq. Amma bu son deyil. Biz düşünürük ki, gələcəkda kordinasiyalı şəkildə Gürcüstan dövlət strukturları ilə birgə Azərbaycan məktəblərində olan problemləri tədricən həll etmək mümkün olacaq.

Biz bilirik ki, azərbaycanlıların təhsillə yanaşı, kənd təsərrüfatı sahəsində də müəyyən problemləri var. İnanıram ki, bu məsələrin hamısı kordinasiyalı şəkildə həm Azərbaycan, həm Gürcüstan dövləti, həm Azərbaycanın Gürcüstandakı səfirliyi və "Borçalı” cəmiyyətinin birgə fəaliyyəti iləa həll olunacaq. Sizdən xahişimiz odur ki, Azərbaycan toplumu olaraq bir olun, hürr olun”.

Politoloq bildirdi ki, hazırda regionda çox ciddi siyasi proseslər gedir: "Bilirsiniz ki, yeni kommunikasiya sistemləri çəkilir. Avropadan başlayan yeni kommunikasiya sistemi Hindistana, Çinə qədər uzanır. İkinci bir xətt Şimal-Cənub kommunikasiya xəttidir ki, bunların da bilavasitə Qərb ayağı yenə Gürcüstandan keçir. Yəni bu gün Gürcüstan çox əhəmiyyətli strateji-coğrafi məkanda yerləşən bir dövlətdir. O baxımdan Gürcüstanın əhəmiyyəti getdikcə regionda, bütövlükdə qlobal səviyyədə artır. Sizin də Gürcüstan dövlətinin daha da güclü olmasına qatqınız olmalıdır. Necə? Siz təhsillə gözəl mütəxəssis olmalısınız. Yəni artıq azərbaycanlılar bazarlarda deyil, bu gün institutlarda, dövlət strukturlarında təmsil olunmaqla, Gürcüstan dövlətinin inkişafına öz töhvələrini verməlidir. Yəni biz yeni bir Azərbaycan toplumu görmək istəyirik. Çünki Gürcüstan getdikcə inkişaf etməkdədir. Və Gürcüstan cəmiyyəti inkişaf etdikcə Azərbaycan toplumu da mütləq mənada bu cəmiyyətin içərisində inkişaf etməlidir”.

Tədbir iştirakçılarına hədiyyələr verildi

Görüş zamanı məktəb direktorları, tanınmış ziyalılar və təşkilat nümayəndələri də çıxış etdilər. Ən maraqlı anlardan biri isə şagirdlərin hazırladığı səhnəciklər, xor və fərdi qaydada mərhum şair Söhrab Tahirin şeirlərini səsləndirmələri oldu. Hansı ki, onların hər bir çıxışı uzun müddət alqışlandı və istər yerli nümayəndələr, istər də "Borçalı” İctimai Birliyinin rəhbərliyi tərəfindən yüksək qiymət verildi.

Sonda yenidən söz "Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədova verildi. Görüş iştirakçılarına və təşkilatçılara öz minnətdarlğını çatdıran K.Məmmodov yekunda tədbirə qatılan Gürcüstan dövlətinin rəsmi nümayəndələri də daxil olmaqla, əksər çıxışçılara "Borçalı” İctimai Birliyi adından kiçik hədiyyələr təqdim etdi. Sonda qonaqlarla birgə xatirə şəkili çəkildi.

"Borçalı” İctimai Birliyinin Mətbuat xidməti

- See more at: http://sozcu.info/gundm/1978-borchali-ctimai-birliyi-qabalda-soydashlarimizla-gorushdu.html#sthash.xeNVNpl9.dpuf]]>
Müşviq BORÇALI Tue, 17 Jan 2017 19:21:14 +0000
“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək https://turan.info.az/diger/elanlar/2324-boral-ctimai-birliyi-yeni-tdbir-keirck.html https://turan.info.az/diger/elanlar/2324-boral-ctimai-birliyi-yeni-tdbir-keirck.html “Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək"Borçalı" İctimai Birliyi yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın Milli-mənəvi dəyərlərinin formalaşmasında Gürcüstandan olan soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirəcək. Tədbirin keçirilmə zərurəti ilə bağlı "turan.info.az”-a açıqlama verən "Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov bildirib ki, bu tədbiri zəruri edən bir neçə məqam var. Birincisi, bu mövzu Azərbaycan dövlətinin yalnız indiki Azərbaycan Respublikasının ərazisində yaşayanların təsisatı olması kimi yanlış təsəvvürlərə aydınlıq gətirmək üçündür. İndiki Gürcüstan ərazsində yaşayan soydaşlarımızın qədim dövr və orta əsrlərdən bu günümüzə kimi Azərbaycan dövlətlərinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasındakı xidmətləri qeyd olunmalıdır. Bu bizim birliyimizin və bütövlüyümüzün əsasıdır. Eyni zamanda bizim tarixi şəxsiyyətlərimizi yad etməklə bağlı borcumuz var. Bu tədbir həm də Azərbaycan xalqının şanlı tarixinə öz adlarını qızıl hərflərlə yazmış böyük şəxsiyyətlərin fəaliyyətinin yad edilməsi, onların xatırlanması və təbliğinə xidmət edəcəkdir.]]> Müşviq BORÇALI Tue, 17 Jan 2017 18:54:37 +0000 SƏN TÜRK OĞLU OLAMMAZSAN! https://turan.info.az/edebiyyat/poeziya/1650-sn-trk-olu-olammazsan.html https://turan.info.az/edebiyyat/poeziya/1650-sn-trk-olu-olammazsan.html SƏN TÜRK OĞLU OLAMMAZSAN! SƏN TÜRK OĞLU OLAMMAZSAN!
(üzdən özünü türk kimi göstərən, əslində isə başqa bir millətin nümayəndələri olanlara və zatı qırıqlara itfah)
Bal arın beçəndən gərək.
Sarvanın köçündən gərək.
Türkçülük içindən gərək.
Sən türk oğlu olammazsan.
Yurd yeri yurdda qalmalı,
Türk qadasın türk almalı,
Türkün dostu türk olmalı,
Sən türk oğlu olammazsan.
Türkün balası türk olar.
Türkçülük türkə görk olar.
Türk hər sözündə bərk olar
Sən türk oğlu olammazsan.
Türk oğlunun öz yurdu var,
Qəlbində torpaq odu var,
Min əməli, bir adı var.
Sən türk oğlu olammazsan.
Türk heç öyünməz, öyülür,
Türk heç deyinməz, deyilir,
Türk heç sayınmaz, sayılır,
Sən türk oğlu olammazsan.
Bayrağı var ay-ulduzlu,
Söhbəti var şirin duzlu.
Şərqiləri eşq avazlı,
Sən türk oğlu olammazsan.
Dinməyinin söz mənası,
Sükutunun öz mənası,
Sönməyinin köz mənası,
Sən türk oğlu olammazsan.
Türkün sözü, əməli bir,
Türkçülüyün təməli bir,
Məsləki bir, amalı bir,
Sən türk oğlu olammazsan.
At üstündə doğulmuşuq.
Od -alovdan yoğrulmuşuq.
Yer üzünə dağılmımışıq,
Sən türk oğlu olammazsan.
Dədə Qorqud əsilliyik,
Tomris nənə nəsilliyik,
Qoç Koroğlu misilliyik.
Sən türk oğlu olammazsan
Məndən nifrət türk söyənə,
Qoy, eşq olsun türk öyənə.
«Nə mutlu türküm deyənə»
Sən türk oğlu olammazsan!
Tbilisi, 1994-cü il, 29 oktyabr.]]>
Müşviq BORÇALI Mon, 09 Jan 2017 01:48:56 +0000
Borçalı məktəblilərinə dərslik göndərilmişdir https://turan.info.az/arxiv/borcaliorg/2254-boral-mktblilrin-drslik-gndrilmidir.html https://turan.info.az/arxiv/borcaliorg/2254-boral-mktblilrin-drslik-gndrilmidir.html Borçalı məktəblilərinə dərslik göndərilmişdir

Bir həftə bundan öncə "Borçalı" İctimai Birliyi Gürcüstandakı azərbaycandilli məktəblərdə təhsil və pedaqoji kadr çatışmazlığı ilə bağlı yaranan problemlərin həllinə yardım məqsədi ilə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etmişdi. Müraciətdən çox keçməmiş Təhsil Nazirliyi bu sahədə real addımlar atmağa başlamışdır. Belə ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərilib.
Elə bu günlərdə, daha dəqiq desək, dekabrın 27-29-da "Borçalı" İctimai Birliyinin bir qrup nümayəndəsi də eyni missiya ilə Gürcüstanın Başkeçid və Qabal bölgələrində olmuş və məktəbliləri Yeni İl öncəsi sevindirmişlər.

Şərif Kərimli,
"Borçalı" İctimai Birliyinin elm, təhsil və
mədəniyyət məsələləri üzrə sədr müavini]]>
Müşviq BORÇALI Wed, 28 Dec 2016 23:54:08 +0000
Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ədəd dərslik və metodik vəsait göndərib https://turan.info.az/tehsil/nazirlik/2253-azrbaycan-thsil-nazirliyi-grcstandak-azrbaycandilli-mktblr-16900-dd-drslik-v-metodik-vsait-gndrib.html https://turan.info.az/tehsil/nazirlik/2253-azrbaycan-thsil-nazirliyi-grcstandak-azrbaycandilli-mktblr-16900-dd-drslik-v-metodik-vsait-gndrib.html Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ədəd dərslik və metodik vəsait göndəribAzərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir. Nazirlik Gürcüstana 2016-2017-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərin I, II, III, V, VII və IX sinifləri üçün 14 adda 16900 ədəd "Azərbaycan dili" və "ədəbiyyat" dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərib.

Təhsil Nazirliyindən turan.info.az-a bildiriblər ki, dərsliklər və metodik vəsaitlər dekabrın 27-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunub. Dərsliklərin təhvil verilməsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Kamil Həbibzadə və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva iştirak edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. Hər ol olduğu kimi, bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycan dövlətinin soydaşlarımıza göndərdiyi bayram hədiyyəsini çatdırmağı özümüzə borc bilirik.

Qeyd edək ki, 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 560 mindən çox müxtəlif adda dərs vəsaiti göndərilib.
Son üç ildə Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 56,915 ədəd təşkil edən “Azərbaycan dili”, “Ədəbiyyat” dərslikləri və müəllimlər üçün nəzərdə tutulan metodik vəsaitlər səfirlik vasitəsilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təhvil verilib”.

Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən bütün dərsliklər və metodik vəsaitlər yaxın bir neçə gün ərzində siyahı üzrə Azərbaycan dilli məktəblərə paylanacaq.

Əminik ki, bu kitablar Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin daha mükəmməl təhsil almalarında mühüm rol oynayacaq.]]>
Müşviq BORÇALI Wed, 28 Dec 2016 23:32:51 +0000
VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV... https://turan.info.az/gurcustan/pushkinciler/677-vtndn-uzaqda-vtn-yaadan-alm-mllm-adl-myev.html https://turan.info.az/gurcustan/pushkinciler/677-vtndn-uzaqda-vtn-yaadan-alm-mllm-adl-myev.html VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...Haqqında söhbət açmaq istədiyimiz sevimli müəllimimiz, tanınmış tədqiqatçı, ədəbiyyatşünas-alim Adil Qardaş oğlu Mişiyev sözün əsl məna­sında həmişə özündə bir Vətən yaşadıb və nə yaxşı ki, elə bu gün də yaşayır və yaşadır.
O, 1935-ci ildə Odlar Yurdu Azərbayca­nımızın ən qədim, ən gözəl və ən səfalı dilbər güşələrindən olan Oğuz rayonunda anadan olub, dünyaya göz açıb. 1960-cı ildə Bakıda Azərbaycan Xarici Dillər İnsti­tutunu bitirib. Elə həmin ildən də həyatını, ömur yolunu Gürcüstanla - Tbilisi şəhəri ilə bağlayıb. Təyinatla Tbilisi şə­hərinə göndərilib. Elə ilk əmək fəaliyyətinə də Tbilisidə əvvəlcə «Sovet Gürcüstanı» - sonralar isə, daha doğrusu 1990-cı ildən indiyədək «Gürcüstan» adı ilə Azərbaycan dilində nəşr olunan respublika qəzetinin redaksiyasında başlayıb.


ƏLAVƏ ŞƏKİLLƏR:::
VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...

VƏTƏNDƏN UZAQDA VƏTƏN YAŞADAN ALİM-MÜƏLLİM - ADİL MİŞİYEV...]]>
Müşviq BORÇALI Fri, 23 Dec 2016 02:52:36 +0000
Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!.. https://turan.info.az/arxiv/borcaliorg/2198-trklr-he-vaxt-qonaa-l-qaldrmam-v-arxadan-vurmamlar.html https://turan.info.az/arxiv/borcaliorg/2198-trklr-he-vaxt-qonaa-l-qaldrmam-v-arxadan-vurmamlar.html Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!..Bu gün Rusiya Federasiyasının Türkiyədəki Büyük Elçisi Andrey Karpova Ankarada “Rusiya – Kalininqraddan Kamçatkaya qədər, Türklərin gözü ilə” rəsm sərgisində sui-qəsd təşkil edilmişdir. Bu xain sui-qəsd bu yay Türkiyədə baş tutmayan darbeden sonra polis sıralarından qovulmuş Mövlud Mert Altınbaş yapmıştır. Üç ölkənin – Rusiya,Türkiyə və İranın Xarici İşlər Nazirlərinin Suriya probleminin həlli üçün Moskvada baş tutacaq görüşləri ərəfəsində bu xain sui-qəsdin baş verməsi ancaq Rusiya ilə Türkiyə arasında son dövrlərdə əlaqələrin artmasından əndişə duyanların işidir.
Türkiyə-Rusiya yaxınlaşmasından əndişə duyanlar ancaq aşağıdakı qüvvələrdir :
1. Yayda Türkiyədə baş tutmayan darbeden “təəssüfflənənlər”
2. Suriyadakı münaqişənin daha da qızışdırılmasında maraqlı olan qüvvələr
3. Erməni diasporası
KİV-in yazdığına görə bu xain saldırını yapan şexs “Allahü Əkbər” deyə səslənmişdir. Ancaq İslam və İslamın Dayağı olan Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar !]]>
Müşviq BORÇALI Mon, 19 Dec 2016 23:40:20 +0000
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!.. https://turan.info.az/tehsil/2190-diqqt-diqqt-blk-mn-shv-edrm.html https://turan.info.az/tehsil/2190-diqqt-diqqt-blk-mn-shv-edrm.html Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..Əziz dostlar, əziz eloğlular, əziz elqızlarımız, dəyərli soydaşlarımız!... Mən bu mövzuda bir neçə dəfə yazmışam, bir neçə dəfə mötəbər məclislərdə çıxış etmişəm, amma bu günlərdə sosial şəbəkələrdə yazılanlara, bilərəkdən və yaxud da bilməyərəkdən, bəlkə də sifarişlə - məqsədli şəkildə Gürcüstandakı Anadilli məktəblərimizin gürcüləşdirilməsi yönümündə güclü "təbliğat" aparıldığına görə, yenədən mövzuya qayıtmağa məcburam...
Bəli, Gürcü dilini öyrənmək, yaxşı bilmək lazımdır!.. Amma bu ana dilli məktəblərimizin gürcüləşməsi hesabına olmamalıdır!.. Bizlər Ana dilli məktəblərimizi gürcü məktəblərimizə çevirməməliyik!!!
Gürcü dilində təhsil almaq istəyənlər gürcü məktəblərində oxuya bilərlər. Amma unutmamalıyıq ki, bağlanmış bir ana dilli məktəbi sonradan bərpa etmək mümkün olmayacaq. (Keçmişdə bağlanan ana dilli ali məktəbimiz - Müəlimlər İnstitutu, texnikumlar və məktəblərin hansı yenidən bərpa olunub və ya hansı yenisi açılıb???)...
İnanın, allah eləməsin, əgər Gürcüstandakı anadilli məktəblərimiz bağlanarsa, ondan sonra bizlər öz doğma yurdumuzda sözün əsl mənasında qonaq kimi yaşamağa məcbur olacağıq.
Əgər söhbət inteqrasiyadan gedirsə və inteqrasiyanın əsas şərti yaşadığın dövlətin dilində oxumaqdırsa, onda bircə anlıq yaxın keçmişimizi yada salaq. 30-40 il öncə Sovet dönəmində nədən bütün məktəblərin rus dilli və ya gürcü dilli olmasını istəmirdik?!.. Bütün ziyalılarımız ana dilli məktəblərimizin inkişafına çalışırdı. Kaxetidə, Msxetidə, Qoridə və başqa bölgələrdə yaşayan soydaşlarımız nədən öz doğma dillərində təhsil almaları üçün, həmin kəndlərdə Azərbaycan dilli məktəblərin açılması üçün gecə-gündüz mübarizə aparırdılar?..
Yaxud da indi, nədən gürcülər özləri dünyaya inteqrasiya olunmaq istəmirlər?.. Yaxşı olar ki, onda dövlət rəhbərləri öz gürcü məktəblərini bağlayıb, bütün məktəbləri ingilis dilli məktəblər etsinlər... bütün hamı bir dildə - ingiliscə oxuyub bütün dünyaya da birlikdə inteqrasiya olunsunlar...
Bu fikir tamamilə, səhv fikirdir!..
Bu inteqrasiya gedən yol deyil!.. Bu assimilyasiya döğru gedən yoldur!..
Bizlər öz doğma Anamızı sevdiyimiz qədər Ana dilimizi də sevməliyik!.
Ana dilli məktəblərimizi isə müqəddəs ibadətgahlarımız kimi, daha dəqiq desəm, doğma Anamız kimi - Görən Göz bəbəyimiz kimi qorumalıyıq!..
İnanın mənə, Anadilli məktəbsiz insan - Anasız qalmış yetim bir insan kimidir və həm də Kordur!.. Çox xahiş edirəm ki, bircə anlığa, başqa dillərdə təhsil almış və hazırda öz ana dilində danışa bilməyən tanıdığınız insanları gözünüzün qabağına gətirin. Hətta, xaricdə yaşayan görkəmli alimlərimizi, məşhur soydaşlarımızı xatırlayın.Onların bəziləri nə qədər savadlı, dünyagörmüş olsalar da, yenə də sizlərin yanında sanki şikəst kimi görünürlər.
Elə deyilmi?..
Bəlkə, mən səhv edirəm?..
* * *
P.S.: Bəzi soydaşlarımızın müzakirə zamanı yazdıqlarına cavab olaraq, aşağıdakıları da əlavə etməyi özümə borc bilirəm:
* * *
Mən dəyərli soydaşlarımızdan çox xahiş edirəm ki, sosial şəbəkələrə nəsə yazanda nəzərə alsınlar ki, yazdıqlarımızı təkcə biz Borçalılılar deyil, hamı oxuyur, dostlarımız da, düşmənlərimiz də... Ona görə də, gəlin bəzi məsələləri açıb-ağardanda elə edək ki, bizi sevməyənlər bizə gülməsinlər. Əzizlərim, bəli, çox doğrudur ki, dünyanın hər yerində olduğu kimi, Borçalının bəzi kəndlərində də bəzi ailələrdə qızlar vaxtından əvvəl 15 yaşında evlənirlər. Bu problem var, mövcuddur. Bunu danmaq olmaz. Amma nəzərə alın ki, Azərbaycan qanunlarında evlənməyin yaş həddi 17-dirsə, Gürcüstan qanunlarına görə 18-dir. Ona görə də bu məsələni bir o qədər də şişirtmək, başqalarını üstümüzə güldürmək, məncə lazım deyil. Elə düşünməsinlər ki, Borçalının hər yerində, hər bir ailədə qızları məcburi şəkildə 15 yaşda evləndirirlər...
Bir də ki, Ana dilində təhsil almaq, gürcü dilini öyrənmək və qızlarımızın vaxtında evlənməsi bunlar tamamilə başqa-başqa mövzulardır... Nə olar, bir-birinə qarışdırmayaq...
* * *
Çox hörmətli soydaşlarımız!.. Başkeçidin mərkəzində - indiki Dmanisidə də, Bolnisidə də, Marneulidə də, Qardabanidə də, Tbilisidə də və eləcə də qonşu bir neçə kəndlərdə də kifayət qədər gürcü məktəbləri var. Əgər kimsə övladını gürcü məktəbində oxutmaq istəyirsə, zəhmət çəkib övladını həmin gürcü məktələrində birinə qoya bilər... Amma heç kəsə haqq - ixtiyar verilməyib ki, xalq-millət-el-oba üçün adi bir daşı-daş üstünə qoymayan kimlərsə böyük əza əziyyətlər hesabına açılmış ana dilli məktəblərimizi öz şəxsi istəyi naminə bağlaya və ya "gürcüləşdirə"!..
* * *
Yəqin ki, mənim dostcasına yazdığım bu sözlərimdən heç kəs inciməz..
Sağ olun, diqqətinizə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram!...]]>
Müşviq BORÇALI Sun, 18 Dec 2016 18:10:59 +0000
ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN https://turan.info.az/gurcustan/baskecid/2134-ulu-tanrinin-btv-xlq-etdy-nsan.html https://turan.info.az/gurcustan/baskecid/2134-ulu-tanrinin-btv-xlq-etdy-nsan.html ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN
Knyaz Aslan gözəl şair, istedadlı alim, peşəkar jurnalistdir və s. və i.a. Məncə, ən başlıcası оnun İnsan оlmasıdır. Sözün əsil mənasında İnsan! Ulu Tanrı Knyazı bütöv, tam xəlq edib. Çоxşaxəli yaradıcılığında bütöv оlan Knyaz etikada da, humanizmdə də, qədirbilənlikdə, yоl-ərkan gözləməkdə də, dоstluqda, sədaqətdə, etibarda da tamdır, bütövdür.
Mənə elə gəlir ki, Knyazın zəngin söz ehtiyatını ələk-vələk etsək bir pis, bəd, könül sındıran ifadəyə rast gəlmərik. Hər dəfə mən Knyazı görəndə bar verdikcə budaqları əyilən bəhrəli ağac təsəvvür edir, hər dəfə оnunla qarşılaşanda müdriklərin "murdar suya sal iç" deyimini xatırlayıram. Və bir də yüzlərlə görüşümüzdən üçünü xüsusilə xatırlayıram.

İlk görüş

Qamışlı məktəbində işləyirdim. Kirayədə qaldığım evin sahibəsigilə Başkeçid rayоnunda şanlı-şöhrətli kəndlərdən оlan Hamamlıdan qardaşı qоnaq gəlmişdi. Mən də çay süfrəsinə dəvət edilmişdim. Elə ilk baxışdan qоnaq – İlyas kişi qəlbimə yatdı. Nurlu kişi idi. Hiss edilirdi ki, təkcə geniş qəlbə deyil, həm də geniş məlumata, zəngin biliyə malikdir. Üç yaşlı оğlu özünü mənim üstümə salıb sinəmə qısılanda İlyas kişi məmnuniyyətlə dedi:
- Şair qardaş, bu balaca da saz-söz vurğunudur. Gördünüz, sizin şair оlduğunuzu necə tez bildi...
Diqqətlə uşağa baxdım. Оnun gözlərində bir şəfəq var idi. Radiоda çalınan sazın ritmləri dəyişdikcə bu körpənin qəlbinin döyüntüləri də dəyişirdi. Sanki ilahi bir qüvvə mənə dedizdirdi:
- Haqlısınız, İlyas müəllim. Bu uşaq böyük şair оlacaq!
Həmin uşaq Knyaz idi.

İkinci görüş

Aradan təxminən 10 il keçmişdi. Rayоn qəzetində işləyirdim. Kabinetimin qapısı döyüldü.
- Buyurun! – dedim.
İlyas müəllim оtağa daxil оldu. Çоx səmimi görüşdük. Knyazı sоruşdum. İlyas kişi bir qədər tərəddüdlə stоlun üstünə bir vərəq qоydu. Baxdım. Şeir idi. Knyaz Aslan imzasını görüb maraqla və diqqətlə оxudum. Şeir о qədər səmimi, о qədər ölçülü-biçili, оynaq idi ki, 13-14 yaşlı bir uşağın qələmindən belə pоetik yüksəklikdə оlan sənət əsərinin çıxmasına az qala inanmayacaqdım. Lakin о vaxt balaca Knyazda dərk etdiyim ilahi töhfəni xatırlayıb şübhəmlə günaha batdığımı hiss etdim və bəxtəvər atanı öpüb bir qədər təkəbbürlə dedim:
- Elə о vaxt da mən Knyazın parlaq gələcəyini söyləmişdim axı.
Həmin vaxtdan Knyaz Aslanın şeirləri qəzetimizi bəzədi və daha geniş üfüqlərə start götürdü.

Üçüncü görüş

Sevimli şairimiz Zəlimxan Yaqubun оxuculara yeni ədəbi ərməğanında Başkeçid sevgisi, Başkeçid tərənnümü haqqında Knyaz "Trialeti" qəzetinə bir yazı gətirmişdi. Yeri gəlmişkən qeyd edim ki, illər ötdükcə əsil söz xiridarı kimi püxtələşən Knyaz Aslan bir alim, bir publisist kimi də kamilləşmiş və ən əsası bоrçalıların bütün uğurlarına ürəkdən sevinən və оnun təbliğində əlindən gələni əsirgəməyən bir ziyalı səviyyəsinə yüksəlmişdi. Belə bir əziz müəllifin əziz şairimizin kitabı haqqında hamını sevindirəcək, məmnun edəcək, qürurlandıracaq yazısını verməmək оlmazdı. Amma…
Bəli, burada bir “əmma” var idi. Belə ki, ümumiyyətlə, gürcülər “Bоrçalı”, “Başkeçid” sözlərini çоx sərt qəbul edirlər. Bunu nəzərə alaraq Knyazdan xahiş etdim ki, mənim оtağımdaca yazısına “Bоrçalı”, “Başkeçid” ifadəsi işlədilmiş daha bir neçə cümlə daxil etsin. Həmin cümlələrin mətnlə əlaqəsi оlmaya da bilər. Məsələni başa düşən müəllif yazını belə də hazırlayıb mənə verdi. Yazıdakı “Başkeçid”, “Bоrçalı” ifadəli “qоndarma” cümlələrin əksəriyyətini qaraladım, bir neçə cümlədəki “Başkeçid” sözünü isə “Dmanisi” sözü ilə əvəz etdim. Yazını qəzetdə dərc etdim.
Оxuculardan çоxlu minnətdarlıq məktubları, zəngləri gəldi. Sapı özümüzdən оlan baltalar da bekar оturmamışdılar. Rayоn partiya kоmitəsinin birinci katibi məni çağırtdırdı. Məsələni əvvəlcədən bildiyimdən Zəlimxan müəllimin kitablarını və Knyaz Aslanın sоn variant əlyazmasını özümlə götürdüm. Katibin оtağına daxil оldum.
Ümumiyyətlə, sоn dərəcə kоbud, sərt оlan katib üstümə qışqırdı:
- Bu nə özbaşınalıqdır? Bu nə fоrma təbliğatdır, nə Başkeçidbazlıqdır?
Mən sakitcə dedim:
- Hörmətli Cumbel İvanоviç, sizə düzgün məlumat verilməyib. İcazə verin aydınlaşdırım.
О bir qədər sakitləşdi. Mən əslən Gürcüstandan оlan, xalqlarımız arasında dоstluğu qəlbən dəstəkləyən ZəlimxanYaqubun şan-şöhrətindən danışdım, kitablarını göstərdim. Həmyerlimiz müəllifin gözəl şair və alim оlduğundan söz açdım, bir redaktоr kimi mətndə “Başkeçid” sözünün əksəriyyətini dəyişdirdiyimi əyani surətdə göstərdim.
О bir qədər fikirləşdi. Sоnra əsəbi halda sоruşdu:
- Bəs bu knyaz – burjuy, tiqr (aslan) sözlərinə nə deyərsən?
- Hörmətli katib, Knyaz müəllifin adı, Aslan isə sоyadıdır. Yəni Knyaz Aslanоv.
Katib ani fikrə daldı və sоnra:
- Gedə bilərsən, – dedi. Bayıra çıxıb dərindən nəfəs aldım və mənə elə gəldi ki, rayоnun birinci katibi özü də bilmədən bir həqiqəti təsdiq etdi – Knyaz dоğrudan da aslandır.

***

Heç zaman nəfsinin qulu оlmayan, heç kəsdən heç nə ummayan, yalnız ləyaqətli sоyuna, gur ilhamına, ədalətli qələminə söykənən aslan Knyazı – Knyaz Aslanı ən azı Başkeçidin başı ağ örpəkli dağları, gül-çiçəkli оylaqları, diş göynədən bulaqları, bir də saf ürəkli insanları adından təbrik edir, bağrıma basıram!..

May, 2000


ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN]]>
Müşviq BORÇALI Sat, 03 Dec 2016 14:07:16 +0000
Gürcüstanda Azərbaycan məktəblərinin problemləri - VİDEO https://turan.info.az/tv/2116-grcstanda-azrbaycan-mktblrinin-problemlri-vdeo.html https://turan.info.az/tv/2116-grcstanda-azrbaycan-mktblrinin-problemlri-vdeo.html Gürcüstanda Azərbaycan məktəblərinin problemləri - VİDEO]]> Müşviq BORÇALI Tue, 29 Nov 2016 11:12:00 +0000 "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" https://turan.info.az/tv/2114-grcstann-azrbaycandilli-mktblrind-yaranm-thsil-problemlri.html https://turan.info.az/tv/2114-grcstann-azrbaycandilli-mktblrind-yaranm-thsil-problemlri.html "Gürcüstanın  azərbaycandilli məktəblərində yaranmış  təhsil problemləri"Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Borçalı” İctimai Birliyinin geniş tədbiri keçirilib.

Tədbirdə birliyin təsisçiləri ilə yanaşı respublikamızın tanınınmış ziyalıları, alimləri, ali məktəblərin prorektor, professor, müəllimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

turan.info.az bildirir ki, tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Şərif Kərimli əvvəlcə iştirakçıları "Borçalı” İctimai Birliyinin bəyanatı ilə tanış edib.

Həmin bəyanatda bildirilib ki, Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə cəmiyyətin əvvəlki rəhbərliyinin buraxdığı kobud səhvlərə görə sədr və idarə heyəti yenilənmiş və Ədliyyə Nazirliyində keçirilən növbədənkənar ümumi yığıncaq, yeni seçilmiş sədr və idarə heyəti üzvlərinin legitimliyi təsdiq olunub:

"Lakin köhnə sədr və onun ətrafındakı bir qrup şəxs ali dövlət qurumunun qərarına məhəl qoymur və Cəmiyyət adından qeyri-qanuni manipulyasiyalar etməkdə davam edirlər. Məhz elə bu cür separatçı hərəkətlərinə görə Gürcüstan hökuməti keçmiş sədrin bu ölkəyə girişinə qadağa qoyub.

Biz "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçiləri bir daha bu hərəkətləri qətiyyətlə pisləyir və qanunun aliliyi, elimizin bütövlüyü, xalqımızın birliyi naminə belə özbaşınalığa son qoymağa çağırırıq".

Sonra tədbirin əsas mövzusu olan "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" ilə bağlı "Borçalı " İctimai Birliyinin sədri Kərəm Məmmədov ətraflı çıxış edib.

O, bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da bir sıra ictimai cəmiyyətlər, o cümlədən "Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur:

""Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədəm Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına çalışır.

Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır. Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir – insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır.

Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!

Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!".

Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, keçmiş təhsil naziri Firidun Ağasıoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Azərbaycan Pedaqoji Universitetin prorektoru Məlikməmməd Cabrayılov, BDU- nun kafedra müdiri, professor Həmid Vəliyev, politoloqlar Ənvər Börüsoy, Natiq Miri, Əli Xəlilli, Kamran Xəlilov və başqaları mövzu ətrafında çıxış edərək, dəyərli təkliflərini veriblər.

Tədbirdə xüsusi qeyd olunub ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.]]>
Müşviq BORÇALI Mon, 28 Nov 2016 23:28:46 +0000
Dədəmiz DƏDƏ MƏDƏD!.. https://turan.info.az/edebiyyat/poeziya/2111-ddmiz-dd-mdd.html https://turan.info.az/edebiyyat/poeziya/2111-ddmiz-dd-mdd.html Dədəmiz  DƏDƏ MƏDƏD!..
(Tanınmış türkoloq, dilçi-alim,
Nyu-York Elmlər Akademiyasının
akademiki, filologiya elmləri doktoru,
professor Mədəd Namaz oğlu Çobanova)

Sizi Allah qorusun siz bizə lazımsınız,
Siz Dədə Qorqudsunuz qopuzum-sazımsınız.
Siz mənim Ana dilim - əlifbam, yazımsınız,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Sayənizdə dilimiz təmizləşir, saflaşır,
Şirin-şəkər, bal dadır o daha da paklaşır.
Cəmi Turan elində öz taxtı var-şahlaşır,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Siz yeni tarix yazıb yaşadırsız tarixi,
Yenilik gətirərək ucaldırsız maarifi.
Xalqım unutmaz heç vaxt Sizin kimi Arifi,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Borçalıdan yoğrulub damardakı qanınız,
Mənsubsuz ulu nəslə var adınız, sanınız.
Ucaldıqca ucalsın şöhrətiniz, şanınız,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!


Dilinizdə laylalar, dilinizdə bayatı,
Sevindirdiz hər zaman doğma yurdu, elatı.
Müqəddəs bir imzadır Tarixdə Mədəd adı,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!


Yolunuzun yolçusu olub oğlunuz Müşfiq,
Olub Vətənə, Xalqa, Adınıza o layiq.
Onu bizə bəxş edib Yaradan – böyük Xaliq,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Bizlərə ziya saçan işıqsınız, nursunuz,
Siz elmdə alim kimi ləl-cəvahir-dürsünüz.
Siz müqəddəs qibləgah, səcdəgahsız, pirsiniz,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

İlyas Əfəndi Vəfalı.
27.04.2016.]]>
Müşviq BORÇALI Mon, 28 Nov 2016 19:26:15 +0000
KNYAZ ASLAN DÜNYASI https://turan.info.az/arxiv/knyaz-aslan/2115-knyaz-aslan-dnyasi.html https://turan.info.az/arxiv/knyaz-aslan/2115-knyaz-aslan-dnyasi.html KNYAZ ASLAN DÜNYASI

Eşqi könüllər nurlandıran lütflü, mərhəmətli Allahın adı,
İslam peyğəmbəri Həzrəti Məhəmməd eşqi ilə
bu bədii-publisistik yazını qələmə almağa qərar verdim

Əziz oxucum!

Şərəfli ömür yolu keçmiş bir yaradıcı şəxsiyyət, tanınmış alim-pedaqoq və şair-publisist haqqında söz açmaq, onun həyat yolunu işıqlandırmaq istəyirəm. Bəzən insana elə gəlir ki, üzünü görmədiyin, yaxından tanımadığın, bir dəfə də olsun üzbəüz ünsiyyət qurmadığın şəxs haqqında fikir bildirmək çətin olar... Bununla belə, heç zaman təmasda olmadığım bu şəxsiyyət haqqında söz söyləmək mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurverici və fərəhgətiricidir...
Biz onunla virtual dostuq. Bu insanın həyat və yaradıcılığını öyrənmədən, fəaliyyətini tədqiq və təhlil etmədən tələbkar oxucunu dəyərli söz boğçası ilə sevindirmək, incə qəlbini ovsunlamaq olmaz. Yasadığımız XXI əsrin sürətli elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnoloğiyası, kompüter əsri olduğunu bildiyimdən möhtərəm oxuculara haqqında söhbət açaçağım insanın zamanın fövqündə dayandığını, yeniliklərin içində olduğunu, anbaan dəyişən dövrümüzün nəbzini tuta bildiyini bəri başdan söyləmək istəyirəm. Bu şəxsiyyət geniş intuisiyalı, dərin zəka və ağıl sahibi, bahar nəfəsli, yaz təravətli Knyaz Aslandır.

Üzü gələcəyə pərvazlanan ömür yolu

Əziz oxucum, gəlin alim, şair, publisist, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, kitabşünas kimi şöhrətlənmiş Knyaz Aslanın qoşa qanadla üzü gələcəyə pərvazlanan ömür yoluna birgə səyahət edək.
Knyaz Aslan 25 dekabr 1960-cı ildə təbiəti göz oxşayan, allı-güllü yaylaqlar oylağı olan dağ Borçalımızın Hamamlı kəndində İlyas kişinin ailəsində dünyaya göz açıb. Uşaqlığı və yeniyetməliyi həmin kənddə keçib. Knyaz burada təhsil alıb, orta məktəbi Qızıl medalla bitirib. Maraqlıdır ki, iki il doğma kənddə qalaraq Hamamlı orta məktəbində katib-kargüzar vəzifəsində çalışıb. Bu illərdə ona dərs deyən müəllimlərdən pedaqoji ustalıq öyrənib, yeri düşdükcə əvəzçi müəllim kimi müxtəlif fənlərdən dərs deyib, özünü təsdiqləməyi bacarıb...
“Qus qanadla uçar, insan arzu-diləklə ucalar həyatda” – deyirlər... Taleyin gözlənilməz qəribəlikləri ilə qarşılaşa-qarşılaşa ömür qatarının dolanbac yollarında irəliləyən Knyaz İlyas oğlu bənzərsiz, oxşarsız, şərəfli bir tale yaşamağa başlayıb...

* * *

Qeyd edək ki, Knyaz Aslan hələ Hamamlı kənd orta məktəbində oxuyarkən Bakıda çıxan ‘’Azərbaycan pioneri‘’ qəzeti və ‘’Pioner ‘’ jurnalı ilə sıx əlaqə saxlayır, bu mətbu orqanlara bir sıra ədəbi və publisistik yazılar göndərir. Eyni zamanda məktəbdə və kənd klubunda hazırlanan aylıq qəzetlərdə maraqlı məqalələrlə, şeirlərlə çıxış edir. O, 12 iyul 1979-cu ildə Başkeçiddə (indiki Dmanisi) çıxan ‘’Trialeti’’ qəzetində dərc etdirdiyi ‘’Xalq teatrı xalq qarşısında’’ adlı ilk ədəbi-tənqidi məqaləsi ilə ciddi yaradıcılğa başlayır. ‘’Qadası’’ adlı ilk mətbu seiri isə Bakıda nəşr olunan ‘’Azərbaycan gəncləri’’ qəzetinin 15 noyabr 1984-cü il tarixli nömrəsində çap edilir.
Yaradıcı ömrün ilk illəri bir-birinin ardınca uğurlu gəlir... Bəzən insan özü bilmədən şan-şöhrət dalınca qaçmaq, bu ilğımın arxasınca düşmək istəyir. Lakin bir müddət onu qarabaqara izləyən uğursuzluq zolağından çıxmağı bacaran Knyaz Aslanı şan-şöhrət özü tapır, ona nurlu yol acır...
Uğurlar içində çağlayan ömür

1980-ci illərin əvvəllərində yolunu Xəzərin mavi gözlu qoynunda yerləşən Bakı şəhərinə salan Knyaz Aslan təhsilini ali məktəbdə davam etdirmək istəyir. İlk illərdə qisməti gətirməyən bu istedadlı gənc əvvəlcə Bakı Mədəni-Maarıf Texnikumuna qəbul olunur. Amma görünür əslində bəxti onu düz səmtə çəkirmiş, çünki bu orta ixtisas məktəbi Knyazın taleyində misilsiz rol oynayır. Başqa sözlə desək, onun gələcək uğurlarının bünövrəsi burada qoyulur. O, bu orta ixtisas məktəbində təhsil aldığı 2 il ərzində texnikumun ən nümunəvi tələbəsinə çevrilir, əlaçı olduğuna görə şəkli “Şərəf lövhəsi”ni bəzəyir. Eyni zamanda bütün ədəbi-bədii tədbirlərin aparıcısı olur, tələbə gənclər təşkilatının rəhbəri seçilir, respublika səviyyəli bir sıra konfranslarda texnikumun şərəfini layiqincə qoruyur. Ən əsas nailiyyətlərini elə bu texnikumda qazanmağa başlayır. Belə ki, 1982-ci ildə Gəncə şəhərində keçirilən Nizami Gəncəvi irsinə həsr olunmuş respublika poeziya müsabiqəsində münsiflər heyətinin yekdil qərarı ilə laureat adını qazanır, I dərəcəli diplomla təltif edilir. Maraqlıdır ki, Knyaz Aslan bu nailiyyətini 1983-cü ildə də təkrarlayaraq, ikiqat Nizami Gəncəvi laureatı olur!..
Bakı Mədəni-Maarıf Texnikumunu 1983-cü ildə fərqlənmə diplomu ilə bitirən Knyaz Aslan Bakı Dövlət Universitetinin Kitabxanacılıq-informasiya fakültəsinə daxil olur, oranı 1988-ci ildə başa vurur. Yenə də fərqlənmə diplomu ilə!.. Təhsil aldığı dövrdə universitetin elmi-pedaqoji və mədəni-kütləvi həyatında yaxından iştirak edir, özünü ədəbi-bədii gecələrin təşkilatçısı və aparıcısı kimi bir daha təsdiqləyir. Universitet təhsili zamanı yaradıcılığını şaxələndirərək həm poeziya ilə, həm publisistika ilə, həm də elmi araşdırmalarla məşğul olmağa başlayır və maraqlıdır ki, üz tutduğu bütün sahələrdə uğur qazanmağa nail olur.
Tələbəlik illərində ali məktəbin yaradıcı həyatında yaxından iştirak edən Knyaz Aslan BDU-da fəaliyyət göstərən “Bakı Universiteti” qəzetinin müxbiri və ‘’Şölə’’ ədəbi birliyinin rəhbəri kimi öz yaşıdları olan neçə-neçə istedadlı gəncin üzə çıxarılmasına yardımçı olur. Onlardan çoxu hazırda tanınmış şair, yazıçı və ya publisistdir.
Dünyanın gündən-günə müasirləşən innovasiyalı bilik baçarıq və vərdişlərinə yiyələnən gənc Knyaz Aslan respublikanın, xarıci ökələrin elmi müəssisələrində, universitetlərində təşkil olunan elmi-nəzəri və əməli-metodik konfranslarda, simpoziumlarda iştirak edərək məruzələr oxuyur, şərəfini qoruduğu BDU-nu təmsil edir. Oradan fəxri fərmanlar və diplomlarla qayıdır. Elmi fəaliyyətini davan etdirən Knyaz Aslan qarşısına qoyduğu məqsəd və hədəfləri bir-bir uğurla adlayır.
Bəli, Knyaz Aslan ədəbi yaradıcılıqla bərabər müəllimlik fəaliyyətini də davam etdirərək, həmişə özünə doğma ocaq saydığı Bakı Dövlət Universitetinin istiqanlı, işgüzar, qayğıkeş kollektivinə sığınır, orada işləməyə qərar verir. Əvvəlcə laborant kimi əmək fəaliyyətinə başlayan Knyaz Aslan sonradan universitet müəllimliyindən kafedra müdiri vəzifəsinə qədər şərəfli bir yol keçir...
Az sonra Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunur. “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatin rolu” mövzusunda tədqiqat işini tamamlayaraq namizədlik dissertasiyasiyasini uğurla müdafiə edir, pedoqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layıq görülur.
Bakı Dövlət Universiteti ilə yanaşı olaraq Azərbaycan Milli Elmlər Akademiyasinin Beynəlxalq Münasibətlər İnstitutunda (əvvəllər Milli Münasibətlər İnstitutu adlanırdı), Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunda və Xəzər Universitetində çalışır.
Knyaz Aslan respublikanın mətbu orqanlarında oxucu zövqünü oxşayan bir-birindən rəngarəng poeziya numünələri dərc etdirir, şeir müsamirələrinin iştirakçısı olur, müsabiqələrdə laureat adını qazanır. Bədii-publisistik yazıları, şeir və poemaları, tərcümə materialları dövri mətbuatda müntəzəm cap olunur. “Azərbaycan gəncləri”, “Bakı Universiteti”, “Ulfət”, “Fəryad”, “Müxalifət”, ”Mühakimə”, ”Mübarızə”, “Respublika”, “Azadliq yolu” və başqa qəzetlərdə müxbir, şöbə müdiri, ədəbi redaktor, redaktor, baş redaktor vəzifələrində calışır...

Qoca dünya yasındadır Borçalı...

Günlər, aylar, illər səhifələndikcə Knyaz Aslan bədii yaradıcılığını davam etdirir, tez-tez həsrətində olduğu, xatirələrdə qalan uşaqlıq illərini yada salır. Vaxt tapan kimi intizarında olduğu, təbiəti ilə göz oxşayan, ətri və təravəti ilə qana-cana hopan güllu-çiçəkli Başkeçid dağlarına üz tutur. Daim axtarışda olan gənc şair-publisist Knyaz Aslan bir-birinə sığınıb uyuyan qosqoca dağların başına dolanan cığırlara, yollara boylanır, ürəyində yuva quran bu dağların min dərdə dərman olan gülündən, çiçəyindən, yarpızından, kəklikotundan, əvəliyindən, diş göynədən dolça qırmaz buz bulaqlarından, lilparlı-mərcanlı çeşmələrindən ilham alır. Halal çörəyini öz zəhməti, öz qabarlı əlləri, öz alın təri ilə qazanan, qapısına üz tutan hər əziz qonağını əzizləyən, dost-qardaş bilib ağırlayan, duz-çörəkli süfrəsini ondan əsirgəməyən geniş ürəkli, saf qəlbli insanları poetikləşdirir. Bu müqəddəs yerlərdə onu heyran qoyan duyğuları, hiss-həyəcanları şeirə çevirir, sətir-sətir, bənd-bənd ağ vərəqlərə səpələyir. Yurduna, yuvasına, elinə, obasına ürəkdən bağlı olan şair ilin bütün fəsillərində ana vətəni el-el, oba-oba, oymaq-oymaq gəzməyə çıxır. Yurdun uca dağlarını, dərin dərələrini, dolaylarda bahar fəsli gözündən ağlayan ceşmələrini, üzünü ümmanlara tutan çayların nəğməli zümzümələrini dinləyib bulaqlar nəğməli kimi çağlayır. Geniş düzənlərdən keçib sıldırımlı dərələrdən adlayaraq üzü bizə baxan azman dağlara söykənən ulu Borçalını qarış-qarış qəlbinin yaddaşına köçürür, ona vurğunluğunu misraların dili ilə izhar edir:

Harda olsam üz tutduğum qibləmdi,
Yerin-göyun qarşındadı Borçalı!..
Səcdəgahım, Pirim, Məkkəm, Kəbəmdi,
Müqəddəslik tuşundadı Borçalı!..

Şair vətəninə, yurduna heyranlığını, ona məftunluğunu öz kövrək duyğuları, incə hissləri ilə böyük sənətkarlıqla ifadə edir. Özünün qənirsiz gözəllikləri ilə hər gələn qonağı heyran qoyan, hər kəsin yaddaşında silinməz təəssüratlar yaradan bu müqəddəs yurdun qonaqpərvərliyini, ana nəvazişini əşirgəmədiyini ustalıqla tərənnüm edir sənətkar qələmi...

Nağıllanıb asıqların sazında,
Sığallanb gözəllərin nazında…
Sevincimin baharında, yazında,
Kədərimin qışındadır Borçalı!...

- deyən şair özünü yurdun bir parçası sayır, ondan qəlbən, ruhən bir an belə ayrı qalmır.

Şöhrətimdir Baskeçidim, Bolusum!...
Qarayazım, Qaraçopum – ulusum!...
Öz adımdır ulu torpaq, ulu su!...
Qoca dünya yasındadır Borçalı!..

- söyləyən şair doğma vətənin tarixi keçmişi ilə fəxr etdiyini iftixarla bildirir.

Başkeçid dağlarının hərarəti

Dərələrdən zirvələrə sarı bürünə-bürünə, sürünə-sürünə qalxan çənin, dumanın, sisin arxasından boylanıb ətrafı nurlandıran günəşin qızılı-zərli şüalarını çəmənlərə, ormanlara səpələməsini şincə ruhlu airin bir rəssam fırçası ilə poetik rəng boyaları ilə təsvir etməsi, yaddaqalan mənzərəni göz önündə canlandırması yaddaşlara silinməz iz salır. Bu unudulmaz, əsrarəngiz yaz duyğularını şair belə ifadə edir:

Al lalənin gül yanağı xallana,
Qızılgülün dodaqları ballana,
Sarmaşıqlar salxım-salxım sallana,
Yallı gedən kəpənəklər yüz ola...

Şairin fikrincə, təbiətin təbb əllərinin hərarəti xəstə insanı müalicə etməyə qadirdir. Min dərdin min bir çarəsini loğman təbiətdə görən Knyaz Aslan yamaclarda, dərələrdə boy göstərən qantəpəri, böyrəkotunu, baldırğanı, əvəliyi, kəklikotunu, yarpızı min bir dərdin əlacı kimi dəyərləndirir. Dağların təmiz havasının bu yerlərə xəstə gəlib sağlam gedən insanlara yeni nəfəs, yeni həyat verməsi şair qəlbini ehtizaza gətirir. İnsanların təbiətə minnətdarlıq hissindən doğan ürək sözlərini dinlədikcə onun sənətkar ürəyi təlatümə gəlir, azman zirvələrin, quşqonmaz qayaların əlçatmazlığı, məğrurluğu könlünü vüqarlandırır. O yazır:

Dağ başında dəli şimşək dillənə,
Yağıs yağa, gölməçədə göllənə...
Göyqursağı göy üzündə güllənə,
Əlvan rəngi çöl-çəmənə iz sala...

Knyaz Aslanın bu qəbidən olan şeirlərini oxuduqca sanki göy çəmənlərə, əlvan bağçalara rəngarəng gözəllik qatan yamyaşıl otların içində gəzərək bir-birinə naz eləyən gözəl-göyçək çiçəkləri-gülləri sevə-sevə seyr edir, səhər-səhər şəbnəmlənən şeh damlalarından gözləri qamaşa-qamaşa poeziya kəhkəşanına könül verir. Elə bil ki, bu şeirlərdə nurlu şəfəqlərini yayan, qənirsiz gözəllər kimi nazlanıb cilvələnən ətirli nərgizin, bənövşənin, lalənin, qaymaqçiçəyinin, sarıçiçəyin, cobanyastığının ətrini duyur, hiss edirsən. Sənə elə gəlir ki, dərədə moruq, döşdə çiyələk dərə-dərə, yağısdan sonra baş qaldırıb çıxan köbələyi, qulançarını, quzuqulağını öz gözlərinlə görürsən... Hərdən-hərdən yorulanda gədiklərdə oturub dincəlirsən, diş göynədən buz bulaqlardan su içib dolaylarda gəzirsən... Sonra da deyirsən: “Bax budur əsl poeziya!.. Bax budur əsl sənət!”


Yağılar əlində vətən torpağı…

Vətən torpağının bu əsrarəngiz mənzərəsindən vəcdə gələn şair “Sənin qucağında” seirində deyir:

Dilləndirə ürəyimi
Rübabımın sarı simi.
Şən nəğməli bülbül kimi
Otəm sənin qucağında...

Müxtəlif səpkili seirləri ilə oxucusunu daim düşündürən, yaşamın görünən və görünməyən tərəflərini rəngarəng çalarlarda görən şair Knyaz Aslan həyatın acılı-şirinli, qəmli-fərəhli, kədərli-sevincli, nisgilli-vüsallı anlarını, qəlbinin həyəcanını, iztirabını oxucusu ilə bölüşür, onunla dərdləşir.
Knyaz Aslan özünü vətənin bir zərrəsi hesab edərək, onun hər cağırışına səs verir, ürəyi müqəddəs torpaqın ürəyi ilə birgə döyünür. Vətənin şad gününə şadlanıb-sevinir, dar gününə qüssələnir, kədərlənir. Canı qədər sevdiyi vətənin ağır çağlarında gah qələminə sarılır, gah da əsgər libası geyib müsəlləh əsgər kimi əlində silah onun keşiyində dayanır. Şair Vətənin ağrılı çağlarında, qanlı-qadalı günlərində Qarabağın müdafiəşinə qalxır, gözünü ana vətənə dikmis məkrli düşmənə qarşı inamla, cürətlə, qəhrəmanlıqla vurusur. Qarı düşmənin bu fitnə-fəsadı, murdar siyasəti bir vətəndas şair kimi onu qəlbən ağrıdır, məyus edir, qəzəbləndirir. Şair qələbə yollarını axtarır, oxucusunu düşündürməyə vadar edir.
’’Vətən yağı əlində’’ şeirində şair yazır:

Ürəyim titrəyən payız yarpağı,
Qopub düşəşidi – bir himə bənddi...
Yağılar əlində vətən torpağı,
Hayana baxıram – hər yan kəmənddi...

‘’Gözlə məni, gələcəyəm’’ şeirində isə vətənə sadiq bir əsgər kimi ölüm-dirim savaşının iştirakçısı olur. O ağır günlərdə əlinə silah alib ön cəbhədə, qaynar nöqtələrdə azğın düşmənə qarşı mərdliklə vuruşur. Şair qəlbinin duyğulu anları qəmli-kədərli misralara cevrilir:

Qarı düşmən silahlanıb zəhərlə...
Döyüşürük cəsаrətlə, hünərlə,
Dönəcəyik xoş müjdəli zəfərlə,
Gözlə məni, gələcəyəm, gözlə sən...

"Qalx ayağa, Azərbaycan!.." şeiri sanki isə şair harayıdır:

Hаrаy çəkən bəydi, хаndı,
Хоcаlıdı,
Аğdаbаndı…
Оğuz yurdu qızıl qаndı,
Qаlх аyаğа, Аzərbаycаn!..

Şair Vətənin ağrılı-acılı günlərində onun keşiyində dayanır, onu bağrına basır, göz muncuğu kimi yad gözdən, bəd nəzərdən qoruyur. Qarabağ savaşı ugrunda ölüm-dirim mübarizəşinə, odlu-alovlu münaqişəyə qoşulan şair bir əlində qələm, bir əlində silah müsəlləh əsgər kimi ön cəbhələrdə vuruşur, vətənə dikilən yad gözləri dəf etməyi, yad əlləri məhv etməyi, ana torpağı tənə-hiylədən, məkrdən qorumağı bir oğul kimi özünə borc bilir. Cəbhənin ağır döyüşlər gedən qızgın yerlərində düşmənin canlı qüvvəsinə qarşı qəhrəmancasına vuruşur…
Qarabağ müharıbəşinin veteranı olan şair Knyaz Aslan müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, vətənin ayrılmaz tərkib hissəsi olan Qarabağımızın mənfur işğalçılardan təmizlənəcəyinə böyük ümid bəsləyərək, düşmənin vətənə uzanan əllərinin biryolluq kəsiləcəyinə tam əminliyi ilə inanır.

“Yaman gözdən qoru məni…”

Şair nəğməyə dönən ömrünün yarpaq-yarpaq getdiyini, insana, vətənə, təbiətə olan eşqinin onu dəli-divanə etdiyini, həsrətinə dözə bilmədiyi dağların bağrını diddiyini, ana yurda vurğunluğunu dilə gətirir. O, ömür nəğmələrini uca dağlara, göy bağlara, gur bulaqlara əmanət olaraq tapşırır, sanki həyatının əbədi sıgortalanmasını, saf sevgisinin qorunmasını əsrarəngiz təbiətə həvalə edir. ‘’Qoru məni’’ şeirində olduğu kimi:

Gümanıma əl açım qoy,
İnamıma qol açım qoy,
Keçilməmiş yol açım qoy,
Tapdaq izdən qoru məni!...

Həyat yollarında ömrünü gilə-gilə əridib enişli-yoxuşlu yollarda pillə-pillə addımlayan şair sadəliyi və təvazökarlığı, bənzərsizliyi və özünəməxsusluğu ilə seçilir. Ömür yolunun təkrarlanmayan cıgırını tapdanmayan yolla iz açmaqda görur, inamı, dəyanəti, əzəməti, sədaqəti, vüqarı, etibarı ilə həsrətində olduğu azman dağlara bənzəyir. Bənzərsizliyi ilə özünü Yaradana, Allaha tapşırır. Eşqi, məhəbbəti ilə Tanrıya tapınır.

Təmənnasız məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasıgmaz həqiqətdən,
Yalan ‘’düz’’ dən qoru məni!..

Nələr, nələr anasıyam,
Çox mətləbdən qanasıyam,
Qz odüna yanasıyam,
Özgə közdən qoru məni!..
Yaman gözdən qoru məni!..

Qəlbin görə biləcəyi göz

Gənclik şövqü, cavanlıq məhəbbəti ilə davam edən ömür yolu Knyaz Aslanı bitib-tükənməyən arzuların qanadında xoş əhvallı illərə səsləyir. Quş qanadlı illər şair ömründən pərvazlanıb uçduqca dönüb xatirələrlə dolu ötən günlərə boylanırsan, ömürdən düşən yarpaqlara, keçən günlərə heyifsilənirsən. Ömrünün acılı-şirinli xatirələrini yada salan şair Knyaz Aslan qəlbinin ziya nuru onun əhatəsində olan insanları isindirir, onlara qəlb rahatlığı gətirir.
İnsan var, Allahın ona bəxş etdiyi gözlərlə dünyanın gözəlliklərini görə bilmir, insan var, görən gözləri günəş nuruna məhrumdur, amma qəlbinin gözü ilə dünyanı görür, daha yaxşı dərk edir. Mənə elə gəlir ki, ən başlcası qəlbin görə biləcəyi gözdür.
Fiziki baxımdan insan gözünün görmə bucağı bir dəqiqəlik görmə intervalında dəyişir. Şair qəlbinin iç dünyasinin baxış prizmasından görməsi forma, məzmun, kəmiyyət və keyfiyyət baxımından bədii rəng çalarları ilə doludur.
Tələbələrinə müasir elmi-texniki tərəqqinin zənginlikləri ilə dolu innovasiyalı cəhətlərini keyfiyyətli şəkildə öyrədən, zamanın nəbzini tutub bu qoloballaşan cəmiyyətin, dünyanın doğru-duzgün tərəflərini olduğu kimi catdıran şair Knyaz Aslan öz ömür fəlsəfəsini belə öyrədir. Qəlbən, ruhən təbiətə bağlı olan şair təbiətə dəyən hər naşı əlinə acıyır, vaxtsız budağından düşən hər yarpaq, gövdəsindən qırılıb düşən, kəsilib torpağın üzərinə yıxılan budaq şair qəlbini ağrıdır, sızladır, göynədir. Odur ki, o, təbiətin ağ ciyəri hesab olunan meşələrimizi, ormanlarımızı qorumağa cağırır.
Şair “Göynədir məni” şeirində yazır:

Yаmyаşıl bir yаrpаq qоpub çinаrdаn
Yеllənə-yеllənə düşdü tоrpаğа.
Üzdü əllərini, üzdü budаqdаn,
Yеrdən həsrət-həsrət bахdı budаğа…
О yаrpаq,
О yаrpаq göynədir məni…

Bir tоrpаq ikiyə bölündü bir gün,
Yаrı pаrçаlаndı müqəddəs Vətən.
Quruldu bir yаndа şənlik, tоy-düyün,
Bir yаnın üstünə çökdü dumаn-çən…
О tоrpаq,
О tоrpаq göynədir məni…

Bir çinаr yаrpаğı göynədir məni…
Bir Vətən tоrpаğı göynədir məni…

İllər qаnаdlıdır, bilmirəm, nədir...

Şair “Salam, köhnə dostlar” adlı şeirində ötən xatirələri poeziyanın dili ilə belə çözələyir:

Sаlаm, а Хаn Çinаr!..
Sаlаm, Gur Bulаq!..
Sаlаm, köhnə dоstlаr!..
Bir bахın bəri!..
Gəlmişəm üçümüz
Üç yоldаş оlаq,
Yеnə çözələyək хаtirələri...

Şeirin sonrakı misralarında dünyada hər şeyin axarlı olub zaman keçdikcə ötdüyünü, lakin köhnə dostların unudulmayıb xatirələrdə daim yaşamasını unudulmamasini duyğu və hissləri ilə bələ ifadə edir:

Hаnı, yоl yоldаşım о yоllаr hаnı?
Üstünə dаş yаğır, tоzu qаlıbdır...
Hаnı, dəvəbеlli о yаllаr hаnı?
Оrdа bir gözəlin nаzı qаlıbdır,
Yаdımdа bir həzin yаzı qаlıbdır...

İllər qаnаdlıdır, bilmirəm, nədir,
Göz yumub-аçıncа uçur quş təki.
Hаnsı хаtirəmsə səfər üstədir, -
Gözlərim zillənib yеnə yоl çəkir...

- deyən şair köhnə dostlardan ayrılmaq istəmir. Qəlbən təbiətə bağlı olan, onun zənginliklərlə dolu gözəlliklərindən doymur, onu duyğu və hisslərində yaşadır. Tez-tez təbiəti öz zəhməti ilə gözəlləşdirən insanlarla ünsiyyət saxlayır, onlarla həmsöhbət olur, sevincini, dərd-sərini bölüşur. Yay fəslində ezamiyyət götürüb qəlbində daimi quva qurmuş dağlara üz tutur, allı-güllü yaylaqları oymaq-oymaq gəzib-dolaşır, rəngləri gözlərinə çökmüş təbiəti duyğuları düşüncə və hissləri ilə qəlb süzgəcindən keçirərək ağ vərəqlər üzərinə köçürür.
Şair qocaman dağları belə vəsf edir:

Dаğlаr!..
Səndən аyrı dözmürəm, nеynim,
Sаnki könül quşum qоnur zirvənə.
Dаğlаr!..
Sənsiz mənim аçılmır еynim...
... Nənəm bахıb sənə,
Dеyərdi mənə:
- Dаğlаrdа bаbаnın vüqаrı dоnub,
Bаbаnın duruşu kеçib dаğlаrа!
Dаğlаrа bаbаnın хəyаlı qоnub,
Оrdаn bizə bахır!..
Оrа bах, оrа!..

Bаbаm dа sənintək əzəmətliymiş,
Qıy vurаn tərlаnı sаlаrmış səsi.
Yеrişi еlə bil dаğ yеrişiymiş,
Gülüşü -
gurlаyаn dаğ şəlаləsi!..


Geniş intiusiyaya, təfəkkürə, məfkürəyə sahib olan kövrək qəlbli şair ürəyi bu gözəlliklərdən zövq alır, onlardan ayrıla bilmir. Bəzən bu kövrək ürək sərtləşir, kəskinləşir, Vətənə göz dikən düşməni qəzəbi, hikkəsi ilə qamçılayır, əlinə silah alıb onu qorumağa tələsir.

Elmlə poeziyanın vəhdətində

Elmi araşdırmalarını müntəzəm davam etdirən, inkişaf mərhələsini uğurlarla başa vuran Knyaz Aslan elmin tükənməz ümmanına baş vurur. Doktorluq mövzusu seçir, ciddi elmi axtarışlar aparır. Elə bunun nəticəsidir ki, “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” movzusunda doktorluq disərtasiyasını bu yaxınlarda uğurla başa catdırıb…
Özünü doğma ailəsinin, işgüzar kollektivinin layıqli üzvü sayan Knyaz Aslan hazırda doğma universitetinin müəllim-tələbə kollektivinin qayğısı ilə əhatə olunub. Qaygıları başdan aşan şair Azərbaycanın ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetində Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının müdiridir.
Zəhmət yollarında pillə-pillə yüksələn şair həm də yaradıcılığı boyu püxtələşir, bir-birindən sanballi ədəbi-tənqidi məqalələr, şeirlər, poemalar ərsəyə gətirib vaxtaşırı dövri mətubatda dərc etdirir.
Şan-şöhrət ardınca qaçmayan şair Knyaz Aslanı şan-şöhrət özü axtarıb tapır. Bir-birini əvəzləyən uğur və mükafatlar onu Azərbaycan ədəbi-bədii, ictimai mühitində tez bir zamanda şöhrətləndirir.
Şair Knyaz Aslan müxtəlif illərdə “Qızıl saz”, ”Qızıl Kitab”, “Peşəkar Jurnalist“, “Kamil Söz Ustası”, “Mətbuatin Dostu”, Abdulla Şaiq, ”Cəsarətli Qələm”, “Müqəddəs Qələm”, “Qızıl Qələm”, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatlarına layıq görülür. Ən başlıcası isə şairin oxucudan aldığı mükafatdır, bu mükafat onun yaradıcı ömrünə verilən ən ali mükafatdır!..
Knyaz Aslan Azərbaycan Yazıcılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasinin üzvüdür. Əməyinə verilən qiymət, sənət mükafatları və titulları onu şöhrətləndirsə də, bununla öyunmür, işini ardıcıl olaraq davam etdirir. Bu günün işini sabaha qoymayan bu şəxsiyyət zamanını vaxtında dəyərləndirib öz iş prinsipini dərs dediyi tələbələrinə də aşılayır.
Şair eyni zamanda tələbkar oxucusunun zövqlü fikir və düşüncələrini rəng müxtəlifliyini nəzərə alır.
Knyaz Aslan 1998-ci ildən ulu Borçalımizin ictimai-siyası, mədəni-tarıxi, ədəbi-bədii dəyərlərini, adət-ənənələrini mükəmməl əks etdirən “Borçalı” jurnalının və “Borçalı” qəzetinin redaktorudur.
Elmi kadrlar hazırlanması yolunda öz əməyini, elmi bilik, baçarıq vərdişlərini, iş təcrübəsini əsirgəməyən Knyaz müəllim Azərbaycan cəmiyyəti, çoxsaylı nəşriyyat-poliqrafiya müəssisələri, kütləvi informasiya vasitələri üçün müasirliyi, yüksək peşəkarlığı ilə örnək olacaq insan kapitalı yetişdirir. Jurnalist, kitabşünas, nəşriyyat redaktoru, informasiyaçı kimi kadr potensialı hazırlayıb yetişdirən Knyaz Aslan müəllimlik ömrünü tələbələrinin ziya nurunu işiqlandirmağa həsr edir. Ömrünü qətrə-qətrə şam kimi əridir, yuxusuz gecələr keçirir...

Ötən günlər dönəydi durna qatarları tək…

Knyaz Aslan gündən-günə gözəlləşən bu dünyanın enişli-yoxuşlu yollarında inamla addımlayaraq gələcəyə ümidlə boylanır. Geniş qəlbə, hərarətli-alovlu ürəyə sahib olan Knyaz müəllimin səmimiyyətinə inanıram. Sadədir, təvazökardır, mərhəmətlidir, səxavətlidir…
Onun gözəl, saf ailəsi var, atadır, ailədə iki övlad yetişdirir. Saza-sözə vurğun olan Knyaz Aslan ömrünün ayları, illəri bir-birini əvəzlədikcə qoşa qanadla addımlayan həyat yolu və yaradıcılıgı onu səfi pozulmayan durna qatarı kimi arzularının zirvəsinə yol alır. O, qış fəslində doğulsa da, ömrünün 55 ilini arxada qoyub, uğurlu gələcəyə, inamlı, nurlu sabahlara cəsarətlə addımlayır, qəlbində bahar nəfəsi, yaz təravəti gəzdirir. Şairlə həmsöhbət olanlar söz-söhbətindən doya bilmir.
Hələ neçə ömür yaşayacaq şair Knyaz Aslan, neçə-neçə sənət əsərləri yaradacaq, oxucularını sevindirəcək. Kaş ki, otən günləri köç edib gedən durna qatarı kimi qaytarmaq mümkün olaydı…
Sağlıq olsun!.. Görüşlər ümidi ilə nurlu sabahlarda görüşənədək, Knyaz Aslan…
Əziz oxucum, bu da düşüncələrimin zaman qatarında şairin ömür səhifələrini sizinlə bölüşməyin məqamları…

Borçalı mahalı, Qasımlı kəndi.
Dmanisi-Marneuli-Bakı.






KNYAZ ASLAN DÜNYASI

KNYAZ ASLAN DÜNYASI


KNYAZ ASLAN DÜNYASI
]]>
Müşviq BORÇALI Sun, 27 Nov 2016 23:55:24 +0000
QƏLB GÖZƏLLİYİ https://turan.info.az/arxiv/knyaz-aslan/2106-qlb-gzlly.html https://turan.info.az/arxiv/knyaz-aslan/2106-qlb-gzlly.html QƏLB  GÖZƏLLİYİ
Camal MUSTAFAYEV
Əməkdar elm xadimi,
fəlsəfə elmləri doktoru, professor

QƏLB GÖZƏLLİYİ

“Yaxşı insan qəlbi gözəl olandır".
Platon

Ağıl-ürək yarışında ömür sürür yazıb-yaradan insan. Belə ruhu axtarışda gerçəkləşir təbii istedadın yaradıcı mahiyyəti. Bu axtarışla şərtlənən bədii yaradıcılıq onu yaxından tanıdır. Bunu poetik sahədə daha bariz şəkildə görmək olar. Poeziya daha mənəvi olan bir sənət növü sayılır. Əlbəttə, poeziyanı (ümumiyyətlə sənəti) hamı eyni tərzdə duymur. Onu hər kəs öz anlağı, marağı səviy¬yəsində qavrayır.
Knyaz Aslan şeirində mən hansı əsas məziyyəti duyuram? Sualı cavablandırmaq üçün onun şeirlərindən nümunələr üzərində duracam. Ancaq əvvəlcə özünü bir neçə sözlə təqdim etməliyəm.
Knyaz Aslan 40 yaşına – ruhun kamillik dövrünə yetişib. O, səfalı dağlar yurdu Başkeçiddə dünyaya şair gəlib. Təbiətinə xas olan şairanəliyi onun tələbəlik illərindən görmüşəm. Knyaz mənim istedadlı, təvazökar xarakterli, sevimli tələbə¬lərimdən olub. Mənəvi-əxlaqi keyfiyyətləri – qəlbinin gözəlliyini açıq təzahür etdirir. Özünün batini səmimiliyi, təbiətən bütövlüyü ilə həmişə seçilir.
Knyaz təbii səmimiliyinə sadiq qalmağını çox uca tutur:

Təmənnalı məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasığmaz həqiqətdən,
Yalan “düzdən" qoru məni.

Öz “Mən"inin saflığını qorumaq – yüksək niy¬yətli iradə istəyir. Bu, sırf özünə qapılmaq, dünyamıza biganə olmaq deyil. Bu şair ürəyinin bəslədiyi mənəvi işığı həssas təbiətli insanlara ərməğan etmək üçündür. Şair qəlbinin varlığı əzəldən təmiz məhəbbət hissindən yoğrulub. Onun könül dünyasının tərcümə-halı bu duyğulardan doğulur. Knyaz Aslanın məhəbbət şeirləri, gerçəkdən, saf duyğular axarıdır. Bu şeirlərdə öz eşqinə sədaqət ahəngi əsas motivdir:

Qoy köklənsin bir pərdəyə ürəklər,
Çiçək açsın puçur-puçur diləklər,
Bürüsə də dörd yanımı çiçəklər,
İlk eşqimin təkcə səndə gözü var.

Məhəbbətin sevincinə qovuşmaq sevib-sevilən gənclərin müqəddəs arzularıdır. Nəbzləri bir döyünən könüllərin vəhdəti – ən həyati gözəllikdir! Belə gözəlliyi, ali istəyi – xoşbəxt ailə qurmaq tamamlayır. Bir ailə ocağının doğuşu neçə ocaqlarda sevinc doğurur. Bu səadəti qoruyub yaşatmaq üçündür gəncliyin sevgi dünyası:

Sən düşmüsən ürəyimə birinci,
Anam bilib, artıb evin sevinci…
Bir söz deyim, nə küs məndən, nə inci:
“Könül sevən…” düz misaldı, qadası!..

Qohum-qardaş əncam çəkir bu işə:
- Bizdən sizə elçiliyə kim düşə?
Sinəm üstə boyun bükən bənövşə
Toy gününə bir sualdı, qadası!…

Knyaz Aslan məhəbbəti özündə nəcib əxlaq gö¬zəlliyi daşıyır. Həya hissi əxlaqını bəzəyən gənc¬liyi ürəkdən tərənnüm edir. Milli mənəviyyatımız gəncliyin tərbiyəsində bu hissi xüsusən ülviləşdirir.
Bu xüsusda filosoflar etik düşüncələrində ayrıca söhbət açıblar. Həyanı, doğrunu filosof Platon insanlara Allah payı sayırdı. Bunu insan birliyinin sağlam mənəvi təməli kimi mənalandırırdı.
Sadəcə, məhəbbətdə saf əxlaqı ucaltmaq – nə qədər tərbiyəvidir:

Səadətdi, sədaqətdi, səfadı,
Ülviyyətdi, məhəbbətdi, vəfadı,
Uca tutar təmiz eşqi, saf adı,
Yalan keçməz ələyindən bu qızın.

Sevgi dolu bir piyalə içirib,
İlk eşqimi ürəyinə köçürüb,
Üzüyümü barmağına keçirib,
Yapışaydım biləyindən bu qızın.

Knyaz Aslan adət-ənənəmizin gözəl xüsusiy¬yətinə sədaqətini saxlayır. Həyat tərzimizin təmiz başlanğıclarından gəlir bu sadiqliyin qaynağı. Doğma təbiət bəxş edib şairə bu gözəl təbiiliyi. “Düz ilqarlı bizim dağlar" (Vurğun) ona saflıq verib.
Başkeçidin qosqocaman dağları heyrətləndirib şairi – xarakter bütövlüyünü doğurub:

Yayda qarı, qışda barı saxlayır,
Örpəyi var – namus, arı saxlayır,
İlqarına bağlı yarı saxlayır,
Başkeçidin dağlarıdır bu dağlar!..

Xarakteri şərtləndirən qaynaqlardan birincisi tə¬bi¬ət olduğu məlum gerçəkdir. Təbii mühitə köklü bağ¬lılıq elin həyatında əksini tapıb. Təbiəti rəmz-ləş¬dirmək eyni zamanda əxlaqi şüura təsir gös¬tə¬rib. Xalq zirvəsi qarlı dağlarımızı əyilməzlik, mərd¬lik timsalı sayıb. Əxlaq idealımızda bu simvol ey-nilə əzəmətliyi təsəvvürdə canlandırıb. (“Hə¬qi¬qə¬tən əzəmətli olmaq çətindir: əxlaqi mükəmməlliyə varmadan bu mümkün deyil", - deyir Aristotel).
Knyaz Aslan bu rəmzlərdən şeirdə uğurla istifadə edir – bundan tərbiyəvi məna çıxarır:

Dağlar! Vüqarına vurulmuşam mən,
Əymirsən başını bircə kərə sən.
Dağ baba! Hə olar əzəmətindən
Bir az da nəvənə sovqat verəsən…

Dağlarda şair doğulan, təbiətin ehtişamlı gözəlliklər aləmində böyüyür. Onun ilhamının əzəl mənbəyi bu füsunkar aləm olur. Şair xəyalının, bədii zövqün duruluq çeşməsi burdan başlanır.
Knyaz təbiət gözəlliklərindən şeirdə lövhələr rəsm etməyi sevir. Yaz yağışından sonra təbiətdə canlanan mənzərəyə diqqət edin:

…Arılar öpüşdü güllə, çiçəklə,
Qaranquş aləmə yaydı səsini.
Gizlənpaç oynadı quş kəpənəklə,
Çeşmələr oxudu şən nəğməsini.
…Təbiət sevinib göy qurşağını
Asdı göy üzündən bir çələng kimi!..

Bu şeirdə öz-özünü təzələyən təbiətə heyranlıq var. Şairin gözəlliyə heyranlığı ovqatını təzələyir, estetik zövqünü rövnəqləndirir. Belə cazibəyə qapılmaq onda daxili ehtiyaca çevrilir.
Knyazın poeziyası mənəvi gözəllik qaynaq¬la¬rın¬dan xüsusilə qüvvət alır. Şair ilk növbədə ruhən saz-söz ahəngində köklənib. Bundan əlavə mu¬ğa¬ma¬tı sevir, zəngin şeir ənənəmizə bağlıdır. Sənəti ya¬şadanlardan neçələrinə ehtiram bildirən şeirlər həsr edib.
Xalq başlanğıcına bağlı meyilləri Knyazda vətən sevgisini qüvvətləndirib. Azərbaycan torpağının düşdüyü ağır dərdləri ürəyində daşıdığı duyulur. Torpağı yağıya qurban verənlər, “vətəni dərəyə, düzə bölənlər” onun nifrətinə hədəf olublar. Yurdu dərdə düçar edən şəri, hakimiyyət hərisliyini, tamahı kəskin tərzdə tənqid edir.
Şair müasir dünyanın gedişatından narahat olduğunu şeirlərində bildirir. Müharibələrə mübtə¬la olan zamanımızda dünyaya əmin-amanlıq istəyir:

Ərzin qan təzyiqi qalxmasın göyə,
Hər kəs kainatda bilsin yerini.
Yer üzü əbədi yaşasın deyə,
Qoruyaq dünyanın əsəblərini!..

Knyaz Aslan yaradıcılığının əsas xüsusiyyətini bu deyilənlər göstərir. Ancaq burda onun təkcə poe¬tik yaradıcılığından söhbət getdi. O, eyni zamanda gözəl jurnalist kimi geniş şöhrətlənib. Neçə-neçə elmi və ədəbi jurnallarda həm re¬dak¬tor kimi, həm də istedadlı publisist kimi uğurla çalışır. Bakı Dövlət Uni-versitetində və Xəzər Universitetində zəngin kitab mədəniyyəti, kitabxana tarixi, ədəbiyyat təbliği, Azərbaycan və dünya ədəbiyyatı, jurnalistikanın müxtəlif sahələri ilə bağlı mühazirələr oxuyur; se¬vim¬li müəllim kimi tanınır.
Bu yazı Knyaz Aslanın 40 yaşına ayrıca ərməğandır...
Ona ən xoş arzularla!..

Bakı
Dekabr 2000-ci il]]>
Müşviq BORÇALI Sun, 27 Nov 2016 20:51:15 +0000
Tanınmış alim, şair-publisist və nəcib insan https://turan.info.az/arxiv/knyaz-aslan/981-tannm-alim-air-publisist-v-ncib-insan.html https://turan.info.az/arxiv/knyaz-aslan/981-tannm-alim-air-publisist-v-ncib-insan.html Tanınmış alim, şair-publisist və nəcib insan “Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir”.
(Həzrəti Əli ə.s.)
“Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən uzaqlaşmaq kimi insan ömrünü məhv etmir”.
(Loğman)



İnsan daim axtaran varlıqdır. Həm də axtarışlarını dayandıran kimi sanki o, sahib olduğu ülviliklər zirvəsindən aşağı, adi canlılar səviyyəsinə doğru enir. Tapanda da axtarmaq, tapmayanda da axtarmaq, getdikcə daha dərinliklərə enmək, öz zəka nuru ilə zülməti işıqlandırmaq- insana nəsib olan yeganə yol budur.
Həyatda yazıb-yaratmaq, fəaliyyət göstərmək, öz yaradıcı fəaliyyətinin nəticələri ilə fəxr etmək insana heç bir şeylə müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-yeni elmi yaradıcılığa ruhlandırır.
Yunan dramaturqu Sofokl yazır: “Dünyada heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur”. Doğrudan da özünü dərk edən insan öz gücünü, qüvvəsini, intellektini, potensial imkanını cəmləyib bir yerə yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını həyata keçirər. Bunun əsasında da insanın özünəinamı dayanır. Bu xüsusiyyətlər ən çox yaradıcı adamlarda mövcud olur. Çünki yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək bacarığı aşılayır. Əgər insan nəfsini öz əsirinə çevirə bilsə, bu adam həyatda hər istəyinə müvəffəq ola bilər. Yüksək insani keyfiyyətlərə malik olan yaradıcı şəxslər digərlərindən yüksəklikdə dayanaraq cəmiyyət arasında həmişə hörmət və rəğbətlə qarşılanırlar. Həmin adamlar həddindən artıq təvazökar olduqları üçün həm şəxsi keyfiyyətləri baxımından, həm də yaradıcılıq baxımından diqqət mərkəzində olmaqdan çəkinərək, yalnız başlarını aşağı salıb cəmiyyətə, insanlara, bütünlüklə millətə xeyir verə biləcək işlərlə məşğul olurlar. Bunun müqabilində onlar kimsədən nəsə ummurlar. Yuxarıda sadaladığımız yüksək insani keyfiyyətlərə malik olan gözəl, şəxsiyyətinə və yaradıcılığına rəğbət bəslədiyim insanlardan biri də istedadlı qələm sahibi, yaradıcı insan, təcrübəli pedaqoq, şair, tərcüməçi, yazıçı-publisist, elm xadimi, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Ilyas oğlu Aslandır.
Hər şeydən öncə, Knyaz Aslanın həyat və yaradıcılığı haqqında qısa məlumat vermək istərdim. O, 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1988-ci ildə Bakı Dövlət Universitetini, 1987-1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb. 2004-cü ildə “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2006-cı ildən BDU-nun dosenti və doktorantıdır. “Azərbaycan elm, ədəbiyyat və mədəniyyət xadimləri kitab və mütaliə haqqında” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2010-cu ildən pedaqogika üzrə fəlsəfə doktorudur. Knyaz Aslan Qarabağda, döyüş bölgələrində olub, Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərin müəllifidir. K.Aslan 1000-ə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-a yaxın kitabın müəllifidir. Həmçinin, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “Ön söz” müəllifi, rəyçisi və redaktorudur. Onun şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub. O, özü də A.Puşkin, M.Lermontov, S.Yesenin, T.Şevçenko və digər şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.
Yazıçı, şair, publisist, pedaqoq Knyaz Aslan yüksək insani keyfiyyətləriylə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir.
İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, məqsəd və məramına çatmaq üçün gərgin əmək sərf etmək bacarığıdır. Doğrudan da zəhmət, əmək insanı şərəfləndirir, ona məmnunluq, bəxtiyarlıq bəxş edir.
Knyaz müəllim yaşadığı cəmiyyətdə ictimai dəyərini bilən, öz yaradıcılıq imkanları ilə ədəbi mühitdə özünəməxsus atmosfera yaradan və oxucularına, onu sevənlərə gərəkli olduğunu başa düşən yazarlardan və pedaqoqlardandır.
O, hər zaman ağıllı davranışı, səmimi rəftarı, məntiqi mühakimələri, maraqlı müsahibələri, duzlu-məzəli söhbətləri ilə başqalarına örnək olmuşdur.
Çin mütəfəkkiri, siyasi xadim və pedaqoq Konfutsi deyirdi: “Hər kimdə bu beş keyfiyyət olsa demək o, insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə, ona dayaq olurlar, əgər hörmətcildirsə, ona rəğbət bəsləyirlər, düzgündürsə, ona etibar edirlər, əgər o, ağıllıdırsa, uğur, xeyirxahdırsa, hörmət qazana bilər”. Konfutsinin sadaladığı beş insani keyfiyyətlərin hamısı Knyaz müəllimdə vardır.
Mən Knyaz müəllimlə həm iş yoldaşı, həm də yol yoldaşı olmuşam. 1993-cü ildə müəllimlik fəaliyyətimə son verdikdən sonra Azərbaycan mətbuatında ilk dəfə olaraq jurnalist kimi işə “Mühakimə” qəzetindən başladım. O zaman səhv etmirəmsə, Knyaz müəllim həm “Müxalifət” qəzetində, həm də “Mühakimə” qəzetində işləyirdi. Hələ, o vaxtlar Knyaz müəllimin hər hansı bir mətni yaxşı redaktə etmək qabiliyyəti vardı. O, ilk baxışdan bəyənilməyən bir məqaləni yaxşı, oxunaqlı bir yazıya çevirirdi. Mən qəzetdə ilk dəfə işlədiyimə görə Knyaz müəllimin mənə köməyi çox olubdur. Bu gün tanınan bir yazar olduğuma görə ona minnətdaram. İş yoldaşı kimi də Knyaz müəllimin yoldaşlığına söz ola bilməzdi. O, təkcə iş yoldaşlarına deyil, həm də digər insanlara qarşı da çox səmimi, mehriban, gülərüz, istiqanlı, qayğıkeş, xoşrəftar birisiydi. Knyaz müəllim eyni zamanda, yüksək iradi – qətiyyətlilik, cəsarət, özünəinam, özünü ələ almaq, məsuliyyət hissini dərk etmək, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olan şəxsdir.
Bir dəfə iş yoldaşlarımızdan birinin anası rayonda rəhmətə getmişdi. Biz də kollektiv olaraq həmin rayona hüzürə getdik. Knyaz müəllim də bizimlə bərabər idi.Yol boyu darıxmamaq üçün yoldaşlardan kimsə dedi ki, yaxşı söhbət və ya yaxşı şeir deyən olarsa yolumuz qısalar. Mən ilk dəfə olaraq Knyaz müəllimin dadlı-məzəli söhbətlərini və şeirlərini o zaman eşitdim. O, yorulmadan və heç kəsə imkan vermədən rayona kimi həm maraqlı söhbət etdi, həm də çoxlu şeirlər dedi. Knyaz müəllimin söz dünyası sanki bir ümmandır, bitib-tükənmək bilmir. O, şeirlərini elə pafosla deyir ki, qarşısındakı insanları sehirləyir, onları düşündürməyə, anlamağa məcbur edir. Şair kimi onun özünəməxsus dünyası var. Onun bu dünyası sevgidən, etibardan, inamdan, ilahi eşqdən, insanlara hədsiz məhəbbətdən yaranmışdır. Bəzən düşüncələrə dalan şair ilahi duyğuların qonağı olur və Adəm övladını nəfsinə qalib gəlməyi, tamahına uymamağa səsləyir:
Danma, Knyaz Aslan, söylə doğrunu,
Tamah məhvə çəkir insan oğlunu...
Bəlkə unutmuşuq haqqın yolunu,
İlahi, dünyanın qibləsi hanı?!
Şair Knyaz Aslanın Vətən, Yurd, torpaq sevgisi sonsuzdur. O, doğma yurdu hər şeydən uca tutur, onun həsrətini çəkmək onunçün ağırdır, iztirablıdır. Yurd dərdi təbiidir ki, əsrlərdir ki, hamımızı için-için göynədir, sızladır:
Yad eldə saray qəfəsdi,
Doğma yurdda koma bəsdi,
Ana qədər müqəddəsdi,
Torpaq dərdi, Vətən dərdi...
Knyaz Aslan cəsarətli şairdir. O, hər zaman qorxmadan, çəkinmədən öz sözünü üzə deyən şairlərdəndir. Onun 20 yanvar faciəsinə həsr etdiyi “Ulu Tanrı, sənə qaldı bizimki...” adlı şeirindəki kimi:

...Qol götürüb çox havaya süzmüşük,
Oyunbazın oyununa dözmüşük.
“Can” demişik, canımızdan bezmişik,
Ulu Tanrı, sənə qaldı bizimki...


Çoxaldıqca fırıldaqlar, oyunlar,
Yoğunlayır kəl peysərlər, boyunlar.
Bizi yeyir, bizdən dönən qoyunlar,
Ulu Tanrı, sənə qaldı bizimki...
Mən Knyaz Aslanın poeziya dünyasını təhlil etmək fikrindən uzağam. Qoy bu barədə şairlər danışsın. Mən Knyaz müəllimi həm bir pedaqoq, həm də bir tədqiqatçı alim kimi dəyərli tərəflərindən, onun elmimizə və təhsilimizə verdiyi gözəl töhfələrdən də söz açmaq istərdim. Hər şeydən öncə, onu qeyd etmək istərdim ki, Knyaz Aslan kimi pedaqoq bugünkü tələbələr üçün nadir tapıntıdır. Knyaz müəllim istedadlı, bacarıqlı, erudisiyalı pedaqoq olmaqla yanaşı, həm də tələbələri üçün yaxşı yoldaş, etibarlı dost və sirdaşdır. Knyaz müəllim ilk baxışdan insanlarla səmimiyyət körpüsü yaratmaq bacarığına malik olduğu üçün o, tez bir zamanda tələbələrinin sevimlisinə çevrilmişdir. İnsanlara elm, təlim-tərbiyə öyrətmək ən müqəddəs işdir. Bu gün bu müqəddəs missiyanı Knyaz müəllim şərəflə davam etdirir. Təhsil millətin gələcəyidir. Çin mütəfəkkiri və pedaqoqu Konfutsi (e.ə. 551-479) təhsilli insanlar haqqında belə demişdir: “Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar”. Bəli, hər şeyin başlanğıcı elm, bilikdir. Daha sonra Konfutsi bilik arxasınca gedənlər barədə deyir: “Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyandırın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın”.
Knyaz müəllim tələbələrinə həmişə F.Bekonun bu fikirlərini xatırladır. İlk öncə F.bekon kitab haqqında belə demişdir: “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir”. Daha sonra o, bilik haqqında belə söyləmişdir: “Bilik - həyatda faydalı olmaq naminə qazanılmalıdır”.
Knyaz müəllim həm də həyatda elə bir savab iş görür ki, axirətdə onun bədəlini hökmən xeyirlisiylə alacaq. Çünki o, tələbələrinə elm öyrədir. Məhəmməd peyğəmbər (s.ə.v.) elm barəsində demişdir: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elm eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.
Şəxsiyyətin fəallığı inkişaf üçün təkcə əsas deyil, həm də inkişafın nəticəsidir.Təhsil-tərbiyə özünə və insanlara sevinc gətirən fəal, təşəbbüskar, yaradıcı şəxsiyyət formalaşdırarsa, onda o, məqsədinə çatmış olar. Bu baxımdan Knyaz müəllim də tələbələri üçün əlindən gələn köməyi onlardan əsirgəmir. O, istəyir ki, onun tələbələri həyatda öz yerlərini tuta bilən, ləyaqətli, vətənsevər, intellektli, azad fikirli, geniş dünyagörüşünə malik, hər işdə bacarıqlı və qabiliyyətli şəxslər kimi formalaşsınlar. Buna görə də Knyaz müəllim təkcə tədris prosesində deyil, eyni zamanda dərsdənkənar vaxtlarda da tələbələrinin elmi biliklərə yiyələnmələrində onlarla birlikdə olur. Belə hallarda, o, özündə mənəvi rahatlıq tapır, məmnunluq hissi yaşayır.
Knyaz müəllim bir an belə dayanmadan çalışır, fəaliyyət göstərir. O, həm universitetdə tələbələriylə dərsdə, keçirilən müxtəlif tədbirlərdə, həm də evdə elmi və bədii-ədəbi yaradıcılığı üzərində yorulmadan işləyir. Kurt Levinin fikrincə, şəxsiyyətin hərəkətverici qüvvəsi tələbatlarla şərtlənir. Məhz Knyaz müəllimdə də elmə, yaradıcılıq axtarışına, eləcə də ədəbi yaradıclığa o qədər mənəvi tələbat duyur ki, ona görə də o, gecə-gündüz bilmədən çalışır, yazır, yaradır. Knyaz müəllimin bu cür fəallığı onun kamil bir şəxsiyyət kimi formalaşmasında sözsüz ki, mühüm rolu olmuşdur. Fəaliyyət prosesində təbiidir ki, ortalığa həmişə maneələr və ziddiyətlər meydana çıxır. Bu maneələr və ziddiyətlər də istər-istəməz şəxsiyyətin inkişafının hərəkətverici mexanizmini təşkil edir. Belə olan halda, insanda özünətəsdiqə olan tələbat, özününüdərk etməyə tələbat, insani əlaqələrə olan tələbat və səmimiyyətə olan tələbat kimi psixoloji xüsusiyyətlər meydana çıxır. Və bu xüsusiyyətlər insanı kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Knyaz müəllim həm də yüksək mədəniyyətə malik şəxsdir. Mədəniyyət ilk öncə ailədən başlayır və daha sonra təhsil aldığımız elm ocaqlarında daha da təkmilləşir. Hörmət etmək, hörmətə layiq görülmək, hörmət qazanmaq mədəniyyətin bir göstəricisidi. Mədəniyyət kimi hörmət də hər kəs üçün fərqlidir. Kimisi üçün hörmət qazanmaq asan, onu itirmək çətindir, kimisi üçün hörməti qazanmaq çətin, itirmək isə bir o qədər asandır. Kimisi üçün hörmət əməldə, hərəkətdə, davranışda göstərilməlidir. Hörmət qarşındakına olan bir növ sevgidir, nəzakətdir.Yüksək mədəniyyətə sahib olan şəxslər cəmiyyətdə həmişə hörmət-izzətə layiq olublar. Bu baxımdan Knyaz müəllim də istər ailədaxilində olsun, istərsə də cəmiyyətdə həm özünə, həm də başqalarına hörmətlə yanaşmağı bacaran insandır. Ona görə də həm evdə, həm də cəmiyyətdə ona böyük hörmət bəslənir və onu çox sevirlər. Tələbələri isə Knyaz müəllimə təkcə istedadlı, təcrübəli bir pedaqoq kimi deyil, həm də gözəl bir insan və mükəmməl bir şəxsiyyət kimi hörmət edirlər. Bildiyimiz kimi, hər bir şəxsiyyət yalnız fəaliyyət və ünsiyyət prosesində formalaşır. Məhz bu cəhətə görə deyə bilərik ki, Knyaz müəllim mənəvi cəhətdən çox inkişaf etmiş şəxsiyyət və kamil insandır.
Məncə, Knyaz müəllim özünü xoşbəxt insanlardan saya bilər. Çünki onu hər kəs sevir və ona böyük hörmət, rəğbət bəsləyirlər. Mən bu yazımda Knyaz müəllim haqqında yalnız içimdən gələn fikirlərimi söylədim, onun necə bir insan və şəxsiyyət olduğunu göstərməyə çalışdım. Knyaz müəllimin elmi, pedaqoji, bədii-ədəbi yaradıcılığı və həyatda qazandığı uğurları, mükafatları barədə geniş söz açmaq istəmədim. Çünki onun həyatda həm elmi, həm də ədəbi yaradıcılıq sahəsində qazandığı uğur və mükafatları sadalamaqla bitmir: “Əla təhsilə görə” nişanı (1977), “Qızıl medal” (1979), “Nizami Gəncəvi mükafatı laureatı” (1982), “Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının Fəxri Fərmanı” (1985), “Büllur Qələm” mükafatı laureatı (1991), “Həsən bəy Zərdabi mükafatı laureatı” (1994), “Şəhriyar mükafatı laureatı” (1995), “Sergey Yesenin mükafatı laureatı” (1995), “Ömər Faiq Nemanzadə mükafatı laureatı” (2000), “Qızıl saz” mükafatı laureatı (2002), “Qızıl kitab” mükafatı laureatı (2002), “Peşəkar jurnalist” mükafatı laureatı (2005), “Kamil söz ustası” mükafatı laureatı (2006), “Abdulla Şaiq mükafatı laureatı” (2007), “Cəsarətli qələm” mükafatı laureatı (2007), “Qızıl qələm” mükafatı laureatı (2007), “Müqəddəs qələm” mükafatı laureatı (2008), “Ədalətli müəllim” mükafatı laureatı (2010), “Vətən naminə” mükafatı laureatı (2010), “Ana Yurd” mükafatı laureatı (2010), “Ustad” mükafatı laureatı (2010), “Səhər” mükafatı laureatı (2010), “Böyük Qurtuluş” mükafatı laureatı (2010), “Kamil sənətkar” mükafatı laureatı (2011), “Qafqaz qartalı” mükafatı laureatı (2011), “Mütəfəkkir” mükafatı laureatı (2011), “İstedad” mükafatı laureatı (2011), “Ziyalı” mükafatı laureatı (2011), “Zərif qələm” mükafatı laureatı (2011), “Xalq ziyalısı” mükafatı laureatı (2011), “Borçalı” ədəbi mükafatı laureatı (2011), “Reytinqli jurnalist” mükafatı laureatı (2011) və s...
Mən qardaşım və etibarlı dostum Knyaz Aslanı 55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona həyatda hər şeydən öncə, insana vacib olan cansağlığı, uzun, mənalı və şərəfli ömür, ailə səadəti, xoşbəxtlik, sevinc dolu və fərəhli günlər, xoş gələcək, elmi-ədəbi yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.
Tanrı Səni qorusun, qardaşım! Həmişə Allah amanında ol!

Camal ZEYNALOĞLU,
yazıçı-publisist]]>
Müşviq BORÇALI Sun, 27 Nov 2016 18:06:36 +0000
MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ, ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ https://turan.info.az/arxiv/knyaz-aslan/545-mllm-v-alm-mdrkly-ar-vqari-qlm-zmt.html https://turan.info.az/arxiv/knyaz-aslan/545-mllm-v-alm-mdrkly-ar-vqari-qlm-zmt.html MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ,  ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİHər bir insanın şəxsiyyət kimi formalaşmasında şübhəsiz ki, məktəb həyatının, xsüsusilə, ali məktəb həyatının özünəməxsus rolu vardır. Həyatımın bu gün də davam edən ali məktəb dövrü təkcə mənə bilik, bacarıq və vərdişlər verməmiş, həm də bütün şüurlu həyatıma sözün həqiqi mənasında təsir edən müdrik şəxsiyyətlərlə, dəyərli ziyalılarla, xalqımızın qüdrətli və əzəmətli qələm sahibləri ilə tanışlıq imkanı, onlarla həmsöhbət olmaq fürsəti vermişdir. Mən peşəkar həyata ilk qədəmlərini qoyan bir gənc kimi əldə etdiklərim bütün uğurlarıma, nailiyyətlərimə görə həmin şəxsiyyətlərə dərin minnətdarlıq və ehtiram hisslərimi ifadə edir, onları səmimiyyət və hörmətlə bir daha xatırlıyıram.
Doğma Bakı Dövlət Universitetinə, onun ən aparıcı tərkib hissələrindən biri olan əziz Kitabxanaçılıq-informasiya fakültəmizə mənim bütün gələcək həyatımda dərin iz buraxacaq Knyaz Aslan kimi dəyərli bir şəxsiyyətlə, müdrik qələm adamı ilə, görkəmli ziyalı ilə tanışlığıma, ondan dərs almağıma, onunla həmsöhbət olmağıma bilavasitə səbəb olduğu üçün təşəkkür edirəm.]]>
Müşviq BORÇALI Sun, 27 Nov 2016 18:05:53 +0000
Hamı xəbərdardı - Xəbərin olsun... https://turan.info.az/arxiv/knyaz-aslan/536-ham-xbrdard-xbrin-olsun.html https://turan.info.az/arxiv/knyaz-aslan/536-ham-xbrdard-xbrin-olsun.html Hamı xəbərdardı - Xəbərin olsun...Hələ çaylar eşitməyib səsimi,
Hələ dağlar xəbərsizdi sözümdən –

– Knyaz Aslan bu misraları qələmə alanda cəmi 18 yaşı var idi. Yaş 18 olsa da düşüncə, təfəkkür çox qədim idi – Borçalının, şairə görə hələ onun sözündən xəbərsiz olan əzəmətli dağları, nəğməli çayları kimi. Əslində isə dağlar, çaylar – bütünlüklə təbiət onun şairliyindən, sözündən çoxdan xəbərdar idi. Çünki bu istedadı, bu ilhamı elə bu əzəmətli təbiət vermişdi Knyaz Aslana. Dağlar da, daşlar da, quşqonmaz qayalar da onun həssas ürəyini hamıdan tez duymuşdu və ilhamı, istedadı kimə vermək lazım olduğunu da hamıdan yaxşı bilirdi. Çörəyi ver çörəkçiyə – deyib babalarımız. Dağlar bu həqiqəti, bu hikməti hamıdan yaxşı bilirdi və bilirdi ki, onu kim daha yaxşı vəsf eləyə bilər, kim onun təəssübünü daha yaxşı çəkə bilər. Bizim yaşı bilinməyən folklorumuzda, mifilogiyamızda dağ obrazı bir kult təşkil edir, bu obrazın mifoloji atributları mövcuddur. Türk mifologiyasında insanın dağdan yaranması, dağın uşaq doğması kimi dünyagörüşlər əksini tapıb. Necə ki, Koroğlu onu yaradan qüvvənin dağlar olduğunu deyirdi:]]>
Müşviq BORÇALI Sun, 27 Nov 2016 18:00:29 +0000
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: https://turan.info.az/diger/tebrikler/2074-mfiq-boraliya-nvanlanm-tbrklrdn-stirlr.html https://turan.info.az/diger/tebrikler/2074-mfiq-boraliya-nvanlanm-tbrklrdn-stirlr.html Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: MÜŞFİQ BORÇALIYA ÜNVANLANAN TƏBRİKLƏRDƏN SƏTİRLƏR:

Əzizim Müşfiq!..
Mənim daimi qardaşım!..
Yaxşı ki, varsan, yaxşı ki, aramızda səmimiyyetimiz var, var olacaq!...
Ürəkdən, lap ürəkdən
təbrik edirəm!..
Səni mən zatən hər zaman KAMİL BİR ALİM kimi qəbul etmişəm.
UĞURLAR!...
Bir daha çox çooooox mübarək. Gözümüz aydın!..[/i]
Şurəddin MƏMMƏDLİ,
[i]Türkiyə, Ərdahan Univeritetinin professoru,
Gürcüstan Milli Elmlər Akademiya­sının
hə­qiqi üzvü,
filologiya üzrə
elmlər doktoru.
[/i][/b]



[b] Hamının çoxdan DOKTOR kimi tanıdığı adam [/b]

Deyirlər uşaq beyni ağ vərəqdi və o ağ vərəqə nə yazılarsa ömürlük pozulmaz.
Beş ya da altı yaşım olardı, evimizdə - [b][i]“Müşfiq”, “şair”, “poeziya”[/i][/b] sözlərini eşidəndə...
Sonra qonşuluğumuza bir ailə köçdü. Qapıbir qonşu olduğumuzdan idi, ya nədən idisə Müşfiqgil ilə bir evli kimi olduq, birgə böyüdük.
Artıq Müşfiq mənim üçün təkcə şair deyildi, həm də Müşfiq adlı qardaşım var idi...
Zaman ötdükcə Müşfiq adı mənim üçün bir az da doğmalaşırdı. Uşaqlıqdan diqqətimi özünə çəkən ad məktəb illərində də hansı kitabda qarşıma çıxırdısa dərhal onun kim olduğunu araşdırır və öz dünyamda qərar verirdim ki, bu adı daşıyan kəs həqiqətən də dahi Müşfiq adına layiqdi yoxsa, yox?
Amma o zamanlar hələ də atalarımızın [b][i]"Dağ dağa rast gəlməsə də, insan insana rast gələr"[/i][/b] - deyimini dərk etmirdim.
Və bax beləcə, ömrümün 30-cu baharında daha bir Müşfiq imzasına rast gəldim...
Doğurdan da insan bir zamanlar adını eşitdiyi adama rast gələ bilər və hətta o adam o qədər adına layiq olar ki, ona öz dünyanda çalışdığı sahənin doktorluq fəxri adını da verə bilərsən.
Yazımın bu yerində bizim dəyərli alimlərimizdən üzr istəyərəm.
Məhz ona görə ki, [b]mən Müşfiq Borçalıya onlardan on il öncə doktorluq adını vermişəm. [/b]
Müşfiq Borçalı adını çox sevdiyim şairlərdən birinin kitabında redaktor olaraq tanımışdım.
Müşfiq Borçalı öz imzasında doğulub boya-başa çatdığı doğma el-obasının - qədim türk dünyasının bir parçası olan ağır elli oğuz yurdumuz Ulu Borçalının adını daşımaqla [b]“MÜŞFİQliyə layiqəm!”[/b] - demişdi mənə hələ o zamandan...
Sonralar mətbuatda olmağıma baxmayaraq Müşfiq Borçalı ilə bir az gec tanış olduq.
Yaşımın azlığına baxıb mənə [i][b]“Sən hələ uşaqsan”[/b][/i] - deyənlərdən olmadı Müşfiq Borçalı.
Mənə [b][i]"həqiqətən də on beş ilini mətbuatda boşa keçirməmisən"[/i][/b] - dedi və beləcə Müşfiq Borçalı ilə həmkar olduq, dost olduq...

Bizim ətrafımızda olanlar bilir ki, mən dostumuz Müşfiq Borçalıya məhz müəllim adı layiq olduğuna görə, ona xüsusi intonasiya ilə MÜƏLLİM deyə müraciət edirəm...
Bir dəfə isə təəccüblü şəkildə [b][i]“MÜƏLLİM, axı siz niyə hələ də doktorluq müdafiə etməmisiz?"[/i][/b] - deyə sual verdim.
Müşfiq Borçalı söz ehtiyatı çox olan adamdı, amma deyəsən sualım onu yerindən tərpətdi...
Bir qədər susduqdan sonra o mənə müdaifə mövzusunda yazdığı əsərləri göstərdi.
Sən demə M.Borçalı həqiqətəndə üzərindəki daşığı iki adın ikisinə də tam layiq imiş.
Qədim türk yurdundan, Borçalıdan yazdığı tədqiqat əsəri illərdi ki, hazır olan [b]MÜƏLLİMİZ[/b] nəhayət ki, bu günlərdə müdafiəsini də etdi və çox hörmətli alimlərimiz onun həqiqətən də [b]doktor[/b] adına layiq olduğunu təsdiqlədi.
Söhbətimin bu məqamında onun yaxın dostlarından biri kimi bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Müşfiq Borçalı mənə bu günlərdə bir daha xalq adamı olduğunu nümayiş etdirdi. Onun doktor olduğunu eşidənlər təəccüblə [b][i]"aaa Borçalı məgər doktor deyildi ki?..."[/i][/b] - deyə bizə sual verdi.
Bəli, əzizlərimiz, Müşfiq Borçalı əvvəl xalqından, sonra isə dəyərli müəllimlərindən [b]doktor[/b] elmi dərəcəsin alıb.
O, bu günlərdə atası professor Mədəd Çobanovun adına layiq oğul olduğunu bir daha sübut etdi...
[b]Bir daha MÜŞFİQ MÜƏLLİMİ ürəkdən təbrik edir, “DOKTOR adın mübarək!” - deyir və ona özünün davamçılarını yetişdirməyi arzu edirəm. [/b]

[b]Günay NOVRUZ,
[i]Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyin üzvü,
Prezident təqaüdçüsü.[/i]
[/b]


[b][i]Əziz dostumuz, qardaşımız Müşfiq Borçalı!
Azərbaycan elminə verdiyiniz coxsaylı və samballı əsərlərinizlə xalqımızın gözündə-könlündə çoxdan "ELMLƏR DOKTORU"sunuz.
Bu gün bu boyük "ALİM" adı rəsmiləşdi. Sizinlə Fəxr edirik, "DOKTOR MÜŞFİQ"!!!
[/i]
[i]Hörmətlə: [/i]Sabir SADAXLI.[/b]

[b][i]Çox sevindirdin məni, əzizim, Tanrı da səni sevindirsin.
İndi sən də alimlər məktəbi yarat və sən də insanlara öz elmi tövsiyələrini ver.
İnanıram ki, buna da nail olacaqsan![/i]

Abay PAŞAYEV (Abai Pashaevi),
[i]Gürcüstan, "Təhsil" qəzetinin baş redaktoru[/i]
[/b]


[b][i]Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı!
Təbrik edirəm! Həqiqətən də Siz bu ada çoxdan layiqsiz!
[/i]
Ceyhun AĞABƏYOV.[/b]


[b][i]Elimizin layiqli oğlu, gözəl insan, gözəl ailə başçısı, qayğıkeş və səmimi eioğlumuz Müşfiq müəllimi yüksək elmi ad almağı münasibəti ilə təbrik edirəm!
Müşfiq müəllim hamının nəzərində tutduğu vəzifədən asılı olmayaraq sadə və ürəyi açıq insan kimi öz hörmətini çoxdan qazanmışdır.
Müşfiq müəllimə yeni uğurlar, uzun ömür, can sağlığı və yeni elmi əsərlər, elmi nailiyətlər arzu edirəm.
Var olun Müşfiq müəllim! Həmişə yüksək tribunalardan gəlsin səsiniz!
[/i]
Gülxanım RZAZADƏ (MƏMMƏDOVA)[/b]


Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: [b][i]Gözəl dost, dəyərli qardaşım Müşfiq Borçalı!!
Sizi bu uğurunuz, Doktorluq müdafiəniz, qələbəniz üçün səmimi qəlbdən təbrik edir, cansağlığı, yeni yeni yaradıcılıq uğurları arzu edirəm!
Bu həyat yollarında, ömür yolunda daim yaşıl işıq yansın!Bir daha səni təbrik edir, doğma bir bacı kimi ürəyimə sıxıb öpürəm, əziz qardaşım, daim irəli, uca zirvələr sənin olsun!.. Qoy bu Quran səni qorusun!!
[/i]
[i]Sənin fərəhinlə fərəhlənən bacın[/i] Solmaz ŞİRVANLI.[/b]


[b][b][i]"GÜRCÜSTAN" QƏZETİNİN KOLLEKTİVİ ADINDAN TƏBRİK EDİR VƏ ULU TANRIDAN SİZƏ DAHA BÖYÜK NAİLİYYƏTLƏR DİLƏYİRƏM.[/i]
Elman KƏLƏYEV[/b] [/b]

[b][i]Ooo, ürəkdən təbrik edirəm. Sən layiqsən qardaş! [/i]
Əziz DƏLİVƏLOV (Aziz Dalivalov),
Rustavi, "Sözün işığı" qəzetinin baş redaktoru.
[/b]


[b][i]Təbrik edirəm, qardaş! Zirvələr səni gözləyir. Uğurların bol-bol olsun![/i]
Əbdüləli İbrahimsoy,
[i]Qarayazı.[/i]
[/b]




[b][i]Mənim qardaşım! Səni ürəkdən təbrik edirəm! Bu uğurun məni çox sevindirdi.
Sən olduqca qabiliyyətli, savadli, elmli, bacarıqlı insansan! Həqiqət naminə deyim ki, sənin bu müdafiə işin azından 20 il gecikdi.
Sən hal-hazirda professor olmalıydın. İllərlə çəkdiyin əziyyətlər, araşdirmalar, elmi məqalələrin, mövzu ətrafinda nəşr etdirdiyin ondan çox kitab sənin hansı səviyyədə olduğunu sübut edir. Gec də olsa, bu elmi adı almağin bütün dostların, yaxınların kimi, məni də sevindirdi. Özün sənə nə qədər dəyər verdiyimi gözəl bilirsən!
Gözəl dostum, canım qardaşım! Uğurların bununla bitməsin! Sənə daha böyük nailiyyətlər, uğurlar arzulayıram! Əsl insana vacib olan bütün xüsusiyyətlər səndə cəmləşib! Allah yolunu açıq, işini avand, canını sağlam eləsin! Sənə həyatın bütün gözəlliklərini arzulayıram! Yaşa, yarat!
Canım-qardaşım, səmimi qəlbdən səni təbrik edirəm! inan ki, bütün varlığımla, ruhumla yanındayam. Səninlə fəxr edir, qürur duyuram!
İnşallah, görüşərik! Öpürəm! Bir daha təbrik edirəm! Savadina, biliyinə, bacariğina bələd olduğum üçün, səni AKADEMİK görmək arzumdur!
TƏBRİKLƏR!
[/i]
Murtuz FƏRHADOĞLU.[/b]


[b][i]Tebrik edirəm! Uğurlar olsun! Gün o gün olsun, professor səviyəsinə yüksələsən! Öpürəm!..[/i]
Zakir İsmayilov [/b]

[b][i]Müşfiq müəllim, sizi təbrik edirəm!
Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Arzu edirəmki, professor adını tezliklə qazanasınız
.[/i]
Fəridə İbrahimova.[/b]


[b][i]Çox hörmətli insan, bacarıqlı jurnalist Müşfiq Mədəd oğlu Çobanov (Müşfiq Borçalı) Nizami adına Ədəbiyyat İnstitutunda(AMEA) elmi işini müdafiə etdi.
"Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)" mövzusu ətrafında möhkəm elmi dəlillərə söykənən müdafiədə hazırkı Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə toxunuldu...
Müşfiq müəllim! Sizin elmi fəaliyyətiniz ikiqat dəyərlidir.
Çünki burada iki ölkənin və iki xalqın ədəbiyyatı qarşılıqlı şəkildə öyrənilir.
Əlli il ərzində iki ölkə arasındakı bu ədəbi əlaqələr, gətirilən faktlarla əsaslı şəkildə tədqiq edilmiş və elmi nəticələr çıxarılmışdır.
Müşfiq müəllimi bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona elmi və publisistik yaradıcılığında və həyatında perspektivlər,
uğurlar və müvəffəqiyyətlər arzu edirəm![/i]

Vüsal ŞABİZADƏ.[/b]


[b][i]Dəyərli ziyalımız, gözəl xarakterə malik olan, hər kəs tərəfindən insanlıq meyarı kimi tanınan Müşfiq Borçalı!
Mən səhhətimlə bağlı sizin çox gözlədiyim elmi işinizin müdafiesində iştirak edə bilmədim.
Lakin fikrim sizin yanınızda idi...
Sizi ELMİ İŞİ MÜDAFİƏ ETDYİNİZ MÜNASİBETİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.
MÜŞFİQ MÜELLİM, AİLƏMİZ ADINDAN SİZƏ BOL-BOL UĞUR VƏ CAN SAĞLIĞI ARZULAYIRIQ....
[/i]
Sona İSMAYILOVA. [/b]


[b][i]Çox sevindim, istiyənləriniz sevinsin. Daha böyük uğurlar diləyirəm.[/i]
Valeh MİRZƏ[/b]


[b][i]Səmimi qəlbdən təbrik edirəm!.. Çoxdan layiq olduğunuz təzə elmi dərəcəniz mübarək!
Uğurlarınızı gözləyirik...
[/i]
Sədaqət Dilqəm (Abbasova)[/b]


[b]Uğurların bol olsun qardaşım. Hər bir uğurunla bizə qürur duydurursan. Təbrik edirəm!!!
Rəna ƏLİYEVA.[/b]


[b]Salam qardaşım! Sizin bu uğurnuzu görüb çox şad oldum! Sizi ürəkdən təbrik edib yeni-yeni uğurlar arzulayıram.
Mən bisəm mütləq sizin bu xoş gününüzdə yanınızda olardım. Həmişə var olasız!

Sədi YARADANQULU.[/b]

[b]Təbriklər!.. Gürcüstan əsiılli ziyalılar adından Azərbaycan elminə daha böyük töhfələr vermək arzusu ilə
Mubariz Abdullayev.[/b]


[b]Təbrik edirəm, əziz qardaşım... demək ki, hələ 1985-1986-cı illərdə Bolnisi rayonunda bir çox fənnlərdən (riyaziyyat, fizika, kimya, ədəbiyyat) keçirilən məktəblərarası turlarda və olimpiadalarda iştirakın öz bəhrəsini verdi. Hörmətli professorumuzun layiqli davamçısı, Borçalımızın gənc DOKTORU...
Əfqan ƏLİYEV.[/b]


[b]Əziz qardaşım Müşfiq Borçalı!
Dissertasiya işini uğurla müdafiə etdiyinə görə fərəhləndim!
Mühüm işlə bağlı yanında ola bilmədiyimə görə təəssüfləndim...
Sən Borçalının şöhrətini həmişə şərəfləndirməyə çalışan bir oğulsan!
Bu tədqiqatınla onu bir daha təsdiqlədin!...
Sənə cansağlığı, bolluca nailiyyətlər arzulayıram!!!
Əziz qardaşım Müşfiq Borçalı!
Bir daha Təbriklər!!! Uğurlar!!! Sən öz fəaliyyətinlə bu ada çoxdan layiqsən!
Xeyirli olsun!!!

Knyaz ASLAN,
[i]Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi
ka­fedrasının müdiri, dosent. [/i]
[/b]


[b][i]Əziz dostumuzu səmimi qəldbən təbrik edirəm. Dissertasiya işini uğurla müdafiə etməsi məni çox sevindirdi. Məncə illər öncə bu olmalı idi. Yenə də gec deyil, hətta deyərdim daha da dolğunlaşmış, millətimizə gərəkli bir işi görüb. Hətta ömür gün yoldaşım təəccübləndi ki, mən elə bilirdim Müşfiq Borçalı çoxdan müdafiə edib. Cavabım belə oldu: Həyatda elə insanlar var ki, rəsmi Alim adını deyil, həyatın, insanların, millətin verdiyi Alim adını daha öncədən qazanır. Dostum da belə insanlardandır. İnşaallah ki, bir gün atanız kimi Professor elmi adını da alarsınız. Daha uca zirvələr arzu edirəm.[/i]
Pərviz Əmiraslan,
[i]Almaniya.[/i]
[/b]


[b]Əziz və hörmətli Müşfiq Mədədoğlu, gərgin zəhmətinizlə, elmi araşdirmalarınızla, məqalə və yazılarınızla bu gün əziyyətinizin bəhrəsini gördünüz.
"Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığınız disser­tasiyanı uğurla müdafiə etdiniz.
Sizin bu böyük müvəffəqiyyət digər ziyalı dostlar kimi məni də sevindirdi.
Sizin kimi istedadlı, bacarıqlı, savadlı və işgüzar ziyalı belə bir elmi ucalıqda parlamağa layiqsiniz. Sadəliyiniz, yüksək insani keyfiyyətləriniz, qayğıkeş və xeyirxahlığınızla həmişə "olduğu kimi görünür, göründüyünüz kimi olursunuz". Bu isə insana xas olan ən gözəl xüsusiyyətdir.
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağınız münasibətilə "Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin və "Ümid" qəzetinin əməkdaşları adından Sizi səmimi qəlbdən təbrik edir, Allahın bəxş etdiyi bütün gözəllikləri, uğur və nailiyyətləri Sizə arzulayırıq!
Sizinlə fəxr edir və qürur duyuruq!
Əziz və hörmətli Müşfiq Mədədoğlu, elmi yaradıcılıq və fəaliyyətlərinizdə yeni-yeni zirvələr kəşf etməyinizi səbirsizliklə gözləyirik.
Bir daha Sizi təbrik edirik!
[/b]
[b]Hörmətlə, Əlixan Yəhyaoğlu,
[i]"Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin sədri, "Ümid" qəzetinin redaktoru.[/i][/b]


[b][i]Mən də öz növbəmdə bu təbriklərə qoşuluram, elmin çətin və keşməkeşli yollarında yeni-yeni uğurlar arzulayıram![/i]
Mirzə Məmmədoğlu MAŞOV[/b]
.







.]]>
Müşviq BORÇALI Wed, 23 Nov 2016 10:45:48 +0000
DƏLLƏR KƏNDİ https://turan.info.az/tv/1364-dllr-knd.html https://turan.info.az/tv/1364-dllr-knd.html DƏLLƏR KƏNDİDƏLLƏR - Qədim Borçalı ərazisinə aid olan Bolulus və Başkeçid - in­diki Bolnisi və Başkeçid rayonlarında kənd adıdır. Bu kənd­­lərdən birinin adı - Baş­keçid rayonundakı Dağ Dəlləri kən­di, hələlik öz tarixi adını daşısa da, Bolnisi rayonundakı Aran Dəl­lər kən­din­in «bəxti» gətir­məmiş, «gür­cü qardaşlarımız» onun tarixi adı­nı dəyişib «Mu­şevani» qoy­muşlar. Beləliklə də, kən­din tarixi adı yadlaşdırılmışdır.
Rayon mərkə­zin­dən 14 km günbatarda, Maşaver çayının sağ sahilində, dəniz səviyyəsindən 750 m yüksəklikdə yer­ləşən Aran Dəllər kəndində ha­zırda 1200 nə­fər­dən çox soy­daşımız ya­şayır. Kənddə 1921-ci ildən Azərbaycan məktəbi fəaliyyət göstərir. El ağsaqqalları Hüseyn İmanoğlu, Alı Sa­rıoğlu, Yəh­ya Məmmədoğlu, Səməd Süleymanoğlu, Vəkil Sa­rıyev, Əl­mə­dəd Muxtarov, Aşıqlar Gövrək Murad, Əhməd, Əli, Ba­fə­li, Zurnaçı Söyün, «Şərəf» ordenli şair Əlixan Yəh­yaoğlu, xey­riyyəçi Eldəniz Yəhyaoğlu, alimlər Əlican Sarı­yev, İb­rahim­xəlil Tamıyev, Şamo İsrafilov və b. bu kəndin ye­­tir­­­mələridirlər.
Dəllər adlı kəndlər, yəni Aran Dəllər və Dağ Dəllər ta­rixi mənbələrdə hələ 1728-ci ildə qey­də alın­­mışdır. Bun­dan baş­qa, Marneuli rayonundakı Ha­cıisə­kənddə - Dəli­əh­­mədli, Dəliha­sannı, Də­libaşlar, Yuxa­rı Sa­­ral kəndində - Də­li­bay­ram­­lı, Ambarlı - Amba­rovka kən­din­də - Dəliyənli, Bol­nisi rayonundakı Kolagir kən­dində Dəl­­lər və s. nəsil ad­ları möv­cud­dur. Dəllər to­ponimik adla­rının tə­şəkkül tap­dığı sözlər əsasında düzələn kənd adlarına Azər­baycanda da rast gəlirik. O cümlədən, Ağsu və Saatlı ra­yon­larında Dəlilər adlı kənd­lər, Şəmkir rayonunda Dəlilər adlı şə­hər tipli qəsəbə, Dəlilər Cəyir, Dəlilər Cırdaxan adlı kənd­lər, Zərdab rayo­nunda Dəli Quşçu adlı kənd və Go­ran­­boy ra­yonunda Dəli­məm­mədli adlı şəhər tipli qəsəbə vardır.
Həmçinin, bu qrup toponimlərə Qərbi Azərbaycanın (in­diki Ermənistanın) sabiq İrəvan quberniyasının Yeni Bayazid (Novobayazid) qəzasında Dəllər, Ağcaqala nahiyəsində Dəli­lər (1590-cu ildən qeyd olunub), Kami nahiyəsində və Alek­san­dropol qəzasında Dəlilər (1728-ci ildə qeydə alınıb) və sabiq İrəvan qəzasında Böyük Dəllər adlı kəndlər ol­muş­dur.
Yuxarıda adları qeyd olunan kənd adlarına nəzər saldıq­da aydın olur ki, həmin kənd adları «tele» adlı etnonim əsa­sın­­da formalaşmışdır. Tarixdən məlumdur ki, türkköklü qə­dim tayfalardan biri də «tele» tayfaları olmuşdur. Bu tayfa xal­­qımızın etnogenezisində yaxından iştirak etmişdir. Bunu həmin tayfa adı əsasında düzələn toponimik vahidlər və on­ların müxtəlif bölgələrdə yayılması da təsdiq edir. Belə ki, dəli etnonimi «tele» şəklində hunların bir tirəsinin adı ki­mi mə­lumdur. Tarixi mənbələrin verdiyi məlumata görə, «te­le­lər» qədim zamanlarda Balxaş gölü ətrafında yaşamış və hun tayfa birləşmələrinə daxil olmuşdur. «Tele» tayfası VI əsrin ortalarında Dağıstana qədər uzanan türk xaqanlığının tərki­bi­nə daxil olmuş və əsas etibarilə Xəzər dənizi sahil­lərində məs­kən salmışdır. Mənbələrə əsasən söyləmək olar ki, era­mızın VI-VII əsrlərində «tele» tayfası Azərbaycanda və onun hüdudlarında oturaq həyat keçirməyə başlamışlar.
Dilimizin sonrakı inkişaf prosesində «tele» sözü «dele» və ya «dəli» kimi formalaşmış və sonralar ona «-lər» şə­kil­çisi artırılmışdır. Deməli, dəli etnonimi «tele» sözü əsa­sında tə­şəkkül tapmışdır. Belə ki, «dəli» sözü əvvəllər dili­mizdə həm tayfa adı, həm də «igid, cəngavər, qoçaq, cəsur, çılğın, qəhrəman, döyüşçü» mənalarında işlənmişdir. Ümu­milikdə isə, «dəli» tayfası «igid və cəngavər» tayfa məzmu­nunu bil­di­rir. Heç təsadüfi deyil ki, mədəniyyətimizin ensik­lo­­pediyası hesab olunan «Kitabi-Dədə Qorqud» das­tan­larında - Dəli Dom­r­ul, Dəli Dondar, Dəli Qoçar, «Ko­roğ­lu» dasta­nında - Də­li Koroğlu, Dəli Həsən, Koroğlunun dəliləri, «dəli nərə çək­­mək» kimi antroponomik və leksik vahidlər forma­laş­mış­dır. Bu da «tele» tayfasının döyüşkən və cəngavər türk tay­fası olmasına dəlalət edir. «Dəli» sözünü Nəsimi də hə­min mə­nada işlətmişdir: «Düşdü yenə dəli könül gözlə­rinin xə­yali­nə» və s.
Onu da qeyd edək ki, hələ orta əsrlərdən də əvvəl mövcud olmuş Aran Dəlləri qədim Borçalının Bağ bölgəsindədir, cənub tərəf­dən me­şələrlə örtülü dağa söykənib, sanki həmin dağ­dan güc alır... Dağ Dəlləri isə, qədim Borçalının Dağ böl­gəsində Başkeçid na­hi­yə­sinin düzənliyində yerləşir, əksər vaxtlar çən-çiçkin altında olsa da, həmişə saf və tə­miz ha­vada ağır-ağır nəfəs alır… Bu kəndlər ara­sındakı mə­­­sa­­fə coğ­­­­­rafi miqyasla təxminən 15-20 kilometr olar. Hər iki kən­din ab-havası, sanki, Koroğlunun Çənlibelini xatırla­dır...
Qədim Borçalı mahalında, Dəllər kəndlərinin yaxınlığında, hələ orta əsrlərdən bəri Dəllər toponimii ilə ilgili daha iki oronim - dağ adları da indiyədək xal­qın yaddaşında yaşa­maq­dadır. Bunlardan biri çox yüksək olmayan Yumru çalda (dağ­­da) yerləşən, möht\əşəm qaladır. Orta əsrlərdən üzü bəri bu qala Koroğlu qalası adı ilə xalqın yaddaşında yaşamaq­dadır. İkinci oronim isə, Dəliklidaş adla­nır. Dəllər kəndlərini Koroğlu qalasının və Dəliklidaşı xatır­layanda, həmin anda, istər istəməz «Koroğlu» dasta­nın­dan bir epizod yada düşür. Dastanının «Qulun qaçması» qolunda Koroğlu de­yir:

Bir qul qaçırmışam Ərəbistana,
Arayın, axtarın, tapın, gətirin.
Girmiş olsa, Dəliklidaşa,
Fərhadı aparın çapın gətirin.

Dəliklidaş coğrafi miqyasına görə, Aran və Dağ Dəlləri kənd­­ləri arasında təxminən orta məsafədə, hər tərəfi sıldı­rım­lı qayalar olan Meşəvari dağ çayının sahillərində yerlə­şir. Deməli Koroğlu­nun qaçan dəlisi yalnız Dəliklidaşda gizlənə bilər. Odur ki, Ko­roğlu qaçan dəlisini Dəliklidaşda axtar­ma­ğı məsləhət bi­lir.
Yuxarıda qeyd olunan oykonimlər-kənd adları da, oro­nim­lər də indi də xalq arasında fəal şəkildə işlənməkdədir.]]>
Müşviq BORÇALI Fri, 18 Nov 2016 00:52:05 +0000
MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!.. https://turan.info.az/esas/2055-mfq-borali-elm-tdqqat-n-mdaf-edb-tbrk-edrk.html https://turan.info.az/esas/2055-mfq-borali-elm-tdqqat-n-mdaf-edb-tbrk-edrk.html MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!..Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclası olub.
İclası giriş sözü ilə Dissertasiya şurasının sədr müa­vini, Nizami adına Ədəbiyyat İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, pro­fessor Məm­məd Əli­yev açaraq, əvvəl­lcə gündəlikdə duran cari məsə­lələr haqqında dissertasiya şurasının üzv­lərinə mə­lumat verib. Sonra "Ziya” qəzetinin və “turan.info.az” saytının baş redaktoru Müşfiq Bor­ça­lının (Müşviq Mədəd oğlu Ço­ba­novun) "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığı disser­tasiya işi müdafiə olu­nub.
Professor Məm­məd Əli­yev müdafiəyə təqdim olunan dis­sertasiyanın aktual­lığından və əhəmiy­yətindən söz açıb, bu mövzunun heç də təsadüfi ol­madığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Ni­za­mi adına Ədə­­­biyyat İns­titu­tu­nun "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin əsas elmi tədqi­qat is­ti­­­qa­mətlərinə uyğun bir şəkil­də hazırlanıb. Dis­ser­tan­tın elmi rəhbəri, AMEA-nın vitse-prezi­denti, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğ­lu HƏBİB­BƏYLİdir. Dis­­­ser­tasiyanın möv­zusu AM­EA Nizami adına Ədə­biy­­yat İnstitu­nun Elmi Şu­ra­­sın­da və Azər­baycan Res­pub­likası Elmi Təd­qi­qatla­rın Əla­­qə­lən­dirilməsi Şu­ra­sı­nın Fi­lo­logi­ya Prob­lemləri üz­rə El­mi Şurasında təsdiq olunub, AMEA Niza­mi adı­­­­na Ədə­­biy­yat İnsti­tutunun "XX əsr (so­vet dövrü) Azər­baycan ədə­biy­yatı" şöbə­sin­­də və institutun elmi se­­mina­rın­da mü­zakirə olu­­na­raq açıq mü­dafiəyə bu­raxılıb. Tədqi­qatın əsas elmi nəti­cələri iddiaçının nəşr olun­muş kitabla­rında, müx­­təlif el­mi nəşr­lər­də dərc et­dirdiyi məqalə və te­zis­­­lərin­də, beynəlxalq kon­frans­lar­dakı mə­ruzələrində öz əksini tapıb.
Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi disser­tasiya haqqında məlumat verib, bildirib ki, bütün sənəd­lər qayda­sın­dadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı 8 kitabı və 10 məqaləsi çap olunub. Elmi rəhbərin - akademik İsa Həbib­bəylinin, apa­rıcı təşkilatın - ADPU-nun, rəsmi oppo­nent­lərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var. O cümlədən, Jalә ƏLİ­YEVA (Milli Məclisin üz­vü, Bakı Dövlət Universitetinin Türk filo­lo­giyası ka­fedrasının professoru, filologiya üzrə elmlәr doktoru), Həmid VƏLİYEV (Bakı Dövlət Universi­te­ti­, Beynəlxalq jur­nalistika kafed­ra­sının mü­diri, professor, Gürcüstan Res­publika­­­sının Əməkdar jurnalisti), Vüqar ƏHMƏD (AMEA-nın Nizami adına Ədəbiyyat İns­ti­tutu­nun baş el­mi işçisi, filologiya üzrə elmlər doktoru, profes­sor), Adilxan BAY­RAMOV (Azərbaycan Respublikası Mədə­niy­yət və Tu­rizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktor müavini, filolo­giya üzrə elmlər doktoru), Rahilə QEYBULLAYEVA (Ba­kı Slavyan Univer­siteti, Azərbaycan ədəbiy­yatı kafedrası­nın müdiri, filolo­giya üzrə elmlər doktoru, professor), Nizami Tağı oğlu MƏMMƏDOV (TAĞISOY) (Bakı Slav­yan Universiteti, fi­lo­logiya üzrə elmlər doktoru, professor), Əjdər AĞAYEV (Qafqaz Universiteti, pedaqoji elmlər dok­to­ru, professor, Azərbaycan Təhsil Şurasının sədri, Azərbaycan Yazıçılar Birli­yinin üzvü), Elman QULİYEV (ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının pro­fessoru, filologiya üzrə elmlər doktoru), Yaqub BABAYEV (Azərbaycan Dövlət Pedaqoji Univer­siteti, filolo­giya üzrə elmlər doktoru), Məhərrəm HÜSEYNOV - Azərbaycan Dövlət Pedaqoji Univer­si­teti, filologiya fakültəsinin dekan müavini, filologiya üzrə elmlər doktoru, pro­fes­sor), Şikar QASIMOV (Azərbaycan Texniki Universiteti, “İcti­mai fənlər” kafedrasının müdiri, tarix elmləri dok­toru, professor), Həbib Mirzəyev (Azərbaycan Texniki Universiteti, “Azərbaycan dili və pe­da­­qo­gika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent), Seyfəddin Gülverdi oğlu RZASOY (AMEA-nın Folklor İnstitutunun şöbə mü­di­ri, filo­logiya üzrə elmlər doktoru), Şakir ALBALIYEV (AMEA-nın Folklor İnstitutunun aparıcı elmi iş­çi­­­si, filo­logiya üzrə fəlsəfə doktoru, dosent), Knyaz ASLAN (Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi ka­fedrasının müdiri, dosent), Kərəm MƏMMƏDOV (Bakı Dövlət Uni­versiteti, tarix üzrə fəlsəfə dok­toru, dosent, “Borçalı” İctimai Birliyinin sədri), Fidanə MUSAYEVA (Bakı Slavyan Universiteti, filologiya üzrə fəl­sə­fə dok­toru, dosent), eləcə də qonşu GÜRCÜSTANdan - Novruz BAYRAMOV (H.Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Univer­si­tetinin rektoru, Gürcüstan Ziyalılar Birliyinin sədri, doktor-professor, Gürcüstan Pedaqoji Elmlər Aka­­­­demiyasının üzvü),Mahmud HACIXƏLİLOV (Ukrayna-Gürcüstan Beynəlxalq İns­ti­tu­­tunun elmi işlər üzrə prorektoru, professor), Hüseyn YUSİFOV (Gürcüstan Azər­baycanlıları Konqresinin sədri), Nizami MƏMMƏD­ZADƏ (Gürcüstan Azərbaycanlı Jurnalistlər Birli­yi­nin səd­ri, Azər­baycanın Respublikasının Əməkdar jurnalisti) və başqa­ları­nın müsbət rəy yazıb göndərdikləri diqqətə çat­dı­rıldı. O da bildirildi ki, qardaş Türkiyədən, eləcə də Gürcüstandan, İsrail­dən və Pol­şa­dan da dissertasiya şurasının iclasına in­ternet va­sitəsilə canlı olaraq qoşulmaq arzusunda olanlar da var. Onlardan - Türkiyənin Ərdahan Universitetindən ­­Gürcüstan Milli Elmlər Akademiya­sının hə­qiqi üzvü, filologiya üzrə elmlər doktoru, pro­fes­sor Şurəddin MƏMMƏDLİ, Gürcüstan Parlamentinin deputatı Azər SÜLEYMANOV, iddiaçının ali məktəb müəllimi olmuş və hazırda Təl-əviv şəhərində yaşayan filologiya üzrə elmlər doktoru, pro­fes­sor Adil Qardaş oğlu MİŞİYEV, Polşa Elmlər Akademiyasından - Polşadan Varşava Uni­ver­sitetinin əməkdaşı, Mə­leykə HÜSEYN və baş­qaları iddiaçıya təbriklər ünvanlamışlar.
Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iş­tirakçılarının mü­zakirəsinə verilib.
İddiaçı müdafiəyə təqdim olunan tədqiqat işi haqqında çıxış edib. Bildirib ki, dissertaya giriş, hər biri müx­tə­lif ya­rım­fəsilə bö­lün­mək­­­lə üç fəsil, nəticə və istifadə olunmuş ədə­biyyat siyahı­sın­­dan iba­rətdir.
"Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi ye­ni­liyi, məq­səd və vəzifə­lə­ri, təd­­­­qiq ta­­ri­xi, ob­­yekti, prak­tik əhə­miyyəti, nəzəri-me­todoloji əsasları, apro­ba­si­ya­sı və digər məsə­lələr yığcam şəkildə öz əksini tapmışdır.
Mövzu ilə bağlı məlumat verən Müşfiq Bor­çalı tədqiqat işinin elmi yeniliyini, ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb. Bildirib ki, Gür­cüstanda yaşa­yıb-yaradan şair və yazıçı­ların hə­yat və ya­ra­dıcılıq yollarını, ədəbi inkişaf meyil­lərini öyrən­mək, onların bədii ya­ra­­­dı­­cı­­lıq­larını ət­raflı şə­kil­də təhlil et­mək və araşdrı­maq, tədqiqat işinin əsas elmi ye­­­ni­liklə­rin­dən­dir. Azər­baycan ədə­­biyyat­şünaslığında epi­zo­dik şə­kil­də toxu­nu­lan bu prob­­­lem ilk də­­fə olaraq təd­qi­qat obyekti ki­mi götü­rülərək araş­­dırma ob­yek­tinə çev­ril­mişdir. Disser­­tasiyada Gürcüstanda yaşayıb-ya­ra­dan yazıçı­ların ümum­azər­bay­can ədəbi pro­­­se­sin­dəki yerləri və möv­qeləri müəy­yən­ləş­dirilir.
“Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poe­ziyasının inkişaf təma­yül­ləri” adlanan birinci fəsildə prob­lem - “Gürcüs­tanda ye­ni ədəbi-ictimai mü­hit və onun xarak­teri”, “Milli poetik ənə­nələr və aşıq şeiri”, “Gür­­cüstanda Azərbaycan poe­­­­ziyasının yeni yara­dıcılıq me­yil­ləri” başlıq­ları al­tında üç yarım­fəsildə təhlil olu­nur. Gürcüstandakı Azərbaycan ədəbi mühitinin tarixinə qısa bir nəzər salınır, Bor­ça­lı aşıq məktəbinin və elə­cə də bu mühütdən qay­naq­lanan çağdaş poeziyanın ta­nın­mış nü­mayəndələrinin yara­dıcılığı ilk dəfə ola­­raq el­­mi tədqi­qata cəlb olu­nur.
“Gürcüstanda yaranan Azərbaycan nəsr və drama­tur­gi­ya­sının inkişaf problem­ləri” adla­nan ikinci fə­sildə problem “Nəsrin mövzu, janr və forma müəyyənliyi” və “Drama­tur­giyada ob­raz, möv­­zu, süjet və kompozisiya problemləri” başlıqları altında iki ya­rım­fəsildə ümu­­miləşdirilir.
“Gürcüstanda Azərbaycan dilində yaranan ədəbiy­yat­şünaslıq, ədəbi əlaqələr və bədii tərcümə məsələləri” ad­la­­nan üçüncü fəslin birinci yarımfəslində “Ədəbiy­yat­şünasalıq və ədəbi tənqid” bir prob­­­lem kimi qoyulur və ilk dəfə ətraflı təhlilini tapır. Əlbəttə mövcud mühitdə mə­­­sələlər tək­cə bədii nümunələrin yaranması ilə bit­mirdi. Ayrı-ayrı qəzet, jur­nal sə­­­­hi­fə­lə­rində çıxan bədii nü­munələrə, eləcə də ki­tab­lara ədəbi tən­qi­din ob­yek­tiv mü­­na­si­bə­ti vardı. Da­ha sonra “Ədəbi əlaqələr və bədii tərcümə” məsələsi bir prob­lem ki­mi qo­yulur, eləcə də Azər­baycan-gürcü ədəbi əlaqə­ləri və bədii tər­cü­mə mə­sə­lələri də təd­qiqatın verdiyi imkanlar daxilində ilk dəfə araşdır­maya cəlb edilir.
Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elm­lər doktoru, professor İmamverdi Həmidov aparıcı təşkilatın rəyini diqqətə çatdırıb.
Sonra söz rəsmi opponentlərə verilib. Azərbaycan Respub­likasının Prezi­denti yanında Dövlət İda­rəçilik Aka­demiyası, Dillər kafedrasının müdiri, Əməkdar müəllim, filologiya üz­rə elmlər doktoru, professor Akif BAYRAMOV və Bakı Slav­yan Universitetinin sabiq rektoru, filologiya üzrə elmlər dok­toru, professor Asif HACIYEV çıxış edərək müdafiəyə təqdim olunan disserta­sıyanı yüksək qiy­mət­ləndiriblər.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mü­kafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Mə­hərrəm Qasımlı, "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin müdiri, filologiya üzrə elmlər doktoru, pro­fessor Şirindil Alışanov, Mət­buat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və başqaları çıxış edərək, xüsusi olaraq dissertasiyanın elmi əhəmiyyətini vur­ğulayıblar.
Müəllif tövsiyələri dinləyib, mövzu ilə bağlı sualları ca­vablandırıb.
Müdafiənin davamında professor Məm­məd Əli­yev yekun rəyi dissertasiya şurasının üzvlərinin diq­qətinə çatdırıb, səs­vermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.
Səsvermənin nəticələri elan olunub: Müşfiq Borçalının "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.
Sonda iddiaçı Dissertasiya Şurasının rəhbərliyinə, üzv­lərinə, elmi rəhbəri akademik İsa Həbibbəy­liyə, rəsmi op­ponentləri - professorlar Akif Bayramova və Asif Hacı­yevə, aparıcı müəs­sisəyə - şəxsən, Azərbaycan Dövlət Pe­daqoji Uni­versitetinin rek­­toru, pro­fessor Cəfər CƏ­FƏ­ROVa elmi işlər üzrə pro­rektor, professor Asəf ZAMA­NO­Va, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafed­rasının müdiri, pro­fessor Hi­ma­lay Qa­sı­mo­va, həmçinin mü­zakirədə fəal iştirak etmiş kafed­ranın bütün əmək­daşla­rına, xüsusilə də pro­fessorlar Təyyar Sa­lam­oğluna, Elman Quliyevə, Mahmud Al­lah­manlıya, Ya­qub Ba­bayevə və baş­qa­larına, istər müzakirə, istərsə də seminar zamanı əsəri diqqətlə oxuyub müsbər rəy yazan alimlərə - Seminarın rəhbəri: Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Paşa oğlu QASIMLIya, filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafa oğlu MUSTAFAYEVə, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu BAYRAMOVa, XX əsr (Sövet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şirindil ALIŞANLIya, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan ƏHMƏDOVa, Əlizadə ƏSGƏRLİyə, Filologiya üzrə fəlsəfə doktorları Şahbaz Şamı oğlu MUSAYEVə, İlham MƏMMƏDLİyə, Müdafiəyə buraxılmaq üçün EKSPERT RƏYİ yazmış filologiya üzrə elmlər doktorları, professorlar Gülər ABDULBƏYOVAya və Alxan Bayramoğluna (MƏMMƏDOV), eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nüma­yən­də­lərinə öz təşəkkürünü bil­dirib.
Qeyd edək ki, Müşfiq Borçalının dissertasiya müdafiə­sində Dissertasiya Şurasının üzvləri ilə yanaşı, bir çox tanınmış elm və ictimaiyyət nümayəndələri də, o cümlədən, Respublika Təhsil Şura­sının sədir, pro­fessor Əjdər Ağa­yev, Azər­baycan Respublikası Mə­də­niy­yət və Tu­rizm Nazir­liyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mər­kəzinin direktor müavini, filolo­giya üzrə elmlər dok­toru Adilxan Bayramov, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filolo­giya üzrə elmlər dok­toru, pro­­fessor Mədəd Çobanov, “Borçalı” İctimai Birliyinin həmtəsisçisi, professor, şair Hidayət Nuriyev, AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiy­yat­şünaslıq+bədii yaradı­cılıq" bir­liyinin rəhbəri, filolo­giya üz­rə elmlər dok­toru, pro­fessor, şair Vüqar Əhməd Azər­­baycan Aşıq­lar Bir­liyi­nin katibi, Əməkdar mədə­niyyət işçisi Musa Nəbioğ­lu, Gürcüstandan gəlmiş “Şərəf” ordenli yazıçı Əli Ab­bas, Beynəlxalq Poe­zuya mükafatları lau­reatı, “Şərəf” ordenli şair Nizami Saraçlı və digər elm adamları, icti­maiy­yət üzv­ləri iştirak edib.
Biz də “Ziya” qəzetinin və turan.info.az saytının yaradıcı heyəti və oxucuları adından Müşfiq Borçalını yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir və ona elmi fəa­liyyətində yeni-yeni uğurlar arzulayırıq!..]]>
Müşviq BORÇALI Mon, 14 Nov 2016 19:15:41 +0000
Akif Xansultanlı: MƏNİM SAYDIĞIM ÖMÜR... https://turan.info.az/medeniyyet/qarapapaqlar/674-akif-xansultanl-mnm-saydiim-mr..html https://turan.info.az/medeniyyet/qarapapaqlar/674-akif-xansultanl-mnm-saydiim-mr..html Akif Xansultanlı: MƏNİM SAYDIĞIM ÖMÜR... MƏNİM SAYDIĞIM ÖMÜR... 1974-cü il noyabrın 7-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1991-ci ildə 1 saylı Sadaxlı kənd orta məktəbini, 1997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.
Sonradan təhsilini AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında davam etdirib.
Elmi məqalə və şeirləri ilə mətbuatda vaxtaşırı çıxış edir.
“Borçalı dastanı” adlı kitabı nəşr olunub. “Qarapapaqlar” dərgisinin redaktorudur.
əri ilə mətbuatda vaxtaşırı çıxış edir. “Borçalı dastanı” adlı kitabı nəşr olunub. “Qarapapaqlar” dərgisinin redaktorudur.]]>
Müşviq BORÇALI Mon, 07 Nov 2016 00:40:20 +0000
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!.. https://turan.info.az/gurcustan/baskecid/1932-aslan-erpanl-eidin-ay-ellr-sad-yranay.html https://turan.info.az/gurcustan/baskecid/1932-aslan-erpanl-eidin-ay-ellr-sad-yranay.html Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..Aslan Çerpanlı (Çerpanov) - 1947-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı ən ucqar və ən böyük ellərimizdən olan Yırğançay kəndində el ağsaqqalı, Əməkdar müəllim İdris Çerpanovun ailəsində dünyaya göz açıb. 1969-cu ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. Elə həmin vaxtdan da doğulduğu kənddə müəllim işləyir.
Artıq neçə ildir ki, Yırğançay kənd orta məktəbinin direktoru vəzifəsində şərəflə çalışır.
Dəfələrlə Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunub.
Şerləri və məqalələri müntəzəm olaraq dövri mətbuatda və almanaxlarda çap olunur.
Ailəlidir, dörd övladı var.
Aşağıda Aslan muəllimin bir neçə şeirini oxucularımıza ərmağan edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də pedaqoji fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..



ANA SEVGISI

Həyat başdan-başa sevgidir, ancaq,
Hər şeydən öncədir ana sevgisi.
Vətən də anadir halal insana,
Yaranandan keçir qana sevgisi.
Əlində var-dövlət ola, şirindir,
Dostlarin əbədi qala, şirindir,
Anadan olan tək bala şirindir,
Əbədi yeriyir cana sevgisi.

Aslan, ozan sazi mərdə çalibdir
Dünyani düşünmək mərdə qalibdir.
Məni bir çarəsiz dərdə salibdir,
Hələ ovlanmamiş sona sevgisi.

YARAŞMAZ

Zər qədrini zərgər bilər dünyada,
Qumar üçün zər, kişiyə yaraşmaz.
Arxadan danışmaq, quyruq bulamaq,
Papaq qoyan ər kişiyə yaraşmaz.

Mərd igidə arxa olar öz eli,
Saxlayaramı bünövrəsiz bənd seli?
Pələng nərildəsə titrədər kəli,
Nərə çəkmək boz pişiyə yaraşmaz.

Əzəlimiz sudu, sonumuz torpaq,
Bizdən hesab sorar bir quru yarpaq.
El-oba önündə dinib-danışmaq,
Aslan, bil, ki, hər kişiyə yaraşmaz.

YIRĞANÇAY

Zəmanənin dönüklüyü üzündən
Təklənib dağlarda qaldı Yırğançay.
Buradan başlayır ulu Borçalı,
Düşmənin gözündə dağdı Yırğançay.

Bir yanı Lorudu -yağıya verdik,
Bir yanı Əyriqar - zahıya verdik.
Bir yanı ormandı - barını dərdik,
Dağların qoynunda bardı Yırğançay.

Hər yandan görünür Noylunun dağı,
Köksündən qaynayır Orta bulağı,
Bakıdan, Gəncədən gəlir qonağı,
Eşidin, ay ellər, sağdı Yırğançay!

Aslana əzizdi torpağı, daşı,
Payızda küləyi, yazda yağışı,
Yayda cənnət olur dağların başı,
Uzun qışda bəyaz qardı Yırğançay.]]>
Müşviq BORÇALI Thu, 27 Oct 2016 17:03:11 +0000
ELMURAZ KÖÇƏRİ: Çəkilib göylərə yuxum bu gecə... https://turan.info.az/gurcustan/pushkinciler/50-elmuraz-kr-kilib-gylr-yuxum-bu-gec.html https://turan.info.az/gurcustan/pushkinciler/50-elmuraz-kr-kilib-gylr-yuxum-bu-gec.html ELMURAZ KÖÇƏRİ: Çəkilib göylərə yuxum bu gecə...Elmuraz Köçəri

YOL ÜSTƏ

Tanrı, kəsmə yollarımı!
Haqqa doğru yol üstəyəm.
Ürəyimdə neçə insan...
Tək deyıləm, bir dəstəyəm.

Neçə günah, neçə savab,
Milyon sual, milyon cavab,
Kimdən kömək,kimdən savab,
Nə salamat, nə xəstəyəm.

Unudulub,neçə kərə
Yaramışam xeyrə,şərə,
Baş açmıram,bu bəşərə,
Nə verəm ki,nə istəyəm?

Gördüyüm çox hər nəfisdən,
Gah xaindən,gah xəbisdən,
Seçilmir ki,yaxşı pisdən
Yaxşı deyəm,ya pis deyəm.

Su qiyməti can bazarı,
Səsim ağlar zarı-zarı,
Sazım-sözüm el azarı,
Bayatıyam,şikəstəyəm.


YUXUSUZLUQ

Mən niyə yatmıram,görəsən,Allah?!
Çəkilib göylərə yuxum bu gecə.
İşləmir saatlar,açılmlr sabah,
Qorxuram...
Nədəndir qorxum bu gecə?
Şeytanlar əlini qoyub göz üstə,
Boylanır içəri pəncərələrdən.
Sobadan səs gəlir..,
Sanki, köz üstə
Od alıb bir uşaq,qaldırıb şivən.
Küləklər çırpıda vay-şivən çalır,
Ağlaşma səsidir meşədən gələn.
Bu gecə kəndəmi gəlib Xocalı?
Qandımı,yaşdımı şüşədən gələn?
Nə gəzir tavanda Göyçə bu gecə?
Nə gəzir divarda Təbriz,Ərdəbil..?
Arazdı...
Çaydanda çağlayır necə...
Şəhriyar ruhuma keçib elə bil.
Külək təbil çalır evin damında,
Oyuqdan gələn səs şeypurun səsi.
Savaşa həvəsi yox adamın da,
Hamının yuxuya gedib həvəsi.
Mən niyə yatmıram yurdda,Vətəndə,
Nə haqqa nankoram,nə xalqa nankor,
Bu gecə Kəlbəcər gəlibdi kəndə,
Qaçqın da,köçkün də yatır xorhaxor.
Mən niyə yatmıram barı,bir çimir?
Ətrafı qeyrətdən hörgülü kənddə.
Mənim qulağıma gələn səs-səmir
Boynuma düşübdü mürgülü kənddə.

QİSAS

Dəyərli şairimiz Afiq Muxtaroğlunun bu səpkili janrı mənə ləzzət verir...

Gəl dost olaq,ey qisas!
Gəl,eylə xilas məni.
Boğur məngənələrdə
O matəm,bu yas məni.
Çox dözdüm bu həyatda,
Dözəmməzdi polat da
Haqqım ayaqlar altda,
Basır basabas məni.
Susmur nifrət andırım,
Qanan da yox qandırım,
Yanıb cırım-cındırım,
Yandırır libas məni.
Öyrəşdik qısılmağa,
Alışdıq basılmağa,
Başım yox asılmağa,
Ayağımdan as məni.
Yalvarıram,qulaq as!
Ruhum yuxuya həssas,
Yuxuma gəl ,ey qisas!
Oyatsın qisas məni.


Deyişmə

Quşlarda qayıdıb getdi vətənə,
Çox heyif baharda gələ bilmədim.
Qəriblik insana həsrət çəkdirir,
Ürəkdən şadlanıb gülə bilmədim.
Vəli Qaraçaylı.

Elmuraz Köçəri:
Quşların vətəni dəyişməz babam,
De,bahar lazımsa, bahar göndərim.
Qoymaram dost-qardaş qəriblik çəkə,
Hər səhər kef dolu nahar göndərim.

Vəli Qaraçaylı:
Bahar göndərməyin çox çətin olar,
Mənə o dağların buzunu göndər.
Mənim naharımı verə bilməzsən,
Bağla ayağını quzunu göndər.

Elmuraz Köçəri:
Bir quzu nədir ki,o sənə qurban,
Dost-qardaş yolunda qan eylərəm,qan,
Bulaqlar gözünü büz tutub,inan,
İstəsən suyundan nübar,göndərim.

Vəli Qaraçaylı:
Yaxşı qarşıla sən gələn qonağı,
Dondura bilərmi buz da bulağı?
Mən dağlar oğluyam dər quzqulağı,
Quzqulaqla birgə duzunu göndər.

Elmuraz Köçəri:
Quzqulaq göndərim duz taparsınız,
Quzu da göndərim köz taparsınız,
İlham taparsınız-söz taparsınız,
Gərək bu dağlardan qübar göndərim.

Vəli Qaraçaylı:
İlhamı şairə verən,Allahdı,
Bəndə görməyəni görən Allahdı,
Haqqı hesabı da soran Allahdı,
Haqqın göndərdiyi yazını göndər.

Elmuraz Köçəri:
Hamıya verilmir şair ilhamı,
Yaratmaq eşqiylə yaşamır hamı,
Söhbətmi bahamı,sazmı bahamı?
Hansını deyərsən-nə var göndərim.

Vəli Qaraçaylı:
Qələmdi şairin darda gərəyi,
Palıddan yonarlar dama dirəyi,
Sözlə dolu olur şair ürəyi,
Çəkərəm sözünün nazını,göndər.

Elmuraz Köçəri:
Dostum qələmimdi,qardaşım kağız,
Sevib bu dağları,qalmışam yalqız,
Yadına düşürmü kəkotu,yarpız?
Sözdən çəpər çəkim,divar göndərim.

Vəli Qaraçaylı:
Dünyaya gələndən xoş diləklisən,
Yalqız qalıbsansa qurd ürəklisən,
Sən dağlar oğlusan,duz-çörəklisən,
Yarpızı dərəndə azını göndər.

Elmuraz Köçəri:
Nə ləzzət verəcək azı yarpızın,
Dərd verər insana çoxu qarpızın,
Çəkirəm yerini qara bir qızın,
Gələn yox, gedən yox xavar göndərim.

Vəli Qaraçaylı:
Az yesən həmişə yeyərsən,şair,
Xudaya min şükür deyərsən,şair,
Bəylik paltarını geyərsən,şair,
Mənə Saraclının sazını göndər.]]>
Müşviq BORÇALI Thu, 27 Oct 2016 13:00:38 +0000
AŞIQ KAMANDAR QURBANOV (1982) https://turan.info.az/gurcustan/baskecid/1928-aiq-kamandar-qurbanov-1982.html https://turan.info.az/gurcustan/baskecid/1928-aiq-kamandar-qurbanov-1982.html AŞIQ KAMANDAR QURBANOV  (1982)

Borçalı aşıq məktəbinin
layiqli davamçısı

Əsrarəngiz gözəlliyi ilə göz qamaşdıran, hər qarışı qoçaq­ların-qaçaqların həyatından dastan danışan, torpağının altı altun dolu, bundan da böyük sərvəti qızıldan dəyərli insanları olan, Borçalı yaylaqlarının ətəyində yerləşən Məmişlər obasının Qur­ba­novlar ailəsində 1982-ci ilin avqust ayının 5-də bir oğlan uşa­ğı dünyaya gəldi. El adətinə görə qohum-əqraba yığışıb uşağa ad verən zaman ən məqbul təklif Saat mamasından ata­sının ba­cısından oldu: Kamandar. Bəli, əzəmətli ustad aşığımız Ka­man­dar Əfəniyevin şərəfinə.
Təhsil sarıdan bu uşaq bəxti gətirməyənlərdəndir. Orta mək­təb dövrü ötən əsrin 90-cı illərinə düşən Kamandar Qurbanov yal­nız doğma kəndində ibtidai təhsil ala bildi. Yəqin elə bu səbəbdəndir ki, sənəti daha çox oxuyub öyrənməklə deyil, eşi­dib öyrənməklə əxz edir.
Dmanisi mədəniyyət evində təşkil olunan nağara dərnəyində əmisi Selimxandan dərs almağa başlasa da, sazın sehri və İla­hinin işi ilə meyli daha çox aşıqlığa doğru yön almağa baş­la­yırdı. Nədənsə valideynləri bu işdə ona mane olmaq istəyirdi. La­kin Kamandarın iradəsi qalib gəldi. Qonşu kəndlərin hansı toy şənliyində aşıq olardısa, gecənin nə vaxtı olsa da atı minib ora çapardı. Tükənməz məhəbbət və eşq, dərin huş-guşla aşığa qulaq asardı. Atası briqadir Lətif aran­­dan gəlib biçinçilərə ye­mək aparmağı ona tapşıranda se­vin­cinin həddi-hüdudu olmazdı. Axı Dəmirli kəndindən gələn hə­vəs­kar aşıq - Qiyas da öz cürə sazı ilə on­la­rın arasında idi. Və na­har istirahətində bənzərsiz və şirin ifaları ilə məlahətli səsini dağlara yayırdı ki, bu da Ka­mandarın uşaq dünyasına əvəzsiz hakim kəsilirdi. İndi ömrünün ahıl dövrünü yaşayan həmin biçinçilər bu uşağı belə xatırlayır. Lətifin oğlu öz əlləri ilə taxta parçasına simlər bağlayıb bar­maqları damana qədər dınqılda­dar­­dı. Beləliklə, bir tərəfdən ana babası Qarabudaqlı Aşıq İvra­ham­dan gələn gen, digər tə­rəf­dən gözəl saz ifaçısı-əmisi rəh­mət­lik İslamın yanında bö­yü­məsi, o biri tərəfdən isə dün­­yaya gələn zaman uşağa bəslənən arzular işini görməyə başladı.
Amma ən başlıcası ürəyində böyük İlahi eşq gəzdirən bir kişi ailənin qonağı olur. Düzənlənən məclisdə qonağa deyilir ki, burada 13 yaşlı bir bala “beçə” var. Qonaq buyurur ki, eşidək kör­pəni. Kamandar düzəltdiyi simli taxtanı, - “Saz”ını döşünə ba­sıb oxumağa başlayır. Heyranlıqla uşağı dinləyən qonaq Ka­mandarın alnından öpüb xeyir-dua verir. Üzünü məclisə tutub deyir ki, bu uşağın çox böyük gələcəyi var. Daha bundan sonra Kamandar aşıq olmaya bilərdimi?.. Lakin peşakarlığı daha çox Başkeçiddə ustad aşıq kimi ta­nı­nan aşıq Həmzənin şagirdi: aşıq Haqverdidən öyrəndi və bu gün də öyrənir. Sazı solaxay çalsa da havacatları solaxay get­mir.
Qaraçöpdən, Qabaldan tutmuş Yırğançaya qədər, Sadaxlıdan tutmuş Ərcivan-Sarvana qədər Gürcüstanın elə bir kəndi yox­dur ki, onlar Kamandar Lətif oğlunu ən əziz günlərində çağır­masınlar. Çünki, o böyük bir ürəyə malikdir. Elə bu ürəklədə məclisə girib, iştirakçıların ürəyini ələ ala bilir. Aşıq havala­rının mükəmməl ifaçısı olduğu kimi muğamı da gözəl dərk edir. Musiqinin ən müxtəlif janrlarında məharətini sınaya bilir.
Kamandar Qurbanov 2003-cü ildən Marneuli şəhərində ya­şayıb, fəaliyyət göstərir. Gürcüstan Aşıqlar Birliyinin üzvüdür.
Ömrünün 8 ilini Qarayazının Nəzərli Kəndində yaşayan Ka­mandar elə bu eldən olan Esmira xanım ilə ailə qurub. Qızına anasının adını verib: Nərgiz. Oğluna isə atasının adını: Lətif.
XX əsrin axırı, XXI əsrin əvəllərində Azərbaycan poeziya dağ­larında ən uca zirvəni fəth etmiş “alpinist”imiz, dünyalar durduqca duracaq şairimiz, - Zəlimxan Yaqub necə də gözəl de­­­mişdir.
Saz yaşayır, zillər, bəmlər içində,
Bir aləmdir bu aləmlər içində,
Ötən günlər, gələn dəmlər içində,
Bizdən sonra qalana bax, qalana.

Nə xoşbəxtdir ki, Borçalılar Borçalı yaşayır. Nə xoşbəxtdir Borçalı aşıq akademiyası ki, onun bu qoca yurdda təkcə adı yaşamır, sənəti də yaşayır. Burada isə Kamandar Lətifoğlunun zəhmətini kim dana bilər ki.
Bu günlərdə “Lider TV”-də təşlik olunan “Aşıq deyişməsi” yarışmasının iştiraçısı olan Kamandar Lətifoğlunu, çox ümid­varam ki, sənətə və sənətkara qiymət verən qədir bilən xalqımız dəstəkləyib layiq olduğu mərtəbəyə qaldıracaqdır!..

Rövşən Dəmirli
Qardaşım Kamandara həyatında və sənətində
böyük müvəf­fəqiyyətlər arzusu ilə
Öz çiçəyi, öz gülüdür,
Borçalının bülbülüdür,
Görkəmlidir, görkülüdür,
Ona qurban yoxum-varım,
Qoy oxusun Kamandarım.

Ağ bənizdə xal kimidir,
Yaşıllığa al kimidir,
Yağ üstündən bal kimidir,
Saz qarışıq kaman-tarım,
Qoy oxusun Kamandarım.

Başkeçidin baş aşığı,
Toylarının yaraşığı,
Parlayacaq gur işığı,
Sönməyəcək etibarım,
Qoy oxusun Kamandarım.


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.743-744).]]>
Müşviq BORÇALI Thu, 27 Oct 2016 12:31:17 +0000
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK ƏHƏMİYYƏTLİ TƏDQİQAT İŞİDİR https://turan.info.az/elm/humanitar/6475-mfq-boralinin-dssertasyasi-btkn-orjnal-elm-nzr-v-praktk-hmyytl-tdqqat-dr.html https://turan.info.az/elm/humanitar/6475-mfq-boralinin-dssertasyasi-btkn-orjnal-elm-nzr-v-praktk-hmyytl-tdqqat-dr.html MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK ƏHƏMİYYƏTLİ TƏDQİQAT İŞİDİR

Müşviq Mədəd oğlu Çobanovun “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatına

RƏY

Azərbaycan ədəbiyyatının yaranış coğrafiyası çox genişdir. Belə ki, azərbaycanlıların yaşadığı digər ölkələrdə də Azərbaycan ədəbiyyatı yaranır və inkişaf edir. Ötənlərdə bu proses daha diq¬qətçəkən olmuşdur. Çünki azərbaycanlıların dədə-baba torpaqlarının ərazisi genişliyi əhatə et¬miş, bu ərazilərin bəziləri sonralar yaranmış digər dövlətlərin tərkibinə qatılmışdır. Məsələn, İrəvan ədə¬bi mühitinin, Tiflis ədəbi mühitinin, Dərbənd ədəbi mühitinin məhsullarını bu qəbildən hesab etmək olar. Gürcüstan (Tiflis) ədəbi mühiti davamlılığı ilə seçilmiş, bütöv Azərbaycan ədəbiy¬yatının inkişaf etməsinə öz təsirini göstərmişdir. Düşünürəm ki, azərbaycanlıların yaşadığı tarixən mövcud olan digər ölkələrdəki ədəbi mühit də araşdırılmalı, qazanılmış təcrübə dəyərlən¬dirilmə¬lidir. Çox yaxşı haldır ki, qonşumuz Gürcüstanda Azərbaycan ədəbiyyatı nümunə¬ləri öz va¬ris¬liyini davam et¬dirir, Gürcüstanda yaşayan azərbaycanlı sənət-söz nümayəndələri onu inkişaf etdirirlər.
M.M.Çobanovun rəy verdiyim dissertasiyası bu baxımdan diqqətçəkən tədqiqat əsəridir. Müəllif Gürcüstanda Azərbaycan ədəbiyyatının 1960-2010-cu illər inkişaf meyillərini tədqiqat obyekti seç¬miş və öz dissertasiyası ilə tədqiq etdiyi mövzunun inkişafına kömək etmişdir.
Müəllif mövzunun aktuallığını kifayət qədər əsaslandıra bilmişdir. Eləcə də tədqiqatın obyekti və predmetini, nəzəri və metodoloji əsaslarını, elmi yeniliyini, məqsəd və vəzifələrini, tərcübi əhə¬miyyətini düzgün müəyyənləşdirmişdir.
Dissertasiyanın sistem sturukturu dinamikdir və məntiqi ardıcılığa malikdir. Elə ki, M.M.Ço¬banov “ Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poeziyasının inkişaf təmayülləri” adlanan birinci fəslin birinci bölümünü Gürcüstanda yeni ədəbi-ictimai mühitin və onun xarakterinin şərhinə həsr etmiş və bununla da inkişaf etdiriləcək məsələlərin metodoloji əsasını hazırlamışdır. Bundan sonrakı ikinci bölümdə şərh edilən milli poetik ənənələr və aşıq şeiri məsələləri həmin metodoloji baza əsa¬sında qurulur. Birinci fəsilin üçüncü bölümü isə konkret olaraq Gürcüstanda Azərbaycan poe¬ziyasının yeni yaradıcılıq meyillərinin araşdırılmasını və şərhini əhatə edir.
M.M.Çobanov dissertasiyanın ikinci fəsilində Gürcüstanda nəsr və dramaturgiyanın inkişaf prob¬lemlərini təhlilə cəlb edir. Əvvəlcə nəsrin mövzu, janr və forma müəyyənliyini sonra isə dra¬maturgiyada obraz, mövzu, süjet və kompozisiya problemlərini araşdırır.
Fikrimcə, birinci və ikinci fəsillərdə şərh olunan məsələlər diqqət çəkdiyi kimi, üçüncü fəsilin əha¬tə etdiyi Gürcüstanda ədəbiyyatşünaslıq və ədəbi əlaqələr və bədii tərcümə məsələləri də maraq doğurur.
Müəllif haqlı olaraq ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında ayrıca yarımfəsildə geniş bəhs edir. Eləcə də ədəbi əlaqələr və bədii tərcümə məsələlərinə xüsusi yarımfəsil ayırır.
Hər bir fəsil məzmunluluğu, faktlara söykənməsi və elmi ümumiləşdirmələri ilə seçilir. Müəllif mövzuya uyğun olaraq müəllifləri qeyd etməklə ədəbi əsərlərin dəyərini müəyyənləşdirir, həmçinin müəlliflərin yaradıcılıq xüsusiyyətlərini, kredosunu, üslubunu şərh edərək hər birinin Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişafında mövqeyini üzə çıxarır.
Avtoreferatda verilmiş şərhlər oxucunu lazımınca məlumatlandırır və qane edir. Şərhlər konkret olaraq faktları ortaya qoyması əsərin inandırıcılığını artırır.
Dissertasiyada qaldırılan bəzi problemlər yeni tədqiqat işlərinin aparılmasını meydana qoyur. Belə ki, gürcü ədəbiyyatında Azərbaycan mövzusu, ayrı-ayrı ədəbi simaların qarşılıqlı ictimi-ədəbi münasibətləri, ədəbi əsərlərin xalqların bir-birinin dilinə tərcümə edilməsi kimi problemlər üzrə yalnız Gürcüstanda deyil, Azərbaycanlılar yaşayan digər məkanlarda da ədəbi mühit kontekstində araşdırma aparıla bilər.
Müəllifin mövzu ilə əlaqədar çap etdirdiyi materiallar kifayət qədərdir.
Dissertasiya müstəqil yazılmış bitkin, orijinal tədqiqat işidir, elmi-nəzəri və praktik əhəmiyyəti şübəsizdir.
Yekun olaraq qeyd etmək istərdim ki, Müşviq Mədəd oğlu Çobanovun “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya bitkin, müs¬təqil yazılmış, orijinal, elmi-nəzəri və praktik əhəmiyyətli tədqiqat işidir, onun müəllifi filolo¬giya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa tamamilə layiqdir.
Əjdər Əbdülhüseyn oğlu Ağayev
Pedeqoji elmlər doktoru, professor
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
26.10.2016]]>
Nicat Əmirov Wed, 26 Oct 2016 22:30:54 +0000
"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı... https://turan.info.az/arxiv/borcaliorg/1862-boral-birliyinin-sdri-grcstandak-sekilrl-bal-byanat-yayd.html https://turan.info.az/arxiv/borcaliorg/1862-boral-birliyinin-sdri-grcstandak-sekilrl-bal-byanat-yayd.html "Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı... 8 oktyabr 2016-cı ildə Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı "Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov Gürcüstanın dövlət rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

turan.info.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Oktyabrin 8-də keçirilən parlament seçkiləri Gürcüstanda yaşayan bütün millətlərin həyatında tarixi səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir

Təəssüf ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı baş vermiş qarşıdurma və bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.

Seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır.

Hesab edirik ki,Gürcüstan dövlətinin və bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçkiləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq.

Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları dəstəkləyir və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir".]]>
Müşviq BORÇALI Sat, 15 Oct 2016 00:54:20 +0000
AĞLIMA GƏLƏNLƏR... https://turan.info.az/gurcustan/bolnisi/1791-alima-glnlr..html https://turan.info.az/gurcustan/bolnisi/1791-alima-glnlr..html AĞLIMA GƏLƏNLƏR...

“Çağdaş Borçalı ədəbi məktəbi”
kitabının müəllifi Müşfiq Çobanlıya

Ağlıma gələnlər başıma gəlib,
Başıma gələnlər xoşuma gəlib.
Bu qoca yaşımda ruhum gəncləşib,
Baharım qayıdıb qışıma gəlib...

Məni yada salıb Müşfiq Çobanlı,
Təzə bir kitabı qarşıma gəlib.
Sanki yuxu imiş cavan Səngərli,
İllər arxasından tuşuma gəlib.

Əli SƏNGƏRLİ,
12.04.1995.
(Bax: Əli Səngərli. Uzaqlarda qalan dünyam. Bakı, “Nurlan”, 2008, səh.76.)

"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011.]]>
Müşviq BORÇALI Sun, 02 Oct 2016 23:35:55 +0000
ATA YOLU https://turan.info.az/edebiyyat/poeziya/1790-ata-yolu.html https://turan.info.az/edebiyyat/poeziya/1790-ata-yolu.html ATA YOLU
"Şərqin səsi" qəzetində professor Mədəd Çobanov
və onun oğlu Müşfiq Borçalı haqqında yazılanları
oxuduqdan sonra onların vətənpərvərliyinə,
Vətən sevgisinə, ata oğulun getdiyi
elm yoluna qibtə edib bu şeiri
onlara ərməğan edirəm.

Oxudum "Təhsil"i, "Şərqin səsi"ni
Ordaca götürdüm mən öz bəsimi,
Daha dinəmmədim, xəcalət çəkdim,
Susub çıxartmadım bir də səsimi.

Dedim yetmiş ildə nə bilirəmmiş?
Sən demə, heç nə mən heç bilmirəmmiş
Mədəd Çobanovla Müşfiq Borçalı
Elm aləmində bir alim imiş.

Kim söylə, elini bu qədər sevər
Günah olmasaydı indiki əgər
Mədəd Çobanovla, Müşfiq Borçalı
Çıxarıb köksündən ürəyin verər.

Gəzib bölgələri bir qarış-qarış
Gejəli-gündüzlü edib axtarış.
Mənasın öyrənib toponimlərin
Qədim deyimləri üzə çıxarmış.

Bax, budur tədqiqat, bax budur təhsil,
Yersiz özün öyüb bağırmaq deyil.
Əgər Müşfiq kimi oxusa hər kim,
O da Müşfiq kimi olacaq kamil.

Nümunə götürüb Mədəd müəllimdən
Kimlər qavrayarsa elmi dərindən,
Zəhmətə qatlaşıb çalışsa əgər,
Təşəkkür alacaq o da elindən.

Qeyrətli kişinin qeyrətli oğlu
Müşfiq tək gedər bir ata yolu.
Vətənə həsr edib qiymətli anın,
Elmin təhsilin olar bir qulu.

Mədəd Çobanov alim,
Sevir Borçalı elin.
O dilçi, türkoloqdur,
Sevir öz ana dilin.

Müşfiq adlı bir oğlu
Olub elmin qulu.
Sadiq olub Vətənə
Gedir o ata yolu.

Ona deyim uğurlar
İrəlidə çox iş var.
Bu işləri görməyə
Tale olsun ona yar.

P.S. :
Üzün görmədiyim ay Müşfiq müəllim,
Bu şeiri yaltaqlıq bilmə mən ölüm,
Yetmişi keçibdir yaşım bir ildir,
Mənim salamımı atana bildir.
Hayıf müəllimim olmayıb mənim,
Olsaydı Sizin tək olardım alim.


Xanlar Soltan oğlu
MƏMMƏDOV,
Göyçay rayonu
Bığır kəndi,
müəllim.
]]>
Müşviq BORÇALI Sun, 02 Oct 2016 23:02:35 +0000
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ https://turan.info.az/arxiv/borcaliorg/1783-boralinin-etnk-tarxnn-qisa-xlass.html https://turan.info.az/arxiv/borcaliorg/1783-boralinin-etnk-tarxnn-qisa-xlass.html BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ
Tarixi Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən biridir. Hələ XX əsrin 30 - cu illərində Ceyrançöldə Udabno kəndindən tapılmış primat qalıqları bölgənin antropogenez zonasına daxil olduğunu sübut edir. Dünya alimlərinin diqqətini cəlb edən ən mühüm tapıntı isə 1999-cu ildə Dmanisi (1947 - ci ilədək Başkeçid) rayonu ərazisində Xram çayı sahilindəki mağaradan aşkar edilmişdir. Arxeoloqlar buradan 1 milyon 800 min il bundan əvvəl yaşamış homonid qalıqları tapmışlar.
Borçalı ərazisindən dünya arxeologiya elmində qəbul edilmiş bütün dövrləşmələrə aid abidələr aşkar edilmişdir. Yazılı qaynaqlar burada məskunlaşmış ən qədim etnos kimi buntürklərin adı çəkilir : «İsgəndər şah Lot övladlarının törəmələrini sıxışdırıb yarımqaranlıq ölkəyə qovarkən … Kür vadisi boyunca dörd şəhərdə : Sarkine, Urbnisi, Kaspi, Odzrxedə yaşayan döyüşkən buntürk tayfaları ilə üzləşdi. Bu zaman xaldeylər tərəfindən köçürülmüş cəsur hunlar gəldi. Onlar buntürk hökmdarından yaşamağa yer istədilər və Zanavada yurd saldılar». Salnamənin naşiri Takayşvili, buntürkləri «ümumiyyətlə turanlılar» adlandırır. Salnaməçinin yazdığına görə « əvvəlcə Msxeta ətrafında yerləşən türklər onu çətin alınacaq istehkama çevirərək adını Sarkine qoydular» . Təəsüf ki, yuxarıdakı qaynaqların məlumatları hələ də şübhə altına alınır, qaynağın müəllifi Leonti Mroveli «anoxronizmdə» ittiham edilir və türklərin bu ərazidə XVI əsrdən gec olmayaraq yaşadıqları iddia olunur.
Msxetadakı «Samtavro qəbristanlığı»nından aşkar edilən kəllələri tədqiq edən gürcü antropoloqu M.Q.Abduşelişvili erkən tunc dövründən I minilliyin ortalarına qədər bölgə əhalisinin dolixokran olduğunu, yəni Kaspi tipinə mənsub olduğunu qeyd edir.Rus - sovet antropoloqu V.P.Alekseev isə burada dəfn olunanların əsilzadələr və döyüşçülər olduqlarını yazır. Gürcü arxeoloqu Ş.A. Mesxia bilavasitə buntürklərə aid etməsə də m.ö. IV əsrdə indiki Gürcüstan Respublikasının cənub - şərqində, yəni Borçalı ərazisində yuxarıda adı çəkilən şəhərlərin olmasını təsdiq edir. Qazıntılar zamanı arxeoloqlar bu şəhərlərin ərazilərindən m.ö. I minilliyin ortalarına aid edilən tikili qalıqları tapmışlar. Salnamədə adı çəkilən digər şəhərlərə , o cümlədən Msxetaya gəldikdə isə Mesxia onun daha sonra, yəni «gürcü tayfalarının Arian - Kartlidən köçüb gəldikdən sonra yarandığını» güman edir.
Borçalı ərazisindəki ikinci türk etnik plastı bulqarlarla bağlıdır. Gürcü tarixçisi Z.V.Ançabadze hətta buntürklərin özlərini «qara bulqarlar» hesab edir. Bulqarların Borçalı ərazisinə gəlişi barədə Moisey Xorenli belə bir məlumat verir :« Vaharşakın oğlu Arşakın vaxtında Böyük qafqaz dağı boyu Bulqar torpağında böyük iğtişaşlar oldu və onların çoxu ayrılaraq Koxanın cənubundakı məhsuldar torpaqlarda yerləşdilər». Bu məlumat da arxeoloji qazıntılarla təsdiq olunur. Belə ki, Dunay bulqarlarının xaqanı Asparuxdan 700 il əvvəl Cənubi Gürcüstanda onunla “adaş” olan «pitiaxş Asparux»un adı həkk edilmiş metal lövhə tapılmışdır. Onu da deyək ki, İç Oğuzdan Trabzona gedən yolda (Borçalı) Dədə Qorqud boylarından birinin qəhrəmanı Qazılıq Qoca oğlu Yeynək də «altı başlı bolqar bir ər » görür. Alban tarixçisi Musa Kalankatlı da II - IV əsrlərdə Cənubi Qafqaza bulqar tayfalarından birinin - barsillərin arasıkəsilməz hücumlarından xəbər verir. Müxtəlif mənbələrdə bu tayfanın adı da fərqli şəkillərdə verilir : barselt, barsil, borşalu və s. Orta əsr ərəb müəllifi Yaqut Həməvi isə yazırdı : «Borşalı Arranda yer adıdır». Digər ərəb müəllifi Qardizi isə buranı Börüçölü adı ilə tanıyır. Bu isə Borçalı termininin həm toponim, həm də etnonim mənasında işlənildiyini göstərir. Borçalılılar erkən orta əsrlərdə Cənubi Qafqazda böyük siyasi rol oynamışdır. Yoxsa «Trdatın atası Xosrovun dövründə parfiyalılar qüdrətli barsillərlə dostluq» etməzdilər.
VII əsrdə Borçalı ərazisinə daha bir türk tayfası - göytürklər gəlmişlər. «628 - ci ildə 2 aylıq mühasirədən sonra türkütlər Tiflisi tutaraq, şəhər hakimini ələ keçirdilər. Göytürk xaqanını təhqir etdiyi üçün onun dərisini soyub saman təpdilər və qala divarının üstündən asdılar». « Göytürklər yeni qüdrətli türk xalqının xəzərlərin digər qohum tayfalarla birləşməsinə şərait yaratdılar. Xəzərlərdən başqa bu ittifaqa Suvar və Barsil tayfaları da daxil oldu». Gürcüstan - Xəzər münasibətlərinə gəldikdə isə D.Baqrationi bu barədə yazırdı : «Gürcüstan və ona qonşu ölkələr, mənşələri barədə Degin (Fransa şərqşünası) tərəfindən bəhs edilən xəzərlər tərəfindən tutuldu. Onlar şimaldan, Hetariyadan Dərbəndi keçərək gəlmişdilər». 552 - ci ildə Xəzər xaqanının qızı ilə evlənən Sasani şahənşahı I Xosrov Ənuşirvan 1 il sonra 3 min türkü Dmanisi ərazisinə köçürməyə razılıq verdi. Türk tayfalarının Borçalı ərazisində məskunlaşması Cənubi Qafqazın Ərəb xilafətinin tərkibində olduğu ilərdə də davam edirdi. « 853 - cü ildə xilafət sərkərdəsi Buğa Türk öz orduları ilə vilayətdən vilayətə keçərək, Dərbənd qapılarını açdı və həm Dmanisiyə,həm də Şəmkirə 3 min türk ailəsi köçürdü».
Səlcuqluların Cənubi Qafqaza gəlişi ilə Cənubi Qafqazda , o cümlədən Borçalıda da İslam - Türk amilinin qəti şəkildə qələbəsinə gətirib çıxartdı. 1118 - ci ildə Səlcuqlulara qarşı mübarizə aparmaq məqsədilə Abxaz - Kartvel hökmdarı David Baqrationi (Aqmaşanebeli ) 40 min qıpçaq türkünü Borçalı və ona bitişik bölgələrə yerləşdirdi . 1121 - ci ildə bu qıpçaqların köməyilə Didqori döyüşündə Səlcuqlu ordusu üzərində qələbə qazana IV David Tiflis müsəlman əmirliyini ləğv etdi, Dmanisi və Ani müsəlman əmirliklərinin ərazisini işğal etdi. Bununla belə yerli əhalinin dini və etnik tərkibini nəzərə alan Baqratilər sülaləsindən olan gürcü hakimləri kəsdirdikləri pullarda Məhəmməd peyğəmbərin adını zərb etdirir, onların rəğbətini qazanmaq məqsədilə Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə ümumiyyətlə donuz saxlamaq qadağan edilmişdi. IV David tərəfindən Tiflisə köçürülmüş xristian əhalisinin bir qismi 1226 - cı ildə Xarəzmşah Cəlaləddin tərəfindən qovuldu, qalanları isə İslamı qəbul etdi.
XIII əsrin 20 - ci illərindən başlayan monqol hücumları 60 - cı illərdə bütün Cənubi Qafqazın , o cümlədən Borçalının da Elxanilər dövlətinin tərkibinə qatılması ilə nəticələndi. Başqa monqol ulusu olan Qızıl Orda ilə Cənubi Qafqaz uğrunda mübarizə aparan Elxanilər , Qızıl Ordada hakimiyyətdə olan Bərkə xanın yanından qaçıb gələn monqol feodallarını Dmanisidə yerləşdirdilər.
XIV əsrin sonlarında Cənubi Qafqaza gələn Əmir Teymur 1386 - cı ildə Borçalıdakı Yağlıca düzənliyində ordugah quraraq , Tiflisdən şimalda yaşayan qıpçaq ellərini özünə tabe etdi.
XV əsrin 20 - ci illərindən Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibinə qatılan Borçalı, bu dövləti əvəz edən Ağqoyunluların xüsusi diqqət yetirdikləri bir bölgə idi. Ağqoyunlu Həsən Padşah və onun oğlu sultan Yaqubun dövründə mühüm strateji məntəqə olan Ağcaqala daha da möhkəmləndirildi.
XVI əsrin I rübündən başlayaraq Osmanlı - Səfəvi müharibələrinin gedişində dəfələrlə əldən - ələ keçən Borçalı əsasən Səfəvilərin nüfuz dairəsində olmuşdur.
Borçalının həyatında ən mürəkkəb dövr XVIII əsr hesab olunur. Azərbaycanda mərkəzi hakimiyyətin zəifləməsi, feodal pərakəndəliyinin hökm sürməsi Borçalı elatlarının tez - tez yerdəyişməsinə səbəb olmuşdur.
XIX əsrin əvvəllərindən Rusiya ağalığının bərqərar olması Borçalı , ümumiyyətlə Cənubi Qafqazın müsəlman əhalisi üçün əsl faciə oldu. Bölgənin zorla Osmanlı və Qacarlı torpaqlarına sürgün edilən müsəlman əhalisinin (Qarapapaqlar, Ulaşlı və s.) yerinə ermənilər, aysorular və urum yunanları yerləşdirildi ki, bu da Borçalının etnik tərkibini dəyişdirdi.
XX əsrin əvvəllərində Rusiya tərəfindən qızışdırılan ermənilərin Borçalıda müsəlmanların axırına çıxmaq arzusu gözlərində qaldı. Təkcə Başkeçiddə 400 atlıdan ibarət müsəlman hərbi birləşməsi erməni quldurlarının əl - ayaq açmalarına aman vermədi. Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Qafqazda milli - azadlıq mübarizəsi daha da gücləndi. 1918 - ci ilin mayında Cənubi Qafqazda müstəqil dövlətlər quruldu. Borçalı ziyalıları Osmanlının himayəsi altında «Qarapapaq» dövləti qurmaq qərarına gəldilər. Borçalı ilə bağlı Azərbaycan Gürcüstan danışıqlarının getdiyi bir dövrdə başı daim yad qoltuqlarda olan erməni siyasətbazları Borçalını qanlı müharibə meydanına çevirdilər. 17 dekabr 1918 - ci ildə Borçalı üstündə başlayan erməni - gürcü müharibəsi mahlalın iki yerə bölünməsi ilə nəticələndi. Bu bölgü Cənubi Qafqazda Sovet rejimi bərqərar olduqdan sonra rəsmiləşdirildi. Borçalının 2575 kvadrat kilometr ərazisi Ermənistan Respublikasına «hədiyyə edildi».
Hazırda Ermənistana verilmiş Borçalı torpaqlarında bir nəfər də olsun borçalılı qalmamışdır. Gürcüstanın tərkibindəki Borçalı torpaqlarına isə Svanetiya köçkünlərinin yerləşdirilməsi və Qamsaxurdiya rejiminin anti - türk siyasəti nəticəsində bölgənin etnik tərkibi xeyli dəyişdirildi.]]>
Müşviq BORÇALI Sun, 02 Oct 2016 20:30:17 +0000
Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb https://turan.info.az/gurcustan/1744-grcstanda-ana-dilimiz-yeni-thlk-yaranb.html https://turan.info.az/gurcustan/1744-grcstanda-ana-dilimiz-yeni-thlk-yaranb.html Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb Rəsmi olmayan məlumatlara görə, Sovet İttifaqı dağılanda Gürcüstanda 180 Azərbaycan dilində təhsil verən məktəb var idi. 25 il sonra isə bu məktəblərin sayı yarıba-yarı azalıb. Bunun əsas səbəbi kimi ötən 25 ildə çeşidli səbəblərdən soydaşlarımızın bir hissəsinin Gürcüstandakı dədə-baba yurdlarını tərk etməsidir. Belə ki, sovet ittifaqı dağılan ərəfədə burada yaşayan azərbaycanlıların sayı 700 min nəfərə yaxın idisə, son məlumatlara görə hazırda bu ölkədəki soydalarımızın sayı 240 min nəfərə qədər azalıb. Digər tərəfdən Gürcüstanda son illər bütün sahələrdə olduğu kimi təhsil sahəsində islahatlar keçirilib və bu da milli məktəblərin sayının azalmasına səbəb olub.


Gürcüstanda mövcud olan Azərbaycan məktəblərinin ən böyük problemi isə ana dilimizi tədris edəcək müəllimlərin yetərli olmamasıdır. Borçalı İctimai Birliyinin yeni rəhbrliyinin araşdırmalarına görə, əksər Azərbaycan məktəblərində ana dilimizi tədris edən müəllimlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir ki, onların da əmək fəaliyyəti sona çatmaqdadır. Belə bir vəziyyətdə soydaşlarımız Azərbaycan ədəbi dilini öyrənmək problemi ilə üzləşə bilərlər. Qeyd edək ki, son illər, hətta Azərbaycanın özündə belə Azərbaycan ədəbi dilinin səviyyəsi aşağı düşməkdə, məhəlli şivələr və ləhcələr güclənməkdədir. Ekspertlər hesab edir ki, bunun əsas səbəblərindən biri də televiziya və radioda ədəbi dilin tələblərinə əməl edilməməsidir. Gürcüstanda yaşayan soydaşlarımız isə ən ciddi problemlə, ədəbi dili tədris edəcək müəllimlərin olmaması problemi ilə üzləşə bilər.

Bu problem Borcalı İctimai Birliyinin yeni rəhbərliyinin əsas diqqət yetirdiyi məsələlərdən biridir. Borçalı İctimai Birliyinin yeni rəhbərliyi bu problemlə bağlı ciddi araşdırma aparır, Azərbaycan dili və ədəbiyyatını tədris edəcək müəllimlərə daha çox ehtiyacı olacaq məktəblərin siyahısını hazırlayır. Bundan sonra Azərbaycan Təhsil Nazirliyi və dövlətin digər qurumları ilə birgə bu problemin həlli istiqamətində addımlar atacaqdır. Bunun üçün artıq müəyyən imkanlar da yaranıb. Məlum olduğu kimi Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialına çevrilmişdir. Bu isə həmin filialın tələbələrinə daha üstün təhsil almaq imkanları yaradacaq. Bu filialın yaranması və indi daha üstün mərhələyə keçirilməsində əsas məqsədlərdən biri Gürcüstandan olan soydaşlarımızın Ana dili və ədəbiyyatı öyrənməklə bağlı problemini həll etməkdir. Bakı Dövlət Universitetinin Qazax filialı ərazicə Gürcüstana daha yaxın bir məkanda yerləşdiyindən burada gənclərin daha yaxşı təhsil almalarına imkan yaradır. Eyni zamanda bu onları bir sıra əlavə problemlərdən də azad edir.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Bakı Dövlət Universitetinin filialına çevrilməsi güman ki, soydaşlarımızın bu ali məktəbdə təhsil almasına müsbət təsir edəcəkdir. Məlum olduğu kimi Azərbaycanın məşhur ali təhsil ocağı olan Bakı Dövlət Universitetində təhsil almaq hər bir gəncin arzusudur. Orta məktəb məzunları seçim zamanı məhz bu ali məktəbə daha çox üstünlük verirlər. Buna görə də indi, gənclərmizin Qazax filalına həvəsi artırmaqla yanaşı, onların ən yaxın məsafədə təhsil almalarına imkan yaradacaqdır. Borçalı İctimai Birliyinin yeni sədri tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov buna görə ölkə prezidenti İlham Əliyevə və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova minnətdarlıq edir. Yeni rəhbərlik əmindir ki, Bakı Dövlət Universitetini bundan sonra da Gürcüstandan olan gənclərin arasından ali təhsilli mütəxəssislərin, xüsusilə də ana dili və ədəbiyyat üzrə mütəxəssislərin yetişdirilməsində böyük rol oynayacaqdır.Bu istiqamətdə Borçalı İctimai Birliyi geniş təkliflər paketi hazırlamış və Bakı Dövlət Universitetindən, o cümlədən də ölkənin müfaviq qurumlarından diqqət və qayğı görəcəyinə ümid edir.

Müasir qlobalaşma prosesi, Gürcüstanın Avropa Birliyinə inteqrasiyası bu ölkədəki soydaşlarımıza yönəlik dövlət proqramının qəbulunu zəruri edir. Əks halda bu gün yaşanan problemlər daha da dərinləşəcək. Gürcüstanda yaşayan soydaşlarımızı çətin və arzuolunmaz seçim qarşısında qoymamaq üçün belə bir proqram qəbul edilməlidir. Bu proqram Gürcüstanda ana dilimizə yaranan təhlükəni də aradan qaldıra bilər. Borçalı İctimai Birliyi bununla bağlı təklifləri ictimaiyyətin müzakirəsinə çıxarmağa hazırdır. Azərbaycan Respublikası ilə Gürcüstanda yaşayan soydaşlarımızın əlaqəsini tənzimləyən, onların siyasi, iqtisadi və mədəni problemlərinin həllinə yol açacaq təklifləri dərc etməklə bu istiqamətdə ictimai müzakirələrə nail olmaq niyyətindəyik. Bununla bağlı ictimai-siyasi, elm və mədəniyyət təmsilçilərinin təkliflərini gözləyirik. İnanırıq ki, bu həm də Azərbaycan xalqının ümumi maraqlarına xidmət edəcək.

Arzuman Loğmanoğlu



.]]>
Müşviq BORÇALI Thu, 22 Sep 2016 00:43:31 +0000
"Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib https://turan.info.az/arxiv/borcaliorg/1737-boral-ctimai-birliyinin-yeni-rhbrliyi-ilk-iclasn-keirib.html https://turan.info.az/arxiv/borcaliorg/1737-boral-ctimai-birliyinin-yeni-rhbrliyi-ilk-iclasn-keirib.html "Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib"Borçalı"nın yeni rəhbərliyindən operativ qərarlar

Birliyin Mətbuat Xidmətindən turan.info.az-a verilən məlumata görə, sentyabrın 14-də "Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib. Yeni rəhbərlik iyunun 25-də keçirilən növbədənkənar konfransda seçilsə də, ötən müddət ərzində qanunlara hörmət əlaməti olaraq Azərbayan Respublikası Ədliyyə Nazirliyinin qəbul olunmuş qərarlar verəcəyi hüquqi qiymətin açıqlamasını gözləməyi qərara alınmışdı:

"Nəhayət ki, nazirlik Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransının, onun qərarlarının hüquqi cəhətdən düzgün olmasını və iegitimliyinin tanınması haqqında qərar verdi".

Məlumata görə, bu qərardan sonra, daha dəqiqi, sentyabrın 14-də ilk iclas Kərəm Məmmədlinin sədrliyi ilə keçirilib.

İclasda çıxış edən Borçalı İctimai Birliyinin təsisçiləri Eyvaz Borçalı və Hidayət Nuriyev Ədliyyə Nazirliyinə verdiyi haqlı qərara görə minətdarlıq etmiş, iyunun 25-də keçirilən növbədənkənar konfransın qərarlarının dövlət tərəfindən tanınmasını bütün mübahisələrə son qoyduğunu və yeni rəhbərliyin artıq fəal şəkildə vəzifəsinin icrasına başlamalı olduğunu vurğulayıblar.

Təsisçilər Eyvaz Borçalı və Hidayət Nuriyev birliyin yeni rəhbərliyinə xeyir-dua verərək, soydaşlarının onlardan əməli fəaliyyət gözlədiklərini qeyd ediblər.

"Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədli göstərdikləri etimada görə təsisçilərə və yığıncaq iştirakcılarına təşəkkür edib.

Sonra birliyin idarə edilməsi üçün strukturun dərhal formalaşdırılmasını, Gürcüstandan olan tələbələrin üzləşdikləri problem və soydaşlarımızın Azərbaycan Respublikasında miqrant vəziyyətinə düşməsi, yaranan problemlərin həlli istiqamətində atılacaq addımları birliyin ən vacib vəzifəsi olmasını bildirib.

Sədrin təklifi idarə heyyətinin üzvüləri tərəfindən yekdiliklə dəstəklənib.

İdarə Heyətinin üzərinə düşən vəzifənin icrası ilə bağlı vəzifə bölgüsü aparıldıqdan sonra Gürcüstandan olan tələbələrin test imtahanı verməsinin və əcnəbi kimi təhsil haqqı ödəməsinin ədalətli olmadığı qeyd edilib.

Bu problemin həlli birliyin sədri Kərəm Məmmədlinin təklifi ilə geniş müzakirə olduqdan sonra problemin həlli üçün aidiyyatı dövlət orqanlarına müraciətlər edilməsi qərara allınıb.

Birlik Gürcüstandan olan soydaşlarımızın miqrasiya problemlərini də müzakirə etdikdən sonra bu problemin həlli üçün müraciətin qəbul olmasına və bu istiqamətdə Azərbaycanın dövlət orqanları ilə fəal iş aparılmasına qərar verilib.

Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransın seçilmiş yeni rəhbərlik soydaşlarına müraciət qəbul edərək onların etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.]]>
Müşviq BORÇALI Fri, 16 Sep 2016 15:09:35 +0000
Yaddaşın nə qısa imiş, ay Zəlimxan... https://turan.info.az/arxiv/borcaliorg/1736-yaddan-n-qsa-imi-ay-zlimxan.html https://turan.info.az/arxiv/borcaliorg/1736-yaddan-n-qsa-imi-ay-zlimxan.html Yaddaşın nə qısa imiş, ay Zəlimxan... Z.MƏMMƏDLİYƏ CAVAB

Mən səninlə bir daha polemikaya girməzdim, lakin “Borçalı” Cəmiyyətində sədr olarkən müavinin işləmiş 13-cü kanalın aparıcısı Rüfət Muradlıya verdiyin müsahibəndə işlətdiyin bəzi sərsəm fikirlər məni lap şoka saldı: “özünü təsisçi kimi təqdim edən Şərif Kərimli...”
Artıq 60 yaşı haqlamışıq. Kim bu vaxta qədər nə edib edib. Bu yaşdan sonra yalan danışmaq, məkrli niyyətlərin qurbanı olmaq, yüngüllük edib oturuşuna-duruşuna fikir verməmək bizə yaraşmaz! Çünki artıq onları düzəltməyə, yalanları yumağa, ola bilsin, əcəl macal verməsin.
Sənə minnətdaram ki, bu etirafı dilə gətirməyə məni təhrik elədin: mənim həyatda ən böyük səhvim həddən ziyadə təvazökarlığım olub. Məclisdə aşağı başda oturmuşam, əlimi hamıdan sonra yeməyə uzatmışam, danışanda səsim hamınınkından asta çıxıb, qarşılaşanda mən yol vermişəm, görüşındə birinci mən əl uzatmışam. Bu mənim Borçalının ən qədim kəndlərindən olan qoca Baydarımın ağır taxtalı kişilərinin əxlaqi keyfiyyətlərindən gələn genetik bir vərəsəlik hüququmdur və eyni zamanda övladlıq borcumdur.
Deyirsən: “2009-dan mən Şərif Kərimlini cəmiyyətdə görməmişəm.” Bəli, onu düz deyirsən. Mən də səni 2009-cu ilədək bu cəmiyyətdə görməmişəm. 2009-cu ildə Eyvaz Borçalı təsisçilərin və idarə heyətinin rəyini nəzərə almadan sədrliyi sənə peşkəş edəndən sonra mən o cəmiyyətdən uzaq düşmüşdüm. Ancaq Borçalıdan yox!
Ötən il iyulun 21-də mənim üçcildliyimin Atatürk Mərkəzində təqdimat mərasimində sən də iştirak etmisən. Təxminən 1000 səhifəlik iki cildin, demək olar ki, 90 faizi Borçalıya həsr olunmuş yazılardır. Bunlar özbaşına yazılmayıb, Zəlimxan bəy! Hər bir yazının arxasında min kilometrlik bir yolun ağrı-acıları dayanır. Borçalılarla görüşlərdən aldığım sevinc, kədər hissləri, göz yaşları, dodaqlardakı nidalar, gözlərdəki həsrət, baxışlardakı od-alov, qınaq, ümid... – bunları yaşayaraq kağız üzərinə köçürməyə, sinirməyə ürək lazımdır! Sən kef məclisləri təşkil edib fəxri fərmanlar, diplomlar paylayanda mən Borçalıların ürək döyüntülərini paylaşmışam!
R.Muradlı isə səndən də irəli gedərək deyir: “Sən (yəni, biz) bir cəmiyyət yaradırsansa, bu başqa məsələ, ancaq cəmiyyətin adının oğurlanmasına əlaqədar qurumlar reaksiya verməlidirlər.”
Bu sualın cavabında sən də başlayırsan hüquqdan, mənəviyyatdan danışmağa... Vallah, ayıbdır belə şeylər danışmaq!

Elə bilirdim 23 ildi inhisarlaşdırdığın cəmiyyətin, heç olmasa, yaranma tarixini babat bilirsən. Sən demə, ancaq özünün rəhbərlik elədiyin dövrdən başqa sən heç bir tarixi qəbul etmirsənmiş... İcazə ver, sənə yaxın 25 ilin kiçicik bir tarixini xatırladım.
“Borçalı” Cəmiyyəti necə yarandı?
Borçalıda soydaşlarımızın hüquqlarının dövlət səviyyəsində tapdalandığı dövrlərdə (1989-cu ilin sonlarından başlayaraq) təkcə Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrində deyil, eyni zamanda Azərbaycanın bir sıra iri şəhərlərində də Borçalı ilə bağlı xırda cəmiyyətlər yaranmağa başlamışdı. Borçalıda “Qeyrət”, “Ozan”, Azərbaycanda “Kəpənəkçi”, “Faxralı”, “Qaraçöp”, “Arıxlı” və s. Bunların içərisində “Qaraçöp” cəmiyyəti təşkilati cəhətdən daha mükəmməl və fəal idi. Cəmiyyətin sədri sonralar Azərbaycanın Gürcüstandakı səfiri olmuş Hacan Hacıyev, birinci müavin “Azərbaycan” qəzetinin baş redaktoru olmuş Şərif Kərimli, müavin Xaləddin İbrahimli idi. Mənim təsis etdiyim “Sabah” qəzetini isə Nəriman Əbdülrəhmanlı cəmiyyətin qəzeti kimi çıxarırdı. Rəhmətlik Zahid Qaralov ağsaqqallar şurasının sədri idi.
Mən deməzdim 100, 200... bəlkə də minlərlə Borçalı kökənli insan bu cəmiyyəti doğma ocaq bilid onun ziyarətinə gəlirdi. Azərbaycanın dövlət qurumları ilə, Borçalıda soydaşlarımızla çox yaxşı əlaqələrimiz vardı. Lakin... tez-tez belə suallara cavab verə bilmirdik: nə üçün “Borçalı” yox, “Qaraçöp”? Və cavabsız qalan bu suallar getdikcə cəmiyyətə gələnlərin sayını azaldırdı. O zaman Xaləddin bəylə mən əvvəlcə Zahid müəllimə müraciət etdik ki, gəlin cəmiyyətin adını dəyişək. O qəti etiraz etdi. Hacan müəllimlə söhbət etdik. O da razılaşmadı.
Mən belə cavab alacağımızı təxmin etmişdim. Çünki burada siyasi arqumentlər əsas rol oynayırdı. Onların mahiyyəti barədə açıqlamanın hələlik lüzumsuz olduğunu sanıram.
Bizimlə həmfikir olanların sayının artdığını görüb Xaləddin bəylə mən öz səyimizdə israrlı olmağa qərar verdik.
Bizim redaksiya “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində yerləşirdi. Fasilə zamanı “Həyat” qəzetinin baş redaktoru yazıçı Əfqan, keçmiş millət vəkili Rizvan Cəbiyev, Eyvaz Borçalı və mən Eyvaz müəllimin kabinetində, 4-cü mərtəbədə - “Kirpi” jurnalının redaksiyasında tez-tez şahmat oynayardıq. Elə bu zamanlarda “Borçalı” adlı bir cəmiyyət yaraymaq istədiyimizi Eyvaz müəllimə bildirdim. Xeyli məsləhətləşmələrdən sonra biz cəmiyyətin proqram və nizamnaməsini hazırladıq. Proqramı mən, nizamnaməni isə hüquqşünas mərhum Əhməd Musayev hazırladı. Bakı Dövlət Universitetinin akt zalında təsis konfransı keçirdik.
Cəmiyyətin idarə heyətinə seçilmiş üzvlərin və təsisçilərin adlarını sadalamağa ehtiyac görmədən bircə onu deyim ki, təsisçilərdən Eyvaz Borçalı sədr, mən isə birinci müavin seçildim.
Bu, “Borçalı” Cəmiyyətinin yaranması ilə bağlı qısaca tarix.

İndi keçək sənin sabiq müavininin “ittihamlarına”.
1. Təsisçilərin təşəbbüsü ilə çağırılan “Borçalı” İctimai Birliyinin ümumi toplantısına iyunun 25-də “3-5 adam” deyil, 250 Borçalı balası yığışmışdı. Əgər sənin riyaziyyat müəllimin sənə 5-ə qədər saymağı öyrədibsə, bu bizim günahımız deyil.
2. Biz “Borçalı” İctimai Birliyinə “alternativ” cəmiyyət yaratmamışıq. Biz 1993-cü ildə yaratdığımız cəmiyyətin növbəti toplantısını keçirmişik, sədri və onun komandasını qüsurlu fəaliyyətinə görə dəyişdirmişik. Və çox böyük ürək genişliyi ilə yenə də təsisçilərin heç biri sədrlik iddiasinda olmayıb.
3. “...cəmiyyətin adının oğurlanmasına əlaqədar qurumlar reaksiya verməlidirlər.”
Budur əlaqədar qurumların reaksiyası. Buyurun baxın. Ədliyyə Nazirliyinin rəsmi qərarı, reyestrdən çıxarış, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə.
Nə idi siz yaratdığınız o şey ki, biz onu oğurladıq? Məgər insan öz yaratdığına sahib çıxarsa, bu oğurluqmu sayılır?

Bir şeyi də hökmən yadda saxlayın: heç vaxt Borçalı adı ilə manipulyasiya etmək fikrinə düşüb “Borçalı” İctimai Birliyinə alternativ cəmiyyət yaratmağa cəhd etməyin! Necə ki, sizin ətrafınızda toplaşanlar bu fikri tez-tez cəmiyyətə aşılamağa cəhd göstərirdilər. Borçalını parçalamaq olmaz!


















































Və sonuncu.
4. Kanala verdiyin bədnam müsahibəndə belə bir fikir də səsləndirmisən: “Onlara yuxarıdan tapşırıq verilib...” Sən hətta “tapşırıq verənlərin” adlarını da çəkirsən. Həm də bunu guya səni görüşə çağıranda biz demişik.

Zəlimxan bəy, sən “kişi”, “ağsaqqal”, “ağayana”, “əxlaq”... sözlərini tez-tez işlətməyi çox sevirsən. Bizim dilimizdən çıxmayan və sənin dilindən verilən o ittiham deyə bilərsənmi bu sözlərin hansına uyğundur? Yuxarıdakı o gözəl sözləri dilinə gətirəndə gərək onlara uyğun da gözəl davranış göstərəsən. Ancaq çox təəssüf edirəm ki, sən bu dialektikanı tapdalamısan...
Bir vacib məsələni də unutma. Borçalı nə sənindir, nə mənim, nə varlınındır, nə kasıbın. Borçalı hamımızındır! Borçalının problemləri daimi olaraq evimizin, ailəmizin ən vacib problemləri cərgəsində gündəlik qayğı rasionumuza daxil olmalıdır! Bunu istər vəzifədə olan olsun, istər milyonçu olsun, istər kasıb, istərsə də digər zümrələrin nümayəndələri heç vaxt unutmamalıdır!
Bu mənim səninlə son polemikamdır. Bu mövzunu, rica edirəm, gəl qapadaq. Əgər cəmiyyətin işləri ilə bağlı mütərəqqi, ağıllı, Borçalıya yararlı təkliflərin olarsa, səni eloğluluqdan heç kəs çıxarmayıb, istənilən vaxt qapılarımız üzünə açıqdır, buyurub gələ bilərsən.
Nəhayət, sənin sevdiyin sözlərdən birini işlədərək deyirəm: biz kişiyik, gəl bu dedi-qodulara son qoyaq və elimiz-obamız naminə faydalı işlərlə məşğul olaq!

Hörmətlə,
Şərif Kərimli,
“Borçalı” İctimai Birliyinin
həmtəsisçisi və sədrin müavini.]]>
Müşviq BORÇALI Fri, 16 Sep 2016 15:00:47 +0000
DUMANİS BƏLƏDİYYƏSİ https://turan.info.az/gurcustan/baskecid/1699-dumans-bldyys.html https://turan.info.az/gurcustan/baskecid/1699-dumans-bldyys.html DUMANİS BƏLƏDİYYƏSİ
Tarixi Borçalı mahalına daxil olan Dmanisi (1947 – ci ilə qədər Başkeçid adlanırdı) bələdiyyəsi indiki Gürcüstan Respublikasının cənub – qərbində yerləşir. Şimalda Zalqa (Barmaqsız), şimal-şərqdə Tetriskaro (Ağbulaq), şərqdə Bolnis (Lüksemburq, ondan əvvəl isə Çörük Qəmərli), qərbdə tarixi Ahıska vilayətinə daxil olan Ninosminda bələdiyyəlikləri, cənubda isə Ermənistan Respublikasının Taşır vilayəti ilə həmsərhəddir.
Gürcü mənbələrində Dumanis adına IX yüzilliyə qədər rast gəlinməsə də, bu şəhər haqqında “Kitabi Dədə Qorqud dastanları”nda məlumat verilir. Dastanda şəhərin adı Dumanın qalası formasında çəkilir. Şəhər V-VI əsrlərdə tərəqqi etməyə başlamışdır. Bunu Dumanis ərazisindən aşkar edilən, üzərində Bizans imperatoru I Yustinanın (527-565) adı zərb olunmuş qızıl sikkə sübut edir.
VI yüzilliyin əvvəllərinə aid edilən Dmanisi (Başkeçid) və onun qonşuluğunda yerləşən Bolnisidə (Çörük Qəmərli) xristian məbədləri K.Treverin fikrincə və tikinti üslubuna görə alban xristian məbədləri ilə tam eyniyyət təşkil edir və gürcü-erməni kilsələrindən səkkizguşəli rəsmləri ilə seçilirlər. Gürcü tədqiqatçısı A.Şanidzenin fikrincə V-VI əsrlərdə indi Gürcüstan ərazisində olan tarixi Albaniya torpaqlarında inşa olunmuş xristian məbədlərindən tapılan yazılar gürcülərin şərq qonşuları olan və Albaniya dövlətinə daxil olan “xerami” adlı xalqın dilində yazılmışdır. Dmanisi məbədi bir neçə dəfə “təmirə” məruz qalmış, XIII yüzillikdə onun yanına üzərində Georgi Laşanın (1214-1222) adı yazılmış yeni talvar əlavə olunmuşdur. 1702-ci ildə inşa edilmiş xristian “məbədi isə daha “əsaslı şəkildə” tikilmişdir. Belə ki bu məbədin döşəməsi alban yazılarından ibarət olan sinə daşlarından, divarları müsəlmanların baş daşlarından inşa olunmuşdur. Məbəd yaxınlığında “Turandan gəlmiş əsilzadə Orbelianilərin ” nəsli məzarlığı yerləşir.
Dumanis azərbaycanlılarının soykökündə iştirak etmiş ən qədim türk tayfaları iskitlər və kimmerlər olmuşdur. Kimmerlərlə bağlı olan toponim indiki Qəmərli kəndi hesab oluna bilər. Buntürklərin qədim qalalarından və onların əsas iqamətgahı olan Sarkinet adı indiki Sarkineti toponimində qorunub saxlanılmışdır. Dumanis azərbaycanlılarının soykökündə iştirak etmiş digər türk tayfası isə xəzərlərdir. Bu etnonim də Dumanis yaxınlığındakı “Xazar+eti” (Kazreti) qəsəbəsinin adında qorunub saxlanılmışdır. “Xəzər” etnonimi gürcü tarixşünaslığında çox qədim dövrlərlə - miladdan əvvəl VIII yüzillikdə baş vermiş hadisələrlə bağlı çəkilir. VII yüzillikdə Xilafət tərkibinə qatılan Dumanisdə IX yüzillikdə müstəqil müsəlman əmirliyi yarandı. 1125-ci ildə gürcü-abxaz çarı David Aqmaşanabeli tərəfindən müvəqətti işğal olunsa da XIX yüzilliyin əvvəllərinə qədər Dumanis müsəlman-türk Azərbaycan dövlətlərinin tərkibində olmuşdur.
Çar Rusiyası tərəfindən işğalı ərəfəsində Dumanis Borçalı sultanlığınn tərkibində olmuşdur. 1801-1917-ci illərdə rayonun ərazisi Tiflis quberniyasının Borçalı mahalına , 1917-1921-cu illərdə birbaşa Tiflis quberniyasına, 1930-1933-cü illərdə Zalqa rayonuna daxil olmuş, bundan sonra müstəqil rayon olaraq təsis edilmişdir.
Dmanisi rayonu Borçalının ən hündür dağlıq rayonu hesab olunur. Gürcü dilində bölgənin adı “Dmanisi” adlandırılsa da qədim Dmanisi şəhəri ərazisində kompleks arxeoloji qazıntılar aparmış gürcü arxeoloqu L.Musxelişvili onun “türk deyiliş forması olan Dumanis” kimi səslənməsini daha düzgün sayır. Ərazisi təqribən dəniz səviyyəsindən 1000 metr yüksəklikdən başlayır, Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksəlir. Digər hündür zirvələri Leyli dağı (3154 m.), Yemlikli dağı (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağıdır (1897 m.) . Ən hündür kəndi dəniz səviyyəsindən 1600-1650 metr yuxarı olan Yırğançaydır. Rayonun ümumi sahəsi 1199 km² - dir. 1 şəhər və 58 kənddən ibarət olan Dmanisi rayonunda 1 şəhər bələdiyyəsi (Dmanisi), 13 icma bələdiyyəsi (Hamamlı, Qantiadi (Qələmçi),
Qomareti, Ququti (Muğanlı), Didi Dmanisi, Qəmərli, Kirovis, Maşavera, Sarıkənd,
Aşağı Oruzman, Qarabulaq və Qızılkilsə (Dəmirçi Həsənli)) və 2 kənd (Yırğançay və Səfərli) bələdiyyəsi fəaliyyət göstərir. Bu bələdiyyələrin tərkibinə əhalisi Azərbaycan türklərindən ibarət Hamamlı, Əngirəvan, Bağçalar, Bəzəkli, Gödək dağ, Dağ Arıxlı, Dəllər, Dunus, Aşağı Qarabulaq, Yuxarı Qarabulaq, Yaqublu, Yırğançay, Gəyliyən, Qəmərli, Qamışlı, Aşağı Oruzman, Yuxarı Oruzman, Qızılhacılı, Qızılkilsə (Dəmirçi Həsənli), Kirovisi, Lök Candar, Məmişlər, Məmişli, Muğanlı, Urmuşən, Pantiani (Armudlu), Saatlı, Saca, Salamməlik, Səfərli, Söyüdlü, Hüseynçay, Şahmarlı və Yayla kəndləri daxildir.
Bələdiyyəyə daxil olan kəndlərin əksəriyyətində azərbaycanlılar (67%), bəzilərində gürcülər və gürcüləşmiş ermənilər (31%), az sayda yunanlar (0,7 %), ruslar (0,6 %), ermənilər (0,5 %) yaşayırlar. Çar Rusiyası dövründə Dmanisiyə köçürülən almanlar II Dünya müharibəsi illərində, rus bidətçi və təriqətçi kəndlilər – duxoborlar və molokanların əksəriyyəti isə SSRİ dağılandan sonra Dmanisini tərk etmişlər.1989-cu ildə Z.Qamsaxurdiya rejimi tərəfindən Dmanisi şəhər mərkəzindən sıxışdırılıb azərbaycanlıların və rusların evlərinə svanlar yerləşdirilməsi bölgənin etnik tərkibinin dəyişməsinə səbəb olmuşdur.]]>
Müşviq BORÇALI Tue, 30 Aug 2016 23:25:18 +0000
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı El Şənliyi”nə qatıldı https://turan.info.az/arxiv/borcaliorg/1690-cma-cmtan-cler-boral-cmiyytinin-sdri-krm-mmmdli-sadaxl-el-nliyin-qatld.html https://turan.info.az/arxiv/borcaliorg/1690-cma-cmtan-cler-boral-cmiyytinin-sdri-krm-mmmdli-sadaxl-el-nliyin-qatld.html “CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı El Şənliyi”nə qatıldıTədbirdə Kərəm Məmmədlinin çıxışını qubernator başda olmaqla, bütün rəsmilər ayaqüstə alqışladı

“Orta əsrlərdə indiki Gürcüstanda kartvel dili ilə yanaşı, türk dilində də danışılıb”

Bu gün – iyulun 30-da Borçalının ən böyük kəndlərindən biri olan Sadaxlıda el şənliyi keçirilib. Əldə etdiyimiz məlumata görə, “Sadaxlı El Şənliyi” adı altında keçirilən tədbirdə qonaq qismində Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli rayon rəhbərliyi və “Borçalı” İctimai Cəmiyyətinin sədri, tarixçi alim Kərəm Məmmədli də iştirak ediblər.
“Sadaxlı El Şənliyi”ndə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri tədbir iştirakçılarını salamladıqdan sonra, Gürcüstan və Azərbaycan xalqları arasındakı dosluqdan söhbət açıb. Kərəm Məmmədli bildirib ki, Borçalı türkləri hələ 2300 il əvvəl öz torpaqlarını düşməndən qorumaq üçün gürcülərlə yanaşı mücadilə aparıb:
“Keçən əsrin 80-ci illərində bir aşıq mahnısı var idi – “Qəribəm” mahnısı. Ancaq, demək istəyirəm ki, siz qərib deyilsiniz. Hələ 2300 il bundan əvvəl sizin babalarınız - buntürklər gürcülərin əcdadları ilə birlikdə Makedoniyalı İskəndərin ordularına qarşı döyüşmüşlər. Alban hökmdarı Cavanşirlə İber knyazı Atrnersex birlikdə Qafqaza soxulan Sasaniləri darmadağın eləmişlər.
“Kartlis Sxovreba”nın yazdığına görə, erkən orta əsrlərdə indiki Gürcüstanda kartvel dili ilə yanaşı, türk dilində də danışılıb”.
“Borçalı” İctimai Cəmiyyətinin sədri daha sonra tədbirdə iştirak edən gürcülərə öz dillərində müraciət edib:
“Mən tədbirdə iştirak edən gürcü dostlara imperiya (rus) dilində yox, onların öz dillərində müraciət etmək istəyirəm: “CMA CMİTAN CLİERİ”(Qardaş qardaşı ilə güclüdür – müəl.).
Qeyd edək ki, K.Məmmədlinin bu çıxışını Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru Paata Xizanişvili və Marneuli rayon rəhbərliyi ayaqüstə alqışlayıblar.
Cəmiyyət sədri onu da deyib ki, Tiflis şəhəri təkcə Borçalı türkləri üçün deyil, hər bir Azərbaycan vətəndaşı üçün əzizdir:
“Azərbaycanın müstəqilliyi 1918-ci ilin mayında Tiflisdə elan olunduğundan, bu şəhər bizim üçün əzizdir”.
Tarixçi alim çıxışında onu da vurğulayıb ki, 1919-cu il 29 avqust tarixində Azərbaycanla Gürcüstan arasında rus müstəmləkəçilərinə qarşı hərbi ittifaq bağlanması da yaddaçlardan silinməməlidir. Onun fikrincə, bütün bu faktlar hər iki dövlətin tarixən səmimi qonşuluq münasibətində olduğunun göstəricisidir.
Muxalifet.az
P.S. Tədbir haqda geniş məlumat verməyə çalışacağıq.]]>
Müşviq BORÇALI Tue, 02 Aug 2016 11:53:02 +0000
Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır https://turan.info.az/arxiv/borcaliorg/1687-firuddin-smayilov-elat-bayrami-tdbirinin-txirsalinmasinin-sbbi-zmmmdli-v-rmuradli-cutluyunun-7-ci-elat-bayrami-tdbirind-fles-karta-yazilaraq-sslndiriln-siyasi-cixisidir.html https://turan.info.az/arxiv/borcaliorg/1687-firuddin-smayilov-elat-bayrami-tdbirinin-txirsalinmasinin-sbbi-zmmmdli-v-rmuradli-cutluyunun-7-ci-elat-bayrami-tdbirind-fles-karta-yazilaraq-sslndiriln-siyasi-cixisidir.html Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır.



"İyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı türklərinin ənənəvi Elat bayramı keçirilib”. Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev mətbuata acıqlama verib. O bildirib ki, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub. "Bayramda bir sıra xarici ölkələrdən gələn türklər iştirak edib. Həmçinin Türkiyənin "Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”
Zəlimxan Məmmədli Elat bayramının qeyri müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin Elat bayramına aid olmadığını bəyan edib.
Elat bayramı keçirilməməsi hansı real zərurətdən keçirilmədi? Bu və digər suallara aydınlıq gətirmək məqsədilə Borçalı İC sədr müavini Firuddin İsmayılovla əlaqə saxladıq. "Yeni Sözçü” qəzetinin əməkdaşı ilə düşüncələrini bölüşən müsahibimizin fikirlərini olduğu kimi dərc edirik.
-2010-cu ildən 2016-cı ilədək Borçalı İC-nin İH-nin üzvü, 2014-cü ildən 2016-cı ilədək Borçalı İC-nin təşkilat işləri üzrə sabiq sədr Zelimxan Məmmədlinin müavini olmuşam. 2016-cı ildə 7-ci Elat bayramı tədbirində baş verənlərdən sonra cəmiyyətdəki özbaşnalığın son həddə çatdığını sədrə və İH-nin üzvlərinə xırdalıqları ilə izah edərək İC düzgün siyasi yolda olmadığını elan edərək istefa verdim. Nələrin baş verdiyini izah etməklə, Elatın bugünkü vəziyyətə düşməsinin səbəblərini açıqlamaqla bildirmək istərdim ki, Z.Məmmədlinin tərəfdarlarının baş verənlərin səbəblərini kənarda axtarmalarına ehtiyac yoxdur. Keçmişə boylanmaq bəs edər.Haqsızlıq və ədalətsizlik edənlərə, başqasının səxsiyyətini təhqir edənlərə qarşı barışmaz mövqedəyəm.
2015-ci il iyulun 26-da tarixində keçirilən və əvvəlki Elat bayramlarının iştirakçısı olmuşam. Heç nədən, nə baş verəcəyindən çəkinmədən maddi və mənəvi dəstəyimizi əsirgəmədən ən yüksək səviyyədə baş tutan 7-ci Elat bayramı tədbirinin keçirilməsində İH-nin qərarı ilə cəmiyyətin səlahiyyətli nümayəndəsi olmuşam. Hansı ki, bu tədbirin keçirilməsinə Gürcüstan hakimiyyəti orqanları öz razılığını verməmişdir. Bundan bütün cəmiyyət üzvləri narahat idilər. Bu tədbirin keçirilməsinə razılıq alan, həyata keçirilməsində əziyyət çəkən Gürcüstanda yaşayan insanlarımızın və orada yaradılmış Təşkilat Komitəsinin üzvlərinə başda İsrafil Bayramov olmaqla ancaq təşəkkür etmək olar. Razılıq almanın məsuliyyətini dərk etmək istəməyən Z.Məmmədli və R.Muradlı cütlüyü o tədbirdən ancaq öz şəxsi məqsədləri üçün istifadə etməyi düşünmüşlər. Düşündükləri kimi də hərəkət etmişlər.
Səlahiyyətli nümayəndə kimi orada gedən işlər, təkliflər və Quberniya rəhbərinin tələbləri haqqında sabiq sədr Z. Məmmədlini məlumatlandırırdım. Gürcüstan Respublikasına Z.Məmmədlinin girişinə qadağanın qoyulmasını əsas gətirərək rəhbərlik onun çıxışına icazə vermirdi. Bizim xahişimizi nəzərə alan Quberniya rəhbərinə söz verdik ki, çıxış xoş sözlərlə, təbriklərdən ibarət olacaqdır. TK-nin üzvləri, orada iştirak edən İH-nin üzvləri və şəxsən öz adımdan Z.Məmmədlidən xahiş etdim ki, ” fleş” karta yazılmış çıxışında ancaq tədbir iştirakçılarına pozitiv sözlər və bayram əhval-ruhiyyəli təbriklər yazdırsın. Razılıq da verdi. Bu tarixdən Elat mədəniyyəti bayramında Quberniya və bölgə rəhbərlərinin birinci şəxslərinin iştirakı bu səviyyədə olmamışdır. Quberniya rəhbəri Paata Xizanişvilinin «Mən şəxsən iştirak edib bunun mədəniyyətlərarası əlaqə bayramı tədbiri olmasını görmək istəyirəm»- deməsi bizdə məsuliyyəti ikiqat artırdı. Tədbir iştirakçılarına hörmət əlaməti olaraq Qubernator 26.07.2015-ci tarixində saat 18:00-da Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçiriləcək Beynəlxalq İdman Yarışması tədbirinə 60 ədəd dəvətnamə hədiyyə etdi.
Bu açıqlamanı xırdalığı ilə verməyimin səbəbi çox böyük əziyyətlərlə yaratdığımız Elat bayramı tədbirinin bugünkü vəziyyətə düşməsinin cəmiyyət rəhbərliyi tərəfindən başa düşərəkdən qarşısını alınmamasının səbəbini anlatmaqdır. Tədbirin ssenarisinə uyğun olaraq cıdır, güləş yarışının keçirilməsindən sonra tədbirin yüksək səviyədə açılışını TK-nin sədri edərək sözü Quberniya və rayon rəhbərlərinə, Azərbaycan Respublikasının millət vəkili Fazil Mustafaya, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyevə, Türkiyədən gəlmiş qonaqlar – Məhərrəm Yıldıza, Seyfulla Türksoya və başqa qonaqlara təqdim etdilər.
Tədbirin yüksək əhval-ruhiyyəli anında başqa siyasi partiya funksioneri olan Rüfət Muradlı artistizm nümayiş etdirərək Z.Məmmədlinin fleş karta yazılmış ambisiyalı, öz əqidəsinə uyğun çıxışını səsləndirdi. Gürcüstan dövlət və hakimiyyət orqanlarını təhdid edən ifadələr üzərində bəyanat şıxışının istiqamətini dəyişdi.Əl-qolunun hərəkətləri ilə qışqıra-qışqıra ittihamedici fikirlər səsləndirdi.Guya soydaşlarmızın qayğısını çəkir və onların toplaşmaq, sərbəst fikir ifadə etmək hüquqlarının əlindən alınması qaygısına qalır. Vəziyyətin xoşagəlməz hal aldığını müşahidə edən quberniya və rayon rəhbərləri əsəbi halda onlar üçün düzəldilmiş günlük yerini tərk etdilər. Z.Məmmədilin siyasi çıxışı Gürcüstanın yazılı və elektron KİV-lərdə bir ay Qubernatora baş ağrısı yaratdı. Mən orada olan İH-nin üzvlərinə Elat mədəniyyət tədbirinin səhnəsinin siyasi çıxışlar səhnəsi olmadığını və bunun acı nəticəsini çəkəcəyimizi bildirərək onlara öz fikirlərini bildirmələrini təklif etdim. İH-nin üzvləri, hansı ki, indi də onun ətrafında toplaşıblar sabiq sədrin nahaq sözünə haqq qazandıraraq bu çıxışın onun öz haqqı olduğunu elan etdilər. Mədəni tədbirdə öz şəxsi mənafeyi üçün edilmiş siyasi çıxış (bu günü fikirləşmədən) Elat bayramı tədbirinin sonu olmasının təminatçısı oldu. Bütün bu hadisələr Kanal 13 tərəfindən əvvəlindən sonunadək lentə alınırdı.
Demək olar ki, Z.Məmmədli və R.Muradlı cütlüyünün düşünülmüş pozuçuluğu öz uğursuz nəticəsini verdi.
Unutmaq lazım deyil ki, Gürcüstan Respublikası müstəqil, demokratik bir dövlətdir və onun da təhlükəsizliyini qayğısına qalan,qoruyan güc qurumları, hüquq mühafizə orqanları var.
Adı çəkilən tədbirdə hörmətli millət vəkilimiz Fazil Mustafa, yaxşı münasibəti olan deputat Mahir Dərziyev, türkiyəli qonaqlar – M.Yıldız, S.Türksoy da bütün bu hadisələrin canlı şahidləri oldular. Çıxışı da dinləyib, Quberniya rəhbərinin oranı necə tərk etməsini də ağrı ilə müşahidə etdilər. İnanmıram ki, baş verənlər barədə fikirlərini cəmiyyət sədrinə deməsinlər. Sabiq sədr isə çıxışa maneçilik törətmək istəyən «düşməni» axtarmaq və «Qarapapaqlar» jurnalının təsisçisi Akif Xansultanovun çıxışına icazə verməmək göstərişləri ilə məşğul idi. Bu da onların mili mübarizədəki qələbələri.
Maraqlıdır ki, İH-nin üzvü kimi 8-ci konfransdakı çıxışımda mədəni tədbir olan Elatda siyasi çıxışı ilə Gürcüstan hakimiyyət rəhbərlərinin açıq şəkildə aşağılanmasının xoşagəlməz nəticələr verəcəyini konfrans (bele demək olarsa) iştirakçılarına çatdırdıqda bəzi qonaqlar, hətta bir nəfər jurnalist "çəsarətli” çıxışına görə sabiq sədrlə fəxr etdiyini bildirdi. Həmin KİV nümayəndəsi hər hansı bir ehtiyatsız deyilən sözün siyasi çəkisinə varmadan bilavasitə hansı nəticələr verə biləcəyinin fərqinə varmadı.
Düşünürəm ki, emosional çıxışlar və yerli hakimiyyət rəhbərlərinin təhdid olunması qəhrəmanlıq deyil.Siyasi məcradan çıxan, qeyri-etik davranışları ilə cəmiyyətə zərər vura biləcəyi ehtimal olan şəxsi ambisiyaların sahibləri çıxısları ilə Nizamnamənin təsnifatını açır. Yeni, bu düzənlənən tədbir mədəniyyətmizin sırasını zənginləşdirən, elitarlığı ilə rəhbərlərin diqqətini çəkən, özəlliyi ilə ictimaiyyətin yaddaşında iz qoyan tədbir olmalıdır.
Hər bir Elat bayramı tədbiri öncəsi İH-i, ssenarini və sədrin çıxışının məzmununu müzakirə edərək qərar qəbul edirdi. Ancaq Armudluda idarəçiliyi sabiq sədr özü etdiyi üçün bütün kənardan gəlmiş qonaqlara (çıxışlarına nəzarət edilmədən) söz verirdi. Elatın bir tədbirində iranlı qonaqlar, birində türkiyəli qonaqları və 7-ci Elatda da özü mədəni bayram tədbiri olmasını fikirləşmədən çıxışlarını siyasiləşdirdilər. Mənim fikrimcə, Gürcüstan Respublikasına girişinə qadağanın əsas səbəbi kimi bu siyasi çıxışları götürmək olar.
6-cı və 7-ci Elat bayramı tədbirində aparıcılıq edən R.Muradlının Gürcüstandakı soydaşlarımıza qarşı qeyri-etik davranışları barədə, hər tədbirdən sonra olan İH-nin iclaslarında bu narazılıqlarımı bildirsəm də, heç bir ölçü görülmürdü. Əksinə, sədr tərəfindən onun İH-də layiqli üzvü olduğunu mənə bildirmək istəyirdi. R.Muradlının işləri, sözləri ilə əməlləri heç vaxt uyğun gəlmirdi. O, başqa bir siyasi partiyanın siyasət xəttini yerinə yetirməklə məşğul olurdu.
Elat bayramı tədbirinin bugünkü vəziyyətə düşməsinin ən birinci səbəbkarları Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində planlı şəkildə həyata keçirdikləri fleş-karta yazılaraq səsləndirən siyasi çıxışının olduğunu deyə bilərəm. İkincisi isə, bu gün də ətrafında toplaşanların hadisələr, baş verənlər haqqında düzgün informasiya, açıqlama verməmələri ilə yanaşı sabiq sədrlərinin səhvi, düzgün olmayan fikrinə, hərəkətinə qarşı, yeri və məkanı nəzərə alınmadan, nəticəsi barədə düşünmədən haqq qazandırmalarındadır. Nahaqqa haq donu geyindirməyin özü də bir haqsızlıqdır. Şəxsən mənim üçün.
Elat tədbiri bayramının bugünkü vəziyyətə düşməsi çox ürəkağrıdıcıdır. Onun ilk ildən inkişaf etməsi, planlı olması məndə bir qürur hissi doğururdu. Çox heyif ki, kənar şəxslərin cəmiyyət üzvlüyünə «Borçalı sevərliyini» süni görüntü verməsiZ.Məmmədlinin tək başına (R.Muradlı ilə heç kəsin sözünü, xahişinin dinləmədən, qulaqardına vurmaqla qərar qəbul etməsi cəmiyyəti bu duruma gətirdi. Şəxsi fikirim olaraq bildirirəm ki, insan öz səhvini boynuna almırsa, etiraf etmirsə və üzr istəməyi bacarmırsa, o insandan xeyirli, yaxşı heç nə gözləmək olmaz. Çox-çox heyfislənirəm ki, çəkdiyimiz riskli əziyyətlərimiz hesabına yaratıdığımız Elat mədəniyyəti tədbiri kimlərinsə geri zəkalığının, kimlərinsə münafiqliyinin ucbatından nəticəsiz olaraq sona çatdı.
Arzuman Loğmanoğlu
- See more at: http://sozcu.info/musahib/1036-firuddin-smayilov-elat-bayrami-tedbirinin-texiresalinmasinin-sebebi-zmemmedli-ve-rmuradli-cutluyunun-7-ci-elat-bayrami-tedbirinde-flesh-karta-yazilaraq-seslendirilen-siyasi-chixishidir.html#sthash.yQhrzqI2.dpuf]]>
Müşviq BORÇALI Mon, 01 Aug 2016 22:53:41 +0000
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı https://turan.info.az/arxiv/borcaliorg/1682-boral-cmiyyti-kemi-sdrin-mllrini-qnad.html https://turan.info.az/arxiv/borcaliorg/1682-boral-cmiyyti-kemi-sdrin-mllrini-qnad.html “Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı
“Zəlimxan Məmmədlinin “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsi yolverilməzdir”

Bu gün saat 15:00-da “Borçalı” İctimai Cəmiyyətinin keçmiş sədri Zəlimxan Məmmədli və bir qrup tərəfdarı Elat Bayramına buraxılmamaları ilə bağlı mətbuat konfransı keçirəcək.
Bu tədbirin “Borçalı” İctimai Cəmiyyəti adından keçirilməsi cəmiyyətin yeni rəhbərliyinin etirazına səbəb olub.
Xatırladaq ki, “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilən növbədənkənar ümumi yığıncağında Z.Məmmədli və cəmiyyətin İdarə Heyəti üzvlərinə etimadsızlıq göstərilib. Bu baxımından, təşkilatın yeni rəhbərliyi məlum qrupun “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsinin yolverilməz olduğunu və sözügedən mətbuat konfransının “Borçalı”ya heç bir aidiyyatı olmadığını bəyan edib.
Qeyd edək ki, bəyanatı “Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti yayıb.]]>
Müşviq BORÇALI Fri, 29 Jul 2016 14:00:56 +0000
8-ci ELAT NİYƏ BAŞ TUTMADI? https://turan.info.az/arxiv/borcaliorg/1679-8-ci-elat-ny-ba-tutmadi.html https://turan.info.az/arxiv/borcaliorg/1679-8-ci-elat-ny-ba-tutmadi.html 8-ci ELAT NİYƏ BAŞ TUTMADI?Hörməyli eloğlular, ÖLKƏM,AZ saytında yer almış məqaləyə yazdıqları "Gürcüstan hakimiyyətindən Azərbaycana-HÖRMƏTSİZLİK" başlıqlı yazı həqiqətə uyğun deyil. Bu məqalənin müəlliflərı, hadisələrin səbəbini bilməyən insanlar da Gürcüstan dövlətinin "pis" dövlət olmasını deməklə Azərbaycan dövlətini də bu xoşagəlməz məsələlərə qatmaq istəyirlər.Onlar Azərbaycan hökümətinə və onun bayrağına hörmətsizlik etməyiblər. O,şəraiti yaratmaq istəyən Azərbaycan vətəndaşlarına layiq olduqları cavabı verməklə öz hörmətsizliklərini bildiribdirlər. Mən xahiş edirəm, yazacağınız məlumatı əvvəlcə dəqiqləşdirin və hadisələrin səbəbini çalışıb öyrənin ki, yazınızda işlətdiyiniz ifadələrlə Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğuna,strateji müttəfiqliyinə, insanlar arasında çaşqınlıq yaratmaqla xələl gətirməyəsiniz. Yazını oxuyan insanlar həqiqəti bilmədiklərindən qıcıqlanaraq(gənclər) nalayiq ifadələrin işlənməsinə yol verirlər. Səbəbin bir hissəsini açıqlamağa çalışacam. Axı Gürcüstanın hakimiyyət orqanları 7 ildir ki, Elat bayramı tədbirininin keçirilməsinə icazə verirdi nə baş verdi ki, birdən birə belə hərəkət etdilər. Birdən-birə isə heç nə olmur. Bu hadisələrin əsas səbəbkarının bizlər və keçən illərdə Elat bayramı tədbirini keçirən Borçalı İctimai Cəmiyyətinin rəhbərlərinin tədbirdən sonra mətbuata,saytlara tədbirin gələcəyinə xətər, zərər gətirə biləcək, tədbirdə baş vermiş xeyirli və ziyanlı (öz xətalarını gizlədərək) hadisələrin işıqlandırılmamasında, bütün məlumatların verilməməsindədir. Keçən ilki tədbirdə (iştirakçısı, təşkilatçılarından biri də mən idim) Borçalı cəmiyyətinin sədri Z.Məmmədli flaşkarta yazdıraraq səsləndirdiyi yarıtmaz ambisiyalı, Gürcüstan dövlətinin rəhbərlərinə qarşı müxalif yönümlü çıxışı ilə dövləti və hakimiyyəti lənətləyərək yersiz ittihamlar etmişdir..Unutmaq lazım deyil ki, o dövlətin də təhlükəsizliyinə cavab verən orqanları var. Heç bir Azərbaycan vətandaşının müstəqil, demokratik Gürcüstan dövlətinin işlərinə qarışmağa nə haqqı, nə də hüququ var. Nədə ki, onlara işləməyi öyrətməyə ixtiyarı çatır. Qubernator və rayon rəhbərləri 7-ci Elat bayramının keçirilməsi üçün bizlərə istənilən qədər köməklik etmişdirlər, şərait yaratmışdirlar. Onlar isə əvəzində öz dövlət rəhbərlərinə qarşı lənətlər və ittihamlar eşitdilər. "Mükafatlarını" aldılar. O çıxışı təşkil edənlər o vaxt Gürcüstan dövlət orqanlarının rəhbərlərinə, cəmiyyət üzvlərinə və tədbir iştirakçıları olan soydaşlarına xəta olaraq etdikləri hörmətsizliyi niyə anlayıb açıqlama vermirlər. 7-ci Elatdakı o çıxışla belə bir qarşılığın olacağını və bu vəziyyəti yaratdıqlarını anlamadılarmı yoxsa anlamaq istəmədilərmi? İndi isə xahiş edirəm, Azərbaycan və Gürcüstan dövlətlərinin adlarıını hallandırmaqla bu məsələlərlə aranı qarışdırmağa, insanlarımızda "pis" fikirlərin yaranmasına nail olmağa çalışmasınlar. Öz etdiyiniz səhvləri başa düşüb etiraf etməyi bacarın. Bir daha bildirirəm ki.yalan məlumatlarla insanlarımız arasında qarışıqlıq yaratmaq lazım deyil. Həqiqəti yazaraq ədalətli olmağa çalışın. Yalanlarla soydaşlarımızı çıxılmaz vəziyyətdə (onsuzda xeyriniz yoxdur) qoymayın.]]> Müşviq BORÇALI Fri, 29 Jul 2016 00:37:39 +0000 Qızılgül əfsanəsi (Hekayə) https://turan.info.az/edebiyyat/nesr/1678-qzlgl-fsansi-hekay.html https://turan.info.az/edebiyyat/nesr/1678-qzlgl-fsansi-hekay.html Qızılgül əfsanəsi (Hekayə) Sabir Sadaxlı (Sabir İdris oğlu Mahmudov)
O gecə gözümə yuxu getmədi. Səbrsizliklə səhəri gözləyirdim. Axşamdan hər şey hazır idi-bağ qayçısı, atamın ucu əyri peyvənd bıçağı, budaqları aşağı əymək üçün qarmq. Bağın hansı tərəfindən başlayacağımı da əvvəlcədən götür-qoy eləmişdim. Dəmir yol tərəf vağzal uşaqlarının əlindən qan ağlayırdı. Kolların başında heç yarpaq da qalmamışdı. Ortalara tərəf getmək lazım olacaqdı. Oralara gedib çıxmaq hər adamın işi deyildi. Kol-kos, budaqlar bir-birinə elə dolaşmışdi ki... Bizim isə oz gizli yollarımız-tunüllərimiz var idi. Qarovulçu Nəbi babanın da bilmədiyi həmin yollarla Xan arxı tərəfdən girib atamın işlədiyi avtokalonun yanından çıxırdıq. Bizim bu gizli yollarımızın memarları bizdən əvvəlki dəcəl uşaqlar olub. Biz də sonrakı nəsillərə miras qoyacağıq.
Allah bilir bu qızılgül bağının neçə yaşı var. Deyilənə görə Bolqarıstandan gətiriblər. Gül yağı almaq üçün yetişdirilmiş xüsusi növdür. Bizim evdən bir az aralı, Xan arxının sağ sahilindəki bu cənnət bağından qar yağana qədər gül ətri əskik olmurdu. Bu bağ həm də məktəblilərin qazanc yeri idi. Payızda şagirdləri ləçək yığımına gətirirdilər. Hər kıloya 10-20 qəpik qazqnmaq mümkün idi. Nəzərə alsaq ki, söhbət XX əsrin 60-cı illərindən gedir qazancımız o qədər də pis deyildi. O illər müharibənin təsiri hələ də hiss olunurdu. Böyüklərimiz bilmirdi qarnımızı doydursun, yoxsa əyin-başımızı, dəftər-qələmimizi alsın. Evimiz yaxın olduğu üçün gün çıxmamış torbamı götürüb baş vururdum qızılgül dəryasına. Tarpın qaşından baxanda bu cənnət guşəsi doğrudan da gül-çiçək dəryaçasına bənzəyirdi. Yuxuma haram qatmağımın başqa səbəbi də var idi- danüzü yığılan ləcək sehli olduğu üçün çəkiyə ağır gəlirdi. Məhsulu tərəzidə çəkib qəbul edən kolxozun xəzinədarı Suleyman dayı hər dəfə xəbardarlıq etsə də xətrimizə dəyməz, pulumuzu heç vaxt kəsməzdi. Onda anam sağ- salamat idi. Ev işlərini qurtarandan sonra mənə köməyə gəlirdi. Gün çıxana kimi torbaları doldururduq, anam evə qayıdırdı. Birazdan şagirdlər gələcək, çəyirtkə zəmiyə daraşan kimi güllüyün altını üstünə şevirəcəklər. Gündəlik normanı artıqlaması ilə yerinə yetirirdim(əlbətdə anamın hesabına). Yazıq anam bundan sonra hələ tənbəki yığmağa gedəcəkdi. Uşaqlar mənə həsəd aparırdılar-qazancım hamıdan çox olurdu. Suleyman dayı pulumuzu çox vaxt gündəlik verirdi. Zəhmət haqqımı götürb dəmir yolu vağzalına üz tuturdum. Otar dayının dükanından əlimə keçən şiniyyatdan alıb sevinə- sevinə evə, qardaşlarımın yanını qaçırdım. Otar dayı, yoldaşı Mariya xala mehriban və halal insanlar idi. Hərdən ya bir dəftər, ya rəngli karandaş, ya da o zamanlar hləm-hələm tapılmayan qələm ucluğu- daş pero hədiyyə edərdi.-“Şvilo, al bu da yaxşı oxuduğun üçün müküfat.” Yəqin hər dəfə gətirdiyim gül dəstəsinin əvəzini çıxmaq istəyirdi. Onun nurani, həmişə gülümsəyən siması indi də xəyalımdan silinməyib. Ömrünün axırına kimi kəndimizdə işlədi. Hamının məhəbbətini qazanmışdı, əsasən də uşaqların. Kasıbçılığın üzü qara olsun, hər adamın konfet, şirniyyat almağa imkanı yox idi. Pulu olmayan, dükanın piştaxtasındakı ala-bəzək kağızlı konfetlərəri marıtlayan uşaqların bir-iki noğulla da olsa könlünü alırdı...
Təcili yardım maşını anamı aparanda o qədər ağlamışdım ki... Atamla dayım xərəkdə anamı maşına qoyanda dayım ağlamsınmış,- “Ruqiyə, söz verirəm, evinizə, uşaqlarının yanına öz ayaqlarınla qayıdacaqsan”. Xeyli vaxt keçmişdi, anam qayıtmırdı ki, qayıtmırdı. Şəhərə xəstəxanaya gedəndə atama yalvarırdım ki, məni də aparsın. O isə hər dəfə bir bəhanə gətirirdi. Günlərin bir günü: “Hazırlaş, sabah şəhərə gedirik, anan sənı görmək istəyir”. Eşitdiyimə inanmadım, əvvəlcə key-key gözlərimi döydüm, söhbətin nə yerdə olduğunu başa düşəndən sonra götürüldüm nə götürüldm. Bir-neçə dəqiqəyə bütün məhlə uşaqları bilirdi ki, mən şəhərə, anamın yanına gedirəm. Mahmud əmimin qızları paltarımı yuyub ütülədilər, xalam su qızdırıb çimizdirdi, anamı görəndə ağlamamağımı tapşırdı. Xəstəxanada anam kimi çoxlu xəstənin olduğunu, Tinatin adlı gözəl-göyçək bir gürcü qızının anama öz doğması kimi qulluğundan danışdı. Eşitdiklərimin hamısını atam da danışmışdı. Onu da söylədi ki, şəhərlilər xəstənin yanına gələndə gül də gətirirlər. Vallah qəribə adalardı bu şəhərlilər, görəsən gül xəstənin nəyinə lazımdır? Elə xəstələr də var həftələrlə yanlarına gələn olmur. Eşitdiklərim uşaq təxəyyülümdə çoxdan iz qoymuşdu. Axşamlar yatağıma uzananda anamla danışa-danışa yuxuya gedirdim.
-Nənəni incitməyin, yazıq arvadın işi onsuz da başından aşır. Hümmət babanın kürluyünü götürmək hər arvadın işi deyil. Sən qardaşlarından böyüksən, nənənə kömək elə.
Qardaşım Zakir ikinci, Şakir birinci sinfə gedirdi. Onları məktəbə aparıb-gətirmək, dərslərinə fikir vermək mənim öhdəmdə idi. Səhərlər bizi yedizdirəndən sonra atam işə gedirdi. Atamın şəhərdən aldığı kakao tozunu südlə bişirməyi mən də öyrənmişdim. Onu da deyim ki, kakao həm uşaqların , həm də mənim çox xoşuma gəlirdi. Kiçik qardaşım Tahir hələ məktəbə getmirdi. Ən kiçiyimiz, anamın sonbeşiyi Nailə iki yaşına təzəcə adlamışdı. Nailəni çox vaxt Pəri mamam saxlayırdı. Hər axşam anamla “söhbət edəndə” onun nə boyda olduğunu soruşurdu. Onun dəcəlliyindən, anam kimi gözəlliyindən, ona çöx oxşamağından həvəslə danışırdım.
Uşaqlıqdan rəssamlığa, ədəbiyyata meyilli olsam da nəyə görəsə həmişə həkim olmaq arzusunda olmuşam. Bu istək bəlkə də anamın xəstəliyi ilə əlaqədar idi. Anam yatağa düşəndə 28 yaşına təzəcə qədəm qoymuşdu. Uşaq təsəvvürümlə elə bilirdim dünyada ən gözəl, ən mehriban ana mənim anamdır. Bacım, dünyaya təzəcə göz açmışdı. Sevincimizin həddi-hüdudu yox idi. Dörd qardaşdan sonra anam bizə bacı hədiyyə etmişdi. Sevincimiz uzun sürmədi-anamın ayaqları iflic oldu. Yatağının yanından bir addım da olsun uzaqlaşmaq istəmirdim. Hamı bizə ürək-dirək vermək istəyirdi: “Çox keçməz, el yaylağa köçəndə ananız ayağa durar”.
Yayın necə gəldiyindən xəbərim olmadı. Bürkülər düşmüş, çəmənlər həmişəkindən tez saralmağa başlamışdı. Elə bilirdim anamın ayağa durması üçün təbiət yayı vaxtından tez gətirib. El yaylağa köçdü. Dəyələr yamyaşıl çəmənlərdə yan-yana düzüldü, sürülərin, mal-heyvanın səs-küyü bir birinə qarışdı. Aranın bürküsündən canlarını qurtarmış uşaqların şən gülüşləri mürgülü dağları oyatdı. Gül-çiçək ətri adamı bihuş edirdi. Hamı kef-damaqda idi. O il anam yaylağa gedə bilmədi. Bizi yaylağa Sultan nənəm aparmışdı. Yazıq nənəm yaşının ağbirçək cağında beş uşağa, bir də babamın mal-heyvanına baxmağa məhkm idi. Anamın yeri görünürdü. Yaxşı ki, Pəri mamamla Hürü mamamgil də bizim yurda-Sarı bulağa düşmüşdülər. Biz bir yana, dağlardan mal-qoyun sağına enəndə Hümmət babamın səs-küyü Suqarışanda eşidilirdi. Onda elə bilirdik babam zülümkar adamdı, sonralar başa düşdük ki, kişi qayda-qanunu, səliqə-səhmanı sevən ciddi təsərrüfatçı imiş. Ona görə də bizim heyvanlar uzaqdan seçilirdi. Sürünü aşağılara endirib çox yormamaq üçün dağların başında, Nayfıllı təpəsi deyilən yrdə xalxal düzəltmişdi. Babam bizə, uşaqlara da iş tapırdı. Hər axşam qaraağız qoyun itlərini xalxalın dörd tərəfinə bağlayir, sonra sürünün qabağına çıxır, babamı arxaca qədər ötürürdük. Bir dəfə itlər mixçaları çıxarıb qaçmışdılar. Di gəl dur babamın qabağında: “Yaramazlar, fərəsətsizlər, belə də it bağlayarlar? Sizi it yrrinə bağlayacam”... Elə də etdi- yapıncıya bürünüb dan yeri sökülənə qədər sürüyə keşik çəkdik. Qardaşım Zakir, Şakir bir də yurd qonşumuzun oğlu İsmayıl məndən bir-neçə yaş kiçik idilər. Xalxalın külək tutmayan tərəfində babam onların altına keçə saldı, üstlərini də yapıncı ilə örtdü. Dağların başı sis-duman olur, xüsusən də gecələr hər tərəf zülmətə bürünür, bir addımlıqdan heç nəyi seçmək olmur. Deyəsən kişi bizi saxladığına peşman olmuşdu, özü də bilirdi ki, yaxınlıqda kürsəyə gələn qancıq varsa, heç bir qüvvə itləri saxlaya bilməz. Artıq gec idi, onsuz da dumana düşüb dəyələrimizi tapa bilməzdik. O gecə səhərə kimi babamın nərəsindən dağ-daş lərzəyə gəldi. Sübh şəfəqləri görünər-görünməz duman karvanını quzeyə tərəf çəkdi. Təbiət zülmətdən işıqlığa çıxdı. Babam zarafatyana: “İndi sürükün budan”, deyərək bizi dəyələrimizə tərəf qovdu. O gecə biz sonralar heç bir təhsil ocağında ala biməyəcəyimiz həyat dərsi aldıq. Həm də çoban həyatının çətinliyini, ağrı-acısını bircə gecəliyinə də olsa yaşadıq.
Yaylaqda hava gün ərzində tez-tez dəyişir. Bir də görürsən mavi səmadakı pambıq kimi ağappağ buludlar görkəmini dəyişdi, böyüdü, qara- bözumtul rəng alaraq ağır-ağır aşağılara enməyə başladı. Qeybdən peyda olan kimi beyqafıl dərələr çən-dumanla doldu, ətrafı zülmətə qərq edərək dağlara tərəf süründü. Üfüqlərdən o tərəflərdə şimşək parlıtısı göründü, ildırım öz-özünə deyinərək qara buludları şaqqaladı. Tərəkəmə həyatına alışmış yaylaqlılar özlərini itirmədən buzovları, quzuları döşlərdən xalxala qovur, çölə sərdikləri paltar-palazı dəyələrə yığır, uşaqlar da qaçaraq dəyələrə doluşurdular. Bir az keşmiş yer-göy lərzəyə gəlir, şimşək ətrafı bir anlığa şəfəqə boyayır, dölu qarışıq yağış damcıları dəyələrin belində təbiətin çadır simfoniyasını məharətlə ifa edir. Bu möhtəşəm “Tərəkəmə simfoniyası”nı Tanrı özü yazıb, özü də necə yazıb! Süvari qoşunun ayaq səsləri, bir-birinə dəyən qılınc saqqıltısı, sellər qabağına çıxan daş-qayanı dərələrə qovqrkən çıxan gurultu, sərkarların dağlardan eşidilən qıyyaları o qədər mükəmməldi ki! İlahinin bu bəstəsinə heç bir əlavə mümkün deyil.
Hər adamın içındə heç kəsin təkrarlaya bilməyəcəyi bir yurd, bir el, bir Vətən tablosu, Vətən sevgisi var. Uşaq dünyamızın el-obası, Vətəni beləcə həkk olunub, ilişib qalıb yaddaşlarımızda. Bu dünyamızı baba-nənəsiz, ata-anasız, bacı- qardaşsız təsəvvür etmək mümkün deyil. Bizim ocaq, “müasir” insanlar demişkən, köhnəlmiş də olsa öz əxlaq qanunları ilə yaşayıb və heç vaxt bu yazılmamış qanunlar adımıza xələl gətirməyib, dost-düşmən yanında başımızı aşağı eləməyib. Babalarımızin öyünc yeri halallıq olub, halal mayalarına heç vaxt haram qatmayıblar, Gözəgörünməz də var-dövləti yetərincə verib. Ulularımız gözü-könlü tox yaşayıb, aza qane olub, çoxun dalınca qaçmayıb, özgə malına göz dikməyiblər. Keçmiş- keçənlərimizin mərdliyi, halallığı, təmizliyı bizə baş ucalığı gətirib. Elə xeyir-bərəkət də o qocalarımızın halal-bərəkətli əllərindən miras qalıb bizlərə. Halal yavanımızı heç vaxt haramla murdarlamyıb əcdadlarımız. Aılə, nəsil, tayfa tərzi bu yaxınlara kimi hökm sürürdi nəslimizdə. Babamın bircə kəlməsi böyüklü-kiçikli hamıya qanun idi. Qardaşı oğullarının hamısını ayrıca yurd eləyəndən sonra özü təzə yurda çıxdı. Onun sağlığında icma qanunlarını pozmağa heç kimin cürəti çatmazdı. Yaltaqlıq, yalançılıq, ikiüzlülük yad idi o kişilərə. Elə ona görə də hara gedilər getsinlər bizimkilərin yolu geriyə öz dədə-baba yurduna dönüşlə qurtarır. Bəlkə elə onun nəticəsidir ki, ən böyük nəsillərdən biri olmağına baxmayaraq bizimkilərdən cəmi iki-üç ailə Bakını özünə daimi yaşayış yery seçib. Əmilərim yaxşı oxuyan, savadlı olublar. Ziyəddin əmim Bakıya oxumağa gedəndə babam bir-iki ilə oxuyub geri qayıtmağı tapşırdi. O da böyüyünün sözündən çıxmadı- ali məktəbdə yox texnikumda oxuyaraq doğma kəndinə qayıtdı. Eldə- obada hörmət-izzət sahibi oldu, nəslin ağsaqqallığını uzərinə götürdü, şərəfli bir ömür yaşadı. Haram yolla var-dövlət qazanıb yaltaq məclislərinin başında oturmadı ocağımızın kişiləri. Kasıb, mərdi-mərdanə süfrələrində oturmağı daha üstün tutdular.
Yay necə tez gəldisə, elə tezcə də getdi. Böyüklər arana köçmək üçün hazırlıq işlərinə başladılar. Avqust ayının sonu buralarda yayın qurtarması demək deyil. Ümumiyyətlə, buralarda baharla yayı bir-birindən ayırmaq çətindir. Payız isə, demək olar ki, bircə ay-sentyabr ayı olur. Avqustun axırlarında cavan oğlan və qızların bulaqlarla vida mərasimi başlayırdı. Hər gün bir bulağın üstündə qızlar yığışır, ocaq qalanır, quymaq çalınır, evdən gətirdikləri əllərinə keçən, allah verən yemək-içməkdən süfrəyə düzülür, yeməyə başlar-başlamaz bir dəstə oğlan da qonaq gəlir qızların süfrəsinə. Ən çox sevinən uşaqlar olurdu belə yığnaqlara. Sonralar başa düşdük cavanların “fırıldağını”-bulaq başı bəhanə imiş. Böyüklər etiraz etməzdi belə şeylərə. Az qala mərasim halı almışdı belə yığıncaqlar. Elə onların özləri qoymamışdımı bu adət-ənənələri. Böyüklərimizin əksəriyyəti elə beləcə sevib-seçmişdi, gözaltı eləmişdi gələcək ömür-gün yoldaşlarını. Gənclərin qəh-qəhəsi, çal-çağırı dağlara-dərələrə şuxluq gətirir, təbiət də , bulaqlar da qoşulurdu onların sevincinə. Heyif, çox heyif o günlərdən. Cavanların oxuduğu o mahnılar da, sevinc də, o paklıq da dağlarda qaldı...
Gün Babakərin arxasından boylanmamış yatağımdan durdum. Əl-üzümü yuyub Tarpın qaşına tərəf çıxdım. Qızılgül dəryaçasına gündüzlər saatlarla tamaşa etməkdən doymurdum. Bu səhərki mənzərə heç əvvəlkilərə bənzəmirdi. Dünyada heç bir rəssamın yarada bilməyəcəyi bir tablo, bir gəvə salınmışdı Xan arxından o tərəfə. İlahinin yaratdığı bu misilsiz gözəllikdən ətrafa minlərlə qızılgülün ətri yayılırdı. Bax elə buna görə də Ana Təbiətin özündən mahir rəssam yoxdur. Təbiətin yaratdığı tablolar canlıdır-güllər ətir saçır, quşlar cəh-cəh vurur, çayların, bulaqların zümzüməsi ətrafa yayılır.
Yaxın olsun deyə körpüdən yox çaydan keçməyi qərara aldım. Xan arxının sahilinə endim, şalvarımın balaqlarını dizimdən yuxarı çırmaladım, bumbuz suyu yararaq o biri sahilə adladım. Güllüyün qıraq tərəflərində əlimə bir şey keçmədi. Öz gizli yollarımızla bağın içərilərinə doğru getməli oldum. “Bəni-insan” ayağı dəyməmiş bir sahəyə gəlib çıxdım. Onu da deyim ki, burada hələ alatoran idi. Qarmağı, qayçını, bıçağı işə saldım. Bir saat keçmədi qucaq-qucaq, rəngarəng qönçələr üst-üstə qaland. Gülləri səliqə ilə özümlə gətirdiyim kisəyə yığdım. Gün çıxmamış aradan çıxmaq lazım idi. Gəldiyim “tunel”lə geri qayıtmağa başladım. Yolu yarı eləmişdim ki, qabaqdan bağın qoruqçusu Nəbi babanın səsi gəldi. Yolumu dəyişməyə, üzüm bağına tərəf sürünməyə məcbur oldum. O tərəflərdə çayın qırağı qalınlıqdır. Çay da yuxarılara nisbətən dərindir. Çox çətinliklə çayın sahilinə çatdım, moruqluğu yarıb kisə qarışıq özümü çaya atdım, birtəhər üzüb o biri sahilə keçə bildim. Kisə suya düşüb ağırlaşmışdı, əl-ayağımı moruq, gızılgül kolları al qana boyamışdı. Kisəni sürüyə-sürüyə birtəhər gətirib evə çıxardım. Evdə məni yaxşı ki, birinci atam yox, nənəm qarşıladı. Əl-ayağıma batmış tikanları çıxartdı. Qoyun qırxınında babm qoyunların yarasına basdığı dərmanla yaralarımı dərmanladı. Atamın qorxusundan səsimi çıxartmadım. Atamdan qabaq nənəm məni danlamağa başladı.
-Ay bala, bu qədər gül nəyinə lazımdır? İnanmıram bu boyda kisəni şəhərə aparmağa atan razılıq verə.
Atam söhbətimizin üstünə gəlib çıxdı.
-Əlbəttə razı olmayacam, hələ gör əl-ayağı, üz-gözü nə gündədir.
Mahmud əmimin həyat yoldaşı Həcər bibim olmasaydı mənim Tiflis səfərim baş tutmayacaqdı. Dünyagörmüş, ziyalı qadın idi.
-Uşağın ürəyini sındırma, vağzala qədər uşaqlarla köməkləşib apararlar. Qatardan düşən kimi onsuz da taksiyə minəcəksiniz.
Atamın deməyə sözü qalmadı.
Xəstəxananın səliqə-səhmanlı həyəti, palatalardakı təmizlik, bir də qulaqbatırıcı sükut indi də yadımdan çıxmayıb. Palatalardakı solğun çohrəli əlac gozləyən adamlar(xəstələr deməyə dilim gəlmir) onlara şəfa verən həkimlər haqqında düşüncələr bütün ömrüm boyu məni qaraba-qara izlədi və bu müqəddəs mövzuya nə vaxtsa qayıdacağım haqda düşüncələr məni heç vaxt tərk etmədi. Xəstəxanaya daxil olanda özümü tamam başqa dünyada hiss etdim. Ölüm sükutu çökmüş palatalar, solğun bənizli adamlar uşaq dünyama tamamilə yad idi. Anam ayrıca birnəfərlik palatada yatırdı. Qapıya yaxınlaşanda atam yenə tapşırdı ki ağlamayım. Həmin qeyri-sağlam abu-hava anamın palatasında da hökm sürürdü. Anamın sifətindəki ağlıq mələfənin rəngindən seçilmirdi. Atamın tapşırığını yadıma salıb hürkək bir baxışla gah atama, gah da anama baxdım. Anam məni bağrına basdı, başımı anamın sinəsinə sıxdım ki, ağlamağımı görməsinlər. İçin-için ağladım, göz yaşlarım hələ körpəlikdən sındırılmış ürəyimin başından keçib içimdə təzəcə yaranmağa başlayan qəm dəryasına töküldü. Atam bu səhnəyə dözə bilməyərək dıhlizə çıxdı. Anamın döğma ağuşundan uzun müddət ayrıla bilmədim. Palatanın qapısı açıldı, içəri ağ xalatlı bir qız daxil oldu. Tibb bacısının gözəlliyi otağa həm işıq, həm də xoş əhval gətirdi. Mən bu qızı çoxdan tanıyırdım. Atam, xalam bu gözəl qız haqqında o qədər danışmışdılar ki. Məni görüb gürcü dilində:
-Sənin oğlundur?- soruşdu.Yazıq anam qısa müddətdə gürcü dilini müəyyən qədər öyrənmişdi.
-Bəli, mənim oğlumdur.-Özünəməxsus bir ləhcə ilə cavab verdi. Tibb bacısının gəlişi məni xəyallardan ayırdı, qaçaraq zənbilimin ağzını açdım, qucağım tutacaq qədər gül dəstəsini tibb bacısına verdim. Qızın onsuz da gözəl olan sifəti sevincdənmi, yoxsa təəccübdənmi daha da gözəlləşdi.
-Ay Allah, indiyənəcən mənə heç kəs bu qədər gül bağışlamayıb. Çox sağ ol oğlan, indi ananı daha tez sağaldacam. Sevincimdən uçmaq istəyirdim. Söhbətin üstünə atam da gəlib çıxdı.”Bu qədər gülü neyləyirsə, kim aparacaq bu boyda şələni?”- deyə məni danladığına deyəsən peşman olmuşdu.
Qönçələr tibb bacısının əliində açılmağa başladı. Elə bil insan nəfəsi duymuşdular. Bir dəstə də anamın masasının üstünə qoydum. Qızılgüllər otağa yeni həyat, yeni nəfəs gətirdilər. Hamının üzü gülürdü.
-Ata, olar o biri xəstələrə də paylayım güllərdən?
-Əlbəttə olar,-deyə atam fərəhlə anama baxdı.
Tibb bacısı söhbətin nə yerdə olduğunu başa düşdü.
-Ruqiya, sənin oğlunun tayı-bərabəri yoxdur,-dedi, sonra əyilib üzümdən öpdü.
-Mən də kömək edərəm,-dedi.
-Bu boyda gülü təkbaşına dərib, özü də təkcə məni nəzərdə tutmayıb,-deyə anam fərəhlə dilləndi.
Tibb bacısı ilə palataları bir-bir gəzir, xəstələrə gızılgül bağışlayır, teziklə sağalıb doğma ocaqlarına getmək arzulayırdıq. Bunları, əlbəttə, mənim əvəzimə gürcü qızı deyirdi. Gətirdiyim güllər baş həkimdən tutmuş qapının ağzında duran növbətçi qadına kimi hamıya çatdı.
Az müddət ərzində qönçələr açıldı, xəstəxanada əhval-ruhiyyə tamamilə dəyişdi, palatalar işıqlndı, solğun çöhrələrə təbəssüm qondu, həkimlərin uzun müddət edə bilmədiklərini Loğman təbiət öz üzərinə götürdi. Mənə elə gəlirdi ki, xəstələrin könlünü azca da olsa aldıqlarına, ümidsizlərə zərrə qədər də olsa ümid verdiklərinə görə güllər də sevinirdilər. Onlar tamam başqa aləmə düşmüşdülər. Elə bil ana təbiət onlara yeni bir missiya, yeni bir tapşırıq vermişdi...
Axşama kimi anamın yanında qaldım. Bir-neçə saat əvvəlki abu-havadan əsər-əlamət qalmamışdı. Xəstələrin zarafatı, deyib-gülməyi xəstəxananı başına götürmüşdü. Həkimlər”sakit saat” vaxtı heç kimi yatlrda bilmədilər. Çoxdandır boğazından bir qurtum sudan başqa heç nə keçməyən xəstələr illərin acı kimi yeməyin üstünə düşmüşdülər. Bəzi palatalardan həzin (biraz da qəmli) mahnı səsləri gəlməyə başlamışdı. Tinatin anama yaxınlaşıb,
-Ruqiya, oğlun böyüyəndə hökmən həkim olacaq. Onun gətirdiyi güllər möcüzə yaratdı. Xəstələr sağalmağa başlayıb, bəziləri hətta evə getmək istəyir. İcazə ver oğlun xəstələrlə sağollaşsın. Palataları bir-bir gəzdik, hamı ilə vidalaşdım. Onların çoxu məni öz doğma balası kimi bağrına basdı, xoşbəxtlik arzuladı.
Anamın yanına qayıtdım. Başımı yenə sinəsinə sıxdım, göz yaşlarım yenə də təzəcə yaralanmağa başlamış ürəyimin başından keçib içimdə təzəcə yaranmağa başlayan qəm dəryaçasına töküldü.
Ayrılanda hamıya söz verdim ki, mövsümün sonuna kimi sizi gızılgülsüz qoymayacağam.
Atam hər dəfə şəhərə gedəndə birinci tapşırığı,...
-Gülləri hazırla!- olurdu...
Mahmudov Sabir İdris oğlu ( Sabir Sadaxlı )]]>
Müşviq BORÇALI Thu, 28 Jul 2016 23:07:40 +0000
Cəmilə xanım SARVANQIZI: Yurd bizim, Bayram bizim! Neğme bizim, Saz bizim! https://turan.info.az/arxiv/borcaliorg/1677-cmil-sarvanqizi-yurd-bizim-bayram-bizim-neme-bizim-saz-bizim.html https://turan.info.az/arxiv/borcaliorg/1677-cmil-sarvanqizi-yurd-bizim-bayram-bizim-neme-bizim-saz-bizim.html Cəmilə xanım SARVANQIZI: Yurd bizim, Bayram bizim! Neğme bizim, Saz bizim!Cəmilə xanım SARVANQIZI: Yurd bizim, Bayram bizim! Neğme bizim, Saz bizim!"Sarvan" Folklor Ansamblının rəhbəri Cemile Sarvanqızı özünün Fecebook səhifəsində yazmışdır:

Yurd bizim, Bayram bizim!
Neğme bizim, Saz bizim!

Dünən yaşanan bayrag olayından sonra küsərək geriyə şəkilib meydanı namerdlərə kolay-kolay təslim etmək və başqaları kimi cılız bir köşədə onu sallayarak "özüm çalıb, özüm oynamağım" mənə təsəlli verməzdi. Ona görə də, hər iki Bayragimizi (Azərbaycan ve Turkiye) her kesin gözü önünde dalğalandırarag folklor ansamblımızın "Çırpınırdı Qara deniz..." mahnısıyla ve böyük heyacanla söylediyim şeirle sanıram bir daha her kese cavab vermiş oldum. Elata götürdüyüm BAYRAQ menim kefenlik boxcamnan çəxarılmışdı (Aforizm olarag söylenmir. Bilenler bilir!) Onu yalnız bele günlerde dalgalandırmağa özüme izin vererem.
Ne "sagçılara" , ne de "solçulara" teref deyilem - men MİLLETİMİN her terefindeyem - sagında da, solunda da, arxasında da, önunde de... birce kere TÜRKüm deyenin yanında da ...]]>
Müşviq BORÇALI Thu, 28 Jul 2016 02:05:05 +0000
* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR * https://turan.info.az/arxiv/borcaliorg/1674--tbrklr-tbrklr-tbrklr-.html https://turan.info.az/arxiv/borcaliorg/1674--tbrklr-tbrklr-tbrklr-.html * TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *Bildiyimiz kimi, 2016-cı il iyunun 25-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən "Borçalı" İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı - konfransı keçirilib və həmin konfransda tanınmış tarixçi alim, dəyərli soydaşımız KƏRƏM MƏMMƏDLİ "Borçalı" İctimai Cəmiyyətinin yeni sədri seçilib.
Bu münasibətlə hörmətli Kərəm müəllimə ünvanlanmış təbriklərdən bir neçəsini aşağıda dəyərli oxucularımıza təqdim edirik:]]>
Müşviq BORÇALI Wed, 27 Jul 2016 17:52:09 +0000
Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilib https://turan.info.az/gurcustan/borchali/1673-armudlu-yaylasnda-nnvi-elat-bayrami-keirilib.html https://turan.info.az/gurcustan/borchali/1673-armudlu-yaylasnda-nnvi-elat-bayrami-keirilib.html Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilibİyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı türklərinin ənənəvi Elat bayramı keçirilib. Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevin sözlərinə görə, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub.
“Bayramda bir sıra xarici ölkələrdən gələn türklər iştirak edib. Həmçinin Türkiyənin “Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”, - o deyib.
Ə.Babayev əlavə edib ki, “Borçalı” cəmiyyətinin keçmiş rəhbərliyi Elat bayramının kütləvi şəkildə baş tutmaması üçün bir sıra cəhdlər edib.
““Borçalı” cəmiyyətinə heç bir aidiyyatı olmayan Zəlimxan Məmmədli Gürcüstan azərbaycanlılarının birliyini pozmağa çalışırdı. Z.Məmmədli Elat bayramında kütləviliyin olmaması üçün pozuculuq fəaliyyəti göstərərək tərəfdarlarına ultimatum göndərib. Lakin onun bütün bu cəhdləri nəticəsiz qaldı. Elat bayramına çoxsaylı iştirakçılar qatıldı və bütün iştirakçılar bayramın təşkilatçılığından razı qaldılar”, - Ə.Babayev deyib.
Ə.Babayev bildirib ki, Z.Məmmədlinin “Borçalı” cəmiyyətində artıq heç bir hüquqi statusa malik deyil və onun Gürcüstan azərbaycanlılarının işlərinə qarışmağa heç bir ixtiyarı yoxdur.
“Gürcüstan azərbaycanlıları hər zaman özləri öz dil, din, mədəniyyət və adət-ənənələrini qoruyub saxlayıblar. Z.Məmmədli kimilərin Gürcüstan azərbaycanlılarını parçalamaqla bağlı bütün cəhdləri heç bir nəticə verməyəcək”, - GAMK sədri əlavə edib.]]>
Müşviq BORÇALI Wed, 27 Jul 2016 14:20:13 +0000
"Borçalı" İctimai Cəmiyyətinin sədr müavini Firudin İSMAYILOV: "Sabahı fikirləşmək lazımdır kı, bizə salam versinlər..." https://turan.info.az/arxiv/borcaliorg/1670-boral-ctimai-cmiyytinin-sdr-mavini-firudin-smayilov-sabah-fikirlmk-lazmdr-k-biz-salam-versinlr.html https://turan.info.az/arxiv/borcaliorg/1670-boral-ctimai-cmiyytinin-sdr-mavini-firudin-smayilov-sabah-fikirlmk-lazmdr-k-biz-salam-versinlr.html "Borçalı" İctimai Cəmiyyətinin sədr müavini Firudin İSMAYILOV: "Sabahı fikirləşmək lazımdır kı, bizə salam versinlər..."Hörmətli eloğlularım,Gürcüstan əsilli soydaşlarım.Mən 2010-cu ildən 2016-cı ilədək Borçalı İC-də İH-nin üzvü,2014-cü ildən 2016-cı ilədək sədrin təşkilatı işlər üzrə müavini olmuşam.Orada baş verən özbaşnalıqlara görə istefa vermişəm.Borçalı İctimayi Cəmiyyəti ətrafında baş verənləri bir müddətdir məndə ürək ağrısı ilə izləyirəm.Cəmiyyətin saytında İdarə Heyyətinin üzvləinin haqsızlıqla öz Borçalı əsilli soydaşlarına qarşı yazılarındakı təhqirlər. alçaldıcı sözlər mənimdə səbrimi daşırdı.Bu insanlara,öz yazılarında bu sözləri işlətməyə kim və nə məcbur etdiyni başa düşmək mümkün deyil.Belə insanlarda el oba sevgisinin olmasına inanmıram.Yazı sahiblərinin hər biri haqqında sizlər üçün bildiklərimin bir hissəsini(lazım gəlsə qalanlarında) yazacam.Sizlərdən xahiş edirəm diqqətlə oxuyaraq.Cəmiyyət sədrinində 25 06 2016-cı il tarixində keçrilən 241 nəfər gürcüstanlını(on nəfər qonaq olmaqla), ümum toplantı iştirakçılarını,ora toplaşan alimini,jurnalistini.yazıçısını.iş adamını,sıravi insanını yaşına uyğun olmayan"dar zəkalı" mənası ikiüzlülük olan "münafiq"sözlərini,yazı sahibləridə papuqay kimi təkrarlamaqla utanmadan yazılarında işlədirlər.Bu sözlərin kimlərə daha çox layiq olduğunu biləcəksiniz.Bir məqalədə insanların ölüm qabağı beş isdəyinin olmasının olmasını oxumuşam.Biri cavanlıgından düzgün ollmayaraq istifadə edərək etdiyi haqsızlığın aradan qaldırması isdəyi.Biridə el,obasında zamanında yad etməməsi,indi isə oranı ğörmək üçün burnunun ucunun ğöynəməsi isdəyi idi.Bunlar onuda düşünmürlər.Telman müəllim Əliyev çoxlu sayda titullarının,alim akademik sayır sonrada özünə yaraşan sözlərlə toplantıda iştirak edən ondan insani keyfiyyətləri,biliklərii ilə qat-qat üstün olan bizim Gürcüstan əsilli alimləri,ziyalıları dönüklükdə,zatını danmaqda ittiham edir.Ona buna o haqqın kim verdiyi.aydındır.Fizulidən olmağınizla ilə həmişə fəx etmisiniz.Borçalı ellərini sevən insan kimi özünüzü ğöstərsənizdə cavanlıq dövrünüzdə dağ Borçalıların işlərinə həmişə ənğəllər,problemlər yaratmaqla məşğul olmusunuz.İH-dəki işiniz deyilən fikirlərlərlə razı olduğunuzu bildirmək,sədri şirin,xoş sözlərlə tərifləmək və görülən işlər üçün sədrin əvəzolunmaz şəxs olduğunu demək olub.Ancaq alimlərin oradan uzaqlaşmasına.təhqir olunmasına qarşı heç vaxt fikir söyləməmisiniz,səsinizi çıxarmamısınız.Məşhur bir alimin Qarabağ insanı tərəfindən gözünüzün qarşısnda söylədiyi fikrinə görə təhqir olunaraq tədbiri tərk etməsinə heç narahatlıqda keçirmədiniz.Düşünmək istəmədiniz ki,o alim Borçalı cəmiyyətindən inciyərək birdəfəlik getdi,sizdən yox.Biz Borçalılar onun ücün pis insanlar olduq.Ömər Qoçuluda titullarını ipə sapa düzərək sayar və başlayır yuxarıda yazdığım təhqiredici sözləri Ümumi toplantı iştirakçılarının ünvanına təkrarlamağa.Bu insan 2012-ci ildən 2015-ci ilədək Borçalı cəmiyyətinin tədbirlərində 3-5 dəfə olmuş olar.Zəng edib dəvət edəndə ya xəstə,yada işinin cox oldugunu bildirib.2015-ci ildə 7-ci konfransda İH-nə üzv seçisədə təkrar-təkrar mənim tərəfimdən İH-nin iclaslarına dəvət olunsada bir dəfədə olsun gəlmədi.8-ci konfransda iştirak etmədən,Nizamnamənin 3.5.5 maddəsini pozaraq qiyabi olaraq yenidən İH-nə üzv seçildi.20.07.2016-cı il tarixində"Cəmiyyətdəki xidmətlərinə görə"yeni titulda(hansı xidmətlərinı) verildi.Borçalı İC-yə bu cür münasibət göstərən insanın ümumi toplantı iştirakçıları olan alimlərimizi ziyalılarımızı "geri zəkalı","münafiq"sözləri deməyəklə təhqir etməyə nəhaqqı nədə hüququ var.Soruşan dərəkdir sən kimsən,nəçisən,Borçalılar qarşısında hansı xidmətin var kı bizləri təhqir edirsən.Sənin kimiləri tanıyırıq,bizlər üçün heç kimsən.Sizinkimilərin əməlləri ilə sözləri heç vaxt uyğun gəlmir.Gərək üzvü olduğun İC-yə həm maddi,həmdə mənəvi,təmannasız dayaq olasan.Bu isə sizin kimilərə aid deyil.sizlərin işi ancaq Borçalı əsilli insanların adından istifadə edərək yekə-yekə danışmaqdır.Hüseyin Yadiğarovda yazısında eyni sözlər,eyni təqirlər.Bilmək istərdim bu yazını yazmamışdan özünüzdən soruşdunuzmu sizin neçə yaşınız var,o toplantıda kimlər olub sizin səviyyəniz,biliyiniz,insanlığınız oları təhqir etməyə çatırmı.Elə bilki dünyanın sonudur.Elə mərdliyn varsa orada baş verənləri səndə bilirsən və görürsən fikrini söylə açıqlama ver.Mədət müəllim Coşquna yadınızdan çıxarmayın kı,ömrününün sonunadək haqsizlığa,ədalətsizliyə,başqasının haqqına toxunmağa,yaltaqlığa qarşı barışmaz olan,mərd insan və ədalətli müəllim olmüş,mərhum Əsəd müəllim Poluxovun qanından var qanımda.O sizlərə özünü nümunə göstərdi heç kəsi heç vaxt təhqir etmədi.Onu təhqirə yol verənləri düzgün yola qaytmağın məsləhətini verərdi.Siz isə onun keçmiş şağirdi olaraq məsləhətlər vermək əvəzinə,efirdədə,yazılarınızdada öz soydaşlarımız dediyiniz alimləri,ziyalıları,yazıçıları,jurnalistləri təhqir etdiniz.Budurmu sizdən ötəri haqq,ədalət.Sizdə 7-ci Elat bayramı tədbirin baş verən haqsızlığın şahidi olmusunuz.Elə pozuculuğu sədrin nahaq fikrinə haq deməklə onun ətrafına toplaşaraq,cəmiyyətin siyasiləşməsinə səsinizi çıxarmamaqla birlikdə nail oldunuz.Vaxt,zaman hər şeyi yernə ğətirəcək.Hörmətli Ramiz müəllim Məmmədov Beynəlxalq Mətbuat Mərkəzinə kimlərisə toplayıb nəyidirsə açıqlamaq üçün görüş keçirmişdir.O da heç nəyi dəqiqləşdirmədən ümumi toplantıda iştirak edən 241 nəfəri(on nəfər qonaq)bir qrup kimi təqdim etmək istəyir.Bununla kimlərə və nə demək istəyi.Hörmətli akademikimiz açıqlama verə bilərmi ki 500-600 nəfər üzvü olan cəmiyyətin,özünündə iştirak etdiyi 7-ci və 8-ci konfransları niyə 60-65 nəfərlə keçirilib(oniarında 15-25-i qonaqlar olub).Siz alimsiniz ona ğörədə insanlar inanır kı,həqiqəti deyib,düzğün yol göstərəcəksiniz.Üzvlər 500-600 ya 500 yada 600 olur.96-nəfər Sadaxlı şöbəsi cəmiyyətin siyasiləşməsinə,başqa siyasi partiya funksionerlərinin yer almasına,üzvlərin hüquqlarının qorunmamasına,maliyyə təssərüfatfəaliyyəti barədə uçot və hesabatın aparılmamasına...görə 02.01.2016-cı il tarixli 01-saylı protakola əsasən fəaliyyətini diyandırıbdır.Siz orada baş verənləri hamıda yaxşı bilirsiniz və görürsünüz.Kimə qarşı nə ədavətiniz var məni maraqlandırmır.Nə bilirsiniz ki yeni sədr və İH-i daha çox,daha yaxşı işlər görməyəcək.Yoxsa tədbirlər,iclaslar keçir o camaata o insanlara çatacaq bir nəticəsi yox.Özün de özün eşit.Bir Elat bayramı tədbiri var idi onunda sonuna keçən Elatda çıxdılar.Birdaha deyirəm ümumi toplantıda iştirak edənlərin hamısıda Gürcüstan əsilli insanlar olublar.Z.Məmmədli onları təsəvvürümüzə gətirmədiyimiz sözlərlə təhqir edir elə bil bu insan Borçalı əsilli vətəndaş deyil.Jurnalistlərə müsahibə verərək onlarla elə davranır kı elə bil oifadələri bu insan işlətməyib.Yaxşı olar kı ondan tələb edilsin Nizamnamənin 1.1 1.6 1.7-ci maddələrindən"Borçalı əsilli vətəndaşlar"və"Borçalı əsilli soydaşlarımız"ifadələrini niyə başqa sözlərlə əvəz edibdir.Beynəlxalq səviyyəli etmək üçün.2.6.4 maddəsini dəyişərək İH-nin vəzifələrini mənimsəməklə və yeni formada yazmaqla istənilən cəmiyyətin,İH-i üzvünü pozuculuğuna.əmrimi yerinə yetirmədiyinə görə cəmiyyətdən qovdum demək arzusunu həyata keçirmək üçünmü edib.Bir elmi dərəcəsi yoxdur ancaq elm adamlarına elm,bir vəzifə sahibi olmayıb,vəzifə sahiblərinə işləmək öyrədir.Kimdir bu qeyri adi insan,niyə cəmiyyəti sahiblərinə qaytarmaq istəmir.Bu insanın marağı nədir ki,sədrlik yerindən tərpənmək istəmir.Başqa insanlardan demokratiya,bir kresloda çox oturmamağı tələb edir özü isə tərpənmək istəmir.Görəsən nə var o yerdə.Sabahı fikirləşmək lazımdır kı bizə salam versinlər.]]> Müşviq BORÇALI Tue, 26 Jul 2016 12:54:03 +0000 Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ) https://turan.info.az/edebiyyat/poeziya/179-nazil-sfrl-ruhum-irklnnd-eirlrim-d-tknir-msahb.html https://turan.info.az/edebiyyat/poeziya/179-nazil-sfrl-ruhum-irklnnd-eirlrim-d-tknir-msahb.html Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ) Deyirlər, şeir sözlərin fəlsəfi ahəngindən yaranan musiqi əsəridir. Musiqi isə ruhun qidasıdır. Bugünkü qonağım sözlərin dəyərini bilən, onları lazımınca dəyərləndirən, şeiriyyatın bəstəkarı şairə Nazilə Səfərlidir. Gəlin birlikdə onun həyat melodiyasını dinləyək.

- Nazilə xanım, necəsiniz?

- Əlayam, gördüyünüz kimi, toydan çıxmışam, əhval-ruhiyyəm də çox gözəldir.

- Çox dəbdə olan belə bir sual - haralısınız?]]>
Müşviq BORÇALI Sun, 24 Jul 2016 23:28:31 +0000
AŞIQ AİDƏ GÜLZAR "BORÇALI" CƏMİYYƏTİ HAQQINDA https://turan.info.az/tv/1663-aiq-ad-glzar-borali-cmyyt-haqqinda.html https://turan.info.az/tv/1663-aiq-ad-glzar-borali-cmyyt-haqqinda.html AŞIQ AİDƏ GÜLZAR "BORÇALI" CƏMİYYƏTİ HAQQINDA

]]>
Müşviq BORÇALI Sat, 23 Jul 2016 15:49:26 +0000
"BORÇALI" İctimai Cəmiyyətinin rəhbərliyi NİYƏ DƏYİŞİB???-- Bu sualımıza həmin cəmiyyətin sədr müavini Vahid Qurbanov cavab verir... https://turan.info.az/tv/1652-borali-ctimai-cmiyytinin-rhbrliyi-ny-dyb-bu-sualmza-hmin-cmiyytin-sdr-mavini-vahid-qurbanov-cavab-verir..html https://turan.info.az/tv/1652-borali-ctimai-cmiyytinin-rhbrliyi-ny-dyb-bu-sualmza-hmin-cmiyytin-sdr-mavini-vahid-qurbanov-cavab-verir..html "BORÇALI" İctimai Cəmiyyətinin rəhbərliyi NİYƏ DƏYİŞİB???-- Bu sualımıza həmin cəmiyyətin sədr müavini Vahid Qurbanov cavab verir...]]> Müşviq BORÇALI Wed, 20 Jul 2016 22:52:52 +0000 Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandırılıb: turan.info.az-ın Baş redaktoru Müşfiq BORÇALI "USTAD JURNALİST" mükafatı ilə təltif olunub https://turan.info.az/arxiv/musfiq-borcali/1648-milli-mtbuatmzn-141-ci-ildnm-mnasibtil-jurnalistlr-mkafatlandrlb-turan.info.az-n-ba-redaktoru-mfiq-borali-ustad-jurnalst-mkafat-il-tltif-olunub.html https://turan.info.az/arxiv/musfiq-borcali/1648-milli-mtbuatmzn-141-ci-ildnm-mnasibtil-jurnalistlr-mkafatlandrlb-turan.info.az-n-ba-redaktoru-mfiq-borali-ustad-jurnalst-mkafat-il-tltif-olunub.html Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandırılıb: turan.info.az-ın Baş redaktoru Müşfiq BORÇALI "USTAD JURNALİST" mükafatı ilə təltif olunub TƏBRİK EDİRİK!..
Bakı, 18 iyul, Z. Mansurova, A.İsmayılova, AZƏRTAC

İyulun 18-də “Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçiliği ilə Azərbaycan milli mətbuatının yaranmasının 141 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İB-nin sədri Azadə Taleh Abbasqızı milli mətbuatımızın keçdiyi şərəfli tarixi yola nəzər salıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, media nümayəndələrinə göstərdiyi diqqətə görə “Qafqaz Media” İctimai Birliyinə minnətdarlığını bildirib. O, jurnalist adının müqəddəsliyindən söhbət açıb, gənc qələm sahiblərinə bu adı şərəflə daşımağı tövsiyə edib.

Tədbirdə bir sıra media mənsubları Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.

Yüzdən çox mətbuat nümayəndəsinə müxtəlif nominasiyalarda diplom və mükafat təqdim olunub. Mükafat alanlar sırasında AZƏRTAC-ın da əməkdaşı var.

Tədbirdə incəsənət, musiqi və teatrda fərqlənən görkəmli sənətkarlara da qurumun “Qafqaz” mükafatı təqdim olunub.

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.]]>
Müşviq BORÇALI Wed, 20 Jul 2016 02:57:37 +0000
Oğru elə bağırdı ki ... https://turan.info.az/arxiv/borcaliorg/1647-oru-el-bard-ki-.html https://turan.info.az/arxiv/borcaliorg/1647-oru-el-bard-ki-.html Oğru elə bağırdı ki ...

Təxminən bir ay öncə, iyun ayının 25-də Borçalı Cəmiyyətinin növbədənkənar ümumi yığıncağından sonra qurumun keçmiş rəhbərlərinin məntiqsiz davranışını anlayıram. Yeddi il ərzində hüdudsuz “hökmranlıq”larına, xalqın hesabına özünüreklam imkanlarına, maddi və mənəvi təminatlarına bir andaca son verildi. Əslində gözlənilən idi, illərdi düz yolda olmadıqları, xalqın etimadından sui-istifadənin və insanlıq duyğusunu istismarının gec-tez pis sonyclanacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdi. Amma qulaq asmadılar. Özlərini ölkənin on siyasətçisindən biri hesab edənlər ziyalılarımızı yoldanötən adlandıranda artıq bu insanların ağıl xəstəliyinə tutulduqlarına inananların sayı getdikcə artmağa başladı. Bu artım isə, dediyim kimi, bir ay əvvəl partladı. Həm də pis partladı. Borçalı İctimai Cəmiyyəti təsisçilərinin təşəbbüsü ilə çağrılan növbədənkənar qurultaya dəvət olunsalar da xalqın önünə çıxıb hesabat verməyə üzü olmayanlar sahib olduqları “qabiliyyət” və “qanacaq” səviyyəsində qurumun yeni rəhbərliyinə və ümumilikdə üzvlərinə-borçalılara qarşı böhtan, təhqir və söyüş kampaniyasına başladılar.
İctimai-siyasi meyitə çevrilmək qorxusu kommunist təfəkkürlü bir qrup qaragürhçunu elə hərəkətə gətirib ki, qorxağın cəsarətə gəlməyinin gerçəkdən də təhlükəli olduğu tezisini isbatlamaq çün hansısa elmi-psixoloji araşdırmaya-filan ehtiyac qalmayıb. İndi bu aciz və qorxaqlar guya bizə qarşı piar kampaniyası aparırlar. Adama deyərlər, ə yekə kişisiz, danışın, fikirlərinizi yazın, təkliflərinizi yazın, iradlarınızı məntiqlə əsaslandırın,. Təhqir və əxlaqdan kənar ifadələr nəyə lazım? Guya bu addımla sizi bu təhqirləri yazmağa vadar və ya məcbur edən şəxs və ya şəxslər haqqında müsbət rəy formalaşdırırsız? Əsla. Sizlərə zəhmətkeş məktubu yazdıranların həyata baxışları, təfəkkür və səviyyələri, mənəviyyatlatı bundan ibarətdir- təhqir, söyüş, çirkab. Hələ bununla da özünüzü ziyalı sayırsız? Bununla da Borçalılıqdan, Borçalı əxlaqından danışırsız. Ayıbdır vallah, güldürməyin camaatı özünüzə. Sizin yazdıqlarınızı oxuyan dost-tanış soruşur ki, ayə söyüş-təhqirdimi Borçalı əxlaqı?
Bir bədbəxt bizi münafiq adlandırır. Zavallıdan soruşsan münafiq kəliməsinin anlamı nədir gözlərini döyəcək. Münafiq sözünün mənası "iki üzlü" deməkdir. Münafiq qəlbində, yəni daxilən haqqa inanmır, amma zahirdə, yəni üzdə özünü Uca Allaha inanan kimi göstərib ikiüzlülük edir. Adama deyərlər ki, ay bədbəxt, sən və ya səni qısqırdan Allahın rəsuludur, ya elçisidir ki, bizi münafiq adlandırsın? Bu yazıqlar anlamırlar ki, kiminsə haqqında hökm verməklə, onları Allaha inanmamaqda suçlamaqla özləri nəinki münafiqlik edir, Allaha şərik qoşmaqla küfrə girirlər.
Biri bizi kiməsə işləməkdə ittiham edir. Ayıbdı vallah. Ən azı mən bizim aramızda nəyinsə xatirinə əllərinin arxasını yerə qoyaraq kiminsə qucağında oturmağa razılıq verən birini tanımıram. Tanıdıqlarımın adını isə çəkmək istəmirəm və deyirəm ki, ayıbına kor olub otursun oturduğu yerdə.
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə bir status yazıb: "Qanunlara sayğlsızlıq nümunəsi göstərən məlum dəstə Prezidentin müşaviri Əli Həsənovun, Standartlaşdırma və Metrologiya Komitəsinin sədri Ramiz Həsənovun, eyni zamanda Nazim İbrahimovun adından saxta bəyanatlar verərək insanları aldatmaqdadırlar. Guya onlar Eyvaz borçalıya və kərəm məmmədova "Borçalı" Cəmiyyətini ələ keçirin əmrini verib və əmin ediblər ki, Ədliyyə Nazirliyinə tapşırmışıq ki, onları legitim tərəf kimi tanıyacaqlar".
Diqqətlə oxuyun. Onun adlarını çəkdikləri dövlət məmurlarını dolayısı ilə şantaş edib tərəf kimi göstərmək istəyi öz yerində. Ancaq diqqətçəkən başqa bir nüans var; Zəlimxan Məmmədli özü və əlaltıları bizlərə qarşı ən təhqiramiz, ən aşağılayıcı ifadələrdən istifadə edərək, əslində öz kimliklərini nümayiş etdirməkdədirlər. Zəlimxan Məmmədli statusunda Azərbaycan dilinin tələblərinə riayət edərək cümlələr qurub, şəxslərin, dövlət qurumlarının adlarını böyük hərflərlə yazıb. Lakin məhz Borçalı sözünü və Cəmiyyətin yeni sədri Kərəm müəllimin ad və soyadını kiçik hərflərlə yazıb. Məncə bu qədər təsadüf olmaz. Bu adam Eyvaz müəllimin Borçalı təxəllüsünü və Borçalı Cəmiyyətinin sədri Kərəm müəllimin adını və soyadını kiçik hərflərlə yazıb onları aşağılamaqla əslində Borçalı və Borçalılara olan gizli münasibətini özü də bilmədən ortaya qoyub. Baxın və düşünün. Bizi məsuliyyət hissini itirmiş, kimlərinsə oyunlarının aləti kimi ifadələrlə təhqir etdiyini düşünən bu adamın Borçalı və Borçalılara münasibətinin, içindəki insanlıq düşmanlığının, kin-küdurətin, nifrətin dərəcəsini özünüz dəyərləndirin.
Mən müzakirələrin, barışın, əl-ələ verib el-oba üçün çalışmağın tərəfdarıyam. Amma bunun üçün gərək bəziləri ayıblarına kor olub səslərini çıxarmasınlar. İmkan versinlər bu camaat ortaq bir dil tapıb öz dərdinin hayına qalsın. Yoxsa tam səmimiyyətimlə deyirəm - sandıq açılıb pambıq ortalığa tökülsə, bəzi adamlar qapıdan belə başını çölə çıxara bilməyəcək. Hərçənd onlarda azacıq da olsa abır-həyanın qaldığına inamım yoxdu...
Sərkərdə Sərxanoğlu]]>
Müşviq BORÇALI Wed, 20 Jul 2016 02:33:57 +0000
ƏLİ BABAYEV: “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vurub. O, BU İŞLƏRDƏN ƏL ÇƏKMƏLİDİR!..." https://turan.info.az/arxiv/borcaliorg/1646-l-babayev-zlmxan-mmmdlnin-faliyyti-boralya-ancaq-zrr-vurub.-o-bu-lrdn-l-kmldr..html https://turan.info.az/arxiv/borcaliorg/1646-l-babayev-zlmxan-mmmdlnin-faliyyti-boralya-ancaq-zrr-vurub.-o-bu-lrdn-l-kmldr..html ƏLİ BABAYEV:  “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vurub. O, BU İŞLƏRDƏN ƏL ÇƏKMƏLİDİR!..."
Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də keçirilən növbədənkənar Konfransı ətrafında müzakirələr bitmək bilmir. Səbəb isə sabiq sədr Zəlimxan Məmmədlinin Konfransın qərarlarına tabe olmaq istəməməsi və həmin qərarları şübhə altına alan çıxışlar etməsidir. Bu isə Azərbaycanda yaşayan Borçalıları üzdüyü kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da narazılığına səbəb olur. Zəlimxan Məmmədlinin bu mövqeyindən narazı qalanlardan biri də Gürcüstanda yaşayan soydaşımız, nüfuzlu ziyalı Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdir. Onunla müsahibəyə də Borçalı İctimai Cəmiyyəti ətrafında baş verən proseslərdən başladıq.
-Borçalı İctimai Cəmiyyəti Sovet İttifaqının dağıldığı, Azərbaycandan kənarda qalan soydaşlarımızın öz doğma yerlərini tərk etməyə başladıqları bir dövrdə yarandı. Həmin dövrdə Ermənistanda yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarını ermənilərin basqıları altında tərk etmişdilər. Bu vəziyyət Gürcüstanda yaşayan soydaşlarımıza da öz təsirini göstərmişdi. Sovet İttifaqının dağılması milli respublikalarda başlayan xaos, millətçiliyin qızışması insanları daha güvənli həyat haqqında düşünməyə vadar edirdi. O zaman bizlər, Gürcüstanda yaşayan ziyalılar ilk olaraq soydaşlarımızı doğma torpaqlarını tərk etməməyə çağırırdıq. Gürcüstanda yaşayan soydaşlarımızla daha effektli iş aparmaq üçün bir təşkilata ehtiyac vardı və Borçalı Cəmiyyəti bu şərtlərin tələbi nəticəsində yarandı. Həmin dövrdə Bakıda fəaliyyət göstərən bütün ictimai təşkilatlar Xalq Cəbhəsinin təsiri altına düşürdü. Bu proses Borçalı Cəmiyyətindən də yan keçmədi. Ancaq Borçalıdan olan ziyalılarımız bu vəziyyəti düzəldə bildi. Bu illər ərzində Cəmiyyətin nöqsanları ilə bərabər uğurları da olub. Ancaq Zəlimxan Məmədlinin Cəmiyyətə sədr seçilməsi ilə yenə 90-cı illərin əvvəlində baş verən proseslər başladı. Bunun nəticəsi olaraq Borçalı Cəmiyyətinin mövqeləri Gürcüstanda yaşayan soydaşlarımız arasında zəiflədi. Ötən ay Cəmiyyətin rəhbərliyində baş verən lider dəyişikliyi Borçalı Cəmiyyətinin gələcəyinə yenidən ümidlə baxmağa inam yaradıb. İnanıram ki, Borçalı Cəmiyyəti yeni sədrin rəhbərliyi altında Cəmiyyətin ali məqsədlərinə çatmağına nail olacaq. Bu vəzifə isə Gürcüstan və Azərbaycan iqtidarı arasında körpü olmaqdan, Borçalıların və bütövlükdə Gürcüstanda yaşayan soydaşlarımızın probleminin həllində müsbət rol oynayacaq.
-Əli müəllim, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlər yüksək, strateji müttəfiqlik səviyəsində olsa da, bu sözləri Azərbaycan və Gürcü cəmiyyətləri haqqında demək olmur. Bunun səbəbi nədir və yaranmış vəziyyəti düzəltmək üçün nə edilməlidir?
-Azərbaycanın böyük oğlu Heydər Əliyevin Gürcüstanla bağlı müəyyən etdiyi siyasət bu gün hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstan Azərbaycanın, Azərbaycan da Gürcüstanın ən yaxın müttəfiqi, dayağıdır. Azərbaycanın bütün böyük layihələri Gürcüstanla birlikdə həyata keçirilir. Dünyada münsibətləri bu qədər yaxşı olan iki qonşu dövlət tapmaq asan deyil. Bu mənada Azərbaycanla Gürcüstanın dostluq və mehriban qonşuluq münasibəti bütün dövlətlər üçün örnək ola bilər. Ancaq Sizin də haqlı olaraq qeyd etdiyiniz kimi Azərbaycan Gürcüstan cəmiyyətləri arasında münasibətlər iki dövlət arasında münasibətlərdən geri qalır. Bu vəziyyətin yaranmasında bizim hər birimizin məsuliyyəti var. Azərbaycan və Gürcüstanın ictimai xadimləri, ziyalıları iki xalqın, Azərbaycan və Gürcüstan cəmiyyətlərinin yaxınlaşması üçün əllərindən gələni etmirlər. Hətta buna mane olan, pozuculuq faəliyyəti göstərənlər də var. Zəlimxan Məmmədlinin faəliyyəti Gürcüstan cəmiyyətində Azərbaycan, Borçalılar haqqında müsbət rəy yaratmağa xidmət etmədi. Hətta zərbə vurdu. Onun bir çox addımları, çıxışları Gürcüstan cəmiyyətində mənfi qarşılandı. Halbuki, tam əksinə olmalı idi. Ancaq mən Azərbaycanla Gürcüstanın münasibətlərinin gələcəyinə ümidlə baxıram. Gürcüstanda çox yaxşı gənclərimiz yetişir və onlar vətəndaşı olduqları ölkənin həyatında aktiv rol oynamağa başlayırlar. Bu gənclik Azərbaycan və Gürcüstan cəmiyyətlərinin yaxınlaşmasında da, Gürcüstanda yaşayan soydaşlarımızın prolemlərinin həllində mühüm rol oynayacaqlar. Ancaq biz də bütün problemləri onlara saxlamalı deyilik. Hər kəs əlindən gələni etməlidir. Təbii ki, Borçalı Cəmiyyətinin üzərinə də böyük vəzifə düşür.
-Əli müəllim, Borçalı Cəmiyyətinin sabiq sədri Zəlimxan Məmmədlinin adamları yenidən Borçalıda Elat bayramı keçirəcəklərini bildirlər. Bununla bağlı nə deyə bilərsiniz?
-Zəlimxan Məmmədli bu kimi işlərindən əl çəkməlidir. Onun bu günə kimi fəaliyyəti ancaq zərər verib. Gürcüstanın yerli hakimiyyət orqanları iyunun 26-da, Dumanisinin Armudlu yaylasında Azərbaycan Gürcüstan Dostluq bayramı keçirməsi ilə bağlı qərar verib. Bu tədbirin keçirilməsi üçün Dumanisinin yerli hakimiyyət orqanları maliyyə vəsaiti də ayırıb. Bu məqsədlə Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru cənab Paata Xizanaşvili ilə görüşümüz də olub. Cənab qubernator bu bayramın yüksək səviyyədə keçməsi üçün əllərindən gələni edəcəklərini, tədbirin Gürcüstan və Azərbaycanın dostluğunu istəyən hər kəs üçün açıq olduğunu, istəyən şəxsin iştirak edə biləcəyini bildirdi. Buna görə də, Zəlimxan Məmmədli bundan sonra Borçalıda hər hansısa tədbir keçirməkdən çəkinməlidir. Onun bu günə kimi keçirdiyi tədbirlər xeyirdən çox zərər verib.
-Zəlimxan Məmmədlinin və adamlarının Elat Bayramı keçirməkdə israrları nədir?
-Əslən Gürcüstandan olan Azərbaycan, Rusiya və başqa ölkələrdə yaşayan imkanlı soydaşlarımız belə tədbirlərə maliyyə dəstəyi verir. Onlar bunu xoş niyyətlə edirlər və buna görə onlara minətdaram. Ancaq Zəlimxan Məmmədli və başının dəstəsinin öz məqsədləri var. Sizin qəzet vasitəsilə müraciət edirəm ki, Borçalının problemlərini həll etmək üçün bir fond yaradılsın. Yardım etmək istəyən həmin fonda öz dəstəyini göstərsin. Bu fond da həmin pulları Borçalıda yolların,qəbirstanlıqların, abidələrin təmirinə, ehtiyacı olan tələbələrin təhsilinə, Azərbaycanın ədəbiyyat və sənət adamlarının Gürcüstana, gürcü yazarlarının, şairlərinin sənət adamlarının Azərbaycana səfərlərini və birgə tədbirlərini təşkil etsin. Bu hər iki ölkənin xalqları arasında da, Azərbaycan və Gürcüstan cəmiyyətləri arasında yaxınlaşmanı saxlaya bilər. Yoxsa ki, Elat bayramı keçir və həmin tədbirə də danışdığı sözün məsuliyyətini bilməyənləri dəvət et, onların çıxışları da sonradan separatçılıq kimi yozulsun. Belə tədbirlər rəsmi qurumların iştirakı ilə keçirilməlidir ki, sonradan heç kim ara qarışdırmaq üçün istifadə etməsin.
P.S. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev müsahibənin sonunda onun bir müraciətini hər kəsə çatdırmağımızı istədi. Əli müəllim Borçalıda keçirilən tədbirlərdə qalmaqalların, münaqişələrin yaradılmasından çəkinməyə və hər bir tədbirin həqiqətən dostluq bayramı olması üçün hər kəsi məsuliyyətli davranmağa çağırır.
İlqar Əsgər]]>
Müşviq BORÇALI Wed, 20 Jul 2016 00:51:14 +0000
“Borçalı”nın həmtəsisçisi Şərif Kərimli: 250 nəfərə “bir qrup şəxs” demək olarmı, Zəlimxan bəy? https://turan.info.az/arxiv/borcaliorg/1642-boralnn-hmtsisisi-srif-krimli-250-nfr-bir-qrup-xs-demk-olarm-zlimxan-by.html https://turan.info.az/arxiv/borcaliorg/1642-boralnn-hmtsisisi-srif-krimli-250-nfr-bir-qrup-xs-demk-olarm-zlimxan-by.html “Borçalı”nın həmtəsisçisi Şərif Kərimli: 250 nəfərə “bir qrup şəxs” demək olarmı, Zəlimxan bəy?Tanınmış yazıçı-publisist, "Borçalı” İctimai Cəmiyyətinin həmtəsisçisi, Cəmiyyətin sədr müavini Şərif Kərimli ilə təşkilatda yaranan dəyişikliklər, çıxış yolları və perspektivlə bağlı Mia.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Şərif müəllim, iyun ayının 25-də siz təsisçılərin təşəbbüsü ilə "Borçalı” İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağındaCəmiyyətin rəhbərliyində və idarə heyətinin tərkibində dəyişiklik olundu. Bu dəyişiklik zərurəti nədən yaranmışdı?

- "Dəyişiklik” ifadəsini işlədirsinizsə, deməli, bunu qanunauyğun bir proses hesab edirsiniz. Bu mövqeyinizə görə təşəkkür edirəm. "Zərurət” isə ona görə yaranmışdı ki, Cəmiyyətin fəaliyyətindəki durğunluğu bir az yerindən tərpətməyə ehtiyac vardı.

Dilimizdə gündəlik işlətdiyimiz "durğunluq” sözünün antonimi olan "inkişaf” sözü çox zaman tərəqqi, proqres sözü ilə sinonim sözlər olaraq başa düşülür. Ancaq fəlsəfi termin kimi inkişaf sözünün anlamı daha genişdir.

Bunun üçün dialektikanın üç qanunundan biri olan "Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi” qanununu anlamaq vacibdir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. İnkişaf isə yeni keyfiyyət mərhələsinə keçid, həmin o meyarın, ölçünün pozulması zamanı baş verir.

"Borçalı” İctimai Cəmiyyətində dediyimiz meyar artıq pozulmuşdu. Bu pozulma nəticəsində inkişaf meyarının önə keçməsi zərurəti yaranmışdı. Ancaq çox təəssüflər ki, bu inkişaf keyfiyyətə söykənməli olduğu halda kəmiyyət (indiki halda Zəlimxan Məmmədlinin saysız-hesabsız "möhtəşəm” məhəllə tədbirləri - Ş.K.) onu üstələyir və bəzi şəxslərin (konkret halda Z.Məmmədlinin- Ş.K.) reklamına xidmət edir.



- 25 iyun 2016-cı il konfransının qərarlarının ligitimliyini şübhə altına alan və öz postundan əl çəkmək istəməyən keçmiş rəhbərliyin fikirləri nə dərəcədə əsaslıdır?

- Bir neçə ay əvvəl Türkiyədə baş nazir istefa verdi. Xalq və dövlət bunu normal qarşıladı. Bu günlərdə qardaş Türkiyədə baş verən antikonstitusion olayları isə bütün dünya lənətlədi. Xalq ölkə başçısının müdafiəsinə qalxdı.

Bir ölkənin timsalında bu iki faktı nə üçün misal gətirdim?Sivil istefa addımına xalqın reaksiyası da sakit və təmkinli oldu, zor işlətməklə dövlət çevrilişinə cəhdə isə xalq da zor ilə cavab vermək məcburiyyətində qaldı.

Bu nümunələr Z.Məmmədli üçün, onun öz sözləri ilə desək, çox "möhtəşəm” olsa da ancaq o bu reallıqları görmək istəmir.Onun keçirdiyi 50 nəfərlik konfrans müqabilində təsisçilərin iştirakı ilə keçirilən 250 nəfərlik ümumi yığıncağın qərarına ironik reaksiya nümayiş etdirir.

Ona görə də mən açıq danışmalı olacağam.Azərbaycanın müstəqilliyi naminə bütün müasirlərim kimi mən də vaxtılə 90-cı illərdə yaranan siyasi təşkilatlardan – partiyalardan birinin üzvü olmuşam.(Reklam olmasın deyə adını çəkmirəm.) Hətta onun ali idarəetmə strukturunda təmsil olunmuşam. Lakin əvvəllər müstəqil qəzet kimi fəaliyyət göstərən, sonralar isə rəsmi dövlət qəzeti statusu alan "Azərbaycan” qəzetində baş redaktor və I müavin vəzifələrini tutduğum üçün "Mən peşə mənsubiyyətimi partiya mənsubiyyətinə dəyişmərəm” qərarı ilə həmin partiyanın sıralarını tərk etmişəm.

İnsan o vaxt inamla, şəstlə yeriyə bilir ki, ayaqlarını cütləyib bir nöqtədən start götürə bilsin.Ayağının biri sağda, biri solda olarsa, nəinki yeriyə bilərsən, heç sürünə də bilməzsən. Zəlimxan Məmmədlidə isə tamam fərqli - əcaib bir vəziyyət yaranıb: ayağının biri Azərbaycan və Gürcüstan müxalifətində, digəri "Borçalı” cəmiyyətində, əllərinin biri Azərbaycan, digəri isə Gürcüstan dövlətinin cibində… Əfəndim, bir özünə baxsana, gör nəyə oxşayırsan? Sənin əllərinin və ayaqlarının dördü də yerdədir… Sən özünü nə üçün bu vəziyyətə saldın? Bu, nədir, sən göstərirsən?

Axı biz, "Borçalı” cəmiyyətinin təsisçiləri olaraq, səninlə açıq və səmimi söhbət etdik. Dedik ki, son dövrlərdə fəaliyyətində çoxlu qüsurlar müşahidə olunmaqdadır, onları düzəltməyə isə tərslik edirsən, gəl səni hörmət-izzətlə yola salaq, yenə də cəmiyyətin idarə heyətində qal, gələn seçkilərdə namizədliyini də verə bilərsən, Gürcüstan dövlətinin səni ölkəyə buraxmaması qadağasının götürülməsi məsələsini də hər iki ölkənin rəhbərliyi qarşısında qaldırarıq və Borçalı naminə birgə fəaliyyətimizi davam etdirərik. Sən nə cavab verdin? Dedin ki, oktyabr ayında Gürcüstanda seçkilər keçiriləcək, orada hakimiyyət təzələnəcək və Sınıq Körpüdə ayağımın altında qurbanlar kəsib məni Gürcüstana dəvət edəcəklər… Ona görə də mənə oktyabra qədər möhlət verin, o vaxt mən istefa verərəm.

Ancaq görüşümüzün elə səhərisi günündən sən bizə qarşı kəskin bəyanatlar verməyə başladın. Guya ki, sənin bütün uğursuzluqlarının baiskarı biz imişik…

Yüzlərlə Borçalılının tələb və təkidi ilə biz məcbur olub ilk dəfə olaraq təsisçilərin iştirakı ilə Cəmiyyətin ümumi yığıncağını keçirdik.Ancaq yığıncaqdan dərhal sonra Z.Məmmədlinin münasibəti necə oldu?

"Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin rəsmi açıqlaması:

"İyunun 25-də bir qrup şəxsin (250 nəfərin – Ş.K.)Borçalı Cəmiyyəti adından (Cəmiyyətin təsisçilərinin – Ş.K.)toplantı keçirmələrini(Nizamnaməyə uyğun olaraq Cəmiyyətin ümumi yığıncağı – Ş.K.)kəskin şəkildə pisləyərək ölkə qanunvericiliyinin pozulması faktı haqda əlaqədar qurumlara müraciət etmişdir. İH baş verən utancverici olay (ilk dəfə ümumi yığıncağa bu qədər Borçalı əsilli insan toplaşmışdı!– Ş.K.)haqda rəsmi açıqlama da qəbul etmişdir.”

Belə bir bəyanat verən şəxsin, vallah, mən sağlamlIq durumuna şübhə edirəm.

Azərbaycanda sosial şəbəkələrin, turizm mübadiləsinin hesabına istənilən standartlar, mədəniyyətlər, yaxşı-pis adətlər özünə yer tapır, inkişaf edir və hətta sonda Azərbaycan modeli kimi özünəxas forma alır.Bircə bu istefa mədəniyyətindən başqa.

İstefa mədəniyyəti peşəkar siyasətin əsas nümunələrindən biridir.

İnsanın səhvini qəbul etməsi, qüsurunu etiraf etməsi də bir mədəniyyətdir.Yəni insan çalışdığı sahədə, tutduğu vəzifədə, ona həvalə olunan işin öhdəsindən gələ bilməyəndə və ya ümumiyyətlə, fəaliyyəti çərçivəsində uğur qazana bilməyəndə, öz istəyi ilə istefa verməli və geri çəkilməlidir.

Ümumiyyətlə, istefa mədəniyyəti siyasi aləmdə xüsusi önəm kəsb edir.Dünyanın bir çox ölkələrində bu mədəniyyət olsa da, Azərbaycanda heç bir məmur, deputat vəzifəsindən, mandatından öz xoşu ilə imtina etmir.

Əgər bir insan vəzifəyə rüşvət və saxta yolla gəlibsə, o, ölənə qədər dörd əllə vəzifəsindən yapışacaq.

Zəlimxan Məmmədlinin təşkil etdiyi Borçalıdakı "Elat” tədbirlərində bir nəfər bıçaqlandı – sədrin vecinə olmadı, həmin tədbirin iştirakçılarından olan bir nəfər göldə boğuldu – sədrin tükü də tərpənmədi, Cəmiyyətin sədrinin və onun müavininin Gürcüstana keçidinə qadağa qoyuldu – sədr etiraz əlaməti olaraq yenə də istefa vermədi!.. Qardaş, özünüzə hörmət etmirsinizsə, heç olmasa, təmsil etdiyiniz böyük bir elin adını daşıyan Cəmiyyətin adına, nüfuzuna hörmət edin! Bundan böyük təhqir, bundan böyük hörmətsizlik olmaz axı borçalılara! Mənliyinizi ortaya qoyun, qürurunuzu nəyinsə xatirinə itirməyin!

Gürcüstan həbsxanalarından birində məhbuslara qarşı zorakılıq faktına görə bu ölkənin cəzaların icrası naziri Xatuna Kalmaxelidze istefa verdi. Xanım nazir istefasını belə əsaslandırıb: "Həbsxanada baş verənlərlə əlaqədar cəmiyyət qarşısında özümü məsul saydığım üçün bu qərara gəldim".

Gürcüstanın çox dəyərlərini örnək kimi qəbul edənlərə bunu da demək istəyirəm ki, əziz kişilər, bu qadının hərəkətindən də nəsə götürməyə çalışın…

- Zəlmixan Məmmədlinin Borçalı İctimai Cəmiyyətində yaratdığı böhranı aradan qaldırmaq üçün yeni rəhbərlik hansı tədbirləri görməlidir?

- İlk növbədə biz yeni seçilmiş sədri bu vəzifədə Zəlimxan Məmmədli kimi "qocalmağa” qoymayacağıq. İki ildən sonra onun fəaliyyətinə qiymət verib növbəti iki il üçün sədrliyini davam etdirib-etdirməyəcəyini ümumi yığıncaqda həll edəcəyik.

"Qazax” Xeyriyyə cəmiyyətinin xeyriyyəçilik aksiyaları barədə,yəqin ki, siz də eşitmisiz. Açığını deyim: mən bu vaxtacan onun sədrinin kim olduğunu bilmirəm. Sizcə, bu yaxşıdır, ya pis?

- Nə mənada soruşduğunuzu anlamadım…

- Heç mən özüm də bilmirəm, bu, yaxşıdır, ya pis… Ancaq "Borçalı” İctimai Cəmiyyətində sədr Zəlimxan Məmmədli hər an gözə girir. İnsafən, orada çox hörmətli, tanınmış insanlar, elm-incəsənət xadimləri toplaşıblar, ancaq bu insanlar cəmiyyətin işindən ya uzaq saxlanılır, ya da onların gördükləri işlər başqaları tərəfindən mənimsənilir. Ya bu yazıq sədri çox yükləyirlər, ya da sədr özü belə "yüklənməkdən” həzz alır… Hər iki hal qəbuledilməzdir. Biz effektiv, dinamik bir struktur işləyib hazırlamışıq.Çalışacağıq ki, Cəmiyyətin yükü bu strukturda təmsil olunanların hamısının çiyinlərinə bərabər paylansın.

Borçalının tarixi, etnoqrafiyası, müasir durumu, problemləri barədə bir elmi, ictimai mərkəz missiyasını üzərinə götürərək ardıcıl araşdırmalar aparmaq, onun Azərbaycan və Gürcüstan dövlətləri üçün dəyərini hər an gündəmdə saxlamaq.

Cəmiyyəti siyasi alətə çevirmək istəyən qüvvələrlə heç bir əməkdaşlıq etməmək.Bizim aparıcı strateji məramlarımızdan biri belədir.

Bu günlərdə uduzduğunu qəbul edib əlinin arxasını yerə qoymaq istəməyən Z.Məmmədli "Elat” tədbiri ilə əlaqədar iki nəfəri Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşə göndərib.Artıq bütün etiketləri tapdalayan Z.Məmmədli Cəmiyyətin adından deyil, öz adından qubernatora hədiyyə göndərməyi də unutmayıb.

Əlbəttə, qısaca olaraq bu dediklərim Cəmiyyətin ümumi strateji xəttini müəyyənləşdirir.Ancaq bu ümumi xəttə birləşən yüzlərlə proqram xarakterli məqsəd və məramlarımız da var.

- Z.Məmmədli "Feysbuk"dakı bir açıqlamasında Borçalı əsilli bəzi vəzifəli şəxslərin adlarını hallandırır…

- Bu suala cavab vermək istəməzdim. Ən azı ona görə ki, bu Cəmiyyət üçün "vəzifəli”, yaxud "vəzifəsiz” meyarları qəbuledilməzdir. Bizim üçün ürəyi Borçalı ilə döyünən insanlar və onların əməlləri önəmlidir. Belə demək mümkünsə, kasıb yrəyi ilə, varlı çörəyi ilə.

- "Borçalı” İctimai Cəmiyyəti Azərbaycan və Gürcüstanın mehriban qonşuluq və strateji əməkdaşlığının gələcəyini necə görür və bu prosesə hansı töhfəni verə bilər?

- Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb.

Azərbaycan - Gürcüstan respublikaları arasında əlaqələrin miqyasını və söykəndiyi güclü sütunları öyrənmək üçün bu münasibətlərin ayrılmaz tərkib hissəsi olan Borçalıda yaşayan soydaşlarımızla gürcü xalqı arasında mövcud olan milli, mədəni, sosial ilişkilərin köklərini araşdırmaq doğru olardi. Əsrlər boyu yaranmiş bu tarixi münasibətlər sistemini müasir dövrümüzdə şərti olaraq üç mərhələyə bölmək olar.

Birinci mərhələ 1990-cı ilə qədər olan münasibətlər dövrüdür. Təbii ki, bu mərhələdə formalaşan münasibətlərdə keçmiş Sovetlər İttifaqının xalqlar arasında dostluq siyasətinin strateji xətti bütün sahələrdə öz əksini tapırdı. Həmin dövrün siyasi durumundan Gürcüstan hökuməti məharətlə istifadə edərək uzaqgörənliklə soydaşlarımızın yaşadığı bütün rayonlarda gürcülərin sayını müxtəlif motivlərlə süni surətdə artırırdı.

Azərbaycan - Gürcüstan münasibətlərinin ikinci mərhələsi hər iki dövlətin müstəqillik qazandıqları dövrə düşməklə, inqilabi keçid dövrünü əhatə edir. Yenicə müstəqillik əldə edən Gürcüstan və Azərbaycan dövlətləri keçmiş Sovet imperiyasından miras qalmış bir çox problemlərlə üzləşdilər. Bunlardan ən qorxulusu ölkənin ərazi bütövlüyünün təhlükə altına düşməsi idi. Lakin iki dövlət arasında dostluq korpüsünün əsas təməli sayılan borçalılar gürcüləri yenə də tək qoymadılar - onlar ölkənin ərazi bütövlüyünü dəstəklədilər və Gürcüstanın süverenliyi uğrunda gürcülərlə çiyin-çiyinə dayandılar. Ancaq təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində abxazların, osetinlərin, acarların müstəqillik, muxtariyyət iddiaları ilə yanaşı, ermənilərin separatçılığı, Ermənistan bayrağının ermənilərin kompakt yaşadıqları bir sıra rayonlarda qaldırılması, Gürcüstan dövlət orqanlarının de-fakto nəzarətindən çıxması fonunda azərbaycanlıların itaətkar, sədaqətli vətəndaş, torpağını sevən, onun uğrunda canından keçməyə hazır olan bir millət obrazı yaratsa belə, hələ də lazımi qiymətini ala bilmirdi.

Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq-mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kriminogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi.

Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.

Nəhayət, 1996-cı ildə müstəqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı. Azərbaycan Prezidentinin bu tarixi səfəri zamanı Azərbaycan - Gürcüstan arasında «Qafqaz regionunda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq barədə» Bəyannamə, «Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizliyin möhkəmləndirilməsi haqqında» Müqavilə, habelə «Neftin nəqlinin yeni vasitələrinin işlənib hazırlanması və belə vasitələrin köməyi ilə neftin Gürcüstan ərazisindən nəqli haqqında» Saziş imzalandı.

1996-cı il Bəyannaməsi əslində imperiya siyasətinə - siyasi konfliktlərin qızışdırılması və etnik didişmələrin genişləndirilməsi siyasətinə qarşı bir sənəd kimi meydana çıxdı.

Hər iki qonşu ölkədə siyasi məsələlərdən məharətlə baş çıxaran, ölkələrinin iqtisadi maraqlarını qlobal siyasətin amansız təzyiqlərindən qoruya bilən gənc və müasir təfəkkürlü qüvvələrin hakimiyyətə gəlişi bir sıra beynəlxalq güc mərkəzlərini onlarla hesablaşmağa vadar etdi. Prezident İlham Əliyevin nəhəng layihələrin Qafqaza yönəldilməsi, Avropa və Asiya arasında siyasi-iqtisadi əlaqələrin etibarlı sütunlarının yaradılması istiqamətində çox mürəkkəb bir şəraitdə ciddi səylər göstərməsi nəinki Azərbaycanı, eləcə də Gürcüstanı inkişaf etmiş sivil dövlətlər arasında öz varlığını qorumaqla yanaşı, nüfuz və söz sahibinə çevirdi.

"Borçalı” cəmiyyəti yarandığı dövrdən etnik separatçılığı birmənalı rədd edir, Gürcüstanın bölünməzliyini qəbul edir, mədəniyyətlərarası dialoqu vacib vasitə hesab edir, soydaşlarımızda dövlətçilik və milli şüurun sağlam inkişafına çalışır, hər cür radikal üsulları məqsədəçatma vasitəsi kimi qəbul etmir, bütün problemlərin dinc qarşılıqlı anlaşma, hüququn aliliyi prinsiplərinə uyğun həllinin tərəfdarıdır, soydaşlarımızla Gürcüstan cəmiyyətinin qarşılıqlı inteqrasiyasının tərəfdarıdır, çünki Gürcüstan hər birimizin doğma vətəni olduğu kimi, Azərbaycanımızın sədaqətli strateji müttəfiqidir.

Arzuman Loğmanoğlu]]>
Müşviq BORÇALI Tue, 19 Jul 2016 16:34:15 +0000
Çoxunu kor etdi şanın-şöhrətin... https://turan.info.az/edebiyyat/poeziya/45-oxunu-kor-etdi-ann-hrtin.html https://turan.info.az/edebiyyat/poeziya/45-oxunu-kor-etdi-ann-hrtin.html ALİM QARDAŞIM
Görkəmli dilçi alim,
Borçalı elinin fəxri,
professor Mədəd Çobanovun
anadan olmasının
70 illiyi münasibətilə.

Çoxunu kor etdi şanın-şöhrətin...

Ulu Mehralının nəvəsisən sən,
Dilçilik elminin bir səsisən sən,
Darbazın çağlayan bircəsisən sən,
Mayan müqəddəsdi, safdı əzəldən,
Soyadın möhkəmdi, bil ki, təməldən.

Aldın ilhamını Darbaz dağından,
İçdin gövhər gələn hər bulağından,
Məst oldun Bolusun güllü bağından,
«Gedi» laylasını çaldı hər səhər,
Yarandı qəlbində yeni kəşflər.

Bəslədin dinini dinlər içində,
Yaşadın, yaratdın kinlər içində.
Seçildin milyonlar, minlər içində.
Atmadın söykökü, atmadın nəsli,
Yaratdın yeni bir dilçilik fəsli.

Çoxunu kor etdi şanın-şöhrətin,
Çoxuna dərd oldu sənin qüdrətin,
Hücumlar önündə dayandın mətin.
Arxanda dağ oldu dostun, yoldaşın
Artdı gündən-günə ürək təlaşın.

Vətəndə «vətənsiz» yaşadın fəqət,
Elmin yollarında çəkdin əziyyət,
Yaratdın qəlbində bir yeni taqət,
Qarşında bir yeni yollar açıldı,
Tanrıdan bəxtinə şəfəq saçıldı.

Sıxdı ürəyini vətən havası,
Sənə ağır gəldi, dostlar «davası»,
Unuda bilmədik belə mirası,
Çünki yarınana Vətən, Vətəndi,
Onu hər unudan daim itəndi.

Çoxdu ziyalısı Darbaz elinin,
Zərbəsi çox oldu «doğma» yelinin,
Bizə dost deyənin fəndi-felinin,
Əlindən qurtarmaq çətindi vallah,
Bu işdən yan keçən mətindi vallah.

Oldu qurultayı ziyalıların,
Çoxuna dərd oldu sənin şüarın,
Qorxutdu «dostları» o şax vüqarın,
Alqışlar ucaldı göyə o günü,
Sən tərk eyləyəndə böyük kürsünü.

...Çox alim yetirdin bu 70 ildə,
Sənə borcludur neçə nəsil də,
Gəzdi yazdıqların ağızda, dildə.
Ad-sanın bürüdü Borçalımızı,
Ucaltdı göylərə şən halımızı.

Sən qədəm qoyanda Azərbaycana,
Açdı qucağını doğma bir ana,
Atıldın elə bil, yeni cahana,
Oldun bir rəhbəri hərbi məktəbin,
Məramın saf idi, aydın mətləbin.

Hər mehman olanda qoca Tiflisə,
Elə bil itirdin burda nə isə,
Qaynadı nifrətin alçağa, pisə,
Çünki həqiqətin simvolusan sən.
Haqqın, ədalətin haqq qolusan, sən.

Səni unudarmı Bolus torpağın,
Yazılıb hər yanda könül varağın,
Harada olsa da sənin sorağın,
Yenə də qəlbində Darbaz elidir.
Qışa yad olubdu, o yaz elidir.

Mübarək ad günün alim qardaşım,
Səninlə dünyadır, torpağım - daşım.
Səyavuş Uyğunam ağ saçlı başım.
Qoy olsun, yolunda sadağa verim,
Qəlbimi sənin tək çırağa verim.
Səyavuş Uyğun,

Şair publisist. Borçalı
]]>
Müşviq BORÇALI Mon, 18 Jul 2016 00:34:28 +0000
Ələddin RÖVŞƏNOĞLUNUN Şeirləri https://turan.info.az/gurcustan/zalqa/844-lddin-rvnolu-boral.html https://turan.info.az/gurcustan/zalqa/844-lddin-rvnolu-boral.html Ələddin RÖVŞƏNOĞLUNUN ŞeirləriBORÇALI

Bəllidir ellərin ziyarət yeri,
Ziyarətin ocağıdır Borçalı.
Halay bəyi, Cöyrü oğlu Qarası,
Mehralı bəy oylağıdır Borçalı.

Borçalının bağçası var, bağı var,
Dağlarında qaymağı var, yağı var,
Dincəlməyə Ərcivantək dağı var,
Dincələnin yaylağıdır Borçalı.

Ali kürsülərdə söyləyir dili,
Öyünür fəxr edir Şaiqin eli,
Hoya çatır Abbas, Zəlimxan əli,
Hatəmlərin sorağıdır Borçalı.

Şahəliydi bu yerlərin dayağı,
Hər kəndə, kəsəyə olub marağı,
Qoç Koroğlu, Qaçaq Nəbi sayağı,
Ellərimizin yarağıdır Borçalı.

Tarix boyu bəlli olub qeyrəti,
Aləmə yayılıb şanı şöhrəti,
Nərimantək sevməliyik milləti,
Nur kişilər dayağıdır Borçalı.

Yurdum, yuvam hər an sizi gözləyir,
Ulu babaların izi gözləyir,
Bir də Dağ-Sarvanın özü gözləyir,
Ələddinin çırağıdır Borçalı.


ЪАН ДЕМЯЙЯ ЩАЗЫРАМ МЯН

Эцъцм чатса шащ ясяри,
Борчалыйа йазарам мян.
Эюстярдийи доьру йолу,
Дцз эетмясям азарам мян.
Синя эяряр ъошан селя,
Дайаг дурар ясян йеля.
Танры веряр беля еля,
Шцкцр едиб бязярям мян.
Гонаг эялся бир йаделли,
Щюрмят гойар Горгуд елли.
Бирэя олса щяр Тцрк дилли,
Ъан демяйя щазырам мян.
Щалай бяй тяк ярянляри,
Мещралыны эюрянляри,
Няриман тяк билянляри,
Щарда олса эязярям мян.
Дур дейяндя дурмайаны,
Гур дейяндя гурмайаны,
Вятян цчцн вурмайаны,
Юз сятримдян позарам мян.
БИРЧЯКЛИ ДАЬЛАР
Яэяр ки, мейл етсян, гайьылы даьа,
Эяздикъя щявясин артар йайлаьа.
Ялдя долча ениб эялсян булаьа,
Веряр муразыны дилякли даьлар.
«Гушлу гайа» силсиляси думанды,
«Доггуз булаг» бир-бириня щяйанды
Цч ай йайы санки ъяннят мяканды,
Санасан халыды чичякли даьлар.
Дейян йох нечяди даьларын йашы.
Цстцня нур тюкцр эюйлярин йашы,
Гартал мяканыдыр зирвяляр гашы,
Цлвиди, тямизди, мялякли даьлар.
Човьунда, боранда эяздикъя йары,
Кярями сахлады даьларын гары.
Цз тутуб йалварыб Аллаща сары,
Она рящм ейляйиб бирчякли даьлар.
Щякимди, лоьманды эцлц-чичяйи,
О эцлляр саьалдар хястя цряйи.
Яляддин, газансаг щалал чюряйи,
Сцфряни бол едяр эярякли даьлар.

ЭЯЛМИШИК

(1936-ъы ил ишэянъяляриня щяср олунуб)

Баги дцнйа биръя аны андырыр,
Биз дя ону йора-йора эялмишик.
Эащ аь йеля бянзяр, эащ да ки, гара,
Эюз йумараг дура-дура эялмишик.
Ишэянъя верилиб ял-голу баьлы,
Яфи иланлардан синяси даьлы
Боьазлара кечиб кяндирляр йаьлы,
О дювраны гура-гура эялмишик.
Нечясинин кцлц эюйя соврулуб,
Эцнащлы, эцнащсыз йаныб, говрулуб
Зинданларда варбядяни овулуб,
Милйонлары вура-вура эялмишик.
Бу дцнйа юнъядян дярдли-вярямли,
Инсаны бцрцйцб гямли-ялямли.
Сцрэцн олуб Ъавид кими гялямли,
Мцшвигляри эюря-эюря эялмишик.
«Цчлцк» дейлян йцз фитня-фел гурубду,
Чархы фяляк архасында дурубду.
Йаланчы шащидляр цзя гойубду,
Ганунлары бура-бура эялмишик.

КЕЧЯСЯН ЭЯРЯК

Бу аьлы, гаралы гоъа дцнйада,
Аъ эюзцн щалыны билясян эяряк.
Аз галыр юмрцндян о, пай истясин,
Она ришхянд едиб эцлясян эяряк.
О гара торпагдан доймайыр эюзц,
Щектарлар верирсян кясилмир сюзц.
О «Ганлы чайыры» алана дцзц,
Хош арзу, хош диляк дилясян эяряк.
Намярдлик ейляйиб басыр фаьыры,
Говур торпаьындан йазыг саьыры.
Гатыр юз йериня кечид ъыьыры
О ямял цстцндя юлясян эяряк.
Бяд нийятдир йетимляри мейляйян,
Йахшы явязиня пислик ейляйян.
Аъ эюз олуб юз гялятин сюйляйян,
Бойнуна пислийи бичясян эяряк.
Кюч эцнцн йада сал, бир эцн олаъаг,
Язрайыл цстцнц гяфил алаъаг.
Яляддин, инсанлыг йадда галаъаг,
Дцзялся, сящвиндян кечясян эяряк.

ЙОХСУЛА

Еля бил Аллащын гарьышы кечиб,
Йыьвалы дашлара дюнян йохсула.
Мювлам касыблыьы бойнуна бичиб,
Чыраьы ахшамдан сюнян йохсула.
Сяпдийи битмяся, якдийи битяр,
Дярд ону чуьлайыб юлцмдян бетяр.
Башга чаряси йох, о дил-дил ютяр
Кюмяк дур дярдини бюлян йохсула.
Ял чатмыр шириня,дадыб аъыны,
Амма ки, горуйуб гейрят таъыны.
Варлы да чох эюрцр гуру ъаныны,
Зцлм едир дярдини билян йохсула.
Рцзэар ону инъик салыб доймайыб,
Миннятди чюряйи цстя гоймайыб.
Ща чалышыб эцмращ эцнц олмайыб,
Юмрцндя йахшы эцн дилян йохсула.
Она ай да гара, эцн дя гарады,
Амма юзц чохларына йарады.
Доланды алями аь эцн арады,
Гисмят дя олмады юлян йохсула.

ЙЕРИНДЯМИ?

Борчалы сорушур ня вар даьларда,
Аранын йайлаьы даь йериндями?
«Бабакяр»дя «Ярчиван» тяк вцгарлы,
Башында юрпяйи аь йериндями?
Цз чевир даьлара эюр кеф-дамаьы,
«Санъя булаьы» тяк шяфа гайнаьы.
Мярфятля сахларыг эялян гонаьы,
Бал, гаймаг йейилиб, йаь йериндями?
Будур ъюйрц Гара эязян ойлаглар,
Овуъла ичдийи сойуг булаглар
Бир кютцк цстцндя сайсыз будаглар
Дядяляр салдыьы баь йериндями?

КЯНДИМИЗ

Гара булуд цстцмцзц аланда
Мярданя дайаныб галды кяндимиз
Йурд йериндян гачан олду тялясик
Бизи юз гойнуна алды кяндимиз.
Сящярдян ахшама чалышан баба,
Она арха дурду бцтцн ел-оба.
Ялиндян дцшмяди, дымрыгла-йаба,
Ишляйиб хяйала далды кяндимиз.
Шцкр Аллаща артыр дювлят-варымыз.
Щяр йанда горунур намус, арымыз.
Ял галдырыб аста сцзцр йарымыз,
Той иля зурнаны чалды кяндимиз.
Щяр няслин юз йурд йери бяллиди,
Чохду «Бядяллиди», Дяливяллиди»
Яэяр сайсан бялкя щамсы яллиди,
Кечмиши йадыма салды кяндимиз.
Сарванын бяллидир щайы-щарайы,
Эетдикъя чохалыр торпагдан пайы
Илдян-иля артыр иъаря сайы,
Картофла, тахылла долду кяндимиз.
Яляддин чох эюрцб йахшы, йаманы
Даь сарванды ясил ъяннят-мяканы
Бу даьлардыр щяр бир дярдин дярманы
Санырам бечяли балды кяндимиз.

ДИЛЛЯРДЯН СОРУШ

Хоъалы дайанды ня гядяр мятин,
Эюйдян од йаьырды олдугъа чятин
Кюрпяни ъидайа кечирян итин,
Гудурьан сайыны йоллардан соруш.
Чаьасы белиндя ала торанда,
Гача да билмяйир айаг донанда
Щяр йандан гырдылар тцпц-боранда,
Юлянин сайыны чюллярдян соруш.
Сяксякя ичиндя эерийя бахыб,
Донанда шахтада асбабын йахыб
Ясир дцшмям дейиб чайларда ахыб
Сулара гярг олуб селлярдян соруш
Дцшмян архалыдыр,вардыр аьасы,
Она баш ендирир фирянэ дыьасы.
Няляр етди яфи илан баласы,
Буну эюзля эюрян еллярдян соруш.
Эцн эяляр,щагг ишя дювлятляр диняр.
Инсафы оланлар доьруйа дюняр.
Дцшмянин алову о эцндян сюняр,
Сюзцм йалан чыхмаз диллярдян соруш.

ВЯТЯН ГАЛЫБ ДАРДА, НЕЙНИМ

Сюзцм йеня елдян дцшцб,
Йаша долдум орда, нейним,
Йахшыдан ким гейбят ется,
Онда йохдур ар да, нейним.
«Доггуз булаг» ял-ялванды,
Она щямдям даь Сарванды.
Щявясими ганан ганды,
Дил-дил ютяр саз да, нейним.
Азярбайъан йурду улу,
Чатыб ора йаьы голу.
Илляр кечир баьлы йолу
Вятян галыб дарда, нейним
Бу щяйаты биля-биля.
Ямяк гойдум доьма еля
Эедяр-эялмяз йолу иля
Кючцб эетди, йар да, нейним.
Ъаваб вериб динмясядя,
Яляддин гям ейляйя дя
Щяр кяс гядир билмяся дя
Аллащ юзц биляр, нейним.

КЮЧЦБЛЯР

Маъы тутуб якин якян эюрцнмцр,
Яммяйиля тахыл сяпян эюрцнмцр,
Щяким тящяр диши чякян эюрцнмцр,
Саь икян рящмяти алыб кючцбляр.
Йапынъы чийниндя атын белиндя,
Ады, саны, шан-шющряти йериндя.
Эярайлысы, мцхяммяси дилиндя,
Саь икян рящмяти алыб кючцбляр.
Кишиляр сайылыб евин диряйи,
Аналар олублар ювлад цряйи,
Нечясинин эюздя галыб диляйи,
Саь икян рящмяти алыб кючцбляр.
Ел цчцн йананлар кючцб гейб олуб,
Яъял шярбятини ичиб гейб олуб,
Йахшыны, йамандан сечиб гейб олуб,
Саь икян рящмяти алыб кючцбляр.
Неъя дя инъидиб бабамы заман,
Эцляшдя щеч кимя вермяйиб аман,
Хатиряйя дюнцб йаддашда инан,
Саь икян рящмяти алыб кючцбляр.]]>
Müşviq BORÇALI Mon, 18 Jul 2016 00:27:56 +0000
Aytən Alıqızı: «BAMBAŞQADIR MƏNİM DÜNYAM» https://turan.info.az/gurcustan/qarayazi/1630-aytn-alqz-bambaqadir-mnm-dnyam.html https://turan.info.az/gurcustan/qarayazi/1630-aytn-alqz-bambaqadir-mnm-dnyam.html Aytən  Alıqızı: «BAMBAŞQADIR  MƏNİM DÜNYAM»Aytən Alı qızı Əliyeva 1987-ci il aprel ayının 28-də
qədim Qarayazı (indiki Gürcüstan Res­publikasının Qarda­bani) ra­yo­nunda ana­dan olub.
İlk təh­silini doğma Qarayazıda, Kosalı kənd orta mək­təbində alıb.
2004-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Kooperasiya Universitetinin Xa­rici dil - İn­gilis dili fakultəsinə daxil olub.
2008-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirib.
Bir müddət "Şərqin səsi" qəzetində çalışıb.
Hazırda analıq məzuniyyətindədir.
Bizim təqdimatımız əsasında Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
Bir neçə dəfə Fəxri Fərmanlarla təltif olunub.
"Abdulla Şaiq""Qızıl Qələm" mükafatları laureatıdır.

Bədii yaradıcılığa orta məktəb illərində başlayan Aytən Alıqızının şeirləri Azərbaycan, Gürcüstan və Tür­kiyənin bir çox mətbuat or­qanlarında və «Ömürdən günlər» Ədəbi toplularında işıqüzü görüb.
Yaz­mış olduğu «Qələm» şeiri "Qafqaz" Media İctimai Bir­liyi tərəfindən Fəxri fərmana layiq görülüb, «Qələm» adlı toplu-kitabına daxil edilib.
Aytən Alıqızı hələ Uni­versitetin IV kurs tələbəsi olarkən 2007-ci ildə «Bam­başqadır mə­nim dünyam» adlı ilk şeirlər kitabı Bakıda "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. (Naşiri: Müşfiq Borçalı, bədii redaktoru: Əli Abbas, texniki redaktoru: Akif Əsgərov).

Biz də turan.info.az-ın bütün yaradıcı heyəti adından Aytən xanıma bir daha yeni-yeni yaradıcılıq uğurları arzulayır, aşağıda həmin kitaba yazdığımız qısa önsözü və gənc şairənin şeirlərindən nümunələri oxucularımıza ərmağan edirik.


DUYĞULARIN BAHAR ÇAĞI

Əziz oxucu!
İxtiyarınıza verdiyimiz «Bam­başqadır mə­nim dünyam» adlı şeirlər kitabının müəl­lifi qədim Qarayazı mahalında dünyaya göz açan və ha­zırda ömrünün bahar çağını - mü­qəddəs tələbəlik illərini ya­şayan gənc və iste­dad­lı bir qız - Aytən Alı qızı Əliyevadır.
Onun duy­ğu­sal, vətən məhəb­bətli, sevgi ətirli şeir­lərindən bir saf hisslər sahibi olduğunu aydın gö­rü­nür.
Sözdən və qələmdən güc ala-ala şeir­lə­ri­ni yazmağa başlayan gənc yazar qələmin qüd­rətini bu cür izih edir:

«Böyük eşqin töhvəsini,
İsti, soyuq nəfəsini
Haqdan gələn haqq səsini
Qüdrətinlə yay qələmim!»


-söyləyən Aytən Alıqızı, qələmi nəinki müəl­­­lifin «haqq səsini yaymağa» eyni za­man­da ona hə­yan durmağa çağırır. Aytən gözəl dərk edir ki, onun duyğuları ilə ağ vərəq ara­sında məhz qələm körpü rolunu oynayır. Şai­rənin isə həmin körpüyə böyük ehtiyacı var. Və qələmi də sədaqətli dost kimi ona həmişə dayaq, arxa olur. Əgər belə ol­masaydı, biz Ay­­tən Alıqızının söz dünyası ilə baş-başa qal­mazdıq. Axı müəllifin söz dünyası gör nə­ləri qoyur arxada. İlk olaraq qarşımızda deyim-duyum bulağı çağlayaraq bizləri öz sə­mi­miy­yəti ilə ovsunlayır.
Özünün dediyi ki­mi, «Mən şeirlə­rimi hansı və nə cür hisslərlə ya­zı­ram… Əvvəla bu­nu qeyd etməliyəm ki, mənim yazdığım şeirlərin əksə­riyyəti, (xü­su­silə də kədərli şeirlərim) mənim öz dünyamın öz aləmimin məhsulu deyil. Bunu mən kim­lə­rinsə yaşamında, həyatla mü­ba­ri­zə­sin­də gör­müş və öz duyğularım tək yaşat­mışam. Mə­nə elə gəlir ki, kimlərinsə sevincinə şərik ol­ma­ğı, şad gün­lərini paylaşmağı hər kəs bacarır. Mən­sə bu yolu, kimlə­rinsə kədərinə ortaq ol­mağı, onu pay­laş­mağı daha üstün tuturam. Kimlərinsə kədə­rini öz qəmim kimi yaşa­maq­dan çəkin­mirəm, hət­ta zövq alıram. Buna gö­rə də səmi­miyyətlə bildir­mək istəyirəm ki, «Bam­başqadır mənim dün­yam».

Bə­li 20 yaşlı müəl­lifin yaz­dığı şeirlərin yük­sək mey­yar­ları da elə burasın­da­dır.
Bununla belə gənc şai­rə­nin bu kimi gözəl şeirləri qınaq ob­yek­tinə çevrilə bil­məz.
Biz inanırıq ki, gənc ya­zar - Ay­tən Alıqızı öz imzasını təsdiq­ləmək yo­lunda əlin­dən gələni edəcək və bu yolda böyük uğurlar qa­zanacaq!
Biz buna həqi­qə­tən inanırıq, bö­yük ümid bəsləyirik və ona yeni-yeni uğurlar arzu­la­yı­rıq!

Müşfiq BORÇALI.


* * *

Müəllifdən:

İlk öncə qeyd etmək istərdim ki, yazdığım bu kiçik şeirlərin demək olar ki, əksəriyyətini mən öz həyatımda yaşamamışam.
Sadəcə olaraq bu cür duy­ğuları, hiss və həyacanları, sevinc və kədərləri, kimlərinsə həyatında görmüş, onu öz duyğularım kimi qəlbimə gətirmiş, öz hisslərim tək yaşat­mı­şam və yaşadacağam!

Şeirlə desək:


Yaşamaq asan deyil,
Gərək yaradasan sən.
Yaratmaq hünər deyil,
Gərək yaşadasan ki,
Daim yaşayasan sən!


BAMBAŞQADIR MƏNİM DÜNYAM

Çoxdur dərdim, çoxdur yaram,
O qədər də bəxtiyaram.
Xoşbəxtliyin xoş dadını,
Təkjə özüm dadmaram.
Haqqdır, hallalıqdır hülyam
Bambaşqadır mənim dünyam.

Çiçək deyir təzə tərəm,
İstəmirəm vaxtsız dərəm,
Kimsəsizə kömək olub,
Könüllərə sevinj verəm,
Ürəklərə sevgi yayam
Bambaşqadır mənim dünyam.

Çox danışıb, çox demərəm,
Qəlbə dəysə ox, demərəm,
Zülmətlərdə keçsə ömrüm,
Bir kimsəyə yox, demərəm.
Haqqa səslənmiş bir hayam,
Bambaşqadır mənim dünyam.

Özüm-özümə bağlıyam,
Sakit güləm, tək ağlıyam,
Bu dövranın pənjəsində
Gah qaralı, gah ağlıyam.
Könül istər onu sayam,
Bambaşqadır mənim dünyam.

Gah saf sulu joşğun çayam,
Gah buludam, gah da ayam,
Gah alovun istisindən,
Yanıb alışan səhrayam.
Gah payızam, gay da yayam,
Bam başqadır mənim dünyam.

Hey arayıb, hey yoxlaram,
Görüb, duyub gül qoxlaram.
Bəxti solmuş diləkləri,
Bu ümmanda tər saxlaram.
Çətin bu dünyaya uyam,
Bambaşqadır mənim dünyam.


QƏLƏMİM

Gölə dönmüş qəhərimdən,
Gəl injimə, ay qələmim.
Gətir kövrək misralardan,
Bu ömrümə pay, qələmim.

Şirin, həzin yuxu kimi,
Təravətli qoxu kimi,
Əzabları, çoxu kimi,
Xoşbəxtlikdən say, qələmim.

Möhnətdirsə bax bu jahan,
Qanad versin sənə ilham.
Olsun əsl şeirin, dühan,
Məhəbbətə tay qələmim.

Böyük eşqin tövhəsini,
İsti, soyuq nəfəsini,
Haqqdan gələn, haqq səsini
Qüdrətinlə yay qələmim!


İKİMİZ BİR OLSAYDIQ…

İkimiz bir olsaydıq…
Sözümüz sirr olardı.
Eşq adlanan bu böyük
Yükümüz bir olardı.

İkimiz bir olsaydıq…
Dağlar səsə gələrdi.
Bülbüllər şərqi qoşub,
Gül həvəsə gələrdi.

İkimiz bir olsaydıq…
Bağ, meşə janlanardı.
Əsl eşqin önündə,
Bənövşə danlanardı.

İkimiz bir olsaydıq…
Arzular gül açardı.
Sevginin al günəşi
Ömrə işıq saçardı.

İkimiz bir olsaydıq…
Vüsal önə düşərdi.
Qəlbimizdə sevinjlə
Məhəbbət görüşərdi.

İkimiz bir olsaydıq…
Joşğun liman olardıq.
Baş vurub ləpələrə,
Dalğalara dalardıq.

İkimiz bir olsaydıq…
Əl- ələ yürüyərdik.
Dönüb aya, ulduza
Səmada görünərdik.

İkimiz bir olsaydıq…
Nələr olardı, nələr,
Oyanardı yuxudan
Mürgülü xatirələr
İkimiz bir olsaydıq…


ÖZÜNÜ ANLA...

Həyat dərk eylə deyir,
Hər yoxluğu, varlığı.
Bu ümmanda yaranan,
Genişliyi, darlığı.

Deyir varlığı tanı
Bax yaxşıya, yamana.
İnsan ömrünün niyə -
Güjü çatmır zamana?

Düşün, öyrən gör kimsən
İtirsən günlə, anla
Əlaqən nə üçün var
Ey insan, bu cahanla?
Bir az özünü anla!..


.]]>
Müşviq BORÇALI Thu, 14 Jul 2016 13:53:46 +0000
“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru ilə görüşdülər https://turan.info.az/arxiv/borcaliorg/1628-boral-ctimai-cmiyytinin-nmayndlri-kvemo-kartlinin-qubernatoru-il-grdlr.html https://turan.info.az/arxiv/borcaliorg/1628-boral-ctimai-cmiyytinin-nmayndlri-kvemo-kartlinin-qubernatoru-il-grdlr.html “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru ilə görüşdülər Cənab Paata Xizanaşvili ilə görüşdə “Elat-Dmanisoba bayramı” ilə bağlı müzakirələr aparılıb

Iyulun 7-də “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru cənab Paata Xizanaşvili ilə görüşüblər. Görüşdə “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında formalaşan İdarə Heyətinin iki üzvü – Kamran Xəlilov və Anar Həsənli ilə yanaşı, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev iştirak edib.
Görüş zamanı, ilk olaraq, cənab Paata Xizanaşviliyə “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağı haqda məlumat verilib və yeni sədrin salamı çatdırılıb. Kvemo Kartli (Borçalı) qubernatorunun diqqətinə o da çatdırılıb ki, “Borçalı” İctimai Cəmiyyətinin son 7 illik fəaliyyəti qənaətbəxş olmasa da, cəmiyyətin yeni rəhbərliyi Gürcüstan və Azərbaycan, eləcə də gürcülərlə azərbaycanlılar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün körpü rolunu oynamaqda israrlıdır.
Cənab Paata Xizanaşvili “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin səmimi dostluq təklifindən məmnun qaldığını və tezliklə Azərbaycan rəsmi qurumlarının yeni sədrin legitimliyini tanıyacağına ümidvar olduğunu bildirib. Kvemo Kartli (Borçalı) qubernatoru vurğulayıb ki, “Borçalı” İctimai Cəmiyyətinin fəaliyyəti rəsmi müstəviyə keçdikdən sonra, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün yeni rəhbərliklə bir çox sahələrdə əməkdaşlığa hazırdırlar.
Daha sonra cənab Paata Xizanaşvili “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələrinə iyulun 26-da Gürcüstan hakimiyyəti tərəfindən təşkil olunan “Dmanisoba bayramı” haqda məlumat verib. Qubernator bu bayram tədbirində “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin də iştirakının arzuedilən olduğunu bildirib və cəmiyyətin sədrini, İdarə Heyəti üzvlərini, o cümlədən bütün tərəfdarlarını “Dmanisoba bayramı”na dəvət edib.
Müzakirələr zamanı “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri qubernatorun diqqətinə çatdırıb ki, bu il “Dmanisoba bayramı” adı altında keçiriləcək tədbiri son illər borçalılar “Elat bayramı” kimi qeyd ediblər. Odur ki, cənab Paata Xizanaşvilidən “Elat bayramı” ənənəsinin qorunub-saxlanılması xahiş olunub.
Nəticədə tərəflərin razılığı ilə qərara alınıb ki, iyulun 26-da keçiriləcək tədbirin adı “Elat-Dmanisoba bayramı” olsun.
Onu da qeyd edək ki, tədbirin təşklində “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin də iştirakı nəzərdə tutulub. Görüşdə qərara alınıb ki, hələlik açıq qalan müəyyən detalları müzakirə etmək üçün “Elat-Dmanisoba bayramı”ndan bir neçə gün əvvəl “Borçalı” İctimai Cəmiyyətinin sədri Kərəm Məmmədli və İH üzvlərinin bir qrupunun iştirakı ilə cənab Paata Xizanaşvili ilə növbəti görüşü keçirilsin və bu zaman bütün suallara aydınlıq gətirilsin.
Görüşün sonunda, tərəflər iyulun 26-da keçiriləcək “Elat-Dmanisoba bayramı”nın Gürcüstan-Azərbaycan və hər iki dövlətin xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcək möhtəşəm bir tədbir olacağına böyük inam hiss ifadə ediblər.
“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti]]>
Müşviq BORÇALI Wed, 13 Jul 2016 16:32:41 +0000
“Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi? https://turan.info.az/arxiv/borcaliorg/1626-boral-cmiyytinin-rhbrliyi-n-n-dyidi.html https://turan.info.az/arxiv/borcaliorg/1626-boral-cmiyytinin-rhbrliyi-n-n-dyidi.html “Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi?
Və yaxud Türkiyə-Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinin inkişafında Borçalının əhəmiyyəti...

Əlbəttə, “Borçalı” Cəmiyyətinin rəhbərliyinin dəyişmə səbəbini ilk olaraq keçmiş sədrin yarıtmaz fəaliyyətində aranmalıdır. 7 il bu nüfuzlu qurumun “şəriksiz” başqanı statusunda özü üçün “Şən Həyat Kolxozu” yaratmış Zəlimxan Məmmədli bu müddət ərzində daha çox şəxsi maraqları çərçivəsində addım atmışdır. Belə ki, ötən dönəmdə onun fəaliyyəti kimlərəsə “reket qəzetlər”in son illər gündəmə gətirdikləri qondarma “fəxri fərman”, 15-25 manat dəyərində olan “orden” və “medal” verməkdən ibarət olub. Bundan savayı türkə qənim olan, antitürk mərkəzlərinin gizli dolanbaclarındakı projelərin axarının haraya kimi davam edəcəyinin fərqinə varmadan, qondarma “Qarapapaq” adlı oyunlarda yer almaqla, “Borçalı” Cəmiyyətinin missiyasını özünün dar çərçivəli maraqlarına pərçimləmişdi.
Biz əslində keçmiş sədrin yarıtmaz fəaliyyətini işıqlandıran mövzulara toxunmaq fikrində deyildik. Ancaq, onun son günlər “tərəfdarları” adı altında apardığı şər-böhtan kampaniyası bizi bu yazını yazmağa məcbur etdi.

Feodal düşüncənin aqibəti

Z.Məmmədli Sovetlər Birliyi dağılandan bu günə kimi, daim vəzifə pillələrində ucalmaq və hamıdan yüksək görünmək xəstəliyinin bəlasını yaşayan, süni xarizmanın əsirinə çevrilmiş, anatomik baxımdan özünün müalicə etdirmək xislətindən uzaq olan biri kimi görünür. Son günlər “mən dövlət xadimiyəm” deyə özünü reklama da başlayıb. AXC-nin iqtidarı dönəmində təsadüfən Xətai rayon İcra Hakimiyyətinin başçısı görəvində çalışmasını gözə soxmaq onun şakərinə çevrilib. Bir ilə yaxın tutduğu vəzifəsinə görə, görəsən o, hansı yeni maraqların peşindədir? Bir müddət Z.Məmmədli hətta ölkə “Sambo Federasiyası”nın prezidenti də oldu. Siyasi arenada KXCP məclisinin sədri görəvini daşıdı. Hara üz tutursa, orada rəhbər olmaq siyasi xəstəliyinin diaqnozuna çevrildi. Azərbaycan ictimai və ədəbi fikrinin ən böyük uzmanı, bu gün türkün ağsaqqalıq institutunun nəhəng simalarından biri sayılan Eyvaz Borçalının 7 il öncə təklifi ilə “Borçalı Cəmiyyəti”nin sədri vəzifəsinə gətirildi. Eyvaz Borçalının məqsədi təşkilatın idarəçiliyinin gəncləşdirilməsi, Azərbaycan-Gürcüstan, Borçalı məsələsində iki dövlətin strateji müttəfiqliyinin zənginləşdirilməsini xalq diplomatiyası yolu ilə inkişaf etdirmək idi. Eyvaz bəy və ona bu qutsal işdə daim dəstək verən Borçalı ağsaqqallarının təşəbbüsü ilə yüksək səviyyədə qurultay keçirildi. Lakin cəmiyyətin yeni sədri (indiki keçmiş – müəl.) dərhal kabinet və digər rəyasət düzəni qurmaqla tədricən fərqli məcraya üz tutmağa başladı. Bu, genoloji baxımdan ortaçağ düşüncəsinə pərçimlənmiş feodal düşüncəsi idi. Şəxsi rifahını yaşam düzəninə çevirməklə özünü tədricən uçuruma yuvarlatğının fərqinə vara bilmədi.
Biz bütün bunları gördüyümüz üçün onu təndiq edən yazı ilə çıxış etdik. “Qutabxana ilə Kitabxananın yerini dəyişik saldığı”nı xatırlatdıq. Bu qutab nə olan şeydir ki, sonunda keçmiş sədri yoldan çıxartdı. “Kərəmovçuluq” kimi ictimai bəlaya çevrilən xəstəliyin mənşəyi, sən demə, adi “feodal” düşüncədən gəlirmiş. Sonunda bütün zərbələr “Borçalı” Cəmiyyətinə dəydi. Ötən 7 ildə cəmiyyətin iflic duruma güşməsinin səbəbi budur. İş o həddə çatmışdı ki, Məmmədlinin şübhəli fəaliyyətinin gizli səbəblərini əsas hesab edərək, Gürcüstan hökuməti onu sınırdışı etmək haqqında özəl qərar verdi. Bununla belə, o, bu qərarın səbəbini anlamaq iqtidarında deyildi. Çünki, feodallar dinləməyi deyil, özləri haqqında uydurduqları xarizmatik təşəxxüsün bəlasını yaşayan zümrə sayılırlar.

Zamanın axarından geri qalan cəmiyyət düsturu

1918-ci ildə Gürcüstan və Azərbaycan dövlət istiqlalına qovuşanda iki qardaş dövlət bir araya gələrək ilk dəfə olaraq hərbi strateji müttəfiqlik haqqında anlaşma imzaladılar. Bu proses 1990-cı illərdə yenidən gündəmə gətirildi. Rəsmi səviyyədə strateji müttəfiqliyin inkişafında həm də xalq diplomatiyasının müstəsna rolu vardır. Çağdaş dünya düzənini bilən, onun texnologiyalarının necə tətbiq edilməsi üçün çalışan kadrlara böyük mənada ehtiyac var. 7 il öncə Z.Məmmədli bu missiyanı öz üzərinə götürməkdən belə çəkinmədi. Qurultay sonrası çoxları elə güman edirdi ki, cəmiyyətin işində böyük bir canlanma olacaq. Əslində o canlanmanı “şadlıq evləri”nin kandarında görmək nəsib oldu. Azərbaycan fəlsəfi və estetik fikrinin ən nəhəng simalarından biri sayılan, həyatını milli ədəbiyyatımızın və düşüncəmizin inkişafına sərf edən, görkəmli alim, akademik Camal Mustafayevin anadan olmasının 80 illik yubileyi münasibəti ilə düz 17 dəfə törən keçirdi. Halbuki, Dədə Camalın gələcək nəsillər üçün miras qoyduğu elmi-fundamental əsərləri nəşr edilsəydi, “şadlıq evləri”nə çəkilən xərclərdən min dəfə urvatlı olardı. Üstəlik, 17 dəfə keçirilən törənlərdə də sədr Dədə Camalı deyil, özünü reklam hədəflərinə baş vurmuşdu. Bu, böyük ustadımızın kölgəsində dayanmaqla, onun ən üstün keyfiyyətlərindən öz şəxsi maraqlarının təminatı üçün yararlanmaq cəhdi idi.
Bizlər o dönəmlərdə “Borçalı” Cəmiyyətinin qarşısında duran vacib məsələləri irəli sürsək də, bütün bunları sədr qulaqardına vurdu. Biz bildirirdik ki, Borçalı Azərbaycan tarixində milli maarifçilik məfkurəsinin mərkəzi olub və bu ənənə yenidən dirçəldilməlidir. Tiflisdə “Borçalı Etnoqrafik Muzeyi”nin yaradılması ideyasını irəli sürdük. Digər onlarla sayda təkliflərimizi təqdim etmək üçün onunla görüşməyə cəhdlər etdik. Hər dəfə bürokratlar kimi yayınmaqla yetinməyi tərcih etdi. Ona görə də bu gün Borçalı paniranizm və panərəbizmin oylağına çevrilib.
Milli maarifçilik prosesləri olmayan yerdə, təbii ki, mövhumatçı cərəyanlar at oynadacaqlar. Borçalının yüzlərlə kəndlərində klublar, mədəniyyət evləri və kitabxanaların qapıları qıfıllı və toz basmış durumdadır. Belə bir acınacaqlı durum Məmmədlinin heç vecinə də deyildi. Borçalının bölgəsəl inkişaf perspektivi ilə ilgili bir dəfə də olsun “Borçalı” Cəmiyyətinin toplantıları keçirilmədi. Çünki, sədrin başı çox qarışıq idi. Uca-uca kürsülər, təmtəraqlı törənlər, hər yoldan ötənə cəmiyyətin adından “fərxi fərmanlar”, “saz”, “paz” və daha nələr əta edilməsinin qarşılığında o, özünü hər kəsdən ucalıqda görürdü. İstanbuldakı türkü çeşidli tayfalara, əçirətlərə, yobazlara bölmək üçün düzənlənən toplantılarda Məmmədlini həmişə fəxri kürsülərdə görmək olardı. Beləliklə də “Borçalı” Cəmiyyətinin sədrini tədricən fars-erməni cütlüyünün strateji hədəfində yer alan və “Səhər TV”-də antitürk mahiyyətli mərkəzdə ixtisaslaşmış kadrlar əhatəyə aldılar. Ötən müddətdə bir dəfə də olsun, cəmiyyətin adından Borçalıda Azərbaycan dövlətçiliyinə qarşı mövcud olan sorunlar dilə gətirilmədi. Ona görə də bu gün Borçalının mərkəzi Marneuli paniranizm və panfarsizmin poliqonuna çevrilib.
Z.Məmmədlinin doğulub böyüdüyü Qardabani bölgəsi isə sələfizmin və vəhabiliyin mərkəzlərindən biri sayılır. Qafqaz Türklərinə qarşı bunca həqarət dolusu ideoloji yağmurların qarşısının alınması üçün, cəmiyyətin adından aydınlarımızla birlikdə təşəbbüslər irəli sürülmədi. Türkün ruhunun mayası olan aşıq sənətinə və saza sayğısızlıq göstərən, bayağı şou xəstəliyinə mübtəla olanlar “Borçalı” Cəmiyyətinin qutabxana təfəkkürü ilə düzənlənən törənlərində fəxri kürsünün başında yer almışdılar. Tiflisdə və ya Bakıda ali təhsil alan istedadlı və imkansız kasıb tələbələrin bircə dəfə də problemləri ilə ilgilənməyən cəmiyyət, zamanın axarından geri qalırdı. Bakı, Sumqayıt, Gəncə, Qazax və Mingəçevirdəki Borçalı kökənli insanlarımızın yurd sevgisini özündə bütünləşdirən hər hansı addımlar da atılmadı.

İctimai iradənin uğuru

“Borçalı” Cəmiyyətinin rəhbərliyini və idarəetməni təkbaşına öz üzərinə götürən Z.Məmmədlinin ötən müddətdə yarıtmaz fəaliyyətini nəzərə alaraq, cəmiyyətin təsisçiləri və ağsaqqalları, ictimai fəalları bir araya gələrək yeni məzmunda, çevik və dinamik bir təşkilat olmanı irəli sürdülər. Sədr öz mövqelərindən geri çəkilməmək üçün dirənişlər və çabalar göstərdi. Çünki, həyatında heç bir zaman bunca yüksək mərtəbəyə layiq görülməmişdi. Bu gün də başa düşmür ki, ona bu etimadı xalq necə vermişdisə, istədiyi zaman bütün səlahiyyətlərini əlindən almaq heç də çətin məsələ olmayacaqdı. Təbii ki, bu problem 25 iyun tarixli növbədənkənar ümumi yığıncaqda öz çözümünü buldu. Beləcə, Z.M erası öz dövrünə son qoydu.
İndi keçmiş sədr öz yalnışlıqlarına görə bütün Borçalı camaatından yarıtmaz işinə görə üzr diləmək əvəzinə, özü kimi yandaşları ilə birlikdə “Borçalı” Cəmiyyətinin yeni heyətinə qarşı çamurlar atmağa başlayıb. Amma onlar unudurlar ki, köhnə əyyamlarda olduğu kimi, bu gün kimsəni aldatmaq mümkün deyil. Ötən 7 ildə adicə cəmiyyətin saytını qura bilməyən, borçalıları iqtidar-müxalifət düşərgəsinə bölən, sonucda isə hər kəsi üz-üzə qoyan sədrin (keçmiş-müəl.) aqibətinin belə bir acı hekayətlə bitməsinin tək bir cavabı var: “Öz cəzandır, çək Balaş” (Sevil operası).

İctimai fikirdə çox haqlı olaraq qeyd olunur ki, “Borçalı” Cəmiyyəti parçalanmayıb, sadəcə rəhbərlik yenilənib. Bundan sonra, cəmiyyəti “qutabxana” təfəkküründə idarə etmək qeyri-mümkün olacaq. Çünki, XXI yüzilin dinamik standartları çərçivəsində mövcud olan inkişaf proseslərində bizlərin geridə qalmağımız milli fəlakətimizin təməli deməkdir. Z.Məmmədli kimilərinin səbatsızlığı ucbatından illərlə yığılıb qalan problemlərin çözümü yönündə cəmiyyətin yeni rəhbərliyi qarşısında görüləcək çox işlər durur. Yeni enerji ilə bu prosesin tamamilə gəncləşdirilməsi isə, böyük uğurlara yol açacaq. Hər bir məsələnin çözümünə elmi konseptual səviyyədə yanaşılmaqla proses yaranacaq. Bunun artıq ilkin işartıları belə duyulmaqdadır. Bu, effektli təsir modelinin ayrılmaz parçası kimi məsələlərə olan münasibətdir. “Borçalının rifahı” tipli uydurma ibarələrlə toplumu çaşdırmağın heç bir mənası yoxdur. Köhnələr, “bu gün səsləndirdikləriniz məsələləri öncələr nədən çözmürdünüz” tipli sualların yağmurunda it-bata düşmənizdən qorxun. Çünki cavab verməyə nə üzünüz, nə də sözünüz yoxdur.
Ədliyyə Nazirliyinə olan müraciətin də hər hansı bir təsiri olmayacaq. Çünki, “Borçalı” Cəmiyyətinin təsisçilərinin də yetərincə deməyə sözləri var. Onlar ağsaqqalıq edərək keçmiş rəhbərliyin yarıtmaz işini ictimai proseslərə çıxarmadılar. Ancaq təəssüf ki, bunun qarşılığında əski qafalılar öz təfəkkür tərzlərinə uyğun hərəkət edirlər.
Borçalı məsələsi əslində geniş bir coğrafi, etnoloji, kulturoloji bir düzən deməkdir. Bu anlamın sayəsində Türkiyə-Gürcüstan-Azərbaycan arasında sağlam bir mühit formalaşıb. Strateji müttəfiqlik inkişaf edir. Passiv mövqedə olmaq sadəcə bizlərə düşmən olan güclərin maraqlarına xidmət edir. Özəlliklə strateji müttəfiq olan Azərbaycan və Gürcüstanı sevməyən Ermənistan və İranın maraqlarının iradəsi kimi qəbul edilməlidir. “Borçalı” Cəmiyyətinin 7 ildir passivləşməsinin cavabı burada aranmalıdır. Bu passivliyin nəticəsində sarsıdıcı zərbələr elə Borçalımızın başına gəldi. Bunları umutmaq mümkünmü? Əsla!.. Borçalımızın qarşısında duran vacib məsələlərin çözümü yönündə çağdaş texnologiya və innovasiyaların şərtlərini bilməyənlər heç bir zaman bu prosesə uğur gətirə bilməzlər. Bax, bunu anlamaq gərəkdir.

Ənvər BÖRÜSOY]]>
Müşviq BORÇALI Tue, 12 Jul 2016 16:03:12 +0000
Uğursuz siyasətçinin liderlik iddiası... https://turan.info.az/arxiv/borcaliorg/1625-uursuz-siyastinin-liderlik-iddias.html https://turan.info.az/arxiv/borcaliorg/1625-uursuz-siyastinin-liderlik-iddias.html Uğursuz siyasətçinin liderlik iddiası...
Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzetinin baş redaktoru

"Borçalı” ictimai cəmiyyətinin (birliyinin) 25 iyun 2016-cı il tarixli növbədənkənar konfransı günlər ötsə də, onun nəticələri ilə bağlı razılaşmayanlar hələ də var. Konfransın qərarınıtanımayanların başında isə Cəmiyyətin sabiq sədri Zəlmixan Məmmədli dayanır.

Azərbaycan siyasi səhnəsində uğur qazana bilmədikdən sonra "Borçalı” ictimai cəmiyyəti ilə özünü gündəmdə saxlamağa çalışan Zəlmixan Məmmədlinin indi Cəmiyyətin 25 iyun 2016-cı il Konfransının qərarlarını qəbul etməməsini, sədrlikdən əl çəkmək istəməməsini anlamaq da olar.

Axı, Zəlimxan Məmmədli Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyevdən fərqli olaraq, AXCP-dən kənarlaşdırıldıqdan sonra nə özünün lider olduğu siyasi partiya yarada bildi, nə fərdi qaydada uğur qazanıb deputat seçildi. Siyasi partiya lideri və ya deputat ola bilməyən uğursuz bir siaysətçinin yeganə sığınacaq yeri ictimai birliklər, qeyri-hökumət təşkilatları ola bilər. Zəlmixan Məmmədli də bu yolu tutub. Ancaq onun "Borçalı” ictimai cəmiyyətinin sədri vəzifəsində fəaliyyəti uğurlu alınmayıb.

Məsələn, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacarın Zəlmixan Məmmədli haqqındakı ittihamlarını xatırlamaqla "Borçalı” İctimai Cəmiyyətinin sabiq sədrinin fəaliyyətinin nədən ibarət olduğu məlum olar.

Qeyd edək ki, İsmayıl Qacar Zəlimxan Məmmədlini hansısa dövlətin gizli sifarişini həyata keçirərək Borçalı türkləri, Borçalıda fəaliyyət göstərən təşkilatlar arsında, Azərbaycandakı əslən Borçalıdan olan ziyalılar arasında nifaq toxumu səpməkdə ittiham etmişdi. Halbuki, "Borçalı” ictimai cəmiyyətinin qarşısında duran məsələlər əslən Borçalı əsilli insanları ictimai, mədəni-mənəvi cəhətdən birləşdirmək, Borçalıdakı insanların problem və qayğılarının həllinə çalışmaq, bölgədə fəaliyyət göstərən təşkilatlar arasında birləşdiricilik rolu oynamaq, Azərbaycan və Gürcüstan hökumətlərinin mədəni əlaqələrinin inkişafına kömək etmək kimi məsələlərdən ibarət olmalıdır.

"Borçalı” ictimai cəmiyyəti 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıqdan sonra məhz bu prinsiplər əsasında fəaliyyət göstərib. Bunun nəticəsidir ki, Cəmiyyətə qarşı indiyinə kimi heç bir iradlar da olmayıb.

"Borçalı”ictimai cəmiyyəti ilə bağlı iradlar, tənqidlər və hətta ittihamlar məhz Zəlmixan Məmmədlinin sədrliyi dövründə meydana çıxıb. Hətta belə iddialar var ki, Rusiya xüsusi xidmət orqanları ilə borçalıların əlaqə yaratmaq ənənəsini məhz Zəlimxan Məmmədli qoyub. Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar tərəfindən səsləndirilən bu iddia indiyədək Zəlimxan Məmmədli tərəfindən əsaslı şəkildə təkzib olunmayıb.

Rusiya xüsusi xidmət orqanlarının aborigen borçalılardan və başqa milli azlıqlardan istifadə edərək, bölgədə ziddiyyət və koflikt yaratmaq istəyi isə həmişə olub və son on ildə bu cəhdlər daha da güclənib. Bu məsələləri Gürcüstanda stabilliyin pozulmasına, Azərbaycanla münasibətlərin zədələnməsinə, ölkə üçün həyati əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinə təhlükə yarada biləcək cəhdlər olaraq dəyərləndirmək olar. Ona görə də, Azərbaycan dövləti bu məsələdə həmişə aydın mövqe tutub, Gürcüstanda qeyri-stablliyə yol verməmmək üçün hər cür fədəkarlıq edib.

Azərbaycan Respublikasının milli maraqları ilə ziddiyət təşkil edən bu məsələlərlə bağlı "Borçalı” ictimai cəmiyyəti Zəlmixan Məmmədlinin sədrliyi dövründə prinsipial mövqe tuta bilməyib. Sədr olduğu dönəmlərdə özünün addımlarını "QHT-lər haqqında”qanunun və Cəmiyyətin nizamnaməsinin müddəalarına uyğun apara bilməyib. İctimai birliyin fəaliyyət istiqamətini dəyişərək ona siyasi rəng verib. Bütün bunlar zaman-zaman Zəlimxan Məmmədliyə və bütövlükdə "Borçalı” ictiami cəmiyyətinə qarşı haqlı tənqid və ittihamların meydana çıxmasına səbəb olub. Nəhayət, Cəmiyyətin təsisçiləri və fəalları iyun ayının 25-də növbədənkənar konfrans çağıraraq Zəlimxan Məmmədlini sədrlikdən kənarlaşdırıblar.

Bununla belə, Zəlimxan Məmmədli Cəmiyyətin təsisçilərinin və fəallarının iradəsi ilə barışmaq və sədrlik iddiasından əl çəkmək istəmir. Özünü də cəmiyyətin adını da nüfuzdan salmaqda davam edir. Əlbəttə, bu məsələ tezliklə hüquqi müstəvidə öz həllini tapacaq. Ancaq Zəlimxan Məmmədli bu günə kimi "Borçalı” ictimai cəmiyyətinin imicinə vurduğu ziyanı anlamaq istəmir.Və qurumda qəsdən ikitirəlik yaranmasına şərait yaradır və bununla da ictimai fikrə təsir göstərməyə çalışır.

Bu isə görünür, onun "Borçalı” ictiami cəmiyyətinə, bütövlükdə Borçalıya və borçalılara son zərbəsidir. Ancaq bunun da sonu var. Bundan sonra Zəlimxan Məmmədlinin həmyerlilərinin məclislərinə hansı üzlə gedəcək?

O, bu haqda düşünsə özünün olan-qalan hörmətini saxlamış olardı. Amma görünür, təəssüf ki, o, bunu istəmir...

Bütün hallarda"Borçalı” ictiami cəmiyyəti isə üzərindəki bu ağır yükü atmalı, Zəlmixan Məmmədli isə özünün sonrakı fəaliyyətini götür-qoy etməlidir.]]>
Müşviq BORÇALI Tue, 12 Jul 2016 15:55:57 +0000
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın” https://turan.info.az/gurcustan/borchali/1610-boralnn-yeni-sdri-zlimxan-mmmdliy-tklif-etdim-ki-siyasi-pariya-yaratsn.html https://turan.info.az/gurcustan/borchali/1610-boralnn-yeni-sdri-zlimxan-mmmdliy-tklif-etdim-ki-siyasi-pariya-yaratsn.html “Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
"Borçalı” ictimai cəmiyyətinin yeni sədri, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov Tezis.az-ın suallarını cavablandırıb:
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
- Kərəm müəllim, iyunun 25-də "Borçalı” ictimai cəmiyyətinin növbədənkənar ümumi yığıncağında sədr seçildiniz. Necə oldu belə bir konfrans çağırıldı? Topantıda "Borçalı” cəmiyyətinin son 7 il ərzində mövcud qanunlara zidd fəaliyyət göstərdiyi bildirilib. Söhbət hansı qanunsuzluqlardan gedir?
- Borçalı ziyalıları qanuni qaydada "Borçalı” ictimai cəmiyyətinin təsisçilərinə müraciət edib narazılıqlarını bildirmişdilər. Təsisçilər 1 ay ərzində oturub bu işə baxdılar. Məsələni təftiş edib bu qərara gəldilər ki, ümumi yığıncağa ehtiyac var. "Borçalı” cəmiyyətinin İdarə Heyətində borçalılar təmsil olunmurdu, səhv etmirəmsə, cəmi 3 nəfər Borçalıdan idi. İdarə Heyətinin qalan nümayəndələri bəlkə də Borçalını ancaq xəritədə görmüşdülər, beş Borçalı kəndinin adını sadalaya bilməzdilər. Təsisçiləri narahat edən o oldu ki, "Borçalı” ictimai cəmiyyəti siyasi təşkilata çevrilməyə başlayıb. Belə qənaətə gəldik ki, 250-yə yaxın nümayəndə toplansn və növbədənkənar konfrans keçirilsin. Başkeçid, Bolnisi, Marneuli, Qardabani, Tiflis ətrafından nümayəndələr dəvət edilmişdi. Məni də yığıncağa çağırmışdılar. Təsisçilər Zəlimxan bəylə işləmiş adamları bir-bir dinlədi. Mən də vaxtilə İdarə Heyətinin üzvü idim. Keçmiş üzvlər dinlənildi ki, görək narazılıq nədəndir? Onların da əksəriyyəti qeyd elədilər ki, "Borçalı” cəmiyyəti QHT-dən siyasi partiyaya dönüşməkdədir.
- İdarə Heyətindən niyə çıxmışdınız?
- Hər bir QHT-nin öz funksiyaları var. Bunun adı "Borçalı”dırsa, daha çox Borçalı ilə məşğul olmalıdır.
- Cəmiyyət siyasi partiyaya necə çevrilirdi ki?
- Daha çox müxalifət düşərgəsində olan adamlar təmsil olunurdu. Düzdür, onlar da bizim soydaşımız, qardaşımızdır. Hər halda Azərbaycan dövlətində yaşayırıqsa, iqtidardan da nümayəndələr iştirak etsəydi yaxşı olardı. Borçalı təkcə müxalifətin dərdi və sevinci deyil axı. Mən belə başa düşürəm, bəlkə başqası məsələyə başqa cür yanaşır.
- Yeni sədr seçkisi necə baş tutdu? Namizədliyinizi verməyi əvvəlcədən planlaşdırmışdınız?
- Xeyr, mənim üçün də sürpriz oldu. Cəmiyyətin fəaliyyəti ilə bağlı bəyanatı imzalayan 10 nəfərdən biri idim. Bu yaxınlara qədər Zəlimxan Məmmədlinin birinci müavini olmuş Firudin İsmayılov da konfransda çıxış etdi. Hər çıxışçı fikrinin sonunda deyirdi ki, sədrin fəaliyyətinə xitam verilsin. Təsisçilər belə qərara gəldi ki, yeni namizədlər irəli sürülsün. 5 nəfərin namizədliyi verildi, namizədliyi irəli sürülən şəxslərdən biri də mən idim. Namizədlər Azərbaycan ictimaiyyətində yetərincə tanınmış, sanballı adamlar idi. Müzakirələr başlayanda Musa Nəbioğlu, Müşfiq Borçalı namizədliyini geri götürdü. Açığı, mən də namizədliyimi geri götürmək istəyirdim, amma orada bir söz deyildi, o söz məni tutdu. Axı mənim elmi işim Borçalının qədim və orta əsrlər dövrünün tədqiqi ilə bağlıdır. Ömrümün yarısını ona həsr etmişəm. Qayıtdılar ki, müəllim, ölülərin tarixini yazmaq asandır, bu gün dirisinizsə, dirilərin ən yeni tarixini də siz yazın, sədr olub fəaliyyətinizlə göstərin ki, Borçalı hələ qabaqdadır. Sonda 2 nəfərin- mənim və Vahid Qurbanovun namizədliyiətrafında səsvermə başladı. Səsvermə nəticəsində sədr seçildim. Bəlli oldu ki, Vahid müəllimə 50 nəfərə yaxın adam səs verib, qalanlar Kərəm Məmmədova səs vermişdi.
- Açıq səsvermə idi?
- Bəli, say komissiyası da vardı, seçki protokollaşdırıldı. Sonda söz mənə verildi. Dedim ki, onsuzda vətənimiz 10 yerə bölünüb, Borçalı da bölünməsin deyə xahiş edirəm, təklifimi qəbul eləsinlər, namizədliyi irəli sürülənlərin hər biri müavinlərim, Vahid Qurbanov isə birinci müavinim olsun. Fikrimcə, Borçalıya qulluq etmək üçün sədr olmaq mütləq deyil. Təkliflərimdən biri də o idi ki, ildə bir dəfə "Borçalı” cəmiyyətində sədr seçkisi keçirilsin və seçilən sədr 2 dəfədən artıq bu təşkilata rəhbərlik etməsin.
- Elat bayramı ənənələri davam edəcək?
- Niyə davam etməsin ki? Elat bayramı el şənliyi şəklində keçirilməlidir, pafoslu çıxışlar üçün meydan olmamalıdır. Orada yaxşı olardı ki, gürcülər və bizim mədəniyyət nümayəndələrimiz çıxış edəydi. Bu gün Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən biri Gürcüstandır. Elat ona görə də qardaşlıq və dostluq bayramı olmalıdır. Orada qeyri-ciddi bəyanatlar səslənməməlidir. Mədəni əhəmiyyət daşımalıdır.
- "Borçalı” cəmiyyətində nələri həyata keçirmək niyyətindəsiniz?
- Körpülər millətləri birləşdirən vasitə də ola bilər, ayıran vasitə də. Pakistanla Hindistanın ortasında bir körpü var, orada iki ölkə əsgərləri bir-birinə güc nümayiş etdirir. Biz isə nədən Azərbaycanı Gürcüstana bağlayan Qırmızı körpünü dostluq körpüsü etməyək? Bu körpünün canlı forması Borçalıdır. Borçalı Azəbaycanın mədəni dəyərlərini gürcülərə, gürcülərin mədəni dəyərlərini Azərbaycana ötürən bir vasitə olmalıdır.
- Cəmiyyətin əvvəlki sədri Zəlimxan Məmmədli dünən belə bir bəyanat yaydı ki, Kərəm Məmmədov "Borçalı” ictimai cəmiyyətinin sədri deyil, saxta, növbədənkənar konfrans keçirilib. Ədliyyə Nazirliyinin müvafiq qurumlarına həmin iclasın legitim "Borçalı” cəmiyyətinin aidiyyəti olmadığını barədə müraciət göndərilib. Ondan belə yanaşma gözləyirdiniz?
- Onların haqqıdır, müraciət etsinlər. Niyə Zəlimxan Məmmədli toplantısına "Borçalı” cəmiyyətinin təsisçilərindən heç kəsi dəvət etməyib? İndiyədək keçirilən konfransların demək olar ki, 80 faizinə təsisçilər dəvət edilməyib. Ədliyyə Nazirliyi bu məsələyə hüquqi baxımdan qiymət verəcək.
- Təsisçilər iclaslara niyə çağırılmırdı ki?
- Onu Zəlimxan Məmmədlidən soruşmaq lazımdır.
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
- Faktiki olaraq "Borçalı” cəmiyyəti iki qrupa bölünüb. Siyasi təşkilatlarda da eyni ad altında iki qrupun fəaliyyət göstərdiyi təcrübələri olur. Bu hala son qoymaq üçün addımlar atacaqsınız?
- Buna ikitirəlik deməzdim. 250 nəfər nümayəndənin iştirakı ilə Borçalının bütün tanınmış ziyalılarının təmsil olunduğu konfransda yeni seçki keçirilibsə, niyə buna ikitirəlik deyək? İkitirəlik o halda olar ki, təşkilat 2-3 yerə bölünər. Mən sədr seçilmişəmsə, bu, o demək deyil ki, Zəlimxan Məmmədli ilə düşmənçilik edəcəyəm. Şəxsən ilk növbədə çalışacağam ki, Zəlimxan Məmmədliyə Gürcüstan hökuməti tərəfindən qoyulan qadağa aradan qaldırılsın. Bu məsələni gürcülərin qarşısında qaldıracaam.
- Hazırda Zəlimxan Məmmədli ilə münasibətləriniz necədir?
- Tam normaldır.
- Yəqin seçkidən sonra görüşməmisiniz...
- Seçkidən əvvəl ağsaqqalların iştirakı ilə Zəlimxan bəylə görüşdük. Orada təklif etdim ki, siyasi fəaliyyət göstərmək istəyirsinizsə, partiya yarada bilərsiniz. Hətta dedim ki, Təbriz, Kərkük, Dərbəndlə bağlı tədbirlər keçirirsiniz, mən də türk balası və tarixçi kimi gəlib çıxış edərəm, lap partiyanızın sıravi üzvü olaram.
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
- Cavab necə oldu?
- Heç bir cavab vermədi. Amma bu təklif mənim tərəfimdən verildi. Bir daha təkrar edirəm, Borçalıya xidmət üçün cəmiyyətin sədri olmaq əsas deyil. 3 ildən sonra mən "Borçalı” cəmiyyətində sədr olmayacağam, amma bu, o demək deyil ki, Boçalını unutmalıyam. Mən yenə də cəmiyyətin işində iştirak edəcəyəm, Borçalının tarixini daha da dərindən araşdıracağam, yeni monoqrafiyalar yazacağam.Buna görə inciməyəcəym ki, məni niyə sədrlikdən çıxardılar. Ola bilsin bir ildən sonra təntənəli şəkildə öz səlahiyyətimi başqasına ötürəcəyəm. Burada nə var ki? Necə ki, vaxtilə Eyvaz Borçalı öz səlahiyyətini təhvil verdi, eyni şey mənim tərəfimdən də ediləcək.
Ləman NİYAZLI


Daha ətraflı Tezis.az-da:
http://tezis.az/medeni-seviyye/3150-borcalinin-yeni-sedri-zelimxan-memmedliye-teklif-etdim-ki-siyasi-pariya-yaratsin.html - See more at: http://tezis.az/medeni-seviyye/3150-borcalinin-yeni-sedri-zelimxan-memmedliye-teklif-etdim-ki-siyasi-pariya-yaratsin.html#sthash.KVNwZ8S3.dpuf]]>
Müşviq BORÇALI Sat, 02 Jul 2016 01:56:57 +0000
“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!... https://turan.info.az/gurcustan/borchali/1608-borali-cmyyt-paralanmayib-sadc-rhbrlk-yenlnb.html https://turan.info.az/gurcustan/borchali/1608-borali-cmyyt-paralanmayib-sadc-rhbrlk-yenlnb.html “BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!...Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi

İyunun 25-də “Borçalı” Cəmiyyətinin növbədənkənar ümumi yığıncaq keçirməsindən və bu yığıncaqda cəmiyyətin rəhbərliyinin fəaliyyətinin qeyri-qənaətbəxş hesab olunaraq, yeni sədr, idarə heyəti və Ağsaqqallar Şurası seçilməsindən keçən müddət ərzində bununla bağlı mətbuatda və sosial şəbəkələrdə münasibət bildirənlər çox oldu. Əksəriyət bunu razılıqla qarşılasa da, təşkilatda rəhbərliyin dəyişməsini “inqilabi çevriliş”, “borçalıların parçalanması” və s. kimi dəyərləndirənlər də oldu. Təbii ki, obyektiv və ya subyektiv olmasından asılı olmayaraq, hər kəs öz fikrini ifadə etməkdə haqlıdır və bu səbəbdən də hər kəsin fikrinə hörmət əlaməti olaraq razılaşmadığım məqamlarla rastlaşsam da, indiyədək mən də cavab verməyə lüzum görmürdüm. Amma iyunun 30-da elpress.az saytında dostum Elbəyi Cəlaloğlunun ““Borçalı” Cəmiyyəti və ona qarşı diferensiasiya səciyyəli toplantı” sərlövhəli yazısını oxuduqdan sonra qərara gəldim ki, ən azından dost ismarıcını cavabsız qoymaq olmaz. Üstəlik o yığıncaqda iştirak edən, idarə heyətinə üzv seçilən və hətta sədrliyə namizədliyi irəli sürülənlərdən biri də mən olduğumdan və elə bu səbəbdən də E.Cəlaloğlunun ittihamlarının (oxu: təhqirlərinin) həm də mənə aid oluğunu düşünürrək münasibət bildirmək qərarına gəldim.
Məqaləsinin az qala yarısını “Borçalı” Cəmiyyətinin son ildəki fəaliyyətinə qiymət verməyə (oxu: tərifləməyə!) həsr edən, bu yeddi ili Cəmiyyətin “tarixinin ən parlaq dövrü” adlandıran E.Cəlaloğlundan fərqli olaraq, mən nə Cəmiyyət, nə də onun rəhbərliyi haqda danışmayacam. Yəni, məqsədim cəmiyyətin işini təftiş etmək, yaxşı, yaxud pis tərəflərini sadalamaq deyil. Təbii ki, dəyərləndiriləsi fəaliyyətləri olub və buna görə də ancaq “sağ ol” deyə bilərik.
Əməkdar Mədəniyyət İşçisi, folklorşünas alim Elxan Məmmədlinin “mən Borçalı ictimai cəmiyyətinin sədri kimi əvəzolunmaz biri varsa, Zəlimxan Məmmədlini tanıyıram və nə qədər ömrüm var, onunla bir yerdə Borçalımızın rifahı naminə çalışmaqda davam edəcəm”, – deməsinə də böyük hörmətlə yanaşıram və səmimiyyətinə də qətiyyən şübhəm yoxdur.
Amma E.Cəlaloğlunun toxunduğu məsələlərə münasibət bildirməzdən əvvəl, digər iki tanınmış şəxsin bu mövzuda sosial şəbəklərdə oxuduğum rəylərinə dair fikirlərimi də bölüşmək istəyirəm.
Məsələyə münasibət bildirən hörmətli Millət vəkili, obyektivliyinə heç zaman şübhə etmədiyim, mətbuatdakı çıxışlarını maraqla izlədiyim Fazil Mustafanın nəzərinə çatdırmaq istəyirəm ki, əvvəla, nə cəmiyyətin təsisçiləri, nə də ümumi yığıncağın iştirakçıları iyunun 25-də həmin yığıncağı çağırmaqda heç bir siyasi məqsəd güdməyiblər ki, dediyiniz kimi də bu, zərərli bir addım ola. Və bir də, burada söhbət, narahatçılığınızı ifadə etdiyiniz kimi, “Borçalı” İC-nin parçalanmasından yox, ancaq rəhbərliyin keyfiyyətcə yenilənməsindən gedir. Axı, təsisçilərin üçü də daxil (ikisi rəhmətə gedib) 250 nəfərin iştirak etdiyi bir ümumi yığıncaqda hansı parçalanmadan söhbət gedə bilər? Kim özünün qurduğu təşkilatı parçalayar?
Bütün bunlardan sonra, siz, təsisçilərin və ümumi yığıncaq iştirakçılarının yekdil qərarına yox, “Zəlimxan bəyə dəstəyimizi davam etdirəcəyik”, – deyirsinizsə, nə deyə bilərik, dostluqda sədaqət nümunəsi kimi, bu da sizin qənaətinizdir.
Ümumi yığıncaq, hörmətli hüquqşünas İlqar Altayın dediyi kimi, “Aidiyyətsiz və səlahiyyətsiz şəxslər” tərəfindən də çağırılmayıb. Cəmiyyətin qanuni təsisçiləri Azərbaycan Respublikasının qanunlarının və cəmiyyətin nizamnaməsinin onlara verdiyi hüquqdan istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırıblar.
Görəsən, bunu “açıq və nümayişkaranə özbaşınalıq və saxtakarlıq” adlandıran hüquqşünas nəyə əsaslanır? Axı, hüquqşünas hisslərə söykənməməli, dediyi fikirləri müvafiq qanunvericliklə əsaslandırmalıdır. Konkret bu halda isə deyə bilərmi ki, təsisçilər öz hüquqlarından istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırıb təsisçisi olduqları cəmiyyətin başında duranların fəaliyyətinə qiymət vermək istəyirlərsə və bu yğığıncaqda çoxsaylı borçalılar iştirak edirsə, burda hansı qanunun hansı maddəsi pozulub? Fikirlərini müvafiq qanunlara istinad edərək əsaslandırmaq əvəzinə, görün hörmətli hüquqşünas nə deyir:
“Və nəticə etibarı ilə kobud surətdə bir ictimai təşkilatın adı, fəaliyyəti və nüfuzuna, onun Azərbaycan qanunları tərəfindən təmin edilən, qorunan hüquqlarına basqı edilir”. Əgər doğrudan da, hörmətli hüquqşünasın dediyi kimi, bu cəmiyyətin “hüquqlarına basqı” edilibsə, niyə buna qarşı hüquq müstəvisində mübarizə aparmır? Təsisçiləri və bütövlükdə həmin ümumi yığıncağın iştirakçılarını nəzərdə tutaraq, “Başa düşmürlərmi ki, dövlətin rəsmi tanıdığı ictimai təşkilat elə dövlət təşkilatı qədər toxunulmazdır?”, – deyən hüquqşünas özü görəsən başa düşmürmü ki, bir vaxtlar həmin cəmiyyəti təsis edib, müvafiq dövlət qurumlarından da onun qeydiyyata alınmasını xahiş edən təsisçilərin hüquqlarını danmış olur? Bilmirmi ki, təsisçilərin hətta bir nəfərinin belə istənilən vaxt ümumi yığıncağın çağırılmasını tələb etmək hüququ var?
Bunları görməzlikdən gələn hüquqşünas hətta bir az da uzağa gedərək görün nə deyir: “Yaxşı olar ki, dövlətçiliyimiz və ictimai sabitliyimizin, qanunlarımızın əsas keşikçisi olan Azərbaycan Respublikası Prokurorluğu bütün bu sualların aydınlaşdırılması üçün məsələyə müdaxilə etsin, aidiyyətli hüquq-mühafizə güc strukturları müvafiq tədbirlərini görsünlər”. Görəsən, hüquqşünasın məntiqinə görə, “aidiyyatı hüquq-mühafizə və güc strukturları” hansı tədbirləri görməlidir? Belə çıxır ki, insanların bir yerə toplaşıb öz fikirlərini ifadə etmək azadlığını boğmalıymış? Yaxşı olmazmı ki, sosial şəbəkədə belə populist çıxış etməkdənsə, hörmətli hüquqşünas, əgər düşünürsə ki, doğrudan da, Borçalı İC-nin artıq keçmiş rəhbərliyinin hüquqları pozulub, o zaman onlara vəkillik edib, hüquqlarını müdafiə etsin.
İndi isə Elbəyi Cəlaloğlunun ittihamlarına münasibət bildirmək istəyirəm. Yazırsınız ki, “əfsuslar olsun ki, hələ də aramızda bürokratik düşüncələrdən xilas ola bilməyən, Sovet rejiminin diktatura siyasəti üsulundan qurtula bilməyən, bəzi arzuolunmaz daxili və ya xarici qüvvələrin marağına xidmət edən, diferensiasiya yolunu tutan, buqələmunluğu özünə peşə və ya həyat tərzi seçmiş soydaşlarımız da var”.
Hörmətli Elbəyi bəy, necə olub ki, bu neçə ildə bilməmişəm sənin insanları tanımaqda (oxu: suçlamaqda!) bu qədər böyük mütəxəssis olduğunu! Belə olmasaydı böyük cəsarət və eyni zamanda risk tələb edən bir məsuliyyəti üzərinə götürüb o yığıncaqda iştirak edənləri “xarici qüvvələrin marağına xidmət” etməkdə suçlamaz, “buqələmun” adlandırmazdın. Kimdir bu “buqələmun” dediklərin? Bircəciyini adıyla göstərə bilərsənmi? Yeri gəlmişkən, təəssüf ki, mənim tərbiyəm və əxlaqım yol vermir ki, bəzilərinin timsalında “buqələmunluğun anatomiyasını” açıqlayım. Axı, adamın yanında çox şey danışarlar.
250 nəfərin iştirak etdiyi bir yığıncağa gələnləri “cahil” və “münafiq” adlandırırsan, “qanundankənar addım atmaqda” ittiham edirsən, yeni nüfuz meyarı müəyyənləşdirərək ordakıların “olan-qalan nüfuzlarını darmadağın” etdiklərini söyləyirsən. Bir az da irəli gedərək yazırsan: “Borçalı” Cəmiyyətinin təsisçilərindən bəzilərini öz tərəfinə çəkərək, onların nüfuzundan sui-istifadə etməklə, hətta bəzi ağsaqqallarımızı bu dövlət qanunlarına zidd, cəmiyyətin nizamnaməsinə uyğun olmayan məkrli qiyama cəlb etməkdən belə çəkinmədilər”. Hörmətli Elbəyi bəy, əvvəla, o yığıncaq, dediyin kimi, təsisçilərin bəzilərinin yox, hamısının – bu gün həyatda olan üç nəfərin (iki nəfər dünyasını dəyişib) müvafiq qanunvericiliyin onlara verdiyi hüquq əsasında çağırılıb. İkincisi də, nə təsisçilər, nə də o yığıncaqda iştirak edən ağsaqqal ziyalılar düşündüyünüz qədər sadəlövh deyillər ki, kimsə onların başını qata bilsinlər. Onlar bir dəfə necə aldandıqlarını da unutmayıblar.
“Onların toplumun imicinə xələl gətirən bu hərəkətləri”, “qiyam tərəfdarlarının yazdıqları inqubator cücələrinə bənzəyirlər”, – kimi ifadələr işlədirsən. Deyə bilərsənmi, toplumun imicinə hansı xələl gəlib, necə olur ki, cəmiyyətin təsisçilərinə xəbər vermədən tərəfinizdən yığıncaq keçirilməsi qiyam adlanmır, amma halalca təsisçilərin öz hüquqlarından istifadə edərək təşkilatın fəaliyyətinə qiymət vermək üçün ümumi yığıncaq çağırmaları “qiyam” adlandırılır. Harda görünüb ki, insan özü yaratdığı təşkilata qarşı qiyam eləsin.
Yazırsan ki, “Zəlimxan Məmmədli fərd olaraq, eyni zamanda tanınmış ictimai-siyasi xadim olaraq özəl fikirlərə sahib olmasaydı bu, təəccüblü görünərdi”. Haqlısan, bir fərd olaraq, öz fikrini ifadə etməkdə haqlıdır. Heç kəsin də bu barədə ona irad tutmağa haqqı yoxdur. Amma dediyin kimi, bir fərd olaraq! Çünki rəhbərlik etdiyi təşkilat siyasi partiya deyil və o da özünün fikrini, xüsusən də siyasi düşüncələrini rəhbərlik etdiyi qeyri-hökümət təşklilatının adından səsləndirməməli, məhz şəxsi fikri kimi bildirməlidir. Tez-tez qanunların pozulmasından danışırsınız, yəqin, bilməmiş də deyilsinizi ki, QHT-lərin siyasi fəaliyyətlə məşğul olmasını qanunlarımız qadağan edir.
Bilmirəm nədən bu qənaətə gəlirsən ki, kimsə iddia edir ki, “cəmiyyətə sədr seçilmiş şəxs hər iki – Azərbaycan və Gürcüstan dövlətlərinin iqtidar partiyasına daxil olmalıdır, iqtidar dəyişdikcə sədr də partiyasını dəyişməlidir”. Heç kəs bu qənaətdə deyil və sənin də dediyin kimi, belə fikrə gəlmək elə qeyri-hökümət təşkilatını siyasiləşdirmək qədər gülüncdür.
Yazını maraqlı sonluqla bitirisən: “Biz Zəlimxan Məmmədlinin başçılığı ilə “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvləri, El məclisləri başçıları və cəmiyyət fəalları olaraq yenə də tolerantlıq, dözüm, səbir nümayiş etdirir, həmin bu qeyri-qanuni toparlaşan soydaşlarımızı Cəmiyyətə dəvət edir, onların fikirlərini, tələblərini birlikdə müzakirə etməyə hazır olduğumuzu bildiririk. Onların bu təklifimizi qəbul etmədikləri, öz mövqelərində qaldıqları halda isə, onsuz da heç nəyə nail ola bilməyəcəkləri və özlərinin bir ömürə yığdığı az-çox nüfuzlarına xələl gətirəcəklərinə əmin olmaları barədə xəbərdar etməyi özümüzə borc bildik”.
Əvvəla, bizlərin, dediyin kimi, “bir ömürə” yığdığımız “az-çox” nüfuzumuza xələl gətirə biləcəyimizdən narahat olub, “vaxtında” xəbərdarlıq etdiyinə görə səmimi təşəkkür edirəm. Amma doğrudan da, belə səbirli, dözümlü olub, müazkirə aparmaq istəyirdinizsə, nədən cəmiyyətin təsisçilərinin dəvətini qəbul etmədiniz? Gəlsəydiniz, bəlkə də, o yığıncaqda müzakirə başqa axarda gedər, iradlar bildirilməklə yanaşı, sizlərə bir daha şans verilərdi. Nədən gəmidə oturub, gəmiçini saymadınız? İndiyədək “idarə etdiyiniz” təşkilatın qanuni təsisçilərinin çağırışını qəbul etmədiniz. Və bir də maraqlıdır, görəsən, bu son cümləndə – yəni müzakirəyə dəvət məsələsində səmimisən, yoxsa daha əvvəldə “münafiq”, “buqələmun”, “qiyamçı” və s. adlandıranda – borçalıları təhqir edəndə? Bizi “Borçalı” İC-ni parçalamaqda ittiham edib, özünüz borçalıları niyə təhqir edirsiniz?
Sonda, “Borçalı” Cəmiyyəti parçalandı deyənlərə isə çatdırmaq istəyirəm ki, bu cəmiyyət parçalanmayıb, sadəcə rəhbərlik dəyişilib. Borçalıya və borçalılara xidmət etmək üçün isə mütləq deyil ki, hamı cəmiyyətin sədri olsun. Hamımız yenə də bir yerdə olacağıq, heç kəs diqqətdən kənarda qalmayacaq. Borçalı hamımızın olduğu kimi, “Borçalı” cəmiyyəti də hamımızındır!
Borçalılar həmişə olduğu kimi, yenə də monolitliyini, ağızbirliyini qoruyacaq, əl-ələ verib Gürcüstanda yaşayan soydaşlarımızın daha firavan həyatı naminə fədakarlıq göstərəcək, Cənubi Qafqazın iki dost, qardaş ölkəsi olan Azərbaycanla Gürcüstanın qanunlarına hörmətlə fəaliyyət göstərərək iki ölkə arasında əsl dostluq körpüsünə çevriləcək.]]>
Müşviq BORÇALI Fri, 01 Jul 2016 11:54:18 +0000
= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = = https://turan.info.az/gurcustan/borchali/1604-taninmi-alm-v-ctma-xadm-el-asaqqali-elxan-mmmdly-aq-mktub.html https://turan.info.az/gurcustan/borchali/1604-taninmi-alm-v-ctma-xadm-el-asaqqali-elxan-mmmdly-aq-mktub.html = = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = = Çox hörmətli Elxan müəllim. Sizə cavab yazdığım üçün dönə-dönə üzr istəyirəm. Siz də mənim cani-dildən əmimoğlusunuz, yaşda da, başda da məndən böyüksünüz, müəllimimsiniz, ustadımızsınız. Böyüyün və ya ustadın-müəllimin üzünəağ olmağı heç zaman sevmirəm. Amma susa da bilmirəm, bağışlayın. Bəli, bir zamanlar mən də elə sizin kimi düşünürdüm. Elə çoxları bu fikirdə idi. Hətta onun 1-ci müavini və müavinləri də bu fikirdə idilər. Onun səhvlərinə qarşı öz narazılığımı bildirəndə və ya onun əleyhinə nəsə söz deyəndə mənimlə dəfələrlə mübahisələr də ediblər. Və həmişə də elə sizin bu sözləri söyləyiblər:
"Ancaq mən Borçalı ictimaii cəmiyyətinin sədri kimi əvəzolunmaz biri varsa Zəlimxan Məmmədlini tanıyıram və nə qədər ömrüm var onunla bir yardə Borçalımızın rifahı naminə çalışmaqda davam edəcəm."
Bəs nə oldu???... Niyə ondan aralandılar?..
"Borçalı" Cəmiyyətinin ştamp-möhürünü bəh-bəhlə ona təqdim edən aqsaqqalımız, Borçalı Cəmiyyətinin təsisçısı Eyvaz Borçalı, Cəmiyyətin digər təsisçiləri - professor Hidayət Nuriyev, tanınmış jurnalist Şərif Kərimli, 6 il o cəmiyyətə can qoymuş, sədrin 1-ci müavini vəzifəsində çalışmış Firudin İsmayılov, Asif Ozan, eləcə də ağsaqqal alimlərimiz, AMEA-nın həqiqi üzvü, akademik, Dövlət Mükafatı laureatı Ramiz Məmmədov, Nyu-York Elmlər Akademiyasının akademiki Mədəd Çobanov, professor Tahir Pənahov, BDU-nun kafedra müdiri, professor Həmid Vəliyev, Əməkdar jurnalistimiz İlyas Adıgözəlli, tanınmış tarixçi-alim Kərəm Məmmədov, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Dəyanət Osmanlı, daha kimlər, kimlər... şairlər, yazıçılar, müəllimlər...nədən ondan üz döndərdilər???..."Borçalı" Cəmiyyətinin idarə heyətinin aqsaqqal üzvləri, dəyərli ziyalılarımız, Əməkdar memar Ömər Qoçulu, tanınmış şair-jurnalist Mədəd Coşğun, elə biri də siz özünüz nədən son konfransda "BORÇALI" Cəmiyyətinin idarə heyətindən uzaqlaşdırıldınız?.. Yoxsa sizlər gözəl alim olsa da, amma Borçalıya heç bir aidiyatı olmayan Telman Əliyevdən dəmi qocasınız?... Bircə dəfə bu sualı ona vermisinizmi??... Keçən il və eləcə də ondan əvvəlki il Elatda olan nöqsanları, söz-söhbətləri, narazılıqları ona çatdırmısınızmı?..
Bütün Borçalılıların Elat bayramını məhz sizin aparıcılığınızla keçirilməsini arzulasalar da, nədən bu vəzifə sizə yox, əslən nəinki Başkeçiddən, Borçalıdan, hətta ümumiyyətlə Gürcüstandan olmayan birisinə həvalə olundu???
Çox hörmətli Elxan müəllim, mən ondan qorxuram ki, "Borçalı" cəmiyyətinin sabiq rəhbərliyi tərəfindən ağsaqqallarımıza qarşı olan hörmətsizlik bir gün gəlib sizə də çata bilər. Çünki, artıq bu son zamanlar dırnaq arası "ənənə" halını alıb, hətta son bəyanatda az qala aqsaqqallarımızı "ağılsız, şüursuz" adlandırmaqdan belə çəkinməyib... Siz heç olmasa onun sonuncu bəyanatındakı bu səhvini ona xatırlatdınızmı?...
Bir daha sizə bu cür suallarla müraciət etdiyim üçün üzr diləyirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, elmi yaradıcılığınızda və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!..
Dərin hörmət və ehtiramla, Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Wed, 29 Jun 2016 18:27:00 +0000
Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB https://turan.info.az/media/1595-krm-mmmdov-boral-cmiyytinin-yeni-sdri-seildi.html https://turan.info.az/media/1595-krm-mmmdov-boral-cmiyytinin-yeni-sdri-seildi.html Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB
turan.info.az bildirir ki, 25 iyun tarixdə Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı keçirilib. Borçalı ictimai Cəmiyyətinin təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli tərəfindən çağrılan növbədənkənar konfransda 231 nümayəndə iştirak edib. Konfransda həmçinin çoxsaylı qonaqlar, o cümlədən Gürcüstan Türkləri Konfederasiyasının, Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin və Gürcüstan Qarapapaq Türkləri Birliyinin təmsilçiləri, həmçinin Gürcüstan və Türkiyədən qonaqlar iştirak ediblər. Bu barədə mətbuata Borçalı Cəmiyyətinin təsisçisi Şərif Kərimli məlumat verib

Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı ictimai-siyasi məslələri müzakirə etdikdən sonra təşkilati məsələlərə baxıb. Konfrans alternativ əsasla, açıq səsvermə zamanı tanınmış tarixçi-antropoloq alim Kərəm Məmmədov Borçalı İctimai Cəmiyyətinin yeni sədri seçilib. Konfrans həmçinin 21 nəfər tərkibdə Borçalı İctimai Cəmiyyətinin İdarə Heyətini və 3 nəfər tərkibdə Mərkəzi Nəzarət Təftiş Komisiyyasını formalaşdırıb. Cəmiyyətin idarə heyətinə Borçalı əsilli tanınmış ziyalılar və ictimai-siyasi xadimlər seçiliblər.
13522421_845259828911192_1685215629_n.jpg


Qeyd edək ki, Borçalı İctimai Cəmiyyəti 1993-cü ildə Azərbaycanda yardılıb. 1993-2009-cu illərdə Cəmiyyətə Eyvaz Borçalı 2009-2016-cı illərdə isə Zəlimxan Məmmədli rəhbərlik edib.

Borçalı İctimai Cəmiyyətinin yeni sədri Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 22-də Başkeçid (Dmanisi) rayonunun Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş.

1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir.1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır.1995-ci ildən Bakı Dövlət Universititinin Tarix fakultəsində müəllim, 1996-cı ildən BDU Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir.
12342445_917402938344893_3731342768351671723_n.jpg

Aygün Paşayeva]]>
Müşviq BORÇALI Tue, 28 Jun 2016 03:28:57 +0000
Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axtaran şairdir” https://turan.info.az/arxiv/ramiz-abdullayev/1547-xalq-airi-mmmd-araz-ramiz-abdullayev-sevgi-mhbbt-lviyyt-axtaran-airdir.html https://turan.info.az/arxiv/ramiz-abdullayev/1547-xalq-airi-mmmd-araz-ramiz-abdullayev-sevgi-mhbbt-lviyyt-axtaran-airdir.html Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axtaran şairdir”

Gənclik insan ömrünün çı­raq­banı, il­hamçısı və sevgi dün­yas­ı­dır.
Yaradıcı insanlarda ilham və sevgi vəhdətliyi o də­rəcədə yüksəkdə durur ki, gənc yaş­larında yarat­dıq­­ları poetik duyum­lar dam­la-damla ruhlara hopur və sevgi dünyasında in­sanların güvənc yeri olur. Həmin yaradıcı gənclərdən biri də öz dəsti-xətti ilə seçilən Ramiz Abdullayevdir. Televiziya ekranlarında, radio dalğalarında sözlərinə bəstələnmiş mah­nıları dinləmiş və bəyənmişəm. Onun “Sevgi dolu gecələr”, “Mə­nim gizli məhəb­bətim”, “Görünmə sən gözlərimə”, “Ayrılıq olmayaydı” və s. mahnıları qəlbimi riqqətə gətir­miş­dir. Elə buna görə də 2000-ci ildə nəfis şəkildə çap olunan “Sevgi dolu gecələr” kitabına məmnuniyyətlə ön söz yazmış­dım. Budur, şairin yeni kitabı qarşımızdadır: “Vətən torpağı”! Eyni adlı şeirlə başlayan poeziya çələngində vətən sevgili şeirlər xüsusi ilə diqqəti cəlb edir:

Bu gün,Vətən,sənin üçün həyatımdan keçərəm mən,
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
Səni azad etmək üçün son qanımı tökərəm mən,
Arzum budur:sən azad ol, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən!

“Mənim gizli məhəbbətim”şeirində şair özüylə bacara bilmə­məyini səbrin gücünün vüqarında, öz gizli məhəbbətinin ülviliyində axtararaq özünü Məcnuna bərabər tutur:

Gəl öldürmə, diriltmə sən,
Axtarsalar Məcnuna tən,
Söylərəm ki, o mənəm, mən,
Mənim gizli məhəbbətim.

Bəzən şair gözəllikləri məzəmmət edərək öz ilk sevgilərinə sadiq qalmağa çağırır. Onlara ən “sərt”misraları yağdırmağı belə rəva görür.
“Görünmə sən gözlərimə”misrasıyla bitən hər bənddə sözləri ilk sevgisinə “güllə” yağışı kimi yağdıraraq onu məzəmmət edir:

Sən ikiyə böldün ürək,
Qəmdən-qəmə bürünərək,
İlk sevgimi öldürərək,
İnanmıram sözlərinə,
Görünmə sən, gözlərimə.

Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axtaran şairdir desək, səhv etmərik. Şair qardaşımıza həmişə axtarışda olmağı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Məmməd ARAZ,
Xalq şairi. ]]>
Müşviq BORÇALI Mon, 13 Jun 2016 19:01:31 +0000
Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası" https://turan.info.az/arxiv/ramiz-abdullayev/1548-xalq-airi-nriman-hsnzad-ramiz-abdullayevin-poetik-dnyas.html https://turan.info.az/arxiv/ramiz-abdullayev/1548-xalq-airi-nriman-hsnzad-ramiz-abdullayevin-poetik-dnyas.html Xalq şairi  Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"

Xalq şairi
Nəriman Həsənzadə:
“Ramiz Abdullayev öz yaradıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əxlaqi meyarlara cavab verən qələm sahibidir“

Ramiz Abdullayevin poetik dünyası


Yüksək poetik nümunə­lərdən söh­bət düşəndə ən əvvəl yazar-oxu­cu du­­­­yum­larının, ağrılarının üst-­üstə düş­­məsi ön plana çə­kil­məlidir. Belə ki, oxucu şair ağrısını öz iç süz­gə­cindən keçirib on­la­rı yaşayırsa demə­li yazılanları dəyər­lən­­dirmək olar və lazımdır da. Çünki həqiqi qiyməti oxucu ve­rir: onu nə aldat­maq, nə də qafiyələnmiş çıx­daş “məhsulla” başını qatmaq müm­­­­kün­dür. Yeri gəlmişkən və­tən­daşlıq liri­ka­sını, öz daxili ya­şantı­larına qurban verməyən şair yalnız al­qışlanmağa layiq­dir. Ra­miz Abdullayev öz ya­ra­dıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əx­laqi me­­yarlara cavab verən qələm sahibidir və bu amil se­vin­dir­mə­yə bilməz.
Efirdə, ekranda Ramiz Abdullayevin sözlərinə yazılmış mah­nılarını çox dinləmişəm. Bəri başdan deyim ki,bəstələrin mu­siqi və janr əlvanlığı,mətnlərdəki dərin lirizm müəllifin bö­yük ürək sahibi,şair ürəyinə malik olan insanı göz önündə can­lan­­dırırdı. Çox şadam ki,bu təəssürat özünü Ramiz Ab­dullayevin ki­tab­la­rın­da öz təsdiqini tapdı. İstər onun “Sevgi dolu ge­cələr” (2000-ci il), istərsə də “Vətən torpağı (2002-ci il), kitabı ol­­sun. Hər ikisindən, elə­cə də digər kitablarından bizlərə do­ğulduğu Bakı­nı­,­ ümu­miy­yətlə Azərbaycanı alovlu məhəb­bətlə sevən bir şair boy­la­nır: öz ürək pəncərəsindən boy­lanan bu şair oxucunu bütöv Və­tən torpağı na­minə mübariz ol­mağa çağırır və qələm süngüsü ilə öndə ge­də­cə­yinə hamını inan­dırıcı şəkildə əmin etməkdədir. Elə “Azad edəcəyəm səni, Qarabağ” şeirin­dən bir parça gətirmək kifayətdir:


Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Gördüyünüz kimi müəllif həmvətənlərinə daima ayıq-sayıq ol­mağı tələb etməklə,onları bədbinlikdən çəkindirir və inandırır ki, Qarabağın düşməndən alınacağı gün heç də uzaqda deyil. “Vətən Torpağı” şeiri də nikbin ruhda köklənmişdir.Şair tor­pağa olan sevgisini necə də gözəl və poetik qələmə almışdır.
“Mənim əsgər qadaşım”, “Bakım”, “Vətən”, “Daglar”, “Mə­nim Maş­tağa kəndim” kimi şeirlər Ramiz Abdullayevin sevgi palitra­sının genişliyini sözün qüdrəti ilə oxucuya çatdırır. Müəllifin Və­tən ünvanlı şeirlərinin heç birində məlum qafiələ­rə rast gəlin­mir, bu da onun zəngin söz ehtiyatına malik oldu­ğu­nu göstər­məkdədir.
Fəxarətlə vurğulamalıyam ki, şair poe­tik janrların ha­mısından uğurla istifadə edərək öz fikir əlvan­lığını oxuculara təqdim et­mək­də çətinlik çəkmir.
Ramiz Abdul­la­yevin sevgi şeirləri olduqca cəl­be­dici və oxu­naqlıdı. Məhz lirik misralarında o, oxucu qarşı­sı­na­ tam­ səmimiliyi ilə çıxır və onunla daxili çırpıntıla­rını, əzab­la­rı­nı bö­lüşdürməyə əs­­la utan­mır. Çünki müəllif sevdiyi qa­dınla da ,onu oxuyanların ya­­nında da safdır, açıqdır. Məhrəmlik isə Ramiz Abdullayevin böyük­lük ölçüsüdür. “Mənim ilk məhə­b­bə­tim”, “Sev­gi dolu gecələr” kimi şeirlər, “Səni gözləyəcək mə­nim göz­lə­rim”, “Düş­düm”, “Xoşbəxt et məni”, “Əsmə ey kü­lək” və baş­qa qə­zəllər müəl­­lifin ürək genişliyini,sevgilisinə sə­daqətini açıqlığı ilə göstər­məkdədir.
Ümumiyyətlə, Ramiz Abdul­layevin yaradıcılıq uni­ver­sal­lığı poe­­ziya ilə bitmir: onun dram əsərləri də dövlət dram teatrlarının səhnələrində uğurla tamaşaya qoyulur. Şair qar­da­şı­mın bir uğu­runa da qəlbən sevin­dim: Azərbaycan ədəbiy­ya­tının təman­nasız dostu, şair-tərcüməçi Giya Paçxataş­vili 2004-cü ildə Ramiz Ab­dullayevi rusdilli oxuculara təqdim etdi. Tər­cü­mə­çi­nin rus və azər­baycan dillərini mükəmməl bilməsi “Zem­lya ot­çiz­nı” kita­bı­nın uğuruna təminat verdi. Son olaraq bunu deyə bilə­rəm ki,Ramiz Abdullayev öz şeirləri və mahnı mət­nlərinin sanbalı ilə təsdiq etdi ki,o ədəbi aləmdə heç də tə­sa­düfi adam deyil.Mən bu gözəl qəlbli insane, kövrək şairə ye­ni-yeni zirvələri qət etməyi arzula­yı­ram. Tanrı səni və qələ­mini qoru­sun, Ramiz qardaşım!

Dərin hörmətlə:
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi.

“Dərbənd” qəzeti, 08 dekabr 2006.
“Bizim Lider” qəzeti, 06 mart 2009.]]>
Müşviq BORÇALI Mon, 13 Jun 2016 18:49:13 +0000
İMZASINDAN TANINAN ŞAİR https://turan.info.az/arxiv/musfiq-borcali/1546-mzasindan-taninan-ar.html https://turan.info.az/arxiv/musfiq-borcali/1546-mzasindan-taninan-ar.html İMZASINDAN  TANINAN  ŞAİR İMZASINDAN TANINAN SƏNƏTKAR
- NƏĞMƏKAR ŞAİR-DRAMATURQ
(Ön söz əvəzi)
Poeziya Tanrı vergisidir! - deyirlər. Bəli, bu, doğrudan da belədir! Adam var bu vergi ona üç yaşında verilir, Adam var, on üç yaşında, Adam da var ki… Adam da var ki, elə dün­yaya gələndə şair doğulur!..
Şair var, bir sətirindən, bir bəndindən bəllidir. Adam var ki, qalın-qalın kitablar nəşr olunsa da şair kimi tanınmır.
Şair var, bir bəndini əzbərləmək üçün bir həftə vaxt sərf olunur. Şair də var ki, şeirləri qısa bir vaxtda nəğmələrə çev­rilir, dillər əzbəri olur. Şair var, imzasını tanıdır, şair var im­za­sın­dan tanınır.
İmzasından tanınan şairlərdən biri də Ramiz Abdulla­yev­dir. Onun imzası bu gün Azər­baycanda oxuculara, xüsusilə də poeziya həvəskarlarına və nəğməsevərlərə artıq yaxşı ta­nışdır. Onun imzasını görən oxucu elə\ o dəqiqə böyük bir hə­vəslə həmin əsəri oxumağa can atır və bir su içimə oxu­yub başa vurur… Və fikirləşir: «Görəsən, çoxdandır ki tanı­dı­ğı bu imzanın müəl­lifi kimdir?».
Əziz oxucular! Buyurun, imzasını tanıdığınız sənətkarın şə­­rəf­li və mənalı ömür yolunun səhifələri ilə Sizlər də tanış olun:
Ramiz Həbibulla oğlu Abdullayev 1953-cü il iyunun 23-də Ba­­kı şəhərinin Maştağa qə­sə­bəsində anadan olub. 1960-1970-ci illərdə həmin qəsəbədəki 128 saylı orta məktəbdə oxuyub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-cü illərdə hərbi xidmət bor­cunu şərəflə yerinə yetirib. 1975-ci ildə texnikumu bitirərək təyinatla Bakı-yük stansi­ya­sına gön­dərilib və orada post növbətçisi, stansiya növbətçisi, ma­­nevra dis­­pet­çeri vəzifələrində çalışıb. 1978-ci ildə Dəmir Yolu İda­rəsində neft doldurma şöbəsində dispetçer, 1979-1994-cü illər­də Ba­kı-Biləcəri sahəsində qovşaq dispetçeri, 1994-cü il­də Də­mir Yolu İdarəsində neft doldurma şöbəsində rəis müa­vini işlə­yib. 1995-1999-cu illərdə “Təfəkkür” Univer­sitetində “Dəmir yolunun istismarı” ixtisası üzrə ali təhsil alıb. 1996-cı ildən indiyə qədər “Daşıma Prosesləri İdarəetmə” Birliyiridə rəis müavini vəzifəsində çalışır. Kollektiv arasında böyük hör­mətə və nüfuza malikdir. “Fəxri dəmiryolçu” şərəflə daşıyır.
Ən əsası, Ramiz Abdullayevi tanıyanlar yaxşı bilirlər ki, o həm də bədii yaradıcılıqla da məşğul olur, gözəl qələm sahi­bi­dir, istedadlı söz ustasıdır, nəğməkar şairdir, bacarıqlı poe­ziya yaradıcısıdır, əsərləri tamaşaçılar tərəfindən böyük maraq­la qarşılanan dramaturqdur.
Ramiz Abdullayevin ilk şeirləri respublikanın müxtəlif mət­buat orqanlarında - «Azərbaycan gənc­ləri», «Azərbaycan də­mir­yolçusu», «Təhsil», «Şərqin səsi», «Ziya», «Elm və Təh­sil», «Azad Azərbaycan», «Viş­ka», «Kirpi», və s. qəzet və jurnallarda, «Addımlar» (1995, 1996) poeziya toplula­rında çap olunub, sonralar bir neçə kitabı nəşr olunub, əsərləri radio və televiziya verilişlərində səslənib. İki yüzdən çox şeir­inə nəğ­mə bəstələnib əsərləri tamaşaya qoyulub. Şeirləri və mah­nı­ları top­lanmış 22 audio və 7 vi­deo kasset din­ləyicilərinin ix­­­ti­­yarına verilib. Daha dəqiq desək, tanınmış bəstəkarlardan 25 nəfəri şairin 250-dən artıq şeirinə mu­­siqi bəstələmiş və 80-dən artıq müğənninin ifasında həmin mahnılar xalqımıza təq­dim olunmuşdur. Haqqında neçə-neçə məqalələr yazılmış, film­­­­lər çəkilmişdir. Hələ 2003-cü ildə Ramiz Abdullayevin 50 illik yubileyi ərə­fəsində Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Ço­banov “Nəğməkar şair - Ramiz Abdullayev - 50” adlı ay­rıca kitab yazmış və nəfis şəkildə nəşr etdirərək oxucuların ix­ti­ya­rına vermişdir.
Ramiz Abdullayevin «Necə unudum səni» adlı ilk şeirlər kitabı 1996-cı ildə «Qızıl qələm» mükafatı laureatı, şair Ok­tay Rzanın «Təbiilik də var, səmimilik də…» sərlövhəli ön sözü ilə oxucuların ixtiyarına verilib.
Şairin «Sevgi duyğuları» adlı ikinci kitabı 1997-ci ildə ta­nınmış alim-şair, professor Vafiq Nəsirin «Uğurlar ar­zu­su ilə» sərlövhəli ön sözü ilə işıq üzü görüb. Mövzulara uy­ğun surətdə dörd bölmədə cəmləşdirilmiş həmin kitabın «Və­­təni düşməndən azad edək biz!..» sərlövhəli birinci böl­məsində Ana Vətənimiz, müqəddəs Odlar yurdu Azər­bay­canla, o tay­lı-bu taylı el-obalarımızla, yağı düşmən tap­da­ğı altında qa­lıb bizi haraylayan min bir bərəkətli tor­paqları­mızla bağlı qə­ləmə aldığı şeirlər toplanmışdır. «Saf məhəbbət üsdə düş­məz köl­gələr…» sərlövhəli ikinci bölmədə müəllifin saf sevgi və məhəbbət ruhlu lirik şeirləri ve­rilmişdi. Üçüncü böl­mədə şai­rin sözlərinə bəstəkar Nadir Məmmədovun bəstə­lədiyi mah­nıların mətnləri, dördüncü bölmədə isə müəllifin «Qəzəl­lər»i toplanmışdır.
2000-ci ildə nəfis şəkildə və Azərbaycanın Xalq şairi Məm­məd Arazın «Ön sözü» ilə açılan «Sevgi dolu ge­cə­lər» (101 nəğmə) adlı üçüncü kitabı Ramiz Abdullayevə da­ha böyük uğurlar gətirdi. 2001-ci ildə istedadlı qələm sahibi Ramiz Abdullayev dördüncü kitabı ilə yenidən oxu­cuların gö­rüşünə gəldi. Özü də bu dəfə tam başqa üslubda, tam baş­qa bir əsər­lə!.. Onun növbəti kitabı - «Olacağa çarə yox­dur!» ad­lı iki hissəli musiqili kamediyası da böyük maraqla qarşı­landı. C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teat­rı­nın ak­tyorları tərəfindən Azərbaycan Milli Akademik Dram Teatrının və Ş.Qurbanov adı­na Mu­siqili Komediya Teat­rının səhnələrində tamaşaya qo­yuldu. Tamaşa bütövlükdə Az­TV-1-də və digər TV kanallarında göstərildi. Tamma­şa­çıların qəl­bi­nə yol tapdı. Bir qədər sonra isə AzTV-1-də ey­­niadlı film çəkildi və tamaşaçılara təqdim olundu.
Daha sonralar isə Ramiz Abdullayevin “Biznesmen” (2004) və “Pasport” (2008) adlı daha iki musiqili komediya əsəri oxu­cuların ixtiyarına verildi. 2007-ci ildə dramaturq Ramiz Ab­dul­layevin “Biznesmen” adlı iki hissəli musiqili komediyası C.Cab­barlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının ak­t­yorları tərəfindən Ş.Qurbanov adına Musiqili Komediya Teat­rının səhnəsində oynanıldı, tamaşa “Space” TV tərəfındən çə­kil­di və bütövlüklə telekanalda göstərildi. 2008-ci il iyun ayın­da isə Ramiz Abdullayevin “Pasport” adlı iki hissəli musiqili komediyası Dövlət Gənclər Teatrının aktyorları tərəfindən Ş.Qur­­banov adına Musiqili Komediya Teat­rının səhnəsində oy­nanıldı, “Space” TV tərəfındən çəkildi və bü­töv­lüklə tele­kanal­da göstərildi.
Onu da qeyd edək ki, 2002-ci ildə yenə bizim naşirliyimiz və “İmzasından tanınan sənətkar” sərlövhəli “Ön söz”ümüzlə şair Ramiz Abdullayevin “Vətən torpağı” adlı daha bir şeirlər kitabı “Borçalı” nəş­riyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Bir qədər sonra həmin kitab tanınmış şair-tərcüməçi Givi Paçxataşvili tərəfindən bütövlüklə və eyni zamanda böyük ustalıqla rus dilinə çevrilmiş və nəfis şəkildə nəşr olunaraq oxuculara təqdim olunmuşdur.
Daha sonralar isə Ramiz Abdullayevin “Bahar yağışı” (2006), “Sevgi çiçəyi” (2008), “101 kəlam” (2010), “Seçilmiş şeirlər” (2013) kitabıları işıqüzü görmüşdür.
Böyük sevinc və fərəf hissi ilə onu da vurğulayaq ki, Ramiz Abdullayev qısa bir vaxtda «Abdulla Şaiq», «Vətən», «Qızıl Qələm», «Qızıl açar» və “Qızıl Buta” mükafatları ilə təltif olunmuş, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jur­nalistlər Birliyinin üzvü seçilmiş… Dədə Qor­qud” adına “Və­tən Övladı” qızıl medalına layiq görülmüşdür... Bu uğurlar hə­mışə məni də sevindirmişdir. Çünki Ramiz Abdullayevin əsər­­lərinin demək olar ki, əksəriyyətinin işıqüzü görmasində mə­­nim də əməyim var və onun bir-birindən maraqlı və oxu­naqlı olan çox­saylı kitablarını məhz mən redaktə et­miş və nəş­­­rə hazırlamışam.
Budur, istedadlı nəğməkar şair-dramatuq qardaşımız Ra­miz Abdullayev haqında daha bir kitabı oxucuların ixtiyarına ve­ririk. Bu kitabda müxtəlif vaxtlarda onun haqqında yazılmış mə­­qalələr toplanmışdır. Əminəm ki, bu kitab da Ramiz Ab­dul­layevin öz kitabları kimi oxucular tərəfindən böyük ma­raq­la qarşılanacaq. Elə buna görə də, əvvəlcədən Ramiz Ab­dul­layevi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can­sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu­la­yırıq!
Müşfiq BORÇALI/.]]>
Müşviq BORÇALI Mon, 13 Jun 2016 18:39:08 +0000
SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİ https://turan.info.az/arxiv/ramiz-abdullayev/1549-sevgdn-ailan-lham-yelkn.html https://turan.info.az/arxiv/ramiz-abdullayev/1549-sevgdn-ailan-lham-yelkn.html SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİRamiz Abdullayevin “ANA YURDUM MƏNİM AZƏRBAYCANIM” kitabına yazılmış ön söz

SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİ

Azərbaycan Yazıçılar və Azər­bay­can Jurnalistlər Birliklərinin üzvü, “Abdulla Şaiq”, “Nəriman Nərimanov”, “Qızıl Qələm”, “Qı­zıl Bu­ta”, mükafatları laureatı, “XXI Əsrin Ziyalısı”, Fəxri adına və “Vətən Övladı” Qızıl medalına layiq görülmüş nəğ­məkar şair və istedadlı dramaturq Ramiz Abdullayev imzası ar­tıq ki­fa­yət qədər Azərbaycan oxucusuna tanışdır. İndiyənədək onun işıq üzü görmüş pyesləri, şeir kitabları bizə bunu deməyə əsas verir.
Bu gün isə Ramiz müəllim “Ana yurdum mənim Azərbay­canım!” adlı yeni şeirlər kitabı ilə siz oxucuların görüşünə gə­lir. Burada müəllifin yurd sevgisindən bəhs açan, ana yur­du­nu vəsf - tərənnüm edən misralarının, gözəlliyi tərifə çə­kən nümu­nə­lərinin sehrinə düşəcəksiniz, ülvi sevgi duy­ğu­la­rı­nın öz ilham yelkənini açdığının şahidi olacaqsınız. Bir sözlə, kitabdakı şeir­lərin hamısının bir ana qaynağı var - yurda sevgi, gözələ sevgi, gözəlliyə sevgi.

Adının sonluğu canla bağlıdır,
Şəhidlərdən axan qanla bağlıdır.
Dünyada şöhrətin şanla bağlıdır,
Ana yurdum mənim Azərbaycanım!

Bənddəki vurğuya fikir verək: Azərbaycan adlı məmləkə­timizin adındakı son heca “ can ” hissəciyi ilə bitir. Ramiz Ab­dul­layev bu ifadəni elə-belə, gəlişi gözəl mənada, daha doğru­su, təsadüfi hissəcik hesab etmir.
Ramizin şairanə qəribəliyi bu şeirdə buradadır ki, “can” tər­kibinə başqalarından fərqli şəkildə, təmamilə fərqli məzmun məz­mun verir. Bu məzmunun sirrini ikinci misrada barbaşa ifa­də edir: “Şəhidlərdən axan qanla ” bağlayır bu mənanı. (Baş­qa sözlə Azərbaycan kəliməsindəki “can” sözünü şəhid­lərin ca­nı ilə bağlayır.) Belə bir fikir hasilə gəlir ki, Azərbaycan adlı vətənimiz şəhidlərin canından axan qanla vətən yaşayıb, ya­şa­yır. Bəli, bu, doğrudan da, belədir, əgər torpaq uğrunda ölən olur­sa, o yurd, o torpaq vətən olur, vətən status qazanır. Bax, bi­zim vətənimiz, Azərbaycanımız da, uğrunda qurban ge­dən qəh­­­rəmanlarının, şəhidlərimizin al-qanı hesabına möv­cud olub, mövcuddur…
Bax, Ramiz Abdullayevin vətən sevgisi yuxarıdakı misra­ların ruhundan bu cür ifadə olunur, birmənalıdır.
Bax beləcə, vətən sevgisində bu cür saf və səmimi olduğu kimi, gözəllərə qarşı ilqarında, məhəbbətində də başqa cür is­rarlıdır, təmizdir.
“Güldür məni, gülsün o qara gözlərin, ey gül” misrası üs­tündə başlayan bir nümunədə də biz aşiqanə, lirik mövzunun sehrinə düşürük:

Safdır sənə olan bu eşqi-məhəbbət,
Qoyma ki, baxa gözləri gözəllərin, ey gül.
Ramiz, gedirəm mən görüşə yar ilə xəlvət,
Olmaz səbri-qərarı dözənlərin, ey gül.

Burada bir incə nüansa diqqəti çəkmək istərdik:

“qoyma ki, baxa gözləri gözəllərin, ey gül” misrası. Yəni li­rik aşiq obrazı öz sevgilisini qısqanır və həm də özünü öz sev­gilisinə qısqandırmaq məqsədilə: “qoyma mənə başqa gözəllər də baxsın, ey gül” deyə müraciət edir. Maraqlıdır ki, qısqanmaq hər bir sevən qəlb üçün təsir əlamətidir. Amma qısqandırmaq özü bir “kəşfdir”- yəni özünü istədiyinə qısqandırmaq istəyi artıq sevgidəki, eşqdəki ifrat saflığa dəlalət edən amildir. Bax, Ramiz Abdullayevin misralarından süzülən sevgi fərqi yoxdur, bu sevginin obyekti istər gözəl olsun, istər vətən olsun, istər təbiət olsun, beləcə pakdır və ifrat dərəcədə qısqanclıq doğuran saf sevgidir.
Yaxud da bir başqa nümunədə Ramizin sevgi anlayışına mü­nasibətinə fikir verək:

Bəlkə də bir qədər qəribə gələ,
Vardır min sevənin, birisi də mən.
Etiraf edənlər onlardı hələ,
Susub, lal-dinməzdi, ölüsü də mən.

“Susub lal-dinməzdi, ölüsü də mən.” Bir qədər qəribə mən­tiqlə ifadə edilsə də, məsələnin məğzi belə qoyulub ki, gözələ xitabən bildirilir ki, bu gözəlliyə valeh olub vurulanların biri də mənəm. Bununla gözəlin pərəstişkarlarının çox olduğu bil­di­rilir, yəni hədsiz gözəldir ki, bu qədər müştərisi, sevəni var, bunlardan biri də mənəm deyə etiraf edir.
İlk baxışdan düşünürsən ki, hə, nə olsun ki: “birisi də sən”. Amma digər iki misrada fikir tündləşdirilir, sevgisini açıb etiraf edənlər onlarladır, yüzlərlədir, amma susub, lal, dinməz olan­la­rı da var. Çünki əsl sevgi dilsiz olur, aşiq susub , lal, dinməz olur. Lakin bu susmağın içində daha susqun birisi var ki, o nəin­ki susub, lal olub, hətta “ölüb də” - ölü kimi lal olub. Bax, bu mübaliğə üsulundan müəllif yetərincə istifadə edib deyir ki, bu susanların “ölüsü də mən”əm. Ona görə növbəti bənddə bil­dirilir ki, hətta sözləri hüzurunda dayanıb, söyləmək üçün əzbər­ləsəm də, yenə də bu sevgi sözünü dilə gətirə bilmərəm.
Yekun bənddə isə Ramiz Abdullayev birbaşa açıqlayır ki:

Sənsiz bu dünyada buz tək donaram,
Etiraf etməkçün sənə sözümü.
İztirab, əzabdan heykəl quraram,
Sənə göstərməkçün eşqin özünü.

“Sənə göstərməkçün eşqin özünü.” Bəli, buz tək donub hey­kəlləşəcəyini dilə gətirir. “Eşqin özünü göstərmək üçün” sevgi yolunda çəkdiyi zillət və əzabdan “heykəl qurar”- heykələ dö­nər fədakar aşiq obrazı. Heykəl isə dinib-danışmaz, bu, məlum həqiqətdir.
Ramiz Abdullayev qəzəl janrına müraciət edəndə də təbii ki, gözələ olan ülvi sevgidən yanıqlı-yaralı bir aşiq fədakarlığı ilə bəhs edir.

Bir baxışı atəş yaxır, digər baxır çox sadəcə
Bəlkə də hiss etməyib, yaydan atır ox sadəcə…

Bir cümlə ilə başlayan “sadəcə” rədifli qəzəldə çox maraqlı bir səhnə təsvir olunub. Baxışın birindən sevgi atəşinin ələyib yağdığını göstərməklə, fikrindən sadəcə soyuqluq yağdığını ifadə etməklə, əslində bir təzad, kontrast yaradıb. Bu təzadlı qütblərin fonunda öz şairanə duyğularını daha emosianal tərzdə ifadə etməyə şans qazanır. Növbəti bir bənddə yazır ki:

Bir mələkdi, cənnəti tərk eyləyib gəlmiş bura
Heç kəsə bildirmədən məftun edir bax, sadəcə.

Müəllif sevdiyi gözəlin cənnəti tərk edib, insanların arasına gəlib girmiş huri mələk olduğunu iddia edir, özü də bu gözəl elə bir xoş simalı bəxtəvərdir ki, nə bu sirrini kimsəyə bəyan edir, nə də kimisə öz eşq oduna salıb yandırdığını büruzə verir.
Amma bu gözəlliyə məftun olub vurulan fədakar aşiq, məc­nun özünə qapılıb sevgi əzabını çəkir, özü də bu əzab ona görə həm də acıdır ki, bu dərdi içində xəlvəti çəkir və dərdini bölüb yüngülləşməyə özünə bir həmdərdi, sirdaşı da yoxdur.
Bax, Ramiz müəllimin qeyri-adi ifadə üsulları ilə dedik­lərin­dən bu məzmun üzə çıxır. Daha sonra isə bir yerdə qeyd edir ki:

Dünya ləzzət etməz idi, olmasa sən tək gözəl
Ver mənə ləzzət sonunda, çarmıxa tax sadəcə.

Yəni aşiq gözəlin yolunda nə qədər sevgi hicrində yanıb-qov­rulsa da, bundan kədərlənmir, əksinə belə qənaətdədir ki, be­­lə gözəl olmasa dünya adama dadsız, ləzzətsiz kimi görü­nərdi. Bax, aşiq fədakarlığını, özünü bu cür təzahür etdirir. La­kin sonda gözələ qovuşmağı arzulayıb, “məni çarmıxa çək­mək­lə bu dünyanın ləzzətini göstər” deyə iddia qaldırır. Əlbət­tə, bu iddia ikibaşlı mənaya yönləndirilir ki, aqil oxucu özü üçün burdan istər sufi-mistik mənanı, romantik sevgini qav­rayıb nəticə çıxarır, istərsə də sadəcə buradakı hərfi mənanın təsiri ilə dünyəvi eşqə qovuşmanın cismani ləzzət gətirəcəyini vərəvurd edib anlayır. Hər iki halda müəllif istər platonik sevgini, istərsə də həqiqi dünyəvi eşqi təbliğ, tərənnüm etməklə oxucuya bu dünyanın şirinliyini, sevib-sevilməli oldu­ğunu anladır.

Ramiz, Məcnun yada düşdü, vurğun oldum əlbəəl,
Durma artıq, sən zəhərdən dodağa yax sadəcə.

Məqtə beytdə isə sevgidə məcnunluq həddinə yetişdiyini dilə gə­tirir. Burada göründüyü kimi, müəllif yenə xəyalı-məc­nunanə eşqə meydan verir.
Ümumiyyətlə, Ramiz Abdullayevin arzularındakı sevgi anla­mında dünyəvi eşqlə sufiyanə eşqin təsvir tərənnümü paralel istiqamətdə düşünülür, yəni onun misralarında dərindən dü­şü­nü­­ləndə ikibaşlı mənalar özünü daha çox sezdirir: Bu sətirin üst qatından görünən real-həqiqi məna, bir də misranın alt ya­pısından boy göstərən məcazi məna.
Digər bir nümunədən aşağıdakı beytlərə dərindən diqqət etsək, dediyimizin təsdiqini görərik:

Nazı-qəmzən də mənim canıma dərman olsun
Əridək dərdi-qəmi, arzulara dönmək üçün
Cam gətir damlası bal tək, içi şərbət dolsun
Etiraz eyləməsən, tən yarıya bölmək üçün.

Bu beytlərdə fikrin həqiqi və məcazi məna çalarları müvazi şəkildə düşünülə bilər, hər bir halda sevgi qanadının yelkən­lə­ri­nin açılıb ilham pərilərini hərəkətə gətirdiyi açıq-aşkar duyulur.
Bir sözlə, Ramiz Abdullayev sevgi tərənnümçüsüdür, bu tə­rənnüm ifadəçisi olan lirik aşiq obrazı sənsən, mənəm, odur, bizik, bizim hər birimizdir; oxucularına sevgi duyğularını aşı­layan müəllifin isə pərəstişkarları həmişə var…
Başqa bir yerdə isə:
Tapmacaya dönüb çıxdın qarşıma,
Harda dolanıram, orda sən varsan,
-deyərək sevgilisini bir sehrli həyat tapmacasına bənzədir bə “bir bəla olmusan mənim başıma” - deyərək sevdiyinə ərkyana minnət qoyur. Əlbəttə ki, bu da bir cürə priyomdur, komp­limentdir ki, bunu da Ramiz müəllim özünəxas şəkildə işlədə bilir. Beləcə özünəxas deyimi, duyumu ilə Ramiz Ab­dullayev oxucularının üzünə bir sevgi dünyası açır.
Sevgi isə müqəddəsdir, bu müqəddəsliyə tapınanlar özləri də müqəddəsdirlər. Sevginiz qismətiniz olsun, əziz oxucularımız !
Ramiz Abdullayevin sevgi dünyası ilə üz-üzə qalıb onun yeni kitabını oxumaq da sizlərin ixtiyarınızdadır… Müəllifə isə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğur­ları arzulayırıq !

Söhrab Tahir AZƏR-AZƏR,
Xalq şairi, Prezident təqaüdçüsü;

Mədəd ÇOBANOV,
Nyu- York Elmlər Akademiyasının akademiki,
Filologiya elmləri doktoru, professor.]]>
Müşviq BORÇALI Mon, 13 Jun 2016 18:18:17 +0000
Ramiz ABDULLAYEV: Bayraq!.. https://turan.info.az/azerbaycan/baki/1446-ramiz-abdullayev-bayraq.html https://turan.info.az/azerbaycan/baki/1446-ramiz-abdullayev-bayraq.html Ramiz ABDULLAYEV: Bayraq!..]]> Müşviq BORÇALI Mon, 13 Jun 2016 15:26:54 +0000 Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!... https://turan.info.az/edebiyyat/poeziya/21-azad-edcyk-sn-qaraba.html https://turan.info.az/edebiyyat/poeziya/21-azad-edcyk-sn-qaraba.html Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...
Ramiz ABDULLAYEV


SƏN EY VƏTƏN!...

Bu gün Vətən, sənin üçün həyatımdan keçərəm mən,
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
Səni azad etmək üçün son qanımı tökərəm mən,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən.

Bəsləyərək qucağında, bol nemət bəxş etdin bizə,
Şıltaqlığa sən dözərək, nə istədik verdin bizə,
Qeyrət, namus, Vətən eşqi, - bunu sən öyrətdin bizə,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən.

Bu gün sənin üzünü bürümüş soyuq küləklər,
Günəşin üzü tutqundur, çaxır göydə də şimşəklər,
Vətən oğlu, gəl birləşək, qovuşsun arzu, diləklər,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən!

AZAD EDƏCƏYƏM, SƏNİ QARABAĞ!..
Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Gəzirlər dağında, həm də düzündə,
İçirlər suyundan bulaq gözündə,
Demə ki, vəfasız çıxdın sözündə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Mənim də rüzgarım, günüm xoş deyil,
Çoxları didərgin, həm qaçqın deyir,
Ağlayır halıma yazılan şeir.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Axsa da cismimdən damla - damla qan,
Sənə qurban dedim sənindir bu can,
Baxacam hüsnündən açılanda dan.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!


SƏNİN QOLLARINDA ÖLMƏK İSTƏDİM

Düşünərək səni uzandim yatam,
Röyada hüsnünü görmək istədim.
Yorğun gündüzümü əzabin atam,
Sənin qollarında ölmək istədim.

Hər gecə təkrara dönür səhnələr,
Əllərim çöhrəndən saçları yığır.
Dəniz sahilini yuyur ləpələr,
Mənim göz yaşımı gözləyir baxir.

Bu gecən xeyirli qoy olsun sənin,
Sabahın sübh çağı mənli açılsın.
Ramiz, süz badənə mey dolsun sənin,
İç ki, sübh dumanlı, çənli açılsın.]]>
Müşviq BORÇALI Mon, 13 Jun 2016 13:05:55 +0000
Ramiz ABDULLAYEV: Şeir qanadlarında... https://turan.info.az/azerbaycan/baki/1444-ramiz-abdullayev-eir-qanadlarnda.html https://turan.info.az/azerbaycan/baki/1444-ramiz-abdullayev-eir-qanadlarnda.html Ramiz ABDULLAYEV: Şeir qanadlarında...]]> Müşviq BORÇALI Mon, 13 Jun 2016 13:04:50 +0000 Ramiz ABDULLAYEV: Qəzəl https://turan.info.az/tv/1443-ramiz-abdullayev-qzl.html https://turan.info.az/tv/1443-ramiz-abdullayev-qzl.html Ramiz ABDULLAYEV: Qəzəl]]> Müşviq BORÇALI Mon, 13 Jun 2016 12:05:05 +0000 TƏBRİK EDİRİK!... DAHA BİR BORÇALI ÖVLADI - AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLDÜ... https://turan.info.az/elm/diger-bolmeler/1495-tbrk-edrk-daha-br-borali-vladi-akademk-ramz-mmmdov-azrbaycan-respublkasinin-dvlt-mkafatina-layq-grld.html https://turan.info.az/elm/diger-bolmeler/1495-tbrk-edrk-daha-br-borali-vladi-akademk-ramz-mmmdov-azrbaycan-respublkasinin-dvlt-mkafatina-layq-grld.html TƏBRİK EDİRİK!... DAHA BİR BORÇALI ÖVLADI - AKADEMİK RAMİZ MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATINA LAYİQ GÖRÜLDÜ...
HƏM DƏ MÜQƏDDƏS BİR BAYRAM GÜNÜNDƏ...
BƏLİ, BU GÜN 28 MAY - RESPUBLİKA GÜNÜNDƏ BÖYÜK FƏXR VƏ QÜRURLA BİLDİRİRİK Kİ,
BİZİM BAYRAM SEVİNCİMİZƏ DAHA BİR ŞAD XƏBƏR XÜSUSİ RƏNG, XÜSUSİ ÇALAR, XÜSUSİ SEVİNC QATDI..
BİZLƏRİ DAHA SEVİNDİRDİ...

Belə ki, turan.info.az xəbər vermişdir ki, mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Dövlətimizin başçısı 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatlarını təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında" 26 may 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il üçün elm sahəsində Dövlət mükafatına layıq görülənlər arasında dəyərli soydaşımız, AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik, Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış tədqiqatçı, görkəmli alim, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədov da var. O, bu yüksək mükafata "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə layiq görülüb.


Ramiz Mahmud oğlu Məmmədov 1950-ci ildə Ulu Borçalımızın qədim Qarayazı bölgəsindəki (indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı) Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur.

O, 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində elmi fəliyyətə başlamışdır. Coğrafiya İnstitunun Elmi Şurasının qərarı ilə 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda stajor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında Moskva Okeanologiya İnstitunun Dissertasiya Şurasında «Okeonologiya» ixtisası üzrə “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.

Bakıya qayıtdıqdan sonra o 1980-1985-ci illərdə Azərbaycan «Kosmik Tədqiqatlar» Elm-İstehsalat Birliyində «Xəzər elmi tədqiqat stansiyasının» müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AEA Rəyasət Heyyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır.
1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
2013-cü ildən AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır.

1995-cı ildə „Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri“ mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə «Coğrafiya» ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.

R.M.Məmmədovun elmi tədqiqatları, 40 ildən çoxdur ki, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrometeorologiyasına, hidrofizikasına, kologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına, sahil zonasının idarəçiliyi və ekocoğrafi problemlərinə, Azərbaycanda səhralaşma probleminə, landşaft planlaşdırılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də onun əsas tədqiqat istiqamətlərindəndir.

O, ilk elmi-tədqiqat işinə Xəzər dənizinin açıq hissəsində yerləşmiş tərpənməz özül üzərində başlamışdır. 1973-cü ildə, ilk dəfə olaraq tərpənməz özül üzərindən dəniz axınlarının mikropulsasiyalarını ölçməyin metodikasını işləmiş və tədqiqatlar aparmışdır. Alınan nəticələr dünya praktikasında okeanologiya elmində yenilik idi və ona görə də müəllifin aldığı nəticələr fundamental okeahologiya elminə layiqli töhfə omuş, nəticələr SSRİ EA-nın “Fizika atmosferı i okeana” və “Okeanlogiya” jurnallarında dərc olunmuşdur.

Təcrübi işlərlə yanaşı, R.Məmmədov nəzəri tədqiqatlar sahəsində də dəyərli nəticələr əldə etmişdir. Onun işləmiş olduğu yarımempirik modelə görə, dəniz səthində küləyin və istilik axını verilən halda, dənizin müxtəlif dərinliklərində temperaturun paylanmasının proqnozunu vermək, okeanologiyanın ən vacib məsələlərindən biri olan termoklinin yerləşmə dərinliyini müəyyən etmək olar. Sonralar Xəzər dənizinin sahil zonasında temperatur anomaliyalarının modelləşdirilməsi sahəsində alınan nəticələr bu istiqamətdə aparılan tədqiqatların davamıdır.

Onun elmi-tədqiqat apardığı istiqamətlərdən birini də atmosferlə dənizin qarşılıqlı təsirinin öyrənilməsi təşkil edir. Müəllif bu sahədə öz həmkarı ilə birlikdə, digər tədqiqatçılardan irəli gedərək, dəniz-atmosfer sisteminin qeyri-stasionar modelini yaratmışdır.

Çirkləndiricilərin Xəzər dənizində yayılması məsələsi R.M.Məmmədovun daimi tədqiqat obyekti olmuşdur. Bu mövzuya həsr olunmuş əvvəlki işlərdən fərqli olaraq, o təkcə dənizin bu və ya digər hissəsinin hansı dərəcədə çirklənməsi faktını tədqiq etməklə kifayətlənməmiş, müxtəlif rayonlarda, hidrometeroloji şəraitdən asılı olaraq onların yayılma qanunauyğunluqlarını tədqiq etmiş və mühüm nəticələr əldə etmişdir. Bunun üçün ən əvvəl məsələ nəzəri baxımdan araşdırılmış və sonra natural şəraitdə aparılmış təcrübi yollarla dənizdə turbulent diffuziyanın universal qanunauyğunluqları müəyyənləşdirilmişdir. Turbulent diffuziya əmsalının məkan miqyasından asılılıq qanunauyğunluğu alınmış, dənizdə temperatur, sıxlıq və axınların sürətindən asılı olaraq çirkləndiricilərin yayılma hündürlüyü və qalınlığını hesablamaq üçün nəzəri düsturlar verilmişdir. Sonralar isə həmin nəzəri düsturların doğruluğu dəniz şəratində aparılmış təcrübələrlə təsdiq olunmuşdur.

Xəzər dənizinin ətraf mühitini yaxşılaşdırmağın effektiv yollarından biri də qəza hallarında çirklənmənin operativ ləğvi üçün onların yayılma istiqaməti və arealını etibarlı proqnozlaşdırmaqdır. R.M.Məmmədov hidrometeroloji şəraiti, sahil konfiqurasiyasını və dibin morfometriyasını nəzərə almaqla Xəzərdə çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelini yaratmış, konkret hesablamalar aparmış və təkliflər vermişdir. Müəlifin bu modeli beynəlxalq aprobasiyadan keçmiş, „Oil Spill“ və „Fluid Mekaniks“ kimi məşhur beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. Lukoyl, Exon, Bp kimi beynəlxalq şirkətlər tərəfindən Xəzər dənizində neft axtarışı, hasilatı və nəqli zamanı istifadə olunmuşdur.

Alim bu istiqamətdə işlərini müəllif sonralar da inkişaf etdirmiş, Xəzər dənizinin transsərhəd çirklənməsinin modelini işləmiş və 2000-ci ildə professor Xrist Moors ilə birgə ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantına layiq görülmüşdür. Alınmış nəticələr dünyada bu sahədə ən samballı nəşr sayılan „Spill Science & Technology bulletin” elmi jurnalında çap olunmuşdur.

Məlumdur ki, Xəzər dənizini çirkləndirən əsas mənbələrdən biri sahil zonasında yerləşmiş sənaye və məişət obyektlərindən dənizə çirkab sularının axıdılmasıdır. Alınmış nəzəri nəticələrin tətbiqi kimi, R.M.Məmmədov nisbətən təmizlənmiş çirkab sularının Abşeron sahil zonasına axıdılmasının fiziki-okenaqrafik əsaslarını işləmiş və maksimal özünütəmizləməyə nail olmaq üçün zəruri olan buraxılış dərinliyini və sahildən məsafəni müəyyən etmişdir. Bu nəticə 1997-ci ildə Azərbaycan Ekologiya Komitəsi tərəfindən istifadə üçün Nazirlər Kabinetinə tövsiyə olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə elmi praktiki işləri alim Baykal gölü və onu çirkləndirən Baykal Selluloza Zavodu üçün də aparmışdır.

Uzun illərin tədqiqatları nəticəsində Xəzər dənizinin əsas çirklənmə mənbələri müəyyənləşdirilmiş, onların təsnifatı verilmişdir.

2000-ci ildə alimin „Xəzər dənizinin hidrofiziki sahələrin dəyişkənliyi və onların çirklənmənin yayılmasına təsiri“ kitabı nəşr olunur.

Xəzər dənizinin əsas problemlərindən biri olan səviyyənin dəyişməsi və onun uzunmüddətli proqnozunun işlənməsi 1985-ci illərdən başlayaraq R.M.Məmmədovun tədqiqatlarında xüsusi yer tutmuş və müəllif bu sahədə də dəyərli nəticələr əldə etmişdir. Apardığı mühüm elmi axtarışlar səviyyə dəyişmələrinin səbəblərini izah etməyə həsr edilmiş, səviyyə dəyişmələrinin kompleks model-sxemi tərtib olunmuş və onun birinci yaxınlaşmada proqnozu verilmişdir. Xəzər dənizi səviyyəsinin kəskin qalxdığı 1978-1995-ci illərdə tədqiqtçıların onun bundan sonra da qalxacağı proqnozunu versə də 1993-cü ildə R.M. Məmmədov birgə müəlliflə onun səviyyəsinin qalxmasının 1996-cı ildə dayanacağı haqqında proqnoz verdi və bu sonralar özünü doğrultdu. Alınmış nəticələr Parisdə və Tehranda keçirilmiş beynəlxalq simpozium və konfraslarda məruzə olundu və sonralar Bakı bərəsinin və şəhərin sahil zonasındakı milli parkın yenidən layihələşdirilməsində istifadə olunur.

Bu istiqamətdə aparılmış axtarışlardan alınmış vacib nəticələrdən biri Xəzər dənizi səviyyəsi və onun hövzəsinin hidroiqlim şəraitinin ssenarilirənin işlənməsi və onların proqnostik qiymətləndirilməsidir.

Qlobal iqlim dəyişmələri R.Məmmədovun tədqiqatlarından kənarda qalmamışdır. O 1995-ci ildə UNEP proqramı çərçivəsində Azərbaycan Respublikasının ilk Milli Hesabatının müəllifidir. 1998-ci ildə Helsinkidə „İqlim və su“ mövzusunda keçirilmiş beynəlxalq simpoziumda „İqlim anomaliyalarının Xəzər dənizinin səviyyəsinə təsiri“ mövzusunda məruzə ilə iştirak etmişdir. 2008-ci ildə ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf və Azərbaycan Elm Fondunun „İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi, model tədqiqatları” mövzusunda birgə qrantına layiq görülmüşdür.

1999-cu ildən başlayaraq onun elmi fəaliyyətində yeni istiqamət, Azərbaycan Respubliksı ərazisinin səhralaşma problemləri xüsusi yer tutur. Bilavasitə onun rəhbərliyi və iştirakı ilə Yer planetinin tədqiqi üçün buraxılmış süni peyklərdən alınmış rəqəmli kosmik şəkillər emal edilmiş, respublikanın 35 min kv.km. ərazisi üçün səhralaşmanın növü, dərəcəsi, yayılma arealı xəritələri tərtib olunmuş, bu neqativ hallara qarşı mübarizə tədbirləri tövsiyə olunmuşdur. Avropa standartlarına uyğun bu elmi tədqiqat işləri Azərbaycanda səhralaşmanın tədqiqinə həsr olunmuş birinci və hələlik yeganədir. R.Məmmədov aldığı nəticələri beynəlxalq konfraslada məruzə etmiş, onun təşkilatçılığı və sədrliyi ilə 2002-ci ildə Tbilisi şəhərində bu mövzuda Beynəlxalq Konfrans keçirilmlşdir. Tbilisi şəhərində keçirilmiş „Qafqaz ölkələri dağ regionlarının davamlı inkişafı (2003)“, „Qlobal iqlim dəyişmələri və Qafqaz regionunda quraqlıq proplemi (2004)“, Nikosiya şəhərində isə „Aralıq dənizi regionunun ətraf mühit problemləri (2002)“ beynəlxalq konfraslarına da o, sədrlik və həmsədrlik etmişdir.

R.M.Məmmədovun tədqiqatları öz novatorluğu ilə həmişə fərqlənmişdir. Bu baximdan, Avropa üçün də yenilik olan, Landşaft Planlaşdırılmasına dair onun elmi-praktiki işlərini misal göstərmək olar. Hazırda təbiətdən istifadənin və təbiəti mühafizənin ən müasir vasitələrindən biri sayılan bu metod ilə o ilk dəfə Şirvan Milli Parkı və onun ətraf zonası üçün landşaft planlaşdırılması aparmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədlərini işləmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyasını hazırlamışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələrini tərtib etmişdir. Müəlif bu mövzuda ingilis və azərbaycan dillərində monoqrafiya yazmış, hazırladığı kitablar Avropa İttifaqının Birləşmiş Transsərhəd Katibliyinin dəstəyi ilə Tbilisi şəhərində çap olunmuşdur.

Alimin yaradıcılığında novatorluq cəhətlərdən biri də Xəzər dənizinin tədqiqində yeni texnologiyaların tətbiqidir. Əvvəllər aparılmış tədqiqatların əhəmiyyətini azaltmayaraq qeyd etmək lazımdır ki, onlar real zaman miqyasında müşahidə aparmaq imkanından məhrum idilər və burada çıxış yolu dənizin bir rayonunda alınmış nəticələri digər ərazilərə ekstropolyasiya etmək idi. Nəticədə bu yolda heç də həmişə adekvat nəticələr alınmırdı.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, elmi-texniki prosesin inkişafı nəticəsində Yerin süni peyklərindən yeni müşahidə texnologiyası və metodları yaranmış, onlardan dünya okeanı və dənizlərinin hamısında, Xəzər müstəsna olmaqla, istifadə olunmuşdur.

Bu boşluğu doldurmaq üçün R.M.Məmmədov xeyli cəhd və təşəbbüs göstərmiş, beynəlxalq elm fondlarının dəstəyi ilə Xəzər dənizində su dövranlarının tədqiqi üçün yeni və həm də daha adekvat nəticə verən “drifter” metodunu tətbiq etmiş və yerin süni peyki ilə qurulmuş əlaqə ilə alınmış məlumatlar əsasında Xəzər dənizinin su dövranlarını tədqiq etmiş, əvvəllər bir çox tədqiqatçıların tərtib və təklif etdiyi axınlar sisteminə əsaslı düzəlişlər vermişdir.

Xəzər dənizinin tədqiqinə aid yeni texnologiyalardan biri onun səviyyə dəyişkənliyi, çirklənməsi və başqa problemlərinin öyrənilməsində yerin süni peyklərindən radar altimetriyası ilə tədqiqatların aparılmasıdır. Bu işi o ilk dəfə 2004-cü ildə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi ilə başlamış və daha sonra İtaliya, Böyük Britaniya və Alman alimləri ilə tədqiqatlar davam etdirilmiş, nəticələr 2005-ci ildə Venetsiyada “Radar Altimetriyasının 15 illiyinə” həsr olunmuş beynəlxalq simpoziumda təqdim olunmuşdur. Alim bu beynəlxalq simpoziumda da məruzə ilə iştirak etmişdir. Bu tədqiqatlarda əsas məqsəd Xəzər dənizində daimi işləyən Çevik-Monitorinq-Nəzarət-Sisteminin (ÇMNS) yaradılmasıdır. Tədqiqatların nəticəsi məşhur Şpringer nəşriyyatının dəstəyi ilə müəllifin Avropa həmkarları ilə yazdığı kitabda öz əksini tapmışdır.

Onun Xəzər dənizinin informasiya bazasının yaradılmasında da fəaliyyətini qeyd etmək lazımdır. O, Beynəlxalq Okeanologiya Məlumatları və Mübadiləsi Mərkəzinin Azərbaycan üzrə milli koordinatorudur, Xəzər dənizinin informasiya bazasının yaradılması sahəsində Avropa İttifaqının 6 və 7-ci Çərçivə Proqramlarının qrantına layiq görülmüşdür. 1997-ci ildə o, 275 xəritədən ibarət olan “Xəzər dənizinin hidrometeoroloji atlasını” tərtib etmişdir.

Kür-Araz hövzəsinin transsərhəd su problemlərinin tədqiqi də alimin elmi axtarışlarının maraq dairəsindədir. Bu mövzuda önəmli məqamlardan biri onun 2009-cu ildə Cenevrə şəhərində Birləşmiş Millətlər Liqasının “Daşqınların yaranmasının transsərhəd risklərinin idarə olunması” mövzusunda keçirdiyi beynəlxalq seminarda “Su resurslarının inteqrasiya olunmuş metodu ilə Kür hövzəsində daşqınların qarşısının alınması” mövzusunda etdiyi məruzədir.

R.Məmmədov Xəzər dənizində keçirilmiş 15-dən çox dəniz ekspedisiyanın iştirakçısı və çoxunun rəhbəri olmuş, onların tədqiqat planını tərtib etmişdir. O öz tədqiqatları ilə Sakit, Hind okeanlarında, Qara və Baltik dənizlərində, Baykal gölündə keçrilən bir neçə beynəlxalq ekspedisiyaların da iştirakçısı olmuşdur.

2005-ci ildə R.Məmmədov rus alimləri ilə birgə Moskvanın „Nauka“ nəşriyyatının sifarişi ilə „Xəzər dənizinin müasir vəziyyəti“ monoqrafiyasını yazıb. Monoqrafiyada müəlliflər Xəzər dənizinə aid öz tədqiqatlarının nəticələrini təqdim etməklə yanaşı onun müasir vəziyyəti ilə bağlı yeni ümumiləşdirmə verirlər və problemə öz münasibətlərini açıqlayırlar.

2007-ci ildə R.M.Məmmədovun “Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafi problemləri” kitabı işıq üzü görür. Bu monoqrafiyada müəllifin, əsasən, özünün bu sahədə uzunmüddətli tədqiqarlarının ümumiləşdirilmiş nəticələri verilmişdir.

2007-ci ildə alimin gürcü həmkarları ilə birlikdə “Qəza və risklərin coğrafiyası (Qafqaz-Pont regionun rütubətli subtropik zonaları” kitabı Tbilisi şəhərində işıq üzü görür. Gürcüstan və türk alimləri ilə elmi əməkdaşlığı davam etdirən alim 2007-ci ildə Tbilisidə öz həmkarları ilə birgə “Cənubi Qafqazda ətraf mühitin antropogen transformasiyası” kitabını çap etdirir.

R.M.Məmmədovon elmi əsərləri dünyanın məşhur elmi juranlları və nəşriyyatlarında (“Şpringer”, “Nauka”, “Akademik Qluavert” və s.) çap olunmuşdur o, 220 elmi məqalə, 7 kitab və 1 atlasın müəllifidir, 20-yə qədər işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilmişdir. Bunlardan aşağıdakıları göstərmək olar:

1980-1986-cı illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin icra etdiyi "Dünya okeanı" mövzusunun idarə heyətinin üzvü olmuşdur. O, Sakit, Hind və Atlantik okeanlarında beynəlxalq ekspedisiyaların öz tədqiqat mövzusu ilə iştirakçısı olub. Azərbaycan Respublikasında Xəzərin kompleks tədqiqat planının tərtib etmiş və Bakıda Xəzərə aid beynalxalq və respublika konfranslarının keçirilməsinin təşkilatçısı və aktiv iştirakçılarından biridir.

R.Məmmədov Azərbaycanda və dünyada, beynəlxalq elm aləmində Xəzər dənizinin tədqiqatları üzrə tanınmış tədqiqatçı-alim və böyük çəkisi olan mütəxəssisdir.
250-yə qədər elmi məqalənin, 9 monoqrafiyanın, 1 coğrafi atlasın və 20-yə qədər beynəlxalq elmi layihənin müəllifidr. Təkcə son 10 ildə 30-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantıların iştirakçısı olub, məruzə ilə çıxış etmiş, bəzilərinə isə sədrlik etmişdir. O, ümumiyyətlə götürdükdə dünyanın 82 şəhərində (Paris, San-Fraçisko, Brussel, London, Afina, İstanbul, Tokio, Helsinki, Brisbon, Sinqapur, Moskva, Sankt-Beterburq, Pissa, Buxarest, Berlin və s.) müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur, hazırda dünyanın 35-dən çox elmi tədqiqat institut və unversitetli ilə əməkdaşlıq edir. ABŞ-nın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropanın Kopernikus, İNTAS, Çərçivə Proqamı 6 və 7, NATO-nun „Elm Sülh Naminə“ və s. beynəlxalq fondların elmi qrantlarına layiq görülmüşdür. Avropa və ABŞ-nın bir neçə aparıcı alim və universitetləri ilə birgə elmi-tədqiqat işlərinin icrasını davam etdirir.

Onun məqalə və kitablarının xeyli hissəsi xaricdə, bu sahədə dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında dərc olunmuşdur. O, 40-a qədər ölkədə keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir, BMT, YUNESCO, Avropa Birliyi və s. beynəlxalq qurumların elmi və ekoloji təşkilatlarında ölkəmizi təmsil edir.

Nəhayət, böyük qürur və sevinclə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında" 26 may 2016-cı il tarixli Sərəncamı ilə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə 2016-cı il üçün elm sahəsində Dövlət mükafatına layıq görülmüşdür.
Bu yüksək mükafata layiq görülməsi münasibətilə dəyərli soydaşımız, AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik, Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin tədqiqatları üzrə tanınmış tədqiqatçı, görkəmli alim, texnika elmləri doktoru, professor Ramiz Mahmud oğlu Məmmədovu bütün Borçalılılar adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.




Akademik Ramiz Məmmədovun kitabları:

1. Изменчивость гидрофизических полей и распространение загрязнителей в Каспийском море ("Xəzər dənizinin hidrofiziki sahələrin dəyişkənliyi və onların çirklənmənin yayılmasına təsiri") // Баку. 2000, Изд. «Элм». 185 с.

2. Современное состояние Каспийского моря // Изд. Наука. Москва. 2005, 354 с. (Соавторы: Панин Г.Н., Митрофанов И.В.).

3. Гидрометеорологическая изменчивость и экогеографические проблемы Каспийского моря // Изд. «Елм». 2007, Баку. 454 с.

4. География катастроф и риска (зоны влажных субтропиков Кавказско-Понтийского региона) ("Geography of catastrophes and risk") // Тбилиси. 2007, 358 с. (Соавторы: Бондырев И.В., Таварткиладзе А.М., Литвинская С.А.).

5. Антропогенная трансформация природной среды Южного Кавказа ("Antropogenic transformation of the South Caucasus natural ambience") // Тбилиси. 2008, 450 с. (Совторы: Бондырев И.В., Таварткиладзе А.М).

6. Azərbaycanda Landaşft Planlaşdırılması (ilk təcrübə və tətbiq) R.M.Məmmədov. Bakı, 2009.

7. Piloting Landscape Planning in the Countries of the Southern Caucasus. Hovik Sayadyan, Nodar Elizbarishvili, Ramiz Mammadov, Michael Garforth, Baku, Tbilisi, Yerevan, 2009.


Atlas:

“Xəzər dənizinin hidrometeoroloji atlası” - 2014;


R.M.Məmmədovun AMEA-nın ən mühüm nəticələr siyahısına daxil olmuş işləri:

1. İlk dəfə «Azərbaycanın Konstruktiv Coğrafiyası» (1-ci hissə) monoqrafik əsəri yazılmışdır. Bu əsərdə Azərbaycan Respukblikasının təbii şəraiti, ehtiyatları, ekoloji-coğrafi problemləri və ətraf mühitin mühafizə məsələləri öz əksini tapmış, onların elmi-nəzəri, eləcə də praktiki əhəmiyyəti qabarıq şəkildə izah edilmişdir (Birgə müəlliflər: B.Ə.Budaqov, N.Ş.Şirinov, Ə.C.Əyyubov, Ə.V.Məmmədov).1991.

2. İlk dəfə olaraq külək sürətinin sahildə sabit verildiyi hal üçün dəniz səthinin və atmosferin dənizə yaxın qatlarının dinamik xarakteristikalarını (küləyin dənizdə qeyd olunmuş sürəti u (x, y, z, t) müqavimət ( Cu) və kələkötürlük ( Zo), hərəkət miqdarı seli ( mu) təyin etmək üçün fiziki-riyazi model tərtib olunmuşdur (Birgə müəllif: A.İ.Hümbətov).1993.

3. İlk dəfə Xəzər dənizi səviyyəsi tərəddüdü ilə günəş aktivliyi arasındakı əlaqə müəyyənləşdirilmiş, səviyyənin gələcək dəyişməsi üçün yarımempirik düstur alınmış və onun birinci yaxınlaşmada proqnozu verilmişdir (Birgə müəllif: A.İ.Hümbətov).1993.

4. Orta Xəzərin qərb hissəsinin sahil zonası üçün çirkləndiricilərin keyfiyyət və kəmiyyət səciyyəsinin dinamikası öyrənilmiş, turbulent diffuziya tənliyinin köməyi ilə müəllif hidrometeroloji hallar üçün onların yayılmasının proqnozunu vermişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova). 1994.

5. İlk dəfə olaraq Xəzər dənizinin Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış, küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahil konfiqurasiyası nəzərə alınaraq çirkləndiricilərin yayılma proqnozu verilmişdir. (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Ağalarova). 1995.

6. İlk dəfə olaraq Abşeron yarımadasının şimal sahil zonası üçün fiziki-coğrafi model hazırlanmış və küləyin dəniz axınlarının sürəti, turbulent mübadilə əmsalı və sahilin konfiqurasiyası nəzərə alınmaqla çirkləndiricilərin yayılma proqnozu verilmişdir. 1996.

7. İlk dəfə olaraq, axırıncı qalxma dövrü üçün, atmosfer dövranları makroformullarının təkrarlanması ilə (W, E, C) Xəzər dənizi səviyyəsinin dəyişmələri arasında yüksək əlaqə olduğu aşkar olunmuş, onların korrelyasiya əmsalları hazırlanmış və reqressiya tənlikləri qurulmuşdur (Birgə müəllif: Y.Hadıyev). 1998.

8. İlk dəfə olaraq Xəzər dənizində buxarlanmanı təyin edən hidrometeoroloji parametrlərin ortalaşdırılması xətaları tədqiq edilmiş, onların məkan-zaman dəyişkənliyi və səviyyə tərəddüdləri ilə əlaqələri öyrənilmişdir. Dəniz səthindən buxarlanma intensivliyinin zaman spektrində illik, mövsümü və aylıq maksimumlar aşkar edilmişdir (Birgə müəlliflər: T.M.Tatarayev, N.İ.Əhmədov, A.İ.Hümbətov). 1998.

9. İlk dəfə elektron-tematik xəritələr əsasında Xəzər dənizinin 250 xəritədən ibarət kompleks coğrafi Atlası tərtib olunmuşdur. Redaktorlar: akad.A.Əlizadə, akad.B.Budaqov. 1999.

10. İlk dəfə olaraq Azərbaycanın Xəzərətrafı regionlarında müxtəlif dövrlərin (son 20 il) aerokosmik şəkillərinin deşifrlənməsi ilə aparılan tədqiqatlar nəticəsində təbii antropogen amillərin təsiri ilə səhralaşma prosesinin sürətlənməsi aşkar olunmuşdur ki, bu da torpaq örtüyünün şoranlaşması deflyasiyası proseslərini gücləndirmiş, yeni şoranlıqların meydana gəlməsinə, qumların hərəkət sürətinin fəallaşmasına və bitki örtüyünün qalofitizasiyası prosesnin güclənməsinə səbəb olmuşdur. Tədqiqatlar nəticəsində səhralaşma prosesinin sürətlənməsinə qarşı bir sıra mübarizə tədbirləri işlənib hazırlanmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, S.Quliyeva, . X.R.İsmətova). 2001.

11. İlk dəfə нeni metodika və texnologiya əsasında rəqəmli kosmik şəkillərdən istifadə etməklə (LANDŞAFT-aprel 2000) Abşeron yarımadasının səhralaşmanın növü, dərəcəsi, torpaq istifadəsi və 2010-cu il üçün landşaftların səhralaşma riski (proqnozu) xəritələri ( 1:1 00000 miqyaslı) tərtib olunmuşdur. 1984-2000-ci il müddətində tədqiqat aparılan rayonda güclü və çox güclü səhralaşmaya məruz qalan ərazilərin sahəsi antropogen və Xəzər dənizinin səviyyəsinin qalxması ( qrunt sularının səviyyəsinin qalxması, bataqlaşma, şorlaşma) amillərinin təsiri nəticəsində 450 kv km-ə qədər artmışdır (Birgə müəlliflər: B.Ə.Budaqov, A.A.Mikayılov, X.R.İsmətova). 2001

12. Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitin tədqiqi. İlk dəfə olaraq Xəzər dənizində çirkləndiricilərin müxtəlif hidrometeoroloji şəraitdə yayılmasının kompleks fiziki-coğrafi modeli işlənmişdir. Bu model artıq neft ləkələrinin sərhədlərarası yayılması proqnozlaşdırılmasında tətbiq edilmişdir. 2004.

13. Xəzər dənizi regionunda atmosferin yerüstü dövranlar dəyişməsinin qanunauyğunluqlarının tədqiqi əsasında, xəzər səviyyəsinin müasir dəyişmələrində, payız-qış müddətində, zonal istiqamətli küləklərin sürətinin modulunun statistik əhəmiyyətli azaldığı və bunun nəticəsində regionda buxarlanmanın intensivliyinin zəiflədiyi müəyyən edilmişdir (Birgə müəllif: Q.Panin (RAN). 2005.

14. İlk dəfə olaraq drifterlər vasitəsilə (laqranş təsviri) yerin süni peyklərindən Xəzər dənizinin axınlar sistemi öyrənilmiş və indiyə qədər mövcud olan axın sxemlərinin həqiqətə uyğun olmadığı müəyyən olunmuşdur (Birgə müəlliflər: E.Özsoy (Türkiyə), Q.Karatayev (Ukrayina). 2006.

15. Xəzər dənizi səviyyəsinin qalxmasının sahil zonasındakı sosial-iqtisadi və ekoloji nəticələrini qiymətləndirmək üçün universal metodika işlənmişdir. Azərbaycan sahillərinin həssas hissələri müəyyənləşdirilmiş, işlənmiş metodika bu ərazilərə tətbiq olunmuşdur. Sahil zonasının idarəçiliyi üçün strategiya hazırlanmış, onun mühafizəsi üçün elmi əsaslı təkliflər verilmişdir. 2007.

16. İlk dəfə Şirvan Milli Parkı və onun ətraf ərazilərində landşaft planlaşdırılması aparılmış, onun inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri işlənilmiş, əsas istiqamətlərin və tədbirlərin konsepsiyası hazırlanmışdır. GİS mühitində ayrı-ayrı təbii komponentlərin əhəmiyyətlilik, həssaslıq və inkişafın məqsədləri, bütün ərazi üçün isə landşaft, torpaqdan müasir istifadə, konfliktlər, məqsədlər və tədbirlər xəritələri (cəmi 16) tərtib olunmuşdur. 2008.

17. İlk dəfə Azərbaycan coğrafiya elmində Landşaft Planlaşdıtılmasına (LP) aid monoqrafiya yazılmış, Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Kitablarda LP-nin konsepsiyası, mahiyyəti, məzmunu, məqsədləri və metodları təqdim olunur, onun icra mərhələləri, ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədləri, konsepsiyaları, xəritələrin tərtib olunmasının yeni texnologiyası verilir. Kitabda verilən metodika Şirvan Milli Parkı və onun ətraf ərazilərinin landşaft planlaşdırılmasında tətbiq olunur. 2009.


R.M.Məmmədovun son 10 ildə beynəlxalq təşkilatlarin qrantlari əsasinda həyata keçirdiyi layihələr:

1. Xəzər dənizinin ətraf mühiti və sənayesi haqqında informasiya xidmətinin yaradılması. Layinəni verən: Avropa İttifaqının Çərçivə Proqramı - 7. İcra müddəti: 2009-2010-cu illər.Qrup rəhbəri. 2009.

2. İqlim dəyişmələri və Xəzər dənizinin ekosistemi: model tədqiqatları. Layihəni verənlər: ABŞ-ın Mülki Tədqiqtalar və İnkişaf Fondu, Azərbaycanın Milli Elm Fondu. İcra müddəti: 2008-2009-cu illər. Layihə direktoru.

3. Xəzər dənizi ekosisteminin fənnlərarası analizi (MACE). Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 2006-2009-cu illər.Tərəfdaş ölkələr tərəfindən layihənin direkroru.

4. Landsat süni peykinin məlumatlarının emalı nəticəsində dəniz səthinin məsafədən deteksiya olunması. Layihəni verən: Lukoyl şirtkəti. İcra müddəti: 2008-ci il. Layihə direktoru. 2008.

5. Cənubi Qafqazda Landşaft Planlaşdırılması. Layihəni verən: Berlin Texniki Universiteti, Almaniyanın Federal Təbiəti Mühafizə Cəmiyyəti. İcra müddəti: 2007-2008-ci illər. Layihə direktoru.

6. Peyk altimetriyasının sahil regionlarına tətbiqi və tədqiqi (ALTICORE). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

7. Müxtəlif müşahidə vasitələrindən (məsafədən və yerdən) istifadə etməklə neft ləkələrinin monitorinqi: multi-sensor, multi platforma yanaşmaları (MOPED). Layinəni verən: Avropa İttifaqının İNTAS proqramı. İcra müddəti: 2007-2008-ci illər. Qrup rəhbəri.

8. Ekoloji biliklərin artırılması və ekoloji təhsil mərkəzinin yaradılması. Layihəni verən: Avropa İttifaqı, Qafqaz Regional Ekoloji Mərkəzi. İcra müddəti: 2006-cı il. Layihə direktoru.

9. Xəzər dənizi səviyyəsi dəyişməsinin peyk altimetriyası vasitəsi ilə tədqiqi. Layihəni verən: Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi – ECO/NET proqramı. İcra müddəti: 2005-2006-cı illər. Layihə direktoru.

10. Ətraf mühitin proqnozlaşdırılması üçün müşahidə sisteminin təşkili. Layihəni verən: NATO Müasir Cəmiyyətin Problemləri Komitəsi. İcra müddəti: 2004-cü il. Qrup rəhbəri.

11. Xəzər dənizində Neft ləkələrinin və qazokondenastın qəza hallarında neft platforması və borudan dağılmasının modelləşdirilməsi. Layihəni verən: BP şirkəti. İcra müddəti: 2004-cü il. Layihə direktoru.

12. Azərbaycan Respublikasında iqlim dəyişmələri. Layihəni verən: Global Ekoloji Fond/UNDP. İcra nüddəti: 2002-ci il. Qrup rəhbəri.

13. Müxtəlif hidrometeoroloji şəraitdə Xəzər dənizində neft ləkələrinin yayılmasının modelləşdirilməsi. Layihəni verən: Exon/mobile şirkəti. İcra müddəti: 2002-ci il. Layihə direktoru.

14. Ətraf mühit, informasiya mərkəzləri və xidmətləri üçün Xəzər elmi şəbəkəsinin işlənilməsi. Layihəni verən: Avropa İttifaqı Çərçivə Proqramı – 6. Copernikus-2. İcra müddəti 2000-2001-ci illər. Qrup rəhbəri.

15. Xəzər dənizində müxtəlif hidrometeroloji şəraitdə çirkləndiricilərin transsərhəd yayılmasının fiziki-coğrafi modeli. Layihəni verən: ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu. Kooperativ qrant proqramı. İcra müddəti: 2000-2001-ci illər. Layihənin direktoru.

16. Xəzər dənizi səviyyəsinin qalxmasının ətraf regionların səhralaşma prosesinə təsiri. Layihəni verən: Avropa İttifaqı, TACİS proqramı. İcra müddəti: 1999-2000-ci illər. Layihə direktoru.

17. Mayami Universiteti, Rozental adına dəniz və atmosfer elmləri mərkəzinə üç aylıq ezamiyyət. Layinəni verən: NATO Elm Sülh Naminə Proqramı. İcra müddəti: 1999-cu il. Layihə direkroru.

18. Azərbaycanda iqlim dəyişmələri, milli hesabat. Layihəni verən: Dünya Bankı, Azərbaycan Hidrometeorologiya Komitəsi. İcra müddəti: 1999-cu il. Qrup rəhbəri.

19. Bakı Buxtasının təmizlənməsi. Layihəni verən: IWACO, Niderland. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

20. Xəzər dənizi üzrə metaməlumatlar bazasının yaradılması. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

21. Xəzər dənizinin transsərhəd diaqnostik analizi. Layihəni verən: Xəzər Ekoloji Proqramı, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, TACİS. İcra müddəti: 1998-ci il. Qrup rəhbəri.

22. Xəzər dənizinin sahil zonasında axınların monitorinqi. Layihəni verən: BP/AMOCO alyansı. İcra müddəti: 1998-ci il. Layihənin direktoru.

23. İqlim dəyişmələrinin Azərbaycanda təzahürləri. Layihəni verən: Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Azərbaycan Dövlət Ekologiya Komitəsi.



Məqalələri (seçilmiş):

1. Экспериментальное исследование диффузии струй пассивной примеси в поверхностном слое моря // Океанология. 1976,т. 16. №8, с. 990-994. (Соавтор: Журбас В.М).

2. Оценка параметров турбулентности в Каспийском море по данным инструментальных наблюдений над течениями // Изв. АН Азерб. ССР серия Наук о Земле. 1983,№6. с. 97-104.

3. Влияние физико-океанографических факторов на распространение сточных вод в прибрежной зоне Апшеронского полуострова // Изв. АН Азерб. ССР. серия Наук о Земле. №6. с. 93-100. (Соавторы:Гумбатов А.И., Агаларова Н.М., Халилов А.И.).

4. Long-term prognosis of the Caspian Sea-level // Regional Workshop on Coastal Zone Management. Chabahar. İslamicRepublicIran. 1996 (with Humbatov A.I.)

5. Impact climate anomalies on the level of the Caspian Sea // The Second International Symposium On “Climate and Water”. 1998, Espoo. Finland. p. 972-980. (with Hadiyev Y. and Kulizade L.).

6. Prediction of the Oil Transport and Dispersal in the Caspian Sea Resulting from a Continuous Release // Spill Science & Technology bulletin. 2000, Vol. 6. No 5/6. p. 323-339 (with Mooers N. K., Korotenko K.A.).

7. Моделирование процесса формирования температурной аномалии в прибрежной зоне Каспийского моря // Океанология. 2000, т.40. №4. с. 500-508. (Cоавтор: Коротенко К.А.).

8. Caspian Sea Level and Ecological problems // International Symposium on the Problems of the RegionalSeas. 2001, Istanbul-Turkey. p.1-11.

9. Prediction of the Transport and dispersal of Oil in the South Caspian Sea Resulting from Blowouts // J. Environmental Fluid Mechanics 1. Kluwer Academic Publishers. 2002, p. 383–414. (with Korotenko K.A. and Mooers C.N. K.).

10. Transboundary water problems in the Kura – Araks basin // NATO Advanced Research Workshop “Transboundary water resources: strategies for regional security and ecological stability. Novosibirsk. 2003, p. 93-108. (with Mansimov M.R., Ismatova Kh.R.).

12. Particle tracking method in the approach for prediction of oil slick transport in the sea: modelling oil pollution resulting from river input // J. Marine Systems. 2003, 48. p. 159-170. (with Korotonke K.A.).

13. Remote sensing data and GIS technology application far analyze of natural and social-economical characteristics of Azerbaijan offshore zone // Science without borders. Transactions of the InternationalAcademy of Sciences H&E, 2005, Vol. 2. p.191-200. (with Mekhtiyev A.Sh., Ismatova Kh. R., Budaqov B.A.).

14. Dynamics of processes desertification in east part of the AzerbaijanRepublic // NATO Advanced Research Workshop. Bishkek. 2006. p.38-41. (with Ismatova KH.R, Mikailov A.A., Mansimov M.R.).

15. Assessment of anthropogenic loads on landscapes as a tool to determine the potential for sustainable regional development: case study from Azerbaijan // Environment, Development and Sustainability. Springer. 2007, v.9. No.2. p. 131-142. (with Mustafayev B.N.).

16. Integrated water resources management for seven selected wetlands in Urmia lake basin // ANA of Sciences. Proceedings the Sciences of Earth. 2009, No1. p. 80-88. (With Bagherzadeh K. M.).

17. Современные изменения режима атмосферных осадков на территории Азербайджана // География и природные ресурсы. Новосибирск. 2009, № 4. (Соавторы: Сафаров С.Г., Сафаров Э.С.).

19. Landscape planning in South Caucasus // Tbilisi. 180 p. (with Elizbarashvili N., Sayadyan O.).]]>
Müşviq BORÇALI Sat, 28 May 2016 01:15:46 +0000
İstedad sorağında: “GÖY QURŞAĞI” https://turan.info.az/gurcustan/bolnisi/1420-stedad-soranda-gy-qurai.html https://turan.info.az/gurcustan/bolnisi/1420-stedad-soranda-gy-qurai.html İstedad sorağında: “GÖY QURŞAĞI” İstedad sorağında
“GÖY QURŞAĞI”

Kimə istedadlı uşaq demək olar?
Doğrudur, insanlar işlə, əməklə, təhsillə bağlı müxtəlif vərdişlər əldə edir, bununla istedad sahibi də olurlar. Həyatda qazanılsa da, ancaq istedadın rüşeymləri çox erkən özünü göstərir. Mən 4-5 yaşlı uşağın işıq sönəndən sonra qarnı üstə döşəməyə uzanıb həvəslə şəkil çəkdiyini müşahidə etmişəm. Elələrinə qayğı göstərilsə, diqqət artırılsa, şərait yaradılsa, istedadı parlar.
Yaxud, ayrılıqda üç uşağa sual verib deyirsən ki, atanı çox istəyirsən, yoxsa ananı? Uşaqlardan biri gah anaya baxır, gah ataya, heç birindən keçə bilmir, atanı desə ana inciyər, ananı desə ata inciyər. Hər halda birini seçir. Valideynlərdən biri məyusluq keçirir. Uşaq da var fikirləşir, heç bir cavab vermir. Üçüncü uşaq nə desə yaxşıdır: “Kim əlini tez qaldırsa, onu çox istəyirəm. Bu sonuncu uşaqda ağıl, idrak güclüdür, idrakın gücü ilə hər iki valideyni razı salır. Bizcə, bu .... fəhmlik də istedadın özünü göstərən bir formasıdır. Adətən, istedadlı uşaqlar lazımi mühitə düşəndə istedad parlayır, inkişaf edir. İstedadı söndürən ən pis əlamət laqeydlikdir. Uşaqda olan istedadı vaxtında görmək, ona qayğı göstərmək vacibdir.
Bəzən uşaqlarda olan istedad müəyyən sənət sahibi olan valideynlərin təsiri altında yaranır. Bu sözləri on yaşlı Aysel Mədədli haqqında da demək olar. Babası Mədəd Çobanov alimdir, elmlər doktoru, professordur, atası Müşfiq Borçalı naşirdir, bir neçə qəzetin baş redaktorudur. Əlbəttə, belə bir ailədə dünyaya göz açan uşağın poeziya ilə maraqlanması təəccüblü deyil. Aysel Bakıdakı 20 saylı məktəbin IV sinfində oxuyur, dərs əlaçısıdır. Sinif nümayəndəsidir. 77 şerin təmsil olunduğu “Göy qurşağı” şerlər kitabı 1100 nüsxə tirajla çox nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətlə çap olunmuşdur. Kitabın cildinin üzərində mənalı baxışlı Ayselin rəngli portreti də verilmişdir. Azərbaycan Respublika “Təhsil” Mərkəzinin “Borçalı” nəşriyyat-poliqrafiya müəssisəsində işıq üzü görmüşdür. Kitabın redaktoru şair-publisist Valeh Mirzə əsərə ön söz yazmış, Ayselin ilk qələm məhsulları barədə çox obyektiv mülahizələr söyləmişdir, kitabın ərsəyə gəlməsində redaktor əməyi də az deyil. Əslində bizim üçün söz deməyə yer də qalmır. Bununla belə fikrimizi bildirmək, faydalı məsləhətlər vermək istəyirik.
Aysel AzTV-nin “Sehirli güzgü” verilişlərinin aparıcısı kimi də tanınır. Redaktorun qeyd etdiyi kimi, şerlərin əksəriyyəti qəzetlərdə dərc olunub, televiziya və radio verilişlərində səslənib. Fərəhli haldır ki, on yaşlı balamız yaşıdları arasında tanınır, sevilir. Hələ uşaqlıq həyatından ayrılmamış bu istedadlı qıza doğru, düzgün istiqamət göstərmək, ona sənətin əzablı, əziyyətli, məsuliyyətli yollarını başa salmaq, yazılarına bundan sonra daha böyük tələbkarlıqla yanaşmaq lazımdır. Axı, Aysel on yaşında ikən kitab müəllifidir. Bu hər uşağa nəsib olan uğur deyil.
Əvvəlcə Ayselin şerlərinin mənası, məzmunu, ideyası, sənətkarlıq cəhətləri barədə bir neçə söz demək istəyirik. Kitabın redaktorunun “Ön söz”də qeyd etdiyi kimi, bəzi şerlər qafiyəsizdir. Bəs qafiyəsiz də şer olarmı? Bununla belə, onlar sərbəst vəzndə də yazılmayıb, heca vəznindədir, ancaq misraların əksəriyyəti qafiyələnməyib. Qafiyə olmasa da, sözlər elə cilalanıb ki, qafiyənin olmaması hiss edilmir. Misralar çox aydın, sərrast və axıcıdır. Onun uşaqlar üçün yazılan şerlərinin bəzisini nümunə göstərmək olar. Başlıcası budur ki, Aysel on yaşda olsa da, Azərbaycan dilini çox gözəl bilir, on yaşında olan məktəblinin zəngin söz ehtiyatı da əlamətdar cəhətlərdən biridir. Şerlərin bəzisini qafiyəsiz adlandırsaq da, əslində çox sərrast qafiyə, misraları yerli-yerində olan bəndlər, beytlər əksəriyyət təşkil edir.
Bir neçə nümunə:
Böyüyün, tezcə,
Gözəl güllərim.
Bəsləyəcəkdir
Sizi əllərim.
(“Gülərin gülləri”)
Şer beş hecalıdır, ikinci, dördüncü misralar qafiyələnib.
Yığışıbdır qonaqlar
Bu gün sənin başına.
Gün o gün olsun, Emin,
Çatasan yüz yaşına.
(“Ay Emin”)
Burada da qafiyə qüsuru yoxdur.
Tezcə böyü, qaç görüm,
Aləmə nur saç görüm.
Dərsə gedib “5” al sən,
Bax beləcə ucal sən!
(“Şəms”)
Qafiyələr öz yerindədir.
Ziyarət yerimizdir
Şəhidlər xiyabanı.
Bir qeyrət yerimizdir
Şəhidlər xiyabanı.
(“Şəhidlər xiyabanı”)

Bir qoca tut ağacı,
Bir uca tut ağacı.
(“Babamın tut ağacı”)

Bunlar da qafiyəli misralardır.

Bu cəhətdən iki bəndlik “Tac” şeri xarakterikdir
Rəngli kağızla
İşləyir Aytac.
Kağıza büküb
Düzəltdi bir tac.

Bu gözəl tacı
Başına taxdı.
Şah kimi durub,
Şah kimi baxdı.

Çıxdı Günəş
Yatağından.
Baxdı bizə
Otağından.

Gülə-gülə
İşıq saçdı.
Qaranlıqlar
Qorxub qaçdı.

İşıqlandı
Şəhərimiz.
Açıldı xoş
Səhərimiz.
(“Günəş”)
Şer çox axıcıdır, səmimidir, kökdən, feldən düzəldilən qafiyələr işlənib. Belə maraqlı nümunələrin sayını artırmaq da olar. Kitabın yaxşı cəhətlərindən biri budur ki, qafiyəsiz olan yazılara redaktor əli dəyməyib. Onların bir çoxunu qafiyələndirmək böyük problem deyil, əl dəysəydi, şer öz əsilliyini itirərdi. Müəllifi ya arxayınlaşdırar, ya da çaşdırardı. Xeyirdən çox ziyan olardı. İndi isə qafiyəsiz şerlərdən nümunə göstərək.
Qafiyəsiz şerləri təqdir etdik ona görə ki, fikirlər sərrastdır, aydındır, dil qüsuru yoxdur. Kitabın əvvəlindəki “Vətən” adlı dörd misraya nəzər salaq:
Sevirəm Vətənimi,
Öz dinimi, dilimi.
Vətən ana dilimdir,
Ana dilim vətəndir.
Fikir maraqlıdır, “Ana dilim Vətəndir” misrası isə deyim tərzi və orijinallığı ilə diqqəti cəlb edir.
Boş yerə axan suya,
Yanan qaza, işığa
Qənaət etməliyik,
Bunları bilməliyik.
“Qənaət” adlı şerdə sərrast, aydın, xeyirli məsləhət vardır.
Dəqiqəni sevsək biz
Dəqiqliyi sevərik.
Onda hər işimizin
Vaxtını da bilərik.
Həmin bəndə də misralar qafiyələnmir. Fikir isə faydalıdır. Uşaq psixologiyasına uyğundar.
“Yaxşı uşaqlar” şerində də maraqlı fikir var:
Quş evciyi düzəltdilər
uşaqlar,
Ora çoxlu yem gətirib
qoydular.
Ana sərçə uçub gəldi
evciyə,
Yem aparıb verdi bala
sərçəyə.
“Şerlər” yazısındakı:
Köçürməsəm vərəqə,
Yadımda qalmayırlar.
Şerlər küsüb gedir,
Geri qayıtmayırlar.
“Hicran müəllimə” yazısındakı:
Ana yurdu sevməyi,
Doğma dili bilməyi
O, öyrədib bizlərə,
O, öyrədib bizlərə.
Bəndlərdə sözlər bəzən qafiyələnməsə də, aydın fikir var. Biz bununla, şer qafiyəsiz də ola bilər fikrindən çox uzağıq. Xatırladırıq ki, Aysel istedadlı qızdır, o çalışıb şerin formalarını daha mükəmməl öyrənməlidir.
Bütövlükdə Ayselin şerlərində müxtəlif bədii təsvir vasitələri də var, onda yumor hissi də güclüdür. Tələb etməyi də bacarır, bunlar da başlıca cəhətlərdir.
Şerlərin mövzularına gəlincə, onlar on yaşlı şagirdin psixologiyasına, anlam və bilik səviyyəsinə uyğundur. Aysel ətrafında gördüklərini, bildiklərini, kədərləndiyi, sevindiyi, heyrətləndiyi hadisələri qələmə alır. 77 şerin 20-ə qədəri ataya, anaya, nənəyə, bacı-qardaşa həsr olunan yazılardır. O, ölkəmizdə baş verən hadisələrə, quruculuq işlərinə, təbiət hadisələrinə də biganə deyil. Təbii ki, Aysel böyüdükcə, onun mövzu dairəsi də genişlənəcəkdir. İndilikdə isə Ayselə ilk növbədə fənləri dərindən mənimsəməyi, çoxlu kitab oxumağı, şerin formasına, vəzninə, qafiyə sisteminə mükəmməl yiyələnməyi məsləhət görürük. Hər şeydən əvvəl bilmək lazımdır ki, iki eyni hecadan qafiyə düzəltmək olmaz. Ayselin “Göy qurşağı” kitabı oxucuda inam yaradır ki, o, öz üzərində inadla çalışsa, sənətkarlıq sirlərini öyrənib ona əməl etsə, ədəbiyyatda öz sözünü deyə bilər.
Cavad CAVADLI,
“Azərbaycan müəllimi” qəzetinin
şöbə müdiri.
“Azərbaycan müəllimi”
qəzeti, 13.02.2004.
AYSELİN ŞER DÜNYASI
“Dünyanı uşaqlara verək!” deyib şair. Azərbaycanın gələcək qurucuları olan kövrək qəlbli uşaqlar, müəyyən zaman keçdikcə, sabahın fəal vətəndaşlarına çevrilirlər. Dünənə qədər uşaq bildiyimiz fidan balaların həyat fəlsəfəsi böyükləri də lap mat qoymağa qadirdir. İncə ruhun, bacarıqlı əllərin sahibləri olan uşaqların qazandığı uğur, nailiyyət cəmiyyətə, valideyinlərə ən böyük töhfə hesab olunur. Unutmayaq ki, yaradıcı təxəyyülün, eləcə də rəssamlıq, şairlik duyğularının narahat uşaq qəlbinə hakim kəsilməsi elə Tanrının da ən böyük möcüzəsidir. Ulu tanrı kiçik yaşlı yaradıcı insanları xalqımıza bəxş etməklə, mənəviyyatımızı kədərdən, qüssədən uzaq edir. Haqqında söhbət açacağım 10 yaşlı Aysel Mədədli “Göy qurşağı” kitabının müəllifidir. Adətən kitab müəllifini bu yaşda təsvir etmək biz böyüklərin təəccübünə səbəb olur. Dünyada sevinclə, məhəbbətlə bağlı bir ömür yaşayan balaca Aysel öz yaşıdlarından fərqli olaraq, hələ onları qabaqlayıb desək, - yanılmarıq. Dostlarından fərqli olaraq, düşüncələrini, gördüklərini ağ vərəqə şer diliylə köçürən Aysel 90-dan çox şerin müəllifidir. Onun qələmə aldığı hər bir şeri həyəcansız oxumaq mümkün deyil. Yazdığı misralarda vətənə, torpağa bağlılıq, ataya, anaya, nənəyə, babaya olan məhəbbət, ən nəhayət həyata müstəqil baxışı oxucuda böyük maraq doğurur. Şerlərinin məzmunu, qafiyəsi, mövzu əhatəliyi Aysel Mədədlini başqalarından fərqləndirən ən böyük xüsusiyyətlərdir. “Mən Azərbaycanlıyam” şerində Aysel - doğma elini, torpağını sevən vətəndaş kimi, böyük qürur hissi keçirir:
Azərbaycan adlanan,
Ölkənin övladıyam.
Torpağıma bağlıyam,
Mən Azərbaycanlıyam!
“Dədə Qorqud”, “Fətəli xan”, “Zeynalabdin Tağıyev” şerlərində Aysel öz oxucularını - öz yaşıdlarını dahi şəxsiyyətlərimizlə bir daha tanış etməklə xalqımızın tarixində onların gördüyü xeyirxahlığı, vətəni qorumağı, qeyrətli əməlləri yada salır.
Sevimli oxucularını intizarda qoymayan balaca şairənin şer dili bəzən böyükləri də düşüncələr aləminə aparır. “Böyüklər” şerinə nəzər yetirəndə bunları görmək mümkündür.
“Böyüklərsiz biz kimik?
Biz heç kəsik, heç kimik.
Böyüklər bəslər bizi,
Sevər, əzizlər bizi.”
Valideynlərinin qayğısı ilə əhatə olunan Aysel onları çox sevdiyini öz şerlərində belə təsvir etmişdir:
“Atamı mən hamıdan,
Hamıdan çox sevirəm.
Onunla hər bir zaman,
Həmişə fəxr edirəm.”
(“Ata”)
“Qayğımı çəkir anam,
Nazımı çəkir anam.
Ürəyim nə istəsə,
Alıb gətirir anam”
(“Anam”)
Müdriklərimiz babalarımızın nəvələrini sevərək, əzizləməyi haqqında çox deyiblər. Ayselin şerlərinin qəhramanları olan yaxınları, yəni nənələri, babaları onun sirdaşı, sevincidirlər. Kövrək, şirin xatirələr işığında doğmalarına şer həsr edən Aysel nəvə kimi, sanki öz borcunu yazdığı şerləri ilə diqqətə çatdırır.
“Görüşəndə hər zaman,
Nərd oynayır babalar.
Onlara çox həvəslə,
Baxır nəvə balalar”
(“Nərd oynayır, babalar”)
“Çağırsa məni nənəm,
Tez yanına gedirəm.
İstədiyi hər şeyi,
Tapıb mən gətirirəm”
(“Nənəm”)
“Göy qurşağı” kitabında gənc müəllifin vətənə, Xocalı faciəsinə həsr olunan şerləri də öz əksini tapıb.
Hər sətrində narahat uşaq dünyası, yaradana bağlılıq, şəhidlərə olan ehtiram balaca Ayselin qələminin möcüzəsidir. Azadlığımız, bu günki firavan həyatımız uğrunda olan igidlərimizə həsr olunan ”Şəhidlər”, “Şəhidlər xiyabanı” ilə birgə 21-ci əsrin soyqırımıyla bağlı olan “Xocalı faciəsi” şerlərində qəlb çırpıntılarının ağrısını yaşadan balaca vətənpərvər şair obrazını görürük.
Bu yara çox dərindir,
Kökündən incidəndir.
Heç bir zaman sağalmaz,
Bunu unutmaq olmaz!
(“Xocalı faciəsi”)
Aysel Mədədli xeyirxah, xoşrəftarlı olduğu üçün dostlarını, bacısını sevməklə həm də şerlərində bəzən onları gülüş hədəfi kimi təsvir edir. Beləliklə, belə şerlər oxucunu həm də güldürür. ”Yaxşı uşaqlar”, “Şəms”, ”Ay Emin”, “Yarıya bölək”, “Ağlağan Aytac” şerlərini Aysel Mədədli təmiz, ülvi hisslərlə, məhz oxucunu yormadan hamıya sevdirə bilir.
Bakıdakı 20 saylı məktəbin şagirdi Aysel Mədədli dərs əlaçısı olduğu üçün, sevimli müəllimlərinin ona olan qayğısını da unutmur.
“Böyüklərə hörməti,
Kiçiyə məhəbbəti,
O, öyrədib bizlərə.
Düzlüyü, təmizliyi,
Dostluğu və birliyi,
O, öyrədir bizlərə.”
(“Hicran müəllimə”)
Açıq səma-təmizlik, paklıq rəmzi olduğu üçün, göy qurşağı da parlaq Günəşin rəngləridir. Təsadüfi deyil ki, qəlbi göy qədər saf olan, Aysel Mədədlinin şerlər dünyası, parlaq Günəşin möcüzəsi olan 7 rəngdən ilham alaraq oxucuların görüşünə gəlmişdir. Hər bir rəng çalarında müqəddəslik rəmzi olan “Göy qurşağı” kitabı Aysel Mədədlinin birinci kitabı olmaqla ilk sevincidir. Sonda tanınmış alim, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının ocağından pöhrələnən, atası Müşfiq Borçalının xeyir-duası ilə ilhamlanan Aysel Mədədliyə yaradıcılıq uğurları, daha çox kitablar toplusunun müəllifi olmağı arzulayırıq. Gələcəyin ən böyük şairəsi olmağın astanasında irəliləyən Ayselə “tanrı duaçın, yolun uğurlu olsun” - deyirik!
Təranə CƏBİYEVA.
5 oktyabr 2004-jü il.]]>
Müşviq BORÇALI Fri, 13 May 2016 19:13:19 +0000
Sadəlikdən və saflıqdan doğulan misralar https://turan.info.az/media/sherqinsesi/994-sadlikdn-v-saflqdan-doulan-misralar.html https://turan.info.az/media/sherqinsesi/994-sadlikdn-v-saflqdan-doulan-misralar.html Sadəlikdən və saflıqdan  doğulan misralar
Aysel Mədədlinin "Göy qurşağı" (2003) və "Mavi dəniz" (2009) adlı şeir kitabları qarşımdadır. 1-ci kitaba tanınmış şair-publisist Valeh Mirzə ön söz yazıb. Burada həm də AzTV-nin "Sehrli güzgü" verilişinin aparıcısı kimi də tanınan Ayselin şeirləri haqqında söz açılır, hərdən öz gəlincikləri ilə oynamağından, uşaq dünyasından bəhs etməsindən, hərdən də böyüklər kimi geniş mövzulara müraciət etməsindən danışılır və uğurlu yol arzulanır.
İkinci kitabın əvvəlində isə Aysel Müşfiqqızının ilk kitabı olan "Göy qurşağı" barədə Cavad Cavadlının, İradə Afətin, Bilal Ənsərin, Təranə Cəbiyevanın və b. rəy yazıları, eləcə də Məktəblilər arasında keçirilən “Azərbaycan -Dünyam mənim” adlı yaradıcılıq müsabiqəsində qazındığı uğura görə Bakı şəhəri üzrə Təhsil idarəsinin rəisi Nailə xanım Rzaquliyevanın, ”Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində qazandığı uğura görə Bakı şəhəri Yasamal rayon /Gənclər və İdman İdarəsinin rəisi İ.Səfərovun, Respublika “Təhsil” Mərkəzinin keçirdiyi “Gənc istedad” naminasiyasının qalibi olduğuna görə professor S.Musayevin imzaları ilə təsdiqlənmiş “Diplom” və “Fəxri Fərman”ların foto-surətləri öz əksini tapmış və ardınca isə Ayselin yeni şeirləri verilmişdir.
Ayselin şeirlərini oxuduqda bu nümunələrdə biz uşaqların dilincə-sadə-saya deyiliş tərzinə rast gəlməklə yanaşı, həm də uşaq dünyasının saflığını, kinsizliyini, məsumluğunu da görürük. Məsələn, "Aytac" şeirində Aytac adlı bacısını vəsfə-tərifə çəkir; ikinci bəndə baxaq:
Hərdən boş şeyin üstə
Dalaşırıq, küsürük.
Beş dəqiqə keçməmiş
Barışırıq, gülürük.

Doğrudan da, hamımız uşaq olmuşuq, "boş şeydən ötrü" bir-birimizdən inciyib-küsdüyümüz anlar da çox olub, amma bu incikliyimiz, umu-küsü saxlamağımız böyüklərinkindən onunla fərqlənib ki, bu "ədavətın" ömrü uzun çəkməyib, uşaq dünyasının sadəlövhlüyünə xas tərzdə "heç beş dəqiqə keçməmiş" heç nə olmamış kimi inciklikləri yaddan çıxarıb barışmışıq. Bəli, məhz bu cür "küsüşmə-barışma" uşaq aləminə xas əlamətdir və biz Ayselin yaradıcılığında məhz bu uşaqlığı misraların saf ruh üstündə kökləndiyinin şahidi oluruq. Bax təkcə uşaqların dilincə - saf şəkildə şeir yazmaq əsas şərt deyil, həm də uşaqlığın təbiətinə müvafiq şəkildə ifadə bacarığı vacibdir və belə ümdə keyfiyyəti yuxarıdakı nümunədə görüb-təsdiqləyirik.
Aysel Mədədlinin "Riyaziyyat dərsində" şeiri sanki riyaziyyatdan öyrəndiklərinin ümumi şəkildə oxucularına - tay-tuşlarına təqdimidir (dərs danışmasıdır).
Misalda varsa vurma,
Bölmə, çıxma, toplama.
Yerində donub qalma,
Gözünü döyüb baxma.
Mötərizədə olan
İfadəni hesabla.
Sonra da soldan-sağa
Əməlləri hesabla.
Vurmanı və bölməni
Əvvəl yerinə yetir.
Sonra isə topla, çıx,
Misalı tezcə bitir.

Cəmi üç bəndlik olan bu şeiri ona görə bütöv verdim ki, şagirdlər oxuyub əzbərləməklə burdan ikiqat qazansınlar: həm şeir öyrənsinlər-oxu (ədəbiyyat) dərsinin mövzusu kimi, həm də riyazi qanunauyğunluğu-hesab düsturunu yadda saxlasınlar riyaziyyat fənninin dərsi kimi. Yəni bir şeirdə iki mühüm əlamət cəmlənib, həm şeir nümunəsi, həm də riyazi əməliyyatı öyrənib yadda saxlama metodu! Bəzən "iki üstəgəl iki, bölək iki" kimi çaşdırıcı (riyazi yanıltmac) tapmaca satmaqla uşaqlar bir-birini riyazi savadda sınağa-imtahana çəkirlər. Əgər bu riyazi tapmacanın açmasında çətinlik çəkmək istəməsəniz, onda bu şeiri əzbərləyin, burdakı məntiqi mənanı yaxşı mənimsəyin! Bax bizim Ayselin yuxarıdakı şeiri dar məqamda sizin dadınıza yetər. Həm də şeirin gözəlliyi ondadır ki, uşaqların ruhunun mənimsəyəcəyi bir formada yazılıb.
Dili sadəlikdən, ruhu saflıqdan yoğrulmuş Aysel Mədədlinin şeirləri balaca oxucuların könül dünyasına xoş ovqat gətirir.
Əziz oxucular, əminəm ki, bu şeirlər Ayseli sizlərə sevdirəcək, eyni zamanda sizlər də Ayselin sevimli oxucuları olacaqsınız!
Şakir ƏLİFOĞLU,
AMEA-nın böyük elmi işçisi,
filologiya elmləri namizədi,
“Abdulla Şaiq”, “Qızıl Qələm” və
"Peşəkar jurnalist" mükafatları laureatı.
“Kredo” qəzeti,
¹ 28 (547), 18 iyul, 2009.

Redaksiyadan:

Bu məqalə çap olunanda Aysel Bakıdakı 20 saylı məktəb-liseyin IX sinif şagirdi və dərs əlaçısı idi. İndi isə o, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin 2-ci kurs tələbəsidir. Bu günlərdə onun 19 yaşı tamam olur.
Fürsətdən istifadə edərək Ayseli ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!

¹ 43 (273) Oktyabr, 2012-ci il.]]>
Müşviq BORÇALI Fri, 13 May 2016 18:54:05 +0000
Aşıq Məsim SADAXLI (1940) https://turan.info.az/edebiyyat/folklor/1418-aq-msim-sadaxli-1940.html https://turan.info.az/edebiyyat/folklor/1418-aq-msim-sadaxli-1940.html Aşıq Məsim SADAXLI (1940)
Aşıq Məsim-70
TƏBRİK EDİRİK!
1940-cı il oktyabrın 10-da qədim saz-söz yurdu, Ağır elli Borçalı mahalının böyük ellərindən olan Sadaxlı kəndində kasıb, lakin olduqca halal, zəhmətkeş İsmayıl kişinin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Uşağın adını Məsim qoyurlar. Məsim 9-10 yaşlarında olanda böyük qardaşı Aşıq Dursunun yoluyla gedir, sirli-sehirli xalq yaradıcılığı dünyasının əsas qollarından olan aşıqlıq sənəti ilə maraqlanır, saza müqəddəs bir alət kimi baxır, gələcək xoşbəxtliyini ancaq sazda görür. Bu maraq onu adı-sanı-sənəti bütün Borçalıda, qonşu Qazaxda, Tovuzda, Gəncədə, eləcə də Göyçədə, İrəvanda dillər əzbəri olan, bir sözlə, bütün Azərbaycan elləlrində məşhur olan Ozanlar Ozanı Ustad Aşıq Əmrahın yanına çəkib aparır. 11 yaşlı cəlimsiz, cılız uşağın - Məsim İsmayıl oğlunun istedadı, saz tutub oxumağı, söz qoşmağı hamını təəccübləndirir. Aşıq Məsim sonralar yazır:

On bir yaşımdan sənə bağlanmışam,
İnsaf eylə könlümü al, ay sazım.
Hər zaman, hər vaxt sənlə şad olmuşam,
Pünhan könlümün sirrini bil, ay sazım.

Gənclik illərində ulu aşığımız, Borçalının fəxri Əmrah Dədənin barmaqlarına, duzlu söhbətlərinə vurulur Məsim İsmayıl oğlu. 20-25 il həm şagird, həm dostu olur Əmrah Dədəyə. Neçə-neçə şeirlər həsr edir ustadına…
…Vaxt gəlir, vədə yetişir, Dədə Əmrahın şagirdi Məsim İsmayıl oğlu müstəqil olaraq aşıqlar meydanına atılır. El şənliklərində, dövlət tədbirlərində iştirak edir, Ustadının adını, etimadını doğruldur, şərəfini ucaldır… Aşıq şeiri üslubunda yazdığı qoşqular dillər əzbəri olur, mətbuatda işıqüzü görür, dərgilərdə, almanaxlarda dərc olunur, radio və televiziya verilişlərində səslənir, müəllifinə hörmət, şan-şöhrət gətirir…
Bəli, bu gün elinə-obasına qırılmaz tellərlə bağlı olan Aşıq Məsim artıq özü, Borçalıda yaradıcı aşıq sənətkar kimi tanınır, öz şəyirdləri ilə fəxr edir. Bəli, 15-ə yaxın şəyirdi olan aşığın öyünməyə haqqı var…
Aşıq Məsim yazır:

Dahilər məskəni Borçalımız var,
Mərd oğul yetirən elimə qurban,
Şöhrətli, qüdrətli, ozan hikmətli,
Sazım üstə ötən telinə qurban.

Yaxud:

İnamlı Sadaxlı kimi elim var,
Borçalı kimi ağır mahalım var.
Məkkəyə, Haca getməyə yolum var
Mən heyranam elimin haqq dilinə
Mən elinəm, qurban olum elimə.

Bəli, Aşıq Sadıx, Aşıq Xındı Məmməd, Dədə Əmrah, Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Əhməd Sadaxlı, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Ziyəddin və b. kimi ustadlar yetirmiş Ulu Borçalımız tarixin yaddaşına, yeni bir ustadı - Aşıq Məsimi yazmağa hazırlaşır. Aşığın yaradıcılığı çox genişdir. Onun təcnisləri, divaniləri, qoşmaları, dodaq-dəyməzləri çox maraqlıdır və el arasında həvəslə oxunur.
Aşıq Məsimin 2010-cu ildə bu sətirlərin müəllifinin təqdimatı əsasında «Borçalı» nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmiş «Birdi, bir…» adlı kitabında aşığın divaniləri, müxəmməsləri, təcnisləri və deyişmələri ilə yanaşı «Əmrah və Novruz» və «Şərif Sultanov» dastanları da özünə yer tapmış, saz-sözsevər oxucularımız tərəfindən böyük maraqla, rəğbətlə qarşılanmışdır. Bu günlərdə isə Aşıq Məsimin «Könlümün səsi» adlı ikinci şeirlər (qoşmalar, gəraylılar) kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Yeni kitabının işıqüzü görməsi və 70 illik yubileyi münasibəti ilə Aşıq Məsimi ürəkdən təbrik edir, Ustad zirvəsinə qalxan yolla cəsarətlə irəliləyən sənətkara uzun ömür, möhkəm cansağlığı arzulayır və bu şərəfli yolda yeni-yeni uğurlar diləyirik. Ulu Tanrımız Allah köməyi olsun!
Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Fri, 13 May 2016 18:43:31 +0000
Qədim SARVAN kəndi https://turan.info.az/gurcustan/borchali/1399-qdim-sarvan-kndi.html https://turan.info.az/gurcustan/borchali/1399-qdim-sarvan-kndi.html Qədim SARVAN kəndiSARVAN - Tarixi Borçalının Aran bölgəsinin mərkəzi his­­səsində - sabiq Borçalı (indi Marneuli) rayonunun qədim tarixə malik olan kəndlərindən biridir.
Sarvan - 1932-ci il 13 fevral tarixindən Borçalı adlanıb, 1947-ci ildə Marneuliyə qatılıb. Qə­dim Sarvan kəndi hal-ha­zırda Marneuli rayonunun inzi­bati-ərazisinin mərkəzi Mar­neu­li şəhərinin tərkibində bir­ləş­dirilib. Sarvan kəndi Alget ça­­yının sol sahilində, dəniz sə­viyyəsindən 470 m yüksək­lik­də, Qa­zax-Qırmızı körpü-Sarvan-Arıxlı-Bolulus-Dar­vaz-Qa­­­rabulaq (Başkeçid na­­hiyəsi)-Karvansaray-Pər­­­­vanə-Qars (Os­manlı-Tür­ki­yə) ticarət yolunun (Dəvə kar­­vanı yolu­nun) üs­tündə yerləş­miş­dir. Şübhəsiz ki, bu da Sarvan kən­dinin mə­dəni məi­şə­ti­nin və iqtisadiyyatının in­kişafına müəy­yən də-rə­cədə təsir et­mişdir. 1930-1950-ci illərdə Sarvanda Borçalı Türk (Azərbaycan) Pedaqoji Texnikumu fəaliyyət göstərib. Son vaxtlar Heydər Əliyev adına park-seyrəngah yaradılıb, əzəmətli məscid ucaldılıb.
Məşhur el şairləri Qul Allahqulu, Dost Pirməmməd, May­­­­qa Mətin, aşıqlar Allahverdi, İsgəndər, Lətif, Hüseyn, din xa­dimləri Mustafa Talıbzadə (Abdulla Şai­qin atası, aka­demik Ka­mal Talıbzadənin babası), Şeyx Mə­həm­mədəli, el qəh­rə­man­­ları Hacıxəlil ağa, Xaccaoğlu Qəm­bər, II Dünya Mü­­ha­ri­bəsinin Qəhrəmanı İsmayıl Bayramov, Əmək Qəh­rə­manları Əlləz Orucov, Dursun Hüseynov, Səməd Səməd­za­də, tən­qid­çi alim Əhəd Hüseynov, Azər­bay­can Milli Məc­lisi­nin üz­vü olmuş filosof akademik Səlahəddin Xəlilov, Gür­cüs­tan Par­lamentinin üzvü və qubernatorun müavini ol­muş Azər Sü­ley­manov, pro­fes­sorlar Abbas Hacı­yev, Asif Hacılı, Əmir­xan Xə­­lilov, Hidayət Nuriyev, Xalid­paşa Xu­banov, Ba­xış Bay­ra­mov, Vaqif Sa­dıxov, Vəkil Hacılı, Məm­məd Sarvan (Sa­dı­qov), AzərTAc-ın Baş direktor müa­vini olmuş Əməkdar jur­­na­­list Elman Cəfərli, Mü­seyib Əlizadə, heyhey­kəltəraş Cüm­şüd İb­rahimli, kino-akt­yor Gümrah Rə­himov, Dramaturq Kərim bəy Şərifli, nasir-publisist Hü­seyn Mi­nasazlı, Abbas Mina­saz­lı, yazıçı Hidayət Bayramov, tanın­mış ictimaiyyətçilər Cəlil Kə­ləyev, Baxış Kələyev, Tofiq Hacıyev, Rafiq Hacı­yev, Fa­zil Hə­sənov, Kamal Həsənov, Ramiz Məmmədov, El­dar Cə­fərli, Faiq Məmmədov, pol­kovniklər Eyvaz Məm­mə­­dov, Va­qif Bayramov və b. məhz Sarvan kən­dinin yetir­mə­­ləridir.
Sarvan - peşə, sənət mənasını bildirən söz əsasında dü­zələn etno­oykonimdir. Bu toponim Göyərlərin qövmü Sarvan tayfasını, eləcə də Sarban (kapvan yolçusu) deyimini yada sa­lır.
Bu kən­din sakinləri Azərbaycan türklərindən ibarətdir. Azər­baycan türklərinin etnogenezisi üzərində aparılan araş­dır­­ma­lar gös­tərir ki, xalqımızın etnogenezisinin formalaş­ma­sın­da yüzlərlə türkdilli tayfa yaxından iştirak etmişdir. Belə tayfalardan biri də Qıpçaqlara məxsus Kəngərli tayfası­nın bir qrupu olan Sarvan adlı tayfa olmuşdur. Bu tayfanın qədim Bor­çalı əra­zisində məs­kun­laş­masının tarixi dəqiq məlum ol­ma­sa da, onun bu bölgədə sakin olması ehtimalı orta əsr­lərin erkən dövrlərinə gedib çı­xır.
Sarvan tayfası qədim zamanlardan köçəri həyat sürmüş və dəvəçiliklə məşğul olmuşdur. Buradan da, yəni tayfa üzv­lərinin əsas məşğuliyyəti - dəvəçiliklə əlaqədar olaraq hə­min tayfanın adı Sarvan etnonimi və həmin etnonimin son­rakı inkişafı prosesində Sarvan etnotoponimi təşəkkül tap­mış­dır. Müasir dilimizdə Sarvan «ovlar yolu», «dəvə yolu», «də­vəçi» mənalarında da işlənməkdədir.


Azərbayca­nın Də­vəçi, Salyan, Ağcabədi rayonlarında da Sarvan adlı kənd­lər, Nax­çıvan şəhərində isə Sarvanlar adlı məhəllə vardır. Bütün bu toponimlər Sarvan etnonimi ilə əlaqədardır. Ağsu ra­yo­nun­dakı Ərəbsarvan kəndinin adı da «ərəb» və «sarvan» etno­nimləri, yəni «qəbilə, tayfa və xalq adları» ilə bağlı ola­raq, ya­ranmışdır.
XVIII əsrin I rübündə, xü­susilə 1721-ci ildə hazı­rlan­mış «Dəstüril-əməl» dəftərində və hə­min dövrü əks etdirən gür­cü mənbə­lərində qeyd olunduğu kimi Borçalıda oturaq hə­yat keçirən Sarvan tayfası Aran Borçalıda Sarvan adlı kənd salmışdır. «Dəstüril-əməl» dəf­tə­rin­də Sarvan kəndinin 99 ev­dən ibarət iki tayfa olduğu qeyd edilmişdir. 1728-ci ildə ha­zır­lanmış «Dəftəri-müfəssəli-əya­ləti-Tiflis» adlı dəftərdə isə belə bir qeyd var­dır ki, Sar­vanlılar adlı yerdə Sarvan camaatı 69 evdən ibarət olmuş­dur. Güman ki, 1721-1728-ci illər ara­sında Sar­va\n tay­fasının biri, yaxud 30 evdən ibarət bir qolu Borçalının dağlıq bölgə­sinə köçmüş və orada məskən sal­mışdır. Yeni məs­kunlaşmış Sar­van tayfasının yeni kəndi əv­vəllər Dağ Sarvanı adlan­mışdır. Yəni, dağlarda məskən sal­mış sarvan­lılar. Mən­tiqi ardıcıllıq da bunu təsdiq edir. De­mə­li, Aran Sarvanı olma­sa, Dağ Sar­vanı olmazdı və Dağ Sarva­nının Aran Sarvanın­dan köç­mə­sinə heç bir şübhə yeri qalmır. Bunu həm kəndin yaşlı sa­kinləri, həm də tarixi rə­qəm­lər bi­lavasitə təsdiq edir. 1721-ci ildə Sarvan 99 evdən ibarət ol­du­ğu hal­da, 7 il sonra 1728-ci ildə 69 ev olub. Bu tarixi fakt­lardan açıq-aydın görü­nür ki, sarvan tay­fasından 30 ev Bor­çalının dağlıq bölgəsinə köç­müş və orada Dağ Sarvanı adlı yeni kənd salmışlar.
Ətraflı məlumat almaq üçün bax: «Ərcivan Sarvanı».
]]>
Müşviq BORÇALI Wed, 11 May 2016 00:58:05 +0000
Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın məzarını ziyarət ediblər https://turan.info.az/arxiv/musfiq-borcali/2258-azrbaycan-alimlr-varavada-azrbaycanl-polkovnik-vli-by-yadgarn-mzarn-ziyart-ediblr.html https://turan.info.az/arxiv/musfiq-borcali/2258-azrbaycan-alimlr-varavada-azrbaycanl-polkovnik-vli-by-yadgarn-mzarn-ziyart-ediblr.html Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın məzarını ziyarət ediblər Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın məzarını ziyarət ediblər

Bu günlərdə bir qrup Azərbaycan alimləri ilə birlikdə AzTU-nun əməkdaşı,
“Ziya” qəzetinin və “turan.info.az” saytının
baş re­dak­­toru Müşfiq Borçalı
Polşada elmi ezamiyyətdə olmuşdur.
O, səfər zamanı Polşa Elm­lər Akademiyasında, Ədəbi Təd­qiqatlar İnstitutunda, Var­şava Dövət Uni­ver­sitetində, Var­şava Tex­niki Universitetində, Varşava Poliqrafiya Mək­təbində və Azər­bay­canın Pol­şa­dakı səfirliyində olmuş, həmçinin Polşada Azərabycanlı Gənclər Şu­­rasının üzvləri ilə
gö­­rüş­­müşdür.

Görüşlər zamanı Müşfiq Borçalı təmsil etdiyi ali təh­­sil müəssisəsi - Azər­baycan Tex­niki Uni­versiteti haqqında ətraflı məlumat vermiş,
Azər­­baycan-Polşa əla­qələ­ri­nin inkişaf tarixinə nəzər yetirmiş və bu dostluq əlaqələrin əhəmiy­yə­tindən da­nışmışdır.

Azərbaycanlı alimlər daha sonra Varşavadakı Mü­səlman qəbris­tan­lığında uyu­­­­yan Bö­yük Vətən Müharibəsi Qəh­rəmanı, azər­bay­canlı polkovnik
Vəli bəy YADİGARın məzarını da ziyarət et­miş, əslən Borçalıdan olan Qəhrəman soydaşımızın qəbri üstünə
gül-çiçək dəstələri düzmüş və onun ruhuna dualar oxumuşlar...

Daha sonra isə o, Azərbaycanın Polşadakı səfirliyi və Varşava Uni­ver­­sitetinin
Şərq­­şü­­naslıq fa­kültəsinin Türkologiya və Orta Asiya xalqları böl­məsinin təşkilatçılığı ilə ke­çirilmiş
Azərbaycan-Polşa IV Beynəlxalq elmi kon­fran­sında iştirak etmiş və konfransın
“Dilçilik və Ədəbiyyat” böl­məsində mə­ruzə ilə çı­xış etmişdir.]]>
Müşviq BORÇALI Tue, 19 Apr 2016 16:30:51 +0000
ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!.. https://turan.info.az/tv/1185-allah-rhmt-elsn-aiq-mhmmd-sadaxli.html https://turan.info.az/tv/1185-allah-rhmt-elsn-aiq-mhmmd-sadaxli.html ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!.. AŞIQ MƏHƏMMƏD SADAXLI (1930-2016)

Aşıq Məhəmməd Sadaxlı 1930-cu ildə qədim Borçalı mahalında - indiki Cürcüstan Respublikasının Marneuli rayonundakı Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. Həmin kənddə ibtidai, sonralar isə 7 illik təhsil almışdır. Uşaqlıqdan əkinçilik və heyvandarlıqla məşğul olan aşıq həyatı boyu doğulduğu kənddə yaşamışdır.
Həyatının ilk illəri XX yüzilliyin repressiyaları, İkinci Dünya savaşına, aclıq illərinə təsadüf etməsi, onun özünü bir insan kimi formalaşdırmış, mətin və dəyanətli şəxs kimi yetkinləşməsinə yol açmışdır.
Məktəb illərindən aşıq sənətinə həvəs göstərməsi onu öz üzərində çalışmağa, aşıq şeirini, xalq dastanlarını və aşıq havalarını dərindən öyrənməyə sövq etmişdir.
Hələ kiçik yaşlarından saz-söz sənətinə vurulan Məhəmməd 1950-ci illərdən ifaçılıq sənətini daha dərindən mənimsəmək və bu sahədə biliklərini daha da artırmaq məqsədilə ustad yanına gedərək sənətin sirlərini öyrənmiş, saz havalarının bir çox variantlarını mənimsəmiş, digər tərəfdən aşıq şeirinin bütün növlərindən istifadə etməklə onları saz havalarında oxumağı öyrənməyə çalışmışdır.
Məhəmmədə əvvəlcə Borçalının məşhur aşığı ustad Xındı Məmməd mənəvi ata olmuş, gözünün sağı bildiyi bu növcavanı oğlu Lətifdən ayırmamışdır.
Məhəmməd də bir oğul qeyrətilə işə girişmiş, ustad sənətkardan klassik aşıq sənətinin incilərini öyrənmiş, ozan sənətinin sirlərinə daha dərindən yiyələnməyə çalışmışdır.
Məşhur Borçalı aşığı Xındı Məhəmmədin şagirdi olması, onunla məclislərə getməsi, Sadaxlı Məhəmmədin klassik və milli ənənələrə bağlı aşıq kimi yetişməsinə böyük təsir göstərmişdir.
Məhəmməd göz açdığı bölgədə və Borçalının bütün ərazilərində aşıqlığın çox böyük, məsuliyyətli və ağır bir iş olduğunu da anlamışdı. Burada aşıq kimi yetişmək yalnız saz çalıb oxumaqla, toylarda-düyünlərdə və el məclislərində insanlarlı əyləndirmək işi deyildir. O da aydın dərk edirdi ki, aşıq bir şəxsiyyət kimi, yaşından asılı olmayaraq, həm muəllim, həm də el ağsaqqalı kimi tanınmalıdır. Aşıq xalq arasında dolaşıq işləri həll edən, yeri gəldikdə xalq hakimi kimi anlaşılmazlıqlara aydınlıq gətirən, küsülüləri barışdıran, ailə məsələlərini, bəzən də dövlət və xalq arasındakı problemləri çözən, siyasi məsələlərə aydınlıq gətirən bir “vəzifə” sahibidir. Ona görə da Aşıq Məhəmməd Sadaxlı ustadında gördüyü bu keyfiyyətləri mənimsəmək üçün daha dərindən çalışmış, hər bir ağır işə qatlanmalı olmuşdur.
Borçalı mahalında özünəməxsus ustadlıq məharəti ilə ad-san qazanmış nurani insan Ustad Aşıq Xındı Məmməd 1968-cı ildə dünyasını dəyişdikdən sonra Aşıq Məhəmməd Sadaxlı bir müddət ustadının xiffətini çəkmiş, həsrətindən göynəyə-göynəyə qalmış və nəhayət bir qədər sonra Aşıq Hüseyn Saraçlıya yön çevirmişdir. O da: «Bu, Allahın işidi, oğlu, ustad ölər, şəyirdi onun yolunu yaşadar», - demiş, ümid verən məsləhətlər söyləmişdir...
Aşıq Məhəmməd Sadaxlı da bu öyüd-nəsihətə əməl etmiş, ustadının yolunu şərəflə davam etdirmişdir. Və həmişə də bildiyinin yox, bilmək, öyrənmək istədiklərinin arxasınca getmişdir.
Aşıq Məhəmməd Sadaxlı təkcə ifaçı aşıq kimi qalmamış, həm də yaradıcı aşıq kimi bir ömür ad-san qazanmışdır.
Əvvəlcə gəraylılar, müxəmməslər qoşan Məhəmməd sonralar dastanlar yaratmağa başlamış, o, dastançı kimi tanınmaqla yanaşı, həm də bir neçə orijinal dastanın da yaradıcısı kimi də məşhurlaşmışdır.
İlkin olaraq «Nəriman-Fərman» dastanı meydana çıxmışdır. Məhəbbət mövzusunda yaranan bu dastan öz sujet quruluşuna və dil gözəlliyinə görə çox maraqlı alınmış və böyük maraqla qarşılanmışdır.
Sonra «Şahnamə» qəhrəmanları Rüstəmlə Zöhrabın məlum macərasını aşıq dilinə çevirmiş, dastanlaşdırmış və “Rüstəm-Zöhrab” adlandırdığı dastanın məzmununa uyğun olaraq şeirləri də elə özü düzüb-qoşmuşdur.
Daha sonra isə məhəbbətin və sədaqətin ülvi təntənəsinə həsr olumuş «Duman xan» dastanını və yeni sevgi dastanı «Abbas və Rahilə»ni yaratmışdır.
Onu da qeyd edək ki, “Şah Abbas”, “Zaman ağa”, “Rəhim çoban”, “Lom İsmayıl” və s. dastanlar da Aşıq Məhəmmədin orijinal yaradıcılığının məhsuludur.
Aşıq Məhəmməd Sadaxlı Azərbaycan folklorunun, xüsusilə dastanlarımızın bilicisi idi.
“Alıxan və Pərixanım”, “Qannılı Mehdi”, “Şenniyin Borçalı səfəri”, “Şair Nəbinin Çıldır səfəri”, “Xəstə Qasım”, “Ağacanın Türkiyə səfəri” və bir çox başqa dastanlarımız folklorşünas alimlərimiz tərəfindən məhz Aşıq Məhəmmədin dilində lentə alınmışdır.
Aşıq Məhəmməd Sadaxlı uzun müddət Ustad Aşıq Hüseyn Saraclı ilə birlikdə Azərbaycan xalq dastanlarını el məclislərində yüksək sənətkarlıqla ifa etmişdir. Hər iki aşığın ifa etdikləri dastanlar indi də Azərbaycan Dövlət radio və televiziyasının qızıl fondunda saxlanılır.
Ustad sənətkarın sinəsində 70-dən çox saz havası, yaddaşında tariximizin, mənəviyyatımızın saxlancı onlarca dastan və rəvayət, müdrikliyi və çevik ağlın bəhrəsi olan yüzlərcə deyimlərimiz, söyləmələrimiz, qaravəllilərimiz qorunmuşdur.
Ustad sənətkar qoşma, təcnis, cığalı təcnis, gəraylı, müxəmməs və başqa üslublarda da qələmini sınamış, bir-birindən məzmunlu yüzlərlə şeirin müəllifi kimi tanınmış, el içində istedadlı şair kimi məşhur olmuşdur.
Ustadın ilk şeiri 1971-ci ildə “Sazım-sözüm” adı altında Bakıda nəşr olunan topluda dərc olunmuşdur. Sonralar onun şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan bir sıra mətbuat orqanlarında müntəzəm olaraq oxuculara təqdim olunmuşdur.
S.Əfəndi və O.Osmanlı «Gürcüstan» qəzetinin 26 sentyabr, 1991-ci il tarixli sayında dərc etdikləri «Hər ulduzun öz yeri var» sərlövhəli məqalədə yazmışlar: «Sinəsində bir bulaq çağlayır Aşıq Məhəmmədin. Bu, torpağa və saza məhəbbət bulağıdır. Bu bulaq ömrünün birinci iyirmi beşində necə çağlayırdısa, ikincisində də elə çağlamış, üçüncüsündə də elə həmən-həməndi!...”
Bəli, illər ötüb keçdikcə bu bulaq daha da çoşub-çağlamış, 1997-ci ildə aşığın “Elə bağlıyam” adlı ilk şeirlər kitabı çapdan çıxmış, 1999-cu ildə isə 200 səhifəlik “Qoşmalar, müxəmməslər, dastanlar” adlı ikinci kitabı işıq üzü görmüşdür. Hər iki kitabda nəşr olunan şerlər oxucuların rəğbətini qazanmışdır.
Aşıq Məhəmməd Sadaxlı, Sazımızın sabahına həmişə daha böyük ümidlə baxmış, söz sazdan, sənətdən düşəndə «Nə mən sənətdən doymaram, nə sənət məni yormaz», - demişdir.
O, dəfələrlə Türkiyəyə səfər edib, aşıq sənətini təbliğ etmişdir.
Aşıq Məhəmməd Sadaxlı sazın-sözün sirlərini həm də balalarımıza öyrətmişdir. O, Sadaxlı Mədəniyyət Evində çoxlu sayda məktəblilərə aşıqlıq sənətini sevdirmiş, onlara klassik aşıq havalarının sirrlərini aşılamışdır. Ustad aşığın neçə-neçə şagirdi ondan dərs almış, aşıq sənətinin dərin qatlarına baş vurmuşlar.
Aşıq Məhəmməd Sadaxlının yaradıcılığına Azərbaycanda və Gürcüstanda yüksək qiymət verilmiş, Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə sənətkarın 80 və 85 illik yubileyləri keçirilmişdir.
Gürcüstan prezidentinin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur. 2003-cü ildə AzTV-də “Aşıq Məhəmməd Sadaxlı” adlı film çəkilmişdir.
Ömrünün daha ucalığına doğru əldə doqquz telli sazın zilini-zil, bəmini-bəm eləyib uçan Ustad Aşıq Məhəmməd 25 mart 2016-cı ildə Borçalının Sadaxlı şenniyində 85 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin!..





Aşağıda Aşıq Məhəmməd Sadaxlının iki şeirini və 2007-ci ildə professor Mədəd Çobanova ünvanladığı bir məktubunu oxucularımızın ixtiyarına veririk:

BİLMƏMİŞƏM
Oyandım ki, qara baxtım
Yatıb gedib, bilməmişəm.
Ömrüm-günüm hədər yerə
Ötüb gedib, bilməmişəm.

Fələk məni salıb dərdə,
Can qurban eyləyərəm mərdə.
Çəkdiyim cəfa namərdə
İtib gedib, bilməmişəm.

Ey Sadaxlı, eylə haşa,
Əsirgəmə can sirdaşa,
Oyandım ki, ömür başa
Çatıb gedib, bilməmişəm.

NƏ MƏNASI VAR

Ey könül, dilinə qadağa ver sən,
Hər qəlbə dəyməyin nə mənası var.
Qadir əməlinlə yaxşılıq eylə,
Düz işi əyməyin nə mənası var.

Sənətkaram, dolanmışam hər yana,
Çox nə lazım, az da birdi qanana,
Nə sözün var, de üzünə mərdana,
Dalınca söyməyin nə mənası var.

Sadaxlı Məhəmməd, artsın həvəsin,
Çal-oxu, məclisdə ucalsın səsin,
Qoy səni el desin, el tərifləsin,
Öz-özünü öyməyin nə mənası var.


Professor Mədəd Çobanova Borçalıdan məktub

KÖNÜLLƏR BİR OLSA, MƏSAFƏ QISALAR...

Mən elə düşünürəm ki, məsafə uzaq olsa da əgər könül yaxındırsa o uzaqlığın heç bir ziyanı olmaz. Çünki insanlar bir-biri ilə mehribanlaşıb yenə tapışa bilər. Mən də uzaq məsafəni yaxın hesab edib səmimi qəlbdən Mədəd müəllimin yetmiş yaşını təbrik edirəm və xoş dilək diləyirəm. Çünki bizim borcumuz dilək diləməkdir, qalanını böyük Allahın özü bilər, onun üçün bu bəndi yazıram.

Biz dilək dilərik, verən Allahdı,
Hamıdan ucadır, o adil şahdı.
Özü versin sizə yığvalı, bəxti,
Hər vaxt adın olsun, uca, qardaşım.

Mən arzu edirəm o yaradannan ki, yetmişi keçirdik, qoy ulu Tanrım imkan versin, Mədəd müəllim yüzü də ailəsi ilə birlikdə xoşbəxt yola salsın.
Hörmətlə aşıq Məhəmməd Sadaxlı.

Mədəd müəllim

Professor Mədəd Çobanovun yubileyinə

Mədəd müəllim, yetmiş yaşın mübarək,
Yüzü də şadlıqla yola salasan.
Ömrü verən bir xudanın işidir,
Arzum budur, hər vaxt cavan qalasan.

Deməynən ki, yaşın ötüb qocasan,
Təmiz adla el içində ucasan.
Ailənlə xoşbəxt yaşa, birgə sən,
Hər zaman onlara kölgə salasan.

Sadaxlı Məhəmməd, ötübdür yaşım,
Qəzanın hökmüdür, ağarıb başım.
Daha mən də qocalmışam, qardaşım,
Hərdən mənim də qeydimə qalasan.
Aşıq Məhəmməd Sadaxlı .]]>
Müşviq BORÇALI Sat, 26 Mar 2016 16:44:54 +0000
Aşıq Qurbanəli (1893 - 1979) https://turan.info.az/arxiv/musfiq-borcali/1130-aq-qurbanli-1893-1979.html https://turan.info.az/arxiv/musfiq-borcali/1130-aq-qurbanli-1893-1979.html Aşıq Qurbanəli (1893 - 1979)
Aşıq Qurbanəli 1893-cü ildə Borçalının Görarxı (Meçidli Görarxı) kəndində anadan olub.
Bir müddət Aşıq Dərəçiçəkliyə şəyirdlik etdikdən sonra müstəqil olaraq aşıqlığa başlayıb.
Aşıq Qurbanəli 1979-cu ildə vəfat edib.]]>
Müşviq BORÇALI Mon, 14 Mar 2016 01:14:40 +0000
Əsli QARABAĞLI, qəlbi DAĞLIıyam... https://turan.info.az/gurcustan/zalqa/1124-slimiz-qarabal-qlbi-dalyam.html https://turan.info.az/gurcustan/zalqa/1124-slimiz-qarabal-qlbi-dalyam.html Əsli QARABAĞLI, qəlbi DAĞLIıyam...
Mən - Müsəllim Dünyamalı oğlu Haqverdiyev 1938-ci il martın 27-də Gürcüstanın Zalqa (keçmiş Barmaqsız) rayonunun Teciz (Culuxlu) kəndində anadan olmuşam. (Sənədlərdə adım Həsənpaşa yazılsa da, Məni el içində hamı Müsəllim kimi tanıyır.)
1953-cü ildə kəndimizdəki səkkizillik məktəbi bitirib, Marneuli Azərbaycan orta məktəbinə daxil olmuş, 1956-cı ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşam. Müəyyən səbəblərdən ali təhsil ala bilməmiş, özümə peşə seçərək həyat yolumu müəyyənləşdirib ailə, övladlar və mülk sahibi olmuşam.
Mən müəllimlərimi hər zaman böyük iftixarla xatırlayıram. Onlardan kəndimizdə Azərbaycan dili və ədəbiyyatından dərs deyən Sədrəddin Xəlilovu, riyaziyyat müəlliməsi Xədicə Novruzovanı, Marneulidəki riyaziyyat müəllimim Şəmistan Məmmədovu, Tarix müəllimim Cümşüd Hacıyevi və başqalarını bu gün də minnətdarlıq hissi ilə anıram.
Nümunəvi şagird kimi məni lövhə qarşısına çıxarıb, əvvəlcədən "5" yazan, dərs soruşub sual verdikdən sonra isə üzünü şagirdlərə tutub - indi siz sual verin, - deyən, mənimlə qürur duyan müəllimlərimdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, həyatda olanlara isə can sağlığı və xoşbəxtlik arzulayıram.
Təhsilimi davam etmədiyimə görə qoy onların ruhu məni bağışlasın. Orta məktəb həcmində verdikləri bilikləri itirməyərək 57 il sonra az da olsa onun bəhrəsindən yazacam:
Əməyim, zəhmətim gözümə nur saçmış,
Onların bəhrəsi məni aldatmış.
Hörmətlə,
Müsəllim (Həsənpaşa)
Dünyamalı oğlu.


Müsəllim Dünyamalı oğlu.
Şöhrət-şanım
Borçalım

Gəncliyimdə millətpərvər görmüşəm,
Ürəyimə dəyib, ancaq dözmüşəm.
Səbri-kəsam aşan vaxtı çox olub,
Özündən deyənin qəddin əymişəm.

Ataların məsləhətni anmışam,
Dərk eləyib ona sadiq qalmışam.
Döyülmə döy, altında yox, üstə ol,
Əməl edib boya-başa çatmışam/.

Alta çöküb döyülməkdən nə fayda,
Silinməz ləkədir qalacaq yadda.
Xəsislik eyləmə varını xərclə,
Bil darda qalmazsan vardı qanunda.

Ululartək dinimizi ananın,
Atam atasının, mən də atanın.
İziylə getmişəm, dini sevmişəm,
Dinə sataşanı peşman etmişəm.

Borçalı elliyəm, Eyvaz soraqlı,
Millətimə, dinə səbri qərarlı.
Xaçpərəst önündə heç vaxt sınmadım,
Müsəllim Culuxlu, bəlli soraqlı,
Doğma diyar, şöhrət şanım, Borçalım.
15.02.2015

Yaymağa gəldim

Dünyaya gözümü səndə açmışam,
Doğma yurdum şöhrətim-şanım Culuxlum.
Gəncliyimdən səndən uzaq olmuşam,
Doğma yurdum səni, görməyə gəldim.

Uzun illər səndən aralı düşdüm,
Çox xətalar gördüm oğluntək dözdüm.
Səfasını sürdüm, cəfasını gördüm,
Başım çəkənləri deməyə gəldim.

Gəncliyimdən əlli yaşına kimi,
Kəndi unutmadım daim eldəydim.
Xeyirdə şərdə xalqımla bir yerdəydim,
Son zamanlar yurda gələ bilmədim,
İndi səbəbini deməyə gəldim.

Mən uzaq düşsəm də eldən aralı,
Dost-doğma uğrunda səbri-qərarlı.
Yolumu gözləyən el oğulları,
Neyləmisən səndən, sormağa gəldim.

Bulaqlar önündə kef çəkənləri,
Baş-başa quzunu, erkək kəsəni.
Bəhsə durub hətta, cöngə kəsəni,
Olma unutmusan, bilməyə gəldim.

Səni şənləndirən adın ucaldan,
Biləydim xəbərin varmı onlardan?
Mənası yox harda yaşamasından,
Adın ucaldanı saymağa gəldim.

Söylə balam, indi kef keçirəndə,
Bulaqlar döşündə, şamlıq meşədə.
"Pavilyon" qurduran, şamlıq səpəni,
Yada salan varmı görməyə gəldim.

Doğma yurdum şöhrət-şanım varlığım,
Sən olmusan Ulu Baba ocağım.
Adım-sanım, ülfiyyətim, vüqarım,
Çörəyin tamını dadmağa gəldim.

Müsəllim ürəkdən səninlə bağlı,
Elinə yurduna səbri-qərarlı.
Culuxlu haqqında var yazıları,
Kəndi unutmasın el oğulları,
Ürək sözlərimi yaymağa gəldim.
22.02.2015



.

Elçin, ad günün
mübarək!

İyirmi dörd yaşın keçir bilirəm,
Üç aprel gününü təbrik edirəm.
Sənə can sağlığı xoş günlər dilərəm,
Uzun ömürlü ol, var ol Elçinim.

Yadımdan çıxmayır heç körpəliyin,
Sənin dəcəlliyin, sənin keçmişin.
Artıq o illərin arxada qalır,
Arzu diləyinə çatasan Elçin.

Səmimi qəlblisən onu bilirəm,
Doğmalara mehribansan görürəm.
Ürəyini gözlərindən seçirəm,
O şirin qəlbinlə ucal Elçinim.

Atanın-ananın bir nəfərisən,
Onların gözlərinin nuru sənisən.
Artıq onu özün dərk etməlisən,
Sevindir, Allahın yar olsun Elçin.

Səni sevənlərdən Səbiş bacın var,
Dayı, əmi, bibi qızları da var.
Əmi, bibi oğulları qardaşdır,
Dərk et, sənin dayaqların var Elçin.

Çalışırsan ali təhsil alasan,
Gələcəyni özün düz anlamışsan
Görürəm onunçün çox darıxırsan,
Şəfərlə, uğurlu, yol sənə Elçin.

Əqidəli, mehriban qəlblisən sən,
Açıq ürəklisən doğma sevənsən.
Allaha çox şükür mətinləşmisən,
Coşğun ürəklisən, sezirəm Elçin.

Arzu edirəm təmiz nəsildən,
Sevəcəyin qızla tez evlənəsən,
Baban Müsəllimin məsləhətini,
Onu çoxdan edəydin Elçin.
Həm yaşın, həm toyun,
mübarək Elçin.
04.03.2015

Müşfiq Mədədoğlunun
şərəfinə

“Borçalı elləri” əsərinizi mən,
Oxumuşdum, Sizi ordan bilirdim.
Həmin vaxtdan sənə uğur diləyib,
Gənc Alim olduğna, fərəhlənirdim.

Borçalı ellisən Darvazlı Müşfiq,
Ulu ərənlərin yadigarısan.
Muradovlar, Hacı Səyyad yurdusan,
Alim Mədəd oğlu, Alim olmusan.

Mehralı bəy yurdlu - Çobanlı Müşfiq,
Unutma elini, ol daim sadiq.
İgidlər, alimlər yurdudu Darvaz,
Şərəfinlə, özünsən elə layiq.

Maraqlı olsam da gənc Alim Sizə,
Səbəbi çox; öyrənə bilməmişəm.
Sağ olsun səbəbkar qoy aşkar edim,
Nəvəmə verdiyin qəzetdən bildim.

Hələ məqsədimə keçməzdən öncə,
Səmimi salammı atana yetir.
Sizlə fəxr eləyən həmyerlinizdir,
Ucal zirvələrə, eli sevindir.

Gənc yaşından özün hörmət qazandın,
Taleyin özündən, özün bac aldın.
Çox kitab oxuyub dərinə vardın,
Elmi tam mükəmməl öyrənmək üçün.

Vətən, el sevənin biri özünsən,
Borçalı oğlusan, millət sevənsən.
Ulu ərənlərdən dərs götürmüşsən,
Millətini axtaran, Alim oğulsan.

Din içində dinimizi bəsləmişsən,
Çətinliyə dözüb mətinləşmisən.
Onçün Allahımdan mən dönə-dönə,
Zirvələrə, ucalmanı dilərəm.

Sultan Süleymantək ol ömrü uzun,
Bütün türk dünyası dayağın olsun.
Sənə kəm baxanı, kor,şikəst olsun,
Sürünə-sürünə, qarşında çöksün.

Zər qədrini zərgər bilməmiş Alim,
Yetmişyeddi yaşa çatır Müsəllim.
Gəncliyimdə maraqlıydım təhsilə,
İndi sənlə, qürur duyum sevinim.

Çox şükür Allaha ünvannı bildim,
Arzu diləyimə sənlə yetişdim.
Səni görmək üçün maraqlı idim,
Şikəstliyim, imkan vermədi, Müşfiq.

Cavan alim olduğunu bilirəm,
Bir əmitək sənə uğur dilərəm.
Şirin arzularım səninlə olsun,
Qürur duyam, xoş sədana sevinəm.

Sən üçün səmimi diləyim çoxdur,
Müşfiqi görməkçün ürəyim coşur.
İnan ki, gəlməyə imkanım yoxdur,
Bir ayaqlı qalmış, indi Müsəllim.

Şirin könüllərdə yaşasın şerim,
Ucal zirvələrə görsün Müsəllim.
Mətləbin çin olsun, ay xoşbəxt Alim,
Mədəd qardaş ilə, sənlə fəxr edək.

Sən tək oğulları Tanrı qorusun,
Ucal zirvələrə Allah yar olsun,
Eşidib bilənin könlü şad olsun,
Müsəllimdən dilək sən üçün budur,
Şirin arzularla, qəlbi doludur.
10.02.2015.


Yubileyin mübarək,
MÜŞFİQ BORÇALI!

Borçalısan gəncliyindən bəllisən,
Gənc nəslin simvolusan Müşfiq sən.
Yubiley ilindir qırxbeş yaşını,
Təbrik edib, sənə uğur dilərəm.

Zəhmətinlə gəncliyindən ad aldın,
Taleyin özündən, özün bac aldın.
Çox kitab oxuyub dərinə vardın,
Arzu mətləbin, çin olsun Müşfiq.

Vətən el səvənin biri özünsən,
Cavan gənclərimizin simvolu sənsən.
Əli qələm tutub ürək sözünü,
Yazanları, özün dərc etdirirsən.

Özüm dərk edirəm gəncliyində sən,
Millətpərəst görüb mətinləşmisən.
Aydındır onunçün öz millətimizə,
Səmimi qəlbinlə yardım edirsən.

Zər qeydinə zərgər qalar, ay Müşfiq,
Onu görməsəydim indi deməzdim.
Vətəni, milləti sevməyənlərin,
Vədinə aldanma uzaq ol Müşfiq.
Sən Mədəd oğlusan millət sevənsən,
Xalqının qədrini dərin bilənsən.
Onçün Yaradanın mən sənin üçün,
Dayaq olmasını, dilərəm Müşfiq.

Arzumdu mətləbinə çatasan,
Dünya miqyasında ad qazanasan.
Heç kimin önündə alçalmayasan,
Türk dünyası sənə dayaq, ay Müşfiq.

Mənim arzularımın simvolu sənsən,
Elminlə olubsan sən ona layiq.
Arzumdu məqsədinə yetəsən,
Zirvələrə ucalasan, sən Müşfiq.

Culuxludu, Başkeçiddə, Darbazda,
Qazaxda səslənə, keçə Bakıya.
Xoş sədan ucala Təbriz, Dərbənddə,
Çata Ankaraya, həm İstanbula,
Qardaş Mədəd ilə birgə fəxr edəm.

Müsəllimin sənçün arzusu çoxdur,
Şirin diləklərlə qəlbi doludur.
Yubileyin mübarək Çobanlı Müşfiq,
Ucal zirvələrə, olmusan layiq.
09.04.2015.


On bir yaşın mübarək, Ramil!

İyirmibeş martdır ad günündür bil,
Onbir yaşın mübarək olsun Ramil.
Şirin baxışınla qürur duyulur,
Allah özü sənə, yar olsun Ramil.

Bu gün tamam oldu onbir yaşında,
Xəyallar canlanır mənim başımda.
Gənclik uşaqlığın tən ortasında,
Olanı özünsən, əziz Ramilim.

Tanrı əxş etdiyi şansına qurban,
Bütün varlığımsan canına qurban,
Sən halal qanlısan, qanına qurban,
Oxu elmi, dərk et şirin Ramilim.

Sənin sağlamlığın mənim canımdır,
Damarında axan mənim qanımdır.
Ürəyin-ürəyim tam varlığımdır,
Baba arzularına çatasan Ramil.

Sev dərslərini oxu elmə sadiq qal,
Çalış savadlı ol, dərin bilik al,
Çox kitablar oxu elmə nəzər sal,
Oxşa sən Müşfiqə, alim ol Ramil.

Tanrıdır hamıya bəxtini yazan,
Dərin oxu savadlı ol, ad qazan.
Nəslimizdə yoxdur bir şeir yazan,
Babandır şeiri, yazan Ramilim.
25.03.2015.]]>
Müşviq BORÇALI Wed, 09 Mar 2016 15:37:47 +0000
UCALIĞIN SÖZ ZİRVƏSİ https://turan.info.az/media/sherqinsesi/1045-ucaliin-sz-zrvs.html https://turan.info.az/media/sherqinsesi/1045-ucaliin-sz-zrvs.html UCALIĞIN SÖZ ZİRVƏSİBORÇALIDAN GƏLƏN KİŞİ

Borçalı tarixi-coğrafi şəraitinə görə Böyük Qafqazın yuxarı axarındadır. Bu ərazilərdən gələn dağ çayları Kürə doğru axır, böyük nəhrə qovuşur və ümmana çatır. Əgər dağ çaylarının ümumi axarı ilə insan taleləri arasında bənzərlik görmək mümkün olsaydı, belə bir bənzəyişin elə professor Mədəd Çobanovun taleyinə yazıldığını birincilər sırasında deməliyik. O, 1937-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Əvvəllər də demişəm, 37-ci ildə dünyaya gələn və bu gün Azərbaycan mənəvi mühitinin aparıcı qüvvələri kimi tanınan ziyalılar rejimlərin haqsızlığına qarşı Tanrının əvəz olaraq xalqımıza bəxş elədiyi işıq sərvətləridir. Bu gün professor Mədəd Çobanov kimi tanıdığımız görkəmli Azərbaycan alimi, taleyin hər cür məhrumiyyətlərinə dözərək iradəsi və gücü sayəsində dilçilik elmində öz yerini tutub. Əlbəttə, böyük əzablar, böyük çətinliklər, kasıblığın, məhrumiyyətlərin gətirdiyi acılıqlar onu yolundan döndərə bilmədi.
Tiflis Dövlət Pedaqoji İnstitutunun hələ II kurs tələbəsi olanda onun mənəvi mühitinə elmin qapısı açılmışdı. Maraqlıdır ki, həmin vaxt bir tələbənin materiallarından “Azərbaycan dilinin dialektoloji lüqəti”ndə (1964) istifadə olunub. Hələ o vaxt kimsə deyə bilməzdi ki, M.Çobanov filologiya elmləri doktoru, professor Yusif Seyidovun qeyd etdiyi kimi, antroponimiya sahəsində ən görkəmli, ən azı Afad Qurbanovdan sonra ikinci mütəxəssis kimi tanınacaq.
M.Çobanovun tədqiqatlarında “Tarixi etnoqrafik aspekt güclüdür, aparıcıdır” (C.Hüseynzadə). Professor yeri gəldikcə müraciət elədiyi müəlliflərin fikirlərinə dəqiq və aydın münasibətlər bildirir, ən sərt mübahisələrə girişməkdən belə çəkinmir. Bu da onu göstərir ki, sahə elminə daxil olmaqdan əvvəl çox güclü baza biliklərinə yiyələnmişdir.
Azərbaycan elminin, əlbəttə, söhbət dilçilik elmindən gedir - ayrı-ayrı sahələri üzrə məktəb yaratmış alimlərin adları iftixarla çəkilir. Maraqlıdır ki, M.Çobanov prof.Əbdüləzəl Dəmirçizadəni həyatının örnəyi hesab edir. Onu özünün ustadı və müəllimi kimi yaddaşında, tədqiqatlarında, iş üslubunda, elmə yeni gələn gənclərə münasibətində qoruyub-saxlayır.
Təqribən qırx beş il bundan əvvəl yazmağa başladığı dissertasiya işi onun taleyində uğur amili kimi özünü təsdiq elədi. O, bu işi türk dillərinə dair qədim yazılı abidələrlə müqayisəli şəkildə işləmişdir. Bununla da M.Çobanov Azərbaycanın dilçilik elminə güclü bir açar vermişdi. Dilimizin lüğət tərkibinin inkişafında sözlərin mənaca dəyişməsində və etimologiyasının araşdırılmasında dialekt və şivə materialları xüsusi əhəmiyyət kəsb edir. Bu, müəllif qənaəti idi. Ona görə də həmin tədqiqatın sonunda verilən leksen və frazemlər lüğəti dilimizin tarixi qatlarına getmək üçün çox dəyərli mənbədir.
Professor M.Çobanovun ümumtürkoloji axtarışları da çox uğurludur. “Məhz bu baxımdan türk xalqlarını ədəbi dillərinin birliyinə və ortaq dilliyə doğru yönəltmək və onların müasir problemlərini vahid müstəvidə həll etmək türkoloqlarımızın qarşısında ən mühüm problem olmalıdır” - deyirsə, demək, onun özü də bu yöndə axtarışlarını, yaradıcılıqlarını əzmkarlıqla davam etdirir. Onun üçün ədəbi dilimiz xalqımızın milli sərvətidir. Bu sərvətin araşdırılması üçün zəkasını, işığını yorulmadan, əzmkarlıqla sərf edən, çarpışan, mübarizə aparan alimlərin özləri də elə onların mənsub olduqları xalqın milli sərvətidir.
Bu gün Mədəd Çobanova çox böyük hörmət və ehtiram var. Hörmət və ehtiram yox yerdən yarana bilməz.

Bir payız günü

Hava buludlu olduğundan bir az da tutqun idi. Ağacların yarpaqlarına təzəcə dən düşürdü. Tələsəni, ömrünü itirəni də vardı. Zamanın küləyinə davam gətirməyib budağından üzülmüş yarpaq dəlibaş Bakı küləyinin qabağında duruş gətirə bilmir, havada dolanır, bir sakit küncə-bucağa ilişənə qədər çırpınırdı. Küçədə metrodan çıxıb Elmlər Akademiyası binasına tərəf adlamaq istəyən gənci maşınların aramsız axını xeyli ləngitdi. Yaxasına, boyun-boğazına dolan külək də onun irəliləyişinə mane olurdu. Səliqə ilə daranmış saçları həmyaşıdlarından xeyli hündür görünən nazik, qıs-qıvraq, sivri burun oğlan deyəsən hələ yaxşı tanımadığı şəhərin bu hay-küyündən bir qədər bezikmiş kimi idi. Ancaq gedəcəyi ünvanı, açacağı qapını hələ düşüncəsində olsa da, yaxşı tanıyırdı. Axır ki, küçəni də qətiyyətlə keçdi, pillələri də sürətlə qalxdı. Bu da Nəsimi adına Dilçilik İnstitutu, Dialektologiya şöbəsi, professor Məmmədağa Şirəliyevin kabineti. Az qala qapıdan qayıdacaqdı. Axı o, bura necə gəlib çıxmışdı? Hansı istək, hansı arzu idi onu professorun yanına gətirmişdi? Qapını döymədi, amma yavaşca araladı. Professor masanın arxasından açılan qapının səsinə başını qaldırdı. Yaşına uyğun gəlməyən, bir qədər də professorun nəzərində cansız, çəlimsiz görünən gənc lap elə yenicə ali məktəbə qəbul olunmuş tələbəyə daha çox bənzəyirdi.
Yaxınlaşıb salam verdi. Professor masanın arxasından azca dikəldi, əlini uzatdı. Gənc artıq qocalmaqda olan alimin əlini sıxdı, bu əldə bir hərarət duydu. Bayaq az qala üşüyürdü. Elə indicə sıxıb ayrıldığı əldən canına yayılmış hərarət kiçik tər damlalarına çevrildi.
Cavan oğlan əli ilə alnının tərini sildi. Təri siləndən sonra yadına düşdü ki, cibində dəsmalı də var.
- Xoş gəlmisən, nə lazım idi?
- Professor, mən sizin...
- Hə, hə, buyur, buyur...
Cavab üçün bir qədər ləngidi. Haradan, necə başladığını kəsdirə bilməmişdi. Bayaqdan yüz dəfə necə danışacağını, nə deyəcəyini, istəyini nə təhər bildirəcəyini yüz dəfə ölçüb-biçmiş, hələ bəlkə, məşq də eləmişdi. Professor haqqında da məlumat toplamışdı. Dialektologiya elminin ən görkəmli nümayəndəsi olduğunu bir növ Azərbaycan dilçiliyində bu sahənin yaradıcısı olduğunu da bilirdi. Nə olsun ki, indi bütün bunlar yadından çıxmışdı.
Təzədən əlini dəsmala uzadıb bir də alın tərini silmək istəsə də, professorun səsi onu fikrindən daşındırdı. Elə həmin andaca canına yayılmış istiliyin, hərarətin, alnında puçurlanan tərin gətirdiyi çaşqınlıq yox oldu.
Professorun ona zillənmiş nəzərləri altında qoltuğundakı kiçik kağız qovluğunun bağlarını açmağa çalışdı. Tərslikdən deyəsən, iplər də düyünə düşmüşdü. Professorun qalın dodaqlarının arasından asta-asta eşidilən pıçıltıya bənzər sözləri lap aydın eşitdi: - Elə qabaqca biz hamımız belə olmuşuq. Bütün əyər-əskiyi zaman özü düzəldəcək. Bizimki yolu göstərməkdir. O yolu necə getmək hər kəsin öz işidir. Axır ki, qovluğu açıb sənədlərin arasından Tbilisi Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinin məzunu olduğunu göstərən diplomu əlinə götürüb professora vermək istəsə də, elə bil ki, hansısa bir qüvvə onun qolunu tutub saxladı: «Bəlkə, heç diploma ehtiyac yoxdur, bəlkə, elə danışım», - xəyalından keçirdi.
Amma professor əlini uzatmışdı: - Ver, ver bəri, baxım. - Hə, demək, sən Tbilisinin məzunusan.
Professor diploma baxıb: - məqsədin nədir? - deyə soruşdu.
- Professor mən Borçalı şivələri ilə bağlı tədqiqat aparmaq istəyirəm. - Cümləni bitirəndən sonra elə bil ki, onun üstündən dağ götürüldü. Bəlkə, heç özü də nəyə sevindiyini bilmirdi. Elə bil ki, bütün məsələlər uğurla həll olunmuşdu.
- Çox yaxşı, Azərbaycan dili çox nəhəng bir ağacdı. Onun kökləri, rişələri Borçalıdan, Təbrizdən, Dərbənddən, Göyçədən, lap elə Kərkükdən başlanır. Biz bu dil ağacının bütün gücünü dərk etmək üçün onun mahiyyətini, leksik zənginliyini gələcək nəsillərə çatdırmaq üçün bu kökləri yaxşı-yaxşı öyrənməliyik. Elə sənin özün də Borçalıda doğulmusan. Soy adın da maraqlıdır. Mənə müəllimimi xatırlatdı - Bəkir Çobanzadəni. Eşitmisən?
Şübhəsiz, professor ali filoloji təhsili olan bir gəncin Bəkir Çobanzadə haqqında kifayət qədər məlumatlı olacağını bilməmiş deyildi. Amma bir ustad kimi elmə gəlmək istəyən gəncin necə cavab verəcəyini eşitmək istəyirdi.
- Bəli, bəli, professor, əslən Krım-tatar türklərindəndir. Repressiya olunub. Azərbaycanın mənəvi mühitində onun böyük rolu olub.
Professor gəncin bir az tələsə-tələsə verdiyi cavabdan deyəsən razı qaldı.
- Hə, indi keçək mətləbə. Elmin yolu çox çətindir, oğul, dözə biləcəksənmi? İşini vaxtında yazıb təhvil vermək hamıya nəsib olmur.
- Bəli, professor, inanıram ki, öhdəsindən gələcəyəm.
...Həmin gün professor Borçalıdan gəlmiş gənclə Mədəd Çobanovla xeyli söhbət elədi. Ailə vəziyyətini, dünyagörüşünü, hazırlığını aşkarlayacaq çoxlu suallar verdi. Birdən iki əlini də stola vurub ayağa qalxdı. Bu, bayaqdan suallara cavab verən, demək olar ki, çaşqınlıqdan çıxmış gənci təzədən çaşdırdı: - Bəlkə, professor nədənsə əsəbiləşdi, narazı qaldı? - Yox, deyəsən belə deyildi. Professor hələ də oturduğu yerdən tərpənməyən gəncin lap yanına gəlib iki əlini də onun çiyninə qoydu. O, indi hiss elədi ki, özü də ayağa durmalıdır.
- Get oğul, sənədlərini hazırla, mən bəri başdan səni təbrik edirəm. Ərizəndə elə beləcə də göstərərsən: «Azərbaycan Dilinin Bolnisi rayon şivələrinin leksik xüsusiyyətləri». Bu, sənin dissertasiya mövzundur.
Çox sonralar Azərbaycanın görkəmli alimi, dialektologiya üzrə akad.M.Şirəliyevin yetirmələrindən olan cəfakeş alim Sefi Behbudov yazacaqdı ki: «Onun belə bir konkret mövzuya müraciət etməsi akademik Şirəliyevin ürəyincə olur. Çünki o vaxta qədər Azərbaycan dili şivələrinin leksik xüsusiyyətlərindən bəhs edən konkret bir əsər yazılmamışdı». Elmə gələn hər bir gənc axtarışları, tədqiqatları ilə elm aləmini zənginləşdirməlidir, ona yenilik gətirməlidir. S.Behbudovun qeyd etdiyi kimi, şivələrin leksik xüsusiyyətlərinin işlənilməsi həmin dövr üçün sahənin yeni cığırı idi. Şübhəsiz, burada çətinliklər, problemlər də az deyildi. Doğulub böyüdüyü əraziləri kənd-kənd, oba-oba dolaşır, axtarışlar aparır, sözləri canlı dildən, folklordan birər-birər toplayır, mətnlər üzərində işləyir, sözün sehirli aləmində bəzən dolaşır, izi itirir, amma haradasa, onu çağıran parlaq ümid işığını gördüyü üçün inadından dönmür. Bəzən olub ki, seçdiyi mövzu ilə bağlı mübahisələrdə ona belə də məsləhətlər verənlər tapılıb: Sən daha asan mövzu götürə bilərdin. Elə kitabxanalarda işləyərdin. Daha dərviş kimi çölə-biyabana düşməzdin. Belə fikirlər ilk baxışdan cəzbedici görünsə də, onu yolundan döndərə bilmədi. Çünki o, artıq sözə vurulmuşdu. Söz onu ahənrüba kimi çəkirdi. Axtardığı, tapdığı, araşdırdığı, dərinliklərinə vara bildiyi sözün ucalıq zirvəsinə doğru yolu açılmışdı və bir kimsə onu bu yoldan döndərə bilməzdi.
(Davamı 9-cu səhifədə)
(Əvvəli 8-ci səhifədə)

Məsələ belədir ki, hər kəs ona aydın olan yolun başlanğıcında ilk addımını haradan atdığını bildiyi kimi, sonuncu addımın da harada qurtardığını bilməmiş deyil. Özünü dərk edən insan üçün bu, ömrün son ucudur. Gərək o sonuncu addımın özünə qədər qətiyyətin, iradən özünlə olsun, səni tərk eləməsin. Yalnız bu zaman sözün ucalıq zirvəsi fəth oluna bilər. Və yenə bu gün üçün M.Çobanovun ucalıq zirvəsindən görünən yerini qaytaraq yaradıcılığının ilk gəncliyinə. Günümüzün dəyərli söz sahiblərindən biri, görkəmli ədəbiyyatşünas Arif Əmrahoğlunun «Mədəd Çobanov və onun sözü» şərti adı ilə qəbul elədiyimiz fikirləri həmin yaradıcılığın ilk gəncliyi üçün dumanları dağıdan, aydınlaşdırıcı missiya daşıyır: «Onun çörəyi də sözdən çıxır. Mənim üçün xoş olan bir də odur ki, Mədəd müəllim çörəyi və təskinliyi çıxan sözə heç vaxt arxa çevirməyib, onu sevə-sevə, toplaya-toplaya, qoruya-qoruya «Ədəbi dilimiz xalqımızın mədəni sərvətidir» - adlı müasir və çox sanballı əsər yazıb... Hətta, əlahəzrət sözü olduğu yerdə - müqəddəslik məqamında görməyə çalışıb. Həqiqətən də, hərə öz sözü boydadı. Eləcə də, Mədəd müəllim». Əlbəttə, M.Çobanov çox uğurla müdafiə elədi. 1973-cü ildə o, artıq elmlər namizədi idi. Özbəkistanda Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun elmi şurasında opponentlər Ə.Dəmirçizadə, F.Abdullayev, Özbəkistanın görkəmli alimi, akademik Ş.Şahabdürrəhmanov, Türkmənistanın görkəmli alimi, akademik B.Çaryarov və başqaları elmi işin dəyəri haqqında yüksək fikirlər dedilər. Bu, təkcə M.Çobanovun qələbəsi deyildi. Bu, həm də onun yol göstərəni, ustadı, qayğıkeşi professor Ə.Dəmirçizadənin, digər görkəmli Azərbaycan dilçilərinin və Azərbaycan dilçilik elminin qələbəsi idi. Söz yox, bu illər ərzində onun saçları da ağarmışdı, Göy türkün genetik yaddaşını diktə edən göyümtül gözləri də əvvəlki gücündə deyildi. Axı az qala yarım əsrlik bir vaxt keçmişdi. İndi o, Azərbaycanın görkəmli alimidir, filologiya elmləri doktoru, professordur. 70-ə qədər kitabın, 600-dən çox elmi məqalənin, 400-ə yaxın publisistik vətəndaşlıq qeyrətilə yazılmış yazıların müəllifidir. Mətbu əsərlərinin ümumi çapına nail olmaq mümkünlüyü məqamından yanaşsaq, otuz cilddən çox külliyyatın müəllifidir. 70 illik yubileyi münasibətilə ünvanına göndərilən teleqramların, məktubların onun ictimai rəydəki yerini göstərən ayrı-ayrı müəllif yazılarının özü də iki cildə sığmaz. Ancaq belə rəy məktublardan yalnız birini M.Çobanovun təhsilimizdə, dilçilik elmimizdə yerinin hökumət səviyyəsində etiraf olunmasını təsdiq edən təhsil naziri Misir Mərdanovun məktubuna diqqət edək: «Hörmətli professor Mədəd Çobanov! Azərbaycan elmi ictimaiyyəti Sizi görkəmli dilçi alim kimi hələ Gürcüstanda çalışdığınız dövrdən yaxşı tanıyır. Son on beş ildə isə elmi-pedaqoji fəaliyyətinizi Bakıda davam etdirməyiniz elmi potensialınızın daha geniş şəkildə üzə çıxmasına böyük imkan yaratmış və siz bir-birinin ardınca Azərbaycan dilçiliyinə aid bir sıra sanballı dərsliklər, dərs vəsaitələri, monoqrafiyalar, elmi və publisistik məqalələr çap etdirmisiniz. Siz sözün əsl mənasında, məhsuldar bir alim ömrü yaşamısınız. Sizi anadan olmağınızın 70 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanda elmin və təhsilin inkişafı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram». Yəqin ki, belə məktublar, rəylər, münasibət yazıları, etiraflar Azərbaycanın görkəmli alimi M.Çobanovun 75, 80 illik yubileylərində də yazılacaq. Ancaq mənim məqsədim M.Çobanovun - Azərbaycanın görkəmli aliminin hələ başlanğıcda vətəndaşlıq qeyrəti ilə hansı toxumları səpdiyinə diqqəti çəkməkdi.
Vaxtilə, bir neçə il əvvəl onun 70 illik yubileyi münasibətilə həmin toxumlardan danışmışdım: «İlk gəncliyində Tbilisi Pedaqoji İnstitutunun məzunu kimi müəllimlik dövründə və elə bitirdiyi institutda çalışdığı illərdə M.Çobanov Borçalını gəzir, yaxşı oxuyan şagirdlərin Tbilisi Pedaqoji İnstitutuna daxil olmasını təbliğ edir, onlara deyirmiş ki, burada oxuyun. Ona görə burada oxuyun ki, öz kökünüzdən, yurdunuzdan ayrılmayasınız. Qayıdıb öz kəndlərinizdə müəllim işləyəsiniz. M.Çobanov o vaxt «səpdiyi toxumlar» cücərdi, bitdi və tarixin çərxi çevriləndən sonra mən deyərdim ki, Borçalı elə o bara, o bəhərə bel bağladı.
Bir məsələni də yada salmaq istəyirəm. O vaxt Gürcüstandan gəlmiş tələbələrin ali məktəbi qurtarandan sonra təyinatı birbaşa Borçalıya verilmirdi, Onlar Azərbaycanın müxtəlif rayonlarına göndərilirdilər. Və əsasən də həmin Gürcüstandan gəlmiş gənclər ya elə Bakıya qayıdır, ya da Rusiyaya - Vətəndən uzaqlara üz tuturdular.
Təqribən 30 ildən çox müddət ərzində Borçalının mənəvi mühitini formalaşdırmaq, bu mühiti böyütmək, onu qorumaq missiyası da M.Çobanovun boynuna düşmüşdü». İnsanın həyat yolu tale yoludur. Dini-mistik təsəvvürlərə görə hər kəs öz taleyini yaşayır. Ancaq mən bu qənaətdəyəm ki, hər kəs öz taleyini mənəvi gücü, əməli ilə yazır. Tale özü hər kəsin yaradıcılığıdır. «Azərbaycan antroponimikasının əsasları», «Borçalı toponimləri», «Borçalı ensiklopediyası» (5 cilddə), «Dilçilik - dünya dilləri və dillər dünyası», «Antroponimlərin estetik və sosial mahiyyəti» kimi dərc olunan və yaxud nəşrini gözləyən kitablar onun zəngin elm fədaisi aləmindən xəbər verir.
...Mədəd Çobanov ölkələr, xalqlar arasında körpü olan ziyalılardandır. Ortaq türk dilləri ilə bağlı tədqiqatları, Azərbaycan-gürcü ədəbi əlaqələri, Azərbaycan və Türkiyə ədəbi mühiti onun tədqiqat obyekti olaraq bu gün də diqqət mərkəzindədir. Azərbaycanın indiki mənəvi mühitində onun ən yüksək fəxri ödüllərə haqqı var. Zənnimcə, yaxın zamanlarda biz onu Əməkdar elm xadimi fəxri ad alması münasibətilə təbrik edəcəyik. Yorulmazlıq, fədakarlıq elmə yeni gələn nəslə qayğıkeşlik onun ziyalılıq xarakterinin göstəriciləridir.
Yollar, talelər, insanlar, körpülər... Bəzən bircə ziyalının ömür yolu, həyatı bu göstəricilər üçün əsas ola bilir.
...Sözün ucalıq zirvəsi. Bir Mədəd Çobanov zirvəsi var!

Daha bir
payız günü

Həmin bir payız günündən yarım əsrə qədər vaxt keçib. Mən deyə bilmərəm ki, həyəcanları, tərəddüdləri, bəzən də çaşqınlığı ilə özünə işıq bilib gəldiyi professorun qapısını açıb içəri girməyə cəsarət edən həmin gənc əlli ildən sonrakı, indiki payız gününü təsəvvür edə bilirdimi? Elə həmin vaxtlarda, həmin günlərdə ona deyən olsaydı ki, sən əlli ildən sonra az qala otuz cildlikdən çox bir külliyyatın müəllifi olacaqsan, görəsən, bunu həqiqət kimi qəbul edərdimi? Yoxsa əlçatmaz bir uzaqlıq, bir keçilməzlik kimi anlayardı. Bəlkə elə, mənəvi aləmindəki qaynarlığın, enerjinin, gücün təkidi ilə mən o yolu keçəcəyəm deyərdi. Axı əlli ilin özü də az deyil. Bir yaradıcılıq ömrü, yaşamağın, yaratmağın kifayət qədər dərk olunması, kamillik və ucalığın fəthi deməkdir. Elə indi də hansısa bir gənc çəkinə-çəkinə, çaşqınlıqla onun əllərindəki istiliyin, hərarətin münisliyini duyanacan tərəddüdlər içində onun yanına gəlir.
İndi akademik M.Şirəliyev başını qaldırıb həmin gənci içəriyə çağırır. Əlbəttə, Mədəd Cobanov görkəmində. O da qarşısında əyləşib sıxılan, tərləyən gənci dinləyir, sorğu-suala tutur, sonra da ona ürək-dirək verir. Hələ qarşıda olan yolu göstərir. Özü də doğru-düzgün yolu.
Ağarmış saçların, bir qədər dərinliyə çəkilmiş gözlərin, titrək əllərin indiki görkəmi onun ilk gəncliyindən çox müəllimi ilə qarşılaşdığı anları xatırladır.
Hərəkətlərində bir qədər lənglik, danışığında bir qədər təmkin artıb. Amma o demək deyil ki, M.Çobanov ömrün payızını yeni düşüncələrlə qarşılamır. Yeni ideyalar, fikirlər, çoxlu kitablara rəylər, elmi konfranslardakı çıxışlar, elmə yeni gələn gənclərə məsləhətlər... bütün bunlar göstərir ki, hələ onun ömrü öz qaynarlığındadır. Yaradıcılıq enerjisi daxili-mənəvi zənginlikdən güc alır. Borçalı. Qədim Darvaz kəndi. Onu böyük aləmə aparan yolun başlanğıcı həmin kəndlə bağlıdır. Darvaz yadına düşəndə Azərbaycan dilinin kökləri, rişələri haqqında professor M.Şirəliyevin dedikləri xatirinə gəlir. Borçalıdan gələn gənclərlə görüşəndə o, həmin sözləri, həmin duyğuları təzədən yaşadır və müəlliminin əmanəti kimi qoruyub saxladığını yeni nəsillərə əmanətləyir. Kim bilir, bəlkə, əlli ildən sonra həmin gənclərdən biri elə bu gün Mədəd Çobanovla görüşünü bir payız gününün xatirəsi kimi yada salacaq.
Mən əvvəllər də demişəm, indi də təkrar eləməyə lüzum görürəm: Professor Mədəd Çobanovun yetirmələri arasında ədəbiyyatımızın və mətbuatımızın kifayət qədər tanınan istedadlı oğullarından biri - Müşfiq Çobanlının adı yada düşür Mədəd Çobanov irsinin davametdiricisi kimi.
İndi də ilin payızındayıq. Daha doğrusu, payız tutqun, buludlu havası ilə ömrümüzün qapısının ağzındadır. Amma zaman o zaman deyil. Nə qədər oxşarlığı, bənzərliyi olsa da.

Əli Rza XƏLƏFLİ,
“Kredo” qəzetinin Baş redaktoru.
12.09.2001-ci il.
“Kredo” qəzeti, ¹ 31 (651),
17 sentyabr 2011-ci il, səh.1,9.
ŞƏRQİN SƏSİ Oktyabr, 2011]]>
Müşviq BORÇALI Mon, 29 Feb 2016 18:40:30 +0000
Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ" https://turan.info.az/media/sherqinsesi/1043-knlmzdn-ken-yaylaq-sfr.html https://turan.info.az/media/sherqinsesi/1043-knlmzdn-ken-yaylaq-sfr.html Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"“Borçalı” nəşriyyatının Baş direktoru, “Təhsil” və “Şərqi səsi” qəzetlərinin Baş redaktoru, tanınmış tədqiqatçı-filoloq, yazıçı-publisist Müşfiq Borçalı daim fəaliyyətdə, elmi-publisistik axtarışlarda olan, yerində aram tapıb oturmayan, sanki qaynar çeşmə kimi qaynayıb-çağlayan jurnalistlərdəndir. Bu qaynarlığın bir nəticəsi də indi özünü göstərir. Belə ki, Müəllifin böyük əməyi, gərgin zəhməti bahasına araya-ərsəyə gələn "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" kitabında oxucular bir daha Aşıq Hüseyn Saraclının həyat və yaradıcılığı barədə məlumatlarla tanış olmaqdan savayı, həm də Müşfiq müəllimin aşığın böyük oğlu İsfəndiyar Həsənovdan əldə etdiyi, yorulmadan-ərinmədən, zəhmətə qatlaşaraq qələmə aldığı "Aşıq Hüseyn Saraclının yaylaq səfəri" adlı dastanı da oxuculara ilk dəfə yazılı şəkildə təqdim olunur.
Aşıq Hüseyn Saraclının 95 illik yubileyi ərəfəsində çap olunan bu elmi yaradıcılıq nümunəsi həm aşığı sevənlər üçün gözəl töhfədir, həm də Müşfiq müəllimin bir filoloq-ədəbiyyatşünas-folklarşünas və eyni zamanda bir naşir kimi fədakarlığının təzahürüdür. Əlbəttə ki, şifahi repertuarda dastan yaradıcılığı ənənəsi dövrü çoxdankı keçmişin mirası olduğundan, bu gün bizə təqdim olunan bu dastan nümunəsinin ənənəvi dastançılıqdan xeyli fərqli olması da təbiidir. Lakin bütün bunlara baxmayaraq, "Aşıq Hüseyn Saraclının yaylaq səfəri" bir folklor incisi kimi təqdirəlayiqdir. Hər şeydən əvvəl, ona görə ki, burada ustad aşığın həyatı ilə bağlı müəyyən əhvalatlar qorunub saxlanılıb. İkincisi, aran-yaylaq köçü edən ellərimizin, köçəri türk həyatının təbii təsvirini verən bu dastan örnəyi folklor-etnoqrafik yönlü tədqiqatlar üçün də mühüm maraq kəsb edir. Üçüncüsü, dastanın dil üslubu, danışıq tərzinin lazımınca qorunub saxlanılması təkcə folklorşünaslıq baxımından deyil, həmçinin dilçilər, dialektoloq tədqiqatçılar üçün müəyyən praktiki baza rolunu oynamaqda dəyərli mənbədir...
Bütün bu sadalanan keyfiyyətlərlə yanaşı, biz "Yaylaq səfəri"ndə riyakar ermənilərin də iç üzünü bir daha olduğu kimi görüb seyr edə bilirik. Belə ki, dastanın məzmunundan öyrənirik ki, Aşıq Hüseynlə ustadı Aşıq Bayram bir çay kənarında öküzlərə qoşulmuş arabası ilə onlara yaxınlaşan ermənidən onları çayın o biri üzünə keçirmələrini xahiş etdikdə, erməni öz erməniliyinə salıb boyunvuranlıq etmək istəyir, onları çayın o biri sahilinə keçirməkdən imtina edir. Belə olan halda "Aşıq Bayram xançalını sıyırıb erməninin üstünə cumur. Erməni qorxusundan arabasını qoyub qaçır". Bu mənzərə adi bir əhvalat deyil, erməni xislətini açıb-göstərən gerçək həyat amilidir.
Ümumiyyətlə, dastanla bağlı çox söz danışmaq olar, amma yuxarıda da qeyd etdiyim kimi, burada canlı xalq danışıq dili hakimdir, eyni zamanda təsvir edilən hadisə və əhvalatlar da "aşıq gördüyünü çağırar" məsəlinə müvafiq tərzdə boyasız - çadrasız, yəni olduğu kimi nağıl olunur ki, bu da dastanla oxucu arasındakı səmimiyyəti artırır - yəni hadisələrin təbiiliklə verilməsi özü də dastanın ruhundakı doğmalığı, saflığı təcəssüm etdirir. Başqa sözlə, aşığın "repertuarından səsləndirilmiş" "Yaylaq səfəri" təbii, axıcı və oxunaqlı olmaqla sanki oxucuların da könlünü yaylaq havasının sərinlikqarışıq saflığına dəvət edir.
Şakir Albalıyev,
Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent.
“İnsan və cəmiyyət” qəzeti,
¹ 07 (541), 21 oktyabr, 2011.
ŞƏRQİN SƏSİ Dekabr, 2011

]]>
Müşviq BORÇALI Mon, 29 Feb 2016 18:09:19 +0000
ZƏhMƏTKEŞ ALİM, TANINMIŞ DİLÇİ-TÜRKOLOQ https://turan.info.az/gurcustan/pushkinciler/992-zhmtke-alm-taninmi-dl-trkoloq.html https://turan.info.az/gurcustan/pushkinciler/992-zhmtke-alm-taninmi-dl-trkoloq.html ZƏhMƏTKEŞ ALİM, TANINMIŞ DİLÇİ-TÜRKOLOQMay ayının 18-də Bakıdakı Atatürk Mərkəzində AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun görkəmli alim, məşhur dilçi, tanınmış türkoloq, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanova həsr olunmuş “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, kitabda alimin mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dünyasının dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyəti, dilçiliyimizdəki özünəməxsus cığırı, izi haqqında geniş məlumat verilir. Yeni kitabı Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözləri ilə başlayan müəllif ilk növbədə, türkologiya sahəsində xüsusi mövqeyə malik olan, alimlər arasında öz səsi, öz nəfəsi və qələmi ilə fərqlənən alimlərimizdən olan Mədəd Çobanovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” adlı kitabı və digər 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı əsərləri haqqında qonaqlara ətraflı məlumat verir.
Nizami müəllim öz kitabında bildirir ki, professor Mədəd Çobanov hansı mövzuda yazırsa yazsın, onun araşdırmalarına söz ola bilməz...
Tədbiri giriş sözü ilə “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabının müəllifi akademik Nizami Cəfərov açıb və da qeyd edib ki, bu gün həm də 75 yaşını təbrik etdiyimiz yubilyar - professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-a yaxın kitabın, 26 tədris proqramının, 580-ə yaxın elmi məqalənin , ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox publisistik bədii oçerklərin müəllifidir. 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 102 elmi konfransın fəal iştirakçısı, 95 doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-ə yaxın rəy, 30-a yaxın şeir və oçerk yazılıb. Əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının Diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim-ilin alimi “Qızıl medal”ı ilə təltif olunub.
Akademik Nizami Cəfərov onu da bildirilib ki, professor, Nyu-York EA-nın akademiki Mədəd Çobanov çoxşaxəli elmi və metodik yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Yaşının ahıl çağlarını yaşayan bu nurlu insan axtarıb-aramaqdan, dilimizin bu günkü vəziyyətinə, görkəminə nəzər salmaqdan doymur, yorulmur.
Tədbirdə çıxış edən görkəmli türkoloq-alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev Mədəd Çobanovun dilçi filoloqlarımız arasında öz dəst-xətti olduğunu diqqətə çatdırdı. Daha sonra qeyd etdi ki, türkoloq alim kimi Mədəd Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.Onun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor Mədəd Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları və cansağlığı arzuladı.
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, Türkiyə səfirliyinin müşaviri Fərrux Tığlı, filologiya elmləri doktoru, professor Nəbi Əsgərov, folklorşünas-alim Elxan Məmmədli, türkoloq-alim, professor Mahmud Allahmanlı, professor, fizik, şair Vaqif Nəsir, Əməkdar memar Ömər Qoçulu, İqtisad Universitetinin dosenti, şairə Aysəba Əlizadə, məşhur hərbi diktor Şəmistan Əlizamanlı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, şairlər Oqtay Rza, Mədəd Coşqun, Elbəyi Calaloğlu, Asif Ozan Bayramov, Nazilə Səfərli, alimin tələbələri, AMM-nin dekanı, filologiya elmləri namizədi, dosent Razim Məmmədli və Bakı Pedaqoji Kollesin direktor müavini, filologiya elmləri namizədi Gültəkin Əliyeva və başqaları çıxış edərək görkəmli alimin 75 illik həyat yoluna nəzər salıb, onun elmi-pedoqoji fəaliyyəti dövründə apardığı çoxsahəli nəzəri-təcrübi araşdırmaların türkologiya tarixində xüsusi yerinin olduğunu bildiriblər.
Türkiyə səfirliyinin inkişaf müşaviri Fərrux Tığlı çıxışında qürur hissi ilə bildirib ki, Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ortaq dil, ortaq mədəniyyət var. Bu baxımdan Mədəd müəllimlə yaxın dostluğunu, qardaşlığını yüksək qiymətləndirib.
Qazaxıstan səfiri Serik Primbetov da Mədəd Çobanov kimi alimlərlə bir xalqın, millətin fəxr etməli olduğunu bildirdi və bu fikrini dönə-dönə vurğuladı.
Və elə həmin gün “Qafqfz-Press” İctimai Birliyinin sədri Azadə Taleh Yubilyarı “Cəsarətli qələm” Fəxri Fərmanı ilə, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov isə İlin ən yaxşı vətənpərvər alimini “Qızıl Ürək” Qızıl medalı ilə mükafatlandırdı...
Sonra Yubiley tədbiri “Tural” restoranında bədii hissə ilə davam etdirilib. Asıqlardan Ramin Borçalı, Aidə Gülzar, müğənnilərdən Rasim Tural, “N-star” qrupu, Kəmalə Qurbanlı, Cahan Elqızı və basqaları yubilyari ürəkdən təbrik etmiş, öz həzin mahnılari ilə tədbir iştirakçılarını feyziyab ediblər.
Yubiley tədbiri elə həmin gün AzTv, İTv, SpeysTv, DalqaTv və başqa televiziya kanallarının verilişlərində geniş şəkildə işıqlandırılıb.
Tədbirin sonunda çıxış edən professor Mədəd Çobanov iştirakçılara və təşkilatçılara səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
75 il nədir ki... Gözəl ailəsi, qazandığı çoxsaylı uğurlara əlavə Allahdan Mədəd müəllimə yalnız cansağlığı arzulayırıq!..

Məhəmməd VƏLİYEV,
“Respublika” qəzeti,
19 may, 2012-ci il, ¹ 109 (4398)

Fəxriyyə İKRAMQIZI,
“Yeni Azərbaycan” və
“İki sahil” qəzetləri,
19 may, 2012-ci il, ¹ 89 (5628).

¹ 43 (273) Oktyabr, 2012-ci il.

Professor MƏdƏd Çobanov - 75
FƏdakar alim, görkƏmli pedaqoq
Mədəd müəllimlə tanışlığımızdan əvvəl onun oğlu Müşfiqlə tanış olmuşdum. Müşfiqlə tanışlığım isə məndə Mədəd müəllimin ailəsi, ümumiyyətlə Çobanovlar haqqında ilk xoş təəssüratlar yaratmısdı. Mədəd müəllimin özü ilə ilk tanışlığım şair Ramiz Abdullayevin yaradıcılıq gecəsində olmuşdu. O, həmin gecəyə R.Abdullayevin yaradıcılığına həsr olunmuş sanballı əsəri ilə gəlmişdi. O zaman biz bir masa arxasında oturduq. Görünür hər ikimizin müəllimliyimizi nəzərə alıb, sonralar da Ramiz müəllim bizi həmişə öz məclislərində eyni masa arxasında oturdardı. Bu görüşlər aramızda isti münasibətlərin yaranmasına səbəb oldu və mən Mədəd müəllimin 60 illik yubileyinə dəvət olundum. Məhz onun bu yubileyində səslənən çıxışlar, çap olunan avtobioqrafik məlumatlar məndə onun həyatı və yaradıcılığı haqqında geniş və obyektiv təsəvvur yaratdı. Gürcüstan ədəbi mühitində yetişən, yazıb yaradan, filologiya elmləri doktoru, professor adına kimi yüksələn Mədəd Çobanov doğrudan da fədakar alim, görkəmli pedaqoqdur. Onun yaradıcılığı çoxşaxəlidir. O, Azərbaycan dilçiliyinin bir sıra aktual problemlərinə həsr olunmuş çoxsaylı əsərlər çap etdirməklə yanaşı ədəbi tənqid və jurnalistika, pedaqogika, dillərin tədrisi metodikası, tarix və hərbi tarix sahəsində qələmini sınamış və sanballı əsərlər yaratmışdır.
M.Çobanovun pedaqoji fəaliyyətinin qızıl səhifələrindən biri Gürcüstan Respublikasının Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan məktəbləri üçün 1992-1993-cü illərdə yazdığı fənn proqramları və “Azərbaycan dili”, “Azərbaycan-Türk dili” dərslikləridir. O, həmin dərslikləri yazmaqla qonşu ölkədə yaşayan həmvətənlərimizə ölçüyəgəlməz xidmət göstərmişdir. Onun yaradıcılığında Borçalı mövzusu xüsusi yer tutur. Borçalı şivələri, toponimləri, alimləri və s. barədə əsərləri doğulub boya-başa yetdiyi yurda böyük məhəbbətin, gərgin əməyin bəhrəsidir.
Azərbaycan Ali Hərbi Dənizçilik məktəbində keçirilən yubileyində mənə Mədəd müəllim haqqında çox şeylər məlum oldu. Sovet dönəmində rus dilində fəaliyyət göstərən bu məktəbin müstəqillik dövründə tezliklə Azərbaycan dilində fəaliyyət göstərməsi üçün Mədəd müəllim Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu məktəbə “Dillər” kafedrasına müdir vəzifəsinə göndərilmişdir. O, məktəbdə bütün normativ sənədlərin Azərbaycan dilinə tərcüməçisi olmaqla yanaşı, bir sıra dərslik və dərs vəsaitlərinin, habelə tədris proqramlarının müəllifi və tərtibçisi olmuşdur. Mədəd müəllim məktəbdə kursantların intellektual səviyyələrini yüksəltmək məqsədilə müxtəlif dərnəklər yaratmış, konfrans və viktorinalar təşkil etmiş, özü baş redaktor olmaqla çoxtirajlı “Dalğalar qoynunda” qəzetinin çap olunmasına nail olmuşdur... Həmin məktəbin Azərbaycan dilində uğurlu fəaliyyətində Mədəd müəllimin böyük zəhməti vardır.
Tale mənə Mədəd müəllimin 70 illik yubileyində də iştirak etməyi qismət elədi. Onun haqqında yazılan avtobioqrafik kitabla tanış olduqdan sonra təəccülənməyə bilmirsən. İki yubiley arası müddətdə bu insan necə məhsuldar işləmiş, nələr yaratmışdır?!
Millətinə sədaqətli, Vətəninə bağlı, Ulu Borçalını sonsuz məhəbbətlə sevən, görkəmli alim və pedaqoq, müdrik ağsaqqal, gözəl insan, filologiya elmləri doktoru, professor Mədəd Çobanov çoxsaylı kitabların və elmi əsərlərin müəllifidir. Məncə onun əsərləri siyahısında başda Müşfiq Mədəd oğlu durur.
Mədəd müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram! Onun artıq qeyd etdiyim kimi 60 və 70 illik yubiley təntənələrində iştirak etmişəm. O gün olsun 80, 90, 100 illik yubileylərində iştirak edək!

Vaqif NƏSİR,
ADPU-nun professoru,
Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.


İKİ ÖLKƏ ZİYALISI

Mədəd müəllimin üçüncü yubiley tədbirində iştirak edir, onun haqqında ürək sözlərimi yazıram. Əvvəlki yazılarımda əsasən filologiya elmləri doktoru, professor Mədəd Çobanovun elmi axtarışlarına daha çox önəm verdiyimi nəzərə alıb, bir qədər də bu Borçalı kişisinin şəxsi keyfiyyətlərindən söz açmaq eşqinə düşdüm.
Professor Mədəd Çobanov iki ölkənin - həm Azərbaycanın, həm də qonşu Gürcüstanın sayılıb-seçilən ziyalılarındandır. Onun Gürcüstanda Tbilisi Dövlət Pedaqoji Universitetində işlədiyi illərdə yetişdirdiyi “meyvələri” indi də Borçalı bölgəsində, bütövlükdə Gürcüstan təhsil sistemində öz keyfiyyətini, təravətini saxlamaqdadır. Bu fikir bir qədər obrazlı alınsa da, demək istəyirəm ki, bu ziyalı kişinin yetirmələri doğma yurdda onlarladır və indi də belə kadrlar bu bölgəyə daha çox fayda verir...
Mədəd müəllimin ömrünün təxminən son 20 ili doğma ölkəmizlə - Azərbaycanla bağlıdır. Bu illər Mədəd Çobanov müxtəlif elm ocaqlarında - ali məktəblərdə fəaliyyət göstərib, gənc nəslin ali təhsilli kadr kimi yetişməsində, formalaşmasında böyük əmək, zəhmət sərf edib. Onun son illərdə kafedra mudiri vəzifəsində çalışdığı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, eləcə də Hərbi Akademiyadakı fəaliyyəti də uğurla keçib. Müharibə şəraitində yaşayan ölkəmizin ordu quruculuğunda, nizam-intizamlı hərbçi kadrların hazırlanmasında Mədəd müəllimin özünəməxsus rolu olub. Onun hərbçi tələbələr üçün hazırladığı lüğətlər, metodik göstərişlər və vəsaitlər uzun müddət bu sahədə təhsil alan tələbələrin stolüstü kitablarına çevrilib və əminik ki, həmin kitablar bundan sonra da onların stolüstü kitabları olacaqdır...
Professor Mədəd Çobanov harada işləməsindən asılı olmayaraq öz şəxsi keyfiyyəti ilə hamını intizama dəvət edib. O, kristal bir şəxsiyyətdir. Onu öz amalından, müəllimlik peşəsindən, elmi yaradıcılığından heç bir vasitə ilə ayırmaq mümkün deyil. Bu fikirləri ona görə cəsarətlə deyirəm ki, biz bu yaxın illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bir yerdə fəaliyyət göstərdik, türk tələbələrinə dərs dedik. Tələbələrin davranışlarından, intizamından hiss etmək olurdu ki, Mədəd müəllim işinə, peşəsinə, pedaqoji fəaliyyətə nə qədər önəm verir.
Mədəd Çobanov bu gün də elmi yaradıcılıqla ciddi məşğul olur. Onun son illər “Kredo” qəzetində çap olunan Borçalı toponimləri ilə bağlı silsilə məqalələri bu sahə ilə məşğul olan oxucuların rəğbətinə səbəb olub. Qeyd olunan yazılarında Mədəd müəllim təkcə Borçalı toponimlərini deyil, ümumiyyətlə, Gürcüstan ərazisindəki türkköklü onomastik vahidləri araşdırır. Borçalı deyəndə, əsasən, Marneuli, Bolnisi, Dmanisi (Başkeçid), Qardabani (Qarayazı) nəzərdə tutulursa, Mədəd Çobanov bu axtarışlarında Tetri-Skaro (Ağ-bulaq), Zalqa, Saqareco, Gürciani, Laqodexi, Kaspi və s. rayonlardakı Azərbaycan mənşəli, eləcə də Tiflis şəhəri həndəvərindəki toponim və urbanonimləri yenidən araşdırır və onların semantikası haqqında elmi fikirlər irəli sürür.
Professor Mədəd Çobanov ümumtürkologiya sahəsinə dair bir neçə kitabın və onlarla məqalənin müəllifidir. Onun 2008-ci ildə çap olunmuş “Türk ədəbi dillərinin birliyinə doğru” monoqrafiyası geniş elmi ictimaiyyat tərəfindən maraqla qarşılanmışdır. Onu da qeyd edim ki, Mədəd müəllim Türk Dili Qurumunun IV və VI Qurultaylarında, Türk Ocaqlarının Trabzon və Çevrəsi Uluslararası simpoziumunda və digər elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Müəllifin qeyd olunan monoqrafiyası barədə Türkiyə alimləri geniş rəylər çap etdirmiş və monoqrafiyada gündəmə gətirilən problemlərin həyata keçirilməsi barədə mülahizələr irəli sürülmüşdür.
Professor Mədəd Çobanovun mənim də rəyçisi olduğum “Türk ədəbi dillərinin birliyinə doğru” monoqrafiyasının ikinci cildi bu günlərdə işıq üzü görüb. Müəllif tərəfindən bu cilddə türklüyün oyanışı, onun əsas problemləri, Şumer və Türk dillərinin tarixi-linqvistik, mədəni və mənəviyyat baxımından bir-birinə yaxınlığı, Türk dilləri ailəsinin yenidən təsnifi, Şumer və Türk dillərinin vahid Şumer-Altay-Türk dilləri ailəsində birləşməsi, dünya sivilizasiyasına şumerlərin və türklərin töhfələri və s. geniş araşdırılmışdır.
Mədəd müəllim uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərib. Bu sahədə də o, prinsipiallığı, elmə münasibəti, dəqiqliyi ilə seçilib. Onun bu yönümdəki fəaliyyəti görkəmli alim və pedaqoqların diqqətini cəlb etmiş, belə kristal təbiətli ziyalının elmə, təhsilə lazımlılığı, faydalılığı dəfələrlə qeyd olunmuşdur. Mədəd Çobanovun mənəvi bütövlüyü, pedaqoji və elmi yaradıcılığı, istərsə də ictimai fəaliyyəti haqqında çox yazmaq, çox danışmaq olar. Onu bu əziz doğum günündə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayır, övladlarına həmişəki kimi başucalığı gətirən ata, nəvələrinə qayğıkeş baba olmasını arzulayıram!...
Nəbi ƏsgƏrov,
filologiya elmləri doktoru, professor.


BORÇALIDAN
UÇAN QARTAL
“Qartal yuvasından qartal uçar!”
Calal BƏrgüşad.

Görkəmli dilçi alim, professor
Mədəd Çobanovun 75 illiyi münasibətilə

Qartallar yurdudur Borçalı yurdu,
Dayanmaz önündə bir böyük ordu,
Adın ucalardan, ucada durdu,
Səmtin zirvəyədir bil, Mədəd qağa.

Başın ağarsa da coşqundur ürək,
Mənalı taleyi biz qoşa sürək,
Həmişə biz sizi növcavan görək,
Ömrünə gəlsə də il, Mədəd qağa.

Qartal yuvasından qartallar uçar,
Sizin tək alimi sevinclər qucar,
Qəm-kədər yox olar, uzağa qaçar,
Sizi qucaqlayar əl, Mədəd qağa.

Borçalı yaşayar sazın telində,
Ucalar nəğməsi dağlar selində,
Gələndə hər zaman Darvaz elində,
Bəzəsin ömrünü gül, Mədəd qağa.

Neçə yazıların artdı-qalandı,
Şərəfin xeyriyə yolu salandı,
Ən böyük əsərin Müşfiq balandı,
Söyləyir bu sözü el, Mədəd qağa.

Bu gün yetmiş beşi salırıq yola,
Üzümüz yüzədir qalmayaq dala,
Alqışlar söylənir siz tək oğula,
Qocalıq sözünü sil, Mədəd qağa.

Səyavuş Uyğundu burda dayağın,
Türkün dünyasından gəlsin sorağın,
Bir alim oğlusan ana torpağın,
Yaşa hər bir zaman, gül, Mədəd qağa.
Səyavuş UYĞUN,
24 avqust 2012-ci il. Borçalı, Marneuli şəhəri.]]>
Müşviq BORÇALI Tue, 23 Feb 2016 18:15:34 +0000
= QIRXILI KƏNDİnin keçmişi və bu günü ============== (Tarixi-publistik oçerk) https://turan.info.az/gurcustan/borchali/974-qirxili-kndinin-kemii-v-bu-gn-tarixi-publistik-oerk.html https://turan.info.az/gurcustan/borchali/974-qirxili-kndinin-kemii-v-bu-gn-tarixi-publistik-oerk.html = QIRXILI KƏNDİnin keçmişi və bu günü ============== (Tarixi-publistik oçerk)
Qırxılı kəndi Gürcüstanın Kvemo-kartili Borçalı bölgəsnin Marneuli municipalitetinin cənub-şərqində Debet və Xram çayları arasında, bu çayların birləşdiyi yerin yaxınlığında 410 22071 şimal en dairəsi və 440 55221 şərq uzunluğu dairəsində yerləşir. Rayon mərkəzindən 25 km məsafədədir. Rayon mərkəzindənkəndə igedən yol asfaltlaşdırılmışdır. Kəndə içməli su kəməri çəkilmişdir.
Gürcüstan statistika idarəsinin rəsmi məlumatna görə 2002-ci il siyahıya alınması zamanı kənd əhalisinin sayı 1262 nəfər olmuşdur. Hazırda kənddə 240 ailə yaşayır.
Etnik tərkibnə görə kənd əhalisi 100% azərbaycanlılardan ibarətdir.
Dini mənsubiyyətinə görə əhali 100% müsəlmandır (Şiə təriqətinə mənsubdular).
Elmi mənbələrdə olan məlumatlara görə Kırıqlı-Qırıxlı toponimi qədim türk-oğuz mənşəli kırıq sözündən olub, eyni adlı tayfanın adından götürülmüşdür.
Azərbaycan Milli Elimlər Akademiyası Nəsimi adına diklçilik İnstitutunun elmi işçisi İsmayıl Kazımov “Axısqa (Mesxeti) türklərnin dili” adlı kitabında Qırıxlı toponimi ilə bağlı yazır: Axsıqalıların iri tayfalarından birinin adı “Qırxlar” adlanırdı. Bu toponim türk tayfalarından “kırıq” adlı tayfa adıvə XI yüzillikdə həmin tayfanın Türkiyənin Avropa hissəsində yaşadığı ərazinin qırıxlarevi adlandığı qaynaqlarda qeyd edilmişdir (208, s 89)
Gürcüstanın Marneuli rayonunda da Qırıxlı adlı kənd vardır. Azərbaycanın Tovuz rayonundakı Qırıxlı, Düz və Dönük Qırıxlı kəndlərinin adları da oğuz tayfalarından biri olan “Kırıq” tayfasının adı ilə bağlı izah edilir.(32, s. 23)
XIX əsr Azərbaycan tarixçisi Abbasqulu Ağa bakxanov Nadir şah Əfşarın soykökü ilə bağlı yazırdı: Monqol istilası dövründə Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Kırıqlı tayfası, Şah İsmayıl Səfəvinin zuhurundan sonra, köçüb Əbivəzd mülkündə, Gürgan çeşməsi ətrafında sakin oldu. Bu tayfadan İmamqulu adlə bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu. Beləliklə, Qırıxlı kəndinin adının türkmən əfşar mənşəli olduğu, həmin tayfaların monqol yürüşləri zamanı o zamankı Azərbaycan ərazisinə gəldikləri, Nadir Şahın Azərbaycana və Gürcüstana yürüşləri zamanı isə bu ərazilərdə məskunlaşdıqları məlum olur. AZərbaycanın Tovuz rayonu ərazisində, həmçinin qardaş Türkiyənin Ankara vilayətində da Kırıqlı adlə yaşayış məskəni vardır.
Qırıxlı kəndinin şimal hissəsində kənd təsərüfatı ısləri aparılarkən çox geniş bir ərazidə yaxşı cilalanmış 2x1.5 m ölçüdə yastı sal daşlara rast gəlinmakdədir. Bu daşların qədim qəbirlərin üstünü örtmək üçün istifadə edildiyi güman edilir. Həmin əraziyə yaxın yerlərdə müxtəlif ölçülü saxsı künlərin tapılması burada ötən yüzilliklərdə də yaşayış olmasından xəbər verir.
Kənd əhalisi lap qədimlərdən maldarlıq, qoyunçuluq və əkinçiliklə məşğul olmuşlar. Əkinçilikdə tərəvəz və bostan bitkiləri əsas yer tutur.
Kənddə müasir məktəb binası, çayxana, 4 market-mağaza, bərbərxana, maşın yuma məntəqəsi və digər ictimai- məişət obyektləri vardır.
Kəndin tam mərkəzində həzrəti Fatimeyi-Zəhra adına məscid vardır. Məscidin giriş qapısının sağ tərəfində divara hörülmüş daş kitabədə ərəb əlifbası ilə məscidin 1853-cü ildə Qırıxlı kənd sakini Pirilli Kərbalayı-Məşədi Əli tərəfindən“məscidi-şərif ” adı ilə inşa edildiyi bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Sovet dönəmində məscid ibadət üçün bağlanaraq, kolxoz anbari kimi istifadə edilsədə kənd camaatının sayıqlığı, diqqət və qayğısı sayisdə sökülməkdən və uşulub dağılmaqdan xilas olmuşdur. 2015-ci ildə kənd sakini Azər Məmmədov məscidə axund seçildikdən sonra onun bərpa və təmirini təşkil etmiş, məscid kənd camaatının xeyriyəçiliyi ilə yüksək səviyyədə təmir edilərək, Gürcüstanın dini abidələri siyahısına daxil edilmisdir Hazirda Qirixli kendinde aşağıdakı tayfalar(nəsillər) yaşadır:
1. Göysöyünnü
2. Pirilli
3. Qanallı
4. Çoyuşdu
5. Hacıevi
6. Məmmədevi
7. Irəvanlılar
8. Tapevi (Tapoğlular)
Kənd camaatı arasında kənddə ilk məskunlaşan tayfa-nəsilin Göysoyunlulər olması barədə söhbətlər vardır.
XX əsrin əvvələrində kəndin ağası Mehdi ağa Sultanov olmuşdur. O çox həlim xasiyyətli, səxavətli və əlaçıq bir adam olmuşdur.
Sovet hakimiyyəti qurulan ərefede Məmməd evi tayfasından Məmmədov Məmməd kəndin“qlavası” başcısı işlənmişdir. Kəndə gələn bolşeviklər onların hər ikisini həbs etmiş. Mehdi ağa bütün var-dövlətini, evini və torpaqlarını hökumətə verərək həbsdən qurtulmuş, qlava Məmməd isə bolşeviklər tərəfindən istintaqsız və məhkəməsiz kənddəcə güllələnmişdir.
Mehdi ağannın evi sovet dönəmində klub kimi istifadə edilmiş, yalnız 60-cı illərdə öz qanuni sahiblərinə - Mehdi ağanın övladlarına qaytarılmışdır.
Kəndin qərb hissəsində Abbasqulu ağanın bağı adlı ərazi vardır. Hazırda burada bağdan əsər əlamət olmasa da ötən əsrlərdə bu yerlərin Abbasqulu ağa adlı şəxsə mənsub olması şübhə doğurmur. Qırxılı kəndinin cənubunda Debet çayı sahilində kənd camaatının dilində qısaca olaraq dəlləkli adlanan, əsil adı Dəllək oğlu İbrahimin bağı olan tut ağaclarindan ibarət böyük bir bağ vardır. Vaxtilə çox böyük bir ərazini-təxminən 30-40 hektarı əhatə edən bu bağ kənd camaatının istirahət yeridir.
Sovetlər dönəmində kənddə Telman adına kalxoz qurulmuş, kənd sakini Əhmədov Qələndər uzun müddət bu təsərrüfata rəhbərlik etmişdir. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı aşağıda adları qeyd olunan kənd sakinləri Sovet Ordusu sıralarında müharibədə iştirak etmişlər:
1. Əliyev Şəmşi- həlak olmuşdur
2. Qara Əli oğlu- həlak olmuıdur
3. Əliyev Novruz
4. Əliyev Baba
5. Əliyev Məcid
6. Xəlilov Xəlil
7. Nəbiyev Məmməd
8. Məmmədov Rza
9. Əsgərov Şəmistan
10. Əsgərov Şamxal
11. Ələlkbərov Ələkbər
12. Alı Vəli oğlu
13. Əliyev Səməd
14. Məmmədov Təhməz
15. Məmmədov Tanrıverdi—helak olmusdur
16. Məmmədov Qulu suleyman oğlu
17. Tağıyev Bəşir
18. Vəliyev Mürsəl
19. Əliyev Murtuz
20. Sultanov Tahar

Kənd sakinlərindən 3 nəfər alimlik elmi dərəcəsi almışdır:
1. Əliyev Salman kimya elmləri namizədi Azərbaycan k/t institunda qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmiş, sonralar Bakı şəhərində hərni akademiyada dərs demişdir
2. Əliyev ƏSgər- Elmi-tətqiqat k/t institunda baş elmi işçi işləyir.
3. Rəşad Nuriyev- Azərbaycan k/t institunda müəllim işləyir.
Qırxlı kəndində doğulub boya-başa çatmış, Şairə Xəzangül Qurbanova hazırda Gəncə şəhərində yaşayır, Azərbaycan Yazıçılar Birliyi Gəncə Şöbəsinin sədri vəzifəsində işləyir.
Şair Dilqəm Səmədoğlu da Qırıxlı kəndində yaşayır. Onun “Bilmirəm nə üçün belədi dünya” adlı şerlər kitabı bütübn Borşalıların stolüstü kitabıdır.
Qırıxlı kəndinin yetirməsi olan bir sıra şəxslər Rusiya, Azərbaycan, Türkiyə və s. kimi qonşu ölkələrdə müxtəlif şəhərlərdə çalışır və kənd sakinlərini ləyaqətlə təmsil edirlər.
Qırıxlıya həsr olunan şerlər:
Qırxlıdadı.
Hümbət Hüseynov.
Bir yanı Debetdi, bir yanı Xram,
Qonağa göstərər böyük ehtiram
Igid cavanları mehriban, aram,
Dostluğun mayası Qırxlıdadı

Hatəm kimi sufrələri aşılar
Məclisində durr-gövhərlər saçılar,
Gündə biri götürülüb qaçılar
Gözəllər sonası Qırxlıadadı

Hümbətəm, Qırıxlı kəndimin adı
Getməz damağımdan elimin dadı
Görüm yüz yaşasın vətən övladı
Qədəmlər sayası Qırxlıadadı.


Dilqem Semedoglu
QIRXILI
Vesf etdi ellere gozelliyini,
Dord yani cemendi guldu qirxili.
Tepetey bir yani Ehram bir yani,
Bir ulu tarixli eldi Qirxili.

Gelir uzaq-uzaq ellerden sesi.
Merifet ehlidi burda her kesi
Aciqdi qonaqa daim sufresi
Mehribandi sirindildi Qirxili.

Her kese bellidi er igidleri
Asigi sairi sine defteri
Yixar qayalari asar sedleri
Qarsisi alinmaz seldi Qirxili

Qoynunda boy atib nece senetka
Asiq ziyeddini Xezengulu var
Hidayet sesinden eridi daglar
Toxunma sizlayan teldi Qirxili

Azerbaycan dilim Borcali canim
Bu elin esqiile cosubdur qanim
Dilqemem sorsaniz budur unvanim
Bir ulu tarixli eldi Qirxili

QIRXILI
Borcali elinde adin sanin var
Bilir qiymetini mehman olanlar
Yasari qoynunda gozel, bextiyar
Sensen vuqarimiz bizim Qirxili
Vurgunam bu elde her qaris yere
Dolanim basina gunde yuz kere
Pehlivan bilekli er igidlere
Vermisen deyanet, dozum Qirxili

Sozumde hikmet var axtar derinde
Tapildim ogul tek xeyir-serinde
Olsamda dunyanin her bir yerinde
Sen oldun en sirin sozum Qirxili

Boylanar bir yandan Babaker dagi
Yayada serin olur Dellekli bagi
Hormetle qarsilar gelen qonagi
Hemise ag olar uzun Qirxili

Ezelden cemene cole hemdemem
Bu gozel obaya ele hemdemem
Borcali balasi sair Dilqemem
Soy kokum ezelim ozum Qirxili]]>
Müşviq BORÇALI Sun, 21 Feb 2016 22:15:14 +0000
Rəşid HACILAR (1953) https://turan.info.az/gurcustan/darvaz/965-rid-hacilar-1953.html https://turan.info.az/gurcustan/darvaz/965-rid-hacilar-1953.html Rəşid HACILAR (1953)REDAKSİYAMIZIN ARXİVİNDƏN:

UĞURLAR ARZUSU İLƏ...

Rəşid Hacılar (Rəşid Muxtar oğlu Hacıyev) 1953-cü ildə Ulu Bor­çalının ağır ellərindən olan, əsrarəngiz gözəlliyi və füsunkar təbiəti ilə tanınan Darvaz kəndində dünyaya göz açıb. Bakı Döv­lət Universitetini bitirib. 1981-ci ildən DİN sistemində xidmət edib. Uzun müddət Bakı şəhərinin Nizami rayonunda baş sahə mü­­vək­kili vəzifəsində çalışıб. Hazırda təqaüddədir. Üç övlad ata­sıdır.
Hələ gənc yaşlarından poeziyaya xüsusi maraq göstərən Rəşid Hacıların şerləri sonralar “Gürcüstan”, “Şərqin səsi”, “Elm və təh­sil”, “Ulu Körpü”, “Borçalı” və s. qəzetlərin səhifələrində işıq­­üzü görmüş, oxucuların diqqətini cəlb etmişdir. Oxucuların fikirləri və tənqidçilərin rəyləri müəllifi daha da ruhlandırmış və onun məsulliyyətini xeyli artırmışdır. Budur, müəllif bu günlərdə yenidən oxucuların görüşünə gəlib. Və həm də əli dolu! Daha gözəl və daha sanballı şerləri ilə!
O, "Bir ev gözləyir bizi" adlı ilk şerlər kitabını nəfis şəkildə çap etdirərək oxucuların ixtiyarına vermişdir.
Biz Rəşid Hacıları bu yeni uğuru münasibətilə ürəkdən təbrik edir, kitabın redaktoru Musa Nəbioğlunun kitaba yazdığı “Ön söz”ü aşağıda dərc edərək, oxuculara ərmağan edir və şair dostumuza yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI.
"ŞƏRQİN SƏSİ" qəzeti, N: 16 (166),
Oktyabr 2005-ci il.


ÖN SÖZ

Rəşid Hacıların hələ gənclik illərindən ədəbiyyat həvəskarı olduğunu, hətta özünün də şer yazdığını bilirdim. Onu da bilirdim ki, bəziləri kimi yazdığının mürəkkəbi qurtarmamış redaksiyaların qapısını yağar etmir, hisslərini, duyğularını bədii sözün qüdrə­tindən istifadə edərək ipə-sapa düzür, böyük yaradıcılıq yolunda öz cığırını açmağa çalışır. Çap olunmağa çox da meylli olma­dığına görə onu bəzən üzünə, bəzən də arxasınca qınayanlardan biri də mən idim. Elə bu səbəbdən şerləri ilə müntəzəm tanış ola bilməsəm də pərəstişkarlarından, dostlarından, bəzən də müxtəlif məclislərdə özündən eşitdiyim şerləri də mənim onun yaradıcılığı barəsindəki qənaətimi daha da möhkəmləndirirdi. İxtisasca fizik olması və uzun müddətdir ki, respublikanın hüquq-mühafizə or­qanlarında çalışması da onun ədəbiyyata, poeziyaya bağlılığına nəinki xələl gətirmiş, əksinə bir harmoniya yaratmışdır.Deyirlər, hər kəsin bir şəxsiyyət kimi formalaşmasında, həyatda öz yerini tutmasında ictimai mühitlə yanaşı, onun böyüyüb boya-başa çatdığı təbiətin də böyük təsiri vardır. Xüsusilə yaradıcı adamlarda bu, özünü daha bariz şəkildə göstərir. Rəşid Hacılar da Uli Tanrının heç nəyi əsirgəmədiyi elə bir cənnət məkanda - Borçalının ağır ellərindən olan təbiətin əsrarəngiz gözəlliyinə ma­lik Darvaz kəndində dünyaya gəlibdir ki, bu kənddə böyüyüb orta təhsil alıb, ən azı poeziya vurğunu olmamaq özü günah olardı.Onunla cəmisi bir neçə dəqiqəlik söhbət də kifayət edər ki, sa­dəliyinə və elə sadəlikdən yaranan böyüklüyünə, sözün əsl məna­sında böyük ürək sahibi olmasına yaranan əminlik əynindəki polis zabiti müdirinin zəhmini bir andaca yox etsin, qarşındakı adamın daşıdığı vəzifəyə görə yalnız yazılı qanunlar keşikçisi deyil, həm də vicdan qanunlarının, yazılmamış mənəviyyat qanun­­la­rının, hiss­lərin və duyğuların keşikçisi, həm də tərcümanı olduğuna əmin olasan.50 yaş ömrün elə məqamıdır ki, istər-istəməz dönüb arxaya boy­lanmaq, yaşadığın bu zaman kəsiyində ötüb-keçənləri, gördüyün işləri saf-çürük edərək özün-özünə hesabat vermək istəyirsən. Yaradıcı adam üçün isə bu ikiqat hesabat məqamıdır. Rəşid Ha­cıların da məhz ömrün bu çağında yaradıc\ılıq boxçasını geniş oxucu kütləsinə ərməğan etmək istəyi məhz bu mənəvi tələbat­dan, yaradıcılıq hesabatı vermək ehtiyacından doğmuşdur.Şerlərini kitab halında çap etdirmək istədiyini biləndə, bu niy­yətini alqışladım, sevindim. Həm də ona görə sevindim ki, şəxsiy­yətinə və yaradıcılığına hər zaman böyük hörmət bəslə­diyim bu gözəl insanın ilk kitabının ilk oxucusu olmaq qisməti də mənə nəsib olurdu.Rəşid Hacılar o şairlərdəndir ki, çap olunmaq xatirinə yazmayıb, öz daxilindən gələni yazıb, düşündüklərini yazıb və oxucusunu da düşündürüb. Onun səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Həyatda olduğu kimi yaradıcılıqda da səmimidir. Müraciət etdiyi mövzular həyatın özündən gəlir. Hamımızın hər gün rastlaşdığımız, üzləşdiyimiz, bəzən əhəmiyyət vermədiyimiz həyat səhnələri Rəşidin şair qəlbindən süzülüb misra-misra düzülür, müəllifin özü kimi oxu­cunu da düşünməyə vadar edir. onun şerlərindən dağ çiçəklərinin ətri, suyu, diş göynədən bulaqların zümzüməsi duyulur.Doğma yurda bağlılıq, Vətən sevgisi müraciət etdiyi başlıca mövzudur. İşğal altında olan torpaqlarımız və "Vətənin qıraqda qalan yerləri"nin taleyi də onu narahat edir. "Bir ev gözləyir bizi" şerində o, Borçalının bu gününə biganə olmadığını, sabahından narahatlığını poetik dillə ifadə edir:Süfrəsi duzsuz qalan,Ocağı közsüz qalan,Söhbətsiz, sözsüz qalan,Bir ev gözləyir bizi.Bu təkcə bir fərdin dərdi, faciəsi deyil, hamımızı narahat edən, düşündürən problemdir ki, Rəşid Hacılar Borçalıdakı kəndlərimiz­dən cavanların getməsinə, el-obanın əvvəlki növrağının pozul­ma­sına dözmür, doğma el-obaya ürəklərdəki buzunu əritmək üçün ha­ray qoparır, həyəcan təbili çalır. Bu, mövcud reallığın uğurlu bə­dii təsviri olmaqla yanaşı, həm də içdən gələn qəlb çırpıntısı, ürək yanğısı, vətəndaş narahatlığıdır, həm də bu gün çoxları­mıza bəlli olan, içimizdən keçən və qəlbimizi göynədən bir ağrıdır.Təkcə doğulduğu kəndin deyil, bütövlükdə Borçalı ellərinin tale­yindən narahatlıq, böyük-kiçiyin yeri bilinən, ağsaqqal öyü­dünə, ağbirçək alqışına hörmətlə yanaşılan bu yerlərdə ağsaqqal sözünə, nəsihətinə indi həmişə olduğundan daha çox ehtiyac duyulduğu bir vaxtda qocaların sıralarının get-gedə seyrəlməsi də onu nara­hat edir:Bir zaman kəndimiz "ağsaqqal" idi,Ağsaqqal görərdik hər bir ocaqda."Vəzifəpərəst" şerində isə şəxsi mənafeni ümumxalq mənafeyindən üstün tutaraq tutduğu vəzifəyə sadəcə qazanc yeri kimi baxanları lənətləyir:Çörəkçün varlığı yox edənlərin,Zaman cəzasını yaman sərt verir.Alçala-alçala yüksələnlərin,Vicdanı hər zaman hesabat verir.Bu gün cəmiyyətdə baş verən neqativ hallara dözməyərək - "Qanacaq, mərifət satılır pula" - deyə narahatlığını ifadə etsə də, sonda bu qənaətə gəlir:Belə çox gedəmməz dünyanın işi,Belə çox dözəmməz qeyrətli kişi.Rəşid Hacılar istər Vətən sevgisindən, yurd məhəbbətindən yaz­sın, istər ülvi məhəbbətdən, istər dünyamızın bu günü və sabahı ilə bağlı narahatlığını ifadə etsin, istərsə də körpə qəlbinə yol ta­pan şerlər yazsın hamısında eyni tərzdə səmimidir, sözlə oyna­mır, sözü urvatdan salmır, kimsəni təqlid etmir, tapdanmış yolla get­məyərək yaradıcılıq adlı böyük, çətin, lakin şərəfli bir yolda öz cı­ğırını açmağa çalışır. Həyatda öz cığırı ilə gedən, öz izini qoyanlar isə əbədiyaşarlıq qazanırlar. İnanırıq ki, Rəşid Hacıların gecikmiş də olsa işıq üzü görən ilk kitabı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq və müəllifi yeni-yeni əsərlər yazmağa ilhamlandıracaqdır. İlk kitabının son kitab olma­yacağına böyük ümid bəsləyərək şair qardaşım Rəşid Hacı­lara yeni-yeni yaradıcılıq uğurlağı arzulayıram.
Musa NƏBİOĞLU.


BİR EV GÖZLƏYİR BİZİ
(Kəndlərimizdə boş, baxımsız qalan evləri düşünərkən həmvətənlərimə müraciətlə)Qayğısı çəkilməyən,Torpağı əkilməyən,Söküyü tikilməyən,Bir ev gözləyir bizi.Meyvəsi dərilməyən,Paltarı sərilməyən,Qolları gərilməyən,Bir ev gözləyir bizi.Gülləri qoxlanmayan,Hörməti saxlanmayan,İllərlə yoxlanmayan,Bir ev gözləyir bizi.Süfrəsi duzsuz qalan,Ocağı közsüz qalan,Söhbətsiz, sözsüz qalan,Bir ev gözləyir bizi.Gözləyəni el olan,Ürəyi tel-tl olan,Göz yaşları sel olan,Bir ev gözləyir bizi.Laylası həzin səsli,Oğul-uşaq həvəsli,Ata-ana nəfəsli,Bir ev gözləyir bizi.
BİR QARIŞ TORPAQ(Doğma kəndim Darvaza)Bir zaman qədrini bilmədik sənin,Hərəmiz üz tutub bir yana getdik.Doğma el-obanı yaddan çıxarıb,Sənə yaraşmayan dönüklük etdik.Bizə doğma olan dağlar, dərələr,İlərlə yolara dikdi gözünü.İlk eşqin şahidi "Zoğallı" bulaq,Meşəyə söylədi giley-sözünü.Daddıq sevincini biz ətək-ətək,Amma kədərinə ortaq olmadıq.Çəkdik şirəsini bal arısı tək,Qəmini heç zaman yada salmadıq.Vaxt çatdı, qapını döydü qocalıq,Vətən haray salıb çağırdı geri.Şam sona çatanda gur yandığı tək,Parladı bir ömrün xatirələri.Gəldim hüzuruna günahlarımla,Ömür qürub edir, düşür qaranlıq.Səndən umacağım, a doğma kəndim,Bir qarış torpağın, bir də halallıq.Rəşid HACILAR. 06.11.2002]]>
Müşviq BORÇALI Sat, 20 Feb 2016 00:31:11 +0000
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda... https://turan.info.az/arxiv/961-foto-arxv.html https://turan.info.az/arxiv/961-foto-arxv.html FOTO - ARXİV: Səməd Vurğun Borçalıda... Bu şəkil 1955-ci ilin Oktyabr ayında Borçalıda çəkilib. Şəkildə ortada S.Vurğun, sol tərəfdə Faxralının kənd sovekinin sədri Sülüyman Şaxnazarov, sağ tərəfdə S.Vurğunun xalası oğlu Hüseynəli Bayramov, ayaq üstə dayananlar Məhyəddin Sultanov, Hacı Həsənov, Kərim Həsənov, Mərdan Məmmədov, daha sonra, Faxralının kolxoz sədri Binnət Mahmudov, Faxralının baş mühasibi Alı Bayramov və başqaları.
Atam Hüseyinqulu müəllimdən xatirə kimi qalan bu şəkilin orijinalı qardaşım Eldardadır.
Elxan MƏMMƏDLİ.]]>
Müşviq BORÇALI Fri, 19 Feb 2016 12:31:29 +0000
DİQQƏT, DİQQƏT!... Əziz və hörmətli BORÇALILILAR!.. https://turan.info.az/dunya/turan/857-dqqt-dqqt-ziz-v-hrmtli-boralililar.html https://turan.info.az/dunya/turan/857-dqqt-dqqt-ziz-v-hrmtli-boralililar.html DİQQƏT, DİQQƏT!... Əziz və hörmətli BORÇALILILAR!.. DİQQƏT, DİQQƏT!... Əziz və hörmətli BORÇALILILAR!..Əziz və hörmətli BORÇALILILAR!
Dəyərli soydaşlarımız!..

Böyük fərəh hissi ilə
nəzərinizə catdırırıq kı,
2000-ci ilin əvvəllərində nəşr etdiyimiz
"BORÇALI ENSİKLOPEDİYASI" adlı
çoxcildli kitabımızın yeni nəşrini
çapa hazırlayırıq...]]>
Müşviq BORÇALI Sun, 07 Feb 2016 02:27:10 +0000
YENİ KİTAB: "Dostlara dost töhfəsi" https://turan.info.az/media/sherqinsesi/846-yen-ktab-dostlara-dost-thfsi.html https://turan.info.az/media/sherqinsesi/846-yen-ktab-dostlara-dost-thfsi.html YENİ KİTAB: "Dostlara dost töhfəsi"İstedadlı qələm dostumuz Rauf İlyasoğlu (Allahverdiyev) 19 mart 1959-cu ildə Ağdam şəhərində anadan olmuşdur.
Hal-hazırda "Respublika" qəzetinin xüsusi müxbiri, "Şərqin səsi" qəzetinin və "Yeni nəşrlər" kataloq jurnalının (ictimai əsaslarla) məsul katibidir.
AYB-nin üzvüdür.]]>
Müşviq BORÇALI Sat, 06 Feb 2016 19:05:00 +0000
MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN HƏSƏNOV https://turan.info.az/dunya/824-mhur-dvlt-xadm-taninmi-dplomat-v-zhmtke-tdqqati-alm-hsn-hsnov.html https://turan.info.az/dunya/824-mhur-dvlt-xadm-taninmi-dplomat-v-zhmtke-tdqqati-alm-hsn-hsnov.html MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN HƏSƏNOV Dövlət adamı və ictimai xadim olan Həsən Həsənov eyni zamanda elm sahə­sində də fəaliyyət göstərmişdir.
Həsən Həsənovun elmi fəaliyyətinin mühüm hissəsi aşağıdakı istiqamətlərdədir:
1. Rəhbər vəzifələrdə işləyərkən Azərbaycanın görkəmli mqtəfəkkir yazıçı və şairlərinə həsr etdiyi məqalələri və çıxışları: N.Gəncəvi, M.F.Axundov, müa­sirlərimizdən S.Rüstəm, İ.Şıxlı kimi sənətkarlar barədəki çıxışları, məqa­lələri.
2. Bilavasitə tədqiqatları. Bu istiqamətdə onun araşdırmaları hələ 1978-ci ildə "Azərbaycan" jurnalında dərc etdirdiyi "Keçən əsrdən məktublar" təd­qiqatı ilə başlamışdır. Həmin tədqiqatın redaksiya təqdimatında deyilirdi: "…Həsən Həsənovun büyğk mütəfəkkir M.F.Axundovun oğlu Rəşid bəy Axundov haqqında elmi tədqiqatı xüsusi maraq doğurur". Həqiqətən də Mir­zə Fətəlinin oğlu Rəşid bəyin həyatı və fəaliyyəti ictimai fikir tarixi­mi­zin azıl­mamış səhifələrindən idi. Tədqiqat üzünün təhlil üsulu ilə fərq­lənirdi. Təhlillərdə mütəfəkkir Mirzə Fətəli ilə oğlunun arasındakı məktub­laşmada maarifçilik, milli ədəbi fəaliyyəti Avropa mğhitinə çıxarmaq kimi məsələlər aşkarlanır. Həsən Həsənovun birgə tərtibi ilə həmin məktublar sonralar (1991) ayrıca kitab şəklində buraxılmışdır.]]>
Müşviq BORÇALI Thu, 04 Feb 2016 19:31:45 +0000
DÜNYASI BORÇALI, MALI BORÇALI https://turan.info.az/gurcustan/pushkinciler/820-dnyasi-borali-mali-borali.html https://turan.info.az/gurcustan/pushkinciler/820-dnyasi-borali-mali-borali.html DÜNYASI BORÇALI, MALI BORÇALIMüşfiq Borçalı: “Dünyamalı Kərəmin poeziya dünyası”. Bakı, “Borçalı” nəşriyyatı, 2010, 186 səh.
Dünyamalı Kərəm. Onun poeziya dünyası. Bu ünvanlar poeziya həvəskarlarına, xüsusən də aşıq şeiri pərəstişkarlarına yaxşı tanışdır. Elə məhz bu ad altında çıxan olduqca məzmunlu, nəfis tərtibatlı kitab qarşımızdadır. Borçalı ziyalısı, hələ gəncliyindən bu mahalın ağsaqqalı adını qazanmış naşir, publisist, tədqiqatçı-filoloq Müşfiq Borçalı bu dəyərli, tarixi əhəmiyyətli kitabın müəllifidir.]]>
Müşviq BORÇALI Thu, 04 Feb 2016 17:37:46 +0000
SARAÇLIda UNUDULMAZ BİR GÜN... https://turan.info.az/gurcustan/bolnisi/815-saralida-unudulmaz-br-gn.html https://turan.info.az/gurcustan/bolnisi/815-saralida-unudulmaz-br-gn.html SARAÇLIda UNUDULMAZ BİR GÜN...]]> Müşviq BORÇALI Thu, 04 Feb 2016 00:19:44 +0000 Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub https://turan.info.az/medeniyyet/767-lkmizd-drc-olunan-qzet-jurnal-v-digr-ap-mhsullarnn-arxiv-fondunun-yaradlmas-mzakir-olunub.html https://turan.info.az/medeniyyet/767-lkmizd-drc-olunan-qzet-jurnal-v-digr-ap-mhsullarnn-arxiv-fondunun-yaradlmas-mzakir-olunub.html Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunubYanvarın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi Mətbuat Şurası ilə birlikdə ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi və tələblərin icrasının təmin olunması mexanizminin işlənib hazırlanması məqsədilə müşavirə keçirib.]]> Müşviq BORÇALI Wed, 27 Jan 2016 23:01:53 +0000 TƏBRİK EDİRİK!.. Hidayət NUR -75 https://turan.info.az/elm/diger-bolmeler/874-hidayet-nur.html https://turan.info.az/elm/diger-bolmeler/874-hidayet-nur.html TƏBRİK EDİRİK!..  Hidayət NUR -75

Bu günlərdə görkəmli alim-şair Hidayət Nurun 75 illik Yubileyi tamam olmuşdur.

Biz də bir daha çox hörmətli Hidayət müəllimi Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm çansağlığı, şəxsi həyatında, eləcə də elmi fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.




Hidayət NUR
(Hidayət Rəhim oğlu Nuriyev)
(1941)





Təbrik edirik
Yaşanası günləriniz qabaqdadır

Onu çoxdan, lap uşaq vaxtlarımdan tanıyıram. Sonralar ali təhsil almaq üçün Bakıya getməsi ilə əlaqədar məsafə uzaqlığı yaransa da barəsində söylənilən xoş sözlər nəinki bacı-qardaşların, həmçinin bütün eloğullarını da fərəhləndirirdi.
Haqqında söz açacağımız eloğlumuzun bu günlərdə yubiley tədbirlərinin Bakıda uğurlu keçməsini eşidəndə sevincimin həddi-hüdüdu olmadı. Bununla yanaşı məndə daxili bir narahatlıq da baş qaldırdı: Hidayət müəllimin yubileyində niyə iştirak edə bilmədim? Sən demə bu narahatlıq hissini tək mən yox, onu tanıyanların çoxu keçirmişdir. Təskinliyimiz isə bu oldu ki, təki iştirak edə bilmədiyimiz tədbirlərin hamısı yubileylər, toy-bayramlar olsun.


Azərbaycan Elmlər Akademiyası Fotoelektronika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də Sarvanda-Marneuli şəhərində anadan olmuşdur. Uşaqlığı müharibə illərinə düşdüyündən, valideynlərini erkən yaşlarında itirdiyindən, həyatın ağrı-acısı ilə qarşılaşdığından meylini kitablara, məktəbə salıb. Məktəb illərində Hidayət Rəhim oğlu yalnız müəllimin tapşırıqlarını yerinə yetirməklə kifayətlənməz, əlavə ədəbiyyatlarla biliyini zənginləşdirər, ağsaqqallarımızın, ağbirçəklərimizin söylədikləri folklor nümunələrini sinədəftər edər, onların yurd, el-oba, burada yaşamış və ömür sürən qəhrəmanlar barədə söylədiklərini acgözlüklə dinləyərdi. Bütün bunlar onun həyat yoluna nur saçan amillərdən olmuşdur.
1957-ci ildə 1 saylı Marneuli şəhər orta məktəbini gümüş medalla bitirən Hidayət Nuruyev fizika müəllimi Mahmud Kərimovun ona sevdirdiyi elmin arxasınca Bakıya gedir və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. 1962-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra doğma yurda qayıdır və burada bir il müəllimlik edir. Lakin elmə olan sevgisi, həvəsi yenidən onu Bakıya yönəldir.
Sonrakı on il müddətində Azərbaycan EA Fizika İnstitutunda baş laborant-baş elmi işçi arasındakı vəzifə yolunu ləyaqətlə keçir. 1973-cü ildən indiyədək Elmlər Akademiyasının Fotoelektronika İnstitutunda çalışır. Ailədə, həyatda, el-obada, dost-tanış, qohum-əqraba yanında xasiyyətinin həlimliyi, şirindilliyi, söhbətcilliyi, mehribanlığı ilə seçilən Hidayət Rəhim oğlu çalışdığı kollektivlərdə də böyük hörmət qazanmış, müxtəlif mükafatlara layiq görülmüşdür.
Hidayət müəllimdə fizika sahəsində qazandığı nailiyyətlərlə (100-dən çox elmi məqalənin, 5 ixtiranın müəllifidir, institutun nəzdindəki ixtisaslaşdırılmış müdafiə Şurasının elmi katibidir, rəhbərliyi ilə 7 elmlər namizədi yetişmiş, namizədlik və doktorluq dissertasiyalarına opponent olmuşdur) yanaşı bədii ədəbiyyata da güclü meyl özünü göstərmişdir. O özünü şair hesab etməsə də, 60 illik yubileyi ərəfəsində “Borçalı duyğuları” şeirlər və poemalar kitabı yubilyara xüsusi hədiyyə olmuşdur. Hidayət Nur imzası ilə dərcə hazırladığı həmin kitab Azərbaycan Respublikası “Təhsil” mərkəzinin “Abdulla Şaiq” mükafatına layiq görülmüşdür.
Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevin rəhbərlik etdiyi yubiley tədbirində Hidayət müəllimin çalışdığı institutun direktoru professor Cavad Abdinovun Hidayət Rəhim oğlunun həyat və yaradıcılığı barədə dolğun məruzəsini dinləyənlərdən akademik Maqsud Əliyev, EA-nın müxbir üzvləri Telman Əliyev, Avrasiya Akademiyasının rektoru Arif Paşayev, professorlar Lətif Vəliyev, Qəhrəman Binnətov, Səlimə Mehdiyeva, Abdulla Mehrabov, Vüqar Əliyev, Kamal Ələsgərov, Vaqif Nəsirov, Fazil Əliyev, Tahir Pənahov, yubilyarın müəllimi dosent Şəmistan Məmmədov, şair Eyvaz Borçalı öz çıxışlarında ürək sözləri demiş və xoş arzularını bildirmişlər.
Sonra akademik Eldar Salayev Elmlər Akademiyasının Fəxri fərmanını, “Şərqin səsi” qəzetinin baş redaktoru Müşfiq Çobanlı isə “Abdulla Şaiq” mükafatının diplomunu və pul mükafatını yubliyara təqdim etmişlər.
Bu günlərdə Hidayət Rəhim oğlu ilə görüşüb söhbət etdik. Nəvələri də yanında idi. Babanın nəvələri ilə davranışı, onlara qarşı nəvazişi adi haldır. Ərköyünlük eləmirlər ki-deyə soruşdum. Dedi ki, uşaqlığım pis dövrə düşdü, indi istəyirəm ki, uşaqlığımda keçirə bilmədiyim xoşbəxt anları nəvələrimlə birgə yaşayım.
Bəli, 60 yaş nədir ki, hələ gözəl günləriniz qabaqdadır, Hidayət müəllim! Atanızın adını daşıyan oğlunuz Rəhimin toyu, nəvələrinizin gözəl günləri Sizə və həyat yoldaşınıza xoşbəxt günlər, illər yaşadacaqdır. Yaşanası günləriniz qabaqdadır!
Ondan ayrılanda barəsində yazacağımı bildirmədim, qoy bir hədiyyə kimi “Gürcüstan” qəzetinin kollektivi adından Hidayət müəllimin 60 illik yubileyinə gözlənilməz sovqat olsun, -dedim.
E.Hüseynoğlu.


Hidayət Nur. Borçalı duyğuları (Şeirlər və poemalar). B., 2001

Naşiri: Müşfiq Çobanlı,
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru

Bədii redaktorları: Vaqif Nəsir,
Nizami Saraclı

Texniki redaktoru: Afin Saraclı

Korrektoru: Könül Hidayət qızı

Dünyasını vaxtsız dəyişmiş unudulmaz valideynlərim-Anam Zəhra Əliəkbər qızının, atam Rəhim Xaccaoğlunun əziz xatirəsinə ithaf edirəm.

Əziz oxucu! Həyatımda birinci dəfə, yaşıma görə bəlkə gec də olsa, öz şeirlərimlə sizin hüzurunuza çıxıram. Ağır yükün altına girdiyimi böyük məsuliyyətlə hiss edirəm. Görünür, bu mənim tale-qismətimə yazılıbmış. Tale-qismətdən isə heç vaxt qaçmaq mümkün deyil,-deyib atalar. O, bizi yaradan Ulu Tanrıdan verilir. İlk görüşümüz olduğunu nəzərə alaraq keçdiyim həyat yolunun mühüm, deyilməsi lazı olan mərhələləri ilə sizi tanış etməyi vacib sayıram. Sazlı-sözlü Ulu Borçalının Sarvan kəndində (Gürcüstan Respublikasının indiki Marneuli şəhəri), zəhmətkeş, xeyirxah bir kişinin ailəsində dünyaya göz açmışam. Lap uşaq vaxtlarımda ata-anamı itirmişəm. Ağsaqqallarımın himayəsi altında böyümüşəm. Bu da bir qismətdir. Halal zəhmətə qatlanmışam-oxumaqla yanaşı ailəmizə ev işlərində yaxından kömək etmişəm. Uşaqlıqdan saz ürəkdən bağlanmışam. Bu səbəbdən də uşaqlıq illərində çox sayda aşıq məclislərinin iştirakçısı olmuşam. Borçalının ustad aşıqları Dədə Əmraha, Xındı Məmmədə, Hüseyn Saraclıya, Ka­mandara dəfələrlə qulaq asmışam. Görünür, elə bu da məndə saza-sözə böyük həvəs yaratmışdır.
1957-ci ildə 1 saylı Marneuli şəhər orta məktəbini, 1962-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişəm, fizika-riyaziyyat elmləri doktoru, professoram. Azərbaycan EA Fotoelektronika İnstitutunda şöbə müdiri vəzifəsində çalışıram. Şair deyiləm. Ancaq hələ orta məktəbdə oxuyarkən şeir oxumağı, yazmağı çox sevmişəm. Uşaqlıqdan saza-sözə, şeirə bağlılığım 1958-ci ildə ilk şeirimi-“A dağlar”ı meydana gətirdi. “Borçalım” adlı ikinci şeirim 1978-ci ildə yarandı.
Təvazökarlıqdan uzaq olsa da deməyi özümə borc bilirəm ki, hələ uşaqlıqdan ədalətsizliklə, ylataqlıqla, ikiüzlülüklə, tamahkarlıqla qəlbən barışmamışam. Bəzən dilimlə deyə bilməsəm də, bu hisslər həmişə daxilən məni incidibdir. Bu cür adamları ürəyimdə yazıqlamışam. Fikirləşmişəm ki, görəsən, bu insanlar öz əməllərini, törətdiklərini, etdiklərini hiss etmirlərmi? Bilə-biləmi bu hərəkətləri edirlər, nəyinsə naminə özlərini alçaldırlar və s. Bu adamlar görmürlərmi, anlamırlarmı: hər şey bu dünyada qalır, insan özü ilə o dünyaya heç nə aparmır. Çox-çox illər bundan əvvəl var-dövlət sahibi olanlardan nə qaldı dünyada? Mənə elə gəlir ki, ya yaxşılıq, ya da pislik qaldı, ya dəyərli söz qaldı, ya da heç nə. O adamlar gəldilər bu dünyaya, öz ömürlərini yaşadılar, köçdülər bu dünyadan. Xalq yenə də yaşayır və yaınız yaxşı övladlarını-xeyirxahlarını yaşadır. Sanmışam ki, başqasının hesabına, xalq malını talan etməklə həddindən artıq varlanmaq hərisliyi böyük bədbəxtlikdir. Bu xüsusiyyətlər həm o adamların, həm də millətin bədbəxtliyidir. Hər şeyin ifratı-bəladır, əziyyətdir, əzabdır, məhv olmaqdır.
Yüngülxasiyyət adamlarla yaxınlıq edə bilməmişəm. Sakit təbiətli, son sözünü deməyə tələsməyən, fikirləşib sonra danışan, şəxsiyyətini hər şeydən üstün tutan, el-obasını sevən, xeyirxah adamlara daha çox meyl etmişəm. Məhz belə adamlarla söhbət etmişəm, fikirlərimi bölüşdürmüşəm, yoldaşlıq, dostluq münasibətləri yaratmışam.
Ağsaqqallara xüsusi hörmətim vardır. Onlarla birgə oturub, saatlarla ünsiyyətdə olmaqdan doymamışam. Tarixən olmuş hadisələri o adamların dilindən eşitməyə həmişə üstünlük vermişəm. Onların şirin söhbətindən ləzzət almışam, kövrək qəlblərini duymağa çalışmışam. Anlamışam ki, ağsaqqal üçün ən qiymətli hədiyyə-diqqətdir. Oxuduqlarımı, eşitdiklərimi, gördüklərimi, bildiklərimi yekunlaşıdırıb, ümumiləşdirib, dərindən anladıqdan sonra belə qərara gəlmişəm ki, insanın xoşbəxtliyi onun ləyaqətindədir. Böyük şairimiz Xəlil Rza Ulutürk haqlıdır: poeziya ləyaqətdən yaranır, dünyanı və insanı sevməkdən yaranır. Poeziya, öz xarakterindəki humanizm işığını başqalarına da aşılamaq uğrunda mübarizədə yaranır.
Ətrafda gedən hadisələrə, elin-obanın işlərinə heç vaxt laqeyd olmamışam. Azərbaycanımıza qarşı törədilmiş tarixi ədalətsizlikləri yadıma saldıqca daxili iztirablar keçirmişəm. Borçalımızın, Təbrizimizin, Dərbəndimizin, Göyçəmizin, Zəngəzurumuzun, Ağbabamızın, Qarabağımızın keçmişi, bu günü, gələcəyi haqqında daim fikirləşmişəm, daxili əzablar çəkmişəm.
Son illərdə həyatımızda baş verən dəyişikliklər, ictimai-siyasi proseslər uzun illər boyu ürəyimdə toplanmış fikirlərimi, hisslərimi, sızıntılarımı, el-oba ilə, doğma Borçalımla, Azərbaycanımla bağlı arzu və istəklərimi bacarığım, imkanım daxilində sizə çatdırmağım üçün mənə tarixi bir şans verdi.
Yuxarıda söylədiklərimi şeirlərimlə sizə çatdırmaq qərarına gəldim.
Ürəyimdəkiləri şeirə köçürməkdə çətinliklərlə üzləşdim. Bu, təbiidir. İlk kövrək addımlarımı atıram.
Bəlkə də hörmətli şairlərimiz, sənət adamlarımız məni qınayacaqlar. Poeziyada heç bir dəsti-xətti olmayan, ömrünü fizikaya həsr etmiş bir alim, bu yaşda birdən0birə poeziya səhnəsinə çıxır. Səmimiliyimə inanın. Uzun illər ürəyimdə yığılıb qalmış hisslər məni məcbur etdi. Mənə belə gəlir ki, ürəyində olanları demək, deməməkdən çox-çox yaxşıdır.
Hər qəlbdə bir “aslan yatır”, hər kəsin bir dünyası var-deyirlər. Deyilən söz yadigardır. Sözü deməməyin özü də günahdır. Deyilən söz bəlkə də kiməsə lazım olacaq, kimisə düzgün yola qaytaracaq və s. Söz deyilib, deyilir və deyiləcəkdir. Söz ən qiymətli nemətdir. Bu arzularla 1998-2000-ci illər ərzində yazdığım (əvvəllər yazdığım iki şeirim də daxil olmaqla) şeirlərimin toplandığı “Borçalı duyğuları” adlı kitabımı sizin müzakirənizə təqdim edirəm.
İradlarınıza, məsləhətlərinizə görə əvvəlcədən sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Mən ürəyimdən keçənləri necə bacardımsa elə də sizə çatdırdım. Qalanı sizin işinizdir. Necə istəyirsiniz, o cür də qəbul edin. İndi söz sizinkidir, əziz oxucu! Allah sizə yar olsun! Amin!
Hidayət Nur

Ön söz

Əziz oxucu! Sizə təqdim olunan bu şeir kitabının müəllifi fizika-riyaziyyat elmləri doktoru, professor, ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanımış alim Hidayət Rəhim oğlu Nuriyevdir. Aydındır ki, bu tanınmış alimin poeziyaya üz tutması heç də şan-şöhrət xatirinə deyildir. Lakin fizika və poeziyadan xəbərdar olanlar yaxşı bilirlər ki, fizika elə özü poeziyadır. Eyni zamanda poeziya haqqında da söyləmək olar ki, o, fizikadır. Fiziki hadisələr qanunlarla idarə olunduğu kimi, poeziyanın da öz bənzər qanunları vardır. Bəzən fiziki hadislərdə müəyyən qanunauyğunluqlardan kənara çıxmalar olur və bu böyük kəşflərə gətirib çıxarır. Poeziyada da bəzən onun qanunlarına riayət etmədən elə fikirlər söylənilir ki, bu da böyük poetik tapıntılara gətirib çıxarır. Folklor-aşıq sənətindən nurlanan Hidayət Nur (alimin şair imzası belədir) öz hisslərini tam ifadə etmək düşüncələrini oxucularına olduğu kimi çatdırmaq üçün bəzən şeirin qanunlarına riayət etmir. Lakin o, öz sözünü, öz fikrini oxucularına çatdırır, yeni poetik nümunələr yaratmağa çalışır.
Qədim Borçalıda dünyaya gələn Hidayət Nurun şeirləri şirin və oxunaqlıdır. Bu şeirlər əsasən Vətənə, anaya, dostlara həsr olunmuşdur. Eyni zamanda o, gözəlliyi, məhəbbəti də özünəməxsus şəkildə tərənnüm etmişdir. Hidayət Nur poeziyasında lirik şeirlərlə yanaşı, haqqın, ədalətin müdafiəsinə qalxan, tamahkarlıq, rüşvətxorluq, qorxaqlıq və xəyanəti lənətləyən şeirlər də az deyildir.
Mən Hidayət Nur poeziyasını təhlil etmək fikrində deyiləm. Bunu oxucuların öz öhdəsinə buraxıram. İnanıram ki, oxucular bu poeziya ilə tanış olduqdan sonra Hidayət Nur dünyasının özəlliklərinə heyran olacaqlar.
Sonda qeyd edim ki, Hidayət Nur özünün 60 illik yubiley ilini yaşayır. Və bu kitab onun dostlarına və oxucularına ən gözəl tövhəsidir. Bu münasibətlə Hidayət Nuru təbrik edir, ona həm elmdə və həm də poeziyada böyük uğurlar arzulayıram!
Vaqif Nəsir,
Fizika-riyaziyyat elmləri doktoru, professor,
Y.Məmmədəliyev mükafatı laureatı

Ey Vətən

Necə fərəhlənim, necə sevinim,
Ayrı düşmüsəmsə eldən, ey Vətən.
Necə söz danışım, mən necə dinim,
Torpaq, yurd gedibsə əldən, ey Vətən.

Gözəlsən, hər yanın güllü-çiçəkli,
İnsanların açıq qəlbli, istəkli,
Şirin ləhcən təravətli, bəzəkli,
Harda vardır belə dildən, ey Vətən.
Sevən kəslər yurda laqeyd qalarmı,
Doğma yerlərini heç unudarmı,
Bülbül qəriblikdə cəh-cəh vurarmı,
Ayrılsa sevdiyi güldən, ey Vətən.

Dərələrdən keçəm, dağlardan aşam,
Yağışda islanam, dumanda çaşam,
Nə qədər şəninə nəğmələr qoşam,
Yenə qəlbim doymaz səndən, ey Vətən.

Kimə sözüm deyim, kimə yalvarım,
Kimə ümid edim, məsləhət alım,
Başıma haranın daşını salım,
Neyləyim səs çıxmır bizdən, ey Vətən.

Hidayətəm, işim nədir qanıram,
Açıq söz deməyi borcum sanıram,
Qəlbimdəsən, Borçalımsan, anıram,
Yalvarıram küsmə məndən, ey Vətən.
08.10.2000

Azərbaycanım

Nutmaq olarmı səni bircə an,
Sevimli diyarım Azərbaycanım.
Xoşbəxtdir, özünü övladın sanan,
Müqəddəs torpağım Azərbaycanım.

İsti qucağında mən yuva qurdum,
Ətirli güllərin yığdım, qoxudum,
Hər yanda, hər yerdə adını sordum,
Könlüm, qəlbim, canım Azərbaycanım.

Sən mənim tükənməz varım, dövlətim,
Döyünən ürəyim, sözüm-söhbətim,
Mənim təmiz adım, mənim şöhrətim,
Qüdrətim, vüqarım Azərbaycanım.

Mən sənə övladam, sən mənə ana,
Südünü əmmişəm, mən qana-qana,
Anaya məhəbbət yetərmi sona,
Təmiz, saf ilqarım Azərbaycanım.

Sənə insanların bir yaraşıqdır,
Sevgi-məhəbbəti aşıb-daşıbdır,
Çoxları hüsnünə mahnı qoşubdur,
Tükənməz ilhamım Azərbaycanım.

Bakı çox sevdiyin əziz canındır,
Damarında axan təmiz qanındır,
Şanın-şöhrətindir başda tacındır,
Möhtəşəm şux dağım Azərbaycanım.
Gəncən, Naxçıvanın görən gözündür,
Dərbəndin, Təbrizin sənin özündür,
Göyçənlə Borçalın şirin sözündür,
Doğma yurd-məkanım Azərbaycanım.

Allahın bəxtəvər bir övladısan,
Dünyanın bəzəkli bir diyarısan,
Şair Hidayətin iftixarısan,
Keçmişim, sabahım Azərbaycanım.
09.05.1998
Salam Borçalım

Xeyli vaxtdır gəlib görə bilmirdim,
Şadam gəldim gördüm, salam Borçalım,
Sənsiz darıxmışdım, dura bilmirdim,
Salam doğma yurdum, salam Borçalım.

Türk elisən, qədim, ulu məkansan,
Qarapapaq yurdu, nəxşi cahansan,
Dostuna-dost, düşməninə yamansan,
Salam doğma yurdum, salam Borçalım.

Şanlı tarixin var, xoş keçmişin var,
Mehriban xalqın var, şirin dilin var,
Xoşbəxt gələcəkli, gözəl elin var,
Salam doğma yurdum, salam Borçalım.

Türk elinin bəzəkli diyarısan,
Aşıqların söhbətisən, sazısan,
Azərbaycanımın qan qardaşısan,
Salam doğma yurdum, salam Borçalım.

Hidayətəm səndən doymaq olarmı,
Başkeçid, Yastıqar unudularmı,
Dumanlı dağların heç tayı varmı?
Salam doğma yurdum, salam Borçalım.
05.08.1999

Borçalı yaşayır

Borçalı uludur, qədim diyardır,
Adı kitablarda, eldə yaşayır.
Xalqı mehribandır, çox bəxtiyardır,
Ləhcəsi şirindir, dildə yaşayır.

Bu yurdun qəhrəman, mərd oğulları,
Vüqarlı, qüdrətli generalları,
Saz-söz ustadları, əhli halları,
Sevən ürəklərdə, teldə yaşayır.

Dumanlı, çiskinli yaylaqlarının,
Yanları lilparlı bulaqlarının,
Gəzməli, görməli oylaqlarının,
Sədaları hər könüldə yaşayır.

Hidayət, bu mahal təmiz adındır,
Şərəfin, şöhrətin, həm imanındır,
Səni ruhlandıran qol-qanadındır,
Saf arzuda, xoş əməldə yaşayır.
26.07.1999
Borçalımı dəyişmərəm mən

Doğma Borçalımın doğma adını,
Dünyada heç nəyə dəyişmərəm mən.
Bu yurdun ən adi kəsəyini də,
Dünyada heç nəyə dəyişmərəm mən.

Namusdur, qeyrətdi böyük varlığı,
Aləmdə bəllidi vəfadarlığı,
Burada gördüyüm odu-ocağı,
Dünyada heç nəyə dəyişmərəm mən.

Çoxdu saz ustadı, sənətkarları,
Dağlardan ucadı eşqi, vüqarı,
Qoynunda gördüyüm əhdi, ilqarı,
Dünyada heç nəyə dəyişmərəm mən.

Bu yurdun bəzəkli oylaqlarını,
Qoyunlu, quzulu yaylaqlarını,
Billur sulu, sərin bulaqlarını,
Dünyada heç nəyə dəyişmərəm mən.

Özüm yetirmişəm şirin barımı,
İtirmərəm xalqa etibarımı,
Mən Hidayət Nuram, öz diyarımı,
Dünyada heç nəyə dəyişmərəm mən.
01.08.1999

Yaşayacaqdır

Ağır günlərində kədər, qəm yemə,
Düşün bu dünyada kim qalacaqdır.
Çoxları gəliblər, köç eyləyiblər,
Eldə iz salanlar yaşayacaqdır.

Zülümün, zalımın ömrü az olar,
Qış, boran qurtarar, bahar-yaz olar,
Kökü təmiz olan əhdə düz olar,
Eldə düz olanlar yaşayacaqdır.

İmkanın olanda gücsüzə dəymə,
Mənəm-mənəm deyib döşünə döymə,
Vətənini satıb yada baş əymə,
Eldə ad alanlar yaşayacaqdır.
Səmimi ol, yalan deyib söyləmə,
Yaltaqlıq eyləyib, yersiz söz demə,
Sifətini göstər, xalqdan gizləmə,
Eldə saf insanlar yaşayacaqdır.

Cəsarətli, qoçaq, qorxmaz, mətin ol,
Çapılmaz qayatək sərt ol, bütün ol,
Düşmənindən bac al, tərs ol, çətin ol,
Eldə mərd olanlar yaşayacaqdır.

Dünya başdan-başa xoş bir tamaşa,
Mənalı gün keçir, kişi tək yaşa,
Halal zəhmətinlə ömrü vur başa,
Eldə saf olanlar yaşayacaqdır.

Kimsəyə qalmayıb var-dövlət, həyat,
Pul var əl kiridir, gedəcək bir vaxt,
Hidayət Nur, dərin düşün, yaz, yarat,
Eldə söz qoyanlar yaşayacaqdır.
11.11.2000
Borçalım

Qədəm qoyub səni görməyə gəldim,
Ulu Borçalısan, mənim Borçalım.
Qəlbim coşub səni tərif eyləyim,
Mərdlər diyarısan, mənim Borçalım.

Mehriban insanlar torpağısan sən,
Yaylaqlar, bulaqlar məkanısan sən,
Yam-yaşıl meşələr obasısan sən,
Bağlı-bağçalısan, mənim Borçalım.

Səni bilə-bilə parçalayıblar,
Yurd-yuvanı yad əllərə salıblar,
Xalqını yurdundan qovalayıblar,
Qəlbi yaralısan, mənim Borçalım.

Gümrü sənin, Calaloğlu sənindir,
Loru, Pəmpək gəzməlidir, sərindir,
Hacxəlil ocağın, sönməz yerindir,
Tarixdə qalmısan, mənim Borçalım.

Söylə yanan varmı sənin dərdinə,
Günü-gündən artıb-aşan dərdinə,
Heykəl də qoyublar lap sərhəddinə,
Yəqin anlamısan, mənim Borçalım.

Uğrunda Nəriman çox vuruşmuşdur,
Çoxunun qəlbinə yara vurmuşdur,
Amma düşmən onu tənha qoymuşdur,
Yada salmalısan, mənim Borçalım.

Vətən oğlu səni heç vaxt unutmaz,
Lazım olan zaman bil, darda qoymaz,
Şair deyər ürək candan ayrılmaz,
Elin vüqarısan, mənim Borçalım.
28.09.1978

A telli sazım

Sirrini öyrənmək, açmaq çətindir,
Haqqdan əlindəsən, a telli sazım.
Axtarmaq istəsən, tapmaq çətindir,
Tamam dərindəsən, a telli sazım.

Nələr yoxdur sənin quru canında,
Xalqın qanı axır, hər damarında,
Elin hər yerində, Türk diyarında,
Böyük hörmətdəsən, a telli sazım.

Bəzən inləyirsən, gah ağlayırsan,
Qəlbi sızladırsan, oda salırsan,
Necə alışırsan, necə yanırsan,
Söylə, kimsən, nəsən, a telli sazım.

Xalqın şirin dili, şirin sözüsən,
Uzaqlardan gələn sönməz səsisən,
Keçmişi, bu günü, gələcəyisən,
Tarixən qədimsən, a telli sazım.

“Koroğlu” nərəsi, eli qaldırır,
Döyüşə çağırır, tam ruhlandırır,
“Kərəmi”n ağladır, oda yandırır,
Sən bir möcüzəsən, a telli sazım.

Ölməz “Divani”n var, “Müxəmməs”in var,
Adam heyran edən, gözəl səsin var,
Həm zilin, həm bəmin, həm də pəsin var,
İncə bir alətsən, a telli sazım.

Sevən kəslər, səndən ayrı gəzərmi,
Nazlı gözəlləri, sənsiz süzərmi,
Hidayətin qəlbi bir an, dözərmi,
Danışıb dinməsən, a telli sazım.
18.05.1998

Bizim Borçalı

A dostum, qardaşım buyur qonaq gəl,
Gör bir nə məkandır, bizim Borçalı.
Doymaq olmur onun gözəlliyindən,
Elin vüqarıdır, bizim Borçalı.

Xalqı mehribandır, dosta sadiqdir,
Sazlıdır, sözlüdür, elə aşiqdir,
Şirin söhbətlidir, şair, natiqdir,
Dillər dastanıdır, bizim Borçalı.

Bu yerlərdə qoç igidlər gəziblər,
Toy-mağarda at belində süzüblər,
Yaşayıblar, vuruşublar, dözüblər,
Mərdlər diyarıdır, bizim Borçalı.

Tarixi qədimdir bu böyük elin,
Çox şeyi deməyə gəlməyir dilim,
Yazmaq istəyirəm, yazmır qələmim,
Başı bəlalıdır, bizim Borçalı.

Bu diyarı qəsdən parçalayıblar,
Yad əllərə bilə-bilə salıblar,
Xalqı öz yurdundan qovalayıblar,
Qəlbi yaralıdır, bizim Borçalı.
24.01.1999

Ay Musa dayı
Borçalı ağsaqqalı
Musa Nəbi oğlu Musayevə

Açmaq istəyirəm sənə dərdimi,
Tamam narahatam, ay Musa dayı.
Qohum-qardaş bir-birinə yad olub,
Yaman narahatam, ay Musa dayı.

Oğul var atanı heç axtarmayır,
Bir dəfə də olsun, yada salmayır,
Nə yoxlayır, nə də dada çatmayır,
Yaman narahatam, ay Musa dayı.

Doğma, doğmasından min aman qılır,
Nə salam göndərir, nə salam alır,
Nə üzünü görür, nə yada salır,
Yaman narahatam, ay Musa dayı.

Qardaş, qardaşına yüz yalan satır,
Oğul dayısına qəstdən sataşır,
Həyat bizi sağa, sola çox atır,
Yaman narahatam, ay Musa dayı.

Qohum məqsəd güdür, yad məqsəd güdür,
Yoldaş məqsəd güdür, dost məqsəd güdür,
Oğul məqsəd güdür, qız məqsəd güdür,
Yaman narahatam, ay Musa dayı.

Kiçiklər, böyüyə hörmət etməyir,
Gen dolanır, arxasınca getməyir,
Çətin gündə hayına da yetməyir,
Yaman narahatam, ay Musa dayı.

Yoldaş, yoldaşını payda aldadır,
Çəkidə aldadır, sayda aldadır,
Nişanda aldadır, toyda aldadır,
Yaman narahatam, ay Musa dayı.

Nə yoldaşlıq qalıb, nə dostluq qalıb,
Nə yaxşılıq qalıb, nə xoşluq qalıb,
Nə adamlıq qalıb, nə saflıq qalıb,
Yaman narahatam, ay Musa dayı.

Bu necə əhvalat, bu necə işdir,
Bu necə gedişdir, necə gəlişdir,
Həyatımız yaman pis dəyişibdir,
Yaman narahatam, ay Musa dayı.

Qorxuram ağıllı, gicə tay ola,
Nadanın əlində ucuz pay ola,
Hidayətin əməyi də zay ola,
Yaman narahatam, ay Musa dayı.
12.04.1998

Unutmaz səni

Xalqı dar günündə unutma, yad et,
O yaddan çıxarmaz, unutmaz səni.
Xeyirxahlıq eylə, kasıba əl tut,
Tanrını unutma, unutmaz səni.

Dağları tanıdan onun selidir,
İnsanı sevdirən onun dilidir,
Adını ucaldan onun elidir,
Elini unutma, unutmaz səni.

Hamı bu dünyaya gəlib-gedəndir,
Bəxtəvər o kəsdir, eli sevəndir,
Yurdun ad-sanındır, yurdun vətəndir,
Vətəni unutma, unutmaz səni.

Hidayət xoşbəxtsən, eli sevdin sən,
Heç vaxt ayrılmadın doğma kəndindən,
Lazım olan vaxtı tutdun əlindən,
Sarvanı unutma, unutmaz səni.
13.09.1998

Borçalı duyğuları
Hidayət Nur


]]>
Müşviq BORÇALI Fri, 22 Jan 2016 14:33:11 +0000
Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir https://turan.info.az/arxiv/716-hidlr-xiyaban-bizim-n-mqdds-and-yerin-evrilmidir.html https://turan.info.az/arxiv/716-hidlr-xiyaban-bizim-n-mqdds-and-yerin-evrilmidir.html Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdirAZƏRTAC-a müsahibəsində M.Borçalı demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq məqsədi ilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutmuşdur. Yüzlərlə insan şəhid olmuş və yaralanmışdır. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı böyük qürur hissi doğurur. O vaxtdan Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir. Mən də soydaşlarımız kimi hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm.]]> Müşviq BORÇALI Mon, 18 Jan 2016 23:22:12 +0000 Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında https://turan.info.az/arxiv/655-bir-mktubun-tarixsi-v-ya-boral-toponimlri-kitab-haqqnda.html https://turan.info.az/arxiv/655-bir-mktubun-tarixsi-v-ya-boral-toponimlri-kitab-haqqnda.html Bir məktubun tarixçəsi və ya “BORÇALI TOPONİMLƏRİ” kitabı haqqında “Kredo” qəzetinin səhifə­lərində müəllifləri professor Mədəd Çobanov və filoloq-tədqiqatçı Müş­fiq Bor­ça­lı olan “Borçalı toponimləri” kitabından verilmiş yazıları oxuduqdan sonra həmin kitabı əldə etmək üçün hörmətli Müşfiq Borçalıya məktubla müraciət etdim. Müşfiq müəllim məktubumu aldıqdan sonra zəng edərək təşəkkürünü bildirdi və eyni zamanda adı qeyd olunan kitabın yenidən nəşrə hazırlandığını və çap olunduqdan sonra mənə göndərəcəyini söylədi.]]> Müşviq BORÇALI Fri, 08 Jan 2016 15:52:19 +0000 Bilal Ənsərin ağrılı-acılı həyat yolu... https://turan.info.az/gurcustan/borchali/697-bilal-nsrin-arl-acl-hyat-yolu.html https://turan.info.az/gurcustan/borchali/697-bilal-nsrin-arl-acl-hyat-yolu.html Bilal Ənsərin ağrılı-acılı həyat yolu... Redaksiyamızın
bu günkü qonağı qəzetimizin fəal müəlliflərindən olan
tanınmış şair-jurnalist Bilal Ənsərdir.

-Bilal müəllim, Siz bizim redaksiyamıza xoş gəlmisiniz...
-Çox sağ olun...
- Oxucular, eləcə də mən özüm, Sizin yaradıcılığınızla hələ keçən əsrin 70-ci illərindən Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetindən tanışıq. Bu barədə bir az ətraflı məlumat verməyinizi xahiş edirik...
-Yaradıcılıq deyəndə ki, onun başlanğıcı hər gəncdə olan cəhətdir. Erkən gənclikdə hamı sevgiyə, məhəbbətə aid cızmaqara şeirlər yazır, əzbərləyir, sevdiklərinə söyləyir. Ancaq onların əksəriyyəti onu davam etdirə bilmir. Bu təbiidir. Gənclərin bəziləri isə böyüdükcə yazılarındakı qüsurları öyrənərək aradan qaldırır-təkmilləşdirir, düşdüyü əzablı yolu davam etdirməyi bacarır. Mən də onlardan biri kimi, orta məktəbin yuxarı siniflərində oxuyarkən şeir yazmaq həvəsi]]>
Müşviq BORÇALI Fri, 08 Jan 2016 00:01:38 +0000
ARZU VƏ İSTƏKLƏR REALLAŞANDA https://turan.info.az/dunya/diaspora/699-polsa-konfransi.html https://turan.info.az/dunya/diaspora/699-polsa-konfransi.html ARZU VƏ İSTƏKLƏR REALLAŞANDAAkademik İsa Həbibbəyli öz elmi fəaliyyəti, təşkilatçılıq qabiliyyəti, insanlığı ilə həyatda iz qoymağı bacaran alimlərdəndir. O, AMEA Nizami adına Ədəbiyyat institutuna direktor təyin olunduğu gündən institutun abı-havası, sözün əsl mənasında dəyişdi, yeni ruh, ciddi dönüş və institutun elmi fəaliyyətində canlanma yarandı.
Gəldiyi ilk gündən hər bir alimin elmi fəaliyyəti ilə bağlı məlumatların institutun saytında yerləşdirilməsini təmin etdi.
Çap olunan kitab və məqalələr alim əməyinin göstəricisidir. Hər kəs il boyu bir neçə məqalə çap etdirmək iqtidarında deyildi. İsa müəllimin gəlişi ilə bu məsələ də çözüldü, şöbələrin profilinə uyğun jurnallar təsis edildi. Hal-hazırda institutumuzda “Poetika. İzm”, “Ədəbi əlaqələr”, “Ədəbiyyat məcmuəsi” “Çağımızdan görünən orta əsrlər” adlı jurnallar dərc olunur.]]>
Müşviq BORÇALI Wed, 30 Dec 2015 16:12:24 +0000
Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib https://turan.info.az/dunya/diaspora/647-azrbaycan-pola-iii-beynlxalq-konfrans.html https://turan.info.az/dunya/diaspora/647-azrbaycan-pola-iii-beynlxalq-konfrans.html Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib 2014–cü il 18–26 noyabr tarixində Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Polşada keçirilən III-cü Azərbaycan-Polşa beynəlxalq konfransında iştirak etmişlər. Konfransda İnstitutun elmi katibi, professor Bədirxan Əhmədov “Azərbaycan siyasi mühacirətinin formalaşmasında Polşa amili”, Dünya ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq şöbəsinin müdiri professor Gülər Abdullabəyova “M.F. Axundovun "Vanda" qəsidəsi”, Slavyan və Baltik ölkələri ilə əməkdaşlıq üzrə koordinator Samir Səttarov “Vladislav Stşelnitskinin Qafqaz oçerklərində Azərbaycan”, professor Mahirə Quliyeva “M. Füzulinin yaradıcılığında Qurani Kərim motivləri”, fəlsəfə doktoru Nəzakət Qafqazlı “İlk qadın dərgisi “İşıq” ”, fəlsəfə doktoru Mahmizər Mehdibəyova “Z. Marağalının “İbrahim bəyin səyahətnaməsi” romanında ictimai fikir”, dissertant Müşviq Çobanov “Borçalı yazıçılarının yaradıcılığında Vətən yurd obrazı” adlı məruzələrlə çıxış etmişlər. İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.]]> Müşviq BORÇALI Wed, 30 Dec 2015 02:33:01 +0000 “ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ” https://turan.info.az/gurcustan/tiflis/539-ermn-frat-mlltlynn-flsfs.html https://turan.info.az/gurcustan/tiflis/539-ermn-frat-mlltlynn-flsfs.html “ERMƏNİ İFRAT MİLLƏTÇİLİYİNİN FƏLSƏFƏSİ” Tarix mütəxəssisləri və həmçinin, geniş ziyalı kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmış gürcü alimi-tarix elmlər dok­toru Quram Marxuliya tərəfindən yazılmış və geniş ziyalı küt­ləsinə təqdim olunmuşdur. Bu kitab Qafqaz Beynəl­xalq Geo­tarix və Geosiyasi Təd­qiqat Mərkəzində hazırlanıb və 2012-ci il­də Gür­cüstanın paytaxtı Tbilisi şəhə­rin­də rus dilində (Фи­ло­софия армянского гипернасио­на­лиз­ма, Тбилиси, 2012) çap olun­muşdur. Bu yazının başlığı da rəy yazdığımız kitabın adın­dan götürülmüşdür. Bu kitabda “Erməni ifrat millət­çili­yi­nin fəl­səfəsi” prob­lemləri geniş təqdim olunmuş və erməni ifrat mil­lət­çiliyi məsələləri, həmçinin, erməni ifrat mil­lətçiliyinin ide­­yaları göstərir ki, ermənilər bu məsələni tez-tez yada salmış və nəticədə sosial və siyasi ka­tastrofa (Balkan ölkələrindən Ki­çik Asiyaya, oradan da Yaxın Şərq ölkələrinə qovalana-qova­la­na, demək olar ki, Dünya­nın bütün qi­tə­lərinə səpələn­mişlər) mə­ruz qalmışlar...
Müasir elmi-texniki tərəqqinin tələbləri səvəyyəsinə uyğun ya­­zıl­­mış bu kitabı tarix elmləri doktoru, prof. E.A.Qvenetadze redaktə etmiş; kitaba fəlsəfə elmləri doktoru, prof. K.N.Kens­baiya, hüquq elmləri doktoru, prof. B.Q.Kvaratsxeliya və tarix elmləri doktoru, prof. X.Q.Diasamidze rəy yazmışdır.]]>
Müşviq BORÇALI Tue, 15 Dec 2015 17:21:59 +0000
Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir https://turan.info.az/arxiv/717-tannm-alimlrin-100-illik-yubileyi-qeyd-edilmidir.html https://turan.info.az/arxiv/717-tannm-alimlrin-100-illik-yubileyi-qeyd-edilmidir.html Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində tanınmış alimlər Sosialist Əməyi Qəhrəmanı Ziyad Məmmədov və Atlıxan Xanməmmədov əkiz qardaşlarının 100 illik yubileyi qeyd edilmişdir.

AZƏRTAC xəbər verir ki, AMEA-nın biologiya bölməsi, Genetik Ehtiyatlar və Zoologiya institutlarının birgə təşkil etdiyi tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və başqaları alimlərin mənalı ömür yollarından, elmə verdikləri töhfələrdən danışmışlar.]]>
Müşviq BORÇALI Wed, 18 Nov 2015 23:51:34 +0000
“Bayraq yürüşü” https://turan.info.az/esas/401-bayraq-yr.html https://turan.info.az/esas/401-bayraq-yr.html “Bayraq yürüşü”
Noyabrın 7-də Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.]]>
Müşviq BORÇALI Sat, 07 Nov 2015 14:54:36 +0000
SEÇKİ UĞURLA BAŞA ÇATDI... https://turan.info.az/azerbaycan/382-sek-uurla-baa-atdi.html https://turan.info.az/azerbaycan/382-sek-uurla-baa-atdi.html SEÇKİ UĞURLA BAŞA ÇATDI...]]> Müşviq BORÇALI Sun, 01 Nov 2015 22:07:32 +0000 Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?... https://turan.info.az/gurcustan/borchali/366-borali-toponm-nec-yaranmidir.html https://turan.info.az/gurcustan/borchali/366-borali-toponm-nec-yaranmidir.html Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ  NECƏ YARANMIŞDIR?...Müşfiq BORÇALI: Bu sualın ca­­­­va­bını, əlbəttə, sözün özündə, ifadə etdiyi mənada ax­tar­maq lazımdır. Bəri başdan onu da qeyd edək ki, hələ qə­dim zamanlardan Borçalıda türkdilli tayfaların yaşaması haqqında istənilən qədər tarixi faktlar var və «Borçalı» to­poniminin türk köklü olması şübhəsizdir.
Toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə Borçalı sözünün etimologiyası ilə bağlı bir-birinə zidd bir ne­çə fikir mövcuddur. Bəzi müəlliflər Borçalı toponimini «Boş­ça­­­la» (boş çala, çökəklik), «Borcalı» (borcalan və ya­xud borc­­­­­­­verən Alı), «Boşqalı» (boş, kimsəsiz, sahibsiz qal­mış çöl, yer), «Borçalı» (cavan üzüm çalası, şərab çalası), «Boz­ça­la» (boz yer) və s. kimi şərh etmişlər... Bizcə, bu şərh­lərlə razılaşmaq olmaz.
...«Borçalı» toponiminin ümumi mənası «borilə­rin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı əra­zi­si­nin üç­dən iki hissəsinin dağlıq olduğunu yada salsaq, fik­ri­miz daha aydın şəkildə təsdiq olunur.
...«Borçalı» toponiminin «Bor­çalı» tayfasının adı ilə bağ­lılığı daha ağılabatandır. De­mə­­li, Borçalılar özlərinin et­no­­ni­mik adlarını özlərinin Də­də-baba yurduna verib, tarix­bo­yu onu yaşatmışlar.]]>
Müşviq BORÇALI Tue, 27 Oct 2015 16:48:51 +0000
“Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı dəyirmi masadan özətlər https://turan.info.az/media/sherqinsesi/130-ortaq-trk-lifbas-kemi-v-glck-adl-dyirmi-masadan-ztlr.html https://turan.info.az/media/sherqinsesi/130-ortaq-trk-lifbas-kemi-v-glck-adl-dyirmi-masadan-ztlr.html “Ortaq türk əlifbası: keçmiş və gələcək” adlı dəyirmi masadan özətlər
REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Bakı, Yalquzaq.com, 10.09.2010 – Xəbər verdiyimiz kimi 07 sentyabr 2010-cu il tarixində Azərbaycandakı Atatürk Mərkəzində Yeddi Dövlət – Bir Millət Konseyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Ortaq türk əlifbası: keçmiş və gələcək” mövzusunda dəyirmi masa keçirilib. Elm adamları, ictimai xadimlər, jurnalistlər, şair və yazıçıların iştirak etdiyi toplantıda ortaq türk əlifbasıyla bağlı günümüzə qədər olan çalışmalar müzakirə edilib. Bir gün öncə yayımlanan qısa xəbərimizdə bütün çıxışlara yer verilməsə də bu haqda daha sonra geniş bilgi verəcəyimizi vəd etdiyimizdən hazırda qısa özətləri təqdim edirik:]]>
Müşviq BORÇALI Thu, 10 Sep 2015 22:58:34 +0000
“Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi https://turan.info.az/arxiv/borcaliorg/2188-boral-cmiyyti-dar-heyti-yeni-trkibd-ilk-toplantsn-keirdi.html https://turan.info.az/arxiv/borcaliorg/2188-boral-cmiyyti-dar-heyti-yeni-trkibd-ilk-toplantsn-keirdi.html “Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi

“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti iyunun 2-də yeni tərkibdə ilk toplantısını keçirdi. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açdı. Sədr gündəlik məsələləri təklif etdi:

1. Təşkilat məsələləri;

2. İyunun 6-da keçiriləcək “II “Təbriz gecəsi” və “Cavad Heyət” mükafatının təqdimatı” tədbirinə hazırlıq;

3. Cəmiyyətin fəaliyyət proqramı;

4. VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq;

5. Cari məsələlər.

Gündəlik səsə qoyuldu, yekdilliklə qəbul edildi.

Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiiyyət üzrə yeni vəzifələr təyin olundu. Beləliklə, vəzifələr aşağıdakı tərkibdə səsə qoyuldu və qəbul olundu:

1. Təşkilat işləri üzrə sədr müavini – Firudin İsmayılov;

2. Elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini – Ramiz Məmmədli;

3. Tarixi abidələr və toponimlər üzrə sədr müavini – Ömər Qoçulu;

4. İqtisadi və maliyyə məsələləri üzrə sədr müavini – Ramiz Həsənov;

5. İctimai əlaqələr üzrə sədr müavini – Rüfət Muradlı;

6. Ümumi məsələlər üzrə sədr müavini – Salman Murğuzlu;

7. Gürcü cəmiyyəti ilə əlaqələr üzrə sədr müavini – Qiya Paçxataşvili;

8. “Dədə Camal” məclisi və Folklor mərkəzinin rəhbəri – Elxan Məmmədli;

9. Humanitar məsələlər şöbəsinin müdiri – Qiymət Məhərrəmli;

10. Nəşriyyat şöbəsinin müdiri – Müşviq Çobanov;

11. Qadınlar Şurasının sədri – Səadət Buta

12. Mətbuat və İnformasiya Xidmətinin rəhbəri və sədr köməkçisi – Elbəyi Cəlaloğlu.
Eləcə də, “Borçalı” Cəmiyyəti Gənclər Komitəsi və onun sədri – Alı Adıgözəlli olaraq tanındı.

Bundan sonra, “Borçalı” Cəmiyyəti Məşvərət Şurasına həmsədr olaraq Telman Əliyev və Mədəd Coşqun təklif olundular, təklif qəbul edildi.

II məsələ üzrə müzakirə zamanı iyunun 6-da keçiriləcək tədbirə hazırlığın mütəşəkkil aparıldığı məlum oldu. Təbrizə həsr olunmuş bu bədii-musiqili gecədə “Cavad Heyət” mükafatı özünün ilk laureatlarına təqdim olunacağı və tədbirin iyunun 6-da, saat 14.00-da “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında keçiriləcəyi diqqətə çatdırıldı.

III məsələ üzrə, cəmiyyətin illik fəaliyyət proqramı müzakirə olundu və sonda yekdilliklə qəbul edildi.

IV məsələnin müzakirəsi zamanı VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən Cəmiyyət sədri Zəlimxan Məmmədli bu işi özünün xüsusi nəzarətə götürdüyünü vurğuladı. Müzakirə zamanı bu il xarici ölkələrdən Elat bayramına gəlmək istəyənlərin sayının əvvəlkilərlə müqayisədə birə beş artdığını söyləyən iştirakçılar bu bayramın yüksək səviyyədə keçirilməsi, qonaqların urvatlı qarşılanıb-yola salınması üçün cəmiyyət üzvlərinin bütün gücünü tam səfərbər etməsinin vacib olduğunu dilə gətirdilər. Zəlimxan Məmmədli Gürcüstan sərhəd-keçid xidməti tərəfindən ona qarşı törədilən süni manelərdən dolayı Elat bayramında mütləq iştirak edəcəyini diqqətə çatdırdı.

Toplantıda cari məsələlərə də baxıldı, o cümlədən “Eldən-Elata” jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verildi, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçildilər.]]>
Müşviq BORÇALI Wed, 03 Jun 2015 16:37:43 +0000
“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək https://turan.info.az/arxiv/borcaliorg/2952-boral-cmiyyti-tbriz-gecsi-keirck.html https://turan.info.az/arxiv/borcaliorg/2952-boral-cmiyyti-tbriz-gecsi-keirck.html “Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti iyunun 2-də yeni tərkibdə ilk toplantısını keçirib. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açıv və gündəlik məsələləri təklif edib.

Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiyyət üzrə yeni vəzifələr təyin olunub. Beləliklə, vəzifələr aşağıdakı tərkibdə səsə qoyuldu və qəbul olunub:

1. Təşkilat işləri üzrə sədr müavini – Firudin İsmayılov;
2. Elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini – Ramiz Məmmədli;
3. Tarixi abidələr və toponimlər üzrə sədr müavini – Ömər Qoçulu;
4. İqtisadi və maliyyə məsələləri üzrə sədr müavini – Ramiz Həsənov;
5. İctimai əlaqələr üzrə sədr müavini – Rüfət Muradlı;
6. Ümumi məsələlər üzrə sədr müavini – Salman Murğuzlu;
7. Gürcü cəmiyyəti ilə əlaqələr üzrə sədr müavini – Qiya Paçxataşvili;
8. “Dədə Camal” məclisi və Folklor mərkəzinin rəhbəri – Elxan Məmmədli;
9. Humanitar məsələlər şöbəsinin müdiri – Qiymət Məhərrəmli;
10. Nəşriyyat şöbəsinin müdiri – Müşviq Çobanov;
11. Qadınlar Şurasının sədri – Səadət Buta
12. Mətbuat və İnformasiya Xidmətinin rəhbəri və sədr köməkçisi – Elbəyi Cəlaloğlu.

Eləcə də “Borçalı” Cəmiyyəti Gənclər Komitəsi və onun sədri – Alı Adıgözəlli olaraq tanınıb.

Bundan sonra, “Borçalı” Cəmiyyəti Məşvərət Şurasına həmsədr olaraq Telman Əliyev və Mədəd Coşqun təklif olundular, təklif qəbul edilib.

İyunun 6-da keçiriləcək tədbirə hazırlığın mütəşəkkil aparıldığı məlum olub. Təbrizə həsr olunmuş bu bədii-musiqili gecədə “Cavad Heyət” mükafatı özünün ilk laureatlarına təqdim olunacağı və tədbirin iyunun 6-da, saat 14.00-da “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında keçiriləcəyi diqqətə çatdırılıb.

Cəmiyyətin illik fəaliyyət proqramı müzakirə olunub və yekdilliklə qəbul edilib.

VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən Cəmiyyət sədri Zəlimxan Məmmədli bu işi özünün xüsusi nəzarətə götürdüyünü vurğulayıb. Müzakirə zamanı bu il xarici ölkələrdən Elat bayramına gəlmək istəyənlərin sayının əvvəlkilərlə müqayisədə birə beş artdığını söyləyən iştirakçılar bu bayramın yüksək səviyyədə keçirilməsi, qonaqların urvatlı qarşılanıb-yola salınması üçün cəmiyyət üzvlərinin bütün gücünü tam səfərbər etməsinin vacib olduğunu dilə gətiriblər.

Zəlimxan Məmmədli Gürcüstan sərhəd-keçid xidməti tərəfindən ona qarşı törədilən süni manelərdən dolayı Elat bayramında mütləq iştirak edəcəyini diqqətə çatdırıb.

Toplantıda cari məsələlərə də baxıldı, o cümlədən “Eldən-Elata” jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verildi, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçiliblər.]]>
Müşviq BORÇALI Wed, 03 Jun 2015 14:14:52 +0000
"Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib https://turan.info.az/arxiv/borcaliorg/1898-boral-ctimai-cmiyytinin-dar-heytinin-yeni-trkibd-ilk-toplants-keirilib.html https://turan.info.az/arxiv/borcaliorg/1898-boral-ctimai-cmiyytinin-dar-heytinin-yeni-trkibd-ilk-toplants-keirilib.html "Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib "Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açıb. Sədrin gündəlik məsələlər gündəlikdə səsə qoyulub və yekdilliklə qəbul edilib. Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiyyət üzrə yeni vəzifələr təyin olunub. Toplantıda cari məsələlərə də baxılıb, o cümlədən "Eldən-Elata" jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verilib, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçiliblər. Bununla da toplantı işini başa çatdırıb. ("OLAYLAR" İA)]]> Müşviq BORÇALI Wed, 03 Jun 2015 01:41:50 +0000 "Dostluq Məşəli"nin prof. MƏDƏD ÇOBANOVA Təbriki https://turan.info.az/elm/686-frman-borali.html https://turan.info.az/elm/686-frman-borali.html "Dostluq Məşəli"nin prof. MƏDƏD ÇOBANOVA TəbrikiProfessor Mədəd Namaz oğlu Çobanovu
75 illik Yubileyi münasibəti ilə təbrik edirik!

Azərbaycan xalqının, Borçalı mahalının dəyərli və əziz oğlu,
Filologiya elmləri doktoru, professor,
əllidən çox kitabın müəllifi,
Cəmiyyətimizin Elm və təhsil şöbəsinin müdiri,
müsbət insani keyfiyyətlərə malik olan,
qəlbi qəlbimizlə döyünən, ülvi duyğular sahibi,
xoş təbiətli, yurd ətrini duyan, xeyirxah insan, sədaqətli dost,
Hörmətli Mədəd müəllim!]]>
Müşviq BORÇALI Sat, 23 May 2015 23:10:18 +0000
Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdimat mərasimi https://turan.info.az/azerbaycan/naxcivan/199-jdr-frzlinin-nuh-gmisi-gmiqaya-qobustan-lifbas-kitabnn-tqdimat-mrasimi.html https://turan.info.az/azerbaycan/naxcivan/199-jdr-frzlinin-nuh-gmisi-gmiqaya-qobustan-lifbas-kitabnn-tqdimat-mrasimi.html Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdimat mərasimiƏjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının (rus dilində) müzakirəsi və təqdimat mərasimi

22 aprel 2015-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Hümanitar və İctimai Elmlər bölməsi tərəfindən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetinin də qatılımı ilə birgə videokonfrans keçirilmışdir.]]>
Müşviq BORÇALI Fri, 08 May 2015 21:17:21 +0000
Müşfiq ÇOBANLI: Borçalı — qədim türk yurdu https://turan.info.az/gurcustan/borchali/195-mfiq-obanli-boral-qdim-trk-yurdu.html https://turan.info.az/gurcustan/borchali/195-mfiq-obanli-boral-qdim-trk-yurdu.html Müşfiq ÇOBANLI:  Borçalı — qədim türk yurduGürcüstanın Borçalı (Marneuli), Bolulus (Bolnisi), Başkeçid (Dmanisi), Qarayazı (Qardabani), Laqodexi, Saqareco, Telavi, Ağbulaq (Tetri-Sxaro), Barmaksız (Zalqa), Kaspi, Kareli və digər rayonlarında indi də Azərbaycan Türkləri yaşayır və yaratmış olduğu və Dədə-Qorqud dünyası ilə bağlı yüzlərlə makro və mikro toponimlər xalqımızın və dilimizin qədim tarixini özündə qoruyub saxlayır, gələcək nəslə təqdim edir.]]> Müşviq BORÇALI Wed, 06 May 2015 00:59:31 +0000 Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb https://turan.info.az/gurcustan/pushkinciler/193-grcstanda-tannm-azrbaycanl-fotomxbirinin-srgisi-alb.html https://turan.info.az/gurcustan/pushkinciler/193-grcstanda-tannm-azrbaycanl-fotomxbirinin-srgisi-alb.html Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb=TƏBRİK EDİRİK!..=
Bu günlərdə Gürcüstan Mədəniyyət Nazirliyinin, Tiflis meriyasının və “Kolqa Tbilisi foto” təşkilatının təşəbbüsü ilə fotoqrafların müsabiqəsi keçirilib.

Müsabiqəyə 40 ölkədən 9 min foto daxil olub və 4 nominasiya üzrə qaliblərin adı açıqlanıb. Məşhur “Associated Press” agentliyinin Qafqaz üzrə fotomüxbiri, soydaşımız Şahvələd Əli oğlu Eyvazov müsabiqənin qalibi olub və Gürcüstanda foto sənətinə verdiyi töhfələrə görə Aleksandr Roinişvili adına mükafata layiq görülüb.]]>
Müşviq BORÇALI Mon, 04 May 2015 17:26:16 +0000
Dilimizi qoruyaq!.. https://turan.info.az/gurcustan/pushkinciler/192-dilimizi-qoruyaq.html https://turan.info.az/gurcustan/pushkinciler/192-dilimizi-qoruyaq.html Dilimizi qoruyaq!.....Yaşı əsrlərlə, rəsmi dil təcrübəsi isə cəmi bir neçə onillərlə ölçülən dilimiz keçmişin acı təcrübəsindən tamamilə silkinə bilməmişdir. Onun saflığı bəzən bu gün də cəmiyyətimiz tərəfindən kölgələnir, normaları yüngül və ya kobud şəkildə pozulur. Bu halları hər birimiz müşahidə və müzakirə edir, narazılığımızı, narahatlığımızı bildiririk. Lakin çox təəssüf ki, bunlar gündəlik söhbətlərimizin mövzusu olaraq qalır, elmi müstəviyə çıxa bilmir.
Azərbaycan dilçilik elminə böyük əmək sərf etmiş tanınmış türkoloq, dilçi-alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun son elmi tədqiqatlarından olan "Azərbaycan dilnin tətbiqi sahəsinin müasir problemləri" adlı əsəri bu mövzunu elmi müstəviyə çıxarmış, müşahidələri ümumiləşdirmiş, müzakirələri sistemləşdirmiş, narazılıq və narahatlığı elmi cəhətdən əsaslandırmışdır. Nəzəri dilçilik materialları bolluğunda görkəmli professorun dil mə¬sələlərinin tətbiqi istiqamətində apardığı bu araşdırmaya böyük ehtiyac vardı....]]>
Müşviq BORÇALI Mon, 04 May 2015 13:10:25 +0000
Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə... https://turan.info.az/gurcustan/borchali/175-foto-arxivdn-mfiq-boral-mxtlif-tdbirlrd.html https://turan.info.az/gurcustan/borchali/175-foto-arxivdn-mfiq-boral-mxtlif-tdbirlrd.html Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...]]> Müşviq BORÇALI Tue, 28 Apr 2015 01:41:06 +0000 AzTU-nun 60 illik Yubileyində https://turan.info.az/elm/173-aztu-nun-60-illik-yubileyind.html https://turan.info.az/elm/173-aztu-nun-60-illik-yubileyind.html AzTU-nun 60 illik Yubileyində]]> Müşviq BORÇALI Tue, 28 Apr 2015 00:19:55 +0000 Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 https://turan.info.az/elm/157-tbrik-edirikprofessor-bdrxan-hmdov-60.html https://turan.info.az/elm/157-tbrik-edirikprofessor-bdrxan-hmdov-60.html Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Təbrik edirik!...
Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Mən Bədirxan müəllimi -
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi,
Filologiya elmləri doktoru, professor BƏDİRXAN ƏHMƏDOVu (BAŞKEÇİDLİni)
hələ tələbəlik illərimdəm tanıyıram...
Ötən əsrin 90-cı illərinin əvvəlləri idi.
Təxminən düz 25 il əvvəl...
Onda o, "Vətən səsi" qəzetində çalışırdı...]]>
Müşviq BORÇALI Mon, 20 Apr 2015 00:26:14 +0000
Təbrik edirik, VÜQAR ƏHMƏD!... https://turan.info.az/elm/152-tbrik-edirik-vqar-hmd.html https://turan.info.az/elm/152-tbrik-edirik-vqar-hmd.html Təbrik edirik, VÜQAR ƏHMƏD!...Bu gün Nəğməkar şair, Tanınmış alim,
filologiya elmləri doktoru, professor Vüqar Əhmədin ad günüdür.
Yaxşı yadımdadır, mənim onunla ilk tanışlığım
təxminən 15 il əvvəl AzTV-də]]>
Müşviq BORÇALI Sat, 18 Apr 2015 00:07:02 +0000
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!... https://turan.info.az/gurcustan/pushkinciler/822-ruhun-ad-olsun-valeh-mllm.html https://turan.info.az/gurcustan/pushkinciler/822-ruhun-ad-olsun-valeh-mllm.html RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...Bəli, o, mənim, eləcə də A.P.Puşkin adı­na (sonralar S.S.Or­­be­liani adına) Tbilisi Dövlət Pedaqoji Univer­sitetinin Azərbaycan şöbəsinidə təhsil alan onlarla, yüzlərlə tələ­bənin se­vimlisi idi. Təkcə biz tələbə­lərin­mi?! Əlbəttə ki yox! Onun istər elmi, istər­sə də bədii əsərlərinin oxu­cuları arasın­da da özünü Valeh müəllimin tələbəsi hesab edən min­lərlə gənc var... Axı, Valeh müəl­limin elmi-bədii yaradıcılığı özü ayrıca bir mək­təb­dir. Təəssüflər olsun ki, Valeh müəllimin məktəbinin tə­ləbələri, mü­davim­ləri bundan sonra onunla canlı ünsiyyətdə ola bilməyə­cəklər...
Yaşasaydı indi 60 illik yubileyini qeyd edəcəydik. Təəssüflər olsun ki, düz bir il əvvəl Azərbaycan təhsilinə, ədəbiyyatına, poeziyasına böyük və ağır bir itgi üz verdi. Görkəmli ədəbiy­yatşünas alim, tanınmış tədqiqatçı, bacarıqlı təşkilatçı, istedadlı şair-tərcüməçi, gözəl ailə başçısı, ictimai xadim və xeyirxah insan, Valeh Hacılar uzun sürən xəstəlikdən sonra 59 yaşında aramızdan getdi...]]>
Müşviq BORÇALI Wed, 15 Apr 2015 18:17:36 +0000
ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. https://turan.info.az/gurcustan/pushkinciler/151-foto-arxv.html https://turan.info.az/gurcustan/pushkinciler/151-foto-arxv.html ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.... Bu günlərdə Gürcüstanda - soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərindəki Ata-Holdinq İdman Sarayında əslən Bolnisi rayonunun Darbaz kəndindən olan Azərbaycan alimi, dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.]]> Müşviq BORÇALI Wed, 15 Apr 2015 01:19:05 +0000 "Biznesmen" Filminin Qala gecəsi https://turan.info.az/azerbaycan/146-biznesmen-filminin-qala-gecsi.html https://turan.info.az/azerbaycan/146-biznesmen-filminin-qala-gecsi.html "Biznesmen" Filminin Qala gecəsiŞair-dramaturq Ramiz Abdullayevin eyniadlı əsəri əsasında Nail Naiboğlunun
rejissorluğu ilə lentə alınan “Biznesmen” filminin Qala gecəsi baş tutub. turan.info.az-ın məlumatına görə, xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aparıcılar Anar Nəcəfli, Kamran Quliyev və başqalarının rol aldığı filmin ilk nümayişi 2015-ci il aprelin 13-də Bakıdakı "Nizami" Kino Mərkəzində baş tutub.]]>
Müşviq BORÇALI Wed, 15 Apr 2015 01:16:09 +0000
Yüz yaşlı Yaqut ana https://turan.info.az/azerbaycan/58-yz-yal-yaqut-ana.html https://turan.info.az/azerbaycan/58-yz-yal-yaqut-ana.html Yüz yaşlı Yaqut anaBakıda yerləşən “Af otel”də “Dostluq Məşəli” qəzeti MMC-nin sədri jurnalist Fərman Borçalının təşkilatçılığı ilə 100 yaşının qeyd olunduğu əmək veteranı Yaqut Məhəmməd qızı Qasımovanın şərəfli ömür yoluna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri ehtiyatda olan polis-polkovniki Həmid Cəfərov açmış və uzun ömür yaşayan Yaqut anaya cansağlığı arzulamışdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, tədqiqatçı yazıçı Salatın Əhmədli demişdir: “Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Taryel Qasımovu böyüdüb boya-başa çatdırmış Yaqut ananın bu gün 100 yaşı tamam olur. Yaqut xanımı və bütün anaları təbrik edir, onlara cansağlığı arzulayıram.
Ana müqəddəsdir, ana əzizdir. Məhəmməd peyğəmbərin kəlamı ilə desək, həqiqətən də, “Cənnət anaların ayağı altındadır”.
“Dostluq Məşəli” qəzeti MMC-nin təsisçisi jurnalist Fərman Borçalı anaların şərəfinə şeirlər söyləmişdir.
Azərbaycanın xalq artisti Zümrüd xanım Məmmədova oxuduğu mahnıyla Yaqut xanımı salamlamışdır.
Sevimli aktyorumuz Taryel Qasımov anasına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnərdarlığını bildirmişdir. O demişdir: “Mən tez-tez Qazağa, anamın yanına gedirəm. Məni o doğma yerə bağlayan da 100 yaşlı anamdır. Mən anamla qürur duyuram və bütün analara övlad məhəbbəti arzulayıram”.
90 yaşlı Zərifə Gəncümova uzunömürlülüyün sirrini şərəflə, alnıaçıq yaşamaqda görmüş, Yaqut ana başda olmaqla bütün xanımları təbrik etmişdir.
Tədbirdə “Dövlət və Qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbət qızı, “Ziya” qəzetinin baş redaktoru, yazıçı-jurnalist Müşfiq Borçalı, Şamaxı və Salyan rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının sədrləri Fatimə Quliyeva və Yaqut Ələsgərova, Yasamal rayon uşaq xəstəxanasının baş həkimi Tamella Şahbazova, Qarabağ döyüşçüsü, polis mayoru, şairə Aidə Şirin və başqaları çıxış etmişlər.
Aşıq Alim Aslanoğlunun rəhbərliyi ilə musiqiçilər tədbir iştirakçılarını gözəl musiqi proqramları ilə sevindirmişlər.

Rauf İLYASOĞLU,
"Şərqin səsi" qəzetinin məsul katibi.
“Respublika”, 15 mart 2015-ci il.
]]>
Müşviq BORÇALI Tue, 24 Mar 2015 21:54:49 +0000
EUROVİZİON - Bakı - 2012 https://turan.info.az/medeniyyet/52-eurovzon-2012.html https://turan.info.az/medeniyyet/52-eurovzon-2012.html EUROVİZİON - Bakı - 2012

Bakı, 22 may, 2012.]]>
Müşviq BORÇALI Mon, 23 Mar 2015 23:59:46 +0000
II Beynəlxalq Aşıq Festivalının açılış mərasimi... https://turan.info.az/azerbaycan/47-ii-beynlxalq-aq-festivalnn-al-mrasimi.html https://turan.info.az/azerbaycan/47-ii-beynlxalq-aq-festivalnn-al-mrasimi.html II Beynəlxalq Aşıq Festivalının açılış mərasimi...My Webpage]]> Müşviq BORÇALI Mon, 23 Mar 2015 00:14:10 +0000 Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb https://turan.info.az/gurcustan/tiflis/383-tiflisd-azrbaycanl-tdqiqat-alim-jurnalistin-kitablar-iq-z-grb.html https://turan.info.az/gurcustan/tiflis/383-tiflisd-azrbaycanl-tdqiqat-alim-jurnalistin-kitablar-iq-z-grb.html Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb Tədqiqatçı-jurnalist Müşfiq Çobanlının Azərbaycan-gürcü ədəbi əlaqələrinə həsr olunan "Bu dostluğun yaşı çox...", "Sazlı-sözlü Başkeçid" (I və II cilddən ibarət), "Mədəd Çoşğunun poeziya yaradıcılığında özünəməxsusluq" və "Butalar Butası Səadət Buta" adlı kitabları işıq üzü görüb.]]> Müşviq BORÇALI Sun, 22 Mar 2015 00:51:00 +0000 Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb https://turan.info.az/esas/11-tiflisd-azrbaycan-tdqiqat-alim-jurnalistin-kitablar-iq-z-grb.html https://turan.info.az/esas/11-tiflisd-azrbaycan-tdqiqat-alim-jurnalistin-kitablar-iq-z-grb.html Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin xətti ilə Tiflisdəki "Universal" nəşriyyatında tədqiqatçı-jurnalist Müşfiq Çobanlının Azərbaycan-gürcü ədəbi əlaqələrinə həsr olunan "Bu dostluğun yaşı çox...", "Sazlı-sözlü Başkeçid" (I və II cilddən ibarət), "Mədəd Çoşğunun poeziya yaradıcılığında özünəməxsusluq" və "Butalar Butası Səadət Buta" adlı kitabları işıq üzü görüb. Kitablarda Müşfiq Çobanlının son bir neçə ildə apardığı poeziya və aşıq yaradıcılığı sahəsində elmi axtarışların nəticəsi olan və ədəbi əlaqələrimizin inkişafından bəhs edən məqalələri, Borçalı şairlərinin şeirləri dərc edilib.
Nəşrlər şifahi xalq yaradıcılığı ilə məşğul olan alimlər, filologiya fakültəsində təhsil alan tələbələr və aspirantlar üçün nəzərdə tutulub.

Kitabların elmi redaktorları filologiya elmləri doktoru, professor Abbas Hacıyev, Azərbaycan İqtisad Universitetinin fəxri professoru Aysəba Əlizadə və digər Azərbaycan ailmiləridir.

Müəllifin məlumatına görə, "Sazlı-sözlü Başkeçid" kitabı beş cilddən ibarət olacaq: "Kitabın III cildi artıq çapa hazırdır. Başkeçidin (indiki Dmanisi rayonu) tarixi, dünəni və bu gunu, yer-yurd adları- toponimləri, Başkeçidin məşhur azərbaycanlı alimləri, muəllimleri, həkimlərli, hərbçiləri, polisləri, ədliyyə ve hüquq-mühafizə işçiləri, dövlət qulluqçuları və iş adamları, din, mədəniyyət və incəsənət xadimləri, idmançıları, saz-söz adamları ve s. haqqında bilgilərdən ibarət olan bu kitab bir növ Başkeçid haqqında ensiklopediyadir."

Qeyd edək ki, yaxın günlərdə həmin nəşriyyatda Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin xətti ilə Müşfiq Çobanlının "M. P. Vaqif və Gürcüstan" adlı daha bir kitabı da işıq üzü görəcək.]]>
Müşviq BORÇALI Tue, 17 Mar 2015 19:37:19 +0000
ƏZiZ DOSTLAR!... https://turan.info.az/esas/14-eziz-oxucular.html https://turan.info.az/esas/14-eziz-oxucular.html ƏZiZ DOSTLAR!...ƏZiZ DOSTLAR!...
XOŞ GÖRDÜK SİZLƏRİ...
BU BAYRAM GÜNÜNDE SİZLƏRƏ DAHA BİR ŞAD XƏBƏRİMiZ VAR:
Yeni "ZiRVƏ" İNFORMASİYA MƏRKƏZİ dünəndən etibarən fəaliyyətə başladı...
Beləliklə, yeni saytımız sizlərin ixtiyarınızdadər!!!...
Belə bir əziz gündə - İl-Axır Çərşənbədə sizlərlə görüşməkdən çox məmnunuq...
Nəzərinizə çatdırırıq ki, turan.info.az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə yanaşı, həm də dünyada, xüsusilə də qonşu Gürcüstanda baş verən maraqlı hadisələr, Borçalıda və eləcə də digər bölgələrdə yaşayan soydaşlarımızın yaşam tərzi, problemləri və s. haqqında məlamatları oxucularımıza çatdıracağıq. Saytımızda elm, təhsil, səhiyyə, mədəniyyət, mətbuat, ədəbiyyat və digər (o cümlədən, iqtisadiyyat, sosial, şou və s.) adlı ayrıca bölmələrimiz olacaq.
Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da təqdim olunacaq.
Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkiliyə yol verməyəcək, tam obyektiv, müstəqil və şərhsiz olaraq xəbər istehsal edəcək.
Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını, eləcə də, saytımızla maraqlanan hər bir şəxsi və ya yazarı ən fəal əməkdaşlığa dəvət edirik.
Tanınmış jurnalistlərdən Murtuz Fərhadoğlu, Xanım Bilalqızı, Tinatin Əhmədqızı, Güllü Tomarlı, Aytac Mədədli və başqaları da bundan sonra fəaliyyətlərini bizimlə birlikdə - turan.info.az-da davam etdirəcəklər.
Bu günkü mətbuat bolluğunda belə bir müqəddəs yolun yolçuluğuna özümüzə inanaraq sizlərə - cəfakеş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, atalara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxırıq!.. Yolumuz xeyirli olsun!..
Buyurun, "Zirvə" İnformasiya Mərkəzi -- «turan.info.az » saytı Sizlərin ixtiyarınızdadır...
Həmişə "Zirvə" ilə olun!... Həmishə zirvələrdə olun!..]]>
Müşviq BORÇALI Tue, 17 Mar 2015 18:54:05 +0000
Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!.. https://turan.info.az/edebiyyat/folklor/691-mfiq-borali-ruhun-ad-olsun-ustad-aiq-hseyn-sarali..html https://turan.info.az/edebiyyat/folklor/691-mfiq-borali-ruhun-ad-olsun-ustad-aiq-hseyn-sarali..html Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!.. Aşıq Hüseyn Saraçlının 100 illik Yubileyinə ---
XX əsr Azərbaycan Aşıq sənətinin ən məşhur nü­ma­yəndələrindən biri, görkəmli saz-söz ustadı Aşıq Hü­seyn Saraçlı 1916-cı ildə qədim Borçalı mahalının Bol­ulus (indiki Bol­nisi) rayo­nun­dakı Saraçlı kəndində tanınmış el ağsaqqalı Qurban ağanın* oca­ğında dün­yaya göz aç­mışdır. O, hələ kiçik yaşla­rın­dan saz-söz sə­nətinə meyl gös­tərmiş, əvvəlcə Saraçlı Aşıq İsmayılın şagirdi ol­muş, son­ra isə Borçalının azman sənətkarlarından olan Aşıq Quşçu İb­rahimin, Saraçlı şair Hü­­seynin və Fax­ralı şair Nə­bi­nin yanında kamilləşmiş, Şair Ağa­can­dan, Qul Al­lah­qu­ludan, Aşıq Bayramdan və Borçalının başqa şair və aşıq­ların­dan mü­kəm­­məl dərs almışdır. Elə o vaxtdan da el-el, oy­­maq-oymaq gəzmiş, Borçalıda, Göyçə ma­halın­da, Də­mirqapı Dər­bənddə, Ba­kıda, Nax­çı­van­da, Şirvan­da, Mu­ğanda, Qarabağda, Azər­bay­canın daha bir sıra ra­yonla­rında, Qırğı­zıs­tanda, Öz­bəkistanda, Türkmə­nistanda ağır məc­lislər yola sal­mış­dır. Özünün hələ sağlı­ğın­day­kən dediyi kimi, hər dəfə də məclis əhli ilə üz-üzə gə­ləndə mənən cavan­la­şıb. Necə deyərlər, yorğunlu­ğu bir növ rahatlıq olub. Hə­mişə də 11 telli sazını si­­nə­sinə sı­xıb, «Aşıq el ana­sıdı, gərək həmişə elin içində olsun», - söy­ləyib. İs­te­dadlı alim-jurnalist bacımız Şə­rəf xanım Cə­lil­li de­miş, Aşıq Hüseyn on dörd şəyirdi ilə sazı sinə­sinə sı­xanda qışın qarın­da-boranında Qara­qayada gül bülbülü, bül­bül gülü ça­ğırır­dı...]]>
Müşviq BORÇALI Sat, 28 Feb 2015 14:32:25 +0000
“Azərbaycan” qəzetinin yenidən fəaliyyətə başlamasının 25 illik Yubiley tədbiri keçirilib https://turan.info.az/media/2444-azrbaycan-qzetinin-yenidn-faliyyt-balamasnn-25-illik-yubiley-tdbiri-keirilib.html https://turan.info.az/media/2444-azrbaycan-qzetinin-yenidn-faliyyt-balamasnn-25-illik-yubiley-tdbiri-keirilib.html “Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley tədbiri keçirilib“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley tədbiri keçirilib

Oktyabrın 22-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzetinin yenidən bərpasının 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə “Azərbaycan” qəzetinin bərpasının yaradıcısı olan deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıq elan edəndən sonra qəzetin yaranma tarixindən, milli-demokratik mətbuatımızın ilk qaranquşu olan "Azərbaycan”ın keşməkeşli yolundan, qəzetin Azərbaycan mətbuat tarixindəki xüsusi yerindən danışaraq bildirib ki, “Azərbaycan mətbuatı 1875-ci ildən başlayaraq çox şərəfli bir yol keçib. Böyük bir mətbuat tariximiz var və bu tariximiz, müxtəlif mərhələlərə bölünür. Mətbuat tariximizin ən parlaq səhifələrindən biri də 1989-cu il oktyabrın 4-də fəaliyyətə başlayan “Azərbaycan” qəzetidir. “Azərbaycan” qəzeti ölkədə ilk demokratik qəzet idi. Həmin dövrdə geniş kütləyə yayılan və həqiqəti deyən qəzet yox idi. Səbəb isə o zaman hakimiyyətin buna imkan verməməsi idi. Biz başa düşürdük ki, yaradacağımız qəzet milli mətbu orqan olmalı və ölkənin bütün bölgələrinə yayılmalıdır. Elə də etdik. Biz Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq və o zamankı hökumətə bu komitənin tərkibində, məhz Qarabağa dair qəzet yaratmaq niyyətimin olduğunu dedik. Onlar məcburiyyət qarşısında qalıb razılaşdılar. Və biz böyük çətinliklə istəyimizə nail olduq. Həmin dövrdə çox böyük təzyiqlər olsa belə, qəzet fəaliyyətini davam etdirdi. Əvvəlcə 130 min, sonra 200 min, daha sonralar isə 500 min və daha çox tirajla çap olundu."
S.Rüstəmxanlı qəzetin birinci nömrəsinin necə çıxmasından da söz açıb: "Qəzetin ilk sayı hazır olan zaman nəşriyyatdan zəng etdilər ki, qəzet çapa hazırdır. İlk nömrənin çıxması bütün redaksiyanı sevindirdi: "Qəzet çox sürətlə yayıldı və bir müddət sonra Vəzirov məni çağırdı. O hirsli şəkildə dedi ki, bu qəzet hazırda Qorbaçovun stolunun üstündədir. Danışa-danışa qəzetin səhifələrini cıraraq üstümə atırdı. Mən də həmin cırılmış səhifələri qucağımda yığıb toplayırdım. İkinci nömrədən nəşriyyat qəzetin çapından imtina etdi. Sonra bizi bir neçə mətbəəyə göndərdilər. Amma sonra qəzet məşhurlaşdıqca tiraj 500 minə yüksəldi. Bir gün işə gələndə gördüm avropasayağı geyimli insanlar oturub və bildirdilər ki, qəzet çıxarmaq istəyirlər. Mən onlara bu qəzeti çətinliklə çıxardığımı qeyd etdim və söylədim ki, öz qəzetimizin içərisində əlavə kimi çıxararam. Elə də etdik... Daha sonra 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra təklif etdim ki, bu qəzet Milli Məclisin orqanı olsun. Necə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin bu adda qəzeti olub”.
S.Rüstəmxanlı əlavə edib ki, bu gün "Azərbaycan” qəzetinə deputat həmkarı Bəxtiyar Sadıqov rəhbərlik edir: "Düzdür, qəzetin 90 illiyində bizim adımızı çəkməmişdilər, bununla bağlı narazılığımı bildirmişdim. Amma bu oldu keçdi”.

S.Rüstəmxanlı onu da qeyd etdi ki, qəzetdə bir çox tanınmış, görkəmli insanlar çalışıblar. Onlardan bir çoxu bu gün dünyadan köçüb.
Sonra milli-azadlıq hərəkatı uğrunda canından keçmiş şəhidlərimiz, qəzetin dünyasını dəyişmiş əməkdaşlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da qəzetlə bağlı öz fikirlərini bildirib:
““Azərbaycan” qəzetinin yaranmasına sosial təlabat var idi. Belə bir məqamda “Azərbaycan” qəzeti meydana gəldi. Mən düşünürəm ki, XX əsrdə Azərbaycanda ilk ümummilli qəzet “Azərbaycan” qəzeti olub. Çünki qəzetdə millətin ümummilli problemləri öz əksini tapırdı. Qəzetdə eyni zamanda Azərbaycan ədəbi dilinin prinsipləri tam olaraq gözlənilirdi. Qəzet çıxan dövrdə artıq insanlarla publisistika dilində danışmaq çox mühüm şərt idi. “Azərbaycan” qəzeti ölkəmizdə ilk ümummilli qəzetdir. Bu qəzeti “Əkinçi”, “Füyuzat”, “Həyat” qəzetləri ilə bir tutmaq olar. Çünki bu qəzetin səhifələrində həm şimali, həm cənubi, həm də dünyada yaşayan azərbaycanlıların probleminə toxunulurdu. İndiki şəraitdə bizim qəzetlər Şimali Azərbaycandan kənara çıxmır. Bu mənada hələ də “Azərbaycan” qəzeti kimi ümummilli yazılı mətbu orqan yoxdur”. Sonda Ə.Amaşov qəzetin əməkdaşlarını təbrik edib.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev isə qeyd edib ki, Azərbaycan adlı müstəqil dövlətin bərpası məhz “Azərbaycan” qəzetindən başlayıb. Onun sözlərinə görə, qəzet Azərbaycan tarixində ilk milli qəzet olub və bu birinciliyi heç kim poza bilməz.
Qəzetin indiki Baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, qəzet yarandığı ərəfədə ikiqat senzura olsa da, bütün hallarda dövrün həqiqətləri yazılıb. O qeyd edib ki, qəzet Azərbaycan mətbuatında müstəqil söz deyən, alternativ fikirdən istefa edən ilk mətbu orqan idi.
Sonra “Azərbaycan” qəzetinin o vaxtkı əməkdaşlarından Cümşüd Nuriyev, Şərif Kərimli, Millət vəkilləri Elmira Axundova, Aqil Abbas və başqaları qəzetin yaranma tarixi və önəmi barədə çıxış ediblər.
Politoloq Cümşüd Nuriyev "Azərbaycan” qəzetinin redaksiyasında başqa ixtisas sahiblərindən biri olduğunu gizlətməyib: "Bu qəzet ilk dəfə xalq tərəfindən maliyyələşən mətbu orqan idi. Şəxsən mən bu qəzetdə yetişdim və bir ildən sonra Jurnalistlər İttifaqının üzvü oldum. Orada itirdiyimiz zamanla Azərbaycana çox şey qazandırdıq”.
Tədbir digər qonaqların çıxışları ilə davam etdirilib.
Millət vəkili Elmira Axundova 1988-ci ildə S.Rüstəmxanlının dəvəti ilə yenidən jurnalistikaya gəldiyini söyləyib: "Azərbaycan” qəzetində fəaliyyətə başlamışam. Mənə burada S.Rüstəmxanlı ilə yanaşı, Bayram Bayramov da köməklik göstərib. 1990-cı il seçkilər ərəfəsində Heydər Əliyev Naxçıvandan deputat idi və ona qarşı təzyiqlər var idi. Həmin vaxt ondan Moskva üçün müsahibə almışdım, amma onu ümumiyyətlə heç bir qəzet çap etmirdi. Sabir bəyin yanına gəldim və bildirdim ki, bunu çap edək. Həmin yazı 1991-ci il martın 1-də 500 min tirajla çap olunan qəzetdə işıq üzü gördü. Həmin qəzetin nömrəsinin bir nüsxəsini aparıb Heydər Əliyevə təqdim etdim. Bu addım Sabir Rüstəmxanlı tərəfindən cəsarətli addım idi”.
Yubiley toplantısında qəzetin həyatda olan keçmiş əməkdaşları və eləcə də çağdaş mətbuatımızın tanınmış jurnalistləri iştirak ediblər.
“Ziya” qəzetinin Baş redaktoru, “Şərqin səsi” qəzetinn Baş məsləhətçisi Müşfiq Borçalı da həmin Yubileydə iştirak etmiş və tədbir üiştirakçıarına bir Müraciət ünvanlımışdır.
Aşağıda Müşfiq Borçalının həmin Müraciətini dərc edirik:

“Azərbaycan” qəzetinin
yenidən fəaliyyətə başlamasının
25 illiyinə həsr olunmuş
Yubiley tədbirinin iştirakçılarına
MÜRACİƏT

Hörmətli tədbir iştirakçıları!
Sizlərin hamınızı salamlayır və hamınızı ürəkdən təbrik edirəm.
Mən vaxtınızı çox almadan, öz ürək sözlərimi qısaca olaraq sizlərə çatdırmaq isməyirəm. İlk öncə mətbuat tariximizə qisaca da olsa səyahət edək.
Bənzətmələrim bir az bəddi və poetik səslənsə də, belə deyecəyəm:
Əgər Mətbuat tariximizin ilk planı, layihəsi, daha dəqiq desək, ilk cizgiləri 1832-ci ildə Tiflisdə “Tiflis əxbarı” (yəni “Tiflis xəbərləri”) ilə, bir az sonra 1838-cil də “Qafqaz xəbərləri” ilə cızilmışdırsa, 1875-ci ildə Bakıda mətbuatımızın ilk qaranquşu hesab etdiyimiz “Əkinçi” qəzeti ilə ilk milli mətbuatımızın əsası - özülü qoyulmuşdur.
Əgər əsası - özülü “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuatımızın divarları 1879-1880-ci illərdə Tiflisdə “Ziya”, 1880-1884-cü illərdə “Ziyayi-Qafqaziyyə” qəzetləri ilə hörülmüşdüsə, 1883-1891-ci illərdə “Kəşkül”, 1903-1905-ci illərdə “Şərqi-Rus” qəzetləri vasitəsilə bu divarlar, sütunlar daha da möhkəmlənmiş və 1907-ci ildə yenə də Tiflisdə “Molla Nəsrəddin” jurnalı ilə bəzədilmişdir.
Bundan sonrakı mətbuat tariximiz, yəni - istər 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası vaxtında, istərsə də 1920-1990-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikası zamanında çap olunmuş mətbuat orqanlarımız və onların fəaliyyəti yəqin ki hamımıza bəllidir.
Mən isə onu vurğulamaq istəyirəm ki, 1989-cu ildə hazırda 25 illik Yubileyinə toplaşdığımız “Azərbaycan” qəzeti həmin dövrdə nəşr olunan bütün kütləvi mətbuat orqanlarından fərqlədi. Belə ki, həmin zaman bütün qəzetlərdə ancaq və ancaq dövlətin mənafeyi güdülürdüsə, “Azərbaycan” qəzetində Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin mənafeyi əsas götürülürdü. Və beləliklə, “Azərbaycan” qəzeti ilk azad fikirli, müstəqil düşüncəli, demokratik amallı qəzet kimi həyata ayaq açdı. Ən əsası “müstəqil jurnalist” ifadəsi yarandı və müstəqil jurnalistikanın əsası qoyuldu..
Elə buna görə də, mən “Azərbaycan” qəzetini çağdaş milli müasir azad demokratik mətbuatımızın banisi hesab edirəm. Etiraf edək ki, bu gunkü çağdaş müstəqil jurnalistlərin əksəriyyəti elə həmin qəzetin ya ilk yazarları, ya da ilk oxucularıdır və biz hamımız o zamanlar Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi nəşr olunan “Azərbaycan” qəzetinin yetirmələriyik. Şəxsən mən fəxr edirəm ki, hələ tələbəlik illərimdən həmin qəzetlə əməkdaşlıq etmişəm, sonralar isə həmin qəzet rəsmi dövlət qəzeti olan “Həyat”la birləşdikdən sonra, “Azərbaycan” qəzetinin redaksiyasının bazası əsasında Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi yaranan və “Azad Azərbaycan” adı ilə nəşr olunan qəzetinin redaksiyasına bür müddət - təxminən iki ilə yaxın rəhbərlik etmişəm və Baş redaktor kimi həmişə Sabir Rüstəmxanlı və Şərif Kərimli kimi imzaları məşhur olan qələm sahiblərinin ənənələrini yaşatmağa çalışmışam.
Və fursətdən itifadə edərək, “Azərbaycan” qəzetinin yaradıcısı və ilk redaktoru Sabir Rüstəmxanlını, qəzetin ilk məsul katibi və sonralar baş redaktoru olmuş Şərif Kərimlini, eləcə də bütun “Azərbaycan” sevərləri və “Azərbaycan” qəzetinin bütün oxucularını ürəkdən təbrik edirəm və hamınıza yeni-yeni uğurlar arzulayıram..
Və yeri gəlmişkən mən artıq bir neçə dəfə müxtəlif tədbirlərdə və mətbuat səhifələrində təklif etdiyim bir məsələni burada yenidən gündəmə gətirmək istəyirəm. Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini - “Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq.
Doğrudur, mənə irad tutanlar da olacaq. Lakin xahiş edirəm ki, bir daha mətbuat tariximizə qısaca da olsa birlikdə səyahət edək:
1828-ci ildə fəaliyyətə başlayan “Tiflisskiye vedomosti” qəzeti 1829-cu ildə gürcü, 1830-cu ildə fars və 1832-ci ilin yanvarından isə Azərbaycan dilində çıxmağa başlamışdır. Azərbaycanca “Tiflis əxbarı” adı ilə çıxmış həmin qəzeti təkcə Güney Qafqazda deyil, İranda və Türkiyədə də oxuyurdular. Qəzetin redaktoru P.S.Sankovski 1932-ci il oktyabrın 19-da vəfat etdiyindən “Tiflis əxbarı” 1833-cü ilin əvvəllərində qapanmışdır.
Qəzetdə həmin dövrdə baş verən hadisələr haqqında, eləcə də “Abbasabad mühasirəsinin təsviri” (1829, ¹27, 30), “Müasir tarix: Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında” (1829, ¹38, 43), “Moskvalı dostuma məktub” (1830, ¹25, 53 və b.), “Qarabağ əyalətinə tarixi baxış” (1830, ¹ 86), “Car və Balakən vilayətlərinə səyahət“ (1830, ¹ 81-83) və s. məqalələrdə Azərbaycan haqqında, azərbaycanlıların məişəti, yaşayış tərzi və s. haqqında məlumatlar verilir, xalqımızın şifahi və yazılı ədəbiyyatları haqqında söhbət açılırdı. A.Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi.
Və 1838-ci ildə Tiflisdə “Zakavkazskiy vestnik” adında rusca daha bir qəzet çıxmağa başlamış və bir az sonra bu qəzet həm də gürcü və Azərbaycan dillərində buraxılmışdır. “Qafqazın bu tərəfinin xəbəri” adlanan bu qəzet rəsmi dövlət məlumatlarını, fərmanlarını, qərar və qanunnamələrini Azərbaycan dilində yayan bir orqan idi və bu orqan dəqiq olmayan məlumata görə 1846-cı ildə bağlanmışdır.
Göründüyü kimi, hər iki qəzet həm Azərbaycan, həm gürcü və həm də erməni dillərində çıxırdı və hazırda hər iki qonşumuz özlərinin mətbuat tarixlərini də elə həmin qəzetlərdən başlayır və mətbuat tarixlərini bizimkindən daha əvvələ aparırlar.
Biz isə deyirik ki, “yox, həmin qəzetlər sadəcə rəsmi dövlət xəbərlərini dərc etdiyindən onları bizim mətbuat hesab edə bilmərik!..” Yaxşı onda belə çıxır ki, biz keşmiş “Kommunist”, eləcə də indiki rəsmi dövlət qəzetlərini də milli mətbuat orqanı hesab etməməliyik. Elə deyilmi???
Məncə düşünməyə dəyər...
Diqqətinizə görə təşəkkür edirəm....
Müşfiq BORÇALI.
“Ziya” qəzetinin baş redaktoru.

¹ 68 (298) Oktyabr, 2014-cü il.]]>
Müşviq BORÇALI Wed, 22 Oct 2014 16:12:07 +0000
Qədim SARAÇLI kəndi https://turan.info.az/gurcustan/bolnisi/780-qdim-sarali-knd.html https://turan.info.az/gurcustan/bolnisi/780-qdim-sarali-knd.html Qədim SARAÇLI kəndiQədim Borçalı mahalının böyük ellərindən olan Saraçlı kəndi - rayon mərkəzi Bolnisi şəhərindən 22 km Şərqdə, Gürcüstanın paytaxtı Tiflis şəhərindən isə 60 km cənubda, dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Ehram (Xrami) çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində, əsasən də sağ sahilində yerləşir.
Saraçlı qonşu kəndlər –Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km məsafədədir.
Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur.
İnzibati ərazisi - 25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur.
Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir.]]>
Müşviq BORÇALI Fri, 25 Apr 2014 01:16:05 +0000
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB https://turan.info.az/edebiyyat/edebi-elaqeler/2499-rd-faxralinin-ktabi-grc-dlnd-iq-z-grb.html https://turan.info.az/edebiyyat/edebi-elaqeler/2499-rd-faxralinin-ktabi-grc-dlnd-iq-z-grb.html RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜBBu günlərdə Gürcüstan Yazıçılar Evində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan Bölməsi və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan Filialının təşkilatçılığı ilə Gürüstanda doğulub boya başa çatan, hazırda Bakı şəhərində yaşayıb yaradan istedadlı şair Rəşid Faxralının gürcü dilində nəşr olunmuş “Şexvedra” (“Görüş”) kitabının təqdimatı olub. Görüşü məşhur gürcü şairi əslən Abxaziyadan olan Geno Kalandiya açaraq Rəşid Faxralı barəsində, onun gürcü dilindən tərcümələri barəsində, eləcə də Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi, indiki durumu, tərcümə sahəsində əməkdaşlıq barəsində ətraflı danışdı. Rəşid Faxralının qaçqınların çadırlar şəhərciyi barəsində şeirini kövrələ-kövrələ oxuyaraq sanki öz taleyindən yazıldığını qeyd etdi. Sonra məşhur tərcüməçi Zezva Medulaşvili, ünlü türkoloq Elizbar Cavelidze klassik Azərbaycan şairlərindəndən məhəbbətlə danışaraq, arada Nəsiminin, Füzulinin yaradıcılığından parçaları azərbaycanca söylədi, yazıçı-araşdırmaçı Mirzə Məmmədoğlu, mətbuatda ermənilərin cəfəngiyyatlı çıxışlarına həmişə layiqli cavablar verən akademik Bondo Arveladze, şairlərdən Quri Otobaya, Dato Şemokmedebeli, gənc çevirmən Oktay Kazımov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Filialının başqanı Rafiq Hümbət, Bakıdan təşrif buyuran qonaqlardan şair Dəyanət Osmanlı, Əkbər Qoşalı və başqaları çıxış edərək Rəşid Faxralı barəsində, onun şeirləri barəsində öz ürək sözlərini ifadə etdilər və ədəbi əlaqələrin dərinləşdirilməsinin vacibliyini ön plana çəkdilər.
Qərbi Gürcüstanın Xobi rayonundan gələn bir qrup qələm əhlinin və rayon rəhbərliyinin nümayəndələri çıxış edərək Sovetlər dövründə bu tərəflərdə hərbi xidmətdə olan azərbaycanlı igid Rahib Məmmədovun Çaladidi kəndində daşqın zamanı 30-ya yaxın kənd sakinini öz həyatı bahasına xilas etməsini və axırda qəhrəmancasına həlak olmasını və indi həmin kənddə bu igid Azərbaycan oğlunun abidəsinin ucaldığını, Azərbaycan xalqına, onun mədəniyyətinə və ədəbiyyatına da xüsusi hörmət bəslədiklərini xüsusilə qeyd etdilər. Rəşid Faxralının təhsil aldığı və adını adına yaraşdırdığı Faxralı kənd məktəbinin müəllimləri çıxış etdilər, şagirdlər isə onun şeirlərini əzbər söylədilər.
Tədbirin sonunda Rəşid Faxralı tədbirin iştirakçılarına, özəlliklə, gürcü ictimaiyyətinə yaradıcılığına xüsusi diqqət yetirildiyinə görə öz dərin minnətdarlığını bildirdi.]]>
Müşviq BORÇALI Thu, 27 Mar 2014 23:34:46 +0000
Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib https://turan.info.az/arxiv/borcaliorg/1842-boral-silli-ziyallar-zlimxan-mmmdliy-kskin-etirazlarn-bildirib.html https://turan.info.az/arxiv/borcaliorg/1842-boral-silli-ziyallar-zlimxan-mmmdliy-kskin-etirazlarn-bildirib.html Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

Azərbaycan, Bakı, 20 sentyabr,2013 16:23 /Trend, müxbir E.Mehdiyev/

"Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin son zamanlar mütəmadi olaraq müxtəlif mətbuat orqanlarmda cəmiyyətin nizamnaməsi ilə heç cürə uyuşmayan siyasi bəyanatlarla çıxış etməsi Borçalı əsilli vətəndaşlar arasında ciddi narazılıqlara səbəb olur.

Trend-ə daxil olan məlumata görə, Z.Məmmədli son mətbu bəyanatında özünü sığortalamağa cəhd etsə də, onun məhz "Borçalı" cəmiyyətinin sədri statusunda çıxış etməsi səsləndirdiyi mövqeyin siyasi olduğunu və cəmiyyətin siyasiləşdıyini sübut edir.

Cəmiyyətin təsisçisi və Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı Zəlimxan Məmmədlinin son bəyanatına öz kəskin etirazını bildirib. Görkəmli ziyalı haqqa söylənən mövqe Gürcüstan əsilli insanların çox böyük əksəriyyətinin ürəyincə olub.

22 Borçalı əsilli ziyalılar bəyan edib ki, cəmiyyətdə təmsil olunan və olunmayan həmyerlilərinin mövqeyi Zəlimxan Məmmədlinin sərgilədiyi mövqe ilə qətiyyən üst-üstə düşmür: "Bu səbəbdən biz "Borçalı" cəmiyyətinin siyasiləşdirilməsinin qəti əleyhinə olduğumuzu bildirir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə daxilində apardığı böyük quruculuq işləri ilə yanaşı Gürcüstanda yaşayan soydaşlarımıza ardıcıl qayğısı və diqqəti sayəsində orada apanlan möhtəşəm işlərə rəğmən qarşıdakı seçkilərdə onun namizədliyini dəstəklədiyimizi bəyan edirik".

Ziyalılar Z.Məmmədliyə bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən "Borçalı" cəmiyyətinin sədri statusu ilə çətirləməməyi və cəmiyyətin nizamnamə müddəalarna sayğı ilə yanaşmağı tövsiyə edib.

1. Maqsud Əliyev - Az.MEA həqiqi üzvü

2. Çingiz Qacar - Az.MEA həqiqi üzvü

3. Ramiz Məmmədov - Az.MEA müxbir üzvü

4. Səlahəddin Xəlilov - Az.MEA müxbir üzvü

5. Zəlimxan Yaqub - Xalq şairi

6. Arif Əmrahoğlu - Tənqidçi-fıloloq, AYB-nin katibi

7. Hamlet İsaxanlı - Professor

8. Şəmistan Həsənli - Professor

9. Abdulla Mehrabov - Professor

10. Şəmistan Mikayılov - Professor

11. Hidayət Nuriyev - Professor

12. Tahir Pənahov - Professor

13. Akif Bayramov - Professor

14. Əlişir Musayev - Professor

15. Sahib Musayev - Professor

16. Mədət Çobanov - Professor

17. Kamil Qəhrəmanov - Professor

18. Niyazi Mursaqulov - Professor

19. Vaqif Nəbiyev - Tarix elmləri doktoru

20. Kərəm Məmmədli - Tarix üzrə fəlsəfə doktoru

21. Həsən Vəliyev - Fizika-Riyaziyyat elmləri namizədi

22. Qəzənfər Orucov - Fizika-Riyaziyyat elmləri namizədi]]>
Müşviq BORÇALI Fri, 20 Sep 2013 01:58:58 +0000
29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" https://turan.info.az/arxiv/borcaliorg/1897-29-cu-dd-camal-mclisi.html https://turan.info.az/arxiv/borcaliorg/1897-29-cu-dd-camal-mclisi.html 29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" Məruzəçi - Müşfiq BORÇALI.

Tədqiqatçı-alim Müşfiq Çobanov "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" mövzusunda geniş məruzə edib. O, Borçalı ədəbi mühitinin çox zəngin olduğunu diqqətə çatdıraraq, bu sahədə aparılan tədqiqatlardan danışıb: "Tarixi Azərbaycanın ərazisi yalnız Azərbaycan Respublikasının indiki sərhədləri hüdudlarında olmayıb. Borçalı, Göyçə, Dəmirqapı Dərbənd mahalları da ən qədim dövrlərdən türk torpaqları olub. Burada tarixən Azərbaycan türkləri yaşayıb-yaradıblar. Əslən Borçalıdan olan ədəbiyyatşünas alimlərdən D.Əliyeva, Ə.Saraclı, Ş.Qurbanov, A.Hacıyev, A.Mişiyev, V.Osmanlı, V.Hacıyev, eləcə də M.Çobanov, H.Vəliyev, Ş.Məmmədli, H.Məmmədli, E.Məmmədli, R.Məmmədli, Ş.Şamıoğlu, T.İsabalaqızı və başqaları bu sahədə bir sıra təqdirəlayiq axtarışlar aparıblar.]]>
Müşviq BORÇALI Thu, 22 Mar 2012 01:32:56 +0000
28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" https://turan.info.az/arxiv/borcaliorg/1896-28-ci-dd-camal-mclisi-boal-folklor-mhiti-v-boral-aq-mktbi.html https://turan.info.az/arxiv/borcaliorg/1896-28-ci-dd-camal-mclisi-boal-folklor-mhiti-v-boral-aq-mktbi.html 28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" "Borçalı" İctimai Cəmiyyətinin "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" mözusunda növbəti 28-ci Dədə Camal məclisi keçirildi.Tədbiri giriş sözü ilə Elxan Məmmədli açdı.O,iştirakçıları salamlayaraq mövzunu məruzəçi qismində təqdim etdi. Sonra mövzuya keçməmişdən öncə ənənəvi olaraq son bir ayda görülən işlər haqqında danışmaq üçün sözü "Borçalı" İctimai Cəmiyyətinin sədri Z. Məmmədliyə verdi.Sədr Z. Məmmədli hamını salamlayaraq ötən bir ay ərzində "Borçalı" Cəmiyyətinin gördüyü işlər haqqında məlumat verdi. Keçirilən mətbuat konfransı, gənclərin Gürcüstan səfirliyi qarşısında dəyişdirilmiş türk toponimlərinin geri qaytarılması və torpaq islahatları ilə bağlı keçirdikləri etiraz aksiyası haqqında danışdı.Söz yenidən məruzəçi Elxan Məmmədliyə verildi. Elxan müəllim mövzunun çox dərin və geniş bir mövzu olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, Borçalı folklor mühitinin və Borçalı aşıq məktəbinin cox böyük və zəngin bir tarixi var. Laylalarımız, ağsaqqal və ağbirçəklərimizin dilindən süzülüb gəlmiş el deyimlərimiz bunlara bariz nümunədir.Tədbirdə dəyərli, tədqiqatçı alimlər, ziyalılar, elm adamları Qəzənfər Paşayev, Muxtar İmanov, Tahir Talıblı, Müşfiq Çobanov və s. "Borçalı" Cəmiyyətinin üzvləri, el sənətkarları aşıq Cahangir, aşıq Tərmeyxan, aşıq Abbas, aşıq Əşrəf, aşıq Şahbaz, aşıq Elbəyi və hələ cox gənc olan Sənan iştirak edirdilər.Mövzuya uyğun olaraq "Borçalı" İctimai Cəmiyyətinin 14.02.2012-ci il tarixli qərarına əsasən, Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə bir çox şəxslərə "Borçalı İC-nin "Fəxri üzvlük" diplomu və rəsmi təşəkkürnamə təqdim olundu:Məhərrəm Qasımlı - Fəxri üzvAsif Hacıyev -- Fəxri diplomQəzənfər Paşayev -- Fəxri üzvMuxtar İmanov -- Fəxri üzvProfessor Qəzənfər Paşayev mövzu ətrafında çıxış etdi. O, qeyd etdi ki, bu gün mən Borçalılardakı birliyi gördüm və mənim "Borçalı" Cəmiyyətinə fəxri üzv seçilməyim mənim üçün ən böyük ödüllərdən biridir.Daha sonra mövzu ətrafında professor Muxtar İmanov, Tahir Talıblı, Abbas Abdulla, Dərviş Osman, Musa Nəbioğlu çıxış etdilər. Abbas Abdulla qeyd etdi ki, Borçalı folkloru və aşıq məktəbi haqqında nə qədər yazilsa bele yenə azdır. Çünki Borçalı elə bir qədim tarixə malikdir ki, gürcülərin VII əsrdəki Kartli Cxovreba mənbəsində qeyd edilib ki, V əsrdə bu ərazilərdə Kəpənəkçi kəndi mövcud olmuşdur. Bu onu göstərir ki, Borçalının tarixi çox qədimdir.Musa Nəbioğlu "Borçalı" Cəmiyyətinə belə bir mövzuya müraciət etdikləri üçün xüsusi təşəkkür edərək Aşıqlar Birliyinin bəzi planlarından danışdı və təklif etdi ki, bu tədbirlərin davamı Borçalıda daha geniş və davamlı keçirilsin. Bolnisidə azərbaycanlıların Mədəniyyət Mərkəzi yaradılsın. Bu işdə "Borçalı" Cəmiyyəti və Aşıqlar Birliyi bir-birinə dəstək olmalıdır.Tədbirdə çıxış edənlər böyük şairimiz Zəlimxan Yaquba səhhətində yaranmış problemə görə Allahdan şəfa dilədilər.Daha sonra meydan el sənətkarlarına verildi. Hər biri ayrı-ayrılıqda öz gözəl ifaları və avazları ilə hər kəsi xəyalən gözəl yaylaqlara, vüqarlı dağlara, Ulu Borçalıya apararaq ovqatlara və tədbirə daha da rəng qatdılar.Sonda yenə söz sədr Z. Məmmədliyə verildi. O, qeyd etdi ki, artıq Dədə Camal Məclisinin Gürcüstan bölməsi yaradılır və Dədə Camal Məclisləri Gürcüstanda da ənənəvi olaraq keçiriləcək. Gürcüstanda keçiriləcək ilk Dədə Camal Məclisi mart ayının 4-də Marneulidə keçiriləcək. Hər bir kəsi Borçalıda keçiriləcək Dədə Camal Məclisində iştirak etməyə dəvət etdi.Daha sonra mart ayının 16-17 də Gürcüstanda aşıqların III qurultayında "Borçalı" Cəmiyyəti heyyətinin iştirak edəcəyini, Borçalıda Novruz şənliklərinin keçiriləcəyini "Borçalı" Cəmiyyətinin də o şənliklərdə çox aktiv iştirak edəcəyini, Faxralı Məscidinin açılışı olacaq və orada "Borçalı" Cəmiyyətinin iştirak edəcəyini, aprel ayının 18-də Tbilisidə görkəmli alim Valeh Hacıların xatirəsinə həsr edilmiş Beynəlxalq simfoziumda da iştirak edəcəklərini vurğuladı. Daha sonra qeyd etdi ki, mən istəyirəm bu gün burda biz iki qərar qəbul edək. "Borçalı Türk folklor Mərkəzi" yaradılsın. Həmin Mərkəzə rəhbərlik Elxan Məmmədliyə həvalə olunsun. Eyni zamanda bu mərkəz Gürcüstanda da yaradılsın və ona rəhbərlik Dərviş Osmana həvalə olunsunTəklif və qərarlar tədbir iştirakçıları tərəfindən qəbul edildi.]]> Müşviq BORÇALI Sun, 19 Feb 2012 01:23:10 +0000 Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir https://turan.info.az/gurcustan/1293-azrbaycan-grcstan-dbi-laqlri-genilnir.html https://turan.info.az/gurcustan/1293-azrbaycan-grcstan-dbi-laqlri-genilnir.html Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir
Azərbaycan, Bаkı, 06 aprel / Trend , müxbir A.Hüseynbala /Gürcüstanda yaşayan azərbaycanlıların müəllifi olduğu bir neçə kitabın təqdimat mərasimi keçirilib."Gürcüstanda yaşayan soydaşlarımızın ədəbiyyatının, tarixinin yazılması və nəşr olunması, Azərbaycan-Gürcüstan ədəbi əlaqələri ilə bağlı kitabların, tərcümələrin çoxalması istiqamətində Gürcüstanda yaşayan azərbaycanlıların mədəniyyət mərkəzinin təşəbbüslərini həmişə dəstəkləməyə hazırıq", - bazar ertəsi Atatürk Mərkəzində keçirilən tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva bildirib.Onun sözlərinə görə, Mirzə Məmmədoğlunun "Qədim Tiflis" və Alxan Binnətoğlunun "Teatr haqqında söhbətlər" kitabları dostluq qrupunun dəstəyi ilə hazırlanıb. "Qədim Tiflisin Azərbaycanın tarixində, ədəbi mühitində xüsusi yeri var. Ona görə azərbaycanlıların Tiflisdəki qədimdən bu günə qədərki varlığının yazılması çox önəmlidir", - Paşayeva əlavə edib.Millət vəkili deyib ki, "Teatr haqqında söhbətlər" kitabında Tiflisdəki Azərbaycan teatrının bizim mədəniyyətimizin böyük bir hissəsi olması ilə bağlı həqiqətlər öz əksini tapıb. "Həmin teatr fəaliyyətini bu gün də davam etdirir və ulu öndərimiz Heydər Əliyevin adını daşıyır", - dostluq qrupunun üzvü vurğulayıb.Paşayevanın fikrincə, "Erməni xəyanəti və Gürcüstan" adlanan kitabda ermənilərin bütün Qafqaz regionunda əsrlər boyu törətdikləri vəhşilkiləri bir daha sübut edən dəyərli tarixi faktlar öz əksini tapıb. "Biz bu kitabın ingilis dilinə tərcümə olunub daha çox sayda nəşri üçün bütün dəstəyi göstərəcəyik", - millət vəkili qeyd edib.Paşayeva deyib ki, Mədət Çobanoğlunun müəllifi olduğu "Azərbaycan-gürcü mədəni əlaqələri" kitabında da olduqca maraqlı faktlar öz əksini tapıb. "Bu kitabların nəşr olunması bir daha sübut edir ki, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızı daim diqqətdə saxlayır, onların hər bir probleminin həlli üçün səylərini əsigəmir", - dostluq qrupunun üzvü qeyd edib. Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.azMəqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az]]>
Müşviq BORÇALI Mon, 06 Apr 2009 22:22:00 +0000