Ramiz Abdullayev - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi
RAMİZ ABDULLAYEVİN YARADICILIQ GECƏSİ
Bundan gözəl nə var, Mədəd müəllim!..
Ramiz Abdullayev
Bundan gözəl nə var,
Mədəd müəllim!
Professor Mədəd Çobanovun
70 illik yubleyi münasibətilə
Dünya tərəfindən tanınan alim,
Vətənin adını yüksəltdin daim,
Fədakar zəhmətə,qovuşub əlim,
Bundan gözəl nə var Mədəd müəllim.
Dayaqsan gənclərə,örnəksən bizə,
Həqiqəti amalın,məsləkdir düzə,
Bilirik məqsədim çatmaqdır yüzə,
Bundan gözəl nə var, Mədəd müəllim.
Şeirimə,sözümə verib qiyməti,
Söylədin yaz,yarat,dayanma qəti,
Tanrı bəxş eylərkən,halal neməti,
Bundan gözəl nə var, Mədəd müəllim.
Azərbaycan adlı gözəl ölkədə,
Sevilə-sevilə çatdın hörmətə,
Yetərkən bu yolda şana şöhrətə,
Bundan gözəl nə var, Mədəd müəllim!
Yetmiş bir bəhanə,ömür yolunda,
Yüz qolların açıb,görür yolun da,
Dostlar ürəyi tən,bölür yolunda,
Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axtaran şairdir”
Gənclik insan ömrünün çı­raq­banı, il­hamçısı və sevgi dün­yas­ı­dır.
Yaradıcı insanlarda ilham və sevgi vəhdətliyi o də­rəcədə yüksəkdə durur ki, gənc yaş­larında yarat­dıq­­ları poetik duyum­lar dam­la-damla ruhlara hopur və sevgi dünyasında in­sanların güvənc yeri olur. Həmin yaradıcı gənclərdən biri də öz dəsti-xətti ilə seçilən Ramiz Abdullayevdir. Televiziya ekranlarında, radio dalğalarında sözlərinə bəstələnmiş mah­nıları dinləmiş və bəyənmişəm. Onun “Sevgi dolu gecələr”, “Mə­nim gizli məhəb­bətim”, “Görünmə sən gözlərimə”, “Ayrılıq olmayaydı” və s. mahnıları qəlbimi riqqətə gətir­miş­dir. Elə buna görə də 2000-ci ildə nəfis şəkildə çap olunan “Sevgi dolu gecələr” kitabına məmnuniyyətlə ön söz yazmış­dım. Budur, şairin yeni kitabı qarşımızdadır: “Vətən torpağı”! Eyni adlı şeirlə başlayan poeziya çələngində vətən sevgili şeirlər xüsusi ilə diqqəti cəlb edir:
Bu gün,Vətən,sənin üçün həyatımdan keçərəm mən,
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
Səni azad etmək üçün son qanımı tökərəm mən,
Arzum budur:sən azad ol, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən!
“Mənim gizli məhəbbətim”şeirində şair özüylə bacara bilmə­məyini səbrin gücünün vüqarında, öz gizli məhəbbətinin ülviliyində axtararaq özünü Məcnuna bərabər tutur:
Gəl öldürmə, diriltmə sən,
Axtarsalar Məcnuna tən,
Söylərəm ki, o mənəm, mən,
Mənim gizli məhəbbətim.
Bəzən şair gözəllikləri məzəmmət edərək öz ilk sevgilərinə sadiq qalmağa çağırır. Onlara ən “sərt”misraları yağdırmağı belə rəva görür.
“Görünmə sən gözlərimə”misrasıyla bitən hər bənddə sözləri ilk sevgisinə “güllə” yağışı kimi yağdıraraq onu məzəmmət edir:
Sən ikiyə böldün ürək,
Qəmdən-qəmə bürünərək,
İlk sevgimi öldürərək,
İnanmıram sözlərinə,
Görünmə sən, gözlərimə.
Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axtaran şairdir desək, səhv etmərik. Şair qardaşımıza həmişə axtarışda olmağı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Məmməd ARAZ,
Xalq şairi.
Xalq şairi Nəriman Həsənzadə: "Ramiz Abdullayevin poetik dünyası"
Xalq şairi
Nəriman Həsənzadə:
“Ramiz Abdullayev öz yaradıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əxlaqi meyarlara cavab verən qələm sahibidir“
Ramiz Abdullayevin poetik dünyası
Yüksək poetik nümunə­lərdən söh­bət düşəndə ən əvvəl yazar-oxu­cu du­­­­yum­larının, ağrılarının üst-­üstə düş­­məsi ön plana çə­kil­məlidir. Belə ki, oxucu şair ağrısını öz iç süz­gə­cindən keçirib on­la­rı yaşayırsa demə­li yazılanları dəyər­lən­­dirmək olar və lazımdır da. Çünki həqiqi qiyməti oxucu ve­rir: onu nə aldat­maq, nə də qafiyələnmiş çıx­daş “məhsulla” başını qatmaq müm­­­­kün­dür. Yeri gəlmişkən və­tən­daşlıq liri­ka­sını, öz daxili ya­şantı­larına qurban verməyən şair yalnız al­qışlanmağa layiq­dir. Ra­miz Abdullayev öz ya­ra­dıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əx­laqi me­­yarlara cavab verən qələm sahibidir və bu amil se­vin­dir­mə­yə bilməz.
Efirdə, ekranda Ramiz Abdullayevin sözlərinə yazılmış mah­nılarını çox dinləmişəm. Bəri başdan deyim ki,bəstələrin mu­siqi və janr əlvanlığı,mətnlərdəki dərin lirizm müəllifin bö­yük ürək sahibi,şair ürəyinə malik olan insanı göz önündə can­lan­­dırırdı. Çox şadam ki,bu təəssürat özünü Ramiz Ab­dullayevin ki­tab­la­rın­da öz təsdiqini tapdı. İstər onun “Sevgi dolu ge­cələr” (2000-ci il), istərsə də “Vətən torpağı (2002-ci il), kitabı ol­­sun. Hər ikisindən, elə­cə də digər kitablarından bizlərə do­ğulduğu Bakı­nı­,­ ümu­miy­yətlə Azərbaycanı alovlu məhəb­bətlə sevən bir şair  boy­la­nır: öz ürək pəncərəsindən boy­lanan bu şair oxucunu bütöv Və­tən torpağı na­minə mübariz ol­mağa çağırır və qələm süngüsü ilə öndə ge­də­cə­yinə hamını inan­dırıcı şəkildə əmin etməkdədir. Elə “Azad edəcəyəm səni, Qarabağ” şeirin­dən bir parça gətirmək kifayətdir:
Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!
Gördüyünüz kimi müəllif həmvətənlərinə daima ayıq-sayıq ol­mağı tələb etməklə,onları bədbinlikdən çəkindirir və inandırır ki, Qarabağın düşməndən alınacağı gün heç də uzaqda deyil. “Vətən Torpağı” şeiri də nikbin ruhda köklənmişdir.Şair tor­pağa olan sevgisini necə də gözəl və poetik qələmə almışdır.
“Mənim əsgər qadaşım”, “Bakım”, “Vətən”, “Daglar”, “Mə­nim Maş­tağa kəndim” kimi şeirlər Ramiz Abdullayevin sevgi palitra­sının genişliyini sözün qüdrəti ilə oxucuya çatdırır. Müəllifin  Və­tən ünvanlı şeirlərinin heç birində məlum qafiələ­rə rast gəlin­mir, bu da onun zəngin söz ehtiyatına malik oldu­ğu­nu göstər­məkdədir.
Fəxarətlə vurğulamalıyam ki, şair poe­tik janrların ha­mısından uğurla istifadə edərək öz fikir əlvan­lığını oxuculara təqdim et­mək­də çətinlik çəkmir.
Ramiz Abdul­la­yevin sevgi şeirləri olduqca cəl­be­dici  və oxu­naqlıdı. Məhz lirik misralarında o, oxucu qarşı­sı­na­ tam­ səmimiliyi ilə çıxır və onunla daxili çırpıntıla­rını, əzab­la­rı­nı bö­lüşdürməyə əs­­la utan­mır. Çünki müəllif sevdiyi qa­dınla da ,onu oxuyanların ya­­nında da safdır, açıqdır. Məhrəmlik isə Ramiz Abdullayevin böyük­lük ölçüsüdür. “Mənim ilk məhə­b­bə­tim”, “Sev­gi dolu gecələr” kimi şeirlər, “Səni gözləyəcək mə­nim göz­lə­rim”, “Düş­düm”, “Xoşbəxt et məni”, “Əsmə ey kü­lək” və baş­qa qə­zəllər müəl­­lifin ürək genişliyini,sevgilisinə sə­daqətini açıqlığı ilə göstər­məkdədir.
Ümumiyyətlə, Ramiz Abdul­layevin yaradıcılıq uni­ver­sal­lığı poe­­ziya ilə bitmir: onun dram əsərləri də  dövlət dram teatrlarının səhnələrində uğurla tamaşaya qoyulur. Şair qar­da­şı­mın bir uğu­runa da qəlbən sevin­dim: Azərbaycan ədəbiy­ya­tının təman­nasız dostu, şair-tərcüməçi Giya Paçxataş­vili 2004-cü ildə Ramiz Ab­dullayevi rusdilli oxuculara təqdim etdi. Tər­cü­mə­çi­nin rus və azər­baycan dillərini mükəmməl bilməsi “Zem­lya ot­çiz­nı” kita­bı­nın uğuruna təminat verdi. Son olaraq bunu deyə bilə­rəm ki,Ramiz Abdullayev öz şeirləri və mahnı mət­nlərinin sanbalı ilə təsdiq etdi ki,o ədəbi aləmdə heç də tə­sa­düfi adam deyil.Mən bu gözəl qəlbli insane, kövrək şairə ye­ni-yeni zirvələri qət etməyi arzula­yı­ram. Tanrı səni və qələ­mini qoru­sun, Ramiz qardaşım!
Dərin hörmətlə:
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi.
“Dərbənd” qəzeti, 08 dekabr 2006.
İMZASINDAN TANINAN ŞAİR
- NƏĞMƏKAR ŞAİR-DRAMATURQ
(Ön söz əvəzi)
Poeziya Tanrı vergisidir! - deyirlər. Bəli, bu, doğrudan da belədir! Adam var bu vergi ona üç yaşında verilir, Adam var, on üç yaşında, Adam da var ki… Adam da var ki, elə dün­yaya gələndə şair doğulur!..
Şair var, bir sətirindən, bir bəndindən bəllidir. Adam var ki, qalın-qalın kitablar nəşr olunsa da şair kimi tanınmır.
Şair var, bir bəndini əzbərləmək üçün bir həftə vaxt sərf olunur. Şair də var ki, şeirləri qısa bir vaxtda nəğmələrə çev­rilir, dillər əzbəri olur. Şair var, imzasını tanıdır, şair var im­za­sın­dan tanınır.
İmzasından tanınan şairlərdən biri də Ramiz Abdulla­yev­dir. Onun imzası bu gün Azər­baycanda oxuculara, xüsusilə də poeziya həvəskarlarına və nəğməsevərlərə artıq yaxşı ta­nışdır. Onun imzasını görən oxucu elə\ o dəqiqə böyük bir hə­vəslə həmin əsəri oxumağa can atır və bir su içimə oxu­yub başa vurur… Və fikirləşir: «Görəsən, çoxdandır ki tanı­dı­ğı bu imzanın müəl­lifi kimdir?».
Əziz oxucular! Buyurun, imzasını tanıdığınız sənətkarın şə­­rəf­li və mənalı ömür yolunun səhifələri ilə Sizlər də tanış olun:
Ramiz Həbibulla oğlu Abdullayev 1953-cü il iyunun 23-də Ba­­kı şəhərinin Maştağa qə­sə­bəsində anadan olub. 1960-1970-ci illərdə həmin qəsəbədəki 128 saylı orta məktəbdə oxuyub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-cü illərdə hərbi xidmət bor­cunu şərəflə yerinə yetirib. 1975-ci ildə texnikumu bitirərək təyinatla Bakı-yük stansi­ya­sına gön­dərilib və orada post növbətçisi, stansiya növbətçisi, ma­­nevra dis­­pet­çeri vəzifələrində çalışıb. 1978-ci ildə Dəmir Yolu İda­rəsində neft doldurma şöbəsində dispetçer, 1979-1994-cü illər­də Ba­kı-Biləcəri sahəsində qovşaq dispetçeri, 1994-cü il­də Də­mir Yolu İdarəsində neft doldurma şöbəsində rəis müa­vini işlə­yib. 1995-1999-cu illərdə “Təfəkkür” Univer­sitetində “Dəmir yolunun istismarı” ixtisası üzrə ali təhsil alıb. 1996-cı ildən indiyə qədər “Daşıma Prosesləri İdarəetmə” Birliyiridə rəis müavini vəzifəsində çalışır. Kollektiv arasında böyük hör­mətə və nüfuza malikdir. “Fəxri dəmiryolçu” şərəflə daşıyır.
Ən əsası, Ramiz Abdullayevi tanıyanlar yaxşı bilirlər ki, o həm də bədii yaradıcılıqla da məşğul olur, gözəl qələm sahi­bi­dir, istedadlı söz ustasıdır, nəğməkar şairdir, bacarıqlı poe­ziya yaradıcısıdır, əsərləri tamaşaçılar tərəfindən böyük maraq­la qarşılanan dramaturqdur.
Ramiz Abdullayevin ilk şeirləri respublikanın müxtəlif mət­buat orqanlarında - «Azərbaycan gənc­ləri», «Azərbaycan də­mir­yolçusu», «Təhsil», «Şərqin səsi», «Ziya», «Elm və Təh­sil», «Azad Azərbaycan», «Viş­ka», «Kirpi», və s. qəzet və jurnallarda, «Addımlar» (1995, 1996) poeziya toplula­rında çap olunub, sonralar bir neçə kitabı nəşr olunub, əsərləri radio və televiziya verilişlərində səslənib. İki yüzdən çox şeir­inə nəğ­mə bəstələnib əsərləri tamaşaya qoyulub. Şeirləri və mah­nı­ları top­lanmış 22 audio və 7 vi­deo kasset din­ləyicilərinin ix­­­ti­­yarına verilib. Daha dəqiq desək, tanınmış bəstəkarlardan 25 nəfəri şairin 250-dən artıq şeirinə mu­­siqi bəstələmiş və 80-dən artıq müğənninin ifasında həmin mahnılar xalqımıza təq­dim olunmuşdur. Haqqında neçə-neçə məqalələr yazılmış, film­­­­lər çəkilmişdir. Hələ 2003-cü ildə Ramiz Abdullayevin 50 illik yubileyi ərə­fəsində Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Ço­banov “Nəğməkar şair - Ramiz Abdullayev - 50” adlı ay­rıca kitab yazmış və nəfis şəkildə nəşr etdirərək oxucuların ix­ti­ya­rına vermişdir.
Ramiz Abdullayevin «Necə unudum səni» adlı ilk şeirlər kitabı 1996-cı ildə «Qızıl qələm» mükafatı laureatı, şair Ok­tay Rzanın «Təbiilik də var, səmimilik də…» sərlövhəli ön sözü ilə oxucuların ixtiyarına verilib.
Şairin «Sevgi duyğuları» adlı ikinci kitabı 1997-ci ildə ta­nınmış alim-şair, professor Vafiq Nəsirin «Uğurlar ar­zu­su ilə» sərlövhəli ön sözü ilə işıq üzü görüb. Mövzulara uy­ğun surətdə dörd bölmədə cəmləşdirilmiş həmin kitabın «Və­­təni düşməndən azad edək biz!..» sərlövhəli birinci böl­məsində Ana Vətənimiz, müqəddəs Odlar yurdu Azər­bay­canla, o tay­lı-bu taylı el-obalarımızla, yağı düşmən tap­da­ğı altında qa­lıb bizi haraylayan min bir bərəkətli tor­paqları­mızla bağlı qə­ləmə aldığı şeirlər toplanmışdır. «Saf məhəbbət üsdə düş­məz köl­gələr…» sərlövhəli ikinci bölmədə müəllifin saf sevgi və məhəbbət ruhlu lirik şeirləri ve­rilmişdi. Üçüncü böl­mədə şai­rin sözlərinə bəstəkar Nadir Məmmədovun bəstə­lədiyi mah­nıların mətnləri, dördüncü bölmədə isə müəllifin «Qəzəl­lər»i toplanmışdır.
2000-ci ildə nəfis şəkildə və Azərbaycanın Xalq şairi Məm­məd Arazın «Ön sözü» ilə açılan «Sevgi dolu ge­cə­lər» (101 nəğmə) adlı üçüncü kitabı Ramiz Abdullayevə da­ha böyük uğurlar gətirdi. 2001-ci ildə istedadlı qələm sahibi Ramiz Abdullayev dördüncü kitabı ilə yenidən oxu­cuların gö­rüşünə gəldi. Özü də bu dəfə tam başqa üslubda, tam baş­qa bir əsər­lə!.. Onun növbəti kitabı - «Olacağa çarə yox­dur!» ad­lı iki hissəli musiqili kamediyası da böyük maraqla qarşı­landı. C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teat­rı­nın ak­tyorları tərəfindən Azərbaycan Milli Akademik Dram Teatrının və Ş.Qurbanov adı­na Mu­siqili Komediya Teat­rının səhnələrində tamaşaya qo­yuldu. Tamaşa bütövlükdə Az­TV-1-də və digər TV kanallarında göstərildi. Tamma­şa­çıların qəl­bi­nə yol tapdı. Bir qədər sonra isə AzTV-1-də ey­­niadlı film çəkildi və tamaşaçılara təqdim olundu.
Daha sonralar isə Ramiz Abdullayevin “Biznesmen” (2004) və “Pasport” (2008) adlı daha iki musiqili komediya əsəri oxu­cuların ixtiyarına verildi. 2007-ci ildə dramaturq Ramiz Ab­dul­layevin “Biznesmen” adlı iki hissəli musiqili komediyası C.Cab­barlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının ak­t­yorları tərəfindən Ş.Qurbanov adına Musiqili Komediya Teat­rının səhnəsində oynanıldı, tamaşa “Space” TV tərəfındən çə­kil­di və bütövlüklə telekanalda göstərildi. 2008-ci il iyun ayın­da isə Ramiz Abdullayevin “Pasport” adlı iki hissəli musiqili komediyası Dövlət Gənclər Teatrının aktyorları tərəfindən Ş.Qur­­banov adına Musiqili Komediya Teat­rının səhnəsində oy­nanıldı, “Space” TV tərəfındən çəkildi və bü­töv­lüklə tele­kanal­da göstərildi.
Onu da qeyd edək ki, 2002-ci ildə yenə bizim naşirliyimiz və “İmzasından tanınan sənətkar” sərlövhəli “Ön söz”ümüzlə şair Ramiz Abdullayevin “Vətən torpağı” adlı daha bir şeirlər kitabı “Borçalı” nəş­riyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Bir qədər sonra həmin kitab tanınmış şair-tərcüməçi Givi Paçxataşvili tərəfindən bütövlüklə və eyni zamanda böyük ustalıqla rus dilinə çevrilmiş və nəfis şəkildə nəşr olunaraq oxuculara təqdim olunmuşdur.
Daha sonralar isə Ramiz Abdullayevin “Bahar yağışı” (2006), “Sevgi çiçəyi” (2008), “101 kəlam” (2010), “Seçilmiş şeirlər” (2013) kitabıları işıqüzü görmüşdür.
Böyük sevinc və fərəf hissi ilə onu da vurğulayaq ki, Ramiz Abdullayev qısa bir vaxtda «Abdulla Şaiq», «Vətən», «Qızıl Qələm», «Qızıl açar» və “Qızıl Buta” mükafatları ilə təltif olunmuş, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jur­nalistlər Birliyinin üzvü seçilmiş… Dədə Qor­qud” adına “Və­tən Övladı” qızıl medalına layiq görülmüşdür... Bu uğurlar hə­mışə məni də sevindirmişdir. Çünki Ramiz Abdullayevin əsər­­lərinin demək olar ki, əksəriyyətinin işıqüzü görmasində mə­­nim də əməyim var və onun bir-birindən maraqlı və oxu­naqlı olan çox­saylı kitablarını məhz mən redaktə et­miş və nəş­­­rə hazırlamışam.
Budur, istedadlı nəğməkar şair-dramatuq qardaşımız Ra­miz Abdullayev haqında daha bir kitabı oxucuların ixtiyarına ve­ririk. Bu kitabda müxtəlif vaxtlarda onun haqqında yazılmış mə­­qalələr toplanmışdır. Əminəm ki, bu kitab da Ramiz Ab­dul­layevin öz kitabları kimi oxucular tərəfindən böyük ma­raq­la qarşılanacaq. Elə buna görə də, əvvəlcədən Ramiz Ab­dul­layevi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can­sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu­la­yırıq!
SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİ
SEVGİDƏN AÇILAN İLHAM YELKƏNİ
Azərbaycan Yazıçılar və Azər­bay­can Jurnalistlər Birliklərinin üzvü, “Abdulla Şaiq”, “Nəriman Nərimanov”, “Qızıl Qələm”, “Qı­zıl Bu­ta”, mükafatları laureatı, “XXI Əsrin Ziyalısı”, Fəxri adına və “Vətən Övladı” Qızıl medalına layiq görülmüş nəğ­məkar şair və istedadlı dramaturq Ramiz Abdullayev imzası ar­tıq ki­fa­yət qədər Azərbaycan oxucusuna tanışdır. İndiyənədək onun işıq üzü görmüş pyesləri, şeir kitabları bizə bunu deməyə əsas verir.
Bu gün isə Ramiz müəllim “Ana yurdum mənim Azərbay­canım!” adlı yeni şeirlər kitabı ilə siz oxucuların görüşünə gə­lir. Burada müəllifin yurd sevgisindən bəhs açan, ana yur­du­nu vəsf - tərənnüm edən misralarının, gözəlliyi tərifə çə­kən nümu­nə­lərinin sehrinə düşəcəksiniz, ülvi sevgi duy­ğu­la­rı­nın öz ilham yelkənini açdığının şahidi olacaqsınız. Bir sözlə, kitabdakı şeir­lərin hamısının bir ana qaynağı var - yurda sevgi, gözələ sevgi, gözəlliyə sevgi.
Adının sonluğu canla bağlıdır,
Şəhidlərdən axan qanla bağlıdır.
Dünyada şöhrətin şanla bağlıdır,
Ana yurdum mənim Azərbaycanım!
Bənddəki vurğuya fikir verək: Azərbaycan adlı məmləkə­timizin adındakı son heca “ can ” hissəciyi ilə bitir. Ramiz Ab­dul­layev bu ifadəni elə-belə, gəlişi gözəl mənada, daha doğru­su, təsadüfi hissəcik hesab etmir.
Ramizin şairanə qəribəliyi bu şeirdə buradadır ki, “can” tər­kibinə başqalarından fərqli şəkildə, təmamilə fərqli məzmun məz­mun verir. Bu məzmunun sirrini ikinci misrada barbaşa ifa­də edir: “Şəhidlərdən axan qanla ” bağlayır bu mənanı. (Baş­qa sözlə Azərbaycan kəliməsindəki “can” sözünü şəhid­lərin ca­nı ilə bağlayır.) Belə bir fikir hasilə gəlir ki, Azərbaycan adlı vətənimiz şəhidlərin canından axan qanla vətən yaşayıb, ya­şa­yır. Bəli, bu, doğrudan da, belədir, əgər torpaq uğrunda ölən olur­sa, o yurd, o torpaq vətən olur, vətən status qazanır. Bax, bi­zim vətənimiz, Azərbaycanımız da, uğrunda qurban ge­dən qəh­­­rəmanlarının, şəhidlərimizin al-qanı hesabına möv­cud olub, mövcuddur…
Bax, Ramiz Abdullayevin vətən sevgisi yuxarıdakı misra­ların ruhundan bu cür ifadə olunur, birmənalıdır.
Bax beləcə, vətən sevgisində bu cür saf və səmimi olduğu kimi, gözəllərə qarşı ilqarında, məhəbbətində də başqa cür is­rarlıdır, təmizdir.
“Güldür məni, gülsün o qara gözlərin, ey gül” misrası üs­tündə başlayan bir nümunədə də biz aşiqanə, lirik mövzunun sehrinə düşürük:
Safdır sənə olan bu eşqi-məhəbbət,
Qoyma ki, baxa gözləri gözəllərin, ey gül.
Ramiz, gedirəm mən görüşə yar ilə xəlvət,
Olmaz səbri-qərarı dözənlərin, ey gül.
Burada bir incə nüansa diqqəti çəkmək istərdik:
“qoyma ki, baxa gözləri gözəllərin, ey gül” misrası. Yəni li­rik aşiq obrazı öz sevgilisini qısqanır və həm də özünü öz sev­gilisinə qısqandırmaq məqsədilə: “qoyma mənə başqa gözəllər də baxsın, ey gül” deyə müraciət edir. Maraqlıdır ki, qısqanmaq hər bir sevən qəlb üçün təsir əlamətidir. Amma qısqandırmaq özü bir “kəşfdir”- yəni özünü istədiyinə qısqandırmaq istəyi artıq sevgidəki, eşqdəki ifrat saflığa dəlalət edən amildir. Bax, Ramiz Abdullayevin misralarından süzülən sevgi fərqi yoxdur, bu sevginin obyekti istər gözəl olsun, istər vətən olsun, istər təbiət olsun, beləcə pakdır və ifrat dərəcədə qısqanclıq doğuran saf sevgidir.
Yaxud da bir başqa nümunədə Ramizin sevgi anlayışına mü­nasibətinə fikir verək:
Bəlkə də bir qədər qəribə gələ,
Vardır min sevənin, birisi də mən.
Etiraf edənlər onlardı hələ,
Susub, lal-dinməzdi, ölüsü də mən.
“Susub lal-dinməzdi, ölüsü də mən.” Bir qədər qəribə mən­tiqlə ifadə edilsə də, məsələnin məğzi belə qoyulub ki, gözələ xitabən bildirilir ki, bu gözəlliyə valeh olub vurulanların biri də mənəm. Bununla gözəlin pərəstişkarlarının çox olduğu bil­di­rilir, yəni hədsiz gözəldir ki, bu qədər müştərisi, sevəni var, bunlardan biri də mənəm deyə etiraf edir.
İlk baxışdan düşünürsən ki, hə, nə olsun ki: “birisi də sən”. Amma digər iki misrada fikir tündləşdirilir, sevgisini açıb etiraf edənlər onlarladır, yüzlərlədir, amma susub, lal, dinməz olan­la­rı da var. Çünki əsl sevgi dilsiz olur, aşiq susub , lal, dinməz olur. Lakin bu susmağın içində daha susqun birisi var ki, o nəin­ki susub, lal olub, hətta “ölüb də” - ölü kimi lal olub. Bax, bu mübaliğə üsulundan müəllif yetərincə istifadə edib deyir ki, bu susanların “ölüsü də mən”əm. Ona görə növbəti bənddə bil­dirilir ki, hətta sözləri hüzurunda dayanıb, söyləmək üçün əzbər­ləsəm də, yenə də bu sevgi sözünü dilə gətirə bilmərəm.
Yekun bənddə isə Ramiz Abdullayev birbaşa açıqlayır ki:
Sənsiz bu dünyada buz tək donaram,
Etiraf etməkçün sənə sözümü.
İztirab, əzabdan heykəl quraram,
Sənə göstərməkçün eşqin özünü.
“Sənə göstərməkçün eşqin özünü.” Bəli, buz tək donub hey­kəlləşəcəyini dilə gətirir. “Eşqin özünü göstərmək üçün” sevgi yolunda çəkdiyi zillət və əzabdan “heykəl qurar”- heykələ dö­nər fədakar aşiq obrazı. Heykəl isə dinib-danışmaz, bu, məlum həqiqətdir.
Ramiz Abdullayev qəzəl janrına müraciət edəndə də təbii ki, gözələ olan ülvi sevgidən yanıqlı-yaralı bir aşiq fədakarlığı ilə bəhs edir.
Bir baxışı atəş yaxır, digər baxır çox sadəcə
Bəlkə də hiss etməyib, yaydan atır ox sadəcə…
Bir cümlə ilə başlayan “sadəcə” rədifli qəzəldə çox maraqlı bir səhnə təsvir olunub. Baxışın birindən sevgi atəşinin ələyib yağdığını göstərməklə, fikrindən sadəcə soyuqluq yağdığını ifadə etməklə, əslində bir təzad, kontrast yaradıb. Bu təzadlı qütblərin fonunda öz şairanə duyğularını daha emosianal tərzdə ifadə etməyə şans qazanır. Növbəti bir bənddə yazır ki:
Bir mələkdi, cənnəti tərk eyləyib gəlmiş bura
Heç kəsə bildirmədən məftun edir bax, sadəcə.
Müəllif sevdiyi gözəlin cənnəti tərk edib, insanların arasına gəlib girmiş huri mələk olduğunu iddia edir, özü də bu gözəl elə bir xoş simalı bəxtəvərdir ki, nə bu sirrini kimsəyə bəyan edir, nə də kimisə öz eşq oduna salıb yandırdığını büruzə verir.
Amma bu gözəlliyə məftun olub vurulan fədakar aşiq, məc­nun özünə qapılıb sevgi əzabını çəkir, özü də bu əzab ona görə həm də acıdır ki, bu dərdi içində xəlvəti çəkir və dərdini bölüb yüngülləşməyə özünə bir həmdərdi, sirdaşı da yoxdur.
Bax, Ramiz müəllimin qeyri-adi ifadə üsulları ilə dedik­lərin­dən bu məzmun üzə çıxır. Daha sonra isə bir yerdə qeyd edir ki:
Dünya ləzzət etməz idi, olmasa sən tək gözəl
Ver mənə ləzzət sonunda, çarmıxa tax sadəcə.
Yəni aşiq gözəlin yolunda nə qədər sevgi hicrində yanıb-qov­rulsa da, bundan kədərlənmir, əksinə belə qənaətdədir ki, be­­lə gözəl olmasa dünya adama dadsız, ləzzətsiz kimi görü­nərdi. Bax, aşiq fədakarlığını, özünü bu cür təzahür etdirir. La­kin sonda gözələ qovuşmağı arzulayıb, “məni çarmıxa çək­mək­lə bu dünyanın ləzzətini göstər” deyə iddia qaldırır. Əlbət­tə, bu iddia ikibaşlı mənaya yönləndirilir ki, aqil oxucu özü üçün burdan istər sufi-mistik mənanı, romantik sevgini qav­rayıb nəticə çıxarır, istərsə də sadəcə buradakı hərfi mənanın təsiri ilə dünyəvi eşqə qovuşmanın cismani ləzzət gətirəcəyini vərəvurd edib anlayır. Hər iki halda müəllif istər platonik sevgini, istərsə də həqiqi dünyəvi eşqi təbliğ, tərənnüm etməklə oxucuya bu dünyanın şirinliyini, sevib-sevilməli oldu­ğunu anladır.
Ramiz, Məcnun yada düşdü, vurğun oldum əlbəəl,
Durma artıq, sən zəhərdən dodağa yax sadəcə.
Məqtə beytdə isə sevgidə məcnunluq həddinə yetişdiyini dilə gə­tirir. Burada göründüyü kimi, müəllif yenə xəyalı-məc­nunanə eşqə meydan verir.
Ümumiyyətlə, Ramiz Abdullayevin arzularındakı sevgi anla­mında dünyəvi eşqlə sufiyanə eşqin təsvir tərənnümü paralel istiqamətdə düşünülür, yəni onun misralarında dərindən dü­şü­nü­­ləndə ikibaşlı mənalar özünü daha çox sezdirir: Bu sətirin üst qatından görünən real-həqiqi məna, bir də misranın alt ya­pısından boy göstərən məcazi məna.
Digər bir nümunədən aşağıdakı beytlərə dərindən diqqət etsək, dediyimizin təsdiqini görərik:
Nazı-qəmzən də mənim canıma dərman olsun
Əridək dərdi-qəmi, arzulara dönmək üçün
Cam gətir damlası bal tək, içi şərbət dolsun
Etiraz eyləməsən, tən yarıya bölmək üçün.
Bu beytlərdə fikrin həqiqi və məcazi məna çalarları müvazi şəkildə düşünülə bilər, hər bir halda sevgi qanadının yelkən­lə­ri­nin açılıb ilham pərilərini hərəkətə gətirdiyi açıq-aşkar duyulur.
Bir sözlə, Ramiz Abdullayev sevgi tərənnümçüsüdür, bu tə­rənnüm ifadəçisi olan lirik aşiq obrazı sənsən, mənəm, odur, bizik, bizim hər birimizdir; oxucularına sevgi duyğularını aşı­layan müəllifin isə pərəstişkarları həmişə var…
Başqa bir yerdə isə:
Tapmacaya dönüb çıxdın qarşıma,
Harda dolanıram, orda sən varsan,
-deyərək sevgilisini bir sehrli həyat tapmacasına bənzədir bə “bir bəla olmusan mənim başıma” - deyərək sevdiyinə ərkyana minnət qoyur. Əlbəttə ki, bu da bir cürə priyomdur, komp­limentdir ki, bunu da Ramiz müəllim özünəxas şəkildə işlədə bilir. Beləcə özünəxas deyimi, duyumu ilə Ramiz Ab­dullayev oxucularının üzünə bir sevgi dünyası açır.
Sevgi isə müqəddəsdir, bu müqəddəsliyə tapınanlar özləri də müqəddəsdirlər. Sevginiz qismətiniz olsun, əziz oxucularımız !
Ramiz Abdullayevin sevgi dünyası ilə üz-üzə qalıb onun yeni kitabını oxumaq da sizlərin ixtiyarınızdadır… Müəllifə isə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğur­ları arzulayırıq !
Söhrab Tahir AZƏR-AZƏR,
Xalq şairi, Prezident təqaüdçüsü;
Mədəd ÇOBANOV,
Nyu- York Elmlər Akademiyasının akademiki,
Ramiz ABDULLAYEV: Bayraq!..
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...
Ramiz ABDULLAYEV
SƏN EY VƏTƏN!...
Bu gün Vətən, sənin üçün həyatımdan keçərəm mən,
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
Səni azad etmək üçün son qanımı tökərəm mən,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən.
Bəsləyərək qucağında, bol nemət bəxş etdin bizə,
Şıltaqlığa sən dözərək, nə istədik verdin bizə,
Qeyrət, namus, Vətən eşqi, - bunu sən öyrətdin bizə,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən.
Bu gün sənin üzünü bürümüş soyuq küləklər,
Günəşin üzü tutqundur, çaxır göydə də şimşəklər,
Vətən oğlu, gəl birləşək, qovuşsun arzu, diləklər,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən!
AZAD EDƏCƏYƏM, SƏNİ QARABAĞ!..
Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!
Gəzirlər dağında, həm də düzündə,
İçirlər suyundan bulaq gözündə,
Demə ki, vəfasız çıxdın sözündə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!
Mənim də rüzgarım, günüm xoş deyil,
Çoxları didərgin, həm qaçqın deyir,
Ağlayır halıma yazılan şeir.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!
Axsa da cismimdən damla - damla qan,
Sənə qurban dedim sənindir bu can,
Baxacam hüsnündən açılanda dan.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!
SƏNİN QOLLARINDA ÖLMƏK İSTƏDİM
Düşünərək səni uzandim yatam,
Röyada hüsnünü görmək istədim.
Yorğun gündüzümü əzabin atam,
Sənin qollarında ölmək istədim.
Hər gecə təkrara dönür səhnələr,
Əllərim çöhrəndən saçları yığır.
Dəniz sahilini yuyur ləpələr,
Mənim göz yaşımı gözləyir baxir.
Bu gecən xeyirli qoy olsun sənin,
Sabahın sübh çağı mənli açılsın.
Ramiz, süz badənə mey dolsun sənin,
Ramiz ABDULLAYEV: Şeir qanadlarında...
Ramiz ABDULLAYEV: Qəzəl
Təbrik edirik, VÜQAR ƏHMƏD!...
filologiya elmləri doktoru, professor Vüqar Əhmədin ad günüdür.
Yaxşı yadımdadır, mənim onunla ilk tanışlığım
"Biznesmen" Filminin Qala gecəsi