Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediaxeb6/public_html/turan.info.az/engine/classes/templates.class.php on line 160 Mədəd Çobanov - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi https://turan.info.az/ tr Mədəd Çobanov - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi DataLife Engine XƏLƏFLİ SÖZÜNƏ ABİDƏ https://turan.info.az/yeni-neshrler/6593-xlfl-szn-abd.html https://turan.info.az/yeni-neshrler/6593-xlfl-szn-abd.html XƏLƏFLİ SÖZÜNƏ ABİDƏ

Çağdaş ədəbi-mədəni mühitin ən parlaq nümayəndələrindən olan Əli Rza Xələfli haqqında müxtəlif vaxtlarda fikirlərimi bölüşmüşəm. Yeni çıxan kitablarını, mətbuat səhifələrindəki yazılarını oxuduqdan sonra içimdə yenə söz demək ehtiyacı yaranıbdır. Bu da təsadüfi deyildir. Əksinə, reallığa, mahiyyətə söykənən olduqca ciddi tərəfləri vardır. Çünki onun zəngin yaradıcılığı özünün problematikası, düşüncə fakturasının rəngarəngliyi ilə o qədər əhatəli və çoxlaylıdır ki, hər dəfə bir başqa istiqamət məni yazıya, sözə təhrik etmişdir. Onun çağlayan ilhamı, bədii düşüncəsinin bitib-tükənməyən sərhədləri bir sonsuzluqla, bəlkə də, çox az-az istedad sahiblərinin yetişə biləcəyi imkanlıqla səciyyələnir. Qaynaqları isə çox-çox dərinlərə işləyir. Burada bəşər övladının ayaq tutub üzü dünyaya addımladığı ilk zamandan günümüzə qədərki bir məkan və zaman məsafəsi boy göstərir. Əli Rza Xələfli həmin zamanın içindən sıyrılıb qılınc kimi çıxır və bu yolun olanlarını, bu yolu gələnlərin aqibətini üzünə oxuyur. Ona görə də məqalələri, kitabları bu qədər sözə və təhlillərə ehtiyac doğurur. Haqqında rəngarəng, cild-cild təhlillər aparılır. Ədəbi mühitin istedadlı və tanınan nümayəndələri Mədəd Çobanovun və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabı da bu sıradadır və bunun nümunəsidir.

Məhz bütün müstəvilərdə “Xələflinin yaradıcılıq yolu” monoqrafiyasının müəllifləri (M.N.Çobanov və M.M.Çobanlı) və monoqrafiyanın həsr olunduğu Əli Rza Xələfli mənə lazımi qədər tanışdırlar. Təhlillərə keçməzdən əvvəl onu da əlavə edim ki, M.Çobanovun və M.Çobanlının şair, yazıçı, publisist Ə.R.Xələfli haqqında belə bir araşdırma aparması təbii və uğurludur. Bir növ çağdaş ədəbiyyatımıza, elmimizə həssas münasibətin nəticəsidir. Onu da əlavə edim ki, burada lazımi qədər əhatəli ümumiləşdirmələr, olanların diqqətlə izlənməsi və deyilənlərin ciddi elmi-nəzəri şərhi vardır. Çünki aparılan müqayisələr, yürüdülən nəzəri fıkirlər olduqca əsaslı mənbələrə, faktlara söykənir. “Düşüncədən sözə, yaxud söhbət kimdən gedir” adlı başlanğıc yazıda xüsusi olaraq vurğulanır ki, “Əli Rza Xələflinin əsərlərində tarixiliyin müasirliyi və müasirliyin tarixiliyi prinsiplərinə məqsədəuyğun halda riayət olunmuşdur. Bu mənada onun bədii yaradıcılığının ümumi mövzusunun, məzmununun əsasında səkkiz-on min illik tarixə malik olan qədim türklərin, o cümlədən də Azərbaycan türklərinin tarixi keçmişi və müasir həyatı — Vətən, Xalq, Millət; Vətən qayğısı, Vətən məhəbbəti, Vətən sevgisi; Vətən tarixi, Vətən dərdi, Vətən həsrəti və Vətənin gələcək problemləri, xalqımızın tarixi mədəniyyəti, müasir mədəni irsi, mənəvi dəyərlərin gələcək inkişafı və istiqamətləri, vüsal arzusu, gələcəyə nikbin baxışları, yüksək insani duyğuları, insana inam və s. poetik ifadə vasitələri ilə tərənnüm olunmuşdur” (s.9-10). Doğurdan da, Əli Rza Xələfli yaradıcılığı haqqında düşüncələri birmənalı səviyyədə bölüşdürməyin özünün çətinlikləri vardır. Çünki bu zəngin bədii düşüncədə elə tərəflər vardır ki, onlara diqqət yetirmədən bir bütöv olaraq istedadlı çağdaşımızı açmaq özü problemə çevrilir. Bəzən elə ciddi və gərəkli problemlər qaldırılır ki, bunlar etnosun tarixinin, mədəniyyətinin, keçib gəldiyi yolun ən ümdə faktı kimi mühüm əhəmiyyət daşıyır. Onların isə yazıya gətirilməsi üçün bəlkə də oxucuya istedaddan başqa bəsirət gözü də gərəkdir. Şərqin böyük sufi şeyxlərindən olan Şiblinin təbrincə desək, “bunu ancaq Haqq-taalanın xüsusi bir ehsanına və böyük lütfünə layiq olanlar bilə bilərlər”.

Monoqrafiyada Ə.R.Xələflinin yaradıcılığı müxtəlif problemlər üzrə qruplaşdırılır. “Karvan yolu bir omür”, “Şair, publisist, alim”, “Sinəsində yanan Vətən”, “Yurd yerində işıq”, “Sənətdə azadlığın rəngi”, “Bayatı: sözün çiçəyi, gülü”, “Bizim Araz ağrımız”, “Odda yanmaz dərdlərimiz”, “Böyük fıkir aynasında”, “Kimi necə görürsə”, “Tədqiqatlarından qısa xronika” və s. başlıqlar altında həllini tapan problemlər şair, publisist, nasir Ə.R.Xələflinin bir ədəbi sima olaraq çağdaş mühitin qarışıqlıqlarında hansı ideala kökləndiyini, bu qədər yazma ilə nələri demək istədiyini, cəmiyyətə, bütünlükdə insanlığa çatdıracaqlarını oxuyur və öyrənirik. Çünki bu gün yaşadığımız dünya bəlkə heç vaxt olmayacaq problemlərlə üz-üzədir. Baş verən fəlakətlər, qırğınlar, ayrı-ayrı güclərin iddiaları, mənəm-mənəmlik düşüncəsi, coşan ehtiraslar, vəzifə iddiaları, tayfa mərəzləri dünya nizamına xidmətdən çox təhlükələrə, qorxulu tendensiyalara yol açır. İnsanın təbiətə qarşı başladığı amansız səlib yürüşü və təbiətin özünün verdiyi dərslər nəticə çıxarmaq əvəzinə daha böyük səhvlərin edilməsi ilə sonuclanır. Azərbaycan bu ziddiyyətlərin, ixtilafların məngənəsində sıxılır, təng-nəfəs olur. Təbriz, Dərbənd, Göyçə, Borçalı, Qarabağ dərdlərini yaşamalı olur və digər problemlərə təhrik edilir. Bütün bunlar həyati göstəriş olaraq Ə.R. Xələflinin içindən keçir. M.Çobanov və M.Çobanlı da apardığı təhlillərdə çox doğru olaraq vurğulayır ki, “Əİi Rza Xələfli sinəsində və yaradıcılığında yurd yarası göynəyən şairdir. Şübhəsiz, yeri-yurdu talan edilmiş, yandırılmış və işğal edilmiş şairi başa düşmək çətin deyil. Ancaq Ə.R.Xələflinin vətəndaşlıq poeziyasının yalnız Qarabağla, bu ağrının təsiri ilə sözə çevrildiyini də demək olmaz. O, bütün varlığı ilə vətəni (və vətəndaşlığı) bütöv dəyər kimi qəbul edir. Onun yaradıcılığında tarixə münasibət də, günümüzün problemləri ilə üzləşmələr də bu dəyərin toxunulmazlığını təqdim edir. İndi dünyada qloballaşma prosesinin ağrıları yaşanılır. Üstəlik yeni kapital mühiti özünün amansız qanunlarını diktə etməkdədir. Təzadlı bir həyat yaşamaqdayıq. Gözümüzün qarşısında kapitalın dəmir dabanları mənəviyyat saraylarını dağıdır” (səh. 39). Ən dəhşətlisi mənəvi dəyərlərin sarsıdılması qorxusudur. Fikrimizcə, bəşər övladının bütün olanları içərisində mənəvi sərvətdən ucada dayanan başqa nəsnəsi yoxdur. Bütün zamanlarda böyük ziyalılar, şairlər, ədiblər qoruyucu missiyasını yerinə yetirməyə, aşınmaların qarşısını almağa çalışıblar. Maariflənmənin bir problem kimi XVIII əsrin sonu və XIX əsrin əvvəllərindən güclənən istiqamətdə intişar tapması məhz qorxulu tendensiyaların qarşısını almağa, mədəni səviyyəni qaldırmağa hesablanmışdır. XXI əsrdə isə texnikanın, virtual aləmin sürətli inkişafi müsbət tərəfləri ilə yanaşı, ciddi, olduqca qorxulu tendensiyaların mövcudluğundan da xəbər verir. Məhz bütün bunların yekunu və nəticəsi olaraq Ə.R.Xələfli “kor döyüşü gedir neçə yüz ildi, bəbəklər oyulur, gözlər tökülür” deyir və son olaraq buraya çal-çarpaz dağlar çəkilmiş vətəni əlavə edir, “bəlkələr içində vətən sökülür” söyləyir. “Sökülən vətən”in nələr yaşadığını, hansı fəlakətlərlə üzləşdiyini və ona mövqe nümayiş etdirməyin gərəkliyini bir yaradıcı olaraq vurğulayır.

Azərbaycan mətbuat tarixində “Kredo” qəzetinin mühüm rolu vardır. Bu gün ictimai, siyasi, mədəni mühitin bütünlükdə siyasiləşdiyi bir vaxtda sırf elmə, ədəbiyyata xidmət edəcək qəzetin qorunub saxlanması özü çox müşkül hadisədir. Lakin Ə.R.Xələfli öz yüksək əzmkarlığı, bacarığı və qabiliyyəti sayəsində “Kredo” qəzetini qoruyub saxladı. Onu Azərbaycan mühitinə bir ədəbiyyat, mədəniyyət qəzeti kimi təqdim edə bildi. Bəlkə də bunun indi fərqində deyilik, ancaq az vaxtdan, bir neçə onillikdən sonra bu qəzet əsaslı mənbə olaraq ciddi fakta çevriləcək. Gələcək nəsil lazım olanı, istədiklərini daha çox onun səhifələrində tapacaq. Xalqa, ədəbiyyata, mədəniyyətə ləyaqətlə xidmət etməyin nümunəsini görəcəklər. Yazılarımın birində bir məsələni vurğulamışam və təkrar burada yenə deyərəm ki, “Kredo” qəzeti XIX əsrin sonlarında H.Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin ən layiqli varisidi, XXI əsrin “Əkinçi”sidir. Oradakı köşə yazıları, redaktordan adı ilə gedən məqalələr Ə.R.Xələflinin bədii təfəkkürünün, elmi müşahidələrinin, zəkasının zənginliyini və yazıya gətirmək bacarığını ifadə edir. Qəzetin səhifələrində gedən məqalələr problem aktuallığı, ədəbiyyatın çağdaş mənzərəsi, ədəbi-nəzəri fikrin nələrlə nəfəs alması haqqında dolğun informasiya verir. Son olaraq “Kredo” qəzeti müasir ədəbi prosesin ağırlığını öz çiyinlərində daşıyır. Bunun isə enerji qaynağı, gücü Ə.R.Xələflinin böyüklüyü, vətəndaşlıq sevgisinin sonsuzluğu, istedadı və ucada dura bilmək bacarığı ilə bağlıdır. Ədəbiyyatşünas alimimiz Q.Bayramov çox doğru olaraq vurğulayır ki, “Əli Rza Xələflinin bir ziyalı kimi fəaliyyəti göz önündədir, necə ki, “Kredo” qəzeti göz önündədir... O yaradıcı təfəkkürə malik təşkilatçıdır və istedadlı şəxsləri öz arxasınca aparmağı bacarır, təfəkkürünün şkalasına görə öndə getməyi bacarır” (səh.109).

Əli Rza Xələfli qüdrətli şair, yorulmaz tədqiqatçı, istedadlı nasir olduğu kimi, həm də alovlu publisistdir. Onun publisistikası zaman-zaman öyrəniləcək, nümunələri dərs vəsaitlərinə daxil ediləcəkdir. “Xələflinin yaradıcılıq yolu” kitabının müəllifləri Ə.R.Xələflinin publisistikamızın inciləri sayılacaq örnəkləri - nümunələri kitaba daxil etsəydilər, çox faydalı bir iş görmüş olardılar. Ə.R.Xələflinin “Söz qəlbimin səsidir”, “Kim yanmırsa, his verir”, Ağ buludun yağışı”, “Qəlbindəkini deməyən”, “Atamın türkəş çəliyi”, “Könül evindən sevinsin...” kimi yazılarının - bir dəfə oxunmaqla yaddaşlara yazılan və unudulmayan yazılarının hər biri oxucunu silkələmək gücündədir. Oxuyanlar mənimlə mübahisəsiz də razılaşar, qalanlarını Xələfli demiş, “ariflər bilər”.

Ədəbi-mədəni mühit Ə.R.Xələflinin yaradıcılığı haqqında lazımi qədər fikir yürütmüşdür və bu gün də yürütməkdədir. Onun hər bir əsəri ictimaiyyətə təqdim edilən kimi ciddi təhlillərin, elmi-nəzəri mülahizələrin faktına çevrilir. Bu da təsadüfi deyildir və ədibin yaradıcılığına marağın çoxluğunu aydınlaşdırır. Çünki istedadlı çağdaşımız nəyi necə deməyin gərəkliyini daha yaxşı bilir və yazılarında bilməkdən əlavə də etnosu, onun problemlərini, tarixini, müasir mənzərəsini verməyi bacarır. Poeziyası, nəsri, publisistikası bütün olanları bilib xalqa çatdırmağa köklənmişdir. Onun vulkanik enerji qaynağını isə böyük sevgi, milli və bəşəri ideallar təşkil edir. Mədəd Çobanovun və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu” kitabı məhz bu sevginin mahiyyətini açmaqdan, şair, yazıçı, publisist, alim Ə.R.Xələfli yaradıcılığının əhatəliliyinin, əzəmətinin sirlərini bütün tərəfləri ilə geniş Azərbaycan auditoriyasına çatdırmaqdan ibarətdir. Burada dilçi alimimiz Mədəd Çobanovun, tədqiqatçı Müşfiq Çobanlının və şair, yazıçı, publisist Əli Rza Xələflinin idealları, düşüncələri bir küll halında cəmlənir. Bütünlükdə Azərbaycan ədəbi-mədəni mühitinin məzmunu görünür.



Mahmud ALLAHMANLI,

filologiya elmləri doktoru, professor.

Respublika.-2018.- 22 mart.- S.6.]]>
admin Thu, 19 Feb 2026 22:44:43 +0000
ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUB https://turan.info.az/elm/humanitar/6590-adpu-nun-kafedra-mdr-razm-mmmdlnn-elm-mqals-cnub-koreyada-drc-olunub.html https://turan.info.az/elm/humanitar/6590-adpu-nun-kafedra-mdr-razm-mmmdlnn-elm-mqals-cnub-koreyada-drc-olunub.html ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏRC OLUNUB TƏBRİK EDİRİK!.. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi 22 oktyabr 2025-ci il tarixli Sərəncamından sonra düz bir əsr öncə keçirilmiş qurultayın nə səbəbə və hansı məqsədlə keçirilməsi, onun təşkilatçıları, keçirilən iclaslar, müzakirəyə çıxarılan məsələlər və s. ilə bağlı bir sıra araşdırmalar aparılır, kitablar, məqalələr çap olunur, qurultayın müsbət və mənfi cəhətlərinə aydınlıq gətirilir. Elə bu günlərdə tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universite¬tinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovun “Türk xalqlarının həya¬tında tarixiləşən qurultay” sərlövhəsi məqaləsi 2026-cı il yanvarın 8-9-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə Elmin inkişafı” adlı V Beynəlxalq Elmi və Praktik Konfransının Materiallarında dərc olunmuşdur.
Məqalədə 1926-cı il fevralın 26-da Bakıda keçirilmiş Ümumtürk xalqlarının Birinci Türkoloji Qurultayı tədiqata cəlb olunur. Göstərilir ki, həmin ilin mart ayının 6-na kimi davam edən bu Qurultayda türk xalqlarının milli-mənəvi dəyərlərinin yüksəlməsinə yönələn müəyyən məsələlər müzakirə olunmuşdur.
Məqalədə xüsusi olaraq vurğulanır ki, tanınmış türkoloq, görkəmli dilçi-alim, akademik Mədəd Çobanovun düz 20 il əvvəl 2006-cı ildə işıq üzü görən və elə bu günlərdə təkrarən nəşr olunan “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” adlı kitabında da həmin tarixi hadisədən bəhs olunur. Alim türk dillərinin müasir probleminə toxunaraq yazırdı: “Hər şeydən əvvəl Avropa və Asiya qitələrində yaşamış, qədim tarixə malik olan türk xalqlarının keçmiş şərəfli və keşməkeşli tarixi yalnız kitabələrdə, kitablarda, arxiv sənədlərində yox, eyni zamanda, o həm də mənşəyi və tipologiyası cəhətdən bir-birinə yaxın və qohum olan türk dillərinin “tarixi yaddaşı”nda həkk olunması və tədricən inkişaf edə-edə bu günümüzə qədər gəlib çatması ilə əlaqədar olmuşdur”. Məsələni müasir dövrün əsas problemi kimi dəyərləndirən akademik Mədəd Çobanov onun çıxış yolunu “Altay epoxasından üzü bəri qədim dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim soykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətə, tarixin sınaqlarından çıxmış adət-ənənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq”da görür, bir sıra qiymətli mülahizələr söyləyərək onların reallaşmasının elmi əsaslarını nəzərə çatdırır.
Türk xalqlarının bir-birinə yaxınlaşmasını, inteqrasiya etməsini müasir dövrdə həllini gözləyən ən aktual problem hesab edən akademik Mədəd Çobanov qeyd edirdi ki, “dünyanın istər mənşəcə qohum olan və istərsə də dini baxımdan eyni inama, mədəniyyətə xidmət edən ayrı-ayrı xalqları siyasi, iqtisadi və mədəni cəhətdən bir-birinə yaxınlaşdığı, bir-birinə inteqrasiya olduğu kimi, soykökü, mənşəyi-qohumluğu, dini-inamı, adət-ənənələri də bir-birinə demək olar ki, eyni olan türk xalqlarının da siyasi, iqtisadi, mədəni və strateji baxımdan bir-birinə yaxınlaşması, bir-birinə qovuşması, inteqrasiyası günün ən aktual məsələlərindən biri olmalıdır”.
Mərhum türkoloq-alim Mədəd Çobanovun fikrincə məsələnin həlli “fikir və düşüncəni türk xalqlarının ədəbi dillərinin birliyinə doğru yönəltmək” istiqamətində aparılarsa bu, problemin tezliklə çözülməsinə səbəb olar. O, gəldiyi qənaətləri belə ümumiləşdirir: “Çünki hər bir xalq bəşəriyyətə özünün qədim köklərə, ənənələrə malik ana dili ilə təqdim edir. Bu təqdimat isə, hər şeydən əvvəl, özünü etnoqrafik (adət-ənənələrə və məişət münasibətləri), etnopsixoloji (xalqın elmi düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə büruzə verir”.
Biz də redakdiya heyətimiz adından, dəyərli ziyalımız, tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universite¬tinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovu “Türk xalqlarının həya¬tında tarixiləşən qurultay” sərlövhəsi məqaləsinin 2026-cı il yanvarın 8-9-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə Elmin inkişafı” adlı V Beynəlxalq Elmi və Praktik Konfransının Materiallarında dərc olunması münasibətilə ürəkdən təbrik edir və ona şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az

Mammadov Razim (Azerbaijan State Pedagogical University, Faculty of Philology, Head of the Department of Literature, Doctor of Philosophy in Philology, Associate Professor, ORCİD 0000-0002-5694-9501). A hıstorıcal congress ın the lıfe of the Turkısh peoples. // “Advancing science with collaborative innovation”. Proceedings of the V International Scientific and Practical Conference. Publisher: «World of Conferences», Seoul, South Korea, 8-9 January, 2026, 134 p., pp. 60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
URL: https://conference-w.com/ E-poçt: info@conference-w.com
UDC 001.1, BBC 1, ISBN 978-92-44514-84-9

Məmmədov Razim (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi, Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, ORCİD 0000-0002-5694-9501). Türk xalqlarının həyatında tari¬xiləşən qurultay. // Elmin əməkdaşlıq innovasiyası ilə inkişafı. V Beynəlxalq Elmi və Praktik Konfransın materialları. Naşir: «Konfranslar Dünyası», Seul. Cənubi Koreya, 8-9 Yanvar, 2026, 134 səh., səh.60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
Veb sayt: https://conference-w.com/ E-poçt: info@conference-w.com
UDC 001.1, BBC 1, ISBN 978-92-44514-84-9


Маммадов Разим (Азербайджанский государственный педагогический университет, Филологический факультет, Заведующий кафедрой литературы, Доктор философии в области филологии, доцент, ORCID 0000-0002-5694-9501). Исторический конгресс в жизни Турецких народов. «Развитие науки посредством совместных инноваций». Материалы V Международной научно-практической конференции. Издательство: «Мир конференций», Сеул, Южная Корея, 8-9 января 2026 г., 134 с., с. 60-65.
DOI https://doi.org/10.5281/zenodo.18234565
https://conference-w.com/wp-content/uploads/2026/01/SK.S-0809012026.pdf
Веб-сайт: https://conference-w.com / Электронная почта: info@conference-w.com,
УДК 001.1, BBC 1, ISBN 978-92-44514-84-9]]>
admin Wed, 21 Jan 2026 21:22:57 +0000
NƏNƏXANIM BAYRAMOVA: "UNUDULMAZ MÜƏLLİMİMİZ - AKADEMİK MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/tiflis/6587-nnxanim-bayramova-unudulmaz-mllmmz-akademk-mdd-obanov.html https://turan.info.az/gurcustan/tiflis/6587-nnxanim-bayramova-unudulmaz-mllmmz-akademk-mdd-obanov.html NƏNƏXANIM BAYRAMOVA: "UNUDULMAZ MÜƏLLİMİMİZ - AKADEMİK MƏDƏD ÇOBANOV"Mən A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji Universitetinə qəbul olarkən sevincimin həddi-hüdudu yox idi. Axı, burada adlarını qazetdə oxuduğum böyük alimlər və hörmətli insanlar - Mədəd Çobanov, Adil Mişiyev, Valeh Hacıyev, Alı Musayev və başqaları mənim müəllimlərim olacaqdı. Orta məktəb dövründə “Gürcüstan” qəzetini sevə-sevə oxuyurdum. Ordan bilirdim ki, Tbilisidə belə bir ali məktəb var. Və ədəbiyyata marağım çox idi...
Nəhayət, auditoriya qapılarını açdım. Tələbə yoldaşlarımla ta-nış oldum. Diqqətimi Universitetimizin professoru Mədəd Ço-banovun qızı Aygül Çobanova cəlb etdi. Sevindim ki, belə bir böyük alimin qızı ilə oxuyacağam.
Günlərin birində isə auditoriyamıza ağsaçlı, nurani sifətli bir müəllim daxil oldu. Özünü təqdim etdikdə isə, məlum oldu ki, bizim yeni müəllimimiz haqqında hələ çox çox əvvəllər çox oxu-duğum, çox eşitdiyim professor Mədəd Çobanovdur.

Elə ilk mühazirədəncə aydın oldu ki, Mədəd müəllim olduqca zəngin savadlı bir alimdir. Onun, ana dilimizin yaranması, inki-şafı, tarixi, fonetikası, orfoepiyası, sintaksisi, linqvistikası, ono-mastikası, antroponimikası, toponimikası və s. haqqında bizə bi-lik verməsi, dərs keçməsi heç vaxt yadımdan çıxmır. Gözlərimin önündə hər zaman canlanır.
Tələbə, əlbəttə, həmişə zəngin savadlı müəllimindən öyrənər, örnək götürər. Biz də Mədəd müəllimdən öyrənirdik. Elə o vaxtlar artıq Mədəd müəllimin kitabları, hətta dərslikləri və dərs vəsaitləri də nəşr olunmuşdu. Mədəd müəllim həmin kitablardan başqa, bizə əlavə ədəbiyyat siyahısı da yazdırar, onları da oxu-mağı tövsiyyə edirdi. Biz də, böyük məmnuniyyətlə, sevimli müəllimimizin tövsiyyələrinə əməl edərdik...
Mən Mədəd müəllimin kitablarını Bolnisidəki kitab mağaza-sında görən kimi necə sevinərək aldığım gün heç vaxt yadımdan çıxmır...
Bir dəfə necə oldusa, gözəl, şirin bir dərs zamanı nəsə, xəyala dalaraq, sanki özümdən asılı olmayaraq, mən pəncərədən uzaq-lara baxırdım. Xəyalımda da Mirzə Şəfi Vazehin Tbilisinin hansı güşəsində yaşaması gəlib keçirdi... Elə birdən səs gəldi: - Ay qız, hara baxırsan? Fikrin, xəyalın hardadır?..” - dedi Mədəd müəllim. Dərsdən sonra isə məni yanına çağırdı: - “Bala, düzünü de, sən şeir, hekayə və ya nəsə, povest, roman yazırsanmı? - deyə soruşdu. Çiyinlərimi çəkdim...
Müəllim hardan bilsin ki, mən poeziya aşiqiyəm, elə bu gün səhər-səhər M.Ş.Vazehin şeirlərini, həyat və yaradıcılığını oxu-muşam, ona görə də Vaxtilə Mirzə Şəfinin gəzdiyi Tbilisi küçə-ləri gözlərim önündə canlanırdı...
O da yadımdadır ki, Mədəd müəllim gürcü orta məktəbini bi-tirmiş tələbə yoldaşlarımızın, o cümlədən Nazirə İskəndərovanın (hazırda Amerikada yaşayır) öz ana dilimizi daha yaxşı öyrən-məsinə, dərk etməsinə çalışırdı...
Mədəd müəllimin oğlu Müşfiq Borçalının da adını çox eşitmiş-dim. (Axı o, həm də tələbə yoldaşım Aygülün qardaşıdır!..) Onun 1990-cı ildə çap olunmuş “Ağır elli Borçalı” kitabını da alıb oxumuşdum. Kitabda Borçalıda yaşayıb-yaradan şair və yazıçıların Borçalı sevgili əsərləri ictimaiyyətə ilk dəfə təqdim olunurdu. Bir-iki dəfə özünü də uzaqdan görmüşdüm. Fəxr edirdim ki, belə dəyərli insanlarımız var.
Aygül ilə münasibətim çox yaxşı idi. Amma ikinci kursdan sonra onlar ailəliklə Bakıya köçdülər...
Beləcə, aylar keşdi, illər ötdü...
Sonralar sosial şəbəkədən Aygülü və Müşfiq bəyi tapdım. Çox sevindim. Dostluğumuz davam etdi...
Tələbə qızlardan ibarət bir qrupumuz var. Həmişə Mədəd müəllimi yada salırdıq, onun haqqında ürəkdolusu danışırdıq. Söhbət zamanı Mədəd müəllimin yeni-yeni nailiyyətlərini, onun doğma el-obasını unutmadığını, tez-tez yurduna baş çəkməsini, vaxtilə təhsil aldığı Darvaz kənd orta məktəbinə dəstək göstərməsini, məktəblilərə müntəzəm olaraq dərs ləvazimatları hədiyyə etməsini eşitdikcə qəlbim dağa dönürdü...
İndi isə onun haqq dünyasına qovuşduğunu eşitdim, çox kə-dərləndim... Axı, Müşfiq bəylə danışmışdım Bakıya gələndə Mədəd müəllimlə görüşəcəkdim, yeni kitablarını alacaqdım.
Allah sizə rəhmət eləsin, Mədəd müəllim!
Torpağınız nurla dolsun, yeriniz cənnət olsun.
Bizim əziz və unudulmaz müəllimimiz!..
Sizin əziz xatirəniz bizim qəlbimizdə əbədi olaraq yaşayacaq!..

Keçmiş tələbəniz

NƏNƏXANIM BAYRAMOVA
Gürcüsran, Bolnisi rayonundakı Qoçulu kənd məktəbinin müəllimi

ZiM.Az


.]]>
admin Tue, 20 Jan 2026 14:49:59 +0000
BANA DOKTORA DİPLOMU VEREN İNSAN!.. https://turan.info.az/elm/humanitar/6492-bana-doktora-dplomu-veren-nsan.html https://turan.info.az/elm/humanitar/6492-bana-doktora-dplomu-veren-nsan.html BANA DOKTORA DİPLOMU VEREN İNSAN!..
Akıllı, abirlı, hayali, medeni, ince ruhlu, temiz yürekli,
Altın gibi, ter-temiz, dürüst, hümanist insan...

Ay değerli Hocam Medet Çobanov... Bana Doktora diplomu veren insan!.. Sen o iki Gürcü Professoru benim Jurime gondermeseydin, belki ben bu gün buralarda olmazdım... Ter temiz insan, abirl, hayali, dürüst.. Altın gibi insan... Heyif senden... Keşke bir gün seni ziyaret etseydim... Sen Doktorluk işini Müdafie ederken... Ben Müdafie şurasında sekretar idim. Senedlerini ben hazırladım. İmza için çeşitli hocalara götürdüm. Dedin ki, “Tamilla, benim derslerim kalıp... acele Tiflise donmeliyim.” Dedim ki, “döne bilirsiniz... ben her şeyi yaparım.” Cok memnun kaldı. Hakkim sana helal olsun, Prof. Dr.Medet Hocam. Mekanin cennet olsun..

Heyif senden, Medet Hocam.... Çok heyif... Ölen vaxtin de-ğildi... Ne kadar işlerin yarım kaldı... Heyif senden...

Olamaz... Lütfen deyin yalandır... 2 gündür ben onun bana yardım etmesinden yazdım... O bana Tiflis üniversitesinden 2 professor getirdi... Ben de ona Filologiya Elmler Doktoru muda-fiesinde... bir az yardım ettim. Benden o kadar memnun idi ki... Tiflis"den geliyordu... Derslerini bırakıp gelmek zor idi... Bana diyordu: “Tamilla hanım, bu işleri yap...”

O kadar utangaç, medeni, akıllı, temiz yürekli... Çok üzül-düm... gözyaşlarımı tutamadım... Heyif senden Prof. Dr.Medet Cobanov... Çok üzgünüm... Nur içinde yatsın.. Dünyadan bir güzel insan gitti...

Muşfiq hocam... Ben hiç bilmiyordum ki, Tiflis üniversi-tesinde Amerikanist Professorlar var. Rahmetlik kendisi söyledi. Dedi ki, gideyim, arastirayim... Sen mutlak doktorami yapmalısan. Ne kadar ince ruhlu, medeni, akıllı, hümanist insan. Ben onun yaxsiligin umuda bilirmiyim? Mümkün değil... Bakıya ge-lim... Beni onun mezarına götürün...


Dr.professor
TAMELLA ALİYEVA,
Türkiyədə Muş Alparslan Universitetinin
Türk dili və ədəbiyyatı
kafedrasının müdiri,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.]]>
admin Wed, 17 Dec 2025 22:23:10 +0000
QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ: "ÖLÜM SON DEYİL" https://turan.info.az/elm/humanitar/6554-qymtl-db-bd-abd-lm-son-deyl.html https://turan.info.az/elm/humanitar/6554-qymtl-db-bd-abd-lm-son-deyl.html QİYMƏTLİ ƏDƏBİ-BƏDİİ ABİDƏ: "ÖLÜM SON DEYİL"

Tanınmış alim, görkəmli türkoloq, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "Ölüm son deyil" poeması, yazıçı-şair İsaxan İlyazoğlunun yaratdığı bədii abidədir.
Yüksək insani keyfiyyətlərə malik olan Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətini, ictimai-siyasi həyatdakı rolunu, Azərbaycan dilinə və elminə verdiyi töhfələri müəllif bədii dilin imkanlarından istifadə edərək ideal insan obrazı yaradıb.
Əsərin başlanğıcında səlis və axıcı dillə Uca Yaradana, "Ey Uca Yaradan, ey Pirlər Piri", - deyə müraciət etməsi, yazılacaq yazının nə qədər məsuliyyətli olduğuna işarədir.
Poemada cəmiyyət və fərdlər arasında yüksək nüfuza malik bir müəllim obrazı ilə paralel bir alim, bir ustad, bir ilahi varlığın bədii portreti yaradılıb.
Poemada:
"Alimlər içində Mədəd adında
Peyğəmbər misallı alim yaratdın!"
- deyimi ilə müəllimini Peyğəmbərlərin məqam dərəcəsinə qaldırır. Bu da, İslam dininin fəlsəfi baxışlarına tam uyğundur.
Əsərdə bir alim ömrünün mənalı yaşam hekayəsi məharətlə qələmə alınıb.
Əsərin baş qəhrəmanı şairin sevimli müəllimi olsa da, sujetin alt qatında bir neçə müqəddəs üçlüyün vəhdətini görürük. Birinci üçlükdə müəllimin ömrü, zirvəsi qarlı uca dağa, nurlu çırağa, əriyən muma bəzədilir. Tələbələrini öz ziyası və nuru ətrafında cəm etməyi bacaran ustad müəllimini Xoca simasında görür və el ağsaqqalı olduğunu təsdiqləyir. Onu müasir dövrün Dədə Qorqudu adlandırır.

"Bir insan tanıdım ömrü mənalı
Fikri, düşüncəsi, zəkası dərin.
O Qorqud misallı el ağsaqqalı
Başında olardı, xeyrin-şərin".

İkinci müqəddəs üçlükdə isə Peyğəmbər, Dədə Qorqud və Xoca simasını özündə cəmləyən ideal insan obrazı görürük.
Gənc nəsillərə el-oba sevgisi, Vətən məhəbbəti daşıyan Türkoloq alimin daha bir özəlliyi şairin diqqət mərkəzindədir. Belə ki, şair, bu günün aktual məsələsi olan Turançıllq ideyasını hələ keçən əsrin 80-ci illərində sevimi müəlliminin necə də sevə-sevə təbliğ etdiyini diqqətə çatdırır.
"Bizə həyat dərsi keçdi o insan,
İlk sözü Vətəndi, son sözü Turan!" - deməsi müəlliminin dərin ideya və məfkurə sahibi olduğunu təsdiqləyir.
Üçüncü müqəddəs üçlükdə, olum, ölüm və əbədi həyat görürük. Hər şeyin Uca və Yaradanın əmri ilə müəyyən zaman və məkan arasında baş verdiyinə şahid oluruq.
Üç iyun 2023-cü il... Vida günü...
Haqqın əmri ilə akademik Mədəd Çobanov Əbədiyyətə qovuşduğu günü müəllif çox kədərli və duyğusal hislərlə qələmə alıb. Vida gününün ağırlığı altında tabutun ağırlığını hiss edən şair: "Görəsən, nə varmış tabutdan ağır?!" – deyə özü-özünə sual edir.
Bu sətir müəllimlə tələbə arasında ruhu bağlılığın olduğunu təsdiqləyir.
Həyatda Haq, Səbəb və Yaradılan olan yerdə təsadüf deyə bir şey yoxdu...
Dədə Qorqud misallı alimin də Bakının Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılması haqqın əmri deyilmi?..
Əsərin sonunda, o ağır günün ikinci ildönümü, Müəllim məzarının ziyarət olunması səhnəsi böyük ustalıqla təsvir olunur.
Əvvəlcə qəbiristanlığa, başdaşına və məzara ehtiramla Salam verən şair, sonra ruh halına keçərək yazır:
“Bura lal məkandı, qulağı sağır,
Səcdəyə göylərdən mələklər endi.
Burda hər nəsnənin zəhmi çox ağır,
Kədərdən ürəklər bölünür indi.
Məzar gül-çiçəkdi, göydən nur yağır,
Kimin kim olduğu bılinir indi!..”

Burada məkanın lal və kar olduğunu, nur yağışı yağdığını, hətta mələklərin də səcdə üçün göylərdən yerə endiyini şairin görməsi və oxuculara göstərməsi heyrətamizdir.
Əsərdəki sonuncu müqəddəs üçlük olan Yaradan, Zaman və Məkan anlayışları ümumbəşəri fəlsəfi mahiyyət daşıyır.
Şair ölümün son olmadığını, həyatın əbədi olduğunu sözlə təsdiqləyir. Mənalı ömrün Nura çevrilərək Əbədiyaşar olduğuna inanır və oxucusunu inandırır.
Bir sözlə, bu əsər tələbənin sevimli müəlliminə sözlə yaratdığı qiymətli ədəbi-bədii abidədir.


ZAKİR İSMAYILOV
TDPU-nun məzunu,
filoloq,]]>
admin Wed, 17 Dec 2025 22:12:18 +0000
Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) https://turan.info.az/edebiyyat/poeziya/6359-sn-br-gn-oldun-xatrlrd-akademik-mdd-obanovun-ziz-xatirsin.html https://turan.info.az/edebiyyat/poeziya/6359-sn-br-gn-oldun-xatrlrd-akademik-mdd-obanovun-ziz-xatirsin.html Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..."  (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) Qarışıq dövrdə, çətin zamanda,
Bir oğul doğuldu Darvaz elində.
Bu millət qalanda ahda-amanda,
Bir ana sevindi dua dilində.

Xalq mədəd diləyir o vaxt Allahdan,
Şeytandan, iblisdən xilas arayır.
Köməyə yetişsin Ulu Yaradan,
Hamıya köməyə bir O yarayır.

Uşağın adını Mədəd qoydular,
Dedilər: “Arzumuz qoy Mədəd olsun!”
Arzuyla şeytanın bağrın oydular,
Bəlkə diləyimiz yerini alsın.

Dil açıb böyüdü, məktəbə getdi,
Sarıldı bu uşaq kitab-dəftərə.
Zəhmətlə oxuyub kamala yetdi,
Məqsədi elm oldu onun bir kərə.

Ali məktəblərə o ayaq açdı,
Baxmadı çətinə, almadı vecə.
Yüngül həvəslərdən uzağa qaçdı,
Çalışıb oxudu o gündüz-gecə.

Türkün dili çox daş olub,
Şaqqıldaşır yad başında.
Hər fürsətdə yağı olub,
Boğmaq istər göz yaşında.

Görünməmiş dərdlər gördü,
Bu millət çox aldı yara.
Sevinci yox, kədər gördü,
Otuz yeddi çəkdi dara.

Yenə səbrin yolu geniş,
Səbr eylədi, dözdü millət.
Qarşıdaydı yoxuş, eniş,
Yeriyirdi canda zillət.

Dili qorumağa vardı ehtiyac,
Mədəd də bu yolu seçib oxudu.
Bir gün çörək tapdı, bir gün oldu ac,
O çətin zamanı keçib oxudu.

Qarşıda məqsədi alim olmaqdı,
Dilə sahib çıxıb oxuyacaqdı.
Yağıdan, yadlardan öcün almaqdı,
Hər tələni yıxıb qoruyacaqdı.

Allahı üzünə güldü bu gəncin,
Açıldı önündə onun qapılar.
Qalxıb pillə-pillə durdu ucada,
Əlbət qaranlığa işıq tapılar.

Orta məktəbini bitirib getdi,
Ali məktəblərə üz tutdu o da.
Yaradan yolunu işıqlı etdi,
Çatdı böyük ünə, şöhrətli ada.

Bir zaman oxuyub, elm öyrəndiyi,
Ali məktəblərdə müəllim oldu.
Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.

Gülümsər üzüylə, şirin diliylə,
Hər sözə-söhbətə sığal çəkərdi.
Beləcə dayanıb elm ocağında,
Millətin qəlbində türklük əkərdi.

Tanındı hər yerdə Mədəd müəllim,
Şöhrəti, ad-sanı gəzdi cahanı.
Elmin yollarında ucaldıqca o,
Həm ruhu dincəldi, həm də ki canı.

Bakı cazibəsi çəkdi özünə,
Onun biliyinə qiymət verdilər.
Borçalı oğlunun Azərbaycanda
Nurlu simasında vüqar gördülər.

Neçə tələbəyə cığır açdı o,
Yolunda yeriyib alim oldular.
Onun ziyasından, onun nurundan
Sönməyən əbədi məşəl aldılar.

Onun səs-sorağı okean aşdı,
Çağladı çay kimi, dünyanı tutdu.
Yüksək kürsülərdən gəldi sədası,
Şirin türk diliylə zirvəyə çatdı.

Amerka, Nyu-York Akademyası
Onu sırasında görmək istədi.
Belə ad hər kəsə qismət olmayır,
Tanrının nəzəri başı üstədi.

Həqiqi üzv oldu Mədəd müəllim,
O böyük mərkəzdə, o böyük yerdə.
Elmi ad, təltiflər gəldi dalbadal,
Akademik kimi yüksəldi bir də.

Allahın ən xoşbəxt bəndəsi oldu,
Beş övlad bəxş etdi vətənə alim.
Özü alim idi, övladları da
Ali savad alıb, oldular alim.

“Meyvə budağından kənara düşməz”,
Bu hikmətli sözü dədələr deyib.
Yaxşını çəkiblər hər zaman başa,
Onlarla güvənib, onları öyüb.

Atanın yolunu tutub övladı,
Onlar da mətinlə bu yolu gedir.
Xalq unudan deyil alim oğlunu,
Adını hörmətlə daim yad edir.

İşıqlı yolları qoyub bizlərə,
Mədəd Çobanov da Haqqa yeridi.
Ona rəhmət deyək gündə yüz kərə,
Qazandığı gözəl cənnət yeridi.

Nurlu əməllərin parlayacaqdır,
Cəsədin yatsa da bu qara yerdə.
Millətin yolunda alışıb yandın,
Sən bir günəş oldun xatirələrdə.

Əflatun Hüseynoğlu
Şair-publisist, din xadimi.
Borçalı Keşəli kəndi.
26–28.02.2024.]]>
Nicat Əmirov Wed, 17 Dec 2025 22:11:59 +0000
Müşfiq Borçalının “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva və Leyla Eradze” adlı növbəti elmi məqaləsi çap olunub https://turan.info.az/esas/6537-mfiq-boralnn-ada-azrbaycan-grc-dbi-laqlri-dilar-liyeva-v-leyla-eradze-adl-nvbti-elmi-mqalsi-ap-olunub.html https://turan.info.az/esas/6537-mfiq-boralnn-ada-azrbaycan-grc-dbi-laqlri-dilar-liyeva-v-leyla-eradze-adl-nvbti-elmi-mqalsi-ap-olunub.html Müşfiq Borçalının  “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva və Leyla Eradze” adlı növbəti elmi məqaləsi çap olunub Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-86842722 - mborcali@gmail.com) “ELMİ İŞ” Beynəlxalq elmi jurnalının (“SCIENTIFIC WORK” International Scientific Journal) 19-cu cildinin 8-ci sayının 32-47-ci səhifələrində “Çağdaş Azərbaycan-gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva və Leyla Eradze” adlı növbəti elmi məqaləsi dərc olunub.
Məqalədə görkəmli Azərbaycan və gürcü ədəbiyyatşünas alimləri Dilarə Əliyeva və Leyla Eradzenin yaradıcılıqları konteksində Azərbaycan-gürcü ədəbi əlaqələri araşdırılır. Qeyd olunur ki, XX əsrin ortalarından başlayaraq, Azərbaycan və gürcü ədəbiyyatlarında, bədii düşüncədə, xüsusilə də, poeziyada olan ədəbi dostluq, elmi müstəvidə ədəbiyyatşünaslıq kontekstində yeni bir mərhələ təşkil etmişdir. Görünür, bunu doğuran müəyyən səbəblər vardı; hər şeydən əvvəl, Azərbaycanın xalq şairi, akademik Səməd Vurğunun gürcü şair və yazıçıları arasında məşhur olması, tez-tez Gürcüstana səfər etməsi və İttifaq miqyasında şöhrəti, eləcə də, Gürcüstanda yaşayan azərbaycanlı şair və yazıçıların həmin prosesdə yaxından iştirakı bu ədəbi əlaqələri intensivləşdirmişdir.
Ədəbiyyatşünaslıq müstəvisində bu əlaqələr tanınmış Azərbaycan ədəbiyyatşünas-alimi, yazıcısı, tərcüməçisi və ictimai xadimi Dilarə Əliyeva (1929-1991) və tanınmış gürcü ədəbiyyatşünas-alimi, şairi, tərcüməçisi və diplomatı Leyla Eradze (1930-1998) arasında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Araşdırmalarında gürcü ədəbiyyatı mühüm yer tutan ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Dilarə Əliyeva ardıcıl olaraq elmi yaradıcılıqla məşğul olmuş, Azərbaycan və gürcü ədəbi əlaqələrini, xüsusilə də, “Koroğlu” dastanının gürcü variantını, görkəmli Azərbaycan və gürcü şairləri Nizami Gəncəvi və Şota Rustaveli mövzusunu araşdırmaqla yanaşı, Azərbaycan və gürcü ədəbi dostluğunun təbliğatçısı rolunu oynamışdır.
Dilarə Əliyeva həm də həm də təcrübəli tərcüməçi kimi fəaliyyət göstərmiş, o, bir sıra tanınmış gürcü yazıçı və şairlərinin əsərlərindən tərcümələr etmişdir. İlk dəfə 1972-ci ildə gürcü dilindən tərcümə etdiyi hekayələri “Qardaşlar” adı altında çap etdirmiş, sonra özünün “Bir gecənin sevinci” adlı hekayələr kitabını oxucuların ixtiyarına vermişdir. Bundan sonra ədəbiyyat-şünasın yaradıcılığında gürcü ədəbiyyatından tərcümələr yenidən önə çıxmışdır. Arçil Sulakau-rinin “Aşağı-yuxarı” povest və hekayələr, Mixail Cavaxaşvilinin “Torpaq çəkir”, İlya Çavçavadzenin “Dilənçinin həyatı”, eləcə də, “Kür Xəzərə qovuşur” (gürcü ədəbiyyatından seç-mələr) kitablarını nəşr etdirərək Azərbaycan-gürcü ədəbi əlaqələrində önəmli bir mərhələni müəyyənləşdirmişdir. Dilarə Əliyevanın bu xidmətləri nəzərə alınaraq ona “Gürcüstanın Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.
1970-1980-ci illər Azərbaycan ədəbi mühiti Azərbaycan ədəbiyyatının gürcü dilinə qızğın tərcüməçilərindən olan şair və ədəbiyyatşünas alim Leyla Eradzeni yaxşı tanıyırdı. Onun Azərbaycan ədəbiyyatını gürcü dilinə çevirməsində böyük xidmətləri olmuşdur. Leyla Eradze Azərbaycanda keçirilən bir çox mədəni, ədəbi tədbirlərdə yaxından iştirak etmiş, iki qonşu, iki dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişlənməsinə xüsusi səy göstərmişdir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Nəriman Həsənzadə, Cabir Novruz, İsa İsmayılzadə və başqalarının şeirlər kitabını gürcü dilinə çevirmiş və nəşr etdirmişdir.
Leyla Eradze Azərbaycan ədəbiyyatından bir çox yazıçıların nəsr nümunələrini də tərcümə etmişdir. Mirzə İbrahimovun “Pərvanə”, İsmayıl Şıxlının “Dəli Kür”, İlyas Əfəndiyevin “Söyüdlü arx”, Həsən Seyidbəylinin “Telefonçu qız” əsərlərini, eləcə də Cəlil Məmmədquluzadənin, İsa Hüseynovun, Ələviyyə Babayevanın və başqalarının roman və hekayələr kitablarını gürcü oxucularına tədqim etmişdir.
Leyla Eradzenin bu xidmətləri nəzərə alınaraq ona “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.
Azərbaycan-gürcü ədəbi əlaqələrinin akademik şəkildə tədqiqinə və təbliğinə hələ ötən əsrin 2-ci yarısında başlandığını vurğulayan, Leyla Eradzenin tanınmış gürcü türkoloq alimləri Venera Cankidze, Elizbar Çavelidze, Georgi Şaqulaşvili, Mixeil Çinçaladze və başqaları ilə yanaşı tanınmış Azərbaycan alimi, görkəmli türkoloq, 60-dan artıq kitabın, yüzlərlə elmi və publisistik məqalələrin müəllifi, uzun müddət A.S.Puşkin (sonralar S.S.Orbeliani) adına Tbilisi Dovlət Pe-daqoji Universitetində filologiya fakültəsinin Azərbaycan şöbəsində çalışmış filologiya elmləri doktoru, professor Mədəd Çobanovla da daim elmi təmasda olmasını qeyd edən Müşfiq Borçalı professor Mədəd Çobanovun da Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafı naminə xeyli əmək sərf etdiyini diqqətə çatdırır. Bildirir ki, ilk dəfə olaraq Azərbaycan və gürcü dillərinin qarşılıqlı əlaqəsini tədqiqata cəlb edən və bu mövzuda onlarla məqalə çap etdirən, o cümlədən, “A.Bakıxanov və Tiflis mühiti” (“Qələbə bayrağı”, 21.06.1969), “Ə.Haqverdiyev və Gürcüstan” (“Qələbə bayrağı”, 16.05.1970), “Azərbaycan şairləri və Gürcüstan” (“Qələbə bayrağı”, 23.05.-1970), “Koroğlu dastanı gürcü dilində” (“Gürcüstan”, 15.07.1972), “Gürcü alimi Füzulini öy-rənir” (“Gürcüstan”, 19.08.1972) və s. kimi dəyərli məqalələrin müəllifi olan professor Mədəd Çobanov Güney Qafqaz xalqlarının tarixində ilk dəfə olaraq, “Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” hazırlayıb (M.Çinçaladze ilə birlikdə) üç dəfə 1977, 1991 və 2000-ci illərdə nəşr etdir-mişdir (Tbilisi, “Qanatleba”, 1977, 1991. Bakı, “Borçalı”, 2000). Bu lüğətlərin Azərbaycan və gürcü xalqlarının mədəni və mənəviyyat cəhətdən yaxınlaşmasında böyük rolu olmuşdur.
"Azərbaycan və gürcü xalqlarının mədəni və mə'nəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" /"Maarif"/ nəşriyyatı "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir". /N.Əbdülrəhmanov, F.Xubanov, Lüğətçiliyə yeni hədiyyə, "Azərbaycan müəllimi", N:40 /6822/, 24.V.1989/
Həmçinin professor Mədəd Çobanovun tərtib və nəşr etdirdiyi “Sevirəm Gürcüstanı” (Bakı, “Azərnəşr”, 1977) və “Dostluq nəğmələri” (Tbilisi, “Merani”, 1978) adlı almanaxlar Azərbaycan-gürcü ədəbi əlaqələrinin genişlənməsinə atılmış ilk və önəmli addımlardandır. Hər iki kitab Azər-baycan və gürcü oxucuları tərəfindən böyük maraqla qarşılanmışdır.
"Sevirəm Gürcüstanı" /almanax, Azərbaycan şairləri Gürcüstan haqqında, tərtib edəni Mədəd Çobanov, Bakı, “Azərnəşr”, 1977/ kitabı haqqında yazılmış rəylərdə oxuyuruq:
"Azərbaycan xalqı ilə gürcü xalqının dostluğu, qardaşlığı qədimdir. Bu məhəbbətin poetik ifadəsi olan "Sevirəm Gürcüstanı" kitabında Azərbaycan şairlərinin qardaş Gürcüstana, onun füsunkar təbiətinə, şən, mehriban adamlarına həsr etdikləri şeirlərdən nümunələr verilmişdir. Top-lunun tərtibçisi Mədəd Çobanovdur" /"Ədəbiyyat və incəsənət" qəzeti, N:2, 7.I.1978/.
"Qədim Gürcüstan torpağı", "qonaqpərvər gürcü xalqı", "Qafqazın Paris"i Tbilisi", Qafqazın vena damarı Kür. Bunlar ta lap qədimdən tutmuş bu günə qədər Azərbaycan ədəbiyyatının dönə-dönə, həvəslə müraciət etdiyi mövzulardandır. Çox az Azərbaycan yazıçısı və şairi tapmaq olar ki, onun yaradıcılığında Gürcüstanla bağlı motivlər olmasın... Əgər şair Məmməd Arazın dili ilə desək: "poetik münasibət ən ülvi münasibətdir... bir xalqın digər xalqa bundan əziz, bundan müqəddəs töhfəsi ola bilməz". Bizcə, məhz Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı "Sevirəm Gürcüstanı" adlı kitabı gürcü xalqı üçün belə bir layiqli töhfə hesab etmək olar. Kitabı A.S.Puşkin adına TDPİ-nin müəllimi Mədəd Çobanov tərtib etmişdir". /”Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının redaktoru, şair Səfalı Nəzərli, "Sevirəm Gürcüstanı", "Sovet Gürcüstanı" qəzeti, N:63/7748/, 26.V.1977/.
"Azərbaycan və gürcü xalqlarının mehriban qardaşlıq, qonşuluq əlaqələrinin kökləri qədim-dir... Hər iki xalq yadelli düşmənlərə qarşı illərlə mübarizə aparmış, bir-birinə arxa olmuşdur. Tarixin neçə unudulmaz səhifələrində bu birgə mü-barizənin əks-sədası həkk olunub yaşayır... Bu yaxınlarda çapdan buraxılmış "Sevirəm Gürcüstanı" kitabında qardaş xalqlarımızın sarsılmaz dostluğunu tərənnüm edən şe'rlər toplanmışdır. Məcmuəni Mədəd Çobanov tərtib etmiş, şair Məmməd Araz ön söz yazmışdır". /Dilsuz Musayev, "Sevirəm Gürcüstanı", "Qızıl bayraq", N:122/3804/, 11.X.1977; "Ədəbiyyat və incəsənət" qəzeti, N:9, 25.II.1978/.
"Sevirəm Gürcüstanı" kitabı haqqında filologiya elmləri namizədi Həmid Vəliyevin rə'yi və kitabın şəkli Tbilisidə rus dilində, nəşr olunan "Молодежь Грузии" qəzetində /N:63 /8078/, 26.V.1977/, Tbilisidə erməni dilində nəşr olunan "Sovetakan Vrastan" qəzetində /N:66 /11856/, 2.VI.1977/, Y.Boboxidzenin geniş rəyi və kitabın şəkili Bolnisi şəhərində Azərbaycan və gürcü dillərində nəşr olunan "Qələbə bayrağı" - "Qamardjvebis droşa" qəzetində /N:55/4679/, 26.IV.1980/ dərc olunmuşdur. "Sevirəm Gürcüstanı" kitabından Azərbaycan Sovet Ensiklopedi-yasının VI cildində "Gürcüstan SSR" məqaləsində istifadə olunmuşdur. /Bakı, 1982, VI c., səh.135/.
1. Professor Mədəd Çobanovun XII əsrdən bəri klassik Azərbaycan şairlərinin Gürcüstan və gürcü xalqı haqqında qələmə aldıqları səmimi hiss və duyğularını toplayaraq tərtib etdiyi və 1977-ci ildə Bakıda “Azərnəşr” Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuş “Sevirəm Gürcüstanı” adlı kitabı yüksək dəyərləndirən tanınmış gürcü alimi və şairi Leyla Eradze, yenə də Mədəd Çobanovun tərtib etdiyi, müasir Azərbaycan şairlərinin Gürcüstanla bağlı deyilmiş poetik nümu-nələrinin toplandığı “Dostluq nəğmələri” [3] adlanan kitabı gürcü dilinə tərcümə etmiş və 1978-ci ildə Tbilisidə “Merani” Gürcüstan Dövlət Nəşriyyatında çap etdirmişdir. “Dostluq nəğmələri” (Azərbaycan sovet şairləri Gürcüstan haqqında; tərtib edəni: Mədəd Çobanov; gürcü dilinə çevirəni: Leyla Eradze; ön sözün müəllifi: Bəxtiyar Vahabzadə, redaktoru: Qriqol Abaşidze). Tbilisi, “Merani” nəşriyyatı, 1978. 112 səh.
"Dostluq nəğmələri" (Müasir Azərbaycan şairləri Gürcüstan haqqında, gürcü dilində, tərtib edəni Mədəd Çobanov, tərcümə edəni Leyla Eradze, redaktoru Qriqol Abaşidze, Tbilisi, “Merani”, 1978) kitabı haqqında yazılmış rəylərdə oxuyuruq:
“..Mədəd Çobanovun tərtib etdiyi, Leyla Eradzenin isə gürcü dilinə çevirdiyi bu kitabda müasir Azərbaycan şairlərinin Gürcüstan haqqında yazılmış əlliyə yaxın şe'ri toplanmışdır... Həmin şe'rlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır... "Dostluq nəğmələri" kitabını Azərbaycan və Gürcüstan ədəbi əlaqələri sahəsində təq-dirəlayiq hal hesab etmək lazımdır" /V.Cangidze, Ə.İsmayıllı, "Dostluq nəğmələri", "Sovet Gürcüstanı", N:139 /7979/, 21.XI.1978/.
Bəli, "Gürcüstan lap əzəldən bəri şairlərimizin dönə-dönə müraciət etdikləri mövzulardan biri olmuşdur. Hələ XII əsrdə Əfzələddin Xaqani "Baqrationların qapısı mənim üçün açıqdır" demişdir... Şübhəsiz, bu, onların yaradıcılıqlarında öz bariz ifadəsini tapmaya bilməzdi... Azər-baycan şairləri Gürcüstan mövzusundan öz yaradıcılıqlarında dostluq rəmzi, qardaşlıq, mehriban qonşuluq simvolu kimi daha geniş istifadə etmişlər. Bu yaxınlarda Tbilisidəki "Merani" nəşriyyatının gürcü dilində çapdan buraxdığı "Dostluq nəğmələri" məcmuəsində Azərbaycan şairlərinin Gürcüstana həsr etdikləri şe'rlər toplanmışdır. Bu işdə tərtibatçı, tanınmış alim Mədəd Çobanovun və tərcüməçi Leyla Eradzenin zəhmətini qeyd etmək lazımdır". /Şurəddin Məmmədov, Qardaşlıq rəmzi kimi, "Ədəbiyyat və incəsənət" qəzeti, N:1/1876/, 4.I.1980/.

Azərbaycan-gürcü ədəbi əlaqələri və bədii tərcümə sahəsində filologiya elmləri doktoru, professor Dilarə Əliyeva ilə eyni işi görərək, Azərbaycan ədəbiyyatının və Azərbaycan mədəniy-yətinin Gürcüstanda təbliğatçısına çevrilən tanınmış alim, şair-tərcüməçi və diplomat Leyla Eradze da şüurlu ömrünü məhz bu işə həsr etmiş, Azərbaycan-gürcü ədəbi əlaqələrində möhkəm bir körpü rolunu oynamışdır.
Hər ikisi mənsub olduqları xalqların ədəbi əlaqələrinə həsr olunmuş namizədlik dissertasiya-larını Tbilisidə müdafiə etmişlər: D.Əliyeva “Azərbaycan və gücrü xalqlarının dostluğunun XIX əsr ədəbi əlaqələrində əksi” mövzusunda yazdığı dissertasiyasını 1954-cü ildə müdafiə edərək, 25 yaşında Azərbaycanın ilk qadın elmlər namizədlərindən biri olmuşdur. L.Eradze isə “Azərbaycan yazıçıları və Gürcüstan” mövzusunda yazdığı dissertasiyanı 1971-ci ildə Tbilisidə müdafiə etmişdir.
Hər ikisi doktorluq dissertasiyalarını Bakıda müdafiə etmişlər: D.Əliyeva 1984-cü ildə “Nizami və gürcü ədəbiyyatı” mövzusunda, L.Eradze 1990-cı ildə “Gürcü-Azərbaycan ədəbi əla-qələri” mövzusunda.
Müdafiə etdikləri dissertasiyaların adlarından da göründüyü kimi, görkəmli ədəbiyyatşünas alimlər, filologiya elmləri doktorları, professorlar Dilarə Əliyeva və Leyla Eradze XX əsrin ikinci yarsında Azərbaycan-gürcü ədəbi əlaqələrin inkişafında bir körpü rolunu oynamış, hər ikisi eyni işi görərək, mənalı ömrlərini şüurlu şəkildə məhz bu şərəfli işə həsr etmiş, Azərbaycanda gürcü ədəbiyyatının və gürcü mədəniyyətinin, Gürcüstanda isə Azərbaycan ədəbiyyatının və Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilmişlər.
“Bu da bir həqiqətdir ki, Dilarə Əliyevanı yad edərkən, həmişə onun yaxın dostu olmuş Leyla Eradzeni də yada saldığımız kimi, Leyla Erazdzeni də xatırlayanda mütləq şəkildə Dilarə Əliyevanı yada salır və onun əziz və unudulmaz xatirəsini böyük ehtiramla yad edirik. Bunu etməyə bilmərik. Çünki onların həyat yolları və yaradıcılıq fəaliyyətləri o qədər yaxın idi və eynilə səsləşirdi ki, istər-istəməz ayrı-ayrı insan talelərində cazibə qanununun hökmü haqda düşünməli olursan.” – qənaətinə gələn Müşfiq Borçalı onların tək bircə fərqləri olduğunu yazır: “Dilarə xanım istedadlı tribun və yazıçı-publisist, Leyla xanım isə diplomat və lirik şairə idi. Bu da onların ictimai-siyasi fəaliyyəti ilə bağlı idi.”
Müşfiq Borçalı oxuculara təqdim etdiyi məqaləni belə bir nəticə ilə bitirmişdir: “Dilarə Əliyevanın araşdırmalarında gürcü ədəbiyyatı, Leyla Eradzenin yaradıcılığında Azərbaycan ədəbiyyatı və ya qarşılıqlı araşdırmalar hər iki xalqın mədəni, mənəvi irsinin ortaya çıxması ilə yanaşı, ədəbi əlaqələrin çoxcəhətliliyini, qarşılıqlı təsir və zənginləşmə prosesini sürətləndirmiş, qədimdən davam edən bu dostluğu yeni bir mərhələyə daşımışdır. Azərbaycan və gürcü xalqlarının dostluğunun bədii ədəbiyyatda təcəssümü bu iki alimin yaradıcılığında elmi müstəviyə keçmiş, elmi təfəkkürdə öz geniş əksini tapmışdır. Hər iki alim öz araşdırmalarında bu tendensiyanı yaşadaraq yeni bir mərhələyə ötürmüşdür.”
ZiM.Az]]>
admin Thu, 28 Aug 2025 23:09:19 +0000
Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilib https://turan.info.az/fond/6526-bolnisid-ana-dilimiz-varlmzdr-mvzusunda-ii-na-yaz-msabiqsinin-ilk-turu-keirilib.html https://turan.info.az/fond/6526-bolnisid-ana-dilimiz-varlmzdr-mvzusunda-ii-na-yaz-msabiqsinin-ilk-turu-keirilib.html Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilibGürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsində fəaliyyət göstərən azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin Bolnisi rayon turu keçirilib.

ZiM.Az Regionpress.ge-yə əsasən xəbər verir ki, 2025-cü ilin mart ayından ictimaiyyətə elan olunan II İnşa yazı müsabiqəsinin ilk turuna qədim Baçkeçid – indiki Dmanisi bələdiyyəsində fəaliyyət göstərən “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin təşkilatçılığı ilə mart ayında start verilib.

Bu münasibətlə 2025-ci il mayın 23-də Dmanisi Tədris Mərkəzində təntənəli açılış tədbiri keçirilən 2-ci İnşa müsabiqəsinin Bolnisi rayon turu iyunun 1-də İmirhəsən Gənclər və Təhsil mərkəzində baş tutub.

Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Bolnisi Gənclər və Təhsil mərkəzinin rəhbəri Rezo Həsənov açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib. O, ana dilini öyrənməyin bir borc olduğunu, akademik Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıb.
Rezo Həsənov bildirib ki, müsabiqədə Bolnisi bələdiyyəsinin Kəpənəkçi (Kvemo-Bolnisi), Darvaz, Faxralı, Güləver, İmirhəsən və başqa kəndlərindəki ictimai məktəblərdən gəlmiş 56 nəfər şagird iştirak edir. Onlar arasından seçilən 20 nəfəri Marneulidə keçiriləcək yekun tura vəsiqə qazanacaqlar.
Daha sonra Rezo Həsənov müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb, özünə güvənərək müsabiqədə iştirak edən bütün şagirdlərin elə əvvəlcədən mənəvi olaraq qalib olduqlarını, çünki onlar məhz müqəddəs ana dili uğrunda yarışdıqlarını bildirib.

Sonra Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun Bolnisi bölgəsi üzrə nümayəndəliyin rəhbəri, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, “Ümid” qəzetinin Baş redaktoru, görkəmli maarif xadimi, tanınmış şair-jurnalist Əlixan Yəhyaoğlu, “Gürcüstan” qəzetinin xüsusui müxbirləri, tanınmış jurnalistlər Bəhram Mehdi və Şamil Ziyadəliev şagirdlər arasında bu cür inşa müsabiqələrinin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıblar və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıblar.

Daha sonra Darvaz kənd ictimai məktəbinin müəllimi, ali məktəbdə akademik Mədəd Çobanovun tələbəsi olmuş Tahirə Əliyeva sevimli müəllimi ilə bağlı unudulmaz xatirələrini söyləyib, görkəmli türkoloq, tanınmış diliçi-alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş və əsası ötən il qoyulmuş 2 mərhələli İnşa yazı müsabiqənin Bolnisidə keçirilən ilk turunda iştirak edən şagirdlərin ana dilimizlə bağlı “Ana dilimiz – varlığımızdır!..”, “Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri”, “Azərbaycan – Gürcü mədəni əlaqələrinin inkişafında Akademik Mədəd Çobanovun rolu”, “Akademik Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi pedaqoji fəaliyyətinin Tiflis dövrü” və “Akademik Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi” mövzusunda yazdıqları inşalarda ana dilimizin zənginlikləri barədə öz fikirlərini böyük həvəslə və bir-birindən maraqlı tərzdə bölüşdüklərini bildirib.

Daha sonra Kəpənəkçi məktəbinin Azərbaycan dili müəllimi, tanınmış ictimai xadim Çingiz Yaqubov, Faxralı məktəbinin müəllimi, tanınmış şair və ictimai xadim, “Qızıl qələm” mükafatı laureatı Fatma Əliyeva, İmirhəsən Gənclər və Təhsil mərkəzinin müəllimləri - Şəhla İsmayılova, Fəridə Seyidova, Qeta (Aşağı Güləver) İcma mərkəzinin müəllimi Günel Abdullayeva və başqaları çıxış edərək görkəmli dilçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıblar, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.

Tədbirdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də xüsusi önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar, şagirdlərə uğurlar diləyiblər, eyni zamanda, bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Onlar son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqələrdə iştirakının və fəallığının ürəkaçan olduğunu və məhz ana dilimizin inkişafına yönəldiyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarına mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar hədiyyə olunub, xatirə foto-şəkillər çəkilib.

***

2-ci İnşa müsabiqəsinin təşəbbüskarı və təşkilatşısı - “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin sədri Kamran Xıdırov ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbirinə müsabibə zamanı bildirib ki, iki il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş və ötən il Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının baş redaktoru, tanınmış maarif xadimi, mərhum Ələddin Qarabağlının təşəbbüsü və Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə əsası qoyulmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin ana dilimizə olan sevgilərini daha da artırmaq, onları Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.
Elə buna görə də, müsabiqənin davamlı olacağına və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyinə əminliyini bildirən Kamran müəllim böyük sevinc hissi ilə Dmanisidə ilk dəfə keşirilən müsabiqədə bələdiyyənin müxtəlif məktəblərindən gəlmiş 75 nəfər şagirdin iştirak etdiyini bildirib və onu da diqqətə çatdırıb ki, Yırğançay, Qarabulaq, Hamamlı, Səfərli, Yuxarı Oruzman ictimai məktəblərinin, həmçinin Dmanisi 2 nömrəli məktəbin şagirdləri xüsusilə fəallıq göstəriblər. Məhz onların arasından seçilən 25 nəfərin Marneulidə keçiriləcək yekun mərhələyə vəsiqə aldığını vurğulayıb.
***
Biz də Redaksiya Heyətimiz adından Gürcüstanda azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilən və unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunan “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinə uğurlar arzulayırıq!..]]>
admin Mon, 16 Jun 2025 21:17:01 +0000
İsaxan İlyazoğlu: ÖLÜM SON DEYİL (Poema) https://turan.info.az/edebiyyat/poeziya/6524-saxan-lyazolu-lm-son-deyl-poema.html https://turan.info.az/edebiyyat/poeziya/6524-saxan-lyazolu-lm-son-deyl-poema.html İsaxan İlyazoğlu: ÖLÜM SON DEYİL (Poema) Mən bu yazını əziz və hörmətli müəllimim, görkəmli türkoloq, tanınmış dilçi-alim, Akademik Mədəd Çobanovun ruhuna bağışladım.


ÖLÜM SON DEYİL
(Poema)

Ey uca Yaradan, ey Pirlər Piri,
Bircə Ol sözünə xəlq oldu cahan.
Bizə rəhbər etdin Peyğəmbəri,
Sənin hökmün ilə quruldu mizan.

Hikmətlər cəm oldu sənin zatında,
Bircə Ol sözünə aləm yaratdın.
Alimlər içində Mədəd adında,
Peyğəmbər misalı alim yaratdın.

Sözlə bir yarandı sözün qiyməti,
Qılıncdan itidir sözün kəsəri.
Haqdan mayalandı sözün qüdrəti,
Sözlə qərar tutdu yerin məhvəri.

Enəndə göylərdən haqqın sədası,
Biz zaman yaşadıq zaman içində.
Bir ada yaratdın Mədəd adası,
Dəryalar qoynunda, ümman içində.

Bir Xoca tanıdım qırx il öncə,
Bizə həyat dərsi keçdi o insan.
Zəkası dərindi, qəlbi çox incə,
İlk sözü Vətəndi, son sözü Turan.

Bir müəllim tanıdım mülayim, həlim,
Doğma övlad sayar bizi sevərdi.
Alimlər içində seçilən alim,
Haqqı, ədaləti, düzü sevərdi.

Bir qoca dağ gördüm tələbə vaxtı,
Zaman zirvəsinə qar ələyirdi.
Yanan çıraq gördüm tələbə vaxtı,
Zülmət qaranlığa nur çiləyirdi.

O, dilçi alimdi, söz sərrafıydı,
Sözlərin içində söz axtarırdı.
Müdrik düşüncəli, göz zərrafıydı,
Əyrilər içində düz axtarırdı.

Bizə öyüd verər, deyərdi; - Bala,
Hər sözün öz vaxtı, öz məkanı var.
Acı dil başlara bəladır, bəla,
Hər kəsin ağzında bir düşməni var.

Elmdir, bilikdi zəri-zinnəti,
Ömrünü bu yolda mum eyləmişdi.
Mərifət, qanacaq, hörmət-izzəti,
Yığmışdı özündə cəm eyləmişdi.

Bir insan tanıdım ömrü mənalı,
Fikri, düşüncəsi, zəkası dərin.
O, Qorqud misallı, el ağsaqqalı,
Başında olardı xeyirin, şərin.

Görürdüm həmişə üzündə kədər,
Məfkurə sahibi, dahi insanı.
Sevdi millətini dünyalar qədər,
Candan əziz tutdu Azərbaycanı.

Bir gün qəmli gördüm, görüşdük yenə,
O, gözəl insanın dərdini sordum.
Kədərli baxışla baxaraq mənə,
Dedi ki, Dərbənddi, Təbrizdi dərdim.

Onu çox sevirdim, bilmirəm nədən,
Beş il güman yerim, sirr yerim oldu.
Hər gün dil dərsinə gecikdiyimdən,
O il dil dərsindən kəsirim oldu.

Hamımız sevirdik Mədəd müəllimi,
Qoca da, cavan da, uşaq da sevdi.
Ana övladlarını sevdiyi kimi,
Aldı əlimizdən torpaq da sevdi.

Üç iyun, iki min iyirmi üçdə,
Bir xəbər yayıldı, xəbər çox acı.
El yasa büründü, el yas içində,
Əzəldən ölümün yoxmuş əlacı.

Bir alim əbədi yumdu gözünü,
Belə ağır gündə söz demək olmur.
Əcəl vaxtsız gəldi, dedi sözünü,
Oğluna, qızına, qohumlarına,
Allah səbr versin, döz demək olmur.

Son mənzil günüdü, o gün son vida,
Böyük alim gedir çiyinlər üstə.
Bir insan bizimlə edir əlvida,
Sanki aləm gedir çiyinlər üstə.

Bu yas el yasıdı, bu qəm el qəmi,
Kədərli gözlərdən qəm-qüssə yağır.
İnsanlar axışır, gəlir sel kimi,
Görəsən nə varmış tabutdan ağır.

Bölünməz dediyin bölünür ancaq,
Vəfasız dünyadı, qəribə həyat.
Şahların yatdığı ey qara torpaq,
Sənə bir dahini verdik əmanət.

Haqqın dərgahında görün nələr var,
Zamanla məkanın öz arasında.
Torpağın altında dəfinlələr var,
Ölüm var qaş ilə göz arasında.

O dəfn günündən iki il keçir,
Yığışdıq iki min iyirmi beşdə.
Ziyarət etməyə bir yerimiz var,
Burdadı doğma da, dost da, qardaş da.
Müəllim məzarı var, Pir yerimiz var.

Dostlar, asta gəlin, bu məzar üstə,
Burda bir şəxsiyyət, bir insan yatır.
Dərd qalaq-qalaqdı, qəm dəstə-dəstə,
Burda Mədəd adlı bir sultan yatır.

Salam, qəbristanlıq, salam, başdaşı,
Salam, qəm odası, salam, dörd divar.
Siz alim ömrünün tarix yaddaşı,
Salam, qara torpaq, ey Ulu Məzar.

Bura lal məkandı, qulağı sağır,
Səcdəyə göylərdən mələklər endi.
Burda hər nəsnənin zəhmi çox ağır,
Kədərdən ürəklər bölünür indi.
Məzar gül-çiçəkdi, göydən nur yağır,
Kimin kim olduğu bilinir indi.

Burda da müəllimin önündəyik biz,
Lal sükut içində vaxt-zaman gedir.
Bura son məkandı, dururuq səssiz,
Burda sorğu-sual, imtahan gedir.

Həyat imtahandı, keçə bilmirik,
Çoxdu günahımız, çox sirimiz var.
O biri dünyaya köçə bilmirik,
Çünki, bu dünyada kəsirimiz var.

Əzəldən belədir hökmü zamanın,
Həyatın qəribə qanunu varmış.
Haqqın rızasıyla gələn insanın,
Demək ki, ömrünün bir sonu varmış.

Bir alim Nur oldu Tanrı çatında,
Heç kim bu insanı unudan deyil.
Bir alim yaşayır Haqqın qatında,
Həyat əbədidir, ölüm son deyil.

Fikrim sonsuzluqda , çatmayır sona,
Sözə son verirəm mən aram-aram.
O böyük alimə, dahi insana,
Sevgiylə, sayğıyla dərin ehtiram.

03.06.2025


--]]>
admin Wed, 04 Jun 2025 23:44:18 +0000
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/6361-zrngz-dmr-qayali-azrbaycan-v-trk-dnyasinin-dyrl-alm-mdd-obanov.html https://turan.info.az/gurcustan/6361-zrngz-dmr-qayali-azrbaycan-v-trk-dnyasinin-dyrl-alm-mdd-obanov.html ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ  DƏYƏRLİ ALİMİ - MƏDƏD ÇOBANOV" Qədim Borçalı mahalının şöhrətli kişiləri, alimləri, aşıqları, ağsaqqalları həmişə mənim diqqətimi çəkib, bu qədim türk diyarına marağımı artırıb. Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar, Xındı Məmməd, Dədə Camal, bu torpağın ziynəti olan İnsanlardan idilər.
Bu nadir İnsanlar cərgəsində həmişə görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türkiyə Dil Kurumunun üzvü, filologiya elmləri doktoru, 80-dən çox elmi, bədii-publisist kitabın müəllifi, professor Mədəd Namaz oğlu Çobanov da, doğulduğu mahalın şöhrətinə şöhrət qatan ən tanınmış alimlərindən biri kimi diqqətimi çəkib. Onun sakit, təvazökar görkəmi, zəngin elmi-pedaqoji fəaliyyəti, gənc alimlərə diqqət və qayğısı həmişə örnək olub, haqqında yaxşı sözlər eşitmişəm.
Mədəd Çobanov 1937-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.
Onlarla alimin yetişməsində böyük əməyi olub. Onun yetirmələri içərisində ən görkəmli yeri oğlu və davamçısı Müşfiq Borçalı tutur. Bu ata-oğul, mənim zənnimcə həqiqi bir Azərbaycan ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirən simvoldur desəm, yanılmaram. İstər ustad-şagird, istər də ata-oğul münasibətlərində hər kəsə örnək olan bu insanlar haqqında nə qədər çox tərifli söz desəm, elə bilirəm ki, az demişəm! Mədəd Çobanov öz elmi davamçılarını da mənəvi övladları kimi sevib, qoruyub. Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçsi olub.
Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.
Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.
Bu görkəmli alimin haqqında çox kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.
Uzun illərin, yuxusuz gecələrin bəhrəsi olan "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Ən əsası isə Mədəd Namaz oğlu Çobanov ürəklərdə, yaddaşlarda özünə əbədi bir heykəl qoyub, gedib. Mən onun Azərbaycan elminə, Türk dünyasına miras qoyduğu irsin əbədiyaşarılığına inanıram. Mən bu böyük almə həsr etdiyim şeirimi sizlərə təqdim edirəm.

Yaşa ürəklərdə, Mədəd Çobanov!

Oğuldan qalası, sözdən bayrağı,
Sinəsi hikmətin, elmin bulağı,
Yaxına, uzağa çatdı sorağı,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Elmin sorağını ucaltdın hər an,
Nəfəsin dirilik suyu-çağlayan,
Sən daim yaşarsan, unutmaz zaman,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Əllərinlə güllər əkdin sənətdə,
Nəfəsin duyuldu çox məmləkətdə,
Olmadı bir kimsə sən cəsarətdə,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Kitablardan qala qurdun möhtəşəm,
Yaraşır adına şöhrət, ehtişam,
Elm bayrağını ucaldan adam,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Elmin keşiyində əzmlə durdun!
Kəhkəşan yaratdın, sülalə qurdun,
Səninlə fəxr edir alimlər ordun,
Yaşa ürəklərdə, Mədəd Çobanov!
Arzu diləklərdə, Mədəd Çobanov!

Zərəngiz Dəmirçi Qayalı,
Beynəlxalq Mahmud Kaşğari Mükafatı laureatı,
Prezident təqaüdçüsü

turan.info.az]]>
Nicat Əmirov Fri, 23 Aug 2024 00:39:35 +0000
Şahin HƏMİDLİ: "Ruhunu öpürəm Mədəd Çobanlı..." (YADDAN ÇIXMAZ XATİRƏ) https://turan.info.az/edebiyyat/poeziya/6144-ahin-hmdl-ruhunu-prm-mdd-obanl.-yaddan-ixmaz-xatr.html https://turan.info.az/edebiyyat/poeziya/6144-ahin-hmdl-ruhunu-prm-mdd-obanl.-yaddan-ixmaz-xatr.html Şahin HƏMİDLİ: "Ruhunu öpürəm Mədəd Çobanlı..." (YADDAN ÇIXMAZ XATİRƏ)

YADDAN ÇIXMAZ XATİRƏ

Yaxşı yadımdadır 1987-ci ilin aprel ayının 27-də BDU-nun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsindən tələbə şair Yavər Həsən və mən, APİ-nin filologiya fakültəsinin şair tələbəsi Əlizamin Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində keçiriləcək Qafqaz tələbə şairlərin beynəlmiləl görüşünə ezam olunmuşduq. Bizi Gürcüstan Məddəniyyət nazirliyinin əməkdaşları qarşıladılar. Bu görüşdə keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarının tələbə şairləri iştirak edirdi. Bizim üçün Tiflis şəhərində dövlət orqanları tərəfindən yüksək səviyyədə hər cür şərait yaradılmışdı. Tələbə yataqxanalarının birində qalırdıq. Tiflisdə Mtasminda dağında Fəxri şairlər qəbristanlığının önündə poeziya gecəsi keçirildi. Keçmiş müttəfiq respublikalardan gələn tələbə şairlər və biz şeirlərimizi rus dilinə tərcümə elətdirmişdik və çıxışlarımızı da rus dilində etməli idik. Gürcüstanın Mədəniyyət nazirliyinin səlahiyyətli nümayəndəsi poeziya gecəsini gürcü dilində açdı, gürcü dilində uzun-uzadı bir çıxış etdi. Mən şair dostlarıma - Yavər Həsənə və Əlizaminə dedim ki, sizi bilmirəm mən şeirlərimi Azərbaycan dilində səsləndirəcəyəm. Dostlarımın təkidinə baxmayaraq mən sözümün üstündə durdum. Yazdığım bir kiçik poemanı və bir heçə şeirimi doğma və şirin Azərbaycan dilində oxumadım, sinə-dəftər dedim. Görüş qurtarandan sonra alicənab bir adam bizə yaxınlaşdı, mənim əlimi sıxıb gülə-gülə dedi: -"Halal olsun, sən ki, Azərbaycan dilini bu gürcü şovinistlərinin qarşısında belə gözəl poetik bir dillə nümayiş etdirdin, sizin qulluğunuzda dayanmağa borcluyam". Sonra da əli ilə maşınını göstərib, - “siz tələbə yataqxanasına yox, bizimlə evimizə getməlisiniz”, - dedi. Bu gülər üzlü, üzündə peyğəmbər nuru olan adam A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinin rəhbəri filologiya elmləri doktoru, professor Mədəd Çobanov idi. Söhbət əsansında onu bildim ki, bir az əvvəl elə həmin Poeiya gecəsində çıxış edənlərdən biri – Müşfiq Borçalı məhz Mədəd müəllimin oğlu imiş. Biz birlikdə onların Tiflisdəki evlərinə gəldik. Həyətdə bizi gülər üzlü bir xanım qarşıladı. Mədəd müəllim bizi onunla tanış etdi: ömür-gün yoldaşı Rima xanım idi. Mədəd müəllim daha sonra əlavə etdi, bir oğlum var idi, üçü də bu gün əlavə oldu, oldular dörd. Onların evində beş gün qaldıq. Hər gün Tiflisdə təhsil alan azərbaycanlı tələbələr bu evə yığışıb şeir məclisləri keçirirdi. Heç yadımdan çıxmaz bir dəfə belə görüşlərin birində şair tələbələr Rafiq Hümmət başda olmaqla saz çalıb, söz qoşub deyişirdilər. Mən saz çala bilmədiyim üçün çox narahat olurdum. Bir dəfə lap kövrəldim. Başqa bir otağa keçib saz haqqında bir şeir yazdım:

Ay telli saz basdım səni bağrıma,
qulaq asdım ürəyinin səsinə.
Bütün olub keçənləri unutdum,
düşdüm daha xəyalının izinə.

Divarlardan asılmaqdan yoruldun,
gözəl gördün, min könüldən vuruldun.
Ömrün boyu işıq oldun, nur oldun,
doldun vətən torpağının gözünə.

Unutdurdun hər ağrımı, acımı,
sevindirdin sevgilimi, bacımı.
Sığal çəkib qarışdırdın saçımı
üz söykədim sənin məğrur üzunə.

Ürəyimi pərdə-pərdə köklədin,
gözlərimi salıb dərdə, köklədin.
Həsrətimi yaman yerdə təklədin,
ağrın alım, dönüm sənin gözünə.

Səfər etsən, qonaq getsən kimlərə,
dara düşsən Koroğlu tək çək nərə.
İnanarlar sinəndəki simlərə
bir dənəsən bənzəyirsən özünə.

Şeiri yazıb qurtarandan sonra Mədəd müəllimə oxudum. Bu şeir Mədəd müəllimin çox xoşuna gəlmişdi. Məni təbrik edərək dedi, “sən vətənpərvər şair olacaqsan”.
…Sonralar, daha dəqiq desəm, düz 30 il sonra 2017-ci ildə təsadüfən turan.info.az saytında haqqında söhbət açdığım həmin poeziya gecəsi keçirilən gün Tiflisdə çəkilmiş şəkillər rastıma çıxdı. Çox kövrəldim və bu şeiri yazdım:

Müşfiq Borçalıya

Baxdım bir şəkilə dəyişdi halım,
Elə bil dünyaya gəldim təzədən.
Ömrün uzun olsun, Müşfiq Borçalı,
Arada qalmışıq: - otuz il və mən.

Azalmır tarixin dumanı, sisi,
Ötənlər yadından çıxmır heç kimin.
Bu gün xatırladım gözəl Tiflisi
Şeyri yada düşdü Əlizaminin.

Yazdığım misralar gəlir ürəkdən,
Sözün təəssübkeşi deməyin,azdır.
Sazınız heç zaman düşməsin kökdən,
O yerin, o yurdun sərvəti sazdır.

Yadından çıxmasın vətən bir anlıq,
Yazdığın şeyirə uca qalam, de.
Var olsun Darvazlı Mədəd Çobanlı,
Rima anaya da məndən salam de.

Şairlər unutmur sözü-söhbəti,
Mən sizi özümçün uğur sayıram.
Bağrıma basıram Rafiq Hümməti,
Yavər Həsəni də salamlayıram!

Şahin Həmidli,
Bakı, 08.02.2017

Foto: Tiflis, 1987-ci il.

Elə o vaxtdan da Müşfiq müəllimlə dostluğumuz davam edir. Mən ona bir neşə şeir də həsr eləmişəm. Onlardan biri “EŞQİN” adlanır:

Dostum Muşfiq Borçalıya

Əzəldən vuruldun sən telli saza,
Çoxa meyl etmədin, şükr etdin aza.
Ömrünü bağlayıb çiçəkli yaza,
Sevginin qədrini biləndi eşqin.

Hamıyla dost oldu, ara vurmadı,
Həyatda heç kimə tələ qurmadı.
Kimsəni incidib, ya da yormadı,
Dostluq ələyində ələndi eşqin.

Söz açmaz o hardan, ya haralıdan,
Ətrafı seyr edər o, aralıdan.
Ağappaq kağızı yazıb qaraldan
Cibində gizlənən qələmdi eşqin.

Xətrinə dəyməyib hər ümü-küsü,
Nəfsindən əl çəkib, tamahdan küsüb,
Vətəni sevməkdir onun arzusu
Başqa bir dünyadır, aləmdir eşqin.

Zaman keşiyində durdu hər anın,
Sevən bir ürəkdir dərdə yananın.
Mədəd Çobanlıyla Rima ananın
Sevgi beşiyində bələndi eşqin.

Daha sonra professor Mədəd Çobanlının nəvəsi dəyərli dostum Müşfiq Borçalının qızı Ayselin toyunda iştirak elədim. Elə həmin gün də bu şeiri yazdım:

AYSELİN TOYU

Füsrətdən istifadə edib çox hörmətli Mədəd müəllimi, ömür -gün yoldaşı Rima ananı, Müşfiq qardaşımı, onun ailəsini, Aysel balanı, şair dostlarım Sədi Yaradanqulunu, İlyas Əfəndini, Rafiq Hümməti, dəyərli şairə bacımız Konul Hidayətqızını salamlayıram.

Gözün aydın olsun Mədəd Çobanlı,
Maşallah, cəngidir Ayselin toyu.
Durub qulluğunda dil qanunları,
Sözün ahəngidir Ayselin toyu.

Ata ürəyidir, ana ürəyi,
Baba sevincidir, nənə fərəhi,
Ulu Borçalının duzu-çörəyi,
Şəkəri, qəndidir Ayselin toyu.

Mənadır, məntiqdir, mənası dərin,
Tükənməz nurudur gülən gözlərin.
Bəlkə də dünyada bütün rənglərin
Ən gözəl rəngidir Ayselin toyu.

Bir söz boxçasıdır, şeirlə dolu,
Ustadla, aşıqla, şairlə dolu,
Hikmətlər içində xeyirlə dolu
Mahnı çələngidir Ayselin toyu.


…2023-cü il iyun ayının 3-də isə ürəyimi sarsıdan bəd xəbər eşitdim. Azərbaycan eminin tanınmış simalarından olan görkəmli dilçi alim, istedadlı ədəbiyyatşünas, bacarıqlı tədqiqatçı, dəyərli ziyalı, gözəl ailə başçısı, sevimli el ağsaqqalı, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqq dünyasına qovuşub. Allah qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Alim dostum Müşfiq Borçalı başda olmaqla bütün Mədəd sevərlərə dərin hüznlə baş sağlığı veirəm.

RUHUNU ÖPÜRƏM MƏDƏD ÇOBANLI

Tanınmış alim, filologiya elmləri doktoru,
Professor Mədəd Çobanovun əziz xatirəsinə

Tarixə dönmüsən sən öz soyunla,
əbədi yaşarsan qəlbində elin.
Ərsəyə gəlmişdin Darvaz suyuyla
səni böyütmmüşdü Borçalı eli.

Yol aldı keçmişə yaddaş bir anlıq,
itmir xatirələr dumanda, sisdə.
Qəbrin nurla dolsun Mədəd Çobanlı,
qonaq-qaralıydı evin Tiflisdə.

İndi xəyalımın dönüb balına
səksən yeddinci ilin yaz havaları.
Eviniz dönmüşdü konsert zalına
çıxmır yaddaşımdan saz havaları.

Öz ana dilimdə şeir oxudum
səndin Gürcüstanda dilimi sevən.
Tiflisdə evində qonaq olmuşuq
şair Yavər Həsən, Əlizamin və mən.

Almışdın əlindən ağrı-acını,
dilin harayına çatası idin.
Başının tacıydın Rima xanımın,
bir oğul, dörd qızın atası idin.

Şerini sevirdin Rafiq Hümmətin,
hər an gəlsin səsin, Muşfiq qardaşım.
Atasız anları yaşamaq çətin
səbrin tükənməsin, Muşfiq qardaşım.

Yazdığım sözləri qəbrinə mən də
gülab tək səpirəm Mədət Çobanlı.
Duz-çörək kəsmişəm sənin evində
Ruhunu öpürəm Mədəd Çobanlı.
Şahin HƏMİDLİ,
30.06.2023.]]>
Müşviq BORÇALI Fri, 23 Aug 2024 00:38:31 +0000
Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..” https://turan.info.az/gurcustan/6373-fxrddin-meydanli-adn-gydn-glib-mdd.html https://turan.info.az/gurcustan/6373-fxrddin-meydanli-adn-gydn-glib-mdd.html Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..”Qədim-qaya Azərbaycan torpağı- Borçalı eli. Şairlər diyarı, aşıqlar məkanı, tanınmış ziyalılar yetirən Ulu yurdumuzun bir parçası...
Mən bu elə, bu torpağa, bu yerin insanlarına çox bağlı bir adamam. Çoxsaylı dostlarım var bu diyardan-özü də müxtəlif zümrənin insanlarından. Bəzən, məni elə borçalılı kimi qəbul eliyənlər də olur.
Mən bu bölgənin insanlarının “dilini”, xarakterini bilən, adət-ənənəsinə yaxından bələd olan, spisifik xüsusiyyətlərini dərindən mənimsəyən bir adam olaraq, borçalılılarla ünsiyyətim zamanı qətiyyən çətinə düşmür və qarşılıqlı anlayışda ola bilirik.
Borçalı camaatı əksərən çox əməksevər və məhsuldar insanlardılar. Hansı sahədə çalışmalarından asılı olmayaq, o sahənin işini alt qatına qədər öyrənər, təbii ki, buna uyğun olaraq da, faydalı iş əmsalına məlik ola bilirlər.
Yuxarıda qeyd elədiyim kimi, Borçalı həm də də, öz ziyalı insanları ilə öyünə biləcək bir türk diyarıdır.
Borçalı Azərbaycan elminə çoxsaylı və dəyərli elm xadimləri bəxş etmişdir.
Bu yazımda haqqında bəhs etmək istədiyim dəyərli el adamı da bu qismdən olan insanlardandır.
Mədəd Çobanov - türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü...
Bakıda keçirilən, Mədəd müəllimin də iştirak etdiyi Borçalı məclislərində bir neçə dəfə mən də iştirak etməyimə və onun mövzu üzrə fundomental və maraqlı çıxışlarını diqqətlə dinləməyə müyəssər olsam da, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onunla şəxsi tanışlığımız və canlı ünsiyyətimiz olmamışdır.
Amma Mədəd müəllim haqqında, onun elm sahəsindəki uğuları, yenilikləri, aparıcısı olduğu elm sahəsinin nüfuzlu şəxsiyyətlərindən olduğu barədə onu yaxından tanıyan səriştəli insanlar tərəfindən aparılan söhbətlərin dəfələrlə şahidi olmuşam.
Mədəd Çobanov bahar çağında, 11 aprel 1937-ci il tarixdə Borçalı mahalında, Bolnisi rayonunun (o zamankı Lüksenburq rayonunun) Darvaz kəndində dünyaya göz açmış, orta məktəbi başa vurduqdan sonra A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan bölməsində təhsilini davam etdirmiş, ali təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra doğma Darvaz kəndində pedaqoji fəaliyyətlə məşğul olmuş, bir müddət sonra isə hərbi xidətə çağrılmış və orada Kiçik komandirlər məktəbini də “əla” qiymətlərlə bitirmişdir.
O, əsgəri xidmətdən təxris olunduqdan sonra, Bolnisi rayon Komsomol Komitəsində, bir il sonra isə rayon Partiya Komitəsində fəaliyyət göstərməklə yanaşı, Azərbaycan MEA-nın İ.Nəsimi adına ET Dilçilik institutunun aspiranturasında təhsilini qiyabi olaraq davam etdirmişdir.
Mədəd Çobanov 1973-cü ildə Daşkənddə - Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, elə həmin ildən də A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində müəllimlik fəaliyyətinə başlamışdır. O, burada 1978-1993-cü illərdə dosent, kafedra müdirinin müavini, kafedra müdiri əvəzi, Metod Şura sədrinin müavini kimi vəzifələri də icra etmişdir.
Mədəd müəllim 1992-ci ilin fevral ayında Bakı Dövlət Universitetində "Azərbaycan antraponimiyasının əsasları” mövzusunda doktorluq disertasiyasını da uğurla müdafiə etmiş və elə həmin 1993-cü ilin oktyabrında çalışdığı Tiflis Dövlət Pedaqoji İnstitutunda professor vəzifəsinə seçilmişdir.
Burada qeyd etmək yerinə düşər ki, Mədəd müəllim öz doğma Azəribaycan dili ilə yanaşı, türk, rus və gürcü dillərini də mükəmməl bilmişdir. Elə onun A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunda yüksək vəzifələr tutmasına gürcü dilini mükəmməl bilməsi amili də öz təsirini göstərmişdir. Onu da qeyd edək ki, 1977-ci və 1991-ci illərdə Tiflisdə, 2000-ci və 2006-cı illərdə Bakıda çap olunmuş ilk “Azərbaycanca-Gürcücə” və “Gürcücə-Azərbaycanca” danışıq lüğətlərinin də müəllifi və tərtibçisi məhz Mədəd müəllim olmuşdur (M.İ.Çinçaladze ilə birlikdə).
1994-cü ildən həyat və fəaliyyətini Bakıda ilə bağlayan Mədəd müəllim, əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonralar isə Azərbaycan Elitar universitetində rektor, Azərbaycan Baş Prdaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda isə dekan vəzifəsində çalışmış, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin baş direktoru olmuşdur.
O, uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər kafedrası”nın müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
Elmi əsərləri dünya çapında qəbul olunan professor Mədəd Çobanov Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü də seçilmişdir.
Mədəd müəllim, müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində də dərs demiş, maraqlı mühazirələr oxumuşdur.
Professor Mədəd Çobanovun yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olmuş, gənc aspirantların elmi rəhbəri, məsləhətçisi, opponenti və rəyçisi olmuşdur.
Mədəd müəllim danılmaz zəhməti və elmi araşırmaları nəticəsində "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Qələbə-60, Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində”, “Türk ədəbi dillərinin birliyinə doğru” (I və II cildlər) “Ədəbi düşüncələr” (I, II və III cildlər), "Dilçilik məsələləri" (I və II cildlər) və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, "Eçmiədzin" türk sözüdür" ("Ziya" qəzeti. 27.04.1992), "Eçmiədzin" nə deməkdir?" ("Vətən səsi" qəzeti. 20.11.1992) və s. bu kimi elmi tədqiqat əsərlərinin ərsəyə gəlməsinə nail ola bilmiş və onun əsərləri görkəmli alimlər və səriştəli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
O, təkcə Azərbaycanda deyil, həmçinin qardaş Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilən Beynəlxalq elmi qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış etmiş Azərbaycan aliminin çoxsaylı elmi məqalələri və kitabları həmin ölkələrdə də nəşr olunmuşdur.
Mədəd müəllim tanınmış türkoloq olaraq, Türkiyə Dil Kurumunun üzvü də seçilmişdir. Müxtəlif mükafat komissiyalarının, qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilmiş professor Mədəd Çobanov, müxtəlif illərdə bir çox fəxri fərmanlarla, medallarla və mükafatlarla təltif edilmiş, Azərbaycan elminə verdiyi töhvələrə görə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür.
Elm fədaisi olan professor Mədəd Çobanovun 60, 70, 75 və 80 illik yubileyləri müvafiq olaraq 1997, 2007, 2012 və 2017-ci illərdə təntənəli şəkildə qeyd olunmuş, şərəfli həyat və fəaliyyəti haqqında kitablar yazilmış, məqalələr çap olunmuş, filmlər çəkilmiş, radio və televiziya verilişləri hazırlanaraq efirdə yayımlanmışdır.
Mədəd müəllim həm də gözəl ailə başçısı olmuş, ömür-gün yoldaşı-tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdərək boya-başa çatdırmış, onların ali təhsilli almaları üçün valideyin qayğısını göstərmişdir ki, oğlu və iki qızı müxtəlif elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşlər.
O, həm də xoşbəxt baba və ulu baba olmaqla, doqquz nəvə, on beş nəticə görmək fərəhini yaşamışdır.

Görkəmli Azərbaycan alimi, elm fədaisi, işıqlı insan, professor Mədəd Çobanov 2023-cü il iyunun 2-də 86 yaşında Rəbbimizin rəhmətinə qovuşmuş və Bakının “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılmışdır.
Mədəd müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq, onun qiymətli əsərləri isə gənc nəsin təhsildə inkişafına təkan verməklə, müəllifini həmişəyaşarlar sırasına yazacaqdır.
Min rəhmət, Ustad!
Məkanınınız cənnət, ruhunuz Uca Dərgahda xoşhal olsun, amin!

ADIN GÖYDƏN GƏLİB-MƏDƏD!

Ruh almısan Borçalıdan,
Çeşni buta, al xalıdan.
Sən tək azdı, el yarıdan-
Dilində Rəbb, ya Məhəmməd,
Adın göydən gəlib - Mədəd!

Türk ellisən-Darvazlısan,
Şirin şivə-avazlısan.
Sən KÜRlüsən, ARAZlısan-
Səninçün yox, türkə sərhəd,
Adın göydən enib - Mədəd!

Yer göstərdin elmliyə,
Çağırdın türkü birliyə.
Baxmadın gəlmə, yerliyə-
TURAN sənçün vahid-ədəd,
Adın göydən gəlib - Mədəd!

Araşdırdın keçmişləri,
Tarixdən su içmişləri.
Saxtaları, bişmişləri-
hər yazdığın dürüst sənəd,
Adın göydən gəlib - Mədəd!

Sən evdən yox, eldən getdin,
Çox sevdiyin dildən getdin.
Bülbül idin, güldən getdin-
Yox elminə, dünyada sədd,
Adın göydən gəlib - Mədəd!

Müddətdir ki, boşdur yerin,
Əvəzindir əsərlərin.
Arxada qalmaz gözlərin-
övladların mərd və comərd,
Adın göydən gəlib - Mədəd!

Yaddaşdasan sən hər kərə.
Susan, dövrə vuran pərə.
Meydanlıdan xoş xatirə -
dünya fani, eyləmə dərd,
Adın göydən gəlib - Mədəd!
03.03.2024-Bakı]]>
Nicat Əmirov Fri, 23 Aug 2024 00:38:07 +0000
Akademik Mədəd Çobanov: "ƏDƏBİ DİLİMİZ - XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR!" https://turan.info.az/elm/humanitar/6476-akademik-mdd-obanov-db-dlmz-xalqimizin-mll-srvtdr.html https://turan.info.az/elm/humanitar/6476-akademik-mdd-obanov-db-dlmz-xalqimizin-mll-srvtdr.html Akademik Mədəd Çobanov: "ƏDƏBİ DİLİMİZ - XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR!"

Bu başlıq bizim "Azərbaycan" qəzetinin 26 fevral 2000-ci il tarixli sayında çap olunmuş eyni adlı məqaləmizdən gö¬tü-rülmüşdür. Bu məqalədə ana dilimizin Konstitusiya sta¬tu¬su, elmi aspektdə tədqiq edilməsi, tədris müəssisə¬lərində bir fənn kimi öyrənilməsi, tətbiqi məsələləri və s. geniş şə¬kil¬də şərh olunmuşdur. "Azərbaycan" qəzetində çap olunmuş ya¬rım səhifəlik bu məqalə həm ümumxalq icti¬maiyyətinin, zi¬ya¬¬lılar təbəqəsinin, həm də ali dövlət orqan¬larının diq¬qə¬tin¬¬dən ya-yınmamış və çox məmnuniyyətlə qarşı¬lanmış¬dır. Məhz bu məqalənin nəşrindən azca sonra dilimizin müasir vəziyyəti, onun inkişafının sürətləndirilməsi və təkmilləş¬di¬ril¬məsi, bir dəfəlik latın qrafikası əsaslı əlif¬baya keçilməsi, tət¬biqi sahə¬lərinin genişləndirilməsi və sabit¬ləşdirilməsi ba¬rə¬də Azər¬baycan Respublikasının sabiq, əbədiyaşar pre¬zi¬den¬¬ti Heydər Əliyev tərəfindən imzalanmış fər¬man və sə¬rən¬¬cam¬lar, o cümlədən. "Azərbaycan əlifbası və Azər¬bay¬can di¬li gününün təsis edilməsi haqqında" (9.08.2001), "Dövlət di¬linin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" (18.06.2001), "Azər¬bay¬can Respublikasında dövlət dili haq¬qında Azər¬bay¬can Res-publikasının Qanunu" (2.01.2003), "Azər¬baycan Respublika-sında Dövlət dili haqqında Azər¬baycan Respubli¬kasının Qa-nununun tətbiq edilməsi ba¬rədə" (2.01. 2003), həm¬çinin, Azərbaycan Respublikasının prezi¬denti İlham Əli¬yev tərə¬fin¬dən imzalanmış "Azərbaycan Milli Ensik¬lope¬diyasının nəşri haqqında" (12.01.2004), "Azər¬¬bay¬can dilində latın qrafikası ilə kütləvi nəşrlərin hə¬yata keçiril¬məsi haq¬qında" (12.01. 2004) Sərəncamlar böyük tarixi əhə¬miyyət kəsb edir.
Ədəbi dilimiz xalqımızın milli sərvətidir" adlı məqalə¬mizdə qaldırdığımız məsələlərin bir çoxu son vaxtlarda öz həllini tapmışdır. Lakin müxtəlif səviyyəli dövlət orqanları hələ də bir çox məsələlərin həll edilməsinə "göz yumur", "günü-günə satır", həmin məsələlərin həlli barədə bəlkə də düşünmürlər. Bizim həmin məqalədə qaldırdığımız bir çox məsələlər hələ öz həllini gözləməkdədir:
"Hətta şəhərimizin bəzi rus məktəblərinin "rəhbərləri" azərbaycanlı valideynlərə övladlarının rus məktəblərində oxumaları barədə" dəyərli məsləhət verirlər. Bu da şübhəsiz ki, az da olsa öz "bəhrəsini" verir. Millət, milli mənsubiyyət anlayışına malik olmayan valideynlər də kortəbii olaraq onların dediklərinə əməl edirlər.
"Əlbəttə, şəhərimizdə fəaliyyət göstərən reklam idarələ¬rinin "əməkdaşları" da bu sahədə "az iş görmürlər". Bakının mərkəzi küçələrindəki və meydançalarındakı reklamlara nə¬zər saldıqda, adam özünü bir anlığa haradasa Avropa ölkə¬ləri şəhərlərindən birində olduğunu hiss edir. Bizə belə gəlir ki, şəhərlərimizdə və kəndlərimizdə, həmçinin dövlət, özəl şirkətlərin müəssisələrində bütün lövhələr və reklamlar əv¬vəlcə Azərbaycan, sonra isə ingilis dilində yazılmalıdır. Rek¬lamların tərtib olunmasında çoxdilliliyə yol vermək ol¬maz". Bu mülahizələr "Azərbaycan Respublikasında Dövlət di¬li haqqında" Azərbaycan Respublikası Qanununun "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" adlanan yeddinci maddəsində də öz əksini tapmışdır. Həmin maddənin birinci bəndində deyilir: "Azərbaycan Respub¬li¬kası ərazisində bütün xidmət sahələrində, reklam və elanlar¬da dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Lakin onların tutduğu sahə Azər¬baycan dilindəki qarşılığının tutduğu sahədən böyük ol¬ma¬malı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir"..
Gəlin bir anlığa şəhərimizə ekskursiya edək, küçə və meydançalardakı reklamlara, ayrı-ayrı şirkətlərin adı yazılmış divar lövhələrinə, mədəniyyət və istirahət bağlarının-park¬ların adlarına nəzər salaq...
-Bakı şəhərində gördüyümüz və aldığımız maddi-mənəvi zövqün, aldığımız təəssüratların ümumi nəticəsi belə ol¬malıdır:
-Şəhər reklam idarəsinin və ayrı-ayrı şirkət rəhbərliyinin özbaşınalığının "hökm" sürməsinə, Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetinin iradla¬rına, etirazına və xəbərdarlığına məhəl qoymaması, Müstəqil Azərbaycan Dövlətinin "Azərbaycan Respublika¬sın¬da Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununa biga¬nəlik göstərməsi özünü "sərbəst" hiss et¬mə¬sinə... və s... son qoyulmalıdır.
-Bakı şəhəri İcra hikimiyyətinin və Bakı şəhər rayon¬larının icra hakimiyyətinin və digər əlaqədar təşkilatların rəh¬bərlərinin öz vəzifə funksiyalarına "soyuq" yanaşmaları, bəlkə də, öz vəzifə funksiyalarını dərindən bilməmələri, əgər belə demək mümkündürsə səbatsızlığı, "Azərbaycan" qəzetinin həyəcan təbili çalmasına, xəbərdarlığına və doğma ana dilimiz barədə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun fəaliy¬yətdə olmağına biganəlikləri, etinasızlıqları, dilimizə və mə¬dəniyyətimizə, həmçinin, dövlətimizin ali qanunlarına "yu¬xarıdan, xor baxmaları"... və s... ilə bağlıdır.
Elə burada böyük Atatürkün bir kəlamını xatırlamaq ye¬rinə düşərdi: "Öyrənmək axına qarşı üzməyə bənzər, irə¬li¬ləyə bilməyəni axın geri atar". Bu kəlam necə də ye¬rində deyilmişdir. Əbədiyaşar bu kəlamı, hər şeydən əvvəl, Bakı şəhər və Bakı şəhər rayonları icra hakimiyyət¬lərinin və di¬gər əlaqədar təşkilatların məmurlarına da aid etmək olar. Çünki öz vəzifə borclarına biganə qalanları, səbatsızları, müasir dövlətçiliyimizin idarə etmə sistemi ilə ayaqlaşa bilməyənləri, şübhəsiz ki, respublikamızda baş verən bu güc¬lü inkişaf və tərəqqi axını bir gün "geri atacaqlar", və¬zi¬fəsindən uzaqlaşdıracaqdır...
İndi də şəhərimizin bər-bəzəkli reklam sistemindən bəzi məqamlara yolüstü nəzər salaq. Şəhərimizin bütün küçə və meydançalarındakı reklamların əksəriyyətində, bəlkə də, 90%-dən çoxunda reklamların dövlət dilində tərtib olunma¬sına dair "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun "Dövlət dilinin xid¬mət sahələrində, reklam və elanlarda işlənməsi" adlanan yed¬¬dinci maddəsinə riayyət olunmamışdır. Kim hansı dildə istəyirsə həmin dildə də reklamlarını tərtib etdirir. Bu da tə¬bii olaraq əhalinin narazılığına, etirazına səbəb olur. Əla¬qədar təşkilatlar isə, buna hələ də göz yumurlar.
"Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azər¬¬¬-baycan Respublikasının Qanununun "Dövlət dilinin döv¬lət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndələrinin və filiallarının idarələ¬rində işlənməsi" adlanan 17-ci maddəsində deyilir:
"Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nü¬ma-yəndələrinin və filiallarının, idarələrinin adları Azərbay¬can dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsi¬sat¬ların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur". Lakin nədənsə, Azərbaycan döv¬lət dili ilə əlaqədar olan bu qanuna şəhərimizdə hələlik biganəlik göstərilir...
Şəhərimizin sakinlərinə və qonaqların əksəriyyətinə yax¬şı məlumdur ki, bağlar-parklar şəhəri sayılan doğma Bakı¬mızda ən gözəl bağlardan biri şəhərin Xətai rayonunun əra¬zi¬sində yerləşən "Nizami" adına mədəniyyət və istirahət ba¬ğıdır.
İndi də bu bağ haqqında gördüklərimizə və eşitdik¬lə¬ri¬mizə nəzər salaq:
"AzTv-1"-in 30 may 2004-cü il tarixli verilişlərindən biri Bakının Xətai rayonunun ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkının müasirliyinə həsr olunmuş¬dur. Yəqin ki, şəhərimizin sakinlərinin müəyyən hissəsi ya bu parkın yanından keçəndə, ya da həmin parkda istirahət edəndə parkın giriş hissəsini - hündür fasadını, dəmir ala qa¬pısını və fasad dirəklərin üstündəki yazını oxuyublar! Aşa¬ğıda "Nizami adına mədəniyyət və istirahət parkı" ifadə¬sini, fasadın lap yuxarı hissəsində isə qeyri-dövlət dilində iri hərf¬¬lərlə yazılmış "Lunapark" uydurma sözünü oxuyublar. "Lu¬napark" sözü elə iri hərflərlə yazılıb ki, onu təxminən 300-400 metrdən də oxumaq olar. Beləliklə də "Lunapark" sö¬zü elə ilk andan hamının diqqətini çəkir və bununla da adı kiçik hərflərlə yazılmış dünya şöhrətli Nizaminin adına köl¬gə salır. Maraqlıdır???
Görəsən, bu parka nəzarət edən, onun işini sahmana salmağa rəhbərlik edənlərin "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanu¬nu"ndan xəbəri varmı? Əgər onların dövlət dilimiz haqqında qanundan xəbərləri varsa, bəs onda, qanuna niyə riayyət etmirlər? Görünür onların başı başqa işlərə o qədər qarışıb ki, dövlət dili haqqında qanunu oxuyub ondan irəli gələn tələbləri yerinə yetirməyə macal tapmayıblar...
İkincisi, görəsən dünya poeziyasının şahı sayılan Ni¬zaminin adına "kölgə" salmaq fikrində olanlar kimdir? Onlar barədə əlaqədar təşkilatların rəhbərləri nə düşünür?..
Üçüncüsü, bir anlığa tutaq ki, Nizaminin adını daşıyan mədəniyyət və istirahət parkına əlaqədar təşkilatların mə¬murları biganəlik göstərir. Bəs, çoxminli mətbuat, radio və televiziya şirkətlərinin mütərəqqi ideyalı, fəal jurnalistləri haraya baxır? Görəsən, jurnalistlər bu barədə nə düşünürlər? Jurnalistlərin nə düşündüyünü və necə düşündüyünü deyə bilmərəm. Ancaq onu bilirəm ki, "AzTv - 1"in 30 may 2004-ci il tarixli verilişində rəsmi olaraq Nizaminin adını daşıyan parkın rəsmi adı qaldı arxivdə, "Lunapark"a gəlin!", - deyə, - nə ki, var parkı reklam etdilər... Bakı şəhərindəki ən gözəl parklardan biri "Lunapark"dır. "Lunapark"da sanki göyün yeddi qatına uçmaq olar. "Lunapark"da 20-yə yaxın atraksion vardır. Onların bir neçəsi uşaqlar üçündür. "Lu¬napark"ın xidmətindən razı qalırlar". Bakı şəhərinin əhalisini "Lunapark"a dəvət edirəm" - deyə aparıcı "fəxrlə" danışırdı.
Görəsən bu televiziya əməkdaşına parkın dövlət tərə¬findən verilmiş rəsmi adının əvəzinə onun uydurma "Luna¬park" adı ilə çıxış etməsinə kim səlahiyyət verib?
Görəsən, bəzi "jurnalistlər" Azərbaycan jurnalistlərinin adı¬na hansı əsasa görə kölgə salırlar? Bu sahədə onlar kimə xidmət etdiklərini, kimin dəyirmanına su tökdüklərini başa düşürlərmi? Yəqin ki, yox. Başa düşsələr onlar dünya poezi¬yasının sərkərdəsinin və onun ən uca rütbəsinin üstünə qara kölgə salmazdılar...
Başqa bir misal: Televiziya və radio verilişlərində aparıcının nitqində tez-tez "Vətəndaşların Konstitusiyon hüquqları" ifadəsini də eşidirik. Məlum deyil, bu aparıcılar və ya diktorlar dilimizə "-yon" sonluğunu haradan gətiriblər. Bu şəkilçi dilimiz üçün tamamilə yad ünsürdür. Odur ki, həmin ifadə dilimizin daxili qanunauyğunluğuna görə belə olmalıdır: "Vətəndaşların Konstitusiya hüququ".
Bu barədə jurnalistlərimiz yaxşı-yaxşı düşünüb-daşın¬ma¬lıdır. Əlbəttə, televiziya və radio verilişlərinin rəhbərliyi də, əlaqədar təşkilatların rəhbərləri də bu barədə düşünməli və öz işlərini yenidən qurmalıdır...
Adı qeyd olunan məqaləmizdə şəhər, kənd və qəsəbə-lərimizin adlarını bildirən toponimlərimizə olan münasibət¬lərdən bəhs edərək yazmışdıq; "Məsələn, qədim Zığ kən¬di¬nin yaxınlığıqdakı Bakı Ali Hərbi Dənizçilik məktəbi şəhər¬ciyinin ətrafındakı qəsəbəni (Xətai rayonu) Naximov qəsə¬bəsi adlandırırlar. Kimdir Naximov? Naximov türklərin, elə¬cə də, azərbaycanlıların qatı düşməni olan rus admiralı¬dır... Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünür?..."
Təəssüf ki, təxminən 6 il əvvəl "Azərbaycan" qəzetində qaldırılan bu məsələni həll etmək üçün Bakı şəhərinin əla¬qədar təşkilatları hələ də macal tapmayıblar... Görəsən, Na¬ximov qəsəbəsinin adını dəyişmək, onu ya Zığ qəsəbəsi, ya admiral Aslanbəyovun şərəfinə Aslanbəyov qəsəbəsi adlan¬dırmaq üçün bundan sonra neçə il lazım olacaqdır? Bu sualın dəqiq cavabını söyləyən oxucularımıza "Azərbaycan" qəzeti vasitəsilə təşəkkürümüzü bildirəcəyik...
Məlumdur ki, "mətbuat orqanları xalqı - gənc nəsli həm mənəvi-əxlaqi cəhətdən xəlqilik və vətənpərvərlik ruhunda tərbiyə etməli, həm də müasir təhsilin, elmin və mədə¬niyyətin son nailiyyətlərini, ictimai-siyasi həyatda baş verən hadisələrin əsas məğzini şərh etməklə maarifləndirməyə müəyyən dərəcədə köməklik göstərməlidir. Lakin biz, bun¬ları qeyri-dövlət qəzetlərinin səhifələrində görmürük. Həmin qəzetlərin dil baxımdan savadsız nəşr olunması bir yana, qə¬dim və zəngin tarixə malik olan mənəviyyatımıza, adət-ənə¬nələrimizə vurduğu zərbələrlə barışmaq qeyri-mümkün¬dür".
Son illərdə istər mətbuatımızda, xüsusilə özəl mətbuat orqanlarında və radio-televiziya verilişlərində yerli-yersiz rus və digər dillərndən alınma sözlər baş alıb gedir. Hətta, həmin sözlərin dilimizdə işlənməsinə heç bir lüzum olma¬dığı hallarda da. Məsələn, "prioritet mövzu", "prioritet möv¬qe", "prioritet məsələ", "prioritet proqram", "prioritet müəy¬yənləşdirilir" və s...
Görəsən, bu sözləri müasir ədəbi dilimizdə işlənən ümumişlək və yaxud vətəndaşlıq hüququ qazanmış sözlə¬rimizlə əvəz etmək mümkün deyilmi? Əlbəttə, mümkündür. Sadəcə olaraq, yalnız arzu və istək, xalqımızın minilliklərin dərinliklərindən bəri inkişaf edə-edə, təkmilləşə-təkmilləşə, sabitləşə-sabitləşə gələn ana dilimizə - milli sərvətimizə ümum-xalq mövqeyindən, ümumxalq mənafeyi baxımından yanaşmaq, dilimizin gələcək inkişafı qeydinə qalmaq lazım¬dır. Bu isə, hamımızın, ilk növbədə, ziyalıların və jurnalist¬lə¬rin ən müqəddəs vəzifəsi olmalıdır. Çünki ana dilimiz xal¬qı¬mızın ən müqəddəs milli sərvətidir. Ümumxalq sərvətinə isə xor baxmaq, onu korlamaq, mənası dəqiq başa düşül¬məyən alınma sözlərlə "zibilləmək" olmaz.
İndi də yuxarıda qeyd olunan sözlərin dilimizdə işlənmə mə-qamlarına və onların şərhinə nəzər salaq: Birincisi, "prio¬ritet" sözü dilimizin tələffüz normalarına çox çətin uyğun¬laşır, ifadə etdiyi məzmun isə tam və dəqiqliyi ilə aydın olmur. "Prioritet" sözü rus dilində hər yerdə cəm halında iş¬lənir, kişi cinsini bildirir, onun ifadə etdiyi məna elmdə kəşf və ixtira sahələrinə aid olub, ədəbi dilimizdə isə "birin¬cilik" mənasını bildirir. Azərbaycan dilinin mətnlərində isə, bu ifadələrin heç biri elm sahələri ilə əlaqədar işlən¬məyibdir.
İkincisi, yuxarıda "prioritet" sözü ilə bağlı olan ifadələri ana dilimizə tərcümə etsək birinci ifadə "birincilik mövzu", ikinci ifadə "birincilik istiqamət", üçüncü ifadə "birincilik mövqe", dördüncü ifadə "birincilik məsələ", beşinci ifadə "bi¬rincilik proqram", altıncı ifadə "birincilik müəyyən¬ləş¬di¬ri¬lib" kimi məzmunsuz və gülünc mənalar kəsb etmiş olar. Bu ifadələrdən ilk beş ifadə ədəbi dilimizin leksik, üslubi normalarına uyğun olmadığı üçün kəsb etdiyi məna və məz¬mun da oxucuya və dinləyiciyə tam mənası ilə çat¬mır... Al¬tın¬cı ifadənin ana dilimizdəki məzmunu isə, an¬laşıqlı və dili¬mizin qaydalarına uyğundur. Odur ki, dili¬mizdə "birin¬cilik müəyyənləşdirilib" ifadəsi ola-ola "prioritet müəy¬yənləş¬di¬ri¬lib" ifadəsinin işlədilməsinə heç bir lüzum yoxdur.
Yaxud, istər televiziya və radio verilişlərinin mətnlərin¬də, istərsə də özəl mətbuat orqanlarının səhifələrində tez-tez özünə yer tapan "kritik" sözü mətnin məzmununa uyğun ol¬ma¬yan yerlərdə işlədilir. Məlumdur ki, rus dilində "kritik" tən¬¬qidçi mənasını, "kritiçeskiy" sözü isə insanın hal-vəziy¬yəti ilə bağlı olan "çox çətin, ağır, qorxulu, böhranlı" məna¬la¬rı¬nı bildirir. Televiziya verilişlərində isə tez-tez "Sənin və¬ziy¬yətin kritikdir" kimi sadə cümlələri çox aludəçiliklə tək¬rar edirlər. Bu cümlədə isə, üslub və məntiqi baxımdan "kri¬tik" sözü yersiz işlədilmişdir. Həmin cümləni ədəbi dili¬mi¬zə çevirsək, onda "Sənin vəziyyətin tənqidçidir" kimi çox gü¬lünc bir ifadə almış olarıq. Deməli, həmin cümlədə "kri¬tik" sözündən yox, rus dilində sifət bildirən "kritiçeskiy" sö¬zün¬dən istifadə etmək lazımdır. Məhz buna görə də, yuxa¬rıda qeyd olunan cümlə "Sənin vəziyyətin kritikdir" kimi yox, ədəbi dilimizin üslubi normalarına və məntiqi məz¬mu-nuna, mənasına görə, "Sənin vəziyyətin böhranlıdır (çox çə¬tin-dir, ağırdır, qorxuludur)" kimi cümlələr¬lə ifadə olun¬ma¬lı idi.
Yaxud, televiziya və radio verilişlərində tez-tez səslənən "proqramın xronikası" ifadəsi dilimizdə "proqramın xülasəsi" kimi verilməlidir. İstər bəzi mətbuat orqanlarında, iəstərsə də televiziya və radio verilişlərində müəssisə və idarələrin adı düzgün verilmir. Məsələn, "Baş Dövlət Yol Polis İda¬rəsi" üslubi və məntiqi baxımdan düzgün yazılmamışdır. Hə¬min ifadədəki "Baş" sözü "Dövlət" sözündən əvvəl yox, "Yol" sözündən əvvəl işlənməlidir. Çünki "Baş" sözü "Döv¬lət" sözünün yox, "Yol Polis İdarəsi" ifadəsinin təyini funk¬si¬yasını yerinə yetirir. Odur ki, həmin dövlət müəssi¬səsinin adı belə yazılmalıdır: "Dövlət Baş Yol Polis İdarəsi".
Yaxud, Bakı şəhərinin Xətai raoynu ərazisində yerləşən "Neftçilər" xəstəxanasının binasının üstündə iri hərflərlə belə yazılmışdır: "Mərkəzi Neftçilər Xəstəxanası". Bu ifadə də həm üslubi, həm də məntiqi baxımdan nöqsanlı yazıl¬mış¬dır. Bu ifadədəki "Mərkəzi" sözü "Neftçilər" sözünə yox, “Xəs¬təxana” sözünə aiddir və onun təyini funksiyasın¬da çıxış edir. Odur ki, həmin ifadə ədəbi dilimizin üslubi nor¬malarına və məntiqi məzmununa görə belə olmalıdır: "Neft¬çi¬lərin Mərkəzi Xəstəxanası".
Radio verilişlərinin mətnlərində "geniş fikir mübadiləsi və açıq diskusiya şəraitində", "Azərbaycan radiosunun ra¬dio anonsu efirdədir" kimi ifadələr səslənmişdir. Hamıya yax¬şı məlumdur ki, müasir ədəbi dilimiz ən bəsit, ən incə fikir və mətləblərdən başlanmış ən mürəkkəb, ən mücərrəd fikir və mülahizələri ifadə etmək iqtidarındadır. Bu mənada, hər bir fikir və mülahizə istər efir verilişlərinin, istərsə də mətbuat orqanlarının dilində hamının başa düşəcəyi fikir və mülahi¬zələr sadə, aydın, dəqiq, kamil, rəvan, səlis, elmi və məntiqi cəhətdən sadə və ümumişlək ifadələr və cümlələrlə dinləyi¬cilərə və oxuculara çatdırılmalıdır. Bu baxımdan, yu¬xarıda qeyd olunan birinci ifadə "geniş fikir mübadiləsi və açıq müzakirə şəraitində", ikinci ifadə isə, "Azərbaycan ra¬diosunun radioxülasəsi efirdədir" kimi efirdə səslənməli¬dir.
Sevindirici haldır ki, təzəcə fəaliyyətə başlamış İctimai televiziya elə ilk verilişlərindən ana dilimizin saflığı naminə onun qorunmasına çalışır və bu verilişlərdə, demək olar ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbay¬can Respublikasının Qanunu"na əməl olunması açıq-aydın şəkildə özünü göstərir.
Bakı şəhərində bəzi müəssisə və idarələrin adı da ixti¬sarla düzgün yazılmayıb. Dərd də budur ki, bu nöqsanları nə bəzi mətbuat orqanlarının əməkdaşları, nə də televiziya və radio jurnalistləri görür. Hətta, bu nöqsanları olduğu kimi tək¬rar edirlər. Məsələn, "Azəriqaz" kimi yazır və efirdə sə¬sləndirirlər. Əslində isə, dilimizin qaydalarına görə, bu ixti¬sarla yazılan söz "Azərqaz" kimi yazılmalı və efirdə səslən¬dirilməlidir.
Bu qeydlərin "Azərbaycan" qəzetində çap olunmasından təxminən altı ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hə¬ləlik bu barədə nə Mətbuat Şurası, nə də əlaqədar təşkilatlar öz sözlərini deməyiblər. Yəqin ki...
Hamıya yaxşı məlumdur ki, hər bir müstəqil və suveren dövlətin əsas atributlarından birini dövlət dili təşkil edir. Məhz buna görə də, "Azərbaycan Respublikasının Konstitu¬siyası"nın 21-ci maddəsi "Dövlət dili" adlanır. Bu maddədə konkret olaraq deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azər¬bay¬can dilinin inkişafını təmin edir". (Maddə 21, bənd 1). De¬məli, ölkəmizin hər bir guşəsində bütün rəsmi təd¬birlər - Azərbaycan Respublikasının Prezident Aparatında da, Milli Məclisin sessiyalarında da, Respublika nazirliklərinin və Dövlət Komitələrinin kollegiya iclaslarında da, İcra hakimiy¬yətlərinin və digər dövlət təşkilatlarının iclaslarında da, Mil¬li Elmlər Akademiyasının ayrı-ayrı İnstitutlarının və Ali mək¬təblərinin Elmi Şuralarında da, Orta ixtisas və orta ümum¬təhsil məktəblərinin Pedaqoji Şuralarının iclaslarında da, müxtəlif təsərrüfat müəssisələrinin iclaslarında da, siyasi partiyaların və ictimai təşkilatların qurultay, konfrans və müşavirələrində də, dövlətin daxili və xarici siyasətinin xal¬qa çatdırılmasında başlıca rol oynayan həmkarlar təşkilat¬larının iclaslarında da, bir sözlə ölkənin ən kiçik və ən bö¬yük idarələrində də ümumi ünsiyyət dili - dövlət dili - Azər¬baycan dili olmalıdır. Həmçinin, respublikamızın bütün vətəndaşları arasında da ümumxalq ünsiyyət dili, məişət dili də Azərbaycan dili olmalıdır. Bütün bunlar istər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də beynəlxalq qanun¬ların tələbindən irəli gəlir...
Lakin bəzi dövlət idarələrinin və müəssisələrinin rəh¬bərliyi "Azərbaycan Respublikasının Konstitusiyasının "Döv¬lət dili" maddəsinə riayət etmir, ana dilimizin "dövlət dili" statusunu unudur, onun hamılıqla həyata keçirilməsinə zə¬ruri şərait yaratmır, bəlkə də, bilərəkdən belə hərəkət edirlər. Respublikamızın Ali qanununa soyuqqanlılıq göstə¬rən¬lərə, onun tələblərini yerinə yetirməyənlərə qarşı ciddi şəkildə mübarizə etmək lazımdır. Çünki ana dili öz varlığını və döv¬lət statusunu qoruyub saxlamalıdır. Dilimizin daha da zən¬gin¬¬ləşməsi, səlisləşməsi və təkmilləşməsi üçün hər cür şə¬rait yaradılmalıdır. Bunu öz doğma dilini əsrlərlə yad tə¬sir¬lərə qarşı mübarizədə qoruyub bu günkü səviyyəyə gəti¬rib çıxaran xalq tələb edir, onun Ali qanunu - Kons¬ti¬tu¬si¬yası tə¬ləb edir...
Burada xalqımızın görkəmli oğlu, təcrübəli dövlət xa¬dimi, hərbi sərkərdə və məşhur şair Ş.İ.Xətainin bir kəla¬mını söyləmək yerinə düşər. O, gənclərimizə nəsihətində yazmışdır: "Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəfhərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin! Yaxşı nə etdimsə davam etdirin, xətalarımı təkrar etməyin... Atalar sizə üç əmanət qoyublar: Dilimiz, Qeyrətimiz, Vətənimiz!"
Xalqımızın böyük oğlu, dünyanın görkəmli siyasətçisi və təcrübəli dövlət xadimi, respublikamızın sabiq prezidenti H.Ə.Əliyev də həyatı boyu öz fəaliyyətində bu devizləri əsas tutmuşdur. O, bu münasibətlə Azərbaycan gənclərinin birinci formunda demişdir: "Mən gənclərimizə bu tövsiyəni verirəm... öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz". Təəssüflər olsun ki, bu müdrik kəlamları dərindən duymayan, dərk etməyən vətəndaşlar arasında rəsmi dövlət təşkilatlarının həm yuxarı, həm də aşağı manqalarının əmək¬daşları və müxtəlif təsərrüfat idarələrinin rəhbərləri hələ də çoxluq təşkil etməkdədir. Lakin...Lakin?..
Burada yeri gəlmişkən, dil məsələsi ilə bağlı bir faktı da qeyd etmək yerinə düşərdi. Biz 21 oktyabr və 6 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti H.Ə.Əli¬yev cənablarına iki dəfə teleqramla müraciət etmişdik. Bi¬rinci teleqramda deyilirdi: "Bakı. Prezident aparatı. Azər¬bay¬can Respublikasının prezidenti Heydər Əliyev cənabla¬rına. Məni xidməti vəzifəm və elmi-pedaqoji problemlərlə əlaqə¬dar olaraq, qəbul etməyinizi xaşhiş edirəm. Filologiya elm¬ləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov. Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının mü¬diri". (21.10.1997)
İkinci teleqramda isə yalnız "İkinci dəfə müraciət edi¬rəm" cümləsi artırılmışdır.
Bizi düşündürən, hər şeydən əvvəl, bizə ən çox təsir edən odur ki, bizim doğma ana dilimizdə - Azərbaycan Res-publikasının dövlət dilində yazılmış məktublarımıza in¬diki şəraitdə Rabitə Nazirliyinin poçt şöbəsindən rus dilin¬də ca-vablar göndərilir. Həmin cavabları olduğu kimi oxucu küt¬lə¬sinə çatdırıram. Birinci teleqramın prezident aparatında qəbul edilməsi haqqında cavab teleqramında yazılmışdır:
"21-10-1, Áàêó 66-36 ÁÂÂÌÓ - ôèëîëîãè÷. ôàê. ×î-áà¬íîâó. Òåë. 18-12 21-10 Àëèåâó âðó÷åíà 21-10 15 -00 îáøèé îòäåë ïðåçèäåíòñêîãî àïïàðàòà".
("21-10-1, Baku 66-36 BVVMU - filoloqiç. fak. Ço¬ba¬novu. Tel. 18-12 21-10 Alievu vruçena 21-10 15 -00 obşiy otdel prezidentskoqo apparata".)
Prezident aparatından aldığımız bu cavab məktubundan aydın olur ki, aparatın əməkdaşları vətəndaşların məktub¬larına biganəliklə yanaşırlar. Hətta, özlərini əziyyətə salıb, vətəndaşlardan alınmış məktubları diqqətlə oxuyub onun məz¬-munu ilə tanış olmamış tələsik yarı doğru, yarı səhv ca¬vab yazmaqla vəzifələrini yerinə yetirmiş hesab edirlər. Bi¬¬rincisi, bizim teleqramda "filologiya fakültəsi" ifadəsi ol¬ma¬dığı halda cavab teleqramında "filoloqiç. fak." ifadəsi ilə ca¬vab yazırlar. İkincisi, onlar düşünmürlər ki, Bakı Ali Hərbi Dənizçilik Məktəbində "filologiya fakültəsi" haradan ola bilər? Hərbi sənət hara, filologiya hara?..İkinci teleqramın Prezident Aparatında qəbul edilməsi haq¬qında cavab teleqramında yazırlar:
"Áàêó 66-11502. ÁÂÂÌÓ ïðîô ×îáàíîâó 18-4 6-11 Àëèåâó âðó÷åíà 6-11 17-55 îáøèé îòäåë ïðåçè¬äåíò-ñêîãî àïïàðàòà òåëåãðàôèñòêà - Ðàñóëîâà".
"Baku 66-11502. BVVMU prof Çobanovu 18-4 6-11 Alievu vruçena 6-11 17-55 obşiy otdel prezi¬dent¬skoqo apparata teleqrafistka - Rasulova".
Prezident aparatından aldığımız xəbərdarlıq teleqramının hər ikisinin rus dilində yazılması bir yana, acnacaqlı cəhəti odur ki, həm məntiqsiz, həm də savadsız yazılmışdır. Bu oxucular üçün də maraqlı olar. Görəsən, bu teleqramları ha¬zır¬layan şəxs kimdir? Onun Azərbaycan vətəndaşlığı varmı? Əgər, o, Azərbaycan vətəndaşıdırsa, nə üçün Azər¬bay¬can Respublikasının müqəddəs qanununa - Konsti¬tusiya¬sına və onun "Dövlət dili" adlanan 21-ci maddəsinə - ana dilimizin dövlət dili statusuna biganəlik göstərir? Respubli¬kamızın döv¬lət dilində yazılmış teleqramlara niyə rus dilində cavab hazırlayır... Niyə?... Yoxsa, bəzi bürokratlar "bəlkə də qay¬tardılar" laylasından hələ oyanmayıblarmı?...
Bizim hamımızın müqəddəs vəzifəsi isə, Müstəqil Döv¬lə-timizin rəsmi dövlət dilini, ana dilimizi, xalqımızın milli sər¬vətini göz bəbəyi kimi qorumaqdan ibarət olmalıdır. Çünki "Öz millətini əbədi saxlamaq istəyənlər öz ana dil¬lə¬ri¬¬ni saxlamağa çalışmalıdırlar və o dildə elm və fənni övladi - millətə verməlidirlər". ("Kəşkül" qəzetindən. XIX əsrin 80-ci illəri).
Mədəd ÇOBANOV,Nyu-York Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor.
«Azərbaycan» qəzeti, 2001.

271]]>
Nicat Əmirov Fri, 23 Aug 2024 00:37:23 +0000
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub https://turan.info.az/elm/humanitar/6487-grcstann-nfuzlu-qzetind-azrbaycan-alimi-haqqnda-mqal-drc-olunub.html https://turan.info.az/elm/humanitar/6487-grcstann-nfuzlu-qzetind-azrbaycan-alimi-haqqnda-mqal-drc-olunub.html Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində mərhum akademik Mədəd Çobanov haqqında “Ədəbi dilimiz – xalqımızın milli sərvətidir!” sərlövhəli məqalə dərc olunub.]]> admin Wed, 21 Aug 2024 19:15:24 +0000 Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib https://turan.info.az/gurcustan/6459-grcstanda-ana-dilimiz-varlmzdr-mvzusunda-ina-yaz-msabiqsi-keirilib.html https://turan.info.az/gurcustan/6459-grcstanda-ana-dilimiz-varlmzdr-mvzusunda-ina-yaz-msabiqsi-keirilib.html Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda  inşa yazı müsabiqəsi keçirilib Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdləri arasında görkəmli dilçi alim, tanınmış türkoloq və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

turan.info.az AZƏRTAC-a və 24news.ge-yə istinadən xəbər verir ki, müsabiqə Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri Ələddin Qarabağlının təşəbbüsü və təşkilatçılığı, Marneulidəki “Azərbaycan Evi”nin dəstəyi ilə həyata keçirilib.

2024-cü ilin mart ayından ictimaiyyətə elan olunan İnşa yazı müsabiqəsinə iyun ayının 5-də Marneulidəki “Azərbaycan Evi”ndə yekun vurulub, bu münasibətlə “Ana dilimiz – varlığımızdır!” adlı təntənəli tədbir keçirilib, müsabiqənin qaliblərinə sertifikatlar, mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.

Əvvəlcə akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib. O bildirib ki, bir il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri ana dilimizi – Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.
Daha sonra “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Ələddin Qarabağlı çıxış edərək bildirib ki, diliçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş 2 mərhələli İnşa yazı müsabiqənin birinci mərhələsində, Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən 116 məktəbdən (88-i sırf azərbaycandilli məktəbdir) 67-nin 160-a yaxın şagirdii iştirak edib. Onlardan 60 nəfəri ikinci mərhələyə vəsiqə alıb. İkinci mərhələdə isə həmin şagirdlərdən 20 nəfəri müsabiqənin qalibi seçilib.
Ələddin Qarabağlı qeyd edib ki, müsabiqədə iştirak edən şagirdlərin ana dilimizlə bağlı yazdıqları çox maraqlı olub. Şagirdlər ana dilimizin zənginlikləri barədə fikirlərini bölüşüblər. Ələddin Qarabağlı belə müsabiqələrin davamlı olacağını və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.
Ələddin müəllim böyük sevinc hissi ilə onu da diqqətə çatdırıb ki, müsabiqədə paytaxt Tbilisi, eləcə də Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarının məktəbliləri ilə yanaşı, Qaxeti bölgəsindən gəlmiş şagirdlər də yüksək səviyyədə iştirak ediblər.
Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, “Şərəf” ordenli yazıçı Əli Abbas, Gürcüstanın Əməkdar müəllimi, Dmanisi rayonunun Aşağı Oruzman kəndinin məktəb direktoru İslam Məmmədov, Azərbaycan dili və ədəbiyyat müəllimələri Fatma Əliyeva, Qazax Abdullayev, Abayat Qurbanova, Sevda Şahverdiyeva, Esmira Ələkbərli və başqaları çıxış edərək görkəmli diliçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.
Mərasimdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar və şagirdlərə uğurlar diləyiblər.
Onlar qeyd ediblər ki, son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakı və fəallığı ana dilmizin inkişafına yönəlib.
Sonda müsabiqədə iştirak edən və müxtəlif nominasiyalar üzrə qalib olan şagirdlərin hər biri sertifikat və pul mükafatına layiq görülüblər. Belə ki, 1 nəfər 1-ci yeri qazanaraq 100 lari, 2 nəfər 2-ci yeri qazanaraq hər biri 75 lari, 3-nəfər 3-cü yeri qazanaraq hər biri 50 lari, 4 nəfər 4-cü yeri qazanaraq hər biri 25 lari, 5 nəfər 5-ci yeri qazanaraq hər biri 20 lari, 5 nəfər isə həvəsləndirici mükafat qazanmaqla yenə də hər biri 20 lari olmaqla pul mükafat ilə birlikdə diplom və sertifikatla da təltif olunublar. Qaliblərə, eləcə də digər bütün iştirakçılara qiymətli hədiyyələr, müxtəlif kitablar və məktəb ləvazimatları da təqdim olunub.
Tədbir iştirakçılarına həmçinin mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar da paylanılıb, xatirə foto-şəkillər çəkilib.
turan.info.az]]>
Nicat Əmirov Sun, 16 Jun 2024 22:34:33 +0000
SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi" https://turan.info.az/gurcustan/tiflis/6456-sadq-zaman-elm-vtn-sevgi-professor-mdd-obanovun-mr-salnamsi.html https://turan.info.az/gurcustan/tiflis/6456-sadq-zaman-elm-vtn-sevgi-professor-mdd-obanovun-mr-salnamsi.html SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi"
Azərbaycan elminin və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov xalqımızın yaddaşında əbədi yaşayan görkəmli ziyalılarımızdandır. O, təkcə sanballı elmi yaradıcılığı və məhsuldar pedaqoji fəaliyyəti ilə deyil, həmçinin yüksək insani keyfiyyətləri ilə qəlblərdə dərin iz qoyub. Professor Mədəd Çobanovun mənalı həyat yolu onun Azərbaycan dilçiliyi və milli dəyərlərimizə olan sevgisinin, sədaqətinin və zəhmətkeşliyinin bariz nümunəsidir.
Şanlı ömür yolu
Bu məqalə akademik Mədəd Çobanovun əziz xatirəsini yad etmək, onun pedaqoji nailiyyətlərini və şəxsiyyət ucalığını anmaq, elmi irsinin əhəmiyyətini vurğulamaq və gələcək nəsillərə çatdırmaq məqsədi daşıdığı üçün, ilk öncə, görkəmli alimin keçdiyi həyat yolunu vərəqləyək:
Akademik Mədəd Çobanovun doğma kəndindən başlayaraq elm və təhsil sahəsində qazandığı uğurlar, gənc yaşlarından göstərdiyi qətiyyət və çalışqanlıq, onun bir alim və əsl ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. O, 1937-ci il aprelin 11-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya göz açmışdır. Doğma kəndindəki orta məktəbi bitirdikdən sonra, 1955-1960-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almışdır. Darbaz kəndində birillik pedaqoji fəaliyyətdən sonra hərbi xidmətə yollanmış, Zabitlər məktəbində təhsilini davam etdirərək leytenant rütbəsi almışdır. Daha sonra o, Bolnisi rayon komsomol komitəsi və Bolnisi rayon partiya komitəsində işləmiş, həmçinin Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.
İlk uğurlar
Mədəd Çobanovun coşqun elmi fəaliyyəti, Borçalı şivələrinin leksikasına dair dəyərli tədqiqatları onun Azərbaycan dili və mədəniyyətinə olan sevgisini dolğun şəkildə əks etdirir. 1973-cü ildə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat və Dilçilik İnstitutunda “Borçalı - Bolnisi rayon şivələrinin leksikası” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi Mədəd Çobanovun adını geniş elmi ictimaiyyətə tanıtdı. Beləliklə, gənc alimin dilçilik sahəsində apardığı faydalı tədqiqatlar, Borçalı şivələrinin leksikasına dair namizədlik dissertasiyası onun elmi fəaliyyətinin ana xəttini təşkil etdi. Bu dəyərli tədqiqat Azərbaycanın bölgələrinin dil xüsusiyyətlərini qoruyub saxlamağın və gələcək nəsillərə ötürməyin nə qədər vacib olduğunu göstərdi.
Mədəd Çobanovun elmi fəaliyyətinin zirvəsi isə 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etməsi ilə baş verdi. Tezliklə professor elmi adına layiq görüldü. Azərbaycan dilinin mühüm aspektlərini tədqiq edən bu doktorluq dissertasiyası dilimizin zənginliyini və onun tarixi köklərini daha dərindən anlamağa kömək etdi.
Pedaqoji fəaliyyət
Akademik Mədəd Çobanovun pedaqoji fəaliyyəti də elmi nailiyyətləri qədər önəmli olmuşdur. O, 21 il Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, yüzlərlə tələbənin biliklərə yiyələnməsində böyük rol oynamışdır. Təsadüfi deyil ki, Mədəd müəllimin dərs dediyi tələbələr arasında çoxlu sayda tanınmış alim və pedaqoqlar var. Mədəd müəllimin dərslərində Azərbaycan dilinin incəliklərini, bu təcrübəli pedaqoqun dilçilik sahəsindəki elmi prinsiplərini dərindən öyrənmək imkanı olan tələbələr onun verdiyi bilik və dəyərləri öz karyeralarında tətbiq edərək professor Mədəd Çobanovun elmi-pedaqoji irsini yaşatmışlar.
1990-cı illərdə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr Mədəd Çobanovu doğma yurdundan ayrılmağa və 1994-cü ildə Azərbaycana köçməyə məcbur etdi. Bakı elmi-ədəbi mühiti alimin həyatında yeni bir mərhələ açdı. O, Azərbaycanda elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirdi, nüfuzlu ali təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışdı, neçə-neçə savadlı alim və pedaqoq nəslinin yetişməsinə əvəzsiz xidmətləri oldu: Akademik Mədəd Çobanov Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışdı, həmçinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri kimi fəaliyyət göstərdi. 1992-ci ildə Mədəd Çobanov Onomastika üzrə Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü və sədrin müavini, 1993-cü ildə Azərbaycan Alimlər İttifaqının, 2000-ci ildə Türk Dil Kurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçildi.
Zəngin elmi irs
Professor Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir. O, səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifidir ki, bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır. Bu sanballı tədqiqatlar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan dilçiliyi sahəsində yeni istiqamətlər formalaşdırmışdır.
Qeyd edək ki, professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və ölkələrdə səkkiz dəfə çap olunmuşdur.
Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud - Qəhrəmanlıq dastanı” kitabında dastanın yaranma tarixi, Qalın Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunmuşdur. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə işıqlandırılmışdır.
Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.
Dünya alimləri Mədəd Çobanov haqqında
Professor Mədəd Çobanovun əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrində dəfələrlə çap olunmuş və görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Dünya şöhrətli yazıçı, məşhur türkoloq alim Çingiz Aytmatov 1998-ci ildə professor Mədəd Çobanovun elmi yaradıcılığını yüksək dəyərləndirərək yazımışdır:
“Tanınmış türkoloq, professor Mədəd Çobanovun son illərdə onomastika sahəsində apardığı elmi tədqiqatlar məni çox sevindirir. Xüsusilə də toponomika sahəsində apardığı araşdırmalar çox qiymətli və təqdirəlayiqdir. Onun Ufada və Bişkekdə keçirilmiş beynəlxalq elmi konfranslardakı məruzələri isə diqqətimi xüsusilə cəlb etmişdir. Ona bu yolda uğurlar arzulayıram”.
Akademik Şanazar Şaabduraxmanov (Özbəkistan) isə azərbaycanlı alimin Türkologiya sahəsindəki xidmətlərini önə çəkmişdir:
“Professor Mədəd Çobanov Azərbaycan dilçiliyi və Türkologiya sahəsində zəngin dilçilik ənənələrinə sadiq olmaqla yanaşı, Türkologiyanın müasir ümumi problemlərini araşdırıb gələcək nəsillərə ötürülməsində böyük əməyi olan alimlər nəslinə mənsubdur”.
Akademik Edhem Tenişyev (Moskva) da azərbaycanlı alimin fundamental elmi fəaliyyətini dəyərləndirənlər sırasında olmuşdur:
“Filologiya elminin tarixi ilə yaxından tanış olan professor Mədəd Namaz oğlu Çobanov elmin müasir səviyyəsinə uyğun olan və araşdırılmamış mövzuları çox ustalıqla seçir və tədqiqata cəlb edir. Bu da onun elm sahəsində yeni-yeni nailiyyətlər qazanmasına səbəb olur”.
Akademik Əbdüləziz Dəmirçizadə isə professorun ilklərə imza atdığını diqqət mərkəzinə çəkmişdir:
“Mədəd Çobanov Azərbaycan dilinin müasir problemlərini milli təəssübkeşlik və təşəbbüskarlıq baxımından araşdıran ilk alimlərimizdən biridir”.
Professor Qəzənfər Kazımov öz həmkarının fəaliyyətini hərtərəfli təhlil etmişdir:
“Professor Mədəd Çobanov görkəmli türkoloq, tanınmış dilçi alim, təcrübəli pedaqoq və zəhmətkeş tədqiqatçı olmaqla yanaşı, həm də xalqımızın təəssübkeşi, ana dilimizin və milli mədəniyyətimizin yorulmaz keşikçisidir!”
Akademik Mədəd Çobanovun xatirəsinə
Professor Mədəd Çobanovun 60, 70, 75 və 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə böyük təntənə ilə qeyd olunmuşdur. Bu yubileylər münasibəti ilə akademik Afad Qurbanovun rəhbərliyi ilə “Professor Mədəd Çobanov – 60” (1997), tanınmış yazıçı Əli Abbasın tərtibatında “Professor Mədəd Çobanov – 70” (2007), akademik Nizami Cəfərovun “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” və “İki ölkə alimi” (2017) kimi sanballı kitablar nəşr olunmuşdur.
Bundan başqa, Mədəd müəllimin həyat və yaradıcılığı haqqında filmlər çəkilmiş, televiziya və radio verilişləri hazırlanmış, elmi konfranslar, sessiyalar və seminarlar keçirilmişdir.
Bu yaxınlarda isə məktəblilər arasında görkəmli türkoloq alimin əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – Varlığımızdır!” adlı inşa müsabiqəsi keçirilmişdir.
Mədəd müəllimin geniş elmi fəaliyyəti onun yalnız bir dilçi və tədqiqatçı kimi deyil, həm də əsl ziyalı və vətənpərvər kimi necə böyük bir şəxsiyyət olduğunu göstərir. Akademik Mədəd Çobanovun adı, onun fundamental elmi yaradıcılığı Azərbaycan dilçilik elminin tarixinə qızıl hərflərlə yazılmışdır.
El və elm ağsaqqalı
Professor Mədəd Çobanovun məhsuldar elmi və pedaqoji fəaliyyəti onun Azərbaycan dilinə, xalqımıza, milli dəyərlərizə olan olan sevgisinin, bağlılığının ən gözəl təzahürüdür. Görkəmli alimin Azərbaycan dilçiliyi və mədəniyyətinin inkişafında silinməz izlər buraxan zəngin elmi-pedaqoji irsi gələcək nəsillər, dilimizin incəliklərini öyrənənlər üçün dəyərli qaynaq və ilham mənbəyi olacaq.
O, təkcə tanınmış alim deyil, həmçinin əsl ziyalı, təəssübkeş vətəndaş, hər kəsə böyük sevgi və təmənnasız qayğı göstərən səmimi insan idi.
Bütün mənalı ömrünü elm və təhsilin inkişafına həsr edən görkəmli dilçi alim, tanınmış pedaqoq Mədəd Çobanovun əziz xatirəsi, nurlu siması, zəngin elmi irsi qəlblərdə, yaddaşlarda əbədi yaşayacaq, hər zaman bizlər üçün örnək, ilham mənbəyi olacaq.
Bu böyük alimə Allahdan rəhmət diləyir, onun müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik!
SADİQ ZAMAN,
filologiya üzrə fəlsəfə doktoru]]>
Nicat Əmirov Sun, 09 Jun 2024 23:02:13 +0000
ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI" https://turan.info.az/gurcustan/tiflis/6461-elxan-mmmdl-dllk-elmmzn-yorulmaz-v-mhsuldar-aradiricisi.html https://turan.info.az/gurcustan/tiflis/6461-elxan-mmmdl-dllk-elmmzn-yorulmaz-v-mhsuldar-aradiricisi.html ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI" Çox təəssüflər olsun ki, Mədəd müəllim haqqında cismani yoxluğundan sonra qələmi əlimə alıram. Əslinə qalsa, bu kamil insanın ölümünə inanmaq da istəmirəm. Onunla vida mərasimindən bir il ötsə də, nurlu sifəti, qürurlu qaməti göz önündə, səmimi söhbətləri qulağımda məskən salıb elə bil. "Qardaşoğlu" deyərdi mənə həmişə. Bu da təbii idi. Mədəd müəllimin rəhmətlik atam Hüseynqulu müəllimlə, əmim Əli Səngərli ilə uzun illər bir-birinə xətir-hörmətləri vardı. Hər məni görəndə o rəhmətliklərdən xoş xatirələr danışar, ötən günləri yad edərdi. Son dərəcə diqqətcil adam idi, Mədəd müəllim. Dəyərli saydığı dostlarına qarşı çox həssas idi. Yaxşı yadımdadı, rəhmətlik atamın anadan olmasının yüz illiyinə kitab hazırlayırdıq. O vaxtlar Mədəd müəllim Hərbi Akademiyada kafedra müdiri işləyirdi. Zəng edib xahiş etdim ki, "Müəllim, dostun haqqında kitab hazırlayırırq. Sizin yazınızı da o kitabda görmək istərdik". Çox sevindi. Bu işimizi təqdir etdi. Dedi: "Ay qardaşoğlu, neçə səhifə yazmağımı istəyirsən?" Dedim: "Əmi, ürəyiniz istəyən həcmdə yaza bilərsiniz". Aradan bir neçə gün keçmişdi, Mədəd müəllim zəng edib bildirdi ki, "yazmışam, vaxtın varsa, gəl götür"...
İndi tez-tez həmin kitabı açıb vərəqləyirəm. Bəzi yazıları yenidən oxuyuram. Həqiqətən də Mədəd müəllimin atam haq-qında yazdıqları olduqca səmimi, həm də real faktlara söykənən maraqlı bir yazıydı. Mədəd müəllim çox maraqlı müsahib idi. Tez-tez bizim Folklor İnstitutunun Gəncə prospektində yerləşən mənim rəhbərlik etdiyim şöbəmizə gələrdi. Tiflisdə Pedaqoji İnstitutda oxuduğu illərdən, həmin institutda müəllim kimi fəaliyyət göstərməsindən, institutda bərabər çalışdığı əmim Əli Səngərlidən ağız dolusu danışardı. Zəngin həyat təcrübəsi olduğundan onun söhbətlərində çox mətləblərdən hali olurdum. Bir savadlı müəllim kimi də Mədəd müəllim yetirmələrinin dərin hörmətini qazana bilmişdi. Onun sağlığında da, bu gün də tələbələri tərəfindən xoş xatirələrlə yad edilir.
Dilçilik elmimizə gətirdiyi yeniliklər, uzun illər yorulmadan yazdığı kitablar, məqalələr, dərslik və monoqrafiyaları haqqında danışası olsaq, onun bu fəaliyyətini bir yazıya, bir məqaləyə sığışdırmaq qeyri-mümkündür. Ustadın bu fəaliyyəti bir neçə tədqiqat mövzusu ola bilər. Ardıcıl və gərgin zəhmətinin bəhrəsi olan elmi əsərləri orta və ali məktəblərin tələbələri üçün dəyərli mənbə kimi qiymətlidir.
Mədəd müəllimin qələmə aldığı "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsaslar", "Borçalı şivələrinin leksikası", "Bolnisi şivələrinin leksikası", "Borçalı toponimləri", "Mətnin linqvistik", "Türk ədəbi dillərinin birliyinə doğru", "Dilçilik məsələləri", "Ədəbi düşüncələr", "Nitq mədəniyyəti" və başqa əsərləri öz elmi baxımından diqqətçəkəndir.
Ömür vəfa etsə idi, Mədəd müəllim yeni-yeni dəyərli kitabları ilə bizləri daha çox sevindirərdi. Qismət belə imiş. Onun da alın yazısı bura qədərmiş. Ruhu şad olsun! Cismən bizimlə omasa da, yazıb-yaratdıqları ilə əbədi yaşarlıq qazana bildi. Məzarı nurla dolsun.
ELXAN MƏMMƏDLİ,
AMEA Folklor İnstitutunun şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi,
turan.info.az]]>
Nicat Əmirov Sun, 09 Jun 2024 23:00:48 +0000
ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/tiflis/6462-l-haciyev-xatrlrd-yaayan-iqli-nsan-mdd-obanov.html https://turan.info.az/gurcustan/tiflis/6462-l-haciyev-xatrlrd-yaayan-iqli-nsan-mdd-obanov.html ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"Dünya əbədidir, insanlarsa vaxtı gəlib, vədə yetişəndə, köç edərlər bu dünyadan. Amma, insan həyatda elə yaşamalıdır ki, dünyadan köçəndə xatirələrdə gözəl bir iz qoyub getsin.
Borçalı mahalının alim oğlu, xalqımızın, el-obanın sevimlisi olan, səmimi, qayğıkeş, təmənnasız yaxşılıq etməyi bacaran, xoş təbiətli Mədəd Namaz oğlu Çobanov məhz belə insanlardan idi. Mədəd müəllim haqqında xatirə yazmaq mənim üçün böyük bir şərəfdir. Onun yaşadığı müddətdə həmişə xoş sorağını eşitmişəm. Gələcək nəsillər onun ömür salnaməsini vərəqlədikcə, qürur duyacaq, onun işıqlı həyat yolunun nuruna bələnəcək, açdığı uğurlu yolla elmin zirvəsinə ucalacaqlar.
Mədəd Çobanov dünyaya gələndə, heç kim bilmirdi ki, o çox gənc yaşlarında öz əməyi, elmi, savadı, zəhmətsevərliyi ilə hamının rəğbətini qazanacaq, şöhrətin pillələrində çox asanlıqla yüksələ biləcəkdir. O, çalışqan, zəkalı bir alim olmaqla yanaşı, adamlarla ünsiyyət qurmağı, dostluq etməyi də bacarırdı. Onun insani keyfiyyətlərindən dostlarına, tanışlarına həmişə pay düşərdi, öz ziyası, eşqiylə onları da qurub-yaratmağa həvəsləndirərdi. Son vaxtlar tez-tez Borçalıya baş çəkər, eldə-obada, kəndimizdə təhsil alan gənclərə yardım edərdi, tövsiyələr verərdi. Alim kimi öz nurlu zəkası ilə neçə həmyerlimizə sənət yolunda bələdçilik etmişdi.
Bütün bunlarla yanaşı, o, çox qürurlu, heç kimin qarşısında əyilməyən, məğrur bir insan idi. Şərəfli ömür yolu yaşayan, təhsilimizin inkişafında misilsiz xidmətləri olan Mədəd müəllim uzun müddət məsul vəzifələrdə çalışmışdı. Hər hansı bir iş üçün onun üzərinə gedən, məsləhət almaq istəyən onlarla insana dayaq olmuşdu, doğru yol göstərmişdi. Bir mötəbər elm xadimi, bir ağsaqqal kimi həmişə gənc alimlərin yanında olardı. Bu xalqın gənclərinin, elmi potensialının inkişafına illərini vermişdi. Onlarla alim, sənət adamının yetişməsində, ictimaiyyətə təqdim olunmasında böyük əməyi vardı.
Həmişə fəxr etdiyimiz, bizə hər zaman örnək olan Mədəd Çobanov ömrünün 86-cı ilində canından çox sevdiyi Vətəninə, doğmalarına vida etdi. Lakin onun arzusu, əməlləri bizimlədir. Bu gün onun yolunu, layiqli davamçısı, oğlu Müşfiq Çobanov və yetişdirdiyi onlarla gənc alim davam etdirir.
Onun işıqlı siması, əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq, həyatda gördüyü işlər həmişə yad ediləcəkdir.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

ƏLİ HACIYEV,
İqtisad elmləri namizədi,
Azərbaycan İtisadiyyat Universitetinin kafedra müdiri,
turan.info.az]]>
Nicat Əmirov Sun, 09 Jun 2024 22:59:35 +0000
TRABZONDA "TARİX-DİL-ƏDƏBİYYAT" SİMPOZİUMU https://turan.info.az/dunya/turan/6440-trabzonda-tarx-dl-dbyyat-smpozumu.html https://turan.info.az/dunya/turan/6440-trabzonda-tarx-dl-dbyyat-smpozumu.html TRABZONDA "TARİX-DİL-ƏDƏBİYYAT" SİMPOZİUMUALİM SƏFƏRDƏN QAYIDIB!

2001-ci il may ayının 3-5-də Türkiyənin Trabzon şəhərində "Tarix-Dil-Ədəbiyyat problemləri"nə həsr olunmuş Trabzon və ölkələrarası Beynəlxalq Elmi Simpozium keçirilmişdir. Bu mötəbər Simpoziumda Azərbaycan Respublikasını iki nəfər alim təmsil etmişdir. Onlardan biri Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri, professor Mədəd Çobanov olmuşdur. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, aşağıda prof. M.Çobanovun elmi Simpoziumdan qeydlərini dərc edirik.

* * *

"Türk ocaqları" yarandığı ilk günlərdən Türk dünyasının görkəmli oğlu, tanınmış dövlət xadimi Atatürkün bir məşhur kəlamını özünə deviz kimi qəbul etmiş və həmin devizə daim sadiq olmuşdur. Atatürk demişdir: "Tarix yazmaq, tarix yaratmaq qədər mühümdür. Yazan, yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət, insanlığı çaşdıracaq bir mahiyyət alır""...
"Türk ocaqları"-1912-ci ildə yaradılmış bu cəmiyyətin əsas məramı və amalı Türk dünyasının tarixini, dilini, ədəbiyyatını, incəsənətini, adət-ən'ənələrini,, inanclarını və s. qədim köklər üzərində öyrənmək və araşdırmaqdan ibarətdir. Türk ocaqları yarandığı dövrdən bəri bir sim üstündə köklənmiş tarix, ədəbiyyat və mədəniyyət problemlərinə həsr olunmuş Elmi Simpoziumlar keçirir, kitablar, monoqrafiyalar, "Türklük bilimləri araşdırmaları" adlı əsərlər çap etdirir. Bütün bunlar, şübhəsiz ki, mənşəyi, kökü, tarixi, dili, ədəbiyyatı, inancları, adət-ənənələri bir olan türk xalqlarınını yenidən birliyə doğru ğəlməsində böyük əhəmiyyət kəsb edir... Elə "Türk ocaqları" Trabzon şö'bəsinin 3-5 may 2001-ci ildə təşkil etdiyi "Tarix-Dil-Ədəbiyyat problemləri"nə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumu da bu məramlara və amallara xidmət edirdi. Üç gün davam edən bu mötəbər Elmi Simpoziumda Türk dünyasının bir neçə ölkəsindən gəlmiş 140-a yaxın tanınmış alim iştirak edirdi.
Bu mötəbər Simpoziumda Azərbaycan Respublikasını iki nəfər alim təmsil edirdi. Onlardan biri bu sətirlərin müəllifi, digəri isə Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri namizədi Qalibə Güntəkin idi.
Simpozium may ayının 3-də saat 10 radələrində 1847-ci ildən bəri fəaliyyət göstərən "Trabzon Ticarət və Sənaye Odası"nın binasında Mahmud Koloğlu salonunda öz işinə başlamış və sonra iki salonda öz işini davam etdirmişdir. Simpoziumun Atatürkün və türk şəhərinin şəhidlərinin xatirələrini yad edən bir dəqiqəlik sükutdan və "İstiqlal marşı" oxunduqdan sonra öz işinə başlamışdır... Sonra Simpoziumun təşkilat komitəsinin başçısı, professor, doktor Mithat Kərim Arslan giriş sözü söyləmişdir. Simpoziumun adına gəlmiş təbriklər və arzular oxunmuşdur... Bundan sonra Simpoziumun ilk açılış Plenar iclası öz işini davam etdirmişdir. Simpoziumun plenar iclasında professor M.Qafalı, professor N.Göyünc, professor M.N.Çobanov, professor Əli Birinci və başqaları çıxış etmişlər. Mən Simpoziumun geniş iclasında qısa nitq söylədim. Simpoziumun təşkilatçısı olan "Türk ocaqları" Trabzon şöbəsinin rəhbərliyinə əməkdaşlıq etdiyim məktəbin rəhbərliyi və şəxsən öz adımdan təşəkkürümü bildirdim və Simpoziuma öz işində yeni-yeni uğurlar arzuladım. Sonra isə, doğma Azərbaycandan apardığım kiçik hədiyyələri, o cümlədən dünya poeziyasının korifeyi Nizami Gəncəvinin "Xalı-portreti"ni, Simpoziuma ithaf etdiiym "Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi" (Bakı, 2001) adlı kitabımı və bir neçə digər kitablarımı Simpoziumun başqanlığına təqdim etdim. Sonra isə qısa, müddətli elmi-tarixi mə'lumat verib, tarixdə olmayan, uydurma "Böyük Gürcüstan" xəritəsini də Simpoziumun başqanlarına təqdim etdim. Sonra isə, həmin xəritə çoxaldılıb Simpoziumun iştirakçılarına paylandı. Mənim bu qısa çıxışım çox maraqla qarşılandı... Mən may ayının 4-də "Dil və Ədəbiyyat" bölməsinə sədrlik etdim. Simpoziumun rəhbərliy mənim Simpoziumdakı elmi mə'ruzəmi yüksək qiymətləndirdi, həmçinin ayrı-ayrı mə'ruzələr ətrafındakı fəal çıxışımı nəzərə alaraq, "Türk ocaqları" cəmiyyətinin simvolu ilə təltif etdilər. Simpoziumun başqanlığı mənim "Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi" adlı kitabımın ümumən türk dünyası üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, onun yaxın günlərdə türkcə yenidən nəşr olunmasının və Türk dünyasına yayımlanmasının vacibliyini qeyd etdi.
Üç gün davam edən Simpoziumda elmin müasir tələblərinə yüksək səviyyədə cavab verən bir sıra maraqlı mə'ruzələr dinlənilib müzakirə edildi. O cümlədən, prof.M.Qafarlı "Trabzonun tarixinin öyrənilməsinə bir baxış", prof.N.Göyünç "Mahmud Koloğlu" və "Milli Mücadilə tarixi" adlı əsərinin dəyəri", doktor Y.Kalafat "Trabzon və yörəsi örnəklərilə Türk xalq inanclarında zaman", prof. doktor Əli Birinci "Osman Turanın həyatı və əsərləri", prof. M.Çobanov "Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi", dos. E.Şimşək "Trabzonda yayılan "Dağlar anası" adlı əfsanənin əski türk diini ilə ilgisi", elmlər namizədi Qalibə Ğültəkin "Trabzonda qədim türk tayfa adlarından alınmış yer adları”, Dosent Doğan Qaya yörəsi türkləri", B.Kökdağ "Trabzon yer adlarında əski türk laylarının izləri" və başqalarının maraqlı Elmi mə'ruzələrinin adını qeyd etmək olar.
Burada "Tarix-Dil-Ədəbiyyat problemləri"nə həsr olunmuş Trabzon və ölkələr arası Simpoziumun yüksək səviyyədə təşkil olunmasını da qeyd etmək yerinə düşərdi. Simpoziumun fəaliyyətini tənzimləyən zəngin proqram tərtib olunmuş, Simpoziumun hər bir iştiirakçısı üçün fərdi "Döş nişanı", qeydlər üçün xüsusi dəftər, hədiyyələr və s. hazırlanmışdır. Simpoziuumun yüksək səviyyədə keçirilməsində "Türk ocaqları" Trabzon şö'bəsinə Ağcaabat Bələdiyyə başqanı Şefik Türkmen, "Trabzon Ticarət və Sənaye Odası"nın başqanı Şadan Ərən yaxından mə'nəvi və maddi yardım göstərmişdir. Bir sözlə, Elmi Simpoziumun təşkili və keçirilməsi şəhər başqanlarının diqqət mərəzindən kənarda qalmamışdır...
Biz, hələ də, Trabzonun qaynar həyatı, təbii mövqeyi və gözəlliyi, saf və təmiz havası, Qara dənizin sakit ləpədöyənini.. və "Tarix-Dil-Ədəbiyyat" Elmi Simpoziumunun xoş və unudulmaz təəssüratları ilə yaşayırıq...
MƏDƏD ÇOBANOV,
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri, professor.
"Şərqin səsi" (Elm və Təhsil)qəzeti,
N:9 (49) may 2001.
]]>
Nicat Əmirov Mon, 06 May 2024 23:58:27 +0000
Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir https://turan.info.az/dunya/turan/6439-mdd-obanov-trkoloqlarn-mumittifaq-konfransnda-mruz-etmidir.html https://turan.info.az/dunya/turan/6439-mdd-obanov-trkoloqlarn-mumittifaq-konfransnda-mruz-etmidir.html Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir
Bu yaxınlarda Qırğızıstan SSR-in paytaxtı Frunzedə türk onomastikası üzrə I Ümumittifaq konfrans keçirilmişdir. Konfransda ölkəmizin 40-a yaxın şəhərindən və türkoloji mərkəzindən 180-ə yaxın mütəxəssis, habelə sosialist ölkələrinin, o cümlədən Bolqarıstan və Macarıstanın nümayəndəlri iştirak edirdi.
Konfransı açan Təşkilat Komitəsinin sədri Qırğızıstan SSR EA-nın akademiki B.O.Oruzbayeva nüfuzlu məclisin çağırıl¬ması zərurətindən, türkologiyanın müasir problemlərin¬dən, həmçinin onun son onilliklərdə təşəkkül tapmış onomalogiya sahəsindən bəhs etdi.
İlk plenar iclasda Moskva alimlərindən E.M.Murzayev türk etnonimlərindən, V.A.Nikonov marksist-leninçi onomalogiya¬nın prinsiplərindən, Qazaxıstan alimi T.C.Canuza¬kov türk ono-mastikasının inkişaf perspektivləri və tədqiqinin vəziy¬yətindən ətraflı bəhs etdilər.
Konfransın ilk plenar iclasında Lenin və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Qırğızıstanın xalq yazıçısı, akademik Ç.Aytmatov geniş nitq söylədi. O, qeyd etdi ki, hər bir xüsusi ad, o cümlədən də toponim /yer adları/ xalqın tarixi təfəkkürünün məhsuludur. Hər bir toponimdə xalqın tarixi, dili, mədəniyyəti və mənşəyi öz əksini tapmışdır. Bu mə'nada toponimə ümumxalq təfəkkürünün məhsulu kimi yanaşılmalı, tarixin dərinliklərindən bu günə gəlib çıxan istər makro, istərsə də mikro toponimlər qorunub saxlanmalıdır. Çünki toponimlər xalqın mə'nəvi varlığıdır, onları heç bir yerdə, heç bir vaxt təhrif etmək və dəyişdirmək olmaz. Onlar yarandığı kimi də tarixən qorunub saxlanmalıdır. Ona görə ki, hər bir xalqın ilk ünvanı toponimlərdən başlayır. Ünvanı isə təhrif etmək, yaxud dəyişdirmək gələcək nəslin yolunu çaşmasına və tarixin dolaşıqlığına səbəb ola bilər. Bu mə'nada toponimlər nəsilləri növbə ilə yola salan tarixin ölməz müşai¬yət¬çisidir. Odur ki, tarixin müşaiyətçisi toxunulmaz qalmalıdır.
Bu sözlər, demək olar ki, hamının ürəyindən xəbər verərdi...
Konfransın bütün bölmələrində /etnonimiya, antroponimiya, toponimiya, kosmonimiya, zoonimiya, teonimiya, onomastika-nın ümumi məsələləri, bədii əsərlərdə xüsusi adların işlənməsi/ türk onomastikasının coğrafiyası, tarixi, mənşəyi və s. problemlərlə bağlı mə'ruzələr dinlənilib müzakirə olundu.
Həmişə olduğu kimi, bu konfransda da Azərbaycan böyük bir nümayəndə qrupu ilə təmsil olunurdu. Azərbaycan alimləri, demək olar ki, konfransın bütün bölmələrində öz dərin məzmunlu mə'ruzələri ilə çıxış etdilər. Onların tədqiqləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və yüksək qiymətləndirildi. Konfrans nümayəndələri arasında Y.Yusifov, Ş.Sə'diyev, V.Mərdanov, T.Əhmədov, H.Əliyev, L.Quliyeva, M.Abbasova, C.Mirzəzadə və başqaları da vardı.
Türkoloqların məclisində, bu sətirlərin müəllifi də respublikamızı təmsil etdi və "Toponimiya" bölməsində "Borçalıda (Aşağı Kartlidə) türk mənşəli oykonimlər" mövzu-sunda mə'ruzə etdi. Mə'ruzədə qədim türk mənşəli tayfaların, o cümlədən azərbaycanlıların ulu babalarının Aşağı Kartlidə /Şərqi Gürcüstanda/ məskunlaşması və bu regionda türk mən¬şəli oykonimlərin formalaşması tarixi və təşəkkülü öz geniş elmi şərhini tapmışdır.
Türkoloqların üç gün davam edən məclisinin plenar iclas-larında və səkkiz bölməsində türk onomastikasının müxtəlif sahələrinə həsr olunmuş 140-a yaxın maraqlı mə'ruzə dinləni¬lib, elmi-nəzəri süzgəcdən keçirildi. Bu mə'ruzələr türk ono-mastikasının gələcək perspektivlərini işıqlandırmağa mü¬hüm kömək göstərdi.
Konfrans Sovet Türkologiya Komitəsinin nəzdində xüsusi Türk Onomastikası bürosunun yaradılması və növbəti II Ümumittifaq türk onomastikası konfransının 1988-ci ildə çağırılması haqqında qərar qəbul etdi.

Mədəd ÇOBANOV,
filologiya elmləri namizədi, dosent.
("Sovet Gürcüstanı" qəzeti,
23 oktyabr 1986-ci il)]]>
Nicat Əmirov Mon, 06 May 2024 23:27:31 +0000
Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının dediklərindən: https://turan.info.az/gurcustan/6438-akademik-mdd-namaz-olu-obanovun-elmi-pedaqoji-faliyyti-haqqnda-hmkarlarnn-dediklrindn.html https://turan.info.az/gurcustan/6438-akademik-mdd-namaz-olu-obanovun-elmi-pedaqoji-faliyyti-haqqnda-hmkarlarnn-dediklrindn.html Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının dediklərindən: Dünya şöhrəti qazanmış görkəmli yazıçı, türkoloq Çingiz Aytmatov:
“Tanınmış türkoloq Mədəd Çobanovun son illərdə onomastika sahəsində apardığı elmi tədqiqqatlar məni çox sevindirir. Xüsussilə də toponimika sahəsində apardığı araşdırmalar çox qiymətli və təqdirəlayiqdir. Onun Ufada və Bişkekdə keçirilmiş beynəlxalq elmi konfranslardakı məruzələri isə diqqətimi xüsusilə cəlb etmişdir. Ona bu yolda uğurlar arzulayıram!”

***
Azərbaycan MEA müxbir-üzvü, filologiya elmləri doktoru, prof.Afat Qurbanov:
"Mədəd Çobanov bu aktual və həllinə zəruri ehtiyac hiss olunan problemin işlənməsini qarşıya məqsəd qoyub, dilimizdəki şəxs adlarının əmələ gəlməsini, yayılma regionunu, istifadə dərəcəsini, inkişaf tarixini və s. cəhətlərini araşdırmağa çalışmışdır... Son illərə qədər meydana gəlmiş elmi-tədqiqat işləri təhlil olunur, hər bir fikrin, mülahizənin elmi qiyməti verilir. Müxtəlif illərin məhsulu olan hər bir əsər elmi süzgəcdən keçirilərkən müəllifin xronoloji prinsipi gözlədiyi, onun obyektiv mövqe tutduğu müsbət hal kimi diqqəti cəlb edir. Müəllif onomastikaya dair istər respublikamızda, istərsə də ondan kənarda keçirilən konfranslarda qoyulan məsələlərə də toxunur, əlaqədar məsələlərin təhlilini verir, əldə olunan ümumi elmi baxışları, nəticələri faydalı hesab edir... Ümumiyyətlə, əsərdə ayrı-ayrı dövrlərin ictimai-siyasi vəziyyətinin, mədəni səviyyəsinin nəzərə alınması dil faktlarının düzgün şərh edilməsinə əsas vermiş, dissertasiyanın elmi keyfiyyətinin artmasına səbəb olmuşdur...
Dissertasiyanın bütün fəsillərində dilçiliyin nəzəri bünövrəsinə uyğun olan bir sıra xüsusi elmi metodlardan istifadə edilmişdir. Müasir dilçiliyin müqayisəli, tarixi və kəmiyyət metodlarına daha çox müraciət olunması əsərin keyfiyyətini daha da artırmış, müəllifin məqsədinə nail olmasına imkan yaratmışdır. Mədəd Çobanovun bu əsəri, həqiqi mə'nada dərin araşdırmaların və gərgin əməyin məhsuludur... Bu əsəri türkoloji dilçilikdə antroponimiya məsələlərinə dair zəngin dil materialları üzərində qurulmuş orijinal tədqiqat işi kimi qiymətləndirmək olar. Əsərin müsbət məziyyətləri çoxdur" /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.
* * *
"Antroponimik tədqiqatların geniş vüs'ət tapdığı bu illərdən /1960-cı illərdən.-M.Ç./ başlayaraq A.Qurbanov, M.Adilov, A.Axundov, M.Çobanov... və başqa bir sıra alim-türkoloqlar ümumtürk antroponimlərinin problemləri ilə məşğul olmuşlar". "Ümumtürk antroponimiyasının bir sıra ümumnəzəri məsələləri 80-ci illərdə bu və ya digər səviyyədə... M.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" (1983), "Təxəllüs.Familiya" (1987) elmi əsərlərində şərh olunmuşdur". "Ümumtürk antroponimikasına dair işlər bu illərdə də (90-cı illər.-M.Ç.) başlıca olaraq iki istiqamətdə aparılmışdır... A.Qurbanovun "Azərbaycanlı adları" /1993/, M.N.Çobanov və M.M.Çobanlının "Azərbaycan şəxs adları" /1995/ lüğətləri 90-cı illərin leksikoqrafik məhsuludur".

Filologiya elmləri doktoru, prof. S.M.Mollazadə:
"Azərbaycan dilçiliyində lüğət tərkibinin geniş bir sahəsini əhatə edən antroponimlər bu vaxta qədər ayrıca tədqiqat mövzusu kimi monoqrafik planda öyrənilməmişdir. Doktoran bu mövzunu seçərkən şəxs adlarının inkişaf şəraitini, dil rəngarəngliyini və bir sıra başqa mühüm səciyyəvi cəhətləri nəzərə almışdır. Dissertasiyanın məzmunu göstərir ki, M.Çobanovun elmi-nəzəri cəhətdən müşahidəçilik qabiliyyəti, müstəqil tədqiqatçılıq vərdişi və türkoloji hazırlığı vardır...
Ümumiyyətlə, dissertasiya böyük zəhmət tələb edən bir əməyin məhsuludur. Dissertasiyanın müsbət cəhətlərindən biri kimi bunu xüsusi qeyd etmək istəyirik ki, tədqiqat işinin bütün fəsilləri arasında qarşılıqlı əlaqə, elmi-məntiqi ardıcıllıq və üzvi bağlılıq vardır..." /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.

Filologiya elmləri doktoru, prof.H.Həsənov:
"Hələlik antroponimiyamıza aid doktorluq dissertasiyası yazılmamışdır. M.N.Çobanovun müdafiəyə təqdim etdiyi "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası bu sahədə ilk elmi-tədqiqat işidir. Əsər müəllifin 20 illik səmərəli elmi fəaliyyətinin nəticəsidir. Dissertant bu sahədə səriştəli və təcrübəli tədqiqatçıdır. Bu mövzuya aid onun onlarla məqaləsi və bir neçə kitabı çap olunmuşdur. Dissertant bu sahə ilə əlaqədar olan elmi konfranslarda müntəzəm çıxış edir. Göründüyü kimi, Azərbaycan antroponimlərinin öyrənilməsi onun diqqətini təsadüfdən-təsadüfə yox, müntəzəm cəlb etməkdədir...
Fəsillərin adları və onlarda araşdırılan məsələlər dissertasiyanın ümumi məzmununa uyğundur. Burada ilk dəfə olaraq, Azərbaycan antroponimiyasının əsasları sistemli şəkildə araşdırılır və ümumi elmi nəticələr çıxarılır. Dissertasiyadakı cədvəllər və sxemlər daha çox maraq doğurur. Bunlar elmi işin istər nəzəri, istərsə də təcrübi cəhətdən əhəmiyyətli olmasına yeni ton verir, onun məzmununu sabitləşdirir, elmi dəyərini artırır. Həmin sxem və cədvəllərdə şəxs və şəxs adlarının işlənmə tezliyi, ayrı-ayrı tarixi mərhələlərdə yayılması və işlədilməsi də öz əksini tapır.
Ümumiyyətlə, dissertasiya təsviri və müqayisəli xarakterdə yazılmışdır, elmi aparaturası lazımi səviyyədədir, əsərdə irəli sürülən hər bir mülahizə bol-bol nümunələrlə müşaiyət edilir və əsaslandırılır. İstifadə olunmuş ədəbiyyat zəngindir. Dissertasiya forma və məzmunca elmi-tədqiqat səciyyəlidir. Bir sözlə, dissertant qarşısına qoyduğu məqsədə tamamilə nail ola bilmişdir. Bu əsər nəinki Azərbaycan dilçiliyi, bütövlükdə, türkologiya üçün də əhəmiyyətlidir. Əsərin elmi məziyyətləri çoxdur. Bu da, hər şeydən əvvəl, onun orijinallığından irəli gəlir... Onun kitabları öz elmi məziyyətlərinə görə onomastik əsərlər sırasında layiqli qiymətə malikdir. Hətta, müəllif çap olunmuş kitablarını da doktorluq işi kimi müdafiə edə bilərdi." /M.Çobanovun doktorluq dissertasiyasına yazılmış rəsmi opponent rə'yindən/.

Azərbaycan MEA müxbir-üzvü, filologiya elmləri doktoru, prof.Nizami Cəfərov:
"M.N.Çobanov dilçi-filoloqlarımız arasında öz səsi və qələmi ilə fərqlənir. O, elmi yaradıcılığa başladığı ilk günlərdən qabaqcadan elmi müşahidələr aparmış, dilçiliyimizdəki boşluqları müəyyənləşdirmiş və qələmini də elə bu boşluqlarda sınaqdan keçirmişdir. Geniş elmi erudisiyaya malik olan alim Azərbaycan dilçiliyində ilk dəfə olaraq, dilimizin dialekt və şivələrinin leksik ("Bolnisi rayonu şivələrinin leksik xüsusiyyətləri" - namizədlik dissertasiyası), antroponimik ("Azərbaycan antroponimiyasının əsasları" - doktorluq dissertasiyası, bu sahəyə dair 5 kitab və 40-dan çox məqalə çap etdirib), leksikoqrafik və metodik (ilk dəfə olaraq "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" (1977, 1991) xüsusiyyətləri ilə məşğul olmuşdur. Onun ədəbiyyatşünaslıq problemləri ilə yaxından bağlı olan onlarla ədəbi-tənqidi məqalələri, rə'yləri, Azərbaycan və gürcü dillərində çap olunmuş almanaxları vardır.
Ümumilikdə, M.N.Çobanovun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir. Onun əsərləri dil tarixi, müasir dil, dialektologiya, onomastika, etimologiya, bilinqvizm baxımından /Azərbaycan-gürcü dillərinin qarşılıqlı əlaqəsinə dair tədqiqləri/ təqdirə layiqdir..."

Filologiya elmləri doktoru, prof. K.Vəliyev:
"Əsər ilk müzakirə olunan variantından çox fərqlidir. Həm də bu fərq əsərin elmiliyində özünü büruzə verir. Dissertasiyanın tədqiqat obyekti olduqca maraqlıdır. Əlbəttə, maraqlı olduğu qədər də çətindir, mürəkkəbdir. Mövzu günün tələblərinə cavab verir, müasir dilçiliyimiz üçün aktualdır. Müzakirədə iştirak edən yoldaşların əsər haqqında söylədikləri fikirlərlə mən də şərikəm. Əsəri bitmiş hesab edirəm, müasir elmi tələblərə cavab verir. M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda yazdığı dissertasiyasına aid 4 kitab, 1 proqram, 26 jurnal məqaləsi və tezis çap edilmişdir. Bütün bunlar əsərin müdafiəyə buraxılması üçün zəmanət verir. Mən də sizin təklifinizlə razıyam. Dissertasiyanın müdafiəyə buraxılmasını təklif edirəm". /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.

Filologiya elmləri namizədi Ç.Hüseynzadə:
"...dissertant zəngin və rəngarəng xüsusiyyətlərə malik olan antroponimlərimizi toplamaq, onu müasir onomastik baxımdan təhlil etmək üçün çox əmək sərf etmişdir. Əsərin müsbət cəhəti ondadır ki, müəllif antroponimləri yalnız nəzəri və təcrübi cəhətdən şərh etməklə kifayətlənməmiş, eyni zamanda antroponimlərin inkişaf tarixinə, statistikasına dərindən nəzər salmış, əsərin təcrübi cəhətdən istifadəsini əsaslandırmaq məqsədilə çoxlu sxemlər və cədvəllər vermişdir. Ümumiyyətlə, mövzu aktualdır. Müəllif mövzunu cəmiyyətin inkişaf tarixilə əlaqələndirir, dialektik qanunauyğunluqları nəzərdə tutmaqla, antroponimlərin xalqımızın tarixən formalaşmış adət-ən'ənəsi, dünyagörüşü, inamı və dini baxışları, sosial həyat tərzi və s. yaxından bağlı bir lay kimi təşəkkül tapdığını zəngin nümunələrlə əsaslandırmışdır. Tədqiqatda tarixi etnoqrafik aspekt güclüdür, aparıcıdır. Əsərdə həm Azərbaycan, həm də başqa dillərin mənbələrinə ardıcıl şəkildə müraciət olunur, yeri gəldikcə ayrı-ayrı tədqiqatçıların mülahizələrinə müdaxilə edilir. Onlara müəllif münasibəti bildirilir. Bu da əsərin ən yaxşı mə'ziyyətidir". /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.

Filologiya elmləri namizədi, dosent A.Aslanov:
"Antroponimiya yalnız dilçiliyin yox, eyni zamanda tarix, coğrafiya, etnoqrafiya və s. yaxından bağlı olan tədqiqat sahəsinə aiddir. Çünki hər bir antroponim mikrokitabə kimi xalqımızın, dilimizin və mədəniyyətimizin gizlin bir səhifəsini özündə qoruyub saxlayır. Bu gizlin səhifələrin müasir elmi baxımdan açıqlanmasında M.Çobanovun tədqiqatı təqdirə layiqdir... əsər dilimizin tarixi onomastikasının bir sıra məsələlərinin həllində qiymətli və dəyərli faktlar verir. Müəllif qarşısına qoyduğu əsas məqsədinə nail olmuş, ilk dəfə dilçiliyimizdə antroponimiya sahəsində sanballı əsər yazmışdır." /M.Çobanovun doktorluq dissertasiyasının kafedradakı müzakirəsindən/.

Filologiya elmləri doktoru, prof.Yusif Seyidov:
"M.Çobanovu, prof.A.Qurbanovdan sonra antroponimiya sahəsində ikinci mütəxəssis hesab etmək olar. Əsər böyük zəhmətin bəhrəsidir. Bu əsərinə görə onun müəllifi Mədəd Çobanova filologiya elmləri doktoru dərəcəsini vermək olar, tamamilə layiqdir" (Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından).

Filologiya elmləri doktoru, prof. Ə.Abdullayev:
"Əvvəla, onu deyim ki, Mədəd Çobanov bu işin üzərində çoxdan çalışır. Kitablarından göründüyü kimi, o çoxdandır bu işlə məşğuldur. Elmi konfranslarda antroponimiyanın müxtəlif problemlərinə dair mə'ruzələrlə çıxış edir, özünün müstəqil mülahizələrini söyləyir, yeri gəldikcə ayrı-ayrı alimlərlə mübahisəyə girişir... Onun kitabları mütəxəssislər tərəfindən layiqincə qiymətləndirilib. Bunu opponentləri də qeyd etdilər. O, Tbilisidə S.S.Orbeliani adına Pedaqoji İnstitutda "Azərbaycan antroponimiyasının əsasları" adlı "Xüsusi kurs" yaradıb, onun proqramını, dərs vəsaitini çap etdirib. Əlbəttə, bir alimin belə bir kurs yaratması böyük zəhmətdir". /Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından/.

Filologiya elmləri doktoru, şair-tərcüməçi Əflatun Saraclı (Məmmədov):
"...Tiflisdə pedaqoji institutun tarix-filologiya fakültəsində bərabər oxumuşuq. O, hələ tələbə ikən elmi axtarışa böyük marağı vardı. Elmi konfranslarda, simpoziumlarda mə'ruzələrlə çıxış edirdi. Bu günkü müdafiənin himi, demək olar ki, hələ o vaxtdan qoyulmuşdu. 1989-cu ildə Borçalıda olan o ağır olaylar yəqin ki, yadınızdadır. O ağır günləri çiyinlərində aparanlardan biri də Mədəd Namaz oğluydu. Onun bütün ağrısı Mədəd müəllimin məqalələrində, Gürcüstanın rəhbər işçiləri ilə toqquşmasındaydı. Onun ağrı-acısını sonralar özü çəkməli oldu. Bugünkü Şurada çox ətraflı çıxışlar oldu. Yoldaşlar hər şeyi ölçülü-biçimli şərh etdilər. Elə bir gərgin şəraitdə, elə bir qərib diyarda yaşayasan, elə bir mühitdə həm müəllim işləyəsən, həm də dissertasiya yazasan; həm hadisələrin içərisində iştirak edəsən, bu bizə asan gəlir... Əsərin mahiyyəti və elmi əhəmiyyəti haqqında rəsmi opponentlər, Şura üzvləri və digər yoldaşlar ətraflı danışdılar, əsərin layiqli qiymətini söylədilər. Müəllif elmlər doktoru alimlik dərəcəsi almağa layiqdir" (Xüsusiləşdirilmiş Şuranın iclasındakı çıxışından).

Filologiya elmləri doktoru, prof.T.Əhmədov:
"M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası dilçiliyimizin ən gənc sahəsi olan "Onomastika"nın ən qədim və ən geniş yayılmış bir şö'bəsi - "Antroponimiya"ya həsr olunmuşdur. Bu əsərdə ilk dəfə olaraq Azərbaycan antroponimikasının nəzəri və təcrübi əsasları sistematik şəkildə təhlil edilmişdir. Mən, müəllifin həm dissertasiyası, həm də çap olunmuş kitabları və məqalələri ilə tanışam. Həmin əsərlərlə tanışlıq göstərir ki, müəllif qarşısına qoyduğu problemi istər nəzəri, istərsə də təcrübi cəhətdən təhlil etmək imkanına malikdir. Bunu müzakirəyə təqdim olunan dissertasiya təsdiq edir" (Doktorluq dissertasiyasına yazılmış rə'ydən).

Filologiya elmləri doktoru, professor Həsən Mirzəyev:
"Müəllif yeri gəldikcə ayrı-ayrı problemlərin təhlili ilə bağlı olaraq öz nəzəri və təcrübi mülahizələrini söyləmiş, müxtəlif tədqiqatçılarla mübahisəyə də girmişdir. Bu da əsərin elmi məziyyətini qat-qat artırır... Əsər, həmçinin, nəzəri və təcrübi cəhətdən də dilçiliyimizdə yeni istiqamətli tədqiqat kimi qiymətlidir" (Doktorluq dissertasiyasına yazılmış rə'ydən).

* * *
Azərbaycan Respublikası Prezident Aparatının rəhbəri, Professor Ramiz Mehdiyev:
"Bakı Ali Hərbi Dənizçilik Məktəbinin kafedra müdiri M.Çobanovun fikirincə, ATƏT öz qərarının icrasını təmin edə bilmirsə, ATƏT-in vasitəçilik missiyasından imtina olunmalıdır. Ermənistan BMT-nin qətnamələri və ATƏT-in Lissabon samitinin bəyannaməsi ilə razılaşmırsa, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməsinə heç bir beynəlxalq təşkilatın müdaxiləsinə yol verməməlidir". ("Azərbaycan"qəzeti, (N-75 (2788), 5 aprel 2001-ci il)"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ictimai rəy kontekstində" adlı məqaləsindən).
* * *

Filologiya elmləri namizədi F.Qurbanova:
"M.Çobanov 1992-ci ildə "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Müəllif həmin dissertasiyanın nəticələrini "Azərbaycan şəxs adları" (1981), "Azərbaycan antroponimiyasının əsasları" (1983), "Familiya.Təxəllüs" (1987), "Osnovı azerbaydjanskoy antroponimiki" (1995) adlı kitablarında verməyə nail olmuşdur. O, bu əsərlərində Azərbaycan antroponimlərinin adqoyma ən'ənələri, familiya, təxəllüs və ləqəblər haqqında ətraflı mə'lumat vermişdir". "Azərbaycan antroponimiyasına dair monoqrafiyalardan... M.Çobanovun yuxarıda adlarını çəkdiyimiz kitabları... və s. dilçiliyimizin onomastika şö'bəsinin inkişafında müəyyən rol oynamışdır". "Əsrimizin II yarısında dilimizin lüğət tərkibində ən fəal işləklik dərəcəsinə malik olan antroponimlərin tədqiqi sahəsində bir çox tanınmış dilçi-alimlər yetişmişdir. Bunlardan A.Qurbanov, M.Adilov, M.Çobanov... və başqalarını göstərmək olar".
* * *
Filologiya elmləri namizədi, dosent Nəbi Əsgərov:
"Uzun illərdir ki, onomastika ilə məşğul olan tədqiqatçılarımızdan M.Çobanov "Abdal" etnoniminin semantikasını "ovu qoruyan, ona arxa olan", "ov tanrısı" kimi izah edir. Müəllif eyni zamanda bu ad haqqında danışarkən Azərbaycan klassik şairlərindən Nəsimi və Şah İsmayıl Xətainin abdal tayfasından olduğunu söyləyir".


* * *

"Hər hansı bir dilin hərtərəfli tədqiqində, xalqın tarixinin, mədəniyyətinin və ədəbi dilinin tarixinin öyrənilməsində onomastik layların da araşdırılması böyük elmi-nəzəri və təcrübi əhəmiyyət kəsb edir. Bu baxımdan rə'yə təqdim olunmuş bu əsər dilçiliyin ən aktual, ən yeni və ən az öyrənilmiş sahəsinə həsr edilmişdir. İndi yeni elmi təfəkkür dövrü, yeni elmi axtarışlar aspekti yaranmışdır. Bu da, şübhəsiz ki, xalqın öz keçmiş soy kökünə və dilinin tarixinə qayıtmaq, onun ümumi türkoloji arealına çıxmaq kimi çox vacib problemlərlə müşaiyət olunur. Onomastikanın bə'zi sahələri ayrı-ayrı türk dillərinin materialları əsasında təqdim olunsa da, onun geniş yayılmış şö'bəsi olan antroponimiyanın bütün sahələri istər türkologiyada, istərsə də Azərbaycan dilçiliyində elmin müasir səviyyəsi baxımından sistematik şəkildə hərtərəfli öyrənilməmişdir. Dilçiliyimizdəki bu boşluğu doldurmaq baxımından M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda yazdığı doktorluq işi müstəsna əhəmiyyətə malikdir...
Xüsusi adların tədqiqinə həsr edilmiş onomastik araşdırmalar nəinki dillərin müasir vəziyyətini, hətta, dillərin yazıya qədərki dövrünün öyrənilməsində əvəzsiz rol oynayır... Bu nöqteyi-nəzərdən də rə'yə təqdim olunmuş əsərin elmi məziyyətləri təqdirəlayiqdir.
Azərbaycan xalqının tarixini dərindən və hərtərəfli öyrənmək üçün onların müxtəlif türkdilli tayfalarla etnogenetik və tarixi-mədəni əlaqələrini nəzərə almalı, dilimizin bir çox etimoloji məsələlərini türk dillərinin materiallarını cəlb etməklə tarixi-müqayisəli metodla həll etmək lazımdır. Türkdilli xalqların qarşılıqlı əlaqələri onların antroponimlərində (adət-ən'ənəsində) də öz geniş əksini tapır ki, bunu da yalnız geniş onomastik, xüsusilə antroponimik tədqiqatlar nəticəsində dəqiqləşdirmək mümkündür. M.N.Çobanovun doktorluq dissertasiyası məhz bu baxımdan da əhəmiyyətlidir.
Doktorluq dissertasiyası kimi tədqiq olunan bu mövzu onomastikanın ən qədim və ən geniş bir sahəsi olan antropo-nimiyanın ümumiləşdirilmiş təhlilinə həsr edilmişdir. Əlbəttə, bu heç də təsadüfi deyil. Çünki son vaxtlara qədər dilçiliyimizdə antroponimiyanın tədqiqinə dair ümumiləşdirici araşdırmalar aparılmamışdır. Bu da antroponimikamızda bir boşluq kimi özünü göstərirdi. Dilçiliyimizdəki bu boşluğu doldurmaq baxımından müzakirə olunan dissertasiya müstəsna əhəmiyyətə malikdir...
Əsərdə antroponimlər tarixi-tipoloji, tarixi-müqayisəli və təsviri istiqamətdə tədqiq olunmuşdur. Bu da, şübhəsiz ki, bir sıra çətinliklərlə başa gəlmişdir... Dissertasiyanın qiymətli cəhətlərindən biri də ondan ibarətdir ki, antroponimlərin inkişaf tarixi ardıcıl olaraq izlənmişdir. Bu da belə bir nəticəyə gəlməyə imkan verir ki, antroponimlər dilimizin tarixinin müəyyənləşdirilməsində ən mö'təbər mənbə kimi aparıcı rola malikdir. Əsərdə aparılan bu istiqamətli tədqiqatlar nəinki dilimizin, hətta, xalqımızın tarixinin gizlin qalan bir sıra problemlərinin açılmasına kömək edər. Dissertasiyanın ümumi məzmunundan aydın olur ki, antroponimlər tarixin müəyyən dövrlərində müxtəlif bölgələrdə təşəkkül tapmış, sonradan isə xalqımızın arasında geniş yayılaraq ümumişlək xarakteri almışdır.. Dissertasiyanın ən gözəl məziyyətlərindən biri də ondadır ki, tədqiqatda ilk dəfə antroponimlər müxtəlif cəhətdən təsnif edilmiş və hər bir təsnif zəngin antroponimik faktlarla sübut edilmişdir...
Dissertasiya ilə dərindən tanışlığa əsasən, demək olar ki, onomastik leksikanın, xüsusilə antroponimlərin hərtərəfli tədqiqi, tarixi-tipoloji və təsviri təhlili və onların elmi şəkildə ümumiləşdirilməsi xalqımızın və dilimizin tarixinin bir sıra öyrənilməmiş səhifələrinin açılmasında böyük əhəmiyyət kəsb edir. Dissertasiyanın ümumi məzmunu və quruluşu bir daha aydın şəkildə göstərir ki, əsər nəzəri və praktiki cəhətdən də dilçiliyimizdə yeni istiqamətli tədqiqat kimi qiymətlidir.
Əsərin dili və üslubu sadə, təbii və oxunaqlıdır. Əsərdə qəliz, başa düşülməyən termin və istilahlara yer verilməmişdir. Hər bir elmi mülahizə, demək olar ki, dilimizin daxili imkanları vasitəsilə ətraflı şərh olunmuş və zəngin faktlarla sübuta yetirilmişdir. Bu da işin elmi məziyyətini qat-qat artırır... Çıxış edənlərin hamısı əsərin yüksək elmi məziyyətlərindən danışmış, onun antroponimiyamızda ilk fundamental əsər olduğunu söyləmiş, Azərbaycan dilçiliyində və eləcə də türkologiyada yeni elmi nailiyyət hesab etmiş və onun bütövlükdə çap olunmasını məsləhət bilmişlər..." (Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik və Onomastika şö'bəsinin M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı doktorluq dissertasiyasına aparıcı müəssisənin Rə'yindən, protokol №2, 11.II.1992.)]]>
Nicat Əmirov Sun, 05 May 2024 23:26:55 +0000
Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər https://turan.info.az/yeni-neshrler/6437-akademik-mdd-obanovun-kitablar-haqqnda-yazlm-rylrdn-stirlr.html https://turan.info.az/yeni-neshrler/6437-akademik-mdd-obanovun-kitablar-haqqnda-yazlm-rylrdn-stirlr.html Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər
"Sevirəm Gürcüstanı" /almanax, Azərbaycan şairləri Gürcüstan haqqında, Bakı, 1977/ kitabı haqqında:
"Qədim Gürcüstan torpağı", qonaqpərvər gürcü xalqı, "Qafqazın Paris"i Tbilisi", Qafqazın vena damarı Kür. Bunlar ta lap qədimdən tutmuş bu günə qədər Azərbaycan ədəbiyyatının dönə-dönə, həvəslə müraciət etdiyi mövzulardandır. Çox az Azərbaycan yazıçısı və şairi tapmaq olar ki, onun yaradıcılığında Gürcüstanla bağlı motivlər olmasın... Əgər şair Məmməd Arazın dili ilə desək: "poetik münasibət ən ülvi münasibətdir... bir xalqın digər xalqa bundan əziz, bundan müqəddəs töhfəsi ola bilməz". Bizcə, məhz Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı "Sevirəm Gürcüstanı" adlı kitabı gürcü xalqı üçün belə bir layiqli töhfə hesab etmək olar. Kitabı A.S.Puşkin adına TDPİ-nin əməkdaşı Mədəd Çobanov tərtib etmişdir". Qəzetdə kitabın şəkli verilib, /”Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının redaktoru, şair Səfalı Nəzərli, "Sevirəm Gürcüstanı", "Sovet Gürcüstanı", N:63/7748/, 26.V.1977/.


"Azərbaycan xalqı ilə gürcü xalqının dostluğu, qardaşlığı qədimdir. Bu məhəbbətin poetik ifadəsi olan "Sevirəm Gürcüstanı" kitabında Azərbaycan şairlərinin qardaş Gürcüs-tana, onun füsunkar təbiətinə, şən, mehriban adamlarına həsr etdikləri şe'rlərdən nümunələr verilmişdir. Toplunun tərtibçisi Mədəd Çobanovdur" /qəzetdə kitabın şəkli verilib, redaksiya məqaləsi, "Ədəbiyyat və incəsənət", N:2, 7.I.1978/.

* * *

"Azərbaycan və gürcü xalqlarının mehriban qardaşlıq, qonşuluq əlaqələrinin kökləri qədimdir... Hər iki xalq yadelli düş-mənlərə qarşı illərlə mübarizə aparmış, bir-birinə arxa olmuşdur. Tarixin neçə unudulmaz səhifələrində bu birgə mü-barizənin əks-sədası həkk olunub yaşayır... Bu yaxınlarda çapdan buraxılmış "Sevirəm Gürcüstanı" kitabında qardaş xalq-larımızın sarsılmaz dostluğunu tərənnüm edən şe'rlər toplanmışdır. Məcmuəni Mədəd Çobanov tərtib etmiş, şair Məmməd Araz ön söz yazmışdır". Qəzetdə kitabın şəkli verilib, /Şair Dilsuz Musayev, "Sevirəm Gürcüstanı", "Ədəbiyyat və incəsənət", N:9, 25.II.1978/.

* * *

"Sovetakan Vrastan" (erməni dilində, Tbilisidə nəşr olunurdu) qəzetində "Sevirəm Gürcüstanı" kitabı haqqında filologiya elmləri namizədi H.Vəliyevin rə'yi və kitabın şəkli çap olunmuşdur /"Sovetakan Vrastan", N:66 /11856/, 2.VI.1977/.

* * *

"Молодежь Грузии" /rus dilində, Tbilisidə nəşr olunurdu/ qəzetində "Sevirəm Gürcüstanı" kitabı haqqında, filologiya elmləri namizədi H.Vəliyevin "Löblö Qruziö" adlı rəyi çap olunub /"Молодежь Грузии", N:63 /8078/, 26.V.1977/.

"Sevirəm Gürcüstanı" almanaxı haqqında geniş rə'y çap olunub /Şair Dilsuz Musayev, "Sevirəm Gürcüstanı", "Qızıl bayraq", N:122/3804/, 11.X.1977/.

* * *

"Sevirəm Gürcüstanı" kitabından "Gürcüstan SSR" məqaləsində istifadə olunub./Azərbaycan sovet ensiklopediyası, Bakı, 1982, VI c., səh.135/.

* * *

"Sevirəm Gürcüstanı" kitabı haqqında gürcü dilində rə'y və kitabın şəkli çap olunub. /Y.Boboxidze, Dostluq nəğmələri, "Qamardjvebis droşa" - /"Qələbə bayrağı"/, N:55/4679/, 26.IV.1980/.

* * *

"Dostluq nəğmələri" (gürcü dilində, tərcümə edəni L.Eradze, Müasir Azərbaycan şairləri Gürcüstan haqqında, Tbilisi, 1978) kitabı haqqında:

"Gürcüstanın "Merani" nəşriyyatı tərəfindən gürcü dilində buraxılmış yeni kitablardan biri belə adlanır. Filologiya elmləri namizədi Mədəd Çobanovun tərtib etdiyi bu kitabda müasir Azərbaycan şairlərinin Gürcüstan haqqında yazılmış əlliyə yaxın şe'ri toplanmışdır... Həmin şe'rlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır... "Dostluq nəğmələri" kitabını Azərbaycan və Gürcüstan ədəbi əlaqələri sahəsində təqdirəlayiq hal hesab etmək lazımdır" /qəzetdə kitabın şəkli verilib, filol.elm. namizədi V.Cangidze və yazıçı-jurnalist Ə.İsmayıllı, "Dostluq nəğmələri", "Sovet Gürcüstanı", N:139 /7979/, 21.XI.1978/.

***

"Gürcüstan lap əzəldən bəri şairlərimizin dönə-dönə mü-raciət etdikləri mövzulardan biri olmuşdur. Hələ XII əsrdə Əfzələddin Xaqani "Baqrationların qapısı mənim üçün açıqdır" demişdir... Şübhəsiz, bu, onların yaradıcılıqlarında öz bariz ifadəsini tapmaya bilməzdi... Azərbaycan şairləri Gürcüstan mövzusundan öz yaradıcılıqlarında dostluq rəmzi, qardaşlıq, mehriban qonşuluq simvolu kimi daha geniş istifadə etmişlər. Bu yaxınlarda Tbilisidəki "Merani" nəşriyyatının gürcü dilində çapdan buraxdığı "Dostluq nəğmələri" məcmuəsində Azərbaycan şairlərinin Gürcüstana həsr etdikləri şe'rlər toplanmışdır. Bu işdə tərtibatçı, filologiya elmləri namizədi Mədəd Çobanovun zəhmətini qeyd etmək lazımdır". /Filol.elm.namizədi Şurəddin Məmmədov, Qardaşlıq rəmzi kimi, "Ədəbiyyat və incəsənət", N:1/1876/, 4.I.1980/.

* * *

"Dostluq nəğmələri" kitabı haqqında rə'y çap olunub. /rus dilində, yazıçı-jurnalist Ə.İsmayıllı, "Tbilisi-Baku", "Veçerniy Tbilisi", N:247/10243/, 27.X.1978/.

* * *

"Dostluq nəğmələri" kitabı haqqında rə'y çap olunub. /gürcü dilində, qəzetdə kitabın şəkli verilib, Y.Boboxidze, Qardaşlığın gücü, "Qamardjvebis droşa", N:55/4679/, 26.IV.1980/.

* * *



"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" (müştərək müəllif, Tbilisi, 1977) haqqında:
"Azərbaycan və gürcü xalqlarının mədəni və mə'nəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" /"Maarif"/ nəşriyyatı "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir". /N.Əbdülrəhmanov, F.Xubanov, Lüğətçiliyə yeni hədiyyə, "Azərbaycan müəllimi", N:40/6822/, 24.V.1989/

* * *
"Недавно издательство "Ганатлеба" выпустило в свет краткий азербайджано-грузинский разговорник. Это первое издание подобного рода в нашей республике. Как известно, в Грузии живет 270 тысяч азербайджанцев, функцио¬нируют азербайджанские школы. И составители словаря - кандидат филологических наук М.Чобанов и доцент Тбилисского педагогического института имени Пушкина М.Чинчаладзе предназначили свой труд в первую очередь учащимся азербайджанских школ.
Основное внимание в книге уделено развитию разгово-рной речи. Этому способствуют тридцать пять разделов, на которые разбита книга: приветствия, поздравления, приглашения, времена года, предметы домашнего обихода, завтрак, обед, спортивные игры, и так далее..." /Редаксийа мягаляси, "Вечерний Тбилиси", N:5/ 10001/, 6.I.1978/.

***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında gürcü dilində rə'y və kitabın şəkli çap olunub. /Y.Boboxidze, "Qamardjvebis droşa" -"Qələbə bayrağı", N:55 /4679/, 26.IV.1980/.

***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında gürcü dilində rə'y çap olunub. /"Soplis sxovreba"/ - "Kənd həyatı"/, 28.II.1978/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" /əlavələr olunmuş və yenidən işlənmiş ikinci nəşri, Tbilisi, 1991/ haqqında:
"Bu kitab gürcü dilini öyrənmək istəyən azərbaycanlılar; Azərbaycan dilini öyrənmək istəyən gürcülər üçün ən yaxşı vəsaitdir." /Ş.Məmmədli, "Azərbaycanca-gürcücə qısa danışıq lüğəti", "Gürcüstan", N:132-133/9981/, 14.XII.1991/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında qəzetdə rə'y çap olunub. /V.Kazımovun eyni adlı məqaləsi, "Ziya", N:15/ 954/, 12.VIII.1992/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında rə'y çap olunub. /S.Əkbərova, Gürcüstanda nəşr olunub, "Səhər", N:158-/445/,15.VIII.1992/.
***

"Azərbaycanca-gürcücə qısa danışıq lüğəti" haqqında gürcü dilində "Saxalxo qanatleba"-"Xalq maarifi",12.III.1992, "Soplis sxovreba"-"Kənd həyatı",19.XI.1991/ qəzetlərində də rə'ylər çap olunub.

***

"Azərbaycan şəxs adları" /Bakı, “Maarif”, 1981/ haqqında:

"...həmyerlimiz, filologiya elmləri namizədi, dosent M.Çobanovun "Maarif" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan şəxs adları" kitabçası antroponimiya problemlərinin tədqiqinin davamı hesab edilə bilər... Ümumiyyətlə, dilçiliyimizdə ilk təşəbbüs olan "Azərbaycan şəxs adları" kitabçası həm dilçilik sahəsində çalışan alimlər, ali və orta məktəb müəllimləri, habelə geniş oxucu kütləsi üçün maraqlı bir əsərdir". /Filol. elm. namizədi H.Əliyev, "Azərbaycan dilçiliyinə qiymətli xidmət", "Sovet Gürcüstanı", 14.XI.1981/.
* * *

"Şəxs adlarının tədqiqi sahəsində xeyli iş görülmüşdür: Ş.Sə'diyevin, M.Çobanovun kitabları... və başqalarının çoxlu məqalələri dərc edilmişdir". /prof.Q.Voroşil, Minilliklərin canlı şahidləri, Bax: Bəhruz Abdullayev, "Azərbaycan şəxs adlarının izahlı lüğəti", B.,1985,səh.5/.

* * *

"Azərbaycan şəxs adları" (M.M.Çobanlı ilə müştərək, Bakı,1995) haqqında:
"Son onilliklərdə bu sahəyə/antroponimikaya/ maraq xeyli artmış və bir sıra qiymətli tədqiqat əsərləri yazılmışdır. Belə əsərlərdən biri də filol. elm. doktoru, prof. M.Çobanovla gənc tədqiqatçı, filoloq-jurnalist Müşfiq Çobanlının birgə hazırladıqları "Azərbaycan şəxs adları" kitabıdır... Kitab tədris prosesində adlarımızın düzgün yazılışının elmi əsasda öyrənilməsində şagirdlərin, tələbələrin və müəllimlərin istifadə etməsi üçün yararlı vəsaitdir. Yeni doğulan uşaqlara ad seçmək üçün valideynlərin, rəsmi dövlət idarələrinin, o cümlədən Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı bürolarının, pasport şö'bələrinin, dəftərxanaların və digər idarələrin əməkdaşlarının işinin yüngülləşdirilməsində /adların düzgün yazılışında/ yardımçı olacaq bu kitab, həm də, bədii əsərlərin personajlarına ad seçməkdə kömək etmək baxımından yazıçılar üçün də faydalıdır". /M.Həkimov, S.Həkimova, "Azərbaycan şəxs adları", "Təhsil", N:6/87, /27.X.95/.

* * *

"Azərbaycan xalqı tarix boyu ailədə övladın doğulub, aləmə göz açmasını həmişə sevinc, şənlik və təntənə ilə qarşılamışdır. Bu sevinc və şənliklərdə isə yeni doğulmuş övlada ad qoyurlar. Xalqımızın tarixinə nəzər saldıqda aydın olur ki, ata-ana, qohum-əqraba övlada ad qoyulmasına həmişə nikbin münasibət bəsləmişlər". Bu sətirlər filol.elm.doktoru, prof.Mədəd Çobanov və Müşfiq Çobanlının bu yaxınlarda nəşr olunmuş "Azərbaycan şəxs adları" (B.,1995) kitabından götürülmüşdür... Ailədə yeni doğulan övladlara ad seçmək üçün böyük əhəmiyyət kəsb edən bu kitab tədris prosesində adlarımızın düzgün yazılışının elmi əsasda öyrənilməsində şagirdlərin, tələbələrin və müəllimlərin istifadə etməsi üçün yararlı vəsaitdir. Bədii əsərlərin personajlarına ad seçməkdə yazıçılar üçün də faydalıdır". / C.V.Ağayeva, "Azərbaycan şəxs adları", "Şərqin səsi", N:8, sentyabr 1996/.
* * *

"Azərbaycan şəxs adları" kitabı haqqında "Azərbaycan müəllimi" /5.XII.1995/ qəzetində redaksiya məqaləsi çap olunmuşdur.
* * *

"Azərbaycan şəxs adları" kitabı haqqında Züleyxa Nadir "Uşaqlarınıza ad qoyanda dağa-daşa düşməyin" adlı rə'y çap etdirmişdir. /"Xalq qəzeti", N:64/22 206/, 3.IV.1996/.

* * *

"Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası" (Tbilisi, 1990) kitabı haqqında:
"Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün vəsait kimi çap olunan həmin kitab Azərbaycan dilçiliyinə qiymətli hədiyyədir. Ondan filologiya fakültəsinin tələbələri, aspirantlar və həmçinin tədqiqatla məşğul olan bütün filoloqlar istifadə edə bilərlər" /Redaksiya məqaləsi, "Ziya", N:15/954/, 12.VIII. 1992/.

***

"Azərbaycan şəxs adlarının semantikası və orfoqrafiyası" kitabı haqqında S.Əkbərovanın "Gürcüstanda çap olunub" adlı rə'yi çap olunub. /"Səhər", N:152/445/, 15.VIII.1992/.

***


"Azərbaycan antroponimiyasının əsasları" (Tbilisi, 1983) kitabı haqqında:
"Azərbaycan dilçiliyində antroponimika məsələləri, demək olar ki, həmin müşavirədən /Moskva,1968/ sonra geniş şəkildə öyrənilməyə başlanılmışdır. Bu sahədə Ş.Sə'diyev, M.Adilov, T.Hacıyev, Z.Sadıxov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Dadaşova, A.Salahova, L.Quluyeva və başqaları xüsusi tədqiqat aparmış və ya elmi məqalələr yazmışlar"...
M.Çobanov "Azərbaycan antroponimiyasının əsasları" adlı kitabında adların əsası və semantik qrupları, müştərək adlar, polinim və palindromik adlar, adların abbreviasiyası, mənşəyi, familiya, təxəllüs, ləqəb və onların quruluşu, adqoyma ən'ənələri və s.məsələləri əhatə etmişdir". /A.Qurbanov, Azərbaycan onomastikası, B.,1986,səh.11-12; Azərbaycan dilinin onomalogiyası,B.,1988,səh.135-136/.

***

"1983-cü ilin mayında Gürcüstan SSR-in Telavi şəhərində Ümumittifaq Onomastika konfransı çağırılmışdır... Müxtəlif bölmə iclaslarında Azərbaycan onomastikasının müxtəlif problemləri ilə əlaqədar A.Axundov, Ş.Sə'diyev, Y.Yusifov, M.Çobanov... yoldaşların maraqlı çıxışları oldu. Azərbaycan onomatoloqlarının həmin konfransda belə geniş miqyasda təmsil edilməsi respublikada bu elmin son zamanlar geniş vüs'ət almaqda olduğunu əks etdirir... Bununla belə, Azərbaycan antroponimləri əsasən son 10-15 il ərzində az-çox sistemli şəkildə öyrənilməkdədir. Bu sahədə bir neçə dissertasiya müdafiə edilmiş, xeyli məqalələr yazılmış, ali məktəblərin bə'zilərində "Antroponimika" elmi "Xüsusi kurs" kimi tədris edilməkdədir. Bu fənn üzrə bir dərs vəsaiti olaraq M.N.Çobanov 1983-cü ildə Tbilisinin "Qanatleba" - ”Maarif” nəşriyyatında "Azərbaycan antroponimiyasının əsasları" kitabını nəşr etdirmişdir. Demək lazımdır ki, Azərbaycan antroponimlərini /əsil şəxs adı, ata adı, familiya, ləqəb, təxəllüs, titul və s./ dilçilər, ədəbiyyatçılar, tarixçilər, etnoqraflar və başqa təd qiqatçılar az-çox tədqiq etsələr də, bu sahədə bu vaxta kimi ayrıca bir dərslik yoxdur və M.Çobanovun kitabı bu sahədə ilk addımdır. M.Çobanovun "Azərbaycan antroponimi¬yasının əsasları" kitabı girişdən və üç bölmədən ibarətdir.
M.Çobanov 1981-ci ildə "Azərbaycan şəxs adları" kitabını "Maarif" nəşriyyatı xətti ilə çap etdirmişdir". /prof.H.Əliyev, Ümumi antroponimika problemləri, B.,1985,səh.105-106/.

* * *

"Xoş avaz yaradan səslər sisteminə, zəngin lüğət tərkibinə və sabitləşmiş qrammatik quruluşa malik olan Azərbaycan dili haqqında son vaxtlar maraqlı tədqiqat əsərləri və dərs vəsaitləri nəşr olunur. Belə əsərlərdən biri də M.N.Çobanovun "Azərbaycan antroponimiyasının əsasları" adlı dərs vəsaitidir... Vəsait onomastikanın-dilçiliyin xüsusi adları öyrənən şö'bəsinin ən geniş sahəsi olan antroponimiyaya həsr olunmuşdur. Burada onomastika haqqında ümumi mə'lumat, antroponimiya və onun tədqiqat obyekti, ad, adların əsası və semantik qrupları haqqında geniş tədqiqat aparılmışdır. Eyni zamanda müştərək adlar, adların mənşəyi, familiya, təxəllüs, ləqəb, antroponimlərin quruluşu və adqoyma ən'ənələri hərtərəfli işlənilmişdir... Kitabda Azərbaycan antroponimiyası haqqında geniş mə'lumat verməklə antroponimiya istilahları incə filoloji təhlil yolu ilə izah edilmişdir... Müəllif uzun tarixi inkişaf prosesi keçirmiş insan adlarının zərif və incə, tarixi və milli xüsusiyyətlərindən geniş söhbət açır. Düzgün olaraq göstərir ki, adların yaranma tarixi də adı daşıyan xalqın tarixi qədər qədimdir... Müəllif... belə bir düzgün nəticəyə gəlmişdir ki, antroponimlərin təşəkkülündə semantik konversiya aparıcı rola malikdir... Fakt və hadisələrin istər türk sistemli və istərsə də başqa sistemli dillərlə müqayisəli şəkildə şərhi əsəri daha da maraqlı və oxunaqlı etmişdir... Pedaqoji institutların tələbələri üçün nəzərdə tutulan bu vəsait valideynlər və bütün oxucular üçün də gərəklidir. Əminik ki, Azərbaycan dilinin tədrisi prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmağa kömək edəcək bu vəsait müəllimlərimizin və eləcə də, tələbələrin stolüstü kitabı olacaqdır". /prof.Ə.Əliyev, "Azərbaycan antroponimiyasının əsasları", "Sovet Gürcüstanı", 13.IX.84; "Azərbaycan müəllimi", N:73 /4075/, 7.IX.84; "Qiymətli tədqiqat əsəri", "Qələbə bayrağı", N:22 /5927/,5.II.85/.

* * *
"Azərbaycan dilçiliyində antroponimiya" az öyrənilmiş sahələrdən sayılır. Uzun illərdir ki, dilçilərimiz bu sahədə tədqiqat aparır, antroponimiyanın müxtəlif problemlərini hərtərəfli öyrənməyə cəhd göstərirlər. Bu cəhdlər indiyədək adi qəzet və jurnal məqalələri ilə nəticələnirdi. Dilçiliyin pedaqoji institutlarda müstəqil fənn kimi tədris olunan bu şö'bəsinə dair sanballı elmi əsər və ya dərs vəsaiti həsr etmək nədənsə heç kəsi düşündürməmişdir. Nəhayət, dilçiliyimizdə mövcud olan bu boşluğa son qoyuldu. A.S.Puşkin adına TDPİ-nin əməkdaşı, filologiya elmləri namizədi, dosent Mədəd Çobanov bu işin öhdəsindən bacarıqla gəldi. M.Çobanov irili-xırdalı ona yaxın kitabın müəllifidir. O, demək olar ki, dilçilik elminin bütün sahələri üzrə səmərəli elmi tədqiqat aparır. "Qanatleba" /Maarif/ nəşriyyatı tərəfindən yenicə çapdan çıxmış "Azərbaycan antroponimiyasının əsasları" adlı dərs vəsaiti də M.Çobanovun çoxillik elmi axtarışlarının məhsuludur. Azərbaycan antroponimiyasını sistemli şəkildə tədqiqata cəlb etmək və ona ayrıca elmi əsər həsr etmək M.Çobanovu çoxdan düşündürürdü. Bu məqsədlə də o, pedaqoji institutların filologiya fakültələrinin tədris planlarında nəzərdə tutulmuş "Dilçilikdən xüsusi kurs" proqramı /proqramın müəllifi də M.Çobanovdur/ əsasında "Azərbaycan antroponimiyasının əsasları" adlı vəsaitini çap etdirmişdir... Bu vəsait mühüm elmi əhəmiyyətə malikdir. Kitabdan geniş oxucu kütləsi də istifadə edə bilər" /İ.Əbdüləli, Dəyərli vəsait, "Samqori", N:54/5846/, 8.V.84/.

* * *

"Son illər ali məktəblərimizin mükəmməl proqram və dərsliklərlə tə'min olunmasına diqqət xeyli artırılmışdır... M.Çobanovun yenicə çapdan çıxmış "Azərbaycan antroponimi-yasının əsasları" əsəri Tbilisidə "Qanatleba" nəşriyyatı tərəfindən buraxılan tədqiqatlardandır... Geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan bu əsər pedaqoji institutların filologiya fakültəsinin tədris planında nəzərdə tutulmuş "Dilçilikdən Xüsusi kurs" proqramı /proqramın müəllifi də M.Çobanovdur/ əsasında hazırlanmışdır. Vəsait onomastikanın ən geniş sahəsi olan antroponimiyaya həsr olunmuşdur... M.Çobanovun əsəri Azərbaycan dilçiliyində bu sahəyə həsr olunmuş ilk addım kimi qiymətlidir... Olduqca zəngin və çoxcəhətli sahəyə malik olan onomastika və onun sahələrindən biri olan antroponimiyanın müxtəlif tipləri və xüsusiyyətləri bu əsərdə geniş planda, kompleks şəkildə tədqiq edilmişdir. Uzunmüddətli tədqiqat və axtarışların nəticəsi olan zəngin material əsərin müvəffəqiyyətlə yazılmasına səbəb olmuşdur... Dərs vəsaitindən ali məktəb tələbələri, aspirantlar və xüsusi adları rəsmi şəkildə qeydə alanlar istifadə edə bilərlər" /filol.elm.namizədi, dosent A.Salahova, Dəyərli tədqiqat əsəri, "Sovet Ermənistanı", N:148 /11508/, 10.XII.83/.

* * *

"M.Çobanov "Azərbaycan antroponimiyasının əsasları" kitabında familiyalardan, onların qrammatik xüsusiyyətləri haq-qında daha geniş mə'lumat vermişdir... Azərbaycan antroponimiyasında isə Ş.Sə'diyev, Z.Sadıxov, M.Çobanov, H.Həsənov və başqalarının tədqiqatlarında təxəllüslər haqqında ümumi mə'lumat verilmişdir". /M.Adilov, A.Paşayev, Azərbaycan onomastikası, B.,1987,səh.19,43/.

* * *

"M.Çobanov Azərbaycan antroponimiyasının müxtəlif cəhətləri ilə bağlı bir sıra tezis, məqalə və monoqrafiya çap etdirmişdir. Onun 1983-cü ildə çap olunan "Azərbaycan antroponimiyasının əsasları" kitabında antroponimlərin leksik-semantik qrupları, quruluşu, adqoyma ən'ənələrindən bəhs edilmiş, köməkçi ad kateqoriyalarından təxəllüs və ləqəbin leksik-semantik xüsusiyyətləri və s.məsələlər zəngin dil faktları ilə təsdiqlənmişdir. Burada diqqəti cəlb edən məsələlərdən biri də müştərək adlar, polinim və polindromik adlar, adların abbreviasiyası kimi məsələlərin geniş şəkildə tədqiqata cəlb edilməsidir... Azərbaycan antroponimikasında A.Qurbanov, M.Adilov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin linqvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs etmişlər... M.Çobanov isə bu mövzudan /mürəkkəb antroponimlərdən/ geniş şəkildə bəhs etsə də, əsasən, mürəkkəb sözlərin tərkibindəki vahidlərin nitq hissələrinə görə təsnifatı, qrammatik şəkilçilərin mürəkkəb addakı funksiyası, mürəkkəb adlarda fonetik hadisələr və s. kimi məsələləri izah etməyə çalışmışdır. M.Çobanov Azərbaycan antroponimləri ilə bağlı tədqiqatlarını davam etdirərək 1992-ci ildə "Azərbaycan antroponimikasının əsasları" adlı doktorluq dissertasiyası müdafiə etmişdir". /Ə.Tanrıverdiyev, Türk mənşəli Azərbaycan antroponimləri, B.,1996,səh.13,110, 123,127/.

* * *
"Azərbaycan antroponimiyasının əsasları" kitabı haqqında İ.Qasımovanın /Azərbaycan dilçilərinin konfransında "Azərbaycan müəllimi", 28.XII.1984/ məqaləsində xülasələrlə rə'y söylənmişdir.

* * *
"Şəxs adları" az-çox tədqiq edilmiş, onlardan bəhs edən kitablar /Ş.Sə'diyev, H.Əliyev, O.Mirzəyev, B.Abdullayev, M.Çobanov/ və bir sıra məqalələr /Z.Sadıxov, M.Adilov və s./ çap olunmuşdur" /prof.Z.Budaqova, Antroponimlərin növləri və mənbələri, "Azərbaycan onomastikası problemləri"nə dair Konfransın materialları", B., 1986, səh.10/.

* * *

"Azərbaycan onomastikası problemləri" ilə məşğul olan alimlərimizdən 30 nəfəri bu yaxınlarda Özbəkistanın Qarşı şəhərində keçirilən konfransda iştirak etmişdir. Həmin konfransın materialları məcmuə şəklində nəşr olunmuşdur /Daşkənd,1989/. Prof.M.Adilov, prof.T.Əhmədov, prof.Y.Yusifov, prof.Ə.Şükürov, dos.Cəlilov, dos.M.Çobanov, f.e.n. N.Əsgərov, M.Hacıxəlilov və başqalarının məqalələrində Azərbaycan və Özbək onomastik vahidlərinin tarixi paralelliyinin linqvistik təhlil və araşdırmalarla şərh olunması, ayrı-ay-rı vahidlərin leksik-semantik və qrammatik xüsusiyyətləri, həmçinin etimologiyası barədə orijinal fikirlər qabarıq şəkildə müşahidə olunur". /Ə.V.Tanrıverdiyev, "Azərbaycan onomastikasının tədqiqinə dair" xülasə", "Azərbaycan onomastikası problemləri", III.B.,1990, səh.281/.
***
"Azərbaycan dilçiliyində şəxs adları" məsələsi çoxdan ono-moloq alimlərimizin diqqətini cəlb etmişdir. Adların top-lanması və elmi təhlili sahəsində bir sıra işlər görülmüş - məqalələr yazılmış, kitablar çap olunmuş, namizədlik və doktorluq işləri /Z.Sadıxov, M.Çobanov/ müdafiə edilmişdir " /A.Qurbanov, Azərbaycanlı adları - Uşağa necə ad seçməli, B., 1993, səh.105/.

***

"Familiya. Təxəllüs" (Tbilisi, 1987) kitabı haqqında:
M.N.Çobanovun çapdan çıxmış "Familiya. Təxəllüs" adlı vəsaitində ilk dəfə olaraq Azərbaycan təxəllüs lüğəti verilmişdir. /A.Qurbanov, "Azərbaycan onomastikasının müasir problemləri", "Azərbaycan onomastikası problemləri", II,B., 1988, səh.5/.

* * *
Prof. A.Qurbanov "Təxəllüs kateqoriyası"ndan bəhs edərkən M.N.Çobanovun "Familiya. Təxəllüs" kitabından bir mənbə kimi geniş istifadə etmişdir. /A.Qurbanov, Azərbaycan dilinin onomalogiyası, B., 1988,səh.251/.

* * *

"Akademik A.İ.Sobolyevskiyə görə, bizdə /Rusiyada.-M.Ç./ familiya nadir hallarda XIV əsrdən işlənməyə başlanmışdır. A.İ.Selişyevə görə isə XVI-XVIII əsrlərdən işlənmişdir". M.N.Çobanovun fikrincə, Azərbaycan antroponimiyasında familiya XIX əsrdən yaranmağa başlamış və sovet dövründə rəsmi şəkil almışdır. /R.Z.Əliyeva bu cümləsində bilərəkdən M.Çobanovun mülahizəsini təhrif etmişdir. M.Çobanov yazır: "Azərbaycanlıların hamısı familiyaları eyni vaxtda, bir əsrdə deyil, müxtəlif vaxtlarda, bə'ziləri XVIII əsrdə, bə'ziləri XIX əsrdə, bə'ziləri /hamılıqla - M.Ç./ isə XX əsrdə götürmüşlər". /göstərilən kitab, səh.12, R.Z.Əliyeva, Azərbaycan antroponimləri tarixi mənbələrdə, "Azərbaycan onomastikası problemləri", IV,B., 1993,səh.40/.

***

"M.Çobanovun 1987-ci ildə çap etdirdiyi "Familiya. Təxəllüs" kitabında ilk dəfə olaraq familiya və təxəllüslər geniş tədqiqata cəlb olunmuşdur. Müəllif ad və ad sistemi, ata adı məsələlərini türkoloji istiqamətdə şərh etdikdən sonra fa-miliyaların motivləşməsi məsələlərindən bəhs edir və Azərbaycan familiyalarının formalaşmasında üç prinsipin əsas olduğunu myəyyənləşdirir: kişi adı əsasında düzələn familiyalar, qadın adı əsasında düzələn familiyalar, kökü şəxs adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar. Əsərdə təxəllüslərin mənşəyi, yaranma tarixi, işlənmə məqamları, areal təxəllüslər, təxəllüs və onun avtonimlə üzvlənmə sistemi və s. kimi məsələlər izah olunmuş, 600-ə qədər təxəllüsü əhatə edən "Azərbaycan təxəllüs lüğəti" də verilmişdir... M.Çobanov ləqəblərin strukturu, leksik-semantik xüsusiyyətləri ilə yanaşı, fərdi-şəxsi ləqəb, ailəvi-nəsli ləqəb, məhəlli-kollektiv ləqəb məsələlərinə də münasibət bildirmişdir "/Tədqiqata cəlb etdiyimiz türk mənşəli təxəllüsləri M.Çobanovun "Familiya.Təxəllüs" kitabındakı "Təxəllüs lüğəti"ndən götürmüşük./ "Azərbaycan antroponimikasında" A.Qurbanov, M.Adilov, M.Çobanov, H.Həsənov, H.Əliyev, Q.Mustafayeva və başqa tədqiqatçılar məqalə və monoqrafiyalarında ləqəblərin linqvistik, həmçinin üslubi-linqvistik xüsusiyyətlərindən bəhs etmişlər". /Əzizxan Tanrıverdiyev, Türk mənşəli Azərbaycan antroponimləri, B.,1996, səh.13-14,-105,110/.

* * *

"Familiya. Təxəllüs" kitabı haqqında prof.A.Qurbanov /Azərbaycan onomastikasının zəruri məsələləri, "Azərbaycan müəllimi", N:22/6700/,16.III.1988; Onomastika: problemlər və vəzifələr, "Gənc müəllim", N:11/810/,15.IV.1988/, dos.A.Hacıyev /Onomastik tədqiqatın nəşrinə dair, "Gənc müəllim", N:11 /810,15.IV.1988/, dos.M.Hacıxəlilov /İkinci onomastik konfrans, "Sovet Gürcüstanı", N:59/9444/,17.V. 1988/, F.Firidunlu/ Borçalıda xarakterik onomastik vahidlər, Azərbaycan onomastikası problemləri, V,B.,1995, səh.160/ və başqalarının əsərlərində xülasələrdə rə'ylər söylənib.

* * *

"Borçalı toponimləri" (M.M.Çobanlı ilə müştərək, B.,1993) kibabı haqqında:
"Əvvəla, bir Borçalı oxucusu kimi, mən bu buraxılışın ümumi səviyyəsini alqışlayır və onun yaradıcılarına sonsuz minnətdarlığımı bildirirəm. Bildiyimiz kimi "Borçalı illərlə öz ziyalılarının xidmətində dayanıb"-/E.Borçalı/. Çoxları Borçalı mahalının adından, maddi və mə'nəvi sərvətlərindən geninə-boluna istifadə edib, əvəzində isə ona heç nə verməyib. Bu inkarolunmaz faktdır. Nəticəsi isə bu olub ki, indi Borçalı çox ustalıqla gürcüləşdirilir və demək olar ki, tədricən türklərdən təmizlənir". Əlbəttə, övlad nankor çıxanda valideyn baxımsızlıqdan yadlara möhtac olmaq məcburiyyətində qalar...
Haqqında söhbət gedən buraxılışın ərsəyə gəlməsi sübut edir ki, nəhayət, Borçalının taleyinə yanan qeyrətli oğullar meydana çıxır... Ancaq Borçalı həqiqətlərini açmaqla camaatda öz haqqına inam, qətiyyət hissini gücləndirməklə onları Vətənə bağlamaq, "qaçqın" ləkəsindən xilas etmək olar. Bu mə'nada qəzetdə toxunulan məsələlər müəyyən sahədə peşəkarlıq baxımından qiymətləndirilməlidir... "Borçalı"nın tərəflərini müəllif kifayət qədər izah edib". /Hürü Əliyeva, "Borçalı toponimləri" barədə", "Bakı", N:96/10544,/ 14.IX.1993/.

* * *

"Xalqımızın qədim zamanlardan yaşadığı bütün bölgələrdə, o cümlədən də Gürcüstanda, xüsusilə onun cənub-şərq rayonla-rında, yə'ni qədim Borçalı mahalında ilkin orta əsrlərdən yayılmış zəngin və rəngarəng xüsusiyyətlərə malik olan türk /Azərbaycan/ köklü toponimlərin toplanması və öyrənilməsi bö yük elmi əhəmiyyətə malikdir. Bu baxımdan, filologiya elmləri doktoru, prof. Mədəd Çobanov və gənc tədqiqatçı, filoloq-jurnalist Müşfiq Çobanlının... təzəcə işıq üzü görmüş "Borçalı toponimləri" kitabı xüsusilə qiymətlidir" /filol.elm.namizədi Razim Məmmədli, "Borçalı toponimləri", "Azərbaycan", N:78 /842/, 26.IV.1994/.

* * *

"Azərbaycan toponimləri"nin öyrənilməsi ilə başqa alimlərimiz də maraqlanır, əsərlərində yeri gəldikcə bu məsələyə də geniş yer verir və hətta, silsilə məqalələr də çap etdirilər. Bu baxımdan...M.N.Çobanovun... və s. tədqiqatçılarımızın əsərləri dəyərli fikirlərlə zəngindir" /Tofiq Əhmədov, Azərbaycan toponimikasının əsasları,B., 1991, səh.56-57/.

* * *

"Qədim tarixə malik olan Borçalının toponimik laylarının öyrənilməsi Borçalı tarixinin müəyyən səhifələrini açmaq, onu xalqın tarixi möhürü ilə - yer-yurd adları ilə elmi şəkildə əsaslandırmaq deməkdir. Bu mə'nada Borçalı tarixinin yeni səhifələrinin açılması problemlərinin şərhinə "Borçalı toponimləri" kitabında rast gəlirik. Bu kitab geniş bir bölgəni əhatə edən Borçalının tarixən yaşayış məntəqələrinin, yaylaqlarının, qışlaqlarının tarixini əks etdirən ilk əsərdir.
Kitab müəlliflərin "Ön söz"ü ilə açılır, toponimlər, onların tarixi və öyrənilməsinin əhəmiyyəti haqqında qısa mə'lumat verilir, sonra "Gürcüstanda türk"/Azərbaycan/ köklü qəbilə və tayfaların məskunlaşması tarixi" araşdırılır, "Borçalı" toponimi" necə yaranmışdır? sualına ətraflı cavab verilir, "Dədəm Qorqud" ilə səsləşən Borçalı toponimləri"nə, "Gürcüstanda türk köklü oykonimlər"ə /qədim, qədim və müasir, hibrid, təkrar və ya bir neçə variantlı oykonimlər/ nəzər yetirilir..." /filol.elm. namizədi Vaqif İsrafilov, "Borçalı toponimləri", "Təhsil", 19.X.1994/.

* * *
"Borçalı toponimləri" kitabının məziyyətləri haqqında "Yurddaş""/N:8/157/,28.XII.1994/, "Azərbaycan dünyası" /N:/15/-75/, 30.XII.1994/, "Vətəndaş" /N:3/86/,20.I.1995/, "Vətən ocağı"" /N:4/24/,16.II.1995/, "Axtarış" "/N:7/ 91/, 9.XI.1994/, "İki sahil "/15.IX.1995/ və s. qəzetlərdə də redaksiya məqalələri çap olunmuşdur.
* * *

Prof. B.Əhmədovun "Az"/qaz, as/qas söz kökləri və ümumtürk toponimikası" adlı məqaləsində də M.Çobanovun tədqiqatlarından bəhs olunub. /Azərbaycan toponimikası probemləri, V,B.,1995, səh.60/.
* * *

"Borçalı toponimləri" /M.Çobanlı ilə müştərək,B.,1996/ kitabı haqqında: "Şərqin səsi" qəzetində redaksiya məqaləsi çap olunmuşdur /N:8, sentyabr 1996/.

* * *

"Azərbaycan dili" /X sinif üçün dərslik, Tbilisi, 1992/ kitabı haqqında:
"Prof.M.Çobanovun bu yaxınlarda "Qanatleba"/Maarif/ nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan dili" dərsliyi Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Dərsliklə yaxından tanış olduqda aydınlaşır ki, müəllif qrammatik təhlillərə, fonetik, orfoqrafik, leksik, semasioloji, morfoloji, sintaktik təhlillərə geniş yer ayırmış və onları şagirdlərə hərtərəfli aşılamaqdan ötrü kitaba külli miqdarda çalışma salmış və bu çalışmaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün nümunələr göstərmiş, onların şagirdlər üçün daha anlaşıqlı olmasına çalışmışdır. Bu, kitabın dərslik kimi qiymətini daha da artırır..." /filol.elm.namizədi R.Məmmədli, "İlk Azərbaycan dili" dərsliyi, "Axtarış", N:8/64/,13.III.1993/.

* * *

"S.S.Orbeliani adına TDPİ-nin əməkdaşı filol.elm.doktoru, prof.M.N.Çobanovun hazırladığı və Gürcüstan Respublikasının Təhsil Nazirliyinin X sinif üçün dərslik kimi təsdiq etdiyi "Azərbaycan dili" kitabı bu günlərdə Tbilisinin "Qanatleba" /Maarif/ nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş bu ilk dərslikdə savad tə'limi ilə bağlı problemlər, o cümlədən fonetika, orfoepiya, yazı və orfoqrafiya, həmçinin linqvistik təhlilin aparılması qaydaları geniş şəkildə işıqlandırılmışdır. Kitabda əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər də ətraflı şərh olunmuşdur"./Müşfiq Çobanlı, Gürcüstanda çap olunmuşdur, "Səhər", N:50/587/, 17.III.1993/.

* * *

"İkinci ildir ki, Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərin X-XI siniflərində Azərbaycan/türk/ dili tədris edilir. S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol. elm.doktoru, prof.M.Çobanovun X və XI siniflər üçün tərtib etdiyi "Azərbaycan dili" proqramı Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Bu yaxınlarda "Qanatleba" nəşriyyatı müəllifin həmin proqramlar əsasında hazırladığı "Azərbaycan dili" dərsliyini çapdan buraxmışdır... Dərslik savad tə'limi və əməli yazı hissələrindən ibarətdir. Orada savad tə'limi ilə bağlı problemlər; fonetika, orfoepiya; yazı və orfoqrafiya məsələləri ətraflı işıqlandırılmışdır. Müəllif hər bir məsələ haqqında ümumi mə'lumat verir və onu nümunələrlə izah edir. M.Çobanov linqvistik təhlilin 6 nümunəsinin ayrı-ayrılıqda şərhini vermiş, təhlilin aparılması qaydalarını nümunələrlə izah etmişdir. Kitabın ikinci bölməsində əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər ətraflı şərh olunmuşdur".../Mətanət Fərzəliyeva, "Azərbaycan dili", "Azərbaycan müəllimi", 1,VI.1993/.

* * *

"Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəb-lərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol.elm.doktoru, prof. M.N.Çobanovun "Azərbaycan dili" dərsliyidir...Yeri düşmüşkən qeyd etmək lazımdır ki, M.Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir. Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir... Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e'tibarı ilə müxtəlif olduğunu qeyd edir... Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur". /filol. elm. namizədi R.Məmmədli, filol.elm.namizədi B.Xəlilov. "Azərbaycan dili", "Qurtuluş", 24-30.VII.1993/.

* * *

"Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir... Məhz bu baxımdan filol.elm.doktoru, prof. M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik... Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.
Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filol.elm.doktoru, prof. M.Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan dili" dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.-M.Ç./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdir-mişdir...
X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tap-mışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətir-dən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta mək-təblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi.
"Azərbaycan dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər. Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər... Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər... Bunları nəzərə alan M.Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..." /filol.elm.namizədi İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil", N:21/52/, 17.XI. 1993/.

* * *

"Azərbaycan-türk dili" /XI sinif üçün dərslik, Tbilisi, 1993/ kitabı haqqında:
"XI sinif üçün dərslik isə 6 bölmədən ibarətdir: 1.Dil haqqında ümumi mə'lumat, 2.Dünya dilləri, 3.Azərbaycan ədəbi dili, 4.Azərbaycan ədəbi dilinin üslubları, 5.Azərbaycan-türk dilinin ləhcələri, 6.Nitq mədəniyyəti və onun ümumi məsələləri. Müəllif hər bir bölməni görkəmli şəxsiyyətlərdən /Ş.İ.Xətai, Ə.H.Bəhmənyar, G.Sönməz, Nizami və b./ götürdüyü epiqraflarla başlayır ki, bu da inanırıq ki, şagirdlərin marağına səbəb olacaqdır".
M.Çobanov şagirdlərin maraq dairəsinə uyğun formada di-lin ictimai mahiyyətini izah edir, ümumxalq əhəmiyyətindən geniş danışır... Azərbaycan dilinin türk dillərindən biri olduğu mə'lumdur. Lakin orta məktəbi bitirən şagirdlərin əksəriyyəti, demək olar ki, bundan xəbərsiz olur. M.Çobanovun türk dilləri ailəsindən söhbət açması kitabın müsbət cəhətlərindəndir... Azərbaycan dili haqqında klassik yazıçılar və alimlərin mülahizələri də dərslikdə verilir ki, bu da xüsusi maraq doğurur. M.Çobanov Azərbaycan dilinin tarixən Qafqazda və Yaxın Şərqdə ünsiyyət vasitəsi olduğunu, görkəmli tarixi şəxsiyyətlərin diqqətini cəlb etdiyini göstərir və X.Təbrizidən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, eləcə də dünya korifeylərindən F.Bodenşteddən, Şarden, B.Meynardan, Y.Vaydenbaumdan və b. misal gətirərək fikirlərini əsaslandırır.
Kitabda orta məktəblər üçün yazılmış Azərbaycan dili dərs-likləri üçün xarakterik yenilik nitq mədəniyyətinə xüsusi yerin verilməsidir " /İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil",N:21/52/,17.XI.1993/.

* * *

"Azərbaycan dili" kitabı haqqında filol.elm.namizədi Ş.Məmmədlinin rə'yi çap olunub. /"Gürcüstan",9.IV.1993/.
* * *
"Azərbaycan dili" kitabı haqqında rə'y çap olunub. /M.Fərzəliyeva, "Gürcüstanda tədris olunur. Bəs bizdə?", "Qarabağ", N:5/138/,4.II.1993/.

***

"Borçalı ensiklopediyası", III, Borçalı ulduzları: hərbçilər, polislər və hüquqşünaslar. (Bakı, 2001).
"Artıq, son illərdə Borçalının tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, hətta, dilimizin Borçalı şivələri ilə bağlı bir sıra sanballı monoqrafiyalar çap olunmuş və məqalələr dərc edilmişdir, bir növ, Borçalışünaslığın əsası qoyulmuşdur.
Borçalışünaslığın ən yeni və həm də ən sanballı tədqiqat əsəri çoxcildli "Borçalı ensiklopediyası"nın üçüncü bölməsi ilə bu günlərdə tanış oldum... Oxucularımızın öhtəsinə verilmiş "Borçalı ensiklopediyası"nın üçüncü bölməsi "Borçalı ulduzları: hərbçilər, polislər, ədliyyə işçiləri" adlanır... "Borçalı ensiklopediyası"nın yaranması zərurəti, Borçalışünaslığa dair çap olunmuş əsərlərin ümumi xülasəsi, ensiklopediyanın ümumi perspektivləri, Borçalı ulduzları və s. haqqında çox yığcam halda elmi məlumat verilmişdir.
Ensiklopediyanın "Ön söz"ünü oxuyub başa çatanda adam bir anlığa həm heyrətlənir, həm də qeyrətlənir. Heyrətlənir ona görə ki, son on illərə kimi adının söylənməsi belə qadağan olan Borçalı qarapapaqları arasında onlarla görkəmli dövlət xadimləri, hərbi sərkərdələr yetişmişdir. Onlardan bixəbər idik... Qeyrətlənir ona görə ki, Borçalının görkəmli hərbi sərkərdələrinin hərb yolu gənc nəslimiz üçün örnək olur. Onları igidliyə, cəsurluğa, qəhrəmanlığa, Vətənin keşiyində möhkəm dayanmağa, düşməni yerindəcə əzməyə, məhv etməyə səsləyir. "Borçalı ensiklopediyası"nın bu bölməsi həm tarixilik, həm də vətənpərvərlik tərbiyəsi baxımından təqdirə layiqdir.
Ensiklopediyanı vərəqlədikcə Borçalının qeyrətli oğullarının, sərkərdələrinin həyat yolu XIII əsrdən üzü bəri bir film kimi ardıcıllıqla göz önündən keçir... Borçalı tarixində ilk təşəbbüs olan bu ensiklopediyanın ən yüksək məziyyətlərindən biri də onun tədqiqat zamanı tarixilik, elmilik və məntiqçilik prinsiplərinə əməl olunmasıdır. Ensiklopediya Borçalı tarixini öyrənənlər üçün ən yaxşı vəsaitdir..." (tarix elmləri namizədi, I dərəcəli kapitan N.A.Əliyev, "Şərqin səsi", N-1-2 (65-66), yanvar 2002).
]]>
Nicat Əmirov Sun, 05 May 2024 22:04:17 +0000
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pedaqoji-müəllim və şagird kollektivlərinə MÜRACİƏT https://turan.info.az/fond/6425-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-mract.html https://turan.info.az/fond/6425-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-mract.html Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pedaqoji-müəllim və şagird kollektivlərinə MÜRACİƏTHörmətli, dəyərli pedaqoji müəllim kollektivləri!
Əziz və sevimli şagirdlər!
Dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə mövcud olan millətlərin tərəqqisi - elmi nailiyyətlərin əldə edilməsi, hər bir millətin özünün kimliyinin, ana dilinin, tarixinin, mədəniyyətinin daha dərindən, daha geniş öyrənilməsi, inkişaf etdirilməsi cəmiyyətimizin - həyatımızın ən aktual gündəmində olan tələbi, ən vacib məsələlərdən ən öncəsidir.
Azərbaycan millətinin - qədim zamanlardan üzü bəri müxtəlif millətlər içərsində böyük və tarixi yol keçməsi hər bir azərbaycanlıya məlumdur. Millətmizin ana dilinin, mədəniyyətinin zənginliyini daha da artırmaq, inkişaf etdirmək, müasir gənclərmizə dəstək olmaq və milli xəzinələrimizi gələcək nəsillərə şərəf və ləyaqətlə çatdırmaq üçün biz hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Elə buna görə də biz “Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək, Vətənimiz Gürcüstanda şagirdlərimiz arasında daha bir yeni və davamlı layihəni (ildə bir dəfə) həyata keçirməyi qərara almışıq:
May ayının 1-dən etibarən yeni bir yarışmaya - unudulmaz soydaşımız, görkəmli türkoloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsinə start veririk.
Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gürcüstanda - Bolnisi rayonunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləyaqətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, dilçiliyə dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.
Müsabiqəni keçirməkdə məqsədimiz, böyük alim, mərhum akademik Mədəd Çobanovun adını və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz arasında ana dilimizə olan sevgini, onların elm və təhsilə olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə çalışmaqdır.
“Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək Müsabiqəni keçirmək üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaratdığını bəyan edir:
1. Ələddin Qarabağlı – “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnalqəzetin baş redaktoru (Qardabani);
2. Mahmud Kamaloğlu – professor (Marneuli);
3. Sərdar Yusubov – təhsil məsələləri üzrə elmlər doktoru (Marneuli);;
4. Əli Abbas – “Şərəf” ordenli yazıçı, floklorşünas (Marneuli);
5. Kazax Abdullayev – Gürüstanın Əməkdar müəllimi (Saqareco)
6. İslam Məmmədov – Gürüstanın Əməkdar müəllimi (Dmanisi)
7. Abayat Qurbanova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Tbilisi)
8. Fatma Əliyeva – Azərbaycan dili və ədəbiyyatı müəllimı (Bolnisi)
9. Növrəstə Həsənova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Qardabani)

Layihə davamlı olmaqla ildə bir dəfə - hər bir tədris ilinin aprel-may aylarında 2 mərhələdə keçiriləcək.

Müsabiqə iştirakçıları Birinci mərhələdə X, XI və XII sinif şagirdləri aşağıdakı mövzulardan birini seçərək, (A4 ölçülü vərəqdə, yuxarı və aşağı hissədən 2.0 sm, vərəqin sol tərəfindən 3.0 sm, sağ tərəfindən 1,5 sm yer ayrımaqla), 12-lik şriftlə normal intervalda ən azı 4 səhifə olmaqla, yazdıqları inşanı 2024-cü il may ayının 18-i saat 18.00-adək təhsil aldıları ictimai məktəblərin və eləcə də “Maarif” təşkilatının elektron ünvanlafrına - e-maillərinə (qarabaglimaarif50@mail.ru) göndərməlidirlər.
İnşanın sonunda müsabiqə iştirakçısı olan şagird öz adını, soy adını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi, mobil telefon nömrəsini və fənn müəlliminin adını və soy adını da yazmalıdır.

İnşa mövzuları:
1. Ana dilimiz - varlığımızdır!..
2. Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri.
3. Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tiflis dövrü.
4. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu.
5. Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (Yer-yurd adlarımızın tarixi, onomastikası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)

Göndərilən inşa yazılar işgüzar layihə icraçıları - təcrübəli dil-ədəbiyyat müəllimləri tərəfindən yoxlandıqdan sonra, onlar arasından seçilmiş şagirdlər ikinci mərhələyə buraxılacaqlar.
Musabiqənin ikinci mərhələsi Marneuli şəhərindəki “Azərbaycan evi”ndə keçiriləcək və Kütləvi İnformasiya Vasitələri tərəfindən ictimailəşdiriləcək.
Musabiqənin ikinci mərhələsinə dəvət olunmuş şagirdlər əyani şəkildə müəllimlərin və ictimaiyyət nümayəndələrini gözü qarşısında müsabiqəyə təqdim olunmuş 5 mövzudan birini şagird dəftərinin ən azı 4 səhifəsi həcmində ənənəvi üsulda qələmlə yazacaqlar.
Onların yazdıqları inşalar elə həmin gün Müsabiqənin təşkilatçıları tərəfindən yoxlanılacaq və qaliblər müəyyənləşəcək.

Müsabiqənin ikinci mərhələsinin qalibləri elə həmin gün aşağıdakı qaydada mükafatlandırılacaqlar.
1. 1-ci yer - 1 nəfər - 100 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
2. 2-ci yer – 2 nəfər – hər biri 75 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
3. 3-cü yer – 3 nəfər - hər biri 50 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
4. 4-cü yer - 4 nəfər - hər biri 25 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
5. Həvəsləndirici mükafat – 5 nəfər - hər biri 20 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).

Nəzərinizə çatdırırıq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin müəllimləri də mükafatlandırılacaq. Müsabiqədə seçilmiş inşalar ayrıca kitab şəklində çap olunaraq həmin şagirdlərə və Gürcüstandakı Azərbaycandilli məktəblərə hədiyyə olunacaq, eyni zamnanda, ictimaiyyət arasında paylanacaq.

Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayır və əvvəlcədən təşəkkür edirik!


Layihənin adı: Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş
“Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsi.


Layihənin icraçısı:
“Maarif” təşkilatı – “Maarif” jurnal qəzetin
Baş redaktoru: Ələddin Qarabağlı]]>
Nicat Əmirov Wed, 01 May 2024 00:36:52 +0000
Diqqət, diqqət: "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ... https://turan.info.az/edebiyyat/6431-diqqt-diqqt-vtn-yurddan-balayir-adl-yeni-bir-db-msabq.html https://turan.info.az/edebiyyat/6431-diqqt-diqqt-vtn-yurddan-balayir-adl-yeni-bir-db-msabq.html Diqqət, diqqət: "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ...
Əziz və dəyərli izləyicilərimiz!
Sevimli qələm dostlarımız!
Çox hörmətli soydaşlarımız!
"YURD" İnformasiya Mərkəzi olaraq, Gürcüstanda fəaliyyət göstərən – “Gürcüstan” qəzetinin redaksiyasını, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan Bölməsini, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsini, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyini, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini, Gürcüstan Azərbaycanlıları Konqresini, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzini, Gürcüstan Aşıqlar İttifaqını, eləcə də, Gürcüstanda fəaliyyət göstərən digər yaradıcı birlikləri, qeyri-hökumət təşkilatlarını, qəzet, jurnal və internet portallarının redaksiyalarını, həmçinin, bütün müstəqil yaradıcı şəxsləri və sevimli izləyicilərimizi - görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, dilçi, ədəbiyyatşünas, qorqudşünas, onomastikaşünas, antroponomist, toponomist, filologiya elmləri doktoru, professor, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı yeni bir ƏDƏBİ MÜSABİQƏnin keçirilməsi üçün əməkdaşlığa dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gür¬cüstanda - Bolnisi ra¬yo¬nunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəl¬lim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləya¬qətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazır¬lan¬masında əvəzsiz xidmətləri olmuş, dilçiliyə, ədəbiyyatşünaslığa dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir. O, eyni zamanda, iki cildlik “Ədədbi düşüncələr” kitabı ilə ədəbi tənqidçi kimi böyük nüfuz qazanmışdır. Gənclik illərdində bədii yaradıcılıqla da məşğul olmuş, bir dramın, iki pyesin, iki povestin, onlarla hekayələrin müəllifidir. Əsərləri türk, rus, gürcü, özbək, ingilis, fransız və s. dillərə tərcümə olunub. Özü də rus və gürcü dillərindən bir neçə əsəri Azərbaycan dilinə tərcümə edib.
Akademik Mədəd Çobanov 1994-cü ildən Bakıda yaşayıb.
“Futurologiya” Fasiləsiz Təhsil Kompleksində vitse-prezident, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışıb, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Türkiyə Dil Kurumunun üzvü və Nyu-York Elmlər Akademiyasının akademiki seçilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.
Müsabiqəni keçirməkdə MƏQSƏDİMİZ - böyük alim, tanınmış türkoloq, dilçi və ədəbiyyatşünas, mərhum akademik Mədəd Çobanovun adı¬nı və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz ara¬sında ana dilimizə, ədədbiyyatımıza olan sevgini, onların elmə, təhsilə və bədii yaradıcılığa olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə nail olmaqdır.

Bildiririk ki, "YURD" İnformasiya Mərkəzi olaraq, “Akademik Mədəd Çobanov adına Xeyriyyə Fondu” və "Yurd" nəşriyyatı ilə birlikdə "VƏTƏN - YURDDAN BAŞLAYIR!" adlı yeni bir Ədəbi müsabiqənin həyata keçirilməsi üçün bütün maddi və mənəvi dəstəyi, köməkliyi və məsuliyyəti öz üzərimizə götürür, xeyriyyəçilik məqsədilə ilkin olaraq 3500 Azərbaycan manatı (5500 Gürcüstan larisi - GL) miqdarında pul vəsaitinin ayrıldığını bəyan edirik.
Bu məqsədlə yaradılacaq 11 nəfərlik Təşkilat Komitəsinə, 11 nəfərlik Redaksiya Heyətinə və 11 nəfərlik İşçi Qrupuna, Gürcüstanın müxtəlif bölgələrində və eləcə də, əslən Gürcüstandan olub hazırda Gürcüstandan kənarda, Azərbaycanda, Gürcüstanda, Rusiyada və b. ölkələrdə yaşayıb-yaradan dəyərli soydaşlarımız arasından seçdiyiniz öz namizədlərinizi 2024-cü il may ayının 25-ədək bizə təqdim etməyinizi xahiş edirik.
Çalışacağıq ki, sizin təqdimatlarınız əsasında yaradılacaq Təşkilat Komitəsində və Redaksiya Heyətində Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı rayonların hər birindən ən azı 1 nəfər təmsil olunsun.
İşçi Qrupunun üzvləri isə məhz sizlərin təqdim etdiyiniz tanınmış alimlər, aşıqlar, şairlər, yazıçılar və dramaturqlar arasından seçiləcək.
Təşkilat Komitəsi, Redaksiya Heyəti və İşçi Qrupu 2024-cü il iyun ayının 1-dən fəaliyyətə başlayacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı 5 möv-zudan birində qələmə aldığı, indiyədək mətbuatda, kitabda və ya internet resurslarında dərc olunmayan əsərlərini - o cümlədən, şeir, poema, hekayə, povest, esse, pyes və s. m-borcali@mail.ru elektron-e-mail ünvanına göndərməlidirlər:
1. “Ana dilimiz”.
2. “Ata Yurdumuz”.
3. “Müqəddəs Vətənimiz”.
4. “Ustadlarımız və Xeyirxahlarımız”.
5. Və ən nəhayət: “Unutsaq, unudularıq!..”

Müsabiqə iki mərhələdə olacaq.
Birinci mərhələ - əsərlərin qəbulu 6 ay davam edəcək. Müsabiqəyə təqdim olunan əsərlər işçi qrupu tərəfindən qısa bir müddətdə “məqbul” və “qeyri-məqbul” olmaqla qiymətləndiriləcək.
“Məqbul” qiymətləndirilmiş əsərlər turan.info.az, zirve.info, yurd.info.az, zirve.info.az və b. saytlarda dərc olunacaq, ikinci mərhələyə buraxılacaq və eyni zamanda "VƏTƏN YURDDAN BAŞLAYIR" adlı kitabda işıqüzü görəcək.
Müsabiqədə qalib gəlmiş əsərlər Azərbaycan dilində, eləcə də gürcü və rus dilinə tərcümə olunaraq Bakıda və Tbilisidə, həmçinin Anadolu türkcəsinə uyğunlaşdırılaraq İstanbulda və əski Azərbaycan əlifbasına çevrilərək Təbrizdə də çap olunacaq.
Kitablar müəlliflərə hədiyyə olunacaq və ictimaiyyət arasında paylanılacaq.
Ən yaxşı əsərlər aşıqlar və bədii qiraət ustaları tərəfindən səsləndiriləcək və disk şəklində yayılacaq.
Müsabiqənin ikinci mərhələsi isə 2025-ci il yanvarın 1-dən başlayacaq. Saytlarda və kitabda nəşr olunan əsərlər arasından seçilmiş hər 10 əsərdən biri pul mükafatına layiq görüləcək.
Pul mükafatına layiq görülən əsərlərin arasından isə yenə hər 10 əsər arasından (yəni 1-ci mərhələdə seçilmiş hər 110 əsərin arasından) aşağıdakı qaliblər seçiləcək:
1-ci yerə layiq görülən poema, povest və ya pyes 300 lari, şeir, hekayə və esse - 100 lari. = 400 GL
2-ci yerə layiq görülən poema, povest və pyes 200 lari, şeir, hekayə və essi - 75 lari. = 275 GL
3-cü yerə layiq görülən poema, povest və pyes 100 lari, şeir, hekayə və essi - 50 lari. =150 GL
Hər biri 25 lari olmaqla 5 nəfər Həvəsləndirici mükafata layiq görüləcək.=125 GL
İkinci mərhələyə buraxılmış hər 30 əsərdən biri 3-cü yer, hər 50 əsərdən biri 2-ci yer, hər 100 əsərdən biri 1-ci yer, hər 150 əsərdən biri isə - daha doğrusu onların içərisindən seçilmiş ən yaxşı əsər (poema, povest və ya pyes) Qran-pri mükafatına (=500 GL) layiq görüləcək.
Birinci mərhələdə seçilmiş əsərlərin sayı 110-dan çox olduğu təqdirdə, mükafatların sayı müvafiq olaraq artırılacaq.
Qran-pri mükafatına layiq görülnüş hər 5 əsərdən biri isə Qızıl-Qran-pri mükafatına (=1000 GL) layiq görüləcək.
İkinci mərhələyə 2025-ci ilin mart ayının sonunda yekun vurulacaq.
Müsabiqə ildə bir dəfə olmaqla hər il keçiriləcək.
Hər il aprelin 11-də isə Müsabiqə "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı kitabın və mükafatların təntənəli şəkildə təqtimat mərasimi ilə başa çatacaq!

Müsabiqənin təşkili, kitabların nəşri, disklərin hazırlanması, mükafatların, kitabların və disklərin təqdimat mərasimi üçün ilkin olaraq təxminən 3000 GL nəzərdə tutulub.

Müsabiqənin gedişi ilə bağlı bütün məlumatlar müntəzəm olaraq turan.info.az, zirve.info, yurd.info.az, zirve.indo.az və s. saytlarda işıqlandırılacaq.

Müsabiqədə iştirak edən hər kəsə, eləcə də bizə maddi və mənəvi dəstək olan, öz dəyərli məsləhətlərini, təklif və tövsiyyələrini yazan bütün dəyərli dostlara əvvəlcədən təşəkkür edir və hamınıza uğurlar arzulayırıq!..

“YURD” İNFORMASİYA MƏRKƏZİ,
"VƏTƏN - YURDDAN BAŞLAYIR"
ƏDƏBİ MÜSABİQƏSİNİN
TƏŞƏBBÜS QRUPU]]>
Nicat Əmirov Tue, 30 Apr 2024 00:23:24 +0000
Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan dili" dərslik kitabları haqqında mətbuatda dərc olunmuş rəylərdən parçalar https://turan.info.az/yeni-neshrler/6430-professor-mdd-obanovun-orta-mktblrin-yuxar-siniflri-n-yazd-azrbaycan-dili-drslik-kitablar-haqqnda-mtbuatda-drc-olunmu-rylrdn-paralar.html https://turan.info.az/yeni-neshrler/6430-professor-mdd-obanovun-orta-mktblrin-yuxar-siniflri-n-yazd-azrbaycan-dili-drslik-kitablar-haqqnda-mtbuatda-drc-olunmu-rylrdn-paralar.html Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan dili" dərslik kitabları haqqında mətbuatda dərc olunmuş rəylərdən parçalar"Azərbaycan dili" /X sinif üçün dərslik, Tbilisi, 1992/ kitabı haqqında:
"Prof.M.Çobanovun bu yaxınlarda "Qanatleba"/Maarif/ nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan dili" dərsliyi Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Dərsliklə yaxından tanış olduqda aydınlaşır ki, müəllif qrammatik təhlillərə, fonetik, orfoqrafik, leksik, semasioloji, morfoloji, sintaktik təhlillərə geniş yer ayırmış və onları şagirdlərə hərtərəfli aşılamaqdan ötrü kitaba külli miqdarda çalışma salmış və bu çalışmaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün nümunələr göstərmiş, onların şagirdlər üçün daha anlaşıqlı olmasına çalışmışdır. Bu, kitabın dərslik kimi qiymətini daha da artırır..." /filol.elm.namizədi R.Məmmədli, "İlk Azərbaycan dili" dərsliyi, "Axtarış", N:8/64/,13.III.1993/.

* * *

"S.S.Orbeliani adına TDPİ-nin əməkdaşı filol.elm.doktoru, prof.M.N.Çobanovun hazırladığı və Gürcüstan Respublikasının Təhsil Nazirliyinin X sinif üçün dərslik kimi təsdiq etdiyi "Azərbaycan dili" kitabı bu günlərdə Tbilisinin "Qanatleba" /Maarif/ nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş bu ilk dərslikdə savad tə'limi ilə bağlı problemlər, o cümlədən fonetika, orfoepiya, yazı və orfoqrafiya, həmçinin linqvistik təhlilin aparılması qaydaları geniş şəkildə işıqlandırılmışdır. Kitabda əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər də ətraflı şərh olunmuşdur"./Müşfiq Çobanlı, Gürcüstanda çap olunmuşdur, "Səhər", N:50/587/, 17.III.1993/.

* * *

"İkinci ildir ki, Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərin X-XI siniflərində Azərbaycan/türk/ dili tədris edilir. S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol. elm.doktoru, prof.M.Çobanovun X və XI siniflər üçün tərtib etdiyi "Azərbaycan dili" proqramı Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Bu yaxınlarda "Qanatleba" nəşriyyatı müəllifin həmin proqramlar əsasında hazırladığı "Azərbaycan dili" dərsliyini çapdan buraxmışdır... Dərslik savad tə'limi və əməli yazı hissələrindən ibarətdir. Orada savad tə'limi ilə bağlı problemlər; fonetika, orfoepiya; yazı və orfoqrafiya məsələləri ətraflı işıqlandırılmışdır. Müəllif hər bir məsələ haqqında ümumi mə'lumat verir və onu nümunələrlə izah edir. M.Çobanov linqvistik təhlilin 6 nümunəsinin ayrı-ayrılıqda şərhini vermiş, təhlilin aparılması qaydalarını nümunələrlə izah etmişdir. Kitabın ikinci bölməsində əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər ətraflı şərh olunmuşdur".../Mətanət Fərzəliyeva, "Azərbaycan dili", "Azərbaycan müəllimi", 1,VI.1993/.

* * *

"Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəb-lərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol.elm.doktoru, prof. M.N.Çobanovun "Azərbaycan dili" dərsliyidir...Yeri düşmüşkən qeyd etmək lazımdır ki, M.Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir. Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir... Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e'tibarı ilə müxtəlif olduğunu qeyd edir... Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur". /filol. elm. namizədi R.Məmmədli, filol.elm.namizədi B.Xəlilov. "Azərbaycan dili", "Qurtuluş", 24-30.VII.1993/.

* * *

"Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir... Məhz bu baxımdan filol.elm.doktoru, prof. M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik... Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.
Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filol.elm.doktoru, prof. M.Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan dili" dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.-M.Ç./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdir-mişdir...
X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tap-mışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətir-dən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta mək-təblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi.
"Azərbaycan dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər. Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər... Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər... Bunları nəzərə alan M.Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..." /filol.elm.namizədi İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil", N:21/52/, 17.XI. 1993/.

* * *

"Azərbaycan-türk dili" /XI sinif üçün dərslik, Tbilisi, 1993/ kitabı haqqında:
"XI sinif üçün dərslik isə 6 bölmədən ibarətdir: 1.Dil haqqında ümumi mə'lumat, 2.Dünya dilləri, 3.Azərbaycan ədəbi dili, 4.Azərbaycan ədəbi dilinin üslubları, 5.Azərbaycan-türk dilinin ləhcələri, 6.Nitq mədəniyyəti və onun ümumi məsələləri. Müəllif hər bir bölməni görkəmli şəxsiyyətlərdən /Ş.İ.Xətai, Ə.H.Bəhmənyar, G.Sönməz, Nizami və b./ götürdüyü epiqraflarla başlayır ki, bu da inanırıq ki, şagirdlərin marağına səbəb olacaqdır".
M.Çobanov şagirdlərin maraq dairəsinə uyğun formada di-lin ictimai mahiyyətini izah edir, ümumxalq əhəmiyyətindən geniş danışır... Azərbaycan dilinin türk dillərindən biri olduğu mə'lumdur. Lakin orta məktəbi bitirən şagirdlərin əksəriyyəti, demək olar ki, bundan xəbərsiz olur. M.Çobanovun türk dilləri ailəsindən söhbət açması kitabın müsbət cəhətlərindəndir... Azərbaycan dili haqqında klassik yazıçılar və alimlərin mülahizələri də dərslikdə verilir ki, bu da xüsusi maraq doğurur. M.Çobanov Azərbaycan dilinin tarixən Qafqazda və Yaxın Şərqdə ünsiyyət vasitəsi olduğunu, görkəmli tarixi şəxsiyyətlərin diqqətini cəlb etdiyini göstərir və X.Təbrizidən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, eləcə də dünya korifeylərindən F.Bodenşteddən, Şarden, B.Meynardan, Y.Vaydenbaumdan və b. misal gətirərək fikirlərini əsaslandırır.
Kitabda orta məktəblər üçün yazılmış Azərbaycan dili dərs-likləri üçün xarakterik yenilik nitq mədəniyyətinə xüsusi yerin verilməsidir " /İ.Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil",N:21/52/,17.XI.1993/.

* * *

"Azərbaycan dili" kitabı haqqında filol.elm.namizədi Ş.Məmmədlinin rə'yi çap olunub. /"Gürcüstan",9.IV.1993/.
* * *
"Azərbaycan dili" kitabı haqqında rə'y çap olunub. /M.Fərzəliyeva, "Gürcüstanda tədris olunur. Bəs bizdə?", "Qarabağ", N:5/138/,4.II.1993/.]]>
Nicat Əmirov Mon, 29 Apr 2024 20:53:26 +0000
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin Pedaqoji-müəllim və şagird kollektivlərinə (xüsusilə də III pillədə təhsil alan – yəni X, XI və XII sinif şagirdlərinə və onların müəllimlərinə) MÜRACİƏT https://turan.info.az/fond/6424-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-xsusil-d-iii-pilld-thsil-alan-yni-x-xi-v-xii-sinif-agirdlrin-v-onlarn-mllimlrin-mract.html https://turan.info.az/fond/6424-grcstanda-faliyyt-gstrn-azrbaycandilli-ictimai-orta-mktblrin-pedaqoji-mllim-v-agird-kollektivlrin-xsusil-d-iii-pilld-thsil-alan-yni-x-xi-v-xii-sinif-agirdlrin-v-onlarn-mllimlrin-mract.html Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli ictimai orta məktəblərin  Pedaqoji-müəllim və şagird kollektivlərinə (xüsusilə də III pillədə təhsil alan – yəni X, XI və XII sinif şagirdlərinə  və onların  müəllimlərinə)  MÜRACİƏTHörmətli, dəyərli pedaqoji müəllim kollektivləri!
Əziz və sevimli şagirdlər!
Dünya düzəninin yenidən formalaşdığı bir dönəmdə mövcud olan millətlərin tərəqqisi - elmi nailiyyətlərin əldə edilməsi, hər bir millətin özünün kimliyinin, ana dilinin, tarixinin, mədəniyyətinin daha dərindən, daha geniş öyrənilməsi, inkişaf etdirilməsi cəmiyyətimizin - həyatımızın ən aktual gündəmində olan tələbi, ən vacib məsələlərdən ən öncəsidir.
Azərbaycan millətinin - qədim zamanlardan üzü bəri müxtəlif millətlər içərsində böyük və tarixi yol keçməsi hər bir azərbaycanlıya məlumdur. Millətmizin ana dilinin, mədəniyyətinin zənginliyini daha da artırmaq, inkişaf etdirmək, müasir gənclərmizə dəstək olmaq və milli xəzinələrimizi gələcək nəsillərə şərəf və ləyaqətlə çatdırmaq üçün biz hər birimiz əlimizdən gələni əsirgəməməliyik.
Elə buna görə də biz “Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək, Vətənimiz Gürcüstanda şagirdlərimiz arasında daha bir yeni və davamlı layihəni (ildə bir dəfə) həyata keçirməyi qərara almışıq:
May ayının 1-dən etibarən yeni bir yarışmaya - unudulmaz soydaşımız, görkəmli türkoloq və tanınmış dilçi alim, mərhum akademik, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsinə start veririk.
Nəzərinizə çatdırırıq ki, Mədəd Namaz oğlu Çobanov - 1937-ci ildə Gürcüstanda - Bolnisi rayonunun Darbaz kəndində dünyaya göz açmış, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda ali təhsil almış, sonralar düz 25 il həmin ali məktəbdə (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti, hazırda isə İlya Universiteti adlanan təhsil ocağında) müəllim, dosent, professor, kafedra müdirinin müavini və kafedra müdiri vəzifələrində şərəf və ləyaqətlə çalışmış, Azərbaycan dilinin tədrisində, milli azərbaycandilli pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuş, dilçiliyə dair onlarla elmi-pedaqoji kütləvi əsərlər yazaraq Azərbaycan elminə böyük və olduqca qiymətli töhfələr vermişdir.
Müsabiqəni keçirməkdə məqsədimiz, böyük alim, mərhum akademik Mədəd Çobanovun adını və əziz xatirəsini əbədiləşdirmək, onu yeni nəsilə tanıtmaqla yanaşı, həm də, gənclərimiz arasında ana dilimizə olan sevgini, onların elm və təhsilə olan maraq və həvəslərini daha artırmaq, akademik Mədəd Çobanovun layiqli davamçılarının yetişdirilməsinə çalışmaqdır.
“Maarif” təşkilatı - “Maarif” jurnal qəzetinin rəhbərliyi təşkilat-redaksiyamızın hüquqi nizamnaməsinə əsaslanaraq və müvafiq bəndinə istinad edərək Müsabiqəni keçirmək üçün aşağıdakı tərkibdə Təşkilat komitəsi yaratdığını bəyan edir:
1. Ələddin Qarabağlı – “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnalqəzetin baş redaktoru (Qardabani);
2. Mahmud Kamaloğlu – professor (Marneuli);
3. Sərdar Yusubov – təhsil məsələləri üzrə elmlər doktoru (Marneuli);;
4. Əli Abbas – “Şərəf” ordenli yazıçı, floklorşünas (Marneuli);
5. Kazax Abdullayev – Gürüstanın Əməkdar müəllimi (Saqareco)
6. İslam Məmmədov – Gürüstanın Əməkdar müəllimi (Dmanisi)
7. Abayat Qurbanova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Tbilisi)
8. Fatma Əliyeva – Azərbaycan dili və ədəbiyyatı müəllimı (Bolnisi)
9. Növrəstə Həsənova –Azərbaycan dili və ədəbiyyatı müəllimi (Qardabani)

Layihə davamlı olmaqla ildə bir dəfə - hər bir tədris ilinin aprel-may aylarında 2 mərhələdə keçiriləcək.

Müsabiqə iştirakçıları Birinci mərhələdə X, XI və XII sinif şagirdləri aşağıdakı mövzulardan birini seçərək, (A4 ölçülü vərəqdə, yuxarı və aşağı hissədən 2.0 sm, vərəqin sol tərəfindən 3.0 sm, sağ tərəfindən 1,5 sm yer ayrımaqla), 12-lik şriftlə normal intervalda ən azı 4 səhifə olmaqla, yazdıqları inşanı 2024-cü il may ayının 18-i saat 18.00-adək təhsil aldıları ictimai məktəblərin və eləcə də “Maarif” təşkilatının elektron ünvanlafrına - e-maillərinə (qarabaglimaarif50@mail.ru) göndərməlidirlər.
İnşanın sonunda müsabiqə iştirakçısı olan şagird öz adını, soy adını, təhsil aldığı məktəbin adını, ünvanını, oxuduğu sinifi, mobil telefon nömrəsini və fənn müəlliminin adını və soy adını da yazmalıdır.

İnşa mövzuları:
1. Ana dilimiz - varlığımızdır!..
2. Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri.
3. Görkəmli türkoloq Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi-pedaqoji fəaliyyətinin Tiflis dövrü.
4. Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında Mədəd Çobanovun rolu.
5. Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi (Yer-yurd adlarımızın tarixi, onomastikası, toponimikası, ellərimizin dialektikası, danışıq şivələrimizin leksikası və s.)

Göndərilən inşa yazılar işgüzar layihə icraçıları - təcrübəli dil-ədəbiyyat müəllimləri tərəfindən yoxlandıqdan sonra, onlar arasından seçilmiş şagirdlər ikinci mərhələyə buraxılacaqlar.
Musabiqənin ikinci mərhələsi Marneuli şəhərindəki “Azərbaycan evi”ndə keçiriləcək və Kütləvi İnformasiya Vasitələri tərəfindən ictimailəşdiriləcək.
Musabiqənin ikinci mərhələsinə dəvət olunmuş şagirdlər əyani şəkildə müəllimlərin və ictimaiyyət nümayəndələrini gözü qarşısında müsabiqəyə təqdim olunmuş 5 mövzudan birini şagird dəftərinin ən azı 4 səhifəsi həcmində ənənəvi üsulda qələmlə yazacaqlar.
Onların yazdıqları inşalar elə həmin gün Müsabiqənin təşkilatçıları tərəfindən yoxlanılacaq və qaliblər müəyyənləşəcək.

Müsabiqənin ikinci mərhələsinin qalibləri elə həmin gün aşağıdakı qaydada mükafatlandırılacaqlar.
1. 1-ci yer - 1 nəfər - 100 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
2. 2-ci yer – 2 nəfər – hər biri 75 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
3. 3-cü yer – 3 nəfər - hər biri 50 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
4. 4-cü yer - 4 nəfər - hər biri 25 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).
5. Həvəsləndirici mükafat – 5 nəfər - hər biri 20 lari pul mükafatı + hədiyyə (məktəb ləvazimatları və sertfikat).

Nəzərinizə çatdırırıq ki, müsabiqədə qalib gəlmiş şagirdlərin müəllimləri də mükafatlandırılacaq. Müsabiqədə seçilmiş inşalar ayrıca kitab şəklində çap olunaraq həmin şagirdlərə və Gürcüstandakı Azərbaycandilli məktəblərə hədiyyə olunacaq, eyni zamnanda, ictimaiyyət arasında paylanacaq.

Müsabiqədə iştirak edən hər kəsə uğurlar arzulayır və əvvəlcədən təşəkkür edirik!


Layihənin adı: Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş
“Ana dilimiz – varlığımızdır!” adlı inşa müsabiqəsi.


Layihənin icraçısı:
“Maarif” təşkilatı – “Maarif” jurnal qəzetin
Baş redaktoru: Ələddin Qarabağlı]]>
Nicat Əmirov Thu, 25 Apr 2024 21:50:33 +0000
SƏCDƏYƏ GƏLDİM!.. https://turan.info.az/edebiyyat/poeziya/6408-scdy-gldm.html https://turan.info.az/edebiyyat/poeziya/6408-scdy-gldm.html SƏCDƏYƏ GƏLDİM!..

ÖZÜM GƏLMİŞƏM!..

Dahi alimimiz, el-oba ağsaqqalı, əzizimiz, Dədə Mədəd Çobanova həsr olunur.


Üzündən öpdüyüm ay Dədə Mədəd,
İndi baş daşından öpməyə gəldim.
Adında həkk olub, şərəf, həm mədəd,
Şərəfə səcdəyə, özüm gəlmişəm!

Cismin torpaqdadır, ruhun bizimlə,
İzinlə yoldayam, cəsur izimlə.
Müqəddəs məbədi dizim-dizimlə,
Qəbrinə ziyarət, özüm gəlmişəm!

Elində, elminlə ucalan başın,
Bir şerə sığmayır bir qəbir daşın.
Sevin, yanaşıdır həyat yoldaşın,
Şöhrət məkanına, özüm gəlmişəm!

Möhtəşəm Avropa tribunasından,
Seçildin alimlər say arasından.
Dünya xəbər tutdu Azərbaycandan,
Səni təziminə, özüm gəlmişəm!

Gözümdə gülüşün yaşa dönübdür,
Şirin söhbətlərin daşa dönübdür.
Sənsiz, sanki Dünya yasa dönübdür,
Yasını tutmağa, özüm gəlmişəm!

Bilmirəm ağlayım, bilmirəm gülüm,
Ay Dədə! Yaşayım, bilmirəm ölüm!
Bir kimsə qalmadı dərdimi bölüm,
Dədə Mədəd! Dərdlə, özüm gəlmişəm !

Ramazan Rza]]>
Nicat Əmirov Mon, 08 Apr 2024 21:55:02 +0000
Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... https://turan.info.az/gurcustan/borchali/6407-rklrd-yer-var-mdd-mllmn.html https://turan.info.az/gurcustan/borchali/6407-rklrd-yer-var-mdd-mllmn.html Həqiqətən mənə xoşbəxtlik nəsib olub ki, mən Mədəd müəllimlə şəxsən tanış olmuşam, bir neçə dəfə görüşmüşük, hər dəfə də bir-birindən şirin, mənalı, məzmunlu və unudulmaz söhbətlər etmişik.
Rəhmətlik atam Yusif Yusifli “Gürcüstan azərbaycanlılarının ədəbiyat tarixi” adlı kitabı üzərində işləyirdi. Həmin illərdə Mədəd müəllim bir neçə dəfə Qaş Muğanlıda ailəmizin qonağı olmuşdu. Müdrik ağsaqqalımız - yurd, el-oba sevdalısı, görkəmli türkoloq və toponomist alimimiz, Türk Dil Qurumunun üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov elə o görüşlərdən mənim qəlbimi fəth elimişdi.
Elə ona görə də mən Qubernatorun müavini olduğum dövrdə, Mədəd müəllim hər dəfə Bakıdan Borçalıya gələndə çalışırdım ki, mütləq mən də onu qarşılayanlar arasında olum, onunla görüşüm, onunla həmsöhbət olum. Çünki Mədəd müəllim həm də çox maraqlı həmsöhbət idi! Hörmətli qonağımızın hər gəlişi sözün əsl mənasında bayrama çevrilirdi. Onunla görüşüb söhbət etməkdən heç zaman doymazdıq.
2017-ci ilin yazında mətbuatda oxudum ki, Bakı şəhərində Mədəd müəllimin 80 illik yubileyi keçiriləcək. Mən hörmətli alimimizin oğlu Müşfiq müəllimə zəng etdim, dedim ki, sözsüz ki, biz də yubilyarımıza şəxsi və rəsmi təbriklərimizi göndərəcəyik. Bakıda keçiriləcək Yubiley tədbirində bizim də nümayəndəmiz iştirak edəcək və bizim təbriklərimizi çatdıracaq. Ancaq biz istəyirik ki, yubileyin yekun tədbirini Bakıda yox, Gürcüstan Azərbaycanlıları Konqresin təşkilatçılığı ilə məhz doğma Borçalımızda keçirək. Çox sağ olsun, Müşfiq müəllim, təklifimizi bəyəndi, razılaşdıq. Hörmətli professorumuzun 80 illiyi ilə bağlı yubiley tədbirləri Bakıdan sonra Gürcüstanda davam elədi. Əvvəlcə doğma Darvaz kəndində, sonra Tbilisi şəhərində, daha sonra isə Marneuli şəhərində bir-birindən maraqlı yubiley tədbirləri keçirildi. Bununla bağlı həm də onun adına Xeyriyyə Fondu yaradıldı. Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq bütün tədbirlərdə yaxından iştirak etdik, üstəlik də özümüz Konqresdə “Mədəd Çobanov – 80” adlı yaddaqalan tədbir də keçirdik. Həmin tədbir həm də yubileyin yekun tədbiri oldu. Çox böyük sevinclə ağsaqqlımızın əhatəsində olduq. Həmin gün bizim üçün əziz və unudulmaz bir xatirəyə çevrildi.
Xüsusi olaraq qeyd edim ki, həmin vaxt Marneuli şəhərində bir-birindən fərqli və bir-birindən gözəl iki möhtəşəm yubiley tədbiri keçirildi. Həmin tədbirlərdən biri - 2017-ci il avqustun 22-də Marneuli şəhər və rayon rəhbərliyinin turan.info.az - “Ziya" və "Zirvə” İnformasiya Mərkəzlərinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə Gürcüstanın Marneuli şəhərindəki "Çay Evi – Muğam" Tədris-Mədəniyyət Mərkəzində, digəri isə 2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində, (GAK) Gürcüstan Azərbaycanlıları Konqresi və Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu.





Rəsmi və bədii hissələr olmaqla, iki hiisədən ibarət olan hər iki tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, Azərbaycan Respublikasının və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri, diplomatlar, alimlər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər, ictimai xadimlər, yubilyarın yetirmələri -keçmiş şagirdləri, tələbələri və aspirantları, tədbirə dəvət olunmuş qonaqlar, eləcə də yubilyarın yaxın qohumları iştirak etdilər.





Eyni zamanda, sevimli alimimizin əsərlərinin də sərgisi təşkil olunduğu hər iki tədbir rəsmi hissədən sonra bədii hissə ilə davam etdi, alimimizin şərəfinə “Ağ ev” restoranında geniş ziyafət verildi, mədəniyyət və incəsənət xadimləri, saz-söz ustaları, aşıqlar və müğənnilərin iştirakıyla sanki gözəl bir konsert təşkil olundu, sözün əsl mənasında, böyük bayram əhval-ruhiyyəsi yarandı...



Onu da qeyd etməliyəm ki, Mədəd müəllim Konresimizin yaxın dostu və Fəxri üzvü idi.
Biz yubiley tədbirində Mədəd müəllimi həm də Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri Fərmanı ilə də təltif etmişdik. Bu mükafat barədə o sonralar da həmişə ağızdolusu danışırdı. Mədəd müəllim həmişə təbii, səmimi olana çox böyük önəm verirdi. Süniliyi, saxtalığı heç vaxt sevməzdi, yaxın qoymazdı!..
İcazənizlə, unudulmaz alimimiz – akademik Mədəd Çobanovla əlaqədar təşkil etdiyimiz daha bir tədbir haqqında xüsusi olaraq dayanmaq istəyirəm: 2023-cü il iyulun 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində GAK-ın təşkilatçılığı ilə dünya şöhrətli alimimizin xatirəsinə həsr olunmuş Anım mərasimi keçirdik.



Alimin əsərlərinin də sərgisinin təşkil olunduğu həmin tədbirdə Azərbaycandan və Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş elm, mədəniyyət xadimləri, Mədəd Çobanovun ailə üzvləri, dostları, keçmiş tələbələri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Elimizin gəncləri də orada idi, yaşlı nəsili də, şairləri də, yazarları da... (Bu barədə kitabın sonunda ətraflı məlumat verilib – Redaktor.)
Fürsətdən istifadə edərək, bir daha həmin isti yay günündə əziyyət çəkib, heç zaman yeri dola bilməyəcək dəyərli bir ziyalımızın Anım mərasiminə toplaşan bütün insanlara təşəkkür etmək istəyirəm. Bilirsinizmi, bu gün biz bütün Borçalılılar özümüzü Mədəd müəllimin övladı hiss edirik. Çünki o dünya şöhrətli böyük bir alimdir. Elimizin fəxridir. Bir sözlə, Mədəd müəllim sonsuz dərəcədə vətənpərvər, yurdsevər və sözün əsl mənasında Borçalı aşiqi idi!
Əməyimiz keçən bütün tədbirlər, deyilən xoş sözlər halalı olsun Mədəd müəllimin!
Onun yüzlərlə tanınmış tələbəsi olub. Hesab edirəm ki, bu, hər müəllimə, hər pedaqoqa nəsib olmur!
Mədəd müəllimlə bağlı bir təkrardan da yorulmaq bilmirəm: deyirəm ki, hörmətli professorumuzun onlarla əsəri arasında ən şahanələrindən biri oğlu Müşfiq müəllimdir! Öz adı-sanı, hörməti, dəyəri olan Müşfiq müəllim!
Təkcə Darvaz elinin, təkcə Borçalının deyil, bütün Türk dünyasının fəxrlərindən olan Mədəd Namaz oğlu Çobanova uca Allahdan rəhmət diləyirəm! Məkanı cənnət, Ruhu şad olsun!
Ürəklərdə yeri var Mədəd müəllimin! O, əbədi olaraq həmişə qəlbimizdə yaşayacaq.

Hüseyn Yusubov: ÜRƏKLƏRDƏ YERİ VAR MƏDƏD MÜƏLLİMİN... HÜSEYN YUSUBOV
Gürcüstan Respublikası
energetika nazirinin sabiq müavini,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri


turan.info.az
]]>
Nicat Əmirov Mon, 08 Apr 2024 20:34:23 +0000
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV https://turan.info.az/gurcustan/borchali/6405-asaqqal-nsan-byk-alm-akademk-mdd-obanov.html https://turan.info.az/gurcustan/borchali/6405-asaqqal-nsan-byk-alm-akademk-mdd-obanov.html AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV Ulu Borçalımızın bərəkətli torpağında doğulub boya-başa çatan, sonra arzularının dalınca dünyanın müxtəlif yerlərində alim kimi, mühəndis kimi, iş adamı kimi fəaliyyətini davam etdirən çoxlu sayda dəyərli eloğllarımız var. Onlardan biri də öz insani keyfiyyətləri ilə, ağıl-düşüncəsi ilə, müdrik kəlam¬la¬rıy¬la, səmi¬mi münasibətiylə, üzünün nuruyla, mənim yadda¬şım¬da, ürə¬yim¬də daimi yeri olan, çox hörmətli alimimiz, Türk ədə¬bi dili¬nin mahir tədqiqatçısı, tarixi torpaqlarımızın toponimləri ilə bağlı çox qiymətli əsərləriylə, Azərbaycan elminin filolo¬gi¬ya sahəsində xüsusi yeri olan görkəmli türkoloq, tanınmış dilçi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elm¬ləri doktoru, pro¬fessor Mədəd Çobanovdur.

Mədəd müəllimlə əyani tanışlığım ilk dəfə 2010-cu ilin okt-yabrında Bakıda Milli kitabxanada oldu. Xalq şairi Zəlimxan Yaqubla görüş tədbiri idi. Görüşdə həmişə efirlərdə gördüyüm zi¬yalılar, şairlər, alimlər iştirak edirdilər. Mən Mədəd müəl¬limlə yanaşı oturmuşdum. Həyacandan tez-tez tərləyirdim. Mə¬nim bu halım müəllimin gözündən yayınmadı. Elə bil məni bu vəziyyətdən çıxarmaq üçün dedi ki, “Borçalının təmiz havasını, gülü¬nün, çiçəyinin ətrini görkəmində əks etdirirsən, burada səni tanı¬mayanlar sənə baxan kimi bilirlər ki, dağ adamısan, bu otaq-da kondensionerdən aldığın sərinliyi o dağların havasıyla müqa-yisə edə bilərsənmi?” – deyə soruşdu və güldü.
O gülən kimi mən bir az sərbəst oldum, elə bil həyacanlı¬ğı¬ma son qoydular.
O üzü nurlu kişinin bu səmimi söhbəti məni vəziyyətdən tam çıxardı, bu səmimiyyət dilimi açdı. Təxminən bir yarım saat həm¬söhbət olduq.
Mən bu ağsaqqal insanın, böyük alimin hərəkətinə, söhbə¬ti¬nə vuruldum. O gün mənim yaddaşıma əbədi həkk olundu...
Allah Mədəd müəllimə rəhmət eləsin.
Ruhu şad məkanı cənnət olsun...

ÇİNGİZ YAQUBOV,
Müəllim-jurnalist,
Borçalı, Bolnis-Kəpənəkçi kəndi,
turan.info.az]]>
Nicat Əmirov Sun, 07 Apr 2024 22:41:30 +0000
KÖKLƏDİ KÖNÜL SAZINI https://turan.info.az/gurcustan/bolnisi/6404-kkld-knl-sazini.html https://turan.info.az/gurcustan/bolnisi/6404-kkld-knl-sazini.html KÖKLƏDİ KÖNÜL SAZINI KÖKLƏDİ KÖNÜL SAZINI

Məni Mədəd müəllimlə şair dostum Nizami Paşa Saraclı tanış eləmişdi. Təbii ki, o vaxta qədər Mədəd müəllimi qiyabi tanıyırdım.
Nizami qardaşımın Mədəd müəllimə sevgilərlə ithaf elədiyi bir şeirində belə bir bənd var:

Yenə könül sazını köklədik “Ruhani”yə,
Qanadlandı duyğular: – Ya Mədəd Haqdan! – dedik.
Heç bilmədik, keçməmiş biz ikinci havaya,
Dost yaşı yetmiş olar: – Ya Mədəd Haqdan! – dedik.

Doğrudan da, ömür dediyin daha çox anlardan, göz qırpımlarından ibarət imiş!
Yəni bir də görürsən əllini, yetmişi haqlamısan. Hətta sən buralarda yetmişə çatana kimi, kimsə oralarda artıq yüzü addayıb. Əsas yaşadığın həyatı mənalı yaşamaqdır!
Mədəd müəllim iradəli, yüz bir çətinlikdə ayaqda dura bilən, kimsədən mədəd – kömək, yardım ummayan bir insan olub. Ailəsinin böyüklüyünə baxmayaraq özü başqalarına yardıma tələsib.
Xatırladıram ki, Molla Pənah Vaqifin belə bir misrası var:

Mədəd eylə iqbalına Vaqifin.

Bunun məğzində özündən çox elin, vətənin iqbalı – gələcəyi dururdu, vətən adamlarına kömək nəzərdə tutulurdu!
Mədəd müəllimin o qədər uzaq yolu, Bakı – Tiflis yolunu yüklənib gətirdiyi kitab hədiyyələrinə görə ona olan çox təşəkkürlər eşitdim.
Elinin, yurd-yuvasının böyük təəssübkeşi idi. Üstəlik də onun təəssübkeşliyi təbii təəssübkeşlik olub. Bunun üçün onun əsərlərinin adına baxmaq da kifayətdir: “Bolnisi rayon şivələrinin leksikası” (bu mövzu həm də onun namizədlik dissertasiyası olub), “Borçalı toponimləri”, “Türk dillərinin ədəbi birliyinə doğru”… Onlarla belə əsər müəllifi olub Mədəd müəllim.
Biz tərəflərdə özündən sonra əsər qoyub getmək həm də bir Darvaz ənənəsidir!
Yəni Darvaz əsilli olmaq, həm də kitab əsilli olmaq deməkdir!
Mədəd müəllim – professor Mədəd Namaz oğlu Çobanlı 2 iyun 2023-cü ildə 86 yaşında vəfat etmiş və Bakının Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur.
Təsadüflər və zərurətlər dünyasında nələr olmur?!
Yəni Gürcüstan əsilli bir türkoloq alimin məhz Dədə Qorqud qəbiristanlığında dəfn olunmağı təsadüf sayıla bilməz!
Məhz “Kitabi-Dədə Qorqud” dastanında deyildiyitək:

Hanı dediyim bəy ərənlər?
“Dünya – mənim” deyənlər?!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!

Bu da Mədəd müəllimin alın yazısı imiş…
Onun könül sazı hələ çox çalınacaq!
…Allah rəhmət eləsin!
İBRAHİMXƏLİL
]]>
Nicat Əmirov Sun, 07 Apr 2024 20:23:14 +0000
XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, PEŞƏKAR PEDAQOQ, NƏCİB İNSAN, DƏYƏRLİ ZİYALI VƏ BÖYÜK ŞƏXSİYYƏT - PROFESSOR MƏDƏD ÇOBANOV https://turan.info.az/tehsil/adpu/6402-xalqini-vtnn-sevn-mll-dncy-malk-sl-vtnda-gzar-alm-pekar-pedaqoq-ncb-nsan-dyrl-zyali-v-byk-xsyyt-professor-mdd-obanov.html https://turan.info.az/tehsil/adpu/6402-xalqini-vtnn-sevn-mll-dncy-malk-sl-vtnda-gzar-alm-pekar-pedaqoq-ncb-nsan-dyrl-zyali-v-byk-xsyyt-professor-mdd-obanov.html XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, PEŞƏKAR PEDAQOQ, NƏCİB İNSAN, DƏYƏRLİ ZİYALI VƏ BÖYÜK ŞƏXSİYYƏT - PROFESSOR MƏDƏD ÇOBANOV1978-1983-cü illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Peda-qoji İnstitutunda mənim sevimli müəllimim olmuş görkəmli dil-çi-alim, tanınmış türkoloq, filologiya elmləri doktoru, pro¬fes¬sor Mədəd Çobanovun ömür səhifəsinə nəzər yetirdikdə onun insani keyfiyyətlərini səciyyələndirən iki cəhəti xüsusilə vur-ğulamaq istərdim.
Birincisi, bu nəcib insanı ziyalı kimi, şəxsiyyət kimi də¬yər¬lən-dirməmək qeyri-mümkündür. Çünki o, bütün ömrünü xal¬qı¬nı, vətənini sevən milli düşüncəyə malik əsl vətəndaş kimi ya¬şa-mışdır.
İkincisi isə Mədəd müəllim işgüzar alim və peşəkar pedaqoq kimi özünü təsdiqləyə bilmişdi. Onun bu sahələrdə qazandığı nai¬liyyətləri isə zəhmətsevərliyi, işinə ruhla, canla bağlılığı, savadı və tərbiyəsi ilə əlaqələndirmək olar.
Əziz və unudulmaz müəllimimin bu nəcib keyfiyyətləri hə¬mi-şə bir-birini tamamlayırdı.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Onun əziz xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq!..

RAZİM MƏMMƏDOV,
ADPU Filologiya fakültəsinin kafedra müdiri,
filologiya elmləri namizədi, dosent]]>
Nicat Əmirov Fri, 05 Apr 2024 22:20:09 +0000
ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!.. https://turan.info.az/gurcustan/tiflis/6395-ulu-boralimizin-zyali-olu-mdd-qaamiz-unudulmazdir..html https://turan.info.az/gurcustan/tiflis/6395-ulu-boralimizin-zyali-olu-mdd-qaamiz-unudulmazdir..html ULU BORÇALIMIZIN ZİYALI OĞLU - MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!.. Bu sevincli-kədərli, gəlimli-gedimli fani dünyada, mən özümü bir xoşbəxt azərbaycanlı saya bilərəm кі, dünyanın dörd qitəsindəki ölkələri, keçmiş SSRİ dövlətinin 14 respublikasını, Odlar yurdumuzun bütün ərazisini və Borçalımızı əriş-arğac gəzmis bir qazaxlı-azərbaycanlıyam!
Əlbəttə, indiki nəsilin cavanları mənim bu yazıma inanmaya da bilərlər. İndiki meyarlara söykənənlərə bu həqiqət inandıcı deyildir. Ancaq, bu danılmaz faktdır, foto-şəkillər də bir sübutdur!
Bu yazının əvvəlini uzaq səfərə süvar olmuş səyyah kimi, niyə uzaqdan başladım? - sual oluna bilər!
Realliq belədir ki, mən Borçalını, qonşu Gürcüstanı el-el, oba-оbа gəzməsəydim - tarixi bir dram əsərimi yaza bilməzdim! Bilənlər-bilir, bu dram əsərini oxuyanlar - oxuyubdur “BORÇALI NİSGİLİ"ni!
1999-cu ilin yay ayları növbəti şeirlər kitabımın bir nüsxəsini ziyalı eloğlum Müşfiq Borçalıya hədiyyə etdin. “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsindəki iş otağında xeyli söhbət etdik. Hədiyyəmə görə çox sevindi. Çünki, bu kitabımda Ulu Borçalanın keçmiş tarixini əks etdirən dram əsərim də var idi.
Müşfiq qardaşım 2000-ci ildə bir müşdə ilə məni təbrik etdi. Sən demə "Borçalı” nəşriyyatında bu dram əsərimi ayrıca kitab halında çoxsaylı tirajla çap etdirib, ərk etdiyi elin-obanın ziyalılarına da paylayıbmış.
Əziz oxucu! Bu yazının qəhramanı olacaq - ziyalı ağsaqqalı-mız Mədəd qağamla tanışlığımıza körpü salan da məhz "Borçalı nisgili" əsərim olmuşdu. İlk tanışlıqdan sonra, dəfələrlə AMEA-da, yubileylərdə, "Borçaıl” Cəmiyyətinin iclaslarında Mədəd müəllimlə görüşmüşdük…
Alim, pedaqoq, professor, Nyu-York Elmlər Akademiyasının akademiki, Azərbaycanımızın fəxri ziyalısı, Mədəd müəllim - bu adı, bu şan-şöhrəti, öz alın təri, öz zəhmətilə, gecələri yuxusuz keçən illəri ilə qazanmışdır.
Bu yerdə beş bəndlik şeirimlə bu yazımı tamamlamaq istəyirəm.
Çünki "Dostluq Məşəli”nin xüsusi buraxılışında Mədəd müəllimin geniş tərcümeyi yazılıbdır.

[b]FƏXRİMİZ, SEVİMLİMİZ, BÖYÜK İNSAN və GÖRKƏMLİ ALIM, ÇOX HÖRMƏTLİ MƏDƏD QAĞAMIZ UNUDULMAZDIR!


ULU BORÇALIMIN
ZİYALI OĞLU

Ulu Borçalımın ziyalı oğlu,
Bir ömür yaşadı şərəfli-şanlı.
Xeyirxah, abırlı-həyalı oğlu,
Müdrik düşüncəli, nurlu amallı.

Doğma Darvazında keçdi gəncliyi,
Fəda etdi elmə, öz hayatını...
Alimin olmadı bir an dincliyi,
Qorudu nağılımı, öz bayatımı.

Filoloq-alimi dünya tanıdı,
Mərdliyi, ad-sanı, adiliyiylə...
O dərk eylədi.., dünya fanidi,
Kişi tək yaşadı-sadəliyiylə!

Xeyirxah tanındı Mədəd qağamız,
Həyat mübarizə, həyat sınaqdır...
Dünyaya – Müşfiqi qoydu qağamız,
Mübariz olmamaq vallah-günahdır!

Hacı Zaməddinəm, mehrim-şeirdi,
"Borçalı nişgili”m lap çox sevildi,
Qağa, “Həncərisən?” mənə deyirdi,
Mədəd qağamızın qəlbi - nehr idi,
Əbdi yaşamaq- insan mehridi!

Hörmətlə,
HACI ZAMƏDDİN ZIYADOĞLU,
Sair, dramaturq-publisist,
AYB və AJB-nin üzvü,
iki dəfə Səməd Vurğun mükafatı laureatı
turan.info.az]]>
Nicat Əmirov Fri, 29 Mar 2024 00:28:34 +0000
DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV” https://turan.info.az/dunya/turan/6371-dyant-osmanli-glb-kem-z-qoymu-rhmt-qazanmi-sayidyr-professor-mdd-obanov.html https://turan.info.az/dunya/turan/6371-dyant-osmanli-glb-kem-z-qoymu-rhmt-qazanmi-sayidyr-professor-mdd-obanov.html DƏYANƏT OSMANLI: “GƏLİB-KEÇMİŞ, İZ QOYMUŞ, RƏHMƏT QAZANMIŞ SAYĞIDƏYƏR... - PROFESSOR MƏDƏD ÇOBANOV” Professor Mədəd Çobanovun adı Azərbaycanın elm, mədəniyyət tarixində imzası keçən Borçalı alimləri içərisində ön sıralarda yer alır. Onun əsərlərində elmiliklə yanaşı duran özəl-üst cəhətlərdən biri də milli-ictimai mövqe, torpaq, yurd təəssübkeşliyidir. Mədəd Çobanov nədən yazırsa yazsın, orda bir orijinal yanaşma, mütləq mill-ictimai mövqe, vətənpərvər düşüncə, alim-vətəndaş məsuliyyəti aydın görünür. Onun müraciət etdiyi elmi mövzular asan, dəfələrlə işlənmiş mövzular deyil, əksərən ya tamamilə yeni, indiyədək heç kəsin müraciət etmədiyi, ya ötəri müraciət olunmuş, kiyayət qədər həllini tapmamış, ya da unudulub, qatı açılmamış mövzulardır. Və Mədəd müəllimin alim kimi fəaliyyətinin bir əhəmiyyəti də ondadır ki, işlədiyi mövzuları ümumi təqqiqat obyektinə çevirə bilmişdir.
Alimin həyat yolu, elmi-nəzəri, pedaqoji fəaliyyət təcrübi baxımdan zəngin və dəyərlidir. Hələ tələbə ikən elmi istedadı ilə tanınmış və bir gün də olsa sevimli elm yolundan ayrılmamışdır. Belə demək daha uyğun olar ki, o, ömrünün sonunadək alim, ziyalı, vətəndaş həyatını ləyaqətlə yaşamağı bacarıb və özünün vətənpərvər-alim taleyi ilə fərxr edib.
M.Çobanovun elmi yaradıcılığının miqyası geniş, əhatəli, eyni zamanda fərqlidir. Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, xeyli tədris proqramının, yüzlərlə elmi məqalənin, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş çoxsaylı yazıların müəllifidir. "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili" və Türk dünyası ilə ilgili əsərləri elm, dilçilik, ədəbiyyat tarixində həmişə xatırlanacaq, istinad olunacaq mənbələrdir.
Ötən illərdə Mədəd Çobanovun Atatürk Mərkəzində nəşr edilən bir neçə kitabının redaktoru olmuşam. Və əminliklə deyə bilərəm, elmi məqalələrinə, ictimai aspektli yazılarına və ümumən yaradıcılığına elə həssas yanaşırdı, hər sözün qayğısını elə çəkir, üstündə elə əsirdi ki, bu xüsusiyyəti az-az müəlliflərdə görmək olar...
Mən Bakıda universitet təhsili aldığım illərdə hər dəfə doğma Borçalıya gedəndə mütləq bir-iki günlüyə Tbilisidə oxuyan dostlarıma baş çəkərdim. Axşamlar tələbə yataqxanasının həyətində, səs-küylü dəhlizlərində dostlarla gəzmişəm, şirin süfrəli sadə odalarında qalmışam. S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna da çox getmişəm, tanınmıəş müəllimlərin mühazirə və seminarlarında dinləyici kimi iştirak eləmişəm. Mədəd müəllimi az görsəm də, tələbələrindən haqqında xoş sözlər eşitmişəm. Tbilisidə oğlu Müşfiqi tanımışam, çörək kəsmişik, kofe içmişik, bu gün də dostluq münasibətimiz var.
Mədəd müəllim əvvəl vətənə, ata yurdu Borçalıya, kəndinə və bəlkə də elə o dərəcədə elmə vurğun olan ziyalı idi. Vətənsevərliklə elmiliyi onu tamlaşdırmışdı, təfəkkürünü bütövləşdirmişdi. Sonralar Bakıya köçəndən sonra da Borçalıyla əlaqəsini kəsmirdi. Yay aylarını, havalar sərinləyənə qədər Borçalıda, doğma Darvaz kəndində keçirərdi. Bakıya qayıdanda daha da gümrah, əzmli, işgüzar görünərdi.
Mən işlədiyim mərkəzdə hazırlanan kitabları ilə əlaqədar Mədəd müəllimlə bir müddət tez-tez görüşmüşük, söhbətlər eləmişik və o adam mənim yaddaşımda sayğılı, abır-həhalı obrazı ilə qalıb. Sanki bir-birimizi çoxdan taıyırmış kimi, xoş rəftar, hətta zarafat yaranmışdı arada. O mənim iş yerimə gələndə heç vaxt zəng eləməzdi və heç vaxt da məni görməmiş getməzdi. Bir də görürdün, qapı sakicə yarıya qədər açıldı və əvvəl rastına çıxan birisindən həlim səslə soruşdu: “Dəyanət müəllim burdadımı?” “Yerindədir” - cavabı alandan sonra ucaboy, gülümsər sifətli, bir az da utancaq, xırda yerişli o simsar adam içəridə görünər və dəhlizdə deyilənə əmin olmamış kimi, təkrar özümdən soruşardı: “Burdasanmı?..”
Yazı-pozu ətrafında “rəsmi” müzakirələrdən sonra Tbilisidəki müəllimlik dönəmindən, həmkarlarından, təlbələrindən maraqla söhbət açardı. Mütləq Borçalıdan söz düşərdi, keçmiş yurd yerlərimizdən, qəhrəman insanlarımızdan, dağ-arandan danışardıq. Deyirdi: “Bilirsənmi, gənc vaxtlarımda eşitmişəm, sizin nəsil keçmişdə tanınmış, zəngin olub.” Mən də zarafatla cavab verirdim: “Ağsaqqal, indi nolub ki? Sovet hökuməti babalarımın torpaqlarını, sürülərini aldı, özlərini çoban elədi, ağlımızı ki, ala bilmədi.” Gülmsünüb deyirdi: “Daha ona söz yox, maşallah, ağlın, istedadın zəngindir.” Bəzən mən harasa tədbir-filana gedəsi olanda, bildirməsəm də, hiss eləyirdi. Tez ayağa durub deyirdi: “Saat neçədir ki? Yaxşı, mən getdim, sən də gecikirsən, sonra davam edərik. Ancaq söz harda qaldısa, yadında saxla, ha!”
Mən onu “ağsaqqal” deyə çağırırdım və doğrudan da təbiətən və düşüncə etibarilə ağsaqqal məqamına, ağsaqqal sayğısına layiq insan idi. Həmişə Müşfiqə zarafatla deyirdim (elə indi də) ki, “bax sənə ağsaqqala görə dəymirəm, ha. Səni danlamaq statusunu o verib.” Sağ olsun, o da buna həmişə anlayış göstərir. Və onun atasına qədirbilən övlad məhəbbətini, uşaq kimi qayğısına qalmasını, hətta yanında çəkinməsini, öz yerini bilməsini yeri gəldikcə dost-tanışa bir örnək kimi ağızdolusu danışıram.
Mədəd müəllimin tərcümeyi-halı əsərləridir, ziyalılığıdır, sadəliyidir və ətrafına, baş verən hadisələrə narahat-ağır, həssas münasibətidir. Mədəd müəllimin tərcümeyi-halı doğulub boya-başa çatdığı, ona dərrakəni, insanlığı, cəsarəti, xeyirxahlığı, qədirbilən övladları səxavətlə verən doğma Borçalı torpağı iə birbaşa bağlıdır.
Mədəd müəllim haqqında, əsərləri barədə çox yazmaq olar. Amma nəticə etibarilə son fikir bu olacaq: Gəlib-keçmiş, iz qoymuş, rəhmət qazanmış sayğıdəyər insanlarımızdan biridir. Və mənim xatirimdə həmişə cəfakeş və diridir!

DƏYANƏT OSMANLI
AYB İdarə Heyətinin üzvü,
Atatürk Mərkəzinin baş redaktoru,
“Türk Dünyası İnfo” İB-nin sədri]]>
Nicat Əmirov Tue, 05 Mar 2024 19:33:42 +0000
Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ..." https://turan.info.az/gurcustan/tiflis/6360-musa-nbolu-br-mrlk-xatrnn-yrm-cmls..html https://turan.info.az/gurcustan/tiflis/6360-musa-nbolu-br-mrlk-xatrnn-yrm-cmls..html Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN  İYİRMİ CÜMLƏSİ..." Fərman Borçalı zəng edib dedi ki, əmin Mədəd müəllimin xatirəsinə həsr olunmuş kitab hazırlayırıq, onun haqqında xatirə yazmalarını nəzərdə tutduğumuz adamların siyahısında sənin də adın var, 15-20 cümləlik bir yazı yazıb göndər.
Təbii ki, dünyasını dəyişmiş hər kəsin xatirəsi doğmaları və yaxınları üçün əzizdir, unudulmazdır. Üstəlik, həmin adam cəmiyyətdə özünəməxsus mövqeyi ilə seçilən bir elm adamı, ziyalı və ağsaqqaldırsa, deməli, onun xatirəsi yaxınları və doğmaları ilə yanaşı, həm də bütövlükdə cəmiyyət üçün əzizdir. Əlbəttə, öncə Fərman müəllimə bu xeyirxah işində uğurlar arzulayıb, minnətdarlığımı bildirdim, eyni zamanda dəqiqləşdirmək üçün soruşdum ki, maksimum 20 cümlə olsun? Ondan təsdiqləyici cavab alandan sonra yazının həcmi ilə bağlı belə ciddi reqlament qoymasından nəinki incimədim, hətta ürəyimdə alqışladım və bunu onun işə məsuliyyəti kimi qəbul etdim.
Doğması barəsində xatirə yazmaq, onun haqqında artıq keçmiş zamanda danışmaq hamı üçün çətindir. Əslində, xatirə yazmaq bir az özün-özünü ovundurmaq, heç olmasa, bununla təsəlli tapmaqdır. Ancaq sənə çox əziz birisinin yerini isə nəinki 15-20 cümləlik, heç bir kitablıq xatirə də doldura bilməz. Belə insanlar haqda xatirələr kağızda yazılmaz, ürəklərdə yaşadılar. Ürək isə kitab deyil ki, hər kəs onu oxuya bilsin, daha doğrusu, hər kəsə açıb göstərə biləsən. Və belə xatirələr sadəcə kiminsə sifarişi ilə, yaxud da ildönümlərində yada düşmür, o, bir ömür səninlə olur: sən özün xatirəyə dönənə kimi!
Mədəd müəllim görkəmli alim və ictimai xadim kimi həm Gürcüstanda, həm də Azərbaycanda məşhur olub. Azərbaycan dilçilik elmində orijinal tədqiqatları ilə seçilən, özünəməxsus yeri olan, əsərləri bütövlükdə Türk dünyasında yayılan bir alim kimi tanınıb. Borçalılar isə onu həm bir alim, həm də dəyrəli bir eloğlu, müdrik ağsaqqal kimi sevib. Bu sevginin, bu rəğbətin mayasında böyüyüb boya-başa çatdığı Darvaz kəndindən və mənsub olduğu kökdən gələn halallıq və əsil-nəcabətlə yanaşı, həm də uzun illər bu bölgədəki elmi-pedaqoji və ictimai fəaliyyəti durur.
Mədəd müəllim bir ziyalı kimi şərəfli ömür yaşayıb, özündən sonra təkcə şirin xatirələr yox, həm də zəngin elmi irs miras qoyub.
Bütün bunlarla yanaşı, Mədəd müəllim nəslimizin-kökümüzün ağsaqqalı, üzağlığı və dilimizin uzunluğu, qürur və öyüd-nəsihət yerimiz, gənclərin yolgöstərəni olub həmişə və yaddaşlarda yaşayan dəyərli tövsiyələri ilə hələ uzun müddət bu missiyanı daşıyacaq. Onunla bağlı gündən-günə daha da şirinləşən xatirələrimi kağıza köçürməkdə isə qələm də acizdir. Axı, ürəklə yazılanı, ürəkdə yazılanı kağıza köçürmək çox çətindir və hərdən mənə elə gəlir ki, bu xatirələri elə ürəkdə yaşatmaq daha yaxşıdır, kağıza köçürsəm, bəlkə də, dadına-duzuna xələl gətirmiş olaram.
Hazırlanan kitabın Mədəd müəllimin adına layiq olması arzusu ilə Fərman Borçalıya bu xeyirxah işinə görə minnətdarlığımı bildirir və reqlamentə uyğun olaraq burda bir ömürlük xatirənin iyirminci cümləsinin nöqtəsini qoyuram...
Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi.]]>
Nicat Əmirov Wed, 28 Feb 2024 18:31:00 +0000
RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV" https://turan.info.az/media/ziyalilar/6357-ramz-bkrov-yurd-sevdal-byk-alm-mdd-obanov.html https://turan.info.az/media/ziyalilar/6357-ramz-bkrov-yurd-sevdal-byk-alm-mdd-obanov.html RAMİZ BƏKİROV: "YURD sevdalı BÖYÜK ALİM - MƏDƏD ÇOBANOV" Böyük alim, gözəl, təvazökar insan, əvəzolunmaz müəllim, cəfakeş, yorulmaz elm tədqiqatçısı Mədəd Namaz oğlu Çobanov nəsillərə örnək bir ömür yaşamışdır. O, özünün ciddi elmi araşdırmaları sahəsində zəngin elmi-ədəbi irs yaratmışdır. Həmin elmi-ədəbi irs böyük alimin 80-dən artıq elmi-nəzəri kitablarında, çoxsaylı elmi-nəzəri publisistik məqalələrində öz əksini tapmışdır. Onun müasir Azərbaycan dilinin dialektologiyası, eti¬malogiyası, linqvistikası, antroponimikası, toponimikası, onomastikası, eləcə də, türkologiya sahəsində və türk dillə¬rinin qarşılıqlı əlaqələri haqqında apardığı bir sıra elmi araşdırmaları alimə böyük şöhrət gətirmiş, o zaman keçmiş SSRİ-nin, indiki MDB məkanında, xüsusilə, Qa¬zaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Türkmənistanda, Rusiyada, Gürcüs¬tanda, eləcə də, Türkiyənin müxtəlif şəhərlərində keçirilmiş bir çox nüfuzlu elmi simpoziumlarda, konfranslarda san¬ballı məruzələrlə çıxış etmişdir və onun araşdırmaları dünya şöhrətli alimlərin, türkoloqların böyük marağına səbəb olmuşdur.
Elə buna görə də, o, Azərbaycan Alimlər İttifaqının, Azərbaycan Ağsaqqqallar Şurasının, Azərbaycan Onomastika Cəmiyyətinin İdarə Heyətinin, bir sıra müxtəlif komitə və komissiyaların, qəzet və jurnalların redaksiya və rəyasət heyətlərinin üzvü olmuş, nəhayət, Türkiyə Dil Qurumun və Nyu-Yyork Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun adı Türkoloji məsələlərin və müasir Azərbaycan dilinin tanınmış araşdırmaçı alimləri A. Qurbanov, A.Axundov, M.Adilov, H. Əliyev, N.Xudiyev, Q.Kazımov, N.Cəfərov və b. bir sırada durur.
Mədəd Çobanov öz sanballı elmi araşdırmalar və elmi-nəzəri cəhətdən çox böyük əhəmiyyət kəsb edən tədqiqatları ilə müasir Azərbaycan dilinin, eləcə də türk ədəbi dillərinin öyrənilməsində yeni istiqamətlər müəyyən etmiş, türk dillərinin qarşılıqlı qohumluq əlaqələrini üzə çıxartmış və ortıq Türk dilinin yaradılmasının vacibliyi diqqətə çatdırmışdır.
Onun elmi-irsi, elmi-nəzəri cəhətdən çox əhəmiyyətlidir və gələcək tədqiqatlar üçün həmişə maraqlı olacaqdır.
Mədəd müəllim öz sadəliyi ilə, alim nüfuzu ilə həmişə harada olmasından asılı olmayaraq, böyük hörmət və ehtiramla qarşılanırdı. Mədəd müəllim olduqca vətənpərvər, yursevər və xeyirxah insan idi. Sözün əsl mənasında, Borçalı sevdalısı idi. Baxmayaraq ki, o, taleyin hökmü ilə elmi və əmək fəaliyyətini 1994-cü ildən sonra Bakıda davam etdirdi. Ancaq o heç vaxt doğma Borçalınım unutmadı, doğulub boya-başa çatdığı Darvazı həmişə ziyarət edirdi. Yaxşı xatırlayıram, Mədəd müəllimin 60, 65, 70, 75 və 80 illik yubileyləri münasibətilə Borçalıda, Marneuli şəhərində və doğma Darvaz kəndində böyük təntənə və yüksək əhval ruhiyyə ilə təşkil olunmuş ədəbi-bədii və musiqili məclisləri. Xüsusilə də, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Marneuli şəhərində böyük coşqu ilə keçirilən Yubiley tədbirlərində böyük alimin yetirmələri, tanınmış ziyalılar iştirak edirdilər. Çıxış edənlərin hamısı onun haqqında ürək dolusu, böyük sevgi, hörmət və ehtiramla danışır, yubilyarı təbrik edir, ona ən xoş arzularını çatdırırdılar.
Xatırlayıram ki, Mədəd müəllim həmişə az danışmağı sevirdi. İştirak etdiyi tədbirlər zamanı bütün çıxış edənləri sona qədər diqqətlə dinləyərdi, sonda qısaca olaraq öz fikrini bildirərdi. Eləcə də, müxtəlif məclislərdə görüşdüyü, tanıdığı və ya tanımadığı insanlarla həmişə həmsöhbət olarkən, olanları dinləmək Mədəd müəllim üçün daha xoş idi.
Bəli, yuxarıda da qeyd etdiyim kimi, Mədəd müəllim Yurd, el-oba, Borçalı sevdalı bir insan idi, təssübkeş, və¬tənpərvər, qeyrətli söz sahibi idi. Yaxşı xatırlayıram, Borçalının çətin günlərində müxtəlif mətbuat orqanklarında və elmi jurnallarda Borçalının toponimikası, tarixi etnoqrafiyası haqqında, eləcə də, Borçalının qədim Türk-Oğuz yurdu olmasını elmi dəlillərlə, inkarolunmaz faktlarla sübuta yetirən silsilə məqalələr çap etdirirdi. 1993-cü ildə isə "Borçalı toponimləri” adlı sanballı tədqiqat əsərini çap etdirdi. Həmin mövzu ilə bağlı araşdırmalarını sonralar da davam etdirdi. (Alimin "Borçalı toponimləri” kitabı 1994-cü, 1996-cı, 2000, 2012-ci illərdə yenidən işlən¬miş variantda, əlavələrlə birlikdə təkrarən çap olunmuşdur.)
Bu, o zamanlar Mədəd müəllimin alimlik cəsarətinin, alimlik qeyrətinin göstəricisi idi.
Bu sanballı əsərlər bizə “gəlmə, qonaq” deyənlərə sanballı, tutarlı cavab idi!
Bu doğma yurda, elə, obaya çağrış idi!
Bu bizi ayıq-sayıq olmağa çağırış idi!
Ruhu şad olsun böyük alimin.
Böyük Türk oğlunun xatirəsi həmşə qəlbimizdədir.
RAMİZ BƏKİROV,
Gürcüstan parlamentinin iki çağırış sabiq deputatı, Gürcüstan Azərbaycanlıları Konqresinin təsisçisi və konqresin idarə heyətinin üzvü, ictimai xadim

turan.info.az]]>
Nicat Əmirov Tue, 27 Feb 2024 22:19:12 +0000
HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV" https://turan.info.az/media/ziyalilar/6356-hacan-hacisoy-vtnprvr-v-yurdsevr-alm-mdd-obanov.html https://turan.info.az/media/ziyalilar/6356-hacan-hacisoy-vtnprvr-v-yurdsevr-alm-mdd-obanov.html HACAN HACISOY: "VƏTƏNPƏRVƏR və YURDSEVƏR ALİM - MƏDƏD ÇOBANOV" Ərazicə Vətənimizin, milliyətcə xalqımızın bir parçası və tərkib hissəsi olan qədim Borçalı mahalı hər zaman Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, ümumiyyətlə ictimai-siyasi mühitinə böyük töhfələr verən gözəl məkanlarımızdan biridir. Heç təsadüfi deyildir ki, bu bənzərsiz diyarımız tarixin ciddi sınaqlardan keçərək cəmiyyət arasında ULU BORÇALI adını qazanmışdır. Əlbəttə, bu adın mahiyyəti və məzmunu, həmçinin verdiyi töhfələr ilk növbədə Ulu Borçalımızın yetirdiyi böyük şəxsiyyətlərlə bağlıdır. Belə şəxsiyyətlərin siyahısı çox uzundur və saymaqla bitən deyil. Məhz belə şəxsiyyətlərin sırasında yer alan görkəmli ziyalılarımızdan biri də tanınmış alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdur.
Məşhur ziyalılarımız arasında özünəməxsus xüsusi yeri olan Mədəd müəllim, şübhəsiz ki, ilk növbədə türkoloq, toponomist alim, bu sahələrdə geniş miqyasda fundamental tədqiqatlar aparmaqla, çoxlu sayda monoqrafiyaların, kitabların, dərslik və dərs vəsaitlərinin müəllifi kimi şöhrət qazanmışdır. Lakin mənim fikrimcə, Mədəd müəllimin özünəməxsuzluğunun təməlində həm də məhz onun vətənpərvərliyi dayanır.
Mədəd müəllimin alimlik dərəcəsi almaq üçün namizədlik və doktorluq dissetasiyalarının mövzularına diqqət yetirək. Onun namizədlik dissertasiyasının mövzusu "Bolnisi rayon şivələrinin leksikası" adlanır. Bu mövzunu 1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutinda müdafiə etməklə o, doğulduğu məkanın kiçik bir guşəsinin şirin ləhcəsini dünya miqyasında tanıtmış və Azərbaycan dilinin zənginliyini yüksəklərə qaldırmışdır. And içirəm ki, bunu ancaq müstəsna bacarıq və istedada malik, sinəsində vətən eşqi ilə döyünən bir ürək sahibi edə bilərdi.
Mədəd müəllimin 1992-ci ildə Bakı Dövlət Universitetində müdafiə etdiyi "Azərbaycan antroponimiyasının əsasları" adlı dissertasiyası isə xalqımızın milli mənsubiyyəti və özünüdərk məsələləri baxımından çox nadir bir tədqiqat əsəridir.
Göründüyü kimi, professor Mədəd Çobanovun seçdiyi mövzuların kökündə azərbaycançılıq və Azərbaycana bağlılıq ideyası əsas yer tutur.
Mədəd Çobanov türkoloq alim olmaqla Türk Dünyasının bir parçası idi. O, xalqımızın türk mənşəli olduğunu fəxarətlə qeyd edir və bunu hamının dərk etməsi üçün əlindən gələni əsirgəmirdi.
Mədəd müəllimin iki məqaləsi mühüm əhəmiyyət kəsb edir və ilk baxışdan diqqəti özünə cəlb edir. Söhbət onun “Ziya” qəzetində “Eçmiədzin türk sözüdür” və “Vətən səsi” qəzetində “Eçmiədzin nə deməkdir?” başlıqları ilə çap etdirdiyi məqalələrindən gedir. Bu yazılırı ilə o, ermənilərin hətta dini məbədlərinin belə türk toponiminə bağlı olduğunu sübut etmiş, bununla da erməni seperatizminə və erməni xalqının başqa xalqlara məxsus milli dəyərləri oğurlayaraq mənimsəmə adətlərinə ağır zərbə vurmuşdur.
Professor Mədəd Çobanovun elmi-pedaqoji fəaliyyətinin əsas dövrü A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi ilə bağlıdır. Sovet dövründə bu İnstitut Gürcüstanda Azərbaycan dilində təhsil almaq üçün yeganə ali təhsil ocağı idi. Burada ənənəvi olaraq nümunəvi müəllim-professor heyəti formalaşır və pedaqoji kadrlar yetişirdi. Mədəd müəllim də bu təhsil ocağının yetirməsiydi və burada 20 ildən çox bir müddət ərzində (1973-1994-cü illərdə) müəllim, dosent, professor vəzifələrində çalışmışdır. Namizədlik və doktorluq dissertasiyalarının mövzularını da bu institutda yerinə yetirmişdir.
Professor Mədəd Çobanovun sonrakı elmi-pedaqoji fəaliyyəti bilavasitə Bakı ilə bağlıdır. 1994-cü ildən ömrünün sonuna qədər Bakının müxtəlif ali məktəblərində bir sıra yüksək vəzifələrdə çalışmışdır. Belə ki, bu dövrdə o, Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri olmuşdur.
Mədəd müəllim harada olmasından və hansı vəzifəni tutmasından asılı olmayaraq hər zaman qəlbində Borçalı sevgisi yaşatmışdır. Onunla təmasda olanlar Mədəd müəllimi Borçalı sevdalısı kimi tanıyırlar. Onun namizədlik və doktorluq dissertasiyalarının mövzusu ilə yanaşı, Borçalı ilə bağlı bir sıra digər samballı elmi araşdırmaları da vardır. Onlardan bir neçəsini xatırlatmaq istəyirəm.
Professor Mədəd Çobanovun ilk dəfə 1993-cü ildə işıqüzü görmüş, 1994-cü, 1996-cı, 2000, 2012-ci illərdə yenidən işlənmiş, əlavələrlə birlikdə təkrarən çap olunmuş “Borçalı toponimləri” kitabı zamanın tələbinə uyğun, vaxtında işıq üzü görən, mühüm əhəmiyyət kəsb edən qiymətli bir sənət əsəridir. Bu əsərin ortaya çıxması separatçıların Gürcüstan ərazisində, xüsusilə Bolnisi rayonunda yaşayış məntəqələrimizin tarixi adlarının tez-tələsik dəyişdirmələrinə tutarlı cavab idi. Bu baxımdan “Borçalı toponimləri”ni tarixi abidə adlandırmaq olar.
Mədəd müəllimin digər dəyərli elmi araşdırmalarından biri də 2005-ci ildə Bakıda çap etdirdiyi “Borçalı azərbaycanlıları ikinci dünya müharibəsinin cəbhələrində” kitabıdır. Bu əsərdə Borçalı əsilli qeyrətli soydaşlarımızın 1941-1945-ci illərdə alman faşizmi ilə müharibədə göstərdikləri igidlik və qəhrəmanlıqlar öz əksini tapmışdır. Bu da Borçalı üçün, onun tarixi baxımından çox vacib göstəricilərdən biridir.
Mədəd Çobanov Borçalını qəlbən sevirdi. O, heç nəyi görüntü xatirinə etmirdi. Onun bütün etdikləri daxili aləmində formalaşan və ruhunda daşıdığı səmimi duyğulardan qaynaqlanan danılmaz həqiqət idi.
Bu gün cəmiyyətimizdə Mədəd müəllim kimi dəyərli ziyalılarımızın yeri görünür. Əminliklə qeyd etmək istəyirəm ki, Mədəd müəllim sağ olsaydı (Allah ona qəni-qəni rəhmət etsin) mütləq Gürcüstanda azərbaycandilli məktəblərdə gedən proseslərə münasibət bildirər, oradakı məktəblərimizin gələcək taleyi ilə bağlı öz kəskin sözünü deyərdi. Çünki vaxtında deyilən ziyalı sözünün kəsəri iti və güclü olur.
Sağlığında özünə ölməzlik qazanan professor Mədəd Çobanovun xatirəsi hər birimiz üçün əzizdir və əbədiyaşarddır!..
HACAN HACISOY,
Azərbaycan Respublikasının Gürcüstandakı
ilk fövqəladə və səlahiyyətli səfiri,
Texnika elmləri doltoru, professor,
şair]]>
Nicat Əmirov Tue, 27 Feb 2024 20:08:31 +0000
Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatirə https://turan.info.az/gurcustan/tiflis/6336-nriman-lyev-alm-tbssm-professor-mdd-obanov-haqqnda-xatir.html https://turan.info.az/gurcustan/tiflis/6336-nriman-lyev-alm-tbssm-professor-mdd-obanov-haqqnda-xatir.html Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatirə UNUTSAQ, UNUDULARIQ!..

Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istəyirlər. Mədəd müəllimin pedaqoji ustalığı imkan verirdi ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin.Tələbənin şəxsiyyətinə önəm verildikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışır.
Mədəd müəllim gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardan idi.
S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbayca bölməsində təhsil aldığımız dövrdə,doğrusu, ilk günlər müəllimlərimizi tanımırdıq.
Deyirdilər ki, bir müəllim instituta mühazirə oxumaq üçün Darvaz kəndindən gəlir. Auditoriyaya daxil olanda nədənsə bütün tələbələrdə onun təbəssümü yadda qaldı. Çoxmənalı təbəssümdən həm qorxu hissi keçirdik, həm də onun fənnini daha məsuliyyətlə oxumağa çalışdıq. Semestr imtahanında,demək olar ki, Mədəd müəllimin əvvəlki ciddi, sərt yanaşmasından əsər-əlamət qalmamışdır. Biz dilçiliyin əsaslarını daha dərindən mənimsədikcə onun tələbələrə qarşı olan münasibəti və təbəssümü artıq daha yumşaq, daha zərif bir məna daşıyırdı.Yadımdadır, ilk semestr imtahanında çox ciddi olararq “hamınıza 3 qiymət yazıram” dedi.Bir az keçdikdən sonra mən ona məqbul kitabçamı uzadanda üzümə baxdı, təbəssümü məni təlaşa saldı, ancaq “sən yaxşı tələbəsən, sənə 4 qiymət yazacağam”dedi, sonra kitabçanı qarşısından götürəndə baxdım ki, mənə 5 qiymət yazıb. Belə ki, ilk təəssürat doğrudan da yanlış olur. Mədəd müəllim
onun fənnini tam mənimsəyən tələbəyə tam da qiymət yazardı. Artıq onun əvvəlki təbəssümü mənim üçün yeni bir məna daşıyırdı.
Sovetlər Birliyində türkçülük, turançılıq deyilən məfhum bizim üçün yad anlam daşıyırdı. Mədəd müəllimin mühazirələrində və tədris vasitələrində bu amil qırmızı xətlə təşviq olunurdu. İllər keçdi, sonradan ahıl vaxtımızda başa düşdük ki, Mədəd müəllimin tədris etdiyi fənlərdə türkçülük siyasi bir düşüncədir, yəni bizə damğa kimi vurulan “pantürkizm” deyil.
Bağışlayın belə bir müqayisəyə görə, təbii ki, bizə ali məktəbdə antik ədəbiyyat da tədris olunurdu. Bu gün hər bir insana Misir ehramlarını qoruyan “Sfinks”in adı bəllidir. Bu Gözətçi Tanrının təbəssümü bir neçə fəlsəfi məna daşıyır. Yəni bu fani dünyaya insanlar gəlib - gedir, ancaq bu daş soyuq büt onları seyr edərək minillər ərzində dəyişmir əbədi olaraq öz təbəssümü ilə yaşayır. Mən bu soyuq daş heykəli insan taleyi ilə müqayisə etmək istəmirəm. İnsanlar,ələlxüsus, alimlər bəşəriyyata doğrudan da Ziya saçır, insanların ruhu və xoşməramlı əməlləri də əbədi olaraq yaşayır, onların əsərləri də bizim yaddaşımıza həkk olunur və gənc nəslın maariflənməsinə öz töhfəsini verir.

Əməkdar gurnalist
Nəriman Əliyev]]>
Nicat Əmirov Wed, 14 Feb 2024 21:25:44 +0000
Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ" https://turan.info.az/gurcustan/borchali/6306-salman-qazi-dnyada-br-alm-z-qoydu-getd-v-yaxud-mdd-mllmn-mzari-nnd.html https://turan.info.az/gurcustan/borchali/6306-salman-qazi-dnyada-br-alm-z-qoydu-getd-v-yaxud-mdd-mllmn-mzari-nnd.html Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ"MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ
Görüşünə gəlmişəm, Əssalamun əleyküm!
Mədəd müəllim, bu yazı, bu bir qədər, bu hökm!

Dünya fani dünyadır, hər gələn qayıdacaq,
Alimlər ölmür ancaq, alimlər yaşayacaq!

Alimin bircə günü, qırx günlük ibadət,
Budur haqqın buyruğu, budur əsl həqiqət!]]>
Nicat Əmirov Sat, 20 Jan 2024 21:35:22 +0000
ORADA BİR MƏZAR VAR UZAQDA... https://turan.info.az/media/yeni-yol/6303-orada-br-mzar-var-uzaqda.html https://turan.info.az/media/yeni-yol/6303-orada-br-mzar-var-uzaqda.html ORADA BİR MƏZAR VAR UZAQDA...1937-nin qara yelləri qapı-qapı, el-el gəzərkən, neçə-neçə işıqları söndürərkən qədim Borçalıda, ye­ni yaradılan Lüksemburq (Bol­nisi – 1930) rayonunun Darbaz kən­­dində bir işıq yandı. Namaz kişi­nin ocağında göz açan oğlana Mə­dəd adı verdilər.

Hələ çətin dövr idi. Doğma­la­rın­dan başqa kimsənin fərqində ol­ma­dığı bu gəliş illər sonra öz işı­ğıyla neçə qaranlıqlara şəfəq sa­çacaqdı, neçə körpülər sala­caq­dı. Hələ 1937-ci il idi. O illə­rin qa­ranlığıyla böyüdü. Uşaq­lı­ğın da­­dı­nı dadmadan cəfalar çək­di, müha­ribə ona nə ata, nə əmilər, nə də dayılar əhatəsini qismət et­di. Kən­də gələn qara kağızlar boy­nu­bü­kük uşaqların sevincə, sev­gi­yə həs­­rət çöhrələrində löv­bər salır­dı. O dövrdə uşaqlıq ya­şa­mayan, “şə­rikli çörəklə” bö­yü­yən uşaqların dərdi də şərik idi.

Nəhayət dünya müharibəsinin sonu xəbəri hər yana çatdı. Borçalı qəzasının Darbaz kəndində məktəb 1919-cu ildən fəa­liyyətdə idi. Balaca, sakit, öz dünyası olan şagird dərslərində fərqlənsə də, yenə də kimsənin nəzərində fərqli deyildi. Onda bü­tün uşaqlar bir böyüyüb, bir kiçilmişdilər, axı onlar şəxsiy­yətə pərəstişin qapısından keçib, faşizmin qandalından çıxan uşaqlar idilər, poladdan bərk idilər. Sanki zamandan qisas al­maq istəyi balaca Mədəd üçün bütün gücünü dərslərə yönəltdi. Ailəsinə dəstəyindən ayırdığı zamanla oxudu, oxudu, oxudu...

O vaxt əksər məzunlar sənədlərini Qazağa versə də, gənc Mə­dəd Tbilisiyə üz tutdu. Axı onun amalı vardı, qəlbindəki arzu­la­rın kökü dərin idi, açıb-ağartmasa da. Və Tbilisi Pedaqoji İnsti­tu­tunun Tarix-filologiya fakültəsinin Azərbaycan bölmə­si­nə qə­bul olundu. Bu yol o yol idi, başlanğıc idi. Fərqli addımla gəldi, fərqli planlarla məzun olduqdan sonra hərbi xidmətdə də zabit məktəbini bitirdi, rütbəylə geri döndü. Əvvəl öz oxuduğu mək­təb­də müəllim işlədi, az sonra Bolnisi rayon komsomol ko­mi­təsində, sonra rayon partiya komitəsində işləsə də ama­lın­dan dönmədi, pillə-pillə sürətli yüksəlmə onu içindəki məqsədə doğru aparan istəkdən vaz keçirə bilmədi. Axı məqsədi vardı, arzuları hələ gizlincə, sakitcə közərirdi qəlbində.

Rəsmi işiylə paralel Azərbaycan EA-nın Nəsimi adına Dil­çi­lik İnstitutunda qiyabi aspiranturada oxudu və Daşkənddə mü­dafiə etdi: “Bolnisi rayon şivələrinin leksikası”. Bu mövzu özü onu aparırdı istədiyi istiqamətə. Müdafiədən sonra onu instituta işə dəvət etdilər. Bəli, bu, raykomluqdan müəllimliyə eniş idi, amma içində olan “söküntünü qura bilməsəm də yazılarımla yaşatmalıyam” düşünürdü.

Çörük Qəmərli (Bolnisi) artıq tarix olmuşdu. Davamı olmalı idi. 1973-cü ildən müəllim kimi başladığı işində professor adı­na qədər ucaldı. İlk dəfə olaraq gürcü və Azərbaycan xalqları dost­luğunun tarixini araşdırdı, yenə də ilk dəfə olaraq Azər­bay­can və gürcü dilində danışıq lüğətini hazırladı. Hər iki dövlətin mədəni əlaqələri haqqında bir çox qəzet və jurnallarda gürcü dilində məqalələr dərc etdirdi. Dramaturgiyada, poeziyada, filmlərdə bu ardıcıllıqla pillə pillə ucaldı.

Professor Mədəd Çobanov 1994-cü ilə qədər Tbilisi Pedaqoji İnstitutunda fəaliyyətini davam etdirdi. Onun titullarını təkrar­la­mıram, çünki kifayət qədər məlumat var. Yazdıqlarım hör­mətli müəllimin Gürcüstandakı fəaliyyətidir.

Özünü təqdim etmək üçün bura ona darlıq etdi və keçid döv­rünün məlum çətinlikləri onu “könlünün məs­kə­ni­nə” apar­dı. Bakıda müxtəlif vəzi­fə­lərdə işlədi – kafedra müdiri, pro­rek­tor, rektor... yüzlərlə tələbə yetiş­dir­di, am­ma müqəddəs amalından qal­madı.

1997-ci il idi. Mən tələbə idim. “Ruskoyazıçnı” qohum­la­rımdan biri hərbi məktəbə daxil olmuşdu. Ana di­lində “əyri-üyrü” danışan bunlara mən həmişə tənə edirdim ki, siz nə özü­­nüzsünüz, nə də oxşamaq istə­di­yi­niz. İndi o bizə evə zəng et­mişdir ki, ona ana dilində məruzə etməyə kömək edəm (dik­siyadan yə­ni, onda indiki kimi özəl kurslar yox idi). Məni həmişə “na­çio­nalistka” adlan­dı­ran kə­sin ana dilimizə işi düş­məyi məni se­vin­dirdi. Sevincimi istehza kimi anla­yan həm­ya­şıdım dedi ki, bir müəllim var, səni kimi o qədər ana dilindən danışır ki, ay nə bi­lim zabit dilimizi belə bilməli, millət belə, xalq elə, elə bil ədə­biyyat fakültəsidir; biz hərbçi olacağıq e, şeir deməyəcəyik, na­tiq­lik mənim nəyimə gərək?..

Dedim yaxşı sərkərdə əmrlə yox, yerində danışmaqla əsgəri qələbəyə aparar. Güldü ki, elə o da belə deyir. Kimliyiylə ma­raq­landım. Dilçilik kafedrasının müdiridir dedi. Sonralar hər gördükçə, o Mədəd müəlliminiz başqa nə danışır deyərdim. O da kəkələyərək öz məssəfiylə təkrarlayardı... Tanımadan, bil­mə­­­dən ana dilimizin gözəlliyi ilə, axarlığıyla qələbəyə gedək de­yən müəllimə çox böyük rəğbət bəsləyirdim.

Sən demə, hərbçilərə ana dilimizi təbliğ edən, terminləri mil­liləşdirən, əmrləri, tapşırıqları özümüzünküləşdirən bizim Bor­ça­lımızın Mədəd müəllimi imiş.

Ə.Şıxlinski burjua in­qi­la­­bından sonra 1918-ci ilin fevralında seymdən xü­susi icazəylə Tiflisdə Müsəl­man Hərbiyyə Mək­təbi aç­dı, sonralar məkanı və adı dəfələrlə dəyişsə də sonda H.Əliyev adına Hərbi Elm­lər İnstitutu ad­landı.

Tiflisdən Bakıya qırıl­mış qəlbin mənəvi yü­küylə getdi Mədəd müəl­lim. Həmişə ol­duğu kimi. Özümüzün özümüzə zər­bə­siylə içində bir qaysaq­la­ma­yacaq yarayla. Ge­dərkən adı dəfələrlə də­yişsə də məqsədi, məramı bir olan həmin hərbi mək­təbdə işlədi. Hərbçilərə dili­mizi, zabit etikasını, mənəviyyatı aşıladı. Hərb tariximizin bu günkü hərb dili üçün özümüzü yaratdı, tələbələrə milliliyi aşıladı. Ana dilini zəif bilən gənclər üçün Mə­dəd müəllim bir xoş xatirə oldu. Bununla kifayət­lənmədi Mədəd müəllim.

Ata-baba yurdunun 1991-dəki qara tarixi, yer adlarının sapı özü­müzdən olan baltalarla kəsilməsi onu çox narahat edirdi. Çörük Qəmərlinin adı Lüksenburq, sonra Bolnisi oldu. Bir ömür­də üç dəfə dəyişdi yurdunun adı. Yazan qələmi vardı, o qə­ləmlə bir tarix yazdı ki, unudulmasın o adlar. “Borçalı topo­nim­ləri” kitabıyla tarix yazdı. Ədəbi əlaqlər mövzusunun da­vamı kimi Tbilisidə “Sevirəm Gürcüstanı” adlı almanax təş­kil etdi. Leyla Eradzenin tərcüməsiylə o kitab Tbilisidə üç dəfə tək­rar çap olundu.

Mədəd müəllimin məqalə, oçerk, toponim yazıları və s. əsərlərinin sayı neçə yüzü keçir.

Mədəd müəllim Turançı, türkçü idi, bax, illərlə qəlbində giz­lətdiyi sirri bu idi. O sirriylə Azərbaycana getdi və özünü təq­dim etməyi bacardı.

Tarixə “Borçalı toponimləri”ni və Azərbaycan – Gürcüstan ədəbi əla­qə­lərini bağışladı. Zənnimcə, şərəfli bir ömür yaşadı – alim kimi, valideyn ki­mi, eloğlu kimi. Ən böyük səadəti də o ol­du ki, el qəlbindən keçərək oğul çiynində getdi son mənzilə.

Sizin yeriniz həmişə görünəcək, hörmətli müəllim.




P.S.: Mədəd müəllim Də­də Qorqud qəsəbə qə­b­ristanlığında dəfn olu­nub. Mənə elə gəlir, ora­dan Dar­­baza, Darbazdan da Də­­də Qorquda bir həzin səs gedir, ilmə-ilmə, na­xış-naxış sı­zıl­dayır:




Orada bir məzar var  

        uzaqda,

o mənim balamdır.

Orada bir el var

           uzaqda,

o el mənim elimdir.







ESMİRA ƏLƏKBƏRLİ,

01.08.2023

 

“Yeni yol” qəzeti,

Yeniyol.ge




https://yeniyol.ge/news/popular/628]]>
Nicat Əmirov Fri, 19 Jan 2024 01:04:56 +0000
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ https://turan.info.az/tehsil/adpu/6302-boralidan-balanan-alm-mr.html https://turan.info.az/tehsil/adpu/6302-boralidan-balanan-alm-mr.html BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜUşaqlıq illərindən tandığım, el-obamızın fəxri, görkəmli türkoloq alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanov haqqında keçmiş zamanda söz demək həqiqətən çətindir.
Mədəd müəllim Borçalının Darvaz kəndində dünyaya göz açmış, uşaqlıq və gənclik illərini orada yaşamışdır. O, 1960-cı ildə A.S.Puşkin adına TDPİ-nun tarix-filiologiya fakültəsinin Azərbaycan bölməsini bitirərək, rus, gürcü və türk dillərini dəqiq öyrənmiş, bir müddət pedaqoji fəaliyyət göstərmiş, Bolnisi rayon partiya komitəsində müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda, təhsilini qiyabi olaraq Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında davam etdirmiş, 1973-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmlər namizədi elmi adı almış və elə həmin ildən başlayaraq, əmək fəaliyyətini vaxtı ilə ali təhsil aldığı ali məktəbdə davam etdirmişdir. O, uzun müddət, daha dəqiq dedək, düz 20 ildən artıq həmin institutda çalışmış, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, kafedra müdirinin müavini, kafedra müdiri və professor kimi fəaliyyət göstərmişdir.
Mədəd müəllim uzun illər apardığı elmi araşdırmalarının nəticəsi olaraq yazdığı doktorluq dissertasiyasını 1992-ci ilin fevralında Bakı Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi adını almış, elə həmin ilin oktyabrında A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.Ş.Orbeliani adına Tbilis Dövlət Pedaqoji Universiteti, indi isə İlya Universteti adlan adlanan ali məktəbin) professoru seçilmişdir.
Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstan Respublikası Ali Sovetinin sədri və Müstəqil Gürcüsranın 1-ci prezidenti olmuş Z.Qamsaxurdiyanın mənfur siyasəti nəticəsində Borçalıda yaşayan soydaşlarımıza qarşı yönəlmiş güclü təqib və təzyiqlərdən sonra professor Mədəd Çobanov da minlərlə soydaşımız kimi, öz iş yerindən ayrılmış, Bakı şəhərinə köçməyə məcbur olmuş və ömrünün sonuna qədər Bakıda yaşayıb-yaratmışdır. O, Bakıda yaşasa da, doğma Borçalını heç vaxt unutmur, hər ildə bir neçə dəfə doğma el-obasına baş çəkir, soydağlarımızın qayğı və problemləri ilə maraqlanırdı.
Professor Mədəd Çobanov Bakıda yaşadığı illərdə Azərbaycan Futurologiya Universitetində prorektor, Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan və uzun müddət H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə “Dillər” kafedrasıın müdiri vəzifəsində çalışmış, eyni zamanda, elmi tədqiqat işlərini uğurla davam etdirmiş, müxtəlif illərdə müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyət göstərmiş, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində dərs demiş, elmi mühazirələr oxumuşdur.
Professor Mədəd Çobanov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının Ekspert Şurasının üzvü, 2000-ci ildə Türk Dil Qurumunun və 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində onun böyük əməyi olub. Yetirmələrinin bir neçəsinin elmi rəhbəri, 40-dan artıq namizədlik və doktorluuq dissertasiyasının məsləhətçisi, opponenti və ya rəyçisi olmuşdur.
Professor Mədəd Çobanov 1972-ci ildən bəri 8 dəfə Beynəlxalq, 14 dəfə keçmiş Ümumittifaq, 44 dəfə Respublika, 126 dəfə ali məktəblər arası elmi konfrans və simpoziumlarda iştirak etmişdir.
Mədəd müəllim yaşadığı illərdə çoxsahəli elmi tədqiqat işləri aparmışdır. O, ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də Azərbaycan dialektologiyası, Azərbaycan onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, mətnlərin dilinin təhlili, dil əlaqələri, ədəbi tənqid, ədəbi əlaqələr və publisistika, hərfi humanitar elmlər, təhsil məsələləri, lüğətçilik məsələləri, bir sözlə, filologiya-dilçilik, ədəbi tənqid və jurnalistika, pedaqogika və dillərin tədrisi metodikası, tarix-hərb tarixi və s. sahələrdə geniş elmi tədqiqat işləri aparmışdır.
Mədəd müəllim yenilikçi alimlərimizdən idi. O, həmişə bir tədqiqatçı kimi filologiyamızdakı boşluqları araşdıraraq, dövrün, zamanın tələblərinə uyğun xeyli əsərlər yazmışdır.
Onun əsərləri müntəzəm olaraq Azərbaycan Respublikası “Elmi xəbərlər”ində, AMEA-nın, BDU-nun, ADPU-nun Elmi Əsərlərində və s. elmi nəşrlərdə daim yayınlanmış, həmçinin, Gürcüstanda, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, Başqırdıstanda və digər yerlərdə, türk, rus, gürcü və başqa dillərdə nəşr olunmuşdur.
Professor Mədəd Çobanov "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. adda 80-dən çox kitabın, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Onun əsərləri - Azərbaycan elminə verdiyi dəyərli töhfələr görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Professor Mədəd Çobanov dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Prezident təqaüdünə layiq görülüb.
Mədəd müəllimin əsərləri yuxarıda da qeyd etdiyimiz kimi, qardaş Türkiyədə də geniş yayılmış, “Azərbaycan şəxs adları” kitabı, hələ 1992-ci ildə Çingiz Ayılmaz tərəfindən türkcəyə çevrilmiş və Ərzurumda çap olunmuşdur. Daha sonralar professor Mədəd Çobanov bir neçə dəfə Türk Dil Kurumunun və müxtəli ali məktəblərin təşkil etdiyi beynəlxalq elmi konfrans və simpoziumlarda içtirak və elmi məruzələrlə çıxış etmişdir.
Mədəd müəllim ali və orta məktəblər üçün də xeyli dərslik və dərs vəsaiti hazırlamış, o cümlədən, orta məktəblər üçün 9, 10 və 11-ci siniflər üçün “Azərbaycan-Türk dili”, ali məktəblər üçün "Azərbaycan antroponimiyasının əsasları", “Azərbaycanşünaslığın əsasları”, “Mətnin linqvistik təhlili”, “Altay dilləri ailəsində Azərbaycan türk dilinin mövqeyi”, “Nitq mədədniyyəti”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” və s. adlı xüsusi kurslar, proqramlar, dərslik və dərs vəsaitləri hazırlayıb nəşr etdirmişdir.
Övladları indi onun yolunu uğurla davam etdirir, bu bizi sevindirir.
Bir sözlə, istedadlı, bacarıqlı və zəhmətkeş alim, çox hörmətli professor Mədəd Çobanov bu gün cismən aramızda olmasa da, onun ruhu və əziz xatirəsi daim bizimlədir. O, görkəmli türkoloq, tanınmış dilçi-alim və xeyirxah insan kimi əbədi olaraq xatirələrdə yaşayacaq!

VAQİF İSRAFİLOV,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
16.01.2024-cü il]]>
Nicat Əmirov Thu, 18 Jan 2024 21:18:13 +0000
Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI" https://turan.info.az/esas/6191-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html https://turan.info.az/esas/6191-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV –  TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI"
Filologiya elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının akademiki, professor Mədəd Çobanovun elmi fəaliyyəti Müasir Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən tədqiqatları və s. əhatə edir. M. Çobanov ümumtəhsil, ali məktəblər üçün dərsliklərin, dərs vəsaitlərinin, tədris proqramlarının da müəllifidir. Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov professor Mədəd Çobanovu “çoxşaxəli və zəngin məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə, nəinki, Azərbaycan dilçiliyində, eləcə də, Türkologiyada da xüsusi yer tutan” alim kimi qiymətləndimişdir. Qeyd etmək lazımdır ki, türkoloq Mədəd Çobanov elmi tədqiqatlarında Türk ədəbi dillərinin birliyi idayasının tərəfdarı kimi çıxış etməsi ilə yaddaşlara həkk olunub. Ədib Türk ədəbi dilləri birliyinin praktik və linqvistik aspektlərinə aydınlıq gətirməyə də cəhd etməsi də diqqətlərdən yayınmır.

Türk ədəbi dillərinin birliyi məsələləri

Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi haqqında bəhs edərkən, onun qədim inkişaf tarixinə malik olması ilə yanaşı, bu birliyin əldə olunmasının müsbət amililərinə də aydınlıq gətirir: “Altay epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim söykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, tarixin sınaqlarından çıxmış adət-ən'ənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran problemlərdəndir.” Mədəd Çobanov iddia etdiyi tezisə əsaslanaraq, türk xalqı və onun dillərinin yaranması, formalaşması haqqında sabitləşmiş dəqiq tarixin yoxluğuna baxmayaraq, məhz türk dünyasında türklük dəyərlərinin bütöv bir sistem halında araşdırılmasının bir zərurət kimi meydana çıxmasını da vurğulamasında haqlıdır.
Professor M. Çobanov həmçinin türkçülüyün yenidən oyanış mərhələsinin xüsusiyyətlərini özünəməxsus şəkildə izahatını verə bilməsi də maraq dairəsindədir: “Türklüyümüzün yenidən oyanışı dedikdə, hər şeydən əvvəl, türk xalqlarının yeni ümumi türk təfəkkürünə, türk düşüncəsinə, türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə qayıdışı, oyanışı nəzərdə tutulur. Əlbəttə, bu uzun müddətli, həm də, maddi və mənəvi, etik və elmi baxımından müəyyən qədər çətinliklər, tiirk xalqları arasında düşüncə və fıkir birliyi, güc və qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, bu birliyə hamılıqla (bütün Türk dünyasının) eyni vaxtda cəhd etməklə, bu sahədə qızğın təbliğat və təşviqat işləri aparmaqla, ilk növbədə isə, iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün tələbi baxımdan əlaqələndirməklə, qədim soy ənənələrini dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.”
Professor M. Çobanovun hər bir xalqın bəşəriyyətə qədim köklərə, ən'ənələrə malik olan Ana dili ilə təqdim edilməsini əsas hesab etməsi və bu təqdimatın “etnoqrafik (adət-ən'ənələr və məişət münasibətləri), etnopsixoloji (xalqın elini düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə” bürüzə verməsinə toxunmasında bir tədqiqatçı kimi haqlıdır.
Professor M. Çobanovun müasir türk dillərinin tədqiqi zamanı xüsusi bir məqama diqqət yetirməsinə, yəni “müasir türk ədəbi dillərinin hamısı ümumtürk ən'ənələri üzrə araşdırılmalı, öyrənilməli və tədqiq” olunmasına toxunur.
Professor Mədəd Çobanov Türk ədəbi dillərin birliyinə doğru addımlayarkən, meydana çıxan bir sıra müasir problemlərin aradan qaldırılmasını təklif edir. Ədibin türk dillərinin müasir problemlərini sadalayarkən, ilk növbədə, Türk dillərinin hamısı üçün latın qrafikali vahid əlifbaya keçilməsinə zərurətinin yarandığını, türk xalqının vahid kökə bağlılığını təsdiq etmək üçün “Ümumtürk tarixi”nin tədqiq edilməsini, həmçinin ümumtürk dillərinin tarixi inkişafının ümumtürk aspektindən öyrənilməsi, vahid əlifba sisteminə malik olan mətbuat orqanının, radio və televiziya verilişləri mərkəzinin yaradılması, türk xalqlarının bədii irsinin nəşr edilməsi, ümümtürk ensiklopediyalarının, lüğətlərinin tərtib edilməsini və s. kimi aktual problemlərin həll edilməsini təqdim edir. Professor Mədəd Çobanov Türk dillərinin birliyinin həyata keçirilməsində “dil birliyi”ni ən başlıca körpü rolunu oynamasını vurğulayır. Dilçi-alim Mədəd Çobanov Türk ədəbi dilləri birliyinin praktik aspektlərini təsnif etməsi bu məsələnin aktuallığına diqqət yönəltməyi vacib amil olmasını qabardır. Alimin məhz Türk ədəbi dillərinin praktik aspektlərinin təsnif etməsi buna əsaslanır:

“1. Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri.
2. Türk ədəbi dilləri birliyinin tarixi aspektləri.
3. Тürk ədəbi dilləri birliyinin coğrafi (areal) aspektləri.
4. Türk ədəbi dilləri birliyinin etnonimik aspektləri.
5. Türk ədəbi dilləri birliyinin antroponimik aspetləri.
6. Türk ədəbi dilləri birliyinin etikonik aspektləri.
7. Türk ədəbi dilləri birliyinin qohumluq aspektləri.
8. Türk ədəbi dilləri birliyinin etnoqrafik aspektləri.
9. Türk ədəbi dilləri birliyinin mədəniyyəti aspektləri.
10. Türk ədəbi dilləri birliyinin mənəviyyat aspektləri.”

Professor M. Çobanovun Türk ədəbi dillərinin praktik aspektlərinin bu şəkildə təsnif etməsi, türk dillərinin müxtəlif ümumi və fərdi inkişaf mərhələlərində keçdiyi tarixi aspektləri işıqlandırmasına da əsas verir. Mədəd Çobanov türk dillərinin təşəkkül tarixini də özünəməxsus şəkildə tarixi mərhələlərə ayırmışdır. Professor Mədəd Çobanov bu təsnifatında tarixi mərhələləri türk dillərinin ən qədim dövrü yəni Şumer dövrü, türk dillərinin qədim dövrü yəni Altay epoxası, türk dillərinin son qədim dövrü yəni Hun dövrü, türk dillərinin erkən orta əsrlər dövrü, türk dillərinin orta türk dövrü, türk dillərinin yeni dövrü, türk dillərinin ən yeni dövrü kimi dövrlərə ayırmışdır.
Mədəd müəllim Türk dillərinin ən qədim dövrü, yəni Şumer dövrü adlanan dövrün eramızdan əvvəl 12-10-cu minilliklərdən başlanmasını, eramızdan əvvəl III-II minilliklərə, yəni yazıya-qədərki dövrə qədər olmasını vurğulayır. Türk dillərinin Altay epoxası adlanan dövrünün eramızdan əvvəl ikinci minillikdən başlanması, bizim eradan əvvəlki III əsrə qədər olan dövrü əhatə etməsi vurğulanır. Türk dillərinin son qədim dövrü, yəni Hun dövrü eramızdan əvvəl III əsrdən başlanması, bizim eranın beşinci əsrinə qədər davam etməsi Mədəd Çobanov tərəfindən açıqlanır. Mədəd Çobanov türk dillərinin erkən orta əsrlər dövrünün eramızın V-X əsrlərini əhatə etməsini qeyd edir. Türk dillərinin orta türk dövrü eramızın XI-XV əsrlərini, yeni dövrü XVI əsrdən XX əsrin birinci rübünə qədər olan dövrü, ən yeni dövrü isə 1926-cı ildən müasir dövrümüzə qədər olan zamanı əhatə etməsi də Mədəd Çobanov tərəfindən vurğulanır.
Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi üçün müasir türk dillərinin hamısının latın qrafikalı vahid əlifba sisteminə keçilməsini təklif etməsi Mirzə Fətəli Axundzadə, İsmayıl Qasprinski və digər ziyalılarımızın irəli sürdükləri latın əlifbasına keçmə ideyalarının tərəfdarı olmasını əks etdirir.
Müasir türk ədəbi dillərinin tarixi inkişafının həm fərdi, həm də ümumtürk aspektində araşdırılmasını irəli sürən professor Mədəd Çobanovun bu yanaşması aktuallıq kəsb edir. Bu zaman ümumtürk xalqlarının ortaq qədim türk yazılı abidələri, folklor nümunələri, epos və dastanları və s. geniş tədqiq etmək zərurətini yaradır. Orxon-Yenisey kimi yazılı abidələrin, M.Kaşğarlının “Divani-lüğət-üt-üt türk” kitabının, “Kitabi-Dədəm Qorqud”, “Koroğlu” və s. kimi epos və dastanların tədqiq edilməsi, onlar ətrafında formalaşmış elmi mübahisələrə son qoya bilər.



Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyi

Professor Mədəd Çobanovun Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyinə münasibətini izah edərkən, hər hansı bir dilin iki yolla, yəni geneoloji və tipoloji yolla təsnif olunmasına toxunur. Mütəfəkkir alim konkret olaraq, bir sıra həmkarlarının fikirləri ilə razılaşaraq, Azərbaycan dilini “geneoloji təsnifə görə Altay dilləri ailəsinin Türk budağının Oğuz-səlcuq yarımqrupunun Oğuz qrupuna; tipoloji təsnifə görə isə, aqlütinativ (iltisaqi) dillər tipinə aid” edir. Mədəd Çobanov bir dilçi alim kimi, tədqiqatçıların Altay dillərinin keçdiyi inkişaf mərhələləri ilə razılaşmış və aşağıdakı mərhələlərdən keçməsini göstərmişdir:
“1. Altay epoxası - b.e.ə. və bizim eranm III əsrinə kimi.
2. Hun epoxası - bizim eranın - III - V əsrləri.
3. Qədim türk epoxası - V - X əsrlər.
4. Orta türk epoxası - XI - XV əsrlər.
5. Yeni türk epoxası - XVI - XX əsrlər.”
Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar tərəfindən Altay dillərinin keçdiyi inkişaf mərhələləri müxtəlif mərhələlərdə olması göstərilmişdir. Məsələn, N.A.Baskakov türk dillərinin altı inkişaf mərhələsi keçməsinə toxunmuşdur:
1. Altay dövrü
2. Hun dövrü
3. Qədim türk dövrü
4. Orta türk dövrü
5. Yeni türk dövrü
6. Ən yeni türk dövrü. (6, 15).
F.R.Zeynalovun bölgüsündə isə Altay və Hun, yeni və ən yeni mərhələləri birləşdirilərək türk dillərinin inkişaf mərhələləri 4 qrupda cəmləşdirilir:
1. Ən qədim türk dövrü
2. Qədim türk dövrü
3. Orta türk dövrü
4. Yeni türk dövrü.
Mədəd Çobanovun türk dillərinin, əsasən də, Azərbaycan dilinin inkişaf mərhələsini fərqli, yəni beş mərhələdə həyata keçirilməsini göstərir.
Professor M. Çobanovun tarixin inkişaf mərhələsində Altay dilləri ailəsinə daxil olan, Azərbaycan-türk və Osmanlı türk dilləri arasında yaranan fərqliliklər nəzərindən qaçmamış, bu fərqliliklərə də aydınlıq gətirmişdir: “… Altay dilləri ailəsinə daxil olan bir neçə dilin, o cümlədən Azərbaycan-türk və Osmanlı türk dillərinin tarixin müəyyən mərhələsində digər dillərə nisbətən sürətlə inkişafına və həmin dillərdən özünün işləkliyinə, sabitliyinə və zənginliyinə görə fərqlənmiş və xüsisi mövqeyə malik ola bilmişdir.”
Mədəd müəllimin tarixin inkişaf mərhələlərində Qafqazda və Yaxın Şərqdə beynəlxalq dil kimi istifadə olunmuş Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini sadalaması, ana dilimizin özünəməxsus xücusiyyətləri kimi qəbul edilməlidir: “Azərbaycan-türk dili sait səslərin çoxluğu və ahəngdarlığı ilə musiqi; məcazların qədimiliyi və zənginliyi ilə poeziya; sözlərin məna çaları və məzmun ifadəliliyi ilə nəsr; ifadə tərzinin yığcam və lakonikliyi ilə dram; ümumi şlək sözlərin zənginliyi, rəngarəngliyi və kütləviliyi ilə jurnalistika; termin və termin səciyyəli sözlərin sabitliyi ilə elmi; ictimai-siyasi terminlərin zənginliyi ilə siyasət və diplomatiya dili kimi insan təfəkkürünün bütün fikir və düşüncələrini, ehtimal və mülahizələrini əks etdirmək qabiliyyətinə malik ən ahəngdar, on qədim və ən zəngin dillərdən biridir.”
Professor M. Çobanovun Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının əsas şərtlərini açıqlaması ana dilimizin keçdiyi tarixi inkişaf yolunu da gözümüz önündə canlandırır. Mədəd müəllim Azərbaycan dilinin öz mövqeyini erkən orta əsrlərdən etibarən bariz şəkildə büruzə verməsinə, bir sıra obyektiv və bəzən də subyektiv səbəblərlə bağlı olmasına da toxunmuşdur. Ədib obyektiv və subyektiv səbəbləri özünüəməxsus şəkildə qruplaşdırmışdır. Mədəd Çobanov Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının ilkin və başlıca səbəblərindən birincisi kimi “Azərbaycan türkcəsinin etnogenezisini təşkil edən tayfaların və tayfa birliklərinin hələ eramızdan bir neçə min il əvvəl geniş, vahid bir bölgədə və ya ərazidə məskunlaşması, vahid ictimai-siyasi qurum kimi fəaliyyət göstərməsi və ən nəhayət, III -V əsrlərdən ümumxalq halında birləşməsi, özlərinin qədim dövlətçiliyini, dövlətçilik ənənələrini yaratması ilə bağlı” olmasını əsaslandırmışdır. Azərbaycan dilinin xüsusi mövqe qazanmasının digər səbəblərindən biri kimi “Azərbaycanın əlverişli geostrateji mövqeyi-Şərqlə Qərb, Şimalla Cənub arasında böyük körpü rolunu oynaması, həmçinin Qədim İpək yolunun və digər ticarət yollarının bu ərazidən keçməsi ilə bağlı” olmasını əsas göstərmişdir.


Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkülü haqqında

Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tapması, təkmilləşməsi, inkişaf yolu və s. maraqlı məqamlar professor Mədəd Çobanovun diqqətindən yayınmamış, bu məqamları özünəməxsus şəkildə təqdim etmişdir.
Mədəd Çobanov xalqımızın şifahi ədəbi dilinin “artıq, VII-VIII əsrlərə qədər tam mənası ilə təşəkkül etmiş, səlisləşmiş və təkmilləşmiş və beləliklə də, yazılı ədəbi dilin təşəkkül tapması üçün möhkəm bir bünövrəyə” çevrilməsini, Azərbaycan yazılı ədəbi dilinin isə “artıq, IX-XI əsrlərdə başa çatmış və sonrakı dövrlərdə cilalanacilalana, səlisləşə-səlisləşə, zənginləşə-zənginləşə, dəqiqləşə-dəqiqləşə və təkmilləşə-təkmilləşə bu günkü müasir səviyyəyə gəlib” çatmasını xüsusi olaraq qeyd etməsi Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tarixini gözümüzdə canlandırır.
Professor M. Çobanov Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələyə ayırır. Alimin Azərbaycan yazılı ədəbi dilinin belə mərhələyə ayırması, ana dilimizin yazılı ədəbi dili, həmçinin ədəbiyyatı haqqında təsəvvür yaradır.
Mədəd Çobanov yazılı ana dilimizin başlanğıcı kimi, Orhun Yenisey abidələri kimi daş üzərində qələmə alınmış kitabələri deyil, “Kitab-dədə Qorqud” eposunu qəbul edir. Müəllif sonrakı bölgüləri artıq ədəbiyyatımızda özünəməxsus yer tutmuş söz xiridarlarının yaradıcılığı əsasında təqdim edir:
“1. IX-XII əsrlərə qədər – “Kitabi-Dədə Qorqud” dövrü yazılı ədəbi dil.
2. XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı ədəbi dil.
3. XV-XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli dövrü yazılı ədəbi dil.
4. XVII-XVIII əsrlər - M.V.Vidadi və M.P.Vaqif dövrü yazılı ədəbi dil.
5. XIX əsr - Q.Zakir və M.F.Axundov dövrü yazılı ədəbi dil.
6. XX əsr - N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, S.Vurğun, M.İbrahimov, X.Rza dövrü yazılı ədəbi dil.”
Professor Mədəd Çobanovun Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələdə təqdim etməsi tədqiqatçılar arasında mübasə doğursa belə, bu professorun apardığı elmi tədqiqlərinin sonunda gəldiyi nəticəsidir.
Professor Mədəd Çobanov tərəfindən Azərbaycan dilinin təşəkkül tarixinin tədqiq edilməsi onun elmi tədqiqatlarının ana xəttinə çevrilmişdir. Ədib Azərbaycan dilinin də ilk növbədə, yalnız öz daxili imkanları hesabına həm əsas lüğət fondunu, həm də qrammatik quruluşunu sadədən mürəkkəbə, bəsitdən mücərrədə doğru tədrici inkişaf qanununa müvafiq şəkildə inkişaf etməsinə və zənginləşməsinə toxunmuşdur.
Əlbəttə, dilin inkişafında baş verən dəyişiklikləri cəmiyyətin siyasi, iqtisadi, elmi və mədəni həyatında baş verən dəyişikliklərdən kənarda düşünmək olmaz. Çünki həyatda baş verən bütün hadisələr ilk növbədə öz əksini dildə tapır.
Professor Mədəd Çobanov ana dili anlayışına bütün yönləri ilə cavablandırmağa cəhd etməsi, onun həm bir ziyalı olmasından, həm də dilçi-alim olmasından irəli gəlir. Mədəd Çobanov haqlı olaraq, ana dilimizi məhz “….xalqımızın tarixən təşəkkül tapmış adət-ənənələri, inamı, inancı, etiqadı və əqidəsi” adlandırır. Mədəd Çobanov qətiyyətylə vurğulayır ki, “Ana dilimiz xalqımızın mənəvi birliyi, həyatı, varlığı və mübarizəsinin qüdrətli silahıdır, gələcəyidir. Ana dili olmayan heç bir xalqın gələcəyi yoxdur.”
Ana dilimizin yad təsirlərdən qorunmasına, ədəbi dildə buraxılan qüsurlara yol verilməməsinə və ya da yol verilibsə, aradan qaldırılmasına və s. məqamlara münasibət bildirən Mədəd Çobanov həyəcan təbili çalmaqda haqlıdır. Belə ki, mətbuat səhifələrində, televiziya və radio verilişlərində buraxılan qüsurların insanların, xüsusilə də gənc nəslin danışıqlarına mənfi təsir etmələri qaçılmazdır. Mədəd Çobanov radio və televiziya yayımlarının efir dilindəki qüsurlara toxunarkən, onları qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir:
“1. Aparıcıların nitqindəki qüsurlar.
2. Mətnlərin dilindəki üslubi qüsurlar.
3. Yersiz alınma sözlərin istifadəsi ilə müşaiyət olunan qüsurlar.
4. Müğənni və xanəndələrin çıxışında yol verilən qüsurlar.”
Professor Mədəd Çobanovun radio və televiziya yayımlarının efir dilində yolverilmiş bu qüsurların ağır nəticələrlə nəticələnəcəyini bir dilçi-alim kimi gözəl anlayır, onu yalnız həmkarlarına deyil, bütün xalqına çatdırmağa cəhd edir.


Azərbaycan dilinin dövlət statusu qazanması
və Azərbaycanşünaslıq haqqında

Mədəd Çobanov elmi tədqiqatlarında Azərbaycan dilinin bir dil kimi dövlət status qazana bilməsi məqamlarına da aydınlıq gətirmişdir. Ədib Azərbaycan dilinin xalqın tarixi prosesində bir neçə dəfə rəsmi dövlət dili olması məqamına biganə qalmamış, tarxi inkişaf prosesinə nəzər salmışdır. Mədəd Çobanovun Azərbaycan dilinin məhz hələ Şah İsmayıl Xətai tərəfindən rəsmi dil elan edilməsi məqamını yada salan fikirləri maraq kəsb edir: “Azərbaycan-türk dili ilk dəfə XV-XVI əsrlərdə, xüsusilə Səfəvilər dövrünün əvvəllərində rəsmi dövlət dili elan edilmiş və bu dilin inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.” Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmasını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilməsini vurğulayır.
Professor Mədəd Çobanov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 27 iyun tarixli xüsusi qərarı ilə “Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idarcyi-daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalma müsaidə edilsin” kimi qeydinə əsaslanaraq, bu dövrdə ana dilimizin dövlət status qazanmasını tarixi faktlarla təsdiq edir. Mədəd Çobanov Azərbaycan dilinin rəsmi dil kimi təsdiqini həm də 1978-ci ildə tapmasını da vurğulayır: “Azərbaycan SSR də 1978-ci il aprelin 21-də özünün yeni Konstitusiyası”nı qəbul etdi. Həmin Konstitusiyada deyilirdi: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir””. Mədəd Çobanov Azərbaycan dilinin 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası”nın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsdiqini tapması məqamını da işıqlandırır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmaq yolunda keçdiyi inkişaf tarixinin həm qədim köklərə bağlı olmasını, həm də keşməkeşli olmasını əks etdirməyə nail olur: “… Azərbaycan-türk dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra ədəbi dilimizin istər şifahi, istərsə də yazılı qollarının inkişaf etdirilməsi üçün xüsusi şərait yaradılmış, həyat və məişətin bütün sahələrində onun işlənmə sferası daha da genişləndirilmişdir.”
Qeyd etməliyik Azərbaycan dili rəsmi dil kimi siyasətçi, publisist, jurnalist, İran kommunist partiyasının təsisçisi, Azərbaycan Milli Hökumətinin sədri (1945–1946) Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə, 1892-1947) tərəfindn də elan edilmişdir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda milli-azadlıq hərəkatının Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələnməsi, 21 Azər nehzəti (inqilabı) adı ilə tanınan Azərbaycan Milli Hökümətinin fəaliyyətinin, bu hökümətin apardığı islahatların nəticəsi kimi Azərbaycan dili rəsmi dil elan edilir: “Kültürel alanda yapılan faaliyetlerin en önemlisi ise Azerbaycan dilinin resmi devlet dili yapılmasıdır. Hatta bunun için 6 Ocak 1946 tarihinde 10 maddelik bir kanun çıkarılmıştır. Buna göre bütün devlet dairelerinde yazışmalar, eğitim öğretim, her türlü yayın Azerbaycan dilinde yapılacaktır. Azerbaycan dilini bilmeyenlere öğrenmeleri için süre konulmuştur. Diğer unsurlar kendi okullarında kendi dillerinde eğitim alabileceklerdir. Fakat, bu okullarda da Azerbaycan dilinin okutulması zorunludur.”
Azərbaycan dilinin xalqın tarixi inkişaf prosesində dövlət statusu qazanması haqqında bəhs edərkən, Azərbaycanşünaslıq və onun mahiyyəti və məzmununa toxunmadan keçmək mümkün deyil.: “Azərbaycanşünaslığın əsas atributları” öz mahiyyətinə və məzmununa görə üç sahəni əhatə edir:
1. Milli sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3. Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli - etnik tariximiz.”
Professor Mədəd Çobanov Azərbaycanşünaslığın əsas xüsusiyyətlərini sadalamaqla xalqın ana dilinə, torpaq ərazilərinə və tarixinə ehtiramla yanaşmasını, dəyərləndirməsini təbliğ edir. Ümumiyyətlə, “…azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbaycanda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir.”


Nəticə

“Türk dillərinin ədəbi birliyinə doğru”, “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan şəxs adları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Familiya.-Təxəllüs”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Azərbaycan dili (Nitq mədəniyyəti)”, “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi”, “Azərbaycan dilinin tətbiqi sahəsinin müasir problemləri”, “Mətnin linqvistik təhlili”, “Dilçilik məsələləri” və s. monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifi olan professor Mədəd Namaz oğlu Çobanov (1937-2023) elmi yaradıcılığı boyu “Ana dilimiz xalqımızın tarixi milli sərvəti, biz isə onun keşikçiləriyik” ideyasını təbliğ etmişdir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Mədəd Çobanovun Türk ədəbi dillərinin birliyinə səsləyişi isə milli şüurun formalaşmasında türkdilli xalqların əlaqələrinin genişlənməsini, türk dillərinin geneoloji, morfoloji, tipoloji cəhətdən təsnifi onların qohum dillər olmasını əks etdirir.
Professor Mədəd Çobanovun türk xalqlarının milli mənsubiyyətini, təkamülünü və onun tarixi inkişaf mərhələlərini, Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus olan yerini müəyyənləşdirməsi sahəsindəki xidmətləri elmi fəaliyyətini əks etdirir.
Azərbaycanın dilçilik sahəsində özünəməxsus dəstixətti olan professor Mədəd Çobanov qələmə aldığı, Türk xalqlarının dillərini, xüsusilə də Azərbaycan dilinin tarixi və müasir problemlərini əhatə edən əsərləri ilə elmdə əbədi iz buraxmışdır.

Hörmətli müəllimimizə Allahdan rəhmət diləyirik.


Ədəbiyyat

1. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005. 256 səh.
2. Cəfərov Nizami. Redaktordan. М.N.Çobanov. Türk ədəbi dillərinin birliyinə doğru. Bakı, “Tehsil” EİM, 2008, 280 səh.
3. Çobanov M.N. Türk ədəbi dillərinin birliyinə doğru (I). Bakı, “Təhsil” EİM, 2008, 280 səh.
4. Çobanov M.N.. Türk ədəbi dillərinin birliyinə doğru (II). Bakı, “Elm və təhsil”, 2012, 100 səh.
5. Sarısaman Sadık. İranlı Bir Türk Lider Mir Cafer Pişeveri”. Türkiyat Araştırmaları Enstitüsü Dergisi (Journal of Turkish Researches Institute). 72, (Eylül- September 2021). 463-490.
6. Zeynalov F.R. Türkologiyanın əsasları. B., 1981.
7. Баскаков H.A. Тюрские языки. M., 1960.


Salidə ŞƏRİFOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru,
AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
turan.info.az]]>
Müşviq BORÇALI Sat, 30 Dec 2023 22:31:06 +0000
Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ BORÇALI SEVDALI ŞƏRƏFLİ ALİM - PROFESSOR MƏDƏD ÇOBANOV https://turan.info.az/gurcustan/tiflis/6235-mahmud-kamalolu-btn-mrn-elm-hsr-elm-borali-sevdali-rfl-alm-professor-mdd-obanov.html https://turan.info.az/gurcustan/tiflis/6235-mahmud-kamalolu-btn-mrn-elm-hsr-elm-borali-sevdali-rfl-alm-professor-mdd-obanov.html Mahmud Kamaloğlu: BÜTÜN ÖMRÜNÜ ELMƏ HƏSR ELƏMİŞ  BORÇALI SEVDALI ŞƏRƏFLİ ALİM - PROFESSOR MƏDƏD ÇOBANOV

Mən, mərhum Mədəd müəllimi düz əlli il bundan əvvəl, hələ A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda tələbə olan vaxtlarımdan tanıyıram. Onun haqqında xatirələrimi də elə tələbə olan vaxtlarımdan başlamaq istəyirəm.
Mədəd müəllim bizə ikinci kursun birinci semestrində dialektologiyadan mühazirə oxumağa başladı. O, həddən artıq çox tələbkar bir müəllim idi. Qoşa saatın (90 dəqiqəlik 45+45) bir dəqiqəsini belə boşa buraxmazdı. Adətən mühazirələr arası fasilədən sonra zəng ona görə çalınırdı ki, tələbələr və müəllimlər auditoriyaya daxil olsun; yəni əvvəlcə tələbələr içəri girir, sonra da mühazirə oxuyan müəllim. O, yeganə müəllim idi ki, zəng çalınanda artıq auditoriyanın qapısının ağzında olardı.
Bütün dərs boyu başını qaldırmadan mühazirə yazdırırdı. Bu cür çox mühazirə yazdırmağı bizi yorsa da, semestrin sonunda imtahan vaxtı onun xeyirini çox görürdük. Çünki o, vaxtlar Tiflisdəki kitabxana və kitab mağazalarında ali məktəb dərslikləri və əlavə ədəbiyyat çox çətin tapılırdı.
Tələbkarlığı da çox fərqli idi onun; tələbələrin mühazirə dəftərlərinə də baxardı ki, görsün kim nə qədər və necə yazıb. İlk dəfə semestr imtahanı verən tələbələr ondan çox qorxurdular ki, aşağı qiymət alar və ya kəsilə bilərlər. Ancaq bu qədər ciddi və tələbkar olan Mədəd müəllimin ürəyi çox yumşaq idi. O, yaxşı bilirdi ki, kəsilən və ya aşağı qiymət alan tələbəyə təqaüd verilmirdi. Həmin dönəmlərə tələbələrə verilən təqaüd çox böyük önəm daşıyırdı. Bu ali məktəbdə oxuyan çox az sayda tələbənin təxminən 98 faizi kəndlərdən gələn gənclər idi. Onların da hamısı dövlət tərəfindən verilmiş tələbə yataqxanasında ödənişsiz qalırdı. Vaxtı olanda o, tələbə yataqxanasına da gələr, tələbələrlə görüşüb onlarla görüşüb söhbətlər edər, tələbələrin institutu bitirəndən sonra da elmə həvəsləndirərdi. Elə şəxsən mən özümü də Tələbə Elmi Cəmiyyətinə cəlb edən elə Mədəd müəllim oldu. İlk dəfə bu cəmiyyətdə mənə verilən mövzunun elmi rəhbəri də özü oldu. Ali məktəb həyatı başa vurandan sonra Mədəd müəllim dərs dediyi tələbələrin çoxu ilə tez-tez görüşürdü. Ona görə ki, bu institutun məzunlarının çoxu Borçalıdan idi və onların əksəriyyətidə burada qalıb işləyirdi. İstər elmi tədbirlər olsun, istərsə də buradakı məktəblərdə olsun, Mədəd müəllimin onlarla görüşü çox səmimi olurdu. Sanki onlar müəllim - tələbə yox, yaxın dost, yaxın yoldaş, yaxın qohum idilər. O, iyirmi ildən artıq özünün də təhsil aldığı A.S.Puşkin adına TDPİ-də çalışdı. Sovetlər dönəmində Gürcüstandakı bütün ali məktəblərdən yalnız birində TDPİ-də Azərbaycan dilində tək bir fakultə - filologiya (o, da zaman, zaman tarix-filologiya, bəzən ibtidai-təhsil pedaqogikası və metodika kimi fəaliyyət göstərirdi) mövcud idi.
Həmin fakultə bu institutda təxminən 50 ilə yaxın fəaliyyət göstərdi. Sovetlər birliyi dağılandan sonra, onun da fəaliyyətini dayandırdılar.
Bu fakultəyə bəzi illər 15 (on beş) nəfər, bəzi illərdə 20 nəfər tələbə qəbul olunurdu ki, o, da beş kursda cəmi-cümlətəni 70-80 nəfər təhsil ala bilirdi.
Mədəd müəllim çalışdığı illər ərzində tələbələrə mühazirə oxumaqla yanaşı, onlara yaşadıqları bölgənin dialekt və şivələrini topladırdı.
Kimlər gələcəkdə elm arxasınca gedirdisə, onlara topladıqları materiallar üzrə, tələbə elmi cəmiyyətinin də mövzular hazırlatdırırdı.
Burada dərs deyən professor-müəllim heyətinin çoxu başqa yerlərdən olduğu üçün, Borçalı ilə onları dərsdən başqa heç nə maraqlandırmırdı.
Ancaq Mədəd müəllim tam fərqli idi. O, təkcə Borçalının dialekt və şivələri deyil, eyni zamanda, buranın tarixi, etnoqrafiyası, mədəniyyəti, incəsənəti və s. ilə də çox ilgilənir, zaman-zaman dövrü mətbuatda elmi məqalələrlə çıxış edirdi. O, tez -tez Azərbaycanda, Orta Asiya Respublikalarında, Rusiyanın türklər yaşayan vilayətlərində (ən çox da Tatarstan, Başqırdistan və s.) təşkil olunan beynəlxalq elmi konfranslarda iştirak və çıxış edirdi. Onun türkalogiya ilə bağlı iştirak etdiyi həmin beynəlxalq elmi konfransdakı çıxışları (konfransı təşkil edən elm ocağının elmi əsərlərindən (tam mətni) çap olunurdu. Sovetlər dönəmində bəzi xarici ölkələrdə Türkalogiya üzrə keçirilən beynəlxalq konfranslara dəvət olunsa da, ancaq onu həmin konfransda iştirak etməyə icazə vermirdilər. Bu məlum məsələlər Sovetlər birliyi dağılanadək davam etdi.
Mədəd müəllim TDPİ-də çalışdığı illərdə fakultənin (Azərbaycan dili və ədəbiyyatı) maraqları (ən çox da milli maraqları) uğrunda ciddi mübarizə aparırdı. Sovetlər birliyinin son illərində (bu fakultənin bağlanması ərəfələrində) institutda çalışan bəzi üzdən iraq millətçi həmkarları ilə tez-tez ciddi mübahisələri olurdu. Bu fədakar elm adamı, vətənpərvər insan heç nədən çəkinmədən, heç kimdən qorxmadan, həqiqəti deməkdən bir an belə geri durmurdu. O, sözünü yerində deməyi, həqiqəti ortaya qoymağı bacaran bir alim idi. Dediklərinin hamısını da lazım gələndə elmi dəlillərlə sübut edir. Qarşısındakını susdura bilirdi.
Gecə-gündüz elmi yazılarından bir an belə ayrılmayan Mədəd müəllim, həmin ağır illərdə soydaşlarının üzləşdiyi ciddi problemlərlə ciddi məşğul olur, vaxt tapıb lazımı yerlərə ayaq döyərək haqqı tələb etməyi bacarırdı.
Zaman elə gətirdi ki, o, Tiflisdəki yaşadığı məhəlli evini də buraxıb Bakıya getmək məcburiyyətində qaldı.
Mədəd Çobanov hələ Gürcüstanda yaşadığı və işlədiyi illərdən Azərbaycan dilçilik elmində çox yaxşı tanınan bir elm adamı, filologiya elmləri doktoru, professor idi. Ona görə də Bakıya köçən kimi işləmək üçün bir neçə ali məktəbdən dəvət aldı. Yəni o, yenə öz pedaqoji fəaliyyətini Bakıda da davam etdirməyə başladı. Əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonra Azərbaycan Elitar Universitetində rektor, Şimal Universitetində kafedra müdiri, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidən-hazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı vəzifələrində işlədi. Daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin – Ali Hərbi Dənizçilik Məktəbinin (indiki Milli Müdafiə Universiteti, Hərbi Dənizçilik İnstitutunun) “Dillər” kafedrasının müdiri seçildi. Təqaüdə çıxana kimi həmin kafedranın müdiri oldu. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Unuversitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxudu. Təqaüdə çıxdıqdan sonra isə Azərbaycan Təhsil Problemləri İnstitutunda elmi tədqiqat işlərini davam etdirdi.
Bakı həyatı Mədəd Namaz oğlunun yaradıcılığına daha güclü təkan verdi. Uzun illər üzərində işlədiyi əsərləri ali məktəblər üçün dərslikləri və proqramları, eləcə də onlarla monoqrafiyaları ardıcıl olaraq işıq üzü görməyə başladı. Professor Mədəd Çobanovun ən böyük xidmətlərindən biri Borçalı şivələri, Borçalı onomastikası, xüsusilə də, Borçalı toponimkası ilə bağlı yazdığı elmi məqalə və kitablarıdır. O, Bakıda yaşayıb, işləsə də doğma Borçalını heç vaxt yaddan çıxartmır, doğma ata yurdu onun üçün hər şeydən öndə durub. Tez-tez böyüyüb boya-başa çatdığı doğma Borçalısı üçün çox darıxır, vaxt tapan kimi özünü tez doğma el-obasına çatdırırdı. O, Borçalıya gələndə heç vaxt əli boş gəlməzdi. Təzə çap olunmuş kitablarından bir neçə nüsxə gətirər və bir-bir lazım elm ocaqlarına, ziyalılara şəxsən özü öz imzası ilə çatdırırdı. Onun yubileylərinin həmişə əvvəlcə doğma Borçalısında dəyərli ziyalıların iştirakı ilə keçirilməsi məhz bizim üçün çox qürur verici idi. O, bir Borçalı sevdalısı idi.
Son zamanlar Bakıda onun adına yaradılmış "Xeyriyyə fondu" da Borçalılar üçün çox böyük işlər görür. Hər il bir neçə orta məktəbdə şagirdlərə dərs ləvazimatları, kitablar hədiyyə edilir. Bakıda və Tiflisdə ali təhsil alan əslən Borçalıdan olan on nəfər əlaçı tələbəyə və on nəfər əlaçı şagirdə professor Mədəd Çobanovun adına təsis olunmuş təqaüdlər verilir.
Bakıda bir çox elm adamı və digər çoxlu qələm əhlinin kitablarının çapı fond tərəfindən işıq üzü görür. Bu imkandan ən çox Borçalı əsilli olanlar faydalanır.
Övladları da ali təhsili Bakıda başa vurdular. Doğrudur, oğlu Müşfiq də TDPİ-də oxuyurdu, ancaq o, da ali təhsili Bakıda tamamladı. Övladları da ali təhsil alandan sonra atalarının yolu ilə elm dalınca getdilər. Onlar da alim oldular, onlar da ataları kimi çoxlu məqalələr, kitablar müəllifi oldular.
Yuxarıda da qeyd etdiyimiz kimi professor Mədəd Çobanovun elmi fəaliyyəti Bakıda daha da genişləndi. Hər il Bakıda çox dəyərli bir, bəzən də iki və ya üç kitabı çap olundu. Azərbaycan dilçilik elminə çox böyük töhfələr verdi. Nüfuzlu bir elm xadimi kimi bir çox beynəlxalq elmi konfranslara rəhbərlik etdi. Nəinki, Azərbaycanda, Qafqazda, eləcə də, Orta Asiyada və bütün Turan dünyasında görkəmli dilçi-alim, türkoloq kimi tanındı. “Türk ədəbi dillərinin birliyinə doğru” adlı kitabı təkrar-təkrar çap olundu. Türk Dili Kurumun üzvü seçildi. Ədəbi əlaqələr sahəsində apardığı tədqiqat işlərinə görə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki adına layiq görüldü. Bir neşə dəfə orden, medal, fəxri fərman və fəxri diplomlarla təltif olundu.
Bir sözlə, professor Mədəd Çobanov şərəflə yaşadı, şərəflə elmi-pedaqoji və ictimai fəaliyyət göstərdi. Nə yazdı, nə yaratdısa, hamısını şərəflə etdi. Onun şərəfli həyat və fəaliyyətinə nəzər salsaq, görərik ki, Mədəd müəllimin şərəfli ömrünün bütün hamısı ancaq və ancaq Borçalıya, Azərbaycana, Turana, elmə və təhsilə həsr olunub.
Elə ona görə də, dəyərli ustadımız – sevimli müəllimimiz professor Mədəd Çobanovu həmişə haqqlı olaraq, sözün əsl mənasında, Borçalı sevdalı şərəfli elm fədaisi adlandırırq və bundan sonra da, həmişə, onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edəcəyik...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

Mahmud KAMALOĞLU,
professor

turan.info.az]]>
Müşviq BORÇALI Sat, 30 Dec 2023 22:30:50 +0000
MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ https://turan.info.az/gurcustan/borchali/6241-mdd-blgnn-xatrsn.html https://turan.info.az/gurcustan/borchali/6241-mdd-blgnn-xatrsn.html MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏMƏDƏD BİLGƏNİN
XATİRƏSİNƏ

Müqəddəs bir yurddan ucaldı səsi,
Daşıdığı məna, biliyə, alqış.
Ulu Borçalının qalib Bilgəsi-
Xalqına verdiyin əməyə, alqış.

Sən elmə, o sənə könül vermişdi,
Sirrini, sözünü sənə demişdi,
Belə vaxtsız getmək, söylə nə işdi?
Türklüyə verdiyin ürəyə, alqış.

Ruhuna can qatdın bu məğrur elin,
Yaşatdın tarixin, yaşatdın dilin,
“Borçalı oğluyam, ay ellər bilin,
Qarşımda kim durar?”, - deyənə, alqış.

Aşiqi olduğun bu gözəl Vətən,
Şükür bütövləşir, ey Bilgəm, bil sən,
Daha rahat uyu, can evindəsən,
Vətənçin çəkdiyin çiləyə, alqış.

Demə alim öldü, aləm dağılar,
Qəhr olsun, tarimar olsun yağılar,
Birimiz gedərik, minlər doğular,
Bizə yollar açan diləyə, alqış
Bizə meydan verən ürəyə alqış!...
Zərnişan TURAN,
Azərbaycanın Əməkdar jurnalisti


MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ]]>
Müşviq BORÇALI Sat, 30 Dec 2023 22:30:35 +0000
Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI" https://turan.info.az/esas/6284-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html https://turan.info.az/esas/6284-salid-rfova-professor-mdd-obanov-trk-db-dllrnn-tdqqatisi.html Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV –  TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQATÇISI"
Filologiya elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının akademiki, professor Mədəd Çobanovun elmi fəaliyyəti Müasir Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən tədqiqatları və s. əhatə edir. M. Çobanov ümumtəhsil, ali məktəblər üçün dərsliklərin, dərs vəsaitlərinin, tədris proqramlarının da müəllifidir. Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov professor Mədəd Çobanovu “çoxşaxəli və zəngin məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə, nəinki, Azərbaycan dilçiliyində, eləcə də, Türkologiyada da xüsusi yer tutan” alim kimi qiymətləndimişdir. Qeyd etmək lazımdır ki, türkoloq Mədəd Çobanov elmi tədqiqatlarında Türk ədəbi dillərinin birliyi idayasının tərəfdarı kimi çıxış etməsi ilə yaddaşlara həkk olunub. Ədib Türk ədəbi dilləri birliyinin praktik və linqvistik aspektlərinə aydınlıq gətirməyə də cəhd etməsi də diqqətlərdən yayınmır.

Türk ədəbi dillərinin birliyi məsələləri

Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi haqqında bəhs edərkən, onun qədim inkişaf tarixinə malik olması ilə yanaşı, bu birliyin əldə olunmasının müsbət amililərinə də aydınlıq gətirir: “Altay epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim söykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, tarixin sınaqlarından çıxmış adət-ən'ənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran problemlərdəndir.” Mədəd Çobanov iddia etdiyi tezisə əsaslanaraq, türk xalqı və onun dillərinin yaranması, formalaşması haqqında sabitləşmiş dəqiq tarixin yoxluğuna baxmayaraq, məhz türk dünyasında türklük dəyərlərinin bütöv bir sistem halında araşdırılmasının bir zərurət kimi meydana çıxmasını da vurğulamasında haqlıdır.
Professor M. Çobanov həmçinin türkçülüyün yenidən oyanış mərhələsinin xüsusiyyətlərini özünəməxsus şəkildə izahatını verə bilməsi də maraq dairəsindədir: “Türklüyümüzün yenidən oyanışı dedikdə, hər şeydən əvvəl, türk xalqlarının yeni ümumi türk təfəkkürünə, türk düşüncəsinə, türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə qayıdışı, oyanışı nəzərdə tutulur. Əlbəttə, bu uzun müddətli, həm də, maddi və mənəvi, etik və elmi baxımından müəyyən qədər çətinliklər, tiirk xalqları arasında düşüncə və fıkir birliyi, güc və qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, bu birliyə hamılıqla (bütün Türk dünyasının) eyni vaxtda cəhd etməklə, bu sahədə qızğın təbliğat və təşviqat işləri aparmaqla, ilk növbədə isə, iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün tələbi baxımdan əlaqələndirməklə, qədim soy ənənələrini dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.”
Professor M. Çobanovun hər bir xalqın bəşəriyyətə qədim köklərə, ən'ənələrə malik olan Ana dili ilə təqdim edilməsini əsas hesab etməsi və bu təqdimatın “etnoqrafik (adət-ən'ənələr və məişət münasibətləri), etnopsixoloji (xalqın elini düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə” bürüzə verməsinə toxunmasında bir tədqiqatçı kimi haqlıdır.
Professor M. Çobanovun müasir türk dillərinin tədqiqi zamanı xüsusi bir məqama diqqət yetirməsinə, yəni “müasir türk ədəbi dillərinin hamısı ümumtürk ən'ənələri üzrə araşdırılmalı, öyrənilməli və tədqiq” olunmasına toxunur.
Professor Mədəd Çobanov Türk ədəbi dillərin birliyinə doğru addımlayarkən, meydana çıxan bir sıra müasir problemlərin aradan qaldırılmasını təklif edir. Ədibin türk dillərinin müasir problemlərini sadalayarkən, ilk növbədə, Türk dillərinin hamısı üçün latın qrafikali vahid əlifbaya keçilməsinə zərurətinin yarandığını, türk xalqının vahid kökə bağlılığını təsdiq etmək üçün “Ümumtürk tarixi”nin tədqiq edilməsini, həmçinin ümumtürk dillərinin tarixi inkişafının ümumtürk aspektindən öyrənilməsi, vahid əlifba sisteminə malik olan mətbuat orqanının, radio və televiziya verilişləri mərkəzinin yaradılması, türk xalqlarının bədii irsinin nəşr edilməsi, ümümtürk ensiklopediyalarının, lüğətlərinin tərtib edilməsini və s. kimi aktual problemlərin həll edilməsini təqdim edir. Professor Mədəd Çobanov Türk dillərinin birliyinin həyata keçirilməsində “dil birliyi”ni ən başlıca körpü rolunu oynamasını vurğulayır. Dilçi-alim Mədəd Çobanov Türk ədəbi dilləri birliyinin praktik aspektlərini təsnif etməsi bu məsələnin aktuallığına diqqət yönəltməyi vacib amil olmasını qabardır. Alimin məhz Türk ədəbi dillərinin praktik aspektlərinin təsnif etməsi buna əsaslanır:

“1. Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri.
2. Türk ədəbi dilləri birliyinin tarixi aspektləri.
3. Тürk ədəbi dilləri birliyinin coğrafi (areal) aspektləri.
4. Türk ədəbi dilləri birliyinin etnonimik aspektləri.
5. Türk ədəbi dilləri birliyinin antroponimik aspetləri.
6. Türk ədəbi dilləri birliyinin etikonik aspektləri.
7. Türk ədəbi dilləri birliyinin qohumluq aspektləri.
8. Türk ədəbi dilləri birliyinin etnoqrafik aspektləri.
9. Türk ədəbi dilləri birliyinin mədəniyyəti aspektləri.
10. Türk ədəbi dilləri birliyinin mənəviyyat aspektləri.”

Professor M. Çobanovun Türk ədəbi dillərinin praktik aspektlərinin bu şəkildə təsnif etməsi, türk dillərinin müxtəlif ümumi və fərdi inkişaf mərhələlərində keçdiyi tarixi aspektləri işıqlandırmasına da əsas verir. Mədəd Çobanov türk dillərinin təşəkkül tarixini də özünəməxsus şəkildə tarixi mərhələlərə ayırmışdır. Professor Mədəd Çobanov bu təsnifatında tarixi mərhələləri türk dillərinin ən qədim dövrü yəni Şumer dövrü, türk dillərinin qədim dövrü yəni Altay epoxası, türk dillərinin son qədim dövrü yəni Hun dövrü, türk dillərinin erkən orta əsrlər dövrü, türk dillərinin orta türk dövrü, türk dillərinin yeni dövrü, türk dillərinin ən yeni dövrü kimi dövrlərə ayırmışdır.
Mədəd müəllim Türk dillərinin ən qədim dövrü, yəni Şumer dövrü adlanan dövrün eramızdan əvvəl 12-10-cu minilliklərdən başlanmasını, eramızdan əvvəl III-II minilliklərə, yəni yazıya-qədərki dövrə qədər olmasını vurğulayır. Türk dillərinin Altay epoxası adlanan dövrünün eramızdan əvvəl ikinci minillikdən başlanması, bizim eradan əvvəlki III əsrə qədər olan dövrü əhatə etməsi vurğulanır. Türk dillərinin son qədim dövrü, yəni Hun dövrü eramızdan əvvəl III əsrdən başlanması, bizim eranın beşinci əsrinə qədər davam etməsi Mədəd Çobanov tərəfindən açıqlanır. Mədəd Çobanov türk dillərinin erkən orta əsrlər dövrünün eramızın V-X əsrlərini əhatə etməsini qeyd edir. Türk dillərinin orta türk dövrü eramızın XI-XV əsrlərini, yeni dövrü XVI əsrdən XX əsrin birinci rübünə qədər olan dövrü, ən yeni dövrü isə 1926-cı ildən müasir dövrümüzə qədər olan zamanı əhatə etməsi də Mədəd Çobanov tərəfindən vurğulanır.
Professor Mədəd Çobanov Türk ədəbi dillərinin birliyi üçün müasir türk dillərinin hamısının latın qrafikalı vahid əlifba sisteminə keçilməsini təklif etməsi Mirzə Fətəli Axundzadə, İsmayıl Qasprinski və digər ziyalılarımızın irəli sürdükləri latın əlifbasına keçmə ideyalarının tərəfdarı olmasını əks etdirir.
Müasir türk ədəbi dillərinin tarixi inkişafının həm fərdi, həm də ümumtürk aspektində araşdırılmasını irəli sürən professor Mədəd Çobanovun bu yanaşması aktuallıq kəsb edir. Bu zaman ümumtürk xalqlarının ortaq qədim türk yazılı abidələri, folklor nümunələri, epos və dastanları və s. geniş tədqiq etmək zərurətini yaradır. Orxon-Yenisey kimi yazılı abidələrin, M.Kaşğarlının “Divani-lüğət-üt-üt türk” kitabının, “Kitabi-Dədəm Qorqud”, “Koroğlu” və s. kimi epos və dastanların tədqiq edilməsi, onlar ətrafında formalaşmış elmi mübahisələrə son qoya bilər.



Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyi

Professor Mədəd Çobanovun Azərbaycan dilinin türk dilləri arasındakı mövqeyinə münasibətini izah edərkən, hər hansı bir dilin iki yolla, yəni geneoloji və tipoloji yolla təsnif olunmasına toxunur. Mütəfəkkir alim konkret olaraq, bir sıra həmkarlarının fikirləri ilə razılaşaraq, Azərbaycan dilini “geneoloji təsnifə görə Altay dilləri ailəsinin Türk budağının Oğuz-səlcuq yarımqrupunun Oğuz qrupuna; tipoloji təsnifə görə isə, aqlütinativ (iltisaqi) dillər tipinə aid” edir. Mədəd Çobanov bir dilçi alim kimi, tədqiqatçıların Altay dillərinin keçdiyi inkişaf mərhələləri ilə razılaşmış və aşağıdakı mərhələlərdən keçməsini göstərmişdir:
“1. Altay epoxası - b.e.ə. və bizim eranm III əsrinə kimi.
2. Hun epoxası - bizim eranın - III - V əsrləri.
3. Qədim türk epoxası - V - X əsrlər.
4. Orta türk epoxası - XI - XV əsrlər.
5. Yeni türk epoxası - XVI - XX əsrlər.”
Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar tərəfindən Altay dillərinin keçdiyi inkişaf mərhələləri müxtəlif mərhələlərdə olması göstərilmişdir. Məsələn, N.A.Baskakov türk dillərinin altı inkişaf mərhələsi keçməsinə toxunmuşdur:
1. Altay dövrü
2. Hun dövrü
3. Qədim türk dövrü
4. Orta türk dövrü
5. Yeni türk dövrü
6. Ən yeni türk dövrü. (6, 15).
F.R.Zeynalovun bölgüsündə isə Altay və Hun, yeni və ən yeni mərhələləri birləşdirilərək türk dillərinin inkişaf mərhələləri 4 qrupda cəmləşdirilir:
1. Ən qədim türk dövrü
2. Qədim türk dövrü
3. Orta türk dövrü
4. Yeni türk dövrü.
Mədəd Çobanovun türk dillərinin, əsasən də, Azərbaycan dilinin inkişaf mərhələsini fərqli, yəni beş mərhələdə həyata keçirilməsini göstərir.
Professor M. Çobanovun tarixin inkişaf mərhələsində Altay dilləri ailəsinə daxil olan, Azərbaycan-türk və Osmanlı türk dilləri arasında yaranan fərqliliklər nəzərindən qaçmamış, bu fərqliliklərə də aydınlıq gətirmişdir: “… Altay dilləri ailəsinə daxil olan bir neçə dilin, o cümlədən Azərbaycan-türk və Osmanlı türk dillərinin tarixin müəyyən mərhələsində digər dillərə nisbətən sürətlə inkişafına və həmin dillərdən özünün işləkliyinə, sabitliyinə və zənginliyinə görə fərqlənmiş və xüsisi mövqeyə malik ola bilmişdir.”
Mədəd müəllimin tarixin inkişaf mərhələlərində Qafqazda və Yaxın Şərqdə beynəlxalq dil kimi istifadə olunmuş Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərini sadalaması, ana dilimizin özünəməxsus xücusiyyətləri kimi qəbul edilməlidir: “Azərbaycan-türk dili sait səslərin çoxluğu və ahəngdarlığı ilə musiqi; məcazların qədimiliyi və zənginliyi ilə poeziya; sözlərin məna çaları və məzmun ifadəliliyi ilə nəsr; ifadə tərzinin yığcam və lakonikliyi ilə dram; ümumi şlək sözlərin zənginliyi, rəngarəngliyi və kütləviliyi ilə jurnalistika; termin və termin səciyyəli sözlərin sabitliyi ilə elmi; ictimai-siyasi terminlərin zənginliyi ilə siyasət və diplomatiya dili kimi insan təfəkkürünün bütün fikir və düşüncələrini, ehtimal və mülahizələrini əks etdirmək qabiliyyətinə malik ən ahəngdar, on qədim və ən zəngin dillərdən biridir.”
Professor M. Çobanovun Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının əsas şərtlərini açıqlaması ana dilimizin keçdiyi tarixi inkişaf yolunu da gözümüz önündə canlandırır. Mədəd müəllim Azərbaycan dilinin öz mövqeyini erkən orta əsrlərdən etibarən bariz şəkildə büruzə verməsinə, bir sıra obyektiv və bəzən də subyektiv səbəblərlə bağlı olmasına da toxunmuşdur. Ədib obyektiv və subyektiv səbəbləri özünüəməxsus şəkildə qruplaşdırmışdır. Mədəd Çobanov Altay dilləri ailəsində Azərbaycan dilinin xüsusi mövqeyinin təşəkkül tapmasının ilkin və başlıca səbəblərindən birincisi kimi “Azərbaycan türkcəsinin etnogenezisini təşkil edən tayfaların və tayfa birliklərinin hələ eramızdan bir neçə min il əvvəl geniş, vahid bir bölgədə və ya ərazidə məskunlaşması, vahid ictimai-siyasi qurum kimi fəaliyyət göstərməsi və ən nəhayət, III -V əsrlərdən ümumxalq halında birləşməsi, özlərinin qədim dövlətçiliyini, dövlətçilik ənənələrini yaratması ilə bağlı” olmasını əsaslandırmışdır. Azərbaycan dilinin xüsusi mövqe qazanmasının digər səbəblərindən biri kimi “Azərbaycanın əlverişli geostrateji mövqeyi-Şərqlə Qərb, Şimalla Cənub arasında böyük körpü rolunu oynaması, həmçinin Qədim İpək yolunun və digər ticarət yollarının bu ərazidən keçməsi ilə bağlı” olmasını əsas göstərmişdir.


Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkülü haqqında

Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tapması, təkmilləşməsi, inkişaf yolu və s. maraqlı məqamlar professor Mədəd Çobanovun diqqətindən yayınmamış, bu məqamları özünəməxsus şəkildə təqdim etmişdir.
Mədəd Çobanov xalqımızın şifahi ədəbi dilinin “artıq, VII-VIII əsrlərə qədər tam mənası ilə təşəkkül etmiş, səlisləşmiş və təkmilləşmiş və beləliklə də, yazılı ədəbi dilin təşəkkül tapması üçün möhkəm bir bünövrəyə” çevrilməsini, Azərbaycan yazılı ədəbi dilinin isə “artıq, IX-XI əsrlərdə başa çatmış və sonrakı dövrlərdə cilalanacilalana, səlisləşə-səlisləşə, zənginləşə-zənginləşə, dəqiqləşə-dəqiqləşə və təkmilləşə-təkmilləşə bu günkü müasir səviyyəyə gəlib” çatmasını xüsusi olaraq qeyd etməsi Azərbaycan şifahi və yazılı ədəbi dilinin təşəkkül tarixini gözümüzdə canlandırır.
Professor M. Çobanov Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələyə ayırır. Alimin Azərbaycan yazılı ədəbi dilinin belə mərhələyə ayırması, ana dilimizin yazılı ədəbi dili, həmçinin ədəbiyyatı haqqında təsəvvür yaradır.
Mədəd Çobanov yazılı ana dilimizin başlanğıcı kimi, Orhun Yenisey abidələri kimi daş üzərində qələmə alınmış kitabələri deyil, “Kitab-dədə Qorqud” eposunu qəbul edir. Müəllif sonrakı bölgüləri artıq ədəbiyyatımızda özünəməxsus yer tutmuş söz xiridarlarının yaradıcılığı əsasında təqdim edir:
“1. IX-XII əsrlərə qədər – “Kitabi-Dədə Qorqud” dövrü yazılı ədəbi dil.
2. XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı ədəbi dil.
3. XV-XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli dövrü yazılı ədəbi dil.
4. XVII-XVIII əsrlər - M.V.Vidadi və M.P.Vaqif dövrü yazılı ədəbi dil.
5. XIX əsr - Q.Zakir və M.F.Axundov dövrü yazılı ədəbi dil.
6. XX əsr - N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, S.Vurğun, M.İbrahimov, X.Rza dövrü yazılı ədəbi dil.”
Professor Mədəd Çobanovun Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixini altı mərhələdə təqdim etməsi tədqiqatçılar arasında mübasə doğursa belə, bu professorun apardığı elmi tədqiqlərinin sonunda gəldiyi nəticəsidir.
Professor Mədəd Çobanov tərəfindən Azərbaycan dilinin təşəkkül tarixinin tədqiq edilməsi onun elmi tədqiqatlarının ana xəttinə çevrilmişdir. Ədib Azərbaycan dilinin də ilk növbədə, yalnız öz daxili imkanları hesabına həm əsas lüğət fondunu, həm də qrammatik quruluşunu sadədən mürəkkəbə, bəsitdən mücərrədə doğru tədrici inkişaf qanununa müvafiq şəkildə inkişaf etməsinə və zənginləşməsinə toxunmuşdur.
Əlbəttə, dilin inkişafında baş verən dəyişiklikləri cəmiyyətin siyasi, iqtisadi, elmi və mədəni həyatında baş verən dəyişikliklərdən kənarda düşünmək olmaz. Çünki həyatda baş verən bütün hadisələr ilk növbədə öz əksini dildə tapır.
Professor Mədəd Çobanov ana dili anlayışına bütün yönləri ilə cavablandırmağa cəhd etməsi, onun həm bir ziyalı olmasından, həm də dilçi-alim olmasından irəli gəlir. Mədəd Çobanov haqlı olaraq, ana dilimizi məhz “….xalqımızın tarixən təşəkkül tapmış adət-ənənələri, inamı, inancı, etiqadı və əqidəsi” adlandırır. Mədəd Çobanov qətiyyətylə vurğulayır ki, “Ana dilimiz xalqımızın mənəvi birliyi, həyatı, varlığı və mübarizəsinin qüdrətli silahıdır, gələcəyidir. Ana dili olmayan heç bir xalqın gələcəyi yoxdur.”
Ana dilimizin yad təsirlərdən qorunmasına, ədəbi dildə buraxılan qüsurlara yol verilməməsinə və ya da yol verilibsə, aradan qaldırılmasına və s. məqamlara münasibət bildirən Mədəd Çobanov həyəcan təbili çalmaqda haqlıdır. Belə ki, mətbuat səhifələrində, televiziya və radio verilişlərində buraxılan qüsurların insanların, xüsusilə də gənc nəslin danışıqlarına mənfi təsir etmələri qaçılmazdır. Mədəd Çobanov radio və televiziya yayımlarının efir dilindəki qüsurlara toxunarkən, onları qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir:
“1. Aparıcıların nitqindəki qüsurlar.
2. Mətnlərin dilindəki üslubi qüsurlar.
3. Yersiz alınma sözlərin istifadəsi ilə müşaiyət olunan qüsurlar.
4. Müğənni və xanəndələrin çıxışında yol verilən qüsurlar.”
Professor Mədəd Çobanovun radio və televiziya yayımlarının efir dilində yolverilmiş bu qüsurların ağır nəticələrlə nəticələnəcəyini bir dilçi-alim kimi gözəl anlayır, onu yalnız həmkarlarına deyil, bütün xalqına çatdırmağa cəhd edir.


Azərbaycan dilinin dövlət statusu qazanması
və Azərbaycanşünaslıq haqqında

Mədəd Çobanov elmi tədqiqatlarında Azərbaycan dilinin bir dil kimi dövlət status qazana bilməsi məqamlarına da aydınlıq gətirmişdir. Ədib Azərbaycan dilinin xalqın tarixi prosesində bir neçə dəfə rəsmi dövlət dili olması məqamına biganə qalmamış, tarxi inkişaf prosesinə nəzər salmışdır. Mədəd Çobanovun Azərbaycan dilinin məhz hələ Şah İsmayıl Xətai tərəfindən rəsmi dil elan edilməsi məqamını yada salan fikirləri maraq kəsb edir: “Azərbaycan-türk dili ilk dəfə XV-XVI əsrlərdə, xüsusilə Səfəvilər dövrünün əvvəllərində rəsmi dövlət dili elan edilmiş və bu dilin inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.” Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmasını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilməsini vurğulayır.
Professor Mədəd Çobanov Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 27 iyun tarixli xüsusi qərarı ilə “Dövləti lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idarcyi-daxiliyyə və sair vəzifələrin başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalma müsaidə edilsin” kimi qeydinə əsaslanaraq, bu dövrdə ana dilimizin dövlət status qazanmasını tarixi faktlarla təsdiq edir. Mədəd Çobanov Azərbaycan dilinin rəsmi dil kimi təsdiqini həm də 1978-ci ildə tapmasını da vurğulayır: “Azərbaycan SSR də 1978-ci il aprelin 21-də özünün yeni Konstitusiyası”nı qəbul etdi. Həmin Konstitusiyada deyilirdi: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir””. Mədəd Çobanov Azərbaycan dilinin 1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası”nın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsdiqini tapması məqamını da işıqlandırır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Mədəd Çobanov Azərbaycan dilinin dövlət status qazanmaq yolunda keçdiyi inkişaf tarixinin həm qədim köklərə bağlı olmasını, həm də keşməkeşli olmasını əks etdirməyə nail olur: “… Azərbaycan-türk dili dördüncü dəfə rəsmi dövlət dili statusu aldıqdan sonra ədəbi dilimizin istər şifahi, istərsə də yazılı qollarının inkişaf etdirilməsi üçün xüsusi şərait yaradılmış, həyat və məişətin bütün sahələrində onun işlənmə sferası daha da genişləndirilmişdir.”
Qeyd etməliyik Azərbaycan dili rəsmi dil kimi siyasətçi, publisist, jurnalist, İran kommunist partiyasının təsisçisi, Azərbaycan Milli Hökumətinin sədri (1945–1946) Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə, 1892-1947) tərəfindn də elan edilmişdir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda milli-azadlıq hərəkatının Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələnməsi, 21 Azər nehzəti (inqilabı) adı ilə tanınan Azərbaycan Milli Hökümətinin fəaliyyətinin, bu hökümətin apardığı islahatların nəticəsi kimi Azərbaycan dili rəsmi dil elan edilir: “Kültürel alanda yapılan faaliyetlerin en önemlisi ise Azerbaycan dilinin resmi devlet dili yapılmasıdır. Hatta bunun için 6 Ocak 1946 tarihinde 10 maddelik bir kanun çıkarılmıştır. Buna göre bütün devlet dairelerinde yazışmalar, eğitim öğretim, her türlü yayın Azerbaycan dilinde yapılacaktır. Azerbaycan dilini bilmeyenlere öğrenmeleri için süre konulmuştur. Diğer unsurlar kendi okullarında kendi dillerinde eğitim alabileceklerdir. Fakat, bu okullarda da Azerbaycan dilinin okutulması zorunludur.”
Azərbaycan dilinin xalqın tarixi inkişaf prosesində dövlət statusu qazanması haqqında bəhs edərkən, Azərbaycanşünaslıq və onun mahiyyəti və məzmununa toxunmadan keçmək mümkün deyil.: “Azərbaycanşünaslığın əsas atributları” öz mahiyyətinə və məzmununa görə üç sahəni əhatə edir:
1. Milli sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3. Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli - etnik tariximiz.”
Professor Mədəd Çobanov Azərbaycanşünaslığın əsas xüsusiyyətlərini sadalamaqla xalqın ana dilinə, torpaq ərazilərinə və tarixinə ehtiramla yanaşmasını, dəyərləndirməsini təbliğ edir. Ümumiyyətlə, “…azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbaycanda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir.”


Nəticə

“Türk dillərinin ədəbi birliyinə doğru”, “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan şəxs adları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Familiya.-Təxəllüs”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Azərbaycan dili (Nitq mədəniyyəti)”, “Altay dilləri ailəsində Azərbaycan-türk dilinin mövqeyi”, “Azərbaycan dilinin tətbiqi sahəsinin müasir problemləri”, “Mətnin linqvistik təhlili”, “Dilçilik məsələləri” və s. monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifi olan professor Mədəd Namaz oğlu Çobanov (1937-2023) elmi yaradıcılığı boyu “Ana dilimiz xalqımızın tarixi milli sərvəti, biz isə onun keşikçiləriyik” ideyasını təbliğ etmişdir.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Mədəd Çobanovun Türk ədəbi dillərinin birliyinə səsləyişi isə milli şüurun formalaşmasında türkdilli xalqların əlaqələrinin genişlənməsini, türk dillərinin geneoloji, morfoloji, tipoloji cəhətdən təsnifi onların qohum dillər olmasını əks etdirir.
Professor Mədəd Çobanovun türk xalqlarının milli mənsubiyyətini, təkamülünü və onun tarixi inkişaf mərhələlərini, Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus olan yerini müəyyənləşdirməsi sahəsindəki xidmətləri elmi fəaliyyətini əks etdirir.
Azərbaycanın dilçilik sahəsində özünəməxsus dəstixətti olan professor Mədəd Çobanov qələmə aldığı, Türk xalqlarının dillərini, xüsusilə də Azərbaycan dilinin tarixi və müasir problemlərini əhatə edən əsərləri ilə elmdə əbədi iz buraxmışdır.

Hörmətli müəllimimizə Allahdan rəhmət diləyirik.


Ədəbiyyat

1. Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005. 256 səh.
2. Cəfərov Nizami. Redaktordan. М.N.Çobanov. Türk ədəbi dillərinin birliyinə doğru. Bakı, “Tehsil” EİM, 2008, 280 səh.
3. Çobanov M.N. Türk ədəbi dillərinin birliyinə doğru (I). Bakı, “Təhsil” EİM, 2008, 280 səh.
4. Çobanov M.N.. Türk ədəbi dillərinin birliyinə doğru (II). Bakı, “Elm və təhsil”, 2012, 100 səh.
5. Sarısaman Sadık. İranlı Bir Türk Lider Mir Cafer Pişeveri”. Türkiyat Araştırmaları Enstitüsü Dergisi (Journal of Turkish Researches Institute). 72, (Eylül- September 2021). 463-490.
6. Zeynalov F.R. Türkologiyanın əsasları. B., 1981.
7. Баскаков H.A. Тюрские языки. M., 1960.


Salidə ŞƏRİFOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
filologiya elmləri doktoru,
AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

turan.info.az]]>
Nicat Əmirov Fri, 01 Dec 2023 22:36:44 +0000
Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV" https://turan.info.az/gurcustan/baskecid/6192-llz-ormenli-grkml-trkoloq-v-taninmi-dli-alm-mdd-obanov.html https://turan.info.az/gurcustan/baskecid/6192-llz-ormenli-grkml-trkoloq-v-taninmi-dli-alm-mdd-obanov.html Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV" İlk öncə Türkoloq, tanınmış dilçi, onomastikaşunas və toponomist alim, Nyu-York Elimər Akademiyasının akademiki, filologiya elimləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!!!...
Mən professor Mədəd Çobanovu 1966-ci ildə Başkeçidin Ormeşən 8-illik məktəbini bitirdikdən sonra, məktəb yoldaşarımla birlikdə sənədlərmizi qonşu Bolnisi rayonundakı Darvaz kənd orta məktəbinə verən ərəfələrdən tanıyırdım. O, bizə IX sinifdə oxuyanda tarix dərsi demişdir...
Mədəd müəllim kimdir?
Mədəd müəllim 1937-ci ildə Borçalı mahalında ağır ellərdən biri olan Darvaz kəndində anadan olmuşdur. Darvaz eli ilə Ormeşən kəndi arasında, keçmiş ağsaqqallar elə bir dostluq körpüsü salmışlar ki, həmin dostuluq körpüsü yenə də davam edir. Bu kəndlər bir-birinə qız verib-qız almış və qan qohumu olmuşlar. Bu dostluğun təzahürü olaraq Mədəd müəllim bizim kəndimizdən və başqa kəndlərdən gəlmiş uşaqlara həmişə humanistliklə yanaşardı. Mədəd müəllimin böyüklüyü onda idi ki, Darvaz kəndindən olan uşaqlarla, başqa kəndlərdən gələnlər arasında ayrı seçkilik etməzdi. Mədəd müəllim Darvaz orta məktəbində işlədiyi ərəfədə, həmidə, 1960-ci ildə oxuyub başa vurduğu A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (sonralar S.S.Orbelianinin adına olan Tbilisi Dövlət Pedaqoji Universitetində) dərs deyirdi. Mədəd müəllimin naliyyətləri Borçalı elinə şərəf gətirmişdir. O, 1973-cü ildə filologiya elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ilin fevral ayında filologiya elimləri doktoru, oktyabr ayında isə professor elmi adına layiq görülmüşdür. Mədəd müəllimin ömürü boyu əldə etmiş olduğu naliyyətləri haqqında, geniş və ətraflı məlumat almaq üçün, onun tərcümeyi - halında tanış ola bilərsiniz.
Mədəd müəllim bir sözlə mənim qəlbimdə mərd, etibarlı, qoçaq, zəhmətkeş bir alim kimi öz yerini tapıb. Mədəd müəllim təmiz, saf qəlibli bir ziyalı idi.
Mən onun şahidiyəm ki, Mədəd müəllimə 2011-ci ildə mənim yazmış olduğum “Borçalıda qədim Ormeşən eli” kitabını təqdim edəndə O, bu kitabı özününkü kimi qəbul etdi və alqışladı. Bu kitabın nə kimi dəyərli olduğunu, təmiz və saf qəlbli bir ziyalı kimi, geniş və ətraflı rəyini bildirdı. Mədəd müəllimin yazmış olduğu rəyi, mənim yazmış olduğum “Xalqa elə məhəbbətin bəhrəsi” kitabından oxuya bilərsiniz.
Mədəd müllim öz dəsti-xətti ilə yazmış olduğu “Professor Mədəd Çobanov - 70. ELM FƏDAİSİ” kitabını mənə təqdim etdi. İndi isə sizlərə, həmin kitabda öz əli ilə mənə yazmış olduğu xoş sözləri sizlərə təqdim edirəm.
Görkəmli türkoloq və tanınmış dilçi-alim Mədəd Çobanov həyatdan köçməsinə baxmayaraq, onun əməlləri yaşayacaq və hörmətlə yad olnacaqdır.
Yenə Mədəd müəllimə Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun...
.
Əlləz Vəliyev (Ormeşənli)
Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı.
Prezident təqaüdçüsü (2020-2021).

Bakı şəhəri. 24.09.2023]]>
Müşviq BORÇALI Sun, 24 Sep 2023 20:20:03 +0000
Nurdan yaranmışdı – nur oldu, getdi... https://turan.info.az/media/zirve/6151-nurdan-yaranmd-nur-oldu-getdi.html https://turan.info.az/media/zirve/6151-nurdan-yaranmd-nur-oldu-getdi.html Nurdan yaranmışdı – nur oldu, getdi...

Görkəmli türkoloq və dilçi-alim Mədəd Çobanov 40 günə yaxındır ki, haqq dünyasına qovuşub. Onu tanıyanlar – qohumları, dostları, elm ictimaiyyəti bu itkini ağrı ilə qarşılayıblar.

İyulun 12-də məzarüstü abidəsinin qarşısında mərhum kədərlə anılacaq, amma bir müddət sonra Mədəd müəllim­dən söz düşəndə hər kəsin xoş duyğular­la, iftixarla danışacağına, ona sidq ürəklə Allahdan rəhmət diləyəcəyinə əminik. Çünki o, Azərbaycan elminin tanınmış simalarından biri, istedadlı ədəbiyyatnə­vis, məşhur qorqudşünas, onomastika və toponomika sahələrində dəyərli sözünü demiş zəhmətkeş tədqiqatçı, təcrübəli pedaqoq, vətənpərvər insan kimi ad qo­yub gedib...

1937-ci ilin aprelində qədim Borçalı mahalında, Bolnisi rayonunun Darbaz kəndində dünyaya gəlmiş Mədəd Na­maz oğlu orta təhsilini doğma yurdunda alıb, Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qi­yabi təhsil alıb.

Azərbaycan dilinə, ədəbiyyatına, mə­dəniyyətinə olan sonsuz sevgisi Mədəd müəllimin elmi mövzusunda da öz əksi­ni tapıb. Namizədlik dissertasiyası “Bor­çalı–Bolnisi rayon şivələrinin leksikası” mövzusunda idi. O, yaxşı bilirdi ki, bo­ya-başa çatdığı torpaq Azərbaycanımı­zın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələri, onomastikası, toponimləri, antroponimləri (şəxs adları) və s. onun elmi tədqiqatının ana xəttini təşkil edib. 36 yaşında namizədlik disser­tasiyasını uğurla müdafiə edərək, həmin ildən vaxtilə ali təhsil aldığı Tbilisi Dövlət Pedaqoji İnstitutunda 25 ilə qədər çalışıb, orada müəllim, dosent, professor, kafed­ra müdiri olub.

1994-cü ildə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr üzündən Bakıya köçəndə o, artıq doktorluq dissertasiya­sını uğurla müdafiə etmiş və professor olmuşdu. Görkəmli alim qalan ömrünü Azərbaycan paytaxtında elmi-pedaqoji sahədə davam etdirib. Bir sıra özəl və dövlət ali məktəblərində çalışıb. 2000-ci ildə Türk Dil Qurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siyası Ekspert Şurasının üzvü, Respub­lika “Təhsil” Mərkəzinin baş direktoru və digər vəzifələrin öhdəsindən layiqincə gəlib. Yüzlərlə müəllimin, minlərlə gənc kadrın yetişməsində danılmaz zəhməti olan Mədəd Çobanov 80-dən çox kitabın, o cümlədən 15 monoqrafiyanın, 10-dan artıq dərslik və dərs vəsaitinin, 60 elmi əsərin müəllifi idi.

Görkəmli professorun geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabların­dan biri Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dastanı”dır. Həmin monoqrafiyanın 2-ci hissəsi "Borçalıda Dədə Qorqud izləri" adlanır. Qismətə baxın ki, görkəmli alim artıq 40 günə yaxındır, Bakıdakı "Dədə Qorqud" qəbristanlığında uyuyur və ruhu Qorqud babasının ruhuna qovuşub.

Mədəd Çobanovun “Görkəmli strate­giyaçı” kitabı isə 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevə həsr olunub. Onun müxtəlif mövzulu ki­tabları, dərslik və dərs vəsaitləri Azər­baycanla bərabər, qardaş Türkiyə, qonşu Rusiya və Gürcüstan, habelə Orta Asi­ya ölkələrində çap edilib, tanınmış elm mütəxəssisləri tərəfindən yüksək qiymət­ləndirilib.

İşıqlı şəxsiyyət olan Mədəd Çobano­vun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tbilisidə, Marneulidə və doğma Darvaz kəndində təntənə ili qeyd olunub, haqqın­da filmlər çəkilib, tele-radio verilişləri ha­zırlanıb, elmi konfranslar, sessiya və se­minarlar keçirilib, kitablar yazılıb.

Şərəfli əməyinə görə layiq görüldüyü Prezident təqaüdü, orden və medallar, qazandığı ad-san onun şöhrət əmanət­ləridir. Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, Əməkdar tibb işçisi Rima xanımla birlikdə 5 layiqli övlad – 5 ziyalı böyüdüb boya-başa çatdırıb. O, həm də bəxtəvər baba sayılırdı: 9 nəvəsi və 15 nəticəsi var.

Tanınmış şair Səadət Buta bir şeirin­də ustad alim Mədəd Çobanovu Mehralı bəy yurdunda, Darvaz elində nurdan ya­ranmış varlıq adlandırıb:



Səpdin, dən-dən oldu bitirdiklərin,

Alim, aqil oldu yetirdiklərin...

Damladan göl oldu götürdüklərin

Elmə arxalandın, Mədəd müəllim!



Haqqında keçmiş zamanda danış­maq çətin olsa da, deməyə məcburuq: eldən və elmdən gedən ziyalımız idi Mə­dəd müəllim. O, cismən aramızda deyil, amma mənən həmişə bizimlə olacaq, xa­tirəsi hər zaman əziz tutulacaq.

Allah rəhmət eləsin!



Əli NƏCƏFXANLI, “Xalq qəzeti”]]>
Müşviq BORÇALI Sun, 09 Jul 2023 23:15:56 +0000
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcək https://turan.info.az/yeni-neshrler/6150-professor-mdd-obanovun-qbirst-abidsi-nnd-anim-mrasm-keirilck.html https://turan.info.az/yeni-neshrler/6150-professor-mdd-obanovun-qbirst-abidsi-nnd-anim-mrasm-keirilck.html Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcək ***

Əziz və dəyərli dostlar!..

Sizləri,
İyulun 12-də səhər saat 10-da
Bakıdakı "Dədə Qorqud" qəbristanlığının girişində
professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə keçiriləcək
ANIM MƏRASİMİnə dəvət edirik.

Alimin əziz xatirəsini yad etdikdən sonra hamılıqla birlikdə
40 MƏRASİMİnə - Ehsan məclisinə yollanacağıq.

Əvvəlcədən hamınıza təşəkkür edirik...
Allahdan arzu edirik ki, canınız sağlam,
ömrünüz uzun, həyatınız xoşbəxt olsun.
Dünyasını dəyişənlərinizə isə Allah rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun.
Amin...]]>
Müşviq BORÇALI Wed, 05 Jul 2023 23:54:03 +0000
Xatirə qaldı səndən... https://turan.info.az/gurcustan/borchali/6145-xatir-qald-sndn.html https://turan.info.az/gurcustan/borchali/6145-xatir-qald-sndn.html Xatirə qaldı səndən... Mədəd müəllim haqqında yazmaq özü bir cəsarət tələb edir. Onunla bir məclisdə olmaq, onun maraqlı söhbətlərini eşitmək o qədər şərəfli, yaddaqalan idi ki, uzun müddət xatirələrdə qalacaq.
Belə məclislərin birində Mədəd müəllimin ailəsi və biz - xalası oğlu İlyaz müəllimin övladları idik.
Mədəd müəllimin şirin söhbətlərinə qulaq asdıqca vaxtın necə keçdiyini hiss etmirdik, o öz uşaqlıq xatirəsini danışırdı.
I sinfə gedəndə sinif otağına daxil olanda qarşımızda uzunboylu, səliqəli geyimdə, mehriban müəllimimi gördüm. O bizlə danışdıqca elə bil nağıllar aləminə düşmüşdük.
Dərsdən sonra evə gəldim. Elə paltarlarımı təzə dəyişmişdim ki, “sənə hədiyyə göndəriblər” - dedilər.
Sevinclə qaçaraq gəldim:
- Nə hədiyyə?
Hədiyyə kitab, dəftər, qələm idi. Müəllimin göndərib.
O gündən mənim müəllimimə, elmə, biliyə həvəsim başladı.
Müəllimim gözümdə bir az da ucaldı. O gözümdə əfsanəvi, əlçatmaz bir zirvəyə bənzəyirdi.
Evdə dedilər ki, müəllimin sənin xalan oğludur. Mən təəccübləndim. Müəllimdən də xala oğlu olar? O müəllimdir mən isə şagird.
Böyüyəndə başa düşdüm ki, anamgil 5 bacı olub. Müəllimim böyük bacı – Bahar xalamın oğludur. Mən isə kiçik bacı – Hürü ananın oğluyam. Aramızda olan böyük yaş fərqi ona görə imiş.
Böyüdükcə müəllimim ideyalarıma çevrilirdi. Bu sənətə olan həvəsim daha da artırdı...
Mədəd müəllimin haqqında hörmətlə danışdığı müəllim – atam Əliyev İlyaz Ramazan oğludur. Dövrünün bacarıqlı müəllimi, xalqının rifahı üçün çalışan, el ağsaqqalı, hörmətli şəxsiyyət idi. 17 il kənd sovetinə sədrlik edib. Kəndə qəzet, məktublar rayon mərkəzindən atla gətirilərdi. Atam rayon mərkəzi ilə danışıqlar aparıb kənddə poçt açdırdı və poçt rəisi işlədi.
O sənin idealın idi Mədəd müəllim. Amma atam da sənin uğurlarına çox sevinirdi. Sənin hər addım ucalmağına o qədər sevinər, “o, mənim şagirdim olub”, - deyərdi.
Sən öz savadından, bilik-bacarığınla elmin zirvələrini fəth etdin.
Dünya şöhrətli Akademik titulunu qazandın. Neçə-neçə alimlər yetişdirdin. İndi bizlər, yetişdirdiyin tələbələr, alimlər səninlə fəxr edir. Hər zaman xatirələrdə yaşayacaqsınız.
Əsli İLYAZ QIZI]]>
Müşviq BORÇALI Sat, 01 Jul 2023 21:01:13 +0000
DƏDƏ MƏDƏD https://turan.info.az/edebiyyat/poeziya/6142-dd-mdd.html https://turan.info.az/edebiyyat/poeziya/6142-dd-mdd.html DƏDƏ MƏDƏDDünya şöhrətli alim, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova
uca Allahdan rəhmət diləyirəm inşaAllah. Unudulmaz şəxsiyyətin oğlu Müşfiq müəllimə
dərin hüznlə başsağlığı verir və Yaradandan möhkəm səbr diləyirəm. Dəyərli insana ithaf etdiyim " Dədə Mədəd" şerimi sizlərə
təqdim edirəm. Var olun.

İçib elmin badəsini,
Lap dəm oldu Dədə Mədəd.
Meylin salıb kitablara,
Həmdəm oldu Dədə Mədəd.

Borçalıdan doğdu günəş,
Qədəmləri nurla dolu,
Getdiyi yol Turan yolu,
Haqqa doğru Dədə Mədəd.

Ağsaqqaldır elimizə,
Öndər oldu elmimizə,
Təmiz ana dilimizə,
Sipər durdu Dədə Mədəd.

Ürək böyük saf dəryadı,
Əsərləri bir dünyadı,
Oyatdı xalqı fəryadı,
Namazoğlu Dədə Mədəd.

Şöhrəti var dünya qədər,
Öyünmədi çoxu kimi,
Ömrü ötdü yuxu kimi,
Belə köçdü Dədə Mədəd.
Lətif AĞAOĞLU (ƏHMƏDOV).]]>
Müşviq BORÇALI Wed, 28 Jun 2023 22:21:29 +0000
MƏDƏD MÜƏLLIM! https://turan.info.az/fond/6141-mdd-mllim.html https://turan.info.az/fond/6141-mdd-mllim.html MƏDƏD MÜƏLLIM! Dəyərli eloğlumuz, görkəmli türkoloq, professor Mədəd Çobanovun xatirəsinə

Söndü Borçalının elm, bilik çırağı,
Müşfiqi çox yandırdı bu atanın fərağı,
Tez eli harayladı, yaman çoxdu qonağı,
Kimlər haya gəlmədi, anmadı, Mədəd müəllim?!
Neçə alim yetirib gətirmişdi o başa,
Ləyaqətlə yaşayıb dolmuşdu ahıl yaşa,
Yazdığı kitablarla naxış saldı yaddaşa,
Günəş təki nur verdi, sönmədi Mədəd müəllim!
Tiflis Bakı yolunda iz salmışdı illərdir,
Türk dilinin qədrini, dəyərini bilərdi,
Qardaşlıq amalıydi, xoş arzular dilərdi,
Hansı səddi aşmadı, yenmədi Mədəd müəllim!?
Darvazda doğulmuşdu son mənzil Bakı oldu,
Bu kədərli xəbərdən Vətənin gözü doldu,
Vətən açdı qolunu, qolları boşda qaldı,
Dedi:”Heyif Vətənə dönmədi Mədəd müəllim!”
Arzum vardı, Sizi mən də görəydim,
Sizinlə bir keçmiş günə dönəydim,
Atam haqda danışaydıq, dinəydik,
Dostluğa sədaqəti danmadı Mədəd müəllim!
Neçə-neçə xatirə ürəkdə qaldı getdi,
Bu qəfil xəbər məni odlara saldı, getdi,
Mədəd müəllim dünyada yaxşı ad aldı getdi,
Yaxşılıqları saydım, dinmədi Mədəd müəllim!
Xeyriyyə işlərində hamıdan öndə getdi,
Neçə-neçə insana əl atdı, kömək etdi,
Yaxşılıq simvolu tək indi qəlblərdə bitdi,
Deyək ki, ölüm Sizi yenmədi Mədəd müəllim!
Allahdan arzum budur, məkanı cənnət olsun!
Bu dünyada qoyduğu yaxşı ad, hörmət olsun!
Keçdiyi ömür yolu hamıya ibrət olsun!
Kim deyər, Vətən üçün yanmadı Mədəd müəllim?!]]>
Müşviq BORÇALI Wed, 28 Jun 2023 21:51:28 +0000
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV https://turan.info.az/media/elmvetehsil/6136-eldn-gedn-zyalimiz-professor-mdd-obanov.html https://turan.info.az/media/elmvetehsil/6136-eldn-gedn-zyalimiz-professor-mdd-obanov.html ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

Azərbaycan elminin tanınmış simalarından olan görkəmlii dilçi-alim, məşhur türkoloq, istedadlı ədəbiyyatşünas, bacarıqlı tədqiqatçı, dəyərli ziyalı, əsl müəllim, təcrübəli pedaqoq, vətənpərvər, yursevər, zəhmətkeş və xeyirxah insan, gözəl ailə başçısı, sevimli el ağsaqqalı, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun 2023-cü il iyunun 3-də vəfat etməsi Azərbaycan elmi, təhsili və ictimaiyyəti üçün sözün əsl mənasında böyük itki oldu.
1937-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəlmiş Mədəd Namaz oğlu, ilk təhsilini də, elə doğma kəndindəki orta məktəbdə almışdır. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitunun filologiya fakültəsini bitirdikdən sonra da doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamış və bir il müəllim işlədikdən sonra əsgəri xidmətə yollanmışdır. Əsgəri xidmət borcunu şərəflə yerinə yetirən Mədəd Çobanov 6 ay sonra təhsilini davam etdirmək üçün Zabitlər məktəbinə göndərilmişdir. O, burada da təhsilini uğurla başa vurmuş, leytenant rütbəsinə layiq görülmüşdür. Hərbi xidmətini ləyaqətlə başa vuraraq, zabit kimi ehtiyata buraxıldıqdan və bir il Bolnisi rayon komsomol komitəsində çalışdıqdan sonra, Mədəd Çobanov irəli vəzifəyə çəkilmiş, Bolnisi rayon partiya komitəsinə təlimatçı təyin olunmuşdur. O, burada əmək fəaliyyətini davam etdirməklə bərabər, həm də Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.
Gənc yaşlarından Azərbaycan dilinə, ədəbiyyatına və mədəniyyətinə olan sonsuz sevgi və məhəbbəti Mədəd müəllimin elmi mövzusunda da öz əksini tapmışdır. Namizədlik dissertasiyası mövzusunun adı - “Bolnisi rayon şivələrinin leksikası” olması bunun bariz nümunəsidir.
Mədəd müəllim yaxşı bilirdi ki, onun yaşadığı, boya-başa çatdığı torpaq müqəddəs Azərbaycanımızın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələrini, Borçalı onomastikasını, Borçalı toponimlərini – yer yurd adlarını, antroponimlərini – şəxs adlarını və s. elmi tədqiqatının daima ana xətti hesab etmişdir.
1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat İnstititinda 36 yaşlı bir gəncin namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi sevindirici hadisə idi. Elə həmin ildən Mədəd Çobanov vaxtilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində əmək fəaliyyətinə başlamış və 1994-cü ilə kimi orada çalışmışdır. Əsl ziyalı və türkçü hörməti qazanan Mədəd müəllim insanların ürəyinə təkcə elmi fəaliyyəti ilə deyil, insani keyfiyyətləri ilə də nüfuz etməyi bacarmışdır. O mehriban, humanist, sadə, təvazökar xasiyyəti ilə hörmət qazanaraq, həmişə hamıya bacardığı qədər yaxşılıq etməyə, kömək göstərməyə çalışmışdır.
Çalışdığı institutda müəllim, dosent kimi fəaliyyət gostərən ziyalımız, pedaqoji fəaliyyəti ilə yanaşı daim elmi fəaliyyətini də davam etdirmiş, 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə etmiş və 1993-cü ildə professor seçilmişdir.
1990-cı illərdə Gürcüstanda mövcud olmuş ictimai-siyasi hadisələrdən, soydaşlarımıza qarşı məlum təqib və təzyiqlərdən sonra, professor Mədəd Çobanov 1994-cü ildə Bakıya köçməyə məcbur olmuş, qalan ömrünü doğma Azərbaycanımızda elmi-pedaqoji fəaliyyəti ilə davam etdirmişdir.
Əvvəlcə Azərbaycan Elitar Universitetində rektor, sonra Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı, daha sonralar isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olmuş, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü - akademiki və Türk Dil Kurumunun üzvü seçilmişdir.
O, həm də Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru, bir çox qəzet və jurnalların redaksiya heyətlərinin, eləcə də, müxtəlif mükafat komissiyalarının rəyasət heyətlərinin üzvü olmuşdur.
Görkəmli ziyalı Mədəd Çobanovun onlarla alim və yüzlərlə müəllimin yetişməsində əməyi danılmazdır. Hətta onlardan bir çoxunun elmi rəhbəri, opponenti, rəyçi və məsləhətçisi də olmuşdur.
Altmışdan çox elmi əsərlərin müəllifi olan Mədəd müəllimin “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”. “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,” Dilçilik məsələləri” və digər əsərlərini misal göstərə bilərik. On beş monoqrafiyanın və səksəndən çox kitabın, dərslik və dərs vəsaitlərinin müəllifi olan Mədəd müəllim Çobanov yorulmadan çalışaraq, gələcək irsimiz üçün bir-birindən dəyərli əsərlərini yadigar qoymuşdur.
Onlarla Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, elmi-praktik seminarlarda və simpoziumlarda maraqlı məruzələrlə çıxış edən Mədəd müəllimin çoxlu sayda məqalələri və kitabları Azərbaycan başda olmaqla Türkiyədə, Rusiyada, Gürcüstanda və eləcə də Orta Asiya ölkələrində çap olunmuş, elmi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Mədəd Çobanovun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə və doğma Darvaz kəndində böyük təntənə ili qeyd olunmuş, onun haqqında filmlər çəkilmiş, verilişlər hazırlanmış və kitablar çap olunmuşdur.
Bir neçə orden, medal və müxtəlif mükafatlara layiq görülmüş görkəmli alim, çox hörmətli professor Mədəd Çobanov Prezident təqaüdünə də layiq görülmüşdür.
Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, əməkdar tibb işçisi Rima xanımla birlikdə özü kimi də beş layiqli övlad – beş ziyalı böyüdüb boya-başa çatdırmışdır. Beşi də ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir.
Mədəd müəllim həm də sevimli baba idi: doqquz nəvəsi və on beş nəticəsi var.
Əsl ziyalı, insani keyfiyyətlərə malik olan görkəmli alim haqqında keçmiş zamanda danışmaq o qədər də asan olmasa da, qeyd etməyə məcburuq ki, eldən və elmdən gedən ziyalımız – El və Elm ağsaqqalı, professor Mədəd Çobanov bundan sonra cismən aramızda olmasa da, mənən həmişə bizimlə olacaq, onun müqəddəs xatirəsi hər zaman əziz tutulacaq.
Əminik ki, əxlaqi və milli dəyərlərə, soyumuza-kökümüzə daima hörmətlə yanaşmış əbədiyaşar alimin – unudulmaz Mədəd müəllimin əbədi uyuduğu “Dədə-Qorqud” qəbristanlığındakı məzarı müqəddəs bir məkana çevriləcək, onun yetişdirdiyi çoxsalı alimlər, müəllimlər, ziyalılar hələ uzun illər onun haqqında xoş sözlər söyləyərək, onu böyük hörmət və sonsuz ehtiramla yad edəcəklər.
Azərbaycanın elm, təhsil, ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yolu, dəstixətti olan görkəmli alim, professor el ağsaqqalı olan Mədəd Namaz oğlu Çobanov dəyərli əsərləri ilə bizlərdən sonra da uzun illər seviləcək və onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
PƏRİXANİM MİKAYILQIZI,
“Şərqin Səsi”, “Elm və Təhsil”
qəzetlərinin baş redaktoru,
Dövlət qulluğunun baş müşaviri,
AJB-nin üzvü, şair, nasir, publisit,
F.b.Köçərlinin tədqiqatçısı,
“Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondunun Fəxri Diplomçusu,
“Abdulla Şaiq”, “Xurşudbanu Natəvan”,
“Xarı Bülbül”, “Zirvə” və bir çox
media mükafatları laureatı

turan.info.az]]>
Müşviq BORÇALI Tue, 20 Jun 2023 21:45:09 +0000
ATA https://turan.info.az/gurcustan/darvaz/6135-ata.html https://turan.info.az/gurcustan/darvaz/6135-ata.html ATA

Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun
əziz xatirəsinə ithaf edirəm

Dünya – Həyatdır.
Həyat – Taleyimizdir.
Ana! – dedik, bizi dünyaya gətirən mələyə!
Ana! – dedik, bir ömür boyunca qida mənbəyimiz olan torpağa.
Ana! – dedik, bizi ibtidai şüur aləmindən işıqlığa çıxarıb ziyalılaşdıran məktəbə.
Ana! – dedik, bizi sinəsi üstə əziz-əziz böyüdüb ərköyün edən Vətənə.
Alim! – dedik, Ustad! – dedik, təfəkkürümüzü, beynimizi, daxili tərbiyəmizi, sadə düşüncələrimizi öz elmi ziyası ilə nurlandıran şəxsiyyətə.
Peyğəmbərimiz də buyurdu ki, cənnət anaların ayağının altındadır. Biz bu fikri qəbul etdik, amma Atamıza cənnətin özü dedik.
Ana - evinin işığıdır, - deyirlər.
O işığı, o evin içinə çəkdirib aktivləşdirən – Atadır.
Ana, evin qızıl dirəyidir, - deyirlər.
O, qızıl dirəkli evin monolit dayağı – Atadır.
Ana, evin yaraşığıdır, - deyirlər.
Bəli, o evin yaraşığını yaraşıqlı edən də Atadır, Ata!
Ana! – sevgisi hər hansı bir məfhumla bölünməyən bir eşqdir.
Ana – müqəddəsdir, Ana əzizdir – desək də, ürəyimizdə Atamızı daha çox sevdik və bunu hamıdan gizli saxladıq.
Anamızı – şirin dilimizlə, köməyimizlə, dəstəyimizlə sevdik.
Atamızı – gözümüzlə, qəlbimizlə, baxışlarımızla, sükutumuzla sevdik.
Çünki Atamız olan yerdə danışmağa utanmışıq, yanlarında böyüklükdən söz açmağa ehtiyat etmişik.
Ana - övladın şən həyatı olsa da, mən Atamı daha çox istəmişəm. Mənə elə gəlir ki, bütün qızların, oğulların əksəriyyəti belədir. Analar bunu bilir, duyur, amma xətrinə dəymir. Övladının Ataya olan övlad məhəbbətini alqışlayır. Ağıllı, xanım-xatun analar, övladlarına Atasını sevdirər. Düşünər ki, biz Anaları Günəş bilsək də, Günəş aydın səhərlərin Günəşidir. Amma Ay... Yerin peyki olan Ay isə qaranlıqların işığı, zülmətlərin nurudur.
Müdrik Analar övladına sevə-sevə aşılayır ki, Ata - ailənin də, övladın da, Ananın da maddi-mənəvi qoruyucusu, Peykidir. Atanızı sevin, sevindirin.
Bu yaxınlarda zəkəsına, ziyasına, təmkininə, elmi biliklərinə, daxili mədəniyyətinə bir çoxlarının həsəd apardığı bir elm xadimi, Azərbaycan alimi, dünya şöhrətli akademik, professor, tanınmış dilçi, türkoloq, ləyaqətli bir insan köçdü dünyadan.
Adını həmişə böyük fəxirlə çəkdiyim alim - Çobanov Mədəd Namaz oğlu! Ağır elli Borçalının dağdan ağır, insan kimi qiymətli, Ata kimi hörmətli, müəllim kimi şərəfli, el-obasının sayılıb-seçilən ağsaqqalı, elm adamlarının saf dostu, tələbələrinin ustadı Mədəd müəllim haqqın dərgahına qovuşdu. Nurlar içində uyusun.
Mədəd müəllim həqiqətən Eloğlu idi.
Elmi bilgiləri ilə canlı universitet idi.
Elinin-obasının foklor nümunəsi idi.
Yüzlərlə elmi məqalələrin, kitabların müəllifi idi, insan var özündən sonrakı əmlakı yalnız öz varisinə qalır.
İnsan var cənnətə evindən gedir, insan da var evindən + elindən + xalqının qəlbindən keçib gedir, Mədəd müəllim kimi.
Alimin yazdığı elmi əsərlər, fəlsəfi düşüncələr gənclərimizə bağışladığı gərəkli mülkdür.
Mədəd müəllimin ləyaqətini qoruyan ailəsi və şərəfli missiyasını davam etdirən Müşfiq kimi oğlu var. Rəbbim ona sağlıqlı, bərəkətli ömür versin.
Valideyn itirən övladlara həmişə belə bir təsəlli vermişəm. Demişəm ki, oğul çiynində, övlad urvatıyla, böyük izdihamla son mənzilə yola salınmağın özü də bir xoşbəxtlikdir.
Mən bilirəm ki, əziz itkisi ağır olur. Ata itirən övladlar azyaşlı olanda bu itkinin acısını, ağırlığını olduğu kimi dərk edə bilmir, bəlkə də...
Mehriban bir səsin həsrətinin...
Doğma isti bir əlin tumarının...
Hansısa bir yaxşı geyim-gecimin...
Gözəl gəzintinin...
vacib maddiyyatın intizarını çəkir, bəlkə də...
Amma övlad böyük, yaşlı olanda Atasının yoxluq acısı daha həcmli, daha ağırlıqlı olur. Çünki övlad böyük mənada dərk edir ki, KİMİ itirib.
Qəlbindəki ən əziz və ən kövrək...
Ən böyük güvəncini...
Ən etibarlı arxa-dayağını...
Başını sinəsinə söykədiyi zaman icazə istəmədi...
Əlini fəxirlə çiyinlərinə toxundurduğu...
Hər halında ərk-naz edə bildiyi...
Onu görəndə ani olaraq körpələşdiyi, gəncləşdiyi bir varlığı...
Evdən çıxanda övlad arxasınca qürurla, böyük sevgi ilə baxan bir insan!
Adına ATA deyirik onun.
A – adlanan Allahımız.
T – taleyimiz.
A – arzumuz.
ATA... ANA yoxluğundan sarsılanlara bəzən belə deyirlər “torpağın üzü soyuqdur, acıları tez unutdurur”. Amma bu belə deyil, dərdi torpaq deyil, insan çəkir. İsti-isti paylaşılan dərdi sonradan bölüşmək olmur. İnsan əzizinin dərdini ürəyinə çəkib özəlləşdirir və tək özünə məxsus edir. Başqaları onun qəlbin dərinliyindəki yanğını görə bilmir deyə, torpağı misal çəkir.
Müşfiq - əziz qardaşım,
Xanım-xatın - Hüsniyyə bacım.
Mədəd müəllimin digər yaxın, əziz, can-ciyərləri...
Rəbbim sizə səbr versin... keçmiş olsun.

BAXMAQ İSTƏMİRƏM ÜZÜNƏ DÜNYA

Bir qibləyə sarı neçə yolun var,
Neçə sifətin var, neçə donun var,
Əvəvl-axır sənin də bir sonun var,
Gəl çox da güvənmə özünə dünya.

Gözəl məkanları bulandırırsan,
Ocaqlar söndürüb könül qırırsan.
Uca başlar əyib boyun burursan,
Keçmək istəmirəm izinə dünya.

Göyərdib çox zaman haqqın sözümü,
Seçib oxşayırsan mindən yüzünü,
Bir dəfəlik çevir bizdən üzünü,
Baxmaq istəmirəm üzünə dünya.

Verdiyin dərdləri çəkməmək üçün,
Səpdiyin qəmlərdən ölməmək üçün,
Yıxdığın evləri görməmək üçün,
Qara eynək keçir gözünə dünya.

Kainat bezikib savaşlarından,
Talelər ağırdır duz daşlarından,
Sən ki, zövq alırsan göz yaşlarından,
Baxmaq istəmirəm üzünə dünya.

Yalandan o qədər and içibsən ki...
Haqqa göz yumubsan... Yan keçibsən ki...
O qədər can yeyib... Qan içibsən ki...
Baxmaq istəmirəm üzünə, dünya.

Ayrılıq cüt oldu, qopdu qiyamət,
Nə insaf varmış səndə, nə kəramət.
Mən Ata itirdim, sənsə əzəmət,
Baxmaq istəmirəm üzünə, dünya.

Azərbaycan xalqına məxsus olan bir xüsusiyyət var ki, adam – qardaşını özündən, qardaşının balasını – qardaşından daha çox istəyir. Odur ki, qısa bir zaman dönəmində Darvaz elinin böyük nəslindən, ziyalı ocağından iki böyük acının, qardaşı pəhləvan, ziyalı, elin ağsaqqalı Yəhya Namaz oğlunun və qardaşı oğlu doktor Səməd Nəbioğlunun vaxtsız vəfatına dözmədi, qubarladı Mədəd müəllim.
Rəbbim hər birinə cənnət bağışlasın Amin.
Sevgül SƏFƏRLİ,
turan.info.az]]>
Müşviq BORÇALI Tue, 20 Jun 2023 19:56:41 +0000
Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.." https://turan.info.az/gurcustan/borchali/6124-sadt-buta-ay-mdd-mllm.html https://turan.info.az/gurcustan/borchali/6124-sadt-buta-ay-mdd-mllm.html Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.." Nyu-York Elmlər Akademiyasının akademiki,
görkəmli dilçi, türkoloq-alim,
filologiya elmləri doktoru,
professor Mədəd Çobanova


Mehralı bəy yurdu, Darvaz elində,
Sən nurdan yarandın, ay Mədəd müəllim!
Uymadın dünyada şöhrətə - şana,
Bir haqqa inandın, ay Mədəd müəllim!

Deyirlər dünyada baş olan başdı,
Hər sözün - söhbətin canlı yaddaşdı.
Qələmin qüdrəti zirvələr aşdı,
Dünyanı dolandın, ay Mədəd müəllim.

Səpdin dən - dən oldu bitirdiklərin,
Alim - aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, ay Mədəd müəllim!

Öyündün, fəxr etdin, müəllim adınnan,
Yandı sevən qəlbin eşqin oduynan,
Yaxşılar heç kəsin çıxmaz yadınnan,
Yaxşılıq qalandı, ay Mədəd müəllim!

Kimin el yanında ucadır başı,
Qocalmaz doxsanı ötsə də yaşı.
Qoy var olsun, oğlun - Müşfiq qardaşı,
Alınmaz qaladı, ay Mədəd müəllim!]]>
Müşviq BORÇALI Mon, 12 Jun 2023 22:28:23 +0000
ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR... https://turan.info.az/edebiyyat/poeziya/6123-ata-gzlrn-yumma-amandr.html https://turan.info.az/edebiyyat/poeziya/6123-ata-gzlrn-yumma-amandr.html ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

Dostum, qardaşım Müşfiq Borçalının dilindən
Elimizin fəxri vətəndaşı olan professor,
Nyu-York Elmlər Akademiyasının akademiki
(kitablarımdan 4-nün ön söz yazarı)
Mədəd Çobanovun dünyasını dəyişməsinə ithaf edirəm.
Allah rəhmət eyləsin. AMİN....

Kainat dəyişib, zülmətə dönür,
Günəşin ziyası, Ay nuru sönür,
Zamanın çarxında ulduz üyünür
Gözümə tor gəlir, yoxsa dumandı?
Ata, gözlərini yumma, amandı.

İnlədən nisgilin dadını vermə,
Övladlara yetim adını vermə,
Qəmə, can yoldaşı qadını vermə.
Ürəyim sızlayan tardı, kamandı,
Ata, gözlərini yumma, amandı.

Qovrulan qəlbimi döndərir saca,
Acizəm, məlhəm də yoxdu əlaca,
Yalvarıb ürəkdən, edirəm rica
Niyə dinməyirsən xeyli zamandı?
Ata, gözlərini yumma, amandı.

Bilirəm, ağrılar incidib üzür,
Mərdliyin, susmağa bəs necə dözür?
Göylər də ah çəkib, qəmli yaş süzür
Təsəlli gətirən yenə gümandı,
Ata, gözlərini yumma, amandı.

Gedişin salmazmı vaxtsız, saça dən?
Necə qıyıb səni verim əlimdən?
Cənnətmi diləyim de: - uca Rəbbdən?
Artıq inam yerim dindi, imandı
Ata, gözlərini yumma, amandı.
Heyhat... Atasızlıq necə yamandı.

MÜBARİZ HÜSEYN]]>
Müşviq BORÇALI Mon, 12 Jun 2023 21:32:28 +0000
MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse) https://turan.info.az/elm/humanitar/6121-mdd-obanov-zyali-tks-esse.html https://turan.info.az/elm/humanitar/6121-mdd-obanov-zyali-tks-esse.html MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

Əbədiyyətə qovuşan hər bir insanın əməlinə görə urvatı və dəyəri olur. Həyatda itirdiyimiz insanlar çoxdur. İtirdiklərimizin hər biri bizim üçün ağır olsa da, ziyalı itkisinə daha çox təəssüflənirik. Ziyalı sağlam cəmiyyətin, bəşəriyyətin parlayan günəşidir. Zərrəçikləri ətrafa nə qədər çox düşürsə, o qədər də sağlam düşüncə sahibləri yetişir, ziyalı ordusuna qatılır və bu ordu öz gücünü məhz, yeni təfəkkürlü savadlı insanların artmasına sərf edir.
Türkoloq alim, filologiya elmləri doktoru, professor kimi iz qoyan Mədəd Çobanovun 3 iyun 2023-cü ildə dunyaya əbədi göz yummasını elmin iri gövdəli ağacının budaqlarından birinin sınması kimi qarşıladım. 86 illik mənalı və maraqlı ziyalı ömrünün arzuları tükənməmişdi, yenə də elmə yeni töhfələr vermək, yaşamaq, yeniliklərə imza atmaq istəyirdi, amma ömür vəfa etmədi...
Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu birirdikdən sonra elmin dərin qatlarındakı sirləri üzə çıxarmaq, tədqiqat aparmaq, elm dəryasında burulğanlara qalib gəlmək istəyi ilə əvvəlcə bu institutda müəllim kimi çalışmağa başlayıb. Əziyyəti hədər getməyib. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1993-cü ildə isə professor seçilib. 1994-cü ildən Bakıda elmi və pedaqoji fəaliyyətini davam etdirən Mədəd Çobanovun səsi müxtəlif ali məktəblərdən, elm ocaqlarından, beynəlxalq qurultaylardan, simpoziumlardan və elmi-praktik seminarlardan gəlib. Yüzlərlə müəllimin, onlarla alimin yetişməsində böyük əməyi olan professor onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçisi olub. Müəllifi olduğu 80-dən çox elmi kitab, 15 monoqrafiya, dərslik və dərs vəsaitləri tanınmış elm adamları tərəfindən yüksək dəyərləndirilib. Elmi məqalələri və kitabları ölkədən kənarda da çap olunub və yayılıb. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Türkiyə Dil Kurumunun üzvü olan Mədəd Çobanovun “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan onomastikası”, “Azərbaycan antroponimiyasının əsasları”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,”Dilçilik məsələləri” və s. özündən sonra qalan zəngin ədəbiyyat xəzinəsidir. Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru olmaqla yanaşı müxtəlif komissiya və redaksiya heyətlərinin üzvü seçilən türkoloq, professorun çəkdiyi əziyyətlər dövlət tərəfindən layiqincə qiymətləndirilib. Əməyinə görə verilən Fəxri fərmanlar, medallar və müxtəlif mükafatlar, layiq görüldüyü Prezident təqaüdü 86 illik dəyərli ömür səhifələrində silinməz iz salıbdır.
Borçalı mahalından olan, elmin zirvəsində günəş tək parlayan professor Mədəd Çobanov Türk Ədəbiyyatında imzasını əbədi möhürləmiş unudulmaz, əbədiyaşar, fenomen şəxsiyyətdir. Qürurverici odur ki, beş övladından üçü alimdir. Davamçıları arasında yeganə oğlu olan filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı da var.
Mədəd Çobanov kimi ziyalının itkisi ağır olsa da onun keçdiyi şərəfli ömür yollarından çoxlarının həyatına çilənən nur onları elmin yüksək zirvəsinə ucaldacaqdır. Zaman keçəcək Mədəd Çobanovun yetirmələri də, özü kimi elm ocağının gur işığında nadir şəxsiyyətlər kimi tanınacaqlar. Humanist, demokratik düşüncənin, yüksək milli və bəşəri dəyərlərin daşıyıcı olan Mədəd Çobanov kimi ziyalının itkisi ağır olsa da, özündən sonra qoyduğu zəngin irs ədəbiyyat xəzinəsinin dəyərli sərvəti kimi qalacaq və onu daim yaşadacaqdır. Bu əvəzsiz sərvətdən faydalanan hər bir kəs Mədəd Çobanovun ruhu qarşısında baş əyəcək və əməyinə təzim edərək ona Allahdan rəhmət diləyəcəklər.
P.S. 2021-ci ildə “Borçalı” nəşriyyatında çapdan çıxan “Qayıt. Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar” adlı romanımın rəyçisi olan professor Mədəd Çobanova Allah rəhmət eləsin! Ruhu şad olsun!
RƏNA TƏBƏSSÜM
AJB-nin üzvü


]]>
Müşviq BORÇALI Mon, 12 Jun 2023 21:18:51 +0000
DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ https://turan.info.az/gurcustan/borchali/6143-dostum-mfq-boraliya-basalii-vz.html https://turan.info.az/gurcustan/borchali/6143-dostum-mfq-boraliya-basalii-vz.html DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

Sosial şəbəkədə Azərbaycan ictimaiyyətinə və elminə ağır it-kinin üz verməsi xəbərini oxudum. Professor Mədəd Çobanov bu gün (03.06.2023) 86 yaşında vəfat etmişdir.
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas, toponomist alim və Borçalı elinin ağsaqqalı idi.
Mədəd Çobanov 1937-ci ildə Borçalı mahalında – Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1960-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan şöbəsini, 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) dissertanturasını bitirib. 1994-cü ilədək Tbilisi Dövlət Pedaqoji İnstitutunda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik (fəlsəfə doktoru), 1992-ci ildə doktorluq (elmlər doktoru) dissertasiyalarını müdafiə edib. 1976-cı ildə dosent, 1992-ci ildə professor elmi adlarını almışdır. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin Baş direktoru vəzifələrində çalışıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində mühazirələr oxuyub.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmlər üzrə Ekspert Şurasının, Azərbaycan Alimlər İttifaqının, "Azərbaycan onomologiyası" Mərkəzinin İdarə Heyətinin və Türkiyə Dil Qurumunun üzvü olmuşdur.
80-ə yaxın kitab, 30-a yaxın tədris proqramlarının, 600-ə yaxın elmi məqalələrin müəllifidir.
Professor Mədəd Çobanovu ilk dəfə qiyabi olaraq 1990-cı illərdə - tələbəlik illərimdə oğlu Müşfiq Borçalı vasitəsilə tanımışam. Həmin vaxt mən ADPU-nun tarix, Müşfiq müəllim isə filologiya fakültəsində oxuyurduq. Müşfiq müəllim həm də universitetimizin "Gənc müəllim" qəzetinin əməkdaşı idi və "Müşfiq Mədədoğlu", "Müşfiq Çobanlı" imzaları ilə tanınırdı.
Sonralar "Kredo" qəzeti vasitəsilə Mədəd müəllimlə şəxsi tanışlığımızın əsası qoyuldu. Belə ki, 2012-ci ildə "Kredo" qəzeti səhifələrində Mədəd Çobanov və Müşfiq Borçalının həmmüəllifliyi ilə "Borçalı toponimləri" başlıqlı silsilə yazılar dərc olunurdu. Yaşadığım bölgənin tədqiqi ilə məşğul olduğumdan və xüsusilə toponimika sahəsinə daha çox maraq göstərdiyimdən müəlliflərlə əlaqə saxlayıb, "Borçalı toponimləri"nin kitab halında çap olunub-olunmamasını, əgər çap olunubsa, həmin kitabdan birinin mənə göndərilməsi fikri beynimdə dolaşırdı. Həmmüəllif Müşdiq Borçalının tələbə yoldaşım Müşfiq Mədədoğlu (Müşfiq Çobanlı) yox, başqası olduğunu düşünürdüm.
"Təhsil Problemləri" qəzetində Müşfiq Borçalının Azərbaycan Texniki Universitetinin Mətbuat Şöbəsinin müdiri olduğunu oxuduqdan sonra Müşfiq Borçalıya məktubla müraciət etdim. İki gündən sonra Müşfiq Borçalı zəng edərək məktubumu aldığını, bir neçə günə kitabın yenidən nəşrə gedəcəyini və ondan bir nüsxəsini böyük məmnuniyyətlə mənə göndərəcəyini bildirdi. Danışıq əsnasında həm də bəlli oldu ki, Müşfiq Borçalı elə Müşfiq Mədədoğlu imiş.
Çox keçməmiş Müşfiq müəllim əlavələr olunmuş və yenidən işlənmiş "Borçalı toponimləri" kitabının IV nəşrini (B., 2012) mənə göndərdi. Müşfiq müəllimə yazdığım məktubun kitaba daxil edilməsi (səh. 326) sevincimə sevinc qatmış oldu.
Məktubum "Borçalı toponimləri"ni "Kredo" qəzetindən oxuyuuq" başlığı altında professor Mədəd Çobanov tərəfindən özünün "Həyatnamə" kitabına (B., 2012, səh. 154) da daxil edilmişdir.
Mədəd Çobanovun 2017-ci il iyulun 12-də Bakıda, Atatürk Mərkəzində keçirilən 80 illik yubileyində də iştirak etmiş, professor "Azərbaycan antroponimiyasının əsasları" (B., 2017) kitabını da mənə hədiyyə etdi. Həmin kitabı oxuyubb, haqqında yazdığım resenziya - "Yubilyardan hədiyyə" sərlövhəsi ilə "Şərqin səsi" qəzetinin 31 iyul 2017-ci il tarixli sayında dərc edilmişdir.



Professor Mədəd Çobanovun "Borçalı toponimləri", "Həyat-namə", "Azərbaycan antroponimiyasının əsasları" kitabları şəxsi kitabxanamın "qızıl fond"una daxildir. Toponimlərlə bağlı nəsə yazarkən ədəbiyyat kimi "Borçalı toponimləri" və "Azərbaycan antroponimiyasının əsasları" kitablarından da istifadə edirəm.
Professor Mədəd Çobanovun vəfatı Azərbaycan elm ictimaiyyəti üçün ağır itkidir. Allah Mədəd müəllimə qəni-qəni rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!
Mədəd müəllimin vəfatı münasibətilə əziz qardaşım, dostum Müşfiq Borçalıya və yaxınlarına dərin hüznlə başsağlığı verir, başınız sağ olsun deyirəm!
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı
turan.info.az]]>
Müşviq BORÇALI Sat, 03 Jun 2023 20:45:09 +0000
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib https://turan.info.az/gurcustan/6112-grkmli-trkoloq-v-tannm-dili-alim-mdd-obanov-vfat-edib.html https://turan.info.az/gurcustan/6112-grkmli-trkoloq-v-tannm-dili-alim-mdd-obanov-vfat-edib.html Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edibALLAH RƏHMƏT ELƏSİN...

Görkəmli türkoloq və tanınmış dilçi-alim Mədəd Çobanov vəfat edib

Azərbaycan elminə, təhsilinə və ictimaiyyətinə ağır itgi üz vermişdir.

Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 2023-cü il iyun 3-də 86 yaşında dünyasını dəyişmişdir.

1937-ci ildə qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.

Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin dillər kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.

Onlarla alimin yetişməsində böyük əməyi olub.
Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçiləri olub.

60-dan çox elmi kitabın müəllifidir.

Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.

Türkiyə Dil Kurumunun üzvü seçilib.

Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin
Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.

1997-ci, 2007-ci və 2017-ci illərdə alimin 60, 70 və 80 illik yubileyləri təntənəli surətdə qeyd olunub. Haqqında kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.

Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub.

Mədəd Çobanov həm də gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdüb-boya başa çatdırıb. Hamısı da ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir. 9 nəvəsi, 15 nəticəsi var.

Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
[30.05 02:30] MÜŞFİQ BORÇALI: "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.]]>
Müşviq BORÇALI Fri, 02 Jun 2023 22:12:30 +0000
Elmira MAHALQILZI: "BİL Kİ, SƏNİ SEVƏNLƏR, SƏNİNLƏ BAŞ-BAŞADIR…" https://turan.info.az/media/sazli-sozlu-borcali/4976-elmira-mahalqilzi-bl-k-sn-sevnlr-snnl-ba-baadir.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4976-elmira-mahalqilzi-bl-k-sn-sevnlr-snnl-ba-baadir.html Elmira MAHALQILZI: "BİL Kİ, SƏNİ SEVƏNLƏR, SƏNİNLƏ BAŞ-BAŞADIR…"Sən ey Odlar Yurdunun böyük fəxri, vüqarı,
Uzanır zirvələrə yeni həyat yolları,
Borçalıtək elin var yaşadır arzuları,
Ölməz xalqın istəyi, istəyinlə qoşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadır!

Sönməz Ay işığı var, ümmanlı baxışında,
Min bir məna yaşayır, baharında qışında,
Yeni həyat eşqi var, elmi axtarışında,
Qəlbi ziyalıları tarix özü yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadır!

Yetişdirdin həyata neçə ziyalı nəsli,
Neçə sənət ünvanlı yaradıcı həvəsli,
Ölməz kitablarının varağı vətən səsli,
Minlərcə oxucunun ürəyini oxşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Təbin bulaq kimidir, çağlayır ürək sözün,
Alim, dilçi, filoloq-neçə oğlun, qızın,
Borçalı ocağının odu, alovu, közü,
Saf niyyətlə çırpınan, arzuları yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Xalqa xidmət göstərib, xidmətləri yaşatdın,
Kamil insanlığınla hikmətləri yaşatdın,
Xalqın üçün dəyərli zinətləri yaşatdın,
Ey alimlər alimi, ey ustadlar ustadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Bu hünər insanlığa, ruha qol-qanad verir,
Bu coşqunluq həyata yeni bir sovqat verir,
Bu yüksəliş xalqıma nə gözəl ovqat verir.
Yenilməz ümidlərin qanadları qoşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Yığılıb işığına elin pir oğulları,
Dağtək uca vüqarlı, coşqun Kür oğulları,
Doğulacaq, artacaq, hələ, var oğulları…
Bu görüş bir könülü, min könüldə yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Borçalı elimizin alimləri var olsun,
Yetmiş beş yaş qədəmi, yenə ixtiyar olsun,
Ömrün ahıl çağında Tanrı səni qorusun,
Vətən eşqi qəlbində varlığın tək ucadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!]]>
Müşviq BORÇALI Fri, 24 Jul 2020 23:04:30 +0000
Bundan gözəl nə var, Mədəd müəllim!.. https://turan.info.az/edebiyyat/poeziya/33-bundan-gzl-n-var-mdd-mllim.html https://turan.info.az/edebiyyat/poeziya/33-bundan-gzl-n-var-mdd-mllim.html Bundan gözəl nə var, Mədəd müəllim!..

Ramiz Abdullayev

Bundan gözəl nə var,
Mədəd müəllim!


Professor Mədəd Çobanovun
70 illik yubleyi münasibətilə


Dünya tərəfindən tanınan alim,
Vətənin adını yüksəltdin daim,
Fədakar zəhmətə,qovuşub əlim,
Bundan gözəl nə var Mədəd müəllim.

Dayaqsan gənclərə,örnəksən bizə,
Həqiqəti amalın,məsləkdir düzə,
Bilirik məqsədim çatmaqdır yüzə,
Bundan gözəl nə var, Mədəd müəllim.

Şeirimə,sözümə verib qiyməti,
Söylədin yaz,yarat,dayanma qəti,
Tanrı bəxş eylərkən,halal neməti,
Bundan gözəl nə var, Mədəd müəllim.

Azərbaycan adlı gözəl ölkədə,
Sevilə-sevilə çatdın hörmətə,
Yetərkən bu yolda şana şöhrətə,
Bundan gözəl nə var, Mədəd müəllim!

Yetmiş bir bəhanə,ömür yolunda,
Yüz qolların açıb,görür yolun da,
Dostlar ürəyi tən,bölür yolunda,
Bundan gözəl nə var,Mədəd müəllim!]]>
Müşviq BORÇALI Wed, 10 Jun 2020 14:07:53 +0000
Nizami Saraclı: "YA MƏDƏD HAQDAN, DEDİK..." https://turan.info.az/media/sazli-sozlu-borcali/4916-nizami-saracl-ya-mdd-haqdan-dedk.html https://turan.info.az/media/sazli-sozlu-borcali/4916-nizami-saracl-ya-mdd-haqdan-dedk.html Nizami Saraclı: "YA MƏDƏD HAQDAN, DEDİK..."
Professor Mədəd Çobanlıya

Yenə könül sazını köklədik, “Ruhani”yə,
Qanadlandı duyğular, -ya Mədəd Haqdan,-dedik.
Heç bilmədik, keçməmiş biz ikinci havaya,
Dost yaşı yetmiş olar, -ya Mədəd Haqdan,-dedik.

Bu yol uzun bir yoldu: ayrılığı, buluşu...
Daim ürək parçalar tənha durna duruşu...
Olmasaydı sonunda dərddən can qurtuluşu,
Bitməzdi bu qayğılar,-ya Mədəd Haqdan,-dedik.

Dönüb baxdıq arxaya:eniş-yoxuş;dərə-dik...
Yollar uzanıb gedər, bir yandan da qəriblik...
Düşünəndə, axı, biz qərib düşən deyildik,
-Gözə durdu “qurğu”lar, ya Mədəd Haqdan,-dedik.

Seyrəldi şənliyimiz o kənd ortalığında?
Gözlərinə çöp düşdü çeşmənin-bulağın da...
Alışdı nənələrin ağısı dodağında?
Neyə döndü qarğılar,-ya Mədəd Haqdan,-dedik.

Ev var açmır qapısın, hətta, ağ yel, qara yel,
Çəpər var torpağına sancılı qalıbdı bel...
Acı qanqal bitirir qapı-baca, çəmən-çöl...
Baxsan, ürək burxular,-ya Mədəd Haqdan,-dedik.

Deyimmi yurdumuzu biz niyə tərk eylədik?
-Geydik əsgər paltarı qeyrəti görk eylədik...
Anamız Borçalıya oğul tək ərk eylədik,
Unuduldu qorxular...-ya Mədəd Haqdan,-dedik.

Çox qeyrətli oğullar kənar qaldı diqqətdən,
Yaltaq, yağı malıtək payın aldı Dövlətdən...
Bu namərdlər, sözü də axır saldı qiymətdən,
İşə keçmir vurğular,-ya Mədəd Haqdan,-dedik.

Bizim Allahdan olub yalnız umacağımız,
Yalvarmışıq sönməsin arxada ocağımız.
İstiqlala həsr oldu cansulu çağımız,
İrəldə son savaş var,-ya Mədəd Haqdan,- dedik.

Millət bir aylıq yolu indi keçir bir günə,
Bəs, sınırı neyləyək, şükür Haqqın hökmünə!
Bax, bu birə salıbdı biz qocalar kürkünə,
İmkan et olmayaq xar,-ya Mədəd Haqdan,-dedik.

Türkün bəxti atıtək yüyrək olub həmişə,
Ram olmayıb dövrana, baş əyməyib gərdişə.
Bu bəyaz saç-saqqala, bəs, bu tökülən dişə
Oxunmazmı ağılar,-ya Mədəd Haqdan, dedik.

Qadağalar qoyulur birucdan get-gəlişə,
Adam var ki, illərdi həsrət qalıb görüşə,
Bu yollarda dönərkən, biz dəli bir dərvişə?
Dildə Yahu! Yahular!.. Ya Mədəd Haqdan,-dedik.

Sən ey Mədəd Çobanlı, bu nə düyün qaşında,
Xocam, cavan oğlansan sən ki, yetmiş yaşında!?
İnşallah, cavablanar bir bulağın başında
Bu cavabsız sorğular...Ya Mədəd Haqdan, - dedik.

“Press-Media” qəzeti, N: 07 (107), 14 aprel, 2007;
“Şəрqin səsi”, N: 04 (199), mart, 2007.]]>
Müşviq BORÇALI Wed, 27 May 2020 00:05:31 +0000
Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti" https://turan.info.az/elm/elmi-meqaleler/4312-professor-mdd-obanov-dahi-airin-bdii-portireti.html https://turan.info.az/elm/elmi-meqaleler/4312-professor-mdd-obanov-dahi-airin-bdii-portireti.html Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti" NƏSİMİNİN ANADAN OLMASININ 650 İLLİYİ QARŞISINDA

«NƏSİMİ»

Özünəməxsus səsi və nəfəsi olan gənc şair Qabilin (Qa­bil Allahverdi oğlu İmamverdiyev) bu yaxınlarda çapdan çıx­mış poeması belə adlanır. «Nəsimi» poeması dahi şairin bə­dii por­­­­­­­­­tiretini yaratmaq baxımından təqdirəlayiqdir. Müəl­lif bu poemanın birinci hissəsini 1964-1967-ci illərdə yaz­mış­dır. Klassik irsimizin mütərəqqi ənənə­lə­rindən səmərəli su­rət­də qidalanan şair dahi söz sənətkarı Nəsiminin bədii obra­zını ya­ratmaq üçün, şübhəsiz ki, uzun müddət axtarışlar apar­mış, müəyyən çətinliklərlə qarşılaş­mışdır. Dahi sənətkar haqqında söz demək, onun bədii ob-razını poetik bir dillə təs­vir etmək çox çətin olduğu qədər də şərəflidir. Belə bir şərəfli işi üzə­rinə götürən şair yer­lərinə, vəziyyətlərinə, ha­disələrin cərə­ya­­nına görə heca və əruz vəzninin zəngin im­kanlarından bacarıqla istifadə et­miş və «Nəsimi» poe­masında öz məq­sədinə nail olmuşdur.
Müəllif poemada Nəsiminin yaşadığı mühiti, keçirdiyi rü­hi iztirabları, onun daxili aləmindəki ziddiyyətləri, əzab­ları, di­nin mütərəqqi fikirli adamlara qarşı apardığı müba­rizəni, ictimai haqsızlığı və bərabərsizliyi, xəyanət və riya­kar­lığı inan­dırıcı bədii boyalarla vermişdir. O, müdrik şair-alim, mərd və mübariz, öz əqidəsi uğrunda ölümə getməyə hazır olan Nəsimi obrazını yaratmışdır.

Belə deyirlər ki, qohumluq itər
Nəsimi yeddi arxa dönərsə əgər.

-beyti ilə başlanan bu poemanın «heyrət» hissəsində qo­hum­luq münasibətləri get-gedə unudulsa da,

«yazdım yana-yana ana dilimdə,
üz tutdum cahana ana dilimdə»,

- deyən Nə­siminin böyüklüyünü, zülmətə, cəhalətə, dini təriqətlərə qarşı mübarizə aparmasını və əsrlər keçsə də onun tarixlə bərabər yaşamasını, hamıya doğma və yaxın olmasını bədii bir dillə təsvir edərək şair yazır:

İşıqla zülmətin yarıb səddini,
Tapdım tarix yaşlı İmadəddini.

Nəsimi Azərbaycan şer dilinin ilk görkəmli ustadıdır. O, Azər­baycan klassik şerinin zəngin bədii ifadə xəzinə­sin­dən öy­­rənməklə bərabər, şifahi xalq ədəbiyyyatımızdan da mə­ha­rətlə istifadə etmiş və dövrünün ən məşhur sənətkarı ol­muş­dur. Bu fikir əsərin maraqla oxunan «Qiymət» epizo­dun­da öz bədii əksini tapmışdır.
Poemanın maraqlı sahələrindən biri də öz vətənpərvərliyi və qəhrəmanlığı ilə şöhrət tapan sərkərdələr sərkərdəsi İsla­məddin, Azərbaycan pəhləvanı İkraməddin və poeziyamızın nadir ustadı Nəsimi arasındakı dostluğun tərənnümüdür:

İslaməddin, İkraməddin, İmadəddin,
Qonşuluğun, yoldaşlığın aşıb səddin...
Bu birliyin qabağında dağ dayanmaz,
Sıx budaqlar hər küləkdən yırğalanmaz.

«Məndə sığar iki cahan, mən bu cahana sığmazam», -deyən Nəsimi İslaməddin və İkraməddinlə birlikdə mədrə­sə­ni bitirir, artıq onlar özlərini asudə sayırlar. Lakin ya­şadıqları mühitdə azadlıq və bərabərlik görmür, bundan daha da peş­man olur, qüssələnir, dərdləri artır və bir cahana sığ­maz olur, çünki onun əqidə və ideyasına əhə­miyyət verilmir. Bütün bun­lar poemada ən incə bədii ifadələrlə öz əksini tapmışdır:

İnsan camaliylə müzəyyən cahan,
İnsan kəmaliylə müəyyən cahan-
Lap mənim qəlbimə sığır, işə bax,
Özüm bu cahana sığmıram ancaq.

Məlumdur ki, XIV-XV əsrlərdə tərəqqipərvər şairlər şid­dətli surətdə təqib olunurdu. Nəsimi də bu təqib və edam­lar­dan özünü qorumaq üçün vətəni Şamaxıdan çox-çox uzaq­larda yaşamalı olur. Vətənpərvər şair Şamaxıdan köçər­kən doğma vətəninin təbiətinə, el-obasına, şır-şır bulaqlarına, üzüm­lü və meyvəli bağlarına həsrətlə baxır və dərin bir hicranla ayrılır:

Dolanıram pəhrizlərin başına ki,
Əyilirəm bulaqların daşına ki,
Şirinliyi ürəyimə dolsun mənim,
Sərinliyi yadigarım olsun mənim...
Ağuşundan ayrılıram ana Şirvanın,
Bəlkə bir də qayıtmadım doğma torpağa.

Poemanı oxuduqca Nəsiminin sənətkarlığı və böyük­lüyü, ana dilimizdə klassik poeziya nümunələri yaratması göz önün­də daha da canlanır. Bu əsər Qabilin ustad şair Nəsimi poeziyasına məhəbbətinin gözəl ifadə­sidir. Oxu­cularımızın şəx­si kitabxanasını bəzəyəcək bu poemanın ikinci hissəsini də səbirsizliklə gözləyir və müəllifə uğurlu yollar arzu­la­yırıq.

M.ÇOBANOV,
Azərbaycan SSR EA Dilçilik
İnstitutunun dissertantı.

(«Qələbə bayrağı» qəzeti,
№78 (3456), 27.XI.1972).]]>
Müşviq BORÇALI Mon, 18 Mar 2019 17:38:08 +0000
Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR" https://turan.info.az/elm/elmi-meqaleler/4311-professor-mdd-obanov-nsm-v-folklor.html https://turan.info.az/elm/elmi-meqaleler/4311-professor-mdd-obanov-nsm-v-folklor.html Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"NƏSİMİNİN ANADAN OLMASININ
650 İLLİYİ QARŞISINDA

Dünyanın bütün sənətkarları kimi, klassik Аzərbaycan ya­zıçıları da tarixən folklorla üzvi surətdə bağlı olmuşlar. On­­lar öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatından geniş isti­fadə edərək həmin əsərlərin oxunaqlı olmasına çalış­mışlar. Нə­simi də şifahi xalq ədəbiyyatından geniş istifadə etmişdir. Onun yaradıcılığında şifahi xalq ədəbiyyatı - atalar sözləri özü­­nü parlaq şəkildə göstərir. Bunun başlıca səbəbi, şüb­hə­siz, birinci ata­lar sözünün çox yığcam, dərin mənalı və hamı tərəfindən an­laşıqlı; digər tərəfdən isə onun sənətkar üçün mi­silsiz təsvir və ifadə vasitələri olmasıdır. Нəsimi əksər hal­­­­larda atalar sözünü şüurlu surətdə dəyişdirir, ixtisar et­mək­lə bəra­bər ona müəyyən əlavələr də edirdi. Beləliklə, onun əsərlərində atalar sözü yeni məna, məzmun və ma­hiy­yət daşıyırdı. Нəsi­mi bunlardan öz yerində və məharətlə is­tifadə etməyi bacarırdı.
Няsimi mahir söz ustadı idi. O, ölməz sənəti ilə oxu­cu­la­rının qəlbində əbədi heykəl ucaltmışdır. Нəsiminin lirik əsərləri, azəri di­lində yaratmış olduğu divanı milli ədəbi dili­mi­zin, şer dilimizin in­kişafında bütöv bir mərhələ təşkil edir. O, əsərlərinin dilinə diqqət yetirmiş, canlı xalq dilinin tü­kənməz xəzinəsindən bacarıqla istifadə etmişdir. Нəsimi dili­nin zənginliyi, axıcılığı, sadəliyi və səlisliyi onun klassik ədə­bi irsin və şifahi xalq ədəbiyyatının qiymətli cəhətlərini ya­­radıcı formada mənimsəyə bilməsindədir. Bu da Нəsimi şe­rində, hər şeydən əvvəl, fikrin təsir qüvvəsinin və emо­sional­lığının artmasına yardım göstərmişdir.
Нəsimi insanın bir-birinə hörмət etməsini, gözəllik və ka­malını, əxlaq vəə tərbiyəsini, cəmiyyətdə davranışını canlı şəkildə göstərmək üçün "Mərifət insanın bəzəyidir" atalar sö­zündən yaradıcılıqla isti­fadə edərək deyirdi:

İnsan üçün mərifətdən özgə yoxdur bil bəzək,
Gör sədəf çılpaqdır, ancaq qəlbi zəngin inci tək.

Xəsislər, pul hərisləri və öz ailəsiniн ehtiyac içərisində saxlayanları tənqid edən şair "Ağıllı can saxlar, xəsis pul" atalar sözündən öz məqsədinə uyğun şəkildə istifadə edərək yazır:

Aqil insan zər üçün öz ömrünü vermə hədər,
Yaxşı bil məşhər çölündə tək siçanlar zər gəzər.

Özgənin bədbəxtliyinə və fəlakətinə, qəm və qüssəsinə, dərd və kədərinə, ağır həyat şəraitinə sevinənləri ifşa edən şair "Sınığa gülməzlər və ya sınığa sevinməzlər" atalar sö­zündən mənalı bir şəkildə istifadə etmişdir.

Yanıram eşqindən, axır gözlərimdən yaşlar,
Firqətin dərdi çıxardı ürəyimdə başlar.
Müdam gər tən edib, başıma çaxar eşqini,
Sınыğa vacib deyildir munca atmaq daşlar.

Şerin bütün məna və mündərəcəsi göz qabağındadır. Нə­simi bu bənddə bir neçə ideomatik ifadə və atalar sözün­dən istifadə etmişdir.
Нəsimi əsərlərində bədii üslub və priyomlardan elə mə­ha­rətlə is­tifadə edir ki, onun hər misrasında, hər beytində və hər bir kiçk həcmli lirik əsərində bir və ya bir neçə atalar sözünə təsadüf etmək olar. Bəzən atalar sözü şairin əsərlə­rində bir silsilə təşkil edir. Bu silsilə onun əsərlərini yüksək zirvələrə qaldırır. Xalqına və onun şi­fahi yaradı­cılı­ğına ya­xından bələd olan şair 46 bənddən ibarət olan "Sirr­lər üm­ma­nı" əsərində atalar sözündən geniş istifadə etmişdir. Bu da əsərin bədii məziyyətiniн qat-qat artmasına, onun oxu­­naqlı olmasına təsir göstərmişdir.
Xalqla yaxın olan və xalq üçün yaradan klassik şair Нə­simi öz ədəbi-bədii yaradıcılığında həmişə xalq yaradıcı­lığından, xalqın təfəkkür tərzindən yaradıcı şəkildə istifadə etmişdir.
Dərin təsir qüvvəsinə malik olan Нəsimi poeziyası Yaxın Şərq ölkələrində geniş yayılmışdır. Нəsimi xalq arasında alovlu və mübariz şair, vəfalı və sədaqətli bir şəxs kimi ta­nınmışdır. Buna görə də, xalq onun haqqında bir sıra sənət nümunələri yaratmışdır.

Gün xoş keçsə dərd ölər,
Qüssə gedər, dərd ölər.
Нəsimi tək haqq yolunda,
Can qoyanlar mərd ölər.

Xaiн molla, söy molla,
Səнdə yoxdur höy molla.
Нəsimi soyulubdur,
Ona yoxdur tаy molla.

"...O öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, Azərbaycan şer mədəniyyətinin inki­şafında mühüm rol oynamışdır. O, Azərbaycan ədəbiyyatı ta­rixinə alovlu insanpərvər, döyüşkən bir şair kimi daxil ol­muş, şeri mövzu, fikir, şəkil cəhətdən zənginləşdirmişdir".

M.ÇOBAНOV,
Azərbaycan SSR EA
Dilçilik İnstitutunun dissertantı.

(«Sovet Gürcüstanı»,
№73(5253), 16.VI.1970).

«NƏSİMİ»

Özünəməxsus səsi və nəfəsi olan gənc şair Qabilin (Qa­bil Allahverdi oğlu İmamverdiyev) bu yaxınlarda çapdan çıx­mış poeması belə adlanır. «Nəsimi» poeması dahi şairin bə­dii por­­­­­­­­­tiretini yaratmaq baxımından təqdirəlayiqdir. Müəl­lif bu poemanın birinci hissəsini 1964-1967-ci illərdə yaz­mış­dır. Klassik irsimizin mütərəqqi ənənə­lə­rindən səmərəli su­rət­də qidalanan şair dahi söz sənətkarı Nəsiminin bədii obra­zını ya­ratmaq üçün, şübhəsiz ki, uzun müddət axtarışlar apar­mış, müəyyən çətinliklərlə qarşılaş­mışdır. Dahi sənətkar haqqında söz demək, onun bədii ob-razını poetik bir dillə təs­vir etmək çox çətin olduğu qədər də şərəflidir. Belə bir şərəfli işi üzə­rinə götürən şair yer­lərinə, vəziyyətlərinə, ha­disələrin cərə­ya­­nına görə heca və əruz vəzninin zəngin im­kanlarından bacarıqla istifadə et­miş və «Nəsimi» poe­masında öz məq­sədinə nail olmuşdur.
Müəllif poemada Nəsiminin yaşadığı mühiti, keçirdiyi rü­hi iztirabları, onun daxili aləmindəki ziddiyyətləri, əzab­ları, di­nin mütərəqqi fikirli adamlara qarşı apardığı müba­rizəni, ictimai haqsızlığı və bərabərsizliyi, xəyanət və riya­kar­lığı inan­dırıcı bədii boyalarla vermişdir. O, müdrik şair-alim, mərd və mübariz, öz əqidəsi uğrunda ölümə getməyə hazır olan Nəsimi obrazını yaratmışdır.

Belə deyirlər ki, qohumluq itər
Nəsimi yeddi arxa dönərsə əgər.

-beyti ilə başlanan bu poemanın «heyrət» hissəsində qo­hum­luq münasibətləri get-gedə unudulsa da,

«yazdım yana-yana ana dilimdə,
üz tutdum cahana ana dilimdə»,

- deyən Nə­siminin böyüklüyünü, zülmətə, cəhalətə, dini təriqətlərə qarşı mübarizə aparmasını və əsrlər keçsə də onun tarixlə bərabər yaşamasını, hamıya doğma və yaxın olmasını bədii bir dillə təsvir edərək şair yazır:

İşıqla zülmətin yarıb səddini,
Tapdım tarix yaşlı İmadəddini.

Nəsimi Azərbaycan şer dilinin ilk görkəmli ustadıdır. O, Azər­baycan klassik şerinin zəngin bədii ifadə xəzinə­sin­dən öy­­rənməklə bərabər, şifahi xalq ədəbiyyyatımızdan da mə­ha­rətlə istifadə etmiş və dövrünün ən məşhur sənətkarı ol­muş­dur. Bu fikir əsərin maraqla oxunan «Qiymət» epizo­dun­da öz bədii əksini tapmışdır.
Poemanın maraqlı sahələrindən biri də öz vətənpərvərliyi və qəhrəmanlığı ilə şöhrət tapan sərkərdələr sərkərdəsi İsla­məddin, Azərbaycan pəhləvanı İkraməddin və poeziyamızın nadir ustadı Nəsimi arasındakı dostluğun tərənnümüdür:

İslaməddin, İkraməddin, İmadəddin,
Qonşuluğun, yoldaşlığın aşıb səddin...
Bu birliyin qabağında dağ dayanmaz,
Sıx budaqlar hər küləkdən yırğalanmaz.

«Məndə sığar iki cahan, mən bu cahana sığmazam», -deyən Nəsimi İslaməddin və İkraməddinlə birlikdə mədrə­sə­ni bitirir, artıq onlar özlərini asudə sayırlar. Lakin ya­şadıqları mühitdə azadlıq və bərabərlik görmür, bundan daha da peş­man olur, qüssələnir, dərdləri artır və bir cahana sığ­maz olur, çünki onun əqidə və ideyasına əhə­miyyət verilmir. Bütün bun­lar poemada ən incə bədii ifadələrlə öz əksini tapmışdır:

İnsan camaliylə müzəyyən cahan,
İnsan kəmaliylə müəyyən cahan-
Lap mənim qəlbimə sığır, işə bax,
Özüm bu cahana sığmıram ancaq.

Məlumdur ki, XIV-XV əsrlərdə tərəqqipərvər şairlər şid­dətli surətdə təqib olunurdu. Nəsimi də bu təqib və edam­lar­dan özünü qorumaq üçün vətəni Şamaxıdan çox-çox uzaq­larda yaşamalı olur. Vətənpərvər şair Şamaxıdan köçər­kən doğma vətəninin təbiətinə, el-obasına, şır-şır bulaqlarına, üzüm­lü və meyvəli bağlarına həsrətlə baxır və dərin bir hicranla ayrılır:

Dolanıram pəhrizlərin başına ki,
Əyilirəm bulaqların daşına ki,
Şirinliyi ürəyimə dolsun mənim,
Sərinliyi yadigarım olsun mənim...
Ağuşundan ayrılıram ana Şirvanın,
Bəlkə bir də qayıtmadım doğma torpağa.

Poemanı oxuduqca Nəsiminin sənətkarlığı və böyük­lüyü, ana dilimizdə klassik poeziya nümunələri yaratması göz önün­də daha da canlanır. Bu əsər Qabilin ustad şair Nəsimi poeziyasına məhəbbətinin gözəl ifadə­sidir. Oxu­cularımızın şəx­si kitabxanasını bəzəyəcək bu poemanın ikinci hissəsini də səbirsizliklə gözləyir və müəllifə uğurlu yollar arzu­la­yırıq.

M.ÇOBANOV,
Azərbaycan SSR EA Dilçilik
İnstitutunun dissertantı.

(«Qələbə bayrağı» qəzeti,
№78 (3456), 27.XI.1972).]]>
Müşviq BORÇALI Mon, 18 Mar 2019 17:22:46 +0000
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB https://turan.info.az/fond/3982-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html https://turan.info.az/fond/3982-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB ŞAGİRDLƏRƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Bu günlərdə havanın soyuq və yağmurlu olmasına baxmayaraq, Gürcüstanın soydaşlarımız yaşayan Bolnisi rayonunundakı Darvaz kənd ictimai məktəbində əsl bayram əhval ruhiyyəsi var idi. Vaxtilə bu qədim məktəbdə orta təhsil alan, sonralar burada ilk pedaqoji əmək fəaliyyətinə başlayan, daha sonralar isə Tiflis və Bakı şəhərinin ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirən, görkəmli dilçi və türkoloq alim, müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov məktəbin müəllim və şagird kollektivi ilə görüşə gəlmişdir.

Tədbiri giriş sözü ilə yerli hakimiyyətin nümayəndəsi, bələdiyyə üzvü Şirəddin Aslanov açdı. O, qonağı - professor Mədəd Çobanovu səmimi salamladı, onu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, yubilyarın şərəfli ömür yolu haqqında məlumat verdi, ona uzun ömür, möhkəm cansağlığı, həyatda və elmi yaradıcılığında yeni-yeni uğurlar arzuladı.

Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, "Ümid" qəzetinin Baş redaktoru Əlixan Yəhyaoğlu çıxış etdi. O da görkəmli alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, onun keçdiyi mənalı həyat yolundan, elmi və pedaqoji fəaliyyətindən, elm və həyatda qazandığı uğur və nailiyyətlərdən danışdı, qeyd
etdi ki, görkəmli alimin yubileyi Bakıda, Tiflisdə, eləcə də Rustavi və Marneuli şəhərlərində yüksək səviyyədə qeyd olunub. Əlixan Yəhyaoğlu həmçinin onu da vurğuladı ki, ötən tədris ilində Darvaz kənd ictimai məktəbində professorun yubileyi şərəfinə keçirilən görüş də xüsusi təntənə ilə yaddaşlara yazılmışdır. Həmin görüşü yüksək səviyyədə təşkil etdikləri üçün "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Mükafat Komitəsinin qərarı ilə məktəbin direktoru Müseyib Qənbərov və
direktor müavini Raqif Əhmədov Fəxri Fərmanla təltif olunublar.




"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Mükafat Komitəsinin qərarı ilə məktəbin I-III sinif şagirdlərinə 35 ədəd məktəbli çantası və məktəb ləvazimatları paylandı. Məktəbin ictimai və daxili işlərində fəal iştirakına, tədris sahəsinə düzgün nəzarət etdiyinə görə direktor müavini Raqif Əhmədov və təlim-tərbiyə prosesində fərqlənən, yaxşı oxuyan 10 nəfər şagird Fondun Mükafat Komitəsinin qərarı ilə FƏXRİ DİPLOMLA və hər birinə 30 manat (AZN) təqaüd verildi.
Hədiyyə və Fəxri Diplomları professor Mədəd Çobanov və Müşfiq Borçalı (Çobanov) təqdim etdilər. Görüşdə kəndin fəalları, rayon ictimaiyyət nümayəndələri iştirak etdilər.]]>
Müşviq BORÇALI Tue, 13 Nov 2018 12:05:25 +0000
Professor Mədəd ÇOBANOV - 60 https://turan.info.az/gurcustan/pushkinciler/377-professor-mdd-obanov-60.html https://turan.info.az/gurcustan/pushkinciler/377-professor-mdd-obanov-60.html Professor Mədəd ÇOBANOV - 60]]> Müşviq BORÇALI Sun, 07 Oct 2018 17:02:41 +0000 SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİ https://turan.info.az/gurcustan/qabal/2720-srdar-qaballinn-yen-erlr.html https://turan.info.az/gurcustan/qabal/2720-srdar-qaballinn-yen-erlr.html SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİTÜRKOLOQ-ALİM, Elmlәr Doktoru, Professor MӘDӘD ÇOBANOVUN 80 illiyinә TӘBRİK mәktubu

==Sәnin duyduğunu, naşı duymadı!
Sәnin uyduğuna, naşı uymadı!
-Mayası rüşvәtin, başı duymadı!
-Türkün, TÜRK dilindә gül açır Vәtәn!
-Türkün öz elinә saһib çıxdın Sәn!

-Kim farsı, әrәbi, rus,..., ingilisi,
-Yad sözü, doğmatәk "öpür" kimisi.
-Өzүmүzdәn ҝeri çәkәnlәr bizi
-Duјmaq istәmәdi-bәs nәdir Vәtәn!
Tүrkүn SӨZ dilinә saһib çıxdın Sәn!

Sәrraftәk DİLİMİN inҹilәrindәn,
-Zәrҝәrtәk јaqutu, qızılı seçdin.
-Tүrkүn ulduz saјlı lәһҹәlәrindәn,
-Tүrkүn Varlıғını-Dilini biçdin.
-Dilsiz, nә millәt var, nәdә ki, Vәtәn!
Tүrkүn SӨZ DİLİNӘ saһib çıxdın Sәn!

..... Өmүr zәһmәtini-mәһarәtini,
Eşqini-Vәtәnә mәһәbbәtini!
-Xalqına bәxş etdin-sәadәtini!
MӘDӘT mүәllimlәrlә vәtәndir-VӘTӘN!
-Tүrkүn ӨZ DİLİNӘ saһib çıxdın SӘN! ==

Professor Mәdәt Çobanov ömrünü, zәһmәtini millәtinә һәsr edir. Onun Ana dilimizi tәnzimlәyәn-inkişaf etdirәn bir neçә әsәrini oxumaq mәnim qismәtim olub.
Bir daһa ONA can sağlığı, şәxsi һәyatında, elmi yaradıcılığında UĞURLAR dilәyirik..]]>
Müşviq BORÇALI Sat, 22 Sep 2018 15:51:56 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17 https://turan.info.az/yeni-neshrler/3722-azrbaycan-antroponmyasinin-saslari-17.html https://turan.info.az/yeni-neshrler/3722-azrbaycan-antroponmyasinin-saslari-17.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17 MƏDƏD ÇOBANOV = AZƏRBAYCAN TƏXƏLLÜS LÜĞƏTİ =



LÜĞƏTİN QURULUŞU HAQQINDA =

1.Baş sözlər - təxəllüslər əlifba sırası ilə düzülmüşdür.
2.Baş sözdən - təxəllüsdən sonra mötərizə arasında tə­xəllüsün hansı dilə mənsub olması (ə - ərəb, f - fars, ə-f - ərəbcə - farsca) və ifadə etdiyi məna göstərilir.
Sonra təxəllüsü daşıyan müəllifin sənəti (yazıçı, şair, alim, memar, xəttat və s.) adı, atasının adı və təxəllüsü, mötərizə arasında isə yaşadığı dövr qeyd olunur. Məsələn,
Vaqif (ə. bilici, məlumatlı, xəbərdar) - şair və dövlət xa­dimi, Molla Pənah Vaqif (XVIII əsr).
3. Avtonimi məlum olmayan sənətkarın təxəllüsü, onun hansı dilə məxsus olması, ifadə etdiyi məna, yaşadığı dövr qeyd olunur. Məsələn,
Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).
4. Eyni adlı təxəllüslərdən yalnız birincinin hansı dilə məxsus olması, ifadə etdiyi məna izah olunur (sonra lüğət üçün səciyyəvi olan xüsusiyyətlər göstərilir); yerdə qalan təxəllüslərin aid olduğu avtonimin sənəti, adı, familiyası, təxəllüsü və yaşadığı dövr qeyd edilir. Məsələn,
Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Bikəs - şair, Hacı Molla Hüseyn Bikəs (XIX əsr).
Bikəs - şair və publisist, Əli Nəzmi Bikəs. Əli Nəzmi otuzdan artıq təxəllüs və gizli imzalarla yazırdı (XIX-XX əsrlər).
5. Azərbaycan (türk) mənşəli təxəllüslərin hansı dilə aid olması göstərilmir. Məsələn,
Vurğun - görkəmli xalq şairi və ictimai xadimi, Səməd Vurğun Yusif oğlu Vəkilov (XX əsr).
6. Toponim əsasında düzələn təxəllüslərin hansı dilə məxsus olması və ifadə etdiyi məna göstərilmir, yalnız mö­tərizə arasında onomastik vahidin növü qeyd olunur. Məsə­lən,
Qarabaği (Qarabağ toponimindən düzəlib) - alim, Mir­zə Adıgözəl bəy Qarabaği (XX əsr).


AZƏRBAYCAN ƏLİFBASI




TƏXƏLLÜS LÜĞƏTİ

A

Abbas Abdulla - şair, tərcüməçi və jurnalist, Abbas Ab­dul­la oğlu Acalov (XX əsr).
Abdulla Sur - ədəbiyyatşünas və publisist, Abdulla Ağa Məm­məd oğlu Məhəmmədzadə (XX əsr).
Abdulla Tofiq - Bax: Abdulla Sur.
Azər (f. od, atəş) - şair, Məşədi İmaməlizadə Azər (XIX əsr).
Azər - şair, İbrahim bəy Azər (XIX əsr).
Azəroğlu - şair, Balaş Abizadə Azəroğlu (XX əsr).
Agah (f. xəbərdar, bilən; ayıq, gözüaçıq) - şair. Hacı Ab­bas Agah (XIX əsr).
Alim (ə. hər hansı bir elm sahəsində mütəxəssis olan adam) - şair, M.P.Vaqifin oğlu, Əliağa Alim (XVIII əsr).
Allahi (ə. dini etiqadlara görə bütün kainatın yaradıcısı və idarəedicisi) - şair, əsl adı məlum deyil (XV əsr).
Anacan - əməkdar müəllim, Bahar Əmirəli qızı Ağa­larova (XIX-XX əsrlər).
Ali (cəsur, qəhrəman) - “Dədə Qorqud” dastanlarının qəh­rəmanlarından biri, Alp Ərən (Kitabi Dədə Qorqud).
Araz (Araz Hidronimindən düzəlib) - şair, Məmməd Araz (XX əsr).
Aranlı - yazıçı və jurnalist, Mirzəağa Aranlı (XX əsr).
Araslı (Bax: Araz) - alim, akademik, Həmid Məm­məd­tağı oğlu Araslı (XX əsr).
Arzulu - yazıçı, Həmid Fərhad oğlu Əliyev (XX əsr).
Arif (ə. bilən, bilici, bilik sahibi, hər şeydən xəbərdar; hər şeyi incəliyinə qədər başa düşən, tez dərk edən) - şair, Ağa Hüseyn Təbrizi (XVIII əsr).
Arif - şair, Mustafa Ağa Arif (XVIII əsr).
Arif - şair, Arif Lahici Şirvani (XIX əsr).
Arif - məşhur şair, Hüseyn Hüseynzadə (XX əsr).
Arifi - şair, adı məlum deyil (XV-XVI əsrlər).
Asəf (Süleyman peyğəmbərin tədbirli vəzirinin adından götürülmüşdür) - şair, Asəf Ləmbərani (XIX əsr).
Asi - (ə. üsyan edən, itayət etməyən) - şair. Abdulla bəy Asi (XIX əsr).
Aciz - (ə. bacarıqsız, bir iş görə bilməyən; zəif) - şair, Məmməd Xəlifə Aciz Qırbulaqlı (XIX əsr).
Aşiq (ə. məhəbbət bəsləyən, sevən, vurulan) - şair. Məhəmməd bəy Aşiq (XVIII əsr).
Aşiq - şair, Məhəmməd bəy Cavanşir (XIX əsr).
Aşıq (xalq xanəndəsi) - şair, aşıq, Sarı Aşıq. Onun “Haqq Aşığı”, “Qərib Aşıq” təxəllüsləri də olmuşdur (XVII əsr).
Aşıq Molla Cuma - şair, Süleyman Saleh oğlu (XIX əsr).

B

Babanlı - yazıçı, V.Babanlı (XX əsr).
Bağdadi (Bağdad toponimindən düzəlib) - filosof, şair, Əhdi Bağdadi (XVI əsr).
Bağdatlı - şair, Zehni Bağdatlı (XVII əsr).
Bakuvi (Bakı toponimindən düzəlib) - coğrafiyaşünas və tarixçi, Əbdürrəşid ibn Salih ibn Nuri əl - Bakuvi (XIV-XV əsrlər).
Bakuvi - Azərbaycan mütəfəkkiri, Seyid Yəhya Cəla­ləddin Bakuvi (XV əsr).
Bakuvi - rəssam, Əbdülbaqi Bakuvi (XV əsr).
Bahar (f. yaz fəsli) - şair, Mirzə Nəsrullah Hacı Əb­dülqasım oğlu Bahar Şirvani (XIX əsr).
Baharlı - məşhur alim, Məhəmməd Həsən Vəli Baharlı (XX əsr).
Baxış (bax feilindən düzəlib) - şair, Mirzə Baxış Nadim (XIX əsr).
Beyləqani (Beyləqan toponimindən düzəlib) - şair, Bücirəddin Beyləqani (XII əsr).
Bəd'i (ə. ixtira, yenilik, nadir tapılan şey) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Bəzmi (f. eyş-işrət, eyş-işrət poeziyası) - şair, Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi (XIX əsr).
Bəndgir (f. vurğun, vurulmuş; aşiq) - Azərbaycan xət­tatı, Bədrəddin Məhəmməd Təbrizi Bəndgir (XIV əsr).
Bərdəi (Bərdə toponimindən düzəlib) - alim, Səid ibn Bərdəi (X əsr).
Bərdəi - şair, Şeyx İbrahim ibn Şahbəddin Gülşəni (ikinci təxəllüsü: Bax: Heybəti), (XV-XVI əsrlər).
Bəsiri (ə. uzaqgörən, anlayan; bilici, fərasətli) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Bəsir - publisist, Nemət Bəsir Hacıyev (XX əsr).
Bəhmənli - şair, Vaqif Bəhmənli Quliyev (XX əsr).
Bidari (f. ayıq, oyaq, sayıq; diqqətli) - şair, əsil adı məlum deyil (XV-XVI əsrlər).
Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Bikəs - şair, Hacı Molla Hüseyn Bikəs (XIX əsr).
Bikəs - şair və publisist, Əli Nəzmi Bikəs. O, otuzdan artıq təxəllüs və gizli imzalarla yazırdı (XIX-XX əsrlər).
Binəva (f. səssiz, köməksiz, kimsəsiz) - şair, Mirzə Mə­həmmədəli Binəva (XIX əsr).
Binnətoğlu - şair, Əlixan Binnət oğlu Səmədov (XX əsr).
Bixud (f. özünü itirmiş, huşsuz) - şair, Molla Ağa Hacı Tağızadə (XIX əsr).
Bığıqanlı - “Dədə Qorqud” dastanlarının qəhrəmanla­rın­­dan biri, Bığıqanlı Bəyduz Əmən (Kitabi Dədə Qor­qud).
Boğazca Fatma - “Dədə Qorqud” dastanlarının qəhrə­man­larından biri, Boğazca Fatma (Kitabi Dədə Qorqud).
Bozalqanlı (Bozalqan toponimindən düzəlib) - aşıq, əmək­dar incəsənət xadimi, Hüseyn Cəfərqulu oğlu Qu­liyev Bozalqanlı (XIX-XX əsrlər).
Borçalı (Borçalı toponimindən düzəlib) - şair, Eyvaz Mə­həmməd oğlu Borçalı (XX əsr).
Borçalı (Borçalı toponimindən düzəlib) - filoloq-jur­na­list Müşfiq Mədəd oğlu Çobanov (XX-XXI əsrlər)
Buta - şair, Səadət Nəbiyeva (XX-XXI əsrlər).
Bülbül (bülbül zoonimindən düzəlib - məşhur müğənni, SSRİ xalq artisti, Murtuz Məşədi Rza oğlu Məmmədov (XX əsr).
Bülbülcan - xanəndə. Əbdülbağı Kərbəlayi Əli oğlu Zü­lalov (XIX-XX əsrlər).
Bürhan (ə. dəlil, isbat, sübut) - şair, əsl adı məlum deyil (XVII əsr).

C

Cavan - aşıq, əməkdar mədəniyyət işçisi, Aşıq Hüseyn Cavan Mikayıl oğlu Əliyev (XX əsr).
Cənnəti (ə. behişt əhli) - şair, Mirzə Əbdulxaliq Cənnəti (XIX əsr).
Cilovdarlı (Cilovdar toponimindən düzəlib) - aşıq, Aşıq Mirzə Əhməd oğlu Bayramov (XX əsr).
Coşqun - şair, İskəndər Coşqun (XX əsr).
Coşqun - şair, jurnalist, Mədəd İsa oğlu İsmayılov (XX əsr).
Cümri - şair, Məmmədağa Cümri (XIX əsr).

Ç

Çəmənzəminli (Çəmənzəminli oronimindən düzəlib) - yazıçı, Yusif Vəzir Çəmənzəminli (XX əsr).
Çəmənli - şair, Əkbər Çəmənli (XX əsr).

D

Dağlı (dağ oronimindən düzəlib) - yazıçı və dramaturq, Seyfəddin Əliağa oğlu Abbasov Dağlı (XX əsr).
Dağıstanlı (Dağıstan toponimindən düzəlib) - görkəmli aktyor, SSRİ xalq artisti, İsmayıl Yusif oğlu Hacıyev Dağıstanlı (XX əsr).
Dağıstanlı - şairə, Şərafət Dağıstanlı (XX əsr).
Darablı (Darab toponimindən düzəlib) - aktyor və rejis­sor, Rza Nəcəfqulu öğlu Hüseynov Darablı (XIX-XX əsrlər).
Deyləmi (Deyləm toponimindən düzəlib) - filosof, Əb­dülhəsən Bəhmənyar Deyləmi (X-XI əsrlər).
Dədə (ağsaqqal, məsləhətçi, nəslin və ya cəmiyyətin rəh­bəri, başçısı, hörmətli şəxs) - “Dədə Qorqud” dastan­la­rı­nın düzücüsü, Dədə Qorqud (Kitabi Dədə Qorqud).
Dədə - maarifçi, Dədə Ömər Rövşəni (XV-XVI əsrlər).
Dədə bəy - Səfəvi sərkərdəsi, Abdal bəy - Dədə bəy (XV-XVI əsrlər).
Dəli şair - Bax: Vurğun.
Dəli (igid, qəhrəman, cəsur, qoçaq) - “Dədə Qorqud” das­tanlarının qəhrəmanlarından biri, Dəli Əvrən (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Domrul (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Dondar (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Budaq (Kitabi Dədə Qorqud).
Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Qarcar (Kitabi Dədə Qorqud).
Dəmir donlu - “Dədə Qorqud” dastanlarının qəhrəman­la­rından biri, Dəmir Donlu Mumaq (Kitabi Dədə Qorqud).
Dərdimənd (f. dərdli, dərd çəkən, dərd sahibi, aşiq, vur­ğun) - maarifçi, jurnalist, ədəbiyyatşünas, Mirzə Həsən Ta­hirov Dərdimənd (XIX-XX əsrlər).
Dəxil (ə. birinə pənah aparan, başqasına sığınan) - şair, Axund Molla Hüseyn Dəxil Marağalı (XIX əsr).
Divanbəyioğlu - yazıçı, maarif xadimi, Abdulla bəy Vəli oğlu Sübhanverdixanov Divanbəyoğlu (XIX-XX əsrlər).
Didə (f. göz, ağlar göz) - şair, Mirzə Nəsrullah Didə Qurbanbəyov (XIX əsr).
Dilbazi (f. ürəyə yatan, könül açan, sözü və hərəkəti xoş olan, gözəl) - şairə, Mirvarid Paşa qızı Dilbazi (XX əsr).
Dilqəm - aşıq, Həsən Dilqəm (XIX əsr).
Dilsuz (f. ürəkyandıran, çox təsirli, birinin dərdinə ürək­dən yanma, acıma) - şair, Məhəmməd Əmin Dilsuz (XIX əsr).
Dilsuz - şair, əsl adı məlum deyil (XIX-XX əsrlər).
Dilxun (f. ürəyi qana dönmüş, çox kədərli, qəmli-qüssəli) - şair, Mirzə ağa Dilxun (XIX əsr).
Dodui (Şəkidə mikro toponim) - şair, Molla İbra­him­xəlil Dodui İbrahim (XIX əsr).
Duyğun - şair, Ramiz Duyğun (XX əsr).
Dülgər - şair, Rəsul Dülgər (XIX əsr).
Dünyamalı Kərəm - şair, jurnalist, Dünyamalı Kərəm oğlu Əliyev (XX əsr).
Düşgün - şair, S.Vurğunun ilk təxəllüsü. Bax: Vurğun.
Düşgün - şair, Əlixan Bayram oğlu Abbasov (XX əsr).

E
El vurğunu - Bax: Vurğun.
Elsevər - jurnalist, yazıçı Emin Mahmudov (XX əsr).
Elçin - şair, Teymur Süleyman oğlu Əliyev Elçin (XX əsr).
Eşqi (ə. sevginin ən yüksək dərəcəsi, ehtirasla sevmə, yük­sək həvəs) - şair, Mirzadə Eşqi (XX əsr).

Ə
Əbülfəz - Bax: Nəsimi.
Əbhəri (ə. Nərgiz çiçəyi, gözəl göz, gözəl, qəşəng, gözəl adam) - Azərbaycan mütəfəkkiri, Əbubəkr Mə­həmməd ibn Abdulla Əbhəri (X əsr).
Əvəz Sadıq - yazıçı və jurnalist, Əbülfəz Əli oğlu Sadıqov (XX əsr).
Əvəzəli Muğanlı - rəssam, Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).
Əza (ə. yas, matəm, cəfa) - şair, Molla Baba Əza (XIX əsr).
Əzizi - şair, əsil adı məlum deyil (XVII əsr).
Əlvəndi (Əlvənd toponimindən düzəlib) - aktyor, Mə­həmmədbəy Məlikov Əlvəndi (XIX-XX əsrlər).
Əli Nazim - görkəmli ədəbiyyatşünas, Ələkbər Mahmud oğlu Mahmudzadə (XX əsr).
Əli Nəzmi - şair, Əli Məhəmmədzadə (XIX-XX əsrlər).
Əli Razi - şair, Əli Məşədi Yəhya oğlu Şəmçizadə (XIX-XX əsrlər).
Əli Tudə - şair, Əli Qulu oğlu Cavadzadə (XX əsr).
Əmani (ə. kömək, yardım) - şair, Məhəmməd Əmani (XVII əsr).
Ərdəbili (Ərdəbil toponimindən düzəlib) - alim, Əbül­həsən Yəqub ibn Musa əl Ərdəbili (X əsr).
Ərdəbili - şair, Arif Ərdəbili (XIV əsr).
Ərəblinski (ərəb etnonimindən düzəlib) - aktyor və rejissor, Hüseyn (Hüseynala) Məmməd oğlu Xələfov (XIX-XX əsrlər).
Əsir Əli - memar, Əcəm Əli (XV-XVI əsrlər).
Əsiri (ə. yoxsulluq) - şair, əsl adı məlum deyil. O, Xəzani (f. payız, payız küləyi) - təxəllüsü ilə də şeirlər yazıb (XV-XVI əsrlər).
Əfqanlı (əfqan etnonimindən düzəlib) məşhur teatr rəssamı, Bədurə Məlik qızı Ağamalova (XX əsr).
Əfqanlı - aktyor, Azəbaycan Respublikasının xalq artisti, Rza Rüstəm oğlu Cəfərzadə (XX əsr).
Əfşar (əfşar etnonimindən düzəlib) - şair, Sadıq bəy Əfşar (XVI əsr).
Əfşar - alim, Mirzə Mustafa Əfşar (XIX əsr).
Əxtər (f. ulduz kosmonimindən düzəlib) - şair, Mirzə Əli­qulu xan Əxtər (XIX əsr).
Əhmədi - tərcüməçi, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Əhməd Cavad - şair, Cavad Məmmədəli oğlu Axund­zadə (XIX-XX əsrlər).
Əhmədoğlu - şair, Osman Əhməd oğlu Osmanov (XX əsr).

F

Faqih (ə. yoxsulluq, ehtiyac, fağırlıq) - şair, Sulu Faqih (XIV əsr).
Faiz - şair, Molla Əhməd Faiz (XIX əsr).
Fani (ə. puç olan, qalmayan, həmişəlik olmayan, çox zəif, gücsüz, əldən düşmüş) - şair, Mirzə Sadıq Fani (XIX əsr).
Faruq (ə. ayıran, fərqləndirən, fərq qoyan) - şair, Ab­dulla Musa oğlu Əfəndiyev Faruq (XX əsr).
Fateh (ə. açan, acıcı, başlayan, başlayıcı, özgəni fəth edən) - şair, Kərim ağa ibn Fətəli xan Fateh (XIX əsr).
Fəqir (ə. yoxsulluq, fağırlıq, ehtiyac) - şair, Hacı ağa Ordubadi Fəqir (XIX əsr).
Fədai (ə. bir məqsəd uğrunda ömrünü fəda edən, həyatını qurban verən) - məşhur şair, əsl adı məlum deyil (XVI əsr).
Fədai - şair, Mirzə Nəbi Qaib Fədai (XIX əsr).
Fəna (ə. puç, heç olan, aciz) - şair, Mirzə Rəhim Fəna (XIX əsr).
Fəraqi (ə. hicran, ayrılıq) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Fəthi Xoşginabi (ə. açma, boşalma, qabiliyyət, zəfər) - yazıçı, Həmzə Əli oğlu Fəthi Xoşgibani (XX əsr).
Fəxri (ə. hörmətli, möhtərəm, şərəfli) - şair, Zakir Fəxri (XX əsr).
Fikrət Qoca - şair, Fikrət Göyüş oğlu Qocayev (XX əsr).
Fikrət Sadıq - şair, Fikət Abbas oğlu Sadıqov (XX əsr).
Fövzi (ə. qələbə, qalibiyyət, qurtuluş, nicat, əldə etmə, malik olma) - şair, Əbdülbaqi Fövzi (XX əsr).
Franço (partizan təxəllüsü) - İtaliyada müqavimət hə­rə­­katının iştirakçısı, Şahbaba Yaqub oğlu Məcidov (XX əsr).
Füzuli (ə. həddini bilməyən, həddini aşan, özünə aid ol­mayan işlərə qarışan, yersiz danışan, uzunçuluq edən, boş­boğaz, ədəbsiz) - dünya şöhrəti qazanmış məşhur şair, Mə­­həmməd Süleyman oğlu Füzuli (XVI əsr).

G

Gəncəvi (Gəncə toponimindən düzəlib) - dünya şöhrəti qazanmış məşhur şair, İlyas Yusif oğlu Nizami Gəncəvi (XII əsr).
Gəncəvi - şair, Mahmud Nizaməddin Əbü Ula Gəncəvi (XII əsr).
Gəncəvi - şairə, Məhsəti xanım Gəncəvi (XII əsr).
Gəncəvi - alim, Şeyx İbrahim Qüdsi Gəncəvi (XIX əsr).
Gəncəli - aşıq Lətif Əzizov Gəncəli (XX əsr).
Gorani (Goran toponimindən düzəlib) - ziyalı, Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov Gorani (XIX-XX əsrlər).
Göycəli (Göycə toponimindən düzəlib) - məşhur aşıq, Ələsgər Göycəli (XIX əsr).
Göycəli - aşıq, Musa Göycəli (XIX əsr).
Gülçin (f. gül dərən, bağban, hər şeyin yaxşısı, kifa­yət­lisi) - şair, dramaturq, Hüseyn Cavid Gülçin (H.Cavidin ilk təxəllüsü) (XX əsr).
Gülşəni - Bax: Bərdəi Gülşəni.
Günər - şair, Məstan Rəsul oğlu Əliyev (XX əsr).

H

Haqq Aşığı -Bax: Aşıq - Sarı Aşıq.
Hali (ə. xəbərdar, bilən, məlumatlı) - şair, əsl adı mə­lum deyil (XVII əsr).
Hami (ə. himayə edən, saxlayan) - şair , əsl adı məlum deyil (XVII əsr).
Hamidi (ə. himayə edən sözündəndir) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Hamidi - şair, əsl adı məlum deyil (XVII-XVIII əsr­lər).
Hammal - şair, Bayraməli Abbaszadə Hammal (XX əsr).
Haşimi (Haşimilər etnonimindən düzəlib) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Heybəti (ə. qorxu, dəhşət, hörmət, izzət, ləyaqət, etibar, nüfuz) - şair, Şeyx İbrahim ibn Şahbəddin Heybəti (ilk tə­xəllüsü) (XV-XVI əsrlər).
Həbibi (ə. dost, sevgili, sevilən, aşi) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Həvəskar - şair, Allahverdi Hacıyev Həvəskar (XX əsr).
Həqayiq (ə. həqiqətlər) - şair, Xaqaninin gəncliyində qəbul etdiyi təxəllüs, Bax: Xaqani.
Həqiqi - şair, Şahcahan Həqiqi (XV-XVI əsrlər).
Həqiqi - Səfəvi hökmdarının qızı, Pərixan Həqiqi (XVI əsr).
Həqiri (ə. qədir-qiyaməti olmayan, alçaq, hörmətsiz, az kiçik, görkəmsiz)-şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Həzarə (ə.bülbül zoonimindən düzəlib) - şair, Mirzə Rzaqulu Həzarə (XIX əsr).
Həmrah (f. yoldaş, yol yoldaşı) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Hərdəmxəyal - bu imza və ya təxəllüsdən C.Məmməd­quluzadə, M.S.Ordubadi və başqaları da istifadə etmişdir.
Həsən Qara - şair, Hadi Həsən bəy Rzaqulu bəy oğlu Həsən Qara (XIX əsr).
Həssani - Əcəm (VII əsrdə yaşamış məşhur ərəb şairinin adıdır) - şair Xaqaniyə əmisi Kafiəddin Ömər Osman oğlu tərəfindən verilən təxəllüs. Bax: Xaqani.
Həsiri - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Həsir - şair, əsl adı məlum deyil (XVII əsr).
Hidayət (ə. gətirmə, qoyma, doğru yola çagırma, rəh­bər­­lik, rəhbərlik etmə) - şair, Əfsəddin Hidayətullah Hidayət (XV əsr).
Hüzni (ə. kədər, qəm, qüssə) - şair, Molla Məhəmməd Hüzni (XIX əsr).
Hüman (ə. cənnət quşu, dövlət quşu, uğurluq, xoş­bəxtlik, səadət) - şair, əsl adı məlum deyil (XVII əsr).
Hüseyni (ə. gözəl) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Hüseyni - Bax: Nəsimi.

X

Xaqani (xaqan sözündən götürülüb) - görkəmli şair, Əfzələddin İbrahim Əli oğlu Xaqani,
Məliküş - şüəra Əbül-Üla Gəncəvi Əfzələddin İbrahim Şirvanşahlar sarayına aparıb, ona “Xaqani” təxəllüsü verir.
Xalxali (ə. qızıl qolbağı) - şair, Ağa Mirzə Məhəmməd bağır Xalxali (XIX əsr).
Xan qızı - Bax: Natəvan.
Xani - şair, Məşhədi Hidayət bəy Xani (XIX əsr).
Xəzri - şair, Nəbi Ələkbər oğlu Babayev (XX əsr).
Xəzani (f. payız, payız vaxtı) - tarixçi, şair, Mir Mehdi Haşım oğlu (XIX əsr).
Xəzani - Bax: Əsiri.
Xəyali - şair, Mirzə Mövsün Xəyali (XIX əsr).
Xəlili - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Xəlifə (ə. Hökumət başçısı, canişin, məclisdə başçılıq edən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Xəminə - şairə, Fatma xanım Xəminə (XIX əsr).
Xəndan (f. gülən, şən, açılmış gül) - məşhur ədə­biyyat­şünas alim və şair, professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev (XX əsr).
Xəndan - şair, alim Rafiq Zəka Xəndan Hacıyev (XX əsr).
Xəstə - şair, Bayraməli Abbasəli oğlu Xuduyev (XX əsr).
Xəstə Baxış - Bax: Nadim Mirzə Baxış.
Xəstə Xətai - Bax: Şah İsmayıl Xətai.
Xətai - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Xətai - şair və dövlət xadimi Şah İsmayıl Şeyda Heydər oğlu Xətai (XV-XVI əsrlər). O, Şah Xətai, Miskin Xətai təxəllüsü ilə də şeirlər yazırdı.
Xətai-şair, Şuştəri Xətai (XV-XVI əsrlər).
Xətai-şair və sənətkar, Səmərqəndi Xətai (XV-XVI əsrlər).
Xətai-şair, Sui Xətai (XV-XVI əsrlər).
Xətai- sənətkar, Yəzdi Xətai (XV-XVI əsrlər).
Xətai- sənətkar, Kocrati Xətai (XV-XVI əsrlər).
Xətai- sənətkar, Mir Qurban Xətai (XV-XVI əsrlər).
Xurşid ( f. günəş) - şair, əsl adı məlum deyil (XVIII əsr).
Xülqi (ə. təbiət, xasiyyət) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).

İ

İlkin - yazıçı, Qılman İsabala oğlu Musayev İlkin (XX əsr).
İrəvani (İrəvan - Yerevan toponimindən düzəlib) - rəs­sam, Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani (XIX əsr).
İsfahanlı (İsfahan toponimindən düzəlib) - aktyor, Gür­cüstan Respublikasının xalq artisti, İbrahim Hüseyn oğlu Hüseynzadə (XIX-XX əsrlər).

K

Kazım Ziya - aktyor, Kazım Cəfər oğlu Kazımzadə (XIX-XX əsrlər).
Katib - şair, Mirzə Məhəmməd Katib (XIX əsr).
Katibi - şair, əsil adı məlum deyil (XV-XVI əsrlər).
Keçəçi Məhəmməd - xanəndə, Məhəmməd Məşədi Xəlil oğlu (XIX-XX əsrlər).
Kəmərli (Kəmərli toponimindən düzəlib) - şair, jurnalist, Aslan Mustafazadə (XX əsr).
Kəminə (f. azacıq, cüzi, kiçik, fağır, yazıq) - şairə, Fatma xanım Kəminə (XIX əsr).
Kəngərli (Kəngər etnonimindən düzəlib) - rəssam, Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli (XIX-XX əsrlər).
Kəşan (f. çəkən, aparan, çəkərək aparan) - şair, İbn Kə­şan, əsl adı məlum deyil (XVIII əsr).
Kişvəri (f. ölkə, məmləkət, vilayət) - şair, Nemətulla Kiş­vəri Dilməqani (XV-XVI əsrlər).
Kor Əhəd - qarmonçalan, Əhəd Fərzali oğlu Əliyev (XIX-XX əsrlər).
Kövkəb (ə. ulduz, göy cisimlərinin hər biri) - tarixçi və dilçi alim, şair Mirzə Məhəmməd Mehdixan ibn Məhəm­məd Nasir Əstra badi Kəvkəb (XVIII əsr).
Kürçaylı (Kür hidronimindən düzəlib) - şair, Əliağa Həsənağa oğlu Kürçaylı (XX əsr).
Kühənsal - şair, Mehdixanağa Kühənsal. S.Vurğunun mən­­sub olduğu Vəkilovlar nəslindəndir (XIX əsr).

Q

Qazi Bürhanəddin - şair, alim və dövlət xadimi, Əhməd Şəmsəddin oğlu Qazi Bürhanəddin (XIV əsr).
Qazi Əhməd Qəffari (ə. günahları bağışlayan) - Səfəvi tarixçisi, Əhməd ibn Məhəmməd əl-Qəffari əl Qəzvini (XVI əsr).
Qandal Nağı - Qaçaq hərəkatının başçılarından biri, Qandal Nağı Nəsib oğlu (XIX-XX əsrlər).
Qantəmir - şair. Qafur Səbi oğlu Əfəndiyev (XX əsr).
Qarabaği (Qarabağ toponimindən düzəlib) - alim, İzzəldin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVI-XVII əsrlər).
Qarabaği - alim, filosof, Yusif Məhəmmədcan oğlu Qarabaği (XVII əsr).
Qarabaği - şair, Həsən Qara Hadi Qarabaği (XIX əsr).
Qarabaği - alim, Mirzə Adıgözəl bəy Qarabaği (XIX əsr).
Qarabaği - rəssam, Mir Möhsün Nəvvab Qarabaği (XIX əsr).
Qarabaği - həkim, Mirzə Məmmədqulu Mollahəsən oğlu Qayıbov Qarabaği (XIX əsr).
Qarabaği - rəssam, boyakar, usta Qənbər Qarabaği (XIX-XX əsrlər).
Qaradaği (Qaradağ toponimindən düzəlib) - şair, Həsənəli xan Qaradaği (XIX əsr).
Qarayazı (Qarayazı toponimindən düzəlib) - aşıq. Aşıq Əlixan Ömərov (XX əsr).
Qaraca - “Dədə Qorqud” dastanlarının qəhrəmanların­dan biri, Qaraca Çoban (Kitabi Dədə Qorqud).
Qasımi (ə. bölən, bölüşdürən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).
Qasir (ə. günahkar, bacarıqsız, gücsüz, zəif, aciz) - şair, Mirzə İsmayıl Səlim oğlu Axundov (XIX əsr).
Qatır Məmməd - Azərbaycanda Sovet hakimiyyəti uğ­runda fəal mübariz, kəndli hərəkatının rəhbəri, Məmməd Əli oğlu Məmmədov (XIX-XX əsrlər).
Qafqazlı (Qafqaz toponimindən düzəlib) - aktyor, əmək­dar artist, Hacıməmməd Ələkbər oğlu Quliyev (XX əsr).
Qafqazlı - şair, jurnalist, Qara Qafqazlı (XX əsr).
Qafil (ə. bixəbər, etinasız) - şair, Əli Əkbər Namaz oğlu Qafil (XIX əsr).
Qafur Rəşad - coğrafiyaşünas, maarif xadimi, Qafur Ələkbər oğlu Mirzəzadə (XIX-XX əsrlər).
Qaçaq Yusif - Azərbaycanda qaçaq hərəkatının başçı­larından biri, Qaçaq Yusif Əli oğlu (XIX-XX əsrlər).
Qacaq Kərəm - qaçaq hərəkatı başçılarından biri, Kə­rəm İsgəndər oğlu Mollazalov (XIX-XX əsrlər).
Qaçaq Nəbi - Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı, Qaçaq Nəbi Alı oğlu (XIX əsr).
Qaçaq Süleyman - Azərbaycanda kəndli hərəkatının baş­­­çısı, qaçaq Süleyman ağa Hüseyn oğlu (XIX-XX əsr­lər).
Qədirli (ə. qadir, qüdrətli) - Azərbaycanda Sovet Haki­miyyəti və sosializm quruculuğu uğrunda mübariz, Möhsün Nəciməddin oğlu İsrafilbəyov (XIX-XX əsrlər).
Qəzvini (Qəzvin toponimindən düzəlib) - filosof, Nəc­məddin Əli ibn Ömər Əli Qəzvini (XIII əsr).
Qəmküsar (ə. - f. birinin qəmini çəkən, təsəlli verən: sa­diq dost, qəmli, qüssəli) - şair və ictimai xadim. Əliqulu Ələkbər oğlu Nəcəfov Qəmküsar (XX əsr).
Qəmli - aşıq, Aşıq Hüseyn Qəmli (XX əsr).
Qəmli - el şairi, Məhəmməd Novruz oğlu Əliyev (XX əsr).
Qərib Aşıq - Bax: Aşıq - Sarı Aşıq.
Qiyaslı - (ə. kömək, yardım, köməkçi, əltutan) - şair, Əj­dər Xanlar oğlu Əsgərov (XX əsr).
Qıyan (feili sifətdən düzəlib) - “Dədə Qorqud” dastan­la­rı­nın qəhrəmanlarından biri, Qıyan Səlcuq (Kitabi Dədə Qor­qud).
Qırxbulaqlı (Qırxbulaq toponimindən düzəlib) - şair, Məmməd Həlifə Aciz Qırxbulaqlı (XIX əsr).
Qonur (şabalıd rəngli, açıq qəhvəyi) - “Dədə Qorqud” das­tanlarının qəhrəmanlarından biri, Qonur Qoca (Kitabi Dədə Qorqud).
Qövsi (ə. qövsə oxşayan, göy qurşağı) - şair, İsmayıl Qövsi (XVII əsr).
Qövsi - şair, Əlican Qövsi (XVII əsr).
Qövsi - şair, əsl adı məlum deyil (XVII-XVIII əsrlər).
Qumri (qumru zoonimindən düzəlib) - şair Mirzə Mə­həhmməd Tağı Qumri (XIX əsr).
Qudyalçaylı (Qudyalçay toponimindən düzəlib) - şair, Murad Veysal oğlu Arzumanov (XX əsr).
Qutqaşınlı (Qutqaşen toponimindən düzəlib) - yazıçı, İsmayıl bəy Nəsrullah Sultan oğlu Qutqaşınlı (XIX əsr).
Qüdsi (ə. müqəddəs) - şair, alim, Abbasqulu ağa Bakı­xanov Qudsi (XIX əsr).
Qüdsi - şair, Şeyx İbrahim Qüdsi (XIX əsr).
Qüdsi - şair, Mir Əbdürrəhman Qüdsi Vənəndi (XIX əsr).]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:51:43 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 16 https://turan.info.az/yeni-neshrler/3738-azrbaycan-antroponmyasinin-saslari-16.html https://turan.info.az/yeni-neshrler/3738-azrbaycan-antroponmyasinin-saslari-16.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 16 MƏDƏD ÇOBANOV =
MĞŞTƏRƏK ADLAR:
Azərbaycan antroponimiyasında bir qrup xğsusi şəxs adları vardır ki, onlar həm kişilərə, həm də qa­dın­lara qo­yulur. Belə adları ilk dəfə “Mğştərək ad­lar” kimi dil­­­ziliyə biz gətirmişik.
Azərbaycan şəxs adları arasında belə mğştərək ad­la­rın sayı 180-dən zoxdur.
A

Abad
Abid
Abgğl
Aqibət
Ağabəy
Aydan
Azər
Ayzın
Almaz
Aləmə
Alidə
Amal
Amalə
Aminə
Arzu
Arzuman
Afər
Aşiq

B

Bağdad
Balaca
Bağzalı
Buta
Baxış
Bərşad
Bəyxan
C

Cahan
Cənnət
Ceyhun

Z

Zərkəz

D

Dəyanət
Dəyər
Dəryanur
Dilgğşad
Dinar
Dursun

E

Etibar
Eynur
Etiraf
Etimad
Elşən

Ə

Əqidə
Əzim
Əşrəf
Ədalət
Əfşar
Əzim
Əhsən

F

Fəryad
Fəxri
Firuz
G

Gğnəş
Gğl
Gğmğş
Gğlerkən
Gğlğ
Gğlzin
Gğndğz

H

Heyrət
Həqiqət
Həyat
Hənifə
Hilal

X

Xalis
Xan
Xoşbəxt

İ

İzzət
İlqəm
İyanə
İnsaf
İntizar
İbrət
İstək
İlşadQ

Qail
Qafilə
Qamət
Qeyrət
Qeysər
Qədəm
Qərib
Qəni
Qənimət
Qəşəng
Qərinə
Qədər
Qızıltac
Qismət
Qorxmaz
Qğdrət
Qğrur
L

Lazın
Lğtfi
Lğtfiyar
M

Mahal
Mahir
Mehvər
Mədəniyyət
Məstan
Mətanət
Mətləb
Məhəbbət
Məşədi
Mğrvət
N

Nasir
Naib
Nəzər
P

Pərviz
Pərvanə
Pərvin

R

Razi
Rəğbət
Rüvnəq

S

Səda
Səltənət
Sənubər
Səfa
Səxavət
Səhər
Sirdaş
Sühbət
Sultan
Sğbhan
Ş

Şaxı
Şeyda
Şəqaiq
Şəmsiyyə
Şərəf
Şirin
Şüvkət
Şührət
Şğkran

T

Tərəqqi
Tərlan
Təşrif
Təmkin
Tənik
Təndik

U

Ulduz
Uğur

Ğ

Ğlvi
Ğmman
Ğrfan

V

Vahidə/Vahid
Vəfa
Vəfadar
Vicdan
Vicdanə
Vğsal
Vğsət
Y

Yadigar
Yavər
Yaqut
Yeganə

Z

Zaman
Zəka
Zəfər
Ziyafət
Zirvə
Zğlfğ


XĞSUSİ XARAKTERLİ QADIN ADLARI:

Azərbaycan antroponimi­ya­sın­­da adqoyma adət-ənə­nələ­rinə nə­­­zər saldıqda məlum olur ki, qə­dim za­man­lardan ğzğ­bəri Azərbay­can tğrklərinin adət-ənənə­lə­rinə gürə, ailə­də qız­lar dalbadal olur­sa, sonuncu qıza Bəsti-Qız­bəsti-Naz­bəs­ti; Yetər-Qızyetər-Nazyetər; Qız­qa­­­yıt-Naz­­qayıt; Ta­mam-Qızta­mam-Naz­ta­mam; Tamam-Ta­mey­lə (Ta­­­mil­la); So­­na-Qız­sonu; Nazı-Nazyetər, Nazı-Nazqayıt; Qızqayıt-Nazqa­yıt; Gğlbəs-Gğlbəsti; Gğlye­tər-Nazyetər; Qızqayıt-Gğlqa­yıt-Nazqayıt; Qızkifayət-Oğ­langərək... Həm­zinin, ailə­də do­­ğu­­lan so­nun­cu qız­la­ra Kifayət, Nəhayət, Ov­sandıq (Oy­sandıq), Gərək­məz, İs­təməz kimi adlar da qoyu­lur­du...]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:50:59 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 15 https://turan.info.az/yeni-neshrler/3737-azrbaycan-antroponmyasinin-saslari-15.html https://turan.info.az/yeni-neshrler/3737-azrbaycan-antroponmyasinin-saslari-15.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 15 MƏDƏD ÇOBANOV =
QADIN ADLARI:

A


Abad
Abadzər
Abidə
Abilə
Abgül
Abgün
Abhava
Abizər
Abhəyat
Avazə
Avizə
Aqilə
Ağbəniz
Ağbuta
Ağzər
Ağgilə
Ağgül
Ağnaz
Ağnur
Ağca
Adilə
Ana
Anarə
Adızər
Adıgül
Azadə
Azimə
Azərşən
Aznurə
Akifə
Aidə
Ayan
Ayazə
Aybəniz
Ayqabaq
Aydan
Ayəndam
Ayzər
Ayişə
Aygül
Aygün
Ayla
Ayna
Aynaz
Aynişan
Aynur
Ayparə
Aysəba
Aysəfa
Aysənəm
Aytəkin
Aytən
Ayçın
Alagöz
Aləmzər
Aləmə
Aləmgül
Aləmnaz
Aləmnur
Alzər
Alimə
Alma
Almanaz
Almanar
Almagül
Almazər
Almaz
Aliyə
Alnaz
Alnur
Alnurə
Aludə
Amalə
Amilə
Aminə
Arizə
Arəstə
Arifə
Artıq
Arifət
Asimə
Asya
Asudə
Asifə
Atlaz
Afaq
Afiqə
Afayət
Afət
Afətnar
Afətnur
Avətzər



B




Bağda
Bağdagül
Bağdasər
Bağça
Bağçanaz
Bağçazər
Badam
Badamzər
Badamnur
Badsəba
Badsəfa
Bakirə
Balaxanım
Ballı
Balzər
Balnaz
Balnar
Balnur
Ballızər
Ballınaz
Ballınur
Banu
Bazilə
Banuzər
Bahar
Baharyaz
Baharnaz
Bahargül
Baxişə
Bəhrudə
Baharnur
Ballınar
Bədirə
Bəyaz
Bəzəni
Bəyim
Bəyan
Bənövşə
Bəstə
Bəsti
Bəturə
Bəhlulə
Bəhiyyə
Bəhruzə
Bikə
Bikəxanım
Bikənaz
Bikəzər
Bikənar
Bikənur
Bikəgül
Bilqeyis
Bilzər
Bilnaz
Brilyant
Büllür
Büllürə
Bircəgül
Bircənaz
Bircənur
Böyükxanım


С


Cabirə
Cavidə
Cəvahir
Cananə
Cavanə
Camalə
Canparə
Cəmilə
Canfəzər
Canfəşan
Cahan
Cahidə
Cahanzər
Cahannur
Ceyran
Ceyhan
Cəmilə
Cəlilə
Cənnət


Ç



Çaylı
Çeşmə
Çeşməzər
Çeşmənaz
Çeşmənur
Çəmən
Çəmənzər
Çəmənnaz
Çəməngül
Çəmənnur
Çimnaz
Çiçək
Çiçəkzər
Çiçəknaz
Çiçəknur


D



Dastan
Dərya
Dəstə
Dəstəgül
Dilab
Dilavər
Dilanaz
Dilanar
Dilanur
Dilarə
Dilaram
Dilbaz
Dilbər
Dildar
Dilzər
Dilkuşa
Dilnaz
Dilnar
Dilnur
Dilnurə
Dilruba
Dilsuz
Dilşad
Dinarə
Durna
Dünya
Dünyaxatın
Dünyaxanım
Dünyaxanı
Dürdanə
Dürrə
Dürtəkin
Dürrü
Dürrüzər
Dursədəf
Dürnaz
Dürdəstə


E


Elvarə
Elza
Elzər
Elmira
Elmzər
Elmnaz
Elmnar
Elmnur
Elnaz
Elnarə
Ellər
Elnurə
Emilə
Eynurə
Ehtişam


Ə


Əbilə
Əbülə
Əqidə
Ədilə
Əzəmət
Əzizə
Əzimə
Əlamət
Əlvan
Əlvannaz
Əlvannur
Əlviyə
Ələviyyə
Əminə
Əminəzər
Əndam
Əntiqə
Ərknaz
Ərknur
Əsmayə
Əsməgül
Əsmər
Əsmirə
Əsmət
Əsmətgül
Əsmənur
Əsli
Əslinaz
Əslizər
Əslinur
Əsmənur
Ətir
Ətirgül
Ətirli
Ətirzər
Ətirnaz
Əfqanə
Ətirşah
Əfsanə
Əcəbnaz
Əcəbnar
Əcəbnur
Əşrəfiyyə

F



Fazilə
Fatma
Faiqə
Faxirə
Fəvarə
Fənurə
Fərqa
Fərqanə
Fəridə
Fərəh
Fərəhzər
Fərəhnur
Fəridə
Fərzanə
Fərizə
Fəxrəndə
Fəxriyyə
Fidan
Fərizə
Firuzə
Fitnə

G



Gilə
Gilas
Giləzər
Gilənaz
Gilənar
Gilənur
Gövhər
Gözəl
Gözəlnar
Gözəlzər
Göyçək
Göyçəknar
Göyçəknur
Göyçəkzər
Görüş
Gülab
Gülabi
Gülay
Gülavaz
Gülayə
Gülar
Gülarə
Gülayişə
Gülaləm
Gülara
Gülacar
Gülbadam
Gülbahar
Gülbəyaz
Gülbəniz
Güldəhan
Gülcahan
Gülbəyan
Gülbəzər
Gülbənd
Gülbəs
Gülbəsdi
Gülbəxt
Gülbikə
Gülvəfa
Gülqənd
Gülqönçə
Güldəstə
Güldəhan
Güləbətin
Gülər
Güləsər
Güləfşan
Gülənbər
Güləndam
Gülzada
Gülnaz
Gülzar
Gülzəmi
Gülzəni
Gülzər
Gülzəfər
Gülziba
Gülziya
Gülnaz
Gülyay
Gülyanaq
Gülnar
Gülyetər
Gülgəz
Gülgəsər
Gülgəzər
Güllər
Güllü
Gülmay
Gülmaya
Gülnaz
Gülnar
Gülnara
Gülnisə
Gülnur
Gülnuma
Gülpara
Gülpəri
Gülpüstə
Gülreyhan
Gülrux
Gülsabah
Gülsevər
Gülsədəf
Gülsənəm
Gülsəfa
Gülsəhər
Gülsüm
Gülsün
Gültamam
Gültez
Gültəkin
Gültən
Gülüstan
Gündüz
Gülüş
Gülxan
Gülxanım
Gülxar
Gülxoş
Gülhava
Gülhəyat
Gülçiçək
Gülcöhrə
Gülçin
Gülcamal
Gülcahan
Gülşad
Gülşax
Gülnisə
Gülxanım
Gülcənnət
Gülşah
Gülşəkər
Gülşən
Gülşəhər
Gülzirə
Günay
Gündoğar
Günel
Günəş
Günzər
Günyar
Günnur
Gülkün


H



Habilə
Hakimə
Hava
Havazər
Havanur
Havaxanım
Hameydə
Hameylə
Hasilə
Hafizə
Heyran
Həbibə
Həqiqət
Hədəf
Hədəfzər
Hədəfnaz
Hədəfnur
Hədiyyə
Həzinə
Həkimə
Həyat
Həyatzər
Həyatgül
Həyatnaz
Həyatnar
Həyatnur
Həlimə
Həmail
Həmayə
Həmidə
Həcər
Himayə
Hicran
Hökümə
Hökmiyyə
Hökmzər
Hökmnur
Humay
Hümayə
Hürzad
Hüriyyə
Hürnisə
Hürü
Hürxan
Hürxatın
Hüsniyyə


X



Xavər
Xalidə
Xəlidə
Xallı
Xalisə
Xallızər
Xallınur
Xanzadə
Xangül
Xanı
Xanım
Xanımzər
Xanımyar
Xanımgül
Xanımnaz
Xanımnur
Xariqə
Xatirə
Xatın
Xavər
Xeyransa
Xədicə
Xəzan
Xəzangül
Xəyalə
Xəyalət
Xəyalzər
Xəyalnaz
Xəyalnur
Xəlilə
Xətayə
Xınalı
Xınanur
Xırda
Xırdazər
Xırdanur
Xoşavaz
Xoşqədəm
Xoşdil
Xoşqamət
Xoşəda
Xoşzahir
Xoşsima
Xoştəb
Xoşzəban
Xoşkəlam
Xoşnəva
Xoşiqbal
Xoşnaz
Xoşnəzər
Xumar
Xumarə
Xuraman
Xurma
Xurmayı
Xurmanur
Xurşid

İ



İqbalə
İlqarə
İqlimə
İzalə
İlhamə
İlnurə
İlşahə
İmanə
İnamə
İnnab
İnnabə
İnsafə
İrşadə
İnnamə
İncə
İncənaz
İncəgül
İnci
İncizər
İncinur
İpək
İpəknaz
İpəkzər
İpəknur
İradə
İsmət
İstək
İstəkli
İrşadə


J



Jalə
Jaləzər
Jalənaz
Jalənar
Jalənur
Jasmin

K


Kamilə
Kəbirə
Kəklik
Kəmalə
Kəmanə
Kəyanə
Kərimə
Kəhrəba
Kifayət
Kişmiş
Kəbutər
Kövsər
Könül
Kubra
Kürnaz


Q



Qəbilə
Qailə
Qalibə
Qəbulə
Qaragöz
Qaratel
Qalsın
Qaytan
Qahirə
Qədəm
Qədəmzər
Qədəmnaz
Qədəmnur
Qədəmgül
Qələm
Qələmzər
Qələmkər
Qələmgül
Qələmnaz
Qələmnur
Qəmər
Qəmərnaz
Qəmərnur
Qəməriyyə
Qəmərgül
Qəmzə
Qəmzəgül
Qəmzənur
Qəndab
Qənirə
Qərənfil
Qəribə
Qətibə
Qəhər
Qəhərnaz
Qəhərgül
Qəşəng
Qiyamət
Qiyafət
Qiyasə
Qiymət
Qızyetər
Qızgəlin
Qıztamam
Qızxanım
Qızsonu
Qotaz
Qönçə
Qönçəzər
Qönçənaz
Qönçənar
Qönçənur
Qumaş
Qumaşzər
Qumaşnur
Qumru
Qumruzər

L



Lalə
Laləzər
Lallızər
Laləvar
Lalənaz
Lalənar
Lalənur
Laləxanım
Laçın
Leyla
Leylan
Leylagül
Leylanaz
Leylanur
Leyli
Ləman
Lərzə
Lərzəgül
Lərzənaz
Ləyaqət
Lətafət
Lətifə
Limon
Lilpar
Lütvi
Lütviyyə

M


Mavi
Mavizər
Maviyə
Mavinur
Mailə
Maya
Mayzər
Maygül
Maynaz
Maynar
Maynur
Maral
Matan
Mahirə
Mahizər
Mahnızər
Mahnıyar
Mahnur
Mahpəri
Mahru
Mahruzər
Mahrux
Mehparə
Mehri
Mehmanə
Mehriban
Mehriyə
Mehrizər
Məqamə
Məqsudə
Məqbulə
Mədinə
Məziyyət
Məzhurə
Mənsurə
Mərdanə
Məlahət
Məleykə
Mələk
Mələkzər
Mələknur
Mələksima
Məmləkət
Mənzər
Mənzərə
Mənşura
Mərdanə
Mərzə
Mərziyyə
Məryəm
Mərhəmət
Mərcan
Məsmə
Məsimə
Məsmənur
Məsudə
Məsumə
Məfkurə
Məftunə
Məhbubə
Məhruzə
Məhluqə
Məhparə
Məhsəti
Məhtəbən
Məhnunə
Məşuqə
Mina
Minavaz
Minavar
Minazər
Minənur
Minayə
Minarə
Minə
Minəzər
Minanar
Minənur
Minzər
Mingül
Minaz
Minnar
Minnur
Mirvari
Mirvarid
Mixək
Mixəknaz
Mixəkzər
Mixəknur
Mobilə
Moruq
Moşu
Mötəbər
Muradə
Muncuq
Mübarək
Müqəddəm
Mülayim
Münəvvər
Mütəkkə
Mürəstə
Müslümə
Müşəfərim
Müşgünaz
Müşfiqə

N



Nabat
Nazanı
Nazbikə
Nazvəfa
Nazandə
Nazanı
Nazilə
Nazimə
Nazgül
Nazlı
Naznurə
Nazirə
Nazpəri
Naztamam
Nazxanım
Naibə
Nailə
Naimə
Nairə
Namidə
Nanə
Nanəzər
Narınczər
Narınc
Nargilə
Nargül
Natəvan
Nasirə
Natiqə
Nafizə
Nahidə
Nahilə
Nəzakət
Nəzilə
Nəzirə
Nəzifə
Nəzmirə
Nənəqız
Nənəxanım
Nərgiz
Nərmin
Nərminə
Nərminaz
Nəbati
Nəvaziş
Nəqqaş
Nəhayət
Nəcabət
Nəsibə
Nəcibə
Niyazə
Nigar
Nigarən
Nisa
Nisə
Nisaf
Nihal
Nişanə
Növrəstə
Nuranə
Nuraləm
Nurbadam
Nurbikə
Nurvəfa
Nurhava
Nurqədəm
Nurqələm
Nurqönçə
Nurdanə
Nurdidə
Nurzəfər
Nurziba
Nuriyyə
Nuryaz
Nurtəzə
Nurgilə
Nurgül
Nurlalə
Nurlana
Nurlan
Nursabah
Nursəba
Nursəda
Nursədəf
Nursəfa
Nursima
Nurcahan
Nuşafərim
Nübar
Nübay
Nüyvər

O



Orxanə
Orucə
Osmanə


P


Payzər
Paynaz
Paynur
Pakizə
Pəri
Pakizər
Paknur
Pərvin
Pərvanə
Pərvinaz
Pərzad
Pərixanım
Pəricahan
Pərnaz
Pərşan
Piyalə
Pirayə
Pullu
Pulluzər
Pürrə
Pürsəda
Püstə
Püxtə
Püstəzər
Püstənur
Püsşölə
Portağal

R



Raziyə
Razimə
Rafiqə
Rayifə
Ramilə
Raminə
Ramisə
Rasimə
Rasiməzər
Rasimənaz
Rahidə
Rahimə
Rəhimə
Bəhmanə
Rahilə
Rahidə
Rövşanə
Ramizə
Rəfiqə
Rəhimə
Rahibə
Rəvanə
Rəqsanə
Reyzə
Reyhan
Reyhanə
Rəziyyə
Rəisə
Rəna
Rəsmiyyə
Rəfiqə
Rəxşəndə
Rəşadə
Rəşidə
Rəhilə
Rizvanə
Roza
Rövşanə
Röya
Röyət
Rüzə
Ruqiyyə
Ruhəngiz
Ruhiyyə
Rübabə
Ruxsarə

S


Sabirə
Sabitə
Sadiqə
Sayad
Səyalı
Səmayə
Samirə
Sara
Saran
Safurə
Sahibə
Sahilə
Saclı
Sevda
Seyvanə
Sevər
Sevzər
Sevil
Sevilnur
Sevinc
Sevgili
Sevginaz
Sevginur
Sevnur
Seycan
Seyranə
Seylan
Səadət
Səba
Səbanaz
Səbanur
Səda
Səbahət
Səbzə
Səbiyə
Səbinə
Sədaqət
Sədəf
Sədət
Sədəfnur
Sədəfnaz
Sədəfzər
Sədiqə
Səidə
Səyalı
Səhər
Səhərnaz
Səhərnar
Səhərnur
Səyyarə
Səkinə
Səlimə
Səlmi
Səlmiyyə
Səlmizər
Səlminaz
Səlminur
Səltənət
Səma
Səmazər
Səmagül
Səmanaz
Səmanur
Səmayə
Səmən
Səmənzər
Səməni
Səməngül
Səmənnaz
Səmənnur
Səminə
Səmirə
Sənəm
Sənubər
Sərvinaz
Sərvinur
Səriyyə
Səringül
Sərfinaz
Sərmayə
Səfa
Sədaqət
Səfazər
Səfayət
Səfalı
Səfanaz
Səfanur
Sima
Simazər
Simuzər
Sinəzər
Sitarə
Sifayə
Solmaz
Sona
Sübhanə
Sonaxanım
Söhbət
Suğra
Sura
Sultan
Subayə
Sünbül
Sübhanə
Südabə
Sülhiyyə
Sürayə
Sürmə
Sürməzər
Sürmənur
Süsən
Süsənbər
Süsənzər
Sülhiyyə

Ş



Şadya
Şaiqə
Şairə
Şakirə
Şamama
Şamaxı
Şahidə
Şəbnəm
Şəmsiyyə
Şahdanə
Şahpərəst
Şahzadə
Şahnaz
Şahzər
Şahidə
Şahinə
Şahmirə
Şahzər
Şahnar
Şahnigar
Şahnur
Şahrud
Şahruz
Şahsənəm
Şahrux
Şahxanım
Şeyda
Şeydazər
Şeydagül
Şeydanaz
Şeydanur
Şəbnəm
Şəbanə
Şəbahət
Şəkər
Şəkərnaz
Şəkərnur
Şəlalə
Şənhəyat
Şərafət
Şərqiyyə
Şərəf
Şərəfzər
Şərəfgül
Şərəfnaz
Şərəfnisə
Şərəfnur
Şərifə
Şərifzər
Şərifgül
Şərifnaz
Şərifnur
Şəfa
Şəfayət
Şəfaver
Şəfaqət
Şəfazər
Şəfanaz
Şəfanar
Şəfanur
Şəfqət
Şəfəq
Şəfəqzər
Şəfəqnaz
Şəfəqnur
Şərafət
Şəfiqə
Şəhla
Şəhnaz
Şəhriyar
Şəhriz
Şikəstə
Şirin
Şiringül
Şirmayı
Şirvanə
Şikarə
Şirzadə
Şirnaz
Şirnur
Şövqiyyə
Şövqizər
Şövqinaz
Şövqinur
Şövkət
Şölə
Şüküfə
Şükranə



T



Taibə
Tamam
Tamara
Tamaşa
Tamilla
Tahiyyə
Tahirə
Teybə
Teyurə
Teyyubə
Telli
Tellizər
Tellər
Telnaz
Telnur
Telnurə
Teley
Tezgül
Telşan
Telşən
Tehran
Tənzilə
Tənzifə
Təravət
Təranə
Tərgül
Tərlalə
Tərnur
Tərnurə
Təsvirə
Təsvinə
Təbəssüm
Təzəgül
Təzənar
Təzənur
Təknaz
Təknur
Təknurə
Təmkin
Tənnar
Təntənə
Tənnur
Təhminə
Təhsinə
Təşrifə
Tinatin
Tinəzər
Tinənur
Tinəxanım
Tovuz
Tomiris
Tövsiyyə
Törə
Töhfə
Tofiqə
Toylu
Tubu
Tubuzər
Turan
Turac
Turə
Tutu
Tutuzər
Tukəz
Tükəzban
Tükəznar
Tükəznur
Tünzalə
Türbə
Türkan
Türfə

U



Uğur
Uğurzər
Uğurnaz
Ulduz
Ulduzə
Umuxanım
Umnisə
Ucar
Ucarnaz
Ucargül

Ü



Ülviyyə
Ülviyyət
Ülkər
Ülfət
Ülfətzər
Ülfətnaz
Ülfətgül
Ümman
Ümidə
Üfüqə
Üfüqnaz
Üfüqnur

V



Vaqifə
Validə
Vahidə
Vasilə
Venera
Vəhilə
Vəzifə
Vəsilə
Vəsmə
Vəsmənar
Vəsmənaz
Vəsmənur
Vəfa
Vəfazər
Vəfanaz
Vəfanar
Vəfanur
Vəfalı
Vicdanə
Vüsalə

Y



Yavər
Yaqut
Yaqutzər
Yazdanə
Yasəmən
Yazgül
Yaztamam
Yaygül
Yaynaz
Yaynar
Yaynur
Yaraşıq
Yargül
Yarnaz
Yasəmən
Yaxşı
Yeganə
Yeninaz
Yusifə
Yenigül
Yetər
Yəmən
Yəmənzər


Z



Zabilə
Zabitə
Zakirə
Zalxa
Zalxazər
Zambaq
Zahidə
Zahirə
Zeynəb
Zemfira
Zenfira
Zəkiyyə
Zəlminə
Zəminə
Zəmirə
Zəni
Zənurə
Zərvəfa
Zərəfşan
Zərəfşah
Zərziba
Zərri
Zərintac
Zərif
Zərifə
Zəryetər
Zərgül
Zərli
Zərməxmər
Zərmina
Zərminaz
Zərin
Zərnigar
Zərinsə
Zərnişan
Zərnur
Zərpüstə
Zərsədəf
Zərtamam
Zərtəkin
Zərxanım
Zərnigar
Zərəfşən
Zəhra
Zəhrə
Ziba
Zibanaz
Zibazər
Ziyadə
Zibanar
Zibanur
Zibagül
Zivər
Ziyafət
Ziynət
Zilfi
Zilfiyar
Zilfinaz
Zilfinar
Zina
Zinazər
Zinanur
Zinara
Zövqiyyə
Zövqinaz
Zöhrə
Zöhrənaz
Zübeydə
Züleyxa
Zülfiyyə
Zümrüdzər]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:49:55 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 14 https://turan.info.az/yeni-neshrler/3736-azrbaycan-antroponmyasinin-saslari-14.html https://turan.info.az/yeni-neshrler/3736-azrbaycan-antroponmyasinin-saslari-14.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 14 MƏDƏD ÇOBANOV =

ƏLAVƏLƏR =



AZƏRBAYCAN
ŞƏXS ADLARI =



KİŞİ ADLARI:


A




Abas/Abbas
Abbasqulu
Abbasəli
Abad
Abadnur
Abdal
Abdulla
Abid
Abyaz
Abgül
Abuzər
Avaz
Avər
Aqibət
Aqil
Aqşin
Ağayar
Ağanur
Ağası
Ağabəy
Ağəli
Ağamalı
Adil
Adilnur
Adıgözəl
Adıgün
Adışirin
Azad
Azim
Azadxan
Azay
Azər
Azgəl
Ayaz
Ayvaz
Aydəmir
Aydın
Aynalı
Akif
Akifyar
Akifnur
Alay
]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:48:43 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13 https://turan.info.az/yeni-neshrler/3723-azrbaycan-antroponmyasinin-saslari-13.html https://turan.info.az/yeni-neshrler/3723-azrbaycan-antroponmyasinin-saslari-13.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13 MƏDƏD ÇOBANOV = NƏTİCƏ =

Azərbaycan antroponimikasının əsaslarını müasir dil­çi­lik elminin inkişaf səviyyəsinə və nailiyyətlərinə uyğun ola­raq sinxronik və dioxronik aspektdə dərindən təhlil et­dik­dən sonra aşağıdakı nəticəni çıxarmaq olar:
1.Azərbaycan dilindənki antroponimlərin, yaxud şəxs ad­larının səciyyəsi məsələlərini - təbiətini nəzərə çarp­dır­dı­ğı şəxsin daxili keyfiyyətinə uyğun olub-olmamasını, on­ların mahiyyətini, əmələ gəlməsini, törəməsini, mənşə­yi­ni, məna əsasını, yayılma dərəcəsini və yayılma regio­nunu, qu­ruluşunu, inkişafını və təkmilləşməsinji, dəyiş­mə­sini və səlisləşməsini, təsnifini, üslubi imkanlarını, orfo­epik və or­foqrafik normalarını, bir dildən başqa bir dilə transli­tera­si­ya­sı və s. problemlərini öyrənən antropo­nimika dilçilyin nəzəri şöbəsi “Onomalogiyanın əsas və aparıcı yarımşö­bə­sidir”. Çünki dilin lüğət tərkibinin geniş bir sa­hə­sini təşkil edən antroponimlər də dilin inkişafı baxı­mından taixi ka­te­qo­riyadır. “Belə sözlər tarixin yaddaşına ilişib qalır” və mik­­rokitabə kimi tarixin müəy­yən mər­hə­ləsində xal­qı­mızın malik olduğu ictimai-siyasi görüşləri, mədəniy­yəti, məişəti, iqtisadiyyatı, adət-ənənəsi, bu və ya dfigər xalq­lar­la olan əlaqəsi; dilimizin ilk forma­laşma döv­ründən baş­la­mış bu günə aədər davam edib gələn sə­ciy­yəvi linqvistik xüsusiyyətləri haqqında olan məlumatı mü­hafizəkarcasına qoruyub bizə çatdırı. Bu baxımdan xalqın ta­rixini, dil və mədəniyyətinin inkişaf yolunu öy­rən­mək nöq­teyi-nəzərdn əvəzsiz əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, ant­ro­ponimika müasir dilçili­yin son onillik­lə­rində sürətlə, həm də hərtərəfli tədqiq olunan müs­təqil elm şöbəsinə çevril­mək­dədir.
2. Mikrokitabələr kimi antroponimlər də istər müasir dil­lərin tədqiqinə, istərsə də ayrı-ayrı qədim yazılı abi­də­lərin öyrənilməsində və hansı xalqa mənsubluğunu müəy­yənləşdirməsində, həmçinin müxtəlif xalqlar və onlara ünsiyyət vasitəsi kimi xidmət edən dillərin tarixən yayılma arealının dəqiqləşdirilməsində böyük rol oynayır.
3. Antroponimlərin tədqiqi Azərbaycan dilinin qədim ta­rixini, onun tarixi leksikasını, o cümlədən, tarixi antro­po­nimiyasını; antroponimiyamızda bu dövrə qədər gəlib çıxan şəxs adları sistemində dilimizin özünü qoruyub sax­lamış olan bir sıra səciyyəvi arxaik fonetik, leksik və se­mantik cəhətlərini tədqiqi nöqteyi-nəzəri və təcrübi əhə­miyyət kəsb edir.
4. Antroponimlər linqvistik hadisə olmaq etibarilə özün­­­­­­də leksik və müəyyən dərəcədə qrammatik xüsusiy­yətləri birləşdirən, məzmun və fonetik tərkibcə tarixən sabit və toxunulmaz kateqoriyadır. Buna görə də ümumi dilçilik baxımından antroponimlərin semantik səciyyəvi cəhətlərinin, lüğət tərkibində yeri və ünsiyyət zamanı əhə­miyyətinin tədqiqi xüsusi dərəcədə zərurirdir.
5. Antroponimlərin konkret bir dilin (burada Azər­bay­can dilinin) materialı üzrə sinxronik və dioxronik as­pekdə tədqiqi dilçilikdə öyrənilməmiş qalan lüğət tərkibi və dilin tarixi (tarixin leksikası) ilə bağlı bir çox mə­sə­lələrin şər­hinə və onun sərhədinin müəyyənləşdirilməsinə yaxın­dan kömək edir. Antroponimlər məna və quruluşu, ümumi və fərqli cəhətləri, semantik məna qrupları və ümu­mi dil va­hidlərinin öyrənilməsi etibarilə sözlərlə sıx surətdə bağ­lı­dır. Bu mənada antroponimlərin tədqiqi mühüm elmi əhə­miyyətə malikdir.
6. Əsərin onomalogiya və onun yarımşöbəsi olan ant­ro­­ponimika anlayışını və onun səddini; onomaloji va­hidlərin meyarını, məna müxtəlifliyini, tipi və funksi­yasını, ono­maloji vahidlərin sözlərlə olan ümumi və fərqli cəhətlə­rini; onomalojivahidlərin lüğət tərkibi ilə ümumi əlaqə­lə­rini; antroponimlərin əsasında duran ümumişlək sözlərin və ad düzəldən şəkilçilərin mənşəyini və bir sözlə, ono­maloji terminlər sisteminin dəqiqləş­diril­məsini müəy­yənləşdirmək üçün böyük əhəmiyyəti var­dır. Əsərin bir də əhəmiyyəti ondan ibarətdir ki, ant­ropo­nimikanın nəzəri əsasları ilk dəfə ayrıca tədqiqat obyekti olmuş, zəngin və rəngarəng faktlar ilə təsdiq edilmişdir.
7. Antroponimlərin hərtərəfli tədqiqi bir daha təsdiq edir ki, xüsusi adları leksik kateqoriya kimi tədqiq etmək lazımdır. Hətta vacibdir.
8. Əsərdə antroponimlərin maddi xarakteri, onun in­ki­şafı və təkmilləşməsi, məna ahəngdarlığı və estetik gö­zəlliyi araşdırılmışdır ki, bu da müasir cəmiyyətin tələbi nöqteyi-nəzərdən əhəmiyyətlidir.
9. Əsər istər ümumi dilçilik və istərsə də xüsusi dil­çilik nöqteyi-nəzərdən son dövrə qədər ayrıca öyrənil­mə­miş mü­­hüm bir sahəyə (dilçiliyin yarımşö­bəsinə) həsr olundu­ğu üçün böyük əhəmiyyət kəsb edir. Əsərin təd­qiqat ma­terialının və ya obyektinin çoxsahəliliyinə və elmi isti­qa­mətinə görə nəinki Azərbaycan dilçiliyində, hətta türko­lo­giyada mühüm əhəmiyyəti vardır. Əsərin ümumi məz­mu­nundan irəli gələn elmi-nəzəri və təcrübi nəticələri, on­dakı tədqiqat prinsiplərini nəinki Azərbaycan dilçili­yinə, hətta türkologiyaya və ümumi dilçiliyə (hər bir kon­kret dilin antroponimikasına) da şamil etmək olar.
10. Azərbaycan antroponimlərinin öyrənilməsinin, ilk növ­bədə, ən böyük əhəmiyyəti xalqımızın soykökünü (mən­­­­­şəyini), etnogenezisini, onun dilinin təşəkkülü, yayıl­ma regionu və formalaşması tarixinin, son dövrlərə qədər qaranlıq qalan bir sıra məsələlərinin araşdırılıb üzə çıxarıl­masında və xalqa çatdırılmasındadır. Antropo­nimlərin öy­rənilməsi xalqımızın özünəməxsus qədim milli mədəniy­yətə və geniş əraziyə malik olduğunu təsdiq edən avto­etnonimik dil faktlarıdır. Məhz əsər də bu baxımdan əhə­miyyətlidir.
11. Əsərin materialları Azərbaycan dilinin tədrisi za­ma­nı ali məktəblərin filologiya fakültələrində yardımçı vəsait kimi də istifadə edilə bilər. 1976-1977-ci tədris ilin­dən 1995-1996-cı tədris ilinə kimi A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutu­nun (sonralar S.S.Orbelani adına Tbilisi Döv­lət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədə­biyyatı fakültəsində müəllifin tərtib və nəşr etdirdiyi proqram və dərs vəsaiti əsasında “Xüsusi kurs” aparılıb. Kurs müsbət nəticə verib. Əsər, həmçinin Azər­bay­can dil­çiliyinin müvafiq sahələrinə aid yazılan çox­cildlik əsərin və ya ali məktəblərin filologiya fakül­tələri üçün hazırlanan dərsliyin bir hissəsi və ya elmi mənbəyi ola bilər.
12. Kitabı ikinci - təcrübi hissəsi isə xüsusi adların coğ­­­rafiya lüğətinin tərtibində, başqa dilə transliterasiya­sını göstərən lüğətlərin hazırlanmasında, həmçinin, rəsmi döv­lət idarələrində, Vətəndaşların Aktlarının Qeydiyyatı Bü­ro­sunda, pasport şöbələrində; ailədə yeni doğulanlara ad­qoyma mərasimlərində və s. istifadə oluna bilər. Həm­çinin ya­zıçılara öz bədii əsərlərində personajlara ad seç­mək üçün yardımçı vəsait ola bilər.
13. Əsər onomalogiyanın, xüsusilə, onun yarımşöbəsi olan antroponimikanın ümumi və xüsusi nəzəri məsə­lələ­rini müasir elmin tələbi nöqteyi-nəzərdən tədqiq etməkdə böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də antro­po­nimikanın ümumi nəzəri və təcrübi məsələlərini hərtərəfli tədqiq etmək, öyrənmək vacibdir. Çünki hər bir adda xal­qın isti nəfəsi duyulur, hər bir ad xalqın varlığıdır, xalqın ca­nıdır, xalqın tarixidir. Hər bir xüsusi adda xalqın keç­mi­şi, bu günü və gələcəyi - tarixi öz əksini tapır. Xal­qın ta­ri­xini isə hər bir vətəndaş göz bəbəyi kimi qo­ru­malıdır. Bunun üçün birinci, onomalogiyanın şöbələri üz­rə ono­mas­tik material (vahidlər) toplamaq və onun karto­tekini ha­zırlamaq, ikinci, toplanmış onomastik vahidlərin lü­ğət­lərini tətib və nəşr etmək (onomalogiyanın ayrı-ayrı şöbə­ləri üzrə), üçüncü, tərtib olunmuş onomastik vahidlər lü­ğəti əsasında dilimizin onomaloji xüsusiy­yət­lərini nəzəri cəhətdən tədqiq etmək, dördüncü, nəşr olun­muş onomastik lüğətlər əsasında dilimiz üçün səciy­yəvi olan xüsusi adla­rın orfoqrafik qaydalarını hazırlamaq, beşinci isə dili­mizdə işlənən onomastik vahidlərin başqa dillərə (o cümlədən, rus, gürcü və başqa dillərə) transli­terasiyası məsələlərini ha­­­­zırlayıb nəşr etmək dilçiliyimizin qarşısında duran ən vacib məsələ olmalıdır. Çünki ono­mastik vahidlərin, o cüm­­­­­­­lədən də antroponimlərin sabit orfoqrafik qaydada ya­zılması və sabit orfoepik normada tələffüz olunmasının mü­­hüm elmi, nəzəri və təcrübi əhəmiyyəti vardır. Apar­dı­ğımız tədqiqatlar bizi belə bir qənaətə gətirdi ki, bu prob­lemlərin həll edilməsi həyata keçirilmədən vahid ono­mas­tik qanunlardan bəhs etmək çətindir. Əsərdə yuxarıda qeyd olunan bütün problemlər həm nəzəri, həm də təcrübi cə­hətdən həll edilmişdir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:22:19 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12 https://turan.info.az/yeni-neshrler/3725-azrbaycan-antroponmyasinin-saslari-12.html https://turan.info.az/yeni-neshrler/3725-azrbaycan-antroponmyasinin-saslari-12.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12 MƏDƏD ÇOBANOV -

XIII FƏSİL -

POETİK ANTROPONİMİKA -

Bəs poetik antroponimika nədir? Poetik antroponimi­ka­nın mahiyyətini anlamaq üçün əvvəlcə “poetika, poetik, antroponimika” terminlərinin ifadə etdiyi məna və məz-munu aydınlaşdırmaq lazımdır.
“Poetika” (poetike) yunan sözüdür.Yunan dilində bir neçə məna bildirən bu sözün Azərbaycan dilində ifadə etdiyi mənalar arasında da müəyyən fərq nəzərə çarpır: “1. Ədəbiyyat nəzəriyyəsi, poetik yaradıcılıq haqqında elm; 2. Hər hansı bir şair və ya ədəbi məktəbə xas olan xü-susiyyət, tərz, üsul”. “1. Ədəbiyyat nəzəriyyəsi; bədii ya­radıcılıq haqqında elm; 2. Bir şairə, ədəbi cərəyana, əsrə xas olan poetik üsul”.
“Poetik” sözü də yunancadır. Bu söz də bir neçə məna bil­dirir: “1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poeziyaya xas olan; şairanə. 2. Yaradıcılıq is­tedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. 3. Estetik tələblərə cavab verən; gözəl, estetik, incə”. “Poeziyaya, şeirə xas olan; obrazlı, bədii”.
“Antroponimika” isə, yuxarıda qeyd olunduğu kimi, “ant­­­ropos” (insan) və onuma (ad) sözlərinin birləşmə­sin­dən əmələ gəlib, şəxs adları - antroponimlər haqqında elm deməkdir.
Deməli, poetika, poetik və antroponimika terminlərinin məzmunundan aydın olur ki, poetik antroponim dedikdə istər ümumişlək sözlə birlikdə, istərsə də ayrılıqda bədii və estetik məna kəsb edə bilən antroponimlər nəzərdə tutulur. Bu qrup antroponimlərin öyrənilməsi ilə məşğul olan elm sahəsi isə poetik antroponimika adlanır. Son vaxtlara qə­dər bu sahənin tədqiqinə az əhəmiyyət verilmişdir. Odur ki, elm aləmində, hələlik, “poetik onomastika” termini sa­bit olmadığı kimi, “poetik antroponimika” termini də sa­bit­­­ləşməmişdir. Ayrı-ayrı tədqiqat əsərlərində “poetik ant­ro­po­nimika”, “ədəbi antroponimika”, “üslubi antropo­ni­mi­ka” kimi terminlərdən istifadə olunur. Əlbəttə, elmi üs­lu­bun termini aydın, dəqiq, sadə və tam məzmunlu ol­malı­dır. Bu baxımdan elmi üslubda çoxterminlikdən yox, vahid termindən istifadə etmək daha münasibdir. Bizim müla­hizəmizə görə, bədii əsərlərdə özünə yer tapan şəxs adla­rını - antroponimləri elə bədii antroponim, onu öyrənən elm sahəsini isə bədii antroponimika adlandırmaq daha mü­nasib olardı.
Bədii antroponimika dedikdə, hər şeydən əvvəl, bədii əsərlərə və həmin əsərlərdəki surətlərə - personajlara ve­rilən adların üslubi xüsusiyyətlərini, əsərin bədii təsir gü­cünün artmasına xidmət edən, ona əlavə imkan yaradan antro­ponimik vahidlərin rolunu, komik təbiətini, obraz­lılı­ğını öytənən antroponimika nəzərdə tutulur. Başqa sözlə desək, bədii antroponimika bədii əsərlərdəki bədiilik funk­siyası daşıyan antroponimik vahidlərin öyrənilməsi ilə məş­ğul olur. Bütün onomastik vahidlər kimi, antroponimik vahid­lər də xalqımızın tarixinin bu və ya digər açılmamış sə­hifələrinin, ədəbi dulimizin tarixini, üslubiyyatını və müasir dilimiz üçün səciyyəvi olan sahələrinin öyrənil­məsinə geniş imkan verir.
S.Vurğunun və N.Nərimanovun bədii irsi üzərində apardığımız müşahidələr göstərdi ki, bədii əsərlərdə işlə­dilən şəxs adlarının (antroponimlərin) heç də hamısı bədii məna ifadə edə bilmir. Odur ki, bədii əsərlərdə per­sonaj­ların adı kimi istifadə olunan bütün antro­ponim­ləri də bədii antroponim üsulu ilə öyrənmək olmaz. Bədii əsər­lərdəki ikinci qrup antroponimlər, yəni əsərin süjeti ilə bağ­lı olub, bədiilik və obrazlılıq kəsb edə bilməyən antro­ponimlər isə adi antroponim kimi tədqiq edilir. Bu baxım­dan, bədii əsərlərdə istifadə olunan antroponimləri iki qru­pa bölmək olar: bədii antroponimlər, nəqli antropo­nimlər.
Bədii antroponimlər. Bədii antroponimlər, adından gö­rün­düyü kimi, əsasən poetik-lirik əsərlərdə işlədilir və bə­dii məna kəsb edir. Onlar əsərdə təsvir olunan hadisələrin cərəyan etdiyi yer və ictimaiyyət, personajın xarakteri, fər­di düşüncəsi və nitqi ilə bağlı olub, bədii məzmun və məna daşıyır. Məsələn,

O gözəl dilbərə ad verək Bahar -
Keçmişdir ömründən iyirmi bahar.
(S.Vurğun, “20 bahar”)

Saray qızı Mahniyar
Tanınmış diyar-diyar.
(S.Vurğun, “Aslan” qayası)

Yuxarıdakı poetik parçalardakı Bahar və Mahniyar ant­roponimlərinin bədii mövqelərdə və məqamlarda işlən­diyi göz qabağındadır.
Nəqli antroponimlər. Nəqli antroponimlər. əsasən, nəsr əsərlərindəki personajların adı ilə bağlı olur və onlardan heç bir bədiilik və obrazlılıq gözlənilmir. Məsələn, “Həsən öz qoca arvadı ilə köhnə və uçuq daxmasında yaşayırdı”. Göründüyü kimi, bu cümlədəki Həsən antroponimi heç bir üslubi xarakter daşımır, heç bir üslubi mövqedə dayan­mır, nə özü, nə də cümlədəki digər ümumişlək sözlərlə bir­likdə bədii məzmun kəsb edə bilmir. Məhz bədii əsərlərdə işlədilən belə personaj adları nəqli antromo­nimlər adlanır.
Deməli, janrından asılı olmayaraq, bütün bədii əsərlər-də istifadə olunan antroponimik vahidləri bu iki yolla araşdırmaq xalqın tarixi, dili və məişəti baxımından daha yaxşı nəticələrə gətirib çıxara bilər.
Bədii əsərlərdə işlədilən onomastik vahidlərin, - “şifa­hi ədəbiyyatda onomastik vahidlər, yazılı ədəbiyyatda ono­­mastik vahidlər” - olmaqla iki istiqamətdə öyrə­nil­mə­sini də məsləhət bilirlər.
Birinci məqamda şəxs adla­rının real həyatdan götü-rülməsi və xalq arasında fəal şə­kildə işlədilməsi, əsərin sü­jet məzmunu ilə bağlılığı, sənət-peşə ilə əlaqələndiril­məsi, hidronimik və astronomik adlar­dan geniş istifadə edilməsi, hörmət məqamında qadın adının sonuna “xanım”, kişi adı­nın sonuna “körklüm, ağa, bəy” sözlərinin qoşulması, ad­la­rın təsviri xarakter daşıması və həmahəngləşdirilməsi, adqoyma və addəyişmə (fəaliyyə­tinə, igidliyinə, sənətinə görə ikinci adqoyma) ənənəsi, dini-əfsanəvi ideyalarla əla­qədar olması və s. əsas götü­rü­lür.
İkinci məqamda isə, adın bədii obrazı adlandırmağa xid­mət etməsi, yazıçı tərəfindən personajlara verilən ad­la­rın (müsbət və ya mənfi surətlər) şüurlu surətdə seçil­mə­si, onların xarakteri, əsərin süjeti və məzmunu ilə uyğun­luğu, eyni adın bir neçə əsərdə işlədilməsi, rəsmi və yazıçının bədii təxəyyülünün məhsulu olan onomastik vahidlərdən istifadə olunması ön plana çəkilir. Həmçinin yazıçının xalq qəhrəmanlarının və xalq arasında geniş yayılmış, rəğ­bət qazanmış adlarını öz əsərinin surətlərinə qoyması və mövcud həyat hadisələri ilə əlaqələndirilməsi, ülvi məhəb­bəti tərənnüm etdiyi zaman dastan qəhrəman­larının adın­dan və ləqəbindən vasitə kimi istifadə etməsi və s. bədii antroponimika üçün əsas olmalıdır. Məhz bu baxımdan S.Vurğunun və N.Nərimanovun bədii əsərlə­rində işlədil­miş antroponimlər tədqiqata cəlb edilmişdir.
S.VURĞUNUN POEZİYASINDA
ANTROPONİMİK XÜSUSİYYƏTLƏR

Azərbaycan xalq şairi Səməd Vurğun XX əsr ədəbiy­ya­tımızın bünövrəsini qoyan yazıçılar nəslinə mənsubdur. Onun vətəndaşlıq pafosu ilə zəngin olan poeziyası müasir həyatın bərqərar olması və inkişafı təşəkkül tapıb möh-kəmləndiyi dövrə təsadüf edir. Müasir ədəbiyyatımızı öz zəngin bədii irsi ilə əsaslandıran S.Vurğun böyük bir bədii irs qoyub getmişdir.
Azərbaycan ədəbiyyatının korifeylərindən biri S.Vur­ğunun adı həmişə və hər yerdə ümumdünya şöhrəti qazan­mış M.Şoloxov, A.Fadeyev, N.Tixonov, K.Simonov, Ç.Ay­t­matov, R.Həmzətov, K.Kaladze, İ.Kərimov, Q.Qu­luyev, Q.Qulam, S.Rüstəm, R.Rza və başqalarının adı ilə bir sırada çəkilir. S.Vurğun poeziyası zəngin və müstəqil poetik məktəbdir. O, yaradıcılığı boyu lirik şeiri poeziya­nın çırpınan ürəyi, ədəbiyyatın ilk sözü hesab edirdi. Bu mənada S.Vuröun poeziyası da yalnız Azərbay­can ədəbiy­yatının yox, ümimilikdə ədəbiyyatın daim çırpınan, irəliyə, yüksəkliyə uçmağa can atan zəngin bir sənətidir. Bu sə­nə­tin ictimai ideyası, süjeti, forma və məzmunu zəngin və rəngarəng olduğu kimi, onun poetik dili də zəngin və rəngarəngdir.
S.Vurğun poeziyasını Azərbaycan xalqının və Azər­bay­­can dilinin həyat ensiklopediyası, bədii söz sənətinin və bədii dilin nadir incisi adlandırsaq, heç də, səhv etmə-rik. Doğrudan da, Vurğun poeziyasında nələr yoxdur? Şai­rin qalaq-qalaq kitablarını vərəqlədikcə hər səhifəsində bir tarix, hər misrasında isə köklü tar kimi insan qəlbini din­dirən, cuşa gətirən odlu və alovlu, səmimi və mehriban insani duyğular, zəngin mənəvi ideyalar və fikirlər görü­rük. Bu mülahizəni Vurğun poeziyasının incə xüsusiy­yət­lərinə dərindən bələd olan bir çox şair, alim və Vurğun pə­rəstişkarlarının fikirləri də təsdiq edir.
S.Vurğun “müasir dünya .....şeirinin fəxri” (L.Araqon), “insanlığın yaddaşında həmişə canlı qalan” (M.Şaginyan), “Özünün nəhəng poetik görkəmi ilə goz önündə canlanan” (Y.Bukov), “Azərbaycan xalqının mərdlik pasportu” (R.Həm­zətov), “Gələcəyə çağıran sənətkar (K.Simo­nov), ”dövrümüzün adlı-sanlı Azərbaycan şairi Səməd Vurğun çoxmillətli ölkə ədəbiyyatının bəzəyi idi” (Q.Abaşidze). Bi­zim mülahizəmizə görə, XX əsrdə Dünya şairləri böyük bir Komanda halında toplansaydı, həmin Komandaya - “Poeziya Allahı” adlanan Azərbaycan Xalq şairi S.Vuğun ən layiqli Komandir idi” (professor M.N.Çobanov, 20.05.­2017-ci il).
N.Hikmətin obrazlı dili ilə desək “Səməd Vurğun poe­ziyamızın nəhəng planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir”, daimidir. Çünki, bu günəş öz işığını xalqı­mı­zın zəngin söz xəzinəsindən alır. Əsil sənət qaynar xalq bu­lağının sərin və təmiz suyundan qidalanır. Məhz Vurğun poeziyası da xalqımızın büllur bulağından maya­lan­mış, böyüyüb ərsəyə çatmış və daşqın bir çaya dön­müşdür.... Beləliklə, o xalqın isti qəlbində nadir istedad­lara qismət ola biləcək, daimi yurd-yuva salmışdır. Bu yurd-yuvanın özülü, məhək daşı isə Ana dilinin qədim və zəngin söz xəzinəsindən ibarətdir. Odur ki, şair ana dilini qəlbən sev­miş, onun bütün incə çalarlıqlarını dərindən mənimsə­miş­dir. Təsadüfi deyil ki, S.Vurğunun ayrı-ayrı çıxışlarında və elmi məqalələrində dil məsələsi həmişə ön plana çəkil­mişdir. Şairin bu qəbildən olan əsərlərini oxuyanda sanki S.Vurğun bir dilçi kimi çıxış edir. O, dilin müxtəlif problemlərinin qoyuluşu və həllində dilçiliyin son nailiy­yətləri əsasında mülahizələrini şərh edirdi.
S.Vurğunun obrazlı dili ilə desək, dil xalqın müqəddəs dövlətidir. “Dil xalqın namusu deməkdir, tarixi deməkdir, vicdanı deməkdir. Biz dil məsələsini hər bir yerdə göz bə­bəyimiz kimi gözləməliyik”. Bu fikirdə böyük həqiqət vardır. Çünki dilsiz heç bir xalqın tarixini təsəvvür etmək olmaz. Həm də dil hər hansı bir xalqın millət kimi for­malaşmasının birinci şərtidir.
S.Vurğun dil və dilin inkişafı haqqında olan mülahizə-lərini ilk sətir və misralarından başlamış son sətir və mis-ralarına qədər davam etdirmiş, ədəbi dilimizin in­kişafı uğ-runda həmişə və hər yerdə ciddi şəkildə mübarizə aparmış-dır. Şair həm nəzəri və elmi xarakterli əsərlərində, müxtə-lif nitq və çıxışlarında, həm də bədii əsərlərində Ana dili-nin saflığını, təmizliyini, səlisliyini qo­ruyub saxla­maq, onu daha da zənginləşdirmək məsələ­lərindən ürəkdo­lusu danı­şardı. Bu mənada, S.Vurğu­nun fəaliyyətini onun sələ-fi, məşhur “Molla Nəsrəddin” jurna­lının naşiri və redak-toru Mirzə Cəlilin fəaliyyəti ilə müqayisə etmək olar. Bu, belə də olmalıdır. Çünki hər bir yeni nəsil özündən əvvəlki nəslin fəaliyyətini və ideyasını izləməli və onu öz fəaliy-yəti ilə daha da zənginləş­dirməlidir. S.Vurğun da məhz bu yolla getmiş və yüksək zirvələr fəth etmişdir...
S.Vurğunun qalaq-qalaq əsərlərini oxuduqca, hər şey-dən əvvəl, oxucunu onun poetik dili, canlı xalq dilinin zən-gin lüğət tərkibindən ustalıq və yaradıcılıqla istifadə et-məsi, milli kaloritli qədim sözlərimizi poeziya sənətinin ti­kinti materialına çevirməsi və həmin tikinti materialı ilə Nizami, Nəsimi, Füzuli, Vaqif və Sabir məktəbinə layiq bədii söz binası ucaltması valeh edir. Şair elə bir bədii söz binası ucaltmışdır ki, müasirlərindən belə çoxmərtəbəli söz binası tikmək heç kəsə qismət olmamışdır. Bu bədii bina­nın özülü möhkəm olduğu qədər də, onun bəzək-düzəyi söz xəzinəsinin ən incə mətləbləri ifadə edən mənası ilə naxışlanmışdır. Müəllif bu bəzək və naxışlar arxasında hə-mişə dilin sadəliyini, bədiiliyini, zərifliyini, təmizliyini, səlisliyini qoruyub saxlamış və bunları gənc nəslə, ziyalı mütəxəssisələrə də tövsiyə etmiş, həm də onlardan Dədə Qor­qud müdrikliyi və Koroğlu cəsarəti ilə tələb etmişdir. Müəllif özünün irili-xırdalı bütün əsərlərində bu ideyaya həmişə sadiq qalmışdır...
Prof. A.Axundovun obrazlı dili ilə desək, “S.Vurğunu, hər şeydən əvvəl, hər sözü dalğa kimi ləngər vuran Vətən avazlı, xalq təranəli aforuzmlərlə zəngin dilindən tanı­yırlar... Səmədin dili bədii dilimizin bərli-bəzəkli, abırlı-həyalı və romantik gəlinidirsə, M.İbrahimovun bədii dili bu gəlinin ağıllı və tərbiyəli, gözəl və alicənab qardaşıdır. Hər ikisi öz anaları olan xalq dilinin doğma balalarıdır”. S.Vurğun poeziyasının dilinə xas olan bu xüsusiyyətlər M.İbrahimovun da nəzərini cəlb etmişdir. O yazırdı: “Sə-məd Vurğun şeirlərinin xalq arasında bu qədər sevilməsi və yayılması­nın mühüm bir səbəbi də bədii dil norma­la­rına əməl etməsidir. Əsərlərində dilin gözəl və sadə, təbii və mənalı olması, yəni xəlqiliyidir”.
İndi bütün ictimaiyyət S.Vurğun deyəndə xalq dilini, xalq dili deyəndə isə, istər-istəməz S.Vurğunu yada salır. Çünki dilimizin müasir mərhələsində onlar, sanki, əkiz qardaşlardır. Obrazlı desək, müasir dilimizin lüğət tərkibi böyük bir okeandırsa, Vurğun poeziyası və onun dili hə­min okeanda üzənlərə yol göstərən bir mayakdır.
Müasir Azərbaycan dili inkişaf etmiş zəngin lüğət tər-kibinə malik dünya dillərindən biridir. Onun lüğət tərki­bində xüsusi adlar silsiləsini - onomastikanı əmələ gətirən antroponimlər, toponimlər, etnonimlər, kosmonimlər, ast­ro­nimlər, zoonimlər, hidronimlər və özünəməxsus leksik laylar təşkil edir. Başqa dillərdə olduğu kimi, ınüasir Azər-baycan dilində də onomastika, xüsusilə, onun çox geniş yayılmış bir sahəsini təşkil edən antroponimiya problem-ləri maraqlı səciyyəvi cəhətlərə malikdir. Bu nöq­teyi-nə-zərdən Azərbaycan xalq şairi S.Vurğunun əsərlərin­də işlənən poetik antroponimlərin öyrənilməsi təqdirəlayiqdir.
Azərbaycan xalq şairi S.Vurğun poetik antroponim­lə­rin mahir ustadıdır. Biz, onun əsərlərində işlənən antro­po­nimik xüsusiyyətləri araşdırarkən şairin “Vaqif”, “Fər­had və Şirin”, “Xanlar” və “İnsan” dramlarını; “Aygün”, “Bəs­ti”, “Talıstan”, “Zəncinin arzuları”, “Ölüm kürsüsü”, “Bu­ruqlar səltənəti”, “Köhnə dostlar”, “Üsyan”, “Zamanın bay­raqdarı”, “Muradxan”, “Xumar”, “Lökbatan”, “Kənd səhəri”, “Acı xatirələr”, “Qız qalası”, “Aslan qayası”, “Bu­laq əfsanəsi”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Ayın əfsa­nəsi”, “Hürmüz və Əhrimən”, “Bakının dastanı” və digər poe­malarını, əsərlərinin altı cildlik akademik nəş­rinin bi­rinci və ikinci cildlərinə daxil olan şeirlərini əsas tədqiqat obyekti kimi götürmüşük. Zəngin, təmiz və səlis lüğət tər­kibinə malik olan bu əsərlərdə antropo­nim­lərin işlənməsi də özünəməxsus bir yer tutur. Onu da qeyd et­mək lazımdır ki, bu əsərlərdə çox zəngin səciyyəvi cəhət­lərə malik olan antroponimlərin xüsusi tədqiqata ehtiyacı vardır. Bədii əsərlərdə işlənən antroponimlərin dəqiq təhlili, hər şeydən əvvəl, onların toplanmasını və təsvir olunmasını tələb edir. Bu cəhətdən poeziyamızın nadir ustadı S.Vurğunun əsər­lərində işlənən antroponimlərin öyrənilməsi də xeyli əhə­miyyətlidir.
Şairin əsərlərindən aydın olur ki, o, ayrı-ayrı əsərində irəli sürdüyü bu və ya digər ideyanı, məzmunu, mənanı ifadə etmək məqsədilə Azərbaycan antroponimiyasında geniş dairədə işlənən xüsusi adları çox mahir bir sənətkar kimi seçmiş və yerli-yerində işlətmişdir. Bu da əsərin ideya səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
S.Vurğun yuxarıda adı qeyd olunan əsərlərini yazarkən 660-a yaxın antroponimdən, o cümlədən, 80-dən çox adsız personajdan və antroponim yerində işlənən toponim və müxtəlif terminlərdən bacarıqla istlfadə etmişdir. Həmin antroponimlərdən 270-i poemalarda, 64-ü dram əsərlə-rində, 180-ə qədəri isə şeirlərində işlədilmişdir. Şair bədii əsərlərində öz ideyasını, istək və arzularını lazımi səviy­yədə ifadə etmək məqsədilə müxtəlif mənşəli antropo­nimlərdən də istifadə etmişdir. Bu da, hər şeydən əv­vəl, yüksək beynəlmiləlçilik ideyalarının bayraqdarı olan şairin güclü vətənpərvərlik və insanpərvərlik hiss­lərinə malik ol­ması ilə üzvi surətdə bağlıdır. Şairin əsərlərində işlənən antroponimlərin 340-ı Azərbaycan mənşəli olduğu halda, 175-i başqa dillərin antropo­nimiyasından alınma­dır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, şairin antroponimlər qalereyası çox zəngin və rəngarəngdir. Bu qalereyanın üstünə şairin öz mənəvi zövqünə uyğun ola­raq, qəbul etdiyi təxəllüsləri də əlavə etsək, daha canlı bir mənzərə ilə rastlaşmış olarıq. Hələ, gənclik illərindən döv­ri mətbuatda “Vurğun”, “El vurğunu”, “Düşgün Sə­məd”, “Səməd Mənsur”, “Dəli Şair”, “Vəkilzadə Səməd”, “Vur­ğun Səməd” təxəllüsləri ilə çıxış edən şair, artıq, 30-cu illərdən öz əsərlərində “Sə­məd Vurğun” təxəllüsünü sabit­ləş­dirir. Heç şübhəsiz ki, bu təxəllüs şairin öz doğma Və­təninə, Elinə, Xalqına və Dilinə vurğunluğun simvolu idi. Bunu şairin çoxsahəli yaradıcılığı da təsdiq edir. Görün, “Səməd Vurğun” ifadəsi ilə müəllim, xalq şairi, drama­turq, tərcüməçi, ədəbiyyat­şünas və ictimai xadım ifadələri və sözləri bir-birilə necə də həmahəng səslənir. Bu ahəng­darlıqda isə bur məna və məzmun cəmlənibdir. VƏTƏN VURĞUNU, DİL VUR­ĞUNU... Güman etmək olar ki, dilçilərimiz yaxın gələ­cək­də şairin (ümumiyyətlə, bütün yazıçılarımızın) əsərlə­rində işlədilən antropo­nim­lə­rin xü­su­si lüğətini hazırlamağa səy göstərəcəklər. Bu da, şübhə­siz ki, gələcəkdə “Azərbay­can antroponimləri lüğəti” ha­zır­lamaq üçün zəmin yaradacaq­dır.
Şair əsərlərində Azərbaycan mənşəli antroponimlərdən, əsas etibarilə, müsbət obrazlar yaratmaq və onlarda Ca­van­şir, Babək, Koroğlu, Həzi Aslanov və Hüseynbalaya məx­sus igidlik və cəsurluq hissləri; Nizami və Füzuliyə məx­sus bəşəri sənətkarlığa məhəbbət hissləri: Fərhad, Bəsti, Sarvan və Murada xas olan əməksevərlik duyğuları: Məc­nun və Leylinin ülvi məhəbbət və sevgi hissləri; Va­qifə məxsus yüksək vətənpərvərlik hissləri yaratmaqla yanaşı, poetik məqsədlər üçün də istifadə etmişdir. Məsə­lən:

Dünyanın sirrini nə bilir Humay,
Bəzən də göyləri gəzən solğun ay,
Yarıb buludları hücuma çıxır...

Yediyi sadəcə pendirlə çörək,
Şirin bir nemət tək ona dad verir.
Şair bu insana Nemət ad verir...

Yuxarıdakı parçalarda Humay və Nemət antropo­nim­lərinin poetik mövqelərdə işləndiyi göz qabağındadır.

S.Vurğunun poeziyasında, demək olar ki, əksər antro­ponimlər real həyatdan, tarixdən - tarixi şəxsiyyət­lərin adından götürülür və mövcüd hadusələrin təsviri məqa­mında onlara məharətlə yeni bədii məna və bədii don gey­dirilir. Bu da antroponimin həm zahiri ahəngdarlığını, həm də daxili mənasını qat-qat artırır, onun daha oxunaqlı və daha təsirli olmasına imkan yaradır. Məsələn,

Vaqif, ey şeirimin könül dastanı.
De söhbətin hanı, de sazın hanı?

Səninsə qəlbinin əsdi telləri,
Yazdın Vidadiyə bu şad xəbəri.

Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni.

“S.Vurğunun yaradıcılığından gətirdiyimiz bu nümu­nə­lərdə adları çəkilən Vaqif, Vidadi, Xan, Aşıq Şəmşir... mü­tərəqqi fikirli tarixi şəxsiyyətlər olmuşlar. S.Vurğun öz ya­ra­dıcılığında mütərəqqi ideyaları həmin şəxsiyyətlərin hə­yatı timsalında tərənnüm etməyə nail olmuşdur... Real onomastik vahidlərin bədii ədəbiyyatda bu cür verilməsi əsə­rin ideyasının daha tez və asan mənimsənilməsinə kö­mək edir.... S.Vurğun əsərlərində N.Gəncəvinin, M.Fü­zuli­nin, M.Vaqifin, Nəsiminin, M.Vidadinin, M.Sabirin və baş­­qa klassiklərin adlarını dönə-dönə çəkmiş, onlar haq­qında yüksək bədii fikir söyləmişdir. Oxucu həmin klas­siklər haqqında elmi ədəbiyyatdan nə öyrənmişsə, S.Vur­ğunun əsərlərində onları o cür də tanıyır”. S.Vurğun poe­ziyasının həyatiliyi və böyüklüyü məhz bundadır ki, onda tarixi hadisələr də yüksək bədii məzmun kəsb edə bilmiş­dir.
Şairin əsərlərində işlədilən antroponimlərin xüsusiy­yətlərinin öyrənilməsində əsas məqsəd - müəllifin ad seçməsini və həmin adlara ümumxalq münasibətini, onla­rın üslubi funksiyalarını müəyyənləşdirməkdən ibarətdir. Antroponimlərin üslubi funksiyalarını müəyyənləşdirmək­dən ibarətdir. Antroponimlərin üslubi funksiyası dedikdə, onun müəllifin nitqində və ya ayrı-ayrı personajların nit­qində işlədilməsi nəzərdə tutulur. Məsələn: Bəsti (“Bəsti”), Aygün, Əmirxan, Elyar, Ülkər (“Aygün”), Sar­van (“Mu­ğan”) kimi antroponimlər müəllifin nitqində, Calal, Ko­roğlu, İldırım, Teymur, Cingiz, Pənah, Süley­man, Fir­dov­si, Rustaveli (“Vaqif”), Hürmüz, Zərdüşt, Kə­yan, İsgəndər, Məcnun, Leyli (“Fərhad və Şirin”), Puşkin, Əflatun, Hitler, Napoleon, Vilhelm, Nitşe (“İnsan”) kimi antroponimlər isə ayrı-ayrı personajların nitqində işlənərək əsərin məzmunu­nun dolğunlaşmasına kömək etmişdir.
S.Vurğun öz əsərlərində yeri gəldikcə təsvir etdiyi epizodların daha dolğun və daha mənalı olmasını nəzərə alaraq müxtəlif quruluşlu antroponimlərdən istifadə etmiş­dir. Antroponimlərin mənaca ekspressivlərini nəzərə alan müəllif yeri gəldikcə bəzən bir (yalnız ad və ya təxəllüs), bəzən iki (ad, atanın adı və ya familiya, təxəl­lüs), bəzən də üç (ad, atanın adı, familiya və ya təxəllüs) üzvlü adlardan istifadə etmişdir. Antroponimlərin ekspres­sivliyindən bəhs edərkən onların tərkibinin morfoloji quruluşu nəzərdə tutulmur. Məsələn, S.Vurğunun əsərlə­rində Leyla. Sona (“Talıstan”), Elxan (“Üsyan”), Nemət, Şəfiqə, Üzeyir, Ülfət (Aygün”), Eldar, Xuraman, Gülnar (“Vaqif”), Xaspolad, Püstə, Züleyxa (“Xanlar”), Fərhad, Şirin, Fitnə (“Fərhad və Şirin”), Səhər, İslam, Güloğlan (“İnsan”) kimi tək iş­lənən adlar; Füzuli (“Talıstan”, “Muğan”), Vaqif (“Vaq­if”) kimi tək işlənən təxəllüslər, Manya Kərimova (“Muğan”) kimi iki üzvlü antroponimlər. Ağa Məhəmməd şah Qacar (“Vaqif”) kimi üç üzvlü antroponimlər də işlədilmişdur.
S.Vurğunun başqa əsərlərində olduğu kimi “Aygün” poemasında da ifadə olunan məna və məzmundan asılı ola­raq, daha sadə, anlaşıqlı, ahəngdar və müasirlik baxı­mından daha maraqlı və daha məzmunlu olan antro­po­nimləri seçmiş və öz məşhur əsərinin personajlarına ad ver­mişdir. Bu mülahizəni aşağıdakı poetik parçalar da təsdiq edir.

Əmirxan Aygünü, Ülkəri anıb,
Dolmuş ürəyini boşaldan zaman,
Onunla bir yerdə Nemət dayanıb,
Gözləri dolardı həyəcanından....

Gəldi, qoşa gəldi, Ay ilə Ülkər,
Piyada getdikcə asfalt yolları,
Bu ki lap şəhərdir, şəhər dedilər.

Ülkərin dalınca Aygün də qalxdı,
Əmirxan bu dəfə Elyara baxdı.

Poemadan götürülmüş bu parçalardakı Nemət, Əmir­xan, Aygün, Ülkər, Ay, Elyar və s. antroponimlər həm per­son­ajın adının seçilməsinə, həm əsərdə qoyulan məna və məz­unun daha dolğun və əhatəli olmasına, həm də poe­manın bədii cəhətdən daha da zənginləşməsinə xidmət et­mişdir. Bu antroponimlərdən Ay, Ülkər, Aygün fəza cisim­ərinin adı əsasında düzələn şəxs - qadın adları; Elyar isə “el və yar” sözlərinin birləşməsindən düzələn kişi adıdır.
Xalq şairi S.Vurğunun əsərlərində işlənən antro­po­nimlər öz sabitliyi etibarilə də müxtəlifdir. Onların bə­zisi sabit olaraq şairin bir neçə əsərində, bəzisi isə əksinə, qeyri-sabit olaraq, müəyyən bir əsərdə işlənir. Bu nöqteyi-nəzərdən, S.Vurğunun əsərlərində işlənən antro-ponimləri iki qrupa bölmək olar:
1) Sabit antroponimlər. S.Vurğun bəzən bir neçə əsə­rində eyni antroponimdən istifadə edir. Bu da, hər şeydən əvvəl, çox güman ki, həmin antroponimin xalq arasında müsbət əxlaqi keyfiyyətlər ifadə edərək geniş yayılma­sından irəli gəlir. Belə antroponimlərə “şah” adlar deyilir. Məsələn, S.Vurğunun əsərlərindəki Koroğlu (17), Vaqif (15), Füzuli (12), Nizami (10), Məcnun (12), Leyla (9), Babək (6), Fərhad (5), Murad (7) antroponimləri “şah” adlardır.
Müəllifin əsərlərində işlənən personajlar qalereyasına dərindən nəzər saldıqda aydın olur ki, sabit antroponim­lərin bir qrupu gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq, əməksevərlik və sevgi-məhəbbət hissləri tərbiyə etməklə yanaşı; digər qrupu dünyada azadlığı, sülh və əmin-aman­lığı boğan xalqların milli azadlıq hərəkatına qarşı müba­ri­zə aparan, demokratik və mütərəqqi ideyalara göz yuman adamlara dərin nifrət və kin bəsləmək hisslərini aşı­layır. Bütün bunları nəzərə alaraq, sabit antroponimləri iki qrupa ayırmaq olar:
a) müsbət keyfiyyətli antroponimlər: Fərhad (“Fərhad və Şirin”), “Aygün”, “Muğan” (“Buruqlar səltənəti”), Xanlar (“Xanlar”, “Buruqlar səltənəti”), Məcnun (“Ay­ün” “Muğan”, “Xumar”, “Aslan qayası”, “Lökba­an”), Leyli (“Aygün”), Eldar (“Vaqif”, “İnsan”), Elxan (“Bakının dastanı”, “Üsyan”), Cəlal (“İnsan”), Humay (“Muğan”), Murad (“Vaqif”, “Köhnə dostlar”, “Mu­adxan”) və s.
b) mənfi keyfiyyətli antroponimlər: Napaleon (“Bəs­ti”), Hitler (“Muğan”, “Köhnə dostlar”), Kolçak (“Köhnə dostlar”) və s.
2. Qeyri-sabit antroponimlər. Bu qrup antroponimlər də hər hansı bir əsərdə irəli sürülən ideya, məqsəd və məzmundan asılı olaraq həm müsbət, həm də mənfi xa-rakterli personajların adını bildirir. O cümlədən, Bəsti (“Bəsti”), Leyla (“Talıstan”), Sarvan (“Muğan”), Ayg­ün, Əmirxan (“Aygün”), Vidadi, Gülnar (“Vaqif”), Mehriban (“Xanlar”) və Səhər (“İnsan”) antroponimləri müsbət xa­rakterli personajların; Qacar (“Vaqif”) antroponimi isə mənfi xarakterli personajların adını bildirir.
S.Vurğunun əsərlərinin antroponimik xüsusiyyətlərini araşdırarkən, daha bir çox maraqlı xüsusiyyətlərə rast gəl­mək olur. Şair öz əsərində irəli sürdüyü ideya və məq­səddən asılı olaraq, toponimi və coğrafi termini antro­po­nim yerində işlətmişdir. Məsələn: şair Azərbaycan, Dağıs­tan və Şərq kimi toponim və coğrafi terminləri poetik löv­hələrlə səciyyələndirərək antroponim simvolun­da tə­rən­nüm etmişdir:

Bilir Azərbaycan, bilir Dağıstan
Dərdim el içində bir şüar olub.
(“Dostlar xəbəri”)

Yenə at belinə qalxır Dağıstan.
(“Buruqlar səltənəti”)

İnlədi Şərq, inlədi....
Tunc əsrlərin dəmir cəngəlində.
(“Qızıl Şərq”)

S.Vurğunun lirikasında “Memar” və “Sənətkar” söz­lərinin də ümumiləşdirilərək antroponim yerində işlən­di­yinə rast gəlirik:

Hər səhnənin öz hüsnünə, öz rənginə,
Başqa boyaq, başqa bir rəng vursa əlin.
Memar yoldaş! Puça çıxar öz əməlin!
Döydü qapımızı bir acı ruzgar,
Durdu insan qəlbi, öldü sənətkar....
(“Böyük ədib”)

Şairin əsərlərində “laçın, şahin və tərlan” zoonimləri də ümumiləşdirilərək poetik antroponim yerində işlədil­miş­dir:
Laçınlar yuvası, haylar ocağı
(“Səyahət”)

Tərlan kimi qıy vuraraq, buludlardan buludlara,
Uçub gedir şahinlərim dumanları yara-yara.
(“Qızıl şahinlər”)

Tərlanım. Tərlanım, gözəl tərlanım!
Sənə qurban olsun bu Düşgün canım.
(“Tərlanım”)

Şairin əsərlərində düşmən milli mənsubiyyətindən asılı olaraq xalqın adını bildirən etnonim və ya həmin xalqın iradəsini ifadə edən siyasi partiyanın adı antroponim yerində işlədilmişdir.

Bilirəm, arxasında dayanmış yol çapanlar,
Əli faşist süngülü o almanlar, yaponlar...
Gülür, hünər və həyat
(“Ölüm xəbərçilərinə”)
“Sənət və sənətkarlar həbsxanası” olan keçmiş sovet-lər imperiyasında bütün xalqların tarixi təhrif olunmuş, xalq öz tarixindən və soy kökündən uzaqlaşdırılmışdır. Öz tarixinin parlaq səhifəsini yazmaq istəyənlər “millətçi”, “pan­türkist”, “panislamist”, “xalq düşməni” markası ilə dam­­ğa­lanmış, heç bir sübut-dəlil olmadan “təhlükəsizlik komitəsinin” səbatsız üzvləri tərəfindən repressiya qur­banları olmuşlar. Sovet imperiyası elə bir qorxunc şərait yaratmışdı ki, adamlar “ağ qatığa da qara deyir­dilər”. Bu dövrün ziyalıları, - nəinki, alimlər, hətta bədii söz sənət-karları da öz soy köklərini “əyri güzgü”də tərənnüm et-mək məcburiyyətində qalmış, öz tarixi keç­mişinə - soy kökünə, nəinki, tapançadan, hətta, əgər belə demək müm-künsə, ağır toplardan “atəş” açmalı olmuşlar. O dövrün bütün sənətkarlarının yaradıcılığında olduğu kimi belə ədalətsizliyi, S.Vurğunun “Ölüm xəbərçilərinə” adlı şeirin-də də görürük. (Bizə elə gəlir ki, belə misraları yazanda və­tənpərvər şairin qəlbi qan ağlayırmış. Odur ki, qəlbi qan ağlayan şair uzun müddət yaşaya bilməmiş, 50 yaşında həyatdan getmişdir).
Azərbaycan antroponimiyasında olduğu kimi, S.Vurğu-nun əsərlərində işlənən antroponimlərin əsasını da hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülən ümumişlək sözlər təşkil edir. Ədəbi dilimizdə ol­duğu kimi, S.Vurğunun əsərlərində işlənən antropo­nimlər də öz əsa­sı­na görə müxtəlif və rəngarəngdir:
S.Vurğunun antroponimlər qalereyasında kosmo­nim-lər əsasında düzələn adlar da özünəməxsus bir yer tutur. Şair fəza cisimləri üçün səciyyəvi olan parlaqlığı, ay­dın­lığı, saflığı və təmizliyi öz personajlarında görməyi arzu­lamış və bu məqsədlə də onları kosmonimlərin adı ilə adlandırmışdır: Ay (“Aygün”, “Ayın əfsanəsi”), Aybəniz (“Aygün”, “Ayın əfsanəsi”), Aygün və Ülkər (“Aygün”), Günəş (“Ayın əfsanəsi”), (“Bakının dastanı”), Mahniyar (“Aslan qayası”) və s.
Doğma vətəninin vurğunu olan şair öz personajlarına ad seçərkən təbiətin gözəlliklərini də unutmur. O, per­so­naj­larını da gül-çiçək kimi ətirli, zərif və incə görmək istəyir. Bu məqsədlə onlara Püstə (“Xanlar”), Lalə (“Lalə” şeiri), Gülnar (“Vaqif”), Gülzar (“Aygün”, “Kənd sə­hə­ri”), Güloğlan (“İnsan”), Gülsənəm (“Xumar”) kimi adlar verir.
S.Vurğun bədii yaradıcılığında dünya ədəbiyyatı xəzi­nəsinə qiymətli incilər bəxş etmiş və dünyada öz tə­xəl­lüs­ləri ilə məşhur olmuş klassiklərimizi də yaddan çıxarmır. O, əsərlərinin ideyası, məqsəd və məzmunundan asılı ola­raq bəzən onları şah əsərinin baş qəhrəmanı səviyyəsinə qaldırır, Vaqif - (“Vaqif” dramında), bəzən də yeri gəl­dikdə onların nəsihətamiz ideyalarını və hikmətli sözlərini oxuculara çatdırır, tərbiyəvi xarakter daşıyan ayrı-ayrı epizodlarda səhnəyə gətirir və onların təxəllüsünü ant­roponim yerində işlədir: Nizami - (“Muğan”, “Aygün”, “Ba­­kının dastanı”); Nəsimi - (“Azad ilham” şeiri); Füzuli - (“Talistan”, “Muğan”); Vaqif - (“Vaqif”, “Aslan qaya­sı”, “Bakının dastanı”); Sabir - (“Bakının dastanə” poe­ma­sı,”Sabirin şərəfinə”, “Çil toyuğun tək yumurtası” şeirləri). Şaiq (“Səmimiyyət yolçusu” şeiri) və s.
Şairin əsərlərində zoonimlər əsaında düzələn antro­po­nimlərə də müəyyən qədər yer verilmişdir. Mə­sələn: Sona (“Talıstan”), Aslan (“Aslan qayası”, “Bakının dastanı”), Göyərçin (“Göyərçin” şeiri), Zümrüd (“Bakının dastanı”) və s.
Xalq şairinin əsərlərində keçmişdə vəzifə bildirən söz­lər əsasında düzələn antroponimlər də işlənmişdir: Xan (“Azərbaycan” şeiri), Xanpaşa (“Pambıqçılar” şeiri), Mu­radxan (“Muradxan”) və s.).
Müasir poeziyanın ustadı S.Vurğunun əsərlərində həsrət, intizar və nigarançılıq bildirən sözlər əsasında düzələn antroponimlərə də rast gəlmək olur. Məsələn: Həsrət (“Həsrət” şeiri); Nigar (“Dar ağacı”) və s.
S.Vurğunun poemalarında qiymətli əşyaların adlarını bildirən sözlər əsasında düzələn antroponimlər də işlədil­mişdir: Almaz, Zərnigar (“Bakının dastanı) və s.
Şairin əsərlərində Məhəmməd (“Bəsti”, “Üsyan”, “Vaqif”), Adəm (“Bəsti”), Əhriman (“Buruqlar səltənəti”), “Muğan”, “Hürmüz və Əhriman”), Hürmüz (“Muğan”, “Ölən məhəbbət”, ”Hürmüz və Əhriman”), Xıdır (“Bulaq əfsanəsi”) kimi dini və əfsanəvi adlara da rast gəlmək olur. Bu qrup adlardan müəllif, əsas etibarilə, köhnəliyi qalıqla­rının tənqidi və ifşası məqamlarında istifadə etmişdir.
Nəticədə, demək olar ki, xalq şairi S.Vurğun öz əsər­lərində qəhrəmanların adını çox müvəffəqiyyətlə seçmiş­dir. Şairin xalq həyatını, onun adət-ənənələrini, tari­xini və folklorunu dərindən bilməsi müəllifin zəngin ad­lar qale­reyası yaratmasına səbəb olmuşdur. Bu da zəngin və rən­ga­­rəng Azərbaycan antroponimiyasının öyrə­nilməsi nöq­te­yi-nəzərdən böyük əhəmiyyət kəsb edir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:21:50 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11 https://turan.info.az/yeni-neshrler/3724-azrbaycan-antroponmyasinin-saslari-11.html https://turan.info.az/yeni-neshrler/3724-azrbaycan-antroponmyasinin-saslari-11.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11 MƏDƏD ÇOBANOV =

XI FƏSİL

ANTROPONİMLƏRİN QURULUŞU

Antroponimlərin quruluşu məsələsinin təhlilinə keç­məz­­dən əvvəl söz və antroponim anlayışını müəyyən­ləş­dir­mək vacibdir. Söz leksik, antroponim isə ant­ro­ponimik vahiddir. Söz və antroponim dilçiliyin ayrı-ayrı sahələrinin tədqiqat obyekti olsa da, onları bir-birindən təcrid etmək və ayrılıqda öyrənmək olmaz. Çünki onların hər ikisi dil vahidi olmaq etibarilə biri digərini tamamlayır, biri di­gə­ri­nin yaranması üçün əsas təşkil edir. Deməli, söz xüsusi ad­la­rın, o cümlədən də, antropo­nimlərin yaranması üçün mad­di bazadır. Bu baza olmadan dilin onomastik layını təsəvvür etmək olmaz. Başqa sözlə desək, ümum­işlək xa­rakterə malik olan istər sadə kök sözlər (ay, gül, xan, lalə, könül), istər düzəltmə kök sözlər (dəmir-çi, ov-çu, bal-lı, gül-lü) və istərsə də mürəkkəb kök sözlər (gül­çiçək, La­lələr, abhəyat, meyvəgül) öz tərkib hissələrinə ayrıl­madan konversiya yolu ilə, bütövlükdə, xüsusi ada - antroponimə çevrilir və hər biri bir şəxs adı yerində işlə­dilir. Yuxarıda qeyd olunan sözlər əsasında düzələn Ay, Gül, Xan, Lalə, Könül; Dəmirçi, Ovçu, Ballı, Güllü, Gü­lçiçək, Laləzər, Abhəyat, Meyvəgül və s. antroponimlər də bu qəbildəndir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, ümumişlək sözlərin hamısının əsasında düzələn antroponimlər sadə­dir, birüzvlüdür. Çünki onların əsasında duran ümumişlək düzəltmə sözlərinin hamısının tərkib hissələri olan kök və şəkilçilər, mürəkkəb sözlərin komponentləri bir-birindən təcrid edilmiş halda ayrılıqda yox, bütövlükdə konver­si­yaya uğramışdır. Əgər düzəltmə və mürəıkkəb kök söz­lərin tərkib hissələri ayrılıqda konversiyaya uğraya bil­səydi, əlbəttə, onda düzəltmə antroponimlərin varlığın­dan da danışmaq olardı. Təəssüf ki, dilin daxili inkişaf qanun­ları belə bir hadisənin baş verməsinə heç cür imkan verə bilmir. Dilin daxili qanunauyğunluğuna görə, “ovçu” sö­zü­nün tərkib hissələri olan ov və -çu heç vaxt ayrılıqda konversiyaya uğramaq, yəni onomistik (antropo­nimik) va­hidə keçmək imkanına malik deyildir. Çünki onlardan ov ümumişlək söz olsa da, -çu dildə ayrılıqda işlədilmə­yən, heç bir məna və məzmun kəsb edə bilməyən leksik şə­kil­çidir. Ayrı-ayrı sözlərin konversiyaya uğramaq im­kan­ları olsa da, şəkilçilər belə imkanlardan məhrumdur. Bu da dü­zəltmə antroponimlərin varlığından danışmağa hec cür əsas vermir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, həm sadə, həm düzəltmə, həm də mürəkkəb kök sözlər əsasında düzələn antroponimlər yalnız bir antroponimik vahiddən (şəxs adından) ibarət olub, sadə antroponimlər hesab olu­nur. Sadə antroponimlər isə onun əsasında duran ümum­işlək sözlərin quruluşundan (sadə, düzəltmə, mürəkkəb) asılı olmadan birüzvlü antroponim ayrılıqda öz quruluşu etibarilə adlıq cümləni xatırladır. Adlıq cümlə­lərdə müx­təlif şəxslərin, əşyaların, hadisə və proseslərin adı çəkilib, onlar haqqında müəyyən məlumat verilmədiyi kimi, nitq prosesində də ayrı-ayrı şəxslərin adı çəkilir, lakin onlar haqqında adi məlumat belə söylənilmir. Bu xüsusiyyət də antroponimi adlıq cümləyə yaxınlaşdırır. Cümlənin düzəlt­mə növü olmadığı kimi, antro­ponimlərin də düzəltmə nö­vünün varlığından söhbət açmaq ol­maz. Bu mənada, cüm­lə quruluşca sadə və mürəkkəb olduğu kimi, antro­po­nimlər də sadə və mürəkkəb olur.
Deməli, antroponimlərin quruluşu ilə antroponimlərin əsa­sını təşkil edən ümumişlək sözlərin quruluşu ayrı-ayrı anlayış­lardır. Onları bir-birilə qarışdırmaq olmaz. Çünki onlar dilçi­liyin müxtəlif şöbələrinin tədqiqat obyektidir. Nəhayət, belə nəticə­yə gəlmək olur ki, antroponimlər quruluşca sadə və mürəkkəb antroponimlərin əsasında du­ran ümumişlək sözlər isə quruluşca sadə, düzəltmə və mürəkkəb kök sözlərdən ibarət olur.
Deməli, Azərbaycan antroponimləri quruluş etibarilə iki qrupa bölünür: sadə antroponimlər, mürəkkəb antro­ponimlər.
Sadə antroponimlər. Sadə antroponimlər yalnız bir­üzvlü, yxud bir antroponimik vahiddən ibarət olur. Mə­sələn, Araz, Vaqif, Vüqar, Lalə, Şəfəq və s.
Azərbaycan antroponimiyasına daxil olan sadə adların əsası məna, məzmun və ahəngdarlığı etibarilə rəngarəng ümumişlək sözlərdən ibarət olduğu kiıni, onlar quruluş cəhətdən də müxtəlifdir. Müəllifin öhdəsində olan və şəxsən hazırladığı kartotekada on minə yaxın, o cümlədən, 4345 kişi, 5485 qadın adı və 150-yə yaxın müştərək ad daxil edilmişdir. Kişi adlarından 1708-i sadə, 1089-u dü­zəltmə və 1478-i mürəkkəb kök sözlər əsasında: qadın ad­larının isə 1524-ü sadə, 1046-sı düzəltmə və 2915-i mü­rəkkəb kök sözlər əsasında düzəlmişdir.
Azərbaycan antroponimiyasına daxil olan adların əsası quruluşca sadə, düzəltmə və mürəkkəb köklərdən ibarət olur.
Sadə kök əsasında düzələn antroponimlər. Sadə adlar yalnız bir kök sözdən ibarət olur. Bu qrup adların əksə­riy­yəti, əsasən, leksik yolla ümumişlək Azərbaycan sözləri əsasında formalaşır. Başqa sözlə desək, ümumi isimlərin xüsusi isimlərə keçməsi yolu ilə çoxlu miqdarda adlar əmələ gəlir. O cümlədən, heyvan adlarından Aslan, Cey­ran, Maral; quş adlarından Tutu, Laçın, Göyərçin, Sona, bitki adlarından Çiçək, Badam, Nərgiz, Bənövşə; cansız əşya adlarından Almaz, Dəmir, Polad, Brilyant, Ayna kimi onlarla adlar yaranmış və dilimizin antroponimiyasına da­xil olmuşdur.
Sifətlərin substantivləşməsi nəticəsində də onlardan isimlər törəyir və onlar öz təsirini elə güclü şəkildə gös­tərir ki, onun isim kimi təsəvvür edilməsi daha da möh­kəmlənir və isimlik məfhumuna çevrilərək antroponim­lərin yaranmasına səbəb olur. Dilimizdəki Qəhrəman, Qo­ca, Gözəl, Yaxşı, Göyçək və Qəşəng kimi şəxs adları bu qəbildəndir.
Sadə adlar bir, iki və bəzən də üçhecalı səs tərkibinə malik olurlar.
Birhecalı adlar Azərbaycan antroponimiyasında az iş­lə­nir. Məsələn, Ay, Qoç, Zal, Gül, Xan.
İkihecali kök sözlər əsasında formalaşan həm kişi, həm də qadın adları Azərbaycan antroponimiyasında geniş yayılmışdır.
Kişi adları: Abid, Aqil, Adil, Azər, Ayaz, Akif, Afət, Araz, Arif, Aslan, Vüqar, Qabil, Qəşəm, Qoşqar, Əvəz, Za­bit, Zirvə, Sabir və s.
Qadın adları: Adəm, Afaq, Bahar, Vəfa, Qəmər, Qön-çə, Dilbər, Ziba, Zümrüd, Yavər, Könül, Lalə və s.
Üçhecalı kök sözlər əsasında formalaşan antroponimlər arasında qadın adları kişi adlarına nisbətən çoxluq təşkil edir.
Kişi adları: Ədalət, Əzəmət, İkamət, Fəzahir və s.
Qadın adları: Qənirə, Qərənfil, Qiymət, Qiyafət, Dila-rə, Əntiqə, İztirab, Məhbubə, Mülayim, Nəhayət, /Pakizər, Rəfiqə, Südabə, Tamaşa, Təranə və s.
Dilimizdəki bəzi bir və ikihecalı ümumi sözlər çəxs adına çevrilərkən, antroponimiyanın daxili tələb və qanun-larına tabe olaraq iki və üçhecalı sözlərə keçirlər. Məsələn, dilimizdəki birhecalı nəsr və hökm sözləri xüsusi adlara çevrilərkən ikihecalı şəkildə işlənir: Nəsir, Hoküm(ə).
Düzəltmə kök sözlər əsasında düzələn antroponimlər. Azərbaycan antroponimiyasında geniş şəkildə yayılmış bu qrup şəxs adları, əsas etibarilə, ümumişlək düzəltmə kök sözlər əsasında formalaşır. Başqa sözlə desək, antropo­nimlərin yaranmasında morfoloji prosesin mahiy­yəti on­dan ibarətdir ki, burada, birinci növbədə, köklərə şəkilçilər artırmaqla yeni düzəltmə söz kökləri əmələ gəlir və həmin düzəltmə kök sözlər antroponimin düzəlməsi üçün əsas olur. Məsələn, vəfa+lı-Vəfalı, baha+lı-Bahalı, tel+li-Telli, səfa+lı-Səfalı və s.
Düzəltmə kök sözlər əsasında antroponimlərin yaran­ması da uzun bir tarixə malikdir. Öz tarixi etibarilə mor­foloji yolla yeni antroponimlərin yaranması sintaktik yolla yeni antroponim yaradıcılığının müəyyən bir mərhə­ləsini təşkil etmişdir. Başqa sözlə desək, morfoloji yolla antro­ponim yaradılması prosesi sintaktik yolla antroponim ya­ra­dıcılığı prosesindən yaranmış­dır.
“Dilimizin qədim dövrlərində uzun zaman sadə söz­lərdən mürəkkəb sözlər düzəlməsi prosesi mühüm yerlər­dən birini turmuşdur. Sonralar mürəkkəb sözün tərkibində olan bir sözün (mürəkkəb sözün komponent­lərindən biri­nin -M.Ç.) şəkilçiyə çevrilməsi yolu ilə mor­foloji proses meydana gəlmişdir”.
Bu müddəanı ey­nilə antroponimlərin yaranmasına da şamil etmək olar.
Azərbaycan antroponimiyasında morfoloji yolla şəxs adlarının yaranması çox zəngin sxematik və formal xüsu­siyyətlərə malikdir. Morfoloji yolla antroponim yaradı­cı­lığı prosesində iştirak edən şəkilçilərin ümumi cəhətlərini nəzərə alaraq, onları iki qrupa bölmək olar: leksik şəkil­çilər, qrammatik şəkilçilər.
Leksik şəkilçilər müəyyən məfhumun adını bildirən yeni leksik vahidlər yaradır ki, həmin vahidlərin müəyyən hissəsi də dilimizdə antroponim düzəldilməsi üçün əsas təşkil edir. Belə şəxs adları dilimizdə geniş yayılmışdir,
Müasir Azərbaycan ədəbi dilində antroponim düzəl­dilməsində iştirak edən bütün leksik şəkilçilərin səciyyəvi xüsusiy­yətlərini nəzərə alaraq, onları nitq hissələri üzrə belə qruplaşdırmaq olar: isimlərdən isim düzəldənlər: sifətdən isim düzəldənlər, saydan isim düzəldənlər, feildən isim düzəldənlər, zərfdən isim düzəldənlər.
İsimdən isim düzəldən şəkilçilər vasitəsilə əmələ gələn düzəltmə söz köklərinin tərkibində işlənən şəkilçilərin mənşəyinə görə morfoloji yolla formalaşan antroponimləri iki qrupa bölmək olar:
Azərbaycan dilinin leksik şəkilçilərilə düzələn sözlər əsasında formalaşan antroponimlər:
-lıq, -lik. Bu şəkilçilər vasitəsilə mənəvi keyfiyyətləri özündə əks etdirən sözlər əsasında antroponimlər düzəlir: Şadlıq, Şənlik və s.
-cı, -ci, -cu. Bu şəkilçilərin söz kökünə birləşməsilə müəyyən peşə sahibini bildirən sözlər əsasinda antro­ponimlər düzəlir: Daşçı, Dəmirçi, Elçi, Yolçu, Ovçu və s.
-lı, -li, -lu, -lü. Bu şəkilçilər vasitəsilə əşyanın möv-cudluğunu, müəyyən şəxsiyyətə mənsubiyyətini, hə­qiqi mənasından çox məcazi məna bildirən atributiv isim­lər əsasında antroponimlər formalaşır.
Kişi adları: Aynalı, Vəfalı, Binəli. Beznəli, Zərbəli, Pəncəli, Ugurlu, Görklü və s.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:21:19 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10 https://turan.info.az/yeni-neshrler/3735-azrbaycan-antroponmyasinin-saslari-10.html https://turan.info.az/yeni-neshrler/3735-azrbaycan-antroponmyasinin-saslari-10.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10 MƏDƏD ÇOBANOV =
* * *
Adların həmahəngdarlığına əkiz övladlara ad­ver­­­­­­mə mərasimində daha çox diqqət yetirilir:
a) Oğlan əkizlərə verilən adlar: Namiq- Natiq, El­man- Elmar, Kamil-Şamil, Əfşan-Əfşar, Ramil-Ra­min, və s.
b) Qız əkizlərə verilən adlar: Məlahət-Kifayət, Sə­mi­rə-Əsmirə, Fərqanə-Fərdanə, Xəyalə-Xəyalət, Gi­­lə­naz-Gilə­nar, Gülbəyaz-Gülbəyan, Gülzəmi-Gül­zəni, Gü­­nay-Günel, Mənzər-Mənzərə, Səmazər-Səmanaz və s.
v) Oğlan və qız əkizlərə verilən adlar: Abid- Abidə, Aqil-Aqilə, Afiq-Afiqə, Bədir-Bədirə, Varis-Va­ri­sə, Qail-Qailə, Zahid-Zahidə, Məsud-Məsu­da, Ramil- Ra­milə və s.
Gürcüstanın (sabiq Bolulus) indiki Bolnisi və La­qodexi ra­yonla­rın­da qardaşlara Maşallah və Nişallah kimi ad­ların qo­yulmasına da təsadüf edilir. Əlbəttə, müa­­sir dö­vr­də öv­ladlara belə “gəlişigözəl ahəng­dar” adların verilmə­sini müsbət hal kimi qiymət­lən­dirmək olmaz.
Eyni hadisəyə özbəklərdə də təsadüf etmək olur: ata Mat­karim-oğul Madraim; qazaxlarda ata Xalimullı- oğul Abibulla; ata Kerimbek-oğul As­kerbek - nəvə Ju­mabek; ata Narbek-oğul Ağabek-nəvə Atabek; baş­qırd­­larda ata Ra­dik-oğul Rafik, ata Farit-oğul Faiz; ana Fakiya-qız Fa­nira, ana Kamilə-qız Nazilə, ana Hə­li­mə-qız Səlimə. Baş­qırd­larda bu hadisəni Z.Q. Ura­k­sin belə təsvir et­mişdir ki, adların seçilməsində və ahən­gdarlığında, uşa­ğın adının əv­vəl və son hissəsinin atanın, ananın və ya böyük qardaş və bacının adı ilə hə­mahəng olmasının əhəmiyyəti az deyil.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olur ki, adların əlaqəsi bir neçə ahəngdarlıq dərəcə­sin­də ola bilər: əkizlərin adlarının ahəngdarlığı; qardaş­la­rın və ya bacıların adlarının ahəngdarlığı; ailə üzv­lə­rinin və ya yaxın qohum­ların adlarının ahəng­darlığı.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:20:52 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 9 https://turan.info.az/yeni-neshrler/3734-azrbaycan-antroponmyasinin-saslari-9.html https://turan.info.az/yeni-neshrler/3734-azrbaycan-antroponmyasinin-saslari-9.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 9 MƏDƏD ÇOBANOV =
IX FƏSİL

AZƏRBAYCAN ANTROPONİMİYASINDA
AD VƏ ADQOYMA ƏNƏNƏLƏRİ

Antroponimiyanın qədim və işlək terminlərindən bi­ri ad­­lar­dır. Adların yaranma tarixi də, o adı daşı­yan xal­­­qın öz tarixi qədər qədimdir. İlk insan kol­lek­tivi - ailə və qəbilə meydana gəldiyi zaman, ailədə və qə­bi­lədə olan adamların - kişiləri, qa­dın­ları və uşaqları bir-birindən fərqləndirmək ehtiyacı duyul­muş və bu eh­­ti­yacı ödəmək üçün ailə üzvlə­rinin hərəsinə bir ad veril­mişdir. Deməli, adlar ilk insan kollektivinin tə­şəkküllü ilə əla­qə­­dar olaraq yran­ma­ğa baş­lamış və hə­min kollektivin inkişaf ta­rixilə birlikdə in­kişaf et­mişdir. Bu nöqteyi-nəzərdən insan kollektivinə xid­mət edən adlar da ictimai hadisədir. İctimaiy­yətdə, cəmiy­yətə xidmət edən insan adları­nın əsas vəzifəsi cə­miyyət üzv­lərinin birini digə­rin­dən fərqləndirməklə yanaşı, in­sanlar ara­sın­dakı ün­siy­yəti qaydaya salmaq­dan ibarətdir.
Azərbaycan antroponimiyasında da adqoyma ənənə­ləri qə­dim zamanlardan təşəkkül tapmışdır. Be­lə ki, Azər­bay­can xal­qı­­nın tarixi boyu ailədə öv­lad doğulub, aləmə göz açması hə­mişə sevinc, şən­lik və təntənə ilə qarşılanmışdır. Bu sevinc və şən­liklərdə isə yeni do­ğul­muş övlada ad qo­yurlar. Xal­qımı­zın tarixinə nəzər sal­dıqda aydın olur ki, ata-ana, qohum-əqrəba övlada ad qoyulmasına hə­mişə nik­bin münasibət bəsləmişlər. Onlar tarixən öv­­ladlarını müx­təlif dövrlərdə və müx­təlif şə­raitdə ad­qoyma məra­simləri və təntənələri dü­zəltmişlər. Bu adət-ənə­nə indi də xalqımız arasında ge­niş şə­kil­də yaşamaq­dadır.
M.F.Axundovun obrazlı dili ilə desək, “Sağlıqda xal­­­­­­qın sevimlisi və öldükdən sonra adı tarixin bəzə­yi ol­­maq dün­yada ən böyük səadətdir”. İnsan həya­tı­nın ilk səadəti isə ona verilən şəxsi adı ilə başlanır və hə­min ad ona ömür­lük xidmət edir. Odur ki, yeni do­ğulan övlada ad qoy­­mada yüz ölçüb, bir biçmək la­zım­dır ki, ona cəmiy­yətin ənənəsinə münasib məz­­mun­lu və əhəngdar ad veril­sin. Çünki «insa­nın gərək hər şeyi gözəl olsun: üzü də, pal­tarı da, qəlbi də, fikir­ləri də» (A.P.Çexov), hətta, adı da. İndo­ne­ziya atalar sözündə deyildiyi kimi “Pələng ölür - dərisi, fil ölür - sü­mü­­yü, insan ölür adı qalır”.
Makedoniyalı İskəndərin təbirincə desək, “Kişi­dən ya­di­­gar övlad deyil, xeyirli əməl və yaxşı ad qa­lar”.
XII əsrin Azərbaycan şairi, poeziya bahadırı Ni­zami Gən­cəvi yazır:

“Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada”.

Burada “ad” sözü həm həqiqi, həm də məcazi mə­nada iş­lədilmişdir. Həqiqi mənada, o ad yadigar qala bi­­lər ki, o məz­­munlu və ahəngdar olsun. Belə adlar is­tər tarixilik ba­xımdan, istərsə də müasirlik baxımdan “şah adlar” sə­viy­yəsinə yüksələ bilər.
Buna görə də, valideynlər öz övladlarına ad se­çər­kən adın ifadə etdiyi məna və məzmunu, onun cə­miy­yətin zöv­qü­nə nə dərəcədə uyğun olub-olma­ma­sını çə­tin­lik çək­mə­dən müəyyən etməlidirlər.
“Qədim aləm heyran edicidir. Onun həyatında dahi­lik, alicənablıq, fədəkarlıq rüşeymi var. Çünki onun hə­yatının əsasını şəxsiyyətin əzəməti, toxu­nul­­mazlığı, ləyaqəti təşkil edir” (Belinski).
Yüksək estetik zövqə və mədəni inkişafa malik olan xal­­qın özü kimi adı da ahəngdar, mənalı, bədii və məz­munlu olmalı­dır. Çünki şəxsi ad estetik ka­te­qo­ri­ya­ların il­kin bü­növ­rə­sini təş­kil edir. Bu mə­nada, de­mək olar ki, indi xal­qı­mız arasında bə­dii ya­ra­dıcılığın yeni bir növü - adya­rat­ma (antropo­ni­m­yarat­ma) amil­lə­ri formalaşmışdır.
Şəxsiyyətin mənəvi inkişafı, onun mədəniyyəti və əxla­qının yüksəldilməsi, cəmiyyətin hər bir üz­vü­nün vətən­daş­lıq və siyasi yetkinliyinin möh­kəm­ləndirilmə­si məsələ­ləri xal­qı­mızın daim diqqət mər­kəzində ol­duğu kimi, insan­la­rın mənəvi həya­tın­da ilkin hədiy­yə­si olan adları da cəmiy­yət üzv­ləri­nin estetik zöv­qünü oxşamalıdır. Xalqımı­zın bu müdrik mü­la­hizəsi məişət estetikasının bir kateqo­riyası olan xüsusi adlar­da da, xüsusi antro­ponim­lərinin Him­ni fi­losof və şair Rafiq Zəka Xan­danın “Qoy­mayaq” şeirin­də öz gözəl bədii əksini tap­mışdır:]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:20:14 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8 https://turan.info.az/yeni-neshrler/3733-azrbaycan-antroponmyasinin-saslari-8.html https://turan.info.az/yeni-neshrler/3733-azrbaycan-antroponmyasinin-saslari-8.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8 MƏDƏD ÇOBANOV =
7. Kosmonimlər əsasında düzələn antroponimlər. Azər­­baycan antroponimiyasına nəzər saldıqda məlum olur ki, va­lideynlər öz övladlarına dərin məhəbbət bəsləmiş, on­la­rın həyatının fəza cisimləri kimi parlaq olmasını arzu­la­mışlar. Buna görə də, valideynlər öz övladlarına bu və ya digər fəza cisimlərinin adını qoymuşlar. Beləliklə də kos-monimlərdən antroponimlər törəməyə başlamış və azər-baycanlılar arasında geniş yayılmışdır. Məsələn, qədim za­manlardan azərbaycanlılar qızlara Sa­ra, Saran adları qoy­muşlar. Sara sözü qədimlərdə ay, ay­bəniz mənalarında iş­lənmişdir. Odur ki, körpəyə bu adı verməkdə gənc ata-ananın niyyəti bu imiş ki, onların öv­ladı fəza gəlini (Ay) kimi gözəl olsun, həmişə ay kimi qaranlıq gecələrdə işıq saç­sın. Bu, şübhəsiz ki, türkdilli xalqların, o cümlədən azər­­­baycanlıların, hələ, qədim za­man­lardan kosmik fəza ci­simlərinə sitayiş etməsi və onları özlərinə totem sayma­la­rı ilə bağlı olmuşdur. Təsadüfi de­yildir ki, Oğuz qə­bilə­lə­rinin (24 oğuz qəbiləsi olmuşdur) əfsanəvi ulu ba­bası Oğuzun oğlanlarının adı fəza və fəza cisimlərinin adından götürülmüş və kainatla simvolik şəkildə əlaqələn­diril­miş­dir: Gün, Ay, Ulduz, Göy.
“Aqvan ölkəsinin tarixi” və qədim Çin mənbələrinə gö­rə türkdilli xalqlarda Günəş müqəddəs sayılır. XIII-XIV əsr mənbələrində türkdilli xalqların Günəşə inamı, bəzi xalq­ların isə doğan Günəşi ya üç, ya da doqquz dəfə sa­lam­­la­ması, Altay qamlarının-şamanlarının son zamanla­ra qə­­dər Günəşə and içmələri də Günəşə inamla bağlıdır. Azər­bay­canlıların əcdadı işıqla əlaqədar olaraq fəza cisim­lərin­dən ulduza da inam bəsləmişlər. Hətta, xalq arasında belə bir inam yaranmışdır ki, hər bir adamın öz ulduzu var­dır. Bu və ya digər ailədə uşağın anadan olması ilə eyni vaxtda onun ulduzu da doğulur, ulduzun parlaqlığı uşağın gələcək xoşbəxt həyatından xəbər verir. Belə ulduzlardan biri də Ülkər ulduzudur. Bunu nəzərə alaraq, valideynlər öz öv­lad­larını fəza cisimlərinin adı ilə adlandırmışlar.
Sadə kök sözlər əsasında düzələn antroponimlər qız və oğlanlara verilir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:18:56 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 7 https://turan.info.az/yeni-neshrler/3732-azrbaycan-antroponmyasinin-saslari-7.html https://turan.info.az/yeni-neshrler/3732-azrbaycan-antroponmyasinin-saslari-7.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 7 MƏDƏD ÇOBANOV =

III. Məhəlli - kollektiv ləqəb. Bəzi tədqiqatlarda ləqəb­lə­rin üçüncü qrupu məhəlli - kollektiv ləqəb adlan­dırıl­mışdır. Bu qrup ləqəblərdə qohumluq, ailə və nəsil müna­sibətləri yox, məhəlli - ərazi birliyi əsas götürülür və bütöv bir kənd və ya qəsəbə, kəndin və ya qəsəbənin müəyyən hissəsi həmin ləqəblə adlanır. Belə ləqəblər, əsasən, ümu­mi məzmunlu sözlərlə ifadə olunur. Məsələn, aranda yaşa­yanlar dağ yerində yaşayanları ümumi şəkildə “Dağlı”, şə­hərlilər isə kənddə yaşayanları ümumi şəkildə “Çöllü” ad­landırırlar. Həmçinin, bir kəndin sakinləri onlara tanış ol­ma­­yan başqa bir kəndin sakinlərini həmin kəndin və ya qəsəbənin adı ilə adlan­dırırlar. Belə hallarda ləqəblər, əsa­sən, cəm şəkildə işlənir. Mə­sələn, Kəpənəkçilər, Qoçulular, Mığırlılar, Saraclılar, Də­mirlilər, Bəytəkərlilər, Səfəvilər, Dəllərlilər, Candar­lılar və s.
Dilimizin lüğət tərkibindəki sözlərin xüsusi və ümumi olmasını nəzərə alaraq, ləqəbləri də xüsusi və ümumi olmaqla iki qrupa bölmək təşəbbüsü də olmuşdur. Müəllif xüsusi ləqəb adı altında (Cücü Rza, Niçevo Nəcəf) fərdi -şəx­si ləqəbləri; ümumi ləqəb adı altında isə (Şələmənni Şi­rin) ailəvi - rəsmi və məhəlli kollektiv ləqəbləri nəzərdə tutul­muşdur.
Məhəlli - kollektiv ləqəblərdə coğrafi mövqe və etno-nim əsas olur: Aşağı məhəllə, Yuxarı məhəllə, Cırtdanlar məhəl­ləsi, Tüllər məhəlləsi, Coculular məhəlləsi və s.
Görkəmli tarixi nəsr ustası və alim Əzizə Cəfərzadə “Aləm­də səsim var mənim” əsərində Şamaxı şəhərində olan Məhəlli - bazarlarının adını çəkir: Baqqalbazar, Dər-zi­bazar, Xarratbazar, Başmaqçıbazar, Gürzəbazar və s.
Ləqəblər indi də daim yaranır və çoxalır, ancaq onların işlənmə dərəcəsi azalır. Bunun da əsas səbəbi, hər şeydən əvvəl, ünsiyyət zamanı hər bir fərdi adı və familiyası ilə ad­lanması və çağırılmasıdır. Digər tərəfdən, bu və ya digər şəxsin qüsur və nöqsanlarının üzü­nə deyilməsi mədəniy­yət­sizlikdir və bu çox vaxt təhqir kimi özünü biruzə verir. Şüb­həsiz, xalqın mədəni səviy­yəsi artdıqca, ləqəblərin də sayı azalacaqdır.
Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olar ki, şəxs adı ömürlükdür, hər yerdə familiya ilə bərabər rəs­miləşdirilir; ləqəb məhdud dairədə (ailədə, küçədə, kənd­də) işlənir və heç bir rəsmi sənəddə qeydə alınmır; şəxsi - fərdi ləqəb müvəqqəti, ailəvi - nəsli və məhəlli -kol­lek­tiv lə­qəb isə, nisbətən uzun ömürlüdür, bir neçə nə­sil ya­şaya bilir; şəxs adından ata adı və familiya düzəl­diyi halda, ləqəblərdə bu xüsusiyyət yoxdur: ad, familiya və tə­xəllüs müstəqil işləndiyi halda, ləqəb müstəqil işlənmir; ad­lar bu və ya digər şəxsə müraciət etmək, hör­mət, ehti­ram və yük­sək mədəniyyət hesab olunduğu halda, ləqəblə müra­ciət etmək ona gülmək, lağ etmək, onu ələ salmaq və mə­də­niy­yətsizlik hesab olunur; ad bu və ya digər şəxsi ad­landır­ma­ğa xidmət etdiyi halda, ləqəb ad­daşları bir-birin­dən fərq­ləndirməyə xidmət edir; ad ünsiy­yət zamanı və bədii əsər­lərdə personajların bir-birinə müraciəti mə­qa­mın­da müsbət keyfiyyətlərə malik olduğu halda, lə­qəb­lər­də bu keyfiy­yətlərlə yanaşı, mənfi keyfiy­yətlər də özü­nü biruzə verir.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 111-372.


turan.info.az

.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:18:27 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6 https://turan.info.az/yeni-neshrler/3731-azrbaycan-antroponmyasinin-saslari-6.html https://turan.info.az/yeni-neshrler/3731-azrbaycan-antroponmyasinin-saslari-6.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6 MƏDƏD ÇOBANOV =

Azərbaycan dövri mətbuatının inkişafında misilsiz əhə­miy­yəti olan “Əkinçi” (1875-1877) qəzeti Azərbaycan xal­qı­­nın mənəvi mədəniyyəti - publisistikası, elmi, ədəbiyyatı və incəsənəti tarixinə bir çox şərəfli səhifələr yazmış və gələcək xələfləri üçün mədəni məramnamə və zəngin irs qoymuşdur. Qəzetin 1877-ci il bir sentyabr tarixli 18-ci nöm­­­rəsində deyildiyi kimi “Əkinçi” qəzeti sizin üçün (azər­­­baycanlılar üçün -M.Ç.) bu axırda (bu tərəfdə, bu böl­­gədə -M.Ç.) çıxan şəfəqdir”. Həqiqətən də, “Əkinçi” xal­­qı­­mızın mədəniyyəti tarixində “şəfəq” rolunu oyna-mışdır. Bunu qəzetin səhifələrində nəşr olunmuş yazılar ay­dın şə­kildə təsdiq edir. Qəzetin səhifələrində dərc edilmiş ma­te­­riallar dilimizin tarixi leksikasını öyrənmək ba­xımın­dan əhə­miyyətli olduğu kimi, onun tarixi ono­mas­ti­kasını, o cümlədən antroponimikasını araşdırmaq nöq­te­yi-nəzərdən də zəngin və rəngarəng material verir. İstər qə­zetin səhi­fələrində çap olunmuş mətnlərdə, istərsə də əmək­daş­ları­nın imzalarında əsl şəxs adı, ata adı, fa­miliya və ləqəblə yanaşı bir çox təxəllüsə də rast gəlirik.
“Əkin­çi”nin əmək­­daşları və müxbirləri zəmanəsindəki ic­ti­mai haqsız­lığı tənqid atəşinə tutduqları üçün çar senzu­rasından, o döv­rün polis və din xadimlərindən qorxaraq, öz avtonim­lərinin yanında müxtəlif təxəllüslər və yaxud da imzalar yazır, bəzən də polis idarəsinin diqqətini yayın­dırmaq məq­­­­sədilə öz yazılarını ya təxəllüs, ya da imzasız çap et­di­rir­dilər.
“Əkinçi”nin əməkdaşlarının istifadə etdiyi təxəllüs və ya imzaların tezliyi bir-altı arasındadır. Onların bir qrupu hə­mişə eyni, digər qrupu isə müxtəlif təxəllüs və ya im­za­lar­dan istifadə etmişdir. Onlardan Məmmədəli bəy Vəli­yev, Şeyxülislam - Zaqafqaziya axundu Əhməd Hü­seyn­za­də, Məm­­­mədəli İsna əşəriyi-Səlyani bir; Ələkbər Hey­dəri (Heydəri və Ələkbər Elçizadə) iki; Mirzə Həsən əfəndi ibn Əlhac Abdulla əfəndi (Mirzə Həsən Əlqədari, Məmnun Əl­qədari, Mirzə Həsən Dağıstani), Məmmədtağı Əlizadə (Məmmədtağı Əlizadə Şirvani, Əlizadə Şirvani, Harayçı qardaş), XIX əsr Azərbaycan maarif xadimi və jurnalisti gəncəli Hacı Məhəmməd Sadıq (Əhsənül-Qə­vaid, Hadi­mül Qəvaid, Sultanov) üç; Nəcəf bəy Vəzirov (Nəcəf Və­zir­zadə, Nəcəf, Harayçı qardaş, “N.V...”) dörd; Mirzə Əs­gərağa Adıgözəlov (Əsgərğa Adıgözəlzadə, Əsgər Adı­gö­zəl­­zadə Gorani, Əsgər Gorani, Əsgər, Görani (beş tə­xəllüs və ya imza ilə yazıb-yaradıblar.”Əkinçi”nin bü­növ­rəsini qoyan Həsənbəy Səlimbəy oğlu Məlikov - Zər­dabi, Ha­ray­çı qardaş, Badkubəli molla, Xeyirxahi-İran, “7200 4 1 210” (bu rəqəmləri əbcəd hesabı ilə oxuduqda Zərdabi alı­nır) kimi təxəllüs və imzalardan istifadə etmiş­dir. Qə­zetin fəal əməkdaşlarından Əlimədəd Abdullazadə isə Əli­mədəd Abdulla oğlu, Əlimədəd Abdullazadə, Məh­bus Dər­bəndi və Dərbəndi təxəllüs və ya imzalardan isti­fadə edər­di (Q.Məmmədli “İmzalar” kitabında səhvən Əli­mədəd Ab­dullazadənin adını “Əli-məmməd” və “Məm­məd” kimi vermişdir. Bax: səh. 36, 67). “Eyni sözləri “Mol­­la Nəs­rəd­din” və digər qəzetlərdə, jurnallarda müxtə­lif təxəllüs­lərlə çı­xış edən sənətkarlar haqqında da demək olar. Mə­sələn, C.Məmmədquluzadə və M.Ə.Sabir 100-ə qədər, Ə.Qəm­kü­sar 15, Ə.Nəzmi 20, Ə.Haqverdiyev 10, Ə.Vahid 15, C.Cab­barlı 12-dən çox və s. təxəllüsdən is­tifadə etmiş­lər”.
Həmtəxəllüslər. Bu qrup təxəllüslərdən və ya gizli im­za­lardan eyni dövrdə bir neçə müəllif istifadə edir. Əl­bəttə, dil və antroponimiya üçün belə halı qənaətbəxş he­sab et­mək olmaz. Çünki həmadlılıq və həmtəxəllüslük ay­rı-ay­rı müəllifin əsərini dolaşığa salır və yazılı ünsiyyəti ağır­laş­dı­­­rır.
Təxəllüslər tarixinə nəzər saldıqda aydın olur ki, hər han­­sı bir müəllif bir neçə müxtəlif imzalardan istifadə et­di­yi ki­­mi, bəzən bunun əksi də özünü göstərir, yəni eyni dövr­də yaşayan bir neçə müəllif eyni təxəllüsdən, yəni hə­mad­dan istifadə edir. Antroponimiyada belə vahidlərə həm­­­­­təxəl­lüs (eyniadlı) deyilir. Məsələn, “Lağlağı” imzasın­­­dan (tə­xəl­­lüsdən -M.Ç) C.Məmmədquluzadə ilə yanaşı Ömər Faiq, Ə.Haqverdiyev, Rzaqulu Nəcəfov da istifadə et­miş­dir. Ya­xud “Mozalan” imzası ilə C.Məmmədquluzadə, Qur­­banəli Şərifzadə, Ə.Haqverdiyev, Salman Mümtaz; “Hər­dəmxə­yal” imzası ilə isə Cəlil Məmmədquluzadə, M.S.Or­dubadi və başqa mollanəsrəddinçilər çıxış etmiş­lər”.
Təxəllüslərin mənşəyi. Azərbaycan dilinin lüğət tərkibi mənşə etibarilə müxtəlif olduğu kimi, onun onomastik va­hidləri də mənşəcə müxtəlif dil vahidləri əsasında təşək­kül tapmışdır. Bu baxımdan, Azərbaycan antro­ponimiya­sın­­da qədim zamanlardan geniş şəkildə yayılmış olan tə­xəllüslər də mənşə etibarilə müxtəlifdir. Azərbaycan tə­xəllüsləri mən­şəcə iki qrupa bölünür:
1. Dilimizin öz daxili imkanları əsasında yaranan tə­xəllüslər. Bu qrup təxəllüslər antroponimiyamızda aparı­cı rola malikdir. “Azərbaycan təxəllüs lüğət”inə daxil olan 580-ə yaxın təxəllüsdən 330-a qədəri Azərbaycan mən­şə­li­dir. Məsələn, Alp Ərən, Mirzağa Aranlı, Haqq Aşığı, Mir Möhsün Nəvvab Qarabaği, Qaçaq Nəbi, Səməd Vurğun və s.
2. Alınma təxəllüslər. Azərbaycan antroponimiyasında alın­ma şəxs adları olduğu kimi, alınma təxəllüslər də var­dır. “Azərbaycan təxəllüs lüğəti”nə daxil olan 580-nə ya­xın təxəllüsdən 220-yə qədəri alınma sözlər əsasında dü­zəl­mişdir. Təxəllüslər üzərində apardığımız müşahidələr gös­tərir ki, dilimizdə təxəllüslərin yaranmasında ərəb və fars dillərindən keçmiş sözlərin də müəyyən dərəcədə rolu ol­muşdur. O cümlədən, antroponimiyamızda ərəb dilindən keçmiş sözlər əsasında 159, fars dilindən keçmiş sözlər əsasında isə 58 təxəllüs düzəlmişdir.
a) Ərəb dilindən keçmiş sözlər əsasında düzələn tə­xəl­lüslər: Arif, Asi, Bəsiri, Vaqif, Vazeh, Vahid, Vəfa, Vida­di, Qasir, Qüdsi, Zakir, Zülali, Ziyayi və s.
b) Fars dillindən keçmiş sözlər əsasında düzələn təxəl-lüs­lər: Bahar, Bikəs, Binəva, Didə, Dilbazi, Dilxun, Əxtər, Kəşan, Kişvəri, Gülçin, Mirzə, Nakam, Nəva, Nov­ruz və s.
Təxəllüslərin işlənmə məqamları. Tarixən təşəkkül tap­­­mış təxəllüslərin müəyyən hissəsi nəsildən-nəslə, əsr-dən-əsrə keçdikcə yeni vəzifə, yeni funksiya daşıyır və ant­ro­ponimin başqa bir növünə çevrilərək işlənmə mə­qam­larını daha da genişləndirir.
Təxəllüslərdən elmi-kütləvi şəkildə bəhs edərək, onları iş­lədilmə baxımından iki qrupa bölmüşlər:
a) Familiyaya çevrilən təxəllüslər.
b) Gizli imza səciyyəli təxəllüslər.
1. Familiyaya çevrilən təxəllüslər. Bu qrup təxəllüslər onu daşıyan müəllifin əsl adı, atasının adı və familiyası ilə yanaşı işlənir, onlarla qaynayıb-qarışır. Hətta, öz mənalı­lığı, mahiyyəti, ahəngdarlığı və poetikliyi ilə bəzən rəsmi familiyanı, bəzən atanın adını, bəzən də müəllifin şəxsi adı­­nı sıxışdırıb aradan çıxarır və sonrakı dövrlərdə yeni bir antroponimik kateqoriyaya - familiyaya çevrilir. Əlbəttə, tə­­xəllüsün belə geniş şəkildə yayılmasında, sabitləşməsin­də və məşhurlaşmasında onu daşıyan müəllifin təbii is­te­dadı, qabiliyyəti və yaradıcılıq fəaliyyəti də ön planda du­rur. Məsələn, Nizami Gəncəvi antroponiminə nəzər sa­laq. İlk baxışda adama elə gəlir ki, Nizami şairin adı, Gən­cəvi isə familiyasıdır. Əslində isə, belə deyildir. Şairin əsl adı İl­yas, atasının adı isə Yusifdir. Yəni, İlyas Yusif oğlu şairin avtonimi (XII əsrdə azərbaycanlılar arasında fami­liya for­malaşmamışdır), Nizami təxəllüsü, Gəncəvi isə nis­bə­si­dir. İlyas Yusif oğlunun poetik inciləri dünya mədə­niy­yəti xə­zi­nəsini zənginləşdirdikdən sonra, onun təxəl-lüsü və nis­bəsi şairin əsl avtonimini, yəni rəsmi şəxsi adını və ata­sı­nın adını sıxışdırıb aradan çıxarmışdır. Dünya şöhrəti qa­zan­mış şair İlyas Yusif oğlunu indi hamı Nizami Gən­cəvi kimi tanıyır. Beləliklə də, təxəllüs familiyaya çevrilə bi­lir. Bu sözləri Füzuli, Vaqif, Zakir (Qasım bəy) və baş­qaları haqqında da demək olar.
Azərbaycan antroponimiyasında təxəllüs bəzən adla bə­ra­­bər işlənir və hətta, atanın adını əvəz edir. Məsələn, Ab­bas Səhhət Mehdizadə, Abdulla Şaiq Talıbzadə, Cəfər Xən­dan Hacıyev və s. İlk baxışda adama elə gəlir ki, bu nü­mu­nələrdəki Səhhət, Şaiq və Xəndan antroponimik va-hid­ləri - ata adı funksiyasını yerinə yetirir. Əslində isə yox, onlar - şairlərin öz zövqünə uyğun qəbul etdikləri təxəl-lüs­lərdir.
2. Gizli imza səciyyəli təxəllüslər. Azərbaycan antro­po­­ni­miyasında bir qrup təxəllüslərə rast gəlirik ki, onlar tə­xəl­lüsdən daha çox gizli imzaları xatırladır. Ayrı-ayrı müəl­lif­lərin və ya ziyalıların gizlin imza qəbul etməsinin də sə­bəbi aydındır. Dövrün ictimai-siyasi həyatını, “acına­caq­lı vəziyyətini görən mütərəqqi fikirli ziyalılar - şairlər və yazı­çılar, heç şübhəsiz ki, susa bilmirlər, öz səslərini ucal­dırdılar. Onlar xalqın gələcəyi və azadlığı naminə öl­kə­dəki əda­lətsizliyi və haqsızlığı kəskin şəkildə tənqid edir­­­­lər. Bu­­­na görə də, onlar dövlət idarə orqanlarının və senzura-nın nə­zərindən yayınmaq üçün gizli imzalardan istifadə edir­lər.
Z.Sadıqovun təxəllüsləri “siyasi” və “ədəbi-bədii” ol­maqla iki qrupa bölməsi, bizim mülahizəmizə görə, özü-nü doğrultmur. Q.Plexanovun “Volgin”, S.M. Qənizadə-nin “Yol­daş”, M.Pənahın “Vaqif”, M.Ə.Əlizadənin “Mü-ba­riz”, Q.İ.Musayevin “İlkin”, S.Ə.Abbasovun “Dağlı” tə-xəl­lüs­lə­rində nə “siyasi”, nə də “ədəbi-bədii” məzmun var-dır. Bi­rin­cisi, ona görə ki, hər bir təxəllüs adi ümumişlək sözlər əsasında düzəlir. Həmin sözlər əsasında düzələn tə­xəl­lüsü də hər bir adam öz ictimai-siyasi, ədəbi-bədii, el-mi və s. fəaliyyətindən asılı olmadan qəbul edə bilər. İkin-ci­­si, ayrılıqda götürülmüş heç bir təxəllüslə onu daşı-yan av­tonimin fəaliyyətini müəyyənləşdirmək olmaz. Məsələn, Volgin, Yoldaş, Vaqif, Mübariz, İlkin, Dağlı, Baxış, Vahid, Elsevər, Kürçaylı, Arpaçaylı, Cavan və s. İlk baxışda, bu təxəllüsləri daşıyan avtonimlərin kimliyini və fəaliyyətini bir anlığa unutsaq, onda həmin təxəllüslər onları “siyasi” və “ədəbi-bədii” olmaqla iki qrupa ayırmaq üçün bizə heç bir məlumat verə bilməz. Bu, mümkün də deyil. Başqa sözlə desək, təxəllüsləri “siyasi” və “ədəbi-bədii” prinsipə görə, təsnif etmək antroponimik qanunlara uyğun deyil.
Azərbaycan antroponimiyasında gizli imzalardan XIX əsrin ikinci yarısından istifadə olunmağa başlansa da, bu, əsas etibarilə, XX əsrin əvvəllərində inqilabi hərəkatla bağ­­lı olaraq, daha geniş vüsət almışdır. Məsələn, “Əli Nəz­mi” 1898-ci ildən yazmağa başlamış, sonralar “Şərqi-rus”qəze-tində, “Molla Nəsrəddin”də, “Zənbur”da və onlarla başqa mət­­buat orqanlarında öz əsərlərini Bikəs (təxəllüsdür -M.Ç.), Əlidəyənəkli, Həcəmətverdi, Ə.S., Əli Məhəm­məd­zadə Sərdabi, Məşədi Sijimqulu, Kefsiz, Sərsəri, Qana­caqsız, Şəmşir, Şəmşirək, Peşiman qoca, Gəncə ca­vanları, Mütəşair, Şallax, Kav-Mahi, Qoca Zığ-zığ, Pa­pi­rosçəkən, Hekayəçi və s. otuzdan artıq müxtəlif gizli və açıq imza­larla çap etdirmişdir”.
İnqilabi satiranın nadir ustadı M.Ə.Sabirin də otuza ya­xın gizli imzası və təxəllüsü olmuşdur: “Hop-hop”, “Boy­nu­bu­ruq”, “Qardaşoğlu”, “Qoca Əmu”, “Qoca İranlı”, “İran qurdu”, “Ye­tim Qızcıq”,”Tükəzban cici”, “Molla Ci-biş­danqulu”, “Bir alim”, “Qa­rınqulu”, “Dindar”, “Məslə-hət­çi”, “Əlhəc”, “Obaşdançı”, “Gülə­yən”, “Ağlar Gülə-yən” “Yarı könül”,“Qoca bəy”, “Çingöz bəy”, “İm­­za (...)”, “İlan”, “Patılan”, “Palanduz”, “Nizədar”, “Gözüyuxulu” və s.
XX əsrin əvvəllərində folklorşünas, tərcüməçi və dra­ma­­turq kimi fəaliyyət göstərmiş Mehdi bəy Hacınski “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Nicat”, “Yeni İr­şad”, “Məlumat”, “İqbal”, “Kaspi”, “Baku”, “Ба­ки­нец” və di­gər qəzet və jurnallarda əməkdaşlıq etmiş və yüzlərlə nağıl, əfsanə, lətifə və hekayə nümunələrini “Ava­ra”, “Ab­dal”, “İbnisəbil”, “Urfi”, “Urfizadə S.”, “Səd­rəd­din U”, “Sədrəddin Urfizadə”, “Sabah”, “Estet”, “Fir­dov­si”, “Bitərəf”, Kənççi” imzaları və ya təxəllüsləri ilə nəşr etdirmişdir.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, təxəllüs və gizli imzaların yaranması ictimai-siyasi quruluşu kəskin sa­tira atəşinə tutan müəlliflərin çar üsuli-idarəsindən giz­lən­mək, polisiyanın gözündən yayın­maq məqsədindən irəli gəlirdi. T.Haçıyevin təbirincə de­sək, “Müəllif təkcə öz xo­şuna gülünc ad götürməmişdir. Hər addımbaşı onu izləyən, ölümlə təhdid edən düşmənlərdən qorunmaq, yaxa qur­tar­maq üçün bu adlardan qalxan (keçmişdə silah növü -M.Ç.) kimi istifadə etmişdir”. Bu üsul bütün inqilabçı-ya­zı­çı­la­rı­mızın fəaliyyəti üçün ən səciyyəvi və münasib yol ol­muş­­dur.
Təxəllüs və onun avtonimlə üzvlənmə sistemi. Təxəl­lüslər üzərində müşahidə apararkən məlum oldu ki, onlar avtonimlə işlənmə yerinə görə müasir onomaloji proseslər nəticəsində müxtəlif antroponimik vahidlərlə üzvlənir. Bu nöqteyi-nəzərdən onları aşağıdakı qruplara bölmək olar:
1.Adı, atasının adı, familiyası və təxəllüsü ilə yazıb-yaradanlar. Bu qrupa daxil olan müəlliflər müxtəlif ant­roponimik sistem üzrə təxəllüs qəbul etmişlər:
a) şəxs adı və təxəllüslə yazıb yaradanlar: Əlican Qövsi (XVII əsr), Zehin Bağdatlı (XVII əsr), Əliağa Alim (XVIII əsr), Yusif Vəndamlı (XIX əsr), Yəhya bəy Dilqəm (XVIII-XIX əsrlər) və s.
b) şəxs adı, ata adı və təxəllüslə yazıb yaradanlar: Mirzə Şə­­fi Sadıq oğlu Vazeh (XVIII-XIX əsrlər), Mə­həm­məd Əmin Dilsuz (XIX əsr), Mirzə Əliqulu xan Əxtər (XIX əsr) və s.
v) şəxs adı, ata adı, familiya və təxəllüslə yazıb ya­ra­dan­lar: Bahar Anacan Əmirəli qızı Ağalarova (XIX-XX əsr­­lər), Əbdülbağı Bülbülcan Kərbəlayi Əli oğlu Zülalov (XIX-XX əsrlər), Mirzə İsmayıl Qasir Səlim oğlu Axun­dov (XIX əsr), Seyfəddin Dağlı Əliağa oğlu Abbasov (XX əsr), Mədinə Gülgün Nurulla qızı Ələkbərzadə (XX əsr) və s.
2. Yalnız təxəllüsü ilə yazıb-yaradanlar: Bu qrupa ha­zırda əsl adı məlum olmayan, yalnız təxəllüsü ilə yazıb-ya­radan və şöhrət tapan müəlliflər aiddir. Əsl adı, hələlik, müəy­­yən­ləşdirilməmiş və elm aləmində yalnız təxəllüsləri ilə məş­hurlaşmış ədəbiyyat və elm xadimlərinin adlarına ya­zılı mən­bələrdə XIV əsrdən təsadüf olunur. Zəlili (XIV əsr), Allahi və Ziyadi (XV əsr), Süsəni və Fədai (XVI əsr), Bür­han, Vahid, Əzizi və Məlum (XVII əsr), Bikəs, Zəmiri, Mə­dədi, Məzlum, Məlali və Müştaq (XVII əsr), Ləli, Na­lan və Pürğəmi (XX əsr) və s.
Təxəllüs lüğətinə nəzər saldıqda aydın olur ki, XV-XVI əsrlərdən sonra yazıçıların yalnız təxəllüslə yazması halları daha da güclənir. Bu da, çox güman ki, hər şeydən əvvəl, xal­qın mənəvi qüvvəsi olan şairlərin dövrün ictimai-siyasi hadisələrinə, ədalətsizliyə qarşı mübarizə aparması və onu tənqid etməsi ilə bağlı idi. Təqib olunan şairlər hakim sin­fin diqqətini yayındırmaq üçün yalnız öz təxəllüsləri ilə yazıb-yaradır və əsərlərini xalq arasında yayırdılar.
Təxəllüslərin məna növləri. Dilimizdəki bütün antro-poni­mik vahidlər ümumişlək sözlər əsasında formalaşdığı kimi təxəllüslər də, əsasən, ümumişlək sözlər əsasında tə­şək­kül tapmış və başlıca olaraq yazılı nitqdə ün­siyyəti da­ha yaxşı sahmana salmağa xidmət edir. “Azər­baycan təxəl­lüs lüğəti”ndən aydın olur ki, istər tarixən, istərsə də müa­sir dövr üçün səciyyəvi olan təxəl­lüslər əsas etibarilə ümu­mişlək sözlər, toponimlər, etnonimlər, kosmo­nimlər, hid­ro­­nimlər, zoonimlər və başqa onomastik vahid­lər əsasında təşəkkül tapmış və əsrlərdən-əsrlərə keçdikcə daha da sə­lis­­­ləşmiş və təkmilləşmişdir. Antropo­nimiya­mız­da zən­gin və rəngarəng onomastik xüsusiyyətlərə ma­lik olan tə­xəl­lüs­­lər ifadə etdiyi məna əsasına görə müxtəlif qruplara bö­lünür:
a) Onomastik vahidlər əsasında düzələn təxəllüslər.
b) Ümumişlək sözlər əsasında düzələn təxəllüslər.
9-cu sxem]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:18:00 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5 https://turan.info.az/yeni-neshrler/3730-azrbaycan-antroponmyasinin-saslari-5.html https://turan.info.az/yeni-neshrler/3730-azrbaycan-antroponmyasinin-saslari-5.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5 MƏDƏD ÇOBANOV

Hazırda 35 milyondan çox Azərbaycan - türkləri yaşa­yan Cənubi Azərbaycanda da familiya əvəzinə ata adın­dan istifadə edir­lər. Məsələn, Musa Kərim oğlu, Mahmud Məm­­məd oğ­lu, Əli Mustafa oğlu və s. “Oğlu” və “qızı” morfemləri in­­di də ölkəmizin türk dilli respub­li­kalarında fa­miliyaların tər­ki­bində saxlanmaqdadır. Məsə­lən, Mə­həm­­mədqızı, Yu­si­f­oğ­lu və s.
XIX-XX əsrlərdə Azərbaycan xalqı kütləvi şəkildə fa­mi­liya qəbul etmişdir.
Azərbaycan familiyası, əsasən, şəxs adının sonuna fa­mi­liya düzəldən morfemlərin birləşməsi ilə əmələ gəlir. Bu baxımdan, müasir antroponimiyamızda familiyaları üç qrupa bölmək olar:
a) Kişi adı əsasında düzələn familiyalar.
b) Qadın adı əsasında düzələn familiyalar.
v) Kökü şəxs adı kimi işlənməyən sözlər əsasında dü­zə­lən familiyalar.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 111-372.


turan.info.az

.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:15:45 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4 https://turan.info.az/yeni-neshrler/3729-azrbaycan-antroponmyasinin-saslari-4.html https://turan.info.az/yeni-neshrler/3729-azrbaycan-antroponmyasinin-saslari-4.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4 MƏDƏD ÇOBANOV

Yuxarıda qeyd olunan ahəngdar və məzmunlu adlarla ya­­naşı antroponimiyamızda bir qrup adlara da təsadüf edi­lir ki, onlar nə ahəngdarlığı, nə ifadə etdiyi məzmun, nə xal­qın adət-ənənəsi, nə də müasirlik baxımından xoşa gə­lir... Belə adları eşitməsən yaxşıdır. Çünki belə qəribə ad­lar onu daşıyan şəxsi ömrüboyu komik və gülünc hala salır. Bu ko­mik­lik və gülünclük həmin şəxsin adı ata adına çevri­lən­də bir neçə dəfə (yəni, uşaqların sayı qədər, baba adına və ya familiyaya çevriləndə isə daha çox) artır. Çün­ki ata adını bir ne­­çə qardaş və bacı daşıdığı halda, baba adını və ya fami­liyanı bütöv bir nəsil (oğul, nəvə, nəticə, kö­tücə, xədicə, ya­­dıca) uzun müddət, bəlkə də, bir-iki əsr daşıyır. Belə xo­şa­gəlməz adlara indi də təsadüf edirik. O cümlədən:
Kişi adları: Soyuz, Milis, Mels, Kino, Maşın, Traktor, Pri­­bor, Razbor, Razqovor, Revizor, Kolxoz, Sovxoz, Ma­tor, Kan­tor, Yanvar, Fevral, Noyabr, Raykom, Narkom, Vo­­yen­kom, Partkom, Orden, Medal, Kassir, Fabrik, Apos­trof, Briqadir, Sessiya, Qəmisiyə (Komissiya), Artel, Kom­so­mol, Rabfak, Xozeyin, Mülkədar, Liman, Ətraf, Hörmət, Mə­ruzə, Nöqtə, Vergül, Mərkəz və s.
Qadın adları: Samavar, Çaynik, Nəlbəki, Qəzət, Paket, Po­­veda, Maskviç, Prikaz, Senzura, Faktura, Qavaler, Zim, Vilis, Şalon, Simon, Şüşə, Fincan, Sançaq, Sandıq, Manat, Tümən, Yüztümən və s.
Bu adlardan bir neçəsini cümlədə işlətsək, qəribə və gül­məli məzmun alarıq: Soyuz Kino oğlu Maşınov, Mə­ruzə Nöqtə oğlu Vergülov, Orden Medal oğlu Narkomov, Sa­mavar Kolxoz qızı Sovxozova, Qəzet Ətraf qızı Mər­kə­zova, Nəlbəki Revizor qızı Kassirova, Zim Yanvar qızı Me­da­lova və s. Bu cümlələrdəki məzmun anlaşılmazlığı göz qa­bağındadır... Minlərlə antroponim üzərində apardığımız müşahidələr əsasında məlum olmuşdur ki, şəxs adları xal­qın keçmiş və indiki ictimai-siyasi quruluşu, sosial həyat tər­zi, məişət və məşğuliyyəti, inamı, dini baxışları, etnik və estetik görüşləri və s. yaxından əlaqədar olmuşdur. Bun­­­ları nəzərə alaraq, tədqiqata cəlb etdiyimiz müasir ant­ro­po­nimləri tarixilik baxımından 4 mərhələyə bölmüşük.
1) 1920-ci ilə qədər işlənən antroponimlər. Bu qrup ant­­ro­po­nimlər həm yayılma arealına, həm də çox işlək­li­yi­nə gö­rə 1920-ci ilə qədər xalqımız arasında geniş şəkildə iş­lə­nirdi.
Kişi adları: Alı, Allahverdi, Bayram, Əli, Əhməd, Mə­həm­­məd, Məhərrəm, Əliqulu, Allahqulu, Pirqulu, Pirə­li, Tan­rıverdi, Məmmədqulu, Həsənqulu, Məhəm­mədəli və s.
Qadın adları: Anaxanım, Anaqız, Balaxanım, Bəsti, Ye­tər, Mədinə, Məsmə, Səyalı, Fatma, Xırda, Gülbəsdi, Qız­yetər, Qıztamam, Qızbəs, Ayişə və s.
2) 1921-1940-ci illərdə işlənən antroponimlər. Bu mər­hələdə işlənən antroponimlər həm ahəngdarlığına, həm də mə­­na və məzmununa görə birinci mərhələyə nisbətən fərq­lidir.
Kişi adları: Abdulla, Aşır, Vəli, Qulaməli, Dursun, Əb­dü­ləli, Əsəd, Əsgər, İbrahim, İsmayıl, Məhəmmədəli, Musa, Na­­maz, Novruz, Ramazan, Calal, Şahəli, Hüseyn, İnqilab, Zəfər, Qalib, Bayraqdar və s.
Qadın adları: Bənövşə, Qaraqız, Qüdrət, Zərnişan, Zü­ley­xa, Zeynəb, Zəhra, Zərxanım, Yasəmən, Gülxanım, Gül­lü, Gülyaz, Güsənim, Gülzər, Mehriban, Nübar, Rey­han, Sə­məngül, Tamam, Tükəzban, Pəri, Hürü, Xanım, Xə­zən­gül, Şura, Həqiqət və s.
3) 1941-1960-cı illərdə işlənən antroponimlər. Bu dövr­­­də xalqımız arasında geniş şəkildə yayılmış antopo­nimlər həm ifadə etdiyi məna və məzmuna, həm də müa­sirliyi eti­­barilə əvvəlki dövrlərdən əsaslı şəkildə fərqlənir.
Kişi adları: Adil, Aydın, Vaqif, Vahid, Vidadi, Zabit, Qəh­rəman, Elman, Mehman, Nizami, Nazim, Yusif, Sabir, Xan­­lar, Nəriman, Fərhad və s. Bunlardan II Dünya müha­ri­bəsinin qələbəsindən sonra bir sıra yeni adlar da yaranır. O cümlədən, Qalib, Qələbə, Vətənyar, Vətənzər, Qoşun, İn­ti­zar, İntiqam, Sülhiyyə, Sülhzər, Sülhnur, Sül­hnurə, Sül­ha­ləm, Sülhnaz, Sülhnar, Sülhyar, Aləmsülh və s.
Qadın adları: Aybəniz, Bahar, Vətəngül, Qiymət, Qüd­rət, Dilşad, Dilbər, Elnarə, Elmira, Zərxanım, Gözəl, Gü­lə­sər, Gülnarə, Gülnaz, Gülşən, Leyla, Lalə, Lətafət, Mi­na­yə, Nigar, Həqiqət, Pakizə, Füruzə və s.
4) 1961-1980-cı illərdə işlənən antroponimlər. Bu dövr­­də yeni doğulan oğlan və qızlara verilən antroponim­lər ifa­də etdiyi yenilik və müasirlik məzmunu etibarilə əv­vəl­ki dövrlərdən tamamilə fərqlənir. Bu da, hər şeydən əvvəl ye­ni ictimai-siyasi və iqtisadi quruluşun bərqərar ol­ması, ictimai-so­sial də­yişikliklərin baş verməsi, mədəni in­qilabın tam qələbə çal­ması, güclü ziyalı kütləsinin tə­şək­kül tapması, xalqımı­zın yeni məişət və ənənəsinin inkişafı və s. ilə yaxından bağlıdır.
Kişi adları: Akif, Arif, Azər, Aydın, Bəxtiyar, Vüqar, Va­leh, Vidadi, Eldar, Elman, Etibar, Elşad, Elvar, Elçin, İn­ti­qam, İlham, İlqar, Zabit, Zakir, Yaşar, Malik, Mətləb, Na­miq, Nəriman, Nəbi, Nizami, Rövşən, Sabir, Sahib, Ok­tay, Emin, Pərviz, Xaqani, Şahin, Cavanşir, Turan, Tural, Toğ­rul, Orxan, Turxan, Elcan, Araz və s.
Qadın adları: Arzu, Aygün, Aygül, Aynur, Bənövşə, Və­tən­yar, Vəfa, Vəfalı, Qərinə, Qələbə, Durdanə, Elmayə, Zə­fər, İradə, Yeganə, Kəmalə, Könül, Günəş, Leyla, Lətifə, May­gül, Məlahət, Nərgiz, Nailə, Nəzakət, Solmaz, Sevinc, Sevda, Sahibə, Sahilə, Sədaqət, Səfalı, Təranə, Təzəgül, Tərlan, Şəlalə və s.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:15:23 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3 https://turan.info.az/yeni-neshrler/3728-azrbaycan-antroponmyasinin-saslari-3.html https://turan.info.az/yeni-neshrler/3728-azrbaycan-antroponmyasinin-saslari-3.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3 MƏDƏD ÇOBANOV = G.Əsgərova “Folklorda şəxs adları” mövzusunda nami­zədlik dissertasiyası yazmışdır (1986). Azərbaycan das­tan­­ları və nağıllarından toplanmış antroponimik material­lar əsasında yazılmış bu əsərdə antroponimlərin etnolinq­vistik xüsusiyyətləri, köməkçi şəxs adlarının rolu, bədii üs­lubi xüsusiyyətləri öz elmi şərhini tapmışdır.
Yuxarıda adları qeyd olunan müəlliflərin tətdiqatlarında və müxtəlif elmi konfranslardakı məruzələrində antroponi­mi­kanın ayrı-ayrı məsələlərinə (bəzən həvəskar kimi) to­xu­nulsa da, Azərbaycan antroponimikasının nəzəri əsas­ları xüsusi tədqiqat obyekti olmamışdır. Məhz buna görə də, bu­rada Azərbaycan antroponimikasının nəzəri əsasları­na xeyli yer verilmişdir.
Müəllif -M.N.Çobanov son illərdə Azərbaycan antro-ponimikasına dair ge­­niş tədqiqat aparmış və antroponi-mi­ya problemlərinə dair bir neçə kitab və ondan çox mə-qalə və tezislər çap et­dir­mişdir. O cümlədən, müəllifin 1981-ci ildə “Azərbay­can şəxs adları” (Bakı), 1983-cü ildə “Azər­baycan antro­po­­nimiyasının əsasları” (Tbilisi), 1987-ci ildə “Familiya. Təxəllüs” (Tbilisi), 1990-cı ildə “Azər-bay­can şəxs adla­rı­nın semantikası və orfoqrafiyası” (Tbi­lisi) kitabları çap olun­­muşdur.
“Azərbaycan şəxs adları” kitabında antroponimiya, ad, ad­ların əsası və semantikası haqqında məlumat, həmçinin, 2000-ə yaxın şəxs adlarının lüğəti (700-dən çox kişi adı, 1100-ə yaxın qadın adı, 100-ə yaxın müştərək ad, yəni həm kişilərə, həm də qadınlara verilən adlar) verilmişdir.
“Azərbaycan antroponimiyasının əsasları” kitabı Peda­qo­­ji İnstitutların filologiya fakültələrinin tədris pla­nın­da nə­zərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proqramı əsa­sında hazırlanmışdır. Vəsait onomastikanın ən geniş sa­həsi olan antroponimikaya həsr edilmişdir. Kitabda ono­mastika haqqında ümumi məlumat, antroponimiya və onun təd­qi­qat obyekti, ad, adların əsası və semantik qrupları, müş­tə­rək adlar, antroponimik hadisələr (polinim və palind­romik ad­lar, adların abbreviasiyası), ad və antroponimin bir-bi­rinə mü­nasibəti, adların mənşəyi və quruluşu, fami-liya, tə­xəl­lüs, ləqəb, adqoyma ənənələri və s. hərtərəfli şərh olun­­muş­dur.
“Familiya. Təxəllüs” kitabı ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutul­muş­dur. Kitabda ad və ad sistemi, atanın adı, familiya, təxəl­lüs, ləqəb və s. geniş təhlil olunmuş, həmçinin, vəsaitin so­nunda ilk dəfə olaraq, “Azərbaycan təxəllüs lüğəti” veril­mişdir. Bu lüğətə 600-ə yaxın təxəllüs daxil edilmişdir. Lü­­ğətdə təxəllüsü daşıyan şəxsin adı, atasının adı, fa­mili­yası, təxəllüsü, (nadir hallarda ləqəbi), sənəti və yaşadığı dövr haqqında məlumat ensiklopedik lüğətlərə məxsus qı­sa məqalələr şəklində verilmişdir.
“Azərbaycan şəxs adlarının semantikası və orfoq­ra­fiya­sı” kitabı ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ali məktəblərin filologiya fakültə­lərinin tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə ad ka­teqoriyaları və onların üzvlənməsi, antroponimik vahid­lər, adların əsası və semantikası, orfoqrafiiyası və s. məsə­lələr geniş şəkildə şərh olunmuş, kitabın sonunda isə 3000-ə ya­xın şəxs adları lüğəti verilmişdir.
Azərbaycan antroponimikasının tədqiqi tarixinə dair ve­ri­­lən qısa xülasədən aydın olur ki, son onillikdə antro­po­ni­miyamızın araşdırılması inkişaf etmişdir. Bu mülahi­zəni son illərdə ali məktəblərin filologiya fakültələrində aparı­lan xüsusi kurslar Azərbaycan onomastikasına həsr olun­muş Elmi konfranslar və yaxud ayrı-ayrı Elmi konf­rans­la­rın “Onomalogiya” bölməsində oxunmuş məru­zələr, tez-tez dövri mətbuatda nəşr olunan məqalələr, çap olunan me­­­­todiki göstərişlər, tədris proqramları və vəsaitlər bir da­ha təsdiq edir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:14:53 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2 https://turan.info.az/yeni-neshrler/3727-azrbaycan-antroponmyasinin-saslari-2.html https://turan.info.az/yeni-neshrler/3727-azrbaycan-antroponmyasinin-saslari-2.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2 MƏDƏD ÇOBANOV =
II FƏSİL

ANTROPONİMİKA ONOMALOGİYANIN
BİR SAHƏSİ KİMİ

Onomalogiyanın əsas və ən geniş yayılmış sahəsini ant­roponimika təşkil edir. Antroponimika yunan dilində “ant­ro­pos” (insan) və “onuma” (ad) sözlərinin birləşməsindən əmə­lə gəlmişdir. Bu termin dilçilikdə insan adları haq­qın­da elm mənasında işlədilir. İnsan adlarının zərif və in­cə, tarixi və milli xüsusiyyətləri vardır. Məhz bunun nəti­cə­si­dir ki, ailədə yeni doğulan uşaqlara münasib adlar seçi­lib ve­rilməlidir. Xalqımızın çoxəsrlik ənənələrinə görə, yeni doğulan “övlad oğlandırsa, onun adında Azərbaycan kişi­lərinə məxsus bir məğrurluq, cəsurluq, əməksevərlik, qo­naq­pərvərlik, comərdlik və s. xüsusiyyətlər; yeni do­ğu­lan övlad qızdırsa, onun adında zə­rif­lik, incəlik, gözəllik, eyni zamanda məğrurluq və cəsur­luq xüsu-siyyətləri öz əksini tapmalıdır. Bu Azərbaycan xal­qının bütün tarixi dövrlərinə aiddir”. Bütün bu xüsu­siy­yətlər isə xalqımızın tarixən ya­rat­mış olduğu antropo­nim­lərdə də öz geniş ək­sini tapma­lı­dır. Məhz dilimizdəki bu xü­susiyyətləri öyrən­mək üçün dil­çilik elminin nəzəri şöbəsi olan onomalo­giyanın xüsusi və müstəqil bir sahəsi for­malaşmışdır. Bu sahə antro­po­nimika adlanır. Antropo­ni­mi­ka insan adları­nın öyrənilməsi ilə məşğul olur. Antro­po­nimikanın tədqi­qat sahəsinə ad, ata adı, familiya, tə­xəllüs və ləqəb daxil­dir. Həmçinin, antroponimika şəxs adla-rının əsası, mən­şə­yi, quruluşu, adqoyma ənənələri, antropo­ni­mik hadisə­lər, şəxs adlarının təşəkkülü, inkişafı və başqa dilə transli­terasiyası problem­ləri; tarixi sənəd-lərdə və bədii əsərlərdə işlədilən adların səciyyəvi an-troponimik xüsusiy­yətləri məsələlərinin araş­dırılması ilə də məşğul olur.
Cəmiyyətin hər bir üzvünün mənəvi inkişafı, onun mə­dəniyyət və əxlaqının yüksəldilməsi, vətəndaşlıq və insan­pərvərlik hisslərinin möhkəmləndirilməsi problemləri xal­qı­mızın daim diqqət mərkəzində olmalı və cəmiyyət üzv­lərinin estetik zövqünü oxşamalıdır. Bütün bunlar məişət estetikasının bir kateqoriyası olan xüsusi adlarda da öz parlaq ifadəsini tapmalıdır. Bu da cəmiyyətin estetik ənə­nəsinə uyğun olmalıdır. Başqa sözlə desək, cəmiyyət və onun üzvləri ilə bağlı olan sözlər-adlar adı altında qruplaş­dırılır. Deməli, antroponim termini ilə şəxsə verilən ad sistemi nəzərdə tutulur.
Hər bir tarixi dövrdə şəxs adları millilik, tarixilik və müa­sirlik prinsipləri əsasında təşəkkül etmişdir. Çünki hər bir şəxs adı istər dilçilik, istərsə də antroponimik vahid ki­mi onu yaradan xalqın milli təfəkkürü, dünyagörüşü, mə­nəvi zövqü, tarixi və mədəni inkişafı səviyyəsi ilə ya­xın­dan bağlıdır. Belə demək mümkündürsə, elə xalqın mə­dəniyyətinin ilk rüşeymləri də özünü xüsusi adlarda biruzə verir. Bu mənada, hər bir onomastik vahid kimi, ant­ro­ponimik vahidlər də xalqımızın qədim mədəni səviy­yə­sini gös­tərən ilk ictimai nişanədir; xalqın tarixi yara­dı­cılığının məhsulu və canlı tarixi əsəridir. Bu mənada, xalq yaratdığı və yaşatdığı antroponimlərin tarixi müəlli­fidir. Müəl­lifin əsərini təhrif etməyə isə heç kəsin ixtiyarı yoxdur və ola da bilməz. Əlbəttə, bu nişanələri və əsərləri dərindən öy­rənmədən xalqın tarixini aydın şəkildə tə­səvvür etmək ol­maz. Çünki hər bir antroponim xalqın milli ünvanıdır. Bu ün­vansız cəmiyyət tarixində keçinmək çə­tindir. Heç təsa­düfi deyil ki, Şərqli (F.Ağazadə) hələ 1927-ci ildə nəşr et­dirdiyi “Türk adları, ölçüləri və təqvimi” adlı məqa­ləsində adqoyma ənənəsində milli zəminə söykən­məyi və milli adlardan istifadə etməyi məsləhət görürdü”. Çünki antro­ponimlər dilimizin milli orijinallığını, ən qə­dim ün­sir­lərini mühafizə edib müasir dövrə çatdıran ka­teqo­riya­dır.
Dilimizdə xüsusi şəxs adı bildirən sözlər geniş mənada antroponim, dar mənada isə şəxs adı altında qruplaşdırılır. Bu, belə də, olmalıdır. Çünki antroponim adı altında bu və ya digər şəxsə vermək mümkün ola bilən bütün adlar; şəxs adı altında isə yalnız bir şəxsi başqasından fərq­ləndirən ad nəzərdə tutulur.
Fərdi adlar isə sadə, ahəngdar, məzmunlu və həyati ol­malıdır. Çünki həmin adlar həyatda insan cəmiyyətinə xid­mət edir.
ANTROPONİMİK VAHİDLƏR. Adların antroponimik xü­susiyyətlərini isə antroponimik vahidləri müəyyən­ləş­dir­mədən araşdırmaq olmaz. Odur ki, ilk növədə, ant­ro­po­nimik vahid anlayışını, onun meyarını müəyyənləş­dir­mək lazımdır. Müstəqil işlənə bilən antroponim (şəxs adı, ata adı, familiya, təxəllüs, ləqəb) antroponimik vahidlər he­sab olunur. Bu mənada, birinci növbədə antroponimika ter­min­­ləri məsələlərinin müəyyənləşdirilməsi dilçiliyi­mi­zin bu yeni sahəsi olan-antroponimika problemlərinin elmi şəkildə həll edilməsi üçün geniş imkan yaradır və tarixi onomastikanın bir sıra ümumi məsələlərinin aydınlaşdırıl­masına və inkişafına kömək edər.
Antroponimiya - adlar sistemi uzun bir tarixi inkişaf yo­lu keçmiş, müxtəlif dövrlərdə və müxtəlif şəraitdə for­ma­laş­mışdır. Odur ki, antroponimlərin yaradılması tari-xi­ni Azər­baycan dilinin tarixi leksikasından ayrılıqda düşün­­mək ol­maz. Bu adlar ayrılıqda da (ad, ata adı, familiya) ümu­­mişlək sözlər kimi öz sabit mənasını saxlayır. Azər­bay­can antroponimləri, əsasən, ümumişlək sözlərin bazası əsasın­da formalaşmışdır ki, bu da ünsiyyət prosesində bö­yük rol oynayır. Uzun tarixi inkişaf prosesində isə adlar­dan ata adı, familiya və həmçinin, ümumişlək sözlərdən-tə­xəl­lüslər və ləqəblər təşəkkül tapmış və müa­sir səviy­yə­yə gəlib çatmışdır. Buraya kimi deyilənlərdən aydın olur ki, antroponimik vahidləri antroponimik terminlərsiz hər­tə­­rəfli öyrənmək olmaz. Deməli, antroponimik vahidlər ant­­­­roponimikanın əsas tədqiqat obyektini təşkil edir. Ant­roponimik terminlər qrupuna aşağıdakılar daxildir: antro­ponim, antroponimiya, antroponimika, antroponimik əsas, antroponimləşmə, antroponimik sistem, matronim, andro­nim, eponim, elliptik xüsusi ad, fiktonim, antroponimikon və s. Öhdəmizdə olan zəngin Azərbaycan antroponimlər kartotekinin vediyi faktlara görə antroponimlərin aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirmək ön plana çəkilməlidir.]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:14:29 +0000
"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1 https://turan.info.az/yeni-neshrler/3726-azrbaycan-antroponmyasinin-saslari-1.html https://turan.info.az/yeni-neshrler/3726-azrbaycan-antroponmyasinin-saslari-1.html "AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1 MƏDƏD ÇOBANOV =



AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI
Üçüncü nəşr

Ali məktəb tələbələri üçün dərs vəsaiti

Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir









Bakı - 2017


Elmi redaktoru:

A.M.Qurbanov Azərb.EA-nın müxbir üzvü, professor


Rəyçi:

Q.Ş.Kazımov
filologiya elmləri doktoru, professor


Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları,
Ali məktəb tələbələri üçün dərs vəsaiti. (Üçüncü nəşr)
Bakı, 2017, 412 səh.

Vəsait pedaqoji universitetlərinin filologiya fakültə­lərinin təd­ris planında nəzərdə tutulmuş “Dilçilikdən xüsusi kurs” proq­­­ramı əsasında hazırlanmışdır. Burada onomastika haqqında ümu­mi mə­lumat, antroponimika və onun tədqiqat obyekti, Azər­baycan dil­çiliyində antroponimiyanın tədqiqi tarixi, antro­ponimlərin inki­şafı məsələləri, ad və ad sistemi, familiya, tə­xəl­lüs, ləqəb, adların əsası və semantikası, antro­ponomik hadi­sələr - müştərək adlar, ad­qoy­ma ənənələri, adların quru­lu­şu və mən­­şəyi, poetik antro­po­nimiya və s. hərtərəfli təhlil olun­muş­dur.
Vəsaitdən ali məktəblərin filologiya fakültələrinin tələ­bə­lə­ri, eləcə də orta ixtisas və ümumtəhsil məktəblərinin Azər­bay­can dili və ədəbiyyatı müəllimləri istifadə edə bilərlər.

© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi,”Qanatleba” nəşriyyatı, 1983.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları. Bakı, “Maarif nəşriyyatı”, 1998, 332 səh.
© Çobanov M.N. Azərbaycan antroponimiyasının əsasları.
“Maarif nəşriyyatı”, üçüncü nəşr, Bakı,
“Borçalı” NPM, 2017, 412 səh.

BİR NEÇƏ SÖZ]]>
Müşviq BORÇALI Thu, 12 Apr 2018 16:13:32 +0000
Professor Mədəd ÇOBANOV - 75 https://turan.info.az/medeniyyet/376-professor-mdd-obanov-75.html https://turan.info.az/medeniyyet/376-professor-mdd-obanov-75.html Professor Mədəd ÇOBANOV - 75

Professor Mədəd ÇOBANOV - 75]]>
Müşviq BORÇALI Fri, 02 Mar 2018 18:07:04 +0000
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ https://turan.info.az/gurcustan/pushkinciler/2389-mdd-obanov-v-onomalogya-msllr.html https://turan.info.az/gurcustan/pushkinciler/2389-mdd-obanov-v-onomalogya-msllr.html MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ
Azərbaycan elm və mədəniyyəti tarixində bir neçə sahə üzrə çalışan və onların hər birində uğurlar qazanan görkəmli şəxsiyyətlər çox olub. Müasir dövrdə də ensiklopedik bilik sahibi olan, fəaliyyət dairəsi zənginliyi ilə fərqlənən şəxsiyyətlərimiz az deyil. Belə simalardan biri də alim, müəllim, publisist və tərcüməçi kimi ən azı türk dünyası və MDB məkanında tanınan, əsərləri Azərbaycan, türk, özbək, qazax, qırğız, rus, gürcü, erməni və digər dillərdə çap olunan professor Mədəd Çobanovdur. O hansı sahədə çalışmasından və yazmasından asılı olmayaraq, türk böyüklüyünü, türk qüdrətini, onun zəngin olan dili, tarixi və etnoqrafiyasını həmişə diqqət mərkəzində saxlayıb. Bu cəhət müəllifin çap olunmuş 50 kitabı, 100-dən çox elmi məqaləsi, 250-dən çox publisist yazısı və s. əsərlərində özünü qabarıq şəkildə göstərir.
Mədəd Çobanov müəllimlikdən professor vəzifəsinə qədər yüksəlib. Gürcüstan Respublikasının Darbaz kənd orta məktəbində müəllim, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda dosent vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiridir. Mədəd Çobanov müəllimlə alimliyi, nəzəriyyə ilə praktikanı sintez edə bilən tədqiqatçılarımızdandır. Burada təkcə bir məsələni qeyd edək ki, görkəmli alimin hərbi məktəbdə bir professor, həm də kafedra müdiri vəzifəsində çalışması onu qədim türk hərb sənəti ilə bağlı yazılar yazmağa sövq edib. Onun Müşfiq Çobanlı ilə birlikdə çap etdirdiyi “Dədə Qorqud dünyasına səyahətdən parçalar” (Bakı, 1998) adlı monoqrafiyanın II hissəsindəki “Qalın Oğuz eli və hərb sənəti”, “Qalın Oğuz igidləri və onların döyüş taktikası”, “Qalın Oğuz eli və hərbi marşlar” və s. kimi bölmələr də dediklərimizi təsdiqləyir.
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində bir neçə istiqamət üzrə tədqiqat aparan alimlərin sırasında Mədəd Çobanovun xüsusi yeri var. Müəllifin antronimiya, toponimiya, dialektologiya, leksikoqrafiya və digər sahələr üzrə çap etdirdiyi çoxsaylı məqalə, monoqrafiya və lüğətləri sanbalına, yüksək elmi dəyərinə görə bu gün mütəxəssislər tərəfindən razılıqla qarşılanır, onlara bir mənbə kimi istinad olunur. Heç şübhəsiz ki, sonrakı yüzilliklərdə də belə olacaqdır.
Antroponimika problemləri Mədəd Çobanovun ən çox müraciət etdiyi mövzulardandır. Müəllifin “Azərbaycan şəxs adları” (1981), “Azərbaycan antroponimiyasının əsasları” (1983), “Familiya, təxəllüs” (1987), “Azərbaycan antropaniyasının əsasları” (1998) kimi monoqrafiyaları, onlarca məqaləsi, həmçinin 1992-ci ildə müdafiə etdiyi “Azərbaycan antroponimikasının əsasları” adlı doktorluq dissertasiyası da onun Azərbaycan antroponimlərinin tədqiqinə xüsusi maraq göstərdiyini sübut edir. Məhz həmin əsərlərə görə Mədəd Çobanovun adı türkologiyada N.A.Baskakov, E.Beqmatov, N.Qarbova, T.Jamzakov kimi, Azərbaycan dilçiliyində A.Qurbanov, M.Adilov, H.Əliyev kimi alimlərlə bir sırada çəkilir.
M.Çobanov antroponimikanı onomologiyanın tədqiqat obyekti, sahələri və növlərinə də diqqət yetirir. Belə ki, müəllif onomalogiyanın tədqiqat obyektində xüsusi adların mənbəyi, yayılma dərəcəsi, predmətə uyğunluğu, üslubi imkanları və s. məsələlərin əsas olduğunu qeyd edir, onomalogiyanın antroponimika, toponimika, kosmonimika kimi sahələrindən bəhs edir, onomalogiyanın xüsusi və ümumi olmaqla 2 yerə bölünməsini ümumi dilçilik prizmasından şərh edir. Bu da onu göstərir ki, müəllif Azərbaycan antroponimlərinin diaxronik və sinxronik istiqamətdə təhlili üçün bir növ zəmin hazırlayır, təhlilin məhz həmin müstəvidə aparılmasını məqbul hesab edir. Digər tərəfdən, Mədəd Çobanov Azərbaycan antronimik vahidlərinin tədqiqi tarixini sistemli şəkildə işləyərkən V.A.Qordlevski, A.N.Samoyloviç, A.Qurbanov, M.Adilov, Z.Sadıqov və başqalarının araşdırmalarına münasibət bildiirir, antroponimlərlə bağlı öyrənilməyən və ya tədqiqat obyekti kimi görülməyən problemləri dəqiqləşdirir. Belə bir metoddan istifadə isə müəllifə antroponimlərə aid ən incə detallara belə aydınlıq gətirməyə imkan verib.
Azərbaycan antroponimlərinin inkişaf tarixinə müxtəlif prizmalardan yanaşıldığını, antroponimlərin inkişaf mərhələsinə dair bir neçə fikrin irəli sürüldüyünü əsas götürən müəllif özünə qədərki araşdırmaları ümumiləşdirərək aşağıdakı sistemi təqdim edir:
Antroponimlərin inkişaf tarixi: qədim antroponimlər, atroponimlər orta əsrlərdə (XIII-XIX əsr), müasir antroponimlər (antroponimlər 1920-ci ilə illərdə)
Araşdırmalar göstərir ki, müəllifin təqdim etdiyi bölgü elmi, həm də məntiqi baxımdan düzgündür. Digər tərəfdən, Mədəd Çobanov həmin dövrlər və ya mərhələlər üçün səciyyəvi olan antroponimik vahidləri dəqiqləşdirib. Məsələn, Alp, Qazan, Tanqrıstan, Ağvuqi, Arslan kimi antroponimlərin XII əsrə qədərki Azərbaycan antroponimləri baxımından xarakterik olması müəyyənləşdirilib. Yaxud Allahverdi, Ağası, Mədəd, Bəsdi, Güllü kimi antroponimlərin XVII- XIX əsrlər üçün səciyyəvi olması əsaslandırılıb.
Mədəd Çobanov xalqımızın tarixi, mədəniyyəti, etnoqrafiyası və dünyagörüşü ilə bağlı olan, milli etiket funksiyasını yerinə yetirən antroponimləri geniş şəkildə tədqiq edib. Məsələn, şəxsin ata adı ilə tanınmasından bəhs edərkən fikri təsdiq etmək üçün “Kitabi-Dədə Qorqud”a müraciət edib. (Qatğan oğlu Bayndur, Dərsə xanın oğlu Buğac) Deməli, müəllif antroponimik vahidlərə, həmçinin onlara aid müxtəlif tipli modellərə tarixi-linqvistik prizmadan yanaşıb.
Mədəd Çobanovun tədqiqatlarında “Azərbaycan antroponimlərinin sistemi” mövzusu xüsusi yer tutur. Müəllif ata adı və familiyaları əsas ad kateqoriyaları sistemində araşdırarkən problemə diaxronik, xüsusən də sinxronik prizmadan yanaşıb. Kişi və qadın adları əsasında yaranan, həmçinin kökü şəxs adı kimi izlənməyən sözlər əsasında düzələn familiyalar ilk dəfə olaraq M.Çobanovun yaradıcılığında geniş və sistemli şəkildə linqivistik tədqiqata cəlb olunub.
Köməkçi ad kateqoriyaları sisteminə daxil olan təxəllüslərin yaranma tarixi, izlənmə tezliyi, mənşəyi və arealını sistemli şəkildə araşdıran müəllif bu qənaətə gəlir ki, toponim, etnonim, zoonim, hidronim və kosmonimlər, həmçinin ümumişlək sözlər əsasında düzələn təxəllüslər rəngarəng və maraqlı xüsusiyyətlərinə görə Azərbaycan mədəniyyətinin ən nadir inciləri hesab oluna bilər.
M.Çobanov ləqəblərin köməkçi ad kateqoriyaları sistemindəki yerini dəqiqləşdirməklə bərabər, onların fərdi-şəxsi, ailəvi-nəsli və məhəlli-kollektiv kimi növlərini də araşdırıb.
Antroponimlərin semantik qruplarına xüsusi diqqət yetirən M.Çobanov Azərbaycan antroponimlərinin məna qruplarını dəqiqləşdirərkən ən kiçik detalları belə nəzərdən qaçırmayıb. Müəllif toponim, etnonim, hidronim, zoonim və kosmonimlər, eyni zamanda silah adları əsasında düzələn antroponimləri geniş şəkildə təhlil etmişdir. Antroponimlərin semantikası ilə bağlı fikri təsdiq üçün bədii ədəbiyyat nümunələrinə istinad etmə, Mədəd Çobanovun tədqiqatlarında aparıcı mövqedədir. Qılınc, Kaman, Sadaq kimi atroponimləri “Kitabi -Dədə Qorqud” dastanındakı “Oğuz zamanında bir yigid ki, evlənsə ox atardı...” cümləsi və “sadaği tər, oxu tər” misrası ilə başlanan bayatı ilə əlaqələndirilib.
Türkologiyada ən az öyrənilən məsələlərdən biri də antroponimik hadisələrdir. Bu mövzu M.Çobanovun antroponimikaya dair əsərlərində təhlil süzgəcindən keçirilmiş, onların ən səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir. Müəllif antroponimik hadisələrin müştərək (ortaqlı), polinim, palindramik və abbreviatur kimi məna qruplarını konkret faktorlarla əsaslandırıb. Məsələn, müştərək antroponimlər (Həsrət, Şirin, İntizar...), polinim antroponimlər (Balaxanım-Xanbaba,Aygün-Günay...), abbreviatur antroponimlər (Q-əli-Qurbanəli, İ-Xəlil-İbrahimxəlil...)
Antroponimlərin orfoqrayiası, poetik onomastika və s. kimi məsələlər də M.Çobanovun diqqətindən yayınmayıb. Belə ki, müəllif onların hər birini konkret fəsil və bölmələr üzrə sistemli şəkildə araşdırıb. Burada bircə faktı qeyd etmək kifayətdir ki, M.Çobanov antroponimlərin orfoqrafiyası ilə bağlı 39 maddə və 12 yarımmaddə müəyyənləşdirib. Bu da müəllifin dil hadisələrinə adi bir müşahidəçi kimi yox, zərgər dəqiqliyilə yanaşdığını təsdiqləyir.
M.Çobanov Azərbaycan antroponimlərini türk xalqları antroponimləri konteksində tədqiq edən alimlərimizdəndir. Məsələn, müəllif müştərək adlardan bəhs edərkən yazır: ”...qazaxların antronimiyasında ənənə ilə bağlı olaraq yaranan adlara rast gəlmək olur. Adqoyma mərasimində ən çox qız olan ailələrdə oğlana qız adlları qoyurlar. Məsələn: qıza Altay, Bolat, (Polad, Yanıl (Yonıl),Yanılxan, (Yanılxan) kimi adlar vermiş və onları oğlan kimi tərbiyə etmişlər...” Yaxud M.Çobanovun araşdırmalarından məlum olur ki, Bəxtiyar adı özbək, qırğız və qazax antroponikası baxımından da səciyyəvidir.
Professor M.Çobanovun opomastikaya dair tədqiqləri təkcə antroponimika ilə yekunlaşmır. Belə ki, müəllifin yaradıcılığında toponimik vahidlərin linqvistik prizmadan təhlili də xüsusi yer tutur. Mədəd Çobanovun toponimlərlə bağlı onlarca məqaləsi, həmçinin, Müşfiq Çobanlı ilə birlikdə çap etdirdiyi “Borçalı toponimləri” (Bakı, 1996) kitabı ziyalılara və geniş oxucu kütləsinə çoxdan tanışdır.
“Borçalı toponimləri” kitabında ilk dəfə olaraq “Moksevai Kartlisa” və “İstorii Alvan” kimi mənbələrə istinadən Gürcüstanda türk (Azərbaycan) köklü qəbilə və tayfaların məskunlaşma tarixi dəqiqləşdirilir, Borçalı bölgəsinin qədim türk yurdu olması inkaredilməz faktorlarla əsaslandırılır. “Borçalı” toponiminin “qurdlar təpəsi” mənasında olması da həmin müstəvidə izah edilir.
“Borçalı toponimləri” kitabının “Dədəm Qorqud dünyası ilə səsləşən Borçalı toponimləri” bölməsində Baydar, Bəytəkər, Sarvan, Ulaşlı, Qızlar bulağı kimi toponimik vahidlərin “Kitabi-Dədə Qorqud”dakı yer-yurd adları ilə səslənməsindən, qədim türk tarixi, dili və etnoqrafiyasının daha dərindən öyrənilməsində həmin vahidlərin xüsusi əhəmiyyət kəsb etməsindən bəhs edilir.
Həmin kitabda ilk dəfə olaraq Gürcüstandakı türk köklü oykonimlər tarixi onomastika prizmasından təhlilə cəlb edilir və onların 5 əsas qrupu dəqiqləşdirilir. Qədim oykonimlər, qədim və müasir oykonimlər, müasir oykonimlər, hibrid oykonimlər, təkrar və ya bir neçə variantlı oykonimlər. Bu qrupların hər biri konkret dil faktları ilə əsaslandırılıb.
Məsələn, Azərbaycan xalqının etnogenezində yaxından iştirak edən, türk mənşəli qəbilə və tayfa adları əsasında yaranan Aziki (Azlar), Qanlı, Qazan, Qıpçaq, Hunlar, Qaramanlı kimi vahidlər qədim oykonimlər sistemində tədqiq edilib.
Borçalı toponimlərinin semantikasını, xüsusən də semantik qruplarını sistemli şəkildə təhlilə cəlb edən də Mədəd Çobanovdur. (Müşfiq Çobanlı ilə birlikdə) Həmin bölmədə antroponimlər (Bəylər, Qasımlı, Səfərli...), etnotoponimlər (Quşçu, Ulaşlı, Türklər...), hidrotoponimlər (Qarabulaq,Qırxbulaq, Südbulaq...), zootoponimlər (Ayıtalası, Danaqıran, Leyləkuçan, Canavarlı...), fitotoponimlər (Armudlu, Qamışlı, Zoğallı, Vələsli, Palıdlı...), memuar-xatirə-toponimlər (Sabirkənd, Səməd Vurğun küçəsi, Nərimanov prospekti, Vazeh döngəsi...), kosmotoponimlər (Ayorta, Güney, Gündoğan...) sinxronik istiqamətlərdə təhlil edilir.
“Borçalı toponimləri haqqında qısa oçerklər” bəhs etdiyimiz kitabın ən əsas bölməsi hesab oluna bilər. Birincisi, ona görə ki, həmin bölmədə Orxan-Yenisey abidələri və “Kitabi-Dədə Qorqud” dastanı ilə səsləşən Azgəyliyən, Kaspi, Sadaqlı, Kəpənəkçi və s. kimi toponimlərin yaranma tarixi barədə geniş məlumat verilir. İkincisi, toponimik vahidlərin hər biri tarixi-linvistik prizmadan təhlil edildiyi üçün arxaik apelyativli toponimlərin səciyyəvi cəhətləri asanlıqla anlaşılır. Məsələn, Qarayazı, (böyük çöl), Qaracala (böyük çala,), Sadaqlı (Sadaq-ox qabı), Tüllər (tülü - tolu tayfa adı) və s.
Bu cür faktlar isə “Borçalı toponimləri” kitabında onlarca toponimik vahidin etimoloji izahının verildiyini təsdiqləyir.
Bu kiçik yazıda prof. Mədəd Çobanovun onomologiya ilə bağlı olan tədqiqatlarının az bir hissəsini, amma ən mühüm cəhətlərini əhatə etməyə çalışdım.
Nəhayət, görkəmli dilçi-alim, tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Mədəd Çobanovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Əzizxan TANRIVERDİ,
ADPU-nun Azərbaycan dilinin tədrisi metodikası
kafedrasının müdiri, flologiya elmləri doktoru, professor.

“Şərqin səsi” qəzeti, ¹ 03 (198), fevral, 2007;
“Hakimiyyət və gələcək” qəzeti, ¹ 06 (146),
04 aprel 2007.]]>
Müşviq BORÇALI Tue, 27 Feb 2018 18:20:52 +0000
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİNƏ BAŞLAYIB https://turan.info.az/fond/3483-xeyryy-fondu-br-qrup-taninmi-alm-ar-v-yaziinin-ktablarinin-nrn-balayib.html https://turan.info.az/fond/3483-xeyryy-fondu-br-qrup-taninmi-alm-ar-v-yaziinin-ktablarinin-nrn-balayib.html XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİNƏ BAŞLAYIB
XEYİRLİ OLSUN!..

2018-ci il yanvarın 22-də
Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi
yardım gös­tərmək
məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun
Üçüncü iclası keçirilib.


Bu barədə mətbuata Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib.
O, bildirib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC,
“Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (turan.info.az) və “Zirvə” (Zirve.info)
İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında
əsas məqsəd Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə,
tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.

Fondun hələ 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk təsis iclasında
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə, mətbuat orqanlarına yardım etmək,
Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq,
“Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək,
qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq,
şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək,
ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə,
el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı
Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. qərara alınmışdı.

Həmin qərara əsasən Fond artıq professor Mədəd Çobanovun 10 cildlik "SEÇİLMİŞ ƏSƏRLƏR"inin, eləcə də, əslən Borçalıdan olan digər alimlərin, şair və yazıçıların əsərlərinin nəşrinə başlayıb.
Yaxın günlərdə tanınmış Borçalışünas alim, görkəmli tədqiqatçı, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin "19-cu Yüzil Azərbaycan Gürcü Teatr ülfəti",
tanınmış tədqiqatçı, dilçi-alim, folklorşünas professor Mahmud Kamaloğlunun "Aşıq Sadıq", Dr.prof. Mədəd Çobanovla Dr. Müşfiq Çobanlının həmmüəllif olduğu "Sözün ucalığı: şair, yazıçı, publisist, alim..." (Əli Rza Xələfli haqqında), eləcə də istedadlı şair Allahverdi Təhləlilin tərcüməsində Besiki Amaraulinin "Xoşbəxlik anı"

Fondun icraçı direktoru M.Borçalı həmçinin, onu da bildirib ki,
Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində), eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali müəssisələrində təhsil alan
5 nəfər tələbə“Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və
ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilməsi nəzərdə tutulmşdu.

Bildiyiniz kimi, Fondun 2017-ci il dekabrın 26-da keçirilmiş ikinci iclasında

Fondun Fəxri sədri, Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik Möhsün Nağısoylu,

Fondun Mükafat Komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
Millət vəkili, akademik Nizami Cəfərov

tanınmış ictimai xadim Güləhməd Qəribov

“2017-ci il iyunun 12-də Azərbaycanda Atatürk Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyinə həsr olunmuş
Elmi Sessiyanın yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə”;


Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev,
Gürcüstan Azərbaycanlı Jurnalustlər Birliyinin sədri Nizami Məmmədzadə,
və professor Mahmud Kamaloğlu (Hacıxəlilov)


"2017-ci il avqustun 22-də Gürcüstanın Marneuli şəhərindəki
"Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illiyinə həsr olunmuş
Yubiley tədbirinin yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə";


Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov


“2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində (GAK)
böyük alim, tanınmış tədqiqatçı, görkəmli dilçi-türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki, filologya elmləri doktoru,
professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubleyi ilə
bağlı təntənəli tədbirin keçirilməsində göstərdiyi xidmətlərə görə”;


Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin direktoru Müseyib Qənbərov,
və həmin məktəbin direktor müavini Raqif Əhmədov


“2017-ci il oktyabrın 2-də Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbində
müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi,
Nyu-York Elmlər Akademiyasının akademiki, görkəmli dilçi və türkoloq alim,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının
80 illik yubileyinin yüksək səviyyədə təşkilinə görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
İdarə Heyətinin FƏXRİ FƏRMANI
ilə;


Eləcə dəBorçalı və Borçalıların təbliğində
xüsusi xidmətlərinə görə bir qrup şəxs, o cümlədən,

turan.info.az saytının əməkdaşı Firəngiz xanım İbadova
“Sosial şəbəkələrdə Borçalının və Borçalıların təbliğində göstərdiyi xidmətlərinə görə”;

"Borçalı" nəşriyyatının ədəbi redaktoru İlyas Əfəndi Vəfalı
"Dədəmiz Dədə Mədəd" şeirinə və eləcə də, Borçalının və Borçalıların təbliğində
göstərdiyi xidmətlərinə görə”;


'Ziya" qəzetinin əməkdaşı, "Borçalı" nəşriyyatının və turan.info.az saytının texniki redaktoru Etibar Ovçuyev
“Borçalının və Borçaləların təbliğində gösrərdiyi xüsusi xidmətlərinə görə”


“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ DİPLOM” “PUL MÜKAFATI” ilə
təltif olunmuşlar.


Eyni zamanda, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun Təqaüd Komitəsinin
qərarına əsasən ilk iclasda 5 nəfər tələbəyə təqaüdün verilməsi nəzərdə tutulsa da,
müraciətlərin çoxluğunu nəzərə alaraq, onların sayı artırılmış və 10 nəfər tələbə, o cümlədən,

BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Müşfiq qızı Mədədli (Darvaz),
BDU-nun fililogiya fakültəsinin II kurs tələbəsi Elida Muxayeva (Baydar),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
IV kurs tələbəsi Aytac Hüseyn qızı İsmayılova (Faxralı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
lV kurs tələbəsi Aytac Elxan qızı Nurməmmədova (Sadaxlı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
III kurs tələbəsi Aytəkin Rakif qızı Yusifli (Bolnisi),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
I kurs tələbəsi Jalə Məzahir qızı Nəbiyeva (Dağ-Arxlı),
Tbilisi Dövlət Tibb Universitetinin tələbələri
Tural və Toğrul Rəsulovlar (Qaraçop-Qarayazı),
Tbilisi Dövlət Universitetinin I kurs tələbəsi
Yaşar Akif oğlu Əsgərov (Qaracalar)

Tbilisi İlia adına Dövlət Universitetinin lV kurs tələbəsi
Elməddin Şahvələd oğlu Məmmədov (Darbaz)

“Təhsildə əldə etdiyi nailiyyətlərə və respublikanın ictimai həyatında fəal iştirakına görə”;

eləcə də, Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin 5 nəfər şagirdi -
Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyevİntizam Məmmədov

“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunmuşdular.



REDAKSİYADAN:

Biz də turan.info.az-ın yaradıcı heyəti və çox saylı izləyiciləri adından
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YARANAN YENİ FONDa
gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı, dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor Mədəd Çobanova uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

turan.info.az


.]]>
Müşviq BORÇALI Mon, 22 Jan 2018 18:19:21 +0000
"PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU" https://turan.info.az/fond/3453-professor-mdd-obanov-adina-xeyryy-fondu.html https://turan.info.az/fond/3453-professor-mdd-obanov-adina-xeyryy-fondu.html "PROFESSOR MƏDƏD ÇOBANOV ADINA XEYRİYYƏ FONDU" Gürcüstanda yaşayan
soy­daş­larımıza
maddi və mənəvi
yardım gös­tərmək
məqsədilə
görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət
Azər­bay­can Ali Hərbi
Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının
müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”



Mədəniyyət Komitəsinin sədri - Mədəniyyət məsələləri üzrə müşavir - Musa Nəbioğlu, ;

İncəsənət..... Nazilə Səfərli


Elm -
Onomastika Nəbi Əsgərov

Təhsil - Abay Paşayev
Hüquq - Nazim Musayev
Ədəbi əlaqələr Mirzə Maşov
Tərcümə Allahverdi Təkləli
Ədəbiyyat -
Poeziya - Rafiq Hümmət
Nəsr -
Dramaturgiya İftixar Piriyev
Xeyriyyəçilik Maya Rəcəbova
Qadınlar Komitəsinin
Gənclər komitəsi

Aparatın rəhbəri Asif Ozan
"Qara arxac" elmi-publisistik məcmuə

"Zirvə" Poeziya antologiyası
"Quyu bulaq" - gənc yazarların
"Yeni nəfəs" nəsr antologiyası


Qaraçöp Xeyirxəbərov
Qabal Yunis Novruz
Qaracalar -
Darvaz -

Moskva - Ziya Abbasov
Peterburq
Polşa - Hafiz Şabanov
Türkiyədə - Şürəddin Məmmədli
Qars Atatürk Universiteti Cengiz Alyılmaz
Cənubi Azərbaycan
Kərkük]]>
Müşviq BORÇALI Thu, 28 Dec 2017 22:48:13 +0000
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİRDLƏRİ MÜKAFATLANDIRIB https://turan.info.az/fond/3449-xeyryy-fondu-br-qrup-taninmi-alm-zyalini-hmnn-tlb-v-agrdlr-mkafatlandirib.html https://turan.info.az/fond/3449-xeyryy-fondu-br-qrup-taninmi-alm-zyalini-hmnn-tlb-v-agrdlr-mkafatlandirib.html XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİRDLƏRİ MÜKAFATLANDIRIB Dekabrın 26-da
Gürcüstanda yaşayan soy­daş­larımıza
maddi və mənəvi yardım gös­tərmək
məqsədilə görkəmli Azərbay­can ali­mi, məşhur dilçi,
tanınmış türkoloq, zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər Akade­mi­yasının akademiki,
uzun müddət Azər­bay­can Ali Hərbi Dənizçilik Məktə­bin­də
"Dil­lər" kafedrasının müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında
Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobano­vun anadan olma­sının
80 illik yubileyi şərəfinə təsis olunmuş
“Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun ikinci iclası keçirilib.]]>
Müşviq BORÇALI Tue, 26 Dec 2017 21:37:52 +0000
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB https://turan.info.az/fond/3276-grcstanda-yaayan-soydalarimiza-yardim-etmk-mqsdl-yen-fond-yaranib.html https://turan.info.az/fond/3276-grcstanda-yaayan-soydalarimiza-yardim-etmk-mqsdl-yen-fond-yaranib.html GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB
Bu günlərdə Gürcüstanda yaşayan soy­daş­larımıza maddi və mənəvi yardım gös­tərmək məqsədilə görkəmli Azərbay­can ali­mi, məşhur dilçi, tanınmış türkoloq, zəh­mət­keş tədqiqatçı, Nyu-York Elmlər Akade­mi­yasının akademiki, uzun müddət Azər­bay­can Ali Hərbi Dənizçilik Məktə­bin­də "Dil­lər" kafedrasının müdiri və Azər­­baycan Res­publikasının Prezidenti yanında Ali Attes­ta­siya Komissiyasının Ekspert Şura­sının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobano­vun anadan olma­sının 80 illik yubileyi şərəfinə
“Professor Mədəd Çobanov adına
XEY­RİY­YƏ FON­DU” təsis olunub.

Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (turan.info.az) və “Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında əsas məqsəd Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.
Fondun 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk iclasında qərara alınıb ki, yaxın və qısa bir müddətdə işçi qrupu tərəfindən Fondun Nizamnaməsi, Əsasnaməsi, strukturu, gələcək fəaliyyət Proqramı hazırlanıb müzakirəyə təqdim olunsun.
İlk iclasda o da qərara alınıb ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində) təhsil alan 5 nəfər tələbəyə “Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilsin.
Həmçinin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə yardım etmək, Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq, “Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək, qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq, şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək, ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə, el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. nəzərdə tutulub.
Qeyd edək ki, professor Mədəd Çobanovun anadan olamsının 80 illik yubileyi Bakıda, Tiflis­də, Borçalıda - Marneulidə və Bolnisidə yüksək səviyyədə qeyd olunub. Tez-tez doğma Borçalıya baş çəkən yubilyar, bu yaxınlarda Bolnisi rayonunda olub, vaxtilə dünyaya göz açdığı və ilk orta təh­sil aldığı Darvaz kəndindəki ictimai məktəbdə müəllim və şagirdlərlə görüşüb, onlara müəllifi oldu­ğu çoxsaylı kitablarını, eləcə də, müəllimlər üçün vəsaitlər, şagirdlər üçün məktəbli ləva­zimatları və s. hədiyyə edib.]]>
Müşviq BORÇALI Sun, 26 Nov 2017 23:24:43 +0000
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd Çobanovla görüşüb https://turan.info.az/diger/qht/3208-drbnd-xeyriyy-ctimai-birliyinin-sdri-professor-mdd-obanovla-grb.html https://turan.info.az/diger/qht/3208-drbnd-xeyriyy-ctimai-birliyinin-sdri-professor-mdd-obanovla-grb.html “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd Çobanovla görüşüb2017-ci il 20 oktyabr tarixində “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev Nyu-York EA həqiqi üzvü, Türkdilli qurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədət Çobanov ilə görüş keçirilmişdi. Nurulla Əliyev qurumun adindan professor Mədət Çobanovu 80 illik yubileyi münasibəti ilə təbrik etmişdi və yaradicilig fəaliyyətində uğurlar arzu etdi!]]> Müşviq BORÇALI Mon, 23 Oct 2017 11:27:21 +0000 DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB https://turan.info.az/gurcustan/borchali/3118-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html https://turan.info.az/gurcustan/borchali/3118-darvaz-ctma-mktbnd-professor-mdd-obanovla-gr-kerlb.html DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB
Bolnisi rayonunun Darvaz kəndi özünün ziyalı və alimləri, zəhmətkeş insanları ilə regionda tanınmış ellərdən biridir. Bu günkü Darvazın elinin firavan həyat tərzi, mədəni və mənəvi inkişafı ilə əlli il öncəki Darvazdan çox fərqlənir. Bu uğur və nailiyyətlır Darvazlıların zəhmətkeşliyinin, elsevırliyinin və qədirbilənliyinin bariz nümunəsidir.
Bu gün Darvaz ictimai məktəbində deyilənlərin şahidi olduq. Yağmurlu hava olsa da məktəbdə bayram əhval ruhiyyəsi vardı. Məktəbin müəllim və şagird kollektivi vaxtilə bu qədim məktəbdə pedaqoji fəaliyyətə başlayan, sonralar Tiflis və Bakı şəhərinin ali məktəblərində pedaqoji fəaliyyətini davam etdirən, görkəmli dilçi və Türkoloq alim, müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyi keçirildi. Təntənəli yubiley mərasimini məktəbin direktoru Museyib Qəmbərov açdı. Taryel Hacıyev, professor Mahmud Kamaloğlu, Ragif Əhmədov, Rəşid Hacıyev, jurnalist Nizami Məmmədzadə, Süleyman Orucov çıxış edərək görkəmli alimin keçdiyi həyat yollarından, elm və həyatda qazandığı uğur və nailiyyətlərdən, elmi və pedaqoji fəaliyyətindən danışdılar.
Yubliyar Mədəd Çobanov və oğlu Müşfiq Borçalı sonda birinci sinif şagirdlərinə çanta, yerdə qalan bütün siniflər üzrə şagirdlərə isə çoxlu sayda məktəb ləvazimatlarını hədiyyə verdilər. Rəsmi görüşdən sonra yubliyarın ailəsində qonaqların şərəfinə ziyafət verildi.]]>
Müşviq BORÇALI Thu, 05 Oct 2017 16:30:05 +0000
SÖZ HEYKƏLİ https://turan.info.az/edebiyyat/poeziya/3114-sz-heykl.html https://turan.info.az/edebiyyat/poeziya/3114-sz-heykl.html SÖZ HEYKƏLİGörkəmli türkoloq, dəyərli şəxsiyyət,
professor Mədəd Çobanova

Sən sözdən yaratdın öz heykəlini,
Şan-şöhrət gətirdin ulu bir yurda!..
Uzatdın övlad tək alim əlini
Ağsaqqal babamız Dədə Qorquda!..

Danışdın qayanın, dağın dilində,
Çağladın çeşmələr, bulaqlar kimi...
Dedin, tarix yatır palıd külündə,
Yandın dil yolunda ocaqlar kimi...

Qalın Oğuz eli açdı sirrini
Qədim Türk yurdunun hərb sənətinə...
Ən güclü ordu tək şah əsərini
Yazdın Türk ruhuna, Türk qüdrətinə!..

Bakıdan Təbrizə nisgillə dolu
Dərbəndsiz, Göyçəsiz diləklər keçər...
Borçalı boydadı həsrətin yolu,
Sərhəddən kələkli küləklər keçər...

Xəyalın Kərkükdə, Başkeçiddədir,
Ürəyin dönübdür ağ göyərçinə...
İrəvan, Zəngəzur daş keçiddədir,
Gəl bir yol başlayaq Turandan Çinə!..

Hələ çox mətləbin qapısı bağlı,
Çox sirrin üstünü toz örtüb hələ...
Hələ tilsimlərin sinəsi dağlı,
Savaş qılıncını söz örtüb hələ...

Sən bayrağa dönsən – haqqa yol açıq!..
Qoy birə daraşsın nadan kürkünə...
Qaranlıq pərdəni qaldır, yola çıx
Türklüyün ilkindən sözün mülkünə...

Çözməyə dərd çoxdu, ay ustad Mədəd!
Qəlbindən qələmə yolu düz eylə!..
Vətəndən Vətənə baxdıqca həsrət
Səksəni səksəndir, yüzü saz eylə!..

Bir ömür səs verdin haqqın səsinə,
Ucaltdın mərd elin nər əməlini!..
Söz səni çəkdikcə zər zirvəsinə,
Sən sözdən yaratdın öz heykəlini!..
Sən sözdən yaratdın öz heykəlini!..

Knyaz ASLAN,
BDU-nun kafedra müdiri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
Bakı,
12 İyul 2017.]]>
Müşviq BORÇALI Tue, 26 Sep 2017 14:49:26 +0000
GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub https://turan.info.az/gurcustan/3067-gak-da-professor-mdd-obanovun-80-illik-yubleyi-qeyd-olunub.html https://turan.info.az/gurcustan/3067-gak-da-professor-mdd-obanovun-80-illik-yubleyi-qeyd-olunub.html GAK-da professor Mədəd Çobanovun 80 illik yubleyi qeyd olunub

Gürcüstan Azerbaycanliları Konqresində böyük alim filologya elimləri doktoru, professor Mədəd Çobanovun 80-illik yubleyi ilə bağlı təntənəli tədbir keçirilib.

turan.info.az-in Gürcüstandakı əməkdaşının verdiyi məlumata görə, yubley tədbirini GAK-ın sədri Huseyn Yusubov açaraq yublyarin həyat və fəaliyəti haqda iştirakçılara məlumat verib, çıxışının sonunda GAK-ın Fəxri fərmanını Mədəd Çobanova təqdim edib. Tədbirdə daha sonra Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Direktoru Fazil Həsənov çıxış edib və GAMM-nin Fəxri Diplomunu Mədəd müəllimə təqdim edib.

Borçalının bir çox ziyalıları – tanınmış alim-şair, professor Hidayət Nuriyev, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbi oğlu, Bolnisi Mədəniyyət Mərkəzinin direktoru,”Ümid” qəzetinin baş redaktoru Əlxan Yahya oğlu, “Dostluq” cəmiyyətinin sədri Fərman Borçalı, yazıçı Əli Abbas, şairə Mayqa Mətin, şair Siyavuş Uyğun, jurnalisd Bəhram Mehdi, Faxralıdan Fatma Aslan qızı, Sadaxlı Məktəbinin direktoru Hacı Səyyad Xəlilov, Qardabani rayonunun Vaxdanqisi kəndindən Lətif müəllim, Yuxarı Saraldan Seyid Mirağa, Kirəç Muğanlədan Arif Məmmədov, Yuxarı Saraldan polkovnik İsmayıl Həkimov, Darvaz kəndindən həkim Səməd Çobanov və başqaları yubliyarın həyat və fəaliyyəti haqında çıxış ediblər.
Tədbirdə tanınmış Borçalı aşığı Kamandar Lətif oğlu qədim e lhavaları ilə çıxış edib.

Həmçinin Qaraçoplü aşıq-xanəndə Aida xanım Gülzar bir neçə mahnı ifa edib.
Sonda professor Mədəd Çobanov çıxış edərək bütün Borçalılara öz minnətdarlığını bildirib.]]>
Müşviq BORÇALI Fri, 25 Aug 2017 15:44:39 +0000
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub https://turan.info.az/gurcustan/pushkinciler/3066-grcstanda-grkmli-azrbaycan-alimi-professor-mdd-ovanovun-80-illik-yubileyi-qeyd-olunub.html https://turan.info.az/gurcustan/pushkinciler/3066-grcstanda-grkmli-azrbaycan-alimi-professor-mdd-ovanovun-80-illik-yubileyi-qeyd-olunub.html Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Çovanovun 80 illik yubileyi qeyd olunub
2017-ci il avqustun 22-də Gürcüstanın Marneuli şəhərindəki "Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində turan.info.az - “Zirvə” İnformasiya Mərkəzinin və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi, məşhur dilçi, tanınmış türkoloq, zəhmətkeş tədqiqatçı, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Tədbirdə Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, Gürcüstan Parlamentinin deputatları, hokumət və qeyri-hokümət nümayəndələri, alimlər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Nizami Məmmədzadə açaraq əslən Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndindən olan 80 yaşlı alimin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra söz tədbirdə iştirak edən qonaqlara verilib.
Əvvəlcə Gürcüstan Parlamentinin deputatarından Ruslan Hacıyev, Mahir Dərziyev və Azər Süleymanov, Marneuli rayon icra hakimiyyətinin başçısı v.i.e. Zaur Tabatadze,
Marneli rayon bələdiyyəsinin rəhbəri Nəbi Abdullayev,
Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov,
“Gürcü Arzusu” Partiyasının Marneuli təşkilatının rəhbəri Amiran Giorqadze,
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Ayaz Məmmədov,
Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Elçin Şirinov,
Mirzə Fətəli Axundov adına Tbilisi Azərbaycan Mədəniyyəti Müzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva,
Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri, H.Əliyev adına Gürcüstan Azərbaycan Universitetinin qurucusu və rektoru professor Novruz Bayramov,
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov,
Bolnisi Mədəniyyət Mərkəzinin rəhbəri Əlixan Yəhyaoğlu,
“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova,
Sadaxlı 1 nömrəli orta məktəbin direktoru Səyyad Xəlilov,
ağsaqqal yazıçı Əli Abbas, tanınmış şairlər Səadət Buta, Nizami Saraclı, Bəhram Mehdi, İbrahimxəlil və başqaları çıxış edərək professoru 80 illik yubileyi münasibətilə ürəkdən təbrik ediblər, onun həyat və yaradıcılığından söhbət açıblar, görkəmli alimin Azərbaycan elminə və türkologiya tarixinə bəxş etdiyi elmi töhfələrdən və pedaqoji sahədəki zəngin təcrübəsindən danışıblar.


"RegionPress" qəzetinin baş redaktoru və "Gürcüstan" qəzetinin əməkdaşı Binnət Əlioğlu başda Gürcüstanın Əmədar jurnalist İslam Əliyev olmaqla təmsil etdiyi qəzet redaksiyaların bütün yaradıcı heyətləri adından yubilyarı salamlayıb, ürək sözlərini çatdırıb və “Gürcüstan” qəzetinin professor Mədəd Çobanovla bağlı bir səhifəlik məqalənin dərc olunduğu sonuncu sayını yubilyara təqdim edib.


Daha sonra professor Mədəd Çobanovun yetirmələrindən professor Mahmud Kamaloğlu, Azərbaycan
"Təhsil" qəzetinin baş redaktoru, Tbilisi Açıq Universitetinin professoru Abay Paşayev, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, uzun müddət Azərbaycan Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışmış şair Əlləz Novruz, Gürcüstan Azərbaycanlı Müəllimlər İttifaqının rəhbəri Səadət xanım Zeynalova,
Darvaz kəndindən gəlmiş həkim Səməd Çobanov, Darvaz kənd orta məktəbinin direktor müavini Raqif Əhmədov və b. çıxış edərək yubilyarı ürəkdən təbrik ediblər. Onlar sevimli müəllimlərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, onun zəhmətini və xeyirxahlığını heç zaman unutmayacaqlarını bildiriblər.
Tədbirdə təklif olunub ki, professor Mədəd Çobanovun hələ ötən əsrin 90-cı illərində çap olunan Gürcüstandakı Azərbaycan dilli məktəblərdə tədris olunan “Azərbaycan dili” dərslikləri görkəmli alimin iştirakı və köməyi ilə yenidən hazırlansın, eləcə də yaxın zamanlarda alimin elmi-nəzəri əsərləri haqqında elmi-praktik konfrans təşkil edilsin.

Yubiley tədbirdində tanınmış jurnalistlərdən - "Sözün işığı" qəzetinin baş redaktoru Əziz Dəlivəlov, ATV-nin Gürcüstan müxbiri Nadir Almazoğlu, İTv-nin Gürcüstan müxbiri Çingiz Yaqubov, AzTv-nin, İtv-nin və ATV-nin operatorları, "Gürcüstan" qəzetinin əməkdaşları Zahid Nəsibov, Nadir Bayramov, Darvaz.com saytının redaktoru Elşad Çobanlı, Marneuli radiosunun əməkdaşı Amil Məmmədov, Nərgiz Əliyeva, Çingiz Qasımov, Telavinin Qaracalar kəndindən gəlmiş Akif Əsgərov, Bolnisi rayounun Darvaz kəndindən gəlmiş Samir Çobanov, Etibar Ovçuyev, Alpay Abdullayev və başqaları da yaxından iştirak ediblər və yubilyara xoş arzularını çatdırıblar.

,




Təntənəli yubiley tədbirində iştirak edən tanınmış Borçalı aşıqlarından Ziyəddin Borçalı, Aşıq Gülayət, Aşıq Aidə Gülzar və başqaları da yubilyarı təbrik ediblər və oxuduqları el mahnıları ilə məclisi daha da şənləndiriblər.

Sonda professor M.Çobanov yubileyə gələn bütün qonaqlara və parlament üzvlərinə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşına, Marneuli rayon rəhbərliyinə təşəkkür edib.

Tədbirin sonunda həmçinin yubilyarın nəvəsi - “Şərqin səsi” qəzetininin və turan.info.az saytının redaktoru redaktoru, BDU-nun hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Mədədli, turan.info.az saytının təsisçisi və baş redaktoru Müşfiq Borçalı çıxış edərək tədbir iştirakçılarına təşəkkür edərək xoş arzularını bildiriblər.
Müşfiq Borçalı professor Mədəd Çobanovun 80 illik yubileyini təşkil edən Gürcüstan Parlamentinin üzvü Ruslan Hacıyevə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Nizami Məmmədzadəyə və Marneuli şəhərindəki "Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzinin rəhbəri Emin Əhmədova xüsusi təşəkkür edib.

Sonra “Ağ ev” restoranında geniş ziyafət verilib.

Tədbirdə qeyd edilib ki, professor Mədəd Çovanov 80-dən çox elmi kitabın müəllifidir. 80 yaşı tamam olan yubilyar Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub.
Alimin elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 60-a yaxın şeir və oçerk yazılıb. Onun elmi-pedaqoji sahədə zəngin təcrübəsi olduğu kimi, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyəti dünya və Azərbayn elminə çox tanışdır.

Görkəmli alim öz kitablarının girişində Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözlərini məsuliyyətlə işlədib və elmi əsərlərində bu məsuliyyəti dərk edib.
Professor Mədəd Çobanov buna görə də Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” və 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı və məzmunlu kitabları nəşr etdirib.
M. Çobanov A.S.Puşkin adına (sonralar S.S.Orbelianı adına) Tiflis Dövlət Pedaqoji İnstitutunda (indiki İlya Universitetində) müəllim, dosent, kafedra müdiri və professor vəzifələrində çalışıb. 1995-ci ildən sonra elmi pedaqoji fəaliyyətini Bakıda davam eydirsə də, doğma el-obası ilə, Gürcüstanla əlaqəni kəsməyib, müntəzəm olaraq əlaqə saxlayıb, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafı naminə çalışıb, bu sahədə onlarla məqalə və bir neçə kitab yazıb çap etdirib.
Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub.
2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb.
Onun əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. Alimin qələmə aldığı elmi əsərlər zamanla səsləşən əsərlərdir. Onun qələmə aldığı müxtəlif mövzulu əsərlər müasir dövrün tələblərinə cavab verir. Onun əsərlərinin elmi əhəmiyyəti odur ki, bu gün bu əsərlər elm ocaqlarında uğurla istifadə olunur, gənc alimlər və tələbələr bu elmi nəşrlərdən yetərincə istifadə edirlər. Geniş yaradıcılıq diapozonuna malik 80 yaşlı alim bu gün də özünün geniş elmi fəaliyyətini dayanmadan davam etdirir və gənc nəslin inkişafına özünün samballı əsərləri ilə böyük töhfələr bəxş edir və özünün elmi-nəzəri, yüksək məzmunlu, uzun illər apardığı elmi axtarışlarıyla öz imzasına hörmət və izzət gətirir.

Nəhayət, biz də avqustun 22-də Marneulidəki “Çay Evi – Muğam” Tədris-Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm Yubiley tədbirində fəal iştirak edən hər kəsə təşəkkür etməklə yanaşı, öz dərin minnətdarlığımızı bildirir və bir daha professor Mədəd Çobanovu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Allahdan ona uzun və mənalı ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!]]>
Müşviq BORÇALI Tue, 22 Aug 2017 14:30:19 +0000
Mədəd müəllim, 80 nə yaşdı?... https://turan.info.az/diger/tebrikler/3049-mdd-mllim-80-n-yad.html https://turan.info.az/diger/tebrikler/3049-mdd-mllim-80-n-yad.html Mədəd müəllim, 80 nə yaşdı?...Şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli ağsaqqalımız, Professor MƏDƏD müəllimi 80 illik yubleyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm cansağlığı ilə uzun ömür arzulayıram. Həmişə var olasız! AMİN!

Həyatın yolları qayadı, daşdı,
Ağaran saqqaldı, çallaşan başdı.
Deyirəm, - Ay Mədəd müəllim, 80 nə yaşdı,
90 olan yerdə, yüz olan yerdə.

Allah sizə ömür versin....

MƏDƏD ÇOBANOV

M üşfiq tək oğulu olan bir ata,
Ə sla, siz söyləyin qocala bilər?
D ərindən bağlanan inan, həyata
Ə l-ələ verərək ucala bilər.
D ədələr söyləmiş, atalar demiş,
Ç alışan dünyadan bac ala bilər.
O dur ki, o müdrik Mədəd müəllimdən
B əhrələnən bunu bacara bilər.
A lıb mizrabını, könül telində
N əğmələr qoşaraq, o çala bilər.
O ğluyla fəxr edən atalar ancaq
V ətəndən-elindən güc ala bilər.
09.07.2017]]>
Müşviq BORÇALI Sun, 30 Jul 2017 23:01:55 +0000
YUBİLYARDAN HƏDİYYƏ https://turan.info.az/yeni-neshrler/3043-yublyardan-hdyy.html https://turan.info.az/yeni-neshrler/3043-yublyardan-hdyy.html   YUBİLYARDAN  HƏDİYYƏ
Bir neçə gün öncə sosial mediadan professor Mədəd Çobanovun “Azərbaycan antroponimiyasının əsasları” kitabının çap olunduğunu oxumuşdum. Bu qəbildən olan kitablar maraq dairəmdə olduğundan yuxarıda adı qeyd olunan kitabın da şəxsi kitabxanamda olmasını çox istəyirdim. Kitabın müəllifi Mədəd Çobanov olduğundan həmin kitabın məndə olacağına heç bir şübhəm yox idi. Çünki, Mədəd müəllimi kitabları və oğlu, dostum tanınmış jurnalist, naşir, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı vasitəsi ilə tanıyıram. Müşfiq Borçalı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni vaxtda, o, filologiya, mən isə tarix fakültəsində təhsil almışıq.Tələbəlik illərindən onu şəxsən tanıyırdım. Sonralar “Borşalı toponimləri” kitabının həmmüəllifi (digər müəllif Mədəd Çobanovdur; B.,2012) kimi ona yazdığım məktub (məktubda kitabdan bir nüsxə mənə göndərməsini xahiş etmişdim, dərin təşəkkür hissi ilə bildirirəm ki, kitabı mənə göndərmişdir) dostluğumuza səbəb olmuşdur. Hal-hazırda Lənkəran bölgəsinin tarixi, toponimləri və etnoqrafiyası ilə bağlı yazılarım mütəmadi olaraq Müşfiq müəllimin baş redaktoru olduğu ZİM.Az saytında yerləşdirilir.
Müşfiq Borçalının atası Mədəd Çobanovun 80 illik yubileyi ilə bağlı keçiriləcək tədbirə məni dəvət etməsi “Azərbaycan antroponimiyasının əsasları” kitabı ilə bağlı istəyimin reallaşmasına səbəb oldu. 12 iyul 2017-ci il tarixində , saat 14.00-da Bakıda Atatürk Mərkəzində keçirilən yubiley tədbirində iştirak etdim. Yubilyar Mədəd Çobanov kimdir?
Mədəd Namaz oğlu Çobanov tanınmış türkoloq, görkəmli dilçi-alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. 1937-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olan Mədəd Çobanov Tbilisi Dövlət Pedaqoji İnistitutunun tarix-filologiya fakültəsinin 1960-cı il məzunudur. Səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim 80-ə yaxın kitabın, ali və orta ümumtəhsil məktəbləri üçün 28 proqramın, 100-ə yaxın jurnal və elmi məcmuə məqalələrinin, 600-dək elmi-tənqidi məqalənin, 100-dən çox rəy və məruzənin, 220-dən çox oçerkin müəllifidir.Mədəd müəllimi digər elm və yaradıcı şəxslərdən fərqləndirən əsas cəhətlərdən biri də “Həyatnamə” adlı kitab yazmasıdır. 2012-ci ildə çap olunan 210 səhifəlik bu kitabda alimin həyat və yaradıcılığı xronoloji ardıcıllıqla verilmişdir. “Həyatnamə” adı mənə sanki “Şahnamə”, “Dəhnamə”, “Nəsihətnamə”, “Səyahətnamə”, “Əxbarnamə”, “Hophopnamə” və digər məşhur kitabları xatırladır. Mənim üçün sevindirici haldır ki, Müşfiq Borçalıya 7 yanvar 2012-ci il tarixində ünvanladığım məktub “Borçalı toponimləri”ni “Kredo” qəzetindən oxuyuruq” başlığı altında “Həyatnamə” kitabında (səh.154) verilmişdir. Professor Mədəd Çobanovun 80 illik yubiley tədbirində Azərbaycan elminin, mədəniyyətinin və ictimaiyyətinin görkəmli nümayəndələri ilə bir yerdə olmaqdan böyük məmnunluq hissi keçirdim. Tədbirdə Mədəd Çobanov müəllifi olduğu “Azərbaycan antroponimiyasının əsasları” kitabını mənə hədiyyə etdi. Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun rəy yazdığı bu kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Afat Qurbanovdur. Kitab 2017-ci ildə Bakıda “Borçalı” nəşriyyatında 500 tirajla çap edilmişdir (üçüncü nəşr).Kitabın I və II nəşrləri müvafiq olaraq 1983 və 1998-ci illərdə olmuşdur. 412 səhifəlik “Azərbaycan antroponimiyasının əsasları” kitabı Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçn dərs vəsaiti kimi təsdiq edilmişdir. Olduqca səlis və rəvan bir dildə yazılmış bu vəsait “Bir neçə söz”, on üç fəsil və nəticədən ibarətdir. Kitabda dilçiliyin adları öyrənən şöbəsi olan onomologiya, antroponimlərin inkişaf tarixi, sistemi, köməkçi ad kateqoriyaları, antroponimiyada ad və adqoyma ənənələri, antroponimik hadisələr, adların mənşəyi və s. haqqında geniş məlumat verilmişdir. Kitabı böyük diqqət və maraqla oxuyub toponimika və onun bir sahəsi olan antroponimlər haqqında əlavə bilgilər əldə etdim.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan antroponimiyasının əsasları” kitabından ali məktəblərin filologiya fakültəsinin tələbələri, dil-ədəbiyyat, tarix və coğrafiya müəllimləri, magistrlər, doktorantlar, toponimika və antroponimika ilə məşğul olanlar faydalana biləcəklər. Zənnimcə, vəsaitdə adlar, familiya (soyad), təxəllüs və ləqəblər haqqında olan yazılar kimliyindən asılı olmayaraq hamı üçün maraqlı olacaqdır. Azərbaycan antroponimiyasına böyük töhfə olan “Azərbaycan antroponimiyasının əsasları” kitabı da professor Mədəd Çobanovun “Həyatnamə” və “Borçalı toponimləri” kitabları kimi şəxsi kitabxanamın “qızıl fond”unu təşkil edən kitablar sırasındadır.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi, bələdiyyə və AJB-in üzvü,
“Qızıl qələm” mükafatı laureatı
20.07.2017]]>
Müşviq BORÇALI Sat, 22 Jul 2017 16:19:48 +0000
Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib https://turan.info.az/esas/3033-professor-mdd-obanovun-80-illik-yubileyin-hsr-olunan-elmi-sessiya-keirilib.html https://turan.info.az/esas/3033-professor-mdd-obanovun-80-illik-yubileyin-hsr-olunan-elmi-sessiya-keirilib.html Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində tədqiqatçı, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində dillər kafedrasının müdiri və Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə M.Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və elmin ağsaqqalı” kitabı təqdim olunub.

Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Akademik bildirib ki, professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 30-a yaxın şeir və oçerk yazılıb.

Tədbirdə N.Cəfərovun yubilyara həsr etdiyi “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabından da danışılıb. Məlumat verilib ki, kitabda M.Çobanovun mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyətindən bəhs olunur.

Qeyd olunub ki, professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub. 2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb. M.Çobanov çoxşaxəli elmi yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Alimin əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu professor M.Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları arzulayıb.

Əməkdar Elm Xadimi, professor Nizami Xudiyev M.Çobanovun dilçi filoloqlarımız arasında seçildiyini diqqətə çatdırıb. N.Xudiyev qeyd edib ki, bir alim kimi M.Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.

Görkəmli alimin elmi pedaqoji fəaliyyətindən bəhs edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev M.Çobanovun əsərlərinin elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salaraq onun apardığı elmi araşdırmaların türkologiya tarixində xüsusi yeri olduğunu bildiriblər.

Tədbirdə yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və “Qafqaz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən fəxri fərmanlarla təltif edilib.

Sonda professor M.Çobanov tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.



filologiya fakültəsinin dekanı, professor Buludxan Xə-lilov professor Mədəd Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıb.
Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları ....................... ...................... ...................
və başqaları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salıb, onun elmi-pedoqoji fəaliyyəti dövründə apardığı çoxsahəli nəzəri-təcrübi araşdırmaların türkologiya tarixində xüsusi yerinin olduğunu bildiriblər.
Və elə həmin gün Yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və “Qafqfz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən Fəxri Fərmanlar ilə təltib ediblər.




Türkiyə səfirliyinin inkişaf müşaviri Fərrux Tığlı çıxışında qürur hissi ilə bildirib ki, Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ortaq dil, ortaq mədəniyyət var. Bu baxımdan Mədəd müəllimlə yaxın dostluğunu, qardaşlığını yüksək qiymətləndirib.
Qazaxıstan səfiri Serik Primbetov da Mədəd Çobanov kimi alimlərlə bir xalqın, millətin fəxr etməli olduğunu bildirdi və bu fikrini dönə-dönə vurğulayıb.






Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov,
Türkiyə səfirliyinin müşaviri Fərrux Tığlı,


Əməkdar memar Ömər Qoçulu, məşhur hərbi diktor Şəmistan Əlizamanlı, Mədəd Coşqun, Asif Ozan Bayramov,]]>
Müşviq BORÇALI Thu, 13 Jul 2017 02:58:13 +0000
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLƏCƏK https://turan.info.az/gurcustan/darvaz/3031-professor-mdd-obanovun-80-llk-yubleyn-hsr-olunan-elm-sessya-kerlck.html https://turan.info.az/gurcustan/darvaz/3031-professor-mdd-obanovun-80-llk-yubleyn-hsr-olunan-elm-sessya-kerlck.html PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLƏCƏKİYULun 12-də AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİndə görkəmli alim, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik Yubiley keçiriləcək.

Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərovun rəhbərliyi ilə təşkil olunmuş elmi sessiya saat 14-də başlayacaq.

Sessiyada azərbaycanın tanınmış alimlərinin Mədəd Çobanovun elmi yaradıcılığı ilə bağlı məruzələri dinləniləcək.

Qeyd edək ki, tədbir zamanı professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və Elmin ağsaqqalı” (Professor Mədəd Çobanovun bədii obrazı” adlı kitab da oxuculara təqdim olunacaq.

"SİRAB"-ın mayiyyə dəstəyi iə keçirilən və informasiya dəstəyi turan.info.azReportyor.az saytlarına məxsus olan yubiley tədbirinə
GİRİŞ azaddır. Maraqlananlar iştirak edə bilərlər.


Fürsətdən istifadə edərək, biz də turan.info.az-ın Yaradıcı heyəti adından professor Mədəd Çobanovu anadan olmasının 80 illik yubiley münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

turan.info.az]]>
Müşviq BORÇALI Tue, 11 Jul 2017 22:15:40 +0000
100-nü GÖRƏK https://turan.info.az/gurcustan/rustavi/3029-100-n-grk.html https://turan.info.az/gurcustan/rustavi/3029-100-n-grk.html 100-nü GÖRƏK100-nü GÖRƏK

(Professor Mədəd Çobanova)

Aqillər əhlinin bir əfsərindən,*

Müdrik ağsaqqaldan, fitrətdən asim,**

Bəsincə dad almış elm kövsərindən,

Alimdən nəql edim, mədhiyyə yazım.

Borçalı ziynəti, daş-qaş, cövhəri,

Elmin fədaisi, müqəddəs insan,

Təfəkkür işığı, xalqın gövhəri,

Əqli, zəkasıyla qazanmış ad-san.

Hikməti, qüdrəti ellərə bəlli,

Hər zaman hər kəsə edər lütf, mədəd,

Vətənə töhfədir işi, əməli,

Xalqımın şərəfi, şöhrəti Mədəd.

Ulu yaradanın əziz bəndəsi,

Tanrısal xislətə sahib bir ərdir.

Xalisdir mayası, safdır kündəsi,

Kamal dəryasında o, təkdir, birdir.

Ulaşsın amaca, hey zəfər çalsın,

Tanrımız dəfnədən bəxş etsin çələng.***

Zəngin əsərləri xəzinə qalsın,

Səksəni, doğsanı, yüzünü görək!

Əziz DƏLİVƏLLİ,

“Sözün işığı” qəzetinin baş redaktoru, elmlər doktoru, Gürcüstan Yazıçılar Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü.

*Əfsər —tac

**Asim – ismətli, həyalı

*** Dəfnə çələngi zəfər simvoludur]]>
Müşviq BORÇALI Mon, 10 Jul 2017 00:04:12 +0000
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub https://turan.info.az/media/zirve/2975-amea-da-imadddin-nsiminin-vfatnn-600-c-ildnm-qeyd-olunub.html https://turan.info.az/media/zirve/2975-amea-da-imadddin-nsiminin-vfatnn-600-c-ildnm-qeyd-olunub.html AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

İyunun 23-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistandan olan mütəxəssislər də iştirak ediblər.



Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni və əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb. O, Nəsimi yaradıcılığına ilk böyük qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və şairin anadan olmasının 600-cü ildönümünün 1969-cu ildə təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli Nəsiminin anadilli poeziyanın qüdrətli nümunələrini yaratdığını və özündən sonrakı dövrün ədiblərinin formalaşmasında mühüm rol oynadığını söyləyib. O, şairlə bağlı Avropa, Türkiyə, Rusiya, Gürcüstan, İran, İraq, Suriya və Hindistanda tədqiqatların aparılmasının onun dünya miqyasında sevilməsinin göstəricisi olduğunu bildirib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu deyib.

Sonra çıxış edən BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev konfransın Nəsimi yaradıcılığını yeni aspektdən öyrənməyə imkan yaradacağını bildirib. Qeyd edib ki, Nəsimini anlamaq üçün İslam dinini, hürufiliyi, dövrün mənzərəsini və dilini mükəmməl bilmək lazımdır. Hürufilik cərəyanının insanı hər şeydən üstün tutaraq ilahiləşdirdiyini deyən alim Nəsiminin məhz bu ideyalarına görə təqiblərə məruz qalaraq edam edildiyini diqqətə çatdırıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin inqilabçı ideyaların daşıyıcısı olduğunu və şairin bu fikirlərinə görə din xadimlərindən əlavə, həm də dövrün siyasi dairələri tərəfindən təqib edildiyini deyib. Nəsiminin yaradıcılığının mərkəzində "Allah gözəldir və gözəli sevir" ideyasının durduğunu söyləyən akademik R.Hüseynov şairin ən mürəkkəb fəlsəfi fikirləri sadə dildə izah etdiyini bildirib.

R.Hüseynov Suriyada gedən müharibə nəticəsində Nəsiminin məzarının təhlükə ilə üz-üzə qaldığını və onun Azərbaycana gətirilməsi məsələsinin Avropa Şurası Parlament Assambleyasının Yaz sessiyasında qaldırıldığını diqqətə çatdırıb.

Daha sonra akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan ədəbiyyatşünaslarının Nəsimini 20-ci əsrdən etibarən tanımağa başladığını və bundan sonra onunla bağlı geniş tədqiqatların aparıldığını söyləyib. Akademik şairin əsərlərinin rus və ingilis dillərinə tərcümə olunaraq dünya miqyasında təbliğinin önəmindən danışıb.

Konfransda Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova “Yaradıcılıq ali dəyər kimi”, Gürcüstan Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq Elizbar Cavalidze “Əzabkeş şair”, Hindistanın Dehli Cəvahirləl Nehru Universitetinin professoru, şərqşünas alim Ahmat Ansari “İmadəddin Nəsiminin mistik poeziyası” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbir çərçivəsində Ədəbiyyat İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə nəşr olunan görkəmli gürcü şərqşünas alimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabının təqdimat mərasimi də keçirilib.

Kitab haqqında ətraflı məlumat verən akademik İsa Həbibbəyli E.Cavalidzenin Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biri olduğunu diqqətə çatdırıb. Gürcü alimin “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” kimi monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirdiyini bildirən AMEA-nın vitse-prezidenti onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabını qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsər kimi dəyərləndirib. Adıçəkilən kitabın ölkəmizdə nəşrinin qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayan İ.Həbibbəyli nəşrin Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə olduğunu xüsusi qeyd edib.

Konfrans bölmə iclasları ilə işini davam etdirib.]]>
Müşviq BORÇALI Fri, 23 Jun 2017 17:16:13 +0000
Bəşəri dəyər və elmi ləyaqətlərin bədii sözdə inikası https://turan.info.az/yeni-neshrler/2890-bri-dyr-v-elmi-lyaqtlrin-bdii-szd-inikas.html https://turan.info.az/yeni-neshrler/2890-bri-dyr-v-elmi-lyaqtlrin-bdii-szd-inikas.html Bəşəri dəyər və elmi ləyaqətlərin bədii sözdə inikası

Mütərəqqi düşüncələrinə, etiqadına, əqidəsinə, geniş dünyagörüşünə, iti və fəal intellektinə şəxsən şahid olduğum, sözün dürüst mənasında insani dəyərlərinə, mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduğum professor Mədəd Çobanov haqqında düşünərkən belə qənaətə gəlirsən ki, onun varlığında və təbiətindəki bütün ləyaqətlər fitri xilqətdir. “Gözəl insan”, “böyük alim”, “fədəkar pedaqoq”, “nəhəng tədqiqatçı”, filologiyamızın korifeyi”, “istesadlı türkoloq”, “etibarlı dost”, “sədaqətli şəxsiyyət”, “görkəmli poliqlot” və s. anlayışlar adi xalq ifadəsindən, sadəcə təyindən, epitetdən çıxıb estetik meyara, insanlıq və mənəvi ucalıq etalonuna çevrilir.
Elmi fəaliyyət sahəsi rəngarəng, tədqiqat meydanı olduqca geniş və əhatəli olan professor Mədəd Çobanovun əsərləri elmiliyi, professionallığı ilə seçilir, müəllifin dərin və sərrast elmi təfəkküründən xəbər verir. Onun elmi-pedaqoji fəaliyyəti əslində son dərəcə orijinal bir şəxsiyyətin zəngin insani xarakterlərinin güclü bir komponenti, təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. Bu ulu zaka sahibi üçün elmə, maarifə qulluq etmək titanik bir enerjini faydalı şəkildə sərf etmək, özünü xüsusi fədakarlıqla vətən, xalq üçün faydalı etmək prinsipidir. O, elm və ürfan dünyasının canlı dramatik aləmində dərhal sezilən və təsdiq edilən nüfuz sahibidir. Bu zəngin mənəviyyatlı insan sanki insanlara sevgi üçün, xeyirxahlıq üçün, fəal hərəkət üçün doğulub. İnsanlara bağlılıq, xeyirxahlıq və dinamizmin onun yalnız insanlıq və vətəndaşlıq potensialı deyil, onun həyatının tərkib hissəsi, varlığının əsas atributudur.
İstedadlı elm fədaisi Mədəd Çobanovda elmi təfəkkürlə ən təbii insani duyğuların heyranedici sintezi vardır. O, öz ağıllı, məntiqli mühakimələri ilə auditoriyanı ələ ala bilən səviyyəli alim, professional pedaqoq-şəxsiyyətdir. Səmimiyyət, təbiilik, istiqanlılıq onun təbiətində ayrılmaz atributlardır. Onun çoxsaylı və nəzəri problemlərlə zəngin əsərləri, canlı mühazirələri bütöv alim-müəllim şəxsiyyətinin təzahürləridir. Həmişə fəal təfəkkür və elmi düşüncələr aləmində olan vətəndaş alim həyatının və elmi fəaliyyətinin zirvəsindədir. Bu zirvədən baxanda onun şərəfli ömrünün ən şairanə, ən təmiz və ideal səhifələrini görürük. Alim ömrünün, müəllim həyatının öz yanğısı, bu gur yanğının şəfəqləri həmin səhifələrə işıq saçır və biz də bu səhifələri xüsusi vurğunluqla, heyranlıqla və böyük minnətdarlıq hissləri ilə oxuyuruq.
Professor Mədəd Çobanovun ömrü min-min insan yollarına işıq saçan şan-şöhrətli bir ömür, onun idealları isə doğub boya-başa çatdığı torpağın bulaqları kimi təmiz, saf, sadə və iddiasız bir ömürdür. Onun səsində insan ruhunun şeiriyyəti, müdriklik cazibəsi, üzündə yalnız onun özünə məxsus olan dəyişməz kolorit, baxışlarında həmişə möhtac olduğumuz bir bəşər doğmalığı, bəşər həlimliliyi vardır – bütün bunlar Mədəd müəllimin insan potretini tamamlayan bəşəri cizgiləridir.
Çoxsaylı elmi əsərləri Mədəd Çobanovun alimlik səlahiyyətini, onun potensial enerjisini, analitik təfəkkürünün dərinliyini, ən mürəkkəb problemi son dərəcə sadə şəkildə interpretasiya eləyə bilmək qabiliyyəti – bütün bu elmi, idraki, mənəvi çalarlar onun bir avtoritet kimi tanınmasına, alim nüfuzuna güclü təkan vermiş olur.
Professor M.Çobanovun keçdiyi həyat yolu adi insan ömrünün hüdudlarına sığışsa da, bu şərəfli yolla addımlayan alimin öz daxili dünyasından ayrılan cığırların hər biri işıqlı amallara doğru can atır, elmin üfüqlərində birləşərək kamil, müdrik bir alim-pedaqoq şəxsiyyətinin rəmzinə çevrilir.
Mədəd Çobanovun dəyərli elmi yaradıcılığı Azərbaycan filologiyasında bir sıra mühim problemləri həll edərək müəyyən boşluqları doldurmağa xidmət etmişdir. Özünün ayıq elmi təfəkkür genişliyinə, faktlara yanaşma cəsarətini, dərin elmi ümumilləşdirmə qabiliyyətini nümayiş etdirmiş, bu sahədə öz nüfuzlu sözünü demiş, problemlərə düzgün yol, istiqamət tapa bilmiş və beləliklə də, özünün elmi konsepsiyasını yarada bilmişdir. Onun əsərlərinin həyati, nəzəri və praktik əhəmiyyətini sübut etməyə isə lüzum yoxdur. Bütün fəaliyyəti boyu o, vətəndaş bir insan, istedadlı alim, fəal pedadoq kimi real vəziyyəti ön plana çəkmiş, dilçiliyimizin vacib problemlərini nəzərə almış, gördükləri işlə məhdudlaşmamış, həmişə konkretliyə, rasional zəhmət sferasına meylli olmuşdur. Mədəd Çobanov həmişə ağır zəhmətlərə qatlaşmış, zehnini, fikrini ən aktual, gərəkli problemlərin həllinə sərf etmiş, yorulmaq bilmədən öz fərdi, orijinal alimlik keyfiyyətlərini təsdiq etmiş, səriştəli pedaqoq kimi nümunə rolunu oynaya bilmiş, ətrafında müsbət, təsirli rezonans yarada bilmişdir. Bu rezonanas filoloji elmi mühitlə, dilçilik və ədəbi-tənqidlə məhdudlaşıb qalmamış, publisistikaya, poeziyaya, bədii söz ustadlarının yaradıcılığına da sirayət etmişdir.
“Borçalı” nəşriyyatı tərəfindən təzəcə çapdan buraxılmış “Elin və elmin ağsaqqalı (Professor Mədəd Çobanovun poetik obrazı)” adlı şeirlər toplusu dediklərimizə ən bariz nümunə sayıla bilər. 40-a qədər müəllifin 50-dən çox şeirində Mədəd Çobanovun bədii obrazının istedad və ilhamla yaradıldığını, onun şəxsiyyəti, elmi problemləri və bəşəri qayğıları mühitində təsvir edildiyini görürük.
Əsərlərin mühim bir qismi elmi ləyaqət, mənəviyyat mövzusuda yazılması da bu nəzm nümunələrində özünü gösdərən müsbət meyllərdəndir.
Həmin kitaba daxil edilmiş, müxtəlif fərqli üslubda yazılmış şeirlərdə ən qiymətli cəhətlərdən biri görkəmli elmi şəxsiyyətin surətinin, insan xarakterinin reallığı və həyatiliyidir, Mədəd Çobanovun qələm sahibləri tərəfindən həssas, dəqiq müşahidələrinin nəticəsi olaraq təcəssümüdür.
Diqqət çəkən məziyyət kimi, xüsusi qeyd olunmağa layiqdir ki, müəlliflərin hər birinin poetik təfəkkürünün öz orijinallığı, öz ifadə potensiallığı, təsir və cazibə qüvvəsi özünü xüsusi vüsətlə biruzə verir. Ən önəmlisi budur ki, müəlliflərin heç biri şablon deyimlərə uymur, trafaret ifadələrdən qaçaraq ulu şəxsiyyət Mədəd Çobanovun mükəmməl bədii obrazının işıqlı tərəflərini olduqca qabarıq formalarda təcəssüm etdirir.
Orijinal deyim üsulları M.Çobanovun bənzərsiz intellektindən, xalq, vətən, elm və ürfan üçün döyünən qəlbindəki arzu və ideallardan işıq alan səmimiyyət həssas oxucularının, xüsusən özünəməxsus dəsti-xətti olan alimi şəxsən tanıyanların, ona sonsuz ehtiram və rəğbət bəsləyənlərin də ürəyinə atəş saça bilir.
İthaf şeirlərinin timsalında görürük ki, burada M.Çobanov haqqındakı anlayışlarımız olduqca dərindən və real ştrixlərlə ifadə olunmuşdur. Onun həyat idealı dolğun və təsirli verilmişdir. Bu da görkəmli ziyalımızın fəal fikir və həyat mövqeyinin ən incə nöqtələrinin açılmasına imkanlar açır.
Bədii sözün bu müdrik insan haqqında ruhumzuda, fikrimizdə oyatdığı parlaq təəssüratlara xüsusi aydınlıq gətirir. Lirik təhkiyədə elm mücahidinin mənalı cizgiləri şox aydın sezilir.
Mədəd Çobanova həsr olunmuş şeirlərdə təsvir-tərənnüm obyektinə daha çox şirin məhəbbət və tükənməz etiram hissləri qələmə alınmışdır. Maraqlıdır ki, bu səmimi ehtiranmın və hörmət duyğularının bütün gözəlliklərini, şiddətini öz ürəklərində yaşadan müəlliflər sıcaq emosiyalarını, poetik mükalimələrini, rəğbət hisslərini ümumbəşəri səviyyəyə qaldıra bilmişlər. Konkret tarixi şəxsiyyətin ləyaqət və sanbalına görə ithaf şeirləri boğazdanyuxarı patetikadan, yalançı pafos və ritorikadan uzaqdır.
Şəxsiyyət bütövlüyündən ilhamlanan qadir qələmlər sanki söz və ifadə seçimində olduqca sərbəstlik əldə etmiş, sərrast deyim qəlbləri obrazın ən xarakterik mənəvi şrtirixlərini üzə çıxarmışlar. Söz uyarlığı deyim aydınlığı və forma oynaqlığı yaradılan Mədəd Çobanovun çoxşaxəli obrazını yüksək bədii mündəricə ilə təravətləndirmişlər. Buradakı lirizm insan qəlbinə sirayətedici məzmunla sirayət etmişdir. Bu misilsiz bədii obraz reallıqdan, gerçəklikdən yoğrulmuşdur. Odur ki, ithaf şeirlərində canlandırılan, yüksək pavozla, dəqiq bədii ştrixlərlə rəsm edilən Mədəd Çobanov şəxsiyyətinin nüfuz dairəsi və qüdrəti reallığı təcəssüm etdirən poetik incəliklərlə oxuculara çatdırılmışdır.
Filologiya elmimizin korifeyinə ithaf olunmuş şeirlər boş tərifnamələr deyil. Buradan lirika söz sənətkarlarının qəlbindən süzülüb gələn, təfəkküründə büllürlaşaraq təzahür edən təəssüratların ifadə formasıdır. Bir tarixi simanın timsalında əsl alim-vətəndaşın ümumiləşdirmə vasitəsidir. Burada istedadlı dilçi-alimin səciyəsi təsvir obyektinə müxtəlif aspektlərdən müraciətlər vasitəsilə açılır. Belə müraciətlərin, poetik ünsiyyətin özü elmə təmannasız xidmət edənlərin lirik ifadəsinin müəyyən dərəcədə sınaqdan çıxmış formasıdır. Yüksək məzmunlu və semantik tutumlu formalarla əsk olunan gözəl ziyalı ona görə bütün simasını nümayiş etdirir ki, şeir müəllifləri təsvir-tərənnüm predimetini yaxından tanıyır. Mədəd Çobanov müəlliflərlə münis və mənən yaxındır. Oan görə də qələm sahibləri ən səmimi hisslərini, düşüncələrini bu misilsiz elm cəngavəri ilə bölüşmüşlər.
Şeir müəlliflərinin qəlbindən, mühakimələrindən keçərək poetik yaddaşlara çevrilən misralar ulu elm xadimi haqqında poetik sənədlərə çevrilir. Xüsusi bir cəhətini onu da qeyd etmək olar ki, ithaf şeirləri yalnız şairlərdə sıcaq bir duyğular, mənalı mühakimələr doğuran alimlik simvolu Mədəd Çobanova ehtiram və məhəbbətin ifadəsi olmaqla məhdudlaşmır, onun ən mühim ləyaqət və gözəlliklərini təsvir və tərənnüm edəndə də müəyyən ümumiləşdirmələr aparılır.
Görkəmli professorun arxada qalan illərinə müraciət, onun işıqlı simasında keçmiş mənalı günlərə ardıcıl və ciddi maraq təsadüfi səciyyə daşımır. Bədii söz sahibləri bunu olduqca geniş ölçüdə götürüb mənəvi kamilləşmənin mənbələrindən biri kimi simvollaşdırırlar. Qədim Borçalıya, iti zəkalı alimimizin doğylduğu torpaqa maraq, onun poetik fikir süzgəcindən keçirilməsi ilə poetik sətirlərin müəllifləri çoxhörmətli Mədəd müəllimin dərin təfəkkürünün qaynaqlarını, mənəvi köklərinin ənginliklərini üzə çıxarır. Onu qədim zəngin filoloji düşüncələrimizin mahir varisi kimi tərənnüm etməklə mənəvin simasının başlanğıcını da aşkarlamağa səy gösdərmişlər. Tərcümeyi-halının ən yaddaqalan səhifəsi olan tarixi vətənimiz, daha çox da ulu Borçalı keçmişimizin, bu günümüzün, köklərimizin fəxarət doğuran tərəfləri kimi yadda qalır. Mədəd müəllimin potensial həyat təəssüratlarını, subyektiv dünyasını ifadə edən şeirlər çox təbii səslənir. Poetik fikirin predment və əhatədairəsi zənginliyi çox sahəliyi ilə seçilir. Bu səbəbdən müəlliflərin metaforik düşüncələri də, ifadə üsulları da koloritli formalara düşüb, poetik mənalandırmanın zərifliyi görünür.
Filologiyamızda müsbət meyllərinin ifadəcilərindən biri olub onun inkişafı tarixində özünə şərəfli yer tutan Mədəd Çobanov həmçinin ona böyük rəğbət bəsləyən şairlərə elmi fədakarlıq, alim həyatının çətinlik və məhrumiyyətləri, peşıkarlar arasında qazanılan şərəf haqqında da əlavə təsürrat və assosiasiyalar verir. Hiss olunur ki, bu nəzm nümunələrinin müəllifləri öz ilhamlarına təziq gösdərməmişlər. Səciyəvi haldır ki, bura da ilham sərbəst şəkildə dilçilik elminin zirvələrini fəth etmiş bir gözəl insanın poetik obrazını yaratmağa həvəsləndirib, Mədəd Çobanovun şəxsi şərəfinə üz tutmağa məcbur etmişdir. Bunun sayəsində biz bənzərsiz yazı ədası ilə geniş oxucu kütləsinin və elmi ictimaiyyətin dərin rəğbətini qazanmış alimimiz – Mədəd Çobanovun əzəmətli obrazını görürük. Bu metofarik obraz hər müəllifin üslubunda konkret və real cizgilər mənimsəyir, mətn, iradəli və elmi uğurlara imzalar atan mütəfəkkir obrazı səviyyəsini yüksəlir. Konkret bir şəxsiyyətin bədii obrazının timsalında əsl elm adamlarının həyat və mübarizəsi, ideaları, uğurları haqqında təsəvürlərimiz zənginləşdirilir.
Oxucunu sevindirən, fikirini qidalandıran, onun duyğular aləmini təzələşdirən şeirlərdən kifayət qədər aydın olur ki, müəlliflər Mədəd Çobanov mövzusu ilə bağlı yazılarında real düşüncədən saf emosiyalardan məhrum bir sözü belə mətnə daxil etməmişlər. Bir insanın həyat yolunu və məramını bütün dolğunıuğu ilə canlandıran adi sözləri təsvir – tərənnüm obyektinin boynuna sərrast biçmiş, poeziya ilə dolu olan sözləri Mədəd Çobanov fenomeninin böyük və müdrik həqiqətlərinin sadə təqdimat formasına salmışlar. Məharətli söz işlətmə səriştəsinin nəticəsidir ki, konkret bir şəxsə - misilsiz yaradıcılıq qüdrətli Mədəd Çobanova həsr olunmuş şeirlərdə təsvir predimenti həyatımızın canlı bir faktına çevrilir. Hərarətli təəssüratlarla Mədəd Çobanov sevənlərin ürəyinə işıqlı duyğular seli gətirir və bütün hallarda oxucuların estetik zövqünü itiləşdirir. Uğurlu məziyyətdir ki, müəlliflərin bədii təəssüratlarının əksəriyyəti şəxsi xatirələr mühitindən törəmişdir. Şəxsi xatirələrdən canlı ünsiyyətdən nəşət edən hiss və fikir axınları bu duyğuları yaşayanların iç dünyasına güzgü tutur.
Məhərrəm Abbasəlioğlu Hüseynov
Filologiya elmləri doktoru, professor.]]>
Müşviq BORÇALI Thu, 01 Jun 2017 13:20:49 +0000
Deyirəm Şirvanlı, Borçalıyam mən!.. https://turan.info.az/azerbaycan/region/2821-deyirm-irvanl-boralyam-mn.html https://turan.info.az/azerbaycan/region/2821-deyirm-irvanl-boralyam-mn.html Deyirəm Şirvanlı, Borçalıyam mən!..Vurğunam

Nyu-York Elmlər Akademiyasının üzvü, Filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun anadan olmasının 70 illiyinə ithaf edirəm.

Elmdə fəth etdin uca zirvəni,
O məqama yetməyinə vurğunam.
Allah verir, sevdiyinə qüvvəni,
Həqiqəti bilməyinə vurğunam.

Hər oxuyan yüksəlməyir o ada,
Ölkəmi tanıtdın yaxına, yada.
Əzab ilə yetişmisən murada,
Haqqa şükür etməyinə vurğunam.

Tarixinə yazıldı ad-sanını bu gün,
Oturmaq düz deyil, danışın, gülün.
Hər bir yana yol açıqdır sizinçün,
Şirin-şirin gülməyinə vurğunam.

Kərəzdi, Murovdu, şahdağı qaşın,
Külli kainatdan ucadır başın.
Yetmiş, səksən nədir, yüz olsun yaşın,
Həmin anı görməyinə vurğunam.

Ağaveyis eşit aqil sözünü,
Xoşbəxt düşün, sən həyatda özünü.
Qismət oldu gördün dostun üzünü,
Bu görüşə gəlməyinə vurğunam.
23.05.2007.
Ərəbşalbaş kəndi.

Qızım

Aysel Mədədli, Müşfiq Borçalı
qızına ithaf edirəm.

Sözün kəskin olsun, ürəyin dolu,
Yazıb yaratmağı sevginən, qızım.
Seçmisən özünə işıqlı yolu,
Hər yerdə sözünü deginən, qızım.

Yazdığın misralar kövrəltdi məni,
Heç zaman kədərli görməyim səni.
Unutma, həyata gəlib gedəni,
Hər kəsin yerini bilginən, qızım.

İşıqlı yolların görünür, bala, \
Büdrəyibən qalma heç zaman dala.
Könlüm fərəh edib, çıxasan yola,
Şirvan torpağına gəlginən, qızım.

Baban işıq saçıb yola-irizə,
Sözləri qəzəldi, qoşmadı sizə.
O məkandan bir pay göndərin bizə,
Həmişə Zirvədə olginən, qızım.

Lalə, qızılgüldü bitib önündə,
İstərəm növbahar keçsin günün də.
Hissiyat var yaratmağa özündə,
Behişt günlərindən dərginən, qızım.

Düşmə belə yolda dumana, çənə,
Kiçik misraların cənnətdi mənə.
Yorulma, yaz, yarat, qurbanam sənə,
Dahilər yolunu getginən, qızım.

Ağaveyis qocalıbdır gedəmmir,
İstədiyi zirvələrə yetəmmir.
Sözlərini harda gəldi deyəmmir,
Düşgünlərə hörmət etginən, qızım.
16.12.2007.

DEYİRƏM ŞİRVANLI, BORÇALIYAM MƏN.
Müşfiq Borçalıya
Yerimi, yurdumu bilmək istəyən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.
Mənim görüşümə gəlmək istəyən,
Düşünsün oralı, buralıyam mən.
Deyirəm Şirvanlı, Borçalıyam mən,

Birisi atamdır, birisi anam,
Bu iki diyardı camalda həyam.
Onların qoynundan axan bir çayam,
Enişi, yoxuşu Sayalıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Yurd-yuvam cənnətdir bütün adəmə,
İşığım mayakdır küllü aləmə.
Gələnlər deməsin düşərik qəmə,
Həmişə qonaqlı-qaralıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Ətirli güllərim bəzəyir düzü,
Gələn qonaqların solarmı üzü.
Əvvəldən bir olub hamının sözü,
Dahilər yetirən obalıyam mən,
Deyirəm Şirvanlı Borçalıyam mən,

Uşağın, böyüyün sözü məzəli,
Qarşına tam qoyar elin gözəli.
Belə keçib el-obanın əzəli,
Dinib danışanda həyalıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Lalələr, nərgizlər bürüyüb dağı,
İnsanı valeh edər meşəsi, bağı.
Xəstəyə şəfadır qaymağı, yağı,
Qartallı, Turaclı qayalıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.

Ağaveyis deyir, doğuldum burda,
Allah da istəyin veribdir yurda.
Dönər gülüstana közərən qorda,
O yurdun çiskinli dumanlıyam mən,
Deyirəm Şirvanlı, Borçalıyam mən.
19.05.2008.

Ağaveyis ŞİRVANİ]]>
Müşviq BORÇALI Fri, 12 May 2017 11:34:10 +0000
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib https://turan.info.az/yeni-neshrler/3034-drbnd-xeyriyy-ctimai-birliyinin-idar-heytinin-geni-iclas-keirilib.html https://turan.info.az/yeni-neshrler/3034-drbnd-xeyriyy-ctimai-birliyinin-idar-heytinin-geni-iclas-keirilib.html “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib
Aprelin 8-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin üzvləri, ölkə ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
İctimai Birliyin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq “Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələri qədim köklərə bağlıdır” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açan N.Əliyev Ulu Öndərin Azərbaycan və Dağıstan xalqları arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində dost xalqlarımız arasında bütün sahələrdə əlaqələr daha da möhkəmlənib. Dahi şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı nəticəsində hər iki respublikada ziyalıların, alimlərin görüşlərinin keçirilməsi, tanınmış şəxslərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bunun əyani göstəricisidir. Qafqaz xalqları qarşısında əvəzsiz xidmətləri olan iki dahi şəxsiyyətin - böyük sərkərdə Şeyx Şamilin və hər iki xalqın böyük oğlu adlandırılan görkəmli dövlət xadimi Əziz Əliyevin yubileylərinin həm Azərbaycanda, həm də Dağıstanda dövlət səviyyəsində qeyd olunmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan və Dağıstan xalqlarının tarixi əlaqələrinin köklərinin daha qədim olduğunu bildirib, Şeyx Şamilin azadlıq uğrunda mübarizəsinin bütün Qafqaz xalqlarının taleyində rolunu tarixi faktlarla sübut edib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsidir ki, son illər hər iki respublika arasında müxtəlif sahələrdə əlaqələr sürətlə inkişaf edir. Ötən ilin mayında Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin abidəsinin açılışı, ölkəmizdə Dağıstan mədəniyyət günlərinin keçirilməsi, 2016-cı il dekabrın 23-də Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfransda Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin iştirakı və sair faktlar xalqlarımız arasında əlaqələrin inkişafının mühüm göstəriciləridir.
Qeyd olunub ki, xalqlarımız arasında əməkdaşlığın inkişafında Heydər Əliyev Fondu xüsusi rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə Dərbənddə mədəni obyektlərin yenidən qurulmasına vəsaitin ayrılması, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil müəssisələrinin binalarının əsaslı təmiri və yenidən qurulması, çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi hər iki respublika arasında əlaqələrin inkişafının bariz nümunəsidir.
Vurğulanıb ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi də Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Təşkilat Dərbənddəki məktəblərdə Azərbaycan dilinin tədrisində, Dərbəndin tarixinin və mədəniyyətinin təbliğində fəallığı ilə seçilir. Qurumun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.
İctimai Birliyin üzvləri Əsgər Seyidov, Teyfuq Baqirov, Ələkbər Əliyev, Rəhilə Əsgərova, Hacı Əhmədov də çıxışlarında Azərbaycanın qədim və zəngin tarixi kökləri olan tolerantlıq ənənələrinin dünyaya nümunə olduğunu vurğulayıblar.
Sonra “Hərbçi alim Nurulla Arif oğlu Əliyev” kitabının təqdimatı olub.
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvü Rafiq Rəhimov çıxış edərək kitabda təşkilatın fəaliyyəti, eləcə də hərbçi alim Nurulla Əliyevin zəngin və çoxşaxəli yaradıcılığından ətraflı bəhs olunduğunu vurğulayıb. Qeyd edib ki, nəşr xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantlarının vətənpərvərlik ruhunda tərbiyəsi baxımından sanballı elmi mənbədir.
Qeyd edək ki, kitabın müəllifləri filologiya elmləri doktoru Sədi Nuriyev və Nyu-York Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Mədət Çobanovdur.
Tədbirdə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipova xalqlarımız arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin minnətdarlıq məktubu oxunub.
Həmçinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar Konqresinin fəaliyyətinin dayandırılması barədə iddia ilə Ali Məhkəməyə müraciəti ilə bağlı bəyanat qəbul olunub.
Sonda cari ildə İctimai Birliyin fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib, Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.]]>
Müşviq BORÇALI Sun, 09 Apr 2017 13:55:08 +0000
... BU QALA BİZİM QALA… (Oçerk) https://turan.info.az/gurcustan/darvaz/2404--bu-qala-bzm-qala-oerk.html https://turan.info.az/gurcustan/darvaz/2404--bu-qala-bzm-qala-oerk.html ... BU QALA BİZİM QALA… (Oçerk)

… Açıq pəncərə… O tayda görünən bir mənzərə… Həyat mənzərəsi… Uzaqlardan ilan kimi qıvrılaraq uzanan polad relslər… Və bu relslərlə heç nəyə baxmadan - hətta gecəyə, gündüzə də - şütüyən sadə bir qatar… Haradan gəlir bu qatar və yolu harayadır? Bu suala onun səsi və nəfəsi - polad relslərlə yorulmadan "öcəşən" təkərlərin deyingən taqqıltısı və bu taqqıltını səbrlə həzm edən motorun buraxdığı tüstüsü qədər bilən və anlayan ikinci bir şahid olmaz yəqin. Bu nəfəsin fonundakı həyatı həmin o relslərlə deyişən təkərlər nəql edirdi.
… 1937-ci ilin sərin bir mart səhərində dünyaya göz açdı qədim Borçalı mahalının Bolulus (indiki Bolnisi) rayonundakı Darbaz kəndində. Mahalda sayılıb-seçilən ziyalı olan Namaz Çobanlının ailəsinə yeni nəfəs gətirmiş bu uşağa, "Ya Mədəd" deyib, adını Mədəd qoydular. “Ad bizdən, həyat yaradandan”, - deyib babalarımız. Əsas odur ki, yerdə qoyulan adın səsi, sədası göylərə çata bilsin. Bu hələ sonranın işi idi. Hələlik isə valideynləri onu göydən yerə endirmişdilər. Lakin bu yaranmışın bir xoşbəxt yazısı o idi ki, həmin bu valideynlər onu həm də bir müəllim olaraq yerdən göyə qaldıracaq idilər. Bu da qatarın irəlidəki yollarında baş verəcək olaylarında anlaşılacaqdır. Hələlik isə öz çəhrayı dünyasının çalarlarını çözələməkdəydi bu Mədədindən xeyir-dua alan kiçik Mədəd. İllər keçdikcə ona yaxın olan mühit daxilində bu rənglər dəyişir və öz həqiqi həyati çalarlarına düşürdü. Uşaqlıq illəri və xəyallar. Bunlar bir-birinin içində doğulub şirin-şirin var olan məfhumlardır. Və sözsüz ki, bir-birindən həm də rişə alan, bir-birilə nəfəs alan əvəzi, təkrarı, oxşarı olmayan dünya içində bir dünyadır. Heç şübhəsiz ki, bu həm də fərdin real həyatından mayalanan bir dünyasıdır. Kimimiz uşaq dünyamızda quş kimi qanadlı olub səmada süzmək, kimimiz kosmonavt olub başqa planetləri gəzmək, kimimiz isə sanki daha real olan yaxınlıqdakı təki görünən üfüqə qaçıb-qaçıb əlimizi ona toxundurmaq, oradakı buludları bir-birinin ardınca düzmək istəmişik açıq-aydın, adi bir iş kimi. Bu kiçik Mədədin isə uşaqlıq illərindəki süzmək arzusu da, gəzmək istəyi də, düzmək səyi də elə elmin səması, onun dərinliyi, sirli-sehrli görüntüləri, hələ o zaman anlamadığı döngələri ilə bağlı olub. İrsiyyətdənmi, tərbiyədənmi, Tanrıdanmı gələn bir diqtə ilə onun xəyal dünyasının yalnız bir qapısı, bir adı, bir rəngi olub - oxumaq, elmin dərinliklərinə vararaq açılmamış səhifələri açmaq, aşılmamış aşırımları aşmaq, elmin üfüqlərinə doğrudan-doğruya əlini çatdırmaq. Elə onun ilk arzusu da gerçək xəyalı, xəyalı da təbii arzusu olub.
… İnsan dünyaya odla-alovla, ağlaya-ağlaya, yumruqlarını bərk-bərk sıxaraq böyük bir iddiayla daxil olur. Sanki, dünya məndə olmalıdır, onu mən qurmalıyam, onu mən yaşatmalıyam ayaqlarım altda, deyərək. Yəqin elə bu fitrətdən gələn yəqinlikdəndir ki, hər bir iddiasına sığmayan normal, sağlam uşaq təbii olaraq dünyanın məhz onun iradəsininmi, əqlininmi, fiziki gücününmü sayəsində qurulacağını düşünür. Bizimsə bu hələlik özü kiçik, sözü də içində kiçik və kiçik olduğu qədər də qəti, möhkəm, dəqiq və demək ki, bir ömrə bəs eləyəcək qədər təpərli, tutarlı, yaşarı, aydın olan qəhrəmanımızın yalnız bir quracağı dünyası var, o da ELM dünyası - yəni ƏBƏDİ DÜNYA. O, müvəqqəti, fani dünyanı özündə deyil, özünü bu elmi, yəni əbədi dünyada hiss edir, əvvəlcə o dünyadan işıq umaraq, ona işığını qaytara biləcək anlaradək. O, dünyanı ayaqları altda deyil, başı üzərində bilir, duyur, özü ilə addımladır, yaşadır. Bu da bir alın yazısımı, yoxsa, insanın sübh çağının sərinliyini, günəş işığının məlhəmliyini duyduğu, hiss etdiyi bir vaxtdan ətraf mühitinin tərbiyəsinin diqtəsimi? Amma hər nə cür olsa da bu, xoş taledən, hələ qarşıda yaşanacaq həyatın uğurlu qədəmlərindən soraq verən bir başlanğıc idi. Uğursuzluğu, büdrəməyi yadına düşmür. Həyatı boyu şax, şux, iti, qəti yeriyib. Bu da əlbəttə həm ona yeriməyi öyrədənin səriştəsində, həm də onun öyrənmək qabiliyyətindən asılı olub. Bütün hallarda o, dizini bükülməz, əqlini yorulmaz edən ilk tərbiyəçisi, ilk yoldaşı, ilk müəllimi, ilk məsləkdaşı olan atası Namaz kişiyə, qardaşı Nəbi müəllimə sonsuz minnətdar və borcludur.
Arzu - insan şüurunun və qəlbinin ətrafdan aldığı, qazandığı dünyaya ən məhrəm reaksiyasıdır. Bu reaksiya zəncirvari olaraq zaman-zaman insanın iç dünyasında rezonans yaradan, vulkan kimi gah qabarıb, gah çəkilən, həyati xüsusiyyət daşıyan gözəl bir duyğudur. Başqa sözlə, həyatın içində elə həyatın özüdür. Arzularmı insan xasiyyətini formalaşdırır, yoxsa, xasiyyət arzuları yaradır, onlara qol-qanad verir. Bu da yəqin ki, onların ayrılıqdakı daxili gücündən və bir-birində yaratdığı impulslardan asılıdır. İç dünyamızla və ətrafla apardığımız müşahidəçi duyumumuzla bunların hər ikisinin bir-birinə stimul verdiyini anlayırıq. Özünü, ətrafını dərk etdiyi ilk gündən dəqiqlik, aydınlıq, sadəlik kimi anlamları dərk edən bu günümüzün alimi elə dərk etdiyi gündən də bunları həyatının taktına - vurğularına çevirib. Arzusu elmin üfüqünə toxunmaq, xasiyyəti isə hər işi dəqiq, aydın həyata keçirmək olan bu insanın məhz deyilən nöqtədə əməli ilə amalının üst-üstə düşməsi onun artıq bütün uğurlarının bazisi, özülü idi. Bunu o zamanlar yəqin ki, heç düşünmürdü də Mədəd müəllim. Ancaq çox-çox illər sonra artıq müəyyən nəticə hasil olmuş zaman anında Tanrının əzəl gündən diqqəti üstündə olan bir bəndə kimi doğulduğu qənaətinə gəldi.
- Daima qüsursuz yaşamağa çalışmışam. Heç kəsin haqqını tapdamamışam. Və heç kəsə də yaltaqlanmamışam. Buna görə də bir şeyi başqasına qurban vermək, bir işi digərinin güdazına vermək məcburiyyətində qalmamışam.
Qəhrəmanım daxilən müdrik, müşahidəçi bir insan olduğundan ətrafa, cəmiyyətə xüsusi həssaslıq və diqqətlə yanaşır. O özü bu barədə belə deyir:
- Müşahidəçi insanam. Ətrafda yalnız ədalət hissini yüksəkdə tutan, əxlaqi-etik keyfiyyətlərə malik insanları görmək istərdim. Çünki bu mübarizələrlə dolu həyatımızın idarə olunması məhz ədalət və qayğıkeşliklə həyata keçirilməlidir. Ədalətlə və qayğıkeşliyin cəmiyyətdəki mövqeyi az da olsa pozularsa xaos, özbaşınalıq əmələ gələr. Mənim isə həyatda görmək istəmədiyim hal məhz budur.
Bu xüsusiyyətinə görə ona badalaq vuran, yolunda qaratikan kolu kimi bitənlər də olub.
- Bir hadisə mənim yaddaşımda xüsusilə dərin iz buraxıb. Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda qiyabi təhsil alırdım. Namizədlik dissertasiyamı bitirib müdafiə etmək üçün institutun müdiriyyətinə təqdim etdim. Bu arada bədhahlardan biri İnstitutun direktoru akademik M.Şirəliyevə mənim barəmdə qeyri-obyektiv söhbət edib. O da mənim müdafiə işimə mane olmağa başladı. Nəhayət mən Moskvaya getdim. SSRİ EA Dilçilik İnstitutunda namizədlik işimlə bağlı minimum imtahanımı verdim. Sonra SSRİ-nin Ali Təhsil Nazirliyində fəaliyyət göstərən Ali Attestasiya Komissiyasına müraciət etdim ki, akademik Şirəliyevlə mənim aramda şəxsi-qərəzlik olduğuna görə mənim dissertasiyamı Azərbaycandan kənarda müdafiə etməyimə kömək etsinlər. Ali Attestasiya Komissiyası müdafiəm üçün məni Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutuna göndərdi.
Mən 12.XII.1973-cü ildə dissertasiyamı müvəffəqiyyətlə müdafiə etdim. Bunu bilən M.Şirəliyev Moskvaya Ali Attestasiya Komissiyasına qeyri-obyektiv, böhtanla dolu məktub göndərdi. Aradan 3-4 ay keçdikdən sonra məni Ali Attestasiya Komissiyasının Ekspert Şurasına dəvət etdilər. Moskvaya getdim və Ali Attestasiya Komissiyasının Ekspert Şurasında Şirəliyevin məktubda yazdığı bütün iradlarını təkzibedilməz faktlarla rədd etdim. Həmin gün Ekspert Şurasının qərarı ilə mənim filologiya elmləri namizədi alimlik dərəcəm təsdiq edildi. Akademik M. Şirəliyev isə qeyri-obyektiv, böhtanlı məktubuna görə bu komissiyanın üzvlüyündən azad edildi. Bunu da mənim ən böyük uğurum hesab etmək olar.
Onun başlıca uğurunun səbəbi həm də böyük məsləhətinə qulaq asıb, böyük yoluna hörmət etməsi olub.
- 1962-ci ildə ali məktəbin tarix-filologiya fakültəsini bitirib öz doğma kəndimizə müəllim göndərildim. O vaxtlar Gürcüstanda tədris ili avqustun 20-də başlayırdı. Avqustun 19-u idi. Şam yeməyindən sonra anam süfrəni yığışdırdı. Bu anda atam dedi: - Sabah məktəb başlayır. Mənim iki məsləhətimə qulaq as. Birinci, məktəbin gündəlik rejiminə, əmək intizamına riayət et. İkinci, demə ki, ali məktəb bitirmişəm. Ali məktəbdə aldığın biliyə arxayın olma. Hər gün proqram hazırla. Gündəliyin olsun və dərs dediyin siniflərin kitablarında olan məlumatları gözdən keçirt. Çünki, müəllimi nüfuzdan salan da, nüfuzunu artıran da onun məsuliyyəti, əmək intizamı və biliyi, dərs demək bacarığıdır.
- Mədəd müəllim, tələbə Mədəd Çobanlı alim Mədəd müəllimlə həyatda qarşılaşıb ona imtahan verməli olsa, sizcə müəllimi tələbəsini hansı qiymətlə qiymətləndirər?
- Oxuyub, yazmağı bacardığım ilk gündən indiyə qədər bir günüm də elmsiz keçməyib. Artıq mən özümə təvazökarcasına tənqidi yanaşmalı olduğum vaxtda deyiləm. Əlbəttə ki, özüm kimi tələbəni yalnız və yalnız əla qiymətləndirərdim. Çünki mən ən azından öz ixtisasımla yanaşı etikanı, psixologiyanı, metodikanı, hüququ yüksək səviyyədə bilirəm. Hal-hazırda respublikamızda təhsilin səviyyəsindən də, ona verilən diqqətdən də razıyam. O ki qaldı, təhsildə rastlaşdığımız bəzi neqativ hallara, burada valideynlərin günahı daha böyükdür. Ancaq bizim məmləkətdə görünür ki, valideyn rüşvət verir ki, ay müəllim, mənim uşağıma yüksək qiymət yaz - yəni müftə, zəhmətsiz. Bunula da belə validyenlər özləri öz uşaqlarını kor edirlər. Oxuyan şagirddən, tələbədən isə heç vaxt heç kəs rüşvət ala bilməz. Ona görə də elm və təhsil hamının - valideynlərin, müəllimlərin, təhsil işçilərinin, Təhsil Nazirliyinin, Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olmalıdır. Çünki, elm və təhsil cəmiyyətin özülünü təşkil edir. Bu özül möhkəm və sabit olmasa, cəmiyyətin gələcək inkişafından söhbət belə gedə bilməz.
- Mədəd müəllim, bəs daxili borc, məsuliyyət hissi dedikdə siz nəyi başa düşürsünüz? Bu sahədə özünüzə hesabat verirsinizmi?
- Valideynin ən böyük kapitalı övladlarının tərbiyəsidir. Bu isə hər bir cəmiyyətin ilk özülünün və gələcək inkişafını təmin edir. Vətəndaş kimi ölkəmizin ali qanununa və digər qanunvericilik aktlarına, elm və təhsil işçisi kimi isə pedaqoji, psixoloji, etik və əxlaqi, hüquqi məsələlərə obyektiv yanaşmaq, onların həyatda tətbiqinə nail olmaq mənim başlıca prinsipimdir. Alim kimi elmi ictimaiyyət qarşısında, həmkarlarım qarşısında, öz sevib-seçdiyim elmi-pedaqoji fəaliyyətimə insani vicdanla yanaşmaq mənim üçün çox önəmlidir. Məhz buna görə də alim kimi hər şeydən əvvəl elmin bütün sahələrini dərindən öyrənir, müasir elmdəki boşluqları, yəni araşdırılmamış mövzuları seçir, həmin mövzuların tədqiqinə başlayıram. Bu da elm sahəsində mənə çox böyük uğurlar gətirir. Təkrar edirəm, araşdırmalarımın hamısı elmdə öyrənilməmiş sahələrin tədqiqinə həsr olunub.
- Müasir dünyamızda sizi naraht edən əsas amil nədir? Əgər ikinci dəfə dünyaya gəlsəydiniz dünyanı necə qurardınız və onu necə görmək istərdiniz?
- Mən elmə dialektoloq kimi gəlmişəm. Onomologiya sahəsində elmin yüksək zirvəsinə qədəm qoymuşam. Və oradan bütövlükdə türk dünyasına və türkologiyaya boylanıram. Bu da mənə ümumi türkologi məsələləri müəyyənləşdirməyə böyük imkanlar verir Təsadüfi deyil ki, türkologiyada "Türk ədəbi dillərinin birliyinə doğru" problemini də ilk dəfə elmi tədqiqata cəlb etmiş və bu mövzuda hələ 2000-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən Türk Dili Qurumunun 4-cü qurultayının Plenar iclasında geniş məruzə ilə çıxış etmişəm. İndi də bu sahədə fəaliyyətimi davam etdirirəm. O ki, qaldı narahatçılığa tarixi Azərbaycan torpaqlarının parçalanması mənim ən yaralı yerimdir. Ərazisi 500.000 kv km olan torpaqlarımızın parçalanması; ikincisi - müasir dünyada, o cümlədən BMT də, digər beynəlxalq təşkilatlar da və dünyanın aparıcı böyük dövlətləri - ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya olan BMT Təhlükəsizlik Şurasının üzvləri də - xarici siyasət sayəsində dövlətimizə ədalətsiz baxır və bizə, həmçinin özlərindən kənarda qalan xalqların, dövlətlərin siyasətinə ikili standart prizmasından yanaşırlar. Bunun nəticəsidir ki, son 20 ildə demokratiyadan dəm vuran ölkələr işğalçı dövlət olan Ermənistanla, işğala məruz qalan Azərbaycan dövlətinə eyni bərabərlik prizmasından baxırlar. Eləcə də Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətində deyillər. Bu da məni narahat edən əsas məsələdir.
- Əgər sizə bir tribuna verilsə və bütün bəşəriyyətə - yaşından, irqindən, ictimai mənsubiyyətindən, cinsindən asılı olmayaraq - söz demək imkanınız olsa bu zaman konkret, qısa olaraq nəyi demək arzusunda olardınız?
- Qoy ədalət zəfər çalsın! Dünya xalqları sülh, əmin-amanlıq, mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Dünya xalqlarına müraciət edərdim ki, ey insanlar, öz ölkənizin dövlət və hökumət başçılarını bütün dünya xalqlarına münasibətdə ədalətli və qayğıkeş olmağa çağırın.
… Bəli, ədalətlilik və qayğıkeşlik. Budur istefada olan kapitan, zabit Mədəd Çobanlının həyat kredosu. Budur, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nin Ekspert Şurasının üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, "GUAM" Diplomçusu, Türk Dili Qurumunun üzvü, AAHDM-nin "Dillər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının həyat amalı. Hər yerdə, hər zaman, hər kəsdən tələbi, istəyi. Ona da diqqət edək ki, bu, çox məhrəm, isti, doğma bir prinsipdir. Çünki bu tələb insanın öz əzizlərindən, doğmalarından umduğu bir hiss, təmənnadır ki, bu şöhrəti xarici dövlətlərdə belə yayılan qocaman alimimiz onu öz yurddaşlarından, eyni məkanı bölüşdürdüyü vətəndaşlarından, ümumilikdə bütün tərəqqipərvər bəşəriyyətdən umur, yox, yox, onlardan tələb edir. Ona görə ki, o başqa cür ola bilmir, heç olmaq da istəmir. Çünki o, kökünə, elinə, obasına, ocağına, nəslinə, atasına, onun verdiyi möhkəm, dəqiq, heç vaxt kəsərini itirməyən tərbiyəsinə, aldığı elmə, biliyə, yediyi çörəkdən tutmuş udduğu havayadək… hər bir şeyə sadiq, borclu və minnətdardır.
… Uzaqlardan, vüqarla ucalan dağların arxasından neçə vaxtdır ki, bir qatar şütüyür. Onun keçdiyi yollara, ətrafa yayılan səsini udmağa hazır olan kollara, koslara, bu qatarın sərnişini olan yaxınlara, dostlara qibtə etməmək olmur.
Bənzərəm bir qocaman dağa ki, dəryada durar...
Çünki, onlar bu qocaman dağ misallı dəryada durmuş təki sakit, mülayim, eyni zamanda yeri və zamanı gəldikdə tələbkar müəllim, alovlu vətənpərvər, yorulmaz tədqiqatçı alim, döyüşkən ruhlu zabitin ən azından müasiri, bu qoca palıdın görünən kəndinin sakinləridir. Görünən kəndə bələdçi lazım olmadığından, biz də bu kəndi, oradan çıxan bu həyat qatarını dünya pəncərəsindən seyr edərək, təkərlərin taqqıltısının sədaları altında bir balaca xəyala daldıq…
Xəyal bizi yenə kəndimizə, orada nə zamandır ki, tikməkdə olduğumuz qalaya qaytarmışdı…
Gülgəz NUR,
15 may 2010-cu il.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 17:51:13 +0000
ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM https://turan.info.az/gurcustan/borchali/2403-z-dl-v-adi-stnd-btn-alm.html https://turan.info.az/gurcustan/borchali/2403-z-dl-v-adi-stnd-btn-alm.html ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM

Professor MƏdƏd Namaz oĞlu Çobanov 70 il öncə Darvaz kəndində anadan olub. Lakin Mədəd müəllimin ünvanı-sorağı doğulduğu kəndin, mahalın yox, hətta respublikanın sərhədlərini aşıb, doğma vətənimizdə, keçmiş İttifaq miqyasında və uzaq xaricdə özünəməxsus imic qazanmış şƏxsiyyƏtdir. Şair-tərcüməçi, filologiya elmləri doktoru, professor Əflatun Saraclının "Yeni Azərbaycan" qəzetinin 2007-ci il may buraxılışında Mədəd müəllimin 70 illik yubileyi münasibətilə yazdığı "Təvazökar və məhsuldar alim, pedaqoq" yazısında onun bu zirvəyə elə-belə, asanlıqla nail olmadığının bir şahidin dilindən eşidirik. Hələ "Azərbaycan dilində Bolnisi rayon şivələrinin leksikası" mövzusunda 1970-ci illərdə yazdığı namizədlik dissertasiyasını müdafiə edərkən qarşısına neçə səd çəkildiyini, 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstittutunda müdafiə etməsini fakt kimi göstərən Əflatun müəllimin fikirlərindən hər şey bizə əl içi kimi aydın görünür.
Demək, elm aləmində bu gün hamımızın məşhurlar sırasında tanıdığımız professor Mədəd Çobanov hazırki mövqeyinə gəlib çıxmaqdan ötrü çox böyük əziyyətlərlə qarşılaşıb, məşəqqətlərə dözüb, nəhayət ki, öz sözünü deyib, öz üzünü göstərə bilib, nəticədə öz izini elmdə qoya bilib.
Professor Əzizxan Tanrıverdiyev "Şərqin səsi" qəzetinin 2007-ci il fevral sayında "Mədəd Çobanov və onomalogiya məsələləri" sərlövhəli məqaləsində alimin elmi irsi ilə bağlı yazır:
"Azərbaycan antroponimlərinin inkişaf tarixinə müxtəlif prizmalardan yanaşıldığını, antroponimlərin inkişaf mərhələsinə dair bir neçə fikrin irəli sürüldüyünü əsas götürən müəllif özünə qədərki araşdırmaları ümumiləşdirib aşağıdakı sistemi təqdim edir:
Antroponimlərin inkişaf tarixi: qədim antroponimlər, antroponimlər orta əsrlərdə (XIII-XIX əsr), müasir antroponimlər (antroponimlər 1920-ci illərdə).
Mədəd Çobanov... şəxsin ata adı ilə tanınmasından bəhs edərkən fikri təsdiq etmək üçün "Kitabi-Dədə Qorqud"a müraciət edib (Qamğan oğlu Bayandur, Dirsə xan oğlu Buğac)...
...Mədəd Çobanov ləqəblərin köməkçi ad kateqoriyaları sistemindəki yerini dəqiqləşdirməklə bərabər, onların fərdi-şəxsi, ailəvi-nəsli və məhəlli-kollektiv kimi növlərini də araşdırıb".
Beləcə, professor Əzizxan Tanrıverdi bizlərə Mədəd Çobanov fenomeninin sirrini açıqlayır, onun onomalogiya sahəsindəki tədqiqatlarının dəyərini çatdırır.
AMEA Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin müdiri, professor Qəzənfər Kazımov isə Mədəd Çobanovun 70 illik yubileyi işığında qələmə aldığı yazısında ("Təhsil" qəzeti, oktyabr 2007-ci il) professorun elm aləmindəki yerinə aydınlıq gətirib yazır ki, "O, elmə dialektoloq kimi gəlsə də, sonralar dilçiliyimizdə yenicə yaranmaqda olan onomalogiya sahəsində boşluqları duymuş və bu boşluqları doldurmaq məqsədilə "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda geniş araşdırmalar aparmış və bu mövzunu doktorluq dissertasiyası kimi müdafiə etmiş və bu sahədə bir neçə kitab və məqalələr çap etdirmişdir. Məhz buna görə də Mədəd Çobanov daha çox onomoloq kimi tanınır"....
Bu fikirlərdən, eləcə də yuxarıda sadalanan görkəmli alimlərin cümlələrindən sonra bizdə professor Mədəd Çobanovun həyatı və yaradıcılıq yolu barədə əyani tanışlıq formalaşır. Tarixən Azərbaycan ərazisi olan Borçalı mahalı Sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR-in tabeçiliyinə verilmiş, bir çox soydaşlarımız kimi Mədəd müəllim də öz doğma ata yurdunda -Darvaz kəndində qərib kimi dünyaya göz açmış, yad ölkənin vətəndaşı kimi orta və ali təhsil almışdır. Amma bütün bu mənəvi üzüntülərin içərisindən o, dəyanəti, təpərliliyi sayəsində qalibiyyətlə çıxmışdır. Orta və ali təhsilini yüksək qiymətlərlə başa vurmuş, doğma vətən deyə Azərbaycanımıza yön tutmuşdur. Amma burada da ona birmənalı münasibət olmamışdır. Professor Əflatun Saraclının şahidçiliyi ilə desək, o, burada da stereotiplərlə qarşılaşmış, həvəslə, gözü ilə od götürə-götürə, ürəyinin yağı ilə, zəkasının nuru ilə işlədiyi namizədlik dissertasiyasının qarşısına səd çəkənlər olduğundan, buradan da yenə qürbət ölkəyə - qardaş Özbəkistan Respublikasına ümid bağlamış və ora yollanmışdır. Mövzunun adına fikir verək: "Azərbaycan dilinin Bolnisi rayon şivələrinin leksikası".
Sovet dönəmində bir türk dili olaraq Azərbaycan dilinə, dilin daha mühafizəkar, özəl qatı olan şivələrin öyrənilməsinə cəhd eləmək özü bir hünər tələb edirdi, qaldı ki hazırda yad respublikanın ərazisi olan - vaxtilə bizdən qoparılmış Bolnisi rayon şivələrini bir türk-Azərbaycan dili kimi tədqiq edəsən, bu daha böyük hünər tələb edirdi. Bu tədqiqatın arxasında bir alim cəfakeşliyi ilə yanaşı həm də yüksək patriotluq dayanır. Bu vətənpərvərlik yanğısı ətrafa - qaranlıqlara işıq saçır öz məşəliylə: demək istəyir ki, coğrafi məkan olaraq Bolnisi və eləcə də, digər bölgələrimiz rəsmi şəkildə ilhaq oluna bilər, amma xalqımızın mənəviyyatına heç vəchlə yiyələnmək olmaz. Bu ərazidə yaşayan xalqımız öz dilini nəinki təkcə ədəbi dil - qəzet, radio dili səviyyəsində yaşada bilir, hələ desək, dilin incəliklərini özündə mühafizə edən şivə leksikonunda da çox uğurla qoruyub-saxlayıb. Elə Mədəd müəllimin namizədlik dissertasiyasında demək istədikləri bir alim hünərindən əlavə, həm də öz vətəndaşlıq missiyasından irəli gəlirdi. Və müxtəlif çətinliklərə, maneələrə baxmayaraq, Mədəd müəllim öz sözünü israrla dedi, dediyini yeritdi. Gürcüstanda, Azərbaycanda deyə bilməsə də, türkdilli respublika olan Özbəkistanın Başkəndində - Daşkənddə uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini aldı. Beləcə, professor Mədəd Çobanov elmdə öz dili (şivə leksikası) - öz kökü üstündə "bitən" alimlərimizdən olmaqla başqalarına da örnək oldu. Bəli, öz dilinin - soy kökünün araşdırıcısı və müdafiəçisi (burada müdafiə sözü həm də namizədlik və gələcəkdəki doktorluq müdafiəçisi kimi də başa düşülməlidir.) oldu Mədəd Çobanov. Bax elə bu özü alimlərimizin təkcə elmi ilə yox, həm də vətənpərvərliklə xidmət etmək yolunun layiqli göstəricisidir.
Elə bu özül üstündə qərar tutmağı da Mədəd Çobanovun gələcəkdə onomaloq alim kimi yetişməsində öz mühüm təsirini göstərdi. Dilimizin qədim yaddaşının özəl göstəricisi olan dialekt və şivələrimizin tədqiqi ilə elmdə özünəməxsus cığır açan Mədəd müəllim "o zamanlar dilçiliyimizdə yeni yaranmaqda olan onomalogiya sahəsindəki boşluqları doldurmaq üçün" (Qəzənfər Kazımov) öz tədqiqat dairəsini daha da genişləndirirdi. Antroponimlərimizi geniş və əhatəli, fundamental şəkildə doktorluq dissertasiyası səviyyəsində araşdıran alim öz sözünü mükəmməl bir alim kimi deməyə müvəffəq oldu. O, təkcə öz sözünü adlarımızla bağlı yox, təxəllüslərimiz və ləqəblərimizlə bağlı da əhatəli şəkildə yeritdi. Dərindən düşünsək, burada yenə də alimin vətənpərvərlik qayəsini hiss edərik: axı antroponimlər, bir sözlə, adlar özü də tarixdir, özü də hələmasanlıqla pozulmayan tarix. Yaddaş vasitəsilə özünü yaşadan tarix. Mədəd müəllim yaddaş tariximizin bu qatına müraciət etməklə yenə də öz xalqımızın dərin mənəvi köklərə malik olduğunu sətirarxası- fikirarxası formasında izah və sübut etdi.
Bəli, professor Mədəd Çobanov elmdə öz dili və adı - soy kökü və tarixi üstündə "bitən", inkişaf edən və yaşayan alimdir. Öz elmi ilə öz elini-xalqını yaşadan alim oğlunu xalqı da sevərək öz oğlu kimi yaşadır və yaşadacaqdır. Auditoriyada dərs dediyi tələbələri tərəfindən sevilən Mədəd müəllim öz elmi irsi ilə də bütövlükdə xalqımız tərəfindən sevilir. Sevilənlərə isə heç vaxt zaval yoxdur!
Şakir Albalıyev,
Filologiya elmləri namizədi,
AMEA-nın böyük elmi işçisi.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 17:21:11 +0000
VI ULUSLARARASI TÜRK DİLİ QURULTAYI https://turan.info.az/media/sherqinsesi/2402-vi-uluslararasi-trk-dl-qurultayi.html https://turan.info.az/media/sherqinsesi/2402-vi-uluslararasi-trk-dl-qurultayi.html VI ULUSLARARASI TÜRK DİLİ QURULTAYI

Mədəd ÇOBANOV,
Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbinin
“Dillər” kafedrasının müdiri,
Nyu-York Elmlər
Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor,
VI Uluslararası Türk Dili Qurultayının iştirakçısı.

18-19 oktyabr. Ankara. Bilkent Oteli və Konfranslar Mərkəzi qapılarını taybatay açıb dünyanın müxtəlif ölkələrindən gələn qonaqları - VI Uluslararası Türk Dili Kurultayının iştirakçılarını qəbul edir. Nəqliyyat-servis xidməti Ankara aeroportu və şəhər avtomobil vağzalı arasında fasiləsiz xidmət göstərir... Nəhayət, VI Uluslararası Türk Dili Kurultayına dünyanın 34 ölkəsindən 436 nəfər aparıcı türkşünas alim gəlmişdir.
20 oktyabr 2008-ci il. Saat 10-un yarısını göstərir. Qurultay nümayəndələri və qonaqlar dəstə-dəstə Konfranslar Mərkəzinin Böyük Sakarya salonunda əyləşirlər... Saat 09.45 dəqiqədə hamı öz yerində əyləşmişdir... Rəsmi qonaqların gəlişini gözləyirlər... İlk zəng sədaları səslənir. Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunun başkanı professor, doktor Sadıq Tural salona daxil olur. Bir neçə dəqiqə sonra Dövlət Naziri professor, doktor Mehmet Aydın salona daxil olur... Yenə zəng sədaları eşidilir. Türkiyə Cümhuriyyətinin Başbakanı Rəcəb Təyyub Ərdoğan salona daxil olur... Az sonra isə Türkiyə Cümhurbaşkanı Abdullah Gül salona daxil olur... Hörmət əlaməti olaraq hamı ayağa qalxıb qonaqları salamlayır...
Saat 10/.00 . Sayğı Duruşu və İstiqlal Marşı. Türkiyə Cümhuriyyətinin Dövlət Himninin mübarizlik, qəhrəmanlıq və birlik ruhlu sədaları aləmə yayılır. Hamı birlikdə oxuyur...
Türk Dili Qurumunun Başkanı professor, doktor Şükrü Halük Akalın kürsüyə qalxır və VI Uluslararası Türk Dili Kurultayının açılışını elan edir və giriş sözü söyləyir... Türk Dili Kurumunun son illərdəki fəaliyyəti barədə çox yığcam və lakonik məlumat verir.
Sonra VI Uluslararası Türk Dili Kurultayının proqramı üzrə qonaqlardan prof. Dr. Sadıq Tural, prof. Dr. Mehmet Aydın, başbakan R.T.Ərdoğan, Cümhurbaşkanı A.Gül - Türk Dili Kurultayının xoşməramlı iştirakçılarını qəlbən salamladılar və qurultayının işinə uğurlar dilədilər. Beləcə də, VI Uluslararası Türk Dili Kurultayının açılış plenar iclası sona çatdı...
Fasilə... Fasilədən sonra və sonrakı günlərdə bölmə iclasları iki növbədə işləmişdir. Beləki, VI Uluslararası Türk Dili Kurultayı 10 bölmədə öz işini davam etdirmişdir. Onu da qeyd edək ki, VI Uluslararası Türk Dili Kurultayının bir açılış plenar iclası və 2 bağlanış plenar iclası (sonuncu bağlanış plenar iclası Türk dilinin baş kəndi-paytaxtı olan Karaman şəhərində olmuşdur) və 88 bölmə iclasları olmuşdur. Plenar iclaslarında 5, dəyərləndirmə plenar iclaslarında 14, Karaman şəhərində davam etdirilən Bağlanış Plenar iclasında isə 7 məruzə-çıxışı olmuşdur.
VI Uluslararası Türk Dili Kurultayında Azərbaycanı böyük bir qrup türkşünas alim təmsil etmişdir. Onların arasında prof. Tofiq Hacıyev, prof. Kamil Vəliyev, prof. Cəlil Nağıyev, prof. Mədəd Çobanov, prof. Nizami Xudiyev, prof. Firudin Cəlilov, prof. Buludxan Xəlilov, prof. Ə.Amanoğlu, prof. Sevindik Vəliyev və başqaları da var idi. Onu da qeyd edək ki, alimlərimizdən T.Hacıyev və F.Cəlilov Dəyərləndirmə iclaslarında, prof.M.Çobanov isə Türk Dilinin baş kəndi - Karaman şəhərində Qurultayın son bağlanış iclasında çıxış etmişdir.
Onu da qeyd edək ki, Qurultay iştirakçılarının mədəni, mənəvi istirahəti də unudulmamışdır. Demək olar ki, Qurultay iştirakçıları hər gün axşamlar şəhər muzeylərində olmuş və konsert salonlarında milli türk xalq mahnılarını və rəqslərini maraqla dinləmiş və səmərəli istirahət etmişlər...
Beləliklə də, VI Uluslararası Türk Dili Kurultayı, Təşkilat heyəti üzvlərinin gərgin əməyi sayəsində tərtib olunmuş zəngin və rəngarəng proqrama əsasən 6 günlük fəaliyyətini uğurla yekunlaşdırmışdır. VI Uluslararası Türk Dili Kurultayının öz fəaliyyətini uğurla başa çatdırmasından iki aydan çox vaxt keçsə də hələ də qurultaydan aldığımız təəssüratlarla yaşayırıq... Odur ki, Qurultayın yüksək səviyyədə təşkil olunmasında və uğurla başa çatdırılmasında əməyi olan bütün şəxslərə, başda Türk Dili Kurumunın Başkanı prof. Dr. Şükrü Halüq Akalın olmaqla, təşkilat heyətinin bütün üzvlərinə dərin minnətdarlığımızı bildiririk...
* * *
2008-ci ilin 20-25 oktyabrında Ankarada keçirilən VI Uluslararası Türk Dili Kurultayının ümumi fəaliyyətinə dərindən nəzər saldıqda belə qənaətə gəlmək olar ki, Azərbaycan nümayəndə heyətinin üzvləri həm məruzə etdikləri mövzuların ümumi türkoloji səciyyəsi, müasirliyi və aktuallığı, həm də mövzuların nəzəri və təcrübi baxımdan dinləyicilərə çatdırılması və fəallıqları baxımından, həmişə olduğu kimi, bu qurultayda da fərqlənmişlər.
Onu da qeyd edək ki, 2000-ci ildə IV Uluslararası Türk Dili Kurultayında "Türk ədəbi dillərinin birliyinə doğru" mövzusunda məruzə ilə çıxış etmişdim. (Həmin qurultaya eyni adlı 54 səhifəlik kitab da həsr etmişdim). Məruzə maraqla qarşılanmışdır...
Bu münasibətlə həmkarım, məsləkdaşım, Türk dünyasında, eləcə də, Dünya Türkşünaslığında tanınmış görkəmli alim, professor, doktor Hamza Zülfikar "Doğru yazma ve konuşma bilgileri" adlı 756 səhifəlik kitabında (I cild, Ankara, 2008, səh. 216) və “DOĞRU YAZALIM, DOĞRU KONUŞALIM” (Jurnal, sutyen, eyalet, an üzerine)” adlı internet səhifəsində yazmışdır:
“Türkçe konuşan kardeş ülkeler arasında dil birliği, terim birliği sık sık dile getirilir, heyecanlı konuşmalar yapılır ama uygulamaya geçme konusunda nedense herhangi bir adım atılamaz. IV Uluslar Arası Türk Dili Kurultayına katılan Azerbaycanlı bilim adamlarından Sayın Prof. Dr. Meded Çobanov, Türk Edebi Dillerinin Birliğine Doğru adlı 54 sayfalık kitabının bazı bölümlerinde bu konuyu ele almış ve kurultaya birtakım öneriler getirmişti.
İzmir'in Çeşme ilçesinde yapılan IV Uluslar Arası Türk Dili Kurultayına katılan Sayın Prof. Dr. Ağamusa Ahundov da Terim Yaratıcılığı Nerede? adlı bildirisinde ortak terimlere gidilmesi ve bu konuda ortak çalışmalar yapılması üzerinde durmuştu. Sayın A.Ahundov'un ileri sürdüğü öneriler ve Sayın M.Çobanov'un kitabında belirttiği hususlar, üzerinde düşünmeye değer ciddi noktalardı. Bir yerden işe başlamak gerekiyor. Köken olarak aynı dili konuşan insanları birbirine yaklaştıracak ortak dil nasıl kurulmalı? İşe önce en sık kullanılan sözlerden mi, terimlerden mi başlanmalı? Benzeri sorunlar üzerinde düşünürken öncelikle kullanımı sık olan kelimeleri seçmemiz ve bunlar arasında ortaklık aramamız bana daha uygun geliyor. Kullanımı sık olan kelimeler arasında anlaşmayı zorlayan her iki halkın giderek daha fazla kullandığı batı kökenli kelimeler önce ele alınmalı. Biz eskiden Arapça kökenli mecmua kelimesini kullanırdık. Şimdi bu kavramı dergi sözüyle karşılıyoruz. Derlenmiş, toparlanmış, bir araya getirilmiş dil malzemesi, sözlük malzemesi anlamında önceleri kullanılmış olan dergi, daha sonra mecmua'ya karşılık olmuş ve dile yerleşmişti. Uçak sözü de böyle bir yol izlemişti. Önce "hava meydanı" anlamında kullanılmış olan uçak, daha sonra tayyare'nin yerine geçmiştir. Başka örneklerle sözü uzatmadan dergi kelimesine gelelim.
Azerbaycanlı kardeşlerimiz mecmua kelimesini bilirler ama ne mecmua ne de dergi sözünü kullanırlar. Onlar bu kavramı jurnal sözü ile karşılıyorlar. "Edebi dilin teşekkül tapmasında gazet ve jurnalların tesis olunması ve neşr edilmesi mühüm ehemiyet kesb edir." cümlesinde geçen jurnal bizde dergi'dir. Bu arada cümlede geçen tapmak fiilini bilmiyorsak, onu da biz öğrenelim. ("Bulmak" anlamındaki bu kelime teşekkül sözü ile birlikte kullanılmıştır. Buradaki iki söz "oluşmasında" anlamındadır.)
Azerbaycanlı Türk kardeşlerimiz gazet sözünü kullandıklarına göre Rusça yolu ile Türkçeye giren jurnal yerine dergi sözünü almaları uygun olur. Bu arada aynı köke dayanan jurnalist (muhabir, haberci), jurnalistika (basın ve yayın) kelimelerini de göz önünde bulundurmamız, onları da hesaba katmamız gerekir.
Kardeşlerimize demeliyiz ki sizin kullandığınız intergrasiya bize yabancı ama aktual'ı biz de kullanıyoruz. Aktual yerine biz güncel de diyoruz. "Türk dilli halkların siyasi, iktisadi ve medeni bahımdan birbirine yahınlaşması, birbirine kavuşması, intergrasiyası günün en aktual meselelerinden biri olmalıdır." cümlesinde geçen intergrasiya da Rusçadan Azerbaycan Türkçesine geçmiş batı kökenli bir kelimedir...”

* * *
Biz VI Uluslararası Türk Dili Kurultayına həsr olunmuş ikinci kitabı da "Türk ədəbi dillərinin birliyinə doğru" (Bakı, 2008, 280 s.) adlandırdıq. Bu kitab təkmilləşdirilmiş və ona çoxlu əlavələr olunmuşdur. Bu kitab iki bölmədən ibarətdir:
Birinci bölmədə "Ümumi Türkoloji problemlər" həm nəzəri, həm də təcrübi baxımdan elmin müasir səviyyəsində hərtərəfli təhlil olunmuşdur;
İkinci bölmədə isə "Azərbaycan dilinin müasir problemləri" Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası olan Azərbaycançılıq baxımından həm nəzəri, həm də təcrübi cəhətdən, geniş miqyaslı linqvistik faktlarla əsaslandırılmışdır.
Biz, VI Uluslarası Türk Dili Kurultayında "Türk ədəbi dilləri birliyinin praktik aspektləri" ("Türk ədəbi dilləri birliyinin linqvistik aspektləri") mövzusunda məruzə ilə çıxış etdik. Məruzə maraqla dinlənildi və təqdirə layiq bilindi.
Biz məruzənin sonunda Türk ədəbi dilləri birliyinin surətləndirilməsini reallaşdırmaq məqsədi ilə VI Uluslararası Türk Dili Kurultayının Qətnaməsində nəzərə alınmaq üçün bir neçə təklif irəli sürdük:
1. Türk Dil Qurumunun VI Uluslararası Türk Dili Kurultayı Türk dünyası ölkələrinin Təhsil Nazirlikləri ilə bir araya gələrək, yaxın vaxtlarda hər bir Türk ölkəsinin bir universitetində Vahid Tədris Planı və Vahid Tədris Proqramları ilə fəaliyyət göstərən tarix və filologiya fakultələrinin təsis edilməsi barədə yekdil qərar qəbul etsinlər.
2. Türk dünyası ölkələrinin Təhsil Nazirlikləri Universitetlərinin birində təsis edilməsi nəzərdə tutulan tarix və filologiya fakultələrinə rəhbərlik etmək və onun işini tənzimləmək üçün Türkoloji Mərkəz yaratsınlar (istənilən Türk ölkələrindən birində).
3. Təsis olunması nəzərdə tutulan tarix və filologiya fakultələri üçün vahid "Türk dili", "Türk folkloru", "Türk şifahi xalq ədəbiyyatı", "Türk ədəbiyyatı", "Türk tarixi", "Türk coğrafiyası", "Türkologiyaya giriş", "Türk mədəniyyəti", "Türk incəsənəti" və s. fənlər üzrə tədris proqramları və dərsliklər hazırlansın.
4.Yuxarıda qeyd olunan təkliflərin tezliklə reallaşdırılması məqsədi ilə Türk dünyası ölkələrinin elm və təhsil işçilərindən ibarət Təşkilat komissiyası yaradılsın...
Yəqin ki, Türk ədəbi dillərinin birliyinə doğru gediş Türklüyümüzə və milli mənliyimizə qayıdışı tamamlayacaqdır...




Türkşünaslığa
yeni hədiyyə

Biz, 20-25 oktyabr 2008-ci ildə Türkiyə Cümhuriyyətinin başkəndi Ankara şəhərində keçirilən VI Uluslararası Türk Dili Kurultayında iştirak etdiyimiz zaman Türkşünaslığa təqdim olunan yeni bir hədiyyə ilə tanış olduq. Bu hədiyyə son vaxtlara qədər Dünya türkşünaslıq elminə geniş şəkildə məlum olmayan, İslamın "Muinül-Mürid" adlı mənzum əsərinin araşdırılmış elmi-tənqidi materialı ilə yanaşı, onun mətninin həm türk, həm də ərəb əlifbaları ilə çap olunmuş sanballı bir əsərdi.
"Muinül-Mürid" XIII-XIV əsrlərdə Xarəzm bölgəsində mövcud olmuş Qaraxanlı türkcəsində (Oğuz və Qıpçaq türk dillərinin qarışıq dil bazası üzərində) 1313-1314-cü illərdə yazılmışdır. Onun yeganə əlyazması nüsxəsi Bursa əlyazmaları və Basma əski əsərlər kitabxanasında saxlanmaqdadır...
Türk Dili Kurumu Başkanının müavini, prof. Dr. Recep Toparlı ve prof. Mustafa Argunşahın uzunmüddətli gərgin əməyi nəticəsində işıqüzü görmüş "Muinül-Mürid" (Ankara, 2008, 332 s.) əsərinin elmi tənqidi araşdırması və mətni 2008-ci ildə türkşünaslarımızın öhtəsinə verilmişdir.
Türkşünaslığımıza yeni töhfə olan bu kitab “Ön söz” və dörd bölümdən ibarətdir:
Müəlliflər tərəfindən "İnceleme" adlanan birinci bölümdə "Muinül-Mürid" əsərinin şair İslam adlı müəllif tərəfindən 713-cü ildə Ramazan ayında (yeni təqvimlə-miladi tarixlə 1313-1314-cü illərdə) yazıldığı məlum olur; əsərin dili, üslubu və vəzni; dil özəllikləri - lüğət tərkibində işlənən 1717 kök sözün mənşəcə 800-ü türk, 727-si ərəb, 112-sinin fars dillərinə məxsusluğu; yazısı və səs tərkibi; leksik şəkilçilərin nitq hissələri üzrə söz yaratma və hallanma imkanları; həmçinin, ayrı-ayrı nitq hissələrinin (isim, sifət, say, zərf, fel, edat...) səciyyəvi xüsusiyyətləri tarixi müqayisəli metodla tarixi yönümdə hərtərəfli araşdırılmışdır. Bu baxımdan bu araşdırmalar istər Türkiyə türkcəsinin, istərsə də digər türk dillərinin tarixinin, tarixi qramerinin, tarixi lüğət tərkibinin öyrənilməsi zamanı çox faydalı ola bilər...
"Muinül-Mürid" kitabının ikinci bölümündə "Çeviri yazılı metin"i (latın qrafikası ilə), "Çeviri" adlanan; üçüncü bölümündə əsərin təsviri, "Dizin" adlanan dördüncü bölümündə isə əsərdə işlənmiş kök sözlərin izahlı lüğəti və işlənmə tezliyi hərtərəfli şərh olunmuşdur. Türk dillərinin ümumi izahlı lüğətinin hazırlanmasında bu "Dizin"dən hazır və mötəbər material kimi istifadə etmək olar. Onu da qeyd edək ki, prof. Dr. Recep Toparlı və prof. Dr. Mustafa Argunşahın gərgin əməyi nəticəsində hazırlanan bu kitabdan türkşünas araşdıranlar və lüğətşünaslar faydalana bilər...





"Doğru yazma ve
konuşma bilgileri"

Bu başlıq türkiyeli tanınmış türkşünas alim-professor, doktor Hamza Zülfikarın "Doğru yazma ve konuşma bilgileri" kitabının (1-cild, Ankara, 2008, 756 s.) adından götürülmüşdür. Türk dilində "Doğru yazma ve konuşma bilgileri"nə həsr olunmuş bu kitabda istər düzgün yazma, istərsə də düzgün konuşma (danışma) məsələləri ilə yanaşı, başqa dillərdən söz alma və ya müəyyən sözün dəyişikliklər edilməklə yazılması və şifahi nitqdə işlənilməsi məsələləri də orfoqrafik və orfoepik baxımdan dilçiliyin müasir səviyyəsinə uyğun olaraq həll edilmişdir. Çünki müəllifə görə "Türkceyi doğru, etkili ve akıcı bir biçimde konuşmaq, kültürlü ve uyğar olmasının göstərgesidir. Bir konuşmanın ya da yazının dinləyicilərə doyurucu bulunması için aranan bir başqa özellik, anlatımların ölçülü, akla yatkın bulunmasıdır. Unutmamaq gerekdir ki, belirtirin ölçülər içində kelmelerin söylemiş özelliklerinə, bağlı kalınaraq okumak, konuşmak; duyğu ve düşünceleri yazıf kuralları içinde ortaya koymak bir çabayı, bir birikimi gerekdirir" (seh.17)
Türkşünaslığın ağsaqqal alimlərindən biri olan prof. Dr. Hamza Zülfükar ikicilidlik "Doğru yazma ve konuşma bilgileri" kitabının birinci cildinde yuxarıda qeyd olunan problemlərlə yaxından bağlı olan yeni Türk əlifbası, yazıldığı kimi oxunan sözlər, düzgün tələffüz, deyilişi ilə yazılışı arasındakı əlaqələr, türk dilində söz seçimi və əvəzlənməsi məsələləri, türkcəni gəlişdirmək və zənginləşdirmək, söz yaratma və vahid termin yaratma, dilin qorunması və sabitləşməsi, dil qaynaqlarına əsaslanma və termin yaratma, əcnəbi dillərdən termin və ya çevirmə (kalka) yolu ilə termin alma, bölgə ləhçələrindən ədəbi dilə söz gətirmə, dilin zənginləşməsində və səlisləşməsində mətbuatın, radio-televiziya verilişlərinin və reklam dilinin rolu, dil öyrənimi və onun rəsmi dövlət dairələrində işlənməsi, dil siyasət və s. məsələləri araşdırmışdır. "Doğru yazma ve konuşma" zəngin dil faktları, nəzəri təcrübi və siyasi mülahizələrlə əsaslandırılmışdır.
Kitabın sonrakı səhifələrində isə (107-714) çağdaş türkcədə işlənən bir neçə yüz söz fonetik, orfoepik və orfoqrafik xüsusiyyətlərinə görə qruplaşdırılmış (hər qrupda təxminən 2-7 söz olmaqla) və hər bir söz fonetik, leksik, orfoepik, orfoqrafik, etimoloji baxımdan təhlil olunmuş və hər bir sözün çağdaş türk dilində "Doğru yazma və konuşma" variantı dəqiqləşdirilmişdir. Bu da çağdaş turk dilinin zənginləşməsi, səlisləşməsi, saflaşması və sabitləşməsi baxımından çox dəyərli elmi əhəmiyyət kəsb edir...
Onu da qeyd edək ki, prof. Dr. Hamza Zülfikarın geniş və tələbkar ziyalılarımızın öhdəsinə təqdim etdiyi "Doğru yazma ve konuşmabilgiləri" kitabı uzunmuddətli və gərgin əməyin nəticəsində işıq üzü görmüşdür. Həm də, izahlı, etimoloji yönümdə hazırlanmış bu kitab Türk dünyasında ilk sanballı və təcrübi əsərdir. Ümidvarıq ki, yaxın vaxtlarda prof. Dr. Hamza Zülfikar "Doğru yazma ve konuşma" bilgileri kitabının ikinci cilidini də elmi ictimaiyyətimizin öhdəsinə verəcəkdir.
Dr.prof. M.N.Çobanov.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 16:48:40 +0000
Dədəmiz DƏDƏ MƏDƏD!.. https://turan.info.az/edebiyyat/poeziya/2111-ddmiz-dd-mdd.html https://turan.info.az/edebiyyat/poeziya/2111-ddmiz-dd-mdd.html Dədəmiz  DƏDƏ MƏDƏD!..
(Tanınmış türkoloq, dilçi-alim,
Nyu-York Elmlər Akademiyasının
akademiki, filologiya elmləri doktoru,
professor Mədəd Namaz oğlu Çobanova)

Sizi Allah qorusun siz bizə lazımsınız,
Siz Dədə Qorqudsunuz qopuzum-sazımsınız.
Siz mənim Ana dilim - əlifbam, yazımsınız,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Sayənizdə dilimiz təmizləşir, saflaşır,
Şirin-şəkər, bal dadır o daha da paklaşır.
Cəmi Turan elində öz taxtı var-şahlaşır,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Siz yeni tarix yazıb yaşadırsız tarixi,
Yenilik gətirərək ucaldırsız maarifi.
Xalqım unutmaz heç vaxt Sizin kimi Arifi,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Borçalıdan yoğrulub damardakı qanınız,
Mənsubsuz ulu nəslə var adınız, sanınız.
Ucaldıqca ucalsın şöhrətiniz, şanınız,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!


Dilinizdə laylalar, dilinizdə bayatı,
Sevindirdiz hər zaman doğma yurdu, elatı.
Müqəddəs bir imzadır Tarixdə Mədəd adı,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!


Yolunuzun yolçusu olub oğlunuz Müşfiq,
Olub Vətənə, Xalqa, Adınıza o layiq.
Onu bizə bəxş edib Yaradan – böyük Xaliq,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Bizlərə ziya saçan işıqsınız, nursunuz,
Siz elmdə alim kimi ləl-cəvahir-dürsünüz.
Siz müqəddəs qibləgah, səcdəgahsız, pirsiniz,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

İlyas Əfəndi Vəfalı.
27.04.2016.]]>
Müşviq BORÇALI Mon, 28 Nov 2016 19:26:15 +0000
Çoxunu kor etdi şanın-şöhrətin... https://turan.info.az/edebiyyat/poeziya/45-oxunu-kor-etdi-ann-hrtin.html https://turan.info.az/edebiyyat/poeziya/45-oxunu-kor-etdi-ann-hrtin.html ALİM QARDAŞIM
Görkəmli dilçi alim,
Borçalı elinin fəxri,
professor Mədəd Çobanovun
anadan olmasının
70 illiyi münasibətilə.

Çoxunu kor etdi şanın-şöhrətin...

Ulu Mehralının nəvəsisən sən,
Dilçilik elminin bir səsisən sən,
Darbazın çağlayan bircəsisən sən,
Mayan müqəddəsdi, safdı əzəldən,
Soyadın möhkəmdi, bil ki, təməldən.

Aldın ilhamını Darbaz dağından,
İçdin gövhər gələn hər bulağından,
Məst oldun Bolusun güllü bağından,
«Gedi» laylasını çaldı hər səhər,
Yarandı qəlbində yeni kəşflər.

Bəslədin dinini dinlər içində,
Yaşadın, yaratdın kinlər içində.
Seçildin milyonlar, minlər içində.
Atmadın söykökü, atmadın nəsli,
Yaratdın yeni bir dilçilik fəsli.

Çoxunu kor etdi şanın-şöhrətin,
Çoxuna dərd oldu sənin qüdrətin,
Hücumlar önündə dayandın mətin.
Arxanda dağ oldu dostun, yoldaşın
Artdı gündən-günə ürək təlaşın.

Vətəndə «vətənsiz» yaşadın fəqət,
Elmin yollarında çəkdin əziyyət,
Yaratdın qəlbində bir yeni taqət,
Qarşında bir yeni yollar açıldı,
Tanrıdan bəxtinə şəfəq saçıldı.

Sıxdı ürəyini vətən havası,
Sənə ağır gəldi, dostlar «davası»,
Unuda bilmədik belə mirası,
Çünki yarınana Vətən, Vətəndi,
Onu hər unudan daim itəndi.

Çoxdu ziyalısı Darbaz elinin,
Zərbəsi çox oldu «doğma» yelinin,
Bizə dost deyənin fəndi-felinin,
Əlindən qurtarmaq çətindi vallah,
Bu işdən yan keçən mətindi vallah.

Oldu qurultayı ziyalıların,
Çoxuna dərd oldu sənin şüarın,
Qorxutdu «dostları» o şax vüqarın,
Alqışlar ucaldı göyə o günü,
Sən tərk eyləyəndə böyük kürsünü.

...Çox alim yetirdin bu 70 ildə,
Sənə borcludur neçə nəsil də,
Gəzdi yazdıqların ağızda, dildə.
Ad-sanın bürüdü Borçalımızı,
Ucaltdı göylərə şən halımızı.

Sən qədəm qoyanda Azərbaycana,
Açdı qucağını doğma bir ana,
Atıldın elə bil, yeni cahana,
Oldun bir rəhbəri hərbi məktəbin,
Məramın saf idi, aydın mətləbin.

Hər mehman olanda qoca Tiflisə,
Elə bil itirdin burda nə isə,
Qaynadı nifrətin alçağa, pisə,
Çünki həqiqətin simvolusan sən.
Haqqın, ədalətin haqq qolusan, sən.

Səni unudarmı Bolus torpağın,
Yazılıb hər yanda könül varağın,
Harada olsa da sənin sorağın,
Yenə də qəlbində Darbaz elidir.
Qışa yad olubdu, o yaz elidir.

Mübarək ad günün alim qardaşım,
Səninlə dünyadır, torpağım - daşım.
Səyavuş Uyğunam ağ saçlı başım.
Qoy olsun, yolunda sadağa verim,
Qəlbimi sənin tək çırağa verim.
Səyavuş Uyğun,

Şair publisist. Borçalı
]]>
Müşviq BORÇALI Mon, 18 Jul 2016 00:34:28 +0000
UCALIĞIN SÖZ ZİRVƏSİ https://turan.info.az/media/sherqinsesi/1045-ucaliin-sz-zrvs.html https://turan.info.az/media/sherqinsesi/1045-ucaliin-sz-zrvs.html UCALIĞIN SÖZ ZİRVƏSİBORÇALIDAN GƏLƏN KİŞİ

Borçalı tarixi-coğrafi şəraitinə görə Böyük Qafqazın yuxarı axarındadır. Bu ərazilərdən gələn dağ çayları Kürə doğru axır, böyük nəhrə qovuşur və ümmana çatır. Əgər dağ çaylarının ümumi axarı ilə insan taleləri arasında bənzərlik görmək mümkün olsaydı, belə bir bənzəyişin elə professor Mədəd Çobanovun taleyinə yazıldığını birincilər sırasında deməliyik. O, 1937-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. Əvvəllər də demişəm, 37-ci ildə dünyaya gələn və bu gün Azərbaycan mənəvi mühitinin aparıcı qüvvələri kimi tanınan ziyalılar rejimlərin haqsızlığına qarşı Tanrının əvəz olaraq xalqımıza bəxş elədiyi işıq sərvətləridir. Bu gün professor Mədəd Çobanov kimi tanıdığımız görkəmli Azərbaycan alimi, taleyin hər cür məhrumiyyətlərinə dözərək iradəsi və gücü sayəsində dilçilik elmində öz yerini tutub. Əlbəttə, böyük əzablar, böyük çətinliklər, kasıblığın, məhrumiyyətlərin gətirdiyi acılıqlar onu yolundan döndərə bilmədi.
Tiflis Dövlət Pedaqoji İnstitutunun hələ II kurs tələbəsi olanda onun mənəvi mühitinə elmin qapısı açılmışdı. Maraqlıdır ki, həmin vaxt bir tələbənin materiallarından “Azərbaycan dilinin dialektoloji lüqəti”ndə (1964) istifadə olunub. Hələ o vaxt kimsə deyə bilməzdi ki, M.Çobanov filologiya elmləri doktoru, professor Yusif Seyidovun qeyd etdiyi kimi, antroponimiya sahəsində ən görkəmli, ən azı Afad Qurbanovdan sonra ikinci mütəxəssis kimi tanınacaq.
M.Çobanovun tədqiqatlarında “Tarixi etnoqrafik aspekt güclüdür, aparıcıdır” (C.Hüseynzadə). Professor yeri gəldikcə müraciət elədiyi müəlliflərin fikirlərinə dəqiq və aydın münasibətlər bildirir, ən sərt mübahisələrə girişməkdən belə çəkinmir. Bu da onu göstərir ki, sahə elminə daxil olmaqdan əvvəl çox güclü baza biliklərinə yiyələnmişdir.
Azərbaycan elminin, əlbəttə, söhbət dilçilik elmindən gedir - ayrı-ayrı sahələri üzrə məktəb yaratmış alimlərin adları iftixarla çəkilir. Maraqlıdır ki, M.Çobanov prof.Əbdüləzəl Dəmirçizadəni həyatının örnəyi hesab edir. Onu özünün ustadı və müəllimi kimi yaddaşında, tədqiqatlarında, iş üslubunda, elmə yeni gələn gənclərə münasibətində qoruyub-saxlayır.
Təqribən qırx beş il bundan əvvəl yazmağa başladığı dissertasiya işi onun taleyində uğur amili kimi özünü təsdiq elədi. O, bu işi türk dillərinə dair qədim yazılı abidələrlə müqayisəli şəkildə işləmişdir. Bununla da M.Çobanov Azərbaycanın dilçilik elminə güclü bir açar vermişdi. Dilimizin lüğət tərkibinin inkişafında sözlərin mənaca dəyişməsində və etimologiyasının araşdırılmasında dialekt və şivə materialları xüsusi əhəmiyyət kəsb edir. Bu, müəllif qənaəti idi. Ona görə də həmin tədqiqatın sonunda verilən leksen və frazemlər lüğəti dilimizin tarixi qatlarına getmək üçün çox dəyərli mənbədir.
Professor M.Çobanovun ümumtürkoloji axtarışları da çox uğurludur. “Məhz bu baxımdan türk xalqlarını ədəbi dillərinin birliyinə və ortaq dilliyə doğru yönəltmək və onların müasir problemlərini vahid müstəvidə həll etmək türkoloqlarımızın qarşısında ən mühüm problem olmalıdır” - deyirsə, demək, onun özü də bu yöndə axtarışlarını, yaradıcılıqlarını əzmkarlıqla davam etdirir. Onun üçün ədəbi dilimiz xalqımızın milli sərvətidir. Bu sərvətin araşdırılması üçün zəkasını, işığını yorulmadan, əzmkarlıqla sərf edən, çarpışan, mübarizə aparan alimlərin özləri də elə onların mənsub olduqları xalqın milli sərvətidir.
Bu gün Mədəd Çobanova çox böyük hörmət və ehtiram var. Hörmət və ehtiram yox yerdən yarana bilməz.

Bir payız günü

Hava buludlu olduğundan bir az da tutqun idi. Ağacların yarpaqlarına təzəcə dən düşürdü. Tələsəni, ömrünü itirəni də vardı. Zamanın küləyinə davam gətirməyib budağından üzülmüş yarpaq dəlibaş Bakı küləyinin qabağında duruş gətirə bilmir, havada dolanır, bir sakit küncə-bucağa ilişənə qədər çırpınırdı. Küçədə metrodan çıxıb Elmlər Akademiyası binasına tərəf adlamaq istəyən gənci maşınların aramsız axını xeyli ləngitdi. Yaxasına, boyun-boğazına dolan külək də onun irəliləyişinə mane olurdu. Səliqə ilə daranmış saçları həmyaşıdlarından xeyli hündür görünən nazik, qıs-qıvraq, sivri burun oğlan deyəsən hələ yaxşı tanımadığı şəhərin bu hay-küyündən bir qədər bezikmiş kimi idi. Ancaq gedəcəyi ünvanı, açacağı qapını hələ düşüncəsində olsa da, yaxşı tanıyırdı. Axır ki, küçəni də qətiyyətlə keçdi, pillələri də sürətlə qalxdı. Bu da Nəsimi adına Dilçilik İnstitutu, Dialektologiya şöbəsi, professor Məmmədağa Şirəliyevin kabineti. Az qala qapıdan qayıdacaqdı. Axı o, bura necə gəlib çıxmışdı? Hansı istək, hansı arzu idi onu professorun yanına gətirmişdi? Qapını döymədi, amma yavaşca araladı. Professor masanın arxasından açılan qapının səsinə başını qaldırdı. Yaşına uyğun gəlməyən, bir qədər də professorun nəzərində cansız, çəlimsiz görünən gənc lap elə yenicə ali məktəbə qəbul olunmuş tələbəyə daha çox bənzəyirdi.
Yaxınlaşıb salam verdi. Professor masanın arxasından azca dikəldi, əlini uzatdı. Gənc artıq qocalmaqda olan alimin əlini sıxdı, bu əldə bir hərarət duydu. Bayaq az qala üşüyürdü. Elə indicə sıxıb ayrıldığı əldən canına yayılmış hərarət kiçik tər damlalarına çevrildi.
Cavan oğlan əli ilə alnının tərini sildi. Təri siləndən sonra yadına düşdü ki, cibində dəsmalı də var.
- Xoş gəlmisən, nə lazım idi?
- Professor, mən sizin...
- Hə, hə, buyur, buyur...
Cavab üçün bir qədər ləngidi. Haradan, necə başladığını kəsdirə bilməmişdi. Bayaqdan yüz dəfə necə danışacağını, nə deyəcəyini, istəyini nə təhər bildirəcəyini yüz dəfə ölçüb-biçmiş, hələ bəlkə, məşq də eləmişdi. Professor haqqında da məlumat toplamışdı. Dialektologiya elminin ən görkəmli nümayəndəsi olduğunu bir növ Azərbaycan dilçiliyində bu sahənin yaradıcısı olduğunu da bilirdi. Nə olsun ki, indi bütün bunlar yadından çıxmışdı.
Təzədən əlini dəsmala uzadıb bir də alın tərini silmək istəsə də, professorun səsi onu fikrindən daşındırdı. Elə həmin andaca canına yayılmış istiliyin, hərarətin, alnında puçurlanan tərin gətirdiyi çaşqınlıq yox oldu.
Professorun ona zillənmiş nəzərləri altında qoltuğundakı kiçik kağız qovluğunun bağlarını açmağa çalışdı. Tərslikdən deyəsən, iplər də düyünə düşmüşdü. Professorun qalın dodaqlarının arasından asta-asta eşidilən pıçıltıya bənzər sözləri lap aydın eşitdi: - Elə qabaqca biz hamımız belə olmuşuq. Bütün əyər-əskiyi zaman özü düzəldəcək. Bizimki yolu göstərməkdir. O yolu necə getmək hər kəsin öz işidir. Axır ki, qovluğu açıb sənədlərin arasından Tbilisi Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinin məzunu olduğunu göstərən diplomu əlinə götürüb professora vermək istəsə də, elə bil ki, hansısa bir qüvvə onun qolunu tutub saxladı: «Bəlkə, heç diploma ehtiyac yoxdur, bəlkə, elə danışım», - xəyalından keçirdi.
Amma professor əlini uzatmışdı: - Ver, ver bəri, baxım. - Hə, demək, sən Tbilisinin məzunusan.
Professor diploma baxıb: - məqsədin nədir? - deyə soruşdu.
- Professor mən Borçalı şivələri ilə bağlı tədqiqat aparmaq istəyirəm. - Cümləni bitirəndən sonra elə bil ki, onun üstündən dağ götürüldü. Bəlkə, heç özü də nəyə sevindiyini bilmirdi. Elə bil ki, bütün məsələlər uğurla həll olunmuşdu.
- Çox yaxşı, Azərbaycan dili çox nəhəng bir ağacdı. Onun kökləri, rişələri Borçalıdan, Təbrizdən, Dərbənddən, Göyçədən, lap elə Kərkükdən başlanır. Biz bu dil ağacının bütün gücünü dərk etmək üçün onun mahiyyətini, leksik zənginliyini gələcək nəsillərə çatdırmaq üçün bu kökləri yaxşı-yaxşı öyrənməliyik. Elə sənin özün də Borçalıda doğulmusan. Soy adın da maraqlıdır. Mənə müəllimimi xatırlatdı - Bəkir Çobanzadəni. Eşitmisən?
Şübhəsiz, professor ali filoloji təhsili olan bir gəncin Bəkir Çobanzadə haqqında kifayət qədər məlumatlı olacağını bilməmiş deyildi. Amma bir ustad kimi elmə gəlmək istəyən gəncin necə cavab verəcəyini eşitmək istəyirdi.
- Bəli, bəli, professor, əslən Krım-tatar türklərindəndir. Repressiya olunub. Azərbaycanın mənəvi mühitində onun böyük rolu olub.
Professor gəncin bir az tələsə-tələsə verdiyi cavabdan deyəsən razı qaldı.
- Hə, indi keçək mətləbə. Elmin yolu çox çətindir, oğul, dözə biləcəksənmi? İşini vaxtında yazıb təhvil vermək hamıya nəsib olmur.
- Bəli, professor, inanıram ki, öhdəsindən gələcəyəm.
...Həmin gün professor Borçalıdan gəlmiş gənclə Mədəd Çobanovla xeyli söhbət elədi. Ailə vəziyyətini, dünyagörüşünü, hazırlığını aşkarlayacaq çoxlu suallar verdi. Birdən iki əlini də stola vurub ayağa qalxdı. Bu, bayaqdan suallara cavab verən, demək olar ki, çaşqınlıqdan çıxmış gənci təzədən çaşdırdı: - Bəlkə, professor nədənsə əsəbiləşdi, narazı qaldı? - Yox, deyəsən belə deyildi. Professor hələ də oturduğu yerdən tərpənməyən gəncin lap yanına gəlib iki əlini də onun çiyninə qoydu. O, indi hiss elədi ki, özü də ayağa durmalıdır.
- Get oğul, sənədlərini hazırla, mən bəri başdan səni təbrik edirəm. Ərizəndə elə beləcə də göstərərsən: «Azərbaycan Dilinin Bolnisi rayon şivələrinin leksik xüsusiyyətləri». Bu, sənin dissertasiya mövzundur.
Çox sonralar Azərbaycanın görkəmli alimi, dialektologiya üzrə akad.M.Şirəliyevin yetirmələrindən olan cəfakeş alim Sefi Behbudov yazacaqdı ki: «Onun belə bir konkret mövzuya müraciət etməsi akademik Şirəliyevin ürəyincə olur. Çünki o vaxta qədər Azərbaycan dili şivələrinin leksik xüsusiyyətlərindən bəhs edən konkret bir əsər yazılmamışdı». Elmə gələn hər bir gənc axtarışları, tədqiqatları ilə elm aləmini zənginləşdirməlidir, ona yenilik gətirməlidir. S.Behbudovun qeyd etdiyi kimi, şivələrin leksik xüsusiyyətlərinin işlənilməsi həmin dövr üçün sahənin yeni cığırı idi. Şübhəsiz, burada çətinliklər, problemlər də az deyildi. Doğulub böyüdüyü əraziləri kənd-kənd, oba-oba dolaşır, axtarışlar aparır, sözləri canlı dildən, folklordan birər-birər toplayır, mətnlər üzərində işləyir, sözün sehirli aləmində bəzən dolaşır, izi itirir, amma haradasa, onu çağıran parlaq ümid işığını gördüyü üçün inadından dönmür. Bəzən olub ki, seçdiyi mövzu ilə bağlı mübahisələrdə ona belə də məsləhətlər verənlər tapılıb: Sən daha asan mövzu götürə bilərdin. Elə kitabxanalarda işləyərdin. Daha dərviş kimi çölə-biyabana düşməzdin. Belə fikirlər ilk baxışdan cəzbedici görünsə də, onu yolundan döndərə bilmədi. Çünki o, artıq sözə vurulmuşdu. Söz onu ahənrüba kimi çəkirdi. Axtardığı, tapdığı, araşdırdığı, dərinliklərinə vara bildiyi sözün ucalıq zirvəsinə doğru yolu açılmışdı və bir kimsə onu bu yoldan döndərə bilməzdi.
(Davamı 9-cu səhifədə)
(Əvvəli 8-ci səhifədə)

Məsələ belədir ki, hər kəs ona aydın olan yolun başlanğıcında ilk addımını haradan atdığını bildiyi kimi, sonuncu addımın da harada qurtardığını bilməmiş deyil. Özünü dərk edən insan üçün bu, ömrün son ucudur. Gərək o sonuncu addımın özünə qədər qətiyyətin, iradən özünlə olsun, səni tərk eləməsin. Yalnız bu zaman sözün ucalıq zirvəsi fəth oluna bilər. Və yenə bu gün üçün M.Çobanovun ucalıq zirvəsindən görünən yerini qaytaraq yaradıcılığının ilk gəncliyinə. Günümüzün dəyərli söz sahiblərindən biri, görkəmli ədəbiyyatşünas Arif Əmrahoğlunun «Mədəd Çobanov və onun sözü» şərti adı ilə qəbul elədiyimiz fikirləri həmin yaradıcılığın ilk gəncliyi üçün dumanları dağıdan, aydınlaşdırıcı missiya daşıyır: «Onun çörəyi də sözdən çıxır. Mənim üçün xoş olan bir də odur ki, Mədəd müəllim çörəyi və təskinliyi çıxan sözə heç vaxt arxa çevirməyib, onu sevə-sevə, toplaya-toplaya, qoruya-qoruya «Ədəbi dilimiz xalqımızın mədəni sərvətidir» - adlı müasir və çox sanballı əsər yazıb... Hətta, əlahəzrət sözü olduğu yerdə - müqəddəslik məqamında görməyə çalışıb. Həqiqətən də, hərə öz sözü boydadı. Eləcə də, Mədəd müəllim». Əlbəttə, M.Çobanov çox uğurla müdafiə elədi. 1973-cü ildə o, artıq elmlər namizədi idi. Özbəkistanda Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun elmi şurasında opponentlər Ə.Dəmirçizadə, F.Abdullayev, Özbəkistanın görkəmli alimi, akademik Ş.Şahabdürrəhmanov, Türkmənistanın görkəmli alimi, akademik B.Çaryarov və başqaları elmi işin dəyəri haqqında yüksək fikirlər dedilər. Bu, təkcə M.Çobanovun qələbəsi deyildi. Bu, həm də onun yol göstərəni, ustadı, qayğıkeşi professor Ə.Dəmirçizadənin, digər görkəmli Azərbaycan dilçilərinin və Azərbaycan dilçilik elminin qələbəsi idi. Söz yox, bu illər ərzində onun saçları da ağarmışdı, Göy türkün genetik yaddaşını diktə edən göyümtül gözləri də əvvəlki gücündə deyildi. Axı az qala yarım əsrlik bir vaxt keçmişdi. İndi o, Azərbaycanın görkəmli alimidir, filologiya elmləri doktoru, professordur. 70-ə qədər kitabın, 600-dən çox elmi məqalənin, 400-ə yaxın publisistik vətəndaşlıq qeyrətilə yazılmış yazıların müəllifidir. Mətbu əsərlərinin ümumi çapına nail olmaq mümkünlüyü məqamından yanaşsaq, otuz cilddən çox külliyyatın müəllifidir. 70 illik yubileyi münasibətilə ünvanına göndərilən teleqramların, məktubların onun ictimai rəydəki yerini göstərən ayrı-ayrı müəllif yazılarının özü də iki cildə sığmaz. Ancaq belə rəy məktublardan yalnız birini M.Çobanovun təhsilimizdə, dilçilik elmimizdə yerinin hökumət səviyyəsində etiraf olunmasını təsdiq edən təhsil naziri Misir Mərdanovun məktubuna diqqət edək: «Hörmətli professor Mədəd Çobanov! Azərbaycan elmi ictimaiyyəti Sizi görkəmli dilçi alim kimi hələ Gürcüstanda çalışdığınız dövrdən yaxşı tanıyır. Son on beş ildə isə elmi-pedaqoji fəaliyyətinizi Bakıda davam etdirməyiniz elmi potensialınızın daha geniş şəkildə üzə çıxmasına böyük imkan yaratmış və siz bir-birinin ardınca Azərbaycan dilçiliyinə aid bir sıra sanballı dərsliklər, dərs vəsaitələri, monoqrafiyalar, elmi və publisistik məqalələr çap etdirmisiniz. Siz sözün əsl mənasında, məhsuldar bir alim ömrü yaşamısınız. Sizi anadan olmağınızın 70 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanda elmin və təhsilin inkişafı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram». Yəqin ki, belə məktublar, rəylər, münasibət yazıları, etiraflar Azərbaycanın görkəmli alimi M.Çobanovun 75, 80 illik yubileylərində də yazılacaq. Ancaq mənim məqsədim M.Çobanovun - Azərbaycanın görkəmli aliminin hələ başlanğıcda vətəndaşlıq qeyrəti ilə hansı toxumları səpdiyinə diqqəti çəkməkdi.
Vaxtilə, bir neçə il əvvəl onun 70 illik yubileyi münasibətilə həmin toxumlardan danışmışdım: «İlk gəncliyində Tbilisi Pedaqoji İnstitutunun məzunu kimi müəllimlik dövründə və elə bitirdiyi institutda çalışdığı illərdə M.Çobanov Borçalını gəzir, yaxşı oxuyan şagirdlərin Tbilisi Pedaqoji İnstitutuna daxil olmasını təbliğ edir, onlara deyirmiş ki, burada oxuyun. Ona görə burada oxuyun ki, öz kökünüzdən, yurdunuzdan ayrılmayasınız. Qayıdıb öz kəndlərinizdə müəllim işləyəsiniz. M.Çobanov o vaxt «səpdiyi toxumlar» cücərdi, bitdi və tarixin çərxi çevriləndən sonra mən deyərdim ki, Borçalı elə o bara, o bəhərə bel bağladı.
Bir məsələni də yada salmaq istəyirəm. O vaxt Gürcüstandan gəlmiş tələbələrin ali məktəbi qurtarandan sonra təyinatı birbaşa Borçalıya verilmirdi, Onlar Azərbaycanın müxtəlif rayonlarına göndərilirdilər. Və əsasən də həmin Gürcüstandan gəlmiş gənclər ya elə Bakıya qayıdır, ya da Rusiyaya - Vətəndən uzaqlara üz tuturdular.
Təqribən 30 ildən çox müddət ərzində Borçalının mənəvi mühitini formalaşdırmaq, bu mühiti böyütmək, onu qorumaq missiyası da M.Çobanovun boynuna düşmüşdü». İnsanın həyat yolu tale yoludur. Dini-mistik təsəvvürlərə görə hər kəs öz taleyini yaşayır. Ancaq mən bu qənaətdəyəm ki, hər kəs öz taleyini mənəvi gücü, əməli ilə yazır. Tale özü hər kəsin yaradıcılığıdır. «Azərbaycan antroponimikasının əsasları», «Borçalı toponimləri», «Borçalı ensiklopediyası» (5 cilddə), «Dilçilik - dünya dilləri və dillər dünyası», «Antroponimlərin estetik və sosial mahiyyəti» kimi dərc olunan və yaxud nəşrini gözləyən kitablar onun zəngin elm fədaisi aləmindən xəbər verir.
...Mədəd Çobanov ölkələr, xalqlar arasında körpü olan ziyalılardandır. Ortaq türk dilləri ilə bağlı tədqiqatları, Azərbaycan-gürcü ədəbi əlaqələri, Azərbaycan və Türkiyə ədəbi mühiti onun tədqiqat obyekti olaraq bu gün də diqqət mərkəzindədir. Azərbaycanın indiki mənəvi mühitində onun ən yüksək fəxri ödüllərə haqqı var. Zənnimcə, yaxın zamanlarda biz onu Əməkdar elm xadimi fəxri ad alması münasibətilə təbrik edəcəyik. Yorulmazlıq, fədakarlıq elmə yeni gələn nəslə qayğıkeşlik onun ziyalılıq xarakterinin göstəriciləridir.
Yollar, talelər, insanlar, körpülər... Bəzən bircə ziyalının ömür yolu, həyatı bu göstəricilər üçün əsas ola bilir.
...Sözün ucalıq zirvəsi. Bir Mədəd Çobanov zirvəsi var!

Daha bir
payız günü

Həmin bir payız günündən yarım əsrə qədər vaxt keçib. Mən deyə bilmərəm ki, həyəcanları, tərəddüdləri, bəzən də çaşqınlığı ilə özünə işıq bilib gəldiyi professorun qapısını açıb içəri girməyə cəsarət edən həmin gənc əlli ildən sonrakı, indiki payız gününü təsəvvür edə bilirdimi? Elə həmin vaxtlarda, həmin günlərdə ona deyən olsaydı ki, sən əlli ildən sonra az qala otuz cildlikdən çox bir külliyyatın müəllifi olacaqsan, görəsən, bunu həqiqət kimi qəbul edərdimi? Yoxsa əlçatmaz bir uzaqlıq, bir keçilməzlik kimi anlayardı. Bəlkə elə, mənəvi aləmindəki qaynarlığın, enerjinin, gücün təkidi ilə mən o yolu keçəcəyəm deyərdi. Axı əlli ilin özü də az deyil. Bir yaradıcılıq ömrü, yaşamağın, yaratmağın kifayət qədər dərk olunması, kamillik və ucalığın fəthi deməkdir. Elə indi də hansısa bir gənc çəkinə-çəkinə, çaşqınlıqla onun əllərindəki istiliyin, hərarətin münisliyini duyanacan tərəddüdlər içində onun yanına gəlir.
İndi akademik M.Şirəliyev başını qaldırıb həmin gənci içəriyə çağırır. Əlbəttə, Mədəd Cobanov görkəmində. O da qarşısında əyləşib sıxılan, tərləyən gənci dinləyir, sorğu-suala tutur, sonra da ona ürək-dirək verir. Hələ qarşıda olan yolu göstərir. Özü də doğru-düzgün yolu.
Ağarmış saçların, bir qədər dərinliyə çəkilmiş gözlərin, titrək əllərin indiki görkəmi onun ilk gəncliyindən çox müəllimi ilə qarşılaşdığı anları xatırladır.
Hərəkətlərində bir qədər lənglik, danışığında bir qədər təmkin artıb. Amma o demək deyil ki, M.Çobanov ömrün payızını yeni düşüncələrlə qarşılamır. Yeni ideyalar, fikirlər, çoxlu kitablara rəylər, elmi konfranslardakı çıxışlar, elmə yeni gələn gənclərə məsləhətlər... bütün bunlar göstərir ki, hələ onun ömrü öz qaynarlığındadır. Yaradıcılıq enerjisi daxili-mənəvi zənginlikdən güc alır. Borçalı. Qədim Darvaz kəndi. Onu böyük aləmə aparan yolun başlanğıcı həmin kəndlə bağlıdır. Darvaz yadına düşəndə Azərbaycan dilinin kökləri, rişələri haqqında professor M.Şirəliyevin dedikləri xatirinə gəlir. Borçalıdan gələn gənclərlə görüşəndə o, həmin sözləri, həmin duyğuları təzədən yaşadır və müəlliminin əmanəti kimi qoruyub saxladığını yeni nəsillərə əmanətləyir. Kim bilir, bəlkə, əlli ildən sonra həmin gənclərdən biri elə bu gün Mədəd Çobanovla görüşünü bir payız gününün xatirəsi kimi yada salacaq.
Mən əvvəllər də demişəm, indi də təkrar eləməyə lüzum görürəm: Professor Mədəd Çobanovun yetirmələri arasında ədəbiyyatımızın və mətbuatımızın kifayət qədər tanınan istedadlı oğullarından biri - Müşfiq Çobanlının adı yada düşür Mədəd Çobanov irsinin davametdiricisi kimi.
İndi də ilin payızındayıq. Daha doğrusu, payız tutqun, buludlu havası ilə ömrümüzün qapısının ağzındadır. Amma zaman o zaman deyil. Nə qədər oxşarlığı, bənzərliyi olsa da.

Əli Rza XƏLƏFLİ,
“Kredo” qəzetinin Baş redaktoru.
12.09.2001-ci il.
“Kredo” qəzeti, ¹ 31 (651),
17 sentyabr 2011-ci il, səh.1,9.
ŞƏRQİN SƏSİ Oktyabr, 2011]]>
Müşviq BORÇALI Mon, 29 Feb 2016 18:40:30 +0000
ZƏhMƏTKEŞ ALİM, TANINMIŞ DİLÇİ-TÜRKOLOQ https://turan.info.az/gurcustan/pushkinciler/992-zhmtke-alm-taninmi-dl-trkoloq.html https://turan.info.az/gurcustan/pushkinciler/992-zhmtke-alm-taninmi-dl-trkoloq.html ZƏhMƏTKEŞ ALİM, TANINMIŞ DİLÇİ-TÜRKOLOQMay ayının 18-də Bakıdakı Atatürk Mərkəzində AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun görkəmli alim, məşhur dilçi, tanınmış türkoloq, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanova həsr olunmuş “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, kitabda alimin mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dünyasının dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyəti, dilçiliyimizdəki özünəməxsus cığırı, izi haqqında geniş məlumat verilir. Yeni kitabı Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözləri ilə başlayan müəllif ilk növbədə, türkologiya sahəsində xüsusi mövqeyə malik olan, alimlər arasında öz səsi, öz nəfəsi və qələmi ilə fərqlənən alimlərimizdən olan Mədəd Çobanovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” adlı kitabı və digər 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı əsərləri haqqında qonaqlara ətraflı məlumat verir.
Nizami müəllim öz kitabında bildirir ki, professor Mədəd Çobanov hansı mövzuda yazırsa yazsın, onun araşdırmalarına söz ola bilməz...
Tədbiri giriş sözü ilə “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabının müəllifi akademik Nizami Cəfərov açıb və da qeyd edib ki, bu gün həm də 75 yaşını təbrik etdiyimiz yubilyar - professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-a yaxın kitabın, 26 tədris proqramının, 580-ə yaxın elmi məqalənin , ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox publisistik bədii oçerklərin müəllifidir. 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 102 elmi konfransın fəal iştirakçısı, 95 doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-ə yaxın rəy, 30-a yaxın şeir və oçerk yazılıb. Əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub. Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının Diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim-ilin alimi “Qızıl medal”ı ilə təltif olunub.
Akademik Nizami Cəfərov onu da bildirilib ki, professor, Nyu-York EA-nın akademiki Mədəd Çobanov çoxşaxəli elmi və metodik yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Yaşının ahıl çağlarını yaşayan bu nurlu insan axtarıb-aramaqdan, dilimizin bu günkü vəziyyətinə, görkəminə nəzər salmaqdan doymur, yorulmur.
Tədbirdə çıxış edən görkəmli türkoloq-alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev Mədəd Çobanovun dilçi filoloqlarımız arasında öz dəst-xətti olduğunu diqqətə çatdırdı. Daha sonra qeyd etdi ki, türkoloq alim kimi Mədəd Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.Onun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor Mədəd Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları və cansağlığı arzuladı.
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, Türkiyə səfirliyinin müşaviri Fərrux Tığlı, filologiya elmləri doktoru, professor Nəbi Əsgərov, folklorşünas-alim Elxan Məmmədli, türkoloq-alim, professor Mahmud Allahmanlı, professor, fizik, şair Vaqif Nəsir, Əməkdar memar Ömər Qoçulu, İqtisad Universitetinin dosenti, şairə Aysəba Əlizadə, məşhur hərbi diktor Şəmistan Əlizamanlı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, şairlər Oqtay Rza, Mədəd Coşqun, Elbəyi Calaloğlu, Asif Ozan Bayramov, Nazilə Səfərli, alimin tələbələri, AMM-nin dekanı, filologiya elmləri namizədi, dosent Razim Məmmədli və Bakı Pedaqoji Kollesin direktor müavini, filologiya elmləri namizədi Gültəkin Əliyeva və başqaları çıxış edərək görkəmli alimin 75 illik həyat yoluna nəzər salıb, onun elmi-pedoqoji fəaliyyəti dövründə apardığı çoxsahəli nəzəri-təcrübi araşdırmaların türkologiya tarixində xüsusi yerinin olduğunu bildiriblər.
Türkiyə səfirliyinin inkişaf müşaviri Fərrux Tığlı çıxışında qürur hissi ilə bildirib ki, Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ortaq dil, ortaq mədəniyyət var. Bu baxımdan Mədəd müəllimlə yaxın dostluğunu, qardaşlığını yüksək qiymətləndirib.
Qazaxıstan səfiri Serik Primbetov da Mədəd Çobanov kimi alimlərlə bir xalqın, millətin fəxr etməli olduğunu bildirdi və bu fikrini dönə-dönə vurğuladı.
Və elə həmin gün “Qafqfz-Press” İctimai Birliyinin sədri Azadə Taleh Yubilyarı “Cəsarətli qələm” Fəxri Fərmanı ilə, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov isə İlin ən yaxşı vətənpərvər alimini “Qızıl Ürək” Qızıl medalı ilə mükafatlandırdı...
Sonra Yubiley tədbiri “Tural” restoranında bədii hissə ilə davam etdirilib. Asıqlardan Ramin Borçalı, Aidə Gülzar, müğənnilərdən Rasim Tural, “N-star” qrupu, Kəmalə Qurbanlı, Cahan Elqızı və basqaları yubilyari ürəkdən təbrik etmiş, öz həzin mahnılari ilə tədbir iştirakçılarını feyziyab ediblər.
Yubiley tədbiri elə həmin gün AzTv, İTv, SpeysTv, DalqaTv və başqa televiziya kanallarının verilişlərində geniş şəkildə işıqlandırılıb.
Tədbirin sonunda çıxış edən professor Mədəd Çobanov iştirakçılara və təşkilatçılara səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
75 il nədir ki... Gözəl ailəsi, qazandığı çoxsaylı uğurlara əlavə Allahdan Mədəd müəllimə yalnız cansağlığı arzulayırıq!..

Məhəmməd VƏLİYEV,
“Respublika” qəzeti,
19 may, 2012-ci il, ¹ 109 (4398)

Fəxriyyə İKRAMQIZI,
“Yeni Azərbaycan” və
“İki sahil” qəzetləri,
19 may, 2012-ci il, ¹ 89 (5628).

¹ 43 (273) Oktyabr, 2012-ci il.

Professor MƏdƏd Çobanov - 75
FƏdakar alim, görkƏmli pedaqoq
Mədəd müəllimlə tanışlığımızdan əvvəl onun oğlu Müşfiqlə tanış olmuşdum. Müşfiqlə tanışlığım isə məndə Mədəd müəllimin ailəsi, ümumiyyətlə Çobanovlar haqqında ilk xoş təəssüratlar yaratmısdı. Mədəd müəllimin özü ilə ilk tanışlığım şair Ramiz Abdullayevin yaradıcılıq gecəsində olmuşdu. O, həmin gecəyə R.Abdullayevin yaradıcılığına həsr olunmuş sanballı əsəri ilə gəlmişdi. O zaman biz bir masa arxasında oturduq. Görünür hər ikimizin müəllimliyimizi nəzərə alıb, sonralar da Ramiz müəllim bizi həmişə öz məclislərində eyni masa arxasında oturdardı. Bu görüşlər aramızda isti münasibətlərin yaranmasına səbəb oldu və mən Mədəd müəllimin 60 illik yubileyinə dəvət olundum. Məhz onun bu yubileyində səslənən çıxışlar, çap olunan avtobioqrafik məlumatlar məndə onun həyatı və yaradıcılığı haqqında geniş və obyektiv təsəvvur yaratdı. Gürcüstan ədəbi mühitində yetişən, yazıb yaradan, filologiya elmləri doktoru, professor adına kimi yüksələn Mədəd Çobanov doğrudan da fədakar alim, görkəmli pedaqoqdur. Onun yaradıcılığı çoxşaxəlidir. O, Azərbaycan dilçiliyinin bir sıra aktual problemlərinə həsr olunmuş çoxsaylı əsərlər çap etdirməklə yanaşı ədəbi tənqid və jurnalistika, pedaqogika, dillərin tədrisi metodikası, tarix və hərbi tarix sahəsində qələmini sınamış və sanballı əsərlər yaratmışdır.
M.Çobanovun pedaqoji fəaliyyətinin qızıl səhifələrindən biri Gürcüstan Respublikasının Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan məktəbləri üçün 1992-1993-cü illərdə yazdığı fənn proqramları və “Azərbaycan dili”, “Azərbaycan-Türk dili” dərslikləridir. O, həmin dərslikləri yazmaqla qonşu ölkədə yaşayan həmvətənlərimizə ölçüyəgəlməz xidmət göstərmişdir. Onun yaradıcılığında Borçalı mövzusu xüsusi yer tutur. Borçalı şivələri, toponimləri, alimləri və s. barədə əsərləri doğulub boya-başa yetdiyi yurda böyük məhəbbətin, gərgin əməyin bəhrəsidir.
Azərbaycan Ali Hərbi Dənizçilik məktəbində keçirilən yubileyində mənə Mədəd müəllim haqqında çox şeylər məlum oldu. Sovet dönəmində rus dilində fəaliyyət göstərən bu məktəbin müstəqillik dövründə tezliklə Azərbaycan dilində fəaliyyət göstərməsi üçün Mədəd müəllim Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu məktəbə “Dillər” kafedrasına müdir vəzifəsinə göndərilmişdir. O, məktəbdə bütün normativ sənədlərin Azərbaycan dilinə tərcüməçisi olmaqla yanaşı, bir sıra dərslik və dərs vəsaitlərinin, habelə tədris proqramlarının müəllifi və tərtibçisi olmuşdur. Mədəd müəllim məktəbdə kursantların intellektual səviyyələrini yüksəltmək məqsədilə müxtəlif dərnəklər yaratmış, konfrans və viktorinalar təşkil etmiş, özü baş redaktor olmaqla çoxtirajlı “Dalğalar qoynunda” qəzetinin çap olunmasına nail olmuşdur... Həmin məktəbin Azərbaycan dilində uğurlu fəaliyyətində Mədəd müəllimin böyük zəhməti vardır.
Tale mənə Mədəd müəllimin 70 illik yubileyində də iştirak etməyi qismət elədi. Onun haqqında yazılan avtobioqrafik kitabla tanış olduqdan sonra təəccülənməyə bilmirsən. İki yubiley arası müddətdə bu insan necə məhsuldar işləmiş, nələr yaratmışdır?!
Millətinə sədaqətli, Vətəninə bağlı, Ulu Borçalını sonsuz məhəbbətlə sevən, görkəmli alim və pedaqoq, müdrik ağsaqqal, gözəl insan, filologiya elmləri doktoru, professor Mədəd Çobanov çoxsaylı kitabların və elmi əsərlərin müəllifidir. Məncə onun əsərləri siyahısında başda Müşfiq Mədəd oğlu durur.
Mədəd müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram! Onun artıq qeyd etdiyim kimi 60 və 70 illik yubiley təntənələrində iştirak etmişəm. O gün olsun 80, 90, 100 illik yubileylərində iştirak edək!

Vaqif NƏSİR,
ADPU-nun professoru,
Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.


İKİ ÖLKƏ ZİYALISI

Mədəd müəllimin üçüncü yubiley tədbirində iştirak edir, onun haqqında ürək sözlərimi yazıram. Əvvəlki yazılarımda əsasən filologiya elmləri doktoru, professor Mədəd Çobanovun elmi axtarışlarına daha çox önəm verdiyimi nəzərə alıb, bir qədər də bu Borçalı kişisinin şəxsi keyfiyyətlərindən söz açmaq eşqinə düşdüm.
Professor Mədəd Çobanov iki ölkənin - həm Azərbaycanın, həm də qonşu Gürcüstanın sayılıb-seçilən ziyalılarındandır. Onun Gürcüstanda Tbilisi Dövlət Pedaqoji Universitetində işlədiyi illərdə yetişdirdiyi “meyvələri” indi də Borçalı bölgəsində, bütövlükdə Gürcüstan təhsil sistemində öz keyfiyyətini, təravətini saxlamaqdadır. Bu fikir bir qədər obrazlı alınsa da, demək istəyirəm ki, bu ziyalı kişinin yetirmələri doğma yurdda onlarladır və indi də belə kadrlar bu bölgəyə daha çox fayda verir...
Mədəd müəllimin ömrünün təxminən son 20 ili doğma ölkəmizlə - Azərbaycanla bağlıdır. Bu illər Mədəd Çobanov müxtəlif elm ocaqlarında - ali məktəblərdə fəaliyyət göstərib, gənc nəslin ali təhsilli kadr kimi yetişməsində, formalaşmasında böyük əmək, zəhmət sərf edib. Onun son illərdə kafedra mudiri vəzifəsində çalışdığı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, eləcə də Hərbi Akademiyadakı fəaliyyəti də uğurla keçib. Müharibə şəraitində yaşayan ölkəmizin ordu quruculuğunda, nizam-intizamlı hərbçi kadrların hazırlanmasında Mədəd müəllimin özünəməxsus rolu olub. Onun hərbçi tələbələr üçün hazırladığı lüğətlər, metodik göstərişlər və vəsaitlər uzun müddət bu sahədə təhsil alan tələbələrin stolüstü kitablarına çevrilib və əminik ki, həmin kitablar bundan sonra da onların stolüstü kitabları olacaqdır...
Professor Mədəd Çobanov harada işləməsindən asılı olmayaraq öz şəxsi keyfiyyəti ilə hamını intizama dəvət edib. O, kristal bir şəxsiyyətdir. Onu öz amalından, müəllimlik peşəsindən, elmi yaradıcılığından heç bir vasitə ilə ayırmaq mümkün deyil. Bu fikirləri ona görə cəsarətlə deyirəm ki, biz bu yaxın illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bir yerdə fəaliyyət göstərdik, türk tələbələrinə dərs dedik. Tələbələrin davranışlarından, intizamından hiss etmək olurdu ki, Mədəd müəllim işinə, peşəsinə, pedaqoji fəaliyyətə nə qədər önəm verir.
Mədəd Çobanov bu gün də elmi yaradıcılıqla ciddi məşğul olur. Onun son illər “Kredo” qəzetində çap olunan Borçalı toponimləri ilə bağlı silsilə məqalələri bu sahə ilə məşğul olan oxucuların rəğbətinə səbəb olub. Qeyd olunan yazılarında Mədəd müəllim təkcə Borçalı toponimlərini deyil, ümumiyyətlə, Gürcüstan ərazisindəki türkköklü onomastik vahidləri araşdırır. Borçalı deyəndə, əsasən, Marneuli, Bolnisi, Dmanisi (Başkeçid), Qardabani (Qarayazı) nəzərdə tutulursa, Mədəd Çobanov bu axtarışlarında Tetri-Skaro (Ağ-bulaq), Zalqa, Saqareco, Gürciani, Laqodexi, Kaspi və s. rayonlardakı Azərbaycan mənşəli, eləcə də Tiflis şəhəri həndəvərindəki toponim və urbanonimləri yenidən araşdırır və onların semantikası haqqında elmi fikirlər irəli sürür.
Professor Mədəd Çobanov ümumtürkologiya sahəsinə dair bir neçə kitabın və onlarla məqalənin müəllifidir. Onun 2008-ci ildə çap olunmuş “Türk ədəbi dillərinin birliyinə doğru” monoqrafiyası geniş elmi ictimaiyyat tərəfindən maraqla qarşılanmışdır. Onu da qeyd edim ki, Mədəd müəllim Türk Dili Qurumunun IV və VI Qurultaylarında, Türk Ocaqlarının Trabzon və Çevrəsi Uluslararası simpoziumunda və digər elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Müəllifin qeyd olunan monoqrafiyası barədə Türkiyə alimləri geniş rəylər çap etdirmiş və monoqrafiyada gündəmə gətirilən problemlərin həyata keçirilməsi barədə mülahizələr irəli sürülmüşdür.
Professor Mədəd Çobanovun mənim də rəyçisi olduğum “Türk ədəbi dillərinin birliyinə doğru” monoqrafiyasının ikinci cildi bu günlərdə işıq üzü görüb. Müəllif tərəfindən bu cilddə türklüyün oyanışı, onun əsas problemləri, Şumer və Türk dillərinin tarixi-linqvistik, mədəni və mənəviyyat baxımından bir-birinə yaxınlığı, Türk dilləri ailəsinin yenidən təsnifi, Şumer və Türk dillərinin vahid Şumer-Altay-Türk dilləri ailəsində birləşməsi, dünya sivilizasiyasına şumerlərin və türklərin töhfələri və s. geniş araşdırılmışdır.
Mədəd müəllim uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərib. Bu sahədə də o, prinsipiallığı, elmə münasibəti, dəqiqliyi ilə seçilib. Onun bu yönümdəki fəaliyyəti görkəmli alim və pedaqoqların diqqətini cəlb etmiş, belə kristal təbiətli ziyalının elmə, təhsilə lazımlılığı, faydalılığı dəfələrlə qeyd olunmuşdur. Mədəd Çobanovun mənəvi bütövlüyü, pedaqoji və elmi yaradıcılığı, istərsə də ictimai fəaliyyəti haqqında çox yazmaq, çox danışmaq olar. Onu bu əziz doğum günündə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayır, övladlarına həmişəki kimi başucalığı gətirən ata, nəvələrinə qayğıkeş baba olmasını arzulayıram!...
Nəbi ƏsgƏrov,
filologiya elmləri doktoru, professor.


BORÇALIDAN
UÇAN QARTAL
“Qartal yuvasından qartal uçar!”
Calal BƏrgüşad.

Görkəmli dilçi alim, professor
Mədəd Çobanovun 75 illiyi münasibətilə

Qartallar yurdudur Borçalı yurdu,
Dayanmaz önündə bir böyük ordu,
Adın ucalardan, ucada durdu,
Səmtin zirvəyədir bil, Mədəd qağa.

Başın ağarsa da coşqundur ürək,
Mənalı taleyi biz qoşa sürək,
Həmişə biz sizi növcavan görək,
Ömrünə gəlsə də il, Mədəd qağa.

Qartal yuvasından qartallar uçar,
Sizin tək alimi sevinclər qucar,
Qəm-kədər yox olar, uzağa qaçar,
Sizi qucaqlayar əl, Mədəd qağa.

Borçalı yaşayar sazın telində,
Ucalar nəğməsi dağlar selində,
Gələndə hər zaman Darvaz elində,
Bəzəsin ömrünü gül, Mədəd qağa.

Neçə yazıların artdı-qalandı,
Şərəfin xeyriyə yolu salandı,
Ən böyük əsərin Müşfiq balandı,
Söyləyir bu sözü el, Mədəd qağa.

Bu gün yetmiş beşi salırıq yola,
Üzümüz yüzədir qalmayaq dala,
Alqışlar söylənir siz tək oğula,
Qocalıq sözünü sil, Mədəd qağa.

Səyavuş Uyğundu burda dayağın,
Türkün dünyasından gəlsin sorağın,
Bir alim oğlusan ana torpağın,
Yaşa hər bir zaman, gül, Mədəd qağa.
Səyavuş UYĞUN,
24 avqust 2012-ci il. Borçalı, Marneuli şəhəri.]]>
Müşviq BORÇALI Tue, 23 Feb 2016 18:15:34 +0000
"Dostluq Məşəli"nin prof. MƏDƏD ÇOBANOVA Təbriki https://turan.info.az/elm/686-frman-borali.html https://turan.info.az/elm/686-frman-borali.html "Dostluq Məşəli"nin prof. MƏDƏD ÇOBANOVA TəbrikiProfessor Mədəd Namaz oğlu Çobanovu
75 illik Yubileyi münasibəti ilə təbrik edirik!

Azərbaycan xalqının, Borçalı mahalının dəyərli və əziz oğlu,
Filologiya elmləri doktoru, professor,
əllidən çox kitabın müəllifi,
Cəmiyyətimizin Elm və təhsil şöbəsinin müdiri,
müsbət insani keyfiyyətlərə malik olan,
qəlbi qəlbimizlə döyünən, ülvi duyğular sahibi,
xoş təbiətli, yurd ətrini duyan, xeyirxah insan, sədaqətli dost,
Hörmətli Mədəd müəllim!]]>
Müşviq BORÇALI Sat, 23 May 2015 23:10:18 +0000
Dilimizi qoruyaq!.. https://turan.info.az/gurcustan/pushkinciler/192-dilimizi-qoruyaq.html https://turan.info.az/gurcustan/pushkinciler/192-dilimizi-qoruyaq.html Dilimizi qoruyaq!.....Yaşı əsrlərlə, rəsmi dil təcrübəsi isə cəmi bir neçə onillərlə ölçülən dilimiz keçmişin acı təcrübəsindən tamamilə silkinə bilməmişdir. Onun saflığı bəzən bu gün də cəmiyyətimiz tərəfindən kölgələnir, normaları yüngül və ya kobud şəkildə pozulur. Bu halları hər birimiz müşahidə və müzakirə edir, narazılığımızı, narahatlığımızı bildiririk. Lakin çox təəssüf ki, bunlar gündəlik söhbətlərimizin mövzusu olaraq qalır, elmi müstəviyə çıxa bilmir.
Azərbaycan dilçilik elminə böyük əmək sərf etmiş tanınmış türkoloq, dilçi-alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun son elmi tədqiqatlarından olan "Azərbaycan dilnin tətbiqi sahəsinin müasir problemləri" adlı əsəri bu mövzunu elmi müstəviyə çıxarmış, müşahidələri ümumiləşdirmiş, müzakirələri sistemləşdirmiş, narazılıq və narahatlığı elmi cəhətdən əsaslandırmışdır. Nəzəri dilçilik materialları bolluğunda görkəmli professorun dil mə¬sələlərinin tətbiqi istiqamətində apardığı bu araşdırmaya böyük ehtiyac vardı....]]>
Müşviq BORÇALI Mon, 04 May 2015 13:10:25 +0000
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir https://turan.info.az/gurcustan/1293-azrbaycan-grcstan-dbi-laqlri-genilnir.html https://turan.info.az/gurcustan/1293-azrbaycan-grcstan-dbi-laqlri-genilnir.html Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir
Azərbaycan, Bаkı, 06 aprel / Trend , müxbir A.Hüseynbala /Gürcüstanda yaşayan azərbaycanlıların müəllifi olduğu bir neçə kitabın təqdimat mərasimi keçirilib."Gürcüstanda yaşayan soydaşlarımızın ədəbiyyatının, tarixinin yazılması və nəşr olunması, Azərbaycan-Gürcüstan ədəbi əlaqələri ilə bağlı kitabların, tərcümələrin çoxalması istiqamətində Gürcüstanda yaşayan azərbaycanlıların mədəniyyət mərkəzinin təşəbbüslərini həmişə dəstəkləməyə hazırıq", - bazar ertəsi Atatürk Mərkəzində keçirilən tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva bildirib.Onun sözlərinə görə, Mirzə Məmmədoğlunun "Qədim Tiflis" və Alxan Binnətoğlunun "Teatr haqqında söhbətlər" kitabları dostluq qrupunun dəstəyi ilə hazırlanıb. "Qədim Tiflisin Azərbaycanın tarixində, ədəbi mühitində xüsusi yeri var. Ona görə azərbaycanlıların Tiflisdəki qədimdən bu günə qədərki varlığının yazılması çox önəmlidir", - Paşayeva əlavə edib.Millət vəkili deyib ki, "Teatr haqqında söhbətlər" kitabında Tiflisdəki Azərbaycan teatrının bizim mədəniyyətimizin böyük bir hissəsi olması ilə bağlı həqiqətlər öz əksini tapıb. "Həmin teatr fəaliyyətini bu gün də davam etdirir və ulu öndərimiz Heydər Əliyevin adını daşıyır", - dostluq qrupunun üzvü vurğulayıb.Paşayevanın fikrincə, "Erməni xəyanəti və Gürcüstan" adlanan kitabda ermənilərin bütün Qafqaz regionunda əsrlər boyu törətdikləri vəhşilkiləri bir daha sübut edən dəyərli tarixi faktlar öz əksini tapıb. "Biz bu kitabın ingilis dilinə tərcümə olunub daha çox sayda nəşri üçün bütün dəstəyi göstərəcəyik", - millət vəkili qeyd edib.Paşayeva deyib ki, Mədət Çobanoğlunun müəllifi olduğu "Azərbaycan-gürcü mədəni əlaqələri" kitabında da olduqca maraqlı faktlar öz əksini tapıb. "Bu kitabların nəşr olunması bir daha sübut edir ki, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızı daim diqqətdə saxlayır, onların hər bir probleminin həlli üçün səylərini əsigəmir", - dostluq qrupunun üzvü qeyd edib. Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.azMəqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az]]>
Müşviq BORÇALI Mon, 06 Apr 2009 22:22:00 +0000