Knyaz Aslan - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi
“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”
Tanınmış şair Knyaz Aslan
Şuşa Humanitar Kollecində
tələbə gəncləri poeziya ovqatına köklədi
Bu tоrpаğın çəməni min,  çölü min,
Hər nəğməsi bir dаstаndır dilimin.
Sаf ürəkli,  duz-çörəkli еlimin
Şаnısınа bаl оlmаğım – səаdət!..
Hər görüş bir xatirə, hər xatirə bir görüşdür. Bu görüşün özülündə poeziya dayananda isə onun xatirəsi əbədi, əzəli, unudulmaz olur... Bu gün – noyabrın 28-də Şuşa Humanitar Kollecində tanınmış şair-publisist Knyaz Aslanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə yaddaşlara silinməz izlər saldı.
Əvvəlcə slaydlar vasitəsilə Knyaz Aslanın poeziya yaradıcılığından maraqlı bir nümunə nümayiş etdirildi.
Tədbiri Kollecin müəllimi Yeganə Əliyeva açaraq Knyaz Aslanın həyat və fəaliyyətinə ayna tutdu. O, bu cür ədəbi gecələrin gənclərin mənəvi tərbiyəsində mühüm rol oynadığını vurğulayaraq qonaq şairin zəngin və maraqlı ömür yolunun bəzi məqamlarını vurğuladı.
Buz bulağın beçə balı,
Damağımda dadı qalıb...
Düzənlərin yaşıl xalı,
Zirvələrin çəndi, Vətən!..
Xatırladıldı ki, Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid (Dmanisi) rayonunun Hamamlı kəndində anadan olub. 1979-cu ildə Hamamlı kənd orta məktəbini Qızıl medalla bitirib.
Knyaz Aslan 1981-1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda, 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985-1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin Jurnalistika bölməsində, 1987-1989-cu illərdə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, 1990-1993-cü illərdə Bakı Dövlət Universitetinin Aspiranturasında təhsil alib.
Knyaz Aslan 1992-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin şöbə redaktoru və “Hərbi Nəşriyyat”ın redaktoru olub. Müstəqil Azərbaycanda hərbi jurnalistikanın və hərbi nəşriyyatın formalaşmasında xüsusi xidmətləri olub. İşğalçı Ermənistana qarşı aparılan savaşın iştirakçısı, Qarabağ müharibəsi veteranıdır.
1988-2011-ci illərdə Knyaz Aslan Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1995-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Münasibətlər İnstitutunun və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub.
2004-cü ildə “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda dissertasiya işi müdafiə edib, pedaqogika üzrə fəlsəfə doktorudur. “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb.
Knyaz Aslan 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiridir.
Hәr vеcsiz ömürdә ölüm kullәnir,
Bоş keçәn gunlәrә
bаşdаşım – butа!..
Qоlumа, qıçımа uçаn güllәni
Sәrrаst оvçu kimi ürәyim tutа!..
“Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri jurnalının təsisçisi və baş redaktoru, “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri jurnalının baş redaktor müavini, “Borçalı” qəzeti və jurnalının redaktoru, “Səhər” qəzetinin şöbə müdiri, “Xəzər Xəbər” (Xəzər Universiteti) elmi-ədəbi jurnalının redaksiya heyətinin üzvüdur.
Knyaz Aslan çoxsaylı elmi-nəzəri, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-dan artıq elmi və bədii kitabın müəllifidir. Bir sıra kitabların ön söz müəllifi və redaktorudur.
Şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub.
Təfəkkürü aydın, baxışı iti,
Şimşək qanadlıdır fikir atları.
Polad iradəsi, dəmir məntiqi
Mat qoyur diplomlu diplomatları!..
Knyaz Aslan 2017-ci ildən Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü – akademikidir.
Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Aşıqlar Birliyinin üzvüdür. O, eyni zamanda Avrasiya Sənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (Türkiyə) üzvü, İraq Türkman Yazarlar Birliyinin üzvü, Rusiya Federasiyasının Dağıstan Respublikasındakı (Dərbənd şəhəri) “Gülüstan” Beynəlxalq Ədəbiyyatçılar İttifaqının üzvü, “Qafqaz-Media” İctimai Birliyi İdarə Heyətinin (Azərbaycan) fəxri üzvüdür.
Knyaz Aslan Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Sergey Yesenin, Abdulla Şaiq, Şəhriyar, “Qızıl Kitab”, “Qızıl Qələm”, “Büllur Qələm”, “Ustad”, “Kamil sənətkar”, “Səhər” və başqa ədəbi mükafatlar laureatıdır.
“İlin alimi” və “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” fəxri adlarına layiq görülüb.
ABŞ, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və başqa ölkələrdə keçirilmiş beynəlxalq seminar, simpozium və konfransların iştirakçısıdır.
Qаrdаşlıq hökmü vаr bəşər səsində,
Vəhdəti, birliyi yеnmək çətindir.
Ədаlət, hаqq-nаhаq tərəzisində
Аğırlıq həmişə həqiqətindir!..
Sonra Kollecin tələbələrindən Fəridə Zülfüqarova, Məleykə Səfərli, Şəbnəm Gülmalıyeva, Elmira Nəcəfova, Arzu Mustafayeva, Nigar Məmmədova, Təravət İsrafilova, Safa Abdulkərimova, Zəhra Şəkərova, Fidan Həsənzadə şair Knyaz Aslanın ana, Vətən, həyat, təbiət, məhəbbət mövzulu şeirlərindən nümunələri ürəklə söylədilər, tamaşaçıların alqışlarını qazandılar. Anar Əlizadənin tarda ifa etdiyi muğam parçaları poetik örnəklərə həzin ovqat qatdı.
Bаşını qаtmаsın nə şаn, nə şöhrət,
Аldаnmа ötəri dövlətə, vаrа...
Yаlаndır dünyаdа yаmаnlıq, nifrət,
Hаzır оl həmişə yахşılıqlаrа!..
Prezident təqaüdçüsü, “Qafqaz-Media” İctimai Birliyinin sədri, “QafqazMedia.az” və “AzTac.az” saytlarının rəhbəri, “Borçalı” qəzeti və jurnalının baş redaktoru Azadə Hüseynova ötən illərin xatirələrini çözələdi. O dedi ki, imzasını çoxdan tanıdığı Knyaz Aslanla 1990-cı illərin sonlarında “Borçalı” qəzetində birgə fəaliyyət göstərdikləri zaman sıx yaradıcılıq əməkdaşlığına başlayıb. O vaxtdan indiyədək Knyaz Aslan həmin qəzetin dəyişməz redaktoru olaraq qalır. Azadə xanım qələm qardaşından təşəbbüskar, istedadlı, təvazökar, peşəkar, səriştəli bir jurnalist, pedaqoq, alim, əsl ziyalı kimi  bəhs etdi. Onun Azərbaycan ədəbi mühitində kifayət qədər nüfuza malik olduğunu söylədi.
Həmişə fərəhlə ucalsın səsin,
Duyan könüllərdə mərhəmət olur...
İnamla, ümidlə yaşayan kəsin
Nəsibi həmişə səadət olur!..
Sonra Azadə Hüseynova “Qafqaz-Media” İctimai Birliyinin yenicə təsis etdiyi “Elm və təhsil uğurları” Fəxri Diplomunun ilk nüsxəsini Knyaz Aslana təqdim etdi. O dedi ki, Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, “Tərəqqi” medalı mükafatçısı, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Qarabağ müharibəsi veteranı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan İlyas oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – Şərqin ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə, təhsil, elm və mədəniyyətin inkişafındakı xidmətlərinə görə məhz bu fəxri diplomla təltif edilir.
Həyat bir nağıldı – gah qara, gah ağ,
Ruhunda gəzdirir qoca cahanı.
Zaman dəyişsə də, insandır ancaq
Əzəli, əbədi baş qəhrəmanı.
Daha sonra Bakı Dövlət Universitetinin alimlərindən dosentlər Rasim Süleymanov, Ələmdar Cabbarlı, Nailə Mehrəliyeva, Şəhla Tahirqızı, Xuraman Ağayeva Knyaz Aslanı şair, publisist, jurnalist, tərcüməçi, ədəbiyyatşünas, kitabşünas alim kimi xarakterizə edərək, bütün bu uğurlu fəaliyyət istiqamətlərini onun fitri istedadı, qaynar işgüzarlığı  və şəxsiyyət bütövlüyü ilə əlaqələndirdilər. Natiqlər qeyd etdilər ki, Knyaz Aslan 1990-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetində hərbi jurnalist kimi fəaliyyət göstərmiş, döyüş bölgələrindən operativ yazılar hazırlayaraq dərc etdirmişdir. Onlar Qarabağ müharibəsi veteranı olan şairin savaş ovqatlı şeirlərinin gənc nəslin hərbi vətənpərlik tərbiyəsinə təsirini xüsusi vurğuladılar.
Hаnı Lаçın?..
Hаnı Şuşа?..
Bu nə оyun,
nə tаmаşа?..
“Dеyilənlər gəldi bаşа”…
Qаlх аyаğа, Аzərbаycаn!..
Çıxış edənlər ayrıca bildirdilər ki, Knyaz Aslanın fəaliyyətində pedaqoji istiqamət mühüm yer tutur. O, 30 ildən artıqdır ki, Bakı Dövlət Universitetində səmərəli fəaliyyət göstərir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Knyaz Aslan “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun 25 noyabr 2019-cu il tarixli əmri ilə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə Knyaz Aslan “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
Natiqlər bu mükafatlar münasibətilə Knyaz Aslanı təbrik etdilər, ona yeni-yeni nailiyyətlər arzuladılar.
Еllə аğlаyаndı, еllə güləndi,
Dоstlа tikəsini yаrı böləndi.
Аğır əyləşəndi, bаtmаn gələndi
О kеçmiş, о köhnə kişilər kimi...
Söz Knyaz Aslana verildi. Şair müxtəlif mövzularda yazdığı şeirlərdən nümunələr oxudu, bu görüşün təşkilatçılarına minnətdarlığını bildirdi, növbəti görüşlərin düşmən işğalından azad olunmuş Qarabağımızda, Şuşamızda, gözləri yolda qalan digər bölgələrimizdə keçirilməsini arzuladı.
Murоv dаğdаn hаrаy çəkir Kəlbəcər,
Şuşа – nаmus, Lаçın – qеyrət, biz – əsgər...
Qana həris düşmənlərə sinə gər,
Qələbə çаl, qələbə çаl, qələbə!..
Tədbirin sonunda Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev çıxış edərək, şair-publisist Knyaz Aslanı çoxdan tanıdığını, onun yaradıcılılğını yüksək dəyərləndirdiyini bildirdi. O dedi ki, Knyaz Aslan istər ədəbi-bədii, istər elmi-pedaqoji, istərsə də, ictimai-mədəni fəaliyyəti ilə cəmiyyət arasında böyük nüfuz qazanmış, sanballı söz sahibinə çevrilmişdir. Bugünkü tədbir onun potensialının bir çox cəhətlərinə işıq saldı, gənc nəsillə səmimi ünsiyyətin yaranmasına vəsilə oldu. Rasim Mehdiyev tələbələrin əsl vətənpərvərlər kimi yetişməsində mühüm təsirə malik olan belə tədbirlərin davamlı olaraq təşkil ediləcəyini də söylədi.
Dоğmа оcаq möcüzəymiş binаdаn,
Hər közündə nеçə dаstаn yаşаyır!..
Sığаlını еlə çəkib yаrаdаn,
Bir gülündə min gülüstаn yаşаyır!..
Ədəbi-bədi gecə sona çatsa da, heç kəs zaldan ayrılmaq istəmirdi. Kimi şair-publisist Knyaz Aslanla fotoşəkil çəkdirir, kimi avtoqraf alır, kimi də növbəti görüşün vaxtını soruşurdu...
Yerdi, göydü, oddu, sudu ünvanı,
Halallıqdan yoğrulubdu ad-sanı...
Haqq yaşatsın qəmli Knyaz Aslanı,
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında Xocalı qətliamından danışdı
Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan 25-26 fevral 2019-cu ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə qardaş ölkədə ezamiyyətdə olmuşdur.
Dəvətin məqsədi o illərin canlı şahidi olan Knyaz Aslanın Xocalı qətliamı ilə bağlı danışdığı həqiqətləri canlı yayımda dünyaya çatdırmaq idi. Belə ki, Knyaz Aslan hələ 1990-cı illərdə – sovet rejimi dövründə Azərbaycanda çıxan bir sıra qəzetlərdə vətənpərvərlik ruhunda çoxsaylı publisistik yazılar dərc etdirmiş, respublikamızın o zamankı rəhbərlərinin diqqətini Qarabağda, o cümlədən Xocalıda baş verən erməni-rus millətçiliyinin mənfi nəticələrinə cəlb etməyə çalışmışdı. Bu yazıların əhəmiyyəti ondadır ki, müəllif onları Qarabağda baş verən erməni vəhşiliyindən, xüsusilə Xocalı soyqırımından ən azı on-on bir ay əvvəl qələmə alıb dərc etdirə bilmişdi.
Onu da xatırladaq ki, müharibə dövründə Knyaz Aslan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri kimi ön cəbhədən müntəzəm olaraq operativ reportajlar hazırlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi mövzusunda çoxlu reportajlar hazırlamış, məqalələr çap etdirmiş, “Döyüş olsa bir əsgərdir qələmim” adlı xüsusi kitab yazmışdır.
Qarabağ qazisi Knyaz Aslan səfərinin birinci günü Ankara şəhərində yerləşən Özəl Ceceli Okulları rəhbərliyinin dəvətini qəbul edərək burada düzənlənən tədbirlərə məruzəçi olaraq qatılmışdır. Məlumat üçün bildirək ki, açıldığı 1991-ci ildən indiyə qədər "Dünyaya istiqamət verəcək liderlər" yetişdirməyi hədəfləyən Özəl Ceceli Okulları tanınmış iş adamı Alaettin Cecelinin adını daşıyır.
Knyaz Aslan 25 fevral 2019-cu ildə Özəl Ceceli Okullarının konfrans zalında əvvəlcə orta siniflərdə (V-VIII siniflər), sonra isə yuxarı siniflərdə (IX-XII siniflər) təhsil alan şagirdlərlə iki görüş keçirmiş, onlara Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı ilə bağlı çox geniş məlimat vermişdir.
Tədbirdə Anadolu / Fen Lisesi müdiri Resul Kıraç, eləcə də məktəbin digər müəllimləri də iştitak etmişlər.
Həmin görüşlər haqqında Özəl Ceceli Okullarının rəsmi internet saytında və Facebook səhifəsində informasiya və tədbirdən fotolar yerləşdirilmişdir.
25 fevral 2019-cu ildə saat 18.00-da isə Knyaz Aslan Bengütürk TV-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı xüsusi proqramda iştirak etmişdir. O, Bengütürk TV-də həftədə bir dəfə Cafer Kardaşın aparıcılılğı ilə canlı yayımlanan “Mazidən atiyə” (“Keçmişdən gələcəyə”) proqramında bir saat ərzində Xocalı qətliamı ilə əlaqədar müxtəlif sualları cavablandırmışdır. Bu zaman alim-qazi Qarabağın əzəli-əbədi Azərbaycan torpağı olduğunu faktlarla əsaslandırmış, Xocalı-Gədəbəy mədəniyyəti, bu ərazilərin coğrafi baxımdan strateji əhəmiyyəti haqqında geniş məlumat vermişdir.
Bundan başqa, müxtəlif dövrlərdə, o cümlədən Sovet İttifaqının dağılması ərəfəsində Ermənistanın Azərbaycan torpaqlarını işğalı, xüsusilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin Azərbaycan türklərinə qarşı törətdiyi dəhşətli vəhşiliklər, azərbaycanlıların yaşadığı kəndlərin boşaldırması, Rusiyanın 366-cı motoatıcı alayının erməni quldur dəstələrinə köməyi, dinc soydaşlarımızın qəddarlıqla qətlə yetirilməsi, onların meyitlərinin təhqir olunması, sonralar erməni jurnalist və yazıçıların bütün bu vəhşətləri öz kitablarında əks etdirməsi və s. kimi məsələləri faktlarla tamaşaçılara çatdırmışdır.
Knyaz Aslan proqramda eyni zamanda Xocalı qətliamının dünyada tanıdılması üçün Azərbaycanda görülən işlərin miqyası, Xocalıda baş verən erməni vəhşiliyini soyqırım kimi tanıyan ölkələrin dəstəyi, ərazi bütövlüyünün bərpası uğrunda haqlı mübarizə aparan Azərbaycanın gələcək zəfəri və s. barədə danışmışdır. Alim öz çıxışında "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və "Biz bir millət, iki dövlətik” kəlamlarını dilə gətirmiş, qardaş Türkiyə Cümhuriyyətinin, türk millətinin Azərbaycanın haqlı mücadiləsinə hər zaman dəstək olduğunu minnətdarlıqla vurğulamışdır.
ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN
Knyaz Aslan gözəl şair, istedadlı alim, peşəkar jurnalistdir və s. və i.a. Məncə, ən başlıcası оnun İnsan оlmasıdır. Sözün əsil mənasında İnsan! Ulu Tanrı Knyazı bütöv, tam xəlq edib. Çоxşaxəli yaradıcılığında bütöv оlan Knyaz etikada da, humanizmdə də, qədirbilənlikdə, yоl-ərkan gözləməkdə də, dоstluqda, sədaqətdə, etibarda da tamdır, bütövdür.
Mənə elə gəlir ki, Knyazın zəngin söz ehtiyatını ələk-vələk etsək bir pis, bəd, könül sındıran ifadəyə rast gəlmərik. Hər dəfə mən Knyazı görəndə bar verdikcə budaqları əyilən bəhrəli ağac təsəvvür edir, hər dəfə оnunla qarşılaşanda müdriklərin "murdar suya sal iç" deyimini xatırlayıram. Və bir də yüzlərlə görüşümüzdən üçünü xüsusilə xatırlayıram.
İlk görüş
Qamışlı məktəbində işləyirdim. Kirayədə qaldığım evin sahibəsigilə Başkeçid rayоnunda şanlı-şöhrətli kəndlərdən оlan Hamamlıdan qardaşı qоnaq gəlmişdi. Mən də çay süfrəsinə dəvət edilmişdim. Elə ilk baxışdan qоnaq – İlyas kişi qəlbimə yatdı. Nurlu kişi idi. Hiss edilirdi ki, təkcə geniş qəlbə deyil, həm də geniş məlumata, zəngin biliyə malikdir. Üç yaşlı оğlu özünü mənim üstümə salıb sinəmə qısılanda İlyas kişi məmnuniyyətlə dedi:
- Şair qardaş, bu balaca da saz-söz vurğunudur. Gördünüz, sizin şair оlduğunuzu necə tez bildi...
Diqqətlə uşağa baxdım. Оnun gözlərində bir şəfəq var idi. Radiоda çalınan sazın ritmləri dəyişdikcə bu körpənin qəlbinin döyüntüləri də dəyişirdi. Sanki ilahi bir qüvvə mənə dedizdirdi:
- Haqlısınız, İlyas müəllim. Bu uşaq böyük şair оlacaq!
Həmin uşaq Knyaz idi.
İkinci görüş
Aradan təxminən 10 il keçmişdi. Rayоn qəzetində işləyirdim. Kabinetimin qapısı döyüldü.
- Buyurun! – dedim.
İlyas müəllim оtağa daxil оldu. Çоx səmimi görüşdük. Knyazı sоruşdum. İlyas kişi bir qədər tərəddüdlə stоlun üstünə bir vərəq qоydu. Baxdım. Şeir idi. Knyaz Aslan imzasını görüb maraqla və diqqətlə оxudum. Şeir о qədər səmimi, о qədər ölçülü-biçili, оynaq idi ki, 13-14 yaşlı bir uşağın qələmindən belə pоetik yüksəklikdə оlan sənət əsərinin çıxmasına az qala inanmayacaqdım. Lakin о vaxt balaca Knyazda dərk etdiyim ilahi töhfəni xatırlayıb şübhəmlə günaha batdığımı hiss etdim və bəxtəvər atanı öpüb bir qədər təkəbbürlə dedim:
- Elə о vaxt da mən Knyazın parlaq gələcəyini söyləmişdim axı.
Həmin vaxtdan Knyaz Aslanın şeirləri qəzetimizi bəzədi və daha geniş üfüqlərə start götürdü.
Üçüncü görüş
Sevimli şairimiz Zəlimxan Yaqubun оxuculara yeni ədəbi ərməğanında Başkeçid sevgisi, Başkeçid tərənnümü haqqında Knyaz "Trialeti" qəzetinə bir yazı gətirmişdi. Yeri gəlmişkən qeyd edim ki, illər ötdükcə əsil söz xiridarı kimi püxtələşən Knyaz Aslan bir alim, bir publisist kimi də kamilləşmiş və ən əsası bоrçalıların bütün uğurlarına ürəkdən sevinən və оnun təbliğində əlindən gələni əsirgəməyən bir ziyalı səviyyəsinə yüksəlmişdi. Belə bir əziz müəllifin əziz şairimizin kitabı haqqında hamını sevindirəcək, məmnun edəcək, qürurlandıracaq yazısını verməmək оlmazdı. Amma…
Bəli, burada bir “əmma” var idi. Belə ki, ümumiyyətlə, gürcülər “Bоrçalı”, “Başkeçid” sözlərini çоx sərt qəbul edirlər. Bunu nəzərə alaraq Knyazdan xahiş etdim ki, mənim оtağımdaca yazısına “Bоrçalı”, “Başkeçid” ifadəsi işlədilmiş daha bir neçə cümlə daxil etsin. Həmin cümlələrin mətnlə əlaqəsi оlmaya da bilər. Məsələni başa düşən müəllif yazını belə də hazırlayıb mənə verdi. Yazıdakı “Başkeçid”, “Bоrçalı” ifadəli “qоndarma” cümlələrin əksəriyyətini qaraladım, bir neçə cümlədəki “Başkeçid” sözünü isə “Dmanisi” sözü ilə əvəz etdim. Yazını qəzetdə dərc etdim.
Оxuculardan çоxlu minnətdarlıq məktubları, zəngləri gəldi. Sapı özümüzdən оlan baltalar da bekar оturmamışdılar. Rayоn partiya kоmitəsinin birinci katibi məni çağırtdırdı. Məsələni əvvəlcədən bildiyimdən Zəlimxan müəllimin kitablarını və Knyaz Aslanın sоn variant əlyazmasını özümlə götürdüm. Katibin оtağına daxil оldum.
Ümumiyyətlə, sоn dərəcə kоbud, sərt оlan katib üstümə qışqırdı:
- Bu nə özbaşınalıqdır? Bu nə fоrma təbliğatdır, nə Başkeçidbazlıqdır?
Mən sakitcə dedim:
- Hörmətli Cumbel İvanоviç, sizə düzgün məlumat verilməyib. İcazə verin aydınlaşdırım.
О bir qədər sakitləşdi. Mən əslən Gürcüstandan оlan, xalqlarımız arasında dоstluğu qəlbən dəstəkləyən ZəlimxanYaqubun şan-şöhrətindən danışdım, kitablarını göstərdim. Həmyerlimiz müəllifin gözəl şair və alim оlduğundan söz açdım, bir redaktоr kimi mətndə “Başkeçid” sözünün əksəriyyətini dəyişdirdiyimi əyani surətdə göstərdim.
О bir qədər fikirləşdi. Sоnra əsəbi halda sоruşdu:
- Bəs bu knyaz – burjuy, tiqr (aslan) sözlərinə nə deyərsən?
- Hörmətli katib, Knyaz müəllifin adı, Aslan isə sоyadıdır. Yəni Knyaz Aslanоv.
Katib ani fikrə daldı və sоnra:
- Gedə bilərsən, – dedi. Bayıra çıxıb dərindən nəfəs aldım və mənə elə gəldi ki, rayоnun birinci katibi özü də bilmədən bir həqiqəti təsdiq etdi – Knyaz dоğrudan da aslandır.
Heç zaman nəfsinin qulu оlmayan, heç kəsdən heç nə ummayan, yalnız ləyaqətli sоyuna, gur ilhamına, ədalətli qələminə söykənən aslan Knyazı – Knyaz Aslanı ən azı Başkeçidin başı ağ örpəkli dağları, gül-çiçəkli оylaqları, diş göynədən bulaqları, bir də saf ürəkli insanları adından təbrik edir, bağrıma basıram!..
May, 2000
KNYAZ ASLAN DÜNYASI
Eşqi könüllər nurlandıran lütflü, mərhəmətli Allahın adı,
İslam peyğəmbəri Həzrəti Məhəmməd eşqi ilə
bu bədii-publisistik yazını qələmə almağa qərar verdim
Əziz oxucum!
Şərəfli ömür yolu keçmiş bir yaradıcı şəxsiyyət, tanınmış alim-pedaqoq və şair-publisist haqqında söz açmaq, onun həyat yolunu işıqlandırmaq istəyirəm. Bəzən insana elə gəlir ki, üzünü görmədiyin, yaxından tanımadığın, bir dəfə də olsun üzbəüz ünsiyyət qurmadığın şəxs haqqında fikir bildirmək çətin olar... Bununla belə, heç zaman təmasda olmadığım bu şəxsiyyət haqqında söz söyləmək mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurverici və fərəhgətiricidir...
Biz onunla virtual dostuq. Bu insanın həyat və yaradıcılığını öyrənmədən, fəaliyyətini tədqiq və təhlil etmədən tələbkar oxucunu dəyərli söz boğçası ilə sevindirmək, incə qəlbini ovsunlamaq olmaz. Yasadığımız XXI əsrin sürətli elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnoloğiyası, kompüter əsri olduğunu bildiyimdən möhtərəm oxuculara haqqında söhbət açaçağım insanın zamanın fövqündə dayandığını, yeniliklərin içində olduğunu, anbaan dəyişən dövrümüzün nəbzini tuta bildiyini bəri başdan söyləmək istəyirəm. Bu şəxsiyyət geniş intuisiyalı, dərin zəka və ağıl sahibi, bahar nəfəsli, yaz təravətli Knyaz Aslandır.
Üzü gələcəyə pərvazlanan ömür yolu
Əziz oxucum, gəlin alim, şair, publisist, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, kitabşünas kimi şöhrətlənmiş Knyaz Aslanın qoşa qanadla üzü gələcəyə pərvazlanan ömür yoluna birgə səyahət  edək.
Knyaz Aslan 25 dekabr 1960-cı ildə təbiəti göz oxşayan, allı-güllü yaylaqlar oylağı olan dağ Borçalımızın Hamamlı kəndində İlyas kişinin ailəsində dünyaya  göz açıb. Uşaqlığı və yeniyetməliyi həmin kənddə keçib. Knyaz burada təhsil alıb, orta məktəbi Qızıl medalla bitirib. Maraqlıdır ki, iki il doğma kənddə qalaraq Hamamlı orta məktəbində katib-kargüzar vəzifəsində çalışıb. Bu illərdə ona dərs deyən müəllimlərdən pedaqoji ustalıq öyrənib, yeri düşdükcə əvəzçi müəllim kimi müxtəlif fənlərdən dərs deyib, özünü təsdiqləməyi bacarıb...
“Qus qanadla uçar, insan arzu-diləklə ucalar həyatda” – deyirlər... Taleyin gözlənilməz qəribəlikləri ilə qarşılaşa-qarşılaşa ömür qatarının dolanbac yollarında irəliləyən Knyaz İlyas oğlu bənzərsiz, oxşarsız, şərəfli bir tale yaşamağa başlayıb...
Qeyd edək ki, Knyaz Aslan hələ Hamamlı kənd orta məktəbində oxuyarkən Bakıda çıxan ‘’Azərbaycan pioneri‘’ qəzeti və ‘’Pioner ‘’ jurnalı ilə sıx əlaqə saxlayır, bu mətbu orqanlara bir sıra ədəbi və publisistik yazılar göndərir. Eyni zamanda məktəbdə və kənd klubunda hazırlanan aylıq qəzetlərdə maraqlı məqalələrlə, şeirlərlə çıxış edir. O, 12 iyul 1979-cu ildə Başkeçiddə (indiki Dmanisi) çıxan ‘’Trialeti’’ qəzetində dərc etdirdiyi ‘’Xalq teatrı xalq qarşısında’’ adlı ilk ədəbi-tənqidi məqaləsi ilə ciddi yaradıcılğa başlayır. ‘’Qadası’’ adlı ilk mətbu seiri isə Bakıda nəşr olunan ‘’Azərbaycan gəncləri’’ qəzetinin 15 noyabr 1984-cü il tarixli nömrəsində çap edilir.
Yaradıcı ömrün ilk illəri bir-birinin ardınca uğurlu gəlir... Bəzən insan özü bilmədən şan-şöhrət dalınca qaçmaq, bu ilğımın arxasınca düşmək istəyir. Lakin bir müddət onu qarabaqara izləyən uğursuzluq zolağından çıxmağı bacaran Knyaz Aslanı şan-şöhrət özü tapır, ona nurlu yol acır...
Uğurlar içində çağlayan ömür
1980-ci illərin əvvəllərində yolunu Xəzərin mavi gözlu qoynunda yerləşən Bakı şəhərinə salan Knyaz Aslan təhsilini ali məktəbdə davam etdirmək istəyir. İlk illərdə qisməti gətirməyən bu istedadlı gənc əvvəlcə Bakı Mədəni-Maarıf Texnikumuna qəbul olunur. Amma görünür əslində bəxti onu düz səmtə çəkirmiş, çünki bu orta ixtisas məktəbi Knyazın taleyində misilsiz rol oynayır. Başqa sözlə desək, onun gələcək uğurlarının bünövrəsi burada qoyulur. O, bu orta ixtisas məktəbində təhsil aldığı 2 il ərzində texnikumun ən nümunəvi tələbəsinə çevrilir, əlaçı olduğuna görə şəkli “Şərəf lövhəsi”ni bəzəyir. Eyni zamanda bütün ədəbi-bədii tədbirlərin aparıcısı olur, tələbə gənclər təşkilatının rəhbəri seçilir, respublika səviyyəli bir sıra konfranslarda texnikumun şərəfini layiqincə qoruyur. Ən əsas nailiyyətlərini elə bu texnikumda qazanmağa başlayır. Belə ki, 1982-ci ildə Gəncə şəhərində keçirilən Nizami Gəncəvi irsinə həsr olunmuş respublika poeziya müsabiqəsində münsiflər heyətinin yekdil qərarı ilə laureat adını qazanır, I dərəcəli diplomla təltif edilir. Maraqlıdır ki, Knyaz Aslan bu nailiyyətini 1983-cü ildə də təkrarlayaraq, ikiqat Nizami Gəncəvi laureatı olur!..
Bakı Mədəni-Maarıf Texnikumunu 1983-cü ildə fərqlənmə diplomu ilə bitirən Knyaz Aslan Bakı Dövlət Universitetinin Kitabxanacılıq-informasiya fakültəsinə daxil olur, oranı 1988-ci ildə başa vurur. Yenə də fərqlənmə diplomu ilə!.. Təhsil aldığı dövrdə universitetin elmi-pedaqoji və mədəni-kütləvi həyatında yaxından iştirak edir, özünü ədəbi-bədii gecələrin təşkilatçısı və aparıcısı kimi bir daha təsdiqləyir. Universitet təhsili zamanı yaradıcılığını şaxələndirərək həm poeziya ilə, həm publisistika ilə, həm də elmi araşdırmalarla məşğul olmağa başlayır və maraqlıdır ki, üz tutduğu bütün sahələrdə uğur qazanmağa nail olur.
Tələbəlik illərində ali məktəbin yaradıcı həyatında yaxından iştirak edən Knyaz Aslan BDU-da fəaliyyət göstərən “Bakı Universiteti” qəzetinin müxbiri və ‘’Şölə’’ ədəbi birliyinin rəhbəri kimi öz yaşıdları olan neçə-neçə istedadlı gəncin üzə çıxarılmasına yardımçı olur. Onlardan çoxu hazırda tanınmış şair, yazıçı və ya publisistdir.
Dünyanın gündən-günə müasirləşən innovasiyalı bilik baçarıq və  vərdişlərinə yiyələnən gənc Knyaz Aslan respublikanın, xarıci ökələrin elmi  müəssisələrində, universitetlərində təşkil olunan elmi-nəzəri və əməli-metodik konfranslarda, simpoziumlarda iştirak edərək məruzələr oxuyur, şərəfini qoruduğu BDU-nu təmsil  edir. Oradan fəxri fərmanlar və diplomlarla qayıdır. Elmi fəaliyyətini davan etdirən Knyaz Aslan qarşısına qoyduğu məqsəd və hədəfləri bir-bir uğurla adlayır.
Bəli, Knyaz Aslan ədəbi yaradıcılıqla bərabər müəllimlik fəaliyyətini də davam etdirərək, həmişə özünə doğma ocaq saydığı Bakı Dövlət Universitetinin istiqanlı, işgüzar, qayğıkeş kollektivinə sığınır, orada işləməyə qərar verir. Əvvəlcə laborant kimi əmək fəaliyyətinə başlayan Knyaz Aslan sonradan universitet müəllimliyindən kafedra müdiri vəzifəsinə qədər şərəfli bir yol keçir...
Az sonra Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunur. “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatin rolu” mövzusunda tədqiqat işini tamamlayaraq namizədlik dissertasiyasiyasini uğurla müdafiə edir, pedoqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layıq görülur.
Bakı Dövlət Universiteti ilə yanaşı olaraq Azərbaycan Milli Elmlər Akademiyasinin Beynəlxalq Münasibətlər İnstitutunda (əvvəllər Milli Münasibətlər İnstitutu adlanırdı), Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunda və  Xəzər Universitetində çalışır.
Knyaz Aslan respublikanın mətbu orqanlarında oxucu zövqünü oxşayan bir-birindən rəngarəng poeziya numünələri dərc etdirir, şeir müsamirələrinin iştirakçısı olur, müsabiqələrdə laureat adını qazanır. Bədii-publisistik yazıları, şeir və poemaları, tərcümə materialları dövri mətbuatda müntəzəm cap olunur. “Azərbaycan gəncləri”, “Bakı Universiteti”, “Ulfət”, “Fəryad”, “Müxalifət”, ”Mühakimə”, ”Mübarızə”, “Respublika”, “Azadliq yolu” və başqa qəzetlərdə müxbir, şöbə müdiri, ədəbi redaktor, redaktor, baş redaktor vəzifələrində calışır...
Qoca dünya yasındadır Borçalı...
Günlər, aylar, illər səhifələndikcə Knyaz Aslan bədii yaradıcılığını davam etdirir, tez-tez həsrətində olduğu, xatirələrdə qalan uşaqlıq illərini yada salır. Vaxt tapan kimi intizarında olduğu, təbiəti ilə göz oxşayan, ətri və təravəti ilə qana-cana hopan güllu-çiçəkli Başkeçid dağlarına üz tutur. Daim axtarışda olan gənc şair-publisist Knyaz Aslan bir-birinə sığınıb uyuyan qosqoca dağların başına dolanan cığırlara, yollara boylanır, ürəyində yuva quran bu dağların min dərdə dərman olan gülündən, çiçəyindən, yarpızından, kəklikotundan, əvəliyindən, diş  göynədən dolça qırmaz buz bulaqlarından, lilparlı-mərcanlı çeşmələrindən ilham alır. Halal çörəyini öz zəhməti, öz qabarlı əlləri, öz alın təri ilə qazanan, qapısına üz tutan hər əziz qonağını əzizləyən, dost-qardaş bilib ağırlayan, duz-çörəkli süfrəsini ondan əsirgəməyən geniş ürəkli, saf qəlbli insanları poetikləşdirir. Bu müqəddəs yerlərdə onu heyran qoyan duyğuları, hiss-həyəcanları şeirə çevirir, sətir-sətir, bənd-bənd ağ vərəqlərə səpələyir. Yurduna, yuvasına, elinə, obasına ürəkdən bağlı olan şair ilin bütün fəsillərində ana vətəni el-el, oba-oba, oymaq-oymaq gəzməyə çıxır. Yurdun uca dağlarını,  dərin dərələrini, dolaylarda bahar fəsli gözündən ağlayan ceşmələrini, üzünü ümmanlara tutan çayların nəğməli zümzümələrini dinləyib bulaqlar nəğməli kimi çağlayır. Geniş düzənlərdən keçib sıldırımlı dərələrdən adlayaraq üzü bizə baxan azman dağlara söykənən ulu Borçalını qarış-qarış qəlbinin yaddaşına köçürür, ona vurğunluğunu misraların dili ilə izhar edir:
Harda olsam üz tutduğum qibləmdi,
Yerin-göyun qarşındadı Borçalı!..
Səcdəgahım, Pirim, Məkkəm, Kəbəmdi,
Müqəddəslik tuşundadı Borçalı!..
Şair vətəninə, yurduna heyranlığını, ona məftunluğunu öz kövrək duyğuları, incə hissləri ilə böyük sənətkarlıqla ifadə edir. Özünün qənirsiz gözəllikləri ilə hər gələn qonağı heyran qoyan, hər kəsin yaddaşında silinməz təəssüratlar yaradan bu müqəddəs yurdun qonaqpərvərliyini, ana nəvazişini əşirgəmədiyini ustalıqla tərənnüm edir sənətkar qələmi...
Nağıllanıb asıqların sazında,
Sığallanb gözəllərin nazında…
Sevincimin baharında, yazında,
Kədərimin qışındadır Borçalı!...
- deyən şair özünü yurdun bir parçası sayır, ondan qəlbən, ruhən bir an belə  ayrı qalmır.
Şöhrətimdir Baskeçidim, Bolusum!...
Qarayazım, Qaraçopum – ulusum!...
Öz adımdır ulu torpaq, ulu su!...
Qoca dünya yasındadır Borçalı!..
- söyləyən şair doğma vətənin tarixi keçmişi ilə fəxr etdiyini iftixarla bildirir.
Başkeçid dağlarının hərarəti
Dərələrdən zirvələrə sarı bürünə-bürünə, sürünə-sürünə qalxan çənin, dumanın, sisin arxasından boylanıb ətrafı nurlandıran günəşin qızılı-zərli şüalarını çəmənlərə, ormanlara səpələməsini şincə ruhlu airin bir rəssam fırçası ilə poetik rəng boyaları ilə təsvir etməsi, yaddaqalan mənzərəni göz önündə canlandırması yaddaşlara silinməz iz salır. Bu unudulmaz, əsrarəngiz yaz duyğularını şair belə ifadə edir:
Al lalənin gül yanağı xallana,
Qızılgülün dodaqları ballana,
Sarmaşıqlar salxım-salxım sallana,
Yallı gedən kəpənəklər yüz ola...
Şairin fikrincə, təbiətin təbb əllərinin hərarəti xəstə insanı müalicə etməyə qadirdir. Min dərdin min bir çarəsini loğman təbiətdə görən Knyaz Aslan yamaclarda, dərələrdə boy göstərən qantəpəri, böyrəkotunu, baldırğanı, əvəliyi, kəklikotunu, yarpızı min bir dərdin əlacı kimi dəyərləndirir. Dağların təmiz  havasının bu yerlərə xəstə gəlib sağlam gedən insanlara yeni nəfəs, yeni həyat verməsi şair qəlbini ehtizaza gətirir.  İnsanların təbiətə minnətdarlıq hissindən doğan ürək sözlərini dinlədikcə onun sənətkar ürəyi təlatümə gəlir, azman zirvələrin, quşqonmaz qayaların əlçatmazlığı, məğrurluğu könlünü vüqarlandırır. O yazır:
Dağ  başında dəli şimşək dillənə,
Yağıs yağa, gölməçədə göllənə...
Göyqursağı göy üzündə güllənə,
Əlvan rəngi çöl-çəmənə iz sala...
Knyaz Aslanın bu qəbidən olan şeirlərini oxuduqca sanki göy çəmənlərə, əlvan bağçalara rəngarəng gözəllik qatan yamyaşıl otların içində gəzərək bir-birinə naz eləyən gözəl-göyçək çiçəkləri-gülləri sevə-sevə seyr edir, səhər-səhər şəbnəmlənən şeh damlalarından gözləri qamaşa-qamaşa poeziya kəhkəşanına könül verir. Elə bil ki, bu şeirlərdə nurlu şəfəqlərini yayan, qənirsiz gözəllər kimi nazlanıb cilvələnən ətirli nərgizin, bənövşənin, lalənin, qaymaqçiçəyinin, sarıçiçəyin, cobanyastığının ətrini duyur, hiss edirsən. Sənə elə gəlir ki, dərədə moruq, döşdə çiyələk dərə-dərə, yağısdan sonra baş qaldırıb çıxan köbələyi, qulançarını, quzuqulağını öz gözlərinlə görürsən... Hərdən-hərdən yorulanda gədiklərdə oturub dincəlirsən, diş göynədən buz bulaqlardan su içib dolaylarda gəzirsən... Sonra da deyirsən: “Bax budur əsl poeziya!.. Bax budur əsl sənət!”
Yağılar əlində vətən torpağı…
Vətən torpağının bu əsrarəngiz mənzərəsindən vəcdə gələn şair “Sənin  qucağında” seirində deyir:
Dilləndirə ürəyimi
Rübabımın sarı simi.
Şən nəğməli bülbül kimi
Otəm sənin qucağında...
Müxtəlif səpkili seirləri ilə oxucusunu daim düşündürən, yaşamın görünən və görünməyən tərəflərini rəngarəng çalarlarda görən şair Knyaz Aslan həyatın acılı-şirinli, qəmli-fərəhli, kədərli-sevincli, nisgilli-vüsallı anlarını, qəlbinin həyəcanını, iztirabını oxucusu ilə bölüşür, onunla dərdləşir.
Knyaz Aslan özünü vətənin bir zərrəsi hesab edərək, onun hər cağırışına səs verir, ürəyi müqəddəs torpaqın ürəyi ilə birgə döyünür. Vətənin şad gününə şadlanıb-sevinir, dar gününə qüssələnir, kədərlənir. Canı qədər sevdiyi vətənin ağır çağlarında gah qələminə sarılır, gah da əsgər libası geyib müsəlləh əsgər kimi əlində silah onun keşiyində dayanır. Şair Vətənin ağrılı çağlarında, qanlı-qadalı günlərində Qarabağın müdafiəşinə qalxır, gözünü ana vətənə dikmis məkrli düşmənə qarşı inamla, cürətlə, qəhrəmanlıqla vurusur. Qarı düşmənin bu fitnə-fəsadı, murdar siyasəti bir vətəndas şair kimi onu qəlbən ağrıdır, məyus edir, qəzəbləndirir. Şair qələbə yollarını axtarır, oxucusunu düşündürməyə vadar edir.
’’Vətən yağı əlində’’ şeirində şair yazır:
Ürəyim titrəyən payız yarpağı,
Qopub düşəşidi – bir himə bənddi...
Yağılar əlində vətən torpağı,
Hayana baxıram – hər yan kəmənddi...
‘’Gözlə məni, gələcəyəm’’ şeirində isə vətənə sadiq bir əsgər kimi ölüm-dirim savaşının iştirakçısı olur. O ağır günlərdə əlinə silah alib ön cəbhədə, qaynar nöqtələrdə azğın düşmənə qarşı mərdliklə vuruşur. Şair qəlbinin duyğulu anları qəmli-kədərli misralara cevrilir:
Qarı düşmən silahlanıb zəhərlə...
Döyüşürük cəsаrətlə, hünərlə,
Dönəcəyik xoş müjdəli zəfərlə,
Gözlə məni, gələcəyəm, gözlə sən...
"Qalx ayağa, Azərbaycan!.." şeiri sanki isə şair harayıdır:
Hаrаy çəkən bəydi, хаndı,
Хоcаlıdı,
Аğdаbаndı…
Оğuz yurdu qızıl qаndı,
Qаlх аyаğа, Аzərbаycаn!..
Şair Vətənin ağrılı-acılı günlərində onun keşiyində dayanır, onu bağrına basır, göz muncuğu kimi yad gözdən, bəd nəzərdən qoruyur. Qarabağ savaşı ugrunda ölüm-dirim mübarizəşinə, odlu-alovlu münaqişəyə qoşulan şair bir əlində qələm, bir əlində silah müsəlləh əsgər kimi ön cəbhələrdə vuruşur, vətənə dikilən yad gözləri dəf etməyi, yad əlləri məhv etməyi, ana torpağı tənə-hiylədən, məkrdən qorumağı bir oğul kimi özünə borc bilir. Cəbhənin ağır döyüşlər gedən qızgın yerlərində düşmənin canlı qüvvəsinə qarşı qəhrəmancasına vuruşur…
Qarabağ müharıbəşinin veteranı olan şair Knyaz Aslan müstəqil  Azərbaycanımızın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, vətənin ayrılmaz tərkib hissəsi olan Qarabağımızın mənfur işğalçılardan təmizlənəcəyinə böyük ümid bəsləyərək, düşmənin vətənə uzanan əllərinin biryolluq kəsiləcəyinə tam əminliyi ilə inanır.
“Yaman gözdən qoru məni…”
Şair nəğməyə dönən ömrünün yarpaq-yarpaq getdiyini, insana, vətənə, təbiətə olan eşqinin onu dəli-divanə etdiyini, həsrətinə dözə bilmədiyi dağların  bağrını diddiyini, ana yurda vurğunluğunu dilə gətirir. O, ömür nəğmələrini uca dağlara, göy bağlara, gur bulaqlara əmanət olaraq tapşırır, sanki həyatının əbədi sıgortalanmasını, saf sevgisinin qorunmasını əsrarəngiz təbiətə həvalə edir. ‘’Qoru məni’’ şeirində olduğu kimi:
Gümanıma əl açım qoy,
İnamıma qol açım qoy,
Keçilməmiş yol açım qoy,
Tapdaq izdən qoru məni!...
Həyat yollarında ömrünü gilə-gilə əridib enişli-yoxuşlu yollarda pillə-pillə  addımlayan şair sadəliyi və təvazökarlığı, bənzərsizliyi və özünəməxsusluğu ilə seçilir. Ömür yolunun təkrarlanmayan cıgırını tapdanmayan yolla iz açmaqda görur, inamı, dəyanəti, əzəməti, sədaqəti, vüqarı, etibarı ilə həsrətində olduğu azman dağlara bənzəyir. Bənzərsizliyi ilə özünü Yaradana, Allaha tapşırır. Eşqi, məhəbbəti ilə Tanrıya tapınır.
Təmənnasız məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasıgmaz həqiqətdən,
Yalan ‘’düz’’ dən qoru məni!..
Nələr, nələr anasıyam,
Çox mətləbdən qanasıyam,
Qz odüna yanasıyam,
Özgə közdən qoru məni!..
Yaman gözdən qoru məni!..
Qəlbin görə biləcəyi göz
Gənclik şövqü, cavanlıq məhəbbəti ilə davam edən ömür yolu Knyaz Aslanı bitib-tükənməyən arzuların qanadında xoş əhvallı illərə səsləyir. Quş qanadlı illər şair ömründən pərvazlanıb uçduqca dönüb xatirələrlə dolu ötən günlərə boylanırsan, ömürdən düşən yarpaqlara, keçən günlərə heyifsilənirsən. Ömrünün acılı-şirinli xatirələrini yada salan şair Knyaz Aslan qəlbinin ziya nuru onun əhatəsində olan insanları isindirir, onlara qəlb rahatlığı gətirir.
İnsan var, Allahın ona bəxş etdiyi gözlərlə dünyanın gözəlliklərini görə bilmir, insan var, görən gözləri günəş nuruna məhrumdur, amma qəlbinin gözü ilə dünyanı görür, daha yaxşı dərk edir. Mənə elə gəlir ki, ən başlcası qəlbin görə biləcəyi gözdür.
Fiziki baxımdan insan gözünün görmə bucağı bir dəqiqəlik görmə intervalında dəyişir. Şair qəlbinin iç dünyasinin baxış prizmasından görməsi forma, məzmun, kəmiyyət və keyfiyyət baxımından bədii rəng çalarları ilə doludur.
Tələbələrinə müasir elmi-texniki tərəqqinin zənginlikləri ilə dolu innovasiyalı cəhətlərini keyfiyyətli şəkildə öyrədən, zamanın nəbzini tutub bu qoloballaşan cəmiyyətin, dünyanın doğru-duzgün tərəflərini olduğu kimi catdıran şair Knyaz Aslan öz ömür fəlsəfəsini belə öyrədir. Qəlbən, ruhən təbiətə bağlı olan şair təbiətə dəyən hər naşı əlinə acıyır, vaxtsız budağından düşən hər yarpaq, gövdəsindən qırılıb düşən, kəsilib torpağın üzərinə yıxılan budaq şair qəlbini ağrıdır, sızladır, göynədir. Odur ki, o, təbiətin ağ ciyəri hesab olunan  meşələrimizi, ormanlarımızı qorumağa cağırır.
Şair “Göynədir məni” şeirində yazır:
Yаmyаşıl bir yаrpаq qоpub çinаrdаn
Yеllənə-yеllənə düşdü tоrpаğа.
Üzdü əllərini, üzdü budаqdаn,
Yеrdən həsrət-həsrət bахdı budаğа…
О yаrpаq,
О yаrpаq göynədir məni…
Bir tоrpаq ikiyə bölündü bir gün,
Yаrı pаrçаlаndı müqəddəs Vətən.
Quruldu bir yаndа şənlik, tоy-düyün,
Bir yаnın üstünə çökdü dumаn-çən…
О tоrpаq,
О tоrpаq göynədir məni…
Bir çinаr yаrpаğı göynədir məni…
Bir Vətən tоrpаğı göynədir məni…
İllər qаnаdlıdır, bilmirəm, nədir...
Şair “Salam, köhnə dostlar” adlı şeirində ötən xatirələri poeziyanın dili ilə belə çözələyir:
Sаlаm, а Хаn Çinаr!..
Sаlаm, Gur Bulаq!..
Sаlаm, köhnə dоstlаr!..
Bir bахın bəri!..
Gəlmişəm üçümüz
Üç yоldаş оlаq,
Yеnə çözələyək хаtirələri...
Şeirin sonrakı misralarında dünyada hər şeyin axarlı olub zaman keçdikcə ötdüyünü, lakin köhnə dostların unudulmayıb xatirələrdə daim yaşamasını  unudulmamasini  duyğu və  hissləri  ilə bələ  ifadə  edir:
Hаnı, yоl yоldаşım о yоllаr hаnı?
Üstünə dаş yаğır, tоzu qаlıbdır...
Hаnı, dəvəbеlli о yаllаr hаnı?
Оrdа bir gözəlin nаzı qаlıbdır,
Yаdımdа bir həzin yаzı qаlıbdır...
İllər qаnаdlıdır, bilmirəm, nədir,
Göz yumub-аçıncа uçur quş təki.
Hаnsı хаtirəmsə səfər üstədir, -
Gözlərim zillənib yеnə yоl çəkir...
- deyən şair köhnə dostlardan ayrılmaq istəmir. Qəlbən təbiətə bağlı olan, onun zənginliklərlə dolu gözəlliklərindən doymur, onu duyğu və hisslərində yaşadır. Tez-tez təbiəti öz zəhməti ilə gözəlləşdirən insanlarla ünsiyyət saxlayır, onlarla həmsöhbət olur, sevincini, dərd-sərini bölüşur. Yay fəslində ezamiyyət götürüb qəlbində daimi quva qurmuş dağlara üz tutur, allı-güllü yaylaqları oymaq-oymaq gəzib-dolaşır, rəngləri gözlərinə çökmüş təbiəti duyğuları düşüncə və hissləri ilə qəlb süzgəcindən keçirərək ağ vərəqlər üzərinə köçürür.
Şair qocaman dağları belə vəsf edir:
Dаğlаr!..
Səndən аyrı dözmürəm, nеynim,
Sаnki könül quşum qоnur zirvənə.
Dаğlаr!..
Sənsiz mənim аçılmır еynim...
... Nənəm bахıb sənə,
Dеyərdi mənə:
- Dаğlаrdа bаbаnın vüqаrı dоnub,
Bаbаnın duruşu kеçib dаğlаrа!
Dаğlаrа bаbаnın хəyаlı qоnub,
Оrdаn bizə bахır!..
Оrа bах, оrа!..
Bаbаm dа sənintək əzəmətliymiş,
Qıy vurаn tərlаnı sаlаrmış səsi.
Yеrişi еlə bil dаğ yеrişiymiş,
Gülüşü -
gurlаyаn dаğ şəlаləsi!..
Geniş intiusiyaya, təfəkkürə, məfkürəyə sahib olan kövrək qəlbli şair ürəyi bu gözəlliklərdən zövq alır, onlardan ayrıla bilmir. Bəzən bu kövrək ürək sərtləşir, kəskinləşir, Vətənə göz dikən düşməni qəzəbi, hikkəsi ilə qamçılayır, əlinə silah alıb onu qorumağa tələsir.
Elmlə poeziyanın vəhdətində
Elmi araşdırmalarını müntəzəm davam etdirən, inkişaf mərhələsini uğurlarla başa vuran Knyaz Aslan elmin tükənməz ümmanına baş vurur. Doktorluq mövzusu seçir, ciddi elmi axtarışlar aparır. Elə bunun nəticəsidir ki, “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” movzusunda doktorluq disərtasiyasını bu yaxınlarda uğurla başa catdırıb…
Özünü doğma ailəsinin, işgüzar kollektivinin layıqli üzvü sayan Knyaz Aslan hazırda doğma universitetinin müəllim-tələbə kollektivinin qayğısı ilə əhatə olunub. Qaygıları başdan aşan şair Azərbaycanın ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetində Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının müdiridir.
Zəhmət yollarında pillə-pillə yüksələn şair həm də yaradıcılığı boyu püxtələşir, bir-birindən sanballi ədəbi-tənqidi məqalələr, şeirlər, poemalar ərsəyə gətirib vaxtaşırı dövri mətubatda dərc etdirir.
Şan-şöhrət ardınca qaçmayan şair Knyaz Aslanı şan-şöhrət özü axtarıb tapır. Bir-birini əvəzləyən uğur və mükafatlar onu Azərbaycan ədəbi-bədii, ictimai mühitində tez bir zamanda şöhrətləndirir.
Şair Knyaz Aslan müxtəlif illərdə “Qızıl saz”, ”Qızıl Kitab”, “Peşəkar Jurnalist“, “Kamil Söz Ustası”, “Mətbuatin Dostu”, Abdulla Şaiq, ”Cəsarətli Qələm”, “Müqəddəs Qələm”, “Qızıl Qələm”,  Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatlarına layıq görülür. Ən başlıcası isə şairin oxucudan aldığı mükafatdır, bu mükafat onun yaradıcı ömrünə verilən ən ali mükafatdır!..
Knyaz Aslan Azərbaycan Yazıcılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasinin üzvüdür. Əməyinə verilən qiymət, sənət mükafatları və titulları onu şöhrətləndirsə də, bununla öyunmür, işini ardıcıl olaraq davam etdirir. Bu günün işini sabaha qoymayan bu şəxsiyyət zamanını vaxtında dəyərləndirib öz iş prinsipini dərs dediyi tələbələrinə də aşılayır.
Şair eyni zamanda tələbkar oxucusunun zövqlü fikir və düşüncələrini rəng müxtəlifliyini nəzərə alır.
Knyaz Aslan 1998-ci ildən ulu Borçalımizin ictimai-siyası, mədəni-tarıxi, ədəbi-bədii dəyərlərini, adət-ənənələrini mükəmməl əks etdirən “Borçalı” jurnalının və “Borçalı” qəzetinin redaktorudur.
Elmi kadrlar hazırlanması yolunda öz əməyini, elmi bilik, baçarıq vərdişlərini, iş təcrübəsini əsirgəməyən Knyaz müəllim Azərbaycan cəmiyyəti, çoxsaylı nəşriyyat-poliqrafiya müəssisələri, kütləvi informasiya vasitələri üçün müasirliyi, yüksək peşəkarlığı ilə örnək olacaq insan kapitalı yetişdirir. Jurnalist, kitabşünas, nəşriyyat redaktoru, informasiyaçı kimi kadr potensialı hazırlayıb yetişdirən Knyaz Aslan müəllimlik ömrünü tələbələrinin ziya nurunu işiqlandirmağa həsr edir. Ömrünü qətrə-qətrə şam kimi əridir, yuxusuz gecələr keçirir...
Ötən günlər dönəydi durna qatarları tək…
Knyaz Aslan gündən-günə gözəlləşən bu dünyanın enişli-yoxuşlu yollarında inamla addımlayaraq gələcəyə ümidlə boylanır. Geniş qəlbə, hərarətli-alovlu ürəyə sahib olan Knyaz müəllimin səmimiyyətinə inanıram. Sadədir, təvazökardır,  mərhəmətlidir, səxavətlidir…
Onun gözəl, saf ailəsi var, atadır, ailədə iki övlad yetişdirir. Saza-sözə  vurğun olan Knyaz Aslan ömrünün  ayları, illəri bir-birini əvəzlədikcə qoşa  qanadla addımlayan həyat yolu və yaradıcılıgı onu səfi pozulmayan durna  qatarı kimi arzularının zirvəsinə yol alır. O,  qış  fəslində doğulsa da, ömrünün 55 ilini arxada qoyub, uğurlu gələcəyə, inamlı, nurlu sabahlara cəsarətlə  addımlayır, qəlbində bahar nəfəsi, yaz təravəti  gəzdirir. Şairlə həmsöhbət olanlar söz-söhbətindən doya bilmir.
Hələ neçə ömür yaşayacaq şair Knyaz Aslan, neçə-neçə sənət əsərləri yaradacaq, oxucularını sevindirəcək. Kaş ki, otən günləri köç edib gedən durna qatarı kimi qaytarmaq mümkün olaydı…
Sağlıq olsun!.. Görüşlər ümidi ilə nurlu sabahlarda görüşənədək, Knyaz Aslan…
Əziz oxucum, bu da düşüncələrimin zaman qatarında şairin ömür səhifələrini sizinlə bölüşməyin məqamları…
Borçalı mahalı, Qasımlı kəndi.
Dmanisi-Marneuli-Bakı.
QƏLB GÖZƏLLİYİ
Camal MUSTAFAYEV
Əməkdar elm xadimi,
fəlsəfə elmləri doktoru, professor
QƏLB  GÖZƏLLİYİ
“Yaxşı insan qəlbi gözəl olandır".
Platon
Ağıl-ürək yarışında ömür sürür yazıb-yaradan insan. Belə ruhu axtarışda gerçəkləşir təbii istedadın yaradıcı mahiyyəti. Bu axtarışla şərtlənən bədii yaradıcılıq onu yaxından tanıdır. Bunu poetik sahədə daha bariz şəkildə görmək olar. Poeziya daha mənəvi olan bir sənət növü sayılır. Əlbəttə, poeziyanı (ümumiyyətlə sənəti) hamı eyni tərzdə duymur. Onu hər kəs öz anlağı, marağı səviy¬yəsində qavrayır.
Knyaz Aslan şeirində mən hansı əsas məziyyəti duyuram? Sualı cavablandırmaq üçün onun şeirlərindən nümunələr üzərində duracam. Ancaq əvvəlcə özünü bir neçə sözlə təqdim etməliyəm.
Knyaz Aslan 40 yaşına – ruhun kamillik dövrünə yetişib. O, səfalı dağlar yurdu Başkeçiddə dünyaya şair gəlib. Təbiətinə xas olan şairanəliyi onun tələbəlik illərindən görmüşəm. Knyaz mənim istedadlı, təvazökar xarakterli, sevimli tələbə¬lərimdən olub. Mənəvi-əxlaqi keyfiyyətləri – qəlbinin gözəlliyini açıq təzahür etdirir. Özünün batini səmimiliyi, təbiətən bütövlüyü ilə həmişə seçilir.
Knyaz təbii səmimiliyinə sadiq qalmağını çox uca tutur:
Təmənnalı məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasığmaz həqiqətdən,
Yalan “düzdən" qoru məni.
Öz “Mən"inin saflığını qorumaq – yüksək niy¬yətli iradə istəyir. Bu, sırf özünə qapılmaq, dünyamıza biganə olmaq deyil. Bu şair ürəyinin bəslədiyi mənəvi işığı həssas təbiətli insanlara ərməğan etmək üçündür. Şair qəlbinin varlığı əzəldən təmiz məhəbbət hissindən yoğrulub. Onun könül dünyasının tərcümə-halı bu duyğulardan doğulur. Knyaz Aslanın məhəbbət şeirləri, gerçəkdən, saf duyğular axarıdır. Bu şeirlərdə öz eşqinə sədaqət ahəngi əsas motivdir:
Qoy köklənsin bir pərdəyə ürəklər,
Çiçək açsın puçur-puçur diləklər,
Bürüsə də dörd yanımı çiçəklər,
İlk eşqimin təkcə səndə gözü var.
Məhəbbətin sevincinə qovuşmaq sevib-sevilən gənclərin müqəddəs arzularıdır.  Nəbzləri bir döyünən könüllərin vəhdəti – ən həyati gözəllikdir! Belə gözəlliyi, ali istəyi – xoşbəxt ailə qurmaq tamamlayır. Bir ailə ocağının doğuşu neçə ocaqlarda sevinc doğurur. Bu səadəti qoruyub yaşatmaq üçündür gəncliyin sevgi dünyası:
Sən düşmüsən ürəyimə birinci,
Anam bilib, artıb evin sevinci…
Bir söz deyim, nə küs məndən, nə inci:
“Könül sevən…” düz misaldı, qadası!..
Qohum-qardaş əncam çəkir bu işə:
-	Bizdən sizə elçiliyə kim düşə?
Sinəm üstə boyun bükən bənövşə
Toy gününə bir sualdı, qadası!…
Knyaz Aslan məhəbbəti özündə nəcib əxlaq gö¬zəlliyi daşıyır. Həya hissi əxlaqını bəzəyən gənc¬liyi ürəkdən tərənnüm edir. Milli mənəviyyatımız gəncliyin tərbiyəsində bu hissi xüsusən ülviləşdirir.
Bu xüsusda filosoflar etik düşüncələrində ayrıca söhbət açıblar. Həyanı, doğrunu filosof Platon insanlara Allah payı sayırdı. Bunu insan birliyinin sağlam mənəvi təməli kimi mənalandırırdı.
Sadəcə, məhəbbətdə saf əxlaqı ucaltmaq – nə qədər tərbiyəvidir:
Səadətdi, sədaqətdi, səfadı,
Ülviyyətdi, məhəbbətdi, vəfadı,
Uca tutar təmiz eşqi, saf adı,
Yalan keçməz ələyindən bu qızın.
Sevgi dolu bir piyalə içirib,
İlk eşqimi ürəyinə köçürüb,
Üzüyümü barmağına keçirib,
Yapışaydım biləyindən bu qızın.
Knyaz Aslan adət-ənənəmizin gözəl xüsusiy¬yətinə sədaqətini saxlayır. Həyat tərzimizin təmiz başlanğıclarından gəlir bu sadiqliyin qaynağı. Doğma təbiət bəxş edib şairə bu gözəl təbiiliyi. “Düz ilqarlı bizim dağlar" (Vurğun) ona saflıq verib.
Başkeçidin qosqocaman dağları heyrətləndirib şairi – xarakter bütövlüyünü doğurub:
Yayda qarı, qışda barı saxlayır,
Örpəyi var – namus, arı saxlayır,
İlqarına bağlı yarı saxlayır,
Başkeçidin dağlarıdır bu dağlar!..
Xarakteri şərtləndirən qaynaqlardan birincisi tə¬bi¬ət olduğu məlum gerçəkdir. Təbii mühitə köklü bağ¬lılıq elin həyatında əksini tapıb. Təbiəti rəmz-ləş¬dirmək eyni zamanda əxlaqi şüura təsir gös¬tə¬rib. Xalq zirvəsi qarlı dağlarımızı əyilməzlik, mərd¬lik timsalı sayıb. Əxlaq idealımızda bu simvol ey-nilə əzəmətliyi təsəvvürdə canlandırıb. (“Hə¬qi¬qə¬tən əzəmətli olmaq çətindir: əxlaqi mükəmməlliyə varmadan bu mümkün deyil", - deyir Aristotel).
Knyaz Aslan bu rəmzlərdən şeirdə uğurla istifadə edir – bundan tərbiyəvi məna çıxarır:
Dağlar! Vüqarına vurulmuşam mən,
Əymirsən başını bircə kərə sən.
Dağ baba! Hə olar əzəmətindən
Bir az da nəvənə sovqat verəsən…
Dağlarda şair doğulan, təbiətin ehtişamlı gözəlliklər aləmində böyüyür. Onun ilhamının əzəl mənbəyi bu füsunkar aləm olur. Şair xəyalının, bədii zövqün duruluq çeşməsi burdan başlanır.
Knyaz təbiət gözəlliklərindən şeirdə lövhələr rəsm etməyi sevir. Yaz yağışından sonra təbiətdə canlanan mənzərəyə diqqət edin:
…Arılar öpüşdü güllə, çiçəklə,
Qaranquş aləmə yaydı səsini.
Gizlənpaç oynadı quş kəpənəklə,
Çeşmələr oxudu şən nəğməsini.
…Təbiət sevinib göy qurşağını
Asdı göy üzündən bir çələng kimi!..
Bu şeirdə öz-özünü təzələyən təbiətə heyranlıq var. Şairin gözəlliyə heyranlığı ovqatını təzələyir, estetik zövqünü rövnəqləndirir. Belə cazibəyə qapılmaq onda daxili ehtiyaca çevrilir.
Knyazın poeziyası mənəvi gözəllik qaynaq¬la¬rın¬dan xüsusilə qüvvət alır. Şair ilk növbədə ruhən saz-söz ahəngində köklənib. Bundan əlavə mu¬ğa¬ma¬tı sevir, zəngin şeir ənənəmizə bağlıdır. Sənəti ya¬şadanlardan neçələrinə ehtiram bildirən şeirlər həsr edib.
Xalq başlanğıcına bağlı meyilləri Knyazda vətən sevgisini qüvvətləndirib. Azərbaycan torpağının düşdüyü ağır dərdləri ürəyində daşıdığı duyulur. Torpağı yağıya qurban verənlər, “vətəni dərəyə, düzə bölənlər” onun nifrətinə hədəf olublar. Yurdu dərdə düçar edən şəri, hakimiyyət hərisliyini, tamahı kəskin tərzdə tənqid edir.
Şair müasir dünyanın gedişatından narahat olduğunu şeirlərində bildirir. Müharibələrə mübtə¬la olan zamanımızda dünyaya əmin-amanlıq istəyir:
Ərzin qan təzyiqi qalxmasın göyə,
Hər kəs kainatda bilsin yerini.
Yer üzü əbədi yaşasın deyə,
Qoruyaq dünyanın əsəblərini!..
Knyaz Aslan yaradıcılığının əsas xüsusiyyətini bu deyilənlər göstərir. Ancaq burda onun təkcə poe¬tik yaradıcılığından söhbət getdi. O, eyni zamanda gözəl jurnalist kimi geniş şöhrətlənib. Neçə-neçə elmi və ədəbi jurnallarda həm re¬dak¬tor kimi, həm də istedadlı publisist kimi uğurla çalışır. Bakı Dövlət Uni-versitetində və  Xəzər Universitetində zəngin kitab mədəniyyəti, kitabxana tarixi, ədəbiyyat təbliği, Azərbaycan və dünya ədəbiyyatı, jurnalistikanın müxtəlif sahələri ilə bağlı mühazirələr oxuyur; se¬vim¬li müəllim kimi tanınır.
Bu yazı Knyaz Aslanın 40 yaşına ayrıca ərməğandır...
Ona ən xoş arzularla!..
Bakı
Tanınmış alim, şair-publisist və nəcib insan
(Həzrəti Əli ə.s.)
“Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən uzaqlaşmaq kimi insan ömrünü məhv etmir”.
(Loğman)
İnsan daim axtaran varlıqdır. Həm də axtarışlarını dayandıran kimi sanki o, sahib olduğu ülviliklər zirvəsindən aşağı, adi canlılar səviyyəsinə doğru enir. Tapanda da axtarmaq, tapmayanda da axtarmaq, getdikcə daha dərinliklərə enmək, öz zəka nuru ilə zülməti işıqlandırmaq- insana nəsib olan yeganə yol budur.
Həyatda yazıb-yaratmaq, fəaliyyət göstərmək, öz yaradıcı fəaliyyətinin nəticələri ilə fəxr etmək insana  heç bir şeylə müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-yeni elmi yaradıcılığa ruhlandırır.
Yunan dramaturqu Sofokl yazır: “Dünyada heyrətedici  güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur”. Doğrudan da özünü dərk edən insan öz gücünü, qüvvəsini, intellektini, potensial imkanını cəmləyib bir yerə yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını həyata keçirər. Bunun əsasında da insanın özünəinamı dayanır. Bu xüsusiyyətlər ən çox yaradıcı adamlarda mövcud olur. Çünki yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək bacarığı aşılayır. Əgər insan  nəfsini öz əsirinə çevirə bilsə, bu adam həyatda hər istəyinə müvəffəq ola bilər. Yüksək insani keyfiyyətlərə malik olan yaradıcı şəxslər digərlərindən yüksəklikdə dayanaraq cəmiyyət arasında həmişə hörmət və rəğbətlə qarşılanırlar. Həmin adamlar həddindən artıq təvazökar olduqları üçün həm şəxsi keyfiyyətləri baxımından, həm də yaradıcılıq baxımından diqqət mərkəzində olmaqdan çəkinərək, yalnız başlarını aşağı  salıb cəmiyyətə, insanlara, bütünlüklə  millətə xeyir verə biləcək işlərlə məşğul olurlar. Bunun müqabilində onlar kimsədən nəsə ummurlar. Yuxarıda sadaladığımız yüksək insani keyfiyyətlərə malik olan gözəl, şəxsiyyətinə və yaradıcılığına rəğbət bəslədiyim insanlardan biri də istedadlı qələm sahibi, yaradıcı insan, təcrübəli pedaqoq, şair, tərcüməçi, yazıçı-publisist, elm xadimi,  Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Knyaz Ilyas oğlu Aslandır.
Hər şeydən öncə, Knyaz Aslanın həyat və yaradıcılığı haqqında qısa məlumat vermək istərdim. O, 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1988-ci ildə Bakı Dövlət Universitetini, 1987-1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb. 2004-cü ildə “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2006-cı ildən BDU-nun dosenti və doktorantıdır. “Azərbaycan elm, ədəbiyyat və mədəniyyət xadimləri kitab və mütaliə haqqında” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2010-cu ildən pedaqogika üzrə fəlsəfə doktorudur. Knyaz Aslan Qarabağda, döyüş bölgələrində olub, Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərin müəllifidir. K.Aslan 1000-ə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-a yaxın kitabın müəllifidir. Həmçinin, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “Ön söz” müəllifi, rəyçisi və redaktorudur. Onun şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub. O, özü də A.Puşkin, M.Lermontov, S.Yesenin, T.Şevçenko və digər şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.
Yazıçı, şair, publisist, pedaqoq  Knyaz Aslan yüksək insani keyfiyyətləriylə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir.
İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, məqsəd və məramına çatmaq üçün gərgin əmək sərf etmək bacarığıdır. Doğrudan da zəhmət, əmək insanı şərəfləndirir, ona məmnunluq, bəxtiyarlıq bəxş edir.
Knyaz müəllim yaşadığı cəmiyyətdə ictimai dəyərini bilən, öz yaradıcılıq imkanları ilə ədəbi mühitdə özünəməxsus atmosfera yaradan və oxucularına, onu sevənlərə gərəkli olduğunu başa düşən yazarlardan və pedaqoqlardandır.
O, hər zaman ağıllı davranışı, səmimi rəftarı, məntiqi mühakimələri, maraqlı müsahibələri, duzlu-məzəli söhbətləri ilə başqalarına örnək olmuşdur.
Çin mütəfəkkiri, siyasi xadim və pedaqoq Konfutsi deyirdi: “Hər kimdə bu beş keyfiyyət olsa demək o, insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə, ona dayaq olurlar, əgər hörmətcildirsə, ona rəğbət bəsləyirlər, düzgündürsə, ona etibar edirlər, əgər o, ağıllıdırsa, uğur, xeyirxahdırsa, hörmət qazana bilər”. Konfutsinin sadaladığı beş insani keyfiyyətlərin hamısı Knyaz  müəllimdə vardır.
Mən Knyaz müəllimlə həm iş yoldaşı, həm də yol yoldaşı olmuşam. 1993-cü ildə müəllimlik fəaliyyətimə son verdikdən sonra Azərbaycan mətbuatında ilk dəfə olaraq jurnalist kimi işə “Mühakimə” qəzetindən başladım. O zaman səhv etmirəmsə, Knyaz müəllim həm “Müxalifət” qəzetində, həm də “Mühakimə” qəzetində işləyirdi. Hələ, o vaxtlar Knyaz müəllimin hər hansı bir mətni yaxşı redaktə etmək qabiliyyəti vardı. O, ilk baxışdan bəyənilməyən bir məqaləni yaxşı, oxunaqlı bir yazıya çevirirdi. Mən qəzetdə ilk dəfə işlədiyimə görə  Knyaz müəllimin mənə köməyi çox olubdur. Bu gün tanınan bir yazar olduğuma görə ona minnətdaram. İş yoldaşı kimi də Knyaz müəllimin yoldaşlığına söz ola bilməzdi. O, təkcə iş yoldaşlarına deyil, həm də digər insanlara qarşı da çox səmimi, mehriban, gülərüz, istiqanlı, qayğıkeş, xoşrəftar birisiydi. Knyaz müəllim eyni zamanda, yüksək iradi – qətiyyətlilik, cəsarət, özünəinam, özünü ələ almaq, məsuliyyət hissini dərk etmək, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olan şəxsdir.
Bir dəfə iş yoldaşlarımızdan birinin anası rayonda rəhmətə getmişdi. Biz də kollektiv olaraq həmin rayona hüzürə getdik. Knyaz müəllim də bizimlə bərabər idi.Yol boyu darıxmamaq üçün yoldaşlardan kimsə dedi ki, yaxşı söhbət və ya yaxşı şeir deyən olarsa yolumuz qısalar. Mən ilk dəfə olaraq Knyaz müəllimin dadlı-məzəli söhbətlərini və şeirlərini o zaman eşitdim. O, yorulmadan və heç kəsə imkan vermədən rayona kimi həm maraqlı söhbət etdi, həm də çoxlu şeirlər dedi. Knyaz müəllimin söz dünyası sanki bir ümmandır, bitib-tükənmək bilmir. O, şeirlərini elə pafosla deyir ki, qarşısındakı insanları sehirləyir, onları düşündürməyə, anlamağa məcbur edir. Şair kimi onun özünəməxsus dünyası var. Onun bu dünyası sevgidən, etibardan, inamdan, ilahi eşqdən, insanlara hədsiz məhəbbətdən yaranmışdır. Bəzən düşüncələrə dalan şair ilahi duyğuların qonağı olur və Adəm övladını nəfsinə qalib gəlməyi, tamahına uymamağa səsləyir:
Danma, Knyaz Aslan, söylə doğrunu,
Tamah məhvə çəkir insan oğlunu...
Bəlkə unutmuşuq haqqın yolunu,
İlahi, dünyanın qibləsi hanı?!
Şair Knyaz Aslanın Vətən, Yurd, torpaq sevgisi sonsuzdur. O, doğma yurdu hər şeydən uca tutur, onun həsrətini çəkmək onunçün ağırdır, iztirablıdır. Yurd dərdi təbiidir ki, əsrlərdir ki, hamımızı için-için göynədir, sızladır:
Yad eldə saray qəfəsdi,
Doğma yurdda koma bəsdi,
Ana qədər müqəddəsdi,
Torpaq dərdi, Vətən dərdi...
Knyaz Aslan cəsarətli şairdir. O, hər zaman  qorxmadan, çəkinmədən öz sözünü üzə deyən şairlərdəndir. Onun 20 yanvar faciəsinə həsr etdiyi “Ulu Tanrı, sənə qaldı bizimki...” adlı şeirindəki kimi:
...Qol götürüb çox havaya süzmüşük,
Oyunbazın oyununa dözmüşük.
“Can” demişik, canımızdan bezmişik,
Ulu Tanrı, sənə qaldı bizimki...
Çoxaldıqca fırıldaqlar, oyunlar,
Yoğunlayır kəl peysərlər, boyunlar.
Bizi yeyir, bizdən dönən qoyunlar,
Ulu Tanrı, sənə qaldı bizimki...
Mən  Knyaz Aslanın poeziya dünyasını təhlil etmək fikrindən uzağam. Qoy bu barədə şairlər danışsın. Mən Knyaz müəllimi həm bir pedaqoq, həm də bir tədqiqatçı alim kimi dəyərli tərəflərindən, onun elmimizə və təhsilimizə verdiyi gözəl töhfələrdən də söz açmaq istərdim. Hər şeydən öncə, onu qeyd etmək istərdim ki, Knyaz Aslan kimi pedaqoq bugünkü tələbələr üçün nadir tapıntıdır. Knyaz müəllim istedadlı, bacarıqlı, erudisiyalı pedaqoq olmaqla yanaşı, həm də tələbələri üçün yaxşı yoldaş, etibarlı dost və sirdaşdır. Knyaz müəllim ilk baxışdan insanlarla səmimiyyət körpüsü yaratmaq bacarığına malik olduğu üçün o, tez bir zamanda tələbələrinin sevimlisinə çevrilmişdir. İnsanlara elm, təlim-tərbiyə öyrətmək ən müqəddəs işdir. Bu gün bu müqəddəs missiyanı Knyaz müəllim  şərəflə davam etdirir. Təhsil millətin gələcəyidir. Çin mütəfəkkiri və pedaqoqu Konfutsi (e.ə. 551-479) təhsilli insanlar haqqında belə demişdir: “Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar”. Bəli, hər şeyin başlanğıcı elm, bilikdir. Daha sonra Konfutsi bilik arxasınca gedənlər barədə deyir: “Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyandırın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın”.
Knyaz müəllim tələbələrinə həmişə F.Bekonun bu fikirlərini xatırladır. İlk öncə F.bekon kitab haqqında belə demişdir: “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir”. Daha sonra o, bilik haqqında belə söyləmişdir: “Bilik - həyatda faydalı olmaq naminə qazanılmalıdır”.
Knyaz müəllim həm də həyatda elə bir savab iş görür ki, axirətdə onun bədəlini hökmən xeyirlisiylə alacaq. Çünki o, tələbələrinə elm öyrədir. Məhəmməd peyğəmbər (s.ə.v.) elm barəsində demişdir: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elm eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.
Şəxsiyyətin fəallığı inkişaf üçün təkcə əsas deyil, həm də inkişafın nəticəsidir.Təhsil-tərbiyə özünə və insanlara sevinc gətirən fəal, təşəbbüskar, yaradıcı şəxsiyyət formalaşdırarsa, onda o, məqsədinə çatmış olar. Bu baxımdan Knyaz müəllim də tələbələri üçün əlindən gələn köməyi onlardan əsirgəmir. O, istəyir ki, onun tələbələri həyatda öz yerlərini tuta bilən,  ləyaqətli, vətənsevər, intellektli, azad fikirli, geniş dünyagörüşünə malik, hər işdə bacarıqlı və qabiliyyətli şəxslər kimi formalaşsınlar. Buna görə də Knyaz müəllim təkcə tədris prosesində deyil, eyni zamanda dərsdənkənar vaxtlarda da tələbələrinin elmi biliklərə yiyələnmələrində onlarla birlikdə olur. Belə hallarda, o,  özündə mənəvi rahatlıq tapır, məmnunluq hissi yaşayır.
Knyaz müəllim bir an belə dayanmadan çalışır, fəaliyyət göstərir. O, həm universitetdə tələbələriylə dərsdə, keçirilən müxtəlif tədbirlərdə, həm də evdə elmi və bədii-ədəbi yaradıcılığı üzərində yorulmadan işləyir. Kurt Levinin fikrincə, şəxsiyyətin hərəkətverici qüvvəsi tələbatlarla şərtlənir. Məhz Knyaz müəllimdə də elmə, yaradıcılıq axtarışına, eləcə də ədəbi yaradıclığa o qədər mənəvi tələbat duyur ki, ona görə də o, gecə-gündüz bilmədən çalışır, yazır, yaradır.  Knyaz müəllimin bu cür fəallığı onun  kamil bir şəxsiyyət kimi formalaşmasında sözsüz ki, mühüm rolu olmuşdur. Fəaliyyət prosesində təbiidir ki, ortalığa həmişə maneələr və ziddiyətlər meydana çıxır. Bu maneələr və ziddiyətlər də istər-istəməz şəxsiyyətin inkişafının hərəkətverici mexanizmini təşkil edir. Belə olan halda, insanda  özünətəsdiqə olan tələbat, özününüdərk etməyə tələbat, insani əlaqələrə olan tələbat və səmimiyyətə olan tələbat kimi psixoloji xüsusiyyətlər meydana çıxır. Və bu xüsusiyyətlər insanı kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Knyaz müəllim həm də yüksək mədəniyyətə malik şəxsdir. Mədəniyyət ilk öncə ailədən başlayır və daha sonra təhsil aldığımız elm ocaqlarında daha da təkmilləşir. Hörmət etmək, hörmətə layiq görülmək, hörmət qazanmaq mədəniyyətin bir göstəricisidi. Mədəniyyət kimi hörmət də hər kəs üçün fərqlidir. Kimisi üçün hörmət qazanmaq asan, onu itirmək çətindir, kimisi üçün hörməti qazanmaq çətin, itirmək isə bir o qədər asandır. Kimisi üçün hörmət əməldə, hərəkətdə, davranışda göstərilməlidir. Hörmət qarşındakına olan bir növ sevgidir, nəzakətdir.Yüksək mədəniyyətə sahib olan şəxslər cəmiyyətdə həmişə  hörmət-izzətə layiq olublar. Bu baxımdan Knyaz müəllim də istər ailədaxilində olsun, istərsə də cəmiyyətdə həm özünə, həm də başqalarına hörmətlə yanaşmağı bacaran insandır. Ona görə də həm evdə, həm də cəmiyyətdə ona böyük hörmət bəslənir və onu çox sevirlər. Tələbələri isə Knyaz müəllimə təkcə istedadlı, təcrübəli bir pedaqoq kimi deyil, həm də gözəl bir insan və mükəmməl bir şəxsiyyət kimi hörmət edirlər. Bildiyimiz kimi,  hər bir şəxsiyyət yalnız fəaliyyət və ünsiyyət prosesində formalaşır. Məhz bu cəhətə görə deyə bilərik ki, Knyaz müəllim mənəvi cəhətdən çox inkişaf etmiş şəxsiyyət və kamil insandır.
Məncə, Knyaz müəllim özünü xoşbəxt insanlardan saya bilər. Çünki onu hər kəs sevir və ona böyük hörmət, rəğbət bəsləyirlər. Mən bu yazımda Knyaz müəllim haqqında yalnız içimdən gələn fikirlərimi söylədim, onun necə bir insan və şəxsiyyət olduğunu göstərməyə çalışdım. Knyaz müəllimin elmi, pedaqoji, bədii-ədəbi yaradıcılığı və həyatda qazandığı uğurları, mükafatları barədə geniş söz açmaq istəmədim. Çünki onun həyatda həm elmi, həm də ədəbi yaradıcılıq sahəsində qazandığı uğur və mükafatları sadalamaqla bitmir: “Əla təhsilə görə” nişanı (1977), “Qızıl medal” (1979), “Nizami Gəncəvi mükafatı laureatı” (1982), “Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının Fəxri Fərmanı” (1985), “Büllur Qələm” mükafatı laureatı (1991), “Həsən bəy Zərdabi mükafatı laureatı” (1994), “Şəhriyar mükafatı laureatı” (1995), “Sergey Yesenin mükafatı laureatı” (1995), “Ömər Faiq Nemanzadə mükafatı laureatı” (2000), “Qızıl saz” mükafatı laureatı (2002), “Qızıl kitab” mükafatı laureatı (2002), “Peşəkar jurnalist” mükafatı laureatı (2005), “Kamil söz ustası” mükafatı laureatı (2006), “Abdulla Şaiq mükafatı laureatı” (2007), “Cəsarətli qələm” mükafatı laureatı (2007), “Qızıl qələm” mükafatı laureatı (2007), “Müqəddəs qələm” mükafatı laureatı (2008), “Ədalətli müəllim” mükafatı laureatı (2010), “Vətən naminə” mükafatı laureatı (2010), “Ana Yurd” mükafatı laureatı (2010), “Ustad” mükafatı laureatı (2010), “Səhər” mükafatı laureatı (2010), “Böyük Qurtuluş” mükafatı laureatı (2010), “Kamil sənətkar” mükafatı laureatı (2011), “Qafqaz qartalı” mükafatı laureatı (2011), “Mütəfəkkir” mükafatı laureatı (2011), “İstedad” mükafatı laureatı (2011), “Ziyalı” mükafatı laureatı (2011), “Zərif qələm” mükafatı laureatı (2011), “Xalq ziyalısı” mükafatı laureatı (2011), “Borçalı” ədəbi mükafatı laureatı (2011), “Reytinqli jurnalist” mükafatı laureatı (2011) və s...
Mən qardaşım və etibarlı dostum Knyaz Aslanı 55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona həyatda hər şeydən öncə, insana vacib olan cansağlığı, uzun, mənalı və şərəfli ömür, ailə səadəti, xoşbəxtlik, sevinc dolu və fərəhli günlər, xoş gələcək, elmi-ədəbi yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.
Tanrı Səni qorusun, qardaşım! Həmişə Allah amanında ol!
Camal  ZEYNALOĞLU,
MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ, ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ
Hamı xəbərdardı - Xəbərin olsun...
Hələ dağlar xəbərsizdi sözümdən –