Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediaxeb6/public_html/turan.info.az/engine/classes/templates.class.php on line 160 "Borçalı" Cəmiyyəti - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi https://turan.info.az/ tr "Borçalı" Cəmiyyəti - Turan.info.Az | "TURAN" İnformasiya Mərkəzi DataLife Engine DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!.. https://turan.info.az/gurcustan/darvaz/594-doum-gnnz-mbark-musa-mllm..html https://turan.info.az/gurcustan/darvaz/594-doum-gnnz-mbark-musa-mllm..html DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!.. Dekabrın 26-ı Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlunun Ad günüdür.
Biz də Musa müəllimi Ad Günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..]]>
Müşviq BORÇALI Thu, 26 Dec 2019 15:59:31 +0000
BORÇALI ZİYASI https://turan.info.az/elm/2067-borali-zyasi.html https://turan.info.az/elm/2067-borali-zyasi.html BORÇALI ZİYASI

Hamımız bilirik ki, indiki yaşadığımız ərazi bütöv Azərbaycan deyil, Vətənmizin qərib düşmüş yurdlarından biri də müasir Gürcüstanın ərazisi sayılan qədim köklərə gedib dayanan Borçalı yurdudur. Borçalı - Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Aşağı Kartli diyarı adlandırılan və Ermənistanın şimal-şərqində yerləşən və hazırda Loru və Tavuş mərzləri adlandırılan inzibati vahidin tarixi adıdır. Azərbaycan türklərinin qədim torpağıdır. Etimoloji araşdırmalara görə Borçalı toponiminin "börü" və "çala" sözlərinin birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Mənası "qurd çalası" və ya "qurd oylağı" deməkdir.

Mənim qədim türk yurdu haqqında qısaca arayış verməkdə məqsədim Azərbaycan tarixini bir tarix müəllimi olaraq araşdırmaq yox, sadəcə o yurdda doğulub, bir çox Borçalı ziyalıları kimi taleyini ana Vətənlə bağlayan əziz qardaşım, dostum, dəyərli ziyalı turan.info.az saytının Təsisçisi və "Ziya", “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin Baş redaktoru MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu ÇOBANOV) haqqında ürək sözlərimi onun bu şad günüdə dəyərli oxuculara çatdırmaq istəyimdir.

MÜŞFİQ BORÇALI - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. Doğulduğu türk yurdunun saflığından bəhərlənən Müşfiq qardaşımın əməksevərliyi, elmə, biliyə, ədəbiyyata marağı onu Gürcüstan dövlətini hakimiyyəti altında yazıb yaradan, öz dilinə, soyuna-kokünə bağlı olan el-elat sevgili, qəlbi yurd istəkli şairlər, aşıqlar, yazıçılar haqqında və onların yaradıcılığı barədə "Gürcüstanda Azərbaycan Ədəbiyya¬tının inkişaf meyilləri (1960-2010)” mövzusunda sanballı elmi əsəri öz dəyərini qazandı. Borçalı mahalını bütünlükdə yaşadan ziyalılardı. Başqa dövlətin, başqa dilin, başqa dinin içində öz dilini, dinini, varlığını qoruyub saxlamaq, dədə-babalardan yadigar qalmış öz dəyərlərinə sahib çıxmaq böyük cəsurluq, mərdlik, kökə-soya sonsuz sevgi tələb edir. Məhz bu istedadlı insanların varlığı haqqında, onların yaratdıqları barədə bir elmi əsər yazmaq və bunu böyük zəhmət hesabına araya-ərsəyə gətirmək Müşfiq Borçalının ümdə vəzifəsi oldu. Dəyərli qardaşım Müşfiq Borçalı şeirləri dillər əzbəri olan unudulmaz Müşfiqimizin adın daşıyır, O bu ada layiqliyini həyatı boyu sübut etdi.

Onun bu illər ərzində çap olunan kitabları onun məhsuldar bir yazar olmağından xəbər verir. Müşfiq Borçalının "Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), "Çağdaş Borçalı ədəbi məktəbi" (Baki, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gürcüstan" (1995), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009), "Ziya"dan "Çənlibel"ədək" (1998), "Qəhrəmanlıq dastanı: Dədə Qorqud-1300" (1998, 2000), "Borçalı şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərəmin poeziya yaradıcılığı" (2010), "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" (2011), "Əkiz alim qardaşlar" (2001,2011), "Borcalının aqbirçək anası - şairə Mayqa Mətin" (2013), "Bu Dostluğun yaşı çox!..." (2014), "M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) və s. kitabları işıq üzü görüb.

Müşfiq Borçalı ilə dostluğum tək iki insanın bir-birinə qardaşlığı yox, həm də qərib düşmüş yurdlarımızda varlığımızı yaşadan insanlarımıza kök-soy sevgisidi! Tanışlığımızdan bu günə qədər aramızda olan bağlılıq, ülfət dostluq, qardaşlıq məqamını isitdi, ülviləşdirdi. Allah bu mehribançılığı, bu saflığı bizə çox görməsin. Vətən sevgisi qədər ömrümüz boyu əbədi olsun. Dəyərli qardaqşım, Müşfiq Borçalı, uğurların bol olsun, sizi daim sənət zirvəsinə doğru addımlayan görüm, bu yolda heç zaman yorulmayasız. Çünki sənət zirvəsinin yolu uğur sevən¬lərin, əmək sevərlərin, bilik sevərlərin yoludu. Arzu edirəm ki, bu yolun yoxuşları enişlərindən az olsun!

Dəyərli dostum, qardaşım, Müşfiq Borçalı, "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyin dissertasiyanın yekdilliklə qəbul edildiyi xəbərini eşidib çox şad oldum. Bu dəyər həm sizinn çəkdiyiniz zəhmətə, həm də orada yaşayan qəlbi ayrılıq niskilli soydaşlarımızın içindən parlayan ziyalılarımızın varlığına verilən qiymətdi. Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı, sizi təbrik edirəm! Şad xəbərlərlə dolu günləriniz bol olsun...Siz təkcə Borçalı ziyası yox, Bütöv Azərbaycanın ziyasısız, Allah ziyanızı azaltmasın, uğurlar sizinlə olsun, bu soyuq payız günlərində ürəyimizi şad xəbərlə isitdiniz. Zirvələr sizin olsun, dəyərli qardaşım...

Ceyhun AĞABƏYOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
19.11.2016.]]>
Müşviq BORÇALI Tue, 22 Jan 2019 15:13:37 +0000
EMİN AĞA BORÇALI (1868-1937) https://turan.info.az/gurcustan/bolnisi/2231-emn-aa-borali-1868-1937.html https://turan.info.az/gurcustan/bolnisi/2231-emn-aa-borali-1868-1937.html EMİN AĞA BORÇALI (1868-1937)
1828 – ci ildə Qacarlarla Rusiya arasında imzalanmış Türkmənçay barışığı ilə Azərbaycanın Arazdan şimaldakı tоrpaqlarının Rusiya tərəfindən işğalı rəsmən başa çatdı. Lakin bu prоsеs hеç də kеçmiş sоvеt alimlərinin iddia еtdikləri kimi yеrli əhalinin «könüllü şəkildə daha mütərəqqi оlan Rusiya tərəfinə kеçməsi», «nifrət еtdikləri Qacarlara qarşı döyüşməyə can atmaları» ilə müşayiət оlunmurdu. Rus yazıçısı A.S.Qribоyеdоvun еtirafına görə Azərbaycan tоrpaqlarının işğalı zamanı «hər addıma rus qanı çilənmişdi». Çar hökuməti Şimali Azərbaycanda, о cümlədən Bоrçalıda möhkəmlənmək üçün bir nеçə üsuldan istifadə еdirdi :
1. Əhalinin ruslara qarşı mübarizəsinə başçılıq еtmiş yеrli ağa və bəyləri sıхışdırmaq; Buna görə də «еtibarsız bəylərin cəzalandırılması, sədaqətli bəylərin isə mükafatlandırılması asiyalılara qarşı ən еtibarlı üsul» sayılmışdı. Bоrçalı ağa və bəylərini iqtisadi gücdən məhrum еtmək məqsədilə Rusiya hökuməti hələ 1802-ci ildə оnlar üzərinə «murоvlar» adlı nəzarətçilər qоymuşdu. Murоvlara «impеratоra qulluq işinə ziyan vuran ağaları» həbs еdib Tiflisə – Rusiyanın Qafqazdakı Baş kоmandanının sərəncamına göndərmək hüququ vеrilmişdi.Görünür bununla bağlı indi də Bоrçalı Türkləri həddindən artıq qudurğanlıq еdən adama «mоyrоy (murоv)» dеyirlər. 31 mart 1818 – ci ildə Bоrçalı və оna qоnşu bölgələrin ağalarının hüquqları və vəzifələri adlı «Əsasnamə» imzalandı. Bu «Əsasnamə» Bоrçalı ağa və bəylərini çar hökumətindən tam asılı vəziyyətə salmaq məqsədini güdürdü.
2. Bоrçalıya qеyri-türk ünsürlərin köçürməklə yеrli əhalini azlıqda qоymaq, оnların iqtisadi gücünü zəiflədib yох еtmək üçün tоrpaqlarını gəlmələrə – еrmənilərə, rus bidətçi kəndlilərinə və yunanlara paylamaq ;
Bununla belə XIX yüzilliyin II yarısında Tiflis qubеrniyası əhalisinin təхminən yarısını (107623 nəfərdən 63445 nəfərini) Bоrçalı türkləri təşkil еdirdi. Tiflis şəhərinin özündə isə 7 min Türk (azərbaycanlı) yaşayırdı. Bоrçalı qəzasının Trialеt nahiyəsində (Başkеçid və Barmaqsız)10560, Yеkatеrinеnfеld nahiyəsində (Bоlus Kəpənəkçi) 13762, Lоru nahiyəsində (Lоru,Pəmbək, Taşır, Calalоğlu, Hamamlı) 3058, Bоrçalı nahiyəsində isə (Dəmirçihəsənlə, Baydar, Sarvan,Şulavеr və s.) 36065 Bоrçalı Türkü yaşayırdı. Bu nahiyələrin idarəçiliyi ilə rus millətindən оlan pristavlar və bölgənin «yеrli» хristian əhalisindən «sеçilən» nümayəndələr «məşğul оlurdular». Bu isə yеrli müsəlman – türk əhalisinin haqlı narazılığına səbəb оlurdu. Qəza mərkəzi Şulavеr sеçilmişdi.
Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində anadan olmuşdur. Onun uşaqlığı Kəpənəkçi kəndində keçmiş, dini məktəbdə ibtidai təhsil almışdır.Daha sonra gimnaziyadarusi dilini öyrənən Emin ağa meşəçilik akademiyasında təhsil alaraq doğma kəndinə qayıtmış və atasından miras qalan malikanənin idarəsi ilə məşğul olmuşdur.El şənliyində Emin ağanın at çapmaqdakı böyük məharətinə heyran qalan Qafqaz canişini onu Telavi qəzasına mühüm vəzifəyə təyin edir. Lakin o bu vəzifədə cəmi bir il çalışdıqdan sonra yenidən Kəpənəkçiyə qayıdır.
Az sonra Emin ağa qaçaq düşür.Buna səbəb onun vəzifəli bir məmuru öldürməsi olmuşdur. Tezliklə onun ətrafında çar Rusiyasının müstəmləkəçilik siyasətindən narazı olan Borçalı gəncləri də qoşulurlar.
Emin ağaya xüsusi rəğbəti olan Borçalı pristavı Tarxanov onun haqqında açılan cinayət işini xətm etdirir. 1898-ci ildə Emin ağanı “adam oğurluğunda” ittiham edən çar məhkəməsi onun bütün imtiyazları əlindən almaqla sürgünə göndərilməsi haqqında qərar çıxardır. Halbuki Emin ağa öz nişanlısını götürüb qaçmışdı. Lakin knyaz Orbelianinin oğurlanmış at ilxısını geri qaytarması ilə bağlı xahişini bacarıqla yerinə yetirməsinə görə Emin ağa əfv olunur. Sürgün qərarı bir aylıq həbslə əvəz olunur.
1898-ci ildə öz nişanlısını qaçırdığına görə həmin il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınsa da, həmin dövrdə qaçırılan knyaz Orbelianinin atlarının geri qaytarılmasındakı roluna görə sürgün cəzası bir ay həbslə əvəz olunur. Həbsdən azad olduqdan sonra doğma kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.
1905-1907-ci illər inqilabı zamanı Borçalıda da ermənilərlə türklər arasında milli münaqişə baş verdi. Tiflisin Meydan və Hallovar məhəllələrindəki savaşlar daha gərgin idi.1905 - ci ilin fevralında Borçalı qəzasının kəndlərində yaşayan türklər Emin ağa başda olmaqla Tiflisdəki soydaşlarına köməyə gələrək, erməni millətçilərini geri oturtdular. Çar hökuməti Qafqazda yenidən canişinlik sistemi yaradaraq,Borçalıda hərbi vəziyyət elən etdi. Borçalıların başbilənləri olan K.E. Ünsüzada, A.M.Bədəlov, İ.S. Həsənzadə, M.A.Abbaszadə, «Borçalı Müsəlman təşkilatı»nın üzvləri S.Əliyev və M.Mirzəyev göz altına alındı. Bununla da Borçalı türklərini sakitləşdirmək mümkün olmadı. 1909 - cu ilin oktyabrından Borçalıda yerli türklərin də idarəçililkdə iştirakını nəzərdə tutan islahat keçirildi. Qəza üzrə 6 zemstvo idarəsi təşkil edildi. Burada 46 nümayəndə təmsil olunmuşdu. 5 iyun 1912-ci ildə Qafqaz canişinin əmrilə Borçalıda hərbi vəziyyət ləğv olundu.
1917-ci ci ilin fevralında Rusiyada baş vermiş inqilab nəticəsində çarizm devrildi. Bu hadisədən sonra Cənubi Qafqazda da bütün keçmiş çar Rusiyası ərazisində olduğu kimi ikihakimiyyətlilik yarandı. Peterburqda yaradılan Müvəqqəti hökumət yerlərdə əvvəlki hakimiyyət orqanlarını ləğv edərək öz hakimiyyət orqanlarını yaratmağa başladı.Çarizmin devrilməsindən sonra Cənubi Qafqazda gizli fəaliyyət göstərən siyasi partiyalar açıq fəaliyyət göstərməyə başladılar.Martın 9-da IV Dövlət Dumasının 5 nəfər üzvündən ibarət xüsusi Cənubi Qafqaz Komitəsi təsis edildi. Komitə martın 18-də rəsmi işə başladı.Bu komitədə A.Çxenkelinin xüsusi rolu var idi.Cənubi Qafqazda «Müsəlman Milli Şuraları»nın böyük nüfuzu var idi. yaradıldı. Borçalının «Müsəlman Milli Şura»sına S.Əliyev və M.Mirzəyev başçılıq edirdilər.12 sentyabr 1917 - ci ildə Borçalıda nizam-intizamı təmin etmək adı ilə Şulaverə, Başkeçidə, Bolus Kəpənəkçiyə və Calalogluna hər birində 100 əsgər olmaqla 4 rota yerləşdirildi.
1917-ci ilin oktyabrında Peterburqda dövlət çevrilişi edən bolşeviklər Müvəqətti hökuməti devirdilər. Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) komitəsi bolşevik rejimini tanımadığına görə devrildi.Cənubi Qafqazı idarə etmək üçün noyabrın 15-də Tiflisdə, Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə Y.P.Gegeçkorinin sədrlik etdiyi Mavəraye Qafqaz hökuməti təşkil olundu.
1917-ci il 17 dekabrda Borçalıya yiyələnmək uğrunda ermənilərlə gürcülər arasında toqquşmalar başladı. Hakimiyyət boşluğundan istifadə edən ermənilərin 1917-ci ilin dekabrında qəfildən Borçalıdakı türklərinə qarşı qəfil hücumlarından Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli, Kolagir, Qızıl Hacılı,Ləmbəli, Körpülü,Taşır daha çox əziyyət çəkdilər. Emin ağa mülki əhalinin erməni quldurlarından qorunması üçün əlindən gələni etdi. Məsələn, Başkeçiddə yerli əhalinin təşkil etdiyi 200 nəfərlik hərbi dəstə erməniləri ağır itki verərək geri çəkilməyə məcbur etdi.
Mart ayının 3-də I Cahan savaşından çıxdığını bildirən Sovet Rusiyası Brest-Litovsk sülh müqaviləsi imzaladı. Müqavilənin şərtlərinə görə 1877-1878-ci illər rus-Osmanlı müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, Qars, Ərdəhan və Batum viayətləri Osmanlıya qaytarılmalı,rus əsgərləri Osmanlı ərazilərində və sərhəddə yerləşən erməni silahlı birləşmələrini tərkisilah etməli idilər.1918-ci il mart ayının 11-də fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Mavəraye Qafqaz hökumətinin nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı hökuməti isə Mavəraye Qafqaz hökumətinin nümayəndə heyətinin Brest-Litovsk müaviləsinin Qafqaza aid maddələrinə etirazına münasibətini bildirərək qeyd etdi ki, əgər Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, ilk növbədə Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməlidir.Azərbaycan fraksiyasının etirazına baxmayaraq erməni və gürcü fraksiyasının tələbi ilə aprelin 13-də Mavəraye Qafqaz hökuməti Osmanlı ilə müharibə haqqında qərar qəbul etdi. Cəmi 7 gün çəkən «müharibə»də erməni - gürcü hərbi birləşmələri geri oturduldu. Aprelin 22-də Cənubi Qafqaz müstəqil federativ respublika elan edildi. Lakin bu respublika cəmi 34 gün yaşadı. Cənubi Qafqazın xeyli hissəsini işğal etmiş Almaniyanın təhrikilə Gürcüstan 26 may 1918 - ci ildə öz müstəqilliyini elən edərək bu qurumdan çıxdı. Borçalıya yerləşdirilən alman hərbi hissələri sözün əsl mənasında quldurluqla məşğul idilər. Qasımlı kəndindən 65 pud taxıl müsadirə edən almanlar, Sarvan kəndi əhalisinin hədələyərək onlardan 150 min qızıl rubl ödəməyi tələb etmişdilər. Emin ağa, Borçalı sakinlərinin həm Rus əsgərləri həm Borçalıda məskunlaşan almanlarla həmdə erməni gürcü dəstələrilə münaqişə apardığını görüb tez bir zamanda Borçalı gənclərindən ibarət Milli Şura yaradaraq düşmənlərlə ölüm dirim savaşına başlayır.Borçalı Milli Şurasının döyüşçüləri Lüksemburqda (indiki Bolnisi) almanları darmadağın edir, ermənləri isə böyük itkilər verdirərək geri otuzdurur. Belə gərgin bir şəraitdə Borçalı türkləri «Qarapapaq xanlığı» yaratmaq qərarına gəlmiş və bu niyyətlərin həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə bildirdilər : «… İndi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir.Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla «Qarapapaq» xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis də daxil olmaqla bizim Azərbaycan tərkibinə qatsın». Bu müraciət Borçalının həm sünnü (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları, həm də Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə tərəfindən imzalanmışdı.Lakin təəssüf ki nə Azərbaycan,nə də Osmanlı hökumətləri Borçalı Türklərinə elə bir ciddi dəstək vermədilər.
1918-ci il 30 oktyabrda imzalanmış Mudros barışığına görə I Dünya müharibəsində məğlub olan Osmanlı orduları bir ay ərzində bütün Qafqazdan çıxarılmalı idi. Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra noyabr ayının 17-də Antanta qoşunları Qafqaza daxil oldu. Belə bir şəraitdə həmin ayda Ahıska Müvəqətti hökuməti, Borçalı - Qarapapaq Cümhuriyyəti və Araz Respublikası «Qars İslam Respublikası» tərkibində birləşmək qərarına gəldilər. 30 noyabr 1918 - ci ildə Qarsda toplanan konqresə Ordubad, Naxçıvan, Ağbaba, Kəmərli, Sürməli, Sərdarabad, Borçalı və digər yerlərdən 60 nümayəndə gəldi. Borçalılıl Emin ağa Acalov bu konqresdə Qars İslam Respublikasının Milli Məclisinin sədri seçildi.1919 - cu ilin yanvarından Qars İslam Respublikası Cənub-Qərb Qafqaz Türk Respublikası adlandırılmağa başladı. 40 min kv.km sahəsi, 1800000 əhalisi (onun 1 milyon yarımını türklər təşkil edirdi) olan bu dövlətin tərkibinə Batumdan (Kiçik İstambul) Ordubad da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi.Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər. 8 Dekabr 1918 tarixində “ Qars İslam Cumhuriyyəti ” adından Yaponiya imperatoru Yesixotaya göndərilən teleqramda deyilirdi :
Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !
Asiya asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edir, Qars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir asiyalı olaraq rica edirik!
Dövlətin günü-gündən güclənməsi İngilisləri çox narahat edirdi.Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər.Beləcə 1919-cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Qafqaz Türk Respublikasının varlığına son qoydular.Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib, cəzasını Tiflis həbsxanasında çəkməsinə nail olur. Metex qalasında cəza çəkən Emin ağa oradan qaçaraq gecə həbsxana rəisinin evinə gələrək ona deyir: "Görürsən ki azadlıqadayam, mən asanlıqla can verən deyiləm.İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın." Emin ağanın bu şücayətini görən rəis ona – "səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan" - deyir. Bundan sonra Emin ağa Qazağa gəlir və ömrünün sonuna qədər burada yaşayır.O, 1937-ci ildə vəfat edir.Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.
Emin Ağa'nın 1912 ilində Tiflisdə Azərbaycan dilində yayımlanmış "Bəsdi, Oyan!" adlı kitabı nəşr olunmuşdur.Kitabın ön sözündə Emin ağa yazırdı: "Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim..."
.
O, 1937-ci ildə vəfat edir. Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.

===

]]>
Müşviq BORÇALI Mon, 21 Jan 2019 01:13:20 +0000
AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!.. https://turan.info.az/gurcustan/bolnisi/2128-ad-gnn-mbark-elmar-by.html https://turan.info.az/gurcustan/bolnisi/2128-ad-gnn-mbark-elmar-by.html AD GÜNÜN MÜBARƏK, ELMAR BƏY!..
TƏBRİK EDİRİK!..
Bu gün gənc və dəyərli dostumuz, hörmətli eloğlumuz, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elmar Həsənlinin Ad günüdür!..
36 yaşı tamam olur..

Elmar Bayramalı oğlu Həsənli (Həsənov) 2 dekabr 1981-ci ildə qədim Borçalı mahalənda (indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində - Gürcüstan Daxili İşlər Nazirliyinin kapitanı Bayramalı (Səyyad) Həsənovun ailəsində doğulub.
Uşaqlığı və erkən gəncliyi Faxralı kəndində keçib.
Milliyətcə Qarapapaq türküdür.
Borçalının Qıpçaq soylu qədim Hasanlı nəslindəndir.
Qıpçaq soylu Qarapapaq nəsli olan Hasanlı nəslinin nümayəndələri 1124-cü ildə Cənubi Qafqaz ərazisinə indiki Volqa-Don çöllərindən, Dəşti-Qıpçaqdan köç etmişlər və Borçalının Faxralı elində məskunlaşmışlar. Səfəvi-Osmanlı müharibələri zamanı Hasanlı soyu dəfələrlə Səfəvi imperiyasının iç ərazilərinə köç etmiş və sonradan Borçalıya Faxralı elinə dönmüşlər. Hasanlı nəslidən Borçalı iri torpaq sahibkarlarından olan Təhməzqulu Ağa Hasanlı Elmar Həsnovun ulu babasıdır.




Elmar Həsənli 1987-1996-cı illərdə Bolnisi rayon Faxralı Natamam orta məktəbində, 1996-1998-ci illərdə Faxralı orta məktəbində təhsil alıb.

1998-ci ildə orta məktəbi başa vurub və Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsinə daxil olub.

2002-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

2008-ci ildə Ə.Topçubaşov adına Ali Siyasi Məktəbin “İdarəetmənin təşkili” kursunu keçib.

2012-ci ildə Qafqaz Siyasi Texnologiyalar İnstitutunun “Konfliktologiya" kursunu bitirib.

Azərbaycan, türk, rus və gürcü dillərində sərbəst danışır.


Elmar Həsənov ictimai-siyasi fəaliyyətinə çox gənc yaşlarından başlamışdır.
1999-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi İdarə heyətinin üzvü, 2000-2003-cü illərdə Azərbaycan “Sabah” Gənclər Birliyi sədrinin müavini vəzivələrini tutmuşdur.

2004-cü ilin fevralında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Beynəlxalq əlaqələr üzrə katibi təyin edilmiş və 2007-ci ilə gədər bu vəzifəni icra etmişdir.
GAMA beynəlxalq əlaqələr üzrə katibi kimi E.Həsənov Gürcüstan türklərinin müxtəlif problemləri ilə bağlı BMT, ATƏT və Avropa Şurasında məsələlər qaldırmış və bununla bağlı beynəlxalq təşkilatlar tərəfindən tövsiyyələrin verilməsinə nail olmuşdur.

2007-ci ildə Bakıda, Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının (AGADL) Sədri seçilmişdir.

2010-cu ilə gədər Azərbaycan Gənclərinin Azadlıq və Demokratiya Liqasının Sədri vəzifəsini tutan Elmar Həsənov Azərbaycan gənclərinin demokratik ruhda təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir.

5 may 2012-ci il tarixdə Elmar Həsənov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının nümayəndəsi kimi Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının üzvü seşilmişdir.

2010-2012-ci illərdə Elmar Həsənov ikinci dəfə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Beynəlxalq əlaqələr üzrə katibi vəzifəsini icra etmişdir.

30 mart 2011-ci ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Ali Məclisinin üzvü seçilmişdir.20 aprel 2012-ci il tarixdə Elmar Həsənov Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Baş katibi təyin edilmiş və 25 dekabr 2012-ci il tarixə kimi bu vəzifəni icra etmişdir.

25 dekabr 2012-ci il tarixdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Ali Məclisinin Növbədənkənar Sessiyasında Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının 4-cü prezidenti seçilmişdir.

31 dekabr 2012-ci il tarixdə Elmar Həsənov Aşina Türk Qarapapaq Baş Şadı Öndər Aksunun fərmanı ilə Aşina Türk Qarapapaq Şadı elan edilmişdir.

11 yanvar 2013-cü il tarixdə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sədri vəzifəsinə seçilmişdir.

27 aprel 2013-cu il tarixdə isə Gürcüstan Türkləri Konfederasiyasının Rəyasət Heyətinin üzvü təyin edilmişdir. 12 iyun 2013-cü ildə Ankarda rəsmi səfərdə ikən Elmar Həsənov Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının Sədri vəzifəsindən könüllü olaraq istefa vermiş və bütün ictimai-siyasi fəaliyyətini Gürcüstan Qarapapaq Türkləri Birliyində davam etdirməyə başlamışdır.

27 sentyabr 2014-cü ildə Elmar Həsənov Gürcüstan Qarapapaq Türkləri Birliyinin Tbilisidə keçirilən 2-ci Qurultayında Gürcüstan Qarapapaq Türkləri Birliyinin Sədri seçilşmiş və həmçinin Rəyasət Heyətinin üzvü seçilmiş və 27 iyun 2015-ci ilə qədər bu vəzifəni icra etmişdir.

10 oktyabr 2015-ci ildə Qarapapaq türklərinin tanınmış liderlərindən biri, Gürcüstan və Azərbaycanın ictimai-siyasi xadimi, WFMC Asiya Peşəkar Liqasının Baş katibi Elmar Həsənli Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının federativ əsasla formalaşdırılmış Rəyasət Heyətinin ilk iclasında Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının 1-ci Prezidenti seçilmişdir.

Fəaliyyəti Azərbaycan, Rusiya və Gürcüstan ərazilərini əhatə edən Qafqaz Qarapapaq Türkləri Konfederasiyası (QQTK) 10 oktyabr 2015-ci ildə Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi (AQTİB), Şimali Osetiya Qarapapaq Türkləri Milli Komitəsi (ŞOQTMK) və Gürcüstan Qarapapaq Türkləri Birliyi GQTB) arasında imzalanan Təsis Bəyəannaməsi ilə yardılmışdır.



REDAKSİYADAN:
Biz də fürsətdən istifadə edərək, turan.info.az-ın bütün yaradıcı heyəti adından çox hörmətli eloğlumuz, Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının Prezidenti Elmar Həsənlini anadan olmasının 35 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az


.]]>
Müşviq BORÇALI Sat, 02 Dec 2017 01:49:45 +0000
Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir... https://turan.info.az/arxiv/borcaliorg/2870-arzuman-nbiyev-boral-birliyin-srtlm-adam-rhbrlik-etmlidir.html https://turan.info.az/arxiv/borcaliorg/2870-arzuman-nbiyev-boral-birliyin-srtlm-adam-rhbrlik-etmlidir.html Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir...Son vaxtlar Borçalı Birliyində növbəti gərginliklər ortaya çıxıb. Birliyin bəzi üzvləri mətbuat orqanlarında bir-birini ittham etməkdən çəkinmirlər. Bəs, bu informasiya mübarizəsinin arxasında nə dayanır.

Birliyin mətbuat xidmətinin sədri Arzuman Nəbiyevin Ovqat.com-a müsahibəsi də elə bu mövzu ətrafında olub

Aşağıda həmin müsahibəni turan.info.az-ın dəyərli oxucularına təqdim edirik...

-Borçalı Birliyində nə baş verir?

-Bu sualın cavabının uzun bir tarixçəsi var. Mən çox dərinə getmədən bildirmək istəyirəm ki, Borçalı Birliyində 2016-cı ilin yanvar ayında 8 nəfərin iştirakı ilə təşəbbüs qrupu yaradıldı. Məqsəd Birliyin sədri Zəlimxan Məmmədliyə qarşı cəbhə açmaq idi. O, fəaliyyətsizlikdə, Gürcüstan-Azərbaycan münasibətlərinə zərər vurmaqda günahlandırıldı. Halbuki, vaxtilə həmin adamlar Zəlimxan Məmmədlinin yanında idilər və eyni qaydada onu təşkilatın sədri vəzifəsinə gətirmişdilər. Bilirsiniz ki, 2009-cu ildən ötən ilə qədər Zəlimxan Məmmədli həmin təşkilatın sədri olub. Ötən ilin iyul ayının 25-də növbədənkənar konfrans keçirildi və konfranda 250-dən artıq Borçalı əsilli ziyalının iştirak etdi. Təşkilatın təsisçiləri bizim ağsaqqalımız Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli də bizlərlə bərabər idilər. Konfransda Zəlimxan Məmmədlinin bu vaxta qədərki fəaliyyəti çox ciddi tənqid atəşinə tutuldu, yeni sədr seçildi. Yeni sədr, bizim hörmətli tarixçi alimimiz BDU-nin etnoqrafiya kaderasının dosenti Kərəm Hatəm oğlu Məmmədov oldu. Eyni zamanda 21 nəfərdən ibarət İdarə Heyəti seçildi. Sentyabr ayında biz konfransın qərarını Ədliyyə Naziliyinə təqdim etdik və müsbət cavab aldıq. Bütün məsələlər də bundan sonra başladı.

Baxmayaraq ki, Borçalı Birliyi ilə bağlı Kərəm müəllimin çox gözəl planları var idi, amma bu planların heç biri reallaşmadı. Çünki, Kərəm Məmmədli yaxşı alim, vətənpərvər ziyalı olsa da, təşkilatçılığa ciddi zaman ayıra bilmədi. 21 nəfərlik İdarə Heyəti isə bütün hər işi onun görməsini gözlədi. Özləri əllərini daşın altına qoymadan bütün fəaliyyəti yalnız sədrdən gözləmək, təbii ki, fəaliyyətsizliyə, yersiz dedi-qoduya gətirib çıxarmalıydı.

-Kərəm Məmmədov sədr olandan sonra birliyin fəaliyyəti tamamilə dayandı?

-Yox, bəzi tədbirlər keçirdik, indi də keçiririk. Məsələn, Birliyimiz Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemiylə bağlı çox ciddi toplantılar keçirib, Azərbaycan hökumətinin ordakı məktəbləri kitabla təmin etməsinə nail olub.

Gürcüstanda bir vaxtlar 200-dən artıq Azərbaycan məktəbi mövcud idi. Amma son zamanlar həmin məktəblərin sayı kəskin şəkildə azalıb. Həmin məktəblərin Azərbaycan dili və ədəbiyyatı dərslikləriylə rəsmi şəkildə təchiz edilməsi çox ciddi uğur idi. Sağ olsun, Azərbaycan dövləti, ötən ilin dekabr ayında Gürcüstandakı məktəblər üçün 17 min kitab göndərdi. Bunlar Gürcüstan və Azərbaycan dövlətlərinin birgə həyata keçirdikləri tədbirlər sırasına alındı. Eyni zamanda biz də Kərəm Məmmədlinin rəhbərliyi altında kitab toplama kampaniyasına başladıq. Azərbaycanda dərc olunan bədii kitablar toplayıb Gürcüstandakı soydaşlarımıza çatdırdıq. Həmin kitabları böyük əziyyətlə Gürcüstana apardıq, müxtəlif yerlərdə kitabxanalar yaratdıq. Bunlar həyata keçirilməsəydi,Gürcüstandakı Azərbaycan dilli məktəblər yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qala bilər, soydaşlarımızın assimilyasiya prosesi başlayar və biz bir dövlət kimi perspektivdə ciddi itki yaşayardıq.

Bununla belə, yalnız Kərəm Məmmədlinin şəxsi təşəbbüsüylə ərsəyə gələn bir neçə tədbirlərlə ayaqda qalmaq mümkün deyil. Təşkilatın digər qolları da öz vəzifələrini yerinə yetirməli, strukturlarını böyütməlidirlər. Nə yazıq ki, bu istiqamətdə görülən tədbirlər qaneedici deyil. Faktiki olaraq, fəaliyyətsizik və bu fəaliyyətsizliyimizin bir necə səbəbi var. Bu səbəbləri əsasən iki qrupa ayırmaq olar: obyektiv və subyektiv səbəblər.

Obyektiv səbəblərdən biri bizim indiyə qədər oturmağa, fəaliyyətimizi kordinasiya etməyə qərargahımızın olmamasıdır. Bizim nəinki qərargahımız, heç otağımız, masamız, təşkilatın rəsmi telefonu belə yoxdur.

Subyektiv səbəblərdən ən başlıcası isə Birliyin İdarə Heyətinin üzvlərinin heç bir əməli fəaliyyətlə məşğul olmamasından qaynaqlanır. Onların işləri-gücləri yenidən qruplaşmaq, Birliyin fəaliyyətini gözdən salmaq, maneələr törətməkdir. Bir vaxtlar təşkilatı Zəlimxan Məmmədlinin əlindən alıb Kərəm müəllimə təslim edənlər indi yeni sədrin ayağının altını qazırlar.



-Narazılığın səbəbi nədir?

-Səbəb öz fəaliyyətsizliyimizin günahını başqalarında axtarmaqdadır. Təsəvvür edin, Birliyin İdarə Heyətinin 21 üzvü var, amma bütün sənədlərimiz yerində olduğu halda, bizim hələ də adə bank hesabımız yoxdur.

-Nədir ki bank hesabı? 10 manat verirsən, açırlar...

-Yəni açmamışıq. Buna Kərəm Məmmədli nə etsin? O, bu cür texniki işləri İdarə Heyətinə həvalə edib. İdarə Heyəti isə açmayıb. Eyni zamanda bu 21 nəfərin arasında səlahiyyət və vəzifə üstündə dava-qırğın gedir. Biri sədr müavini, digəri maliyyə katibi olmaq istəyir. Fəaliyyətsizliyimizə baxmayaraq, bu cür iddialarla yaşamağımız ürək ağrıdır. Mən açıq şəkildə etiraf etmək istəyirəm: 21 nəfərlik İdarə Heyətimiz tamamilə fəaliyyətsizdir. Onların dedidən-qodudan başqa əllərindən heç bir iş gəlmir. Məsələn, Birliyimizin nümayəndələri Gürcüstanda Novruz bayramı ilə əlaqədar bir tədbirə getmişdi. Kərəm Məmmədov və İdarə Heyətinin 4 üzvünün iştirak etdiyi tədbirin ertəsi günü Borçalıda yaşayan ziyalılar bu nümayəndələrlə görüşmək istəyiblər. Təsəvvür edirsinizmi, onlarla görüşə yalnız Kərəm müəllim gedib. Digərləri isə müxtəlif bəhanələrlə görüşdən yayınıblar. Səbəb isə cılız maraqlar, dedi-qodular olub. Məsələn, Kərəm müəllimə irad tutublar ki, sən bizim icazəmiz olmadan niyə ziyalılarla görüş keçirirsən. Bu cür mənasız ittiham olar? İnanın ki, o tədbirlərin keçirilməsində Kərəm Məmmədovdan başqa heç kimin xəbəri olmayıb. Bir də mən mətbuat katibi kimi xırda-para sənədlər, məktublar yazmışam.

- Borçalı Birliyindəki bugünkü gərginliyin əsas səbəbi yeni sədr axtarışı ilə bağlıdır?

-Bəli. İdarə Heyətinin üzvləri yeni sədr axtarışındadır.

-İndi kimi istəyirlər?

-Hər qrupun öz namizədi var.

-Nə edəcəklər sədri? Sədri gətirib yenə dedi-qoduyla ayağının altını qazacaqlarsa, nə mənası var yeni liderin?

-İndiki sədrimizi iş görməməkdə, bacarıqsızlıqda, fəaliyyətsizlikdə günahlandırırlar. Amma adamdan soruşarlar: Siz 21 nəfərsiz, nə etmisiniz? Yenə nə edibsə həmin o bir nəfər edib. Məsələn, Kərəm müəllim İdarə Heyətinin müxtəlif şəxslərinə layihə hazırlamağı tapşırıb. Əgər o layihələr hazırlanmayıbsa, bunun tək günahkarı sədr deyil, axı. Niyə özlərini də ittiham etmirlər? Heç kəs öz işini görmür, amma hamı müavin olmaq istəyir.

-Deməli, dava müavinlik üstündə gedir? Kimlərdir Kərəm müəllimin müavinləri?

- Təşkilatın əsas müavini Şərif Kərimlidir.

-Neçə müavin var?

-Desəm, gülməli çıxar. Bu, yazılası deyil.

-Niyə yazılası olmasın? Siz deyin, yazılası olmasa, yazmaram.

-Təsəvvür edin, adi bir otağı, stolu, telefonu olmayan Borçalı Birliyinin 7 müavini var.

-Bəlkə Kərəm müəllim narazılığı ortadan qaldırmaq üçün 21 müavin strukturu yaratsın?

-Heydər bəy, bu, ironiya mövzusu deyil.

-Yox, mən də heç ironiya etmirəm. Əgər təşkilat bu səbəbə görə işləyəcəksə, niyə buna gedilməsin?

-Məsələ burasındadır ki, həmin adamların işləmək arzusu yoxdur. İş görmək istəyənlərin bu cür cılız bəhanələrə ehtiyacı olmaz. Sabah 21 yox, 31 müavin seçilsə belə, yenə bu insanlar bəhanə tapacaqlar.

-Belə başa düşdüm ki, Kərəm müəllimi ittiham edənlər müavin ola bilməyənlərdir?

-Yox, müavinli-müavinsiz bütün İdarə Heyəti ittiham edir. Məsələn, bir təşkilat məsələləri üzrə müavin var...

-Adı nədir?

-Firudin müəllim... Təşkilat indiyə qədər iki böyük tədbir keçirib. Təşkilat məsələləri üzrə müavinin isə bu tədbirlərdən xəbəri yoxdur, amma Kərəm Məmmədovu fəaliyyətsilikdə ittiham edir. Digərləri də onun kimi... Hesab edirəm ki, təşkilatın idarəetmə strukturunun bünövrəsi düzgün qurulmayıb. Əsl problem də bundan qaynaqlanır. Bilirsinizmi, Kərəm Məmmədov ziyalıdır, elitar adamdır. Mən də təşkilatda baş verənləri görüb deyirəm ki, Borçalı Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir. Yəni çay daşı kimi. Kərəm Məmmədov isə hamiyla etika çərçivəsində danışır.



-Arzuman bəy, deyəsən, Zəlimxan Məmmədlini də elə bu cür ittihamlarla yola salmışdınız.

-Açığını desəm, mən Zəlimxan Məmmədlinin əleyhinə təşkil olunmuş bu təşəbbüsə qoşulmaqdan peşiman olmuşam. Mətbuat katibi olduğum üçün onun barəsində bəzi xoşagəlməz yazılar da yazmışam. Hesablamışam, düz 28 dəfə kəskin yazılarla onu ittiham etmişəm. Düzdür, Zəlimxan bəy də bizə qarşı kəskin ittihamlar, hətta təhqirlər səsləndirirdi və mən də onun cavabını vermək məcburiyyətində qalırdım. Bununla belə, bir gün qismət olsa, o kişini görüb halallığını alacağam. Onu təşkilatdan uzaqlaşdıran Təşəbbüs Qrupunun üzvləri indi də Kərəm Məmmədova qarşı eyni fəaliyyətdədirlər. İdarə Heyətinin üzvlərindən kənarda yenidən qruplaşıb Təşəbbüs Qrupu yaradıblar. Adama deyərlər ki, axı sizin fəaliyyətiniz konfransa qədər idi. Konfrans keçirildi, struktur formalaşdı, siz də iddialarınızdan geri çəkilin. Niyə hər gün eyni fikirlərlə ortaya çıxıb ara qarışdırırsınız?

-Maraqlıdır, Zəlimxan Məmmədlini niyə uzaqlaşdırmışdınız?

-Zəlimxan bəy bu gün də Borçalı Birliyinin missiyasını qeyri-qanuni olsa da yürüdür. Hətta bizdən daha yaxşı fəaliyyət göstərir. Tədbirlərini keçirir, əlindən gələni əsirgəmir. Baxmayaraq ki, o, məni facebookda blok edib, amma mən başqa profillərdən onun fəaliyyətini izləyirəm və keçmişdə ona qarşı fəaliyyətimə görə peşman oluram. Məsələn, Qurban bayramı ilə bağlı bu adam geniş tədbir keçirdi. Ayda bir dəfə geniş tərkibdə iclaslar, toplantlar təşkil edir. Bizimkilər isə dedi-qodudan başqa heç nə etmirlər. Baxmayaraq ki, Zəlimxan Məmmədlini neçə ildir, Gürcüstana buraxmırlar, o bizdən çox iş görür.

-Bunu bilmirdim. Niyə buraxmırlar?

-Bunun müəyyən səbəbləri var. Zəlimxan Məmmədlinin ən böyük layihəsi Gürcüstanda 7 il müddətində Elat bayramı keçirməsidir. Dmanisinin Armudlu yaylasında keçirilən bu bayram Gürcüstan azərbaycanlılarının milli şüurunun oyanmasında xüsusi rol oynayırdı. 2016-cı ildə biz gələndən sonra gürcülər artıq Elat bayramını ləğv elədilər. O vaxtdan həmin bayramın yerinə Dmanisoba bayramı keçirilir. Yəni Zəlimxan Məmmədlinin başlatdığı milli layihəni gürcüləşdirdilər...

-Bir dəqiqə, Arzuman bəy, maraqlı bir məqama toxundunuz. Belə çıxır ki, Borçalı Birliyinin Zəlimxan bəyin əlindən çıxması Gürcüstanın da maraqlarına uyğun idi. Daha sonra Kərəm Məmmədovun başlatdığı kitab kampaniyası da Gürcüstanda Azərbaycan türklərinin milli şüurunu qorumağa xidmət edirdi. Maraqlıdır ki, istər Zəlimxan bəyin, istərsə də Kərəm müəllimin vurulmasında eyni qüvvələr aktivlik göstərir. Siz bu işlərdə gürcü əlinin mövcudluğunu hiss etmirsiniz?

-Mən bu suala cavab verə bilmərəm. Bunu araşdırmaq mənim imkanlarım xaricindədir. Amma hesab edirəm ki, o vaxt Zəlimxan Məmmədli həqiqətən də Gürcüstanda populist çıxışlar edirdi.

-Necə düşünürsünüz, Zəlimxan bəylə Kərəm müəllimin qüvvələrini birləşdirməsi Borçalı Birliyinin daha aktiv fəaliyyətinə təkan verə bilərmi?

-Açığı, mən də bu təşəbbüslə çıxış etmək istəyirəm. İnşallah, tərəflər mənim xoş niyyətimi qəbul edərlər.

Söhbətləşdi: Heydər Oğuz]]>
Müşviq BORÇALI Thu, 25 May 2017 14:12:51 +0000
"Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb… https://turan.info.az/diger/unutsaq-unudulariq/2610-qafqaz-media-v-boral-ctimai-birliklri-xocal-hidlrini-anb.html https://turan.info.az/diger/unutsaq-unudulariq/2610-qafqaz-media-v-boral-ctimai-birliklri-xocal-hidlrini-anb.html "Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb…

XX əsrin ən dəhşətli soyqım hadisəsi olan Xocalı qətliamının törədilməsinin 25 illiyi böyük kədər və hüznlə ölkəmizdə və eləcə də respublikamızdan kənarda qeyd edilir.

2017-ci il fevralın 26-da "Qafqaz-Media" İctimai Birliyi və "Borçalı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.



Tədbiri giriş sözü ilə "Qafqaz-Media" İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı açıb. O, qeyd edib ki, Xocalı faciısi 25 il əvvəl Xankəndi şəhərindəki 366-cı motaatıcı alayın hərbiçilərin köməkliyi ilə erməni quldurları tərəfindən törədilib. O, bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı ən böyük cinayətdir. O, həmçinin vurğulayıb ki, ermənilərin həyata keçirdiyi qanlı cinayət nəticəsində uşaqlar, qadınlar, qocalar qətlə yetirilib, yaralanıb, əsir düşüb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri iştirak edib.

Anım mərasimində çıxış edən "Borçalı" İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmmədli Xocalı soyqırımı haqqında danışıb və bildirib ki, biz tarixdən ibrət dərsi götürməliyik. K.Məmmədli vurğulayıb ki, qisas qiyamətə qalmayacaq. O, ədalətin zəfər çalacağına inandığını deyib.

Tədbir iştirakçılarına "Xocalıya ədalət!” sənədli filmi təqdim edilib. Xocalı həqiqətlərinin dünyaya yayılmasına töhfə olan filmdə şahidlər, ziyalılar çıxış edib.

Gənc müğənni Kamran Dəniz sözləri Azadə Taleh Abbasqızına məxsus olan və Bəstəkar Aybənizin musiqi yazdığı "Xocalı” əsərini ifa edib.

Tədbirdə xalq artisti Eldost Bayram, tanınmış jurnalist, ziyalı İlyas Adgözəlli, habelə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi, Xocalı sakinləri çıxış ediblər.

Gecədə Xocalı şəhidlərinin ruhuna ehsan da verilib…]]>
Müşviq BORÇALI Mon, 27 Feb 2017 00:12:21 +0000
"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək https://turan.info.az/diger/elanlar/2592-qafqaz-media-v-boral-ctimai-birliklri-xocalya-dalt-adl-anm-tdbiri-keirck.html https://turan.info.az/diger/elanlar/2592-qafqaz-media-v-boral-ctimai-birliklri-xocalya-dalt-adl-anm-tdbiri-keirck.html "Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək 26 fevral saat 17:00-da "Qafqaz - Media" İctimai Birliyi və "Borçalı"İB-nin təşkilatçılığı ilə "Filiz Palace"-də Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş "Xocalıya ədalət" (Just for Khojaly) adlı anım tədbiri keçiriləcək. Tədbirdə Xocalıda son gündə şəhid olmuş Şöhrət Həsənova həsr olunmuş sənədli film nümayiş olunacaq.Tədbirdə Azərbaycan Respublikasının Millət vəkilləri, Müdafiə Nazirliyinin əməkdaşları,veteranlar, tanınmış jurnalistlər, xalq artistləri, soyqırımın şahidi olmuş xocalı ailələri, tanınmış araşdırmaçı alimlər, ziyalılar və fəal gənclər iştirak edəcəklər. Həmçinin tədbirə xalqımızın igid oğlu Ramin Səfərovunda təşrif buyuracağı gözlənilir. Tədbirdə soyqırımın 25-ci il dönümü ilə bağlı gənc rəssamlarımızın Xocalı ilə bağlı əl işlərinin sərgisi nümayiş olunacaq. Tədbir sonrası isə Xocalı soyqırımında amansızca qətlə yetirilmiş insanların adına ucaldılmış "Xocalı abidəsi" tədbir iştirakçıları tərəfindən ziyarət olunacaq. Tədbirə bütün KİV dəvətlidir.
Tədbirdə iştirakınız şəhidlərimizin ruhuna hörmət əlamətidir]]>
Müşviq BORÇALI Sat, 25 Feb 2017 01:20:40 +0000
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb https://turan.info.az/arxiv/borcaliorg/2594-elmar-hsnov-grcstann-xocal-soyqrmn-tannmasna-siyasi-rait-yaranb.html https://turan.info.az/arxiv/borcaliorg/2594-elmar-hsnov-grcstann-xocal-soyqrmn-tannmasna-siyasi-rait-yaranb.html Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb
1992-ci ildə Azərbaycanın Xocalı şəhərində, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının həyata keçirilməsi, dinc əhaliyə qanlı divan tutlması dünyada hələdə tam siyasi qiymətini almamış bir faciə və cinayətdir. Artıq Gürcüstan Parlamentinin 1992-ci il, Xocalı şəhərində Azərbaycan türklərinin soyqırımına, dinc əhalinin kütləvi qətlə yetirilməsinə faktına, siyasi qiymət verməsinin vaxtı yetişmişdir. Bunu mətbuata açıqlamasında Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri, Gürcüstan Parlamenti üzvlüyünə eks-namizəd Elmar Həsənov deyib.
Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri bildirib ki, Gürcüstan dövləti, Gürcü ictimaiyyəti erməni faşizminin qanlı əməlləri ilə 1992-1993-cü illərdən tanışdır. 1992-1993-cü illərdə Abxaziya separatçıları tərəfində Gürcüstanın konstitusion hakimiyyətinə qarşı üsyan qaldırmış 1500 erməni hərbçini əhatə edən “Baqramyan adına batalyon” və “Saturyan adına hərbi birləşmə” Abxaziyanın Qali, Suxumi, Qaqra və Pitsunda yaşayış mətəqələrində yüzdən çox etnik gürcü qətlə yetirmişdir. 1998-ci ildə isə “Baqramyan adına erməni batalyonu Abxaziyanın Qali rayonunun ərazisində gürcülərə qarşı etnik təmizləmə həyata keçirmişdir. Xoçalı şəhərində 1992-ci ildə Azərbaycan türklərinin kütləvi şəkildə qətlə yetirilərək, soyqırmın həyata keçirilməsi Gürcüstanın qüvvədə olan Cinayət Məcəlləsinin 323 3-cü hissə ( terrorizm), 404 (genosid həyata keçirmə) və 408 (İnsanlığa qarşı cinayət) maddələri ilə təsnif olunan cinayətlərdir. Bu cinayəti Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağda yaşayan silahlı ermənilər törədərək, Xocalıda Azərbaycan türklərinin soyqırımı həyata keçirmişlər.
Digər tərəfdən isə Pakistan, Meksika və digər dövlətlərin Parlamentlərinin Xocalıda Azərbaycan türklərinin soyqırımına hüquqi qaydada qiymət verib, tanıması, Gürcüstan Parlamenti üçün beynəlxalq hüquqa əsaslanan hüquqi baza hazırlayıb. Deyə bilərəm ki, Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb.
Elmar Həsənov qeyd edib ki, Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB), 1992-ci ildə, Xocalıda, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının törədilməsi faktına və cinayətinə Gürcüstan Parlamenti tərəfindən hüquqi qiymət verilməsi və tanınması üçün Gürcüstan Konstitusiyasına uyğun olaraq hüquqi prosedur başladır. 1992-ci ildə Xocalıda törədilmiş, Azərbaycan türklərinin soyqırımı faktı və cinayəti barədə sənədlər və rəsmi müraciət Gürcüstan Parlamentinə təqdim ediləcək.
GQTB Sədri Elmar Həsənov vurğulayıb ki, Gürcüstan Parlamentində Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilən cinayət faktı olaraq qəbul edən çox sayda gürcü millət vəkili var. Mən əsasən soydaşlarımızı təmis edən, Gürcüstan Parıamentinin deputatları Savalan Mirzoyev, Azər Süleymanov, Mahir Dərziyev və Ruslan Hacıyevin Xocalı soyqırımına hüquqi qiymət verilməsində qətiyyət göstərəcklərinə əminəm. Bu dörd deputatın üzərinə ciddi məsuliyyət duşur. Onlar Xocalı soyqırımının Gürcüstan Parlamentində müzakirəyə çıxarılması və tanınması üçün maksimum səlahiyyətlərindən istifadə etməlidirlər. Bu onların bəşəriyyət qarşısında borçlarıdır. Savalan Mirzoyev tərəfindən Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı başladılan proses təqdirə layiqdir.
1992-ci ildə Xocalıda, Azərbaycan türklərinin soyqırımı, bəşəriyyətə qarşı törədilən ən ağır cinayətlərdən biridir. Bu cinayət faktı 1939-1945-ci illərdə Avropada, Yəhudilərin soyqırımı səviyyəsində olan bir qanlı aksiyadır və bütün dünya dövlətlərinin Parlamentləri buna hüquqi qiymət verməlidirlər.]]>
Müşviq BORÇALI Fri, 24 Feb 2017 02:18:48 +0000
Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!... https://turan.info.az/arxiv/borcaliorg/2545-ad-gnn-mbark-krm-mllm.html https://turan.info.az/arxiv/borcaliorg/2545-ad-gnn-mbark-krm-mllm.html Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!...

TƏBRİK EDİRİK!..

Fevralın 22-si xalqımızın dəyərli ziyalısı,
"Borçalı" İctimai Birliyinin sədri,
tanınmış tarixçi alim və
ictimai xadim,
xeyirxah, vətənpərvər və yudsevər insan,
tarix elmləri namizədi,
BDU-nun dosenti,
Kərəm Hətəm oğlu
MƏMMƏDOVun
Ad günüdür!..

Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti
adından çox hörmətli Ziyadxan müəllimi
Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, gözəllik, ailə səadəti,
elmi yaradıcılığında və ictimai-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

"Borçalı" İctimai Birliyinin
İdarə Heyəti.
]]>
Müşviq BORÇALI Tue, 21 Feb 2017 18:22:09 +0000
AD GÜNÜNÜZ MÜBARƏK, KƏRƏM MÜƏLLİM!.. https://turan.info.az/arxiv/borcaliorg/980-ad-gnnz-mbark-krm-mllm.html https://turan.info.az/arxiv/borcaliorg/980-ad-gnnz-mbark-krm-mllm.html AD GÜNÜNÜZ MÜBARƏK, KƏRƏM MÜƏLLİM!.. KƏRƏM MƏMMƏDOV

(1965)

BDU-nun Tarix fakültəsinin Arxeo­logiya və etnoqrafiya kafedrasının dosenti, tarix elmləri namizədi.

Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 22-də qədim Bor­çalı maha­lında - indiki Gürcüstan Res­publi­kasının Başkeçid (1947-ci il­dən sonra Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan ol­muş­dur. 1982-ci ildə həmin kənddə orta mək­təbi bitir­dikdən sonra Azər­baycan Dövlət Univer­sitetinin (in­diki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqa­nıstan Respub­likasında hərbi xid­mətdə olmuş, əsgərlikdən qayıt­dıq­dan sonra təhsilini Azərbaycan Dövlət Uni­versitetinin Tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azər­baycan Res­pub­likasının Təhsil Nazirliyi tərəfindən təh­silini davam etdir­mək üçün Leninqrad Dövlət Universi­teti­nin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndə­ril­miş­dir. 1990-cı ildə ­Leninqrad Dövlət Universitetində tarix fa­kültəsinin antropolo­giya və etnoqrafiya ixtisasını fərqlənmə dip­­lomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndə­rilmişdir.
1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fa­kültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi ka­fedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı il­lər­də əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universititinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antro­pologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etno­qrafiya", "Er­mənilərin tarixi", "Gürcüstan tarixi", "Antropo­met­riya" fənlərini tədris edir. 1996-cı ildə "İslama­qədərki Azər­baycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Qafqaz və Türk xalqlarının mənşəyi, antropolo­gi­ya­sı, dini inancları ilə bağlı Elmi və pedaqoji fəa­liyyəti 50-ə qə­dər elmi əsərdə öz əksini tapmışdır. O, həmçinin ali və orta məktəblər üçün 10-a qədər dərs vəsaitinin müəllifidir.
1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakül­təsinin arxeo­logiya və etnoqrafiya kafedrasının müəlli­mi­dir. 1996-cı ildə Yuna­nıstanın Afina və İonina şəhərlərində elmi məzu­niyyətdə olmuş, 1998-ci ilin fevralında Beynəlxalq Altayşü­naslıq konfransında "Altay xalqla­rında şamançılıq" mövzu­sunda elmi məruzə ilə çıxış etmişdir. 2004-cü ilin iyu­lunda Ba­kı Dövlət Univer­sitetinin "Arxeologiya ve etnoqrafiya" ka­fed­ra­sının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azər­baycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi kon­fransda "Cənubi Qafqaz əhalisinin etnik antro­pologiyası" möv­zusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş et­dirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Ha­zırda "Borçalı orta əsrlərdə" adlı doktorluq dis­sertasiyası üzərində çalışır.
Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. Evlidir, 3 övladı var: Oğuz, Həmayil, Səlcuq.

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun 2006-cı ildə "Antropologiyanın əsas­ları" adlı kitabı işıq üzü görmüşdür. Kitab dərs vəsaiti kimi ak­tuallıq kəsb edərək, tələbələrə, tədqiqatçılara və geniş oxu­­­­cu kütləsinə antropologiya elminin geniş inkişaf mər­hə­lələri haqqında dolğun məlumat verir. Ali məktəb tələbələri üçün dərslik hesab edilən "Atropologiyanın əsas­ları" əsəri mütəxəssislər tərəfindən, tarixçi Kərəm Məmmə­dovun Azər­baycanda antropologiya elminə dair yazılan ilk əsəri kimi qiy­mətləndirilmişdir. Kitaba görkəmli professorlar - Q.İs­ma­yılzadə, Ə.Dadaşov rəy vermiş, elmi redaktorları isə tarix elm­ləri doktoru Y.Mahmudlu, tarix elmləri namizədi M.Mir­zəyevdir.
Antropologiyanın əsasları əsərinin "Morfoloji əlamətlərin təsnifatı" bölməsində insanın boyu, bədənin mütənasibliyi haqqında məlumat verilir. "Fasiləsiz dəyişən əlamətlər" fəsli insanın dəri, tük örtüyü, onların rəngi, baş, sifətdəki irqi əla­mətlər, qan qrupları, qədim və müasir insan tiplərinin xüsu­siyyətlərini əhatə edir.
"Etnik antropologiya" bölməsində, İrqlərin yaranmasına təsir edən amillər, müxtəlif rəngli irqlər, Mərkəzi Avropa, Amerika, Avstraliya, Afrika, Şimali Asiya və digər ərazilərin irqlərinin hər biri haqqında müxtəlif məlumatlar diqqəti cəlb edir. Müəllif "Dünya xalqlarının an­tropoloji tərkibi" böl­məsində Avstraliya və Okeaniya, Asiya ərazilə­rində yaşayan insanların irqi mənsubiyyəti, dərisinin rəngi, başlıca xüsusiy­yətlərini geniş araşdıraraq oxuculara onların tarixi keçmişi haqqında izahat verir.
Bunlarla bərabər müəllif antropoloji cizgiləri özündə bir­ləşdirən müxtəlif fotoşəkillərlə insanların xarakterik xüsu­siyyətlərini də göstərmişdir.
Qeyd edim ki, antopologiya elmi qədim tarixə malik olaraq, "İnsan haqqında elm" deməkdir. Antropologiya ter­mini ilk dəfə yunan filosofu Aristotel tərəfindən işlənmişdir. Antorpologiya insanın mənşəyini, irqlərin əmələ gəlməsini, insanın fiziki quruluşunun dəyişkənliyini də öyrənir. Müəllif "Antropologiyanın əsasları" əsərində insan bədənini, eləcə də onun ruhu təbiətini öyrənən elm kimi qeyd edərək, Qədim Şərqdə, Avropada yaşayan insanlarda fərqli cizgilərin, rəng­lərin, qan qruplarının olduğunu qeyd etmişdir. Hətta İki­çayarasından aşkar edilən Quti pad­şahının heykəlini tədqiq edən fransız alimi T.Aminin onu antopoloji ba­xımdan Şuşa şəhərinin azərbaycanlıları ilə eyniləşdirildiyi göstərilmişdir.
Eyni zamanda qədim türk tayfaları olan hun və avarlarda heç bir monqoloid qarışığı olmadığı Avropa alimlərinin elmi tədqiqatlarına görə diqqətə çatdırılır. Kitabda Xəzər dənizi ətrafındakı kurqanlardan tapılıb, qıpçaqlara aid edilən kəllə­lərə görə antropoloq A.V.Şevçenkonun da fikri göstərilmiş­dir: "Tapılan kəllələr kəskin çıxıntı, burunları və diş çökək­liyinin dərinliyi ilə seçilir ki, bu da Avrasiya çöllərində məs­kunlaşmış türklərin avropoid irqinə mənsub olmalarını gös­tə­rir."
Antropologiya dəyişkənliyin qanunauyğunluqdan və onu idarə edən amil­ləri öyrənən elm sahəsi olması, həm də özündə 3 sahəni - antro­polo­giyanın özünü, etnoqrafiyanı, ar­xeo­logiyanı birləşdirilməsi də çox dəyər­lidir.
Kitabda "Morfoloji əlamətlərin təsnifatı" bölməsində boy və bədən uzunluğu, müəyyən yaşlarda çəkinin sabitliyi, baş və bədənin digər nisbi göstəriciləri insanın həyatında başlıca amil kimi qarşıya qoyulmuşdur.
Məlumdur ki, müxtəlif xalqların nümayəndələrində dəri, tük örtükləri, gözlərin rəngi eləcə də, baş və sifətdəki irqi əla­mətləri surətdə bir-birindən fərqlənir. Tədqiqatçı alim Kə­rəm Məmmədov bütün bunları mütəxəssis dəqiqliyi ilə təhlil edərək xalqlar arasındakı antropoloji fərqlərin mükəmməl iza­hını vermişdir.
İnsan bədənində 4 qan qrupunun vacibliyini qeyd edən, müəllif genlərin coğrafi bölgüsünün təhlilinə görə Avstraliya, Amerika, Asiya, Afrika və Avropa əhalisində qan qrupunun hər 4 növünün də olduğunu da bildirir. Antropologiyanın əsas bölmələrindən sayılan - "antrogenez"adlı fəsildə, yə­ni in­­­­sa­nın fiziki tipinin əmələ gəlməsinin, onun əmək fəaliy­yətinin, nitqinin və eləcə də onun tarixi təkamül prosesi haqqında maraqlı faktlar araşdırılmışdır.
Alimlər müasir meymunlarla avstralopiteklərin müqayisəsi nəticəsində avstralopitekləri şimpanzeyə bənzətmişlər. Ən qədim insan qalığının 1890-cı ildə holland tədqiqatçısı E.Dü­bua İndoneziyanın Yava adasından aşkar etsə də, Azər­bay­can­­da ən qədim insan qalığına Azıx mağarasında (Azı­xan­trop) rast gəlinmişdir. Daha sonra isə ən qədim insan qalığı Əlcəzairdə, Mərakeşdə, Cənubi Afrikada, Keniyada aşkar edil­­mişdir.
Kitabda 1991-cı ildə alimlərin "neondertal adam"ın ana­to­mi­yasının, dav­ranışının, əmək alətlərindən istifadə baca­rığı­na görə isə müasir in­sanlardan geri qalmaması faktı da veril­miş­dir.
Antropoloqlar xarici görünüşə görə, insanın hansı millətə mənsubluğunu da aşkar edir. Kitabda insan irqlərinin yaran­ması, onlara təsir edən amillər, irqlərin təsnifatı haqqında məlumatlar oxucunun diqqətini cəlb edir. Denikerin təsnifa­tına görə isə insanların 29 antropolojı irqlərə bölündüyü gös­tə­rilir. Məlumdur ki, dünya xalqları ağ, sarı, qara irqlərə bö­lünür. Müəllif əsərdə hər bir irqə məxsus olan morfoloji xü­susiy­yətlərdə onun izahını verməklə yanaşı, həmin irqlərə mənsub insanların fotoşəkillərini göstərmişdir.
"Antropologiyanın əsasları" kitabında Aralıq dənizi irqinin, Aralıq və Qara dənizi sahillərində, Azərbaycanda, Türkmə­nistanda, Hindistan yarımadasında, Afrikanın şimalında yaşa­dığı qeyd olunmuşdur. "Dünya xalqlarının antropoloji tərkibi" bölməsində Avstraliya, Okeaniya, Mik­roneziya, Ame­rika, Af­rika, Asiya xalqlarının və Xəzər (Kaspi) antro­poloji tipləri müəl­lif tərəfindən yaxşı tədqiq olunaraq, ətraflı məlumatlarla əhatə edilmişdir. Müəllif Azərbaycan türklə­rinin aid edil­dik­ləri Kaspi antropoloji tipinin ağ irq daxilində yeri ilə bağlı Qərb, rus antropo­loqlarının fikir ayrılığının şərhini də göstər­mişdir.
Tədqiqatçı alim Kərəm Məmmədov ayrı-ayrı təsnifatlarda işlənən "şərq", "Şərqi Aralıq dənizi", "Xorasan" və "Kaspi" terminlərinə öz münasibətini bildirmişdir. Sonra həmin qru­pun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan - Oğuzlardan törəyən Azərbaycan türklərini və türk­mənləri özündə birləşdirməsi faktı kimi dəqiq araşdırmalarla qeyd etmişdir.
Kitabda Q.Debelsin yazdığı məlumata görə, Qafqaza yer­ləşdirilmiş ermənilərin də antropoloji cəhətdən müxtəlif olmaları, onların müxtəlif ölkələrdən köçürülmələri ilə əla­qələndirilməsi faktı da oxucuların diqqətinə çatdırılır.
"Antropologiyanın əsasları" kitabı tədqiqatçı - alim Kərəm Məmmədovun Azərbaycan antropologiya elminə ilk dərslik töhfəsi olduğu üçün, bütün oxucular adından müəllifə min­nətdarlığımızı bildirərərək, ona daha böyük yaradıcıdıq uğur­ları qazanmağı arzulayırıq!

KƏRƏM MƏMMƏDOBUN ELMI ƏSƏRLƏRI:

1. Borçalı ərazisində erkən türklər. (M.Ə.Rəsul­zadə adına BDU gənc ta­rix­çi təd­qi­qatçılarının elmi konfransının məruzələri). BDU, 1991, s.125-127.
2. Azərbaycanlılarda qurda sitayiş və onun qalıq­ları. (Azərbaycan ta­ri­xi problemləri üzrə gənc təd­qiqatçıların birinci respublika elmi kon­fran­sının məru­zələri). Bakı: 1991 (II hissə), s. 226-228. (rus dilində)
3. Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azər­­­baycan tarixi prob­lemləri üzrə məruzələr məc­muəsi). B., 1992 s.67-68. (rus dilində)
4. Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). B., 1994, s.12. (rus dilində)
5. Altay xalqları (həmmüəllif). B., 1996
6. Ural xalqları (həmmüəllif). B., 1997
7. Altay xalqlarında şamançılıq və onun izləri. "Altay dünyası (bey­nəlxalq jurnal)", sayı 1-2, B., 1997, s.43-50.
8. Qoçbaşı abidələr. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 5-6, B., 1999, s.46-51.
9. Tarix fakültəsinin qiyabi tələbələri üçün antropologiya proqramı. B., 2002, s.164-170.
10. Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. "Tarix və onun problemləri" jurnalı, 2003, № 2, s.177-181.
11. Qafqaz xalqlarının antropoloji tərkibi. "Tarix və onun prob­lem­ləri" jurnalı, 2003, № 4, s.191-193.
12. Qafqazın poleoantropologiyası. "Bakı Universiteti xəbərləri" jurnalı, 2003, № 2, s.156-163.
13. Azərbaycanlıların etnik antropologiyası. "Azərbaycan arxeolo­giyası" jurnalı, Bakı: 2005, № 1-4, s.51-59. (rus dilində)
14. Borçalı - Qədim Türk Yurdu. "Dədə Qorqud jurnalı", Marneuli 2005, № 2, s.24-29.
15. Azərbaycanlıların etnik antropologiyası. (Qarabağ: Kürəkçay müqa­viləsi - 200). Bakı: 2005, s. 32-41. (rus dilində)
16. Qafqazın poleoantropologiyası haqqında. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Bakı: 2005, s.123-124. (rus dilində)
17. Azərbaycanlıların soykökü (antropoloji məlumatlar əsasında). "Tarix və onun problemləri" jurnalı, № 1, Bakı: 2006, s. 207-213. (rus dilində)
18. The Oghuz Race and its habitat. Miras Cournal. Ashgabat: 2006, № 2. p.162-163.
19. İslam dininin Azərbaycanda qəbulu və onun nəticələri. "Dövlət və Din" jurnalı. Bakı: 2006, № 2, s.20-24.
20. About tomb stone ram monuments in Altai peoples. 2006 New Silk Road Literary Symposium: Baku in Azerbaican. Seoul, 2006. p. 111-114
21. Qədim Türklər. Dialoq - XXI əsr jurnalı. B., 2006. № 1, s.54-56
22. Tarix (həmmüəllif).Bakı,2006
23. Antropologiyanın əsasları (dərslik). B.,2006
24. Azərbaycanlıların İslama qədərki dini inancları (magistratura proqra­mı). B.,2006
25. Borçalı uğrunda Osmanlı - Qızılbaş savaşları. Şah İsmayıl Xətai (El­mi-praktik konfransın materialları). B., 2007. s.55-63
26. Ön Asiya əhalisinin antropologiyası haqqında. Qarapapaqlar jurnalı. Marneuli, 2007.№ 5. s.25-28
27. Məhəmməd Sacoğlu. Təməl jurnalı. B., 2007. № 2, s.26-28
28. Peçeneqlər (kəngərlər). Türkər dergisi. B., 2007. Özəl sayı. s.21 - 23
29. Dmanisi tarixi mənbələrdə. Qarapapaqlar jurnalı. Marneuli, 2007. № 7, .s. 12-15
30. Avarlar. Тцркяр дерэиси. Б., 2008. № 2, .с. 14
31. Borçalı ərazisində erkən türklər. “Qarapapaqlar” jurnalı. Marneuli, 2008. № 7, .s.5-10
32. Borçalı Rusiya - Qacar müharibəsi illərində. “Yazı” jurnalı, Tb., 2008, № 1, .s.12-17
33. Borçalı tarixi. Millət və Dövlət jurnalı, №4, B., s.20-27“
34. Azərbaycan erkən orta əsrlərdə. I yazı. Birlik jurnalı, № 1, B.,2008 .s.20-21
35. Azərbaycan erkən orta əsrlərdə. II yazı. Birlik jurnalı, № 2, B., 2008 . s.14-15
36. Professor A.Mustafayevin "Azərbaycanılıarın maddi mədəniyyəti" ad­lı əsərinin rəyçilərindən biridir.
37. 2009-cu ildə Azərbaycan dilində nəşr olunmuş "X əsr yəhudi-Xəzər yazışması" adlı kitabın elmi redaktorudur.
38. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari müəlliflərindən biridir.
39. Borçalı çar Rusiyasının işğalı dövründə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. № 2.s.9-12)
40. Borçalı XI yüzillikdə ("Qarapapaqlar" jurnalı. Tb., 2009. № 9. s.7-11)
41. Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı olan "Birlik" jurnalında "Azərbaycan IX-XI əsrlərdə" (I yazı) ("Bir­lik" jurnalı, B., 2009. № 1. s.20-21)
42. Azərbaycan XII-XIV əsrlərdə (II yazı) ("Birlik" jurnalı, B., 2009. № 2. s.21-23)
43. Azərbaycan XII-XIV əsrlərdə (III yazı) ("Birlik" jurnalı, B., 2009. № 3. s.22-23)
44. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun Elmi Xəbərlərində "Yaqub Mahmudov və Azərbaycan xalqının etnogenezi" (AM­EA, Tarix İnstitunun Elmi xəbərləri, 30-cu cild. B., 2009. s.3-30)]]>
Müşviq BORÇALI Tue, 21 Feb 2017 18:14:47 +0000
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. https://turan.info.az/arxiv/borcaliorg/2543-yubleynz-mbark-hrmtl-zyadxan-mllm.html https://turan.info.az/arxiv/borcaliorg/2543-yubleynz-mbark-hrmtl-zyadxan-mllm.html YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!.. TƏBRİK EDİRİK!..

Fevralın 20-si xalqımızın dəyərli ziyalısı,
"Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü,
istedadlı qələm sahibi,
tanınmış şair-jurnalist-müəllim-pedaqoq,
təcrübəli təhsil işçisi, səmimi, mehriban,
xeyirxah, vətənpərvər və yurdsevər insan,
çox hörmətli Ziyadxan Budağın Ad günüdür!..

Daha doğrusu, anadan olmasının
60 illik Yubileyidir.

Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti və "turan.info.az"-ın Yaradıcı Heyəti adından
çox hörmətli Ziyadxan müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Aşağıda "Borçalı" İctimai Birliyinin sədr müavini Müşfiq Borçalının Ziyadxan müəllimin həyat və yaradıcılığı haqqında 4 il əvvəl yazdığı və "Şərqin səsi" qəzetində dərc etdiyi qısa bir məqaləsini və Ziyadxan Budağın bir neçə şeirini turan.info.az-ın dəyərli oxucularına ərmağan edirik. [/i][/b][/center]
[b][i]turan.info.az[/i][/b]


[b]"Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ"[/b]


.]]>
Müşviq BORÇALI Sat, 18 Feb 2017 17:47:24 +0000
ASİF BAYRAMOVA BAŞSAĞLIĞI https://turan.info.az/arxiv/borcaliorg/2504-asf-bayramova-basalii.html https://turan.info.az/arxiv/borcaliorg/2504-asf-bayramova-basalii.html ASİF BAYRAMOVA BAŞSAĞLIĞI
“BORÇALI” İctimai Birliyinin (BiB)
İdarə Heyəti
BiB İcra Aparatının rəhbəri,
İdarə Heyətinin üzvü,
tanınmış filosof və fəal ictimaiyyətçi
Asif Bayramova,
qayınatası -
Əbdülvasif Baba oğlu Zülfüqarovun
vəfatından
kədərləndiyini bildirir, mərhumun
bütün yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..]]>
Müşviq BORÇALI Mon, 13 Feb 2017 21:21:41 +0000
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI https://turan.info.az/arxiv/borcaliorg/2503-azad-abbasqizina-basalii.html https://turan.info.az/arxiv/borcaliorg/2503-azad-abbasqizina-basalii.html Azadə ABBASQIZIna BAŞSAĞLIĞIAzadə ABBASQIZIna BAŞSAĞLIĞI “BORÇALI” İctimai Birliyinin
İdarə Heyəti
"Borçalı" İctimai Birliyi
İdarə Heyətinin üzvü,
tanınmış şair-jurnalist və fəal ictimaiyyətçi
Azadə Taleh Hüseynovaya, yaxın qohumu -
BƏHRAM HEYDƏR oğlu ALMƏMMƏDOVun
qədim Borçalı mahalının Qasımlı kəndində vəfatından
kədərləndiyini bildirir, mərhumun
bütün yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..





.]]>
Müşviq BORÇALI Mon, 13 Feb 2017 21:15:32 +0000
XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN! https://turan.info.az/arxiv/borcaliorg/2486-xidir-nb-haminizin-evnz-bar-brkt-gtrsn-.html https://turan.info.az/arxiv/borcaliorg/2486-xidir-nb-haminizin-evnz-bar-brkt-gtrsn-.html XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN!Xıdır Nəbir bayramı demək olar ki, Türk xalqlarının hamısında təntənə ilə qeyd olunur. Xıdır Nəbir babanın şərəfinə qurban kəsilir, qovrulmuş buğdanı üyüdərək qovud düzəldirlər. Sonra bu qovud bir siniyə tökülər və qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır. Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq, Xıdır Nəbinin burada iz qoyacağına inanırlar. Yaşlı adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və Xıdır İlyasın olduğunu söyləyirlər. Bu cür bayram Xıdır Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir. Tədqiqatçılar bu bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün çox qədim çağlara gedib çıxdığını qeyd edirlər. Türk xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə, ocaqda bərəkətin təmin olunacağına inanırlar.
BAYRAMIMIZ MÜBARƏK! XIDIR NƏBİ HAMINIZIN EVİNİZƏ BAR-BƏRƏKƏT GƏTİRSİN !]]>
Müşviq BORÇALI Thu, 09 Feb 2017 21:33:00 +0000
YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ RƏŞID PƏHLƏVANIN AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ https://turan.info.az/gurcustan/borchali/2409-yenlmz-phlvan-azrbaycanin-xalq-artst-rid-phlvanin-azrbaycan-srknn-nkafinda-xdmtlr.html https://turan.info.az/gurcustan/borchali/2409-yenlmz-phlvan-azrbaycanin-xalq-artst-rid-phlvanin-azrbaycan-srknn-nkafinda-xdmtlr.html YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ  RƏŞID PƏHLƏVANIN  AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ “Borçalı” İctimai Birliyi 28 yanvar 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində millət vəkillərinin, tanınmış ziyalıların, media nümayəndələrinin iştirak etdiyi “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirmişdir. Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin bir daha xatırlanması, borçalıların özünüdərk hissinin bir daha önə çəkilməsi, xüsusilə Azərbaycanın və Gürcüstanın müstəqilliklərinin əldə olunmasında, bu böyük tanrı nemətinin qorunmasında və inkişaf etdirilməsində Borçalının müxtəlif mədəniyyət, siyasət, hətta idman xadimlərinin əməyi bir daha vurğulanmışdır.  


ŞƏRİF KƏRİMLİ, yazıçı-publisist,
“Borçalı” İctimai Birliyi sədrinin
Elm, təhsil və mədəniyyət üzrə müavini


YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ
RƏŞID PƏHLƏVANIN
AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ

Azərbaycan sirk mədəniyyətinin inkişafında, yeni forma və məzmun kəsb etməsində XX əsrin idman tarixində 60 il nə xalça üzərində, nə də sirk manejlərində arxası əsla yerə dəyməyən yenilməz pəhləvan, “Qafqaz Şiri” təxəllüslü Azərbaycanın xalq artisti Rəşid Pəhləvanın (1900-1982) misilsiz xidmətləri olmuşdur.
Güləş tarixən milli olmuşdur. Milli güləş xalqın ümumi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.
Mükəmməl güləş qaydalarının yaradıldığı və kütləvi şəkil aldığı xalqlar arasında misirlilər, yunanlar və romalılar qədim dövrlərdə məşhur idilər. Deyilənlərə görə, hətta misirlilər o qədər çox fənd bilirdilər ki, bunların əksəriyyəti indi də Amerika sərbəst güləşində qalmaqdadır.
XX əsrin başlanğıcında Azərbaycanda bir çox el pəhləvanları yetişməyə başladı. Bunlardan Sali Süleyman, Rəşid Yusifov, Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Qara Rüstəm elə nəhəng gücə malik idilər ki, tezliklə bütün ölkədə tanındılar. Onlar özlərinin mübariz və vətəndaşlıq keyfiyyətləri ilə sirk sənətinə yeni rəng və çalar verdilər, bir çox istedadları üzə çıxardılar və öz sənətlərini həvəslə onlara öyrətdilər.

Rəşid Yusifov 1900-cü ildə Gürcüstanın Borçalı mahalının Gorarxı (Alget) kəndində anadan olmuşdur.
XX əsrin əvvəllərində Tiflisdə Nikitin və Yesikovski qardaşlarının sirki tez-tez qastrolda olurdu. Rəşid bunların hər ikisinin tamaşalarında olmuşdu. Akim və Pyotr Nikitin qardaşlarının sirki o dövrlərdə ən mütərəqqi və inqilabi fikirlər təlqin edən milli kollektivlərdən idi. Bu sirk Rusiyanın əyalətlərində, Qafqazda sirk sənətinin inkişafına güclü təkan verdi.
XX əsrin əvvəllərində sirkdə güləş mühüm yer tuturdu. Yesikovski qardaşlarının sirkində tanınmış məşqçi Maysuradzenin yetirmələrindən olan Pavliaşvili ilə güləşən və onun kürəyini çox asanca yerə vuran Rəşidi Yemelyanov və Maysuradze öz dərnəklərinə qəbul etdilər. Rəşid böyük həvəslə burada məşqlərə başladı.
Az sonra Rəşid dünya çempionu, Parisin fəxri şarfının sahibi olmuş Konstantin Karazamukovla tanış oldu və məşhur pəhləvan onun sirkdə ilk məşqçisi oldu. Bir müddətdən sonra o, qocaman idmançı Lado Kavsadze ilə də tanış oldu. Sonralar L.Kavsadze Rəşidin əsas məşqçilərindən birinə çevrildi.
Artıq bütün Qafqazda məşhurlaşan Rəşid pəhləvan xalqın ona yaraşdırdığı “Qafqaz Şiri” adını öz əməlləri ilə də doğrultmalı idi. O, tez-tez kəndlərə səfərlər edir, maraqlı görüşlər keçirir, cavanlara dəyərli məsləhətlər verir, onlara müxtəlif fəndlər öyrədirdi. Bununla birgə rayonlarda, kəndlərdə hələ də fəaliyyət göstərməkdə olan zorxanalara baş çəkir, el pəhləvanları ilə güləşir, onlarla gücünü sınayır və belə zorxana mərasimlərində özü də çox şeylər öyrənirdi.
1924-cü ildə Tiflis sirkində Rəşid 17 saniyəyə “fransız güləşinin texniki” Pyotr Praşeki, 12 dəqiqəyə “Qazaxıstan səhrasının bahadırı” Batır Hacı Muğan Munaytpasovu, Avropa çempionu Abek Andersonu məğlub edərək nəinki idmansevərlərin, eləcə də incəsənət adamlarının diqqətini özünə cəlb etdi. Məşhur kinorejissor İosif Perestiani Rəşidi özünün üç filmində kinoya çəkdi. Bunlar “Üç həyat”, “Qaçaq Arsen” və “Tariyel Mklavadzenin işi” filmləri idi.
Elə həmin il Rəşid Bakı sirkinə dəvət olundu. Sovet dövləti onun qarşısında ciddi vəzifələr qoydu: onun gücü, mətanəti, bacarığı xalqa xidmət etməlidir, o, insanın necə xarüqələr yaratmağa qadir olduğunu nümayiş etdirməlidir.
Yeni təyinatla, yeni vəzifələrlə Rəşid möhtəşəm qastrol səfərlərinə çıxdı. 1929-cu ildə Aşqabad sirkində “fransız güləşinin yaraşığı” Nikolay Bredixin, Başkirov, Şatski üzərindəki qələbələrdən sonra Buxarada fransız güləşi üzrə keçirilən yarışlara dəvət aldı. Burada ölkənin iyirmi beş pəhləvanı mübarizə aparırdı. Rəşid Orta Asiyanın ən güclü pəhləvanı Namazı məğlub etdikdən sonra Özbəkistan pəhləvanı Cuma pəhləvana sübut etdi ki, o, özbək milli güləşini ondan yaxşı bilir.
Moskva Dövlət Sirkininin tərkibində SSRİ-nin onlarla şəhərində qastrolda olan Rəşidin Taqanroq səfəri onun həyatında silinməz iz buraxdı. O bu səfərdə dünya pəhləvanlarının qəniminə çevrilmiş İvan Poddubnı ilə görüşdü. Rəşidin afişalarını görüb onun tamaşalarına baxmağa gələn İ.Poddubnı ilə Rəşid Pəhləvan arasında səmimi bir münasibət yarandı və bu sonralar möhkəm dostluğa çevrildi.
Rəşid Yusifovun belə geniş şöhrət tapmasında təkcə qazandığı qələbələr deyil, eyni zamanda onun sirk səhnəsində yaratdığı orijinal nömrələr də böyük rol oynayırdı. Məsələn, Vladiqafqazda öküzlə, İrəvanda ilanla döyüş səhnələri, sinəsi üzərindən üçtonluq yük maşınını keçirməsi, əzələlərin rəqsi...
Böyük Vətən müharibəsi illərində Rəşid Yusifov da vuruşurdu – həm arxada, həm də ön cəbhədə. Lakin onun hesabında öldürülmüş faşist, yandırılmış təyyarə, vurulmuş tank, batırılmış tanker yox idi. Onun silahı nə tüfəng, nə pulemyot, nə də ağır toplar idi. Onun əsas silahı bahadırlıq sənəti, rəqibi isə insanlarda pessimist əhval-ruhiyyə, inamsızlıq idi. Pəhləvan təkcə öz gücünü nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda xalqımızın yadellilərə qarşı qəhrəmanlıq tarixinə aid mühazirələr oxuyur, Babəkin, Koroğlunun, Nəbinin Vətən uğrunda, haqq-ədalət işi uğrunda göstərdiyi misilsiz igidliklərdən, onların böyük zəfərlərindən söhbət açır, əsgərlərimizi alman-faşist işğalçıları üzərində qələbəyə ruhlandırırdı.
Müharibənin ilk günlərindən Rəşid qardaşı Cümşüdlə xüsusi repertuarla çıxış etməyə başladı. Tezliklə o, bir qrup artistlər və pəhləvanlar dəstəsinin rəhbəri təyin olundu. Onlar müdafiə fondu, cəbhəçi ailələrinə yardım fondu üçün pulsuz tamaşalar göstərir, işğalçı qəsbkarlara qarşı tank, təyyarə düzəldilməsinə minlərlə manat pul keçirirdilər.
1942-ci il iyunun 15-də Bakı Dövlət Sirkinin direktorunun 203 №li əmri ilə döyüşçülərə və arxa cəbhəyə xidmət göstərmək üçün bir qrup sirk kollektivindən ibarət briqada yaradıldı. Briqadanın rəhbəri Rəşid Yusifov təyin olundu.
Müharibənin qızğın çağları olmasına baxmayaraq, 1943-cü il martın 4-də SSRİ Xalq Komissarları yanında İncəsənət İşləri üzrə Komitənin sədri M.Xrapçenkonun əmri ilə Rəşid Yusifova yüksək kateqoriyalı sirk artisti fəxri adı verildi.
1944-cü ildə Rəşid Yusifova böyük etimad göstərildi. Ona Azərbaycanda ilk səyyar sirk təşkil etmək tapşırıldı. Sirk pəhləvanın təklifi ilə “Zorxana” adlandırıldı. Əslində belə bir sirkin yaradılması ideyası Rəşid pəhləvanın beynində 1929-cu ildən yaranmışdı. Onun arxivindən tapdığımız və pəhləvanın şəxsən öz əli ilə yazılmış bir səyyar sirk qurğusunun çertyojunun üzərində “1929-cu il 10 may” tarixi qoyulmuşdur. Görünür, bu fikrin reallaşmasına əvvəl maliyyə çətinlikləri, sonra isə müharibə mane olmuşdu.
Müharibədən sonra ölkədə Azərbaycan sirk kollektivi yaratmaq qərara alındı. Burada “Zorxana” və onun rəhbərinin qazandığı təcrübə mühüm rol oynadı. Proqramın yaradılmasında Azərbaycanın məşhur incəsənət ustaları iştirak edirdilər – bəstəkarlardan Üzeyir Hacıbəyov, Səid Rüstəmov, rejissor Soltan Dadaşov, rəssam Sergey Yefimenko, baletmeyster Əminə Dilbazi.
Və nəhayət, Azərbaycan SSR XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi A.İskəndərov 1944-cü il 11 aprel tarixində Bakı şəhərində Azərbaycan Dövlət Sirki yaratmaq məqsədi ilə belə bir əmr imzaladı:
Azərbaycan Konsert Birliyi yanında Azərbaycan Dövlət Təsərrüfat hesablı Səyyar Sirk yaradılsın;
Teatr Şöbəsi mayın 1-dən gec olmayaraq Rəşid Yusifovun ansamblı, Azərbaycan Konsert Birliyi və Sirkin yaradıcı işçıləri hesabına (əksəriyyətcə azərbaycanlılardan) ştatları müəyyənləşdirsin;
Səyyar Sirkin direktoru və bədii rəhbəri Rəşid Yusifov təyin olunsun.

Sirkin rəhbərliyi Rəşid Yusifova təsadüfi tapşırılmamışdı. Onun bu işdə zəngin təcrübəsi vardı, müxtəlif peşə sahibləri ilə, müxtəlif dünyagörüşlü adamlarla işləməyi bacarırdı.
Rəşid pəhləvan deyirdi ki, mən sirkin yaradılması üçün çox əziyyət çəkdim, akrobatlar və artistlər topladım, çoxlu gənc cəlb etdim, onları yetişdirdim. Böyük əksəriyyəti azərbaycanlı idi. Elə sirki yaratmaqda da məqsədimiz bu idi ki, milli ənənələri, xalq yaradıcılığını dirçəldək, milli kadrlar hazırlayaq.
Rəşid Yusifovun arxivində məktublarla dolu böyük bir qovluq var. Burada yüzlərlə musiqiçinin, rəqqasın, kəndirbazın, idmançının ərizəsi var. Rəşid Yusifov bu imza sahiblərinin ən qabiliyyətlisini seçirdi. O, sirkdə güclü və bacarıqlı pəhləvanlar dəstəsi də yarada bilmişdi: Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Məmməd Hüseynov, Əşrəf Sultanov, Sabir Məmmədov, İskəndər Hacıyev, Qiyas Nuriyev, Məmməd Abdullayev və başqaları. Azərbaycan bahadırlarının çıxışı (“Zorxana”) tamaşaçılar arasında o qədər rəğbət qazanmışdı ki, bütövlükdə bu sirkə el arasında “Zorxana” deyirdilər.
Lakin bu sirk az yaşadı... Sağlam olmayan meyllər və subyektiv səbəblər təcrübəli Rəşid pəhləvanı bu işdən soyutdu. Ən başlıca səbəb isə pəhləvanın dediyi kimi, onun həddən artıq “milli” olması idi...
“Zorxana”nın belə tezliklə sönməsinə baxmayaraq, o, Azərbaycan mədəniyyəti tarixində parlaq bir meteor kimi iz buraxdı. Azərbaycan sirk mədəniyyəti tarixinin səhifələrində “Zorxana” və onun rəhbəri Rəşid pəhləvanın adı qızıl hərflərlə əbədi həkk olundu. Milli idman tariximizin, milli sirk sənətimizin ən şərəfli səhifələri qüdrətli bahadırın və onun yetirmələrinin adı ilə bağlandı.
Rəşid Yusifovun Vətən qarşısındakı xidmətləri hədər getməmişdir. Ona 1957-ci il aprelin 20-də Azərbaycan Əməkdar artisti fəxri adı verilmişdir.
Yevgeni Kuznetsovun 1957-ci ildə “İsskustvo” nəşriyyatı tərəfindən buraxılan “Sovet sirkinin ən güclü pəhləvanları” adlı kitabında yazılmışdır:
“SSRİ-də Azərbaycan pəhləvanı Rəşid Yusifov kimi ikinci bir ağır atlet yoxdur. Onun ağır çəki daşları ilə göstərdiyi proqramlar təkrarolunmazdır. Rəşid Yusifov həm də qüvvətli pəhləvandır. Ölkənin, eləcə də dünyanın bir çox pəhləvanları onun qarşısında məğlub olmuşdur. Rəşid bu gücü, qüvvəti doğma Azərbaycan torpağından və peşəsinə bəslədiyi hədsiz məhəbbətdən almışdır. Ona “Azərbaycan Poddubnısı” demək bizim üçün necə də xoşdur!”
1981-ci ildə Rəşid Yusifova Azərbaycan Xalq artisti fəxri adı verildi. Onun sənəti, şəxsiyyəti haqqında şairlərimiz, yazıçılarımız, elm-incəsənət xadimləri yüzlərlə maraqlı yazılar dərc etdirmişlər. Həyatının son beş ilində mən də bu böyük insanla ünsiyyətdə olmuş və tez-tez görüşərək maraqlı söhbətlər etmişik. Bu görüşlərin nəticəsində mənim “Rəşid Pəhləvan” adlı kitabım ərsəyə gəlib və kitab 40 min tirajla üç gün ərzində satılıb!

Mən bu gün də onun xırıltılı, bariton səsini, damarları dolub-boşalan, barmaqlarının buğumlarının dəvə beli kimi qabaran sümüklərini, qırğı baxışını, xoş təbəssümünü, ağır yerişini, qayğıkeş rəftarını, duzlu-məzəli zarafatlarını, dərin savadını, geniş dünyagörüşünü... unuda bilmirəm. O, yenilməzlik timsalı kimi tarixləşən şəxsiyyətlərdəndir!
Rəşid Pəhləvanın üçüncü nəsil yetirmələrinin bəzifələri bu gün həyatdadırlar. Ona görə “həyatdadırlar” deyirəm ki, onlar da artıq bu peşənin praktik icrası ilə məşğul olmaq iqtidarında deyillər. Pəhləvanlıq ömrü gəncliklə, cavanlıqla bağlıdır. Lakin indi bizim bu zalda əyləşən və özlərini Rəşid Pəhləvanın mənəvi övladları sayan milli güləş ustalarımız Borçalı balası Müsəllim Həkimovun, Azərbaycanın ən güclü pəhləvanlarından biri olmuş mərhum qubalı Əli Abdulhüseynovun, şəkili pəhləvan mərhum Gəray Löymanovun, Borçalıdan Söhrab Saraclının və başqalarının yetirmələri bu gün az da olsa müxtəlif tədbirlərdə görünürlər.
Böyük sənətkarın ana vətənindən pərvazlanan və onun qələbələrindən ilham alaraq adını Azərbaycanın şanlı idman tarixinə yazdıran sərbəst güləş üzrə ilk azərbaycanlı Olimpiya çempionu, 1988-ci il Seul Olimpiadasının qalibi Kamandar Məcidov (yeri gəlmişkən deyim: Kamandarın təhsil aldığı Başkeçidin Hamamlı kəndindəki məktəb indi onun adını daşıyır), klassik güləş üzrə 2004-cü il Afina Olimpiadasının çempionu Fərid Mansurov, neçə-neçə dünya və Avropa çempionları, o cümlədən bu gün bizimlə bu tədbirdə iştirak edən sərbəst güləş üzrə SSRİ idman ustası, bir sıra mötəbər ölkə və beynəlxalq yarışların qalibi, tələbələr arasında SSRİ çempionu İsmayıl Həkimov və onlarla idman cəngavərlərimizlə təkcə Borçalılar deyil, bütövlükdə Azərbaycan xalqının fəxr etməyə mənəvi haqqı var.



]]>
Müşviq BORÇALI Mon, 30 Jan 2017 14:37:51 +0000
“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” https://turan.info.az/arxiv/borcaliorg/2406-boral-ctimai-birliyinin-nvbti-tdbiri-azrbaycann-milli-mnvi-dyrlrinin-formalamasnda-grcstanl-soydalarmzn-rolu.html https://turan.info.az/arxiv/borcaliorg/2406-boral-ctimai-birliyinin-nvbti-tdbiri-azrbaycann-milli-mnvi-dyrlrinin-formalamasnda-grcstanl-soydalarmzn-rolu.html “Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu”Bu gün - 28 yanvar 2017-ci ildə “Borçalı” İctimai Birliyi Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda növbəti tədbirini keçirib.

Tədbirdə “Borçalı” İctimai Birliyinin rəhbərliyi, İdarə Heyəti və təssübkeşləri ilə yanaşı respublikamızın ali məktəb rəhbərlərinin, təhsil işçilərinin, millət vəkillərinin, tanınmış ziyalıların, eləcə də ictimai qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

turan.info.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Borçalı” İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmədov açıb.
Sonra mövzu ilə bağlı AMEA Tarix İnstitutunun direktoru, Millət vəki Yaqub Mahmudovun, ADPU-nun dosenti, dəyərli soydaşımız, tanınmış tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədli, BİB-in sədrin müavini, publisist Şərif Kərimlinin məruzələri dinlənilib.

Daha sonra məruzələr ətrfında çıxışlar olub. Asif Ozan, Dəyanət Osmanlı, Sərkərdə Sərxanoğlu,
Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin qorunması naminə tədbirə bütün media işçiləri dəvətlidir.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 21:22:32 +0000
DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ https://turan.info.az/gurcustan/borchali/2398-daha-br-soydaimiz-general-polkovnk-rtbsn-layq-grld.html https://turan.info.az/gurcustan/borchali/2398-daha-br-soydaimiz-general-polkovnk-rtbsn-layq-grld.html DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

TƏBRİK EDİRİK!...

Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin 27 yanvar 2017-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri,
dəyərli eloğlumuz, əslən qədim Borçalı mahalından olan,
gömrük xidməti general-leytenantı Aydın Əli oğlu Əliyev
gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.





Əslən qədim Borçalı mahalından olan Aydın Əli oğlu Əliyev 1957-ci il mayın 28-də Bakı şəhərində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Ali Məhkəmədə şöbə rəisi vəzifələrində çalışıb.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi işləyib.

1999-cu ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Gömrük Komitəsi Sədrinin birinci müavini vəzifəsində çalışıb.

2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədridir.

Sairə Əliyeva adlı xanım ilə ailəlidir, 2 övladı var.]]>
Müşviq BORÇALI Sat, 28 Jan 2017 00:44:34 +0000
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!.. https://turan.info.az/gurcustan/baskecid/2379-ad-gnnz-mbark-hrmtl-nazl-xanim-sfrl.html https://turan.info.az/gurcustan/baskecid/2379-ad-gnnz-mbark-hrmtl-nazl-xanim-sfrl.html AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..
Bu gün istedadlı şairə, tanınmış qiraət ustası, təcrübəli mədəniyyət və incəsənət xadimi, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Nazilə xanım Səfərlinin Ad günüdür

Nazilə Səfərli (Cəfərova) 1979-cu il 25 yanvarda
Ulu Borçalımızın qədim Başkeçid
(indiki Gürcüstan Respublikasının Dmanisi) rayonunda anadan olub.

Orta məktəbə Bolnisi rayonunun Kazreti qəsəbəsindəki 2№-li orta məktəbdə qədəm qoyub.

1993-cü ildə ailəliklə Bakı şəhərinə köçüblər. Bakının Suraxanı rayonunda məskunlaşıblar.
9-cu sinifi 270 №-li orta məktəbdə oxuyub.
Sonra təhsilini Xətai rayonundakı 269 saylı orta məktəbdə davam etdirib.
Orta məktəbi bitirdikdən sonra Rusiyanın Vladimir şəhərindəki Aviamexanika İnstitutunun hüqüq fakultəsiə daxil olub.
Ali məktəbi bitirdikdən sonra yenidən Bakıya qayıdıb.
Nazilə xanım həm də gözəl anadır. Evlidir, 2 oğlu var: Nurlan və Turan. Hər ikisi tələbədirlər.

Nazilə Səfərli şeir yazmağa 13 yaşından başlayıb.
İlk şeri 19 yaşında "Kredo" qəzetində çıxıb.
Sonradan uğurları bir-birini əvəz edib.
"Mən günəşə sən mənə bax", "Səni məndən soruşurlar", "Sazla sevişən mələk" və "Qayalara yaz ki..." adlı şeirlər kirabları nəşr olunub.
"Abdulla Şaiq", "Məshəti Gəncəvi", "Xurşud Banu Natəvan", "XXƏ Əsrin Ziyalısı" və "Qızıl Qələm" mükafatlarına layiq görülüb.
"Qarabağ harayı" şer müsabiqəsinin qalibi olub.
Bədii qiraətə görə "Qızıl Mikrofon" Oskar naminasiyasına layiq görülüb.
"Aşıq Pəri" məclisinin üzvüdür, hal-hazırda el şənliklərinin təşkilatı ilə məşğuldur.
"Nazilə" qızlar ansanblının rəhbəridir. Toylarımızda aparıcılıq edirəm.
Uğurları artmaqdadır. Gürcüstanda, Rusiyada, İranda, İsraeldə, Türkiyədə, Belarusiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.
Nazilə xanım hazırda həm də respublikamızın və Ulu Borçalımızın ictimai həyatında da fəali iştirak edir.
O, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü və İncəsənət şöbəsinin müdiridir.

Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin və "turan.info.az"-ın Yaradıcı Heyəti adından çox hörmətli Nazilə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
turan.info.az

.]]>
Müşviq BORÇALI Wed, 25 Jan 2017 10:00:32 +0000
“Borçalı” İctimai Birliyi Qabalda soydaşlarımızla görüşüb https://turan.info.az/gurcustan/qabal/2325-boral-ctimai-birliyi-qabalda-soydalarmzla-grb.html https://turan.info.az/gurcustan/qabal/2325-boral-ctimai-birliyi-qabalda-soydalarmzla-grb.html “Borçalı” İctimai Birliyi Qabalda soydaşlarımızla görüşübTədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmaqla yanaşı, mərhum şair Söhrab Tahir anılıb.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində "Borcalı” İctimai Birliyinin sədri Kərəm Məmmdli və birliyin nümayəndələrinin iştirakı ilə Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində görüş keçirilmişdir. Görüşdə Kaxeti qubernatorunun müavini Avtandil Qoqoladze, rayon deputatının köməkçisi Aleksi Canqotadze, Laqodexi Rayon İcra Hakimiyyətinin Qabal kəndi üzrə nümayəndəsi Namaz Allahverdiyev, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Mehman Rəsulov, eləcə də müxtəlif təşkilatların rəhbərləri, məktəb direktorları, tanınmış ziyalılar və bir neçə orta məktəbdən tədbirə qatılan şagirdlər çıxış etmişdir.

Görüş zamanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmaqla yanaşı, mərhum şair Söhrab Tahirin xatirəsi də anılıb və onun yaradıcılığı ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verilib.

Söhrab Tahirin həyat və yaradıcılığı

Xatırladaq ki, Söhrab Tahir 1926-ci il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir. Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.

Soydaşlarımız üçün müqəddəs gün...

Tədbirin aparıcısı tanınmış şair, "Qabal - bura vətəndir!” kitabının müəllifi Fərman Qulamoğlu iştirakçıları salamlayaraq Həmrəylik Günü və Yeni il münasibəti ilə onları təbrik etmişdir. O qeyd etmişdir ki, toplantının məqsədi "Borçalı” İctimai Birliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək və mərhum şairimiz Söhrab Tahiri anmaqdır. F.Qulamoğlu bildirib ki, 31 dekabr dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız üçün müqəddəs bir gündür.

"Azərbaycançılıq, Azərbaycan türkçülüyünün böyüklüyü ətrafında bütün dünya azərbaycanlılarının birləşməsində mərhum ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Biz şadıq ki, Gürcüstan azərbaycanlıları Vahid Azərbaycan ailəsinin üzvüdür. Və biz Gürcüstan azərbaycanlıları olmaqla fəxr edirik” – deyən aparıcı vurğulamışdır ki, son 4-5 ildə Gürcüstanda milli münasibətlərdə doğrudan da şəffaflıq, gürcü və azərbaycanlılar arasında qarşılıqlı hörmət mövcuddur.

"Biz burda din içində din, dil içində dil bəsləyirik”

Tədbirdə çıxış edən Qabal kənd ziyalısı Hüseyn Məmmədov toplantı iştirakçılarını Həmrəylik günü və Yeni il münasibətilə təbrik etdikdən sonra "Borçalı” İcitmai Birliyinin sədri Kərəm Məmmdovun elmi-ictimai fəaliyyətindən bəhs etmişdir: "Mən Kərəm müəllimi qiyabi olaraq tanıyıram. Azərbaycan televiziyasında yayımlanan bir neçə verilişdə Azərbaycanın milli dəyərləri, folkloru, keçmişi, gələcəyi ilə bağlı çıxışlarını dinləmişik və hər zaman da yüksək dəyərləndirmişik”.

Daha sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışan kənd ziyalısı soydaşlarımızın birliyinin vacib olduğunu qeyd etmişdir: "Mən belə hesab edirəm ki, azərbaycanlılar bir olmalıdır, harada yaşamasından asılı olmayaraq, azərbaycanlı adını həmişə uca tutmalıdır”. Hazırda Laqodexi rayonunda 5 Azərbaycan məktəbi olduğunu deyən H.Məmmədov, bu təhsil ocaqlarının fəaliyyət göstərməsində zəhmətkeş və vətənpərvər müəllimlərin əvəzsiz xidməti olduğunu vurğulamışdır. "Biz burda din içində din, dil içində dil bəsləyirik. Dinimizi, dilimizi qoruyub saxlayırıq. Biz Gürcüstan ictimaiyyətinə inteqrasiya etməsək, onlarla heç bir münasibət qura bilmərik” – deyə çıxışını yekunlaşdırmışdır.

"Bizim millətlər, dövlətlər arasında həmişə münasibtələr şəffaf olub”

Bundan sonra çıxış üçün söz Laqodexi rayon deputatının köməkçisi Aleksi Canqotadzeyə verilmişdir. İlk olaraq tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edən Aleksi Canqotadze, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əlamətdar bir tarix olduğunu demişdir.

Gürcüstan-Azərbaycan dostluğundan danışan deputat köməkçisi bildirmişdir ki, ölkələrimiz arasında həmişə sıx münasibətlər olub: "Bizim aramızda heç vaxt düşmənçilik olmayıb, münasibətlər həmişə şəffaf olub. İnanıram ki, bundan sonra bu münaisbətlər daha da inkişaf edəcək”.

Gürcüstanda insan hüquqlarına böyük diqqət verildiyini deyən Aleksi Canqotadzenin sözlərinə görə, qeyri-gürcülərin, o cümlədən də azərbaycanlıların hüquqularına hər zaman dövlət səviyyəsində hörmətlə yanaşılıb. O, çıxışında həmçinin soydaşlarımızın seçki hüququndan danışmışdır: "Gürcüstanda seçkilər artıq daha demokratik keçir. Hər bir millətin nümayəndəsi kimi, azərbaycanlılar da seçib-seçilmək hüququna malikdir. Bundan başqa, Gürcüstanın Diaspor qurumu həmişə çalışır ki, müxtəlif millətlərin nümayəndələri arasında yaxın təmaslar qurulsun. O cümlədən, azərbaycanlılarla yaxın münasibətlərə də biz böyük önəm veririk. Çünki bizim millətlər, dövlətlər arasında qonşu, qardaş, dost kimi həmişə münasibtələr şəffaf olub”.

"Dövlətlərimiz arasındakı münasibətlər getdikcə inkişaf etməkdədir”

Daha sonra Laqodexi icra başçısının müavini Avtondil Qoqoladze çıxış edərək bildirmişdir ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlər sarsılmazdır: "Mən əminəm ki, Gürcüstanda hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlər dəyişməz qalacaqdır. Çünki biz qonşu dövlətlər olmaqla yanaşı, millətlərimiz arasında yaxın dostluq əlaqələri var və bu münasibətlər getdikcə inkişaf etməkdədir”.

Azərbaycanda dostlarının olduğuna diqqət çəkən icra başçısının müavini dedi ki, o, hər zaman bu dostluqdan məmnun olub.

Çıxışının sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münaisbəti ilə qonaqları təbrik edən Avtondil Qoqoladze "Arzu edirəm ki, 2017-ci ildə hər şey istəyinizə uyğun olsun” - deyə vurğulamışdır.

"Qərara gəldik ki, birinci Kaxetiyadan Kartliyə gedək”

"Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov çıxışına tədbir iştirakçılarını salamlamaqla başlayıb: "Xoş gördük, əziz soydaşlar, əziz dostlar. Mən şox şadam ki, belə təntənəli bir bayramı biz bir yerdə keçiririk. Açığı, bizim fikrimiz vardı ki, Qırmızı körpü vasitəsilə gələk. Son anda bu qərara gəldik ki, Kartlidən Kaxetiyaya gəlməkdənsə, birinci Kaxetiyadan Kartliyə gedək.

Məndən öncə çıxış edənlər dostluq, qardaşlıq haqqında danışdılar. Bu dostluq, qardaşlıq yeni deyil. "Kartlis Çxovreba”nın ("Kartlinin Həyatı” -red.) yazdığına görə, bu dostluq, qardaşlıq eradan əvvəl 6-cı yüzillikdən başlayır. Belə ki, bu torpaqlar uğrunda bizim əcdadlarımız olan buntürklər İberlərlə bir yerdə əvvəlcə Assur hökmdarı Tiqlatpalasara (?), ondan sonra Makedoniyalı İsgəndərə, Əhəmənilərə, Sasanilərə qarşı çiyin-çiyinə vuruşublar. Bu qardaşlıq Atrak xan və David Armaşanebelidən gələn qardaşlıqdır. Bu qardaşlıq Simon xan və İmamqulu xandan gələn qardaşlıqdır. Eyni zamanda bu qardaşlıq 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə həmin dönəmin Gürcüstan hökuməti (?) arasındakı qardaşlıqdır. Azərbaycan və Gürcüstan yeganə dövlətlərdir ki, 1919-cu ilin avqust ayının 29-da dostluq, qardaşlıq və hərbi əməkdaşlıq haqqında müqavilə bağlayıblar. Belə ki, o vaxt Azərbaycan silah və zabit çatışmazlığı səbəbindən Gürcüstan hökumətinə müraciət etdi ki, hər iki məsələ ilə bağlı köməklik göstərsin. Eyni zamanda Azərbaycan xalqı, Azərbaycan dövləti də bu dostluğu, bu qardaşlığı nəzərə alaraq, imperialist güclər tərəfindən enerji krizisinə məruz qalmış Gürcüstana öz qardaşlıq köməyini göstərdi. Çünki biz özümüz istidə oturub,qardaşlarımızın soyuqda qalmasına göz yuma bilməzdik”.

"Biz iki qardaş xalq arasından dostluq körpüsüyük”

"Borçalı” İctimai Birliyinin sədri vurğuladı ki, bu gün Azərbaycanla Gürcüstanı təkcə dostluq əlaqələri deyil, eyni zamanda strateji maraqlar, tranzit yollar, neft kəməri və ümumi düşmənlərə qarşı mübarizə birləşdirir: "Bəs biz Gürcüstan azərbaycanlılarının çiyninə düşən yük nədir? Biz bu iki qardaş xalq arasından dostluq körpüsüyük. Və bu iki xalqın qardaşlaşması yolunda həmişə də bu körpü rolunu oynamağa hazırıq, qardaşla qardaşın arasında mütləq körpü olmalıdır”.

Kərəm Məmmədov çıxışının sonunda tədbirdə iştirak edən Gürcüstan dövlətinin rəsmilərinə öz dillərində - gürcüsə müraciət etdi: "Qaomarcos azerbaycaneli sakartvelo meqobrebis. Cma Cmitan Clieli”. Qoy bizim dostluğumuz əbədi və daimi olsun. Bu işdə bizim boynumuza nə cür xidmətlər düşürsə, biz buna hazırıq. Vaxtilə Promotey odu insanlara gətirdiyi kimi, bizim "Borçalı” İctimai Birliyi də bu dostluq yolunda bir Promotey kimi həmişə şölələnəcək, həmişə işıqlı yollar göstərəcək. Hər birinizə təşəkkür edirəm”.

"Gürcüstan Azərbaycanın strateji müttəfiqidir”

Tədbirdə qonaq qismində iştirak edən tanınmış politoloq Natiq Miri də çıxş etdi. İlk dəfə olaraq Gürcüstanda soydaşlarımızla və Gürcüstan rəsmiləri ilə görüşdə iştirak etdiyini deyən politoloq "biz Gürcüstana dost olaraq gəlmişik” – dedi: "Gürcüstan Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu gün regionda Gürcüstan-Azərbaycan-Türkiyə üçlük formatı mövcuddur. Və bu formatda hərbi-siyasi-iqtisadi yöndə çox ciddi əməkdaşlıq var. Bu əməkdaşlıq təbii ki, həm Gürcüstanın, həm də Azərbaycanın dövlətçiliyinə xidmət edir.

Mənim istəyim budur ki, bizim soydaşlarımız, bu gənclər gələcəkdə Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya edə bilsinlər. Bunun üçün mütləq mənada gürcü dilini öyrənmək lazımdır. Gürcüstanda yaşayan soydaşlarımız üçün BDU-nun Qazaxda filialı açılıb və hazırda bunun bazaları yaradılır. İnanıram ki, gələcəkdə övladlarınızın, bu tədbirdə iştirak edən balaların BDU-nun Qazax filialında təhsil alması üçün "Borçalı” İctimia Birliyi əlindən gələni əsirgəməyəcək. Ancaq bu yetərli deyil. Biz istərdik ki, sizin gənclər həm də Gürcüstanın öz universitetlərində gürcü dilində təhsil alsın. Mən istərdim ki, azərbaycanlılardan peşəkar hüquqşünaslar, iqtisadçılar, informasiya texnologiya mütəxəssisləri yaransın ki, Azərbaycanın Gürcüstanda güclü bir toplumu olsun. Ayrıca, bu da tarxidən bəllidir ki, Azərbaycan toplumu bütün illərdə, zamanlarda Gürcüstan dövlətinə xidmət edib. Yəni heç bir zaman azərbaycanlılar Gürcüstan dövlətinin əleyhinə çıxmayıb və çıxmayacaq. Ona görə də gələcəkdə Gürcüstan dövlətinin güclü olması üçün sizin də mütləq mənada bu dövlətin güclülüyünə öz ağırlığınızı qoymağınız lazımdır. Bu da yalnız təhsildən keçir. Siz nə qədər təhsilli olsanız, bu toplum daha çox inkişaf edəcək”.

"Azərbaycan toplumu olaraq bir olun, hürr olun”

N.Miri Gürcüstandakı azərbaycandilli məktəblərin təhsil problemlərindən də danışdı: "Bu gün birmənalı deyə bilərəm ki, Kərəm müəllimin təşəbbüsü ilə Azərbaycan Təhsil Nazirliyində çox ciddi bir görüş oldu və bu görüşün nəticəsi olaraq prezidentə müraciət olundu. 17 min Azərbaycan dili və Ədəbiyyat kitbaları Gürcüstan Elm və Təhsil Nazirliyinə göndərildi və tezliklə Gürcüstanda Azərbaycan məktəblərinə çatdırılacaq. Amma bu son deyil. Biz düşünürük ki, gələcəkda kordinasiyalı şəkildə Gürcüstan dövlət strukturları ilə birgə Azərbaycan məktəblərində olan problemləri tədricən həll etmək mümkün olacaq.

Biz bilirik ki, azərbaycanlıların təhsillə yanaşı, kənd təsərrüfatı sahəsində də müəyyən problemləri var. İnanıram ki, bu məsələrin hamısı kordinasiyalı şəkildə həm Azərbaycan, həm Gürcüstan dövləti, həm Azərbaycanın Gürcüstandakı səfirliyi və "Borçalı” cəmiyyətinin birgə fəaliyyəti iləa həll olunacaq. Sizdən xahişimiz odur ki, Azərbaycan toplumu olaraq bir olun, hürr olun”.

Politoloq bildirdi ki, hazırda regionda çox ciddi siyasi proseslər gedir: "Bilirsiniz ki, yeni kommunikasiya sistemləri çəkilir. Avropadan başlayan yeni kommunikasiya sistemi Hindistana, Çinə qədər uzanır. İkinci bir xətt Şimal-Cənub kommunikasiya xəttidir ki, bunların da bilavasitə Qərb ayağı yenə Gürcüstandan keçir. Yəni bu gün Gürcüstan çox əhəmiyyətli strateji-coğrafi məkanda yerləşən bir dövlətdir. O baxımdan Gürcüstanın əhəmiyyəti getdikcə regionda, bütövlükdə qlobal səviyyədə artır. Sizin də Gürcüstan dövlətinin daha da güclü olmasına qatqınız olmalıdır. Necə? Siz təhsillə gözəl mütəxəssis olmalısınız. Yəni artıq azərbaycanlılar bazarlarda deyil, bu gün institutlarda, dövlət strukturlarında təmsil olunmaqla, Gürcüstan dövlətinin inkişafına öz töhvələrini verməlidir. Yəni biz yeni bir Azərbaycan toplumu görmək istəyirik. Çünki Gürcüstan getdikcə inkişaf etməkdədir. Və Gürcüstan cəmiyyəti inkişaf etdikcə Azərbaycan toplumu da mütləq mənada bu cəmiyyətin içərisində inkişaf etməlidir”.

Tədbir iştirakçılarına hədiyyələr verildi

Görüş zamanı məktəb direktorları, tanınmış ziyalılar və təşkilat nümayəndələri də çıxış etdilər. Ən maraqlı anlardan biri isə şagirdlərin hazırladığı səhnəciklər, xor və fərdi qaydada mərhum şair Söhrab Tahirin şeirlərini səsləndirmələri oldu. Hansı ki, onların hər bir çıxışı uzun müddət alqışlandı və istər yerli nümayəndələr, istər də "Borçalı” İctimai Birliyinin rəhbərliyi tərəfindən yüksək qiymət verildi.

Sonda yenidən söz "Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədova verildi. Görüş iştirakçılarına və təşkilatçılara öz minnətdarlğını çatdıran K.Məmmodov yekunda tədbirə qatılan Gürcüstan dövlətinin rəsmi nümayəndələri də daxil olmaqla, əksər çıxışçılara "Borçalı” İctimai Birliyi adından kiçik hədiyyələr təqdim etdi. Sonda qonaqlarla birgə xatirə şəkili çəkildi.

"Borçalı” İctimai Birliyinin Mətbuat xidməti

- See more at: http://sozcu.info/gundm/1978-borchali-ctimai-birliyi-qabalda-soydashlarimizla-gorushdu.html#sthash.xeNVNpl9.dpuf]]>
Müşviq BORÇALI Tue, 17 Jan 2017 19:21:14 +0000
“Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək https://turan.info.az/diger/elanlar/2324-boral-ctimai-birliyi-yeni-tdbir-keirck.html https://turan.info.az/diger/elanlar/2324-boral-ctimai-birliyi-yeni-tdbir-keirck.html “Borçalı” İctimai Birliyi yeni tədbir keçirəcək"Borçalı" İctimai Birliyi yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın Milli-mənəvi dəyərlərinin formalaşmasında Gürcüstandan olan soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirəcək. Tədbirin keçirilmə zərurəti ilə bağlı "turan.info.az”-a açıqlama verən "Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov bildirib ki, bu tədbiri zəruri edən bir neçə məqam var. Birincisi, bu mövzu Azərbaycan dövlətinin yalnız indiki Azərbaycan Respublikasının ərazisində yaşayanların təsisatı olması kimi yanlış təsəvvürlərə aydınlıq gətirmək üçündür. İndiki Gürcüstan ərazsində yaşayan soydaşlarımızın qədim dövr və orta əsrlərdən bu günümüzə kimi Azərbaycan dövlətlərinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasındakı xidmətləri qeyd olunmalıdır. Bu bizim birliyimizin və bütövlüyümüzün əsasıdır. Eyni zamanda bizim tarixi şəxsiyyətlərimizi yad etməklə bağlı borcumuz var. Bu tədbir həm də Azərbaycan xalqının şanlı tarixinə öz adlarını qızıl hərflərlə yazmış böyük şəxsiyyətlərin fəaliyyətinin yad edilməsi, onların xatırlanması və təbliğinə xidmət edəcəkdir.]]> Müşviq BORÇALI Tue, 17 Jan 2017 18:54:37 +0000 SƏN TÜRK OĞLU OLAMMAZSAN! https://turan.info.az/edebiyyat/poeziya/1650-sn-trk-olu-olammazsan.html https://turan.info.az/edebiyyat/poeziya/1650-sn-trk-olu-olammazsan.html SƏN TÜRK OĞLU OLAMMAZSAN! SƏN TÜRK OĞLU OLAMMAZSAN!
(üzdən özünü türk kimi göstərən, əslində isə başqa bir millətin nümayəndələri olanlara və zatı qırıqlara itfah)
Bal arın beçəndən gərək.
Sarvanın köçündən gərək.
Türkçülük içindən gərək.
Sən türk oğlu olammazsan.
Yurd yeri yurdda qalmalı,
Türk qadasın türk almalı,
Türkün dostu türk olmalı,
Sən türk oğlu olammazsan.
Türkün balası türk olar.
Türkçülük türkə görk olar.
Türk hər sözündə bərk olar
Sən türk oğlu olammazsan.
Türk oğlunun öz yurdu var,
Qəlbində torpaq odu var,
Min əməli, bir adı var.
Sən türk oğlu olammazsan.
Türk heç öyünməz, öyülür,
Türk heç deyinməz, deyilir,
Türk heç sayınmaz, sayılır,
Sən türk oğlu olammazsan.
Bayrağı var ay-ulduzlu,
Söhbəti var şirin duzlu.
Şərqiləri eşq avazlı,
Sən türk oğlu olammazsan.
Dinməyinin söz mənası,
Sükutunun öz mənası,
Sönməyinin köz mənası,
Sən türk oğlu olammazsan.
Türkün sözü, əməli bir,
Türkçülüyün təməli bir,
Məsləki bir, amalı bir,
Sən türk oğlu olammazsan.
At üstündə doğulmuşuq.
Od -alovdan yoğrulmuşuq.
Yer üzünə dağılmımışıq,
Sən türk oğlu olammazsan.
Dədə Qorqud əsilliyik,
Tomris nənə nəsilliyik,
Qoç Koroğlu misilliyik.
Sən türk oğlu olammazsan
Məndən nifrət türk söyənə,
Qoy, eşq olsun türk öyənə.
«Nə mutlu türküm deyənə»
Sən türk oğlu olammazsan!
Tbilisi, 1994-cü il, 29 oktyabr.]]>
Müşviq BORÇALI Mon, 09 Jan 2017 01:48:56 +0000
Borçalı məktəblilərinə dərslik göndərilmişdir https://turan.info.az/arxiv/borcaliorg/2254-boral-mktblilrin-drslik-gndrilmidir.html https://turan.info.az/arxiv/borcaliorg/2254-boral-mktblilrin-drslik-gndrilmidir.html Borçalı məktəblilərinə dərslik göndərilmişdir

Bir həftə bundan öncə "Borçalı" İctimai Birliyi Gürcüstandakı azərbaycandilli məktəblərdə təhsil və pedaqoji kadr çatışmazlığı ilə bağlı yaranan problemlərin həllinə yardım məqsədi ilə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət etmişdi. Müraciətdən çox keçməmiş Təhsil Nazirliyi bu sahədə real addımlar atmağa başlamışdır. Belə ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Gürcüstandakı azərbaycandilli məktəblərə 14 adda 16 900 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərilib.
Elə bu günlərdə, daha dəqiq desək, dekabrın 27-29-da "Borçalı" İctimai Birliyinin bir qrup nümayəndəsi də eyni missiya ilə Gürcüstanın Başkeçid və Qabal bölgələrində olmuş və məktəbliləri Yeni İl öncəsi sevindirmişlər.

Şərif Kərimli,
"Borçalı" İctimai Birliyinin elm, təhsil və
mədəniyyət məsələləri üzrə sədr müavini]]>
Müşviq BORÇALI Wed, 28 Dec 2016 23:54:08 +0000
Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!.. https://turan.info.az/arxiv/borcaliorg/2198-trklr-he-vaxt-qonaa-l-qaldrmam-v-arxadan-vurmamlar.html https://turan.info.az/arxiv/borcaliorg/2198-trklr-he-vaxt-qonaa-l-qaldrmam-v-arxadan-vurmamlar.html Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar!..Bu gün Rusiya Federasiyasının Türkiyədəki Büyük Elçisi Andrey Karpova Ankarada “Rusiya – Kalininqraddan Kamçatkaya qədər, Türklərin gözü ilə” rəsm sərgisində sui-qəsd təşkil edilmişdir. Bu xain sui-qəsd bu yay Türkiyədə baş tutmayan darbeden sonra polis sıralarından qovulmuş Mövlud Mert Altınbaş yapmıştır. Üç ölkənin – Rusiya,Türkiyə və İranın Xarici İşlər Nazirlərinin Suriya probleminin həlli üçün Moskvada baş tutacaq görüşləri ərəfəsində bu xain sui-qəsdin baş verməsi ancaq Rusiya ilə Türkiyə arasında son dövrlərdə əlaqələrin artmasından əndişə duyanların işidir.
Türkiyə-Rusiya yaxınlaşmasından əndişə duyanlar ancaq aşağıdakı qüvvələrdir :
1. Yayda Türkiyədə baş tutmayan darbeden “təəssüfflənənlər”
2. Suriyadakı münaqişənin daha da qızışdırılmasında maraqlı olan qüvvələr
3. Erməni diasporası
KİV-in yazdığına görə bu xain saldırını yapan şexs “Allahü Əkbər” deyə səslənmişdir. Ancaq İslam və İslamın Dayağı olan Türklər heç vaxt qonağa əl qaldırmamış və arxadan vurmamışlar !]]>
Müşviq BORÇALI Mon, 19 Dec 2016 23:40:20 +0000
Gürcüstanda Azərbaycan məktəblərinin problemləri - VİDEO https://turan.info.az/tv/2116-grcstanda-azrbaycan-mktblrinin-problemlri-vdeo.html https://turan.info.az/tv/2116-grcstanda-azrbaycan-mktblrinin-problemlri-vdeo.html Gürcüstanda Azərbaycan məktəblərinin problemləri - VİDEO]]> Müşviq BORÇALI Tue, 29 Nov 2016 11:12:00 +0000 "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" https://turan.info.az/tv/2114-grcstann-azrbaycandilli-mktblrind-yaranm-thsil-problemlri.html https://turan.info.az/tv/2114-grcstann-azrbaycandilli-mktblrind-yaranm-thsil-problemlri.html "Gürcüstanın  azərbaycandilli məktəblərində yaranmış  təhsil problemləri"Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Borçalı” İctimai Birliyinin geniş tədbiri keçirilib.

Tədbirdə birliyin təsisçiləri ilə yanaşı respublikamızın tanınınmış ziyalıları, alimləri, ali məktəblərin prorektor, professor, müəllimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

turan.info.az bildirir ki, tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Şərif Kərimli əvvəlcə iştirakçıları "Borçalı” İctimai Birliyinin bəyanatı ilə tanış edib.

Həmin bəyanatda bildirilib ki, Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə cəmiyyətin əvvəlki rəhbərliyinin buraxdığı kobud səhvlərə görə sədr və idarə heyəti yenilənmiş və Ədliyyə Nazirliyində keçirilən növbədənkənar ümumi yığıncaq, yeni seçilmiş sədr və idarə heyəti üzvlərinin legitimliyi təsdiq olunub:

"Lakin köhnə sədr və onun ətrafındakı bir qrup şəxs ali dövlət qurumunun qərarına məhəl qoymur və Cəmiyyət adından qeyri-qanuni manipulyasiyalar etməkdə davam edirlər. Məhz elə bu cür separatçı hərəkətlərinə görə Gürcüstan hökuməti keçmiş sədrin bu ölkəyə girişinə qadağa qoyub.

Biz "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçiləri bir daha bu hərəkətləri qətiyyətlə pisləyir və qanunun aliliyi, elimizin bütövlüyü, xalqımızın birliyi naminə belə özbaşınalığa son qoymağa çağırırıq".

Sonra tədbirin əsas mövzusu olan "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" ilə bağlı "Borçalı " İctimai Birliyinin sədri Kərəm Məmmədov ətraflı çıxış edib.

O, bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da bir sıra ictimai cəmiyyətlər, o cümlədən "Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur:

""Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədəm Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına çalışır.

Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır. Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir – insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır.

Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!

Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!".

Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, keçmiş təhsil naziri Firidun Ağasıoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Azərbaycan Pedaqoji Universitetin prorektoru Məlikməmməd Cabrayılov, BDU- nun kafedra müdiri, professor Həmid Vəliyev, politoloqlar Ənvər Börüsoy, Natiq Miri, Əli Xəlilli, Kamran Xəlilov və başqaları mövzu ətrafında çıxış edərək, dəyərli təkliflərini veriblər.

Tədbirdə xüsusi qeyd olunub ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.]]>
Müşviq BORÇALI Mon, 28 Nov 2016 23:28:46 +0000
MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!.. https://turan.info.az/esas/2055-mfq-borali-elm-tdqqat-n-mdaf-edb-tbrk-edrk.html https://turan.info.az/esas/2055-mfq-borali-elm-tdqqat-n-mdaf-edb-tbrk-edrk.html MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!..Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclası olub.
İclası giriş sözü ilə Dissertasiya şurasının sədr müa­vini, Nizami adına Ədəbiyyat İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, pro­fessor Məm­məd Əli­yev açaraq, əvvəl­lcə gündəlikdə duran cari məsə­lələr haqqında dissertasiya şurasının üzv­lərinə mə­lumat verib. Sonra "Ziya” qəzetinin və “turan.info.az” saytının baş redaktoru Müşfiq Bor­ça­lının (Müşviq Mədəd oğlu Ço­ba­novun) "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığı disser­tasiya işi müdafiə olu­nub.
Professor Məm­məd Əli­yev müdafiəyə təqdim olunan dis­sertasiyanın aktual­lığından və əhəmiy­yətindən söz açıb, bu mövzunun heç də təsadüfi ol­madığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Ni­za­mi adına Ədə­­­biyyat İns­titu­tu­nun "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin əsas elmi tədqi­qat is­ti­­­qa­mətlərinə uyğun bir şəkil­də hazırlanıb. Dis­ser­tan­tın elmi rəhbəri, AMEA-nın vitse-prezi­denti, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğ­lu HƏBİB­BƏYLİdir. Dis­­­ser­tasiyanın möv­zusu AM­EA Nizami adına Ədə­biy­­yat İnstitu­nun Elmi Şu­ra­­sın­da və Azər­baycan Res­pub­likası Elmi Təd­qi­qatla­rın Əla­­qə­lən­dirilməsi Şu­ra­sı­nın Fi­lo­logi­ya Prob­lemləri üz­rə El­mi Şurasında təsdiq olunub, AMEA Niza­mi adı­­­­na Ədə­­biy­yat İnsti­tutunun "XX əsr (so­vet dövrü) Azər­baycan ədə­biy­yatı" şöbə­sin­­də və institutun elmi se­­mina­rın­da mü­zakirə olu­­na­raq açıq mü­dafiəyə bu­raxılıb. Tədqi­qatın əsas elmi nəti­cələri iddiaçının nəşr olun­muş kitabla­rında, müx­­təlif el­mi nəşr­lər­də dərc et­dirdiyi məqalə və te­zis­­­lərin­də, beynəlxalq kon­frans­lar­dakı mə­ruzələrində öz əksini tapıb.
Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi disser­tasiya haqqında məlumat verib, bildirib ki, bütün sənəd­lər qayda­sın­dadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı 8 kitabı və 10 məqaləsi çap olunub. Elmi rəhbərin - akademik İsa Həbib­bəylinin, apa­rıcı təşkilatın - ADPU-nun, rəsmi oppo­nent­lərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var. O cümlədən, Jalә ƏLİ­YEVA (Milli Məclisin üz­vü, Bakı Dövlət Universitetinin Türk filo­lo­giyası ka­fedrasının professoru, filologiya üzrə elmlәr doktoru), Həmid VƏLİYEV (Bakı Dövlət Universi­te­ti­, Beynəlxalq jur­nalistika kafed­ra­sının mü­diri, professor, Gürcüstan Res­publika­­­sının Əməkdar jurnalisti), Vüqar ƏHMƏD (AMEA-nın Nizami adına Ədəbiyyat İns­ti­tutu­nun baş el­mi işçisi, filologiya üzrə elmlər doktoru, profes­sor), Adilxan BAY­RAMOV (Azərbaycan Respublikası Mədə­niy­yət və Tu­rizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktor müavini, filolo­giya üzrə elmlər doktoru), Rahilə QEYBULLAYEVA (Ba­kı Slavyan Univer­siteti, Azərbaycan ədəbiy­yatı kafedrası­nın müdiri, filolo­giya üzrə elmlər doktoru, professor), Nizami Tağı oğlu MƏMMƏDOV (TAĞISOY) (Bakı Slav­yan Universiteti, fi­lo­logiya üzrə elmlər doktoru, professor), Əjdər AĞAYEV (Qafqaz Universiteti, pedaqoji elmlər dok­to­ru, professor, Azərbaycan Təhsil Şurasının sədri, Azərbaycan Yazıçılar Birli­yinin üzvü), Elman QULİYEV (ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının pro­fessoru, filologiya üzrə elmlər doktoru), Yaqub BABAYEV (Azərbaycan Dövlət Pedaqoji Univer­siteti, filolo­giya üzrə elmlər doktoru), Məhərrəm HÜSEYNOV - Azərbaycan Dövlət Pedaqoji Univer­si­teti, filologiya fakültəsinin dekan müavini, filologiya üzrə elmlər doktoru, pro­fes­sor), Şikar QASIMOV (Azərbaycan Texniki Universiteti, “İcti­mai fənlər” kafedrasının müdiri, tarix elmləri dok­toru, professor), Həbib Mirzəyev (Azərbaycan Texniki Universiteti, “Azərbaycan dili və pe­da­­qo­gika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent), Seyfəddin Gülverdi oğlu RZASOY (AMEA-nın Folklor İnstitutunun şöbə mü­di­ri, filo­logiya üzrə elmlər doktoru), Şakir ALBALIYEV (AMEA-nın Folklor İnstitutunun aparıcı elmi iş­çi­­­si, filo­logiya üzrə fəlsəfə doktoru, dosent), Knyaz ASLAN (Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi ka­fedrasının müdiri, dosent), Kərəm MƏMMƏDOV (Bakı Dövlət Uni­versiteti, tarix üzrə fəlsəfə dok­toru, dosent, “Borçalı” İctimai Birliyinin sədri), Fidanə MUSAYEVA (Bakı Slavyan Universiteti, filologiya üzrə fəl­sə­fə dok­toru, dosent), eləcə də qonşu GÜRCÜSTANdan - Novruz BAYRAMOV (H.Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Univer­si­tetinin rektoru, Gürcüstan Ziyalılar Birliyinin sədri, doktor-professor, Gürcüstan Pedaqoji Elmlər Aka­­­­demiyasının üzvü),Mahmud HACIXƏLİLOV (Ukrayna-Gürcüstan Beynəlxalq İns­ti­tu­­tunun elmi işlər üzrə prorektoru, professor), Hüseyn YUSİFOV (Gürcüstan Azər­baycanlıları Konqresinin sədri), Nizami MƏMMƏD­ZADƏ (Gürcüstan Azərbaycanlı Jurnalistlər Birli­yi­nin səd­ri, Azər­baycanın Respublikasının Əməkdar jurnalisti) və başqa­ları­nın müsbət rəy yazıb göndərdikləri diqqətə çat­dı­rıldı. O da bildirildi ki, qardaş Türkiyədən, eləcə də Gürcüstandan, İsrail­dən və Pol­şa­dan da dissertasiya şurasının iclasına in­ternet va­sitəsilə canlı olaraq qoşulmaq arzusunda olanlar da var. Onlardan - Türkiyənin Ərdahan Universitetindən ­­Gürcüstan Milli Elmlər Akademiya­sının hə­qiqi üzvü, filologiya üzrə elmlər doktoru, pro­fes­sor Şurəddin MƏMMƏDLİ, Gürcüstan Parlamentinin deputatı Azər SÜLEYMANOV, iddiaçının ali məktəb müəllimi olmuş və hazırda Təl-əviv şəhərində yaşayan filologiya üzrə elmlər doktoru, pro­fes­sor Adil Qardaş oğlu MİŞİYEV, Polşa Elmlər Akademiyasından - Polşadan Varşava Uni­ver­sitetinin əməkdaşı, Mə­leykə HÜSEYN və baş­qaları iddiaçıya təbriklər ünvanlamışlar.
Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iş­tirakçılarının mü­zakirəsinə verilib.
İddiaçı müdafiəyə təqdim olunan tədqiqat işi haqqında çıxış edib. Bildirib ki, dissertaya giriş, hər biri müx­tə­lif ya­rım­fəsilə bö­lün­mək­­­lə üç fəsil, nəticə və istifadə olunmuş ədə­biyyat siyahı­sın­­dan iba­rətdir.
"Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi ye­ni­liyi, məq­səd və vəzifə­lə­ri, təd­­­­qiq ta­­ri­xi, ob­­yekti, prak­tik əhə­miyyəti, nəzəri-me­todoloji əsasları, apro­ba­si­ya­sı və digər məsə­lələr yığcam şəkildə öz əksini tapmışdır.
Mövzu ilə bağlı məlumat verən Müşfiq Bor­çalı tədqiqat işinin elmi yeniliyini, ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb. Bildirib ki, Gür­cüstanda yaşa­yıb-yaradan şair və yazıçı­ların hə­yat və ya­ra­dıcılıq yollarını, ədəbi inkişaf meyil­lərini öyrən­mək, onların bədii ya­ra­­­dı­­cı­­lıq­larını ət­raflı şə­kil­də təhlil et­mək və araşdrı­maq, tədqiqat işinin əsas elmi ye­­­ni­liklə­rin­dən­dir. Azər­baycan ədə­­biyyat­şünaslığında epi­zo­dik şə­kil­də toxu­nu­lan bu prob­­­lem ilk də­­fə olaraq təd­qi­qat obyekti ki­mi götü­rülərək araş­­dırma ob­yek­tinə çev­ril­mişdir. Disser­­tasiyada Gürcüstanda yaşayıb-ya­ra­dan yazıçı­ların ümum­azər­bay­can ədəbi pro­­­se­sin­dəki yerləri və möv­qeləri müəy­yən­ləş­dirilir.
“Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poe­ziyasının inkişaf təma­yül­ləri” adlanan birinci fəsildə prob­lem - “Gürcüs­tanda ye­ni ədəbi-ictimai mü­hit və onun xarak­teri”, “Milli poetik ənə­nələr və aşıq şeiri”, “Gür­­cüstanda Azərbaycan poe­­­­ziyasının yeni yara­dıcılıq me­yil­ləri” başlıq­ları al­tında üç yarım­fəsildə təhlil olu­nur. Gürcüstandakı Azərbaycan ədəbi mühitinin tarixinə qısa bir nəzər salınır, Bor­ça­lı aşıq məktəbinin və elə­cə də bu mühütdən qay­naq­lanan çağdaş poeziyanın ta­nın­mış nü­mayəndələrinin yara­dıcılığı ilk dəfə ola­­raq el­­mi tədqi­qata cəlb olu­nur.
“Gürcüstanda yaranan Azərbaycan nəsr və drama­tur­gi­ya­sının inkişaf problem­ləri” adla­nan ikinci fə­sildə problem “Nəsrin mövzu, janr və forma müəyyənliyi” və “Drama­tur­giyada ob­raz, möv­­zu, süjet və kompozisiya problemləri” başlıqları altında iki ya­rım­fəsildə ümu­­miləşdirilir.
“Gürcüstanda Azərbaycan dilində yaranan ədəbiy­yat­şünaslıq, ədəbi əlaqələr və bədii tərcümə məsələləri” ad­la­­nan üçüncü fəslin birinci yarımfəslində “Ədəbiy­yat­şünasalıq və ədəbi tənqid” bir prob­­­lem kimi qoyulur və ilk dəfə ətraflı təhlilini tapır. Əlbəttə mövcud mühitdə mə­­­sələlər tək­cə bədii nümunələrin yaranması ilə bit­mirdi. Ayrı-ayrı qəzet, jur­nal sə­­­­hi­fə­lə­rində çıxan bədii nü­munələrə, eləcə də ki­tab­lara ədəbi tən­qi­din ob­yek­tiv mü­­na­si­bə­ti vardı. Da­ha sonra “Ədəbi əlaqələr və bədii tərcümə” məsələsi bir prob­lem ki­mi qo­yulur, eləcə də Azər­baycan-gürcü ədəbi əlaqə­ləri və bədii tər­cü­mə mə­sə­lələri də təd­qiqatın verdiyi imkanlar daxilində ilk dəfə araşdır­maya cəlb edilir.
Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elm­lər doktoru, professor İmamverdi Həmidov aparıcı təşkilatın rəyini diqqətə çatdırıb.
Sonra söz rəsmi opponentlərə verilib. Azərbaycan Respub­likasının Prezi­denti yanında Dövlət İda­rəçilik Aka­demiyası, Dillər kafedrasının müdiri, Əməkdar müəllim, filologiya üz­rə elmlər doktoru, professor Akif BAYRAMOV və Bakı Slav­yan Universitetinin sabiq rektoru, filologiya üzrə elmlər dok­toru, professor Asif HACIYEV çıxış edərək müdafiəyə təqdim olunan disserta­sıyanı yüksək qiy­mət­ləndiriblər.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mü­kafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Mə­hərrəm Qasımlı, "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin müdiri, filologiya üzrə elmlər doktoru, pro­fessor Şirindil Alışanov, Mət­buat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və başqaları çıxış edərək, xüsusi olaraq dissertasiyanın elmi əhəmiyyətini vur­ğulayıblar.
Müəllif tövsiyələri dinləyib, mövzu ilə bağlı sualları ca­vablandırıb.
Müdafiənin davamında professor Məm­məd Əli­yev yekun rəyi dissertasiya şurasının üzvlərinin diq­qətinə çatdırıb, səs­vermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.
Səsvermənin nəticələri elan olunub: Müşfiq Borçalının "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.
Sonda iddiaçı Dissertasiya Şurasının rəhbərliyinə, üzv­lərinə, elmi rəhbəri akademik İsa Həbibbəy­liyə, rəsmi op­ponentləri - professorlar Akif Bayramova və Asif Hacı­yevə, aparıcı müəs­sisəyə - şəxsən, Azərbaycan Dövlət Pe­daqoji Uni­versitetinin rek­­toru, pro­fessor Cəfər CƏ­FƏ­ROVa elmi işlər üzrə pro­rektor, professor Asəf ZAMA­NO­Va, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafed­rasının müdiri, pro­fessor Hi­ma­lay Qa­sı­mo­va, həmçinin mü­zakirədə fəal iştirak etmiş kafed­ranın bütün əmək­daşla­rına, xüsusilə də pro­fessorlar Təyyar Sa­lam­oğluna, Elman Quliyevə, Mahmud Al­lah­manlıya, Ya­qub Ba­bayevə və baş­qa­larına, istər müzakirə, istərsə də seminar zamanı əsəri diqqətlə oxuyub müsbər rəy yazan alimlərə - Seminarın rəhbəri: Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Paşa oğlu QASIMLIya, filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafa oğlu MUSTAFAYEVə, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu BAYRAMOVa, XX əsr (Sövet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şirindil ALIŞANLIya, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan ƏHMƏDOVa, Əlizadə ƏSGƏRLİyə, Filologiya üzrə fəlsəfə doktorları Şahbaz Şamı oğlu MUSAYEVə, İlham MƏMMƏDLİyə, Müdafiəyə buraxılmaq üçün EKSPERT RƏYİ yazmış filologiya üzrə elmlər doktorları, professorlar Gülər ABDULBƏYOVAya və Alxan Bayramoğluna (MƏMMƏDOV), eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nüma­yən­də­lərinə öz təşəkkürünü bil­dirib.
Qeyd edək ki, Müşfiq Borçalının dissertasiya müdafiə­sində Dissertasiya Şurasının üzvləri ilə yanaşı, bir çox tanınmış elm və ictimaiyyət nümayəndələri də, o cümlədən, Respublika Təhsil Şura­sının sədir, pro­fessor Əjdər Ağa­yev, Azər­baycan Respublikası Mə­də­niy­yət və Tu­rizm Nazir­liyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mər­kəzinin direktor müavini, filolo­giya üzrə elmlər dok­toru Adilxan Bayramov, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filolo­giya üzrə elmlər dok­toru, pro­­fessor Mədəd Çobanov, “Borçalı” İctimai Birliyinin həmtəsisçisi, professor, şair Hidayət Nuriyev, AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiy­yat­şünaslıq+bədii yaradı­cılıq" bir­liyinin rəhbəri, filolo­giya üz­rə elmlər dok­toru, pro­fessor, şair Vüqar Əhməd Azər­­baycan Aşıq­lar Bir­liyi­nin katibi, Əməkdar mədə­niyyət işçisi Musa Nəbioğ­lu, Gürcüstandan gəlmiş “Şərəf” ordenli yazıçı Əli Ab­bas, Beynəlxalq Poe­zuya mükafatları lau­reatı, “Şərəf” ordenli şair Nizami Saraçlı və digər elm adamları, icti­maiy­yət üzv­ləri iştirak edib.
Biz də “Ziya” qəzetinin və turan.info.az saytının yaradıcı heyəti və oxucuları adından Müşfiq Borçalını yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir və ona elmi fəa­liyyətində yeni-yeni uğurlar arzulayırıq!..]]>
Müşviq BORÇALI Mon, 14 Nov 2016 19:15:41 +0000
"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı... https://turan.info.az/arxiv/borcaliorg/1862-boral-birliyinin-sdri-grcstandak-sekilrl-bal-byanat-yayd.html https://turan.info.az/arxiv/borcaliorg/1862-boral-birliyinin-sdri-grcstandak-sekilrl-bal-byanat-yayd.html "Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı... 8 oktyabr 2016-cı ildə Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı "Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədov Gürcüstanın dövlət rəhbərliyinə və ictimaiyyətə müraciət edib.

turan.info.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Oktyabrin 8-də keçirilən parlament seçkiləri Gürcüstanda yaşayan bütün millətlərin həyatında tarixi səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir

Təəssüf ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı baş vermiş qarşıdurma və bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.

Seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır.

Hesab edirik ki,Gürcüstan dövlətinin və bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçkiləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq.

Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları dəstəkləyir və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir".]]>
Müşviq BORÇALI Sat, 15 Oct 2016 00:54:20 +0000
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ https://turan.info.az/arxiv/borcaliorg/1783-boralinin-etnk-tarxnn-qisa-xlass.html https://turan.info.az/arxiv/borcaliorg/1783-boralinin-etnk-tarxnn-qisa-xlass.html BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ
Tarixi Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən biridir. Hələ XX əsrin 30 - cu illərində Ceyrançöldə Udabno kəndindən tapılmış primat qalıqları bölgənin antropogenez zonasına daxil olduğunu sübut edir. Dünya alimlərinin diqqətini cəlb edən ən mühüm tapıntı isə 1999-cu ildə Dmanisi (1947 - ci ilədək Başkeçid) rayonu ərazisində Xram çayı sahilindəki mağaradan aşkar edilmişdir. Arxeoloqlar buradan 1 milyon 800 min il bundan əvvəl yaşamış homonid qalıqları tapmışlar.
Borçalı ərazisindən dünya arxeologiya elmində qəbul edilmiş bütün dövrləşmələrə aid abidələr aşkar edilmişdir. Yazılı qaynaqlar burada məskunlaşmış ən qədim etnos kimi buntürklərin adı çəkilir : «İsgəndər şah Lot övladlarının törəmələrini sıxışdırıb yarımqaranlıq ölkəyə qovarkən … Kür vadisi boyunca dörd şəhərdə : Sarkine, Urbnisi, Kaspi, Odzrxedə yaşayan döyüşkən buntürk tayfaları ilə üzləşdi. Bu zaman xaldeylər tərəfindən köçürülmüş cəsur hunlar gəldi. Onlar buntürk hökmdarından yaşamağa yer istədilər və Zanavada yurd saldılar». Salnamənin naşiri Takayşvili, buntürkləri «ümumiyyətlə turanlılar» adlandırır. Salnaməçinin yazdığına görə « əvvəlcə Msxeta ətrafında yerləşən türklər onu çətin alınacaq istehkama çevirərək adını Sarkine qoydular» . Təəsüf ki, yuxarıdakı qaynaqların məlumatları hələ də şübhə altına alınır, qaynağın müəllifi Leonti Mroveli «anoxronizmdə» ittiham edilir və türklərin bu ərazidə XVI əsrdən gec olmayaraq yaşadıqları iddia olunur.
Msxetadakı «Samtavro qəbristanlığı»nından aşkar edilən kəllələri tədqiq edən gürcü antropoloqu M.Q.Abduşelişvili erkən tunc dövründən I minilliyin ortalarına qədər bölgə əhalisinin dolixokran olduğunu, yəni Kaspi tipinə mənsub olduğunu qeyd edir.Rus - sovet antropoloqu V.P.Alekseev isə burada dəfn olunanların əsilzadələr və döyüşçülər olduqlarını yazır. Gürcü arxeoloqu Ş.A. Mesxia bilavasitə buntürklərə aid etməsə də m.ö. IV əsrdə indiki Gürcüstan Respublikasının cənub - şərqində, yəni Borçalı ərazisində yuxarıda adı çəkilən şəhərlərin olmasını təsdiq edir. Qazıntılar zamanı arxeoloqlar bu şəhərlərin ərazilərindən m.ö. I minilliyin ortalarına aid edilən tikili qalıqları tapmışlar. Salnamədə adı çəkilən digər şəhərlərə , o cümlədən Msxetaya gəldikdə isə Mesxia onun daha sonra, yəni «gürcü tayfalarının Arian - Kartlidən köçüb gəldikdən sonra yarandığını» güman edir.
Borçalı ərazisindəki ikinci türk etnik plastı bulqarlarla bağlıdır. Gürcü tarixçisi Z.V.Ançabadze hətta buntürklərin özlərini «qara bulqarlar» hesab edir. Bulqarların Borçalı ərazisinə gəlişi barədə Moisey Xorenli belə bir məlumat verir :« Vaharşakın oğlu Arşakın vaxtında Böyük qafqaz dağı boyu Bulqar torpağında böyük iğtişaşlar oldu və onların çoxu ayrılaraq Koxanın cənubundakı məhsuldar torpaqlarda yerləşdilər». Bu məlumat da arxeoloji qazıntılarla təsdiq olunur. Belə ki, Dunay bulqarlarının xaqanı Asparuxdan 700 il əvvəl Cənubi Gürcüstanda onunla “adaş” olan «pitiaxş Asparux»un adı həkk edilmiş metal lövhə tapılmışdır. Onu da deyək ki, İç Oğuzdan Trabzona gedən yolda (Borçalı) Dədə Qorqud boylarından birinin qəhrəmanı Qazılıq Qoca oğlu Yeynək də «altı başlı bolqar bir ər » görür. Alban tarixçisi Musa Kalankatlı da II - IV əsrlərdə Cənubi Qafqaza bulqar tayfalarından birinin - barsillərin arasıkəsilməz hücumlarından xəbər verir. Müxtəlif mənbələrdə bu tayfanın adı da fərqli şəkillərdə verilir : barselt, barsil, borşalu və s. Orta əsr ərəb müəllifi Yaqut Həməvi isə yazırdı : «Borşalı Arranda yer adıdır». Digər ərəb müəllifi Qardizi isə buranı Börüçölü adı ilə tanıyır. Bu isə Borçalı termininin həm toponim, həm də etnonim mənasında işlənildiyini göstərir. Borçalılılar erkən orta əsrlərdə Cənubi Qafqazda böyük siyasi rol oynamışdır. Yoxsa «Trdatın atası Xosrovun dövründə parfiyalılar qüdrətli barsillərlə dostluq» etməzdilər.
VII əsrdə Borçalı ərazisinə daha bir türk tayfası - göytürklər gəlmişlər. «628 - ci ildə 2 aylıq mühasirədən sonra türkütlər Tiflisi tutaraq, şəhər hakimini ələ keçirdilər. Göytürk xaqanını təhqir etdiyi üçün onun dərisini soyub saman təpdilər və qala divarının üstündən asdılar». « Göytürklər yeni qüdrətli türk xalqının xəzərlərin digər qohum tayfalarla birləşməsinə şərait yaratdılar. Xəzərlərdən başqa bu ittifaqa Suvar və Barsil tayfaları da daxil oldu». Gürcüstan - Xəzər münasibətlərinə gəldikdə isə D.Baqrationi bu barədə yazırdı : «Gürcüstan və ona qonşu ölkələr, mənşələri barədə Degin (Fransa şərqşünası) tərəfindən bəhs edilən xəzərlər tərəfindən tutuldu. Onlar şimaldan, Hetariyadan Dərbəndi keçərək gəlmişdilər». 552 - ci ildə Xəzər xaqanının qızı ilə evlənən Sasani şahənşahı I Xosrov Ənuşirvan 1 il sonra 3 min türkü Dmanisi ərazisinə köçürməyə razılıq verdi. Türk tayfalarının Borçalı ərazisində məskunlaşması Cənubi Qafqazın Ərəb xilafətinin tərkibində olduğu ilərdə də davam edirdi. « 853 - cü ildə xilafət sərkərdəsi Buğa Türk öz orduları ilə vilayətdən vilayətə keçərək, Dərbənd qapılarını açdı və həm Dmanisiyə,həm də Şəmkirə 3 min türk ailəsi köçürdü».
Səlcuqluların Cənubi Qafqaza gəlişi ilə Cənubi Qafqazda , o cümlədən Borçalıda da İslam - Türk amilinin qəti şəkildə qələbəsinə gətirib çıxartdı. 1118 - ci ildə Səlcuqlulara qarşı mübarizə aparmaq məqsədilə Abxaz - Kartvel hökmdarı David Baqrationi (Aqmaşanebeli ) 40 min qıpçaq türkünü Borçalı və ona bitişik bölgələrə yerləşdirdi . 1121 - ci ildə bu qıpçaqların köməyilə Didqori döyüşündə Səlcuqlu ordusu üzərində qələbə qazana IV David Tiflis müsəlman əmirliyini ləğv etdi, Dmanisi və Ani müsəlman əmirliklərinin ərazisini işğal etdi. Bununla belə yerli əhalinin dini və etnik tərkibini nəzərə alan Baqratilər sülaləsindən olan gürcü hakimləri kəsdirdikləri pullarda Məhəmməd peyğəmbərin adını zərb etdirir, onların rəğbətini qazanmaq məqsədilə Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə ümumiyyətlə donuz saxlamaq qadağan edilmişdi. IV David tərəfindən Tiflisə köçürülmüş xristian əhalisinin bir qismi 1226 - cı ildə Xarəzmşah Cəlaləddin tərəfindən qovuldu, qalanları isə İslamı qəbul etdi.
XIII əsrin 20 - ci illərindən başlayan monqol hücumları 60 - cı illərdə bütün Cənubi Qafqazın , o cümlədən Borçalının da Elxanilər dövlətinin tərkibinə qatılması ilə nəticələndi. Başqa monqol ulusu olan Qızıl Orda ilə Cənubi Qafqaz uğrunda mübarizə aparan Elxanilər , Qızıl Ordada hakimiyyətdə olan Bərkə xanın yanından qaçıb gələn monqol feodallarını Dmanisidə yerləşdirdilər.
XIV əsrin sonlarında Cənubi Qafqaza gələn Əmir Teymur 1386 - cı ildə Borçalıdakı Yağlıca düzənliyində ordugah quraraq , Tiflisdən şimalda yaşayan qıpçaq ellərini özünə tabe etdi.
XV əsrin 20 - ci illərindən Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibinə qatılan Borçalı, bu dövləti əvəz edən Ağqoyunluların xüsusi diqqət yetirdikləri bir bölgə idi. Ağqoyunlu Həsən Padşah və onun oğlu sultan Yaqubun dövründə mühüm strateji məntəqə olan Ağcaqala daha da möhkəmləndirildi.
XVI əsrin I rübündən başlayaraq Osmanlı - Səfəvi müharibələrinin gedişində dəfələrlə əldən - ələ keçən Borçalı əsasən Səfəvilərin nüfuz dairəsində olmuşdur.
Borçalının həyatında ən mürəkkəb dövr XVIII əsr hesab olunur. Azərbaycanda mərkəzi hakimiyyətin zəifləməsi, feodal pərakəndəliyinin hökm sürməsi Borçalı elatlarının tez - tez yerdəyişməsinə səbəb olmuşdur.
XIX əsrin əvvəllərindən Rusiya ağalığının bərqərar olması Borçalı , ümumiyyətlə Cənubi Qafqazın müsəlman əhalisi üçün əsl faciə oldu. Bölgənin zorla Osmanlı və Qacarlı torpaqlarına sürgün edilən müsəlman əhalisinin (Qarapapaqlar, Ulaşlı və s.) yerinə ermənilər, aysorular və urum yunanları yerləşdirildi ki, bu da Borçalının etnik tərkibini dəyişdirdi.
XX əsrin əvvəllərində Rusiya tərəfindən qızışdırılan ermənilərin Borçalıda müsəlmanların axırına çıxmaq arzusu gözlərində qaldı. Təkcə Başkeçiddə 400 atlıdan ibarət müsəlman hərbi birləşməsi erməni quldurlarının əl - ayaq açmalarına aman vermədi. Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Qafqazda milli - azadlıq mübarizəsi daha da gücləndi. 1918 - ci ilin mayında Cənubi Qafqazda müstəqil dövlətlər quruldu. Borçalı ziyalıları Osmanlının himayəsi altında «Qarapapaq» dövləti qurmaq qərarına gəldilər. Borçalı ilə bağlı Azərbaycan Gürcüstan danışıqlarının getdiyi bir dövrdə başı daim yad qoltuqlarda olan erməni siyasətbazları Borçalını qanlı müharibə meydanına çevirdilər. 17 dekabr 1918 - ci ildə Borçalı üstündə başlayan erməni - gürcü müharibəsi mahlalın iki yerə bölünməsi ilə nəticələndi. Bu bölgü Cənubi Qafqazda Sovet rejimi bərqərar olduqdan sonra rəsmiləşdirildi. Borçalının 2575 kvadrat kilometr ərazisi Ermənistan Respublikasına «hədiyyə edildi».
Hazırda Ermənistana verilmiş Borçalı torpaqlarında bir nəfər də olsun borçalılı qalmamışdır. Gürcüstanın tərkibindəki Borçalı torpaqlarına isə Svanetiya köçkünlərinin yerləşdirilməsi və Qamsaxurdiya rejiminin anti - türk siyasəti nəticəsində bölgənin etnik tərkibi xeyli dəyişdirildi.]]>
Müşviq BORÇALI Sun, 02 Oct 2016 20:30:17 +0000
Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb https://turan.info.az/gurcustan/1744-grcstanda-ana-dilimiz-yeni-thlk-yaranb.html https://turan.info.az/gurcustan/1744-grcstanda-ana-dilimiz-yeni-thlk-yaranb.html Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb Rəsmi olmayan məlumatlara görə, Sovet İttifaqı dağılanda Gürcüstanda 180 Azərbaycan dilində təhsil verən məktəb var idi. 25 il sonra isə bu məktəblərin sayı yarıba-yarı azalıb. Bunun əsas səbəbi kimi ötən 25 ildə çeşidli səbəblərdən soydaşlarımızın bir hissəsinin Gürcüstandakı dədə-baba yurdlarını tərk etməsidir. Belə ki, sovet ittifaqı dağılan ərəfədə burada yaşayan azərbaycanlıların sayı 700 min nəfərə yaxın idisə, son məlumatlara görə hazırda bu ölkədəki soydalarımızın sayı 240 min nəfərə qədər azalıb. Digər tərəfdən Gürcüstanda son illər bütün sahələrdə olduğu kimi təhsil sahəsində islahatlar keçirilib və bu da milli məktəblərin sayının azalmasına səbəb olub.


Gürcüstanda mövcud olan Azərbaycan məktəblərinin ən böyük problemi isə ana dilimizi tədris edəcək müəllimlərin yetərli olmamasıdır. Borçalı İctimai Birliyinin yeni rəhbrliyinin araşdırmalarına görə, əksər Azərbaycan məktəblərində ana dilimizi tədris edən müəllimlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir ki, onların da əmək fəaliyyəti sona çatmaqdadır. Belə bir vəziyyətdə soydaşlarımız Azərbaycan ədəbi dilini öyrənmək problemi ilə üzləşə bilərlər. Qeyd edək ki, son illər, hətta Azərbaycanın özündə belə Azərbaycan ədəbi dilinin səviyyəsi aşağı düşməkdə, məhəlli şivələr və ləhcələr güclənməkdədir. Ekspertlər hesab edir ki, bunun əsas səbəblərindən biri də televiziya və radioda ədəbi dilin tələblərinə əməl edilməməsidir. Gürcüstanda yaşayan soydaşlarımız isə ən ciddi problemlə, ədəbi dili tədris edəcək müəllimlərin olmaması problemi ilə üzləşə bilər.

Bu problem Borcalı İctimai Birliyinin yeni rəhbərliyinin əsas diqqət yetirdiyi məsələlərdən biridir. Borçalı İctimai Birliyinin yeni rəhbərliyi bu problemlə bağlı ciddi araşdırma aparır, Azərbaycan dili və ədəbiyyatını tədris edəcək müəllimlərə daha çox ehtiyacı olacaq məktəblərin siyahısını hazırlayır. Bundan sonra Azərbaycan Təhsil Nazirliyi və dövlətin digər qurumları ilə birgə bu problemin həlli istiqamətində addımlar atacaqdır. Bunun üçün artıq müəyyən imkanlar da yaranıb. Məlum olduğu kimi Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialına çevrilmişdir. Bu isə həmin filialın tələbələrinə daha üstün təhsil almaq imkanları yaradacaq. Bu filialın yaranması və indi daha üstün mərhələyə keçirilməsində əsas məqsədlərdən biri Gürcüstandan olan soydaşlarımızın Ana dili və ədəbiyyatı öyrənməklə bağlı problemini həll etməkdir. Bakı Dövlət Universitetinin Qazax filialı ərazicə Gürcüstana daha yaxın bir məkanda yerləşdiyindən burada gənclərin daha yaxşı təhsil almalarına imkan yaradır. Eyni zamanda bu onları bir sıra əlavə problemlərdən də azad edir.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Bakı Dövlət Universitetinin filialına çevrilməsi güman ki, soydaşlarımızın bu ali məktəbdə təhsil almasına müsbət təsir edəcəkdir. Məlum olduğu kimi Azərbaycanın məşhur ali təhsil ocağı olan Bakı Dövlət Universitetində təhsil almaq hər bir gəncin arzusudur. Orta məktəb məzunları seçim zamanı məhz bu ali məktəbə daha çox üstünlük verirlər. Buna görə də indi, gənclərmizin Qazax filalına həvəsi artırmaqla yanaşı, onların ən yaxın məsafədə təhsil almalarına imkan yaradacaqdır. Borçalı İctimai Birliyinin yeni sədri tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov buna görə ölkə prezidenti İlham Əliyevə və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova minnətdarlıq edir. Yeni rəhbərlik əmindir ki, Bakı Dövlət Universitetini bundan sonra da Gürcüstandan olan gənclərin arasından ali təhsilli mütəxəssislərin, xüsusilə də ana dili və ədəbiyyat üzrə mütəxəssislərin yetişdirilməsində böyük rol oynayacaqdır.Bu istiqamətdə Borçalı İctimai Birliyi geniş təkliflər paketi hazırlamış və Bakı Dövlət Universitetindən, o cümlədən də ölkənin müfaviq qurumlarından diqqət və qayğı görəcəyinə ümid edir.

Müasir qlobalaşma prosesi, Gürcüstanın Avropa Birliyinə inteqrasiyası bu ölkədəki soydaşlarımıza yönəlik dövlət proqramının qəbulunu zəruri edir. Əks halda bu gün yaşanan problemlər daha da dərinləşəcək. Gürcüstanda yaşayan soydaşlarımızı çətin və arzuolunmaz seçim qarşısında qoymamaq üçün belə bir proqram qəbul edilməlidir. Bu proqram Gürcüstanda ana dilimizə yaranan təhlükəni də aradan qaldıra bilər. Borçalı İctimai Birliyi bununla bağlı təklifləri ictimaiyyətin müzakirəsinə çıxarmağa hazırdır. Azərbaycan Respublikası ilə Gürcüstanda yaşayan soydaşlarımızın əlaqəsini tənzimləyən, onların siyasi, iqtisadi və mədəni problemlərinin həllinə yol açacaq təklifləri dərc etməklə bu istiqamətdə ictimai müzakirələrə nail olmaq niyyətindəyik. Bununla bağlı ictimai-siyasi, elm və mədəniyyət təmsilçilərinin təkliflərini gözləyirik. İnanırıq ki, bu həm də Azərbaycan xalqının ümumi maraqlarına xidmət edəcək.

Arzuman Loğmanoğlu



.]]>
Müşviq BORÇALI Thu, 22 Sep 2016 00:43:31 +0000
"Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib https://turan.info.az/arxiv/borcaliorg/1737-boral-ctimai-birliyinin-yeni-rhbrliyi-ilk-iclasn-keirib.html https://turan.info.az/arxiv/borcaliorg/1737-boral-ctimai-birliyinin-yeni-rhbrliyi-ilk-iclasn-keirib.html "Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib"Borçalı"nın yeni rəhbərliyindən operativ qərarlar

Birliyin Mətbuat Xidmətindən turan.info.az-a verilən məlumata görə, sentyabrın 14-də "Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib. Yeni rəhbərlik iyunun 25-də keçirilən növbədənkənar konfransda seçilsə də, ötən müddət ərzində qanunlara hörmət əlaməti olaraq Azərbayan Respublikası Ədliyyə Nazirliyinin qəbul olunmuş qərarlar verəcəyi hüquqi qiymətin açıqlamasını gözləməyi qərara alınmışdı:

"Nəhayət ki, nazirlik Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransının, onun qərarlarının hüquqi cəhətdən düzgün olmasını və iegitimliyinin tanınması haqqında qərar verdi".

Məlumata görə, bu qərardan sonra, daha dəqiqi, sentyabrın 14-də ilk iclas Kərəm Məmmədlinin sədrliyi ilə keçirilib.

İclasda çıxış edən Borçalı İctimai Birliyinin təsisçiləri Eyvaz Borçalı və Hidayət Nuriyev Ədliyyə Nazirliyinə verdiyi haqlı qərara görə minətdarlıq etmiş, iyunun 25-də keçirilən növbədənkənar konfransın qərarlarının dövlət tərəfindən tanınmasını bütün mübahisələrə son qoyduğunu və yeni rəhbərliyin artıq fəal şəkildə vəzifəsinin icrasına başlamalı olduğunu vurğulayıblar.

Təsisçilər Eyvaz Borçalı və Hidayət Nuriyev birliyin yeni rəhbərliyinə xeyir-dua verərək, soydaşlarının onlardan əməli fəaliyyət gözlədiklərini qeyd ediblər.

"Borçalı" İctimai Birliyinin sədri Kərəm Məmmədli göstərdikləri etimada görə təsisçilərə və yığıncaq iştirakcılarına təşəkkür edib.

Sonra birliyin idarə edilməsi üçün strukturun dərhal formalaşdırılmasını, Gürcüstandan olan tələbələrin üzləşdikləri problem və soydaşlarımızın Azərbaycan Respublikasında miqrant vəziyyətinə düşməsi, yaranan problemlərin həlli istiqamətində atılacaq addımları birliyin ən vacib vəzifəsi olmasını bildirib.

Sədrin təklifi idarə heyyətinin üzvüləri tərəfindən yekdiliklə dəstəklənib.

İdarə Heyətinin üzərinə düşən vəzifənin icrası ilə bağlı vəzifə bölgüsü aparıldıqdan sonra Gürcüstandan olan tələbələrin test imtahanı verməsinin və əcnəbi kimi təhsil haqqı ödəməsinin ədalətli olmadığı qeyd edilib.

Bu problemin həlli birliyin sədri Kərəm Məmmədlinin təklifi ilə geniş müzakirə olduqdan sonra problemin həlli üçün aidiyyatı dövlət orqanlarına müraciətlər edilməsi qərara allınıb.

Birlik Gürcüstandan olan soydaşlarımızın miqrasiya problemlərini də müzakirə etdikdən sonra bu problemin həlli üçün müraciətin qəbul olmasına və bu istiqamətdə Azərbaycanın dövlət orqanları ilə fəal iş aparılmasına qərar verilib.

Borçalı İctimai Birliyinin iyunun 25-də keçirilən növbədənkənar konfransın seçilmiş yeni rəhbərlik soydaşlarına müraciət qəbul edərək onların etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.]]>
Müşviq BORÇALI Fri, 16 Sep 2016 15:09:35 +0000
Yaddaşın nə qısa imiş, ay Zəlimxan... https://turan.info.az/arxiv/borcaliorg/1736-yaddan-n-qsa-imi-ay-zlimxan.html https://turan.info.az/arxiv/borcaliorg/1736-yaddan-n-qsa-imi-ay-zlimxan.html Yaddaşın nə qısa imiş, ay Zəlimxan... Z.MƏMMƏDLİYƏ CAVAB

Mən səninlə bir daha polemikaya girməzdim, lakin “Borçalı” Cəmiyyətində sədr olarkən müavinin işləmiş 13-cü kanalın aparıcısı Rüfət Muradlıya verdiyin müsahibəndə işlətdiyin bəzi sərsəm fikirlər məni lap şoka saldı: “özünü təsisçi kimi təqdim edən Şərif Kərimli...”
Artıq 60 yaşı haqlamışıq. Kim bu vaxta qədər nə edib edib. Bu yaşdan sonra yalan danışmaq, məkrli niyyətlərin qurbanı olmaq, yüngüllük edib oturuşuna-duruşuna fikir verməmək bizə yaraşmaz! Çünki artıq onları düzəltməyə, yalanları yumağa, ola bilsin, əcəl macal verməsin.
Sənə minnətdaram ki, bu etirafı dilə gətirməyə məni təhrik elədin: mənim həyatda ən böyük səhvim həddən ziyadə təvazökarlığım olub. Məclisdə aşağı başda oturmuşam, əlimi hamıdan sonra yeməyə uzatmışam, danışanda səsim hamınınkından asta çıxıb, qarşılaşanda mən yol vermişəm, görüşındə birinci mən əl uzatmışam. Bu mənim Borçalının ən qədim kəndlərindən olan qoca Baydarımın ağır taxtalı kişilərinin əxlaqi keyfiyyətlərindən gələn genetik bir vərəsəlik hüququmdur və eyni zamanda övladlıq borcumdur.
Deyirsən: “2009-dan mən Şərif Kərimlini cəmiyyətdə görməmişəm.” Bəli, onu düz deyirsən. Mən də səni 2009-cu ilədək bu cəmiyyətdə görməmişəm. 2009-cu ildə Eyvaz Borçalı təsisçilərin və idarə heyətinin rəyini nəzərə almadan sədrliyi sənə peşkəş edəndən sonra mən o cəmiyyətdən uzaq düşmüşdüm. Ancaq Borçalıdan yox!
Ötən il iyulun 21-də mənim üçcildliyimin Atatürk Mərkəzində təqdimat mərasimində sən də iştirak etmisən. Təxminən 1000 səhifəlik iki cildin, demək olar ki, 90 faizi Borçalıya həsr olunmuş yazılardır. Bunlar özbaşına yazılmayıb, Zəlimxan bəy! Hər bir yazının arxasında min kilometrlik bir yolun ağrı-acıları dayanır. Borçalılarla görüşlərdən aldığım sevinc, kədər hissləri, göz yaşları, dodaqlardakı nidalar, gözlərdəki həsrət, baxışlardakı od-alov, qınaq, ümid... – bunları yaşayaraq kağız üzərinə köçürməyə, sinirməyə ürək lazımdır! Sən kef məclisləri təşkil edib fəxri fərmanlar, diplomlar paylayanda mən Borçalıların ürək döyüntülərini paylaşmışam!
R.Muradlı isə səndən də irəli gedərək deyir: “Sən (yəni, biz) bir cəmiyyət yaradırsansa, bu başqa məsələ, ancaq cəmiyyətin adının oğurlanmasına əlaqədar qurumlar reaksiya verməlidirlər.”
Bu sualın cavabında sən də başlayırsan hüquqdan, mənəviyyatdan danışmağa... Vallah, ayıbdır belə şeylər danışmaq!

Elə bilirdim 23 ildi inhisarlaşdırdığın cəmiyyətin, heç olmasa, yaranma tarixini babat bilirsən. Sən demə, ancaq özünün rəhbərlik elədiyin dövrdən başqa sən heç bir tarixi qəbul etmirsənmiş... İcazə ver, sənə yaxın 25 ilin kiçicik bir tarixini xatırladım.
“Borçalı” Cəmiyyəti necə yarandı?
Borçalıda soydaşlarımızın hüquqlarının dövlət səviyyəsində tapdalandığı dövrlərdə (1989-cu ilin sonlarından başlayaraq) təkcə Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrində deyil, eyni zamanda Azərbaycanın bir sıra iri şəhərlərində də Borçalı ilə bağlı xırda cəmiyyətlər yaranmağa başlamışdı. Borçalıda “Qeyrət”, “Ozan”, Azərbaycanda “Kəpənəkçi”, “Faxralı”, “Qaraçöp”, “Arıxlı” və s. Bunların içərisində “Qaraçöp” cəmiyyəti təşkilati cəhətdən daha mükəmməl və fəal idi. Cəmiyyətin sədri sonralar Azərbaycanın Gürcüstandakı səfiri olmuş Hacan Hacıyev, birinci müavin “Azərbaycan” qəzetinin baş redaktoru olmuş Şərif Kərimli, müavin Xaləddin İbrahimli idi. Mənim təsis etdiyim “Sabah” qəzetini isə Nəriman Əbdülrəhmanlı cəmiyyətin qəzeti kimi çıxarırdı. Rəhmətlik Zahid Qaralov ağsaqqallar şurasının sədri idi.
Mən deməzdim 100, 200... bəlkə də minlərlə Borçalı kökənli insan bu cəmiyyəti doğma ocaq bilid onun ziyarətinə gəlirdi. Azərbaycanın dövlət qurumları ilə, Borçalıda soydaşlarımızla çox yaxşı əlaqələrimiz vardı. Lakin... tez-tez belə suallara cavab verə bilmirdik: nə üçün “Borçalı” yox, “Qaraçöp”? Və cavabsız qalan bu suallar getdikcə cəmiyyətə gələnlərin sayını azaldırdı. O zaman Xaləddin bəylə mən əvvəlcə Zahid müəllimə müraciət etdik ki, gəlin cəmiyyətin adını dəyişək. O qəti etiraz etdi. Hacan müəllimlə söhbət etdik. O da razılaşmadı.
Mən belə cavab alacağımızı təxmin etmişdim. Çünki burada siyasi arqumentlər əsas rol oynayırdı. Onların mahiyyəti barədə açıqlamanın hələlik lüzumsuz olduğunu sanıram.
Bizimlə həmfikir olanların sayının artdığını görüb Xaləddin bəylə mən öz səyimizdə israrlı olmağa qərar verdik.
Bizim redaksiya “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində yerləşirdi. Fasilə zamanı “Həyat” qəzetinin baş redaktoru yazıçı Əfqan, keçmiş millət vəkili Rizvan Cəbiyev, Eyvaz Borçalı və mən Eyvaz müəllimin kabinetində, 4-cü mərtəbədə - “Kirpi” jurnalının redaksiyasında tez-tez şahmat oynayardıq. Elə bu zamanlarda “Borçalı” adlı bir cəmiyyət yaraymaq istədiyimizi Eyvaz müəllimə bildirdim. Xeyli məsləhətləşmələrdən sonra biz cəmiyyətin proqram və nizamnaməsini hazırladıq. Proqramı mən, nizamnaməni isə hüquqşünas mərhum Əhməd Musayev hazırladı. Bakı Dövlət Universitetinin akt zalında təsis konfransı keçirdik.
Cəmiyyətin idarə heyətinə seçilmiş üzvlərin və təsisçilərin adlarını sadalamağa ehtiyac görmədən bircə onu deyim ki, təsisçilərdən Eyvaz Borçalı sədr, mən isə birinci müavin seçildim.
Bu, “Borçalı” Cəmiyyətinin yaranması ilə bağlı qısaca tarix.

İndi keçək sənin sabiq müavininin “ittihamlarına”.
1. Təsisçilərin təşəbbüsü ilə çağırılan “Borçalı” İctimai Birliyinin ümumi toplantısına iyunun 25-də “3-5 adam” deyil, 250 Borçalı balası yığışmışdı. Əgər sənin riyaziyyat müəllimin sənə 5-ə qədər saymağı öyrədibsə, bu bizim günahımız deyil.
2. Biz “Borçalı” İctimai Birliyinə “alternativ” cəmiyyət yaratmamışıq. Biz 1993-cü ildə yaratdığımız cəmiyyətin növbəti toplantısını keçirmişik, sədri və onun komandasını qüsurlu fəaliyyətinə görə dəyişdirmişik. Və çox böyük ürək genişliyi ilə yenə də təsisçilərin heç biri sədrlik iddiasinda olmayıb.
3. “...cəmiyyətin adının oğurlanmasına əlaqədar qurumlar reaksiya verməlidirlər.”
Budur əlaqədar qurumların reaksiyası. Buyurun baxın. Ədliyyə Nazirliyinin rəsmi qərarı, reyestrdən çıxarış, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə.
Nə idi siz yaratdığınız o şey ki, biz onu oğurladıq? Məgər insan öz yaratdığına sahib çıxarsa, bu oğurluqmu sayılır?

Bir şeyi də hökmən yadda saxlayın: heç vaxt Borçalı adı ilə manipulyasiya etmək fikrinə düşüb “Borçalı” İctimai Birliyinə alternativ cəmiyyət yaratmağa cəhd etməyin! Necə ki, sizin ətrafınızda toplaşanlar bu fikri tez-tez cəmiyyətə aşılamağa cəhd göstərirdilər. Borçalını parçalamaq olmaz!


















































Və sonuncu.
4. Kanala verdiyin bədnam müsahibəndə belə bir fikir də səsləndirmisən: “Onlara yuxarıdan tapşırıq verilib...” Sən hətta “tapşırıq verənlərin” adlarını da çəkirsən. Həm də bunu guya səni görüşə çağıranda biz demişik.

Zəlimxan bəy, sən “kişi”, “ağsaqqal”, “ağayana”, “əxlaq”... sözlərini tez-tez işlətməyi çox sevirsən. Bizim dilimizdən çıxmayan və sənin dilindən verilən o ittiham deyə bilərsənmi bu sözlərin hansına uyğundur? Yuxarıdakı o gözəl sözləri dilinə gətirəndə gərək onlara uyğun da gözəl davranış göstərəsən. Ancaq çox təəssüf edirəm ki, sən bu dialektikanı tapdalamısan...
Bir vacib məsələni də unutma. Borçalı nə sənindir, nə mənim, nə varlınındır, nə kasıbın. Borçalı hamımızındır! Borçalının problemləri daimi olaraq evimizin, ailəmizin ən vacib problemləri cərgəsində gündəlik qayğı rasionumuza daxil olmalıdır! Bunu istər vəzifədə olan olsun, istər milyonçu olsun, istər kasıb, istərsə də digər zümrələrin nümayəndələri heç vaxt unutmamalıdır!
Bu mənim səninlə son polemikamdır. Bu mövzunu, rica edirəm, gəl qapadaq. Əgər cəmiyyətin işləri ilə bağlı mütərəqqi, ağıllı, Borçalıya yararlı təkliflərin olarsa, səni eloğluluqdan heç kəs çıxarmayıb, istənilən vaxt qapılarımız üzünə açıqdır, buyurub gələ bilərsən.
Nəhayət, sənin sevdiyin sözlərdən birini işlədərək deyirəm: biz kişiyik, gəl bu dedi-qodulara son qoyaq və elimiz-obamız naminə faydalı işlərlə məşğul olaq!

Hörmətlə,
Şərif Kərimli,
“Borçalı” İctimai Birliyinin
həmtəsisçisi və sədrin müavini.]]>
Müşviq BORÇALI Fri, 16 Sep 2016 15:00:47 +0000
DUMANİS BƏLƏDİYYƏSİ https://turan.info.az/gurcustan/baskecid/1699-dumans-bldyys.html https://turan.info.az/gurcustan/baskecid/1699-dumans-bldyys.html DUMANİS BƏLƏDİYYƏSİ
Tarixi Borçalı mahalına daxil olan Dmanisi (1947 – ci ilə qədər Başkeçid adlanırdı) bələdiyyəsi indiki Gürcüstan Respublikasının cənub – qərbində yerləşir. Şimalda Zalqa (Barmaqsız), şimal-şərqdə Tetriskaro (Ağbulaq), şərqdə Bolnis (Lüksemburq, ondan əvvəl isə Çörük Qəmərli), qərbdə tarixi Ahıska vilayətinə daxil olan Ninosminda bələdiyyəlikləri, cənubda isə Ermənistan Respublikasının Taşır vilayəti ilə həmsərhəddir.
Gürcü mənbələrində Dumanis adına IX yüzilliyə qədər rast gəlinməsə də, bu şəhər haqqında “Kitabi Dədə Qorqud dastanları”nda məlumat verilir. Dastanda şəhərin adı Dumanın qalası formasında çəkilir. Şəhər V-VI əsrlərdə tərəqqi etməyə başlamışdır. Bunu Dumanis ərazisindən aşkar edilən, üzərində Bizans imperatoru I Yustinanın (527-565) adı zərb olunmuş qızıl sikkə sübut edir.
VI yüzilliyin əvvəllərinə aid edilən Dmanisi (Başkeçid) və onun qonşuluğunda yerləşən Bolnisidə (Çörük Qəmərli) xristian məbədləri K.Treverin fikrincə və tikinti üslubuna görə alban xristian məbədləri ilə tam eyniyyət təşkil edir və gürcü-erməni kilsələrindən səkkizguşəli rəsmləri ilə seçilirlər. Gürcü tədqiqatçısı A.Şanidzenin fikrincə V-VI əsrlərdə indi Gürcüstan ərazisində olan tarixi Albaniya torpaqlarında inşa olunmuş xristian məbədlərindən tapılan yazılar gürcülərin şərq qonşuları olan və Albaniya dövlətinə daxil olan “xerami” adlı xalqın dilində yazılmışdır. Dmanisi məbədi bir neçə dəfə “təmirə” məruz qalmış, XIII yüzillikdə onun yanına üzərində Georgi Laşanın (1214-1222) adı yazılmış yeni talvar əlavə olunmuşdur. 1702-ci ildə inşa edilmiş xristian “məbədi isə daha “əsaslı şəkildə” tikilmişdir. Belə ki bu məbədin döşəməsi alban yazılarından ibarət olan sinə daşlarından, divarları müsəlmanların baş daşlarından inşa olunmuşdur. Məbəd yaxınlığında “Turandan gəlmiş əsilzadə Orbelianilərin ” nəsli məzarlığı yerləşir.
Dumanis azərbaycanlılarının soykökündə iştirak etmiş ən qədim türk tayfaları iskitlər və kimmerlər olmuşdur. Kimmerlərlə bağlı olan toponim indiki Qəmərli kəndi hesab oluna bilər. Buntürklərin qədim qalalarından və onların əsas iqamətgahı olan Sarkinet adı indiki Sarkineti toponimində qorunub saxlanılmışdır. Dumanis azərbaycanlılarının soykökündə iştirak etmiş digər türk tayfası isə xəzərlərdir. Bu etnonim də Dumanis yaxınlığındakı “Xazar+eti” (Kazreti) qəsəbəsinin adında qorunub saxlanılmışdır. “Xəzər” etnonimi gürcü tarixşünaslığında çox qədim dövrlərlə - miladdan əvvəl VIII yüzillikdə baş vermiş hadisələrlə bağlı çəkilir. VII yüzillikdə Xilafət tərkibinə qatılan Dumanisdə IX yüzillikdə müstəqil müsəlman əmirliyi yarandı. 1125-ci ildə gürcü-abxaz çarı David Aqmaşanabeli tərəfindən müvəqətti işğal olunsa da XIX yüzilliyin əvvəllərinə qədər Dumanis müsəlman-türk Azərbaycan dövlətlərinin tərkibində olmuşdur.
Çar Rusiyası tərəfindən işğalı ərəfəsində Dumanis Borçalı sultanlığınn tərkibində olmuşdur. 1801-1917-ci illərdə rayonun ərazisi Tiflis quberniyasının Borçalı mahalına , 1917-1921-cu illərdə birbaşa Tiflis quberniyasına, 1930-1933-cü illərdə Zalqa rayonuna daxil olmuş, bundan sonra müstəqil rayon olaraq təsis edilmişdir.
Dmanisi rayonu Borçalının ən hündür dağlıq rayonu hesab olunur. Gürcü dilində bölgənin adı “Dmanisi” adlandırılsa da qədim Dmanisi şəhəri ərazisində kompleks arxeoloji qazıntılar aparmış gürcü arxeoloqu L.Musxelişvili onun “türk deyiliş forması olan Dumanis” kimi səslənməsini daha düzgün sayır. Ərazisi təqribən dəniz səviyyəsindən 1000 metr yüksəklikdən başlayır, Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksəlir. Digər hündür zirvələri Leyli dağı (3154 m.), Yemlikli dağı (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağıdır (1897 m.) . Ən hündür kəndi dəniz səviyyəsindən 1600-1650 metr yuxarı olan Yırğançaydır. Rayonun ümumi sahəsi 1199 km² - dir. 1 şəhər və 58 kənddən ibarət olan Dmanisi rayonunda 1 şəhər bələdiyyəsi (Dmanisi), 13 icma bələdiyyəsi (Hamamlı, Qantiadi (Qələmçi),
Qomareti, Ququti (Muğanlı), Didi Dmanisi, Qəmərli, Kirovis, Maşavera, Sarıkənd,
Aşağı Oruzman, Qarabulaq və Qızılkilsə (Dəmirçi Həsənli)) və 2 kənd (Yırğançay və Səfərli) bələdiyyəsi fəaliyyət göstərir. Bu bələdiyyələrin tərkibinə əhalisi Azərbaycan türklərindən ibarət Hamamlı, Əngirəvan, Bağçalar, Bəzəkli, Gödək dağ, Dağ Arıxlı, Dəllər, Dunus, Aşağı Qarabulaq, Yuxarı Qarabulaq, Yaqublu, Yırğançay, Gəyliyən, Qəmərli, Qamışlı, Aşağı Oruzman, Yuxarı Oruzman, Qızılhacılı, Qızılkilsə (Dəmirçi Həsənli), Kirovisi, Lök Candar, Məmişlər, Məmişli, Muğanlı, Urmuşən, Pantiani (Armudlu), Saatlı, Saca, Salamməlik, Səfərli, Söyüdlü, Hüseynçay, Şahmarlı və Yayla kəndləri daxildir.
Bələdiyyəyə daxil olan kəndlərin əksəriyyətində azərbaycanlılar (67%), bəzilərində gürcülər və gürcüləşmiş ermənilər (31%), az sayda yunanlar (0,7 %), ruslar (0,6 %), ermənilər (0,5 %) yaşayırlar. Çar Rusiyası dövründə Dmanisiyə köçürülən almanlar II Dünya müharibəsi illərində, rus bidətçi və təriqətçi kəndlilər – duxoborlar və molokanların əksəriyyəti isə SSRİ dağılandan sonra Dmanisini tərk etmişlər.1989-cu ildə Z.Qamsaxurdiya rejimi tərəfindən Dmanisi şəhər mərkəzindən sıxışdırılıb azərbaycanlıların və rusların evlərinə svanlar yerləşdirilməsi bölgənin etnik tərkibinin dəyişməsinə səbəb olmuşdur.]]>
Müşviq BORÇALI Tue, 30 Aug 2016 23:25:18 +0000
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı El Şənliyi”nə qatıldı https://turan.info.az/arxiv/borcaliorg/1690-cma-cmtan-cler-boral-cmiyytinin-sdri-krm-mmmdli-sadaxl-el-nliyin-qatld.html https://turan.info.az/arxiv/borcaliorg/1690-cma-cmtan-cler-boral-cmiyytinin-sdri-krm-mmmdli-sadaxl-el-nliyin-qatld.html “CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı El Şənliyi”nə qatıldıTədbirdə Kərəm Məmmədlinin çıxışını qubernator başda olmaqla, bütün rəsmilər ayaqüstə alqışladı

“Orta əsrlərdə indiki Gürcüstanda kartvel dili ilə yanaşı, türk dilində də danışılıb”

Bu gün – iyulun 30-da Borçalının ən böyük kəndlərindən biri olan Sadaxlıda el şənliyi keçirilib. Əldə etdiyimiz məlumata görə, “Sadaxlı El Şənliyi” adı altında keçirilən tədbirdə qonaq qismində Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli rayon rəhbərliyi və “Borçalı” İctimai Cəmiyyətinin sədri, tarixçi alim Kərəm Məmmədli də iştirak ediblər.
“Sadaxlı El Şənliyi”ndə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri tədbir iştirakçılarını salamladıqdan sonra, Gürcüstan və Azərbaycan xalqları arasındakı dosluqdan söhbət açıb. Kərəm Məmmədli bildirib ki, Borçalı türkləri hələ 2300 il əvvəl öz torpaqlarını düşməndən qorumaq üçün gürcülərlə yanaşı mücadilə aparıb:
“Keçən əsrin 80-ci illərində bir aşıq mahnısı var idi – “Qəribəm” mahnısı. Ancaq, demək istəyirəm ki, siz qərib deyilsiniz. Hələ 2300 il bundan əvvəl sizin babalarınız - buntürklər gürcülərin əcdadları ilə birlikdə Makedoniyalı İskəndərin ordularına qarşı döyüşmüşlər. Alban hökmdarı Cavanşirlə İber knyazı Atrnersex birlikdə Qafqaza soxulan Sasaniləri darmadağın eləmişlər.
“Kartlis Sxovreba”nın yazdığına görə, erkən orta əsrlərdə indiki Gürcüstanda kartvel dili ilə yanaşı, türk dilində də danışılıb”.
“Borçalı” İctimai Cəmiyyətinin sədri daha sonra tədbirdə iştirak edən gürcülərə öz dillərində müraciət edib:
“Mən tədbirdə iştirak edən gürcü dostlara imperiya (rus) dilində yox, onların öz dillərində müraciət etmək istəyirəm: “CMA CMİTAN CLİERİ”(Qardaş qardaşı ilə güclüdür – müəl.).
Qeyd edək ki, K.Məmmədlinin bu çıxışını Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru Paata Xizanişvili və Marneuli rayon rəhbərliyi ayaqüstə alqışlayıblar.
Cəmiyyət sədri onu da deyib ki, Tiflis şəhəri təkcə Borçalı türkləri üçün deyil, hər bir Azərbaycan vətəndaşı üçün əzizdir:
“Azərbaycanın müstəqilliyi 1918-ci ilin mayında Tiflisdə elan olunduğundan, bu şəhər bizim üçün əzizdir”.
Tarixçi alim çıxışında onu da vurğulayıb ki, 1919-cu il 29 avqust tarixində Azərbaycanla Gürcüstan arasında rus müstəmləkəçilərinə qarşı hərbi ittifaq bağlanması da yaddaçlardan silinməməlidir. Onun fikrincə, bütün bu faktlar hər iki dövlətin tarixən səmimi qonşuluq münasibətində olduğunun göstəricisidir.
Muxalifet.az
P.S. Tədbir haqda geniş məlumat verməyə çalışacağıq.]]>
Müşviq BORÇALI Tue, 02 Aug 2016 11:53:02 +0000
Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır https://turan.info.az/arxiv/borcaliorg/1687-firuddin-smayilov-elat-bayrami-tdbirinin-txirsalinmasinin-sbbi-zmmmdli-v-rmuradli-cutluyunun-7-ci-elat-bayrami-tdbirind-fles-karta-yazilaraq-sslndiriln-siyasi-cixisidir.html https://turan.info.az/arxiv/borcaliorg/1687-firuddin-smayilov-elat-bayrami-tdbirinin-txirsalinmasinin-sbbi-zmmmdli-v-rmuradli-cutluyunun-7-ci-elat-bayrami-tdbirind-fles-karta-yazilaraq-sslndiriln-siyasi-cixisidir.html Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır Firuddin İsmayılov: Elat bayramı tədbirinin təxirəsalınmasının səbəbi Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində fleş-karta yazılaraq səsləndirilən siyasi çıxışıdır.



"İyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı türklərinin ənənəvi Elat bayramı keçirilib”. Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev mətbuata acıqlama verib. O bildirib ki, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub. "Bayramda bir sıra xarici ölkələrdən gələn türklər iştirak edib. Həmçinin Türkiyənin "Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”
Zəlimxan Məmmədli Elat bayramının qeyri müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin Elat bayramına aid olmadığını bəyan edib.
Elat bayramı keçirilməməsi hansı real zərurətdən keçirilmədi? Bu və digər suallara aydınlıq gətirmək məqsədilə Borçalı İC sədr müavini Firuddin İsmayılovla əlaqə saxladıq. "Yeni Sözçü” qəzetinin əməkdaşı ilə düşüncələrini bölüşən müsahibimizin fikirlərini olduğu kimi dərc edirik.
-2010-cu ildən 2016-cı ilədək Borçalı İC-nin İH-nin üzvü, 2014-cü ildən 2016-cı ilədək Borçalı İC-nin təşkilat işləri üzrə sabiq sədr Zelimxan Məmmədlinin müavini olmuşam. 2016-cı ildə 7-ci Elat bayramı tədbirində baş verənlərdən sonra cəmiyyətdəki özbaşnalığın son həddə çatdığını sədrə və İH-nin üzvlərinə xırdalıqları ilə izah edərək İC düzgün siyasi yolda olmadığını elan edərək istefa verdim. Nələrin baş verdiyini izah etməklə, Elatın bugünkü vəziyyətə düşməsinin səbəblərini açıqlamaqla bildirmək istərdim ki, Z.Məmmədlinin tərəfdarlarının baş verənlərin səbəblərini kənarda axtarmalarına ehtiyac yoxdur. Keçmişə boylanmaq bəs edər.Haqsızlıq və ədalətsizlik edənlərə, başqasının səxsiyyətini təhqir edənlərə qarşı barışmaz mövqedəyəm.
2015-ci il iyulun 26-da tarixində keçirilən və əvvəlki Elat bayramlarının iştirakçısı olmuşam. Heç nədən, nə baş verəcəyindən çəkinmədən maddi və mənəvi dəstəyimizi əsirgəmədən ən yüksək səviyyədə baş tutan 7-ci Elat bayramı tədbirinin keçirilməsində İH-nin qərarı ilə cəmiyyətin səlahiyyətli nümayəndəsi olmuşam. Hansı ki, bu tədbirin keçirilməsinə Gürcüstan hakimiyyəti orqanları öz razılığını verməmişdir. Bundan bütün cəmiyyət üzvləri narahat idilər. Bu tədbirin keçirilməsinə razılıq alan, həyata keçirilməsində əziyyət çəkən Gürcüstanda yaşayan insanlarımızın və orada yaradılmış Təşkilat Komitəsinin üzvlərinə başda İsrafil Bayramov olmaqla ancaq təşəkkür etmək olar. Razılıq almanın məsuliyyətini dərk etmək istəməyən Z.Məmmədli və R.Muradlı cütlüyü o tədbirdən ancaq öz şəxsi məqsədləri üçün istifadə etməyi düşünmüşlər. Düşündükləri kimi də hərəkət etmişlər.
Səlahiyyətli nümayəndə kimi orada gedən işlər, təkliflər və Quberniya rəhbərinin tələbləri haqqında sabiq sədr Z. Məmmədlini məlumatlandırırdım. Gürcüstan Respublikasına Z.Məmmədlinin girişinə qadağanın qoyulmasını əsas gətirərək rəhbərlik onun çıxışına icazə vermirdi. Bizim xahişimizi nəzərə alan Quberniya rəhbərinə söz verdik ki, çıxış xoş sözlərlə, təbriklərdən ibarət olacaqdır. TK-nin üzvləri, orada iştirak edən İH-nin üzvləri və şəxsən öz adımdan Z.Məmmədlidən xahiş etdim ki, ” fleş” karta yazılmış çıxışında ancaq tədbir iştirakçılarına pozitiv sözlər və bayram əhval-ruhiyyəli təbriklər yazdırsın. Razılıq da verdi. Bu tarixdən Elat mədəniyyəti bayramında Quberniya və bölgə rəhbərlərinin birinci şəxslərinin iştirakı bu səviyyədə olmamışdır. Quberniya rəhbəri Paata Xizanişvilinin «Mən şəxsən iştirak edib bunun mədəniyyətlərarası əlaqə bayramı tədbiri olmasını görmək istəyirəm»- deməsi bizdə məsuliyyəti ikiqat artırdı. Tədbir iştirakçılarına hörmət əlaməti olaraq Qubernator 26.07.2015-ci tarixində saat 18:00-da Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçiriləcək Beynəlxalq İdman Yarışması tədbirinə 60 ədəd dəvətnamə hədiyyə etdi.
Bu açıqlamanı xırdalığı ilə verməyimin səbəbi çox böyük əziyyətlərlə yaratdığımız Elat bayramı tədbirinin bugünkü vəziyyətə düşməsinin cəmiyyət rəhbərliyi tərəfindən başa düşərəkdən qarşısını alınmamasının səbəbini anlatmaqdır. Tədbirin ssenarisinə uyğun olaraq cıdır, güləş yarışının keçirilməsindən sonra tədbirin yüksək səviyədə açılışını TK-nin sədri edərək sözü Quberniya və rayon rəhbərlərinə, Azərbaycan Respublikasının millət vəkili Fazil Mustafaya, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyevə, Türkiyədən gəlmiş qonaqlar – Məhərrəm Yıldıza, Seyfulla Türksoya və başqa qonaqlara təqdim etdilər.
Tədbirin yüksək əhval-ruhiyyəli anında başqa siyasi partiya funksioneri olan Rüfət Muradlı artistizm nümayiş etdirərək Z.Məmmədlinin fleş karta yazılmış ambisiyalı, öz əqidəsinə uyğun çıxışını səsləndirdi. Gürcüstan dövlət və hakimiyyət orqanlarını təhdid edən ifadələr üzərində bəyanat şıxışının istiqamətini dəyişdi.Əl-qolunun hərəkətləri ilə qışqıra-qışqıra ittihamedici fikirlər səsləndirdi.Guya soydaşlarmızın qayğısını çəkir və onların toplaşmaq, sərbəst fikir ifadə etmək hüquqlarının əlindən alınması qaygısına qalır. Vəziyyətin xoşagəlməz hal aldığını müşahidə edən quberniya və rayon rəhbərləri əsəbi halda onlar üçün düzəldilmiş günlük yerini tərk etdilər. Z.Məmmədilin siyasi çıxışı Gürcüstanın yazılı və elektron KİV-lərdə bir ay Qubernatora baş ağrısı yaratdı. Mən orada olan İH-nin üzvlərinə Elat mədəniyyət tədbirinin səhnəsinin siyasi çıxışlar səhnəsi olmadığını və bunun acı nəticəsini çəkəcəyimizi bildirərək onlara öz fikirlərini bildirmələrini təklif etdim. İH-nin üzvləri, hansı ki, indi də onun ətrafında toplaşıblar sabiq sədrin nahaq sözünə haqq qazandıraraq bu çıxışın onun öz haqqı olduğunu elan etdilər. Mədəni tədbirdə öz şəxsi mənafeyi üçün edilmiş siyasi çıxış (bu günü fikirləşmədən) Elat bayramı tədbirinin sonu olmasının təminatçısı oldu. Bütün bu hadisələr Kanal 13 tərəfindən əvvəlindən sonunadək lentə alınırdı.
Demək olar ki, Z.Məmmədli və R.Muradlı cütlüyünün düşünülmüş pozuçuluğu öz uğursuz nəticəsini verdi.
Unutmaq lazım deyil ki, Gürcüstan Respublikası müstəqil, demokratik bir dövlətdir və onun da təhlükəsizliyini qayğısına qalan,qoruyan güc qurumları, hüquq mühafizə orqanları var.
Adı çəkilən tədbirdə hörmətli millət vəkilimiz Fazil Mustafa, yaxşı münasibəti olan deputat Mahir Dərziyev, türkiyəli qonaqlar – M.Yıldız, S.Türksoy da bütün bu hadisələrin canlı şahidləri oldular. Çıxışı da dinləyib, Quberniya rəhbərinin oranı necə tərk etməsini də ağrı ilə müşahidə etdilər. İnanmıram ki, baş verənlər barədə fikirlərini cəmiyyət sədrinə deməsinlər. Sabiq sədr isə çıxışa maneçilik törətmək istəyən «düşməni» axtarmaq və «Qarapapaqlar» jurnalının təsisçisi Akif Xansultanovun çıxışına icazə verməmək göstərişləri ilə məşğul idi. Bu da onların mili mübarizədəki qələbələri.
Maraqlıdır ki, İH-nin üzvü kimi 8-ci konfransdakı çıxışımda mədəni tədbir olan Elatda siyasi çıxışı ilə Gürcüstan hakimiyyət rəhbərlərinin açıq şəkildə aşağılanmasının xoşagəlməz nəticələr verəcəyini konfrans (bele demək olarsa) iştirakçılarına çatdırdıqda bəzi qonaqlar, hətta bir nəfər jurnalist "çəsarətli” çıxışına görə sabiq sədrlə fəxr etdiyini bildirdi. Həmin KİV nümayəndəsi hər hansı bir ehtiyatsız deyilən sözün siyasi çəkisinə varmadan bilavasitə hansı nəticələr verə biləcəyinin fərqinə varmadı.
Düşünürəm ki, emosional çıxışlar və yerli hakimiyyət rəhbərlərinin təhdid olunması qəhrəmanlıq deyil.Siyasi məcradan çıxan, qeyri-etik davranışları ilə cəmiyyətə zərər vura biləcəyi ehtimal olan şəxsi ambisiyaların sahibləri çıxısları ilə Nizamnamənin təsnifatını açır. Yeni, bu düzənlənən tədbir mədəniyyətmizin sırasını zənginləşdirən, elitarlığı ilə rəhbərlərin diqqətini çəkən, özəlliyi ilə ictimaiyyətin yaddaşında iz qoyan tədbir olmalıdır.
Hər bir Elat bayramı tədbiri öncəsi İH-i, ssenarini və sədrin çıxışının məzmununu müzakirə edərək qərar qəbul edirdi. Ancaq Armudluda idarəçiliyi sabiq sədr özü etdiyi üçün bütün kənardan gəlmiş qonaqlara (çıxışlarına nəzarət edilmədən) söz verirdi. Elatın bir tədbirində iranlı qonaqlar, birində türkiyəli qonaqları və 7-ci Elatda da özü mədəni bayram tədbiri olmasını fikirləşmədən çıxışlarını siyasiləşdirdilər. Mənim fikrimcə, Gürcüstan Respublikasına girişinə qadağanın əsas səbəbi kimi bu siyasi çıxışları götürmək olar.
6-cı və 7-ci Elat bayramı tədbirində aparıcılıq edən R.Muradlının Gürcüstandakı soydaşlarımıza qarşı qeyri-etik davranışları barədə, hər tədbirdən sonra olan İH-nin iclaslarında bu narazılıqlarımı bildirsəm də, heç bir ölçü görülmürdü. Əksinə, sədr tərəfindən onun İH-də layiqli üzvü olduğunu mənə bildirmək istəyirdi. R.Muradlının işləri, sözləri ilə əməlləri heç vaxt uyğun gəlmirdi. O, başqa bir siyasi partiyanın siyasət xəttini yerinə yetirməklə məşğul olurdu.
Elat bayramı tədbirinin bugünkü vəziyyətə düşməsinin ən birinci səbəbkarları Z.Məmmədli və R.Muradlı cütlüyünün 7-ci Elat bayramı tədbirində planlı şəkildə həyata keçirdikləri fleş-karta yazılaraq səsləndirən siyasi çıxışının olduğunu deyə bilərəm. İkincisi isə, bu gün də ətrafında toplaşanların hadisələr, baş verənlər haqqında düzgün informasiya, açıqlama verməmələri ilə yanaşı sabiq sədrlərinin səhvi, düzgün olmayan fikrinə, hərəkətinə qarşı, yeri və məkanı nəzərə alınmadan, nəticəsi barədə düşünmədən haqq qazandırmalarındadır. Nahaqqa haq donu geyindirməyin özü də bir haqsızlıqdır. Şəxsən mənim üçün.
Elat tədbiri bayramının bugünkü vəziyyətə düşməsi çox ürəkağrıdıcıdır. Onun ilk ildən inkişaf etməsi, planlı olması məndə bir qürur hissi doğururdu. Çox heyif ki, kənar şəxslərin cəmiyyət üzvlüyünə «Borçalı sevərliyini» süni görüntü verməsiZ.Məmmədlinin tək başına (R.Muradlı ilə heç kəsin sözünü, xahişinin dinləmədən, qulaqardına vurmaqla qərar qəbul etməsi cəmiyyəti bu duruma gətirdi. Şəxsi fikirim olaraq bildirirəm ki, insan öz səhvini boynuna almırsa, etiraf etmirsə və üzr istəməyi bacarmırsa, o insandan xeyirli, yaxşı heç nə gözləmək olmaz. Çox-çox heyfislənirəm ki, çəkdiyimiz riskli əziyyətlərimiz hesabına yaratıdığımız Elat mədəniyyəti tədbiri kimlərinsə geri zəkalığının, kimlərinsə münafiqliyinin ucbatından nəticəsiz olaraq sona çatdı.
Arzuman Loğmanoğlu
- See more at: http://sozcu.info/musahib/1036-firuddin-smayilov-elat-bayrami-tedbirinin-texiresalinmasinin-sebebi-zmemmedli-ve-rmuradli-cutluyunun-7-ci-elat-bayrami-tedbirinde-flesh-karta-yazilaraq-seslendirilen-siyasi-chixishidir.html#sthash.yQhrzqI2.dpuf]]>
Müşviq BORÇALI Mon, 01 Aug 2016 22:53:41 +0000
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı https://turan.info.az/arxiv/borcaliorg/1682-boral-cmiyyti-kemi-sdrin-mllrini-qnad.html https://turan.info.az/arxiv/borcaliorg/1682-boral-cmiyyti-kemi-sdrin-mllrini-qnad.html “Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı
“Zəlimxan Məmmədlinin “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsi yolverilməzdir”

Bu gün saat 15:00-da “Borçalı” İctimai Cəmiyyətinin keçmiş sədri Zəlimxan Məmmədli və bir qrup tərəfdarı Elat Bayramına buraxılmamaları ilə bağlı mətbuat konfransı keçirəcək.
Bu tədbirin “Borçalı” İctimai Cəmiyyəti adından keçirilməsi cəmiyyətin yeni rəhbərliyinin etirazına səbəb olub.
Xatırladaq ki, “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilən növbədənkənar ümumi yığıncağında Z.Məmmədli və cəmiyyətin İdarə Heyəti üzvlərinə etimadsızlıq göstərilib. Bu baxımından, təşkilatın yeni rəhbərliyi məlum qrupun “Borçalı” İctimai Cəmiyyəti adından hər hansı tədbir keçirməsinin yolverilməz olduğunu və sözügedən mətbuat konfransının “Borçalı”ya heç bir aidiyyatı olmadığını bəyan edib.
Qeyd edək ki, bəyanatı “Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti yayıb.]]>
Müşviq BORÇALI Fri, 29 Jul 2016 14:00:56 +0000
8-ci ELAT NİYƏ BAŞ TUTMADI? https://turan.info.az/arxiv/borcaliorg/1679-8-ci-elat-ny-ba-tutmadi.html https://turan.info.az/arxiv/borcaliorg/1679-8-ci-elat-ny-ba-tutmadi.html 8-ci ELAT NİYƏ BAŞ TUTMADI?Hörməyli eloğlular, ÖLKƏM,AZ saytında yer almış məqaləyə yazdıqları "Gürcüstan hakimiyyətindən Azərbaycana-HÖRMƏTSİZLİK" başlıqlı yazı həqiqətə uyğun deyil. Bu məqalənin müəlliflərı, hadisələrin səbəbini bilməyən insanlar da Gürcüstan dövlətinin "pis" dövlət olmasını deməklə Azərbaycan dövlətini də bu xoşagəlməz məsələlərə qatmaq istəyirlər.Onlar Azərbaycan hökümətinə və onun bayrağına hörmətsizlik etməyiblər. O,şəraiti yaratmaq istəyən Azərbaycan vətəndaşlarına layiq olduqları cavabı verməklə öz hörmətsizliklərini bildiribdirlər. Mən xahiş edirəm, yazacağınız məlumatı əvvəlcə dəqiqləşdirin və hadisələrin səbəbini çalışıb öyrənin ki, yazınızda işlətdiyiniz ifadələrlə Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğuna,strateji müttəfiqliyinə, insanlar arasında çaşqınlıq yaratmaqla xələl gətirməyəsiniz. Yazını oxuyan insanlar həqiqəti bilmədiklərindən qıcıqlanaraq(gənclər) nalayiq ifadələrin işlənməsinə yol verirlər. Səbəbin bir hissəsini açıqlamağa çalışacam. Axı Gürcüstanın hakimiyyət orqanları 7 ildir ki, Elat bayramı tədbirininin keçirilməsinə icazə verirdi nə baş verdi ki, birdən birə belə hərəkət etdilər. Birdən-birə isə heç nə olmur. Bu hadisələrin əsas səbəbkarının bizlər və keçən illərdə Elat bayramı tədbirini keçirən Borçalı İctimai Cəmiyyətinin rəhbərlərinin tədbirdən sonra mətbuata,saytlara tədbirin gələcəyinə xətər, zərər gətirə biləcək, tədbirdə baş vermiş xeyirli və ziyanlı (öz xətalarını gizlədərək) hadisələrin işıqlandırılmamasında, bütün məlumatların verilməməsindədir. Keçən ilki tədbirdə (iştirakçısı, təşkilatçılarından biri də mən idim) Borçalı cəmiyyətinin sədri Z.Məmmədli flaşkarta yazdıraraq səsləndirdiyi yarıtmaz ambisiyalı, Gürcüstan dövlətinin rəhbərlərinə qarşı müxalif yönümlü çıxışı ilə dövləti və hakimiyyəti lənətləyərək yersiz ittihamlar etmişdir..Unutmaq lazım deyil ki, o dövlətin də təhlükəsizliyinə cavab verən orqanları var. Heç bir Azərbaycan vətandaşının müstəqil, demokratik Gürcüstan dövlətinin işlərinə qarışmağa nə haqqı, nə də hüququ var. Nədə ki, onlara işləməyi öyrətməyə ixtiyarı çatır. Qubernator və rayon rəhbərləri 7-ci Elat bayramının keçirilməsi üçün bizlərə istənilən qədər köməklik etmişdirlər, şərait yaratmışdirlar. Onlar isə əvəzində öz dövlət rəhbərlərinə qarşı lənətlər və ittihamlar eşitdilər. "Mükafatlarını" aldılar. O çıxışı təşkil edənlər o vaxt Gürcüstan dövlət orqanlarının rəhbərlərinə, cəmiyyət üzvlərinə və tədbir iştirakçıları olan soydaşlarına xəta olaraq etdikləri hörmətsizliyi niyə anlayıb açıqlama vermirlər. 7-ci Elatdakı o çıxışla belə bir qarşılığın olacağını və bu vəziyyəti yaratdıqlarını anlamadılarmı yoxsa anlamaq istəmədilərmi? İndi isə xahiş edirəm, Azərbaycan və Gürcüstan dövlətlərinin adlarıını hallandırmaqla bu məsələlərlə aranı qarışdırmağa, insanlarımızda "pis" fikirlərin yaranmasına nail olmağa çalışmasınlar. Öz etdiyiniz səhvləri başa düşüb etiraf etməyi bacarın. Bir daha bildirirəm ki.yalan məlumatlarla insanlarımız arasında qarışıqlıq yaratmaq lazım deyil. Həqiqəti yazaraq ədalətli olmağa çalışın. Yalanlarla soydaşlarımızı çıxılmaz vəziyyətdə (onsuzda xeyriniz yoxdur) qoymayın.]]> Müşviq BORÇALI Fri, 29 Jul 2016 00:37:39 +0000 Qızılgül əfsanəsi (Hekayə) https://turan.info.az/edebiyyat/nesr/1678-qzlgl-fsansi-hekay.html https://turan.info.az/edebiyyat/nesr/1678-qzlgl-fsansi-hekay.html Qızılgül əfsanəsi (Hekayə) Sabir Sadaxlı (Sabir İdris oğlu Mahmudov)
O gecə gözümə yuxu getmədi. Səbrsizliklə səhəri gözləyirdim. Axşamdan hər şey hazır idi-bağ qayçısı, atamın ucu əyri peyvənd bıçağı, budaqları aşağı əymək üçün qarmq. Bağın hansı tərəfindən başlayacağımı da əvvəlcədən götür-qoy eləmişdim. Dəmir yol tərəf vağzal uşaqlarının əlindən qan ağlayırdı. Kolların başında heç yarpaq da qalmamışdı. Ortalara tərəf getmək lazım olacaqdı. Oralara gedib çıxmaq hər adamın işi deyildi. Kol-kos, budaqlar bir-birinə elə dolaşmışdi ki... Bizim isə oz gizli yollarımız-tunüllərimiz var idi. Qarovulçu Nəbi babanın da bilmədiyi həmin yollarla Xan arxı tərəfdən girib atamın işlədiyi avtokalonun yanından çıxırdıq. Bizim bu gizli yollarımızın memarları bizdən əvvəlki dəcəl uşaqlar olub. Biz də sonrakı nəsillərə miras qoyacağıq.
Allah bilir bu qızılgül bağının neçə yaşı var. Deyilənə görə Bolqarıstandan gətiriblər. Gül yağı almaq üçün yetişdirilmiş xüsusi növdür. Bizim evdən bir az aralı, Xan arxının sağ sahilindəki bu cənnət bağından qar yağana qədər gül ətri əskik olmurdu. Bu bağ həm də məktəblilərin qazanc yeri idi. Payızda şagirdləri ləçək yığımına gətirirdilər. Hər kıloya 10-20 qəpik qazqnmaq mümkün idi. Nəzərə alsaq ki, söhbət XX əsrin 60-cı illərindən gedir qazancımız o qədər də pis deyildi. O illər müharibənin təsiri hələ də hiss olunurdu. Böyüklərimiz bilmirdi qarnımızı doydursun, yoxsa əyin-başımızı, dəftər-qələmimizi alsın. Evimiz yaxın olduğu üçün gün çıxmamış torbamı götürüb baş vururdum qızılgül dəryasına. Tarpın qaşından baxanda bu cənnət guşəsi doğrudan da gül-çiçək dəryaçasına bənzəyirdi. Yuxuma haram qatmağımın başqa səbəbi də var idi- danüzü yığılan ləcək sehli olduğu üçün çəkiyə ağır gəlirdi. Məhsulu tərəzidə çəkib qəbul edən kolxozun xəzinədarı Suleyman dayı hər dəfə xəbardarlıq etsə də xətrimizə dəyməz, pulumuzu heç vaxt kəsməzdi. Onda anam sağ- salamat idi. Ev işlərini qurtarandan sonra mənə köməyə gəlirdi. Gün çıxana kimi torbaları doldururduq, anam evə qayıdırdı. Birazdan şagirdlər gələcək, çəyirtkə zəmiyə daraşan kimi güllüyün altını üstünə şevirəcəklər. Gündəlik normanı artıqlaması ilə yerinə yetirirdim(əlbətdə anamın hesabına). Yazıq anam bundan sonra hələ tənbəki yığmağa gedəcəkdi. Uşaqlar mənə həsəd aparırdılar-qazancım hamıdan çox olurdu. Suleyman dayı pulumuzu çox vaxt gündəlik verirdi. Zəhmət haqqımı götürb dəmir yolu vağzalına üz tuturdum. Otar dayının dükanından əlimə keçən şiniyyatdan alıb sevinə- sevinə evə, qardaşlarımın yanını qaçırdım. Otar dayı, yoldaşı Mariya xala mehriban və halal insanlar idi. Hərdən ya bir dəftər, ya rəngli karandaş, ya da o zamanlar hləm-hələm tapılmayan qələm ucluğu- daş pero hədiyyə edərdi.-“Şvilo, al bu da yaxşı oxuduğun üçün müküfat.” Yəqin hər dəfə gətirdiyim gül dəstəsinin əvəzini çıxmaq istəyirdi. Onun nurani, həmişə gülümsəyən siması indi də xəyalımdan silinməyib. Ömrünün axırına kimi kəndimizdə işlədi. Hamının məhəbbətini qazanmışdı, əsasən də uşaqların. Kasıbçılığın üzü qara olsun, hər adamın konfet, şirniyyat almağa imkanı yox idi. Pulu olmayan, dükanın piştaxtasındakı ala-bəzək kağızlı konfetlərəri marıtlayan uşaqların bir-iki noğulla da olsa könlünü alırdı...
Təcili yardım maşını anamı aparanda o qədər ağlamışdım ki... Atamla dayım xərəkdə anamı maşına qoyanda dayım ağlamsınmış,- “Ruqiyə, söz verirəm, evinizə, uşaqlarının yanına öz ayaqlarınla qayıdacaqsan”. Xeyli vaxt keçmişdi, anam qayıtmırdı ki, qayıtmırdı. Şəhərə xəstəxanaya gedəndə atama yalvarırdım ki, məni də aparsın. O isə hər dəfə bir bəhanə gətirirdi. Günlərin bir günü: “Hazırlaş, sabah şəhərə gedirik, anan sənı görmək istəyir”. Eşitdiyimə inanmadım, əvvəlcə key-key gözlərimi döydüm, söhbətin nə yerdə olduğunu başa düşəndən sonra götürüldüm nə götürüldm. Bir-neçə dəqiqəyə bütün məhlə uşaqları bilirdi ki, mən şəhərə, anamın yanına gedirəm. Mahmud əmimin qızları paltarımı yuyub ütülədilər, xalam su qızdırıb çimizdirdi, anamı görəndə ağlamamağımı tapşırdı. Xəstəxanada anam kimi çoxlu xəstənin olduğunu, Tinatin adlı gözəl-göyçək bir gürcü qızının anama öz doğması kimi qulluğundan danışdı. Eşitdiklərimin hamısını atam da danışmışdı. Onu da söylədi ki, şəhərlilər xəstənin yanına gələndə gül də gətirirlər. Vallah qəribə adalardı bu şəhərlilər, görəsən gül xəstənin nəyinə lazımdır? Elə xəstələr də var həftələrlə yanlarına gələn olmur. Eşitdiklərim uşaq təxəyyülümdə çoxdan iz qoymuşdu. Axşamlar yatağıma uzananda anamla danışa-danışa yuxuya gedirdim.
-Nənəni incitməyin, yazıq arvadın işi onsuz da başından aşır. Hümmət babanın kürluyünü götürmək hər arvadın işi deyil. Sən qardaşlarından böyüksən, nənənə kömək elə.
Qardaşım Zakir ikinci, Şakir birinci sinfə gedirdi. Onları məktəbə aparıb-gətirmək, dərslərinə fikir vermək mənim öhdəmdə idi. Səhərlər bizi yedizdirəndən sonra atam işə gedirdi. Atamın şəhərdən aldığı kakao tozunu südlə bişirməyi mən də öyrənmişdim. Onu da deyim ki, kakao həm uşaqların , həm də mənim çox xoşuma gəlirdi. Kiçik qardaşım Tahir hələ məktəbə getmirdi. Ən kiçiyimiz, anamın sonbeşiyi Nailə iki yaşına təzəcə adlamışdı. Nailəni çox vaxt Pəri mamam saxlayırdı. Hər axşam anamla “söhbət edəndə” onun nə boyda olduğunu soruşurdu. Onun dəcəlliyindən, anam kimi gözəlliyindən, ona çöx oxşamağından həvəslə danışırdım.
Uşaqlıqdan rəssamlığa, ədəbiyyata meyilli olsam da nəyə görəsə həmişə həkim olmaq arzusunda olmuşam. Bu istək bəlkə də anamın xəstəliyi ilə əlaqədar idi. Anam yatağa düşəndə 28 yaşına təzəcə qədəm qoymuşdu. Uşaq təsəvvürümlə elə bilirdim dünyada ən gözəl, ən mehriban ana mənim anamdır. Bacım, dünyaya təzəcə göz açmışdı. Sevincimizin həddi-hüdudu yox idi. Dörd qardaşdan sonra anam bizə bacı hədiyyə etmişdi. Sevincimiz uzun sürmədi-anamın ayaqları iflic oldu. Yatağının yanından bir addım da olsun uzaqlaşmaq istəmirdim. Hamı bizə ürək-dirək vermək istəyirdi: “Çox keçməz, el yaylağa köçəndə ananız ayağa durar”.
Yayın necə gəldiyindən xəbərim olmadı. Bürkülər düşmüş, çəmənlər həmişəkindən tez saralmağa başlamışdı. Elə bilirdim anamın ayağa durması üçün təbiət yayı vaxtından tez gətirib. El yaylağa köçdü. Dəyələr yamyaşıl çəmənlərdə yan-yana düzüldü, sürülərin, mal-heyvanın səs-küyü bir birinə qarışdı. Aranın bürküsündən canlarını qurtarmış uşaqların şən gülüşləri mürgülü dağları oyatdı. Gül-çiçək ətri adamı bihuş edirdi. Hamı kef-damaqda idi. O il anam yaylağa gedə bilmədi. Bizi yaylağa Sultan nənəm aparmışdı. Yazıq nənəm yaşının ağbirçək cağında beş uşağa, bir də babamın mal-heyvanına baxmağa məhkm idi. Anamın yeri görünürdü. Yaxşı ki, Pəri mamamla Hürü mamamgil də bizim yurda-Sarı bulağa düşmüşdülər. Biz bir yana, dağlardan mal-qoyun sağına enəndə Hümmət babamın səs-küyü Suqarışanda eşidilirdi. Onda elə bilirdik babam zülümkar adamdı, sonralar başa düşdük ki, kişi qayda-qanunu, səliqə-səhmanı sevən ciddi təsərrüfatçı imiş. Ona görə də bizim heyvanlar uzaqdan seçilirdi. Sürünü aşağılara endirib çox yormamaq üçün dağların başında, Nayfıllı təpəsi deyilən yrdə xalxal düzəltmişdi. Babam bizə, uşaqlara da iş tapırdı. Hər axşam qaraağız qoyun itlərini xalxalın dörd tərəfinə bağlayir, sonra sürünün qabağına çıxır, babamı arxaca qədər ötürürdük. Bir dəfə itlər mixçaları çıxarıb qaçmışdılar. Di gəl dur babamın qabağında: “Yaramazlar, fərəsətsizlər, belə də it bağlayarlar? Sizi it yrrinə bağlayacam”... Elə də etdi- yapıncıya bürünüb dan yeri sökülənə qədər sürüyə keşik çəkdik. Qardaşım Zakir, Şakir bir də yurd qonşumuzun oğlu İsmayıl məndən bir-neçə yaş kiçik idilər. Xalxalın külək tutmayan tərəfində babam onların altına keçə saldı, üstlərini də yapıncı ilə örtdü. Dağların başı sis-duman olur, xüsusən də gecələr hər tərəf zülmətə bürünür, bir addımlıqdan heç nəyi seçmək olmur. Deyəsən kişi bizi saxladığına peşman olmuşdu, özü də bilirdi ki, yaxınlıqda kürsəyə gələn qancıq varsa, heç bir qüvvə itləri saxlaya bilməz. Artıq gec idi, onsuz da dumana düşüb dəyələrimizi tapa bilməzdik. O gecə səhərə kimi babamın nərəsindən dağ-daş lərzəyə gəldi. Sübh şəfəqləri görünər-görünməz duman karvanını quzeyə tərəf çəkdi. Təbiət zülmətdən işıqlığa çıxdı. Babam zarafatyana: “İndi sürükün budan”, deyərək bizi dəyələrimizə tərəf qovdu. O gecə biz sonralar heç bir təhsil ocağında ala biməyəcəyimiz həyat dərsi aldıq. Həm də çoban həyatının çətinliyini, ağrı-acısını bircə gecəliyinə də olsa yaşadıq.
Yaylaqda hava gün ərzində tez-tez dəyişir. Bir də görürsən mavi səmadakı pambıq kimi ağappağ buludlar görkəmini dəyişdi, böyüdü, qara- bözumtul rəng alaraq ağır-ağır aşağılara enməyə başladı. Qeybdən peyda olan kimi beyqafıl dərələr çən-dumanla doldu, ətrafı zülmətə qərq edərək dağlara tərəf süründü. Üfüqlərdən o tərəflərdə şimşək parlıtısı göründü, ildırım öz-özünə deyinərək qara buludları şaqqaladı. Tərəkəmə həyatına alışmış yaylaqlılar özlərini itirmədən buzovları, quzuları döşlərdən xalxala qovur, çölə sərdikləri paltar-palazı dəyələrə yığır, uşaqlar da qaçaraq dəyələrə doluşurdular. Bir az keşmiş yer-göy lərzəyə gəlir, şimşək ətrafı bir anlığa şəfəqə boyayır, dölu qarışıq yağış damcıları dəyələrin belində təbiətin çadır simfoniyasını məharətlə ifa edir. Bu möhtəşəm “Tərəkəmə simfoniyası”nı Tanrı özü yazıb, özü də necə yazıb! Süvari qoşunun ayaq səsləri, bir-birinə dəyən qılınc saqqıltısı, sellər qabağına çıxan daş-qayanı dərələrə qovqrkən çıxan gurultu, sərkarların dağlardan eşidilən qıyyaları o qədər mükəmməldi ki! İlahinin bu bəstəsinə heç bir əlavə mümkün deyil.
Hər adamın içındə heç kəsin təkrarlaya bilməyəcəyi bir yurd, bir el, bir Vətən tablosu, Vətən sevgisi var. Uşaq dünyamızın el-obası, Vətəni beləcə həkk olunub, ilişib qalıb yaddaşlarımızda. Bu dünyamızı baba-nənəsiz, ata-anasız, bacı- qardaşsız təsəvvür etmək mümkün deyil. Bizim ocaq, “müasir” insanlar demişkən, köhnəlmiş də olsa öz əxlaq qanunları ilə yaşayıb və heç vaxt bu yazılmamış qanunlar adımıza xələl gətirməyib, dost-düşmən yanında başımızı aşağı eləməyib. Babalarımızin öyünc yeri halallıq olub, halal mayalarına heç vaxt haram qatmayıblar, Gözəgörünməz də var-dövləti yetərincə verib. Ulularımız gözü-könlü tox yaşayıb, aza qane olub, çoxun dalınca qaçmayıb, özgə malına göz dikməyiblər. Keçmiş- keçənlərimizin mərdliyi, halallığı, təmizliyı bizə baş ucalığı gətirib. Elə xeyir-bərəkət də o qocalarımızın halal-bərəkətli əllərindən miras qalıb bizlərə. Halal yavanımızı heç vaxt haramla murdarlamyıb əcdadlarımız. Aılə, nəsil, tayfa tərzi bu yaxınlara kimi hökm sürürdi nəslimizdə. Babamın bircə kəlməsi böyüklü-kiçikli hamıya qanun idi. Qardaşı oğullarının hamısını ayrıca yurd eləyəndən sonra özü təzə yurda çıxdı. Onun sağlığında icma qanunlarını pozmağa heç kimin cürəti çatmazdı. Yaltaqlıq, yalançılıq, ikiüzlülük yad idi o kişilərə. Elə ona görə də hara gedilər getsinlər bizimkilərin yolu geriyə öz dədə-baba yurduna dönüşlə qurtarır. Bəlkə elə onun nəticəsidir ki, ən böyük nəsillərdən biri olmağına baxmayaraq bizimkilərdən cəmi iki-üç ailə Bakını özünə daimi yaşayış yery seçib. Əmilərim yaxşı oxuyan, savadlı olublar. Ziyəddin əmim Bakıya oxumağa gedəndə babam bir-iki ilə oxuyub geri qayıtmağı tapşırdi. O da böyüyünün sözündən çıxmadı- ali məktəbdə yox texnikumda oxuyaraq doğma kəndinə qayıtdı. Eldə- obada hörmət-izzət sahibi oldu, nəslin ağsaqqallığını uzərinə götürdü, şərəfli bir ömür yaşadı. Haram yolla var-dövlət qazanıb yaltaq məclislərinin başında oturmadı ocağımızın kişiləri. Kasıb, mərdi-mərdanə süfrələrində oturmağı daha üstün tutdular.
Yay necə tez gəldisə, elə tezcə də getdi. Böyüklər arana köçmək üçün hazırlıq işlərinə başladılar. Avqust ayının sonu buralarda yayın qurtarması demək deyil. Ümumiyyətlə, buralarda baharla yayı bir-birindən ayırmaq çətindir. Payız isə, demək olar ki, bircə ay-sentyabr ayı olur. Avqustun axırlarında cavan oğlan və qızların bulaqlarla vida mərasimi başlayırdı. Hər gün bir bulağın üstündə qızlar yığışır, ocaq qalanır, quymaq çalınır, evdən gətirdikləri əllərinə keçən, allah verən yemək-içməkdən süfrəyə düzülür, yeməyə başlar-başlamaz bir dəstə oğlan da qonaq gəlir qızların süfrəsinə. Ən çox sevinən uşaqlar olurdu belə yığnaqlara. Sonralar başa düşdük cavanların “fırıldağını”-bulaq başı bəhanə imiş. Böyüklər etiraz etməzdi belə şeylərə. Az qala mərasim halı almışdı belə yığıncaqlar. Elə onların özləri qoymamışdımı bu adət-ənənələri. Böyüklərimizin əksəriyyəti elə beləcə sevib-seçmişdi, gözaltı eləmişdi gələcək ömür-gün yoldaşlarını. Gənclərin qəh-qəhəsi, çal-çağırı dağlara-dərələrə şuxluq gətirir, təbiət də , bulaqlar da qoşulurdu onların sevincinə. Heyif, çox heyif o günlərdən. Cavanların oxuduğu o mahnılar da, sevinc də, o paklıq da dağlarda qaldı...
Gün Babakərin arxasından boylanmamış yatağımdan durdum. Əl-üzümü yuyub Tarpın qaşına tərəf çıxdım. Qızılgül dəryaçasına gündüzlər saatlarla tamaşa etməkdən doymurdum. Bu səhərki mənzərə heç əvvəlkilərə bənzəmirdi. Dünyada heç bir rəssamın yarada bilməyəcəyi bir tablo, bir gəvə salınmışdı Xan arxından o tərəfə. İlahinin yaratdığı bu misilsiz gözəllikdən ətrafa minlərlə qızılgülün ətri yayılırdı. Bax elə buna görə də Ana Təbiətin özündən mahir rəssam yoxdur. Təbiətin yaratdığı tablolar canlıdır-güllər ətir saçır, quşlar cəh-cəh vurur, çayların, bulaqların zümzüməsi ətrafa yayılır.
Yaxın olsun deyə körpüdən yox çaydan keçməyi qərara aldım. Xan arxının sahilinə endim, şalvarımın balaqlarını dizimdən yuxarı çırmaladım, bumbuz suyu yararaq o biri sahilə adladım. Güllüyün qıraq tərəflərində əlimə bir şey keçmədi. Öz gizli yollarımızla bağın içərilərinə doğru getməli oldum. “Bəni-insan” ayağı dəyməmiş bir sahəyə gəlib çıxdım. Onu da deyim ki, burada hələ alatoran idi. Qarmağı, qayçını, bıçağı işə saldım. Bir saat keçmədi qucaq-qucaq, rəngarəng qönçələr üst-üstə qaland. Gülləri səliqə ilə özümlə gətirdiyim kisəyə yığdım. Gün çıxmamış aradan çıxmaq lazım idi. Gəldiyim “tunel”lə geri qayıtmağa başladım. Yolu yarı eləmişdim ki, qabaqdan bağın qoruqçusu Nəbi babanın səsi gəldi. Yolumu dəyişməyə, üzüm bağına tərəf sürünməyə məcbur oldum. O tərəflərdə çayın qırağı qalınlıqdır. Çay da yuxarılara nisbətən dərindir. Çox çətinliklə çayın sahilinə çatdım, moruqluğu yarıb kisə qarışıq özümü çaya atdım, birtəhər üzüb o biri sahilə keçə bildim. Kisə suya düşüb ağırlaşmışdı, əl-ayağımı moruq, gızılgül kolları al qana boyamışdı. Kisəni sürüyə-sürüyə birtəhər gətirib evə çıxardım. Evdə məni yaxşı ki, birinci atam yox, nənəm qarşıladı. Əl-ayağıma batmış tikanları çıxartdı. Qoyun qırxınında babm qoyunların yarasına basdığı dərmanla yaralarımı dərmanladı. Atamın qorxusundan səsimi çıxartmadım. Atamdan qabaq nənəm məni danlamağa başladı.
-Ay bala, bu qədər gül nəyinə lazımdır? İnanmıram bu boyda kisəni şəhərə aparmağa atan razılıq verə.
Atam söhbətimizin üstünə gəlib çıxdı.
-Əlbəttə razı olmayacam, hələ gör əl-ayağı, üz-gözü nə gündədir.
Mahmud əmimin həyat yoldaşı Həcər bibim olmasaydı mənim Tiflis səfərim baş tutmayacaqdı. Dünyagörmüş, ziyalı qadın idi.
-Uşağın ürəyini sındırma, vağzala qədər uşaqlarla köməkləşib apararlar. Qatardan düşən kimi onsuz da taksiyə minəcəksiniz.
Atamın deməyə sözü qalmadı.
Xəstəxananın səliqə-səhmanlı həyəti, palatalardakı təmizlik, bir də qulaqbatırıcı sükut indi də yadımdan çıxmayıb. Palatalardakı solğun çohrəli əlac gozləyən adamlar(xəstələr deməyə dilim gəlmir) onlara şəfa verən həkimlər haqqında düşüncələr bütün ömrüm boyu məni qaraba-qara izlədi və bu müqəddəs mövzuya nə vaxtsa qayıdacağım haqda düşüncələr məni heç vaxt tərk etmədi. Xəstəxanaya daxil olanda özümü tamam başqa dünyada hiss etdim. Ölüm sükutu çökmüş palatalar, solğun bənizli adamlar uşaq dünyama tamamilə yad idi. Anam ayrıca birnəfərlik palatada yatırdı. Qapıya yaxınlaşanda atam yenə tapşırdı ki ağlamayım. Həmin qeyri-sağlam abu-hava anamın palatasında da hökm sürürdü. Anamın sifətindəki ağlıq mələfənin rəngindən seçilmirdi. Atamın tapşırığını yadıma salıb hürkək bir baxışla gah atama, gah da anama baxdım. Anam məni bağrına basdı, başımı anamın sinəsinə sıxdım ki, ağlamağımı görməsinlər. İçin-için ağladım, göz yaşlarım hələ körpəlikdən sındırılmış ürəyimin başından keçib içimdə təzəcə yaranmağa başlayan qəm dəryasına töküldü. Atam bu səhnəyə dözə bilməyərək dıhlizə çıxdı. Anamın döğma ağuşundan uzun müddət ayrıla bilmədim. Palatanın qapısı açıldı, içəri ağ xalatlı bir qız daxil oldu. Tibb bacısının gözəlliyi otağa həm işıq, həm də xoş əhval gətirdi. Mən bu qızı çoxdan tanıyırdım. Atam, xalam bu gözəl qız haqqında o qədər danışmışdılar ki. Məni görüb gürcü dilində:
-Sənin oğlundur?- soruşdu.Yazıq anam qısa müddətdə gürcü dilini müəyyən qədər öyrənmişdi.
-Bəli, mənim oğlumdur.-Özünəməxsus bir ləhcə ilə cavab verdi. Tibb bacısının gəlişi məni xəyallardan ayırdı, qaçaraq zənbilimin ağzını açdım, qucağım tutacaq qədər gül dəstəsini tibb bacısına verdim. Qızın onsuz da gözəl olan sifəti sevincdənmi, yoxsa təəccübdənmi daha da gözəlləşdi.
-Ay Allah, indiyənəcən mənə heç kəs bu qədər gül bağışlamayıb. Çox sağ ol oğlan, indi ananı daha tez sağaldacam. Sevincimdən uçmaq istəyirdim. Söhbətin üstünə atam da gəlib çıxdı.”Bu qədər gülü neyləyirsə, kim aparacaq bu boyda şələni?”- deyə məni danladığına deyəsən peşman olmuşdu.
Qönçələr tibb bacısının əliində açılmağa başladı. Elə bil insan nəfəsi duymuşdular. Bir dəstə də anamın masasının üstünə qoydum. Qızılgüllər otağa yeni həyat, yeni nəfəs gətirdilər. Hamının üzü gülürdü.
-Ata, olar o biri xəstələrə də paylayım güllərdən?
-Əlbəttə olar,-deyə atam fərəhlə anama baxdı.
Tibb bacısı söhbətin nə yerdə olduğunu başa düşdü.
-Ruqiya, sənin oğlunun tayı-bərabəri yoxdur,-dedi, sonra əyilib üzümdən öpdü.
-Mən də kömək edərəm,-dedi.
-Bu boyda gülü təkbaşına dərib, özü də təkcə məni nəzərdə tutmayıb,-deyə anam fərəhlə dilləndi.
Tibb bacısı ilə palataları bir-bir gəzir, xəstələrə gızılgül bağışlayır, teziklə sağalıb doğma ocaqlarına getmək arzulayırdıq. Bunları, əlbəttə, mənim əvəzimə gürcü qızı deyirdi. Gətirdiyim güllər baş həkimdən tutmuş qapının ağzında duran növbətçi qadına kimi hamıya çatdı.
Az müddət ərzində qönçələr açıldı, xəstəxanada əhval-ruhiyyə tamamilə dəyişdi, palatalar işıqlndı, solğun çöhrələrə təbəssüm qondu, həkimlərin uzun müddət edə bilmədiklərini Loğman təbiət öz üzərinə götürdi. Mənə elə gəlirdi ki, xəstələrin könlünü azca da olsa aldıqlarına, ümidsizlərə zərrə qədər də olsa ümid verdiklərinə görə güllər də sevinirdilər. Onlar tamam başqa aləmə düşmüşdülər. Elə bil ana təbiət onlara yeni bir missiya, yeni bir tapşırıq vermişdi...
Axşama kimi anamın yanında qaldım. Bir-neçə saat əvvəlki abu-havadan əsər-əlamət qalmamışdı. Xəstələrin zarafatı, deyib-gülməyi xəstəxananı başına götürmüşdü. Həkimlər”sakit saat” vaxtı heç kimi yatlrda bilmədilər. Çoxdandır boğazından bir qurtum sudan başqa heç nə keçməyən xəstələr illərin acı kimi yeməyin üstünə düşmüşdülər. Bəzi palatalardan həzin (biraz da qəmli) mahnı səsləri gəlməyə başlamışdı. Tinatin anama yaxınlaşıb,
-Ruqiya, oğlun böyüyəndə hökmən həkim olacaq. Onun gətirdiyi güllər möcüzə yaratdı. Xəstələr sağalmağa başlayıb, bəziləri hətta evə getmək istəyir. İcazə ver oğlun xəstələrlə sağollaşsın. Palataları bir-bir gəzdik, hamı ilə vidalaşdım. Onların çoxu məni öz doğma balası kimi bağrına basdı, xoşbəxtlik arzuladı.
Anamın yanına qayıtdım. Başımı yenə sinəsinə sıxdım, göz yaşlarım yenə də təzəcə yaralanmağa başlamış ürəyimin başından keçib içimdə təzəcə yaranmağa başlayan qəm dəryaçasına töküldü.
Ayrılanda hamıya söz verdim ki, mövsümün sonuna kimi sizi gızılgülsüz qoymayacağam.
Atam hər dəfə şəhərə gedəndə birinci tapşırığı,...
-Gülləri hazırla!- olurdu...
Mahmudov Sabir İdris oğlu ( Sabir Sadaxlı )]]>
Müşviq BORÇALI Thu, 28 Jul 2016 23:07:40 +0000
Cəmilə xanım SARVANQIZI: Yurd bizim, Bayram bizim! Neğme bizim, Saz bizim! https://turan.info.az/arxiv/borcaliorg/1677-cmil-sarvanqizi-yurd-bizim-bayram-bizim-neme-bizim-saz-bizim.html https://turan.info.az/arxiv/borcaliorg/1677-cmil-sarvanqizi-yurd-bizim-bayram-bizim-neme-bizim-saz-bizim.html Cəmilə xanım SARVANQIZI: Yurd bizim, Bayram bizim! Neğme bizim, Saz bizim!Cəmilə xanım SARVANQIZI: Yurd bizim, Bayram bizim! Neğme bizim, Saz bizim!"Sarvan" Folklor Ansamblının rəhbəri Cemile Sarvanqızı özünün Fecebook səhifəsində yazmışdır:

Yurd bizim, Bayram bizim!
Neğme bizim, Saz bizim!

Dünən yaşanan bayrag olayından sonra küsərək geriyə şəkilib meydanı namerdlərə kolay-kolay təslim etmək və başqaları kimi cılız bir köşədə onu sallayarak "özüm çalıb, özüm oynamağım" mənə təsəlli verməzdi. Ona görə də, hər iki Bayragimizi (Azərbaycan ve Turkiye) her kesin gözü önünde dalğalandırarag folklor ansamblımızın "Çırpınırdı Qara deniz..." mahnısıyla ve böyük heyacanla söylediyim şeirle sanıram bir daha her kese cavab vermiş oldum. Elata götürdüyüm BAYRAQ menim kefenlik boxcamnan çəxarılmışdı (Aforizm olarag söylenmir. Bilenler bilir!) Onu yalnız bele günlerde dalgalandırmağa özüme izin vererem.
Ne "sagçılara" , ne de "solçulara" teref deyilem - men MİLLETİMİN her terefindeyem - sagında da, solunda da, arxasında da, önunde de... birce kere TÜRKüm deyenin yanında da ...]]>
Müşviq BORÇALI Thu, 28 Jul 2016 02:05:05 +0000
* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR * https://turan.info.az/arxiv/borcaliorg/1674--tbrklr-tbrklr-tbrklr-.html https://turan.info.az/arxiv/borcaliorg/1674--tbrklr-tbrklr-tbrklr-.html * TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *Bildiyimiz kimi, 2016-cı il iyunun 25-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən "Borçalı" İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı - konfransı keçirilib və həmin konfransda tanınmış tarixçi alim, dəyərli soydaşımız KƏRƏM MƏMMƏDLİ "Borçalı" İctimai Cəmiyyətinin yeni sədri seçilib.
Bu münasibətlə hörmətli Kərəm müəllimə ünvanlanmış təbriklərdən bir neçəsini aşağıda dəyərli oxucularımıza təqdim edirik:]]>
Müşviq BORÇALI Wed, 27 Jul 2016 17:52:09 +0000
Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilib https://turan.info.az/gurcustan/borchali/1673-armudlu-yaylasnda-nnvi-elat-bayrami-keirilib.html https://turan.info.az/gurcustan/borchali/1673-armudlu-yaylasnda-nnvi-elat-bayrami-keirilib.html Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilibİyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı türklərinin ənənəvi Elat bayramı keçirilib. Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevin sözlərinə görə, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub.
“Bayramda bir sıra xarici ölkələrdən gələn türklər iştirak edib. Həmçinin Türkiyənin “Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”, - o deyib.
Ə.Babayev əlavə edib ki, “Borçalı” cəmiyyətinin keçmiş rəhbərliyi Elat bayramının kütləvi şəkildə baş tutmaması üçün bir sıra cəhdlər edib.
““Borçalı” cəmiyyətinə heç bir aidiyyatı olmayan Zəlimxan Məmmədli Gürcüstan azərbaycanlılarının birliyini pozmağa çalışırdı. Z.Məmmədli Elat bayramında kütləviliyin olmaması üçün pozuculuq fəaliyyəti göstərərək tərəfdarlarına ultimatum göndərib. Lakin onun bütün bu cəhdləri nəticəsiz qaldı. Elat bayramına çoxsaylı iştirakçılar qatıldı və bütün iştirakçılar bayramın təşkilatçılığından razı qaldılar”, - Ə.Babayev deyib.
Ə.Babayev bildirib ki, Z.Məmmədlinin “Borçalı” cəmiyyətində artıq heç bir hüquqi statusa malik deyil və onun Gürcüstan azərbaycanlılarının işlərinə qarışmağa heç bir ixtiyarı yoxdur.
“Gürcüstan azərbaycanlıları hər zaman özləri öz dil, din, mədəniyyət və adət-ənənələrini qoruyub saxlayıblar. Z.Məmmədli kimilərin Gürcüstan azərbaycanlılarını parçalamaqla bağlı bütün cəhdləri heç bir nəticə verməyəcək”, - GAMK sədri əlavə edib.]]>
Müşviq BORÇALI Wed, 27 Jul 2016 14:20:13 +0000
"Borçalı" İctimai Cəmiyyətinin sədr müavini Firudin İSMAYILOV: "Sabahı fikirləşmək lazımdır kı, bizə salam versinlər..." https://turan.info.az/arxiv/borcaliorg/1670-boral-ctimai-cmiyytinin-sdr-mavini-firudin-smayilov-sabah-fikirlmk-lazmdr-k-biz-salam-versinlr.html https://turan.info.az/arxiv/borcaliorg/1670-boral-ctimai-cmiyytinin-sdr-mavini-firudin-smayilov-sabah-fikirlmk-lazmdr-k-biz-salam-versinlr.html "Borçalı" İctimai Cəmiyyətinin sədr müavini Firudin İSMAYILOV: "Sabahı fikirləşmək lazımdır kı, bizə salam versinlər..."Hörmətli eloğlularım,Gürcüstan əsilli soydaşlarım.Mən 2010-cu ildən 2016-cı ilədək Borçalı İC-də İH-nin üzvü,2014-cü ildən 2016-cı ilədək sədrin təşkilatı işlər üzrə müavini olmuşam.Orada baş verən özbaşnalıqlara görə istefa vermişəm.Borçalı İctimayi Cəmiyyəti ətrafında baş verənləri bir müddətdir məndə ürək ağrısı ilə izləyirəm.Cəmiyyətin saytında İdarə Heyyətinin üzvləinin haqsızlıqla öz Borçalı əsilli soydaşlarına qarşı yazılarındakı təhqirlər. alçaldıcı sözlər mənimdə səbrimi daşırdı.Bu insanlara,öz yazılarında bu sözləri işlətməyə kim və nə məcbur etdiyni başa düşmək mümkün deyil.Belə insanlarda el oba sevgisinin olmasına inanmıram.Yazı sahiblərinin hər biri haqqında sizlər üçün bildiklərimin bir hissəsini(lazım gəlsə qalanlarında) yazacam.Sizlərdən xahiş edirəm diqqətlə oxuyaraq.Cəmiyyət sədrinində 25 06 2016-cı il tarixində keçrilən 241 nəfər gürcüstanlını(on nəfər qonaq olmaqla), ümum toplantı iştirakçılarını,ora toplaşan alimini,jurnalistini.yazıçısını.iş adamını,sıravi insanını yaşına uyğun olmayan"dar zəkalı" mənası ikiüzlülük olan "münafiq"sözlərini,yazı sahibləridə papuqay kimi təkrarlamaqla utanmadan yazılarında işlədirlər.Bu sözlərin kimlərə daha çox layiq olduğunu biləcəksiniz.Bir məqalədə insanların ölüm qabağı beş isdəyinin olmasının olmasını oxumuşam.Biri cavanlıgından düzgün ollmayaraq istifadə edərək etdiyi haqsızlığın aradan qaldırması isdəyi.Biridə el,obasında zamanında yad etməməsi,indi isə oranı ğörmək üçün burnunun ucunun ğöynəməsi isdəyi idi.Bunlar onuda düşünmürlər.Telman müəllim Əliyev çoxlu sayda titullarının,alim akademik sayır sonrada özünə yaraşan sözlərlə toplantıda iştirak edən ondan insani keyfiyyətləri,biliklərii ilə qat-qat üstün olan bizim Gürcüstan əsilli alimləri,ziyalıları dönüklükdə,zatını danmaqda ittiham edir.Ona buna o haqqın kim verdiyi.aydındır.Fizulidən olmağınizla ilə həmişə fəx etmisiniz.Borçalı ellərini sevən insan kimi özünüzü ğöstərsənizdə cavanlıq dövrünüzdə dağ Borçalıların işlərinə həmişə ənğəllər,problemlər yaratmaqla məşğul olmusunuz.İH-dəki işiniz deyilən fikirlərlərlə razı olduğunuzu bildirmək,sədri şirin,xoş sözlərlə tərifləmək və görülən işlər üçün sədrin əvəzolunmaz şəxs olduğunu demək olub.Ancaq alimlərin oradan uzaqlaşmasına.təhqir olunmasına qarşı heç vaxt fikir söyləməmisiniz,səsinizi çıxarmamısınız.Məşhur bir alimin Qarabağ insanı tərəfindən gözünüzün qarşısnda söylədiyi fikrinə görə təhqir olunaraq tədbiri tərk etməsinə heç narahatlıqda keçirmədiniz.Düşünmək istəmədiniz ki,o alim Borçalı cəmiyyətindən inciyərək birdəfəlik getdi,sizdən yox.Biz Borçalılar onun ücün pis insanlar olduq.Ömər Qoçuluda titullarını ipə sapa düzərək sayar və başlayır yuxarıda yazdığım təhqiredici sözləri Ümumi toplantı iştirakçılarının ünvanına təkrarlamağa.Bu insan 2012-ci ildən 2015-ci ilədək Borçalı cəmiyyətinin tədbirlərində 3-5 dəfə olmuş olar.Zəng edib dəvət edəndə ya xəstə,yada işinin cox oldugunu bildirib.2015-ci ildə 7-ci konfransda İH-nə üzv seçisədə təkrar-təkrar mənim tərəfimdən İH-nin iclaslarına dəvət olunsada bir dəfədə olsun gəlmədi.8-ci konfransda iştirak etmədən,Nizamnamənin 3.5.5 maddəsini pozaraq qiyabi olaraq yenidən İH-nə üzv seçildi.20.07.2016-cı il tarixində"Cəmiyyətdəki xidmətlərinə görə"yeni titulda(hansı xidmətlərinı) verildi.Borçalı İC-yə bu cür münasibət göstərən insanın ümumi toplantı iştirakçıları olan alimlərimizi ziyalılarımızı "geri zəkalı","münafiq"sözləri deməyəklə təhqir etməyə nəhaqqı nədə hüququ var.Soruşan dərəkdir sən kimsən,nəçisən,Borçalılar qarşısında hansı xidmətin var kı bizləri təhqir edirsən.Sənin kimiləri tanıyırıq,bizlər üçün heç kimsən.Sizinkimilərin əməlləri ilə sözləri heç vaxt uyğun gəlmir.Gərək üzvü olduğun İC-yə həm maddi,həmdə mənəvi,təmannasız dayaq olasan.Bu isə sizin kimilərə aid deyil.sizlərin işi ancaq Borçalı əsilli insanların adından istifadə edərək yekə-yekə danışmaqdır.Hüseyin Yadiğarovda yazısında eyni sözlər,eyni təqirlər.Bilmək istərdim bu yazını yazmamışdan özünüzdən soruşdunuzmu sizin neçə yaşınız var,o toplantıda kimlər olub sizin səviyyəniz,biliyiniz,insanlığınız oları təhqir etməyə çatırmı.Elə bilki dünyanın sonudur.Elə mərdliyn varsa orada baş verənləri səndə bilirsən və görürsən fikrini söylə açıqlama ver.Mədət müəllim Coşquna yadınızdan çıxarmayın kı,ömrününün sonunadək haqsizlığa,ədalətsizliyə,başqasının haqqına toxunmağa,yaltaqlığa qarşı barışmaz olan,mərd insan və ədalətli müəllim olmüş,mərhum Əsəd müəllim Poluxovun qanından var qanımda.O sizlərə özünü nümunə göstərdi heç kəsi heç vaxt təhqir etmədi.Onu təhqirə yol verənləri düzgün yola qaytmağın məsləhətini verərdi.Siz isə onun keçmiş şağirdi olaraq məsləhətlər vermək əvəzinə,efirdədə,yazılarınızdada öz soydaşlarımız dediyiniz alimləri,ziyalıları,yazıçıları,jurnalistləri təhqir etdiniz.Budurmu sizdən ötəri haqq,ədalət.Sizdə 7-ci Elat bayramı tədbirin baş verən haqsızlığın şahidi olmusunuz.Elə pozuculuğu sədrin nahaq fikrinə haq deməklə onun ətrafına toplaşaraq,cəmiyyətin siyasiləşməsinə səsinizi çıxarmamaqla birlikdə nail oldunuz.Vaxt,zaman hər şeyi yernə ğətirəcək.Hörmətli Ramiz müəllim Məmmədov Beynəlxalq Mətbuat Mərkəzinə kimlərisə toplayıb nəyidirsə açıqlamaq üçün görüş keçirmişdir.O da heç nəyi dəqiqləşdirmədən ümumi toplantıda iştirak edən 241 nəfəri(on nəfər qonaq)bir qrup kimi təqdim etmək istəyir.Bununla kimlərə və nə demək istəyi.Hörmətli akademikimiz açıqlama verə bilərmi ki 500-600 nəfər üzvü olan cəmiyyətin,özünündə iştirak etdiyi 7-ci və 8-ci konfransları niyə 60-65 nəfərlə keçirilib(oniarında 15-25-i qonaqlar olub).Siz alimsiniz ona ğörədə insanlar inanır kı,həqiqəti deyib,düzğün yol göstərəcəksiniz.Üzvlər 500-600 ya 500 yada 600 olur.96-nəfər Sadaxlı şöbəsi cəmiyyətin siyasiləşməsinə,başqa siyasi partiya funksionerlərinin yer almasına,üzvlərin hüquqlarının qorunmamasına,maliyyə təssərüfatfəaliyyəti barədə uçot və hesabatın aparılmamasına...görə 02.01.2016-cı il tarixli 01-saylı protakola əsasən fəaliyyətini diyandırıbdır.Siz orada baş verənləri hamıda yaxşı bilirsiniz və görürsünüz.Kimə qarşı nə ədavətiniz var məni maraqlandırmır.Nə bilirsiniz ki yeni sədr və İH-i daha çox,daha yaxşı işlər görməyəcək.Yoxsa tədbirlər,iclaslar keçir o camaata o insanlara çatacaq bir nəticəsi yox.Özün de özün eşit.Bir Elat bayramı tədbiri var idi onunda sonuna keçən Elatda çıxdılar.Birdaha deyirəm ümumi toplantıda iştirak edənlərin hamısıda Gürcüstan əsilli insanlar olublar.Z.Məmmədli onları təsəvvürümüzə gətirmədiyimiz sözlərlə təhqir edir elə bil bu insan Borçalı əsilli vətəndaş deyil.Jurnalistlərə müsahibə verərək onlarla elə davranır kı elə bil oifadələri bu insan işlətməyib.Yaxşı olar kı ondan tələb edilsin Nizamnamənin 1.1 1.6 1.7-ci maddələrindən"Borçalı əsilli vətəndaşlar"və"Borçalı əsilli soydaşlarımız"ifadələrini niyə başqa sözlərlə əvəz edibdir.Beynəlxalq səviyyəli etmək üçün.2.6.4 maddəsini dəyişərək İH-nin vəzifələrini mənimsəməklə və yeni formada yazmaqla istənilən cəmiyyətin,İH-i üzvünü pozuculuğuna.əmrimi yerinə yetirmədiyinə görə cəmiyyətdən qovdum demək arzusunu həyata keçirmək üçünmü edib.Bir elmi dərəcəsi yoxdur ancaq elm adamlarına elm,bir vəzifə sahibi olmayıb,vəzifə sahiblərinə işləmək öyrədir.Kimdir bu qeyri adi insan,niyə cəmiyyəti sahiblərinə qaytarmaq istəmir.Bu insanın marağı nədir ki,sədrlik yerindən tərpənmək istəmir.Başqa insanlardan demokratiya,bir kresloda çox oturmamağı tələb edir özü isə tərpənmək istəmir.Görəsən nə var o yerdə.Sabahı fikirləşmək lazımdır kı bizə salam versinlər.]]> Müşviq BORÇALI Tue, 26 Jul 2016 12:54:03 +0000 Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ) https://turan.info.az/edebiyyat/poeziya/179-nazil-sfrl-ruhum-irklnnd-eirlrim-d-tknir-msahb.html https://turan.info.az/edebiyyat/poeziya/179-nazil-sfrl-ruhum-irklnnd-eirlrim-d-tknir-msahb.html Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ) Deyirlər, şeir sözlərin fəlsəfi ahəngindən yaranan musiqi əsəridir. Musiqi isə ruhun qidasıdır. Bugünkü qonağım sözlərin dəyərini bilən, onları lazımınca dəyərləndirən, şeiriyyatın bəstəkarı şairə Nazilə Səfərlidir. Gəlin birlikdə onun həyat melodiyasını dinləyək.

- Nazilə xanım, necəsiniz?

- Əlayam, gördüyünüz kimi, toydan çıxmışam, əhval-ruhiyyəm də çox gözəldir.

- Çox dəbdə olan belə bir sual - haralısınız?]]>
Müşviq BORÇALI Sun, 24 Jul 2016 23:28:31 +0000
AŞIQ AİDƏ GÜLZAR "BORÇALI" CƏMİYYƏTİ HAQQINDA https://turan.info.az/tv/1663-aiq-ad-glzar-borali-cmyyt-haqqinda.html https://turan.info.az/tv/1663-aiq-ad-glzar-borali-cmyyt-haqqinda.html AŞIQ AİDƏ GÜLZAR "BORÇALI" CƏMİYYƏTİ HAQQINDA

]]>
Müşviq BORÇALI Sat, 23 Jul 2016 15:49:26 +0000
"BORÇALI" İctimai Cəmiyyətinin rəhbərliyi NİYƏ DƏYİŞİB???-- Bu sualımıza həmin cəmiyyətin sədr müavini Vahid Qurbanov cavab verir... https://turan.info.az/tv/1652-borali-ctimai-cmiyytinin-rhbrliyi-ny-dyb-bu-sualmza-hmin-cmiyytin-sdr-mavini-vahid-qurbanov-cavab-verir..html https://turan.info.az/tv/1652-borali-ctimai-cmiyytinin-rhbrliyi-ny-dyb-bu-sualmza-hmin-cmiyytin-sdr-mavini-vahid-qurbanov-cavab-verir..html "BORÇALI" İctimai Cəmiyyətinin rəhbərliyi NİYƏ DƏYİŞİB???-- Bu sualımıza həmin cəmiyyətin sədr müavini Vahid Qurbanov cavab verir...]]> Müşviq BORÇALI Wed, 20 Jul 2016 22:52:52 +0000 Oğru elə bağırdı ki ... https://turan.info.az/arxiv/borcaliorg/1647-oru-el-bard-ki-.html https://turan.info.az/arxiv/borcaliorg/1647-oru-el-bard-ki-.html Oğru elə bağırdı ki ...

Təxminən bir ay öncə, iyun ayının 25-də Borçalı Cəmiyyətinin növbədənkənar ümumi yığıncağından sonra qurumun keçmiş rəhbərlərinin məntiqsiz davranışını anlayıram. Yeddi il ərzində hüdudsuz “hökmranlıq”larına, xalqın hesabına özünüreklam imkanlarına, maddi və mənəvi təminatlarına bir andaca son verildi. Əslində gözlənilən idi, illərdi düz yolda olmadıqları, xalqın etimadından sui-istifadənin və insanlıq duyğusunu istismarının gec-tez pis sonyclanacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdi. Amma qulaq asmadılar. Özlərini ölkənin on siyasətçisindən biri hesab edənlər ziyalılarımızı yoldanötən adlandıranda artıq bu insanların ağıl xəstəliyinə tutulduqlarına inananların sayı getdikcə artmağa başladı. Bu artım isə, dediyim kimi, bir ay əvvəl partladı. Həm də pis partladı. Borçalı İctimai Cəmiyyəti təsisçilərinin təşəbbüsü ilə çağrılan növbədənkənar qurultaya dəvət olunsalar da xalqın önünə çıxıb hesabat verməyə üzü olmayanlar sahib olduqları “qabiliyyət” və “qanacaq” səviyyəsində qurumun yeni rəhbərliyinə və ümumilikdə üzvlərinə-borçalılara qarşı böhtan, təhqir və söyüş kampaniyasına başladılar.
İctimai-siyasi meyitə çevrilmək qorxusu kommunist təfəkkürlü bir qrup qaragürhçunu elə hərəkətə gətirib ki, qorxağın cəsarətə gəlməyinin gerçəkdən də təhlükəli olduğu tezisini isbatlamaq çün hansısa elmi-psixoloji araşdırmaya-filan ehtiyac qalmayıb. İndi bu aciz və qorxaqlar guya bizə qarşı piar kampaniyası aparırlar. Adama deyərlər, ə yekə kişisiz, danışın, fikirlərinizi yazın, təkliflərinizi yazın, iradlarınızı məntiqlə əsaslandırın,. Təhqir və əxlaqdan kənar ifadələr nəyə lazım? Guya bu addımla sizi bu təhqirləri yazmağa vadar və ya məcbur edən şəxs və ya şəxslər haqqında müsbət rəy formalaşdırırsız? Əsla. Sizlərə zəhmətkeş məktubu yazdıranların həyata baxışları, təfəkkür və səviyyələri, mənəviyyatlatı bundan ibarətdir- təhqir, söyüş, çirkab. Hələ bununla da özünüzü ziyalı sayırsız? Bununla da Borçalılıqdan, Borçalı əxlaqından danışırsız. Ayıbdır vallah, güldürməyin camaatı özünüzə. Sizin yazdıqlarınızı oxuyan dost-tanış soruşur ki, ayə söyüş-təhqirdimi Borçalı əxlaqı?
Bir bədbəxt bizi münafiq adlandırır. Zavallıdan soruşsan münafiq kəliməsinin anlamı nədir gözlərini döyəcək. Münafiq sözünün mənası "iki üzlü" deməkdir. Münafiq qəlbində, yəni daxilən haqqa inanmır, amma zahirdə, yəni üzdə özünü Uca Allaha inanan kimi göstərib ikiüzlülük edir. Adama deyərlər ki, ay bədbəxt, sən və ya səni qısqırdan Allahın rəsuludur, ya elçisidir ki, bizi münafiq adlandırsın? Bu yazıqlar anlamırlar ki, kiminsə haqqında hökm verməklə, onları Allaha inanmamaqda suçlamaqla özləri nəinki münafiqlik edir, Allaha şərik qoşmaqla küfrə girirlər.
Biri bizi kiməsə işləməkdə ittiham edir. Ayıbdı vallah. Ən azı mən bizim aramızda nəyinsə xatirinə əllərinin arxasını yerə qoyaraq kiminsə qucağında oturmağa razılıq verən birini tanımıram. Tanıdıqlarımın adını isə çəkmək istəmirəm və deyirəm ki, ayıbına kor olub otursun oturduğu yerdə.
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə bir status yazıb: "Qanunlara sayğlsızlıq nümunəsi göstərən məlum dəstə Prezidentin müşaviri Əli Həsənovun, Standartlaşdırma və Metrologiya Komitəsinin sədri Ramiz Həsənovun, eyni zamanda Nazim İbrahimovun adından saxta bəyanatlar verərək insanları aldatmaqdadırlar. Guya onlar Eyvaz borçalıya və kərəm məmmədova "Borçalı" Cəmiyyətini ələ keçirin əmrini verib və əmin ediblər ki, Ədliyyə Nazirliyinə tapşırmışıq ki, onları legitim tərəf kimi tanıyacaqlar".
Diqqətlə oxuyun. Onun adlarını çəkdikləri dövlət məmurlarını dolayısı ilə şantaş edib tərəf kimi göstərmək istəyi öz yerində. Ancaq diqqətçəkən başqa bir nüans var; Zəlimxan Məmmədli özü və əlaltıları bizlərə qarşı ən təhqiramiz, ən aşağılayıcı ifadələrdən istifadə edərək, əslində öz kimliklərini nümayiş etdirməkdədirlər. Zəlimxan Məmmədli statusunda Azərbaycan dilinin tələblərinə riayət edərək cümlələr qurub, şəxslərin, dövlət qurumlarının adlarını böyük hərflərlə yazıb. Lakin məhz Borçalı sözünü və Cəmiyyətin yeni sədri Kərəm müəllimin ad və soyadını kiçik hərflərlə yazıb. Məncə bu qədər təsadüf olmaz. Bu adam Eyvaz müəllimin Borçalı təxəllüsünü və Borçalı Cəmiyyətinin sədri Kərəm müəllimin adını və soyadını kiçik hərflərlə yazıb onları aşağılamaqla əslində Borçalı və Borçalılara olan gizli münasibətini özü də bilmədən ortaya qoyub. Baxın və düşünün. Bizi məsuliyyət hissini itirmiş, kimlərinsə oyunlarının aləti kimi ifadələrlə təhqir etdiyini düşünən bu adamın Borçalı və Borçalılara münasibətinin, içindəki insanlıq düşmanlığının, kin-küdurətin, nifrətin dərəcəsini özünüz dəyərləndirin.
Mən müzakirələrin, barışın, əl-ələ verib el-oba üçün çalışmağın tərəfdarıyam. Amma bunun üçün gərək bəziləri ayıblarına kor olub səslərini çıxarmasınlar. İmkan versinlər bu camaat ortaq bir dil tapıb öz dərdinin hayına qalsın. Yoxsa tam səmimiyyətimlə deyirəm - sandıq açılıb pambıq ortalığa tökülsə, bəzi adamlar qapıdan belə başını çölə çıxara bilməyəcək. Hərçənd onlarda azacıq da olsa abır-həyanın qaldığına inamım yoxdu...
Sərkərdə Sərxanoğlu]]>
Müşviq BORÇALI Wed, 20 Jul 2016 02:33:57 +0000
ƏLİ BABAYEV: “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vurub. O, BU İŞLƏRDƏN ƏL ÇƏKMƏLİDİR!..." https://turan.info.az/arxiv/borcaliorg/1646-l-babayev-zlmxan-mmmdlnin-faliyyti-boralya-ancaq-zrr-vurub.-o-bu-lrdn-l-kmldr..html https://turan.info.az/arxiv/borcaliorg/1646-l-babayev-zlmxan-mmmdlnin-faliyyti-boralya-ancaq-zrr-vurub.-o-bu-lrdn-l-kmldr..html ƏLİ BABAYEV:  “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vurub. O, BU İŞLƏRDƏN ƏL ÇƏKMƏLİDİR!..."
Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də keçirilən növbədənkənar Konfransı ətrafında müzakirələr bitmək bilmir. Səbəb isə sabiq sədr Zəlimxan Məmmədlinin Konfransın qərarlarına tabe olmaq istəməməsi və həmin qərarları şübhə altına alan çıxışlar etməsidir. Bu isə Azərbaycanda yaşayan Borçalıları üzdüyü kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da narazılığına səbəb olur. Zəlimxan Məmmədlinin bu mövqeyindən narazı qalanlardan biri də Gürcüstanda yaşayan soydaşımız, nüfuzlu ziyalı Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdir. Onunla müsahibəyə də Borçalı İctimai Cəmiyyəti ətrafında baş verən proseslərdən başladıq.
-Borçalı İctimai Cəmiyyəti Sovet İttifaqının dağıldığı, Azərbaycandan kənarda qalan soydaşlarımızın öz doğma yerlərini tərk etməyə başladıqları bir dövrdə yarandı. Həmin dövrdə Ermənistanda yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarını ermənilərin basqıları altında tərk etmişdilər. Bu vəziyyət Gürcüstanda yaşayan soydaşlarımıza da öz təsirini göstərmişdi. Sovet İttifaqının dağılması milli respublikalarda başlayan xaos, millətçiliyin qızışması insanları daha güvənli həyat haqqında düşünməyə vadar edirdi. O zaman bizlər, Gürcüstanda yaşayan ziyalılar ilk olaraq soydaşlarımızı doğma torpaqlarını tərk etməməyə çağırırdıq. Gürcüstanda yaşayan soydaşlarımızla daha effektli iş aparmaq üçün bir təşkilata ehtiyac vardı və Borçalı Cəmiyyəti bu şərtlərin tələbi nəticəsində yarandı. Həmin dövrdə Bakıda fəaliyyət göstərən bütün ictimai təşkilatlar Xalq Cəbhəsinin təsiri altına düşürdü. Bu proses Borçalı Cəmiyyətindən də yan keçmədi. Ancaq Borçalıdan olan ziyalılarımız bu vəziyyəti düzəldə bildi. Bu illər ərzində Cəmiyyətin nöqsanları ilə bərabər uğurları da olub. Ancaq Zəlimxan Məmədlinin Cəmiyyətə sədr seçilməsi ilə yenə 90-cı illərin əvvəlində baş verən proseslər başladı. Bunun nəticəsi olaraq Borçalı Cəmiyyətinin mövqeləri Gürcüstanda yaşayan soydaşlarımız arasında zəiflədi. Ötən ay Cəmiyyətin rəhbərliyində baş verən lider dəyişikliyi Borçalı Cəmiyyətinin gələcəyinə yenidən ümidlə baxmağa inam yaradıb. İnanıram ki, Borçalı Cəmiyyəti yeni sədrin rəhbərliyi altında Cəmiyyətin ali məqsədlərinə çatmağına nail olacaq. Bu vəzifə isə Gürcüstan və Azərbaycan iqtidarı arasında körpü olmaqdan, Borçalıların və bütövlükdə Gürcüstanda yaşayan soydaşlarımızın probleminin həllində müsbət rol oynayacaq.
-Əli müəllim, Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlər yüksək, strateji müttəfiqlik səviyəsində olsa da, bu sözləri Azərbaycan və Gürcü cəmiyyətləri haqqında demək olmur. Bunun səbəbi nədir və yaranmış vəziyyəti düzəltmək üçün nə edilməlidir?
-Azərbaycanın böyük oğlu Heydər Əliyevin Gürcüstanla bağlı müəyyən etdiyi siyasət bu gün hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstan Azərbaycanın, Azərbaycan da Gürcüstanın ən yaxın müttəfiqi, dayağıdır. Azərbaycanın bütün böyük layihələri Gürcüstanla birlikdə həyata keçirilir. Dünyada münsibətləri bu qədər yaxşı olan iki qonşu dövlət tapmaq asan deyil. Bu mənada Azərbaycanla Gürcüstanın dostluq və mehriban qonşuluq münasibəti bütün dövlətlər üçün örnək ola bilər. Ancaq Sizin də haqlı olaraq qeyd etdiyiniz kimi Azərbaycan Gürcüstan cəmiyyətləri arasında münasibətlər iki dövlət arasında münasibətlərdən geri qalır. Bu vəziyyətin yaranmasında bizim hər birimizin məsuliyyəti var. Azərbaycan və Gürcüstanın ictimai xadimləri, ziyalıları iki xalqın, Azərbaycan və Gürcüstan cəmiyyətlərinin yaxınlaşması üçün əllərindən gələni etmirlər. Hətta buna mane olan, pozuculuq faəliyyəti göstərənlər də var. Zəlimxan Məmmədlinin faəliyyəti Gürcüstan cəmiyyətində Azərbaycan, Borçalılar haqqında müsbət rəy yaratmağa xidmət etmədi. Hətta zərbə vurdu. Onun bir çox addımları, çıxışları Gürcüstan cəmiyyətində mənfi qarşılandı. Halbuki, tam əksinə olmalı idi. Ancaq mən Azərbaycanla Gürcüstanın münasibətlərinin gələcəyinə ümidlə baxıram. Gürcüstanda çox yaxşı gənclərimiz yetişir və onlar vətəndaşı olduqları ölkənin həyatında aktiv rol oynamağa başlayırlar. Bu gənclik Azərbaycan və Gürcüstan cəmiyyətlərinin yaxınlaşmasında da, Gürcüstanda yaşayan soydaşlarımızın prolemlərinin həllində mühüm rol oynayacaqlar. Ancaq biz də bütün problemləri onlara saxlamalı deyilik. Hər kəs əlindən gələni etməlidir. Təbii ki, Borçalı Cəmiyyətinin üzərinə də böyük vəzifə düşür.
-Əli müəllim, Borçalı Cəmiyyətinin sabiq sədri Zəlimxan Məmmədlinin adamları yenidən Borçalıda Elat bayramı keçirəcəklərini bildirlər. Bununla bağlı nə deyə bilərsiniz?
-Zəlimxan Məmmədli bu kimi işlərindən əl çəkməlidir. Onun bu günə kimi fəaliyyəti ancaq zərər verib. Gürcüstanın yerli hakimiyyət orqanları iyunun 26-da, Dumanisinin Armudlu yaylasında Azərbaycan Gürcüstan Dostluq bayramı keçirməsi ilə bağlı qərar verib. Bu tədbirin keçirilməsi üçün Dumanisinin yerli hakimiyyət orqanları maliyyə vəsaiti də ayırıb. Bu məqsədlə Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru cənab Paata Xizanaşvili ilə görüşümüz də olub. Cənab qubernator bu bayramın yüksək səviyyədə keçməsi üçün əllərindən gələni edəcəklərini, tədbirin Gürcüstan və Azərbaycanın dostluğunu istəyən hər kəs üçün açıq olduğunu, istəyən şəxsin iştirak edə biləcəyini bildirdi. Buna görə də, Zəlimxan Məmmədli bundan sonra Borçalıda hər hansısa tədbir keçirməkdən çəkinməlidir. Onun bu günə kimi keçirdiyi tədbirlər xeyirdən çox zərər verib.
-Zəlimxan Məmmədlinin və adamlarının Elat Bayramı keçirməkdə israrları nədir?
-Əslən Gürcüstandan olan Azərbaycan, Rusiya və başqa ölkələrdə yaşayan imkanlı soydaşlarımız belə tədbirlərə maliyyə dəstəyi verir. Onlar bunu xoş niyyətlə edirlər və buna görə onlara minətdaram. Ancaq Zəlimxan Məmmədli və başının dəstəsinin öz məqsədləri var. Sizin qəzet vasitəsilə müraciət edirəm ki, Borçalının problemlərini həll etmək üçün bir fond yaradılsın. Yardım etmək istəyən həmin fonda öz dəstəyini göstərsin. Bu fond da həmin pulları Borçalıda yolların,qəbirstanlıqların, abidələrin təmirinə, ehtiyacı olan tələbələrin təhsilinə, Azərbaycanın ədəbiyyat və sənət adamlarının Gürcüstana, gürcü yazarlarının, şairlərinin sənət adamlarının Azərbaycana səfərlərini və birgə tədbirlərini təşkil etsin. Bu hər iki ölkənin xalqları arasında da, Azərbaycan və Gürcüstan cəmiyyətləri arasında yaxınlaşmanı saxlaya bilər. Yoxsa ki, Elat bayramı keçir və həmin tədbirə də danışdığı sözün məsuliyyətini bilməyənləri dəvət et, onların çıxışları da sonradan separatçılıq kimi yozulsun. Belə tədbirlər rəsmi qurumların iştirakı ilə keçirilməlidir ki, sonradan heç kim ara qarışdırmaq üçün istifadə etməsin.
P.S. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev müsahibənin sonunda onun bir müraciətini hər kəsə çatdırmağımızı istədi. Əli müəllim Borçalıda keçirilən tədbirlərdə qalmaqalların, münaqişələrin yaradılmasından çəkinməyə və hər bir tədbirin həqiqətən dostluq bayramı olması üçün hər kəsi məsuliyyətli davranmağa çağırır.
İlqar Əsgər]]>
Müşviq BORÇALI Wed, 20 Jul 2016 00:51:14 +0000
“Borçalı”nın həmtəsisçisi Şərif Kərimli: 250 nəfərə “bir qrup şəxs” demək olarmı, Zəlimxan bəy? https://turan.info.az/arxiv/borcaliorg/1642-boralnn-hmtsisisi-srif-krimli-250-nfr-bir-qrup-xs-demk-olarm-zlimxan-by.html https://turan.info.az/arxiv/borcaliorg/1642-boralnn-hmtsisisi-srif-krimli-250-nfr-bir-qrup-xs-demk-olarm-zlimxan-by.html “Borçalı”nın həmtəsisçisi Şərif Kərimli: 250 nəfərə “bir qrup şəxs” demək olarmı, Zəlimxan bəy?Tanınmış yazıçı-publisist, "Borçalı” İctimai Cəmiyyətinin həmtəsisçisi, Cəmiyyətin sədr müavini Şərif Kərimli ilə təşkilatda yaranan dəyişikliklər, çıxış yolları və perspektivlə bağlı Mia.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Şərif müəllim, iyun ayının 25-də siz təsisçılərin təşəbbüsü ilə "Borçalı” İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağındaCəmiyyətin rəhbərliyində və idarə heyətinin tərkibində dəyişiklik olundu. Bu dəyişiklik zərurəti nədən yaranmışdı?

- "Dəyişiklik” ifadəsini işlədirsinizsə, deməli, bunu qanunauyğun bir proses hesab edirsiniz. Bu mövqeyinizə görə təşəkkür edirəm. "Zərurət” isə ona görə yaranmışdı ki, Cəmiyyətin fəaliyyətindəki durğunluğu bir az yerindən tərpətməyə ehtiyac vardı.

Dilimizdə gündəlik işlətdiyimiz "durğunluq” sözünün antonimi olan "inkişaf” sözü çox zaman tərəqqi, proqres sözü ilə sinonim sözlər olaraq başa düşülür. Ancaq fəlsəfi termin kimi inkişaf sözünün anlamı daha genişdir.

Bunun üçün dialektikanın üç qanunundan biri olan "Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi” qanununu anlamaq vacibdir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. İnkişaf isə yeni keyfiyyət mərhələsinə keçid, həmin o meyarın, ölçünün pozulması zamanı baş verir.

"Borçalı” İctimai Cəmiyyətində dediyimiz meyar artıq pozulmuşdu. Bu pozulma nəticəsində inkişaf meyarının önə keçməsi zərurəti yaranmışdı. Ancaq çox təəssüflər ki, bu inkişaf keyfiyyətə söykənməli olduğu halda kəmiyyət (indiki halda Zəlimxan Məmmədlinin saysız-hesabsız "möhtəşəm” məhəllə tədbirləri - Ş.K.) onu üstələyir və bəzi şəxslərin (konkret halda Z.Məmmədlinin- Ş.K.) reklamına xidmət edir.



- 25 iyun 2016-cı il konfransının qərarlarının ligitimliyini şübhə altına alan və öz postundan əl çəkmək istəməyən keçmiş rəhbərliyin fikirləri nə dərəcədə əsaslıdır?

- Bir neçə ay əvvəl Türkiyədə baş nazir istefa verdi. Xalq və dövlət bunu normal qarşıladı. Bu günlərdə qardaş Türkiyədə baş verən antikonstitusion olayları isə bütün dünya lənətlədi. Xalq ölkə başçısının müdafiəsinə qalxdı.

Bir ölkənin timsalında bu iki faktı nə üçün misal gətirdim?Sivil istefa addımına xalqın reaksiyası da sakit və təmkinli oldu, zor işlətməklə dövlət çevrilişinə cəhdə isə xalq da zor ilə cavab vermək məcburiyyətində qaldı.

Bu nümunələr Z.Məmmədli üçün, onun öz sözləri ilə desək, çox "möhtəşəm” olsa da ancaq o bu reallıqları görmək istəmir.Onun keçirdiyi 50 nəfərlik konfrans müqabilində təsisçilərin iştirakı ilə keçirilən 250 nəfərlik ümumi yığıncağın qərarına ironik reaksiya nümayiş etdirir.

Ona görə də mən açıq danışmalı olacağam.Azərbaycanın müstəqilliyi naminə bütün müasirlərim kimi mən də vaxtılə 90-cı illərdə yaranan siyasi təşkilatlardan – partiyalardan birinin üzvü olmuşam.(Reklam olmasın deyə adını çəkmirəm.) Hətta onun ali idarəetmə strukturunda təmsil olunmuşam. Lakin əvvəllər müstəqil qəzet kimi fəaliyyət göstərən, sonralar isə rəsmi dövlət qəzeti statusu alan "Azərbaycan” qəzetində baş redaktor və I müavin vəzifələrini tutduğum üçün "Mən peşə mənsubiyyətimi partiya mənsubiyyətinə dəyişmərəm” qərarı ilə həmin partiyanın sıralarını tərk etmişəm.

İnsan o vaxt inamla, şəstlə yeriyə bilir ki, ayaqlarını cütləyib bir nöqtədən start götürə bilsin.Ayağının biri sağda, biri solda olarsa, nəinki yeriyə bilərsən, heç sürünə də bilməzsən. Zəlimxan Məmmədlidə isə tamam fərqli - əcaib bir vəziyyət yaranıb: ayağının biri Azərbaycan və Gürcüstan müxalifətində, digəri "Borçalı” cəmiyyətində, əllərinin biri Azərbaycan, digəri isə Gürcüstan dövlətinin cibində… Əfəndim, bir özünə baxsana, gör nəyə oxşayırsan? Sənin əllərinin və ayaqlarının dördü də yerdədir… Sən özünü nə üçün bu vəziyyətə saldın? Bu, nədir, sən göstərirsən?

Axı biz, "Borçalı” cəmiyyətinin təsisçiləri olaraq, səninlə açıq və səmimi söhbət etdik. Dedik ki, son dövrlərdə fəaliyyətində çoxlu qüsurlar müşahidə olunmaqdadır, onları düzəltməyə isə tərslik edirsən, gəl səni hörmət-izzətlə yola salaq, yenə də cəmiyyətin idarə heyətində qal, gələn seçkilərdə namizədliyini də verə bilərsən, Gürcüstan dövlətinin səni ölkəyə buraxmaması qadağasının götürülməsi məsələsini də hər iki ölkənin rəhbərliyi qarşısında qaldırarıq və Borçalı naminə birgə fəaliyyətimizi davam etdirərik. Sən nə cavab verdin? Dedin ki, oktyabr ayında Gürcüstanda seçkilər keçiriləcək, orada hakimiyyət təzələnəcək və Sınıq Körpüdə ayağımın altında qurbanlar kəsib məni Gürcüstana dəvət edəcəklər… Ona görə də mənə oktyabra qədər möhlət verin, o vaxt mən istefa verərəm.

Ancaq görüşümüzün elə səhərisi günündən sən bizə qarşı kəskin bəyanatlar verməyə başladın. Guya ki, sənin bütün uğursuzluqlarının baiskarı biz imişik…

Yüzlərlə Borçalılının tələb və təkidi ilə biz məcbur olub ilk dəfə olaraq təsisçilərin iştirakı ilə Cəmiyyətin ümumi yığıncağını keçirdik.Ancaq yığıncaqdan dərhal sonra Z.Məmmədlinin münasibəti necə oldu?

"Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin rəsmi açıqlaması:

"İyunun 25-də bir qrup şəxsin (250 nəfərin – Ş.K.)Borçalı Cəmiyyəti adından (Cəmiyyətin təsisçilərinin – Ş.K.)toplantı keçirmələrini(Nizamnaməyə uyğun olaraq Cəmiyyətin ümumi yığıncağı – Ş.K.)kəskin şəkildə pisləyərək ölkə qanunvericiliyinin pozulması faktı haqda əlaqədar qurumlara müraciət etmişdir. İH baş verən utancverici olay (ilk dəfə ümumi yığıncağa bu qədər Borçalı əsilli insan toplaşmışdı!– Ş.K.)haqda rəsmi açıqlama da qəbul etmişdir.”

Belə bir bəyanat verən şəxsin, vallah, mən sağlamlIq durumuna şübhə edirəm.

Azərbaycanda sosial şəbəkələrin, turizm mübadiləsinin hesabına istənilən standartlar, mədəniyyətlər, yaxşı-pis adətlər özünə yer tapır, inkişaf edir və hətta sonda Azərbaycan modeli kimi özünəxas forma alır.Bircə bu istefa mədəniyyətindən başqa.

İstefa mədəniyyəti peşəkar siyasətin əsas nümunələrindən biridir.

İnsanın səhvini qəbul etməsi, qüsurunu etiraf etməsi də bir mədəniyyətdir.Yəni insan çalışdığı sahədə, tutduğu vəzifədə, ona həvalə olunan işin öhdəsindən gələ bilməyəndə və ya ümumiyyətlə, fəaliyyəti çərçivəsində uğur qazana bilməyəndə, öz istəyi ilə istefa verməli və geri çəkilməlidir.

Ümumiyyətlə, istefa mədəniyyəti siyasi aləmdə xüsusi önəm kəsb edir.Dünyanın bir çox ölkələrində bu mədəniyyət olsa da, Azərbaycanda heç bir məmur, deputat vəzifəsindən, mandatından öz xoşu ilə imtina etmir.

Əgər bir insan vəzifəyə rüşvət və saxta yolla gəlibsə, o, ölənə qədər dörd əllə vəzifəsindən yapışacaq.

Zəlimxan Məmmədlinin təşkil etdiyi Borçalıdakı "Elat” tədbirlərində bir nəfər bıçaqlandı – sədrin vecinə olmadı, həmin tədbirin iştirakçılarından olan bir nəfər göldə boğuldu – sədrin tükü də tərpənmədi, Cəmiyyətin sədrinin və onun müavininin Gürcüstana keçidinə qadağa qoyuldu – sədr etiraz əlaməti olaraq yenə də istefa vermədi!.. Qardaş, özünüzə hörmət etmirsinizsə, heç olmasa, təmsil etdiyiniz böyük bir elin adını daşıyan Cəmiyyətin adına, nüfuzuna hörmət edin! Bundan böyük təhqir, bundan böyük hörmətsizlik olmaz axı borçalılara! Mənliyinizi ortaya qoyun, qürurunuzu nəyinsə xatirinə itirməyin!

Gürcüstan həbsxanalarından birində məhbuslara qarşı zorakılıq faktına görə bu ölkənin cəzaların icrası naziri Xatuna Kalmaxelidze istefa verdi. Xanım nazir istefasını belə əsaslandırıb: "Həbsxanada baş verənlərlə əlaqədar cəmiyyət qarşısında özümü məsul saydığım üçün bu qərara gəldim".

Gürcüstanın çox dəyərlərini örnək kimi qəbul edənlərə bunu da demək istəyirəm ki, əziz kişilər, bu qadının hərəkətindən də nəsə götürməyə çalışın…

- Zəlmixan Məmmədlinin Borçalı İctimai Cəmiyyətində yaratdığı böhranı aradan qaldırmaq üçün yeni rəhbərlik hansı tədbirləri görməlidir?

- İlk növbədə biz yeni seçilmiş sədri bu vəzifədə Zəlimxan Məmmədli kimi "qocalmağa” qoymayacağıq. İki ildən sonra onun fəaliyyətinə qiymət verib növbəti iki il üçün sədrliyini davam etdirib-etdirməyəcəyini ümumi yığıncaqda həll edəcəyik.

"Qazax” Xeyriyyə cəmiyyətinin xeyriyyəçilik aksiyaları barədə,yəqin ki, siz də eşitmisiz. Açığını deyim: mən bu vaxtacan onun sədrinin kim olduğunu bilmirəm. Sizcə, bu yaxşıdır, ya pis?

- Nə mənada soruşduğunuzu anlamadım…

- Heç mən özüm də bilmirəm, bu, yaxşıdır, ya pis… Ancaq "Borçalı” İctimai Cəmiyyətində sədr Zəlimxan Məmmədli hər an gözə girir. İnsafən, orada çox hörmətli, tanınmış insanlar, elm-incəsənət xadimləri toplaşıblar, ancaq bu insanlar cəmiyyətin işindən ya uzaq saxlanılır, ya da onların gördükləri işlər başqaları tərəfindən mənimsənilir. Ya bu yazıq sədri çox yükləyirlər, ya da sədr özü belə "yüklənməkdən” həzz alır… Hər iki hal qəbuledilməzdir. Biz effektiv, dinamik bir struktur işləyib hazırlamışıq.Çalışacağıq ki, Cəmiyyətin yükü bu strukturda təmsil olunanların hamısının çiyinlərinə bərabər paylansın.

Borçalının tarixi, etnoqrafiyası, müasir durumu, problemləri barədə bir elmi, ictimai mərkəz missiyasını üzərinə götürərək ardıcıl araşdırmalar aparmaq, onun Azərbaycan və Gürcüstan dövlətləri üçün dəyərini hər an gündəmdə saxlamaq.

Cəmiyyəti siyasi alətə çevirmək istəyən qüvvələrlə heç bir əməkdaşlıq etməmək.Bizim aparıcı strateji məramlarımızdan biri belədir.

Bu günlərdə uduzduğunu qəbul edib əlinin arxasını yerə qoymaq istəməyən Z.Məmmədli "Elat” tədbiri ilə əlaqədar iki nəfəri Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşə göndərib.Artıq bütün etiketləri tapdalayan Z.Məmmədli Cəmiyyətin adından deyil, öz adından qubernatora hədiyyə göndərməyi də unutmayıb.

Əlbəttə, qısaca olaraq bu dediklərim Cəmiyyətin ümumi strateji xəttini müəyyənləşdirir.Ancaq bu ümumi xəttə birləşən yüzlərlə proqram xarakterli məqsəd və məramlarımız da var.

- Z.Məmmədli "Feysbuk"dakı bir açıqlamasında Borçalı əsilli bəzi vəzifəli şəxslərin adlarını hallandırır…

- Bu suala cavab vermək istəməzdim. Ən azı ona görə ki, bu Cəmiyyət üçün "vəzifəli”, yaxud "vəzifəsiz” meyarları qəbuledilməzdir. Bizim üçün ürəyi Borçalı ilə döyünən insanlar və onların əməlləri önəmlidir. Belə demək mümkünsə, kasıb yrəyi ilə, varlı çörəyi ilə.

- "Borçalı” İctimai Cəmiyyəti Azərbaycan və Gürcüstanın mehriban qonşuluq və strateji əməkdaşlığının gələcəyini necə görür və bu prosesə hansı töhfəni verə bilər?

- Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb.

Azərbaycan - Gürcüstan respublikaları arasında əlaqələrin miqyasını və söykəndiyi güclü sütunları öyrənmək üçün bu münasibətlərin ayrılmaz tərkib hissəsi olan Borçalıda yaşayan soydaşlarımızla gürcü xalqı arasında mövcud olan milli, mədəni, sosial ilişkilərin köklərini araşdırmaq doğru olardi. Əsrlər boyu yaranmiş bu tarixi münasibətlər sistemini müasir dövrümüzdə şərti olaraq üç mərhələyə bölmək olar.

Birinci mərhələ 1990-cı ilə qədər olan münasibətlər dövrüdür. Təbii ki, bu mərhələdə formalaşan münasibətlərdə keçmiş Sovetlər İttifaqının xalqlar arasında dostluq siyasətinin strateji xətti bütün sahələrdə öz əksini tapırdı. Həmin dövrün siyasi durumundan Gürcüstan hökuməti məharətlə istifadə edərək uzaqgörənliklə soydaşlarımızın yaşadığı bütün rayonlarda gürcülərin sayını müxtəlif motivlərlə süni surətdə artırırdı.

Azərbaycan - Gürcüstan münasibətlərinin ikinci mərhələsi hər iki dövlətin müstəqillik qazandıqları dövrə düşməklə, inqilabi keçid dövrünü əhatə edir. Yenicə müstəqillik əldə edən Gürcüstan və Azərbaycan dövlətləri keçmiş Sovet imperiyasından miras qalmış bir çox problemlərlə üzləşdilər. Bunlardan ən qorxulusu ölkənin ərazi bütövlüyünün təhlükə altına düşməsi idi. Lakin iki dövlət arasında dostluq korpüsünün əsas təməli sayılan borçalılar gürcüləri yenə də tək qoymadılar - onlar ölkənin ərazi bütövlüyünü dəstəklədilər və Gürcüstanın süverenliyi uğrunda gürcülərlə çiyin-çiyinə dayandılar. Ancaq təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində abxazların, osetinlərin, acarların müstəqillik, muxtariyyət iddiaları ilə yanaşı, ermənilərin separatçılığı, Ermənistan bayrağının ermənilərin kompakt yaşadıqları bir sıra rayonlarda qaldırılması, Gürcüstan dövlət orqanlarının de-fakto nəzarətindən çıxması fonunda azərbaycanlıların itaətkar, sədaqətli vətəndaş, torpağını sevən, onun uğrunda canından keçməyə hazır olan bir millət obrazı yaratsa belə, hələ də lazımi qiymətini ala bilmirdi.

Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq-mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kriminogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi.

Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.

Nəhayət, 1996-cı ildə müstəqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı. Azərbaycan Prezidentinin bu tarixi səfəri zamanı Azərbaycan - Gürcüstan arasında «Qafqaz regionunda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq barədə» Bəyannamə, «Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizliyin möhkəmləndirilməsi haqqında» Müqavilə, habelə «Neftin nəqlinin yeni vasitələrinin işlənib hazırlanması və belə vasitələrin köməyi ilə neftin Gürcüstan ərazisindən nəqli haqqında» Saziş imzalandı.

1996-cı il Bəyannaməsi əslində imperiya siyasətinə - siyasi konfliktlərin qızışdırılması və etnik didişmələrin genişləndirilməsi siyasətinə qarşı bir sənəd kimi meydana çıxdı.

Hər iki qonşu ölkədə siyasi məsələlərdən məharətlə baş çıxaran, ölkələrinin iqtisadi maraqlarını qlobal siyasətin amansız təzyiqlərindən qoruya bilən gənc və müasir təfəkkürlü qüvvələrin hakimiyyətə gəlişi bir sıra beynəlxalq güc mərkəzlərini onlarla hesablaşmağa vadar etdi. Prezident İlham Əliyevin nəhəng layihələrin Qafqaza yönəldilməsi, Avropa və Asiya arasında siyasi-iqtisadi əlaqələrin etibarlı sütunlarının yaradılması istiqamətində çox mürəkkəb bir şəraitdə ciddi səylər göstərməsi nəinki Azərbaycanı, eləcə də Gürcüstanı inkişaf etmiş sivil dövlətlər arasında öz varlığını qorumaqla yanaşı, nüfuz və söz sahibinə çevirdi.

"Borçalı” cəmiyyəti yarandığı dövrdən etnik separatçılığı birmənalı rədd edir, Gürcüstanın bölünməzliyini qəbul edir, mədəniyyətlərarası dialoqu vacib vasitə hesab edir, soydaşlarımızda dövlətçilik və milli şüurun sağlam inkişafına çalışır, hər cür radikal üsulları məqsədəçatma vasitəsi kimi qəbul etmir, bütün problemlərin dinc qarşılıqlı anlaşma, hüququn aliliyi prinsiplərinə uyğun həllinin tərəfdarıdır, soydaşlarımızla Gürcüstan cəmiyyətinin qarşılıqlı inteqrasiyasının tərəfdarıdır, çünki Gürcüstan hər birimizin doğma vətəni olduğu kimi, Azərbaycanımızın sədaqətli strateji müttəfiqidir.

Arzuman Loğmanoğlu]]>
Müşviq BORÇALI Tue, 19 Jul 2016 16:34:15 +0000
“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru ilə görüşdülər https://turan.info.az/arxiv/borcaliorg/1628-boral-ctimai-cmiyytinin-nmayndlri-kvemo-kartlinin-qubernatoru-il-grdlr.html https://turan.info.az/arxiv/borcaliorg/1628-boral-ctimai-cmiyytinin-nmayndlri-kvemo-kartlinin-qubernatoru-il-grdlr.html “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru ilə görüşdülər Cənab Paata Xizanaşvili ilə görüşdə “Elat-Dmanisoba bayramı” ilə bağlı müzakirələr aparılıb

Iyulun 7-də “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru cənab Paata Xizanaşvili ilə görüşüblər. Görüşdə “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında formalaşan İdarə Heyətinin iki üzvü – Kamran Xəlilov və Anar Həsənli ilə yanaşı, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev iştirak edib.
Görüş zamanı, ilk olaraq, cənab Paata Xizanaşviliyə “Borçalı” İctimai Cəmiyyətinin iyunun 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağı haqda məlumat verilib və yeni sədrin salamı çatdırılıb. Kvemo Kartli (Borçalı) qubernatorunun diqqətinə o da çatdırılıb ki, “Borçalı” İctimai Cəmiyyətinin son 7 illik fəaliyyəti qənaətbəxş olmasa da, cəmiyyətin yeni rəhbərliyi Gürcüstan və Azərbaycan, eləcə də gürcülərlə azərbaycanlılar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün körpü rolunu oynamaqda israrlıdır.
Cənab Paata Xizanaşvili “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin səmimi dostluq təklifindən məmnun qaldığını və tezliklə Azərbaycan rəsmi qurumlarının yeni sədrin legitimliyini tanıyacağına ümidvar olduğunu bildirib. Kvemo Kartli (Borçalı) qubernatoru vurğulayıb ki, “Borçalı” İctimai Cəmiyyətinin fəaliyyəti rəsmi müstəviyə keçdikdən sonra, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün yeni rəhbərliklə bir çox sahələrdə əməkdaşlığa hazırdırlar.
Daha sonra cənab Paata Xizanaşvili “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələrinə iyulun 26-da Gürcüstan hakimiyyəti tərəfindən təşkil olunan “Dmanisoba bayramı” haqda məlumat verib. Qubernator bu bayram tədbirində “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin də iştirakının arzuedilən olduğunu bildirib və cəmiyyətin sədrini, İdarə Heyəti üzvlərini, o cümlədən bütün tərəfdarlarını “Dmanisoba bayramı”na dəvət edib.
Müzakirələr zamanı “Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri qubernatorun diqqətinə çatdırıb ki, bu il “Dmanisoba bayramı” adı altında keçiriləcək tədbiri son illər borçalılar “Elat bayramı” kimi qeyd ediblər. Odur ki, cənab Paata Xizanaşvilidən “Elat bayramı” ənənəsinin qorunub-saxlanılması xahiş olunub.
Nəticədə tərəflərin razılığı ilə qərara alınıb ki, iyulun 26-da keçiriləcək tədbirin adı “Elat-Dmanisoba bayramı” olsun.
Onu da qeyd edək ki, tədbirin təşklində “Borçalı” İctimai Cəmiyyətinin yeni rəhbərliyinin də iştirakı nəzərdə tutulub. Görüşdə qərara alınıb ki, hələlik açıq qalan müəyyən detalları müzakirə etmək üçün “Elat-Dmanisoba bayramı”ndan bir neçə gün əvvəl “Borçalı” İctimai Cəmiyyətinin sədri Kərəm Məmmədli və İH üzvlərinin bir qrupunun iştirakı ilə cənab Paata Xizanaşvili ilə növbəti görüşü keçirilsin və bu zaman bütün suallara aydınlıq gətirilsin.
Görüşün sonunda, tərəflər iyulun 26-da keçiriləcək “Elat-Dmanisoba bayramı”nın Gürcüstan-Azərbaycan və hər iki dövlətin xalqları arasında dostluq əlaqələrinin inkişafına töhfə verəcək möhtəşəm bir tədbir olacağına böyük inam hiss ifadə ediblər.
“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat Xidməti]]>
Müşviq BORÇALI Wed, 13 Jul 2016 16:32:41 +0000
“Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi? https://turan.info.az/arxiv/borcaliorg/1626-boral-cmiyytinin-rhbrliyi-n-n-dyidi.html https://turan.info.az/arxiv/borcaliorg/1626-boral-cmiyytinin-rhbrliyi-n-n-dyidi.html “Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi?
Və yaxud Türkiyə-Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinin inkişafında Borçalının əhəmiyyəti...

Əlbəttə, “Borçalı” Cəmiyyətinin rəhbərliyinin dəyişmə səbəbini ilk olaraq keçmiş sədrin yarıtmaz fəaliyyətində aranmalıdır. 7 il bu nüfuzlu qurumun “şəriksiz” başqanı statusunda özü üçün “Şən Həyat Kolxozu” yaratmış Zəlimxan Məmmədli bu müddət ərzində daha çox şəxsi maraqları çərçivəsində addım atmışdır. Belə ki, ötən dönəmdə onun fəaliyyəti kimlərəsə “reket qəzetlər”in son illər gündəmə gətirdikləri qondarma “fəxri fərman”, 15-25 manat dəyərində olan “orden” və “medal” verməkdən ibarət olub. Bundan savayı türkə qənim olan, antitürk mərkəzlərinin gizli dolanbaclarındakı projelərin axarının haraya kimi davam edəcəyinin fərqinə varmadan, qondarma “Qarapapaq” adlı oyunlarda yer almaqla, “Borçalı” Cəmiyyətinin missiyasını özünün dar çərçivəli maraqlarına pərçimləmişdi.
Biz əslində keçmiş sədrin yarıtmaz fəaliyyətini işıqlandıran mövzulara toxunmaq fikrində deyildik. Ancaq, onun son günlər “tərəfdarları” adı altında apardığı şər-böhtan kampaniyası bizi bu yazını yazmağa məcbur etdi.

Feodal düşüncənin aqibəti

Z.Məmmədli Sovetlər Birliyi dağılandan bu günə kimi, daim vəzifə pillələrində ucalmaq və hamıdan yüksək görünmək xəstəliyinin bəlasını yaşayan, süni xarizmanın əsirinə çevrilmiş, anatomik baxımdan özünün müalicə etdirmək xislətindən uzaq olan biri kimi görünür. Son günlər “mən dövlət xadimiyəm” deyə özünü reklama da başlayıb. AXC-nin iqtidarı dönəmində təsadüfən Xətai rayon İcra Hakimiyyətinin başçısı görəvində çalışmasını gözə soxmaq onun şakərinə çevrilib. Bir ilə yaxın tutduğu vəzifəsinə görə, görəsən o, hansı yeni maraqların peşindədir? Bir müddət Z.Məmmədli hətta ölkə “Sambo Federasiyası”nın prezidenti də oldu. Siyasi arenada KXCP məclisinin sədri görəvini daşıdı. Hara üz tutursa, orada rəhbər olmaq siyasi xəstəliyinin diaqnozuna çevrildi. Azərbaycan ictimai və ədəbi fikrinin ən böyük uzmanı, bu gün türkün ağsaqqalıq institutunun nəhəng simalarından biri sayılan Eyvaz Borçalının 7 il öncə təklifi ilə “Borçalı Cəmiyyəti”nin sədri vəzifəsinə gətirildi. Eyvaz Borçalının məqsədi təşkilatın idarəçiliyinin gəncləşdirilməsi, Azərbaycan-Gürcüstan, Borçalı məsələsində iki dövlətin strateji müttəfiqliyinin zənginləşdirilməsini xalq diplomatiyası yolu ilə inkişaf etdirmək idi. Eyvaz bəy və ona bu qutsal işdə daim dəstək verən Borçalı ağsaqqallarının təşəbbüsü ilə yüksək səviyyədə qurultay keçirildi. Lakin cəmiyyətin yeni sədri (indiki keçmiş – müəl.) dərhal kabinet və digər rəyasət düzəni qurmaqla tədricən fərqli məcraya üz tutmağa başladı. Bu, genoloji baxımdan ortaçağ düşüncəsinə pərçimlənmiş feodal düşüncəsi idi. Şəxsi rifahını yaşam düzəninə çevirməklə özünü tədricən uçuruma yuvarlatğının fərqinə vara bilmədi.
Biz bütün bunları gördüyümüz üçün onu təndiq edən yazı ilə çıxış etdik. “Qutabxana ilə Kitabxananın yerini dəyişik saldığı”nı xatırlatdıq. Bu qutab nə olan şeydir ki, sonunda keçmiş sədri yoldan çıxartdı. “Kərəmovçuluq” kimi ictimai bəlaya çevrilən xəstəliyin mənşəyi, sən demə, adi “feodal” düşüncədən gəlirmiş. Sonunda bütün zərbələr “Borçalı” Cəmiyyətinə dəydi. Ötən 7 ildə cəmiyyətin iflic duruma güşməsinin səbəbi budur. İş o həddə çatmışdı ki, Məmmədlinin şübhəli fəaliyyətinin gizli səbəblərini əsas hesab edərək, Gürcüstan hökuməti onu sınırdışı etmək haqqında özəl qərar verdi. Bununla belə, o, bu qərarın səbəbini anlamaq iqtidarında deyildi. Çünki, feodallar dinləməyi deyil, özləri haqqında uydurduqları xarizmatik təşəxxüsün bəlasını yaşayan zümrə sayılırlar.

Zamanın axarından geri qalan cəmiyyət düsturu

1918-ci ildə Gürcüstan və Azərbaycan dövlət istiqlalına qovuşanda iki qardaş dövlət bir araya gələrək ilk dəfə olaraq hərbi strateji müttəfiqlik haqqında anlaşma imzaladılar. Bu proses 1990-cı illərdə yenidən gündəmə gətirildi. Rəsmi səviyyədə strateji müttəfiqliyin inkişafında həm də xalq diplomatiyasının müstəsna rolu vardır. Çağdaş dünya düzənini bilən, onun texnologiyalarının necə tətbiq edilməsi üçün çalışan kadrlara böyük mənada ehtiyac var. 7 il öncə Z.Məmmədli bu missiyanı öz üzərinə götürməkdən belə çəkinmədi. Qurultay sonrası çoxları elə güman edirdi ki, cəmiyyətin işində böyük bir canlanma olacaq. Əslində o canlanmanı “şadlıq evləri”nin kandarında görmək nəsib oldu. Azərbaycan fəlsəfi və estetik fikrinin ən nəhəng simalarından biri sayılan, həyatını milli ədəbiyyatımızın və düşüncəmizin inkişafına sərf edən, görkəmli alim, akademik Camal Mustafayevin anadan olmasının 80 illik yubileyi münasibəti ilə düz 17 dəfə törən keçirdi. Halbuki, Dədə Camalın gələcək nəsillər üçün miras qoyduğu elmi-fundamental əsərləri nəşr edilsəydi, “şadlıq evləri”nə çəkilən xərclərdən min dəfə urvatlı olardı. Üstəlik, 17 dəfə keçirilən törənlərdə də sədr Dədə Camalı deyil, özünü reklam hədəflərinə baş vurmuşdu. Bu, böyük ustadımızın kölgəsində dayanmaqla, onun ən üstün keyfiyyətlərindən öz şəxsi maraqlarının təminatı üçün yararlanmaq cəhdi idi.
Bizlər o dönəmlərdə “Borçalı” Cəmiyyətinin qarşısında duran vacib məsələləri irəli sürsək də, bütün bunları sədr qulaqardına vurdu. Biz bildirirdik ki, Borçalı Azərbaycan tarixində milli maarifçilik məfkurəsinin mərkəzi olub və bu ənənə yenidən dirçəldilməlidir. Tiflisdə “Borçalı Etnoqrafik Muzeyi”nin yaradılması ideyasını irəli sürdük. Digər onlarla sayda təkliflərimizi təqdim etmək üçün onunla görüşməyə cəhdlər etdik. Hər dəfə bürokratlar kimi yayınmaqla yetinməyi tərcih etdi. Ona görə də bu gün Borçalı paniranizm və panərəbizmin oylağına çevrilib.
Milli maarifçilik prosesləri olmayan yerdə, təbii ki, mövhumatçı cərəyanlar at oynadacaqlar. Borçalının yüzlərlə kəndlərində klublar, mədəniyyət evləri və kitabxanaların qapıları qıfıllı və toz basmış durumdadır. Belə bir acınacaqlı durum Məmmədlinin heç vecinə də deyildi. Borçalının bölgəsəl inkişaf perspektivi ilə ilgili bir dəfə də olsun “Borçalı” Cəmiyyətinin toplantıları keçirilmədi. Çünki, sədrin başı çox qarışıq idi. Uca-uca kürsülər, təmtəraqlı törənlər, hər yoldan ötənə cəmiyyətin adından “fərxi fərmanlar”, “saz”, “paz” və daha nələr əta edilməsinin qarşılığında o, özünü hər kəsdən ucalıqda görürdü. İstanbuldakı türkü çeşidli tayfalara, əçirətlərə, yobazlara bölmək üçün düzənlənən toplantılarda Məmmədlini həmişə fəxri kürsülərdə görmək olardı. Beləliklə də “Borçalı” Cəmiyyətinin sədrini tədricən fars-erməni cütlüyünün strateji hədəfində yer alan və “Səhər TV”-də antitürk mahiyyətli mərkəzdə ixtisaslaşmış kadrlar əhatəyə aldılar. Ötən müddətdə bir dəfə də olsun, cəmiyyətin adından Borçalıda Azərbaycan dövlətçiliyinə qarşı mövcud olan sorunlar dilə gətirilmədi. Ona görə də bu gün Borçalının mərkəzi Marneuli paniranizm və panfarsizmin poliqonuna çevrilib.
Z.Məmmədlinin doğulub böyüdüyü Qardabani bölgəsi isə sələfizmin və vəhabiliyin mərkəzlərindən biri sayılır. Qafqaz Türklərinə qarşı bunca həqarət dolusu ideoloji yağmurların qarşısının alınması üçün, cəmiyyətin adından aydınlarımızla birlikdə təşəbbüslər irəli sürülmədi. Türkün ruhunun mayası olan aşıq sənətinə və saza sayğısızlıq göstərən, bayağı şou xəstəliyinə mübtəla olanlar “Borçalı” Cəmiyyətinin qutabxana təfəkkürü ilə düzənlənən törənlərində fəxri kürsünün başında yer almışdılar. Tiflisdə və ya Bakıda ali təhsil alan istedadlı və imkansız kasıb tələbələrin bircə dəfə də problemləri ilə ilgilənməyən cəmiyyət, zamanın axarından geri qalırdı. Bakı, Sumqayıt, Gəncə, Qazax və Mingəçevirdəki Borçalı kökənli insanlarımızın yurd sevgisini özündə bütünləşdirən hər hansı addımlar da atılmadı.

İctimai iradənin uğuru

“Borçalı” Cəmiyyətinin rəhbərliyini və idarəetməni təkbaşına öz üzərinə götürən Z.Məmmədlinin ötən müddətdə yarıtmaz fəaliyyətini nəzərə alaraq, cəmiyyətin təsisçiləri və ağsaqqalları, ictimai fəalları bir araya gələrək yeni məzmunda, çevik və dinamik bir təşkilat olmanı irəli sürdülər. Sədr öz mövqelərindən geri çəkilməmək üçün dirənişlər və çabalar göstərdi. Çünki, həyatında heç bir zaman bunca yüksək mərtəbəyə layiq görülməmişdi. Bu gün də başa düşmür ki, ona bu etimadı xalq necə vermişdisə, istədiyi zaman bütün səlahiyyətlərini əlindən almaq heç də çətin məsələ olmayacaqdı. Təbii ki, bu problem 25 iyun tarixli növbədənkənar ümumi yığıncaqda öz çözümünü buldu. Beləcə, Z.M erası öz dövrünə son qoydu.
İndi keçmiş sədr öz yalnışlıqlarına görə bütün Borçalı camaatından yarıtmaz işinə görə üzr diləmək əvəzinə, özü kimi yandaşları ilə birlikdə “Borçalı” Cəmiyyətinin yeni heyətinə qarşı çamurlar atmağa başlayıb. Amma onlar unudurlar ki, köhnə əyyamlarda olduğu kimi, bu gün kimsəni aldatmaq mümkün deyil. Ötən 7 ildə adicə cəmiyyətin saytını qura bilməyən, borçalıları iqtidar-müxalifət düşərgəsinə bölən, sonucda isə hər kəsi üz-üzə qoyan sədrin (keçmiş-müəl.) aqibətinin belə bir acı hekayətlə bitməsinin tək bir cavabı var: “Öz cəzandır, çək Balaş” (Sevil operası).

İctimai fikirdə çox haqlı olaraq qeyd olunur ki, “Borçalı” Cəmiyyəti parçalanmayıb, sadəcə rəhbərlik yenilənib. Bundan sonra, cəmiyyəti “qutabxana” təfəkküründə idarə etmək qeyri-mümkün olacaq. Çünki, XXI yüzilin dinamik standartları çərçivəsində mövcud olan inkişaf proseslərində bizlərin geridə qalmağımız milli fəlakətimizin təməli deməkdir. Z.Məmmədli kimilərinin səbatsızlığı ucbatından illərlə yığılıb qalan problemlərin çözümü yönündə cəmiyyətin yeni rəhbərliyi qarşısında görüləcək çox işlər durur. Yeni enerji ilə bu prosesin tamamilə gəncləşdirilməsi isə, böyük uğurlara yol açacaq. Hər bir məsələnin çözümünə elmi konseptual səviyyədə yanaşılmaqla proses yaranacaq. Bunun artıq ilkin işartıları belə duyulmaqdadır. Bu, effektli təsir modelinin ayrılmaz parçası kimi məsələlərə olan münasibətdir. “Borçalının rifahı” tipli uydurma ibarələrlə toplumu çaşdırmağın heç bir mənası yoxdur. Köhnələr, “bu gün səsləndirdikləriniz məsələləri öncələr nədən çözmürdünüz” tipli sualların yağmurunda it-bata düşmənizdən qorxun. Çünki cavab verməyə nə üzünüz, nə də sözünüz yoxdur.
Ədliyyə Nazirliyinə olan müraciətin də hər hansı bir təsiri olmayacaq. Çünki, “Borçalı” Cəmiyyətinin təsisçilərinin də yetərincə deməyə sözləri var. Onlar ağsaqqalıq edərək keçmiş rəhbərliyin yarıtmaz işini ictimai proseslərə çıxarmadılar. Ancaq təəssüf ki, bunun qarşılığında əski qafalılar öz təfəkkür tərzlərinə uyğun hərəkət edirlər.
Borçalı məsələsi əslində geniş bir coğrafi, etnoloji, kulturoloji bir düzən deməkdir. Bu anlamın sayəsində Türkiyə-Gürcüstan-Azərbaycan arasında sağlam bir mühit formalaşıb. Strateji müttəfiqlik inkişaf edir. Passiv mövqedə olmaq sadəcə bizlərə düşmən olan güclərin maraqlarına xidmət edir. Özəlliklə strateji müttəfiq olan Azərbaycan və Gürcüstanı sevməyən Ermənistan və İranın maraqlarının iradəsi kimi qəbul edilməlidir. “Borçalı” Cəmiyyətinin 7 ildir passivləşməsinin cavabı burada aranmalıdır. Bu passivliyin nəticəsində sarsıdıcı zərbələr elə Borçalımızın başına gəldi. Bunları umutmaq mümkünmü? Əsla!.. Borçalımızın qarşısında duran vacib məsələlərin çözümü yönündə çağdaş texnologiya və innovasiyaların şərtlərini bilməyənlər heç bir zaman bu prosesə uğur gətirə bilməzlər. Bax, bunu anlamaq gərəkdir.

Ənvər BÖRÜSOY]]>
Müşviq BORÇALI Tue, 12 Jul 2016 16:03:12 +0000
Uğursuz siyasətçinin liderlik iddiası... https://turan.info.az/arxiv/borcaliorg/1625-uursuz-siyastinin-liderlik-iddias.html https://turan.info.az/arxiv/borcaliorg/1625-uursuz-siyastinin-liderlik-iddias.html Uğursuz siyasətçinin liderlik iddiası...
Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzetinin baş redaktoru

"Borçalı” ictimai cəmiyyətinin (birliyinin) 25 iyun 2016-cı il tarixli növbədənkənar konfransı günlər ötsə də, onun nəticələri ilə bağlı razılaşmayanlar hələ də var. Konfransın qərarınıtanımayanların başında isə Cəmiyyətin sabiq sədri Zəlmixan Məmmədli dayanır.

Azərbaycan siyasi səhnəsində uğur qazana bilmədikdən sonra "Borçalı” ictimai cəmiyyəti ilə özünü gündəmdə saxlamağa çalışan Zəlmixan Məmmədlinin indi Cəmiyyətin 25 iyun 2016-cı il Konfransının qərarlarını qəbul etməməsini, sədrlikdən əl çəkmək istəməməsini anlamaq da olar.

Axı, Zəlimxan Məmmədli Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyevdən fərqli olaraq, AXCP-dən kənarlaşdırıldıqdan sonra nə özünün lider olduğu siyasi partiya yarada bildi, nə fərdi qaydada uğur qazanıb deputat seçildi. Siyasi partiya lideri və ya deputat ola bilməyən uğursuz bir siaysətçinin yeganə sığınacaq yeri ictimai birliklər, qeyri-hökumət təşkilatları ola bilər. Zəlmixan Məmmədli də bu yolu tutub. Ancaq onun "Borçalı” ictimai cəmiyyətinin sədri vəzifəsində fəaliyyəti uğurlu alınmayıb.

Məsələn, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacarın Zəlmixan Məmmədli haqqındakı ittihamlarını xatırlamaqla "Borçalı” İctimai Cəmiyyətinin sabiq sədrinin fəaliyyətinin nədən ibarət olduğu məlum olar.

Qeyd edək ki, İsmayıl Qacar Zəlimxan Məmmədlini hansısa dövlətin gizli sifarişini həyata keçirərək Borçalı türkləri, Borçalıda fəaliyyət göstərən təşkilatlar arsında, Azərbaycandakı əslən Borçalıdan olan ziyalılar arasında nifaq toxumu səpməkdə ittiham etmişdi. Halbuki, "Borçalı” ictimai cəmiyyətinin qarşısında duran məsələlər əslən Borçalı əsilli insanları ictimai, mədəni-mənəvi cəhətdən birləşdirmək, Borçalıdakı insanların problem və qayğılarının həllinə çalışmaq, bölgədə fəaliyyət göstərən təşkilatlar arasında birləşdiricilik rolu oynamaq, Azərbaycan və Gürcüstan hökumətlərinin mədəni əlaqələrinin inkişafına kömək etmək kimi məsələlərdən ibarət olmalıdır.

"Borçalı” ictimai cəmiyyəti 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıqdan sonra məhz bu prinsiplər əsasında fəaliyyət göstərib. Bunun nəticəsidir ki, Cəmiyyətə qarşı indiyinə kimi heç bir iradlar da olmayıb.

"Borçalı”ictimai cəmiyyəti ilə bağlı iradlar, tənqidlər və hətta ittihamlar məhz Zəlmixan Məmmədlinin sədrliyi dövründə meydana çıxıb. Hətta belə iddialar var ki, Rusiya xüsusi xidmət orqanları ilə borçalıların əlaqə yaratmaq ənənəsini məhz Zəlimxan Məmmədli qoyub. Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar tərəfindən səsləndirilən bu iddia indiyədək Zəlimxan Məmmədli tərəfindən əsaslı şəkildə təkzib olunmayıb.

Rusiya xüsusi xidmət orqanlarının aborigen borçalılardan və başqa milli azlıqlardan istifadə edərək, bölgədə ziddiyyət və koflikt yaratmaq istəyi isə həmişə olub və son on ildə bu cəhdlər daha da güclənib. Bu məsələləri Gürcüstanda stabilliyin pozulmasına, Azərbaycanla münasibətlərin zədələnməsinə, ölkə üçün həyati əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinə təhlükə yarada biləcək cəhdlər olaraq dəyərləndirmək olar. Ona görə də, Azərbaycan dövləti bu məsələdə həmişə aydın mövqe tutub, Gürcüstanda qeyri-stablliyə yol verməmmək üçün hər cür fədəkarlıq edib.

Azərbaycan Respublikasının milli maraqları ilə ziddiyət təşkil edən bu məsələlərlə bağlı "Borçalı” ictimai cəmiyyəti Zəlmixan Məmmədlinin sədrliyi dövründə prinsipial mövqe tuta bilməyib. Sədr olduğu dönəmlərdə özünün addımlarını "QHT-lər haqqında”qanunun və Cəmiyyətin nizamnaməsinin müddəalarına uyğun apara bilməyib. İctimai birliyin fəaliyyət istiqamətini dəyişərək ona siyasi rəng verib. Bütün bunlar zaman-zaman Zəlimxan Məmmədliyə və bütövlükdə "Borçalı” ictiami cəmiyyətinə qarşı haqlı tənqid və ittihamların meydana çıxmasına səbəb olub. Nəhayət, Cəmiyyətin təsisçiləri və fəalları iyun ayının 25-də növbədənkənar konfrans çağıraraq Zəlimxan Məmmədlini sədrlikdən kənarlaşdırıblar.

Bununla belə, Zəlimxan Məmmədli Cəmiyyətin təsisçilərinin və fəallarının iradəsi ilə barışmaq və sədrlik iddiasından əl çəkmək istəmir. Özünü də cəmiyyətin adını da nüfuzdan salmaqda davam edir. Əlbəttə, bu məsələ tezliklə hüquqi müstəvidə öz həllini tapacaq. Ancaq Zəlimxan Məmmədli bu günə kimi "Borçalı” ictimai cəmiyyətinin imicinə vurduğu ziyanı anlamaq istəmir.Və qurumda qəsdən ikitirəlik yaranmasına şərait yaradır və bununla da ictimai fikrə təsir göstərməyə çalışır.

Bu isə görünür, onun "Borçalı” ictiami cəmiyyətinə, bütövlükdə Borçalıya və borçalılara son zərbəsidir. Ancaq bunun da sonu var. Bundan sonra Zəlimxan Məmmədlinin həmyerlilərinin məclislərinə hansı üzlə gedəcək?

O, bu haqda düşünsə özünün olan-qalan hörmətini saxlamış olardı. Amma görünür, təəssüf ki, o, bunu istəmir...

Bütün hallarda"Borçalı” ictiami cəmiyyəti isə üzərindəki bu ağır yükü atmalı, Zəlmixan Məmmədli isə özünün sonrakı fəaliyyətini götür-qoy etməlidir.]]>
Müşviq BORÇALI Tue, 12 Jul 2016 15:55:57 +0000
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın” https://turan.info.az/gurcustan/borchali/1610-boralnn-yeni-sdri-zlimxan-mmmdliy-tklif-etdim-ki-siyasi-pariya-yaratsn.html https://turan.info.az/gurcustan/borchali/1610-boralnn-yeni-sdri-zlimxan-mmmdliy-tklif-etdim-ki-siyasi-pariya-yaratsn.html “Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
"Borçalı” ictimai cəmiyyətinin yeni sədri, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov Tezis.az-ın suallarını cavablandırıb:
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
- Kərəm müəllim, iyunun 25-də "Borçalı” ictimai cəmiyyətinin növbədənkənar ümumi yığıncağında sədr seçildiniz. Necə oldu belə bir konfrans çağırıldı? Topantıda "Borçalı” cəmiyyətinin son 7 il ərzində mövcud qanunlara zidd fəaliyyət göstərdiyi bildirilib. Söhbət hansı qanunsuzluqlardan gedir?
- Borçalı ziyalıları qanuni qaydada "Borçalı” ictimai cəmiyyətinin təsisçilərinə müraciət edib narazılıqlarını bildirmişdilər. Təsisçilər 1 ay ərzində oturub bu işə baxdılar. Məsələni təftiş edib bu qərara gəldilər ki, ümumi yığıncağa ehtiyac var. "Borçalı” cəmiyyətinin İdarə Heyətində borçalılar təmsil olunmurdu, səhv etmirəmsə, cəmi 3 nəfər Borçalıdan idi. İdarə Heyətinin qalan nümayəndələri bəlkə də Borçalını ancaq xəritədə görmüşdülər, beş Borçalı kəndinin adını sadalaya bilməzdilər. Təsisçiləri narahat edən o oldu ki, "Borçalı” ictimai cəmiyyəti siyasi təşkilata çevrilməyə başlayıb. Belə qənaətə gəldik ki, 250-yə yaxın nümayəndə toplansn və növbədənkənar konfrans keçirilsin. Başkeçid, Bolnisi, Marneuli, Qardabani, Tiflis ətrafından nümayəndələr dəvət edilmişdi. Məni də yığıncağa çağırmışdılar. Təsisçilər Zəlimxan bəylə işləmiş adamları bir-bir dinlədi. Mən də vaxtilə İdarə Heyətinin üzvü idim. Keçmiş üzvlər dinlənildi ki, görək narazılıq nədəndir? Onların da əksəriyyəti qeyd elədilər ki, "Borçalı” cəmiyyəti QHT-dən siyasi partiyaya dönüşməkdədir.
- İdarə Heyətindən niyə çıxmışdınız?
- Hər bir QHT-nin öz funksiyaları var. Bunun adı "Borçalı”dırsa, daha çox Borçalı ilə məşğul olmalıdır.
- Cəmiyyət siyasi partiyaya necə çevrilirdi ki?
- Daha çox müxalifət düşərgəsində olan adamlar təmsil olunurdu. Düzdür, onlar da bizim soydaşımız, qardaşımızdır. Hər halda Azərbaycan dövlətində yaşayırıqsa, iqtidardan da nümayəndələr iştirak etsəydi yaxşı olardı. Borçalı təkcə müxalifətin dərdi və sevinci deyil axı. Mən belə başa düşürəm, bəlkə başqası məsələyə başqa cür yanaşır.
- Yeni sədr seçkisi necə baş tutdu? Namizədliyinizi verməyi əvvəlcədən planlaşdırmışdınız?
- Xeyr, mənim üçün də sürpriz oldu. Cəmiyyətin fəaliyyəti ilə bağlı bəyanatı imzalayan 10 nəfərdən biri idim. Bu yaxınlara qədər Zəlimxan Məmmədlinin birinci müavini olmuş Firudin İsmayılov da konfransda çıxış etdi. Hər çıxışçı fikrinin sonunda deyirdi ki, sədrin fəaliyyətinə xitam verilsin. Təsisçilər belə qərara gəldi ki, yeni namizədlər irəli sürülsün. 5 nəfərin namizədliyi verildi, namizədliyi irəli sürülən şəxslərdən biri də mən idim. Namizədlər Azərbaycan ictimaiyyətində yetərincə tanınmış, sanballı adamlar idi. Müzakirələr başlayanda Musa Nəbioğlu, Müşfiq Borçalı namizədliyini geri götürdü. Açığı, mən də namizədliyimi geri götürmək istəyirdim, amma orada bir söz deyildi, o söz məni tutdu. Axı mənim elmi işim Borçalının qədim və orta əsrlər dövrünün tədqiqi ilə bağlıdır. Ömrümün yarısını ona həsr etmişəm. Qayıtdılar ki, müəllim, ölülərin tarixini yazmaq asandır, bu gün dirisinizsə, dirilərin ən yeni tarixini də siz yazın, sədr olub fəaliyyətinizlə göstərin ki, Borçalı hələ qabaqdadır. Sonda 2 nəfərin- mənim və Vahid Qurbanovun namizədliyiətrafında səsvermə başladı. Səsvermə nəticəsində sədr seçildim. Bəlli oldu ki, Vahid müəllimə 50 nəfərə yaxın adam səs verib, qalanlar Kərəm Məmmədova səs vermişdi.
- Açıq səsvermə idi?
- Bəli, say komissiyası da vardı, seçki protokollaşdırıldı. Sonda söz mənə verildi. Dedim ki, onsuzda vətənimiz 10 yerə bölünüb, Borçalı da bölünməsin deyə xahiş edirəm, təklifimi qəbul eləsinlər, namizədliyi irəli sürülənlərin hər biri müavinlərim, Vahid Qurbanov isə birinci müavinim olsun. Fikrimcə, Borçalıya qulluq etmək üçün sədr olmaq mütləq deyil. Təkliflərimdən biri də o idi ki, ildə bir dəfə "Borçalı” cəmiyyətində sədr seçkisi keçirilsin və seçilən sədr 2 dəfədən artıq bu təşkilata rəhbərlik etməsin.
- Elat bayramı ənənələri davam edəcək?
- Niyə davam etməsin ki? Elat bayramı el şənliyi şəklində keçirilməlidir, pafoslu çıxışlar üçün meydan olmamalıdır. Orada yaxşı olardı ki, gürcülər və bizim mədəniyyət nümayəndələrimiz çıxış edəydi. Bu gün Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən biri Gürcüstandır. Elat ona görə də qardaşlıq və dostluq bayramı olmalıdır. Orada qeyri-ciddi bəyanatlar səslənməməlidir. Mədəni əhəmiyyət daşımalıdır.
- "Borçalı” cəmiyyətində nələri həyata keçirmək niyyətindəsiniz?
- Körpülər millətləri birləşdirən vasitə də ola bilər, ayıran vasitə də. Pakistanla Hindistanın ortasında bir körpü var, orada iki ölkə əsgərləri bir-birinə güc nümayiş etdirir. Biz isə nədən Azərbaycanı Gürcüstana bağlayan Qırmızı körpünü dostluq körpüsü etməyək? Bu körpünün canlı forması Borçalıdır. Borçalı Azəbaycanın mədəni dəyərlərini gürcülərə, gürcülərin mədəni dəyərlərini Azərbaycana ötürən bir vasitə olmalıdır.
- Cəmiyyətin əvvəlki sədri Zəlimxan Məmmədli dünən belə bir bəyanat yaydı ki, Kərəm Məmmədov "Borçalı” ictimai cəmiyyətinin sədri deyil, saxta, növbədənkənar konfrans keçirilib. Ədliyyə Nazirliyinin müvafiq qurumlarına həmin iclasın legitim "Borçalı” cəmiyyətinin aidiyyəti olmadığını barədə müraciət göndərilib. Ondan belə yanaşma gözləyirdiniz?
- Onların haqqıdır, müraciət etsinlər. Niyə Zəlimxan Məmmədli toplantısına "Borçalı” cəmiyyətinin təsisçilərindən heç kəsi dəvət etməyib? İndiyədək keçirilən konfransların demək olar ki, 80 faizinə təsisçilər dəvət edilməyib. Ədliyyə Nazirliyi bu məsələyə hüquqi baxımdan qiymət verəcək.
- Təsisçilər iclaslara niyə çağırılmırdı ki?
- Onu Zəlimxan Məmmədlidən soruşmaq lazımdır.
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
- Faktiki olaraq "Borçalı” cəmiyyəti iki qrupa bölünüb. Siyasi təşkilatlarda da eyni ad altında iki qrupun fəaliyyət göstərdiyi təcrübələri olur. Bu hala son qoymaq üçün addımlar atacaqsınız?
- Buna ikitirəlik deməzdim. 250 nəfər nümayəndənin iştirakı ilə Borçalının bütün tanınmış ziyalılarının təmsil olunduğu konfransda yeni seçki keçirilibsə, niyə buna ikitirəlik deyək? İkitirəlik o halda olar ki, təşkilat 2-3 yerə bölünər. Mən sədr seçilmişəmsə, bu, o demək deyil ki, Zəlimxan Məmmədli ilə düşmənçilik edəcəyəm. Şəxsən ilk növbədə çalışacağam ki, Zəlimxan Məmmədliyə Gürcüstan hökuməti tərəfindən qoyulan qadağa aradan qaldırılsın. Bu məsələni gürcülərin qarşısında qaldıracaam.
- Hazırda Zəlimxan Məmmədli ilə münasibətləriniz necədir?
- Tam normaldır.
- Yəqin seçkidən sonra görüşməmisiniz...
- Seçkidən əvvəl ağsaqqalların iştirakı ilə Zəlimxan bəylə görüşdük. Orada təklif etdim ki, siyasi fəaliyyət göstərmək istəyirsinizsə, partiya yarada bilərsiniz. Hətta dedim ki, Təbriz, Kərkük, Dərbəndlə bağlı tədbirlər keçirirsiniz, mən də türk balası və tarixçi kimi gəlib çıxış edərəm, lap partiyanızın sıravi üzvü olaram.
“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”
- Cavab necə oldu?
- Heç bir cavab vermədi. Amma bu təklif mənim tərəfimdən verildi. Bir daha təkrar edirəm, Borçalıya xidmət üçün cəmiyyətin sədri olmaq əsas deyil. 3 ildən sonra mən "Borçalı” cəmiyyətində sədr olmayacağam, amma bu, o demək deyil ki, Boçalını unutmalıyam. Mən yenə də cəmiyyətin işində iştirak edəcəyəm, Borçalının tarixini daha da dərindən araşdıracağam, yeni monoqrafiyalar yazacağam.Buna görə inciməyəcəym ki, məni niyə sədrlikdən çıxardılar. Ola bilsin bir ildən sonra təntənəli şəkildə öz səlahiyyətimi başqasına ötürəcəyəm. Burada nə var ki? Necə ki, vaxtilə Eyvaz Borçalı öz səlahiyyətini təhvil verdi, eyni şey mənim tərəfimdən də ediləcək.
Ləman NİYAZLI


Daha ətraflı Tezis.az-da:
http://tezis.az/medeni-seviyye/3150-borcalinin-yeni-sedri-zelimxan-memmedliye-teklif-etdim-ki-siyasi-pariya-yaratsin.html - See more at: http://tezis.az/medeni-seviyye/3150-borcalinin-yeni-sedri-zelimxan-memmedliye-teklif-etdim-ki-siyasi-pariya-yaratsin.html#sthash.KVNwZ8S3.dpuf]]>
Müşviq BORÇALI Sat, 02 Jul 2016 01:56:57 +0000
“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!... https://turan.info.az/gurcustan/borchali/1608-borali-cmyyt-paralanmayib-sadc-rhbrlk-yenlnb.html https://turan.info.az/gurcustan/borchali/1608-borali-cmyyt-paralanmayib-sadc-rhbrlk-yenlnb.html “BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!...Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi

İyunun 25-də “Borçalı” Cəmiyyətinin növbədənkənar ümumi yığıncaq keçirməsindən və bu yığıncaqda cəmiyyətin rəhbərliyinin fəaliyyətinin qeyri-qənaətbəxş hesab olunaraq, yeni sədr, idarə heyəti və Ağsaqqallar Şurası seçilməsindən keçən müddət ərzində bununla bağlı mətbuatda və sosial şəbəkələrdə münasibət bildirənlər çox oldu. Əksəriyət bunu razılıqla qarşılasa da, təşkilatda rəhbərliyin dəyişməsini “inqilabi çevriliş”, “borçalıların parçalanması” və s. kimi dəyərləndirənlər də oldu. Təbii ki, obyektiv və ya subyektiv olmasından asılı olmayaraq, hər kəs öz fikrini ifadə etməkdə haqlıdır və bu səbəbdən də hər kəsin fikrinə hörmət əlaməti olaraq razılaşmadığım məqamlarla rastlaşsam da, indiyədək mən də cavab verməyə lüzum görmürdüm. Amma iyunun 30-da elpress.az saytında dostum Elbəyi Cəlaloğlunun ““Borçalı” Cəmiyyəti və ona qarşı diferensiasiya səciyyəli toplantı” sərlövhəli yazısını oxuduqdan sonra qərara gəldim ki, ən azından dost ismarıcını cavabsız qoymaq olmaz. Üstəlik o yığıncaqda iştirak edən, idarə heyətinə üzv seçilən və hətta sədrliyə namizədliyi irəli sürülənlərdən biri də mən olduğumdan və elə bu səbəbdən də E.Cəlaloğlunun ittihamlarının (oxu: təhqirlərinin) həm də mənə aid oluğunu düşünürrək münasibət bildirmək qərarına gəldim.
Məqaləsinin az qala yarısını “Borçalı” Cəmiyyətinin son ildəki fəaliyyətinə qiymət verməyə (oxu: tərifləməyə!) həsr edən, bu yeddi ili Cəmiyyətin “tarixinin ən parlaq dövrü” adlandıran E.Cəlaloğlundan fərqli olaraq, mən nə Cəmiyyət, nə də onun rəhbərliyi haqda danışmayacam. Yəni, məqsədim cəmiyyətin işini təftiş etmək, yaxşı, yaxud pis tərəflərini sadalamaq deyil. Təbii ki, dəyərləndiriləsi fəaliyyətləri olub və buna görə də ancaq “sağ ol” deyə bilərik.
Əməkdar Mədəniyyət İşçisi, folklorşünas alim Elxan Məmmədlinin “mən Borçalı ictimai cəmiyyətinin sədri kimi əvəzolunmaz biri varsa, Zəlimxan Məmmədlini tanıyıram və nə qədər ömrüm var, onunla bir yerdə Borçalımızın rifahı naminə çalışmaqda davam edəcəm”, – deməsinə də böyük hörmətlə yanaşıram və səmimiyyətinə də qətiyyən şübhəm yoxdur.
Amma E.Cəlaloğlunun toxunduğu məsələlərə münasibət bildirməzdən əvvəl, digər iki tanınmış şəxsin bu mövzuda sosial şəbəklərdə oxuduğum rəylərinə dair fikirlərimi də bölüşmək istəyirəm.
Məsələyə münasibət bildirən hörmətli Millət vəkili, obyektivliyinə heç zaman şübhə etmədiyim, mətbuatdakı çıxışlarını maraqla izlədiyim Fazil Mustafanın nəzərinə çatdırmaq istəyirəm ki, əvvəla, nə cəmiyyətin təsisçiləri, nə də ümumi yığıncağın iştirakçıları iyunun 25-də həmin yığıncağı çağırmaqda heç bir siyasi məqsəd güdməyiblər ki, dediyiniz kimi də bu, zərərli bir addım ola. Və bir də, burada söhbət, narahatçılığınızı ifadə etdiyiniz kimi, “Borçalı” İC-nin parçalanmasından yox, ancaq rəhbərliyin keyfiyyətcə yenilənməsindən gedir. Axı, təsisçilərin üçü də daxil (ikisi rəhmətə gedib) 250 nəfərin iştirak etdiyi bir ümumi yığıncaqda hansı parçalanmadan söhbət gedə bilər? Kim özünün qurduğu təşkilatı parçalayar?
Bütün bunlardan sonra, siz, təsisçilərin və ümumi yığıncaq iştirakçılarının yekdil qərarına yox, “Zəlimxan bəyə dəstəyimizi davam etdirəcəyik”, – deyirsinizsə, nə deyə bilərik, dostluqda sədaqət nümunəsi kimi, bu da sizin qənaətinizdir.
Ümumi yığıncaq, hörmətli hüquqşünas İlqar Altayın dediyi kimi, “Aidiyyətsiz və səlahiyyətsiz şəxslər” tərəfindən də çağırılmayıb. Cəmiyyətin qanuni təsisçiləri Azərbaycan Respublikasının qanunlarının və cəmiyyətin nizamnaməsinin onlara verdiyi hüquqdan istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırıblar.
Görəsən, bunu “açıq və nümayişkaranə özbaşınalıq və saxtakarlıq” adlandıran hüquqşünas nəyə əsaslanır? Axı, hüquqşünas hisslərə söykənməməli, dediyi fikirləri müvafiq qanunvericliklə əsaslandırmalıdır. Konkret bu halda isə deyə bilərmi ki, təsisçilər öz hüquqlarından istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırıb təsisçisi olduqları cəmiyyətin başında duranların fəaliyyətinə qiymət vermək istəyirlərsə və bu yğığıncaqda çoxsaylı borçalılar iştirak edirsə, burda hansı qanunun hansı maddəsi pozulub? Fikirlərini müvafiq qanunlara istinad edərək əsaslandırmaq əvəzinə, görün hörmətli hüquqşünas nə deyir:
“Və nəticə etibarı ilə kobud surətdə bir ictimai təşkilatın adı, fəaliyyəti və nüfuzuna, onun Azərbaycan qanunları tərəfindən təmin edilən, qorunan hüquqlarına basqı edilir”. Əgər doğrudan da, hörmətli hüquqşünasın dediyi kimi, bu cəmiyyətin “hüquqlarına basqı” edilibsə, niyə buna qarşı hüquq müstəvisində mübarizə aparmır? Təsisçiləri və bütövlükdə həmin ümumi yığıncağın iştirakçılarını nəzərdə tutaraq, “Başa düşmürlərmi ki, dövlətin rəsmi tanıdığı ictimai təşkilat elə dövlət təşkilatı qədər toxunulmazdır?”, – deyən hüquqşünas özü görəsən başa düşmürmü ki, bir vaxtlar həmin cəmiyyəti təsis edib, müvafiq dövlət qurumlarından da onun qeydiyyata alınmasını xahiş edən təsisçilərin hüquqlarını danmış olur? Bilmirmi ki, təsisçilərin hətta bir nəfərinin belə istənilən vaxt ümumi yığıncağın çağırılmasını tələb etmək hüququ var?
Bunları görməzlikdən gələn hüquqşünas hətta bir az da uzağa gedərək görün nə deyir: “Yaxşı olar ki, dövlətçiliyimiz və ictimai sabitliyimizin, qanunlarımızın əsas keşikçisi olan Azərbaycan Respublikası Prokurorluğu bütün bu sualların aydınlaşdırılması üçün məsələyə müdaxilə etsin, aidiyyətli hüquq-mühafizə güc strukturları müvafiq tədbirlərini görsünlər”. Görəsən, hüquqşünasın məntiqinə görə, “aidiyyatı hüquq-mühafizə və güc strukturları” hansı tədbirləri görməlidir? Belə çıxır ki, insanların bir yerə toplaşıb öz fikirlərini ifadə etmək azadlığını boğmalıymış? Yaxşı olmazmı ki, sosial şəbəkədə belə populist çıxış etməkdənsə, hörmətli hüquqşünas, əgər düşünürsə ki, doğrudan da, Borçalı İC-nin artıq keçmiş rəhbərliyinin hüquqları pozulub, o zaman onlara vəkillik edib, hüquqlarını müdafiə etsin.
İndi isə Elbəyi Cəlaloğlunun ittihamlarına münasibət bildirmək istəyirəm. Yazırsınız ki, “əfsuslar olsun ki, hələ də aramızda bürokratik düşüncələrdən xilas ola bilməyən, Sovet rejiminin diktatura siyasəti üsulundan qurtula bilməyən, bəzi arzuolunmaz daxili və ya xarici qüvvələrin marağına xidmət edən, diferensiasiya yolunu tutan, buqələmunluğu özünə peşə və ya həyat tərzi seçmiş soydaşlarımız da var”.
Hörmətli Elbəyi bəy, necə olub ki, bu neçə ildə bilməmişəm sənin insanları tanımaqda (oxu: suçlamaqda!) bu qədər böyük mütəxəssis olduğunu! Belə olmasaydı böyük cəsarət və eyni zamanda risk tələb edən bir məsuliyyəti üzərinə götürüb o yığıncaqda iştirak edənləri “xarici qüvvələrin marağına xidmət” etməkdə suçlamaz, “buqələmun” adlandırmazdın. Kimdir bu “buqələmun” dediklərin? Bircəciyini adıyla göstərə bilərsənmi? Yeri gəlmişkən, təəssüf ki, mənim tərbiyəm və əxlaqım yol vermir ki, bəzilərinin timsalında “buqələmunluğun anatomiyasını” açıqlayım. Axı, adamın yanında çox şey danışarlar.
250 nəfərin iştirak etdiyi bir yığıncağa gələnləri “cahil” və “münafiq” adlandırırsan, “qanundankənar addım atmaqda” ittiham edirsən, yeni nüfuz meyarı müəyyənləşdirərək ordakıların “olan-qalan nüfuzlarını darmadağın” etdiklərini söyləyirsən. Bir az da irəli gedərək yazırsan: “Borçalı” Cəmiyyətinin təsisçilərindən bəzilərini öz tərəfinə çəkərək, onların nüfuzundan sui-istifadə etməklə, hətta bəzi ağsaqqallarımızı bu dövlət qanunlarına zidd, cəmiyyətin nizamnaməsinə uyğun olmayan məkrli qiyama cəlb etməkdən belə çəkinmədilər”. Hörmətli Elbəyi bəy, əvvəla, o yığıncaq, dediyin kimi, təsisçilərin bəzilərinin yox, hamısının – bu gün həyatda olan üç nəfərin (iki nəfər dünyasını dəyişib) müvafiq qanunvericiliyin onlara verdiyi hüquq əsasında çağırılıb. İkincisi də, nə təsisçilər, nə də o yığıncaqda iştirak edən ağsaqqal ziyalılar düşündüyünüz qədər sadəlövh deyillər ki, kimsə onların başını qata bilsinlər. Onlar bir dəfə necə aldandıqlarını da unutmayıblar.
“Onların toplumun imicinə xələl gətirən bu hərəkətləri”, “qiyam tərəfdarlarının yazdıqları inqubator cücələrinə bənzəyirlər”, – kimi ifadələr işlədirsən. Deyə bilərsənmi, toplumun imicinə hansı xələl gəlib, necə olur ki, cəmiyyətin təsisçilərinə xəbər vermədən tərəfinizdən yığıncaq keçirilməsi qiyam adlanmır, amma halalca təsisçilərin öz hüquqlarından istifadə edərək təşkilatın fəaliyyətinə qiymət vermək üçün ümumi yığıncaq çağırmaları “qiyam” adlandırılır. Harda görünüb ki, insan özü yaratdığı təşkilata qarşı qiyam eləsin.
Yazırsan ki, “Zəlimxan Məmmədli fərd olaraq, eyni zamanda tanınmış ictimai-siyasi xadim olaraq özəl fikirlərə sahib olmasaydı bu, təəccüblü görünərdi”. Haqlısan, bir fərd olaraq, öz fikrini ifadə etməkdə haqlıdır. Heç kəsin də bu barədə ona irad tutmağa haqqı yoxdur. Amma dediyin kimi, bir fərd olaraq! Çünki rəhbərlik etdiyi təşkilat siyasi partiya deyil və o da özünün fikrini, xüsusən də siyasi düşüncələrini rəhbərlik etdiyi qeyri-hökümət təşklilatının adından səsləndirməməli, məhz şəxsi fikri kimi bildirməlidir. Tez-tez qanunların pozulmasından danışırsınız, yəqin, bilməmiş də deyilsinizi ki, QHT-lərin siyasi fəaliyyətlə məşğul olmasını qanunlarımız qadağan edir.
Bilmirəm nədən bu qənaətə gəlirsən ki, kimsə iddia edir ki, “cəmiyyətə sədr seçilmiş şəxs hər iki – Azərbaycan və Gürcüstan dövlətlərinin iqtidar partiyasına daxil olmalıdır, iqtidar dəyişdikcə sədr də partiyasını dəyişməlidir”. Heç kəs bu qənaətdə deyil və sənin də dediyin kimi, belə fikrə gəlmək elə qeyri-hökümət təşkilatını siyasiləşdirmək qədər gülüncdür.
Yazını maraqlı sonluqla bitirisən: “Biz Zəlimxan Məmmədlinin başçılığı ilə “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvləri, El məclisləri başçıları və cəmiyyət fəalları olaraq yenə də tolerantlıq, dözüm, səbir nümayiş etdirir, həmin bu qeyri-qanuni toparlaşan soydaşlarımızı Cəmiyyətə dəvət edir, onların fikirlərini, tələblərini birlikdə müzakirə etməyə hazır olduğumuzu bildiririk. Onların bu təklifimizi qəbul etmədikləri, öz mövqelərində qaldıqları halda isə, onsuz da heç nəyə nail ola bilməyəcəkləri və özlərinin bir ömürə yığdığı az-çox nüfuzlarına xələl gətirəcəklərinə əmin olmaları barədə xəbərdar etməyi özümüzə borc bildik”.
Əvvəla, bizlərin, dediyin kimi, “bir ömürə” yığdığımız “az-çox” nüfuzumuza xələl gətirə biləcəyimizdən narahat olub, “vaxtında” xəbərdarlıq etdiyinə görə səmimi təşəkkür edirəm. Amma doğrudan da, belə səbirli, dözümlü olub, müazkirə aparmaq istəyirdinizsə, nədən cəmiyyətin təsisçilərinin dəvətini qəbul etmədiniz? Gəlsəydiniz, bəlkə də, o yığıncaqda müzakirə başqa axarda gedər, iradlar bildirilməklə yanaşı, sizlərə bir daha şans verilərdi. Nədən gəmidə oturub, gəmiçini saymadınız? İndiyədək “idarə etdiyiniz” təşkilatın qanuni təsisçilərinin çağırışını qəbul etmədiniz. Və bir də maraqlıdır, görəsən, bu son cümləndə – yəni müzakirəyə dəvət məsələsində səmimisən, yoxsa daha əvvəldə “münafiq”, “buqələmun”, “qiyamçı” və s. adlandıranda – borçalıları təhqir edəndə? Bizi “Borçalı” İC-ni parçalamaqda ittiham edib, özünüz borçalıları niyə təhqir edirsiniz?
Sonda, “Borçalı” Cəmiyyəti parçalandı deyənlərə isə çatdırmaq istəyirəm ki, bu cəmiyyət parçalanmayıb, sadəcə rəhbərlik dəyişilib. Borçalıya və borçalılara xidmət etmək üçün isə mütləq deyil ki, hamı cəmiyyətin sədri olsun. Hamımız yenə də bir yerdə olacağıq, heç kəs diqqətdən kənarda qalmayacaq. Borçalı hamımızın olduğu kimi, “Borçalı” cəmiyyəti də hamımızındır!
Borçalılar həmişə olduğu kimi, yenə də monolitliyini, ağızbirliyini qoruyacaq, əl-ələ verib Gürcüstanda yaşayan soydaşlarımızın daha firavan həyatı naminə fədakarlıq göstərəcək, Cənubi Qafqazın iki dost, qardaş ölkəsi olan Azərbaycanla Gürcüstanın qanunlarına hörmətlə fəaliyyət göstərərək iki ölkə arasında əsl dostluq körpüsünə çevriləcək.]]>
Müşviq BORÇALI Fri, 01 Jul 2016 11:54:18 +0000
= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = = https://turan.info.az/gurcustan/borchali/1604-taninmi-alm-v-ctma-xadm-el-asaqqali-elxan-mmmdly-aq-mktub.html https://turan.info.az/gurcustan/borchali/1604-taninmi-alm-v-ctma-xadm-el-asaqqali-elxan-mmmdly-aq-mktub.html = = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açıq məktub = = = = = Çox hörmətli Elxan müəllim. Sizə cavab yazdığım üçün dönə-dönə üzr istəyirəm. Siz də mənim cani-dildən əmimoğlusunuz, yaşda da, başda da məndən böyüksünüz, müəllimimsiniz, ustadımızsınız. Böyüyün və ya ustadın-müəllimin üzünəağ olmağı heç zaman sevmirəm. Amma susa da bilmirəm, bağışlayın. Bəli, bir zamanlar mən də elə sizin kimi düşünürdüm. Elə çoxları bu fikirdə idi. Hətta onun 1-ci müavini və müavinləri də bu fikirdə idilər. Onun səhvlərinə qarşı öz narazılığımı bildirəndə və ya onun əleyhinə nəsə söz deyəndə mənimlə dəfələrlə mübahisələr də ediblər. Və həmişə də elə sizin bu sözləri söyləyiblər:
"Ancaq mən Borçalı ictimaii cəmiyyətinin sədri kimi əvəzolunmaz biri varsa Zəlimxan Məmmədlini tanıyıram və nə qədər ömrüm var onunla bir yardə Borçalımızın rifahı naminə çalışmaqda davam edəcəm."
Bəs nə oldu???... Niyə ondan aralandılar?..
"Borçalı" Cəmiyyətinin ştamp-möhürünü bəh-bəhlə ona təqdim edən aqsaqqalımız, Borçalı Cəmiyyətinin təsisçısı Eyvaz Borçalı, Cəmiyyətin digər təsisçiləri - professor Hidayət Nuriyev, tanınmış jurnalist Şərif Kərimli, 6 il o cəmiyyətə can qoymuş, sədrin 1-ci müavini vəzifəsində çalışmış Firudin İsmayılov, Asif Ozan, eləcə də ağsaqqal alimlərimiz, AMEA-nın həqiqi üzvü, akademik, Dövlət Mükafatı laureatı Ramiz Məmmədov, Nyu-York Elmlər Akademiyasının akademiki Mədəd Çobanov, professor Tahir Pənahov, BDU-nun kafedra müdiri, professor Həmid Vəliyev, Əməkdar jurnalistimiz İlyas Adıgözəlli, tanınmış tarixçi-alim Kərəm Məmmədov, Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Dəyanət Osmanlı, daha kimlər, kimlər... şairlər, yazıçılar, müəllimlər...nədən ondan üz döndərdilər???..."Borçalı" Cəmiyyətinin idarə heyətinin aqsaqqal üzvləri, dəyərli ziyalılarımız, Əməkdar memar Ömər Qoçulu, tanınmış şair-jurnalist Mədəd Coşğun, elə biri də siz özünüz nədən son konfransda "BORÇALI" Cəmiyyətinin idarə heyətindən uzaqlaşdırıldınız?.. Yoxsa sizlər gözəl alim olsa da, amma Borçalıya heç bir aidiyatı olmayan Telman Əliyevdən dəmi qocasınız?... Bircə dəfə bu sualı ona vermisinizmi??... Keçən il və eləcə də ondan əvvəlki il Elatda olan nöqsanları, söz-söhbətləri, narazılıqları ona çatdırmısınızmı?..
Bütün Borçalılıların Elat bayramını məhz sizin aparıcılığınızla keçirilməsini arzulasalar da, nədən bu vəzifə sizə yox, əslən nəinki Başkeçiddən, Borçalıdan, hətta ümumiyyətlə Gürcüstandan olmayan birisinə həvalə olundu???
Çox hörmətli Elxan müəllim, mən ondan qorxuram ki, "Borçalı" cəmiyyətinin sabiq rəhbərliyi tərəfindən ağsaqqallarımıza qarşı olan hörmətsizlik bir gün gəlib sizə də çata bilər. Çünki, artıq bu son zamanlar dırnaq arası "ənənə" halını alıb, hətta son bəyanatda az qala aqsaqqallarımızı "ağılsız, şüursuz" adlandırmaqdan belə çəkinməyib... Siz heç olmasa onun sonuncu bəyanatındakı bu səhvini ona xatırlatdınızmı?...
Bir daha sizə bu cür suallarla müraciət etdiyim üçün üzr diləyirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, elmi yaradıcılığınızda və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!..
Dərin hörmət və ehtiramla, Müşfiq BORÇALI.]]>
Müşviq BORÇALI Wed, 29 Jun 2016 18:27:00 +0000
Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB https://turan.info.az/media/1595-krm-mmmdov-boral-cmiyytinin-yeni-sdri-seildi.html https://turan.info.az/media/1595-krm-mmmdov-boral-cmiyytinin-yeni-sdri-seildi.html Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB
turan.info.az bildirir ki, 25 iyun tarixdə Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı keçirilib. Borçalı ictimai Cəmiyyətinin təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli tərəfindən çağrılan növbədənkənar konfransda 231 nümayəndə iştirak edib. Konfransda həmçinin çoxsaylı qonaqlar, o cümlədən Gürcüstan Türkləri Konfederasiyasının, Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin və Gürcüstan Qarapapaq Türkləri Birliyinin təmsilçiləri, həmçinin Gürcüstan və Türkiyədən qonaqlar iştirak ediblər. Bu barədə mətbuata Borçalı Cəmiyyətinin təsisçisi Şərif Kərimli məlumat verib

Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı ictimai-siyasi məslələri müzakirə etdikdən sonra təşkilati məsələlərə baxıb. Konfrans alternativ əsasla, açıq səsvermə zamanı tanınmış tarixçi-antropoloq alim Kərəm Məmmədov Borçalı İctimai Cəmiyyətinin yeni sədri seçilib. Konfrans həmçinin 21 nəfər tərkibdə Borçalı İctimai Cəmiyyətinin İdarə Heyətini və 3 nəfər tərkibdə Mərkəzi Nəzarət Təftiş Komisiyyasını formalaşdırıb. Cəmiyyətin idarə heyətinə Borçalı əsilli tanınmış ziyalılar və ictimai-siyasi xadimlər seçiliblər.
13522421_845259828911192_1685215629_n.jpg


Qeyd edək ki, Borçalı İctimai Cəmiyyəti 1993-cü ildə Azərbaycanda yardılıb. 1993-2009-cu illərdə Cəmiyyətə Eyvaz Borçalı 2009-2016-cı illərdə isə Zəlimxan Məmmədli rəhbərlik edib.

Borçalı İctimai Cəmiyyətinin yeni sədri Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 22-də Başkeçid (Dmanisi) rayonunun Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş.

1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir.1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır.1995-ci ildən Bakı Dövlət Universititinin Tarix fakultəsində müəllim, 1996-cı ildən BDU Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir.
12342445_917402938344893_3731342768351671723_n.jpg

Aygün Paşayeva]]>
Müşviq BORÇALI Tue, 28 Jun 2016 03:28:57 +0000
TƏBRİK EDİRİK!.. Hidayət NUR -75 https://turan.info.az/elm/diger-bolmeler/874-hidayet-nur.html https://turan.info.az/elm/diger-bolmeler/874-hidayet-nur.html TƏBRİK EDİRİK!..  Hidayət NUR -75

Bu günlərdə görkəmli alim-şair Hidayət Nurun 75 illik Yubileyi tamam olmuşdur.

Biz də bir daha çox hörmətli Hidayət müəllimi Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm çansağlığı, şəxsi həyatında, eləcə də elmi fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.




Hidayət NUR
(Hidayət Rəhim oğlu Nuriyev)
(1941)





Təbrik edirik
Yaşanası günləriniz qabaqdadır

Onu çoxdan, lap uşaq vaxtlarımdan tanıyıram. Sonralar ali təhsil almaq üçün Bakıya getməsi ilə əlaqədar məsafə uzaqlığı yaransa da barəsində söylənilən xoş sözlər nəinki bacı-qardaşların, həmçinin bütün eloğullarını da fərəhləndirirdi.
Haqqında söz açacağımız eloğlumuzun bu günlərdə yubiley tədbirlərinin Bakıda uğurlu keçməsini eşidəndə sevincimin həddi-hüdüdu olmadı. Bununla yanaşı məndə daxili bir narahatlıq da baş qaldırdı: Hidayət müəllimin yubileyində niyə iştirak edə bilmədim? Sən demə bu narahatlıq hissini tək mən yox, onu tanıyanların çoxu keçirmişdir. Təskinliyimiz isə bu oldu ki, təki iştirak edə bilmədiyimiz tədbirlərin hamısı yubileylər, toy-bayramlar olsun.


Azərbaycan Elmlər Akademiyası Fotoelektronika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də Sarvanda-Marneuli şəhərində anadan olmuşdur. Uşaqlığı müharibə illərinə düşdüyündən, valideynlərini erkən yaşlarında itirdiyindən, həyatın ağrı-acısı ilə qarşılaşdığından meylini kitablara, məktəbə salıb. Məktəb illərində Hidayət Rəhim oğlu yalnız müəllimin tapşırıqlarını yerinə yetirməklə kifayətlənməz, əlavə ədəbiyyatlarla biliyini zənginləşdirər, ağsaqqallarımızın, ağbirçəklərimizin söylədikləri folklor nümunələrini sinədəftər edər, onların yurd, el-oba, burada yaşamış və ömür sürən qəhrəmanlar barədə söylədiklərini acgözlüklə dinləyərdi. Bütün bunlar onun həyat yoluna nur saçan amillərdən olmuşdur.
1957-ci ildə 1 saylı Marneuli şəhər orta məktəbini gümüş medalla bitirən Hidayət Nuruyev fizika müəllimi Mahmud Kərimovun ona sevdirdiyi elmin arxasınca Bakıya gedir və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. 1962-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra doğma yurda qayıdır və burada bir il müəllimlik edir. Lakin elmə olan sevgisi, həvəsi yenidən onu Bakıya yönəldir.
Sonrakı on il müddətində Azərbaycan EA Fizika İnstitutunda baş laborant-baş elmi işçi arasındakı vəzifə yolunu ləyaqətlə keçir. 1973-cü ildən indiyədək Elmlər Akademiyasının Fotoelektronika İnstitutunda çalışır. Ailədə, həyatda, el-obada, dost-tanış, qohum-əqraba yanında xasiyyətinin həlimliyi, şirindilliyi, söhbətcilliyi, mehribanlığı ilə seçilən Hidayət Rəhim oğlu çalışdığı kollektivlərdə də böyük hörmət qazanmış, müxtəlif mükafatlara layiq görülmüşdür.
Hidayət müəllimdə fizika sahəsində qazandığı nailiyyətlərlə (100-dən çox elmi məqalənin, 5 ixtiranın müəllifidir, institutun nəzdindəki ixtisaslaşdırılmış müdafiə Şurasının elmi katibidir, rəhbərliyi ilə 7 elmlər namizədi yetişmiş, namizədlik və doktorluq dissertasiyalarına opponent olmuşdur) yanaşı bədii ədəbiyyata da güclü meyl özünü göstərmişdir. O özünü şair hesab etməsə də, 60 illik yubileyi ərəfəsində “Borçalı duyğuları” şeirlər və poemalar kitabı yubilyara xüsusi hədiyyə olmuşdur. Hidayət Nur imzası ilə dərcə hazırladığı həmin kitab Azərbaycan Respublikası “Təhsil” mərkəzinin “Abdulla Şaiq” mükafatına layiq görülmüşdür.
Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevin rəhbərlik etdiyi yubiley tədbirində Hidayət müəllimin çalışdığı institutun direktoru professor Cavad Abdinovun Hidayət Rəhim oğlunun həyat və yaradıcılığı barədə dolğun məruzəsini dinləyənlərdən akademik Maqsud Əliyev, EA-nın müxbir üzvləri Telman Əliyev, Avrasiya Akademiyasının rektoru Arif Paşayev, professorlar Lətif Vəliyev, Qəhrəman Binnətov, Səlimə Mehdiyeva, Abdulla Mehrabov, Vüqar Əliyev, Kamal Ələsgərov, Vaqif Nəsirov, Fazil Əliyev, Tahir Pənahov, yubilyarın müəllimi dosent Şəmistan Məmmədov, şair Eyvaz Borçalı öz çıxışlarında ürək sözləri demiş və xoş arzularını bildirmişlər.
Sonra akademik Eldar Salayev Elmlər Akademiyasının Fəxri fərmanını, “Şərqin səsi” qəzetinin baş redaktoru Müşfiq Çobanlı isə “Abdulla Şaiq” mükafatının diplomunu və pul mükafatını yubliyara təqdim etmişlər.
Bu günlərdə Hidayət Rəhim oğlu ilə görüşüb söhbət etdik. Nəvələri də yanında idi. Babanın nəvələri ilə davranışı, onlara qarşı nəvazişi adi haldır. Ərköyünlük eləmirlər ki-deyə soruşdum. Dedi ki, uşaqlığım pis dövrə düşdü, indi istəyirəm ki, uşaqlığımda keçirə bilmədiyim xoşbəxt anları nəvələrimlə birgə yaşayım.
Bəli, 60 yaş nədir ki, hələ gözəl günləriniz qabaqdadır, Hidayət müəllim! Atanızın adını daşıyan oğlunuz Rəhimin toyu, nəvələrinizin gözəl günləri Sizə və həyat yoldaşınıza xoşbəxt günlər, illər yaşadacaqdır. Yaşanası günləriniz qabaqdadır!
Ondan ayrılanda barəsində yazacağımı bildirmədim, qoy bir hədiyyə kimi “Gürcüstan” qəzetinin kollektivi adından Hidayət müəllimin 60 illik yubileyinə gözlənilməz sovqat olsun, -dedim.
E.Hüseynoğlu.


Hidayət Nur. Borçalı duyğuları (Şeirlər və poemalar). B., 2001

Naşiri: Müşfiq Çobanlı,
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru

Bədii redaktorları: Vaqif Nəsir,
Nizami Saraclı

Texniki redaktoru: Afin Saraclı

Korrektoru: Könül Hidayət qızı

Dünyasını vaxtsız dəyişmiş unudulmaz valideynlərim-Anam Zəhra Əliəkbər qızının, atam Rəhim Xaccaoğlunun əziz xatirəsinə ithaf edirəm.

Əziz oxucu! Həyatımda birinci dəfə, yaşıma görə bəlkə gec də olsa, öz şeirlərimlə sizin hüzurunuza çıxıram. Ağır yükün altına girdiyimi böyük məsuliyyətlə hiss edirəm. Görünür, bu mənim tale-qismətimə yazılıbmış. Tale-qismətdən isə heç vaxt qaçmaq mümkün deyil,-deyib atalar. O, bizi yaradan Ulu Tanrıdan verilir. İlk görüşümüz olduğunu nəzərə alaraq keçdiyim həyat yolunun mühüm, deyilməsi lazı olan mərhələləri ilə sizi tanış etməyi vacib sayıram. Sazlı-sözlü Ulu Borçalının Sarvan kəndində (Gürcüstan Respublikasının indiki Marneuli şəhəri), zəhmətkeş, xeyirxah bir kişinin ailəsində dünyaya göz açmışam. Lap uşaq vaxtlarımda ata-anamı itirmişəm. Ağsaqqallarımın himayəsi altında böyümüşəm. Bu da bir qismətdir. Halal zəhmətə qatlanmışam-oxumaqla yanaşı ailəmizə ev işlərində yaxından kömək etmişəm. Uşaqlıqdan saz ürəkdən bağlanmışam. Bu səbəbdən də uşaqlıq illərində çox sayda aşıq məclislərinin iştirakçısı olmuşam. Borçalının ustad aşıqları Dədə Əmraha, Xındı Məmmədə, Hüseyn Saraclıya, Ka­mandara dəfələrlə qulaq asmışam. Görünür, elə bu da məndə saza-sözə böyük həvəs yaratmışdır.
1957-ci ildə 1 saylı Marneuli şəhər orta məktəbini, 1962-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişəm, fizika-riyaziyyat elmləri doktoru, professoram. Azərbaycan EA Fotoelektronika İnstitutunda şöbə müdiri vəzifəsində çalışıram. Şair deyiləm. Ancaq hələ orta məktəbdə oxuyarkən şeir oxumağı, yazmağı çox sevmişəm. Uşaqlıqdan saza-sözə, şeirə bağlılığım 1958-ci ildə ilk şeirimi-“A dağlar”ı meydana gətirdi. “Borçalım” adlı ikinci şeirim 1978-ci ildə yarandı.
Təvazökarlıqdan uzaq olsa da deməyi özümə borc bilirəm ki, hələ uşaqlıqdan ədalətsizliklə, ylataqlıqla, ikiüzlülüklə, tamahkarlıqla qəlbən barışmamışam. Bəzən dilimlə deyə bilməsəm də, bu hisslər həmişə daxilən məni incidibdir. Bu cür adamları ürəyimdə yazıqlamışam. Fikirləşmişəm ki, görəsən, bu insanlar öz əməllərini, törətdiklərini, etdiklərini hiss etmirlərmi? Bilə-biləmi bu hərəkətləri edirlər, nəyinsə naminə özlərini alçaldırlar və s. Bu adamlar görmürlərmi, anlamırlarmı: hər şey bu dünyada qalır, insan özü ilə o dünyaya heç nə aparmır. Çox-çox illər bundan əvvəl var-dövlət sahibi olanlardan nə qaldı dünyada? Mənə elə gəlir ki, ya yaxşılıq, ya da pislik qaldı, ya dəyərli söz qaldı, ya da heç nə. O adamlar gəldilər bu dünyaya, öz ömürlərini yaşadılar, köçdülər bu dünyadan. Xalq yenə də yaşayır və yaınız yaxşı övladlarını-xeyirxahlarını yaşadır. Sanmışam ki, başqasının hesabına, xalq malını talan etməklə həddindən artıq varlanmaq hərisliyi böyük bədbəxtlikdir. Bu xüsusiyyətlər həm o adamların, həm də millətin bədbəxtliyidir. Hər şeyin ifratı-bəladır, əziyyətdir, əzabdır, məhv olmaqdır.
Yüngülxasiyyət adamlarla yaxınlıq edə bilməmişəm. Sakit təbiətli, son sözünü deməyə tələsməyən, fikirləşib sonra danışan, şəxsiyyətini hər şeydən üstün tutan, el-obasını sevən, xeyirxah adamlara daha çox meyl etmişəm. Məhz belə adamlarla söhbət etmişəm, fikirlərimi bölüşdürmüşəm, yoldaşlıq, dostluq münasibətləri yaratmışam.
Ağsaqqallara xüsusi hörmətim vardır. Onlarla birgə oturub, saatlarla ünsiyyətdə olmaqdan doymamışam. Tarixən olmuş hadisələri o adamların dilindən eşitməyə həmişə üstünlük vermişəm. Onların şirin söhbətindən ləzzət almışam, kövrək qəlblərini duymağa çalışmışam. Anlamışam ki, ağsaqqal üçün ən qiymətli hədiyyə-diqqətdir. Oxuduqlarımı, eşitdiklərimi, gördüklərimi, bildiklərimi yekunlaşıdırıb, ümumiləşdirib, dərindən anladıqdan sonra belə qərara gəlmişəm ki, insanın xoşbəxtliyi onun ləyaqətindədir. Böyük şairimiz Xəlil Rza Ulutürk haqlıdır: poeziya ləyaqətdən yaranır, dünyanı və insanı sevməkdən yaranır. Poeziya, öz xarakterindəki humanizm işığını başqalarına da aşılamaq uğrunda mübarizədə yaranır.
Ətrafda gedən hadisələrə, elin-obanın işlərinə heç vaxt laqeyd olmamışam. Azərbaycanımıza qarşı törədilmiş tarixi ədalətsizlikləri yadıma saldıqca daxili iztirablar keçirmişəm. Borçalımızın, Təbrizimizin, Dərbəndimizin, Göyçəmizin, Zəngəzurumuzun, Ağbabamızın, Qarabağımızın keçmişi, bu günü, gələcəyi haqqında daim fikirləşmişəm, daxili əzablar çəkmişəm.
Son illərdə həyatımızda baş verən dəyişikliklər, ictimai-siyasi proseslər uzun illər boyu ürəyimdə toplanmış fikirlərimi, hisslərimi, sızıntılarımı, el-oba ilə, doğma Borçalımla, Azərbaycanımla bağlı arzu və istəklərimi bacarığım, imkanım daxilində sizə çatdırmağım üçün mənə tarixi bir şans verdi.
Yuxarıda söylədiklərimi şeirlərimlə sizə çatdırmaq qərarına gəldim.
Ürəyimdəkiləri şeirə köçürməkdə çətinliklərlə üzləşdim. Bu, təbiidir. İlk kövrək addımlarımı atıram.
Bəlkə də hörmətli şairlərimiz, sənət adamlarımız məni qınayacaqlar. Poeziyada heç bir dəsti-xətti olmayan, ömrünü fizikaya həsr etmiş bir alim, bu yaşda birdən0birə poeziya səhnəsinə çıxır. Səmimiliyimə inanın. Uzun illər ürəyimdə yığılıb qalmış hisslər məni məcbur etdi. Mənə belə gəlir ki, ürəyində olanları demək, deməməkdən çox-çox yaxşıdır.
Hər qəlbdə bir “aslan yatır”, hər kəsin bir dünyası var-deyirlər. Deyilən söz yadigardır. Sözü deməməyin özü də günahdır. Deyilən söz bəlkə də kiməsə lazım olacaq, kimisə düzgün yola qaytaracaq və s. Söz deyilib, deyilir və deyiləcəkdir. Söz ən qiymətli nemətdir. Bu arzularla 1998-2000-ci illər ərzində yazdığım (əvvəllər yazdığım iki şeirim də daxil olmaqla) şeirlərimin toplandığı “Borçalı duyğuları” adlı kitabımı sizin müzakirənizə təqdim edirəm.
İradlarınıza, məsləhətlərinizə görə əvvəlcədən sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Mən ürəyimdən keçənləri necə bacardımsa elə də sizə çatdırdım. Qalanı sizin işinizdir. Necə istəyirsiniz, o cür də qəbul edin. İndi söz sizinkidir, əziz oxucu! Allah sizə yar olsun! Amin!
Hidayət Nur

Ön söz

Əziz oxucu! Sizə təqdim olunan bu şeir kitabının müəllifi fizika-riyaziyyat elmləri doktoru, professor, ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanımış alim Hidayət Rəhim oğlu Nuriyevdir. Aydındır ki, bu tanınmış alimin poeziyaya üz tutması heç də şan-şöhrət xatirinə deyildir. Lakin fizika və poeziyadan xəbərdar olanlar yaxşı bilirlər ki, fizika elə özü poeziyadır. Eyni zamanda poeziya haqqında da söyləmək olar ki, o, fizikadır. Fiziki hadisələr qanunlarla idarə olunduğu kimi, poeziyanın da öz bənzər qanunları vardır. Bəzən fiziki hadislərdə müəyyən qanunauyğunluqlardan kənara çıxmalar olur və bu böyük kəşflərə gətirib çıxarır. Poeziyada da bəzən onun qanunlarına riayət etmədən elə fikirlər söylənilir ki, bu da böyük poetik tapıntılara gətirib çıxarır. Folklor-aşıq sənətindən nurlanan Hidayət Nur (alimin şair imzası belədir) öz hisslərini tam ifadə etmək düşüncələrini oxucularına olduğu kimi çatdırmaq üçün bəzən şeirin qanunlarına riayət etmir. Lakin o, öz sözünü, öz fikrini oxucularına çatdırır, yeni poetik nümunələr yaratmağa çalışır.
Qədim Borçalıda dünyaya gələn Hidayət Nurun şeirləri şirin və oxunaqlıdır. Bu şeirlər əsasən Vətənə, anaya, dostlara həsr olunmuşdur. Eyni zamanda o, gözəlliyi, məhəbbəti də özünəməxsus şəkildə tərənnüm etmişdir. Hidayət Nur poeziyasında lirik şeirlərlə yanaşı, haqqın, ədalətin müdafiəsinə qalxan, tamahkarlıq, rüşvətxorluq, qorxaqlıq və xəyanəti lənətləyən şeirlər də az deyildir.
Mən Hidayət Nur poeziyasını təhlil etmək fikrində deyiləm. Bunu oxucuların öz öhdəsinə buraxıram. İnanıram ki, oxucular bu poeziya ilə tanış olduqdan sonra Hidayət Nur dünyasının özəlliklərinə heyran olacaqlar.
Sonda qeyd edim ki, Hidayət Nur özünün 60 illik yubiley ilini yaşayır. Və bu kitab onun dostlarına və oxucularına ən gözəl tövhəsidir. Bu münasibətlə Hidayət Nuru təbrik edir, ona həm elmdə və həm də poeziyada böyük uğurlar arzulayıram!
Vaqif Nəsir,
Fizika-riyaziyyat elmləri doktoru, professor,
Y.Məmmədəliyev mükafatı laureatı

Ey Vətən

Necə fərəhlənim, necə sevinim,
Ayrı düşmüsəmsə eldən, ey Vətən.
Necə söz danışım, mən necə dinim,
Torpaq, yurd gedibsə əldən, ey Vətən.

Gözəlsən, hər yanın güllü-çiçəkli,
İnsanların açıq qəlbli, istəkli,
Şirin ləhcən təravətli, bəzəkli,
Harda vardır belə dildən, ey Vətən.
Sevən kəslər yurda laqeyd qalarmı,
Doğma yerlərini heç unudarmı,
Bülbül qəriblikdə cəh-cəh vurarmı,
Ayrılsa sevdiyi güldən, ey Vətən.

Dərələrdən keçəm, dağlardan aşam,
Yağışda islanam, dumanda çaşam,
Nə qədər şəninə nəğmələr qoşam,
Yenə qəlbim doymaz səndən, ey Vətən.

Kimə sözüm deyim, kimə yalvarım,
Kimə ümid edim, məsləhət alım,
Başıma haranın daşını salım,
Neyləyim səs çıxmır bizdən, ey Vətən.

Hidayətəm, işim nədir qanıram,
Açıq söz deməyi borcum sanıram,
Qəlbimdəsən, Borçalımsan, anıram,
Yalvarıram küsmə məndən, ey Vətən.
08.10.2000

Azərbaycanım

Nutmaq olarmı səni bircə an,
Sevimli diyarım Azərbaycanım.
Xoşbəxtdir, özünü övladın sanan,
Müqəddəs torpağım Azərbaycanım.

İsti qucağında mən yuva qurdum,
Ətirli güllərin yığdım, qoxudum,
Hər yanda, hər yerdə adını sordum,
Könlüm, qəlbim, canım Azərbaycanım.

Sən mənim tükənməz varım, dövlətim,
Döyünən ürəyim, sözüm-söhbətim,
Mənim təmiz adım, mənim şöhrətim,
Qüdrətim, vüqarım Azərbaycanım.

Mən sənə övladam, sən mənə ana,
Südünü əmmişəm, mən qana-qana,
Anaya məhəbbət yetərmi sona,
Təmiz, saf ilqarım Azərbaycanım.

Sənə insanların bir yaraşıqdır,
Sevgi-məhəbbəti aşıb-daşıbdır,
Çoxları hüsnünə mahnı qoşubdur,
Tükənməz ilhamım Azərbaycanım.

Bakı çox sevdiyin əziz canındır,
Damarında axan təmiz qanındır,
Şanın-şöhrətindir başda tacındır,
Möhtəşəm şux dağım Azərbaycanım.
Gəncən, Naxçıvanın görən gözündür,
Dərbəndin, Təbrizin sənin özündür,
Göyçənlə Borçalın şirin sözündür,
Doğma yurd-məkanım Azərbaycanım.

Allahın bəxtəvər bir övladısan,
Dünyanın bəzəkli bir diyarısan,
Şair Hidayətin iftixarısan,
Keçmişim, sabahım Azərbaycanım.
09.05.1998
Salam Borçalım

Xeyli vaxtdır gəlib görə bilmirdim,
Şadam gəldim gördüm, salam Borçalım,
Sənsiz darıxmışdım, dura bilmirdim,
Salam doğma yurdum, salam Borçalım.

Türk elisən, qədim, ulu məkansan,
Qarapapaq yurdu, nəxşi cahansan,
Dostuna-dost, düşməninə yamansan,
Salam doğma yurdum, salam Borçalım.

Şanlı tarixin var, xoş keçmişin var,
Mehriban xalqın var, şirin dilin var,
Xoşbəxt gələcəkli, gözəl elin var,
Salam doğma yurdum, salam Borçalım.

Türk elinin bəzəkli diyarısan,
Aşıqların söhbətisən, sazısan,
Azərbaycanımın qan qardaşısan,
Salam doğma yurdum, salam Borçalım.

Hidayətəm səndən doymaq olarmı,
Başkeçid, Yastıqar unudularmı,
Dumanlı dağların heç tayı varmı?
Salam doğma yurdum, salam Borçalım.
05.08.1999

Borçalı yaşayır

Borçalı uludur, qədim diyardır,
Adı kitablarda, eldə yaşayır.
Xalqı mehribandır, çox bəxtiyardır,
Ləhcəsi şirindir, dildə yaşayır.

Bu yurdun qəhrəman, mərd oğulları,
Vüqarlı, qüdrətli generalları,
Saz-söz ustadları, əhli halları,
Sevən ürəklərdə, teldə yaşayır.

Dumanlı, çiskinli yaylaqlarının,
Yanları lilparlı bulaqlarının,
Gəzməli, görməli oylaqlarının,
Sədaları hər könüldə yaşayır.

Hidayət, bu mahal təmiz adındır,
Şərəfin, şöhrətin, həm imanındır,
Səni ruhlandıran qol-qanadındır,
Saf arzuda, xoş əməldə yaşayır.
26.07.1999
Borçalımı dəyişmərəm mən

Doğma Borçalımın doğma adını,
Dünyada heç nəyə dəyişmərəm mən.
Bu yurdun ən adi kəsəyini də,
Dünyada heç nəyə dəyişmərəm mən.

Namusdur, qeyrətdi böyük varlığı,
Aləmdə bəllidi vəfadarlığı,
Burada gördüyüm odu-ocağı,
Dünyada heç nəyə dəyişmərəm mən.

Çoxdu saz ustadı, sənətkarları,
Dağlardan ucadı eşqi, vüqarı,
Qoynunda gördüyüm əhdi, ilqarı,
Dünyada heç nəyə dəyişmərəm mən.

Bu yurdun bəzəkli oylaqlarını,
Qoyunlu, quzulu yaylaqlarını,
Billur sulu, sərin bulaqlarını,
Dünyada heç nəyə dəyişmərəm mən.

Özüm yetirmişəm şirin barımı,
İtirmərəm xalqa etibarımı,
Mən Hidayət Nuram, öz diyarımı,
Dünyada heç nəyə dəyişmərəm mən.
01.08.1999

Yaşayacaqdır

Ağır günlərində kədər, qəm yemə,
Düşün bu dünyada kim qalacaqdır.
Çoxları gəliblər, köç eyləyiblər,
Eldə iz salanlar yaşayacaqdır.

Zülümün, zalımın ömrü az olar,
Qış, boran qurtarar, bahar-yaz olar,
Kökü təmiz olan əhdə düz olar,
Eldə düz olanlar yaşayacaqdır.

İmkanın olanda gücsüzə dəymə,
Mənəm-mənəm deyib döşünə döymə,
Vətənini satıb yada baş əymə,
Eldə ad alanlar yaşayacaqdır.
Səmimi ol, yalan deyib söyləmə,
Yaltaqlıq eyləyib, yersiz söz demə,
Sifətini göstər, xalqdan gizləmə,
Eldə saf insanlar yaşayacaqdır.

Cəsarətli, qoçaq, qorxmaz, mətin ol,
Çapılmaz qayatək sərt ol, bütün ol,
Düşmənindən bac al, tərs ol, çətin ol,
Eldə mərd olanlar yaşayacaqdır.

Dünya başdan-başa xoş bir tamaşa,
Mənalı gün keçir, kişi tək yaşa,
Halal zəhmətinlə ömrü vur başa,
Eldə saf olanlar yaşayacaqdır.

Kimsəyə qalmayıb var-dövlət, həyat,
Pul var əl kiridir, gedəcək bir vaxt,
Hidayət Nur, dərin düşün, yaz, yarat,
Eldə söz qoyanlar yaşayacaqdır.
11.11.2000
Borçalım

Qədəm qoyub səni görməyə gəldim,
Ulu Borçalısan, mənim Borçalım.
Qəlbim coşub səni tərif eyləyim,
Mərdlər diyarısan, mənim Borçalım.

Mehriban insanlar torpağısan sən,
Yaylaqlar, bulaqlar məkanısan sən,
Yam-yaşıl meşələr obasısan sən,
Bağlı-bağçalısan, mənim Borçalım.

Səni bilə-bilə parçalayıblar,
Yurd-yuvanı yad əllərə salıblar,
Xalqını yurdundan qovalayıblar,
Qəlbi yaralısan, mənim Borçalım.

Gümrü sənin, Calaloğlu sənindir,
Loru, Pəmpək gəzməlidir, sərindir,
Hacxəlil ocağın, sönməz yerindir,
Tarixdə qalmısan, mənim Borçalım.

Söylə yanan varmı sənin dərdinə,
Günü-gündən artıb-aşan dərdinə,
Heykəl də qoyublar lap sərhəddinə,
Yəqin anlamısan, mənim Borçalım.

Uğrunda Nəriman çox vuruşmuşdur,
Çoxunun qəlbinə yara vurmuşdur,
Amma düşmən onu tənha qoymuşdur,
Yada salmalısan, mənim Borçalım.

Vətən oğlu səni heç vaxt unutmaz,
Lazım olan zaman bil, darda qoymaz,
Şair deyər ürək candan ayrılmaz,
Elin vüqarısan, mənim Borçalım.
28.09.1978

A telli sazım

Sirrini öyrənmək, açmaq çətindir,
Haqqdan əlindəsən, a telli sazım.
Axtarmaq istəsən, tapmaq çətindir,
Tamam dərindəsən, a telli sazım.

Nələr yoxdur sənin quru canında,
Xalqın qanı axır, hər damarında,
Elin hər yerində, Türk diyarında,
Böyük hörmətdəsən, a telli sazım.

Bəzən inləyirsən, gah ağlayırsan,
Qəlbi sızladırsan, oda salırsan,
Necə alışırsan, necə yanırsan,
Söylə, kimsən, nəsən, a telli sazım.

Xalqın şirin dili, şirin sözüsən,
Uzaqlardan gələn sönməz səsisən,
Keçmişi, bu günü, gələcəyisən,
Tarixən qədimsən, a telli sazım.

“Koroğlu” nərəsi, eli qaldırır,
Döyüşə çağırır, tam ruhlandırır,
“Kərəmi”n ağladır, oda yandırır,
Sən bir möcüzəsən, a telli sazım.

Ölməz “Divani”n var, “Müxəmməs”in var,
Adam heyran edən, gözəl səsin var,
Həm zilin, həm bəmin, həm də pəsin var,
İncə bir alətsən, a telli sazım.

Sevən kəslər, səndən ayrı gəzərmi,
Nazlı gözəlləri, sənsiz süzərmi,
Hidayətin qəlbi bir an, dözərmi,
Danışıb dinməsən, a telli sazım.
18.05.1998

Bizim Borçalı

A dostum, qardaşım buyur qonaq gəl,
Gör bir nə məkandır, bizim Borçalı.
Doymaq olmur onun gözəlliyindən,
Elin vüqarıdır, bizim Borçalı.

Xalqı mehribandır, dosta sadiqdir,
Sazlıdır, sözlüdür, elə aşiqdir,
Şirin söhbətlidir, şair, natiqdir,
Dillər dastanıdır, bizim Borçalı.

Bu yerlərdə qoç igidlər gəziblər,
Toy-mağarda at belində süzüblər,
Yaşayıblar, vuruşublar, dözüblər,
Mərdlər diyarıdır, bizim Borçalı.

Tarixi qədimdir bu böyük elin,
Çox şeyi deməyə gəlməyir dilim,
Yazmaq istəyirəm, yazmır qələmim,
Başı bəlalıdır, bizim Borçalı.

Bu diyarı qəsdən parçalayıblar,
Yad əllərə bilə-bilə salıblar,
Xalqı öz yurdundan qovalayıblar,
Qəlbi yaralıdır, bizim Borçalı.
24.01.1999

Ay Musa dayı
Borçalı ağsaqqalı
Musa Nəbi oğlu Musayevə

Açmaq istəyirəm sənə dərdimi,
Tamam narahatam, ay Musa dayı.
Qohum-qardaş bir-birinə yad olub,
Yaman narahatam, ay Musa dayı.

Oğul var atanı heç axtarmayır,
Bir dəfə də olsun, yada salmayır,
Nə yoxlayır, nə də dada çatmayır,
Yaman narahatam, ay Musa dayı.

Doğma, doğmasından min aman qılır,
Nə salam göndərir, nə salam alır,
Nə üzünü görür, nə yada salır,
Yaman narahatam, ay Musa dayı.

Qardaş, qardaşına yüz yalan satır,
Oğul dayısına qəstdən sataşır,
Həyat bizi sağa, sola çox atır,
Yaman narahatam, ay Musa dayı.

Qohum məqsəd güdür, yad məqsəd güdür,
Yoldaş məqsəd güdür, dost məqsəd güdür,
Oğul məqsəd güdür, qız məqsəd güdür,
Yaman narahatam, ay Musa dayı.

Kiçiklər, böyüyə hörmət etməyir,
Gen dolanır, arxasınca getməyir,
Çətin gündə hayına da yetməyir,
Yaman narahatam, ay Musa dayı.

Yoldaş, yoldaşını payda aldadır,
Çəkidə aldadır, sayda aldadır,
Nişanda aldadır, toyda aldadır,
Yaman narahatam, ay Musa dayı.

Nə yoldaşlıq qalıb, nə dostluq qalıb,
Nə yaxşılıq qalıb, nə xoşluq qalıb,
Nə adamlıq qalıb, nə saflıq qalıb,
Yaman narahatam, ay Musa dayı.

Bu necə əhvalat, bu necə işdir,
Bu necə gedişdir, necə gəlişdir,
Həyatımız yaman pis dəyişibdir,
Yaman narahatam, ay Musa dayı.

Qorxuram ağıllı, gicə tay ola,
Nadanın əlində ucuz pay ola,
Hidayətin əməyi də zay ola,
Yaman narahatam, ay Musa dayı.
12.04.1998

Unutmaz səni

Xalqı dar günündə unutma, yad et,
O yaddan çıxarmaz, unutmaz səni.
Xeyirxahlıq eylə, kasıba əl tut,
Tanrını unutma, unutmaz səni.

Dağları tanıdan onun selidir,
İnsanı sevdirən onun dilidir,
Adını ucaldan onun elidir,
Elini unutma, unutmaz səni.

Hamı bu dünyaya gəlib-gedəndir,
Bəxtəvər o kəsdir, eli sevəndir,
Yurdun ad-sanındır, yurdun vətəndir,
Vətəni unutma, unutmaz səni.

Hidayət xoşbəxtsən, eli sevdin sən,
Heç vaxt ayrılmadın doğma kəndindən,
Lazım olan vaxtı tutdun əlindən,
Sarvanı unutma, unutmaz səni.
13.09.1998

Borçalı duyğuları
Hidayət Nur


]]>
Müşviq BORÇALI Fri, 22 Jan 2016 14:33:11 +0000
Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ NECƏ YARANMIŞDIR?... https://turan.info.az/gurcustan/borchali/366-borali-toponm-nec-yaranmidir.html https://turan.info.az/gurcustan/borchali/366-borali-toponm-nec-yaranmidir.html Müşfiq BORÇALI: «BORÇALI» TOPONİMİ  NECƏ YARANMIŞDIR?...Müşfiq BORÇALI: Bu sualın ca­­­­va­bını, əlbəttə, sözün özündə, ifadə etdiyi mənada ax­tar­maq lazımdır. Bəri başdan onu da qeyd edək ki, hələ qə­dim zamanlardan Borçalıda türkdilli tayfaların yaşaması haqqında istənilən qədər tarixi faktlar var və «Borçalı» to­poniminin türk köklü olması şübhəsizdir.
Toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə Borçalı sözünün etimologiyası ilə bağlı bir-birinə zidd bir ne­çə fikir mövcuddur. Bəzi müəlliflər Borçalı toponimini «Boş­ça­­­la» (boş çala, çökəklik), «Borcalı» (borcalan və ya­xud borc­­­­­­­verən Alı), «Boşqalı» (boş, kimsəsiz, sahibsiz qal­mış çöl, yer), «Borçalı» (cavan üzüm çalası, şərab çalası), «Boz­ça­la» (boz yer) və s. kimi şərh etmişlər... Bizcə, bu şərh­lərlə razılaşmaq olmaz.
...«Borçalı» toponiminin ümumi mənası «borilə­rin təpəsi», yəni «qurdlar təpəsi» deməkdir. Borçalı əra­zi­si­nin üç­dən iki hissəsinin dağlıq olduğunu yada salsaq, fik­ri­miz daha aydın şəkildə təsdiq olunur.
...«Borçalı» toponiminin «Bor­çalı» tayfasının adı ilə bağ­lılığı daha ağılabatandır. De­mə­­li, Borçalılar özlərinin et­no­­ni­mik adlarını özlərinin Də­də-baba yurduna verib, tarix­bo­yu onu yaşatmışlar.]]>
Müşviq BORÇALI Tue, 27 Oct 2015 16:48:51 +0000
“Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi https://turan.info.az/arxiv/borcaliorg/2188-boral-cmiyyti-dar-heyti-yeni-trkibd-ilk-toplantsn-keirdi.html https://turan.info.az/arxiv/borcaliorg/2188-boral-cmiyyti-dar-heyti-yeni-trkibd-ilk-toplantsn-keirdi.html “Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi

“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti iyunun 2-də yeni tərkibdə ilk toplantısını keçirdi. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açdı. Sədr gündəlik məsələləri təklif etdi:

1. Təşkilat məsələləri;

2. İyunun 6-da keçiriləcək “II “Təbriz gecəsi” və “Cavad Heyət” mükafatının təqdimatı” tədbirinə hazırlıq;

3. Cəmiyyətin fəaliyyət proqramı;

4. VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq;

5. Cari məsələlər.

Gündəlik səsə qoyuldu, yekdilliklə qəbul edildi.

Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiiyyət üzrə yeni vəzifələr təyin olundu. Beləliklə, vəzifələr aşağıdakı tərkibdə səsə qoyuldu və qəbul olundu:

1. Təşkilat işləri üzrə sədr müavini – Firudin İsmayılov;

2. Elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini – Ramiz Məmmədli;

3. Tarixi abidələr və toponimlər üzrə sədr müavini – Ömər Qoçulu;

4. İqtisadi və maliyyə məsələləri üzrə sədr müavini – Ramiz Həsənov;

5. İctimai əlaqələr üzrə sədr müavini – Rüfət Muradlı;

6. Ümumi məsələlər üzrə sədr müavini – Salman Murğuzlu;

7. Gürcü cəmiyyəti ilə əlaqələr üzrə sədr müavini – Qiya Paçxataşvili;

8. “Dədə Camal” məclisi və Folklor mərkəzinin rəhbəri – Elxan Məmmədli;

9. Humanitar məsələlər şöbəsinin müdiri – Qiymət Məhərrəmli;

10. Nəşriyyat şöbəsinin müdiri – Müşviq Çobanov;

11. Qadınlar Şurasının sədri – Səadət Buta

12. Mətbuat və İnformasiya Xidmətinin rəhbəri və sədr köməkçisi – Elbəyi Cəlaloğlu.
Eləcə də, “Borçalı” Cəmiyyəti Gənclər Komitəsi və onun sədri – Alı Adıgözəlli olaraq tanındı.

Bundan sonra, “Borçalı” Cəmiyyəti Məşvərət Şurasına həmsədr olaraq Telman Əliyev və Mədəd Coşqun təklif olundular, təklif qəbul edildi.

II məsələ üzrə müzakirə zamanı iyunun 6-da keçiriləcək tədbirə hazırlığın mütəşəkkil aparıldığı məlum oldu. Təbrizə həsr olunmuş bu bədii-musiqili gecədə “Cavad Heyət” mükafatı özünün ilk laureatlarına təqdim olunacağı və tədbirin iyunun 6-da, saat 14.00-da “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında keçiriləcəyi diqqətə çatdırıldı.

III məsələ üzrə, cəmiyyətin illik fəaliyyət proqramı müzakirə olundu və sonda yekdilliklə qəbul edildi.

IV məsələnin müzakirəsi zamanı VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən Cəmiyyət sədri Zəlimxan Məmmədli bu işi özünün xüsusi nəzarətə götürdüyünü vurğuladı. Müzakirə zamanı bu il xarici ölkələrdən Elat bayramına gəlmək istəyənlərin sayının əvvəlkilərlə müqayisədə birə beş artdığını söyləyən iştirakçılar bu bayramın yüksək səviyyədə keçirilməsi, qonaqların urvatlı qarşılanıb-yola salınması üçün cəmiyyət üzvlərinin bütün gücünü tam səfərbər etməsinin vacib olduğunu dilə gətirdilər. Zəlimxan Məmmədli Gürcüstan sərhəd-keçid xidməti tərəfindən ona qarşı törədilən süni manelərdən dolayı Elat bayramında mütləq iştirak edəcəyini diqqətə çatdırdı.

Toplantıda cari məsələlərə də baxıldı, o cümlədən “Eldən-Elata” jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verildi, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçildilər.]]>
Müşviq BORÇALI Wed, 03 Jun 2015 16:37:43 +0000
“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək https://turan.info.az/arxiv/borcaliorg/2952-boral-cmiyyti-tbriz-gecsi-keirck.html https://turan.info.az/arxiv/borcaliorg/2952-boral-cmiyyti-tbriz-gecsi-keirck.html “Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti iyunun 2-də yeni tərkibdə ilk toplantısını keçirib. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açıv və gündəlik məsələləri təklif edib.

Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiyyət üzrə yeni vəzifələr təyin olunub. Beləliklə, vəzifələr aşağıdakı tərkibdə səsə qoyuldu və qəbul olunub:

1. Təşkilat işləri üzrə sədr müavini – Firudin İsmayılov;
2. Elm, təhsil və mədəniyyət məsələləri üzrə sədr müavini – Ramiz Məmmədli;
3. Tarixi abidələr və toponimlər üzrə sədr müavini – Ömər Qoçulu;
4. İqtisadi və maliyyə məsələləri üzrə sədr müavini – Ramiz Həsənov;
5. İctimai əlaqələr üzrə sədr müavini – Rüfət Muradlı;
6. Ümumi məsələlər üzrə sədr müavini – Salman Murğuzlu;
7. Gürcü cəmiyyəti ilə əlaqələr üzrə sədr müavini – Qiya Paçxataşvili;
8. “Dədə Camal” məclisi və Folklor mərkəzinin rəhbəri – Elxan Məmmədli;
9. Humanitar məsələlər şöbəsinin müdiri – Qiymət Məhərrəmli;
10. Nəşriyyat şöbəsinin müdiri – Müşviq Çobanov;
11. Qadınlar Şurasının sədri – Səadət Buta
12. Mətbuat və İnformasiya Xidmətinin rəhbəri və sədr köməkçisi – Elbəyi Cəlaloğlu.

Eləcə də “Borçalı” Cəmiyyəti Gənclər Komitəsi və onun sədri – Alı Adıgözəlli olaraq tanınıb.

Bundan sonra, “Borçalı” Cəmiyyəti Məşvərət Şurasına həmsədr olaraq Telman Əliyev və Mədəd Coşqun təklif olundular, təklif qəbul edilib.

İyunun 6-da keçiriləcək tədbirə hazırlığın mütəşəkkil aparıldığı məlum olub. Təbrizə həsr olunmuş bu bədii-musiqili gecədə “Cavad Heyət” mükafatı özünün ilk laureatlarına təqdim olunacağı və tədbirin iyunun 6-da, saat 14.00-da “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında keçiriləcəyi diqqətə çatdırılıb.

Cəmiyyətin illik fəaliyyət proqramı müzakirə olunub və yekdilliklə qəbul edilib.

VII “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edən Cəmiyyət sədri Zəlimxan Məmmədli bu işi özünün xüsusi nəzarətə götürdüyünü vurğulayıb. Müzakirə zamanı bu il xarici ölkələrdən Elat bayramına gəlmək istəyənlərin sayının əvvəlkilərlə müqayisədə birə beş artdığını söyləyən iştirakçılar bu bayramın yüksək səviyyədə keçirilməsi, qonaqların urvatlı qarşılanıb-yola salınması üçün cəmiyyət üzvlərinin bütün gücünü tam səfərbər etməsinin vacib olduğunu dilə gətiriblər.

Zəlimxan Məmmədli Gürcüstan sərhəd-keçid xidməti tərəfindən ona qarşı törədilən süni manelərdən dolayı Elat bayramında mütləq iştirak edəcəyini diqqətə çatdırıb.

Toplantıda cari məsələlərə də baxıldı, o cümlədən “Eldən-Elata” jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verildi, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçiliblər.]]>
Müşviq BORÇALI Wed, 03 Jun 2015 14:14:52 +0000
"Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib https://turan.info.az/arxiv/borcaliorg/1898-boral-ctimai-cmiyytinin-dar-heytinin-yeni-trkibd-ilk-toplants-keirilib.html https://turan.info.az/arxiv/borcaliorg/1898-boral-ctimai-cmiyytinin-dar-heytinin-yeni-trkibd-ilk-toplants-keirilib.html "Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib "Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantısı keçirilib. İclası cəmiyyətin sədri Zəlimxan Məmmədli açıb. Sədrin gündəlik məsələlər gündəlikdə səsə qoyulub və yekdilliklə qəbul edilib. Təşkilat məsələləri üzrə aparılan uzun müzakirədən sonra, cəmiyyət üzrə yeni vəzifələr təyin olunub. Toplantıda cari məsələlərə də baxılıb, o cümlədən "Eldən-Elata" jurnalının yeni nömrəsinin hazırlanıb nəşr edilməsinə start verilib, jurnalın redaksiya heyətinə Rüfət Muradlı, Qiymət Məhərrəmli, Müşviq Çobanov və Elbəyi Cəlaloğlu seçiliblər. Bununla da toplantı işini başa çatdırıb. ("OLAYLAR" İA)]]> Müşviq BORÇALI Wed, 03 Jun 2015 01:41:50 +0000 Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib https://turan.info.az/arxiv/borcaliorg/1842-boral-silli-ziyallar-zlimxan-mmmdliy-kskin-etirazlarn-bildirib.html https://turan.info.az/arxiv/borcaliorg/1842-boral-silli-ziyallar-zlimxan-mmmdliy-kskin-etirazlarn-bildirib.html Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

Azərbaycan, Bakı, 20 sentyabr,2013 16:23 /Trend, müxbir E.Mehdiyev/

"Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin son zamanlar mütəmadi olaraq müxtəlif mətbuat orqanlarmda cəmiyyətin nizamnaməsi ilə heç cürə uyuşmayan siyasi bəyanatlarla çıxış etməsi Borçalı əsilli vətəndaşlar arasında ciddi narazılıqlara səbəb olur.

Trend-ə daxil olan məlumata görə, Z.Məmmədli son mətbu bəyanatında özünü sığortalamağa cəhd etsə də, onun məhz "Borçalı" cəmiyyətinin sədri statusunda çıxış etməsi səsləndirdiyi mövqeyin siyasi olduğunu və cəmiyyətin siyasiləşdıyini sübut edir.

Cəmiyyətin təsisçisi və Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı Zəlimxan Məmmədlinin son bəyanatına öz kəskin etirazını bildirib. Görkəmli ziyalı haqqa söylənən mövqe Gürcüstan əsilli insanların çox böyük əksəriyyətinin ürəyincə olub.

22 Borçalı əsilli ziyalılar bəyan edib ki, cəmiyyətdə təmsil olunan və olunmayan həmyerlilərinin mövqeyi Zəlimxan Məmmədlinin sərgilədiyi mövqe ilə qətiyyən üst-üstə düşmür: "Bu səbəbdən biz "Borçalı" cəmiyyətinin siyasiləşdirilməsinin qəti əleyhinə olduğumuzu bildirir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə daxilində apardığı böyük quruculuq işləri ilə yanaşı Gürcüstanda yaşayan soydaşlarımıza ardıcıl qayğısı və diqqəti sayəsində orada apanlan möhtəşəm işlərə rəğmən qarşıdakı seçkilərdə onun namizədliyini dəstəklədiyimizi bəyan edirik".

Ziyalılar Z.Məmmədliyə bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən "Borçalı" cəmiyyətinin sədri statusu ilə çətirləməməyi və cəmiyyətin nizamnamə müddəalarna sayğı ilə yanaşmağı tövsiyə edib.

1. Maqsud Əliyev - Az.MEA həqiqi üzvü

2. Çingiz Qacar - Az.MEA həqiqi üzvü

3. Ramiz Məmmədov - Az.MEA müxbir üzvü

4. Səlahəddin Xəlilov - Az.MEA müxbir üzvü

5. Zəlimxan Yaqub - Xalq şairi

6. Arif Əmrahoğlu - Tənqidçi-fıloloq, AYB-nin katibi

7. Hamlet İsaxanlı - Professor

8. Şəmistan Həsənli - Professor

9. Abdulla Mehrabov - Professor

10. Şəmistan Mikayılov - Professor

11. Hidayət Nuriyev - Professor

12. Tahir Pənahov - Professor

13. Akif Bayramov - Professor

14. Əlişir Musayev - Professor

15. Sahib Musayev - Professor

16. Mədət Çobanov - Professor

17. Kamil Qəhrəmanov - Professor

18. Niyazi Mursaqulov - Professor

19. Vaqif Nəbiyev - Tarix elmləri doktoru

20. Kərəm Məmmədli - Tarix üzrə fəlsəfə doktoru

21. Həsən Vəliyev - Fizika-Riyaziyyat elmləri namizədi

22. Qəzənfər Orucov - Fizika-Riyaziyyat elmləri namizədi]]>
Müşviq BORÇALI Fri, 20 Sep 2013 01:58:58 +0000
29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" https://turan.info.az/arxiv/borcaliorg/1897-29-cu-dd-camal-mclisi.html https://turan.info.az/arxiv/borcaliorg/1897-29-cu-dd-camal-mclisi.html 29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" Məruzəçi - Müşfiq BORÇALI.

Tədqiqatçı-alim Müşfiq Çobanov "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu günü" mövzusunda geniş məruzə edib. O, Borçalı ədəbi mühitinin çox zəngin olduğunu diqqətə çatdıraraq, bu sahədə aparılan tədqiqatlardan danışıb: "Tarixi Azərbaycanın ərazisi yalnız Azərbaycan Respublikasının indiki sərhədləri hüdudlarında olmayıb. Borçalı, Göyçə, Dəmirqapı Dərbənd mahalları da ən qədim dövrlərdən türk torpaqları olub. Burada tarixən Azərbaycan türkləri yaşayıb-yaradıblar. Əslən Borçalıdan olan ədəbiyyatşünas alimlərdən D.Əliyeva, Ə.Saraclı, Ş.Qurbanov, A.Hacıyev, A.Mişiyev, V.Osmanlı, V.Hacıyev, eləcə də M.Çobanov, H.Vəliyev, Ş.Məmmədli, H.Məmmədli, E.Məmmədli, R.Məmmədli, Ş.Şamıoğlu, T.İsabalaqızı və başqaları bu sahədə bir sıra təqdirəlayiq axtarışlar aparıblar.]]>
Müşviq BORÇALI Thu, 22 Mar 2012 01:32:56 +0000
28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" https://turan.info.az/arxiv/borcaliorg/1896-28-ci-dd-camal-mclisi-boal-folklor-mhiti-v-boral-aq-mktbi.html https://turan.info.az/arxiv/borcaliorg/1896-28-ci-dd-camal-mclisi-boal-folklor-mhiti-v-boral-aq-mktbi.html 28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" "Borçalı" İctimai Cəmiyyətinin "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi" mözusunda növbəti 28-ci Dədə Camal məclisi keçirildi.Tədbiri giriş sözü ilə Elxan Məmmədli açdı.O,iştirakçıları salamlayaraq mövzunu məruzəçi qismində təqdim etdi. Sonra mövzuya keçməmişdən öncə ənənəvi olaraq son bir ayda görülən işlər haqqında danışmaq üçün sözü "Borçalı" İctimai Cəmiyyətinin sədri Z. Məmmədliyə verdi.Sədr Z. Məmmədli hamını salamlayaraq ötən bir ay ərzində "Borçalı" Cəmiyyətinin gördüyü işlər haqqında məlumat verdi. Keçirilən mətbuat konfransı, gənclərin Gürcüstan səfirliyi qarşısında dəyişdirilmiş türk toponimlərinin geri qaytarılması və torpaq islahatları ilə bağlı keçirdikləri etiraz aksiyası haqqında danışdı.Söz yenidən məruzəçi Elxan Məmmədliyə verildi. Elxan müəllim mövzunun çox dərin və geniş bir mövzu olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, Borçalı folklor mühitinin və Borçalı aşıq məktəbinin cox böyük və zəngin bir tarixi var. Laylalarımız, ağsaqqal və ağbirçəklərimizin dilindən süzülüb gəlmiş el deyimlərimiz bunlara bariz nümunədir.Tədbirdə dəyərli, tədqiqatçı alimlər, ziyalılar, elm adamları Qəzənfər Paşayev, Muxtar İmanov, Tahir Talıblı, Müşfiq Çobanov və s. "Borçalı" Cəmiyyətinin üzvləri, el sənətkarları aşıq Cahangir, aşıq Tərmeyxan, aşıq Abbas, aşıq Əşrəf, aşıq Şahbaz, aşıq Elbəyi və hələ cox gənc olan Sənan iştirak edirdilər.Mövzuya uyğun olaraq "Borçalı" İctimai Cəmiyyətinin 14.02.2012-ci il tarixli qərarına əsasən, Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə bir çox şəxslərə "Borçalı İC-nin "Fəxri üzvlük" diplomu və rəsmi təşəkkürnamə təqdim olundu:Məhərrəm Qasımlı - Fəxri üzvAsif Hacıyev -- Fəxri diplomQəzənfər Paşayev -- Fəxri üzvMuxtar İmanov -- Fəxri üzvProfessor Qəzənfər Paşayev mövzu ətrafında çıxış etdi. O, qeyd etdi ki, bu gün mən Borçalılardakı birliyi gördüm və mənim "Borçalı" Cəmiyyətinə fəxri üzv seçilməyim mənim üçün ən böyük ödüllərdən biridir.Daha sonra mövzu ətrafında professor Muxtar İmanov, Tahir Talıblı, Abbas Abdulla, Dərviş Osman, Musa Nəbioğlu çıxış etdilər. Abbas Abdulla qeyd etdi ki, Borçalı folkloru və aşıq məktəbi haqqında nə qədər yazilsa bele yenə azdır. Çünki Borçalı elə bir qədim tarixə malikdir ki, gürcülərin VII əsrdəki Kartli Cxovreba mənbəsində qeyd edilib ki, V əsrdə bu ərazilərdə Kəpənəkçi kəndi mövcud olmuşdur. Bu onu göstərir ki, Borçalının tarixi çox qədimdir.Musa Nəbioğlu "Borçalı" Cəmiyyətinə belə bir mövzuya müraciət etdikləri üçün xüsusi təşəkkür edərək Aşıqlar Birliyinin bəzi planlarından danışdı və təklif etdi ki, bu tədbirlərin davamı Borçalıda daha geniş və davamlı keçirilsin. Bolnisidə azərbaycanlıların Mədəniyyət Mərkəzi yaradılsın. Bu işdə "Borçalı" Cəmiyyəti və Aşıqlar Birliyi bir-birinə dəstək olmalıdır.Tədbirdə çıxış edənlər böyük şairimiz Zəlimxan Yaquba səhhətində yaranmış problemə görə Allahdan şəfa dilədilər.Daha sonra meydan el sənətkarlarına verildi. Hər biri ayrı-ayrılıqda öz gözəl ifaları və avazları ilə hər kəsi xəyalən gözəl yaylaqlara, vüqarlı dağlara, Ulu Borçalıya apararaq ovqatlara və tədbirə daha da rəng qatdılar.Sonda yenə söz sədr Z. Məmmədliyə verildi. O, qeyd etdi ki, artıq Dədə Camal Məclisinin Gürcüstan bölməsi yaradılır və Dədə Camal Məclisləri Gürcüstanda da ənənəvi olaraq keçiriləcək. Gürcüstanda keçiriləcək ilk Dədə Camal Məclisi mart ayının 4-də Marneulidə keçiriləcək. Hər bir kəsi Borçalıda keçiriləcək Dədə Camal Məclisində iştirak etməyə dəvət etdi.Daha sonra mart ayının 16-17 də Gürcüstanda aşıqların III qurultayında "Borçalı" Cəmiyyəti heyyətinin iştirak edəcəyini, Borçalıda Novruz şənliklərinin keçiriləcəyini "Borçalı" Cəmiyyətinin də o şənliklərdə çox aktiv iştirak edəcəyini, Faxralı Məscidinin açılışı olacaq və orada "Borçalı" Cəmiyyətinin iştirak edəcəyini, aprel ayının 18-də Tbilisidə görkəmli alim Valeh Hacıların xatirəsinə həsr edilmiş Beynəlxalq simfoziumda da iştirak edəcəklərini vurğuladı. Daha sonra qeyd etdi ki, mən istəyirəm bu gün burda biz iki qərar qəbul edək. "Borçalı Türk folklor Mərkəzi" yaradılsın. Həmin Mərkəzə rəhbərlik Elxan Məmmədliyə həvalə olunsun. Eyni zamanda bu mərkəz Gürcüstanda da yaradılsın və ona rəhbərlik Dərviş Osmana həvalə olunsunTəklif və qərarlar tədbir iştirakçıları tərəfindən qəbul edildi.]]> Müşviq BORÇALI Sun, 19 Feb 2012 01:23:10 +0000